“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 33-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 1299 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarının 1-ci bəndində “dövlətlərə” sözündən sonra “və beynəlxalq təşkilatlara” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi Qaydası”na aşağıdakı əlavələr edilsin:
adında, 1-ci bəndin birinci və ikinci abzaslarında “dövlətlərə” sözündən sonra “və beynəlxalq təşkilatlara” sözləri əlavə edilsin;
2-ci bənddə hər iki halda “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri, “(dövlət tərəfindən” sözlərindən sonra “və beynəlxalq təşkilat tərəfindən” sözləri əlavə edilsin;
3-cü və 8-ci bəndlərdə, 4-cü bəndin birinci abzasında, 6-cı bəndin ikinci abzasında “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri əlavə edilsin;
5-ci bəndin birinci, səkkizinci və doqquzuncu abzaslarında “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri, beşinci və yeddinci abzaslarında “tərəf-dövlətin” sözlərindən sonra “və beynəlxalq təşkilatın” sözləri əlavə edilsin;
7-ci bəndin birinci abzasında hər iki halda “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri, ikinci abzasında hər iki halda “tərəf-dövlətlə” sözlərindən sonra “və beynəlxalq təşkilatla” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası”nın 43-cü bəndinin birinci və ikinci abzaslarında “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Qaydası”na aşağıdakı əlavələr edilsin:
3-cü bənddə “dövlətə” sözündən sonra “və beynəlxalq təşkilata” sözləri əlavə edilsin;
5-ci bənddə “dövlətlərə” sözündən sonra “və beynəlxalq təşkilatlara” sözləri əlavə edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 14 mart 2006-cı il