Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.
1.1. AZS 782-4:2015 (IEC 60076-4:2002) “Güc transformatorları. Hissə 4: İldırım impulsu və kommutasiya impulsu sınağı üçün rəhbəredici sənəd Güc transformatorları və reaktorlar” (1 nömrəli əlavə).
1.2. AZS 818-2015 (API RP 752-2009) “İstehsal müəssisələrində daimi tikililərin yerləşmə mövqeyi ilə bağlı yaranan təhlükəli halların idarə edilməsi” (2 nömrəli əlavə).
1.3. AZS 819-2015 (API STD 609-1997) “Drossel klapanları: Qoşa flanslı, dişli və flans arası” (3 nömrəli əlavə).
1.4. AZS 826-2015 (ANSI/API 613-2005) “Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları” (4 nömrəli əlavə).
1.5. AZS 827-2015 (API Std 677-2010) “Neft, kimya və qaz sənayesi xidmətləri üçün ümumi təyinatlı dişli çarx qurğuları” (5 nömrəli əlavə).
1.6. AZS 820-2015 (ASTM D692/D692M−09) “Bitumlu örtük qarışıqları üçün iridənəli dolduruculara dair texniki şərtlər” (6 nömrəli əlavə).
1.7. AZS 821-6-2015 (IEC 60051-6:1984) “Birbaşa təsirli və indikatorlu analoq elektrik ölçmə cihazları və onların köməkçi hissələri Hissə 6: Ommetrlər (Tam Müqaviməti Ölçən Cihazlar) və Konduktometrlər üçün Xüsusi Tələblər” (7 nömrəli əlavə).
1.8. AZS 821-5-2015 (IEC 60051-5-1985) “Birbaşa təsirli və indikatorlu analoq – elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər” (8 nömrəli əlavə).
1.9. AZS 821-7-2015 (IEC 60051-7:1984) “Birbaşa təsirli və indikatorlu analoq – elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 7: Çox funksiyalı ölçmə cihazları üçün xüsusi tələblər” (9 nömrəli əlavə).
1.10. AZS 822-2015 (IEC 60085-2007) “Elektrik izolyasiya. Termik qiymətləndirmə və işarələnmə” (10 nömrəli əlavə).
1.11. AZS 823-11-2015 (IEC 60896-11:2002) “Qurğuşun – turşu tərkibli stasionar batareyalar. Hissə 11: Hermetik olmayan batareyalar. Ümumi tələblər və sınaq metodları” (11 nömrəli əlavə).
1.12. AZS 799-2-3-2015 (IEC 61241-2-3:1994) “Alışan tozların mövcud olduğu zaman istifadə olunan elektrik aparatları Hissə 2: Sınaq metodları - Bölmə 3: Toz/hava qarışığının minimum alışma enerjisinin müəyyən olunması metodu” (12 nömrəli əlavə).
1.13. AZS 824-1-2015 (IEC 62040-1:2013) “Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS). Hissə 1: FEETS üçün ümumi və təhlükəsizlik tələbləri” (13 nömrəli əlavə).
1.14. AZS 824-2-2015 (IEC 62040-2:2005) “Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS). Hissə 2: Elektromaqnit uyğunluq (EMU) tələbləri” (14 nömrəli əlavə).
1.15. AZS 821-2-2015 (IEC 60051-2:1984) “Birbaşa təsirli və indikatorlu analoq. Elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər” (15 nömrəli əlavə).
1.16. AZS 821-3-2015 (IEC 60051-3:1984) “Birbaşa təsirli və indikatorlu analoq –elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər” (16 nömrəli əlavə).
1.17. AZS 821-4-2015 (IEC 60051-4-1984) “Birbaşa təsirli və indikatorlu analoq – elektrik ölçmə cihazları və onların köməkçi hissələri. Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər” (17 nömrəli əlavə).
1.18. AZS 821-8-2015 (IEC 60051-8-1984) “Birbaşa təsirli və indikatorlu analoq – elektrik ölçmə cihazlari və onlarin köməkçi hissələri. Hissə 8: Köməkçi cihazlar üçün xüsusi tələblər” (18 nömrəli əlavə).
1.19. AZS 817-2-2015 (IEC/TS 60815-2:2008) “Çirklənmiş mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi. Hissə 2: Dəyişən cərəyan (d.c.) sistemləri üçün nəzərdə tutulan keramik və şüşə izolyatorlar” (19 nömrəli əlavə).
1.20. AZS 825-1-2015 (IEC/TS 60479-1-2005) “Cərəyanın insanlara və mal – qaraya göstərdiyi təsirlər. Hissə I- Ümumi Aspektlər” (20 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60076-4:2002 “Power transformers –Part 4: “Guide to the lightning impulse and switching impulse testing. Power transformers and reactors” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
___________________________________________________________________________________________
Güc transformatorları
Hissə 4: İldırım impulsu və kommutasiya
impulsu sınağı üçün rəhbəredici sənəd
Güc transformatorları və reaktorlar AZS 782-4:2015
Part 4: Guide to the lightning impulse and
switching impulse testing
Power transformers and reactors
___________________________________________________________________________________________
IEC 60076 standartının bu hissəsində IEC 60076-3-ün tələblərinə əlavə olaraq güc transformatorlarının ildırım impulsu və kommutasiya impulsu sınağı üçün mövcud proseduralar üzrə qaydalar və izahlar verilib. Həmçinin, reaktorların sınağı (IEC 60289), tələb olunduqda güc transformatorları prosedurlarındakı qeyd edilən dəyişiklikləri üçün tətbiq olunur.
Məlumatlar dalğa formaları, sınaq birləşmələri də daxil olmaqla sınaq sxemləri, torpaqlama üsulları, nasazlıq aşkar etmə üsulları, sınaq proseduraları, ölçmə metodları və nəticələrin izahı haqqında verilir.
Uyğun olduğu halda, sınaq metodları IEC 60060-1 və IEC 60060-2 standartlarında tövsiyə olunduğu kimidir.
2. NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60060-1 High-voltage test techniques – Part 1: General definitions and test requirements (Yüksək gərginliklikdə tətbiq edilən sınaq metodları – Hissə 1: Ümumi anlayışlar və sınaqlara olan tələblər)
IEC 60060-2 High-voltage test techniques – Part 2:Measuring systems (Yüksək gərginlikdə tətbiq edilən sınaq metodları – Hissə 2: Ölçmə sistemləri)
IEC 60076-3 Power transformers – Part 3: Insulation levels, dielectric tests and external clearances in air (Güc transformatorları – Hissə 3: İzolyasiya səviyyəsi, dielektrik xüsusiyyətlər sınağı və xarici hava aralıqları)
IEC 60289 Reactors (Reaktorlar)
IEC 61083-1 Instruments and software used for measurement in high-voltage impulse tests – Part 1: Requirements for instruments (Yüksək gərginlik impulsu ilə sınaqlarda ölçmə məqsədilə istifadə edilən alətlər və proqram təminatı – Hissə 1: Alətlərə tələblər)
IEC 61083-2 Digital recorders for measurements in high-voltage impulse tests – Part 2: Evaluation of software used for the determination of the parameters of impulse waveforms (Yüksək gərginlik impulsu ilə sınaqlarda ölçmə məqsədilə rəqəmsal qeydedici qurğular – Hissə 2: İmpuls dalğa formalarının parametrlərinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilən proqram təminatının qiymətləndirilməsi)
Bu standart başlıca olaraq, transformatorların və reaktorların həm ildırım, həm də kommutasiya impulsu sınağı üçün ənənəvi impuls generatorlarının istifadəsinə əsaslanır. Ayrıca kondensatorun orta və ya aşağı gərginlikli sarğısına elektrik boşalması ilə kommutasiya impulsunun yaranması təcrübəsi də tətbiq olunur. Lakin, yüksək gərginlikli sarğıya ötürülən az sönən rəqsləri təmin edən kondensator ilə ardıcıl birləşməli əlavə tənzimləyicidən istifadə edən metod tətbiq olunmur.
Kommutasiya impulsu yaranmasının və ya əmələ gəlməsinin orta və ya aşağı gərginlikli sarğıda dəyişməz cərəyan kəsilməsi və ya şəbəkə tezliyi gərginliyinin natamam dövrünün tətbiqi kimi alternativ vasitələri müzakirə olunmur, belə ki, bu metodlar ümumiyyətlə götürüldükdə tətbiq olunmur.
İldırım və kommutasiya impulsu sınaqları üçün sınaq zəncirlərinin (kontakt birləşmələrinin) seçimində transformator və reaktorlar üçün fərqli prinsiplər tətbiq olunur. Transformatorlarda bütün kontaktlar və sıxaclar xüsusi və müstəqil səviyyələrdə ildırım impulsu sınaqından keçirilə bilərlər. Kommutasiya impulsu sınağında isə maqnit üsulu ilə ötürülən gərginlik səbəbindən verilmiş sınaq səviyyəsi bir sarğıda əldə oluna bilər (bax: IEC 60076-3).
Eyni zamanda, reaktorlarda ildırım impulsu sınağı transformatorlarda olduğu kimidir, yəni bütün kontaktlar ayrılıqda sınaqdan keçirilə bilər, kommutasiya impulsu sınağında müxtəlif fikirlər tətbiq olunur və müxtəlif problemlər meydana çıxır. Beləliklə, bu standartda ildırım impulsu sınağı həm transformatorlar, həm də reaktorlar üçün ümumi mətnlə əhatə olunmuşdur, eyni zamanda kommutasiya impulsu sınağı hər iki avadanlıq üçün ayrıca müzakirə olunur.
4 VERİLMİŞ DALĞA FORMALARI
Transformator və reaktorların ildırım və kommutasiya impulsu sınağı zamanı normal olaraq istifadə olunacaq gərginlik dalğa formaları IEC 60076-3, onların müəyyən edilməsi metodları isə IEC 60060 standartında verilmişdir.
Sınaq avadanlığı, sınaq obyekti və ölçü zəncirinin fiziki sxemi üç başlıca zəncirə bölünə bilər:
– impuls generatorundan, əlavə dalğa formaları yaradan komponentlərdən və sınaq obyektindən ibarət əsas zəncir;
– gərginlik ölçmə zənciri;
– lazım gəldikdə, kəsilmə zənciri.
Bu əsas sxem Şəkil 1-də verilmişdir.
Aşağıdakı parametrlər impuls dalğa formasına təsir edir:
a) Effektiv tutum Ct və sınaq obyektinin induktivliyi Lt; Ct – hər hansı bir verilən layihə və dalğa forması üçün sabit kəmiyyətdir. Lt də hər hansı bir verilən layihə üçün sabit kəmiyyətdir. Effektiv Lt son emal təsirinə məruz qala bilər. Bu, qısa qapanma kontaktları üçün Ls və açıq zəncir klemmaları üçün Lo səpələnmə induktivliyi arasında dəyişir. Bu barədə daha ətraflı 7.1 və 7.3-də və Əlavə A-da verilmişdir;
b) Generator gücü Cg;
c) generatora həm daxili, həm də xarici dalğa formaları yaradan komponentlər, Rsi, Rse, Rp, CL (əlavə olaraq, müvafiq hallarda, gərginlik bölüşdürücüsü müqaviməti Z1);
d) generatorun səpələnmə induktivliyi və gücü, tam sınaq zənciri;
e) müvafiq yerlərdə kəsmə avadanlığı
İmpulsun artma müddəti T1 əsasən, CL də daxil olmaqla sınaq obyektinin effektiv titrəyiş gücü, generatorun daxili və xarici ardıcıl müqavimətlərinin kombinasiyası ilə müəyyən olunur.
İldırım impulsları üçün amplitudanın ikiqat azalma müddəti T2 başlıca olaraq, generatorun gücü, sınaq obyektinin induktivliyi və generatorun boşalma müqaviməti və ya hər hansı digər paralel müqavimətlə müəyyən olunur. Lakin məsələn, həddən artıq aşağı induktivlikli sarğılar olan hallar vardır ki, haradakı ardıcıl müqavimət həm də dalğa kəsiyi üzərində əhəmiyyətli dərəcədə təsirə malik olur. İldırım impulsları üçün başqa parametrlər tətbiq olunur; bunlar bənd 8-də nəzərdən keçirilir.
İldırım və kommutasiya impulsunun tətbiqlərində istifadə olunan sınaq avadanlıqları əsasən eynidir. Fərq yalnız rezistor və kondensatorların kəmiyyətləri (və sınaq obyektinin kontakt birləşmələri) kimi detallardadır.
İldırım və kommutasiya impulsları üçün dalğa formasının müxtəlif tələblərini ödəmək üçün tutum, ardıcıl və boşalma (paralel) müqavimətlər kimi impuls generator parametrlərinin seçiminə lazımi diqqət ayrılmalıdır. Kommutasiya impulsları üçün ardıcıl rezistorların və/və ya yük kondensatorlarının böyük kəmiyyətləri lazım ola bilər ki, bu da faydalı əmək əmsalının əhəmiyyətli azalması ilə nəticələnəcəkdir.
İmpuls generatorunun çıxış gərginliyi sınaq obyekti avadanlığı üçün bunların maksimal gərginliyinə Um nisbətən sarğıların sınaq səviyyələri ilə müəyyən olunduğu halda, tələb olunan enerji toplanması qabiliyyəti əsas etibarilə sınaq obyektinin özünəməxsus müqavimətlərindən asılıdır.
Dalğa formalı nəzarət prinsiplərinin qısa şərhi Əlavə A-da verilmişdir.
Sınaq qurğusunun, sınaq obyektinin yerləşdirilməsi və birləşdirici kabellər, torpaqlayıcı şinlər və digər avadanlıqlar sınaq kamerasındakı sahəylə, xüsusilə hər hansı bir strukturun yaxınlığının təsiri ilə məhdudlaşdırılmışdır. İmpuls sınağı zamanı sıfır potensialı impuls cərəyanı və gərginliyinin və cəlb olunan son müqavimətlərin yüksək qiymətləri və dəyişmə göstəriciləri ilə şərtlənmiş torpaqlama sistemləri boyunca yerinə yetirilir. Buna görə də, lazımi etalon torpaqlaması seçimi vacibdir.
Sınaq obyekti ilə impuls generator arasında əks cərəyan zənciri aşağı müqavimətə malik olmalıdır. Bu əks cərəyan zəncirinin, daha yaxşı olar ki, sınaq obyektinə yaxın olmaqla, sınaq kamerasının ümumi torpaqlama sisteminə sıx birləşdirilməsi tövsiyə olunandır. Bu birləşmə nöqtəsi dayaq torpaqlama kimi istifadə olunmalıdır və sınaq obyektinin yaxşı torpaqlamasına nail olmaq üçün o, aşağı müqavimətli bir və ya bir neçə ötürücü ilə dayaq torpaqlamaya birləşdirilməlidir (bax:IEC 60060-2).
Sınaq obyektinin yalnız mərkəzi elektrod cərəyanını daşıyan ayrılmış konturu olan və sınaqdan keçirilən sarğı boyunca impuls cərəyan axının hər hansı bir əsas hissəsi olmayan gərginlik ölçü sxemi eyni əsas torpağa səmərəli olaraq birləşdirilməlidir.
Kommutasiya impulsu sınağında impuls gərginlikləri və cərəyanların dəyişkənliyi normasının ildırım impulsu sınağında olduğundan daha azaldılmış olması və kəsilmə sxemi iştirak etmədiyindən, sınaq zənciri ətrafında elektrik potensialı qradiyenti problemi və dayaq torpaqlaması problem bir o qədər mühüm deyildir. Bununla belə ehtimal edilir ki, ehtiyat tədbiri kimi ildırım impulsu sınağında istifadə olunan eyni torpaqlama üsullarına riayət olunmalıdır.
Ölçü sistemləri və ya onların kaliblənməsi üzrə hər hansı bir tövsiyələrin verilməsi bu standartın məqsədinə daxil deyildir, lakin təbii ki, istifadə olunan cihazlar IEC 60060 standartına müvafiq olaraq təsdiq olunmalıdır. Sınaqdan əvvəl sınaq zəncirinin və ölçü sisteminin azaldılmış gərginlik səviyyəsindən aşağı gərginlikdə ümumi yoxlanması həyata keçirilə bilər. Bu yoxlamada gərginlik, kürəşəkilli elektrik boşaldıcısının qığılcım aralığı vasitəsilə və ya başqa bir təsdiq olunmuş cihazla müqayisəli ölçü ilə müəyyənləşdirilə bilər. Kürəşəkilli elektrik boşaldıcısının qığılcım aralığından istifadə olunduqda, bunun yalnız yoxlama olduğunu və təsdiq olunmuş ölçü sisteminin vaxtaşırı həyata keçirilən kalibrləməsini əvəz etməsini başa düşmək gərəkdir. Yerinə yetirilən hər bir yoxlamadan sonra, yoxlama üçün hər hansı bir cihazın kənarlaşdırılması istisna olmaqla, nə hər hansı ölçmənin, nə də sınaq sxeminin dəyişdirilməsi mühümdür.
Gərginlik bölüşdürücülərinin tipi, onların tətbiqi, xəta həddi, kalibrlənməsi və yoxlanması haqqında məlumatlar IEC 60060-2-də verilmişdir.
7 İLDIRIM İMPULSU SINAQLARI
Verilmiş dalğa formalarının qiymətləri hər zaman əlçatan omaya bilər. Aşağı sarğı induktivliyi və/və ya yüksək cərəyan atımı müqaviməti olan böyük güc transformatorların və reaktorların impuls sınağı zamanı daha geniş buraxıla bilən xətalar qəbul oluna bilər.
Sınaqdan keçirilən transformatorun elektrik tutumu impulsu sabit olmaqla, düzgün impuls artımı müddətini T1 və ya artım sürətini əldə etmək məqsədilə ardıcıl müqavimət azaldıla bilər, lakin azalma gərginlik dalğasının uc nöqtəsində titrəyişlərin həddən artıq olması dərəcəsinə çatmamalıdır. Əgər qısa impuls artım müddəti arzuolunan hesab edilərsə (yaxşı olardı ki, verilmiş hədlər daxilində), bu zaman IEC 60060-1 standartında yol verilən maksimal gərginlikdən ±5 % yüksək titrəyişlər və/və ya gərginlik atımı qəbul olunmaya bilər. Bu halda yol verilən titrəyişlərlə əldə edilən impuls artımı müddəti arasında uzlaşma labüdir. Ümumilikdə, hətta istehsalçı və istehlakçı arasında razılaşdırılmış və lazım görülmüş yayılmalar ilə impuls artımı müddətində titrəyişlər ±10 % çox olmamalıdır. Sınaq gərginliyinin qiyməti IEC 60060-1-də normalara müvafiq olaraq müəyyənləşdirilir.
Böyük güc transformatorları və xüsusən də, müvafiq olaraq orta və aşağı gərginlik sarğıları üçün amplitudanın faktiki yarı zəifləmə müddəti T2 kəmiyyətlər diapazonu hüdudlarında yol verilə bilən xəta ilə əldə olunmaya bilər. Belə sarğıların induktivliyi o qədər aşağı olmalıdır ki, alınan dalğa forması titrəyişli olsun. Bu problem müəyyən mənada generator daxilində iri elektrik tutumunun istifadəsi ilə, paralel kaskad əməliyyatları ilə, ardıcıl rezistorun tənzimlənməsi ilə və ya sınaq altında olmayan sarğıların kontaktlarının yaxud, əlavə olaraq, sınaq altında olan sarğıların sınaqda keçirilməyən kontaktlarının spesifik sınaq birləşmələri ilə həll oluna bilər.
Birbaşa torpaqlamadan fərqli olaraq sınaqdan keçirilməyən sarğı çıxışlarının tam müqavimətli torpaqlaması effektiv induktivliyinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Birbaşa torpaqlanmış kontaktlar üçün yalnız səpələnmə induktivliyi (qısa qapanma müqaviməti ilə müəyyənləşdirilən) daxil edilmişdir. Elektrik müqavimətli torpaqlanmış kontaktlar üçün əsas elektrik müqaviməti üstünlük təşkil edir. Bu, fəaliyyətdə olan induktivliyi birbaşa torpaqlamada olduğundan 100 dəfədən 200 dəfəyədək artıra bilər.
Hər hansı bir sınaqdan keçirilməyən terminalın tam müqavimətli torpaqlanmasından istifadə olunduğu zaman, hər hansı bir sınaqdan keçirilməyən kontaktda yaranan torpaqdakı gərginliyin aşağıdakıları keçməməsini təmin etmək lazımdır:
– ulduz birləşməli sarğılar üçün həmin kontaktın nominal davam gətirilən ildırım gərginliyin 75 %;
– üçbucaqla birləşməli sarğılar üçün həmin kontaktın nominal davam gətirilən ildırım gərginliyin 50 % (üçbucaq kontaktlarda torpaqdakı zidd qütblük gərginliyə görə - həmçinin, bax: 7.4).
Həddən artıq aşağı induktivlik və/və ya kiçik impuls generator tutumu səbəbindən dalğa formasının titrəyişli olduğu zaman, zidd qütblük amplitudası birinci amplitudanın maksimal qiymətinin 50 %-ini keçməməlidir. Bu məhdudiyyətlə əlaqədar seçici impuls generator tutumu və tənzimləyici dalğa formaları üçün təlimat Əlavə A-da verilmişdir.
7.2 Sonluq fazada kəsilən impulslar
Müxtəlif kəsilmə dövrləri Tc (IEC 60060-2 sənədində təsvir edildiyi kimi) istifadə olunan sarğı quruluşundan və düzülüşündən asılı olaraq sarğının (sarğıların) müxtəlif hissələrində müxtəlif təsirlərə (gərginlik və uzun müddətlilik) gətirib çıxaracaqdır. Buna görə də, həm ümumilikdə, həm də hər hansı ayrıca transformator və reaktor üçün ən müşkül olan kəsilmə dövrünü təyin etmək mümkün deyildir. Bu səbəbdən, yalnız IEC 60076-3 sənədi ilə tələb olunan 2 µs və 6 µs hüdudları çərçivəsində olduğu hallardan başqa, kəsilmə dövrləri sınaq parametri kimi qiymətləndirilmir. Lakin kəsilmiş dalğanın rəqəmsal qeydləri və ya ossilloqrafları isə yalnız demək olar ki, eyni kəsilmə dövrləri üçün qarşılaşdırıla bilər.
7.2.2 Kəsilmiş impulsun əks qütblüyünün kollaps və amplituda əmsalı
Kəsilmə zamanı səciyyəvi hallar əlaqədar kəsilmə zəncirinin geometrik vəziyyətindən, kəsilmə zəncirinin və sınaq obyektinin tam müqavimətindən əhəmiyyətli dərəcədə asılıdır ki, bunların da hamısı zidd qütblüyün ən yüksək nöqtəsinin həm kollaps, həm də amplituda əmsalını müəyyən edirlər.
IEC 60076-3 standartında zidd qütblüyə sıçrayış sayı kəsilmə impulsu amplitudasının 30%-i qədər məhdudlaşdırılmışdır. Bu faktiki olaraq, kəsilmə zəncirinin quruluşu üçün təlimatı göstərir və bu məhdudiyyətə cavab vermək üçün həmin sxemdə əlavə tam müqavimətin Zc tətbiqinə səbəb ola bilər (bax: Şəkil 1).
Kəsilmə dövrəsi isə ən yüksək kollaps əmsalını əldə etmək üçün mümkün qədər kiçik olmalıdır, lakin zidd qütblüyə atma 30 %-dən az və ya buna bərabər olmaqla məhdudlanmalıdır. Çoxlaylı sarğılarda layın tam müqaviməti, bir qayda olaraq, kollapsı o dərəcəyə qədər zəiflətməlidir ki, o, sıfır ətrafında rəqs etməsin (bax: şəkil B.20).
İdarə oluna bilən tipli kəsici elektrik boşaldıcısından istifadə üçün IEC 60076-3 standartındakı tövsiyələr kəsilmə dövrlərinin sabitliyini əldə etmək və bununla əlaqədar olaraq, yalnız kəsilmədən əvvəl deyil, həm də sonra ossiloqraf və rəqəmsal qeydlərin müqayisəsini yüngülləşdirmək üçün faydalı olduğu üçün verilmişdir. Sonuncu hissə yalnız kifayət qədər oxşar kəsilmə dövrlərini qarşılaşdıra biləcəkdir.
7.3 Kontakt birləşmələri və nasazlıqların aşkar edilməsinin müvafiq metodları
7.3.1 Kontakt birləşmələri
Sınaq obyektinin kontakt birləşmələrinin və istifadə edilən torpaqlama normalarının qəbul olunmuş nasazalıqların aşkar edilməsi metodlarına yaxın olması olduqca mühümdür.
İmpuls sınaqları üçün birləşmələr transformatorlar üçün IEC 60076-3 və reaktorlar üçün IEC 60289 sənədlərində təfsilatı ilə verilmişdir. Bir qayda olaraq, sınaq altında olan faza sarğısının sınaqdan keçməyən kontaktları torpaqlanır, sınaqdan keçməyən faza sarğıları qapanılır və torpaqlanır. Lakin, T2 dalğa kəsimini yaxşılaşdırmaq məqsədilə sınaqdan keçməyən sarğıların aktiv müqavimət vasitəsilə torpaqlanması əlverişli ola bilər (bax: bölmə 5 və 7.1) və əlavə olaraq, sınaq altında olan sarğının sınaqdan keçməyən xətti çıxışları da aktiv müqavimət vasitəsilə torpaqlana bilər.
7.1 – bəndində dalğa formasının tənzimlənməsi metodlarına əlavə olaraq, aşağıdakı amillər nəzərə alınmalıdır:
a) əgər kontaktın birbaşa torpaqlanması və ya istismarda olan aşağı müqavimətli kabelə birləşdirilməsi müəyyən olunmuşdursa, o zaman bu kontakt sınaq zamanı birbaşa torpaqlanmalı və ya kabelin dalğavari tam müqavimətinin artıq olmayan om qiymət ilə rezistor vasitəsilə torpaqlanmalıdır.
b) impuls xarakteristikalı cərəyan gücünün ölçülməsi məqsədilə aşağı müqavimətli şunt vasitəsilə torpaqlama birbaşa torpaqlamaya ekvivalent hesab edilə bilər.
Transformatora və ya xarici obyektə quraşdırılmış qeyri-xətti elementlərin və ya ildırım keçiriciləri, ötürülə bilən həddən artıq gərginlik sıçrayışlarının məhdudlaşdırılması üçün montaj edildiyi zaman impuls sınağı proseduru hər bir ayrıca hal üçün əvvəlcədən müzakirə edilməlidir. Həmçinin IEC 60076-3 sənədinə istinad edin.
7.3.2 Nasazlıqların aşkar edilməsinin münasib metodları
Nasazlıqların aşkar edilməsi, bir qayda olaraq tətbiq olunan sınaq gərginliyinin və impuls xarakteristikalı cərəyanın ossilloqrafik və ya ilkin məlumatlarının rəqəmsal qeydlərinin yoxlanılması ilə tamamlanır.
Müxtəlif gərginlik sıçrayışları şəkil 2-də göstərildiyi kimi ayrı ayrılıqda və ya əlaqəli şəkildə qeydə alına bilər. Bunlar a) və e) arasında sıralanmışdır. Qəbul sınağı zamanı bu gərginlik sıçrayışlarından ən azı birinin tətbiq olunan sınaq gərginliyinə əlavə olaraq qeyd olunması əhəmiyyət kəsb edir:
a) neytral cərəyan (sıfır nöqtəsi sınaq ərzində torpaqlana bilən ulduz və ziqzaq şəkilli birləşdirilmiş sarğılar üçün);
b) sarğıdakı cərəyan (bütün digər sarğılar və sıfır nöqtəsi sınaq ərzində torpaqlana bilməyən ulduz və ziqzaq şəkilli birləşdirilmiş sarğılar üçün);
c) qonşu qısa qapanılmış və sınaqdan keçirilməmiş sarğıya ötürülən cərəyan, bəzən həcmi ötürülən cərəyan olaraq adlandırılır;
d) rezervuar cərəyanı;
e) sınaqdan keçirilməyən sarğıya ötürülən gərginlik.
a), c) və d) bəndlərinin və ya b), c) və d) bəndlərinin cəmi bəzən xətti cərəyan olaraq adlandırılır.
Həm şunt, həm də ardıcıl tipli reaktorlar sınaqdan keçirilərkən c) və e) bəndləri tətbiq edilmək üçün müvafiq deyildir; d) bəndi tətbiq edilə bilər, lakin yalnız gərginlik sıçrayışı qeydə alınmasının əlavə vasitəsi kimi olaraq, çünki o transformator sınağında istifadə edildiyindən daha az həssasdır.
Tam dalğalı sınaqlar üçün və ya tam və kəsilən dalğalı sınaqlar üçün zəruri sınaq ardıcıllıqları IEC 60076-3 sənədində verilmişdir.
Sınağın üstün tutulan metodu odur ki, birbaşa tətbiq istismarda olan orta və ya aşağı gərginlikli sarğının ona birləşdirilmiş sistemdən həddindən artıq ildırım gərginliyinə məruz qala bilmədiyi xüsusi hallara baxmayaraq, “yönəldilmiş impuls gərginlik” metodu alternativ olaraq istifadə oluna bilər. Bu zaman aşağı gərginlikli sarğının impuls sınağı qarşılıqlı əlaqəli yüksək gərginlikli sarğının sınağı ilə eyni vaxtda keçirilir. Bu şərtlər zamanı, ötürülən gərginliyin dalğa forması IEC 60076-3 sənədində verilmiş olana uyğun gəlmir. Kifayət qədər yüksək qiymətli resistorları vasitəsilə tələb olunan gərginlik səviyyəsinin əldə olunmasına çalışmaq daha vacibdir. Lakin, bu, hətta rezistorların ən yüksək qiymətləri ilə də heç də həmişə mümkün deyildir. Bu sınaqda üçbucaq şəkilli bağlanmış sarğılarda fazalar arası yüksək gərginliklər baş verə bilər və artıq gərginlik yaradan fazalar arası izolyasiya təhlükəsi, daxili və xarici olmaqla, aşağı gərginlikli sarğıya tətbiq edilə bilən gərginliyi məhdudlaşdıra bilər. Müvafiq məhdudiyyətlər aşağı gərginlikli təkrarlanan impuls generatoru ilə gərginlik sıçrayışları analizi ilə yaradıla bilər.
Sarğılar boyunca bağlanmış olduqca səciyyəvi qeyri-xətti qoruyucu qurğular azaldılmış tam dalğa və tam dalğa impulsu ossilloqramları və ya rəqəmsal qeydləri arasında fərqlər doğura bilər. Həmin fərqlərin doğurdan da bu qurğuların çalışması ilə meydana çıxdığının sübutu onların çalışmasındakı istiqaməti göstərmək üçün müxtəlif gərginlik səviyyələrində bir - iki azaldılmış tam dalğa impulsu sınağının keçirilməsi ilə nümayiş etdirilməlidir. Hər hansı bir qeyri-xətti təsirin ilk vəziyyətə qayıtma qabiliyyətini göstərmək üçün eyni azaldılmış tam dalğa impulsları geri yoldakı tam dalğa sınağı gərginliyini müşayiət etməlidir.
Nümunə: 60%, 80%, 100%, 80%, 60%.
Transformator sıfır nöqtələri üçün sınaq metodları IEC 60076-3 sənədində verilmişdir. Dolayı metodun, yəni bir və ya daha artıq xətti çıxışlardan sıfır nöqtəsinə ötürülən impuls vasitəsilə metodun istifadə edildiyi zaman dalğa forması təyin oluna bilməz, çünki o, əsas etibarilə, transformator parametrləri ilə nəzarət edilir. Bütün torpaqlanmış xətti çıxışları ilə sıfır nöqtəsinə tətbiq edilən impuls gərginliyini özündə birləşdirən birbaşa metod dalğa cəbhəsinin 13 µs-ə qədər olan daha uzun sürəkliliyinə imkan verir. Bu halda generatorun induktiv tükü əhəmiyyətli dərəcədə artırılmışdır və mümkün ola bilən sapmalar ilə sazlanmış amplituda dəyərinin ikiqat azalması müddətinə nail olunması çətin ola bilər. Sınaq altında olan sarğının sınaqda keçməyən kontaktların tam müqavimət torpaqlanması bu zaman tətbiq oluna bilər.
7.5 Sınaqların qeydə alınması
İldırım impulsu gərginliyinin və cərəyan reaksiyası dalğa formalarının qeydə alınması üçün həm analoq, həm də rəqəmsal qeydə alma sistemləri istifadə oluna bilər.
7.5.2 Analoq və rəqəmsal qeydə alma sistemləri
Analoq ossilloqrafları və rəqəmsal qeydiyyat qurğuları üçün tələblər IEC 61083-1 sənədində verilmişdir.
Rəqəmsal qeydə alma nəticələrin riyazi interpretasiyası üçün imkanlar təklif edir və məsələn, qeydə almalarda nöqsanların analizi üçün əlavə riyazi əməliyyatların istifadə olunmasına imkan verir. Bu üsullar perspektivli olaraq özünü göstərir, lakin nəticələrin interpretasiyası hələ nə sübut, nə də dəqiq ifadə olunmamışdır.
Onu vurğulamaq yerinə düşərdi ki, əlamətlərin müqayisəsi ilə qəbul edilmə üçün nəticələrin təqdim olunması məqsədi üçün rəqəmsal ölçmələrlər əldə edilən dalğa formaları ilkin verilənlərdən hazırlanmalı və heç bir riyazi əməliyyata, emala, tarazlaşdırmaya və s. məruz qalmamalıdır.
Qeyri-standart dalğa forması qiymətləndirilməsi üçün ilkin verilənlərdən istifadə edilməsi də az əhəmiyyət kəsb etmir.
(Şəkil B.18, B.19 və B.21 amplitudalardakı mühüm fərqlilikləri və T1 impulsun artma müddətinin və amplitudanın ikiqat dəyərə azalma müddətinin qiymətləndirilməsini göstərir.)
Qeydə alınan verilənlərin riyazi emalı məqsədi olmadan (bax maddə 10) gərginlik və cərəyan dalğa formalarının qeydə alınması üçün bilavasitə ölçü cihazları qismində rəqəmsal reqistratorların istifadə olunduğu zaman onlar texniki cəhətdən qabaqcıl analoq cihazları kimi nəzərdən keçirilməlidir.
IEC 60076-3 eyni zamanda aşağıdakıların ölçülməsini tələb edir
a) tətbiq edilən gərginlik;
b) 7.3.2 maddəsində sadalanan gərginlik sıçrayışlarından ən azı biri;
buradan, ən azı iki müstəqil qeydə alma kanalları lazımdır.
Tətbiq edilən gərginlik birmənalı olaraq təyin edildiyi zaman, qeydə alınmalı olan digər xarakteristikaların seçimi nasazlığın aşkar edilməsi metodunun seçimindən asılıdır.
7.5.3 Dalğa formalarının analoji qeyd edilməsi
Başlıca olaraq, azaldılmış və tam səviyyələrdə götürülmüş qeydlərin müqayisəsinə əsaslanan sınaq nəticələrinin qiymətləndirilməsini yüngülləşdirmək üçün ossilloqraflarda müvafiq boğucuların istifadəsi vasitəsilə bərabər amplitudalı qeydlərin təmin olunması məqsədəuyğundur.
7.5.3.1 İmpuls gərginlikli dalğa formasının analoji qeyd edilməsi
a) İmpuls gərginlikli dalğa formasının müəyyən edilməsi
Sınaq zənciri parametrlərinin ilkin sazlanması zamanı dalğa formasının müəyyən edilməsi üçün götürülən qeydlər üçün üstün tutulan açılma müddəti dalğa cəbhəsi qeydi üçün ≤10 µs təşkil edir (transformator sıfır nöqtələrinin sınağı zamanı daha uzun açılma müddətləri tələb oluna bilər). Dalğa kəsimi qeydi amplitudanın ikiqat dəyərə azalması müddətinin, müəyyən hallarda isə, əks qütblülük amplitudasının qiymətləndirilməsinə imkan verməlidir.
b) Tətbiq olunan sınaq gərginliyi dalğasının qeydə alınması Sınaq dalğasının amplitudasını müəyyən etmək və meydana çıxa biləcək hər hansı bir nasazlığın aşkar olunmasına imkan vermək məqsədilə:
– tam dalğalar üçün, açılma müddəti 100 µs-dən az olmamalıdır;
– kəsilən dalğalar üçün, 10 µs və 25 µs arası açılma müddəti adətən kafi hesab olunur.
Sınaq hesabatı üçün (bax maddə 11) bir müvafiq qeydə alma, bir qayda olaraq, qəbul sınaqları üçün kafidir; diaqnostik sınaqlar üçün isə müxtəlif açılma müddətli bir neçə qeyd tələb oluna bilər.
7.5.3.2 İmpuls xarakterli cərəyanın analoq qeydə alınması
İmpuls cərəyanı, adətən, nasazlıqların aşkar edilməsində ən həssas parametrdir. Buna görə də, qeydə alınan cərəyan dalğaları sınaq nəticəsinin əsas meyarıdır.
Cərəyan sxemi formasından və xətti və eksponensial açılmanın istifadə edilməsindən asılı olaraq müxtəlif açılma müddəti ilə birdən çox qeyddən istifadə etmək lazım gələ bilər. Əldə edilən həll aşağıdakıları təmin etməlidir:
a) nümayiş nə qədər aydın olarsa, ossilloqramlardan dalğa cəbhəsi yaxınlığında daha yüksək tezlik komponentləri də daxil olmaqla, alınması bir o qədər mümkün olur;
b)cərəyan qeydi zamanca gec meydana çıxan hər hansı uyğunsuzluqların aşkar edilməsinə imkan vermək üçün kifayət qədər sürəklidir. Açılma sürəti üçün üstünlük verilən qaydaları təyin etmək çətindir və zamanca gecikmə dedikdə hər bir transformatorun reaksiyasının müxtəlif olduğu və sürətin, müəyyən mənada istifadə olunan sarğının tipindən asılı olması deməkdir. Sıfır nöqtəsi və ya sarğı cərəyanı qeydə alındığı zaman qeydə alma ən azı induktiv pikə çatılıncaya qədər davam etdirilməlidir, və beləliklə izolyasiyanın pozulması nəticəsi kimi sarğı burumlarının qısa qapanmasının səbəb olduğu hər hansı induktivlik dəyişikliyi baş verərsə, müəyyən edilməli olan dalğanın yoxlanmasına imkan verir.
7.5.4 Dalğa formalarının rəqəmsal qeydə alınması
Rəqəmsal qeydə almanın prinsipi sınaq ərzində müntəzəm zaman intervallarında nümunə götürməklə gərginlik və ya cərəyan dalğası formalarının ölçülməsidir. Dalğa forması parametrlərinin qiymətləndirilməsi üçün (bax 7.5.3.1) və həmçinin azaldılmış və tam impuls gərginliyi səviyyələrində götürülmüş qeydlərin müqayisəsi əsasında sınaq nəticələrinin qiymətləndirilməsi üçün (bax 7.5.3.2) bu nümunələr birbaşa olaraq ilkin verilənlər kimi təqdim olunmalıdır. Əlavə olaraq, qeydə alınmış verilənlər də dalğa analizi alqoritmləri vasitəsilə, məsələn, qeydə almalardakı nöqsan analizləri üçün emal edilə bilər (bax maddə 10).
İmpuls sınaqları zamanı sınaq keçirilməsi sxeminin ətrafında yüksək elektromaqnit sahələr yaradılır. Rəqəmsal qeydə alma sistemində həssas elektron qurğuların qorunması, bütün texnoloji avadanlıqlar və bu sahələrə qarşı enerji təminatı tələb olunur.
Rəqəmsal formaya dəyişdirici qurğunun ekranı ≥768 x 1 024 piksel həllə və printerlər isə ≥ 300 düymdə nöqtəyə malik olmalıdır.
7.5.4.1 İmpuls gərginlikli dalğa formasının rəqəmsal qeydə alınmas
a) İmpuls gərginlikli dalğa formasının müəyyən edilməsi
Sınaq zənciri parametrlərinin ilkin tənzimlənməsi zamanı dalğa formasının müəyyən edilməsi üçün götürülən qeydlərin təqdimatı üçün arzuolunan dövr dalğa cəbhəsi qeydi üçün ≤10 µs təşkil edir (transformator sıfır nöqtələrinin sınağı zamanı daha uzun təqdimat müddəti gərək ola bilər). Dalğa kəsimi qeydi amplitudanın ikiqat dəyərə azalması zamanının və müəyyən hallarda əks qütblülük amplitudasının qiymətləndirilməsinə imkan verə bilər.
IEC 61083-1 impul gərginlik və cərəyan dalğa formalarının qeydiyyatı üçün rəqəmsal formaya dəyişdirici qurğunun minimal həlli qismində 9 bit, 60 MHz rəqəmsal formaya dəyişdirici qurğu təyin edir. Dalğa cəbhəsinin qiymətləndirilməsi üçün və ya kəsilən impulsların qiymətləndirilməsi üçün 10 µs yaxud daha az zaman intervalında olan böyütmə hallarında 10 bitlik dəyişdirici qurğunun və 100 MHz seçmə tezliyinin istifadəsi nəzərdə tutulmasıdır.
İlk dövrlərdən başlayaraq, dalğa formasının qiymətləndirilməsi ossilloskopik qeydlərə, texniki qaydalara və dalğa forması parametlərinin visual qiymətləndirilməsinə əsaslanmışdır. Güc transformatorlarının yüksək gərginlik sınaqlarında rəqəmsal qeydlərin tətbiqi ilə, qeyri-standart dalğa formalarının qiymətləndirilməsinə münasibətdə amplituda və zaman parametrlərinə aid xəbərdarlıqlar verilməlidir. Xüsusən, 0,5 MHz tezlikdən aşağı tezlikli təkqütblü gərginlik atımlarına səbəb olan yüksək gücə uyğunlaşdırılmış aşağı gərginlikli sarğıların sınağı zamanı IEC 61083-2 bu cür qeyri-standart dalğa formalarının amplituda qiymətləndirilməsi üçün tətbiq olunmur. Rəqəmsal formaya dəyişdirici qurğularda quraşdırılmış rəvan əyri yaradan alqoritmlər sayəsində 10 %-in keçilməsi zamanı xətalar müşahidə olunmuşdur (bax şəkil B.18, B.19 və B.21).
Bu cür hallarda mühəndis qiymətləndirilməsindən istifadə edilməklə ilkin verilənlər diaqramlarının diqqətlə qiymətləndirilməsi tələb olunur. IEC 61083-1 sənədə uyğun olaraq maksimum qiymətlər voltmetri vasitəsilə maksimum gərginliyin paralel ölçülməsi ciddi surətdə tövsiyə edilir.
b) Tətbiq edilən impuls sınağı gərginlik dalğasının qeydə alınması
Sınaq dalğası amplitudasının müəyyən etmək və verilə bilən hər hansı bir nasazlığın aşkar edilməsinə imkan vermək məqsədilə
– tam dalğalar üçün, seçmə verilənlərinin təqdimatı üçün müddət 100 µs-dən az olmamalıdır;
– kəsilən dalğalar üçün, 10 µs və 25 µs arasında təqdimat müddəti adətən qənaətbəxş hesab edilir.
Rəqəmsal formaya dəyişdirici qurğunun hər kanalına 10 MHz və 20 MHz arası seçmə tezliklər, bir qayda olaraq, qənaətbəxşdir, çünki sarğı hissəsi rezonansının maksimum tezlikləri adətən 1 MHz və 2 MHz arasında olur. Gərginlik və ya cərəyan sxemlərində yüksək tezliklər müşahidə olunarsa, bu, ölçü zəncirindəki parazit rezonans və ya torpaqlama sistemindəki səs səbəbindəndir. Buna görə də, sınaq obyektinin faktiki davranışından ölçü zəncirindəki səsi ayırd etmək üçün daha yüksək seçmə tezliklərdən (yuxarıda qeyd olunduğu kimi) istifadə olunması tövsiyə edilir.
Dalğa analizi üçün dəyişdirici qurğunun maksimal mümkün yaddaşından istifadə etməklə dalğanın tamamilə yatırılmasına qədər tam dalğa forması üzərindən nümunə götürmək vacibdir. Dəyişdirici qurğunu elə proqramlaşdırmaq vacibdir ki, dalğanın virtual başlanğıc nöqtəsini müəyyən etmək üçün kifayət qədər nümunə sayı olsun.
Bu məqsədlə, gərginlik dalğası amplitudası üçün optimal diapazonu və/və ya hər bir kanal üçün intervalı müəyyən etmək üçün 50 % ilkin cizgi sayı tələb oluna bilər.
İldırım impulslarının zidd qütblülüyünə atılmaların sayına xüsusi diqqət verilməlidir. Bu cür atılmaları ölçən zaman seçilmiş diapazonda dəyişdirici qurğuda giriş gücləndiricisinin doydurulması vasitəsilə qeydə alınan dalğa formasının kəsilməsi baş verə bilər.
Qəbul sınaqları üçün, bir qayda olaraq, bir müvafiq qeydə alma kifayətdir (bax maddə 11). Diaqnostik məqsədlər üçün isə sistemin proqram təminatı bütün seçmə müddəti üzərində dalğanın tədqiq olunmasının mümkünlüyün təklif edir və ya dalğa hissə bütün informasiya qismində kompüterin yaddaşında saxlanılır. Proqram təminatı tam dalğanı və azaldılmış dalğanı oxuya və sazlana bilən böyüdülmüş miqyasda fərqlilikləri göstərə bilir. Lakin problem dalğa formasının sürətlə artan hissəsində yarana bilər ki, burada iki əyrinin lazımi zaman tənzimlənməsini yerinə yetirilmək çətin ola bilər.
7.5.4.2 İmpuls xarakteristikalı cərəyanın rəqəmsal qeydə alınması
İmpuls cərəyanı, bir qayda olaraq, nasazlıqların aşkar edilməsinin ən həssas parametridir. Buna görə də, qeydə alınmış cərəyan dalğaları sınaq nəticəsinin əsas meyarıdır. Qəbul sınağı üçün qeydə almaların təqdimatı 7.5.2.2 maddəsindəki ossilloqramların təqdimatı ilə eynidir.
Dəyişdirici qurğunun yaddaşındakı saxlanılmış verilənlər isə müxtəlif zaman intervallarında böyütmə və ya kiçiltmə vasitəsilə eyni qeydə almanın hər hansı bir digər təqdimatına imkan verir. Seçmə tezliklərinə və dəyişdirici qurğunun giriş kanalları üçün həllə aid tələblər 7.5.3.1 maddəsində verilənlərlə eynidir.
Sınaq nəticələrinin tədqiq olunması üçün ötürmə funksiyasının analizi kimi (bax maddə 10) əlavə riyazi tədqiqat vasitələrindən faydalanmaq məqsədilə impuls cərəyanı və gərginliyinin qeydə alınması üçün eyni qeydə alma zamanından istifadə olunması vacibdir.
8 KOMMUTASİYA İMPULSU SINAQLARI
Transformatorların və reaktorların kommutasiya impulslarına reaksiyası çox müxtəlifdir, çünki transformatorlar qapalı maqnit zəncirinə malikdir və buna görə də, İldırım impulslarının müvafiq uzun sürəkliliyi mərkəzi axının əhəmiyyətli miqdarının yaranmasına imkan verir (bax IEC 60076-3). Reaktorlar üçün isə belə deyildir, və əlavə olaraq, onlar üçün dalğa forması problemləri və sınaq prosedurları da fərqlidir. Buna görə də, iki avadanlıq elementləri ayrılıqda nəzərdən keçirilməlidir.
8.2.1 Dalğa formaları
IEC 60076-3 sənədində göstərildiyi kimi, kommutasiya impulsu dalğasının virtual impuls artma dövrü üçün müəyyən edilmiş qəti qiymətlər yoxdur. Bununla belə, gərginliyin əhəmiyyətli dərəcədə eyni bərabər paylanmasını təmin etmək kifayət qədər uzun müddətli olmalıdır. Bu, bir qayda olaraq, ≥100 µs impuls artma dövrü tələb edir. Bu, effektiv sarğı gücü, yük gücü və ardıcıl müqavimətlərlə müəyyən edilir.
Dalğa kəsiminə yalnız adi dalğa forması komponentləri deyil, həm də özəyin mümkün doydurulması təsir göstərir. Transformatorların əksəriyyəti üçün tam sınaq səviyyəsində dalğa kəsiminin eksponensial azalması özək doyması səbəbindən gərginliyin maksimal səviyyəsindən sonrakı müxtəlif zamanlarda, sıfır səviyyəsi boyunca qəfil düşmə ilə kəsilir. Buna görə də, tətbiq edilən kommutasiya impulsunun dalğa kəsiminin təyin etmək üçün amplitudanın ikiqat dəyərə azalması virtual dövrü istifadə olunmur. Bunu əvəzinə, dalğa forması 90 % Td qiymətindən yuxarı müddətlə Tz sıfır dəyərindən keçid müddətinin tələbi ilə müəyyən olunur. IEC 60076-3 sənədində Td ≥ 200 µs və Tz ≥ 500 µs, lakin 1 000 µs arzuolunan dəyəri müəyyən edilmişdir. Bu kəmiyyətlər şəkil 3a-da verilmişdir.
Özəyin doydurulması üçün götürülən dövr özək ölçüsündən, onun ilkin maqnitləşmə şərtindən və səviyyəsindən, və tətbiq edilən gərginliyin dalğa formasından asılıdır. Verilmiş gərginlik səviyyəsində hər bir kommutasiya impulsu istifadəsindən əvvəl özək maqnitləşmə şərtinin eyni olduğu hallardan başqa, ardıcıl istifadələrdə eyni dalğa formaları alınmayacaqdır. Əlavə olaraq, azaldılmış və tam sınaq səviyyələrində eyni dalğa formaları alınmayacaqdır. Özək doydurulması təsirlərini azaldan sınaq prosedurları üçün bax 8.2.3.
Özək doydurulması azaldılmış səviyyəli gərginlik istifadəsi zamanı adətən baş vermir, və hətta tam səviyyəli formalarda da baş verməyə bilər. O, baş verdiyi zaman, onun gərginlik dalğa forması üzərində təsiri verilən doydurulma miqdarından asılı olaraq böyük və ya kiçik ola bilər. Bu məqsədlə, transformatorun yüksək gərginlikli tərəfindən kommutasiya impulsunun tətbiq edildiyi zaman, azaldılmış gərginlik qurğularından T1 və Td yaratmaq mümkündür. İlk tam səviyyəli gərginlik istifadəsi olmadıqca, Tz yaradıla bilməyəcəkdir. Kommutasiya impulslarının transformatorun açağı gərginlikli tərəfindən hasil edildiyi zaman, azaldılmış gərginlikli qurğulardan yalnız T1 yaradıla biləcəkdir. Bu halda, Td və Tz yalnız tam sınaq səviyyəsi cizgilərindən müəyyən edilə bilər.
Qeyd olunmalıdır ki, mövcud maqnetik zəncirin müxtəlif maqnit müqavimətləri səbəbindən transformatorun müxtəlif künclərində dalğa kəsiminin formalarında əhəmiyyətli fərqliliklər ola bilər.
8.2.2 Kontakt birləşmələri və nasazlıqların aşkar edilməsinin mümkün metodları
8.2.2.1 Kontakt birləşmələri
IEC 60076-3 tələblərinə riayət olunması məqsədilə, üç fazalı transformatorlar üçün yalnız bir qəbul edilə bilən sınaq birləşməsi vardır. Bu birləşmə şəkil 4-də verilmişdir, və o, göstərir ki, sıfır nöqtəsi həmişə torpaqlanmalıdır və sınaqdan keçirilməyən fazaların kontaktları öz aralarında birləşməsi azruolunandır. (Sınaqdan keçirilməyən kontaktların bu qarşılıqlı birləşməsi üçbucaq şəkilli birləşmiş sarğılarla təchiz edilmiş transformatorlar üçün vacib deyildir).
Bu zəncir müvafiq olaraq 1,0 v.ü. (vahid üçün) və 1,5 v.ü. faza-torpaq və faza-faza izolyasiyasının eyni vaxtda sınaqdan keçirilməsi üçün həm üç həm də beş künclü özəkləri olan üç fazalı transformatorlar üçün seçilmişdir.
Sınaq gərginliyinin birbaşa tətbiq olunacağı sarğının və həmin sınaq gərginliyinin seçimi, bir qayda olaraq, təsbit edilmiş kommutasiya impulsunun davamlılıq səviyyəsinin ən yüksək göstəricili gərginliklə əldə olunması tələbinə uyğun olaraq istehsalçının öhdəsinə buraxılır.
Kommutasiya impulsu sınağı zamanı bu cür qısa qapanmaların təsirinin, əsasən, induksiya edilmiş gərginlikli sınaqda olduğu ilə eyni olmadığı halda sınaq altında olmayan sarğıların qısa qapanması praktik deyildir.
Əsas kommutasiya impulsu dalğasının induktiv olaraq ötürülməsinə qədər, fazalararası tutum əlaqəsi və daxili faza tutumu və induktivliklər əlavə titrəyişlərə səbəb ola bilər ki, bu da, ötürülən gərginliklər üzərinə qoyulur. Şəkil B.14 bu təsirin aydın nümunəsini verir. Bununla əlaqədar olaraq, bir kontakta U gərginliyinin tətbiq olunması zamanı 1,5 U fazalararsı gərginliyin baş verəcəyi üzərinə IEC 60076-3 tələbi yalnız nəzəri cəhətdən etibarlıdır. Buna görə də, sınaq zamanı, əgər yüksək omlu müqavimət torpaqlaması vasitəsilə titrəyişli gərginliyin yatırılması üçün sınaqdan keçirilməyən kontaktlarda heç bir ölçü götürülmürsə, fazalararası gərginliklərin 1,5 U qiymətindən yüksək olması ehtimal edilir. Sınaqdan keçirilməyən kontaktlarda faza-torpaq gərginlikləri 0,5 U qiymətindən çox yüksək ola bilər.
Sınaqdan keçirilən sarğı sisteminin sınaqdan keçirilməyən faza kontaktlarının və/və ya sınaqdan keçirilməyən sarğı fazası kontaktlarındakı yüksək omlu yük müvafiq yatırmanı əldə etmək üçün məqsədəuyğun vasitədir. Lakin, aktiv yükləmə sınaqdan keçirilməyən kontaktlardakı dalğa cəbhəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olur ki, bu da faza-faza gərginliyinin 1,5 U qiymətindən az olması ilə nəticələnir. Bu, tətbiq edilən (U) və induksiya edilmiş (0,5 U) gərginliklərin maksimal qiymətinin üzə çıxdığı cüzi fərqli zamanlardan nəticələnir. Yükləmənin olduqca sərt olması (olduqca aşağı müqavimət) zamanı tətbiq edilən kommutasiya impulsunun kəsilmə müddəti doydurulma təsirinin baş verə bilməyəcəyi səviyyəyə qədər əhəmiyyətli dərəcədə qısalır.
Faza və sıfır nöqtəsi arasındakı gərginliyin fazalar arasında 1,5 dəfə müəyyən edilməsi tələbi, axının sınaqdan keçirilməyən künclərdə sarğılar boyunca yönəldilə bilməməsi səbəbindən üçbucaq şəkilli bağlanmış sarğıları olmayan sipər tipli və beş künclü özək tipli transformatorlarda qarşılana bilmir. Üçbucaq sarğıların olmadığı zaman, sınaqda keçirilməyən fazaların sarğı çıxışlarının qısa qapanması və torpaqlanması vasitəsilə yalnız 1,0 v.ü. faza-torpaq sınaqları əldə edilə bilər.
Üzərinə qoyulmuş titrəyişlərə münasibətdə oxşar mülahizələr təkfazalı avto transformatorlar üçün də keçərlidir.
8.2.2.2 Nasazlıqları aşkar etmə metodları
Nasazlıqları aşkar etmək üçün, adətən tətbiq edilən gərginliyin yalnız bir ölçülməsi kifayətdir, lakin sınağın impulsun orta və ya aşağı gərginlikli kontakta tətbiq edilməsi ilə aparılması zamanı gərginlik avadanlıq üçün ən yüksək gərginliyi olan kontaktda Um ölçülməlidir. Sınaqdan keçirilən sarğı boyunca torpağa cərəyan axını da əlavə olaraq istifadə oluna bilər.
8.2.3 Sınaq prosedurları
Sınaq prosedurları IEC 60076-3 sənədində təsvir edilmişdir. Bu prosedur özək doydurulmasının mümkün başlanmasının təxirə salmaqla impuls zamanını artırmaqla görülə bilən ölçülərə istinaddan ibarətdir.
Bu təlimatda başlıca olaraq istinad edilmiş, yüksək gərginlikli sarğıya birbaşa təsir metodu üçün, prosedur hər bir faza kontaktı üçün tətbiq formalarını özündə birləşdirir:
-bir mənfi qütblülük, azaldılmış sınaq səviyyəsi impulsu (50 % və 75 % arasında olan kommutasiya impulsu davamlılıq səviyyəsi);
-zidd qütblülük qalıq maqnitliliyinin tətbiqi, həm təqribən 50 % amplitudalı müsbət qütblülük impulsları, həm də birbaşa cərəyan tətbiqi vasitəsilə;
-hər bir impuls üçün zidd qütblülük qalıq maqnitliliyinin tətbiqi ilə, kommutasiya impulsu davamlılıq səviyyəsində üç mənfi qütblülük impulsları.
Daxil edilən qalıq maqnitliliyinin arzuolunan metodu təqribən 50 % sınaq səviyyəsinin zidd (yəni, müsbət) qütblülük impulslarının tətbiqidir. Hər hansı bir sınaq səviyyəsində münasib dərəcədə eyni ossilloqramlar və ya rəqəmsal qeydlər əldə etmək üçün, eyni qalıq maqnitliliyi səviyyəsinin, xüsusən doydurulma maqnitıliliyinin yaradılması tövsiyə olunur. Bu səviyyə ardıcıl impuls formalarında ilk sıfır dəyərindən keçmə zamanının dəyişməz qaldığı zaman əldə olunur. Tələb olunan əvvəlcədən maqnitlənmiş impulsların sayı və onların səviyyəsi can atılan sınaq gərginliyi səviyyəsindən asılıdır. Bu prosedur zamanı zarici elektrik boşalması ilə əlaqədar hər hansı bir problemin qarşısın almaq üçün bu cür müsbət qütblü əvvəlcədən maqnitlənmiş impulsların səviyyəsi sınaq gərginliyini 50 %-dən 60 %-dək keçməməlidir.
8.2.4 Sınaqların qeydə alınması
8.2.4.1 Ümumi məlumat
Kommutasiya impulsu sınağı zamanı yüksək gərginlikli kontaktın gərginliyinin qeydə alınması tələb olunur. Lakin, 8.2.2 maddəsində izah olunduğu kimi sınaqdan keçirilməyən kontaktlarda torpağa və ya fazalar arasında mümkün artıq gərginliklər səbəbindən bu gərginliklərin ən azı yoxlanılması məsləhət görülür.
Gərginliyin qeydə alınması, bir qayda olaraq, həm də kommutasiya impulsuna birbaşa məruz qalmayan maqnetik birləşdirilmiş sarğılarda hər hansı bir nasazlığı qənaətbəxş şəkildə göstərəcəkdir. İmpuls cərəyanları qeydə alına bilər və bir çox hallarda nasazlıq barədə əlavə məlumat verəcəkdir.
Rezistiv gərginlik bölüşdürücüləri dalğa formasına təsir edə biləcəyindən və termik cəhətdən yüklənə biləcəyindən, kommutasiya impulsu gərginliyinin qeydə alınması üçün tutumlu tip gərginlik bölüşdürücülərindən istifadəyə üstünlük verilir. Sınaqdan keçirilməyən kontaktların gərginliyini yoxlamaq üçün rezistiv gərginlik bölüşdürücülərindən istifadə zamanı onlar elektrik zəncirində qalmalıdır, çünki onlar elektrik zəncirinin mühüm yüklənməsini təqdim edir. Gərginlik bölüşdürücüləri qismində lazımi şəkildə kalibrlənmiş tutumlu giriş ayırıcılarından istifadə oluna bilər.
8.2.4.2 İmpuls gərginlikli dalğa formasının analıq qeydə alınması
a) İmpuls gərginlikli dalğa formasının müəyyən edilməsi
Sınaq zənciri parametrlərinin ilkin sazlanması zamanı dalğa formasının müəyyən edilməsi üçün dalğa cəbhəsi qeydi üçün dalğanın maksimal dəyərini özündə birləşdirən ayırıcı lazımdır ki, bu da, bir qayda olaraq, 100 µs və 300 µs arası deməkdir. Yalnız 90 % Td qiymətindən yüksək zamanı müəyyən etmək üçün istifadə olunan dalğa kəsmə qeydi üçün ayırma müddətinin 500 µs və 1,000 µs arasında olması tövsiyə edilir.
b) Tətbiq edilən impuls ınağı gərginliyi dalğasının qeydə alınması
Sınaq dalğası amplitudasının müəyyən edilməsi və üzə çıxa biləcək hər hansı bir nasazlığın aşkar edilməsinə imkan vermək məqsədilə ayırma müddəti ilk sıfır dəyərindən keçmə dövrünü əhatə edəcək qədər uzun olmalıdır. Bu müddət Tz gözlənilən müddətindən uzundur və bir qayda olaraq, 1 000 µs və 2 000 µs arasındadır. Istisna hallarda, hətta 2 000 µs və 3 000 µs arasında olan daha uzun ayırma vaxtı gərək ola bilər.
8.2.4.3 İmpuls gərginlikli dalğa formasının rəqəmsal qeydə alınması
a) İmpuls gərginlikli dalğa formasının müəyyən edilməsi
Əvvəldən başlayaraq dalğanın tamamilə yatırıldığı zamana qədər olan tam dalğa formasından dəyişdirici qurğunun maksimal mümkün yaddaşından istifadə etməklə nümunə götürülməsi vacibdir. Dəyişdirici qurğunu elə proqramlaşdırmaq lazımdır ki, dalğann virtual başlanğıc nöqtəsini müəyyən etmək üçün kifayət qədər nümunə sayı olsun. Kommutasiya impulsunu qeydə almaq üçün 10 MHz seçmə tezliyi qənaətbəxşdir. Dəyişdirici qurğu üçün 7.5.3 maddəsində göstərilən İldırım impulslarının rəqəmsal qeydə alınması üçün gərək olan tələblər kommutasiya impulsunun qeydə alınması üçün də qənaətbəxşdir.
Dəyişdirici qurğunun giriş gücləndiricisinin maksimal mümkün həllindən istifadə etmək vacibdir. 50 % azaldılmış səviyyəli impulsların sayı gərginliyin optimal diapazonun və/ və ya hər bir kanalın intervalını müəyyən etmək üçün tələb olunur.
Dəyişdiricinin giriş gücləndiriciləri səbəbindən gərginlik və cərəyan qeydə almalarının kəsilməsi ehtimalına və özəyin maqnetik doydurulması təsirinə xüsusi diqqət verilməlidir.
b) Tətbiq edilən impuls sınağı gərginlikli dalğanın qeydə alınması
Sınaq dalğası amplitudasını müəyyən etmək və üzə çıxa biləcək hər hansı bir nasazlığın aşkar edilməsinə imkan vermək məqsədilə qeydə alma ilk sıfır dəyəri keçməsi zamanın əhatə edəcək qədər uzun, yəni Tz gözlənilən müddətindən uzun olmalıdır. Bu, bir qayda olaraq, 1 000 µs və 2 000 µs, yaxud istisna hallarda 2 000 µs və 3 000 µs arası qeydə alma zamanı tələb edir.
8.2.4.4 İmpuls xarakterli cərəyanın analoq və rəqəmsal qeydə alınması
8.2.2 Qeyd olunduğu kimi, impuls cərəyanları sxemin mümkün qismən boşalmaları üçün qeydə alına bilər. Bu cərəyanın impuls gərginliyinin birbaşa tətbiq edildiyi sarğı üzərinə ölçülməsi zamanı, bu sarğının verilən sınaq gərginliyi səviyyəsinin əldə edilməli olduğu sarğı olub olmamasına baxmayaraq, cərəyan özündə üç hissəni birləşdirir:
– ilkin tutum cərəyanı impulsu;
–induktiv cərəyan komponentinin, tətbiq edilən gərginliyin quyruğuna uyğun gələn aşağı və ya getdikcə artan qiyməti;
– cərəyanın hər hansı bir doydurulmaya uyğun gələn maksimal dəyəri. Bu maksimal cərəyan dəyəri əgər doydurulma təsiri səbəbindəndirsə, gərginlik kollapsı və ya sönməsinə uyğun gələcəkdir.
Hər hansı bir burumlararası və ya köməkçi sarğı qısa qapanması da ani cərəyan maksimal dəyəri yaradacaqdır, lakin bu, axın bloklamasını göstərən gərginlik kollapsı daha çox sürətli olacaqdır.
İmpuls xarakterli cərəyanın ossilloqramları və ya rəqəmsal qeydləri götürüldüyü zaman, gərginlik qeydində istifadə olunan eyni açılma müddətindən yaxud seçmə müddətindən istifadə etmək arzuolunandır.
8.3.1 Dalğa formaları
Reaktorlarda əldə edilə bilən dalğa forması sarğılar boyunca heç bir tam ferro-maqnit zənciri olmadığından quyruğa hər hansı bir doydurulma təsiri olmadan söndürülmüş kosinus formasında olacaqdır. Bu dalğa forması, əsas etibarilə, reaktor induktivliyi və generator tutumu, və yavaşıma əmsalı ilə təyin edilən tezliyi ilə xarakterizə olunur. Lakin, reaktor dalğa formalarını ifadə etmək üçün qayda transformatorlarda üçün olduğu kimidir, yəni, T1, Td və Tz (bax şəkil 3b və B.16).
Virtual impuls artma müddəti, transformatorda olduğu kimi, başlıca olaraq effektiv sarğı tutumu, əlavə yük tutumu və ardıcıl müqavimətlə müəyyən olunur. Bu müddət, sınaqdan keçirilən sarğı boyunca təqribən eyni bərabərdə paylanılmağı təmin etmək üçün kifayət qədər uzun olmalıdır. Böyük T1 qiyməti üçün yavaşıma əmsalı böyük olacaqdır və beləliklə, müvafiq olaraq Tz üçün qısa müddətə səbəb olacaqdır. T1 dəyərinin kiçik qiymətləri üçün Td qısa olmağa başlayacaqdır və zidd qütblülüyün maksimal dəyəri sınaq gərginliyi səviyyəsinin 75 %-nə cataraq faza-torpaq və ya faza-faza gərginlik artımı riski doğuracaqdır. Bu cür nəticələr üzündən, transformatorlarda olduğu kimi, maksimal zidd qütblülük dəyərini 50 %-dən çox olmayan təhlükəsiz səviyyə ilə məhdudlaşdırmaq və T1, Td and Tz üçün müvafiq qiymətlər qəbul etmək məntiqlidir.
Bir qayda olaraq, Td ≥ 200 µs transformator xarakteristikası kiçik reaktorlar üçün problem deyildir (müvafiq yüksək tam müqavimətli üç fazalı reaktorlar üçün <100 Mvar). Böyük reaktorlar üçün, transformatorlar üçün göstərilən Td və Tz dəyərləri artıq impul generator genişlənməsini tələb edəcəkdir. Belə hallar üçün, Td və Tz üçün minimal qiymətlər uyğun gərginlik əldə etmək üçün müvafiq olaraq 120 µs və 500 µs olmalıdır.
8.3.2 Kontakt birləşmələri və nasazlıqların aşkar edilməsinin mümkün metodları
8.3.2.1 Kontakt birləşmələri
Hər faza üçün yalnız bir sarğı olduğundan, sınaq gərginliyi üçün tətbiq etmə nöqtəsi sınaqdan keçiriləcək faza sarğısının xətti çıxışıdır.
Üç fazalı reaktorlar üçün şəkil 4-dəki faza və sıfır nöqtəsi arasında gərginliyin fazalar arasında 1,5 dəfə qaldırılması tələbi qarşılana bilmir. Bu reaktorlardakı axın sınaqdan keçməyən künclərdə sarğılar boyunca yönəldilə bilmir. Bununla əlaqədar olaraq, İldırım impulsu sınaqlarında istifadə edilən normal sınaq prosedurları tələb olunur.
8.3.2.2 Nasazlıqların aşkar edilməsi metodları
Nasazlıqların aşkar edilməsi üçün, transformatorlarda olduğu kimi, tətbiq edilən gərginliyin, bir qayda olaraq, yalnız bir ölçülməsi kifayətdir, lakin sınaqdan keçirilən sarğı boyunca torpağa cərəyan axınından da əlavə olaraq istifadə edilə bilər.
8.3.3 Sınaq prosedurları
Özək doydurulması təsiri olmadığından, reaktorlar üçün sınaq prosedurları ildırım impulsu sınaqları üçün olduğu kimidir. Onlara daxildir:
– impuls gərginlikli dalğa formasının müəyyən edilməsi;
–bir mənfi qütblü azaldılmış sınaq səviyyəsi impulsu;
–hər hansı bir əvvəlcədən maqnitləşmə tədbirləri olmadan kommutasiya impulsu davamlılıq səviyyəsində üç mənfi qütblü impulsun tətbiqi.
8.3.4 İmpuls gərginlikli dalğa formasının və impuls xarakterli cərəyanın analoq və rəqəmsal qeydə alınması
8.3.1 maddəsində izah edilən dalğa forması fərqliliklər şərti ilə, reaktorlarda gərginlik və cərəyan qeydə almalarına transformatorlar üçün verilən eyni ümumi prinsiplər tətbiq olunur. Bununla belə, həm gərginlik, həm də cərəyan üçün tətbiq edilən gərginliyin ikinci yarımdövrünü əhatə edən ayırma müddətindən istifadə etmək məqsədəuyğundur.
Cərəyan qeydə almaları üçün, əlavə olaraq, ilkin tutumlu cərəyanı daha ətraflı müşahidə etmək üçün daha qısa ayırma müddətindən istifadə etmək məqsədəmüvafiqdir. Kosinus gərginlik dalğasına uyğun olan cərəyanın əsas dalğa forması sinusoidaldır (bax şəkil 3b və B.16).
9 OSSİLLOQRAMLARIN VƏ YA RƏQƏMSAL
Sınağın nəticələrinin nəzərdən keçirilməsi üçün əsas metod verilmiş sınaq ardıcıllığında alınan dalğa formalarının sınağı arasında müqayisədir. Ümumi götürüldükdə, eyni kanaldan, eyni sınaq şərtləri altında və eyni sınaq zənciri dəyişməz dəyərlərindən istifadə etməklə qeydə alınan sxemlər, qeyri-xətti cihazlar istisna olmaqla, eyni olmalıdır. Eyni qeydə alma səviyyələri əldə etmək üçün müxtəlif sınaq gərginliyi səviyyələri müvafiq sadələşdirmə əmsalları ilə tarazlaşdırılmalıdır.
Qoşma B transformator və reaktorlarda real şərtlər altında sınaqlar zamanı alınan ossilloqramların və rəqəmsal qeydlərin sayını özündə birləşdirir və nasazlıq və qeyri-nasazlıq vəziyyətlərini nümayiş etdirir. Lakin, ciddi olaraq vurğulanmalıdır ki, digər element üzərində oxşar dalğa forması uyğunsuzluqları mütləq eyni səbəbdən doğmuş kimi götürülə bilməz, belə ki, nasazlıqlar hər bir layihədən asılı olaraq özünü müxtəlif cür göstərəcəkdir.
9.1.1 Ümumi məlumatlar
Ossilloqramların və ya rəqəmsal qeydlərin izahı azaldılmış və nominal sınaq gərginlikləri arasında və ya nominal sınaq gərginliyində ardıcıl qeydlər arasında gərginlik və cərəyan qeydlərinin dalğa formalarının müqayisəsinə əsaslanır. Bu, bacarıq tələb edən vəzifədir və hətta mühüm təcrübə olduğu zaman belə mümkün pozuntu mənbələri səbəbindən uyğunsuzluqların əhəmiyyətini müəyyən etmək çox zaman çətindir. Hər növ uyğunsuzluq maraq predmetidir və tədqiq edilməlidir.
Uyğunsuzluqlar üzərində bu cür tədqiqatlar üçün ilk növbədə pozuntunun sınaq zənciri, ölçü zənciri və torpaqlama metodu ilə törəmədiyini yoxlamaq tövsiyə olunur. Əgər pozuntular sınaq zəncirində meydana gəlirsə, onları aradan qaldırmaq və ya, ən azı onların təsirini azaltmaq üçün bütün səylər görülməlidir. Yadda saxlamaq lazımdır ki, çoxmərtəbəli generatorlarda ayrı-ayrı mərhələnin iş müddətindəki fərqliliklə cərəyan qeydləri amplitudasında yüksək tezlikli ilkin titrəyişlərlə dəqiqə dəyişikliklərinə səbəb ola bilər (əsas tezliyi dəyişmədən). Bax. Şəkil B.13. Lakin əksər hallarda bu dəyişikliklər tətbiq edilən impulsun dalğa cəbhəsinin 50 %-ə müvafiq zaman intervalı ilə məhdudlaşdırılmışdır.
Bəzən maksimal dəyərdən sonra da uyğunsuzluqlar olur ki, bunlar da, əgər boşalma zəncirləri zaman baxımından üst-üstə düşmürlərsə, çoxlu paralel mərhələli əməliyyatlı generatordan yarana bilər. Bu, həm ardıcıl, həm də paralel aralığa malik generatorlarda boşalma aralıqlarının yenidən sazlanmasını tələb edə bilər.
İkincisi, sınaq obyekti daxilində hər hansı bir qeyri-xətti elementin və ya özək torpaqlanmasının uyğunsuqluq mənbəsi olub olmadığı yoxlanmalıdır. Aralıqsız, qeyri-xətti rezistorlar artan gərginlik səviyyəsi ilə məntiqi və güclənən irəliləyiş və ya dəyişiklik yarada bilər (bax şəkil B.12).
Yuxarıdakı uyğunsuzluq mənbələri aradan qaldırılmaqla və ya izah olunmaqla, azaldılmış və nominal sınaq gərginliyi arasında və ya nominal sınaq gərginliyində ardıcıl qeydlər arasında gərginlik və ya cərəyan qeydlərinin dalğa formasında üzə çıxan və sınaq obyekti daxilində sınaq zəncirində və ya qeyri-xətti rezistorda yaranması sübut edilə bilməyən dəyişikliklər sınaqdan izolyasiyanın pozulmasına işarə edir.
9.1.2 Gərginlik qeydləri – Tam dalğalı sınaqlar
Tətbiq edilən gərginlik ossilloqramları və ya rəqəmsal qeydləri nasazlıqların aşkar edilməsinin qeyri-həssas vasitələridir. Buna görə də, aşkar edilə bilən uyğunsuzluqlar izolyasiyada və ya sınaq zəncirində əsas xətaları müəyyən edir.
Zaman həlli imkanın kifayət qədər yüksək olması şərti ilə, uyğunsuzluqların daha təfsilatlı analizi mümkündür.
– sınaq altındakı kontakt yaxınlığındakı torpağa birbaşa qısa qapanmalar gərginliyin sürətli və tam dayanması ilə nəticələnəcəkdir. Sınaq altındakı sağrı boyunca artan, lakin bununla belə tam elektrik boşalması, bir qayda olaraq, addım-addım baş verən, bir qədər asta gərginlik dayanması ilə nəticələnəcəkdir (bax şəkil B.1).
–sarğı hissəsi boyunca baş verən elektrik boşalması sarğının müqavimətini azaldacaq və beləliklə amplitudanın ikiqat dəyərə azalması müddətinin kiçilməsi ilə nəticələnəckdir. Elektrik boşalması anında gərginlik dalğasında səciyyəvi titrəyişlər də baş verəcəkdir (bax şəkil B.1-dən B.5-dək).
–çarxlararası və ya hətta burumlararası izolyasiyanın deşilməsi kimi daha az əhatəli xətalar, bir qayda olaraq, gərginlik qeydlərində üzə çıxarıla bilmir, lakin bəzən yüksək tezlikli titrəyişlər kimi aşkar oluna bilər; cərəyan qeydləri, bir qayda olaraq, bu xətalaraı aşkar edəcəkdir. Bax şəkil B.6. Buna uyğun olaraq, sınaq altında olan kontaktlardakı və ya onların yaxınlığındakı asta-asta törəyən nasazlıqlar ossilloqramldarda və ya rəqəmsal qeydlərdə yalnız kiçik işarələr verə bilər.
Ötürülən gərginlik qeydləri də yuxarıda sözü gedən nasazlıqları göstərəcəkdir. Bu ölçmənin həssaslığı tətbiq edilən gərginlik üçün olduğundan daha yüksəkdir.
9.1.3 Cərəyan qeydləri – Tam dalğalı sınaqlar
İmpuls xarakterli cərəyan ossilloqramldarı və ya rəqəmsal qeydləri nasazlıqların aşkar edilməsinin ən həssas vasitəsidir. Lakin, bu həssaslıq bilavasitə nasazlıqla əlaqədə olmayan bir sıra təsirlərin göstərən qeydlərin mümkünlüyü ilə müşayət olunur. Bəzi variantlar 9.1-də göstərilmişdir ki, bunlar da titrəyişlərin dəyişkən sıçrayışları və ya cərəyan sxemlərində dalğa cəbhəsi dəyişikliklərinə görə cavabdehdilər və tədqiq olunmalıdır.
Cərəyan qeydlərindəki amplituda və tezlik dəyişiklikləri kimi əsas dəyişikliklər, bir qayda olaraq, sınaqdan keçirilən sarğı daxilində, sarğılar arasında və ya torpağa sarğı hissəsi pozuntularını göstərir (bax şəkil B.1). Dəyişiklik forması istifadə olunan nasazlıq aşkar etmə metodundan asılı olaraq müxtəlif olacaqdır. Cərəyanlar arta və ya zala bilər və dəyişikliyin istiqaməti nasazlığın aşkar edilməsi ilə birlikdə nasazlığın təbiəti və yeri barədə də təlimat verəcəkdir (bax şəkil B.3).
Mühüm artım neytral cərəyanında üzərinə qoyulmuş tezlikdəki dəyişikliklə birgə sınaqdan keçirilən sarğı daxilində nasazlıq üçün səciyyəvidir, azalma isə sınaqdan keçirilən sarğıdan qonşu sarıya və ya torpağa qısa qapanmanı göstərir.
Sınaqdan keçirilən sarğıdakı və ya torpağa qısa qapanma üçün tutumlu ötürülən cərəyan qütbçülükdəki abi dəyişiklikləri göstərəckdir. Həmçinin əsas tezlikdə dəyişiklik və amplitudada azalma da ola bilər. sınaqdan keçirilən sarğıdan qonşu sarğıya qısa qapanma eyni qütblülük istiqamətində amplitudadakı ani artımı və əsas tezlikdəki azalmanı göstərəcəkdir.
Xırda, yerli və qeyri-rəvan və 2 µs yaxud 3 µs arasında yayılan uyğunsuzluqlar burumlar və ya çarxlar arasında birləşmələrin izolyasiyasında ciddi boşalmanın və ya qismən deşik açılmanın mümkün işarəsidir. Kiçik ardıcıl tutumlu sarğılar üçün, yəni, əsas etibarilə, hərəkətli dalğa davranışının üzə çıxması üçün, tutumlu və hərəkətli dalğaların sıfır nöqtələrinə çatma arasında zaman fərqi uyğunsuzluqlarının qiymətləndirilməsi ilə uyğunsuzluğun mənbəsini təyin etmək mümkündür.
9.1.4 Gərginlik və cərəyan qeydləri – Kəsilən dalğalı sınaqlar
Kəsilmə anlarının təxminən eyni olduğu hallardan başqa, kəsilmə anından sonra kəsilən dalğa qeydlərinin, bir qayda olaraq, mümkün deyildir. Oxşar, lakin vacib surətdə eyni olmayan kəsilmə anlarına idarə olunan tipli kəsmə aralıqlarının istifadəsi ilə nail olunur (bax şəkil B.10). Kəsilmə anındakı hətta xırda fərqliliklər bəzi transformatorlar üçün kəsilmədən sonrakı andakı nümunədə qeydə alınan fərqliliklər meydana çıxarır (bu nümunə orijinal impulsun və kəsilmənin qarşı hissəsi sayəsində keçici prosesin uyğunlaşması olur) və bu fərqliliklər uğurlu formalarla nasazlığın olduğu formaların qeydə alınması arasında müqayisəni qarışdıra bilər (bax şəkil B.11).
Rəqəmsal qeydə alma üsullarından istifadə edərkən maddə 10-da təsvir edilən ötürmə funksiyasının analizi bur qarışıqlığı aradan qaldırmaq üçün səmərəli ola bilər (bax şəkil B.17).
