Qanunvericilik › Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 29.12.2014) › Tam mətn

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 29.12.2014)

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 29.12.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:

1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 805-1-2014 (EN 1555-1:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər” (1 nömrəli əlavə).

1.2. AZS 805-2-2014 (EN 1555-2:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” (2 nömrəli əlavə).

1.3. AZS 805-3-2014 (EN 1555-3:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər” (3 nömrəli əlavə).

1.4. AZS 806-1-2014 (EN 12201-1:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər” (4 nömrəli əlavə).

1.5. AZS 806-2-2014 (EN 12201-2:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” (5 nömrəli əlavə).

1.6. AZS 806-3-2014 (EN12201-3:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər” (6 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E.Cəbrayılov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib,“Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02dekabr2014-cü il tarixli TK-16-3/2014saylı protokol)və təqdim edilib.

2. Bu standart EN 1555-1:2010 “Plastics piping systems for the supply of gaseous fuels – Polyethylene (PE). Part 1: General” Avropa standartının autentik tərcüməsi əsasəndaişlənib hazırlanıb.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Yanar qazların nəqli üçün plastik

boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems forthe supply of

gaseousfuels. Polyethylene (PE)

Bu standart yanar qazların nəqli sahəsində polietilen (PE) boru kəmərləri sisteminin ümumi aspektlərini müəyyən edir.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən edilib.

Bu standart, EN 1555 standartının 2÷5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE borulara, fitinqlərə, klapanlara, onların birləşmələrinə və digər materialların komponentlər ilə birləşmələrə tətbiq olunur:

a) yol verilən maksimal işçi təzyiq (PFA), ən çoxu 10 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

Qeyd 1: Digər işçi temperaturlar üçün azaltma əmsalları tətbiq olunmalıdır (bax:EN 1555-5 [6]).

EN 1555 (bütün hissələr) maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Qeyd 2: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlər içərisindən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 1555-2: 2010 Plastics piping systems for the supply of gaseous fuels –Polyethylene (PE) – Part 2: Pipes (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular)

EN 1555-3 Plastics piping systems for the supply of gaseous fuels – Polyethylene (PE) – Part 3: Fittings (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər)

prEN 1555-4 Plastics piping systems for the supply of gaseous fuels – Polyethylene (PE) – Part 4: Valves (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 4: Klapanlar)

EN 12099 Plastics piping systems – Polyethylene piping materials and components – Determination of volatile content (Plastik boru kəmərləri sistemi. Polietilen boru materialları və komponentləri. Uçucu maddələrin miqdarının müəyyən olunması)

EN ISO 472: 2001 Plastics – Vocabulary (ISO 472: 1999) (Plastik materiallar. Lügət (ISO 472: 1999))

EN ISO 1043-1: 2001 Plastics – Symbols and abbreviated terms – Part 1: Basic polymers and their special characteristics (ISO 1043-1:2001) (Plastik materiallar. Simvollar və qısaldılmış terminlər. Hissə 1: Əsas polimerlər və onları xüsusi xüsusiyyətləri (ISO 1043-1:2001))

EN ISO 1167-1: 2006 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids–Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1:2006))

EN ISO 1133 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-2 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 2: Preparation of pipe test pieces (ISO 1167-2:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 2: Boru sınaq nümunələrinin hazırlanması (ISO 1167-2: 2006))

EN ISO 1183-1 Plastics – Methods for determining the density of non-cellular plastics – Part 1: Immersion method, liquid pyknometer method and titration method (ISO 1183-1:2004) (Plastik materiallar. Qeyri-poroplast materialların sıxlığının müəyyən olunması üçün metodlar. Hissə 1: İmmersiya metodu, maye piknometr metodu və titrləmə metodu (ISO 1183-1:2004))

EN ISO 1183-2 Plastics – Methods for determining the density of non-cellular plastics – Part 2: Density gradient column method (ISO 1183-2:2004) (Plastik materiallar. Qeyri-poroplast materialların sıxlığının müəyyən olunması üçün metodlar. Hissə 2: Sıxlıq qradiyenti sütun metodu (ISO 1183-2:2004))

EN ISO 6259-1 Thermoplastics pipes – Determination of tensile properties – Part 1: General test method (ISO 6259-1:1997) (Termoplastik borular. Dartılma xüsusiyyətinin təyini. Hissə 1: Ümumi sınaq metodu (ISO 6259-1:1997))

prEN ISO 9080 Plastics piping and ducting systems – Determination of the long-term hydrostatic strength of thermoplastics materials in pipe form by extrapolation (ISO/DIS 9080:2010) (Plastik boru kəməri və kanalizasiya sistemləri. Boru formasında olan termoplastik materialların daxili təzyiqə uzunmüddətli dayanıqlılığının müəyyən olunması (ISO/DIS 9080: 2010))

EN ISO 12162 Thermoplastics materials for pipes and fittings for pressure applications – Classification, designation and design coefficient (ISO 12162:2009) (Təzyiq altında olan borular və fitinqlər üçün termoplastik materiallar. Təsnifat, adlandırma və hesabi əmsal (ISO 12162:2009))

EN ISO 13477 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Small-scale steady-state test (S4 test) (ISO 13477:2008) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Kiçik miqyaslı statik rejimdə sınaq (S4 sınağı) (ISO 13477:2008))

EN ISO 13478 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Full-scale test (FST) (ISO 13478:2007) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Tam miqyaslı sınaq (ISO 13478:2007))

EN ISO 13479 Polyolefin pipes for the conveyance of fluids – Determination of resistance to crack propagation – Test method for slow crack growth on notched pipes (ISO 13479:2009) (Mayelərin nəqli üçün poliolefin borular. Çatın yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Borularda çatın yavaş yayılması üçün sınaq metodu (ISO 13479: 2009))

EN ISO 15512 Plastics – Determination of water content (ISO 15512:2008) (Plastik materiallar. Nəmliyin müəyyən olunması (ISO 15512:2008))

EN ISO 16871 Plastics piping and ducting systems – Plastics pipes and fittings – Method for exposure to direct (natural) weathering (ISO 16871:2003) (Plastik boru kəməri və kanalizasiya sistemləri. Plastik borular və fitinqlər. Atmosfer şəraitində birbaşa (təbii) köhnəlmə metodu (ISO 16871:2003))

ISO 6259-3 Thermoplastics pipes – Determination of tensile properties – Part 3: Polyolefin pipes (Termoplastik borular. Dartılma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 3: Poliolefin borular)

ISO 6964 Polyolefin pipes and fittings – Determination of carbon black content by calcination and pyrolysis – Test method and basic specification (Poliolefin borular və fitinqlər. Yandırma və piroliz üsulu ilə kömürün təyini. Sınaq metodu və əsas texniki tələblər)

ISO 11357-6 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidation induction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperaturunun (dinamik) müəyyən olunması)

ISO 11413: 2008 Plastics pipes and fittings – Preparation of test piece assemblies between a polyethylene (PE) pipe and an electrofusion fitting (Plastik borular və fitinqlər. Polietilen (PE) boru və elektroqaynaq fitinq arasında birləşmələrdən sınaq nümunəsinin hazırlanması)

ISO 11414: 2009 Plastics pipes and fittings – Preparation of polyethylene (PE) pipe/pipe or pipe/fitting test piece assemblies by butt fusion (Plastik borular və fitinqlər. Alın qaynağı ilə Polietilen (PE) boru/boru və boru/fitinq birləşmələrindən sınaq nümunəsinin hazırlanması)

ISO 13953 Polyethylene (PE) pipes and fittings – Determination of the tensile strength and failure mode of test pieces from a butt-fused joint (Plastik borular və fitinqlər. Alın qaynaq birləşməsindən sınaq nümunələrinin dartılmada möhkəmlik həssinin və qırılma halının müəyyən olunması)

ISO 13954 Plastics pipes and fittings – Peel decohesion test for polyethylene (PE) electrofusion assemblies of nominal outside diameter greater than or equal to 90 mm (Plastik borular və fitinqlər. Nominal xarici diametri 90 mm və daha böyük olan polietilen (PE) elektroqaynaq birləşmələrində qopmaya dayanıqlılıq sınağı)

ISO 18553 Method for the assessment of the degree of pigment or carbon black dispersion in polyolefin pipes, fittings and compounds (Poliolefin borularda, fitinqlərdə və kompaundlarda piqmentin və kömürün dispersiya dərəcəsinin qiymətləndirilməsi metodu)

3.1 Termin və təriflər

Bu standartda EN ISO 472:2001 və EN ISO 1043-1:2001-də və aşağıda verilmiş terminlər və təriflərdən, simvollardan istifadə olunub.

3.1.1 Geometrik terminlər

3.1.1.1 nominal ölçü (DN/OD)

yiv ölçüsü ilə verilən komponent istisna olmaqla, komponentin ölçüsünün rəqəm şəklində ifadəsi, bu ölçü yuvarlaqlaşdırılmış rəqəmdir və təxminən istehsal olunan faktiki ölçüyə (mm ilə) bərabər olmaqla xarici diametrləbağlıdır

3.1.1.2 nominal xarici diametr(dn)

nominal ölçüyə (DN/OD) uyğun müəyyən olunmuş xarici diametr, mm ilə

3.1.1.3 ixtiyarı nöqtədə xarici diametr (de)

borunun istənilən nöqtəsində en kəsik sahəsi boyunca xarici diametrin 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

3.1.1.4 orta xarici diametr (dem)

borunun və ya fitinqin genağız hissəsinin en kəsik sahəsi boyunca xarici perimetrinin p-ə (=3,142) bölünməsindən alınan ədədin 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

3.1.1.5 minimal orta xarici diametr (dem,min)

verilmiş nominal ölçü üçün bu standarta uyğun müəyyən olunmuş orta xarici diametrin minimal qiyməti

3.1.1.6 maksimal orta xarici diametr (dem,max)

verilmiş nominal ölçü üçün bu standarta uyğun müəyyən olunmuş orta xarici diametrin maksimal qiyməti

3.1.1.7 ovallıq (dairəvilikdən kənaraçıxma)

borunun və ya genağız hissənin eyni en kəsik sahəsi boyunca ölçülmüş minimal və maksimal xarici diametrləri arasındakı fərq

3.1.1.8 nominal divar qalınlığı(en)

komponentin divar qalınlığının rəqəm şəklində ifadəsi, bu ölçü təxminən istehsal olunan faktiki ölçüyə (mm ilə) bərabər olmaqla müvafiq şəkildə yuvarlaqlaşdırılmış rəqəmdir.

Qeyd: EN 1555 standartının müxtəlif hissələrinin tələblərinə cavab verən termoplastik komponentlər üçün nominal divar qalınlığının (en) qiyməti bu standartda müəyyən olunmuş ixtiyari nöqtədə minimal divar qalınlığına (emin) uyğundur.

3.1.1.9 ixtiyarı nöqtədə divar qalınlığı(e)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

Qeyd: Fitinqlərin və klapanların gövdəsinin ixtiyari nöqtədə divar qalınlığı E ilə işarələnir.

3.1.1.10 ixtiyari nöqtədə minimal divar qalınlığı (emin)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının bu standarta uyğun müəyyən olunmuş minimal qiyməti

3.1.1.11 ixtiyari nöqtədə maksimal divar qalınlığı (emax)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının bu standarta uyğun müəyyən olunmuş maksimal qiyməti

3.1.1.12 orta divar qalınlığı (em)

komponentin eyni en kəsik sahəsində perimetr boyunca divar qalınlığının minimal və maksimal qiymətləri də daxil olmaqla, bərabər şəkildə ara məsafəsi saxlanılaraq ölçülmüş qiymətlərinin ədədi ortası

3.1.1.13 yol verilən kənaraçıxma

kəmiyyətin verilmiş qiymətdən mümkün meyletməsi, bu meyletmə buraxıla bilən maksimal və minimal qiymətlərin fərqi şəklində ifadə olunur

3.1.1.14 divar qalınlığından yol verilən kənaraçıxma (ty)

nominal divar qalınlığı (en) ilə ixtiyari nöqtədə divar qalınlığı (e) arasında olan yol verilən fərq

3.1.1.15 standart ölçü nisbəti(SDR)

boru seriyasının rəqəmlə ifadə olunması, borunun nominal xarici diametrinin (dn) onun nominal divar qalınlığına (en) nisbətinə bərabər olan yuvarlaq rəqəm

3.1.1.16 boru seriyası(S)

borunun adlandırılması üçün ölçüsüz rəqəm

Qeyd: Boru seriyası (S) və standart ölçü nisbəti (SDR) arasındakı münasibət ISO 4065-də [7] verilmiş aşağıdakı düsturla müəyyən edilir:

3.1.2 Materiala dair terminlər

3.1.2.1 ilkin material

dənəvər formada olan, istifadə olunmayan, yaxud özünün istehsal prosesi istisna olmaqla digər emal proseslərinə məruz qalmayan və təkrar emal materialları əlavə olunmayan material.

3.1.2.2 istifadə olunmayan məhsulun təkrar emal materialı

boruların, fitinqlərin və yaxud klapanların istehsalı zamanı alınan tullantılar da daxil olmaqla, istifadə olunmamış təmiz borulardan, fitinqlərdən və yaxud klapanlardan hazırlanan və bir istehsalçı tərəfindən ilkin olaraq komponentlərin istehsalında (məsələn, injeksiya, yaxud ekstruziya üsulu ilə) istifadə olunduqdan sonra hər hansı bir digər istehsalçının zavodunda təkrar emal olunan material.

bu standartın tələblərinə cavab verən komponentlərin emalı və istifadəsi üçün əsas polimerin (PE) və qatqıların (məsələn, anti-oksidləşdiricilər, piqmentlər, kömür, UB-stabilləşdiricilər və digərləri) tələb olunan norma daxilində bircins ekstruziya olunmuş qarışığı.

3.1.3 Materialın xüsusiyyətlərinə dair terminlər

3.1.3.1 proqnozlaşdırılan hidrostatik sərtliyin aşağı dözümlülük həddi (sLPL)

q temperaturunda və tmüddətində proqnozlaşdırılan hidrostatik sərtliyin 97,5 %-lik aşağı dözümlülük həddini əks etdirən kəmiyyət

Qeyd: Bu kəmiyyət MPa ilə ifadə olunur.

3.1.3.2tələb olunan minimal sərtlik(MRS)

200C temperaturda və 50 il müddətində proqnozlaşdırılan hidrostatik sərtliyin aşağı dözümlülük həddinin (sLPL) qiyməti, bu qiymət sLPL<10 MPa olduqda R10 sırasının növbəti daha kiçik qiymətinə, sLPL≥10 MPa olduqda isə R20 sırasının növbəti daha aşağı qiymətinə qədər yuvarlaqlaşdırılır

Qeyd:R10 sırası ISO 3-ə[3] və R20 sırası ISO 497-yə [4] uyğundur.

3.1.3.3 hesabi əmsal (C)

istismar şərtlərini, eləcə də boru kəmərinin komponentlərinin aşağı dözümlülük həddinin müəyyən olunmasında nəzərə alınmamış xüsusiyyətlərini nəzərə alan və qiyməti vahiddən böyük olan əmsal.

3.1.3.4 hesabi gərginlik (ss)

200C-də verilmiş tətbiq üçün buraxıla bilən gərginlik, onun qiyməti tələb olunan minimal sərtliyin (MRS) hesabi əmsala (C) bölünməsi ilə alınır, yəni:

Qeyd: Bu kəmiyyət MPa ilə ifadə olunur.

3.1.3.5 ərimə axını indeksi(MFR)

verilmiş yük altında və verilmiş temperaturda ərinmiş materialın özlülüyü ilə bağlı olan rəqəm, onun qiyməti hər 10 dəqiqəyə düşən qramlarla (q/10 dəq) ifadə olunur

3.1.4 İstismar şərtləri ilə bağlı terminlər

atmosfer təzyiqində,15C temperaturda qaz şəklində olan yanacaq

3.1.4.2 maksimal işçi təzyiq (MOP)

fasiləsiz istismar zamanı boru kəmərində olan maddənin maksimal təzyiqi

Qeyd: Bu parametr bar ilə əfadə olunur, boru kəmərinin komponentlərinin fiziki və mexaniki xüsusiyyətlərini nəzərə alır və aşağıdakı düsturla hesablanır:

3.1.4.3 standart temperatur

boru kəmərinin layihələndirildiyi tempetatur

Qeyd: Bu temperatur hesabatlarda, standart temperaturdan fərqli işçi temperaturlar üçün boru kəmərinin və yaxud onun hissələrinin layihələndirilməsində əsas kimi istifadə olunur

3.1.5 Birləşmələrə dair terminlər

3.1.5.1 qızdırıcı alət istifadə olunan alın qaynaq birləşməsi

boruların və ya genağız fitinqlərin hamarlanmış uclarının qızdırılması ilə edilən birləşmə, bu zaman onların səthləri PE materialı ərimə temperaturuna çatana qədər yastı qızdırıcı lövhəyə qarşı tutulur, daha sonra qızdırıcı alət dərhal çıxarılır və nəhayət iki yumşaldılmış səth ağız-ağıza sıxılmaqla bir-birinə uyğunlaşdırılır.

3.1.5.2 qaynaq uyğunluğu

qaynaq olunan iki oxşar və ya qeyri-oxşar polietilen materialın bu standartın tələblərinə cavab verən birləşmə əmələ gətirmək qabiliyyəti

3.1.5.3 elektroqaynaq birləşmə

PE elektroqaynaq yuva və ya yəhərli fitinq ilə boru və yaxud genağız fitinq arasında olan birləşmə

Qeyd: Elektroqaynaq fitinqlər onların birləşən səthlərinə bağlanan, borunun və ya fitinqin səthinin əriməsinə səbəb olan qızdırıcı elementin Coul effekti ilə qızdırılır.

Bu normativ sənəddə aşağıdakı simvollar istifadə olunur:

de xarici diametr (ixtiyari nöqtədə)

dem orta xarici diametr

dem,max orta xarici diametrin maksimal qiyməti

dem,min orta xarici diametrin minimal qiyməti

dn nominal xarici diametr

E fitinqin və yaxud klapanın gövdəsinin divar qalınlığı

em orta divar qalınlığı

emax maksimal divar qalınlığı (ixtiyari nöqtədə)

emin minimal divar qalınlığı (ixtiyari nöqtədə)

en nominal divar qalınlığı

ty divar qalınlığından yol verilən kənaraçıxma

DN/OD xarici diametrlə bağlı olan nominal ölçü

LPL proqnozlaşdırılan aşağı hədd

MFR ərimə axını indeksi

MOP maksimal işçi təzyiq

MRS tələb olunan minimal sərtlik

R Reynard sırasına uyğun üstünlük verilən rəqəmlər sırası

SDR standart ölçü nisbəti

4.1 Komponentlərin materialı

Borular, fitinqlər və klapanlar bu standartın tələblərinə cavab verən polietilendən hazırlanmalıdır.

Kompaund, material istehsalçısı tərəfindən polietilen əsaslı polimerə EN 1555-2, EN 1555-3 və yaxud prEN 1555-4 standartlarının tələblərinə cavab verən boruların, fitinqlərin və klapanların istehsalı üçün vacib olan, yalnız qaynaq uyğunluğuna, saxlanılmasına və istifadəsinə görə tətbiq oluna bilən qatqılar, piqmentlər və yaxud kömür əlavə olunmaqla hazırlanmalıdır.

İstifadə olunan bütün qatqılar milli qanunvericiliyə uyğun olmalıdır.

Kompaundun rəngi sarı (PE 80), narıncı (PE 100) və yaxud qara (PE 80 və PE 100) olmalıdır. Qara kompaundun istehsalında istifadə olunan kömür hissəciklərinin orta (ilkin) ölçüsü 10÷25 nm olmalıdır.

Qeyd: Bəzi ölkələrdə, piqmentsiz kompaunddan hazırlanmış xarici soyula bilən qata malik borulara o halda icazə verilir ki, həmin kompaund bu standartın tələblərini ödəmiş olsun. Əgər buna hər hansı bir ölkədə icazə verilirsə, bu hal milli ön sözdə aydın şəkildə göstərilməlidir.

4.2.3.1 Dənəvər formada olan kompaundun xüsusiyyətləri

Boruların, fitinqlərin və klapanların istehsalında istifadə olunan dənəvər kompaund Cədvəl 1-də verilmiş tələbləri ödəyən xüsusiyyətlərə malik olmalıdır.

4.2.3.2 Boru formasında olan kompaundun xüsusiyyətləri

Müvafiq sınaq metodunda başqa bir tələb göstərilməyənə qədər, nümunələr Cədvəl 2-yə uyğun olaraq sınaq olunmamışdan əvvəl (23±2)C temperaturda kon-disiyalaşdırılmalıdır.

Boruların, fittinqlərin və klapanların istehsalında istifadə olunan boru formasında olan kompaund Cədvəl 2-də verilmiş tələbləri ödəyən xüsusiyyətlərə malik olmalıdır.

4.3.1 Cədvəl 1-in tələblərinə uyğun olan kompaundlar əriyə bilən(qaynaq oluna bilən) olmalıdırlar. Hər bir kompaund üçün bu xüsusiyyət istehsalçı tərəfindən Cədvəl 3-də verilmiş dartma sınağında qırılmaya (dağılmaya) dair tələbin həmin kompaunddan istehsal olunmuş iki borudan götürülmüş və (23±2)C ətraf mühit temperaturunda ISO 11414:2009, Əlavə A-ya uyğun olaraq müəyyən olunmuş parametrlərdən istifadə etməklə hazırlanmış alın qaynaq birləşməsi üçün yerinə yetirilməsi yoxlanılmaqla təsdiq olunmalıdır.

4.3.2 Cədvəl 1-in tələblərinə uyğun olan kompaundlar bir-birinə qaynaq oluna bilən hesab olunur. Tələb olunduqda, istehsalçı bu xüsusiyyəti, Cədvəl 3-də verilmiş dartma sınağında qırılmaya (dağılmaya) vəziyyətinə dair tələbin kompaundlardan istehsal olunmuş iki borudan götürülmüş və (23±2)C ətraf mühit temperaturunda ISO 11414: 2009, Əlavə A-da göstərilmiş parametrlərdən istifadə etməklə hazırlanmış alın qaynaq birləşməsi üçün yerinə yetirilməsini yoxlamaqla təsdiq etməlidir.

EN ISO 1183-1 və EN ISO 1183-2-yə uyğun olaraq

İstiliyə dözümlülük (termiki stabillik)

Ərimə axını indeksi (MFR)

EN ISO 1133-ə uyğun olaraq

Uçucu maddələrin miqdarı

Nümunələrin hazırlanması

ISO 18553-ə uyğun olaraq

Piqmentin dispersiyası

Nümunələrin hazırlanması

Butələblərə uyğunluqkompaundunistehsalçısı tərəfindəntəsdiqolunmalıdır.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax: CEN/TS 1555-7 [2]).

Sınaq, düzgün korrelyasiya təmin edildikdə, 210C və ya 220C temperaturlarda da aparıla bilər. Mübahisəli hallarda sınaq temperaturu 200C olmalıdır.

Kompaund istehsalçısı tərəfindən müəyyən olunan qiymət

Bu sınaq,yalnız, uçucu maddələrin ölçülmüşmiqdarı müəyyən olunmuş tələblərə uyğun olmadıqda tətbiq olunur. Mübahisəli hallarda nəmliklə bağlı tələb tətbiq olunmalıdır. Alternativ metod kimi ISO 760 [5] tətbiq oluna bilər. Bu tələb kompaund istehsalçısına istehsal mərhələsində və kompaund istifadəçisinə emal mərhələsində tətbiq olunur (əgər nəmlik verilmiş həddi aşarsa istifadədən əvvəl qurudulmalıdır)

Yalnız qara rəngli kompaund üçün tətbiq olunur

Mübahisəli hallarda sınaq nümunələri sıxma (kompresyon) metodu ilə hazırlanmalıdır.

Yalnız qara rəngli olmayan kompaundlara üçün tətbiq olunur

Qaz kondensatına dayanıqlılıq

Kondisiyalaşdırma müddəti (konsensat ilə doldurulmuş boru)

Atmosfer şəraitində köhnəlməyə qarşı dayanıqlılıq

Ümumi energetik işıqvermə

a) elektroqaynaq birləşmənin qop-maya dayanıq-lılığı (dn:110 mm SDR 11)

b) Daxili təzyiqə dayanıqlılıq (80C-də 1000 saat)

c) qırılmada nisbi uzanma

ISO 11413:2008-ə uyğun olaraq hazırlanan sınaq nümunəsi

Birləşmə şərti 1: 23C; ≤33% kövrək qırılma

EN 1555-2:2010, Cədvəl 4-ə uyğun olmalıdır

EN 1555-2:2010, Cədvəl 4-ə uyğun olmalıdır

Çatın sürətli yayılmasına qarşı dayanıqlılıq (böhran təzyiqi, pc) (e≥15 mm)

Çatın yavaş ya-yılmasına qarşı dayanıqlılıq

Daxili sınaq təzyiqi:

Bu tələblərə uyğunluq kompaundun istehsalçısı tərəfindən təsdiq olunmalıdır.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 1555-7 [2]).

50 % (çəkiyə görə) n-dekan və 50 % ((çəkiyə görə) 1-3-5 trimetilbenzol

Yalnız qara rəngli olmayan kompaundlara tətbiq olunur

Tam miqyas/S4 korrelyasiya faktoru 3,6-a bərabərdir və (tam miqyas/S4 mütləq böhran təzyiqi) nisbəti kimi müəyyən olunur:

Əgər tələblər ödənilmirsə yə yaxud S4 sınaq avadanlığı mövcud deyildirsə, onda EN ISO 13478-ə əsasən tam miqyaslı sınaqdan istifadə etməklə (təkrar) sınaq keçirilməlidir. Bu halda: pc=pc,tam miqyas.

dartma sınağında qırılmanın (dağılmanın) müəyyən olunması

Qırılana (dağılana) qədər sınaq:

kövrək: qeyri-qənaətbəxş

Bu tələblərə uyğunluq kompaundun istehsalçısı tərəfindən təsdiq olunmalıdır.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarıgöstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunə-lərinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 1555-7[2]).

4.4 Təsnifat və adlandırma

Kompaundlar PE materialının tipi ilə adlandırılır. Kompaundlar boru formasında sınaq olunduqda tələb olunan minimal sərtlik (MRS) Cədvəl 4-ə uyğun olmalıdır.

göstəricisini tapmaq üçünkompaund, EN ISO 1167-1 və EN ISO 1167-2-yə uyğun olaraq boru üzərində ən azı üç müxtəlif temperatur rejimində (bunlardan ikisi 20C və 80C olmalı, üçüncüsü isə sərbəst şəkildə 30÷70C aralığından seçilir) aparılan təzyiq sınaqlarından sonra, prEN ISO 9080-a uyğun olaraq qiymətləndirilməlidir. MRS qiyməti -in əsasında hesablanır və kompaundistehsalçı tərəfindən EN ISO 12162-ə uyğun olaraq təsnif olunmalıdır.

80C temperaturda t<5000 saat olduqda reqressiya əyrisi üzərində aşkar olunan əyilmələr olmamalıdır.

Kompaundun Cədvəl 4-də verilmiş təsnifata uyğunluğu istehsalçı tərəfindən göstərilməlidir.

Fittinqlər borular kimi eyni kompaunddan istehsal olunduqda, materialın təsnifatı borularda olduğu kimi eyni olacaqdır.

Yalnız fittinqlərin istehsalı üçün nəzərdə tutulan kompaundun təsnifatı üçün kompaunddan ekstruziya olunmuş boru formasında hazırlanan sınaq nümunələri istifadə olunmalıdır.

4.5 Hesabi əmsalvə hesabi gərginlik

Yanar qazların nəqli üçün nəzərdə tutulan borular, fitinqlər və klapanlar üçün hesabi əmsalın (C) qiyməti 2və yaxud daha böyük olmalıdır.

Hesabi gərginlik(ss) PE80 üçün 4,0 Mpa, PE100 üçün 5,0 Mpa olmalıdır.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib, “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02 dekabr 2014-cü il tarixli TK-16-3/2014 saylı protokol) və təqdim edilib.

2. Bu standart EN 1555-2:2010 “Plastics piping systems for the supply of gaseous fuels - Polyethylene (PE) - Part 2: Pipes” Avropa standartının autentik tərcüməsi əsasənda işlənib hazırlanıb.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems forthe supply of gaseousfuels. Polyethylene (PE)

Bu standart yanar qazların nəqli sahəsində polietilen (PE) boru kəmərləri sisteminin ümumi aspektlərini müəyyən edir.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən olunub.

Bu standart, EN 1555 standartının 1÷3 və 5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE borulara, onların birləşmələrinə və PE və digər materialların komponentləri ilə birləşmələrə tətbiq olunur:

a) yol verilən maksimal işçi təzyiq (MOP) ən çoxu 10 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

Qeyd 1: Digər işçi temperaturlar üçün azaltma əmsalları tətbiq olunmalıdır (EN 1555-5-ə baxılmalıdır).

EN 1555 maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Bu standart üç boru tipini əhatə edir:

– ixtiyari identifikasiya zolaqlarına malik PE borular (xarici diametr dn);

– Əlavə A-ya uyğun olaraq soekstruziya olunmuş qatlara malik PE borular (ümumi xarici diametr dn), bu qatlar borunun xarici və ya daxili səthinə, yaxud da hər iki səthinə çəkilməklə eyni MRS göstəricisinə malik olmalıdır;

– Əlavə B-ə uyğun olaraq xarici səthində soyula bilən, fasiləsiz əlavə termoplastik qata malik PE borular (“örtüklü boru”) (xarici diametr dn).

Qeyd 2: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlərdən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 1555-1: 2010 Plastics piping systems for the supply of gaseous fuels –Polyethylene (PE) – Part 1: General (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər)

EN 1555-5 Plastics piping systems for the supply of gaseous fuels – Polyethylene (PE) – Part 5: Fitness for purpose of the system (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 5: Sistemin tələblərinə uyğunluq)

EN 12106 Plastics piping systems. Polyethylene (PE) pipes. Test method for the resistance to internal pressure after application of squeeze-off (Plastik boru kəmərləri sistemi. Polietilen (PE) borular. Sıxışdırmaya məruz qaldıqdan sonra daxili təzyiqə dayanıqlılıq sınağı üçün sınaq metodu)

EN ISO 1133: 2005 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-2: 2006 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 2: Preparation of pipe test pieces (ISO 1167-2:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 2: Boru sınaq nümunələrinin hazırlanması (ISO 1167-2: 2006))

EN ISO 2505 Thermoplastics pipes. Longitudinal reversion. Test method and parameters (ISO 2505:2005) (Termoplastik borular. Uzununa ölçülərin dəyişməsi. Sınaq metodları və parametrlər (ISO 2505:2005))

EN ISO 3126 Plastics piping systems. Plastics components. Determination of dimensions (ISO 3126:2005) (Plastik boru kəmərləri sistemi. Plastik komponentlər. Ölçülərin müəyyən olunması (ISO 3126:2005))

EN ISO 1167-1: 2006 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids–Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1:2006))

EN ISO 9969 Thermoplastics pipes. Determination of ring stiffness (ISO 9969: 2007) (Termoplastik borular. Həlqəvi sərtliyin müəyyən olunması (ISO 9969: 2007))

ISO 6259-1 Thermoplastics pipes – Determination of tensile properties – Part 3: General test method (ISO 6259-1:1997) (Termoplastik borular. Dartılma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 1: Ümumi sınaq metodu (ISO 6259-1:1997))

EN ISO 13477 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Small-scale steady-state test (S4 test) (ISO 13477:2008) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Kiçik miqyaslı statik rejimdə sınaq (S4 sınağı) (ISO 13477:2008))

EN ISO 13478 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Full-scale test (FST) (ISO 13478:2007) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Tam miqyaslı sınaq (ISO 13478:2007))

EN ISO 13479: 2009 Polyolefin pipes for the conveyance of fluids – Determination of resistance to crack propagation – Test method for slow crack growth on notched pipes (ISO 13479:2009) (Mayelərin nəqli üçün poliolefin borular. Çatın yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Borularda çatın yavaş yayılması üçün sınaq metodu (ISO 13479: 2009))

EN ISO 13968 Plastics piping and ducting systems. Thermoplastics pipes. Determination of ring flexibility (ISO 13968:2008) (Plastik boru kəməri və kanal sistemləri. Termoplastik borular. Həlqəvi elastikliyin müəyyən olunması (ISO 13968:2008))

ISO 4065:1996 Thermoplastics pipes. Universal wall thickness table (Termoplastik borular. Universal divar qalınlığı cədvəli)

ISO 6259-3 Thermoplastics pipes. Determination of tensile properties. Part 3: Polyolefin pipes (Termoplastik borular. Dartma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 3: Poliolefin borular)

ISO 11357-6 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidation induction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperaturunun (dinamik) müəyyən olunması)

ISO 13480 Polyethylene pipes. Resistance to slow crack growth. Cone test method (Polietilen borular. Çatın yavaş yayılmasına dayanıqlılıq. Koni sınaq metodu)

Bu standartda EN 1555-1-də verilmiş termin və təriflər, ixtisarlar, və simvollar tətbiq olunub.

4.1 Boruların kompaundu

Borular ilkin materialdan və ya eyni PE kompaundunun istifadə olunmayan məhsulunun təkrar emal materialından və yaxud da onların qarışığından hazırlanmalıdır. Soekstruziya olunmuş borulardan və yaxud yapışanlısoyula bilən qata malik borulardan hazırlanan təkrar emal materialı istifadə olunmamalıdır. Soyula bilən qata malik borularda əsas borunun istifadə olunmayan məhsulunun təkrar emal materialı istifadə oluna bilər.

Boruların istehsal olunduğu kompaund(lar) EN 1555-1-in tələblərini ödəməlidir.

4.2 İdentifikasiya zolaqları üçün kompaund

Sarı və yaxud narıncı identifikasiya zolaqlarına (həmçinin bax: bənd 5.2) malik qara rəngli borularda bu identifikasiya zolaqları üçün istifadə olunan kompaund borunun komponentlərindən biri kimi qaynaq uyğunluğu təsdiqlənmiş eyni əsas polimerdən (PE) olmalıdır.

4.3Xarici təkrar emal və təkrar istifadə materialı

Xarici mənbələrdən əldə olunmuş təkrar emal materialı və təkrar istifadə materialı istifadə olunmamlıdır.

Böyüdücü vasitələr olmadan adi gözlə baxdıqda boruların daxili və xarici səthi hamar və təmiz olmalı və boşluqlara, cızıqlara və bu standartın tələblərinə uyğunluğun qarşısını ala biləcək digər səth çatışmamazlıqlarına malik olmamalıdır.

Boruların baş hissələri təmiz kəsilməli və borunun oxuna düz perpendikulyar olmalıdır.

Borular qara (PE80 və ya PE100), sarı (PE80) və yaxud narıncı (PE100) rəngdə olmalıdır. Bundan əlavə, milli normalara uyğun olaraq qara PE80 borular sarı, qara PE borular isə sarı və yaxud narıncı zolaqlarla identifikasiya oluna bilər.

Soekstruziya olunmuş boruların (Əlavə A) xarici soekstruziya olunmuş qatı və yaxud soyula bilən qata malik boruların (Əlavə B) xarici soyula bilən qatı qara, sarı və yaxud narıncı rəngdə olmalıdır. Bundan əlavə, milli normalara uyğun olaraq identifikasiya zolaqları istifadə oluna bilər.

1. Bəzi ölkələrdə piqmentsiz kompaunddan hazırlanmış xarici soyula bilən qata malik borulara o halda icazə verilir ki, istifadə olunan kompaund bu standartın tələblərinə cavab vermiş olsun. Əgər buna hər hansı bir ölkədə icazə verilirsə, bu hal milli ön sözdə aydın şəkildə göstərilməlidir.

2. Rənglərə dair milli normalar milli ön sözdə göstərilməlidir.

Borunun həndəsi ölçüləri EN ISO 3126-a uyğun olaraq ölçülməli və növbəti 0,1 mm-ə qədər yuvarlaqlaşdırılmalıdır. Mübahisəli hallarda ölçmələr istehsal pro-sesindən sonra 24 saatdan tez olmayaraq və ən azı 4 saat (23±2)C temperaturda saxlanılmaqla ölçülməlidir.

Qeyd 1: İstehsal mərhələsində dolayı ölçmələrə icazə verilir.

6.2 Orta xarici diametr, ovallıq və yol verilən kənaraçıxmalar

Borunun orta xarici diametri (dem) Cədvəl 1-ə uyğun olmalıdır.

Düz borular üçün maksimal ovallıq Cədvəl 1-ə uyğun olmalıdır. Buxta şəklində olan borular üçün maksimal ovallıq istehsalçı və sifarişçi arasında razılaşmaya uyğun olaraq müəyyən olunmalıdır.

Cədvəl 1 – Orta xarici diametrlər və ovallıq

Ölçülər millimetrlə verilib

ISO 11922-1:1997-yə [3] uyğun olaraq SinifB.

Ovallıq istehsal prosesində ölçülməlidir.

Əgər ovallıq üçün bu cədvəldə verilmiş qiymətlərdən fərqli qiymətlər vacibdirsə (məsələn,

buxta şəkilli borular) onlaristehsalçı və sifarişçi arasında razılaşdırılmalıdır.

6.3 Divar qalınlıqları və yol verilən kənaraçıxmalar

6.3.1 Minimal divar qalınlıqları

ISO 4065:1996-a uygun olaraq verilmiş boru seriyası (S) əsasında hesablanan hər hansı bir SDR istifadəsinə yol verilir.

SDR 17.6, SDR 17 və SDR 11 boruları üçün minimal divar qalınlığı (emin) Cədvəl 2-yə uyğun olmalıdır.

Cədvəl 2 – SDR 17.6, SDR 17 və SDR 11 borularının minimal divar qalınlıqları

Ölçülər millimetrlə verilir

SDR 17.6 seriyası bu standarta növbəti təkrar baxış zamanı aradan götürüləcək.

emin-in hesablanmış qiymətləri müvafiq olaraq SDR 17.6 və SDR 17 üçün 2,3 mm-ə, SDR 11 üçün isə 3,0 mm-ə qədər yuvarlaqlaşdırılıb.

6.3.2 Divar qalınlıqları üçün yol verilən kənaraçıxma

İxtiyari nöqtədə divar qalınlıqlarının yol verilən kənaraçıxmasıCədvəl 3-ə (bax: haşiyə a, ISO 11922-1:1997-də [3] Sinif V əsasında hesablanmışdır) uyğun olaraq ) uyğun olmalıdır.

Cədvəl 3 – Divar qalınlıqlarında yol verilən kənaraçıxmalar

Ölçülər millimetrlə verilir

Bax: Cədvəl 2, haşiyə a

Yol verilən kənaraçıxma formasında ifadə olunur.

6.4 Nominal xarici diametri (dn) 250 mmvə yaxud daha böyük olan boruların çevrəsi boyunca ölçülərinin dəyişməsi

Nominal xarici diametri (dn) 250 mm-ə bərabər və yaxud daha böyük olan boruların çevrəsi boyunca ölçülərinin dəyişməsi istehsaldan sonra 24÷48 saat müddətində və 80C temperaturda suda kondisiyaşdırıldıqdan sonra müəyyən olunmalıdır. Kondisiyalaşdırma EN ISO 1167-1-ə uyğun olmalıdır. Borudan hazırlanmış sınaq nümunələri 3´dn uzunluğunda olmalıdır. (23±2)C temperaturda boru nümunələri üzərində nümunənin baş hissəsindən müvafiq olaraq 0,1´dn və 1,0´dn məsafədə dem üçün borunun çevrəsi (perimetri) boyunca ölçmələr aparılmalıdır. Bu ölçmələr arasındakı fərq Cədvəl 1-də dem üçün verilmiş yol verilən kənaraçıxmadan çox olmamlıdır.

6.5 Buxta şəklində olan boru

İstehsal zamanı boru elə buxtalana bilər ki, sıxılıb qatlanma və əyilmə kimi yerli deformasiyaların qarşısı alınmış olsun.

Buxtanın minimal daxili diametri 18 dn-dən az olmamalıdır.

Buxta şəklində olan və yaxud düz borunun uzunluqları və yaxud onlar üçün yol verilən kənaraçıxma normalaşdırılmır; belə ki, borunun uzunluqlarının istehsalçı və sifarişçi arasında razılaşdırılması vacibdir.

7.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, sınaq nümunələri Cədvəl 4-ə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Boru, verilmiş parametrlərdən istifadə etməklə Cədvəl 4-də müəyyən olunmuş sınaq metoduna uyğun olaraq sınaq olunduqda, Cədvəl 4-də verilmiş tələbləri ödəyən mexaniki xüsusiyyətlərə malik olmalıdır.Sıxışdırma borular üçün tələblər Əlavə C-də verilib.

Cədvəl 4 – Mexaniki xüsusiyyətlər

Sınaq temperaturunda kondisiyalaşdırma müddəti

Sınaq temperaturunda kondisiyalaşdırma müddəti

Sınaq temperaturunda kondisiyalaşdırma müddəti

Sınaq temperaturuDaxili sınaq təzyiqi:

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax: CEN/TS 1555-7 [2]).

Yalnız kövrək dağılmalar nəzərə alınmalıdır. Əgər sınaq zamanı 165 saatdan tez plastik dağılma baş verərsə, sınaq daha aşağı gərginlikdə təkrar oluna bilər (bax: bənd 7.3). Gərginlik və ümumi sınaq müddəti Cədvəl 5-dən seçilməlidir.

Dağılma qeyd olunmuş işarələrdən kənarda baş verdiyi halda, qiymət tələbləri ödəyirsə sınaq qənaətbəxş hesab olunur.

Tələb ödənildiyi halda nümunənin dağılması gözlənilmədən sınaq dayandırıla bilər.

Praktiki baxımdan, divar qalınlığı 25 mm və daha kiçik olan olan boru üçün avadanlıqda və yaxud ştampda kəsilmiş Tip 2 sınaq nümunələri istifadə oluna bilər.

Başqa SDR sinifləri üçün qiymətlər EN ISO 13479:2009, Əlavə B-də verilir.

Çatın sürətli yayılması sınağı yalnız borunun divar qalınlığı sınaqda istifadə olunan borunun divar qalınlığından daha çox olduqda tələb olunur (bax: EN 1555-1:2010, Cədvəl 2). Soekstruziya olunmuş və soyula bilən qata malik borular üçün Əlavə A və Əlavə B-ə istinad olunur. Mənfi temperaturlarda olan tətbiqlər üçün çatın sürətli yayılması sınağının 0C-dən aşağı temperaturlarda aparılması tələb olunur.

Tam miqyas/S4 korrelyasiya faktoru 3,6-a bərabərdir və (tam miqyas/S4 mütləq böhran təzyiqi) nisbəti kimi müəyyən olunur:

Əgər tələblər ödənilmirsə yə yaxud S4 sınaq avadanlığı mövcud deyildirsə, onda EN ISO 13478-ə əsasən tam miqyaslı sınaqdan istifadə etməklə (təkrar) sınaq keçirilməlidir. Bu halda: pc=pc,tam miqyas.

7.3 Sınağın nəticələri qənaətbaxş olmadıqda 80C tempearturda təkrar sınaq

165 saatdan daha az müddətdə kövrək dağılma zamanı çat sınağın nəticələrinin qeyri-qənaətbəxş olmasını müəyyən edir; bununla belə, əgər hər hansı bir nümunə plastik dağılma zamanı 165 saatlıq sınaq müddətində sınaqdan keçməzsə, Cədvəl 5-də verilmiş seçilmiş gərginlik üçün tələb olunan minimal müddətə nail olmaq məqsədi ilə seçilmiş daha aşağı gərginlikdə təkrar sınaq keçirilməlidir.

Cədvəl 5 – 80C-də təkrar daxili təzyiqə dayanıqlılıq sınağı üçün sınaq parametrləri

8.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı bir tələb müəyyən olunmamışdırsa, nümunələr Cədvəl 6-a uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Boru, verilmiş parametrlərdən istifadə etməklə Cədvəl 6-da müəyyən olunmuş sınaq metoduna uyğun olaraq sınaq olunduqda, Cədvəl 6-da verilmiş tələbləri ödəyən fiziki xüsusiyyətlərə malik olmalıdır.

Bu standartın əhatə etdiyi borular bir-birinə və yaxud EN 1555 standartının digər hissələrinin tələblərinə cavab verən komponentlərə birləşdirildikdə, bu birləş-mələr EN 1555-5-in tələblərinə cavab verməlidir.

Cədvəl 6 – Fiziki xüsusiyyətlər

Nümunələrin sayı Sınaq mühiti

İmmersiya (batırılma) müddəti

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax: CEN/TS 1555-7 [2]).

Sınaq, düzgün korrelyasiya təmin edildikdə, 210C və ya 220C temperaturlarda da dolayı sınaq kimi aparıla bilər. Mübahisəli hallarda sınaq temperaturu 200C olmalıdır.

Nümunələr borunun xarici və daxili səthindən götürülməlidir.

10.1.1Markalanma elementləri birbaşa borunun üzərində elə yazılmalı və yaxud vurulmalıdır ki, normal saxlanma, atmosfer şəraitində köhnəlmə və daşınmadan sonra borunun istifadəsi zamanı markalanmanın dəqiqliyi və rahat oxuna bilməsi mümkün olsun.

Qeyd: İstehsalçı quraşdırma və istifadə zamanı, komponentlərin rənglənməsi, sıyrılması və örtülməsi, yaxud istehsalçı ilə razılaşdırılmadan komponentlər üzərində yuyucu və digər vasitələrin istifadəsi nəticəsində markalanmanın qeyri-dəqiqliyinə və rahat oxunmamasına görə məsuliyyət daşımır.

10.1.2Markalanma borunun istismar xüsusiyyətlərinə təsir edə biləcək çatlara və başqa tip çatışmamazlıqlara səbəb olmamalıdır.

10.1.3Əgər markalanma üçün çap üsulu istifadə olunursa, çap olunan məlumatın rəngi məhsulun əsas rəngindən fərqlənməlidir.

10.1.4Markalanmanın ölçüsü elə olmalıdır ki, böyüdücü vasitələr olmadan onun dəqiq və rahat oxunması mümkün olsun.

10.1.5Borular istifadə olunmayan məhsulun təkrar emal materialından istehsal olunduğu halda, müvafiq markalanmanın tətbiqi istehsalçı ilə sifarişçi arasında razılaşdırılmalıdır.

10.2 Tələb olunan minimal markalanma

Tələb olunan minimal markalanma Cədvəl 7-yə uyğun olmalıdır.

Cədvəl 7 – Tələb olunan minimal markalanma

Tətbiq olunan standartın kodu

İstehsalçının adı və/və yaxud ticarət markası

Nominal xarici diametri dn≤32 mm olan borular üçün:

Nominal xarici diametr´nominal divar qalınlığı (dn´en)

Nominal xarici diametri dn>32 mm olan borular üçün:

– Nominal xarici diametr, dn

Borunun tipi, əgər tətbiq olunandırsa

İstehsalçının məlumatı

Nəzərdə tutulan istifadə sahəsi

məsələn, soekstruziya olunmuş və yaxud soyula bilən qata malik

İzlənmənin təmin edilməsi üçün aşağıdakı informasiya verilməlidir:

– Istehsal müddəti, il və ay, rəqəmlərlə və kodlarla;

– Əgər istehsalçı müxtəlif istehsal sahələrində istehsal edirsə, sahənin adı və yaxud kodu

– Ada və yaxud koda görə istifadə olunan materiallar

ixtisarlara və simvollar dair məlumat CEN/TR 15438-dən [4] və/və ya milli normativlər-

Markalanmanın tezliyi hər metrdə bir dəfədən az olmamalıdır.

Buxta şəklində olan boruların uzunluğunun buxtanın üzərinə göstərilməsinə icazə verilir; barabanların üzərində borunun qalan uzunluğunun göstərilməsinə icazə verilir.

Boruların tiplərinə dair xüsusi təlimatlar da daxil olmaqla, soekstruziya olunmuş və soyula bilən borular müvafiq qaydada markalanmalıdır.

10.3 Əlavə markalanma

Bu standartın tələblərinə cavab verən və üçüncü tərəf vasitəsi ilə sertifikatlaşdırılmış borular müvafiq qaydada markalana bilər.

Bu Əlavə yanar qazların nəqli üçün nəzərdə tutulan soekstruziya olunmuş qatlara malik polietilen (PE) borulara dair əlavə geometrik, mexaniki və fiziki parametrləri müəyyən edir. Əlavə markalanmaya dair tələblər də burada verilib. Xarici diametr (de) kimi borunun xaricində soekstruziya olunmuş qara rəngli və yaxud piqmentli qat(lar) (bax: bənd5.2) da daxil olmaqla ümumi xarici diametr, divar qalınlığı (en) kimi isə borunun istər daxilində, istərsə də xaricində olan bütün qatlar daxil olmaqla ümumi divar qalınlığı götürülür. Borunun bu qat(lar)ı üçün istifadə olunan PE kompaundu eyni MRS göstəricisinə malik olmaqla EN 1555-1-ə uyğun olmalıdır. Bu məhsullar üçün soekstruziya olunmuş boruların təkrar emal materialı istifadə olunmamalıdır.

Qeyd: Qatlı boruların digər tipləri başqa standartlarda, məsələn, ISO 17484-1:2006-də [8] və yaxud ISO 18225:2007-də [6]verilir.

A.2 Geometrik xüsusiyyətlər

Soekstruziya olunmuş qat(lar)a malik borunun geometrik xüsusiyyətləri bənd 6-ya uyğun olmalıdır. İstehsalçı hər bir qatın qalınlığını və kənaraçıxma həddlərini müəyyən etməlidir.

A.3 Mexaniki xüsusiyyətlər

Soekstruziya olunmuş qat(lar)a malik borunun mexaniki xüsusiyyətləri bənd 7-yə uyğun olmalıdır.

Bundan əlavə, istehsal olunan borular EN 1555-1-də Cədvəl 2-ə uyğun olaraq çatın sürətli yayılmasına və çatın yavaş yayılmasına dair tələblərə cavab verməlidir.

A.4 Fiziki xüsusiyyətlər

Fiziki xüsusiyyətlər bənd 8-ə uyğun olmalıdır. Termiki stabillik və ərimə axını indeksinə qoyulan tələblər müvafiq olaraq ayrı-ayrı fərdi qatlara tətbiq olunur. İstiliyə görə uzununa ölçülərin dəyişməsi soekstruziya olunmuş qat(lar)a malik boruya tətbiq olunur.

Soekstruziya olunmuş qat(lar)a malik boruların markalanması bənd 10-a uyğun olmalıdır.

A.6 Təbəqələnmə (qabıqlanma)

Bütün sınaqlar zamanı soekstruziya olunmuş borunun qatları təbəqələn-məməli və ayrılmamalıdır.

A.7 Strukturun bütövlüyü

Cədvəl A.1-də verilmiş sınaq metodlarına uyğun olaraq sınaq olunduqda, boru Cədvəl A.1-də verilmiş tələbləri ödəyən struktura malik malik olmalıdır.

Cədvəl A.1 – Strukturun bütövlüyünə dair tələblər

Soekstruziya olunmuş boruların deformasiyasından sonra strukturun bütövlüyünü müəyyən etmək üçün aşağıdakı qayda tətbiq olunur:

a) EN ISO 9969-a uyğun olaraq borunun ilkin həlqəvi sərtliyi müəyyən olunur;

b) EN ISO 13968-ə uyğun olaraq həlqəvi elastiklik sınağı yerinə yetirilir;

c) 1 saatlıq bərpa müddətindən sonra yenidən EN ISO 9969-a uyğun olaraq həlqəvi sərtlik müəyyən olunur;

Soekstruziya olunmuş borunun həlqəvi sərtliyi ilkin həlqəvi sərtliyin ən azı 80 %-ə bərabər olmalıdır.

Bu Əlavə yanar qazların nəqli üçün nəzərdə tutulan və xarici səthində soyula bilən, fasiləsiz, termoplastik qat olan polietilen (PE) borulara (“örtüklü boru”) (xarici diametri dn) dair geometrik, mexaniki və fiziki xüsusiyyətləri müəyyən edir.

Əsas daşıyıcı borunun istehsalı üçün istifadə olunan PE materialı EN 1555-1-ə uyğun olmalıdır və görünüş, rəng və markalanma istisna olmaqla soyula bilən qat çıxarıldıqdan sonra əsas daşıyıcı boru EN 1555-2:2010-un tələblərini ödəməlidir.

Xarici örtük termoplastik materialdan istehsal olunmalıdır. Yapışdırıldıqda, örtük PE borunun bu standartın istismara dair tələblərini ödəməsinə təsir etməməlidir.

Əgər soyula bilən qatı yapışdırmaq üçün yapışdırıcı qat istifadə olunursa, o, birləşmə prosesinə təsir göstərməməklə asan şəkildə soyulmalıdır. Birləşmə prosesinin hazırlanması normal prosedur ilə həyata keçirilməlidir.

Qeyd: Qatlı boruların digər tipləri başqa standartlarda, məsələn, ISO 17484-1:2006 [5] və yaxud ISO 18225:2007-də [6]verilib.

B.2 Geometrik xüsusiyyətlər

Örtüyü çıxarılmış borunun geometrik xüsusiyyətləri bu standartın 6-cı bəndinə uyğun olmalıdır.

B.3 Mexaniki xüsusiyyətlər

Örtük boruya və yaxud əksinə boru örtüyə zərərli təsir göstərməməlidir. Örtüyü çıxarılmış borunun mexaniki xüsusiyyətləri bənd 7-yə uyğun olmalı və örtüyün yapışdırılması borunun həmin tələbləri ödəməsinə təsir etməməlidir. Borunun rənginə dair tələblər bu standartın 5.2 bəndində verilir.

Boru örtük ilə birlikdə sınaq edildikdə, qara rəngli boru istisna olmaqla, bənd 7-yə uyğunluq EN 1555-1:2010, Cədvəl 2-yə uyğun olaraq atmosfer şəraitində köhnəlmədən əvvəl və sonra qiymətləndirilməlidir. Seçilmiş şərtlər borunun müəy-yən olunmuş konkret sınaq gərginliklərinə məruz qalmasını təmin etməlidir.

B.4 Fiziki xüsusiyyətlər

Örtüyü çıxarılmış borunun fiziki xüsusiyyətləri bənd8-ə uyğun olmalıdır. Örtük boruya və yaxud əksinə boru örtüyə zərərli təsir göstərməməlidir.

B.5 Örtüyün soyulmaya qarşı dayanıqlığı

Örtük saxlanma və quraşdırma zamanı qopmaya və soyulmaya qarşı dayanıqlı olmalıdır.

Birləşdirilmədən əvvəl örtük sadə alətlərdən istifadə etməklə manual olaraq soyula bilən olmalıdır.

Markalanma örtüyə tətbiq olunmalı və bənd10-a uyğun olmalıdır.

Bundan əlavə, örtük, borunu örtüksüz borudan aydın şəkildə fərqləndirə bilən markalanma ilə (məsələn, bu məqsədlə identifikasiya zolaqları istifadə oluna bilər) təmin edilməlidir.

Örtük də həmçinin elektroqaynaq, alın qaynağı və mexaniki birləşmədən əvvəl soyulması olduğunu bildirən markalanmaya malik olmalıdır.

Qeyd:Mümkün olduqda, əsas daşıyıcı boru bənd10-a uyğun markalanmalıdır.

C.1 Ümumi sıxışdırma texnologiyası

Müəyyən ölkələrdə xidmət və təmir əməliyyatları zamanı PE boru kəmərlərində qaz axınını məhdudlaşdırmaq üçün sıxışdırma texnologiyası istifadə olunur.

Əgər sifarişçi bu texnologiyanı tətbiq etmək istəyirsə, o, bununla bağlı məlumatlandırılmalıdır ki, boruların istehsalçısı tərəfindən tövsiyə olunan metoda və yaxud gücləndirmə qolunun tətbiqini nəzərdə tutan metoda uyğun olaraq sıxışdırmadan sonra borunun hidrostatik təzyiqə davamlılıq ilə bağlı Cədvəl 4-də müəyyən olunmuş bütün tələbləri yerinə yetirilməlidir.

C.2 Terminlər və təriflər

Bu Əlavədə aşağıda verilmiş termin və təriflərdən istifadə olunub.

borunu sıxışdırmaqla ilə dayandırılan qaz axını, qaz iki sıxac arasında elə sıxılır ki, hər iki sıxac arasındakı məsafə nominal divar qalınlığının iki mislindən az olur.

C.1-ə uyğun olaraq bu fakt EN 12106-da müəyyən olunmuş sınaq metodundan istifadə etməklə əldə olunmalıdır.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib, “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02 dekabr 2014-cü il tarixli TK-16-3/2014 saylı protokol) və təqdim edilib.

2. Bu standart EN 1555-3:2010 “Plastics piping systems for the supply of gaseous fuels. Polyethylene (PE) Part 3 Fittings” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems forthe supply of

gaseousfuels. Polyethylene (PE)

Bu standart yanar qazların nəqli sahəsində boru kəmərləri sistemi üçün polietilendən (PE) hazırlanmış qaynaq fitinqlərinin, eləcədə də mexaniki fitinqlərin xüsusiyyətlərini müəyyən edir.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən olunub.

Bu standart, EN 1555 standartının 1, 2, 4 və 5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE fitinqlərə, onların birləşmələrinə və PE və digər materialların komponentləri ilə birləşmələrə tətbiq olunur:

a) yol verilən maksimal işçi təzyiq (MOP), ən çoxu 10 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

Qeyd 1: Digər işçi temperaturlar üçün azaltma əmsalları tətbiq olunmalıdır (EN 1555-5-ə baxılmalıdır).

EN 1555 (bütün hissələr) maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Qeyd 2: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlərdən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Bu standart aşağıdakı fitinq tiplərinə tətbiq olunur:

c) elektroqaynaq yuvalı fitinqlər;

d) elektroqaynaq yəhərli fitinqlər;

e) genağız fitinqlər (qızdırıcı alətlər və elektroqaynaq yuvalı qaynaqdan istifadə etməklə alın qaynağı üçün);

f) mexaniki tip fitinqlər.

Fitinqlər məsələn, muftalar, bərabər və qeyri-bərabər keçidlı üçlüklər, dirsəklər və yaxud qapaqlar formasında ola bilər.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 682:2002 Elastomeric Seals – Materials requirements for seals used in pipes and fittings carrying gas and hydrocarbon fluids (Elastomer araqatları. Qaz və karbohidrogen mayelər daşıyan borularda və fitinlərdə istifadə olunan araqatları üçün materiallara dair tələblər)

EN 1555-1: 2010 Plastics piping systems for the supply of gaseous fuels –Polyethylene (PE) – Part 1: General (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər)

EN 1555-2 Plastics piping systems for the supply of gaseous fuels –Polyethylene (PE) – Part 2: Pipes (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular)

EN 1555-5 Plastics piping systems for the supply of gaseous fuels – Polyethylene (PE) – Part 5: Fitness for purpose of the system (Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 5: Sistemin tələblərinə uyğunluq)

EN 1716 Plastics piping systems –Polyethylene (PE) tapping tees – Test method for impact resistance of an assembled tapping tee (Plastik boru kəmərləri sistemi. Polietilendən (PE) hazırlanmış yəhərli “T” şəkilli ayırıcılar. Yığılmış yəhərli “T” şəkilli ayırıcının zərbəyə davamlılığı üçün sınaq metodu)

EN 10226-1 Pipe threads where pressure tight joints are made on the threads – Part 1: Taper external threads and parallel internal threads – Dimensions, tolerances and designation (Boru yivləri (yivlər üzərində təzyiqə davamlı birləşmələr edildiyi halda). Hissə 1: Konusvari xarici yivlər və parallel daxili yivlər. Həndəsi ölçülər, kənaraçıxmalar və konstruksiya)

EN 10226-2 Pipe threads where pressure tight joints are made on the threads – Part 2: Taper external threads and taper internal threads – Dimensions, tolerances and designation (Boru yivləri (yivlər üzərində təzyiqə davamlı birləşmələr edildiyi halda). Hissə 2: Konusvari xarici yivlər və konusvari daxili yivlər. Həndəsi ölçülər, kənaraçıxmalar və konstruksiya)

EN 12117 Plastics piping systems – Fittings, valves and ancillaries – Determination of gaseous flow rate/pressure drop relationships (Plastik boru kəmərləri sistemi. Fitinqlər, klapanlar və köməkçi elementlər. Qazın axın sürəti/təzyiq düşgüsü arasında münasibətin müəyyən olunması)

EN ISO 228-1: 2000 Pipe threads where pressure-tight joints are not made on the threads – Part 1: Dimensions, tolerances and designation (ISO 228-1:2000) (Boru yivləri (yivlər üzərində təzyiqə davamlı birləşmələr edildiyi halda). Hissə 1: Həndəsi ölçülər, kənaraçıxmalar və konstruksiya (ISO 228-1:2000))

EN ISO 1133: 2005 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-1: 2006 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1: 2006))

EN ISO 1167-4 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 4: Preparation of assemblies (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 4: Yığımın hazırlanması)

EN ISO 3126 Plastics piping systems – Plastics components – Determination of dimensions (ISO 3126:2005) (Plastik boru kəməri sistemləri. Plastik komponentlər. Həndəsi ölçülərin müəyyən olunması (ISO 3126:2005))

ISO 10838-1 Mechanical fittings for polyethylene piping systems for the supply of gaseous fuels – Part 1: Metal fittings for pipes of nominal outside diameter less than or equal to 63 mm (Yanar qazların nəqli üçün polietilen boru kəmərləri sistemi üçün mexaniki fitinqlər. Hissə 1: Nominal xarici diametri ən çoxu 63 mm olan borular üçün metal fitinqlər)

ISO 10838-2 Mechanical fittings for polyethylene piping systems for the supply of gaseous fuels – Part 2: Metal fittings for pipes of nominal outside diameter greater than 63 mm (Yanar qazların nəqli üçün polietilen boru kəmərləri sistemi üçün mexaniki fitinqlər. Hissə 2: Nominal xarici diametri 63 mm-dən böyük olan borular üçün metal fitinqlər)

ISO 10838-3 Mechanical fittings for polyethylene piping systems for the supply of gaseous fuels – Part 3: Thermoplastic fittings for pipes of nominal outside diameter less than or equal to 63 mm (Yanar qazların nəqli üçün polietilen boru kəmərləri sistemi üçün mexaniki fitinqlər. Hissə 3: Nominal xarici diametri ən çoxu 63 mm olan borular üçün termoplastik fitinqlər)

ISO 11357-6: 2008 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidation in-duction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperatu-runun (dinamik) müəyyən olunması)

ISO 13950 Plastics pipes and fittings – Automatic recognition systems for electrofusion joints (Plastik borular və fitinqlər. Elektroqaynaq birləşmələri üçün avtomatik tanında sistemləri)

ISO 13951: 2001 Plastics piping systems – Test method for the resistance of polyolefin pipe/pipe or pipe/fitting assemblies to tensile loading (Plastik boru kəməri sistemləri. Poliolefin boru/boru və yaxud boru/ fitinq birləşmələrinin dartılma yükünə dayanıqlılığı üçün sınaq metodu.)

ISO 13953 Polyethylene (PE) pipes and fittings – Determination of the tensile strength and failure mode of test pieces from a butt-fused joint (Polietilen (PE) borular və fitinqlər. Alın qaynaq birləşməsindən olan sınaq nümunələrinin dartılmada qırılma həddinin və dağılma rejiminin müəyyən olunması)

ISO 13954 Plastics pipes and fittings – Peel decohesion test for polyethylene (PE) electrofusion assemblies of nominal outside diameter greater than or equal to 90 mm (Plastik borular və fitinqlər. Nominal xarici diametri 90 mm və daha böyük olan polietilen (PE) elektroqaynaq birləşmələrində qopma sınağı)

ISO 13955 Plastics pipes and fittings – Crushing decohesion test for polyethylene (PE) electrofusion assemblies (Plastik borular və fitinqlər. Polietilen (PE) elektroqaynaq birləşmələrinin sıxılmasının təsiri altında qopma sınağı)

ISO/FDIS 13956 Plastics pipes and fittings–Decohesion test of polyethylene (PE) saddle fusion Joints – Evaluation of ductility of fusion joint interface by tear test (Plastik borular və fitinqlər. Polietilen (PE) yəhərli qaynaq birləşmələrinin qopma sınağı. Qopartma sınağı ilə qaynaq birləşməsinin səthinin plastikliyinin qiymətləndirilməsi)

Bu standartda EN 1555-1-də və aşağıda verilmiş termin və təriflər, ixtisarlar və simvollar tətbiq olunub:

3.1 elektroqaynaq yuvalı fitinq

genağız hissə və ya boru ilə qaynaq birləşməsi əmələ gətirmək üçün elektrik enerjisini istiliyə çevirə bilən bir və ya bir neçə inteqral qızdırıcı elementdən ibarət polietilen (PE) fitinq

3.2 elektroqaynaq yəhərli fitinq

boru ilə qaynaq birləşməsi əmələ gətirmək üçün elektrik enerjisini istiliyə çevirə bilən bir və ya bir neçə inteqral qızdırıcı elementdən ibarət polietilen (PE) fitinq

3.2.1 yəhərli “T” şəkilli ayırıcı

quraşdırmadan sonra “T” şəkilli ayırıcının gövdəsində qalan və əsas borunun divar boyunca kəsilməsi üçün inteqral kəsiciyə malik elektroqaynaq yəhərli fitinq

3.2.2 yəhərli düz ayırıcı

əsas boruda deşik açmaq üçün köməkçi kəsici alət tələb edən elektroqaynaq yəhərli fitinq

polietilen (PE) borunu başqa PE boruya və yaxud boru kəmərinin hər hansı digər elementinə birləşdirmək üçün nəzərdə tutulan və bir qayda olaraq təzyiqə dayanıqlığı, sızmaya qarşı möhkəmliyi və yükə dayanıqlığı təmin edən kompresyon hissəyə malik fitinq

1. Radial sıxma qüvvələrinin təsiri altında borunun divarında deformasiyanın qarşısını almaq məqsədi ilə PE boru üçün tərpənməz dayaq təmin edən boru-dayaq istifadə oluna bilər. Fitinqin metal hissələri metal borulara yivlər, kompresyon birləşmələr, PE flanslar da daxil olmaqla qaynaq olunmuş yaxud lehimli flanslar ilə birləşdirilə bilər. Bəzi hallarda dayaq eyni zamanda sıxıcı halqa rolunu oynayır.

2. Fitinq ya sökülə bilən, ya da yığılmış birləşməyə imkan verməlidir.

3. Mexaniki fitinq istehsalçı tərəfindən sahədə quraşdırma üçün və yaxud əvvəlcədən quraşdırılmış şəkildə təmin edilə bilər.

genağız hissəsinin xarici diametri müvafiq borunun nominal xarici diametrinə (dn) bərabər olan polietilen (PE) fitinq

qaynaq prosesində elektroqaynaq fitinqə verilən gücün gərginlik vasitəsi ilə tənzimlənməsi

qaynaq prosesində elektroqaynaq fitinqə verilən gücün cərəyan vasitəsi ilə tənzimlənməsi

Fitinqlərin hazırlandığı PE kompaundu EN 1555-1-in tələblərinə cavab verməlidir.

Əsas yük daşıyıcı hissələr yalnız EN 1555-1-in tələblərinə cavab verən ilkin materialdan hazırlanmalıdır.

4.2 Qeyri-polietilen hissələr üçün material

Bütün komponentlər müvafiq EN standartlarına cavab verməlidir. Müvafiq EN standartları möcvud olmadıqda alternativ standartlardan istifadə oluna bilər. Bütün hallarda komponentlərin istifadəyə uyğunluğu təsdiq olunmalıdır.

Fitinqin hazırlanmasında istifadə olunan materiallar və əsas təşkiledici ele-mentlər (elastomerlər və istənilən metal hissələr də daxil olmaqla) boru kəmərinin digər elementləri kimi xarici və daxili mühitə dayanıqlı olmalıdır və aşağıdakı şərtlər daxilində ən azı EN 1555-2-nin tələblərinə cavab verən PE boruların (hansılarla ki, onların istifadə olunması nəzərdə tutulur) proqnozlaşdırılan istismar müddətinə bərabər göstəricilərə malik olmalıdırlar:

b) içində nəql olunan qazın təsiri altında;

c) istismar mühitinə və işçi şəraitəgörə.

Qeyri-polietilen hissələr üçün materialın istismar göstəricilərinə dair tələblər ən azı boru kəməri üçün PE kompaundunun istismar göstəricilərinə qoyulan tələblər qədər məcburidir. Yük daşıyıcı polimer hissələr üçün təkrar emal materialları istifadə olunmamalıdır.

PE boru ilə təmasda olan fitinqlərdə istifadə olunan digər materiallar borunun istismar göstəricilərinə əks təsir göstərməməli və yaxud yükün təsiri altında çatın yaranmasına aparmamalıdır.

Qeyd: 4.2 bəndi qeyri-daşıyıcı fitinq hissələrinə tətbiq olunmur.

Korroziyaya həssas bütün metal hissələr müvafiq qaydada mühafizə olunmalıdır, çünki, bu, sistemin uzunömürlülüyü və fəaliyyəti üçün vacibdir.

Rütubətli yerlərdə oxşar olmayan müxtəlif metal hissələr istifadə olunduqda elektrokorroziya ehtimalından qaçmaq üçün tədbirlər görülməlidir.

Elastomer araqatılarıEN 682:2002-nin tələblərinə cavab verməlidir.

Qaz xidməti üçün əlverişli olduqda digər araqatı materiallarına da yol verilir.

4.2.4 Digər materiallar

Qatı sürkü yağları və yaxud yağlama materialları qaynaq yerlərinin üzərinə tökülməməli və fitinq materiallarının uzunmüddətli istismar xüsusiyyətlərinəəks təsir göstərməlidir.

Böyüdücü vasitələr olmadan adi gözlə baxdıqda fitinqlərin daxili və xarici səthləri hamar və təmiz olmalı və boşluqlara, cızıqlara və bu standartın tələblərinə uyğunluğun qarşısını ala biləcək digər səthi çatışmamazlıqlara malik olmamalıdır.

Fitinqin heç bir komponenti zədə əlamətlərinə, sıyrıntılara, batıqlara, qabar-cıqlara, qovuqlara və yaxud fitinqlərin bu standartın tələblərinə uyğunluğunun qarşısını ala biləcək dərəcədə çatlara malik olmamalıdır.

Fitinqlərin PE hissələrinin rəngi ya qara, sarı, ya da narıncı olmalıdır.

Fitinqin konstruksiyası elə olmalıdır ki, onu boru və yaxud digər kompo-nentlər üzərinə quraşdırdıqda, elektrik sarğıları və/və ya ara qatları yerini dəyişməməlidir.

5.4 İstehsal yerində yerinə yetirilmiş birləşmələrin görünüşü

Böyüdücü vasitələr olmadan vizual olaraq yoxlanıldıqda qaynaq birləşmə-sindən sonra borunun və fitinqin daxili və xarici səthində, fitinq istehsalçısı tərəfindən müəyyən olunan hallar istisna olmaqla, fitinqin sərhədləri xaricində ərintilər (şlak) olmamalıdır.

İstənilən ərinti (şlak) elektroqaynaq fitinqlərində məftilin hərəkətinə səbəb olmamalıdır, belə ki, istehsalçının təlimatlarına uyğun olaraq birləşmə aparıldıqda, bu hal qısaqapanmaya səbəb olur. Yanaşı boruların daxili səthlərində artıq qırışlar olmamalıdır.

5.5 Elektroqaynaq fitinqlərin elektrik xüsusiyyətləri

Qaynaq prosesində təmin edilən elektrik mühafizəsi tətbiq olunan gərgin-liyin və cərəyanın intensivliyindən və güc mənbəyinin xüsusiyyətindən asılıdır.

25 V-dan yuxarı gərginliklərdə fitinq istehsalçısının və quraşdırma avadan-lıqlarının təlimatlarına uyğun olaraq, birləşdirmə zamanı fitinq qaynaq mərhələ-sində olarkən insanın gərginlik verilmiş hissələr ilə birbaşa təmasda olması müm-künsüz olmalıdır.

Qeyd 1: Fitinq qaynaq prosesində EN 60335-1 [3], HD 60364-1 [4] və IEC 60449-da [5] müəyyən olunduğu kimi elektrik sisteminin bir hissəsidir

23C temperaturda fitinqin elektrik müqaviməti üçün kənaraçıxma istehsalçı tərəfindən müəyyən olunmalıdır. Müqavimətin qiyməti (-10%) nominal müqavimət ilə (+10%) nominal müqavimət +0,1 Ω aralığında olmalıdır.

Qeyd 2: Kontakt müqavimətinin buraxıla bilən (qəbul olunan) qiyməti0,1 Ω-dur.

Terminal sancaqların səth sonluğu müqavimətə dair kənaraçıxma həddlərini təmin etmək üçün minimal kontakt müqavimətinə imkan verməlidir.

Qeyd 3: Tipik elektroqaynaq terminal bağlantı nümunələri üçün Əlavə A-a baxın.

6.1 Həndəsi ölçülərin ölçülməsi

Həndəsi ölçülər EN ISO 3126-ya uyğun olaraq azı 4 saat müddətində (23±2)C temperaturda kondisiyalaşdırıldıqdan sonra ölçülməlidir. Ölçmələristehsal prosesindən sonra 24 saatdan tez aparılmamalıdır.

Qeyd: İstehsal mərhələsində dolayı ölçmələrə icazə verilir.

6.2 Elektroqaynaq yuvalı fitinqlərin həndəsi ölçüləri

6.2.1 Elektroqaynaq yuvaların diametrləri və uzunluqları

Cədvəl 1-də verilmiş nominal diametrə malik elektroqaynaq yuvalar üçün yuvanın diametri və uzunluqları istehsalçı tərəfindən verilməlidir və aşağıdakı şərtlər daxilində Cədvəl 1-ə uyğun olmalıdır:

D1 üz tərəfdənL3+0,5L2 məsafədə giriş müstəvisinə düz paralel olmaqla ölçüldükdə qaynaq zonasında orta daxili diametr;

D2 fitinqin axın kanalının minimal daxili diametri;

L1 borunun və yaxud genağız fitinqin genağız hissəsinin keçmə dərinliyi; dayaq (məhdudlaşdırıcı) olmayan birləşmə olduqda bu məsafə fitinqin ümumi uzunluğunun yarısından çox olmamalıdır;

L2 yuva daxilində qızma zonasının uzunluğu (bu məsafə istehsalçı tərəfindən qaynaq zonasının nominal uzunluğu kimi müəyyən olunur);

L3 fitinqin ağzı ilə qaynaq zonasının başlanğıcı arasındakı məsafə (bu məsafə istehsalçı tərəfindən fitinqin qızdırılmayan zonasının nominal uzunluğu kimi müəyyən olunur).

Qaynaq zonasının ortasında fitinqin orta daxili diametri(şəkil 1-də D1) nominal diametrdən (dn) az olmamalıdır.

İstehsalçı, EN 1555-5-ə uyğun olaraq sınaq olunduqda, müvafiq məqsədlər üçün onların uyğunluq, bağlanma və birləşdirilmə üzrə əlverişliliyini müəyyən etmək məqsədi ilə sifarişçiyə orta daxili diametrin (D1) faktiki minimal və maksimal qiymətlərini bildirməlidir.

Fitinq fərqli nominal diametrli yuvalara malik olduqda, onların hər biri müvafiq komponentin nominal diametrinə görə tələblərə cavab verməlidir.

6.2.2 Divar qalınlıqları

Müxtəlif mexaniki gərginliklərin əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə fitinqin gövdəsinin divar qalınlığının dəyişməsi tədrici olmalıdır.

a) Fitinq və boru eyni MRS göstəricisinə malik polietilendən hazırlandıqda, fitinqin gövdəsinin ixtiyarı nöqtədə divar qalınlığı (E) onun bütün tərəflərindən 2L1/3-dən az olmayan məsafədə istənilən hissəsində borunun minimal divar qalınlığına (emin) bərabər və ya ondan böyük olmalıdır.

Fitinq borunun MRS göstəricisindən fərqli MRS göstəricisinə malik polietilendən hazırlandıqda isə, fitinqin divar qalınlığı (E) ilə borunun minimal divar qalınlığı (emin) arasındakı münasibət Cədvəl 2-ə uyğun olmalıdır.

b) Divar qalınlığı yuxarıda a) bəndinə uyğun olaraq verilmiş divar qalınlığın-dan fərqli olduqda, fitinqlər və birləşdirici qaynaq birləşmələri əlavə olaraq bu standartın 7.3 bəndində verilmiş tələbləri də ödəməlidir.

Ölçülər millimetrlə verilir

6.2.3 Fitinqin axın kanalının ovallığı (ixtiyari nöqtədə)

Fitinq istehsalçıdan sifarişçiyə yola salınarkən onun axın kanalının ixtiyarı nöqtədə ovallığı 0,015dn-dən çox olmamalıdır.

6.2.4Genağız hissələr

Genağız çıxışlara (məsələn, genağızlı düz ayırıcıya malik bərabər keçidli üçlük) malik fitinqlərdə genağız hissənin həndəsi ölçüləri bu standartın 6.4 bəndinə uyğun olmalıdır.

6.2.5Digər həndəsi ölçülər

Hər bir istehsalçıya uyğun ümumi ölçülər və yaxud quraşdırma ölçüləri kimi ölçü xüsusiyyətləri texniki sənədlərdə müəyyən olunmalıdır.

Daxılı dayağı (məhdudlaşdırıcısı) olmayan və yaxud çıxarıla bilən dayağa malik birləşmə olduqda fitinqin konstruksiyası borunun fitinqə keçirilməsinə imkan verməlidir.

6.3 Elektroqaynaq yəhərli fitinqlərin ölçüləri

Yəhərli “T” şəkilli ayırıcıların və yəhərli düz ayırıcıların çıxışları bu standartın 6.4 bəndinə uyğun olaraq genağız hissələrə və yaxud 6.2 bəndinə uyğun olaraq elektroqaynaq yuvalara malik olmalıdırlar.

İstehsalçı texniki sənədlərdə fitinqin ümumi həndəsi ölçülərini göstərməlidir. Bu ölçülərə yəhərin maksimal hündürlüyü (H) və yəhərli “T” şəkilli ayırıcılar üçün yan borunun hündürlüyü (H1və yaxud H2) daxildir (Şəkil 2).

H yəhərin hündürlüyü, əsas borunun yuxarısından “T” şəkilli ayırıcının və yaxud yəhərin yuxarısına qədər olan məsafə;

H1 yan borunun hündürlüyü, əsas borunun oxu ilə yan borunun oxu arasındakı məsafə;

H2 yan borunun hündürlüyü, əsas borunun yuxarısından yan borunun oxuna qədər olan məsafə;

L Yəhərli “T” şəkilli ayırıcının eni, borunun oxundan yan borunun ağız müstəvisinə qədər olan məsafə

Qeyd: Texniki və konstruktiv səbəblərə görə axın kanalının minimal daxili diametri (D2) bu standartın 6.4 bəndində verilmiş genağız fitinqlərin diametrindən fərqli ola bilər.

6.4 Genağız fitinqlərin həndəsi ölçüləri

6.4.1 Diametrlər və uzunluqlar

Genağız fitinqin həndəsi ölçüləri (şəkil 3) Cədvəl 3-də verilmiş qiymətlərə uyğun olmalıdır.

D1 qaynaq olunan hissənin orta xarici diametri

D2 fitinqin axın kanalının minimal diametri

E fitinqin gövdəsinin divar qalınlığı

E1 qaynaq zonasında dıvaq qalınlığı

L1 qaynaq zonasının uzunluğu

L2 qaynaq zonasının xarici boruvari uzunluğu

D1 diametri giriş müstəvisindən ən çoxu L2 (boruvari hissənin uzunluğu) məsafədə giriş müstəvisinə düz paralel ixtiyarı nöqtədə ölçülür.

bu diametrə qaynaq tikişi (əgər varsa)daxil deyildir.

fitinqin divarının ixtiyarı nöqtədə ölçülmüş qalınlığı nəzərdə tutulur

giriş hissəsindən maksimum L1 (qaynaq zonasının uzunluğu) məsafədə ixtiyari nöqtədə ölçülür və EN 1555-2:2010, Cədvəl 2-də müəyyən olunduğu kimi alın qaynağı üçün nəzərdə tutulan borunun divar qalınlığına və kənaraçıxma həddinə bərabər olmalıdır. Kiçik ölçülər üçün E1 ən azı 3 mm olmalıdır.

genağız hissənin alın qaynağı və ya təkrar qaynaq üçün zəruri olan ilkin dərinliyi (uzunluğu) nəzərdə tutulur və bu uzunluğu istənilən boru hissəsini fitinqin genağız hissəsinə birləşdir-məklə əldə etmək olar, bir şərtlə ki, borunun divar qalınlığı onun tam uzunluğu boyunca E1-ə bərabər olmuş olsun.

qaynaq zonasının ilkin uzunluğunu nəzərdə tutur və aşağıdakılara (istənilən kombinasiyada) imkan verməlidir: alın qaynağı olduqda tələb olunan sıxacların istifadəsi; elektroqaynaq fitinqi ilə quraşdırma; qaynaq yuvalı fitinq ilə quraşdırma; mexaniki şaberin (kəsici alət) istifadəsi.

Ölçülər millimetrlə verilir

Kənaraçıxma ISO 11922-1:1997 [6], Sinif B-ə uyğundur.

Genağız fitinqlər fabrikdə yığımlar və yaxud müvafiq elektroqaynaq fitinqlər ilə birləşmələr

üçün daha qısa qısa boruvari uzunluqda (L2) çatdırıla bilər.

6.4.2 Qaynaq zonasının divar qalınlığı

Giriş müstəvisi ilə (0,01de+1 mm)-dən böyük olmayan məsafədə ona paralel yerləşən müstəvi arasındakı hissə istisna olmaqla (haradakı, bu hissədə qalınlığın azalmasına, məs., faska açılmış kənarlara icazə verilir), qaynaq zonasında divar qalınlığı (E1) ən azı borunun minimal divar qalınlığına bərabər olmalıdır.

İxtiyarı nöqtədə divar qalınlığı (E1) üçün yol verilən kənaraçıxma nominal divar qalınlıqları üçünEN 1555-2-də verilmiş kənaraçıxmalara uyğun olmalıdır.

6.4.3Fitinqin gövdəsinin divar qalınlığı

Fitinqin gövdəsinin ixtiyari nöqtədə ölçülən divar qalınlığı (E) ən azı borunun verilmiş nominal divar qalınlığına (en) bərabər olmalıdır.

Fitinqin gövdəsinin divar qalınlığında baş verən dəyişikliklər gərginlik yığılmasının qarşısını almaq üçün tədrici(rəvan) olmalıdır.

Hər bir istehsalçıya uyğun ümumi ölçülər və yaxud bağlanma tələbləri kimi ölçü xüsusiyyətləri texniki sənədlərdə müəyyən olunmalıdır

6.5Mexaniki fitinqlərin həndəsi ölçüləri

Mexaniki fitinqlərin həndəsi ölçüləri tətbiq olunan ISO 10838-1, ISO 10838-2 və yaxud ISO 10838-3-ün tələblərinə cavab verməlidir və EN 1555-2-nin tələblərinə cavab verən PE boruya birləşdirilə bilən olmalıdır.

Qeyd:ISO 10838 seriyalı standartlar gələcəkdə yeni standartla əvəz oluna bilər.

Fitinqlər elə konstruksiya olunmalı və istehsal edilməlidir ki, onlar torpağın altında və üstündə istifadə oluna bilsinlər. Əvvəlcədən yığılmış mexaniki fitinqlərin sökülməsi qeyri-mümkün olmalıdır.

Fitinqlər quraşdırma zamanı PE borunun burulmasının qarşısını ala bilən şəkildə konstruksiya olunmalıdır.

Tələb olunduqda, fitinqlərdə tərpənməyə qarşı dayağı bərkitmək (ankerləmək) üçün vasitə olmalıdır.

Fitinqlər PE borunu kəsən yivlə quraşdırılmamalıdır.

6.5.2Polietilen genağız çıxışlara malik mexaniki fitinqlər

Polietilen genağız çıxışlar bu standartın 6.4 bəndinə uyğun olmalıdır.

6.5.3Polietilen elektroqaynaq yuvalara malik mexaniki fitinqlər

Elektroqaynaq yuvalar bu standartın 6.2 bəndinə uyğun olmalıdır.

Metal çıxışların yivləri tətbiq olunan EN 10226-1, EN 10226-2 və yaxud EN ISO 228-1:2000-ə uyğun olmalıdır.

İstehsalçının texniki təsvirlərinə aşağıdakı məlumatlar daxil edilməlidir:

1) borunun və fitinqin temperatur limitləri;

2) boru seriyaları və ya SDR-lər;

b) yığım təlimatları;

c) qaynaq təlimatları:

1) qaynaq parametrləri və onların limitləri;

d) yəhərlər və “T” şəkilli yəhərli ayırıcılar üçün parametrlər:

1) yapışdırma vasitələri (alətlər və/və yaxud sıxac);

2) quraşdırmanın yerinə yetirilmək məqsədi ilə sıxacı müəyyən vəziyyətdə saxlamaq zərurəti

Qaynaq parametrləri dəyişdirildikdə istehsalçı bu birləşmənin EN 1555-5-in tələblərinə uyğun olmasına əmin olmalıdır.

Qeyd: Test sınaq yığımları (nümunələri) istehsalat kənaraçıxmalarını, yığım kənaraçıxmalarını və fitinqlərin istifadə oluna biləcəyi ətraf mühitin temperatur dəyişmələrini nəzərə almalıdır. İstehsalçı PE fitinqlərin quraşdırılması üçün EN 12007-2:2000-də [1] verilmiş tövsiyə olunan müvafiq təcrübələri nəzərə almalıdır.

Fitinqlər, EN 1555-2-nin tələblərinə cavab verən borulardan istifadə olunmaqla sınaq olunmalıdır.

Birləşdirilmiş boru və fitinqdən ibarət sınaq nümunələri istehsalçının texniki təlimatlarına uyğun olaraq yığılmalıdır və EN 1555-5-də təsvir olunan ekstremal istifadə vəziyyətlərini nəzərə almalıdır.Test sınaq yığımları (nümunələri) istehsalat və yığım kənaraçıxmalarını nəzərə almalıdır.

Birləşmə parametrləri dəyişdirildikdə istehsalçı bu birləşmənin 7.2 bəndində verilmiş tələblərə uyğun olmasına əmin olmalıdır.

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, sınaq nümunələri Cədvəl 4-ə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Fitinqlər, verilmiş parametrlərdən istifadə olunmaqla Cədvəl 4-də göstərilən sınaq metodlarına uyğun olaraq sınaq olunduqda, Cədvəl 4-də verilmiş tələbləri ödəyən mexaniki xüsusiyyətlərə malik olmalıdır:

– (A) elektroqaynaq yuvalı fitinq;

– (B) elektroqaynaq yəhərli fitinq;

Mexaniki fitinqlər üçün ISO 10838-1, ISO 10838-2 və yaxud ISO 10838-3-ün tələbləri tətbiq olunmalıdır.

Qeyd: ISO 10838 seriyalı standartlar gələcəkdə yeni standartla əvəz oluna bilər.

Cədvəl 4 – Mexaniki xüsusiyyətlər

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Qırılana (dağıla-na) qədər sınaq:

kövrək: qeyri-qənaətbəxş

Yükün buraxılma məsafəsi

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün CEN/TS 1555-7-ə [2] baxın).

Gərginlik sınaqda istifadə olunan borunun nominal ölçülərinə əsasən hesablanmalıdır.

Yalnız kövrək dağılmalar nəzərə alınmalıdır. Əgər sınaq zamanı 165 saatdan tez plastik dağılma baş verərsə, sınaq daha aşağı gərginlikdə təkrar oluna bilər. Gərginlik və ümumi minimal sınaq müddəti Cədvəl 5-dən seçilməlidir.

7.3 İstismara dair tələblər

Bu standartın 6.2.2 b) bəndi tətbiq olunduqda, elektroqaynaq yuvalı fitinqlər əlavə olaraq Cədvəl 6-da verilmiş tələbləri ödəməlidir.

Cədvəl 6 – İstismara dair tələblər

Kondisiyalaşdırma müddəti

– PE 100 boru, SDR 11

Təzyiqin artım sürəti

1 bar=0,1 MPa=10Pa; 1 MPa=1 N/mm

8.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, sınaq nümunələri Cədvəl 7-yə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Fitinqlər, verilmiş parametrlərdən istifadə olunmaqla Cədvəl 7-də müəyyən olunmuş sınaq metodlarına uyğun olaraq sınaq olunduqda, Cədvəl 7-də verilmiş tələbləri ödəyən fiziki xüsusiyyətlərə malik olmalıdır.

Cədvəl 7 – Fiziki xüsusiyyətlər

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 1555-7 [2]).

Sınaq, nəticələrin 200C-də olan nəticələrə düzgün korrelyasiyasını müəyyən etmək üçün 210C və 220C temperaturlarda da aparıla bilər. Mübahisəli hallarda standart temperatur 200C olmalıdır.

Bu standartın tələblərinə cavab verən fitinqlər bir-birinə və yaxud EN 1555 standartının digər hissələrinin tələblərinə cavab verən komponentlərə birləşdirildikdə, bu birləşmələr EN 1555-5-də verilmiş tələblərə uyğun olmalıdır.

10.1.1 Cədvəl 8-də başqa tələb göstərilməyənə qədər markalanma elementləri birbaşa fitinqin üzərində elə yazılmalı və yaxud basılmalıdır ki, saxlanma, atmosfer şəraitində köhnəlmə və daşınmadan sonrafitinqin istifadəsi zamanı markalanmanın dəqiqliyi və rahat oxunması saxlanılmış olsun.

Qeyd: İstehsalçı quraşdırma və istifadə zamanı, məsələn komponentlərin rənglənməsi, sıyrılması və örtülməsi, yaxud istehsalçı ilə razılaşdırılmadan komponentlər üzərində yuyucu və digər vasitələrin istifadəsi nəticəsində markalanmanın qeyri-dəqiqliyinə və rahat oxunmamasına görə məsuliyyət daşımır.

10.1.2Markalanma fitinqin istismar xüsusiyyətlərinə təsir edə biləcək çatlara və başqa tip çatışmamazlıqlara səbəb olmamalıdır.

10.1.3 Əgər markalanma üçün çap üsulu istifadə olunursa, çap olunan məlumatın rəngi məhsulun əsas rəngindən fərqlənməlidir.

10.1.4Markalanmanın ölçüsü elə olmalıdır ki, böyüdücü vasitələr olmadan onun dəqiq və rahat oxunması mümkün olsun.

10.1.5 Fitinqin genağız hissəsinin minimal uzunluğu boyunca markalanma olmamalıdır.

10.2 Fitinqlərdə tələb olunan minimal markalanma

Tələb olunan minimal markalanma Cədvəl 8-ə uyğun olmalıdır.

Cədvəl 8 – Tələb olunan minimal markalanma

Tətbiq olunan standartın kodu

İstehsalçının adı və yaxud ticarət markası

Borunun nominal xarici diametrləri, dn

Borunun tətbiq olunan SDR qaynaq intervalı

İstehsalçının məlumatı

Nəzərdə tutulan istifadə sahəsi

məsələn, SDR 11-SDR 26

bu məlumat fitinqə yapışdırılımış yarlıq üzərinə və yaxud fərdi bağlama üzərinə yazılabilər.

simvollar və qısaltmalara dair məlumat CEN/TR 15438-də [8] və/və ya milli normalarda

izlənməni təmin etmək üçün aşağıdakı məlumatlar verilməlidir:

– istehsal dövrü, il və ay, rəqəmlərlə və ya kodlarla;

– əgər istehsalçı eyni məhsulu müxtəlif istehsal sahələrində istehsal edirsə, istehsal yerinin adı və ya kodu.

10.3 Əlavə markalanma

Yalnız mexaniki fitinqlər üçün qaynaq şərtlərinə (məsələn, qaynaq və soyutma müddəti) və quraşdırma zamanı fırlanma momentinə dair əlavə məlumat yarlıq üzərində verilə bilər və bu yarlıq ya fitinqin üzərinə yapışdırıla və yaxud da fitinqdən ayrıcaola bilər.

Bu standartın tələblərinə cavab verən və üçüncü tərəf vasitəsilə sertifikatlaşdırılan fitinqlər müvafiq qaydada markalana bilər.

10.4 Qaynaq sisteminin tanınması

Qaynaq prosesini sadələşdirmək məqsədi ilə qaynaq parametrlərinin tanınması üçün ISO 13950-də şərh olunduğu kimi qaynaq fitinqləri rəqəmli, elektromexaniki və yaxud da özü-özünə tənzimlənən sistemə malik olmalıdır.

Elektroqaynaq fitinqləri üçün avtomatik tanınma sistemləri istifadə olunduqda onlar ISO 13950-ə uyğun olmalıdır.

Fitinqlər zədələnmənin qarşısını almaq zərurəti olduqdatoplu və yaxud fərdi mühafizə olunmuş qaydada qablaşdırılmalıdır. Mümkün olduqda, onlar fərdi qablarda, qutularda və yaxud karton yeşiklərdə yerləşdirilməlidir.

Qablaşdırılan fitinqin əsas təşkiledici elementləri normal birləşmənın qarşısını ala biləcək çirklənmə yaratmamalıdır.

Karton yeşiklərin və/və ya fərdi qabların üzərində istehsalçının adı, hissənin tipi və ölçüləri, qutuda olan hissələrin sayı, və əgər varsa xüsusi saxlanma şərtlərini və müddətini özündə əks etdirən ən azı bir yarlıq olmalıdır.

Qeyd: Fitinqlər quraşdırmaya qədər özlərinin ilkin qablaşdırılmalarında saxlanılmalıdır.

A.1Şəkil A.1 və A.2 48 V və daha kiçik gərginliklərdə istifadə üçün əlverişli olan tipik terminal birləşmə nümunələrini göstərir (A və B tiplər)

Ölçülər millimetrlə verilib

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminal örtüyünün xarici diametri C1≥11,8

C2 terminalın aktiv hissəsinin diametri C2=4,0±0,1

C3 terminal örtüyünün daxili diametri C3=9,5±1,0

C4 aktiv zonanın təməlinin maksimal ümumi diametri C4≤6,0

H terminalın daxili dərinliyi H≥12,0

H1 terminal örtüyünün yuxarı hissəsi ilə aktiv hissə arasındakı məsafə H1=3,2±0,5

H2 aktiv hissənin hündürlüyü H2≤H-H1

Ölçülər millimetrlə verilib

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminal örtüyünün xarici diametri C1=13,0±0,5

C2 terminalın aktiv hissəsinin diametri C2=4,7±0,1

C3 terminal örtüyünün daxili diametri C3=10,0-0,1/+0,5

H terminalörtüyünündaxili dərinliyi H≥15,5

H1 terminal örtüyünün yuxarı hissəsi ilə aktiv hissə arasındakı məsafə H1=4,5±0,5

A.2Şəkil A.3-də 250 V-a qədər gərginliklərdə istifadə üçün əlverişli olan tipik elektroqaynaq birləşmə nümunəsinigöstərilib (C tip)

Ölçülər millimetrlə verilib

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminalın xarici diametri C1≥C3+2,0

C2 terminalın aktiv hissəsinin diametri C2=2,0±0,1

C3 terminalörtüyünündaxili diametri C3>C2+4,0

H1 terminal örtüyünün yuxarı hissəsi ilə H1: (EN 60529-da [7] müəyyən olunduğu kimi IP2X

aktiv hissə arasındakı məsafə mühafizə dərəcəsini təmin edə bilən məsafə)

H2 aktiv hissənin hündürlüyü H2≥7,0

Borunun dağılmasının qarşısını almaq və fitinqdə və ya boru-fitinq birləş-məsində nəzərdə tutulan dağılma yaratmaq üçün kifayət qədər sərbəst uzunluğa malik bir və ya bir neçə PE boru ilə yığılmış elektroqaynaq fitinqdən ibarət sınaq nümunəsi temperaturu tənzimlənən mühitinə salınır və dağılma baş verənə qədər tədricən artan daxili təzyiqə məruz qalır. Bu metod fitinq/boru birləşməsinin qısa-müddətli dağılma təzyiqini müəyyən etmək üçün layihələndirilmişdir.

B.2.1EN ISO 1167-1-ə uyğun olaraq temperaturu (20±2)C intervalında saxlayan bilən sabit temperaturlu su vannası.

B.2.2EN ISO 1167-1-ə uyğun olaraq sınaq nümunəsi dağılana kimi daxili təzyiqi (5±1) bar/dəq sürətlə fasiləsiz olaraq qaldırmaq imkanına malik hidrostatik sınaq avadanlığı.

B.2.3 Bütün ölçü həddi boyunca dəqiqiliyi ən azı 1% olan və əldə olunmuş maksimal təzyiqi göstərə bilən qollu monometr.

İstifadə olunacaq monometr sınaq nümunəsinin dağılma təzyiqini ölçü şkalasının təxminən ortasında göstərməlidir. Monometrin təzyiqin anı yüksəlmə-sindən mühafizə sistemi ilə təchiz olunması tövsiyə olunur.

Monometr təzyiq ölçü sistemi daxilində müəyyən yerdə elə yerləşdiril-məlidir ki, təzyiqli xətlərdə və s. yerlərdə olan dəyişən təzyiqlərinin təsiri olmadan sınaq nümunəsinin daxili təzyiqini göstərmiş olsun.

Sınaq nümunəsi istənilən tip fitinqlər arasında sərbəst uzunluğu dn-dən çox olmayan PE borulara birləşdirilmiş bir və ya daha artıq elektroqaynaq fitinq birləşməsindən ibarətdir.

İstifadə olunan borular fitinqin layihələndirildiyi ən nazik divar qalınlığına malik boru olmalıdır.

Sınaq nümunəsi EN ISO 1167-1-ə uyğun olaraq A tipli boru başlıqları ilə bağlanmalıdır.

Boru başlıqlarını sınaq nümunəsinə bağlayın və içərisini ətraf mühit temperaturunda olan su ilə doldurun.

Sınaq nümunəsini hidrostatik sınaq avadanlığına birləşdirin və sınaq sistemində hava qabarcıqlarının olmamasına əmin olun.

Sınaq nümunəsini sabit temperaturlu su vannasının içərisinə salın və onu ən azı müvafiq divar qalınlığına malik boru üçün EN ISO 1167-1-də müəyyən olunmuş müddət qədər (20±2)C temperaturda kondisiyalaşdırın.

Sınaq nümunəsində dağılma baş verənə qədər təzyiqi müntəzəm şəkildə (5±1) bar/dəq sürətlə artırın.

Dağılma baş verən andakı təzyiqi qeydə alın.

Sınaqdan sonra sınaq nümunəsini vuzual şəkildə yoxlayın və dağılmanın yerini və növünü qeydə alın.

Sınaq protokoluna aşağıdakı məlumatlar daxil edilməlidir:

a) EN 1555-3 standartına istinad;

b) İstehsalçı, materialın tipi və fitinqin və borunun ölçüsü də daxil olmaqla istifadə olunan boruların və qaynaq yuvalı fitinqlərin tam identifikasiyası üçün zəruri olan bütün məlumatlar;

c) Sınaq nümunəsini hazırlamaq üçün istifadə olunan qaynaq-birləşmə proseduruna dair məlumat;

d) Sınaq nümunəsinin dağılma təzyiqi;

e) Sınaq nümunəsinin dağılmaya qədər davam gətirdiyi müddət;

g) Dağılmanın növü, məsələn, fitinqdə plastik dağılma, qaynaq tikişi boyunca kövrək dağılma;

h) Nəticələrə təsir edə biləcək digər amillər, məsələn bu əlavədə nəzərdə tutulmayan hadisələr və yaxud işçi vəziyyətlər;

İki birləşdirici PE borudan və elektroqaynaq fitinqdən ibarət sınaq nümunəsi boruda plastik dağılma baş verənə qədər sabit dartma sürəti ilə artan dartılma yükünə məruz qalır. Sınaq sabit temperaturda aparılır və xarici mexaniki təsirlər nəticəsində boru kəməri boyunca uzununa dartılma yükünün əmələ gəlməsini simulyasiya etmək üçün nəzərdə tutulur. Fitinqın və ya qaynaq birləşmələrinin qırılması qəbul olunan dağılma rejimi deyildir.

Sınaq avadanlığı ISO 13951:2001-ə uyğun olmalıdır və əlavə olaraq sınaq nümunəsinin 25%-lik nisbi uzanmasına və (5±1,25) mm/dəq sabit sınaq sürətini saxlamağa imkan verməlidir.

Sınaq nümunəsi ISO 13951:2001-ə uyğun olmalıdır.

dn≥180 mm olduqda və fitinq/boru birləşmələri üzərində dartılma sınaqlarının keçirilməsi mövcud sınaq avadanlığının imkanları xaricində olduğu hallarda, birləşmə seqmentlərinin sınağı münasib ola bilər. Bununla belə tam boru/birləşmə yığımı üzərində sınaq ilə korrelyasiya müəyyən olunmayana qədər seqment sınaq nümunələrinin sınağı nəzərə alınmamalıdır.

Sınağın gedişi yükün sabit qalmasına dair tələb istisna olmaqla ISO 13951:2001-ə uyğun olmalıdır. Darma sürəti sınaq nümunəsinin uzanması 25%-ə çatana qədər 5 mm/dəq±25% olmalıdır.

Sınaq protokoluna aşağıdakı məlumatlar daxil edilməlidir:

a) EN 1555-3 standartına istinad;

b) İstehsalçı, materialın tipi və fitinqin və borunun ölçüsü də daxil olmaqla istifadə olunan boruların və elektroqaynaq yuvalı fitinqlərin tam identifikasiyası üçün zəruri olan bütün məlumatlar;

c) Sınaq nümunəsini hazırlamaq üçün istifadə olunan qaynaq-birləşmə proseduruna dair məlumat;

d) Sınaq temperaturu;

e) Sınaq nümunəsinin 25%-lik uzanmasından sonra fitinqin və qaynaq birləşməsinin hermetikliyi və bütövlüyü;

f) Nəticələrə təsir edə biləcək digər amillər, məsələn bu əlavədə nəzərdə tutulmayan hadisələr və yaxud işçi vəziyyətlər;

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib, “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02 dekabr 2014-cü il tarixli TK-16-3/2014 saylı protokol) və təqdim edilib.

2. Bu standart EN 12201-1:2011 “Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE). Part 1: General”standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure. Polyethylene (PE)

Bu standart içməli və texniki suyun ötürülməsi, drenaj suları və təzyiqli və vakuum altında olan kanalizasiya sistemləri və eləcə də digər məqsədlər üçün nə-zərdə tutulan yeraltı və yerüstü tətbiqlərdə polietilendən hazırlanmış təzyiqli boru kəmərləri sisteminin (əsas və yardımçı borular) ümumi aspektlərini müəyyən edir.

Qeyd 1: İçməli və texniki suyun ötürülməsi üçün nəzərdə tutulan PE komponentlərində əsas diqqət bu standartın 5-ci bəndinə verilir. Digər məqsədlər, drenaj və çirkli sular üçün istehsal olunan komponentlər içməli su təchizatı üçün əlverişli olmaya bilər.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən olunmuşdur.

Bu standart, EN 12201 standartının 2÷5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE borulara, fitinqlərə, klapanlara, onların birləşmələrinə və digər materialların komponentləri ilə birləşmələrə tətbiq olunur:

a) yol verilən maksimal işçi təzyiq (PFA) 25 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

d) dəniz kanallarında;

f) körpülərin altında asılan borular da daxil olmaqla yerüstü.

Qeyd 2: 20C-dən çoxolmaqla 40C-ə kimi sabit temperaturlarda olan tətbiqlər üçün Əlavə A-a baxılmalıdır.

EN 12201 (bütün hissələr) yol verilən maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Qeyd 3: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlər içərisindən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 12099 Plastics piping systems – Polyethylene piping materials and components – Determination of volatile content (Plastik boru kəmərləri sistemi. Polietilen boru materialları və komponentləri. Uçucu maddələrin miqdarının müəyyən olunması)

EN 12201-2: 2011 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 2: Pipes (Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular)

EN 12201-3 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 3: Fittings (Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər)

PrEN12201-4: 2011 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 4: Valves for water supply systems (Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 4: Su təminatı sistemləri üçün klapanlar)

EN ISO 472: 2001 Plastics – Vocabulary (ISO 472: 1999) (Plastik materiallar. Lügət (ISO 472: 1999))

EN ISO 1043-1: 2001 Plastics – Symbols and abbreviated terms – Part 1: Basic polymers and their special characteristics (ISO 1043-1:2001) (Plastik materiallar. Simvollar və qısaldılmış terminlər. Hissə 1: Əsas polimerlər və onları xüsusi xüsusiyyətləri (ISO 1043-1:2001))

EN ISO 1167-1 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids–Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1:2006))

EN ISO 1133 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-2 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 2: Preparation of pipe test pieces (ISO 1167-2:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 2: Boru sınaq nümunələrinin hazırlanması (ISO 1167-2: 2006))

EN ISO 1183-1 Plastics – Methods for determining the density of non-cellular plastics – Part 1: Immersion method, liquid pyknometer method and titration method (ISO 1183-1:2004) (Plastik materiallar. Qeyri-poroplast materialların sıxlığının müəyyən olunması üçün metodlar. Hissə 1: İmmersiya metodu, maye piknometr metodu və titrləmə metodu (ISO 1183-1:2004))

EN ISO 1183-2 Plastics – Methods for determining the density of non-cellular plastics – Part 2: Density gradient column method (ISO 1183-2:2004) (Plastik materiallar. Qeyri-poroplast materialların sıxlığının müəyyən olunması üçün metodlar. Hissə 2: Sıxlıq qradiyenti sütun metodu (ISO 1183-2:2004))

EN ISO 6259-1 Thermoplastics pipes – Determination of tensile properties – Part 1: General test method (ISO 6259-1:1997) (Termoplastik borular. Dartılma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 1: Ümumi sınaq metodu (ISO 6259-1:1997))

prEN ISO 9080 Plastics piping and ducting systems – Determination of the long-term hydrostatic strength of thermoplastics materials in pipe form by extrapolation (ISO/DIS 9080:2010) (Plastik boru kəməri və kanalizasiya sistemləri. Boru formasında olan termoplastik materialların daxili təzyiqə uzunmüddətli dayanıqlılığının müəyyən olunması (ISO/DIS 9080: 2010))

EN ISO 12162 Thermoplastics materials for pipes and fittings for pressure applications – Classification, designation and design coefficient (ISO 12162:2009) (Təzyiq altında olan borular və fitinqlər üçün termoplastik materiallar. Təsnifat, adlandırma və hesabi əmsal (ISO 12162:2009))

EN ISO 13477 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Small-scale steady-state test (S4 test) (ISO 13477:2008) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Kiçik miqyaslı statik rejimdə sınaq (S4 sınağı) (ISO 13477:2008))

EN ISO 13478 Thermoplastics pipes for the conveyance of fluids – Determination of resistance to rapid crack propagation (RCP) – Full-scale test (FST) (ISO 13478:2007) (Mayelərin nəqli üçün termoplastik borular. Çatın sürətli yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Tam miqyaslı sınaq (ISO 13478:2007))

EN ISO 13479 Polyolefin pipes for the conveyance of fluids – Determination of resistance to crack propagation – Test method for slow crack growth on notched pipes (ISO 13479:2009) (Mayelərin nəqli üçün poliolefin borular. Çatın yayılmasına qarşı dayanıqlılığın müəyyən olunması. Borularda çatın yavaş yayılması üçün sınaq metodu (ISO 13479: 2009))

EN ISO 15512 Plastics – Determination of water content (ISO 15512:2008) (Plastik materiallar. Nəmliyin müəyyən olunması (ISO 15512:2008))

EN ISO 16871 Plastics piping and ducting systems – Plastics pipes and fittings – Method for exposure to direct (natural) weathering (ISO 16871:2003) (Plastik boru kəməri və kanalizasiya sistemləri. Plastik borular və fitinqlər. Atmosfer şəraitində birbaşa (təbii) köhnəlmə metodu (ISO 16871:2003))

ISO 6259-3 Thermoplastics pipes – Determination of tensile properties – Part 3: Polyolefin pipes (Termoplastik borular. Dartılma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 3: Poliolefin borular)

ISO 6964 Polyolefin pipes and fittings – Determination of carbon black content by calcination and pyrolysis – Test method and basic specification (Poliolefin borular və fitinqlər. Yandırma və piroliz üsulu ilə kömürün təyini. Sınaq metodu və əsas texniki tələblər)

ISO 11357-6 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidation induction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperaturunun (dinamik) müəyyən olunması)

ISO 11413: 2008 Plastics pipes and fittings – Preparation of test piece assemblies between a polyethylene (PE) pipe and an electrofusion fitting (Plastik borular və fitinqlər. Polietilen (PE) boru və elektroqaynaq fitinq arasında birləşmələrdən sınaq nümunəsinin hazırlanması)

ISO 11414: 2009 Plastics pipes and fittings – Preparation of polyethylene (PE) pipe/pipe or pipe/fitting test piece assemblies by butt fusion (Plastik borular və fitinqlər. Alın qaynağı ilə Polietilen (PE) boru/boru və boru/fitinq birləşmələrindən sınaq nümunəsinin hazırlanması)

ISO 13953 Polyethylene (PE) pipes and fittings – Determination of the tensile strength and failure mode of test pieces from a butt-fused joint (Plastik borular və fitinqlər. Alın qaynaq birləşməsindən sınaq nümunələrinin dartılmada möhkəmlik həddinin və qırılma halının müəyyən olunması)

ISO 13954 Plastics pipes and fittings – Peel decohesion test for polyethylene (PE) electrofusion assemblies of nominal outside diameter greater than or equal to 90 mm (Plastik borular və fitinqlər. Nominal xarici diametri 90 mm və daha böyük olan polietilen (PE) elektroqaynaq birləşmələrində qopmaya dayanıqlılıq sınağı)

ISO 18553 Method for the assessment of the degree of pigment or carbon black dispersion in polyolefin pipes, fittings and compounds (Poliolefin borularda, fitinqlərdə və kompaundlarda piqmentin və kömürün dispersiya dərəcəsinin qiymətləndirilməsi metodu)

3.1 Termin və təriflər

Bu standartda EN ISO 472:2001 və EN ISO 1043-1:2001-də və aşağıda verilmiş termin və təriflərdən, simvollardan istifadə olunub.

3.1.1 Geometrik terminlər

3.1.1.1nominal ölçü (DN/OD)

yiv ölçüsü ilə verilən komponent istisna olmaqla, komponentin ölçüsünün rəqəm şəklində ifadəsi, bu ölçü yuvarlaqlaşdırılmış rəqəmdir və təxminən istehsal olunan faktiki ölçüyə (mm ilə) bərabər olmaqla xarici diametrləbağlıdır

3.1.1.2nominal xarici diametr(dn)

nominal ölçüyə (DN/OD) uyğun müəyyən olunmuş xarici diametr, mm ilə

3.1.1.3 ixtiyarı nöqtədə xarici diametr (de)

borunun və ya genağız hissəninistənilən nöqtəsində en kəsik sahəsi boyunca xarici diametrin 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

3.1.1.4 orta xarici diametr (dem)

borunun və ya fitinqin genağız hissəsinin en kəsik sahəsi boyunca xarici perimetrinin p-ə (=3,142) bölünməsindən alınan ədədin 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

3.1.1.5 minimal orta xarici diametr (dem,min)

verilmiş nominal ölçü üçün bu standarta uyğun müəyyən olunmuş xarici diametrin minimal qiyməti

3.1.1.6maksimal orta xarici diametr (dem,max)

verilmiş nominal ölçü üçün bu standarta uyğun müəyyən olunmuş xarici diametrin maksimal qiyməti

3.1.1.7ovallıq (dairəvilikdən kənaraçıxma)

borunun və ya genağız hissənin eyni en kəsik sahəsi boyunca ölçülmüş minimal və maksimal xarici diametrləri arasındakı fərq

3.1.1.8nominal divar qalınlığı(en)

komponentin divar qalınlığının rəqəm şəklində ifadəsi, bu ölçü təxminən istehsal olunan faktiki ölçüyə (mm ilə) bərabər olmaqla müvafiq şəkildə yuvarlaqlaşdırılmış rəqəmdir.

Qeyd: EN 12201 standartının müxtəlif hissələrinin tələblərinə cavab verən termoplastik komponentlər üçün nominal divar qalınlığının (en) qiyməti bu standartda müəyyən olunmuş ixtiyari nöqtədə minimal divar qalınlığına (emin) uyğundur.

3.1.1.9ixtiyarı nöqtədə divar qalınlığı(e)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının 0,1 mm-ə qədər böyük tərəfə yuvarlaqlaşdırılmış qiyməti

Qeyd: Fitinqlərin və klapanların gövdəsinin istənilən nöqtədə divar qalınlığı E ilə işarələnir.

3.1.1.10ixtiyari nöqtədə minimal divar qalınlığı (emin)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının bu standarta uyğun müəyyən olunmuş minimal qiyməti

3.1.1.11ixtiyari nöqtədə maksimal divar qalınlığı (emax)

komponentin perimetri boyunca istənilən nöqtədə divar qalınlığının bu standarta uyğun müəyyən olunmuş maksimal qiyməti

3.1.1.12orta divar qalınlığı (em)

komponentin eyni en kəsik sahəsində perimetr boyunca divar qalınlığının minimal və maksimal qiymətləri də daxil olmaqla, bərabər şəkildə ara məsafəsi saxlanılaraq ölçülmüş qiymətlərinin ədədi ortası

3.1.1.13yol verilən kənaraçıxma

kəmiyyətin verilmiş qiymətdən mümkün meyletməsi, bu meyletmə buraxıla bilən maksimal və minimal qiymətlərin fərqi şəklində ifadə olunur

3.1.1.14divar qalınlığından yol verilən kənaraçıxma (ty)

nominal divar qalınlığı (en) ilə ixtiyari nöqtədə divar qalınlığı (e) arasında olan yol verilən fərq

3.1.1.15boru seriyası(S)

borunun adlandırılması üçün ölçüsüz rəqəm

Qeyd: Boru seriyası (S) və standart ölçü nisbəti (SDR) arasındakı münasibət ISO 4065:1996-a [6] uyğun olaraq aşağıdakı düsturla müəyyən olunur:

3.1.1.16standart ölçü nisbəti(SDR)

boru seriyasının rəqəmlə ifadə olunması, borunun nominal xarici diametrinin (dn) onun nominal divar qalınlığına (en) nisbətinə bərabər olan yuvarlaq rəqəm

3.1.2 Materiala dair terminlər

3.1.2.1 ilkin material

dənəvər formada olan, istifadə olunmayan, yaxud özünün istehsal prosesi istisna olmaqla digər emal proseslərinə məruz qalmayan və təkrar emal materialları əlavə olunmayan material.

3.1.2.2 istifadə olunmayan məhsulun təkrar emal materialı

boruların, fitinqlərin və yaxud klapanların istehsalı zamanı alınan tullantılar da daxil olmaqla, istifadə olunmamış təmiz borulardan, fitinqlərdən və yaxud klapanlardan hazırlanan və bir istehsalçı tərəfindən ilkin olaraq komponentlərin istehsalında (məsələn, injeksiya, yaxud ekstruziya üsulu ilə) istifadə olunduqdan sonra hər hansı bir digər istehsalçının zavodunda təkrar emal olunan material.

bu standartın tələblərinə cavab verən komponentlərin emalı və istifadəsi üçün əsas polimerin (PE) və qatqıların (məsələn, anti-oksidləşdiricilər, piqmentlər, kömür, UB-stabilləşdiricilər və digərləri) tələb olunan norma daxilində bircins ekstruziya olunmuş qarışığı.

3.1.3 Materialın xüsusiyyətlərinə dair terminlər

3.1.3.1 proqnozlaşdırılan hidrostatik sərtliyin

aşağı dözümlülük həddi (sLPL)

q temperaturunda və tmüddətindəproqnozlaşdırılan hidrostatik sərtliyin 97,5 %-lik aşağı dözümlülük həddini əks etdirən kəmiyyət

Qeyd: Bu kəmiyyət MPa ilə ifadə olunur.

3.1.3.2tələb olunan minimal sərtlik(MRS)

200C temperaturda və 50 il müddətində proqnozlaşdırılan hidrostatik sərtliyin aşağı dözümlülük həddinin (sLPL) qiyməti, bu qiymət sLPL<10 MPa olduqda R10 sırasının növbəti daha kiçik qiymətinə, sLPL≥10 MPa olduqda isə R20 sırasının növbəti daha aşağı qiymətinə qədər yuvarlaqlaşdırılır

Qeyd:R10 və R20 sıraları ISO 3:1973 [3] və ISO 497:1973-ün [4] tələblərinə cavab verən Reynard rəqəmlərinin sırasıdır.

3.1.3.3 hesabi əmsal (C)

istismar şərtlərini, eləcə də boru kəmərinin komponentlərinin aşağı dözümlülük həddinin müəyyən olunmasında nəzərə alınmamış xüsusiyyətlərini nəzərə alan və qiyməti vahiddən böyük olan əmsal.

3.1.3.4hesabi gərginlik (ss)

200C-də verilmiş tətbiq üçün buraxıla bilən gərginlik, onun qiyməti tələb olunan minimal sərtliyin (MRS) hesabi əmsala (C) bölünməsi ilə alınır, yəni:

Qeyd: Bu kəmiyyət MPa ilə ifadə olunur.

3.1.3. 5ərimə axını indeksi(MFR)

verilmiş yük altında və verilmiş temperaturda ərinmiş materialın özlülüyü ilə bağlı olan rəqəm, onun qiyməti hər 10 dəqiqəyə düşən qramlarla (q/10 dəq) ifadə olunur

3.1.4 İstismar şərtləri ilə bağlı terminlər

3.1.4.1nominal təzyiq(PN)

boru kəmərnin mexaniki xüsusiyyətləri ilə bağlı təsnifat üçün istifadə olunan rəqəm şəklində adlandırma.

Suyun nəqli üçün nəzərdə tutulan plastik boru kəmərlərində bu kəmiyyət yol verilən işçi təzyiqə (bar ilə) uyğundur, layihə üzrə 50 il müddətində 200C tempera-turda suya davam gətirə bilər və minimal hesabi əmsala əsaslanır:

Qeyd: PE-dən hazırlanmış su təchizatı sistemləri üzərində uzunmüddətli istismar xüsusiyyətlərinin təhlili üzrə aparılan elmi-tədqiqat işləri göstərir ki, mümkün istismar müddəti ən azı 100 ildir (istifadə olunan mənbələrdə [10] və [11] -ə baxın).

3.1.4.2yol verilən işçi təzyiq (PFA)

komponentin fasiləsiz istismar zamanı davam gətirə biləcəyi maksimal hidrostatik təzyiq

Qeyd: Əlavə A-a baxın

3.1.4.3standart temperatur

boru kəmərinin layihələndirildiyi tempetatur

Qeyd: Bu temperatur hesabatlarda, standart temperaturdan fərqli işçi temperaturlar üçün boru kəmərinin və yaxud onun hissələrinin layihələndirilməsində əsas kimi istifadə olunur

3.1.5 Birləşmələrə dair terminlər

3.1.5.1qızdırıcı alət istifadə olunan alın qaynaq birləşməsi

boruların və ya genağız fitinqlərin hamarlanmış uclarının qızdırılması ilə edilən birləşmə, bu zaman onların səthləri PE materialı ərimə temperaturuna çatana qədər yastı qızdırıcı lövhəyə qarşı tutulur, daha sonra qızdırıcı alət dərhal çıxarılır və nəhayət iki yumşaldılmış səth ağız-ağıza sıxılmaqla bir-birinə uyğunlaşdırılır.

3.1.5.2elektroqaynaq birləşmə

PE elektroqaynaq yuva və ya yəhərli fitinq ilə boru və yaxud genağız fitinq arasında olan birləşmə

Qeyd: Elektroqaynaq fitinqlər onların birləşən səthlərinə bağlanan, borunun və ya fitinqin səthinin əriməsinə səbəb olan qızdırıcı elementin Coul effekti ilə qızdırılır.

3.1.5.3yəhərli qaynaq birləşməsi

yəhərin qövsvari səthini və borunun xarici səthini PE materialı ərimə temperaturuna çatana qədər qızdırıcı alətə qarşı tutmaqla, daha sonra qızdırıcı aləti dərhal çıxartmaq və nəhayət iki yumşaldılmış səthi ağız-ağıza tutaraq bir-birinə qarşı sıxmaqla edilən birləşmə

3.1.5.4mexaniki birləşmə

hər hansı bir PE borunu digər PE boruya və yaxud boru kəmərinin başqa elementinə montaj etməklə edilən birləşmə, bu birləşməyə bir qayda olaraq təzyiqə dayanıqlığı, sızmaya qarşı möhkəmliyi və yükə dayanıqlığı təmin etmək üçün kompresyon hissə daxildir.

Qeyd: Radial sıxma qüvvələrinin təsiri altında borunun divarında deformasiyanın qarşısını almaq məqsədi ilə PE boruya tərpənməz dayaq təmin etmək üçün onun içərisinə yerləşdirilən daşıyıcı dayaq qol istifadə olunmalıdır. Belə fitinqlərin və yaxud klapanların metal hissələri yivlər, kompresyon birləşmələr, qaynaq olunmuş, yaxud lehimli flanslar və yaxud digər vasitələrlə metal borulara birləşdirilə bilər. Fitinq və yaxud klapan ya sökülə bilən, ya da yığılmış birləşməyə imkan verməlidir.

3.1.5.5qaynaq uyğunluğu

qaynaq olunan iki oxşar və ya qeyri-oxşar polietilen materialın bu standartın tələblərinə cavab verən birləşmə əmələ gətirmək qabiliyyəti

Bu normativ sənəddə aşağıdakı simvollar istifadə olunur:

de xarici diametr (ixtiyari nöqtədə)

dem orta xarici diametr

dem,min orta xarici diametrin minimal qiyməti

dem,max orta xarici diametrin maksimal qiyməti

dn nominal xarici diametr

E fitinqin və yaxud klapanın gövdəsinin divar qalınlığı

e borunun divar qalınlğı (ixtiyari nöqtədə)

em orta divar qalınlığı

emax maksimal divar qalınlığı (ixtiyari nöqtədə)

emin minimal divar qalınlığı (ixtiyari nöqtədə)

en nominal divar qalınlığı

sLPL 50 il ərzində 20C temperaturdaproqnozlaşdırılan

hidrostatik sərtliyin aşağı dözümlülük həddi

ty divar qalınlığından yol verilən kənaraçıxma

Bu normativ sənəddə aşağıdakı qısaltmalar tətbiq olunur:

DN/OD xarici diametrlə bağlı olan nominal ölçü

LPL proqnozlaşdırılan aşağı hədd

MFR ərimə axını indeksi

MRS tələb olunan minimal sərtlik

OIT istiliyə dözümlülük

PFA yol verilən işçi təzyiq

R Reynard sırasına uyğun üstünlük verilən rəqəmlər sırası

S ISO 4065:1996-a uyğun olaraq müəyyən olunan boru seriyası

SDR standart ölçü nisbəti

4.1 Komponentlərin materialı

Borular, fitinqlər və klapanlar bu standartın tələblərinə cavab verən polietilendən hazırlanmalıdır.

Kompaund, material istehsalçısı tərəfindən polietilen əsaslı polimerə EN 12201-2, EN 12201-3 və yaxud prEN 12201-4:2011 standartlarının tələblərinə cavab verən boruların, fitinqlərin və klapanların istehsalı üçün vacib olan, yalnız qaynaq uyğunluğuna, saxlanılmasına və istifadəsinə görə tətbiq oluna bilən qatqılar, piqmentlər və yaxud kömür əlavə olunmaqla hazırlanmalıdır.

İstifadə olunan bütün qatqılar milli qanunvericiliyə uyğun olmalıdır.

Kompaundun rəngi göy (PE 80 və PE 100) və yaxud qara (PE 40, PE 80 və PE 100) olmalıdır. Qara kompaundun istehsalında istifadə olunan kömür hissəciklərinin orta (ilkin) ölçüsü 10÷25 nm olmalıdır.

Qeyd: Bəzi ölkələrdə, piqmentsiz kompaunddan hazırlanmış xarici soyula bilən qata malik borulara o halda icazə verilir ki, həmin kompaund bu standartın tələblərini ödəmiş olsun. Əgər buna hər hansı bir ölkədə icazə verilirsə, bu hal milli ön sözdə aydın şəkildə göstərilməlidir.

4.4.1 Dənəvər formada olan kompaundun xüsusiyyətləri

Boruların, fitinqlərin və klapanların istehsalında istifadə olunan dənəvər kompaund Cədvəl 1-də verilmiş tələbləri ödəyən xüsusiyyətlərə malik olmalıdır.

4.4.2 Boru formasında olan kompaundun xüsusiyyətləri

Müvafiq sınaq metodunda başqa bir tələb göstərilməyənə qədər, nümunələr Cədvəl 2-ə uyğun olaraq sınaq olunmamışdan əvvəl (23±2)C temperaturda kon-disiyalaşdırılmalıdır.

Boruların, fittinqlərin və klapanların istehsalında istifadə olunan boru formasında olan kompaund Cədvəl 2-də verilmiş tələbləri ödəyən xüsusiyyətlərə malik olmalıdır.

EN ISO 1183-1 və EN ISO 1183-2-yə uyğun olaraq

Kömürün miqdarı (qara rəngli kompaund)

Kömürün dispersiyası (qara rəngli kompaund)

Piqmentin dispersiyası (qara rəngli kompaund)

Uçucu maddə-lərin miqdarı

PE 40 üçün ərimə axını indeksi (MFR)

PE 80 və PE 100 üçün ərimə axını indeksi (MFR)

Butələblərə uyğunluqkompaundunistehsalçısı tərəfindəntəsdiqolunmalıdır.

Bu sınaq,yalnız, uçucu maddələrin ölçülmüş miqdarı müəyyən olunmuş tələblərə uyğun olmadıqda tətbiq olunur. Mübahsəli hallarda nəmliklə bağlı tələb tətbiq olunmalıdır. Alternativ metod kimi ISO 760:1978[5] tətbiq oluna bilər. Bu tələb kompaund istehsalçısına istehsal mərhələsində və kompaund istifadəçisinə emal mərhələsində tətbiq olunur (əgər nəmlik verilmiş həddi aşarsa istifadədən əvvəl qurudulmalıdır).

Mübahisəli hallarda kömürün və piqmentin dispersiyası üçün sınaq nümunələri sıxma (kompresyon) metodu ilə hazırlanmalıdır.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün CEN/TS 12201-7-ə [2] baxın).

Sınaq, düzgün korrelyasiya təmin edildikdə, 210C və ya 220C temperaturlarda dolayı sınaq kimi aparıla bilər. Mübahisəli hallarda sınaq temperaturu 200C olmalıdır.

Kompaund istehsalçısı tərəfindən müəyyən olunan qiymət

Alın qaynağı üçün dartılmada möhkəmlik həddi

Çatın yavaş yayılması

(borunun ölçüsü 110 mm, SDR 11)

Daxili sınaq təzyiqi:

Suyun keyfiy-yətinə təsiri

Atmosfer şəraitində köhnəlməyə qarşı dayanıqlılıq

(qara rəngli kompaundlara tətbiq olunmur)

İlkin kondisiyalaş-dırma(atmosfer şə-raitində köhnəlmə):

Ümumi energetik işıqvermə

EN ISO 16871-ə uyğun olaraq

a) elektroqaynaq birləşmənin qop-maya dayanıq-lılığı, 110 mm

b) qırılmada nisbi uzanma

80C-də 1000 saat ərzində daxili təzyiqə dayanıqlılıq

Çatın sürətli yayılmasına qarşı dayanıqlılıq

Daxili sınaq təzyiqi:

Çatın sürətli yayılmasına qarşı dayanıqlılıq

Daxili sınaq təzyiqi:

Bu tələblərə uyğunluq kompaundun istehsalçısı tərəfindən təsdiq olunmalıdır.

Normal şəraitdə, 23C-də ISO 11414:2009-a uyğun olaraq sınaq nümunələrinin hazırlanması

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarıgöstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün CEN/TS 12201-7-ə [2] baxın).

Bütün xüsusiyyətlərə dair sınaq metodları, parametrlər və tələblər hazırlanma mərhələ-sindədir. Həmin standartlar qəbul edilənə qədər milli normalar tətbiq olunmalıdır.

Divar qalınlığı 32 mm və daha böyük olan borular üçün nəzərə tutulur.

Əgər tələblər ödənilirsə, material EN 12201 (bütün hissələr) standartına uyğun olaraq istehsal olunan bütün borulara şamil olunur.

Əgər tələblər verilmiş PE materialı üçün ödənilmirsə, diametrə uyğun material üçün yol verilən işçi təzyiqi (PFA) müəyyən etmək məqsədi ilə böhran təzyiqi pc yaradıla və istifadə oluna bilər (PFA≤pc olduqda, pc EN ISO 13478-ə uyğun olaraq müəyyən olunur və yaxud PFA≤3,6pc,S4+2,6 olduqda, pc,S4 EN ISO 13477-ə uyğun olaraq müəyyən olunur). 1-ci bənddə Qeyd 2-ə diqqət yetirilməlidir. 3C və yaxud daha aşağı temperaturda hava, yaxud hava ilə suyun qarışığı (havanın miqdarı ən azı 5% olmaqla) istifadə oluna bilər.

4.5 PE 80 və PE 100 materialları üçün qaynaq uyğunluğu

4.5.1Cədvəl 1-in tələblərinə uyğun olan kompaundlar əriyə bilən(qaynaq oluna bilən) olmalıdırlar. Hər bir kompaund üçün bu xüsusiyyət istehsalçı tərəfindən Cədvəl 3-də verilmiş dartma sınağında qırılmaya (dağılmaya) dair tələbin həmin kompaunddan istehsal olunmuş iki borudan götürülmüş və (23±2)C ətraf mühit temperaturunda ISO 11414: 2009, Əlavə A-ya uyğun olaraq müəyyən olunmuş parametrlərdən istifadə etməklə hazırlanmış alın qaynaq birləşməsi üçün yerinə yetirilməsi yoxlanılmaqla təsdiq olunmalıdır.

4.5.2Cədvəl 1-in tələblərinə uyğun olan kompaundlar bir-birinə qaynaq oluna bilən hesab olunur. Tələb olunduqda, istehsalçı bu xüsusiyyəti, Cədvəl 3-də verilmiş dartma sınağında qırılmaya (dağılmaya) vəziyyətinə dair tələbin kompaundlardan istehsal olunmuş iki borudan götürülmüş və (23±2)C ətraf mühit temperaturunda ISO 11414: 2009 Əlavə A-ya uyğun olaraq müəyyən olunmuş parametrlərdən istifadə etməklə hazırlanmış alın qaynaq birləşməsi üçün yerinə yetirilməsini yoxlamaqla təsdiq etməlidir.

Qeyd: Bu bənd PE 40 materiallarına şamil olunmur. Bu materiallardan istehsal olunan borular mexaniki fitinqlərdən istifadə etməklə birləşdirilir.

dartma sınağında qırılmanın (dağılmanın) müəyyən olunması

Qırılana (dağılana) qədər sınaq:

kövrək: qeyri-qənaətbəxş

Bu tələblərə uyğunluq kompaundun istehsalçısı tərəfindən təsdiq olunmalıdır.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunə-lərinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 12201-7[2]).

4.6 Təsnifat və adlandırma

Kompaundlar PE materialının tipi ilə adlandırılır. Kompaundlar boru formasında sınaq olunduqda tələb olunan minimal sərtlik (MRS) Cədvəl 4-ə uyğun olmalıdır..

hesabi gərginlik () C=1,25 qəbul etməklə MRS-ə görə hesablanır.

Qeyd: C üçün daha yüksək qiymət istifadə oluna bilər, məsələn,əgər C=1,6 olarsa, bu halda PE 80 materialı üçün =5,0 MPa olur. C üçün daha yüksək qiymət həmçinin daha yüksək PN sinfini seçməklə də əldə oluna bilər.

göstəricisini tapmaq üçünkompaund, EN ISO 1167-1 və EN ISO 1167-2-yə uyğun olaraq boru üzərində ən azı üç müxtəlif temperatur rejimində (bunlardan ikisi 20C və 80C olmalı, üçüncüsü isə sərbəst şəkildə 30÷70C aralığından seçilir) aparılan təzyiq sınaqlarından sonra, prEN ISO 9080-a uyğun olaraq qiymətləndirilməlidir. MRS qiyməti -in əsasında hesablanır və kompaund istehsalçı tərəfindən EN ISO 12162-ə uyğun olaraq təsnif olunmalıdır.

80C temperaturda t<5000 saat olduqda reqressiya əyrisi üzərində aşkar olunan əyilmələrolmamalıdır.

Kompaundun Cədvəl 4-də verilmiş təsnifata uyğunluğu istehsalçı tərəfindən göstərilməlidir.

Fittinqlər borular kimi eyni kompaunddan istehsal olunduqda, materialın təsnifatı borularda olduğu kimi eyni olacaqdır.

Yalnız fittinqlərin istehsalı üçün nəzərdə tutulan kompaundun təsnifatı üçün kompaunddan ekstruziya olunmuş boru formasında hazırlanan sınaq nümunələri istifadə olunmalıdır.

İçməli su ilə təmasda olan komponentlər üçün istifadə olunması nəzərdə tutulan kompaundlarda milli normaların tələblərinə diqqət yetirilməlidir.

PE boru kəməri fasiləsiz olaraq 20C-dən yüksək olmaqla 40C-ə qədər temperatur intervalında istismar olunduqda, təzyiq üçün Cədvəl A.1-də verilmiş azaltma əmsalı tətbiq olunur.

Cədvəl A.1 – PE 100 və PE 80 boru kəmərlərində təzyiq üçün azaltma əmsalları

Hər addım arası digər temperaturlar üçün interpolyasiyaya icazə verilir

(ISO 13761:1996 -a da həmçinin baxılmalıdır)

Qeyd: prEN ISO 9080-a uyğun olaraq təhlillərin nəticələri daha kiçik azalmanın tətbiq olunmasını subut etməyənə qədər daha yüksək faktorlar və beləliklə də daha yüksək təzyiqlər tətbiq oluna bilər.

Yol verilən işçi təzyiq (PFA) aşağıdakı düstur əsasında hesablanır:

fT – Cədvəl A.1-də verilmiş əmsal;

fA – tətbiq sahəsi ilə bağlı olan əmsal (suyun ötürülməsi üçün fA = 1);

PN –nominal təzyiqin qiyməti.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib, “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02 dekabr 2014-cü il tarixli TK-16-3/2014 saylı protokol) və təqdim edilib.

2. Bu standart EN 12201-2:2011 “Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE). Part 2: Pipes”standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure. Polyethylene (PE)

Bu standart içməli və texniki suyun ötürülməsi, drenaj suları və təzyiqli və vakuum altında olan kanalizasiya sistemləri və eləcə də digər məqsədlər üçün nəzərdə tutulan yeraltı və yerüstü tətbiqlərdə polietilendən (PE 100, PE 80 və PE 40) hazırlanmış boruların xüsusiyyətlərini müəyyən edir.

Qeyd 1: İçməli və texniki suyun ötürülməsi üçün nəzərdə tutulan PE komponentlərində əsas diqqət bu standartın 5.3 bəndinə verilir. Digər məqsədlər, drenaj və çirkli sular üçün istehsal olunan komponentlər içməli su təchizatı üçün əlverişli olmaya bilər.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən olunub.

Bu standart, EN 12201 standartının 1, 3, 4 və 5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE borulara və onların birləşmələrinə, PE və digər materialların komponentləri ilə birləşmələrə tətbiq olunur:

a) yol veriləm maksimal işçi təzyiq (PFA) 25 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

d) dəniz kanallarında;

f) körpülərin altında asılan borular da daxil olmaqla yerüstü.

Qeyd 2: 20C-dən çoxolmaqla 40C-ə kimi sabit temperaturlarda olan tətbiqlər üçün EN 12201-1:2011-ə (Əlavə A) baxılmalıdır.

Qeyd 3: Baryer qatlar da daxil olmaqla boruların konstruksiyası bu standartda verilmir.

EN 12201 standartı yol verilən maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Bu standart üç boru tipini əhatə edir:

– ixtiyari identifikasiya zolaqlarına malik PE borular (xarici diametr dn);

– Əlavə B-yə uyğun olaraq soekstruziya olunmuş qatlara malik PE borular (ümumi xarici diametr dn), bu qatlar borunun xarici və ya daxili səthinə, yaxud da hər iki səthinə çəkilməklə eyni MRS göstəricisinə malik olmalıdır;

– Əlavə C-yə uyğun olaraq xarici səthində soyula bilən, fasiləsiz əlavə termoplastik qata malik PE borular (“örtüklü boru”) (xarici diametr dn).

Qeyd 4: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlərdən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Qeyd 5: EN 12201-1:2011, Cədvəl 2-yə uyğun olaraq bu standartın əhatə etdiyi məhsulların istehsalında istifadə olunan PE boru komponenti üçün çatın yavaş yayılmasına qarşı dayanıqlılığının qiymətləndirilməsi tələb olunur.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 12201-1: 2011 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 1: General (Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər)

EN 12201-5 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE) – Part 5: Fitness for purpose of the system (Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 5: Sistemin tələblərinə uyğunluq)

CEN/TR 15438 Plastics piping systems – Guidance for coding of products and their intended uses (Plastik boru kəmərləri sistemi. Məhsulların kodlaşdırılması və onların təyinatı üzrə istifadəsi)

EN ISO 1133 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-1 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids–Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1:2006))

EN ISO 1167-2 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 2: Preparation of pipe test pieces (ISO 1167-2:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 2: Boru sınaq nümunələrinin hazırlanması (ISO 1167-2: 2006))

EN ISO 2505 Thermoplastics pipes. Longitudinal reversion. Test method and parameters (ISO 2505:2005) (Termoplastik borular. Uzununa ölçülərin dəyişməsi. Sınaq metodları və parametrlər (ISO 2505:2005))

EN ISO 3126 Plastics piping systems. Plastics components. Determination of dimensions (ISO 3126:2005) (Plastik boru kəmərləri sistemi. Plastik komponentlər. Ölçülərin müəyyən olunması (ISO 3126:2005))

ISO 6259-1 Thermoplastics pipes – Determination of tensile properties – Part 3: General test method (ISO 6259-1:1997) (Termoplastik borular. Dartılma xüsu-siyyətlərinin müəyyən olunması. Hissə 1: Ümumi sınaq metodu (ISO 6259-1:1997))

EN ISO 9969 Thermoplastics pipes. Determination of ring stiffness (ISO 9969: 2007) (Termoplastik borular. Həlqəvi sərtliyin müəyyən olunması (ISO 9969: 2007))

EN ISO 13968 Plastics piping and ducting systems. Thermoplastics pipes. Determination of ring flexibility (ISO 13968:2008) (Plastik boru kəməri və kanal sistemləri. Termoplastik borular. Həlqəvi elastikliyin müəyyən olunması (ISO 13968:2008))

ISO 4433-1: 1997 Thermoplastics pipes – Resistance to liquid chemicals – Classification – Part 1: Immersion test method (Termoplastik borular. Maye kimyəvi maddələrə dayanıqlılıq. Təsnifat. Hissə 1: İmmersiya (batırılma) sınaq metodu)

ISO 4433-2: 1997 Thermoplastics pipes – Resistance to liquid chemicals – Classification – Part 2: Polyolefin pipes (Termoplastik borular. Maye kimyəvi maddələrə dayanıqlılıq. Təsnifat. Hissə 2: Poliolefin borular)

ISO 6259-3 Thermoplastics pipes. Determination of tensile properties. Part 3: Polyolefin pipes (Termoplastik borular. Dartma xüsusiyyətlərinin müəyyən olunması. Hissə 3: Poliolefin borular)

ISO 11357-6 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidetion induction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperaturunun (dinamik) müəyyən olunması)

Bu standartda EN 12201-1-də verilmiş termin və ixtisarlar, simvollar tətbiq olunub.

Borular ilkin materialdan və ya eyni PE kompaundunun istifadə olunmayan məhsulunun təkrar emal materialından və yaxud da onların qarışığından hazırlanmalıdır. Yapışan soyula bilən qata malik borulardan hazırlanan təkrar emal materialı istifadə olunmamalıdır. Soyula bilən qata malik boruların əsas borusunun istifadə olunmayan məhsulunun təkrar emal materialı istifadə oluna bilər. Soekstruziya olunmuş borudan hazırlanan təkrar emal materialına dair məlumat B.1-də verilir.

Boruların istehsal olunduğu kompaund(lar) EN 12201-1-in tələblərini ödəməlidir.

4.2 İdentifikasiya zolaqları üçün kompaund

İdentifikasiya zolaqlarına (bu standartın 5.2 bəndinə baxın) malik qara rəngli borular üçün bu zolaqlar borunun komponentlərindən biri kimi qaynaq uyğunluğu təqdiq-lənmiş eyni əsas polimerdən (PE) olmalıdır.

Böyüdücü vasitələr olmadan adi gözlə baxdıqda boruların daxili və xarici səthi hamar və təmiz olmalı və boşluqlara, cızıqlara və bu standartın tələblərinə uyğunluğun qarşısını ala biləcək digər səth çatışmamazlıqlarına malik olmamalıdır.

Boruların baş hissələri təmiz kəsilməli və borunun oxuna düz perpendikulyar olmalıdır.

İçməli suyun nəqli üçün nəzərdə tutulan borular qara və ya göy rəngli olmalıdır. Bundan əlavə, qara borular milli normalara uyğun olaraq göy zolaqlarla identifikasiya oluna bilər.

Göy rəngli borular və yaxud göy zolaqlara malik qara rəngli borular yalnız içməli suyun nəqli üçün nəzərdə tutulur.

Digər məqsədlər, drenaj və çirkli sular üçün nəzərdə tutulan borular qara rəngli və ya qəhvəyi zolaqlara malik qara rəngli, yaxud milli normalara uyğun rənglərdə olmalıdır.

İçməli suyun nəqli üçün nəzərdə tutulan boruda soekstruziya olunmuş boruların (Əlavə B) xarici soekstruziya olunmuş qatı və yaxud soyula bilən qata malik boruların (Əlavə C) xarici soyula bilən qatı qara və yaxud göy rəngli olmalıdır. Bundan əlavə, milli normalara uyğun olaraq tətbiq üçün identifikasiya zolaqları istifadə oluna bilər.

Digər məqsədlər üçün nəzərdə tutulan boruda soekstruziya olunmuş boruların (Əlavə B) xarici soekstruziya olunmuş qatı və yaxud soyula bilən qata malik boruların (Əlavə C) xarici soyula bilən qatı qara rəngli və yaxud qəhvəyi zolaqlara malik qara rəngli, yaxud qəhvəyi rəngli, yaxud da milli normalara uyğun rənglərdə olmalıdır. Bundan əlavə tətbiq üçün milli normalara uyğun olaraq müxtəlif rəngli identifikasiya zolaqları istifadə oluna bilər.

Qeyd 1: Bəzi ölkələrdə piqmentsiz kompaunddan hazırlanmış xarici soyula bilən qata malik borulara o halda icazə verilir ki, istifadə olunan kompaund bu standartın tələblərinə cavab vermiş olsun. Əgər buna hər hansı bir ölkədə icazə verilirsə, bu hal milli ön sözdə aydın şəkildə göstərilməlidir.

Qeyd 2: Yerüstü tətbiqlər üçün, qara rəng istisna olmaqla bütün komponentlər ultrabənövşəyi şüaların birbaşa təsirindən mühafizə olunmalıdır.

Qeyd 3: Rənglərə dair milli normalar milli ön sözdə göstərilməlidir.

5.3 Suyun keyfiyyətinə təsiri

İçməli su ilə təmasda olan komponentlərdə istifadə olunması nəzərdə tutulan kompaundlar üçün milli normaların tələblərinə diqqət yetirilməlidir.

6.1 Həndəsi ölçülərin ölçülməsi

Borunun həndəsi ölçüləri EN ISO 3126-ya uyğun olaraq ölçülməli və növbəti 0,1 mm-ə qədər yuvarlaqlaşdırılmalıdır. Mübahisəli hallarda ölçmələr istehsal pro-sesindən sonra 24 saatdan tez olmayaraq və ən azı 4 saat (23±2)C temperaturda saxlanılmaqla ölçülməlidir.

Qeyd 1: İstehsal mərhələsində dolayı ölçmələrə icazə verilir.

Qeyd 2: Borunun ölçüsünə və PN göstəricisinə görə milli normalar milli ön sözdə verilə bilər.

6.2 Orta xarici diametr, ovallıq və yol verilən kənaraçıxmalar

Orta xarici diametr (dem) və ovallıq Cədvəl 1-ə uyğun olmalıdır. Buxta şəklində olan borular üçün maksimal ovallıq istehsalçı və sifarişçi arasında razılaşmaya uyğun olaraq müəyyən olunmalıdır.

PE 40 materiallarından ekstruziya olunmuş boruların diametri 63 mm-dən böyük olmamalıdır.

Qeyd 1: Bəzi ölkələrdə PE 40 materiallarından hazırlanan boruların diametri 90 mm-ə qədər (90 mm də daxil olmaqla) ola bilər. Belə hal varsa bu milli ön sözdə göstərilməlidir.

Qeyd 2: ISO 11922-1:1997-ə [7] uyğun olaraq yol verilən kənaraçıxmalar aşağıdakı qaydada hesablanır:

0,009dn, minimal qiymət 0,3 mm və maksimal qiymət 10,0 mm olmaqla 0,1 mm böyük tərəfə yuvarlaqlaşdırılır.

0,006dn, minimal qiymət 0,3 mm və maksimal qiymət 4,0 mm olmaqla 0,1 mm böyük tərəfə yuvarlaqlaşdırılır.

£75 mm diametrlər üçün: (0,008dn+1) mm;

³90 mm və £250 mm diametrlər üçün: (0,02dn) mm;

>250 mm diametrlər üçün: (0,035dn) mm

olmaqla 0,1 mm böyük tərəfə yuvarlaqlaşdırılır.

Cədvəl 1 – Orta xarici diametrlər və ovallıq

ISO 11922-1:1997-ə[7] uyğun olaraq DN 40 və DN 50 ölçülər istisna olmaqla ≤630 mm

ölçülər üçün Sinif B və >710 mm ölçülər üçün Sinif A.

ISO 11922-1:1997-ə [7] uyğun olaraq ≤630 mm ölçülər üçün Sinif N və istehsal yerində

0,009 dndüsturu ilə hesablanan kənaraçıxma və ISO 11922-1:1997-də[7]verilmiş Sinif A-

nın tələblərini ödəmir.

diametri ≥900 mm olan borular üçün maksimal ovallıq istehsalçı və sifarişçi arasında

6.3 Divar qalınlıqları və yol verilən kənaraçıxmalar

Divar qalınlığı Cədvəl 2-yə uyğun olmalıdır.

Qeyd 1: PN, MRS, S və SDR arasında olan münasibətlər Cədvəl A.1-də verilir.

Qeyd 2: Sinif V üçün kənaraçıxmalar ISO 11922-1:1997-ə [7] uyğundur və aşağıdakı düsturla hesablanır:

Müəyyən tətbiqlər üçün(en>30 mm) ISO 11922:1997-yə [7] uyğun olaraq kənaraçıxma Sinif Tistifadə oluna bilər və bu kənaraçıxma 0,15emin düsturu ilə hesablanır, növbəti 0,1 mm böyük tərəfə yuvarlaqlaşdırılır.

6.4 Buxta şəklində olan boru

İstehsal zamanı boru elə buxtalana bilər ki, sıxılıb qatlanma və əyilmə kimi yerli deformasiyaların qarşısı alınmış olsun.

Buxtanın minimal daxili diametri 18 dn-dən az olmamalıdır.

Qeyd: Daha kiçik diametrli buxtalar tələb olunduqda, bu hal istehsalçı və sifarişçi arasında razılaşdırılmalıdır.

6.5 Borunun uzunluqları

Buxta şəklində olan və yaxud düz borunun uzunluqları və yaxud onlar üçün yol verilən kənaraçıxmalar normalaşdırılmır; borunun uzunluqlarının istehsalçı və sifarişçi arasında razılaşdırılması vacibdir.

Cədvəl 2 – Divar qalınlıqları

Ölçülər millimetrlə verilib

PN qiymətlərinin hesablanmasında C=1,25 qəbul edilmişdir.

ISO 11922-1:1997-də [7] SinifV-ə uyğun yol verilən kənaraçıxmalar

emin-in hesablanmış qiyməti (ISO 4065:1996 [5]) ən yaxın 2,0; 2,3 və yaxud 3,0 qiymətlərinə

qədər yuvarlaqlaşdırılır. Bu, müəyyən milli tələbləri təmin etməlidir.

Ölçülər millimetrlə verilib

PN qiymətlərinin hesablanmasında C=1,25 qəbul edilmişdir.

ISO 11922-1:1997-də [7] Sinif V-ə uyğun yol verilən kənaraçıxmalar

emin-in hesablanmış qiyməti (ISO 4065:1996 [5]) ən yaxın 2,0; 2,3 və yaxud 3,0

qiymətlərinə qədər yuvarlaqlaşdırılır. Bu, müəyyən milli tələbləri təmin etməlidir.

7.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı bir tələb müəyyən olunmamışdırsa, sınaq nümunələri Cədvəl 3-ə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Boru, verilmiş parametrlərdən istifadə etməklə Cədvəl 3-də müəyyən olunmuş sınaq metoduna uyğun olaraq sınaq olunduqda, Cədvəl 3-də verilmiş tələbləri ödəyən mexaniki xüsusiyyətlərə malik olmalıdır.

7.3 Sınağın nəticələri qənaətbaxş olmadıqda 80C

tempearturda təkrar sınaq

165 saatdan daha az müddətdə kövrək dağılma zamanı çat sınağın nəticələrinin qeyri-qənaətbəxş olmasını müəyyən edir; bununla belə, əgər hər hansı bir nümunə plastik dağılma zamanı 165 saatlıq sınaq müddətində sınaqdan keçməzsə, Cədvəl 4-də verilmiş seçilmiş gərginlik üçün tələb olunan minimal müddətə nail olmaq məqsədi ilə seçilmiş daha aşağı gərginlikdə təkrar sınaq keçirilməlidir.

7.4 Vakuum altında olan kanalizasiya sistemləri

üçün borunun həlqəvi sərtliyi

Vakuum altında olan kanalizasiya sistemlərində istifadə olunan borular Scal³4 ilkin həlqəvi sərtliyə malik olmalıdır. BaxƏlavə D.

Cədvəl 3 – Mexaniki xüsusiyyətlər

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

³500 mm diametrlər üçün B tipli boru başlıqları partiya buraxılış sınaqlarında istifadə oluna bilər.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün CEN/TS 12201-7-ə [3] baxın).

Vaxtından əvvəl deformasiya nəzərə alınmır. Təkrar sınaq üçün bu standartın 7.3 bəndinə baxılmalıdır.

£25 mm divar qalınlığına malik borular üçün avadanlıqda kəsilmiş 2 ədəd sınaq nümunəsi istifadə oluna bilər. Tələb ödənildiyi halda nümunənin dağılması gözlənilmədən sınaq dayandırıla bilər.

8.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, nümunələr Cədvəl 5-ə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Boru, verilmiş parametrlərdən istifadə etməklə Cədvəl 5-də müəyyən olunmuş sınaq metoduna uyğun olaraq sınaq olunduqda, Cədvəl 5-də verilmiş tələbləri ödəyən fiziki xüsusiyyətlərə malik olmalıdır.

Əgər xüsusi tətbiqlər üçün borunun kimyəvi dayanıqlılığını qiymətləndirmək tələb olunursa, boru ISO 4433-1:1997 və ISO 4433-2:1997-ə uyğun olaraq təsnif olunmalıdır.

Qeyd: Polietilen boruların kimyəvi maddələrə dayanıqlığına dair geniş məlumat ISO/TR 10358:1993-də [6] verilib.

Bu standartın əhatə etdiyi borular bir-birinə və yaxud EN 12201 standartının digər hissələrinin tələblərinə cavab verən komponentlərə birləşdirildikdə, bu birləş-mələr EN 12201-5-in tələblərinə cavab verməlidir.

11.1.1 Bütün borular fasiləsiz, dəqiq və rahat oxuna bilən şəkildə elə marka-lanmalıdır ki, bu markalanma çatların və başqa tip qüsurların yaranmasına səbəb olmasın və normal saxlanma, atmosfer şəraitində köhnəlmə, daşınma, quraşdırma və istifadə onun dəqiqliyinə və rahat oxunmasına təsir etməsin.

Qeyd: İstehsalçı quraşdırma və istifadə zamanı, komponentlərin rənglənməsi, sıyrılması və örtülməsi, yaxud istehsalçı ilə razılaşdırılmadan komponentlər üzərində yuyucu və digər vasitələrin istifadəsi nəticəsində markalanmanın qeyri-dəqiqliyinə və rahat oxunmamasına görə məsuliyyət daşımır.

İmmersiya (batırıl-ma) müddəti

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 12201-7 [3]).

Borunun divarının xarici və daxili səthindən götürülən nümunələr

Sınaq, düzgün korrelyasiya təmin edildikdə, 210C və ya 220C temperaturlarda da dolayı sınaq kimi aparıla bilər. Mübahisəli hallarda sınaq temperaturu 200C olmalıdır.

Bütün xüsusiyyətlər üçün sınaq metodları, parametrlər və tələblər hazırlanma mərhələsindədir. Bu standartlar nəşr olunana qədər milli normalar tətbiq olunur.

11.1.2 Əgər markalanma üçün çap üsulu istifadə olunursa, çap olunan məlumatın rəngi məhsulun əsas rəngindən fərqlənməlidir.

11.1.3 Markalanma elə olmalıdır ki, böyüdücü vasitələr olmadan onun dəqiq və rahat oxunması mümkün olsun.

11.2 Borularda tələb olunan minimal markalanma

Tələb olunan minimal markalanma tezliyi hər metrdə bir dəfədən az olma-yaraq Cədvəl 6-ya uyğun olmalıdır.

Borular CEN/TR 15438-ə əsasən müvafiq kodlardan istifadə olunmaqla nəzərdə tutulan istifadəyə uyğun markalanmalıdır. Məsələn:

– W, içməli su üçün nəzərdə tutulan borular;

– P, təzyiqli kanalizasiya və drenaj üçün nəzərdə tutulan borular;

– W/P, yuxarıdakıların hər ikisi üçün.

Tətbiq olunan standartın kodu

İstehsalçının adı və/və yaxud ticarət markası

Nəzərdə tutulan istifadə sahəsi

Nominal təzyiq, bar ilə

İstehsalçının məlumatı

məsələn, W, P yaxud W /P

Borunun tipi, əgər tətbiq olunandırsa

məsələn, soekstruziya olunmuş və yaxud soyula bilən qata malik

Əgər istehsalçı boruları müxtəlif yerlərdə, istehsal sahələrində istehsal edirsə və il və ay daxilində istehsal prosesinin izlənilməsini təmin edən rəqəmlər və kodlar

Buxta şəklində olan boruların uzunluğunun buxtanın üzərində göstərilməsinə icazə verilir; barabanların və yaxud buxtaların üstündə borunun qalan uzunluğunun göstərilməsinə icazə verilir.

Boruların tiplərinə dair xüsusi təlimatlar da daxil olmaqla, soekstruziya olunmuş və soyula bilən borular müvafiq qaydada markalanmalıdır.

Nominal təzyiq PN, hesabi gərginliksS və S seriyası və yaxud SDR arasında münasibət aşağıdakı bərabərliklə verilir:

PN, MRS, S və SDR arasındakı münasibətə dair nümunələr düsturuna əsaslanır və C=1,25 olmaq şərti ilə Cədvəl A.1-də verilir.

Hesablanmış faktiki qiymətlər PE 100 üçün 6,4 bar, PE 80 üçün isə 6,3 bar-dır.

Qeyd: Cədvəldə verilmiş nominal təzyiqlər (PN) hesabi əmsalın C=1,25 olmasına əsaslanır. Əgər “C” üçün daha yüksək qiymətlər tələb olunursa, onda “PN”-nin qiymətləri hər bir material sinfi üçün hesabi gərginliyə () əsaslanaraq yuxarıdakı bərabərliklərdən istifadə etməklə yenidən hesablanmalıdır. “C” üçün daha yüksək qiymət daha yüksək PE sinfi seçməklə də əldə oluna bilər.

Bu əlavə su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemlərində istifadə üçün nəzərdə tutulan soekstruziya olunmuş qatlara malik polietilen (PE) borulara dair əlavə geometrik, mexaniki və fiziki parametrləri müəyyən edir. Əlavə markalanmaya dair tələblər də burada verilir. Xarici diametr (de) kimi borunun xaricində soekstruziya olunmuş qat(lar) (5.2 bəndinə baxın) da daxil olmaqla ümumi xarici diametr, divar qalınlığı (en) kimi isə borunun istər daxilində, istərsə də xaricində olan bütün qatlar daxil olmaqla ümumi divar qalınlığı götürülür. Borunun qat(lar)ı üçün istifadə olunan PE komponenti eyni MRS göstəricisinə malik olmaqla EN 12201-1-ə uyğun olmalıdır.

Soekstruziya olunmuş boruların istifadə olunmayan məhsulununtəkrar emal materialından içməli su üçün nəzərdə tutulmayan soekstruziya olunmuş boruların istehsalında o halda istifadə oluna bilər ki, EN 12201-2 standartının bütün tələbləri ödənilmiş olsun.

Qeyd: Qatlı boruların digər tipləri digər standartlarda, məsələn, ISO 21004:2006-də [8] verilir.

B.2 Geometrik xüsusiyyətlər

Soekstruziya olunmuş qat(lar)a malik borunun geometrik xüsusiyyətləri bu standartın 6-cı bəndinə uyğun olmalıdır. İstehsalçı hər bir qatın qalınlığını və kənaraçıxma həddlərini müəyyən etməlidir.

B.3 Mexaniki xüsusiyyətlər

Soekstruziya olunmuş qat(lar)a malik borunun mexaniki xüsusiyyətləri bu standartın 7-ci bəndinə uyğun olmalıdır.

Bundan əlavə, istehsal olunan borular EN 12201-1:2011-in 4.4 bəndinə uyğun olaraq çatın sürətli yayılmasına və çatın yavaş yayılmasına dair tələblərə cavab verməlidir.

B.4 Fiziki xüsusiyyətlər

Fiziki xüsusiyyətlər bu standartın 8-ci bəndinə uyğun olmalıdır. Termiki stabillik və ərimə axını indeksinə qoyulan tələblər müvafiq olaraq ayrı-ayrı fərdi qatlara tətbiq olunur. İstiliyə görə uzununa ölçülərin dəyişməsi soekstruziya olunmuş qat(lar)a malik boruya tətbiq olunur.

Soekstruziya olunmuş qat(lar)a malik boruların markalanması bu standartın 11-ci bəndinə uyğun olmalıdır.

B.6 Təbəqələnmə (qabıqlanma)

Bütün sınaqlar zamanı soekstruziya olunmuş borunun qatları təbəqələn-məməli və ayrılmamalıdır.

B.7 Strukturun bütövlüyü

Cədvəl B.1-də verilmiş sınaq metodlarına uyğun olaraq sınaq olunduqda, boru Cədvəl B.1-də verilmiş tələbləri ödəyən struktura malik malik olmalıdır.

Soekstruziya olunmuş boruların deformasiyasından sonra strukturun bütövlüyünü müəyyən etmək üçün aşağıdakı qayda tətbiq olunur:

a) EN ISO 9969-a uyğun olaraq borunun ilkin həlqəvi sərtliyi müəyyən olunur;

b) EN ISO 13968-ə uyğun olaraq həlqəvi elastiklik sınağı yerinə yetirilir;

c) 1 saatlıq bərpa müddətindən sonra yenidən EN ISO 9969-a uyğun olaraq həlqəvi sərtlik müəyyən olunur;

Soekstruziya olunmuş borunun həlqəvi sərtliyi ilkin həlqəvi sərtliyin ən azı 80 %-ə bərabər olmalıdır.

Bu Əlavə su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemlərində istifadə üçün nəzərdə tutulan və xarici səthində soyula bilən, fasiləsiz, termoplastik qat olan polietilen (PE) borulara (“örtüklü boru”) (xarici diametri dn) dair əlavə geometrik, mexaniki və fiziki xüsusiyyətləri müəyyən edir. Əlavə markalanmaya dair tələblər də burada verilir.

Əsas daşıyıcı borunun istehsalı üçün istifadə olunan PE materialı EN 12201-1-ə uyğun olmalıdır və soyula bilən qat çıxarıldıqdan sonra əsas daşıyıcı boru EN 12201-2-nin tələblərini ödəməlidir.

Xarici örtük termoplastik materialdan istehsal olunmalıdır. Yapışdırıldıqda, örtük PE borunun bu standartın istismara dair tələblərini ödəməsinə təsir etməməlidir.

Əgər soyula bilən qatı yapışdırmaq üçün yapışdırıcı qat istifadə olunursa, o, birləşmə prosesinə təsir göstərməməklə asan şəkildə soyulmalıdır. Birləşmə prosesinin hazırlanması normal prosedur ilə həyata keçirilməlidir.

Qeyd: Qatlı boruların digər tipləri başqa standartlarda, məsələn, ISO 21004:2006 [8]-da verilir.

C.2 Geometrik xüsusiyyətlər

Örtüyü çıxarılmış borunun geometrik xüsusiyyətləri bu standartın 6-cı bəndinə uyğun olmalıdır.

C.3 Mexaniki xüsusiyyətlər

Örtük boruya və yaxud əksinə boru örtüyə zərərli təsir göstərməməlidir. Örtüyü çıxarılmış borunun mexaniki xüsusiyyətləri bu standartın 7-ci bəndinə uyğun olmalı və örtüyün yapışdırılması borunun həmin tələbləri ödəməsinə təsir etməməlidir. Borunun rənginə dair tələblər bu standartın 5.2 bəndində verilir.

Boru örtük ilə birlikdə sınaq edildikdə, qara rəngli boru istisna olmaqla, 7-ci bəndə uyğunluq EN 12201-1:2011, Cədvəl 2-ə uyğun olaraq atmosfer şəraitində köhnəlmədən əvvəl və sonra qiymətləndirilməlidir. Seçilmiş şərtlər borunun müəyyən olunmuş konkret sınaq gərginliklərinə məruz qalmasını təmin etməlidir.

C.4 Fiziki xüsusiyyətlər

Örtüyü çıxarılmış borunun fiziki xüsusiyyətləri bu standartın 8-ci bəndinə uyğun olmalıdır. Örtük boruya və yaxud əksinə boru örtüyə zərərli təsir göstərməməlidir.

C.5 Örtüyün soyulmaya qarşı dayanıqlığı

Borunun örtüyü saxlanma və quraşdırma zamanı qopmaya və soyulmaya qarşı dayanıqlı olmalıdır.

Birləşdirilmədən əvvəl örtük sadə alətlərdən istifadə etməklə manual olaraq soyula bilən olmalıdır.

Markalanma örtüyə tətbiq olunmalı və bu standartın 11-ci bəndinə uyğun olmalıdır.

Bundan əlavə, örtük, borunu örtüksüz borudan aydın şəkildə fərqləndirə bilən markalanma ilə (məsələn, bu məqsədlə identifikasiya zolaqları istifadə oluna bilər) təmin edilməlidir.

Örtük də həmçinin elektroqaynaq, alın qaynağı və mexaniki birləşmədən əvvəl soyulması olduğunu bildirən markalanmaya malik olmalıdır.

Qeyd:Mümkün olduqda, əsas daşıyıcı boru bu standartın 11-ci bəndinə uyğun markalanmalıdır.

Vakuum altında olan kanalizasiya sistemləri üçün nəzərdə tutulan borulara (bax: bu standartın 7.4 bəndi) ilkin deformasiyanın hesablanması tətbiq olunduqda, ilkin həlqəvi sərtlik Cədvəl D.1-dən görütülməlidir.

Cədvəl D.1-də verilmiş ilkin həlqəvi sərtlik Scalc aşağıdakı düstur əsasında hesablanmışdır:

Scalc – hər kvadrat metrə düşən ilkin həlqəvi sərtlik (kN/m);

E – əyilmə zamanı elastiklik modulu (EN ISO 178:2003-ə [4] uyğun olaraq müəyyən olunur) (MPa);

I – inesiya momenti, 1 m uzunluqdaboru üçün -ə bərabərdir (mm);

dn– borunun nominal xarici diametri (mm);

S – boru seriyasıdır.

Qeyd 1:Praktikada, ilkin həlqəvi sərtlik həmişə hesablanmış qiymətdən daha böyük olur, çünki, orta divar qalınlığı hesablamalarda istifadə olunan nominal divar qalınlığından daha böyükdür.

Qeyd 2:İlkin həlqəvi sərtliyi 4-dən kiçik olan borular torpağın altında quraşdırıldıqda, izafi deformasiyanın qarşısını almaq üçün tədbirlər görülməlidir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 dekabr 2014-cü il tarixli 011 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazirlanib, “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə”də (ТК – 16) müzakirə edilib (02dekabr 2014-cü il tarixli TK-16-3/2014 saylı protokol) və təqdim edilib.

2. Bu standart EN 12201-3:2011+A1:2012 “Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE). Part 3: Fittings” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE)

Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure. Polyethylene (PE)

Bu standart içməli və texniki suyun ötürülməsi, drenaj suları, təzyiqli drenaj və kanalizasiya sistemləri və eləcə də digər məqsədlər üçün nəzərdə tutulan suyun ötürülməsi məqsədi ilə polietilendən (PE 100 və PE 80) hazırlanmış fitinqlərin xüsusiyyətlərini müəyyən edir.

Qeyd 1: İçməli və texniki suyun ötürülməsi üçün nəzərdə tutulan PE komponentlərində əsas diqqət bu standartın 5.6 bəndinə verilir. Digər məqsədlər, drenaj və çirkli sular üçün istehsal olunan komponentlər içməli su təminatı üçün uyğun olmaya bilər.

Bu standartda həmçinin istinad olunan sınaq metodlarına dair sınaq parametrləri müəyyən olunmuşdur.

Bu standart, EN 12201 standartının 1, 2, 4 və 5-ci hissələri ilə birlikdə aşağıdakı şərtlər altında istifadə olunması nəzərdə tutulan PE fitinqlər və onların birləşmələrinə, PE və digər materiallarınkomponentləri ilə birləşmələrə tətbiq olunur:

a) yol veriləm maksimal işçi təzyiq (PFA) 25 bar-a qədər;

b) standart temperatur kimi 20C işçi temperatur;

d) dəniz kanallarında;

f) körpülərin altında asılan borular da daxil olmaqla yerüstü.

Qeyd 2: 20C-dən çoxolmaqla 40C-ə kimi sabit temperaturlarda olan tətbiqlər üçün EN 12201-1:2011-ə (Əlavə A) baxılmalıdır.

EN 12201 (bütün hissələr) yol verilən maksimal işçi təzyiqləri, rənglərə və qatqılara dair tələbləri əhatə edir.

Qeyd 3: Konkret tələbləri və yaxud hər hansı bir müvafiq milli tövsiyələri və ya normaları, quraşdırma təcrübəsini və kodları nəzərə almaqla bu aspektlərdən müvafiq seçim etmək alıcının və ya sifarişçinin məsuliyyətidir.

Bu standart fitinqlərin aşağıdakı tiplərini əhatə edir:

a) qaynaq fitinqləri:

1) elektroqaynaq fitinqlər;

2) genağız fitinqlər (qızdırıcı alətlər və elektroqaynaq yuvalı qaynaqdan istifadə etməklə alın qaynağı üçün);

3) qaynaq yuvalı fitinqlər (bax:Əlavə A);

b) mexaniki fitinqlər:

1) kompresyon fitinqlər;

2) flanslı fitinqlər;

c) boru hissələrindən hazırlanan fitinqlər (bax:Əlavə B).

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarix göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarix göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

EN 681-1 Elastomeric seals – Materials requirements for pipe joint seals used in water and drainage applications – Part 1: Vulcanized rubber(Elastomer araqatları. Su və drenaj tətbiqlərində istifadə olunan boru birləşməsi üçün materiallara dair tələblər. Hissə 1: Vulkanizasiya olunmuş rezin)

EN 1716 Plastics piping systems –Polyethylene (PE) tapping tees – Test method for impact resistance of an assembled tapping tee(Plastik boru kəmərləri sistemi. Polietilendən (PE) hazırlanmış yəhərli “T” şəkilli ayırıcılar. Yığılmış yəhərli “T” şəkilli ayırıcının zərbəyə davamlılığı üçün sınaq metodu)

EN 12201-1 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 1: General(Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər)

EN 12201-2:2011 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE )- Part 2: Pipes(Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular)

EN 12201-5 Plastics piping systems for water supply, and for drainage and sewerage under pressure – Polyethylene (PE) – Part 5: Fitness for purpose of the system(Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 5: Sistemin tələblərinə uyğunluq)

CEN/TR 15438 Plastics piping systems – Guidance for coding of products and their intended uses (Plastik boru kəmərləri sistemi. Məhsulların kodlaşdırılması və onların təyinatı üzrə istifadəsi)

EN ISO 1133 Plastics – Determination of the melt mass-flow rate (MFR) and the melt volume-flow rate (MVR) of thermoplastics (ISO 1133:2005) (Plastik materiallar. Termoplastik materialların ərimə axını indeksinin (MFR) və ərimə həcmi axın indeksinin müəyyən olunması (ISO 1133: 2005))

EN ISO 1167-1 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids–Determination of the resistance to internal pressure – Part 1: General method (ISO 1167-1:2006) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 1: Ümumi metod (ISO 1167-1:2006))

EN ISO 1167-3 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 3: Preparation of components (ISO 1167-3:2007) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 3: Komponentlərin hazırlanması (ISO 1167-3:2007))

EN ISO 1167-4 Thermoplastics pipes, fittings and assemblies for the conveyance of fluids – Determination of the resistance to internal pressure – Part 4: Preparation of assemblies (ISO 1167-4:2007) (Mayelərin nəqli üçün termoplastik borular, fitinqlər və birləşmələr. Daxili təzyiqə dayanıqlılığın müəyyən olunması. Hissə 4: Yığımın hazırlanması (ISO 1167-4: 2007))

EN ISO 3126 Plastics piping systems – Plastics components – Determination of dimensions (ISO 3126:2005) (Plastik boru kəməri sistemləri. Plastik komponentlər. Həndəsi ölçülərin müəyyən olunması (ISO 3126:2005))

ISO 4059:1978 Polyethylene (PE) pipes – Pressure drop in mechanical pipe-jointing systems – Method of test and requirements (Polietilen (PE) borular. Mexaniki boru-birləşmə sistemlərində təzyiq düşgüsü. Sınaq metodu və tələblər)

ISO 4433-1:1997 Thermoplastics pipes – Resistance to liquid chemicals – Classification – Part 1: Immersion test method (Termoplastik borular. Maye kimyəvi maddələrin təsirinə dayanıqlılıq. Təsnifat. Hissə 1: İmmersiya (batırılma) sınaq metodu)

ISO 4433-2:1997 Thermoplastics pipes – Resistance to liquid chemicals – Classification – Part 2: Polyolefin pipes (Termoplastik borular. Maye kimyəvi maddələrin təsirinə dayanıqlılıq. Təsnifat. Hissə 2: Poliolefin borular)

ISO 9624 Thermoplastics pipes for fluids under pressure – Mating dimensions of flange adapters and loose backing flanges (Təzyiq altında olan mayelər üçün termoplastik borular. Flans adapterlərinin və sərbəst dayaq flanslarının ölçüləri.)

ISO 11357-6 Plastics – Differential scanning calorimetry (DSC) – Part 6: Determination of oxidation induction time (isothermal OIT) and oxidation induction temperature (dynamic OIT) (Plastik materiallar. Differential kalorimetriya. Hissə 6: İstiliyə dözümlülüyün (izotermiki) və oksidləşmə induksiya temperaturunun (dinamik) müəyyən olunması)

ISO 12176-1 Plastics pipes and fittings – Equipment for fusion jointing polyethylene systems – Part 1: Butt fusion (Plastik borular və fitinqlər. Qaynaq birləşdirici polietilen sistemləri. Hissə 1: Alın qaynağı)

ISO 13950 Plastics pipes and fittings – Automatic recognition systems for electrofusion joints (Plastik borular və fitinqlər. Elektroqaynaq birləşmələri üçün avtomatik tanında sistemləri)

ISO 13951 Plastics piping systems – Test method for the resistance of polyolefin pipe/pipe or pipe/fitting assemblies to tensile loading(Plastik boru kəməri sistemləri. Poliolefin boru/boru və yaxud boru/fitinq birləşmələrinin dartılma yükünə dayanıqlılığı üçün sınaq metodu.)

ISO 13953 Polyethylene (PE) pipes and fittings – Determination of the tensile strength and failure mode of test pieces from a butt-fused joint(Plastik borular və fitinqlər. Alın qaynaq birləşməsindən sınaq nümunələrinin dartılmada möhkəmlik həddinin və qırılma halının müəyyən olunması)

ISO 13954 Plastics pipes and fittings – Peel decohesion test for polyethylene (PE) electrofusion assemblies of nominal outside diameter greater than or equal to 90 mm (Plastik borular və fitinqlər. Nominal xarici diametri 90 mm və daha böyük olan polietilen (PE) elektroqaynaq birləşmələrində qopmasınağı)

ISO 13955 Plastics pipes and fittings – Crushing decohesion test for polyethylene (PE) electrofusion assemblies (Plastik borular və fitinqlər. Polietilen (PE) elektroqaynaq birləşmələrinin sıxılmasının təsiri altında qopma sınağı)

ISO 13956 Plastics pipes and fittings–Decohesion test of polyethylene (PE) saddle fusion Joints – Evaluation of ductility of fusion joint interface by tear test (Plastik borular və fitinqlər. Polietilen (PE) yəhərli qaynaq birləşmələrinin qopma sınağı. Qopartma sınağı ilə qaynaq birləşməsinin səthinin plastikliyinin qiymətləndirilməsi)

ISO 14236 Plastics pipes and fittings – Mechanical-joint compression fittings for use with polyethylene pressure pipes in water supply systems (Plastik borular və fitinqlər. Su təminatı sistemlərində təzyiqli polietilen borular ilə istifadə üçün mexaniki-birləşməli kompresyon fitinqlər)

Bu standartda EN 12201-1-də və aşağıda verilmiş termin və təriflər, ixtisarlar və simvollar tətbiq olunub:

3.1 elektroqaynaq yuvalı fitinq

genağız hissə və ya boru ilə qaynaq birləşməsi əmələ gətirmək üçün elektrik enerjisini istiliyə çevirə bilən bir və ya bir neçə inteqral qızdırıcı elementdənibarət polietilen (PE) fitinq

3.2 elektroqaynaq yəhərli fitinq

boru ilə qaynaq birləşməsi əmələ gətirmək üçün elektrik enerjisini istiliyə çevirə bilən bir və ya bir neçə inteqral qızdırıcı elementdən ibarət polietilen (PE) fitinq

3.2.1 yəhərli “T” şəkilli ayırıcı

quraşdırmadan sonra “T” şəkilli ayırıcının gövdəsində qalan və əsas borunun divar boyunca kəsilməsi üçün inteqralkəsiciyə malik elektroqaynaq yəhərli fitinq

3.2.2 yəhərli düz ayırıcı

əsas boruda deşik açmaq üçün köməkçi kəsici alət tələb edən elektroqaynaq yəhərli fitinq

genağız hissəsinin xarici diametri müvafiq borunun nominal xarici diametrinə (dn) bərabər olan polietilen (PE) fitinq

3.4 mexaniki tip fitinq

polietilen (PE) borunu başqa PE boruya və yaxud boru kəmərinin hər hansı digər elementinə birləşdirmək üçün nəzərdə tutulan və bir qayda olaraq təzyiqə dayanıqlığı, sızmaya qarşı möhkəmliyi və yükə dayanıqlığı təmin edən kompresyon hissəyə malik olan fitinq

Qeyd 1: Radial sıxma qüvvələrinin təsiri altında borunun divarında deformasiyanın qarşısını almaq məqsədi ilə PE boru üçün tərpənməz dayaq təmin edən boru-dayaq istifadə oluna bilər. Fitinqin metal hissələri metal borulara yivlər, kompresyon birləşmələr, PE flanslar da daxil olmaqla qaynaq olunmuş yaxud lehimli flanslar ilə birləşdirilə bilər. Bəzi hallarda dayaq eyni zamanda sıxıcı halqa rolunu oynayır.

Qeyd 2: Fitinq ya sökülə bilən, ya da yığılmış birləşməyə imkan verməlidir.

Qeyd 3: Mexaniki fitinq istehsalçı tərəfindən sahədə quraşdırma üçün və yaxud əvvəlcədən quraşdırılmış şəkildə təmin edilə bilər.

3.5 boru hissələrindən hazırlanan fitinqlər

EN 12201-2-nin tələblərinə cavab verən borudan və/və yaxud bu standarta uyğun olaraq injeksiya-qəlib fitinqlərindən hazırlanan fitinq

qaynaq prosesində elektroqaynaq fitinqə verilən gücün gərginlik vasitəsi ilə tənzimlənməsi

qaynaq prosesində elektroqaynaq fitinqə verilən gücün cərəyan vasitəsi ilə tənzimlənməsi

Fitinqlərin hazırlandığı PE kompaundu EN 12201-1-in tələblərinə cavab verməlidir.

Əsas yük daşıyıcı hissələr yalnız EN 12201-1-in tələblərinə cavab verən ilkin materialdan hazırlanmalıdır.

4.2 Qeyri-polietilen hissələr üçün material

Bütün komponentlər müvafiq EN standartlarına cavab verməlidir. Müvafiq EN standartları möcvud olmadığı hallarda isə alternativ standartlardan o halda istifadə oluna bilər ki, onların istifadəyə uyğunluğu təsdiq oluna bilsin.

Fitinqin hazırlanmasında istifadə olunan materiallar və əsas təşkiledici elementlər (elastomerlər, sürtkü yağları və istənilən metal hissələr də daxil olmaqla) boru kəmərinin digər elementləri kimi xarici və daxili mühitə dayanıqlı olmalıdır və aşağıdakı şərtlər daxilində ən azı EN 12201-2-nin tələblərinə cavab verən PE boruların (hansılarla ki, onların istifadə olunması nəzərdə tutulur) proqnozlaşdırılan istismar müddətinə bərabər göstəricilərə malik olmalıdırlar:

b) nəql olunan mayelərin təsiri altında;

c) istismar mühitini və işçi şəraiti nəzərə almaqla.

Qeyri-polietilen hissələr üçün materialın istismar göstəricilərinə dair tələblər ən azı boru kəməri üçün PE kompaundunun istismar göstəricilərinə qoyulan tələblər qədər məcburidir.

PE boru ilə təmasda olan fitinqlərdə istifadə olunan digər materiallar borunun istismar göstəricilərinə əks təsir göstərməməli və yaxud yükün təsiri altında çatın yaranmasına aparmamalıdır.

Qeyd: 4.2 bəndi qeyri-daşıyıcı fitinq hissələrinə tətbiq olunmur.

Korroziyaya həssas bütün metal hissələr müvafiq qaydada mühafizə olunmalıdır, çünki, bu, sistemin uzunömürlülüyü və fəaliyyəti üçün vacibdir.

Rütubətli yerlərdə oxşar olmayan müxtəlif metal hissələr istifadə olunduqda elektrokorroziya ehtimalından qaçmaq üçün tədbirlər görülməlidir.

Ara qatlarının istehsalı üçün istifadə olunan elastomer materiallar EN 681-1-in tələblərinə cavab verməlidir.

4.2.4 Digər materiallar

Qatı sürkü yağları və yaxud yağlama materialları qaynaq yerlərinin üzərinə tökülməməli və nə fitinqin uzunmüddətli istismar xüsusiyyətlərinə, nə də suyun keyfiyyətinə əks təsir göstərməlidir.

Böyüdücü vasitələr olmadan adi gözlə baxdıqda fitinqlərin daxili və xarici səthləri hamar və təmiz olmalı və boşluqlara, cızıqlara və bu standartın tələblərinə uyğunluğun qarşısını ala biləcək digər səthi çatışmamazlıqlara malik olmamalıdır.

Fitinqin heç bir komponenti zədə əlamətlərinə, sıyrıntılara, batıqlara, qabar-cıqlara, qovuqlara və yaxud fitinqlərin bu standartın tələblərinə uyğunluğunun qarşısını ala biləcək dərəcədə çatlara malik olmamalıdır.

Fitinqin konstruksiyası elə olmalıdır ki, onu boru və yaxud digər kompo-nentlər üzərinə quraşdırdıqda, elektrik sarğıları və /və ya ara qatları yerini dəyişməməlidir.

Fitinq qara və ya göy rəngli olmalıdır. Boru hissələrindən hazırlanan fitinqlər üçün EN 12201-2-yə uyğun boruların rəng xüsusiyyətləri tətbiq olunur.

Qeyd: Yerüstü tətbiqlər üçün bütün göy rəngli komponentlər UB şüanın birbaşa təsirindən mühafizə olunmalıdır.

5.4 Elektroqaynaq fitinqlərinin elektrik xüsusiyyətləri

Qaynaq prosesində təmin edilən elektrik mühafizəsi tətbiq olunan gərgin-liyin və cərəyanın intensivliyindən və güc mənbəyinin xüsusiyyətindən asılıdır.

25 V-dan yuxarı gərginliklərdə fitinq istehsalçısının və quraşdırma avadan-lıqlarının təlimatlarına uyğun olaraq, birləşdirmə zamanı fitinq qaynaq mərhələ-sində olarkən insanın gərginlik verilmiş hissələr ilə birbaşa təmasda olması müm-künsüz olmalıdır

Qeyd 1: Bu tip fitinqlər EN 60335-1 [3], IEC 60364-1 [5] və IEC 60449-da [6] müəyyən olunduğu kimi elektrik sisteminin bir hissəsidir. EN 60529-ə [4] uyğunluq üçün aktiv hissələr (gərginlik altında olan naqillər) ilə birbaşa təmas olmamalıdır. Bu mühafizə iş yerinə qoyulan bir funksiyadır.

Qeyd 2: Tipik elektroqaynaq terminal bağlantı nümunələri üçün Əlavə C-ə baxın.

23C temperaturda fitinqin elektrik müqaviməti üçün kənaraçıxma istehsalçı tərəfindən müəyyən olunmalıdır. Müqavimətin qiyməti (-10%) nominal müqavimət ilə (+10%) nominal müqavimət +0,1 Ω aralığında olmalıdır.

Qeyd 3: Kontakt müqavimətinin buraxıla bilən (qəbul olunan) qiyməti0,1 Ω-dur.

Terminal sancaqların səth sonluğu müqavimətə dair kənaraçıxmaları təmin etmək üçün minimal kontakt müqavimətinə imkan verməlidir.

5.5 İstehsal yerində hazırlanmış birləşmələrin görünüşü

Böyüdücü vasitələr olmadan vizual olaraq yoxlanıldıqda qaynaq birləşmə-sindən sonra borunun və fitinqin daxili və xarici səthində, fitinq istehsalçısı tərəfindən müəyyən olunan hallar istisna olmaqla, fitinqin sərhədləri xaricində ərintilər (şlak) olmamalıdır.

İstənilən ərinti (şlak) elektroqaynaq fitinqlərdə məftilin hərəkətinə səbəb olmamalıdır, belə ki, istehsalçının təlimatlarına uyğun olaraq birləşmə aparıldıqda,bu hal qısaqapanmaya səbəb olur. Yanaşı boruların daxili səthlərində artıq qırışlar olmamalıdır.

5.6 Suyun keyfiyyətinə təsiri

İçməli suyun nəqli üçün nəzərdə tutulan fitinqlər üçün milli normaların tələblərinə diqqət yetirilməlidir.

6.1 Həndəsi ölçmələrin ölçülməsi

Fitinqlərin həndəsi ölçüləri EN ISO 3126-ya uyğun olaraq ölçülməlidir. Mübahisəli hallarda həndəsi ölçülər istehsal prosesindən sonra 24 saatdan tez olmayaraq və ən azı 4 saat (23±2)C temperaturda saxlanılmaqla ölçülməlidir.

Qeyd 1: İstehsal mərhələsində dolayı ölçmələrə icazə verilir.

6.2 Elektroqaynaq yuvalı fitinqlərin həndəsi ölçüləri

6.2.1 Elektroqaynaq yuvaların diametrləri və uzunluqları

Elektroqaynaq yuvaların (bax: Şəkil 1) diametrləri və uzunluqları, bu standartın 6.1 bəndinə uyğun olaraq ölçüldükdə, Cədvəl 1-ə uyğun olmalıdır.

Qaynaq zonasının ortasında fitinqin orta daxili diametri(D1) nominal diametrdən (dn) az olmamalıdır.

İstehsalçı, EN 12201-5-ə uyğun olaraq sınaq olunduqda, müvafiq məqsədlər üçün onların uyğunluq, bağlanma və birləşdirilmə üzrə əlverişliliyini müəyyən etmək məqsədi ilə sifarişçiyə orta daxili diametrin (D1) faktiki minimal və maksimal qiymətlərini bildirməlidir.

Müxtəlif ölçülü yuvalara malik fitinq olduqda, onların hər biri müvafiq nominal diametrə görə tələblərə cavab verməlidir.

6.2.2 Divar qalınlıqları

Müxtəlif mexaniki gərginliklərin əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə fitinqin gövdəsində divar qalınlığının dəyişməsi tədrici (rəvan) olmalıdır

c) Fitinq və boru eyni MRS göstəricisinə malik polietilendən hazırlandıqda, fitinqin gövdəsinin ixtiyarı nöqtədə divar qalınlığı (E) onun bütün tərəflərindən 2L1/3-dən az olmayan məsafədə istənilən hissəsində borunun minimal divar qalınlığına (emin) bərabər və ya ondan böyük olmalıdır.

Fitinq borunun MRS göstəricisindən fərqli olan MRS göstəricisinə malik polietilendən hazırlandıqda isə, fitinqin divar qalınlığı (E) ilə borunun minimal divar qalınlığı (emin) arasındakı münasibət Cədvəl 2-ə uyğun olmalıdır.

d) Divar qalınlığı yuxarıda a) bəndinə uyğun verilmiş divar qalınlığından fərqli olduqda, fitinqlər və əlaqəli qaynaq birləşmələri əlavə olaraq bu standartın 7.6 bəndində verilmiş tələbləri də ödəməlidir.

D1 L3+0,5L2 məsafədə giriş müstəvisinə düz paralel olmaqla ölçüldükdə “qaynaq zonasında orta daxili diametr”;

D2 fitinqin axın kanalının minimal daxili diametri, haradaki D2≥(dn-2emin);

L1 borunun fitinqin genağız hissəsinə “hesabat üzrə keçmə dərinliyi”; dayaq (məhdudlaşdırıcı) olmayan birləşmə olduqda bu məsafə fitinqin ümumi uzunluğunun yarısından çox olmamalıdır;

L2 yuva daxilində qızma zonasının uzunluğu (bu məsafə istehsalçı tərəfindən qaynaq zonasının nominal uzunluğu kimi müəyyən olunur);

L3 fitinqin ağzı ilə qaynaq zonasının başlanğıcı arasındakı məsafə (bu məsafə istehsalçı tərəfindən fitinqin qızdırılmayan zonasının nominal uzunluğu kimi müəyyən olunur və ən azı 5 mm olmalıdır).

Cədvəl 1 – Elektroqaynaq yuvaların həndəsi ölçüləri

Ölçülər millimetrlə verilib

6.2.3 Fitinqin axın kanalının ovallığı (ixtiyari nöqtədə)

Fitinq istehsalçıdan sifarişçiyə yola salınarkən onun axın kanalının ixtiyarı nöqtədə ovallığı 0,015dn-dən çox olmamalıdır.

6.3 Genağız fitinqlərin həndəsi ölçüləri

Bu standartın 6.1 bəndinə uyğun olaraq ölçüldükdə genağız hissənin həndəsi ölçüləri (şəkil 2-ə baxın) Cədvəl 3-də verilmiş tələblərə cavab verməlidir.

D1 qaynaq olunan hissənin orta xarici diametri

D2 fitinqin axın kanalının minimal diametri

E fitinqin gövdəsinin divar qalınlığı

E1 qaynaq zonasında dıvaq qalınlığı

L1 qaynaq zonasının uzunluğu

L2 qaynaq zonasının xarici boruvari uzunluğu

D1 diametri giriş müstəvisindən ən çoxu L2 (boruvari hissənin uzunluğu) məsafədə giriş müstəvisinə düz paralel ixtiyarı nöqtədə ölçülür.

bu diametrə qaynaq tikişi (əgər varsa)daxil deyildir.

fitinqin divarının ixtiyarı nöqtədə ölçülmüş qalınlığı nəzərdə tutulur

giriş hissəsindən maksimum L1 (qaynaq zonasının uzunluğu) məsafədə ixtiyari nöqtədə ölçülür və EN 12201-2:2011, Cədvəl 2-də müəyyən olunduğu kimi alın qaynağı üçün nəzərdə tutulan borunun divar qalınlığına və kənaraçıxmalara bərabər olmalıdır. Kiçik ölçülər üçün E1 ən azı 3 mm olmalıdır.

genağız hissənin alın qaynağı və ya təkrar qaynaq üçün zəruri olan ilkin dərinlik (uzunluq) nəzərdə tutulur və bu uzunluğu istənilən boru hissəsini fitinqin genağız hissəsinə birləşdir-məklə əldə etmək olar, bir şərtlə ki, borunun divar qalınlığı onun tam uzunluğu boyunca E1-ə bərabər olmuş olsun.

qaynaq zonasının ilkin uzunluğunu nəzərdə tutur və aşağıdakılara (istənilən kombinasiyada) imkan verməlidir: alın qaynağı olduqda tələb olunan sıxacların istifadəsi; elektroqaynaq fitinqi ilə quraşdırma; qaynaq yuvalı fitinq ilə quraşdırma; mexaniki şaberin (kəsici alət) istifadəsi.

Giriş müstəvisi ilə (0,01de+1 mm)-dən böyük olmayan məsafədə ona paralel yerləşən müstəvi arasındakı hissə istisna olmaqla (haradakı, bu hissədə qalınlığın azalmasına, məs., faska açılmış kənarlara icazə verilir), qaynaq zonasında divar qalınlığı (E1) ən azı borunun minimal divar qalınlığına bərabər olmalıdır.

Cədvəl 3 – Genağız hissənin həndəsi ölçüləri

Sinif A və Sinif B üçün kənaraçıxmalar ISO 11922-1:1997-ə[8] uyğundur.

L2-nin (elektroqaynaq) qiymətləri aşağıdakı qaydada hesablanır:

dn≤90 olduqda,L2=0,6dn+25 mm;

dn≥110 olduqda,L2=dn/3+45 mm;

Bu uzunluq standart kimi tətbiq olunur.

Zavodda boru hissələrindən hazırlanan fitinqlər üçün tətbiq olunur

6.4 Qaynaq yuvalı fitinqlərin həndəsi ölçüləri

Bu tip fitinqlərin təsviri və həndəsi ölçüləri üçün bax:Əlavə A.

6.5 Elektroqaynaq yəhərli fitinqlərin həndəsi ölçüləri

Yəhərli “T” şəkilli ayırıcıların və yəhərli düz ayırıcıların çıxışları bu standartın 6.3 bəndinə uyğun olaraq genağız hissələrə və yaxud 6.2 bəndinə uyğun olaraq elektroqaynaq yuvalara malik olmalıdır. İstehsalçı texniki sənədlərdə fitinqin ümumi xarakterik ölçülərini müəyyən etməlidir. Bu ölçülərə Şəkil 3-də göstərildiyi kimi yəhərin maksimal hündürlüyü (H) və əsas borunun yuxarı nöqtəsindən başlayaraq yan borunun ölçülən hündürlüyü (h) daxildir.

Qeyd: Texniki və konstruktiv səbəblərə görə axın kanalının minimal daxili diametri (D2) bu standartın 6.3 bəndində verilmiş genağız fitinqlərin diametrindən fərqli ola bilər.

H yəhərin hündürlüyü, əsas borunun yuxarı nöqtəsindən yəhərli “T” şəkilli ayırıcının yuxarı nöqtəsinə qədər olan məsafə;

h “yan borunun yündürlüyü”, əsas borunun yuxarı nöqtəsindən yan borunun oxuna qədər olan məsafə;

L ““T” şəkilli ayırıcının eni”, yəni borunun oxu ilə yan borunun ağız müstəvisi arasındakı məsafə

6.6 Mexaniki fitinqlərin həndəsi ölçüləri

PE-dən istehsal olunan və PE boruya qaynaq və başqa boru komponentlərinə (məsələn, flanslı adapterlərə) mexaniki birləşmə üçün nəzərdə tutulan mexaniki fitinqlər ən azı mövcud PE birləşmə sisteminin geometrik xüsusiyyətlərinə cavab verən ən azı bir birləşmədə olmalıdır.

Qeyd:PE-dən istehsal olunmayan mexaniki fitinqlər müvafiq standart(lar)da müəyyən olunmuş tələbləri ödəməlidir.

6.7 Sərbəst dayaq flanslarının və flans adapterlərinin həndəsi ölçüləri

Sərbəst dayaq flanslarının və flans adapterlərinin ölçüləri ISO 9624-ə uyğun olmalıdır.

6.8 Boru hissələrindən hazırlanan fitinqlərin ölçüləri

Bu tip fitinqlərin təsviri və ölçüləri tələb olunduqda, Əlavə B tətbiq olunur.

Fitinq boru ilə və yaxud EN 12201-2-ə uyğun boruya qaynaq olunmuş birdən çox fitinq birləşməsinin bir hissəsi kimi sınaq olunmalıdır.

Hər bir birləşmə eyni təzyiq sinfinə və material təsnitafına malik kompo-nentlərdən (borular və fitinqlər) hazırlanmalıdır.

7.2 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, sınaq nümunələri Cədvəl 4-ə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Fitinq, verilmiş parametrlərdən istifadə olunmaqla Cədvəl 4-də müəyyən olunmuş sınaq metoduna uyğun olaraq sınaq olunduqda, Cədvəl 4-də verilmiş tələbləri ödəyən mexaniki xüsusiyyətlərə malik olmalıdır.

Mexaniki fitinqlər ISO 14236-a və yaxud dn>160 olduqda isə müvafiq standarta uyğun olmalı olmalıdır.

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Qırılana (dağıla-na) qədər sınaq:

kövrək: qeyri-qənaətbəxş

Yükün buraxılma məsafəsi

Kondisiyalaşdırma müddəti:

Diametr ³500 mm olduqda B tipli boru başlıqları partiya sınaqlarında istifadə oluna bilər.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün CEN/TS 12201-7-ə [2] baxın).

Sınaq təzyiqi fitinqin SDR göstəricisinə əsasən hesablanmalıdır.

Vaxtından əvvəl plastik dağılmalar nəzərə alınmır. Təkrar sınaq üçün bu standartın 7.4 bəndinə baxılmalıdır

7.4 Sınağın nəticələri qənaətbaxş olmadıqda 80C temperaturda təkrarsınaq

165 saatdan daha az müddətdə kövrək dağılma zamanı əmələ gələn çat sınağın nəticələrinin qeyri-qənaətbəxş olmasını müəyyən edir. Bununla belə, əgər hər hansı bir nümunə plastik dağılma zamanı 165 saatlıq sınaq müddətində sınaqdan keçməzsə, Cədvəl 5-də verilmiş seçilmiş gərginlik üçün tələb olunan minimal müddətə nail olmaq məqsədi ilə seçilmiş daha aşağı gərginlikdə təkrar sınaq keçirilməlidir.

Cədvəl 5 – 80C temperaturda təkrar daxili təzyiqə dayanıqlılıq sınağı

üçün sınaq parametrləri

Tələb olunaduqda, istehsalçı ISO 4059:1978-ə uyğun olaraq müəyyən olunduqda ölçüsü 63 mm-ə qədər olan fitinqin təzyq düşgüsünü göstərməlidir.

7.6 İstismara dair tələblər

Bu standartın 6.2.2 b) bəndi tətbiq olunduqda, elektroqaynaq yuvalı fitinqlər həmçinin Cədvəl 6-ya uyğun olmalıdır.

Kondisiyalaşdırma müddəti

Təzyiqin artım sürəti

1 bar=0,1 MPa=10Pa; 1 MPa=1 N/mm

8.1 Kondisiyalaşdırma

Müvafiq sınaq metodunda hər hansı başqa tələb müəyyən olunmamışdırsa, nümunələr Cədvəl 7-yə uyğun olaraq keçirilən sınaqlardan əvvəl (23±2)C temperaturda kondisiyalaşdırılmalıdır.

Fitinq, verilmiş parametrlərdən istifadə olunmaqla Cədvəl 7-də müəyyən olunmuş sınaq metodlarına uyğun olaraq sınaq olunduqda, Cədvəl 7-də verilmiş tələbləri ödəyən fiziki xüsusiyyətlərə malik olmalıdır.

Emaldan sonra, MFR-in dəyişməsi ±20%

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir (daha geniş məlumat üçün bax:CEN/TS 12201-7 [2]).

İstifadə olunan kompaund üzərində ölçülən qiymətə nəzərən fitinq üzərində ölçülən qiymət

Sınaq, nəticələrin 200C-də əldə olunan nəticələrə düzgün korrelyasiyasını müəyyən etmək üçün 210C və 220C temperaturlarda dolayı sınaq kimi də aparıla bilər. Mübahisəli hallarda standart temperatur 200C olmalıdır.

Bütün xüsusiyyətlər üçün sınaq metodları, parametrlər və tələblər hazırlanma mərhələsindədir. Bu standartlar nəşr olunana qədər milli normalar tətbiq olunur.

Əgər xüsusi tətbiqlər üçün fitinqlərin kimyəvi dayanıqlılığını qiymətləndirmək tələb olunursa, fitinq ISO 4433-1:1997 və ISO 4433-2:1997-yə uyğun olaraq təsnif olunmalıdır.

Qeyd: Polietilen fitinqlərin kimyəvi maddələrə dayanıqlılığına dair geniş məlumat ISO/TR 10358-də [7] verilib.

Bu standartın tələblərinə cavab verən fitinqlər bir-birinə və yaxud EN 12201 standartının digər hissələrinin tələblərinə cavab verən komponentlərə birləşdirildikdə, bu birləşmələr EN 12201-5-də verilmiş tələblərə uyğun olmalıdır.

11.1.1Cədvəl 8-də başqa tələb göstərilməyənə qədər markalanma elementləri birbaşa fitinqin üzərində elə yazılmalı və yaxud basılmalıdır ki, saxlanma, atmosfer şəraitində köhnəlmə və daşınmadan sonra fitinqin istifadəsi zamanı markalanmanın dəqiqliyi və rahat oxunması saxlanılmış olsun.

Qeyd: İstehsalçı quraşdırma və istifadə zamanı, məsələn komponentlərin rənglənməsi, sıyrılması və örtülməsi, yaxud istehsalçı ilə razılaşdırılmadan komponentlər üzərində yuyucu və digər vasitələrin istifadəsi nəticəsində markalanmanın qeyri-dəqiqliyinə və rahat oxunmamasına görə məsuliyyət daşımır.

11.1.2 Markalanma fitinqin istismar xüsusiyyətlərinə əks təsir göstərən çatların yaxud başqa tip qüsurların yaranmasına səbəb olmamalıdır.

11.1.3 Əgər markalanma üçün çap üsulu istifadə olunursa, çap olunan məlumatın rəngi məhsulun əsas rəngindən fərqlənməlidir.

11.1.4 Markalanmanın ölçüsü elə olmalıdır ki, böyüdücü vasitələr olmadan onun dəqiq və rahat oxunması mümkün olsun.

11.1.5 Fitinqin genağız hissəsinin minimal uzunluğu boyunca markalanma olmamalıdır.

11.2 Fitinqlərdə tələb olunan minimal markalanma

Tələb olunan minimal markalanma Cədvəl 8-ə uyğun olmalıdır. Boru hissələrindən hazırlanan fitinqlər üçün markalanma istehsalçı ilə sifarişçi arasında razılaşdırılmalıdır.

Fitinqlər CEN/TR 15438-ə əsasən müvafiq kodlardan istifadə olunmaqla nəzərdə tutulan istifadəyə uyğun markalanmalıdır. Məsələn:

– W, içməli suyun ötürülməsi üçün nəzərdə tutulan fitinqlər üçün;

– P, təzyiqli kanalizasiya və drenaj sistemləri üçün nəzərdə tutulan fitinqlər üçün;

– W/P, yuxarıdakıların hər ikisi üçün.

11.3 Əlavə markalanma

Yalnız mexaniki fitinqlər üçün qaynaq şərtlərinə (məsələn, qaynaq və soyutma müddəti) və quraşdırma zamanı fırlanma momentinə dair əlavə informasiya yarlıq üzərində verilə bilər və bu yarlıq ya fitinqin üzərinə yapışdırıla və yaxud da fitinqdən ayrı şəkildə ola bilər.

Bu standartın tələblərinə cavab verən və üçüncü tərəfin sertifikatlaşdırıdığı fitinqlər uyğun şəkildə markalana bilər.

Tətbiq olunan standartın kodu

İstehsalçının adı və yaxud ticarət markası

Borunun nominal xarici diametr(lər)i, dn

Borunun tətbiq olunan SDR qaynaq intervalı

Yol verilən kənaraçıxma (yalnız dn≥280 mm olan genağız fitinqlər üçün)

İstehsalçıya dair məlumat

Nəzərdə tutulan istifadə sahəsi

məsələn, SDR 11-SDR 26

bu məlumat fitinqə yapışdırılımış yarlıq üzərinə və yaxud ayrı qab üzərinə yazıla bilər.

izlənməni təmin etmək üçün aşağıdakı məlumatlar verilməlidir:

– istehsal dövrü, il və ay, rəqəmlərlə və ya kodlarla;

– əgər istehsalçı eyni məhsulu müxtəlif istehsal sahələrində istehsal edirsə, istehsal yerinin adı və ya kodu.

11.4 Qaynaq sisteminin tanınması

Qaynaq prosesini sadələşdirmək üçün qaynaq parametrlərinin tanınması məqsədi ilə qaynaq fitinqləri rəqəmli, elektromexaniki və yaxud da özü-özünə tənzimlənən sistemə malik olmalıdır.

Elektroqaynaq fitinqləri üçün avtomatik tanınma sistemləri istifadə olunduqda, onlar ISO 13950-ə uyğun olmalıdır.

Fitinqlər deformasiyanın və kirlənmənin qarşısını almaq üçün zərurət olarsa böyük partiya şəklində və yaxud da fərdi mühafizə olunmuş şəkildə qablaşdırılmalıdır. Mümkün olduqda, onlar fərdi qablarda, qutularda və yaxud karton yeşiklərdə yerləşdirilməlidir.

Qablaşdırılan fitinqin əsas təşkiledici elementləri normal birləşmənın qarşısını ala biləcək çirklənmə yaratmamalıdır.

Karton yeşiklərin və/və ya fərdi qabların üzərində istehsalçının adı, hissənin tipi və ölçüləri, qutuda olan hissələrin sayı, və əgər varsa xüsusi saxlanma şərtlərini və müddətini özündə əks etdirən ən azı bir yarlıq olmalıdır.

Qeyd: Fitinqlər istifadə olunana qədər özlərinin ilkin qablaşdırmasında saxlanılmalıdır.

Mümkün olduqda, qaynaq yuvalı fitinqlərin həndəsi ölçüləri aşağıdakı cədvələ uyğun olmalıdır. Yuvanın ağız hissəsinin son diametri başlanğıc diametrindən böyük olmamalıdır.

Cədvəl A.1 – 16-dan 63-ə (daxil olmaqla) qədər olan nominal ölçülər üçün yuvanın ölçüləri

Ölçülər millimetrlə verilib

L2min=(Lmin-2,5) mm; L2max=Lmin mm.

L3min=(Lmin-3,5) mm; L3max=(Lmin-1) mm.

Təkrar dolanan sıxac istifadə olunan yerlərdə 62,4 mm-lik maksimal diametr 0,1 mm artırılmaqla 62,5 mm ola bilər. Əksinə soyulma texnologiyası tətbiq olunduqda isə, 62,0 mm-lik minimal diametr 0,1 mm azaldılmaqla 61,9 mm ola bilər

Cədvəl A.2 – 75-dən 125-ə (daxil olmaqla) qədər olan nominal ölçülər üçün yuvanın ölçüləri

Ölçülər millimetrlə verilib

L2min=(Lmin-4) mm; L2max=Lmin mm.

L3min=(Lmin-5) mm; L3max=(Lmin-1) mm.

D1 yuvanın “orta daxili başlanğıc diametri”, yəni, yuvanın ağız hissəsində dairənin orta diametri;

D2 yuvanın “orta daxili son diametri”, yəni, giriş müstəvisinə düz paralel və L (yuvanın standart uzunluğu) məsafəsi qədər ondan aralı məsafədə dairənin orta diametri;

D3 axın kanalının minimal diametri, yəni fitinqin gövdəsindən keçən axın kanalının minimal diametri;

L “yuvanın standart uzunluğu”, yəni, yuva üçün hesabatlarda istifadə olunan təcrübi minimal uzunluq;

L1 əgər varsa, girişdən çiyinə qədər “yuvanın faktiki uzunluğu”

L2 “fitinqin qızdırılan hissəsinin uzunluğu”, yəni, qızdırıcı alətin yuvanın içərisinə keçmə uzunluğu;

L3 “daxil olma dərinliyi”, yəni, borunun qızdırılmış ucunun yuvanın içərisinə keçirilmə məsafəsi;

L4 “borunun qızdırılan hissəsinin uzunluğu”, yəni, borunun ucunun qızdırıcı alətin içərisinə keçmə dərinliyi.

Boru hissələrindən hazırlanan fitinqlər Cədvəl B.1 və Cədvəl B.2-yə uyğun olmalıdır.

Bu fitinqlərin istehsalı üçün istifadə olunan borular EN 12201-2-yə, eləcə də ISO 12176-1-yə uyğun olmalıdır.

Bu əlavə yalnız alın qaynağı üsulu ilə hazırlanan fitinqlərə tətbiq olunur. Başqa qaynaq texnologiyaları (məsələn, ekstruziya üsulu ilə qaynaq) tətbiq olun-duqda əlavə olaraq nominal göstəricilərin azalma əmsalları da nəzərə alınmalıdır.

Boru hissələrindən hazırlanan fitinqlərin PN göstəricisi istifadə olunan boruların PN göstəricisinə, bu əlavənin B.3 və B.5 bəndlərindən verilmiş azalma əmsallarına əsaslanır.

İstehsalçı fitinqlərin konstruksiyasına və təzyiq göstəricisinə görə məsuliyyət daşıyır. Müəyyən olunmuş təzyiqə uyğunluğu təsdiq etmək onun məsuliyyətin-dədir. Təzyiq göstəricisi və mümkün azalma əmsalı (f) istehsalçı tərəfindən müəyyən edilməli və onun texniki sənədlərində qeyd olunmalıdır. Fitinqin istismar göstəricilərini təsdiq etmək üçün keçirilən minimal sınaqlar Cədvəl B.1-də verilir.

Bəzi hallarda boru hissələrindən hazırlanan fitinqlər injeksiya-qəlib fitinqlərindən və yaxud növbəti daha kiçik SDR seriyasına malik borulardan (haradakı, divar qalınlığı daxildən avadanlıqla növbəti daha yüksək SDR üçün emal olunur) hazırlanır. Belə fitinqlər üçün azalma əmsalları bu əlavədə verilmiş əmsallardan fərqlənə bilər.

Boru hissələrindən hazırlanan fitinqlərin görünüşünə dair xüsusi tələblər (məsələn, qaynaq tikişinin götürülməsi) istehsalçı ilə sifarişçi arasında razılaşdırılmalıdır.

Fitinqin üzərində, yarlığın və ya qablaşdırmanın üzərində fitinqin ən azı PN göstəricisi göstərilməlidir (markalanmalıdır)

Kondisiyalaşdırma müddəti

Kondisiyalaşdırma müddəti

Qırılana (dağıla-na) qədər sınaq:

kövrək: qeyri-qənaətbəxş

f – sınaq olunan fitinq üçün verilmiş azalma əmsalı

³500 mm diametrlər üçün B tipli boru başlıqları partiya sınaqlarında istifadə oluna bilər.

Sınaq nümunələrinin sayı cədvəldə verilmiş xüsusiyyəti müəyyən etmək üçün tələb olunan miqdarı göstərir. Zavodun istehsalına və texnoloji prosesə nəzarət üçün sınaq nümunələrinin tələb olunan sayı istehsalçının keyfiyyət planında verilməlidir.

Gərginlik sınaq birləşməsində istifadə olunan borunun nominal ölçülərinə görə hesablanmalıdır.

Hamarnümunəsi forması əldə etmək üçün sınaq nümunələri uzununa düzləşdirilmiş seqmentlər arasındakı birləşmələrdən götürülməlidir.

Cədvəl B.2-yə uyğun olaraq

B.3 Seqmentli dirsəklər

Boru hissələrindən hazırlanan dirsəklərə dair tipik nümunələr Şəkil B.1 və Şəkil B.2-də göstərilir. Yalnız göstərilən ölçülər nəzərə alınmalıdır. Ölçülərin tam toplusu fitinq istehsalçısı tərəfindən texniki sənədlərdə təmin edilməlidir.

Cədvəl B.2 – Boru hissələrindən hazırlanan fitinqlərin ölçüləri

Ölçülər millimetrlə verilir

Boru seqmentlərindən qaynaq üsulu ilə hazırlanan dirsəklərin PN göstəricisinin hesablanması üçün aşağıdakı qayda tətbiq olunur.

fB-dirsək seqmentinin konstruksiyası ilə bağlı olan azalma əmsalı (Cədvəl B.3-ə baxın)

PNpipe-borunun nominal təzyiqi

Təcrübə göstərmişdir ki, bu əmsallar mümkündür. Cədvəl B.1-ə uyğun olaraq keçirilən sınaqların nəticələri mümkün azalma əmsalını (fB) aşkar etməlidir.

dn, le, r və α Cədvəl B.2-ə uyğun olmalıdır.

dn nominal xarici diametr le fitinqin boruvari uzunluğu

z fitinqin qolunun oxa qədər nominal uzunluğu r fitinqin nominal əyilmə radiusi

α fitinqin nominal bucağı

a bu uzunluq aşağıdakılara (istənilən kombinasiyada) imkan verməlidir: alın qaynağında tələb olunan sıxacların istifadəsi; elektroqaynaq fitinqi ilə quraşdırma; qaynaq yuvalı fitinq ilə quraşdırma; mexaniki şaberin (kəsici alət) istifadəsi

dn-nominal xarici diametr, b-kəsmə bucağı

Şəkil B.2-də verilən kəsmə bucağı (b) 15-dən böyük olmamalıdır.

B.1-ə uyğun olaraq istehsalçının sınaqlarının nəticələri azalma əmsalı üçün 1,0 və ya başqa əmsalın tətbiq olunmasının mümkünlüyünü göstərə bilər.

Boru hissələrindən hazırlanmış dirsəklərin Şəkil B.3-də verilmiş cizgilərə uyğunluğu tələb olunmur. Yalnız göstərilən ölçülər nəzərə alınmalıdır. Ölçülərin tam toplusu fitinq istehsalçısı tərəfindən texniki sənədlərdə təmin edilməlidir.

Əyilmə prosesindən sonra boru əyrisinin minimal divar qalınlığı EN 12201-2-ə uyğun olmalıdır.

İstehsal prosesinin uyğunluğunu nümayiş etdirmək üçün dağıdıcı texnolo-giyalar tətbiq oluna bilər.

Borulardan hazırlanan dirsəklər üçün adətən azalma əmsalı tətbiq olunmur. Cədvəl B.1-ə uyğun keçirilən sınaqların nəticələri bunu nümayiş etdirməlidir.

dn, le, r və α-nın ölçüləri Cədvəl B.2-ə uyğun olmalıdır.

B.5 Seqmentli üçlüklər

Boru seqmentlərindan hazırlanmış üçlüklərin Şəkil B.4-də verilmiş cizgilərə uyğunluğu tələb olunmur. Yalnız göstərilən ölçülər nəzərə alınmalıdır. Ölçülərin tam toplusu fitinq istehsalçısı tərəfindən texniki sənədlərdə təmin edilməlidir.

dn, le, r və α-nın ölçüləri Cədvəl B.2-ə uyğun olmalıdır.

Boru seqmentlərindən hazırlanan üçlüklərin PN göstəricisinin hesablanması üçün aşağıdakı qayda tətbiq olunur.

fB bu üçlüklər üçün qiyməti 0,6 olan azalma əmsalı;

PNpipe borunun nominal təzyiqi

Təcrübə göstərmişdir ki, bu əmsallar mümkündür. Cədvəl B.1-ə uyğun olaraq keçirilən sınaqların nəticələri mümkün azalma əmsalını (fB) aşkar etməlidir.

dn nominal xarici diametr le fitinqin boruvari uzunluğu

z fitinqin qolunun oxa qədər nominal uzunluğu r fitinqin nominal əyilmə radiusi

α fitinqin nominal bucağı

bu uzunluq aşağıdakılara (istənilən kombinasiyada) imkan verməlidir: alın qaynağı olduqda tələb olunan sıxacların istifadəsi; elektroqaynaq fitinqi ilə quraşdırma; qaynaq yuvalı fitinq ilə quraşdırma; mexaniki şaberin (kəsici alət) istifadəsi

saxlanma yerində və istifadə olunduqda borunun əyilmə bucağını yerində saxlamaq üçün xüsusi tədbirlər görülməlidir.

dn nominal xarici diametr le fitinqin boruvari uzunluğu

z1, z2, z3 fitinq qolunun oxa qədər nominal uzunluğu α fitinqin nominal bucağı

bu uzunluq aşağıdakılara (istənilən kombinasiyada) imkan verməlidir: alın qaynağı olduqda tələb olunan sıxacların istifadəsi; elektroqaynaq fitinqi ilə quraşdırma; qaynaq yuvalı fitinq ilə quraşdırma; mexaniki şaberin (kəsici alət) istifadəsi

Şəkil C.1 və C.2-də 48 V və daha kiçik gərginliklərdə istifadə üçün əlverişli olan tipik terminal birləşmə nümunələri verılir (A və B tiplər)

Şəkil C.3 250 V-a qədər gərginliklərdə istifadə üçün əlverişli olan tipik elektroqaynaq birləşmə nümunəsi verılir (C tip)

Ölçülər millimetrlə verilir

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminal örtüyünün xarici diametri C1≥11,8

C2 terminalın aktiv hissəsinin diametri C2=4,0±0,1

C3 terminal örtüyünün daxili diametri C3=9,5±1,0

C4 aktiv zonanın təməlinin maksimal ümumi diametri C4≤6,0

H terminalın daxili dərinliyi H≥12,0

H1 terminal örtüyünün yuxarı hissəsi ilə aktiv hissə arasındakı məsafə H1=3,2±0,5

H2 aktiv hissənin uzunluğu 7≤H2≤H-H1

Ölçülər millimetrlə verilir

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminal örtüyünün xarici diametri C1=13,0±0,5

C2 terminalın aktiv hissəsinin diametri C2=4,7±0,1

C3 terminal örtüyünün daxili diametri C3=10,0-0,1/+0,5

H terminalın daxili dərinliyi H≥15,5

H1 terminal örtüyünün yuxarı hissəsi ilə aktiv hissə arasındakı məsafə H1=4,5±0,5

Ölçülər millimetrlə verilib

A aktiv zona (gərginlik altında olan hissə)

C1 terminalın xarici diametri C1≥C3+2,0

C2 terminalın aktiv hissəsinin diametri C2=2,0±0,1

C3 terminalın daxili diametri C3>C2+4,0

H1 terminal örtüyünün yuxarı hissəsi ilə H1: (EN 60529-da [4] müəyyən oluduğu kimi

aktiv hissə arasındakı məsafə IP2X mühafizədərəcəsini təmin edə bilən məsafə)

H2 aktiv hissənin uzunluğu H2≥7,0

Borunun dağılmasının qarşısını almaq və fitinqdə və ya boru-fitinq birləş-məsində nəzərdə tutulan dağılma yaratmaq üçün kifayət qədər sərbəst uzunluğa malik bir və ya bir neçə PE boru ilə yığılmış elektroqaynaq fitinqdən ibarət sınaq nümunəsi temperaturu tənzimlənən mühitinə salınır və dağılma baş verənə qədər tədricən artan daxili təzyiqə məruz qalır. Bu metod fitinq/boru birləşməsinin qısa-müddətli dağılma təzyiqini müəyyən etmək üçün layihələndirilmişdir.

D.2.1EN ISO 1167-1-ə uyğun olaraq temperaturu (20±2)C intervalında saxlayan bilən sabit temperaturlu su vannası.

D.2.2EN ISO 1167-1-ə uyğun olaraq sınaq nümunəsi dağılana kimi daxili təzyiqi (5±1) bar/də sürətlə fasiləsiz olaraq qaldırmaq imkanına malik hidrostatik sınaq avadanlığı.

D.2.3 Bütün ölçü həddi boyunca dəqiqiliyi ən azı 1% olan və əldə olunmuş maksimal təzyiqi göstərə bilən qollu monometr.

İstifadə olunacaq monometr sınaq nümunəsinin dağılma təzyiqini ölçü şkalasının təxminən ortasında göstərməlidir. Monometrin təzyiqin anı yüksəlmə-sindən mühafizə sistemi ilə təchiz olunması tövsiyə olunur.

Monometr təzyiq ölçü sistemi daxilində müəyyən yerdə elə yerləşdiril-məlidir ki, təzyiq mənbəyinin xəttlərində və s. yerlərdə olan dəyişən təzyiqlərinin təsiri olmadan sınaq nümunəsinin daxili təzyiqini göstərmiş olsun.

Sınaq nümunəsi istənilən tip fitinqlər arasında sərbəst uzunluğu dn-dən çox olmayan PE borulara birləşdirilmiş bir və ya daha artıq elektroqaynaq fitinq birləşməsindən ibarətdir. İstifadə olunan borular fitinqin layihələndirildiyi ən nazik divar qalınlığına malik boru olmalıdır.

Sınaq nümunəsi EN ISO 1167-1-ə uyğun olaraq A tip boru başlıqları ilə bağlanmalıdır.

Boru başlıqlarını sınaq nümunəsinə bağlayın və içərisini ətraf mühit temperaturunda olan su ilə doldurun.

Sınaq nümunəsini hidrostatik sınaq avadanlığına birləşdirin və sınaq sistemində hava qabarcıqlarının olmamasına əmin olun.

Sınaq nümunəsini sabit temperaturlu su vannasının içərisinə salın və onu ən azı müvafiq divar qalınlığına malik boru üçün EN ISO 1167-1-də müəyyən olunmuş müddət qədər (20±2)C temperaturda kondisiyalaşdırın.

Sınaq nümunəsində dağılma baş verənə qədər təzyiqi müntəzəm şəkildə (5±1) bar/dəq sürətlə müntəzəm şəkildə artırın.

Dağılma baş verən andakı təzyiqi qeydə alın.

Sınaqdan sonra sınaq nümunəsini vuzual şəkildə yoxlayın və dağılmanın yerini və növünü qeydə alın.

Sınaq protokoluna aşağıdakı məlumatlar daxil edilməlidir:

j) EN 12201-3 standartına istinad;

k) İstehsalçı, materialın tipi və fitinqin və borunun ölçüsü də daxil olmaqla istifadə olunan boruların və qaynaq yuvalı fitinqlərin tam identifikasiyası üçün zəruri olan bütün məlumatlar;

l) Sınaq nümunəsini hazırlamaq üçün istifadə olunan qaynaq-birləşmə proseduruna dair məlumat;

m) Sınaq nümunəsinin dağılma təzyiqi;

n) Sınaq nümunəsinin dağılmaya qədər davam gətirdiyi müddət;

p) Dağılmanın növü, məsələn, fitinqdə plastik dağılma, qaynaq tikişi boyunca kövrək dağılma;

q) Nəticələrə təsir edə biləcək digər amillər, məsələn bu əlavədə nəzərdə tutulmayan hadisələr və yaxud işçi vəziyyətlər;

İki birləşdirici PE borudan və elektroqaynaq fitinqdən ibarət sınaq nümunəsi boruda plastik dağılma baş verənə qədər sabit dartma sürəti ilə artan dartılma yükünə məruz qalır. Sınaq sabit temperaturda aparılır və xarici mexaniki təsirlər nəticəsində boru kəməri boyunca uzununa dartılma yükünün əmələ gəlməsini simulyasiya etmək üçün nəzərdə tutulur. Fitinqın və ya qaynaq birləşmələrinin qırılması qəbul olunan dağılma rejimi deyildir.

Sınaq avadanlığı ISO 13951-ə uyğun olmalıdır və əlavə olaraq sınaq nümunəsinin 25%-lik nisbi uzanmasına və (5±1,25) mm/dəq sabit sınaq sürətini saxlamağa imkan verməlidir.

Sınaq nümunəsi ISO 13951-ə uyğun olmalıdır.

dn≥180 mm olduqda və fitinq/boru birləşmələri üzərində dartılma sınaqlarının keçirilməsi mövcud sınaq avadanlığının imkanları xaricində olduğu hallarda, birləşmə seqmentlərinin sınağı münasib ola bilər. Bununla belə tam boru/birləşmə yığımı üzərində sınaq ilə korrelyasiya müəyyən olunmayana qədər seqment sınaq nümunələrinin sınağı nəzərə alınmamalıdır.

Sınağın gedişi yükün sabit qalmasına dair tələb istisna olmaqla ISO 13951-ə uyğun olmalıdır. Darma sürəti sınaq nümunəsinin uzanması 25%-ə çatana qədər 5 mm/dəq±25% olmalıdır.

Sınaq protokoluna aşağıdakı məlumatlar daxil edilməlidir:

h) EN 12201-3 standartına istinad;

i) İstehsalçı, materialın tipi və fitinqin və borunun ölçüsü də daxil olmaqla istifadə olunan boruların və qaynaq yuvalı fitinqlərin tam identifikasiyası üçün zəruri olan bütün məlumatlar;

j) Sınaq nümunəsini hazırlamaq üçün istifadə olunan qaynaq-birləşmə proseduruna dair məlumat;

k) Sınaq temperaturu;

l) Sınaq nümunəsinin 25%-lik uzanmasından sonra fitinqin və qaynaq birləşməsinin germetikliyi və bütövlüyü;

m) Nəticələrə təsir edə biləcək digər amillər, məsələn bu əlavədə nəzərdə tutulmayan hadisələr və yaxud işçi vəziyyətlər;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver