Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.
1.1. AZS 782-3:2015 (IEC 60076-3:2013) “Güc transformatorları. Hissə 3: İzolyasiya səviyyələri, dielektrik sınaqları və xarici hava araboşluqları” (1 nömrəli əlavə).
1.2. AZS 782-7-2015 (IEC 60076-7:2005) “Güc transformatorları. Hissə 7: Yağla işləyən güc transformatorları üçün yüklənmə üzrə rəhbəredici sənəd” (2 nömrəli əlavə).
1.3. AZS 782-8-2015 (IEC 60076-8:1997) “Güc transformatorları. Hissə 8: Tətbiqetmə qaydaları” (3 nömrəli əlavə).
1.4. AZS 782-13-2015 (IEC 60076-13:2006) “Güc transformatorları. Hissə 13: Özünümüdafiəyə malik maye yüklü transformatorlar” (4 nömrəli əlavə).
1.5. AZS 811-2015 (IEC 60038-2009) “IEC üzrə standart gərginliklər” (5 nömrəli əlavə).
1.6. AZS 812-2015 (IEC 60059:1999) “IEC üzrə standart cərəyan dərəcələri” (6 nömrəli əlavə).
1.7. AZS 813-2015 (IEC 60230-1966) “Kabellər və onların köməkçi vasitələri üzərində impuls sınaqları” (7 nömrəli əlavə).
1.8. AZS 814-1-2015 (IEC 60282-1:2009) “Yüksək gərginlikli əriyən qoruyucular. Hissə 1: Cərəyan məhdudlaşdıran əriyən qoruyucular” (8 nömrəli əlavə).
1.9. AZS 799-2-2-2015 (IEC 61241-2-2:1993) “Alışan tozların mövcud olduğu zaman istifadə olunan elektrik aparatları. Hissə 2: Sınaq metodları - Bölmə 1: Qatlarda tozun elektrik müqavimətinin müəyyən olunması metodu” (9 nömrəli əlavə).
1.10. AZS 815-2015 (ASTM D 4253-00) “Vibrasiya masasından istifadə edərək torpaqların maksimum sıxlıq və vahid çəki göstəricilərinə dair standart sınaq metodları” (10 nömrəli əlavə).
1.11. AZS 816-2015 (ASTM D4254-00) “Torpaqların maksimum sıxlıq göstəricisinə və vahid çəkisinə dair standart sınaq metodu və nisbi sıxlığın hesablanması” (11 nömrəli əlavə).
1.12. AZS 817-3-2015 (IEC/TS 60815-3:2008) “Çirklənmiş mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi. Hissə 3: Dəyişən cərəyan (d.c.) sistemləri üçün nəzərdə tutulan polimer izolyatorlar” (12 nömrəli əlavə).
1.13. AZS 764-1–2015 (BS IEC 61511-1:2003) “Funksional təhlükəsizlik. Sənaye prosesləri üçün avadanlıqların təhlükəsizlik sistemləri. Hissə 1: Quruluş, sistem, təriflər, avadanlıq və proqram təminatına qoyulan tələblər” (13 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E.Cəbrayılov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (S. Məmmədov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60076-3:2013 “Power transformers –Part 3: Insulation levels, dielectric tests and external clearances in air” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Güc transformatorları
Hissə 3: İzolyasiya səviyyələri,
dielektrik sınaqları və xarici
Part 3: Insulation levels, dielectric
tests and external clearances in air
Bu beynəlxalq standart IEC 60076-1 çərçivəsində müəyyən edildiyi kimi güc transformatorlarına tətbiq edilir. Bu, tətbiq oluna bilən dielektrik sınaqlara və minimum dielektrik sınaq səviyyələrinə dair təfsilatları verir. Cərəyan keçirən hissələr arasında və cərəyan keçirən hissələr ilə torpaq arasında tövsiyə olunan minimum xarici araboşluqlar istehlakçı tərəfindən bu araboşluq qeyd olunmadığı zaman istifadə üçün verilir.
IEC standartları olan güc transformatorlarının və reaktorların kateqoriyaları üçün bu standart yalnız digər standartlarda istinad ilə tələb olunan zaman tətbiq olunur.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə tam şəkildə və ya qismən istinad edilib. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur.Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur:
IEC 60050-421 International Electrotechnical Vocabulary (IEV) – Chapter 421: Power transformers and reactors. (Beynəlxalq Elektrotexniki lüğət (IEV) – Fəsil 421: Güc transformatorları və reaktorlar)
IEC 60060-1 High-voltage test techniques – Part 1: General definitions and test requirements.(Yüksək gərginlikli sınaq üsulları – Hissə 1: Ümumi anlayışlar və sınaq tələbləri)
IEC 60060-2 High-voltage test techniques – Part 2: Measuring systems. (Yüksək gərginlikli sınaq üsulları – Hissə 2: Ölçü sistemləri)
IEC 60071-1 Insulation co-ordination – Part 1: Definitions, principles and rules. (İzolyasiyanın əlaqələndirilməsi – Hissə 1: Anlayışlar, prinsiplər və qaydalar)
IEC 60076-1 Power transformers – Part 1: General. (Güc transformatorları – Hissə1: Ümumi)
IEC 60137 Insulated bushings for alternating voltages above 1 000 V. (1000 V –dan yuxarı dəyişən cərəyan üçün izolyasiya edilmiş vtulka)
IEC 60270 High-voltage test techniques – Partial discharge measurements. (Yüksək gərginlikli sınaq üsulları – Qismən boşaltmanın ölçüləri)
Bu sənədin məqsədləri üçün IEC 60076-1, IEC 60050-421-də və aşağıda verilən termin və təriflər istifadə edilib:
3.1 Transformatorun sarğısına tətbiq olunan ən yüksək gərginlik Um-transformatorun sarğısının izolyasiya ilə əlaqədar olaraq hazırlandığı üçfaza sistemində fazadan fazaya ən yüksək gərginlik
3.2 Sarğının nominal gərginliyi Ur - istifadə olunmayan sarğı ilə istifadə olunan sarğının terminalları arasında və ya əsas ötürməyə birləşdirilən istifadə olunan sarğı üzərində tətbiq etmək üçün təyin edilmiş və ya hazırlanmış gərginlik üçfazalı sarğı üçün xətt terminalları arasındakı gərginlikdir.
1. Bütün sarğıların nominal gərginlikləri, tətbiq olunan gərginlik öz nominal dəyərinə malik olan zaman bir vaxtda yüksüz olaraq peyda olur.
2. Üçfazanı yaratmaq və ya üçfaza sisteminin xətti ilə neytralı arasında ulduz birləşdirmə üçün nəzərdə tutulan birfazalı transformatorlar üçün nominal gərginlik, -ə bölünmüş fazadan fazaya olan gərginlik kimi göstərilir, misal üçün 400/ kV.
3. Şəbəkənin fazaları arasında birləşdirilməsi nəzərdə tutulan birfazalı transformatorlar üçün nominal gərginlik fazadan fazaya olan gərginlik kimi göstərilir.
4. Açıq sarğı kimi hazırlanan üçfaza seriyalı transformatorun sarğı seriyaları üçün sarğılar birləşdirilən zaman nominal gərginlik kimi göstərilir.
[MƏNBƏ: IEC 60076-1:2011, 3.4.3]
3.3 Nominal izolyasiya səviyyəsi - izolyasiyanın dielektrik gücünü xarakterizə edən nominal davamlılıq gərginliyi dəsti
3.4 Nominal tab gətirilən gərginlik - izolyasiyanın təyin edilmiş sınaq gərginliyinə uyğun gəldiyini sübut edən standart dielektrik sınaqların birində tətbiq olunan təyin edilmiş sınaq gərginliyinin qiyməti
3.5 Transformator sarğısının eyni formalı izolyasiyası - bütün sonluqları eyni nominal izolyasiya səviyyəsi ilə terminallara birləşdirilən transformator sarğısının izolyasiyası
3.6 Transformator sarğısının eyni formalı olmayan izolyasiyası - torpağa birbaşa və ya dolayı yolla birləşdirmək üçün neytral terminal sona malik olan transformator sarğısının izolyasiyası, xətt terminalı üçün təyin edilənə nisbətən daha aşağı izolyasiya ilə hazırlanır.
Qeyd: Qeyri bərabər olan izolyasiya tədricən torpaqlama üsulu adlandırıla bilər.
Güc transformatorları üçün izolyasiyaya dair tələblər və müvafiq izolyasiya sınaqları səciyyəvi sarğılar və onların terminallarına istinad edilərək verilir.
Mayeyə batırılmış və ya qaz ilə doldurulmuş transformatorlar üçün tələblər yalnız daxili izolyasiyaya tətbiq edilir. Lazımi hesab edilən xarici izolyasiyaya aid olan əlavə tələblər və ya sınaqlar istehsalçı ilə istehlakçı arasındakı razılaşmadan asılı olmalıdır. Əgər istehlakçı xarici araboşluq üçün hər hansı səciyyəvi tələbi qeyd etməzsə, onda bənd 16-nın tələbləri tətbiq edilməlidir. Əgər alıcı yalnız transformatorla təmin edilən araboşluqları azalda bilən bir şəkildə transformatora birləşmələri etmək istəyirsə, onda bu, sorğuda qeyd olunmalıdır.
Vtulkalar İEC 60137-ə (səciyyəvi transformatorun sınaq səviyyəsi üçün müvafiq izolyasiya vtulkanın sınaq səviyyələri) müvafiq olaraq ayrıca növə və adi qaydada olan sınaqlara malik olmalıdır, burada da xarici və həmçinin daxili fazadan torpağa izolyasiya yoxlanılır. 1000 m-dən yüksək olan hündürlükdə olan əməliyyat üçün transformator müəyyən edilən zaman araboşluqlara müvafiq olaraq hazırlanmalıdır. Daha aşağı hündürlüklərdə əməliyyat üzrə tələb olunan nisbətən daha yüksək izolyasiya səviyyələri üçün vtulkaları seçmək vacibdir. Bu standartda bənd 16-a və İEC 60137-ə baxın.
İstehsalçı vacib olduqda, dielektrik sınaqlar zamanı vtulka terminallarını sipərlə qoruya bilir, lakin terminallara ən yaxın olan torpaqlanmış hissələrin hər hansı bir sipərlə qorunma, yalnız qismən boşaltma ölçmələri zaman tələb olunan sipərlə qorunma istisna olmaqla istismar olunan transformator quruluşunun bir hissəsini təşkil edir.
Vtulkalar və dəyişdirici açarlar müvafiq İEC standartlarına müvafiq olaraq müəyyən edilir, hazırlanır və sınaqdan keçirilir. Tam transformator üzərində dielektrik olan sınaqlar düzgün tətbiqin yoxlanılmasından və bu komponentlərin quraşdırılmasından ibarətdir. İEC 60214-1-ə müvafiq olaraq dəyişdirici açar adi dielektrik olan sınaqlara məruz qalmadığı zaman onda bu standarta müvafiq olaraq icra edilən sınaqlar, həmçinin bu komponent üzərində icra edilən adi dielektrik sınaqlar kimi xidmət edir.
İzolyasiya sisteminin temperaturu sınaqlar zamanı 10C-dən aşağı olmamalıdır, lakin IEC 60076-1-də verilənlərdən daha yüksək olan temperaturlardan istifadə etmək olar.
Transformatorun dielektrik gücünə təsir edə bilən bütün elementlər ilə əlaqədar olaraq transformator tamamilə quraşdırılmış olmalıdır. Normal olaraq elektroizolyasiya mayesi və ya qazı sınaqlar zamanı sirkulyasiya etmir və soyuducuların quraşdırılmasına ehtiyac olmur. İzolyasiyada olan qüsurların yaratdığı sərbəst qazı toplamaq və ya aşkar etmək üçün hazırlanmış hər hansı avadanlıq sınaqlar zamanı quraşdırılmalı və nəzarət olunmalıdır. Əgər hər hansı sınaq zamanı sərbəst qaz aşkar edilərsə, onda qazın təbiəti və səbəbi tədqiq edilməli və hər hansı sonrakı iş barədə istehsalçı ilə istehlakçı arasında razılıq əldə edilməlidir.
1. Xarici gərginlikdən qorunmaq üçün elektrik boşaldıcısı kimi xarici artıq gərginlikdən qoruyucu qurğular yığılmamalıdır və aralıq izolyatorun qığılcım aralığı kənarlaşdırıla və ya sınaqlar zamanı əməliyyatdan yayınmaq üçün onların intervalı böyüyə bilər.
2. Daha böyük transformatorlar üçün dielektrik sınaqlarından əvvəl və sonra həll olunmuş qaz analizi üçün neft nümunələri götürmək adi təcrübədir.
Mayeyə batırılan transformatorlar eyni növ (mineral, mürəkkəb efir, silikon və s.) və xidmətdə (sınağın icrasına təsir edə biləcək xüsusiyyətlər ilə əlaqədar olaraq) olan mayenin spesifikasiyası ilə sınaqdan keçirilməlidir.
Qeyd: Bəzi istehlakçılar statik elektriklənmənin mümkünlüyünü aşkar etmək üçün İVPD sınağı zamanı izolyasiya mayesinin OD üzrə soyudulmuş transformatorlar üzərində dövr etməsini tələb edə bilər, lakin bu, çox səciyyəvi tələbdir və bu standartda əhatə olunmur.
Kabel qutu birləşməsi və ya metalla əhatə olunan SF6 qurğuları ilə birbaşa əlaqəli olan transformatorlar elə quraşdırılmalıdır ki, lazım olan müvəqqəti vtulkalardan istifadə etməklə dielektrik sınaqları üçün müvəqqəti birləşmələr düzəldilə bilsin. İstehsalçı ilə istehlakçı arasında olan razılaşma üzrə SF6 vtulkaların sınağı üçün texniki maye müvafiq maye ilə əvəz edilər bilər. Bu zaman emal edilən hissələrin vəziyyətlərini daxil etməklə transformator daxilində vtulkanın sonunun hazırlanması və transformator daxilində əvəz edilən vtulkanın araboşluqları istismarda olan vtulkalar ilə (istehsal girişləri ilə əlaqədar olan vtulkanın ölçülərinin normal dəyişikliyi daxilində) eyni olmalıdır.
İstehsalçı artıq gərginlik keçirən prosesləri məhdudlaşdırmaq üçün transformatorda və ya qol dəyişdirəndə quraşdırılan və ya xaricdə quraşdırılan qeyri-xətti elementləri istifadə edən zaman (misal üçün artıq gərginlikdən qorunmaq üçün elektrik boşaldıcısı və ya qığılcım aralığı) bu tenderdə və ya sifariş verən zaman istehsalçı tərəfindən istehlakçının diqqətinə çatdırılmalı və transformatorun texniki pasportunda elektrik sxemində qeyd olunmalıdır.
Əgər xidmət zamanı transformatora enerji verilən zaman transformatorun hər hansı terminalı açıq buraxılmalıdırsa, onda açıq terminallarda baş verən ötürülmüş gərginliyin mümkünlüyünə fikir verilməlidir, bax: Əlavə B. İldırım impulsu sınaqları zamanı bütün sınaq olunmamış xətt və neytral terminallar normal olaraq torpağa birləşdirilir, bax: bənd 13.
5 AVADANLIQ ÜÇÜN ƏN YÜKSƏK GƏRGİNLİK VƏ NOMİNAL İZOLYASİYA SƏVİYYƏSİ
Um avadanlığı üçün ən yüksək gərginliyin qiyməti (bax: bənd 3) sarğının həm xətti, həm də neytral sonluğuna təyin edilir, bax: IEC 60076-1.
Dielektrik sınağın aparılması qaydaları Um-in qiymətindən asılıdır. Transformatorda fərqli sarğılar üçün sınaqlara dair qaydalar mübahisəli olan zaman ən yüksək Um qiyməti ilə sarğı qaydası tam transformatora tətbiq ediməlidir.
Sarğının nominal gərginliyi sistemin nominal gərginliyindən az olan seriyalı sarğıları (misal üçün avtotransformatorlar və fazanın dəyişildiyi transformatorlar), sarğının qoşulduğu ən yüksək gərginlik sisteminin nominal gərginliyinə müvafiq olaraq Um qiyməti kimi təyin edilməlidir.
Um –in standartlaşdırılmış qiymətləri Cədvəl 2-də qeyd olunub. Başqa cür qeyd olunmayıbsa, onda transformatorun sarğısı üçün istifadə olunacaq qiymət sarğının nominal gərginliyinin qiymətinə bərabər və ya yuxarıdakına ən yaxın olandır.
1. Üçfazalı formada ulduz birləşmə üçün nəzərdə tutulan tək fazalı transformatorlar √3-ə bölünmüş, misal üçün 400 / √3 kV olan fazalar arası nominal gərginlik kimi göstərilir. Bu zaman fazadan fazaya qiyməti Um-in seçimini müəyyən edir, Um = 420 kV (bax, həmçinin IEC 60076-1). Eyni prinsip yerdə maksimum fazada tək fazalı sistemdən istifadə üçün nəzərdə tutulmuş tək fazalı transformatorlara tətbiq edilir, sınaq üçün olan gərginlikləri müəyyən etmək məqsədilə Um-ə ekvivalent tapmaq üçün gərginlik √3 dəfə artırılır.
2. Misal üçün dəmir yolunda təchizat üçün istifadə edilməli olan transformator sarğıları üçün yer gərginliyinə iki əks faza tətbiq edilən zaman, Um başqa cür qeyd olunanadək fazadan fazaya gərginlik ilə əlaqəli olur.
3. Bəzən elə ola bilər ki, bəzi gərginliklər Um-in standart qiymətinə nisbətən bir qədər yüksək olaraq seçilir, lakin sarğının birləşdiriləcəyi sistem standart qiymət daxilində olan ən yüksək gərginliyə malikdir. İzolyasiyaya dair tələblər aktual şərtlər ilə əlaqələndirilməlidir və bunun üçün də bu standart qiymət daha yüksək qiymətə ən yaxın olanı deyil, transformator üçün Um kimi qəbul edilə bilər.
4. Müəyyən tətbiqlərdə çox xüsusi şərtlər ilə dayanıqlıq gərginliyinin digər kombinasiyalarının təfsilatları izah edilə bilər. Belə olan hallarda IEC 60071-1-dən ümumi təlimat alınmalıdır.
5. Müəyyən tətbiqlərdə delta ilə birləşdirilən sarğılar xarici terminalların biri ilə torpaqlanır. Bu tətbiqetmələrdə Um avadanlığı üçün ən yüksək gərginliklə əlaqəli olan daha yüksək dayanıqlı gərginliyi bu sarğı üçün tələb oluna bilər və bu zaman istehsalçı ilə istehlakçı arasında razılığa ehtiyac yoxdur.
Um avadanlığı üçün ən yüksək gərginlik və nominal izolyasiya səviyyəsi (təyin edilmiş nominal davamlılıq gərginliyi dəsti) transformatorun dielektrik xüsusiyyətini müəyyən edir. Bu xüsusiyyətlər dielektrik sınaqlar dəsti ilə yoxlanılır, bax: bənd 7.
Um-in qiyməti və transformatorun hər bir sarğısına təyin edilmiş nominal izolyasiya səviyyəsi sorğu və sifariş ilə təqdim edilmiş olan məlumatın bir hissəsidir. Eyni formada olmayan izolyasiyalı sarğı olan zaman təyin edilmiş Um və neytral terminalın nominal izolyasiya səviyyəsi də, həmçinin istehlakçı tərəfindən müəyyən edilməlidir, bax: 7.4.
Nominal izolyasiya səviyyəsi aşağıdakı kimi xarakterizə olunmalıdır:
Um / SI / LI / LIC / AC əlaqəli qiymətlər ilə birlikdə (bax: aşağıdakı misallara) hər bir sarğının xətti terminalları
Əgər sarğıda təyin edilmiş SI və ya LIC davamlılıq səviyyəsi mövcud deyilsə, onda təyin edilmiş impuls davamlılıq səviyyəsi olmadan terminallar üçün olan nominaldan buraxılır və neytral terminallar üçün qısaltma aşağıdakı kimi olacaq:
Um / LI / AC əlaqəli qiymətlər ilə birlikdə
Əgər sarğının neytral terminalı xətti terminal kimi eyni nominal izolyasiya səviyyəsinə malik olarsa, onda neytralın nominal izolyasiya səviyyəsinin ayrıca olaraq göstərilməsinə ehtiyac yoxdur.
Burada və misallarda qeyd olunan qısaltmalar aşağıdakı mənaya malikdir:
SI ən yüksək Um ilə sarğının xətti terminalları üçün nominal kommutasiya impuls davamlılıq gərginlik səviyyəsidir;
LI hər bir fərdi sarğının terminalı üçün nominal ildırım impuls davamlılıq gərginlik səviyyəsidir;
LIC modullaşdırılan ildırım impulsu sınağı yerinə yetirildikdə, fərdi sarğının xətti terminalları üçün nominal ildırım impuls davamlılıq gərginlik səviyyəsidir;
AC hər bir sarğının terminalları üçün hazırlanmış torpağa əks ən yüksək nominal AC davamlılıq gərginlik səviyyəsidir.
Qeyd: AC transformatorun hazırlandığı qiymətdir. Bu, ümumilikdə sınaq üzrə nail olunası ən yüksək AC gərginliyidir.
MV orta gərginlik (araboşluqlu gərginlik IEC 60076-1);
Bütün sarğılar üçün nominal davamlılıq gərginlikləri nominal lövhə üzərində peyda olmalıdır.
Standart qısaldılmış işarələr sisteminin prinsipləri aşağıda bəzi nümunələrdə qeyd olunub:
66 / 11 kV Um (HV) = 72,5 kV və Um (LV) = 12 kV nominal gərginlikli, hər ikisi eyni formada izolyasiya edilmiş, Y şəklində birləşdirilmiş transformatorun texniki pasportunda aşağıdakılar yazılmalıdır:
HV Um 72,5 / LI 325 / AC 140 kV
LV Um 12 / LI 75 / AC 28 kV
Um (HV) xətt = 245 kV, Y şəklində birləşdirilmiş (220 kV nominal gərginlik);
Um (HV) neytral = 52 kV;
Um (MV) xətt = 72,5 kV, eyniformalı izolyasiya, Y şəklində birləşdirilmiş (LIC qeyd edilməmiş);
Um (LV) xətt = 24 kV, D birləşdirilmiş LIC tələb olunmayan.
Texniki pasportda aşağıdakılar yazılmalıdır:
HV Um 245 / SI 750 / LI 950 / LIC 1045 / AC 395 kV
HVN Um 52 / LI 250 / AC 95 kV
MV Um 72,5 / LI 325 / AC 140 kV
LV Um 24 / LI 125 / AC 50 kV
6 YENİDƏN BİRLƏŞDİRİLƏ BİLƏN SARĞILAR İLƏ TRANSFORMATORLAR
Başqa cürə qeyd olunanadək xidmət üçün birdən çox konfiqurasiyada birləşmə imkanına malik sarğılar hər bir konfiqurasiyada yoxlanmalıdır.
7 DİELEKTRİK SINAQLAR
Transformator izolyasiyasının dielektrik imkanı dielektrik sınaqlar ilə yoxlanılır. Aşağıda fərqli sınaqların ümumi izahatı verilir.
– Xətti terminallar üçün tam dalğa ildırım impulsu(LI), bax: 13.2
Sınaq, işləyən transformatorun səciyyəvi ildırım zərbələri ilə əlaqədar olaraq qısa müddətli sürətli keçiciriciliyə davam gətirmə gücünü yoxlamaq üçün nəzərdə tutulmuşdur. Sınaq xətt terminallarına impuls tətbiq edilən zaman sınaq altında transformatorun davamlılıq gücünü yoxlamaqdır. Sınaq yüksək tezlikli gərginlik komponentlərindən ibarətdir və dəyişkən cərəyan sınağı üçün fərqli olan sınaq altında sarğıda qeyri bərabər təzyiq əmələ gətirir.
– Xətt terminallar üçün fasiləli dalğa ildırım impulsu sınağı (LIC), bax: 13.3
Həmçinin LI sınağının məqsədini əhatə etmək üçün bu sınaq transformatorun xidmətdə baş verə biləcək bəzi yüksək tezlik fenomenlərinə davam gətirmə qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu sınaq üçün gərginlikdə dəyişikliyin yüksək normasını yaratmaq üçün ildırım impulsu sınağına həm tam dalğa impulsları, həm də fasiləli dalğa impulsları daxil olur. Fasiləli dalğa sınağının gərginlik impulsu daha yüksək pik qiymətinə malikdir və tam dalğa impulsuna nisbətən daha yüksək tezlik komponentlərindən ibarətdir.
Qeyd: Bu standarta müvafiq olaraq LIC sınağı ayrıca olaraq hər bir sarğı üçün müəyyən edilir. Misal üçün, əgər bu standart tərəfindən ən yüksək gərginlikdə sarğıya dair adi LIC sınağı tələb olunarsa, bu avtomatik olaraq istehlakçı tərəfindən bu sarğılar üçün xüsusi ilə LIC sınaqları müəyyən edilənədək Um ≤ 170 kV ilə digər sarğıya dair LIC sınaqlarının tələb olunmasına gətirib çıxardacaq.
Neytral terminal üçün ildırım impulsu sınağı (LIN), bax: 13.4
Sınaq neytral terminalın impulsa davamlılığını yoxlamaq üçün nəzərdə tutulub və bu, sarğı (sarğılar) sınaq altında sarğı boyu (sarğılar boyu) torpağa və digər sarğılara birləşdirilib.
Xətti terminal üçün kommutasiya impuls sınağı (SI), bax: bənd 14
Bu sınağın məqsədi, bu sınaq transformatorun istismarında baş verə biləcək bəzi yüksək tezlik fenomenlərinə davam gətirmə qabiliyyətini yoxlamağı hədəfə alır. Bu sınaq üçün gərginlikdə dəyişikliyin yüksək normasını yaratmaq üçün ildırım impulsu sınağına həm tam dalğa impulsları, həm də fasiləli dalğa impulsları daxil olur. Fasiləli dalğa sınağının gərginlik impulsu daha yüksək pik qiymətinə malikdir və tam dalğa impulsuna nisbətən daha yüksək tezlik komponentlərindən ibarətdir. Sınaq, həmçinin sınaq altında sarğılar boyu fazalar arasında davamlılıq gücünü də yoxlayır. Bu tək fazalı sınaqdır. Gərginlik induktiv olaraq transformatorun bütün sarğıları, xətt terminalları və sınaq üçün olan açıq dövrələr boyu paylaşdırılır və sınaq edilən fazanın xətti terminallarında transformatorun fırlanma nisbəti ilə təqribən müəyyən edilən gərginlik müşahidə edilir.
Sınaq edilən fazada gərginliyin paylaşdırılması induksiya edilən gərginliyə davamlılıq sınağında olduğu kimidir.
– Tətbiq edilən gərginlik sınağı (AV), bax: bənd 10
Sınaq xətti və neytral terminalların dəyişən gərginliyə davamlılıq gücünü, onların torpaq və digər sarğılara birləşdirilmiş sarğıları yoxlamaq üçün təyin edilmişdir. Gərginlik neytralı daxil etməklə sarğının bütün terminallarına tətbiq olunur, eyni zamanda burumlar arasın heç bir gərginlik yoxdur.
-Xətti terminalı AC-in davamlılıq gərginliyi sınağı (LTAC), bax: bənd 12
Bu sınaq hər bir xətti terminalın torpağa dəyişən cərəyana (AC) davamlılıq gücünü yoxlamaq üçün təyin edilmişdir. Sınaq zamanı gərginlik xətti terminalların bir və ya bir neçəsində yaranır. Transformatorun xətt terminallarının sınağı xətti terminallara tətbiq olunan gərginlik sınağı səviyyəsində sınaq olunmasına yol verir.
– İnduksiya olunan gərginliyə davamlılıq sınağı (IVW), bax: 11.2
Bu sınaq hər bir xətti terminalın, onun torpağa və sınaq altında sarğı boyu digər sarğılara birləşdirilən sarğının (sarğıların) torpağa olan dəyişən cərəyana (AC) davamlılıq gücünü, həmçinin fazalar arasına davamlılıq gücünü yoxlamaq üçündür. Sınaq xidmət üçün birləşdirilən transformator ilə icra edilir. Sınaq zamanı simmetrik gərginliklər neytralda heç bir gərginlik olmadan bütün xətti terminallarda və dövrələr arasında peyda olur. Sınaq üçfazalı transformatorlarda üçfazalı gərginlik ilə icra edilir.
– PD ölçülməsi ilə induksiya edilən gərginlik sınağı (IVPD), bax: 11.3
Bu sınaq transformatorun normal istismar şərti altında qismən zərərli maddələrdən azad olub olmayacağını yoxlayır. Sınaq gərginliyi transformatorun xidmət zamanı malik olacağı gərginlik ilə eyni yolla tətbiq edilir. Sınaq zamanı simmetrik gərginliklər neytralda heç bir gərginlik olmadan bütün xətti terminallarda və dövrələr arasında peyda olur. Sınaq üçfazalı transformatorlarda üçfazalı gərginlik ilə icra edilir.
– Əlavə məftillərin izolyasiyası sınağı (AuxW), bax: bənd 9
Sınaq sarğılara birləşdirilməmiş transformatorun əlavə məftillərinin izolyasiyasını yoxlayır.
– Eyni zamanda iki və ya daha çox terminala tətbiq olunan ildırım impulsu (LIMT), bax: 13.1.4.3
Bu sınaq iki və ya daha çox terminalın eyni zamanda ildırım impulsuna məruz qalan zaman daxili gərginliyin qalxmasına tab gətirib gətirməyəcəyini yoxlayır. Sınaq ya qısa qapanan seriyalı sarğılı (məsələn, yükləmə altında şuntlama ilə fazanın dəyişdirildiyi bəzi transformatorlar üçün) ya da iki və ya daha çox terminallarda eyni vaxtda impulslar ola bilən, işləyən transformatorların bəzi xüsusi növlərinə tətbiq edilir.
Qeyd: Bu sınağa həmçinin “iki sonluqlu ildırım impuls sınağı” kimi istinad edilir.
7.2 Sınağa dair tələblər
Həm sınağı, həm də sınağın gərginlik səviyyələrini tələb edən dielektrik sınaqlara dair tələblər, səciyyəvi transformatorun ən yüksək gərginlikli sarğısının Um avadanlığı üçün ən yüksək gərginlikdən asılıdır. Tələb olunan sınaqlar Cədvəl 1-də qeyd olunub və səciyyəvi tələblər 7.3-də qeyd olunub.
Qeyd: Eyni zamanda iki və ya daha artıq xətt terminallarına tətbiq olunan ildırım impulsları Um-dən asılı olmayaraq transformatorun bir neçə xüsusi növləri üçündür və aydınlıq üçün cədvələ daxil deyil.
Bu standartın tələblərindən üstün olan hər hansı əlavə sınaqlar və sınaq gərginliyi səviyyələri, onların transformatorun layihələndirilməsinə təsir edə biləcəyindən sorğu zamanı istehlakçı tərəfindən müəyyən edilməli və sifariş edilməlidir (bax: Əlavə C)
Sınağın təfsilatları üçün IEC 60060-1-ə istinad edilməlidir. Sınağın parametrlərinə dair davamlılıq və qiymətlər bu standartda xüsusi olaraq qeyd olunmadığı zaman, IEC 60060-1-də qeyd olunan qiymətlərdən istifadə olunmalıdır.
Cədvəl 1–Sarğıların müxtəlif növləri üçün tələblər və sınaqlar
Xətt terminallar üçün tam dalğa ildırım impuls sınağı (LI)
Xətt terminallar üçün fasiləsi dalğa ildırım impulsu (LIC)
Neytral terminallar üçün ildırım impulsu(LIN)
Xətti terminal üçün dəyişdirici impuls sınağı (SI)
Tətbiq edilən gərginlik sınağı (AV)
İnduksiya olunan gərginliyə davamlılıq sınağı
PD ölçülmə ilə induksiya olunan gərginlik sınağı (IVPD)
Xətti terminalın AC gərginliyə dayanıqlıq sınağı (LTAC)
Əlavə məftilin izolyasi-ya sınağı
IVW sınağının tələbləri bir sınağın tələb olunması üçün IVPD sınağı ilə birləşdirilə bilər.
Transformatorların bu növü üçün LTAC sınağı istehsalçı ilə istehlakçı arasında razılaşmaya əsasən kommutasiya impulsu sınağı ilə əvəz edilə bilər.
7.2.2 Sınaq gərginliyi səviyyələri
Sarğının Um avadanlığı üçün ən yüksək gərginlik ilə müəyyən edilən standart sınaq gərginlikləri Cədvəl 2-də qeyd olunub. Bu cədvəllərdə qeyd olunan sınaq gərginliklərinin müxtəlif səviyyələri arasındakı fərq, sistemdə gözlənilməli olan artıq gərginlik şərtlərinin ciddiliyi və səciyyəvi quraşdırmanın vacibliyindən asılıdır. İEC 60071-1-dən təlimat alına bilər.
Bütün sınaq gərginlikləri fazadan torpağa doğru istiqamətlənib.
Um-in səciyyəvi qiyməti üçün Cədvəl 2-də verilən ən aşağı qiymətlər minimum sınaq gərginliyi səviyyələrini təqdim edir və başqa cürə qeyd olunmayanadək istifadə edilməlidir. Ümumilikdə Cədvəl 2- hər bir cərgədə qeyd olunan qiymətlər əlaqələndirilir. Əgər yalnız ildırım impulsu gərginliyi qeyd olunarsa, onda eyni cərgədə olan digər qiymətlərdən istifadə edilməlidir. İstehlakçı hər bir sınaq üçün səciyyəvi Um üçün minimaldan yüksək olan hər hansı qiyməti, əsasən əlaqələndirmə üçün standart qiymətləri müəyyən edə bilər, lakin Cədvəl 2-də qeyd olunan tək cərgədən qiymətlərin olması vacib deyil. Əgər daha yüksək səviyyələr müəyyən edilərsə, bu sorğuda və sifarişdə qeyd olunmalıdır.
Əgər xüsusi hallarda Cədvəl 2-də qeyd olunan minimal səviyyələr istehlakçı tərəfindən çox yüksək hesab edilərsə, onda Cədvəl 3-də qeyd olunan qiymətlərdən istifadə etmək olar. Əgər transformatorun gücündən artıq gərginlik şərtlərindən qaçmaq üçün xüsusi diqqət yetirilməlidirsə və ya artıq tədqiqatlar tamamlanmışdırsa və ya quraşdırmaya tətbiq edilən mövcud olma təcrübəsini təqdim etmək üçün qiymətlərdən istifadə olunarsa, onda Cədvəl 3-də qeyd olunan qiymətlərdən istifadə oluna bilər.
Qeyd: Transformatorun enerji ilə təmin edilməsi, kabelin uzaq sonluğunda və ya uzun xəttində olan zaman müəyyən quraşdırılma şərtləri tez-tez və təkrarlanan ola bilən artıq gərginliyə ciddi şəkildə məruz qalmağa gətirib çıxarda bilər. Belə olan halda daha yüksək sınaq gərginlikləri, ildırım impulsu, kommutasiya impulsu və fərdi hissələrə dair digər sınaqlar barədə istehsalçı ilə istehlakçı arasında razılığa gəlmək olar. Misal üçün Um <1,1 kV ilə sarğı 3,6 kV Um-ə müvafiq olan qiymətlərdə sınaq edilə bilər. Artıq gərginlik üçün xarakteristik olan səciyyəvi gərginlik vaxtı kifayət qədər əməliyyatı təmin etmək üçün tələb olunan növ və səviyyəyə dair qərar verən zaman vacib fikirdir.
Xüsusilə də Um = 36 kV-da və aşağı gərginlikdə kabelin kənarlaşdırılmış sonluq ilə avatomatik söndürücü açar ilə təmin olunan vakuum tipli transformatorun uğursuzluğuna dair məlumat verilir çünki, rezonans şərti təkrar yanmaya və təkrarlanan keçid proseslərinə səbəb ola bilər. Bəzi hallarda izolyasiya səviyyəsinin azaldılması kifayət edə bilməz və amortizator dövrəsi kimi digər üsullar nəzərə alına bilər. Əlavə məlumat IEEE C57.142:2010 və CIGRE 12-14 saylı hesabatda qeyd olunub.
Cədvəl 2–Sınaq gərginliyi səviyyələri (2-dən 1)
Sarğı avadanlığı üçün ən yüksək gərginlik
Tam dalğa-nın ildırım impulsu
Fasiləli dalğanın ildırım impulsu
Tətbiq edilən gərginlik və ya xətt terminalının AC davamlılığı
a Bu qiymətlər IEC 60071-1:2011-də Um-in səciyyəvi qiyməti üçün verilməyib, lakin onlar bəzi ölkələrdə ümumi təcrübədən keçdiyindən və ildırım impuls səviyyəsi üçün əlaqələndirilmiş qiymət təqdim etdiyindən bura daxildir.
Cədvəl 3–Xüsusi hallarda istifadə olunan gərginlik səviyyələri
Bu qiymətlər IEC 60071-1:2011-də Um-in səciyyəvi qiyməti üçün verilməyib, lakin onlar bəzi ölkələrdə ümumi təcrübədən kecdiyinə görə bura daxildir.
Bu qiymətlər xüsusi müzakirə tələb edir, IEC60071-1:2011-ə istinad edin.
7.2.3 Sınaq ardıcıllığı
Sınaqlar aşağıda verilən ardıcıllıqda icra edilməlidir:
a) ildırım impuls sınaqları (LI, LIC, LIN, LIMT);
b) kommutasiya impulsu (SI);
c) tətbiq edilən gərginlik sınağı (AV);
d) xətt terminalı AC-in davamlılıq sınağı (LTAC);
e) induksiya olunan gərginliyə davamlılıq sınağı (IVW);
f) qismən boşaltma ölçüsü ilə induksiya olunan gərginlik sınağı (IVPD).
Qeyd: Bu, hərtərəfli siyahıdır, səciyyəvi transformatora bütün sınaqların hamısı tətbiq edilmir.
İstehsalçı ilə istehlakçı arasında olan razılıq ilə kommutasiya impulsu sınağı ildırım impuls sınağından qabaq icra edilə bilər.
Əgər IVPD sınağı icra edilməlidirsə, onda IVPD son dielektrik sınaq olması istisna olmaqla istehsalçı ilə istehlakçı arasında olan razılıq əsasında sınaq ardıcıllığı dəyişilə bilər.
7.3 Səciyyəvi transformatorlar üçün sınaq tələbləri
7.3.1 Um ≤ 72,5 kV ilə transformator üçün sınaqlar
a) Tətbiq edilən gərginlik sınağı (AV)
Tətbiq edilən gərginlik transformatorun ayrıca sarğısı üzrə bənd 10-da verilən metoda müvafiq olaraq icra edilməlidir. Sınaq gərginlikləri Cədvəl 2-də qeyd olunub.
Qeyd: Um ≤ 72,5 kV olan transformatorların bu sınağın tələblərinə cavab verməsi üçün eyni formalı sarğı izolyasiyasına malik olması şərtdir.
b) İnduksiya olunan gərginliyə davamlılıq sınağı
İnduksiya olunan gərginliyə davamlılıq sınağı (2×Ur )/ sınaq gərginliyi ilə (fazadan torpağa) 11.2-də verilən metoda müvafiq olaraq icra edilməlidir. Əgər istehlakçı tərəfindən razılığa gəlinərsə, bu sınaq (2×Ur )/ gərginliyini artırmaqla İVPD ilə əvəz edilə bilər, bax: 7.3.1.3 a).
7.3.1.2 Sınaqların növləri
Tam dalğanın ildırım impulsu sınağı (LI)
Tam dalğanın ildırım impulsu sınağı 13.1 və 13.2-ci bəndlərdə qeyd olunan metoddan istifadə etməklə xətt terminallarında icra edilməlidir. Gərginliklər Cədvəl 2-də qeyd olunub.
7.3.1.3 Xüsusi sınaqlar
a) Qismən boşaltmanın ölçülməsi ilə induksiya olunan gərginlik sınağı (IVPD)
İstehlakçı tərəfindən müəyyən edilərsə, gərginlik səviyyəsini (1,8×Ur )/ -ə və gərginliyin PD ölçüsünü (1,58×Ur)/ -ə qaldırmaqla 11.3-də verilən metoda müvafiq olaraq sınaq aparılmalıdır. İstehlakçı tərəfindən qeyd olunan zaman alternativ daha yüksək gərginlik səviyyələrindən istifadə oluna bilər. Xüsusilə də ( ×Um)/ gərginliyi və gərginliyin PD ölçüsünü (1.5×Um)/ -ə artırmaqdan istifadə etmək olar.
Əgər (2×Ur)/ gərginlik səviyyəsinin artırılmasından istifadə olunarsa, bu sınaq adi qaydada induksiya olunan gərginliyə davamlılıq sınağı üçün əvəz edilə bilər.
PD gərginlik ölçüsünün daha qısa davamiyyəti barədə istehlakçı ilə istehsalçı arasında razılığa gəlinə bilər, 5 dəqiqə davamiyyət tövsiyə olunandır.
b) Fasiləli dalğalı ildırım impulsu sınağı (LIC)
İstehlakçı tərəfindən müəyyən edilən zaman tam dalğalı ildırım impulsu sınağı 13.1 və 13.3-də qeyd olunan metoda müvafiq olaraq fasiləli dalğalı ildırım impulsu sınağı ilə əvəz edilməlidir.
Qurtaracaqda impuls kəsiyinə daxil olan ildırım impuls sınağının genişləndirilməsi, transformator SF6 aralıq izalyatorları üçün maye vasitəsilə
GIS-ə (qaz izolyasiyalı kommutasiya aparaturasına) birbaşa birləşdirilən zaman və ya transformator əsas elektrik boşaldıcı ilə qorunan zaman xüsusi sınaq kimi tövsiyə olunandır.
c)Neytral terminal dair ildırım impulsu sınağı (LIN)
İstehlakçı tərəfindən müəyyən edilən zaman tam dalğalı ildırım impulsu sınağı 13.1 və 13.4-də qeyd olunan metoda müvafiq olaraq neytral terminala dair icra edilməlidir. Əgər neytral birbaşa olaraq xidmət zamanı torpağa birləşdirilməzsə, bu normal olaraq tətbiq edilir.
d) Eyni vaxtda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsları (LIMT)
Əgər istehlakçı tərəfindən müəyyən edilərsə, onda 13.1.4.3-də verilən sınaq birləşmələri ilə birlikdə 13.1-də verilən metoda müvafiq olaraq birliklə birləşdirilən iki və ya daha çox terminallar üzərində əlavə ildırım impuls sınağı icra edilməlidir. Əgər başqa cürə qeyd olunmazsa, onda qeyd edilmiş sınaq növü LI-dir.
7.3.2 72,5 kV <Um ≤ 170 kV ilə transformatorlar üzrə sınaqlar
a) Tam dalğalı ildırım impulsu sınağı (LI)
Tam dalğalı ildırım impuls sınağı bənd 13-də qeyd olunan metoddan istifadə etməklə xətt terminallarında icra edilməlidir. Sınağın gərginliyi Cədvəl 2-də qeyd olunub.
b) Tətbiq edilən gərginlik sınağı (AV)
Bənd 10-da qeyd olunan metoda müvafiq olaraq tətbiq edilən gərginlik sınağı transformatorun hər bir ayrıca sarğısında icra edilməlidir. Eyni formalı izolyasiyalı transformator üçün sınağın gərginliyi Cədvəl 2-də qeyd olunub. Eyni formalı olmayan izolyasiyalı transformatorlar üçün sınaq neytral terminal üçün olan sınaq gərginliyində icra edilməlidir, bax: 7.4.2.
c) İnduksiya olunan gərginliyə dayanıqlıq sınağı (IVW)
İnduksiya olunan gərginliyə dayanıqlıq sınağı (2×Ur)/√ 3 sınaq gərginliyi ilə (fazadan torpağa) 11.2-də qeyd olunan metoda müvafiq olaraq icra edilməlidir. Əgər istehlakçı tərəfindən razılığa gəlinərsə, onda bu sınaq artan gərginliklə (2× Ur)/√ 3, bax: e IVPD sınağı ilə əvəz edilə bilər.
d) Qeyri bərabər formada izolyasiya olunan transformatorlar üçün xətt terminalının AC dayanıqlıq cərəyanı sınağı (LTAC)
Eyni formalı olmayan izolyasiyalı sarğılar üçün bu sınaq bənd 12-də verilən metoddan istifadə etməklə Cədvəl 2-də qeyd olunan xətt terminalına tətbiq oluna bilən tətbiq edilmiş gərginlik üçün verilmiş sınaq səviyyəsində icra edilməlidir. Əgər istehlakçı ilə istehsalçı arasında əldə edilmiş razılıq ilə kommutasiya impulsu sınağı icra edilərsə, bu sınaq buraxıla bilər.
e) Qismən boşaldılmanın ölçülməsi ilə induksiya olunan gərginlik sınağı (İVPD)
Sınaq (1,8×Ur)/√ 3 gərginlik səviyyəsi və (1,58×Ur )/ PD ölçü gərginliyi ilə 11.3-də verilən metoda müvafiq olaraq icra edilməlidir. İstehlakçı tərəfindən qeyd olunan zaman daha yüksək gərginlik səviyyələrindən istifadə oluna bilər. Xüsusilə də ( ×Um)/√ 3 gərginliyin atması və (1.5×Um)/ gərginliyinin PD ölçüsündən istifadə edilə bilər.
Əgər (2×Ur )/√3 yüksəldilmiş gərginlik səviyyəsindən istifadə olunursa, onda bu sınaq adi qaydada induksiya edilmiş gərginliyə dayanıqlıq sınağı ilə əvəz edilə bilər.
7.3.2.2 Xüsusi sınaqlar
a) Kommutasiya impulsu sınağı (SI)
İstehlakçı tərəfindən qeyd olunan zaman bənd 14-dən istifadə etməklə kommutasiya impuls sınağı xətt terminallarında icra edilməlidir. Sınağın gərginliyi Cədvəl 2-də qeyd olunub. Əgər bu sınaq icra olunarsa, onda razılıq ilə Xətti Terminalın AC davamlılıq sınağı (LTAC) buraxıla bilər.
b) Fasiləli dalğalı ildırım impulsu sınağı (LIC)
İstehlakçı tərəfindən qeyd olunarsa, tam dalğalı ildırım impuls sınağı 13.1 və 13.3-də verilmiş metoda müvafiq olaraq fasiləli dalğalı ildırım impuls sınağı ilə əvəz edilməlidir. İldırım impulsu genişləndirilməsi maye şəkilli SF6 vasitəsilə birbaşa olaraq GİS-ə birləşdirilən və ya transformator oxlu elektrik boşaldıcısı ilə qorunan zaman xüsusi sınaq tövsiyə olunduğundan, quyruqda fasiləli impulsu daxil etmək üçün sınaqdan keçirir.
c) Xətt terminalı ilə AC gərginliyə davamlılıq sınağı (LTAC)
Əgər istehlakçı tərəfindən qeyd olunarsa, onda eyni formalı izolyasiyalı sarğılar üçün bu sınaq bənd 12-də qeyd olunan metoddan istifadə etməklə Cədvəl 2-də qeyd olunan xətt terminalına tətbiq edilmiş gərginlik sınağı üçün olan sınaq səviyyəsində icra edilməlidir.
d) Neytral terminala dair ildırım impulsu sınağı (LIN)
İstehlakçı tərəfindən müəyyən edilən zaman tam dalğalı ildırım impulsu sınağı 13.1 və 13.4-də qeyd olunan metoda müvafiq olaraq neytral terminal üzərində icra edilməlidir. Əgər neytral birbaşa olaraq xidmət zamanı torpağa birləşdirilməzsə, bu normal olaraq tətbiq edilir.
d) Eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsları (LIMT)
Əgər istehlakçı tərəfindən müəyyən edilərsə, onda 13.1.4.3-də verilən sınaq birləşmələri ilə birlikdə 13.1-də verilən metoda müvafiq olaraq birliklə birləşdirilən iki və ya daha çox terminallar üzərində əlavə ildırım impuls sınağı icra edilməlidir. Əgər başqa cürə qeyd olunmazsa, onda qeyd edilmiş sınaq növü LI-dir.
7.3.3 Um >170 kV ilə transformatorlar üzrə sınaqlar
a) Tam dalğalı ildırım impulsu sınağı (LI)
Tam dalğalı ildırım impuls sınağı bənd 13-də qeyd olunan metoddan istifadə etməklə xətt terminallarında icra edilməlidir. Sınaq gərginliyi Cədvəl 2-də qeyd olunub.
b) Kommutasiya impuls sınağı (SI)
Bənd 14-də qeyd olunan metoddan istifadə etməklə kommutasiya impulsu sınağı xətt terminalları üzərində aparılmalıdır. Sınaq gərginliyi Cədvəl 2-də qeyd olunub.
c) Tətbiq edilən gərginlik sınağı (AV)
Bənd 10-da qeyd olunan metoda müvafiq olaraq tətbiq edilən gərginlik sınağı transformatorun hər bir ayrıca sarğısında icra edilməlidir. Eyni formalı izolyasiyalı transformator üçün sınaq gərginliyi Cədvəl 2-də qeyd olunub. Eyni formalı olmayan izolyasiyalı transformatorlar üçün sınaq neytral terminal üçün olan sınaq gərginliyində icra edilməlidir, bax: 7.4.2.
d) İnduksiya olunan gərginliyə davamlılıq sınağı (IVW)
Gərginlik səviyyəsini (1,8×Ur)/ -ə və gərginliyin PD ölçüsünü (1,58×Ur)/ -ə qaldırmaqla 11.3-də verilən metoda müvafiq olaraq induksiya olunan gərginliyə davamlılıq sınağı icra edilməlidir. İstehlakçı tərəfindən qeyd olunan zaman daha yüksək alternativ gərginlik səviyyələrindən istifadə oluna bilər. Xüsusilə də ( ×Um)/ artan gərginliyi və (1.5×Um)/ gərginliyin PD ölçüsünü artırmaqdan istifadə etmək olar.
Qeyd: Üç fazalı transformatorlar üçün İPVD artırma səviyyəsində fazalar arasındakı gərginlik Cədvəl 2-də verilmiş fazadan torpağa olan AC gərginliyə davamlılıqdan daha yüksək ola bilər – Sınağın gərginlik səviyyələri.
7.3.3.2 Xüsusi sınaqlar
a) Neytral terminala dair ildırım impulsu sınağı (LIN)
İstehlakçı tərəfindən müəyyən edilən zaman tam dalğalı ildırım impulsu sınağı 13.1 və 13.4-də qeyd olunan metoda müvafiq olaraq neytral terminal üzərində icra edilməlidir. Əgər neytral birbaşa olaraq xidmət zamanı torpağa birləşdirilməzsə, bu, normal olaraq tətbiq edilir.
b) Xətt terminalı ilə AC gərginliyə davamlılıq sınağı (LTAC)
Əgər istehlakçı tərəfindən qeyd olunarsa, bu sınaq bənd 12-də qeyd olunan metoddan istifadə etməklə Cədvəl 2-də qeyd olunan xətt terminalına tətbiq edilmiş gərginlik sınağı üçün olan sınaq səviyyəsində icra edilməlidir.
Eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsları (LIMT)
Əgər istehlakçı tərəfindən müəyyən edilərsə, onda 13.1.4.3-də verilən sınaq birləşmələri ilə birlikdə 13.1-də verilən metoda müvafiq olaraq birliklə birləşdirilən iki və ya daha çox terminallar üzərində əlavə ildırım impuls sınağı icra edilməlidir. Əgər başqa cürə qeyd olunmazsa, onda qeyd edilmiş sınaq növü LIC-dir.
7.4 Təyin edilən Um və sarğının neytral terminalına sınaq gərginlikləri
7.4.1 Um ≤ 72,5 kV ilə transformatorlar
Neytral xətt terminalları üçün tətbiq edilən gərginlik sınaqdan keçirilməlidir. Əgər neytral terminala dair ildırım impulsu sınağı müəyyən edilərsə, onda sınağın səviyyəsi sorğu və sifarişdə qeyd olunmalıdır.
Qeyd: Um ≤ 72,5 kV olan transformatorların bu sınağın tələblərinə cavab verməsi üçün eyni formalı sarğı izolyasiyasına malik olması gözlənilir.
7.4.2 Um >72,5 kV ilə transformatorlar
7.4.2.1 Birbaşa olaraq torpaqlanan neytral terminal
Əgər neytral terminal xidmət zamanı daimi olaraq ya birbaşa, ya da cərəyan transformatoru vasitəsilə birləşmədə qəsdən əlavə edilmiş maneə olmadan torpağa birləşdirilməli olarsa, onda tətbiq edilmiş sınaq gərginliyi ən azı 38 kV (Um ≥ 17,5 kV) olmalıdır. Daha yüksək sınaq səviyyələri qeyd oluna bilər.
Neytral terminala dair heç bir impuls sınağı tövsiyə olunmur, lakin qeyd edilə bilər.
7.4.2.2 Birbaşa olaraq torpaqlanmayan neytral terminal
Um və neytral terminal üçün sınaq gərginlikləri barədə məlumat sorğu və sifariş zamanı istehlakçı tərəfindən verilməlidir. Neytralın Um-i neytral terminalın açıq saxlanılmaq üçün buraxılıb buraxılmadığı və ya vasitəsilə torpaqlanıb torpaqlanmadığından asılıdır (bax: Əlavə D). Um qiyməti və sınaq gərginlikləri Cədvəl 2-dən seçilməlidir. Heç bir halda Um 17.5 kV-dan az olmamalıdır. Əgər neytral terminal üzərində ildırım impulsu sınağı müəyyən edilərsə, onda sınaq səviyyəsi sorğu və ya sifarişdə qeyd olunmalıdır və neytral terminalın nominal impuls dözümlülük gərginliyi 13.4-də qeyd olunan sınaq ilə yoxlanılmalıdır. Neytral üzərində fasiləli dalğalı ildırım impulsu sınağı müvafiq deyil.
8 XİDMƏT GÖSTƏRMİŞ TRANSFORMATOR
ÜZƏRİNDƏ DİELEKTRİK SINAQLARI
Yeni transformator kimi (məsələn, transformatoru “ yeni ” kimi bərpası nəzərdə tutulmuş zəmanətli təmiri və ya tam yenidən sarınması və tam yeniləmə) eynilə bu stanadarta uyğun olaraq qəbul edilən hər hansı bir transformator, təmir və ya bərpa tamamlandıqdan sonra tələb olunan sınaq gərginliyi səviyyəsinin 100%-də transformator üçün bu standartda tələb olunan bütün sınaqlardan keçməlidir.
Funksionallığı bərpa olunmaq üçün təmir olunan (misal üçün qəzadan sonra uzun illər xidmət göstərən), lakin hələ də bu standarta cavab verən hər hansı transformator orijinal sınaq gərginliyi səviyyəsinin 80% -lə 100% arasında olan sınaq gərginliyində təmirini yoxlamaq üçün lazım olan, standartda qeyd olunan sınaqlardan keçməlidir. Ümumi təlimat kimi təmir olunan transformatorun hər hansı yeni hissəsi 100% sınaq olunmalıdır, lakin 80% əsl sınaq gərginliyi səviyyəsinə həmin istifadə olunan hissələr və ya komponentlər sonrakı istifadə üçün müvafiq olub olmamasını yoxlamaq üçün müvafiq sınaq gərginliyi səviyyəsi kimi baxılmalıdır. Yeni və köhnə hissələr eyni vaxtda sınaq olunan zaman sınaq gərginliyi səviyyəsinə dair razılığa nail olunmalıdır. İVPD sınağı 100% əsas sınaq gərginliyi səviyyəsində icra edilir. Sınaq şəraitindən asılı olaraq qismən boşaltma kriteriyası dəyişdirilmiş olmalıdır və bu da razılaşmanın predmeti olmalıdır.
9 ƏLAVƏ MƏFTİLİN İZOLYASİYASI (AuxW)
Əlavə gərginlik üçün məftil və nəzarət diaqramması torpaqda 1 dəqiqə ərzində 2 kV olan AC ayrıca mənbə sınağına məruz qalmalıdır. Əgər heç bir gərginlik azalmazsa və ya sınmanın digər əlaməti baş verməzsə, onda sınaq məqbul hesab edilir. Sınaq zavod əvəzinə sahədə icra edilən zaman transformator istehsalçı tərəfindən sahədə quraşdırılarsa, sınaq istehsalçının iş yerində icra edilməlidir. Zavodda 2kV sınağa məruz qalan daşınma üçün söndürülən və ya kənarlaşdırılan şəbəkə ya davamlı olaraq 2kV AC sınağından və ya 1 MΩ minimal ölçülən müqavimət ilə 1 kV DC (sabit cərəyan) izolyasiya müqavimətinin ölçüsündən istifadə etməklə sahədə montajdan sonra sınaq edilməlidir.
Cərəyan transformatorunun ikinci dərəcəli sarğısı üçün məftil 1 dəqiqə ərzində 2.5 kV AC-də sınaq edilməlidir. Sınaq istehsalçının iş yerində icra edilməlidir. Əgər cərəyan transformatorunun əyilmə nöqtəsinin gərginliyi 2kV AC-i ötüb keçərsə, onda sınaq 4 kV AC-də icra edilməlidir. Əgər heç bir gərginlik azalması və ya sınmanın digər əlaməti baş verməzsə, onda sınaq məqbul hesab edilir.
Motorlar və əlavə avadanlıq üçün olan digər aparatlar müvafiq İEC standartına uyğun olaraq izolyasiyaya dair tələblərə cavab verməlidir (ümumilikdə təkcə məftil üçün qeyd olunan qiymətdən aşağı olan və bəzən isə dövrələri sınaq etmək üçün aralanması lazım olan). Bütün bərk formalı və mikroprosessor əsaslı qurğular sınaq dövrəsindən çıxarılmalıdır. Bütün üç fazanın gərginlik altındakı releləri və çıxardıla bilən tipli qurğular sınaq dövrəsindən çıxarılmalıdır.
Qeyd: Enerji verilməmişdən qabaq 1 dəqiqə ərzində sahədə 1 kV DC-də bütün əlavə məftillərin yoxlanılması normal deyil.
10 TƏTBİQ OLUNAN GƏRGİNLİK SINAĞI (AV)
Sınaq dövrədə olan transformatorun hər bir ayrıca sarğısında aparılmalıdır.
Tam sınaq gərginliyi birgə olaraq birləşdirilmiş sınaq altında sarğının bütün terminalları ilə yerdə qalan sarğıların, özək, çərçivə və çənin və ya transformatorun üzlüyünün bütün terminalları arasında 60 saniyə ərzində tətbiq edilməlidir
Sınaq nominal tezliyin 80%-dən az olmayaraq sinusoidal tək fazalı dəyişkən gərginlik ilə icra edilməlidir. Gərginliyin pik nöqtəsi ölçülməlidir. -yə bölünmüş pik qiymət sınaq qiymətinə bərabər olmalıdır.
Qeyd: √2-yə bölünmüş pik qiymətin dalğa formasının orta kavadratik qiymətindən təqribən 5%-dən çox fərqlənmədiyi, lakin daha geniş yayınmaların qəbul olunan biləcəyi mənası verən sinusoidal qəbul edilə bilər (bax: IEC 60060-1).
Sınaq müəyyən edilmiş sınaq qiymətinin üçdə birindən daha böyük olmayan gərginlikdə başlamalı və ölçülməyə uyğun kifayət qədər sınağın qiymətinə çatmaq üçün gərginlik sürətlə qalxmalıdır. Sınağın sonunda gərginlik söndürməmişdən qabaq sınaq qiymətinin üçdə birindən az olaraq azalmalıdır.
Əgər heç bir gərginlik azalmazsa və ya sınmanın digər əlaməti baş verməzsə, onda sınaq məqbul hesab edilir.
Eyni formalı olmayan izolyasiyalı sarğılar üçün sınaq neytral terminal üçün müəyyən edilmiş sınaq gərginliyi ilə icra edilməlidir.
Müxtəlif Um qiymətinə malik olan sarğılar birlikdə transformatora (adətən avtomatik transformatorlar) birləşdirilən zaman sınaq gərginlikləri ümumi neytral izolyasiyası və onun təyin edilmiş Um-i tərəfindən müəyyən edilməlidir.
11 İNDUKSİYA OLUNAN GƏRGİNLİK SINAQLARI (IVW VƏ IVPD)
Sınaq mövcud olan neytral terminallar və torpaqlanan, xidmətdə olan hər hansı digər terminallar ilə icra edilməlidir. Üç fazalı transformatorlar üçün simmetrik üçfazalı sınaq gərginliyindən istifadə olunmalıdır. Sınaq təchizatına qoşulmayan hər hansı xətt terminalları açıq buraxılmalıdır.
Qeyd: Heç bir neytral birləşməsi olmadan gərginlik induksiya olunan zaman sarğının hər bir terminalında torpaqla əlaqədar olan gərginliklər torpaq və digər sarğıların gücündən asılı olmalıdır. Sınaq zamanı torpağa olan xətt terminallarının qığılcımlı artıq gərginliyi sarğının digər sonunda yaranan, tətbiq edilmiş gərginlik səviyyəsinin artması ilə nəticələnə bilər. Bu mümkünlüyü nəzərə almaq üçün müvafiq ehtiyat tədbirləri tələb oluna bilər.
Sınaq zamanı gərginlikdə dəyişiklik olmadan sarğı üçün müvafiq olan sınaq gərginliyi dövrələr ilə fazalar arasında gərginliklər gərginlik ilə nominal gərginlik arasındakı kimi eyni nisbətə malik olmaq üçün sarğının terminallarında peyda olmalıdır. Gərginlik ya ən yüksək gərginlik terminallarında ölçülməli, ya da bu praktik olmayan zaman gərginlik təchizata qoşulmuş transformatorun terminallarında ölçülməlidir.
Birləşmələri olan transformatorlar üçün sınaq istehlakçı tərəfindən başqa cürə qeyd olunmayanadək əsas tıxac üzərində icra edilməlidir.
Əgər istehlakçı bu bənddə qeyd olunan gərginliyə nisbətən yüksək olan sarğıların daha aşağı gərginliyi üçün səciyyəvi sınaq gərginliyini tələb edərsə, onda bu aydın şəkildə sorğuda və tenderdə qeyd edilməli, sınaq metoduna və nəticədə qeyd olunan sınaq gərginliklərini ötüb keçə bilən daha yüksək gərginlikli sarğılarda peyda olacaq sınaq gərginliklərinə dair razılıq əldə edilməlidir.
Sınaq xidmət zamanı təsir oluna bilən transformator ilə icra edilməlidir. Gərginlik hər hansı sarğı və ya xüsusi sarğı və ya sınaq məqsədilə təmin edilən
tıxaclardan induksiya oluna bilər.
Transformatorun bir sarğısının terminallarına dəyişən gərginlik tətbiq edilməlidir. Gərginliyin forması mümkün qədər sinusoidal olmalı və onun tezliyi sınaq zamanı artıq maqnitləşmə cərəyanından yayınmaq üçün nominal tezlikdən kifayət qədər yuxarı olmalıdır.
IEC 60060-1 –də qeyd olunduğu kimi -ə bölünən pik qiymət və induksiya olunan sınaq gərginliyinin orta kavadratik qiyməti ölçülməli və -ə bölünmüş pik qiymətin və orta kavadratik qiymətinin daha aşağı sınaq qiyməti kimi qəbul edilməlidir.
11.2 İnduksiya edilən gərginliyə davamlılıq sınağı (IVW)
Sınaq müddəti hər hansı sınaq tezliyi üçün 60 saniyə olmalı və başqa cürə qeyd olunanadək buraya nominal tezliyin ikiqatı daxil edilir. Sınağın tezliyi nominal tezliyin iki qatını ötən zaman saniyələrlə ifadə olunan sınaq müddəti aşağıdakı kimi olmalıdır:
Sınaq müəyyən edilmiş sınaq qiymətinin üçdə birindən böyük olmadığı gərginlikdə başlamalı və gərginlik ölçüyə müvafiq olaraq mümkün qədər sürətlə sınaq qiymətinə kimi artmalıdır.
Sınağın sonunda gərginlik söndürülməmişdən qabaq sınaq qiymətinin üçdə birindən az olaraq azalmalıdır.
Əgər heç bir gərginlik azalmazsa və ya sınmanın digər əlaməti baş verməzsə, onda sınaq məqbul hesab edilir.
11.3 Qismən boşaltmanın ölçülməsi ilə induksiya edilən gərginlik sınağı (IVPD)
Əgər istehlakçı tərəfindən vtulkanın xüsusi növü qeyd olunarsa, onda sınaqda transformatorun qismən boşaldılmasının dəqiqliklə qarşısını alacaq qismən boşaltma səviyyəsinin olması gözlənilir və transformatoru sınaq edən zaman qismən boşaltmanın sərbəst növü üçün vtulkaları mübadilə etməyə yol verilir.
11.3.2 Sınağın müddəti və tezlik
Yüksəltmə gərginliyində sınaq müddəti Um ≤ 800 kV olan zaman 60 saniyə və Um > 800 kV olan zaman 30 saniyə olmalıdır və bu zaman başqa cürə qeyd olunanadək buraya nominal tezliyin ikiqatı daxil edilir. Sınağın tezliyi nominal tezliyin iki qatını ötəndə saniyələrlə ifadə olunan sınaq müddəti aşağıdakı kimi olmalıdır:
Yüksəltmə səviyyəsini istisna etməklə sınağın müddəti sınaq tezliyindən asılı olmamalıdır
11.3.3 Sınaq ardıcıllığı
Sınaq ardıcıllığı aşağıdakı kimi olmalıdır:
a) Gərginlik (0,4×Ur)/ -dən yüksək olmayan gərginlikdə yandırılmalıdır.
b) Gərginlik (0,4 × Ur )/ -ə kimi qaldırılmalı və PD ölçüsü aparılmalı və qeyd olunmalıdır.
c) Gərginlik (1,2 × Ur )/ -ə kimi qaldırılmalı və 1 dəqiqə minimal müddət ərzində və stabil PD ölçüsünü aparmaq üçün kifayət qədər saxlanılmalıdır.
d) PD səviyyəsi ölçülməli və qeyd olunmalıdır.
e) Gərginlik bir saat PD ölçü gərginliyinə kimi qaldırılmalı və 5 dəqiqə minimal müddət ərzində və stabil PD ölçüsünü aparmaq üçün kifayət qədər saxlanılmalıdır.
f) PD səviyyəsi ölçülməli və qeyd olunmalıdır.
g) Gərginlik yüksəltmə gərginliyinə kimi qaldırılmalı və 11.3.2-də qeyd olunan sınaq müddəti üçün saxlanılmalıdır.
h) Sınaq müddətindən dərhal sonra gərginlik fasilə vermədən 1 saat PD ölçü gərginliyənədək azaldılmalıdır.
i) PD səviyyəsi ölçülməli və qeyd olunmalıdır.
j) Gərginlik PD ölçüsündən sonra ən azı 1 saat ərzində PD ölçüsündə saxlanılmalıdır.
k) 1 saat ərzində hər 5 dəqiqədən bir PD səviyyəsi ölçülməli və qeyd olunmalıdır.
l) Bir saat ərzində aparılan son PD ölçüsündən sonra gərginlik (1,2 × Ur )√3-dək azaldılmalı və minimal 1 dəqiqə müddət ərzində və stabil PD ölçüsünü aparmaq üçün kifayət qədər saxlanılmalıdır.
m) PD səviyyəsi ölçülməli və qeyd olunmalıdır.
n) Gərginlik (0,4 × Ur )√3 -ə kimi azaldılmalı, PD ölçüsü aparılmalı və qeyd olunmalıdır.
o) Gərginlik (0,4 × Ur )√3-dən aşağı olan qiymətə kimi azaldılmalıdır.
p) Gərginlik söndürülməlidir.
Sınağın davam etdiyi müddət ərzində ən azı bir ölçü kanalında qismən boşaltma səviyyəsi davamlı olaraq müşahidə edilməlidir.
Sınağın ardıcıllığı ərzində sınaq meyarlar yerinə yetirilmədiyi təqdirdə sınaq nəticəsinin qiymətləndirilməsinə yardım etmək üçün hər hansı əhəmiyyətli PD aktivliyinin başlanma və sönmə gərginlikləri qeyd olunmalıdır.
Qeyd: Həmçinin qiymətləndirməyə yardım etmək üçün hər hansı əhəmiyyətli PD aktivliyinin nümunəsinin (fazanın küncü, zahiri yükləmə və say) qeyd olunması faydalı ola bilər.
Yüksəltmə gərginliyinin səviyyəsi və bir saatlıq PD ölçüsü transformatorun Um-dən asılı olaraq 7.3.1.3, 7.3.2.1 və 7.3.3.1-də verilib.
Sınağın ardıcıllığının əsas xüsusiyyətləri 1-ci şəkildə qeyd olunub.
Şəkil 1 – Qismən boşaltma ölçüsü ilə (IVPD) induksiya olunan gərginlik sınağı üçün sınaq gərginliyinin tətbiqi üçün sınaq ardıcıllığı
Qeyd: Yüksəltmə gərginliyinin səviyyəsi və bir saatlıq PD ölçüsü 7.3.1.3, 7.3.2.1 və 7.3.3.1-də verilib
11.3.4 Qismən boşaltma (PD) ölçüləri
Qismən boşaltma IEC 60270-ə müvafiq olan metodla ölçülməlidir.
Əlaqəli vtulka və birləşdirməni daxil etməklə hər bir PD ölçü kanalı IEC 60270-də qeyd olunan metoda müvafiq olaraq görünən dəyişikliklərə (pC) nəzərən kalibrlənməlidir.
PD ölçüsü pC-də verilməli və ölçü aləti tərəfindən qeyd olunan ən yüksək stasionar təkrarlanan impulslara istinad edilməlidir.
Yüksək qismən boşaltma səviyyəsinin təsadüfi peyda olmasına fikir verilməyə də bilər.
Ardıcıllıqda hər bir tələb olunan PD ölçüsü mərhələsi üçün PD ölçüləri sınaq zamanı Um ≥ 72,5 kV ilə vtulkalar ilə təchiz olunan xətt terminallarının hamısında aparılmalı və qeyd olunmalıdır, lakin əgər belə terminalların sayı altıdan çoxdursa, onda başqa cür qeyd olunanadək yalnız altı ölçü aparılmalıdır (ən yüksək gərginlik terminallarının hər birində bir dənə).
Qeyd: Um ≥ 72,5 kV ilə vtulkalar IEC 60137-ə müvafiq olaraq ölçü üçün istifadə oluna bilən birləşmələr ilə təchiz edilir və əgər bu sınaq Um < 72,5 kV ilə transformatorlar üçün xüsusi sınaq kimi qeyd olunarsa onda ölçü metodu barədə istehlakçı ilə istehsalçı arasında razılıq əldə edilməlidir.
11.3.5 Sınağın qəbul meyarı
Sınaq yalnız ölçülmüş (PD) səviyyəsi sınağın başlanğıcında və sonunda 50 pC-i keçmədiyi zaman etibarlı hesab edilir. Şuntlu reaktorlar üzərindən aparılan sınaqlar üçün 100 pC-ə kimi (PD) səviyyəsi qəbul edilə bilər.
Qeyd: Şuntlu reaktorlar üçün yüksək fon səviyyəsi sınağın təchizatının süzgəcdən keçirilıməsi səbəbindən, yüksək cərəyan və yüksək gərginlik tələb edilən yerlərdə mümkün olmaya bilər.
Aşağıdakı meyarlardan birinə cavab verildiyi zaman sınaq uğurlu hesab edilir:
a) sınağın gərginliyində heç bir zəifləmə baş vermirsə;
b) bir saatlıq müddət ərzində qeydə alınan (PD) səviyyəsinin heç biri 250 PC-i ötüb keçmirsə;
c) bir saatlıq müddət ərzində qeydə alınan (PD) səviyyəsində hər hansı qalxma meyli və ya sınağın son 20 dəqiqəsi ərzində səviyyədə davamlı qalxma görünmürsə;
d) bir saatlıq müddət ərzində ölçülən (PD) səviyyəsi 50pC-dən çox artmırsa;
e) bir saatlıq müddətdən sonra (1,2 × Ur ) gərginlik səviyyəsində ölçülən PD səviyyəsi 100pC-i ötmürsə.
Əgər c) və ya d) meyarına cavab verilməzsə, onda bir saatlıq müddət uzadıla bilər və onda onlar bir saatlıq müddət ərzində icra edilən zaman bu meyarlara cavab verilmiş hesab edilir. Heç bir sınma baş verməyənədək və uzun müddət ərzində yüksək dərəcədə boşaltma saxlanılanadək sınaq məhvedici hesab edilmir. Qismən boşalmanın qəbul meyarına cavab verən müvəffəqiyyətsizlik bu səbəblə dərhal imtinaya zəmanət vermir, lakin sonrakı tədqiqatlar barədə istehlakçı ilə istehsalçı arasında məsləhətləşməyə gətirib çıxardır. Bu prosedurlara dair təkliflər Əlavə A-da qeyd olunub.
12 XƏTT TERMİNALI AC-in DAVAMLILIQ
Sınaq elə təşkil edilməlidir ki, sınaq gərginliyi sınaq edilmiş terminal ilə torpaq arasında peyda olsun. Sınaq edilmiş sarğının hər bir faza terminalı sınaq edilməlidir. Sınaq müddəti, tezliyi və gərginliyin tətbiqi induksiya edilmiş gərginliyə davamlılıq sınağı üçün olan kimi verilməlidir, bax: 11.2.
Tıxaclı transformator və eyni formalı olmayan izolyasiya olunan daha aşağı gərginlikli sarğı üçün sınaq üçün tıxacın vəziyyəti elə seçilməlidir ki, tələb olunan sınaq gərginliyi ən yüksək gərginlikli sarğı terminallarında olan zaman daha aşağı gərginlik sarğı terminallarında peyda olan gərginlik tələb olunan sınaq qiymətinə mümkün qədər yaxın olmalıdır. Tətbiq edilən gərginlik sınağından asılı olan eyni formalı izolyasiya edilmiş daha aşağı gərginlikli sarğılı transformatorlar üçün tıxac vəziyyəti istehsalçı tərəfindən seçilə bilər.
Əgər heç bir gərginlik azalmazsa sınaq məqbul hesab edilir.
Qeyd: Bu sınaq yalnız torpağa izolyasiya edilmiş eyni formalı olmayan hər bir xətt terminalı üçün dayanıqlı sınaq kimi nəzərdə tutulur, bu, sınağın təşkil edilməsi müvafiq yolla icra edilə bilməsi üçün, misal üçün növbədən növbəyə gərginliyi azaltmaq üçün neytralda gərginlik ilə fazadan fazaya sınaq etmək üçün nəzərdə tutulmayıb və sınaq normal olaraq üç tək fazalı sınaq kimi icra edilməlidir. Normal şərait altında kommutasiya impuls sınağı bu sınağın məqsədini tam əhatə edir. Əgər istehlakçı tərəfindən tələb edilərsə, onda sınaq zamanı qismən boşaltmanın ölçüləri icra edilə bilər.
13 İLDIRIM İMPULSU SINAQLARI
13.1 Bütün ildırım impulsu sınaqlarına dair tələblər
İmpuls sınaqları ilə əlaqədar olan ümumi izahatlar və sınaq cərəyanına dair tələblər IEC 60060-1-də verilib. Sənaye sınaqları ilə əlaqəli olan terminlərin ümumi izahatları və təsdiq edilmiş ölçü qurğularına dair adi yoxlamalar IEC 60060-2-də verilib. Daha artıq məlumat isə IEC 60076-4-də verilib.
Mayeyə batırılan transformatorlar üçün sınaq gərginliyi normal olaraq mənfi polyarlığa malikdir, çünki bu, sınaq dövrəsindən xarici qısa qapanma riskini azalda bilər. Bir də, impulsların bir çoxu və ya hamısı istehlakçı tərəfindən müsbət ziddiyyət kimi müəyyən edilə bilər. Əgər istehlakçı tərəfindən müsbət impulslar tələb olunarsa, onda bu, sorğu və sifarişdə qeyd olunmalıdır. Əgər impuls ziddiyyətlərinin qarışığından istifadə olunarsa, onda əlavə istinad impulsları tələb olunacaq və istehlakçı ilə istehsalçı arasında sınağın nəticələrinə dair razılığa gəlinməlidir.
Əks ziddiyyətli impuls tətbiq edilməmişdən qabaq hər hansı qalıq yükünün dağılmasına yol vermək üçün kifayət qədər vaxt verilməlidir.
13.1.2 Tıxacın vəziyyətləri
Əgər tıxac ± 5 % və ya daha az dəyişilərsə və transformatorun nominal gücü ≤ 2 500 kVA olarsa, onda ildırım impulsu sınağı əsas tıxaca birləşdirilmiş transformator ilə aparılmalıdır.
Əgər tıxac norması ± 5 %-dən çox olarsa və ya transformatorun nominal gücü > 2 500 kVA olarsa, onda başqa cür qeyd olunana qədər iki axırıncı tıxaclardan və əsas tıxacdan istifadə edilməlidir, üçfazalı transformatorun üç fərdi fazalarının hər biri üçün bir tıxac və ya üç tək fazalı transformatorlar üçfaza əmələ gətirmək üçün hazırlanıb.
Alternativ olaraq əgər istehlakçı tərəfindən müəyyən edilərsə və birfazalı transformator və ya çoxlu sayda tıxac dəyişdiricilər kimi xüsusi hallarda və ya tıxacın diapazonu simmetrik olmayan zaman ən yüksək daxili gərginlik verən (ya hesablanma ilə, ya da aşağı gərginlikli impuls ölçülərini icra etməklə müəyyən edilir,) tıxacın vəziyyətindən istifadə edilməlidir.
Əgər fərqli tıxac vəziyyətləri izolyasiyanın müxtəlif hissələrində ən yüksək daxili gərginliyi verərsə, onda razılaşma ilə üçfazalı transformatorun hər bir fazasında bir ədəd olmaqla həmin fərqli tıxac vəziyyətləri sınaqdan keçirilə bilər.
Qeyd: Zidd növlü tıxac sarğısını tıxac vəziyyətində qalxma və düşmə vəziyyətləri arasında fərqə xüsusi diqqət yetirilməlidir.
Kobud-incə tıxac sarğısı olan zaman əgər qolun dəyişdirici açarı transformator səciyyəvi tıxac vəziyyətində sınaqdan keçirilsə, belə istifadə edilə biləcək qeyri xətti element ilə təmin edilərsə, onda alternativ tıxac vəziyyəti seçilə bilər. Təlimatlar IEC 60076-4-də verilib.
13.1.3 Sınaqların qeydləri
Tətbiq edilən sınaq gərginliyi IEC 60060-2-yə müvafiq olaraq ölçü sistemindən istifadə etməklə qeydə alınmalıdır. Əldə edilən qeydlər tətbiq edilən gərginlik impulsu formasını (impulsun qalxma vaxtı, yarı vaxt qiyməti və amplituda) göstərir.
Qeydə alınan əyri və qeydə alınan əyrinin son qiyməti (IEC 60060-1-də qeyd olunduğu kimi) sınaq qeydində təqdim edilməlidir.
Sınaq gərginliyinin qiyməti (hər hansı bir süzgəcdən keçirilmə və ya düzəliş tətbiq etdikdən sonra, Ut,bax: IEC 60060-1) barədə sınağın qeydlərində məlumat verilməlidir.
Ən azı daha çox ölçü kanalından istifadə edilməlidir. Bir çox hallarda sınaq edilmiş sarğıdan torpağa axan cərəyan (neytral cərəyan) və ya həcmli zond cərəyanı, yəni cərəyan sınaq edilməmiş və qısaldılmış sarğıya ötürülən zaman ossiloqram səhv göstərişə görə ən yaxşı həssaslığa malik olmalıdır. Çəndən torpağa axan cərəyan və ya sınaq edilməmiş sarğıda ötürülmüş cərəyan alternativ olaraq müvafiq ölçü kəmiyyətinin nümunələridir. Seçilmiş aşkarlama metodu barədə istehlakçı ilə istehsalçı arasında razılıq əldə edilməlidir.
Müvafiq müddətə nasazlıqların aşkar edilməsinə dair əlavə tövsiyələr və s. IEC 60076-4-də verilib.
13.1.4 Sınaq birləşmələri
13.1.4.1 Xətt terminallarına dair sınaqlar zamanı sınaq birləşmələri
İmpuls sınaq ardıcıllığı sınaq edilən sarğının xətt terminalının hər birinə ardıcıllıqla tətbiq edilir. Transformatorun digər xətt terminalları birbaşa olaraq torpaqlanmalıdır. Müqavimət birləşdirilmiş xəttin dalğalı müqavimətini (əgər qiymət istehlakçı tərəfindən qeyd olunarsa) və ya 400 Ω-u ötüb keçməməlidir. Bütün hallarda digər xətt terminallarında impuls sınağı zamanı peyda olan gərginlik onların ulduz ilə birləşdirilən sarğılarının nominal ildırım impulsuna davamlılıq gərginliyinin 75%-dən və ya delta ilə birləşdirilən sarğının 50%-dən çox olmamalıdır. Hər bir terminalda müqavimətin ən aşağı qiymətindən istifadə edilməlidir.
Əgər sarğı neytral terminala malik olarsa, onda neytral cərəyan ölçü cihazı kimi ya birbaşa, ya da kiçik müqavimət vasitəsilə torpaqlanmalıdır. Çən torpaqlanmalıdır. Əgər tələb olunarsa, neytral ilə torpaq arasında rezistordan istifadə etmədən dalğa formalı əldə edilə bilməzsə, onda əlavə tamamlayıcı impuls sınağının nəticəsi tətbiq edilməlidir. Bu zaman birinci impuls sınağının ardıcıllığı rezistor olmadan tam gərginlikdə sarğını sınaq edir, lakin tələb olunan dalğa formasına nail olunmaya bilər və rezistor ilə ikinci ardıcıllıqda dalğa formasına nail olur. Tələb olunan zaman fasiləli dalğa ikinci ardıcıllıqda təkrarlanmayacaq.
Transformator impuls sınağı zamanı daxili hissələrdə gərginliyi məhdudlaşdıracaq atmosfer gərginliklərindən qorunmaq üçün elektrik boşaldıcısı kimi qeyri xətti elementlər ilə quraşdırılan zaman 13.2.3 tətbiq edilməlidir. Xidmət şəraitində mövcud olan hər hansı daxili qeyri xətti elementlər sınaq zamanı da mövcud olmalıdır. Xarici qeyri xətti elementlər və digər xarici gərginliyə nəzarət elementləri sınaq üçün ayrılmalıdır.
İmpuls cərəyanı və ölçü birləşmələri istinad və tam gərginlik sınaqları zamanı dəyişilməz qalmalıdır.
Bu əsas prosedurdan olan istisnalar 13.3.2 və 13.3.3-də verilib.
Qeyd: Əgər istehlakçı tərəfindən Um ≤ 1,1 kV ilə LV sarğısına dair impuls sınağı tələb olunarsa, onda bu normal olaraq daha yüksək, torpaqlanmış gərginlik terminalları ilə birlikdə birləşdirilmiş LV terminallarının hamısına tətbiq edilir.
13.1.4.2 Neytralda ildırım impulsları üçün sınaq birləşmələri
İldırım impulsları bütün digər torpaqlanmış terminallar ilə birlikdə neytrala tətbiq edilir.
Transformator impuls sınağı zamanı daxili hissələrdə gərginliyi məhdudlaşdıracaq atmosfer gərginliklərindən qorumaq üçün elektrik boşaldıcısı kimi qeyri xətti elementlər ilə quraşdırılan zaman 13.2.3 tətbiq edilməlidir. Xidmət şəraitində mövcud olan hər hansı daxili qeyri xətti elementlər sınaq zamanı da mövcud olmalıdır. Xarici qeyri xətti elementlər və digər xarici gərginliyə nəzarət elementləri sınaq üçün ayrılmalıdır.
Əgər istehlakçı ilə istehsalçı arasında başqa cürə razılığa gəlməyənədək sarğının neytral sonuna yaxın yerdə tıxacla təmin edilmiş sarğıya malik olan transformatorlar üçün maksimum fırlanma nisbəti ilə tıxacın birləşməsi impuls sınağı üçün seçilməlidir.
İmpuls cərəyanı və ölçü birləşmələri istinad və tam gərginlik sınaqları zamanı dəyişilməz qalmalıdır.
13.1.4.3 Eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsları üçün sınaq birləşmələri (LIMT)
İstehlakçı bu sınaq üçün birlikdə birləşdirilməli olan terminalları qeyd etməlidir.
İldırım impulsları eyni zamanda torpaqlanmış digər terminallar ilə birlikdə birləşdirimiş xətt terminallarına tətbiq edilməlidir. Sınaq səviyyələri və sınağın təşkilinin detalları barədə razılığa gəlinməlidir. Sınaq hər bir fazada icra edilməlidir.
Qeyd: Bu sınaq zamanı sarğı daxilində peyda olan gərginliklər sınaq zamanı terminal gərginliklərini ötüb keçməlidir.
13.2 Tam dalğalı ildırım impulsu sınağı (LI)
13.2.1 Dalğa forması, sınaq gərginliyinin qiyməti və davamlılıq
Sınaq impulsu tam standart ildırım impulsu olmalıdır: 1,2 ± 30 % / 50 μs ± 20 %.
Sınaq gərginliyi qiyməti IEC 60060-1-də qeyd olunan sınaq gərginliyi qiyməti kimi olmalıdır (sınaq gərginliyi funksiyası tətbiq ediləndən sonra). Əgər maksimal nisbi araboşluqların ölçüsü 5% və ya daha azdırsa, onda sınaq gərginliyi qiyməti IEC 60060-1-də qeyd edildiyi kimi ekstremal qiymət kimi qəbul edilə bilər.
Sınaq gərginliyi qiymətində davamlılıq ± 3 %-dir.
İstehsalçının transformatorun səciyyəvi kombinasiyası və qiymətləndirmə mərhələsində sınaq avadanlığı üçün yol verilən hədd daxilində dalğa formasına nail olmaq üçün istehsalçının sınaq avadanlığının dəqiqliyini qiymətləndirilməsi və tələblərin təmin olunması kimi gözləntisi olması vacibdir. Transformatorun xarakteristikası səbəbiylə və aşağıdakı bəndlərdə yol verilən dalğa formasının dəyişikliklərinin tətbiq olunmalı olduğundan istehsalçının dalğa formasıyla qarşılaşmaq ehtimalının mümkün olmadığı hesab etdiyi hallarda bu təklifdə aydın şəkildə qeyd edilməlidir. İmpuls generatorunun səmərəli enerjisinin qiyməti tələb olduqda istehlakçıya verilə bilər.
Qeyd: Transformatorda impuls sınağı zamanı impuls kəsiyinin vaxtını (50 μs) ödəmək üçün tələb olunan minimum impuls generatoru enerjisi aşağıdakı tənlikdən istifadə etməklə qiymətləndirilə bilər (bu tənlik yalnız göstəricidir və tələb olunan enerjini düzgün qiymətləndirməyə də bilər. Əgər mövcud olarsa, oxşar transformatorların əvvəlki sınaq təcrübəsindən olan məlumatdan istifadə etmək olar):
Emin- Coulla ifadə olunan impuls generatorundan tələb olunan minimal enerjidir
f- transformatorun hers ilə ifadə olunan nominal tezliyidir;
t2- saniyələrlə ifadə olunan quyruq vaxtıdır; t2 bərabərdir 50 × 10 s;
z -impuls terminalından olan % ilə ifadə olunan qısa dövrədir, bax: IEC 60076-1;
U- voltlarla ifadə olunan sarğının nominal gərginliyidir, fazalar arası;
ULI- sınaq edilən sarğının volt ilə ifadə olunan ildırım impulsu sınağının gərginliyidir;
η- ədəd üzrə impuls generatorunun effektivliyidir; η = 1,0;
Sr-volt-amperlə ifadə olunan “z” maneəsinin müəyyən edildiyi üç fazalı enerji normasıdır.
Əgər standart impuls forması aşağı sarğı induksiyası və ya torpağa yüksək tutum və ya müvafiq böyüklüyün 5%-i ötüb keçməsi üçün nəticədə alınan impuls forması titrəyişli olması ilə əlaqədar olaraq müvafiq şəkildə əldə edilə bilmədiyindən standart impuls forması müvafiq şəkildə əldə edilə bilməz və fasiləli dalğalı ildırım impulsu sınağı əldə ediləcək və öncəki vaxtı qaldırıla bilər. Bütün hallarda Um ≤ 800 kV ilə öncəki vaxt 2,5 μs-i ötüb keçməməlidir. Əgər tam dalğa gərginliyi səviyyəsində nisbi tullanma ölçüsü 5%-i ötüb keçərsə, onda IEC 60060-1-ə müvafiq olaraq sınaq gərginliyi qiymətini təyin etmək üçün sınaq gərginliyi funksiyası tətbiq edilməlidir. Bu qiymətdən asılı olmayaraq ildırım impulsunun parametrlərinin qiymətləndirilməsinə IEC 60060-1-in Əlavə B-nin tələblərinin tətbiq edilməsi üçün yol verilə bilər.
Qeyd: Bu hal 5%-dən çox həddi keçməsi ilə iki mübarizə metodunu verir. Öncəki vaxt çoxala bilər, lakin əgər 1,2 μs + 30 % artıq keçə bilərsə, onda fasiləli dalğalardan yüksək tezlikli sınağı təmin etmək tələb olunur. Alternativ olaraq və ya əlavə olaraq impulsun pik gərginliyi (qeyd olunan əyrinin maksimum qiyməti) IEC 60060-1-ə müvafiq olaraq amplituda 5%-i ötüb keçən zaman artırsa və vibrasiya tezliyi 100 kHz-dən daha yüksək olan zaman sınaq gərginliyi funksiyasının tətbiqi ilə artır.
Um > 800 kV-lu transformatorlar üçün torpağa olan yüksək müqavimət ilə əlaqədar olaraq 2,5 μs-dən az olan öncəki vaxtına müvafiq şəkildə nail oluna bilməyən hallar ola bilər. Bu hallarda daha uzun öncəki vaxtı istehlakçı və istehsalçı arasında olan razılıq ilə qəbul edilə bilər.
Əgər minimal impuls kəsiyi vaxtına nail olunmazsa, onda istehsalçı ilə istehlakçı arasında olan razılıq üzrə daha qısa impuls kəsimi vaxtına nail olmaq olar, lakin sınaq gərginliyi hər bir 2 μs üçün 1% artmalıdır və impuls kəsiyi vaxtı 40 μs-dir. Minimum yol verilən impuls kəsiyi vaxtı 20 μs-dir. Birbaşa ildırım impulsunun xidmətdə baş verə bilməyəcəyi üçün birləşmə təşkil olunan zaman generatorun quraşdırma transformatorlarının aşağı gərginlikli sarğısı zamanı bu tələb razılaşma ilə dəyişilə bilər.
Daha çox təlimat İEC 60076-4-dən əldə edilə bilər.
13.2.2 Qeyri xətti elementlər olmadan transformatorlar üzrə sınaqlar
13.2.2.1 Sınağın nəticəsi
Sınağın nəticəsi aşağıdakılardan ibarət olmalıdır:
a) tam sınaq gərginliyinin 50% və 70%-i arasında gərginlik impulsuna istinad;
b) tam gərginlikdə üç ardıcıl impuls.
Əgər bu tətbiqlərin hər hansının davam etdiyi müddət ərzində cərəyanda xarici qığılcım və ya girəcəkdə qığılcım fasilə baş verərsə və ya əgər hər hansı qeyd olunan ölçü kanallarının hər hansınısa qeydə almağa müvəffəq olmazsa, onda həmin tətbiqə baxılmamalı və növbəti tətbiq icra edilməlidir.
Qeyd: Amplitudalarda istinad impulsu gərginliyi səviyyəsindən yüksək olmayan əlavə impulslardan istifadə etmək olar, bunu sınağın hesabatında göstərmək tələb olunmur.
13.2.2.2 Sınağın qəbulu meyarı
İstinad impulsunda qeydə alınan və ya tam sınaq gərginliyində qeydə alınan gərginlik ilə cərəyan keçiriciləri arasında əhəmiyyətli fərq olmayan zaman sınaq uğurlu olur.
Qeyd: Sınaq qeydlərinin təfsilatlı izahı və əhəmiyyətsiz fərqlər ilə nasazlığı göstərən fərqlər arasında ayrı-seçkilik böyük bacarıq və təcrübə tələb edir. Əlavə məlumat IEC 60076-4-də qeyd olunub.
Əgər gərginliyin pozulması və ya yayınma olarsa və istehsalçı ilə istehlakçı arasında sınağın dərhal uğursuzluğa düçar olmadığı barədə razılığa gəlinərsə, onda sınağın nəticəsi tamamlanmalı və sonra isə əsl istinad impulsundan istifadə etməklə tam sınağın nəticəsi təkrarlanmalıdır. Əgər daha sonra gərginlik pozularsa və ya yayınma müşahidə edilərsə, onda sınaq uğursuzluğa uğrayır.
Qeydlərin şərhini təsdiq etmək üçün sınaq zamanı əlavə müşahidələrdən (anormal səslər və s.) istifadə etmək olar, lakin onların özü sübut deyil.
13.2.3 Qeyri xətti elementlər ilə transformatora dair sınaqlar
13.2.3.1 Sınağın nəticəsi
Əgər ötürülmüş artıq gərginlik keçiricilərini məhdudlaşdırmaq üçün transformatorlara qeyri xətti elementlər və ya qığılcım gərginliklərindən qorumaq üçün elektrik boşaldıcısı quraşdırılarsa, onlar sınaq proseduru zaman idarə oluna bilər və bu da müxtəlif gərginlikdə edilən impuls qeydləri arasında fərqə səbəb ola bilər. Burada qeyri xətti elementlərin səbəb olduğu fərqlə kandar gərginliyi peyda olmağa başlayır və sınağın ardıcıllığına ən azı aşağıda qeyd olunanlardan biri daxil edilməlidir.
Sınağın nəticəsi aşağıdakılardan ibarət olmalıdır:
a) tam sınaq gərginliyinin 50% və 60%-i arasında bir istinad impulsu;
b) tam sınaq gərginliyinin 60% və 75%-i arasında bir istinad impulsu;
c) üç ardıcıl 100% tam dalğa impulsları;
d) yuxarıda c bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
e) yuxarıda b bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
f) yuxarıda a bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
İstinad impulsu gərginlikləri hər birindən ən azı 10% fərqli (100%-lik səviyyədən) olmalıdır.
Əgər 100% tam dalğa qeydlərinin heç biri istinad impulsu qeydlərinin ən aşağı gərginlik qeydindən fərqlənməzsə, onda yuxarıda qeyd olunan e) f) və g) bəndləri istisna edilə bilər.
Qeyd: İstinad impulsu gərginliyi səviyyəsindən yüksək olmayan amplitudda olan əlavə impulslardan istifadə etmək olar, bunun sınaq hesabatında qeyd olunmasına ehtiyaca yoxdur.
Əgər bu tətbiqlərin hər hansınınsa davam etdiyi müddət ərzində cərəyanda xarici qığılcım və ya girəcəkdə qığılcımlı fasilə baş verərsə və ya əgər hər hansı qeyd olunan ölçü kanallarının hər hansınısa qeydə almağa müvəffəq olmazsa, onda həmin tətbiqə baxılmamalı və növbəti tətbiq icra edilməlidir.
13.2.3.2 Sınağın qəbulu meyarı
İstinad impulsundan qeydə alınan və ya tam sınaq gərginliyində qeydə alınan gərginlik ilə cərəyan keçiriciləri arasında əhəmiyyətli fərq olmayan zaman sınaq uğurlu olur.
Əgər bu hal olmazsa, onda aşağıdakı impulslardan olan cərəyan və gərginliyin qeydləri müqayisə edilməlidir:
– bütün 100% səviyyəli impuls qeydləri.
Müqayisə olunan qeydlər arasında heç bir əhəmiyyətli fərq olmazsa (sınaq gərginliyində olan kiçik fərqlər ilə izah edilə biləndən başqa) və ya ardıcıl və qeyri xətti elementin lazımı işinə müvafiq olaraq qeydlər arasındakı fərqlər proqressiv və asan olan zaman uğurlu hesab edilir.
Qeyd: Əlavə məlumat IEC 60076-4-də verilib.
Əgər gərginliyin pozulması və ya yayınma olarsa və istehsalçı ilə istehlakçı arasında sınağın dərhal uğursuzluğa düçar olmadığı barədə razılığa gəlinərsə, onda sınağın nəticəsi tamamlanmalı və sonra isə əsl istinad impulsundan istifadə etməklə tam sınağın nəticəsi təkrarlanmalıdır. Əgər daha sonra gərginlik pozularsa və ya yayınma müşahidə edilərsə, onda sınaq uğursuzluğa uğrayır.
Qeydlərin şərhini təsdiq etmək üçün sınaq zamanı əlavə müşahidələrdən (anormal səslər və s.) istifadə etmək olar, lakin onların özü sübut deyil.
13.3 Fasiləli dalğalı ildırım impulsu sınağı (LIC)
13.3.1 Dalğanın forması
Tam dalğalı impulsların dalğa forması 13.2.1-də verildiyi kimi olmalıdır. Fasiləli dalğalı ildırım impulsu 3 μs və 6 μs arasında fasilə vaxtına malik olmalıdır. Fasilə anından sonra birinci gərginlikli sıfır vaxtı mümkün qədər qısa olmalıdır. Sınaq fasiləli dövrədə maneələrə əlavə fikir vermədən icra edilməlidir, lakin əgər azaldılmış gərginliyin tətbiqi 30%-dən çox olan zaman başqa cürə müşahidə edilərsə, onda atılmanı 30%-dən aşağıya salmaq üçün tələb olunan minimal maneə fasiləli dövrəyə əlavə edilə bilər.
2 μs və 3 μs arasında fasilə vaxtı razılaşma ilə qəbul edilə bilər və bu zaman ildırım impulsu dalğasının yüksək qiyməti fasilədən qabaq nail olunmalıdır.
Qeyd: Transformatorlar adətən fasiləli dalğalı ildırım impulsunun amplitudasının 30%-in əks polyarlığına davam gətirmək üçün hazırlanır. Əgər transformator üçüncü tərəf tərəfindən sınaq edilərsə, onda tullama bu qiymətə kimi məhdudlaşdırılmalıdır.
Adətən impuls generatorunun və ölçü qurğusunun eyni quraşdırmalarından istifadə edilir və yalnız kəsən elektrik boşaldıcısı əlavə edilir.
Fasiləli dalğalı ildırım impulslarını qeydə alma üçün müxtəlif vaxt əsasından istifadə etmək olar.
Hamar şəkilli ştokdan ştoka elektrik boşaldıcısına yol verilməsinə baxmayaraq, triqqer növlü kəsən elektrik boşaldıcısından istifadə etmək tövsiyə edilir.
Fasiləli dalğalı ildırım impulsunun yüksək qiyməti Cədvəl 2-də olduğu kimi olmalıdır.
13.3.2 Qeyri xətti elementlər olmadan transformatora dair sınaqlar
13.3.2.1 Sınağın nəticəsi
Sınaq tək ardıcıllıqda tam impuls sınağı ilə birləşdirilir. Başqa cürə qeyd olunanadək müxtəlif impuls tətbiqlərinin ardıcıllığı aşağıdakı kimi olmalıdır:
a) tam sınaq gərginliyinin 50% və 60%-i arasında bir istinad impulsu;
b) tam sınaq gərginliyinin 60% və 75%-i arasında bir istinad impulsu;
c) fasiləli dalğalı impuls sınağı gərginliyində iki fasiləli impulslar;
d) tam dalğalı ildırım impulsu sınağı gərginliyində iki tam dalğa impulsu.
Tam dalğalı impuls sınağı üçün ölçü kanallarının eyni növləri və titrəyişlərin qeydləri müəyyən edilir.
Qeyd: Əlavə impulslar (tam və ya fasiləli) gərginliyi səviyyəsindən yüksək olmayan amplitudada olan əlavə impulslardan istifadə etmək olar, bunun sınaq hesabatında qeyd olunmasına ehtiyac yoxdur.
Əgər bu tətbiqlərin hər hansınınsa davam etdiyi müddət ərzində cərəyanda xarici qığılcım və ya girəcəkdə qığılcımlı fasilə baş verərsə və ya əgər hər hansı qeyd olunan ölçü kanallarının hər hansınısa qeydə almağa müvəffəq olmazsa, onda həmin tətbiqə baxılmamalı və növbəti tətbiq icra edilməlidir.
Mümkün qədər kəsilən dalğa ildırım impulsları üçün eyni vaxtda ardıcıllıqla qısaltmadan istifadə edilməlidir.
13.3.2.2 Sınağın qəbulu meyarı
İstinad impulsunda qeydə alınan və ya tam sınaq gərginliyində qeydə alınan gərginlik ilə cərəyan keçiriciləri arasında əhəmiyyətli fərq olmayan zaman sınaq uğurlu olur. Kəsilən impuls halında fasilədən sonrakı fərqlər kəsən elektrik boşaldıcısının xarakteristikasında və sinxronlaşmada kiçik dəyişikliklər ilə əlaqədar ola bilər.
Qeyd: Bu sınağın qeydlərinin təfsilatlı şəkildə şərhi və son fərqlər ilə nasazlığı göstərən fərqlər arasında ayrı seçkilik böyük bacarıq və təcrübə tələb edir. Əlavə məlumat IEC 60076-4-də qeyd olunub.
Əgər gərginliyin pozulması və ya yayınma olarsa və istehsalçı ilə istehlakçı arasında sınağın dərhal uğursuzluğa düçar olmadığı barədə razılığa gəlinərsə, onda sınağın nəticəsi tamamlanmalı və sonra isə orijinal istinad impulsundan istifadə etməklə tam sınağın nəticəsi təkrarlanmalıdır. Əgər daha sonra gərginlik pozularsa və ya yayınma müşahidə edilərsə, onda sınaq uğursuzluğa uğrayır.
Qeydlərin şərhini təsdiq etmək üçün sınaq zamanı əlavə müşahidələrdən (anormal səslər və s.) istifadə etmək olar, lakin onların özü sübut deyil.
13.3.3 Qeyri xətti elementlər ilə transformatora dair sınaqlar
13.3.3.1 Sınağın nəticəsi
Sınaq tək ardıcıllıqda tam impulslu sınaq ilə birləşdirilir.
Əgər ötürülmüş artıq gərginlik keçiricilərini məhdudlaşdırmaq üçün transformatorlara qeyri xətti elementlər və ya ildırım keçirici quraşdırılarsa, onlar sınaq proseduru zaman idarə oluna bilər və bu da müxtəlif gərginlikdə edilən impuls qeydləri arasında fərqə səbəb ola bilər. Qeyri xətti elementlərin səbəb olduğu fərqlər peyda olmağa başlayanda kandar gərginliyi olur və sınaqların ardıcıllığına ən azı aşağıdakı qeydin birini daxil etməlidir:
Sınağın nəticəsi aşağıdakılardan ibarət olmalıdır:
a) tam dalğalı ildırım impulsunun sınaq gərginliyinin 50% və 60%-i arasında bir tam dalğalı istinad impulsu;
b) tam dalğalı ildırım impulsunun sınaq gərginliyinin 60%-i və 75 %-i arasında bir tam dalğalı istinad impulsu;
c) tam dalğalı ildırım impulsunun sınaq gərginliyinin 75 % və 90%-i arasında bir tam dalğalı istinad impulsu;
d) tam dalğalı ildırım impulsu sınağı gərginliyində bir tam dalğalı impuls
e) fasiləli dalğalı ildırım impulsu sınağı gərginliyində iki fasiləli impuls
f) tam dalğalı ildırım impulsunun sınaq gərginliyində iki tam dalğalı impuls
g) yuxarıda c bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
h) yuxarıda b bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
i) yuxarıda a bəndindəkinə mümkün qədər yaxın olan müqayisə impulsu;
İstinad impulsu gərginlikləri hər birindən ən azı 10% fərqli (100%-lik səviyyədən) olmalıdır.
Əgər 100% tam dalğa qeydlərinin heç biri istinad impulsu qeydlərinin ən aşağı gərginlik qeydindən fərqlənməzsə, onda yuxarıda qeyd olunan e) f) və g) bəndləri istisna edilə bilər.
Son fasiləli dalğa ilə birinci tam dalğa arasında fasiləli dalğalardan sonrakı vaxt intervalı mümkün qədər qısa olmalıdır.
Qeyd: Əlavə impulslar (tam və ya fasiləli) gərginliyi səviyyəsindən yüksək olmayan amplitudada olan əlavə impulslardan istifadə etmək olar, bunun sınaq hesabatında qeyd olunmasına ehtiyac yoxdur.
Əgər bu tətbiqlərin hər hansınınsa davam etdiyi müddət ərzində cərəyanda xarici qığılcım və ya girəcəkdə qığılcımlı fasilə baş verərsə və ya əgər hər hansı qeyd olunan ölçü kanallarının hər hansınısa qeydə almağa müvəffəq olmazsa, onda həmin tətbiqə baxılmamalı və növbəti tətbiq icra edilməlidir.
Tam dalğalı impuls sınağı üçün ölçü kanallarının və ossiloqraf qeydlərin eyni növü müəyyən edilir.
Mümkün olduğu qədər ardıcıllıqda bütün fasiləli impulslar üçün eyni fasilədən istifadə edilməlidir.
13.3.3.2 Sınağın qəbulu meyarı
Ən aşağı gərginlikli istisna impulsunda qeydə alınan və fasiləli dalğalı impulsları daxil etməklə tam sınaq gərginliyində qeyd olunan gərginlik ilə cərəyan keçiriciləri arasında əhəmiyyətli fərq olmayan zaman sınaq uğurlu olur. Kəsilən impuls halında fasilədən sonrakı fərqlər kəsən elektrik boşaldıcısının xarakteristikasında və sinxronlaşmada kiçik dəyişikliklər ilə əlaqədar ola bilər.
Əgər bu hal olmazsa, onda aşağıdakı impulslardan olan cərəyan və gərginliyin qeydləri müqayisə edilməlidir:
– bütün 100% səviyyəli impuls qeydləri.
– fasilə vaxtına kimi olan fasiləli dalğa
Müqayisə olunan qeydlər arasında heç bir əhəmiyyətli fərq olmazsa (sınaq gərginliyində olan kiçik fərqlər ilə izah edilə biləndən başqa) və qeyri xətti elementin lazımı işinə müvafiq olaraq ardıcıl qeydlər arasındakı istənilən dəyişikliklər proqressiv və asan olarsa, sınaq uğurlu hesab edilir.
Qeyd: Əlavə məlumat IEC 60076-4-də verilib.
Əgər gərginlik pozulması və ya yayınma olarsa və istehsalçı ilə istehlakçı arasında sınağın dərhal uğursuzluğa düçar olmadığı barədə razılığa gəlinərsə, onda sınağın nəticəsi tamamlanmalı və sonra isə əsl istinad impulsundan istifadə etməklə tam sınağın nəticəsi təkrarlanmalıdır. Əgər daha sonra gərginlik pozularsa və ya yayınmaya müşahidə edilərsə, onda sınaq uğursuzluğa uğrayır.
Qeydlərin şərhini təsdiq etmək üçün sınaq zamanı əlavə müşahidələrdən (anormal səslər və s.) istifadə etmək olar, lakin onların özü sübut deyil.
Qeyd: Dalğa formasının qiymətləndirilməsinə istinad ilə IEC 60076-4–də verilən məlumat titrəyiş qeydlərinin vizual müşahidəsinə əsaslanır. Müəyyən şəraitdə qeyri standart dalğa formalarının dalğa formaya aid olan parametrlərini qiymətləndirmək və tamamilə proqram təminatlarına arxalanmaqdansa, yayınmaların əl ilə şərhini vermək müvafiq ola bilər.
13.4 Neytral terminalda ildırım impulsu sınağı (LIN)
Neytral üçün müəyyən edilmiş impuls gərginliyi səviyyəsində tam dalğalı ildırım impulsları bütün digər torpaqlanmış terminallar ilə birlikdə birbaşa olaraq neytrala tətbiq edilir.
Tam dalğa impulslarının dalğa forması ön hissənin uzunluğu maksimum 13 μs ola bilməsi istisna olmaqla, 13.2.1-də verildiyi kimi olmalıdır.
13.4.3 Sınağın ardıcıllığı
Sınağın ardıcıllığı qeyri xətli elementlər olmadan transformator üçün 13.2.2.1-də olduğu kimi və qeyri xətli elementlər ilə olan transformator üçün13.2.3.1-də olduğu kimi olmalıdır.
13.4.4 Sınağın qəbulu meyarı
Sınağın qəbulu meyarı qeyri xətli elementlər olmadan transformator üçün 13.2.2.2-də olduğu kimi və qeyri xətli elementlər ilə olan transformator üçün13.2.3.2-də olduğu kimi olmalıdır.
14 KOMMUTASİYA İMPULSU SINAĞI (SI)
Kommutasiya impulsu sınaqları zaman müxtəlif sarğılar üzərində yaranan gərginliklər təqribən dövrələrin sayı ilə mütənasibdir.
Kommutasiya impulsu sınağının gərginliyi ən yüksək Um qiyməti ilə sarğı üçün müəyyən edildiyi kimi olmalıdır. Əgər sarğılar arasında olan nisbət birləşmələr ilə dəyişkən olarsa, onda daha aşağı Um ilə sarğı üçün olan sınaq gərginliyini Cədvəl 2-də qeyd olunan müvafiq sınaq qiymətinə yaxınlaşdırmaq üçün birləşmələrdən istifadə edilməlidir. Daha aşağı Um qiyməti ilə sarğılar onların tam sınaq gərginliyini ala bilməz və bu qəbul edilməlidir. Əgər daha aşağı gərginlikli sarğılar Cədvəl 2-də qeyd olunan kommutasiya impuls səviyyəsinə malik olmazsa, onda istehsalçı istehlakçı tərəfindən başqa cürə qeyd olunanadək sınaq üçün birləşmənin yerini seçə bilər.
Üç fazalı transformatorda xətt terminalları arasında yaranan gərginlik təqribən xətt və neytral terminallar arasında olan gərginliyin 1.5 dəfəsinə bərabər olmalıdır.
14.2 Sınaq birləşmələri
İmpulslar ya birbaşa olaraq impuls gərginliyi mənbəsindən ən yüksək gərginlikli sarğının xətt terminalına ya da sınaq gərginliyinin ən yüksək gərginlikli sarğıya ötürülməsi üçün daha aşağı gərginliklə sarğıya tətbiq edilir. Müəyyən edilmiş sınaq gərginliyi ən yüksək gərginlikli sarğının xətt terminalı ilə torpaq arasında peyda olmalıdır. Gərginlik ən yüksək gərginlikli sarğının xətt terminalında ölçülməlidir.
Fazalar arasında üç fazalı transformator sınaq edilməlidir.
Göstərilən neytral ilə birləşdirilmiş sarğılar neytral terminalda ya birbaşa, ya da cərəyan ölçən reaktor kimi aşağı maneə vasitəsilə torpaqlanmalıdır. Əks polyarlığının gərginliyi və təqribən yarı amplituda yerdə qalan iki xətt terminallarında peyda olur və bu da birlikdə olaraq birləşdirilə bilər, lakin torpağa birləşdirilə bilməz. Əks polyar gərginliyini tətbiq edilən səviyyənin təqribən 50%-ə kimi məhdudlaşdırmaq üçün sınaq edilməyən faza terminallarında torpağa (5 kΩ–dan 20 kΩ-a) yüksək müqavimətli sönmə rezistorunu birləşdirməyə yol verilir.
Üçbucaq birləşdirilən sarğılar üçün sınaq edilən fazanın sonuna müvafiq olan terminal ya birbaşa, ya da kiçik ölçmə müqaviməti boyunca torpaqlanmalıdır, digər terminallar açıq cərəyanda olmalıdır. Üç fazalı transformatorların sınağı elə təşkil edilməlidir ki, üçbucaq fərqli terminal hər bir faza sınağı üçün torpaqlansın. Üçdən çox terminal ilə üçbucaqlı birləşdirilən sarğılarda sınaq üçün üçbucaq bağlanmalıdır.
Hər iki sonu xidmətdə olan xəttə qoşulacaq bir və ya daha artıq sarğılar və müəyyən edilmiş kommutasiya impuls sınağı ilə tək fazalı transformator üçün kommutasiya impuls sınağı sarğının hər iki sonuna tətbiq edilməlidir.
Nümayiş olunmayan və daxildən torpağa birləşdirilməyən neytral birləşmə ilə ulduz birləşməli sarğı üçün bir və ya bir neçə xətt terminallarını torpaqlamaqla müvafiq sınaq gərginliklərinə nail olmaq mümkün deyil. Bu zaman sınağın birləşmələri barədə istehlakçı ilə istehsalçı arasında razılığa gəlinməlidir.
Sınaq zamanı qığılcımın qarşısını almaq üçün qığılcım arası vtulka kənarlaşdırıla və ya onlar arasında məsafə böyüdülə bilər.
14.3 Dalğanın forması
Sınaq sxemində dəqiq olmayan xarici izolyasiya riskini azaltmaq üçün sınaq gərginliyi normal olaraq əks polyarlıqdadır.
Gərginlik impulsu ən azı 100 μs-də ən yüksək vaxta (IEC 60060-1-də qeyd olunduğu kimi Tp), ən azı 200 μs kimi müəyyən edilən amplitudanın 90%-dan çox olan vaxta (IEC 60060-1-də qeyd olunduğu kimi Td) və minimum 1 000 μs də sıfır vaxtına (IEC 60060-1-də qeyd olunduğu kimi Tz) malik olmalıdır.
Qeyd: İmpuls dalğası forması IEC 60060-1-də tövsiyə olunan 250/2500μs ölçülü standart dalğa formasından fərqlidir, belə ki, IEC 60060-1 doymuş maqnit dövrəsi olmayan avadanlıq üçün nəzərdə tutulur. Sarğı boyu əsas xətti gərginlik paylaşdırmasını vermək üçün kifayət qədər uzun olan ən yüksək vaxt seçilir.
Sıfır vaxtı hər bir tam gərginlik sınağı impulsundan qabaq sınaq zaman induksiya olunan əks istiqamətdə özəyə qalıq axını yeritməklə arta bilər. Bu, normal olaraq oxşar formada olan, lakin gərginlikdə əks polyarlığa malik olan və tam sınaq səviyyəsinin 70%-i ötüb keçməyən impulsları tətbiq etməklə müşayiət edilir, lakin digər metodlardan da istifadə etmək olar. Əgər özəyin tam əks hopulmasına nail olunarsa, onda 1 000 μs-dən az olan sıfır vaxtına yol verilir.
Qeyd: Sınaq zamanı maqnitik dövriyyədə əhəmiyyətli dərəcədə axın hazırlanır. Özək doyma dərəcəsinə çatanda və transformatorun maqnitləşməyə qarşı tam müqaviməti əhəmiyyətli dərəcədə azalanda, impuls gərginliyi saxlanıla bilər.
Maqnit özəyi olmayan və ya özəyi deşikli konstruksiyalı sınaq obyektləri üçün 1000 μs-dən az sıfır vaxtına malik olmaq yol veriləndir. Bax: IEC 60076-4.
14.4 Sınağın ardıcıllığı
Sınağın ardıcıllığı tam sınaq gərginliyi ilə tam gərginlikdə üç impulsun 50% və 70%-i arasındakı gərginliyin istinad impulsundan ibarət olmalıdır. Vaxtın başlanğıcını mümkün qədər eyni formada etmək məqsədilə hər bir tam dalğa impulsundan əvvəl oxşar olan özəyin maqnitləşməsini təmin etmək üçün hər bir tam impulsdan qabaq kifayət qədər əks polyarlıq tətbiqetmələri icra edilməlidir.
Qeyd: Əgər tam gərginliyin tətbiqi zamanı özək hopmazsa, onda əks polyarlığın tətbiqi tələb olunmaya bilər.
Ossiloqraf qeydlər sınaq altında olan xətt terminalı üzərində impuls dalğa formasından və sınaq edilən sarğı ilə torpaq arasındakı cərəyandan olmalıdır. Əgər bu hər hansı tətbiqetmələr ərzində dövrədə xarici örtük və ya vtulka vasitəsi ilə qığılcımlı fasilə yaranarsa və ya hər hansı bir göstərilmiş ölçü kanallarında qeydə alınmada pozuntular olarsa, bu tətbiqetmə diqqətə alınmamalı və növbəti tətbiqetmə icra edilməlidir.
14.5 Sınağın qəbulu meyarı
Əgər gərginlikdə və ya ossiloqraf qeydlərdə ani gərginlik düşməsi və gərginlik və ya cərəyanda qırılmalar olmazsa, sınaq uğurlu hesab edilir.
Ossiloqraf qeydləri təsdiq etmək üçün sınaq zamanı əlavə müşahidələrdən (anormal səslər və s.) istifadə etmək olar, lakin onlar öz-özlüyündə sübut olunmur.
Qeyd: İmpulsun davamlılığında maqnit doyması təsiri səbəbindən ossiloqrammaların ardıcıllığı fərqlənə bilər.
15 UĞURSUZ SINAQDAN SONRAKI FƏALİYYƏT
Əgər transformator dielektrik sınağı uğursuz olarsa, onda dielektrik sınaqların ardıcıllığı təmirdən sonra gələn tam səviyyədə təkrarlanmalıdır. Lakin tam şəkildə sınaq edilmiş transformatorun bəzi hissələrinin müvəffəqiyyətsizliyə və ya təmirə uğramadığı aydın olduqda, istehlakçının ixtiyarı ilə bu hissələrin yenidən sınaq edilməsinə ehtiyac olmaya bilər. Çirklənmənin və ya daxili keçiriciliyin transformatorun digər hissələrini zədələmə mümkünlüyü diqqətə alınmalıdır.
Əgər transformator sınaq üzrə tələblərə cavab vermirsə və nasazlıq vtulkada olarsa, onda istehlakçının transformatora nasazlıq təsir etməyəcəyi ilə məmnun olması şərti ilə bu vtulkanı əvəz etmək və sonuna qədər ləngimə olmadan transformatorun sınağının davam etməsi mümkündür.
Əgər transformatorun xarici hissəsində qığılcımın nəticəsi olaraq uğursuz sınaq baş verərsə, onda səciyyəvi sınaq təkrarlana bilər və əgər sınağın ardıcıllığı uğurla başa çatarsa, onda əvvəlcə müvəffəqiyyət qazanmış sınağın təkrarlanmasına ehtiyac yoxdur.
16 XARİCİ HAVA ARABOŞLUQLARI
Standartın bu hissəsi hava araboşluqları istehlakçı tərəfindən müəyyən edilmədikdə tətbiq edilir. Belə araboşluqlar qeyd olunan yerlərdə istehsalçı sınaq üçün tələb olunduqda daha yüksək qiymətlərdən istifadə edə bilər.
Havada aralığı vtulkanın izolyasiyasından keçməyən xətti götürməklə vtulka terminalının hər hansı metal hissəsi ilə transformatorun hər hansı hissəsi arasında ən qısa məsafə kimi başa düşülür.
Bu standart vtulkaların öz hissələri arasında araboşluqlara tətbiq edilmir və vtulka üzrə sınaqların tələblərinə cavab verən vtulkanın uzunluğunun verilmiş araboşluqdan daha böyük olmasına ehtiyac vardır.
Bu standartda quşlar və heyvanların müdaxiləsi riski nəzərə alınmır.
Bu standartda qeyd olunan torpaq arasında olan xəttin cizgisi, <850 kV ildırım impuls səviyyəsinə görə elektrod konfiqurasiya quruluşunda hərəkət qüvvəsi üçün və daha yüksək ildırım impuls səviyyələrinə görə araqatlara quruluş vermək üçün cərəyan keçirən damar üçün IEC 60071-1-də verilənlərə əsaslanır. Kommutasiya impuls tərəfindən müəyyən edilmiş ən yüksək araboşluqdan və ya ildırım impulsundan istifadə edilir. Fazalar arası araboşluq 1.5 qiymətlə faza ilə torpaq arasında bölünən faza arası ilə kommutasiya impulsu səviyyəsinə əsaslanaraq keçirici arasında elektrod quruluşu üçün IEC 60071-1-də verilənlərə əsaslanır. Bunun üçün də ≥ 850 kV –da ildırım impulsu səviyyəsində vtulkanın sonluqlarının və birləşmələrinin normal olaraq elektrod formasında dolanması fərz edilir.
Ötürücü sıxaclara birləşdirilmiş qoruyucu elektrodları ilə birlikdə qığılcım gərginliyini azaltmaması üçün müvafiq formada forma verilməsi güman edilir. Həmçinin daxil olan keçiricilərin təşkilinin transformatorun özü tərəfindən təmin edilmiş effektiv araboşluqları azaltmaması fərz edilir.
Bu sənəddə qeyd olunan araboşluqları pozmadan transformatordan çıxan vtulka terminallarına birləşdirilməli olan müvafiq ötürücülər üçün layihələndirmə təmin edilməlidir.
Əgər istehlakçı mövcud araboşluqları azaltmaq üçün səciyyəvi yolla birləşmələri icra etmək istəyirsə, bu sorğuda qeyd edilməlidir.
Ümumilikdə adekvat hava araboşluqlarının təminatı xüsusən kiçik hissələr üçün yüksək gərginlikli sistemlərində texniki cəhətdən və ya quraşdırma sahəsi məhdud olduğundan çətin olur. Bu standartda riayət olunan prinsip müxtəlif sistem şərtlərində və müxtəlif iqlim şərtlərində gələcək müzakirə və ya sübut olmadan qənaətbəxş minimum qeyri kritik araboşluqları təmin etməkdən ibarətdir. Keçmiş və ya hazırkı təcrübəyə əsaslanaraq digər araboşluqlar istehlakçı ilə istehsalçı arasında olan razılıqdan asılıdır.
Tövsiyə olunan araboşluqda sorğu və sifarişdə başqa cürə qeyd olunmayanadək transformatorun daxili izolyasiyasının nominal davamlılıq gərginliklərinə istinad edilir. Transformatorun araboşluqları bu standartda qeyd olunan qiymətlərə bərabər və ya daha çox olarsa və vtulkalar IEC 60137-ə müvafiq olaraq lazımı qaydada seçilmiş xüsusiyyətlərə malik olarsa, onda transformatorun xarici izolyasiyasına növbəti sınaq olmadan qənaətbəxş kimi baxılmalıdır.
1. Xarici izolyasiyanın impulsa davamlılıq gücü daxili izolyasiya üçün nəzərdə tutulana zidd olaraq polyarlıqdan asılıdır. Transformatorun daxili izolyasiyası üçün müəyyən edilən sınaqlar avtomatik olaraq xarici izolyasiyanın qənaətbəxş olmasını yoxlamır. Tövsiyə olunan araboşluqlar daha ağır polyarlıq (müsbət) üçün ölçülür.
2. Bəzi ölkələrdə yalnız Lİ və AC davamlılıq gərginliklərinə əsaslanarsa, araboşluqların davamlı olması qəbul edilir.
3. Əgər yuxarıdakı paraqrafa müvafiq olandan daha kiçik olan araboşluqdan istifadə olunarsa, onda mövcud aralığı simulyasiya etməyi təşkil etmək üçün transformatora tətbiq edilməli olan gərginliklərdən istifadə etməklə, bu standartın 10-dan 14-ə kimi olan bəndlərdə qeyd olunan ümumi metodlardan istifadə etməklə sınaq növü və ya digər birləşdirilmiş avadanlığa tətbiq oluna bilən digər standartda (misal üçün IEC 62271-1) verilən sınaqlar tələb oluna bilər.
Əgər 1000 m-dən çox yüsəklikdə əməliyyat üçün transformator müəyyən edilərsə, onda aralığa dair tələblər 1000 m - i ötən hündürlüklər üçün hər 100 m üçün 1% artmalıdır.
Aşağıdakı araboşluqları üçün tələblər qoyulur:
-faza ilə torpaq arasında və faza ilə neytral arasındakı araboşluq;
-eyni sarğının fazaları arasında faza arası araboşluq
-yüksək gərginlikli sarğının xətt terminalı ilə aşağı gərginlikli sarğısının xətt terminalı arasında araboşluq (bax: 16.2)
Yuxarıdan belə nəticəyə gəlinir ki, tövsiyə olunan qiymətlər həqiqətən də minimal qiymətlərdir. Araboşluqların hesablanması xarici çertyojda qeyd edilməlidir. Bunlar normal istehsal üzrə yolvermələrdən asılı olan nominal qiymətlərdir və onlar elə seçilməlidir ki, aktual araboşluqlar ən azı qeyd olunmuş qiymətlərə bərabər olmaq üçün seçilməlidir.
Bu bildirişlər transformatorun bu standartın tövsiyələrinə və ya xüsusi müqavilə üçün razılaşdırılmış düzəliş edilmiş qiymətlərə cavab verməsinin sübutu olmalıdır.
16.2 Aralığa dair tələblər
İldırımın hər bir qiyməti üçün aralığa dair tələblər və Um –in hər bir qiyməti üçün kommutasiya impulsu gərginlikləri Cədvəl 4-də verilir.
Faza arası araboşluqlar yalnız eyni sarğının xətt terminalları arasına tətbiq edilir, faza ilə torpaq arasındakı araboşluq digər sarğıların xətt terminalları və neytral terminalları daxil etməklə bütün digər məsafələrə tətbiq edilir.
Cədvəl 4–Havada minimal araboşluqlar (2-dən 1)
Bu qiymətlər Um-in səciyyəvi qiyməti üçün IEC 60071-1:2011-də verilməyib, lakin ya onlar dünyanın bəzi hissələrində ümumi təcrübəyə malik olduğundan ya da bəzi kommutasiya impulsu səviyyəsi və araboşluqları üçün buraya daxildir.
Nominal izolyasiya səviyyəsinin bu qiyməti üçün heç bir araboşluq qiymətləri verilmir, çünki IEC60071-1-ə müvafiq olaraq havada izolyasiyaya tətbiq edilmir.
Nominal izolyasiya səviyyəsinin bu qiyməti ilə transformatorlar adətən tək fazalı olduğundan fazalar arası aralığın qiyməti verilir.
Transformatorlara qismən boşaldılmanın ölçüləri üçün
istirmar üzrə rəhbəredici sənəd
Bu əlavə 11.3-ə müvafiq olaraq qismən boşaltma ölçüləri ilə induksiya olunan gərginlik sınağı zamanı qismən boşaltma (IVPD) ölçülərinə tətbiq edilir, lakin onlar digər qismən boşaltma ölçülərinə də tətbiq edilə bilər.
Qismən boşaltma (PD) yalnız elektrik cəhətdən gərginlik verilən izolyasiyanı qismən birləşdirən elektrik boşaltmadır. Transformatorda belə qismən boşaltma xarici cəhətdən mövcud olan hər sarğı terminalında gərginliyin torpağa keçməsinə səbəb olur.
Ölçü müqaviməti A.2-də qeyd olunduğu kimi adətən vtulka tıxacı və ya ayrıca ayırıcı kondensator vasitəsilə torpaqlanmış çən və terminallar arasında səmərəli şəkildə birləşdirilir.
Qismən boşaltma sahəsində ötürülən aktual yük birbaşa olaraq ölçülə bilməz, bunun əvəzinə IEC 60270-də qeyd olunan q zahiri yük müvafiq kalibrlənmə ilə müəyyən edildiyi kimi terminalda ölçülür, bax A.2.
Səciyyəvi qismən boşaltma transformatorun müxtəlif terminallarında aydın yükün müxtəlif qiymətlərinə başlanğıc verir. Müxtəlif terminallarda eyni zamanda toplanan göstəricilərin müqayisəsi transformator daxilində qismən boşaltma mənbəsinin yerinə dair məlumat verə bilər, bax A.5.
11.3-də qeyd olunan qəbul sınağı prosedurası sarğı xətt terminallarında aydın yük ölçüləri üçün zəruridir.
A.2 Ölçülərin birləşməsi və kalibrləmə sxemləri – Kalibrləmə üsulu
Ölçü texnikası və avadanlıq IEC 60270-də təsvir edilib.
Ölçünün prinsipi yükün kalibrlənmiş miqdarının inyeksiyası vasitəsilə terminalda yaranan gərginlikdə dəyişikliyi təyin etməkdir. Birləşdirici kondensator seriyasından (adətən kondensator tipli vtulka) və tam müqavimətin göstəricisindən istifadə etməklə gərginlikdə dəyişiklik hesablanır. Transformatorun sınağı üçün normal qurğu vtulka sınağına birbaşa olaraq birləşdirilən ölçü müqavimətinə malik olmalıdır.
Ölçü avadanlığı eyni oxlu kabel vasitəsilə ölçü müqavimətinə birləşdirilə bilər. Kabelin müqaviməti və ölçü alətinin uyğunlaşdırılmış giriş müqaviməti ölçü müqavimətinin bir hissəsini təşkil edə bilər. Bəzi sistemlərdə ölçmə müqaviməti ilə qeydə alan avadanlıq arasında lifli optik kabeldən istifadə edilir. Normal olaraq ölçü sisteminin ümumi səmərəliliyinin optimallaşdırılması üçün ölçmə müqaviməti, kabel və ölçmə aləti birlikdə təchiz edilir.
Sarğının xətt terminalı ilə torpaqla örtülü olan çən arasında qismən boşaltmanın ölçülməsi zamanı kondensator vtulkası ilə vtulkanın torpaqlanmış flansı arasında Zm ölçü müqavimətini quraşdırmaq normaldır, bax Şəkil A.1. Əgər sınaq üçün olan tıxac təmin edilməzsə, onda çəndən yastığın vtulkasını izolyasiya etmək və ondan ölçü terminalı kimi istifadə etmək olar. Mərkəzi keçirici məftil ilə ölçü terminalı arasındakı və ölçü terminalı ilə torpaq arasındakı həcm müqavimətləri qismən boşaltmanın siqnalı üçün həcmli gərginlik paylayıcısı kimi fəaliyyət göstərir. Bunun üçün də kalibrlənmə vtulkanın baş terminalı ilə torpaq arasında olur. Əlavə tutumları və filtrasiya edən konturları nəzərə almaq üçün kalibrlənmə zamanı, enerjisi kəsilmiş sınaq dövrəsi birləşdirilməlidir.
Şəkil A.1 – Kondensator növlü vtulkanın sınaq üçün olan tıxacından istifadə etməklə qismən boşaltmanın ölçülməsi üçün kalibrləmə sxemi
Əgər PD ölçüləri vtulka növlü tıxac və ya izolyasiya olunan flans mövcud olmayan zaman terminalda icra edilməli olarsa, onda ayrıca yüksək gərginlikli ayırıcı kondensatordan istifadə edilir. Qismə boşaltma olmadan kondensator tələb edilir və onun tutum qiyməti C kalibrlənmiş generatorun tutumu C0 ilə müqayisədə müvafiq olaraq böyük olmalıdır (səciyyəvi tələblər üçün bax IEC 60270). Ölçü müqaviməti (qığılcım aralığı ilə) tutumun aşağı gərginlikli terminalı ilə torpaq arasında birləşdirilir, bax: Şəkil A.2.
Tam ölçü sisteminin kalibrlənməsi məlum olan yükün tətbiqi ilə transformator terminalı üzərində edilir. IEC 60270-ə müvafiq olaraq kalibrlənməsi qısa qalxma müddəti impulslu generatordan və C0 məlum olan tutunda kiçik seriyalı kondensatordan ibarətdir. C1 ilə müqayisədə C0 kiçik olmalıdır (bax: qalxma müddətinə və C0-un seçilməsinə aid olan səciyyəvi tələblər üçün bax: İEC 60270). Bu generator transformatorun terminalı ilə torpaq arasında birləşdirilən zaman impulslu generatorda tətbiq olunan yük aşağıdakı kimi olacaq:
q0 kalibrlənmənin görünən yüküdür
U0 tələb olunan q0-ı vermək üçün seçilmiş gərginlik mərhələsidir
C0 seriyalı tutumun qiymətidir
q0 kalibrlənmə səviyyəsi qeyd edilmiş boşaltma səviyyəsi limitinin nümunəsi olmalıdır (adətən 50% və 200% arasında). q0-ın müxtəlif qiymətlərindən olan kalibratordan istifadə etməklə əlavə ölçülər ölçü alətinin işini yoxlamaq üçün faydalı ola bilər.
Kalibrlənmiş generator şəbəkə tezliyinə uyğunlaşdırılmış təkrarlama tezliyinə malik olması, belə ki, şəbəkə tezliyinə uyğunlaşdırılmış cihaz üzərində son impulsun görünməsi münasibdir.
Səhvlərdən yayınmaq üçün terminallar ilə kalibrator arasındakı və kalibrator ilə torpaq (flans vtulkasında) arasındakı qurğuşun mümkün qədər qısa tutulmalıdır. Batareya ilə işləyən kalibrlənmiş impuls generatoruna üstünlük verilməli və transformator terminallarında müvafiq istifadə üçün kiçik fiziki ölçülərə malikdir.
Şəkil A.2 – Yüksək gərginlikli kəsmə kondensatorundan istifadə etməklə qismən boşaltmanın ölçüsü üçün sxem
Kalibrlənmənin bu üsulu bu standart üçün əsas olan terminalda görünən yükün ölçüsünü təmin edir, lakin boşaltma ilə terminal arasındakı ötürücü kanalı kalibrlənməyə daxil edilmədiyindən terminaldan kənarda baş verən qismən boşaltmanın real qiymətini vermir.
A.3 Alətlər, tezlik diapazonu
Ölçü alətinin xarakteristikaları IEC 60270-də qeyd olunduğu kimi olmalıdır.
Hər hansı aşkarlanmış boşaltmanın qrafik göstərişi ümumilikdə faydalıdır, çünki o, transformatorda həqiqi qismən boşaltma ilə xarici zədələnmələrin müəyyən formaları arasında ayrı seçkilik etməyin mümkünlüyünü verir. Bu, təkrarlama normasına, dalğa nöqtəsinə, fərqlərin ziddiyyətinə və s. əsaslanır.
Qismən boşaltmanın səviyyəsi davamlı olaraq və ya sınaq müddəti ilə tezlik intervallarında müşayiət edilməlidir. Siqnalın davamlı olaraq qeydə alınması mütləq deyil.
Qismən boşaltma üçün ölçü sistemləri dar zolaqlı və geniş zolaqlı kimi təsnif edilir. Dar zolaqlı sistem müəyyən nizama salma tezliyində (misal üçün radiomaneələrin ölçü cihazı) təqribən 10 kHz və ya daha az endə olan zolaq ilə icra edilir. Geniş zolaqlı sistem tezlik zolağının daha aşağı və daha yuxarı limitləri arasında, misal üçün 50kHz-dan 800 kHz-a kimi olan böyük nisbətdən istifadə edir.
Ensiz zolaqlı sistemin istifadəsi ilə orta zolaqlı tezliyi nizama salmaqla yerli radio yayım stansiyalardan olan maneədən yayınmaq olar, lakin ölçü tezliyinə yaxın olan sarğının rezonansının ölçüyə çox da təsir etməməsi yoxlanılmalıdır. Ensiz zolaqlı alət 500 kHz-dan yuxarı olmayan tezlikdə və 300 kHz-dən aşağı tezlikdə idarə olunması arzuolunandır. Bunun üçün iki səbəb var. Birincisi boşaltma impulsunun ən yüksək tezlik komponentlərinin sönməsinə səbəb olur və ikincisi isə kalibrlənmə impulsu xətt terminalına tətbiq edən zaman impuls terminalında və ona yaxın yerdə səciyyəvi rəqslər yaranır və bu da 500 kHz-dan böyük orta zolaqlı tezliklərdən istifadə edən zaman kalibrlənməni çətinləşdirəcək.
Enli zolaqlı ölçü sistemi zəifləmə və müxtəlif puls formalarına olan reaksiya ilə əlaqədar olaraq daha az təhlükəlidir, lakin elektromaqnitik ekranlaşdırma olmadan sınaq yerlərində pozulmalara daha çox həssasdır. Radio ötürücülüyü kimi xarici təsirin müdaxiləsini azaltmaq üçün zolaqlı çəpərləyici və başqa növ filtrlərdən istifadə etmək olar.
Zolağın eninin ölçülməsi seçimi qismən boşaltma puls növünə və boşaltma mənbəsini müəyyən etmək üçün istifadə oluna bilən boşalmanın statistik işinə təsir etmir.
Xülasədə, enli zolaqlı ölçü sisteminə üstünlük verilir, çünki qismən boşalmanı aşkarlamaqla əlaqədar olaraq zolağın eni 100 kHz-dən az olmamalıdır. Müdaxiləni aradan qaldırmaq üçün müəyyən hallarda ensiz zolaq sistemi tələb edilə bilər. Lakin transfrormatorda PD-yə olan müvafiq həssaslığı təmin etmək üçün ölçünü aparan mərkəzin tezliyini seçməyə fikir verilməlidir.
A.4 Uğursuz sınaqdan sonra prosedur
11.3.5 - də PD səviyyəsinin qəbulu meyarı verilir. Əgər gərginlik pozulması olmazsa, ancaq sınaq PD səviyyəsi qəbul meyarından yuxarı olduğundan uğursuz olarsa, onda sınağa ilkin olaraq məhv etməyən kimi baxılmalı və sınaq obyekti belə nəticədən dərhal sonra rədd edilməməlidir, lakin qismən boşaltma mənbəsini müəyyən etmək və yerləşdirmək üçün növbəti tədqiqatlar aparılmalıdır.
Digər əsas fikir sınaq səviyyəsində başlanan zaman sınaq səviyyəsində faza ilə əlaqədə olan qismən boşaltmaların iş gərginliyi səviyyəsindən aşağıda saxlanılıb saxlanılmamasına fikir verməkdir, çünki boşaltmalar xidmətdə olan transformatorlar üçün daha çox məhvedicidir.
Qismən boşaltmanın müvafiq olmayan mənbələrinin hər hansı aydın işarəsini tapmaq üçün sınaq olunan mühit ilk öncə tədqiq edilməlidir. Bu, ya ciddi nisbi boşaltmaların mövcudluğunu, ya da transformatorun xidmət üçün qənaətbəxş olub olmamasını göstərmək üçün əlavə sınaqlar və ya digər fəaliyyətlər barədə razılığa gəlmək üçün istehlakçı ilə istehsalçı arasında məsləhətləşmə ilə müşayiət olmalıdır.
Aşağıda yuxarıda qeyd olunan fəaliyyətlərin icra edildiyi zaman faydalı ola bilən bəzi təkliflər verilir:
- Göstəricilərin həqiqətən də sınaq ardıcıllığı ilə əlaqəsinin olmasının və ya sadəcə uyğun gəlməsinin, uyğun olmayan mənbələrin tədqiqi. Bu, ossilloqraf nəzarət və ya qismən boşalmaların nümunəsinin qeydi ilə asanlaşdırılır, məsələn, xarici pozuntular sınağın gərginliyi ilə asinxron olmaqla müəyyən edilə bilər.
- Enerji təchizat mənbəsindən qismən boşaltmanın ötürülüb ötürülməməsinin tədqiqi. Sınaq olunan transformatorun keçirici kabellərində aşağı keçirici filtrlər bu kimi hallarda yardımçı ola bilər.
- Qismən boşaltma mənbəsinin transformator daxilində və ya xaricində olmasını müəyyən edilməsinin tədqiqi. Sınaq daxili izolyasiyaya aid olduğundan xaricdə müvəqqəti elektrostatik örtüyə icazə verilir və tövsiyə olunur.
- Transformatorun elektrik dövrəsi diaqramı şərtində mənbələrin mümkün olan yerinin tədqiqi, misal üçün tək fazalı və tətbiq edilən gərginlikli sınaqlar faydalı ola bilər. Elektrik boşalmalarının yerini aşkarlamaq üçün çoxlu sayda məlum və nəşr edilmiş metodlar mövcuddur. Onlardan biri terminalların müxtəlif cütlərində göstəricilərə və kalibrlənmələrə əsaslanır (xətt terminalları ilə torpaq arasında olan zəruri göstəricilərə əlavə olaraq). Həmçinin əgər geniş zolaqlı dövrələrdən olan qeydlərdən istifadə edilən zaman müvafiq kalibrli dalğa forması ilə sınaq zamanı xüsusi impuls formalarını müəyyən etmək mümkündür. Kondensatorlu girişin dielektrikində qismən boşaltmanın müəyyən edilməsi xüsusi haldır.
- Çən daxilində mənbənin (mənbələrin) yerinin akustik və ya ultra səslə aşkar edilməsinin tədqiqi.
- Çənə daxil edilmiş ultra yüksək tezlikli elektromaqnitik sensorlardan istifadə etməklə mənbənin yeri və xassəsinin tədqiqi.
- Sınağın gərginlik səviyyəsi, gecikmə təsiri, sınaq gərginliyi dalğası boyu impuls ardıcıllığı, vaxt ilə qismən boşaltmanın artması və s. ilə dəyişiklikdən alınan nəticələr ilə mənbənin mümkün olan fiziki xassəsinin müəyyən edilməsi.
- İzolyasiya sistemində qismən boşalma kifayət qədər olmayan qurutmaya və ya kifayət etməyən mayenin hopmasına səbəb ola bilər, bu, qismən boşaltma nümunəsindən aydın ola bilər. Buna görə də transformatorun yenidən emalı və ya fasilə dövrü və sınağın ardıcıl olaraq təkrarlanması mühakimə edilə bilər.
- Hətta nisbətən yüksək olan qismən boşalmaya məruz qalma yağ və ya mayenin yerli krekinqinə, müvəqqəti olaraq sönməyə və ya yenidən başlanğıc gərginliklərinə gətirib çıxarda bilər, lakin əsas vəziyyət bir neçə saat ərzində öz özünə bərpa oluna bilər.
- Gərginliyin artması ilə nisbətən boşaltma səviyyəsinin məhdud dəyişilməsi, elektrik sahəsində sərbəst hissəciklərin səciyyəvi qismən boşaltma nümunəsi və vaxt ilə səviyyənin artmaması transformatorun xidmət üçün yararlılığının sübutu kimi qəbul edilə bilər. Bu halda ola bilsin ki uzun müddətli və artan gərginlik səviyyəsi ilə sınağı təkrarlamağa dair razılığa gəlmək olar, çünki bu zamanla boşaltma səviyyəsini aşağı sala bilər.
- Adətən transformator qəbul olunan limitlə müqayisədə çox yüksək səviyyələrə qədər əhəmiyyətli vaxt müddəti ərzində təsirə məruz qalmırsa, qismən boşalmanın görünən izləri aşkarlanmır. Əgər transformatorun işini yaxşılaşdırmaq və ya mənbəni müəyyən etmək üçün digər vasitələr uğursuz olarsa, onda belə prosedura sonuncu vasitə ola bilər.
Yuxarı gərginlikli sarğıdan aşağı gərginlikli
sarğıya ötürülən artıq gərginlik
Ötürülən artıq gərginlik problemi IEC 60071-2 –də əsas nöqteyi nəzərdən müzakirə edilmişdir. Aşağıda qeyd olunan məlumat yalnız xüsusi xidmət şəraitində transformator ilə əlaqəli olan problemlərə aiddir. Yadda saxlanılmalı olan ötürülmüş artıq gərginlik ya keçid dövründə tullantı, ya da artıq gərginlikdir.
Qeyd: İstehlakçı aşağı gərginlikli sarğının yükünü müəyyən etmək üzrə məsuliyyət daşıyır. Əgər heç bir məlumat verilməzsə, istehsalçı aşağı gərginlikli terminallar açıq dövrəli olan zaman gözlənilən ötürülmüş gərginliklər və gərginliyi qəbul edilən limitdə saxlamaq üçün ötürücülərin və ya kondensatorların qiymətləri barədə məlumat verə bilər.
B.2 İmpuls gərginliyinin ötürülməsi
Ötürülən impuls artıq gərginliyi ilə əlaqədar olan xüsusi transformatorun quraşdırılması ümumilikdə böyük gərginlik nisbətinə malik olan, yalnız böyük generatorlu transformatorlar və aşağı gərginlikli üçüncü dərəcəli sarğı ilə yüksək gərginlik böyük sistemli transformatorlar üçün əsaslandırılmışdır.
Tək fazalı avtotransformatorlar ayrıca olaraq sınaq edildiyindən transformatorlar üçfazalı kimi birləşdiyi zaman üçüncü dərəcəli terminallarda peyda olan ötürülmüş gərginliklər nəzərə alınmalıdır.
Ötürülmüş gərginliyin qeyd olunan səviyyəni ötüb keçməməsini təmin etmək və ya artıq gərginlikdən qoruyucu elektrik boşaldıcısının tələb olunmadığını təsdiq etmək üçün aşağı gərginlikli mütəmadi olaraq təkrarlanan impulslu generatordan istifadə etməklə ötürülmüş dalğanın ölçülməsi icra edilə bilər. Alternativ olaraq bu ölçülər impuls sınaqları zamanı reduksiya edilmiş gərginlikdə icra edilə bilər.
Xüsusilə də həcmi ötürülmə və induktiv ötürülmə kimi dalğaların ötürülməsinin iki mexanizmləri arasında fərq yaratmaq müvafiqdir.
Artıq gərginliyin aşağı gərginlikli sarğıya həcmi ötürülməsi ilk öncə həcmli gərginliyin bölüşdürülməsi kimi təsvir edilə bilər. Göründüyü kimi aşağı gərginlikli sarğıdan olan ən sadə ekvivalent dövrə Ct həcmli ötürmə seriyalarda elektrik hərəkət qüvvəsinin (e.h.q.) mənbəsindən ibarətdir, bax: Şəkil B.1.
Ekvivalent e.h.q. yüksək gərginlik tərəfinə gələn dalğanın s hissəsidir. Ct 10-9F-in ardıcıllığıdır, s və Ct yaxşı müəyyən edilməmiş, lakin dalğanın qabaq hissəsinin formasından asılı olan miqdardır. Onlar ossiloqraf ölçülər ilə birlikdə müəyyən edilə bilər. Qabaqcadan hesablama dəqiq deyil.
İkinci dərəcəli terminalların bölüşdürücü qurğu, qısa kabellər və ya terminallar üzərində mərkəzləşdirilmiş kondensator Cs kimi fəaliyyət göstərən (hətta ikinci mikrosaniyədə) əlavə edilmiş kondensatorlar ilə birlikdə yüklənməsi ötürülmüş artıq gərginliyin pik qiymətini azaldacaq. Daha uzun kabellər və ya şin sistemləri onların xarakteristik müqaviməti ilə göstərilir. Nəticədə alınan ikinci dərəcəli artıq gərginliyin forması daxil olan dalğanın ön hissəsinə müvafiq olaraq normal olaraq qısa (mikrosaniyə) yüksək dərəcə xüsusiyyətinə malikdir.
Şəkil B.1 – Artıq gərginliyin həcmi ötürülməsi üçün ekvivalent sxemi
B.2.3 İnduktiv ötürmə
Dalğa gərginliyinin induktiv ötürülməsi yüksək gərginlikli sarğıda dalğa cərəyanının axınından asılıdır.
Əgər ikinci dərəcəli sarğıya heç bir xarici yük tətbiq edilməzsə, onda gərginlik keçiricisi adətən səpələnmənin induktivliyi və sarğının həcmi ilə müəyyən edilən tezlik ilə sönən rəqsə malikdir.
İnduktiv olaraq ötürülən artıq gərginlik komponentinin azalmasına ya ildırım keçirici vasitəsilə rezistiv dempferləmə ilə ya da həcmli yükləmə ilə titrəyişə düzəliş verməklə təsir edilə bilər. Əgər kondensatorlardan istifadə olunarsa, onda kondensatorun qiyməti adətən onlarla mikrofarad kimi ola bilər (bunun üçün də onlar avtomatik olaraq ötürülmüş komponenti aradan çıxardacaq, çünki dövrənin induksiyası aşağıdır).
İnduktiv dalğa ötürülməsinə cəlb edilən transformatorun parametrləri yaxşı müəyyən edilir və həcmi ötürmədə cəlb olunana nisbətən qalxma normasından (və ya tezliyindən) daha az asılıdır. Daha çox məlumat üçün mövzu üzrə ədəbiyyata baxın.
B.3 Güc tezliyi ilə ötürülən artıq gərginlik
Əgər fiziki olaraq yüksək gərginlikli sarğıya yanaşı olan yüksək gərginlikli sarğı, yüksək gərginlikli sarğıya enerji verilən zaman torpağa birləşməyərək və ya yalnız torpağa yüksək müqavimət ilə birləşərək buraxılarsa, onda həcmi bölüşdürülmə ilə enerji tezliyinin artıq gərginlik riski mövcuddur.
Birfazalı sarğı üçün risk aydındır, lakin əgər birbaşa olan sarğı gərginliyi asimmetrik olarsa, bu üç fazalı sarğı üçün də mövcud ola bilər, bu torpaqda qısa qapanma zamanı baş verir. Xüsusi hallarda rezonans baş verə bilər.
Üçüncü dərəcəli sarğılar və böyük transformatorlarda olan stabilləşdirici sarğılar da həmçinin eyni riskə məruz qalır. İstehlakçı üçüncü dərəcəli sarğını torpağa yüksək müqavimət ilə təsadüfən buraxmaqdan qorumaq üzrə məsuliyyət daşıyır. Stabilləşdirici sarğı ya xaricdən, ya da daxildən daimi birləşmə üçün normal şəkildə təşkil edilməlidir.
Artıq gərginlik sarğılar arasında və sarğılar ilə torpaq arasında müəyyən edilir. Bu, müxtəlif kombinasiyalarda transformatorun terminalından olan aşağı tezlikdə ölçülə bilər və onlar həmçinin kifayət qədər olan dəqiqlikdən də hesablana bilər.
Transformatorun izolyasiyasına, sorğu və sifariş ilə təchiz edilməli olan dielektrik sınaqlara dair məlumat
Transformatorun hər bir sarğısı üçün sarğının Um-ə müvafiq olaraq sorğu və sifariş ilə birlikdə aşağıdakı məlumat verilməlidir.
Qeyd: SI və IVW –in transformatorda daha aşağı gərginlikli sarğı üçün müəyyən edilə bilməsinə baxmayaraq, transformatorun nisbətindən asılı olaraq sınaq zamanı qiymətlərə nail olmaq olmaz.
Sınaq birləşmələri və proseduralarının xüsusilə də eyni formalı olmayan izolyasiya edilmiş yüksək gərginlikli sarğılar ilə mürəkkəbləşdirilmiş transformatorlar üzərindən induksiya edilmiş davamlılıq cərəyanının sınağı üçün olan birləşmələrin (bax: 12.3, qeyd), yüksək gərginlikli aşağı cərəyanlı sarğılar üzərində impuls sınaqları üçün istifadə olunan metodun (bax: 13.3) sifariş verilən zaman və layihələndirilməsinə baxış mərhələsində müzakirə olunması tövsiyə olunur.
Transformator üzərində quraşdırılmış qeyri xətti mühafizə qurğularının tətbiqi sorğuda və sifariş mərhələsində istehsalçı tərəfindən göstərilməlidir və texniki pasportun birləşdirmə diaqramında göstərilməlidir.
C.2 Um ≤ 72,5 kV ilə transformatorlar və sarğılar üçün
– tətbiq edilmiş gərginlik sınaq səviyyəsi (AV);
– tam dalğalı ildırım impulsu sınaq səviyyəsi (LI).
-qismən boşaltma ölçülərinin tələb olunub olunmadığı və bunun induksiya edilmiş gərginlik sınağı ilə və ya ayrıca olaraq icra edilməsi və onun yalnız bir hissə yoxsa bütün hissələr üzərində icra edilməsi. Əgər bu bir saatda az olarsa, PD ölçüsü gərginliyində vaxt uzunluğu verilməlidir;
- ildırım impulsu sınağının layihələnməsinin birinci hissəsindən çox sifariş üzrə təchiz edilməli olan hər hansı və ya bütün hissələr üzrə tələb olunub olunmadığı;
- fasiləli dalğalı ildırım impulsu sınaqlarının tələb olunub olunmadığı və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
- neytral terminala dair ildırım impulsu sınağının tələb edilib edilmədiyi və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
- eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsunun tələb edilib edilmədiyi və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
- əgər havada araboşluqlar bənd16-da verilən araboşluqlardan fərqlidirsə.
Um, LI və AV –in qiymətləri Cədvəl 2-də verilən tək xətdən seçilməlidir, çünki onlar sonra hazırlanmış dəst olacaq, lakin mövcud olan izolyasiyanın əlaqələndirilməsinə uyğunlaşdırmaq üçün eyni Um daxilində və Um-dən böyük olan fərqli xətlərdən qiymətləri seçməyə yol verilir. Əgər müəyyən edilərsə, LİC qiyməti Lİ qiyməti kimi Cədvəl 2-də qeyd olunan eyni xətdən götürülməlidir. Müxtəlif xətlərdən gələn qiymətlərin hər hansı qarışığı bəzi parametrlərlə əlaqədar olaraq yenidən hazırlanma ilə nəticələnə bilər.
C.3 72,5 kV <Um ≤ 170 kV ilə transformatorlar və sarğılar üçün
– tətbiq edilmiş gərginlik sınaq səviyyəsi;
– tam dalğalı ildırım impulsu sınaq səviyyəsi.
Əlavə olaraq eyni formalı olmayan izolyasiyalı transformatorlar üçün:
- alternativ kimi qeyd olunarsa, AC xətt terminalın sınaq səviyyəsi və ya kommutasiya impulsu sınaq səviyyəsi;
-qismən boşaltmanın ölçülməsi ilə induksiya olunan gərginlik sınağı üçün alternativ olaraq daha yüksək gərginlik səviyyələrinin istifadə olunub olunmadığı və onun IVW sınağı ilə birləşdirilə bilib bilinmədiyi;
-fasiləli dalğalı ildırım impulsu sınaqlarının tələb olunub olunmadığı və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
-induksiya olunan sınaq gərginliyi üçün tələb olunan sınaq gərginliyinin ikiqat nominal gərginlikdən fərqlənib fərqlənmədiyi;
-kommutasiya impulsu sınağının tələb olunub olunmadığı və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi və Sİ sınağının LTAC sınağını əvəz edib etməməsi;
-eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsunun tələb edilib edilmədiyi və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
-eyni formada olmayaraq izolyasiya olunan sarğılar üçün AC xətt terminalın davamlılıq gərginliyinin tələb olunub olunmaması və əgər belədirsə, sınaq gərginliyinin tələb edilib edilməməsi;
-əgər havada araboşluqlar bənd16-da verilən araboşluqlardan fərqlidirsə.
Um, LI və AV –in qiymətləri və əgər qeyd olunarsa, LTAC və SI Cədvəl 2-də verilən tək xətdən seçilməlidir, çünki onlar sonra hazırlanmış dəst olacaq, lakin mövcud olan izolyasiyanın əlaqələndirilməsinə uyğunlaşdırmaq üçün eyni Um daxilində və Um-dən böyük olan fərqli xətlərdən qiymətləri seçməyə yol verilir. Əgər müəyyən edilərsə, LIC qiyməti LI qiyməti kimi Cədvəl 2-də qeyd olunan eyni xətdən götürülməlidir. Müxtəlif xətlərdən gələn qiymətlərin hər hansı qarışığı bəzi parametrlərlə əlaqədar olaraq yenidən hazırlana bilər.
C.4 Um >170 kV transformatorlar və sarğılar üçün
-ildırım impulsu sınağı səviyyəsi;
-kommutasiya impulsu sınağı səviyyəsi;
-tətbiq edilmiş gərginlik sınağı səviyyəsi;
-qismən boşaltma ölçüləri ilə induksiya edilmiş gərginlik sınağı üçün alternativ daha yüksək gərginlik səviyyələrinin istifadə olunub olunmaması;
-neytral terminala dair ildırım impulsu sınağının tələb edilib edilmədiyi və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
-eyni zamanda çoxlu sayda xətt terminallarına tətbiq edilən ildırım impulsunun tələb edilib edilmədiyi və onun yalnız birinci hissə, yoxsa bütün hissələr üzərində icra edilib edilmədiyi;
-eyni formada olmayaraq izolyasiya olunan sarğılar üçün AC xətt terminalın davamlılıq gərginliyinin tələb olunub olunmaması və əgər belədirsə, sınaq gərginliyinin tələb edilib edilməməsi;
-əgər havada araboşluqlar bənd16-da verilən araboşluqlardan fərqlidirsə.
Um, LI və AV –in qiymətləri və əgər qeyd olunarsa, LTAC və SI Cədvəl 2-də verilən tək xətdən seçilməlidir, çünki onlar sonra hazırlanmış dəst olacaq, lakin mövcud olan izolyasiyanın əlaqələndirilməsinə uyğunlaşdırmaq üçün eyni Um daxilində və Um-dən böyük olan fərqli xətlərdən qiymətləri seçməyə yol verilir. Əgər müəyyən edilərsə, LIC qiyməti LI qiyməti kimi Cədvəl 2-də qeyd olunan eyni xətdən götürülməlidir. Müxtəlif xətlərdən gələn qiymətlərin hər hansı qarışığı bəzi parametrlərlə əlaqədar olaraq yenidən hazırlana bilər.
Neytral izolyasiya gərginliyi səviyyəsinin hesablanması
Bu əlavədə verilən tövsiyələr birbaşa olaraq torpaqlanmayan eyni formalı olmayan izolyasiya ilə transformatorun neytral terminalı üçün minimal davamlılığı müəyyən etməyə yol verir. Zədələnmə səviyyələrini yoxlamaq üçün və ya digər səbəbdən neytral terminal müvafiq müqavimət ilə torpağa birləşdirilə bilər (misal üçün, torpaqlama reaktoru və ya rezistor ).
Ayrıca neytral ilə istifadə üçün hazırlanmış transformatorun neytral terminallarının davamlılıq cərəyanının və nizamlanan transformatorun gərginliyinin müəyyən edilməsi bu əlavədə qeyd edilmir. Neytral terminal birbaşa olaraq torpaqlanmadığı zaman keçirici gərginliyi məhdudlaşdırmaq üçün neytral terminal ilə torpaq arasında artıq cərəyandan qoruyucu qurğu quraşdırılmalıdır. İstehlakçı artıq gərginlikdən qoruyan qurğunu seçmək, onun impulsdan qoruma səviyyəsini müəyyən etmək və transformatorun neytral terminalı üçün müvafiq impulslu sarğı gərginliyini müəyyən etmək üzrə məsuliyyət daşıyır.
Qeyd: İstehsalçının eyni formalı olmayan izolyasiyası xətt terminalının davamlılıq sınağı (xüsusi sınaq) ilə əlaqədar olaraq müəyyən edilmiş neytral izolyasiya səviyyəsindən daha yüksək olan sarğını hazırlaya bilər.
AC davamlılıq cərəyanı sistemin nasaz vəziyyətdə yaranan maksimum artıq gərginlikdən yüksək olmalıdır. Neytral terminalın impuls səviyyəsi ilə qoruyucu qurğunun idarə edən gərginliyi arasında son hədd olmalıdır və bu gərginliklərin hər ikisi də sistemin nasaz vəziyyətdə yaranan maksimum gərginlikdən çox olmalıdır. Aşağıda qeyd olunan formul müqavimət vasitəsilə neytral terminalda baş verə bilən maksimum gərginliyin hesablanması üçün göstərişlər verir.
D.2 Neytral qısa qapanma cərəyanının hesablanması
İki sarğılı üçfazalı transformator üçün maksimum neytral qısa qapanma cərəyanı İqq (birləşdirilmiş sarğı üzərində birfazalı torpaq zədəsi), aşağıdakı düstura müvafiq olaraq hesablana bilər:
E -V ilə ifadə olunan Um/ kimi qəbul edilən faza ilə torpaq arasındakı gərginlikdir
Z1s -Ω ilə ifadə olunan şəbəkənin müsbət ardıcıllıq müqavimətidir
Z2s –Ω ilə ifadə olunan şəbəkənin mənfi ardıcıllıq müqavimətidir
Z0s- Ω ilə şəbəkənin sıfır ardıcıllıq müqavimətidir
Z1t –Ω ilə ifadə olunan şəbəkənin müsbət ardıcıllıq müqavimətidir
Z2t –Ω ilə ifadə olunan şəbəkənin mənfi ardıcıllıq müqavimətidir
Z0t –Ω ilə ifadə olunan şəbəkənin sıfır ardıcıllıq müqavimətidir (hər hansı üçüncü dərəcəli və ya stabilləşdirici sarğını daxil etməklə)
ZN –Ω ilə ifadə olunan neytral ilə torpaq arasındakı müqavimətdir.
Zqq –Ω qısa qapanmaya qarşı müqavimətdir (sıfır kimi qəbul edilir)
Qeyd: Təlimat kimi ən pis halı hesablamaqda ümumi təcrübəyə müvafiq olaraq, aşağıdakı qiymətlərdən istifadə etmək olar:
D.3 Minimal izolyasiya səviyyəsi
D.3.1 Tətbiq edilən gərginliyin minimal izolyasiya səviyyəsi
Neytral üçün minimal AV səviyyəsi UAC neytralın –dan daha böyük olmaq üçün bu standartda Cədvəl 2-dən seçilməlidir.
D.3.2 Minimal impuls səviyyəsi
Qoruyucu qurğunun idarə edildiyi səviyyədən yuxarıda son həddi təmin etmək üçün impuls səviyyəsi seçilməlidir və bu elə seçilməlidir ki, sistemin qısa qapanması zamanı işləməsin. Bu halda ən yüksək asimmetrik maksimum gərginlik aşağıda verilir:
Burada, Kv gərginliyin asimmetrik əmsalıdır.
Tamamilə müqavimət göstərən ZN halında, Kv IEC 60076-5-də müəyyən edildiyi kimi cərəyanın asimmetrik ədəd k kimi eynidir, lakin induktiv ZN cərəyanın DC komponenti ilə əlaqədar olaraq Kv daha aşağı olacaq. Kv faktoru çox yüksək transformator X/R-in və kiçik müqavimət olan ZN-in ən pis halında 2 kimi qəbul edilər bilər, lakin praktiki hallarda <2 ola bilər. Təmiz şəkildə induktiv ZN halında Kv 1,05 kimi qəbul edilə bilər, çünki o, X\R transformatorunun ən pis halını təmsil edir. Sistemin modelindən istifadə etməklə Uneytralmax-ın hesablanması tövsiyə olunur.
Nominal HV gərginliyi 155 kV (yəni, Um 170 kV-dır) ilə transformatora birləşdirilmiş Ynd11 və 100 MVA əsasda 12% müsbət ardıcıllıq müqaviməti ilə 100 MVA-nın nominal gücü və 10.8% sıfır ardıcıllığı müqaviməti və 39 Ω reaktoru vasitəsilə HV neytralın torpaqlanması ilə şəbəkənin müəyyən qısa qapanması kimi nəzərə alınan HV xəttindən torpağa olan HV neytralından aşağıdakı qısa qapanma cərəyanı qeyd olunacaq:
Bunun üçün də Cədvəl 2-də olan minimum AV səviyyəsi 70 kV-dır.
Reaktiv neytral müqavimət üçün Kv = 1,05 –i fərz edərək, sistemin nasaz vəziyyətdə olan neytralı üzərində ən yüksək gərginlik aşağıdakı kimidir:
Qoruyucu qurğu 85 kV olan pik səviyyəsində icra olunmadığından, onun ən yüksək davamlı AC səviyyəsi 85/ kV = 60,1 kV-dan az olmamalıdır. Bu gərginlik üçün müvafiq artıq gərginlikdən qoruyucu elektrik boşaldıcısı (10 saniyə davamlılıq) 140 kV qoruyucu səviyyənin 10 kA-a malikdir və buna yol verərək neytral üçün LI səviyyəsi 170 kV olar.
170 kV ildırım impuls səviyyəsi 36 kV Um-ə uyğundur və bu, neytral üçün qeyd olunacaq.
Dielektrik sınaqları, izolyasiya səviyyələri və
araboşluqlar üçün əsas
Bu standartın məqsədi transformatorun xətt ilə torpaq, neytral ilə torpaq və faza ilə faza arasındakı izolyasiyanın lazımı formada sınaq edilməsidir.
Gərginliyin səviyyəsindən və transformatorun növündən asılı olaraq buna nail olmaq üçün müxtəlif sınaqlar seçilmiş və müvafiq olaraq əlaqələndirilən sınaq gərginlikləri səviyyələri Cədvəl 2-də qeyd olunub.
Bu əlavədə bu standarta baxılan zaman üstünlük təşkil edən qaydalar qeyd olunur. Ümumi baxışda tələb olunan sınağın sadələşdirilməsi və illər boyu stifadə zamanı yaxşı nəticələr verən sınağın ümumi səviyyəsini azalmadan və ya qaldırmadan tələbləri sadələşdirmək hədəfə alınır.
E.2.1 Um ≤ 72,5 kV transformatorları üçün sınaqlar
Bu transformatorlara xüsusi layihələnmədə daha çox miqdarda istehsal edilən paylaşdırma transformatorları daxil edilir. Belə transformatorların sınaq edilməsi cəld və əlçatan olmalıdır.
72,5 kV olan Um ilə və daha aşağı olan bütün transformator və sarğılar eyni formalı izolyasiya daxilində istehsal edilir və xətt ilə torpaq arasında və neytral ilə torpaq arasında olan izolyasiya da tətbiq edilən gərginlik sınağı zamanı (AV) yoxlanılır.
Bunun üçün də induksiya olunan sınaq davamlılığı (IVW) yalnız növbədən növbəyə olan izolyasiya zamanı yoxlanılmalıdır və əvvəlki nəşrdə olduğu kimi ikiqat normal işçi gərginliyindəki kifayət qədər hüdudda təklif olunan kimi qəbul edilmişdir.
Fazalar arası və faza ilə torpaq arası izolyasiyanın sxemi həmçinin, ildırım impuls sınağı ilə (LI) təsdiq edilir, lakin transformatorun bu kateqoriyası üçün lazım olan sınaq avadanlığını məhdudlaşdırmaq üçün ildırım impulsu sınağı adi sınaqdan çox bir növ kimi saxlanılmışdır.
Fasiləli dalğalı ildırım impuls sınağı (LIC) ümumilikdə vacibdir. Bu sınaq xüsusilə böyük xidmət şəraiti olan zaman yalnız istifadə üçün istehlakçı tərəfindən tələb edilən zaman xüsusi olaraq mövcud olan sınaqdır.
Qismən boşalmanın ölçülməsi ilə induksiya olunan sınağa (IVPD) bu transformatorlara ümumi tətbiq edilməsi üçün çox baha və çox uzun müddətli qəbul edilmişdir və bundan əlavə onun məqsədi IVW və AV sınaqlarını əhatə edir. Bu sınaq xüsusi xidmət şəraitində istifadə üçün istehlakçı tərəfindən tələb edilən zaman reduksiya olunan müddətdə tələb olunan xüsusi sınaq kimi müəyyən edilir.
E.2.2 72,5 kV <Um ≤ 170 kV ilə transformatorlar üçün sınaq
Orta silsilədə olan transformatorlar adətən sifariş üzrə yaradılır, lakin daha yüksək enerji ötürüldüyündən keyfiyyətin daha yüksək yoxlanışı üzrə tələblər daxildir. Eyni formalı olan və olmayan izolyasiya kimi hər iki imkana şərait yaratmaq üçün hazırlanmış sınaqların siyahısı qeyd oluna bilər.
Neytral ilə torpaq arasındakı izolyasiya və eyni formalı olaraq izolyasiya edilən transformatorlar üçün xətdən torpağa kimi olan izolyasiya tətbiq edilən gərginlik sınağı (AV) ilə sübut edilir. Sınaq səviyyəsi neytral izolyasiya ilə məhdudlaşdırıldığından, eyni formalı olmayan izolyasiya üçün xətt ilə torpaq arasındakı izolyasiyanı təsdiq etmək kifayət deyil. Bu səbəbdən xətt terminalı olan AC (LTAC) sınağı eyni forma olmayan izolyasiya edilmiş transformatorlar üçün adidir, lakin bu transformatorun bu sinfinin eyni yolla sınaq edilə bilməsi üçün kommutasiya impulsuna (SI) razılıq olmaqla dəyişdirilə bilər.
Fazalar – arası və yerə nisbətən faza izolyasiyası həmçinin ildırım impulsu sınağı ilə yoxlanılır. Fasiləli dalğalı ildırım impulsu sınağı bu gərginlik növləri üçün yalnız xüsusi xidmət şərtləri üçün istehlakçı tərəfindən tələb olunan hallarda müəyyən edilə bilən xüsusi sınaq növüdür.
Fazalar arası və faza ilə torpaq arası olan izolyasiyanı sınaq etmək üçün induksiya olunan gərginliyə davamlılıq sınağı (IVW) və qismən boşaltma ölçüləri ilə induksiya olunan gərginlik sınağı (IVPD) adi sınaqlar kimi qeyd edilir. Sınağın müddətini qısaltmaq və transformatorda dielektrik gərginliyin eyni növünü iki dəfə yaratmamaq üçün bu sınaqları birləşdirmək imkanı İVPD sınağının yaxşılaşdırılması kimi verilir, IVW oxşar olaraq vurğulayır və hər ikisi də xidmət şərtlərinə oxşar olan konfiqurasiyada edilir.
E.2.3 Um >170 kV ilə transformatorlar üçün sınaqlar
Transformatorun bu kateqoriyası ən böyük ötürməni və generator transformatorlarını əhatə edir. Hissələrin məhdud sayı, həmçinin bu böyük və vacib hissələrin keyfiyyətinin yoxlanılması aşağıdakı sınaqlara gətirib çıxardır:
Torpaqda izolyasiyanı yoxlamaq üçün tətbiq edilən gərginlik sınağı adi sınaq
IVPD sınağı xidmətdə olan xətt ilə torpaq arasında və fazalar arasında olan izolyasiyanın keyfiyyətini yoxlayır. Kommutasiya impuls sınağı (Sİ) fazalar arası və xətt ilə torpaq arası dayanıqlığı sübut edir. Bunun üçün də ayrıca olaraq induksiya olunan gərginliyə davamlılıq sınağının vacib olmadığı, lakin IVPD sınağının gərginliyinin gücləndirilməsi məsələn, ikiqat nominal gərginlik üçün istənilən zaman artırıla bilər.
Fasiləli dalğaları daxil etməklə ildırım impuls sınaqlarına bu transformatorlar üçün adi sınaq kimi baxılır, belə ki, ona transformatorun burada olan daha yüksək tezlik komponentlərini daxil etməklə transformatorun impulslara tab gətirmək qabiliyyətini sübut etmək kimi baxılır.
AC sınaq ilə xətt ilə torpaq izolyasiyası arasında olan sonrakı sınağı istəyən istehlakçı üçün tək fazalı sınaq terminalı olan AC sınağı (LTAC) xüsusi sınaq kimi qeyd oluna bilər. Bu sınaq qabaqcadan induksiya olunan gərginliyə dayanıqlıq sınağından yaranır.
E.3 Sınaq gərginlikləri
Cədvəl 2-də qeyd olunan sınaq gərginlikləri IEC 60071-1-ə əsasən müəyyən edilir. Bu uyğunlaşdırılmış izolyasiyaya dair standartda qeyd edilən qəbul olunan limitlərdən aşağı olan qiymətlər Cədvəl 2-dən çıxardılıb, lakin Cədvəl 3-də mövcud olan təcrübəni əlaqələndirmək üçün istifadə edilə bilən daha aşağı qiymət ilə daxil edilmişdir. Minimum olaraq standartı təmin edən zaman sistemə dair xüsusi tələblərə uyğun gəlmək üçün transformatorun təfsilatlarını yol vermək məqsədilə hər bir Um üçün mümkün olan sınaq gərginliyi qiymətləri Cədvəl 2-də verilməyə davam edilir.
Cədvəl 2-də qeyd olunan qiymətləri yaradan zaman üstünlük verilən ümumi qayda sellüloza əsaslı izolyasiya və mineral yağdan ibarət olan izolyasiyanın işinə əsaslanır. Bu növ izolyasiyaya dair aparılan tədqiqatlar göstərir ki, kommutasiya impulsunun (Sİ) davamlılığı adətən 0.8 və 0.85 dəfə ildırım impulsundan davamlı olur. IEEE C57.12.00-2010-da 0.83 nisbətinə əsaslanan rəqəmlər verilir.
Ümumi qaydalara artıq maillik daxil edilmədiyi zaman Cədvəl 2-də rəqəmlər yuvarlaqlaşdırılır.
Xətt ilə torpaq arasında daxil edilmiş induksiya edilmiş gərginliyə davamlılıq (IVW) adətən kommutasiya impulsu gərginliyinin təqribən 50%-ə bərabərdir, yəni ildırım impulsunun davamlılıq gərginliyinin (LI) 40% ilə 43%-i arasındadır. Cədvəl 2-də qeyd olunan qiymətlər bu ümumi prinsipdən istifadə etməklə yaradılmışdır və İVW üçün standartlaşdırılmış rəqəmlər IEC 60071-1-də verilir. Təcrübələrin bir qədər fərqli olduğu 36 kV-dan aşağı olan Um-i istisna etməklə mövcud olan təcrübəni əks etdirmək üçün yalnız məhdud ziddiyyətlər ilə ümumi qaydalara riayət edilir.
PD ölçü səviyyəsi üçün (1,58 × Ur )/√3 qiyməti IEEE C57.12.00-2010-da istifadə olunan səviyyədir. Um-dən Ur-ə kimi olan dəyişiklik əsaslarını hesaba almaq və IEEE C57.12.00-2010-a uyğunlaşdırmaq üçün (1,8 × Ur )/√3 1,7 × Ur üstəgəl 5 %-dir.
Cədvəl 4-dəki xətt ilə torpaq arasındakı qiymətlər müvafiq ildırım impulsu və ya kommutasiya impuls səviyyəsi üçün IEC 60071-1:2011-də verilənlərin ən yüksəyidir. ≤ 750 kV ildırım impulsu səviyyələri üçün mərkəzdən quruluşa olan qiymətlərdən və 750 kV-dan yuxarı olan keçiricidən quruluşa olan qiymətlərdən istifadə edilmişdir. IEC 60071-1-də rəqəmlər qeyd edilmədiyi zaman ən yaxın 10 mm və ya 100mm-ə yuvarlaqlaşdırılmış xətti interpolyasiya əldə edilmişdir.
Cədvəl 4-dəki sütunda verilən fazalar arası araboşluqların qiymətləri IEC 60071-1:2011-də verilmiş keçirici cərəyan keçirən damarlar arası qiymətləri delta sarğısı ilə transformatorlara müvafiq olan faza ilə torpaq arasında olan 1.5 qiymətinə bölməklə fazalar arası qiymətə əsaslanır. IEC 60071-1-də dəqiq rəqəmlər mövcud olmadığı zaman faza ilə torpaq arasındakı 1.5 qiymətinə bölməklə fazalar arası yenidən əsaslanan rəqəmlər arasında interpolyasiya üçün üçüncü dərəcəli çoxhədli reqressiyadan istifadə edilmişdir. Yenidən əsaslanmanın nümunəsi 1425 kV-da 7200 mm araboşluq olacaq və 1615 kV-a və 1.5-ə ekvivalent kimi 1.7 götürülür.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60076-7:2005 “Power transformers – Part 7: Loading guide for oil-immersed power transformers” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
____________________________________________________________________________________________
Güc transformatorları
Hissə 7: Yağla işləyən güc transformatorları
üçün yüklənmə üzrə rəhbəredici sənəd
Part 7: Loading guide for oil-immersed
____________________________________________________________________________________________
IEC 60076-nın bu hissəsi yağla işləyən transformatorlara tətbiq edilir. Bu standart müxtəlif ətraf mühit temperaturları altında iş təsirini və yüklənmə şərtlərinin transformatorun xidmət müddətinə təsirini təsvir edir.
Qeyd: Soba transformatorları üçün istehsalçı xüsusi yükləmə profilinə dair məsləhət almalıdır.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilib. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.
IEC 60076-2:1993, Power transformers – Part 2: Temperature rise (Güc transformatorları – Hissə 2: Maye yüklü transformatorlar üçün temperaturun yüksəlməsi)
IEC 60076-4:2002, Power transformers – Part 4: Guide to the lightning impulse and switching impulse testing – Power transformers and reactors (Güc transformatorları– Hissə 4: İldırım impulsu gərginliyi və kommutasiya impulsu gərginlik sınağı üçün rəhbəredici sənəd. Güç transformatorları və reaktorları)
IEC 60076-5:2000, Power transformers – Part 5: Ability to withstand short circuit (Güc transformatorları– Hissə 5: Qısa qapanmaya davamlılıq)
Bu standartda aşağıda verilmiş termin və təriflərdən istifadə edilib.
3.1 paylayıcı transformator - 2 500 kVA üç fazalı və ya 833 kVA tək fazalı maksimal dərəcəli güc transformatoru
3.2 orta güc transformatoru - maksimal gücü 100 MVA olan üç fazalı və ya 33,3 MVA tək fazalı güc transformatoru
3.3 böyük güc transformatoru - 3.2-də verilmiş həddi aşan güc transformatoru
3.4 tsiklik yüklənmə - Tsikl ərzində baş verən yığılmış köhnəlmə miqdarı baxımdan nəzərdən keçirilən tsiklik dəyişən yüklənmə (adətən tsikl müddəti 24 s olur). Tsiklik yüklənmə ya normal yüklənmə və ya uzun-müddətli ifrat yüklənmə ola bilər
3.5 normal tsiklik yüklənmə - tsiklin bir hissəsi ərzində daha yüksək ətraf mühit temperaturu və ya nominaldan yüksək yük cərəyanı tətbiq edilsə də nisbi termal köhnəlmə dərəcəsi nöqteyi nəzərindən (riyazi modelə əsasən), bu yüklənmə normal ətraf mühit temperaturunda nominal yükə ekvivalentdir. Buna yük tsiklinin qalan hissəsi ərzində aşağı ətraf mühit temperaturları və ya aşağı cərəyan hədlərindən istifadə etməklə nail olmaq mümkündür. Planlaşdırma məqsədləri üçün bu prinsipi nisbi termal köhnəlmə dərəcələri olan tsikllərin termal köhnəlmə dərəcələri vahiddən kiçik olan tsikllərlə kompensasiya edildiyi daha uzun müddətli dövrlər üçün uzatmaq olar.
3.6 uzun-müddətli ifrat yüklənmə - transformatorun yeni və daha yüksək sabit vəziyyətli temperatur həddinə çatmazdan əvvəl təkrar birləşdirilməyən bəzi sistem elementlərinin uzun-müddətli kəsilməsi nəticəsində yüklənməsi
3.7 qısa-müddətli ifrat yüklənmə - sistemin normal yüklənməsinə ciddi zərər vuran bir və ya bir neçə gözlənilməz hadisələrin baş verməsi səbəbindən qeyri-adi dərəcədə ötəri xarakterli ağır yüklənmə (30 dəqiqədən az)
3.8 qaynar nöqtə - əgər xüsusi olaraq müəyyən edilməzsə, sarğıların qaynar nöqtəsi
3.9 nisbi termal köhnəlmə dərəcəsi - verilmiş qaynar-nöqtə temperaturu üçün istinad edilən qaynar-nöqtə temperaturunda köhnəlmə dərəcəsi ilə müqayisədə transformatorun izolyasiyasının köhnəlməsinin azaldıldığı və ya sürətləndirildiyi tezlik
3.10 transformatorun izolyasiyasının xidmət müddəti - izolyasiyanın yeni hesab edildiyi ilkin vəziyyətlə köhnəlmə, dielektrik stres, qısa-qapanma stresi, mexaniki hərəkətin normal xidmət ərzində baş verə bilən və yüksək elektrik nasazlığına gətirib çıxaran riskə görə son mərhələ arasındakı ümumi vaxt müddəti
3.11 istifadəyə yararlılıq müddətinin faiz itkisi - müəyyən zaman müddəti ərzində (adətən 24 saat) saatlarla ölçülən müvafiq köhnəlmənin 100 misli bölünsün transformatorun gözlənilən izolyasiyanın istismara yararlılıq müddətidir. Saatlarla ölçülən ekvivalent köhnəlmə nisbi köhnəlmə tezliyini saatların sayına vurmaqla əldə edilir
3.12 termal yenilənmiş kağız - kağızın parçalanma dərəcəsini azaltmaq üçün kimyəvi dəyişmiş sellüloz əsaslı kağız materialı. Köhnəlmə təsirləri ya su yaradan maddələrdən (syanoetilasiyada olduğu kimi) və ya stabilləşdirici maddələrdən (amin əlavəsi, disyandiamid) istifadə yolu ilə suyun formalaşmasının qarşısını almaqla azaldılır. Kağız 110C və ya aşağıdakı tənlikdə verilmiş istənilən digər zaman/temperatur kombinasiyasında hermetik boruda 65 000 saat qaldıqdan sonra gərilmə gücündə ANSI/IEEE C57.100; 50 % saxlama ilə müəyyən edilən xidmət müddəti meyarlarına cavab verərsə, termal yenilənmiş hesab edilir:
Hal-hazırda istifadə edilən termal yenilənən kimyəvi maddələrdə Kraft pulpasında olmayan azot olduğuna görə kimyəvi dəyişiklik dərəcəsi emal edilmiş kağızda olan azot miqdarının sınağı yolu ilə müəyyən edilir. Termal yenilənmiş kağızların azot tərkibinin tipik qiymətləri ASTM D-982-yə uyğun ölçüləndə 1% və 4% arasında olur.
Qeyd: Bu tərif 7 oktyabr 2003-cü il tarixli Termal Yenilənmiş Sənədin Tərifi üçün IEEE Transformatorları Komitəsi tərəfindən təsdiqlənib.
3.13 istiqamətləndirilməyən yağ axını – OF - istilik mübadilə qurğuları və ya radiatorlardan nasosla çəkilib vurulan yağın çən daxilində sərbəst axdığını və sarğılardan keçmək üçün təzyiq göstərilmədiyini əks etdirir (sarğılar daxilində yağ axını ya şaquli soyutma kanalları ilə və ya ziqzaqvari axınla yaxud onsuz üfüqi soyutma kanalları vasitəsilə radial ola bilər)
3.14 istiqamətləndirilməyən yağ axını – ON - istilik mübadilə qurğuları və ya radiatorlardan yağın çən daxilində sərbəst axdığını və sarğılardan keçmək üçün təzyiq göstərilmədiyini əks etdirir (sarğılar daxilində yağ axını ya şaquli soyutma kanalları ilə və ya ziqzaqvari axınla yaxud onsuz üfüqi soyutma kanalları vasitəsilə radial ola bilər)
3.15 istiqamətləndirilən yağ axını – OD - istilik mübadilə qurğuları və ya radiatorlardan nasosla çəkilib vurulan yağın əsas hissəsinin sarğılardan keçərək axdığını göstərir (sarğılar daxilindəki yağ axını ya şaquli soyutma kanallarında ox istiqamətində və yaxud da üfüqi soyutma kanallarında ziqzaqvari ola bilər)
3.16 hesabi ətraf mühit temperaturu - ətraf mühit temperaturu üzrə yol verilən orta sarğı və üst-yağ (transformator çəninin üst hissəsindəki yağ) və qaynar-nöqtə temperaturunun müəyyən edildiyi temperatur həddidir
4 İŞARƏLƏR VƏ İXTİSARLAR
Polimerləşmə dərəcəsi
Müxtəlif tənliklərdə fərqli operatorun olması
Nominal dərəcədə orta-sarğıdan orta-yağ (çəndə) temperatur dərəcəsi
Özək və sarğı dəsti kütləsi
Çən və fitinqlərin kütləsi
Yük faktoru (yük cərəyanı/nominal cərəyan)
Nəzərdən keçirilən zaman ərzində ümumi köhnəlmə
Hər bir zaman intervalının sayı
Nəzərdən keçirilən zaman müddəti ərzində intervalların ümumi sayı
Ya ODAN, ODAF və ya ODWF soyutması
Ya OFAN, OFAF və ya OFWF soyutması
Ya ONAN və ya ONAF soyutması
Təchiz edilən itkilər
Nisbi sarğının burulğan itkisi
Yüksüz vəziyyətdə itkilərə nominal cərəyan həddində yük itkilərinin nisbəti
Əsas şaxədə yüksüz itkiyə yük itkilərinin nisbəti
r + 1 şaxədə yüksək itkiyə yüklü itkilərin nisbəti
Minimal şaxədə yüksüz itkiyə yük itkilərinin nisbəti
Maksimal şaxədə yüksək itkiyə yük itkilərinin nisbəti
Nisbi köhnəlmə tezliyi
N intervalı ərzində nisbi köhnəlmə tezliyi
Üst-yağ (çəndə) temperaturu yüksəlişinə (yağ eksponenti) qarşı ümumi itkilərin hesabi gücü
Sarğı temperaturunda artıma qarşı (sarğı eksponenti) eksponensial cərəyan gücü
Ətraf mühit temperaturu
İllik çəkilmiş ətraf mühit temperaturu
Qaynar nöqtə temperaturu
Aylıq orta temperatur
IEC 60076-2:1993 əsasən, ən isti ayda aylıq orta temperatur
Nəzərdən keçirilən yüksək üst-yağ temperaturu (çəndə)
IEC 60076-2:1993 əsasən, illik orta temperatur
Orta-yağ zaman sabiti
Nominal yük (yüksüz itkilər + yüklü itkilər) həddində dibdə yağ (çəndə) temperatur yüksəlişi
Nəzərdən keçirilən yük həddində üst-yağa (çəndə) qaynar nöqtə dərəcəsi
Başlanğıc həddə üst-yağa (çəndə) qaynar nöqtə dərəcəsi
Nominal cərəyan həddində üst-yağa qaynar nöqtə (çəndə) dərəcəsi
Nəzərdən keçirilən yükdə üst-yağ (çəndə) temperaturunun yüksəlişi
Başlanğıcda üst-yağ (çəndə) temperaturunun yüksəlişi
Nəzərdən keçirilən yükdə orta-yağ (çəndə) temperatur yüksəlişi
Nominal yük həddində (yüksüz itkilər + yük itkiləri) orta-yağ (çəndə) temperatur yüksəlişi
Nominal yüklərdə (yüksüz itkilər + yüklü itkilər) nominal itkilərdə sabit vəziyyətdə üst-yağ (çəndə) temperaturunun yüksəlişi
Örtüyə görə düzəliş edilmiş üst-yağ temperaturunun yüksəlişi (çəndə)
Örtüklə bağlı əlavə üst-yağ temperaturunda artım (çəndə)
5 AD LÖVHƏSİNDƏKİ NORMADAN ÇOX YÜKLƏNMƏNİN TƏSİRİ
Hesabi ətraf mühit temperaturu və nominal əməliyyat şərtləri daxilində normal xidmət müddəti gözləntisi davamlı iş üçün şərti istinad əsasıdır. Ad lövhəsində verilmiş normadan artıq yükün tətbiqi və ya ətraf mühitin nəzərdə tutulmuş hesabi ətraf mühit temperaturundan yüksək olması risk dərəcəsi və köhnəlmənin sürətlənməsi ilə nəticələnir. Belə riskləri təyin etmək üçün və verilmiş məhdudiyyətlər çərçivəsində transformatorların ad lövhəsində verilmiş normadan artıq yüklənə bilməsinin mümkünlüyünü göstərmək IEC 60076 standartının bu hissəsinin məqsədinə aiddir. Belə riskləri, istehlakçının maksimal yüklənmə şərtlərini aydın göstərməsi və təchizatçının transformator layihələndirilməsində bunları nəzərə alması halında azaltmaq mümkündür.
Transformatorun ad lövhəsində verilmiş normadan artıq yüklənmə nəticələri aşağıdakı kimidir.
a) Sarğı, paz, birləşmə, izolyasiya və yağın temperatur hədləri artaraq yol verilməyən səviyyələrədək yüksələ bilir.
b) Özəkdən kənar sızma axınının sıxlığı artmaqla, sızma axını ilə bağlı olan metal hissələrdəki əlavə cərəyan qızma ilə nəticələnir.
c) Temperatur həddi dəyişdikcə, izolyasiya və yağda nəmlik və qaz tərkibi dəyişir.
d) Vtulka, şaxə dəyişdirici açar, kabel ucluğu birləşmələri və cərəyan transformatorları onların layihələndirilməsinə və tətbiqetmə marjalarına təsir edən daha yüksək stres hədlərinə məruz qalır.
Əsas axın və artmış sızma axını birlikdə, mümkün özək üzərinə düşən artıq gərginliyə məhdudiyyətlər qoyur [1], [2], [3].
Qeyd: Xarici sarğıdan (adətən HV (Yüksək Gərginlik)) daxili sarğıya (adətən LV (Aşağı Gərginlik)) enerji axınına malik yüklənmiş özək növlü transformatorlar üçün əsas və sızıntı axınının kombinasiyasının nəticəsi olan özəkdəki maksimal maqnit axını sızıntısı qısqaclarda əmələ gəlir.
Sınaqlar nəticəsində məlum olduğu kimi, bu axın transformator yüksüz vəziyyətdə olanda xarici sarğının terminallarında tətbiq edilən eyni gərginlik həddinin törətdiyi axından az olur və ya ona bərabər olur. Yüklü transformatorun özək ayaqlarında maqnit axını daxili sarğıdakı terminallardakı gərginliklə müəyyən olunur və yüksüz vəziyyətdə eyni gərginliyin törətdiyi axına demək olar ki, bərabər olur.
Enerji axını daxili sarğı içindən ötürülən özək növlü transformatorlar üçün maksimum axın sıxlığı maqnetik çubuqlarda olur. Onun qiyməti yüksüz vəziyyətdə eyni tətbiq edilən gərginlik həddindən cüzi dərəcədə artıq olur. Qısqaclarda axın sıxlığı xarici sarğıda olan gərginlik həddi ilə müəyyən olunur.
Ona görə də yüklü transformatorun hər iki tərəfində gərginliklər ad lövhəsinin nominalından artıq yükləndikdə müşahidə olunmalıdır. Yüklü transformatorun enerji verilmiş tərəfində gərginlik hədləri IEC 60076-1, bənd 4-də göstərilmiş hədlərdən aşağı olduğu üçün ad lövhəsində verilmiş nominaldan artıq yüklənmə zamanı artıq gərginlik üzərində heç bir məhdudiyyətə gərək qalmır. Şəbəkəni hələ də artan xətt üzrə saxlamaq mümkün olduqda, özək hissələrində maqnetik axın sıxlıqları özək axınının özəkdən kənara çıxa bildiyi hallarda heç vaxt qiymətləri aşmamalıdır; bu, fövqəladə şərtlər altında yüklənmiş gərginliyi saxlamaq üçün daha yüksək gərginlik halları baş verdiyi şərtlərə aiddir (soyuq- yayılmış tekstura edilmiş polad üçün belə doyma təsirləri tez bir zamanda 1,9 T-dən artıq olur). Heç bir vaxt müddəti keçmədən təsadüfi axınlar özək səthində, təsadüfi axında yüksək tezlikli temperaturların olmasına görə sarğı sıxacları və ya hətta sarğılarda olan yaxınlıqda yerləşmiş metal hissələrdə proqnozlaşdırılması mümkün olmayan yüksək temperatur yüksəlişinə səbəb olur. Ümumilikdə, bütün hallarda artıq gərginlikdə özəyin artıq isinməməsi üçün sarğıların törətdiyi qısa artıq yüklənmə vaxtları kifayət qədər qısa vaxt hesab olunur. Bunun qarşısını özəkdə termal istilik zaman sabitini daha uzunmüddətli etməklə almaq mümkündür.
Bunun nəticəsi kimi, artan cərəyan və temperaturlarla bağlı ilkin nasazlıq riskinin olması mümkündür. Bu risk ani qısa-müddətli xarakterli olması və ya bir çox illər ərzində transformatorda izolyasiya qatının köhnəlməsinin ümumi təsiri ilə bağlı ola bilər.
5.3 Qısa müddətli ifrat yüklənmənin təsir və təhlükələri
Qısa müddətli artan yüklənmə yüksək nasazlıq riskinə malik xidmət şəraiti ilə nəticələnir. Qısa müddətli ifrat yüklənmə cərəyan keçirici damarın qaynar nöqtəsinin elektrikə davamlılıq gücündə müvəqqəti azalma səviyyəsinə səbəb olma ehtimalı yaradır. Lakin bu şərtin qısa müddətə qəbulu təchizat itkisi üçün seçilə bilər. Bu yüklənmə növünün nadir hallarda baş verməsi gözlənilir və onun sürəti böyük dərəcədə azaldılmalı və ya nasazlığın baş verməsinə imkan verməmək üçün transformator tez bir zamandan ayrılmalıdır. Bu yükün yol verilən müddəti tam transformatorun termal zaman sabitindən daha qısa olub yükdə artım baş verməzdən əvvəl əməliyyat temperaturundan asılı olur; bu vaxt yarım saatdan da az bir vaxtdır.
a) Qısa müddətli nasazlıqların əsas riski yüksək elektrik stresi, yəni sarğı və birləşmə nahiyələrində potensial qaz qabarcıqlarının yaranmasına görə dielektrik gücdə azalma ilə bağlıdır. Bu qabarcıqlar sarğıda izolyasiya nəmliyinin tərkibi təxminən 2% olduqda, transformator üçün qaynar-nöqtə temperaturun 140 C həddini aşdıqda mümkündür. Bu kritik temperatur nəm konsentrasiyası artanda azalmağa başlayır.
b) Qaz qabarcıqları həmçinin (ya yağda və yaxud da bərk izolyasiyada), sızıntı axının qızdırdığı ağır metal hissələrin səthində yarana və ya yağın həddən artıq doyması nəticəsində baş verə bilir. Lakin belə qabarcıqlar adətən aşağı elektrik stresin olduğu nahiyələrdə baş verir və dielektrik gücdə hər hansı bir ciddi azalma baş verməzdən əvvəl stresin yüksək olduğu nahiyələrdə sirkulyasiya etməli olur.
Sarğılar istisna olmaqla, sellüloz izolyasiya ilə birbaşa termal təmasda olsa da, qeyri-sellüloz izolyasiya (məsələn, aramid kağızı, şüşə lif) və transformatordakı yağla təmasda olmayan xalis polad hissələrində temperatur hədləri sürətlə arta bilir. 180 C temperatur həddi heç bir halda aşmamalıdır.
c) Daha yüksək temperatur hədlərində mexaniki xassələrin müvəqqəti korlanması qısa-qapanma gücünü də azalda bilir.
d) Vtulkalarda təzyiqin yüksəlməsi yağ sızmasına görə nasazlığa səbəb ola bilir. Kondensator növlü vtulkalarda qazlaşma izolyasiya temperaturu təxminən
140 C temperatur həddini aşdıqda baş verə bilər.
e) Yağın genişlənməsi konservatorda artıq yağ axınına səbəb olur.
f) Şaxə dəyişdiricidə həddən artıq yüksək cərəyan hədlərinin sınması təhlükəli ola bilir.
Sarğı, özək və konstruksiya hissələrində maksimal qaynar-nöqtə temperaturlarında məhdudiyyətlər qısa-müddətli risk məsələlərinə əsaslanır (bax: bənd 7).
Qısa-müddətli risklər adətən yük normal səviyyəyə kimi azalandan sonra dayansa da cəlb olunmuş bütün şəxslər (məs: planlaşdırıcı, aktiv sahibləri və operatorlar) tərəfindən təyin edilərək qəbul edilməlidir.
5.4 Uzun-müddətli ifrat yüklənmə təsirləri
Bu normal əməliyyat şəraiti deyil və onun baş verməsini nadir hallarda gözləmək olsa da həftələrlə və ya hətta aylarla davam edərək ciddi köhnəlməyə səbəb olur.
a) Cərəyan keçirən damar izolyasiyasının mexaniki xassələrinin aşılanması daha yüksək temperatur hədlərini sürətləndirir. Əgər bu korlanma prosesi kifayət qədər böyük olarsa, transformatorun effektiv işə yararlılıq müddətini azalda bilər. Bu xüsusəndə sonuncu qısa-qapanma və ya daşınma hallarına məruz qaldıqda baş verir.
b) Xüsusən də sarğı blokunun aksial təzyiqinə davam gətirən hissələr də daxil olmaqla, başqa izolyasiya hissələri də daha yüksək temperaturda yüksək köhnəlmə tezliklərindən zərər çəkə bilər.
c) Şaxə dəyişdiricilərin kontakt müqaviməti yüksək cərəyan və temperatur hədlərində artır və kəskin hallarda termal axın baş verə bilir.
d) Transformatordakı araqat materialları yüksək temperaturların nəticəsi kimi daha da codlaşmış olur.
Nisbi köhnəlmə tezliyi və işə yararlılığın faiz nisbəti ilə itkisinin hesablanma qaydaları uzun-müddətli risk məsələlərinə əsaslanır.
5.5 Transformatorun ölçüsü
Transformatorların ad lövhəsindəki nominaldan yüksək yük həddinə həssaslığı adətən, onların ölçüsündən asılı olur. Ölçü artdıqca, aşağıdakı tendensiya yaranır:
• sızıntı axını sıxlığı artır;
•qısa-qapanma gücü artır;
• yüksək elektrik stresinə məruz qalan izolyasiya kütləsi artır;
• qaynar nöqtə temperaturlarını müəyyən etmək daha çətin olur.
Beləliklə, böyük transformator kiçik transformatora nisbətən ad lövhəsindəki nominaldan yüksək yük hədlərinə daha həssas olur. Bundan əlavə transformatorun nasazlığının nəticələri kiçik qurğulara nisbətən daha böyük ölçülü qurğularda daha kəskin olur.
Ona görə də gözlənilən işə dair əsaslı risk dərəcəsini tətbiq etmək üçün IEC 60076-nın bu hissəsində üç kateqoriya nəzərdən keçirilir.
a) Sarğılarda və termal korlanma zamanı yalnız qaynar-nöqtə temperaturlarının nəzərə alınmalı olan paylama transformatorları.
b) Soyutma rejimlərində dəyişikliklərin olduğu orta dərəcəli güc transformatorları nəzərdən keçirilməlidir.
c) Təsadüfi sızma axını təsirlərinin ciddi olduğu və nasazlıq nəticələrinin özünü kəskin büruzə verdiyi böyük güc transformatorları.
5.6 Qeyri-termal və termal yenilənmiş izolyasiya kağızı
Termal yenilənmiş izolyasiya kağızının məqsədi transformatorun xidmət müddəti ərzində materialın hidrolizinin (termal aşılanma) səbəb olduğu turşuların istehsalının neytrallaşdırılmasıdır. Bu hidroliz daha yüksək temperaturlarda daha çox fəaldır və dərc edilmiş tədqiqat nəticələri onu göstərir ki, daha yüksək temperatur hədlərinə məruz qaldıqda [4], [5] termal yenilənmiş izolyasiya kağızları emal edilməmiş kağızlara nisbətən öz gərilmə və dağılma güclərinin daha yüksək faiz nisbətini saxlayır. Eyni istinadlar həmçinin onu göstərir ki, qeyri-termal və termal yenilənmiş kağız 150 C temperatur həddinə məruz qaldıqda DP dəyişir (bax: Şəkil 1).
DP- Polimerləşmə dərəcəsi
Δ -Termal dəyişmiş kağız qiymətləri
● Qeyri-termal yenilənmiş kağız qiymətləri
Şəkil 1. 150 C-də mineral yağda kipləşdirilmiş borunun sürətlənən köhnəlməsi
Digər İstinad [6] Cədvəl 1-də verildiyi kimi, temperatur və nəmlik tərkibinin təsirini göstərir.
Cədvəl 1 – Müxtəlif şərtlər altında kağızın istifadəyə yararlılıq müddəti
Hava və 2% nəmlik həddi
Kağız pulpası temperaturu
Yenilənmiş kağız pulpası temperaturu
Termal köhnəlmə hərəkətində nümayiş etdirilən fərq sənaye standartlarında aşağıda verildiyi kimi nəzərə alınıb.
• Nisbi köhnəlmə dərəcəsi V = 1,0 qeyri-termal yenilənən kağız üçün 98 °C temperatur həddinə və termal yenilənən kağız üçün 110 °C temperatur həddinə uyğun gəlir.
Qeyd: Şəkil1–də və Cədvəl 1-də verilmiş nəticələr bu cür şəkildə köhnəlmə hesablamaları və istifadəyə yararlılıq müddəti hesablamaları üçün nəzərdə tutulmayıb. Onlar bu sənədə yalnız qeyri-termal və termal yenilənən izolyasiya kağızı arasında köhnəlmə hərəkətindəki fərqin olduğunu yalnız nümayiş etdirmək üçün daxil edilib.
6 NİSBİ KÖHNƏLMƏ TEZLİYİ VƏ TRANSFORMATOR İZOLYASİYASININ İSTİFADƏYƏ YARARLILIQ MÜDDƏTİ
Transformatorun xidmət müddətinin qalan hissəsini ölçmək üçün istifadə edilə biləcək sadə və unikal xidmət müddəti meyarının sonu yoxdur. Lakin bu cür meyar transformator istifadəçiləri üçün yararlı olduğuna görə transformator izolyasiyasının köhnəlmə prosesi və şəraitinə diqqət yetirmək məqsədəuyğun hesab edilir.
6.2 Nisbi köhnəlmə dərəcəsi
İzolyasiyanın köhnəlmə və ya aşılanması temperaturun zaman funksiyası, nəm tərkibi, oksigen tərkibi və ya turşu tərkibinin zaman funksiyası olduğu üçün IEC 60076 metodunun bu hissəsində verilən model yalnız nəzarət parametri kimi izolyasiya temperaturundan asılıdır.
Temperatur paylanması vahid olmadığı üçün ən yüksək temperatur həddində işləyən hissə adətən ən çox aşılanmaya məruz qalır. Ona görə də köhnəlmə dərəcəsi sarğının qaynar-nöqtə temperaturuna əsaslanır. Bu halda qeyri-termal yenilənən kağız üçün köhnəlmə dərəcəsi Tənlik (2)-ə və termal yenilənən kağız üçün Tənlik (3)-ə uyğun açıqlanır [7].
Ɵh- °C qaynar nöqtə temperaturudur.
Tənlik (2) və (3) onu nəzərdə tutur ki, V Cədvəl 2-dən də göründüyü kimi, qaynar-nöqtə temperaturuna çox həssasdır.
Cədvəl 2 – Qaynar-nöqtə temperaturuna görə nisbi köhnəlmə dərəcələri
6.3 Xidmət müddətinin azaldılması itkisinin hesablanması
Müəyyən müddət ərzində L xidmət müddətinin azaldılması itkisi aşağıdakına bərabərdir:
Vn - Tənlik (2) və ya (3)-ə uyğun olaraq, n intervalı ərzində nisbi köhnəlmə dərəcəsidir;
tn - n-zaman intervalıdır;
n- hər bir zaman intervalının nömrəsidir;
N- nəzərdən keçirilən dövrdə intervalların ümumi sayıdır.
6.4 İzolyasiyanın xidmət müddəti
İstinad [7] dörd fərqli xidmət müddəti meyarının sonu, yəni Cədvəl 3-də verildiyi kimi, termal yenilənmiş kağız üçün dörd fərqli xidmət müddətini təklif edir.
Cədvəl 3 – 110 C-də istinad edilən temperatur həddində tam qurudulmuş, oksigensiz halda istiliyi yenilənmiş izolyasiya sisteminin normal istismar müddəti
Normal İzolyasiyanın xidmət müddəti
50 % izolyasiyanın saxlanmış gərilmə gücü
25 % izolyasiyanın saxlanmış gərilmə gücü
200 izolyasiyada polimerləşmənin saxlanma dərəcəsi
Transformatorun funksional xidmət müddətinin sınaq məlumatlarının paylanmasının şərhi
Əksər enerji transformatorları öz faktiki xidmət müddətlərinin böyük hissəsini tam yüklü vəziyyətdən çox aşağı həddə işlədiklərinə görə Cədvəl 3-də verilmiş xidmət müddətləri yalnız istinad məqsədləri üçündür. Nominal qiymətlərdə ən azı
6 C hədd səviyyəsindən aşağı qaynar-nöqtə temperaturu nominal istismar müddəti itkisinin yarı həddə çatmasına səbəb olur. Transformator izolyasiyasının faktiki xidmət müddəti bir neçə dəfə, məsələn, 180 000 s olur.
Qeyd: Əsas yük generatorlarına sabit yük təchiz edən və nisbətən sabit ətraf mühit temperaturlarında işləyən digər transformatorlara birləşdirilmiş GSU transformatorları üçün faktiki xidmət müddəti xüsusi nəzərə alınıb.
7.1 Cərəyan və temperatur məhdudiyyətləri
Yük qiymətləri ad lövhəsində verilmiş nominaldan yüksək olduqda Cədvəl 4-də verilmiş fərdi hədlər aşılmamalı və 7.2-7.4-də verilmiş xüsusi məhdudiyyətlər nəzərə alınmalıdır.
Cədvəl 4 – Ad lövhəsində verilmiş dərəcədən yüksək yükə tətbiq edilən cərəyan və temperatur hədləri
Paylama transformatorları (bax: Qeyd)
Orta güc transformatorları (bax: Qeyd)
Böyük güc transformatorları (bax: Qeyd)
Normal tsikl yüklənməsi
Sarğı qaynar-nöqtə temperaturu və sellülöz izolyasiya materialı ilə təmasda olan metal hissələr (°C)
Digər metal qaynar-nöqtə temperaturu (yağ, aramid kağız, şüşə lifli materiallarla təmasda) (°C)
Üst-yağ temperaturu (°C)
Uzun-müddətli ifrat yüklənmə
Sarğı qaynar-nöqtə temperaturu və sellülöz izolyasiya materialı ilə təmasda olan metal hissələr (°C)
Digər metal qaynar-nöqtə tempraturu (yağ, aramid kağız, şüşə lifli materiallarla təmasda) (°C)
Üst-yağ temperaturu (°C)
Qısa müddətli ifrat yüklənmə
Sarğı qaynar-nöqtə temperaturu və sellülöz izolyasiya materialı ilə təmasda olan metal hissələr (°C)
Digər metal qaynar-nöqtə temperaturu (yağ, aramid kağız, şüşə lifli materiallarla təmasda) (°C)
Üst-yağ temperaturu (°C)
Qeyd:Temperatur və cərəyan hədlərinin eyni zamanda etibarlı olması nəzərdə tutulmur. Temperatur məhdudlaşdırma tələbinə cavab vermək üçün cərəyan daha aşağı qiymətlə məhdudlaşır. Əksinə, cərəyan məhdudlaşdırma tələbinə cavab vermək üçün temperatur verilmiş aşağı qiymətlə məhdudlaşır.
7.2 Paylayıcı transformatorlar üçün xüsusi məhdudiyyətlər
7.2.1 Cərəyan və temperatur məhdudiyyətləri
Cədvəl 4-də verilmiş sarğı və birləşmələrdən başqa yük cərəyanına, qaynar-nöqtə temperaturuna, üst-yağ temperaturuna və metal hissələrin temperaturuna olan məhdudiyyətlər aşılmamalıdır. Bu halda ifrat yüklənmə müddətinə nəzarət etmək adətən praktiki cəhətdən mümkün olmadığı üçün üst-yağ və qaynar-nöqtə temperatur hədləri üçün heç bir məhdudiyyət müəyyən edilmir. Qeyd etmək lazımdır ki, qaynar-nöqtə temperaturu 140 C həddini aşdıqca, qaz qabarcıqları əmələ gələrək transformatorun dielektrik gücünə zərər yetirir (bax: 5.3).
7.2.2 Köməkçi vasitələr və digər məsələlər
Sarğılardan başqa transformatorun vtulka, kabel uc birləşmələri, şaxə dəyişdirici vasitələr və birləşmələr kimi digər hissələri nominal cərəyan gücünün 1,5 mislində yükləndikdə əməliyyatı məhdudlaşdırır. Yağ genişlənmə və yağ təzyiqi də məhdudiyyətlər qoyur.
7.2.3 Daxili transformatorlar
Transformatorlar daxildə istifadə ediləndə korpusun nəzərə alınması üçün nominal üst-yağ temperaturunda artıma düzəliş edilməlidir. Bu əlavə temperatur artımının sınaq yolu ilə müəyyən edilməsinə üstünlük verilir (bax: 8.3.2).
7.2.4 Kənar ətraf mühit şərtləri
Külək, günəş şüası və yağış paylayıcı transformatorların yük tutumuna təsir göstərsə də onların proqnozlaşdırılması mümkün olmayan xarakteri bu amilləri nəzərə almağa imkan vermir.
7.3 Orta güc transformatorlar üçün xüsusi məhdudiyyətlər
7.3.1 Cərəyan və temperatur məhdudiyyətləri
Sarğı və birləşmələrdən başqa yük cərəyanı, qaynar-nöqtə temperaturu, üst-yağ temperaturu və metal hissələrin temperaturu Cədvəl 4-də verilmiş hədləri aşmamalıdır. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, qaynar-nöqtə temperaturu 140 C həddini aşdıqca transformatorun dielektrik gücünə zərər vura bilən qaz qabarcıqları inkişaf edir (bax: 5.3).
7.3.2 Köməkçi vasitələr, əlaqəli avadanlıq və digər məsələlər
Sarğılardan başqa, transformatorun vtulka. kabel uc birləşmələri, şaxə dəyişdirici vasitələr və birləşmələr kimi digər hissələri nominal cərəyan həddinin 1,5 mislindən yüksək olduqda işi məhdudlaşdıra bilir. Yağ genişlənmə və yağ təzyiqi də məhdudiyyətlər qoyur.
Kabel, çevrə açarları, cərəyan transformatorları və s., kimi əlaqəli avadanlıqlar da nəzərə alına bilər.
7.3.3 Qısa qapanmaya qarşı dayanıqlıq üzrə tələblər
Ad lövhəsində verilmiş normadan yüksək yük altında iş ərzində və ya bilavasitə sonra transformatorlar 2 san qısa-qapanma müddətinə əsaslanan IEC 60076-5 metodunda verildiyi kimi, termal qısa-qapanma tələblərinə cavab verməyə bilər. Lakin xidmətdə olan qısa-qapanma cərəyanlarının müddəti əksər hallarda 2 saniyyədən az olur.
7.3.4 Gərginlik məhdudiyyətləri
Dəyişən axınlı gərginlik fərqləri üçün digər məhdudiyyətlər olmazsa (bax: IEC 60076-4), tətbiq edilən gərginlik transformatorun hər hansı sarğısında ya nominal gərginlik həddinin (əsas şaxə) və ya şaxə gərginliyinin (digər şaxələr) 1,05 mislinə bərabər olan səviyyəsindən çox olmamalıdır.
7.4 Böyük güc transformatorları üçün xüsusi məhdudiyyətlər
Böyük güc transformatorları üçün əsasən, sızıntı axını ilə bağlı olan əlavə məhdudiyyətlər nəzərə alınmalıdır. Ona görə də bu halda sorğu və ya əmr zamanı xüsusi tətbiqetmələrdə tələb olunan yüklənmə qabiliyyətinin həddini müəyyən etmək məqsədəuyğundur.
İzolyasiyanın termal korlanmasına gəldikdə, eyni hesablama metodu bütün transformatorlara tətbiq edilir.
Bu biliklərə əsasən, aşağıdakı məsələlərlə birlikdə, nasazlıq nəticələri nöqteyi-nəzərindən böyük avadanlıqların yüksək etibarlılığının vacib olması daha kiçik avadanlıqlara nisbətən daha konservativ və fərdi yanaşmanın qəbulunu məqsədəuyğun edir.
• Maqnit dövrəsinin xaricində və ya sıxaclarında sızma axını və əsas axın birlikdə (bax: 5.2) böyük transformatorları kiçik transformatorlardan daha artıq həssaslaşdırır, xüsusən də, ad lövhəsindəki dərəcədən yüksək yüklənmə olduqda. Artan sızma axını həmçinin digər metal hissələri də artıq həyəcanlanmaya daha həssas edir. Artan sızma axını digər metal hissələrin həmçinin əlavə burulğan cərəyanı ilə qızmasına səbəb ola bilər.
• Temperatur və zaman funksiyası kimi mexaniki xassələrin dağılma nəticələri, o cümlədən termal genişlənməyə görə aşılanma kiçik transformatorlara nisbətən böyük transformatorlarda daha kəskin hiss olunur.
• Adi temperatur yüksəlmə sınağını aparmaqla sarğılardan kənarda olan qaynar-nöqtə temperaturlarını hasil etmək mümkün deyil. Əgər hətta nominal cərəyan həddində sınaqda heç bir anormallıqlar hiss olunmasa belə müqayisə layihələndirmə mərhələsində nəzərə alınma baxımdan əlverişli olmadığına görə daha yüksək cərəyan hədləri üçün hər hansı rəy vermək mümkün olmur.
• Nominal cərəyan hədlərindən daha yüksək hədlərdə sarğının qaynar-nöqtə temperatur yüksəlişinin nominal cərəyanda temperatur yüksəlmə sınağı nəticələrinə əsasən hesablanması kiçik avadanlıqlara nisbətən böyük avadanlıqlarda daha az etibarlı ola bilər.
7.4.2 Cərəyan və temperatur məhdudiyyətləri
İstənilən halda bərk izolyasiya materialı ilə təmasda olan sarğı və birləşmələrdən başqa yük cərəyanı, qaynar-nöqtə temperaturu, üst-yağ temperaturu və metal hissələrin temperaturu Cədvəl 4-də verilmiş hədləri aşmamalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, qaynar-nöqtə temperaturu 140 °C həddini aşanda qaz qabarcıqları əmələ gələrək transformatorun dielektrik gücünə mənfi təsir göstərir (bax: 5.3).
7.4.3 Ləvazimat, avadanlıq və digər məsələlər
Bənd 7.3.2- ə istinad edilir
7.4.4 Qısa-qapanmaya qarşı dayanıqlıq üzrə tələblər
Bənd 7.3.3- ə istinad edilir
7.4.5 Gərginlik məhdudiyyətləri
Bənd 7.3.4-ə istinad edilir.
8 TEMPERATURLARIN MÜƏYYƏN EDİLMƏSİ
8.1 Sabit vəziyyətdə qaynar-nöqtə temperaturu
Daha dəqiq olmaq üçün qaynar-nöqtə temperaturu sıx əlaqədar olduğu yağ temperaturuna əsasən müəyyən edilməlidir. Bu sarğı daxilində üst-yağ temperaturu olması ehtimal edilir. Ölçmələr onu göstərir ki, soyutma dərəcəsindən asılı olaraq, sarğı daxilində üst-yağ temperaturu çən daxilində qarışıq üst-yağ temperaturundan 15 K yüksək olur.
Xidmətdə olan əksər transformatorlar üçün sarğı daxilindəki üst-yağ temperaturu tam dəqiq məlum olmur. Digər tərəfdən isə, bu avadanlıqların əksəriyyəti üçün çənin üstündəki üst-yağ temperaturu ya ölçmə ya da hesablama yolu ilə tam məlum olur.
IEC 60076-nın bu hissəsində hesablama qaydaları aşağıdakılara əsaslanır:
• Δθor, nominal itkilərdə ətraf mühit temperaturundan yüksək üst-yağ temperatur yüksəlişi [K];
• Δθhr, çəndə nominal cərəyan həddində üst-yağ temperaturundan yüksək qaynar-nöqtə temperaturu [K].
Δθhr parametri ya uzunmüdətli işdə qızmaya dair sınaq ərzində birbaşa ölçmə ya da birbaşa ölçmələrlə təsdiqlənən hesablama metodu ilə müəyyən edilə biləndir.
8.1.2 Normal uzunmüddətli işdə qızmaya dair sınaq məlumatlarından qaynar-nöqtə temperaturu yüksəlişinin hesablanması
Şəkil 2-də göstərildiyi kimi, termal diaqram ehtimal edilir və belə diaqramın daha mürəkkəb paylamanın sadələşdirilmiş versiyası olması anlayışı qəbul edilir. Bu cür sadələşdirmədə edilən ehtimallar aşağıdakı kimidir.
a) Soyutma rejimi nə olursa-olsun, çən daxilində yağ temperaturu aşağıdan yuxarıya doğru xətti artır.
b) İlk dəfə yuvarlaqlaşdırılanda cərəyan keçirən hissənin sarğı boyu yuxarıdakı hər hansı yerində temperatur artımı yağ temperaturunda artıma paralel xətti artır, iki düz xətt arasındakı sabit fərq gr qəbul edilir (gr - müqavimət üzrə sarğıda orta temperatur yüksəlişi ilə çəndə orta yağ temperatur artımı arasındakı fərqdir).
c) Yerli yağ axınları arasındakı fərqlər və cərəyan keçirən damar üzərində mümkün əlavə kağıza görə təsadüfi itkilərdə artım üçün müvafiq şərait yaradılmalı olduğuna görə qaynar-nöqtə temperaturu sarğının üst hissəsində 8.1.2b) bəndində təsvir edildiyi kimi, cərəyan keçirən damarda temperatur artımından yüksəkdir. Belə qeyri-xəttilikləri nəzərə almaq üçün temperaturda qaynar nöqtə ilə çəndə üst-yağ temperaturdakı fərq H × gr ilə eyniləşdirilir, yəni Δθhr = H × gr olur.
Qeyd: Əksər hallarda çən çıxışındakı yağ temperaturu yağ kollektorunda olan yağ temperaturundan yüksək olur. Bu cür hallarda çən çıxışındakı yağın temperaturu yüklənmə üçün istifadə olunmalıdır.
Şəkil 2. Termal diaqram
A Çən çıxışındakı yağın temperaturu və çən yağı kollektorunun temperaturunun yuvarlaqlaşdırılmış orta rəqəmi kimi hasil edilən üst-yağ temperaturu
B Çəndə sarğının üst hissəsində qatışıq yağ temperaturu (çox vaxt A ilə eyni temperaturda olması ehtimal edilir)
C Çəndə orta yağ temperaturu
D Sarğının aşağısında yağ temperaturu
gr Nominal cərəyan həddində orta yağ (çəndə) temperaturu dərəcəsinə orta sarğı temperaturu
H Qaynar-nöqtə faktoru
P Qaynar-nöqtə temperaturu
Q Müqavimət ölçməsi nəticəsində müəyyən edilmiş orta sarğı temperaturu
Y- Oxun nisbi vəziyyətləri
•ölçülmüş nöqtə; •hesablanmış nöqtə
8.1.3 Qaynar-nöqtə temperatur artımının birbaşa ölçülməsi
Fibra optik zondlarla birbaşa ölçmə 1980-ci illərin ortalarında kəşf edilib və o zamandan bəri seçilmiş transformatorlar üzərində sınaqdan keçirilib.
Təcrübə göstərir ki, normal transformator sarğısının üst hissəsindəki müxtəlif nöqtələr arasında 10 K-dan böyük dərəcə fərqi ola bilir [8]. Beləliklə, məsələn, birdən üçədək vericilərin daxil edilməsinin faktiki qaynar-nöqtəni aşkar etməsi ehtimalı çox azdır. Optimal yerin tapılması üçün böyük sayda zondların daxil edilməsi zərurəti ilə fibra optik zondlar üçün əlavə səy və xərclər arasında kompromisin tapılması zəruridir. Tövsiyə olunur ki, birbaşa qaynar-nöqtə ölçmələrinin tələb olunduğu hər sarğıda vericilər quraşdırılsın.
Adətən, sarğının üst hissəsinə yaxın yerləşmiş cərəyan keçirən damarlarda maksimal sızma sahəsi və ən yüksək ətraf yağ temperaturu olur. Ona görə də üst cərəyan keçirən damarlarda ən qaynar nöqtənin olmasını hesab etmək təbiidir. Lakin ölçmələrlə müəyyən edilib ki, ən qaynar nöqtə ən aşağı cərəyan keçirən damarlara yaxınlaşdırıla biləndir. Ona görə də, tövsiyə edilir ki, sarğının üst tərəfindən görünən sensorlar ilk bir neçə cərəyan keçirən damarlar arasında paylansın [8]. Vericilərin yerlərini istehsalçı ayrıca itki/termal hesablamalar yolu ilə müəyyən etməlidir.
Sarğının üst hissəsində temperatur fərqlərinə dair nümunələr Şəkil 3 və 4-də verilib [8]. Fibr optik zondların quraşdırılması 400 MVA, ONAF-soyudulan transformatorda yerinə yetirilir. Verilmiş qiymətlər 15 s-dan artıq yük sınağının sonunda sabit qiymətlərdir. Sınaq sonunda üst-yağ temperatur artımı 79 K, yəni
120 kV sarğı üçün Δθhr = 28 K və 410 kV sarğı üçün Δθhr = 36 K təşkil edir.
Vericilər radial ara qatlarındakı yarıqlara elə şəkildə daxil edilir ki, verici ilə keçirici metal arasında yalnız bi rcərəyan keçirən damar izolyasiyası və əlavə nazik kağız təbəqə olur (bax: Şəkil 5). Kalibrasiyalar bu yolla tam dəqiq rəqəm əldə edildiyini göstərir [9].
Şəkil 5. Araqat 120 kV sarğıya quraşdırılmazdan əvvəl araqatda quraşdırılmış iki fibra optik vericilər
Qaynar nöqtə faktoru H ən qaynar nöqtə üçün Δθ dərəcə nisbəti və orta sarğıdan orta yağ dərəcə gr nisbəti kimi götürülür. Nümunə ölçmədə g- qiymətləri 120 kV sarğı üçün 23 K və 410 kV sarğı üçün 30 k qəbul edilir. Bu o deməkdir ki, H-qiymətləri müvafiq olaraq, 1,22 və 1,20 olub.
8.1.4 Qaynar-nöqtə faktoru
Qaynar nöqtə faktoru H sarğıya xasdır və tələbə əsasən, hər hala görə müəyyən edilməlidir. Araşdırmalar göstərir ki, faktor H transformator ölçüsü, onun qısa-qapanma müqaviməti və sarğının tərtibatından asılı olaraq, 1,0-2,1 miqyasında dəyişir [10]. Faktor H ya birbaşa ölçmə (bax: 8.1.3) və ya fundamental itki, istilik ötürmə prinsiplərinə əsaslanan hesablama prosedurası ilə müəyyən edilir, istehsal və ya əsas transformatora, yaxud sarğılar üzrə birbaşa ölçmələrə əsaslanır. Qısa-qapanma müqaviməti ≤ 8 % olan standart paylayıcı transformatorlar üçün H = 1,1 qiyməti yüklənmə məsələləri üçün kifayət qədər dəqiq hesab edilə bilər. Əlavə E-də verilmiş hesablama misallarında paylayıcı transformatorlar üçün H = 1,1 və orta-güc və böyük güc transformatorları üçün H = 1,3 qəbul edilir.
Fundamental itki və istilik ötürmə prinsiplərinə əsaslanan hesablama prosedurası aşağıdakıları nəzərə almalıdır [11].
a) Sarğı kanalları daxilində maye axını. İstilik ötürülməsi, axın tezlikləri və son maye temperaturu hər bir soyuducu kanalı üçün modelləşdirilməlidir.
b) Sarğı daxilində itkilərin paylanması. Cərəyan keçirən damar sarğılarında əlavə yerli itkinin əsas səbəblərindən biri sızma axınını keçirən vasitələrin eninə ölçüsünü kəsdiyi sarğı sonluqlarındakı radial axın burulğanıdır. Müvafiq cərəyan keçirən damarlarda ümumi itkilər s.c. (sabit cərəyan) müqavimət itkisindən əlavə, burulğan və sirkulyasiyalı cari itkilərindən istifadə etməklə müəyyən edilməlidir. Sızma axın istiliyi, məsələn, sarğıdan sarğıya birləşmələr və bəzi şaxədən sarğılara sızma axını zamanı istiliyin təsirinə məruz qalan birləşmələr də həmçinin, nəzərdən keçirilməlidir.
c) Keçirici istilik ötürülmə qabiliyyətinə sarğı daxilində sarğı boyu istifadə edilən müxtəlif izolyasiya qalınlıqları səbəb olur.
d) Yerli layihələndirmə xüsusiyyətləri və ya yerli maye axını məhdudiyyətləri.
• Qat izolyasiyası qatın sarğısı boyu müxtəlif qalınlıqlara malik olub və soyuducu kanalı yaxınlığındakı izolyasiya istilik ötürülməsinə təsir edir.
• Axını istiqamətləndirən şaybalar ziqzaqvari soyudulan sarğı halında mayedə istilik ötürülməsini azaldır (Şəkil 6).
Şəkil 6. Bütün hissələr arasındakı məsafənin eyni olduğu və axını istiqamətləndirən şaybanın hissələr arası məsafədə quraşdırıldığı ziqzaqvari soyudulan sarğı
• Son dönmə nöqtələrində və son dönmə nöqtəsində izolyasiya boyu mövcud cərəyan keçirən damar sarğılarında əlavə izolyasiyanın mümkünlüyü.
• Paylayıcı və kiçik güc transformatorlarındakı sarğı ətrafını bütün soyuducu kanallar tam əhatə etmir. Bəzi soyuducu kanalları yalnız özəkdən kənar sarğı hissəsində yerləşir (bax: Şəkil 7). Belə "dağılmış kanal quruluşu" sarğının mərkəzindən temperaturun ətrafa yayılma dərəcəsinə səbəb olur və birləşmə detalında soyuducu kanalların yerləşdiyi özəkdən kənar sarğı mərkəzinə doğru heç bir kanal yerləşmir.
Şəkil 7. Fitinqlər altında "dağılmış kanal quruluşu" olan dördbucaqlı dolağın üst en kəsiyi
8.2 Dəyişən ətraf mühit temperaturu və yüklənmə şərtləri altında üst-yağ və qaynar-nöqtə temperaturları
Bu yarımbənd dəyişən yük cərəyanı və ətraf mühit temperaturları üçün qaynar-nöqtə temperaturunu zaman funksiyası kimi təsvir edən iki alternativ yolu təmin edir.
a) Addım funksiyasına uyğun olaraq, yük dəyişkənliyinə müvafiq eksponensial tənliklər həlli. Bu metod xüsusən də istehsalçılar tərəfindən sınaq vasitəsilə istilik ötürmə parametrlərində istiliyin müəyyən edilməsi baxımından xüsusilə məqsədəuyğun olub [12] aşağıdakı hallarda lazımi nəticələri verir.
•Artan yük addımlarının hər birindən sonra azalan yük addımı və ya əksinə gəlir.
• N ardıcıl artan yük addımları halında (N ≥ 2), ilk addımların (N – 1) hər biri sabit vəziyyəti hasil etmək üçün Δθh qaynar-nöqtədən üst-yağ dərəcəsi üçün kifayət qədər uzun olmalıdır.
Eyni hal N ardıcıl azalan yük addımları (N ≥ 2) halında da etibarlıdır.
b) İxtiyari zamanla dəyişən yük faktoru K və zamanla dəyişən ətraf mühit temperaturu θa üçün münasib olan fərq tənliklərinin həlli. Xüsusən də yük profili ilə əlaqədar hər hansı məhdudiyyətlərə malik olmadığına görə bu metod əsasən də onlayn monitorinq üçün tətbiq ediləndir [13].
Qeyd: ON və OF soyutma üçün yağın qatılığında dəyişiklik cərəyan keçirən damarların om müqavimət dəyişəninin təsirinə əks olur. Əslində, yağ qatılığında dəyişikliyin soyuducu təsiri müqavimətdə dəyişikliyin istilik təsirindən daha güclü olur. Bu Cədvəl 5-dəki 1,3 sarğı nümunəsində dolayısı ilə nəzərə alınıb. OD soyutması üçün yağ qatılığının temperatur artımlarına təsiri cüzi olur və om müqavimətində dəyişikliyin təsirini nəzərə almaq lazım gəlir. Qaynar-nöqtə temperatur artımı üçün təxmini düzəldici termin (öz işarəsi ilə) OD-da 0,15 × (Δθh – Δθhr) təşkil edir.
8.2.2 Eksponensial tənliklər həlli
Artan yük addımlarının hər birindən sonra azalan yük addımının gəldiyi addım funksiyasına uyğun yük dəyişkənliyinə dair nümunə Şəkil 8-də verilib (bu nümunənin təfərrüatları Əlavə B-də verilib).
Şəkil 8. Yük cərəyanında addım dəyişikliklərinə temperatur reaksiyaları
θh Sarğının qaynar-nöqtə temperaturu
θo Çəndə üst-yağ temperaturu
K1 - 1,0-dır K2 - 0,6-dır K3 - 1,5-dir K4 - 0,3-dür K5 -2,1-dir
Qaynar-nöqtə temperaturu ətraf mühit temperaturu, çəndə üst-yağ temperaturu artımı və çəndə qaynar-nöqtə və üst-yağ arasındakı temperatur fərqinin cəminə bərabərdir.
K yük faktoruna uyğun səviyyəyə temperatur artımı aşağıdakı düsturla verilir:
Müvafiq olaraq, K yük faktoruna uyğun səviyyəyə temperatur azalması aşağıdakı düsturla verilir:
Üst-yağ eksponenti x və sarğı eksponenti y Cədvəl 5-də verilib [14].
f1(t) funksiyası sabit vəziyyət qiyməti vahidinə əsasən, üst-yağ temperaturunda nisbi artımı təsvir edir:
k11 - Cədvəl 5-də verilmiş sabit qiymətdir;
τ 0 - orta yağ zamanın sabitidir (dəq).
f2(t) funksiyası sabit vəziyyət qiyməti vahidinə əsasən, qaynar-nöqtədən üst yağ dərəcəsinə nisbi artımı təsvir edir. Burada bir fakt əsas götürülür ki, yağ sirkulyasiyasının öz sürətinin artan yük səviyyəsinə uyğunlaşdıra bilməsi üçün müəyyən zaman tələb olunur:
k11, k21, k22 sabitləri və zaman sabitləri τw və τ0 transformatora xasdır. Onlar "yüksüz itki + yüklü itki" müddəti ərzində uzun müddətli istilik altında iş sınağı zamanı müəyyən edilə bilər. Bir şərltə ki, təchiz edilən itki və müvafiq soyutma şərtləri (məs: AN və ya AF) sabit vəziyyət alınana kimi, başlanğıcdan dəyişməz qalsın. Bu cür hallarda istilik altında iş sınağını transformatorun təxminən ətraf mühit temperaturunda olduğu zaman başladılmasını təmin etmək lazımdır. Aydındır ki, k21, k22 və τw yalnız transformator fibra optik vericilərlə təchiz edildiyi halda müəyyən oluna bilər. Əgər τ0 və τw uzun-müddətli istilik altında iş sınağı zamanı müəyyən edilməzsə, onları hesablama yolu ilə müəyyən etmək olar (bax: Əlavə A). Transformatora xas qiymətlərin yoxluğu şəraitində, Cədvəl 5-də verilmiş qiymətlərdən istifadə edilməsi tövsiyə olunur. Müvafiq qrafiklər Şəkil 9-da verilib.
1 İsitmə prosesində cərəyan və soyutma şərtləri tangensi ilkin qızdırma əyrisinə proyeksiya etmək üçün kifayət qədər uzun-müddətli olmazsa, zaman sabitlərini İEC təcrübəsinə uyğun həyata keçirilmiş istilik altında iş sınağı ilə müəyyən etmək mümkün deyil.
2 Paylayıcı transformatorlar üçün müşahidə edilən f2(t) grafikləri Şəkil 9 Qrafik 7-də verilənlərə bənzərdir. Yəni paylayıcı transformatorlar ON və OF funksiyaları ilə soyudulan güc transformatorlarında olduğu kimi, yük cərəyanında addım artımı nəticəsində qaynar nöqtədə "artıq enerji sıçrayışı" göstərmir.
f3(t) funksiyası cəmi azalma vahidinə uyğun olaraq, üst-yağdan ətraf mühit dərəcəsinə nisbi azalmanı təsvir edir:
Cədvəl 5 – Eksponensial tənliklər üçün tövsiyə olunan termal xarakteristika
Paylayıcı transformatorlar
Qeyd: Əgər ON və ya OF ilə soyudulan transformatorların sarğısı ziqzaqvari soyudularsa, 3 mm-dən kiçik radial araqat qalınlığı yağ sirkulyasiyasının məhdudlaşdırılmasına səbəb ola bilər, yəni funksiyanın ən yüksək maksimal qiyməti f2(t) 3mm araqatları ilə hasil edildiyindən fərqlidir.
1 ONAN – məhdud yağ axını 5 OF – məhdud yağ axını
3 ONAF – məhdud yağ axını 7 OD və paylayıcı transformatorlar
Eksponensial tənliklər həllinin tətbiqinə dair nümunə Əlavə B-də verilib.
8.2.3 Diferensial tənliklər həlli
Bu yarımbənddə ixtiyari zamanla dəyişən yük faktoru K və zamanla dəyişən ətraf mühit temperaturu həddi θa üçün istilik ötürümə diferensial tənliklərindən istifadə göstərilir. Bunlar qaynar-nöqtə temperaturunun zaman funksiyası kimi açıqlanması və müvafiq izolyasiya xidmət müddətinin sərfi üçün məlumatların işlənməsindən ötrü proqram təminatının əsası kimi nəzərdə tutulub. Diferensial tənliklər Şəkil 10-da verilmiş blok diaqram formasında təqdim edilib.
Şəkil 10-da görmək olar ki, daxil edilənlər yük faktoru K və ətraf mühit temperaturu solda yerləşən θa -dir. Əldə edilən isə sağda yerləşən nəzərdə tutulan qaynar-nöqtə temperaturu θh -dir. Bu Laplas dəyişəni s əsas etibarilə, d/dt törəmə operatorudur.
Şəkil 10. Diferensial tənliklərin blok diaqram təqdimatı
Şəkil 10-da ən yuxarı cığırdakı ikinci blok qaynar-nöqtə artım dinamikasını əks etdirir.
Birinci termin ( surətində k21 verilib) qaynar-nöqtədən dəyişən yağ axının təsiri nəzərə alınmazdan əvvəl fundamental qaynar-nöqtə temperaturunda artımı ifadə edir. İkinci termin (sürətində k21– 1verilib) qaynar-nöqtədən ötüb keçən yağ axınının dəyişkən tezliyini əks etdirir, bu fenomen daha asta surətlə dəyişir. Bu iki terminin birgə təsiri yük cərəyanında gözlənilməz artımın gözlənilməz yük dəyişikliyindən çox tez sonra qaynar-nöqtə temperaturunda digər hallarda gözlənilməz yüksək pik nöqtələrin yaranmasına səbəb olur. k11, k21, k22 üçün qiymətlər və verilmiş digər parametrlər bənd 8.2.2- də nəzərdən keçirilir və təklif olunan qiymətlər Cədvəl 5-də əksini tapıb.
Əgər üst-yağ temperaturunu hesablama qurğusunda elektrik siqnalı kimi ölçmək mümkün olarsa, onda alternativ formul qırıq xətti cığır kimi göstərilməli, açar onun sağ tərəfində yerləşməlidir; üst-yağ hesablama cığırı (solda yerləşən düymə) tələb olunmur. Bütün bu parametrlər 8.2.2-də açıqlanıb.
Lazımi dəqiqliyi əldə etmək üçün zaman addımı ən kiçik zaman sabitinin τw yarısından az olur. Bundan əlavə, τw və τo sıfır üzərinə qurulmamalıdır.
Şəkil 10-da verilmiş blokların əlverişli fərq tənlikləri kimi şərhi Əlavə C-də təfərrüatları ilə göstərilir.
8.3 Ətraf mühit temperaturu
8.3.1 Hava ilə soyudulan çölə quraşdırılmış transformatorlar
Dinamik məsələlər, məsələn, monitorinq və ya qısa-müddətli ifrat yüklənmə kimi hallar üçün faktiki temperatur profili birbaşa istifadə edilməlidir.
Layihələndirmə və sınaq məsələləri üçün aşağıdakı ekvivalent temperaturlar ətraf mühit temperaturu kimi qəbul edilir.
a) İllik ölçülmüş ətraf mühit temperaturu termal köhnəlmənin hesablanması üçün istifadə olunur.
b) Ən isti ayda orta aylıq temperatur maksimal qaynar-nöqtə temperaturunun hesablanması üçün istifadə olunur.
Qeyd: Ətraf mühit temperaturu üçün bax: həmçinin IEC 60076-2:1993.
Əgər ətraf mühit temperaturu yük tsikli ərzində kifayət qədər dəyişkən olarsa, onda ölçülmüş ətraf mühit temperaturu sabit olur. Həmin zaman ərzində nəzərdə tutulan ətraf mühit temperaturu isə dəyişən temperatur səviyyəsində təsir göstərməklə, eyni dərəcədə köhnəlməyə səbəb olur. 6 K temperatur artımının köhnəlmə tezliyini ikiqat artırdığını və ətraf mühit temperaturunun sinusoidal qaydada dəyişdiyini ehtimal edərək, illik ölçülmüş ətraf mühit temperaturu θE aşağıda verilənlərə bərabər olur:
θma-max - ən isti ayda aylıq orta temperatur həddidir (bu, 10 və ya daha çox il ərzində °C ilə ölçülən və 2-yə bölünən, orta günlük maksimum və orta günlük minimum miqdara bərabərdir);
θya - illik orta temperaturdur ( °C ilə ölçülən 12-yə bölünən aylıq orta temperatur hədlərinin cəminə bərabərdir).
NÜMUNƏ: θa üçün aylıq orta qiymətlərdən istifadə edərək (daha dəqiq aylıq ölçülmüş qiymətlərdən istifadə edərək):
Əlavə E-də hesablanmış nümunələrdə istifadə edilən ətraf mühit temperaturu 20 °C- dir.
8.3.2 Transformator örtüyü üçün ətraf mühitə düzəlişin edilməsi
Örtülmüş şəraitdə istifadə edilən transformatorda həmin örtük daxilindəki hava temperaturunda yüksəlişin təxminən yarısı qədər əlavə temperatur artımı baş verir.
Daxilində metal və ya beton örtük quraşdırılmış transformatorlar üçün Tənlik (5) və (6)-da Δθor Δθ'or ilə aşağıdakı kimi əvəzlənməlidir:
Δ(Δθor) - nominal yük altında əlavə üst-yağ temperatur artımıdır.
Belə əlavə temperatur artımının sınaqlar vasitəsilə müəyyən edilməsi qəti tövsiyə olunsa da belə sınaq nəticələri mövcud olmayanda müxtəlif örtük növləri üçün Cədvəl 6-da verilmiş qiymətlərdən istifadə edilə bilər. Təxmini əlavə üst-yağ temperatur artımını əldə etmək üçün bu qiymətlər ikiyə bölünməlidir.
Qeyd: Örtük soyuduculara təsir etməyəndə Tənlik (11)-ə əsasən, heç bir düzəliş tələb olunmur.
Cədvəl 6 – Örtüklə əlaqədar ətraf mühit temperaturunda artıma görə düzəliş
Quraşdırılmış transformatorların sayı
Ölçülmüş ətraf mühit temperaturu K əlavə edilməli olan düzəliş
Təbii havalandırması olan yeraltı saxlama yerləri
Təbii havalandırması pis olan zirzəmi və binalar
Yaxşı təbii havalandırması olan binalar və süni havalandırması olan yeraltı saxlama yerləri və zirzəmilər
Köşklər (bax: Qeyd 2)
1 Yuxarıdakı temperatura düzəliş qiymətləri transformator itkilərinin verilmiş qiymətlərindən istifadə etməklə tipik yarım stansiyanın yüklənmə şərtləri üçün hesablanıb. Bunlar yeraltı saxlama yerləri və yarım stansiyalarda təbii və süni soyutma sınaqları seriyasının nəticələri, yarımstansiya və köşklərdə təsadüfi ölçmə nəticələrinə əsaslanır.
2 Temperatur artım sınağı transformator üzərində bir tam vahid kimi örtükdə həyata keçiriləndə köşk örtükləri üçün belə düzəliş lazım deyil.
8.3.3 Su ilə soyudulan transformatorlar
Su ilə soyudulan transformatorlar üçün ətraf mühit temperaturu havaya nisbətən vaxtda daha az fərq göstərən daxil olan suyun temperaturu sayılır.
9 ŞAXƏLƏNMƏ DƏYİŞDİRİCİSİNİN TƏSİRİ
Tənlik (5) və (6)-da istifadə olunan bütün miqdarlar transformatorun işlədiyi şaxə üçün müvafiq olmalıdır.
Buna misal olaraq, HV gərginliyinin sabit olduğu və verilmiş yük üçün sabit LV yükünün saxlanmasının tələb edildiyi halı nəzərdən keçirək. Əgər bu transformatorun LV tərəfdə +15% şaxədə olmasını tələb edərsə, nominal yağ temperatur artımı, itkiləri və sarğı dərəcələri həmin şaxə üçün ölçülməli və ya hesablanmalıdır.
Həmçinin, xətt sonluğunda şaxələnmə dəyişdiricisi olan avtomatik transformator misalınıda nəzərdən keçirək-seriyalı dolağın şaxə silsiləsinin bir kənarında maksimal cərəyan həddi olduğu halda ümumi sarğıda şaxə silsiləsinin digər sonluğunda da maksimal cərəyan olur.
9.2 Qısa-qapanma itkiləri
Transformatorun qısa-qapanma itkisi şaxə vəziyyəti funksiyasıdır. Şaxəli sarğı və əsas dolağın bir neçə müxtəlif birləşmələrini həyata keçirmək olar. Şaxə vəziyyəti funksiyası kimi transformatorun itki nisbətini hesablamağa ümumi yanaşma Şəkil 11-də verildiyi kimidir. Xətti funksiya nominal şaxə vəziyyəti ilə minimal və maksimal mövqe arasında hesablanır.
Şəkil 11. Şaxə vəziyyəti funksiyası kimi itkilər prinsipi
9.3 İtkilərin nisbəti
Transformatorun üst-yağ temperatur artımı R itki nisbəti funksiyasıdır. Yüksüz itkilərin sabit olması ehtimal edilir. Xətti yuvarlaqlaşdırmadan istifadə edərək R şaxə vəziyyəti funksiyası kimi müəyyən edilə bilər.
Nominal şaxələnmə dəyişdiricisi mövqeyindən kənar şaxə vəziyyətləri üçün (tapr+1-dən tapmax -dək):
Nominal şaxə vəziyyətindən aşağı şaxə vəziyyətləri üçün (tapmin -dən tapr-dək):
Sarğıdan yağa temperatur artımı əsasən yük faktorundan asılı olur. K şaxə vəziyyətindən asılı olmur.
Sarğı və yağ zaman sabitinin hesablanması
Sarğı zaman sabiti aşağıdakı kimidir:
τw - nəzərdən keçirilən yükdə sarğı zaman sabitidir;
g - nəzərdən keçirilən yükdə K-də sarğı-yağ dərəcəsidir;
mW - kq ilə ölçülən sarğı kütləsidir;
c - Ws/(kg·K)-da (Cu üçün 390 və Al üçün 890) keçirici materialın xüsusi istiliyidir;
PW - nəzərdən keçirilən yükdə W-də sarğı itkisidir.
Tənliyik (A.1)-i başqa cür ifadə etsək
Pe - p.u-da nisbi şaxə burulğanı itkisidir;
s - nəzərdən keçirilən yükdə A/mmcərəyan sıxlığıdır.
Yağ zaman sabiti İstinad [7]-dəki prinsiplərə uyğun hesablanır. Bu o deməkdir ki, ONAN və ONAF soyutma modelləri üçün termal tutum C aşağıda verildiyi kimidir:
mA - kiloqramlarla ölçülən özək və sarğı dəstinin kütləsidir;
mT - kiloqramlarla ölçülən çən və fitinqlərin kütləsidir (qızdırılan yağla təmasda olan yalnız bu hissədən istifadə edilməlidir);
mO - kiloqramlarla ölçülən yağ kütləsidir.
Təzyiq altında yağ soyutma rejimlərində ya OF və ya OD rejimində termal tutum aşağıdakı kimidir:
Nəzərdən keçirilən yükdə yağ zaman sabiti aşağıdakı kimi verilir:
τo - dəqiqələrlə ölçülən orta yağ zaman sabitidir;
Δθom - nəzərdən keçirilən yükdə K-da ətraf mühit temperaturundan yüksək orta yağ temperaturu artımıdır;
P - nəzərdən keçirilən yükdür W-təchiz edilən itkilərdir.
Eksponensial tənliklər metoduna dair praktiki nümunə
Şəkil 8-də verilmiş əyrilər real həyatdan götürülmüş nümunələrə əsaslanır və bu halın təfərrüatları bu əlavədə verilib. 250 MVA, ONAF ilə soyudulan transformator aşağıdakı kimi sınaqdan keçirilib. Hər zaman ərzində yük cərəyanı sabit saxlanılıb, yəni yüklər hər yük mərhələsi ərzində müqavimət dəyişikliyinə görə baş verib. Müvafiq axın cədvəli Əlavə D-də verilib.
Cədvəl B.1 – 250 MVA transformatorunun yük addımları
İki əsas dolağın hər biri səkkiz fibr optik vericilərlə təchiz edilib. Ən qaynar nöqtə əsas dolağın daxili hissəsində yerləşir (118 kV). Bu misalda 0 dəq-750 dəq zaman müddəti ərzində ən qaynar nöqtə temperaturunda dəyişiklik bənd 8.2.2- də təsvir edilən hesablama metoduna əsasən müəyyən edilir. Ölçülən əyri ilə müqayisə edilir.
Hesablamanın aparılması üçün zəruri olan transformatora dair xarakterik məlumatlar aşağıdakı kimidir:
R = 1 000 (sınağın "qısa-qapanma metodu" ilə yerinə yetirilməsinə görə)
H = 1,4 (ölçmə metodu ilə müəyyən edilir, bax: 8.1.3)
τw = 4,6-dan 8,7 dəqiqəyə qədər (yükləmə halından asılıdır. Cədvəl 5-də verilmiş qiymət, yəni 7 dəq bu hesablama zamanı istifadə olunur)
τo = 162-dən 170 dəqiqəyə qədər (yükləmə halından asılıdır. Cədvəl 5-də verilmiş qiymət, yəni 150 dəq bu hesablama zamanı istifadə olunur)
Sarğı araqat ≥ 3 mm məsafəsi ilə ziqzaqvari şəkildə soyudulur.
B.2 0 dəqiqədən 190 dəqiqəyədək zaman müddəti
Δθoi = 12,7 K (Bu sınaq səhər saat 08:20-də başlayıb. Ondan əvvəlki axşam 1,49 p.u. artıq yük sınağı saat 22:00-da başa çatdırılıb)
Tənlik (5), (7) və (8) zaman funksiyası kimi qaynar-nöqtə dəyişikliyini hasil etdiyinə görə Tənlik (5)-dən əldə edilir:
B.3 190 dəqiqədən 365 dəqiqəyədək olan zaman müddəti
Δθoi = 36,2 K (B.2-də hesablanır)
Δθhi = 22,0 K ( B.2-də hesablanır)
Tənlik (6) və (9) zaman funksiyası kimi qaynar-nöqtə dəyişikliyini hasil etdiyinə görə Tənlik (6)-dan əldə edilir:
B.4 365 dəqiqədən 500 dəqiqəyədək olan zaman müddəti
Δθoi = 18,84 K (B.3-də hesablanır)
Δθhi = 10,45 K ( B.3-də hesablanır)
Tənlik (5)-də aşağıdakı əvəzləmələr aparılan zaman hesablama B.2-də verilən hesablamaya uyğun yerinə yetirilir:
12,7 18,84 ilə əvəzlənir
1,0 1,5 ilə əvəzlənir
0,0 10,45 ilə əvəzlənir
B.6 500 dəqiqədən 710 dəqiqəyədək olan zaman müddəti
Δθoi = 64,1 K (B.4-də hesablanır)
Δθhi = 37,82 K ( B.4-də hesablanır)
Tənlik (6)-da aşağıdakı əvəzləmələr aparılan zaman hesablama B.3-də verilən hesablamaya uyğun yerinə yetirilir:
36,2 64,1 ilə əvəzlənir
0,6 0,3 ilə əvəzlənir
22,0 37,82 ilə əvəzlənir
B.7 710 dəqiqədən 735 dəqiqəyədək olan zaman müddət
Δθoi = 9,65 K (B.5-də hesablanır)
Δθhi = 4,24 K (B.5-də hesablanır)
Tənlik (5)-də aşağıdakı əvəzləmələr aparılan zaman hesablama B.4-də verilmiş hesablamaya uyğun yerinə yetirilir:
18,84 9,65 ilə əvəzlənir
1,5 2,1 ilə əvəzlənir
10,45 4,24 ilə əvəzlənir
B.8 735 dəqiqədən 750 dəqiqəyədək olan zaman müddəti
Δθoi = 41,36 K (B.6-da hesablanır)
Δθhi = 71,2 K (B.6-da hesablanır)
Hesablama B.3 və B.5-də olduğu şəkildə yerinə yetirilir.
B.9 Ölçülmüş qiymətlərlə müqayisə
Hesablanmış və ölçülmüş qaynar-nöqtə temperatur əyriləri Şəkil B.1-də verildiyi kimdir. Üst-yağ temperaturu üçün müvafiq əyrilər Şəkil B.2-də verilib. Hər yük addımının sonunda verilmiş ədədi qiymətlər Cədvəl B.2-də verilib.
Şəkil B.1. Yük cərəyanında addım dəyişikliklərinə cavab olaraq qaynar-nöqtə temperaturu
x-dəqiqələrlə ölçülən ox zamanı t y-°C ilə ox temperaturu θh ----Ölçülmüş qiymətlər ---- Hesablanmış qiymətlər
Şəkil B.2. Yük cərəyanında addım dəyişikliklərinə cavab olan üst-yağ temperaturu
x-dəqiqələrlə ölçülən ox zamanı t y-°C ilə ox temperaturu θh ----Ölçülmüş qiymətlər ---- Hesablanmış qiymətlər
Cədvəl B.2 – Hər yük addımının sonunda temperatur hədləri
Qaynar-nöqtə temperaturu
IEC 60076-nın bu hissəsində verilmiş hesablama metodu xüsusən də yük artımlarında müvafiq qiymətlərin hasil edilməsi üçün nəzərdə tutulub (Cədvəl B.2-də qara hərflərlə qeyd edilib).
Müxtəlif tənliklərlə həll metodunun nümayişi
Bu əlavə bənd 8.2.2-də təsvir edilən müxtəlif tənliklər metodu və onların müxtəlif tənliklərə çevrilmə yolu ilə nə cür həll edildiyinə dair daha müfəssəl məlumatları təqdim edir. Buna dair misal təqdim edilir.
İstilik tənliklərinin eksponensial kimi ifadə edilməsi xüsusən də sınaq və sadələşdirilmiş ssenarilərlə istilik ötürmə parametrlərinin müəyyənləşdirilməsi üçün münasibdir. Sahədə qaynar-nöqtə temperaturunun qərarlaşdırılmasının ixtiyari qaydada zamanla dəyişən yük faktoru K və zamanla dəyişən ətraf mühit temperaturu θa üçün tələb edilməsi ehtimalı böyükdür.
Bu tətbiqetmə məqsədləri üçün ən düzgün yanaşma istilik-ötürmə diferensialı tənliklərindən istifadədir. Belə tənliklər bu əlavənin növbəti fəsillərində göstərildiyi kimi, fərqli tənliklərə çevrilərsə, asanlıqla həll oluna bilər.
C.3 Diferensial tənliklər
İstilik-ötürmə prinsipləri güc transformatorun vəziyyətinə tətbiq ediləndə diferensial tənliklər yalnız istiqamətləndirilən axın OD soyutması üçün xətti xarakter daşıyır. Digər soyutma formaları üçün OF və ON soyuducu maddənin sirkulyasiya tezliyi soyutma temperaturunun özündən asılı olur. Başqa sözlə desək, ventilyatorlar olmadığı halda radiatorda hava axın tezliyi onun temperaturundan asılı olur, ventilyatorlar olduğu halda isə, ondan asılı olmur. Eyni qaydada əgər yağ nasosları olmazsa və ya yağ axını "yönləndirilməzsə", yağ axın tezliyi onun temperaturundan asılı olduğu halda nasoslar olarsa və axın yönləndirilərsə, belə olmur.
Bunun nəticəsi odur ki, ON və OF soyutması üçün diferensial tənliklər qeyri-xətti olur və bu o deməkdir ki, yük cərəyanında addım dəyişikliyinə ya üst-yağ temperaturu artımı və ya qaynar-nöqtə temperaturu artımının reaksiyası həqiqi eksponensial funksiya deyil [13].
Lakin IEC 60076-nın bu hissəsində lazımsız mürəkkəbliklərə yol verməmək üçün yuvarlaqlaşdırma aparılır, yəni qeyri-xətti qarşılıqlı əlaqə temperatur dəyişikliyinin yalnız ən son qiymətinə təsir edir və ON, OF və ya OD soyutması olsa da, zaman funksiyası hələ də eksponensial olaraq qalır. Bununla da xətanın o qədər də böyük olmadığını nümayiş etdirmək olar.
Bunun nəticəsi odur ki, üst-yağ temperaturu üçün diferensial tənliyi aşağıda verildiyi kimidir (girişlər K, θa, çıxış θo)
Dəyişən və parametrlər üçün bütün işarələr bu sənədin əvvəlində açıqlanıb.
Qaynar-nöqtə temperatur artımı üçün diferensial tənlik (giriş K, çıxış Δθh) iki diferensial tənliklərin cəmi kimi daha asanlıqla həll eldə bilər, burada
Hər iki tənlik aşağıdakı kimidir:
bunların həlləri Tənlik (C.2)-ə uyğun olaraq birləşdirilir.
Qaynar-nöqtə temperaturu üçün son tənlik
Tənlik (C.2) - (C.4)-ə gəldikdə, burada mürəkkəblik yağ-soyuducu maddənin termal inersiyaya əlavə olaraq, mexaniki inersiyası olması faktını nəzərə almaq üçündür. Güc transformatorlarına gəldikdə, bunun təsiri təbii soyutma üçün ən yüksək (ON), yönləndirilməyən axınlı-nasosla vurulan yağla soyutma üçün bir qədər az (OF) və yönləndirilən axınlı-nasosla vurulan yağ soyudulması (OD) üçün cüzidir. Bu həmçinin, paylayıcı transformatorlar üçün cüzidir (bax: 8.2.2).
Bu tənliklərin blok diaqram təqdimatı bənd 8.2.3-də verilib.
C.4 Diferensial tənliklərə çevirmə
Daxiletmə funksiyaları da sadə olmazsa (məsələn, sırf addım funksiyaları), yuxarıda verilmiş diferensial tənlikləri eksponensiallar kimi sadə riyazi funksiyalar nöqteyi-nəzərindən çıxış funksiyaları üçün həll edilə bilməz. Quraşdırılmış transformator üçün yük cərəyanı və ətraf mühit temperaturu yaxşı müəyyən edilmiş zaman funksiyaları deyil. Əgər yuvarlaqlaşdırma aparılarsa, məsələn, yük cərəyanının ardıcıl addım dəyişiklikləri və ətraf mühit temperaturunun sabit saxlanması həyata keçirilərsə, onda belə nəticəyə gəlmək olar ki, nəticələr də yalnız təxminidir.
Əgər diferensial tənliklər fərq tənliklərinə çevrilərsə, onda həll üsulu hətta ən sadə cədvəldə belə, kifayət qədər dəqiq olar.
Bənd C.3-də verilmiş diferensial tənliklər D kiçik zaman addımı üzrə fərqi ifadə etdiyi aşağıdakı fərq tənlikləri kimi göstərilə bilər.
Tənlik (C.1) aşağıdakı kimi olur:
"D" operatoru hər zaman addımı Dt-yə uyğun gələn əlaqəli dəyişəndir. Hər zaman addımında Dθo –nın n-ci qiyməti (n – 1) qiymətindən aşağıda verilənlərdən istifadə edərək hesablanır.
Tənlik (C.3) və (C.4) aşağıdakı kimi olur:
Hər Δθh1 Δθh2 n-ci qiymətləri Tənlik (C.7)-də verilənlərə uyğun şəkildə hesablanır.
Ümumi qaynar-nöqtə temperaturunun n-ci zaman addımında artımı aşağıdakı kimi verilir:
Nəhayət, n-ci zaman addımının qaynar-nöqtə temperaturu aşağıdakı kimi verilir:
Tənliyin dəqiq həlli üçün zaman addımı Dt praktiki cəhətdən mümkün olduğu qədər kiçik və yəqin ki, termal modeldə ən kiçik zaman sabitinin yarısından böyük olmamalıdır. Məsələn, əgər sarğı üçün zaman sabiti 4 dəq hesab edilərsə, zaman addımı 2 dəq-dən yüksək olmamalıdır.
Qeyd: τw və τo sıfra qurulmamalıdır.
Həmçinin, Tənlik (C.6)- (C.9)-da istifadə edilən sadə metodlara nisbətən nəzəri baxımdan daha dəqiq olan analiz həlli metodları var. Məsələn, trapezoid və ya Runqe-Kutta metodları bunlara aiddir.
Lakin daxil edilən məlumatların dəqiq olmamasını nəzərə alaraq, mürəkkəbliyin yüksək olmasının burada əsası yoxdur.
Yarımbənd 6.3-ün sellüloz izolyasiyasının diferensial tənliklərinin xidmət müddətinin azaldılması itkisini fərq tənliklərinə çevirmək olar. Fundamental diferensial tənlik aşağıdakı kimidir:
Buradan aşağıdakı nəticəyə gəlmək olar:
Tutaq ki, burada məqsəd onlayn izləmə qurğusunun qaynar-nöqtə temperaturu və xidmət müddətinin azaldılması itkisinə dair məlumatın hasil edilməsindən ibarətdir. Tənliyin həlli addımları aşağıdakı kimi verilir.
1) Transformator parametrlərinin qurulması.
2) Daxil ediləcək məlumatların müəyyən edilməsi.
3) İlkin şərtlərin hesablanması.
4) Diferensial tənliklərin həlli.
5) Çıxış məlumatlarının cədvələ salınması.
6) Çıxış məlumatlarının xəritəsinin çəkilməsi.
Təfərrüatlar aşağıda verildiyi kimidir.
1 – Transformator parametrlərinin qurulması
İstifadə edilən parametrlər elə seçilir ki, nominal qaynar-nöqtə temperaturu 30 °C ətraf mühit temperaturunda 110 °C olur. Digər parametrlər tipikdir.
Δθor = 45 K τo = 150 dəq R = 8 y = 1,3 k21 = 2
Δθhr = 35 K τw = 7 dəq x = 0,8 k11 = 0,5 k22 = 2
2 – Daxil etmə məlumatlarının müəyyən edilməsi
Bu nümunə üçün daxil etmə məlumatları Cədvəl C.1-də açıqlanıb və Cədvəl C.1-də cizgisi verilib.
Cədvəl C.1 – Nümunə üçün daxiletmə məlumatları
Ətraf mühit temperaturu θa °C
Şəkil C.1. Nümunə üçün qrafiki giriş məlumatları
Yüklənmə faktoru (yuxarı əyri, sol ox)
°C ilə ətraf mühit temperaturu (aşağı əyri, sağ ox)
Ətraf mühit temperaturları və yüklənmə faktorları 3 dəqiqəlik intervallarla verilir. Dəqiq tənlik üçün onlarda ən kiçik zaman sabiti (τw) yarıdan az olduğuna görə bu, maksimal zaman addımıdır. Bu halda τw = 7 dəq olduğuna görə zaman addımı Dt = 3 dəq təşkil edir.
3 – İlkin şərtlərin hesablanması
Hesablama dövrünün əvvəlində sistem mütləq şəkildə sabit vəziyyətdə ola bilməyəcəyinə görə bu adətən ehtimal edilə biləcək ən üstün qaydadır və nəticəyə təsirləri cüzidir.
Ondan sonra ilkin şərtlər Tənlik (C.1), (C.3) və (C.4)-in hər birində zaman törəmələrini sıfra qurmaqla, hesablanır və aşağıdakı qiymətlər əldə edilir.
Tənlik (C.1)-dən θo ilkin qiyməti
Tənlik (C.3)-dən Δθh1 ilkin qiyməti Δθh1(0) = k21 × K y× Δθhr = 53,2 K.
Tənlik (C.4)-dən Δθh2 ilkin qiyməti Δθh2(0) = (k21 −1)× K y× Δθhr = 26,6 K.
Həmçinin, xidmət müddətinin azaldılması itkisinin ilkin şərti L seçilməlidir. Burada ehtimal edək ki, hesablama məqsədi bu xüsusi artıq yüklənmə hadisəsi üçün xidmət müddətinin azaldılması itkisini aşkar etməkdir.
Ona görə də L ilkin qiyməti L(0) = 0.
4 – Fərq tənliklərinin həlli
n = 0, t = 0, θo(0) = 63,9 olduqda (vahidlər buraxılıb; ənənəvi olaraq, °C temperaturları və K temperatur fərqlərini ifadə edir)
n = 1, t = 3 dəq olduqda Tənlik (C.6) və (C.7)-dən üst-yağ temperaturu aşağıdakı kimi dəyişir:
Eyni qaydada Tənlik (C.8)-dən qaynar-nöqtə temperaturu artımının ilk müddəti aşağıdakı kimi dəyişir:
Eyni qaydada Tənlik (C.9)-dan qaynar-nöqtə temperaturu artımının ikinci müddəti aşağıdakı kimi dəyişir:
Sonra Tənlik (C.10)-dan ümumi qaynar-nöqtə temperaturu artımı
və nəhayət, Tənlik (C.11)-dən qaynar-nöqtə temperaturu
Bu zaman addımı ərzində L xidmət müddətinin azaldılması itkisiTənlik (C.13) ilə verilir:
(Nominal şərtlər altında xidmət müddətinin azaldılması itkisi 3 dəqiqə olar)
Ümumi xidmət müddətinin azaldılması itkisi bu həddədək aşağıda verildiyi kimidir:
L(1)=L(0)+DL(1) =0+0,42 dəq, və ya 0,00029 günlər
n = 2, t = 6 dəq olduqda, tam hesablama təkrarlanır, bütün alt indekslər 1 dəfə artır, yəni hər dəyişən X(1) X(2) olur. n = 3, t = 9 dəq olduqda, hər dəyişən X(2) X(3) və s. olur. n = 40, t = 120 dəq olanadək davam edilməlidir.
5 – Çıxış məlumatları cədvələ qoyulmalıdır
Hesablama nəticələri Cədvəl C.2 və Şəkil C.2-də verilib.
Cədvəl C.2 – Nümunə üçün çıxış məlumatları
Xidmət müddətinin azaldılması itkisi
Xidmət müddətinin azaldılması itkisi
Şəkil C.2. Nümunə üçün qrafiki çıxış məlumatları
°C temperaturunda qaynar-nöqtə temperaturu (yuxarı əyri, sol ox)
Günlərlə xidmət müddətinin azaldılması itkisi (aşağı əyri, sağ ox)
Qrafikin keçən vaxtı 2 s və ya 0,083 3 gün olduğuna və xidmət müddətinin azaldılması itkisi 6,15 gün olduğuna görə, artıq yüklənmə ərzində nisbi xidmət müddətinin azaldılması itkisi 6,15/0,083 3 = 74 dəfə normaldır. Əgər digər halda nisbətən aşağı qaynar-nöqtə temperaturu hədlərində daha uzun zaman müddətləri (adətən, bu cür olur) olarsa, bu o qədər də ciddi hal deyil.
C.6 Ölçülmüş üst-yağ temperaturundan istifadə
Əgər üst-yağ temperaturu ölçülmüş kəmiyyət kimi, məsələn, monitorinq qurğusuna 4 mA - 20 mA siqnalı olarsa, onda hesablamalar nisbətən daha dəqiq olur. Qaynar-nöqtə temperatur artımı fərq Tənlikləri (C.8), (C.9) və (C.10)-dan hesablanıb hər zaman addımında birbaşa ölçülmüş üst-yağ temperaturu məlumatlarına əlavə olunur. Şəkil 10-da verilmiş qırıq-qırıq xətlərlə göstərilmiş cizgiyə bax.
Əlavə B-də verilmiş nümunəyə əsaslanan axın diaqramı
Ətraf mühit temperaturu: θa = 25,6 °C
Nominal cərəyan həddində üst-yağ temperatur artımı: Δθor = 38,3 K
Yüksüz itkilərə nominal cərəyanda yüklü itkilərin nisbəti: R = 1 000
Qaynar-nöqtə faktoru: H = 1,4
Sarğıdan yağ temperaturuna fərq: gr = 14,5 K
Sarğı zaman sabiti: τw = 7 dəq
Orta yağ zaman sabiti: τo= 150 dəq
Yağ temperaturu eksponenti: x = 0,8
Sarğı temperatur eksponenti: y = 1,3
Termal sabitlər: k11 = 0,5; k21 = 2,0; k22 = 2,0
Yüklənmə tsiklində intervalların sayı: N = 6
Hər interval üçün yük faktoru:
K(1) = 1,0; I(1) = ( 0 – 190) dəq
K(2) = 0,6; I(2) = (190 – 365) dəq
K(3) = 1,5; I(3) = (365 – 500) dəq
K(4) = 0,3; I(4) = (500 – 710) dəq
K(5) = 2,1; I(5) = (710 – 735) dəq
K(6) = 0,0; I(6) = (735 – 750) dəq
Hər bir interval müddəti:
Araqat qalınlığı ≥ 3 mm
C = 1 (interval sayğacı parametrləri)
Δθoi = 12,7 K Δθhi = 0,0 K
Artıq yüklənmə məlumatlarının hesablanması və təqdimatına
Bu əlavə bu sənəddə təqdim edilmiş tənliklərlə artıq yüklənmə məlumatlarının hesablanması və təqdim edilməsi qaydasına dair nümunələri daxil edir.
Məsələn, Cədvəl E.1-də istifadə edilə biləcək bəzi xarakteristikaları təqdim edir.
Cədvəl E.1 – Transformatorların yüklənmə qabiliyyəti ilə bağlı nümunə xarakteristikaları
Paylayıcı transformatorlar
Güc transformatorları
Ətraf mühit temperaturu
Qaynar nöqtə temperaturu
Qaynar nöqtədən üst yağ (çəndə) dərəcəsi nominal cərəyan həddində
Orta yağ temperatur artımı
Üst yağ (çəndə) temperatur artımı
Aşağı yağ temperatur artımı
Orta yağ temperatur artımı və aşağı yağ temperatur artımı yalnız məlumat xarakterlidir.
Elektron cədvəl proqramı ilə 24 s müddətində yaradılır, zaman şkalası dəqiqələrlə göstərilir. Bənd 8.2.2-də verilmiş Tənlik (5), (6), (7), (8) və (9) qaynar nöqtə temperaturunun hər dəqiqəsini yüklənmə funksiyası kimi hesablamaq üçün istifadə edilir. Δθoi və Δθhi üçün ilkin şərtləri f1(t) = 0, f2(t) = 0 və f3(t) = 1 t → ∞ ilə müəyyən etmək olar.
Qaynar nöqtə temperaturu məlum olanda nisbi köhnəlməni bənd 6.2-dəki Tənlik (2) ilə hesablamaq olar. Bənd 6.3-dəki Tənlik (4) ilə "normal" günlərlə ifadə olunmuş xidmət müddətinin azaldılması itkisini hər nisbi köhnəlmə dəqiqəsinin cəmini 1 440 ədədinə bölməklə hesablamaq olar.
Məsələn, ilkin yüklənmə şərtinin (K1) 0,8 qiymətini və sonra 30 dəqiqə ərzində artıq yüklənmə şəraitini K2 = 1,4-ü nəzərə alıb sonra qalan zaman üçün (1 410 dəq) K1 = 0,8 bərabərliyinə qayıdılmalıdır. Transformator OF ilə soyudulduğuna görə Cədvəl E.1 (OF)-də verilmiş nümunə xarakteristikası istifadə olunur.
Sabit vəziyyətli ilkin yüklənmə sonrası ilkin qiymətlər aşağıdakı kimi olur:
Başlanğıcdan t = 30 dəq sonrakı qiymətlər:
f1(t=30) = 0,28, f2(t=30) = 1,20
θh(t=30) = 114,2 °C (bənd 8.2.2-də verilmişTənlik (5))
Başlanğıcdan t = 31 dəq sonrakı qiymətlər:
θh(t=1) = 92,9 °C (bənd 8.2.2-də verilmiş Tənlik (6))
Başlanğıcdan t = 1 440 dəq sonra qiymətlər:
f3(t=1410) = 1,6 E – 07
θh(t=1410) = 75,2 °C (bənd 8.2.2-də verilmiş Tənlik (6))
Bu, 0,14 günlük xidmət müddətinin azaldılması itkisi və 94K maksimum qaynar-nöqtə temperatur artımına səbəb olur.
Təsvir edilən metodda istifadə olunmuş parametrlər xidmət müddətinin azaldılması itkisinin K1 və K2 funksiyası kimi göstərildiyi cədvəli qurmaq üçün dəyişdirilə bilər. Artıq yüklənmə zamanı dəyişəndə cədvəllərin tam dəstini qurmaq mümkündür.
Məsələn, Cədvəl E.2-də 30 dəqiqəlik artıq yüklənmə zamanı təqdim edilib.
Cədvəl E.2 – Yol verilən iş və müvafiq gündəlik xidmət müddətinin azaldılması itkisi ("normal" günlərdə), yüklənmə tsikli ərzində maksimal qaynar-nöqtə temperatur artımına dair nümunə cədvəli
Soyutma növü OF, Ɵa = 20 °C
30 dəq ərzində ilkin yük K1, yük K2, 1 410 dəq ərzində yük K1
Qeyd: Cədvəl E.2-də yazı hərfləri ilə verilmiş rəqəmlər Cədvəl 4-də verilmiş hədlər nəzərə alınmadan hesablama nəticələrini göstərir.
Məlumatları həmçinin qrafiki təsvir kimi təqdim etmək olar. Şəkil E.1-də K2-nin K1funksiyası kimi təqdim edildiyi nümunə müvafiq artıq yüklənmə zamanı və vahid xidmət müddətinin azaldılması itkisi ilə verilib.
Qeyd: Şəkil E.1-dəki qırıq-qırıq xətlər Cədvəl 4-də verilmiş hədlər nəzərə alınmadan hesablama nəticələrini göstərir.
Şəkil E.1. OF böyük güc transformatorları: normal xidmət müddətinin azaldılması itkisi üçün yol verilən iş göstəriciləri
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Güc transformatorları
Hissə 8: Tətbiqetmə qaydaları
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60076-8:1997 “Power transformers – Part 8: Application guide” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
____________________________________________________________________________________________
Güc transformatorları.
Hissə 8: Tətbiqetmə qaydaları
Part 8: Application guide
____________________________________________________________________________________________
Bu Standart IEC 60076 nəşrlər seriyasına uyğun olan güc transformatorlarına tətbiq edilir.
İstifadəçilərə aşağıdakılar haqqında məlumat vermək nəzərdə tutulur:
– müxtəlif transformator birləşmələrinin müəyyən fundamental xidmət xüsusiyyətləri və sıfır ardıcıllıq hadisəsinə xüsusi istinad ilə maqnit dairə dizaynları
– YNynd və oxşar birləşmələri olan transformatorlarda sistemi zədələyən cərəyanlar;
– transformatorların paralel fəaliyyəti, yük altında gərginlik düşməsinin və ya qalxmasının hesablanması, və üçsarğılı yük kombinasiyaları üçün yük itkisinin hesablanması;
– potensial yükləmə halları əsasında nominal kəmiyyətlərin və şaxələnmə kəmiyyətin seçilməsi;
– adi dizaynlı transformatorların konvertor yükləmələrə tətbiqi;
– yük ölçmələrində ölçmə texnikası və dəqiqlik.
Bu məlumatların bir hissəsi ümumi xarakterlidir və bütün ölçülü güc transformatorları üçün məqbuldur.
Lakin bəzi fəsillər yalnız yüksək gərginlikli böyük qurğuların spesifikasiyası və utilizasiyası üçün maraqlı olan cəhətlərdən və məsələlərdən bəhs edir.
Tövsiyyələr məcburi deyil və özlüyündə spesifik tələbləri təşkil etmir.
Güc transformatorlarının yük qabiliyyəti ilə bağlı məlumat IEC 60354-də göstərilir, yağ ilə işləyən transformatorlar üçün və IEC 60905, quru növlü transformatorlar üçün
Güc transformatorlarının impuls sınağı üçün qaydalar IEC 60722-də göstərilib.
1.2 Normativ istinadlar
Aşağıdakı normativ sənədlər bu mətndə istinad vasitəsilə bu Beynəlxalq Standartın müddəalarını təşkil edən bəndləri özündə əks etdirir. Nəşr edilən zaman, göstərilən nəşrlər etibarlı olub. Bütün normativ sənədlər yenilənə bilər və bu Beynəlxalq Standarta əsaslanan razılaşma tərəflərinə aşağıda göstərilən normativ sənədlərin ən son nəşrinin tətbiq etmə mümkünlüyünü araşdırmaq tövsiyyə olunur. IEC və ISO üzvləri hazırda etibarlı olan Beynəlxalq Standartların qeydiyyatına malikdir.
IEC 60050(421):1990, International Electrotechnical Vocabulary (IEV) – Chapter 421: Power transformers and reactors (IEC 60050(421):1990, Beynəlxalq Elektrotexniki Lüğət (BEL) – Fəsil 421: Güc transformatorları və reaktorlar)
IEC 60076: Power transformers (IEC 60076: Güc transformatorları)
IEC 60076-1:1993, Power transformers – Part 1: General (IEC 60076-1:1993, Güc transformatorları – Hissə 1: Ümumi)
IEC 60076-3:1980, Power transformers – Part 3: Insulation levels and dielectric tests (IEC 60076-3:1980, Güc transformatorları – Hissə 3: İzolyasiya səviyyələri və dielektrik lüğətlər)
IEC 60289:1988, Reactors (IEC 60289:1988, Reaktorlar)
IEC 60354:1991, Loading guide for oil-immersed power transformers (IEC 60354:1991, Yağla işləyən güc transformatorları üçün yükləmə qaydaları)
IEC 60722:1982, Guide to the lightning impulse and switching impulse testing of power transformers and reactors (IEC 60722:1982, İşıq impulsu və güc transformatorlarının və reaktorların impuls sınağının qoşulması üçün qaydalar)
IEC 60905:1987, Loading guide for dry-type power transformers (IEC 60905:1987, Quru növlü güc transformatorları üçün yükləmə qaydaları)
IEC 60909:1988, Short-circuit current calculation in three-phase a.c. systems (IEC 60909:1988, Üçfazalı a.c sistemlərdə qısa qapanma cərəyanının hesablanması)
IEC 60909-1:1991, Short-circuit current calculation in three-phase a.c. systems – Part 1: Factors for the calculation of short-circuit currents in three-phase a.c. systems according to IEC 60909 (1988) (IEC 60909-1:1991, Üçfazalı a.c sistemlərdə qısa qapanma cərəyanının hesablanması – Hissə 1: IEC 60909 (1988)-ə uyğun olaraq üçfazalı a.c sistemlərdə qısa qapanma cərəyanının hesablanması üçün amillər)
IEC 60909-2:1992, Electrical equipment – Data for short-circuit current calculations in accordance with IEC 60909 (1988) (IEC 60909-2:1992, Elektrik təchizatı – IEC 60909 (1988)-ə uyğun olaraq qısa qapanma cərəyanının hesablanması üçün məlumat)
IEC 61378-1: 1997, Convertor transformers – Part 1: Transformers for industrial applications ISO 9001: 1994, Quality systems – Model for quality assurance in design, development, production, installation and servicing (IEC 61378-1: 1997, Konvertor transformatorlar – Hissə 1: Sənayedə tətbiqi nəzərdə tutulan transformatorlar ISO 9001:1994, Keyfiyyət sistemləri–dizayn, inkişaf, istehsal, quraşdırma və xidmətdə keyfiyyətin təmin edilməsi üçün model)
2 MÜXTƏLİF ÜÇ FAZALI SARĞI KOMBİNASİYALARININ XARAKTERİK XÜSUSİYYƏTLƏRİ VƏ MAQNİT DAİRƏ DİZAYNLARI
Bu fəsil mövzuya ümumi baxışdır. Əlavə məlumat sıfır-ardıcıllıq xüsusiyyətləri ilə bağlı 4-cü müddəada verilir.
2.1 Y-, D-, və Z-birləşən sarğılar
Transformator sarğılarının iki əsas üçfazalı birləşmələri mövcuddur: ulduz (Y-birləşməsi) və delta (D-birləşməsi). Xüsusi məqsədlər üçün, xüsusən balaca güc transformatorlarında, ziqzaq və ya Z adlanan digər birləşmə istifadə olunur. Tarixən digər bir neçə sxemlər istifadə olunub (“kəsilən delta”, “genişlənən delta”, “T-birləşmə”, “V-birləşmə” və s.).
Bu cür birləşmələr xüsusi tətbiq etmə üçün transformatorlarda istifadə edilirsə, onlar ümumi elektrik ötürücü sistemlərində istifadə olunmur.
2.1.1 Y-birləşən sarğıların üstünlükləri
– yüksək gərginlikli sarğı üçün daha qənaətcildir;
– neytral nöqtəsi mövcuddur;
– birbaşa və ya müqavimətlə cərəyanı torpaqlamağa imkan verir;
– neytral azalan izolyasiya səviyyəsinə imkan verir (dərəcələnən izolyasiya);
– sarğı şaxələnməsinə və şaxələnmə dəyişdiricisinin hər bir fazanın neytral sonluğunda yerləşməsinə imkan verir;
– neytral cərəyan ilə tək faza yükləmələrinə imkan verir (2.2 və 4.8-ə baxın).
2.1.2 D-birləşən sarğıların üstünlükləri
– yüksək cərəyan, aşağı gərginlikli sarğı üçün daha qənaətcildir;
– ulduz-birləşən sarğı ilə kombinasiyada, həmin sarğıda sıfır-ardıcıllıqlı müqaviməti azaldır.
2.1.3 Z-birləşən sarğının üstünlükləri
– aşağı sıfır-ardıcıllıq müqaviməti ilə neytral cərəyan yükləməsinə imkan verir. (bu, sistemin süni neytral terminalını yaratmaq məqsədilə transformatorun cərəyanını torpaqla neytrallaşdırmaq üçün istifadə olunur)
– yükün fazalar arasında bərabər paylaşdırılmadığı sistemlərdə gərginliyin qeyri bərabərliyini azaldır
2.2 Sarğı birləşmələrinin kombinasiyalarının xarakterik xüsusiyyətləri
Bütün transformator üçün sarğı birləşmələrinin işarələr sistemi IEC 60076-1, 6-cı müddəadakı konvensiyaları izləyir.
Bu alt-müddəa müxtəlif sarğı kombinasiyalarında neytral cərəyanla davranışın bir xülasəsidir. Bu cür şərtlər cərəyan və gərginliklərin “sıfır ardıcıllıq komponentləri” kimi də adlanır. 4-cü və 5-ci müddəalarda da bu konsepsiyadan bəhs edilir.
Bu sənədlər xaricdən birgə birləşdirilən bir fazalı transformatorların üçfazalı kənarları üçün də etibarlıdır.
Axın cərəyanı transformatorda aşağı qısa qapanma müqavimətinə uyğun gəlməklə cərəyan axını bərabər şəkildə sarğılar arasında ötürülə bilər. Bu cür birləşən sistem transformatorları əlavə olaraq delta bərabərləşdirici sarğı ilə təmin edilə bilər (4.7.2 və 4.8-ə baxın).
Torpaqla neytrallaşdırılmayan cərəyanlı əks sarğı balanslaşdırıcı amper çevirməyə malik deyil. Ona görə də bu, dəmir özək üçün maqnitlənmə cərəyanını təşkil edir və sıfır-ardıcıllıqlı maqnitlənmə müqaviməti ilə nəzarət olunur. Maqnit dairənin dizaynından (2.3-ə baxın) asılı olaraq bu müqavimət yüksək və ya çox yüksək ola bilər. Faza-neytral gərginliklərin simmetriyası təsir edilə bilər və istilik axını (4.8-ə baxın) səbəbindən yaranan sıfır-ardıcıllıqlı cərəyanlar üçün məhdudiyyətlər ola bilər.
2.2.3 YNd, Dyn, YNyd (yüklənən üçlü) və ya YNy + d (yüklənməyən delta bərabərləşdirici sarğı)
Torpaqla neytrallaşdırma ilə ulduz sarğıda sıfır-ardıcıllıqlı cərəyan, delta sarğısına axmaq üçün dövr edən cərəyanı əvəzləyir. Müqavimət aşağıdır, təqribən sarğılar arasında müsbət ardıcıllıqlı qısa qapanma müqavimətinə bərabərdir.
Əgər torpaqla neytrallama ilə iki ulduz sarğıları varsa (o cümlədən ümumi neytral ilə avtomatik birləşmə), sıfır ardıcıllıqlı cərəyan üçün üçsarğılı yükləmə halı mövcuddur. Bu barədə 4.3.2, 4.7.2 və 5-ci müddəalarda bəhs edilir.
Ziqzaq sarğıda sıfır ardıcıllıqlı cərəyan hər bir hissə üzrə sarığın iki yarısı arasında daxili cərəyan axma balansı yaradır və kiçik qısa qapanma müqaviməti təmin edir.
2.2.5 Birfazalı böyük qurğuların üçfazalı kənarları – delta birləşməli üçlü sarğılarının istifadəsi
Bəzi ölkələrdə yüksək gərginlikli sistem birləşmələri üçün transformatorlar ənənəvi olaraq birfazalı qurğuların kənarları kimi hazırlanır. Bu cür kənarın dəyəri, kütləsi və itkisi müvafiq üçfazalı transformatordan böyük olur. Əsas konsepsiyasının üstünlüyü strateji rezerv kimi dördüncü boş qurğunun təmin edilməsinin dəyərindən nisbətən aşağı olmasıdır. Həmçinin ola bilər ki, müvafiq üçfazalı qurğu, daşınan kütləyə qoyulan məhdudiyyətini keçsin.
Üç ədəd birfazalı transformator sıfır-ardıcıllıqlı gərginlik komponenti üçün yüksək maqnitlənmə müqavimətini əks etdirərək müstəqil maqnit dairələrini təmin edir.
Bu, zərurət qarşısında kənarda delta, bərabərləşdirici sarğı funksiyasını təmin edə bilər və ya nisbətən aşağı gərginlikdə üçlü sarğıda köməkçi enerjiyə zərurət yarana bilər. Bu isə stansiyada qurğudan qurğuya kənar şin birləşdirməsi vasitəsi ilə əldə edilə bilər. Lakin kənar birləşmə torpaqda qüsur riski və ya kənarın birləşdirilən üçlü sarğısında qısa qapanma riski yaradır.
2.3 Müxtəlif maqnit dairə dizaynları
Üçfazalı transformator üçün ən ümumi maqnit dairə dizaynı üç-hissəli özək formasıdır (şəkil 1-ə baxın). Üç paralel, şaquli hissələr üfüqi bəndlər vasitəsilə yuxarıda və aşağıda birləşdirilir.
Beşhissəli, özək formalı maqnit dairə (şəkil 2-yə baxın) sarğılar ilə üç hissəyə və daha kiçik keçidli bölmənin iki sarınmayan yan hissələrinə malikdir. Bütün beş hissələri birləşdirən xamıtlar da həmçinin dolanmış hissələr ilə müqayisədə azalan keçid hissəyə malikdir.
Adi örtük formalı üçfazalı dizayn ümumi orta xətti olmaqla üç üfüqi dolanan hissəyə malikdir (şəkil 3-ə baxın). Sarğılar daxilində özək-polad hissələr mühüm düzbucaqlı keçid bölməyə malikdir və maqnit dairənin bitişik hissələri örtük kimi sarğıları əhatə edir.
Yeni üçfazalı örtük formalı maqnit dairə yeddi hissəli özəkdir və burada dolanmış hissələr müxtəlif istiqamətlərdə oriyentasiya edir (şəkil 4-ə baxın).
Şəkil 4 – Üçfazalı, yeddi hissəli örtük formalı maqnit dairə
Burada müzakirə olunan dizaynlar arasında əsas fərq sıfır-ardıcıllıqlı komponentə malik gərginliklərin asimmetrik üçfazalı sazlanması zamanı onların özünü göstərməsidir.
Bu şərait həmçinin hər hansı digər sarğıda balanslaşdırıcı cərəyan axını olmadan sıfır ardıcıllıqlı cərəyandan start kimi də təsvir edilə bilər. Bu cür cərəyan maqnit dairə üçün maqnitlənmə cərəyanı kimi meydana gəlir və maqnitlənmə müqaviməti tərəfindən buna nəzarət olunur.
Maqnit dairələrin adi növləri aşağıdakı kimi özünü göstərir:
2.3.1 Üç-hissəli özək formalı maqnit dairə
Üç-hissəli özək formalı transformatorlarda, dolanmış hissələrdə (sıfır həcmə malik) müsbət və mənfi ardıcıllıqlı axın komponentləri xamıtlar vasitəsi ilə ləğv olunur, lakin sıfır-ardıcıllıqlı qalıq axın qayıtmaq üçün aktiv sarğıdan kənarda xamıtdan xamıta yol tapmır.
Xarici bənddə sızma axını yüksək maqnitli müqavimət ilə qarşılaşır və axının göstərilən həcmi (tətbiq edilən sıfır-ardıcıllıqlı gərginlik) üçün mühüm maqnit hərəkətverici qüvvəsi (yüksək maqnitləşmə cərəyanı) tələb olunur. Elektrik qapanması zamanı, nisbətən aşağı sıfır ardıcıllıqlı (maqnitləşmə) müqavimət göstərilir. Bu müqavimət sıfır ardıcıllıqlı komponent həcmi ilə qeyri xətli yolla dəyişir.
Əksinə olaraq, əvəzlənməyən sıfır ardıcıllıqlı cərəyan sıfır ardıcıllıqlı maqnitlənmə müqaviməti tərəfindən nəzarət olunan maqnitlənmə cərəyanını təşkil edir. Nəticə, fazadan neytral gərginliklərə birləşdirilmiş asimmetriya, sıfır ardıcıllıqlı gərginlik komponentidir.
Sıfır-ardıcıllıqlı bəndlərdən sızma axını bu tərkib hissələrdə qeyri-müəyyən itkilərə səbəb olmaqla sıxma strukturunda və rezervuarda dövretmə və burulğan cərəyanı yaradır. Sarğılarda qeyri-müəyyən axınlar həmçinin burulğan nöqtələrdə itkilərin artmasına səbəb olur. Xidmətdə yol verilə bilən hər hansı uzun müddətli neytral cərəyanın həcmində məhdudiyyətlər olur. Bu, 4.8-də əks etdirilir.
2.3.2 Beş hissəli özək formalı və ya örtük formalı maqnit dairə
Beş hissəli özək formalı və ya örtük formalı transformatorda, maqnit dairənin sarınmamış hissələri vasitəsilə sıfır-ardıcıllıqlı axın üçün geriyə yol mövcuddur (beş hissəli özəyin yan hissələri, örtük çərçivənin çöl hissələri və yeddi hissəli örtük formalı özək üçün iki sarınmamış sarğı arası hissələr). Sıfır-ardıcıllıqlı axın normal müsbət ardıcıllıqlı gərginlik kimi, yüksək maqnitlənmə müqavimətinə ekvivalent olan zəif maqnitlənmə müqaviməti kimi özünü göstərir. Bu, maqnit dairənin sarınmamış hissələrinin saturasiyaya çatma limitə qədər tətbiq edilir. Yuxarıda cərəyan ən pik nöqtəyə çatmaqla, müqavimət aşağı düşür.
Birfazalı transformatorların üçfazalı kənarı oxşar şəkildə reaksiya göstərir. Maqnit dairələr ayrıdırlar və gərginlikdən asılı deyildirlər.
Yuxarıda təsvir edilən hadisə əsasında, bu cür transformatorları və ya transformator kənarlarını delta-birləşməli stabilləşdirici sarğı ilə təmin etmək adi haldır (4-cü bəndə baxın).
3 AVTO-BİRLƏŞƏN TRANSFORMATORLARIN
XARAKTERİK XÜSUSİYYƏTLƏRİ VƏ TƏTBİQİ
3.1 Avto-birləşən transformatorda ən azı iki sarğı ümumi hissəyə malik olur (IEC 60076-1-də 3.1.2-ə baxın).
Avto-transformatorun bir xətli diaqramı şəkil 5-də göstərilir. Transformatorun yüksək gərginlikli tərəfi (şəkildə U1, I1 ilə identifikasiya edilir) seriyalı sarğı ilə birgə ümumi sarğıdan ibarətdir. Aşağı gərginlikli tərəf (U2, I2) yalnız ümumi sarğıdan ibarətdir. Yüksək və alçaq gərginlikli sistemlər elektrik vasitəsilə birləşdirilir.
3.2 Reduksiya amili və ya avto-amil, α
Avto-transformator fiziki baxımdan daha kiçikdir və eyni ötürücülük gücünə malik olan ayrıca sarğı transformatorundan daha az itkilər verir. Nisbi qənaətetmə, ötürücü qurğuya yaxın olduğundan daha böyükdür. İki sarğı (seriyalı və ümumi) eyni ekvivalent güc dərəcələrini və ya başqa şərtlərdə bildirildiyi kimi, balanslaşdırıcı cərəyan axınını əks etdirir. Şəkil 5-də göstərilən əlaqələr avto-birləşmənin reduksiya amilini, α, izah edir. Əgər S dərəcələnən lövhədə qeyd olunan avto-birləşdirilən sarğıların nominal gücüdürsə, o halda transformator fiziki ölçüsünə və kütləsinə görə, nominal gücə malik olan ayrıca sarğı transformatoruna nisbətən daha balacadır. Bu hissə, daxili nominal güc və ya ona ekvivalent iki sarğılı dərəcələnmə kimi ifadələrlə verilir.
Avto-birləşən transformator 420/240 kV, 300 MVA, aşağıdakı kimi nominal gücə malik ayrıca sarğı transformatoru ilə müqayisə ediləndir:
((420 – 240)/420) x 300 = 129 MVA
Əgər transformator əlavə olaraq 100 MVA nominal gücə malik (YNauto d 300/300/100 MVA) avto-birləşməyən üçlü sarğı ilə təmin edilirsə, onda onun ekvivalenti iki sarğılı dərəcələnmə qiyməti aşağıdakı kimi olmalıdır:
(129 + 129 + 100)/2 = 179 MVA
3.3 Qısa qapanma müqaviməti və sızma axınının təsirləri
Transformatorun qısa qapanmaya müqaviməti fiziki olaraq sızma sahəsin reaktiv güc şəraitində təsvir edilir. Bu da öz növbəsində sarğıların fiziki ölçüsündən və geometriyasından asılıdır.
Kiçilmiş ölçülərə malik avto-transformatorlar üçün, sızma sahəsində reaktiv güc təbii olaraq eyni nominal gücə malik ayrıca sarğı transformatorundan kiçik olur. Onun faizlə göstərilən müqaviməti də müvafiq olaraq aşağı olur. Avto-birləşmə amili,α da faizlə göstərilən müqavimət üçün standartdır.
Lakin elə hallar müşahidə oluna bilər ki, əgər avto-transformatorun faizlə göstərilən müqaviməti artan norma ilə müəyyən edilirsə (orta-yan sistemdə), o halda bu transformator dizayn nöqteyi nəzərindən kifayət qədər böyük sızma sahəsinə malik,lakin fiziki olaraq kiçik qurğu olur. Bu, çoxlu əlavə itki (sarğıda fırlanan itkilər və həmçinin mexaniki hissələrdə qeyri-müəyyən sahə itkiləri) və maqnit dairə vasitəsilə sızma sahəsində axının dövr etməsi nəticəsində saturasiya təsiri kimi də təsvir edilə bilər. Bu cür təsirlər qurğunun yuxarıda göstərilən şəraitlərdən artıq yükləmə qabiliyyətini məhdudlaşdırır, lakin bu, standart sınaq vasitəsilə aşkar edilmir.
Transformatoru yükləmə qaydaları, IEC 60354, böyük və orta güclü transformatorlar arasında yuxarıda qeyd olunan amili nəzərə alır. Avto-transformatorlar ekvivalent güc, müqavimətin fazilə qiyməti və onların cədvəldə göstərilən qiymətləri ilə təsnifatlandırılır.
3.4 Sistem məhdudiyyətləri, izolyasiya koordinasiyası
Əlkin və ikinci dərəcəli (üçfazalı) sistemlər arasında birbaşa elektrik əlaqə onların ümumi neytral nöqtələrinin olmasını və avto-transformatorun üçfazalı birləşməsinin ulduz birləşmə olmasını nəzərdə tutur. Təcrübədə, sistemlər bir qayda olaraq torpaqla neytrallaşdırılır və avto-transformatorun neytral nöqtəsi adətən izolyasiya səviyyəsi ilə müəyyən edilir.
– Əgər transformator birbaşa torpaqla neytrallaşdırılıbsa, lazımi izolyasiya səviyyəsi çox aşağı olur (IEC 60076-3-də 5.5.2-ə baxın).
– Həmçinin alternativ kimi nəzərdə tutula bilər ki, stansiyada bir neçə transformator torpaqla birbaşa neytrallaşdırılmayacaqdır. Bu, gələcəkdə torpaqda qısa qapanma cərəyanını azaltmaq üçündür. Lakin, torpaqla neytrallaşmayan sistemlər adətən keçici impulslardan müdafiə üçün dalğa qoruyucusu ilə təmin edilir. Müəyyən edilən saxlayıcının dərəcələnmiş gərginliyi və neytralın izolyasiya səviyyəsi sistemin qısa qapanması zamanı cərəyan torpaqla neytrallaşmayıbsa güc tezlik gərginliyi ilə koordinasiya edilir.
– Uzun yerüstü xətlərə malik yüksək gərginlikli sistemlər, xüsusi bərkidilmiş reaktorun torpaqla neytrallaşdırılması ilə təkmilləşdirilə bilər. Bu, bərkidilən reaktor vasitəsilə torpaqla neytrallaşdırılan transformator müvafiq olaraq yüksək izolyasiya tələb edir.
Avto-transformatorun seriyalı sarğıları, bəzən sarğı boyunca izolyasiya üçün dizayn çətinlikləri yaradır. Nəzərdə tutulur ki, X-terminal, aşağı-gərginlikli yan xətt terminalı, yüksək gərginlikli yan xətt terminalında keçici gərginlik hallarında aşağı potensial düşgüsündə dayanır. Ona görə də, yüksək gərginlikli tərəfin impuls izolyasiya səviyyəsinə uyğun təzyiq, yalnız seriyalı sarğılar boyunca paylanır. Bu, ümumi sarğı boyunca, aşağı gərginlikli tərəf üzrə yüksək gərginlik ilə müqayisədə müvafiq olaraq yüksək çevirici gərginlik yaradır.
3.5 Sistemə birləşdirilən avto-transformatorlarda gərginlik tənzimlənməsi
Avto-birləşdirilən transformatorda gərginlik nisbətinin dəyişməsi müxtəlif yollarla müəyyən edilə bilər. Bunlardan bəziləri IEC 60076-1-də 5.1-də göstərilən prinsiplərlə edilə bilər. Digərləri isə yox, çünki effektiv çevrilmələrin sayı hər iki sarğıda eyni vaxtda dəyişir.
Şaxəli çevrilmələr ya neytral terminalda ya da ümumi və seriyalı sarğılar (ümumi nöqtə) (şəkil 6-ya baxın) arasında olacaq.
3.5.1 Neytralda şaxəli çevirmələr
Neytralda tənzimləmə eyni vaxtda həm yüksək gərginlikli, həm də alçaq gərginlikli sarğılarda çevirmə sayını artırır və ya azaldır, lakin sarğılar arasında nisbət dəyişir. Bu cür tənzimləmə yetərsiz olacaq çünki, nisbət dəyişməsinin dərəcəsi çoxlu sayda tənzimləmə çevirmələri tələb edəcəkdir. Ona görə də, transformatorda hər çevirmə üçün gərginliyin nominal dərəcəsi (dəyişən axın) əhəmiyyətli dərəcədə dəyişəcək. Transformatorun çevirmə nisbətinin qiyməti qurğuya yaxınlaşdıqca, bu hal daha da aktiv olur. Bu, maqnit dairənin müvafiq üstdən ölçmələri ilə əhatə olunmalıdır. Bu həmçinin hər addımda qeyri-bərabər gərginlik ilə nəticələnir. Neytralda tənzimləmənin əsas üstünlüyü ondan ibarətdir ki, şaxələnmə dolağı və şaxələnmə dəyişdiricisi neytral potensialına yaxın olur və torpaqda aşağı izolyasiya səviyyəsi tələb edir.
3.5.2 X-terminalda şaxəli çevirmələr
Avto-birləşən transformatordakı tənzimləmə (aşağı gərginlikli yan xətli terminal) şaxələnmə dolağının və şaxələnmə dəyişdiricisinin X-terminalının izolyasiya səviyyəsi ilə dizayn edilməsini tələb edir. Onlar birbaşa işıqlandırma və ya ötürmə dalğalarından gərginlik keçiricilərinə açılır. Şəkil 7 bir sıra müxtəlif təyinetmələri göstərir.
a) Ümumi sarğılarda çevirmələrin sayı dəyişməz qalır. Yüksək gərginlikli sistemin gərginliyi daha dəyişgən olduğu halda aşağı gərginlikli sistemin gərginliyi dəyişməz qalırsa, bu, məntiqi seçimdir.
b) Bu alternativ a)-ya əks seçimdir. Aşağı gərginlikli tərəfin çevirmələrinin effektiv sayı dəyişdiyi halda yüksək gərginlikli sistemin gərginliyi ilə üzləşən çevirmələrin sayı dəyişməz qalır.
c) Yüksək gərginlikli tərəfdə çevirmələrin sayı dəyişməz qalır, lakin yenidən birləşdirilən çevirmələrin müəyyən sayı üçün, nisbət b) halında olduğundan daha çox dəyişir. Şəkildə göstərildiyi kimi, digər tərəfdə b) halı şaxələnmə dolağını çevirməklə onun müsbət-mənfi utilizasiyasına imkan verir.
Bu müddəa asimmetrik üçfazalı sistemlər ilə bağlı üçfazalı və birfazalı transformatorların kənarlarının xarakteristikasını göstərir.
Maqnit dairələrin geometriyasından və sarğıların üçfazalı birləşmələrinin kombinasiyasından asılı olaraq fərqlər mövcuddur.
Asimmetrik şəraitlər davamlı xidmət zamanı asimmetriyalardan ibarətdir və aşağıdakıların yaranmasına gətirib çıxarır:
– üçfazalı gərginliyin simmetriyasının müvəqqəti itirilməsi və nəticədə özəyin maqnitlənməsinin simmetriyasının müvəqqəti itirilməsi;
– yük cərəyanlarının müvəqqəti və ya daimi simmetriyası, gərginlik sabitliyinə, sızma axınına və özək maqnitlənməsinə təsir edən neytralda xüsusi cərəyan.
4.1 Üçfazalı sistemin simmetrik komponentlərinin təqdim edilməsi
Enerji sistemi təhlil edilərkən, tez-tez istinad edilən simmetrik komponentlər adlanan şərti analitik metodların qısa izahı 4.1.1-də göstərilir. Bu metod və onun tətbiqi haqqında əlavə məlumat əldə etmək üçün enerji sistemlərinin təhlili ilə bağlı mətnə baxın.
Sistemin transformatorunun torpaqla neytrallaşdırılmasının praktiki aspektləri ilə bağlı əlavə məlumat 4.1.2-də verilir.
4.1.1 Gərginliyin və cərəyanın simmetrik komponentlərinin prinsipləri və terminologiyası
Bu metodun şərti olaraq, üç fazaya bərabər qiymətlə, sabit müqavimət elementləri kimi sinxron və sinüsoidal gərginliklərə və cərəyanlara tətbiqi nəzərdə tutulur.Bu o deməkdir ki,çevrə tənlikləri xəttidir və dəyişənlərin xətti çevrilməsi mümkündür. Bir bu cür çevrilmə simmetrik komponentə daxildir.
Ümumi asimmetrik halda, üç individual faza gərginlikləri və ya faza cərəyanı üç qeyri-bərabər amplitudaya malikdir və bərabər olaraq yerləşdirilmir (ayrıca 120 elektrik cərəyanı deyil). Ani qiymətlərin cəmi sıfırdan fərqli ola bilər. Vektor şəkli asimmetrik ulduzdur. Üç vektorun vektorial cəminin qapalı üçbucaq formasında olması zəruri deyil(sıfırdan fərqli).
Lakin hər zaman üç asimmetrik dəyişənləri aşağıdakı üç simmetrik komponentlərin kombinasiyası ilə dəyişmək mümkündür:
– üçfazalı gərginliklərin və ya cərəyanların tam simmetrik komponentlər cütünə malik pozitiv ardıcıllıqlı komponent;
– əks faza ardıcıllığı mənfi olan digər simmetrik komponentlər cütünə malik olan mənfi ardıcıllıqlı komponent;
– heç bir faza rotasiyası olmayan, hər üç fazada eyni vektor qiymətinə malik sıfır ardıcıllıqlı komponent.
Birinci iki komponentlərin hər biri hər anda cəmi sıfra bərabərdir. Üçüncü komponent hər bir fazada üçdə biri mövcud olmaqla orijinal dəyişənlərin qalıq, sıfırdan fərqli cəmini əks etdirir.
Simmetrik komponentlərin gərginlik və cərəyanları hesablamaq üçün metodunun üstünlüyü ondan ibarətdir ki, qeyri-müəyyən dəyişənləri olan üç tənlikdən ibarət sistem biri naməlum olmaqla, hər bir komponent üçün, üç ayrıca, birfazalı tənliklə əvəz olunur. Hər bir tənlik müvafiq gərginlik və ya yolverilən parametrlərin müvafiq komponent üçün istifadəsini məcburi edir.
Ayrı-ayrı simmetrik komponentlər üçün tənliklərin həlli real sistemin faza gərginliklərini və ya cərəyanlarını əldə etmək üçün daha sonra faza-faza birləşdirilir.
İlkin faza kəmiyyətlərinin simmetrik komponentlərə və geriyə çevrilməsi üçün alqoritmlər də həmçinin müvafiq mətndə əldə oluna bilər.
4.1.2 Praktiki aspektlər
Komponentlərin xüsusiyyətləri cərəyanlar və gərginliklərlə bağlı aşağıdakı praktiki nəticələrə malikdir.
– Yenidən torpaqla neytrallaşdırılmayan və ya neytral konduktoru olmayan sistemdə üçxətli cərəyanlar cəmi sıfra bərabərdir. Onların simmetrik komponentlərə çevrilməsi müsbət və mənfi ardıcıllıqlı komponentləri özündə saxlayır, lakin heç bir sıfır ardıcıllıqlı komponenti saxlamır. Sistemdən delta-birləşmə sarğısına axan cərəyanların bu xüsusiyyəti var.
– Neytral konduktor (dördüncü sim) vasitəsilə neytral cərəyan varsa, o halda faza cərəyan sistemi sıfır ardıcıllıqlı komponentə malik ola bilər. Faza və neytral arasında tətbiq edilən bir fazalı yükləri olan dördsimli paylayıcı sistemlərdə bu normal şəraitdir. Yüksək gərginlikli transmissiya xətləri normal olaraq hər hansı məqsədli neytral yük cərəyanını daşımır. Nə qədər ki, yük asimmetriyası mövcuddur, o, sıfır ardıcıllıqlı komponentə malik olmadan mənfi ardıcıllıqlı komponent ilə nəticələnən iki faza arasında yük daşıyıcı xarakterinə malikdir.
– Sıfır ardıcıllıqlı komponent fazada və eyni amplituda ilə hər üç fazada mövcud olan kimi müəyyən edilir. Cərəyanın sıfır ardıcıllıqlı komponenti müvafiq olaraq neytral cərəyanın üçdə birini təşkil edir.
– Bağlı əlaqəyə görə, deltaya birləşdirilən sarğı boyunca xətt-xətt gərginliyin şəbəkəsi sıfır həcmə malikdir və nəticə etibarı ilə hər hansı sıfır ardıcıllıqlı gərginlik komponentini özündə saxlamır. Lakin delta dolağı daxilində sıfır ardıcıllıqlı cərəyan, digər sarğıdan (4.5-ə baxın) qaynaqlanan delta ətrafında dövr edən qısa qapanma cərəyanı mövcuddur.
4.2 Simmetrik komponentlər üçün müqavimət parametrləri
Sistemin müxtəlif elementlərinin müqavimət (və ya qəbuletmə) parametrləri üç komponent üçün fərqli ola bilər. Təcrübədə, transformatorlar və reaktorlar kimi komponentlər müsbət ardıcıllıqlı və mənfi ardıcıllıqlı müqavimət üçün bərabər parametrlərə malikdir. Transformatorlar üçün, onlar sınaqlar zamanı ölçülən normada götürülür.
Lakin transformatorların sıfır ardıcıllıqlı parametrləri müxtəlifdir. Bu o transformator ola bilər ki, müsbət ardıcıllıqlı reaktiv müqavimətin bərabər dəyərlərinə malik olmaqla maqnit dairənin növündən, müxtəlif sarğıların birləşməsindən və yerləşməsindən, sızma axınını yönəltmə üsulundan asılı olaraq qeyri-bərabər sıfır ardıcıllıqlı xüsusiyyətləri var.
Bəzi hallarda, sıfır ardıcıllıqlı müqavimət qeyri-xətti olur. Bu, aşağıdakı bəndlərdə transformatorun fizikasına istinadən təsvir edilir. Onlar həmçinin ümumi qaydalar üçün bəzi təxmini kəmiyyət dəyərləndirmələrini təmin edir. Əgər müəyyən transformator haqqında daha düzgün sübut istənilirsə, onun sıfır ardıcıllıqlı xarakteristikalarının ölçmələri müraciət əsasında xüsusi sınaq kimi yerinə yetirilə bilər (IEC 60076-1-in 10.7-nə baxın).
4.3 Sıfır ardıcıllıqlı hadisə üçün transformatorun bir xəttli ekvivalent diaqramı
Simmetrik komponent metodunun əsasları 4.1, 4.1.1, 4.1.2 və 4.2-də göstərilir. Bildirilir ki, asimmetrik, xətti, sinüsoidal hadisənin təhlili sinxron, birfazalı tənliklərin təhlilləri formasında aparılır. Müsbət və mənfi ardıcıllıq üçün, transformator normal və qısa qapanma müqavimətləri ilə təmsil olunur, lakin sıfır ardıcıllıq üçün diaqram dizayndan asılı olaraq bəzən fərqli olur. Sıfır ardıcıllıqlı parametrlər ilə bağlı məlumatlar bu alt-bənddə əldə edilə bilər.
Sıfır ardıcıllıq üçün iki sarğılı üçfazalı transformatorun ekvivalent diaqramı seriyalı müqavimət və şunt hissədən ibarətdir. Şəkil 8-də, ZA və ZB iki seriyalı müqavimət elementlərinin cəmi, müsbət ardıcıllıqlı cərəyan üçün adi qısa qapanma müqavimətinə bərabərdir. İki element arasında alt-bölmə ixtiyaridir və ya sıfıra bərabər qoyula bilər.
Zm maqnitlənmə müqavimətidir və onun həcmi maqnit dairənin dizaynından asılıdır. Beşhissəli özək və ya örtük formalı üçfazalı maqnit dairə sıfır ardıcıllıqlı gərginlik üçün yüksək maqnitlənmə müqaviməti göstərir (4.4-ə baxın).
Digər tərəfdən, üçhissəli özək sıfır ardıcıllıqlı cərəyan üçün orta maqnitlənmə müqavimətinə malikdir. Bu müqavimət cərəyan və ya gərginlik həcminə malik olmaqla qeyri-xəttidir və formaca dəyişkəndir. Sızma axını (4.4-ə baxın) ümumi qurğu ətrafında fırlanan cərəyanın axınını yaradır. Ona görə də, nazik polad laydan hazırlanmış bükülən qab formalı transformatorlar ilə hamar dəmirdən hazırlanmış transformatorlar arasında fərq mövcuddur. 3 x 10 neytral cərəyanı sarğının nominal cərəyanına bərabər olduğu zaman, hamar dəmirdən hazırlanan transformatorlar üçün, hər qurğuya aid sıfır ardıcıllıqlı müqavimət ümumilikdə 0,25-dən 1,0-ə qədər dəyişir. Müqavimətin cərəyanla ümumi dəyişməsi şəkil 9-da göstərilir.
Yeni transformator üçün, istehsalçı müraciət əsasında sıfır ardıcıllıqlı müqavimətin ölçülməsini yerinə yetirir (IEC 60076-1-in 10.1.3 və 10.7-ə baxın).
Transformator birləşmələrinin xüsusi halları üçün nəticələr 4.3.1 və 4.3.2-də göstərilir.
4.3.1 Əlavə delta dolağı olmayan YNyn transformatoru
Hər iki sarğı torpaqla neytrallanan effektli sistemə qoşulduğu zaman, sıfır ardıcıllıqlı cərəyan transformatorda alçaq müqavimətə uyğun gəlməklə sistemlər arasında ötürülə bilər. Bu halda sistem müqavimətləri transformatorun seriyalı müqavimətindən böyük olmur. Üçhissəli özək ilə, orta maqnitlənmə müqaviməti cüzidir. Bu, transformatorun effektiv müqavimətini təxminən müsbət ardıcıllıqlı qısa qapanma müqavimətinə nisbətdə 90-95 faizinə qədər azaldır. Beşhissəli özək və ya örtük formalı transformator üçün bu cür məhdudiyyət yoxdur.
Əgər sarğı sistemi sıfır ardıcıllıqlı cərəyanı qəbul etmirsə, dolağın daxili müqaviməti maqnitlənmə müqavimətidir ki, bu da yuxarıda qeyd olunduğu kimi maqnit dairənin dizaynından asılı olur.
Əgər sarğı sistemi Zn müqavimət elementi vasitəsilə torpaqla neytrallaşmışdırsa, bu, 3Zn-ə bərabər əlavə seriyalı müqavimət vasitəsilə sıfır ardıcıllıqlı diaqramda əks olunur (şəkil 10-a baxın).
4.3.2 YNynd, və ya YNyn + d transformatoru
Bu üçsarğılı kombinasiyadır. Seriyalı müqavimət elementlərinin sıfır ardıcıllıq üçün maqnitlənmə müqaviməti ilə kombinasiyada ulduz kombinasiyası mövcuddur. Şəkil 11-də, ZA + ZC daxilində sıfır ardıcıllıqlı cərəyan dövr edə bilən (4.5-ə baxın) sarğı A ilə deltaya birləşdirilən sarğı C arasında qısa qapanma müqavimətidir. Bu müqavimət sistem İ-dən sarğı A-ya gedən sıfır ardıcıllıqlı cərəyan üçün giriş müqavimətidir.
Buna bənzər olaraq, sistem II-dən sarğı B-ə gedən sıfır ardıcıllıqlı cərəyan üçün müqavimət ZB + ZC-dir.
Şəkil 11-də göstərilən Zm maqnitlənmə müqaviməti adətən bu sarğı kombinasiyası üçün hesablamalarda nəzərə alınmır. Qəbul olunur ki, diaqramın sıfır ardıcıllıqlı müqavimətləri müstəqil ardıcıllıqlı cərəyan ilə ölçülən qiymətlərindən fərqlənir. Fərq sarğıların bir birilərinə nisbətdə təyinindən asılıdır və adətən 10- 15 faiz arasında dəyişir.
4.4 Asimmetrik şəraitlər altında maqnitlənmə müqaviməti – sıfır ardıcıllıqlı gərginlik və maqnit dairə həndəsəsi
Bəzi səbəblərdən, normal xidmət şəraiti altında transmissiya sistemlərində üçfazalı gərginliklərin simmetriyası kifayət qədər yaxşı saxlanılır və ümumilikdə transformatorun fəaliyyəti üçün heç bir maneçilik törətmir.
Şəbəkədə asimmetrik yerlərdə qısa qapanma zamanı gərginliyin faza sistemi sıfır ardıcıllıqlı komponenti özündə saxlayır. Asimmetriyanın dərəcəsi sistemin torpaqla neytrallaşdırılması üsulundan asılıdır. Sistem torpaqda qısa qapanma faktoru ilə xarakterizə edilir. Bu faktor qısa qapanma zamanı qüsursuz faza üzərində fazadan torpağa a.c. gərginlik ilə, qüsurdan əvvəl fazadan torpağa simmetrik gərginlik arasında nisbətdir. Bu, izolyasiya koordinasiyası üçün əhəmiyyətlidir.
Əgər transformatorun üçfazalı hissələri sıfır ardıcıllıqlı komponenti özündə saxlayan (yəni sıfırdan fərqli cəmə malik) induksiyalı gərginliklər sisteminə tabedirsə, reaksiya, maqnit dairə həndəsəsindən və sarğıların birləşməsindən asılıdır.
Üçhissəli özək tipli transformatorda (şəkil 12-yə baxın), hər üç hissədən gələn qeyri-bərabər axınlar bəndlərdə ləğv olmur. Bunun əvəzinə, qalıq, sıfır ardıcıllıqlı axın dəmir özəkdən kənarda öz yolunu tapır. Bu, sıfır ardıcıllıqlı gərginlik üçün yüksək itaətsizliyi və aşağı maqnitlənmə müqavimətini əks etdirir. Kəmiyyət haqda məlumat 4.3-də verilir. Maqnit dairəni tərk edən və kənarda toplanan axın hadisəsi də həmçinin keçici şərtlərinin qoşulması zamanı baş verir.
Beşhissəli özək tipli transformatorda (şəkil 12-yə baxın), sarğılanmayan çöl hissələr geriyə qayıdan yolu göstərir və bu yoldan sıfır ardıcıllıqlı axın keçə bilər. Müvafiq maqnitlənmə müqaviməti normal müsbət ardıcıllıqlı axın üçün yüksəkdir. Eyni hal örtük formalı üçfazalı transformatorlar üçün və əlbəttə üç ayrıca birfazalı qurğuların kənarları üçün də tətbiq edilir.
Lakin tətbiq edilən sıfır ardıcıllıqlı gərginlik və cərəyana da həmçinin dolağın üçfazalı birləşməsi təsir edir; aşağıdakı bəndlərə baxın.
4.5 Sıfır ardıcıllıqlı və delta sarğılar
Deltaya birləşdirilən sarğı boyunca fazadan fazaya gərginliklər üçbucaq formasında birləşdiyinə görə avtomatik olaraq yekun cəm sıfır olur. Alternativ olaraq, delta dolağı sıfır ardıcıllıqlı gərginliklər ilə əlaqədar qısa qapanma kimi nəzərdən keçirilə bilər.
Sıfır ardıcıllıqlı cərəyan delta dolağının üç terminalı və kənar sistem arasında mübadilə etmir. Lakin dövr edən qısa qapanma cərəyanı başqa sarğıda (YN-ə birləşən) əmələ gələ bilər (şəkil 13-ə baxın). Digər sarğıdan göründüyü kimi transformatorun sıfır ardıcıllıqlı müqaviməti digər sarğı ilə delta dolağı arasında qısa qapanma müqaviməti xarakterinə malikdir. Kəmiyyət haqqında məlumatı üçün 4.3-ə baxın.
4.6 Sıfır ardıcıllıqlı və ziqzaq sarğılar
Ziqzaq birləşdirilən sarğıda (şəkil 14-ə baxın) transformatorun hər bir hissəsi qarşı sarğı istiqamətləri olan iki fazadan sarğı hissələrini özündə birləşdirir. Sıfır ardıcıllıqlı cərəyan komponentinin cərəyan axınının qiyməti hər bir hissədə itir və heç bir maqnitlənmə ilə nəticələnmir. Cərəyan yalnız sarğı hissələri arasında sızma axını ilə birləşən kiçik qısa qapanma müqaviməti ilə qarşılaşır (4.7.3-ə baxın).
4.7 Müxtəlif transformator birləşmələrinin sıfır ardıcıllıqlı müqavimət xüsusiyyətləri
Əvvəlki alt-bəndlər transformatorlarda müəyyən maqnit dairələrin və müəyyən fərdi sarğıların sıfır ardıcıllıqlı xüsusiyyətlərini təsvir edirdi. Bu alt-bənd adi sarğı kombinasiyalarına malik transformatorların sıfır ardıcıllıqlı xüsusiyyətlərini əks etdirir.
Cədvəl 1, ikisarğılı və üçsarğılı kombinasiyalar üçün sarğılardan hər hansı biri sistemdə işə düşən zaman onların təxmini sıfır ardıcıllıqlı müqavimət dəyərlərini göstərir. Bu cədvəl burada (1) – (2) – (3) və ən kənar sarğı kimi (1) ilə nömrələnmiş konsentrik sarğılar ilə dizaynlar üçün etibarlıdır. Birinci sütunda sarğı simvolları da eyni qaydada yazılır. Hansının yüksək gərginlikli sarğı olması əhəmiyyət kəsb etmir.
Aşağıdakı alt bəndlər əlavə təsvirləri əks etdirir.
Cədvəl 1-də YN simvolu göstərir ki, sarğı birbaşa və ya kiçik müqavimət vasitəsilə torpaqla neytrallaşdırılır. Y simvolu göstərir ki, neytral yerə birləşdirilmir.
Faiz rəqəmləri göstərilən zaman, onlar U2/S adi istinad müqaviməti ilə əlaqədar olur.
Bəzi birləşmələr (*) kimi ulduz işarəsi ilə işarələnir. Bu hallarda, işə düşən sarğıda sıfır ardıcıllıqlı cərəyan hər hansı digər sarğıdakı cərəyan ilə balanslaşdırılmır. Belə olan halda, sıfır ardıcıllıqlı müqavimət maqnit dairədən asılı olaraq müvafiq yüksək və ya çox yüksək qiymətə malik maqnitlənmə müqavimətidir.
Qalan bütün hallarda, sarğılar arasında cərəyan balansı mövcud olur və sıfır ardıcıllıqlı müqavimət sarğılar arasında adi qısa qapanma müqavimətinə bərabər və ya ən azı ona yaxın olur.
Cədvəl yalnız transformatorun özünün funksiyasını göstərir. Birləşmiş sistemlərin müqaviməti cüzi dərəcədə xarakterizə edilir.
Bu o deməkdir ki, sıfır ardıcıllıqlı diaqramda, YN çıxış dolağı, torpaqda qısa qapanma yaradan hər üç fazaya malik olan kimi göstərilir.
İşə düşən sarğı, 3-hissəli özək
İşə düşən sarğı, 5-hissəli sarğı (və ya örtük)
1 z12, z13 və z23 qısa qapanma müsbət ardıcıllıqlı müqavimətlərdir
2, bənzər olaraq z2 və z3
4 a1, a2 və a3 ümumi olaraq 0,8 < a1 < a2 < a3 < 1 hüdudunda çoxluq amilləridir.
5 Sıfır ardıcıllıqlı müqavimət xüsusiyyətlərinin xüsusi aspektləri 4.7.1, 4.7.2 və 4.7.3-də göstərilir.
6 Ulduz (*) ilə işarələnən birləşmələr maqnit dairənin xarakterindən asılı olaraq sıfır ardıcıllıqlı müqavimətin müvafiq olaraq yüksək və ya çox yüksək dəyərli maqnitlənmə müqaviməti olduğu halları göstərir.
4.7.1 Delta dolağı olmayan YNyn və ya YNauto
Torpaqla neytrallaşdığı halda, transformator iki sistem arasında sıfır ardıcıllıqlı cərəyanı qəbul edilir və ötürür. Belə olduğu halda, transformator cərəyan üçün normal qısa qapanma müqaviməti göstərir.
Əgər avto-birləşdirilən transformatorun neytralı torpaqlanmırsa, sıfır ardıcıllıqlı cərəyanın ötürülməsi hələ də mümkündür, lakin o müxtəlif müqavimət ilə rastlaşır.
Əgər daxil olan sıfır ardıcıllıqlı cərəyanın bir sistemdən qarşı sistem ötürülməsi mümkün deyilsə, onda transformator cərəyana maqnitlənmə müqaviməti göstərir. Bu maqnitlənmə müqaviməti beşhissəli özək formalı transformatorda, örtük formalı transformatorda və həmçinin üç ədəd birfazalı transformatorların kənarlarında çox yüksək olur.
4.7.2 YNd və ya Dyn və ya YNynd və ya YNyn + d (bərabərləşdirici sarğı)
Transformator səmərəli torpaqla neytrallanmış sistemdən yn-birləşdirilən dolağa gedən sıfır ardıcıllıqlı cərəyana zəif müqavimət (qısa qapanma müqaviməti xarakteri) göstərir. Delta dolağı ətrafında dövr edən cərəyan, cərəyan axınını təmin edir (şəkil 15-ə baxın).
Ona görə də, Yy transformatorunda (və ya üç ədəd birfazalı transformatorların kənarı) deltaya birləşdirilən əlavə bərabərləşdirici sarğı, birləşdirilən sistemin sıfır ardıcıllıqlı müqavimətini və bununla da onun xətasını azaltmağa xidmət edir (şəkil 4.4-ə baxın). Nəticə odur ki, gələcək yerdə qısa qapanma cərəyanı artır.
Qısa qapanmanın üçlü delta dolağının gücünə tab gətirməsinə və ya bərabərləşdirici sarğı birləşdirilən sistemlərin hər hansı birində yer xətası zamanı maksimum induktiv sıfır ardıcıllıqlı cərəyan üçün kifayət olmasına əmin olmaq mühümdür. Alternativ olaraq, quraşdırılan cərəyan məhdudlaşdırıcı reaktorlar induktiv xətalı cərəyanı normaya gətirmək üçün delta daxilində birləşdirilə bilər.
Transformator Z tərəfli sistemdən sıfır ardıcıllıqlı cərəyana zəif müqavimət (qısa qapanma müqaviməti xarakteri) göstərir. Z dolağının özündə sıfır ardıcıllıqlı cərəyan üçün cərəyan axınının balansı mövcuddur.
Buna görə də, ZN-ə birləşdirilən dolağa malik transformator əsas transformatorun dolağı delta dolağı olan zaman, sistem torpaqla neytrallaşdırıldıqda müqavimətin birləşməsi üçün neytral nöqtəni təmin etmək üçün istifadə edilir. Z-birləşməli transformator torpaqla neytrallaşdırma transformatoru və ya neytral cütlük kimi xarakterizə edilir; IEC 60289-un 6-cı bölməsinə baxın. Eyni funksiyanı torpaqla neytrallaşdırma transformatorunda Ynd sarğı kombinasiyası ilə də əldə etmək olar.
Əgər Y tərəfi torpaqda neytrallaşdırılmışsa (YNzn), transformator həmin tərəfdən sıfır ardıcıllıqlı cərəyana maqnitlənmə müqaviməti göstərir, təqribən yuxarıda qeyd olunan Ynyn kimi. Sıfır ardıcıllıq üçün balanslaşdırılan Z-dolağı qarşı Y-dolağında sıfır ardıcıllıqlı cərəyan üçün cərəyan axınını təmin edə bilmir.
4.8 Davamlı sıfır ardıcıllıqlı yükləmə (neytral nöqtə cərəyanı)
Üçfazalı transformatorda bir fazalı yükləmə ya fazalar arasında, ya da faza və neytral arasında yerləşdirilə bilər.
Birinci halda, birinci və orta tərəflərdə cərəyan sistemi müsbət və mənfi ardıcıllıqlı komponentləri saxlayır, lakin sıfır ardıcıllıqlığını saxlamır. Transformatorun əsas tərəfində faza cərəyanlarının paylaşdırılması üçfazalı birləşmədən asılıdır. Birfazalı yükü xüsusi transformator birləşməsi vasitəsilə əsas tərəfdə simmetrik üç fazalı yükə çevirmək mümkün deyil. İmkan verilən yükləmə, müvafiq sarğıların nominal cərəyanı kimi xarakterizə edilir.
Əgər yük transformatorun fazası ilə neytralı arasında bölünürsə, dolağın nominal cərəyanı ilə qoyulan məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər də ola bilər. IEC 60076-1-in 8.1 alt-bəndi tələb edir ki, neytral terminal qısa qapanma cərəyanı üçün və davamlı yük cərəyanı üçün ölçülsün (bu, paylaşdırıcı transformatorlar üçün normal şəraitdir). IEC 60076-1-in A əlavəsində tələb olunur ki, araşdırma aşağıdakılar haqda məlumatları əks etdirsin:
– transformator sarğılarının birləşdirildiyi sistemin nəzərdə tutulan fəaliyyət metodu, xüsusən bərabərləşdirici sarğı müəyyən edilən zaman;
– hər hansı proqnozlaşdırılan qeyri-bərabər yükləmə.
əvvəlki alt-bəndlərdə təsvir olunanlar ilə yanaşı, orta sarğı ümumən sarğı birləşmələrindən, maqnit dairə dizaynından və sistemin torpaqla neytrallaşdırılmasından asılı olaraq yüklənə bilər:
– Dyn transformator neytralı dolağın nominal cərəyanı ilə yüklənə bilər;
– Hər iki torpaqla neytrallanan YNyn transformatoru öz neytralları vasitəsilə nominal cərəyan ilə yüklənə bilər, o şərtlə ki, sistem torpaqla neytrallaşması buna imkan versin (cərəyan asimmetriyası ilə bağlı);
–Z-birləşməli sarğı nominal cərəyan ilə yüklənə bilər;
Yyn + d transformatoru (bərabərləşdirici sarğı ilə təmin edilən transformator) nominal cərəyana qədər yüklənən orta neytral terminala malik ola bilər, o şərtlə ki, deltaya birləşdirilən sarğı orta dolağın nominal gücünün ən azı üçdə birinə bərabər nominal gücə malik olsun (üçlü dolağın fazası üzrə dövr edən cərəyan orta sarğıda sıfır ardıcıllıqlı cərəyanı balanslaşdırır və cərəyanın üçdə biri təşkil edir).
- Yüklənə bilən üçlü Yynd transformatorunda, bu üçlü bərabərləşdirici sarğı kimi (əvvəlki bəndə baxın) eyni üsul ilə fəaliyyət göstərir. Delta dolağında dövr edən hər hansı bir cərəyan həmin dolağın kənar yük cərəyanı ilə birləşir. (Əgər transformatorda delta birləşməsinin daxilində cərəyan transformatorları varsa, ümumi cərəyan ölçülə bilər);
– Deltaya birləşən hər hansı bir əlavə dolağı olmayan Yyn transformatoru faza gərginliklərinin yaxşı müəyyən edilən simmetriyasını təmin etmir. (Bu hal nəzərdə tutur ki, torpaqla neytrallaşma olmasın).
– Yyn birləşməsinə malik üç hissəli, özək formalı paylaşdırıcı transformator ümumilikdə faza ilə neytral arasında yükləməyə uyğun deyil. Əgər neytral, dolağın nominal cərəyanının təqribən 10 faizdən artığını daşıyırsa, gərginlik asimmetriyası imtina oluna bilər. Ona görə də, dörd simli paylaşdırıcı sistemləri qidalandıran paylaşdırıcı transformatorlar üçün qarışmış birləşmələrə, Dyn və ya Yzn-a üstünlük verilir;
– Orta ölçülü, orta gərginlikli transformator bu birləşmə ilə 2 saat ərzində nominal cərəyanın təqribən 25 faizini termal risk olmadan tam simmetrik yükə əlavə olaraq digər sarğıya daşıya bilər. Lakin bu cür tələblər xüsusi olaraq təsdiqlənməlidir.
4.9 Qeyri-normal yüksək güclü tezlik gərginliyi altında maqnit qapanma istəksizliyi və maqnitlənmə müqaviməti, davamlı saturasiya
Elektrik transformatorunun ekvivalent bir xətli diaqramı maqnit dairənin işə salma cərəyanını əks etdirən şunt elementə malikdir. Normal şəraitdə ekvivalent dairənin gərginlik düşgüsü hesablamaları ilə bu cərəyan çox kiçikdir (bənd 7-ə baxın). Digər sözlə, maqnitlənmə induktivliyi çox yüksəkdir. Maqnitlənmə xarakteristikaları mənasında, maqnit axının qarşılaşdığı istəksizlik çox zəif olur, yəni əsas axının yolu asanlıqla maqnitləşir.
Əgər transformatorun hər hansı hissəsinin sarğıları boyunca tətbiq edilən enerji tezliyi, gərginliyi qeyri-normal qaydada yüksək olursa, özək material hər bir yarımdairənin hissəsi zamanı saturasiya olur. Saturasiya şəraitində, maqnit istəksizlik əhəmiyyətli dərəcədə artır. Pik həddə çatan, əhəmiyyətli dərəcədə artan maqnitlənmə cərəyanı enerji mənbəyindən gəlir.
Özəyin saturasiyası zamanı özək poladın kənarında, özək ilə sarğı arasında da həmçinin əhəmiyyətli dərəcədə axın mövcuddur. Bu, istilikkeçirmə və nəzərdə tutulmayan əlaqələr boyunca sarğılardan kənarda metal hissələrdə yüksək burulan cərəyanlar yarada bilər.
Transformatorda saturasiyanı qaldıra biləcək hadisə həddən artıq yüklənən cərəyanın axını zamanı baş verən maqnit sızma axınıdır. Sızan axın sarğılar arasından keçir və onun bir hissəsi maqnit dairə vasitəsilə geriyə dönə bilir. Bundan əlavə, bu şərtlər altında, gərginlik də həmçinin qeyri-normal olur. Nəticədə özəyin müəyyən hissələrində hiss oluna bilinməyən saturasiya şəraitləri ola bilər.
4.10 Keçici saturasiya, axın cərəyanı
Transformatora gözlənilmədən tam sistem gərginliyi ilə enerji verildiyi halda, təsadüfi saturasiya hadisəsi baş verə bilər və bu adətən axın cərəyanı kimi xarakterizə edilir (şəkil 16-ya baxın).
Davamlı vəziyyətdə, dolağın fazası boyunca tətbiq edilən iki sıfır keçid arasında bir istiqamətli gərginliyin tam yarım-dairənin gərginlik-vaxt inteqralı bir istiqamətdə tam sıxlığa, digər istiqamətdə isə tam sıxlığın axın dönməsinə uyğun gəlir.
Lakin enerji vermədən dərhal sonra keçici vəziyyət baş verir. Maqnit dairədə mövcud maqnitlənmənin istiqamətindən və gərginlik tətbiq edilən dalğa nöqtəsindən asılı olaraq, keçici axın sıxlığı özək poladın saturasiya məhdudiyyətinə çata bilər və tətbiq edilən gərginlik dəyişikliyi işarəsindən əvvəlki normaya qalxa bilər. Keçici maqnitlənmə cərəyanının amplitudası hər hansı pik normaya çata bilər və bunun maksimumu nominal cərəyandan yüksək ola bilər və transformatorun qısa qapanma cərəyanına yaxınlaşa bilər.
Hadisənin təsvirindən görünür ki, bu təsadüfi hadisədir və hazırda yalnız tam və sonra müxtəlif enerji qiymətlərində dəyişir. Sistemdə axın cərəyanı müxtəlif fazalarda müxtəlif həcmlərdə yaranır. Delta-birləşdirilən və ya ulduz-birləşdirilən, səmərəli torpaqla neytrallanan sarğıya enerji verilən zaman, neytral cərəyan birləşməsi olmayan ulduz sarğıda, iki hissəli sarğıların kombinasiyası ilkin olaraq gözə çarpır.
Yüksək axın cərəyanı mövcud olan zaman, qrafikdən göründüyü kimi kəsişmə olur. Ona görə də, axın cərəyanı 1 saniyədən az müddətə zəifləyən zaman d.c. komponentinə malik olur. Aşağı itkili özək materialına malik olan transformatorlar üçün tənəzzül vaxtı daha uzundur və bu, böyük transformatorlar üçün daha da uzun olur. Bu d.c. komponenti və cərəyanın hüksək harmonik tərkibinə malik dairələrini ötürmək üçün əhəmiyyət kəsb edir. Bu, işə salınan transformatorun paralel olaraq birləşdirildiyi artıq enerjiləş verilən transformatorda saturasiya effektinə səbəb ola bilər. Bu hadisə nəzərə çarpacaq tıqqıltı səsi ilə müşahidə olunur və transformatorun səsinin normal vəziyyətə qayıtmasına qədər, saniyələrlə və ya dəqiqələr ilə davam edir.
Nominal cərəyanın forması kimi vurğulanan işçi cərəyanın həddən artıq dəyəri transformator dizaynının seçilmiş işçi axın sıxlığından asılı olur. Keçmiş ilə müqayisədə bu günki özək materiallarında daha yüksək normalara rast gəlinir. Əgər konsentrik cütlüyün daxili və xarici sarğıları enerji ilə qidalanırsa sarğıların konfiqurasiyaları da həmçinin mühümdür. Xarici sarğı daha yüksək hava özək induktivliyinə malikdir və sistemdən daha kiçik işçi cərəyanı cəlb edir.
4.11 Geo-magnetik induksiya olunan cərəyan və d.c. sistemlərdən parazit cərəyanlar
Öz transformatorunun torpaqla neytrallaşdırılan yüksək gərginlikli a.c sistemi torpağın üst qatında axan d.c və ya kvazi-d.c cərəyanı üçün aşağı müqavimətli yol təmin edir.
Geomaqnetik induktiv cərəyanlara yüksək müqavimətli çınqıllı torpaq olan yerlərin mülayim zonalarında daha çox rast gəlinir. Onlar transformator neytrallarında onlarla amper həcmi ilə yavaş dəyişən müsbətlər (bir neçə dəqiqə) kimi peyda olur.
Parazit cərəyanlar d.c. dartma sistemlərindən, katodlu müdafiə sistemlərindən və s-dən yer-dönmə cərəyanlarıdır. Onlar neytralda bir neçə amper həcminə çata bilər.
Transformator neytralda bu cür d.c. cərəyanına məruz qaldığı halda, bu, maqnit dairənin a d.c. maqnitlənmə istəksizliyi ilə nəticələnir. Maqnitlənmə cərəyanı sıxılan cərəyanı kompensasiya edənə qədər güclü şəkildə asimmetrik olur. Onun həmçinin yüksək harmonik tərkibi var. Bu d.c. cərəyanı müxtəlif nəticələr göstərə bilər.
– Transformator səsinin səviyyəsi əhəmiyyətli dərəcədə artır.
– Cərəyan harmoniyaları ötürücünün nasaz işləməsinə və süni açılmaya səbəb olur.
– Harmoniyalar hətta qeyri-müəyyən axının həddən artıq istilənməsinə səbəb ola bilər.
Hadisənin sərtliyi d.c. cərəyanının özəyi və həmçinin özək dizaynında maqnitlənmə qabiliyyətindən asılıdır.
5 TORPAQLA NEYTRALLANAN ÜÇSARĞILI, ÜÇ FAZALI TRANSFORMATORLARDA QISA QAPANMA CƏRƏYANININ HESABLANMASI (AYRI SARĞILI TRANSFORMATORLAR VƏ AVTO-BİRLƏŞDİRİLƏN TRANSFORMATORLAR)
Üç fazalı a.c. sistemlərində qısa qapanma cərəyanının hesablamaları IEC 60909, IEC 60909-1 və IEC 60909-2-də təsvir edilir.
Müddəa 5 müxtəlif növlü sistem xətaları zamanı müxtəlif sarğılardan və transformatorun terminallarından axan cərəyanların hesablanması üçün tənlikləri əks etdirir
Transformatorun birləşməsi YNyn d və ya YNauto d olur (və ya YNyn + d və ya YNauto + d, əgər üçüncü sarğı yüklənməyən stabilləşmə dolağıdırsa).
5.2 Sistemlərin və sarğıların qeydləri
Üç sarğı və onların birləşən sistemləri rum rəqəmləri ilə göstərilir.
I – yüksək gərginlikli sarğı və ya sistemdir.
II – orta gərginlikli sarğı və ya sistemdir.
III – üçlü və ya stabilləşmə dolağıdır.
I və II sarğılar torpaqla neytrallanan və Y-birləşən sarğılardır.
Hər bir dolağın üçxətli terminalları A, B və C kimi böyük hərflər ilə göstərilir.
Y-birləşən sarğıda faza dolağı xətt terminalı kimi eyni hərflər ilə müəyyən edilir. Deltaya birləşdirilən üçlü faza dolağı iki hərf ilə, AB, BC və CA ilə müəyyən edilir.
Gərginliyin, cərəyanın və ya müqavimətin simmetrik komponentləri üst yazıda +, –, 0 ilə müəyyən edilir. Misal üçün:
ZSI I sisteminin müsbət ardıcıllıqlı müqaviməti;
UII II sisteminin sıfır ardıcıllıqlı gərginliyidir.
Kompleks üçfazalı faza dəyişən operatoru aşağıdakı kimidir
5.3 Transformator parametrləri
Faiz qeydləri üçün istinad edilən güc:
Sr (I və II əsas sarğıların nominal gücü).
Sarğılar üçün istinad gərginlikləri:
UI, UII, UIII (sarğıların nominal gərginlikləri).
Sarğıların istinad olunan cərəyanları:
II, III, IIII (sarğıların nominal cərəyanları).
Sarğıların istinad olunan müqavimətləri:
Mötərizələr arasındakı indekslər müqavimətin istinad edildiyi gərginlik sistemini göstərir.
Müqavimətin qurğu üzrə və ya faiz dəyərlərinin müəyyən edilməsi:
ZI,II(I) gərginlik I-ə istinad edilən I və II sarğıları arasında hər faza üçün om ilə göstərilən müqavimətdir;
ZI,II(II) gərginlik II-ə istinad edilən I və II sarğıları arasında hər faza üçün om ilə göstərilən müqavimətdir;
ZI,II I və II sarğıları arasında qurğu üzrə (və ya faiz) müqavimətdir. Bu ifadə Sr nominal gücdən asılıdır və gərginlik tərəfindən azaddır.
Gərginliklərin, cərəyanların və ya müqavimətlərin bütün qurğular üzrə və ya faiz dəyərləri böyük hərflər yerinə balaca hərflər ilə göstərilir.
Üçsarğılı sistemin ulduz şəəbəkəsinə ekvivalent şəbəkəyə çevrilməsi və müqavimətlərinin qurğu üzrə hesablanması aşağıdakı kimidir:
zI = ½(zI,II + zI,III – zII,III)
zII = ½(zII,III + zI,II – zI,III)
zIII = ½(zI,III + zII,III – zI,II)
Simmetrik komponent müqavimətləri aşağıdakı kimidir.
Müsbət ardıcıllıqlı müqavimətlər anlayış ilə simmetrik üçfazalı cərəyan üçün adi transformator müqavimətlərinə identikaldır.
Transformatorun mənfi ardıcıllıqlı müqavimətləri müsbət ardıcıllıqlı müqavimətə bərabərdir.
İki əsas sarğı arasında sıfır ardıcıllıqlı qısa qapanma müqaviməti adi müqavimətdən cüzi fərqlənir. Sarğı təyinindən asılı olaraq fərq adi müqavimətin 10-20 faizi arasında və ya ondan aşağı və ya yuxarı olur. Lakin əgər əlavə sıfır ardıcıllıqlı müqavimət delta dolağına reaktorlar əlavə etməklə əldə olunursa, sıfır ardıcıllıqlı müqavimət daha yüksək olur.
5.4 I and II sistemlərinin müqavimətləri
Sistem müqavimətləri, onları, transformatorun qısa qapanma müqavimətlərindən fərqləndirmək üçün s indeksi ilə işarələnir. Transformatordan göründüyü kimi, onlar qısa qapanma müqavimətidir
Müsbət və mənfi ardıcıllıqlı müqavimətlərin bərabər olması nəzərdə tutulur, lakin sıfır ardıcıllıqlı müqavimətlər daha yüksək olur:
harada ki,1 £ k £ 3).
Eyni münasibət II sistemdə də tətbiq olunur.
Üçlü sistemin müqaviməti aşağıda təqdim olunan hesablamaların heç birinə təsir etmir.
I və II sarğıların transformator neytralı və ya ümumi avto-birləşən neytrallar sıfır ardıcıllıqlı müqavimətə əlavə edə biləcək hər hansı bir əlavə müqavimət olmadan stansiya yerinə birləşdirilir.
5.5 Bu alt müddəada öyrənilən hallar
Hal 1: II sistemdə birfazalı yer xətası (şəkil 17a)
Hal 2: I sistemdə birfazalı yer xətası (şəkil 18a)
Hal 3: II sistemdə ikifazalı yer xətası (şəkil 19a)
Hal 4: I sistemdə ikifazalı yer xətası (şəkil 20a)
Hal 5: II terminalda üçfazalı qısa qapanma
Hal 6: I terminalda üçfazalı qısa qapanma
Hal 7: III sarğıda üçfazalı qısa qapanma
1-dən 4-ə qədər olan hallar üçün, birləşən sistem xətlərinə malik transformatorun üçfazalı diaqramında cərəyanların axınını göstərmək üçün əlavə şəkillər daxil edilir (17b-dən 20b-ə qədər). Şəkillər avto-transformator birləşmələrini göstərir, lakin hesablamalar ayrı-ayrı sarğı birləşmələri üçün etibarlıdır.
Bu əlavə şəkillər (17b-dən 20b-ə qədər) də həmçinin qısa qapanma cərəyanının simmetrik komponent metodu ilə hesablanmasına uyğun gələn ekvivalent birxətli müqavimət şəbəkəsini göstərir. Bu müqavimət şəbəkəsi müvafiq olaraq müsbət, mənfi və sıfır ardıcıllıqlı müqavimət elementləri üçün üç bloka malikdir.
Bütün müqavimətlər II sistemə aid edilir.
Bu hal üçün, əlavə A və hal-1-ə baxın:
II transformator dolağı, faza A:
Faza B (qeyri-xətalı faza):
I sarğıda komponent cərəyanı:
Delta dolağında dövr edən cərəyan:
QEYD – Bu hal 1-ci hal ilə analoqdur. Bütün kəmiyyətlər I və II göstəricilər vasitəsilə 1-ci haldan əldə oluna bilər.
Bütün müqavimətlər I sistemə aid edilir.
Bu hal üçün, əlavə A və hal 1-ə baxın:
Qısa qapanma cərəyan aşağıdakıdır
I sistemin A fazasından (qısa qapanma fazası):
I transformator dolağı, faza A:
Faza B (qısa qapanma olmayan faza):
II sarğıda komponent cərəyanları:
Delta dolağında dövr edən cərəyan:
Bütün müqavimətlər II sistemə aid edilir.
Bu hal üçün, (əlavə A və hal 2-ə baxın), gərginliyin komponentləri aşağıdakı kimidir
Qısa qapanma cərəyanının komponentləri:
II sistemdə komponent cərəyanları:
II sistemdə faza cərəyanları:
II transformator dolağında komponent cərəyanları:
II dolağın fazalarında cərəyanlar:
I xətdə və sarğıda komponent cərəyanları:
Delta dolağında dövr edən cərəyan:
QEYD – Bu hal 3-cü hal ilə analoqdur. Bütün kəmiyyətlər I və II göstəricilər vasitəsilə 3-cü haldan əldə oluna bilər.
Bütün müqavimətlər I sistemə aid edilir.
Bu hal üçün, gərginliyin komponentləri aşağıdakı kimidir
Qısa qapanma cərəyanın komponentləri:
I sistemdə komponent cərəyanları:
I sistemdə faza cərəyanları:
I transformator dolağında komponent cərəyanları:
I dolağının fazasında cərəyanlar:
II xətt və sarğıda komponent cərəyanları:
Delta dolağında dövr edən cərəyan:
Hal 5: II terminallarda üçfazalı qısa qapanma
Bu hal yalnız müsbət ardıcıllığa malikdir.
II sistemdə fazada qısa qapanma cərəyanı:
ilə, Müqavimətlər II sistemə aid edilir.
I sarğıda faza üzrə cərəyan:
III sarğıda dövr edən cərəyan yoxdur.
Hal 6: I terminalda üçfazalı qısa qapanma
Bu hal yalnız müsbət ardıcıllığa malikdir.
Faza üzrə qısa qapanma cərəyanı:
ilə, Müqavimətlər I sistemə aid edilir.
II sarğıda faza üzrə cərəyan:
III sarğıda dövr edən cərəyan yoxdur.
Hal 7: III sarğıda üçfazalı qısa qapanma
Bu hal yalnız müsbət ardıcıllığa malikdir.
Müqavimətlər III dolağa aid edilir.
Qısa qapanma cərəyanı – xətti cərəyan:
Faza dolağı üzrə qısa qapanma cərəyanı:
I və II sistemdən xətalı axınlar:
I və II sarğılarda cərəyanlar:
Bu bənddə paralel fəaliyyət dedikdə, eyni qurğularda transformatorlar arasında terminaldan terminala birbaşa əlaqə başa düşülür. Yalnız ikisarğılı transformatorlar nəzərə alınır. Bu məntiq üç ədəd birfazalı transformatorların kənarları üçün də tətbiq edilə bilər.
Uğurlu paralel fəaliyyət üçün, transformatorlara aşağıdakı tələblər qoyulur:
– eyni faza-bucaq əlaqəsi – saat-vaxt nömrəsi (əlavə mümkün kombinasiyalar aşağıda vurğulanır);
– müəyyən dözümlülük və oxşar keçid diapazonu ilə eyni nisbət;
– müəyyən dözümlülük ilə müvafiq qısa qapanma müqaviməti – müqavimətin faizlə qiyməti. Bu da o deməkdir ki, keçid diapazonu üzrə müvafiq müqavimətin dəyişməsi hər iki transformator üçün bənzər olmalıdır.
Bu üç şərt aşağıdakı alt bəndlərdə də əks olunur.
Vacibdir ki, paralel fəaliyyət üçün nəzərdə tutulan transformator üçün tender spesifikasiyası mövcud transformator haqda məlumatı əks etdirsin.
Bu əlaqədə bir sıra xəbərdarlıqlar vacibdir.
–nominal güclərində böyük fərq olan transformatorları birləşdirmək məsləhət görülmür (1:2-dən çox). Optimal dizayn üçün müvafiq müqavimət transformatorun ölçüsü ilə dəyişir.
– Müxtəlif dizayn konsepsiyalarına uyğun inşa edilən transformatorlar müxtəlif müqavimət səviyyələri və keçid diapazonu üzrə müxtəlif dəyişmə cəhətləri göstərir (6.4-ə baxın)
– Məlumatın kiçik qeyri-dəqiqliyinin nəticələri yüksək qiymətləndirilir. Misal üçün, iki paralel transformatorda eyni nominal gərginliyi dəqiq təmin etməyə ehtiyac yoxdur. Keçid addımları adətən o qədər kiçik olur ki, keçidlər səmərəli fəaliyyət göstərməyə yönəlir. Lakin keçid addımları böyük olduğu yerlərdə diqqətli olmaq lazımdır (6.2 və 6.3-ə baxın).
IEC 60076-1-in 1-ci cədvəlinə və 9-cu bəndinə uyğun olaraq, müəyyən edilən və zəmanət verilən nisbət və müqavimət parametrləri dözümlülüyə malikdir. Xüsusi hallarda paralel fəaliyyətə əsasən dözümlülüyü artırmaq mümkünlüyü IEC 60076-1-in 1-ci cədvəli və 2-ci qeydində göstərilir.
Təcrübədə, qeyri-identikal dizaynlı iki transformator arasında 10 faizdən artıq olmayan müvafiq yükləmənin uyğunsuzluğu mümkündür.
6.1 Üçfazalı birləşmələr və faza-bucaq əlaqələrinin uyğunlaşdırılması
Şəkil 21-də göstərilən ümumi üçfazalı transformator birləşmələri IEC 60076-1-in D əlavəsindən götürülür. Hər bir blokda bir və ya iki saat nömrələri dəyişmə ilə göstərilir. Misal üçün, bu o deməkdir ki, əgər 1 saat nömrəli transformatorun orta terminalları tsiklik dəyişmə ilə tam olaraq yenidən adlandırılırsa (II olur I, III olur II və I olur III), o halda faza yerdəyişməsi 120 elektrik dərəcədən saat nömrəsi 5-ə dəyişir.
Nəticədə, 4 və ya 8 ilə fərqlənən saat nömrələri olan transformatorlar, əlaqəli transformatorun hər hansı tərəfində xətti əlaqənin tsiklik dəyişməsindən sonra paralel olaraq əlaqələndirilə bilərlər.
Hətta 1 və ya 5 saat nömrələrinə malik transformatorları 11 və ya 7 saat nömrələrinə malik transformatorlar ilə birləşdirmək mümkündür. Bu, hər hansı transformatorun hər iki tərəfində faza ardıcıllığını döndərməklə həyata keçirilir.
Dyn və Yzn paralel birləşmələri müxtəlif sıfır ardıcıllıqlı müqavimət xüsusiyyətlərinə görə tövsiyə edilmir.
6.2 Nisbətdə dəyişiklik, dövr edən cərəyan
Əgər müxtəlif nisbətlərə malik iki transformator paralel olaraq enerji ilə yüklənibsə, bu, transformatorlar arasında dövr edən cərəyanın artmasına səbəb olur. Bu cərəyanın təxmini həcmi aşağıdakı kimi müəyən olunur.
Sa və Sb nominal gücə və za və zb müvafiq qısa qapanma müqavimətlərinə malik iki transformator a və b paralel olaraq hər hansı bir tərəfdən heç bir yük olmadan enerji ilə yüklənə bilər. Transformatorun əks tərəfində Ua and Ub induktiv yüksüz gərginliklər arasındakı fərq orta gərginliyin p fraksiyası kimi göstərilir və Ur -in nominal gərginliyə bərabər olması nəzərdə tutulur:
Bu gərginlik fərqi, cərəyanın iki paralel transformator müqavimətinin həcmi vasitəsilə dövr etməsinə gətirib çıxarır.
Bunlar induktiv olduğu üçün, dövr edən cərəyan da induktiv olur.
Müvafiq transformatorların dərəcələnmiş Ir cərəyanı və dərəcələnmiş Sr gücünün fraksiyası kimi xarakterizə edilən dövr edən Ic cərəyanı və Qc müvafiq reaktiv gücü təqribən aşağıdakı kimi olacaq:
Əgər hər iki transformator eyni nominal gücə və eyni müvafiq qısa qapanma müqavimətinə malikdirsə, bu ifadələr aşağıdakı kimi sadələşir:
Nominal gərginliyin p = 0,01-i və qurğu üzrə z = 0,1 olan zaman, dövr edən cərəyan nominal cərəyanın 1/20 həcmində olur. Bu induktiv cərəyan həndəsi olaraq yük cərəyanı ilə birləşir.
Yük güc faktoru yüksək olduğuna görə, iki transformatorda nəticələnən cərəyanlar arasında hesab fərqi kifayət qədər kiçik olur. Şərait nəzərdə tutulandan daha asan olur.
Təhlillər, əsas cərəyan dəyişmə əməliyyatı zamanı iki paralel birləşdirilən transformatorun cərəyan dəyişdiricilərinin bir addım pillələnməsi zaman axan cərəyanın diapazonunu göstərir.
Müəyyən şəraitlər altında, fərqli qısa qapanma müqavimətinin səbəb olduğu dövr edən cərəyanın reaktiv hissəsini kompensasiya etmək üçün, keçidlər hətta məqsədyönlu şəkildə istifadə edilə bilər (aşağıdakı alt-bəndə baxın).
6.3 Qeyri-bərabər qısa qapanma müqavimətləri
İki transformator bərabər qısa qapanma müqavimətinə malik olduğu zaman, bu o deməkdir ki, onlar bərabər qurğu yükləməsi üçün eyni gərginlik düşgüsünü göstərir (nominal cərəyanın faizində bərabər yük cərəyanı və ya nominal gücün faizində bərabər yük gücü). Əgər onlar paralel olaraq birləşdirilirsə, onlar yükü özlərinin müvafiq nominal güc normalarının nisbətində paylayır.
Qeyri-bərabər qısa qapanma müqaviməti normaları olan transformatorlar paralel birləşdirilən zaman, aşağı müqavimət norması olan transformator özünün nominal gücünün yüksək müqavimətli transformatordan daha yüksək faizini götürür ki, gərginlik düşgüsü hər iki transformator üçün eyni olsun. Bu, transformator üçün artan güc itkisinə səbəb ola bilər, lakin hər şeydən əvvəl bu, qurğunun yük qabiliyyətini məhdudlaşdıra bilər.
Qeyri-bərabərlik aşağıdakı kimi dəyərləndilir.
Əvvəlki alt-bənddə olduğu kimi, a və b transformatorları Sra və Srb nominal gücə və za və zb müvafiq müqavimətlərə malik olsunlar. Transformatorlar bərabər nisbətə malikdirlər. Bölünən yük S-dir. Qurğular müvafiq olaraq Sa və Sb götürürlər.
Transformator a: Sra = 10 MVA, za = 10 %
b: Srb = 20 MVA, zb = 12 %
Birləşən güc transformatorları nominal güc göstəricilərinin həcminin S = 27 MVA, 90 %-dir.
Lakin bu zaman yükləmə aşağıdakı kimi olur:
Sa = 10 x 1,01 ≈ 10 MVA; Sb = 20 ´ 0,84 ≈ 17 MVA
Transformator a tam yüklənir, lakin transformator b nominal gücün yalnız 84 faizini götürür.
Beləliklə, bu kombinasiyanın nəzəri yükləmə qabiliyyəti yük ideal olaraq bölündüyü halda mümkün ola bilən yükləmə qabiliyyəti ilə müqayisədə 10 faiz azalır. Lakin bu tamamilə məqsədəuyğun hesab edilə bilər, əgər bu, artıq mövcud olan transformatorların birləşdirilməsi məsələsidirsə. IEC 60076-1-ə əsasən, əsas keçidlərdə yeni transformator üçün müəyyən edilən qısa qapanma reaktiv müqavimətində dözümlülük bəyan edilən normanın 7.5 faizindən 10 faizinə qədərini təşkil edir. Digər keçidlər üçün dözümlülük daha genişdir.
İki paralel transformator arasında uyğunsuzluğun birləşmiş yük itkisinə təsiri praktiki olaraq cüzi olur.
Bəzi hallarda fərqli qısa qapanma müqaviməti normalarının təsirini keçid dəyişdiricilərini şahmat formasında düzməklə, qismən kompensasiya etmək mümkünlüyü olur. Lakin bu kompensasiya yalnız yük cərəyanının reaktiv komponentində işləyir və ona görə də, güc amili müvafiq olaraq kiçik olduğu halda səmərəli olur.
6.4 Keçid hüdudu boyunca qısa qapanma müqavimətinin dəyişməsi, sarğı təyininin təsiri
IEC 60076-1-in 5.5-ci bəndi keçid dəyişdiricisinə malik olan transformator üçün tədqiqat aparmaqla müqaviməti müəyyən etməyin müxtəlif yollarını əks etdirir. Qeyd olunur ki, keçid hüdudu boyunca müqavimət dəyişməsinin tam spesifikasiyası sarğıların tamamilə məhdud tərzdə təyin edilməsinə diqqət edir.
Fərdi keçidlər üçün müqavimət normalarında dözümlülük barədə IEC 60076-1-də bəhs edilir (müddəa 9 və cədvəl 1). Praktiki halda daha çox sərbəstlik verə biləcək yol verilən hüdud ətrafında sərhədlər vasitəsilə keçidləri müəyyən etməyin alternativ metodu da mövcuddur (IEC 60076-1-in C əlavəsinə baxın).
Şəkil 22 yüksək gərginlikli əsas sarğı seriyalarında ayrıca şaxələnmə dolağına malik transformator üçün seriya müqavimətinin tipik dəyişmə nümunəsini göstərir. Keçid dolağı ya əsas sarğı kimi alçaq gərginlikli dolağın eyni tərəfində (şəkil 22a) və ya əks tərəfdə (şəkil 22 b) yerləşdirilə bilər.
Şəkil 22 konsentrik sarğılara malik özək formalı transformatorlar üçün və ox şəklində bərkidilən sarğılara malik örtük formalı transformator üçün bərabər şəkildə etibarlıdır. Misal üçün, iki özək formalı transformatoru aşağıdakı sarğı təyini ilə müqayisə edin:
– alçaq gərginlikli – yüksək gərginlikli əsas sarğı – keçid dolağı, şəkil 22a-ya baxın;
– keçid dolağı – alçaq gərginlikli – yüksək gərginlikli əsas sarğı, şəkil 22b-ə baxın.
Hər iki təyinetmələr istifadə edilir və istehsalçılar onlardan hər hansı birini nominal gücün və gərginliyin müəyyən hüdudunda özlərinin üstünlük verilən həlli kimi standartlaşdırır. Lakin hər iki alternativ keçid hüdudu boyunca əks müqavimət dəyişmə cərəyanına malikdir.
Keçid dolağında aktiv dönmələrin dəyişməsi sızma axın nümunəsinin və transformatorun müvafiq sızma maqnit dövrəsinin keçiriciliyinin dəyişməsinə səbəb olur. Keçid dolağı əsas HV dolağına qonşu olan zaman (şəkil 22a), sonuncu, nizamlama dönmələri əsas dolağın həcmində artan zaman artır və nizamlama dönmələri toplama işində artan zaman azalır. Keçid dolağı əsas HV dolağına qonşu olmayan zaman (şəkil 22b), dönmə dəyişməsinin sızma maqnit dövrəsinin keçiriciliyinə təsiri ləğv olunur. Bundan əlavə, sızma maqnit dövrəsinin keçiriciliyinin dəyişməsi şəkil 22a-nın təyinetməsi üçün kiçik və şəkil 22b-nin təyinetməsi üçün daha mühüm olur.
Faiz qısa qapanma müqaviməti (və onun dəyişməsi) yalnız sızma maqnit dövrəsinin keçiriciliyini əks etdirir (və onun dəyişməsini) və daimi nominal gücü istinad kimi nəzərə almaqla, nəzərdə tutulan tərəfdən azad olmalıdır. Həmçinin tam qısa qapanma müqavimətinin dəyişməsi (ohm ilə), daimi dəyişmə dolağından (LV) göründüyü kimi, yalnız sızma maqnit dövrəsinin keçiriciliyinin dəyişməsini əks etdirir.
Yuxarıda qeyd olunan fikirlər şəkil 22a və 22b-nin əyrilərində əks olunur. Şəkil 22a-nın təyini üçün kiçik dəyişmə və şəkil 22b-də təyini üçün daha tez-tez vurğulanan dəyişmə mövcuddur.
Dəyişən dönmə dolağından (HV) göründüyü kimi, tam qısa qapanma dəyişməsi (ohm ilə) həm sızma maqnit dövrəsinin keçiriciliyinin dəyişməsini və aktiv dönmələrin kvadratını əks etdirir. Tam qısa qapanma dəyişməsi aktiv dönmələrin kvadratına proporsional olan qiymətinə əsasən götürülür. Şəkil 22a-da təyin etmə ilə, aktiv dönmələrin kvadratının dəyişməsi sızma maqnit dövrəsinin keçiriciliyinin dəyişməsinin eyni cərəyanına malikdir və ona görə də, ümumi dəyişmə genişlənir. Şəkil 22b-da təyin etmə ilə, əksinə olaraq, aktiv dönmələrin dəyişməsi maqnit dövrəsinin keçiriciliyinin dəyişməsinin əks cərəyanına malikdir və ona görə də, ümumi dəyişmə daralır. Bu, şəkil 22a və 22b-dəki əyrilər tərəfindən əks olunur.
Bu, xüsusən də transformator şaxələnmələrindən asılı olaraq, qısa qapanma cərəyanının təfsilatlı təhlili zamanı əhəmiyyətli məsələdir.
Şaxələnməyən sarğı tərəfindən om ilə müqavimət dəyişməsi (alçaq gərginlik)
Şaxələnən sarğı tərəfindən om ilə müqavimət dəyişməsi (yüksək gərginlik)
Şəkil 22 – Nizamlama dolağının yerləşməsindən asılı olaraq şaxələnmə hüdudu boyunca müqavimətin dəyişməsi
7 MÜƏYYƏN YÜK ÜÇÜN GƏRGİNLİK DÜŞGÜSÜNÜN, ÜÇSARĞILI TRANSFORMATORUN YÜK
İTKİSİNİN HESABLANMASI
7.1 Giriş: gərginlik düşgüsünün hesablanması zərurəti
Transformatorun nominal güc və nominal gərginliyi ilə bağlı IEC anlayışları nəzərdə tutur ki, nominal güc daxili gücdür və aktiv güc üçün daxili terminallara tətbiq edilən (əsas terminallar) gərginlik,prinsipial olaraq nominal gərginliyi keçməməlidir (IEC 60076-1-in 4.1-dəki qeydə baxın).
Ona görə də, yük altında maksimum çıxış gərginliyi nominal gərginlikdir (və ya keçid gərginliyi), bundan da gərginlik düşgüsü çıxılır. Nominal cərəyanda çıxış enerjisi və nominal daxili gərginlik prinsipial olaraq nominal enerjidir, bundan da transformatorda enerji sərfiyyatı çıxılır (aktiv enerji itkisi və reaktiv enerji).
Şimali Amerikada, MVA dərəcələnməsi nominal orta gərginliyin saxlanmasna əsaslanır. Bu, nominal orta cərəyan və 80 faiz və ya daha yüksək azalan enerji amili zamanı transformator boyunca gərginlik düşgüsünü kompensasiya etmək üçün lazım olan gərginliyi əsas sarğıda saxlamaqla yerinə yetirilir. Bu metoddan istifadə etməklə gərginlik düşgüsünün hesablanmasında praktiki fərq cüzi olur.
Tənliklər (67) bu ziddiyyəti göstərir.
Spesifik yükləmədə spesifik çıxış gərginliyini təmin etmək üçün lazım olan müvafiq nominal gərginliyin müəyyən edilməsi gərginlik düşgüsünün hesablanmasını tələb edir və bu zaman transformatorun qısa qapanma müqavimətinin müəyyən edilmiş və qiymətləndirilmiş rəqəmlərindən istifadə edilir. Bu alt bənddəki ifadələr əks etdirir ki, bunlar da IEC-in transformatorun dərəcələnməsi və itkiləri ilə bağlı anlayışlarına uyğun gəlir.
7.2 Qısa qapanma müqaviməti və ikisarğılı transformatorun ekvivalent diaqramı
Transformatorun gərginlik düşgüsü dolağın yüksüz gərginliyi və müəyyən edilən yük ilə terminallarda istehsal edilən gərginlik arasında hesab fərqidir; IEC 60076-1-in 3.7.2-nə və IEC 60050(421)-ə, 07-03 anlayışına baxın. Digər (əsas) sarğı boyunca gərginlik nominal gərginlik (və ya şaxələnmə gərginliyi) kimi götürülür.
Transformatorun şərti ekvivalent dairəsi xətti seriya müqavimətinə malikdir (çox sarğılı transformator üçün müqavimət şəbəkəsi) və xətti seriya müqaviməti boyunca gərginlik dügüsü müşahidə olunur.
Seriyalı müqavimət transformatorun rejim sınağında ölçülən qısa qapanma müqaviməti ilə müəyyən edilir. Qısa qapanma müqavimətinin və yük ikisinin ölçülməsinə IEC 60076-1-in 10.4-də baxın. Gərginlik düşgüsü aktual gərginlikdən azaddır, çünki gərginlik asılılığının maqnitlənmə cərəyanı gərginlik düşgüsünün hesablamalarında nəzərə alınmır.
Sınaq seriya müqavimətlərin yük itkisini və reaktiv müqaviməti əks etdirməklə müqavimətlərə ayrılmasına imkan verir:
Şərti olaraq müqavimət fraksiyası, transformatorun Zref müqaviməti kimi müvafiq formada ifadə edilir və faiz ilə göstərilir. Nisbi müqavimət aşağıdakı kimi yazılır:
Uref dolağın gərginliyidir və Z və Zref dolağa aid edilir. (Başqa cür müəyyən edilməyənə qədər, bu, dolağın nominal gərginliyidir, lakin əgər əsas keçiddən fərqli xüsusi keçidə istinad edilirsə, istinad edilən gərginlik keçid gərginliyi ola bilər). Sref cəlb olunan sarğıların cütlüyü üçün enerjinin istinad normasıdır. Bu normal olaraq cütlüyün hər hansı bir dolağının nominal enerjisidir, lakin yanlış anlamaya yol verməmək üçün istinad normaları həmişə qeyd olunmalıdır.
Üçfazalı transformator üçün, Z və Zref faza üzrə müqavimətlərdir (ekvivalent ulduz birləşməsi); IEC 60076-1-in 3.7.1-ə baxın. IEC 60076-1-ə əsasən, iki cəlb olunan dolağın hansının enerji ilə yüklənməsindən və hansının qısa qapanma sınağından keçməsindən asılı olmayaraq, müqavimətin müvafiq və ya faiz normalarının eyni olması güman edilir.
Transformatordakı yük müəyyən olan enerjinin ixtiyari S norması (nominal güc ilə identifikasiya edilməyən) və f faza bucağı və ya aktiv və reaktiv yüklərin ayrıca normaları, P və Q, kimi göstərilir. Bununla yanaşı, yükün transformatorun orta tərəfinə çatdırıldığı terminal gərginliyi, U2, göstərilir.
İşarələr sistemi aşağıda göstərildiyi kimi qütb formasında kompleks nömrələr üçün konvensiyalara uyğun olur (mütləq norma |S| və arqument ëS və ya f) və ya real və təsviri hissələr P və jQ ilə göstərilir.
Bu yük ZL yük müqaviməti kimi göstərilə bilər (faza üzrə om):
Yük həmçinin yükün f faza bucağı ilə birgə (U2 terminal gərginliyi ilə I2 cərəyanı arasında faza bucağı) I2 yük cərəyanı kimi təsvir edilə bilər.
Simmetrik üçfazalı yükləməni əks etdirən birxətli diaqramda, U20 və U2 işarələri U20 /√3 / et U2/√3 ilə əvəz edilməlidir (ekvivalent star birləşməsi üçün). Lakin bu aşağıdakı mətndə heç bir dəyişiklik etmir.
7.4 Gərginlik düşgüsü tənlikləri
Heç bir yükü olmayan transformator U20 orta gərginliyinə malikdir. Verilən yük ilə, orta terminal gərginliyi U2-ə dəyişir.
Müqavimətin təyini sistemindən istifadə etməklə, U2 və U20 arasında əlaqə aşağıdakı kimi olur (şəkil 23-ə baxın)
Gərginlik düşgüsü hesab fərqi kimi müəyyən edilir
Tənlik (63) ilə birləşdirin:
Tənlik (61)-ə uyğun olaraq, transformator müqavimətinin komponentlərini yük müqavimətinin təsvirinə daxil edin:
Modulun ifadəsi və onların əksi aşağıdakı kimidir:
Ona görə, gərginlik düşgüsü aşağıdakı kimi olur:
Gərginlik düşgüsündə birinci fərq, girdə mötərizədəkı təsvirlər öz növbəsində hesablamanın U2 terminal gərginliyi və ya U20 ekvivalent qeyri-yük gərginliyi əsasında aparılmasından asılı olaraq ikinci qayda fərqi ilə fərqlənir. Bu fərq adətən cüzi olur (ədədi nümunəyə aşağıdakı alt bəndə baxa bilərsiniz).
Təsvirdə birinci termin A həndəsi olaraq U2 fazada I2ZT gərginlik düşgüsü fazasının layihələndirilməsi kimi izah edilir.
Müəyyən edildiyi kimi, ∆U2 hesab gərginlik düşgüsü adətən U20 və U2 arasında faza bucaq fərqini göstərən I2ZT vektorial gərginlik düşgüsünün |I2ZT| mütləq normasından əhəmiyyətli dərəcədə az olur. Vektorial gərginlik düşgüsünün tam norması yük faza bucağından azaddır.
Bütün böyük güc transformatorları üçün, seriyalı müqavimətin reaktiv hissəsi müqavimətli hissədən çox böyükdür. XT tipik olaraq 5 faizdən 20 faizə qədər olur; RT bir faizdən azdır.
Əgər faza bucağı mənfidirsə (həcmli və ya qismən həcmli yükləmə), gərginlik düşgüsü mənfi çıxa bilər. O halda orta gərginlik yük birləşən zaman qeyri-yük normasından yuxarı qalxır.
7.5 Faiz işarələr sistemində gərginlik düşgüsünün hesablanması
Transformator müqaviməti müvafiq olaraq gücün və gərginliyin nominal normalarına, Sr və Ur, əsaslanan faiz ilə ifadə edilir (6.2-ə baxın):
Nəzərə alın ki, Ur gərginliyi (nominal gərginlik və keçid gərginliyi) ən azı təqribi olaraq faktiki U2 orta gərginliyinə malikdir.
O halda, gərginlik nisbətinin tənlikdə (65) ifadəsi yenidən yazıla bilər
S/Sr nisbəti nominal güc üzrə faktiki yükləmənin nisbətidir və bu həmçinin nominal cərəyan üzrə faktiki yük cərəyanının nisbətidir.
Aşağıdak nümunə müxtəlif terminlərin müvafiq həcmini göstərir.
50 % yükləmə yəni. = 05,, x = 15 %, r = 0,7 %, cos f = 0,8 induktiv
Əgər cos ϕ = 0,8, sin ϕ = 0,6. Gərginlik nisbəti ifadəsi aşağıdakı kimi olur
1 + 0,50 (0,15 x 0,6 + 0,007 x 0,8) + j 0,50 (0,15 x 0,8 – 0,007 x 0,6)
Faizlə ifadə olunan gərginlik düşgüsü aşağıdakı kimi olur
Müşahidə edin ki, gərginlik düşgüsünün birinci yaxınlaşması, birbaşa A terminini nəzərə alaraq, tam hesablama üçün 5 faiz əvəzinə 4,8 faiz nəticə verir və praktiki məqsədlər üçün qənaətbəxşdir və ölçmələrin ümumi dəqiqliyindən daha yaxşıdır.
7.6 Çoxsarğılı transformatorlar üçün ekvivalent diaqram, üçsarğılı transformator üçün T-ekvivalent müqavimət elementləri
IEC 60076-1-in anlayışları və sınaqları ilə uyğunluq təşkil edən ikisarğılı transformator üçün ekvivalent birxətli diaqram şəkil 23-də göstərilir. Çoxsarğılı transformatora analoq olan genişlənmə şəkil 25-də göstərilir. Şəkil aktiv enerjinin transformatora təchiz edildiyi əsas terminalların cütlüyünü və çıxış sarğılarının şəbəkəsini göstərir; orta, üçlü… Diaqram daxili terminallarda yerləşdirilən maqnitlənmə elementinə malikdir. Müxtəlif sarğılar arasında yüksüz dönmə nisbətlərini əks etdirən ideal transformatorlar seriyalı müqavimətlərin xətti şəbəkəsinə qoşulur. Seriyalı müqavimətlər n-sarğılı transformator üçün müstəqil elementlərə malikdir.
Bu ekvivalent diaqramı xətti gərginlik düşgüsü tənliklərinin şəbəkəsinə uyğundur. Fərdi müqavimət elementləri prinsipial olaraq bütün iki sarğılı kombinasiyalar üçün qısa qapanma müqavimətlərinin müstəqil ölçmələrinin toplusu vasitəsilə qiymətləndirilə bilər.
Üç sarğılı transformator üçün, seriyalı müqavimət şəbəkəsi üç elementə malikdir. Qapanma nəzəriyyəsindən məlumdur ki, üç bu cür elementin üçbucaq konfiqurasiyası ulduz-a və ya T konfiqurasiyasına və ya əksinə çevrilə bilər. T konfiqurasiyası sistem təhlilləri, yəni üçsarğılı transformator vasitəsilə reaktiv enerjinin axmasının təhlili üçün uyğundur. Şəkil 26-da göstərildiyi kimi üç T-elementləri ikisarğılı kombinasiyaların parametrləri vasitəsilə qiymətləndirilir.
Ulduz elementləri fiziki kəmiyyətlərin cəbri kombinasiyalarıdır. Mümkündür ki, elementlərdən biri mənfi reaktiv müqavimət ilə ortaya çıxa bilər. Bu, fiziki olaraq iki digər sarğı arasında sarğı ilə birləşən element üçün tipik haldır.
Müqavimətlərin ulduz elementlərinə ayrılması nəzərdə tutur ki, müxtəlif ikisarğılı kombinasiyalar üçün ölçülən yük itkiləri fərdi sarğılara paylanır. Bu prosedur şərti olaraq qəbul olunur, lakin sarğılarda itirilən itkilər və qeyri-müəyyən axın itkiləri digər hissələrdə mühüm əhəmiyyət kəsb edən böyük transformatorlar üçün ikiqat dəqiqliyə malikdir. Burada göstərilən sadə qaydalara uyğun olaraq, bu itki komponentləri özünü xətti komponentlərə vermir.
7.7 Üçsarğılı transformatorlarda yük itkilərinin fərdi sarğılara ayrılması
Əvvəlki alt bənd təsvir edir ki, üçsarğılı transformatorda seriyalı müqavimətlər ikisarğılı kombinasiyalar kimi necə ölçülür və sonra ulduz konfiqurasiyası yaratmaq üçün xətti ötürmə ilə üç ayrı sarğıların hər birinə ayrılır. Təkrar edilməlidir ki, bu, yalnız riyazı məsələdir; belə hal yoxdur ki, fərdi dolağın seriyalı müqaviməti yalnız sarğılar arasında mövcud olsun.
Müvafiq prosedur spesifik yükləmə kombinasiyası üçün üçsarğılı transformatorun yük itkisinə tətbiq olunur. Gəlin bu mətndə H (yüksək gərginlikli), X (orta gərginlikli), T (alçaq gərginlikli ) kimi sarğılara istinad edək. Yük itkisinin şəkilləri üç mümkün ikisarğılı kombinasiyalar üçün seriyalı müqavimət ilə müəyyən edilir:
Bu ölçmələr gücün müxtəlif normalarına müvafiq sarğılarda cərəyanlar ilə yerinə yetirilə bilər, çünki üçlü dolağı adətən, nominal gücün zəif normalarına malikdir. Növbəti çevrilmə üçün, ölçmələri cərəyan kvadratını məhdudlaşdırmaqla, istinad olunan gücünün, S¢, ümumi əsasına gətirmək rahat olur:
Müvafiq sarğılarda istinad olunan cərəyanlar aşağıdakı kimidir:
İtkilərin fərdi sarğılara ayrılması çevrilmə vasitəsilə edilir.
Verilən yük kombinasiyası üçün, IH, IX, IT-ə bərabər sarğılarda cərəyan ilə hər bir sarğı üçün nəticələnən itki yuxarıdakı şəkillərindən cərəyanın (və ya enerjinin) kvadratına proporsional olur. Bütöv transformator üçün nəticələnən PK yük itkisi bu üç ədəd bir sarğıyla ayrılan itkilərin cəmidir:
Sarğılarda aydın güc olduğu halda, formula aşağıdakı kimi olur:
Qeyd etmək lazımdır ki, yuxarıdakı formulada enerji şəkilləri real cərəyan və çıxan yükə malik sarğılar üçün müvafiq qeyri-yük gərginliyi, transformatorda gərginlik düşgüsünü birləşdirən terminallarda qeyri-real gərginlik zamanı izah edilir.
Birləşən üç sarğı itkisinin hesablanması üçün alqoritm birfazalı və üçfazalı transformatorlar üçün etibarlıdır və yalnız ayrı sarğılı transformatorlar üçün deyil, həmçinin iki dolağı avto-birləşən üç sarğılı transformatorlar üçün də nəzərdə tutulur.
7.7.2 Avto-birləşən transformator
Müəyyən yük kombinasiyası altında fərdi sarğıların temperatur qalxmasını qiymətləndirmək üçün, yük itkisinin fərdi fiziki sarğılara ayrılması avto-birləşən transformator üçün daha mürəkkəbdir. Bu ona görədir ki, avto-birləşən cütlüyün fiziki sarğıları standart cəhətdən sarğılar ilə identikal deyil. Biz S seriyalı sarğıları və C ümumi sarğılar, yüksək gərginlikli və orta gərginlikli sarğılar əvəzinə avto-birləşən cütlüyün ayrı-ayrı hissələrini araşdırmalıyıq.
Avto-birləşmənin azalma amilinin müəyyən edilməsi yenidən xatırlanır (3.1 və 3.2-ə baxın):
Bu, S və C sarğılarının aydın gücü arasında nisbət və H və X formal sarğıları arasında ötürücülük gücüdür.
S¢ istinad olunan güc H və X sarğıları arasında çevrilən zaman ikisarğılı halı nəzərə alın.
Seriyalı sarğılar UH – UX = αUH gərginliyə malikdir, lakin onun cərəyanları I’H olur.
Ümumi sarğı boyunca gərginlik UX olur və onun istinad cərəyanı aşağıdakı kimi olur:
Avto-birləşən fiziki sarğılar üçün ekvivalent istinad gücü αS’ olur.
Üç ədəd iki sarğılı itki kombinasiyaları, bütün S¢ ötürücü gücə istinad olunanlar şəkil 27-də göstərilir. C dolağında real cərəyan aşağıdakı hallarda fərqli olur.
Yuxarıda qeyd olunanlardan aydındır ki, iki sarğılı itkilər əlaqələr vasitəsilə müvafiq sarğılara ayrıla bilər.
Bu tənliklər şəbəkəsinin inversiyası aşağıdakı kimidir
IH, IX, IT cərəyanlar ilə xarakterizə edilən spesifik yükləmə zamanı hər bir sarğı üçün yük itkisi aşağıdakı kimi yazılır:
Ümumi sarğıda itkini qiymətləndirmək üçün bu sarğıdakı cərəyanı hesablamaq lazımdır:
Üçlü sarğıda sərbəst yük ilə üçfazalı yükləmə halı zamanı IX and IH normal olaraq fazada olmur.
Lakin yükləmə halı şərti olaraq H, X və T sarğılarının terminallarında aydın güc normaları əsasında təsvir edilir. Aşağıdakı izahlardan istifadə olunur:
Lakin burada ümumi halda SC üçün ifadə lazımdır. Aşağıdakı tənliklərdə, cərəyan və güc normaları vektorialdır, lakin dönmə sayı və ya ekvivalent qeyri-yük gərginlikləri böyük konstantlardır.
Enerji həcmi sıfıra bərabərdir:
Ekvivalent qeyri-yük gərginliklərindən istifadə etməklə:
Həmçinin axın cərəyanı balansı mövcuddur.
Lakin dönmələrin sayı müvafiq dərəcələnən və ya keçid gərginliklərə proporsionaldır.
Üçbucaqlar üçün kosinus teoremindən istifadə etməklə:
Tənliklər arasında bucaq funksiyasının aradan qaldırılması:
O halda C dolağında ayrılan itki son olaraq aşağıdakı kimi olur:
7.8 Üç sarğılı transformator üçün gərginlik düşgüsünün və yük itkisinin hesablanmasının nümunəsi
Bu nümunə addım-addım bu cür hesablamaların müvafiq yaxınlaşmalardan istifadə etməklə sadə yolla nə cür hesablanma lazım olduğunu nəzərdə tutur.
Hər üç sarğı üçün aşağıdakı güc dərəcələnmələrinə malik olan üçsarğılı və ayrı-ayrı sarğılı transformatorlar üçün yükləmə halını araşdırın:
– əsas sarğı (I) 80 MVA;
– orta sarğı (II) 80 MVA;
– üçlü sarğı (III) 15 MVA.
Transformator aşağıdakı kimi yüklənir.
Əsas dolağa gedən daxili gərginliyin həmin dolağın nominal gərginliyinə bərabər olması nəzərdə tutulur. Orta sarğı 0,8 induktiv güc amilində 75 MVA daşıyır. Üçlü sarğı üçlü dolağın nominal gərginliyinə bərabər olan gərginlikdə 15 MVA səviyyəsində dərəcələnən müəyyən kondensator kənarı ilə yüklənir.
(II) və (III) terminallarda çıxış gərginliklərini tapmaq üçün gərginlik düşgüsünü transformator vasitəsilə hesablamaq lazımdır. Lakin problem yarandığına görə, yük cərəyanları verilmir, buradan onlar hesablanmalıdır.
Orta sarğıda yük real xidmət gərginliyinə istinad etmədən müəyyən edilir.
Ona görə də, yükün, cərəyanın və nəticə etibarı ilə gərginlik düşgüsünün əksinə olaraq terminal gərginliyinə proporsional olması nəzərdə tutulmalıdır.
Digər tərəfdən, üçlü yükün müəyyən müqavimətin kondensator kənarı olması güman edilir. Bu yük üçün, cərəyan, terminal gərginliyi nisbətində artır və kənar tərəfindən yaradılan reaktiv enerji gərginliyin kvadratı ilə artır.
Transformator sınağının nəticəsi hər biri 80 MVA-a istinad edilən ikisarğılı qısa qapanma müqavimətlərinin və müxtəlif dərəcələnmələrə istinad edilən müvafiq yük itkisinin aşağıdakı normalarına malikdir. Cədvəl 2 də həmçinin 80 MVA-nın ümumi əsasında faiz kimi ifadə edilən bu itkiləri göstərir.
İkisarğılı parametrlər ekvivalent ulduz konfiqurasiyasına çevrilir. Ümumi qısa qapanma müqaviməti və itki müqaviməti üçün normalar ayrı-ayrı halda, şəkil 29-da göstərilir.
Lakin qeyd etmək lazımdır ki, bu, qara yeşik kimi, transformatorun tamamilə riyazi əks olunmasıdır. Bu, terminallarda ölçülə bilən kimi, transformatorun davranışını əks etdirir, lakin bu model müxtəlif sarğılar əsasında qurğunun fiziki təsviri deyil. T qovşağı sünidir. Reaktiv müqavimət elementlərindən biri mənfi olaraq ortaya çıxır (faktiki olaraq göstərir ki, terminal (I)-ə birləşdirilən sarğı transformatorda digər iki sarğı arasında yerləşdirilir).
Aşağıda ardıcıl uyğunlaşmalar ilə göstərilən metoddan istifadə edilir. Bu əl ilə hesablanır və müxtəlif parametrlərin müvafiq əhəmiyyətini göstərir.
Birinci uyğunlaşma: Çıxış terminallarında dərəcələnən gərginliyi nəzərə alın və gərginlik düşməsini və transformatorda nəticələnən daxili enerjini hesablayın.
İkinci yaxınlaşma: Çıxış gərginliklərini birinci uyğunlaşmanın gərginlik düşgüsü şəkillərində düzəldin və müvafiq olaraq yük parametrlərini modifikasiya edin. Yük enerjisini və gərginlik düşgüsü normaları əldə edin.
Bu uyğunlaşma hesablamaları üçün, qısa qapanma müqaviməti əsasən reaktiv, yəni Z ≈ X kimi xarakterizə edilir. Real yük enerjisi ilə müqayisədə bu itkilər nəzərə alınmır.
Ekvivalent ulduz müqavimət şəbəkəsinin hər bir hissəsi üçün, aşağıdakı əlaqələrdən istifadə edilir. Qurğular üzrə normalar mötərizələrdə göstərilir:
Reaktiv enerji istehlakı [x][i]
Hesab gərginlik düşgüsü ϕ [x][i]
Qeyd etmək lazımdır ki, bu tənliklərdə reaktiv Q yük enerjisi reaktiv yükləmə üçün müsbətdir (hissə II) və həcmi yükləmə üçün mənfidir (hissə III). Qurğu üzrə qısa qapanma reaktiv müqaviməti [x] I hissə üçün mənfidir və II və III hissələr üçün isə müsbətdir, şəkil 29-a baxın.
Müəyyən olan enerji Real yük Reaktiv yük Qurğu üzrə cərəyan Gərginlik düşgüsü Reaktiv istehlak
Müəyyən olan enerji Qurğu üzrə cərəyan Gərginlik düşgüsü Reaktiv istehlak
T xətti, birləşmiş enerji axını
(II) hissəyə (III) hissəyə Həcm, (I)-dən
(I) hissədə qurğu üzrə cərəyan
Nəticələnən gərginliklər T xətti Terminal (II) Terminal (III)
75 MVA = 0,9375 qurğu üzrə 0,8 x 75 = 60 MW 0,6 x 75 = 45 MVAr 0,9375
0,6 x 0,1255 x 0,9375 = 0,071 qurğu üzrə 0,1255 x (0,9375)2 = rj,11 qurğu üzrə
= 0,11 x 80 = 8,8 MVAr
15 MVAr (tutumlu) = - 0,1875 qurğu üzrə - 0,1875
0,1475 x - 0,1875 = - 0,028 qurğu üzrə 0,1475 x(-0,1875)2 = 0,005 qurğu üzrə
= 0,005x80 = 0,4 MVAr
Birinci uyğunlaşmaya əsasən terminal gərginlikləri nominal gərginliklərin əvəzinə tətbiq olunur (qurğu üzrə 1,000):
[i] = 0,9375/0,937 = 1,001
Reaktiv enerji istehlakı və hesab gərginlik düşgüsü aşağıdakı kimi dəyişir
– reaktiv istehlak 0,1255 ´ (1,001) x 80 = 10,1 MVAr;
– gərginlik düşgüsü, hissə (II) 0,6 x 0,1255 x 1,001 = 0,075 qurğu üzrə.
Kondensator xaricdən birləşdirilən zaman (mənfi gərginlik düşgüsü) üçlü gərginlik düşgüsü yaranır. Kənarlar müəyyən edilən müqavimətə malikdir. Yük cərəyanı gərginliyə nisbətdə artır və yaranan reaktiv enerji gərginliyin kvadratı həcmində artır. Yeni normalar aşağıdakı kimi olur:
T xətti, birləşən enerji axını
Reaktiv enerjinin həcmi
(I)-dən həcm (I) hissədə qurğu üzrə cərəyan
-0,1875 x 1,036 = -0,194 (1,036) x 15 = 16,1 MVAr 0,1475 x (-0,194) x 80 = 0,4 MVAr 0,1475 x -0,194 = -0,029 qurğu üzrə
45 + 10,1 - 16,1 + 0,4 = 39,4 MVAr 60 MW və 39,4 MVAr = 71,8 MVA 0,897
0,547 x (-0,0155) x 0,896
-0,0155 x (0,897) x 80 = -0,008 qurğu üzrə
Gərginliklərin ikinci qiymətləndirilməsi aşağıdakı kimi olur
– terminal (II) 1,008 - 0,075 = 0,933 qurğu üzrə;
– terminal (III) 1,008 + 0,029 = 1,037 qurğu üzrə.
Əgər digər təkrarlanma olarsa, dəyişiklik yalnız 0,001 səviyyəsində ola bilər. Lakin ədədi dəqiqliyin o səviyyəsində, transformatorun əsas modelində və hesablama prosedurlarında uyğunlaşmalar cüzi deyildir.
Müqayisə üçün, standart proqram təminatı (kompleks rəqəm cəbri) ilə kompüter hesablaması aşağıdakı nəticəni verir
U(II) = 0,93 qurğu üzrə; U(III) = 1,04 qurğu üzrə.
Birləşən yük itkisi, əl ilə hesablanan hissə cərəyanından istifadə etməklə aşağıdakı kimi olur:
– hissə (I) 0,099 x (0,897) = 0,079 %;
– hissə (II) 0,277 x (1,001) = 0,277 %;
– hissə (III) 0,613 x (0,195) = 0,023 %.
Həcm bu cür olur: 0,379 % = 303 kW, say 300 kW.
7.9 Birləşən yük itkisinin hesablanmasının nümunəsi və itkilərin avto-birləşən üçsarğılı transformatorda fərdi sarğılara ayrılması.
Transformator 350/350/120 MVA YNauto d ONAF kimi müəyyən edilir. Nominal gərginlik 380-dır və /132/33 kV qaydasındadır.
ONAN havalandırıcısı altında (ventilyatorlar işləmir), istilik işləməsi sınağı bütün terminallarda 50 faiz nominal enerji ilə müəyyən edilir: 175/175/60 MVA və minimum keçidə, 330 kV, birləşdirilən keçid ilə 380 kV sarğı ilə. İstilik sınağı üçün birləşən güc itkisinin hansı normaları tətbiq olunur və transformatorun fərdi sarğılarında hansı itkilər ayrılır?
İkisarğılı ölçmələr meəyyən olunan temperaturda yenidən hesablanmaqla aşağıdakı nəticələri verib:
H,X 330/132 kV, 350 MVA, 1118 kW
H,T 330/33 kV, 120 MVA, 255 kW (350 MVA → 2169 kW)
X,T 330/33 kV, 120 MVA, 233 kW (350 MVA → 1982 kW)
Yuxarıdakı sonuncu sütunda, üçlü dolağını cəlb edən iki sınaq nəticələri də həmçinin S' = 350 MVA ümumi müyyən güc normasına (qeyri-real) hesablanıb.
Avto-birləşən α amili (330 – 132)/330 = 0,600 səviyyəsindədir.
(74) tənliklərə əsasən, üç fiziki sarğı üçün ayrılan itkilər aşağıdakı kimi olur:
C ümumi dolağına tətbiq olunan enerji norması aşağıdakı kimi bildirilir
Üç fiziki sarğılarda ayrılan itkilər və birləşən üç sarğılı yük itkiləri aşağıdakı kimi olur
(70) tənliklərə əsasən birləşən üçsarğılı yük itkisinin birbaşa hesablanması aşağıdakı nəticəni verir:
Yəni eyni həcm, lakin fiziki cəhətdən sarğılar (seriyalı, ümumi, üçlü) arasında real altbölmə mövcud olmadan.
8 NOMİNAL KƏMİYYƏTLƏRİN VƏ KEÇİD
KƏMİYYƏTLƏRİN XÜSUSİYYƏTLƏRİ
Bu alt bənd transformator üçün xidmət şəraitləri arasında əlaqəni və nominal kəmiyyətlər (və ya keçid kəmiyyətləri) adlanan, müəyyən edilən və zəmanət verilən parametrləri izah edir: nominal güc, nominal gərginlik və nominal cərəyan. Anlayışlar üçün, IEC 60076-1-ə baxın.
Prinsipcə, nominal kəmiyyətlər (transformatorun əsas şaxələnməsinə istinad etməklə) və keçid kəmiyyətləri (digər şaxələnmələr üçün analoq parametrlər) müəyyən olunan güc, gərginlik və cərəyan ilə bağlı sınaqlar üçün istinadlardır. Onlar proses zamanı ötürücü güc ilə və gərginliyin, cərəyanın müvafiq normaları ilə qarışmamalıdır.
Əksinə bu, real xidmətdə yükləmənin tələblərindən lazımi qədər yüksək olmayan, lakin kifayət edən nominal və keçid kəmiyyətləri üçün ədədi normaları düzgün tərzdə müəyyən etmək məqsədilə istifadə olunan mürəkkəb məntiqi prosedurdur. Qeyd etmək lazımdır ki, bütün sahələrdə müxəlif xidmətlərin kombinasiyaları mövcuddur, lakin müəyyən edilən kəmiyyətlər yalnız seçilən məlumatların bir toplusunu əks etdirir. Buna baxmayaraq,bu toplu imkan verilən xidmət şəraitlərini əhatə edir.
Bu təhlil üçün tövsiyyə edilən sistematik prosedur aşağıda təsvir edilir və praktiki nümunə ilə göstərilir.
8.2 Qiymətlərin və keçidlərin standart xüsusiyyətləri, keçid diapazonunun genişliyinin təsiri
Burada məqsəd şaxələnməyə malik olan transformatorların müəyyən edilməsi və alınması zamanı hər bir spesifik halda tam təhlili tövsiyyə etmək deyil. Bu rasional standartlaşdırmanıın prinsiplərinə zidd olardı. Milli standartlarda, tövsiyyə olunan dərəcələnmələrin cədvəllərini təmin etmək adi haldır. Bu, istifadədə müxtəlif sistemlərin gərginlik səviyyələri üçün adi xidmətləri, gərginlik səviyyələrinə uyğunlaşan nominal gərginlikləri və keçid hüdudları 1:1,25 və ya daha böyük addımlar ilə (IEC 60076-1-in 4.3-nə baxın), nominal güclərin üstünlük verilən normalarının seriyasını özündə əks etdirir.
Bu cür standartl məlumatların məqsədi digər məsələlər ilə yanaşı, xüsusən də onların digər qurğular ilə paralel fəaliyyəti tələb olunan zaman transformatorların yerdəyişməsini asanlaşdırmaqdır,. Paralel fəaliyyət ilə bağlı problemlərdən bənd 6-da bəhs edilir.
Yaxşı təşkil olunan transmissiya və paylayıcı sistem elə quraşdırılır və elə yolla istifadə edilir ki, yüngül və ağır yükləmə arasında xidmətin real dəyişiklikləri kifayət qədər kiçik olsun. Buna yüksək və alçaq gərginlik səviyyələrinin uyğunluğu və reaktiv enerji axınının düzgün idarə olunması ilə nail olunur. Ona görə də, normal xidmət zamanı nisbətə nəzarət üçün lazım olan keçid hüdudu müvafiq olaraq məhdudlaşdırılır.
Lakin müvafiq sistem komponentləri (xətlər, transformatorlar) müəyyən olmayan zaman, qeyri-normal şəraitləri də nəzərə almaq lazımdır. Bu cür fövqəladə hal və xidmət zamanı, transformatorda gərginlik nisbətinin dəyişməsinin geniş hüduduna ehtiyac ola bilər.
Həmçinin ola bilər ki, bir və eyni standart gərginliyinə malik sistemin və ya yanaşı sistemlərin müxtəlif hissələri ənənəvi olaraq müxtəlif gərginlik səviyyələrində işləsin.
Transformatorların mübadiləsini mümkün etmək üçün, bu geniş keçid hüdudu üçün tətbiq edilə bilər.
Lakin, nizamlama dolağı boyunca keçici gərginlik düşgüsünə görə, transformatorda keçidlərin geniş hüdudu yalnız artan istehsal xərclərini və bəzən yüksək itki rəqəmlərini deyil, eyni zamanda, kəskinləşən dizayn çətinliklərini və xidmət qüsuru riskini özündə cəmləşdirir.
Ziddiyyətli mülahizələrə görə, aydındır ki, bu standartda keçid hüdudunun genişliyi üçün heç bir universal tövsiyyə verilə bilməz. Təhlil metodunu göstərən bu nümunə yalnız praktiki halı əks etdirir, lakin ümumi tövsiyyəni əks etdirmir.
8.3 Nominal və şaxələnən kəmiyyətlərin müəyyən edilməsi üçün prosedur
8.3.1 Ümumi ehtimallar
Transformator iki əsas dolağa malikdir. Bu sarğılardan biri şaxələnməyə malik olur.
Qeyd etmək lazımdır ki, bu terminologiya transformatorun gərginliklərindən biri ilə birləşən bütün dönmələrin toplusu kimi dolağa aiddir (IEC 60076-1-də 3.3.1-ə baxın). Sarğı bir neçə ayrı-ayrı silindrlərdən və ya disklərdən ibarət ola bilər. Əgər sarğı şaxələnirsə, bu o deməkdir ki, o yenidən qoşula bilər ki, onun dönmələrinin effektiv sayı dəyişə bilsin.
IEC 60076-1 kontekstində şaxələnmə abstrakt anlayışıdır və dolağın birləşmə vəziyyəti mənasını verir. Bu, dönmələrin müəyyən effektiv sayı və müəyyən şaxələnmə gərginliyi ilə identifikasiya edilir. Keçid gərginliyi spesifik şaxələnmə üçün hansı mənaya malikdirsə, nominal gərgiklik də əsas şaxələnmə üçün həmin mənaya malikdir.
Şaxələnən dolağın fiziki olaraq necə dizayn edilməsi hazırki müzakirələr üçün əhəmiyyətsizdir. Ola bilər ki, sarğıların şaxələnən hissəsi ayrıca fiziki hissə kimi təyin edilsin və dolağın əsas hissəsi ilə birləşdirilsin. Birləşmə ya daimi, yada şaxələnmə dəyişdiricisi ilə dəyişə bilən ola bilər. “Xətti”, “plus-minus”, “qeyri-dəqiq”kimi terminlər tənzimləmə təşkilində alternativ mənalarda işlənir.
Əgər iki əsas dolağı əlavə olaraq, transformator stabilləşmə dolağı yaxud kiçik köməkçi sarğı ilə təchiz edilirsə, bu, müzakirə məsələsi deyil.
Lakin iki və ya daha çox sarğı cütlükləri boyunca enerji axınına malik olan çoxsarğılı transformator təhlilin əhatə dairəsindən kənarda qalır.
Aktiv enerjinin iki sarğı arasında axdığı istiqamət bilinməlidir. Əgər axın geriyə qayıdandırsa, hər iki hal ayrı-ayrılıqda nəzərə alınmalıdır.
Bundan əlavə, təhlil tamamlanmadan öncə, iki sarğıdan hansının şaxələnən sarğı olması məlum olmalıdır. Ümumilikdə, bu, nəzərdə tutulan qurğunun şəraitləri ilə deyil, texniki mülahizələr və istehsalçının dizayn standartları ilə müəyyən edilir (6.4-ə baxın).
Təhlillər ilk öncə dəyişmənin qəbul edilən hüdudlarının əhatəsini əks etdirən bütün müxtəlif yükləmə hallarını nəzərə alır. Hər bir hal aktiv və reaktiv yükləmə gücü və ya müəyyən olunan güc və ya güc amilinin normaları ilə müəyyənləşdirilir. Bundan əlavə, hər iki dolağın terminallarında gərginlik normalarının hüdudu mövcuddur və bu sarğılarda yükləməni tamamlamaq mümkündür.
Bütün yükləmə şəraitlərində orta gərginlik normaları, transformatorda gərginlik düşgüsünü əlavə etməklə ekvivalent qeyri-yük gərginlikləri ilə əvəz edilə bilər. Bu standartda təfsilatlı təsvir olunan bu prosedur üçün, transformatorun qısa qapanma müqavimətinin normasını bilmək lazımdır.
Ən sadə halda, xüsusiyyətlər bir az, bir çox yüklü və ya yüksüz hal ilə müəyyən edilir.
Yükləmənin müxtəlif növlərinə uyğun olan böyük sistemli transformatorlar kimi mürəkkəb hallarda tövsiyyə olunur ki, tender xüsusiyyətləri üçün dərəcələr müəyyən edilməzdən əvvəl, yükləmənin bilinən halları əsasında transformatorun spesifikasiyası ilə bağlı istehsalçı ilə müzakirələr aparılsın. Bu ona görədir ki, transformatorun müəyyən edilən spesifikasiyası sarğı təyin edilməsini çətinə sala bilər ki, bu da öz növbəsində lazımsız texniki çətinliklərə və ya uğursuz dizayna səbəb ola bilər.
8.3.2 Prosedurun ümumi çevrəsi
– Hər bir yükləmə halı üçün, yük cərəyanı, müəyyən çıxış enerjisindən və orta gərginlikdən hesablanır. Yükləmə hallarının hər hansı biri zamanı maksimum norma qeyd olunur.
– Müəyyən yükləmə hallarında transformatorda gərginlik düşgüsü birinci qiymətləndirilməlidir ki, çıxış terminallarında orta gərginliyi müvafiq qeyri-yük gərginliyinə çevrilsin.
– Hər hansı bir yükləmə halları zamanı transformatorun hər iki tərəfi üçün ekvivalent qeyri-yük gərginliyinin maksimum və minimum normaları qeydə alınır (şəkil 30a-ya baxın).
– Hər bir yükləmə halı üçün gərginlik nisbətinin maksimum və minimum normaları qeydə alınır və bu nisbətlərin ifrat halları göstərilir. Bu, ümumi ifrat gərginliklərin diaqonal kombinasiyaları ola bilməz, çünki əsas və orta gərginliklər yüngül yük və ağır yük arasında qarşı istiqamətlərdə tam həcmdə dəyişmir (şəkil 30b-ə baxın).
– Dönmə nisbətləri haqda məlumatdan istifadə etməklə, əsas dolağın giriş cərəyanı hesablanır. Maksimum norma qeyd olunur.
Bu mərhələdə, aşağıda qeyd olunan altı lazımi parametrlər müəyyən edilir. Onlar transformatorun elektrik dizaynını müəyyən edir:
– maksimum əsas gərginlik;
– maksimum orta gərginlik;
– maksimum gərginlik nisbəti;
– minimum gərginlik nisbəti;
– maksimum əsas cərəyan;
– maksimum orta cərəyan.
Onları birləşdirmək üçün indi hansı dolağın şaxələnən sarğı olmasını bilmək lazımdır.
– Şaxələnməyən dolağın nominal gərginliyi transformatorun həmin tərəfində maksimum gərginlik ilə müəyyən edilir (şəkil 30c-ə baxın).
– Şaxələnən sarğı tərəfdə nominal gərginlik hüdudu sonrakı izahda göstərildiyi kimi korelyasiya olunmuş gərginlikdən və nisbət parametrlərindən müəyyən edilir (şəkil 30c və 30d-ə baxın).
Bu, gərginlik dəyişməsinin prinsipinə uyğun olaraq şaxələnmələrin spesifikasiyasına səbəb olur.
– Şaxələnməyən sarğı üçün yük cərəyanının maksimum norması prinsipcə, nominal gərginlik ilə birgə transformatorun nominal gücünü müəyyən edir.
Başqa cür müəyyən edilməyənə qədər, bütün şaxələnmələr tam enerji şaxələnmələri olmalıdır (IEC 60076-1-in 5.2 və 5.3-nə baxın). Lakin transformatorun artıq ölçülməsinə yol verməmək üçün, bu əsas qaydadan çəkinmək lazımdır. Beləliklə şaxələnən sarğıda şaxələnən gərginliklərin artması üstəgəl şaxələnmə hüdudunun sonuna doğru kəsilə bilər (birləşən gərginlik dəyişməsi). Beləliklə, mənfi şaxələnmə sona doğru nominal cərəyanların artması, maksimum cərəyan şaxələnməsinin tətbiq edilməsi ilə kəsilir. Bu o deməkdir ki, bu ifrat şaxələnmələr üçün nominal enerji normaları transformatorun tam nominal gücü olan orta hüdudda normalar ilə müqayisədə azalır.
– Əsas şaxələnmə şaxələnmə hüdudunun ortasında seçilir. Bu şaxələnmədə şaxələnən sarğı üçün nominal gərginlik və cərəyan daha sonra dərəcələnən kəmiyyət olur.
– Parametrlərin tam toplusu sonda spesifikasiya üçün cədvəldə toplanır.
Bu müxtəlif addımların aşağıdakı bəndlərdə praktiki nümunə ilə təfsilatları verilir.
8.4 Prosedurun təfsilatları, addım-addım
Metodun ümumi formada təsviri ilə yanaşı praktiki nümunə göstərilir.
115 kV sistemdən 20 kV sistemə çevrilmə. Əsas gərginlik 107 kV-dan 123 kV-a, sistemin Um maksimum yolverilən normasına çatır. Orta gərginliyin yüksüz 20 kV olması tələb olunur və bunun 1 000 A olması müəyyən edilən tam yük cərəyanında transformatorda gərginlik düşgüsünü kompensasiya etmək üçün 22 kV yüksüz gərginliyinə qalxması nəzərdə tutulur. (Əgər transformatorda gərginlik düşgüsü 1 kV olursa, real orta gərginlik 21 kV olur).
Sadələşdirmə üçün, başdan nəzərdə tutulur ki, yüksək gərginlikli sarğı sistemdən aktiv elektrik enerjisini qəbul edən əsas sarğıdır. Bu sarğı həmçinin şaxələnən sarğıdır. Alçaq gərginlikli sarğı şaxələnməyən sarğıdır. Aşağıda, vacib olduğu zaman əsas və orta dolağa yaxud da şaxələnən və ya şaxələnməyən dolağa istinad edilir.
Ona görə də, eyni prinsipə əməl etməklə təhlil aparmaq asan ola bilər, hətta əgər transformator yüksək güclü transformator olarsa və ya əgər alçaq gərginlikli sarğı şaxələnən sarğı olarsa.
8.4.1 Gərginlik düşgüsünün və ya ekvivalent yüksüz gərginliyin hesablanması
(Bunun təfsilatları burada verilmir, yalnız tamlığa istinad edilir.)
Transformatorun orta terminallarında U2 gərginlikdə orta tərəfdə yükləmə (S, f) olur. Müvafiq yük cərəyanı asanlıqla hesablanır. Yük həmçinin ZL-ə bərabər müqaviməti təmsil edir:
Haradakı S, mV ilə, U2, kV ilə olur və ZL om ilə ifadə olur. Bu formula həm birfazalı, həm də üçfazalı yüklər üçün etibarlıdır.
Transformatorun qısa qapanma müqaviməti bənzər, mövcud qurğulardan qiymətləndirilə bilər.
Bunun dəyəri bu məqsəd üçün çox kritik deyil. Adətən, faiz müqaviməti qiymətləndirilir.
Om ilə ifadə olunan qiymət, transformatorun orta tərəfinin müəyyən olunan qiyməti ilə çoxaltma vasitəsilə əldə olunur.
Gərginlik düşgüsünün və müvafiq yüksüz gərginliyin hesablanması bu bələdçinin 7-ci bəndində təsvir olunur.
8.4.2 Gərginlik nisbətinin dəyişmə hüdudu
Yükləmə halının hər biri həmçinin tətbiq olunan əsas və orta tərəf gərginliklərinin və ya yükün göstərildiyi gərginlik hüdudunun bildirişinə malikdir. 8.4.1-ə əsasən, orta tərəf gərginlikləri ekvivalent qeyri yük gərginliyinə çevrilir. O halda müvafiq dönmə nisbəti dəyərləri tapıla bilər. Yuxarıda və aşağıda nisbətlər qeyd olunur. Bu, şəkil 30b-də göstərildiyi kimi U1max /U20 min, and U1min / U20max deyil.
Artıq nisbətlər tələb olunan şaxələnmə hüdudunun müvafiq genişliyini göstərir. Əgər bu qeyri-adi qaydada böyük olursa, yükləmə halları ilə bağlı ilkin ehtimalları dərindən öyrənmək məsləhət görülür. Prosedurun sonunda,göstərilən hüdud, mövcud standart sistemə qədər modifikasiya edilə bilər.
Gərginliklərin həddən artıq kombinasiyaları bu halda olur
nmax = 123/20 = 6,15 and nmin = 107/22 = 4,864
Burada ekstremal kombinasiyalar üçün məhdudiyyətlər təsvir olunmamışdır.
8.4.3 Şaxələnməyən dolağın nominal gərginliyi
Yüksək gərginlikli əsas dolağın şaxələnən sarğı olması və alçaq gərginlikli orta dolağın şaxələnməyən sarğı olması ehtimal olunur. Bunun tətbiq olunub olunmamasından asılı olmayaraq, prinsipcə aşağıdakı prosedur keçirilə bilər.
Şaxələnməyən dolağın nominal gərginliyi, U2r, prinsipcə həmin sarğıda hər hansı yük şəraiti üçün yüksək qəbul olunan gərginlik ola bilər (əgər o əsasdırsa, tətbiq olunan gərginlik, əgər o ortadırsa, ekvivalent induksiyalı gərginlik) (şəkil 30c-ə baxın).
IEC 60076-1 bildirir ki, transformator 5 faiz artıq gərginlik ilə zədələnmə olmadan davamlı xidmət göstərməyə qadirdir. Bu normal xidmətdə sistematik olaraq istifadə etmək mənası vermir. Bu, məhdud zaman ərzində müvafiq xidmət halları zamanı istifadə üçün saxlanmalıdır, misal üçün fövqəladə xidmət və ya həddən artıq yüklənmə zamanı. Əgər bu təhlildə yüksək yük halı həmin xarakterdədirsə, nominal gərginlik rəqəmlərini bu dözümlülük hüdudu çərçivəsində aşağı salmaq məqsədəuyğundur.
Şimalı Amerikada gərginlik dərəcələnməsi elədir ki,
a) transformator 80 faiz və ya göstərilən temperatur qalxmalarını keçmədən 105 faiz orta gərginlik ilə daha yüksək geriləmə güc amilində dərəcələnən MVA ilə çıxışa çatmaq qabiliyyətinə malikdir;
b) transformator a) şəraiti üçün tələb olunan əsas gərginlik ilə və ya zəmanət verilən temperatur qalxmalarını keçmədən 110 faiz dərəcələnən gərginlik və ya daha yüksək gərginlik ilə yüksüz fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Bu nümunədə, nominal orta gərginlik (şaxələnməyən sarğı) 22 kV olmalıdır.
8.4.4 Şaxələnən sarğı üçün şaxələnən gərginliklərin hüdudu
Ən aşağı lazımi nominal gərginlik U1min = nmin ´ U2r olur (şəkil 30 c-ə baxır).
Ən yüksək nominal gərginlik U1max = nmax ´ U2r ola bilər.
Əgər sabit axın gərginlik dəyişməsinin (CFVV) prinsipinə əməl olunursa, bu haldır, lakin bu lazımi qaydada belə deyil. Şəkil 30c-dəki nümunə CFVV-in qeyri-real yüksək maksimum nominal gərginliyə səbəb olma halını göstərir və hətta sistem üçün tətbiq olunan Um, avadanlıq üçün yüksək gərginlikdən yüksək ola bilər. (Texniki baxımdan, özək saturasiyası üçün hər hansı bir məhdudiyyət olmur, lakin izolyasiya koordinasiyası baxımından sistemdə artıq gərginliyə yol verilmir). O halda, maksimum nisbət şaxələnməyən sarğıda tam nominal gərginlik ilə birləşə bilmir. Ən yüksək plus şaxələnmələri yalnız azalan orta gərginlik ilə istifadə oluna bilər. Nəticə etibarı ilə orta dolağın nominal gərginlikləri həddən artıq plus şaxələnmələrində nominal gərginlikdən aşağı qeyd olunur, lakin əsas nominal gərginliklər maksimum tətbiq olunan gərginlik səviyyəsində sabit saxlanılır (şəkil 30d-ə baxın).
Bu o deməkdir ki, transformator birləşən gərginlik dəyişməsinin (CbVV) prinsipinə əsasən müəyyən edilir (IEC 60076-1-in 5.2-ə baxın). Nöqtə üzərində dəyişmə (şəkil 31-ə baxın) maksimum gərginlik nominalı adlanır. Bu nöqtədən kənarda şaxələnmələr azalan şaxələnmə enerjisinə malikdir.
Kəsilən, maksimum şaxələnən sarğının gərginliyi şaxələnməyən dolağın dərəcələnən gərginliyi ilə əlaqədar gərginlik nisbəti ilə bildirilə bilər:
Əsas dolağın ən alçaq nominal gərginliyi 4,864 x 22 = 107 kV-dir.
Ən yüksək nominal gərginliyi 6,150 x 22 = 135,3 kV olur.
Lakin bu yolverilməzdir; maksimum gərginlik şaxələnməsi 123 kV-də tətbiq olunmalıdır.
QEYD – Lakin qeyri-yük halında, 123 kV-dan yüksək olan şaxələnmə hüdudundan asılı olaraq gərginliklərə yol verilir.
Müvafiq nu nisbəti 123/22 = 5,591.
Bu mərhələdə, əsas dolağın nominal gərginliyini 4,864-dən 6,150-ə olan və ya 5,507 nisbətin hüdudunun ortasında müəyyən etmək mümkündür. Daha sonra 5,507 x 22 = 121,15 kV.
8.4.5 Nominal cərəyan və nominal enerji gücü
Buna başlamazdan əvvəl, qeyd olunmalıdır ki, nominal cərəyan və nominal enerji gücü davamlı müəyyən edilir. Davamlı nominal enerji gücü, müqavimət və itkilər üçün ümumi istinad kimi istifadə edilir (IEC 60076-1-in 4.1 və 4.2-ə baxın). Bu həmçinin davamlı iş zamanı temperatur qalxmasının məhdudiyyətləri ilə bağlıdır. Digər tərəfdən, real yükləmə günbə gün, ilbə il dəyişən olur. Nominal enerji gücündən kənarda müvəqqəti yükləmə mümkündür və transformatorun tələb olunan gərginlik nizamlama hüduduna təsir edə bilər.
Vaxtla dəyişən yükü ekvivalent davamlı yükə necə çevirməyin metodu yağla işləyən transformatorlar üçün IEC 60354-də və quru-növlü transformatorlar üçün IEC 60905-də göstərilir.
Tələb olunan davamlı yük gücü, yük cərəyanının spesifik normasını göstərir. Gərginlik alçaq olan zaman bu norma yüksək olur və transformator müvafiq olaraq ölçülməlidir.
Şaxələnməyən sarğıda hər hansı bir yükləmə halı üçün baş verən ən yüksək norma bu dolağın nominal cərəyanıdır. (Nümunədə, bu orta aşağı gərginlikli sarğıdır).
Nominal gərginlik ilə birgə, bu nominal cərəyan, nominal enerji gücünün, Sr, normasını müəyyən edir.
Hesablanan dəyər bu mərhələdə müvafiq olaraq yuvarlaqlanır.
Transformatorun çıxış gərginliyinə baxmayaraq, orta yük cərəyanı başdan 1 000 A kimi müəyyən edilir. Bu dərhal (şaxələnməyən) orta dolağın nominal cərəyanı olur.
Əsas şaxələnən dolağın nominal cərəyanı əsas şaxələnmədə nisbət ilə hesablanır: 1 000/5,507 = 181,6 A.
Lakin bu, əsas sarğı üçün ölçmə cərəyanı deyil. Ən yüksək nominal cərəyan, minimum şaxələnmə gərginliyində baş verir, 107/22 kV: nisbət 4,864 kombinasiyasında.
Ona görə də, I1 maks = 1 000/4,864 = 205,6 A.
8.4.6 Optional maksimum cərəyan şaxələnməsi, azalan enerji şaxələnmələri
Prinsipcə, nominal elektrik enerjisi ən azı şaxələnən hüdudun mühüm hissəsi üzrə tətbiq olunur. Şaxələnən sarğıda bu o deməkdir ki, nominal cərəyanlar nominal gərginliklər ilə intensiv olaraq dəyişir.
Şaxələnən hüdudun alçaq gərginlikli sonuna doğru, bu bəzi hallarda daha yüksək nominal cərəyan normaları ilə nəticələnir və bütöv dolağın istənilməyən artıq ölçülməsini əks etdirir. Daha sonra, maksimum cərəyan şaxələnməsi adlanan müəyyən nöqtədə dəyişməni dayandırmaq qərara alına bilər. Buradan, nominal cərəyan normaları şaxələnən sarğıda sabit saxlanılır və şaxələnməyən sarğı üçün müvafiq normalar uyğun şəkildə nəzərdən keçirilir. Bu şaxələnmələr daha sonra nominal enerjini azaldır (şəkil 32-ə baxın).
Bu nöqtədə nominal gərginlik nisbəti ni olur:
Axın sıxlığının azaldığı zaman maksimum gərginlik şaxələnməsindən yuxarı şaxələnmələr də azalan enerji şaxələnmələridir.
Bu transformator birləşən gərginlik dəyişməsinin prinsipinə uyğun olaraq müəyyən edilir. Yüksək plus şaxələnmələr 123 kV-də əsas şaxələnmə gərginliklərini kəsir və ona görə də, orta şaxələnmə gərginlikləri dəyişmə nöqtəsi üzərində şaxələnmələr üçün azalır.
Bu şaxələnmələr azalan enerji şaxələnmələri olur, çünki dolağın nominal cərəyanı 1 000 A-da sabit qalır.
Minus şaxələnmə hüdudunda maksimum cərəyan şaxələnməsindən istifadə etmək seçimi (əsas dolağın nominal cərəyanlarının məhdudlaşdırılması) bu nümunədə istifadə edilmir.
1 A indeksi şaxələnən dolağa aid edilir. B indeksi şaxələnməyən dolağa aid edilir.
2 CFVV-dan (sabit axın) VFVV-a (dəyişən axın) dəyişmə nöqtəsi plus şaxələnmə hüdudunda göstərilir.
Bu, dəyişmə nöqtəsi üzərində şaxələnmələr üçün UA sabit maksimum gərginlik şaxələnməsini təşkil edir, lakin artmır.
3 Maksimum cərəyan şaxələnməsindən əlavə, sınma nöqtəsi minus şaxələnmə hüdudunda göstərilir (maksimum cərəyan şaxələnməsindən aşağı şaxələnmələr üçün IA sabit, artmayan,)
8.4.7 Şaxələnən kəmiyyətlərin cədvəlinin tamamlanması, əsas şaxələnmənin seçilməsi
Bu mərhələdə, maksimum və minimum gərginlik nisbəti tapılır. Bunlar arasında iki nisbət var, hansında ki, şaxələnən sarğıda şaxələnən gərginlik və nominal cərəyanın dəyişmə nöqtələri yerləşir. Dəyişmə nöqtələri arasında hüdud vasitəsilə, dərəcələnən enerji tətbiq olunur. Hüduddan kənarda, nominal enerji hər iki sonluqlara doğru şaxələnir.
Əsas şaxələnmə mərkəzi, şaxələnmələrin tam enerji hüdudu daxilində və tam şaxələnmə hüdudunun orta nöqtəsində yerləşir.
Əsas şaxələnmədə şaxələnən dolağın nominal gərginliyi və nominal cərəyanı şaxələnən sarğı üçün dərəcələnən kəmiyyətə qaldırılır.
Tam şaxələnmə hüdudunun ortasında əsas dolağın əsas şaxələnməsinin spesifikasiyası 5,507: 121,15 kV-də verilib.
Şaxələnmə cədvəlinin layihəsi indi hazırdır. Bunu tamamlamaq və şaxələnmə faizlərinin bir sıra standart toplusu üçün şaxələnmə dəyişdiricisində müvafiq pillələrin standart sayı ilə uyğunlaşdırılması lazımdır.
CbVV ilə tənzimlənən transformatorda gərginliklər və cərəyanlar cəm şəklində cədvəl 4-də göstərildiyi kimidir.
Şəkil 4 – Birləşən gərginlik dəyişməsi: şaxələnmə kəmiyyəti
Nümunədəki transformator üçün, sifariş sorğusu üçün uyğun olan normalar aşağıdakı kimidir:
– gərginlik nisbəti: 121 ± 8 x 1,5 %/22 kV
– tənzimləmə: CbVV; maksimum gərginlik 123 kV
Bu alt bənddə göstərilən transformatorun parametrləri cədvəl 5-də göstərildiyi kimi cədvəlləşdirilir. Bu cədvəl həmçinin mümkün son nəticəni göstərir və bu nəticə ilə, yəni əsas nominal gərginliyə cüzi dəyişiklik etməklə və 16 mərhələdən, 17 mövqeli şaxə-dəyişdiricisindən istifadə etməklə transformator müəyyən edilə bilər.
9 STANDART TRANSFORMATORLAR İLƏ KONVERTOR TƏTBİQ EDİLMƏSİ
IEC 60076-1-in 1-ci bəndində qeyd olunur ki, statik konverterlər üçün transformatorlar xüsusidir və IEC 60076-in bütövlüklə tətbiq olunduğu elektrik transformatorlarının ümumi kateqoriyasına aid deyil. IEC 61378-1-ə baxın.
Bu müddəa orta ölçülü, ümumi məqsədli kataloq standartlı elektrik transformatorları konvertor tətbiq etmələri üçün istifadə olunan zaman görülməli olan tədbirləri göstərir. Burada iki mülahizə var:
– təhrif edilən gərginliyin təsiri;
– təhrif edilən cərəyanın təsiri.
9.1 Təhrif edilən gərginliyin təsiri
Konvertor konturunu ümumi enerji sistemindən qidalandıran transformator cüzi təhriflə (özək itkisinə və özək istilənməsinə təsir ilə bağlı) tətbiq olunan gərginliyə malikdir.
İnventor dairəsindən enerji alan transformator vaxtaşırı dəyişən kompleks gərginlik dalğa formasına malikdir. Ümumi bildiriş kimi, özəkdə axının dalğa forması tətbiq olunan gərginliyin ayrılmaz funksiyası olmaqla gərginlik dalğa formasından daha az təhrif olunur. Axın sıxlığının amplituda normasını müəyyən edən əsas gərginlik parametri gərginliyin r.m.s. norması yox, orta normasını təşkil edir. Gərginliyin real axın forması bu cür tətbiq etmə üçün sorğu ilə təqdim olunmalıdır. Lakin transformatorun gərginlik ilə müqayisədə dərəcələnməməsi bir qayda olaraq vacibdir.
Bir çox invertor dairələri təhcizat sisteminin tezliyindən fərqli tezlik ilə, bəzən hətta dəyişən tezlik ilə çalışır. Əlbəttə, bu, sorğuda vurğulanmalıdır.
Qeyri-mükəmməl yanğın nəzarəti səbəbindən inverterdən tətbiq olunan dalğa formasının asimmetriyası xüsusi problem ola bilər. a d.c. komponentinə görə, bu saturasiyaya səbəb ola bilər.
9.2 Təhrif edilən cərəyanın təsiri, ümumi
Təhrif olunan cərəyan dalğa forması sarğılarda burulan itki və metal mexaniki hissələrdə qeyri-müəyyən itkilərə görə transformatorda əlavə itkilərin artmasına səbəb ola bilər. Hər iki növ itki sızma axınının vaxt törəməsinin kvadratı ilə bağlıdır və öz növbəsində, sızma axını sarğı cərəyanına proporsionaldır. Təhrif edilən cərəyanın digər təsiri daha yüksək tezliklərin daha çox səsinə malik olan transformatordan daha yüksək eşidilən səs səviyyəsidir.
Əlavə itkilərin çoxalması daha yüksək orta temperaturun qalxmasına səbəb olur. Bu, se üzrə mübahisəli ola bilər, lakin daxili isti sahələrdə temperaturların daha da qalxması səbəbindən zərər dəymə riski artır. Alt müddəalarda bundan bəhs edilir.
9.3 Sarğılarda ümumi burulğan itkiləri
Sarğılarda burulğan itkilərin hesablanması adətən harmoniyalı spektronun köməyi ilə həyata keçirilir və spektron sorğuda mükəmməl şəkildə təqdim olunmalıdır.
Dairəvi və ya düzbucaqlı keçiricilər ilə hazırlanan sarğılar üçün, harmoniyalardan xüsusi burulğan itkiləri tezliklərin kvadratı ilə qalxır. Ij amperlərinin r.m.s. dəyərinə malik olan j harmoniyası aşağıdakı kimi yazıla bilər:
Sarğıda ümumi cərəyan spektronundan ümumi burulğan Pe itkisinə şərti hesablama ilə nail oluna bilən Pe1 fundamental enerji tezliyi üçün burulğan itkinin çoxluğu kimi vurğulanır. Yük nisbətən yaxşı hamarlanan d.c. cərəyana malik konvertor olduğu zaman Pe /Pe1-in tipik dəyərləri 2-3 hüdudundadır. Prinsipcə, üçfazalı konvertor dairələri yalnız müəyyən harmoniyalara malikdir. İdeal dalğa formasının kommutasiya reaktiv müqaviməti vasitəsilə dairələnməsinə görə daha yüksək harmoniyalar kiçilir. Əlavə məlumat üçün konvertor dairələri ilə bağlı ədəbiyyata baxın.
Yuxarıda qeyd olunan nəzəriyyə və qiymətləndirmə yalnız dairəvi və düzbucaqlı konduktorların sarğıları ilə bağlıdır. Transformatorun tam enli folqa sarğıları folqa sarğılarının kənarlarına doğru cərəyan konsentrasiyası təmin edir və ona görə də, nəzəriyyə daha mürəkkəbdir. Əgər konvertor yükləməsi üçün bu cür transformator tətbiq olunursa, istehsalçıdan dizaynın uyğun olmasını təsdiqləmək xahiş edilə bilər.
9.4 Mexaniki hissələrdə qeyri-müəyyən itkilər
Burulğan itkilərdən fərqli olaraq, qeyri-müəyyən itkiləri qabaqcadan müəyyən etmək daha çətindir. Onlar ferromaqnit materiallarda (özək-polad və ya polad) baş verir və penetrasiya qeyri-xətti hadisədir və xüsusi olaraq superpozisiya təhlillərinə imkan vermir. Mexaniki hissələrdə qeyri-müəyyən itkilər böyük və xüsusi konvertor transformatorlarda əhəmiyyət kəsb edir, lakin kiçik transformator konvertor yük üçün istifadə edilən zaman, adətən heç bir böyük rol oynamır.
9.5 Birləşən əlavə itkilər, mümkün de-dərəcələnmə
Sinüsoidal dərəcələnən cərəyanda birləşən əlavə itkilər (sarğılarda burulğan itkilər, üstəgəl mexaniki hissələrdə qeyri-müəyyən itkilər) bəzi tezliklərdə itkiləri ölçməklə rejimin qısa qapanma sınağından sonra müəyyən edilə bilər. Bu prosedur itkinin tezliyin kvadratından asılı olan hissəsini və itkinin vahiddən yuxarı enerjiyə olan tezlikdən asılı olan hissəsini müəyyən edir. Hər ikisi arasında nisbət dizayndan asılıdır.
Konverter dalğa forması üçün gözlənilən birləşən əlavə itki tipik olaraq transformatorun rejim sınağı zamanı sinüsoidal cərəyan ilə müəyyən edilən müvafiq itkinin 1,5-2 dəfə hüdudunda ola bilər.
Orta temperaturun qalxması baxımından, nominal cərəyandan az yol verilən davamlı cərəyanı məhdudlaşdırmaq məsləhət görülür ki, ümumi itki, IR üstəgəl əlavə itki nominal sinüsoidal cərəyan ilə konvertor yükü altında o qədər yüksək qalmır.
9.6 Yerli isti nöqtələr
İntensivlikdən və maqnit azma sahəsinin istiqamətindən asılı olaraq sarğıda burulğan itki intensivliyi nöqtədən nöqtəyə dəyişir. Əsas və orta sarğı arasında əsas kanala yaxın hissələrdə intensivlik tipik olaraq orta dəyərdən üç dəfə yüksək olur. Yüksək intensivliklər yerli səviyyədə üstünlük təşkil edə bilər.
Transformator dolağının ətraf sərinləşdirmə mühitinin (yağ və ya hava) orta səviyyəsindən yuxarı orta temperatur qalxması izolyasiya sisteminin müddətinə birbaşa təsiri var. Bu temperatur fərqi (sarğı yamacı) tipik havalandırıcıya malik transformatorda 0,8 dolağa (itkilər) proporsionaldır. Qəbul olunur ki, temperaturlar müvafiq olaraq yükləmə şəraitlərində yağla doldurulan və quru növlü transformatorlarda orta sarğı temperaturlarından 15 °C və 30 °C dərəcə isti ola bilər.
Orta sarğı yamacları normal olaraq sinüsoidal yükləmə şəraitlərində ölçülür.
Transformatorda burulğan və qeyri-müəyyən itkilər konverter tətbiq etmələrdə harmonik yükləri təchiz edən zaman əhəmiyyətli dərəcədə arta bilər. Bu, nöqtələrin temperaturlarının artması ilə və ona görə də, transformatorda müddətin həddindən artıq itkisi ilə nəticələnə bilər.
Vacib şərtdir ki, bu tətbiq üçün transformatoru müəyyən edən zaman konverter yükün gözlənilən harmonik tərkibi təmin edilsin.
10 ELEKTRİK TRANSFORMATORLARINDA İTKİLƏRİN ÖLÇÜLMƏSİ QAYDALARI
10.1 Sınaq nəticələri, zəmanətlər, dözümlülük, qeyri-müəyyənlik məhdudiyyətləri
IEC 60076-nın müxtəlif hissələrində sınaq ilə bağlı müddəalar sınaqlar istinad şəraitlərindən fərqli şəraitlərdə və ya müəyyən edilən hədəf normalarından fərqli test kəmiyyətləri ilə keçirilən zaman orijinal ölçmələri necə qiymətləndirməyin və düzəltməyin qaydalarını göstərir.
IEC 60076-1-in 9-cu müddəası dözümlülükdən, sınaqda təsdiq olunan transformatorun müəyyən zəmanət verilən parametrlərinin qəbul olunan növlərindən bəhs edir.
Sınaq nəticələri ədədi kəmiyyət kimi bildirilən zaman (və yalnız sınaq proseduruna tam gətirib gətirməmə qərarı kimi yox), bu, dəqiq rəqəm deyil, lakin qeyri-müəyyənliyə məruz qalır.
Bu qeyri-müəyyənliyin nə qədər olması sınaq qurğusunun, xüsusən də onun ölçmə sisteminin keyfiyyətindən, heyətin vərdişlərindən və sınaq obyektinin ölçmə çətinliklərindən asılıdır.
Təqdim olunan sınaq nəticəsi ən düzgün qiymətləndirməyə malik olmalıdır ki, bu da həyata keçirilən ölçmələr əsasında mümkündür. Bu norma onun dözümlülüyü kimi qəbul olunur. Qeyri-müəyyənliyin dərəcəsi müsbət dözümlülük və ya sınaq obyektinin fəaliyyət məlumatı üçün dözümlülük hüdudu olmadan zəmanət üçün uyğunluq rəyində bildirilmir.
Lakin ümumi sınağın qəbul edilməsi şərti budur ki, ölçmələr müəyyən keyfiyyət tələblərinə uyğun olsun. Məhdudiyyətlərin və qeyri müəyyənliklərin bildirilməsi mümkün olur və bu bildirişlər sənəd vasitəsi vasitəsilə izləmə mümkünlüyü ilə təmin edilir (ISO 9001-ə baxın).
10.2 İzləmə mümkünlüyü, ölçmə texnikaları ilə bağlı keyfiyyət aspektləri
Ölçmələrin izləmə mümkünlüyü o deməkdir ki, silsilə kalibrləmə və müqayisələr həyata keçirilib və bunlar vasitəsilə fərdi ölçmələrin etibarlılığı metrologiya institutlarında saxlanılan qurğuların milli və beynəlxalq standartlarında izlənilə bilər.
Bu cür izləmə mümkünlüyünün sübutu aşağıdakı bəndlərdə ifadə olunur:
Ölçmə sisteminin komponentlərinin (gərginlik, cərəyan və elektrik enerjisi üçün qəbuledicilər, alətləri göstərən və ya qeyd edən gərginlik paylaşdırıcıları və şuntlar) nöqsanları (amplituda nöqsanları və faza bucaq nöqsanları) haqqında təsdiq olunan məlumat.
Bu, aşağıdakılardan ibarət ola bilər:
– fərdi komponentlərin istehsalçılarının sertifikatları;
–dəqiqlik laboratoriyalarında həyata keçirilən kalbirləmələrin təsdiqi;
– dəqiqlik qurğuları və mütəxəssis heyəti vasitəsilə zavodda həyata keçirilən kalibrləmənin sertifikatları;
– sınaq otağının qurğularının tam dəqiqlik ölçmə sistemi (ümumi sistem kalbirləməsi) ilə müqayisəsi.
Aşağıda 10.3 və 10.4-cü alt müddəalar qısa qapanma transformatorunun çox aşağı güc amili səbəbindən yük itki ölçmələri üçün faza bucaq nöqsanlarının xüsusi əhəmiyyətini göstərir.
Şərti, yenidən birləşə bilən gərginlikli və cərəyanlı transformatorların faza bucaq nöqsanları birləşən qurğunun müqavimət yükündən asılıdır və hər bir ölçmə hüdudu boyunca real gərginlik və cərəyan ilə dəyişir. Bu, xüsusi halda aradan qaldırıla bilinməyən qeyri-məlum sistematik və təsadüfi nöqsanlardan qeyri-məlum sistematik nöqsanları (hansı ki, düzəldilər bilər) ayırmağı çətinləşdirir.
b) Sınaq enerji mənbəyinin keyfiyyəti haqda məlumat: gərginliyin harmonik tərkibi, gərginliyin və tezliyin sabitliyi
IEC 60076-1-də sınaq müddəaları ümumilikdə gərginlik dalğa forması üzrə və xüsusən də yüksüz transformatorların sınağı üçün müəyyən məhdudiyyətlərə malikdir. Bu tələblər sınaq təchizatı, onun daxili müqaviməti və birləşməsi üçün nəticələnən tələblərə səbəb olur. Bu nəzərə alınmalı və hesablanmalıdır. Əgər fərdi sınaq zamanı gərginlik dalğasının birbaşa nəzarəti həyata keçirilmirsə, xüsusi araşdırmadan sistematik məlumat mövcud olmalıdır.
c) Elektrik pozuntusu zamanı sınaq mühiti haqqında məlumat (elektromaqnit sahələr, torpaqlama, sipərləmə)
Bu, qalıq təsadüfi səsləri və qeyri-müəyyən həcmlərlə və ya maqnit induksiya ilə və ya başlıqlarda gərginlik düşməsi ilə və ya yer cərəyanın dövr etdirən kabel qabları ilə ölçmə sisteminə daxil olan nöqsanlı siqnalları öyrənmək üçün araşdırmalara əsaslanmalıdır. Tədqiqat tipik olaraq real sınaq enerjisi ilə şablon sınağı cəlb etməlidir, lakin ölçmə sisteminə qısa qapanma siqnal daxilolmalarını açmaqla, ətraf komponentləri hərəkət etdirməklə və çevirməklə və ya düşünülmüş və sistematik tərzdə əlavə sipərləmə və ya torpaqlama tətbiq etməklə.
d) Yuxarıda qeyd olunan a) və b) bəndlərinə əsaslanan sınağın xüsusi növü üçün sistematik nöqsanların və ölçmə qeyri-müəyyənliyinin təhlili
Sistematik nöqsanların və təsadüfi qeyri-müəyyənliyin müxtəlif mənbələrinin qarşılıqlı fəaliyyətini və kombinasiyasını nəzərə almaqla, bu təhlil rasional təhlil proseduruna malik olmalıdır.
Bu təhlil təsadüfi qeyri-müəyyənlik və sistematik nöqsanlar arasında fərqlənməlidir və müxtəlif fərdi nöqsanların necə birləşməsini, müxtəlif təsirlərin kvadratura birləşməsini (kvadratlar cəminin kökü - RSS) və ya xətti əlavəni göstərməlidir (maksimum mümkün nöqsan).
Təhlil aşağıdakı təfsilatları əks etdirməlidir:
– sınaq sisteminin ölçmə qabiliyyətinin hüdudu;
– ölçmə üçün istifadə olunan avadanlıq sazlamaları;
– avadanlıq sazlamalarına uyğun olaraq istifadə olunan korreksiya proseduru ilə sınaq məlumatının qiymətləndirilməsinin nümunəsi.
e) Sınaq departamenti ölçmələrin keyfiyyətini davamlı olaraq saxlamaq üçün rejimlər hazırlayır. Bu, müntəzəm yoxlama və komponentlər üçün və tam sistem üçün kalibrləmə rejimləri ilə yerinə yetirilməlidir. Bu, yuxarıdakı a) bəndində göstərildiyi kimi komponentlərin sabitliyini və vaxtaşırı yenidən kalibrlənməsini yoxlamaqla alternativ sistemlər arasında hər iki funksional müqayisələrdən ibarət olmalıdır.
10.3 Elektrik transformatorunun yük itkisinin hesablanmasında nöqsanların fundamental mənbələri
Yük itkisinin müəyyən edilməsi üçün metod IEC 60076-1-in 10.4-də göstərilir.
“Sarğı cütlüyü üçün qısa qapanma müqaviməti və yük itkisi bir dolağın terminallarına tətbiq olunan təxmini sinüsoidal gərginlik, qısa qapanan digər dolağın terminalları və açıq qapanan digər mümkün sarğılar ilə dərəcələnən tezlikdə ölçülür”
Yük itkisi transformatorun ekvivalent qapanmasının seriyalı müqavimətinin müqavimətli hissəsi kimi təmsil olunur. Seriyalı müqavimət xətti kimi xarakterizə edilir. Bu o deməkdir ki, yük itkisi cərəyan kvadratı ilə dəyişməyə məcbur edilir. Sınaq cərəyanın ölçülməsi itkinin müəyyən edilməsi üçün nöqsanın yardımçı nöqsan mənbəyidir.
Yük itkisinin temperatur ilə dəyişməsi də həmçinin nəzərə alınmalıdır. IEC 60076-1-in E Əlavəsi yük itkilərinin dolağın istinad temperaturu üçün yenidən hesablanması zamanı IR yüklərlə və əlavə itkilərlə necə davranmağı göstərir. Ona görə də, itki ölçmələri zamanı əvvəlki müqavimət ölçmələrində və sarğı temperaturunun qiymətləndirilməsində nöqsanlar qiymətləndirilən, istinad temperaturunda etibarlı olan itki dəyərinin nöqsanına səbəb olur.
Transformatorun seriyalı müqaviməti əsasən induktiv olur. Müqavimətin güc amili dərəcələnən enerjinin qalxan normaları ilə düşməyə meyllidir.
a) 1 000 kVA transformator: dərəcələnən enerjinin 1 faiz yük itkisi, istinad müqavimətinin 6 faiz qısa qapanma müqaviməti – seriyalı müqavimətin güc amili müvafiq olaraq 0,167;
b) 100 MVA transformator: yük itkisi 0,4 %, qısa qapanma müqaviməti 15 % – güc amili 0,027.
Sınaq zamanı, gərginlik, cərəyan və real elektrik enerjisi gərginlik və cərəyanların yüksək normalarını ölçmə cihazlarına uyğunlaşdırmaq üçün qəbuledicilərə malik olan ölçmə sistemlərindən istifadə etməklə ölçülür. Elektromexaniki tipli göstərici cihazları qidalandırmaq üçün şərti sistemlərə gərginlik və cərəyan üçün induktiv tipli ölçmə transformatorları daxildir. Ən son dizayna malik ölçmə sistemləri xüsusi iki mərhələli və ya sıfır axın cərəyanlı transformatorlara, kondensator gərginlik paylayıcılarına, bloklama gücləndiricilərinə, elektron rəqəmsal çoxaldıcı vatmetrə və s. malikdir. Müxtəlif növlü ölçmə sistemləri ölçmə nöqsanları ilə bağlı müxtəlif xüsusiyyətləri əks etdirir, lakin prinsiplərin bir sıra müşahidələri ümumən etibarlıdır. Ölçülməli olan itkinin anlayışı aşağıdakı kimidir:
Kompleks müvafiq nöqsan hər iki üzvün təbii loqarifmini və daha sonra fərqləndiricini nəzərə almaqla əldə olunur:
U gərginliyi ilə I cərəyanının fazaları arasında faza bucağı π/2-ə (90° induktiv) yaxındır. Güc amili cos kiçik rəqəmdir. Biz, ∂ qarşısında əmsalı yenidən yazırıq:
Bu, qurğudan daha böyük rəqəmdir və göstərir ki, faza bucağının (radianlarda) qiymətləndirilməsində müəyyən müvafiq nöqsanlar itkinin qiymətləndirilməsində daha böyük nöqsan ilə nəticələnir, lakin gərginlik və cərəyan amplitudalarında müvafiq nöqsanlar böyümə olmadan kömək edir. Şəkil 33a bunu göstərir. Ona görə də, itki qiymətləndirilməsinin qeyri-müəyyənlik zərfi transformator müqavimətinin güc amilinin funksiyası kimi şəkil 33b-də göstərilən ümumi formaya malikdir.
Ona görə də, elektrik transformatorlarında yük itkisinin ölçülməsi üçün əsas problem tam ölçmə sistemində və ya onun fərdi komponentlərində faza dəyişməsini azaltmaq və ya korreksiya etməkdir.
10.4 Şərti itki ölçmə sisteminin faza bucaq nöqsanı, korreksiya mümkünlüyü
Şərti ölçmə sistemi maqnit növlü gərginlik və cərəyan transformatorlarından və elektrodinamik vattmetrdən ibarətdir
Ölçmə transformatorları müvafiq olaraq u və i faza bucaq nöqsanlarına malikdir. Vattmetr sarğısının induktivliyi gərginlik transformatorundan tətbiq olunan gərginlik ilə avadanlığın gərginlik sarğısında cərəyan arasında faza geriləməsi tətbiq edir. Bu kiçik faza dəyişməsinin ədədi dəyəri (yenidən radianlarda) ωL/R-dir və burada L gərginlik sarğısının induktivliyidir və R avadanlıqda və mümkün kənar müqavimət yeşiklərində ümumi seriyalı müqavimətdir. Vattmetr faza dəyişməsi ilə w işarələnir.
Əgər sınaq obyektində gərginlik ilə cərəyan arasında orijinal faza bucağı -dirsə, vattmetrdə real faza bucağı aşağıdakı kimi olur
Əgər ümumi faza bucağı nöqsanı müsbətdirsə, o halda qiymətləndirilən cos ' güc amili cosdüzəliş dəyərindən aşağıdır. Ölçülən itkinin korreksiyası aşağıdakı kimi müsbət işarəsi var:
Şərti olaraq faza bucaq nöqsanları elektrik dərəcələrin alt vahidlərində göstərilir:
Transformator cos = 0,03 malikdir. 3 dəqiqə ümumi faza bucaq nöqsanı daha sonra müvafiq olaraq ölçülən itkidə təqribən 3 faiz nöqsan ilə nəticələnir:
Təcrübədə, gərginlik və cərəyan transformatorlarının səbəb olduğu faza bucaq nöqsanlarını düzgün qiymətləndirmək bir qədər çətindir. Normal olaraq, yaxşı labaratoriya növlü ölçmə transformatoru ilə kalbirləmə sertifikatı təmin edilir, lakin bu, qapanmanın dəyişən parametrlərini (ölçmə hüdudu, hüdud daxilində norma, avadanlıq yükü) qənaətbəxş formada əhatə edə bilmir. Kalbirləmə sertifikatında təqdim edilən dəqiqliyin şərti dərəcəsi də müvafiq olaraq məhdudlaşır. Məlum olan sistematik nöqsanlar üçün müvafiq korreksiyalar tətbiq olunmalıdır. Lakin hələ də, korreksiya edilə bilinməyən qeyri-məlum sistematik nöqsanlar qalmaqdadır.
Digər bir çətinlik o zaman yaranır ki, eyni növlü avadanlıqlar istifadə edilən zaman, vattmetr əyilməsi miqyasın yalnız kiçik bir fraksiyası olur, hətta baxmayaraq ki, xüsusi aşağı güc amili olan avadanlıq istifadə olunur. Ona görə də, oxumanın müvafiq təsadüfi qeyri-müəyyənliyi o qədər böyük olur ki, kiçik, məlum sistematik nöqsanları kölgədə qoyur. Korreksiya edilən normanın etibarlılığı (məlum sistematik nöqsanlarin aradan qaldırılması ilə) korreksiya edilməyən oxumanın etibarlılığından yaxşı olmur.
Bütün bunlar o deməkdir ki, təsvir olunan bu tipli şərti ölçmə sistemi sınaq üçün istifadə edilən zaman, nəticəni daha dəqiq edə biləcək etibarlı korreksiyanı vurğulamaq çox çətin olur. Xüsusi sınaq üçün istifadə edilən tam ölçmə sisteminin spesifik sazlaması ilə birbaşa kalbirləşmə yerinə yetirilməyənə qədər ölçmə standartlara uyğun gələ bilməz. Əks halda, mümkün qeyri-müəyyənliyin qiymətləndirilməsi sistemin fərdi komponentləri üçün ümumi məhdudiyyətlər və avadanlıq oxumalarının müşahidəsinin qeyri-müəyyənliyi əsasında tamamilə konservativ qaydada yerinə yetirilməlidir.
10.5 Qabaqcıl ölçmə sistemləri
Qabaqcıl ölçmə sistemləri dedikdə, iki mərhələli və ya axın cərəyanlı qəbuledicilərə, kondensator tipli gərginlik paylayıcı dairələrə, elektron blok gücləndiricilərinə və tənzimlənən nöqsanlı kompensasiya sxemlərinə, rəqəmsal elektron enerji qəbuledicilərinə malik olan sistem başa düşülür.
Bu cür sistemin xüsusiyyətləri ondan ibarətdir ki, fərdi komponentlər yüksək dəqiqlik standartlarına görə tənzimlənməli və kalbirlənməlidir ki, onların sistematik nöqsanları təsadüfi qeyri-müəyyənlik hüdudu ilə müqayisədə cüzi olsun. Avadanlıq yükləməsi çıxış gücləndiriciləri səbəbindən nöqsan mənbəyi kimi aradan qaldırılır.
Tam sistem üçün nəticələnən faza bucaq nöqsanı 100 μrad - 200 μrad (0,3 dəq - 0,6 dəq) ola bilər. Bu cür sistemlər ilə, 0,02 və ya aşağı güc amilinə itki müəyyənləşməsi üçün ±3 % ümumi maksimum xəta əldə oluna bilər.
Qeyri-müəyyənliyin ümumi hesablanması yerinə yetirilir və bu, ya sınaq obyekti ilə bağlı məlumatın ümumi hüdudu ya da komponentlərin fərdi sazlanması üçün etibarlıdır. Kalibrləmə yalnız bu məqsəd üçün istifadə edilən digər protativ sistemə görə müntəzəm olaraq yoxlanmalıdır.
Qabaqcıl ölçmə sistemləri daxilində meydana gələn zəif siqnal güc səviyyələri quraşdırma zamanı elektromaqnit sahələrdən gələn pozuntulara görə ölçmə sisteminin diqqətli yoxlanmasını vacib edir (şəkil 10.2c-ə baxın).
10.6 Yüksüz itkilərin ölçülməsi
Eyni transformator üçün yüksüz itkinin ölçülməsi yük itkisinin ölçülməsindən onda fərqlənir ki, güc faktoru əhəmiyyətli dərəcədə yüksək olur və sınaq cərəyanı çox təhrif edilir.
Yüksüz itki prinsipcə transformator terminallarında təhrif olunmayan sinüsoidal gərginliyə aid edilir. IEC 60076-1-in 10.5-ci alt bəndi müvafiq olaraq orta dəyəri və r.m.s. dəyəri göstərən iki voltmetrin göstərişi arasında müqayisəyə əsaslanaraq qənaətbəxş olan dalğa forması üçün kriteriya göstərir. Bu, yalnız sınaq təchizatının yüksüz dalğa forması ilə bağlı tələbləri nəzərdə tutmur, o cümlədən cərəyanın dalğa forması səbəbindən daxili müqavimət və birşləşmə üzrə tələbləri nəzərdə tutur.
Yüksüz cərəyan və elektrik enerjisi, tətbiq olunan gərginlik ilə sürətlə artır. Ona görə də, gərginliyin ölçülməsi və nizamlanması vacibdir və bu itkinin müəyyənləşməsinin mümkünsüzlüyünə yol açır.
IEC 60076-1-də göstərilir ki, üçfazalı transformatorun birləşməsi elə yolla edilir ki, dolağım müxtəlif fazaları boyunca tətbiq olunan gərginliklər mümkün qədər sinüsoidal olsun.
Həm sınaq enerji tələbləri (gərginlik dalğa formasının təhrif olunması) həm də enerji ölçmələri ilə bağlı ən çətin hallar adətən böyük birfazalı transformatorları sınaqdan keçirən zaman ortaya çıxır.
Son olaraq, ölçülən yüksüz itki, maqnitlənmənin müddətinə qarşı həssasdır. Sarğı müqavimətinin d.c. və ya bir istiqamətli uzun müddətli impulslar vasitəsilə ölçülməsi zamanı saturasiyadan sonra özəkdəki maqnit qalıqları iz qoya bilər. Yüksüz ölçmələrdən əvvəl özəyin sistematik de-maqnitlənməsi bəzi hallarda nəticələr əldə etmək üçün təcrübədən keçirilir.
birfazalı və ikifazalı qısa
qapanmalar üçün əsas əlaqələr
Xətadan əvvəl, simmetrik sistemin işçi gərginliyi mövcud olur
Xəta müəyyən edilən zaman, komponent gərginlikləri V, V, V olur
Xətadan göründüyü kimi ümumi sistemin qısa qapanma müqavimətləri Z, Z, Zolur
Birləşən qısa qapanma cərəyanının komponentləri I, I, Iolur
Aşağıdakı əlaqələr tətbiq olunur:
Faza gərginliklərinin və cərəyanlarının anlayışı aşağıdakı kimidir:
Hal 1 – A fazasında birfazalı qısa qapanma
(A.5) və (A.6) tənliklərini (A.1) tənliklərinin cəmi ilə birləşdirin:
Hal 2 – B və C fazalarında qısa qapanma
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60076-13:2006 “Power transformers. Part 13: Self-protected liquid-filled transformers” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
____________________________________________________________________________________________
Güc transformatorları.
Hissə 13: Özünümüdafiəyə malik
maye yüklü transformatorlar
Part 13: Self-protected
liquid-filled transformers
___________________________________________________________________________________________
Bu standart açıq və ya qapalı havada 50 kVA-dan 1000 kVA-a qədər nominal gücə və yüksək gərginlikli/aşağı gərginlikli özünümüdafiəyə malik, maye yüklü və təbii soyudulan transformatorlara aşağıdakı hallarda tətbiq olunur:
- 24 kV-a qədər avadanlıq üçün yüksək gərginlik ilə ilkin sarğıda (yüksək gərginlikli);
–1,1 kV avadanlıq üçün yüksək gərginlik ilə orta sarğıda istifadə üçün.
Bu transformator ətraf mühiti, əmlakı və insanları qorumaq, daxili transformator nasazlığı nəticələrindən yüksək gərginlikli şəbəkənin hər hansı bir narahatlığının qarşısını almaq üçün özünümüdafiə cihazı ilə təchiz olunmuşdur.
Bu standart tərəfindən əhatə olunan transformatorlar IEC 60076 standartlarında müəyyən edilmiş müvafiq tələblərə uyğundur.
Bu özünümüdafiəyə malik transformator sisteminin koordinasiyasını və həssas sistem mühafizəsini təmin etmək üçün digər cihazlar ilə birlikdə istifadə edilə bilər. Mühafizə sisteminin funksionallığı enerji təchizatının aşağı gərginlikli səviyyəsi üçün layihələndirilməyib. Bu özünümüdafiəyə malik transformator başqa transformator ilə paralel fəaliyyət üçün nəzərdə tutulmayıb.
Qeyd:Bu standart istehsalçı və istehlakçı arasında razılaşma əsasında 24 kV-dan daha yüksək gərginlik ilə və ya digər nominal güc transformatorlarında tətbiq edilə bilər.
2. NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir:
IEC 60076-1:1993 Power transformers – Part 1: General Amendment 1 (1999)( IEC 60076-1:1993 Güc transformatorları – Hissə 1: Ümumi 1 saylı Əlavə (1999))
IEC 60076-2 Power transformers – Part 2: Temperature rise (IEC 60076-2 Güc transformatorları – Hissə 2: Maye yüklü transformatorlar üçün temperaturun yüksəlməsi)
IEC 60076-3:2000 Power transformers – Part 3: Insulation levels, dielectric tests and external clearances in air (IEC 60076-3:2000 Güc transformatorları – Hissə 3: İzolyasiya səviyyələri, dielektrik sınaqları və havada xarici ara məsafələri)
IEC 60076-5:2000 Power transformers – Part 5: Ability to withstand short circuit (IEC 60076-5:2000 Güc transformatorları – Hissə 5: Qısa-qapanmaya davamlılıq)
IEC 60076-7 Power transformers – Part 7: Loading guide for oil-immersed powertransformers (IEC 60076-7 Güc transformatorları – Hissə 7: Yağa batırılmış elektrik transformatorlarına dair yükləmə təlimatı)
IEC 60137 Insulated bushings for alternating voltages above 1000 V (IEC 60137 1000 V-dan yüksək dəyişən gərginliklər üçün izolyasiya vtulkaları)
IEC 60270 High-voltage test techniques – Partial discharge measurements (IEC 60270 Yüksək gərginlikli sınaq metodları – Natamam boşalma ölçmələri)
IEC 60282-1 High-voltage fuses – Part 1: Current-limiting fuses (IEC 60282-1 Yüksək gərginlik qoruyucuları – Hissə 1: Cərəyan məhdudlaşdıran qoruyucular)
IEC 60296 Fluids for electrotechnical applications – Unused mineral insulating oils fortransformers and switchgear (IEC 60296 Elektrotexniki tətbiqat məhlulları – Transformator və çevirici mexanizm üçün istifadə edilməmiş mineral izolyasiya yağları)
IEC 60836 Specifications for unused silicone insulating liquids for electrotechnical purposes (IEC 60836 Elektrotexnika məqsədləri üçün istifadə edilməmiş silikon izolyasiya məhlullarına daidasr spesifikasiyalar)
IEC 61099 Specifications for unused synthetic organic esters for electrical purposes (IEC 61099 Elektrik məqsədləri üçün istifadə edilməmiş sintetik üzvi efir yağlarına dair spesifikasiyalar)
3. TERMİN VƏ TƏRİFLƏR
Bu standartda müvafiq təriflərlə aşağıdakı terminlərdən istifadə olunmuşdur:
3.1 özünümüdafiə funksiyası: Transformator daxilində zədələnmə nəticəsində xarici nəticələrin (çən dağılması, partlayış, maddə çiləməsi, qığılcımlanma və elektrik təchizatı şəbəkələrində pozulmalar) qarşısını almaq üçün transformatora inteqrasiya olunmuş funksiya
3.2 ayırma funksiyası: Yüksək gərginlikli birləşmələr, özünümüdafiə və ayırma, cihazın əməliyyat ilə transformatorun aktiv hissəsi arasındakı əlaqənin avtomatik kəsilməsi. Bu funksiyanın məqsədi aşağı gərginlikli tərəfdə cərəyan və gərginliyin aradan qaldırılmasından ibarətdir.
3.3 özünümüdafiə və ayırma cihazı (ÖMAC): Özünümüdafiə və ayırma funksiyasına malik cihaz.
IEC 60076-1-də müəyyən edilmiş normal xidmət şəraitləri tətbiq edilir.
5. ELEKTRİK XÜSUSİYYƏTLƏRİ
Nominal enerji IEC 60076-1 bənd 4.3-ə uyğun olmalıdır.
5.2 Avadanlıq üçün yüksək gərginlik
Avadanlıq üçün ən yüksək gərginlik qiymətləri olmalıdır:
– yüksək gərginlikli sarğı üçün 24 kV-əqədər;
– aşağı gərginlikli sarğı üçün 1,1 kV.
5.3.1 Yüksək gərginlikli sarğı
Bu transformatorlar əsas gərginlik üçün nəzərdə tutulur.
5.3.2 Aşağı gərginlikli sarğı
Bu transformatorlar ikinci dərəcəli gərginlik üçün nəzərdə tutulur.
Sıxılma diapazonu özünümüdafiə sistemi ilə qənaətbəxş koordinasiyanın təmin edilməsi üçün ± 5% ilə məhdudlaşdırılır. Üstünlük verilən keçid diapazonu aşağıdakılardır:
Çeviricinin yüksək gərginliyi sarğıya bağlı dövrədən kənar çeviricinin istifadəsi ilə seçilir.
Bağlantı qrupu olmalıdır:
– Ii0 və ya Iin0 birfazalı transformatorlar üçün;
– Yzn və ya Dyn 160 kVA-a qədər transformatorlar üçün;
– Dyn 250 kVA -dan 1000 kVA-a qədər transformatorlar üçün.
Saat göstəricisi üçfazalı transformatorlar üçün 1, 5 və ya 11 olmalıdır; IEC 60076-1 standartın 3.10.6 bəndinə baxın.
5.6 Aşağı gərginlikli sarğının neytral bağlantısının ölçülməsi
Aşağı gərginlikli sarğının neytral keçiricisi və terminalı nominal cərəyan və səhv cərəyan üçün ölçülməlidir (faza və neytral keçirici arasında səhv).
5.7 Qısa qapanma müqaviməti
Nəzərdə tutulan 75 °C qısa qapanma müqavimətinin qiyməti IEC 60076-5 standartın 3.2.2.3 bəndinə uyğundur.
5.8 İzolyasiya səviyyələri və dielektrik testlər
5.8.1 Aşağı gərginlikli sarğı
Təyin olunan a.c. müqavimət gərginliyinin xüsusi mənbəyi 10 kV təşkil edir.
Şəhərətrafı və kənd yerlərində quraşdırılan, yüksək dielektrik stressə məruz qalan transformatorlar üçün nominal ildırım impulsu üzrə müqavimət gərginliyi 30 kV təşkil edir.
Qeyd:Yüksək izolyasiya səviyyəsinin səbəbi transformatorun aşağı gərginlikli tərəfi və yer arasında çatışmazlıqların riskinin azaldılmasıdır.
5.8.2 Yüksək gərginlikli sarğı
İldırım impuls gərginliyi müqavimətinin qiymətləri və ayrı a.c. gərginlik mənbəyinin müqavimət qiymətləri IEC 60076-3 Cədvəl 2 və ya Cədvəl 3-də nəzərdə tutulan kimi olmalıdır. Daha yüksək alternativ ildırım impuls qiymətləri daxili mühafizəyə malik sistemin işləməsi nəticəsində yaranan ifrat gərginliklərə tab gətirmək üçün seçilməlidir.
5.9 Nominal gücdə temperatur artımının limitləri
Temperatur artımının limitləri IEC 60076-2 standartında nəzərdə tutulduğu kimi olmalıdır.
5.10 Artıq yükləmə qabiliyyəti
Özünümüdafiə və ayırma cihazı IEC 60076-7-də müəyyən edilmiş icazə verilən artıq yükləmə şəraitində fəaliyyət göstərməməlidir.
6. ÖZÜNÜMÜDAFİƏ VƏ AYIRMA CİHAZI (ÖMAC)
6.1 Funksional tələblər
Bu transformator daxili özünümüdafiə və ayırma cihazı ilə təchiz olunmuşdur ki, daxili səhv baş verdikdə aşağıdakı funksiyaları yerinə yetirsin:
– xarici təsirlərin qarşısını almaq;
– transformator çəni daxilində zərəri saxlamaq. Lakin, səhv nəticəsində çən təhrifinə icazə verilir;
-çən daxilindən xaricə dielektrik maye, maddə və ya qaz atılmasının qarşısını almaq;
–çənin daxilindən xaricinə elektrik qövsün yayılmasının qarşısını almaq;
–transformatorda qapanma cərəyanını aradan qaldırmaq (ayırma);
– yüksək gərginliyi, doldurucunu açmadan yalnız nöqsanlı transformatoru ayırmaq.
6.2 Koordinasiya prinsipi
İstehsalçı aşağıdakıları yerinə yetirmək üçün yüksək gərginlikli, özünümüdafiə və ayırma cihazın xüsusiyyətləri haqqında istifadəçiyə məlumat verməlidir.
– yükləmə qurğusunun səhv açılmasının qarşısını almaq üçün yüksək gərginlikli yuxarı şəbəkə mühafizəsi sisteminin xüsusiyyətlərinin əlaqələndirildiyini yoxlamaq;
–aşağı gərginlikli aşağı şəbəkə qorunmasının xüsusiyyətlərinin transformatorun səhv açmasının qarşısını almaq üçün koordinasiya olunduğunu yoxlamaq.
İstifadəçi, transformator çəni daxilində özünümüdafiə və ayırma cihazın gözlənilməyən açılmasının qarşısını almaq üçün aşağı gərginlikli şəbəkənin qorunması sxeminin koordinasiyasını təmin etməlidir.
Transformator çəninin daxilində özünümüdafiə və ayırma cihazı sahə üzərində əlçatan nə də tənzimlənən deyil.
Müdafiə sistemini müəyyən etmək üçün zəruri olan əyrilər və ya məlumatlar verilməlidir. İstinad nömrələri pasport lövhəcikdə təqdim olunmalıdır.
6.3 Mexaniki tələblər
Özünümüdafiə və ayırma cihazının normal daşınması və quraşdırılması şərtləri şok və ya vibrasiyaya səbəb ola bilməz.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 Maye saxlanılması sistemi
İstehsalçı və istehlakçı arasında digər razılıq yoxdursa, transformator tam dolu və germetik möhürlənməlidir.
Yüksək gərginlikli vtulkalar IEC 60137-yə uyğun olmalıdır.
Transformator və keçid vtulkalar, özünümüdafiə və ayırma funksiyasının fəaliyyəti zamanı daxili və xarici səhv şərtlərinin stress və gərginliklərinə tab gətirəcək;
-özünümüdafiə və ayırma funksiyalarından istifadə edərkən baş verən nasazlıqlar;
–müəyyən zamandan sonra özünümüdafiə və ayırma funksiyası enerji şəbəkəsinə qoşulan vtulkalar ilə fəaliyyət göstərir;
–transformatorun emalı, daşınması və saxlanması zamanı.
Qeyd:Xüsusi terminal tədbirləri istehsalçı və istehlakçı arasında razılaşma ilə istifadə edilə bilər.
7.3 Dielektrik maye və komponent materiallar
Üstünlük verilən dielektrik maye IEC 60296-ya uyğun olaraq mineral neftdir. IEC 60836 silikon maye və IEC 61099 sintetik mürəkkəb efirlər kimi digər dielektrik mayelər istehsalçı və istehlakçı arasında razılaşma ilə istifadə edilə bilər.
Transformator inşasında istifadə olunan materiallar dielektrik maye ilə uyğun olmalıdır.
Qeyd:Mineral neftdən başqa mayelərin istifadə edilməsi mayedə mühafizə sisteminin istismar xarakteristikalarını təsdiq etmək üçün xüsusi testlər tələb edə bilər.
7.4 Ayırma funksiyası
İstehsalçı üçfazalı və ya ikifazalı ayırmanın üçfazalı transformatorlar üçün cihaz tərəfindən təmin edilməsini göstərməlidir.
Sorğuda özünümüdafiə və ayırma cihazının layihəsi və onun düzgün açmasını təmin etmək üçün aşağıdakı məlumatlar verilir:
–enerji qapanmalarının növü, qiyməti və müddəti (üçfazalı enerji qapanmaları və təkfazalı enerji qapanmaları);
– şəbəkə qorumaların xüsusiyyətləri.
9. İSTEHSALÇI TƏRƏFİNDƏN TƏQDİM OLUNAN MƏLUMAT
İstehsalçı yüksək gərginlikli özünümüdafiə-ayırma cihazı üçün koordinasiya məlumat diaqram istinadını təmin etməlidir.
Aşağı gərginlikli və yüksək gərginlikli şəbəkələrlə özünümüdafiə və ayırma cihazın koordinasiya diaqramı istehsalçı tərəfindən təchiz edilir.
10. PASPORT LÖVHƏCİYİ
Pasport lövhəciyi IEC 60076-1 standartının 7-ci bəndinə uyğun olmalıdır.
Pasport lövhəciyi IEC 60076-1 standartının 7.1 bəndində sadalanan tələbləri ilə aşağıdakılar ilə birlikdə qeyd edilir:
– transformator növü - özünümüdafiə transformatoru;
–germetik möhürlənmiş və ya maye saxlanması və doldurulma növü;
–zaman/cərəyan əyrisinin məlumatları (müvafiq cərəyan diapazonu);
– maksimal kəsilmə cərəyanı.
11.1 Testlərin siyahısı və təsnifatı (müntəzəm, növ və xüsusi testlər)
Bu testlər aşağıda göstərilmiş, dəyişdirilmiş və əlavə testlər istisna olmaqla IEC 60076-nın müvafiq hissəsinə uyğun olaraq həyata keçirilir.
11.2 Müntəzəm testlər
Testlər IEC 60076-1 standartının 10.1.1 bəndində müəyyən olunduğu kimi həyata keçirilməlidir.
Bu testlər IEC 60076-1 standartının 10.1.2 bəndində müəyyən edildiyi kimi keçirilməlidir.
Aşağıdakı növ testlər standart ilə uyğunluğu nümayiş etdirmək üçün həyata keçirilir:
– qismən axıdılmalar (12.1);
– aşağı gərginlikli ildırım impuls gərginliyi(12.4.8);
– artıq yükləmədə temperatur artımı (12.4.7);
– kommutasiya və işəsalma cərəyanı (12.3);
– aşağı gərginlikli birfazalı artıq yüklənmə (12.4.4);
– aşağı gərginlikli üçfazalı müqavimətli qısa qapanma (12.4.5);
– dielektrik maye sızması (12.4.3);
– aşağı gərginlikli sarğının qısa qapanma buruqları (12.4.2);
– yüksək gərginlikli sarğının qısa qapanma sarğı naqilləri (12.4.6);
– örtük-çən elektrik yer davamlılığı(12.4.9);
– çənin izafi təzyiqi(12.2).
Özünümüdafiə və ayırma cihazına tətbiq olunan testlər dağıdıcı olduğuna görə beşə qədər transformatorları yoxlamaq faydalıdır. Cədvəl 1 beş prototiplər üzərində edilən testlər üçün sifariş sırasını göstərir (A, B, C, D, E).
Cədvəl 1 – Prototiplər üzərində edilən testlər üçün sifariş A, B, C, D, E
Sınaqdan keçirilmiş transformator
Qısa qapanma müqaviməti və yükləmə itkisi
Qeyri-yükləmə itkisi və qeyri- yükləmə cərəyanı
Gərginlik nisbəti və vektor qrupu
Qısa qapanmaya tab gətirmək (11.4)
Nominal gücdə temperatur
Artıq yükləmədə temperatur artımı (12.4.7)
a.c. ayrı mənbə gərginlik müqaviməti (yüksək gərginlik)
a.c. ayrı mənbə gərginlik müqaviməti (aşağı gərginlik)
İnduksiyalı təyin olunan a.c. gərginlik müqaviməti
Yüksək gərginlikli ildırım impuls gərginliyi
Aşağı gərginlikli ildırım impuls gərginliyi tətbiq olunduqda (12.4.8)
Qismən axıdılma (12.1)
Kommutasiya və işəsalma cərəyan ı (12.3)
Aşağı gərginlikli birfazalı artıq yüklənmə (12.4.4)
Aşağı gərginlikli üçfazlı qısa qapanma müqaviməti (12.4.5)
Dielektrik maye sızması (12.4.3)
Aşağı gərginlikli sarğının qısa qapanma buruqları (12.4.2 )
Yüksək gərginlikli sarğının qısa qapanma sarğı naqilləri(12.4.6)
Örtük –çən elektrik yer davamlılığı (12.4.9)
Çənin izafi təzyiqi (12.2)
Ayırma təhlili və qeyri-çənin fəal hissəsi
11.4 Özünümüdafiə və ayırma cihazı ilə qısa qapanma testi
Özünümüdafiə və ayırma cihazın komponentləri yüksək artıq cərəyanlara həssasdır; onlar qısa qapanmanın dinamik effektlərinə tab gətirmək qabiliyyətini nümayiş etdirmək məqsədi ilə IEC 60076-5-ə uyğun olaraq test icrası zamanı məhdudlaşdırıla bilər.
Qeyd:Enerji qapanmalarının dinamik təsirinə görə aşağı gərginlikli yan mühafizə sisteminin istismarından əvvəl transformator, qısa qapanma testinə tab gətirməlidir.
12.1 Qismən axıdılmaların hesablanması
Test, IEC 60270 standartına uyğun olaraq həyata keçirilməlidir.
Üçfazalı təchizat sistemi üçfazalı transformatorların testi üçün istifadə edilir. Açıq tipli vtulkalar və stress pilləli sonlandırmaları olduğu halda xüsusi ehtiyat tədbirlərini həyata keçirmək lazımdır.
Şəkil 1 –Qismən axıdılmanın ölçmə dövrü
Qəbul səviyyələri: 1,2 Ur-da 50 pC; 1,4 Ur-da Ur = nominal gərginlik ilə 100 pC.
12.2 Transformatorun təzyiq testi
12.2.1 Testin məqsədi
Testin məqsədi transformatorun özünümüdafiə və ayırma funksiyasının fəaliyyətindən əvvəl və sonra xarici effektlər olmadan daxili təzyiqinin artmasına tab gətirmək imkanına malik olduğunu yoxlamaqdır. İstehsalçı çən və maksimum nominal daxili təzyiq üçün tab gətirmək imkanını göstərməlidir (ΔP qiyməti).
Daxili müqavimət təzyiqinin aşağı məqbul qiyməti istehsalçı və istehlakçı arasında razılaşma ilə tənzimlənir. Transformator təzyiq aşkaretmə cihazı ilə təchiz olunursa, onun açma qiyməti müvafiq olaraq müəyyən edilir.
Bu test təqdim olunan enerjisi kəsilmiş transformatorun 1 dəqiqə ərzində 0-dan ΔP qiymətinə qədər tədricən artan və 10 dəqiqə ərzində bu qiyməti saxlayan yüksək təzyiqdən ibarətdir.
Sızmanın yoxlanması 10 dəqiqə ərzində manometr üzrə ilkin təzyiqi saxlamaq və zəruri olduqda rəngləyici cihaz ilə çəni ağartmaqla sızmanı vizual yoxlamaq əsasında həyata keçirilir.
Transformator təzyiq-aşkaredici cihaz ilə təchiz olunduqda, artıq təzyiq ilə reaksiya sisteminin açma ərəfəsi müəyyən edilir.
12.2.3 Test nəticələri
Neft sızması aşkar edilməməlidir. Çənin və soyutma qabırğalarının daimi deformasiyasına icazə verilir.
12.3 Kommutasiya dövrü testləri
12.3.1 Testin məqsədi
Testin məqsədi, transformator nominal gərginlikdə yandırıldıqda özünümüdafiə və ayırma cihazının işəsalma cərəyanı səbəbindən fəaliyyət göstərmədiyini yoxlamaqdır. Qısa-qapanma qüvvəsi sınaq altında olan transformatorun ən azı 50 dəfəlik nominal gücünə malik olmalıdır.
Bu transformator 1 s ± 20 ms üçün nominal gərginliyə (davamlılıq %) bərabər sınaq gərginliyində qidalanır. Dövr 20 dəfə təkrarlanır. Enerji dövrünün hər bir dövrü ən azı 10 saniyə aralıqla həyata keçirilir.
Test gərginliyi və sürəklilik üçün digər dövrələr və davamlılıqlar istehsalçı və istehlakçı arasında razılaşdırılır.
12.3.3 Qəbul meyarları
Ayırma baş verməyəcək.
12.4 Özünümüdafiə və ayırma cihazının davranış testi
12.4.1 Bu testlər üçün tətbiq olunan ümumi müddəalar
12.4.1.1 Test-dövrənin xüsusiyyətləri
Qısa dövrə gücünün qiyməti IEC 60076-5-ə uyğun olmalıdır.
İstehlakçı aşağıdakı xüsusiyyətləri müəyyən etməlidir.
– Test mənbəyinin enerji amili: 0,15-dən daha az.
– Təchizat şəbəkəsinin yüksək gərginlikli neytral terminalı, müəyyən qiymətlər səviyyəsində cərəyanı məhdudlaşdıran müqaviməti vasitəsilə yerdə torpaqlanmalıdır.
Bu qiymətlər sisteminin neytral torpaqlama növündən və üstünlük verilən qiymətdən asılıdır:
– bərk torpaqlama üçün: üçfazalı qısa qapanma qiyməti;
– izolyasiyalı torpaqlama üçün: 100 A-ə qədər;
– müqavimət torpaqlama üçün: 100 A-dən 3000 A-ə qədər;
– müqavimət torpaqlama üçün: 10 A -dən 300 A-ə qədər.
Qeyd- Test laboratoriyasının icrasında çətinliklər olduğu halda, istehlakçı, istehsalçı və laboratoriya arasında cərəyanı tənzimləmək üçün razılıq müəyyən edilməlidir.
12.4.1.2 Transformatorun hazırlanması
Dəyişdirici kran təchiz olunmuşdursa, nominal gərginliyə uyğun olan kran üzərində yerləşdirilir. Aşağı gərginlikli neytral və transformatorun basdırıldığı terminal da torpaqlanır.
Transformator izolyasiya dəstəyinin üzərində elə yerləşdirilir ki, çən və yer arasında qısa qapanma cərəyanını ölçmək mümkün olsun.
12.4.1.3 Test müddəti və ölçmə
Özünümüdafiə və ayırma cihazının fəaliyyətindən sonra təchizat gərginliyi 15 dəqiqə ərzində qoşulmuş qalır.
Hər bir test zamanı görüləcək ölçmələr:
- əsas xətt cərəyanlarının orta kvadratik qiyməti;
– ilkin faza-torpaq gərginliklərinin orta kvadratik qiyməti;
– çən torpaqlama cərəyanının orta kvadratik qiyməti;
– yüksək gərginlikli şəbəkə torpaqlama cərəyanının orta kvadratik qiyməti;
– ikinci dərəcəli xətt cərəyanının orta kvadratik qiyməti;
– neytral cərəyanın orta kvadratik qiyməti;
– ikinci dərəcəli faza-neytral gərginliyin orta kvadratik qiyməti;
– transformatorun çən təzyiqi (mümkün artan təzyiq testləri üçün);
– orta kvadratik qiymətlər bir osilloqram analoqu və ya rəqəmsal qeydlərdən müəyyən edilə bilər.
Qeyd-Növbəti təhlillərə yardım üçün testlər zamanı video kamera istifadə edilə bilər.
12.4.1.4 Qəbul meyarları
Yüksək gərginlikli xətt cərəyanları istehsalçısı tərəfindən verilmiş qiymətlərdən artıq olmamalıdır, özünümüdafiə və ayırma cihazı tərəfindən qəbul olunmalıdır.
Müdafiə-ayırma funksiyasının əməliyyatı yüksək gərginlikli şəbəkədə və ya aşağı gərginlikli şəbəkənin izolyasiya səviyyəsi üçün maksimum qiymətlərindən yuxarı olan ifrat gərginliklərə səbəb olmamalıdır.
Üç yüksək gərginlikli xətti cərəyanların aradan qaldırılmasından sonra 15 dəqiqə daxil olmaqla, test performansı müddətində yanğın, material proyeksiyaları, dielektrik maye və ya qaz sızması, çənin daxilindən xaricinə elektrik qövs yayılması kimi hadisələr baş vermir.
Aktiv hissə boşaldıqdan sonra özünümüdafiə və ayırma funksiyasının düzgün fəaliyyət göstərdiyini yoxlamaq lazımdır.
Üçfazalı ayırma tələb olunarsa, o, ölçü ilə mərhələli şəkildə yoxlanılmalıdır.
Bu meyarlar bütün aşağıdakı testlər üçün tətbiq olunur. Bundan əlavə, xüsusi meyarlar müvafiq bəndlərdə verilir.
12.4.2 Aşağı gərginlikli sarğılar arasında qısa qapanma ilə transformatorlar
12.4.2.1 Testin məqsədi
Bu test aşağı gərginlikli buruqlar arasında qısa qapanma halında transformator davranışını yoxlamaq üçün həyata keçirilir.
12.4.2.2 Transformatorun hazırlanması
Aşağı gərginlikli sarğıda qısa dövrədə bir buruqdan ibarət transformator xüsusi olaraq bu testi aparmaq üçün istehsal edilir. Qısa dövrə cərəyanının axan bölməsi test zamanı qısa dövrəni təcrid etməmək üçün kifayət qədər olmalıdır.
Yuxarıda göstərilən şərtlərlə çətinliklər olduğu halda, qısa-dövrə buruqların maksimum sayı testə nail olmaq üçün artırılmalıdır. Buruqların maksimum sayı beşə qədər məhdudlaşır.
12.4.2.3 Xüsusi test üsulları
Test zamanı transformator onun nominal gücünə uyğun induktiv üçfazalı yükləməni təmin etməlidir.
12.4.2.4 Qəbul meyarları
Bənd 12.4.1.4 tətbiq olunur.
12.4.3 Dielektrik maye sızması ilə transformator
12.4.3.1 Testin məqsədi
Testin məqsədi enerjili transformatorda sızmasının partlayış və ya yanğına səbəb olmadığını yoxlamaqdır.
12.4.3.2 Xüsusi test üsulları
Bu transformator nominal gücdə və nominal gərginlikdə üçfazalı yüklənməyə bağlanır.
Drenaj klapan təmin edilir və ayırmadan əvvəl fəaliyyət göstərmədiyi halda təxminən 1 saatdan sonra 50% maye həcmini azaltmaq üçün ölçülür.
12.4.3.3 Qəbul meyarları
Bənd 12.4.1.4 tətbiq olunur.
12.4.4 Aşağı gərginlikli birfazalı yüklənmə ilə transformatorlar
12.4.4.1 Test məqsədi
Testin məqsədi kifayət qədər olmayan ilkin cərəyanların dövriyyəsi ilə azalmasını, dərhal özünümüdafiə və ayırma cihazı tətikləyənə qədər sarğının temperatur artımını yaratmaqdır.
12.4.4.2 Xüsusi test üsulları
İnduktiv yükləmə birfaza və neytral arasında aşağı gərginlikli tərəfdə yerləşdirilir. Bu yükləmə ilkin aşağı gərginlikli cərəyan, transformatorun nominal aşağı gərginlikli cərəyanı arasında 3 və 4 dəfə olduğu kimidir.
Qeyd- Normal yüklənmə diapazonundan yuxarıda yükləmə cərəyanı məqbul müddət ərzində sarğıya zərər üçün seçilib.
12.4.4.3 Qəbul meyarları
Bənd 12.4.1.4 tətbiq olunur.
12.4.5 Aşağı gərginlikli şəbəkə üzrə üçfazalı müqavimətli qısa qapanma ilə transformator
12.4.5.1 Test məqsədi
Bu test yalnız özünümüdafiə və ayırma cihazı IEC 60282-1-ə uyğun olaraq cərəyan məhdudlaşdıran qoruyuculardan (ehtiyat və ya ümumi təyinatlı növləri) ibarət olduqda həyata keçiriləcək.
Testin məqsədi kritik nöqtələr mövcud olduqda özünümüdafiə və ayırma cihazının kritik nöqtəsini yoxlamaqdır (bax Qeyd).
Özünümüdafiə və ayırma cihazı digər qoruyucu komponentlərdən ibarət olduqda, ekvivalent test istehsalçısı və istehlakçı arasında müəyyən edilməlidir.
Qeyd - Ehtiyat və ümumi məqsədlər, sığorta növləri üçün I3 biraz aşağı cərəyanlar kritik hesab edilir.
12.4.5.2 Xüsusi test üsulu
İnduktiv yükləmə aşağı gərginlikli terminallara bağlıdır. Bu yükləmə elədir ki, yüksək gərginlikli cərəyanlar minimum sönmə cərəyanın 0,75 və 0,8 dəfə qiyməti arasındadır (IEC 60282-1 görə I3).
Transformatorun qısa qapanma müqaviməti yuxarıdakı cərəyan qiymətlərini əldə etməyə imkan vermədiyi halda, test aşağı gərginlikli terminallar üzrə qısa dövrə keçidi ilə həyata keçirilir.
12.4.5.3 Qəbul meyarları
Bənd 12.4.1.4 tətbiq olunur.
12.4.6 Yüksək gərginlikli sarğı naqillərində üçfazalı qısa dövrə ilə transformator
12.4.6.1 Test məqsədi
Bu testin iki məqsədi var:
– maksimum qısa qapanma cərəyanı üçün yüksək gərginlikli vtulkalar, özünümüdafiə və ayırma cihazının yüksək gərginlikli tərəfi arasında bağlantıların mexaniki və istilik davranışını yoxlamaq;
– maksimum qısa qapanma cərəyanı üçün müvafiq ayırmanı yoxlamaq.
12.4.6.2 Xüsusi test üsulları
Qısa qapanma istehsalçı və istehlakçı arasında razılaşdırılmış bir yerdə özünümüdafiə və ayırma cihazı, yüksək gərginlikli sarğı naqilləri arasında edilir.
Bu test torpaqlanmış hissələr daxil olmaqla, yüksək gərginlikli sarğı naqillərinə yüksək gərginlikli vtulkadan olan transformatorun tədbirlərini qismən reproduksiya edən bir model üzrə həyata keçirilə bilər.
Transformator heç bir qoruyucu ilə təchiz olunmasa belə, güc test dövrəsinin keçid bərpaedici gərginliyi, 1 test seriyasına dair IEC 60282-1-ə uyğun olmalıdır.
12.4.6.3 Qəbul meyarları
Bənd 12.4.1.4 tətbiq olunur.
12.4.7 Üçfazalı artıq yükləmə ilə temperatur artımı
12.4.7.1 Testin məqsədi
Testin məqsədi artıq yüklənmənin özünümüdafiə və ayırma cihazının düzgün olmayan əməliyyata səbəb olmamasını yoxlamaqdır.
Aşağıdakı test xüsusi artıq yüklənmə dövrü altında özünümüdafiə transformatorunun davranışını nümayiş etdirmək üçün həyata keçirilir. Test elə olmalıdır ki, son temperatur qiyməti IEC 60076-7-yə uyğun olaraq verilən maksimum qiymətlərə yaxın olsun (140 °C maksimum sarğı qaynar-nöqtə temperatur və 115 °C maksimum yüksək neft temperaturu).
12.4.7.2 Xüsusi test üsulları
Transformator ilk olaraq qısa dövrəli aşağı gərginlikli faza vtulkaları ilə aşağı gərginlikdə təchiz olunur.
İstilik sabitləşdirilməsi əldə edilənə qədər ümumi itkilərə müvafiq cərəyan tətbiq edilir.
Bu test 1,4 In həddindən artıq yüklənmə ilə IEC 60076-7-yə uyğun olaraq əldə edilir və artıq yüklənmə vaxtı laboratoriya mühit temperaturunu nəzərə alaraq bir formula ilə hesablanır. Bu formula IEC 60076-7-də verilir.
12.4.7.3 Qəbul meyarları
Özünümüdafiə və ayırma cihazın ayrılması baş verə bilməz.
12.4.8 Aşağı gərginlikli ildırım impuls gərginliyi
12.4.8.1 Testin məqsədi
Testin məqsədi bəzi ölkələrdə ciddi ifrat gərginliklərə məruz qalan şəhərətrafı və kənd üçün paylayıcı transformatorların aşağı gərginlikli izolyasiyasını yoxlamaqdır.
12.4.8.2 Xüsusi test üsulu
İldırım impulsu aşağı gərginlikli vtulkalar, o cümlədən əlaqələndirilmiş aşağı gərginlikli neytral vtulkalar (əgər varsa) ilə birlikdə çən daxil olmaqla, aşağı gərginlikli vtulkalar arasında tətbiq edilir; yüksək gərginlikli vtulkalar bir-biri ilə əlaqələndirilmiş formadadır və yerə qoşulur.
Mənfi polyarlıq ilə üç impulslar tətbiq edilir: pik qiymət və 30 kV 1,2/50 μs.
12.4.8.3 Qəbul meyarları
Heç bir çatışmazlıq və ya bağlanma baş verməməlidir.
12.4.9 Örtük və çən arasında elektrik bağlantı
12.4.9.1 Testin məqsədi
Testin məqsədi örtük və çən arasında elektrik bağlantının 50 V aşağı artan potensialla 1 saniyə ərzində 6 kA cərəyanı keçirmək iqtidarında olduğunu yoxlamaqdır.
12.4.9.2 Xüsusi test üsulu
Bu test sinüsoidal (alternativ) tək fazalı təchizat gərginliyi ilə həyata keçirilir, transformator torpaq terminalın örtük və çən üzərindəki vasitələr və test dövrəsi ilə əlaqələndirilir, yerdəki terminala bir vasitə ilə bağlanır.
Test boyunca, cərəyan ölçülür və qiymət 6 kA ± 10 % daxilində olmalıdır; gərginlik heç vaxt 50 V-dan artıq olmamalıdır.
12.4.9.3 Qəbul meyarları
Elektrik yayılma qövsü və ya material çilənməsi kimi çatışmazlıq və ya bağlanma baş verməməlidir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60038-2009 “IEC Standard voltages” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
_____________________________________________________________________________________________
IEC üzrə standart gərginliklər
IEC Standard voltages
_____________________________________________________________________________________________
Bu standart aşağıdakılara tətbiq edilir:
– d.c (dəyişən cərəyan) ötürücülərinə, paylaşdırıcılara və utilizasiya sistemlərinə və nominal gərginliyi 100 V-dan çox olan 50 Hs və 60 Hs standart tezlikli sistemlərdə istifadə üçün nəzərdə tutulan qurğulara;
– d.c. və s.c. (sabit cərəyan) dartma sistemlərinə;
– 120 V d.c. və ya 750 V s.c. (sabit cərəyan) -dən aşağı nominal gərginliklərə malik, d.c. və s.c. qurğularına, 50 Hs və 60 Hs tətbiq etmələri üçün nəzərdə tutulan d.c. gərginliklərinə; bu cür qurğular batareyalara (birinci və ya ikinci özəkdən), digər enerji təchizat cihazlarına (s.c. və ya d.c.), elektrik avadanlıqlarına (o cümlədən sənaye və kommunikasiyada istifadə edilən) və digər cihazlara aid edilir.
Bu standart siqnalları və ya ölçülmüş qiymətləri əks etdirən və ya ötürən gərginliklərə tətbiq edilmir.
Bu standart tərkib hissələrinin standart gərginliklərinə və elektrik cihazlarda istifadə edilən hissələrə və qurğunun tərkib hissələrinə tətbiq edilmir.
Bu standart aşağıdakılar üçün xidmət göstərmək məqsədilə nəzərdə tutulan standart gərginlik qiymətlərini müəyyən edir
− elektrik təchizat sistemlərinin nominal gərginliyi üçün faydalı qiymətlər və
− qurğu və sistem layihəsi üçün istinad qiymətləri.
1. Bu standartda müəyyən edilən qiymətlərin iki əsas səbəbi var:
Bu standartda müəyyən edilən nominal gərginliyin (və ya qurğu üçün ən yüksək gərginlik) qiymətləri bütün dünyada elektrik təchizat sistemlərinin tarixi inkişafına əsaslanır, çünki bu qiymətlərin ən ümumi qiymətlər olması müəyyən edilib və bütün dünyada bu cür qəbul edilib.
Bu standartda göstərilən gərginlik diapazonları layihə və elektrik qurğuların və sistemlərin sınağı üçün ən müvafiq əsas kimi qəbul edilir.
2. Lakin sistemin və məhsul standartlarının əsas məqsədi müvafiq sınaq qiymətlərini, sınaq şəraitlərini və qəbuletmə meyarlarını müəyyən etməkdir.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.
IEC 60364-5-52: Electrical installations of buildings – Part 5-52: Selection and erection of electrical equipment – Wiring systems (IEC 60364-5-52: Binaların elektrik qurğuları – Hissə 5-52: Elektrik qurğuların seçilməsi və quraşdırılması – Məftil sistemləri)
Bu standartda müvafiq tərifləri ilə aşağıdakı terminlərdən istifadə edilib.
Dəyişən gərginliklər üçün, aşağıda göstərilən gərginliklər orta kvadratik (r.m.s.) qiymətləridir.
3.1 nominal sistem gərginliyi: sistemi təyin etmək və ya müəyyən etmək üçün istifadə edilən gərginliyin uyğun qiyməti
[IEV 601-01-21, yenilənib]
3.2 sistemin ən yüksək gərginliyi (keçid və ya qeyri-normal şəraitlər istisna olmaqla): normal iş şəraitlərində hər hansı bir vaxtda və ya sistemin hər hansı bir yerində baş verən əməliyyat gərginliyinin ən yüksək qiyməti
Qeyd: Paylama əməliyyatları və gərginliyin müvəqqəti dəyişməsi sayəsində baş verən yüksək gərginliklər istisna olunur.
[IEV 601-01-23, yenilənib]
3.3 sistemin ən aşağı gərginliyi (keçid və ya qeyri-normal şəraitlər istisna olmaqla): normal iş şəraitlərində hər hansı bir vaxtda və ya sistemin hər hansı bir yerində baş verən əməliyyat gərginliyinin ən aşağı qiyməti.
Qeyd: Paylama əməliyyatları və gərginliyin müvəqqəti dəyişməsi sayəsində baş verən keçici gərginliklər istisna olunur.
[IEV 601-01-24, yenilənib]
3.4 təchizat terminalları: elektrik enerjisinin mübadilə etdiyi ötürücü və paylaşdırıcı şəbəkə
3.5 təchizat gərginliyi: təchizat terminallarında fazalar arası gərginlik və ya faza gərginliyi
Qeyd: Ekvivalent tərif: təchizat terminallarında xətlər arası gərginlik və ya xətt gərginliyi.
3.6 təchizat gərginliyinin diapazonu: təchizat terminallarında gərginliyin diapazonu
3.7 utilizasiya gərginliyi: utilizasiya qurğusunun əsas qurğuya birləşdirilməsi nəzərdə tutulan yerlərdə fazalar arası və ya faza gərginliyi
Qeyd: Ekvivalent tərif: utilizasiya qurğusunun əsas qurğuya birləşdirilməsi nəzərdə tutulan yerlərdə xətlər arası və ya xətt gərginliyi
3.8 utilizasiya gərginliyinin diapazonu: utilizasiya qurğusunun əsas qurğuya birləşdirilməsi nəzərdə tutulan yerlərdə gərginliyin diapazonu
Qeyd: Bir məsələyə diqqət çəkilir ki, bəzi qurğu standartlarında (misal üçün, IEC 60335-1 və IEC 60071) “gərginlik diapazonu” termini müxtəlif mənalar verir.
3.9 qurğu üçün ən yüksək gərginlik: qurğunun aşağıdakılarla bağlı işləmək üçün təyin edildiyi ən yüksək gərginlik:
b) müvafiq avadanlıq tövsiyələrində bu ən yüksək gərginlik ilə əlaqəli ola biləcək digər xüsusiyyətlər.
Qeyd: Qurğu yalnız qurğu üçün ən yüksək gərginlikdən az və ya ona bərabər yüksək sistem gərginliyinə malik sistemlərdə istifadə edilə bilər.
4 STANDART GƏRGİNLİKLƏR
4.1 Nominal gərginliyi 100 V və 1 000 V arasında olan və müvafiq qurğulara malik DC sistemləri
d.c. sisteminin 100 V-dan 1 000 V-a qədər diapazonda nominal gərginliyi Cədvəl 1-də göstərilən qiymətlərdən seçilməlidir.
Cədvəl 1 – A100 V və 1 000 V arasında nominal gərginliyə və müvafiq qurğulara malik DC sistemləri
230/400 V qiyməti Avropada və bir çox digər ölkələrdə artıq istifadəsi tamamlanan 220/380 V və 240/415 V sistemlərinin təkamülünün nəticəsidir. Lakin 220/380 V və 240/415 V sistemləri hələ də mövcuddur.
400/690 V qiyməti Avropada və bir çox digər ölkələrdə artıq istifadəsi tamamlanan 380/660 sisteminin təkamülünün nəticəsidir. Lakin 380/660 V sistemləri hələ də mövcuddur.
200 V və ya 220 V qiymətləri həmçinin bir sıra ölkələrdə istifadə edilir.
100/200 V qiymətləri də bir sıra ölkələrdə 50 Hs və ya 60 Hs sistemlərdə istifadə edilir.
Cədvəl 1-də üç fazalı dörd telli sistemlərə və bir fazalı üç telli sistemlərə bir fazalı dövrələr (genişlənmələr, xidmətlər və s.) daxildir.
Birinci və ikinci sütunlarda göstərilən aşağı qiymətlər neytrala yaxın gərginliklər, ən yüksək qiymətlər isə fazalar arası gərginliklərdir. Yalnız bir qiymət göstərilən zaman o, üç telli sistemlərə aid edilir və fazalar arası gərginliyi müəyyən edir. Üçüncü sütunda göstərilən aşağı qiymət neytrala yaxın gərginlik və yüksək qiymət isə xətlər arası gərginlikdir.
230/400 V-dan yuxarı gərginliklər ağır sənaye tətbiqləri və böyük kommersiya sahələri üçün nəzərdə tutulur.
Təchizat gərginliyinin diapazonuna gəlincə isə, normal iş şəraitləri zamanı, təchizat gərginliyi sistemin nominal gərginliyindən ±10 %-dən çox fərqlənməməlidir.
Utilizasiya gərginliyinin diapazonuna gəlincə isə, təchizat terminallarında gərginlik dəyişmələrinə əlavə olaraq, istehlakçı qurğularında gərginlik düşmələri baş verə bilər. Əlavə məlumat üçün, IEC 60364-5-52-ə baxın. Utilizasiya gərginliyinin bu diapazonu komitələr tərəfindən nəzərə alınmalıdır.
Qeyd: Təchizat terminallarında və utilizasiya terminallarında ən yüksək və ən aşağı gərginlik qiymətləri yuxarıda qeyd edilənlərdən və IEC 60364-5-52:2001-dən götürüldüyü üçün, bunlar barəsində məlumat 20H Əlavə A-da göstərilmişdir.
4.2 SC və d.c. dartıcı sistemləri
d.c. və ya s.c. dartıcı sistemlərinin gərginlikləri Cədvəl 2-də göstərilən qiymətlərdən seçilməlidir.
Cədvəl 2 – DC və d.c. dartıcı sistemləri
AC bir fazalı sistemlər
a Mötərizədə göstərilən qiymətlər üstünlük verilməyən qiymətlərdir. Tövsiyə olunur ki, bu qiymətlər gələcəkdə inşa ediləcək yeni sistemlər üçün istifadə edilməsin. Xüsusən də, d.c. bir fazalı sistemlər üçün, 6 250 V nominal gərginliyi yalnız yerli şərait 25 000 V nominal gərginliyi qəbul etməyə imkan vermədiyi zaman istifadə edilməlidir.
Yuxarıdakı cədvəldə göstərilən qiymətlər elektrik dartıcı qurğuları (C.M.T.) üzrə beynəlxalq komitə tərəfindən və elektrik avadanlıqları və dəmir yol üçün sistemlər üzrə IEC-in 9 saylı texniki komitəsi tərəfindən razılaşdırılan qiymətlərdir.
b Müəyyən Avropa ölkələrində bu gərginlik 4 000 V-a çata bilər. Bu ölkələrdə beynəlxalq xidmətlər üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinin elektrik qurğuları 5 dəqiqəyə qədər qısa müddət ərzində bu maksimal gərginliyə tab gətirmək qabiliyyətindədir.
4.3 1 kV-dan yuxarı və 35 kV-ı keçməyən nominal gərginliyə və müvafiq qurğulara malik DC üç fazalı sistemlər
1 kV-dan yuxarı və 35 kV-ı keçməyən nominal gərginliyə malik d.c. üç fazalı sistem üçün gərginliklər Cədvəl 3-də göstərilən qiymətlərdən seçilməlidir.
Cədvəl 3 – 1 kV-dan yuxarı və 35 kV-u keçməyən nominal gərginliyə və müvafiq qurğulara malik DC üç fazalı sistemlər
1. Tövsiyə olunur ki, hər hansı bir ölkədə iki yanaşı nominal gərginliklər arasında nisbət ikidən az olmamalıdır.
2. Normal seriya I sistemində ən yüksək gərginlik və ən aşağı gərginlik sistemin nominal gərginliyindən təqribən ±10 %-dən çox fərqlənmir. Normal seriya II sistemində ən yüksək gərginlik sistemin nominal gərginliyindən təqribən +5 %-dən çox fərqlənmir və ən aşağı gərginlik isə -10 %-dən çox fərqlənmir.
Bu sistemlər əsasən dörd telli sistemlərdir və göstərilən qiymətlər fazalar arasında olan gərginlikdir. Neytrala nisbətən gərginlik 1,73-ə bölünən göstərilən qiymətə bərabərdir.
Bu qiymətlərin unifikasiya edilməsi nəzərdən keçirilir
Bəzi ölkələrdə qurğular üçün nominal gərginlik üçün 22,9 kV qiymətləri və ən yüksək gərginlik üçün 24,2 kV və ya 25,8 kV qiymətləri istifadə edilir.
Qurğu üçün ən yüksək gərginliyin iki seriyası yuxarıda göstərilib, biri 50 Hs və 60 Hs sistemlər üçün (seriya I), digəri isə 60 Hs sistemlər üçün (seriya II – Şimali Amerika təcrübəsi). Hər hansı bir ölkədə seriyalardan yalnız birinin istifadə edilməsi tövsiyə olunur.
Həmçinin tövsiyə olunur ki, hər hansı bir ölkədə seriya I üçün verilən nominal gərginliklərin iki seriyasının yalnız biri istifadə edilsin.
4.4 35 kV-dan yuxarı və 230 kV-ı keçməyən nominal gərginliyə və müvafiq qurğulara malik d.c. üç fazalı sistemləri
35 kV-dan yuxarı və 230 kV-ı keçməyən nominal gərginliyə və müvafiq qurğulara malik d.c. üç fazalı sistemləri üçün gərginliklər Cədvəl 4-də verilən qiymətlərdən seçilməlidir.
Cədvəl 4 - 35 kV-dan yuxarı və 230 kV-ı keçməyən nominal gərginliyə və müvafiq qurğulara malik d.c. üç fazalı sistemlər
Mötərizədə göstərilən qiymətlər üstünlük verilməyən qiymətlərdir. Tövsiyə olunur ki, bu qiymətlər gələcəkdə inşa ediləcək yeni sistemlər üçün istifadə edilməsin. Qiymətlər fazalar arasındakı gərginliklərdir.
Sistemin nominal gərginliklərinin iki seriyası yuxarıda göstərilib. Hər hansı bir ölkədə seriyalardan yalnız birinin istifadə edilməsi tövsiyə olunur.
Tövsiyə olunur ki, hər hansı bir ölkədə qurğu üçün ən yüksək gərginlik üçün aşağıdakı qruplardakı qiymətlərdən yalnız biri istifadə edilsin:
• 123 kV və ya 145 kV;
• 245 kV və ya 300 kV (Cədvəl 5-ə baxın) və ya 362 kV (Cədvəl 5-ə baxın).
4.5 245 kV-ı keçən qurğular üçün ən yüksək gərginliyə malik d.c. üç fazalı sistemlər
245 kV-ı keçən d.c. üç fazalı sistem üçün qurğular üçün ən yüksək gərginlik Cədvəl 5-də verilən qiymətlərdən seçilməlidir.
Cədvəl 5 – 245 kVa-ı keçən qurğular üçün ən yüksək gərginliyə malik d.c. üç fazalı sistemlər
Mötərizədə göstərilən qiymətlər üstünlük verilməyən qiymətlərdir. Tövsiyə olunur ki, bu qiymətlər gələcəkdə inşa ediləcək yeni sistemlər üçün istifadə edilməsin. Qiymətlər fazalar arasındakı gərginliklərdir.
525 kV qiyməti də istifadə edilir.
765 kV qiyməti də istifadə edilir; qurğular üçün sınaq qiymətləri 765 kV üçün IEC tərəfindən müəyyən edildiyi kimi olmalıdır.
Tövsiyə olunur ki, hər hansı bir coğrafi ərazidə qurğu üçün ən yüksək gərginlik üçün aşağıdakı qruplardakı qiymətlərdən yalnız biri istifadə edilsin:
• 245 kV (Cədvəl 4-ə baxın) və ya 300 kV və ya 362 kV;
• 362 kV və ya 420 kV;
• 420 kV və ya 550 kV;
• 1 100 kV və ya 1 200 kV.
Qeyd: Yuxarıdakı cümlədə “coğrafi ərazi” termini bir ölkəni, eyni gərginlik səviyyəsini qəbul etməyə razılıq verən ölkələr qrupunu və ya böyük ölkənin bir hissəsini göstərə bilər.
4.6 120 V d.c.-dən və ya 750 V s.c-dən aşağı nominal gərginliyə malik qurğular.
120 V d.c.-dən və ya 750 V s.c-dən aşağı qurğular üçün nominal gərginlik Cədvəl 6-da göstərilən qiymətlərdən seçilməlidir.
Cədvəl 6 – 120 V d.c.-dən və ya 750 V s.c-dən aşağı nominal gərginliyə malik qurğular
1. Birinci və ikinci özəklərin gərginliyi 2,4 V-dən aşağı olduğu üçün və müxtəlif məqsədlər üçün istifadə edilən özəklərin növünün seçilməsi gərginlikdən fərqli xüsusiyyətlərə əsaslandığı üçün, bu qiymətlər bu cədvələ daxil edilmir. IEC-in müvafiq texniki komitələri özəklərin növlərini və xüsusi tətbiqlər üçün müvafiq gərginlikləri müəyyən edə bilər.
2.Texniki və iqtisadi səbəblərdən, müəyyən xüsusi tətbiq sahələri üçün əlavə gərginliklər tələb oluna bilər.
100 V və 1 000 V arasında nominal gərginliyə malik d.c. sistemləri üçün təchizat və utilizasiya terminallarında ən yüksək və ən aşağı gərginlik qiymətləri
Cədvəl A.1 təchizat və utilizasiya terminallarında ən yüksək və ən aşağı gərginlik qiymətlərini göstərir, çünki onlar Bənd 4-də Cədvəl 1 ilə bağlı mətndən və IEC 60364-5-52:2001-də göstərilənlərdən götürülə bilər.
Qeyd: Cədvəl A.1-də göstərilən qiymətlər IEC 60364-5-52:2001 bənd 525-də qeyd olunanlara əsaslanır. Bənd 525-də qeyd olunur ki, digər mülahizələr olmadığı halda, tövsiyə olunur ki, təcrübədə istehlakçının qurğusu ilə avadanlıq arasındakı gərginlik düşməsi qurğunun nominal gərginliyinin 4 %-dən çox olmamalıdır.
IEC 60364-5 bənd 525-də hazırda müzakirə olunmaqdadır. Ən aşağı utilizasiya gərginlikləri üçün qiymətlər gələcəkdə IEC 60364-5-52-in yenilənməsinə uyğun olaraq modifikasiya edilməlidir.
Cədvəl A.1 – 100 V və 1 000 V arasında nominal gərginliyə malik d.c. sistemləri üçün təchizat və utilizasiya terminallarında ən yüksək və ən aşağı gərginlik qiymətləri
Üç fazalı dörd telli və ya üç telli sistemlər
Bir fazalı üç telli sistemlər
) 230/400 V qiyməti Avropada və bir çox digər ölkələrdə artıq istifadəsi tamamlanan 220/380 V və 240/415 V sistemlərinin təkamülünün nəticəsidir. Lakin 220/380 V və 240/415 V sistemləri hələ də mövcuddur.
) 400/690 V qiyməti Avropada və bir çox digər ölkələrdə artıq istifadəsi tamamlanan 380/660 V sistemlərinin təkamülünün nəticəsidir. Lakin 380/660 V sistemləri hələ də mövcuddur.
) 200 V və ya 220 V qiymətləri də bir sıra ölkələrdə istifadə edilir
) 100/200 V qiymətləri də bəzi ölkələrdə 50 Hs və ya 60 Hs sistemləri üzrə istifadə edilir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60059:1999 “IEC standard current ratings” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
İEC üzrə standart cərəyan dərəcələri
IEC standard current ratings
_______________________________________________________________________________________
Bu standart elektrik cihazlar, aparatlar, alətlər və qurğular üçün cərəyan dərəcələrini müəyyən edir.
Bu standart elektrik cihazlar və ya qurğular daxilində istifadə edilən tərkib hissələrinin cərəyan dərəcələri üçün tətbiq edilmir.
Aşağıdakı normativ sənədlərə müddəalar daxildir ki, bu mətnə istinad etməklə IEC 60059-un müddəalarını təşkil edir. Tarixi göstərilmiş istinadlar üçün bu nəşrlərə ardıcıl düzəlişlər və ya yenilənmələr tətbiq edilmir. Lakin IEC 60059 əsasında razılığa gələn tərəflər aşağıda göstərilən normativ sənədlərin ən son nəşrlərini tətbiq etməyə çalışmalıdır.
Tarixi göstərilməmiş istinadlar üçün istinad edilən normativ sənədlərin sonuncu nəşri tətbiq edilir. IEC və ISO üzvləri hazırda qüvvədə olan beynəlxalq standartların reyestrinə malikdir.
ISO 3:1973, Preferred numbers – Series of preferred numbers (Üstünlük verilən saylar – Üstünlük verilən sayların seriyası).
Seçilən qiymətlər ISO 3-də müəyyən edilən R10 seriyası ilə uyğunluq təşkil etməlidir.
Qurğunun hər hansı bir növü üçün cərəyan dərəcələmələri aşağıdakı cədvəldə göstərilən qiymətlərdən seçilməlidir. Bu qiymətlər utilizasiya sistemlərinin və ya qurğuların dizaynına və yaxud işləmə xüsusiyyətlərinə tətbiq edilməlidir.
Qurğulara və ya onların istifadəsi və xüsusiyyətlərinə görə addımlar dəyişə bilər. Qəbul edilən qiymətlərin seçilməsi hər bir halda nəzərə alınmalıdır və əmin olmaq lazımdır ki, 1,6 – 3,15 – 6,3 qiymətlərinin yerinə 1,5 – 3 – 6 – 7 qiymətlərini seçmək üçün əsaslı səbəb var.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60230-1966 “Impulse tests on cables and their accessories” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
_______________________________________________________________________________________
Kabellər və onların köməkçi
vasitələri üzərində impuls sınaqları
Impulse tests on cables
and their accessories
________________________________________________________________________________________
1.1 Bu tövsiyə kabellər və onların köməkçi vasitələri üzərində impuls sınaqlarının yerinə yetirilməsi üçün şəraitlər və prosedurları müəyyənləşdirir. Həmçinin, bu tövsiyənin məqsədi müxtəlif labaratoriyalarda keçirilən təcrübələri rasionallaşdırmaq və beləliklə, müxtəlif spesifikasiyalara malik kabellər üzrə alınan nəticələr arasında müqayisələri asanlaşdırmaqdır.
1.2 Bu tövsiyə müəyyən edilən sınaq səviyyələrinin seçilməsindən asılı olmayaraq, sınaqların yerinə yetirilməsi metodları üçün nəzərdə tutulur.
1.3 Bu tövsiyə yüksək gərginlikli kabellərin bütün növlərinə tətbiq edilə bilər.
1.4 Bu tövsiyə üç bölmədən ibarətdir. Birinci bölmədə sınaq qurğusunun xüsusiyyətləri və vəziyyəti, o cümlədən, dözümlük sınaqları və dözümlük səviyyəsindən yuxarı sınaqlar üçün ümumi olan prosedurlar təsvir edilir. İkinci bölmədə dözümlük sınaqlarının yerinə yetirilməsi prosedurları təsvir edilir. Üçüncü bölmədə isə dözümlük səviyyəsindən yuxarı sınaqların yerinə yetirilməsi üçün prosedurlar göstərilir və araşdırma məqsədləri üçün nəzərdə tutulur.
2 Sınağa məruz qalan sınaq qurğusunun xüsusiyyətləri
2.1 Sınaq qurğusuna daxil edilən bütün kabel nümunələri müvafiq IEC Tövsiyəsində göstərilən əyilmə sınağının bir hissəsi kimi daxil edilən əyilmə əməliyyatına məruz qalmalıdır.
Qeyd: Xüsusi şəraitlərdə istifadə üçün nəzərdə tutulan kabellər, misal üçün sualtı kabellər üçün müxtəlif mexaniki əməliyyatlar tətbiq edilə bilər. Əgər bu, müvafiq IEC Tövsiyəsində təsvir edilməyibsə, istehlakçı ilə istehsalçı arasında razılaşdırılmalıdır.
2.2 Əgər sınaq qurğusuna hər hansı digər köməkçi vasitənin daxil edilməsi nəzərdə tutulmayıbsa, götürülən nümunənin uzunluğu elə olmalıdır ki, kipləşən sonluqların aşağı hissələri arasındakı kabelin uzunluğu ən azı 5 m olsun.
2.3 Sınaq qurğusuna bir birləşmə daxil edilən zaman, birləşmə ilə hər bir kipləşən sonluğun aşağı hissəsi arasındakı sərbəst kabelin minimum uzunluğu 5 m olmalıdır.
Birdən çox birləşmə daxil edildiyi halda da eyni tələblər tətbiq edilir və bundan əlavə, ardıcıl birləşmələr arasında minimum 3 m uzunluğunda sərbəst kabel olmalıdır.
3 Sınaq qurğusunun vəziyyəti
Sınaq qurğusu aşağıdakı şəraitlərdə saxlanılmalıdır:
Qaz təzyiqli və yağlı kabellər üçün təzyiq müvafiq IEC Tövsiyəsinə uyğun olaraq tənzimlənməlidir.
3.2 Temperatur şərtləri
Temperatur şərtləri və temperaturun ölçülməsi metodları müvafiq IEC Tövsiyəsində təsvir edildiyi kimi olmalıdır, lakin istehlakçı ilə istehsalçı arasında razılaşma əsasında digər temperatur ölçmə metodlarından da istifadə edilə bilər.
4 İmpuls dalğalarının forması
Tətbiq edilən impuls dalğalarının əvvəli 1 µs və 5 µs arasında sürəkliliyə və 50 ± 10 μs pik qiymətin yarısına bərabər sürəkliliyə malik olmalıdır. Onlar həmçinin, yüksək gərginlikli sınaq texnologiyaları ilə bağlı IEC 60 ilə uyğunluq təşkil etməlidir.
5 İmpuls generatorunun kalibrlənməsi
İmpulsların tətbiq edilməsinə hazırlanarkən, kabelin temperaturu sabit qiymətdə saxlanılmazdan dərhal əvvəl və ya sabit qiymətdə saxlanılan müddət ərzində, generator aşağıdakı şəraitlərdə, müsbət polyarlıq ilə kalibrlənməlidir:
Sınaq komplektinin hər iki sonluğu impuls generatoruna birləşdirilməlidir. Qığılcım aralığını ölçən və gərginlik bölücüsünə malik osilloqraf paralel birləşdirilməlidir və sınaq zamanı bu cür qalmalıdır.
Qığılcım aralığının nizamlanması üçün, generatorun doldurucu gərginliyi elə tənzimlənməlidir ki, qığılcım aralığının qığılcımlanmasının 50 %-ni təmin etsin (bax IEC 60 alt bənd 6.3.1.2) və impuls gərginliyinin osilloqramı götürülməlidir. Bu prosedur qığılcım aralığının ən azı üç müxtəlif cür nizamlanması üçün həyata keçirilməlidir. Nizamlanmalar elə seçilməlidir ki, onların 50 % qığılcımlanma gərginlikləri müəyyən edilən sınaq səviyyəsinin təqribən 50 %, 65 % və 80 % həcmində olsun.
Doldurucu gərginliyi qığılcım aralığının alışma gərginliyinin funksiyası kimi göstərən əyrilər bu müsbət polyarlıq üçün çəkilməlidir. Müsbət polyarlıq ilə müəyyən edilən səviyyəyə nail olmaq üçün lazım olan doldurucu gərginliyi müəyyən etmək üçün düz xətt olmalı olan bu əyri ekstrapolyasiya edilməlidir.
Bu polyarlıq üçün gərginlik bölücüsünün nisbəti elə seçilməlidir ki, qığılcım aralığı üçün maksimum alışma gərginlikləri və əldə olunmalı olan gərginlik osilloqramları nəzərə alınsın. Gərginlik bölücüsünün nisbəti üçün olan bu qiymət bu polyarlıq ilə keçirilən sınaqlar zamanı götürülən bütün osilloqramlar üçün istifadə edilməlidir.
Bundan əlavə, qığılcım aralığında digər pik gərginlik ölçən cihazlar istifadə edilə bilər, lakin bu cür cihazlar IEC 60-a uyğun olmalıdır. Beləliklə, əgər osilloqramlara əlavə olaraq, gərginlik bölücüsü ilə birgə digər pik gərginlik ölçən cihaz istifadə edilirsə və əgər həm cihaz, həm də bölücü IEC 60 ilə uyğunluq təşkil edirsə, müəyyən edilən sınaq səviyyəsinin təqribən 50 %, 65 % və 80 %-ni vermək üçün, impuls generatoru doldurucu gərginliyi tənzimləməklə kalibrlənə bilər.
6 Müəyyən edilən səviyyədə impulsların tətbiq edilməsi
6.1 Aralıq boyunca alışmanın baş verməməsi üçün artırılan qığılcım aralığı ilə və tələb olunan temperaturda saxlanılan kabel ilə sınaq qurğusu müəyyən edilən gərginlikdə 10 müsbət impuls seriyasına məruz qalmalıdır. İki ardıcıl impuls arasındakı vaxt intervalı impuls generatorunun düzgün gərginlikdə doldurulmasını təmin etmək üçün kifayət olmalıdır.
6.2 10 müsbət impuls tətbiq edildikdən dərhal sonra, bənd 5-də müəyyən edilən şəraitlər altında generator mənfi polyarlıq üçün təkrar kalibrlənməlidir və bu halda, eyni müəyyən edilən gərginliyin 10 mənfi impuls seriyası sınaq komplektinə tətbiq edilməlidir.
6.3 Hər bir seriyada ən azı birinci və onuncu impulsların osilloqramları götürülməlidir. Osilloqramlara rəqslərin zamana görə dövrü də daxil olmalıdır.
6.4 Sınaq zamanı ətraf temperatur, kabel temperaturu və müvafiq yerdə qaz və ya yağ təzyiqi yoxlanmalıdır.
DÖZÜMLÜK SƏVİYYƏSİNDƏN
7 Müəyyən edilən dözümlük səviyyəsindən yuxarı impuls sınağının tətbiq edilməsi və elektrik şəbəkə tezliyinin sınağından imtina edilməsi
7.1 Dözümlük səviyyəsindən yuxarı səviyyələrdə impuls sınaqları araşdırma məqsədləri üçün tətbiq edilən zaman, aşağıda göstərilən prosedurlara əməl etmək tövsiyə olunur.
7.2 Bu halda, IEC 141-1, 141-2 və 141-3-də, yağlı və qaz təzyiqli kabellər və onların köməkçi vasitələri üzərində sınaqlarda göstərilən elektrik şəbəkə tezliyinin ətraf temperaturda sınağından imtina etmək olar, lakin o şərtlə ki, sınaq qurğusunun impulsa dözümlük gərginliyi sınağından uğurla keçmiş olsun. Əgər sonuncu osilloqram bunu aydın şəkildə göstərmirsə, daha yaxşı osilloqram əldə etmək üçün, dözümlük səviyyəsində əlavə impuls gərginlikləri tətbiq edilə bilər.
8 Dözümlük səviyyəsindən yuxarı sınaqlar üçün prosedur
8.1 Bənd 3.2-də müəyyən edilən temperatur şərtləri ilə, impulslar aşağıdakı ardıcıllıq ilə tətbiq edilməlidir:
1) dözümlük gərginliyində 10 mənfi impuls və təqribən 5 %;
2) 5 müsbət impuls, əvvəli 1) üçün istifadə edilən qiymətin 50 %-də və qalanı isə 1) üçün istifadə edilən qiymətin 85 %-nə qədər tədricən artan qiymətlərdə;
3) dözümlük gərginliyində 10 mənfi impuls və təqribən 5 %;
4) dözümlük gərginliyində 10 mənfi impuls və təqribən 10 %;
5) 5 mənfi impuls, əvvəli 4) üçün istifadə edilən qiymətin 50 %-də və qalanı isə 4) üçün istifadə edilən qiymətin 85 %-nə qədər tədricən artan qiymətlərdə;
6) dözümlük gərginliyində 10 mənfi impuls və təqribən 10 %.
8.2 Sınaq gərginliyini təqribən 5 % mərhələlərlə artırmaqla, bənd 8.1-də müəyyən edilən ardıcıllıq təkrar olunmalıdır. Beləliklə, 7) və 9) addımlar dözümlük gərginliyində və 15 % tətbiq olunmalıdır; 10) və 12) addımlar dözümlük gərginliyində və 20 %; və s.
8.3 Arzu olunan gərginlik əldə olunana qədər və ya sönmə baş verənə qədər davam etmək tövsiyə edilir.
8.4 Hər bir seriyada ən azı birinci və onuncu impulsların osilloqramları götürülməlidir.
8.5 Ümumilikdə, bu sınaqlar zamanı generatorun kalbirlənməsinə zərurət yoxdur və gərginlik ilkin kalbirlənmədən ekstrapolyasiya vasitəsilə müəyyən edilə bilər. Lakin əgər sınaq gərginliyi ilə ilkin kalbirlənmə üçün istifadə edilən maksimum gərginlik arasındakı fərq düzgün nəticə əldə etmək üçün çox böyük hesab edilərsə, yeni kalbirlənmə lazım ola bilər. (IEC 60 bənd 6.2.5.2)
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60282-1:2009 “High-voltage fuses. Part 1: Current-limiting fuses ” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
__________________________________________________________________________________________
Yüksək gərginlikli əriyən qoruyucular.
Hissə 1: Cərəyan məhdudlaşdıran
Part 1: Current-limiting fuses
_________________________________________________________________________________________
Bu standart 50 Hs və 60 Hs tezlikli və 1000 V-dan yüksək nominal gərginlikli dəyişən cərəyan sistemlərində açıq və qapalı şəkildə istifadə üçün layihələndirilən yüksək gərginlikli və cərəyan məhdudlaşdıran əriyən qoruyucuların bütün növlərinə tətbiq edilir.
Bəzi əriyən qoruyucular göstərici cihaz və ya ötürücü ilə təchiz edilən əriyən qoruyucu içliyi ilə təmin edilir. Bu əriyən qoruyucular bu standartın tətbiq sahəsinə daxildir, lakin paylayıcı cihazın ayırıcı mexanizmi ilə birləşmə zamanı ötürücünün düzgün işləməsi bu standartın tətbiq sahəsinə daxil deyil (bax IEC 62271-105).
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir:
IEC 60060-1:1989 High-voltage test techniques – Part 1: General definitions and test requirements (IEC 60060-1:1989 Yüksək gərginlikli sınaq texnologiyaları − Hissə 1:Ümumi təriflər və sınaq tələbləri)
IEC 60071-1:2006 Insulation coordination – Part 1: Definitions, principles and rules (IEC 60071-1:2006, İzolyasıyanın koordinasiyası − Hissə 1: Anlayışlar, prinsiplər və qaydalar)
IEC 60085:2007 Electrical insulation – Thermal evaluation and designation (IEC 60085:2007 Elektrik izolyasiya – Termal qiymətləndirmə və təyin etmə)
IEC 60265-1:1998 High-voltage switches – Part 1: Switches for rated voltages above 1 kV and less than 52 kV (IEC 60265-1:1998 Yüksək gərginlikli ayırıcı cihazlar– Hissə 1: 1 kV-dan yüksək və 52 kV-dan alçaq nominal gərginliklər üçün ayırıcı cihazlar)
IEC 60549:1976 High-voltage fuses for the external protection of shunt power capacitors (IEC 60549:1976 Şuntlu elektrik kondensatorların xarici mühafizəsi üçün yüksək gərginlikli əriyən qoruyucular)
IEC 60644:1979 Specification for high-voltage fuse-links for motor circuit applications (IEC 60644:1979 Mühərrik dövrəsi üçün yüksək gərginlikli əriyən qoruyucu içlikləri üçün spesifikasiyalar)
IEC/TR 60787:2007 Application guide for the selection of high-voltage current-limiting fuse-links for transformer circuits (IEC/TR 60787:2007 Transformator dövrələri üçün yüksək gərginlikli cərəyan məhdudlaşdıran əriyən qoruyucu içliklərinin seçilməsi üçün qaydalar)
IEC 62271-105:2002 High-voltage switchgear and controlgear – Part 105: Alternating current switch-fuse combinations (IEC 62271-105:2002 Yüksək gərginlikli paylayıcı cihaz və ya idarəetmə cihazı – Hissə 105: Dəyişən cərəyan paylayıcısı-əriyən qoruyucu birləşmələri)
ISO 148-2 Metallic materials – Charpy pendulum impact test – Part 2: Verification of test machines (ISO 148-2 Metal materiallar – Yellənən dayaq təsirinin sınağı – Hissə 2: Sınaq qurğularının yoxlanması)
ISO 179 (all parts) Plastics – Determination of Charpy impact properties (ISO 179 (Bütün hissələr) Plastiklər – Yellənən dayaq təsirinin xüsusiyyətlərinin müəyyən edilməsi)
3. NORMAL VƏ XÜSUSİ XİDMƏT ŞƏRAİTLƏRİ
3.1 Normal xidmət şəraitləri
Bu standart ilə uyğunluq təşkil edən əriyən qoruyucular aşağıdakı şəraitlərdə istifadə edilmək üçün layihələndirilib.
a) Maksimum hava temperaturu 40 °C olmalıdır və 24 saat müddət ərzində ölçülən orta temperatur 35 °C-ni keçməməlidir.
Minimum hava temperaturu -25 °C olmalıdır.
QEYD 1: Əriyən qoruyucuların vaxt-cərəyan xüsusiyyətləri minimum və maksimum temperaturlarda dəyişdirilməlidir.
b) Hündürlük 1000 metri keçməməlidir.
QEYD 2: Bu standartda müəyyən edilən nominal gərginliklər və izolyasiya səviyyələri 1000 metrdən yüksək olmayan hündürlüklərdə istifadə üçün nəzərdə tutulan qoruyuculara tətbiq edilməlidir. Xarici izolyasiyanı birləşdirən qoruyucuların 1000 metrdən yüksək hündürlüklərdə istifadəsi tələb olunarsa, aşağıdakı prosedurların biri və ya bir neçəsi qəbul olunmalıdır.
a) Havada olan izolyasiya hissəsi üçün sınaq gərginlikləri Cədvəl 1-in sütununda (2) göstərilən müvafiq tənzimləmə amili nəzərə alınmaqla, Cədvəl 4 və 5-də göstərilən standart sınaq gərginliklərini çoxaltmaqla müəyyən edilməlidir.
b) Əriyən qoruyucular elə nominal gərginlik ilə seçilə bilər ki, həmin gərginlik Cədvəl 1-in sütununda (3) göstərilən müvafiq tənzimləmə amili nəzərə alınmaqla çoxaldılan zaman sistemin yüksək gərginliyindən aşağı olmasın.
1000 və 1500 m arasında və 1500 m və 3000 m arasında olan hündürlüklər üçün tənzimləmə amilləri Cədvəl 1-də göstərilən qiymətlər arasında xətti birləşmə ilə əldə oluna bilər.
Cədvəl 1 – Hündürlüyün tənzimlənməsi amilləri – Sınaq gərginliyi və nominal gərginlik
Dəniz səviyyəsinə istinad edilən sınaq gərginlikləri üçün tənzimləmə amili
Hər hansı bir hündürlükdə dielektrik xüsusiyyətlər eyni olduğu zaman xüsusi ehtiyat tədbirlərinin görülməsinə zərurət yaranmır.
QEYD 3: Bu standartda müəyyən edilən nominal cərəyan və ya temperatur qalxması Cədvəl 2-nin sütunlarında (2) və (3) göstərilən müvafiq amillərdən istifadə etməklə, 1000 m-dən yüksək olan hündürlüklər üçün tənzimlənə bilər. Hər hansı bir tətbiq üçün sütunlardan (2) və (3) birində göstərilən tənzimləmə amilindən istifadə edilməlidir, lakin hər ikisindən istifadə edilməməlidir.
1000 və 1500 m arasında və 1500 m və 3000 m arasında olan hündürlüklər üçün tənzimləmə amilləri Cədvəl 2-də göstərilən qiymətlər arasında xətti birləşmə ilə əldə oluna bilər.
Cədvəl 2 – Hündürlüyün tənzimlənməsi amilləri – Nominal cərəyan və temperatur qalxması
c) Ətraf hava toz, tüstü, korroziyalı və ya alışqan qazlar, buxar və ya qum ilə həddən artıq (və ya qeyri normal qaydada) çirklənmir.
d) Qapalı qurğular üçün rütubətli şəraitlər nəzarət altında olmalıdır, lakin eyni zamanda aşağıda göstərilən qaydalar kimi istifadə edilə bilər:
– müvafiq rütubətliliyin 24 saat ərzində ölçülən orta qiyməti 95 %-i keçməməlidir;
– buxar təzyiqinin 24 saat ərzində ölçülən orta qiyməti 22 hPa-dan artıq olmamalıdır;
– müvafiq rütubətliliyin bir ay ərzində ölçülən orta qiyməti 90 %-i keçməməlidir;
– su buxar təzyiqinin bir ay ərzində orta qiyməti 18 hPa-dan artıq olmamalıdır.
Bu cür şəraitlər üçün təsadüfən kondensasiya baş verə bilər.
QEYD 4: Kondensasiya, yüksək rütubətlilik zamanı qəfil temperatur dəyişiklikləri baş verən yerdə gözlənilə bilər.
QEYD 5: Yüksək rütubətliliyin və izolyasiyanın dağılması, metal hissələrin korroziyası kimi təsadüfi kondensasiyanın təsirlərinə tab gətirmək və bu cür şəraitlər üçün layihələndirilən və müvafiq qaydada sınaqdan keçirilən qapalı əriyən qoruyucular və ya açıq əriyən qoruyucular istifadə edilə bilər.
QEYD 6: Kondensasiyanın qarşısı xüsusi layihələndirilən korpus və ya örtük, stansiyanın müvafiq ventilyasiyası və ya isidilməsi ilə, havaquruducu qurğudan istifadə etməklə alına bilər.
e) Əriyən qoruyuculara xarici təsirlər və ya yer titrəyişləri səbəbindən baş verən silkələnmələr cüzi olur.
Bundan əlavə, açıq qurğular üçün,
f) kondensasiyanın, yağışın və sürətli temperatur dəyişikliklərinin olması nəzərə alınmalıdır;
g) külək təzyiqi 700 Pa-dan yüksək olmamalıdır (34 m/s külək sürətinə müvafiq olaraq);
h) günəş şüası 1,1 kV/m–dən artıq olmamalıdır.
3.2 Digər xidmət şəraitləri
40 °C-dən yüksək temperaturda (bax bənd 4.3.11) istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içliyi bu standartın E Əlavəsində göstərilir.
3.3 Xüsusi xidmət şəraitləri
İstehsalçı ilə istehlakçı arasında razılaşma əsasında yüksək gərginlikli əriyən qoruyucular bənd 3.1-də göstərilən normal xidmət şəraitlərindən fərqli şəraitlərdə istifadə edilir. Hər hansı bir xüsusi xidmət şəraiti olan zaman istehsalçı ilə məsləhət aparılmalıdır.
3.4 Ətraf mühit şəraiti
Bu standart ilə uyğunluq təşkil edən əriyən qoruyucular normal xidmət zamanı hərəkət etməyən cihazlardır. Həmçinin bənd 6.1.3-də tələb edilir ki, heç bir mühüm xarici emissiya baş verməməlidir. Ona görə də bu cihazlar xidmət zamanı ətraf mühit baxımından təhlükəsiz cihazlar hesab edilir.
4. TERMİN VƏ TƏRİFLƏR
Bu standartda müvafiq təriflərlə aşağıdakı terminlərdən istifadə olunmuşdur:
4.1 Elektrik xüsusiyyətlər
4.1.1 Nominal qiymət: spesifikasiya məqsədi üçün istifadə edilən və tərkib hissələrin, cihazın, qurğunun və ya sistemin iş şəraitləri üçün müəyyən edilən kəmiyyətin qiyməti.
QEYD: Əriyən qoruyucular, gərginlik, cərəyan və ayırıcı cərəyan üçün göstərilən nominal qiymətlərin nümunəsi
[IEV 441-18-35 dəyişdirilib]
4.1.2 Dərəcələmə: nominal qiymətlərin və iş şəraitlərinin toplusu.
4.1.3 Gözlənilən cərəyan (dövrənin və əriyən qoruyucunun): əriyən qoruyucu az müqavimətli cərəyan keçirən damar ilə əvəz edildiyi zaman dövrədə axan cərəyan.
QEYD: Gözlənilən cərəyanı qiymətləndirmək və bildirmək metodu üçün bənd 7.6.2.1 və 7.6.2.2-ə baxın.
[IEV 441-17-01, dəyişdirilib]
4.1.4 Gözlənilən ən yüksək cərəyan: proses başlayandan sonra keçici dövr ərzində gözlənilən cərəyanın ən yüksək qiyməti.
QEYD: Bu tərif onu nəzərdə tutur ki, cərəyan ideal paylayıcı cihaz ilə yəni sonsuzluqdan sıfır müqavimətə ani keçirilməklə verilir. Cərəyanın bir neçə müxtəlif yollarla axa biləcəyi dövrələr üçün, məsələn, çoxfazalı dövrələr üçün cərəyanın bütün qütblərdə, əgər hətta bir qütbdəki cərəyan nəzərə alınsa da eyni anda verilməsi nəzərdə tutulur.
4.1.5 Gözlənilən ayırıcı cərəyan: cərəyanın kəsilməsi prosesinin başlanması anına uyğun vaxtda qiymətləndirilən gözlənilən cərəyan.
QEYD: Əriyən qoruyucular üçün bu an adətən cərəyan kəsmə prosesi zamanı qövsün başlanması anı kimi müəyyən edilir. Qövsün başlanması anı ilə bağlı qaydalar bənd 7.6.2.3-də göstərilir.
4.1.6 Cərəyan kəsmə qabiliyyəti: təyin edilən istifadə şəraitləri zamanı müəyyən edilən gərginlikdə əriyən qoruyucunun kəsə biləcəyi gözlənilən cərəyanın qiyməti.
[IEV 441-17-08, dəyişdirilib]
4.1.7 Söndürmə cərəyanı
əriyən qoruyucunun cərəyan kəsmə əməliyyatı zamanı əldə olunan cərəyanın maksimum ani qiyməti.
QEYD: Əriyən qoruyucu dövrənin gözlənilən ən yüksək cərəyana nail olunmadığı bir tərzdə işlədiyi zaman yuxarıda qeyd olunan anlayış xüsusi əhəmiyyət kəsb edir.
[IEV 441-17-12, dəyişdirilib]
4.1.8 Qövs öncəsi vaxt
əriyən qoruyucunun elementlərində kəsilməyə səbəb ola biləcək kifayət edən cərəyanın başlaması ilə qövsün başlaması anı arasındakı vaxt intervalı.
4.1.9 Qövs vaxtı: əriyən qoruyucuda qövsün başlaması anı ilə həmin əriyən qoruyucuda son qövsün sönməsi anı arasında vaxt intervalı.
[IEV 441-17-37, dəyişdirilib]
qövs öncəsi vaxtın və qövs vaxtının cəmi.
4.1.11 Coul inteqralı It: t0 - t1 vaxt intervalı üzrə cərəyanın dörddə birinin inteqralı
QEYD 1: 1 qövs öncəsi It əriyən qoruyucunun qövs öncəsi vaxtı üzrə artırılan It inteqralıdır.
QEYD 2: It işləməsi əriyən qoruyucunun işləmə vaxtı üzrə artırılan It inteqralıdır.
QEYD 3: Əriyən qoruyucu tərəfindən mühafizə olunan dövrədə 1 Ω müqavimətində azad olan Coul inteqralındakı enerji A×s-də bildirilən It işləməsinin qiymətinə bərabərdir.
[IEV 441-18-23 dəyişdirilib]
4.1.12 Virtual vaxt: gözlənilən cərəyanın qiymətinin dörddə biri ilə bölünən Coul inteqralının qiyməti.
QEYD: Adətən əriyən qoruyucu içliyi üçün bildirilən virtual vaxtların qiymətləri qövs öncəsi vaxtın və işləmə vaxtının qiymətləridir.
[IEV 441-18-37 dəyişdirilib]
4.1.13 Vaxt-cərəyan xüsusiyyətləri: müəyyən edilən işləmə şəraitlərində gələcək cərəyanın funksiyası olaraq vaxtı göstərən əyrilər, məsələn, qövs öncəsi vaxtı və işləmə vaxtı.
4.1.14 Söndürmə (cərəyan) xüsusiyyətləri
birbaşa (cərəyan) xüsusiyyətləri
müəyyən edilən işləmə şəraitlərində gələcək cərəyanın funksiyası olaraq ayırıcı cərəyanı göstərən əyrilər.
QEYD: a.c. olduğu halda, ayırıcı cərəyanların qiymətləri asimmetriya dərəcəsindən asılı olmayaraq, əldə olunan maksimum qiymətlərdir. d.c. olduğu halda isə ayırıcı cərəyanların qiymətləri müəyyən edildiyi kimi, vaxt sabitliyi ilə bağlı əldə olunan maksimum qiymətlərdir.
4.1.15 Bərpa olunan gərginlik: cərəyanın kəsilməsindən sonra əriyən qoruyucunun terminalları boyunca yaranan gərginlik.
QEYD: Bu gərginlik iki ardıcıl vaxt intervallarında nəzərə alına bilər. Bir interval zamanı keçid gərginliyi mövcud olur, onun ardınca isə elektrik şəbəkə tezliyinin gərginliyi və ya davamlı bərpa olunan gərginliyin mövcud olduğu ikinci interval gəlir.
[IEV 441-17-25, dəyişdirilib]
4.1.16 Keçid bərpa olunan gərginlik (KBG): zaman ərzində mühüm keçid xarakterinə malik olan bərpa olunan gərginlik.
QEYD 1: Keçid bərpa olunan gərginlik silkələnən və ya silkələnməyən ola bilər, dövrənin və ya əriyən qoruyucunun xüsusiyyətlərindən asılı olaraq onların birləşməsi ola bilər. Buna həmçinin çoxfazalı dövrənin neytral nöqtəsinin gərginlik yerdəyişməsi daxildir.
QEYD 2: Başqa cür müəyyən edilməyənə qədər üçfazalı dövrələrdə keçid bərpa olunan gərginlik birinci əriyən qoruyucu boyunca mövcud olur, çünki bu gərginlik digər iki əriyən qoruyucuların hər biri boyunca peyda olan gərginlikdən ümumilikdə yüksək olur.
[IEV 441-17-26, dəyişdirilib]
4.1.17 Elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyi: keçid gərginlik başa çatdıqdan sonra bərpa olunan gərginlik.
4.1.18 Gözlənilən keçid bərpa olunan gərginlik (dövrənin): gözlənilən simmetrik cərəyanın paylayıcı cihaz ilə kəsilməsindən sonra keçid bərpa olunan gərginliyi.
QEYD: Bu tərif onu nəzərdə tutur ki, gözlənilən keçid bərpa olunan gərginliyi mövcud olan əriyən qoruyucular, ideal paylayıcı cihaz ilə əvəz edilir. Cihaz sıfır cərəyan anında sıfırdan sonsuz müqavimətə ani keçidə malik olmalıdır. Cərəyanın bir sıra müxtəlif yollarla axa bildiyi dövrələr üçün, məsələn, çoxfazalı dövrələr üçün, bu tərif nəzərdə tutur ki, cərəyanın ideal paylayıcı cihaz tərəfindən kəsilməsi yalnız bir qütbdə baş verir.
[IEV 441-17-29, dəyişdirilib]
4.1.19 Paylayıcı gərginlik: fəaliyyət zamanı əriyən qoruyucu birləşmələri boyunca peyda olan gərginliyin maksimum ani qiyməti.
QEYD: Paylayıcı gərginlik qövs gərginliyi ola bilər və ya keçid bərpa olunan gərginlik zamanı baş verə bilər.
4.1.20 Minimum ayırıcı cərəyan: təyin edilən istifadə şəraitləri zamanı müəyyən edilən gərginlikdə əriyən qoruyucu içliyinin kəsə biləcəyi gözlənilən cərəyanın minimum qiyməti.
4.1.21 Elektrik enerjisinin itkisi (əriyən qoruyucu içliyində): təyin edilən istifadə şəraitləri zamanı müəyyən edilən cərəyanın qiymətini daşıyan əriyən qoruyucu içliyində elektrik enerjisinin itkisi.
QEYD: Davamlı temperatur şəraitlərinə nail olunmayana qədər təyin edilən istifadə şəraitlərinə cərəyanın sabit or.kv.qiym.-i daxildir.
4.2 Əriyən qoruyucular və onların tərkib hissələri
4.2.1 Əriyən qoruyucu: xüsusi layihələndirilən və uyğunlaşdırılan tərkib hissələrin bir və ya bir neçəsinin qorunması və cərəyanın kifayət qədər vaxt ərzində göstərilən qiyməti keçdiyi zaman cərəyanın kəsilməsi ilə yerləşdirildiyi dövrəni açan cihaz. Əriyən qoruyucu tam cihazı formalaşdıran bütün hissələrdən ibarət olur.
4.2.2 Birləşmə: xarici dövrələrə elektrik birləşmə üçün təchiz edilən əriyən qoruyucunun keçirici hissəsi.
QEYD: Birləşmələr nəzərdə tutulan dövrələrin növünə görə (məsələn, əsas birləşmə, torpaq üçün birləşmə və s.), həmçinin onların layihəsinə görə fərqlənə bilər (məsələn, boltlu birləşmə, tıxaclı birləşmə və s.).
4.2.3 Əriyən qoruyucunun yuvası
qoruyucunun oturacağı
kontaktlar və birləşmələr ilə təmin edilən əriyən qoruyucunun bərkidilən hissəsi.
QEYD: Əriyən qoruyucu əsası izolyasiya üçün zəruri olan bütün hissələrdən ibarət olur (bax Şəkil 1).
4.2.4 Əriyən qoruyucu yuvasının kontaktı: əriyən qoruyucu içliyinin kontaktı ilə təmasda olmaq üçün layihələndirilən əriyən qoruyucu yuvasının kontakt hissəsi (bax Şəkil 1).
[IEV 441-18-03, dəyişdirilib]
4.2.5 Əriyən qoruyucu içliyi: əriyən qoruyucu işləyəndən sonra əriyən qoruyucunun dəyişdirilməsi nəzərdə tutulan hissəsi (əriyən qoruyucu elementləri daxil olmaqla) (bax Şəkil 1).
4.2.6 Əriyən qoruyucu içliyinin kontaktı: əriyən qoruyucu yuvasının kontaktı ilə təmasda olmaq üçün layihələndirilən əriyən qoruyucu içliyinin kontakt hissəsi (bax Şəkil 1).
[IEV 441-18-04, dəyişdirilib]
4.2.7 Əriyən qoruyucu elementi: müəyyən edilən qiyməti müəyyən müddət ərzində keçən cərəyanın mövcud olduğu zamanı əriyən qoruyucu içliyinin ərimək üçün layihələndirilən hissəsi (bax Şəkil 1).
4.2.8 Göstərici cihaz
əriyən qoruyucunun işləyib işləməməsini göstərmək üçün təyin edilən əriyən qoruyucu hissəsi (bax Şəkil 1).
4.2.9 Ötürücü: əriyən qoruyucu içliyinin bir hissəsini təşkil edən, əriyən qoruyucu işləyən zaman digər cihazların və indikatorların işləməsi üçün lazım olan enerjini verən və ya daxili kilidləməni təmin edən cihaz.
4.3.1 Cərəyanı məhdudlaşdıran əriyən qoruyucu: müəyyən edilən cərəyan diapazonunda fəaliyyət göstərməklə, cərəyanı gözlənilən cərəyanın pik qiymətindən xeyli aşağı qiymətə məhdudlaşdıran cihaz.
[IEV 441-18-10, dəyişdirilib]
4.3.2 Növlər: istifadə edildikləri diapazona uyğun olaraq cərəyanı məhdudlaşdıran əriyən qoruyucuların üç növü müəyyən edilir:
• Ehtiyat əriyən qoruyucular;
• Ümumi məqsədli əriyən qoruyucular;
• Tam diapazonlu əriyən qoruyucular;
4.3.3 Ehtiyat əriyən qoruyucu: müəyyən edilən istifadə və davranış şəraitlərində, nominal maksimum ayırıcı cərəyandan nominal minimum ayırıcı cərəyana qədər bütün cərəyanları ayırmaq qabiliyyətində olan cərəyan məhdudlaşdıran əriyən qoruyucu.
4.3.4 Ümumi məqsədli əriyən qoruyucu: 1 saat və ya daha çox müddət ərzində əriyən qoruyucu elementinin əriməsinə səbəb olan nominal maksimum ayırıcı cərəyandan nominal minimum ayırıcı cərəyana qədər bütün cərəyanları ayırmaq qabiliyyətində olan cərəyan məhdudlaşdıran əriyən qoruyucu.
4.3.5 Tam diapazonlu əriyən qoruyucu: əriyən qoruyucu elementlərin əriməsinə səbəb olan bütün cərəyanları, o cümlədən nominal maksimum ayırıcı cərəyanı ayırmaq qabiliyyətində olan cərəyan məhdudlaşdıran əriyən qoruyucu (bax bənd 7.6.1.1 3-cü sınaq işi).
4.3.6 İzolyasiya məsafəsi (əriyən qoruyucu yuvası üçün): əriyən qoruyucu yuvasının əlaqələri və ya oraya birləşdirilən hər hansı ötürücü hissələr arasında ən qısa məsafə.
[IEV 411-18-06, dəyişdirilib]
4.3.7 Homogen seriyalar (əriyən qoruyucu içliklərinin): homogen seriyadan olan xüsusi əriyən qoruyucu içliklərinin birinin və ya az sayının sınağı homogen seriyadan olan bütün əriyən qoruyucu içlikləri üçün nümunə kimi götürülə bilən zaman bir-birindən fərqlənən əriyən qoruyucu içliklərinin seriyaları (bax 7.6.4.1).
4.3.8 Xarici izolyasiya: dielektrik gərginliklərə və atmosfer şəraitlərinin çirklənmə, rütubətlilik, zərərverici və s. kimi digər şəraitlərin təsirlərinə məruz qalan avadanlığın bərk izolyasiyasının atmosfer havası ilə əlaqədə olan atmosfer havasında və səthlərdə olan məsafələr.
[IEV 604-03-02, dəyişdirilib]
4.3.9 Özünü bərpa edən izolyasiya: dağıdıcı boşalmadan sonra öz izolyasiya xüsusiyyətlərini tam bərpa edən izolyasiya.
4.3.10 Üzvi əriyən qoruyucu içliyi: əriyən qoruyucunun işləməsi ardınca ifrat dərəcədə sızan cərəyana səbəb ola bilən üzvi (karbon əsaslı) materialın nisbətinə malik olan əriyən qoruyucu içliyi. Əgər istehsalçı müəyyən etsə ki, layihədəki üzvi və ya digər materialın yerləşməsi və kəmiyyəti əriyən qoruyucunun işləməsindən sonra ifrat dərəcədə sızan cərəyana və ya dağıntıya səbəb ola bilər, istehsalçı əriyən qoruyucu içliyini “üzvi” kimi təyin etməlidir.
4.3.11 Ətraf temperatur: ətraf temperatur qazlı və ya mayeli dielektrik əriyən qoruyucu içliyini əhatə edən temperaturdur.
5 DƏRƏCƏLƏMƏLƏR VƏ XÜSUSİYYƏTLƏR
a) Əriyən qoruyucu yuvanın dərəcələnməsi:
1) Nominal gərginlik (5.2);
2) Nominal cərəyan (5.5);
3) Nominal izolyasiya səviyyəsi (elektrik şəbəkə tezliyi, quru, yaş və impuls dözümlük gərginlikləri) (5.3).
b) Əriyən qoruyucu içliyinin dərəcələnməsi:
1) Nominal gərginlik (5.2);
2) Nominal cərəyan (5.6);
3) Nominal maksimum ayırıcı cərəyan (5.8.1);
4) Nominal tezlik (5.4);
5) Ehtiyat əriyən qoruyucular və növ üçün nominal minimum ayırıcı cərəyan (5.8.2);
6) Nominal KBG (5.10);
c) Əriyən qoruyucunun xüsusiyyətləri:
1) Temperatur qalxmasının məhdudiyyətləri (5.7).
d) Əriyən qoruyucu içliyinin xüsusiyyətləri:
1) Növ (4.3.2 və 5.8.2);
2) Paylayıcı gərginliklər (5.9);
3) Vaxt-cərəyan xüsusiyyətləri (5.11);
4) Söndürmə xüsusiyyətləri (5.12);
5) It xüsusiyyətləri (5.13);
6) Ötürücülərin mexaniki xüsusiyyətləri (5.14);
7) Tətbiq edilən maksimum temperatur (bax Əlavə E).
5.2 Nominal gərginlik
Əriyən qoruyucu yuvası və ya əriyən qoruyucu içliyinin təyin edilməsində istifadə edilən gərginlik, sınaq şəraitlərini müəyyən edir.
QEYD: Bu nominal gərginlik avadanlıq üçün ən yüksək gərginliyə bərabərdir (bax Müddəa 8).
Əriyən qoruyucunun nominal gərginliyi Cədvəl 3-də göstərilən gərginliklərdən seçilməlidir.
Cədvəl 3 – Nominal gərginliklər
5.3 Nominal izolyasiya səviyyəsi (əriyən qoruyucu yuvasının)
Əriyən qoruyucu yuvasının izolyasiyasının dielektrik təzyiqlərə tab gətirmək qabiliyyətini xarakterizə edən gərginlik qiymətləri (bax Müddəa 8).
Avropa təcrübəsinə əsasən əriyən qoruyucu yuvası üçün dielektrik dözümlüyün iki səviyyəsi müəyyən edilir. Bunlar “Siyahı 1” və “Siyahı 2” kimi müəyyən edilir, tətbiq etmənin müxtəlif səviyyələri və dielektrik sınaqlar üçün sınaq gərginliyinin müxtəlif müvafiq qiymətləri ilə bağlıdır.
Əriyən qoruyucu yuvasının nominal izolyasiya səviyyəsi Cədvəl 4 və 5-dən seçilməlidir.
– Cədvəl 4 Avropa təcrübəsinə əsaslanır və temperaturun, təzyiqin və rütubətliliyin standart istinad şəraitləri müvafiq olaraq 20 °C, 101,3 kPa və 11 q/m səviyyəsindədir
– Cədvəl 5 ABŞ və Kanada təcrübəsinə əsaslanır və burada temperaturun, təzyiqin və rütubətliliyin standart istinad şəraitləri müvafiq olaraq 25 °C, 101,3 kPa və 15 q/m səviyyəsindədir.
Əriyən qoruyucunun açıq və ya qapalı şəraitdə istifadəyə uyğun olması bildirilməlidir.
Cədvəl 4 – Əriyən qoruyucu yuvasının nominal izolyasiya səviyyələri –I Seriya
QEYD: İzolyasiya səviyyəsi yalnız izolyasiya xüsusiyyətləri təyin edilən əriyən qoruyucu yuvaları üçün müəyyən edilməlidir.
Cədvəl 5 – Əriyən qoruyucu yuvasının nominal izolyasiya səviyyələri – II Seriya
QEYD: İzolyasiya səviyyəsi yalnız izolyasiya xüsusiyyətləri təyin edilən əriyən qoruyucu yuvaları üçün müəyyən edilməlidir.
Nominal tezliyin standart qiymətləri 50 Hs və 60 Hs səviyyəsində olur.
5.5 Əriyən qoruyucu yuvasının nominal cərəyanı
Əriyən qoruyucu yuvasına təyin edilən cərəyan, yeni və təmiz əriyən qoruyucu yuvası müəyyən edilən temperatur qalxmasını keçmədən davamlı şəkildə daşımalıdır. Bu zaman əriyən qoruyucu yuvası 40 °C-dən çox olmayan hava temperaturunda, müəyyən konduktor ölçüləri və uzunluqları ilə dövrəyə birləşdirilən xüsusi əriyən qoruyucu yuvasında istifadə üçün layihələndirilən eyni cərəyan dərəcələməsinə malik əriyən qoruyucu içliyi ilə təmin edilir.
Əriyən qoruyucu yuvasının nominal cərəyanı aşağıdakı qiymətlərdən seçilməlidir:
10 A, 25 A, 63 A, 100 A, 200 A, 400 A, 630 A, 1000 A.
5.6 Əriyən qoruyucu içliyinin nominal cərəyanı
Əriyən qoruyucu içliyinə təyin edilən cərəyan, yeni və təmiz əriyən qoruyucu içliyi müəyyən edilən temperatur qalxmasını keçmədən davamlı şəkildə daşımalıdır. Bu zaman əriyən qoruyucu içliyi istehsalçı tərəfindən müəyyən edilən əriyən qoruyucu yuvasına bərkidilir və 40 °C-dən çox olmayan hava temperaturunda, müəyyən konduktor ölçüləri və uzunluqları ilə dövrəyə birləşdirilir (bax 8-ci Müddəa).
Əriyən qoruyucu içliyinin amperlə nominal cərəyanı R10 seriyasından seçilməlidir. Xüsusi hallar üçün əriyən qoruyucu içliyinin nominal cərəyanı üçün əlavə qiymətlər R20 seriyasından seçilə bilər.
QEYD: R10 seriyası 1; 1,25; 1,6; 2; 2,5; 3,15; 4; 5; 6,3; 8 və onlardan yüksək 10 rəqəmlərindən ibarət olur.
R20 seriyası 1; 1,12; 1,25; 1,40; 1,6; 1,8; 2; 2,24; 2,5; 2,8; 3,15; 3,55; 4; 4,5; 5; 5,6; 6,3; 7,1; 8; 9 onlardan yüksək 10 rəqəmlərindən ibarət olur.
5.7 Temperatur qalxmasının məhdudiyyətləri
Əriyən qoruyucu içliyi və əriyən qoruyucu yuvası Cədvəl 6-da göstərilən temperaturun qalxması məhdudiyyətlərini keçmədən və zədələnməyə məruz qalmadan, onlar üçün müəyyən edilən nominal cərəyanı davamlı olaraq daşımaq qabiliyyətində olmalıdır.
QEYD: Qapalı yerlərdə istifadə edilən əriyən qoruyucular üçün 7.5.3, 10.3.2 və F Əlavəsinə baxın.
Əlaqə səthləri müxtəlif örtüklərə malik olduğu zaman yol verilə bilən temperaturlar və temperatur qalxmaları aşağıdakı kimi olmalıdır:
a) Cədvəl 6-da yol verilə bilən ən yüksək qiymətlərə malik tərkib hissələrin boltla bərkidilən əlaqə vasitələri və teminalları üçün;
b) Cədvəl 6-da yol verilə bilən ən aşağı qiymətlərə malik tərkib hissələrin yay vasitəsilə əlaqələri üçün.
Cədvəl 6 – Tərkib hissələr və materiallar üçün temperatur və temperatur qalxmasının məhdudiyyətləri
Tərkib hissə və ya material
1 Yaylı əlaqələr (mis və ya mis xəlitəsi)
- gümüş və ya nikel örtüklü;
- digər örtüklər (qeyd a).
2 Boltlu əlaqələr və ya ekvivalent (mis, mis xəlitəsi və alüminium xəlitəsi)
- gümüş və ya nikel örtüklü;
- digər örtüklər (qeyd a).
B Yağda əlaqələr (mis və ya mis xəlitəsi):
- gümüş, qalaylanmış və ya nikel örtüklü;
- digər örtüklər (qeyd a).
- gümüş, qalaylanmış və ya nikel örtüklü;
- digər örtüklər (qeyd a).
C Havada bərkidilən əlaqələr:
- gümüş, nikel və ya qalaylanmış örtüklü;
- digər örtüklər (qeyd a).
D Yay kimi işləyən metal hissələr (qeyd b).
E İzolyasiya kimi istifadə edilən materiallar və aşağıdakı növlərin izolyasiyası ilə əlaqədə metal hissələr (qeyd c):
Növ Y (püskürülməyən materiallar üçün)
Növ A (yağa batırılan materiallar üçün)
Digər növlər (qeyd d)
G Əlaqələr və yaylar istisna olmaqla, yağla əlaqədə olan metal və ya izolyasiya materialının hər hansı bir hissəsi.
a Əgər istehsalçı Cədvəl 6-da göstərilənlərdən fərqli örtüklərdən istifadə edirsə, bu materialların xüsusiyyətləri nəzərə alınmalıdır.
b Temperatur və ya temperaturun qalxması elə qiymətə çatmamalıdır ki, metalın elastikliyi zədələnmiş olsun.
c IEC 60085-ə əsasən növlər.
d Ətraf hissələrə zərər verməmək üçün məhdudlaşdırılır.
e Yağın yuxarı hissəsində.
f Aşağı alışma nöqtəli yağ istifadə edilən zaman qazsızlaşma və oksidləşməyə xüsusi diqqət yetirilməlidir.
5.8 Nominal ayırıcı cərəyan
5.8.1 Nominal maksimum ayırıcı cərəyan
Əriyən qoruyucu üçün müəyyən edilən ayırıcı cərəyanın qiyməti.
Əriyən qoruyucu içliyinin kA ilə nominal maksimum cərəyanı R10 seriyasından seçilməlidir.
QEYD: R10 seriyası 1; 1,25; 1,6; 2; 2,5; 3,15; 4; 5; 6,3; 8 və onlardan yüksək 10 rəqəmlərindən ibarət olur.
5.8.2 Nominal minimum ayırıcı cərəyan və növ
İstehsalçı növü (bax bənd 4.3.2) və ehtiyat əriyən qoruyucular üçün nominal minimum ayırıcı cərəyanı göstərilməlidir. Ümumi məqsədli əriyən qoruyucular olduğu halda minimum ayırıcı cərəyan da göstərilməlidir.
5.9 Paylayıcı gərginliyin məhdudiyyətləri
Bütün sınaqlar zamanı paylayıcı gərginliklərin qiyməti Cədvəl 7 və 8-də göstərilən qiymətləri keçməməlidir.
Müraciət əsasında, istehsalçı ayırıcı sınaqlarda müəyyən edildiyi kimi, ayırıcı gərginliklərin maksimum qiymətlərini göstərməlidir (7.6-da göstərilməlidir).
Cədvəl 7 – Maksimum yol verilə bilən ayırıcı gərginliklər
Cədvəl 8 – Kiçik cərəyan dərəcələmələrinə malik müəyyən əriyən qoruyucu içlikləri üçün maksimum yol verilə bilən paylayıcı gərginliklər
I seriyanın nominal gərginliyinə malik avadanlıqlar üçün Cədvəl 8-də müəyyən edilən paylayıcı gərginliklər yalnız 2-ci siyahıda göstərilən birləşən nominal işıqlandırıcı impulsa dözümlülük gərginlikləri üçün yol veriləndir (bax 5.3).
Paylayıcı gərginliyin qiymətləri 200 µs-dən artıq olmayan müddətdə Cədvəl 7-də göstərilən məhdudiyyətləri keçə bilər, lakin Cədvəl 8-də göstərilən məhdudiyyətləri keçməməlidir (bax Şəkil 2).
a- Paylayıcı gərginliyin əyrisi
b- Paylayıcı gərginliyin məhdudiyyətləri – Cədvəl 7
c- Paylayıcı gərginliyin məhdudiyyətləri – Cədvəl 8
5.10 Nominal keçid bərpa olunan gərginlik (nominal KBG)
Nominal maksimum ayırıcı cərəyan ilə bağlı olan nominal keçid bərpa olunan gərginliyi (5.8-ə uyğun olaraq) dövrələrin gözlənilən keçid bərpa olunan gərginliyin yuxarı məhdudiyyətini təşkil edən dayaq gərginliyidir. Əriyən qoruyucular qısa qapanma halında dövrələri ayırmaq qabiliyyətində olmalıdır.
Nominal KBG-nin standart qiymətləri Cədvəl 9 və 10 da müəyyən edilir. Bu qiymətlər əriyən qoruyucunun nominal maksimum ayırıcı cərəyanına tətbiq edilir.
Cədvəl 9 – Nominal KBG-nin standart qiymətləri – I Seriya
Cədvəl 10 – Nominal KBG-nin standart qiymətləri – II Seriya
Bu cədvəllərdə göstərilən qiymətlər gözlənilən qiymətlərdir və burada bərpa olunan gərginliyin aşağı düşməsi nəzərə alınır. Birfazalı sistemlər olduğu halda və ya əriyən qoruyucular daha sərt şəraitlərə malik qurğularda istifadə üçün nəzərdə tutulduğu halda, qiymətlər istehsalçı ilə istehlakçı arasında razılaşdırılmalıdır.
Nominal maksimum ayırıcı cərəyana uyğun olan nominal keçid bərpa olunan gərginlik bənd 7.6.1.2.2-dəki yol verilə bilən fərqlər ilə nominal qiymətə bərabər olan ayırıcı cərəyanlarda sınaq üçün istifadə edilir. Nominal qiymətdən aşağı olan ayırıcı cərəyanda sınaq üçün keçid bərpa olunan gərginliyin digər qiymətləri müəyyən edilir (bax 7.6.1.2.3).
5.10.2 KBG-nin təsviri
Keçid bərpa olunan gərginliyin dalğa forması faktiki dövrələrin təyininə görə dəyişir.
Bu standartın tətbiq sahəsinə daxil olan əriyən qoruyucular üçün keçid bərpa olunan gərginliyi rütubətli bir tezlikli dəyişməyə bərabər olur. Dalğa forması iki parametrlə (istinad xətti) müəyyən edilən iki xətt seqmentlərdən ibarət olan örtük ilə adekvat olaraq təsvir edilir (bax Əlavə A).
Əriyən qoruyucunun mənbə hissəsində tutumun təsiri KBG-nin birinci bir neçə mikrosaniyələri ərzində gərginliyin qalxmasının daha yavaş dərəcəsinə səbəb olur. Vaxt ləngiməsini tətbiq etməklə, bu nəzərə alınır.
Bu təsvir həm nominal, həm də digər müəyyən edilən keçid bərpa olunan gərginliklərə tətbiq edilir. Bu gərginliklər ləngimə xətləri ilə birgə iki parametrli istinad xətləri vasitəsilə təsvir edilir.
5.10.3 Nominal KBG-nin təsviri
Aşağıdakı parametrlər nominal KBG-nin təsvir edilməsi üçün istifadə edilir (bax Şəkil 3):
− uc: KBG-nin kilovolt ilə pik gərginliyi;
− t3: uc gərginliyi üçün mikrosaniyələr ilə vaxt.
İstinad xəttinin birinci bölməsinə paralel olan td nominal vaxt ləngiməsində, vaxt oxunda başlayan və müəyyən u′ gərginlikdə dayanan ləngimə xətti (t′ vaxt koordinasiyası).
Şəkil 3 – Müəyyən KBG-nin iki parametrli istinad xətti və ləngimə xətti ilə təsvir edilməsi
5.11 Vaxt-cərəyan xüsusiyyətləri
Əriyən qoruyucu içliklərinin vaxt-cərəyan xüsusiyyətləri cərəyanın istehsalçı tərəfindən müəyyən edilən və bənd 7.5.1.2-ə göstərilən cərəyan keçirən damarın ölçüləri və uzunluqları ilə sınaq dövrəsinə birləşdirilən əriyən qoruyucu yuvasında yeni və yüklənməyən əriyən qoruyucu içliyinə tətbiq edilməsinə əsaslanır.
Başqa cür müəyyən edilməyənə qədər, vaxt-cərəyan xüsusiyyətlərinin 20 °C hava temperaturunda tətbiq edilməsi məqsədə uyğundur.
İstehsalçı bənd 7.7.2-də göstərilən vaxt-cərəyan xüsusiyyətlərinin növ sınaqları ilə müəyyən edilən məlumatlar əsasında müvafiq əyrilər hazırlanmalıdır.
Vaxt-cərəyan xüsusiyyətləri cərəyanı üfüqi, vaxtı isə ordinat kimi təqdim edilməlidir.
Loqarifmik şkalalar hər iki koordinasiya oxlarında istifadə edilməlidir. Loqarifmik şkalaların bazası (bir onilliyin ölçüləri) 2:1 nisbətində olmalıdır və burada üfüqi ölçülər daha böyük olmalıdır. Lakin ABŞ-da uzun müddətli təcrübə sayəsində, 1:1 nisbəti (5,6 sm) alternativ standart kimi qəbul edilir.
Təqdimat, standart A3 və ya A4 səhifələrdə və ya ABŞ standartına əsasən edilməlidir.
Onilliyin ölçüləri aşağıdakı seriyalardan seçilməlidir:
2 sm; 4 sm; 8 sm; 16 sm və 2,8 sm; 5,6 sm; 11,2 sm.
QEYD: Qəbul olunub ki, 2,8 və 5,6 qiymətləri mümkün olan yerdə istifadə edilməlidir.
Əyrilər aşağıdakıları göstərməlidir:
– virtual qövs öncəsi vaxt və gözlənilən cərəyan arasında əlaqə;
– cərəyan bazasının orta və ya minimum olması. Əgər orta cərəyan qiymətləri istifadə edilirsə, dözümlülük ±20 %-i keçməməlidir. Əgər minimum qiymətlər istifadə edilirsə, dözümlülük +50 %-i keçməməlidir;
– əyrilərin tətbiq edildiyi əriyən qoruyucu içliyinin növü və dərəcələnməsi;
– bənd 7.7.2.2-də müəyyən edildiyi kimi vaxt diapazonu. Ehtiyat əriyən qoruyucular üçün nöqtələnən xətt minimum ayırıcı cərəyandan 600 saniyəyə qədər müəyyən edilməlidir (minimum ayırıcı cərəyan 600 saniyədən az vaxta uyğun gəlirsə).
Əriyən qoruyucular arasında və ya əriyən qoruyucular ilə digər qoruyucu cihazlar arasında koordinasiya məqsədilə, 0,1 saniyəyə qədər müddətə müvafiq vaxt-cərəyan xüsusiyyətləri istifadə edilə bilər.
Əriyən qoruyucunun 0,1 saniyədən az müddətdə fəaliyyəti zamanı, daha yüksək qüsur səviyyələri yarandığı zaman müvafiq qövs öncəsi It və It əməliyyat məlumatı (bax bənd 5.1.11-də 1 və 2-ci qeyd) istifadə edilə bilər.
5.12 Söndürmə xüsusiyyətləri
İstehsalçı bənd 7.6-da göstərilən ayırıcı cərəyan növlərinin sınaqlarının bir hissəsi kimi müəyyən edilən şəraitlər zamanı əriyən qoruyucunun nominal maksimum ayırıcı cərəyanına qədər gözlənilən ayırıcı cərəyanın hər bir qiymətinə uyğun olan söndürmə cərəyanının yuxarı məhdudiyyətini göstərməlidir.
Bu xüsusiyyətlərin 50 Hs və ya 60 Hs tezliklərə tətbiq edilib edilməməsi göstərilməlidir.
5.13 It xüsusiyyətləri
İstehsalçı gözlənilən cərəyanlar üçün müvafiq It əməliyyat qiymətini və qövs öncəsi It qiymətini göstərməlidir. Əriyən qoruyucu bu cərəyanlar üçün söndürmə xüsusiyyətləri nümayiş etdirməlidir.
It əməliyyat qiyməti üçün göstərilən qiymətlər xidmət zamanı tətbiq edilmək üçün müvafiq olan ən yüksək qiymətləri əks etdirir. Bu qiymətlər bu standartın sınaq şəraitlərinə uyğun olmalıdır, məsələn, gərginliyin, tezliyin və güc amilinin qiymətləri.
Qövs öncəsi It qiyməti üçün göstərilən qiymətlər xidmət zamanı tətbiq edilmək üçün müvafiq olan ən aşağı qiymətləri əks etdirir.
It qiymətləri sadə cədvəl və ya diaqram formasında (məsələn, histoqram) göstərilə bilər və ya gözlənilən cərəyan üfüqi və It ordinat kimi göstərilməklə qrafik formada təsvir edilə bilər, burada hər iki şkala bənd 5.12-də göstərilən ölçülər ilə loqarifmik olmalıdır.
Bənd 7.6-da göstərilən ayırıcı cərəyan sınaqlarının bir hissəsi kimi müəyyən edilən It qiymətləri istehsalçı tərəfindən müəyyən edilən qiymətlərdən yüksək (It əməliyyat qiymətindən) və ya aşağı (qövs öncəsi It qiymətindən) olmamalıdır.
5.14 Ötürücülərin mexaniki xüsusiyyətləri
Ötürücülər mexaniki paylayıcı cihaza və ya hərəkətlərinin A və B nöqtələri arasında minimum dözümlülük gücü ilə siqnalizasiya cihazına çatdıra bildikləri enerjinin həcmi ilə təsnif edilirlər (bax Şəkil 4). Dözümlülük gücü əməliyyatdan sonra ötürücünün statik xarici güc tətbiq edilən zaman minimum faktiki hərəkətdən az hərəkətə qayıtmasının qarşısını alan xüsusiyyətdir.
Ötürücünün mexaniki xüsusiyyətləri Cədvəl 11-də göstərilir.
Şəkil 4 – Ötürücü hərəkətinin müxtəlif mərhələləri
OA Sərbəst hərəkət– Heç bir enerji çıxışı müəyyən edilmir
AB Enerjinin çatdırılması üçün zəruri olan əlavə hərəkət
OB Minimum faktiki hərəkət
OC Maksimum faktiki hərəkət
CB Dözümlülük gücü zamanı maksimum yol verilə bilən qayıtma hərəkəti (müvafiq olduğu zaman)
Cədvəl 11 – Ötürücülərin mexaniki xüsusiyyətləri
Mexaniki xüsusiyyətlər
Hərəkətin müddəti qövsün başlanmasından OB hərəkətinə çatmasına qədər olan vaxt kimi müəyyən edilir. Qövs dözümlülüyü üçün (5.15.2) tələb olunan əlavə 50 ms paylama əməliyyat vaxtı üçündür.
5.15 IEC 62271-105-ə uyğun olaraq paylayıcı və əriyən qoruyucunun birləşməsində istifadə üçün nəzərdə tutulan ehtiyat əriyən qoruyucular üçün xüsusi tələb
Bu cür tətbiqlər üçün təmin etmək lazımdır:
a) öz xidmət mühitində quraşdırılan zaman əriyən qoruyucu özünə və ətrafına termik zərər vurmadan, qövs öncəsi mərhələ zamanı (yəni, faktiki əriyən qoruyucunun əriməsindən əvvəl) minimum ayırıcı cərəyandan aşağı cərəyanlara tab gətirə bilsin;
b) zərər olmadan, əriyən qoruyucunun minimum ayırıcı cərəyanından aşağı cərəyanlarda əriyən qoruyucu əyrisinin dözümlülük vaxtı birləşən paylayıcının açma vaxtından çox olsun.
5.15.2 Qövs öncəsi şəraitlər zamanı gövdənin maksimum temperaturu
IEC 62271-105-ə uyğun olaraq, ötürücü ilə ayrılan əriyən qoruyucu-paylayıcı birləşmələrində istifadə üçün nəzərdə tutulan ehtiyat əriyən qoruyucu üçün əriyən qoruyucu istehsalçısı gövdənin maksimum temperaturunu müəyyən etməlidir. Bu temperatur minimum əritmə cərəyanından yuxarı cərəyan ilə və ya müvafiq cərəyan qiyməti ilə yarana bilər.
Bu temperaturu və cərəyan qiymətlərini müəyyən etmək prosedurları bənd 8.6.2-də göstərilir. Homogen seriyalar olduğu halda, yüksək cərəyan dərəcələmələrinə malik əriyən qoruyucuda sınaq keçirmək kifayətdir.
5.15.3 Maksimum qövs dözümlülük vaxtı
Qövs dözümlülük vaxtı qövsün başlanması və əriyən qoruyucuya çöldən zərərin baş verməsi arasında olan vaxtdır. Əriyən qoruyucu istehsalçısı nominal minimum ayırıcı cərəyanın 70 % və 100 % arasında cərəyan qiymətində maksimum qövs dözümlük vaxtı ilə bağlı məlumat verməlidir.
Vaxt ən azı 0,1 saniyə olmalıdır. Sınaq proseduru bənd 8.6.3-də təsvir edilir.
6. LAYİHƏ, KONSTRUKSİYA VƏ FƏALİYYƏT
6.1 Əriyən qoruyucunun fəaliyyəti ilə bağlı ümumi tələblər
Əriyən qoruyucunun nominal gərginliyindən aşağı xidmət gərginliklərinə malik sistemlərdə istifadə zamanı, maksimum ayırıcı cərəyan nominal maksimum ayırıcı cərəyandan aşağı olmur.
Əriyən qoruyucu tərəfindən izolyasiya səviyyəsi ilə bağlı yaradılan paylayıcı gərginliyə bağlılığı olmadan, cərəyan məhdudlaşdıran əriyən qoruyucular onların nominal gərginliyindən aşağı gərginliklərə malik sistemlərdə istifadə olunmamalıdır.
Əriyən qoruyucunun bənd 7.6-dakı ayırıcı sınaqlarda müəyyən edilən cərəyandan aşağı cərəyanların diapazonunda fəaliyyətini yoxlamaq üçün heç bir sınaq müəyyən edilməyib (bax Müddəa 8).
6.1.2 İstifadənin standart şəraitləri
Mümkün d.c. tərkib hissələrinə baxmayaraq, əriyən qoruyucular gözlənilən cərəyanın hər hansı bir qiymətini düzgün qaydada ayırmaq qabiliyyətinə malik olmalıdır, o şərtlə ki,
– a.c. tərkib hissələri nominal minimum ayırıcı cərəyandan alçaq olmur və nominal maksimum ayırıcı cərəyandan yüksək olmur;
– elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyi Cədvəl 13-də müəyyən ediləndən yüksək olmur (xüsusi şərtlər üçün bənd 10.3.4-ə baxın);
– gözlənilən keçid bərpa olunan gərginliyi bənd 7.1.2-də müəyyən edilən sınaqların göstərdiyi məhdudiyyətlər daxilində olur;
– tezlik 48 Hs və 62 Hs arasında olur;
– güc amili Cədvəl 13-də müəyyən edilən sınaqların göstərdiyindən aşağı olmur;
– gözlənilən KBG dalğası ləngimə xəttindən keçərkən və yenidən keçərkən bənd 7.6.1.2-də müəyyən edilən parametrlər ilə istinad xəttini ötməməlidir.
QEYD: Gözlənilən KBG xüsusiyyətləri ilə bağlı t3 vaxt koordinasiyası əriyən qoruyucunun fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb etmir (qövs başlanmasından dərhal sonra yüksək qövs-gərginliyin pik nöqtələrinə səbəb olan əriyən qoruyucular istisna olmaqla (bax 7.6.1.2.2)).
6.1.3 Fəaliyyətin standart şəraitləri
6.1.2-də göstərilən istifadə şərtlərinə uyğun olaraq, əriyən qoruyucunun fəaliyyəti aşağıdakı kimi olmalıdır:
a) Baxmayaraq ki, ötürücüdən və ya göstərici cihazdan cüzi qığılcımın buraxılması yol veriləndir, toz ilə doldurulan əriyən qoruyucu içliyi qığılcım və ya toz buraxmamalıdır, o şərtlə ki, bu, qəzaya və ya torpağa elektrik sızmasına səbəb olmasın.
b) Əriyən qoruyucu əməliyyatı yerinə yetirdikdən və hər bir əməliyyatdan sonra dəyişdirilməsi nəzərdə tutulan tərkib hissələr istisna olmaqla, əriyən qoruyucunun tərkib hissələri əvvəlki kimi saz vəziyyətdə olmalıdır. Əməliyyatdan sonra əriyən qoruyucu içliyini bir hissədə çıxarmaq mümkün olur.
c) Əriyən qoruyucu içlikləri göstərici cihaz və ya ötürücülər ilə təchiz edilən zaman,
1) göstərici cihazların spesifik tələblərə uyğun olması zəruri deyil, lakin əyani və tam şəkildə işləməlidir;
2) ötürücülər bənd 5.14-də göstərilən tələblərə uyğun olmalı və tam işləməlidir.
d) Fəaliyyət bənd 5.9-da göstərilən qiymətlərdən yüksək paylayıcı gərginliklər yaratmamalıdır.
e) Gözlənilən ayırıcı cərəyanın hər bir qiymətinə uyğun olan söndürmə cərəyanının qiymətləri istehsalçı tərəfindən müəyyən edilən söndürmə xüsusiyyətlərinə uyğun olan qiymətlərdən artıq olmamalıdır.
f) Əməliyyatdan sonra əriyən qoruyucu öz terminalları boyunca elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinə tab gətirmək qabiliyyətində olmalıdır.
6.2 Eyniləşdirmə qeydləri
Əriyən qoruyucu içlikləri və əriyən qoruyucu yuvaları üzərində mövcud olması zəruri olan eyniləşdirmə qeydləri aşağıda göstərilib.
QEYD: Əriyən qoruyucu içliklərinin ölçüləri bu cür qeydlər üçün çox kiçik olduğu halda, alternativ metodlardan istifadə edilməlidir.
Bütün hallarda, dərəcələmələri əks etdirən şəkillərdə qurğuların simvolları da göstərilməlidir.
a) Əriyən qoruyucu yuvalarında:
– istehsalçının adı və ticarət markası;
b) Əriyən qoruyucu içliklərində:
– istehsalçının adı və ticarət markası;
– istehsalçının növ təyinatı;
– nominal maksimum ayırıcı cərəyan;
– növ (ehtiyat əriyən qoruyucu, ümumi məqsədli əriyən qoruyucu və tam diapazonlu əriyən qoruyucu);
– nominal minimum (yalnız ehtiyat əriyən qoruyucu üçün);
– maksimum tətbiq edilən temperatur (Əlavə E-yə uyğun olaraq sınaq edilən 40 °C-dən yuxarı ətraf temperaturlarda istifadə üçün layihələndirilən əriyən qoruyucu içlikləri üçün);
– əgər varsa ötürücünün növü (yüngül, orta və ya ağır);
– ötürücünün yeri (əgər müvafiqdirsə).
Bu məlumatlar növ təyinatında və ya eyniləşdirmə kodunda göstərilmədiyi halda, bunlar həm əriyən qoruyucu içliklərində, həm də əriyən qoruyucu yuvalarında göstərilməlidir (əgər onlar açıq şəraitdə və ya yağda istifadə üçün nəzərdə tutulursa).
Əlavə D müxtəlif milli standartlarda göstərilən növlərin və ölçülərin toplusunu və təsnifatını özündə əks etdirir.
7.1 Sınaqların keçirilməsi üçün şəraitlər
Növ sınaqları əriyən qoruyucunun növünün və ya layihəsinin müəyyən edilən xüsusiyyətlərə və müəyyən edilən şəraitlər altında normal fəaliyyət göstərməyə uyğun olub olmamasını yoxlamaq üçün yerinə yetirilir. Növ sınaqları eyni növlü bütün əriyən qoruyucuların müəyyən edilən xüsusiyyətlərini yoxlamaq üçün nümunələr üzərində yerinə yetirilir.
Əriyən qoruyucu layihəsinə dəyişiklik edildiyi halda, bu sınaqlar təkrarlana bilər.
Ötürücü birləşdirilən əriyən qoruyucu içliklərində yerinə yetirilən sınaqlar ötürücü birləşdirilməyən əriyən qoruyucu içlikləri üçün də etibarlıdır.
İstehsalçıdan əvvəlcədən razılıq alınmaqla sınaqlar üçün müəyyən edilən qiymətlər, xüsusən də dözümlülük qiymətləri sınaq şəraitlərini daha da sərtləşdirmək üçün dəyişdirilə bilər. Dözümlülük qiymətləri müəyyən edilmədiyi halda, növ sınaqları müəyyən edilən qiymətlərə uyğun yerinə yetirilməlidir və belə olan halda, yuxarı məhdudiyyətlər istehsalçı ilə razılaşdırılmalıdır.
Bu standartda müəyyən edilən sınaqlar prinsipcə növ sınaqlarıdır və qəbuletmə sınaqları üçün nümunələrin müəyyən edilməsi metodu göstərilmir.
Əgər istehsalçı qəbuletmə sınaqları keçirmək istəyərsə, bu sınaqlar istehsalçı ilə istehlakçı arasında razılaşma əsasında növ sınaqlarından seçilməlidir.
Növ sınaqlarının məruzəsi qəbul olunan əriyən qoruyucularda sınaqlar keçirilirsə, istehsalçı istehlakçı qarşısında yalnız əvvəl müəyyən edilən qiymətlərə görə məsuliyyət daşıyır, sonrakı növ sınaqlar zamanı müəyyən edilən qiymətlər isə istehsalçının məsuliyyətinə aid olmur. Məsələn, baxmayaraq ki, ayırıcı ilə bağlı sınaqlar müəyyən edilən elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinin 103 %-də keçirilə bilər, istehsalçı elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinin 100 %-dən yüksək gərginlikdə keçirilən sınaqlara görə məsuliyyət daşımır.
7.2 Növ sınaqlarının siyahısı
Layihənin tamamlanmasından sonra və ya fəaliyyətə təsir edən dəyişikliklərdən sonra keçirilməli olan sınaqlar aşağıdakılardır:
– dielektrik sınaqlar (yalnız əriyən qoruyucu yuvası üçün);
– temperaturun qalxması ilə bağlı sınaqlar və elektrik itkisinin ölçülməsi;
– vaxt-cərəyan xüsusiyyətləri ilə bağlı sınaqlar;
– ötürücülərin sınaqları.
7.3 Bütün növ sınaqlar üçün ümumi sınaq təcrübələri
Bütün növ sınaqların nəticələri növ sınaqları haqda məruzədə qeyd edilməlidir, çünki məruzə bu standarta uyğunluğu göstərmək üçün zəruri məlumatları əks etdirir.
Başqa cür müəyyən edilməyənə qədər, aşağıdakılar ümumi sınaq təcrübələri olmalıdır.
7.3.2 Sınaq edilən cihazın vəziyyəti
Cihaz yeni, təmiz və yaxşı vəziyyətdə olmalıdır. Sınaq keçirilməzdən əvvəl, dielektrik sınaq və yağ sıxlığının sınağı istisna olmaqla, hər bir əriyən qoruyucu içliyinin müqaviməti nominal cərəyanın 10 %-ni keçməyən cərəyan ilə ölçülməlidir. Müqavimətin qiyməti ölçmənin yerinə yetirildiyi ətraf hava temperaturu ilə birgə qeyd edilməlidir.
7.3.3 Əriyən qoruyucuların quraşdırılması
Sınaq edilməli olan əriyən qoruyucu layihələndirildiyi normal xidmət yerində torpaqlanan sərt metal konstruksiyada quraşdırılmalıdır.
Başqa cür müəyyən edilməyənə qədər, birləşmələr elə mövqelərdə yerləşdirilməlidir ki, normal aralıq məsafələri azalmasın.
7.4 Dielektrik sınaqlar
7.4.1 Sınaq təcrübələri
Dielektrik sınaq təcrübələri bənd 7.3-də müəyyən edildiyi kimi və aşağıdakı kimi olmalıdır.
QEYD: Əriyən qoruyucu içlikləri ayrıca cihazlar kimi sınaqdan keçirilməməlidir.
Əriyən qoruyucuların çoxqütblü təyini üçün və qütblər arasında məsafə onların konstruksiyası ilə müəyyən edilmədiyi zaman istehsalçı tərəfindən müəyyən edildiyi kimi, sınaq məqsədi üçün qütblər arasında minimum məsafəni təmin etmək lazımdır.
7.4.1.2 Elektrik birləşmələri
Elektrik birləşmələr hər bir birləşməyə bərkidilən hamar cərəyan keçirən damarlar vasitəsilə yerinə yetirilməlidir. Bu cərəyan keçirən damarlar əriyən qoruyucu içliyinə paralel düz xətt ilə əriyən qoruyucunun birləşmələrindən çəkilir.
7.4.2 İmpuls və elektrik şəbəkə tezliyinin sınağı üçün sınaq gərginliyinin tətbiq edilməsi
Sınaqdan keçirilən əriyən qoruyucu üçün Cədvəl 4 və 5-də göstərilən sınaq gərginliyi impuls generatorunun çıxışının bir birləşməsi və torpağa birləşdirilən elektrik şəbəkə tezliyi mənbəyinin bir nöqtəsi ilə ardıcıl tətbiq edilir.
a) Birləşmələr və torpağa birləşdirilən metal hissələr arasında:
1) xidmət üçün hazır olan əriyən qoruyucu içliyi də daxil olmaqla, əriyən qoruyucu ilə;
2) çıxarılan əriyən qoruyucu içliyi ilə.
QEYD 1: Əriyən qoruyucuların çoxqütblü təyini üçün
• birgə birləşdirilən bütün qütblərin bütün işləyən hissələri və torpağa birləşdirilən metal hissələr arasında;
• hər bir qütbün birləşmələri və torpağa birləşdirilə bilən, metal hissələrə birləşdirilən digər qütblərin bütün işləyən hissələri ilə torpağa birləşdirilə bilən metal hissələr arasında.
b) Birləşmələr arasında: bu sınaqlar yalnız əriyən qoruyucu yuvalarında yerinə yetirilir.
Əgər əriyən qoruyuculara izolyasiya xüsusiyyətləri təyin edilmirsə, torpağa birləşdirilə bilən metal hissələr torpağa birləşdirilməlidir. Əgər qoruyuculara izolyasiya xüsusiyyətləri təyin edilirsə, torpağa birləşdirilə bilən metal hissələr ya torpaqdan izolyasiya edilməlidir və ya mənbənin orta nöqtəsinə birləşdirilməlidir.
QEYD 2: Əriyən qoruyucuların çoxqütblü təyini üçün həm bir tərəfin birləşmələri, həm də digər tərəfin birləşmələri birgə əlaqələndirilməlidir.
7.4.3 Sınaq zamanı atmosfer şəraiti
Sınaqlar IEC 60060-1-in bənd 11.1-də göstərilən standart şəraitlərə mümkün qədər uyğun atmosfer şəraitlərində keçirilməlidir.
IEC 60060-1-in 11.2.1 və 11.2.2 bəndlərində göstərildiyi kimi, hava sıxlığı və hava rütubətliliyi üçün tənzimləmə amilləri əriyən qoruyucular üçün istifadə edilə bilər.
7.4.4 İldırım impuls gərginliyinin quru sınaqları
IEC 60060-1-in 6-cı bölməsinə uyğun olaraq, əriyən qoruyucular 1,2/50 impulslar ilə işıqlandırıcı impuls gərginliyinin quru sınaqlarından keçirilməlidir.
Cədvəl 4 və 5-də müəyyən edilən nominal işıqlandırıcı impulsa dözümlülük gərginliklərində 50 ardıcıl impuls aşağıdakı kimi tətbiq edilməlidir:
– torpağa nisbətən nominal dözümlülük gərginliyində və bənd 7.4.2-nin a bəndində göstərilən bütün sınaq şəraitləri üçün qütblər arasında;
– torpağa nisbətən nominal dözümlülük gərginliyində və bənd 7.4.2-nin b bəndində göstərilən sınaq şəraitləri üçün qütblər arasında (əgər əriyən qoruyucu yuvası üçün izolyasiya xüsusiyyətləri təyin edilmirsə);
– bənd 7.4.2-nin b bəndində göstərilən sınaq şəraitləri üçün izolyasiya məsafəsi boyunca nominal dözümlülük gərginliyində (əgər əriyən qoruyucu yuvası üçün izolyasiya xüsusiyyətləri təyin edilirsə).
Əgər torpağa dağıdıcı boşalmaların və qütblər arasında, özünü bərpa edən izolyasiyalarda birləşmələr arasında dağıdıcı boşalmaların sayı hər bir sınaq şəraiti üçün ikini keçmirsə və əgər özünü bərpa etməyən izolyasiyada heç bir dağıdıcı boşalma baş vermirsə, əriyən qoruyucu sınağı uğurla keçmiş hesab edilməlidir (bax IEC 60071-1).
Əriyən qoruyucu, müəyyən edilən sınaqları həm müsbət, həm də mənfi polyarlığın gərginlikləri ilə keçmək qabiliyyətində olmalıdır, lakin polyarlığın alçaq qəza gərginliyi verməsi müşahidə olunarsa, yalnız həmin polyarlıq ilə sınaq keçirmək kifayətdir.
7.4.5 Elektrik şəbəkə tezliyi gərginliyinin quru sınaqları
IEC 60060-1-də müəyyən edildiyi kimi, əriyən qoruyucular 1 dəqiqə elektrik şəbəkə tezliyi gərginliyinin quru sınaqlarına məruz qalır.
Sınaq dövrəsi (gərginlik tənzimləyici cihaza malik transformator) ən azı 0,2 A qısa qapanma cərəyanına malik olmalıdır. Müəyyən edilən gərginliyin təqribən onda birində cərəyanın qiymətini yoxlamağa icazə verilir.
Nominal 1 dəqiqə elektrik şəbəkə tezliyinə dözümlülük gərginliyinin sınaqları üçün qiymətlər Cədvəl 4 və 5-də müəyyən edilir. Sınaqlar aşağıdakı qiymətlərdə yerinə yetirilməlidir:
– torpağa nisbətən nominal dözümlülük gərginliyində və bənd 7.4.2-nin a bəndində göstərilən bütün sınaq şəraitləri üçün qütblər arasında;
– torpağa nisbətən nominal dözümlülük gərginliyində və bənd 7.4.2-nin b bəndində göstərilən sınaq şəraitləri üçün qütblər arasında (əgər əriyən qoruyucu yuvası üçün izolyasiya xüsusiyyətləri təyin edilmirsə);
– bənd 7.4.2-nin b bəndində göstərilən sınaq şəraitləri üçün izolyasiya məsafəsi boyunca nominal dözümlülük gərginliyində (əgər əriyən qoruyucu yuvası üçün izolyasiya xüsusiyyətləri təyin edilirsə).
Əgər alışma və ya yırtıq baş verirsə, əriyən qoruyucu sınağı uğurla keçmiş hesab edilmir.
7.4.6 Elektrik şəbəkə tezliyinin yaş sınaqları
Açıq növlü əriyən qoruyucular 1 dəqiqəlik müddət istisna olmaqla, bənd 7.4.5-də müəyyən edilən eyni şəraitlərdə elektrik şəbəkə tezliyi gərginliyinin yaş sınaqlarına məruz qalır. Lakin əgər özünü bərpa edən xarici izolyasiyada dağıdıcı boşalma baş verirsə, bu sınaq eyni sınaq şəraitlərində təkrar keçirilməlidir və əgər heç bir dağıdıcı boşalma baş vermirsə, əriyən qoruyucu bu sınağı uğurla keçmiş hesab edilir.
Bu sınaqlar zamanı əriyən qoruyucular şaquli istiqamətdə 45° bucaqda süni yağışa məruz qalmalıdır və sınaq prosedurları IEC 60060-1-in 9-cu müddəasına uyğun olmalıdır.
7.5 Temperatur qalxmasının sınaqları və enerji itkisinin ölçülməsi
7.5.1 Sınaq təcrübələri
Temperatur qalxmasının sınaqları və enerji itkisinin ölçülməsi bənd 7.3-də müəyyən edildiyi kimi bir əriyən qoruyucuda və aşağıdakı qaydada keçirilir:
7.5.1.1 Sınaq nümunəsi
Əriyən qoruyucu yuvası sınaqdan keçirilən əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən müəyyən edildiyi kimi olmalıdır.
Əriyən qoruyucu içliyi əriyən qoruyucu yuvasında istifadə üçün yüksək cərəyan dərəcələməsinə malik olmalıdır.
7.5.1.2 Avadanlığın quraşdırılması
Sınaq, hava cərəyanı olmayan qapalı otaqda keçirilməlidir, lakin sınaq edilən cihazın istisindən yaranan hava cərəyanı yol verilə biləndir.
Açıq havada olan əriyən qoruyucu istehsalçı tərəfindən müəyyən edilən təlimatlar çərçivəsində əlverişli yerdə quraşdırılmalıdır və aşağıdakı qaydada hamar mis cərəyan keçirən damarlar ilə sınaq dövrəsinə birləşdirilməlidir: hər bir cərəyan keçirən damar təqribən 1 m (3 ¼ ft) uzunluqda olmalıdır, əriyən qoruyucunun quraşdırma səthinə paralel müstəvidə quraşdırılmalıdır, lakin bu müstəvidə istənilən hər bir istiqamətdə ola bilər. Başlıqların ölçüləri Cədvəl 12-də göstərilir.
Cədvəl 12 – Sınaq dövrəsinə elektrik birləşmə – Cərəyan keçirən damarın ölçüləri
25-dən yuxarı 63-ə qədər
63-dən yuxarı 200-ə qədər
200-dən yuxarı 400-ə qədər
400-dən yuxarı 630-a qədər
630-dan yuxarı 1000-ə qədər
Paralel əriyən qoruyucu içlikləri üçün nəzərə alınan cərəyan dərəcələməsi istehsalçı tərəfindən təyin edilən ümumi cərəyandır.
MDM-də (minlərlə dairəvi mil) ekvivalent sahə mm, rəqəmləri iki dəfə artırmaqla əldə oluna bilər.
Paylayıcı qurğuda istifadə üçün yağla işləyən əriyən qoruyucular xidmət şəraitlərini simulyasiya etmək üçün layihələndirilən, yağla doldurulan yerdə sınaq edilməlidir. Bu yerin həcmi təqribən sınaq edilən əriyən qoruyucu içliyinin həcminin 30 dəfəsi olmalıdır. Əriyən qoruyucu içliyi elə tərzdə yağa batırılmalıdır ki, yağ əriyən qoruyucu içliyinin ətrafında bərabər formada yayılsın. Əlavə C, Əlavə D-nin II məlumat vərəqəsinə uyğun olaraq, 200 A-ə qədər olan əriyən qoruyucu içlikləri üçün üstünlük verilən sınaq təyinlərinin nümunələrini göstərir. Çənin çöl hissəsində olan sınaq cərəyan keçirən damarları növbəti paraqrafda göstərildiyi kimi, Cədvəl 12-də göstərilən ölçülərə uyğun təyin edilməlidir.
Normal aralıq məsafələrinin təmin edilməsinə zərurət yoxdur.
Sınaqlar əriyən qoruyucu içliyinin nominal cərəyanı ilə və 48 Hs və 62 Hs arasında tezlikdə keçirilməlidir. Hər bir sınaq sabit qiymətə çatmaq məqsədilə temperatur qalxması üçün yetərli müddət ərzində keçirilməlidir (praktiki məqsədlər üçün bu şərait temperatur qalxmasının artımı 1 K/saatı keçməyən zaman yaranır).
Əriyən qoruyucunun müxtəlif hissələrinin temperatur qalxması 4-cü Müddəada müəyyən edilən qiymətləri keçməməlidir.
7.5.2 Temperaturun ölçülməsi
7.5.2.1 Əriyən qoruyucu hissələrin temperaturu
Məhdudiyyətləri müəyyənləşdirmək üçün müxtəlif hissələrin temperaturu termocüt, termometrlər kimi cihazlar ilə müəyyən edilməlidir və ən isti nöqtədə əlverişli isti şəraiti yaratmaq üçün təmin edilməlidir. Temperatur qalxması termik vaxt sabitliyinin hesablanması lazım olan sınaq zamanı müntəzəm intervallarda qeyd edilməlidir.
Maye dielektrikə batırılan tərkib hissələrin səthinin temperaturu yalnız bu tərkib hissələrin səthinə bərkidilən termocüt vasitəsi ilə ölçülməlidir. Maye dielektrikin özünün temperaturu aşağıda, cihaza yaxın ölçülməlidir (cihazı sərinləşdirən mayedə).
Termometr və ya termocüt ilə ölçmələr üçün aşağıdakı tədbirlər görülməlidir:
a) Termometrlərin və termocütlərin lampaları çöldən sərinləşmədən qorunmalıdır. Lakin qorunan sahə sınaqdan keçirilən cihazın sərinləşdirmə sahəsi ilə müqayisədə cüzi olmalıdır.
b) Termometr və ya termocüt ilə sınaq edilən hissənin səthi arasında yaxşı istilik keçiriciliyi təmin edilməlidir.
c) Dəyişən maqnit zona olan yerlərdə lampalı termometrlər istifadə edilirsə, civəli termometrlərdən deyil, daha çox spirtli termometrlərdən istifadə etmək tövsiyə olunur, çünki civəli termometrlər bu şəraitlərdə daha çox təsirə məruz qalır.
7.5.2.2 Ətraf hava temperaturu
Ətraf hava temperaturu əriyən qoruyucunu əhatə edən havanın orta temperaturudur (qapalı əriyən qoruyucular üçün qapalı yerin çölündə olan hava). Bu temperatur sınaq müddətinin sonuncu rübü zamanı ən azı üç termometr, termocüt və ya digər temperatur ölçən cihaz vasitəsilə ölçülməlidir. Termometr, termocüt və ya digər temperatur ölçən cihaz əriyən qoruyucudan təqribən 1 m məsafədə cərəyan daşıyan hissələrinin orta hündürlüyündə əriyən qoruyucu ətrafında bərabər yerləşdirilməlidir. Termometr və termocütlər hava cərəyanlarından və istiliyin hədsiz təsirindən qorunmalıdır.
Sürətli temperatur dəyişikləri səbəbindən göstəricilərdə baş verə biləcək yalnışlıqların qarşısını almaq məqsədilə, termometr və termocütlər yağla doldurulan kiçik şüşə qablara qoyulur.
Sınaq müddətinin sonuncu rübü ərzində, ətraf hava temperaturunun dəyişməsi saatda 1 K-ni keçməməlidir. Əgər sınaq otağında əlverişsiz temperatur şəraitləri səbəbindən bu mümkün olmursa, eyni şəraitlərdə eyni növlü əriyən qoruyucunun temperaturu ətraf hava temperaturunu əvəz edə bilər. Bu əlavə əriyən qoruyucu lazımsız istiliyə məruz qalmamalıdır.
Sınaq zamanı ətraf hava temperaturu +10 °C və +40 °C arasında olmalıdır. Bu dərəcələr daxilində ətraf hava temperaturu üçün temperatur qalxma qiymətlərinə heç bir düzəliş edilməməlidir.
7.5.3 Enerji itkisinin ölçülməsi
Qapalı yerlərdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular azalmalar tələb edə bilər (bax bənd 10.3.2 və Əlavə F). Bu azalmanı asanlaşdırmaq üçün enerji itkisinin ölçülməsi aşağıdakı kimi yerinə yetirilməlidir:
a) Enerji itkisinin hesablanması temperatur qalxmasının sınağı zamanı yerinə yetirilir. İki qiymət ölçülməlidir, birincisi əriyən qoruyucu içliyinin nominal cərəyanının 50 %-ində, ikincisi isə 100 %-ində. Gərginlik dərhal birləşən əlaqə hissəsi ilə əlaqə nöqtəsinə mümkün qədər yaxın əriyən qoruyucu içliyinin əlaqələrində ölçülməlidir. Enerji itkisi (temperatur) nəzərə alınan cərəyan qiyməti üçün davamlı qiymətə çatan zaman ölçmə yerinə yetirilməlidir. Enerji itkisi vat ilə göstərilir.
QEYD: Bu tələb yalnız qapalı yerlərdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyuculara tətbiq edilir. Digər əriyən qoruyucular üçün bənd 8.1 və 8.3-ə baxın.
b) Paylayıcı qurğu istehsalçıları və istehlakçıları öz avadanlıqlarına birləşdirilən müxtəlif növlü əriyən qoruyucular üçün azalma amillərini müəyyən etmək məqsədilə, enerji itkisi qiymətlərini nəzərə ala bilər. Enerji itkisi qiymətləri azalma amillərini müəyyən etmək üçün yeganə parametr deyil.
7.6.1 Sınaq təcrübələri
Ayırıcı cərəyan təcrübələri bənd 7.3-də və aşağıda müəyyən edildiyi kimi olmalıdır:
7.6.1.1 Sınaqların təsviri
Sınaqlar Cədvəl 13-də göstərilən təlimatlara uyğun yerinə yetirilməlidir və əməliyyat cərəyanının diapazonu daxilində sərt ayırıcı şəraitlər tətbiq etməklə, ən azı üç sınaq işi yerinə yetirilməlidir.
Sınaq işi 1: I1 nominal maksimum ayırıcı cərəyan ilə əməliyyatın yoxlanması.
Sınaq işi 2: Dövrənin induktivliyində yüksək səviyyəli enerji saxlanılan zaman cərəyan məhdudlaşması baş verən I2 gözlənilən cərəyan ilə əməliyyatın yoxlanması (aşağıdakı qeydə baxın).
Sınaq işi 3: I3 cərəyanında əməliyyatın yoxlanması:
– ehtiyat əriyən qoruyucular üçün I3 nominal minimum ayırıcı cərəyandır;
– ümumi məqsədli əriyən qoruyucular üçün I3 1 saat və ya daha çox müddət ərzində əriməyə səbəb olan cərəyandır;
– tam diapazonlu əriyən qoruyucular üçün I3 əriyən qoruyucu içliyinin nominal cərəyanına bərabərdir. Bu, minimum ərimə cərəyanının qiymətini əriyən qoruyucunun nominal cərəyanının səviyyəsinə yaxınlaşdıran sərt azalmanın mümkünlüyünə imkan yaratmaq üçündür.
It sınağı: kəsişən cərəyanlar nümayiş etdirən əriyən qoruyucu içlikləri üçün (bax 7.6.1.3).
Eyni fiziki örtük daxilində müxtəlif qövs kəsən mexanizmləri (məsələn, cərəyan məhdudlaşdıran elementlər və qovucu elementlər) birləşdirən əriyən qoruyucular olduğu halda, ayırıcı fəaliyyətin bir ayırıcı mexanizmdən digərinə keçdiyi It cərəyanının diapazonunda düzgün fəaliyyəti göstərmək üçün 1, 2 və 3-cü sınaq fəaliyyətləri əlavə sınaqlar vasitəsilə artırılmalıdır. Əriyən qoruyucuların layihələri bir-birindən fərqləndiyinə görə, bütün layihələrə tətbiq edilə bilən dəqiq sınaq tələblərini müəyyən etmək mümkün deyil. Lakin keçid cərəyan diapazonu daxilində cərəyan kəsilməsinə təsir etmək üçün ayırıcı mexanizmlərin düzgün işləməsini It ayırıcı sınağı ilə təsdiq etmək əriyən qoruyucu istehsalçısının məsuliyyətinə daxildir. Bu tələb ilə uyğunluğu qiymətləndirmək üçün istifadə edilən meyarlar Əlavə G-də göstərilir.
40 ºC-dən yuxarı ətraf temperaturlarda istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içlikləri üçün əlavə ayırıcı sınaq tələbləri Əlavə E-də göstərilir.
I1, I2, I3 və It qiymətləri cərəyanın a.c. tərkib hissələrinin orta kvadratik qiymətləridir.
Əgər 2-ci sınaq işinə uyğun edilən sınaqlarda 1-ci sınaq işinin tələblərinə bir və ya daha çox sınaqlarda əməl edilirsə, bu sınaqlar 1-ci sınaq işinin bir hissəsi kimi təkrarlanmalıdır.
Hər bir müstəsna halda, I2 cərəyanı I1 nominal maksimum ayırıcı cərəyanından yüksək ola bilər. Bu halda, 1 və 2-ci sınaq fəaliyyətləri bucaqları təqribən 30 elektrik dərəcələri ilə hər biri arasında bərabər bölüşdürməklə, nominal maksimum ayırıcı cərəyanda 6 sınaq ilə əvəz edilməlidir. (İstifadə edilən parametrlər 2-ci sınaq işinə aid olmalıdır, (bax Cədvəl 13) lakin ani cərəyanın bucağını və qiymətini qövsün başlanmasında bildirmək istisna olunur).
Əgər 1-ci sınaq işinə, qövsü gərginlik sıfırlanandan sonra mümkün qədər tez 65 elektrik dərəcəsindən başlamaq mümkün olmursa, hətta ən tez yol verilə bilən bucaqda belə, gərginlik sıfırlanandan sonra qövsün 40-dan 65 elektrik dərəcəsində başlandığı bir sınağın tələbi gərginlik sıfırlanandan sonra qövsün 65-dən 90 elektrik dərəcəsində başlandığı əlavə sınaq ilə əvəz edilir (ümumilikdə 3 sınaq etməklə).
Ayırıcı sınaqları homogen seriyalara məxsus bütün cərəyana dərələməsinə malik əriyən qoruyucu içliklərində keçirməyə zərurət yoxdur; əməl edilməli olan tələblər və keçirilməli olan sınaqlar üçün bənd 7.6.4-ə baxın.
Homogen seriyalar həmçinin ayırıcı sınaqlar olmadan, yüksək və alçaq nominal gərginliklərin əriyən qoruyucu içliklərinin müvafiq homogen seriyalarının sınaqlarının nəticələri arasında interpolyasiya ilə təsdiq edilə bilər; əməl edilməli olan tələblər üçün bənd 7.6.5-ə baxın.
QEYD: Bir qayda olaraq, bu tələblə uyğunluq təşkil etməli olan I2 cərəyanının qiyməti aşağıdakı metodlar vasitəsilə müəyyən edilə bilər.
a) Əgər bir sınaq cərəyan dərəcələməsindən 150 dəfə və ya daha yüksək cərəyanda 1-ci sınaq işindəki simmetrik qüsurun başlanması zamanı edilirsə, aşağıdakı tənlikdən istifadə olunur:
I2 -2-ci sınaq işi üçün gözlənilən cərəyandır;
i1 -1-ci sınaq işindəki ərimə anında ani cərəyandır;
I1 -1-ci sınaq işindəki gözlənilən cərəyandır.
b) Vaxt-cərəyan xüsusiyyətləri üzrə bir yarımdövrənin qövs öncəsi vaxtına uyğun gələn cərəyanın üç və dörd dəfəsi arasında götürməklə (bax bənd 7.7 və 5.11). Əgər bir yarımdövrədən az virtual vaxtlar üçün vaxt-cərəyan xüsusiyyətlərinin əyriləri mövcud olursa, bu vaxt-cərəyan xüsusiyyətlərinə uyğun gələn cərəyandan istifadə etmək məqsədəuyğundur.
Cədvəl 13 – Ayırıcı sınaqlar – Parametrlər
Elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyi
Gözlənilən KBG xüsusiyyətləri
0,07-dən 0,15-ə qədər (qeyd b)
Gözlənilən cərəyan (a.c. tərkib hissəsinin orta kvadratik qiyməti)
Qövsün başlanmasında ani cərəyan
0,85 l2-dən 1,06 l2-ə qədər
Gərginliyin sıfırlanmasından əvvəl olmayan
Gərginliyin sıfırlanmasından sonra 0°-dan 20°-yə qədər
Gərginliyin sıfırlanmasından sonra qövsün başlanması
Ayırmadan sonra saxlanılan gərginlik
15 saniyədən az olmayan
60 saniyədən və ya 5 dəqiqədən az olmayan (qeyd d)
a İş şəraitləri əriyən qoruyucularda müxtəlif gərginliklərə səbəb ola bildiyi üçün və ayırıcı sınaqlar prinsipcə qövs enerjisi ilə bağlı və cərəyanın bu qiyməti üçün termik və mexaniki gərginliklər ilə bağlı daha sərt şəraitlər yaratmaq məqsədilə nəzərdə tutulduğuna görə qəbul olunur ki, göstərilən üç sınağı yerinə yetirərkən, bu şəraitlər praktiki olaraq ən azı bir dəfə yaradılır.
b İstehsalçı razı olduqda, aşağı məhdudiyyət tətbiq edilmir.
c Sınaq edilən stansiyanın məhdudiyyətləri sabit cərəyanın istifadəsinin qarşısını alırsa, cərəyan üzrə dözümlülük ümumi ərimə vaxtının 20 %-dən çox olmayan müddətdə hər hansı bir istiqamətdə artırıla bilər, lakin o şərtlə ki, qövsün başlanmasındakı cərəyan 3-cü sınaq işi üçün müəyyən edilən dözümlülük daxilində olsun.
d Üzvi əriyən qoruyucu içliyi üçün ayırmadan sonra saxlanılan gərginlik müddəti aşağıdakı xüsusi hallar üçün 5 dəqiqədən az olmamalıdır:
2-ci sınaq işi: ehtiyat əriyən, ümumi məqsədli və tam diapazonlu növlər üçün
3-cü sınaq işi: ümumi məqsədli və tam diapazonlu növlər üçün
Saxlanılan gərginliyin bu uzun müddətləri yalnız homogen seriyalara məxsus ən uzun cərəyan dərəcələmələrinə tətbiq edilir və bu cür əriyən qoruyucular yalnız ötürücü ilə açılan paylayıcı-əriyən qoruyucu birləşmələrində istifadə üçün nəzərdə tutulduğu zaman tətbiq edilmir.
7.6.1.2 Sınaq dövrəsinin xüsusiyyətləri
Ayırıcı sınaqlar birfazalı dəyişən cərəyan və tək əriyən qoruyucular ilə yerinə yetirilməlidir.
Əgər sınaq edilən stansiyanın məhdudiyyətləri bərpa olunan gərginliyin tam qiymətini müəyyən edilən müddət ərzində saxlamağa imkan vermirsə, sınaq dövrəsi köməkçi mənbəyə paylana bilər. Cərəyanın kəsilməsindən ən azı 10 saniyə vaxt keçməyənə qədər, bu cür dəyişiklik edilməməlidir. Dəyişiklik etmək üçün yerinə yetirilən hər hansı bir dövrə kəsilməsi 0,2 saniyə müddəti keçməməlidir. Müəyyən edilən vaxtın qalığı ərzində müəyyən edilən bərpa olunan gərginliyini saxlamaqla, köməkçi mənbə ən azı 1 A cərəyanı təchiz etmək qabiliyyətində olmalıdır. Gərginlik saxlama müddəti ərzində əriyən qoruyucu fəaliyyətinin hər hansı səbəbdən dayanması (yəni əriyən qoruyucudan cərəyan sızmasının 1 A və ya daha çox artması) əriyən qoruyucunun qüsurlu dayanması kimi hesab edilməlidir. Cərəyana nəzarət etmək üçün hər hansı bir rahat üsuldan istifadə edilir. Qəbul olunan üsullardan biri köməkçi mənbəni mühafizə etmək üçün istifadə edilən dövrə ayırıcısını açmaqdır.
Şəkil 7 və 8-də göstərildiyi kimi, cərəyana və güc amilinə nəzarət etmək üçün istifadə edilən dövrə elementləri bir-birləri ilə və əriyən qoruyucu ilə kontaktda olmalıdır. Dolğunluğa həssas olan heç bir reaktordan istifadə edilməməlidir.
Sınaq dövrəsinin tezliyi 48 Hs və 62 Hs arasında olmalıdır.
Elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinin osilloqram yoxlaması ilə asan görünə bilən heç bir təhrifi olmamalıdır. Bəzi təhriflər qaçılmaz olduğu halda açıq-dövrə gərginliyinin bənd 6.6.1.1-də müəyyən edildiyi kimi 1-ci və 2-ci sınaq fəaliyyətlərində tələb olunan, bərpa olunan gərginliyinə uyğun olan gərginliyin 107 %-dən yüksək olmasını zəruri etməməlidir.
1-ci və 2-cı sınaq fəaliyyətləri və It zamanı paylayıcı gərginliyin ölçülməsi üçün müvafiq tezlik reaksiyasına malik ölçmə sistemi təmin edilməlidir. 3-cü sınaq işi zamanı bu ölçmə sistemi sahə boşluğu və ya eyni reaksiyaya malik cihaz ilə əvəz edilir.
Sınaq dövrəsində istifadə edilən paylayıcı gərginlikdən mühafizə qurğusu elə olmalıdır ki, əriyən qoruyucunun fəaliyyətini normal qaydada dayandırarkən heç bir qığılcım baş verməsin, çünki mühafizə qurğusundan paralel keçid əriyən qoruyucunun fəaliyyətini azalda bilər.
Sınaq dövrəsinin gözlənilən keçid bərpa olunan gərginliyin dalğası aşağıdakı iki tələbə uyğun olmalıdır:
Tələb a): onun örtüyü heç vaxt müəyyən edilən istinad xəttindən aşağı olmamalıdır.
QEYD: Örtüyün müəyyən edilən istinad xəttini keçmə həddi istehsalçının razılığı əsasında olmalıdır (bax bənd 7.1-in dördüncü paraqrafı).
Tələb b): onun ilkin hissəsi müəyyən edilən ləngimə xəttini keçməməlidir (əgər varsa).
Bu tələblər Şəkil 5-də göstərilir.
Müxtəlif sınaq fəaliyyətləri üçün müəyyən edilən istinad və ləngimə xətlərinin standart qiymətləri aşağıdakı kimidir:
Şəkil 5 – Növ sınağının şəraitləri ilə uyğunluq təşkil edən KBG üçün iki parametrli istinad xəttinin nümunəsi
7.6.1.2.2 1-ci sınaq işi üçün KBG
Prinsipcə, sınaqlar bənd 5.10-da müəyyən edilən standart KGB qiymətləri ilə keçirilir. Lakin Əlavə B-də qeyd edildiyi kimi, cərəyan məhdudlaşdıran əriyən qoruyucular qövsün başlanmasından dərhal sonra yüksək qövs gərginliyinə çatan zaman istisna olmaqla, KBG xüsusiyyətlərinə həssas deyil. Sınaqların asan keçirilməsi üçün aşağıdakı üsullardan istifadə etmək olar.
Birinci sınaq hər hansı münasib KBG ilə və gərginlik sıfırlanandan sonra 65 elektrik dərəcələrindən 90 elektrik dərəcələrinə qövsün başlanması ilə keçirilə bilər. Əgər bu sınaq zamanı, qövs gərginliyinin ən yüksək nöqtəsi qövsün başlanmasından sonra 2 t3-ə bərabər vaxt ərzində baş vermirsə, bu sınaq etibarlı hesab edilir və 1-ci sınaq işi eyni dövrədə tamamlanır. Əks halda, dövrə bənd 5.10-da müəyyən edilən istinad xəttindən heç zaman aşağı olmayan örtüyə malik KBG və müəyyən edilən ləngimə xəttini keçməyən ilkin hissəni təmin etmək üçün dəyişdirilir. 1-ci sınaq işinə aid bütün sınaqlar bu yeni dövrədə yerinə yetirilməlidir.
7.6.1.2.3 2-ci sınaq işi üçün KBG
Sınaqlar Cədvəl 14 və 15-də müəyyən edilən gözlənilən KBG-nin qiymətləri ilə yerinə yetirilməlidir (bax Əlavə B).
Sınaq dövrəsinin gözlənilən KBG dalğası aşağıdakı tələblərə uyğun olmalıdır:
a) onun ən yüksək nöqtəsi müəyyən edilən uc parametrindən kiçik olmamalıdır;
b) onun örtüyünün qalxma seqmenti t3 dözümlülüyü ilə müəyyən edilən iki xətt arasında olmalıdır.
QEYD 1: KBG dalğasının ilkin hissəsi əriyən qoruyucunun fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etmədiyindən ləngimə xətti müəyyən edilmir (bax Əlavə B).
QEYD 2: I2 sınaq cərəyanı kiçik olan əriyən qoruyucular üçün müəyyən edilən vaxt koordinasiyasının qiymətlərinə nail olmaq çətin ola bilər. Bu cür hallarda istehsalçının razılığı əsasında, daha böyük t3 qiymətləri qəbul edilə bilər və bu, sınaq haqda məruzədə qeyd edilməlidir.
Cədvəl 14 – 2-ci Sınaq işi üçün KBG – I Seriya
Cədvəl 15 – 2-ci Sınaq işi üçün KBG – II Seriya
7.6.1.2.4 3-cü Sınaq işi üçün KBG
KBG xüsusiyyətləri müəyyən edilmir; dövrənin reaktiv müqaviməti (transformatorun reaktiv müqaviməti və ya transformatorun, reaktorların müqaviməti ola bilər) reaktiv müqavimətin qiymətinin təqribən 40 dəfəsinə bərabər olan qiymət ilə Rp müqaviməti tərəfindən ehtiyat xəttə keçirilir. Lakin əgər bu qiymət ən azı kritik azalma ilə nəticələnmirsə, kritik azalmaya nail olmaq üçün bu müqavimət daha aşağı olmalıdır (bax Əlavə B).
Aşağıdakı halda kritik azalmaya nail olunur:
f0 - əlavə azalma olmadan dövrənin təbii tezliyidir;
fN - elektrik şəbəkə tezliyidir;
X - elektrik şəbəkə tezliyində dövrənin reaktiv müqavimətidir.
7.6.1.3 Sınaq It (keçid cərəyanı təzahür edən əriyən qoruyucu içliyi)
Ümumilikdə, aşağıda göstərilən iki qiymətin hər birində minimum iki sınaq yerinə yetirilməlidir:
It1 = 1,2 It (± 0,05 It)
It2 = 0,8 It (± 0,05 It)
It,- əriyən qoruyucu istehsalçısı tərəfindən təmin edilən keçid cərəyanının qiymətidir.
Əgər müəyyən edilsə ki, bu qiymətlər əriyən qoruyucunun verilən layihəsi üçün lazımi şəraitləri əks etdirmir, istehsalçı digər It1 və It2 qiymətləri təklif edə bilər.
It keçid cərəyanının qiymətlərindən asılı olaraq, sınaqları yerinə yetirərkən istifadə edilən parametrlər aşağıdakı kimidir:
Qısa qapanma (cərəyan məhdudlaşdıran) diapazonunda It: sınaq cərəyanı üçün müvafiq olan bütün sınaq şəraitləri Cədvəl 13-də göstərilir;
Aşağı cərəyan diapazonunda It, yəni nominal cərəyandan 12 dəfə aşağı: 3-cü sınaq işi üçün müəyyən edildiyi kimi, güc amili və elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyi;
Orta cərəyan diapazonunda It:
− elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyi: nominal gərginlik %;
0,3-dən 0,4-ə qədər istilik izolyasiyası, əgər It keçid cərəyanı Ir nominal cərəyandan 12 və 25 dəfə arasındadırsa;
0,2-dən 0,3-ə qədər istilik izolyasiyası, əgər It keçid cərəyanı Ir nominal cərəyandan 25 dəfə və I2 arasındadırsa.
KBG: lazımi sınaq cərəyanları əsasında, əriyən qoruyucu içliyinin istifadəsi uyğun sayılan dövrələrdə aşkar edilən tipik qiymətləri əks etdirmək üçün əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən müəyyən edilir. KBG-nin müvafiq qiymətləri üçün qaydalar eyni şəraitlərdə istifadə üçün nəzərdə tutulan digər paylayıcı cihazlar üçün sınaq standartlarından əldə edilə bilər.
Sınaqlar ayırıcı fəaliyyətin kəsik-kəsik və ya tədricən bir ayırıcı mexanizmdən digərinə keçdiyi cərəyan diapazonunda yerinə yetirilməlidir. Sınaq cərəyanının qiymətləri istehsalçı tərəfindən təmin edilməlidir. Bu tələb ilə uyğunluğu qiymətləndirmək üçün istifadə edilən tipik meyarlar Əlavə G-də müəyyən edilir.
7.6.1.4 Sınaq nümunələri
Əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən müəyyən edildiyi kimi, əriyən qoruyucu içliyi əriyən qoruyucu yuvasında sınaqdan keçirilməlidir.
7.6.1.5 Avadanlığın təyin edilməsi
7.6.1.5.1 Açıq havada istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular
Xidmət zamanı baş verə biləcək elektromaqnit gücləri yenidən yaratmaq məqsədilə, 1-ci və 2-ci sınaq fəaliyyətləri üçün cərəyan keçirən damarlar Şəkil 6-da müəyyən edildiyi kimi təyin edilməlidir. Cərəyan keçirən damarların əriyən qoruyucu yuvasında ifrat mexaniki gərginliyə səbəb olan hərəkətinin qarşısını almaq üçün cərəyan keçirən damarlar izolyator hündürlüyünə bərabər məsafədə bərkidilməlidir (əgər bu hündürlük 0,50 metri (20 düym) keçirsə) və ya 0,50 m (20 düym) hündürlükdə bərkidilməlidir (əgər izolyatorun hündürlüyü 0,50 metri (20 düym) keçmirsə). Dirsəklər möhkəmlətmə nöqtələrindən sonra yerləşdirilməlidir. 3-cü sınaq işi üçün hər hansı bir təyinat müəyyən edilmir. Əriyən qoruyucunun üfüqi istiqamətdə sınağının daha çətin olması müəyyən edilməyənə qədər, əriyən qoruyucu şaquli istiqamətdə sınaqdan keçirilməlidir.
Şəkil 6 – Ayırıcı sınaqlar – Avadanlığın təyin edilməsi
7.6.1.5.2 Yağlı şəraitlərdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular
1, 2 və 3-cü sınaq fəaliyyətləri və It açıq havada və ya yağla doldurulan yuvada yerinə yetirilə bilər. Açıq havada sınaq daha çətin olduğu üçün bu sınaq əriyən qoruyucu istehsalçısının razılığı ilə keçirilməlidir, sınaq uğursuz olduğu halda, yağla doldurulan yerdə əriyən qoruyucu ilə digər müvafiq sınaq işi təkrar edilməlidir və burada həmin şəraitə uyğun sınaq cərəyan keçirən damarlardan istifadə edilməlidir. Yağla dolurulan yer temperatur qalxma sınaqları üçün istifadə edildiyi kimi olmalıdır, burada, lazım olduğu halda, dielektrik məsafəni çənə bərabərləşdirmək üçün əriyən qoruyucu içliyi tərpədilə bilər və müvafiq əriyən qoruyucu əlaqələri istifadə edilə bilər.
7.6.2 Sınaq peoseduru
7.6.2.1 Sınaq dövrəsinin kalibrlənməsi
Sınaq edilən əriyən qoruyucu və əriyən qoruyucu içliyi Şəkil 7 və 8-də göstərildiyi kimi, cüzi müqavimət əlaqəsi ilə əvəz edilə bilər.
Dövrə müəyyən edilən gələcək cərəyanı vermək üçün tənzimlənməlidir. Bu, osilloqrafik və ya müvafiq qeyd ilə yoxlanmalıdır.
QEYD: 3-cü sınaq işi çərçivəsində birbaşa sınaqlar üçün sınaq dövrəsinin kalbirlənməsi lazım olmaya bilər, lakin lazım olduğu halda, cərəyan osilloqrafik alternativ olaraq ampermetr ilə ölçülə bilər.
Şəkil 7 – Ayırıcı sınaqlar – 1-ci və 2-ci sınaq fəaliyyətləri üçün tipik dövrə diaqramı
Şəkil 8 – Ayırıcı sınaq – 3-cü Sınaq işi üçün tipik diaqram
A - Kalibrləmə sınağı üçün çıxarıla bilən əlaqə
B - Sınaq edilən əriyən qoruyucu
D - Mənbəni qoruyan dövrə ayırıcısı
O1 - Cərəyanın ölçülməsi
O2 - Bərpa olunan gərginliyin ölçülməsi
O3 - İstinad gərginliyinin ölçülməsi
T1-T2 - Transformatorun mümkün yerləri
Z - Tənzimlənən müqavimət
Rp - Tənzimlənən paralel müqavimət
Rs - Tənzimlənən seriyalı müqavimət
A əlaqəsi çıxarılır və sınaq altında əriyən qoruyucu və ya B əriyən qoruyucu içliyi ilə əvəz edilir.
E paylayıcı elə anda bağlanır ki, Cədvəl 13-də müəyyən edilən şəraitlər təmin edilsin.
1, 2, 3-cü sınaq fəaliyyətləri üçün və It üçün paylayıcı gərginliklər ölçülməlidir. 1-ci və 2-ci sınaq fəaliyyətləri üçün söndürmə cərəyanı müəyyən edilməlidir.
3-cü sınaq işində cərəyan osilloqrafik və ya digər buna bənzər ölçmə sisteminə alternativ olaraq ampermetr ilə ölçülə bilər.
Əriyən qoruyucu fəaliyyətə başlayandan sonra, bərpa olunan gərginliyi Cədvəl 13-də müəyyən edilən müddət ərzində əriyən qoruyucu boyunca saxlanmalıdır. Birinci bir neçə dövrə osilloqrafik və ya buna bənzər sistem ilə, qalanı isə voltmeter ilə müşahidə edilə bilər.
Bu müddət ərzində elektrik şəbəkə tezliyi müəyyən edilən minimum qiymətdən aşağı düşə bilər.
7.6.2.3 Osilloqramların izahı
1 və 2-ci sınaq fəaliyyətləri üçün gözlənilən ayırıcı cərəyan, kalibrləmə sınağında qısa qapanmanın başlanmasından sonra bir yarım dövrədə ölçülən cərəyanın a.c. tərkib hissəsinin orta kvadratik qiyməti olmalıdır (bax Şəkil 9 və 10).
3-cü sınaq işi və It sınaqları üçün ayırıcı cərəyan ayırıcı sınaqda qövsün başlanması anında ölçülən orta kvadratik qiymətə simmetrik cərəyan olmalıdır (bax Şəkil 11).
Elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinin qiyməti ikinci qeyri-təsirli yarım dalğanın pik nöqtəsi ilə əvvəlki və sonrakı yarım dalğaların pik nöqtələri arasında çəkilən düz xətt arasında ölçülür (bax Şəkil 9, 10 və 11).
Şəkil 9 – Ayırıcı sınaqlar – 1-ci Sınaq işi üçün osilloqramların izahı
O1 - Cərəyanın ölçülməsi
O2 - Bərpa olunan gərginliyin ölçülməsi
O3 - İstinad gərginliyinin ölçülməsi
Gözlənilən ayırıcı cərəyanın a.c. tərkib hissəsinin orta kvadratik qiyməti
Bərpa olunan gərginlik
QEYD: Cərəyanlar eyni şkalaya çəkilmir və Şəkil 9, 10 və 11-də göstərmək üçündür.
Şəkil 10 – Ayırıcı sınaqlar – 2-ci Sınaq işi üçün osilloqramların izahı (Şəkil 9-un a) bəndində kalibrləmə izləri)
O1 - Cərəyanın ölçülməsi
O2 - Bərpa olunan gərginliyin ölçülməsi
O3 - Dayaq gərginliyinin ölçülməsi
Şəkil 11 – Ayırıcı sınaqlar– 3-cü Sınaq işi üçün osilloqramların izahı
O1 - Cərəyanın ölçülməsi
O2 - Bərpa olunan gərginliyin ölçülməsi
O3 - Dayaq gərginliyinin ölçülməsi
7.6.2.4 Sınaqlar üçün istifadə edilən parametrlər
Sınaqların keçirilməsi üçün istifadə edilən parametrlər Cədvəl 13-də göstərilir.
Əgər sınaq müəyyən ediləndən daha sərt şəraitlərdə keçirilirsə və uğurla baş tutursa, bu sınaq etibarlı hesab edilir.
7.6.3 3-cü sınaq işi üçün alternativ sınaq metodları
3-cü sınaq işi sınaq zamanı yüksək gərginlikli bir mənbədən istifadə etməklə yerinə yetirilə bilər (1-ci və ya 2-cı sınaq işində olduğu kimi).
Lakin qövs öncəsi vaxtlar uzun olduqda və/və ya sınaq stansiyasının qabiliyyətində məhdudiyyətlər olan zaman 3-cü sınaq işi çərçivəsində keçirilən sınaqlar iki hissəli sınaq kimi keçirilə bilər. Sınaq müddətinin birinci hissəsi üçün cərəyan, aşağı gərginlikli mənbədən təchiz edilir. Cərəyanın əriyən qoruyucu tərəfindən kəsilməsi nəzərdə tutulan ikinci hissə üçün cərəyan, yüksək gərginlikli mənbədən təchiz edilir.
İki hissəli sınağı həmçinin yüksək gərginlikli tək mənbədən istifadə etməklə yerinə yetirmək olar, lakin bu mənbədə qövs öncəsi müddətin bir hissəsində güc amili aşağı qiymətli olmalıdır. Bu halda, düzgün güc amilinə keçid qövsün başlanmasından əvvəl baş verməlidir.
7.6.3.1 Dövrənin tələbləri
Dövrənin tələbləri aşağıdakı kimidir:
a) Arzu olunan cərəyanın sınaq edilən əriyən qoruyucu vasitəsilə axmasına səbəb ola bilən aşağı gərginlikli enerji mənbəyi və sınaq zamanı cərəyan sabitliyini saxlamaq üçün vasitələr;
b) Bənd 7.6.1.2-da təsvir edildiyi kimi yüksək gərginlikli mənbə;
Yüksək gərginlikli cərəyanın qiyməti bənd 7.6.1.1-də müəyyən edildiyi kimi I3 cərəyanıdır.
c) Sınaqlar zamanı arzu olunan anda aşağı gərginlikli mənbədən yüksək gərginlikli mənbəyə ya əl ilə, ya da avtomatik keçid üçün təminat;
Cərəyanın kəsildiyi vaxt intervalı 0,2 saniyəni keçməməlidir. Yüksək gərginlikli mənbəyə keçid anında cərəyanda nəzərə çarpacaq asimmetriya olmamalıdır.
Ümumilikdə, keçid ən azı əriyən qoruyucunun bir elementi cərəyan daşıyan zaman baş verməlidir. Çox elementli əriyən qoruyucu üçün bu, əriyən qoruyucu boyunca yayılan gərginlikdə mərhələli artım ilə göstərildiyi kimi elementlər ardıcıl əriyən müddətdə baş verməlidir.
d) İstehsalçının razılığı ilə keçidin bütün əriyən qoruyucu elementləri əriyənə qədər gecikdirilməsinə icazə verilir (lakin ötürücü elementin yox). c bəndində verilən bütün digər parametrlər tətbiq edilir.
Element əriməsinin başlanğıcını aşkar etmək çətin olduğu və ya qövs öncəsi cərəyanın qiyməti 3-cü Sınaq işi cərəyanının seçilən qiymətindən əhəmiyyətli dərəcədə yüksək olduğu zaman bu prosedur böyük əhəmiyyət kəsb edir (bax bənd 7.6.3.2).
Lakin bu metod əriyən qoruyucu üçün c bəndindəki metoddan daha çətin olduğu halda istifadə edildiyinə görə sınaq uğursuzluqla sona çatır, c bəndindəki metoddan istifadə etməklə 3-cü sınaq işi çərçivəsində sınaqları təkrarlamağa icazə verilir, çünki c bəndindəki metod faktiki xidmət şəraitlərinə daha yaxındır.
7.6.3.2 3-cü Sınaq işi üçün qövs öncəsi sınaq cərəyanının qiyməti
Qiymətlər aşağıdakı kimidir.
a) Qövs öncəsi vaxtın 1 saatdan az olduğu ehtiyat əriyən qoruyucularda sınaqlar üçün aşağı gərginlikli mənbə I3 qiymətinə köklənməli və sınaq boyunca bu qiymətdə saxlanmalıdır.
b) Minimum ərimə vaxtının 1 saat olduğu ümumi məqsədli əriyən qoruyucular üçün aşağı gərginlikli mənbənin cərəyanı I3 qiymətinə köklənməlidir, lakin əriməni tezləşdirmək üçün 1 saatdan sonra I3-dən yuxarı 15 % artırıla bilər.
c) Əriyən qoruyucunun nominal cərəyanına bərabər I3 qiyməti tələb olunan tam diapazonlu əriyən qoruyucular üçün lazımsız uzun davam edən sınaqlara yol verməmək məqsədilə, aşağı gərginlikli mənbə sınağın aşağı gərginlikli hissəsində I3-dən yuxarı qiymətə köklənə bilər, o şərtlə ki, nəticədə, qövs öncəsi vaxt 1 saatdan aşağı olmasın. Lakin aşağı gərginlikli cərəyan bu qövs öncəsi müddət ərzində I3-ü 42 %-dən çox keçməməlidir.
1 saat vaxt keçdikdən sonra əriməni tezləşdirmək üçün aşağı gərginlikli cərəyan əlavə olaraq 15 % artırıla bilər.
Əgər bu yüksək qiymət hələ də uzun davam edən sınaq ilə nəticələnirsə, əriyən qoruyucu içliyinin məhdud sərinləşdirməyə malik yerdə quraşdırılmasına icazə verilir – o şərtlə ki, ən azı 1 saat ərimə vaxtı keçsin.
Bu cür yerlərdən istifadə zamanı müvafiq vaxtda ərimənin baş verməsinə səbəb ola bilmirsə, bu halda, Əlavə E-də verilən sınaq metodu istifadə edilə bilər.
7.6.4 Homogen seriyalara məxsus əriyən qoruyucu içlikləri üçün ayırıcı sınaqlar
7.6.4.1 Homogen seriyalara məxsus əriyən qoruyucu içliklərinin xüsusiyyətləri
Xüsusiyyətləri aşağıdakılar ilə uyğunluq təşkil edən əriyən qoruyucu içliklərin homogen seriyalara məxsus olduğu hesab edilir:
a) Nominal gərginlik, maksimum ayırıcı cərəyan və tezlik eyni olmalıdır.
b) Bütün materiallar, o cümlədən doldurma materialları və onların paylaşdırılması eyni olmalıdır.
c) Keçid hissə və əriyən qoruyucu elementlərinin sayı istisna olmaqla, əriyən qoruyucu içliyinin bütün ölçüləri eyni olmalıdır
d) Hər hansı əriyən qoruyucu içliyində bütün əsas əriyən qoruyucu elementləri eyni olmalıdır.
e) Fərdi əriyən qoruyucu elementlərinin keçid hissələrinin uzunluq boyunca dəyişməsi eyni olmalıdır.
f) Qalınlıqda, endə və sayda bütün dəyişikliklər nominal cərəyan ilə ahəng olmalıdır. Beləliklə, əriyən qoruyucu elementlərin sayını artırmaqla və ya azaltmaqla, keçid hissələrdəki artımı balanslaşdırmağa icazə verilmir.
g) Fərdi əriyən qoruyucu elementləri arasındakı məsafədə, əriyən qoruyucu elementləri və əriyən qoruyucu lülələri arasındakı məsafələrdə dəyişikliklər nominal cərəyan ilə ahəng olmalıdır.
h) İndikator və ya ötürücü üçün istifadə edilən xüsusi əriyən qoruyucu elementi yuxarıdakı e və f bəndlərinə aid deyil, lakin bu element bütün əriyən qoruyucu içlikləri üçün eyni olmalıdır.
7.6.4.2 Sınaq tələbləri
Əriyən qoruyucu içliklərinin homogen seriyalarında ayırıcı sınaqlar yalnız Cədvəl 16-ya uyğun yerinə yetirilməlidir.
Cədvəl 16 – Homogen seriyaya aid əriyən qoruyucu içliyi üçün ayırıcı sınaq tələbləri
Sınaq edilən əriyən qoruyucu içlikləri (X işarələri yerinə yetirilən sınaqları göstərir)
A və C əriyən qoruyucu içlikləri üçün l2 sınaq cərəyanları müvafiq olaraq A və C əriyən qoruyucu içliklərinin cərəyan dərəcələməsinə uyğun seçilməlidir.
Aşağı cərəyan dərəcələməsinə malik əriyən qoruyucu içliyi ötürücünü işlətmək üçün istifadə edilən elementlərə əlavə olaraq, ən azı iki fərdi əsas əriyən qoruyucu elementlərinə malik olmalıdır.
Bu sınaq yalnız fərdi elementlərin keçid hissəsi C əriyən qoruyucu içliyinin keçid hissəsindən az olan zaman tələb edilir.
Bu sınaq yalnız A və B əriyən qoruyucu içliklərinin I3/s nisbəti C əriyən qoruyucu içliyinin nisbətindən az olan zaman tələb edilir. Belə olan halda, 3-cü Sınaq işi üçün I3/s ən aşağı nisbətə malik əriyən qoruyucu içliyi seçilir.
Cədvəl 16-da göstərilən simvollar aşağıdakı mənalar ilə istifadə edilir:
A: aşağı cərəyan dərəcələməsinə malik əriyən qoruyucu içliyi;
B: A və C arasında cərəyan dərəcələməsinə malik hər hansı əriyən qoruyucu içliyi;
C: yüksək cərəyan dərəcələməsinə malik əriyən qoruyucu içliyi;
s: hər bir fərdi əriyən qoruyucu elementinin keçid hissəsi.
7.6.4.3 Ayırıcı sınaqların izahı
Əgər Cədvəl 16-ya uyğun keçirilən sınaqların nəticələri 6.1.3-ün tələblərinə uyğun gəlirsə, homogen seriyaya məxsus əriyən qoruyucu içliklərinin hər hansı cərəyan dərəcələnməsi bu spesifikasiyanın ayırıcı tələblərinə uyğun gəlir.
Əgər əriyən qoruyucu içliyi bir və ya daha çox sınaq zamanı 6.1.3-ə uyğun olaraq qənaətbəxş fəaliyyət göstərmirsə, həmin əriyən qoruyucu homogen seriyaya məxsus hesab edilmir, lakin bu cür uğursuzluq digər cərəyan dərəcələmələrindən də imtina etməyə əsas yaratmır.
İstehsalçı homogen seriyalara məxsus bütün müvafiq cərəyan dərəcələmələrinə malik əriyən qoruyucu içlikləri üçün minimum ayırıcı cərəyanın müvafiq qiymətlərini göstərməlidir. Bu qiymətlər C əriyən qoruyucu içliyində 3-cü Sınaq işi çərçivəsində ayırıcı sınaqlara əsaslanmalıdır. Homogen seriyalara məxsus digər cərəyan dərəcələmələri üçün minimum ayırıcı cərəyanın qiymətləri hesablama ilə müəyyən olunmalıdır.
Əsas əriyən qoruyucu elementinin (nisbət I3/s) cərəyan sıxlığı C əriyən qoruyucu içliyinin cərəyan sıxlığına bərabər və ya ondan yüksək olmalıdır.
7.6.5 Əriyən qoruyucu içliklərinin homogen seriyalarının interpolasiya ilə qəbul edilməsi
Əgər UX və UZ müxtəlif nominal gərginliyə məxsus X və Z iki homogen seriyası uğurla sınaq edilirsə, UY orta nominal gərginliyə məxsus Y üçüncü homogen seriyasının sınaq edilməsinə zərurət qalmır, o şərtlə ki, aşağıdakı şəraitlər tətbiq edilsin:
a) UZ nominal gərginlik 2 UX–dən yüksək olmur.
b) Y nominal cərəyanı artıq sınaqdan keçirilən X və Z seriyaları üçün ümumi olan nominal cərəyan diapazonundan kənarda olmur.
c) UX və UZ nominal gərginliklərdə nominal maksimum ayırıcı cərəyanlar eynidir və ya əgər onlar fərqlidirlərsə, UY üçün yalnız aşağı qiymət müvafiq hesab edilir.
d) UX və UZ nominal gərginliklərdə eyni cərəyan dərəcələmələrinə malik əriyən qoruyucu içliklərinin nominal minimum ayırıcı cərəyanları eynidir və ya əgər onlar fərqlidirlərsə, UY üçün yalnız yüksək qiymət müvafiq hesab edilir.
e) Nominal tezliklər eyni olur.
f) Bütün materiallar eyni olur.
g) Əriyən qoruyucu içliklərinin və əriyən qoruyucu elementlərinin uzunluğu istisna olmaqla bütün ölçülər eyni olur.
h) Hər bir cərəyan dərəcələməsi üçün fərdi əriyən qoruyucu elementlərinin sayı və onların keçid hissəsi eyni olmalıdır; həmçinin qurğunun uzunluğu üzrə dəyişmələrin sayı kimi göstərilən keçid hissənin dəyişməsinin idarə edilməsi orta gərginlik dərəcələməsinə malik əriyən qoruyucu elementlərinin uzunluğunun interpolyasiyası zamanı sabit saxlanmalıdır.
i) Əriyən qoruyucu elementlərinin uzunluğu sınaqdan keçirilən gərginlik dərəcələmələri ilə bağlı xətti interpolyasiya edilir.
7.6.6 Müxtəlif uzunluqlu əriyən qoruyucu içliklərinin homogen seriyalarının qəbul edilməsi
Əriyən qoruyucu açarının və əriyən qoruyucu oturacağının müxtəlif növlərinin müəyyən olan ölçülərini təmin etmək məqsədilə bəzən əriyən qoruyucu içlikləri iki və ya daha çox lülə uzunluqlarında müvafiq layihəyə malik olur. Prinsipcə, əgər ən qısa versiya tam sınaqdan keçirilibsə, o halda, daha uzun versiyaları sınaqdan keçirməyə zərurət yaranmır, lakin o şərtlə ki, aşağıdakı tələblərə əməl edilsin.
Bənd 7.6.2 və 7.6.4-ə uyğun olaraq, homogen seriyalarda keçirilən sınaqlara əsaslanan ayırıcı xüsusiyyətlər və dərəcələmələr daha uzun digər homogen seriyalar üçün etibarlı hesab edilir, o şərtlə ki, aşağıdakı meyarlara uyğunluq olsun.
a) Əriyən qoruyucuların sınaq edilməyən hər bir homogen seriyasının lülə uzunluğu eyni nominal gərginlik üçün sınaq edilən homogen seriyaların lülə uzunluğunu 16 dəfə keçməməlidir. Əsas əriyən qoruyucu elementlərinin sarğısının hündürlüyü uzadıla bilər, lakin onların uzunluğu sınaq edilən qoruyucu kimi eyni olmalıdır.
b) Sınaq edilməyən diapazon lülə uzunluğu istisna olmaqla, bənd 7.6.4.1-də göstərilən digər bütün bəndlər ilə uyğunluq təşkil etməlidir.
c) Sınaq edilməyən diapazonun maksimum nominal cərəyanı sınaq edilən diapazonun maksimum nominal cərəyanından böyük olmur və sınaq edilməyən diapazonun ən kiçik nominal cərəyanı sınaq edilən diapazonun ən kiçik nominal cərəyanından az olmur.
7.7 Vaxt-cərəyan xüsusiyyətləri üçün sınaqlar
7.7.1 Sınaq təcrübələri
Vaxt-cərəyan sınaq təcrübələri bənd 7.3-də müəyyən edildiyi kimi və aşağıdakı kimi olmalıdır.
7.7.1.1 Ətraf hava temperaturu
Vaxt-cərəyan xüsusiyyətləri 15 °C və 30 °C arasında istənilən ətraf hava temperaturunda yoxlanmalıdır.
Hər bir sınağın başlanğıcında əriyən qoruyucu müvafiq olaraq ətraf hava temperaturunda olmalıdır.
7.7.1.2 Avadanlığın təyin edilməsi
Sınaqlar temperatur qalxma sınaqları (əgər həmin sınaqlar ayrı-ayrılıqda keçirilibsə) (bax bənd 7.5.1.2) və ya ayırıcı sınaqlar (bax bənd 7.6.1.5) kimi eyni avadanlığın təyin edilməsi ilə sınaqdan keçirilməlidir.
7.7.2 Sınaq prosedurları
Vaxt-cərəyan sınaqları aşağıdakı kimi keçirilməlidir.
7.7.2.1 Qövs öncəsi vaxt-cərəyan sınaqları
Qövs öncəsi vaxt-cərəyan sınaqları hər hansı müvafiq gərginlikdə keçirilə bilər və burada sınaq dövrəsi elə təyin edilməlidir ki, əriyən qoruyucudan axan cərəyan sabit qiymətdə saxlanılsın.
Ayırıcı sınaqlardan əldə olunan vaxt-cərəyan məlumatları istifadə edilə bilər.
Sınaqlar aşağıdakı vaxt hədlərində keçirilməlidir:
– Ehtiyat əriyən qoruyucular: 0,01 saniyədən 600 saniyəyə qədər;
– Ümumi məqsədli və tam diapazonlu əriyən qoruyucular: 0,01 saniyədən 1 saata qədər. Tam diapazonlu əriyən qoruyucular üçün vaxt həddi 1 saatdan da çox uzadıla bilər.
7.7.2.3 Cərəyanın ölçülməsi
Vaxt-cərəyan sınaqları zamanı əriyən qoruyucudan axan cərəyan ampermetr, osilloqraf və ya digər müvafiq alət ilə ölçülməlidir.
7.7.2.4 Vaxtın müəyyən edilməsi
Vaxtlar osilloqraf ilə qeyd edildiyi zaman qövs öncəsi vaxtlar virtual və ya faktiki vaxtlar olmalıdır və burada seçilən metod da göstərilməlidir.
7.8 Ötürücülərin sınaqları
Bu sınaqlar ötürücünün hətta cərəyan və ya gərginliyin aşağı qiymətləri ilə müşahidə olunan xidmət şəraitləri zamanı Cədvəl 11-də müəyyən edilən enerjini çatdırmaq qabiliyyətində olmasını yoxlamaq üçün nəzərdə tutulur. Bənd 7.8.3-də müəyyən olunan sınaqlar da ötürücünün fəaliyyətinin ötürücü ilə açılan əriyən qoruyucu birləşməsinin düzgün fəaliyyətini təmin etmək üçün kifayət qədər sürətli olmasını göstərmək üçün nəzərdə tutulur.
Prujin ilə işə salınan ötürücünün enerjisi ya əməliyyat sınaqları zamanı şaqul vasitəsilə, ya da sınaqlardan sonra güc-hərəkət xüsusiyyətlərindən ölçülə bilər (bax bənd 7.8.4.1). Partlayıcı doldurma ilə açılan ötürücülərin enerjisi əməliyyat sınaqları zamanı şaqul vasitəsilə ölçülə bilər.
Orta və ağır növlü ötürücülərin dözümlülük gücü əməliyyat sınaqlarından sonra sınaqdan keçirilməlidir (bax Cədvəl 11).
7.8.2 Sınaq edilən əriyən qoruyucular
Ötürücünün sınaqları üçün istifadə edilən əriyən qoruyucu içlikləri yüksək cərəyan dərəcələməsinə malik olmalıdır və/və ya ötürücü sisteminin verilən növündən istifadə etməklə, əriyən qoruyucuların diapazonunun güc itkisinə malik olmalıdır.
Ötürücü sistemi (ötürücü və seriyalı müqavimət simindən ibarət olan) əriyən qoruyucu içliklərinin verilən diapazonu (və ya diapazonları) üçün ümumi olduğu zaman ötürücünün bütün diapazon (və ya diapazonlar) üçün fəaliyyətini sübut etmək məqsədilə, hər hansı bir nominal gərginliyə malik yalnız bir əriyən qoruyucu içliyində sınaq keçirmək lazımdır. Bu sınağın nəticələri eyni ötürücü sisteminin istifadə edildiyi əriyən qoruyucu içliklərinin digər gərginlik dərəcələmələri üçün də etibarlı hesab edilir, o şərtlə ki, müqavimət siminin uzunluqları əriyən qoruyucu içliklərinin nominal gərginliklərinə təqribən proporsional olsun.
7.8.3 Əməliyyat sınaqları
Ötürücünün sınağı üçün istifadə edilən əriyən qoruyucu içlikləri ilkin olaraq aşağı gərginlikli dövrədə və əsas əriyən qoruyucu elementlərinin əriməsinə səbəb olmaq üçün tətbiq edilən cərəyanda yerləşdirilməlidir. Əriyən qoruyucu içliklərinin ötürücüsünün dövrəsini tam boşaltmaq məqsədilə, gərginlik kifayət qədər aşağı olmalıdır. Sınaq cərəyanının qiyməti elə olmalıdır ki, 20 dəqiqədən aşağı olmayan qövs öncəsi vaxtın olmasına imkan versin.
QEYD: Müəyyən edilən əməliyyat sınaqlarının bu hazırlıq hissəsi əlavə termik releyə malik ötürücülər üçün müvafiq olmaya bilər. Əriyən qoruyucunun vaxtından əvvəl termik ayrılması sınağın müəyyən edildiyi kimi davam etməsinə mane ola bilər. Bu cür halı əhatə edən müvafiq sınaq tələbləri hələ müəyyən edilməyib.
Sınaq a) və b) lazımsız ləngimə olmadan əsas əriyən qoruyucu elementlərinə malik bu əriyən qoruyucu içliklərində keçirilməlidir.
Sınaq a): Sınaq cərəyanı: ≤10 A
Sınaq gərginliyi: müəyyən edilməyib
Sınaq b): Sınaq gərginliyi: ≤0,075 Ur
Sınaq cərəyanı: müəyyən edilməyib
Ur əriyən qoruyucu içliklərinin nominal gərginliyidir.
Sınaq dövrəsinin güc amili hər hansı müvafiq qiymətə malik ola bilər.
Sınaq a) və b)-nin hər biri ilə üç nümunə sınaqdan keçirilməlidir.
Sınaq a) və b)-ni birləşdirmək mümkün olduğu zaman ümumilikdə yalnız üç nümunənin sınaqdan keçirilməsi kifayətdir.
7.8.4 Sınağın keçirilməsi
Sınaq a) və b) üçün ötürücünün hərəkəti, faktiki hərəkət zamanı enerji çıxışı və dözümlülük gücü Cədvəl 11-də müəyyən edilən məhdudiyyətlər çərçivəsində olmalıdır.
Sınaq b) üçün hərəkətin müddəti ölçülməli və Cədvəl 11-də müəyyən edilən qiyməti keçməməlidir.
7.8.4.2 Enerjinin sınağı
Enerji güc-hərəkət xüsusiyyətləri vasitəsilə ölçülən zaman bu ölçmə aşağıdakı qaydada əməliyyat sınaqlarından sonra yerinə yetirilməlidir: Şəkil 4-də göstərilən AB əlavə hərəkətin başlanğıcında və sonunda FA və FB prujinlərinin gücü bir nümunə və aşağıdakı tənlikdən hesablanan enerji üçün ölçülməlidir:
FA və FB - nyutonlar ilə və millimtrlərdə AB ilə göstərilir
Enerji şaqul vasitəsilə ölçülən zaman bu ölçü aşağıdakı kimi a) əməliyyat sınağı zamanı yerinə yetirilməlidir.
Şaqulun ISO 148-2-də təsvir edildiyi kimi istifadəsi tövsiyə edilir, lakin ISO 179-da müəyyən edildiyi kimi kiçik təsirli enerji qiymətləri və təsir sürətləri ilə istifadə edilməlidir. Xüsusilə, orta və ağır növlü ötürücüləri sınaq etmək üçün qurğular 0,5 J növlü olmalıdır.
Sınaq qurğusunun çəkici minimum HV 235 Viker möhkəmliyinə malik hamar polad səth ilə və ötürücü hərəkətinin istiqamətinə perpendikulyar olan lazımi ölçü ilə təchiz edilməlidir.
Müəyyən edilən sərbəst hərəkətdən sonra ötürücü hamar səthində hərəkətsiz asılan çəkicə toxunmalıdır. Ötürücünün hərəkəti qurğunun zərbə mərkəzinə istiqamətlənməlidir, bu zərbə mərkəzi və şaqulun hərəkət oxu tərəfindən müəyyən edilən müstəviyə normal olmalıdır.
7.8.4.3 Dözümlülük gücünün sınağı
Ağır və orta ötürücülər üçün minimum dözümlülük gücü a) və b) əməliyyat sınaqlarından sonra üç nümunədə sınaqdan keçirilməlidir. Sınaq, ötürücünün oxuna nominal minimum dözümlülük gücünə bərabər statik güc tətbiq etməkdən və qalıq hərəkətin müəyyən edilən minimum OB faktiki hərəkətdən az olmamasını yoxlamaqdan ibarətdir (bax Şəkil 4).
7.9 Elektromaqnit uyğunluq (EMU)
Bu standartın tətbiq sahəsinə daxil olan əriyən qoruyucular elektromaqnit fəsadlara həssas deyil və ona görə də heç bir immunitet sınağı tələb olunmur. Əriyən qoruyucunun səbəb ola biləcəyi hər hansı elektromaqnit fəsad əriyən qoruyucunun əməliyyat anı ilə məhdudlaşır. Paylayıcı gərginliyin qiymətləri növ sınaqları zamanı Şəkil 7 və 8-də göstərilən qiymətləri keçmirsə, elektromaqnit uyğunluq üçün heç bir əlavə sınaq tələb edilmir.
Xüsusi sınaqlar əriyən qoruyucunun növünün və ya layihəsinin müəyyən edilən xüsusiyyətlərə uyğun gəlməsini və müəyyən edilən xüsusi şəraiti zamanı davranışını yoxlamaq üçün keçirilir. Sınaqlar eyni növlü bütün əriyən qoruyucuların müəyyən edilən xüsusiyyətlərini yoxlamaq üçün nümunələrdə keçirilir.
Bu sınaqlar yalnız o halda təkrarlanmalıdır ki, konstruksiyaya edilən dəyişiklik əriyən qoruyucunun davranışında da dəyişikliyə səbəb olsun.
Sınağın münasibliyi üçün istehsalçının əvvəlcədən razılığı əsasında, sınaq üçün müəyyən edilən qiymətlər, xüsusilə dözümlülük qiymətləri sınaq şəraitlərini daha da sərtləşdirmək üçün dəyişdirilə bilər.
Başqa cür müəyyən edilməyənə qədər, sınaqlar bənd 7.3-də müəyyən edilən sınaq təcrübələrinə əsasən və aşağıdakı kimi keçirilməlidir.
8.2 Xüsusi sınaqların siyahısı
Aşağıdakı sınaqlar istehsalçı ilə istehlakçı arasında razılıq əldə edildikdən sonra əriyən qoruyucuların müəyyən növləri və ya xüsusi tətbiqlər üçün keçirilməlidir:
– termik şok sınağı (açıq şəraitdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular üçün);
– qapalı şəraitdə istifadə üçün nəzərdə tutulmayan əriyən qoruyucular üçün güc itkisi sınağı (digər əriyən qoruyucular üçün bu sınaq növ sınağı üçün keçirilir);
– açıq şəraitdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular üçün suya davamlılıq sınağı (nəmliyin yaranması);
– paylayıcı-əriyən qoruyucu birləşmələrində istifadə üçün nəzərdə tutulan ehtiyat əriyən qoruyucular üçün qövs öncəsi temperaturun qalxması sınağı;
– paylayıcı-əriyən qoruyucu birləşmələrində istifadə üçün nəzərdə tutulan ehtiyat əriyən qoruyucular üçün qövs müddətinin dözümlülük sınağı.
– yağ sıxlığının sınağı.
Bütün sınaqların nəticələri bu standart ilə uyğunluğu göstərmək üçün lazım olan məlumatları əks etdirən məruzədə qeyd edilməlidir.
8.3 Termik şok sınaqları
Əriyən qoruyucunun yuvası sınaq edilən əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən müəyyən edildiyi kimi olmalıdır.
QEYD: Əgər yalnız əriyən qoruyucu elementlərində fərqlənən müxtəlif cərəyan dərəcələmələri istifadə olunursa, yüksək enerji itkisi olan əriyən qoruyucu içliyini sınaqdan keçirmək kifayətdir.
8.3.2 Qurğunun təyin edilməsi
Əriyən qoruyucu istehsalçı tərəfindən müəyyən edilən təlimatlara uyğun quraşdırılmalı və Cədvəl 12-də göstərilən ölçülərə malik hamar mis cərəyan keçirən damarlar ilə sınaq dövrəsinə birləşdirilməlidir.
Əriyən qoruyucu, istehsalçı ilə istehlakçı arasında razılıq əsasında seçilən və nominal cərəyanı keçməyən cərəyan qiymətinə 1 saat ərzində məruz qalır. Daha sonra əriyən qoruyucu şaquli istiqamətdə təqribən 45 dərəcə bucaqda, təqribən 3 mm/dəq çöküntü dərəcəsi ilə, otaq temperaturundan yüksək olmayan temperaturda süni yağış ilə isladılır. Bu islatma sınaq cərəyanının axması ilə 1 dəqiqə saxlanmalıdır.
Əriyən qoruyucu hər hansı görünən zərərin işarəsini əks etdirməməlidir.
8.4 Qapalı şəraitlərdə istifadə üçün nəzərdə tutulmayan əriyən qoruyucular üçün enerji itkisinin sınağı
Bu sınaqlar bənd 7.5-də müəyyən edilən şəraitlər altında keçirilməlidir.
8.5 Suya davamlılıq sınağı (nəmliyin yaranması)
8.5.1 Sınaq şəraitləri
Suya davamlılığın (nəmliyin yaranması) yoxlanması sınaq nümunəsini nəmləndirici vasitə ilə isti su vannasında batırmaqla yerinə yetirilir. Suyun həcmi sınaq nümunəsinin həcminin ən azı 10 dəfəsinin həcmi qədər olmalıdır.
Sınaq nümunəsi əriyən qoruyucu içliyidir. Üç ədəd əriyən qoruyucu içliyi sınaqdan keçirilməlidir.
Hər bir sınaq nümunəsi (15 °C və 35 °C arasında otaq temperaturunda) 70 °C və 80 °C arasında su temperaturuna malik vannada dəqiqə vaxt ərzində suya batırılmalıdır.
İlkin suya batırılmanın səbəb olduğu köpüklərin yoxa çıxmasından sonra nümunə səthindən heç bir köpük yaranmamalıdır.
8.6 IEC 62271-105-də göstərilən paylayıcı-əriyən qoruyucu birləşməsində istifadə üçün nəzərdə tutulan ehtiyat əriyən qoruyucular üçün sınaqlar
Müvafiq sınaqlar ona görə tələb olunur ki, əriyən qoruyucu istehsalçısı paylayıcı qurğunun istehsalçısını və ya son istehlakçını lazımi məlumat ilə təmin edə bilsin.
8.6.2 Qövs öncəsi temperaturun qalxma sınağı
Burada məqsəd qövs öncəsi cərəyanın hər hansı bir qiymətində, əriyən qoruyucunun hər hansı bir nöqtəsində əldə olunan ən yüksək temperaturu müəyyən etməkdir.
Hər bir homogen seriyası üçün yüksək cərəyan dərəcələməsinə malik əriyən qoruyucu sınaqdan keçirilməlidir.
Lakin yalnız əriyən qoruyucu gövdəsi ilə yaxın əlaqədə, yəni gövdənin uzunluğunun mərkəzində yerləşdirilən ölçmə sensoru üçün quraşdırılma istisna olmaqla, əriyən qoruyucular bənd 7.5-də qeyd olunan temperaturun qalxması sınağı üçün nəzərdə tutulduğu kimi quraşdırılır.
Əriyən qoruyucular ərimə öncəsi sınağa məruz qalır. Bu sınaq 20 dəqiqə ərzində əriməyə səbəb olan cərəyan ilə yerinə yetirilir ki, bu da əriyən qoruyucu gövdəsinin ən yüksək temperatura çatmaq üçün lazım olan şəraitə uyğun gəlir. Təcrübədə 15 dəqiqədən 20 dəqiqəyə qədər ərimə vaxtı verən bir sınaq qəbul edilir. Ölçülən ən yüksək temperatur qeyd edilməlidir. Bu temperatur normal olaraq əriyən qoruyucunun faktiki ərimə anından sonra qısa vaxtda qalxır.
Əriyən qoruyucular termik işləyən ötürücülər ilə birləşdirilən zaman sınaq cərəyanı ötürücünün işlədiyi anda söndürülməlidir və əldə olunan ən yüksək temperatur qeyd edilməlidir.
Sınaqların bu seriyası zamanı əriyən qoruyucular bənd 6.1.3-də müəyyən edildiyi kimi bütöv və zədələnməmiş qalmalıdır.
8.6.3 Qövs müddətinin dözümlülük sınağı
Bu dözümlülük vaxtı ən azı 0,1 saniyə olmalıdır.
Bu standartın 7.6 bəndinə uyğun olaraq 3-cü Sınaq işi çərçivəsində keçirilən əriyən qoruyucuların sınaqları zamanı bu cür qiymətin əldə olduğu yerdə 3-cü Sınaq işinin qiyməti adekvat fəaliyyətin nümunəsi kimi təqdim edilir.
Təqdim olunan 3-cü Sınaq işinin qövs müddəti 0,1 saniyədən az olan zaman bu standartın 7.6. bəndinə uyğun olaraq, KBG tələbləri üçün istisna olmaqla, 3-cü Sınaq işi üçün aşağıdakılar ilə əlavə iki sınaq keçirilməlidir:
• ən azı 0,1 saniyə qövs vaxtı verən sınaq cərəyanı;
• bənd 4.1.20-də müəyyən edildiyi kimi, əriyən qoruyucunun minimum ayırıcı cərəyanının 70 %-dən yuxarı cərəyanın qiyməti.
Əriyən qoruyucu ötürücüsünün I3-dən aşağı cərəyanlarda termik boşalması qövs baş vermədən əvvəl işə düşürsə, qövs müddətinin sınağı tələb olunmur.
8.7 Yağ sıxlığının sınaqları
Yağda batırılmaqla istifadə üçün layihələndirilən, cərəyan məhdudlaşdıran əriyən qoruyucuların əriyən qoruyucu içlikləri aşağıdakı kimi sınaqdan keçirilməlidir.
Əgər yalnız əriyən qoruyucu elementlərində fərqlənən müxtəlif cərəyan dərəcələmələri istifadə edilirsə, yüksək enerji itkisi olan əriyən qoruyucu içliyini sınaq etmək kifayətdir.
Əriyən qoruyucu içliyi 7 × 10 N/mtəzyiq altında, izolyasiya yağında batırılmalıdır. Əriyən qoruyucu içliyinin nominal cərəyanı 2 saat ərzində yağdan keçirilməlidir və yağın temperaturu 75 °C və 85 °C arasında temperatura qaldırılmalıdır (əgər lazımdırsa, köməkçi istilətmədən istifadə etməklə) və 2 saat sınaq müddəti ərzində bu diapazonda saxlanmalıdır.
Əgər Əlavə E-yə uyğun olaraq sınaq edilən əriyən qoruyucu içliyinə 85ºC-dən yuxarı maksimum tətbiq edilən temperatur (MTT) təyin edilirsə, o zaman yağın temperaturu ən azı əriyən qoruyucu içliyinin təyin edilən MTT-sinə bərabər olmalıdır. Əriyən qoruyucu içliyindən keçən cərəyan bu temperatur üçün maksimum yol verilə bilən davamlı Iencl cərəyanı olmalıdır (bax Əlavə F).
Cərəyan söndürülməlidir, köməkçi istilətmə kəsilməlidir və hər hansı uyğun vaxt ərzində 15 °C-dən 30 °C temperatura yağ sərinləşdirilməlidir və ya sərinləşməsinə imkan verilməlidir.
Bu dövrə altı dəfə yerinə yetirilməlidir və ondan sonra əriyən qoruyucu içliyi yağdan çıxarılmalıdır, zahirən təmizlənməlidir və qövs möhkəmlik vasitəsinin yoxlanması üçün açılmalıdır və burada yağ sızmasının heç bir işarəsi olmamalıdır.
Əriyən qoruyucu içlikləri ilə bağlı soyuq müqavimət qiymətlərinin və ya digər müvafiq cari sınaq məlumatlarının təmin edilməsi əriyən qoruyucu istehsalçısı ilə istehlakçısı arasında razılaşdırılmalıdır.
10. TƏTBİQ ETMƏ QAYDALARI
Bu müddəanın məqsədi yüksək gərginlikli və cərəyan məhdudlaşdıran əriyən qoruyucuların qənaətbəxş fəaliyyətinə köməklik göstərmək məqsədilə, tətbiq etmə, fəaliyyət və istismar ilə bağlı təkliflər təqdim etməkdən ibarətdir. İstehsalçı öz sənədləşməsində bu müddəaya istinad edir.
Elektrik dövrəsində əriyən qoruyucu öz diapazonu çərçivəsində bütün vaxtlarda dövrəni və ona birləşdirilən avadanlığı zədələnmədən qoruyur. Əriyən qoruyucunun nə dərəcədə yaxşı fəaliyyət göstərməsi yalnız onun istehsalının düzgünlüyündən asılı deyil, eyni zamanda, onun tətbiq edilməsinin düzgünlüyündən və quraşdırılandan sonra ona göstərilən diqqətdən asılıdır. Əgər əriyən qoruyucu düzgün quraşdırılıb, tətbiq edilmirsə, avadanlığa ciddi zərər dəyə bilər.
Yüksək gərginlikli əriyən qoruyucu içliklərinə avadanlığın digər hissələri qədər diqqət göstərilməlidir. İstifadə edilməyənə qədər, əriyən qoruyucu içlikləri öz qablaşdırmalarında saxlanmalıdır. Yerə düşən və ya mexaniki şoka məruz qalan hər hansı bir əriyən qoruyucu içliyi istifadədən əvvəl yoxlanmalıdır. Yoxlamaya əriyən qoruyucunun lüləsinə və metal hissələrə dəyən zərərin yoxlanması və müqavimətin yoxlanması daxildir. Nominal müqavimətin qiyməti adətən əriyən qoruyucunun istehsalçısından alına bilər.
Əgər normal quraşdırma və xidmət şəraitləri zamanı əriyən qoruyucu içliyi sərt mexaniki gərginliklərə, məsələn, mexaniki şoklara, vibrasiyaya və s. məruz qalırsa, əriyən qoruyucu içliyinin zədə və ya korlanma olmadan bu gərginliklərə tab gətirmə qabiliyyəti yoxlanmalıdır. Əriyən qoruyucu içliklərinin mexaniki dözümlülüyünü yoxlamaq üçün praktiki sınaqlar istehlakçı ilə əriyən qoruyucuların və paylayıcı qurğunun istehsalçısı arasında razılaşma əsasında keçirilə bilər. Paylayıcı-əriyən qoruyucu birləşməsi üçün IEC 62271-105-ə baxın.
Əriyən qoruyucuları enerjiləşdirilən avadanlığa, cərəyan keçirən damarlara yaxın saxlayan və istifadə edən zaman müəyyən edilən təhlükəsizlik qaydalarına bütün vaxtlarda əməl olunmalıdır.
Əriyən qoruyucular istehsalçının təlimatlarına uyğun olaraq quraşdırılmalıdır. Əriyən qoruyucuların çox qütblü təyini üçün qütblər arasında məsafə təlimat əsasında müəyyən edilmədiyi zaman qütblər arasında aralıq məsafələri istehsalçı tərəfindən müəyyənləşdiriləndən az olmamalıdır.
Qeyd edilməlidir ki, əriyən qoruyucu içlikləri sərt günəş şüasının təsirinə məruz qalan zaman və ya 40 °C-dən yuxarı ətraf temperatura məruz qalan yerdə istifadə edilən zaman bu, əriyən qoruyucu içliklərinin fəaliyyətinin müəyyən aspektlərinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Əriyən qoruyucunun layihəsindən asılı olaraq, təsirə məruz qalan aspektlərə cərəyan dərəcələməsi, vaxt-cərəyan xüsusiyyətləri və cərəyan ayırma qabiliyyəti daxil ola bilər. Bəzi əriyən qoruyucu növləri bu cür tətbiq üçün xüsusi layihələndirilməli və sınaqdan keçirilməlidir (məsələn, bəzi üzvi əriyən qoruyucular). Əriyən qoruyucunun cərəyan dərəcələməsinə təsir bənd 10.3.2-də və Əlavə F-də göstərilir. Vaxt-cərəyan xüsusiyyətlərinə də dəyişikliklər bənd 10.3.2-də göstərilir. 40 °C-dən yuxarı ətraf temperaturda istifadə üçün nəzərdə tutulan müəyyən əriyən qoruyucu içlikləri üçün əlavə sınaq tələbləri Əlavə E-də göstərilir.
10.3.2 Əriyən qoruyucu içliyinin nominal cərəyanının seçilməsi
Əriyən qoruyucu içliyinin nominal cərəyanı adətən normal xidmət cərəyanından yüksək olur. Seçim üçün tövsiyələr adətən istehsalçı tərəfindən verilir.
Əgər əriyən qoruyucu içliyinin nominal cərəyanı əriyən qoruyucu yuvasının nominal cərəyanından aşağıdırsa, əriyən qoruyucunun effektiv nominal cərəyanı əriyən qoruyucu içliyinin nominal cərəyanıdır.
Əriyən qoruyucu içliyinin nominal cərəyanı aşağıdakı parametrlərə uyğun olaraq seçilməlidir:
a) dövrənin normal və mümkün artıq yüklənən cərəyanları, o cümlədən dayanıqlı harmoniyaları;
b) transformatorlar, mühərriklər və ya kondensatorlar kimi qurğuları işə salmaq üçün dövrədə keçici hallar;
c) əgər varsa, digər qoruyucu cihazlar ilə koordinasiya.
Əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən təyin edilən nominal cərəyan faktorların sayına əsaslanır.
Bir faktor əriyən qoruyucu içliyinin əlaqələrinin temperatur qalxmasıdır. Bu temperatur qalxması bu standartın 7.5-ci bəndinə uyğun olaraq temperatur qalxma sınağı ilə müəyyən edilir.
Birləşmələrin vəziyyəti, səmtləşdirmə, ətraf temperatur və quraşdırma müəyyən edilir. Sınaq zamanı ətraf temperaturdan asılı olmayaraq (temperatur +10 °C və +40 °C arasında hər hansı bir qiymətdə ola bilər), temperatur qalxmasının sınağının nəticələri 40 °C ətraf temperatura qədər xidmətdə etibarlı hesab edilir.
Əriyən qoruyucu içliyini və iki digər üçfazalı əriyən qoruyucu içliklərinin yaxınlığını hasarlamağın xidmət temperaturuna mənfi təsiri ola bilər.
Temperatur qalxmasının məhdudiyyətlərinə uyğunluğa əlavə olaraq əriyən qoruyucu elementlərini korlanmadan qorumaq üçün adekvat haşiyənin təmin edilməsi zərurətinə əsaslanan meyarlardan istifadə etməklə istehsalçı nominal cərəyanı müəyyən edə bilər. Buradan güman etmək olmaz ki, əriyən qoruyucu içliyi xidmət zamanı qənaətbəxş qalacaq, çünki bu standartın Cədvəl 6-da müəyyən edilən maksimum yol verilə bilən temperatur qalxmalarını ötmək olmur. Bu, xüsusən aşağı nominal cərəyanlar halında tətbiq edilir, lakin həmçinin homogen seriyaların daha yüksək nominal cərəyanına tətbiq edilə bilər.
Əriyən qoruyucu içliyinin bu tətbiq üçün seçilən nominal cərəyanı xidmətdə davamlı cərəyandan fərqli amillər ilə müəyyən edilir (bax IEC 60787). Lakin əgər xidmətdə davamlı cərəyan müəyyənləşdirmə amili olursa, aşağıdakı şəraitlərin təsirinə diqqət yetirilməlidir (xüsusən, əgər əriyən qoruyucular qapalı şəraitdə istifadə edilirsə, Əlavə F-ə baxın).
a) əriyən qoruyucu içliyini əhatə edən mühitin temperaturu;
b) birləşmələrin növü və ölçüsü;
c) əriyən qoruyucu içliklərinin səmtinin müəyyən edilməsi;
d) əriyən qoruyucu içliyinin yuvası;
e) günəş şüasının təsiri;
f) məcburi sərinləşmənin təsiri.
Əriyən qoruyucu içliyinin nominal cərəyanının düzgün seçilməməsi aşağıdakılar ilə nəticələnə bilər:
1) əriyən qoruyucu içliyinin elementinin korlanması;
2) əlaqələrin korlanması;
3) örtüyün korlanması.
Bundan əlavə, əriyən qoruyucu içliyinin istehsalçısının məlumatı ilə müqayisədə, bəzi şəraitlər vaxt-cərəyan xüsusiyyətlərinin uzun vaxtın sonunda sola keçməsinə səbəb ola bilər (bax IEC 60787 Şəkil 1) və burada, minimum ərimə cərəyanları aşağı qiymətlərə malik ola bilər. Lakin qeyd etmək lazımdır ki, minimum ayırıcı cərəyanın qiymətləri adətən dəyişməz qalır. Ümumi məqsədli əriyən qoruyucu istifadə edilən zaman 3 Sınaq işinə uyğun keçirilən, sınaq üçün istifadə edilən sınaq cərəyanı 1 saatdan az vaxtda əriyən qoruyucunun əriməsinə səbəb ola bilər. İstifadəçinin müraciəti əsasında, vaxt-cərəyan məlumatları bu şəraiti əhatə etmək üçün təmin edilə bilər.
Əriyən qoruyucu içliyi və onun yuvası qarşılıqlı təsirə malik sistem yaratdığına və hər bir tərkib hissə ayrı-ayrı istehsalçılar tərəfindən təchiz edildiyinə görə düzgün tətbiq etməni təmin etmək üçün kifayət qədər məlumatın olması vacibdir.
Əriyən qoruyucu içliyinin yuvada düzgün tətbiq edilməsi əriyən qoruyucu yuvasının tədarükçüsünün məsuliyyətidir və istehlakçıya əriyən qoruyucu yuvasının istehsalçısının təlimatlarına əməl etmək tövsiyə edilir. Əks halda, məsuliyyət istehlakçının üzərinə düşür.
10.3.3 Növə və minimum ayırıcı cərəyana uyğun seçim (bax 4.3.2)
Əriyən qoruyucu içliyi elə seçilməlidir ki, minimum ayırıcı cərəyanın qiyməti xüsusi tətbiq etmə üçün uyğun olsun. Nəzərə almaq lazımdır ki, minimum ayırıcı cərəyanın çox yüksək qiymətinə malik əriyən qoruyucu içliyindən istifadə etmək müəyyən şəraitlər zamanı zədələnmələrə səbəb ola bilər.
10.3.3.2 IEC 62271-105-ə uyğun olan paylayıcı-əriyən qoruyucu birləşmələrində istifadə edilən əriyən qoruyucu içliklər
Minimum ayırıcı cərəyanın aşağı olması lazımdır ki, birləşmənin paylayıcısı ilə düzgün koordinasiyanı təmin etmək mümkün olsun (bax IEC 62271-105). Bu tətbiq üçün ümumilikdə ehtiyat əriyən qoruyucular istifadə edilir.
10.3.3.3 Transformator və ya paylayıcı dövrələr üçün günəşdən mühafizə kimi istifadə edilən əriyən qoruyucu içliklər (bax IEC 60787)
a) Aşağı səviyyəli nöqsanların baş vermək ehtimalının olmamasını hesablamalar və ya xidmət təcrübəsi sayəsində göstərmək mümkün olan zaman uyğun ehtiyat əriyən qoruyucular istifadə edilə bilər. Bu halda elə etmək lazımdır ki, əriyən qoruyucu içliyinin nominal minimum ayırıcı cərəyanı aşağı gərginlikli mühafizə cihazının yuxarı axınında baş verməsi ehtimal edilən ən kiçik qısa qapanma cərəyanından az olsun. Bu cür tətbiq zamanı istifadə edilən əriyən qoruyucular üçün nominal minimum ayırıcı cərəyanın tipik qiymətləri transformatorun nominal cərəyanından 4-8 dəfə diapazonda olmalıdır.
b) Təcrübə və ya hesablama göstərsə ki, sistemdə baş verən artıq cərəyanların çox aşağı qiymətlərinin (əriyən qoruyucunun nominal cərəyanının dörd dəfəsindən az) olması mümkündür, bu zaman ümumi məqsədli əriyən qoruyucular və ya tam diapazonlu əriyən qoruyucular istifadə edilməlidir. Artıq cərəyanlar əriyən qoruyucunun minimum ərimə cərəyanından aşağı qiymətdə baş verən zaman və əriyən qoruyucu yuvasında istifadə üçün yenidən dərəcələnən zaman əriyən qoruyucunun sonuncu sinfinin istifadəsi tövsiyə edilir.
10.3.3.4 İtələyici əriyən qoruyucu içlikləri ilə birləşmə zamanı qısa qapanmadan mühafizəni təmin etmək üçün istifadə edilən əriyən qoruyucu içlikləri
Minimum ayırıcı cərəyanın birləşmənin keçid cərəyanından aşağı olması lazımdır. Nominal minimum ayırıcı cərəyanın qiymətləri birləşmənin layihəsindən asılı olaraq dəyişə bilər. Bu cür tətbiq üçün ehtiyat əriyən qoruyuculardan istifadə edilir.
10.3.3.5 Mühərrik dövrəsinin mühafizəsi üçün istifadə edilən əriyən qoruyucu içlikləri (bax IEC 60644)
Ümumilikdə, paylayıcı cihazın artıq cərəyan relesi ilə düzgün koordinasiyasını təmin etmək üçün minimum ayırıcı cərəyan kifayət qədər aşağı olmalıdır. Bu cür tətbiq üçün ehtiyat əriyən qoruyucular istifadə edilir. Lakin əlavə təhlükəsizlik tələb edilən zaman əriyən qoruyucu içliyinin minimum ayırıcı cərəyanı mühafizə olunan mühərrikin kilidli rotor cərəyanı kimi aşağı olmalıdır.
10.3.3.6 Kondensatorun mühafizəsi üçün istifadə edilən əriyən qoruyucu içlikləri (bax IEC 60549)
Əriyən qoruyucu içlikləri kondensator elementlərini mühafizə etmək üçün istifadə edildiyi halda, bir və ya bir neçə birləşdirilən kondensator elementləri sönərkən cərəyanda baş verən kiçik artımları nəzərə almaq üçün aşağı minimum ayırıcı cərəyan qiymətləri arzu olunandır. Əriyən qoruyucu içlikləri yalnız xəttin mühafizəsi üçün istifadə edildiyi halda (fərdi qurğular ayrı-ayrılıqda digər vasitələr ilə mühafizə olunan zaman), minimum ayırıcı cərəyanın müvafiq yüksək qiymətinə malik əriyən qoruyucu içlikləri istifadə edilə bilər.
10.3.4 Əriyən qoruyucu içliyinin nominal gərginliyinin seçilməsi
Əriyən qoruyucu içliyinin nominal gərginliyi aşağıdakı hallara uyğun seçilməlidir:
– Əgər möhkəm formada torpağa birləşdirilən üçfazalı neytral sistemdə və ya torpağa birləşdirilən müqavimətli neytral sistemdə istifadə edilirsə, əriyən qoruyucu içliyinin nominal gərginliyi ən azı xətlər arası yüksək gərginliyə bərabər olmalıdır.
– Əgər birfazalı sistemdə istifadə edilirsə, əriyən qoruyucu içliyinin nominal gərginlik ən azı birfazalı dövrənin yüksək gərginliyinin 115 %-nə bərabər olmalıdır.
– Əgər üçfazalı izolyasiyalı neytral sistemdə və ya torpağa birləşdirilən səsli sistemdə istifadə edilirsə, əriyən qoruyucunun həm təchizat hissəsində, həm də yük hissəsində torpaq qüsurunun baş verməsi mümkünlüyü nəzərə alınmalıdır. Əgər bu sistemin ən yüksək xətlər arası gərginliyi əriyən qoruyucunun gərginlik dərəcələməsinin 0,87 dəfəsindən yüksəkdirsə, istifadə edilən əriyən qoruyucular üçün bu yüksək qiymətdə sınaqlar keçirilməlidir.
Torpağa nisbətən qüsur baş verən zaman tutum cərəyanlarının kəsilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Əgər əriyən qoruyucu içlikləri bu cür şəbəkə sistemində istifadə edilirsə, birləşən paylayıcının ötürücüsü ayırılmadan, IEC 60265-in müvafiq sınaq şərtlərinə uyğun olaraq istehsalçı ilə istehlakçı arasında razılaşma əsasında sınaqlar keçirilə bilər. Sınaq cərəyanları sınaq edilən əriyən qoruyucu içliklərinə və torpaq qüsuru zamanı qüsurlu və qüsursuz fazalarda cərəyanların qiymətlərinə əsasən razılaşdırılmalıdır.
10.3.5 Nominal izolyasiya səviyyəsinin seçilməsi
Cədvəl 4 və 5 nominal işıqlandırıcı impulsa dözümlülük gərginliyi üçün qiymətləri müəyyən edir.
Cədvəl 4-ün 1-ci və 2-ci siyahıları arasında işıqlandırıcı və paylayıcı gərginliklərə məruz qalmanın dərəcəsini, torpağa birləşdirilən sistem neytralının növünü və artıq gərginlikdən mühafizə cihazının növünü nəzərə almaqla seçim edilməlidir.
1-ci siyahıya uyğun layihələndirilən avadanlıqlar aşağıdakı qurğular üçün uyğundur:
a) yerüstü xətlərə birləşdirilməyən sistemlərdə və sənaye qurğularında:
1) sistem neytralı ya möhkəm formada, ya da qövs-sıxma sarğısının müqavimətindən aşağı müqavimət vasitəsilə torpağa birləşdirilən yerdə. İmpuls gərginliyindən mühafizə cihazı ümumilikdə tələb olunmur;
2) sistem neytralı qövs-sıxma sarğısı vasitəsilə torpağa birləşdirilən yerdə və xüsusi sistemlərdə, məsələn, kabel tutumunu boşaltmaq qabiliyyətində olan impuls gərginliyindən mühafizə cihazı tələb olunan geniş kabel şəbəkəsində, adekvat artıq gərginlikdən mühafizə təmin edilən yerdə;
b) transformatorlar vasitəsilə yerüstü xətlərə birləşdirilən sistemlərdə, sənaye qurğularında, kabellər və hər fazaya ən azı 0,05 μF əlavə kondensatorlar birləşdirilirən transformatorun aşağı gərginlikli terminalları ilə torpaq arasında, əriyən qoruyucuların transformator tərəfində və transformator terminallarına mümkün qədər yaxın birləşdirilən yerdə. Bu, aşağıdakı halları əhatə edir:
1) sistem neytralı ya möhkəm formada, ya da qövs-sıxma sarğısının müqavimətindən aşağı müqavimət vasitəsilə torpağa birləşdirilir (impuls gərginliyindən mühafizə cihazları vasitəsilə artıq gərginlikdən mühafizənin təmin edilməsi arzu olunandır);
2) sistem neytralı qövs-sıxma sarğısı vasitəsilə torpağa birləşdirilir və impuls gərginliyindən mühafizə cihazları vasitəsilə artıq gərginlikdən mühafizə təmin edilir.
c) yerüstü xətlərə birbaşa birləşdirilən sistemlərdə və sənaye qurğularında:
1) sistem neytralı ya möhkəm formada, ya da qövs-sıxma sarğısının müqavimətindən aşağı müqavimət vasitəsilə torpağa birləşdirilir və artıq gərginliyin amplitudasından və baş vermənin tezliyindən asılı olaraq, artıq gərginlikdən mühafizə hava boşluğu və ya impuls gərginliyindən mühafizə cihazları ilə təmin edilir;
2) sistem neytralı qövs-sıxma sarğısı vasitəsilə torpağa birləşdirilir və impuls gərginliyindən mühafizə cihazları vasitəsilə artıq gərginlikdən mühafizə təmin edilir.
Bütün digər hallarda və yüksək təhlükəsizlik tələb olunan yerdə 2-ci siyahıya uyğun layihələndirilən avadanlıqlar istifadə edilməlidir.
QEYD: 1-ci siyahının nominal işıqlandırıcı impulsun dözümlülük gərginliklərinin tətbiq edildiyi halda, Cədvəl 7-də müəyyən edilən maksimum paylayıcı gərginliklər ilə bağlı istehsalçı ilə istehlakçı arasında razılaşma olmalıdır.
10.3.6 Yüksək gərginlikli əriyən qoruyucuların vaxt-cərəyan xüsusiyyətləri
10.3.2-də qeyd olunduğu kimi yüksək gərginlikli əriyən qoruyucunun nominal cərəyanı, əriyən qoruyucunu bu cür tətbiqi üçün seçərkən nəzərə alınmalı olan amillərdən biridir.
Əriyən qoruyucunu seçərkən nəzərə alınmalı olan xüsusi uyğunluq amillərindən biri də vaxt-cərəyan xüsusiyyətidir. Bu xüsusiyyət aşağıdakılar ilə bağlı xüsusi əhəmiyyət kəsb edir:
a) əriyən qoruyucunun keçid dalğalı cərəyanlara, məsələn, transformatorun maqnitləşdirici işəsalma cərəyanına, mühərrikin işəsalma cərəyanına dözümlülüyü;
b) digər birləşən mühafizə cihazları ilə, məsələn, yuxarı axının dövrə ayırıcısı, aşağı axının alçaq gərginlikli əriyən qoruyucuları mühərrikin işəsalma relesi ilə koordinasiya;
c) birləşən qidalandırıcılar, transformator, mühərrikin nəzarət dövrəsi və s. üçün təmin edilən mühafizənin səviyyəsi.
IEC 60644 və IEC 60787 mühərrikin idarəedilməsi və paylayıcı transformatorların tətbiq edilməsi üçün səmərəli xüsusiyyətlər ilə bağlı bir sıra qaydaları özündə əks etdirir. Lakin milli təcrübələrdə və mühafizə anlayışlarında geniş fərqlərin olması səbəbindən, yüksək gərginlikli əriyən qoruyucuların vaxt-cərəyan xüsusiyyətlərini standartlaşdırmaq mümkün olmayıb. Burada, bənzər dərəcələmələrə malik müxtəlif növlü əriyən qoruyucu içliklərinin xüsusiyyətləri arasında geniş fərqlər mövcuddur.
Ona görə də bu cür tətbiq üçün optimal əriyən qoruyucu içliyi seçərkən əriyən qoruyucu istehsalçıları ilə məsləhətləşmək və vaxt-cərəyan xüsusiyyətlərini müqayisə etmək tövsiyə olunur.
10.3.7 Paralel birləşdirilən əriyən qoruyucular
Daha yüksək cərəyan dərəcələməsinə nail olmaq məqsədilə, eyni növlü və eyni dərəcələnməyə malik fərdi əriyən qoruyucu içlikləri istifadəçi tərəfindən paralel birləşdirilə bilər. Bu cür hallarda, aşağıdakılar nəzərə alınmalıdır:
a) Əriyən qoruyucu layihəsinin paralel birləşmə üçün uyğunluğunu müəyyən etmək məqsədilə əriyən qoruyucunun istehsalçısı ilə məsləhətləşmə aparılmalıdır.
b) Birləşmənin cərəyan dərəcələməsi istilik təsirlərinin yaxınlığı səbəbindən adətən fərdi əriyən qoruyucunun cərəyanın dərəcələməsindən bir az aşağı olmalıdır.
c) Əməliyyat zamanı birləşmənin It qiymətləri bir əriyən qoruyucu içliyinin n x It qiymətinə təqribən bərabər olmalıdır və burada n, paralel birləşdirilən əriyən qoruyucu içliklərinin sayıdır.
d) Əməliyyat zamanı birləşmənin söndürmə cərəyanının qiyməti Ip/n gözlənilən cərəyanda bir əriyən qoruyucu içliyi üçün n x söndürmə cərəyanının qiymətinə təqribən bərabər olmalıdır.
Ip - birləşmənin gözlənilən cərəyanının qiymətidir və n, paralel birləşdirilən əriyən qoruyucu içliklərinin sayıdır.
e) İstehsalçı tərəfindən məsləhət görülməyənə qədər, nəzərə alınmalıdır ki, əriyən qoruyucuların paralel birləşmələrinin maksimum ayırıcı qabiliyyəti bir əriyən qoruyucunun qabiliyyətindən yüksək deyil və birləşmənin minimum ayırıcı cərəyanı eyni növlü bir əriyən qoruyucunun minimum ayırıcı cərəyanından, n-dən aşağı deyil və burada n, paralel əriyən qoruyucuların sayıdır.
10.4.1 Əriyən qoruyucu içliyinin xidmət mövqeyində kilidlənməsi
Əriyən qoruyucu içliyinin xidmət mövqeyində təhlükəsiz qaydada kilidlənməsinə xüsusi diqqət yetirilməlidir.
10.4.2 Əriyən qoruyucu içliyinin dəyişdirilməsi
Əriyən qoruyucu içliklərini qeyri-işlək vəziyyətdə çıxarmaq və yerləşdirmək məsləhət görülür.
Əriyən qoruyucu içliyi üçfazalı dövrənin bir və ya iki fazasında işləyəndən sonra hər üç əriyən qoruyucu içliyini dəyişmək məsləhət görülür, lakin əriməyən əriyən qoruyucu içliyindən heç bir artıq cərəyanın keçmədiyini müəyyən etmək lazımdır.
Lazım olduğu halda, ətraf mühiti nəzərə almaqla istehsalçı əriyən qoruyucuların ləğv edilməsi ilə bağlı məlumat verməlidir.
Ləğv etmə ilə bağlı müvafiq yerli qaydaları nəzərə almaq və qaydalara əməl etmək istehlakçının məsuliyyətinə aiddir.
Dövrənin gözlənilən keçid bərpa olunan gərginliyinin örtüyünü çəkmək və parametrləri müəyyən etmək metodu
Keçid bərpa olunan gərginliyin dalğası bir sıra müxtəlif formalar ala bilər, həm dalğalanan, həm də dalğalanmayan.
Dalğa bir tezlikdə, nəmli dalğalanmaya yaxınlaşdığı yerdə örtük iki ardıcıl xətti seqmentlərdən hazırlanır. Örtük, keçid bərpa olunan gərginliyin mümkün qədər yaxın faktiki formasını əks etdirməlidir. Burada təsvir edilən metod bir çox hallarda bu məqsədə nail olmağa imkan verir.
QEYD: Lakin bəzi hallar yarana bilər, yəni təklif olunan konstruksiyanın parametrləri keçid bərpa olunan gərginliyin əyriləri ilə təsvir ediləndən daha sərt ola bilər. Bu cür hallar istisna hallar kimi nəzərə alınmalıdır, istehsalçı ilə istehlakçı arasında və ya laborator sınaq vasitəsilə razılaşdırılmalıdır.
A.2 Örtüyün çəkilməsi
Aşağıdakı metod, gözlənilən keçid bərpa olunan gərginliyin əyrilərinin örtüyünü formalaşdıran xətt seqmentlərini çəkmək üçün istifadə edilir.
a) Birinci xətt seqmenti başlanğıc O-dan keçir, əyriyə toxunan olur və əyrini kəsmir.
İlkin hissəsi sol istiqamətə olan əyrilər olduqda, əlaqə nöqtəsi əsasən birinci zirvənin əhatəsində olur (bax Şəkil A.1, OA seqmenti).
İstiqamət sağa doğru olduqda, eksponent halında olduğu kimi əlaqə nöqtəsi başlanğıcda olur (bax Şəkil A.2, OA seqmenti).
b) İkinci xətt seqmenti ən yüksək zirvədə əyriyə toxunan üfüqi xətdir (bax Şəkil A.1 və A.2, AC seqmenti).
O, A, C iki parametrli örtüyə tez-tez nail olunur.
A.3 Parametrlərin müəyyən edilməsi
Parametrlər, örtüyü təşkil edən xətt seqmentlərinin kəsişmə nöqtəsinin koordinatlarıdır.
Şəkil A.1 və A.2-də göstərilən uc və t3 parametrləri A kəsişmə nöqtəsinin koordinatları kimi əldə oluna bilər.
Şəkil A.1 – İlkin hissəsi sol istiqamətə olan KBG üçün iki parametrli istinad xəttinin nümunəsi
Şəkil A.2 – Eksponent KBG üçün iki parametrli istinad xəttinin nümunəsi
1, 2 və 3-cü Sınaq fəaliyyətləri üçün KBG qiymətlərinin seçilməsinə gətirən səbəblər
Yüksək gərginlikli əriyən qoruyucu bütün normal xidmət şəraitlərində qənaətbəxş işləməlidir və yüksək paylayıcı gərginliyə səbəb olmadan dövrəni ayırmalıdır. Ona görə də bu standartda müəyyən edilən ayırıcı sınaqlar xidmət zamanı müşahidə olunan ən sərt şəraitləri əks etdirməlidir. Çünki əriyən qoruyucular dövrə ayırıcıları kimi eyni şəbəkələrdə istifadə edilir və IEC 62271-100-də dövrə ayırıcıları üçün müəyyən edildiyi kimi eyni gözlənilən KBG qiymətlərindən istifadə etmək məntiqli görünə bilər. Lakin araşdırmalar göstərir ki, bu qiymətlər əriyən qoruyucularda keçirilən sınaqlar üçün uyğun olmaya bilər, çünki əriyən qoruyucular ilə müqayisədə dövrə ayırıcıları tərəfindən dövrənin ayırılmasında cəlb olunan prinsiplər fərqlidir.
Dövrə ayırıcısı kimi əriyən qoruyucu da cərəyan sıfırlanandan sonra bərpa olunan gərginlikdə keçidlərə səbəb ola bilər, lakin KBG şəraitləri ilə müəyyən edildiyi kimi yüksək qövs gərginliyi yaradır və dövrənin xüsusiyyətlərindən asılı olur. Ona görə də bu sınaq dövrəsinin parametrlərinin iki fundamental müxtəlif təsirlərini nəzərə almaq lazımdır; qövs gərginliyinə təsir və keçid bərpa olunan gərginliyinə təsir.
Əriyən qoruyucu fəaliyyətinin dayanmasına qövs zamanı həddən artıq yüksək gərginlik və ya qövsün sönməsindən sonrakı həddən artıq gərginlik səbəb ola bilər. Ona görə də əriyən qoruyucu bu cür dayanmaların baş verməyəcəyi təcrübə vasitəsilə sınaq edilməlidir.
Bu standartda əksini tapmış Cədvəl 13-də göstərilən 1, 2 və 3-cü sınaq fəaliyyətlərinə uyğun olaraq, üç müxtəlif I1, I2 və I3 gözlənilən ayırıcı cərəyanlarda əriyən qoruyucuları sınaqdan keçirmək zəruri hesab edilir. I3-də keçirilən sınaqlar adətən kiçik yüklü cərəyanlarda fəaliyyəti əhatə etdiyinə görə bəzi hallarda bir-birindən xeyli dərəcədə fərqlənən I1 və I2-də keçirilən sınaqlarda gözlənilən qısa qapanma cərəyanlarının tam diapazonunu əhatə etmək lazımdır. Ümumilikdə, nominal cərəyandan, nominal maksimum ayırıcı cərəyandan və xüsusi əriyən qoruyucunun layihəsindən asılı olaraq, I1 və I2 0,2 % və 100 % arasında dəyişir. Cərəyan məhdudlaşdıran əriyən qoruyucuların fəaliyyəti haqqında təcrübi bilikləri nəzərə almaqla, hər biri KBG şəraitlərinin hədsiz müxtəlifliyi ilə birləşən gözlənilən ayırıcı cərəyanların geniş diapazonu yalnız iki sınaq cərəyanı ilə əhatə oluna bilər. Əriyən qoruyucu texnologiyaları haqqında hazırki biliklər və təcrübi dəlillər əsasında aşağıdakı amillər nəzərə alınıb.
Qövs zamanı əriyən qoruyucu elə həcmdə enerji qəbul edir ki, keçid gərginlik dalğalanmaları dövrənin induktivliyi və müqaviməti sayəsində tamamilə dayanır. Yeganə istisna, qövs yaranan zaman ərimədən sonra ilk bir neçə mikrosaniyə ərzində baş verə bilər. Lakin əgər qövs gərginliyi mənbə gərginliyinin zirvəsindən yüksək gərginliyə mərhələ-mərhələ qalxırsa, bu müddət ərzində qövs hələ də müvafiq sərin yerdə olur, enerji qəbul edilməsi nəticəsində dayanmanın təsiri kiçik olur və yüksək keçid gərginliklər ilə nəticələnir.
Lakin bu gün istifadə edilən əriyən qoruyucu layihələrinin çoxunda qövs gərginliyi bu yolla qalxmır və həddən artıq qövs gərginlikləri yaranmır.
Bundan əlavə, əgər cərəyan sıfırlanmasından dərhal əvvəl və ya sonra qövs gərginliyindən e.m.f. dövrəsinə mərhələli keçid baş verirsə, keçid gərginlikləri yalnız bərpa olunan gərginliklərdə yaranır. Yanan əriyən qoruyucu içliklərində isti qövslənmənin qalıq keçiriciliyi səbəbindən kəskin cərəyan kəsilməsi baş vermir və gərginlik düşməsi nəzərə alınmalı olan yeganə amildir.
Qövslənmə müddəti ərzində əriyən qoruyucu çox həcmdə enerji qəbul etdiyinə görə enerji amili orijinal qiymətindən vahidliyə doğru dəyişən kimi nəzərə alına bilər. Beləliklə, faktiki cərəyan sıfırlanması hər hansı qövs gərginliyi olmadan, gərginlik sıfırlanmasına eyni dövrədə olandan daha yaxın olur.
I1 ilə müəyyən edilən çox yüksək cərəyanlar ilə cərəyan sıfırında praktiki olaraq heç bir gərginlik düşməsi baş vermir və nəticədə bərpa gərginlik keçidləri yaranmır.
Lakin I2 ümumilikdə I1-dən aşağı olan 2-ci Sınaq işi ilə enerji amilinin dəyişməsi daha az müşahidə olunur və cərəyan sıfırında e.m.f. dövrəsinin qiyməti, gərginlik düşməsi və keçidlər yaratmaq üçün kifayət edir. I2 qiyməti, minimum enerji amilinin yerdəyişməsinə şərait yaratmaq üçün məqsədyönlü şəkildə seçilir ki, maksimum gərginlik düşməsi I1 ilə olandan fərqli olaraq, bu sınaq cərəyanı ilə uyğun olsun. Cərəyan sıfırından sonra ilk bir neçə millisaniyə ərzində qövsün istiliyi keçici vəziyyətdə olur və istilik itkisi nəticəsində, bu keçiricilik keçid gərginliyinin vaxt sabitliyi ilə müqayisədə yavaş-yavaş azalır. Əriyən qoruyucunun sınağı zamanı bu keçiricilik bərpa gərinliyində keçidin əlavə sakitləşməsinə səbəb olur. Lakin sakitləşmənin səviyyəsi dövrənin xarakterik müqavimətinə tənasüb olur.
Nəticədə, f0 yüksək təbii tezliyin keçiriciləri aşağı tezliyin keçiricilərindən daha səmərəli dayanır. Ona görə də aşağı tezliyin keçiriciləri daha uzun müddətə saxlanılır və bu keçiricilər elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyinə tətbiq edildiyi üçün onlar yanan əriyən qoruyucu içliyində əlavə gərginlik təzyiqi yarada bilər (əgər keçiricilər elektrik şəbəkə tezliyinin bərpa olunan gərginliyin ən yüksək qiymətinə qədər davam edərsə). Bu əlavə gərginliyin səbəb olduğu məhdudiyyətlərə görə baş verən qüsurlar və sınaq xüsusiyyətlərində bu şərait nəzərə alınmalıdır.
Yuxarıdakı mülahizələr aşağıdakı kimi ümumiləşdirilməlidir:
Dövrənin KBG şəraitləri əriyən qoruyucunun qövs gərginliyinə əhəmiyyətli dərəcədə təsir etmir, lakin ərimədən sonra birinci bir neçə millisaniyə ərzində bu təsir istisna deyil.
Faktiki bərpa olunan gərginlikdə keçiricilərin yaranıb-yaranmaması ayırıcı cərəyanın qiymətindən asılı olur. Yüksək keçiricilər 2-ci Sınaq işinin I2 sınaq cərəyanları ilə baş verməlidir və aşağı təbii tezliklər ilə baş verən keçiricilər daha zərərlidir. Əgər I2 ilə müqayisədə I1 cərəyanı çox yüksəkdirsə, bu halda adətən keçiricilər yaranmır.
Əriyən qoruyucular və dövrə ayırıcıları üçün KBG xüsusiyyətlərinin eyni olması məqbul hesab edildiyi üçün IEC 62271-100-də müəyyən edilən standart qiymətlər qəbul olunub. Yuxarıda qeyd olunan amilləri nəzərə alaraq sınaqlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
1-ci Sınaq işi – Faktiki bərpa olunan gərginlikdə keçiricilər yaranmadığına görə gözlənilən KBG şəraitləri müvafiq sayılmır və buna görə də müəyyən edilmir. KBG şəraitlərinin yüksək qövs gərginliyinə təsir edə bildiyi müstəsna hallar ayrıca əhatə olunub.
2-ci Sınaq işi – Aşağı tezlikli keçiricilər daha zərərli olduğu üçün tipik aşağı tezlikli gözlənilən KBG yaratmaq üçün müvafiq qiymətlər IEC 62271-100-də müəyyən edilən dövrə parametrlərindən götürülüb (bax bu standartda qeyd olunan Cədvəl 14 və 15). Bir tezlikli dalğalanmaları nəzərə almaqla, bu qiymətlər müvafiq gərginliklər üçün IEC 62271-100-də göstərilən ən aşağı tezliklərin dörddə birindən üçdə birinə qədərini əks etdirir. Bundan əlavə, ən yüksək gərginliyin rəqəmləri bu standartdakı Cədvəl 9 və 10-dakı 1,4 amplitud amili ilə müqayisədə 1,5 amplitud amilinə əsaslanır.
3-cü Sınaq işi – Bu standart KBG şəraitlərini müəyyən etmir; əvəzində, bənd 7.6.1.2-də müəyyən edilir ki, dalğalanan keçiricilərin qarşısını almağa nail olmaq üçün dövrənin reaktiv müqaviməti boyunca rezistor birləşdirilməlidir. Lakin təcrübə göstərir ki, bəzi hallarda, xüsusən də rezistorun müəyyən edilən qiymətə malik olduğu çox aşağı təbii tezlikli dövrələrdə buna nail olunmur.
Paylayıcı qurğular üçün yağ keçirməyən əriyən qoruyucu içliklərinin temperatur qalxma sınağı üçün müvafiq tərtibatlar
Şəkil C.1 63,5 mm diametrə, 256 mm-dən 361 mm-ə qədər uzunluğa və 63 A-dan 200 A-a qədər cərəyan dərəcələməsinə malik əriyən qoruyucu içlikləri üçün sınaq tərtibatının tipik nümunəsini göstərir.
Şəkil C.1 – Yağ keçirməyən əriyən qoruyucuların temperatur qalxma sınaqları üçün sınaq çəni
Şəkil C.2 – Çəndə əriyən qoruyucu içliyi üçün tərtibatın sıxılmasının təfsilatları
QEYD: Bu tərtibat həmçinin ayırıcı qabiliyyətin sınaqları üçün istifadə edilir. Lazım olan yerdə, müvafiq möhkəmlətmədən istifadə edilir və çənin dielektrik məsafələrini bərabərləşdirmək üçün əriyən qoruyucu içliklərinin yeri dəyişdirilir.
Mövcud milli standartlarda müəyyən edilən cərəyan məhdudlaşdıran əriyən qoruyucu içliklərinin növləri və ölçüləri
Bu Əlavə cərəyan məhdudlaşdıran əriyən qoruyucu içliklərinin ölçülərinin standartlaşdırılması istiqamətində atılan ilk addımdır. Bu Əlavədə müxtəlif milli standartlarda müəyyən edilən ölçülər, növlər toplanır və təsnif edilir. Digər cari təcrübələr bu Əlavəyə daxil edilməyib, çünki həmin təcrübələr rəsmi qaydada standartlaşdırılmayıb.
Bu Əlavənin məqsədi ölkələri əriyən qoruyucu içliklərinin standartlaşdırılmasına yönəldən tədbirlərdən məlumatlı saxlamaq və onları növlərin sayını azaltmağa həvəsləndirməkdir. Ümid edilir ki, ikinci addımda bu Əlavə təkmilləşdiriləcək, tamamlanacaq və cərəyan məhdudlaşdıran əriyən qoruyucu içliklərinin ölçülərinin mübadiləsi üzrə beynəlxalq standarta çevriləcək.
Əriyən qoruyucu içliklərinin üç növü (I, II və III) barədə əlavə məlumatlar aşağıdakı I, II və III məlumat vərəqələrində göstərilən ölçülərə əsasən müəyyən edilir.
I NÖV Millimetr ilə ölçülər
Əgər varsa, ötürücü və ya indikator əriyən qoruyucu içliyinin mərkəzi xəttində olmalıdır.
II NÖV Millimetr ilə ölçülər
Əgər varsa, ötürücü və ya indikator əriyən qoruyucu içliyinin mərkəzi xəttində olmalıdır.
40 °C-dən yuxarı ətraf temperaturlarda istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içliklərinin müəyyən növləri üçün tələblər
E.1 Bu Əlavənin əhatə etdiyi əriyən qoruyucu içliklərinin növləri
Əriyən qoruyucu içliklərinin yalnız müəyyən növləri bu Əlavə tərəfindən əhatə olunub.
E.1.2 Əhatə olunan əriyən qoruyucu içlikləri
a) Bənd 4.3.10-də müəyyən edildiyi kimi üzvi növlü ehtiyat və ya ümumi məqsədli əriyən qoruyucu içlikləri;
b) Bütün növlü, tam diapazonlu əriyən qoruyucu içlikləri.
E.1.3 Azad əriyən qoruyucu içlikləri
a) Üzvi kimi təsnif edilməyən ehtiyat və ümumi məqsədli əriyən qoruyucu içlikləri MTT (maksimum tətbiq edilən temperatur) ayırıcı sınaq tələblərindən azaddır.
b) Ötürücü ilə açılan, paylayıcı qurğular ilə istifadə üçün nəzərdə tutulan üzvi əriyən qoruyucu içlikləri MTT ayırıcı sınaq tələblərindən azaddır.
c) Əriyən qoruyucunun özündən başqa istilik mənbəyi olmayan avadanlıqlarda istifadə üçün nəzərdə tutulan üzvi ehtiyat əriyən qoruyucu içlikləri (IEC 62271-105-də təsvir edilən paylayıcı-əriyən qoruyucu birləşmələrində əriyən qoruyucu içlikləri) MTT ayırıcı sınaq tələblərindən azaddır.
Bənd 3.1-də göstərildiyi kimi normal xidmət şəraitləri üçün 40ºC maksimum ətraf temperatur müəyyən edilir. Lakin, əriyən qoruyucu içliklərinin bəzi növləri 40ºC-dən yuxarı ətraf temperaturlarda istifadə üçün nəzərdə tutulur. Bu cür əriyən qoruyucu içliklərinin istifadə nümunələrinə transformator çənlərində və istilik yaratmaq qabiliyyətində olan digər avadanlıqlarda istifadə, həmçinin güclü günəş işığı və ya yüksək ətraf temperatur olan şəraitlərdə istifadə daxildir. Bu Əlavə əriyən qoruyucu içliklərinin xüsusi növlərini və bu cür istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular üçün xüsusi tələbləri əks etdirir. Bu cür istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içlikləri, bu Əlavəyə əsasən sınaqlar tələb edildiyi halda, əriyən qoruyucuya Müddəa E.3-də müəyyən edilən MTT təyin edilir. Bu cür sınaqların keçirilməsi üçün MTT istifadə edilir. Əgər xüsusi tətbiq üçün maksimum temperatur məlumdursa, xüsusi qaydada sınaq edilən əriyən qoruyucu (xidmət zamanı nəzərdə tutulan maksimum temperatura bərabər və ya ondan yüksək MTT-a malik əriyən qoruyucu) seçilə bilər.
Qeyd etmək lazımdır ki, bəzi tətbiqlər üçün MTT yalnız qeyri-normal şəraitlər zamanı baş verə bilər, məsələn, transformatorun artıq yüklənməsi və ya avadanlığın xarab olması zamanı. Baxmayaraq ki, bu cür hallarda əriyən qoruyucuya müvafiq MTT təyin edilə bilər, bu, Cədvəl 6-da müəyyən edilən maksimum temperaturları keçmədən, bu cür temperaturda davamlı fəaliyyət üçün uyğun olmaya bilər. Bəzi tipik MTT qiymətləri Cədvəl 6-da müəyyən edilən maksimum temperaturlardan yüksək ola bilər.
Bu əlavədə əksini tapmış əriyən qoruyucuların tipik xidmət şəraitləri üçün uyğun olması lazımdır (Əlavə F-ə baxın və 40 °C-dən yuxarı ətraf temperaturlarda korlana bilən əriyən qoruyucular barədə məlumat üçün istehsalçı ilə məsləhətləşin).
Maksimum tətbiq edilən temperatur (MTT)
Bu temperatur istehsalçı tərəfindən əriyən qoruyucu içliyinə təyin edilən temperaturdur. Bu, qüsurlu cərəyanı kəsmək qabiliyyətində olan əriyən qoruyucu içliyi ilə əlaqədə olan ətraf vasitələrin maksimum temperaturudur. Bu, yalnız 40 °C-dən yuxarı temperaturlarda istifadə üçün layihələndirilən əriyən qoruyucular üçün tətbiq edilir.
E.4 Üstünlük verilən MTT dərəcələnmələri
40 °C-dən yuxarı temperaturlarda istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içlikləri üçün istehsalçı, MTT qiymətləri ilə bağlı məlumat verməlidir. Bu qiymətlər R20 seriyalarından 45, 50, 56, 63, 71, 80, 90, 112, 125, 140 və s. qiymətlərdə seçilməlidir. Üstünlük verilən qiymətlər 71 °C, 112 °C və 140 °C-dir.
E.5 Xüsusi xidmət şəraitləri
Bu əlavədəki tələblər aşağıdakı xidmət şəraitlərini əhatə etmək üçün nəzərdə tutulur. Onlar əlavə F-də qeyd olunanlar kimi eynidir. Əlavə F 40 °C-dən yuxarı ətraf temperaturlarda zədələnmədən bəhs edir.
a) Əriyən qoruyucu içlikləri ətrafında sərbəst hava axını olmaqla açıq havada quraşdırılan əriyən qoruyucular. Əriyən qoruyucu içliyinin müvafiq nominal MTT-u əriyən qoruyucunu sərinləşdirən havanın temperaturu əsasında müəyyən edilməlidir.
b) Əriyən qoruyucu içlikləri ətrafında müvafiq sərbəst hava axını olmaqla qapalı yerlərdə quraşdırılan əriyən qoruyucular. Əriyən qoruyucu içliyinin müvafiq nominal MTT-u içəridə əriyən qoruyucunu sərinləşdirən havanın temperaturu əsasında müəyyən edilməlidir.
c) Bir qədər kiçik qapalı yerlərdə və ya qablarda quraşdırılan əriyən qoruyucu içlikləri(bax F.2 Müddəasının c bəndi). Qeyd etmək vacibdir ki, əriyən qoruyucu içliyinin müvafiq nominal MTT-u çöldə olan və əriyən qoruyucu içliyini sərinləşdirən havanın və ya mayenin temperaturuna əsaslanır.
QEYD: Havadan başqa qazlar da sərinləşdirmə üçün istifadə edilə bilər, məsələn, SF6
d) Əriyən qoruyucu içliyi ətrafında sərbəst maye axını olmaqla böyük qapalı yerlərdə quraşdırılan əriyən qoruyucu içlikləri. Əriyən qoruyucu içliyinin müvafiq nominal MTT-u əriyən qoruyucunu sərinləşdirən mayenin temperaturu əsasında müəyyən edilməlidir.
E.6 Əlavə ayırıcı sınaq tələbləri
E.6.1 Sınaq təcrübələri
Ayırıcı sınaq təcrübələri bənd 7.3, 7.6.1 və aşağıda müəyyən edildiyi kimi olmalıdır.
Bu əlavədə başqa cür müəyyən edilməyənə qədər, bənd 7.6-da müəyyən edilənlərə əlavə olaraq aşağıdakı sınaqlar yerinə yetirilməlidir.
QEYD: 40 ºC-dən aşağı ətraf temperatur ilə bənd 7.6-ya uyğun sınaq keçirmək zəruridir, çünki bəzi əriyən qoruyucu növləri və ayırıcı fəaliyyətin müəyyən aspektləri üçün daha aşağı temperaturlarda sınaq keçirmək daha çətindir. Yüksək temperatur sınağı da zəruridir, çünki digər əriyən qoruyucu növləri və ayırıcı fəaliyyətin digər aspektləri üçün yüksək temperatur sınağı daha çətin ola bilər.
Heç bir əlavə sınaq tələb edilmir.
QEYD: 1-ci sınaq işi çərçivəsində keçirilən sınaqlar zəruri hesab edilmir, çünki yüksək temperatur sınaqlarının uğursuzluğu ümumilikdə yüksək tərkib hissə temperaturu ilə bağlı olur və 2-ci sınaq işi çərçivəsində keçirilən sınaqlar (maksimum qövs enerjisini bərabərləşdirmək üçün nəzərdə tutulan) daha yüksək temperaturlar yaratmaq üçün müvafiqdir.
Üzvi ehtiyat əriyən, üzvi ümumi məqsədli və üzvi tam diapazonlu əriyən qoruyucular üçün Cədvəl 13-də göstərilənlərdən əlavə 2-ci Sınaq çərçivəsində üç sınaq keçirilir. Bu sınaqlar istehsalçı tərəfindən müəyyən edilən maksimum ətraf temperaturda keçirilməlidir. Əlavə sınaqlar yalnız homogen seriyaların ən böyük cərəyan dərəcələmələrinə tətbiq edilir.
Üzvi ehtiyat əriyən qoruyucular: Üzvi ehtiyat əriyən qoruyucu üçün (əgər 3-cü Sınaq işinə uyğun olaraq) bənd 7.6.1.1-də müəyyən edilən və 40 °C-dən aşağı ətraf temperatur ilə keçirilən sınaqlar zamanı müşahidə edilən ərimə vaxtı 100 saniyədən artıq ərimə vaxtı ilə nəticələnirsə, 3-cü Sınaq işi çərçivəsində MTT ilə iki əlavə sınaq keçirilməlidir. Bu əlavə sınaqlar yalnız 100 saniyədən artıq ərimə vaxtına malik homogen seriyaların ən yüksək cərəyan dərəcələməsinə tətbiq edilir.
Bütün ümumi məqsədli əriyən qoruyucular: Heç bir əlavə sınaq tələb edilmir (lakin 10.3.2-ə bax).
Bütün tam diapazonlu əriyən qoruyucular: Cədvəl 13-də müəyyən edilən sınaqlar E.6.3-də müəyyən edilən sınaqlar ilə əvəz edilir.
E.6.2 Sınaq proseduru
Sınaq prosedurları bənd 7.6.2, 7.6.3-də müəyyən edildiyi kimi və aşağıdakı kimi olmalıdır.
Bir çox hallarda bu əlavədə əhatə olunan yüksək temperatur sınaqları, əriyən qoruyucunun istehsalçı tərəfindən nominal temperaturuna sazlanan, temperaturla idarə olunan, peç kimi stabil termik mühitdə yerləşdirilən sınaq nümunəsi ilə yerinə yetirilir. Əriyən qoruyucu gövdəsi sabit temperatura çatan zaman hər hansı bir istifadə edilən hava ventilyatoru, sınağın qalan hissəsi üçün söndürülməlidir. Əgər yalnız yağlı yerlərdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucular sınaqdan keçirilirsə, rahatlıq üçün hava ventilyatoru sınaq zamanı söndürülməməlidir.
Ümumilikdə, Əlavə E-ə uyğun sınaq keçirilən zaman əriyən qoruyucu içliyi xidmət zamanı istifadə edildiyi faktiki qurğuya quraşdırılmamalıdır (məsələn, MTT yaratmaq üçün peç istifadə edilən zaman). Bu halda, əriyən qoruyucu içliyi xidmət şəraitini simulyasiya edən tərzdə quraşdırılan zaman quraşdırılmanın bütün aspektləri (məsələn, tərkib hissələrin torpağa birləşdirilməsi) bənd 7.3 və 7.6-nın bütün tələbləri ilə tam uyğunluq təşkil etməyə bilər. Lakin bu, qəbul edilən hesab edilir, çünki bənd 7.6-da qeyd olunan sınaqlara əlavə olaraq Əlavə E-də göstərilən sınaq yerinə yetirilir.
Əgər bu əlavəyə uyğun olaraq sınaqdan keçirilməsi tələb olan əriyən qoruyucu içliyi kiçik yuvada və ya kiçik qabda istifadə üçün nəzərdə tutulursa (bax E.5 Müddəasının c bəndi), xidmət şəraitini simulyasiya etmək üçün əriyən qoruyucu içliyi müvafiq kiçik yuvada sınaqdan keçirilməlidir (əriyən qoruyucunun paket yuvası (QPY) formalaşdırmaqla). Əgər əriyən qoruyucu içliyinə təyin edilən MTT 40 °C-dən yuxarıdırsa, bu halda, QPY-nı sərinləşdirən ətraf vasitələrin (hava və ya yağ) təyin edilən MTT-na bərabər və ya ondan yüksək temperatura malik olmasına şərait yaratmaq üçün əriyən qoruyucu və əriyən qoruyucu yuvasının birləşməsi peçdə və ya daha böyük yuvada quraşdırılmalıdır. Yuxarıda göstərildiyi kimi köməkçi istilətmədən istifadə edilə bilər. Əgər əriyən qoruyucu içliyi ekvivalent və ya daha sərt şəraitdə sınaqdan keçirilibsə, fərdi QPY-nın sınaqdan keçirilməsinə zərurət yoxdur.
E.6.3 Tam diapazonlu əriyən qoruyucu: 3-cü Sınaq işi çərçivəsində keçirilən sınaqlar
40 °C-dən yuxarı ətraf temperaturlarda istifadə məqsədilə nəzərdə tutulan tam diapazonlu əriyən qoruyucular üçün 3-cü Sınaq işi çərçivəsində keçirilən sınaqlar E.6.2-də müəyyən edildiyi kimi bu tətbiqi simulyasiya etmək üçün layihələndirilən isti yuvada yerinə yetirilməlidir.
İstehsalçı tərəfindən təyin edilən maksimum ətraf temperaturda tətbiq edilən əriyən qoruyucu içliyinin əriməsinə səbəb olan bilən ən aşağı cərəyanı əks etdirmək üçün I3 sınaq cərəyanı seçilir. Sınaq təyin edilməsinin təfsilatları və I3 cərəyanının müəyyən edilməsi metodu E.7-də göstərilir.
Bənd 7.6.3.1-in c və ya d bəndində göstərildiyi kimi iki hissəli ayırıcı sınaq yerinə yetirilir. Yüksək gərginlikli I3 cərəyanı Müddəa E.7-də təsvir edilən termik sınaq vasitəsilə müəyyən edilir. Lazımsız uzun sınaq müddətinə yol verməmək üçün aşağı gərginlikli mənbə ərimə müddəti ərzində I3-dən yüksək qiymətə sazlana bilər, o şərtlə ki, qövs öncəsi vaxt 1 saatdan az olmasın.
1 saatdan sonra aşağı gərginlikli cərəyan ilkin qiymətindən 15 faizə qədər artırılır ki, əriməyə səbəb olsun.
E.7 Tam diapazonlu əriyən qoruyucu: I3 cərəyanının müəyyən edilməsi
Bu prosedur istehsalçı tərəfindən yerinə yetirilir.
I3 qiymətinin müəyyən edilməsi üçün üç nümunə istifadə edilməlidir. E.6.2-də müəyyən edildiyi kimi hər bir nümunə əriyən qoruyucunun istehsalçı tərəfindən dərəcələndiyi temperatura (MTT) sazlanan sabit termik mühitdə yerləşdirilməlidir.
Əriyən qoruyucu içliyinin gövdəsi sabit temperatura çatandan sonra cərəyan əriyən qoruyucuya tətbiq edilir. Əriyən qoruyucu içliyinin gövdəsinin temperaturu yenidən sabitləşəndən sonra cərəyanın qiyməti yenidən artırılır. Əriyən qoruyucu işləyənə qədər bu proses təkrarlanır. Temperatur qalxmasının artımı 2 %-i və ya 1 K/saatı keçməyən zaman temperatur sabit hesab edilir.
Cərəyanın artdığı artım dərəcəsi müəyyən edilmir, lakin tipik olaraq 5-10 % arasında ola bilər.
Əriyən qoruyucuların hər birinin ərimə baş vermədən daşıdığı yüksək cərəyan nəzərə alınmalıdır. I3 bu üç qiymətin ən aşağı cərəyanının 0,9 dəfəsi kimi müəyyən edilir. I3 sınağı ən aşağı cərəyandan bir qədər az cərəyan ilə yerinə yetirilir və 0,9 dözümlülüyü təmin etmək üçün istifadə edilir. Bu cərəyan əriyən qoruyucu içliyini istehsalçı tərəfindən dərəcələnən maksimum temperatur əhatəsində işlədiyi zaman əridə bilər.
Əriyən qoruyucunun ətraf temperaturu 40 °C-ni keçən zaman zədələnmənin müəyyən edilməsi
Bu əlavənin məqsədi əriyən qoruyucu ətrafındakı temperaturun 40 °C-ni keçən zaman əriyən qoruyucunun termik zədələnməsini müəyyən etmək üçün metodlar təmin etməkdir. Buna açıq şəraitdə və ya yuvada istifadə zamanı yüksək ətraf temperatur səbəb ola bilər. Aşağıdakı hallar üçün metodlar verilir.
a) 40 °C-dən yuxarı ətraf hava temperaturunda istifadə zamanı zədələnmə;
b) böyük yuvalarda istifadə zamanı zədələnmə;
c) bir qədər kiçik yuvalarda istifadə zamanı zədələnmə;
d) əriyən qoruyucu içlikləri yağ ilə əhatə olunan yuvalarda istifadə zamanı zədələnmə.
Bundan əlavə e metodu a, b, c və d metodları üçün alternativ kimi istifadə edilə bilər.
QEYD: Digər metodlar müəyyən ölkələrdə istifadə edilir; (Biblioqrafiyaya baxın).
Bu standart əriyən qoruyucu içliklərinin nominal cərəyanının seçilməsi ilə bağlı qaydaları əks etdirir (bax bənd 10.3.2) və bu standartda göstərilir ki, yuvanın istifadə edilməsi əriyən qoruyucu içliyinin və yuvanın xüsusi kombinasiyası üçün yeni maksimum yol verilə bilən davamlı Iencl cərəyanı tələb edə bilər. Daha sonra göstərilir ki, əriyən qoruyucu içliyinin yuvada tətbiq edilməsinin uyğunluğu əriyən qoruyucu yuvası paketinin (QYP) təchizatçısının məsuliyyətidir.
QEYD: QYP əriyən qoruyucunun öz yuvası ilə kombinasiyası deməkdir.
Enerji itkisi sınaqlarının nəticələri (bax 7.5), yuvanın temperaturunun müəyyən edilməsi metodu ilə birgə QYP istehsalçısına imkan verəcək ki, sınaqdan əvvəl hər hansı QYP-nin daşıya biləcəyi maksimum yol verilə bilən davamlı cərəyanı qiymətləndirsin.
Bir çox HV əriyən qoruyucu içlikləri transformator dövrəsinin tətbiqi üçün istifadə edilir və IEC 60787 əriyən qoruyucu içliklərinin seçilməsi üçün qaydaları özündə əks etdirir. IEC 60787-nin 3-cü müddəasının a bəndində göstərildiyi kimi bu əriyən qoruyucu içlikləri vaxt-cərəyan xüsusiyyətlərinin 0,1 saniyəsi ərzində bir qədər yüksək əməliyyat cərəyanlarına malik olmalıdır. Bu tələbə uyğun gəlmək üçün əriyən qoruyucu içliyinin nominal cərəyanı ümumilikdə dövrənin tam yük cərəyanından artıq olur və ona görə də bu əlavədən istifadə etməklə azalma ilə uyğunluq təşkil edir.
Əriyən qoruyucu içliyinin azaldılması zərurəti aşağıdakı bir və ya bir neçə səbəbdən meydana gəlir:
– Daxili temperaturu zədələnməyə səbəb olmayacaq qiymətdə saxlamaq üçün. Bu qiymət spesifik əriyən qoruyucu içliyinin layihəsindən asılı olur.
– Temperaturların bu standartdakı Cədvəl 6-da göstərilən maksimum qiymətləri keçməməsini təmin etmək üçün.
Bu tələblərdən birincisi nominal əriyən qoruyucu içliyini müəyyən etməkdir. Lakin sərinləşmə daha da məhdudlaşdığı və cərəyan azalması davam etdiyi üçün əriyən qoruyucunun elementindən əriyən qoruyucunun lüləsinin xaricinə qədər temperaturun düşməsi azalır. Bu, elementlərin isti nöqtəsinin temperaturu ilə müəyyən edilən maksimum yük cərəyanına malik olmaqdan əlaqə temperaturu ilə müəyyən edilən maksimum yük cərəyanına keçməyə səbəb olur.
a) 40 °C-dən yuxarı ətraf hava temperaturlarında istifadə üçün azalma
Əriyən qoruyucu içliyini əhatə edən ətraf temperatur 40 °C-ni keçən zaman əriyən qoruyucu içliyinin nominal cərəyanı tətbiq edilmir. Şəkil F.1 ətraf temperaturun funksiyası kimi tələb edilən azalmanın faizini göstərir. Cədvəl 6-da müəyyən edildiyi kimi müxtəlif əyrilər, əlaqələrin və terminalların maksimum temperaturunun qiymətlərinə uyğun olmalıdır.
Azalma, Cədvəl 6-nın maksimum temperatur məhdudiyyətlərinə əsaslanır və bu standartın 7.5 bəndinə uyğun temperatur qalxma sınaqları keçirilən zaman əldə olunan faktiki temperaturlar deyil. Burada əriyən qoruyucu içlikləri elə tərzdə dərəcələnməlidir ki, onların maksimum temperatur qalxmaları Cədvəl 6-da yol veril bilən maksimum qiymətlərdən aşağı olsun. Bu, xüsusən də kiçik dərəcələnmələrə tətbiq edilir, lakin bərabər şəkildə əsas dərəcələnmələrə də tətbiq edilə bilər. Bu azalma əriyən qoruyucu içliyi daxilində digər amillərə, xüsusən isti nöqtənin temperaturuna şərait yaradır. Əriyən qoruyucu içliyinin istehsalçısı tərəfindən daha dəqiq məlumat verilmədiyi halda, Şəkil F.1-dən əldə olunan qiymətlərin istifadə edilməsi nəzərdə tutulur. Bu cür məlumatlar mövcud olan zaman daha az azalmalar baş verir.
b) Nisbətən böyük yuvalarda istifadə zamanı azalmalar
Bu kateqoriyaya əriyən qoruyucu içliklərindən konveksiya yolu ilə mühüm istilik itkisi olan üçfazalı qutuya bənzər yuvalar aiddir. Baxmayaraq ki, lazımi qaydada metaldan hazırlanmayıb, qutunun yan tərəfləri arasındakı məsafələr sarınmayan metal növlü yuvalar üçün əriyən qoruyucu içliklərini dərhal əhatə edən vasitələrə uyğun elektrik üçün tələb olunan aralıq məsafələrinə müvafiq olmalıdır.
Əriyən qoruyucu içlikləri bu cür yuvalarda istifadə edilən zaman həmin əriyən qoruyucu içlikləri üçün Iencl qiymətini müəyyən etməkdə Şəkil F.1-dən istifadə edilə bilər. Əgər əriyən qoruyucunu əhatə edən vasitələrin temperaturu məlumdursa, Şəkil F.1 Iencl qiymətinin düzgün olub olmamasını yoxlamaq üçün istifadə edilə bilər. Lakin aradan qaldırılmalı olan çətinlik odur ki, əriyən qoruyucu içliyinin yaratdığı istilik yuvanın daxilindəki temperatura birbaşa təsir edir.
IEC 60890 yuvanın daxilindəki havanın temperatur qalxmasının hesablanması üçün metodları özündə əks etdirir və eyni prinsiplər HV növlü əriyən qoruyucu içliklərinin istifadə edildiyi yuvalar üçün də tətbiq edilə bilər.
Şəkil F.2-də göstərilən nümunə nəzərə alınır və nominal cərəyanda 85 V enerji itkisinə yol verən 100 A əriyən qoruyucu içliyi təxmin edilir.
QEYD: Bənd 7.5.3-ə uyğun olaraq faktiki enerji itkisinin qiymətləri əriyən qoruyucu içliyinin istehsalçısından əldə edilir.
Şəkil F.3-də göstərilən cədvəli tamamlanmalıdır (prosedurun tam izahatı IEC 60890-də göstərilir).
Tamamlanmış cədvəl Şəkil F.4-də göstərilir və 80 A-nın Iencl qiyməti təxmin edilir. Birinci hissə, Ae effektiv sərinləşdirmə səthi üçün qiymət ilə nəticələnir. K, d, x və c sabit qiymətlər IEC 60890-dən əldə olunur. P effektiv enerji itkisi müəyyən izahat tələb edir.
Iencl qiymətini təxmin etmək və müvafiq enerji itkisinə nail olmaq lazımdır. Bu nümunədə ilkin qiymətləndirmə üçün 80 A-nın Iencl qiyməti (80/100) × 85 = 54,4 V enerji itkisini nəzərə almaqla təxmin edilib. Nəticədə, yuxarı sonluqda yuvanın temperatur qalxması 37,5 K qiymətində müəyyən edilir.
Əgər Şəkil F.1 bərkidilən əlaqələrdə (105 °C) və 40 °C + 37,5 °C = 77,5 °C ətraf temperaturda azalma amili üçün təhlil edilirsə, azalma amilinin 65 % olması görünür. Burada, 100 A seçilən nominal cərəyan nominal cərəyanı × azalma amilini (yəni 100 A × 0,65 = 65 A) keçirsə, 80 A-nın Iencl qiymətinin artıq olması görünür.
Daha aşağı cərəyandan istifadə etməklə təcrübə təkrarlanmalıdır. Burada, enerji itkisi (70 × 100) × 85 = 41,6 V olan 70 A nəzərə alınır. Bu da öz növbəsində, 30,3 K-nın yuxarı sonluğunda yuvanın temperaturunun qalxmasına səbəb olur. İndi, əgər 40 °C + 30,3 °C = 70,3 °C ətraf temperaturu üçün Şəkil F.1-i təhlil etsək, azalma amili 73 % olmuş olar. Burada, yol verilə bilən 0,73 × 100 A = 73 A dərəcələməsi 70 A-nın təklif olunan Iencl qiymətini ötür və beləliklə, sonuncu qəbul olunan kimi qiymətləndirilir.
Bu nümunə Şəkil F.1-də və IEC 60890-də mövcud olan məlumatların QYP üçün qəbul edilən Iencl qiymətini dəyərləndirmək üçün necə istifadə olunmasını göstərir. Avadanlığın digər hissələri və ya müvafiq enerji itkisi yaradan yuvanın daxilində birləşmələr olan yerdə bu qiymət, əriyən qoruyucu içliklərinin enerji itkisinə əlavə olunmalıdır.
c) Bir qədər kiçik yuvalarda və ya qablarda istifadə üçün azalma
Əriyən qoruyucu içliklərinin azalma kontekstində göründüyü kimi qabın əsas xüsusiyyətləri aşağıdakı kimidir:
– Qab tipik olaraq bir fazalı yuvadır.
– Əriyən qoruyucu içliyinin çöl səthi ilə qabın daxili divarı arasında olan məsafə kiçik olur, yəni əriyən qoruyucu içliyinin diametrinin 10-25 %-i arasında.
– Dar məsafə səbəbindən konveksiya yolu ilə sərinləşdirmə az əhəmiyyət kəsb edir, çünki radiasiya və keçiricilik üstünlük təşkil edir. Əriyən qoruyucu içliyi və qab tam bir komplekt formalaşdırır və azalma komplektin tab gətirə bildiyi maksimum enerji itkisi əsasında baş verir.
– Qabın konstruksiyasından və istifadə edilən materiallardan asılı olaraq qabın daxili temperaturu bəzi hallarda azalmanın müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.
Qabın və əriyən qoruyucu içliyinin yaxın qarşılıqlı əlaqəsinə görə bu kombinasiyanın azalması normal olaraq yalnız ölçmə yolu ilə müəyyən edilə bilər.
d) Əriyən qoruyucu içliyinin yağ ilə əhatə olunduğu yuvalarda istifadə üçün azalma
Yağlı şəraitdə istifadə üçün nəzərdə tutulan əriyən qoruyucu içliklərinin nominal cərəyanları xidmət şəraitlərini simulyasiya etmək üçün layihələndirilən məhdudiyyətli şəraitlərdə sınaqlar vasitəsilə müəyyən edilir (bax bənd 7.5.1.2). Burada, yuva daxilində azalma adətən minimal olur. Lakin, 40 °C-dən yuxarı xarici ətraf temperaturlar düzgün hesablanmalıdır.
a)-dan b)-yə qədər olan metodlar qiymətləndirmə yollarını göstərir və QYP istehsalçısı tərəfindən yerinə yetirilməsi gözlənilən faktiki sınaqlar üçün əvəzedici deyil. Sınaqlar QYP istehsalçısı tərəfindən yerinə yetirilən zaman bu sınaqların nəticələri bu əlavədən istifadə etməklə yerinə yetirilən qiymətləndirməni üstələyir.
e) Azalmanı müəyyən etmək üçün alternativ metod
QYP istehsalçısı və ya son istehlakçı üçün müvafiq əriyən qoruyucular ilə tamamlanan avadanlıqlarda sınaq keçirmək mümkün olduğu zaman QYP üçün Iencl qiymətini müəyyən etmək məqsədilə aşağıdakı metodlar qəbul edilir:
1) Bu standartda təsvir edilən, normal sınaq şəraitləri altında əriyən qoruyucunun nominal cərəyanında (Ir) vat itkisinin (Wr) qiymətini əriyən qoruyucu istehsalçısından əldə etmək (bax bənd 7.5.3).
Bu qiymətdən əriyən qoruyucu içliyinin maksimum yol verilə bilən isti müqavimətini (Wr/Ir) hesablayın.
2) Üç ədəd əriyən qoruyucunu xidmət şəraitində quraşdırın. Aşağıdakılar baş verənə qədər sınaq dövrəsinin tədricən artan qiymətini tətbiq edin:
– isti müqavimət (hər bir əriyən qoruyucu içliyi boyunca gərginlik düşməsinin cərəyan ilə bölünməsi nəticəsində verildiyi kimi) 1)-də hesablanan qiymətə çatır;
– əriyən qoruyucu kontaktlarında və terminallarda temperatur qalxması bənd 5.7-də göstərilən məhdudiyyətlərə çatır.
3) Əriyən qoruyucu içliyi üçün Iencl qiyməti aşağıdakı qiymətlərdən aşağı olmalıdır:
- maksimum yol verilə bilən isti müqavimət ilə nəticələnən qiymət;
- Cədvəl 6-da müəyyən edilən müvafiq maksimum temperatur ilə nəticələnən qiymətlər.
Həmçinin bu əlavədə transformatorlar və mühərriklər kimi mühafizə olunan avadanlıqların davamlı tam yük cərəyan tələblərindən bəhs edilir. Tsiklik artıq yük şəraitlərində istifadə istehsalçı ilə istehlakçı arasında razılaşdırılmalıdır.
Cədvəl F.1 – Cədvəl 6-da göstərilən temperatur məhdudiyyətləri
Millimetr ilə ölçülər
Şəkil F.2 – Praktiki nümunə: ölçülər
Yuvaların daxilində havanın temperatur qalxmasının hesablanması
Temperatur qalxması üçün müvafiq ölçülər
Ventilasiyanın açılması: bəli/xeyir
Üfüqi arakəsmələrin sayı:
Ae - Σ {AQ x b) = Ümumi
A9 səmərəli sərinləşdirmə səthi ilə
Hava girişi üçün açılmalar cm
d üfüqi arakəsmələr üçün amil
Səmərəli enerji itkisi P W
Temperaturun paylanması (aktor c
IEC 60890-dən çıxarış
Şəkil F.3 – IEC 60890-dən çıxarış
Yuvaların daxilində havanın temperatur qalxmasının hesablanması
Müştəri/zavod Nümunə (bax Şəkil 2)
Yuvanın növü üçfazalı
Temperatur qalxması üçün müvafiq ölçülər
Ventilasiyanın açılması: bəli/xeyr xeyr
Üfüqi arakəsmələrin sayı: yoxdur
Ae - Σ {AQ x b) = Cəm
Ae səmərəli sərinləşdirmə səthi ilə
0,620/(0,645 x 0,335)=2,43
(bax IEC 60890 bənd 6.2.3)
(bax IEC 60890 bənd 6.2.3)
Hava girişi üçün açılmalar sm
d üfüqi arakəsmələr üçün amil
Səmərəli enerji itkisi P W
Temperaturun paylanması amili c
IEC 60890-dən çıxarış
Şəkil F.4 – Tətbiq etmənin praktiki nümunəsi
It sınaq etibarlılığını müəyyən etmək üçün meyarlar
It sınağı tələb edən əriyən qoruyucularda cərəyan kəsmə funksiyasının çoxunu müxtəlif cərəyan səviyyələrində elementlərin müxtəlif hissələri yerinə yetirir. Yüksək cərəyan sınaqları (TD1 və TD2) və aşağı cərəyan sınaqları (TD3) elementlərin müxtəlif hissələri tərəfindən kəsilən cərəyanlar arasında keçid sahəni əhatə etmədiyi halda, It sınağı, müxtəlif hissələr tərəfindən fərdi qaydada və ya birləşmədə kəsilə bilməyən cərəyanın olmamasını göstərmək üçün nəzərdə tutulur. Əriyən qoruyucu layihələrinin müxtəlifliyi səbəbindən bu cür sınaqların etibarlılığını müəyyən etmək üçün sadə qaydalar yoxdur və buna görə də bu əlavənin məqsədi yerinə yetirilən It sınağının nəzərdə tutulanları göstərməsini yoxlamaq üçün ümumi qaydaları özündə əks etdirir.
It-nin ən sadə illüstrasiyası, itələyici hissəyə malik seriyada cərəyan məhdudlaşdıran hissədən (məhdudiyyətli zolaq) ibarət tək elementə malik əriyən qoruyucu içlikləri ilə mümkün olar. Yüksək cərəyanlarda yalnız zolaq əriyir və əyilir, lakin aşağı cərəyanlarda yalnız itələyici hissə əriyir və əyilir. Bu cür layihə ilə iki seriyalı hissələrin ərimə vaxt-cərəyan xüsusiyyətləri bəzi orta cərəyanda kəsişir, bu cərəyanda həm aşağı cərəyanlı hissə və yüksək cərəyanlı hissənin ən azı bir zolağı əriyir və əyilir. Bu cür kəsişən cərəyan adətən bir qədər asan müəyyən edilir və əgər ərimə vaxt-cərəyan xüsusiyyətlərinin əyriləri bir-biri ilə bir qədər böyük bucaq ilə kəsişirsə, yaxşı müəyyən edilir. Kəsişmə cərəyanı əriyən qoruyucunun It cərəyanıdır. İki cərəyan səviyyələrində sınaq (yəni bu It cərəyanından yuxarı və aşağı) onu göstərir ki, əriyən qoruyucu içliyi aşağı cərəyanlı hissənin kəsməli olduğu (yüksək cərəyanlı hissənin köməyi olmadan) yüksək cərəyanı və yüksək cərəyanlı hissənin kəsməli olduğu (aşağı cərəyanlı hissənin köməyi olmadan) aşağı cərəyanı kəsmək qabiliyyətindədir.
Ondan sonra hesab edilir ki, yüksək cərəyanlı hissə It-dən yüksək bütün cərəyanları kəsmək qabiliyyətindədir və aşağı cərəyanlı hissə It-dən aşağı bütün cərəyanları kəsmək qabiliyyətindədir. Əgər hər bir sınaq cərəyanı yalnız müvafiq hissədə əyilməyə səbəb olursa, bu standart ilə uyğunluq təsdiq edilə bilər. Bu, fiziki müayinə (əriyən qoruyucu içliyini açmaqla), rentgen müayinə və ya ekvivalent müayinə ilə müəyyən edilə bilər.
Yuxarıdakı sadə illüstrasiya hər bir əriyən qoruyucu üçün əsas prinsipləri göstərir. Lakin, bir çox əriyən qoruyucu layihələri bu sadə proses ilə uyğunluq təşkil etmir. Seriyalı hissələrin ərimə vaxt-cərəyan xüsusiyyətləri hər hansı bir cərəyan qiymətinin ±20 %-indən böyük olan kəsişmə zonasının əvəzinə fərqli It qiyməti olmayan bu cür səthi bucaqda kəsişə bilər. Digər layihələr üçün ərimə vaxt-cərəyan xüsusiyyətləri bütünlükdə kəsişməyə bilər və hətta bu, kəsmə funksiyasının çoxunu yerinə yetirən digər hissə olduğu halda da bir hissənin bütün cərəyanlarda əriməsi mümkündür. Paralel olaraq bir çox elementlərə malik olan bəzi layihələr ilə yüksək cərəyanlı hissələrin əriməyə və cərəyan kəsmə prosesində iştirak etməyə başladığı cərəyan qiyməti müxtəlif hissələr üçün vaxt-cərəyan xüsusiyyətlərinin əyrilərinin kəsişməsinə uyğun olan kəsişmə qiymətindən xeyli aşağı ola bilər. Bu o halda baş verir ki, bəzi cərəyanlarda paralel elementlər eyni vaxtda deyil, ardıcıl olaraq əyilir. Bütün bu hallarda yalnız əriyən qoruyucunun istehsalçısı bu standart ilə uyğunluq təşkil edən sınaq cərəyanının qiymətlərini müəyyən edə bilər və bir çox hallarda yalnız əriyən qoruyucunun istehsalçısı xüsusi sınağın arzu olunan nəticəni verib-verməməsini müəyyən edə bilər. Bu ona görədir ki, sadəcə cərəyan kəsilməsini göstərmək kəsişmə zonasının adekvat araşdırıldığını göstərmək üçün kifayət deyil. Əgər bu qiymətlər müvafiq deyilsə, bənd 7.6.1.3 istehsalçıya 1,2 It və 0,8 It-dən fərqli digər sınaq cərəyanlarını müəyyən etməyə imkan verir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 61241-2-2:1993 “Electrical apparatus for use in the presence of combustible dust - Part 2: Test methods - Section 2: Method for determining the electrical resistivity of dust in layers” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
________________________________________________________________________________________
Alışan tozların mövcud olduğu zaman
istifadə olunan elektrik aparatları
Hissə 2: Sınaq metodları -
Bölmə 2: Qatlarda tozun elektrik
müqavimətinin müəyyən olunması metodu
Electrical apparatus for use in the
presence of combustible dust –
Part 2: Test methods –
Section 2: Method for determining the
electrical resistivity of dust in layers
________________________________________________________________________________________
Bu texniki hesabat toz qatının elektrik müqavimətini, s.c. gərginliyinin tətbiqi ilə, sınaq üsulunun təyin olunmasını müəyyənləşdirir. Bu dizayn, konstruksiya, sınaq və yana bilən toz şəraitində elektrik aparatların istifadə olunmasının tətbiqi üçün nəzərdə tutulmuşdur.
Sınaq üsulu məlum olan partlayıcıların və ya partlayıcı xassələri olan maddələrin istifadəsi üçün yararlı deyil.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıda qeyd olunan normativ sənədlərə istinad edilir. Nəşr zamanı edilən əlavələr etibarlıdır. Bütün normativ sənədlərə təkrarən baxılmalıdır. IEC və İSO üzvləri hazırda qüvvədə olan beynəlxalq standartların qeydiyyatını aparır.
ISO 565:1990, Test sieves - Metal wire cloth, perforated metal plate and electroformed sheet - Nominal sizes of openings (Sınaq ələkləri — Metal məftil materialı, perforasiya olunmuş metal platası və qalvanik plastik lövhə — Dəliklərin nominal ölçüsü)
ISO 4225:1980, Air quality - General aspects – Vocabulary (Havanın keyfiyyəti — Ümumi aspektlər — Lüğət)
Bu texniki hesabatın məqsədi üçün aşağıda qeyd olunan təriflər tətbiq olmalıdır.
3.1. toz: Bir müddət havada qala bilməsinə baxmayaraq, kiçik bərk hissələr öz çəkisi altında atmosferdə həll olunmalıdır.
QEYD - Bu tərifə İSO 4225 standartında təyin olunmuş “toz” və “qum” daxil olur.
3.2. keçirici toz: Tozun elektrik müqaviməti 10³ Ω.m bərabər və ya az olmalıdır.
3.3. qeyri keçirici toz: Tozun 10³ Ω.m–dən çox olan elektrik keçiricisi olmalıdır.
3.4. elektrik müqaviməti: Elektrodların bir vahid məsafəsində yerləşməsi və tozla əlaqədə olan hər vahid sahəsi arasındakı ölçülmüş toz qatının elektrik müqavimətinin minimal ölçüsüdür.
Qeyd - Bu texniki hesabatın məqsədi üçün, elektrik müqavimət omm/metr ilə ölçülməlidir.
Şəkil 1 və 2-də sınaq cihazının qurulmasına dair təfsilatlar verilmişdir. Sınaq kamerası (bax şəkil 1) açıq konstruksiyalı olur və nominal ölçüləri aşağıdakı kimi olan iki paslanmayan polad zolaqdan ibarətdir: uzunluğu (W) — 100 mm, hündürlüyü (H) — 10 mm, eni (B) — 20 mm–dən 40 mm qədər. Bu zolaqlar 5 mm və 10 mm arasında qalınlığa malik baza üzərində (L) – 10 mm kənarda nominal məsafədə yerləşdirilir.
QEYD: Şüşə və ya politetraflüretilen (PTFE) əsas üçün uyğun olan material sayılmalıdır.
Nominal hündürlüyü 10mm olan iki şüşə borusu elektrodların sonunda yerləşdirilməlidir ki, toz qatını yerində saxlasın.
Şəkil 2-də elektrik çevrəsinin müqavimət ölçüsünü götürmək üçün mümkün olan nümunə göstərilməlidir. O, maksimal 2000 V birbaşa cərəyanlı təminat gərginliyində cərəyan kəsilməsini 0,2 A maksimal qiymətlə məhdudlaşdırmaq üçün 10kΩ rezistoruna malikdir. Oxşar xarakteristikaya və dəqiqliyə malik olan digər dövrələrdən istifadə etmək olar.
Cərəyanı gərginliyə çevirən vasitə təminat gərginliyi və toz müqavimətinin müxtəlif qiymətlərinə aid olan altı diapazona malik olur. Gərginlik invertoru müsbət iş əmsalını təmin etmək üçün nəzərdə tutulur. Bütün rezistorlar 5 %-lik, 0,5 Vatlıq yüksək dərəcədə sabit olan kömür lent tiplidir.
Sınaq nümunəsi homogen olmalı və sınaq üçün alınmış tozu nümayiş etdirməlidir. Toz alındığı zaman sınaq aparılmazdan əvvəl qapalı çənin içərisinə qoyulmalı və ya soyuq şəraitdə saxlanılmalıdır və yaxud bilavasitə sınaqdan keçirilməli, eyni zamanda nəmişlik tərkibi ölçülməli və hesabatda əks olunmalıdır.
Sınağı aparılacaq toz nümunəsi bir qayda olaraq metal naqil materialından və ya 71 µm nominal ölçülü dəliyə malik kvadrat deşik perforasiyalı platanın sınaq ələyindən keçmək qabiliyyətinə malik olmalıdır (əlavə ölçüsü, bax ISO 565). Yaxşı işlənməmiş tozun sınaq edilməsi tələb olunarsa, 500µm kimi nominal ölçülü dəliyi olan sınaq ələyindən istifadə edilə bilər. Sınağın hesabatında istifadə olunan ələyin nominal ölçülü dəliyini təyin edin.
Sınağın hesabatında sınaq olunduğu kimi toz nümunəsinin nəmişlik tərkibini göstərin və ölçü metodunu təsvir edin.
Tozun xassələrində hər hansı nəzərə çarpan dəyişiklikləri sınaq hesabatında göstərin, məsələn, nəmişlik tərkibi və ya hissəciyin forması, bu sınaq nümunəsinin hazırlanmasından əmələ gəlir, məsələn, ələkdən keçirilmə zamanı.
İki şüşə borusunun pozisiyasında olan boş sınaq kamerasının Ro müqaviməti ölçülməlidir
6.2 Müqavimətin ölçülməsi
Sınaq nümunəsinin çəkilmiş kəmiyyəti sınaq kamerasına tökülməlidir. Paslanmayan polad elektrodlarının üstü boyunca xətkeş keçirilməklə artıq toz aradan qaldırılır. Artıq toz toplanılır və çəkisi təyin edilir. Sınaq kamerasında toz kütləsi hesablanır.
Doldurulmuş sınaq kamerası Rs-in müqavimət ölçüsünün aşağıda qeyd olunan ölçülərinin s.c. gərginliyi ilə tətbiq olunmalıdır:
Əgər qütbləşmə aşkar olunarsa, onda gərginliyin hər ölçüsünə ən azı 10 s və ya daha çox tətbiq olunmalıdır.
Sınaq kamerasında eyni toz nümunəsi eyni gərginlik ölçülərinin bütün sınaqları üçün istifadə oluna bilər.
6.3 Müqavimət hesablanması
Ümumiyyətlə Ro, 10 S–dən daha çoxdur və tozun müqaviməti aşağıda qeyd olunan tənlikdən hesablanmalıdır
Əgər Ro, 10 RS,-dən çox azdırsa, onda müqavimət aşağıda qeyd olunan tənliklə hesablanmalıdır
p,Ω –da olan müqavimətdir;
Ro, Ω-də olan boş sınaq kamerasının müqavimətidir;
Rs, Ω-da olan dolu sınaq kamerasının müqavimətidir;
H – mm-lə ölçülən elektrod hündürlüyüdür;
W –mm-lə verilən elektrod uzunluğudur;
L- mm-lə ölçülən elektrod arasında olan məsafədir.
Tətbiq olunmuş gərginliyin hər ölçüsü üçün müqavimət hesablanmalıdır.
Sınaq hesabatına sınaqdan keçirilmiş tozun kimyəvi təsviri (əgər adı nəzərdə tutulmayıbsa) və mənbəsi, adı, ölçü nəticələri daxil olmalıdır və sınaq nümunəsinin nəm tərkibi, tarixi və sınağın eyniləşdirmə nömrəsi. Kamera sınağındakı toz kütləsinin hesabatı və sınaq zamanı ətraf mühit temperaturu.
Hesabatda qeyd olunmalıdır ki, tozun elektrik müqavimətinin təyin olunması bu texniki hesabata uyğun şəkildə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Vibrasiya masasından istifadə edərək
torpaqların maksimum sıxlıq və vahid çəki
göstəricilərinə dair standart sınaq metodları
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ASTM D 4253-00 “Standard test methods for maximum index density and unit weight of soils using a vibratory table” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
________________________________________________________________________________________
Vibrasiya masasından istifadə edərək
torpaqların maksimum sıxlıq və vahid çəki
göstəricilərinə dair standart sınaq metodları
Standard test methods for
maximum index density and unit weight
of soils using a vibratory table
________________________________________________________________________________________
1.1 Bu sınaq metodları şaquli vibrasiyalı stoldan istifadə etməklə yapışmayan, sərbəst qurudulan torpaqların maksimum-göstəricili quru halda sıxlıq/kütləsi vahidinin müəyyən olunmasını əhatə edir. Başlıqda sıxlıq yaxud kütlə vahidindən əvvəl quru sifəti buraxılmışdır və bu standartın qalan hissələri Terminologiyada Bölmə 3-də verilmiş müvafiq tərifə uyğundur.
1.2 Vahidlər Sistemləri:
1.2.1 Bu standartda verilmiş sınaq üçün aparat qravimetrik yaxud düym/düym sistemindəki kəmiyyətlərdən istifadə etməklə təkmilləşdirilib və istehsal edilib. Ona görə də sınaq aparatının düym/funt vahidləri ilə verilmiş ölçü və kütlələri standart kimi qəbul edilirlər.
1.2.2 Mühəndislik sənətində eyni zamanda həm kütlə (lbm-funt kütlə - fk) vahidini, həm də qüvvə vahidini (lbf-funt qüvvə-fq) vermək üçün funtlardan istifadə etmək müəyyən edilmiş qaydadır. Bu da sözsüz ki, iki ayrı-ayrı vahidlər sistemini birləşdirir; yəni absolyut sistem və əsas ölçü sistemi. İki ayrı-ayrı düym-funt vahidlər toplusunu vahid standartda birləşdirmək elmi cəhətdən arzuolunmazdır. Bu sistemdə funt (fq) qüvvə (çəki) vahidini ifadə edir. Bununla yanaşı, tərəzilər kütləni çəkir; çəki isə hesablanmalıdır. Düym-funt sistemində belə qəbul edilmişdir ki, 1 fq 1 fk-yə bərabərdir. Sıxlığın bu standartla uyğunsuzluq təşkil etdiyi bəlli olduqda kütlə vahidi hesablanmalı və verilməlidir, belə ki, nəticələr qüvvə və gərginliyi müəyyən etmək üçün istifadə edilə bilər.
1.2.3 Sıxlıq və kütlə vahidi terminləri qarşılıqlı istifadə olunurlar. Sıxlıq bir həcm vahidinin kütləsi olduğu halda, kütlə vahidi bir həcm vahidinin qüvvəsidir. Bu standartda sıxlıq yalnız Sİ (Beynəlxalq vahidlər sistemi) vahidlər sistemində verilib. Sıxlıq müəyyən edildikdən sonra kütlə vahidi Sİ yaxud düym-funt vahidlər sistemində, yaxud da hər ikisində hesablanır.
1.3 Maksimum sıxlıq/kütlə vahidi göstəricisini müəyyən etmək üçün aşağıdakı şəkildə dörd alternativ metod verilib:
1.3.1 Metod 1A— Süni qurudulmuş torpaq və elektromaqnit, şaquli vibrasiyalı stoldan istifadə etməklə.
1.3.2 Metod 1B—Nəm torpaq və elektromaqnit, şaquli vibrasiyalı stoldan istifadə etməklə.
1.3.3 Metod 2A— Süni qurudulmuş torpaq və ekssentrik yaxud yumruqcuqlu ötürücülü, şaquli vibrasiyalı stoldan istifadə etməklə.
1.3.4 Metod 2B— Nəm torpaq və ekssentrik yaxud yumruqcuqlu ötürücülü, şaquli vibrasiyalı stoldan istifadə etməklə.
1.4 İstifadə ediləcək sınaq onun həvalə edildiyi şəxs tərəfindən müəyyən edilməlidir.
1.4.1 İstifadə ediləcək stol üçün (Metod 1 və ya 2) yararlı ləvazimata əsaslanaraq seçim edilməlidir.
Qeyd 1: Elektromaqnit stollar ekssentrik yaxud yumruqcuqlu ötürücülü stollara nisbətən maksimum sıxlıq/kütlə vahidi göstəricisinin daha yüksək kəmiyyətlərini göstərir.
1.4.2 Həm quru, həm də nəm metodların (Metodlar 1A və 1 B yaxud 2A və 2B) yeni işə başlayarkən yaxud torpaq növündə dəyişikliyə rast gəldikdə yerinə yetirilməsi tövsiyə olunur, belə ki, nəm metod bəzi torpaqlar üçün maksimum sıxlıq/kütlə vahidi göstəricisini çox yüksək kəmiyyətlərini verə bilər. Belə maksimum yüksək göstəricili sıxlıq/çəki vahidi minimum göstəricili sıxlıq/çəki vahidi ilə birgə nəzərə alındıqda, Sınaq Metodları D4254 sahədə rast gəlinmiş torpaq üçün hesablanmış nisbi sıxlığın kəmiyyətinə (3.2.8) əhəmiyyətli dərəcədə təsir edəcəyi məlum ediləcək. Adətən nəticələr daha tez əldə edilə bildiyinə görə daha çox quru metoda üstünlük verildiyindən bir qayda olaraq, nəm metod nisbi sıxlığın kəmiyyətinin istifadəsinə/tətbiqinə əhəmiyyətli dərəcədə təsir edəcək maksimum sıxlıq/çəki vahidləri göstəricisini vermədiyi müəyyən edildiyi halda istifadə edilməlidir.
1.5 Bu sınaq metodları No. 200 (75-μm) ələkdən keçirilərək quru kütlə ilə 15 %-ə qədər torpaq dənəciklərindən ibarət ola bilən torpaqlara tətbiq edilə bilər, o halda ki, onlar hələ də yapışmayan, sərbəst qurudulma xassələrinə (nominal xəlbir ölçüləri E11 Təlimatına uyğundur) malikdirlər. Bundan başqa, bu sınaq metodları 3 düym (75 mm) ələkdən keçirilərək quru kütlə ilə 100 %-ə qədər torpaq dənəciklərindən ibarət ola bilən torpaqlara tətbiq edilə bilər.
1.5.1 Bu sınaq metodları üçün olan torpaqlar xassəcə yapışmayan torpaqlar kimi meydana çıxan, emal edilmiş hissəciklər, yaxud təbii torpaqların birləşmələri və ya qarışıqları, ya da ki, sərbəst qurudulan olduqda, təbii və ya emal edilmiş hissəciklərin qarışıqları kimi nəzərdən keçirilməlidir.
1.6 Bu sınaq metodları səciyyəvi olaraq dəqiq müəyyən edilmiş rütubət-sıxlıq əlaqəsinin aşkar olduğu zərbəli sıxlaşma ilə əldə edilmiş torpaqlara nisbətən yapışmayan, sərbəst qurudulan torpaqlar üçün daha yüksək maksimum quru sıxlıq/çəki vahidi verir. Eyni zamanda, 5 və 15 % arası fraksiyalardan ibarət bəzi torpaqlar üçün də təxmini maksimum sıxlıq/çəki vahidi göstəricisinin nə qədər olduğunu qiymətləndirərkən zərbəli sıxlaşmanın istifadəsi (Sınaq Metodları D698 yaxud D1557) faydalı ola bilər.
1.7 Bir çox sərbəst qurudulan, yapışmayan torpaq növləri üçün bu sınaq metodları torpağın xırdalanmasının (hissəciklərin xırdalanması) orta ölçüsünə gətirib çıxarda bilər. Xırdalanma baş verərkən bir qayda olaraq, əldə edilmiş maksimum sıxlıq/çəki vahidi göstəricisində artım olur, müqayisə edilə bilən sınaq nəticələri isə verilmiş torpağı yoxlamaq üçün müxtəlif ölçü formaları istifadə edilərkən əldə edilə bilmir.
1.8 Bu standart bütün təhlükəsizlik tədbirlərini nəzərdə tutmur, belə olduğu halda bu onun istifadəsi ilə əlaqəlidir. Müvafiq təhlükəsizlik və sağlamlıq tədbirlərini müəyyən etmək və istifadədən öncə nizamlayıcı məhdudiyyətlərin tətbiq edilə bilməsini şərtləndirmək bu standartın istifadəçisinin məsuliyyətidir.
2.1 ASTM Standartları:
C127 Test Method for Density, Relative Density (Specific Gravity), and Absorption of Coarse Aggregate (Böyük aqreqatların sıxlığı, nisbi sıxlığı (xüsusi ağırlıq) və absorbsiyasına aid sınaq metodu)
D422 Test Method for Particle-Size Analysis of Soils (Torpaqların hissəciklərinin ölçülərinin təhlilinə aid sınaq metodu)
D653 Terminology Relating to Soil, Rock, and Contained Fluids (Torpaq, süxur və tərkibindəki mayelərə aid terminologiya)
D698 Test Methods for Laboratory Compaction Characteristics of Soil Using Standard Effort (12 400 ft-lbf/ft3 (600 kN-m/m3)) (Torpaqdan istifadə standart proqramının laboratoriyada sıxlaşması xüsusiyyətləri üzrə sınaq metodu (12 400 ft-lbf/ft (600 kN-m/m)) )
D854 Test Methods for Specific Gravity of Soil Solids by Water Pycnometer (Su piknometrlə torpağın quru hissələrinin xüsusi çəkisi üçün sınaq metodları)
D1140 Test Methods for Amount of Material in Soils Finer than No. 200 (75-μm) Sieve (No. 200 (75-μm) Ələkdən keçirilən yumşaq torpaqlardakı materialların miqdarına dair sınaq metodu)
D1557 Test Methods for Laboratory Compaction Characteristics of Soil Using Modified Effort (56,000 ft-lbf/ft3 (2,700 kN-m/m3)) (Dəyişdirilmə cəhddə istifadə edilən torpağın (56,000 ft-lbf/ft(2,700 kN-m/m)) laboratoriyada sıxlaşması xüsusiyyətləri üzrə sınaq metodları)
D2216 Test Methods for Laboratory Determination of Water (Moisture) Content of Soil and Rock by Mass (Torpaq və süxurların kütlə və su tərkibinin (rütubətlilik) laboratoriya tərəfindən müəyyən olunmasına dair sınaq metodları)
D2487 Practice for Classification of Soils for Engineering Purposes (Unified Soil Classification System) (Texniki məqsədlər üzrə torpağın təsnifatlandırılmasına dair təcrübə (Torpağın təsnifatlandırılmasına dair Vahid Sistem))
D2488 Practice for Description and Identification of Soils (Visual-Manual Procedure) (Torpağın təsviri və müəyyən olunmasına dair təcrübə (vizual-əl ilə müəyyənləşdirmə qaydası))
D3740 Practice for Minimum Requirements for Agencies Engaged in Testing and/or Inspection of Soil and Rock as Used in Engineering Design and Construction (texniki dizayn və inşaatda istifadə olunan qaydada torpaq və süxurların sınağı və / və ya yoxlanılması işinə cəlb olunan təşkilatlar üçün minimum tələblər təcrübəsi)
D4254 Test Methods for Minimum Index Density and Unit Weight of Soils and Calculation of Relative Density (Torpaqların minimum sıxlıq və çəki vahidi göstəricisi və nisbi sıxlığın hesablanması üçün sınaq metodları)
D4753 Guide for Evaluating, Selecting, and Specifying Balances and Standard Masses for Use in Soil, Rock, and Construction Materials Testing (Balansın qiymətləndirilməsi, seçilməsi və müəyyən edilməsi qaydası və torpaq, süxur və inşaa materiallarının sınağı zamanı istifadə olunan standart kütlələr)
D6026 Practice for Using Significant Digits in Geotechnical Data (Geotexniki məlumatlardakı müəyyən rəqəmlərdən istifadə üzrə təcrübə)
E11Specification for Woven Wire Test Sieve Cloth and Test Sieves (Metal şəbəkəli ələk və sınaq ələklərinə dair texniki şərtlər)
E177 Practice for Use of the Terms Precision and Bias in ASTM Test Methods (ASTM sınaq metodlarındakı dəqiqlik və sistematik xəta. İstifadə şərtlərinə dair təcrübə)
E691Practice for Conducting an Interlaboratory Study to Determine the Precision of a Test Method (Sınaq metodunun dəqiqliyini müəyyən etmək üçün laboratoriya daxili tədqiqatların icrasına dair təcrübə)
3.1 Təriflər—Bu standartda Terminologiya D653 –də verilmiş termin və təriflərdən istifadə edilib
3.2 Bu standarta əlavə olaraq aşağıdaki termin və təriflərdən istifadə edilib.
3.2.1 quru sıxlıq/çəki vahidi, ρd yaxud γ d, n—torpaq yatağının yaxud doldurmanın verilmiş boşluq əmsalında quru sıxlıq /çəki vahidi.
3.2.2 verilmiş boşluq əmsalı, e, n—torpaq yatağının yaxud doldurmanın təbii ya da təyin edilmiş boşluq əmsalı.
3.2.3 maksimum sıxlıq/çəki vahidi göstəricisi, ρdmax və ya γdmax, n—hissəciyin bölünməsi və xırdalanmasını minimuma endirən standart laboratoriya sıxlaşdırma metodundan istifadə etməklə əldə oluna bilən ən sıx halda olan torpağın quru sıxlıq/çəki vahidi barədə məlumat.
3.2.4 maksimum boşluq əmsalı göstəricisi, emax, n—minimum sıxlıq/çəki vahidi göstəricisində torpağın boşluq əmsalı barədə məlumat.
3.2.5 minimum sıxlıq/çəki vahidi göstəricisi, ρdmin və ya γdmin, n—həcmin artırmasının qarşısını alan və hissəciyin bölünməsini minimuma endirən standart laboratoriya metodundan istifadə etməklə onun yerləşdirilə biləcəyi ən sərbəst sıxlıq halında torpağın quru sıxlıq/çəki vahidi barədə məlumat.
3.2.6 minimum boşluq əmsalı göstəricisi, emin, n—maksimum sıxlıq/çəki vahidi göstəricisində torpağın boşluq əmsalı barədə məlumat.
3.2.7 nisbi sıxlıq, Dd, n—maksimum boşluq əmsalı göstəricisi ilə yapışmayan, sərbəst qurudulan torpağın verilmiş boşluq əmsalı arasındakı fərqin faizlə ifadə edilmiş nisbəti; onun maksimum və minimum boşluq əmsalları göstəricisi arasındakı fərq. Tənlik aşağıdakı kimidir:
yaxud quru sıxlığa uyğun olaraq
müvafiq yaxud quru çəki vahidləri əsasında
3.2.8 faiz sıxlaşması və ya nisbi sıxlaşma, Rc, n—verilmiş torpağın quru sıxlıq/çəki vahidi onun maksimum sıxlıq/çəki vahidi göstəricisinə faiz kimi ifadə olunmuş nisbətidir. Tənlik:
3.2.9 sıxlıq göstəricisi, Id—verilmiş yapışmayan torpağın istənilən verilmiş quru sıxlıq/çəki vahidi və minimum sıxlıq/çəki vahidi göstəricisi arasındakı fərqin maksimum və minimum sıxlıqlar/çəki vahidləri göstəriciləri arasındakı fərqə nisbətidir. Tənlik:
4.1 Verilmiş sərbəst qurudulan torpağın maksimum sıxlıq/çəki vahidi göstəricisi 2-lb/düym (14-kPa) çəkidə artıq yükü (ağırlığı) torpaq səthinə tətbiq edərək və sonra şaquli vəziyyətdə qəlibi, torpağı və artıq yükü vibrasiya etdirərək ya süni qurudulmuş, ya da nəm torpağı qəlibə yerləşdirməklə müəyyən edilir. 60 Hz –də 8 dəq-yə təxminən 0.013 düym (0.33 mm) yaxud 50 Hz –də 10 dəq-yə təxminən 0.019 düym (0.48 mm) şaquli vibrasiyanın (amplitudanın) ikiqat amplitudasında sinusoida tipli zaman-şaquli yerdəyişmə əlaqəsinə malik ya elektromaqnit, eksentrik, ya da yumruqcuqlu ötürücülü vibrasiya stolundan istifadə edilir. Maksimum sıxlıq/çəki vahidi göstəricisi öz həcmi ilə qatılaşmış torpağın süni qurudulmuş kütləsini/çəkisini bölməklə hesablanır (qatılaşmış torpağın orta hündürlüyü qəlibin sahəsini ölçür).
5.1 Bir çox yapışmayan, sərbəst qurudulan torpaqlar üçün maksimum sıxlıq/çəki vahidi göstəricisi ya təbii rast gəlinən, ya da insanın qoyduğu (doldurma) verilmiş torpaq kütləsinin sıxlıq vəziyyətinin qiymətləndirilməsində əsas komponentlərdən biridir.
5.1.1 Nisbi sıxlıq və faiz sıxlaşması bir qayda olaraq, verilmiş torpaq kütləsinin sıxlıq vəziyyətini qiymətləndirmək üçün istifadə olunur. Sıxlıq/çəki vahidi göstəricisi də bəzən istifadə olunur. Terminlərin izahı üçün bax:Bölmə3-ə.
5.2 Ümumiyyətlə, belə qəbul edilib ki, ya nisbi sıxlıq, ya da faiz sıxlaşması verilmiş torpaq kütləsinin sıxlıq vəziyyətinin yaxşı göstəricisidir. Eyni zamanda, verilmiş torpağın sıxlığın verilmiş vəziyyətinə müxtəlif metodlarla sıxılmış gücü, sıxılma qabiliyyəti, keçiricilik qabiliyyəti kimi texniki xüsusiyyətləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Ona görə də çox mühüm texniki qərar torpağın texniki xüsusiyyətlərinin sıxlıq vəziyyətinə nisbətdə istifadə edilməlidir.
5.3 Absolyut maksimum sıxlıq /çəki vahidi mütləq olaraq bu sınaq metodlarından alınmır.
2. Əlavə olaraq, bu sınaq metodlarının yüksək dərəcəli dəyişkənliyi olduğunu göstərən nəşr edilmiş məlumatlar var.3 Eyni zamanda, dəyişkənlik vibrasiya stolu daxil edilmiş avadanlığı diqqətlə yoxlamaqla və lazımi sınaq qaydasına və metoduna hərtərəfli diqqət yetirməklə əhəmiyyətli dərəcədə azaldıla bilər.
3. Bu standartın verdiyi nəticənin keyfiyyəti onu icra edən heyətin bacarığından və istifadə edilən avadanlıq və cihazların yararlığından asılıdır. Təcrübə D3740-ın meyarlarına cavab verən müəssisələr bir qayda olaraq, yararlı və obyektiv sınaq/nümunə/yoxlama və s. üçün təcrübəli hesab edilirlər. Bu standartın istifadəçilərinə xəbərdarlıq edilir ki, Təcrübə D3740-a uyğunluq öz-özlüyündə etibarlı nəticələrə təminat vermir. Etibarlı nəticələr bir çox amillərdən asılıdır; Təcrübə D3740 o,amillərdən bir neçəsinin qiymətləndirilməsi metodlarını təmin edir.
5.4 Şaquli vibrasiyanın ikiqat amplitudasının əldə olunmuş sıxlığa əhəmiyyətli təsiri olduğu müəyyən olunub. Xüsusi vibrasiya stolu və yığılmış forma üçün verilmiş materialın maksimum sıxlıq/çəki vahidi göstəricisi bu metodda tələb olunan 60 Hz tezliyində 0.013 ± 0.002 düym (0.33 ± 0.05 mm) və ya 50 Hz tezliyində 0.019 ± 0.003 düym (0.48 ± 0.08 mm) ikiqat amplitudasından başqa vibrasiyanın digər ikiqat amplitudasında əldə edilə bilər; yəni, quru sıxlıq/çəki vahidi vibrasiyanın ikiqat amplitudasını artırmaqla ilkin mərhələdə arta bilər, yüksələ bilər, sonra isə ikiqat vibrasiya amplitudasında sonrakı artımlarla azalır. Bundan başqa, yüksək sıxlıq/çəki vahidi ilə vibrasiyanın optimal ikiqat amplitudası arasında (yüksək sıxlıq/çəki vahidi meydana çıxdığı vibrasiyanın ikiqat amplitudası) müxtəlif torpaq növləri və qranulometrik tərkib dəyişə bilər. Bu səbəbdən, bu metodlar 11.1.6.3. –də verildiyi kimi xüsusi hallarda yuxarıda təsvir ediləndən başqa vibrasiyanın ikiqat amplitudalarının istifadəsinə imkan verir.
5.5 Standart qəliblərin istifadəsi (6.1.1) maksimum sıxlıq/çəki vahidi yoxlamasını tələb edən əksər torpaqlar üçün qənaətbəxş olması müəyyən edilib. Xüsusi qəliblər (6.1.2) sınaq nəticələri dizayn yaxud xüsusi tədqiqatlarla bağlı tətbiq edildikdə və standart qəlibləri istifadə etmək üçün kifayət qədər torpaq olmadıqda istifadə edilə bilər. Belə sınaq nəticələri ehtiyatla tətbiq edilməlidir, belə ki, xüsusi qəliblərlə əldə edilmiş maksimum sıxlıq/çəki vahidi göstəricisi standart qəliblərdən istifadə etməklə əldə edilənlərlə uyğun olmayan bilər.
6.1 Yığma qəlib—Səciyyəvi yığma qəlib nümunəsi Şəkil.1-də göstərilib. İndividual komponentlər və aksesuarlar aşağıdakı kimi olmalıdır:
6.1.1 Standart qəliblər—0.100 fut (2 830 sm) və 0.500 fut (14 200 sm) nominal həcmə malik silindrşəkilli metal qəliblər). Qəliblər Şəkil.2-də göstərilmiş tələblərə cavab verməlidir. Qəliblərin faktiki həcmi müəyyən olunmuş nominal həcmi 61.5 % divarındadır.
6.1.2 Xüsusi qəliblər—Silindrşəkilli metal qəliblər 0.100 fut (2 830 sm) ölçüsündən az həcmə malik olub, daxili diametri 23⁄4 düymə (70 mm) bərabər, ya da ondan böyük, lakin 4 düymdən (100 mm) kiçikdir və Şəkil.3-də verilmiş dizayn metodologiyasına uyğundur. Belə qəliblər yalnız sınaq nəticələri dizayn yaxud xüsusi tədqiqatlarla bağlı tətbiq edildikdə və 0.100 fut (2 830 sm) qəlib istifadə etmək üçün kifayət qədər torpaq olmadıqda istifadə edilə bilər.
6.1.3 İstiqamətləndirici vtulkalar—Sıxıcı cihazlı bir istiqamətləndirici vtulka, yaxud hər ölçü qəlibi üçün digər yararlı bərkidici cihazlar [bax: Şəkil. 4(a)]. İstiqamətləndirici vtulkaların qəlib üzərində asanlıqla quraşdırılması üçün sıxıcı cihaz üzərindəki iki yaxud üç istiqamətverici vintlər kontrqaykalarla təmin olunmalıdır.
6.1.4 Artıq yük planşaybaları—Hər bir standart ölçü qəlibi üçün Şəkil.5-in tələblərinə uyğun gələn bir artıq yük planşaybası
6.1.5 Artıq yük çəkiləri—Hər bir ölçü qəlibi üçün bir artıq yük çəkisi. 0.100 fut (2 830 sm) və 0.500 fut (14 200 sm) qəlibləri ilə əlaqədar mümkün limitlər üçün Bax: Şəkil. 5. Xüsusi qəliblər üçün oxşar limitlər saxlanılmalıdır. Artıq yük planşaybası və artıq yükün ümumi kütləsi istifadə ediləcək qəlib üçün 2.00±0.02 lb/ düym (13.8±0.1 kPa) artıq gərginliyə ekvivalent olmalıdır. Xüsusi qəliblər üçün artıq yük metalın tək massivindən təşkil edilə bilər.
6.1.6 Artıq yük planşaybası lingi—Sıxlaşmanı bitirərkən artıq yük planşaybasını ilkin olaraq yerləşdirmək və sonra çıxarmaq üçün istifadə edilən cihaz. Belə ling nümunəsi Şəkil. 4(b) də verilib; eyni zamanda, istənilən münasib birləşdirici vasitə istifadə oluna bilər.
6.2 Siferblat indikator dayağı və siferblatlı indikator—Cihaz sıxlaşmadan sonra qəlibin və artıq yük planşaybasının üst hissələri arasındakı hündürlükdəki fərqi ölçmək üçün istiqamətləndirici kronşteynlə bağlı istifadə olunur [Şəkil. 4(c)]. Siferblatlı indikatorun 0.001-düym (0.025-mm) dərəcələrlə 2 düym (50 mm) və ya daha böyük dövrəsi olmalıdır və elə quraşdırılmalıdır ki, siferblatın qolu qəlibin şaquli oxuna paralel olsun. Siferblatlı indikator saat əqrəbi istiqamətində hərəkətli ola bilər, burada ox genişləndikdə Siferblat göstəricisi sıfırı göstərir, yaxud saat əqrəbinin əksi istiqamətində olarkən ox öz vəziyyətini dəyişmədiyi halda siferblat göstəricisi sıfırı göstərir.
6.3 Tərəzi(lər), nümunə və qəlibin ümumi kütləsini müəyyən etmək üçün kifayət qədər həcmə malik, torpaq kütləsi ən az 0.1 % müəyyən olunduqda kifayət qədər dəqiqliyə malik olur. Bir çox vəziyyətlər üçün bu tələblərə cavab verməyə qadir tərəzilərin nümunələri aşağıdakı xüsusiyyətlərə malikdir:
6.3.1 0.500-fut (14 200-sm) qəliblər üçün minimum 40 kq həcmə malik və GP 10 (rahat hesablaması 5 q) Sinfi üçün D4753 –ün Xarakteristikasının tələblərinə cavab verən tərəzidən istifadə edilir.
6.3.2 0.100-fut (2 830-sm) qəliblər üçün ən azı 15 kq həcmə malik və GP 5 (rahat hesablaması 1 q) Sinfi üçün D4753 Xarakteristikasının tələblərinə cavab verən tərəzidən istifadə edilir.
6.3.3 0.1-fut-dan (2 830-sm) az olan xüsusi qəliblər üçün minimum 2 kq həcmə malik və GP 2 (rahat hesablaması 0.1 q) Sinfi üçün D4753-dan Xarakteristikasının tələblərinə cavab verən tərəzidən istifadə edilir.
6.4 Qaldırıcı— 0.100-fut (2 830-sm) və ya 0.500-fut (14 200 sm) ölçülü qəliblər istifadə edilərkən ən azı 140 kq həcmə malik ip, zəncir yaxud bucurğad qaldırıcı.
6.5 Quruducu soba, termostatik nəzarət olunan, yaxşı olardı, təzyiqli ventilyasiyalı olsun, quruducu aralıqla 110 ± 5°C -ə bərabər təzyiqi saxlamağa malikdir.
6.6 Süzgəclər, E11 Xarakteristikasının tələblərinə cavab verən 3 düym (75-mm), 11⁄2-düym (37.5-mm), 3⁄4-düym (19-mm), 3⁄8-düym (9.5-mm), No. 4 (4.75-mm) və No. 200 (75-μm) süzgəclər.
6.7 Kalibrləmə Bar, metal, təxm. 3x12x 1⁄4 düym (75 x 300 x 6 mm), məcburi deyil (bax 10.4).
6.8 Digər avadanlıqlar, məsələn, qarışdırıcı qazan, iri metal təknə, tüklü şotkalı toz alan kist, dəqiqə və saniyələri göstərən taymer, ən azı 1 düym (25-mm) dövriyyəli və 0.001-düym (0.025-mm) dərəcəli mikrometr, metal yoxlama xətti (əgər D4254 Sınaq metodları ilə minimum sıxlıq/çəki vahidi göstəricisi müəyyən edilirsə artıq torpaq qəlibə yerləşdirildikdən sonra düzləşdirmə üçün).
6.9 Vibrasiyalı Stol beton döşəməyə və ya lazımi ölçü kütləsi və formaya quraşdırılır ki, artıq vibrasiyalar digər yoxlama sahələrinə keçmə düym Stolun şaquli vibrasiyalı platforma lazımi ölçüdə və möhkəm olmalıdır ki, istifadə olunan yığma qəlib sınaq zamanı birləşdirilməli və möhkəm saxlamalıdır. Stol sınaq vəziyyətlərində 60 Hz tezlikdə 0.013 ± 0.002 düym (0.33 ± 0.05 mm) orta ikiqat amplitudada (ikiqat amplituda yerdəyişməsi) və ya 50 Hz tezlikdə 0.019 ± 0.003 düym (0.48 ± 0.08 mm) orta ikiqat amplitudada (ikiqat amplituda yerdəyişməsi) sinusoidşəkilli zaman şaquli yerdəyişmə əlaqəsi ilə yığma qəlibin şaquli vibrasiyasına imkan yaradır. Stol 1A, 1B, 2A, və ya 2B (11.2.3) Metodları ilə istifadə üçün 60 Hz-də təxminən 0.008 düym (0.20 mm) və 0.025 düym (0.64 mm) və ya 50 Hz-də təxminən 0.007 düym (0.20 mm) və 0.019 düym (0.48 mm) arasında vibrasiya tezliyinin (0-la 60Hz arasında) yaxud vibrasiyanın ikiqat amplitudası və ya hər ikisinin nizamlanması üçün imkana malikdir. Stol dizayn yaxud digər xüsusi tədqiqatlarla (11.1.6.3) əlaqədə istifadə üçün 60 Hz-də təxminən 0.008 düym (0.20 mm) və 0.025 düym (0.64 mm) və ya 50 Hz-də təxminən 0.007 düym (0.20 mm) və 0.019 düym (0.48 mm) arasında vibrasiyanın ikiqat amplitudasının nizamlanması imkanına malikdir.
6.9.1 Aşağıdakı stol növlərinin birindən istifadə edilir:
6.9.1.1 Elektromaqnitli vibrasiyalı stol—6.9 –un tələblərinə cavab verən, şaquli vibrasiyalı, 45 kq-dan artıq xalis çəkisi ilə bərk zərbənin elektromaqnitli vibratoru ilə işə salınan, təxminən 30x30 düym (760x760 mm) amortizasiyalı polad döşəməli polad stol. Stol təxminən 450 kq kütləyə malik beton döşəmə və ya plitəyə quraşdırılmalıdır.
6.9.1.2 Eksentrik və ya yumruqcuqlu ötürücülü vibrasiyalı stol, 6.9 –un tələblərinə cavab verir. Yumruqcuqlu ötürcülü stolları saxlamaq və digər ərazilərdə vibrasiyaları aradan qaldırmaq üçün olan kütlə 4500 kq-a qədər böyüklükdədir.
Qeyd 4—Elektromaqnit və yumruqcuqlu ötürücülü vibrasiya stollarının nümunələri üçün bax: sətiraltı qeyd 6 (Qeyd 6 yox).
7.1 Ehtiyat tədbirləri—Vibrasiyalı stolların müəyyən akustik mühitlərdə istifadəsi yuxarıda nəzərə alınmış qəbul edilə bilən səs səviyyələrini yarada bilər. Müvafiq eşitmə orqanlarının qorunması cihazları belə vəziyyətlərin mövcud olduğu və akustik monitorinq baxışı keçirilməyən yerlərdə istifadə edilməlidir. Bundan başqa, sınağı keçirən şəxs fərdi laboratoriya standartlarına uyğun olaraq istənilən əlavə şəxsi təhlükəsizliyinə də əməl etməlidir.
8.1 Sınaqdan öncə nümunə donmadan, digər maddə ilə çirklənmədən, torpaq itkisindən, yaxud da identifikasiya itkisindən qorumaq məqsədilə saxlanılmalıdır.
8.2 Sınaq nümunəsinin və qəlibin tələb olunan ölçüsü (kütləsi) nümunədəki maksimum hissəcik ölçüsünün və nümunənin hissəcik ölçüsünün paylanmasının (bölgüsünün) funksiyasıdır (bax Cədvəl 1).
8.2.1 Əyani metod və ya D422 Sınaq metodundan istifadə etməklə (nümunənin bölgüsünün mürəkkəbliyindən və operatorun təcrübəsindən asılı olaraq) 3-düym (75-mm), 11⁄2-düym (37.5-mm), 3⁄4-düym (19.0 mm), 3⁄8-düym (9.5-mm), No. 4 (4.75-mm) və No. 200 (75-μm) süzgəclərində qalmış hissəciklərin faizi müəyyən edilir.
8.2.2 Maksimum sıxllıq/çəki vahidi göstəricisinin müəyyən edilməsi1.5-in tələblərinə cavab verilməyənə qədər bu sınaq metodlarına uyğun olaraq yerinə yetirilməməlidir. Əgər bu şərtlər qarşılanarsa, onda tələb olunan qəlib ölçüsü və nümunə kütləsi Cədvəl 1-də təsvir edildiyi kimi maksimum hissəcik ölçüsünə uyğun şəkildə müəyyən edilə bilər.
8.2.3 Xüsusi qəliblərin istifadəsi mümkün olduqda nümunə 100 % 3⁄4-düym (19.0-mm) süzgəcdən keçəcək və 3⁄8-düym (9.5-mm) süzgəcdə 10 %-dən az qalır.
İstiqamətləndirici vtulka
Polad boru ötürücü, 6 düym(150 mm) ID ¼ düym (6.4 mm) divar, 12 düym uzunluq (305 mm)
Polad boru, 11 düym (280 mm) ID 3/8 düym (9.5 mm) divar, 8 düym (200 mm) uzunluq
1.Bu hissə istiqamətləndirici vtulkanın içərisindən göstərilən ölçünü vermək üçün lazım olan uzunluqda 1 1⁄2-in 1⁄2 düymü (38.1-in 12.7 mm-i) sortluq poladdan olur. Üç sıxıcı cihazı bərabər aralıqlarda istiqamətləndirici vtulkalara qaynaq edilir.
2. Bu ölçülər istifadə edilən siferblatlı indiqatora uyğun olmaq üçün dəyişdirilməlidir.
3.Başqa cür qeydə alınmayana qədər mümkün hədlər ±1⁄64 düym (±0.4 mm).
8.2.3.1 Seçilmiş sınaq nümunəsi aşağıdakı tənlikdən istifadə etməklə müəyyən edilmişdən az olmayan çəkiyə malik olacaqdır:
Mr = tələb olunan çəki, kq
Vm = qəlibin həcmi, sm
8.3 Paylayıcıdan, qanovdan yaxud bölmə kimi digər metoddan istifadə etməklə 8.2-nin tələblərinə cavab verən torpağın xüsusi nümunəsi seçilir.
8.4 Əgər 1A yaxud 2A metodları yerinə yetirilirsə, 110 ± 5 °C-də saxlanılmış quruducu sobada dəyişməz kütlə alınana qədər nümunə qurudulur. Təbii nümunənin su tərkibini almaq arzu olunandır. Əgər məsələ bundadırsa, su tərkibi D2216 Sınaq metodu ilə müəyyən edilir.
Maksimum Hissəcik ölçüsü (100% keçməklə) düym (mm)
No. 4 (4.75) və ya daha az
Nümunənin kütləsi bu qiymətlərdən ən azı iki dəfə (daha yaxşısı dörd dəfə) az olmalı, belə ki, normal olaraq, nəm və quru metod yerinə yetirilir və sınağı keçirilməyən torpaqdan istifadə edərək quru metodda birdən çox sınaq edilir (bax:11.1.11).
1. Bütün dayaqlar 1⁄2-düym (12.7-mm) qalın dəmirdən olur.
2. Çəkilər üçün yuxarı bəndlər alovla kəsik ola bilər, lakin kənarlar mümkün qədər real dərəcədə hamar olmalıdır. Artıq yük planşaybaları verilmiş diametrlə həyata keçirilməlidir.
3. Qaldırıcı linglər artıq yük planşaybası lingi kimi eyni formaya malik olmalıdır (bax Şəkil. 4 (b)).
8.4.1 Qurumadan sonra zəif bərkimiş hissələri tamamilə dağıdılır; hissəciklərin təbii ölçüsünün kiçilməsinə yol verilmir.
9.1 Qəlibin yuxarısındakı istiqamətləndirici vtulkanın yustirlənməsinin quraşdırıcı vint vasiəsilə nizamlandığı yığma qəlib üçün qəlibin yuxarısında istiqamətləndirici vtulka yığılır və sıxıcı cihazlar elə bərkidilir ki, vtulkanın iç divarı qəlibin iç divarı ilə uyğun gəlsin. İki quraşdırıcı vint üzərindəki kontrqaykalar bərkidilir. Kontrqaykaları olmayan quraşdırıcı vint boşaldılır və istiqamətləndirici vtulka çıxardılır.
9.2 6.3–də müəyyən edilmiş müvafiq balansından istifadə edilərək boş qəlibin kütləsi müəyyən edilir və yazılır.
9.3 Vibrasiya stolunun yaxşı işlək vəziyyətdə olduğu və hissələrin boşalmadığı və ya yeyilmiş olmadığı yoxlanılır. İstənilən lazımi quraşdırma və ya təmirlər edilir.
9.4. İlkin şkala göstəricilərinin bir hissəsi 10.4–də əldə edilmiş qiymətin ± 0.005 düym (0.15 mm) civarındadır, yəni, siferblatlı indikator sıfırı dəyişməyib. Tələb olunduğu halda, şkala göstəricisi nizamlanır yaxud kalibrləməni yenidən icra edilir (10.4). Alternativ olaraq, kronşteyn nümunəsi [Şəkil 6 –da göstərildiyi kimi] istifadə oluna bilər və əgər tələb olunarsa, şkala göstəricisi kronşteyn nümunəsi göstəricisinə qoşulur.
10.1 Sınaq cihazının aşağıdakı kalibrləməkəri ilkin istifadədən öncə və hər 1000 sınaq intervalını keçmədən yaxud birinci hansı baş verərsə illik yerinə yetirilməlidir.
10.2 Qəliblər—10.2.1 və 10.2.2 -də verildiyi kimi hər qəlibin həcmi ya birbaşa ölçmə metodu, ya da su doldurma metodu ilə müəyyən edilir. Hər iki metoddan alınmış həcm nominal həcmin 61.5 % -nə qədər olmalıdır. Həm birbaşa, həm də su ilə doldurma metodlarından istifadə edilməsi tövsiyə olunur. Əgər iki metodla hesablanmış həcmlər arasında fərq kalibrlənəcək ediləcək qəlibin nominal qiymətini keçərsə, onda kalibrləmə təkrar həyata. keçirməlidir. Qarşıya qoyulmuş mümkün limit daxilindəki iki kalibrləmə metodu arasında uyğunluq əldə etməmək, hətta bir neçə sınaqdan sonra belə, onun göstəricisidir ki, qəlib çox möhkəm deformasiyaya uğrayıb və dəyişdirilməlidir. Əgər hər iki kalibrləmə metodu həyata keçirilirsə, su doldurma metodu ilə əldə edilmiş həcm qəlib üçün təyin olunmalıdır (belə ki, bu metod tam qəlib üzərində vəziyyətləri daha dəqiqliklə əks etdirir).
10.2.1 Birbaşa ölçü metodu- formanın həcmi ən azı orta hesabla üç daxili diametri və üç hündürlükdə hesablanmış və hər tərəfə bərabər bölünmüş forma üzrə 0.001 düymə yaxın (0.025 millimetr) edilmişdir. Hündürlüyü m və ya sm-dir. Dörd vacib rəqəmə uyğun hesablayın və qeyd edin.(D6026 Təcrübəsinə uyğun olaraq). Köndələn ərazi (m və ya sm) və həcmi, Vm, (m və ya sm) dörd vacib rəqəmə uyğun hesablanır və qeyd edilir. (Təcrübə D6026-ə ə uyğun olaraq).
10.2.2 Su doldurucu metodu- qəlibi tamamilə su ilə doldurulur. Qəlibin su ilə dolduğuna əmin olmaq üçün şüşə lövhə qəlibin səthi boyunca ehtiyatla hərəkətə gətirilir. Yağ və ya silikonun nazik təbəqəsi şüşə lövhə və qəlib çərçivəsi arasında sukeçirməyən bənd yaradacaq. 6.3.3-də müəyyən edilmiş, uyğun balanslaşdırma aparmaqla su kütləsini müəyyən etməklə qəlibi doldurmaq tələb olunur. Selsinin ən yaxın dərəcəsinə uyğun suyun temperaturunu müəyyən edilir. Cədvəl 2-dən, müşahidə edilən temperaturda hər qramı millilitrlər olmaqla suyun həcm vahidi alınır. Qəlibin həcmi (m3 və ya sm3) aşağıdakı qaydada dörd vacib rəqəmə uyğun hesablanır və qeyd edilir:
Cədvəl 2 Temperaturu əsasında hər qramla suyun həcmi
Digər göstərilən qiymətlər CRC Kimya və Fizika haqqında məlumat kitabçasına istinadən əldə oluna bilər. Baş redactor, David R. LiDE. 74-cü Nəşr, 1993-1994.
10.2.2.1. Qramlarla kütləni ölçmək üçün, kub santimetrlərlə (sm3) hesablanmış həcm su kütləsinin qramlarla artırılması yolu ilə əldə edilir, qəlibin doldurulması üçün suyun həcminə görə qramdan (ml / q) istifadə edilir. Kub metrlərlə (m3) həcmi təyin etmək üçün, həcmi 1x10-6 sm3 vurun.
10.2.2.2 Əgər qəlibin həcmini təyin etmək üçün yalnız su doldurucu metodu istifadə olunursa, onda köndələn ərazinin sahəsi ölçülmüş həcmin hündürlüyünə bölməklə hesablanmalıdır.
10.3. Əlavə dayaq lövhəsi- venir və ya mikrometr kronsirkulundan istifadə etməklə əlavə dayaq lövhəsini dörd ölçüdən 0.001 düymə yaxın (0.025 millimetr) orta hesabla qalınlığı hesablanıb qeyd edilir. Ölçü şkalası qeyd olunan Tp eyni vahiddə qalınlığını hesablanıb qeyd edilir.
10.4. Cihazın ilkin göstəricisi- Əgər qəlib bələdçisinin stendi ilə tənzimləyici arasında əlaqə sahəsi mexanizm emalına və ya mis yerləşdirmənin köməyinə məruz qalmışsa, bu qiyməti kalibrləmə zolağından istifadə etməklə və ya zolaqsız əldə etmək olar.
10.4.1. Kalibrləmə zolağının köməyilə cihazın ilkin göstəricisi- Mikrometrdən istifadə etməklə kalibrləmə zolağının 0.001 düym (0.025 mm) qədər qalınlığı müəyyən edilir. Kalibrləmə zolağı qəlibin diametri boyunca kronşteynlərin şaquli oxu arasında yerləşdirilir. Kalibrləmə zolağının yuxarısında cihazın ölçüsü ilə hər bir kronşteynlərdə manometr hesablayıcı indiqator və onunla bərabər əks kronşteynin şaquli oxu yerləşdirilir. Ölçü şkalası quraşdırma nişanlarının köməyi ilə kronşteynlərdə eyni vəziyyətdə yerləşməlidir. Cihazın altı indikator göstəricisi əldə edilər, 3 sağda, 3 solda, orta hesabla altı göstərici. Cihazın ilkin göstəricisini hesablamaq üçün Ri saat əqrəbi indikatoru üçün altı indikator göstəricisindən kalibrli zolağın qalınlığı çıxılır. Ri saat əqrəbi indikatorunun əksinə hesablamaq üçün kalibrli zolağın qalınlığını altı indikator göstəricisinin üzərinə əlavə etmək lazımdır. Ən yaxın 0.001 düym. (0.025 mm) Ri qeydiyyatı aparılır.
10.4.2. Kalibrləmə zolağı olmadan cihazın ilkin göstəricisi- Hər kronşteyndə kronşteynin hər iki tərəfində (mərkəzdə) qəlib dairəsi ilə əlaqəsi olan indiqator dayaq ölçüsü yerləşdirilir. Kronşteynin hər tərəfində üçü olmaqla altı indiqator göstərici əldə edilir. On iki göstəricinin orta hesabı cihazın ilkin ölçü göstəricisinə, Ri-yə bərabərdir. Ən yaxın 0.001 düym. (0.025 mm) Ri qeydiyyatı aparılır.
10.5. Vibrasiya cədvəli – Kalibrləmə, modelləşmiş sınaq şərtləri altında təyinatdan və hər bir qəlibin istismarında tələb olunan reostat, və ya elektromaqnitin yaranması üçün ekssentrik yaxud 60 Hz və ya 0.019 ± 0.003 düym. (0.48 ± 0.08 mm) 50 Hz – da 0.013 ± 0.002 düym. (0.33 ± 0.05 mm) –nın müvafiq şaquli vibrasiyasının ikili amtlituduna malik ekssentrik qurğudan ibarət olmalıdır. İkili amplitud vibrasiya ən yaxın 0.0005 düym. (0.015 mm) qəlibdə ölçülməlidir. Bu ona görə, şaquli vibrasiyanın ikili amplitudu arasındakı əlaqə reostat və ya ekssentrik yaranma əleyhinə yaradılması tələb olunur.
10.5.1. Vibrasiyanın ikili amplitudunu ölçmək üçün müxtəlif ləvazimatların olmasına baxmayaraq, müəyyən təcrübə olmadan asanlıqla ölçmək mümkün deyildir. Tipik kalibrləmə proseduru və ləvazimatların tələbi haqqında məlumat Geotexnik Sınaq jurnalında (Geotechnical Testing Journal) verilib.
10.5.2. Kalibrləmə tezliyinə əlavə olaraq 10.1-də tələb olunur ki, əməliyyata təsir edən və sınaq nəticələri şübhəli hesab olunan vibrasiya cədvəli, hər hansı bir hadisənin yenidən istifadəsindən sonra əvvəlcədən kalibrlənsin.
11.1. Quraqlıq metodu – 1A və ya 2A metodları
11.1.1. Bərabər bölgünü təmin etmək üçün sobada qurudulmuş nümunələr qarışdırılır; bu zaman mümkün qədər az ayırma əldə ediləcək
11.1.2. Ayırmanı minimuma endirən torpağın səthini hamarlama metodundan istifadə etməklə qəlibi torpaqla doldurun (bax: Qeyd 5). Torpağı qəlibə yerləşdirmək üçün xəkəndaz və ya qıfdan istifadə olunmalıdır. Vibrasiya başlayarkən forma yaratmaq üçün, əsas qabın asanlıqla öz vəziyyətini alması və havanın qəlibdən çıxmaması üçün onun hər tərəfini metal tirlə, rezin çəkiclə və ya buna oxşar alətlə bir neçə dəfə döyəcləmək lazımdır.
Qeyd 5. Əgər sıxlıq indeksi minimum olarsa, vahid çəki göstərilərsə, torpaq müvafiq D4254 sınaq metoduna uyğun olaraq yerləşdirilməlidir. Qəlibin tutumu və torpaq müəyyən olunub qeyd edilməlidir.
11.1.3. Dolmuş əsas qabı torpağın üzərində yerləşdirilir və o bir neçə dəfə yüngülcə möhkəm və bərabər olaraq torpaqla əlaqəli şəkildə çevirilir. Əsas qabın dəstəyi çıxarılır.
11.1.4. Qəlib vibrasiyalı masada bərkidilir.
11.1.5. İstiqamətləndirici tıxacı qəlibə möhkəm bərkidilir və əsas qabda yük çəkisi azaldılır.
11.1.6. Vibrasiyanın qoşa amplitudu yaradılır.
11.1.6.1. 1A metodu- 60 Hz –da 0.013 ± 0.002 düym. (0.33 ± 0.05 mm) və ya 50 Hz.-da 0.019 ± 0.003 düym. (0.48±0.08 mm) şaquli vibrasiyanın qoşa amplitudunu əldə etmək üçün montaj edilir, vibratora nəzarət yaradılır.
11.1.6.2. 2A metodu- 60 Hz –da 0.013 ± 0.002 düym. (0.33 ± 0.05 mm) və ya 50 Hz.-da 0.019 ± 0.003 düym. (0.48±0.08 mm ) şaquli vibrasiyanın qoşa amplitudunu əldə etmək üçün montaj edilir, qəlibə ekssentrik yaradılır.
11.1.6.3. 5.4 – də göstərildiyi kimi, sıxlıq/ çəki vahidi və vibrasiyanın qoşa amplitudu arasında əlaqə vardır. Vibrasiyanın qoşa amplitudunda əldə olunan maksimum sıxlıq indeksi/çəki vahidi ilə eyni olmayan ən yüksək sıxlıq/çəki vahidi vibrasiyanın optimal qoşa amplitudunda baş verir. Buna baxmayaraq, əgər aşağıda göstərilən şərtlər yaranarsa, digərlərindən fərqli olaraq vibrasiyanın qoşa amplitudundan istifadə etmək imkanı verir:
(a) Sınaq nəticələri dizayn və xüsusi təlimlərlə istifadə olunmalı
(b) Vertikal vibrasiyanın qoşa amplitudun istifadəsi olmalıdır: (a) vibrasiyanın optimal qoşa amplitudu, (b) 60 Hz –da 0.025 düym. (0.64 mm) -dən az və ya 50 Hz –da 0.037 düym. (0.94 mm) və (c) 60 Hz-da 0.008 düym. (0.20 mm)-dən böyük və ya 50 Hz-da 0.012 düym. (0.30 mm). (qəlibi nəmləndirmə metodu ilə doldurmaqdan başqa). Nominal tezləşdirmə şərtlərində bu qiymət təxminən 1.5 q (14 m/san)-dan artıq və təxminən 4.8 q (45 m/san)-dan azdır.
Qeyd 6: Aşağıdakı bərabərlikdən istifadə etməklə nominal tezləşdirməni hesablamaq olar:
Ap = qramla nominal tezləşdirmə,
2Yp = şaquli vibrasiyanın düymlə qoşa amplitudu,
f =hər saniyə üçün dövriyyədə Hz tezliyi.
11.1.7. Qəlib montajı və onun nümunələri 60 ± 2 Hz –da 8 ± 1⁄4 dəq və ya 50±2 Hz-da 12 ± 1⁄4 dəqiqəyə uyğun vibrasiya edilir. Qəlibdən yük çəkisi və istiqamətləndirici tıxac çıxarılır. Kənarlarını bərkidərkən laxlamadığını bilmək üçün, əsas yük qabının torpağın səthi ilə möhkəm və bərabər yerləşdiyini yoxlanılır. Əgər laxlayırsa, bu məlumat kitabçasında (pasportda) qeyd edilməlidir.
11.1.8. Əsas yük qabının əks tərərflərində indiqator ölçü göstəricisi tapılıb qeyd edilir. Göstəriciləri götürüləcəyi əsas yük qabı üzərində toplanmış hər hansı toz şotka vasitəsilə kənarlaşdırılmalıdır.
11.1.9. Əsas yük qabı formadan çıxarılır qəlib vibrator masasından ayrılır. Bu mərhələdə tozun əsas yük qabı üzərinə, qəlibin kənarına və içərisinə daxil olmasına mümkün qədər mane olmaq lazımdır. Əgər toz yığımı ümumi çeşidlərin həcmindən 0.2%-dən çox olarsa, kütləni müəyyən edilir və məlumat kitabçasında (pasportda) qeyd edilir.
11.1.10. Balanslaşmada istifadə olunan tələblərə uyğun olaraq torpaq və qəlibin kütləsi müəyyən edilib qeyd edilər. Qəlib və torpağın ümumi kütləsindən boş qəlib kütləsini çıxmaqla hesablanıb yazılır. Digər tərəfdən, qəlibin tutumu tavaya boşaldıla və çəkilə bilər. Maksimum sıxlıq indeksi/çəki vahidi ρdmax,n, 12 bölməyə uyğun hesablanır.
11.1.11. 11.1.1-11.1.10-daki mərhələyə uyğun olaraq, maksimum sıxlıq indeksi/çəki vahidinin uzlaşan qiymətlərinə təkrar olunması (2% qədər) qəbul olunandır. Torpağın həddən artıq deqredasiyası şübhə doğurandırsa, təqdim olunan torpaq nümunəsinin kəmiyyəti (lazım olarsa) nəzərə alınmalıdır. Belə ki, bir sınaq nümunəsi 11.1.7. mərhələsinə məruz qala bilməz.
11.2. Rütubətlilik metodu- 1B və ya 2 B metodları.
11.2.1. Rütubətlilik metodu, ya qurudulmuş torpaq üzərinə kifayət qədər su əlavə etməklə, ya da nəm sahədə həyata keçirilir. Təqdim olunmuş nümunələri bərabər hissəciklərə ayırmaqla mümkün qədər az su ilə qarışdırılır. Quru torpağın üzərinə su əlavə olunubsa, təxminən ½ saat müddətində nəmlənməsi üçün gözlənilir. Suyun miqdarı kifayət qədər olmalıdır ki, xəlitə hazırlayan tavada yığılıb qalmasın və yoğunlaşma prosesi zamanı nümunələr təməlli hopdurulmuş olsun.
Qeyd 7. Aşağıda verilmiş tənlik qurudulmuş torpağa və ya ilkin olaraq, hər 4,5 kg quru torpağa 1000 ml tələb olunan su əlavə etməklə onun miqdarını qiymətləndirmək üçün istifadə oluna bilər.
Mw= suyun qramlarla kütləsi.
Pd= qəlibdə mq/m ilkin yerləşdirmədən sonra quraqlıq tezliyini qiymətləndirməkdir. Bu təxminən 1.6 və 1.9 mq/m arasında təsriflənir.
Ms= sınaq nümunələrinin qramlarla kütləsi,
Pw= 1 mq/m həddə suyun sıxlığı,
Gs= torpağın bərk çəkisi.
11.2.2. Qəlibi vibrasiya masasına bərkidilir.
11.2.3. Vibrasiya masasını işə salmaqla, qəlib xəkəndaz və ya kürək vasitəsilə asta-asta nəm torpaqla doldurulur. Əlavə olunan hər artımdan sonra torpağın səthinə sərbəst su yığıldığı yoxlanılır. Əgər yığılmamışdırsa, süngəri sıxmaqla, kiçik konteynerdən süzməklə və ya digər vasitə ilə kifayət qədər su əlavə edilir. 5 -6 dəqiqə çəkən bu proses zamanı, vibrasiyanın qoşa amplitudu, tezliyi və ya hər ikisi, torpağın həddən artıq qaynama və yumşalmasının qarşısını almaq üçün tənzimlənməlidir. Vibrasiyanın son dəqiqələrində və vibrasiya zamanı qarışdırılmaya mane olan torpağın üzərində yaranmış su, müəyyən vasitələrlə, çəkilməlidir.
11.2.4. Əsas yük qabın, yük çəkisi və istiqamətləndirici tıxac 11.1.3. də göstərildiyi kimi toplanılır.
11.2.5. 11.1.6-11.1.7.-də göstərildiyi kimi qəlib montajı və nümunələri vibrasiya edilir. Vibrasiyadan sonra yük çəkisi və istiqamətləndirici tıxac qəlibdən çıxarılır. Üzərində və əsas yük qabı ətrafında yaranmış su boşaldılır.
11.1.6. İndiqator ölçü göstəricisi 11.1.8-ə uyğun əldə edilıb qeyd edilir.
11.2.7. Əsas yük qabı çıxarılır və 11.1.9 -a uyğun olaraq qəlib vibrasiya masasından ayrılır. Əgər suyun həcmini təyin etmək tələb olunursa, qəlibin və torpağın kütləsi müəyyən edilib qeyd edilir. Qəlibdən tam nəm nümunələri ehtiyatla çıxarıb qurutma sobası üçün nəzərdə tutulmuş kütlə tavaya qoyulur. Bütün hissəciklər qəlibin içərisinə və əsas qabın altını tavanın içinə sıxılaraq yuyulur. Nümunələr qurutma sobasında 110 ± 5°C –də daimi kütlə əldə edənədək qurudulur (Sınaq metodu). Balanslaşmada istifadə olunan 6.3-ün tələblərinə uyğun olaraq sobada qurudulmuş kütlə müəyyən edilib qeyd edilir.
12.1. Hər sınaq üçün maksimum sıxlıq indeksi aşağıda göstərildiyi kimi hesablanır:
Ms= sınaqdan keçmiş quru torpaq kütləsi, mq və ya q,
V= sınaqdan keçmiş quru torpağın həcmibir, m və ya smvə aşağıdakına bərabərdir:
V=Vc- (Ac∙H ∙ Konversiya Faktoru) (12)
Cədvəl 3-də verilmiş konversiya faktoru ilə:
Vc= qəlibin kalibrlənmiş həcmi, mvə ya sm,
Ac= qəlibin kalibrlənmiş köndələn sahəsi, m və ya sm, və
H= qəlibin yuxarı səthi ilə sınaqdan çıxmış torpaq arasında müsbət fərq, m və ya sm-ə, bərabərdir:
H = Rf - Ri -Tp saat əqrəbi istiqamətində - indiqator göstəricisinə və ya
H = Rf - Ri -Tp saat əqrəbinin əksi istiqamətinə - indiqator göstəricisinə.
Ri= cihazın ilkin göstəricisi (10.4 bax), mm və ya düymlə.
Rf= əsas yük qabının əks tərəflərində vibrasiya dövrünün bitməsindən sonra, son ölçü göstəricisi mm və ya düymlə.
Tp= əsas yük qabının qalınlığı,mm və ya düymlə.
12.1.1. 2 % olan qurutma metodunun sınağından istifadə etməklə maksimum sıxlıq indeksin/ çəki vahidi hesablanır. Bu orta qiymət maksimum sıxlıq indeksi kimi ρdmax, qeyd olunmalıdır.
12.1.1. 2 % olan qurutma metodunun sınağından istifadə etməklə maksimum sıxlıq indeksin/ çəki vahidi hesablanır. Bu orta qiymət maksimum sıxlıq indeksi kimi ρdmax, qeyd olunmalıdır.
12.1.1.1. Əgər rütubətlilik metodunun sıxlıq indeksinin/çəki vahidinin qurutma metodundan yüksək olduğu aşkarlanarsa, yüksək qiymət onun tətbiqinə əhəmiyyətli dərəcədə təsir edəcək, və bundan sonra rütubətlilik metodunun nəticəsindən istifadə olunmalıdır.
12.1.2. Nümunələrin maksimum çəki vahidinin indeksini hesablamaq tələb olunarsa, bu aşağıdakı kimi edilir:
γdmax = maksimum çəki vahidinin indeksi, kN/m və ya lbf/ft
9.807 = konversiya faktoru mq/m və ya q/sm –dən kN/m- dək,
62.428 = konversiya faktoru mq/m və ya q/cm –dən lbf/ft-dək,
Qeyd 8 - Əgər 1A və 2A metodundan istifadə olunarsa, orta qiymət ρdmax-dir, bax; 12.1.1..
12.2. emin məsaməlilik əmsalının minimum indeksini hesablamaq tələb olunursa, bu aşağıdakı kimi edilir:
emin = məsaməlilik əmsalının minimum indeksi,
ρw = suyun sıxlığı 20 °C (0.99821), yaxud 1 mq/m və ya q/sm bərabərdir,
ρdmax = maksimum sıxlıq indeksi, mq/m və ya q/sm, və
G1@20°C = sınaq metodları ilə məlum olunmuş 4 saylı ələkdə qalan və 20 °C -dək düzəliş olunan məlum olan bərk torpağın spesifik ağırlığı,
G2@20°C = sınaq metodları ilə məlum olunmuş 4 saylı ələkdən keçən, bərk torpağın spesifik ağırlığı,
R = 4 saylı ələkdə qalan torpaq hissəciklərinin faizi,
P = 4 saylı ələkdən keçən torpaq hissəciklərinin faizi.
12.3. Minimum sıxlıq indeksi/çəki vahidi ρdmin və ya γdmin, sınaq metodlarına uyğun olaraq müəyyən olunmuşdursa, torpaq çöküntüsü və ya dolması ρd və ya γd qurutma sıxlığı/çəki vahidi, e məsaməlilik əmsalı nisbi sıxlıq kimi tanınır və Dd, 3.2.7- də verilmiş hər hansı bərabərliklərlə hesablana bilər. Tənlik 1,2 və ya 3.
13.1. Hesabatlara aşağıdakı məlumatlar daxildir:
13.1.1. Sınaqda istifadə edilən vəsaitlərin mənşəyi.
13.1.2. Təcrübə əsasında sınaq nümunələrinin görünüşünün təsviri (Təcrübə D2487 alternativ kimi istifadə edilə bilər).
13.1.3. (1A, 1B, 2A, və ya 2B) metodları və istifadə olunan qəlibin ölçüsü.
13.1.4. Şaquli vibrasiyanın qoşa amplitudu 11.1.6.1 və 11.1.6.2 –dən fərqli olarsa istifadə olunur.
13.1.5. ρdmax, mq/m və ya q/sm maksimum göstərici sıxlığı, və ya lbf/ft γdmax (kN/m) –də maksimum çəki vahidi və ya hər ikisi, dörd əhəmiyyətli rəqəmədək (Təcrübəyə uyğun olaraq).
13.1.6. Material itkisi, çeşidlənməsi və ya əsas qabın həddindən artıq meylliliyi kimi, hər hansı anormallıqlar.
14.1. Dəqiqlik- A1 metodunu tətbiq etməklə, sınaq metodları ilə əldə olunan sınaq nəticələrinin münasibliyinin mühakiməsi üçün meyarlar və Cədvəl 4 və 5-də verilən zəif keyfiyyətli qumun yoxlaması. ASTM Sorğu informasiyası Torpaq və sınaq proqramı tərəfindən aparılan bu dəqiq qiymətləndirmələr laboratoriyalar arası proqramın nəticələrinə əsaslanır.
Bu proqramda hər torpaq növünə görə digər laboratoriyalar (bir-sınaq laboratoriyası) bir sınaq yerinə yetirmələrinə baxmayaraq, bəzi laboratoriyalar (üç qat sınaq laboratoriyası) üç təkrar sınaq nümayiş etdirmişlər. 14.1.4 –də torpaq sınağının təsviri verilib. Dəqiq hesablamalar torpaq növü və metodu (1A, 1B, 2A, 2B Metodu) ilə dəyişə bilər. Bu hesablamaların başqa torpaq və ya metoda tətbiqi zamanı fikir tələb olunur.
Cədvəl 4. Üç qat sınaq laboratoriyalarının sınaq nəticəsinin qısa xülasəsi (Maksimum çəki vahidinin indeksi).
Təqdim olunan müvafiq qiymətlərin sayı və onluq ədədlər daxil edilən məlumatları əks etdirir. Praktika D6026 əsasən, nәticәlәrin standart sapması və yol verilən həcmi daxil edilən məlumatdakı həcmdən daha çox onluq ədədə malik ola bilməz.
Standart sapma Traktika E691-ə əsasən hesablanılır və 1 san kimi istinad olunur.
İki nəticənin yol verilən həcmi d2s həcmi kimi istinad olunur. Bu Təcrübə E177-də qeyd olunduğu kimi 1.960√ 2 · 1 san kimi hesablanılır. İki icra olunan sınaq arasındakı fərq bu həcmi aşmamalıdır. Təqdim olunan müvafiq qiymətlərin/onluq ədədlərin sayı bu test metodları və ya Təcrübə D6026-da qeyd olunan qiymətlərə bərabərdir. Bundan başqa, əgər həmin nəticə standart sapmadakı qiymətlərdən daha çox qiymətə malik olarsa, bu zaman təqdim olunan qiymət standart sapmadakı qiymətlər kimi onluq ədədlərin eyni sayına malik ola bilər.
Cədvəl 5. Hər bir laboratoriyanın tək sınaq nəticəsinin qısa xülasəsi (Maksimum çəki vahidinin indeksi).
Sınaq laborotoriyalarının sayı
Çoxsaylı laboratoriyaların nəticələri – Məhsuldarlığı (Hər laboratoriyada aparılan tək sınaq)
bax: Cədvəl 4 sətiraltı qeyd
14.1.1. Cədvəl 4-dəki məlumatlar SP qum üzərində hər bir üç qat sınaq laboratoriyasında aparılan üç təkrar sınağa əsaslanır. Təcrübəyə uyğun olaraq Cədvəl 4-ün 4-cü sütununda göstərilən hər bir sınaq laboratoriyasında minimum üç təkrar sınağın yerinə yetirilməsi tövsiyə olunan vahid operator və çoxsaylı laboratoriyaların standart sapmaları. Eyni avadanlıqdan istifadə etməklə və qısa praktiki müddət ərzində Cədvəl 4 Sütun 5-də göstərilən tək-operator d2s məhdudiyyətlərin çox fərqli olmaması şərtilə, eyni operator tərəfindən iki düzgün aparılan sınaqların nəticələri. d2s-in müəyyən edilməsi üçün bax:Cədvəl 4-də sətiraltı qeyd c Müxtəlif operatorlar tərəfindən və müxtəlif gündə aparılan iki düzgün sınaqların nəticələri Cədvəl 4 Sütun 5 –də göstərilən çoxsaylı laboratoriyalarda d2s məhdudiyyətlər çox fərqli olmamalıdır.
14.1.2. ASTM Sorğu informasiyası Torpaq və Sınaq proqramında, laboratoriyaların çoxu yalnız bir sınaq nümayiş etdirir. Bu dizayn və tikinti sənayesinin ümumi təcrübəsidir. Cədvəl 5-də məlumatlar üç qat sınaq laboratoriyalarının ilk sınaq nəticələrinə, digər laboratoriyaların sınaq nəticələri isə vahid sınaq nəticələrinə əsaslanır. Müxtəlif avadanlıqlar istifadə etməklə fərqli operatorlarla iki müxtəlif laboratoriyalar tərəfindən aparılan iki düzgün sınaqların nəticələri, Cədvəl 5 Sütun 5-də müxtəlif günlərdə göstərilən D2S məhdudiyyətlərdən çox fərqlənməməlidir. Cədvəl 4 və 5-in nəticələri oxşar deyil, çünki məlumat bazası fərqlidir.
14.1.3. Cədvəl 4 ixtisasartımlı laboratoriyalarda keçirilən E691təcrübəyə uyğun olaraq üç nüsxədə sınaq məlumatının ciddi şərhini təqdim edir. Cədvəl 5 –də sınaq məlumatından irəli gələn ümumi təcürbənı təmsil edir.
14.1.4. Torpaq növü - Çoxsaylı laboratoriyalarda aparılan sınaq nəticələrinə əsaslanan, proqramda istifadə olunan torpaq, aşağıda D2487 təcrübəsinə uyğun olaraq təsvir olunur. Bundan əlavə, torpağın yerli adı verilir.
SP – Zəif keyfiyyətli qum, SP 20% -lı iri qum, 48% orta qum, 30%-ə əla qum, 2% -lı sarımtıl qəhvəyi toz. Yerli adı - Frederik qum.
14.2. Sistematik xəta Bu metoda uyğun qəbul olunmuş heç bir məlumat yoxdur, belə ki, sistematik xəta müəyyən olunmayıb.
15.1. Maksimum index sıxlığı; maksimum çəki vahidi; nisbi sıxlıq; vibrasiyalı masa
XI.1. Sınaq problemlərini azaltmaq üçün, qurutma metodundan (A Sınaq Metodu) istifadə olunmalıdır. İstifadə olunan qəlıb ölçüsü 8.2 –yə uyğun olmalıdır.
XI.2. Vibrasiya masası və qəlib ölçüsünün istifadə olunması üçün qəlib montajı şaquli vibrasiyasının qoşa amplitudu arasında əlaqə və süni şəraitdə reostat və ekssentrik yaradılır.
XI.3.Parçalama,oyma, məsələn, kvadratlama kimi metodlardan istifadə etməklə, dörd və altı sınaq nümunələri arasında seçim edilər və hər nümunəni qurudulur. İstifadə olunmamış hissəsi torpağın hər hansı məcmu deqradasiyasını aradan qaldırmaq üçün sınaq kimi istifadə oluna bilər.
XI.4. Bölmə 11-də (11.1.6 istisna olmaqla) təsvir olunmuş prosedurdan istifadə etməklə 60 Hz (0.64 mm) üçün, təxminən 0.008 (0,2 mm) və 0,025 arasında, Cədvəl X1.1-ə uyğun vibrasiyanın tipik ikiqat amplituda dəsti qiymətləri istifadə oluna bilən dörd sınaq həyata keçirilər. Əgər yuxarı quru sıxlıq / çəki vahidi aydınlaşmayıbsa, (X1.5 bax) o zaman, Cədvəl X1.1-də göstərildiyi kimi, digər qiymətlərdən istifadə etməklə, əvvəldən sınaqdan çıxmış qiymətlər arasından əlavə sınaqlar keçirmək lazımdır.
XI.5. X1.4-dən əldə edilən məlumatlara görə quru sıxlıq / çəki vahidi qiymətlərinin sahəsi vibrasiyanın ikiqat amplituduna müvafiq absis kimi qiymətləndirilir. Sahələri birləşdirən hamar əyri çəkilir. Bu əyrinin zirvəsinə uyğun gələn vibrasiyanın ikiqat amplitudu optimal maksimum sıxlıq indeksi / çəki vahidi adlandırılır.
XI.6. Deqradasiyaya həssas torpaqlar üçün, optimal maksimum-indeks sıxlığı / çəki vahidi aydın şəkildə müəyyən edilə bilməz, belə ki, quru sıxlıq / çəki vahid 60 Hz və ya 0.037-də 0,025 düym (0,64 mm) qiymətinə müvafiq məsafədə vibrasiyanın ikiqat amplitudunun artırılması ilə davam edə bilər.
Bu halda, 60 Hz və ya 0.022 –də 0.015 düym (0.38 mm) olan seçilmiş optimal ikiqat amplituda qiyməti istifadə edilə bilər.
Cədvəl XI.1. Vibrasiya qiymətlərinin tipik ikiqat amplitud dəsti.
Vibrasiyanın ikiqat amplitudu
Vibrasiyanın ikiqat amplitudları 0.025 (0.64 mm) və bundan yuxarı qiymətlər, bəzi elektromaqnit masalar üçün zərərli ola bilər. Bu, istehsalçının təlimatlarına uyğun olaraq elektromaqnit arasında kağız zolaq yerləşdirməklə yoxlanıla bilər.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Torpaqların maksimum sıxlıq göstəricisinə və
vahid çəkisinə dair standart sınaq metodu
və nisbi sıxlığın hesablanması
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ASTM D4254 − 00 “Standard test methods for minimum index density and unit weight of soils and calculation of relative density” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
________________________________________________________________________________________
Torpaqların maksimum sıxlıq göstəricisinə və
vahid çəkisinə dair standart sınaq metodu
və nisbi sıxlığın hesablanması
Standard test methods for
minimum index density and unit
calculation of relative density
________________________________________________________________________________________
1.1 Bu sınaq metodları yapışqan olmayan torpaqların, təbii şəkildə yuyulan torpaqların minimum –quru sıxlıq göstəricisi/vahid çəkisinin müəyyən olunması ehtiva edir. Bu standartın adından sıxlıq və ya vahid çəkidən əvvəlki “quru” sifəti çıxarılıb və qalan hissələri Bölmə 3-də verilən müvafiq təriflərə uyğunlaşdırılıb.
1.2 Vahidlər sistemi:
1.2.1 Bu standartda göstərilən sınaq aparatı qravimetrik və ya düym-funt sistemindəki vahidlərdən istifadə edilərək hazırlanmış və istehsal olunmuşdur. Məhz buna görə də, düym-funt vahidlərində verilən sınaq aparatının ölçüləri və kütləsi standart hesab olunur.
1.2.2 Həm kütlə vahidini (lbm) həm də güc vahidini (lbf) göstərmək üçün funtdan istifadə etmək mühəndislik peşəsi üzrə ümumi təcürbə hesab olunur. Bu özündə iki müxtəlif vahidlər sistemini birləşdirir: daha dəqiq desək, tam sistem və qravitasiya sistemi. İki müxtəlif düym-fun vahidləri dəstini bir standartda istifadə etmək arzolunmaz haldır. Bu sınaq metodu düym-funt sistemindən ibarət olmaqla vahidlərin qravitasiya sistemindən istifadə edilərək yazılıb. Bu sistemdə, funt (lbf) güc vahidini (çəki) bildirir. Belə ki, balans və ya tərəzilər kütləni ölçür; və çəkidə hesablanmalıdır. Düym-funt sistemində, 1 lbf-nin 1 lbm-ə bərabər olması ümumi haldır. Hesabat hazırlayan zaman, sıxlıq bu standarta uyğun olmama kimi baxılmadıqda, vahid çəkilər hesablanmalı və qeydə alınmalıdır, daha sonra nəticələrdən güc və təzyiqi müəyyən etmək üçün istifadə edilə bilər.
1.2.3 Sıxlıq və vahid çəki terminləri tez-tez əvəzlənmə kimi istifadə olunur. Sıxlıq hər bir vahid həcm üzrə kütlədir, belə ki, vahid çəki hər bir vahid həcm üzrə güc hesab olunur. Bu standartda sıxlıq yalnız SI vahidləri ilə verilib. Sıxlıq müəyyən olunduqdan sonra, vahid çəki SI və ya düym-funt vahidləri və ya hər ikisi ilə hesablanılır.
1.3 Minimum sıxlıq göstəricisini/vahid çəkini müəyyən etmək üçün üç alternativ metod hazırlanıb, ki bu da aşağıda qeyd olunub:
1.3.1 Metod A—materialı qəlibə yerləşdirmək üçün tüstü borulu cihazdan və ya əl belindən istifadə etməklə.
1.3.2 Metod B—torpaqla doldurulan borunu çıxarmaqla, materialların qəlib daxilinə qoyulması ilə.
1.3.3 Metod C—ölçü silindrini fırlatmaqla, materialların qəlib daxilinə qoyulması ilə.
1.4 İstifadə olunacaq sınaq metodu sınağı təyin edən fərdi şəxs tərəfindən müəyyən olunmalıdır. Əgər heç bir metod qeyd olunmazsa, Metod A-nın müddəaları əsas təşkil edəcək. Sınaq Metodu A D4253 Sınaq Metodunun qaydalarına əsasən istifadə olunan qaydada minimum sıxlıq göstəricisi/vahid çəkinin müəyyən olunması qaydası üçün üstünlük təşkil edir. Metod B və C xüsusi bilgilərə əsasən, xüsusilə, Metod A ilə tələb olunan qaydada 0.100 ft (2830 sm) və ya 0.500 ft (14 200 sm) ölçüyə malik qəliblərdən istifadə etmək üçün kifayət qədər materialın olmadığı zaman istifadə olunan sınaq qaydaları üçün nəzərdə tutulur.
1.5 Bu sınaq metodları 15 %-ə qədər quru kütləyə həmçinin No. 200 (75-μm) ələkdən keçən torpaq hissəciklərinə malik torpaqlar üçün uyğun hesab olunur, belə ki, onlar yapışqan olmamalı və sərbəst təbii yuyulma xüsusiyyətlərinə malik olmalıdır (nominal ələk ölçüləri E11 Texniki Şərtlərinə uyğun olmalıdır).
1.5.1 Metod A 100 %-ə qədər quru kütləyə həmçinin 3-düymlük (75-mm) ələkdən keçən torpaq hissəciklərinə malik torpaqlar həmçinin, 30 %-ə qədər quru kütləyə həmçinin 11⁄2-düymlük (37.5-mm) ələkdə qalan torpaq hissəciklərinə malik torpaqlar üçün uyğundur.
1.5.2 Metod B 100 %-ə qədər quru kütləyə həmçinin 3⁄4-düymlük (19.0-mm) ələkdən keçən torpaq hissəciklərinə malik torpaqlar üçün uyğundur.
1.5.3 Metod C 100 %-ə qədər quru kütləyə həmçinin 3⁄8-düymlük (9.5-mm) ələkdən keçən torpaq hissəciklərinə malik və 10 %-ə qədər quru kütləyə və No. 10 (2.00-mm) ələkdə qalan torpaq hissəciklərinə malik hamar və orta-dənəvərli qumlar üçün uyğundur.
1.5.4 Bu sınaq metodları üçün, torpaqlar təbii şəkildə yapışqan olan torpaqlar, işlənib-hazırlanmış hissəciklər, və ya təbii torpaqların tərkibi və ya qarışıqları və ya təbii və işlənib-hazırlanmış torpaq hissəciklərinin qarışığı olmalıdır, lakin, təbii şəkildə yuyulan torpaqlar olmalıdır.
1.6 Bu standart onun istifadəsi ilə müşayiət olunan bütün təhlükəsizlik məsələlərinin həlli məqsədi üçün deyildir. Bu standartın istifadəçisinin məsuliyyətinə müvafiq təhlükəsizlik və sağlamlıq təcrübələrini hazırlamaq və istifadədən əvvəl tənzimləyici məhdudiyyətlərin uyğunluğunu müəyyən etməkdir.
2.1 ASTM Standartları:
C127 Test Method for Density, Relative Density (Specific Gravity), and Absorption of Coarse Aggregate (Böyük aqreqatların sıxlığı, nisbi sıxlığı (xüsusi ağırlıq) və absorbsiyasına aid sınaq metodu)
D422 Test Method for Particle-Size Analysis of Soils (Torpaqların hissəciklərinin ölçülərinin təhlilinə aid sınaq metodu)
D653 Terminology Relating to Soil, Rock, and Contained Fluids (Torpaq, süxur və tərkibindəki mayelərə aid terminologiya)
D854 Test Methods for Specific Gravity of Soil Solids by Water Pycnometer (Su piknometrik cihazı ilə torpağın sərt hissəciklərinin xüsusi ağırlığına dair sınaq metodu)
D1140 Test Methods for Amount of Material in Soils Finer than No. 200 (75-μm) Sieve (No. 200 (75-μm) Ələkdən keçirilən yumşaq torpaqlardakı materialların miqdarına dair sınaq metodu)
D2216 Test Methods for Laboratory Determination of Water (Moisture) Content of Soil and Rock by Mass (Torpaq və süxurların kütlə və su tərkibinin (rütubətlilik) laboratoriya tərəfindən müəyyən olunmasına dair sınaq metodları)
D2487 Practice for Classification of Soils for Engineering Purposes (Unified Soil Classification System) (Texniki məqsədlər üzrə torpağın təsnifatlandırılmasına dair təcrübə (Torpağın təsnifatlandırılmasına dair Vahid Sistem))
D2488 Practice for Description and Identification of Soils (Visual-Manual Procedure) (Torpağın təsviri və müəyyən olunmasına dair təcrübə (vizual-əl ilə müəyyənləşdirmə qaydası))
D3740 Practice for Minimum Requirements for Agencies Engaged in Testing and/or Inspection of Soil and Rock as Used in Engineering Design and Construction (texniki dizayn və inşaatda istifadə olunan qaydada torpaq və süxurların sınağı və / və ya yoxlanılması işinə cəlb olunan təşkilatlar üçün minimum tələblər təcrübəsi)
D4253 Test Methods for Maximum Index Density and Unit Weight of Soils Using a Vibratory Table (Vibrasiya masasından istifadə olunmaqla, torpaqların maksimum sıxlıq göstəricilərinə və vahid çəkisinə dair sınaq metodları)
D4753 Guide for Evaluating, Selecting, and Specifying Balances and Standard Masses for Use in Soil, Rock, and Construction Materials Testing (Balansın qiymətləndirilməsi, seçilməsi və müəyyən edilməsi qaydası və torpaq, süxur və inşaa materiallarının sınağı zamanı istifadə olunan standart kütlələr)
D6026 Practice for Using Significant Digits in Geotechnical Data (Geotexniki məlumatlardakı müəyyən rəqəmlərdən istifadə üzrə təcrübə)
E11Specification for Woven Wire Test Sieve Cloth and Test Sieves (Metal şəbəkəli ələk və sınaq ələklərinə dair texniki şərtlər)
E177 Practice for Use of the Terms Precision and Bias in ASTM Test Methods (ASTM sınaq metodlarındakı dəqiqlik və sistematik xəta. İstifadə şərtlərinə dair təcrübə)
E691Practice for Conducting an Interlaboratory Study to Determine the Precision of a Test Method (Sınaq metodunun dəqiqliyini müəyyən etmək üçün laboratoriya daxili tədqiqatların icrasına dair təcrübə)
3.1 Bu standartda D653-də verilən termin və təriflərdən istifadə edilib.
3.2 Bu standartlarda əlavə olaraq aşağıdakı termin və təriflərdən istifadə edilib:
3.2.1 quru sıxlıq/vahid çəki rd və ya gd, n—torpaq çöküntüsünün və ya verilən məsamə həcmindəki doldurucunun quru sıxlığı/vahid çəkisi
3.2.2 verilən məsamə həcmi, e, n—torpaq çöküntüsü və doldurucunun sahədəki və ya qeyd olunan məsamə həcmi
3.2.3 maksimum sıxlıq göstəricisi/vahid çəki, pddmax və ya gdmax, n—hissəciklərin deqreqasiyasını və dağılmasını minimallaşdıran standart laboratoriya sıxlıq prosedurundan istifadə etməklə əldə olunan sıxlığın ən sıx vəziyyətində torpağın istinad olunan quru sıxlığı / vahid çəkisi
3.2.4 maksimum məsamə həcmi göstəricisi, emax, n—torpağın minimum sıxlıq göstəricisi/vahid çəkidə istinad olunan məsamə həcmi.
3.2.5 minimum sıxlıq göstəricisi / vahid çəki pdemon və ya g azaltma, n— torpaq hissəciklərinin seqreqasiyasını azaldan və həcmin böyüməsinin qarşısı alan standart laboratoriya sıxlıq prosedurundan istifadə etməklə müəyyən olunan sıxlığın ən boş vəziyyətində torpağın istinad olunan quru sıxlığı / vahid çəkisi
3.2.6 minimum məsamə həcmi göstəricisi, emin, n— torpağın maksimum sıxlıq göstəricisində / vahid çəkidə istinad olunan məsamə həcmi
3.2.7 nisbi sıxlıq, Dd, n—torpağın maksimum və minimum məsamə əmsalı göstəricisi arasındakı fərq üzrə yapışqan olmayan, təbii şəkildə yuyulan torpaqların maksimum məsamə əmsalı göstəricisi və verilən məsamə əmsalı arasındakı fərqin faizlə verilən əmsalı.
və ya, quru sıxlığa uyğun terminlərlə:
və ya, quru vahid çəkilərinə uyğun terminlərlə:
3.2.8 sıxlıq göstəricisi/vahid çəki, Id, n— torpağın maksimum və minimum sıxlıq göstəricisi/vahid çəkisi arasındakı fərq üzrə yapışqan olmayan torpaqların minimum sıxlıq göstəricisi/vahid çəkisi və verilən quru sıxlıq/vahid çəki arasındakı fərqin faizlə verilən əmsalı. Düstur aşağıdakı kimidir:
və ya, quru vahid çəkiyə uyğun terminlər:
4.1 Minimum sıxlıq göstəricisi / vahid çəkisi torpaq hissəciklərinin seqreqasiyasını azaldan və həcmin böyüməsinin qarşısı alan standart laboratoriya prosedurundan istifadə etməklə müəyyən olunan yapışqan olmayan, təbii şəkildə yuyulan torpaqların ən boş vəziyyətini göstərir. Seçilmiş müəyyən prosedur məlum həcmdə konteyner daxilinə yerləşdirilən soba ilə qurudulan torpağın sıxlıq/vahid çəkisinin müəyyən olunmasından ibarət olur, belə ki, bu zaman prosedur elə vəziyyətdə icra olunmalıdır ki, torpağın sıxlığı minimal səviyyədə olsun və torpaq hissəciklərinin seqreqasiyası və həcmin böyüməsinin qarşısı alınmış olsun.
5.1 Yapışqan olmayan torpaqların sıxlığı/vahid çəkisi sahədə müxtəlif sahə metodları vasitəsilə və ya laboratoriyadakı torpaq nümunələrinin fiziki ölçülərinin və kütləsinin ölçülməsi metodu ilə müəyyən oluna bilər. Yapışqan olmayan torpaqların quru sıxlığı vahid çəkisi özü-özlüyündə vacib hesab olunmur, lakin torpağın boş və ya sıx olduğunu müəyyən edir.
5.2 Nisbi sıxlıq/vahid çəki standart laboratoriya prosedurları ilə müəyyən olunan qaydada ən boş və ən sıx vəziyyətə əsasən yapışqan olmayan torpaqların sıxlıq dərəcəsini əks etdirir. Mümkün seçim həcmlərini nəzərdən keçirərkən, nisbi sıxlıq/vahid çəki terminlərində quru sıxlıq /vahid çəki torpağı sıxlaşdırılmış doldurucu daxilinə yerləşdirmək və ya xarici yükləmə zamanı həcmdəki dəyişikliyi və təzyiq-deformasiya xüsusiyyətlərini göstərmək üçün istifadə olunan sıxılıq təsiri ilə əlaqədar ola bilər.
5.3 Tam minimum sıxlıq/vahid çəki bu sınaq metodları ilə lazımi qaydada əldə edilməyib.
Qeyd 1: Bundan başqa, bu sınaq metodlarının yüksək müxtəliflik dərəcəsinə malik olması barədə məlumatlar qeyd olunmuşdur. Belə ki, müxtəliflik avadanlığın ehtiyatlı şəkildə kalibrlənməsi və ya müvafiq sınaq prosedur və texnikasına diqqət etməklə aradan qaldırıla bilər.
5.4 Standart qəliblərin istifadəsi (6.3.1) minimum sıxlıq göstəricisi/vahid çəki sınaqlarının tələb edən bir çox torpaqlar üçün vacib hesab olunur. Xüsusi qəliblər (6.3.2) sınaq nəticələrinin dizayn və ya xüsusi tədqiqatlara əsasən tətbiq olunacağı zaman və standart qəlibdən istifadə etmək üçün torpağın kifayət qədər olmadığı zaman istifadə olunmalıdır. Bu cür sınaq nəticələri ehtiyatla istifadə olunmalıdır, belə ki, xüsusi qəliblərlə əldə olunan minimum sıxlıq göstəricisi / vahid çəki standart qəliblərdən istifadə edərək əldə olunanlarla uyğun gəlmir.
Qeyd 2: Bu standartla əldə edilən nəticələrin keyfiyyəti onu icra edən heyətin səriştəsindən və istifadə olunan avadanlıq və cihazların uyğunluğundan asılıdır. Təcrübə D3740-in meyarlarına uyğun gələn təşkilatlar səriştənin uyğunluğunu və obyektiv sınağın icrasını/nümunələrin götürülməsi/yoxlama işləri və s. nəzərə alır. Bu standart istifadəçilərinə xəbərdarlıq edir ki, Təcrübə D3740 etibarlı nəticələrin əldə edilməsinə təminat vermir. Etibarlı nəticələr bir çox faktorlardan asılıdır: Təcrübə D3740 bu faktorların bir çoxunun dəyərləndirilməsini təmin edir.
6.1 Metod A, B, və C üçün aparatlar:
6.1.1 Quruducu soba, termostatik cəhətdən idarə olunan, quruducu kamera vasitəsilə 230±9 °F (110 ± 5 °C) sabit temperaturu saxlamaq qabiliyyətinə malik soba.
6.1.2 Ələklər, E11 Texniki Şərtlərin tələblərinə uyğun və 3-düymlük (75-mm), 11⁄2-düymlük (37.5-mm), 3⁄4-düymlük (19- mm), 3⁄8- düymlük (9.5-mm), No. 4 (4.75-mm), No. 10 (2.00-mm), və No. 200 (75-μm) saylı ələklər
6.2 Metod A və B ilə yapışqan olmayan torpaqların minimum sıxlıq göstəricisi/vahid çəkini müəyyən etmək üçün aparat bənd 6.3.–də qeyd olunmuşdur. Metod C üçün tələb olunan aparat bənd 6.4- də qeyd edilib.
6.3 Metod A və B üçün aparatlar:
6.3.1 Standart qəliblər-0.1000 ft (2830 sm) və 0.500 ft (14 200 sm) nominal həcmə malik silindrik metal qəliblər. Qəliblər Şəki l–də göstərilən tələblərə uyğun olmalıdır. Qəliblərin faktiki həcmi 61.5 % xüsusi nominal həcmdə olmalıdır.
6.3.2 Xüsusi qəliblər—0.100 ft –dən (2830 cm3) az həcmə malik olan, daxili diametri 23⁄4 düymə (70 mm) bərabər və ya bundan böyük olan, lakin 4 düymdən (100 mm) az olmayan və Şəkil 2–də göstərilən dizayn metodologiyasına uyğun olan silindrik metal qəliblər. Bu cür qəliblər yalnız sınaq nəticələrinin dizayn və xüsusi bilgilərə əsasən istifadə olunduğu zaman və 0.100 ft (2830 sm) qəlibdən istifadə etmək üçün lazımi qədər torpaq olmadıqda, istifadə oluna bilər.
6.3.3 Balans(lar), torpağın kütləsinin təxminən 0.1% üzrə müəyyən olunmasına dair dəqiqliyə malik qəlib və nümunənin kütləsini müəyyən etmək üçün lazımi həcmə malik balans(lar). Bir çox hallarda bu cür tələblərə cavab verən balanslar aşağıdakı xüsusiyyətlərə malikdir:
6.3.3.1 0.500- ft (14 200-sm) qəliblər üçün 40 kq minimum həcmə malik və GP 10 (5 q oxuma qabiliyyətinə malik) kateqoriyası üzrə D4753 Texniki Şərtlərinə uyğun olan balansdan istifadə etmək.
6.3.3.2 0.100- ft (2830-sm) qəliblər üçün, 15 kq minimum həcmə malik və GP 5 (1 q oxuma qabiliyyətinə malik) kateqoriyası üzrə D4753 Texniki Şərtlərinə uyğun olan balansdan istifadə etmək.
6.3.3.3 0.1 ft –dən (2830 sm) az həcmə malik olan xüsusi qəliblər üçün, ən azı 2 kq minimum həcmə malik və GP 2 (0.1 q oxuma qabiliyyətinə malik) kateqoriyası üzrə D4753 Texniki Şərtlərinə uyğun olan balansdan istifadə etmək.
6.3.4 Süzücü cihazlar, 0.100 ft (2830 sm) standart qəliblə birlikdə və xüsusi qəliblərlə birlikdə istifadə olunur. Süzücü cihazlar istifadə olunan qəlibin(lərin) həcmindən təxminən 1.25 - 2 dəfə böyük möhkəm konteynerlərdən ibarətdir və təxminən 6 düym (150 mm) uzunluğa malik dəlik və ya borularla təchiz olunmuşdur. Birinin daxili dəliyi 0.50 düymdə (13 mm) və digərinin isə 1.0 düymdə (25 mm) olan iki süzücü dəlik tələb olunur. Burulmuş kənarlar və ya digər elementlər elə yerləşdirilməlidir ki, dəlik konteynerə birləşmiş olsun və bu da torpağın konteynerdən dəliyə, oradan da qəlibə düşməsinə imkan yaratsın.
6.3.5 Möhkəm, nazik divarı borular, Metod B zamanı istifadə etmək üçün. Boruların ölçüsü seçilmiş qəlibin ölçüsündən asılıdır. Boruların həcmi qəlibin həcminə nisbətən 1.25 və 1.30 dəfələr arasında təşkil edir. Borunun daxili diametri qəlibin daxili diametrinə nisbətən 0.7 dəfə təşkil edir.
6.3.6 Qarışdırma qazanı, böyük ölçülü metal kürək, fırçalar və metal düzxətli xətkeş (qəlibin içinə torpaq töküldükdən sonra qalan torpağın hamarlanıb kənarlaşdırılması üçün) kimi digər avadanlıqlar.
6.4 Metod C üçün aparatlar:
6.4.1 Şüşə ölçü silindri, 2000 ml həcmə malik, 20 ml ölçən, 3-düymlük (75-mm) daxili diametrə malik.
6.4.2 Balans, ən azı 2 kq həcmə malik və bənd 6.3.3.3-ə uyğun.
6.4.3 Ələklər, E11 Texniki Şərtlərin tələblərinə uyğun və 3⁄8-düymlük (9.5-mm), No. 10 (2.00-mm), və No. 200 (75-μm) saylı ələklər.
7.1 Sınağa başlamazdan əvvəl, nümunələrin donmasının, digər maddələrlə qarışmasının, torpaq itkisinin və tamlığının itməsinin qarşısını almaq üçün nümunələr lazımi qaydada saxlanılmalıdır.
7.2 Metod A və B üzrə nümunələrin götürülməsi və sınaq nümunələrinin tələbləri sonrakı bölmələrdə qeyd olunub. Metod C üzrə tələblər bənd 7.4-dən başlayır.
Qeyd 1: Digər hallar nəzərdə tutulmadığı təqdirdə, möhkəmlilik 61⁄64 düym (60.4 mm) təşkil edir
Qəlib ölçüsü, ft (sm)
7.3 Sınaq nümunəsinin və qəlibin tələb olunan ölçüsü (kütləsi) nümunədə olan maksimum hissəcik ölçüsü və nümunənin hissəcik-ölçülərinin təsnifatı üzrə funksiyadır (bax: Cədvəl 1).
7.3.1 Vizual metod və ya Sınaq Metodu D422-dən istifadə etməklə, (nümunənin təsnifatının çətinliyindən və əməliyyatçının təcrübəsindən asılı olaraq) 3-düymlük (75-mm), 11⁄2-düymlük (37.5-mm), 3⁄4-düymlük (19.0-mm), 3⁄8-düymlük (9.5-mm), No. 4 (4.75-mm), No. 10 (2.00- mm), və No. 200 (75-μm) saylı ələklərdə qalan hissəciklərin faizi müəyyən edilir.
7.3.2 Minimum sıxlıq göstəricisinin / vahid çəkinin müəyyən olunması bənd 1.5.-in tələblərinə uyğun olmadığı təqdirdə, bu sınaq metodlarına əsasən yerinə yetirilməməlidir. Əgər bu şərtlərə uyğun olarsa, bu zaman qəlibin ölçüsü, süzücü cihaz və tələb olunan nümunə kütləsi Cədvəl 1-də qeyd olunan qaydada maksimum hissəcik ölçülərinə əsasən müəyyən oluna bilər.
7.3.3 Xüsusi qəliblərdən istifadə məqsədəuyğun hesab olunarsa, nümunə 100% 3⁄4-düymlük (19.0 mm) ələkdən keçirilməli və 3⁄8-in. (9.5-mm) düymlük ələkdə qalan hissəciklər 10% az olmalıdır.
7.3.3.1Seçilmiş sınaq nümunələri aşağıdakı düsturdan istifadə edilərək müəyyən olunandan az olmayan kütləyə malik olmalıdır.
Mr = tələb olunan kütlə, kq,
Vm = qəlibin həcmi, sm.
Cədvəl 1. Nümunənin tələb olunan kütləsi
Bel və ya daha böyük kürək
1-düymlük (25-mm) diametrli dəliyə malik süzmə cihazı
No. 4 (4.75) və ya aşağı
½ -düymlük (13-mm) diametrli dəliyə malik süzmə cihazı
7.4 Kəsici alətdən, novşəkilli bölücü cihazdan və hissələrə ayrıma kimi digər metodlardan istifadə edərək, 7.3 bəndinin tələblərinə uyğun olan torpağın əvəzləyici nümunələri seçilir. Metod C üçün, nümunə təxminən 1.5 kq kütləyə malik olmalıdır.
7.5 Nümunə sərt kütlə üzrə 110 ± 5 °C-də quruducu sobada qurudulur. Metod C-yə uyğun istifadə üçün, soba ilə qurudulan qum hermetik konteynerlərdə soyudulmalıdır. Sahə nümunəsinin su tərkibini əldə etmək arzuolunan faktor hesab olunur. Bu zaman, su tərkibi Sınaq Metodu D2216-ə əsasən müəyyən edilir.
7.5.1 Qurutma prosesindən sonra, hissəciklərin təbii ölçüsünün azalmasının qarşısını almaq məqsədilə zəif şəkildə sementlənmiş aqereqatları qırmaq (sındırma, doğramaq) lazımdır.
8.1 Qəlib—Hər bir qəlibin həcmi və köndələn kəsik sahəsi ilkin istifadədən əvvəl və sınaq üçün, və ya ildə bir dəfə, yəni hansı birisinin tez olmasından asılı olmayaraq, istifadə olunan qəliblərə nisbətən hər biri 1000 dəfədən çox olmayan intervallarda ölçülməlidir. Hər bir qəlibin həcmini birbaşa-ölçmə metodu və ya 8.1.1 və 8.1.2-də. qeyd olunan su doldurma metodu ilə müəyyən edilir. Hər iki metodla əldə olunan həcm nominal həcmin 61.5 % daxilində olmalıdır. Hər iki ölçmə metodunun istifadəsi tövsiyə olunur. Əgər hər iki metoddan istifadə edərək, hesablanan həcmlər arasında fərq ölçülən qəlibin nominal həcminin 0.5 % çoxdursa, bu zaman Kalibrləmə təkrar icra olunmalıdır. Çoxsaylı sınaqlarından sonra, iki Kalibrləmə metodu arasında qeyd olunan möhkəmliliklərə aid razılığın əldə olunmaması qəlibin pis şəkildə deformasiyaya uğramasının göstəricisidir və o yenisi ilə əvəzlənməlidir. Əgər hər iki Kalibrləmə metodu icra olunarsa, su ilə doldurma metodu ilə əldə olunan həcm qəlib üzrə müəyyən olunmalıdır (bu metod tam qəlib üzrə şərtləri daha aydın şəkildə əks etdirir).
8.1.1 Birbaşa Ölçmə Metodu—Qəlibin həcmi təxminən 0.001 düym (0.025 mm) üzrə hazırlanan qəlib üzərində müvafiq qaydada yerləşdirilən ən azı üç daxili diametrdən və üç hündürlük ölçüsündən hesablanır. Hündürlüyü dörd müvafiq rəqəm üzrə düym, millimetr və ya santimetrlə hesablanır və qeydə alınır (Təcrübə D6026 əsasən). Həcmi Vm (sm) dörd müvafiq rəqəm üzrə hesablanır və qeydə alınır (Təcrübə D6026 əsasən).
8.1.2 Su ilə doldurma Metodu—Qəlibi tam su ilə doldurulur. Qəlibın su ilə tam dolmasına əmin olmaq üçün şüşə lövhə qəlibin üst səthinə (kənar hissələr) sürüşdürüb salınır. Qəlibin kənar hissələri üzərindəki nazik sürtgü yağı və ya silikon sürtgü yağı təbəqəsi qəlibin kənar hissəsi və şüşə lövhə arasında sukeçirməzlik bəndi yaradacaqdır. 6.3.3.-də göstərilən müvafiq balansdan istifadə edərək, qəlibi doldurmaq üçün tələb olunan su kütləsini müəyyən edilir. Bu suyun temperaturunu təxminən 1°C müəyyən etmək. Cədvəl 2-dən müşahidə olunan temperaturda suyun vahid həcmini hər qram üzrə (ml/q) millimetrlə götürülür. Qəlibin (m və ya sm) həcmi dörd müvafiq rəqəm üzrə aşağıdakı qaydada hesablanır və qeydə alınır:
8.1.2.1 Qramla göstərilən kütlələrin ölçülməsi üçün, Cədvəl 2-dən qəlibi doldurmaq üçün istifadə olunan suyun kütləsini hər bir qram üzrə su həcminə vurmaqla, kub santimetrdə (sm) olan həcmi hesablamaq və ml = sm kimi qeyd edilir. Həcmin kub metr (m) üzrə müəyyən etmək üçün, smolan həcmi 1 × 10 vurmaq.
8.2 6.3.3. Göstərilən müvafiq balansdan istifadə etməklə, boş qəlibin kütləsi müəyyən edilir və qeydə alınır.
Cədvəl 2. Temperatura əsasən hər qram üzrə su həcmi
Göstərilənlərdən başqa, qiymətlər aşağıda qeyd olunanlara istinad edərək əldə etmək mümkündür: Kimya və Fizika fənləri üzrə CRC Təlimat Kitabçası, David R. Lide. Baş redaktor, 74nəşr. 1993-1994.
9.1 Metod A –nı yerinə yetirmək üçün tədbirlər, üstünlük təşkil edən prosedurlar 9.2-yə uyğun olmalıdır. Metod B proseduru 9.3 bəndində, Metod C isə 9.4 bəndində verilmişdir.
9.2.1 Hissəcik ölçülərinin hamar şəkildə paylanmasını təmin etmək üçün sobada qurudulmuş nümunə qarışdırmaq.
9.2.2 Əgər süzücü cihazdan istifadə olunarsa, (Cədvəl 1-də qeyd olunan qaydada), süzücü cihazı üzü yuxarı və şaquli və ya şaquliyə bənzər istiqamətdə saxlanılaraq, sabit axında torpaq dəlikdən süzülür (Cədvəl 1) və torpaq mümkün qədər sərbəst şəkildə qəlibə yerləşdirilər. Dəliyi çöküntü halında olan torpağa toxundurmadan torpaq hissəciklərinin davamlı şəkildə axmasını təmin etmək və 1⁄2 düymlük (13 mm) və ya kifayət qədər yüksək düymə malik torpağın sərbəst şəkildə düşməsi üçün dəliyin hündürlüyü davamlı şəkildə tənzimlənir. Hər bir qatı eyni bərabərlikdə olan qalınlıqda düzəltmək üçün süzücü cihaz qəlibin xarici hissəsindən mərkəzinə qədər olan spiral yerdən süzücü cihazı çıxarılır. Spiralvari hərəkət hissəciklərin seqreqasiyasını azaltmaq üçün kifayətdir.
Qeyd 3: Quru qumdakı statik elektrik hissəciklər üzərində rütubətliyin yaranması kimi qumun həcminin artırmasına səbəb ola bilər; bu təsir narahatçılığa səbəb olarsa, statik-kənarlaşdırıcı balans fırçasından quma dəyən avadanlıq üzrə istifadə etmək olar.
9.2.2.1 Qəlib onun yuxarı hissəsindən təxminən 1⁄2 düym (13 mm) - 1 düym (25 mm) həcmində doldurulur (və ya torpaq səthinin qəlibin kənarları ilə hamar olmasına qədər)
9.2.2.2 Düzxətli xətkeşdən istifadə etməklə torpaq səthindəki artıq hissəciklər kənarlaşdırılaraq, hamarlaşdırılır. Qəlibin və torpağın üst səthinin deformasiyaya uğramasının və torpaq hissəciklərinin yerinin dəyişməsinin və yerləşməsinin qarşısını almaq üçün doldurma və hamarlaşdırma əməliyyatlarını icra edərkən, xüsusi diqqət tələb olunur. Düzxətli xətkeşlə bir davamlı hamarlama və ya tələb olunan zaman iki hamarlama prosesi təkrar nəticələrə gətirib çıxara bilər.
9.2.3 Əgər kürək və ya beldən istifadə olunursa (Cədvəl 1 –də tələb olunan qaydada), əvvəlcədən tökülmüş torpağın üstünə atılmaqla deyil, sadəcə bel və ya kürək vasitəsilə sanki materialı torpaq səthinə sürüşdürməklə yerləşdirilə bilər. Lazım gəldikdə, beldə/kürəkdə iri ölçülü torpaq hissəcikləri əllə kənarlaşdıra bilər.
9.2.3.1 Qəlibi yuxarı hissədən 1 düymdən (25 mm) çox olmamaq şərtilə ağzına qədər doldurulur. Maksimum hissəcik ölçüləri 3⁄4-düymlük (19.0-mm) ələkdən keçən torpaq üçün, qəlibin yuxarı hissəsindəki torpaq səthini düzəltmək üçün dəmir düzxətli xətkeşdən istifadə emək olar (və lazım gəldikdə əllə də etmək olar).
Maksimum dərəcədə böyük hissəcik ölçülərinə malik torpaqlar üçün əllə qəlibin yuxarı hissəsindəki böyük ölçülü hissəciklər elə hamarlaşdırılır ki, qəlibin yuxarı hissəsindən bir qədər aşağıda yerləşən hissəsindəki böyük məsamələr hamarlanmış olur.
9.2.4 6.3.3–də göstərilən müvafiq balansdan istifadə etməklə, qəlibin və torpağın kütləsini müəyyən edilir və qeydə almaq. Qəlibin doldurulduğu torpağın kütləsini qəlib və torpağın kütləsindən boş qəlibin kütləsi çıxmaqla 8.2 -ə əsasən hesablanır və qeydə alınır. Minimum sıxlıq göstəricisi/vahid çəki, rdmin, n və ya gdmin, n, Bölmə 10-a əsasən hesablanır.
9.2.5 Minimum sıxlıq göstəricisi/vahid çəkinin müvafiq qiymətləri (1 % həcmində olması üstünlük təşkil edir) əldə olunana qədər 9.2.1-9.2.4-də qeyd olunan tədbirlər təkrarlanmalıdır.
9.3.1 Hissəcik ölçülərinin hamar şəkildə paylanmasını təmin etmək üçün sobada qurudulmuş nümunə qarışdırılır.
9.3.2 6.3.5.-in tələblərinə əsasən, lazımi ölçüdə olan nazik-divarlı borun seçilir.
9.3.3 Borun qəlibin içərisinə yerləşdirilir. Doldurma prosesi zamanı materialın seqreqasiyasını azaltmaq üçün ehtiyatla süzücü cihazda, qaşıq və ya kürəkdən istifadə etməklə yapışqan olmayan torpaq borunun içinə tökülür. Borunu 1⁄8 düymdən (3 mm) yuxarı hissənin 1⁄4 düymə (6 mm) qədər doldurmaq.
9.3.4 Yapışqan olmayan materialın qəlib içinə dolması üçün boru cəld şəkildə qaldırılır, bax: 9.2.2.1.
9.3.5 9.2.2.2 və ya 9.2.3.1-də qeyd olunan prosedurlara riayət etməklə, torpağın səth səviyyəsi qəlibin yuxarı hissəsinə uyğun olaraq tənzimlənir.
9.3.6 6.3.3-də göstərilən müvafiq balansdan istifadə etməklə, qəlibin və torpağın kütləsi müəyyən edilir və qeydə alınır. Qəlibin doldurulduğu torpağın kütləsi qəlib və torpağın kütləsindən boş qəlibin kütləsini çıxmaqla 8.2-ə əsasən hesablanır və qeydə alınır. Minimum sıxlıq göstəricisi/vahid çəki, rdmin, n və ya gdmin, n, Bölmə 10 -ə əsasən hesablanır.
9.3.7 Minimum sıxlıq göstəricisinin /vahid çəkinin müvafiq rəqəmləri (1 % həcmində olması üstünlük təşkil edir) əldə olunana qədər 9.3.1-9.3.6 –da qeyd olunan tədbirlər təkrarlanmalıdır.
9.4.1 1000±1 q qumu 2000-ml ölçmə silindrinə yerləşdirilir və tıxac silindrin yuxarı hissəsinə qoyulur. Silindr aşağı-yuxarı hərəkət etdirilir və daha sonra, orijinal şaquli vəziyyətinə geri qaytarılır.
9.4.2 Ölçmə silindrdə olan qumun həcmi qeydə alınır, Vg. Minimum sıxlıq göstəricisi/vahid çəki Bölmə 10-a əsasən hesablanır.
9.4.3 Minimum sıxlıq göstəricisinin/vahid çəkinin (1 % həcmində olması üstünlük təşkil edir) üç müvafiq qiymət əldə olunana qədər prosedur təkrarlanır.
10.1 Hər bir nümunə üçün minimum (quru) sıxlıq göstəricisi aşağıdakı qaydada hesablanır:
pdmin,n = verilmiş nü üçün minimum sıxlıq göstəricisi, mq/m və ya q/sm
Ms = sınaqdan keçirilmiş quru torpağın kütləsi, mq və ya q,
V = sınaqdan keçirilmiş quru torpağın həcmi, m3 və ya sm. Metod A və B üçün V=Vc və ya qəlibin ölçülmüş həcmi; Metod C üçün, V=Vg (bax: 9.4.2)
10.1.1 nümunədəki minimum sıxlıq həcmi göstəricisinin orta qiymətini, rdmin, n, 1 /% -ə uyğun olaraq hesablanır. Bu orta qiymət sınaq nümunəsinin minimum sıxlıq göstəricisi, pdemon kimi qeydə alınmalı/məlumat verilməlidir.
10.1.2 Əgər tələb olunarsa, nümunənin minimum vahid çəki göstəricisini aşağıdakı qaydada hesablayın.
10.2 Əgər tələb olunarsa, maksimum məsamə həcmi göstəricisin emax, aşağıdakı qaydada hesablanır:
emax = maksimum-məsamə həcmi göstəricisi,
pw = 20 °C (0.99821) –də suyun sıxlığı və ya 1.0 mq/m və ya q/sm-ə bərabərdir
Gavg at 20 °C = No. 4 (4.75-mm) ələkdən keçmiş torpaq hissəciklərinə nisbətən böyük və kiçik hissəciklərdən ibarət torpaqların çəkilmiş orta xüsusi möhkəmlik və ya
G1 at 20°C = Sınaq Metodu C127 -ə əsasən müəyyən olunan qaydada No. 4 (4.75-mm) ələkdə qalmış və 20°C (bax Sınaq Metodu D854) temperaturla dəyişdirilmiş torpaq hissəciklərinin ehtimal olunan xüsusi möhkəmliyi
G2 at 20°C = Sınaq Metodu D854 -ə əsasən müəyyən olunan qaydada No. 4 (4.75-mm) ələkdən keçən torpaq hissəciklərinin xüsusi möhkəmliyi
R = No. 4 (4.75-mm) ələkdə qalan nümunədə torpaq hissəciklərinin faizi, v
P = No. 4 (4.75-mm) ələkdən keçən nümunədə torpaq hissəciklərinin faizi,
10.3 Əgər maksimum sıxlıq göstəricisi/vahid çəki, rdmax və ya gdmax, Sınaq Metodu D4253-ə əsasən müəyyən olunmuşdursa, torpaq çöküntüsü və ya doldurucunun quru sıxlığı/vahid çəkisi, rd və ya γd, və ya məsamə həcmi, e, məlumdursa, nisbi sıxlıq, Dd, 3.2.7-də düsturda, daha dəqiq desək, Tənlik 1, 2, və ya 3-də hesablanılan qaydada hesablana bilər.
11.1 Aşağıdakı məlumatlar barədə hesabat verilir:
11.1.1 Sınaq zamanı istifadə olunan materialın mənşəyi.
11.1.2 Sınaq nümunəsinin Təcürbə D2488-ə (Təcürbə D2487 alternativ seçim kimi istifadə oluna bilər) əsasən təsviri.
11.1.3 İstifadə olunan metod v(Metod A, B, və ya C) və qəlibin ölçüsü.
11.1.4 Üç və ya dörd rəqəm üzrə (Təcürbə D6026 -ə əsasən) minimum sıxlıq göstəricisi/vahid çəki, pdemon, mq/m və ya q/sm və ya minimum vahid çəki göstəricisi, lbf/ft (kN/m) üzrə γdemon
12.1 Dəqiqlik—Metod A-dan istifadə edərək və zəif şəkildə xırdalanmış torpağın (SP) sınağını apararkən, bu sınaq metodları ilə əldə olunan sınaq nəticələrinin müvafiqliyi üzrə qərar vermək meyarları Cədvəl 3 və 4-də verilibdir. Dəqiqlik üzrə olan qiymətlər ASTM tərəfindən istinad olunan Torpaq və Sınaq Proqramına əsasən icra olunan laboratoriyadaxili proqramın nəticələrinə əsaslanır. Bu proqramda, bəzi laboratoriyalar hər bir torpaq tipi üzrə təkrar sınaqlar keçirilib (üç-nüsxəli sınaq laboratoriyası), digər laboratoriyalar hər bir torpaq tipi üzrə yalnız bir sınaq keçirmişdir (bir-nüsxəli sınaq laboratoriyası). Sınaq olunan torpağın təsviri 12.1.4.-də verilib. Dəqiqlik üzrə olan qiymətlər istifadə olunan torpaq tipi və metoda görə dəyişir (Metod A, B və ya C). Bu rəqəmləri digər torpaq və metod üzrə tətbiq edən zaman qərar vermək vacib hesab olunur.
Müvafiq rəqəmlərin sayı və təqdim olunan onluq işarələri daxil olan məlumatın əvəzləyicisi hesab olunur. Təcrübə D6026 əsasən, standart yanlışlıq və nəticələrin qəbul olunan həcmi daxil olan məlumatda qeyd olunanlardan çox onluq işarələrinə malik ola bilməz.
Standart yanlışlıq Təcrübə E691 əsasən hesablanılır və 1s həddi kimi istinad olunur.
İki nəticənin qəbul olunan həcmi d2s həddi kimi istinad olunur. Bu Təcrübə E177 qeyd olunan qaydada 1.960 ·√2·1s kimi hesablanılır. İki düzgün qaydada icra olunan sınaq arasındakı fərq bu həddən artıq olmamalıdır. Müvafiq rəqəmlərin sayı/təqdim olunan onluq işarələr bu sınaq metodları və ya Təcrübə D6026 müəyyən olunanlara bərabərdir. Bundan başqa, təqdim olunan qiymət standart yalnışlıqdakı kimi onluq işarələrinin eyni sayına malik ola bilər, hətta nəticənin standart yanlışlıqdakından daha çox müvafiq rəqəmə malik olmasından asılı olmayaraq.
Cədvəl 3 səhifənin aşağısında yazılan qeydlərə baxın.
12.1.1 Cədvəl 3 qeyd olunan məlumatlar SP (zəif şəkildə xırdalanmış) qum üzərində üç-nüsxəli sınaq laboratoriyası tərəfindən icra olunan üç təkrar sınağa əsaslanır. Cədvəl 3, Sütun 4 göstərilən bir əməliyyatçı tərəfindən edilən və çoxsaylı laboratoriyaya aid standart yanlışlıq Təcürbə E691-ə əsasən edilmiş, bununla da hər bir sınaq laboratoriyasına minimum üç təkrar sınağı icra etmək tövsiyə olunur. Çox qısa dövr ərzində, eyni avadanlıqdan istifadə edərək, eyni əməliyyatçı tərəfindən eyni material üzrə düzgün qaydada icra olunan iki sınağın nəticələri bir əməliyyatçı tərəfindən icra olunan və Cədvəl 3, Sütun 5 göstərilən d2s həddindən çox fərqlənməməlidir. d2s aydınlatması üçün Cədvəl 3 səhivənin aşağısında qeyd olunan Qeyd C baxın. Müxtəlif günlərdə müxtəlif əməliyyatçılar tərəfindən düzgün qaydada icra olunan sınağın nəticələri çoxsaylı laboratoriya tərəfindən icra olunan və Cədvəl 3, Sütun 5 göstərilən d2s həddindən çox fərqlənməməlidir.
12.1.2 ASTM tərəfindən istinad olunan Torpaq və Sınaq Proqramında bir çox laboratoriyalar yalnız bir sınaq keçirmişdir. Bu dizayn və inşaat sənayesində ümumi təcürbə hesab olunur. Cədvəl 4-də qeyd olunan məlumatlar üç-nüsxəli sınaq laboratoriyasının birinci sınaq nəticələrinə və digər laboratoriyadan olan bir sınaq nəticəsinə əsaslanır. Müxtəlif günlərdə, müxtəlif avadanlıqlardan istifadə edərək, müxtəlif əməliyyatçılar tərəfindən iki müxtəlif laboratoriya tərəfindən düzgün qaydada icra olunan iki sınağın nəticələri Cədvəl 4, Sütun 5 göstərilən d2s həddindən çox fərqlənməməlidir. Cədvəl 3 və 4 qeyd olunan nəticələr fərqlidir, çünki, qeyd olunan məlumatlar da fərqlilik təşkil edir.
12.1.3 Cədvəl 3 özündə bütün tələblərə cavab verən laboratoriyalardan Təcürbə E691 əsasən əldə olunan üç-nüsxəli sınaq məlumatlarının mükəmməl təfsirini əks etdirir. Cədvəl 4 sınaq məlumatlarından ibarətdir ki, onlar da ümumi təcürbə hesab olunur.
12.1.4 Torpaq tipi: SP-əzif şəkildə xırdalanmış qum, SP 20 % sərt qum və 48 % orta dənəvərli-qum, 30 % hamar qum, 2 % hamar, sarımtıl qəhvəyi rəngdə. Yerli adı—Frederick qumu.
12.2 Sistematik xəta— Bu metodlar üzrə təsdiqlənmiş və istinad olunan qiymətlər olmadığına görə, sistematik xətanı müəyyən etmək mümkün deyil.
13.1 minimum sıxlıq göstəricisi; minimum vahid çəki göstəricisi; nisbi sıxlıq
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Çirklənmiş mühitdə istifadəsi
nəzərdə tutulan yüksək gərginlikli
izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi
Dəyişən cərəyan (d.c.) sistemləri üçün
nəzərdə tutulan polimer izolyatorlar
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC/TS 60815-3:2008 “Selection and dimensioning of high-voltage insulators intended for use in polluted conditions –Part 3 Polymer insulators for alternating current (a.c) systems” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
______________________________________________________________________________________
Çirklənmiş mühitdə istifadəsi
nəzərdə tutulan yüksək gərginlikli
izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi
Dəyişən cərəyan (d.c.) sistemləri üçün
nəzərdə tutulan polimer izolyatorlar
(IEC/TS 60815-3:2008)
______________________________________________________________________________________
Selection and dimensioning of high-voltage
insulators intended for use in polluted conditions –
Polymer insulators for alternating current (a.c) systems
Bu standartdakı texniki spesifikasiya d.c. sistemləri üçün nəzərdə tutulan və yüksək gərginlikli sistemlərdə istifadə edilən polimer izolyatorların çirkli mühit baxımından seçilməsində, onların müvafiq ölçülərinin təyin edilməsində tətbiq edilir.
Bu standartda müəyyən çirkli mühit üçün təyin edilmiş izolyatorun ehtimal edilən işləmə səviyyəsi barədə əldə edilən məlumatlara əsaslanan nəticələrin çıxarılması üçün xüsusi prinsiplər və təlimatlar verilib.
Bu texniki spesifikasiyanın məzmunu, çirkli mühitdə izolyatorların işləmə qabiliyyətini daha dərindən araşdırmaq üçün faydalı mənbə olan və ona əlavə edilmiş CIGRE 33.13 TF 01 sənədlərinə [1], [2] əsaslanır.
Bu texniki spesifikasiyada qarlı və buzlu mühitin izolyatorlara göstərdiyi təsirlərdən bəhs edilmir. CIGRE [3] sənədlərində bu mövzudan bəhs edilməsinə baxmayaraq, əldə edilmiş məlumatlar məhdud və təcrübə isə fərqli xarakter daşıyır.
Bu texniki spesifikasiyanın məqsədi istifadəçilər tərəfindən aşağıda göstərilən məqsədlərin həyata keçirilməsində vasitə rolunu oynamaqdır:
• etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi (ESCKVXU) uzunluğunu sahədə çirklənmənin kəskinlik dərəcəsi (SÇKD) sinfinə əsasən təyin edilməsi;
• uyğun izolyator profillərini seçmək
• SCKVXU qiymətinə istinad edərək, hündürlük səviyyəsi, izolyatorun forması, ölçüsü və mövqeyi və s. üçün düzəliş əmsalları tətbiq etmək.
2. NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinadlar üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən istinadlar üçün istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60050-471 International Electrotechnical Vocabulary – Part 471: Insulators (Beynəlxalq Elektrotexniki Lüğət – Hissə 471:Izolyatorlar)
IEC/TS 60815-1 Selection and dimensioning of high-voltage insulators for polluted conditions
– Part 1: Definitions, information and general principles (Çirkli mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi – Hissə 1: Anlayışlar, məlumatlar və ümumi prinsiplər)
IEC/TR 62039 Selection guide for polymeric materials for outdoor use under HV (high voltage) stress (YV (yüksək volt) gərginliyi altında çöl şəraitində istifadəsi nəzərdə tutulan polimer materialların seçilməsi üçün təlimatlar)
IEC/TS 62073 Guidance on the measurement of wettability of insulator surfaces (İzolyatorların səthinin islana bilmə qabiliyyətinin ölçülməsi üzrə təlimatlar)
3 TERMİNLƏR, TƏRİFLƏR
Bu sənədin məqsədləri üçün aşağıdakı terminlərdən, təriflərdən və ixtisarlardan istifadə edilib. Aşağıda verilən anlayışlar IEC 60050-471 standartında verilməyib və ya həmin standartda verilənlərdən fərqlənir.
3.1 Terminlər və təriflər
3.1.1 sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu – SCKVXU-izolyatorun ondan keçən ən yüksək işçi gərginliyinin o.k.q. qiymətinə bölünən sızıntı cərəyanı kanalının uzunluq qiyməti
1. Bu anlayış avadanlıq üçün fazalar arası ən yüksək gərginlik qiymətinin (d.c. sistemləri üçün adətən Um/√3) tətbiq edildiyi xüsusi sızıntı cərəyanı kanalının uzunluğu anlayışından fərqlənir. Faza- torpaq izolyasiyası üçün bu tərifə əsasən, IEC/TR 60815 (1986) standartında verilən xüsusi sızıntı cərəyanı kanalının uzunluğu əsasında bu qiymət √3 mislinə bərabərdir.
2. ‘Um’ barədə məlumat almaq üçün bax: IEV 604-03-01 (1).
3. Bu, ümumi olaraq, mm/kV ilə minimum qiymət kimi ifadə edilir.
3.1.2 etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu, ESCKVXU - bu texniki spesifikasiyaya əsasən izolyatorun ölçüsünə, profilinə, quraşdırılma mövqeyinə və s. görə düzəlişlərin aparılmasından qabaq çirklənmiş sahə üçün sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğunun ilkin və mm/kV ilə ifadə edilən qiyməti
sızıntı cərəyanı kanalının əmsalı
duz çöküntüsünün ekvivalent sıxlığı
hidrofobluğu keçirən material
həll oluna bilməyən çöküntünün sıxlığı
duz çöküntüsünün sıxlığı
sahənin ekvivalent duzluluğu
təhlükəsiz işçi zonalar
sahədə çirklənmənin kəskinlik dərəcəsi
sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu
etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu
İzolyasiyanın seçilməsi və onun ölçülərinin təyin edilməsi prosesini aşağıdakı kimi ümumiləşdirmək olar:
İlk növbədə, IEC/TS 60815-1 standartına əsasən:
• müvafiq yanaşmanı təyin etmək: mövcud bilik, zaman və resursların funksiyası kimi 1, 2 və ya 3 –cü yanaşma;
• lazımi giriş məlumatlarını, əsasən, sistem gərginliyi, izolyasiyanın tətbiqi növü (faza, dirək, vtulka və s.) barədə məlumatları toplamaq;
• ətraf mühit barədə, əsasən, sahədə çirklənmənin kəskinlik dərəcəsi və sinfi barədə məlumatların toplanması.
Bu mərhələdə, tətbiq sahələri və ətraf mühit üçün yararlı ola bilən izolyatorlar ilkin olaraq seçilməlidir.
Bundan sonra bu texniki spesifikasiyaya əsasən:
• ətraf mühit üçün yararlı olan polimer izolyatorların seçilməsinə yenidən başlamaq;
• bu texniki spesifikasiyada verilən göstəricilərə və ya birinci yanaşma tətbiq edildiyi təqdirdə istismar təcrübəsinə və ya sınaq stansiyasında əldə edilən təcrübəyə əsasən izolyatorun növləri və materialları üçün etalon SCKVXU qiymətinin təyin edilməsi (Bənd 7);
• mühitin növünə uyğun profillərin seçilməsi (Bənd 8);
• profilin müəyyən parametrlərə, eləcədə də yayınma dərəcəsinə əsasən aparılan düzəlişlərə və ya tədbirlərə uyğunluğunu yoxlamaq (Bənd 9);
• seçilmiş izolyatorların ölçüsündən, profilindən, isitiqamətindən və s. asılı olaraq müəyyən əmsallar əsasında ESCKVXU qiymətinin (birinci və ikinci yanaşmalar) dəyişdirilməsi;
• nəticə etibarilə seçilmiş izolyatorların digər sistemə və faza tələblərinə, məs. IEC/TS 60815-1 standartının ikinci cədvəlində verilən tələblərə (məs. tətbiq edilən həndəsi formalar, ölçülər, iqtisadi amillər) uyğunluğunun yoxlanılması;
• ikinci yanaşmaya əsasən tələb edildikdə, təyin edilmiş ölçülərin laboratoriya sınaqları vasitəsilə yoxlanılması (bax: Bənd 12).
Qeyd: Kifayət qədər vaxt və resurs olmadığı HALDA (yəni, üçüncü yanaşmanın tətbiqi) lazımi SCKVXU qiymətinin təyin edilməsində dəqiqlik dərəcəsi aşağı olacaq.
5.1 Geniş istifadə edilən polimer korpus materiallar barədə ümumi məlumat
Cari təcrübəyə əsasən bir neçə əsas polimer tərkibli korpuslardan, məs. etan –siloksan əsaslı kauçuk, çarpaz molekulyar birləşməli polioelfinlərdən məs. EPDM kauçuku və ya yarı kristal etilen sopolimerlərdən məs.sopolimer etilenvinilasetat, yaxud çarpaz molekulyar birləşməli sikloalifatik tərkibli epoksid polimerlərdən hazırlanmış korpuslardan istifadə edilir.
Bu polimerlərin xüsusiyyətlərini dəyişən ərinti əlavə edilmədikdə açıq çöl şəraitində onların işləmə qabiliyyəti qane edici olmur. Tipik olaraq, belə əlavələrə ultrabənövşəyi ekranları, antioksidantlar, sabitləşdirici maddələr, ionlu antioksidantlar və s. aid edilir. Hər bir material növünə gəldikdə, əsas material, əlavələr və hətta onların emalı də həmin materialın işləmə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Bəzi polimer izolyatorlar öz səthinin xüsusiyyətlərinə görə keramik və şüşə izolyatorlarla müqayisədə daha çox çirk toplaya bilir.
Hidrofobluq və hidrofobluğu çirk qatına keçirmək qabiliyyətini nümayiş etdirən polimer materiallar bu texniki spesifikasiyada hidrofobluğu keçirən materiallar (HKM) adlanır; hidrofobluğu çirk qatına keçirək qabiliyyətinə malik olmayan materiallar isə hidrofobluğu keçirə bilməyən materiallar (qeyri- HKM) materiallar adlanır. Hidrofobluq müəyyən şərtlər altında müvəqqəti və ya birdəfəlik itə bilər (bax: 5.2). IEC/TS 62073 standartında izolyatorların səthinin islana bilmə dərəcəsinin təyin edilməsi üçün təlimatlar verilib.
5.2 Çirkli mühitdə polimer korpus materiallarına xas olan məsələlər
5.2.1 Sızıntı cərəyanı kanalının qısalması
Polimer izolyatorlar öz formasına və materiallarına görə keramik və şüşə izolyatorlarla müqayisədə daha çox üstün cəhətlərə malikdir. Belə üstün cəhətlərə sızıntı cərəyanı kanalının uzunluğu eyni olan keramik və ya şüşə izolyatorlarla müqayisədə çirkin təsirinə daha güclü müqavimət göstərmə xüsusiyyəti aid edilir; bu müqavimət səviyyəsi HKM materiallarını istifadəsi ilə daha da güclənir. Prinsipcə və çirkin təsirinə və ya boşalmaya davam gətirmə baxımından belə nəticəyə gəlmək olar ki, belə izolyatorlar üçün qısalmış sızıntı cərəyanı kanalından istifadə etmək olar. Bununla belə, polimer materiallar ətraf mühitin, elektrik sahələrinin və boşalmaların mənfi təsirləri nəticəsində öz keyfiyyətini itirməyə ənənəvi izolyasiya materiallarına nisbətən daha çox həssasdır və bütün bunlar müəyyən şərtlər altında izolyatorların istifadə müddətini azalda və ya onların işləmə qabiliyyətini zəiflədə bilər. Əlavə A-da aşağıdakı bəndlər də daxil olmaqla həmin təsirlər barədə daha geniş məlumat verilib:
– Sızıntı cərəyanı kanalının qısalması müəyyən sahə şərtləri altında hidrofobluq qabiliyyətinin tamamilə itməzi zaman boşalma fəaliyyətini gücləndirə, çirkli mühitdə işləmə səviyyəsinə mənfi təsir göstərə eləcə də bəzi hallarda boşalmalara və ya keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər.
– Əksinə olaraq, hər bir qurğuda sızıntı cərəyanı kanalının uzunluğu həddən artıqdırsa, lokal boşalmalara görə materialın dəyişmə və ya öz keyfiyyətini itirməsi riski də arta bilər.
Digər mühüm məsələlər aşağıda göstərilib:
– Yüksək gərginlik səviyyələrində cərəyan potensialının bərabər paylanmasını təmin edən halqalardan istifadə etmək lazımdır və həmin halqaların istifadəsinə ehtiyacın yarandığı dəqiq gərginlik səviyyəsi dizayn və materiallardan asılıdır.
– keramik və ya şüşə izolyatorlarla müqayisədə bəzi polimerlərin səthində daha çox çirk toplana və onların çirkli mühitdə işləmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
– Bəzi polimerlərdə hidrofobluğa təsir edən göbələk sporları yarana bilər.
– HKM polimer izolyatorların diametri və havanın sıxlığı, ümumiyyətlə, onların çirki mühitdə işləmə qabiliyyətinə daha az təsir göstərir; lakin səthin hidrofil olduğu təqdirdə, bu təsir gücü arta bilər.
Ona görə də, bəzi hallarda, izolyatorların çirkli mühitdə işləmə qabiliyyətini gücləndirmək və keramik və ya şüşə izolyatorlar üçün tövsiyə edilən eyni sızıntı cərəyanı kanalı vasitəsilə boşalmalarla yaxud material keyfiyyətinin aşağı düşməsi ilə bağlı yaranan problemləri aradan qaldırmaq məsləhət görülür.
Bütün bunlara baxmayaraq, müəyyən hallarda və ya şərtlər altında sızıntı cərəyanı kanalının qısaldılması gözlənilə bilər. Bu cür halları dəqiq müəyyən etmək mümkün deyil, çünki onları bir sıra amillərdən asılı olur; bununla belə sızıntı cərəyanının qısaldılmış kanalının tətbiq edildiyi bəzi hallara ( və ya onların birləşməsinə) dair ümumi nümunələr aşağıda verilib. bu cür cərəyan kanalının tətbiqinə qərar verməzdən qabaq, mümkün olduqda, bu məsələni bütün maraqlı tərəflərlə müzakirə etmək və onlarla razılığa gəlmək lazımdır.
Nümunələrə aşağıdakılar daxildir:
– Eyni layihə, material və elektrik gərginliyi ilə aparılan xətt sınaqları, sınaq stansiyası və ya keçmiş məlumatlar əsasında sübut etmək.
– Çirklənmə əsasən A tipli çirklənmə səviyyəsinə aiddir, ekstremal hallarının ( islanma və ya çirkin çökməsi) baş verməsi riski yoxdur.
– HKM materialının bərpa olmasını uzadan və ya buna mane olan sürəkli və ya gündəlik dövri islanma halları və ya digər ətraf mühit təsirləri müşahidə edilməyib.
– Əvvəlki dövrlərdə HKM materialının yaxşı bərpa olma və kiplənmə xüsusiyyətlərinə malik olduğu sübut edilib.
– Mütəmadi yoxlamaların, texniki xidmətin, yuma və təmizlik işlərinin aparılması nəzərdə tutulub.
– İstifadə müddətinin qısa olması (məs. qəza / müvəqqəti xətlər) tələbi irəli sürülüb.
– Ölçü məhdudiyyətlərinə görə digər mümkün həll yolu mövcud deyil.
– Profil bu texniki spesifikasiyanın bölmə 9 – un bəndlərinə tam uyğun gəlir.
5.2.2 Həddən artıq çirklənmə
Ekstremal çirklənmə şərtləri altında, səthin və ya korpusun tez –tez yaxud daimi baş verən boşalmaların təsirləri altında zədələnməməsi üçün mürəkkəb izolyatorlarda sızıntı cərəyanı kanalını bu texniki spesifikasiyaya əsasən təyin edilmiş həddən artıq uzatmaq məsləhətə uyğun ola bilər.
Yadda saxlamaq lazımdır ki, uyğun profildən istifadə edərək sızıntı cərəyanı kanalının uzunluğunun artırılması uğursuzluqla nəticələnə bilər, çünki bu zaman lokal boşalma riski arta bilər (bax: Əlavə A).
6 SAHƏDƏ ÇİRKLƏNMƏNİN KƏSKİNLİK DƏRƏCƏSİNİN
Standartlaşdırma məqsədləri üçün, IEC/TS 60815-1 standartında sahədə çirklənmənin kəskinlik dərəcəsini keyfiyyət baxımından xarakterizə edən beş sinif (çox yüngül çirklənmə səviyyəsindən ən ağır çirklənmə səviyyəsinə kimi) təyin edilib:
Qeyd: Bu hərflər IEC/TR 60815:1986 standartında təyin edilmiş əvvəlki siniflərin nömrələrinə birbaşa olaraq uyğun gəlmir.
Sahə üçün SÇKD sinfi etalon şüşə və ya farforlu izolyatorlar vasitəsilə IEC/TS 60815-1 standartına əsasən təyin edilib və polimer izolyatorların SCKVXU qiymətini təyin etmək üçün istifadə edilir.
Qeyd 2: Sahədə çirklənmənin kəskinlik dərəcəsini təyin etmək üçün polimer izolyatorların istifadəsi məsləhət görülmür. Bölmə 5 –də qeyd edildiyi kimi, şüşə və ya keramik izolyatorlarla müqayisədə polimer izolyatorların səthinə çirk fərqli tərzdə yığılır və onların özü- özünü təmizləmə xüsusiyyətləri tamamilə fərqlidir. Buna əlavə olaraq, bəzi polimer materialların səthinin yapışqanlığı və nahamarlığı çirkin qısa və ya uzun müddətdə toplanmasına təsir göstərə bilər.
7 Etalon SCKVXU qiymətinin təyin edilməsi
Şəkil 1 –də normal hallarda polimer izolyatorlar üçün nəzərdə tutulan SÇKD sinfi ilə ESCKVXU qiyməti arasındakı əlaqə göstərilib (bax: 5.2). Şəkildə göstərilən zolaqlar hər bir sinif üçün irəli sürülən tələblərə uyğun üstün tutulan qiymətləri göstərilir və IEC/TS 60815 -1 standartında təsvir edilən üçüncü yanaşma üçün tətbiq edilir. Əgər SÇKD sinfinin qiymətləndirilməsi zaman daha yüksək qonşu sinfə meyl olarsa, onda əyrini izləmək olar.
Əgər SÇKD qiymətini dəqiq təyin edilməsi mümkündürsə (birinci və ya ikinci yanaşmalar) Şəkil 1 –də göstərilən əyriyə uyğun olaraq, bu sinif daxilində SÇKD ölçülərinin mövqeyinə uyğun ESCKVXU qiymətini götürmək tövsiyə edilir.
Qeyd: Belə fərz edilir ki, burada verilən ESCKVXU qiymətinə düzəlişlərin tətbiqi nəticəsində alınan yekun SCKVXU qiyməti kataloqda göstərilən izolyatorlar üçün təyin edilmiş sızıntı cərəyanı kanalının uzunluğuna dəqiq uyğun gəlmir. Beləliklə, dəqiq rəqəmlərə əsaslanmaq və onları düzəliş prosesinin sonunda müvafiq qiymətə yuvarlaqlaşdırmaq lazımdır.
Şəkil 1 – ESCKVXU qiyməti SÇKD sinfinin funksiyası kimi
8. POLİMER PROFİLLƏRLƏ BAĞLI
Ümumiyyətlə, polimer örtüklü (yubkalı) profillər şüşə və ya farforlu izolyator profillərindən daha sadə olub açıq profillər kimi təsnif edilə bilər (bax: Şəkil 2). Onların yuxarı hissəsinin maililiyi 20° dərəcədən az olur və aşağı hissənin bucağı isə buna bənzər və ya daha qısa olur. Alt hissədə millər olmur. Bu profillər ümumiyyətlə bütün mühit növlərində, həm A, həm də B tipli çirk mühitində, eləcə də şaquli və üfüqi istiqamətlərdə istifadə edilə bilər. İzolyatorun səthinə çirkin külək vasitəsilə yığıldığı ərazilərdə, məs. səhralarda, sənaye tullantılarının çox olduğu ərazilərdə və ya sahilyanı ərazilərdə bu profillərinin istifadəsi fayda gətirir. Bu profillər xüsusən də uzun quraqlıq dövrlərinin keçdiyi iqlim zolaqlarında effektiv işləyir. Açıq profillər özü –özünü təmizləmə xüsusiyyətlərinə malik olub, texniki xidmətin aparılması tələb edildikdə daha asan təmizlənə bilir.
Şəkil 2 – Tipik “açıq” profillər”
Maililik dərəcəsi çox olduqda izolyatorun özü –özünü təmizləmə imkanları azalır (bax: Şəkil 3 və 4). Nəticə etibarilə, bu profillər B tipli çirklənmə mühitinə daha çox uyğun gəlir.
Şəkil 3 – Tipik dik polimer profil
Şəkil 4 – Al hissədə dayaz milləri olan açıq tipli profil
Alt hissədə dayaz milləri olan profillər (bax: Şəkil 5) sızıntı cərəyanı kanalının uzunluğunu əlavə olaraq qoruyur və B tipli çirklənmə mühitində məs. duz dumanının və ya səpintisinin olduğu ərazilərdə, örtük (yubka) arası məsafənin qısalmadığı təqdirdə müsbət təsir göstərir. Alt hissədə milləri olan profillər A tipli çirklənmə mühitlərinə və ya uzunmüddətli quraqlıq dövrlərinin mövcud olduğu ərazilər üçün yararlı deyil.
Dəyişən örtüklü (yubkalı) profillər ( Şəkil 6) qurğunun uzunluğuna uyğun olaraq sızıntı cərəyanı kanalının uzanmasına şərait yaradaraq izolyatorun özü –özünü təmizləmə imkanlarını və islaq vəziyyətdə işləmə qabiliyyətini artırır. Bu spesifikasiyanın məqsədlərinə uyğun olaraq, dəyişən örtüyün (yubka) düzülüşü onların çıxıntıları arasında minimum fərq olmaqla - daha kiçik diametrli izolyatorlara əsasən örtük çıxıntısının faiz dərəcəsi və ya daha böyük diametrli izolyatorlara məs. dirək və ya içiboş izolyatorlara əsasən, ən azı 15 mm kimi təyin edilir ( bax: 9.1).
Qeyd: Örtüyün çıxıntıları arasındakı fərq polimer izolyatorların islaq mühitdə işləmə qabiliyyəti üçün şüşə və ya farforlu izolyatorlara nisbətən daha az əhəmiyyət kəsb edir. Bu, əsasən daha kiçik diametrli izolyatorlarda s/p qiymətinin daha çox məqsədə uyğun olduğu hallarda daha çox nəzərə çarpır. Bununla belə, 300 kV və ya daha yüksək voltlu sistemlər üçün nəzərdə tutulan daha uzun izolyatorlarda örtüklər arası məsafənin həddən artıq qısa olması islaq mühitdə şəbəkə tezliyini və dəyişən impulslu gərginliyə qarşı müqavimət xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Şəkil 6 – Dəyişən örtüklü tipik profillər
9. PROFİL PARAMETRLƏRİNİN
Profilin parametrləri yağış yağdıqda boşalmalar arasında körpünün yaranmasının və örtüklər arasında qısa qapanmaların qarşısının alınması, eləcə də özü –özünü təmizləmə imkanlarının artırılması və lokal elektrik sahələrinin gərginliyinə nəzarətin edilməsi üçün vacibdir. Aşağıdakı profil parametrləri normal (ağ) diapazona, işləmə səviyyəsinin aşağı düşdüyü boz rəngli diapazona (cüzi yayınma) və çirklənmə mühitində işləmə səviyyəsinin mənfi təsirə məruz qala bildiyi qara rəngli diapazona (əhəmiyyətli dərəcədə yayınma) malikdir. Hər bir parametr aşağıda göstərilənlərə əsasən hesablanır və yoxlanılır. Bir parametrin yayınaraq boz rəngli sahəyə daxil olmasına, yəni cüzi dərəcədə yayınmasına yol verilir. Cüzi yayıma baş verdikdə, s/p qiymətinin azalması və ya l/d qiymətinin artması ilə yayınmanı daha da kəskinləşdirən dəyişikliyin yaranmadığı təqdirdə, ESCKVXU qiymətinin Şəkil 1 -ə əsasən SÇKD sinfinin yuxarı sonluğuna və ya daha yüksək sinfə doğru seçilməsi tövsiyə edilir. Əgər boz sahədə birdən artıq parametr mövcuddursa və ya qara sahəyə hər hansı parametr daxil olubsa, aşağıda göstərilən tədbirlərdən birini görməyi tövsiyə edilir:
– Profilin istismar göstəricilərini təsdiqləmək üçün istismar və ya sınaq stansiyası təcrübəsinə əsaslanan məlumatları nəzərdən keçirilir;
– alternativ profil və ya izolyator texnologiyası tapılır;
– profilin işləmə qabiliyyətini sınaq vasitəsilə təsdiqlənir (bax: Bölmə 12).
Qeyd: Aşağıdakı yarımbəndlərdə verilən şəkillər profil parametrlərini təyin etmək üçün tətbiq edilən ölçü parametrlərini misal olaraq göstərilib. Bu şəkillər faktiki olaraq istifadə edilən optimal örtük (yubka) formalarını və ya digər formaları əks etdirmir
9.2 İzolyatorun dəyişən örtükləri (yubkaları) və onların çıxıntısının uzunluğu
Profilin dəyişən örtüklü və ya örtüksüz profil kimi təsnifatı izolyatorun xortumundan
ən uzun və ya ən qısa örtüyün uclarına kimi olan çıxıntının uzunluq fərqinə əsasən verilir.
Örtüyün bucağı əsasən yastı (< 5º) və ya həddən artıq uzun (> 35º) olmadıqda, onun çıxıntısı öz – özlüyündə yeganə mühüm parametr ola bilməz. Bu parametr dəyişən örtük diametrinə malik profillərlə müqayisədə bir formalı örtük diametrinə malik profillərin təyin edilməsi üçün faydalıdır. Bununla belə, örtüyün çıxıntısında mövcud olan böyük fərq qiymətləri buzlu, qarlı və güclü yağışlı mühitdə şaquli izolyatorların təyin edilməsi üçün faydalı ola bilər.
Ümumi diametri > 200 olan şaquli izolyatorlar
Ümumi diametri ≤ 200 mm olan şaquli izolyatorlar və digər mövqelər
9.3 Aralıq məsafəsinin örtük çıxıntısına olan nisbəti
Aralıq məsafəsinin örtük çıxıntısına olan nisbəti eyni diametrli (aralıqlı) ardıcıl örtüyün iki oxşar nöqtələri ilə maksimum örtük çıxıntısı arasındakı şaquli məsafədən ibarətdir.
Bu parametrə, o cümlədən 9.5, 9.6 və 9.7 –ci yarımbəndlərdə göstərilən parametrlərə örtüklər arası məsafə daxil edilib və bu, örtüklər arası qövsün körpü yaratdığı “qısa qapanma” hallarının qarşısının alınması üçün vacibdir.
9.4 Örtüklər arasında minimum məsafə
Başlıqlı və oxlu və ya oxlu izolyatorlara tətbiq edilmir.
c qiyməti eyni diametrə malik olan iki yanaşı örtük arasındakı minimum məsafəni ifadə edir və bu qiymət yuxarı örtüyün kənar haşiyəsinin ən aşağı nöqtəsindən eyni diametrə malik olan növbəti örtüyə kimi perpendikulyar xətt çəkməklə ölçülür. Minimum məsafənin qiyməti izolyator profilinin qiymətləndirilməsi üçün nəzərdə tutulan daha mühüm xüsusiyyətlərdən biridir. Kiçik örtük Aralıqlarında örtüklər arası qövsün yaranması sızıntı cərəyanı kanalının uzunluğunu artırmaqla izolyatorun işləmə qabiliyyətinin gücləndirilməsinə göstərilən səylərə mənfi təsir göstərə bilər.
9.5 Sızıntı cərəyanı kanalının uzunluğunun aralıq məsafəyə olan nisbəti
d qiyməti izolyasiya edən hissənin iki nöqtəsi arasındakı və ya izolyasiya edən hissədə hər hansı nöqtə ilə metal hissədəki nöqtə arasındakı düz istiqamətli hava məsafəsini ifadə edir.
l qiyməti yuxarıdakı iki nöqtə arasında sızıntı cərəyanı kanalının ölçülmüş uzunluğunu ifadə edir.
l/d - istənilən bölmədə təyin edilən, məs. başlıqlı və oxlu izolyatorun aşağı hissəsində təyin edilən ən yüksək nisbəti ifadə edir.
Sızıntı cərəyanı kanalının uzunluğunun aralıq məsafəsinə olan nisbətinin təyin edilməsi quru zolaqlar və ya nataraz hidrofobluq yarandıqda qövslərlə körpünün yaranması riskini yoxlamaq üçün həyata keçirilən daha lokal yoxlamalıdır. Bu, həmçinin. profilin dərin və dar hissələrində çirkin yığılmasının qarşını almaq üçün də əhəmiyyət kəsb edir.
Dəyirmi örtükləri üçün, α qiyməti orta nöqtədə təyin edilir.
Açıq profillər İzolyatorun təbii yolla daha effektiv yuyulmasına şərait yaradır, bir şərtlə ki, örtüyün bucağı həddən artıq suyun sərhədi aşaraq axmasına mane olacaq dərəcədə aşağı olsun.
9.7 Sızıntı cərəyanı kanalının uzunluq əmsalı
SCKƏ qiyməti l/A qiymətinə bərabərdir.
l - izolyatorun sızıntı cərəyanı kanalının ümumi nominal uzunluğunu ifadə edir;
A - izolyatorun boşalma məsafəsini ifadə edir.
Sızıntı cərəyanı kanalının uzunluq əmsalı həmin kanalın uzunluğunun ümumi sıxlığını qlobal səviyyədə yoxlanılmasına xidmət edir. Əgər 9.2, 9.3 və 9.4 - cü yarımbəndlərdə irəli sürülən tələblərə cavab verilərsə, sızıntı cərəyanı kanalının uzunluq əmsalına qoyulan tələbə adətən avtomatik olaraq cavab verilir.
10 ESCKVXU qiymətinin düzəlişi
Aşağıdakı düzəlişlər, vəziyyətdən asılı olaraq, yuxarıdakı Bölmə 9–a əsasən təhlilin aparılmasından sonra etalon SCKVXU qiymətinə tətbiq edilir. Bütün əmsallar vuran ədəd olub aşağıdakı qaydada təyin edilir:
Düzəliş edilmiş SCKVXU = ESCKVXU x Ka x Kad
10.1 Ka hündürlük səviyyəsinə uyğun düzəlişin aparılması
Hündürlük səviyyəsinin davam gətirilə bilən impuls gərginliyinə göstərdiyi təsir ümumiyyətlə izolyatorun çirkli mühitdə davam gətirmə qabiliyyətinə onun göstərdiyi təsirdən güclüdür. Ümumiyyətlə, daha yüksək hündürlük səviyyələrində impuls gərginliyi üçün izolyasiyanın uzunluğunun artırılması sızıntı cərəyanı kanalının uzunluğunun kifayət qədər artması ilə nəticələnir. Əgər bütün bunlara baxmayaraq, düzəlişin aparılması tələb edilərsə, əsasən istismar təcrübəsinin qazanılmadığı 1500 metrdən yüksək səviyyələrdə bu düzəliş [1] nömrəli mənbəyə əsasən tətbiq edilə bilər.
10.2 İzolyatorun Kad diametrinin düzəlişi
İzolyatorun orta Da diametri aşağıdakı qaydada düzəliş edilir:
Kad = 1 - Da qiyməti 300 millimetrdən kiçik olduqda;
Kad qiyməti aşağıdakı şəklə əsasən, Da qiyməti 300 millimetrə bərabər və ya ondan böyük olduqda.
Burada Da = (2 Dt + Ds1 +Ds2)/4 (adi örtüklər üçünDs1=Ds2). Mürəkkəb xarakterli örtük əvəzlənmələri üçün surətə bir diametr, məxrəcə isə iki diametr əlavə edin.
Bu düzəliş qiyməti müəyyən şərtlər altında azaldıla bilər, məs. bənd 5.2–də göstərildiyi kimi sızıntı cərəyanı kanalının uzunluğunun qısaldılması. Bu, Şəkil 7 –də HKM, qeyri – HKM və HKM materiallarının hidrofobluğunun müvəqqəti itdiyi aralıq halları əks etdirən müxtəlif əyrilər üçün təsvir edilib.
Şəkil 7 – Kad qiymətinin orta diametrə ola nisbəti və parametrlərin nümunələri
11 SIZINTI CƏRƏYANI KANALININ MİNİMUM YEKUN UZUNLUĞUNUN TƏYİN EDİLMƏSI
ESCKVXU qiymətini bölmə 10–a əsasən düzəliş etdikdən sonra, müəyyən hədlər daxilində (sistem, ölçü və s.) seçilmiş izolyatorun növü üçün təyin edilmiş sızıntı cərəyanı kanalının ən yaxın uzunluq qiymətini yuvarlaqlaşdıraraq, həmin izolyatorun sızıntı cərəyanı kanalının minimum yekun uzunluğu təyin edilir.
Əgər bənd 5.2 və bölmə 7 –də HKM materialları ilə bağlı nəzərə alınan şərtlər tətbiq edilərsə, onda qarşılıqlı razılaşma əsasında SCKVXU qiymətini bir çirklənmə sinfinə kimi tənzimləmək olar.
d və e siniflərində verilən SÇKD hallarına gəldikdə isə, sızıntı cərəyanının daha uzun kanalı vasitəsilə lazımi ESCKVXU qiymətinin alınması, xüsusən də profilin dəyişməsi mənfi təsir göstərdikdə (məs. örtüklər arası məsafənin qısaldılması nəticəsində özü- özünü təmizləmə imkanlarının risk altında qalması və lokal sahə gərginliyinin artması) materialın keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilər (bax: 5.2.2 və Əlavə A).
12 SINAQ VASİTƏSİLƏ TƏSDİQLƏMƏ
Cari IEC nəşrlərində polimer izolyatorlar üçün heç bir sınaq metodu təyin edilməyib. Əlavə materialların hazırlanmasına baxmayaraq, hal – hazırda CIGRE (4) sənədlərində də bu barədə heç bir dəqiq məlumat verilməyib. Heç bir sınaq tövsiyə edilmədikdə, istifadəçi ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında aşağıdakı müəyyən sınaqlar aparıla bilər.
– bərk qatın sınaqlarında gəldikdə, (ümumiyyətlə, A tipli çirklənmə mühitinə xasdır) HKM izolyatorlarının sınağı uşun hidrofil və hidrofob mühitdə işləmə qabiliyyətinin araşdırılması tələb edilə bilər;
– HKM izolyatorları üçün DÇS qiymətinin təyin edilməsi problemli ola bilər;
– bərk qatın tətbiqinə əsaslanan yanaşmalar hidrofobluq qabiliyyətinə təsir göstərə bilər;
– duz dumanı sınaqları üçün (ümumi olaraq B tipli şirklənmə mühitinə xasdır) ilkin şərtlərə uyğunlaşdırmaq üçün tətbiq edilən standart texniki üsullar hidrofobluq imkanlarını aradan qaldıra bilər;
– boşalmaların tətbiq edildiyi davamlılıq sınaqları da məs. “aşağı –yuxarı” metod, hidrofobluq qabiliyyətini aradan götürə bilər.
Polimerlərin çirkli mühitdə keyfiyyətinin aşağı düşməsi barədə ümumi məlumat
Bənd 5.1 –də qeyd edildiyi kimi, korpus materialının növü və izolyatorun dizaynı mürəkkəb izolyatorların çirklənmiş mühitdə uğurlu istifadəsi üçün, onların çirkin uzunmüddətli təsirlərinə davam gətirmə xüsusiyyətləri, hidrofobluğun sabitliyi və köhnəlmə xüsusiyyəti baxımından həlledici amil ola bilər. Ümumiyyətlə, mürəkkəb tərkibli izolyatorun çirkli mühitdə ənənəvi izolyatora nisbətən daha yüksək səviyyədə işləməsi aşağıda göstərilən bir neçə təsirlərdən asılıdır:
– orta diametrin daha kiçik olması, xüsusən də asma izolyatorlarda;
– material qalınlığının azalmasına görə profillərin daha güclü və açıq olması;
– materialın fiziki xassələrinin müxtəlifliyi termiki yubanmanı azaldır (şeh/dumana görə daha az islanma), çirkin yığılmasına və boşalmaların artmasına öz təsirini göstərir;
– səthin keçiriciliyini azaldan və sızan cərəyanın fəaliyyətini zəiflədən hidrofob səthlər.
Hidrofob korpus materialları ilə bağlı təcrübənin azlığına və uzunmüddətli hidrofobluq xüsusiyyətlərinin qeyri –müəyyənliyinə görə, IEC/TR 60815:1986 standartında verilmiş xətti sızıntı cərəyanı prinsipi əksər hallarda mürəkkəb tərkibli izolyatorların bütün növlərinə tətbiq edilib. Bu qayda demək olar ki hal –hazırda quraşdırılmış mürəkkəb tərkibli izolyatorların 95 faizinə tətbiq edilib. Son 25 ildən artıq müddətdə mürəkkəb tərkibli izolyatorların istismarı üzrə tərtib edilmiş istismar protokollarında bu metodun əksər tətbiq sahələrində istifadə edildiyi göstərilir. İzolyatorun istifadə müddətinə onun çirkli mühitə görə məruz qaldığı gərginliklə və ya aşınma yaxud izlərin yaranması nəticəsində yaranan zədələrlə məhdudlaşmır.
Ümumiyyətlə, mürəkkəb tərkibli izolyatorların uzun müddətli işləmə qabiliyyəti qiyməti, müddəti və mövqeyi çirklənmə səviyyəsindən, islanma dərəcəsindən, hidrofobluğun itməsindən / bərpasından və izolyatorun profilindən asılı olan ümumi və lokal elektrik gərginliyi ilə sıx bağlıdır. Əgər bu gərginlik kritik səviyyəyə çatarsa, boşalma ( əgər sızıntı cərəyanı kanalı həddə artıq qısadırsa) və ya lokal aşınma baş verə bilər. Sızıntı cərəyanı kanalı artdıqca, təyin edilmiş mühit və tətbiq edilən gərginlik üçün aşağıdakı hallar baş verə bilər:
– sızıntı cərəyanı kanalı çox qısadır: yüksək hərəkətliliyə malik olan qövslər boşalma yaradır;
– sızıntı cərəyanı kanalı daha uzundur; yüksək hərəkətliliyə malik olan qövslər ekstremal hallara səbəb olur, lakin boşalma yaranmır, və lokal, stabil qövslər bundan sonra materialın keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
– sızıntı cərəyanı kanalı “qaydasındadır”: cüzi qövs və ya heç bir qövs yaranmır, boşalma baş vermir, materialın keyfiyyəti aşağı düşmür;
– sızıntı cərəyanı kanalı çox qısadır: materialın keyfiyyətinin pisləşməsinə səbəb olan lokal və stabil qövslər yaranır;
– sızıntı cərəyanı kanalı çox böyükdür ( şərtlərdən asılı olaraq): hərdənbir lokal qövslər yaranır, materialın keyfiyyəti aşağı düşmür.
Şəkil A.1 –də qeyri –mütəhərrik avadanlıqlarda quraşdırılmış mürəkkəb tərkibli izolyatorların ümumi işləmə qabiliyyəti dəyişən SCKVXU qiymətləri ilə və çirklənmə dərəcəsindən asılı olaraq (κS səth keçiriciliyi, DÇES, islanma dərəcəsi və digər dəyişən qiymələrlə ifadə edilən çirklənmə və iqlim şərtlərinin kombinasiyası) göstərilib. Boşalma və ya keyfiyyətin aşağı düşməsi riskinin mövcud olduğu sahələr təhlükəsiz işçi zonalar kimi göstərilib (SOR). IEC/TR 60815:1986 standartında təyin edilmiş tipik xəttilik prinsipi Şəkil A.1 –də də göstərilib (SOR1/sahə 2 – ni düz xətli xətt boyunca keçərək).
Zona 1 daxilində sızıntı cərəyanı kanalının çox qısa olması boşalmanın yaranma ehtimalını artıracaq.
Zona 2/SOR1 daxilində sızıntı cərəyanı kanalı və layihə düzgün təyin edilib və ona görə də boşalma və zədələnmələrin yaranma ehtimalı aşağıdır.
Zona 3 daxilində sızıntı cərəyanı kanalı qaydasındadır, lakin onun layihəsi düzgün olmadığı üçün zədələnmə ehtimalı yüksəkdir.
SOR1 zonasına düşən layihələr boşalma və eroziya zamanı izolyasiyanın işləmə qabiliyyəti baxımından “ən yaxşı təcrübəyə” əsaslanan layihələr hesab edilir.
Bəzi xüsusi hallada, məs. IEC/TS 60815-1, standartının 5 –ci Cədvəlində verilmiş E6 və ya E 7 halları ( çirkləndirici maddələrin yüksək κS keçiriciliyi və izolyatorun korpusunda hidrofobluğun birdəfəlik itməsi (daimi olaraq islanma), aşınma (eroziya) ilə xarakterizə edilən hallar) izolyatorun çirkli mühitə qarşı müqavimətinə mənfi təsirlərin göstərilməməsinə baxmayaraq onların istifadə müddətini məhdudlaşdıran hallar hesab edilir. Hesablamalara görə, təxminən 5 % sahə şərtlərində belə xüsusi risk ortaya çıxır. İzolyatorun köhnəlməsinə səbəb olan bu kritik sahə Şəkil A.1 –də Sahə 3 kimi təsvir edilib.
Kritik κS səth keçiriciliyi və ya buna ekvivalent olan çirklənmə dərəcəsi aşıldıqda, izlərin və aşınmanın yaranması təhlükəsi yaranır. Zona 3 çirklənmə dərəcəsi (səthin keçiriciliyi) baxımından sızıntı cərəyanı kanalının layihələnməsi ilə bağlı olan kritik zonadır. Zona 3 daxilində lokal qövs sabitliyi və ümumi qövs enerjisi izolyatorun korpusuna boşalma enerjisinin maksimum təsir göstərməsinə səbəb olur; ona görə də korpus materiallarının və interfeyslərinin maksimum lokal zədələnməsi ilə nəticələnir. Sızıntı cərəyanı kanalını azaltmaqla və ya lokal gərginliyin (zona 4) artmasının qarşısını alaraq sızıntı cərəyanının kəmiyyətini həddən artıq səviyyədə layihələndirməklə Zona 3 –dən yan keçmək lazımdır.
SOR və zonaların ölçüsü və mövqeyi ilə diaqram oxlarının qiymətləri arasındakı əlaqə çirklənmədən, iqlimdən, korpus materiallarının və layihəsinin xüsusiyyətlərindən asılıdır. Ona görə də ümumi tövsiyə vermək mümkün deyil.
Ümumiyyətlə, sahə təcrübəsi göstərir ki, mürəkkəb tərkibli izolyatorlarda sizintı cərəyanı kanalının qısa olması (məs. xəttilik prinsipindən bir çirklənmə sinfi aşağı) bu məsələnin uyğun həll yolu ola bilər. Çirkli mühitdə boşalmanın yaranma ehtimalının cüzi artması texniki olaraq qövs əleyhinə qoruyucu qurğularla kompensasiya edilə bilər.
Müəyyən vaxtda çöl şəraitində müəyyən sınaqlar (məs. bir il) apararaq elektrik xüsusiyyətlərinin (sızıntı cərəyanı, boşalmalar), korpusun və interfeysin keyfiyyətinin yoxlanılması çox tövsiyə edilir. Belə sınaq stansiyalarının quraşdırılması üçün təlimatlar tezliklə CIGRE WG B2.03 materialında dərc ediləcək.
Şəkil A.1 – İşçi zonaların çirklənmənin kəskinlik dərəcəsinin funksiyası və SCKVXU qiyməti kimi təyin edilməsi (sabit izolyasiya uzunluğu üzrə)
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “19” yanvar 2015-ci il tarixli 001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Funksional təhlükəsizlik
Sənaye prosesləri üçün
avadanlıqların təhlükəsizlik sistemləri
Quruluş, sistem, təriflər, avadanlıq və
proqram təminatına qoyulan tələblər
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart BS IEC 61511-1:2003 “Functional safety. Safety instrumented systems for the process industry sector–Part 1: Framework, definitions, system, hardware and software requirements” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Qəza əleyhinə mühafizə sistemləri emal müəssisələrində qəza əleyhinə mühafizə funksiyalarını icra etmək üçün uzun illər istifadə edilib. Qəza əleyhinə mühafizə funksiyalarının icrası üçün avadanlıq və cihazların tətbiqinin effektiv olması üçün müəyyən minimum standartlara və icra göstəricilərinə əməl etmək çox vacibdir.
Bu standartda Emal Sənayesi sahələrində qəza əleyhinə mühafizə sistemlərinin tətbiq edilməsindən bəhs edilir və eyni zamanda həmin sistemlərlə bağlı spesifikasiyanın hazırlanması üçün proses zamanı yaranan təhlükə və riskin qiymətləndirilməsi tələb olunur. Qəza əleyhinə mühafizə sistemləri üçün icra tələblərini müəyyənləşdirərkən digər təhlükəsizlik sistemləri yalnız sistemə verdiyi töhfələr üçün nəzərə alınır. Qəza əleyhinə mühafizə sisteminə sensor (lar)dan sonuncu element(lərə) kimi qəza əleyhinə mühafizə funksiyalarının icrası üçün lazım olan bütün komponentlər və alt -sistemlər daxildir.
Bu beynəlxalq standartın tətbiqinin əsasını iki anlayış təşkil edir: təhlükəsizliyin davametmə dövrü və təhlükəsizliyin etibarlılıq dərəcələri. Bu standartda elektrik/elektron/proqramlaşdırıla bilən texnologiyanın tətbiqinə əsaslanan qəza əleyhinə mühafizə sistemlərində bəhs edilir. Məntiqi həlletmə proqramları üçün digər texnologiyaların istifadəsi zamanı bu standartın əsas prinsipləri tətbiq edilməlidir. Bu standartda həmçinin tətbiq edilən texnologiyadan asılı olmayaraq qəza əleyhinə mühafizə sistemlərinin sensorlarından və sonuncu ünsürlərindən bəhs edilir. Bu Beynəlxalq Standart IEC 61508 çərçivəsində (Əlavə A-ya bax) emal sənayesi üçün səciyyəvidir.
Bu Beynəlxalq Standartda minimum standartlara nail olmaq üçün təhlükəsizliyin davametmə dövründə görülən işlərlə bağlı bir yanaşma irəli sürülür. Bu yanaşma məqsədyönlü və sabit texniki siyasətin həyata keçirilməsi üçün qəbul edilmişdir.
Təhlükəsizlik, əksər hallarda, texnoloji prosesin öz təbiətinə görə təhlükəsiz işlənib hazırlanması zamanı əldə edilir. Lazım gəldikdə, müəyyən edilmiş hər hansı qalıq riskini aradan aldırmaq üçün bu prosesə qoruyucu sistemi yaxud sistemlərini əlavə etmək olar. Qoruyucu sistemlər müxtəlif texnologiyalara (kimyəvi, mexaniki, hidravlik, pnevmatik, elektrik, elektron, proqramlaşdırıla bilən elektron) əsaslana bilir. Yanaşmanın tətbiqini asanlaşdırmaq üçün bu standart
• ümumi təhlükəsizlik tələblərini müəyyən etmək üçün təhlükə və riskin qiymətləndirilməsini tələb edir;
•qəza əleyhinə mühafizə sistem(lər)I üzrə təhlükəsiz tələblərinin müvafiq olaraq bölüşdürülməsini tələb edir;
• funksional təhlükəsizliyin əldə edilməsi üçün bütün mühafizə metodları üçün tətbiq oluna bilən çərçivədə fəaliyyət göstərir;
• funksional təhlükəsizliyə nail olmaq üçün nəzərdə tutulan bütün metodlara tətbiq oluna bilən müəyyən tədbirlərin istifadəsindən bəhs edir.
Emal sənayesi üçün qəza əleyhinə mühafizə sistemləri üzrə Beynəlxalq Standart
• ilkin konsepsiyadan, layihədən, icradan, istismardan və texniki xidmətdən istismardan çıxarılma mərhələsinə kimi təhlükəsizliyin davametmə dövrünün mövcud olan bütün mərhələlərinə müraciət edir;
•Mövcud yaxud hər hansı bir ölkə üçün səciyyəvi olan emal sənayesi standartlarının bu standarta uyğunlaşdırılmasına imkan yaradır.
Bu Beynəlxalq Standartın emal sənayesi sahələrində yüksək səviyyəli sabitliyə malik olması (məs., əsas prinsiplərin, terminlərin, məlumatın ardıcıllığı) nəzərdə tutulur. Bu, təhlükəsizlik və iqtisadi baxımdan müəyyən üstünlüklərə malikdir. Yurisdiksiyada idarəetmə orqanlarının (məs., milli, federal, ştat, əyalət, ölkə, şəhər) təhlükəsiz texnoloji prosesin işlənib hazırlanması və təhlükəsizliyinin idarə edilməsilə bağlı müəyyən etdiyi tələblər yaxud digər tələblər bu standartda təsbit edilən tələblərdən üstündür.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_________________________________________________________________________________________
Funksional təhlükəsizlik
Sənaye prosesləri üçün
avadanlıqların təhlükəsizlik sistemləri
Quruluş, sistem, təriflər, avadanlıq və
proqram təminatına qoyulan tələblər
(BS IEC 61511-1:2003)
Safety instrumented systems
for the process industry sector –
Framework, definitions, system,
hardware and software requirements
_________________________________________________________________________________________
Bu standart konkret prosesi təhlükəsiz vəziyyətdə saxlamaq və/və ya qulluq etmək üçün qəza əleyhinə (təhlükəsizlik) mühafizə sistemlərinin spesifikasiyasına, layihələndirilməsinə, quraşdırılmasına, istismarına və texniki xidmətinə dair tələbləri müəyyən edir. Bu standart IEC 61508-in emal sektorunda tətbiq edilməsi üçün işlənib hazırlanıb.
Bu standart, xüsusilə,
a) əldə edilən funksional təhlükəsizliy dair tələbləri müəyyən edir, lakin bu tələblərin icrasına kimin məsuliyyət daşıdığını (layihəçilər, tədarükçülər, sahib, istismarçı şirkət, podratçı) müəyyən etmir; bu məsuliyyət təhlükəsizliyin planlaşdırılmasına və daxili qaydalara uyğun olaraq müxtəlif tərəflərə həvalə edilir.
b) avadanlıq IEC 61508, IEC 61511-1 bənd 11.5-in tələblərinə cavab verdikdə, habelə emal sektoru üçün istifadə edilən ümumi sistemə daxil edildikdə tətbiq edilir. Emal sektorunda qəza əleyhinə mühafizə sistemləri üçün öz cihazlarının münasib olduğunu iddia edən istehsalçılara tətbiq edilmir. (bax: IEC 61508-2 və IEC 61508-3);
c) IEC 61511 və IEC 61508 arasındakı əlaqəni müəyyən edir (Şəkil 2 və 3);
d) məhdud dəyişikliyə, yaxud sabit proqramlara malik olan sistemlər üçün tətbiqi proqram təminatının yaradılmasında istifadə edilir. İstehsalçılara, qəza əleyhinə mühafizə sisteminin (QMS) layihəçilərinə, habelə hazır proqram təminatı yaradan, yaxud tamamilə dəyişkən dillərdən istifadə edən istifadəçilərə və inteqratorlara (birləşmə sxemlərinə) tətbiq edilmir. (bax: IEC 61508-3);
e) emal sektoru daxilində çox müxtəlif sənaye sahələrinə, o cümlədən kimyəvi maddələrin hazırlanması, neftayırma, neft-qaz istehsalı, sellüloz və kağız istehsalı, qeyri-nüvə enerjisi istehsalı kimi sahələrə tətbiq edilir;
Qeyd - Emal sektorunda bəzi tətbiqi sahələr üçün (məs., dəniz sahili sahədə) əlavə tələblər irəli sürülə bilər.
f) qəza əleyhinə mühafizə funksiyaları və digər funksiyalar arasındakı əlaqələri müəyyən edir. (Şəkil 4);
g) Digər vasitələrlə riskin azaldılmasını nəzərə alaraq, qəza əleyhinə mühafizə funksiyaları üçün təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələbləri və funksional tələbləri müəyyən edir;
h) sistemin strukturu və avadanlığın konfiqurasiyası, tətbiqi proqram təminatı və sistemin inteqrasiyası üzrə tələbləri dəqiq müəyyən edir;
i) qəza əleyhinə mühafizə sistemlərinin istifadəçiləri və inteqratorları üçün nəzərdə tutulan tətbiqi proqram təminatı üzrə tələbləri dəqiq müəyyən edir (bənd 12). Göstərilən tələblər, xüsusilə aşağıdakılara şamil edilir:
– tətbiqi proqram təminatının (təhlükəsizliyin davametmə dövrünün modeli) layihəsinin hazırlanması zaman tətbiq edilən təhlükəsizlik dövrünün mərhələləri və həmin mərhələrdə görülən tədbirlər. Bu tələblərə proqram təminatında imtinaların olmaması, yaxud bu imtinalar baş verdikdə onlara nəzarət etmək üçün həyata keçirilən tədbir və texniki üsullar daxildir;
– QMS-nin inteqrasiyasını həyata keçirən təşkilata proqram təminatının təhlükəsizliyinin yoxlanılması ilə bağlı ötürülən məlumat;
– QMS-in istismarı və texniki xidməti üçün istifadəçiyə lazım olan proqram təminatı ilə bağlı məlumatın və prosedurların hazırlanması;
– proqram təminatının təhlükəsizliyi ilə bağlı dəyişdirmə işi aparan təşkilat üçün nəzərdə tutulan prosedurlar və spesifikasiyalar;
j) İşçi heyətinin, mühitin və ictimaiyyətin mühafizəsi üçün birdən artıq qəza əleyhinə mühafizə funksiyasından istifadə edərək funksional təhlükəsizliyi təmin etdikdə tətbiq edilir;
k) təhlükəsizliyə aid olmayan tətbiq sahələrinə məs., obyektin mühafizəsinə tətbiq edilə bilər;
l) funksional təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan ümumi hazırlıq işlərinin bir hissəsi olan, qəza əleyhinə mühafizə funksiyalarının icrasına qoyulan tələbləri təsbit edir;
m) təhlükəsizliyin davametmə dövrünü tətbiq edir (Şəkil 8) və qəza əleyhinə mühafizə sistemləri üçün təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələbləri və funksional tələbləri müəyyən etmək üçün lazım olan işlərin siyahısını müəyyən edir;
n) hər bir qəza əleyhinə mühafizə sistemi üçün təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələbləri və funksional tələbləri müəyyən etmək məqsədi ilə təhlükə və riskin qiymətləndirilməsini tələb edir;
Qeyd - Riskin azaldılması üsulları barədə ümumi məlumat almaq üçün bax: Şəkil 9.
o) təhlükəsizliyin etibarlılıq dərəcələri üçün qaçılmaz imtinanın orta başvermə ehtimalı və təhlükəli imtinaların hər saat baş vermə tezliyi üzrə rəqəmlərə əsaslanan hədəflərini müəyyən edir;
p) avadanlığın zədələnməsi zamanı, onun işləmə qabiliyyətinin saxlanılması üzrə minimum tələbləri dəqiq müəyyən edir;
q) göstərilən etibarlılıq dərəcələrinə nail olmaq tələb edilən tədbirləri və texniki üsulları müəyyən edir;
r) qəza əleyhinə mühafizə sisteminin bu standarta uyğun olaraq icra edilməsi üçün əldə oluna bilən maksimum icra səviyyəsini müəyyən edir (SIL 4);
s) Standartın tətbiq edilə bildiyi minimum icra səviyyəsini müəyyən edir (SİL 1);
t) Təhlükəsizliyin etibarlılıq dərəcələrini müəyyən etmə strukturunu təyin edir. Lakin xüsusi tətbiq sahələri üçün nəzərdə tutulan etibarlılıq dərəcələrini (xüsusi tətbiq sahəsi barədə əldə edilən bilikdən asılı olaraq müəyyən edilən) müəyyən etmir;
u) Sensordan sonuncu element(lər)ə kimi qəza əleyhinə mühafizə sisteminin bütün komponentləri üzrə tələbləri dəqiq müəyyən edir;
v) Təhlükəsizliyin davametmə dövründə lazım olan məlumat toplusunu müəyyən edir;
w) qəza əleyhinə mühafizə funksiyasının layihələndirilməsi zamanı insan faktorunun nəzərə alınmasını tələb edir;
x) fərdi operatorlar yaxud texniki xidmət işçiləri üçün ayrıca tələb irəli sürmür.
Standartda görüləcək işlər və tədbirlər müəyyən edilib lakin tələblər təfsilatlı olaraq göstərilməyib.
Şəkil 4 – Qəza əleyhinə mühafizə funksiyaları və digər funksiyalar arasındakı əlaqə
2. NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilib. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.
IEC 60654-1:1993, Industrial-process measurement and control equipment – Operating conditions – Part 1: Climatic conditions (Sənaye-emal sahəsində istifadə edilən ölçmə və nəzarət avadanlığı- İş rejimi- 1-ci Hissə: İqlim şəraiti)
IEC 60654-3:1998, Industrial-process measurement and control equipment – Operating conditions – Part 3: Mechanical influences (Sənaye-emal sahəsində istifadə edilən ölçmə və nəzarət avadanlığı- İş rejimi- 1-ci Hissə:Mexaniki təsirlər)
IEC 61326-1:Electrical equipment for measurement, control and laboratory use – EMC requirements (Ölçmə, nəzarət və laboratoriya üçün istifadə edilən elektrik avadanlığı –EMS tələbləri)
IEC 61508, Functional safety of electrical/electronic/programmable electronic safety-related systems – Part 2: Requirements for electrical/electronic/programmable electronic safety related systems (Elektrik/elektron/ proqramlaşdırıla bilən elektron təhlükəsizlik sistemlərinin funksional təhlükəsizliyi- 2-ci Hissə: Elektrik/elektron/ proqramlaşdırıla bilən elektron təhlükəsizlik sistemləri üçün tələblər)
IEC 61508-3, Functional safety of electrical/electronic/programmable electronic safety-related systems – Part 3: Software requirements (Elektrik/elektron/ proqramlaşdırıla bilən elektron təhlükəsizlik sistemlərinin funksional təhlükəsizliyi- 3-cü Hissə: Proqram təminatı üzrə tələblər)
IEC 61511-2: Functional safety – Safety instrumented systems for the process industry sector – Part 2: Guidelines in the application of IEC 61511-11 (Funksional təhlükəsizlik- Emal sənayesi üçün qəza əleyhinə mühafizə sistemləri- 2-ci Hissə: IEC 61511-11-in tətbiqi üzrə təlimatlar)
3 İXTİSARLAR, TERMİN VƏ TƏRİFLƏR
IEC 61511-də istifadə edilən ixtisarlar Cədvəl 1-də verilib.
Cədvəl 1– IEC 61511-də istifadə edilən ixtisarlar
Dəyişən cərəyan/sabit cərəyan
Praktiki cəhətdən mümkün qədər aşağı
Amerika Milli Standartlar İnstitutu
Əsas prosesə nəzarət sistemi
Elektrik/elektron/ proqramlaşdırıla bilən elektron
Elektrik/elektron/proqramlaşdırıla bilən elektron sistem
Elektro-maqnit uyğunluq
Imtina diaqramının təhlili
Avadanlığın zədələnməsi zamanı onun işləmə qabiliyyətinin saxlanılması
İnsan-maşın interfeysi
Təhlükə və riskin qiymətləndirilməsi
İnsan etibarlılığının təhlili
Beynəlxalq Elektrotexniki Komissiya
Beynəlxalq Elektrotexniki Lüğət
Qurğu, Sistem və Avtomatlaşdırma Cəmiyyəti
Beynəlxalq Standartlaşdırma Təşkilatı
*N"-dən "M" (bax 3.2.45)
Proqramlaşdırıla bilməyən
Proqramlaşdırıla bilən elektronika
Proqramlaşdırıla bilən elektron sistem
Qaçılmaz imtinanın yaranma ehtimalı
Qaçılmaz imtinanın orta yaranma ehtimalı
Proqramlaşdırıla bilən məntiqi tənzimləyici
Sahədə təhvil-təslim sınağı
Təhlükəsiz imtina kəsri
Qəza əleyhinə mühafizə funksiyası
Təhlükəsizliyin etibarlılıq dərəcəsi
Qəza əleyhinə mühafizə sistemi
Təhlükəsizlik tələblərinin spesifikasiyası
3.2 Termin və təriflər
Bu sənədin məqsədləri üçün aşağıdakı termin və təriflərdən istifadə edilib.
3.2.1 struktur: sistem daxilində avadanlıq yaxud proqram elementlərinin düzülüşü, məs.,
(1) Qəza əleyhinə mühafizə sisteminin (QMS) alt -sistemlərinin düzülüşü;
(2) QMS alt -sisteminin daxili strukturu;
(3) Proqram təminatı sisteminin proqramlarının düzülüşü
Qeyd - Bu termin IEC 61508-4-də verilən termindən fərqlənərək emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirir.
3.2.2 Obyektin mühafizəsi: Obyektə dəyəcək zərərin qarşısını almaq üçün sistemin layihəsinə daxil edilmiş funksiya
3.2.3 əsas prosesə nəzarət sistemi (ƏPNS): prosesdən, ona qoşulmuş avadanlıqlardan, digər proqramlaşdırıla bilən sistemlərdən yaxud operatordan gələn giriş siqnalına cavab verən, habelə proses və ona qoşulmuş avadanlıqların arzu olunan tərzdə işləməsinə səbəb olan, lakin SIL ≥ 1-ə malik qəza əleyhinə mühafizə funksiyasını icra etməyən çıxış siqnalları yaradan sistem.
Qeyd - bax: A2 bənd c.
3.2.4 kanal: müəyyən funksiyanı müstəqil icra edən element, yaxud elementlər qrupu
1 Kanaldaxili elementlərə giriş/çıxış. (G/Ç) modulları, məntiqi sistemlər (bax: 3.2.40), sensorlar və axırıncı elementlər daxildir.
2 Qoşa kanal konfiqurasiyası (yəni, iki kanallı), eyni funksiyanı müstəqil olaraq icra edən iki kanaldan ibarətdir.
3 Bu termin, bütöv sistemi yaxud onun bir hissəsini (məs., sensorlar və axırıncı elementlər) təsvir etmək üçün işlədilə bilər.
3.2.5 kodlaşdırma: bax: “proqramlaşdırma”
3.2.6.1 Ümumi səbəbdən yaranan imtina: Baş verən birdən artıq hadisə nəticəsində yaranaraq iki və daha artıq kanalda imtina yaradaraq çoxsaylı kanala malik olan sistemin ikidən artıq müstəqil kanalında imtinaların baş verməsinə səbəb olan nasazlıq
3.2.6.2 Ümumi rejim imtinası
İki və daha artıq kanalda eyni yolla baş verərək, eyni səhv nəticəni yaradan imtina
3.2.7 komponent: sistemin, alt -sistemin yaxud spesifik funksiyanı icra edən cihazın hissələrindən biri
3.2.8 konfiqurasiya: bax: “struktur”
3.2.9 konfiqurasiyanın idarə edilməsi: fəaliyyətdə olan sistemin (avadanlıq və proqram təminatı) komponentlərində baş verən dəyişikliklərə nəzarət etmək və davametmə dövrü boyu fasiləsizliyi və ölçmə vəhdətini saxlamaq üçün, həmin komponentlərin müəyyən edilməsi üsulu
3.2.10 nəzarət sistemi: prosesdən və ya operatordan gələn giriş siqnallarına cavab verən və prosesin arzuolunan tərzdə işləməsini təmin edən çıxış siqnallarını yaradan sistem
Qeyd - Nəzarət sisteminə giriş qurğuları və sonuncu elementlər daxildir ya ƏSNS, ya QMS, yaxud onların birləşməsindən ibarət ola bilər.
3.2.11 təhlükəli imtina: qəza əleyhinə mühafizə sistemini təhlükəli və ya nasazlıq vəziyyətinə gətirib çıxardan imtina
Qeyd - Bu potensialın reallaşması yaxud reallaşmaması sistemin kanallarının quruluşundan asılı ola bilər; təhlükəsizliyi gücləndirməyə xidmət edən çoxsaylı kanala malik olan sistemdə, avadanlıqda baş verən təhlükəli imtinanın bütün sistemdə təhlükə yaxud nasazlıq yaratma ehtimalı azdır.
3.2.12 asılı imtina: yaranma ehtimalı ayrı-ayrı hadisələrin şərtsiz ehtimalının sadə nəticəsi kimi ifadə edilə bilməyən imtina
1. Ancaq P(A və B) > P(A) × P(B) olduqda A və B hadisələri asılı və P(z) z hadisəsinin yaranma ehtimalı olur.
2. Mühafizə qatları arasında asılı imtinanın nəzərdən keçirilməsilə bağlı bax: bən 9.5.
3. Asılı imtinaya ümumi səbəbə daxildir (bax: 3.2.6)
3.2.13 aşkarlanmış; açıqlanmış; açıq: avadanlıqda və proqram təminatında baş verən imtinaların diaqnostik sınaqlarla yaxud normal əməliyyatla aşkarlanması
3.2.14 qurğu, cihaz: avadanlıq və ya proqram təminatının, yaxud hər ikisinin müəyyən edilmiş məqsədə çatmaq qabiliyyətinə malik olan funksional bloku (məs., sahə qurğuları, QMS G/Ş terminallarına birləşdirilmiş avadanlıqlar; belə qurğulara ötürücü məftillər, sensorlar, məntiqi həlletmə qurğuları, QMS G/Ş terminallarına simli qoşulmuş operator-interfeys cihazları)
3.2.15 diaqnostik nisbət (DN): aşkarlanmış imtina tezliyinin diaqnostik sınaqla aşkarlanmış komponent, yaxud alt -sistem imtinası tezliyinə olan nisbəti. Diaqnostik nisbətə aid olan imtinalara, yoxlama sınaqları vasitəsilə aşkarlanmış imtinalar daxil deyil.
1. Diaqnostik nisbətə əsasən aşkarlanmış (aşkarlanmış λ) və aşkarlanmamış (aşkarlanmamış λ) imtina tezliklərini ümumi imtina tezliyi (λümumi imtina tezliyi) əsasında belə hesablanır: λaşkarlanmış = DC × λümumi imtina tezliyi və λaşkarlanmamış = (1-DC) × λümumi imtina tezliyi.
2. Diaqnostik nisbət qəza əleyhinə mühafizə sisteminin komponentlərinə və alt -sistemlərinə tətbiq edilir. Məsələn, bu nisbət tipik olaraq, sensor, sonuncu element yaxud məntiqi həlletmə qurğusu üçün müəyyən edilir.
3. Təhlükəsizlik üzrə tətbiq sahələri üçün diaqnostik nisbət tipik olaraq komponentin yaxud alt - sistemin təhlükəsiz və təhlükəli imtinalarına tətbiq edilir. Məsələn, komponent və ya alt -sistemin təhlükəli imtinaları üzrə diaqnostik nisbət belədir: DN = λDD/λDT, burada λDD aşkarlanmış təhlükəli imtinanın başvermə tezliyi, λDT isə, ümumi təhlükəli imtinanın başvermə tezliyidir.
3.2.16 müxtəliflik: tələb olunan funksiyanın icrası üçün müxtəlif vasitələrin mövcudluğu.
Qeyd: Müxtəlifliyə fərqli fiziki üsullarla yaxud dizayna göstərilən müxtəlif yanaşmalarla nail olmaq olar.
3.2.17 Elektrik/elektron/proqramlaşdırıla bilən (E/E/PE): elektrik (E), elektron (E) və ya proqramlaşdırıla bilən elektron (PE) texnologiyasına əsaslanır
Qeyd - Bu termin elektrik prinsiplərə əsasən fəaliyyət göstərən istənilən və ya bütün qurğuları və sistemləri əhatə edir və aşağıdakıları daxil edir:
- elektro-mexaniki qurğular (elektrik);
- proqramlaşdırıla bilməyən yarımkeçirici elektron cihazlar (elektron);
- kompüter texnologiyasına əsaslanan elektron cihazlar (proqramlaşdırıla bilən elektron) (bax: 3.2.55)
3.2.18 səhv: hesablanmış, müşahidə edilmiş və ya ölçülmüş dəyər yaxud şərt ilə həqiqi, dəqiq müəyyən edilmiş və ya nəzəri cəhətdən düzgün olan dəyər yaxud şərt arasındakı uyğunsuzluq
Qeyd: IEV 191-05-24 –ə əsasən qeydlər istisna olmaqla uyğunlaşdırılıb.
3.2.19 xarici riskin azaldılması üçün vasitələr: risklərin yaxud onların təsir gücünün azaldılması üçün görülən və QMS-dən fərqlənən və ayrı olan tədbirlər
1. Buna, drenaj sistemi, yanğından mühafizə divarı, bəndlər misal ola bilər.
2. Bu termin, emal sektoru üzrə terminlərdəki fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən terminlərdən fərqlənir.
3.2.20 imtina: funksional blokun tələb olunan funksiyanı icra etmə qabiliyyətinin bitməsi
1. Bu termin (bu qeydlər istisna olmaqla) ISO/IEC 2382-14-01-09:1997-ə uyğun gəlir.
2. Əlavə məlumat almaq üçün bax: IEC 61508-4.
3. Tələb olunan funksiyaların icrasına avadanlığın göstərdiyi müəyyən reaksiyalar daxil deyil və nəzərə alınmayan reaksiyalar baxımından, bəzi funksiyalar göstərilə bilər. Belə reaksiyanın baş verməsi əməliyyatdan imtina hesab edilir.
4. Əməliyyatdan imtinalar təsadüfi yaxud sistemli xarakter daşıyır. (bax: 3.2.62 və 3.2.85).
3.2.21 zədələnmə: funksional blokun tələb olunan funksiyanı icra etmə qabiliyyətini azaldan yaxud onun itməsinə səbəb olan anormal vəziyyət
Qeyd: EV 191-05-01 standartında “zədələnmə” termini tələb olunan funksiyanın icra etmə qabiliyyətinin olmaması kimi xarakterizə olunur və profilaktik texniki təmir yaxud digər planlaşdırılmış tədbirlər zamanı və ya xarici resursların çatışmamasına görə işləmə qabiliyyətinin olmaması istisna edilir [ISO/IEC 2382-14-01-09]
3.2.22 zədələnmənin qarşısının alınması: qəza əleyhinə mühafizə sistemi vasitəsilə təmin edilən təhlükəsizliyin istənilən davametmə dövründə avadanlığın zədələnməsinin qarşısını almaq üçün istifadə edilən texniki üsullar və prosedurlar
3.2.23 zədələnmə zamanı işləmə qabiliyyətinin saxlanılması: zədələnmə yaxud imtina baş verdikdə funksional blokun tələb olunan funksiyanın icrasına davam etmə qabiliyyəti
Qeyd: IEV 191-15-05-dəki termin yalnız köməkçi hissələrin zədələnməsinə aiddir. “Zədələnmə” termini barədə bax: 3.2.21-dəki Qeyd. [ISO/IEC 2382-14-04-06]
3.2.24 sonuncu element: təhlükəsiz mühit yaratmaq lazım olan fiziki hərəkətləri həyata keçirən qəza əleyhinə mühafizə sisteminin hissəsi
Qeyd: Məsələn klapanları, paylayıcı qurğuları, motorları, o cümlədən onların köməkçi hissələrini, məs., elektromaqnit klapanları yaxud solenoidi (qəza əleyhinə mühafizə funksiyasının icrasına cəlb edildikdə) göstərmək olar.
3.2.25 funksional təhlükəsizlik: QMS-nin və digər mühafizə səviyyələrinin düzgün işləməsindən asılı olaraq ƏPNS və proseslə bağlı olan ümumi təhlükəsizliyin bir hissəsi
Qeyd: Bu termin, emal sektoru üzrə terminlərdəki fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir.
3.2.26 funksional təhlükəsizliyin qiymətləndirilməsi: bir və daha artıq mühafizə səviyyəsi ilə əldə edilən funksional təhlükəsizlik barədə nəticə çıxartmaq məqsədilə aparılan və sübuta əsaslanan araşdırma
Qeyd: Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.27 funksional təhlükəsizliyin təftişi: funksional təhlükəsizlik tələbləri üçün səciyyəvi olan prosedurların planlaşdırılmış tədbirlərə uyğunluğunu, onların icra effektivliyini və müəyyən edilmiş məqsədlərə çatmaq üçün yararlılığını müəyyən etmək üçün aparılan sistemli və müstəqil yoxlama
Qeyd: Funksional təhlükəsizliyin təftişi funksional təhlükəsizliyin qiymətləndirilməsinin bir hissəsi kimi həyata keçirilə bilər.
3.2.28 funksional blok: avadanlığın yaxud proqram təminatının müəyyən edilmiş məqsədi həyata keçirmək qabiliyyətinə malik olan hissəsi
1. IEV 191-01-01-də “funksional blok” termininin əvəzinə daha ümumi olan “predmet” termini işlənmişdir. Predmet anlayışına bəzən insanlar da daxil edilə bilər.
2. Bu termin ISO/IEC 2382-14-01-01-də verilib.
3.2.29 avadanlığın təhlükəsizliyinin etibarlılığı: təhlükəli imtina rejimində avadanlığın təsadüfi olaraq əməliyyatdan imtina etməsilə əlaqədar olaraq qəza əleyhinə mühafizə funksiyasının təmin etdiyi təhlükəsizliyinin etibarlılığı
1. Bu termin, təhlükəli rejimdəki imtinalara aiddir, yəni, qəza əleyhinə mühafizə funksiyasının predmeti olan bu imtinalar, onun təmin etdiyi təhlükəsizliyin etibarlılıq dərəcəsini azaldır. Bu kontekstə uyğun gələn iki parametr ümumi təhlükəli imtinanın başvermə tezliyi və tələb əsasında əməliyyat zamanı imtinanın yaranma ehtimalıdır.
3. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.30 zərər: Mühitə yaxud əmlaka dəyən zərər nəticəsində insanların sağlamlığına birbaşa və ya bilavasitə dəyən fiziki zərər və ya zədə
Qeyd: Bu termin ISO/IEC-in 51-ci Təlimatına uyğundur.
3.2.31 təhlükə: zərərin potensial mənbəyi
1. Bu termin (qeydlərsiz) ISO/IEC-in 51-ci Təlimatının 3.4-cü bəndinə uyğundur.
2. Bu terminə qısa müddət ərzində insanların üzləşdiyi təhlükəni (məsələn, yanğın və partlayış) habelə, insanın sağlamlığına uzun müddət təsir göstərən təhlükəli halları (məs., zəhərli maddələrin buraxılması) ifadə edir.
3.2.32 Subyektiv səhv (insan imtinası); səhv (imtina): arzu olunmayan nəticənlərə gətirib çıxardan fəaliyyət yaxud fəaliyyətsizlik
Qeyd: ISO/IEC 2382-14-02-03-də verilən bu termin özündə “fəaliyyətsizlik” ifadəsini ehtiva edərək IEV 191-05-25-də verilən termindən fərqlənir.
3.2.33 təsirin təhlili: funksiya və ya komponentdə baş verən dəyişikliyin sistemdəki yaxud digər sistemlərdəki funksiyalara və ya komponentlərə göstərə biləcəyi təsirin müəyyən edilməsi
3.2.34 müstəqil şöbə: funksional təhlükəsizliyin qiymətləndirildiyi və ya yoxlanıldığı xüsusi mərhələdə gğrülən işlərə məsul olan şöbələrdən ayrı və fərqli fəaliyyət göstərən şöbə
3.2.35 müstəqil təşkilat: funksional təhlükəsizliyin qiymətləndirildiyi və ya yoxlanıldığı xüsusi mərhələdə görülən işlərə məsul olan təşkilatlardan idarəetmə və digər ehtiyatlar baxımından ayrı və fərqli fəaliyyət göstərən təşkilat
3.2.36 müstəqil şəxs: funksional təhlükəsizliyin qiymətləndirildiyi və ya yoxlanıldığı xüsusi mərhələdə görülən işlərdən fərqli və ayrı tədbirlər görən, habelə bu işlər üçün məsuliyyət daşımayan şəxs
3.2.37 giriş funksiyası: məntiqi həlletmə proqramına giriş məlumatının ötürülməsi üçün prosesə və ona cəlb edilmiş avadanlıqlara nəzarət edən funksiya.
Qeyd: Giriş funksiyası əl ilə idarə edilən funksiya da ola bilər.
3.2.38 alət: işin icrası üçün istifadə edilən aparatlar (tipik olaraq, ölçmə avadanlıqları ilə təchiz edilmiş sistemlərdə olur)
Qeyd: Emal sektorunda ölçmə avadanlıqları ilə təchiz edilmiş sistemlər, tipik olaraq, sensorlardan (məs. təzyiq, sərfiyyat, temperatur tənzimləyiciləri), məntiqi həlletmə qurğularından, nəzarət sistemlərindən (məs. proqramlaşdırıla bilən tənzimləyicilər, paylanmış idarəetmə sistemləri) və sonuncu elementlərdən (məs. nəzarət klapanları) ibarətdir. Ölçmə avadanlıqları ilə təchiz edilmiş sistemlər, qəza əleyhinə mühafizə sistemi də ola bilər (bax: 3.2.72).
3.2.39 məntiqi funksiya: giriş məlumatı (bir və birdən artıq giriş funksiyası əsasında verilən) ilə çıxış məlumatı (bir və ya birdən artıq çıxış funksiyası əsasında verilən) arasında çevirmələrin icrası üçün nəzərdə tutulan funksiya; məntiq funksiyaları bir və daha artıq giriş funksiyalarını müvafiq olaraq çıxış funksiyalarına çevirir.
Qeyd: Əlavə məlumat üçün bax: IEC 61131-3 və IEC 60617-12.
3.2.40 məntiqi həlletmə komponenti: ƏPNS və ya QMS-in bir və daha artıq məntiqi funksiya(lar) icra edən hissəsi
1. IEC 61511-də məntiqi sistemlər üçün aşağıdakı terminlər işlədilir:
- elektro-mexaniki texnologiya üzrə elektrik-məntiqi sistemlər;
- elektron texnologiya üzrə elektron məntiqi sistemlər;
- proqramlaşdırıla bilən elektron sistemlər üzrə PE məntiq sistemi.
2. Buna misal olaraq elektrik sistemlər, proqramlaşdırıla bilən elektron sistemlər, pnevmatik sistemlər, hidravlik sistemləri göstərmək olar. Sensorlar və sonuncu elementlər məntiqi həlletmə sisteminə daxil deyil.
3.2.40.1 qoruyucu konfiqurasiyalı məntiqi həlletmə sistemi: bənd 11.5-ə əsasən təhlükəsizliyin tətbiq sahələrində istifadə edilmək üçün konfiqurasiya edilmiş universal texniki dərəcəyə malik PE məntiqi həlletmə sistemi
3.2.41 texniki xidmət-mühəndislik interfeysi: QMS-də göstərilən texniki xidmətə, onun dəyişdirilməsinə şərait yaradan avadanlıq və proqram təminatı. Buraya proqram təminatında rast gəlinən təlimatlar və diaqnozlar, indikatorlar, buraxma qurğuları, sınaq və kalibrləmə alətləri aid edilə bilər.
3.2.42 təsir gücünün azaldılması: təhlükəli hadisənin fəsadlarını azaltmağa yönələn tədbir
Qeyd: Buna misal olaraq, yanğın və ya qaz sızması aşkar edilən zaman təzyiqin sıfıra endirilməsini göstərmək olar.
3.2.43 əməliyyat rejimi: qəza əleyhinə funksiyanın fəaliyyətdə olduğu rejim
3.2.43.1 tələb rejimində olan qəza əleyhinə mühafizə funksiyası: prosesin şəraitinə yaxud digər tələblərə cavab olaraq müəyyən edilmiş tədbirin (məs., klapanın bağlanması) həyata keçirilməsi. Qəza əleyhinə mühafizə funksiyasında təhlükəli imtina baş verdiyi zaman potensial təhlükə yalnız prosesdə, yaxud ƏPNS-də əməliyyatdan imtina baş verdikdə yaranır.
3.2.43.2 fasiləsiz rejimdə olan qəza əleyhinə mühafizə funksiyası: Qəza əleyhinə mühafizə funksiyasının icrasında təhlükəli imtina baş verdiyi zaman, mümkün təhlükəyə qarşı profilaktik tədbir görülmədikdə yaranır.
1. Funksional təhlükəsizliyi təmin etmək üçün fasiləsiz nəzarəti işini həyata keçirən qəza əleyhinə mühafizə funksiyalarını əhatə edir.
2. Tələb rejimində olan tətbiq sahələrində tələbin baş vermə tezliyi ildə bir dəfədən artıq olduqda, təhlükənin baş vermə tezliyi qəza əleyhinə mühafizə funksiyasına aid olan təhlükəli imtinanın baş vermə tezliyindən az olacaq. Bu halda, normal olaraq, fasiləsiz rejim meyarından istifadə etmək məqsədə uyğundur.
3. Tələb yaxud fasiləsiz rejimdə olan qəza əleyhinə mühafizə funksiyalarında imtinaya qarşı nəzərdə tutulmuş tədbirlər Cədvəl 3 və 4-də göstərilib.
4. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.44 modul: avadanlığın xüsusi funksiyasını icra edən (yəni, rəqəmsal giriş modulu, analoq-çıxış modulu) müstəqil aqreqat və ya xüsusi funksiyanı dəstəkləyən və təkrar istifadə edilə bilən tətbiq proqramı, məs. xüsusi funksiya icra edən kompüter proqramının bir hissəsi
1. IEC 61131-3-ün mətnində proqram təminatının modulu funksiya yaxud funksiya bloku kimi verilib.
2. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.45 N-dən M: “N” müstəqil kanalından ibarət olan qəza əleyhinə mühafizə sistemi yaxud onun bir hissəsi elə birləşdirilib ki, “M” kanalları qəzadan qorunma funksiyalarını icra etmək üçün kifayət edir.
3.2.46 riskin lazımi dərəcədə azaldılması: Riskin məqbul səviyyəyədək azaldılmasını təmin edir
3.2.47 proqramlaşdırıla Bilməyən (PB) sistem: Qeyri-kompüter texnologiyasına əsaslanan sistem (yəni, proqramlaşdırıla bilməyən elektron [PE] yaxud proqram təminatına əsaslanmayan sistem).
Qeyd: Simli qoşulmuş elektrik və ya elektron, mexaniki, hidravlik və ya pnevmatik sistemlər buna misal ola bilər.
3.2.48 operator interfeysi: operator(lar) və QMS arasında məlumat mübadiləsi yaradan vasitələr (məs. KŞB-lar, indikator işıqları, düymələr, həyəcan siqnalları, sirenalar); operator interfeysi bəzən insan-maşın interfeysi də adlanır.
3.2.49 başqa texnologiyaya əsaslanan təhlükəsizlik sistemləri: elektrik, elektron, proqramlaşdırıla bilən elektronik texnologiyalardan başqa digər texnologiyaya əsaslanan təhlükəsizlik sistemləri
Qeyd: Əks klapan “başqa texnologiyaya əsaslanan təhlükəsizlik sisteminə” aiddir. “Başqa texnologiyaya əsaslanan təhlükəsizlik sisteminə” hidravlik və pnevmatik sistemlər daxildir.
3.2.50 çıxış funksiyası: məntiqi funksiya əsasında ötürücü barədə gələn yekun məlumata əsasən prosesə və ona qoşulmuş avadanlığa nəzarət edən funksiya
3.2.51 mərhələ: bu standartda göstərilən işlərin təhlükəsizliyinin davametmə dövründə reallaşdığı müddət
3.2.52 profilaktika: təhlükəli hadisənin başvermə tezliyini azaltmaq üçün görülən tədbir
3.2.53 əvvəlki istifadə: bax: “istifadəsi sübut edilmiş” (bax:3.2.60)
3.2.54 proses riski: qeyri - normal hadisələrin törətdiyi proses rejimindən yaranan risk (ƏPNS-in düzgün işləməməsi)
1. Bu mətndəki risk anlayışı riskin lazımi dərəcədə azaldılması üçün istifadə edilən QMS-də baş verən xüsusi təhlükəli hadisə ilə əlaqədardır. (yəni, funksional təhlükəsizliklə əlaqəli olan risk).
2. Proses riskinin təhlili IEC 61511-3-də təsvir edilib. Texnoloji prosesdə yarana biləcək riski müəyyən etməkdə əsas məqsəd, mühafizə səviyyələrini nəzərə almadan həmin riskin aradan qaldırılması üçün istinad nöqtəsi yaratmaqdır.
3. Riskin qiymətləndirilməsinə insan faktoru məsələləri də daxildir.
4. Bu termin IEC 61508-4-dəki “EUC risk”inə uyğundur.
3.2.55 proqramlaşdırıla bilən elektronika (PE): kompüter texnologiyasına əsaslanan və PES-in bir hissəsini təşkil edən elektron komponent və ya qurğu. Bu terminə avadanlıq və proqram təminatının giriş və çıxış blokları aiddir.
1. Bu termin əlaqəli yaddaşla birlikdə bir və daha artıq mərkəzi prosessor blokuna (MPB) əsaslanan mikro-elektron elementləri əhatə edir. Emal sektorundakı proqramlaşdırıla bilən elektronik vasitələrə daxildir:
- smart sensorlar və sonuncu elementlər;
- proqrmalaşdırıla bilən elektron məntiqi həlletmə komponentləri, o cümlədən
- proqramlaşdırıla bilən tənzimləyicilər;
- proqramlaşdırıla bilən məntiqi tənzimləyicilər
- dövrə tənzimləyiciləri.
2. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.56 proqramlaşdırıla bilən elektron sistem (PES): Bir və daha artıq proqramlaşdırıla bilən elektron cihazı, o cümlədən sistemin bütün elementləri məs. qidalandırma bloku, sensorlar və digər giriş qurğuları, məlumat ötürmə kanalları və digər rabitə kanalları, ötürücülər və digər çıxış qurğuları əsasında həyata keçirilən nəzarət, mühafizə və yoxlama sistemi (bax: Şəkil 6).
Qeyd: Proqramlaşdırıla bilən elektronik qurğular mərkəzdə yerləşdirilib lakin onlar PES-in müxtəlif bölmələrində yer tuta bilər
Şəkil 6– Proqramlaşdırıla bilən elektron sistem (PES): strukturu və terminologiyası
3.2.57 programlaşdırma: problemin həll edilməsi yaxud məlumatın işlənib hazırlanması üçün təlimatlar toplusunun layihələndirilməsi, yazılması və sınaqdan keçirilməsi prosesi
Qeyd: Bu standartda proqramlaşdırma tipik olaraq PE-ə əlaqələnib.
3.2.58 yoxlama sınağı: Zəruri hallarda sistemin nəzərdə tutulmuş funksionallığını bərpa etmək məqsədilə qəza əleyhinə mühafizə sistemində aşkarlanmamış imtinaları müəyyən etmək üçün aparılan sınaq
3.2.59 mühafizə səviyyəsi: nəzarət, profilaktika və ya təsir gücünün azaldılması üsulları ilə riskin azaldılmasına xidmət edən müstəqil mexanizm
Qeyd: Bu səviyyənin bir sıra mexanizmlər təşkil edə bilər. Həmin mexanizmlərə stehsal texnologiyası mexanizmi (məs. təhlükəli kimyəvi maddələrlə dolu olan qabların ölçüsü ) maşınqayırma texnologiyası mexanizmi (məs., əks klapan, qəza əleyhinə mühafizə sistemi) və ya inzibati prosedura (məs., yaxınlaşan təhlükəyə qarşı fövqəladə planın hazırlanması) daxil edilə bilər. Təhlükəyə qarşı cavab tədbirləri avtomatik yaxud əl ilə idarə edilərək həyata keçirilə bilər. (bax: Şəkil 9).
3.2.60 istifadəsi sübut olunmuş: sənədləşdirilmiş qiymətləndirmə nəticəsində komponentin əvvəlki istifadəsinə əsasən onun qəza əleyhinə mühafizə sistemində tətbiqə yararlılığını sübut edən müvafiq dəlilin irəli sürülməsi. (bax: 11.5. əvvəlki istifadə)
Qeyd: Bu termin, emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.61 keyfiyyət: predmetin göstərilən yaxud nəzərdə tutulan tələblərə cavab vermə qabiliyyətini əks etdirən xüsusiyyətlərinin cəmi
Qeyd: Daha təfsilatlı məlumat almaq üçün bax: ISO 9000.
3.2.62 avadanlığın təsadüfi imtinası: Avadanlığın bir sıra xüsusiyyətinin aşağı düşməsindən yaranaraq təsadüfi hallarda baş verən imtinalar
1. Avadanlığın müxtəlif komponentlərində fərqli tezlikdə baş verən bir çox deqradasiya mexanizmləri mövcuddur və istismara buraxıldıqdan sonra, müxtəlif dövrlərdə bu mexanizmlər sayəsində avadanlığın hissələri istehsal etmə həddinə müvafiq olaraq zədələndiyi üçün avadanlığın ümumi olaraq nasazlıq hallarının baş vermə tezliyini proqnozlaşdırmaq mümkün olur və ya olmur (yəni, bu təsadüfi olaraq baş verir).
2. Avadanlığın sistemli və təsadüfi imtinaları arasındakı əsas nəzərə çarpan fərq (bax: 3.2.85) bundan ibarətdir ki, təsadüfi imtinalar nəticəsində sistemin əməliyyatdan imtina etmə tezliyini öz təbiətinə görə proqnozlaşdırma mümkündür, lakin sistemli imtinaları öz xüsusiyyətinə görə proqnozlaşdırmaq mümkün deyil. Bu o deməkdir ki, təsadüfi imtinalardan yaranan imtinaların baş vermə tezliyini statistik rəqəmlərlə göstərmək mümkün deyil çünki, onları törədən hadisələri asanlıqla proqnozlaşdırmaq olmur.
3.2.63 artıqlıq: eyni funksiyanı icra etmək üçün çoxsaylı elementlərin və ya sistemlərin istifadəsi; artıqlıq faktoru oxşar (oxşar elementlərin artıqlığı) və ya fərqli elementlər (fərqli elementlərin artıqlığı) sayəsində yaranır.
1. Oxşar funksional komponentlərin istifadəsi və cütlük bitlərinin əlavə edilməsi buna misal ola bilər.
2. Artıqlıq üsulundan etibarlılığı yaxud əlverişliliyi təmin etmək üçün istifadə edilir.
3. IEV 191-15-01-də verilən termin tam deyil [ISO/IEC 2382-14-01-11].
4. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.64 risk: zərərin yaxud onun kəskinliyinin baş vermə tezliyinin kombinasiyası
Qeyd: Bu anlayışı ətraflı müzakirə etmək üçün bax: bölmə 8.
3.2.65 təhlükəsiz imtina: qəza əleyhinə mühafizə sistemini təhlükəli vəziyyətə salan yaxud onun əməliyyatdan imtina etməsinə səbəb olma potensialına malik olmayan imtina
1. Bu potensialın reallaşması sistem kanallarının quruluşundan asıl
2. Bu terminin digər adı xoşagəlməz imtina və yalançı imtinadır.
3.2.65.1 təhlükəsiz imtina kəsri: avadanlığın təhlükəsiz yaxud aşkarlanmış təhlükəli imtina ilə nəticələnən ümumi nasazlığının yaranma tezliyi üzrə kəsr
3.2.66 təhlükəsiz vəziyyət: prosesdə təhlükəsizliyin təmin edildiyi vəziyyət
1. Potensial təhlükəli vəziyyətdən yekun təhlükəsiz vəziyyətə keçid zamanı proses bir neçə aralıq təhlükəsizlik mərhələlərindən keçə bilər. Bəzi hallarda təhlükəsiz vəziyyət yalnız prosesə fasiləsiz nəzarət edildikdə mövcud olur. Belə fasiləsiz nəzarət qısa, yaxud naməlum müddətdə davam edə bilər.
2. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.67 təhlükəsizlik: yolverilməz riskdən azad olma
Qeyd: Bu termin ISO/IEC-in 51-ci Təlimatına uyğundur.
3.2.68 təhlükəsizlik funksiyası: QMS-də, digər texnologiyaya əsaslanan təhlükəsizlik sistemində, habelə prosesin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan xarici riskin azaldılması mexanizmində icra edilən funksiya
Qeyd: Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.69 Qəza əleyhinə mühafizə sisteminin nəzarət funksiyası: təhlükəli halların yaranmasının qarşısını almaq yaxud onun fəsadlarını azaltmaq üçün fasiləsiz rejimdə işləyən TED-ə (təhlükəsizliyin etibarlılıq dərəcəsi) malik qəza əleyhinə mühafizə funksiyası
3.2.70 qəza əleyhinə nəzarət sistemi: qəza əleyhinə mühafizə sisteminin birdən artıq nəzarət funksiyasını icra etmək üçün tətbiq edilən avadanlıqlarla təchiz edilmiş sistem
Qeyd: Emal sənayesi sahələrində qəza əleyhinə nəzarət sistemlərinə nadir hallarda rast gəlmək olur. Belə sistemləri təyin edərkən onlara xüsusi hal kimi yanaşmaq və onları ayrıca layihələndirmək lazımdır. Hazırkı standartın tələblər tətbiq edilir lakin sistemin təhlükəsizlik tələblərinə cavab vermə qabiliyyətini müəyyən etmək üçün əlavə təhlillərin aparılması tələb edilə bilər.
3.2.71 Qəza əleyhinə mühafizə funksiyası (QMF): funksional təhlükəsizliyi təmin etmək üçün dəqiq müəyyən edilmiş etibarlılıq dərəcələrinə malik olan təhlükəsizlik funksiyası və bu qəza əleyhinə mühafizə funksiyası yaxud qəza əleyhinə nəzarət funksiyası ola bilər
3.2.72 qəza əleyhinə mühafizə sistemi (QMS): bir və daha artıq qəza əleyhinə mühafizə funksiyası icra etmək üçün istifadə edilən sistem. QMS sensor(lar)un, məntiqi həlletmə qurğu(lar)nun, və sonuncu elementlərin birləşməsindən ibarətdir. (məs., Şəkil 7).
1. Buraya qəza əleyhinə nəzərə funksiyaları yaxud qəzadan müdafiə funksiyaları və ya onların hər ikisi daxil edilə bilər.
2. QMS-in istehsalçıları və tədarükçüləri bənd 1 yarımbənd a) – d)-yə istinad edilə bilər.
3. QMS-ə proqram təminatı daxil edilə yaxud edilməyə bilər.
5. Qəza əleyhinə mühafizə sistemini (QMS) əl ilə idarə edərkən operatorun gördüyü işlərin etibarlılığı və əlverişliliyi, o cümlədən həmin sistemin texniki xüsusiyyətləri barədə SRS-də məlumat verilməlidir. TED üzrə hesablamalarına operatorun əlçatanlılığını və etibarlılığı necə daxil edilməsi barədə təlimatlar IEC 61511-2-də verilib.
3.2.73 təhlükəsizliyin etibarlılığı: qəza əleyhinə mühafizə sisteminin tələb edilən mühafizə funksiyalarını göstərilən vaxt müddətində bütün hallarda qənaətbəxş icra edə bilməsinin orta ehtimalı
1. Daha yüksək etibarlılıq dərəcəsi əldə etmək üçün tələb edilən qəza əleyhinə mühafizə funksiyasının (QMF) icra ehtimalı daha yüksək olmalıdır.
2. Qəza əleyhinə mühafizə funksiyaları üzrə təhlükəsizliyin 4 etibarlılıq dərəcələri mövcuddur.
3. Təhlükəsizliyin etibarlılığını müəyyən edərkən imtinanın təhlükəli hal yaradan bütün səbəbləri (avadanlığın təsadüfi olaraq əməliyyatdan imtina etməsi və sistemli imtinalar) nəzərə alınmalıdır; məs. avadanlığın sınması, proqram təminatında yaranan və ya elektrik xəttində qapanmadan yaranan imtinalar. Imtinanın bu növlərindən bəziləri xüsusən də təsadüfi imtinaların kəmiyyətini hesablamaq mümkündür və bu zaman bəzi tədbirlərə (məs. təhlükəli rejimdə olan imtinanın başvermə tezliyi və ya qəza əleyhinə mühafizə funksiyasının tələb əsasında əməliyyatdan imtina etmə ehtimalının müəyyən edilməsi) əl atmaq olar. Bununla belə, QMF-nin təhlükəsizliyinin etibarlılıq dərəcəsi kəmiyyəti müəyyən edilə bilməyən, lakin keyfiyyətcə nəzərə alına bilən bir çox amillərdən asılıdır.
4. Təhlükəsizliyin etibarlılıq dərəcəsi sistemi avadanlığın təhlükəsizliyinin və sistemli təhlükəsizliyin etibarlılıq dərəcəsini özündə birləşdirir.
3.2.74 təhlükəsizliyin etibarlılıq dərəcəsi (TED): qəza əleyhinə mühafizə sistemi üzrə bölüşdürülən qəzadan müdafiə funksiyalarının təhlükəsizliyinin etibarlılığını müəyyən edən dərəcə (4 dərəcə mövcuddur). 4-cü etibarlılıq dərəcəsi ən yüksək səviyyə olduğu halda 1-ci etibarlılıq dərəcəsi ən aşağı səviyyə hesab edilir.
1. Təhlükəsizliyin etibarlılıq dərəcələrini təmin etmək üçün görülən tədbirlər Cədvəl 3 və 4-də göstərilib.
2. Daha yüksək səviyyəli funksiyanın icrası üçün nəzərdə tutulan tələblərə cavab vermək üçün bir neçə aşağı səviyyəli etibarlılıq dərəcələrindən istifadə etmək mümkündür, məs. TED 3 funksiyasının icrası üçün TED 1 və TED 2 sistemlərindən birlikdə istifadə etmək olar.
3. Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4 standartında verilən terminlərdən fərqlənir.
3.2.75 təhlükəsizliyin etibarlılığı üzrə tələblərin spesifikasiyası: Qəza əleyhinə mühafizə sistem(lər) tərəfindən icra edilən mühafizə funksiyalarının etibarlılığına qoyulan tələblərin spesifikasiyası
1. Bu spesifikasiya təhlükəsizlik tələblərinin spesifikasiyasının bir hissəsini təşkil edir (bax: 3.2.78).
2. Bu termin, emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.76 təhlükəsizliyin davametmə dövrü: qəza əleyhinə mühafizə funksiyalarının icrası üçün zəruri olan tədbirlər. Bu tədbirlər layihənin ilkin mərhələsindən başlayaraq qəza əleyhinə mühafizə funksiyalarının istifadəsinin mümkün olmadığı mərhələyə kimi həyata keçirilir.
1. “Funksional təhlükəsizliyin davametmə dövrü” termini daha dəqiqdir lakin bu standartın mətnində “funksional” sözünün işlədilməsi zəruri hesab edilmir.
2. təhlükəsizliyin davametmə dövrü modeli IEC 61511-nin Şəkl 8-də göstərilib.
3.2.77 təhlükəsizlik üzrə təlimat vəsaiti: cihazın, alt -sistemin və ya sistemin tətbiq yolunu müəyyən edən vəsait
Qeyd: Bu, müstəqil sənəd, təlimat vəsaiti, proqramlaşdırma üzrə təlimat vəsaiti, standart sənəd olmalı və ya tətbiq hədlərini müəyyən edən istifadəçi sənədlərinə daxil edilməlidir.
3.2.78 təhlükəsizlik tələblərinin spesifikasiyası: Qəza əleyhinə mühafizə sistemləri tərəfindən icra edilən mühafizə funksiyaları üzrə bütün tələbləri özündə əks etdirən spesifikasiya
3.2.79 təhlükəsizlik üzrə tətbiqi proqram: tətbiqi, xidməti və ya hazır proqram funksionallığına malik qəza əleyhinə mühafizə sistemində tətbiq edilən proqram təminatı
3.2.80 sensor: prosesin şəraitini qiymətləndirmək üçün istifadə edilən ölçmə cihazı və ya onların kombinasiyası (məs. ötürücülər, qəbuledicilər, proses açarları, mövqe açarları)
3.2.81 proqram təminatı: proqram, prosedur, qayda və məlumat emalı sistemi ilə bağlı sənədlərdən ibarət olan intellektual fəaliyyət sistemi
1. Proqram təminatı yazıldığı vasitədən asılı deyil.
2. Bu termin 1-ci qeyd istisna olmaqla ISO 2382-1-dən fərqlənir və terminin tam izahı ISO 9000-3 –dən fərqlənir.
3.2.81.1 QMS alt -sistemlərində işlənən proqram dilləri
3.2.81.1.1 sabit proqram dili (SPD): bu növ proqram dilində istifadəçi bir neçə parametrlərə düzəliş edə bilir (məs. təzyiq tənzimləyicisinin dərəcəsi, qəza səviyyələri, şəbəkə ünvanları)
Qeyd: SPD-ə malik olan cihazların tipik nümunələri bunlardır: smart sensorlar (məs., təzyiq tənzimləyiciləri), smart klapanlar, hadisələrin ardıcıllığına nəzarət edən qurğular, həyəcan siqnalı qutusu, smart-məlumat yazma sistemləri.
3.2.81.1.2 məhdud dəyişən dil (MDD): bu proqram dili, emal sektorunun istifadəçiləri tərəfindən anlaşılan dil kimi hazırlanıb və təhlükəsizlik tələblərinin spesifikasiyasını icra etmək üçün qabaqcadan təyin edilmiş və tətbiq üçün səciyyəvi məlumatlandırma funksiyalarını birləşdirmək imkanı verir.
1. MDD-in tipik nümunələri IEC 61131-3-də verilib. Buraya çoxpilləli diaqramlar, funksiya blokunun diaqramı və ardıcıl funksional sxem daxildir.
2. MDD-nin istifadə edildiyi sistemlərin tipik nümunəsi: standart PMİ (məs. odluqların idarə edilməsi üçün proqramlaşdırıla bilən məntiqi idarəetmə bloku).
3.2.81.1.3 tam dəyişən dil (TDD): bu proqram dili kompüter proqramçıları tərəfindən anlaşılan dil kimi hazırlanıb və müxtəlif cür funksiyaların və tətbiq işlərini icra etməyə imkanı verir.
1. TDD-in istifadə edildiyi sistemlərin tipik nümunəsi universal kompüterlərdir.
2. Emal sektorunda TDD hazır proqram təminatında mövcuddur və bu növ dilə tətbiqi proqram təminatında nadir hallarda rast gəlmək olur.
3. TDD-nin nümunələri: Ada, C, Pascal, Əmrlər Siyahısı, Assembler dillər, C++, Java, SQL.
3.2.81.2 Proqram təminatındakı proqram növü
3.2.81.2.1 tətbiqi proqram təminatı: istifadəçi tərəfindən tətbiq üçün səciyyəvi olan proqram təminatı. Ümumiyyətlə, qəza əleyhinə mühafizə sisteminin funksional tələblərinə cavab vermək üçün müvafiq giriş və çıxış siqnallarını, hesablamaları və qərarları idarə etmək üçün nəzərdə tutulan məntiqi ardıcıllıqlardan, icazələrdən, hədlərdən və ifadələrdən ibarətdir.
3.2.81.2.2 hazır proqram təminatı: istehsalçı tərəfindən təchiz edilən sistemin bir hissəsi olaraq son istifadəçinin dəyişiklik edə bilmədiyi proqram təminatı. Bu proqram növü həmçinin sistem proqram təminatı və ya mikroproqram adlanır. Bax: 3.2.81.1.3, tam dəyişən dil.
3.2.81.2.3 xidməti proqram dili: tətbiqi proqramların yaradılması, dəyişdirilməsi, və sənədləşdirilməsi üçün nəzərdə tutulan proqram təminatı alətləri. Bu proqram alətləri QMS-in işləməsi üçün tələb edilmir.
3.2.82 proqramın xidməti dövrü: proqram təminatının qəbul edildiyi vaxtla və tamamilə istifadədən düşdüyü vaxt arasındakı müddət.
1. Proqramın xidməti dövrünə tələblər mərhələsi, inkişaf mərhələsi, sınaq mərhələsi, quraşdırma mərhələsi və dəyişdirilmə mərhələsi daxildir.
2. Proqram təminatı saxlanıla bilməz, onu dəyişdirmək mümkündür.
3.2.83 alt –sistem: bax: “sistem”
3.2.84 sistem: struktura uyğun olaraq qarşılıqlı əlaqədə olan elementlər şəbəkəsi; sistemin elementi alt-sistem adlanan başqa sistem rolunda çıxış edə bilir. Bu, idarəedici sistem və ya idarə edilən sistem olub, proqram təminatı, avadanlıq və insanlar arasında olan qarşılıqlı münasibətləri özündə ehtiva (əhatə) edə bilər.
1. Hər bir şəxs sistemin bir hissəsi ola bilər.
2. Bu termin IEV 351-01-01-dən fərqlənir.
3. Sistemə sensorlar, məntiqi həlletmə qurğuları, sonuncu elementlər, QMS-ə məxsus olan rabitə və köməkçi avadanlıqlar (məs., kabellər, borular, qidalanma bloku) daxildir.
3.2.85 Sistemli imtina: Müəyyən səbəbə görə təyin edilən, dizayna, istehsal prosesinə, iş proseduruna, sənədləşdirməyə və ya digər müvafiq faktorlara dəyişiklik etməklə aradan qaldırıla bilən imtina.
1. Dəyişiklik etmədən təshihedici texniki xidmətin göstərilməsi belə imtinanın səbəbini adətən aradan qaldırmır.
2. Sistemli imtinanı imtina səbəbini simulyasiya etməklə yaratmaq olar.
3. Bu termin (2-ci qeydə kimi) IEV 191-04-19-a uyğundur.
4. Sistemli imtinanı yaradan səbəblərə insanların aşağıdakı sahələrdə buraxdığı səhvlər misal olaraq göstərilə bilər:
- təhlükəsizlik tələblərinin spesifikasiyası;
- avadanlığın dizaynı, istehsalı, montajı, və istismarı
- proqram təminatının layihəsi və ya icrası
3.2.86 təhlükəsizliyin sistemli etibarlılığı: qəza əleyhinə mühafizə funksiyasının təhlükəli rejimdə sistemli imtinaların baş verməsi baxımından etibarlılığı (bax: 3.2.73 Qeyd 3).
1. Təhlükəsizliyin sistemli etibarlılığını kəmiyyət baxımından müəyyən etmək bəzi hallarda mümkün olmur (avadanlığın etibarlılığından fərqli olaraq).
2. Həmçinin bax: 3.2.29.
3.2.87 Hədəfdə olan imtinaya qarşı görülən tədbir: təhlükəsizliyin etibarlılıq tələbləri baxımından təhlükəli rejim yaradan imtinaların baş vermə ehtimalının müəyyən edilməsi, onların tələb rejimində olan layihə funksiyasını icra edə bilməməyin orta ehtimalı (tələb rejimində olan əməliyyat üçün) və ya hər saat üzrə QMF-nin icra edilə bilməməsindən yaranan təhlükəli halların başvermə tezliyi (fasiləsiz əməliyyat rejimi üçün) əsasında müəyyən edilməsi.
Qeyd: Hədəfdə olan imtinaya qarşı görülən tədbirlərin rəqəmli göstəriciləri Cədvəl 3 və 4-də göstərilib.
3.2.88 şablon; proqram təminatının şablonu: xüsusi funksiyaları dəstəkləmək üçün orijinal quruluşu qoruyub saxlayaraq asanlıqla dəyilşdirilə bilən tətbiqi proqramın qeyri-spesifik struktur elementi; məs. interaktiv tətbiq ekranında texnoloji əməliyyatların ardıcıllığına nəzarət edilir, lakin bu verilən məlumat üçün səciyyəvi deyildir; proqramçı ümumi şablondan istifadə edərək istifadəçilər üçün yeni ekran yaratmaq məqsədilə funksiyada dəyişikliklər apara bilər.
Qeyd: Bəzən əlaqəli termin olan “proqram təminatı şablonu” da işlədilir. Bu termin arzuedilən funksiyanın yaxud funksiyalar qrupunun icrası üçün proqramlaşdırılmış alqoritmi yaxud alqoritmlər toplusunu ifadə edir və bir çox müxtəlif hallarda istifadə etmək üçün yaradılır. IEC 61131-3-nin kontekstində çoxsaylı tətbiq sahələrində istifadə edilmək üçün seçilən proqram kimi başa düşülür.
3.2.89 yolverilən risk: cəmiyyətin cari dəyərlərinə əsaslanan kontekstdə qəbul edilən risk
Qeyd: bax: IEC 61511-3. [ISO/IEC 51-ci Təlimat]
3.2.90 aşkarlanmamış; açıqlanmamış; gizli: diaqnostik sınaqlarla yaxud normal əməliyyat zamanı müəyyən edilməmiş avadanlıq və proqram təminatı imtinaları
Qeyd: Bu termin emal sektoru üzrə terminologiyadakı fərqləri əks etdirərək IEC 61508-4-də göstərilən termindən fərqlənir
3.2.91 təsdiqləmə: quraşdırıldıqdan sonra yoxlanılan qəza əleyhinə mühafizə sistem(lər)inin və funksiya(lar)ının təhlükəsizlik tələblərinin spesifikasiyasına hərtərəfli uyğun gəldiyini göstərmək
3.2.92 yoxlama: təhlükəsizliyin müvafiq davametmə dövrünün hər bir mərhələsinin təhlil və yaxud sınaq yolu ilə həmin mərhələ üçün səciyyəvi olan məqsədlərə və tələblərə hərtərəfli cavab verdiyini göstərmək.
Qeyd: Yoxlama işlərinə misal olaraq aşağıdakıları göstərmək olar:
-mərhələ üçün səciyyəvi olan resursları nəzərə alaraq tələb və məqsədlərə uyğunluğu təmin etmək üçün nəticələrin (təhlükəsizliyin davametmə dövrünün bütün mərhələləri üzrə təqdim edilən sənədlərin) yoxlanılması
- layihə ekpertizasının həyata keçirilməsi;
-nəzərdə tutulan məhsulların spesifikasiyaya uyğun icra göstəricilərinə malik olduğunu müəyyən etmək üçün onlar üzərində müvafiq sınaqların aparılması;
- sistemin mərhələlərlə təşkil olunan müxtəlif hissələrində aparılan kompleks sınaqlar və onun bütün hissələrinin müəyyən edilmiş qaydada işlədiyini təmin etmək üçün ekoloji sınaqların həyata keçirilməsi.
3.2.93 nəzarətçi qurğu: proqramlaşdırıla bilən elektron (PE) cihazın monitorinqi üçün diaqnostik vasitələrin və çıxış qurğusunun (tipik olaraq açarların) birləşdirilməsi və qeyri-dəqiq əməliyyatının aşkarlanması zaman lazımi tədbirlərin görülməsi.
1. Nəzarətçi qurğu təsdiqləyir ki, xarici qurğunun (məs., avadanlığın elektron nəzarət vaxt relesi) proqram təminatı tərəfindən idarə edilən çıxış qurğusu ilə müntəzəm olaraq yenidən sazlanması nəticəsində proqram təminatı düzgün qaydada işləyir.
2. Təhlükəli imtinalar baş verdikdə prosesin təhlükəsiz vəziyyətini bərpa etmək məqsədilə bir qrup qoruyucu çıxış qruplarını cərəyandan ayırmaq üçün nəzarət qurğusundan istifadə edilməlidir. Nəzarət qurğusu PE məntiqi həlletmə blokunun onlayn diaqnostik nisbətini artırmaq üçün də istifadə edilir. (əlavə məlumat almaq üçün bax: 3.2.15 və 3.2.40).
4 BU STANDARTA UYĞUNLUQ
Bu standarta uyğunluğu təmin etmək üçün bənd 5-dən bənd 19-a kimi göstərilən tələblərlə əsasən müəyyən edilmiş meyarlara cavab vermək və hər bir bənddə qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirmək lazımdır.
5 FUNKSİONAL TƏHLÜKƏSİZLİYİN
Bu bənddəki tələblərin məqsədi funksional təhlükəsizliyin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin etmək üçün lazım olan idarəetmə işlərini müəyyən etməkdir.
Qeyd: Bu bəndin yeganə məqsədi qəza əleyhinə mühafizə sistemlərinin funksional təhlükəsizliyini təmin etməkdir və həmin bənddə göstərilən tədbirlər iş yerində təhlükəsizliyin yaradılması üçün həyata keçirilən ümumi sağlamlıq və təhlükəsizlik tədbirlərinə daxil edilmir.
5.2.1.1 Təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən siyasət və strategiya onun nailiyyətinin qiymətləndirilməsi vasitələrilə birlikdə müəyyən edilir və bu barədə məlumat təşkilat daxilində yayılır.
5.2.1.2 Qəza əleyhinə mühafizə sistemlərinin prosesin təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olması üçün təhlükəsizliyin idarə edilməsi sistemi tətbiq edilir.
5.2.2 Təşkilati işlər və ehtiyatlar
5.2.2.1 Təhlükəsizliyin davametmə dövrünün hər bir mərhələsini yoxlamağa və həyata keçirməyə məsul olan şəxslər, şöbələr, təşkilatlar və digər bölmələr müəyyən edilməli və bu barədə təyin edilmiş məsul tərəflərə məlumat verilməlidir. (o cümlədən lisenziyalaşdırma və ya təhlükəsizlik orqanları).
5.2.2.2 Təhlükəsizliyin davametmə dövründə həyata keçirilən işlərə cəlb edilən şəxslər, şöbələr və ya təşkilatlar məsul olduqları işləri həyata keçirmək səriştəsinə malik olmalıdır.
Qeyd: Təhlükəsizliyin davametmə dövründə həyata keçirilən işlərə cəlb edilən işçilərin, şöbələrin, təşkilatlatların və digər qurumların səriştəsini qiymətləndirərkən ən azı aşağıdakı bəndlərə müraciət etmək lazımdır:
a) prosesin tətbiqi üzrə mühəndis biliyi, təhsili və təcrübəsi;
b) tətbiq edilə bilən texnologiya üzrə mühəndis biliyi, təhsili və təcrübəsi (məs., elektrik, elektron və ya proqramlaşdırıla bilən elektronik );
c) sensorlar və sonuncu elementlər üzrə mühəndis biliyi, təhsili və təcrübəsi;
d) təhlükəsizlik texnikası üzrə bilik ( prosesin təhlükəsizliyinin təhlil edilməsi);
e) təhlükəsizlik və hüquqi tənzimləyici tələblər üzrə bilik
f) təhlükəsizliyin davametmə dövründə həyata keçirilən işlər üzrə müvafiq idarəetmə və rəhbərlik bacarığı;
g) hadisənin mümkün nəticəsini anlamaq;
h) qəza əleyhinə mühafizə funksiyalarının etibarlılıq dərəcəsi;
i) tətbiq və texnologiyanın yeniliyi və mürəkkəbliyi.
5.2.3 Riskin qiymətləndirilməsi və idarə edilməsi
Bənd 8-də əsəsən təhlükəli hallar müəyyən edilməsi, risklər qiymətləndirilməli və lazımi dərəcədə azaldılmalıdır.
Qeyd: İqtisadi səbəblərə görə kapital itkilərini nəzərə almaq faydalı ola bilər
Məsul şəxslər, şöbələr, təşkilatlar və digər qurumlar tərəfindən görülməsi tələb olunan işləri müəyyən etmək üçün təhlükəsizliyin planlaşdırılması həyata keçirilməlidir. Bu planlaşdırma təhlükəsizliyin bütün davametmə dövrü boyu lazım gəldikdə yenilənməlidir. (bax: bənd 6).
Qeyd: Təhlükəsizliyin planlaşdırılması aşağıdakılara daxil edilə bilər:
- “təhlükəsizlik planı” adlı keyfiyyət planına bir bölmə;
- “təhlükəsizlik planı” adlı ayrıca sənədə;
- şirkət prosedurlarının və iş qaydalarının daxil edildiyi bir neçə sənədə
5.2.5 İcra və monitorinq
5.2.5.1 Təhlükənin təhlili və riskin qiymətləndirilməsi üzrə qəza əleyhinə mühafizə sistemi ilə bağlı tövsiyələrin dərhal və kifayət qədər həyata keçirilməsini təmin etmək üçün aşağıdakı prosedurlar icra edilməlidir:
b) qiymətləndirmə və audit;
e) hadisədən sonra görülən işlər.
5.2.5.2 Təşkilatı müəyyən mal, xidmətlərlə təmin edən və təhlükəsizliyin davametmə dövrünün birdən artıq mərhələsinə məsul olan tədarükçü mal və xidmətləri həmin təşkilat tərəfindən müəyyən edildiyi kimi təqdim etməli, keyfiyyətin idarə edilməsi sistemini həyata keçirməlidir. Keyfiyyətin idarə edilməsi sisteminin uyğunluğunu təmin etmək üçün müəyyən prosedurlar qəbul edilməlidir.
5.2.5.3 Qəza əleyhinə mühafizə sisteminin icrasının təhlükəsizlik tələbləri baxımından qiymətləndirmək üçün müəyyən prosedurlar, o cümlədən təhlükəsizliyi sual altında qoyan sistemli imtinaların müəyyən edilməsi və proflaktikası üçün tədbirlər həyata keçirilməlidir;
• qəza əleyhinə mühafizə sistemində təhlükəli imtinaların başvermə tezliyinin layihə zamanı nəzərdə tutulanlarla uyğun qiymətləndirilməsi;
1. Təhlükəli imtinalar texnoloji sınaqlarla, diaqnostik sınaqlarla və ya tələb rejimində əməliyyatdan imtina halları əsasında aşkarlanır.
2. Əgər imtinaların sayı layihə zamanı nəzərdə tutulanlardan çoxdursa lazımi düzəliş tədbirlərini müəyyən etmək üçün müəyyən prosedurlar nəzərdən keçirilməlidir.
• etibarlılıq dərəcələri üzrə tələblər müəyyən edilərkən riskin qiymətləndirilməsi zamanı edilən fərziyyələri təsdiqləmək üçün faktiki əməliyyat zamanı qəza əleyhinə mühafizə funksiyalarına olan tələbin həcmini müəyyən etmək
5.2.6 Qiymətləndirmə, audit və yoxlamalar
5.2.6.1 Funksional təhlükəsizliyin qiymətləndirilməsi
5.2.6.1.1 Funksional təhlükəsizliyin qiymətləndirilməsi üçün prosedurlar elə müəyyən edilməli və həyata keçirilməlidir ki, qəza əleyhinə mühafizə sistemində əldə edilən etibarlılıq dərəcəsi və funksional təhlükəsizliklə bağlı müəyyən nəticələr çıxarmaq mümkün olsun. Prosedurda texniki, tətbiqi və istismar biliyi və bacarığı olan xüsusi qiymətləndirmə heyətinin təyin edilməsi tələb olunmalıdır.
5.2.6.1.2 Qiymətləndirmə üzrə işçi heyətinə layihələndirmə heyətinə cəlb edilməyən ən azı bir nəfər səriştəli rəhbər daxil edilməlidir.
1. Qiymətləndirmə heyəti böyük olduqda, layihənin işçi heyətindən asılı olmayan birdən artıq səriştəli şəxsə həmin heyətin rəhbərliyini həvalə etmək lazımdır.
2. Funksional təhlükəsizliyin qiymətləndirilməsini planlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır:
- funksional təhlükəsizliyini qiymətləndirilməsi üzrə işin həcmi;
- funksional təhlükəsizliyin qiymətləndirilməsində iştirak edənlər;
- funksional təhlükəsizliyinin qiymətləndirilməsi üzrə heyətin səriştəsi, məsuliyyət dairəsi və səlahiyyətləri;
- funksional təhlükəsizliyin qiymətləndirilməsi nəticəsində hazırlanan məlumat;
-qiymətləndirməyə cəlb edilən təhlükəsizlik orqanlarının müəyyən edilməsi;
- funksional təhlükəsizliyin qiymətləndirilməsini tamamlamaq üçün tələb edilən ehtiyatlar;
- qiymətləndirmə heyətinin müstəqillik səviyyəsi;
- Dəyişiklik edildikdən sonra funksional təhlükəsizliyin qiymətləndirilməsini yenidən yoxlamaq üçün nəzərdə tutulan vasitələr.
5.2.6.1.3 Funksional təhlükəsizliyin qiymətləndirililməsinin həyata keçirildiyi təhlükəsizlik mərhələlərini təhlükəsizliyin planlaşdırılması zamanı müəyyən etmək lazımdır.
1. Dəyişdirmə işləri aparıldıqdan sonra və əməliyyat zamanı aralıq müddətdə yeni təhlükəli hallar müəyyən edildikdə funksional təhlükəsizliyin qiymətləndirilməsi üçün əlavə lazımi tədbirləri həyata keçirmək ehtiyacı yarana bilər.
2. Funksional təhlükəsizliyin qiymətləndirilməsini həyata keçirmək üçün lazım olan aşağıda göstərilən mərhələlərə xüsusi diqqət vermək lazımdır (bax: Şəkil 8).
- Mərhələ 1 - Təhlükə və riskin qiymətləndirilməsini həyata keçirdikdən, tələb edilən mühafizə səviyyələri müəyyən edildikdən və təhlükəsizlik üzrə tələblərin spesifikasiyası hazırlandıqdan sonra.
- Mərhələ 2 - Qəza əleyhinə mühafizə sisteminin layihəsi hazırlandıqdan sonra
- Mərhələ 3 - Qəza əleyhinə mühafizə sistemi quraşdırıldıqdan, ilkin olaraq işə salındıqdan və yekun yoxlama işləri aparıldıqdan, habelə, istismar və texniki xidmət prosedurları işlənib hazırlandıqdan sonra.
- 4-cü Mərhələ - İstismar və texniki xidmət sahəsi üzrə təcrübə əldə etdikdən sonra
- 5-ci Mərhələ - Qəza əleyhinə mühafizə sisteminin istismardan çıxarılmasından qabaq və dəyişdirmə işləri aparıldıqdan sonra.
3. Funksional təhlükəsizliyin qiymətləndirilməsi işlərinin kəmiyyəti, ölçüsü və həcmi xüsusi hallardan asılıdır. Bununla bağlı qərar qəbul edərkən aşağıdakı amillərə fikir vermək lazımdır:
- mürəkkəblik dərəcəsi;
- təhlükəsizliyin etibarlılıq dərəcəsi;
- baş verən imtinanın yaratdığı fəsadlar;
- layihə xüsusiyyətlərinin standartlaşdırılma dərəcəsi;
- təhlükəsizliyin tənzimlənməsi üzrə tələblər;
- əvvəlki oxşar layihədən əldə edilmiş təcrübə.
Şəkil 8– QMS-nin davametmə mərhələləri və funksional təhlükəsizliyin qiymətləndirilməsi mərhələləri
5.2.6.1.4 Funksional təhlükəsizliyin qiymətləndirilməsini ən azı bir dəfə həyata keçirmək lazımdır. Funksional təhlükəsizliyin qiymətləndirilməsi prosesdə və ona cəlb edilən avadanlıqlarda yaranan təhlükəli hallara lazımi səviyyədə nəzarətin aparılmasına əmin olmaq üçün həyata keçirilir. Müəyyən edilmiş təhlükəli halların baş verməsindən qabaq ən azı bir qiymətləndirmə işi həyata keçirilməlidir. (yəni, mərhələ 3). Müəyyən edilmiş təhlükəli halların baş verməməsindən qabaq təhlükə və riskin qiymətləndirilməsinin həyata keçirildiyini bu işə məsul olan qiymətləndirmə heyəti təsdiqləməlidir. (bax: 8.1):
• qəza əleyhinə mühafizə sistemində tətbiq edilən təhlükə və riskin qiymətləndirilməsilə bağlı verilən tövsiyələr həyata keçirilməli və ya bu məsələlər həll edilməlidir;
• layihənin quruluşuna edilən dəyişikliklər üzrə prosedurlar təsdiqlənməli və lazımi səviyyədə icra edilməlidir;
• funksional təhlükəsizlik üzrə aparılan əvvəlki qiymətləndirmədən ortaya çıxan tövsiyələr həyata keçirilməlidir;
• qəza əleyhinə mühafizə sistemi təhlükəsizlik üzrə tələblərin spesifikasiyasına uyğun olaraq layihələnməli, qurulmalı, quraşdırılmalıdır və yarana biləcək fərqlər müəyyən edilməli və aradan qaldırılmalıdır;
• qəza əleyhinə mühafizə sistemilə bağlı olan təhlükəsizlik, istismar və texniki xidmət üzrə prosedurlar və fövqəladə hallarda görülən tədbirlər müəyyən edilməlidir;
• qəza əleyhinə mühafizə sisteminin yoxlanılmasının planlaşdırılması məqsədəuyğun olmalı və nəzərdə tutulan təftiş işləri tamamlanmalıdır;
• işçilər üçün müvafiq təlimlər keçirilməli və texniki xidmət-istismar heyətinə qəza əleyhinə mühafizə sistemi barədə lazımi məlumat verilməlidir;
• funksional təhlükəsizliyin qiymətləndirilməsi üçün növbəti iş planları və strategiyaları müəyyən və qəbul edilməlidir.
5.2.6.1.5 Qəza əleyhinə mühafizə sisteminin davametmə dövrünün mərhələlərində görülən işlərdə istifadə edilən emal və istehsal alətləri funksional təhlükəsizliyin qiymətləndirilməsində də işlədilməlidir.
1. Belə alətlərə duyulan ehtiyac və onların istifadə edilmə dərəcəsi həmin alətlərin nəzərdə tutulan təhlükəsizliyə edəcəyi təsirdən asılıdır.
2. Emal və istehsal alətlərinə misal olaraq simulyasiya və modelləşdirmə alətləri, ölçmə avadanlığı, sınaq avadanlığı, texniki təmir işlərində istifadə edilən avadanlıqlar və konfiqurasiyanın idarə edilməsində istifadə edilən alətləri göstərmək olar.
3. Alətlərin funksional təhlükəsizliyin qiymətləndirilməsinə, məhdud olmayaraq, onların kalibrasiya standartlarına uyğunluğunun ölçülməsi, işləmə dinamikasının müəyyən edilməsi və qüsurların siyahısının tərtibi daxildir.
5.2.6.1.6 Funksional təhlükəsizliyin qiymətləndirilməsi üzrə nəticələr bu qiymətləndirmə ilə bağlı verilən tövsiyələrlə birlikdə təqdim edilməlidir.
5.2.6.1.7 Funksional təhlükəsizliyin qiymətləndirilməsi üzrə işçi heyətinin xahişi ilə onlara lazım olan müvafiq məlumat təqdim edilməlidir.
5.2.6.2 Audit və yoxlama
5.2.6.2.1 Aparılan audit işinin tələblərə cavab verməsi üçün müəyyən prosedurlar müəyyən edilməli və həyata keçirilməlidir, o cümlədən:
• audit işlərinin aparılması tezliyi;
• İşləri həyata keçirən şəxslər, şöbələr, təşkilatlar və digər qurumlarla audit işləri aparan şəxslər, şöbələr, təşkilatlar və digər qurumlar arasındakı qeyri-asılılığın həddi;
• qeydlərin aparılması və sonrakı tədbirlərin həyata keçirilməsi.
5.2.6.2.2 Dəyişdirmə prosedurlarının idarə edilməsinə, dəyişdirilən komponentdən başqa, qəza əleyhinə mühafizə sisteminə edilən dəyişikliklərə təşəbbüsün göstərilməsi, onların sənədləşdirilməsi, yoxlanılması və təsdiqlənməsi daxildir.
5.2.7 QMS – nin konfiqurasiyasının idarə edilməsi
5.2.7.1.1 QMS-nin və proqram təminatının təhlükəsizlik dövrünün mərhələlərində QMS-nin konfiqurasiyasının idarə edilməsi üçün nəzərdə tutulan prosedurlar müəyyən edilməlidir, xüsusilə aşağıdakı prosedurlar təyin edilməlidir:
• formal konfiqurasiyanın idarə edildiyi mərhələnin təyin edilməsi;
• predmetin (avadanlıq və proqram təminatının) bütün tərkib hissələrinin birmənalı olaraq müəyyən edilməsi üçün tətbiq edilən prosedurlar;
• kənar və yad predmetlərin xidmətə cəlb edilməsinə qarşı həyata keçirilən profilaktik prosedurlar.
6 TƏHLÜKƏSİZLİYİN DAVAMETMƏ DÖVRÜ
6.1 Məqsəd və vəzifələr
Bu bənddə irəli sürülən məqsəd və vəzifələrə bunlardır:
• təhlükəsizliyin davametmə dövründə görülən işlərin mərhələlər və onlar üzrə tələblərini müəyyən etmək;
• təhlükəsizliyin davametmə dövrü üçün texniki işlərin təşkil edilməsi;
• qəza əleyhinə mühafizə sisteminin təhlükəsizlik üzrə tələblərə cavab verdiyinə əmin olmaq üçün uyğun planlaşdırmanın mövcudluğunu ( və ya onun hazırlanmasını) təmin etmək.
Qeyd: bənd 8, 10 və 11 – də standartda təsbit edilən ümumi yanaşma göstərilir. Qeyd etmək lazımdır ki, misal üçün verilən bu yanaşmada istismara buraxma mərhələsindən istismardan çıxarma mərhələsinə kimi təhlükəsiziliyin davam etdiyi dövrdə həyata keçirilən müvafiq tədbirlər göstərilir.
6.2.1 Təhlükəsizliyin planlaşdırılması zamanı bu standartda irəli sürülən tələblər də daxil olmaqla təhlükəsizliyin davametmə dövrü müəyyən edilməlidir.
6.2.2 Təhlükəsizliyin davametmə dövrünün hər bir mərhələsi resurslar, məhsullar və yoxlama işləri baxımından təyin edilməlidir. (bax: Şəkil 2).
Cədvəl 2– QMS təhlükəsizliyinin davametmə dövrünün ümumi mənzərəsi
Təhlükəsizliyin davametmə dövrünün mərhələləri və bu dövrdə görülən işlər
Bənd və yarımbəndlərdə göstərilən tələblər
Təhlükə və riskin qiymətləndirilməsi
Prosesdə və ona cəlb edilmiş avadanlıqlarda təhlükəli halların və hadisələrin, təhlükəli hadisələrə səbəb olan halların başvermə ardıcıllığının, təhlükəli hallarla əlaqəli olan risklərin, riskin azaldılması üçün irəli sürülən tələblərin və riskin lazımi səviyyədə azaldılması üçün zəruri olan təhlükəsizlik funksiyalarının müəyyən edilməsi
Prosesin layihəsi, sxemi, işçi heyətinin təşkil edilməsi üçün hazırlıq işləri, təhlükəsizlik hədəfləri
Təhlükəli halların, qəza əleyhinə mühafizə funksiyasının (funksiyalarının) və bununla əlaqəli riskin azaldılmasının təsviri
Təhlükəsizlik funksiyalarının mühafizə səviyyələrinə uyğun bölüşdürülməsi
Təhlükəsizlik funksiyalarının mühafizə səviyyələrinə, qəza əleyhinə mühafizə funksiyalarının hər birinə, və təhlükəsizliyin müvafiq etibarlılıq dərəcələrinə uyğun bölüşdürülməsi
Qəza əleyhinə mühafizə funksiyasının (funksiyalarının) və təhlükəsizliyin müvafiq etibarlılıq dərəcələri üzrə tələblərin təsviri
Təhlükəsizlik üzrə tələblər bölgüsünün təsviri (bax:bölmə 9)
QMS təhlükəsizliyi üzrə tələblərin spesifikasiyası
Tələb edilən funksional təhlükəsizliyə nail olmaq üçün qəza əleyhinə mühafizə funksiyaları və təhlükəsizliyin müvafiq etibarlılıq dərəcələri baxımından hər bir QMS üzrə tələblərin müəyyən edilməsi
Təhlükəsizlik üzrə tələblər bölgüsünün təsviri (bax:bölmə 9)
QMS – nin təhlükəsizlik tələbləri
Proqram təminatının təhlükəsizliyinə qoyulan tələblər
QMS layihəsi və mühəndisliyi
Qəza əleyhinə mühafizə funksiyaları və təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələblərə cavab vermək üçün QMS – nin layihələndirilməsi
QMS – nin təhlükəsizlik tələbləri
Proqram təminatının təhlükəsizliyinə qoyulan tələblər
QMS – nin QMS təhlükəsizlik tələblərinə uyğun layihələndirilməsi; QMS – nin bütövlük sınaqlarının planı
QMS - in quraşdırılması, işə salınması və yoxlanılması
Qəza əleyhinə mühafizə funksiyaları və təhlükəsizliyin etibarlılığı baxımından QMS – nin bütün tələblərə uyğunluğunun hərtərəfli yoxlanılması üçün müvafiq sınaqların aparılması
QMS – nin layihəsi QMS – nin bütövlük sınağının planı
QMS – nin təhlükəsizliyi zrə tələblər
QMS – nin təhlükəsizliyinin təsdiqlənməsi planı
QMS – nin bütövlük sınaqlarının layihə nəticələrinə uyğun olaraq onun tam fəaliyyətdə olması Quraşdırma, işəsalma və yoxlama işlərinin nəticələri
QMS – in istismarı və ona göstərilən texniki xidmət
Istismar və texniki xidmət zamanı QMS – nin funksional təhlükəsizliyinin təmin edildiyinə əmin olmaq
QMS – nin layihəsi QMS – nin istismar və texniki xidmət planı
Istismar və texniki xidmət sahəsində həyata keçirilən işlərin nəticələri
QMS – nin dəyişdirilməsi
Təhlükəsizliyin müvafiq etibarlılıq dərəcəsini təmin etmək və saxlamaq üçün QMS – də düzəliş, uyğunlaşdırma və gücləndirmə işlərinin aparılması
QMS təhlükəsizliyi üzrə yenilənmiş tələblər
QMS –nin dəyişdirilməsindən əldə edilən nəticələr
İstismarın dayandırılması
Yoxlamanın lazımi səviyyədə aparılmasını, hissələrin təşkilinin və QMF-nın sabit uyğunluğunu təmin etmək
Təhlükəsizlik üzrə icraedici tələblər və proseslə bağlı məlumat
İstismardan çıxarılmış QMF SIF
QMS – nin yoxlanılması
Müəyyən edilmiş mərhələdə resurs kimi istifadə edilən məhsul və standartların düzgünlüyünü və ardıcıllığını təmin etmək üçün həmin mərhələdə əldə edilən nəticələrin sınaqdan keçirilməsi və qiymətləndirilməsi
QMS – nin hər bir mərhələsi üzrə yoxlama planı
QMS – nin hər bir mərhələsi üzrə yoxlamanın nəticələri
QMS –nin funksional təhlükəsizliyinin qiymətləndirilməsi
QMS vasitəsilə əldə edilən funksional təhlükəsizliklə bağlı araşdırmaların aparılması və nəticələrin çıxarılması
QMS – nin funksional təhlükəsizliyinin qiymətləndirmə planı
QMS təhlükəsizliyi üzrə tələblər
QMS – nin funksional təhlükəsizliyinin qiymətləndirilməsindən əldə edilən nəticələr
6.2.3 Təhlükəsizliyin bütün davametmə mərhələlərində meyarları, texniki üsulları, tədbirləri və prosedurları müəyyən etmək üçün təhlükəsizliyin planlaşdırılması həyata keçirilməlidir və burada məqsəd:
• prosesin bütün müvafiq rejimlərində QMS təhlükəsizliyi üzrə tələblərə uyğunluğu təmin etməkdir; buraya təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələblər və funksional tələblər daxildir;
• qəza əleyhinə mühafizə sisteminin lazımi qaydada quraşdırılması və istismara buraxılması;
• quraşdırmadan sonra qəza əleyhinə mühafizə funksiyalarının təhlükəsizliyinin etibarlılıq dərəcəsini təmin etmək;
• istismar müddətində təhlükəsizliyin etibarlılıq dərəcəsini qoruyub saxlamaq (məs., texnoloji sınaq, imtinanın təhlili);
• qəza əleyhinə mühafizə sistemində texniki xidmətin göstərilməsi zamanı prosesdə yaranan təhlükəli halların idarə edilməsi.
7.1 Məqsəd və vəzifələr
Bu bəndin məqsədi əldə edilən nəticələrin yoxlamanın planlaşdırılması zaman müəyyən edilən müvafiq təhlükəsizlik mərhələləri üçün irəli sürülən tələblərə cavab verdiyini yoxlama, sınaq və yaxud təhlil vasitəsilə sübut etməkdir (Şəkil 8).
Yoxlamanın planlaşdırılması zamanı təhlükəsizliyin davametmə dövrünün hər bir mərhələsi üzrə görüləcək işlər müəyyən edilir (Şəkil 8). Aşağıdakı tədbirlərin həyata keçirilməsilə bu standarta uyğunluq təmin edilməlidir:
• yoxlama, o cümlədən nəticədə verilən tövsiyələrin həyata keçirilməsi üçün tətbiq edilən texniki üsullar, tədbirlər və prosedurlar;
• bu tədbirlərin həyata keçirilmə vaxtı;
• bu işlərin görülməsinə məsul olan şəxslər, şöbələr, və təşkilatlar və onlar arasındakı subordinasiyanın səviyyələri;
• yoxlamanın predmetinin müəyyən edilməsi;
• yoxlamanın aparılması üzrə məlumatın hazırlanması;
• uyğunsuzluğun aradan qaldırılması yolları;
• alətlər və əlavə təhlillər
7.1.1.1 Yoxlama işi onun planlaşdırılmasına əsasən həyata keçirilməlidir.
7.1.1.2 Yoxlama prosesinin nəticələri məlum olmalıdır.
1. Yoxlama prosesi üçün texniki üsulların və tədbirlərin seçilməsi və asılılıq dərəcəsi bir sıra faktorlardan, o cümlədən mürəkkəblik dərəcəsindən, dizaynın yeniliyindən, texnoloji innovasiyadan və təhlükəsizliyin tələb edilən etibarlılıq dərəcəsindən asılıdır.
2. Bəzi yoxlama işlərinə misal olaraq layihənin yoxlanılması, alətlərin və texniki üsulların, o cümlədən proqram təminatının yoxlanılmasında istifadə edilən alətlərin və CAD alətlərinin istifadəsini göstərmək olar.
8 PROSESDƏ YARANAN TƏHLÜKƏLİ HALLARIN VƏ RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ
8.1 Məqsəd və vəzifələr
Bu bənddə irəli sürülən tələblərin məqsədi:
• prosesdə və ona cəlb edilmiş avadanlıqlarda təhlükəli halları və hadisələri müəyyən etmək;
• təhlükəli halların yaranmasına səbəb olan hadisələrin ardıcıllığını müəyyən etmək;
• təhlükəli hallarla əlaqədar olaraq prosesdə yaranan riskləri müəyyən etmək;
• riskin azaldılması üçün irəli sürülən tələbləri müəyyən etmək;
• riskin lazımi səviyyədə azaldılmasını təmin etmək üçün təhlükəsizlik funksiyalarının müəyyən etmək;
• hər hansı bir təhlükəsizlik funksiyasının qəza əleyhinə mühafizə funksiyası olub olmadığını müəyyən etmək (bənd 9).
1. Bu standartın bənd 8-i mühəndis texnoloqlara, təhlükə və risk üzrə mütəxəssislərə və İT mühəndislərinə aiddir. Burada əsas məqsəd qəza əleyhinə mühafizə funksiyalarının müəyyən edilməsi üçün tipik olaraq tələb edilən hərtərəfli yanaşmanın qəbul edilməsidir.
2. Praktiki cəhətdən mümkün olduqda, proseslər öz xüsusiyyətinə görə təhlükəsiz olmalıdır. Əks halda, riskin azaldılması metodları məs. mexaniki mühafizə sistemləri və qəza əleyhinə mühafizə sistemlərini sistemə əlavə etmək lazım gələ bilər. Bu sistemlər müstəqil və ya birlikdə fəaliyyət göstərə bilər.
3. Emal müəssisələrində riskin azaldılması üçün nəzərdə tutulan tipik metodlar Şəkil 9-da göstərilib (silsilə ilə nəzərdə tutulmayıb).
8.2.1 Proses və ona cəlb edilmiş avadanlıqlar üzrə təhlükə və riskin qiymətləndirilməsi həyata keçirilməlidir (məsələn, ƏPNS). Bu, aşağıdaklılarla nəticələnməlidir:
• təhlükə və riskin yaranmasına səbəb olan faktorların (operatorların etdiyi səhvlər) və müəyyən edilmiş təhlükəli hadisənin hər birinin təsviri;
• hadisənin nəticəsinin və baş vermə ehtimalının təsviri;
• normal əməliyyat, işəsalma, söndürmə, texniki xidmət, avadanlığın sınması, qəza hallarında sistemin söndürülməsi zamanı mövcud şəraitin qiymətləndirilməsi;
• tələb edilən təhlükəsizliyi təmin etmək üçün riskin əlavə azaldılması üzrə tələblərin müəyyən edilməsi;
• təhlükəli halları və riskləri azaltmaq üçün görülən tədbirlər barədə məlumatdan istifadə və ya onun təsviri;
• risklərin, o cümlədən ehtimal edilən tələbin həcmini və avadanlıqda imtinaların başvermə tezliyi, ümumiyyətlə, istismar zamanı yubanmaları və ya operator müdaxiləsinə səbəb olan digər hallarla bağlı edilən fərziyyələrin təsviri;
• təhlükəsizlik səviyyələri və onlarla ƏPNS (bax: Qeyd 1) arasında yaranan ümumi səbəbli imtinaların ucbatından qəza əleyhinə mühafizənin effektivliyinin azalmasını nəzərə alaraq (bax: bölmə 9) təhlükəsizlik funksiyalarının mühafizə səviyyələrinə uyğun olaraq bölüşdürülməsi;
• qəza əleyhinə mühafizə funksiyası yaxud funksiyaları kimi tətbiq edilən təhlükəsizlik funksiyalarının müəyyən edilməsi (bax: bölmə 9).
1. Təhlükəsizliyin etibarlılıq dərəcələri üzrə tələbləri müəyyən edərkən, tələb yaradan sistemlərlə həmin tələbə qarşı reaksiya göstərən mühafizə sistemləri arasında ümumi səbəb-nəticə əlaqələrinin təsiri nəzərə alınmalıdır. Buna misal olaraq, nəzarət sistemində baş verən nasazlıqdan yaranan tələblər ilə mühafizə sistemində istifadə edilən və həmin nəzarət sistemində istifadə edilən avadanlıqlara oxşar avadanlıqlar arasındakı səbəb-nəticə əlaqəsinin təsirini göstərmək olar. Belə hallarda, əgər mühafizə sistemindəki oxşar avadanlığın səmərəsiz işləməsinə səbəb olan ümumi səbəb – nəticə əlaqəsi mövcuddursa, onda nəzarət sisteminə məxsus olan avadanlığın nasazlığından yaranan tələbə effektiv reaksiya göstərmək mümkün olmaya da bilər. Təhlükəli halların ilkin müəyyən edilməsi və riskin təhlili zaman belə ümumi səbəbdən yaranan problemləri müəyyən etmək mümkün olmaya bilər çünki, belə erkən mərhələdə qəza əleyhinə mühafizə sisteminin layihələndirilməsi tamamlanmaya da bilər. Belə hallarda, qəza əleyhinə mühafizə sisteminin və digər mühafizə səviyyələrinin layihələndirilməsi başa çatan kimi təhlükəsizliyin etibarlılıq dərəcəsi və qəza əleyhinə mühafizə funksiyaları üzrə tələbləri yenidən nəzərdən keçirmək lazım olacaq. Prosesin və qəza əleyhinə mühafizə səviyyələrinin ümumi layihəsinin bu tələblərə uyğunluğunu müəyyən edərkən ümumi səbəbli imtinaları nəzərdən keçirmək lazımdır.
2. Qəza əleyhinə mühafizə funksiyalarının təhlükəsizliyinin tələb edilən etibarlılıq dərəcələrini müəyyən etmək üçün istifadə edilən texniki üsulların nümunələri IEC 61511-3 standartında verilib.
8.2.2 ƏSNS-da yaranan və qəza əleyhinə mühafizə səviyyəsində tələb yaradan təhlükəli nasazlıqların başvermə tezliyi saatda 10 dəfədən artıq deyil.
8.2.3 Təhlükəli halların və riskin qiymətləndirilməsindən əldə edilən nəticələr elə qeydə alınmalıdır ki, yuxarıda göstərilənlər arasındakı əlaqə və münasibətlər aydın olmalı və izlənilməlidir.
1. Yuxarıda göstərilən tələblərə əsasən risk və riskin azaldılması üçün müəyyən edilən hədəflərin rəqəmli dəyərlərlə təyin edilməsi məcburi deyil. Qrafik yanaşma üsullarından da istifadə etmək olar. (bax: IEC 61511-3).
2. Lazımi riskin azaldılma dərəcəsi tətbiq sahəsindən və milli-hüquqi tələblərdən asılı olmalıdır. Bir çox ölkələrdə qəbul edilmiş prinsipə əsasən riskin azaldılması üçün həyata keçirilən tədbirlər, yaranan xərclərin riskin azalma effektivliyinə qeyri-mütənasib olmasına kimi həyata keçirilir.
9 TƏHLÜKƏSİZLİK FUNKSIYALARININ QƏZA ƏLEYHINƏ MÜHAFİZƏ SƏVİYYƏLƏRİNƏ UYĞUN
9.1 Məqsəd və vəzifələr
Bu bəndin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
• təhlükəsizlik funksiyalarının qəza əleyhinə mühafizə səviyyələrinə uyğun bölüşdürmək;
• qəza əleyhinətələb edilən mühafizə funksiyalarını müəyyən etmək;
• qəza qarşı hər bir mühafizə funksiyası üçün təhlükəsizliyin etibarlılıq dərəcəsini müəyyən etmək;
Qeyd: Bölüşdürmə prosesində digər sənaye standartlarını və ya kodlarını nəzərə almaq lazımdır.
9.2 Bölüşdürmə prosesinə qoyulan tələblər
9.2.1 Bölüşdürmə prosesi aşağıdakılarla nəticələnməlidir:
• Proses və ona cəlb edilmiş avadanlıqla bağlı yaranan təhlükəli halların qarşısını almaq, onların təsir gücünü azaltmaq və ya nəzarət etmək üçün qəza əleyhinə xüsusi mühafizə səviyyələri üzrə təhlükəsizlik funksiyalarının bölüşdürülməsi;
• qəza əleyhinə mühafizə funksiyaları üzrə riskin azaldılması üçün nəzərdə tutulan hədəflərin bölüşdürülməsi.
Qeyd: Bu bölüşdürmə prosesində hüquqi tələblərə və ya digər sənaye kodlarına əsasən məsələlər müəyyən edilə bilər.
9.2.2 Qəza əleyhinə mühafizə funksiyası üzrə təhlükəsizliyin tələb edilən etibarlılıq dərəcəsi həmin funksiya vasitəsilə tələb edilən riskin azaldılmasını nəzərə almaqla müəyyən edilməlidir.
Qeyd: Təlimatlar barədə məlumat almaq üçün bax: IEC 61511-3.
9.2.3 Tələb rejimində işlənən qəza əleyhinə mühafizə funksiyasının hər biri üçün tələb edilən TED Cədvəl 3 və 4-də verilənlərə müvafiq olaraq müəyyən edilməlidir. Cədvəl 4-dən istifadə edildikdə onda təhlükəsizliyin etibarlılıq dərəcəsini müəyyən etmək üçün texnoloji sınaq intervallarından və ya tələb ölçüsündən istifadə etmək lazım deyil.
9.2.4 Fasiləsiz əməliyyat rejimində işlənən qəza əleyhinə mühafizə funksiyasının hər biri üçün tələb edilən TED Cədvəl 4–ə uyğun olaraq müəyyən edilməlidir.
Cədvəl 3. Təhlükəsizliyin etibarlılıq dərəcələri: tələb rejimində imtinanın baş vermə ehtimalı
TƏLƏB REJİMİNDƏ OLAN ƏMƏLİYYAT
Təhlükəsizliyin etibarlılıq dərəcəsi (TED)
Tələb rejimində imtinanın nəzərdə tutulmuş orta yaranma ehtimalı
Nəzərdə tutulmuş riskin azaldılması
>10,000-dan ≤100,000 qədər
>1000-dən ≤10,000 qədər
Cədvəl 4 – Təhlükəsizliyin etibarlılıq dərəcələri: Qəza əleyhinə mühafizə sistemində təhlükəli imtinaların baş vermə ehtimalı
FASİLƏSİZ ƏMƏLİYYAT REJİMİ
Təhlükəsizliyin etibarlılıq dərəcəsi (TED)
Qəza əleyhinə mühafizə sisteminin icrasında təhlükəli imtinaların nəzərdə tutulan baş vermə tezliyi (saat üzrə)
1. Əlavə izahat üçün bax: 3.2.43.
2. Təhlükəsizliyin etibarlılıq dərəcəsi rəqəmlərlə ifadə edilməlidir ki, obyektiv hədəfi alternativ layihələrlə və həll yollarıyla müqayisə etmək mümkün olsun. Bununla belə bir fikir məqbul sayılır ki, cari biliyin səviyyəsindən asılı olaraq imtinanın sistemli səbəbləri keyfiyyət baxımından da müəyyən edilə bilər.
3. Fasiləsiz rejimdə icra edilən qəza əleyhinə mühafizə funksiyası üzrə bir saat ərzində təhlükəli imtinaların baş vermə tezliyi fasiləsiz rejimdə qəza əleyhinə mühafizə funksiyasının icra edilə bilinməməsindən yaranan riski (təhlükəli halların baş vermə tezliyi baxımından) və avadanlıqda eyni riskin yaranmasına səbəb olan nasazlıqların baş vermə tezliyini, o cümlədən qəza əleyhinə digər mühafizə səviyyələrdən gələn səbəbləri nəzərə almaqla müəyyən edilir.
4. Daha yüksək funksiyaya olan ehtiyacı ödəmək üçün təhlükəsizliyin bir neçə aşağı etibarlılıq dərəcəsindən istifadə etmək mümkündür. (Məs., TED 3 funksiyasına olan ehtiyacı ödəmək üçün TED 1 və TED 2 sistemlərindən birgə istifadə etmək olar).
9.3 Təhlükəsizliyin 4-cü etibarlılıq dərəcəsi üzrə əlavə tələblər
9.3.1 TED 4-də əlaqəli olan etibarlılıq dərəcəsindən yüksək dərəcəyə malik heç bir qəza əleyhinə mühafizə funksiyasından qəza əleyhinə mühafizə sistemində istifadə etmək olmaz. 4 –cü etibarlılıq dərəcəsinə malik qəza əleyhinə mühafizə funksiyasının icrasını tələb edən tətbiq sahələrinə emal sənayesində nadir hallarda rast gəlmək olar. Praktiki cəhətdən mümkün olduqda, belə tətbiq sahələrindən yan keçmək lazımdır. Çünki təhlükəsizliyin davametmə dövrü boyu belə yüksək icra səviyyəsini təmin etmək və onu saxlamaq çətin olur. Belə sistemlərin müəyyən edildiyi yerlərdə təhlükəsizliyin davametmə dövrünə cəlb edilən hər bir şeydən yüksək səriştə tələb edilir. Əgər təhlilin nəticələrinə görə qəza əleyhinə mühafizə funksiyası üçün 4-cü etibarlılıq dərəcəsinin təyin edildiyi müəyyən edilərsə, onda texnoloji prosesin layihəsində elə dəyişikliklər nəzərdə tutulmalıdır, o, öz xüsusiyyətinə görə daha təhlükəsiz olmalı və ya qəza əleyhinə əlavə mühafizə səviyyələrini özündə birləşdirməlidir. Funksional imkanların bu cür artırılması qəza əleyhinə mühafizə funksiyaları ilə təmin edilən təhlükəsizliyin etibarlılıq dərəcələrinə qoyulan tələblərin sayını azalda bilər.
9.3.2 Qəza əleyhinə mühafizə funksiyasının 4-cü etibarlılıq dərəcəsinin tətbiqinə yalnız bənd a), b) və c)-dəki meyarlara cavab verildikdə yol verilir.
a) Müvafiq təhlil metodlarına və sınaqlara əsasən təhlükəsizliyin nəzərdə tutulan etibarlılıq dərəcəsində imtinaların olması açıq-aydın göstərildikdə.
b) Qəza əleyhinə mühafizə funksiyasının bir hissəsi kimi istifadə edilən komponentlərin istifadəsi üzrə böyük təcrübəyə malik olduqda.
Qeyd: Belə iş təcrübəsi ən azı buna bənzər mühitdə əldə edilməlidir və əvvəllər müqayisə edilə bilən mürəkkəblik dərəcəsinə malik sistemdə istifadə edilmiş komponentləri tətbiq etmək lazımdır.
c) Qəza əleyhinə mühafizə sisteminin bir hissəsi olaraq istifadə edilən komponentlərdən avadanlığın nasazlığı barədə kifayət qədər məlumat əldə edərək onun təhlükəsizliyinin etibarlılıq dərəcəsini artırmaq və nasazlığını aradan qaldırmaq üçün müəyyən edilən edilən tədbirlərə etibar etdikdə.
Qeyd: Bu məlumat təklif edilən mühitə, tətbiq sahəsinə və mürəkkəblik dərəcəsinə uyğun gəlməlidir.
9.4 Qəza əleyhinə mühafizə səviyyəsi kimi əsas prosesə nəzarət sisteminə qoyulan tələblər
9.4.1 Şəkil 9 –da əsas prosesə nəzarət sistemi qəza əleyhinə mühafizə səviyyəsi kimi təyin edilib.
Şəkil 9– Emal müəssisələrində rast gəlinən tipik risk azaltma metodları
9.4.2 ƏPNS üçün qəza əleyhinə mühafizə səviyyəsi kimi istifadə edilən riskin azaldılması faktoru (IEC 61511 və ya IEC 61508 standartlarına uyğun gəlməyən) 10-dan az olmalıdır.
Qeyd: ƏPNS – də riskin nə dərəcədə azalmasını müəyyən edərkən bir faktı nəzərə almaq lazımdır ki, ƏPNS – nin hər hansı bir komponenti hadisənin yaranmasına səbəb olan mənbə ola bilər.
9.4.3 Əgər ƏPNS üçün riskin azaltma faktorunun 10 – dan artıq olması tələb edilirsə, onda bu sistemin layihəsi hazırkı standartın tələblərinə uyğun olaraq hazırlanmalıdır.
9.5 Ümumi səbəbin, ümumi rejimin və asılı imtinaların qarşısının alınması üçün irəli sürülən tələblər
9.5.1 Qəza əleyhinə mühafizə səviyyələri, habelə bu səviyyələrlə ƏPNS arasındakı ümumi səbəb – nəticə əlaqələrinin, ümumi rejimin və asılı imtinaların yaranma ehtimalının qəza əleyhinə mühafizə səviyyələrinin etibarlılıq dərəcələri üzrə tələblərlə müqayisədə kifayət qədər aşağı olmasını təmin etmək üçün həmin səviyyələrin layihəsini qiymətləndirmək lazımdır.
Qeyd: Asılı imtina termininin izahı üçün bax: 3.2.12.
9.5.2 Qiymətləndirmə zamanı aşağıdakılar nəzərə alınmalıdır:
• Mühafizə səviyyələri arasındakı qeyri-asılılıq;
• Mühafizə səviyyələri arasındakı fərq;
• Mühafizə səviyyələri arasındakı fiziki bölgü;
• Qəza əleyhinə mühafizə səviyyələri, habelə bu səviyyələrlə ƏPNS arasındakı ümumi imtinalar (məs., əks klapanın bağlanması nəticəsində sensorların QMS – də eyni problem yaratması).
10 QMS – nin TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNİN SPESİFİKASİYASI
10.1 Məqsəd və vəzifələr
Bu bəndin məqsəd və vəzifələri qəza əleyhinə mühafizə funksiyası və ya funksiyaları üçün tələbləri dəqiq müəyyən etməkdir.
10.2.1 Bu təhlükəsizlik tələbləri mühafizə səviyyələrinə uyğun olaraq bölünən qəza əleyhinə mühafizə funksiyalarına və təhlükəsizliyin planlaşdırılması zamanı ortaya çıxan tələblərə əsasən müəyyən edilib.
Qeyd: QMS – nin tələbləri elə ifadə edilməli və təşkil olunmalıdır ki, onlar:
- aydın, dəqiq, yoxlanıla bilən, texniki xidmətə yararlı olan və icra edilə bilsin;
- təhlükəsizliyin davametmə dövründə bu məlumatdan istifadə edən şəxslərin onları anlamasını asanlaşdıran formada yazılmalıdır
10.3 QMS – nin təhlükəsizlik tələbləri
10.3.1 Bu tələblər QMS –ni layihələndirmək üçün kifayət etməli və aşağıdakılardan ibarət olmalıdır:
• qəza əleyhinə tələb edilən funksional təhlükəsizliyi təmin etmək üçün lazım olan qəza əleyhinə mühafizə funksiyalarının təsviri;
• ümumi imtinaların müəyyən edilməsi və onların nəzərə alınması üçün tələblər;
• müəyyən edilən hər bir qəzadan qorunma funksiyası üçün prosesin təhlükəsiz şəraitinin təsbit olunması;
• təhlükəli halın birmənalı olaraq yarandığı təhlükəsiz prosesin mövcud vəziyyətinin təsbit olunması (məs., qəza anbarının həddən artıq yüklənməsi, alışma sistemində təzyiqin dəfələrlə azaldılması);
• qəza əleyhinə mühafizə funksiyası üzrə tələb və tələbin həcminin ehtimal edilən;
• texnoloji sınağın intervalları üzrə tələblər;
• prosesin təhlükəsizliyinin bərqərar olması üçün QMF –nin reaksiya göstərmə vaxtı üzrə tələblər;
• qəza əleyhinə hər bir mühafizə funksiyası üçün təhlükəsizliyin etibarlılıq dərəcəsi və əməliyyat rejimi (fasiləsiz/tələb rejimləri);
• QMS prosesində ölçmələrin və onların qəzadan açılma nöqtələrinin təsviri;
• QMS prosesinin uğurla işləməsi üçün onun çıxış təsirlərinin və meyarlarının təsviri, (məs., bağlayıcı klapanların kip bağlanması üçün tələblər);
• prosesin giriş və çıxışları arasındakı funksional əlaqə, o cümlədən, məntiqi, riyazi və tələb edilən digər icazələr;
• Əl ilə söndürməyə qoyulan tələblər;
• qəzadan qaçma üçün cərəyanın verilməsi yaxud kəsilməsi üzrə;
• sistemin söndürülməsindən sonra QMS-nin yenidən sazlanması üçün tələblər;
• sistemin dayandırılması üçün maksimum yolverilən yalançı qəzadan qaçılma həddi;
• QMS –nin arzu edilən reaksiyası v ə imtina rejimləri (məs., həyəcan siqnalları, avtomatik söndürmə);
• QMS – nin işə salınması və ya yenidən işə salınması proseduru ilə bağlı xüsusi tələblər;
• QMS və digər sistemlər arasındakı qarşılıqlı əlaqələr (o cümlədən, ƏPNS və operatorlar);
• hər bir rejimdə əməliyyatın həyata keçirilməsi üçün tələb edilən qəza əleyhinə mühafizə funksiyalarının müəyyən edilməsi və avadanlığın əməliyyat rejimlərinin təsviri;
• 12.2.2 –də göstərilən tətbiqi proqram təminatı üzrə tələblər;
• avtomatik kilidləmə sistemləri/qadağalar/ buraxmalar üzrə, o cümlədən onların təmizlənməsinə qoyulan tələblər;
• QMS – də nasazlığın və ya imtinaların aşkarlanması zamanı rejimin təhlükəsizliyinin təmin edilməsi və onun saxlanılması üçün zəruri olan tədbirlərin təsviri. Bu tədbirləri müəyyən edərkən müvafiq insan faktorları da nəzərə alınmalıdır;
• QMS üçün mümkün olan orta təmir müddəti və daşınmaya sərf edilən vaxtın, məkanın, ehtiyat hissələrin saxlanılmasının, xidmət göstərən podratçıların və ətraf mühitlə bağlı yaranan maneələrin nəzərə alınması;
• QMS çıxış kanalının xoşagəlməz və təhlükəli kombinasiyaların müəyyən edilməsi;
• QMS – də rast gəlinməsi ehtimal edilən iqlim şəraitinin bütün kəskin təsirləri müəyyən edilməlidir. Bu zaman aşağıdakıların nəzərə alınması tələb oluna bilər: temperatur, rütubət, çirkli maddələr, yerə birləşdirmə, elektromaqnit və radiotezlik maneələri (EMI/RFI), şok/vibrasiya, elektrostatik boşalma, elektrik sahələrinin təsnifi, daşqın, şimşək və digər əlaqəli amillər;
• avadanlığın tam olaraq normal və qeyri-normal rejimlərinin (məs., onun işə salınması) və ya ayrıca istismar prosedurlarının (məs., avadanlığa göstərilən texniki təmir, sensorların kalibrlənməsi yaxud təmiri) müəyyən edilməsi. Bu əməliyyat rejimlərinə dəstək üçün qəza əleyhinə digər mühafizə funksiyalarının icrası tələb edilə bilər;
• qəzadan qurtulmaq üçün lazım olan qəza əleyhinə mühafizə funksiyası üzrə tələblərin ( məs., yanğın baş verən zaman klapanın işçi vəziyyətdə qalması üçün tələb edilən vaxt çərçivəsi) müəyyən edilməsi.
Qeyd: Sistemin lazımi qaydada söndürülməsi və ya tez işə salınması üçün QMS - də qeyri-təhlükəsizlik funksiyaları da icra edilə bilər. Bu funksiyalar qəza əleyhinə mühafizə funksiyalarından ayrı tutulmalıdır.
10.3.2 Proqram təminatının təhlükəsizliyinə qoyulan tələblər təhlükəsizlik tələblərinin spesifikasiyasına və QMS – nin seçilmiş strukturuna əsasən təyin edilməlidir.
11 QMS –nin LAYİHƏSİ VƏ MÜHƏNDİSLİYİ
11.1 Məqsəd və vəzifələr
Bu bənddə irəli sürülən tələblərin məqsədi qəza əleyhinə mühafizə funksiyasının və təhlükəsizliyin etibarlılıq dərəcəsini və ya dərəcələrini təmin etmək üçün bir və ya çoxsaylı QMS-nin layihəsini hazırlamaqdır.
11.2.1 QMS – nin layihəsi QMS təhlükəsizliyi üzrə tələblərin spesifikasiyasına uyğun olmalı və bu zaman hazırkı bəndin bütün tələbləri nəzərə alınmalıdır.
11.2.2 QMS – də qəza əleyhinə mühafizə funksiyalarının və qeyri-təhlükəsizlik funksiyalarının icrası tələb edildikdə normal və imtinaların yarandığı şəraitdə hər hansı QMF-ə mənfi təsir göstərə bilən avadanlıqlar və proqram təminatları QMF – nin tərkib hissəsi kimi nəzərə alınmalı və ən yüksək TED tələblərinə cavab verməlidir.
1. Praktiki cəhətdən mümkün olduqda, qəza əleyhinə mühafizə funksiyaları təhlükəsizlik üçün nəzərdə tutulmayan funksiyalardan ayrılmalıdır.
2. Uyğun qeyri asılılıq o deməkdir ki, təhlükəsizlik üçün nəzərdə tutulmayan funksiyalarının imtinası və ya təhlükəsizlik üçün nəzərdə tutulmayan proqram təminatının funksiyalarına proqramlaşdırılma girişin olması qəza əleyhinə mühafizə funksiyalarını icrasında təhlükəli imtinaları yaratmağa qabil deyil.
11.2.3 Təhlükəsizliyin müxtəlif etibarlılıq dərəcələrinə malik olan qəza əleyhinə mühafizə funksiyalarının QMF – də icrası tələb edildikdə bölüşdürülmüş və ya ümumi avadanlıqlar və proqram təminatı, aşağı etibarlılıq dərəcəsinə malik qəza əleyhinə mühafizə funksiyalarının daha yüksək etibarlılıq dərəcələrinə malik qəza əleyhinə mühafizə funksiyalarına mənfi təsir göstərə bilməməsi təqdirdə ən yüksək etibarlılıq səviyyəsinə uyğun gəlməlidir.
11.2.4 Əgər əsas prosesə nəzarət sisteminin bu standarta uyğunluğu nəzərdə tutulmayıbsa, onda həmin sistem ayrıca və müstəqil olaraq elə dərəcədə qururlmalıdır ki, qəza əleyhinə mühafizə sisteminin funksional tamlığı təhlükə altında qalmasın.
1. Əməliyyatla bağlı məlumat QMS –nin funksional təhlükəsizliyini risk altında qoymamaq şərtilə mübadilə edilməlidir.
2. QMS - ə cəlb edilmiş cihaz və qurğular əsas prosesə nəzarət sistemində də istifadə edilə bilər, lakin bu zaman əsas prosesə nəzarət sistemində yarana biləcək imtinalar qəza əleyhinə mühafizə sisteminin təhlükəsizlik funksiyalarını risk altında qoymamalıdır.
11.2.5 QMS-nin layihəsində operator müdaxiləsilə bağlı tələblərin icrasını asanlaşdırmaq üçün onun layihələndirilməsi zamanı işləmə qabiliyyətinə, texniki xidmətə yararlılığa və sınaqdan keçirilə bilmə qabiliyyətinə qoyulan tələblərə müraciət etmək lazımdır. (məs., kompleks sınaqların aparılmasına və buraxma rejimində həyəcan siqnalının işləməsinə şərait yaradan buraxma mexanizmi).
Qeyd: Texniki xidmət və test avadanlıqları elə qurulmalıdır ki, onların istifadəsi zamanı praktiki cəhətdən mümkün olduqda təhlükəli imtinaların yaranma ehtimalı minimum endirilsin.
11.2.6 QMS – nin layihəsində operator qabiliyyəti və hədləri nəzərə alınmalıdır və bu sistemin layihəsi operatorlar və texniki xidmət heyəti üçün nəzərdə tutulmuş tapşırıqlara uyğunlaşdırılmalıdır. İnsan-maşın interfeyslərinin layihəsində insan faktoru ilə bağlı qabaqcıl qaydalara riayət olunmalı və operatorlar üçün nəzərdə tutulan təbliğat təlimlərinin ehtimal edilən səviyyəsi təyin olunmalıdır.
11.2.7 Əgər təhlükəsizlik üzrə tələblərin spesifikasiyasında başqa cür göstərilməyibsə, QMS elə layihələnməlidir ki, bu sistem vasitəsilə prosesin təhlükəsizliyi təmin edildiyi andan növbəti yenidən sazlanma mərhələrinə kimi onun təhlükəsizliyinə xələl gəlməsin.
11.2.8 Əgər təhlükəsizlik üzrə tələblərin spesifikasiyasında başqa cür göstərilməyibsə məntiqi həlletmə blokundan asılı olmayaraq əl ilə idarə edilən vasitələr (məs., qəza zamanı dayandırma düymələri) QMS sonuncu elementlərinin işə salınması üçün təşkil edilməlidir.
11.2.9 QMS – nin layihəsində QMS – lər və ƏPNS – lər, habelə QMS – lər və qəza əleyhinə digər mühafizə vasitələri arasındakı bütün asılılıq və qeyri-asılılıq faktorları nəzərə alınmalıdır.
11.2.10 Qəza əleyhinə mühafizə funksiyasının bir komponentini icra etmək üçün işlənən cihazın nasazlığı əsas prosesə nəzarət funksiyasında imtinaların yaranması ilə nəticələnərək qəza əleyhinə mühafizə sistemində tələbin yaranmasına səbəb ola bilərsə, ümumi riskin məqbulluğunu təsdiqləyən təhlil aparılmayıbsa onda o, əsas prosesə nəzarət sisteminin məqsədləri üçün istifadə edilə bilməz.
Qeyd: QMS –nin tərkib hissəsi nəzarət məqsədləri üçün də istifadə edildikdə və ümumi avadanlığda yaranan təhlükəli nasazlıq QMS tərəfindən funksiyanın icrasını tələb etdikdə, onda yeni bir risk yaranır. əlavə olaraq yaranan bu risk bölüşdürülmüş komponentdə təhlükəli imtinaların baş vermə tezliyindən asılıdır, çünki əgər bölüşdürülmüş komponentdə nasazlıq baş verərsə onda QMS – nin reaksiya göstərmək qabiliyyətinə malik olmadığı tələb dərhal yarana bilər. Bu səbəbdən, bölüşdürülmüş komponentdə nasazlıqların baş vermə tezliyinin kifayət qədər aşağı olmasına əmin olmaq üçün əlavə təhlillər aparmaq lazımdır. Avadanlığın əsas prosesə nəzarət sisteminə uyğun bölüşdürülməsinə sensorları və klapanları misal olaraq göstərmək olar.
11.2.11 Cərəyan kəsildikdə öz təhlükəsizliyini itirməyən alt-sistemlərə gəldikdə aşağıdakı bütün tələblərə uyğunluq təmin edilməli və 11.3 - ə uyğun olaraq tədbirlər həyata keçirilməldir:
• Əlaqə xəttinin tamlığının itməsi aşkarlanır (məs., xətt sonluğunun yoxlanılması);
• Əlavə qidalanma blokundan istifadə edərək enerji təminatının tamlığı təmin edilməlidir (məs., ehtiyat batareyalar, fasiləsiz enerji mənbəyi (UPS));
• Alt-sistemə gedən cərəyanın kəsildiyi aşkar edilir
11.3 Nasazlığın aşkarlanması zamanı sistemin reaksiyasına qoyulan tələblər
11.3.1 Avadanlıqda yalnız bir nasazlıq halı baş verdikdə öz işləmə qabiliyyətini saxlayan alt-sistemlərdə təhlükəli imtinaların aşkar edilməsi (diaqnostik və texnoloji sınaqlar və ya digər vasitələrlə) aşağıdakılardan biri həyata keçirilməlidir.
a) təhlükəsiz rejimin təmin edilməsi və ya yaradılması üçün xüsusi tədbirlər (qeydə bax);
b) nasaz hissə təmir edilərkən prosesin təhlükəsiz əməliyyat rejimini təmin etmək. Əgər nasaz hissənin təmiri nasazlığın ehtimalının hesablanması zamanı nəzərdə tutulan bərpa üçün orta vaxt aralığında (BOVA) başa çatmayıbsa onda rejimin təhlükəsizliyini təmin etmək üçün xüsusi bir tədbir həyata keçirilməlidir. (Qeydə bax).
Yuxarıda göstərilən tədbirlər qəza əleyhinə cavab olaraq xüsusi tədbir həyata keçirən operatordan asılıdırsa, (məs., klapanın açılması və ya bağlanması) onda həyəcan siqnalı qəza əleyhinə mühafizə sisteminin mövzusu olur ( yəni, ƏPNS –dən asılı olmayaraq).
Yuxarıda göstərilən tədbirlər diaqnostik həyəcan siqnalına cavab olaraq nasaz sistemin təmir edilməsi üçün texniki xidmətin zəruriliyini bildirən operatordan asılıdırsa, onda diaqnostik həyacan siqnalı sistemi ƏPNS – nin tərkibinə daxil edilə bilər lakin o, QMS - də görüləcək tədbirlər də daxil olmaqla, texnoloji sınaqlara və dəyişikliyin idarə edilməsi prosesinə cəlb olunmalıdır.
Qeyd: Təhlükəsiz rejimin təmin edilməsi və saxlanılması üçün tələb edilən xüsusi tədbirlər (imtinaya qarşı cavab reaksiyası) təhlükəsizlik üzrə tələblərdə öz əksini tapmalıdır. (bax: 10.3). Buraya, məsələn, qəzadan qorunmaq üçün sistemin söndürülməsi və yaxud nasaz alt-sistemlərdə riskin azaldılmasına və ya riskin təsir gücünün azaldılması üzrə digər planlara əsaslanan proses komponentləri aid edilə bilər.
11.3.2 Funksiya artıqlığına malik olmayan və qəza əleyhinə mühafizə funksiyalarının tamamilə asılı olduğu (bax: Qeyd 1) alt - sistemlərdə təhlükəli imtinanın aşkarlanması zamanı (diaqnostik, texnoloji sınaqlarla və ya başqa vasitələrlə) həmin alt-sistem yalnız qəza əleyhinə mühafizə funksiyası və ya funksiyaları ilə tələb rejimində icra edilərək aşağıdakı hallardan birilə nəticələnməlidir:
a) təhlükəsiz rejimin təmin edilməsi və ya yaradılması üçün xüsusi tədbirlər;
b) nasaz hissənin nasazlığın ehtimalının hesablanması zamanı nəzərdə tutulan bərpa üçün orta vaxt aralığında (BOVA) təmir edilməsi. Bu zaman prosesin fasiləsiz təhlükəsizliyi əlavə tədbirlərlə və ya məhdudiyyətlərlə təmin edilməlidir. Bu tədbirlərlə və məhdudiyyətlərlə təmin edilən risk azalması istənilən imtinanın olmadığı vaxt qəza əleyhinə mühafizə sistemində həyata keçirilən risk azalmasına ən azı bərabər olmalıdır. Bu əlavə tədbirlər və ya məhdudiyyətlər QMS –nin əməliyyat və texniki xidmət prosedurlarında öz əksini tapmalıdır. Əgər təmir nəzərdə tutulan bərpa üçün orta vaxt aralığında (BOVA) başa çatmayıbsa, onda təhlükəsizliyin yaradılması və ya təmin edilməsi üçün xüsusi bir ölçü götürmək lazımdır.
Yuxarıda göstərilən tədbirlər qəza əleyhinə cavab olaraq xüsusi tədbir həyata keçirən operatordan asılıdırsa, (məs., klapanın açılması və ya bağlanması) onda həyəcan siqnalı qəza əleyhinə mühafizə sisteminin mövzusu olur ( yəni, ƏPNS –dən asılı olmayaraq).
Yuxarıda göstərilən tədbirlər diaqnostik həyəcan siqnalına cavab olaraq nasaz sistemin təmir edilməsi üçün texniki xidmətin zəruriliyini bildirən operatordan asılıdırsa onda diaqnostik həyacan siqnalı sistemi ƏPNS – nin tərkibinə daxil edilə bilər lakin o, qəza əleyhinə mühafizə sistemində görüləcək tədbirlər də daxil olmaqla, texnoloji sınaqlara və dəyişikliyin idarə edilməsi prosesinə cəlb olunmalıdır.
1. Əgər alt-sistemdə baş verən nasazlıq qəza əleyhinə mühafizə sisteminin qəzadan qorunma funksiyalarında imtinanın yaranmasıyla nəticələnirsə, belə qəzadan qorunma funksiyası digər mühafizə səviyyəsinə görə təyin edilməyibsə onda qəzadan qorunma funksiyası alt-sistemdən tamamilə asılı hesab edilir. (bax: bənd 9).
2. Təhlükəsiz rejimin təmin edilməsi və saxlanılması üçün tələb edilən xüsusi tədbirlər (imtinaya qarşı cavab reaksiyası) təhlükəsizlik üzrə tələblərdə öz əksini tapmalıdır. (bax: 10.3). Buraya, məsələn, qəzadan qorunmaq üçün sistemin söndürülməsi və yaxud nasaz alt-sistemlərdə riskin azaldılmasına və ya riskin təsir gücünün azaldılması üzrə digər planlara əsaslanan proses komponentləri aid edilə bilər.
11.3.3 Funksiya artıqlığına malik olmayan və qəza əleyhinə mühafizə funksiyalarının tamamilə asılı olduğu (1 – ci Qeydə bax) alt-sistemlərdə təhlükəli imtinanın aşkarlanması zaman (diaqnostik, texnoloji sınaqlarla və ya başqa vasitələrlə) həmin alt-sistem yalnız qəza əleyhinə mühafizə funksiyası və ya funksiyaları ilə fasiləsiz rejimdə icra edilərək (bax: Qeyd 2) aşağıdakı hallardan birilə nəticələnməlidir:
Təhlükəsiz rejimin təmin edilməsi və saxlanılması üçün tələb edilən xüsusi tədbirlər (imtinaya qarşı cavab reaksiyası) təhlükəsizlik üzrə tələblərdə öz əksini tapmalıdır. (bax: 10.3). Buraya, məsələn, qəzadan qorunmaq üçün sistemin söndürülməsi və yaxud nasaz alt-sistemlərdə riskin azaldılmasına və ya riskin təsir gücünün azaldılması üzrə digər planlara əsaslanan proses komponentləri aid edilə bilər. Nasazlığın aşkarlanması və tədbirin icrası üçün nəzərdə tutulan ümumi vaxt təhlükəli hadisənin başvermə müddətindən az olmalıdır.
Yuxarıda göstərilən tədbirlər qəza əleyhinəcavab olaraq xüsusi tədbir həyata keçirən operatordan asılıdırsa (məs., klapanın açılması və ya bağlanması) onda həyəcan siqnalı qəza əleyhinə mühafizə sisteminin mövzusu olur (yəni, ƏPNS –dən asılı olmayaraq).
Yuxarıda göstərilən tədbirlər diaqnostik həyəcan siqnalına cavab olaraq nasaz sistemin təmir edilməsi üçün texniki xidmətin zəruriliyini bildirən operatordan asılıdırsa onda diaqnostik həyacan siqnalı sistemi ƏPNS – nin tərkibinə daxil edilə bilər lakin o, QMS - də görüləcək tədbirlər də daxil olmaqla, texnoloji sınaqlara və dəyişikliyin idarə edilməsi prosesinə cəlb olunmalıdır.
1. Əgər alt -sistemdə baş verən nasazlıq qəza əleyhinə mühafizə sisteminin qəzadan qorunma funksiyalarının icrasında imtinanın yaranması ilə nəticələnirsə, onda həmin qəzadan qorunma funksiyası alt -sistemdən tamamilə asılı hesab edilir.
2. Alt-sistemin çıxış təsirlərinin kombinasiyası birbaşa olaraq təhlükəli hadisənin yaranmasına səbəb olarsa, onda həmin sistemdəki təhlükəli nasazlıqların aşkarlanmasını fasiləsiz rejimdə işləyən qəza əleyhinə mühafizə funksiyası hesab etmək lazımdır.
11.4 Nasazlıq yaranan zaman avadanlığın işləmə qabiliyyətinin saxlanılması üzrə tələblər
11.4.1 Qəza əleyhinə mühafizə funksiyalarına gəldikdə, sensorlar, məntiqi həlletmə komponentləri və sonuncu elementlər nasazlığa qarşı minimum davamlılığa malik olmalıdır.
1. Avadanlığın nasazlığa davamlılığı avadanlıqda bir və daha artıq təhlükəli imtina yarandığı zaman komponentin və ya alt- sistemin qəza əleyhinətələb edilən mühafizə funksiyasının icrasına davam etmək qabiliyyətinə deyilir. 1- ci dərəcəli nasazlığa davamlılıq o deməkdir ki, məs. iki cihaz və sistemin quruluşu elə təşkil edilib ki, iki komponentdən və ya alt-sistemdən birində baş verən nasazlıq qəzadan qorunma prosesinin davam etməsinə mane olmur.
2. Avadanlığın nasazlığa minimum davamlılığı müxtəlif tətbiqi sahələrdə istifadə edilən komponentlərdə və alt-sistemlərdə imtinaların yaranma tezliyinin məlum olmamasına görə, o cümlədən QMF – nin dizaynı ilə bağlı edilən fərziyyələrə əsasən onda yarana biləcək mümkün çatışmazlıqları azaltmaq üçün müəyyən edilir.
3. Avadanlığın nasazlığa davamlılığı üzrə tələblərdə komponent və ya alt-sistemin minimum funksiya artıqlığı nəzərə alınır. Bu tətbiq sahəsindən, komponentdəki nasazlıqların başvermə tezliyindən və texnoloji sınağın intervallarından asılı olaraq, 11.9 – a müvafiq olaraq QMF – nin TED meyarına cavab vermək üçün əlavə funksiya artıqlığı tələb oluna bilər.
11.4.2 PE məntiqi həlletmə komponentləri üçün avadanlığın nasazlığa minimum davamlılığı Cədvəl 5-də göstərilib.
Cədvəl 5 - PE məntiqi həlletmə komponentləri üçün avadanlığın nasazlığa minimum davamlılığı
QMF 60 %-dən 90 %-ə qədər
Xüsusi tələblər tətbiq edilir (bax: IEC 61508)
11.4.3 PE məntiqi həlletmə sistemlərindən başqa bütün alt-sistemlər üçün (məs., sensorlar, sonuncu elementlər, qeyri-PE məntiqi həlletmə sistemləri) avadanlığın nasazlığa minimum davamlılıq həddi Cədvəl 6-da göstərilənlərə uyğun gəlməlidir, bir şərtlə ki, təhlükəsiz sistemin məruz qaldığı üstünlük təşkil edən imtina rejimi və ya təhlükəli imtinalar aşkarlansın ( bax: 11.3), əks halda nasazlığa davamlılıq dərəcəsini bir vahid artırmaq lazım gələcək.
Qeyd: Təhlükəsiz prosesin məruz qaldığı əsas imtina rejimini təyin etmək üçün aşağıda göstərilənlərin hər birini nəzərə almaq lazımdır:
- cihazın prosesə qoşulması;
- proses siqnalını təsdiqləmək üçün cihaz barədə diaqnostik məlumat;
- cihazın qəza hallarında özünəməxsus reaksiyalarından istifadə etmək (məs., cari siqnalın sıfır olması, cərəyanın kəsilməsi təhlükəsiz şəraiti təmin edir).
11.4.4 PE məntiqi həlletmə sistemlərindən başqa bütün alt -sistemlər üçün (məs., sensorlar, sonuncu elementlər, qeyri-PE məntiqi həlletmə sistemləri) avadanlığın nasazlığa minimum davamlılığı həddini Cədvəl 6-da göstərilənlərə nisbətən azaltmaq olar, lakin bu zaman istifadə edilən cihazlar aşağıda göstərilənlərin hamısına cavab verməlidir:
• cihazın detalları, onların əvvəlki istifadəsinə əsasən seçilməlidir (bax: 11.5.3);
•cihaz yalnız proseslə bağlı parametrlərin nizama salınmasına şərait yaradır, məs., ölçmə həddi, imtinanın aşağı və yuxarı istiqaməti;
• cihazın proseslə bağlı parametrlərinin nizama salınması, məs., şifrə, birləşdirici blok;
• funksiya üçün 4 – dən aşağı TED tələbi qoyulub.
Cədvəl 6 – Sensor və sonuncu elementlərin və PE məntiqi həlletmə bloklarının nasazlığa qarşı minimum davamlılığı
Avadanlığın nasazlığa minimum davamlılığı
(bax: 11.4.3 və 11.4.4)
Xüsusi tələblər tətbiq edilir (bax: IEC 61508)
11.4.5 Nasazlığa davamlılıq üzrə alternativ tələblərdən IEC 61508-2–nin Cədvəl 2 və 3 – dəki tələblərə uyğun olaraq qiymətləndirilmə aparılarkən istifadə edilməlidir.
11.5 Komponentlərin və alt-sistemlərin seçilməsinə qoyulan tələblər
11.5.1 Məqsəd və vəzifələr
11.5.1.1 Bu bənddəki tələblərin ilkin məqsədi qəza əleyhinə mühafizə sisteminin tərkib hissəsi kimi istifadə edilən komponentlərin və ya alt-sistemlərin seçilməsi üçün tələbləri müəyyən etməkdir.
11.5.1.2 Bu bənddəki tələblərin ikinci məqsədi komponent və ya alt-sistemin QMS –nin tərkibinə daxil edilməsinə şərait yaradan tələbləri müəyyən etməkdir.
11.5.1.3 Bu bənddəki tələblərin üçüncü məqsədi komponent və alt-sistemlərin qəza əleyhinə əlaqəli mühafizə funksiyaları və təhlükəsizliyin etibarlılıq dərəcəsilə bağlı qəbul etmə meyarını müəyyən etməkdir.
11.5.2 Ümumi tələblər
11.5.2.1 TED 1 və TED 2 tətbiq sahələri üzrə QMS – nin tərkib hissəsi kimi istifadə edilmək üçün seçilən komponentlər və alt-sistemlər lazım gəldikdə IEC 61508-2 və IEC 61508-3 – nin və ya 11.4 və 11.5.3 - 11.5.6-nin tələblərinə cavab verməlidir.
11.5.2.2 TED 4 tətbiq sahələri üzrə QMS – nin tərkib hissəsi kimi istifadə edilmək üçün seçilən komponentlər və alt-sistemlər lazım gəldikdə IEC 61508-2 və IEC 61508-3 –ün tələblərinə cavab verməlidir.
11.5.2.3 Seçilən komponentlərin və alt-sistemlərin yararlılığı aşağıdakıları nəzərə alaraq müəyyən edilməlidir:
•avadanlıq və proqram təminatı üçün istehsalçıların sənədləri;
• tətbiq edildikdə, müvafiq tətbiq dilinin və alətinin seçilməsi (bax:12.4.4).
11.5.2.4 Komponentlər və alt-sistemlər QMS – nin təhlükəsizlik tələblərinin spesifikasiyasına uyğun gəlməlidir.
Qeyd: Komponentlərin və alt -sistemlərin seçilməsi üçün bu standartın digər tətbiq edilən aspektləri, o cümlədən quruluş məhdudiyyətləri, avadanlığın tamlığı, nasazlığın aşkarlanması zamanı onun reaksiyası və tətbiqi proqram təminatı, hələ də qüvvədə qalır.
11.5.3 İlkin istifadəyə əsasən komponentlərin və alt-sistemlərin seçilməsinə qoyulan tələblər
11.5.3.1 Komponentlərin və yarmsistemlərin qəza əleyhinə mühafizə sistemində istifadəyə yararlılığını müəyyən etmək üçün əldə kifayət qədər dəlil olmalıdır.
1. Sahə elementlərinə gəldikdə təhlükəsizlik və ya təhlükəsziliyə aid olmayan tətbiq sahələri üzrə geniş təcrübədən həmin dəlilin əsası kimi istifadə etmək olar.
2. Dəlili əsaslandıran detalların səviyyəsi nəzərdən keçirilən komponentin və ya alt-sistemin mürəkkəblik dərəcəsinə və qəza əleyhinə mühafizə funksiyasında və ya funksiyalarında təhlükəsizliyin tələb edilən etibarlılıq dərəcəsinə nail olmaq üçün imtinanın baş vermə ehtimalına uyğun olmalıdır.
11.5.3.2 Uyğunluq barədə sübutlara aşağıdakılar daxil edilməlidir:
• istehsalçının keyfiyyət, idarəetmə və konfiqurasiyanın idarə edilməsi sistemlərinin nəzərə alınması;
• komponentlərin və ya alt-sistemlərin uyğun spesifikasiyası və müəyyən edilməsi;
• eyni əməliyyat profillərində və fiziki mühitdə komponentlərin və ya alt-sistemlərin işləmə qabiliyyətinin nümayişi;
Qeyd: Verilən funksiyanı icra edən sahə cihazlarına gəldikdə (məs., sensorlar və sonuncu elementlər) bu funksiya təhlükəsizlik və təhlükəsizliyə aid olmayan tətbiq sahələrində adətən eyni olmur, bu o deməkdir ki, cihaz hər iki tətbiq sahəsində funksiyanı eyni tərzdə icra edəcək. Ona görə də, belə cihazların təhlükəsizlik və təhlükəsizliyə aid olmayan tətbiq sahələrində işləmə qabiliyyətinin yoxlanılması bu tələbə cavab vermək üçün də nəzərə alınmalıdır.
•İşləmə təcrübəsinin həcmi.
Qeyd: Sahə cihazlarına gəldikdə, onların işləmə təcrübəsi barədə məlumat istifadəçinin obyektlərdə istifadə üçün təsdiqlənmiş avadanlıqlarının siyahısında qeyd edilməlidir. Bu təcrübə təhlükəsizlik və təhlükəsizliyə aid olmayan tətbiq sahələrində uğurlu icradan bəhs edən və işləmə qabiliyyətinə malik olmayan avadanlığın lazımi qaydada aradan götürülməsi barədə geniş məlumata əsaslanmalıdır. Sahə cihazlarının siyahısından əməliyyat təcrübəsi ilə bağlı iddiaları dəstəkləmək üçün də istifadə etmək olar, bir şərtlə ki,
-həmin siyahı mütəmadi olaraq yenilənsin və yoxlanılsın;
-sahə cihazları yalnız kifayət qədər işləmə təcrübəsi əldə edildikdə əlavə edilsin;
- kifayət qədər işləmə qabiliyyətinə malik olmaması barədə məlumata əsasən cihaz sistemdən kənarlaşdırılsın;
-prosesin tətbiqi uyğun gəldikdə siyahıya daxil edilsin.
11.5.4 FPL proqramlaşdırıla bilən komponentlərin və alt -sistemlərin (məs., sahə cihazları) seçilməsinə qoyulan tələblər
11.5.4.1 11.5.2 və 11.5.3 –ün tələblər tətbiq edilir.
11.5.4.2 Komponentlərin və alt-sistemlərin istifadə edilməyən xüsusiyyətləri uyğunluq barədə dəlillərə əsasən müəyyən edilməlidir ki, onlar qəza əleyhinə tələb edilən mühafizə funksiyalarını risk altında qoymasın.
11.5.4.3 Avadanlıq və proqram təminatının xüsusi konfiqurasiyasının və əməliyyat profilinin tələblərə uyğunluğunu sübut edərkən aşağıdakılar nəzərə alınmalıdır
• giriş və çıxış siqnallarının xüsusiyyətləri;
• istifadə vasitələri;
• istifadə edilən funksiyalar və konfiqurasiyalar;
• eyni tətbiq sahələrində və fiziki mühitdə əvvəlki istifadə
11.5.4.4 TED 3 üzrə tətbiq sahələri üçün FPL cihazının formal qiymətləndirilməsi (5.2.6.1 - ə müvafiq olaraq) əsasən aşağıdakılara uyğun müəyyən edilməlidir:
• FPL cihazının tələb edilən funksiyaları icra etdiyini və onun əvvəlki istifadəsinə əsasən avadanlığın təsadüfi nasazlığı və ya avadanlıq və proqram təminatında baş verən sistemli imtinalar nəticəsində qəza əleyhinə mühafizə sistemində hər hansı bir təhlükəli halın baş vermə ehtimalının kifayət qədər aşağı olması;
• avadanlıq və proqram təminatı üzrə müvafiq standartların tətbiq edildiyini;
• nəzərdə tutulan funksional profillərini göstərən konfiqurasiyalarda FPL cihazının istifadə edildiyi və ya sınaqdan keçirildiyi.
11.5.4.5 TED 3 üzrə tətbiq sahələri üçün FPL cihazının tipik konfiqurasiyaları və nəzərdə tutulan funksional profilləri əhatə edən və istismar, texniki xidmət və nasazlığın aşkarlanması zamanı yaranan çətinliklərdən bəhs edən təhlükəsizlik üzrə təlimat vəsaiti hazırlanmalıdır.
11.5.5 Əvvəlki istifadəyə əsasən LVL proqramlaşdırıla bilən komponentlərin və alt-sistemlərin (məs., məntiqi həlletmə blokları) seçilməsinə qoyulan tələblər
11.5.5.1 Aşağıdakı tələblər yalnız qəza əleyhinə TED 1 və TED 2 dərəcələri üzrə mühafizə funksiyalarının icra edildiyi qəza əleyhinə mühafizə sistemlərində istifadə edilən məntiqi həlletmə bloklarına tətbiq edilə bilər.
11.5.5.2 11.5.4-ün tələbləri tətbiq edilir.
11.5.5.3 Əvvəl baş verdiyi kimi, komponent və ya alt-sistemin funksional profilləri və fiziki mühiti arasında yaranan, eləcə də qəza əleyhinə mühafizə sistemində istifadə edilərkən komponentin və ya alt-sistemin funksional profilləri və fiziki mühiti arasındakı fərqlər müəyyən edilməlidir. Sınaq və təhlillərə əsasən müvafiq qaydada aparılmış qiymətləndirmədə qəza əleyhinə mühafizə sistemlərində onların istifadəsi zamanı sistemli imtinaların baş vermə ehtimalının kifayət qədər aşağı olması göstərilməlidir.
11.5.5.4 Uyğunluğun əsaslandırılması üçün zəruri olaraq nəzərə alınan işləmə təcrübəsini müəyyən edərkən aşağıdakılara fikir vermək lazımdır.
• Qəza əleyhinə mühafizə funksiyasının TED dərəcəsi;
• komponent və ya alt-sistemin mürəkkəbliyi və funksionallığı.
Qeyd: Əlavə təlimatlarla tanış olmaq üçün bax: IEC 61511-2.
11.5.5.5 TED 1 və 2 üzrə tətbiq sahələri üçün təhlükəsizliyə konfiqurasiya edilmiş PE məntiqi həlletmə blokundan aşağıdakı əlavə müddəalara uyğunluğu təmin etmək şərtilə istifadə etmək olar:
• təhlükəli imtina rejimlərinin anlaşılması;
• müəyyən edilmiş imtinalı rejimləri aradan qaldırmağa xidmət edən qəzadan qorunma konfiqurasiyası üçün texniki üsulların tətbiqi;
• təhlükəsizlik üzrə tətbiq sahələrində yaxşı istifadə göstəricilərinə malik hazır proqram təminatı;
• icazə verilməyən və ya nəzərdə tutulmayan dəyişdirmələrdən qorunma
Qeyd: Təhlükəsizliyə konfiqurasiya edilmiş PE məntiqi həlletmə blokları universal texniki növə malik PE məntiqi həlletmə komponenti olub, xüsusən də, təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan tətbiq sahələrində istifadəyə konfiqurasiya edilmişdir.
11.5.5.6 TED2 üzrə tətbiq sahəsində istifadə edilən istənilən PE məntiqi həlletmə blokunun rəsmi qiymətləndirilməsi (5.2.6.1-ə müvafiq olaraq) aşağıda göstərilənləri müəyyən etmək üçün həyata keçirilməlidir
• PE məntiqi həlletmə blokunun tələb edilən funksiyaları icra etdiyini və onun əvvəlki istifadəsinə əsasən avadanlığın təsadüfi nasazlığı, avadanlıq və proqram təminatında baş verən sistemli imtinalar nəticəsində qəza əleyhinə mühafizə sistemində hər hansı bir təhlükəli halın baş vermə ehtimalının kifayət qədər aşağı olması;
• proqramın icrası zaman nasazlıqları aşkarlamaq və onlara qarşı lazımi reaksiya göstərmək üçün həyata keçirilən tədbirlər; Bu tədbirlər aşağıda göstərilənlərin hamısını özündə birləşdirməlidir:
– proqram ardıcıllığının monitorinqi;
– fasiləsiz monitorinq zamanı aşkarlanan nasazlıqlara və ya dəyişmələrə qarşı kodun mühafizəsi;
– nasazlığın yarandığının təsdiqlənməsi və fərqli proqramlaşdırma;
–dəyişmələrin diapazona düşməsinin yoxlanılması və ya dəyərlərin yoxlanılmasının mümkünlüyü;
– hazır və ya xidməti proqram təminatı üçün istifadə edilən müvafiq proqramlaşdırma standartları;
– tipik konfiqurasiyalarda nəzərdə tutulan funksional profilləri göstərən test nümunələri ilə sınaqdan keçirilməsi;
– etibarlı, təsdiqlənmiş proqram təminatı modullarının və komponentlərinin istifadə edildiyi;
– sistemin dinamik təhlili və sınaqlardan keçməsi;
– sistemin süni intellekt və təkrar dinamik konfiqurasiyadan istifadə etməməsi;
– nasazlığın model sxemə daxil edilməsi üzrə sənədləşdirilmiş sınaqların aparılması.
11.5.5.7 TED 2 üzrə tətbiq sahələri üçün PE məntiqi həlletmə komponentlərinin tipik konfiqurasiyalarını və nəzərdə tutulan funksional profilləri əhatə edən və istismar, texniki xidmət, və nasazlığın aşkarlanması zamanı yaranan çətinliklərdən bəhs edən təhlükəsizlik üzrə təlimat vəsaiti hazırlanmalıdır
11.5.6 TDD proqramlaşdırıla bilən komponentlərinin və alt - sistemlərinin (məs., məntiqi həlletmə komponentləri) seçilməsinə qoyulan tələblər
11.5.6.1 FVL vasitəsilə tətbiq sahələrini proqramlaşdırarkən PE məntiqi həlletmə komponentləri IEC 61508-2 və IEC 61508-3 standartlarının tələblərinə cavab verməlidir.
11.6.1 Proses və ətraf mühit şərtlərinə görə məlumatın qeyri-dəqiqliyi ilə nəticələnə bilən imtinaları minimuma endirmək üçün sahə qurğuları seçilməli və quraşdırılmalıdır. Bu şərtlərə aşınma, maddələrin borularda donması, polimerləşmə, üzə çıxan maddələr, yanma, temperatur və təzyiqin kəskin qalxması, quru impuls xətlərində kondensasiya və nəm impuls xətlərində kondensasiyanın kifayət qədər olmaması aiddir.
11.6.2 Ayrı-ayrı giriş/çıxış dövrələrinin söndürülməsi üçün cərəyan verilməli, dövrənin və qidalanma blokunun tamlığını təmin etmə metodu tətbiq edilməlidir.
Qeyd: Belə metoda misal olaraq xətt sonluğunun yoxlanılmasını göstərmək olar. Bu zaman, pilot cərəyan G/Ç əməliyyatına təsis etmək üçün kifayət qədər ölçüyə malik olmadıqda dövrənin fasiləsizliyini təmin etmək üçün ona davamlı olaraq nəzarət edilir.
11.6.3 Sahə cihazlarının hər biri sistemin giriş/çıxışına simli birləşdirmə komponentinə malik olmalıdır. Bu zaman aşağıdakı hallar istisna edilir:
• Çoxsaylı diskret sensorlar vahid giriş blokuna ardıcıllıqla birləşdirilir və sensorların hamısı eyni proses şəraitinə nəzarət edir (məs., mühərrikin həddən artıq yüklənməsi).
• Çoxsaylı sonuncu elementlər vahid çıxış blokuna birləşdirilir.
Qeyd: İki klapanın çıxış blokuna birləşdirilməsi üçün onların həmin klapanların istifadə edildiyi qəza əleyhinə mühafizə funksiyaları üçün şərtləri eyni zamanda dəyişdirməsi tələb edilir.
• Şindəki əlaqə kanalları xidmət göstərdiyi QMF – nin tamlıq tələblərinə cavab verən ümumi təhlükəsizlik göstəricilərinə malik olmalıdır.
11.6.4 Ağıllı sensorlar uzaqdan hər hansı bir nəzərdə tutulmayan dəyişdirmənin aparılmaması üçün yazmadan qorunmalıdır, lakin təhlükəsizlik baxımından onun yoxlanılması zamanı yazma/oxuma funksiyasına icazə verilməlidir. Bu yoxlamada insan faktorları da, məs., prosedurları icrasında uğursuzluq, də nəzərə alınmalıdır.
QMS ilə birləşən insan-maşın və rabitə intefeyslərinə məhdud olmayaraq aşağıdakılar daxil edilə bilər:
• operator interfeysi və ya interfeysləri;
• texniki xidmət/mühəndislik interfeysi və ya interfeysləri;
• rabitə interfeysi və ya interfeysləri;
11.7.1 Operator interfeysi üzrə tələblər
11.7.1.1 QMS operator interfeysi ƏPNS operator interfeysindən keçirsə, onda ƏPNS operator interfeysində baş verə biləcək mümkün imtinalar nəzərə alınmalıdır.
11.7.1.2 QMS elə layihələndirilməlidir ki, blok işdə olarkən sistemdə buraxma əməliyyatı aparmağa və variantların operator tərəfindən seçilməsinə olan ehtiyac minimuma endirilsin. Əgər onun layihəsində operator müdaxiləsindən istifadə tələb edilirsə, onda operator səhvlərindən qorunmaq üçün müəyyən mexanizm yaradılmalıdır.
Qeyd: Əgər operator xüsusi bir seçim etmək məcburiyyətindədirsə, onda həmin seçimin təkrar təsdiqlənməsi mərhələsi olmalıdır.
11.7.1.3 Kənar şəxslərin istifadə edə bilməməsi üçün buraxma açarları blokirovka düymələri ilə və ya şifrə mühafizə edilməlidir.
11.7.1.4 QMS – nin saxlanması üçün vacib olan onun vəziyyəti barədə məlumat operator interfeysinə daxil edilməlidir. Bu məlumata aşağıdakılar aid edilə bilər:
• prosesin öz ardıcıllığında olduğu yer;
• QMS – nin mühafizə tədbirinin icra edildiyinin göstərilməsi;
• mühafizə funksiyasında buraxma əməliyyatının icra edildiyinin göstərilməsi;
• nasazlığı aradan qaldırılması kimi avtomatik tədbirin və ya tədbirlərin həyata keçirildiyinin göstərilməsi;
• sensorların və sonuncu elementlərin vəziyyəti;
• təhlükəsizliyə təsir edəcəyi zaman cərəyan kəsilməsinin göstərilməsi;
• diaqnostikanın nəticələri;
• QMS – ni dəstəkləmək üçün lazım olan mühit dəyişdirici avadanlığın nasazlığı.
11.7.1.5 QMS operatorunun interfeys layihəsi elə olmalıdır ki, QMS –nin tətbiqi proqram təminatında dəyişiklərin baş verməsinin qarşısı alınsın. Təhlükəsizlik barədə məlumatın ƏPNS – dən QMS - ə ötürülməsinə ehtiyac yarandıqda ƏPNS – dən xüsusi QMS dəyişənlərinin yazılmasına seçim əsasında imkan yaradan sistemlərdən istifadə etmək lazımdır. QMS – nin təhlükəsizlik funksionallığını risk altında qoymayan müvafiq seçilmə barədə məlumatın verildiyini və QMS – tərəfindən qəbul edildiyini təsdiqləmək üçün avadanlıq və prosedurlardan istifadə edilməlidir.
1. Əgər variantlar və ya buraxma mexanizmləri ƏPNS – də seçilirsə və QMS - ə yüklənirsə, onda ƏPNS – baş verən imtinalar QMS –nin tələb rejimində işləmə qabiliyyətinə mane ola bilər. Bu hal baş verərsə, onda ƏPNS qəzadan qorunma funksiyası daşıyacaq.
2. İstifadə edilən reseptdən asılı olan müxtəlif məntiqi funksiyaları və ya koordinatları seçmək üçün QMS –dən istifadə etmək olar. Belə hallarda tələb edilən seçmə əməliyyatını aparmaq üçün operator interfeysindən istifadə etmək mümkündür.
3. ƏPNS –dən QMS - ə səhv məlumatın ötürülməsi təhlükəsizliyi risk altında qoymur.
11.7.2 Texniki xidmət/mühəndislik interfeysi üzrə tələblər
11.7.2.1 PE QMS texniki xidmət/mühəndislik interfeysinin layihəsi elə olmalıdır ki, bu interfeysdə yaranan hər hansı bir imtina QMS –nin proses təhlükəsizliyini təmin etmə qabiliyyətinə mənfi təsir göstərə bilməsin. Bu zaman texniki xidmət/mühəndislik interfeyslərinin, məs., proqramlaşdırma panellərinin, normal QMS əməliyyatı zamanı sistemdən ayrılması tələb olunmalıdır.
11.7.2.2 Texniki xidmət/mühəndislik interfeysində hər biri üçün giriş təhlükəsizliyi qorunan aşağıdakı funksiyalar həyata keçirilməlidir:
• QMS əməliyyat rejimi, proqramı, məlumatları, qəza siqnallarını kəsmək üçün vasitələr, sınaqlar, buraxmalar, texniki xidmət;
• QMS diaqnostikası, səsvermə və imtinanın aradan qaldırılması xidmətləri;
• tətbiqi proqram təminatının ləğv edilməsi, əlavə edilməsi və ya dəyişdirilməsi;
• QMS - ə icazə vermək üçün lazım olan verilənlər;
• buraxmalar tələb olunan yerdə onlar elə quraşdırılmalıdır ki, qəza siqnalları və əl ilə söndürmə mexanizmi aktiv olsun.
Qeyd: Proqram təminatıyla bağlı məsələlər PE texnologiyası əsasında yalnız QMS - ə tətbiq edilir.
11.7.2.3 Texniki xidmət/mühəndislik interfeysi operator interfeysi kimi istifadə edilə bilməz.
11.7.2.4 Oxuma/yazma funksiyasına girişin aktivləşdirilməsi və ya onun bloka qoyulması müvafiq sənədlərə və təhlükəsizlik tədbirlərinə malik olan texniki xidmət/mühəndislik interfeysi vasitəsilə konfiqurasiya və ya proqramlaşdırma prosesində həyata keçirilir.
11.7.3 Rabitə interfeysi üzrə tələblər
11.7.3.1 QMS rabitə interfeysinin layihəsi elə olmalıdır ki, həmin interfeysində yaranan hər hansı bir imtina QMS –nin proses təhlükəsizliyini təmin etmə qabiliyyətinə mənfi təsir göstərə bilməsin.
11.7.3.2 Qəza əleyhinə mühafizə sistemi QMF -ə təsir göstərməyən ƏPNS və periferik qurğularla əlaqə qurmaq qabiliyyətinə malik olmalıdır.
11.7.3.3 Əlaqə interfeysi elektro-maqnetik maneələrə, o cümlədən gərginliyin artmasına QMF – də heç bir təhlükəli imtina yaratmadan davam gətirmək üçün kifayət qədər güclü olmalıdır.
11.7.3.4 Əlaqə interfeysi müxtəlif sıfır torpağa birləşdirmə potensialına malik avadanlıqlar arasında əlaqənin yaradılması üçün yararlı olmalıdır.
Qeyd: Alternativ vasitələr (məs., şüşəlifli vasitələrin istifadəsi tələb edilə bilər).
11.8 Texniki xidmət və ya sınağa yararlı layihələndirməyə qoyulan tələblər
11.8.1 Layihə elə hazırlanmalıdır ki, QMS – ni bütöv və ya hissələrlə sınaqdan keçirmək mümkün olsun. Prosesin planlaşdırılmış dayandırılma vaxtına kimi olan interval texnoloji sınaq intervalından çoxdursa onda onlayn sınaq mexanizminin həyata keçirilməsi tələb olunur.
Qeyd: “Bütöv” termini sensor sonluğundakı axından aktivləşmə sonluğundakı axına kimi mənasını verir.
11.8.2 Onlayn texnoloji sınağının aparılması tələb edildikdə, sınaq ləvazimatları aşkarlanmamış imtinalar üzrə sınağın aparılması üçün nəzərdə tutulan QMS layihəsinin tərkibinə daxil edilməlidir.
11.8.3 Sınaq və yaxud buraxma mexanizminin QMS - ə daxil edildiyi zaman onlar aşağıdakı şərtlərə cavab verməlidir:
• QMS təhlükəsizlik tələblərinin spesifikasında təsbit edilən texniki xidmət və sınaq tələblərinə uyğun olaraq layihələnməlidir.
• QMS –nin hər hansı bir hissəsinin buraxma əməliyyatı barədə siqnal və yaxud əməliyyat proseduru vasitəsilə operatora məlumat verilməlidir.
11.8.4 PE QMS –də giriş və çıxış bloklarının gücləndirilməsi
• tətbiqi proqram təminatının;
• əməliyyat prosedurunun və ya prosedurlarının;
• aşağıdakılar istisna olmaqla, texniki xidmətin bir hissəsi olaraq həyata keçirilməməlidir.
Prosedurları müəyyən etmədən, giriş təhlükəsizliyini təmin etmədən, QMS –ni istismardan çıxarmadan giriş və çıxış bloklarının gücləndirilməsinə yol verilmir. Əgər belə gücləndirmə baş verərsə, müvafiq olaraq, bu barədə məlumat verilməli və ya qəza siqnalları söndürülməlidir.
11.9 QMF – də imtinanın baş vermə ehtimalı
11.9.1 Qəza əleyhinə hər bir mühafizə funksiyasının tələb rejimində imtinanın baş vermə ehtimalı təhlükəsizlik tələblərinin spesifikasiyasında müəyyən edilən hədəfə alınan imtinanın baş vermə ehtimalına bərabər və ya ondan aşağı olmalıdır. Bunu hesablamalarla yoxlamaq lazımdır.
1. Əməliyyatın tələb rejimində işləyən qəza əleyhinə mühafizə funksiyalarına gəldikdə, hədəf imtinası qəza əleyhinə mühafizə funskiyasının təhlükəsizliyinin etibarlılıq dərəcələri üzrə müəyyən edildiyi kimi, tələb rejimində layihə funksiyasının icrasındakı uğursuzluğun orta ehtimalına əsasən ifadə edilməlidir. (bax: Cədvəl 3).
2. Fasiləsiz əməliyyat rejimində işləyən qəza əleyhinə mühafizə funksiyalarına gəldikdə hədəf imtinası qəza əleyhinə mühafizə funskiyasının təhlükəsizliyinin etibarlılıq dərəcələri üzrə müəyyən edildiyi kimi, bir saatda təhlükəli nasazlığın baş vermə tezliyinə əsasən ifadə edilməlidir. (bax: Cədvəl 4).
3. Qəza əleyhinə hər bir mühafizə funksiyası üzrə imtinanın ayrıca olaraq yaranma ehtimalını rəqəmlərlə göstərmək lazımdır, çünki komponentə müxtəlif imtina rejimləri tətbiq oluna bilər və QMS – nin strukturu da dəyişə bilər (funksiya artıqlığı baxımından).
4. Sistemin tələb rejimində nasazlığın orta baş vermə ehtimalını və təhlükəli nasazlığın baş vermə tezliyini kəmiyyət təhlili və ya TED həddi əsasında hesablayaraq nəzərdə tutulan nasazlığa qarşı ehtiyat tədbirləri müəyyən edilməlidir.
11.9.2 Qəza əleyhinə hər bir mühafizə funskiyasında avadanlığın nasazlığına görə imtinanın hesablanmış yaranma ehtimalında aşağıdakılar nəzərə alınmalıdır:
a) nəzərdən keçirilən qəza əleyhinə mühafizə funksiyasının hər biri ilə əlaqəli olan QMS – nin strukturu;
b) istənilən əməliyyat rejimində avadanlığın təsadüfi nasazlığına görə hər bir alt -sistemdə QMS –də təhlükəli imtina yaradan, lakin diaqnostik sınaqlarla aşkarlanan imtinanın ehtimal edilən yaranma tezliyi;
c) istənilən əməliyyat rejimində avadanlığın təsadüfi nasazlığına görə hər bir alt-sistemdə QMS –də təhlükəli imtina yaradan lakin diaqnostik sınaqlarla aşkarlanmayan imtinanın ehtimal edilən yaranma tezliyi;
Qeyd: Alt-sistemdə imtinanın ehtimal edilən baş vermə tezliyi tanınmış sənaye mənbəyindən gələn və ya nəzərdə tutulan tətbiq sahəsində alt-sistemin eyni mühitdə əvvəlki tətbiqinə əsasən yaranan komponent və ya alt-sistem imtinaları barədə məlumat əsasında aparılan dizaynın kəmiyyət-əsaslı təhlilinə əsasən təyin edilə bilər. Bu zaman işləmə təcrübəsi statistik məlumata əsasən ən azı 70 % birtərəfli etibarlılıq həddində imtinanın baş verməsinə qədər olan orta vaxt intervalı göstəricisinə malik olmalıdır.
d) QMS –nin ümumi səbəbli imtinalara qarşı həssaslığı;
e) dövrü diaqnostik sınaqların diaqnostik nisbəti (IEC 61511-2 standartına əsasən müəyyən edilmiş), əlaqəli diaqnostik sınaqların aparılma intervalları və diaqnostik sınaq mexanizminin etibarlılığı;
f) texnoloji sınaqların aparılma intervalları;
g) aşkarlanmış imtinaların aradan qaldırılma müddəti;
h) istənilən rejimdə həyata keçirilən rabitə prosesində QMS – də təhlükəli nasazlıqların yaranmasına səbəb olan təhlükəli imtinaların baş vermə tezliyi (diaqnostik sınaqlarla aşkarlanan və aşkarlanmayan);
i) istənilən rejimdə operatorun göstərdiyi cavab reaksiyası zamanı və QMS – də təhlükəli nasazlıqların yaranmasına səbəb olan təhlükəli imtinaların baş vermə tezliyi (diaqnostik sınaqlarla aşkarlanan və aşkarlanmayan);
j) EMC (ElektroMaqnit Uyğunluq) pozuntularına qarşı həssaslıq (məs., IEC 61326-1 standartına əsasən);
k) iqlim və mexaniki şəraitə qarşı həssaslıq (IEC 60654-1 və IEC 60654-3 standartına əsasən).
1. Modelləşdirmə üsulları müəyyən edilməli və şəraitdən asılı olaraq ən uyğun metod təhlilçi tərəfindən seçilməlidir. Mövcud metodlara aşağıdakılar daxildir (bax: IEC 61508-6, Əlavə B)
- səbəb-nəticənin təhlili;
- imtina diaqramının təhlili;
- etibarlılıq üzrə blok-sxemlər.
2. Diaqnostik sınağın aparılma intervalı və təmir üçün nəzərdə tutulmuş vaxt etibarlılıq modelində nəzərə alınması tələb olunan bərpa üçün orta vaxt aralığını təşkil edir. (bax: IEV 191-13-08).
12 XİDMƏTİ PROQRAM TƏMİNATI ÜÇÜN SEÇİM MEYARI DAXİL OLMAQLA TƏTBIQİ PROQRAM TƏMİNATI ÜZRƏ TƏLƏBLƏR
Bu bənddə aşağıdakılar məqbul sayılır:
- proqram təminatının üç növü:
• tətbiqi proqram təminatı;
• xidməti proqram təminatı, yəni, tətbiqi proqram təminatını yaratmaq və yoxlamaq üçün istifadə edilən proqram alətləri;
• hazır proqram təminatı, yəni, PE – nin bir hissəsi olaraq təmin edilən proqram təminatı;
- Proqramlaşdırma dilinin üç növü:
• sabit proqram dilləri (SPD);
• məhdud dəyişən proqram dilləri (MDD);
• tam dəyişən proqram dilləri (TDD).
Bu standart SPD və ya MDD – dən istifadə edən tətbiqi proqram təminatından bəhs edir. Aşağıdakı tələblər TED 3 səviyyəsinə qədər tətbiqi proqram təminatının hazırlanmasına və dəyişdirilməsinə uyğun gəlir. Ona görə də bu standart TED 1, 2 və 3 arasında fərq qoymur.
TED 3 səviyyəsinə qədər SPD və ya MDD – dən istifadə edən tətbiqi proqram təminatının hazırlanması və dəyişdirilməsi IEC 61508 - ə uyğun gəlməlidir. SPD –nin işləndiyi tətbiqi proqram təminatının hazırlanması və dəyişdirilməsi IEC 61508 - ə uyğun gəlməlidir.
Xidməti proqram təminatı ( PE sisteminin təhlükəsiz tətbiq edilmə yollarını müəyyən edən təlimat vəsaitilə birlikdə) 12.4.4 –ün tələblərinə uyğun olaraq seçilməli və tətbiq edilməlidir. Hazır proqram təminatı 11.5- ə uyğun gəlməlidir.
12.1 Tətbiqi proqram təminatının təhlükəsizliyinin davametmə dövrü üzrə tələblər
12.1.1 Məqsəd və vəzifələr
12.1.1.1 Bu bəndin məqsədləri aşağıdakılardan ibarətdir:
• QMS –nin hər bir proqramlaşdırılmış alt - sistemi üçün tətbiqi proqram təminatının hazırlanması üçün tələb olunan tədbirləri müəyyən etmək;
• tətbiqi proqram təminatının hazırlanması üçün istifadə edilən xidməti proqramların seçilmə, nəzarət edilmə və tətbiq yollarını müəyyən etmək;
• tətbiqi proqram təminatına uyğun müəyyən edilən funksional təhlükəsizliyin məqsədlərinin həyata keçirilməsi üçün müvafiq planlaşdırmanın mövcudluğunu təmin etmək;
Qeyd: Şəkil 10-da tətbiqin təhlükəsiziliyinin davametmə dövrü üzrə bənd 12 –də göstərilən işlərin həcmi göstərilir.
Şəkil 10. Tətbiqi proqram təminatının təhlükəsizliyinin davametmə dövrü və onun QMS təhlükəsizlik dövrünə olan münasibəti
12.1.2.1 Tətbiqi proqramların tətbiqində bu bəndin tələblərinə cavab verən təhlükəsizliyin davametmə dövrü təhlükəsizliyin planlaşdırılması zamanı dəqiq müəyyən edilməli və QMS təhlükəsizlik dövrünə daxil edilməlidir.
12.1.2.2 Tətbiq proqram təminatının təhlükəsizliyinin davametmə dövrünün hər bir mərhələsi həmin dövrdə həyata keçirilən ilkin tədbirlərə, məqsədlərə, tələb edilən giriş məlumatına və çıxış siqnallarını nəticələrinə, yoxlama üzrə tələblərə (bax: 12.7) və məsuliyyət dairələrinə (bax: Cədvəl 7 və Şəkil 11) əsasən müəyyən edilməlidir.
1. Tətbiqi proqram təminatının Cədvəl 7-də göstərilən tələblər uyğunluğunu təmin etmək şərtilə təhlükəsizliyin etibarlılıq dərəcələrini və layihənin mürəkkəbliyini nəzərə alaraq V – modelinin dərinliyini, kəmiyyətini və ölçüsünü işləyib hazırlamaq məqsədə uyğundur.
2. İstifadə edilən proqramlaşdırma dillərinin növləri (SPD, MDD və ya TDD) və proqramlaşdırma dilinin tətbiq funksiyalarına olan yaxınlığı V – modelinin mərhələlərinin həcminə təsir göstərə bilər.
3. Tətbiqi proqram təminatının təhlükəsizliyi üzrə tələblər QMS təhlükəsizlik tələblərinin spesifikasiyasına daxil edilə bilər.
4. Tətbiqi proqram təminatının yoxlama planı QMS və ya QMS alt-sisteminin ümumi yoxlama planına daxil edilə bilər.
12.1.2.3 Tətbiqi proqram təminatını icra edən PE cihaz onun xidmət etdiyi hər bir QMF tərəfindən tələb edilən etibarlılıq dərəcələrinə uyğun gəlməlidir.
12.1.2.4 Aşağıda göstərilənləri həyata keçirmək üçün metodları, texniki üsulları və alətləri seçmək və tətbiq etmək lazımdır:
• tətbiqi proqram təminatında imtinanın baş vermə riskini minimum endirmək;
• proqram təminatında artıq mövcud olan imtinaları aşkarlamaq və aradan qaldırmaq;
• proqram təminatında qalan imtinaların arzuolunmaz nəticələrə gətirib çıxarmayacağını təmin etmək;
• QMS – nin bütün fəaliyyəti dövrü proqram təminatının lazımi səviyyədə saxlanılmasını təmin etmək;
• proqram təminatının tələb edilən keyfiyyətə malik olduğunu göstərmək;
Qeyd: Metodların və texniki üsulların seçilməsi xüsusi hallardan asılı olmalıdır. Bu qərarı qəbul edərkən aşağıdakı faktorları nəzərə almaq lazımdır:
- proqram təminatının həcmi;
- mürəkkəblik dərəcəsi;
- QMS – nin təhlükəsizliyinin etibarlılıq dərəcəsi;
- yaranan imtinanın fəsadları;
- layihə elementlərinin standartlaşdırılma dərəcələri.
12.1.2.5 Proqram təminatının təhlükəsizliyinin davametmə dövrünün hər bir mərhələsi yoxlanmalı (bax: 12.7) və onun nəticələri müəyyən edilməlidir (bax: bənd 19).
12.1.2.6 Proqram təminatının təhlükəsizliyinin davametmə dövrünün hər hansı bir mərhələsində təhlükəsizlik dövrünün erkən mərhələsilə bağlı hər hansı bir dəyişikliyin edilməsi tələb edilirsə, onda təhlükəsizlik dövrünün həmin erkən mərhələsi və ondan sonra gələn mərhələlər yenidən yoxlanmalıdır və əgər hər hansı bir dəyişikliyin edilməsi tələb olunursa bu yoxlama təkrar həyata keçirilməli və təsdiqlənməlidir.
12.1.2.7 Tətbiqi proqram təminatının, QMS avadanlığının, hazır və xidməti proqram təminatının (alətlə) konfiqurasiyası idarə edilməlidir (bax: 5.2.7).
12.1.2.8 Sınaqların planlaşdırılması həyata keçirilməlidir. Bu zaman aşağıdakı məsələlər nəzərə alınmalıdır:
• avadanlıq və proqram təminatının inteqrasiyası siyasəti;
• sınaq nümunələri və sınaq barədə məlumat;
• aparılan sınaqların növləri;
• sınaq mühiti, o cümlədən alətlər, köməkçi proqramların və konfiqurasiyanın təsviri;
• sınaqların tamamlanması barədə nəticə çıxarmaq üçün sınaq meyarları;
• fiziki məkan və ya məkanlar ( məs., zavod və ya sahə);
• xarici funksionallıqdan asılılıq;
• lazımi işçi heyəti;
Şəkil 12 – Proqram təminatının hazırlanmasında təhlükəsizlik dövrü
Cədvəl 7 – Tətbiqi proqram təminatının təhlükəsizlik dövrü: Ümumi mənzərə
Tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası
Qəza əleyhinə tələb edilən mühafizə funksiyasının icrası üçün lazım olan hər bir QMS üzrə proqram təminatının qəzadan qorunma funksiyalarına qoyulan tələbləri müəyyən etmək,
QMS üçün təyin edilən hər bir qəza əleyhinə mühafizə funksiyası üçün proqram təminatının təhlükəsizliyinin etibarlılıq dərəcələri üzrə tələbləri müəyyən etmək.
QMS təhlükəsizlik tələblərinin spesifikasiyası,
Seçilmiş QMS – nin təhlükəsizlik üzrə təlimat vəsaitləri,
Tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası.
Yoxlama barədə məlumat
Tətbiqi proqram təminatının təhlükəsizliyinin yoxlanılmasının planlaşdırılması
Tətbiqi proqram təminatının təsdiqlənməsi planını hazırlamaq.
QMS tətbiqi proqram təminatının təhlükəsizlik üzrə tələblərinin spesifikasiyası
QMS tətbiqi proqram təminatının təhlükəsizliyinin təsdiqlənməsi plan,ı Yoxlama barədə məlumat
Tətbiqi proqram təminatının layihəsi və hazırlanması
Struktur. Proqram təminatının təhlükəsizliyi üzrə müəyyən edilən tələbləri həyata keçirən proqram strukturunu yaratmaq,
QMS avadanlığının strukturuna görə proqram təminatına qoyulan tələbləri yoxlamaq və qiymətləndirmək.
QMS tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası,
QMS avadanlıqlarının struktur layihəsi üzrə təlimat vəsaitləri
Struktur layihənin təsviri, məsələn, proqram təminatının müvafiq proses alt-sistemlərinə və TED-lərə daxil edilməsi, ümumi tətbiqi proqram modullarının məs., nasos və ya klapan ardıcıllığının, tanınması.
Tətbiqi proqram təminatının strukturunun və alt-sistemə inteqrasiyasının sınağı üzrə spesifikasiya.
Yoxlama barədə məlumat
Tətbiqi proqram təminatının layihəsi və hazırlanması
Köməkçi alətlər və proqramlaşdırma dilləri. Proqram təminatının (xidməti proqram təminatının) bütün təhlükəsizlik dövrü uyğun konfiqurasiya, kitabxana, idarəetmə, simulyasiya və sınaq alətləri dəstini müəyyən etmək. Tətbiqi proqram təminatının hazırlanması üzrə prosedurları dəqiq müəyyən etmək.
QMS tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası, struktur layihənin təsviri,
QMS təhlükəsizliyi üzrə təlimat vəsaitləri, seçilmiş QMS məntiqi həlletmə blokunun təhlükəsizliyi üzrə təlimat vəsaitləri
Xidməti proqram təminatından istifadə qaydalarının siyahısı.
Yoxlama barədə məlumat
Tətbiqi proqram təminatının layihəsi və hazırlanması
Tətbiqi proqram təminatının və tətbiq modulunun hazırlanması.
Tətbiqin təhlükəsizliyi üzrə müəyyən edilən tələbləri yerinə yetirən tətbiqi proqram təminatını icra etmək.
Struktur, layihənin təsviri,
seçilmiş PES – in xidməti proqram təminatının istifadəsi üzrə təlimat vəsaitlərinin və prosedurlarının təsviri
1) Tətbiqi proqram təminatının proqramı (məs., funksiya blokunun diaqramları, zəncirvarı məntiqi sxem)
2) Tətbiqi proqramın simulyasiya və kompleks sınağı
3) Xüsusi təyinatlı tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası
4) Yoxlama barədə məlumat
Tətbiqi proqram təminatının tam dəyişən dillərlə hazırlanması
Proqramın hazırlanması və sınaqdan keçirilməsi – yalnız TDD
Proqram təminatının təhlükəsizliyi üzrə müəyyən edilən tələbləri yerinə yetirən, tam dəyişən proqramlaşdırma dilinin icrası
Xüsusi təyinatlı tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası
IEC 61508-3 - ə istinad edin
Tətbiqi proqram təminatının layihəsi və hazırlanması
Tətbiqi proqram təminatının sınaqdan keçirilməsi
1) Proqram təminatının təhükəsizliyinin tələblərə uyğunluğunu yoxlamaq
2) Tətbiqi proqram təminatının bütün alt-sistemlərinin və sistemlərinin nəzərdə tutulan funksiyaları icra etmək üçün düzgün qarşılıqlı əlaqədə olmasını və nəzərdə tutulmayan funksiyaları icra etmədiyin göstərmək
Lazımi sınaqların aparıldığı növbəti mərhələ ilə birləşdirilə bilər (12.5)
Tətbiqi proqramın simulyasiya və kompleks sınağı (struktura əsaslanan sınaq)
Proqram təminatının strukturunun kompleks sınağının spesifikasiyası
1) Proqram təminatının sınağının nəticələri
2) Yoxlanılmış və sınaqdan keçmiş proqram təminatı sistemi
3) Yoxlama barədə məlumat
Proqramlaşdırıla bilən elektron avadanlıqların inteqrasiyası (avadanlıq və proqram təminatı)
Proqram təminatının nəzərdə tutulan, proqramlaşdırıla bilən elektron avadanlığa inteqrasiyası
Proqram təminatı və avadanlığın kompleks sınağının spesifikasiyası
Proqram təminatı və avadanlığın kompleks sınağının spesifikasiyası Yoxlanılmış proqram təminatı və avadanlıq
QMS təhlükəsizliyinin yoxlanılması
QMS –nin, o cümlədən təhlükəsizliyi təmin edən proqram təminatının bütün təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləmək
Proqram təminatı və QMS – nin təhlükəsizliyinin təsdiqlənməsi planları
Proqram təminatı və QMS üzərində aparılan yoxlamanın nəticələri
12.2 Tətbiqi proqram təminatının təhlükəsizliyi üzrə tələblərin spesifikasiyası
Qeyd: BU mərhələ Şəkil 11-dəki 12.2 – ci xanadadır.
12.2.1 Məqsəd və vəzifələr
12.2.1.1 Bu bəndin məqsədi QMS –nin strukturuna uyğun qəza əleyhinətələb edilən mühafizə funksiyasının və ya funksiyalarının icrası üçün lazım olan hər bir proqramlaşdırıla bilən QMS alt -sistemi üzrə tətbiqi proqram təminatının təhlükəsizliyinə qoyulan tələbləri irəli sürməkdir.
Qeyd: Avadanlıq və proqram təminatının struktur əlaqələri barədə məlumat almaq üçün bax:
Avadanlığın ümumi və tətbiq üçün səciyyəvi əlamətləri:
Misal üçün aşağıdakıları göstərmək olar:
- diaqnostik sınaqlar
Hazır proqram təminatı
Tətbiqi proqram təminatı
Misal üçün aşağıdakıları göstərmək olar:
— imtinanın aradan qaldırılması
— icraedici proqram təminatı
Misal üçün aşağıdakıları göstərmək olar:
— giriş/çıxış funksiyaları
— əlavə funksiyalar (məs., hazır proqram təminatında xidmət kimi nəzərdə tutulmadıqda, sensorun yoxlanılması
Şəkil 13 – QMS avadanlığının və proqram təminatının strukturları arasındakı əlaqə
12.2.2.1 Tətbiqi proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyası hazırlanmalıdır.
1. QMS adətən üç struktur alt-sistemdən ibarət olur: sensorlar, məntiqi həlletmə blokları və sonuncu elementlər. Bundan başqa tələb edilən etibarlılıq dərəcəsini təmin etmək üçün alt-sistemlərdə əlavə cihazlar olmalıdır.
2. Artıq sensorlara malik QMS avadanlıqlarının strukturuna əsasən, QMS –nin məntiqi həlletmə komponentləri üçün əlavə tələblər irəli sürülür. (məs., 2 – dən 1 məntiqi yolun həlli).
3. QMS üzrə tələblərdə artıq öz əksini tapmış QMS alt -sisteminin proqram təminatının təhlükəsizliyi üzrə tələbləri təkrarlamağa ehtiyac yoxdur. (bənd 10).
4. PE proqram təminatının funksionallığının minimum imkanlarını müəyyən etmək və təhlükəsiz vəziyyətlə nəticələnə bilən funksionallığın seçiminə məhdudiyyət qoymaq üçün proqram təminatının təhlükəsizlik tələblərinin spesifikasiyasını hazırlamaq tələb edilir.
12.2.2.2 Hər bir QMS alt -sistemi üzrə proqram təminatının təhlükəsizliyi üzrə tələblərin spesifikasiyasına aşağıdakılar daxil edilməlidir:
a) QMF –nin təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblər;
b) QMS- nin strukturu üzrə tələblər;
c) təhlükəsizliyin planlaşdırılması üzrə istənilən tələb (bax: bənd 5).
1. Tətbiq proqram təminatını hazırlayanlar bu məlumatdan istifadə etməlidir.
2. Bu tələbdə QMS –nin strukturunu hazırlayanlarla, cihazların konfiqurasiyasına məsul olan şirkətlər və tətbiqi proqram təminatını hazırlayanlar arasında heç bir təkrarlanmanın olmaması nəzərdə tutulmur. Tətbiq proqram təminatının təhlükəsizlik tələbləri və tətbiqi proqram təminatının strukturu daha dəqiq olduqca ( bax: 12.4.3) QMS avadanlığının strukturuna müəyyən təsir göstərilə bilər. Bu səbəbdən QMS strukturunu hazırlayanlarla, QMS alt -sisteminin təchizatçıları və tətbiqi proqram təminatını yaradanlar arasında qarşılıqlı əməkdaşlığın olması çox vacibdir (bax: Şəkil 5).
12.2.2.3 Tətbiqi proqram təminatının təhlükəsizliyi üzrə tələblərin spesifikasiyası kifayət qədər təfsilatlı olmalıdır ki, onun layihəsində və icrasında tələb edilən etibarlılıq dərəcələrini təmin etmək və icra edilən funksional təhlükəsizliyi qiymətləndirmək mümkün olsun. Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:
• tətbiqi proqram təminatında dəstəklənən funksiyalar;
• işləmə qabiliyyətinin və reaksiya vaxtının göstəriciləri;
• avadanlıq, operator interfeysləri və onların işləmə qabiliyyəti;
• QMS təhlükəsizliyi üzrə tələblərin spesifikasiyasında müəyyən edilən bütün müvafiq əməliyyat rejimləri;
• Prosesdə baş verən mənfi dəyişikliklər, məs., sensor göstəricilərinin həddən artıq olması, dövrənin açıldığının aşkarlanması, qısa qapanmanın aşkarlanması zamanı görüləcək tədbirlər;
• xarici cihazların (məs., sensorlar və sonuncu elementlər) üzərində aparılan texnoloji və diaqnostik sınaqlar;
• proqram təminatının özünə nəzarət etməsi (məs., tətbiqi nəzarət blokları və verilənlərin diaqnozunun təsdiqlənməsi);
• QMS daxilində digər cihazların (məs., sensorlar və sonuncu elementlər) yoxlanılması;
• proses fəaliyyətdə olarkən, qəza əleyhinə mühafizə funksiyalarının vaxtaşırı sınaqdan keçirilməsinə şərait yaratmaq;
• giriş sənədlərinə edilən istinadlar (məs., QMF – nin spesifikasiyası, QMS – nin konfiqurasiyası və ya strukturu, QMS avadanlığının təhlükəsizliyinin etibarlılıq dərəcələrinə qoyulan tələblər).
12.2.2.4 Tətbiqi proqram təminatını hazırlayanlar tələblərin birmənalı, ardıcıl və aydın olduğuna əmin olmaq üçün spesifikasiyada verilən məlumatı nəzərdən keçirməlidirlər. Müəyyən edilən təhlükəsizlik tələblərindəki çatışmamazlıqlar barədə QMS alt-sistemini hazırlayan şəxsə məlumat verilməlidir.
12.2.2.5 Proqram təminatı üzrə müəyyən edilən tələblər elə ifadə və təşkil edilməlidir ki, onlar:
• QMS təhlükəsizliyi dövrünün istənilən mərhələsində həmin sənəddən istifadə edən şəxslərə aydın olsun; bu sənədə avadanlığın operatorları və texniki xidmət göstərən şəxslər, o cümlədən tətbiqi proqram təminatını hazırlayanlar tərəfindən başa düşülən birmənalı terminlər və təsvirlər daxil edilməlidir.
• yoxlanılan, sınaqdan keçirilən və dəyişdirilə bilən olmalıdır;
• QMS –nin təhlükəsizlik tələblərinin spesifikasiyasına əsasən, təhlil edilə bilmə imkanı yaratmalıdır.
12.2.2.6 Tətbiqi proqram təminatının təhlükəsizliyi üzrə tələblərin spesifikasiyasında müvafiq avadanlığın seçilməsinə imkan yaradan məlumat verilməlidir. Bu zaman aşağıda göstərilənləri nəzərə almaq lazımdır:
• prosesin təhlükəsizliyini yaratmaq və ya təmin etmək imkanı verən funksiyalar:
• QMS – nin alt -sistemlərində imtinaların aşkarlanması, elan edilməsi və idarə edilməsilə bağlı funksiyalar;
• qəza əleyhinə mühafizə funksiyalarının vaxtaşırı kompleks sınağı ilə bağlı funksiyalar;
• qəza əleyhinə mühafizə funksiyalarının vaxtaşırı müstəqil sınağı ilə bağlı funksiyalar;
• QMS –nin təhlükəsiz tərzdə dəyişdirilməsinə imkan verən funksiyalar;
•təhlükəsizliyə aid edilməyən funksiyalarla əlaqələr (interfeyslər);
• işləmə qabiliyyətinin və reaksiya vaxtının göstəriciləri;
• yuxarıda göstərilən hər bir funksiya üçün təhlükəsizliyin etibarlılıq dərəcələri.
1. Seçilmiş QMS alt -sisteminin xüsusiyyətlərindən asılı olaraq, bu funksiyaların bəziləri sistemin proqram təminatına daxil edilə bilər.
2. İnterfeyslərə kompleks və müstəqil dəyişdirmə mexanizmi daxildir.
12.3 Tətbiqi proqram təminatının təhlükəsizliyinin yoxlanılmasının planlaşdırılması
Qeyd: Bu mərhələ Şəkil 11-dəki 12.3 xanasında göstərilib.
12.3.1 Məqsəd və vəzifələr
12.3.1.1 Bu bəndin tələblərinin məqsədi tətbiqi proqram təminatı üzrə uyğun yoxlama işinin aparılmasını təmin etməkdir.
12.3.2.1 Tətbiqi proqram təminatının yoxlanılmasının planlaşdırılması bənd 13-də əsasən həyata keçirilməlidir.
12.4 Tətbiqi proqram təminatının layihəsi və hazırlanması
Qeyd: Bu mərhələ Şəkil 11-dəki 12.4 xanasında göstərilib.
12.4.1 Məqsəd və vəzifələr
12.4.1.1 Bu bəndin tələblərinin birinci məqsədi avadanlığın quruluşuna uyğun gələn və proqram təminatının təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə cavab verən tətbiqi proqram təminatının strukturunu yaratmaqdır. (bax: 12.2).
12.4.1.2 Bu bəndin tələblərinin ikinci məqsədi QMS – nin avadanlığına və hazır proqram təminatının strukturuna əsasən proqram təminatına qoyulan tələbləri yoxlamaq və qiymətləndirməkdir. Buraya QMS avadanlığının/proqram təminatının cavab reaksiyası zamanı yaranan əlavə təsirlər, QMS avadanlığının tətbiq üçün səciyyəvi olan konfiqurasiyası, QMS – nin nasazlığa davamlılığı, eləcə də QMS avadanlığının və hazır proqram təminatının strukturunun təhlükəsizlik üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqəsi daxildir.
12.4.1.3 Bu bəndin tələblərinin üçüncü məqsədi tətbiqi proqram təminatının yaradılması üçün müvafiq alətlər dəsti (o cümlədən xidməti proqramlar) seçməkdir.
12.4.1.4 Bu bəndin tələblərinin dördüncü məqsədi proqram təminatının təhlükəsizliyi üzrə müəyyən edilmiş təhlil edilə, yoxlanıla, və təhlükəsiz olaraq dəyişdirilə bilən tələbləri yerinə yetirən tətbiqi proqram təminatının layihəsini hazırlamaq və icra etməkdir. (bax: 12.2).
12.4.1.5 Bu bəndin tələblərinin dördüncü məqsədi proqram təminatının təhlükəsizliyi üzrə tələblərə uyğunluğu yoxlamaqdır (proqram təminatının qəza əleyhinə mühafizə funksiyalarına əsasən).
12.4.2 Ümumi tələblər
12.4.2.1 Tam dəyişən dil əsaslı tətbiq proqramının hazırlanması, sınaqdan keçirilməsi, yoxlanılması və təsdiqlənməsi IEC 61508-3 standartına uyğun olmalıdır.
12.4.2.2 Layihələndirmə metodu tətbiq edilən QMS - verilən məhdudiyyətlərə və hazırlama alətlərinə uyğun gəlməlidir.
Qeyd: IEC 61511 standartına uyğunluğu təmin etmək üçün QMS alt -siteminin tətbiqinə qoyulan məhdudiyyətlər avadanlığın təhlükəsizliyi üzrə təlimat vəsaitində müəyyən edilməlidir.
12.4.2.3 Seçilmiş hazırlama metodu və tətbiq dili (MDD və ya SPD) aşağıda göstərilənləri asanlaşdırmaq üçün müəyyən xüsusiyyətlərə malik olmalıdır:
a) mürəkkəbliyin idarə edilməsi üçün ayırma, modul əsaslı icra və digər əlamətlər; mümkün olduqda, bu, işləmə qabiliyyəti sübut olunmuş proqram modullarına əsaslanmalıdır. Buraya məlumatlandırma funksiyaları və proqram modullarının əlaqələndirilməsi üçün dəqiq müəyyən edilmiş qaydalar aid edilə bilər.
b) aşağıdakıların ifadə edilməsi
– funksionallıq, ideal olaraq məntiqi təsvir və ya alqoritmik funksiyalar kimi;
– tətbiq funksiyaların modul elementləri arasındakı məlumat axını;
– ardıcıllıq tələbləri;
– qəza əleyhinə mühafizə funksiyalarının həmişə müəyyən edilmiş vaxt çərçivəsində fəaliyyət göstərməsini təmin etmək;
– naməlum reaksiyadan uzaqlaşma;
– daxili məlumat elementlərinin surətinin səhvsiz çıxarıldığını, istifadə edilən bütün məlumat növlərinin müəyyən edildiyini, məlumat siqnalı gəlmədikdə və ya imtina baş verdikdə müvafiq tədbirin görüldüyünü təmin etmək;
– layihəylə bağlı fərziyyələr və onların asılı münasibətləri.
c) tətbiqin funksionallığı və texnologiyanın çətinlikləri baxımından layihənin proqram təminatçıları və başqa şəxslər tərəfindən başa düşülməsi;
d) tətbiqi proqram təminatının kodu, birləşdirilmiş tətbiqi sahələrin funksional əhatəsi, QMS ilə interfeyslər, onun avadanlığının tətbiq üçün səciyyəvi konfiqurasiyası da daxil olmaqla yoxlama və təsdiqləmə işi;
e) tətbiqi proqram təminatının dəyişdirilməsi. Bu əlamətlərə modul yönlü icra, izlənilmə və sənədləşdirmə daxildir.
12.4.2.4 Hazırlanan layihə
a) məlumatın tamlığının yoxlanılmasını və yolverilmənin yoxlanılmasını özündə birləşdirməlidir;
Qeyd: Məsələn, rabitə kanallarında fasiləsiz yoxlamalar, sensor girişlərində hədlərin yoxlanılması, verilənlərin parametr hədlərinin yoxlanılması və tətbiq funksiyalarının müxtəlif yollarla icrası.
b) tələblərə əsasən müəyyən edilə bilməlidir;
c) sınağa yararlı olmalıdır;
d) təhlükəsiz dəyişdirilmə imkanına malik olmalıdır;
e) QMF tətbiqi proqram təminatının mürəkkəbliyini və ölçüsünü minimum səviyyədə saxlamalıdır.
12.4.2.5 Təhlükəsizliyin müxtəlif etibarlılıq dərəcələri üzrə qəza əleyhinə mühafizə funksiyalarının və ya təhlükəsizliyə aid olmayan funksiyalarının tətbiqi proqram təminatı tərəfindən icrası tələb edildikdə, bütün proqramlar, əgər müxtəlif etibarlılıq dərəcələri üzrə qəza əleyhinə mühafizə funksiyalar arasındakı qeyri-asılılığı layihədə göstərmək mümkün deyilsə, ən yüksək etibarlılıq dərəcəsinə malik proqramlar kimi nəzərdən keçirilməlidir. Bu qeyri-asılılığın əsaslandırılması sənədlərlə rəsmiləşdirilməlidir. Bu qeyri-asılılığın olub olmamasından asılı olmayaraq hər bir QMF üzrə nəzərdə tutulan müəyyən edilməlidir.
1. IEC 61511-2 standartında QMS tərəfindən qəza əleyhinə mühafizə funksiyaları və təhlükəsizliyə aid olmayan funksiyalar icra edildikdə tətbiqi proqram təminatının layihələndirilməsi və hazırlanması üzrə təlimatlar verilir.
2. IEC 61511-2 standartında müxtəlif TED səviyyələrinə malik QMF – in QMS –də icrası zamanı tətbiqi proqram təminatının layihələndirilməsi və hazırlanması üzrə təlimatlar verilir.
12.4.2.6 Əgər əvvəl hazırlanmış tətbiqi proqram təminatının kitabxana funksiyaları layihənin tərkib hissəsi kimi istifadə edilirsə, onda onların tətbiqi proqram təminatının təhlükəsizliyi üzrə tələblərə uyğunluğu əsaslandırılmalıdır. Həmin uyğunluq aşağıdakılara əsaslanmalıdır (bax: 12.2):
• SPD – dən istifadə edərkən IEC 61508-3 standartına uyğunluq; və ya
• SPD və ya MDD – dən istifadə edərkən IEC 61511 standartına uyğunluq; və ya
• eyni tətbiq sahəsində onların kifayət qədər uğurla fəaliyyət göstərməsi barədə sübuta əsasən eyni funksionallığa malik olması və ya yeni hazırlanmış proqramlar üçün nəzərdə tutulan eyni yoxlama və təsdiqləmə qaydalarının tətbiq edildiyi göstərilməlidir (bax: 11.5.4 və11.5.5).
Qeyd: Bu əsaslandırma təhlükəsizliyin planlaşdırılması zaman həyata keçirilə bilər (bax: bənd 6).
12.4.2.7 tətbiq proqramının sənədlərində və ya digər əlaqəli sənədlərdə ən azı aşağıdakı məlumat verilməlidir:
a) hüquqi şəxs (məs., şirkət, müəllif(lər));
c) tətbiqi-funksional tələblərə əsasən müəyyən edilmə;
d) istifadə edilən şərti məntiqi işarələr;
e) istifadə edilən standart kitabxana funksiyaları;
f) giriş və çıxışlar; və
g) konfiqurasiyanın idarə edilməsi, o cümlədən dəyişikliklərin tarixçəsi.
12.4.3 Tətbiqi proqram təminatının strukturu üzrə tələblər.
12.4.3.1 Tətbiqi proqram təminatının strukturunun layihəsi QMS –nin sistem strukturu hədləri daxilində tələb edilən QMS təhlükəsizlik spesifikasiyasına əsaslanmalıdır. Bu, seçilmiş alt-sistemin layihəsinə, onun alətlər dəstinə və təhlükəsizlik üzrə təlimat vəsaitinə uyğun gəlməlidir.
1. Proqram təminatının stukturunda tətbiqi proqram təminatının və sistemin əsas komponentləri və alt-sistemləri müəyyən edilir, onların bir-birilə necə qarşılıqlı əlaqədə olması, xüsusən də təhlükəsizliyin etibarlılığının təmin edilməsi yolları göstərilir. Sistemin proqram təminatına modullarına misal olaraq avadanlıqda təkrarlanan tətbiq funksiyalarını göstərmək olar.
2. Tətbiqi proqram təminatının strukturu təchizatçı tərəfindən təşkil edilən QMS alt-sisteminin əsas strukturuna əsasən müəyyən edilir.
12.4.3.2 Tətbiqi proqram təminatının strukturunun layihəsini təsvir edərkən aşağıda göstərilənləri həyata keçirmək lazımdır:
a) QMS alt-sisteminin və onun komponentlərinin istismarı və daxili strukturunu geniş təsvir etmək;
b) müəyyən edilmiş bütün komponentləri daxil etmək, və müəyyən edilmiş komponentlər (avadanlıq və proqram təminatı) arasındakı əlaqələri və qarşılıqlı münasibətləri təsvir etmək;
c) QMS alt-sisteminə daxil edilən lakin QMF – də istifadə edilməyən proqram modullarını müəyyən etmək;
d) giriş/çıxış alt-sistemlərinə və yoxlama (skan) zamanı qoyulan məhdudiyyətlər də daxil olmaqla məntiqi həlletmə komponentinin funksionallığına əsasən məlumatın məntiqi emal edilmə ardıcıllığını təsvir etmək;
e) qeyri-QMF –ləri müəyyən edin və onların hər hansı QMS – nin normal əməliyyatına təsir etmədiyinə əmin olun.
Qeyd: Sistemin strukturu barədə sənədlərin yeni və QMS alt-sisteminə tam uyğun olması xüsusilə vacibdir.
12.4.3.3 Tətbiqi proqram təminatının hazırlanması üçün istifadə edilən metodlar və texniki üsullar müəyyən edilməli və onların seçilməsi məntiqi cəhətdən əsaslandırılmalıdır.
Qeyd: Bu metodlar və texniki üsulların məqsədi aşağıda göstərilənləri təmin etməkdir:
- QMS alt-sisteminin davranışının proqnoslaşdırıla bilməsi;
- nasazlığa davamlılıq (avadanlığın) nasazlığın aradan qaldırılması, o cümlədən funksiya artıqlığı və müxtəliflik.
12.4.3.4 Tətbiqi proqram təminatının layihəsində istifadə edilən metodlar və texniki üsullar QMS alt-sisteminin təhlükəsizlik üzrə təlimat vəsaitində müəyyən hədlər daxilində müəyyən edilməlidir.
12.4.3.5 Bütün məlumatların təhlükəsizliyinin etibarlılığını qoruyub saxlamaq üçün istifadə edilən xüsusiyyətlər müəyyən edilməli və əsaslandırılmalıdır. Belə məlumatlara avadanlığın giriş/çıxış məlumatları, əlaqə məlumatları, istismar, texniki xidmət və daxili verilənlər bazası barədə məlumatlar daxil edilə bilər.
Qeyd: Avadanlıq və proqram təminatının strukturu arasında təkrarlanma baş verir (bax: Şəkil 11) və ona görə də prqramlaşdırıla bilən elektron avadanlığın və proqram təminatının inteqrasiyası üzrə sınaq spesifikasiyası məsələlərini avadanlıq istehsalçıları ilə müzakirə etməyə ehtiyac vardır (bax: 12.5).
12.4.4 Köməkçi alətlər, istifadəçi üçün təlimat vəsaitləri və tətbiqi dillər üzrə tələblər
12.4.4.1 Uyğun alətlər dəsti, o cümlədən tətbiqi proqramlaşdırma dili, konfiqurasiyanın idarə edilməsi, simulyasiya, ölçmə kabel komplekti, və tətbiqi mümkün olduqda, avtomatik sınaq ölçmə alətləri seçilməlidir.
12.4.4.2QMS – nin bütün istismar boyu müvafiq xidmətlərin göstərilməsi üçün lazım olan uyğun alətlərin (sistemin ilkin hazırlanma mərhələsində istifadə edilənlərə ehtiyac yoxdur) mövcudluğu nəzərə alınmalıdır.
Qeyd: Hazırlama alətlərinin seçilməsi tətbiqi proqram təminatının hazırlanmasında görülən işlərin xüsusiyyətindən, hazır proqramlardan və proqram təminatının strukturundan asılı olmalıdır. (bax: 12.4.3).
12.4.4.3 Alətlərin istifadə qaydalarının uyğun qrupu müəyyən edilməli və bu zaman təhlükəsizlik üzrə təlimat vəsaitində göstərilən çətinliklər, tətbiqi proqram təminatında imtinaya şərait yaradan zəif cəhətlər və erkən yoxlama və təsdiqləmə işlərinə qoyulan məhdudiyyətlər nəzərə alınmalıdır.
12.4.4.4 Seçilmiş tətbiq dili
• onu məqsədəuyğunluğunu müəyyən etmək təyin edilən çevirici/tərtib proqramı vasitəsilə icra edilməlidir;
• birmənalı olaraq müəyyən edilən əlamətlərlə məhdudlaşmalı və ya tam və birmənalı olaraq müəyyən edilməlidir;
• tətbiqin xüsusiyyətlərinə uyğun gəlməlidir;
• proqramlaşdırma zamanı yol verilən səhvlərin aşkarlanmasını asanlaşdıran əlamətlərə malik olmalıdır; və
• layihələndirmə metoduna uyğun olan əlamətləri dəstəkləməlidir.
12.4.4.5 12.4.4.4 –ün tələblərin cavab verilmədikdə, tətbiqi proqram təminatının struktur layihəsinin təsviri zamanı istifadə edilən dil sənədləşdirilərək əsaslandırılmalıdır (bax:12.4.3). Bu əsaslandırmada dilin məqsədəuyğunluğu və dilin müəyyən edilmiş çatışmamazlıqlarını aradaq qaldırmaq üçün nəzərdə tutulan əlavə tədbirlər barədə təfsilatlı məlumat verilməlidir.
12.4.4.6 Tətbiqi dilin istifadə qaydalarında qabaqcıl proqramlaşdırma təcrübəsi müəyyən edilməli, proqram təminatının ümumi təhlükəli cəhətləri (məs., naməlum dil xüsusiyyətləri, struktursuz layihələr) şərh edilməli, konfiqurasiyada yarana imtinaların aşkarlanması üçün yoxlama vasitələri müəyyən edilməli və tətbiq proqramının sənədləşdirilməsi üçün qaydalar dəqiq göstərilməlidir.
12.4.4.7 Təhlükəsizlik üzrə təlimat vəsaitində müvafiq olaraq aşağıdakı bəndlərə müraciət etmək lazımdır:
a) təhlükəsizlik funksiyalarının icrası üçün diaqnostik vasitələrin tətbiqi;
b) təhlükəsizlik üzrə təsdiqlənmiş/yoxlanılmış məlumat mənbələri;
c) məcburi sınaqlar və sistemin söndürülməsi üçün məntiqi sxem;
d) nəzarət qurğularının istifadəsi;
e) alətlərin və proqramlaşdırma dilləri üzrə tələblər və onlara qoyulan məhdudiyyətlər;
f) sistem və cihaza uyğun gələn etibarlılıq dərəcələri.
12.4.4.8 Alətlərin yararlılığı yoxlanılmalıdır.
12.4.5 Tətbiqi proqram təminatının hazırlanmasına qoyulan tələblər
12.4.5.1 Tətbiqi proqram təminatının geniş layihəsinə başlamazdan qabaq aşağıdakı məlumatın mövcudluğu təmin edilməlidir:
a) proqram təminatının təhlükəsizliyi üzrə tələblərin spesifikasiyası (bax: 12.2);
b) tətbiqi proqram təminatının struktur layihəsinin təsviri (bax: 14.4.3), o cümlədən tətbiq üçün məntiqi sxemin və nasazlığa davamlılığın funksional asılılığının, giriş və çıxış məlumatının, istifadə edilən ümumi proqram modullarının və köməkçi alətlərin, və tətbiqi proqram təminatının proqramlaşdırma qaydalarının müəyyən edilməsi.
12.4.5.2 Tətbiqi proqram təminatı aşağıda göstərilənləri həyata keçirmək üçün mütəşəkkil formada hazırlanmalıdır:
• funksionallığın modul-yönümlü icrası;
• funksionallığın və daxili strukturun sınaqdan keçə bilmə qabiliyyəti (nasazlığa davamlılığın əlamətləri);
• təhlükəsiz dəyişdirmə üçün imkanlar;
• tətbiq funksiyalarının və əlaqəli hədlərin izahı və ya izlənilə bilməsi;
Qeyd: Mümkün olduqda, sübut edilmiş proqram modullarından istifadə edilməlidir.
12.4.5.3 Hər bir tətbiq modulunun layihələndirilməsində onların davamlılığına fikir verilməli və o cümlədən aşağıdakılar nəzərə alınmalıdır:
• hər bir giriş dəyişəninin, o cümlədən giriş məlumatının verilməsində istifadə edilən qlobal dəyişənlərin mümkünlüyünün yoxlanılması;
• giriş və çıxış interfeyslərinin tam müəyyən edilməsi;
• sistemin konfiqurasiyasının, o cümlədən gözlənilən avadanlıq və proqram modullarının mövcudluğunun və əlçatanlılığının yoxlanılması.
12.4.5.4 Hər bir tətbiqi proqram təminatı modulunun layihəsi və hər bir modul üzərində aparılacaq sınaqlar müəyyən edilməlidir.
12.4.5.5 Tətbiqi proqram təminatı
• oxunula, başa düşülə və sınaqdan keçirilə bilməlidir;
• müvafiq layihələndirmə prinsiplərinə cavab verməlidir;
• təhlükəsizliyin planlaşdırılması zamanı müəyyən edilən tələblərə cavab verməlidir (bax: 5.2.4).
12.4.5.6 Tətbiqi proqram təminatının müəyyən edilən dizayna, layihələndirmə prinsiplərinə və təhlükəsizliyin təsdiqlənməsi planının tələblərinə uyğunluğu yoxlanılmalıdır.
Qeyd: Tətbiqi proqram təminatının yoxlanılmasına proqramın təftişi, sürəkli nəzarət və formal təhlillər kimi texniki üsullar daxil edilməlidir. Tətbiqi proqram təminatının müvafiq spesifikasiyaya uyğunluğuna zəmanət vermək üçün bu yoxlamanı simulyasiya və sınaqlarla birlikdə həyata keçirmək lazımdır.
12.4.6 Tətbiqi proqram modulunun sınağı üzrə tələblər
Qeyd: Tətbiqi proqram təminatının spesifikasiyanın tələblərinə düzgün cavab verib vermədiyini müəyyən etmək üçün aparılan sınaq yoxlama tədbiri hesab edilir (bax: 12.7). Bu, tətbiqi proqram təminatının müvafiq spesifikasiyaya uyğunluğuna zəmanət vermək, yəni təsdiqləmək üçün struktur sınağını və yoxlamanı özündə birləşdirməlidir.
12.4.6.1 G/Ç məlumatının düzgün tətbiq məntiqinə uyğunluğunu təsdiqləmək üçün hər bir giriş nöqtəsinin emal məntiqi ardıcıllığı ilə çıxış nöqtəsinə konfiqurasiyasını baxış, simulyasiya və texniki sınaq üsulları ilə yoxlamaq lazımdır.
12.4.6.2 Nəzərdə tutulan funksiyaları düzgün icra edildiyini və nəzərdə tutulmayan funksiyaların icra edilmədiyini müəyyən etmək üçün hər bir tətbiqi proqram modulunu baxış, simulyasiya və texniki sınaq üsulları ilə yoxlamaq lazımdır. Oxlanılan modullar üçün səciyyəvi olmalıdır və bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
• tətbiq modelinin bütün hissələrinin təcrübədən keçirilməsi;
• məlumatlandırma hədlərinin yoxlanılması;
• icra ardıcıllığına görə sinxronlaşmaya göstərilən təsirlər;
• müvafiq ardıcıllığın həyata keçirilməsi.
12.4.6.3 Tətbiqi proqram təminatının sınağının nəticələri müəyyən edilməlidir.
12.4.7 Tətbiqi proqram təminatının tərtibinin sınağı üzrə tələblər
Qeyd: Proqram təminatının düzgün tərtib edildiyini müəyyən etmək üçün aparılan sınaq yoxlama işi hesab edilir. (bax: 12.7).
12.4.7.1 Tətbiqi proqram təminatının sınağına əsasən tətbiqi proqram modullarının və komponentlərin/alt-sistemlərin bir-birilə, eyni zamanda əsas hazır proqram təminatı ilə nəzərdə tutulan funksiyanı icra etmək üçün düzgün qarşılıqlı əlaqədə olduğunu müəyyən etmək lazımdır.
Qeyd: Təhlükəsizlik tələblərini pozmamaq üçün proqram təminatının nəzərdə tutulmayan funksiyaların icra etmədiyini təsdiqləmək üçün sınaqlar aparılmalıdır.
12.4.7.2 Tətbiqi proqram təminatının sınağının nəticələri müəyyən edilməli və aşağıda göstərilənləri özündə əks etdirməlidir.
a) sınağın nəticələri; və
b) sınaq spesifikasiyasının məqsədlərinin və meyarlarının həyata keçirildiyini
imtina yarandıqda onun səbəbləri məruzə edilməlidir.
12.4.7.3 Tətbiqi proqram təminatının inteqrasiyası zaman proqram təminatına edilən hər hansı bir dəyişiklik təhlükəsizliyə təsir baxımından təhlil edilməlidir və bu zaman aşağıdakılar müəyyən edilməlidir:
a) təsirə məruz qalan bütün proqram modulları; və
b) yenidən aparılan lazımi layihələndirmə və yoxlama işləri (bax: 12.6).
12.5 Tətbiqi proqram təminatının QMS alt -sisteminə inteqrasiyası
Qeyd: Bu mərhələ Şəkil 11–in 12.5 – ci xanasında verilib.
12.5.1 Məqsəd və vəzifələr
12.5.1.1 Bu bəndin məqsədi QMS alt-sistemində avadanlığı və hazır proqram təminatını işə salarkən tətbiqi proqram təminatının proqram təminatının təhlükəsizlik üzrə tələblərinin spesifikasiyasına uyğunluğunu təmin etməkdir.
Qeyd: Tətbiqin xüsusiyyətindən asılı olaraq bu işləri 12.4.7 – də göstərilən işlərlə birləşdirmək olar.
12.5.2.1 Tətbiqi proqram təminatının avadanlığın və hazır proqram təminatının platformasına uyğunluğunu, eləcə də funksional təhlükəsiz və icra təhlükəsizliyi üzrə tələblərə uyğunluğu təmin etmək üçün proqram təminatının təhlükəsizlik dövrünün erkən mərhələsində aparılacaq kompleks sınaqlar dəqiq müəyyən edilməlidir.
1. Bu sınaqların həcmi əvvəlki təcrübəyə əsasən azaldıla bilər
2. Aşağıda göstərilənlərə müraciət etmək lazımdır:
- tətbiqi proqram təminatının idarə edilən bilən inteqrasiya qruplarına bölünməsi;
- sınaq məlumatları və onların toplusu;
- aparılan sınaqların növləri;
- sınaq mühiti, alətləri, konfiqurasiya və proqramlar;
- testin tamamlanması barədə nəticələri çıxarmaq üçün sınaq meyarları;
- sınaq zamanı uğursuzluq baş verdikdə islahedici tədbirlərin görülməsi qaydaları.
12.5.2.2 Sınağın aparılması zaman edilən hər hansı bir dəyişiklik və ya dəyişdirmə onların təhlükəsizliyə edəcəyi təsir baxımından təhlil edilməlidir və bu zaman aşağıda göstərilənlər müəyyən edilməlidir:
a) təsirə məruz qalan bütün proqram modulları; və
b) yenidən aparılan lazımi yoxlama işləri (bax:12.7).
12.5.2.3 Sınaq barədə aşağıdakı məlumatlar verilməlidir:
a) sınaqdan keçən konfiqurasiya elementləri;
b) sınağı dəstəkləyən konfiqurasiya elementləri (alətlər və xarici funksionallıq);
c) bu işə cəlb edilən işçi heyəti;
d) sınaq məlumatlarının toplusu və sınağın mövzuları;
e) sınağın nəticələri;
f) məqsəd və meyarların həyata keçirilməsi; və
g) əgər imtina yaranarsa onda onun yaranma səbəbləri, imtinanın təhlili, onu aradan qaldırmaq üçün görülən islahedici tədbirlər barədə qeydlər, o cümlədən yenidən aparılan sınaq və yoxlama işləri (bax: 12.5.2.2).
12.6 SPD və MDD əsaslı proqram təminatına dəyişikliyin edilməsi qaydaları
Qeyd: Dəyişikliyin edilməsi əsasən proqram təminatının əməliyyat mərhələsində həyata keçirilir.
12.6.1 Məqsəd və vəzifələr
12.6.1.1 Bu bəndin tələblərinin məqsədi dəyişiklik həyata keçirildikdən sonra proqram təminatının onun üçün nəzərdə tutulan təhlükəsizlik tələblərinin spesifikasiyasına uyğunluğunu müəyyən etməkdir.
12.6.2 Dəyişdirmə tələbləri
12.6.2.1 Dəyişiklikər, əlavə tələblər də daxil olmaqla bənd 5.2.6.2.2, 5.2.7 və 17 – də müvafiq olaraq həyata keçirilməlidir.
a) Dəyişikliyi etməzdən qabaq onu istiqamətləndirmək üçün həmin dəyişikliyin proses təhlükəsizliyinə və proqram təminatının quruluşuna göstərəcəyi təsirlər təhlil edilməlidir:
b) Dəyişikliyin edilməsi üçün təhlükəsizliyin planlaşdırılması və təkrar yoxlama işləri həyata keçirilməlidir.
c) Dəyişikliklər və təkrar yoxlama işləri planlaşdırmaya əsasən həyata keçirilməlidir.
d) Dəyişdirmə və sınaq zamanı tələb edilən şərtlərin planlaşdırılması nəzərə alınmalıdır.
e) Dəyişdirmə ilə bağlı bütün sənədlər yenilənməlidir.
f) QMS – də edilən bütün dəyişikliklər barədə məlumat verilməlidir (məs., jurnalın tərtibi).
12.7 Tətbiqi proqram təminatının yoxlanılması
12.7.1 Məqsəd və vəzifələr
12.7.1.1 Bu bəndin ilkin məqsədi məlumatın kifayət etdiyini göstərməkdir.
12.7.1.2 Bu bəndin ikinci məqsədi çıxış qurğularından əldə edilən nəticələrin tətbiqi proqram təminatının təhlükəsizlik dövrünün hər bir mərhələsində müəyyən edilən tələblərə uyğunluğunu təmin etməkdir.
12.7.2.1 Tətbiqi proqram təminatının təhlükəsizlik dövrünün hər bir mərhələsində bənd 7 –də uyğun olaraq yoxlama tədbirləri həyata keçirilməlidir.
12.7.2.2 Hər bir mərhələdə əldə edilən nəticələr aşağıda göstərilənləri təmin etmək üçün yoxlanılmalıdır:
a) təhlükəsizlik dövrünün xüsusi mərhələsində əldə edilən nəticələrin həmin mərhələ üçün nəzərdə tutulan tələblərə uyğunluğu;
b) yoxlamanın, təftişin və/yaxud çıxış məlumatlarının sınaq nəticələrinin uyğunluğu;
c) təhlükəsizlik dövrünün müxtəlif mərhələlərində yaranan çıxış məlumatlarının uyğunluğu;
d) məlumatın düzgünlüyü.
12.7.2.3 yoxlama işlərində aşağıda göstərilənlərə müraciət etmək lazımdır:
a) sınaqdan keçirilə bilmə;
b) oxuna bilmə qabiliyyəti;
c) izlənilə bilmə qabiliyyəti.
1. Tətbiq proqramında məlumatın formatı aşağıdakılar üzrə yoxlanılmalıdır:
- məntiqi ardıcıllıq;
- kənar şəxslərin müdaxiləsindən qorunma;
- funksional tələblərə uyğunluq.
2. Tətbiqi verilənlər aşağıdakılar üzrə yoxlanılmalıdır:
- məlumatın strukturuna uyğunluq;
- sistemin əsas proqram təminatına uyğunluq (məs., icra ardıcıllığı, icra vaxtı);
- düzgün məlumat dəyərləri;
- məlum təhlükəsizlik həddi daxilində aparılan əməliyyat.
3. Dəyişdirilə bilən parametrlərin aşağıda göstərilənlərdən qorunması üçün onları yoxlamaq lazımdır:
- naməlum ilkin qiymətlərin etibarsızlığı;
- icazəsiz aparılan dəyişikliklər;
4. Əlaqə vasitələri, proses interfeysləri və əlaqəli proqram təminatları aşağıdakılar üzrə yoxlanılmalıdır:
- imtinanın aşkarlanması;
- məlumatın təhrifdən qorunması, və
- məlumatın düzgünlüyünün təsdiqlənməsi.
12.7.2.4 Təhlükəsizlik siqnallarına və funksiyalarına inteqrasiya edilmiş təhlükəsizliyə aid olmayan funksiyalar və proses interfesləri aşağıdakılar üzrə yoxlanılmalıdır:
• təhlükəsizlik funksiyalarına mane olmama;
• təhlükəsizliyə aid olmayan funksiyaların düzgün işləməməsi zaman yaranan təsirlərdən təhlükəsizlik funksiyalarının qorunması.
13 TƏHVİL-TƏSLİM SINAĞI
Qeyd: Bu bənd məlumat xarakterlidir.
13.1 Məqsəd və vəzifələr
13.1.1 Təhvil-təslim sınağının məqsədi məntiqi həlletmə komponentlərinin və digərə əlaqəli proqramların təhlükəsizlik tələblərinin spesifikasiyasında təsbit edilən tələblərə uyğunluğunu sınaqdan keçirməkdir. Məntiqi həlletmə komponentlərini və digər əlaqəli proqramları avadanlığı quraşdırmazdan qabaq sınaqdan keçirərək yarana biləcək imtinaları hazır müəyyən etmək və aradan qaldırmaq mümkündür.
Qeyd: Təhvil-təslim sınağı bəzən kompleks sınaq da adlanır və yoxlama işlərinə daxil edilir.
13.2.1 TS - na olan ehtiyac layihənin ilkin (dizayn) mərhələsində müəyyən edilməlidir.
1. Kompleks sınaqların hazırlanması üçün məntiqi həlletmə qurğularının tədarükçüləri və layihələndirmə üzrə podratçılar arasında yaxın əməkdaşlığın olması tələb oluna bilər.
2. Bu işlər layihələndirmə və inkişaf mərhələlərindən sonra quraşdırma və istismara buraxılma mərhələlərindən əvvəl həyata keçirilməlidir.
3. Bu işlər proqramlaşdırıla bilən və proqramlaşdırıla bilməyən elektron avadanlıqlara malik QMS alt-sistemlərində həyata keçirilir.
4. TS adətən avadanlığı quraşdırıb istismara verməzdən qabaq zavod mühitində həyata keçirilir.
13.2.2 TS – nin planlaşdırılması üçün aşağıda göstərilənləri müəyyən etmək lazımdır:
• Aparılacaq sınaqların növləri, o cümlədən qara-qutu sisteminin funksionallığının sınağı (yəni, bu sınaq üsuluna əsasən sistemə “qara qutu” kimi baxılır, və ona görə də onun daxili strukturu barədə bilikdən açıq-aydın istifadə edilmir). Qara-qutu sınaq layihəsi adətən yoxlama funksiyası tələblərinə əsaslanan sınaq layihəsi kimi təsvir edilir. Bu terminin sinonimi olaraq adətən funksional, qeyri-şəffaf qutu, və qapalı qutu sınağı; icra sınaqları (vaxtın müəyyən edilməsi, etibarlılıq və əlverişlilik, tamlıq, təhlükəsizlik hədəfləri və hədlər), ətraf mühitə təsirlərin sınağı (o cümlədən EMC, həyat və gərginliyin sınağı), zəif və/yaxud imtinalı rejimdə interfeysin sınağı, istisna sınağı, QMS - ə texniki xidmət və istismar üzrə təlimat vəsaitləri və s. işlədilir.
• Sınağın mövzusu, sınağın təsviri və sınaq göstəriciləri
Qeyd: Sınağın mövzusunu təyin etməyə, onu icra etməyə və ona şahidlik etməyə məsul olan şəxsləri ayrıca olaraq təyin etmək çox vacibdir.
• Digər sistemlərdən/interfeyslərdən asılılıq.
• Sınaq mühiti və alətləri.
• Məntiqi həlletmə komponentinin konfiqurasiyası.
• Sınağın tamamlanması barədə nəticə çıxarmaq üçün sınaq meyarı.
• Sınağın uğursuz alınması zamanı görüləcək islahedici tədbirlər üzrə prosedurlar.
• Sınağı aparanların səriştəsi.
Qeyd: Fiziki cəhətdən nümayiş etdirilməsi mümkün olmayan sınaqlara gəldikdə, QMS –nin tələbə, hədəfə və ya həddə çatma səbəbi barədə formal arqument irəli sürərək məsələni həll etmək olar.
13.2.3 TS məntiqi həlletmə komponentinin müəyyən edilmiş versiyası üzrə həyata keçirlməlidir.
13.2.4 TS icrası onun planlaşdırılmasına əsasən həyata keçirilməlidir. Bu sınaqlarda bütün məntiqi əməliyyatların düzgün icra edildiyi müəyyən edilməlidir.
13.2.5 Aparılan hər bir sınaq üçün aşağıda göstərilənlərə müraciət etmək lazımdır:
• istifadə edilən sınaq planının versiyası;
• sınaqdan keçirilən qəza əleyhinə mühafizə funksiyası və icra xüsusiyyətləri;
• təfsilatlı sınaq qaydaları və sınağın təsviri;
• sınaq işlərinin vaxt ardıcıllığına uyğun olaraq qeyd edilməsi;
• istifadə edilə alətlər, avadanlıqlar və interfeyslər.
13.2.6 TS –nin nəticələri aşağıdakılar da daxil olmaqla sənədləşdirilməlidir:
b) sınağın nəticələri; və
c) məqsədlərin və sınaq meyarlarının həyata keçirildiyi və ya keçirilmədiyi.
Sınaq zamanı imtina yaranarsa həmin imtinanın yaranma səbəbləri sənədləşdirilməli, təhlil edilməli və müvafiq islahedici tədbirlər görülməlidir.
13.2.7 TS zamanı aparılan hər hansı dəyişmə və ya dəyişdirmə aşağıdakıları müəyyən etmək üçün təhlükəsizlik baxımından təhlil edilməlidir.
a) Qəza əleyhinə hər bir mühafizə funksiyasının təsir dərəcəsi; və
b) müəyyən edilməsi və aparılması tələb edilən təkrar sınağın həcmi
Qeyd: TS –nin nəticələrindən asılı olaraq islahedici təsvirləri həyata keçirərkən avadanlıq istismara buraxıla bilər.
14 QMS –nin QURAŞDIRILMASI VƏ İSTİSMARA BURAXILMASI
14.1 Məqsəd və vəzifələr
14.1.1 Bu bəndin tələblərinin məqsədi aşağıdakılardır:
• spesifikasiyalara və çertyojlara müvafiq olaraq qəza əleyhinə mühafizə sistemini quraşdırmaq;
• qəza əleyhinə mühafizə sisteminin yekun təsdiqləməyə hazır olması üçün onun istismara buraxılması
14.2.1 Montaj və istismarın planlaşdırılmasında montaj və istismara buraxma üçün tələb edilən bütün işlər müəyyən edilməlidir. Bu planda aşağıda göstərilənlər öz əksini tapmalıdır:
• montaj-istismar işləri;
• quraşdırma-istismar işlərində istifadə edilən qaydalar, tədbirlər və texniki üsullar;
• bu işlərin həyata keçirilmə vaxtı;
• bu işlərə məsul olan şəxslər, şöbələr və təşkilatlar.
Quraşdırma və istismarın planlaşdırılması müvafiq olaraq layihənin ümumi planlaşdırmasına daxil edilə bilər.
14.2.2 Qəza əleyhinə mühafizə sisteminin bütün komponentləri müəyyən edilmiş layihə və montaj planına və ya planlarına uyğun olaraq quraşdırılmalıdır (bax: 14.2.1).
14.2.3 Qəza əleyhinə mühafizə sistemi sistemin yekun təsdiqlənməsi üçün hazırlıq işlərinin planlaşdırılmasına uyğun olaraq istismara buraxılmalıdır. Istismara buraxma işlərinə məhdud olmayaraq aşağıda göstərilənlərin təsdiqlənməsi daxil edilməlidir:
• torpağa birləşdirmə işinin düzgün aparılması;
• enerji mənbələrinin lazımi qaydada işləməsi və düzgün birləşdirilməsi;
• nəqliyyat dayanacaqları və qablaşdırıcı materialların yığışdırılması;
• heç bir fiziki zərərin olmaması;
• bütün alətlərin lazımi qaydada kalibrlənməsi;
• bütün sahə cihazlarının işlək vəziyyətdə olması;
• məntiqi həlletmə komponentlərinin və giriş/çıxış qurğularının işlək vəziyyətdə olması;
• digər sistemlərə və periferik qurğulara gedən interfeyslərin işlək vəziyyətdə olması.
14.2.4 QMS – nin istismara buraxılmasıyla bağlı müvafiq qeydlər aparılmalıdır və bu qeydlərdə sınağın nəticələri və layihə mərhələsində müəyyən edilən məqsədlər və meyarlara uyğunluğun təmin edilib edilmədiyi bildirilməlidir. Imtina yarandığı zaman həmin imtinanın yaranma səbəbləri qeydə alınmalıdır.
14.2.5 Faktiki olaraq həyata keçirilən quraşdırmanın layihə tələblərinə uyğun gəlmədiyi müəyyən edildikdə yaranana fərqlər səriştəli şəxslər tərəfindən dəyərləndirilməli və onların təhlükəsizliyə göstərə biləcəyi təsir müəyyən edilməlidir. Yaranan fərqin təhlükəsizliyə heç bir təsir edə bilməyəcəyi müəyyən edilərsə onda layihənin mövzusu yenilənərək “icra” statusu qazanmalıdır. Əgər yaranan fərq təhlükəsizliyə mənfi təsir göstərərsə onda layihənin tələblərinə uyğunluğu təmin etmək üçün quraşdırmaya müəyyən dəyişiklik etmək lazımdır.
15 QMS – nin TƏHLÜKƏSİZLİYİNİN
15.1 Məqsəd və vəzifələr
15.1.1 Bu bənddə irəli sürülən tələblərin məqsədi təftiş və sınaq işləri aparmaqla quraşdırılan və istismara buraxılan qəza əleyhinə mühafizə sisteminin və onunla əlaqəli olan qəza əleyhinə mühafizə funksiyalarının təhlükəsizlik üzrə tələblərin spesifikasiyasında irəli sürülən tələblərə uyğun gəlib gəlmədiyini təsdiqləməkdir.
Qeyd: Bu prosesə bəzən sahədə təhvil-təslim sınağı (STS) da deyilir.
15.2.1 QMS –nin yoxlanılmasının planlaşdırılması zamanı onun etibarlılığının təsdiqlənməsinə xidmət edən bütün işlər müəyyən edilməlidir. Bu yoxlama işlərinə aşağıda göstərilənləri daxil etmək lazımdır:
• Yoxlama işləri, o cümlədən qəza əleyhinə mühafizə sisteminin və ya sistemlərinin təhlükəsizlik tələblərinə, nəticədə irəli sürülən tövsiyələrin həyata keçirilməsi və həll edilməsi baxımından uyğunluğunun təsdiqlənməsi.
• prosesin bütün əməliyyat rejimlərinin və ona cəlb edilən avadanlıqların yoxlanılması, o cümlədən
– istifadəyə hazırlıq, o cümlədən sazlama və nizamlama işləri;
– işə salma, avtomatik, əl ilə idarə edilən, yarı-avtomatik, stasionar əməliyyat rejimi;
- bütöv tənzimləmə, söndürmə, texniki xidmət;
– qabaqcadan görülməsi mümkün olan qeyri-normal şərait, məs., riskin təhlili mərhələsində müəyyən edilən şərait;
• yoxlama və təsdiqləmədə istifadə edilən prosedurlar, tədbirlər və texniki üsullar;
• işlərin həyata keçirilmə vaxtı;
• bu işlərə məsul olan şəxslər, şöbələr və təşkilatlar və yoxlama-təsdiqləmə işləri baxımından onların arasındakı qeyri-asılılıq;
•yoxlama işləri barədə məlumata edilən istinadlar ( məs., səbəb – təsir sxemi)
Qeyd: Yoxlama işlərinə misal olaraq kalibrləmə qaydalarını, tətbiqi proqram təminatının simulyasiyasını və dövrələrin sınağını göstərmək olar.
15.2.2 Təhlükəsizlik üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatının əlavə yoxlanılmasının planlaşdırılmasına aşağıdakılar daxil edilməlidir:
a) Prosesin hər bir əməliyyat rejimi üzrə yoxlanılması lazım olan qəza əleyhinə tətbiqi proqram təminatını avadanlığı istismara buraxmazdan qabaq müəyyən etmək lazımdır.
b) Yoxlamanın texniki strategiyası barədə məlumat aşağıda göstərilənləri də özündə birləşdirməlidir:
– avtomat və ya əl ilə həyata keçirilən texniki üsullar;
– statik və dinamik texniki üsullar;
– analitik və statistik texniki üsullar.
c) b) bəndinə əsasən qəza əleyhinə hər bir mühafizə funksiyasının proqram təminatının qəzadan qorunma funksiyaları (bax:12.2) və proqram təminatının təhlükəsizliyinin etibarlılıq dərəcələri üzrə (bax:12.2) müəyyən edilmiş tələblərinə uyğun gəldiyini təsdiqləmək üçün müəyyən tədbirlər (texniki üsullar) və prosedurlar tətbiq etmək lazımdır.
d) yoxlama işlərinin həyata keçirilməsi üçün tələb olunan mühit (məs., sınaqlara gəldikdə buraya kalibrləmə alətləri və avadanlıqları daxil edilir).
e) proqram təminatının yoxlamadan keçdiyini və ya keçmədiyini müəyyən edən meyarlar, o cümlədən:
–tələb edilən prosesdən və operatordan gələn giriş siqnalları, onların ardıcıllığı və dəyərləri;
– gözlənilən çıxış siqnalları, onların ardıcıllığı və dəyərləri; və
– digər qəbul meyarları, məs., yaddaşın istifadəsi, vaxt və davamlılıq hədləri.
f) yoxlamanın nəticələrini, xüsusən də imtinaların qiymətləndirilməsi üçün nəzərdə tutulan qaydalar və siyasi istiqamətlər.
Qeyd: Bu tələblər 12.2 – də irəli sürülən ümumi tələblərə əsaslanır.
15.2.3 Ölçmənin dəqiqliyi yoxlamanın tərkib hissəsi kimi tələb edildikdə bu funksiyanı icra etmək üçün nəzərdə tutulan alətlər standartda müəyyən edilən spesifikasiyaya uyğun olaraq tətbiq sahəsindən asılı olmayaraq kalibrlənməlidir. Belə kalibrləmə işini aparmaq mümkün deyilsə, onda hər hansı bir alternativ metoddan istifadə etmək və onu sənədləşdirmək lazımdır.
15.2.4 Qəza əleyhinə mühafizə sisteminin və həmin sistemə cəlb edilən qəzadan qorunma funksiyalarının yoxlanılması qəza əleyhinə mühafizə sisteminin yoxlama planına uyğun olaraq həyata keçirilməlidir. Bu yoxlama işlərinə məhdud olmayaraq aşağıdakılar daxil edilməlidir:
• normal və qeyri-normal əməliyyat rejimində (məs., sistemin işə salınması, sistemin söndürülməsi) qəza əleyhinə mühafizə sisteminin təhlükəsizlik üzrə tələblərin spesifikasiyasına uyğun olaraq fəaliyyət göstərməsi;
• əsas prosesə nəzarət sistemi və digər əlaqəli sistemlərin qəza əleyhinə mühafizə sisteminin lazımi qaydada işləməsinə təsir göstərmədiyini təsdiqləmək;
• qəza əleyhinə mühafizə sisteminin əsas prosesə, nəzarət sistemi, digər sistem və şəbəkələrlə lazımi səviyyədə əlaqədə olması (tələb edildikdə);
• sensorların, məntiqi həlletmə komponentlərinin və sonuncu elementlərin təhlükəsizlik tələblərinin spesifikasiyasına, o cümlədən bütün izafi kanallara uyğun olaraq fəaliyyət göstərməsi;
Qeyd: Əgər bənd 13 –də göstərildiyi kimi, məntiqi həlletmə komponentinin üzərində təhvil – təslim sınağı aparılarsa, onda TS vasitəsilə məntiqi həlletmə komponentinin etibarlılığının və davamçılığının yoxlanılmasına xüsusi diqqət yetirmək lazımdır.
• qəza əleyhinə mühafizə sisteminə aid olan sənədlər quraşdırılmış sistemə uyğun olmalıdır;
• qəza əleyhinə mühafizə sisteminin etibarsız proseslə bağlı əldə edilən dəyişənlərin göstəriciləri üzrə (məs., həddən artıq olduqda) müəyyən edilmiş qaydada icra edilməsi;
• söndürmə ardıcıllığının lazımi qaydada aktivləşdirilməsi;
•qəza əleyhinə mühafizə sistemində müvafiq indikator və əməliyyat barədə məlumat verən displeyin olması;
• qəza əleyhinə mühafizə sistemində aparılan hesablamaların dəqiq olması;
• qəza əleyhinə mühafizə sistemindəki tənzimləmə funksiyası təhlükəsizlik tələblərinin spesifikasiyasında müəyyən edilən qaydada icra edilir;
• buraxma funksiyalarının düzgün qaydada işləməsi;
• işəsalma blokunun avtomatik bloklama komponentinin lazımi qaydada işləməsi;
• əl ilə söndürmə sistemlərinin düzgün işləməsi;
• texnoloji sınaqların aparılma aralıqlarının texniki xidmət üzrə qaydalarda sənədləşdirilməsi;
• diaqnostik həyacan siqnalı funksiyalarının tələb edilmiş qaydada işləməsi;
• xidməti xətlərin işləməməsi (məs., elektrik cərəyanı, hava, hidravlik xətlər) təqdirdə qəza əleyhinə mühafizə sistemlərinin tələb edilmiş qaydada işlədiyini, o cümlədən həmin xətləri bərpa etdikdən sora qəza əleyhinə mühafizə sisteminin əvvəlki vəziyyətə qayıtmasının təsdiqlənməsi;
• EMU – a qarşı müqavimətin, təhlükəsizlik üzrə tələblərin spesifikasiyasında müəyyən edildiyi kimi təmin edildiyinin təsdiqlənməsi (bax: 10.3).
15.2.5 Proqram təminatının yoxlanılması zaman proqram təminatının təhlükəsizlik üzrə bütün tələblərinin lazımi qaydada həyata keçirildiyi (bax: 12.2) və QMS – da imtina yarandığı halda, zəifləmiş əməliyyat rejimlərində və ya proqram təminatının funksionallığının spesifikasiyada göstərilən tələblərin əksinə olaraq icra edildiyi təqdirdə proqram təminatının təhlükəsizlik tələblərinin icrasını risk altında qoymaması müəyyən edilməlidir.
15.2.6 QMS – nin yoxlamasından əldə edilən nəticələr barədə müvafiq məlumat aşağıda göstərilənlər də daxil olmaqla təqdim edilməlidir:
• QMS – nin yoxlanılmasının planlaşdırma versiyası barədə məlumat;
• sınaqdan keçən ( və ya təhlil edilən) qəza əleyhinə mühafizə funksiyası, o cümlədən QMS – nin yoxlanılmasının planlaşdırılması zamanı müəyyən edilən tələbə edilən xüsusi istinadlar barədə məlumat;
• istifadə edilən avadanlıq və alətlər, o cümlədən kalibrləmə barədə məlumat;
• həyata keçirilən hər bir sınağın nəticələri;
• istifadə edilən sınaq spesifikasiyasının versiyası;
• həyata keçirilən kompleks sınaqlar üzrə qəbul meyarları;
• cari sınaqdan keçən QMS avadanlıqlarının və proqram təminatlarının versiyası;
• gözlənilən və faktiki nəticələr arasındakı fərqlər;
• nəticə fərqləri yarandığı təqdirdə tələb edilən dəyişikliklərin aparılmasına və ya sınaqdan keçirilməsinə davam edib etməmək barədə qəbul edilən qərarlar və aparılan təhlillər.
15.2.7 Gözlənilən və faktiki olaraq əldə edilən nəticələr arasında fərq yarandıqda, yoxlamaya davam etmək və ya dəyişiklik üçün tələbnamə irəli sürmək və əvvəlki fəaliyyət dövrünün erkən mərhələsinə qayıtmaq barədə verilən qərar və ya aparılan təhlil təhlükəsizliyin yoxlanılmasından əldə edilən nəticələrə daxil edilməlidir.
15.2.8 Qəza əleyhinə mühafizə sistemini yoxladıqdan sonra və müəyyən edilən təhlükəli halların baş verməsindən qabaq aşağıda göstərilən tədbirləri həyata keçirmək lazımdır:
• Bütün buraxma funksiyaları (məs., proqramlaşdırıla bilən məntiqi həlletmə komponentləri və sensorlar, söndürülmüş həyəcan siqnalları) əvvəlki normal vəziyyətə qaytarılmalıdır.
• Prosesə cəlb edilmiş bütün təcridedici klapanlar prosesin işə salınması üzrə tələblərə və qaydalara uyğun olaraq sazlanmalıdır.
• Bütün sınaq materialları (məs., maye) sahədən kənarlaşdırılmalıdır.
• Bütün gücləndirici vasitələr yığışdırılmalı və mümkün olduqda gücləndirməyə şərait yaradan bütün vasitələr sahədən kənarlaşdırlmalıdır.
16 QMS – nin İSTİSMARI VƏ TEXNİKİ XİDMƏT
16.1 Məqsəd və vəzifələr
16.1.1 Bu bənddə irəli sürülən tələblərin məqsədləri aşağıda göstərilənlərdən ibarətdir:
• hər bir qarşı mühafizə funksiyası üçün tələb edilən TED - in istismar və texniki xidmət zamanı lazımi səviyyədə saxlanılmasını təmin etmək;
• layihədə göstərilən funksional təhlükəsizliyinin təmin edilməsi üçün QMS –ni istismara buraxmaq və saxlamaq.
16.2.1 Hər bir qəza əleyhinə mühafizə sistemi üçün istismar və texniki xidmətin planlaşdırılması həyata keçirilməlidir. Bu zaman aşağıda göstərilənlər təmin edilməlidir:
• adi və qeyri - optimal rejimdə görülən işlər;
• texnoloji sınaqlar, profilaktik və avadanlığın qəza təmiri zamanı görülən işlər;
• istismar və texniki xidmətdə istifadə edilən qaydalar, tədbirlər və texniki üsullar;
• istismar və texniki xidmət qaydalarına uyğunluğun təsdiqlənməsi;
• bu işlərin həyata keçirilmə vaxtı;
• bu işlərin həyata keçirilməsinə məsul olan şəxslər, şöbələr və təşkilatlar.
16.2.2 İstismar və texniki xidmət prosedurları təhlükəsizliyin müvafiq planlaşdırılmasına əsasən hazırlanmalı və aşağıda göstərilənləri özündə ehtiva etməlidir:
• QMS –nin layihədə göstərilən funksional təhlükəsizliyini təmin etmək üçün lazım olan ümumi tədbirlər, məs., TED –in müəyyən edilməsi təyin edilən texnoloji sınaq intervalları;
• təhlükəli halların qarşısını almaq və yaxud texniki xidmət və ya istismar zamanı yaranan təhlükəli hadisələrin fəsadlarını azaltmaq üçün təyin edilən hədlər və ya həyata keçirilən tədbirlər (məs., sistemdə sınaq və ya texniki xidmət üçün buraxma əməliyyatı aparmaq lazım gəldikdə təsir gücünün azaldılması üçün müəyyən edilən əlavə mərhələlər);
• QMS – də tələbin həcmi və imtinanın yaranma tezliyi barədə məlumatın hazırlanması;
• QMS –də aparılan sınaqların və auditlərin nəticələri barədə müvafiq məlumat bazasının yaradılması;
• QMS –də imtina və ya nasazlıq baş verdikdə həyata keçirilməsi lazım olan texniki xidmət prosedurları, o cümlədən,
– imtinanın diaqnostikası və aradan qaldırılması prosedurları;
– yenidən yoxlama-təsdiqləmə proseduraları;
– texniki xidmət barədə məruzənin edilməsi tələbləri;
–texniki xidmətin nəticələrinin izlənilməsi qaydaları.
Qeyd: Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
- nasazlıq barədə məruzənin edilməsi qaydaları;
- sistemli nasazlıqların təhlil edilməsi qaydaları.
• normal texniki xidmət işləri zamanı sınaq avadanlığının lazımi qaydada kalibrlənməsini və ona texniki xidmətin göstərildiyini təmin etmək.
16.2.3 İstismar və texniki xidmət müvafiq prosedurlara uyğun olaraq həyata keçirilməlidir.
16.2.4 Operatorlar işlədikləri sahələr üzrə QMS – nin funksiya və istismarı üzrə müvafiq təlimlər keçməlidir. Bu təlimlərdə aşağıdakı mövzular əhatə edilməlidir:
• QMS –nin necə işləməsinin izah edilməsi (qəzadan açılma nöqtələri və bunu nəticəsində QMS – də həyata keçirilən tədbirlər);
• QMS tərəfindən sistemi qorumaq üçün qarşısı alınan təhlükəli hal;
• bütün buraxma açarlarının fəaliyyəti və onların hansı hallarda istifadə edildiyini müəyyən etmək.
• istənilən əl ilə söndürmə və ya əl ilə işəsalma açarının işlədilməsi və həmin açarların aktivləşdirilmə vaxtı;
Qeyd: Buraya “sistemin sıfırlanması” və “sistemin yenidən yüklənməsi” aid edilə bilər.
• diaqnostik həyəcan siqnallarının aktivləşməsinin gözlənilməsi (məs.,, QMS –də hər hansı bir problemin yarandığını bildirən QMS həyəcan siqnallarının aktivləşməsi üçün hansı tədbir görülməlidir).
16.2.5 QMS –nin nəzərdə tutulmuş etibarlılıq dərəcəsinə uyğun olaraq tam funksionallığını təmin etmək üçün (avadanlıq və proqram təminatı) tələb edilən qaydada texniki xidmət göstərən işçilərin təlim keçməsi lazımdır.
16.2.6 QMS –nin gözlənilən və faktiki reaksiyası arasında yaranan fərqlər təhlil edilməli və lazım gəldikdə tələb edilən təhlükəsizliyin təmin edilməsi üçün müvafiq dəyişikliklər aparılmalıdır. Buraya aşağıdakılar daxil edilməlidir:
• sistemdə yaranan tələbə əsasən həyata keçirilən tədbirlər;
•adi sınaq zamanı və ya faktiki tələb rejimində QMS –nin bir hissəsini təşkil edən avadanlıqlarda müəyyən edilən nasazlıqlar;
• tələbləri yaradan səbəblər;
• yalançı qəzadan açılmaların səbəbi.
Qeyd: Gözlənilən və faktiki reaksiyası arasında yaranan bütün fərqlərin təhlil edilməsi çox vacibdir. Bu təhlil normal əməliyyatda monitorinqdə yaranan tələblə qarışdırılmamalıdır.
16.2.7 İstismar və texniki xidmət prosedurlarında, lazım gəldikdə, aşağıdakıların həyata keçməsindən sonra yoxlamanın aparılması tələb edilə bilər,
• funksional təhlükəsizliyin auditi;
• QMS – də aparılan sınaqlar.
16.2.8 Diaqnostik sınaqlarla aşkarlanmayan təhlükəli nasazlıqların müəyyən edilməsi üçün texnoloji sınaqların aparılması üzrə asılı qaydalar hazırlanmalıdır. Yazılı sınaq qaydalarında icra ediləcək hər bir mərhələ təsvir edilməlidir və aşağıdakılar öz əksini tapmalıdır:
•hər bir sensorun və sonuncu elementin düzgün qaydada işləməsi;
• düzgün məntiqi əməliyyat;
• həyəcan siqnallarının və indikatorlarının düzgün işləməsi..
Qeyd: Sınaqdan keçirilməsi lazım olan aşkarlanmamış nasazlıqları müəyyən etmək üçün aşağıdakı metodlardan istifadə etmək lazımdır:
-imtina diaqramların yoxlanılması;
- nasazlığın yarandığı rejimin və təsirlərin təhlili;
- etibarlılığı təmin etmək üçün göstərilən texniki xidmət.
16.3 Texnoloji sınaqlar və təftiş
16.3.1 Texnoloji sınağın aparılması
16.3.1.1 Təhlükəsizlik üzrə tələblərin spesifikasiyasına müvafiq olaraq QMS –nin fəaliyyətinə mane olan aşkrarlanmamış nasazlıqları aradan qaldırmaq və onları müəyyən etmək üçün yazılı prosedurlar əsasında (bax: 16.2.8) vaxtaşırı texnoloji sınaqlar aparılmalıdır.
16.3.1.2 Sensor(lar), məntiqi həlletmə komponent(lər)i və sonuncu element(lər) (məs., söndürücü klapanlar və mühərriklər) bütün QMS sistemi sınaqdan keçirilməlidir.
16.3.1.3 TSD –dən istifadə edərək texnoloji şlanqların aparılma tezliyi müəyyən edilməlidir.
Qeyd: QMS –nin müxtəlif hissələrində müxtəlif sınaqların aparılma intervallarını müəyyən etmək tələb edilə bilər, məs. məntiqi həlletmə bloku sensor və ya sonuncu elementlərlə müqayisədə daha fərqli sınaq intervalının müəyyən edilməsini tələb edə bilər.
16.3.1.4 Texnoloji sınaqlar zamanı aşkarlananan çatışmamazlıqlar təhlükəsiz qaydada və vaxtında aradan qaldırılmalıdır.
16.3.1.5 Bəzi dövrü aralıqda (istifadəçi tərəfindən müəyyən edilən) sınağın aparılma tezliyi müxtəlif faktorlara, məs., əvvəl keçirilən sınaqlar barədə məlumata, avadanlığın işləmə təcrübəsinə, avadanlığın köhnəlməsinə və proqram təminatının etibarlılığına əsasən yenidən qiymətləndirilməlidir.
16.3.1.6 Tətbiq məntiqinə edilən dəyişiklik bütöv texnoloji sınağın aparılmasını tələb edir. Bu zaman dəyişikliklərin düzgün edildiyinə əmin olmaq üçün onları müvafiq formada yoxladıqda və qismən sınaqdan keçirdikdə müəyyən istinadlara yol verilir.
Hər bir QMS –də icazəsiz dəyişikliklərin edilmədiyini və ya nəzərə çarpacaq nasazlıqların olmadığını (məs. boltun və ya alətin qapağının olmaması, kronşteynlərin paslanması, məftilin açılması, borunun istilik izolyatorlarının açılması, izolyasiyanın olmaması) müəyyən etmək üçün onları vaxtaşırı olaraq vizual təftiş etmək lazımdır.
16.3.3 Texnoloji sınaq və təftiş sənədləri
Texnoloji sınaqların və təftişlərin tələb edilən qaydada tamamlandığını təsdiqləmək üçün istifadəçi müəyyən qeydlər aparmalıdır. Bu qeydlərə ən azı aşağıdakı məlumatlar daxil edilməlidir:
a) aparılan sınaqların və təftişlərin təsviri;
b) sınaqların və təftişlərin aparılma vaxtı;
c) sınaq və təftişləri həyata keçirən şəxsin və ya şəxslərin adları;
d) sınaqdan keçirilən sistemin seriya nömrəsi və ya özünəməxsus adı (məs., dövrə nömrəsi, təyinat nömrəsi, avadanlıq nömrəsi və QMF nömrəsi);
e) sınaq və təftişlərin nəticələri (məs., “müəyyən edilmiş” və “həyata keçirilməmiş” şərtlər).
17 QMS –də DƏYİŞİKLİYİN EDİLMƏSI
17.1 Məqsəd və vəzifələr
17.1.1 Bu bənddə irəli sürülən tələblərin məqsədləri aşağıdakılardan ibarətdir:
• hər hansı bir qəza əleyhinə mühafizə sisteminə edilən dəyişikliklərin lazımi qaydada planlaşdırılması, nəzərdən keçirilməsi və dəyişmədən qabaq təsdiqlənməsi.
• QMS –nin təhlükəsizliyinin tələb edilən etibarlılıq dərəcəsinin QMS - ə edilən dəyişiklikdən asılı olmayaraq lazımi səviyyədə saxlanılmasını təmin etmək.
Qeyd: ƏPNS - ə, digər avadanlıqlara, texnoloji və əməliyyat şərtlərinə edilən dəyişikliklər yoxlanılmalı və onların QMS –də hər hansı bir tələbin xüsusiyyətinə və ya yaranma tezliyinə nə dərəcədə təsir göstərməsi müəyyən edilməlidir. Mənfi təsir göstərən dəyişikliklər riskin azalma səviyyəsinin kifayət qədər olduğunu müəyyən etmək üçün nəzərdən keçirilməlidir.
17.2.1 Qəza əleyhinə mühafizə sistemində hər hansı bir dəyişikliyi həyata keçirməzdən qabaq həmin dəyişikliklərin edilməsinə nəzarət və icazə qaydaları hazırlanmalıdır.
17.2.2 Bu prosedurlara görüləcək işlərin və bununla bağlı yarana biləcək təhlükəli halların müəyyən edilməsi üçün aydın üsullar daxil edilməlidir.
17.2.3 Təklif edilən dəyişikliyin edildiyi təqdirdə, onun funksional təhlükəsizliyin göstərdiyi təsiri müəyyən etmək üçün təhlil aparmaq lazımdır. Əgər aparılan təhlilə əsasən təklif edilən dəyişikliyin funksional təhlükəsizliyə təsir göstərəcəyi müəyyən edilərsə, onda həmin dəyişikliyin aparıldığı təhlükəsizlik dövrünün birinci mərhələsinə qayıtmaq lazımdır.
17.2.4 Dəyişiklik lazımi səlahiyyət verilmədən həyata keçirilə bilməz.
17.2.5 QMS – də edilən bütün dəyişikliklər barədə məlumat hazırlanıb saxlanılmalıdır. Bu məlumata aşağıdakılar daxildir:
• dəyişikliyin və ya dəyişdirmənin təsviri;
• dəyişikliyin edilmə səbəbi;
• dəyişikliyə səbəb ola bilən müəyyən edilmiş təhlükəli hallar;
• QMS –də aparılan dəyişikliyin göstərə biləcəyi təsirin təhlili;
• dəyişikliyin edilməsi üçün tələb edilən bütün təsdiqnamələr;
• dəyişikliyin lazımi qaydada həyata keçirildiyi və QMS –nin tələblər çərçivəsində fəaliyyət göstərdiyini təsdiqləmək üçün aparılan sınaqlar;
• konfiqurasiya barədə lazımi məlumat;
• dəyişikliyin QMS–nin dəyişdirilməmiş hissələrinə mənfi təsir göstərmədiyini təsdiqləmək üçün aparılan sınaqlar.
17.2.6 Dəyişdirmə işləri lazımi təlimlər keçmiş ixtisaslı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir. Bu işə cəlb edilən və bu sahədə işləyən bütün işçilərə dəyişiklik barədə qabaqcadan məlumat verilməli və onları həmin dəyişikliyin edilməsi istiqamətində təlimatlandırmaq lazımdır.
18 QMS – nin İSTİSMARDAN ÇIXARILMASI
18.1 Məqsəd və vəzifələr
18.1.1 Bu bənddə irəli sürülən tələblərin məqsədləri aşağıda göstərilənlərdən ibarətdir:
• hər hansı qəza əleyhinə mühafizə sistemini istismardan çıxarmazdan qabaq lazımi yoxlama işinin aparıldığını və tələb edilən icazənin alınmasını təmin etmək; və
• istismardan çıxarma zamanı tələb edilən qəza əleyhinə mühafizə funksiyalarının işləməsini təmin etmək.
18.2.1 Qəza əleyhinə mühafizə sistemini istismardan çıxarmazdan qabaq dəyişikliklərin edilməsinə nəzarət və icazə qaydalarını müəyyən etmək lazımdır.
18.2.2 Bu prosedurlara görüləcək işlərin və bununla bağlı yarana biləcək təhlükəli halların müəyyən edilməsi üçün aydın üsullar daxil edilməlidir.
18.2.3 Təklif edilən istismardan çıxarmanın nəticəsində funksional təhlükəsizliyin məruz qala biləcəyi təsirin təhlili aparılmalıdır. Bu qiymətləndirməyə sonrakı təhlükəsizlik dövrünün müddətini və həcmini müəyyən etmək üçün aparılan müvafiq risk və təhlükənin qiymətləndirilməsi barədə yenilənmiş məlumat də daxil edilməlidir. Bu qiymətləndirmədə həmçinin aşağıda göstərilənlər də nəzərə alınmalıdır:
• istismardan çıxarma işlərinin icrası zamanı mövcud olan funksional təhlükəsizlik; və
• qəza əleyhinə mühafizə sisteminin istismardan çıxarılması nəticəsində istismarda olan qonşu və xidməti bloklara dəyən təsir.
18.2.4 Təsirin təhlilindən əldə edilən nəticələrdən bu standartın müvafiq tələblərini yenidən qüvvəyə mindirmək, o cümlədən təkrar yoxlama və təsdiqləmə işini həyata keçirmək məqsədilə təhlükəsizliyin planlaşdırılması zamanı istifadə etmək lazımdır.
18.2.5 Müvafiq icazə almadan istismardan çıxarma işlərinə başlamaq olmaz.
19 MƏLUMAT VƏ SƏNƏDLƏŞDİRMƏ ÜZRƏ
19.1 Məqsəd və vəzifələr
19.1.1 Bu bənddə irəli sürülən tələblərin məqsədləri aşağıda göstərilənlərdən ibarətdir:
• təhlükəsizliyin davametmə dövrünün bütün mərhələlərində işlərin effektiv icrası üçün əldə edilən lazımi məlumatı sənədləşdirmək və lazımi tərəflərə təqdim etmək; və
• yoxlamanın, təsdiqləmənin və funksional təhlükəsizliyin qiymətləndirilməsinin effektiv icrası üçün əldə edilən lazımi məlumatı sənədləşdirmək və lazımi tərəflərə təqdim etmək.
1. Sənədləşdirmənin quruluşunu əks etdirən nümunələrə baxmaq üçün IEC 61508-1-in A əlavəsinə, daha geniş məlumat almaq üçün isə IEC 61506 - a baxmaq olar.
2. Sənədləri müxtəlif formada hazırlamaq lazımdır (məs. kağız üzərində, lentdə və ya ekran və ya displeydə göstərilə bilən digər məlumatlandırma vasitələrində).
19.2.1 Bu standartda tələb edilən sənədlər hazır olmalıdır.
19.2.2 Sənədlər aşağıda göstərilənləri əks etdirməlidir:
• montaj işini, sistem və ya avadanlıqları və onların istifadəsini təsvir etməli:
• asan başa düşülməli;
• nəzərdə tutulan məqsədlərə xidmət etməli;
• əlverişli, əlçatan və saxlanıla bilən formada olmalıdır.
19.2.3 Sənədlərin müxtəlif hissələrinə istinad etmək üçün onların özünəməxsus istinad nömrələri olmalıdır.
19.2.4 Sənədlərin onlarda verilən məlumatın növü də daxil olmaqla, müəyyən təyinatı olmalıdır.
19.2.5 Sənədləri bu standartların tələblərinə uyğun izləmək mümkün olmalıdır.
19.2.6 Sənəddə verilən məlumatın müxtəlif versiyalarını müəyyən etmək üçün onun redaksiya indeksi (versiya nömrələri) olmalıdır.
19.2.7 Sənədlərin strukturu elə təşkil edilməlidir ki, onda müvafiq məlumatı axtarmaq mümkün olsun. Sənədin son buraxılışını (versiyasını) müəyyən etmək mümkün olmalıdır.
Qeyd: Sənədlərin fiziki strukturu bir sıra amillərdən məs. sistemin ölçüsü, onun mürəkkəblik dərəcəsi və təşkilati işlərə qoyulan tələblərindən asılı olmalıdır.
19.2.8 Bütün sənədləşdirmə işləri redaktə edilməli, düzəliş və əlavə edilməli, təsdiqlənməli və müvafiq məlumata nəzarət sxeminə əsasən nəzarət altına alınmalıdır.
19.2.9 Aşağıda göstərilənlərlə bağlı cari sənədlər saxlanmalıdır:
a) təhlükə və riskin qiymətləndirilməsindən əldə edilən nəticələr və bununla bağlı edilən fərziyyələr;
b) qəza əleyhinə mühafizə funksiyalarının icrası üçün istifadə edilən avadanlıqlar və onların təhlükəsizliyi üzrə tələblər;
c) funksional təhlükəsizliyin təmin edilməsinə məsul olan təşkilat;
d) QMS – də funksional təhlükəsizliyin təmin edilməsi və saxlanılması üçün lazım olan prosedurlar;
e) 17.2.5 – də müəyyən edilən qaydada, edilən dəyişiklik barədə məlumat;
f) layihə, icra, sınaq və təsdiqləmə.
Qeyd: Məlumatlandırma üzrə tələblərdən daha təfsilatlı olaraq bənd 14 və 15 –də bəhs edilir.
Qeyd: Bu əlavə hazırkı standartın bir hissəsini təşkil edir. Bu əlavədə IEC 61511 və IEC 61508 arasındakı əsas fərqlər göstərilir.
IEC 61511 və IEC 61508 arasında müəyyən fərqlər mövcuddur. Bu fərqlər bənd A.1 və A.2 -də müzakirə edilir və IEC 61511 –nin bu versiyasının IEC 61508 –lə müqayisəsinə əsaslanır.
IEC 61508-1, -2, -3, və -4 IEC 61511-1 -ə birləşdirilib
IEC 61511-1 - ə daxil edilib
IEC 61511-1- ə daxil edilib
IEC 61511-1- ə daxil edilib
IEC 61511-3 - ə daxil edilib
IEC 61511-1 üçün təlimatlar
Məlumat xarakterli istinadlar hər bir hissəyə daxil edilib (tələb edildikdə)
E/E/PE təhlükəsizlik sistemi
IEC 61508 standartı E/E/PE təhlükəsizlik sistemlərinə, IEC 61511 standartı isə qəza əleyhinə mühafizə sistemlərinə tətbiq edilir
IEC 61508 "PES' -ə sensorlar və sonuncu nəzarət elementləri daxil edilir, IEC 61511 standartında isə QMS terminindən istifadə edilir.
Prosesə nəzarət sistemi
Əsas prosesə nəzarət sistemi
Əsas prosesə nəzarət sistemi emal sektoru üçün işlədilən ümumi beynəlxalq termindir
IEC 61508 standartı NOA –a (nəzarətdə olan avadanlıq), IEC 61511 standartı isə prosesə tətbiq edilir.
Təhlükəsizlik funksiyası
Qəza əleyhinə mühafizə funksiyası (QMF)
IEC 61508 standartına uyğun təhlükəsizlik funksiyası E/E/PES, digər texnologiyaya əsaslanan təhlükəsizlik sistemi və ya xarici riskin azaldılması vasitələrilə icra edilir, IEC 61511 - ə uyğun QMS isə yalnız QMS tərəfindən icra edilir.