AZƏRBAYCAN RESPUBLİKASI Səhİyyə Nazİrlİyİ KOLLEGİYASININ QərarI
“Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci, 9.6-cı və 14.5-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qaydaların təsdiq edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulması hallarında istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.07.2004-cü il tarixli 106 nömrəli əmri (qeydiyyat tarixi 18.08.2004, nömrəsi 3081) ləğv edilsin.
3. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın icrasına nəzarət nazir müavini Abbas Vəlibəyova həvalə edilsin.
Kollegiyanın məsul katibi
1.1. Bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə, 34-cü maddəsinin 1-ci hissəsinin 3-cü və 8-ci bəndlərində, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndində nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qaydalar dövlət sanitariya nəzarəti xidməti (bundan sonra - xidmət) tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin (bundan sonra – normativ hüquqi aktlar) tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir.
1.3. Sahibkarların fəaliyyətində yoxlamaların aparılması və bu subyektlərə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
2.1. Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında Xidmət tərəfindən aşağıdakı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir:
2.1.1. təşkilatların, ayrı-ayrı sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq;
2.1.2. normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda bu qaydaların 2.1.1-ci yarımbəndində qeyd olunan işlərə xitam vermək;
2.1.3. yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri işdən kənarlaşdırmaq.
2.2. Bu Qaydalara əlavə olunan formaya uyğun tərtib olunan məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərarda (bundan sonra – qərar) aşağıdakılar göstərilir:
2.2.1. qərarın nömrəsi, tarixi və qəbul edilmə yeri;
2.2.2. barəsində qərar qəbul edilmiş fiziki şəxsin soyadı, adı, atasının adı, yaşayış ünvanı və təvəllüdü, hüquqi şəxsin adı və ünvanı;
2.2.3. qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulan müddəaları və pozuntu hallarının təsviri;
2.2.4. normativ hüquqi aktların pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunun maddələri;
2.2.5. məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi tarixi və müddəti;
2.2.6. bu Qaydaların 2.1-ci bəndi üzrə tətbiq edilən konkret məhdudlaşdırıcı tədbir (tədbirlər);
2.2.7. məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə səbəb olan halların və pozuntuların aradan qaldırılması üçün məcburi göstərişlər;
2.2.8. qərardan şikayət vermə qaydası və müddətləri.
2.3. Qərar xidmətin əməkdaşları tərəfindən tərtib edilmiş yoxlama aktı əsasında pozuntu faktı aşkar edildiyi tarixdən etibarən bir iş günü ərzində qəbul edilir.
2.4 Qərarın surəti qəbul edildiyi gündən etibarən bir iş günü ərzində barəsində qərar qəbul olunmuş şəxsə, işdən kənarlaşdırma halında isə həmçinin onun işəgötürəninə icra edilməsi üçün təqdim edilir (göndərilir).
3.1. Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.
3.2. Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır.
3.3. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir.
4.1. Qərarda göstərilən müddət ərzində tədbirlər icra edilmədikdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq məcburi icraya yönəldilir.
Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”na
Mən, _______________________________________________________________ direktoru
_____________________________________________________________________________
_____________________________________________________________________________
təqdim olunmuş sənədlərlə ____________________________________________________
(sənədin adı, tarixi)
tanış olaraq müəyyən etdim ki, ________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddənin 1-ci hissəsinin _____ bəndini rəhbər tutaraq
«_____» ________ 20 __ il tarixdən
_____________________________________________________________________________
_____________________________________________________________________________
Qərar icra edildikdən sonra barəsində qərar qəbul edilmiş şəxs tərəfindən ____________________________________________ rəsmi məlumat verilməlidir.
(dövlət sanitariya-epidemioloji xidmətin adı)
Qərarın surəti qəbul edildiyi gündən etibarən bir iş günü ərzində barəsində qərar qəbul olunmuş şəxsə, işdən kənarlaşdırma halında isə həmçinin onun işəgötürəninə icra edilməsi üçün təqdim edilir (göndərilir).
Qərardan “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən bir ay müddətində tabelik üzrə yuxarı vəzifəli baş dövlət sanitariya həkiminə şikayət verilə bilər.
Şikayət olunan hərəkətin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayət edilmə qərarın icrasını dayandırmır. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
________________________________________________ direktoru
(dövlət sanitariya-epidemioloji xidmətin adı)
Qərarın surətini aldım _________________________________________________________
«____» ___________20__ il _____________________________
1. 29 sentyabr 2016-cı il tarixli 57 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201609290057, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 oktyabr 2016-cı il)
2. 18 iyul 2018-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807180042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 iyul 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI