Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. İcazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsiüçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri.

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.

19.4. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə iş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.

19.5. Bu Qanunun 18.65.3-1-ci maddəsi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq edilir:

19.5.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

19.5.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

19.5.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

19.6. Bu Qanunun 18.66-1.3-cü maddəsində göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver