44.1. Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.
44.2. Bu Qanunun 44.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.
44.3. Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.
44.4. Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:
44.4.1. qapalı tender metodu;
44.4.2. bir mənbədən satınalma metodu;
44.4.3. çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.
44.5. Nəzarət orqanı bu Qanunun 44.4-cu maddəsində qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır. Nəzarət orqanı tərəfindən bu maddəyə əsasən verilən razılıqlar informasiya sisteminə dərhal ötürülür.