Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20-4

Maddə 20-4. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20-4.1. Həm aksiz markası, həm də məcburi nişanlama tətbiq edilməli olan mallara yalnız bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu tutulur.

20-4.2. Tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver