3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir:
3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması;
3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi;
3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması;
3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması;
3.0.5. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan fərdi uçotun həyata keçirilməsi.
II fəsil
Fərdi uçotun təşkili