16.1. Pasportların və vizaların verilməsinə görə:
16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə
16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə
16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə
16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına, habelə şəhadətnamələrin verilməsinə görə:
16.3.1. nikahın qeydə alınmasına görə
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə
16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə
16.3.6. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə
16.3.3-1.məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindənçıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən)
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında
16.4.1.2. ölkə xaricində
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında
16.5.2. xarici ölkədə
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə
16.6.3. müqavilələrin təsdiqinə görə:
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə
16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):
xarici dillərdən
xarici dillərə
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)
16.6.13. pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün)
16.6.14. icra qeydlərinin aparılmasına görə
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə
16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə
16.6.18. sübutların təmin edilməsinə görə
16.7. Digər konsul əməliyyatlarına görə