Qanunvericilik › “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 02.12.2016) › Tam mətn

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 02.12.2016)

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 02.12.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN QƏRARI

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2016-cı il tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın müddəalarından irəli gələn məsələlərin həll olunması məqsədilə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20.3-cü maddəsini rəhbər tutaraq,

1. “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

3. “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 13 fevral 2012-ci il tarixli Q/3 nömrəli və həmin Qaydaya dəyişikliklər edilməsi barədə 12 iyul 2012-ci il tarixli Q/7 nömrəli Qərarları ləğv edilsin.

1.1. Bu Qayda “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə müvafiq olaraq müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadəsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazələrin alınması zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – DTX) tərəfindən müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının təşkili və aparılması qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”na uyğun olaraq müvafiq icazələr müəssisə, idarə və təşkilatların xüsusi ekspertizanın və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsul rəhbərin dövlət attestasiyasının məqbul nəticələri əsasında verilir.

1.3. Xüsusi ekspertiza DTX-də təşkil olunmuş Ekspert Komissiyası tərəfindən keçirilir.

1.4. Müəssisə, idarə və təşkilatların xüsusi ekspertizası aşağıdakı istiqamətlər üzrə aparılır:

1.4.1. konkret fəaliyyət növünün icrası üçün yaradılmış şəraitin dövlət sirrinin mühafizəsi sahəsindəki qanunvericilik və normativ hüquqi aktlara, metodik və digər (standartlar, taktiki-texniki tapşırıqlar, texniki tapşırıqlar, texniki şərtlər və s.) sənədlərə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;

1.4.2. məxfilik rejimi;

1.4.3. texniki kəşfiyyata qarşı tədbirlər;

1.4.4. informasiyanın texniki kanallarla sızmadan mühafizəsi.

1.5. Müəssisə, idarə və təşkilatların xüsusi ekspertizası həmin təşkilat rəhbərinin dövlət attestasiyası ilə bərabər həyata keçirilir. Dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasına buraxılmış təşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 (üç) ay müddətində dövlət attestasiyasından keçməlidir.

2.1. Müəssisə, idarə və təşkilat (bundan sonra - ərizəçi) tərəfindən müvafiq icazənin alınması üçün qanunvericiliyə uyğun DTX-yə ərizə ilə müraciət edildikdə xüsusi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilir.

2.2. Ərizə qeydiyyata alındıqdan sonra xüsusi ekspertizanın keçirilməsi planı hazırlanır. DTX-nin Ekspert Komissiyasının sədri planı təsdiq edir və ekspertlərin vəzifə bölgüsünü apa­rır.

2.3. Xüsusi ekspertizanın keçirilməsi üzrə qərar və DTX-nin Ekspert Komissiyasının iş cədvəli barədə məlumat komissiyanın işə başlamasından 5 gündən gec olmayaraq ərizəçiyə çatdırılır.

2.4. Xüsusi ekspertiza ərizəçi ilə DTX arasında bağlanmış müqavilə əsasında mövcud qanunvericiliyə əsasən aparılır. Müqavilədə xüsusi ekspertizanın keçirilməsi ilə bağlı bütün xərclər nəzərə alınır. Xüsusi ekspertizanın keçirilməsi ilə bağlı xərclər ərizəçinin hesabına ödənilir.

2.5. Xüsusi ekspertiza barədə ərizəyə 30 gün müddətində baxılır və icazənin verilməsinin mümkünlüyü barədə qərar qəbul edilir. Xüsusi ekspertiza barədə qərar qəbul ediləndən sonrakı 5 iş günü ərzində müqavilə bağlanmalıdır. Müqavilə bağlandıqdan sonrakı 20 iş günü ərzində xüsusi ekspertiza aparılmalı və başa çatdırılmalıdır. Obyektlərin mürəkkəbliyi və çoxluğu, habelə görülən işlərin həcmi nəzərə alınaraq xüsusi ekspertizanın keçirilməsi 15 günə qədər uzadılır.

2.6. Ərizəçinin obyektlərində əlavə ekspertizanın keçirilməsi zərurəti yarandıqda xüsusi ekspertizanın müddəti ərizənin qeydiyyata götürüldüyü tarixdən 60 gündən çox olmamaq şərti ilə artırılır.

2.7. Xüsusi ekspertizanın nəticələri müvafiq aktla (1 saylı əlavə) rəsmiləşdirilir. Həmin aktda ekspertiza keçirilən obyektlərin bu Qaydanın 1.4-cü bəndində göstərilmiş istiqamətlər üzrə mövcud tələblərə uyğunluğu barədə və ya konkret çatışmazlıqlar göstərilməklə uyğunsuzluğu barədə yekun rəy verilir.

2.8. Xüsusi ekspertizanın nəticələri haqqında akt müvafiq icazənin verilməsi və ya icazənin verilməməsi barədə qərarın qəbul edilməsi üçün əsas hesab olunur.

3.1. Təşkilat rəhbəri xüsusi ekspertizanın keçirilməsi üçün məxfilik rejiminə cavabdeh şəxslə birgə aşağıdakı sənədləri DTX-nin Ekspert Komissiyasına təqdim edir:

3.1.1. yoxlanılacaq obyektin mühəndis-tikinti planı (bitişik otaqların yerləşməsi və təyinatı);

3.1.2. elektrik, telefon, kompüter şəbəkələrinin mövcudluğu, tipi (açıq və ya qapalı), şəbəkəni quraşdırmış qurum barədə məlumat, kommunikasiya xətlərinin, ventilyasiya sisteminin sxemləri;

3.1.3. yoxlanılan obyektdə olan texniki vasitələrin sayı və təyinatı, zavod nömrələri, istehsal (alınma) tarixləri, təyinatı və istehsalçı şirkət barədə məlumatlar;

3.1.4. istehsalçı şirkətə və ya avadanlıqları göndərən şəxsə texniki vasitələrin şifarişçisi barədə informasiyanın əvvəlcədən məlum olub-olmaması barədə məlumatlar;

3.1.5. texniki vasitələrin quraşdırılması, tənzimlənməsi və ya təmirində xarici ölkə mütəxəssislərinin iştirakı barədə məlumatlar.

3.2. Xüsusi ekspertizanın keçirilməsi zamanı aşağıdakılara diqqət yetirilir:

3.2.1. xüsusi ekspertizanın birinci dəfə keçirilməsinə;

3.2.2. xüsusi ekspertizanın plan üzrə keçirilməsinə;

3.2.3. obyektin binasının tikintisində və təmirində xarici şirkətlərin və ya onların nümayəndələrinin iştirakının olub-olmamasına;

3.2.4. bina və otaqların (avadanlıqların, məişət texnikasının və s.) əsaslı və ya cari təmirinin keçirilməsinə;

3.2.5. əşyaların, suvenirlərin kim tərəfindən təqdim olunması, mebellərin və sair dəyişdirilməsi və təmirindən sonra keçirilməsinə.

3.3. Yoxlanılan obyektin ətrafında yerləşən binalar haqqında məlumatların toplanılması:

3.3.1. binanın ətrafında yerləşən obyektlərin mənsubiyyəti, təyinatı, sayı;

3.3.2. binanın ətrafında olan obyektlərin yoxlanılan obyektə nisbətən yaxın yerləşməsi.

3.4. Xüsusi ekspertiza keçirilən informasiya fəaliyyəti obyekti barədə təqdim edilən sənədlər təşkilat rəhbəri tərəfindən imzalanmalıdır.

4.1. Xüsusi ekspertiza keçirilərkən ərizəçinin obyektlərində aşağıdakı tədbirlər həyata keçirilir:

4.1.1. obyektlərə dair toplanan məlumatların ilkin təhlili;

4.1.2. fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ərizəçi tərəfindən yerinə yetirilmə səviyyəsinin qiymətləndirilməsi;

4.1.3. obyektlərlə bilavasitə tanışlıq;

4.1.4. məxfilik rejiminin təmin olunması üzrə həyata keçirilən tədbirlərin qiymətləndirilməsi;

4.1.5. texniki kəşfiyyata əks-təsir üzrə görülmüş işlərin qiymətləndirilməsi;

4.1.6. obyektlərdə işləyən dövlət sirrinin mühafizəsi sahəsində mütəxəssislərin sayı­nın və ixtisas səviyyəsinin qiymətləndirilməsi;

4.1.7. dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə həyata keçirilən təşkilati və texniki tədbirlərin qiymətləndirilməsi;

4.1.8. obyektdə olan informasiyanı mühafizə vasitələrinin mövcud tələblərə uyğunluğunun qiymətləndirilməsi;

4.1.9. obyektlərin informasiya sistemlərində real şəraitdə kompleks sınaqların keçirilməsi;

4.1.10. xüsusi ekspertiza üzrə rəyin hazırlanması.

4.2. Fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla dövlət sirri təşkil edən məlumatların mühafizəsinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinin ərizəçi tərəfindən yerinə yetirilməsinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı aşağıdakı istiqamətlər üzrə yoxlamalar aparılır:

4.2.1. dövlət sirrinin mühafizəsi üzrə işlərin təşkilini və həyata keçirilməsini müəyyən edən normativ sənədlərin mövcudluğu və onların hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

4.2.2. informasiyanın mühafizəsi, məxfilik rejimi, texniki kəşfiyyata əks-təsir və informasiyanın texniki kanallarla sızmadan mühafizəsi üzrə normativ metodiki sənədlərin mövcudluğu və tamlığı;

4.2.3. dövlət sirrinin mühafizəsi üzrə müvafiq struktur bölmənin fəaliyyətinin qiymətləndirilməsi.

4.2.4. ehtiyac olduqda obyekt ətrafında yerləşən obyektlər barədə müvafiq strukturlara sorğuların göndərilməsi;

4.3. Obyekt ətrafındakı şərait öyrənildikdən sonra xüsusi ekspertizanın keçirilməsi barədə obyekt rəhbəri məlumatlandırılır və ekspertiza həyata keçirilir.

4.4. Ərizəçinin obyektlərində işləyən dövlət sirrinin mühafizəsi sahəsində mütəxəssislərin sayının və ixtisas səviyyəsinin qiymətləndirilməsi zamanı həmin mütəxəssislərin aşağıdakı istiqamətlər üzrə hazırlığı yoxlanılır:

4.4.1. obyektdə qorunan məlumatların müəyyən olunması, fəaliyyət istiqamətini açıqlayan əlamətlərin aşkarlanması;

4.4.2. obyektdə texniki kəşfiyyat imkanlarının təhlili;

4.4.3. dövlət sirri təşkil edən məlumatların sızma kanallarının aşkarlanması;

4.4.4. obyekt və buraxılan məhsul barədə dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə tədbirlərin hazırlanması;

4.4.5. dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə tətbiq olunan tədbirlərin icrasına nəzarət.

4.5. İnformasiyanı mühafizə vasitələrinin qiymətləndirilməsi zamanı həmin vasitələrin mövcudluğu, işə yararlılığı və uyğunluq sertifikatının qüvvədə olması yoxlanılır.

4.6. Ərizəçinin obyektlərinin informasiya sistemlərində real şəraitdə sınaqların keçirilməsi zamanı həmin sistemlərdə dövlət sirri təşkil edən məlumatların emalının müxtəlif texnoloji mərhələlərində tətbiq olunan üsul və vasitələrin mövcud tələblərə uyğunluğu müəyyən edilir.

4.7. Xüsusi ekspertiza zamanı aşkar olunmuş çatışmazlıqların qısa müddətdə düzəldilməsi mümkün olduqda onların ekspertizadan keçirildiyi müddətində aradan qaldırılması üzrə ərizəçi tərəfindən tədbirlər görülməlidir. Aşkar olunmuş çatışmazlıqlar ekspertiza müddətində aradan qaldırmaq mümkün olmadıqda DTX-nin Ekspert Komissiyası bu barədə müvafiq rəy hazırlayır.

4.8. Xüsusi ekspertizanın nəticələrinə dair tərtib olunmuş akt Ekspert Komissiyasına göndərilir.

5.1. Xüsusi ekspertizası keçirilən ərizəçi Ekspert Komissiyanın üzvlərinə ekspertizanın keçirilməsi ilə bağlı bütün köməklik göstərməli və zəruri şərait yaratmalıdır.

5.2. Xüsusi ekspertizanın keçirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə ərizəçi şəxsən məsuliyyət daşıyır.

1 saylı əlavə (bənd 2.7)

Təşkilatın adı, hüquqi ünvanı____________________________________________

_________________________________________________________________________

Yoxlanılan otaqların sayı və təyinatı______________________________________

_________________________________________________________________________

Yoxlanılan texniki vasitələrin sayı və təyinatı______________________________

_________________________________________________________________________

Ekspertizanın nəticələri _________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

5. Qeyd: _______________________________________________________________

____________________________________

____________________________________

____________________________________

____________________________________

Təşkilatın məsul şəxsi: ____________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver