“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 may 2021-ci il
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət reabilitasiya müəssisələrinin (bundan sonra – reabilitasiya müəssisəsi) təşkili və fəaliyyəti qaydasını müəyyən edir.
1.2. Reabilitasiya müəssisəsi tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin reabilitasiyası, habelə əlilliyin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan publik hüquqi şəxsdir.
1.3. Reabilitasiya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Publik hüquqi şəxslər haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Qaydanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumun) əmrlərini, sərəncamlarını və öz nizamnaməsini rəhbər tutur.
1.4. Reabilitasiya müəssisəsi reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binaya malik olmalıdır.
1.5. Bu Qaydanın 1.6-cı bəndi və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallar istisna olmaqla, dövlət adından icra hakimiyyəti orqanının (dövlət adından yaradılan publik hüquqi şəxsin) tabeliyində reabilitasiya müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanı (dövlət adından yaradılan publik hüquqi şəxs) yaradır.
1.6. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində reabilitasiya müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradır.
2.1. Fəaliyyət istiqamətindən asılı olaraq reabilitasiya müəssisəsinin strukturunda aşağıdakı bölmələr yaradıla bilər:
2.1.1. qeydiyyat və qəbul:
1. qeydiyyat və ilkin qiymətləndirilmə;
2.1.2. tibbi reabilitasiya:
1. fiziki üsullarla reabilitasiya (elektroterapiya, elektrostimulyasiya, lazer terapiyası, baroterapiya və s.);
2. mexaniki üsullarla reabilitasiya (mexanoterapiya, kineziterapiya, müalicəvi masaj);
5. müalicəvi bədən tərbiyəsi;
6. su və balneoterapiya (hovuz, müalicəvi-sağlamlaşdırıcı və qalvanik vannalar, müalicəvi duşlar, sauna, palçıq müalicəsi, naftalan nefti ilə müalicə);
9. rekonstruktiv cərrahiyyə;
2.1.3. ortopediya və protezləşmə:
1. reabilitasiya vasitələrindən istifadə edilməsi qaydalarının öyrənilməsi;
2. protez hazırlanması;
3. ortopedik ayaqqabların hazırlanması;
2.1.4. sosial-psixoloji reabilitasiya və abilitasiya:
1. sosial-psixoloji reabilitasiya;
3. psixoloq və sosioloqdan məsləhət;
6. kitabxana və oxu zalı;
1. elektrokardioloji diaqnostika;
2. neyrofizioloji diaqnostika;
3. hərəkət sisteminin fizioloji diaqnostikası;
4. klinik-biokimyəvi təhlil;
2.1.7. reabilitasiya müəssisələrində bu Qaydanın 2.1.2-2.1.5-ci yarımbəndlərində göstərilən üsullarla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” ilə müəyyən edilmiş tədbirlər üzrə reabilitasiya üsullarına uyğun digər bölmələr da yaradıla bilər.
3.1. Reabilitasiya müəssisəsində əlilliyi olan şəxsin reabilitasiyası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarına uyğun olaraq həmin şəxs üçün tərtib edilmiş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq həyata keçirilir.
3.2. Reabilitasiya müəssisəsi əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasını və onların cəmiyyətə inteqrasiyasını təmin edir.
3.3. Reabilitasiya müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq əlilliyin erkən diaqnostikası, həmçinin sağlamlığın qorunması tədbirləri, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər göstərmək hüququ vardır.
4.1. Reabilitasiya müəssisəsində işçilərlə işəgötürən arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və reabilitasiya müəssisəsinin Nizamnaməsi ilə tənzimlənir.
5.1. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən həyata keçirilir.
5.2. Əlilliyi olan şəxslərə Fərdi Reabilitasiya Proqramı əsasında göstərilən reabilitasiya xidmətlərinin uçotu Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.5-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemi vasitəsilə aparılır.
5.3. Müəssisəyə qəbula ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir.
5.4. Əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində qalma müddəti Fərdi Reabilitasiya Proqramına əsasən reabilitasiya tədbirlərinin növü, xarakteri və həcmindən asılı olaraq müəyyən olunur.
5.5. Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər aşağıdakılardır:
5.5.1. xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi;
5.5.2. stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meyilli ruhi xəstəliklər;
5.5.3. fəal fazada bədxassəli şişlər;
5.5.4. müxtəlif mənşəli kaxeksiyalar;
5.5.5. geniş trofik və yataq yaraları;
5.5.6. irinli-nekrotik xəstəliklər;
5.5.7. yoluxucu və zöhrəvi xəstəliklər.
5.6. Bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulmuş əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsinə qəbulu zamanı aşkar edildikdə əlilliyi olan şəxs reabilitasiya müəssisəsinə qəbul edilmir.
5.7. Bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində olduğu vaxt aşkar edildiyi hallarda əlilliyi olan şəxsə reabilitasiya xidmətlərinin göstərilməsi dayandırılır.
5.8. Bu Qaydanın 5.6-cı və 5.7-ci bəndlərində göstərilən hallarda əlilliyi olan şəxs reabilitasiya müəssisəsi tərəfindən müvafiq tibb müəssisəsinə göndərilir.
5.9. Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat reabilitasiya müəssisəsi tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyasına təqdim edilir.
5.10. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsində yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi ilə bağlı digər məsələlər “Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı və reabilitasiya müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
1. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)
2. 20 iyul 2026-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, № 130)