Kəsilmədən sonrakı gərginlik və cərəyan qeydə almalarının tezliyindəki hər hansı dəyişikliklər araşdırılmalıdır. Bu dəyişikliklər həm laboratoriya torpağına əks konturdakı elektrik boşalması, həm də sınaq obyektindəki daxili nasazlıqla meydana gələ bilər.
Kəsilən dalğa sınağı apararkən, kəsən aralıqdan kəsməyə qısa qapanma, və ya hər hansı qığılcım boşalmalı xarici hissə, gərginlik qeydə almasının kəsilmiş dalğa göstərməsinə baxmayaraq, həm sınaq obyekti daxilində, həm də sınaq zəncirində nasazlığın aydın göstəricisini verə bilər.
Bir gərginlik formasından digərinə kəsilmə müddətinin kifayət qədər eyni olması şərtilə, sınaq zamanı baş verən nasazlıqlar kəsilmədən sonrakı titrəyişlərdəki fərqliliklərlə həm gərginlik, həm də cərəyan qeydlərində aşkar edilə biləcəkdir. Bax şəkil B.8 və B.9. Lakin nasazlığın kəsilmə anından əvvəl baş verdiyi hallarda vardır və o zaman tam dalğa sınaqlarında olduğu kimi eyni mülahizələr tətbiq olunur (bax şəkil B.2 və B.7).
9.2 Kommutasiya impulsu
9.2.1 Gərginlik qeydləri
Kommutasiya impulsu sınaqlarında, gərginliyin sarğı boyunca eyni bərabər paylanması sayəsində sarğı bölmələri və hissələr arasında, və ya hətta sarğılar arasında və ya torpağa qısa qapanma formasındakı əhəmiyyətli pisləşmə, bir qayda olaraq, nasazlığa daxildir. Bu nasazlıq tipi dalğanın tam dayanması və ya impulsun azalması, və ya bəzi hallarda sxemdə müvəqqəti gərginlik düşməsi kimi gərginlik dalğasındakı mühüm dəyişikliklərə səbəb ola bilər. bununla əlaqədar olaraq, kommutasiya impulsu sınaqlarında gərginlik qeydləri əksə nasazlıqların aşkar edilməsi üçün kifayət qədər həssas vasitədir (bax şəkil B.15).
Transformatorlar üçün hər hansı bir sarğı hissəsi xətası (burumlararası qısa qapanma, disklərarası deşilmə, yaxud şaxələnmə sarğılarındakı deşilmələr) axının qapanması ilə nəticələnək və gərginlik və cərəyan qeydləri ilə asanlıqla aşkar ediləcəkdir.
Hər fazaya yalnız bir sarğıya malik və qapalı maqnit konturu olmayan aralıqlı sipər özəkli reaktorlar üçün burumlararası qısa qapanmanın aşkar edilməsi çox çətin ola bilər, və ya nasazlıqlar hətta aşkar olunmamış qala bilər. Burada torpağa tutumlu cərəyan axınının və ya ikinci cərəyan qeydinin (rezervuar cərəyanı) yüksək həll imkanı faydalı ola bilər. Bu hallarda tətbiq edilən kosinus dalğasının zidd qütblülüyünə və maksimal dəyər müddətini əhatə etməyə yüksək həllə malik qeyd tövsiyə olunur.
Transformator sınaqlarında hər hansı bir dalğa kəsimi ixtisarı, adətən, ardıcıl formalarda özək maqnitləşdirməsinin fərqli ilkin vəziyyətlərindən doğan dalğa kəsiminin uzunluğundakı dəyişikliklərdən tamamilə fərqlənir; bununla belə, ilkin vəziyyətlər nə qədər yaxın uyğunlaşdırılarsa, nasazlıq və qeyri-nasazlıq halını ayırd etmək bir o qədər asan olur.
9.2.2 İmpuls xarakterli cərəyanın qeydə alınması
Cərəyan qeydlərinin ümumi dalğa forması transformatorlar üçün 8.2.4.4 və reaktorlar üçün 8.3.4 maddəsində təsvir edilmişdir. Dalğanın başlanğıcı, və ya transformatorlar üçün hallar istisna olmaqla, özək doydurulmanın ətrafı, gərginlik dalğasının hər hansı bir əyrisi kimi eyni vaxtda meydana çıxan cərəyanın qəfil dəyişiklikləri nasazlığa işarə edir. Gözlənilən nasazlıqların təbiəti ilə cərəyan qeydləri gərginlik qeydləri kimi həssasdır.
10 KEÇİD FUNKSİYASININ ANALİZİ DAXİL
OLMAQLA VERİLƏNLƏRİN RƏQƏMSAL EMALI
İldırım impulsu və kommutasiya impulsu sınaqlarında rəqəmsal qeydə alma texnikalarının təqdim olunması ilə, hazırda nasazlıqların analizi üçün əlavə vasitələr mümkündür.
Keçirici funksiya analizində transformator sıfır nöqtəsindəki və qısa qapanmış sınaqdan keçirilməyən torpağdakı sarğıda (ötürülən tutumlu cərəyan) həm tətbiq edilən gərginliyin U(t), həm də yaranan impuls xarakterli cərəyanın I(t) real zamanda edilən qeydləri Sürətli Furye Dəyişdirmə (SFD) alqoritmi ilə müvafiq olaraq U(ω) və I(ω) tezlik sahəsinə ötürülə bilər.
Bundan sonra gərginlik və cərəyan spektrləri (U(ω) və I(ω) ) riyazi olaraq aşağıdakı kimi işlənə bilər:
a) tam keçid ötürücülüyü funksiyasının formalaşdırılması üçün I( ω)/U( ω) bölməsi ilə, yaxud
b) tam keçid müqaviməti funksiyasının formalaşdırılması üçün I(ω)/U(ω) bölməsi ilə.
Transformatorun passiv şəbəkəsi üçün həm tam keçid ötürücülüyü funksiyası, həm də tam keçid müqaviməti funksiyası tezlik sahəsində səciyyəvi funksiya kimi nəzərdən keçirilir və dalğa formasından asılı olmamalıdır. Lakin, gərginlik spektri U(ω) hər hansı bir sıfır nöqtələri nümayiş etdirmədiyindən, keçid funksiyası analizində tam keçid ötürücülüyü funksiyasının I(ω)/U(ω) istifadəsi məqsədəuyğundur.
Bu cür keçid funksiyası nümunəsi şəkil B.17-də verilmişdir.
Dörd qütb nəzəriyyəsindən) ötürücülük funksiyası üçün nasazlıqların aşkar edilməsi aşağıdakı kimi alınır.
1) Keçid funksiyasında istənilən mühüm qütb dəyişikliyi sarğı hissəsi dəliyinin göstəricisidir.
2) Qütblərin istənilən hamarlanması qismən boşalmanın göstəricisidir.
Lakin impuls cərəyanındakı və/və ya tətbiq edilən gərginlikdəki tam keçid ötürücülüyü funksiyasında dəyişikliyə gətirib çıxarmayan dəyişikliklər sınaq obyekti problemindən fərqli olaraq sınaq zənciri problemini göstərir və bununla əlaqədar olaraq, daxili və xarici nasazlıqlar arasında fərqlilik ayırd edən vasitədir.
Qeyd olunmuşdur ki, bu üsul bütün hallar üçün tamamilə sübut olunmamışdır və hal-hazırda nəticələrin təfsiri üçün yalnız əlavə kömək kimi tövsiyə olunur. Sınaq nəticələrinin son qəbulu hələ də 7.5 bəndində qeyd olunan dalğa formalarının müqayisəsinə əsaslanmışdır.
Dəyişdirici qurğular impuls sınaqlarında 1980-ci illərdən başlayaraq istifadə olunur. Lakin, keçid funksiyası analizinə aid ədəbiyyat və təcrübə uzun illər boyu ziddiyyətli olmuşdur. Bu ziddiyyətlər üçün bir sıra səbəblər mövcuddur, yəni:
a) transformatorlar və xüsusən, ildırım impulsu sınaq dövrələri dörd qütb nəzəriyyəsinin tamamilə tətbiq edilə bilən olduğu cəmləşdirilmiş xətti parametrlərlə dövrə elementi ilə təqdim oluna bilmir;
b) rəqəmsal dəyişdirici qurğular kodlaşdırıcı siqnallardan küyün filtrasiya olunması üçün qeyri-standart, quraşdırılmış filtrlərə malik ola bilər
– filtrləmə xaricində və bilinməyən yavaş-yavaş artan nasazlıq göstəriciləri ilə nəticələnə bilən;
–ötürücü funksiyasından asılı olmayan dalğa formasına təsir edə bilən siqnallardan filtrlənmiş səs qeyri-standart qurulmuş filtrlərə malik deyildir.
c) müxtəlif nasazlıq şərtlərində sapmalar üçün yaxşı/pis meyarlar uyğun dərəcədə yaradılmamışdır.
Bu yeni texnologiya gələcək üçün çox güclü vasitə təqdim edir, çünki o, güclü qısa qapanmalardan sonra həm dielektrik xətalar üçün, həm də mexaniki xətalar üçün əsas avadanlıqdan idarə olunmaqla çalışan vəziyyət nəzarəti üçün istifadə oluna bilər.
Aşağıda həm real zaman üçün, həm də keçid funksiyası analizi üçün bir neçə qeyd nümunəsi verilmişdir.
1-ci hal: Rəqəmsal olaraq qiymətləndirilmiş qeyri-standart dalğa formalarının nümunə qeydləri
- IEC 60060-1 sənədinə müvafiq olaraq impuls enişi boyunca düzxətli ilə qiymətləndirilən 19 % gərginlik sıçrayışlı 1,44/46 µs qeyri-standart dalğa forması üçün bax şəkil B.18. Burada amplituda qiymətləndirilməsində xəta dəyişdirici qurğunun naməlum qurulmuş rəvan əyri yaranması alqoritmləri səbəbindən 10 % -dən artıq ola bilər.
- >50 % amplitudalı və 0,5 MHz-dən aşağı tezlikli üzərinə qoyulmuş titrəyişlərə malik 2,48/50 µs qeyri-standart dalğa forması üçün bax şəkil B.19. Burada, 5 µs amplitudanın ikiqat dəyərə azalma müddəti qiymətləndirilmiş və üzərinə qoyulmuş titrəyişin ilk keçidinə əsaslanmış dəyişdirici qurğu, IEC 60060-1 sənədinə müvafiq olaraq qiymətləndirməyə baxmayaraq, 50 µs göstərir.
- Laylı tip sarğıda qeyri-standart kəsilən dalğa üçün bax şəkil B.20. Burada layın tam müqaviməti kəsilən dalğanın torpağa sıfır səviyyəsi ətrafında titrəyişlərin və sürətli sönmənin qarşısını alır. (Şəkil B.8 və B.11-dəki ossilloqramları və ya rəqəmsal qeydləri şəkil 20 ilə müqayisə edin).
- Qeyri-standart dalğa formalarının dəyişdiricilərlə ümqayisəsi üçün eyni qeydin: şəkil B.21-dəki nümunədə amplitudadakı 7 % fərqlilik (102,3 kV qarşı 109,9 kV) və T1 parametrindəki 9 % fərqlilik (2,34 µs qarşı 2,55 µs) müşahidə edilmişdir. T2 parametrindəki fərqlilik izah edilə bilinmir. Kalibrlənmiş paralel maksimal dəyər voltmetrinin oxunması 110 kV təşkil etmişdir.
2-ci hal: Sınaq zənciri problemlərindən reaksiyalar
- Ölçülən kabeldən torpağa qığılcım atımının səbəb olduğu sınaq zənciri problemləri üçün bax şəkil B.22a. AG (aşağı gərginlikli) sarğı qığılcımlarından rezervuar və generator torpağından başqa torpağa tutumlu ötürülmüş cərəyan azaldılmış tam dalğalı sınaq ilə müqayisə edildikdən sonra aşağıdakılarla nəticələnir:
a) gərginlikdə göstəricinin olmaması;
b) cərəyanda aydın göstərici;
c) keçid funksiyası analizində aydın göstərici.
- Keçid funksiyasında tezlikdə dəyişiklik olmadan qütblərdə hamarlama üzə çıxır. Bu, boşalmanı göstərir.
-Ölçü kabelində nasazlığın düzəldilməsindən sonra impuls sınağı təkrarlanmışdır. Şəkil B.22b azaldılmış və tam dalğa impulsu sınaqlarında keçid funksiyaları arasında tam uzlaşmanı göstərir.
3-cü hal: Sınaq obyekti nasazlıqlarından reaksiyalar
-Çıxış sarğıları arasında qığılcım sıçrayışına gətirib çıxaran çıxış sarğısı dəyişdiricisinin nasazlığının rəqəmsal qeydi şəkil B.23a-da göstərilmişdir. Tam impuls və keçid funksiyasında gərginlik və cərəyanın real zamanda qeydləri azaldılmış tam dalğalı impuls sınağıyla müqayisədə əhəmiyyətli dəyişiklikləri göstərir.
-İri və incə tənzimləmə sarğıları arasında nasazlığın rəqəmsal qeydi üçün bax şəkil B.23b. Bütün real zaman və keçid funksiyası qeydlərində əhəmiyyətli dəyişikliklər baş verir.
Bütün əvvəllər göstərilmiş nümunələrdəki qeydlərdən göründüyü kimi, bütün xətalar, həmçininm real zaman qeydləri aşkar edilə bilər.
11 İMPULS SINAQ HESABATLARI
Sınaq obyektində keçirilən impuls sınaqlarının hesabatı ən azı aşağıdakı məlumatları özündə birləşdirməlidir.
a) Ümumi məlumat, o cümlədən
– sınaqdan keçirilən avadanlığın tipi, sinfi və gərginliyi;
– sınağın aparıldığı lehim açma vəziyyəti;
– sınaq yeri və tarixi;
– istehsalçının sınaq mühəndisi;
– istehlakçının təsdiq edən mühəndisi;
– sınaqdan keçirilən avadanlıq standartı;
– verilən sınaq səviyyələri və dalğa formaları.
b) Hər bir kontakt üzərində keçirilən impuls sınaqlarını göstərən cədvəl məlumatları, o cümlədən
- sınaq dalğalarının tipi və maqnitudası;
- eyniləşdirilmə və rahat qarşılıqlı istinadlar etmə üçün qeydlərin sayı;
- ildırım impulsu üçün tam və ya kəsilən dalğalar və kommutasiya impulsu üçün real şəraitdə keçirilən sınaq gərginlikləri;
- impuls generator üçün faktiki verilən parametrlər (daxili və xarici);
- ildırım impulsu (T1, T2, Tc) və kommutasiya impulsu (T1, Td, Tz) üçün faktiki dalğa forması parametrləri;
- hər bir sınaq üçün birləşmələrin diaqramı, o cümlədən
-çıxışların nişanlanması;
-impuls kontaktının tətbiq olunduğu;
-sınaqdan keçirilən fazanın və sınaqdan keçirilməyən fazanın sınaqdan keçirilməyən kontaktlarının torpaqlama qurğuları, o cümlədən torpaqlama müqavimətlərinin və ya tam müqavimətlərinin qiymətləri;
- sınaq sxemi detalları;
- gərginlik və cərəyan ölçmənin vəziyyətləri və yerləşdiyi yerlər.
c) sınaqlar zamanı götürülən müvafiq qeydlərin əks etdirilməsi sınaq hesabatının vacib hissəsidir. Bu qeydlər verilən zaman lazımi qaydada təyin edilməli və elə tənzimlənməlidir ki, tam dalğalar və kəsilən dalğalar arasında vacib müqayisə rahat aparıla bilsin. Hər bir oxun miqyaslanması (yəni, maqnituda və zaman) hər bir ossilloqramda və ya rəqəmsal qeyddə göstərilməlidir.
Şəkil 1 – Tipik impuls sınağı zənciri
əsas elektrik zənciri
effektiv sınaq obyekti tutumu
effektiv sınaq obyekti müqaviməti
daxili ardıcıl müqavimət
gərginlik ölçmə zənciri
xarici ardıcıl müqavimət
kəsmə zəncirində əlavə tam müqavimət
gərginlik bölüşdürücü
gərginlik bölüşdürücünün yüksək gərginlik ötürücüsünün tam müqaviməti (tutumu)
gərginlik bölüşdürücünün aşağı gərginlik ötürücüsünün tam müqaviməti (tutumu)
1 gərginlik ölçən zəncir
4 tutumlu ötürülən cərəyan
3 neytral və ya sarğı cərəyanı
6 gərginlik ölçən zəncir və ötürülən
Z1 (C1 ), Z2 (C2)gərginlik bölüşdürücüsündəki
tam müqavimətlər (tutumlar) (həmçinin bax Şəkil 1)
Şəkil 2 – Kontakt birləşmələrin ildırım impuls sınağı və nasazlıqların aşkar edilməsinin mümkün metodları
1 gərginlik dalğasının forması
2 cərəyan dalğasının forması
T impulsun maksimal dəyərin 30 % və 90 % olduğu an arasında müddət
T1 virtual impuls artma zamanı
Tz birinci sıfır dəyərindən keçid müddəti
Td verilən amplitudanın 90 %-dən artıq müddət
Şəkil 4 –Kontakt birləşmələrin kommutasiya impuls sınağı və nasazlıqların aşkar edilməsi metodları
1 gərginlik ölçən zəncir
2 cərəyan ölçən zəncir
3 yükləmə rezistoru, bax 8.2.2.1
Z1 (C1 ), Z2 (C2) gərginlik bölüşdürücüsündəki tam müqavimətlər (tutumlar) (həmçinin bax şəkil 1)
Qeyd: İmpulsun üçbucaq şəkilli birləşdirilmiş sarğıya alternativ tətbiqi nöqtəli göstərilmişdir.
Dalğa formalı nəzarət prinsipləri
İmpuls dalğaları kondensator qruplarını paralel yükləyən və sonra onları ardıcıl boşaldan düzülüşlə hasil edilir. Gərginliyin maqnitudası ilkin yükləmə gərginliyi, boşalan ardıcıl kondensator sayı və elektrik zənciri tənzimləməsi ilə müəyyən edilir. Dalğa forması əhəmiyyətli dərəcədə generatorun tutumları və tam müqavimətləri, yükün müqaviməti ilə müəyyən edilir.
Transformatorların ildırım impulsu sınağında dalğa formalarına necə nəzarət olunması prinsipləri şəkil A.1 və A.2-də verilmiş sadələşdirilmiş diaqramlar vasitəsilə göstərilmişdir. Onlar iki əsas aspektə bölünməlidir:
- yüksək müqavimətli sarğılar üçün;
- aşağı müqavimətli sarğılar üçün.
A.2 Yüksək müqavimətli sarğılar (Lt > 100 mH)
Şəkil A.1 – Yüksək müqavimətli sarğılar üçün dalğa formasına nəzarət
Cg generator tutumu Rs = Rsi + Rse, ümumi ardıcıl müqavimət (bax: şəkil 1)
C = Ct + CL + C1 (bax: şəkil 1) Rp paralel müqavimət (bax: şəkil 1)
İmpulsun artma müddəti
və amplitudanın yarım kəmiyyətə azalma müddəti
Rp >> Rs və Cg >> C üçün:
Ümumilikdə, həm ön, həm də arxa hissə parametrləri təmiz tutumlu yüklərə tətbiq edilə bilən bu prinsiplərə müvafiq olaraq tənzimlənmişdir. Lakin qeyd olunmalıdır ki, C qiymətinə daxil edilən effektiv transformator tutumu Ct, ön və arxa hissə mülahizələri üçün müxtəlif fiziki kəmiyyətdir.
İmpulsun artma müddəti üçün Ct dəyəri Ct ≈ CB + √(CsCe) kimi dəyərləndirilə bilər, burada CB izolyator girişi tutumu, Cs sarğı ardıcıl tutumu və Ce sarğı torpaq tutumudur.
Dalğa kəsimi üçün Ct dəyəri ilkin gərginlik paylanmasından asılı olaraq CB üstəgəl Ce kimi müəyyən edilə bilər. Göründüyü kimi, arxa hissə mülahizələri üçün Ct dəyəri əksər praktiki hallarda az əhəmiyyətlidir (bax bərabərlik (A.5)).
20 mH və 100 mH arası diapazondakı effektiv induktivliklərinin sarğıları Lt üçün sarğı müqaviməti daimi boşalma zamanını nəzərəçarpacaq dərəcədə azaldır (τ = RpCg). Bu hallarda, T2 dəyəri (A.5) bərabərliyinə müvafiq olaraq birbaşa tənzimlənə bilmir. Bu təsiri təmin etmək üçün təcrübə göstərmişdir ki, Rp dəyəri (A.5) bərabərliyindən alınan qiymətdən iki-on dəfə artıq dəyərə yüksəldilməlidir.
A.3 Aşağı müqavimətli sarğılar (Lt < 20 mH)
Ön tınzimləmələr üçün yüksək müqavimətli sarğılarda kimi tətbiq olunur.
Dalğa kəsimi qurğuları üçün sınaq obyekti öz effektiv induktivliyi ilə təqdim edilə bilər və bu da şəkil A.2-də göstərilmişdir.
Şəkil A.2 – Aşağı müqavimətli sarğılar üçün dalğa kəsiminə nəzarət
Ut sınaq gərginliyi elektrik zəncirinin k sönmə əmsalı qiymətindən asılı olaraq titrəyişli və ya göstəricili ola bilər. Yüksək (k = 1) və ya olduqca yüksək (k > 1) azaldılan elektrik zəncirləri eksponensial əyrilərə səbəb olur. Lakin müvafiq müqavimət qiymətlərin uzun impuls artımı müddəti qəbul edilməz olduğundan bu, bir qayda olaraq tətbiq edilmir.
k < 1 olduqda, sınaq gərginliyi
Bu gərginlik sönən rəqs dalğası yaradır (Şəkil A.3-də göstərilmişdir).
Şəkil A.3 –Sönən rəqs
T2 dəyərinin ilkin qiymətləndirilməsi üçün Rs sıfır kimi qəbul edilir. Bu zaman (A.6) aşağıdakı kimi olur:
Ut = Ucosω0t və amplitudanın ikiqat dəyərə azalma müddəti aşağıdakı bərabərliklə verilmişdir
Lakin bu nəzəri şərt 100 % zidd qütblülük maksimal dəyəri olan sönməyən rəqs verər.
Bu cür yüksək zidd qütblülük qismən boşalmalar yaradan yüksək titrəyişli gərginliklər səbəbindən çarxlararası və sarğılararası izolyasiyanı və yalnız sınaq məhdudiyyətləri səbəbindən artırılmış elektrod mexanizmlərini artıq gərginliyin yarada bilər. Buna görə də Ur maksimal əks polyarlıq ilkin maksimal gərginliyinin 50 %-nə qədər məhdudlaşdırılır.
Ur əks polyarlığın maksimalı 50 %-dək məhdudlaşdırılmasıyla sönmənin əhəmiyyətli dərəcəsi təqdim edilməlidir və amplitudanın ikiqat dəyərə azaldılması müddəti (A.7) bərabərliyi ilə hasil edilən qiymətdən qısa olur. Bu hal üçün sönmə əmsalı k = 0,25 və amplitudanın ikiqat dəyərə azalması müddəti aşağıdakı kimi olacaqdır
(A.7) və (A.8) bərabərlikləri Lt sınaq obyektinin və ya Cg generator tutumunun induktivliyinin nizamlanması ilə dalğa kəsiminin nəzarəti üçün təlimat verir.
Lt sınaqdan keçirilməyən sarğıların birləşmələri ilə təsirə məruz qalır. Qısa qapanmış və torpaqlanmış sınaqdan keçirilməyən sarğılar (adi birləşmələr) ilə Lt, transformatorların səpələnmə induktivliyidir. Bu konfiqurasiyada sınaqdan keçirmə, hətta daha qısa quyruq nəticələri zamanı belə sarğılar və sarğı bölmələri arasında izolyasiyaya ən böyük gərginlik törədir, hətta qısa bir quyruq nəticələri isə. Lakin, qısa quyruğun uzun müddət ərzində gərginliyə imkan vermədikcə, qısa quyruq torpaqda sarğının ortasında bəzi digər mümkün konfiqurasiyalardakı kimi artıq yükləməyəcəkdir.
Effektiv induktivlik sınaqdan keçirilməyən sarğıların müqavimət yükü ilə artırıla bilər, lakin o məhdudiyyətlə ki, sınaqdan keçirilməyən sarğıların çıxışlarındakı gərginliklər özlərinin əlaqəli ildırım impulsu davamlılıq səviyyəsinin (səviyyələrinin) ulduz şəkilli birləşdirilmiş sarğılar üçün 75 %-i və ya üçbucaq şəkilli birləşdirilmiş sarğılar üçün 50 %-i keçməməlidir.
Cg impuls generator mərhələlərinin ardıcıl və ya paralel birləşmələri ilə dəyişdirilə bilər. (A.9) bərabərliyinə müvafiq olaraq, tələb olunan minimal generator tutumu aşağıdakı kimi olur.
Lakin, elə hallarda vardır ki, burada (A.9) bərabərliyinin şərtləri heç də həmişə qarşılana bilmir, çünki Lt dəyərinin həddən artıq aşağı qiymətləri, yaxud burada yuxarıda istinad edilən gərginlik məhdudiyyəti səbəbindən Lt sınaqdan keçirilməyən sarğı çıxışlarının torpaqlama müqavimətləri ilə daha artırıla bilmir. Bu hallarda zəncirin dəyişməz boşalma müddəti aşağıdakı bərabərliklə verilmişdir
Bu bərabərlik dalğa kəsimi sazlanmasının digər yolunu göstərir. Lakin, Rs-in kəskin azalması həddən artıq gərginlik atımı və ya impuls dalğasının maksimal həddində üzərinə qoyulmuş titrəyişlərlə, həmçinin həddən artıq əks polyarlığın maksimal dəyəri ilə nəticələnəcəkdir. Bu cür hallarda tövsiyə edilir ki, dalğa kəsimi nəzarəti üçün CL əlavə yük tutumu istifadə olunsun. Yük tutumu bu zaman Rs kiçik ardıcıl rezistorun mənfi təsirlərini azaldacaqdır.
Əgər dalğa kəsimi nəzarətinin yuxarıda sözü keçən metodu lazımi amplitudanın ikiqat azalması müddətini əldə etmək üçün hələ də kifayət deyildirsə, şəkil A.6-ya müvafiq olaraq sınaq altında olan sarğının (sarğıların) sınaqdan keçməyən kontaktında (kontaktlarında) müqavimət torpaqlamasına müraciət etmək və ya daha qısa amplitudanın ikiqat dəyərə azalması müddətinin əldə edilməsi arasında uyğunluq lazımdır. Burada yenidən, ulduz şəkilli birləşdirilmiş sarğılar üçün kontaktda (kontaktlarda) gərginlik məhdudiyyətinin 75 %-i və üçbucaq şəklində birləşdirilmiş sarğılar üçün 50 % əlaqəli ildırım impulsu davamlılıq səviyyəsi (səviyyələri) tətbiq olunur. Lakin daha qısa amplitudanın ikiqat dəyərə azalması müddətinə üstünlük verilməlidir.
Şəkil A.4-dəki 3-cü element kip torpaqlanmış sarğının bir çıxışı olan ekvivalent transformatoru göstərir. Əgər C1 və C2 ötürücü tutumları C3 torpaqdakı tutumla müqayisədə böyükdürsə, bu zaman gərginlik paylanması qrafikdəki M əyrisinə bənzər olacaqdır. Son paylanma N xətti ilə göstərilmişdir ki, bu da titrəyiş diapazonunun M və M’ əyriləri arasında olacağı deməkdir. Ötürücülük tutumları torpaqdakı tutumla müqayisədə həddən artıq kiçik olarsa, bu zaman gərginlik paylanmasının O əyrisinə bənzər olması baş verəcəkdir ki, bu da titrəyiş diapazonunun O və O’ əyriləri arasında olması ilə nəticələnir. Bu konfiqurasiya ilə sarğıların elə bölmələri mövcuddur ki, bunlar xətti çıxışlara tətbiq edilən gərginliyi keçə bilərlər, lakin, ümumilikdə, bu sarğılar uzun müddət dəyişməz qiymətinə malikdir və T nöqtəsi üçün titrəyişə öz maksimal müddəti adətən kifayət qədər uzundur ki, çıxışlarda tətbiq edilən gərginlik maksimal gərginlik dəyərinin 50 % azaltmışdır. Bu konfiqurasiya sarğıdan torpağa uzun müddət gərginlik törətmir, lakin o, sarğı daxilində izolyasiyanı gərginlik yaradar.
Bu sınaq konfiqurasiyası elektrik zənciri müqavimətində heç bir artım olmadığında cərəyan ölçülməsi üçün çox əlverişlidir və buna görə də, elektrik zənciri yüksək tezlikli uyğunsuzluqlara yaxşı reaksiya verir.
Şəkil A.4 – Dalğa kəsiminin kiçik uzunluğu ilə əlaqədar təsirlər
1 impuls generatoru C1, C2 ötürücü tutumlar
2 qığılcım aralığı C3 yerə münasibətdə tutum
3 transformator Cg, Rs, Rp (bax şəkil 1)
X torpaq L1, L2 induktivliklər
B sarğının neytral ucu
E sarğı çıxışlarında gərginlik amplitudası
Digər mümkün konfiqurasiya sınaq altında olan sarğının torpaqlanmış çıxışına müqavimət daxil etməkdir. Bu konfiqurasiya burumlararası və çarxlararası yüklərin, zamanla dəyişməz sarğılardan asılı olan dəyişikliklərin miqdarını dəyişməyə yönəlmişdir. Şəkil A.5-dəki 3-cü element rezistor boyunca torpaqlanmış sarğının sınaqdan keçirilməmiş çıxışına malik transformatorun tipik ekvivalent şəbəkəsini göstərir. Əgər tutumlardan C1 və C2 torpağda C3 tutumu ilə müqayisədə həddən artıq böyük olarsa, paylanma qrafikdəki P əyrisi kimi olacaqdır. Son paylanma Q əyrisi kimi olacaqdır ki, burada bütün, yaxud demək olar ki, bütün gərginlik rezistor boyunca üzə çıxacaqdır. Bundan sonra dolanan titrəyişlər P və P’ əyriləri arasında olacaqdır. Torpağda tutum ötürücü tutumu ilə müqayisədə böyük olduğu zaman, ilkin paylanma qrafikindəki S əyrisi kimi üzə çıxacaqdır və son paylanma yenə də Q əyrisi verəcəkdir. Bu halda dolanan titrəyişlər S and S’ arasında olacaqdır. Yenə də sarğı hissələrində torpağa həddən artıq yüksək elektrik gərginliyi yaratmaq mümkündür. Təcrübədə ümumi olaraq qəbul edilmişdir ki, müvafiq uzunluqlu quyruq yaratmaq üçün yalnız kifayət qədər müqavimət daxil etmək lazımdır və rezistor boyunca üzə çıxan gərginliklə əlaqədar ildırım impulsu davamlılıq səviyyəsinin 75 %-dən çox olmamaqla məhdudlanır. Əgər əvvəlki nümunədə müvafiq uzunluqlu quyruq yaratmaq üçün tələb olunan müqavimət daha kiçik olarsa, son paylanma xətti Q’ qədər azaldılacaq və dövrələyici titrəyiş S and S’’ arasında olacaqdır. Quyruq uzunluğu və müqavimət boyunca gərginlik istifadə olunan müqavimət qiymətini təyin etmək üçün ölçülməlidir.
Sınaq konfiqurasiyası xətti çıxış izolyasiyasına lazımi dalğa forması tətbiq edir və hərçənd müqavimət nasazlığın aşkar edilmə həssaslığını bir qədər azaltsa da, torpaq cərəyanı ölçülmələri üçün müvafiqdir. İlkin olaraq, sarğı boyunca tam impulslu gərginlik və ardıcıllıqla müqavimət tətbiq edilir; buna görə də, sarğı boyunca yük azaldılacaqdır.
Şəkil A.5–Rezistor boyunca torpaqlanmış sarğı
İmpuls generator və sınaqdan keçirilən sarğı arasında, bəzən Rs dəyərinə paralel olaraq (bax şəkil A.6) induktivliyin daxil edilməsi ümumi elektrik zənciri induktivliyini artırır və çox vaxt impulsun kəsilmə müddətini artırır. Bu konfiqurasiya dalğanın ön bölümü ərzində impuls generatorundan induktora enerji ötürülməsinə və dalğanın quyruq bölümü ərzində induktordan sarğıya enerji ötürülməsinə əsaslanır. Bu konfiqurasiya ilə kəsilmə müddətindəki yaxşılaşma kəmiyyəti sarğının texniki göstəricilərindən və əldə olan induktivliyin qiymətlərindən asılıdır.
Praktik olaraq, eyni mülahizələr İldırım impulsunun artma müddətinin sazlanması üçün tətbiq edilir. Lakin, bu halda daha uzun impuls artma müddəti üçün Ct effektiv transformator tutumu Ce effektiv sarğı torpağı tutumuna bərabərdir.
1. Amplitudanın ikiqat qiymətə azaldılması müddətinin artırılmasının yeni metodu işlənib
hazırlanmışdır ki, bu da Rs dəyəri ilə paralel olaraq əlavə induktordan istifadə edir və beləliklə, ümumi elektrik zənciri induktivliyini artırır.
2. sınaqdan keçirilən kontakt
3. sınaqdan keçirilməyən kontakt
Səciyyəvi ossilloqramlar və rəqəmsal qeydlər
Növbəti səhifələrdə nümayiş etdirilən nasazlıq və qeyri-nasazlıq vəziyyətlərinin ossilloqramları və rəqəmsal qeydləri konsentrik silindrşəkilli sarğılara malik özəkli güc transformatorlarında və şuntlaşdırıcı reaktrolarda real şərtlər altında aparılan sınaqların qeydlərindən çıxarılmışdır. Yenə də o fakta diqqət yetirilməlidir ki, bu ossilloqramlar tipik olduğundan, fərqli gərginlikli, quruluşlu və emallı başqa bir transformator və ya reaktorda müşahidə edilən uyğunsuzluğun, burada nümayiş etdirilən nasazlıqlarla açıq-aydın oxşar olmasına baxmayaraq eyni nasazlıqdan doğduğu qəbul edilə bilməz. Nümayiş etdirilən müəyyən nasazlıqların məqsədi yalnız ümumi arayış verməkdir.
Cədvəl B.1-Ossilloqramlarda və rəqəmsal qeydlərdə təsvir edilmiş nümunələrin xülasəsi
Korlanma, xətdən neytrala, sınaqdan keçirilən yüksək gərginlikli sarğılar boyunca
Korlanma, disklər arasında, sınaqdan keçirilən yüksək gərginlikli sarğının girişində
Korlanma, laylar arası, nahamar pilləli bölmələrə ayrılan sarğıda
Xaricə bölmələr ayrılan sarğının bölmələrə ayrılan sonluq çıxışları arasında korlanma
Hamar pilləli bölmələrə ayrılan sarğıda bir bölmə boyunca korlanma
Əsas yüksək gərginlikli sarğının paralel konduktorları arasında korlanma
Giriş izolyatoru folqaları arasında korlanma
Sınaqdan keçirilən əsas yüksək gərginlikli sarğının burumları arasında korlanma
Hamar pilləli bölmələrə ayrılan sarğıda burumlar arasında korlanma
Kəsilən dalğalar – Fərqliliklərin kəsilməyə təsirləri
Eyni kəsilmə müddəti olan sınaqlar
Kəsilmə müddətlərində böyük və kiçik fərqliliklər olan sınaqlar
Çıxış sarğıları dəyişdiricisində qeyri-xətti rezistorların təsiri
Generator işə düşməsi fərqliliklərinin təsiri
Transformatorda qənaətbəxşlik sınağı
Transformatorun sınaqdan keçirilən əsas yüksək gərginlikli sarğısının korlanması
Reaktorda qənaətbəxşlik sınağı
Tam dalğa və kəsilən dalğanın keçid funksiyasının müqayisəsi
Dəyişdirici qurğuların hamar əyri yaranma alqoritmlərinin təsiri
Üzərinə qoyulan titrəyişlərlə qiymətləndirmə
Lay sarğısında qeyri-standart dalğa
Fərqli dəyişdirici qurğulara malik qeyri-standart dalğa formalarının müqayisəsi
Ölçü kabelindən torpağa qığılcım atımının doğurduğu sınaq zənciri problemi
Tam İldırım impulsu, çıxış sarğıları dəyişdiricisinin çıxışları arasında və nahamar və hamar bölmələrə ayrılan sarğılar arasında nasazlıq
1 tətbiq edilən impuls, 100 s ayrılma
2 aşağı gərginlikli sarğıya ötürülən gərginlik, 100 s ayrılma
3 neytral cərəyan, 25 s ayrılma
Şəkil B.2 – İldırım impulsu, tam dalğa pozuntusu – 115 kV
transformatorun yüksək gərginlikli sarğısına girişdə disklər
1 tətbiq edilən impuls, 10 s ayrılma
2 neytral cərəyan, 100 s ayrılma
1. Pozuntu kəsilmə anından əvvəl baş verdiyindən, bu səbəbdən tam dalğa pozuntusu kimi baxılır.
2. 2 s dəyərindən sonra pozuntu gərginlik və neytral cərəyan ossilloqramlarında aydın göstərilir
Şəkil B.3 – İldırım impulsu, 400/220 kV transformatorun
nahamar pilləli bölmələrə ayrılan sarğısında laylararası korlanma
1 tətbiq edilən, 100 µs ayrılma
2 torpağa münasibətdə qısa qapanmış, qonşu sarğıdan tutumlu ötürülən cərəyan, 100 µs ayrılma
3 neytral cərəyan, 100 µs ayrılma
Qeyd: 30 µs dəyərdən sonrakı pozuntu, gərginlik, tutumlu ötürülən cərəyan və neytral cərəyan ossilloqramlarında aydın göstərilmişdir.
Şəkil B.4 – İldırım impulsu, tam dalğa pozuntusu – 400 kV generator transformatorunun xaricə ayrılan bölməli sarğısının iki 1,1 % bölmələri sonluq çıxışları arasında korlanma
1 tətbiq edilən impuls, 100 µs ayrılma
2 neytral cərəyan, 100 µs ayrılma
3 neytral cərəyan, 25 µs ayrılma
4 neytral cərəyan, 250 µs ayrılma
Qeyd: İkinci tam dalğa gərginlikli formanın bütün qeydlərindəki xırda dəyişikliklər ilə göstərilən nasazlıq.
Şəkil B.5 – İldırım impulsu, tam dalğa pozuntusu – 220 kV transformatorun hamar pilləli bölmələrə ayrılan sarğısının qısa qapanan bir bölümünün korlanması
1. tətbiq edilən impuls, tam dalğa, 100 µs ayrılma
2. torpağa münasibətdə qısa qapanmış qonşu sarğıdan tutumlu ötürülən cərəyan, 100 µs ayrılma
Qeyd: Pozuntu həm gərginlik, həm də tutumlu ötürülən cərəyan ossilloqramlarında göstərilmişdir.
Şəkil B.6a – Azaldılmış tam Şəkil B.6b – Tam dalğa (100 %) nasazlıqla
dalğa (62,5 %) nasazlıqsız
Şəkil B.6 – İldırım impulsu, tam dalğa pozuntusu – 220/110 kV transformatorunun əsas yüksək gərginlik sarğısının paralel cərəyan keşirici damarları arasında korlanma
1 tətbiq edilın impuls, 100 µs ayrılma
2 neytral cərəyan, 100 µs ayrılma
3 torpağa münasibətdə qısa qapanmış qonşu sarğıdan tutumlu ötürülən cərəyan, 100 µs ayrılma
Qeyd: 30 µs və 35 µs arasında dəyərlərdən sonra pozuntu, həm neytral, həm də tutumlu ötürülən cərəyan ossilloqramlarda aydın göstərilmişdir və tətbiq edilən gərginlik ossilloqramında heç bir göstərici yoxdur.
Şəkil B.7a – Tam dalğa (100 %) Şəkil B.7b – Kəsilən dalğa (115 %)
nasazlıqsız nasazlıqla (Qeyd 1)
Şəkil B.7 – İldırım impulsu, tam dalğa pozuntusu – Sınaqdan keçirilən sarğıda 66 kV izolyasiya girişinin folqaları arasında korlanma
1 tətbiq edilən impuls, 10 µs ayrılma
2 neytral cərəyan, 15 µs ayrılma
1 Pozuntu kəsilmə anından əvvəl baş verdiyindən, buna görə də, tam dalğa pozuntusu kimi baxılır.
2 Maksimal dəyərdən dərhal sonra və kəsilmə anından əvvəl baş verən pozuntu 10 % gərginlik dalğası düşümü və neytral cərəyan ossilloqramı ilə göstərilmişdir.
1 tətbiq edilən impuls, 10 µs ayrılma
2 torpağa münasibətdə qısa qapanmış qonşu sarğıdan tutumlu ötürülən cərəyan, 50 µs ayrılma
1 neytral cərəyan, 50 µs ayrılma
Qeyd: 10 µs və 15 µs arasındakı dəyərdən sonra pozuntu ötürülən cərəyan və neytral cərəyan ossilloqramlarında aydın göstərilmişdir.
Şəkil B.9 – İldırım impulsu, kəsilən dalğa pozuntusu – 220 kV transformatorun hamar pilləli bölmələrə ayrılan sarğısındakı burumlar arasında korlanma
1 tətbiq edilən impuls, kəsilən dalğa, 50 µs ayrılma
2 torpağa münasibətdə qısa qapanmış qonşu sarğıdan tutumlu ötürülən cərəyan, 50 µs ayrılma
Qeyd: Pozuntu həm gərginli, həm də tutumlu ötürülən cərəyan ossilloqramlarında kəsilmədən dərhal sonra göstərilmişdir.
Şəkil B.10 – Kəsilən İldırım impulsu – 115 kV transformatorun
sınağı zamanı eyni kəsilmə müddətinə malik fərqli gərginlik
səviyyələrindəki impulslar
1 tətbiq edilən impuls, 10 µs ayrılma
2 neytral cərəyan, 100 µs ayrılma
Qeyd: Kəsilmə müddətində fərqliliklər olmadığı zaman alınan eyni gərginlik və neytral cərəyan qeydləri.
Qeyd: Kəsilmə müddətində böyük fərqliliklərlə sınaq (yüksək gərginlik sarğısı). Tutumlu ötürülən cərəyanda üzərinə qoyulmuş yüksək tezlikli titrəyişlərdəki dəyişikliklərə və kəsilmədən sonrakı gərginlik dalğasındakı dəyişikliklərə diqqət yetirin.
Şəkil B.11 – Kəsilən İldırım impulsu – 220 kV transformatorun sınağı zamanı kəsilmə müddətindəki fərliliklərin təsirləri
Qeyd: Kəsilmə müddətində kiçik fərqliliklərlə sınaq (aşağı gərginlik sarğısı). Tutumlu ötürülən cərəyanda üzərinə qoyulmuş yüksək tezlikli titrəyişlərdəki dəyişikliklərə diqqət yetirin, gərginlik dalğalarında isə faktiki olaraq fərqlilik yoxdur.
1 tətbiq edilən impuls, 25 µs ayrılma
2 tutumlu ötürülən cərəyan, 25 µs ayrılma
3 tətbiq edilən impuls, 50 µs ayrılma
4 tutumlu ötürülən cərəyan, 50 µs ayrılma
Şəkil B.12 – Tam İldırım impulsu – Ayrıca sarğılara malik transformatorun neytral çıxışlı yüklənmiş çıxış sarğıları dəyişdiricisində ifadə olunan qeyri-xətti rezistorların təsiri
1. Hər üç ossilloqram neytral cərəyan göstərir, 75 µs ayrılma.
2. Yuxarıda göstərilmiş dalğa formasındakı dəyişikliklər, adətən, qeyri-xətti rezistorların varlığı nəticəsində meydana çıxan dəyişiklərdən daha çox qeydə alınır.
Şəkil B.13 – Tam İldırım impulsu – 400 kV transformatorun sınağı zamanı fərqli gərginlik səviyyələrində generatorun işə düşməsinin təsiri
1 tətbiq edilən impuls, 50 µs ayrılma
2 tutumlu ötürülən cərəyan, 50 µs ayrılma
Qeyd: 100 % gərginlik səviyyəsi üçün tutumlu ötürülən cərəyan qeydlərinin 62,5 % gərginlik səviyyəsi üçün tutumlu ötürülən cərəyan qeydləri ilə müqayisəsi ilkin yüksək tezlikli dəyişikliklər göstərir.
Şəkil B.14 – Kommutasiya impulsu – 400 kV üç fazalı generator transformatorunda qənaətbəxşlik sınağı
1 tətbiq edilən kommutasiya impulsu, 5 000 µs ayrılma
2 sınaqdan keçirilməyən faza sarğısı və torpağının qarşılıqlı bağlanmış kontaktları arasında induksiya edilmiş kommutasiya impulsu gərginliyi (tətbiq edilən gərginliyin 52 %-i, müsbət qütblülük), 5 000 µs ayrılma
3 neytral cərəyan, 5 000 µs ayrılma
Şəkil B.15 – Kommutasiya impulsu – 525 kV tək fazalı generator transformatorunun əsas yüksək gərginlikli sarğısının ox örtülmələr üzrə qığılcım atımı ilə korlanma
1 TƏTBİQ EDİLƏN KOMMUTASİYA İMPULSU, 5 000 µS AYRILMA
2 NEYTRAL CƏRƏYAN, 5 000 µs AYRILMA
3 NEYTRAL CƏRƏYAN, 500 µs AYRILMA
Qeyd: Pozuntu 100 % sınaq səviyyəsində təqribən 300 µs göstərmişdir.
ŞƏKİL B.16 – KOMMUTASİYA İMPULSU – 33 Mvar,
525 KV ŞUNTLAYICI REAKTORDA QƏNAƏTBƏXŞLİK SINAĞI
1 tətbiq edilən impuls, 5 000 µs ayrılma (T1 200 µs, Td 225 µs, Tz 1 000 µs)
2 neytral cərəyan, 5 000 µs ayrılma
Şəkil B.17 – İldırım impulsu – Tam dalğa və kəsilən dalğanın keçid funksiyasının müqayisəsi
Qeyd: Eyni transformatorun eyni kontaktında azaldılmış tam İldırım impulsu dalğası (RFW) ilə tam kəsilən dalğanın (FCW ) müqayisəsi. Kəsilən dalğanın ötürücü keçid funksiyası üçün daha artıq yüksək tezlikli girişi özündə birləşdirdiyinə görə, RFW və FCW keçid funksiyaları arasında sapmalar yalnız yüksək tezliklərdə baş verir.
1 azaldılmış tam dalğa RFW
2 tam kəsilən dalğa FCW
3 RFW üzərində neytral cərəyan
4 FCW üzərində neytral cərəyan
5 qısaldılmış tezlik dalğalarında qəbul etmə (ötürmə) funksiyası
Qeyd: IEC 60060-1 sənədinə müvafiq olaraq quyruq enməsi boyunca düz xətt ilə təyin edilən 19 % impuls yüklənməsinə malik olan və amplituda qiymətləndirilməsində olduğundan 10 % böyük xətaya gətirib çıxaran dalğa.
Şəkil B.18 – Tam İldırım impulsu – Qeyri-standart dalğa formasının qiymətləndirilməsi – Dəyişdirici qurğularda quraşdırılmış hamarlama alqoritmlərinin təsiri
Qeyd: Rəqəmsal formaya dəyişdirici qurğu üzərinə qoyulmuş titrəyişlərin birinci yetişməsinə əsaslanan 5 s amplitudanın ikiqat qiymətə azalma müddəti təyin edir, baxmayaraq ki, IEC 60060-1 sənədinə müvafiq olaraq qiymətləndirmə 50 s göstərir.
Şəkil B.19 – Tam İldırım impulsu – Qeyri-standart dalğa forması, >50 % amplituda və <0,5 MHz tezliyə malik titrəyişlər
Qeyd: Lay tipli sarğıda qeyri-standart kəsilən dalğa. Lay müqaviməti sürətli sıradan çıxmanın və torpağa tərəf kəsilən dalğanın sıfır ətrafında titrəyişlərin qarşısını alır.
Şəkil B.20 – Kəsilən ildırım impulsu – Lay tipli sarğıda qeyri-standart kəsilən dalğa
IEC 1462/02 IEC 1463/02
Şəkil B.21 – Tam ildırım impulsu – Qeyri-standart dalğa forması, eyni
qeyddən aparılmış fərqli rəqəmsal dəyişdirici qurğu ilə
qeyri-standart dalğa formalarının müqayisəsi
Qeyd: Rezervuar və generator torpağından fərqli torpağa AG (aşağı gərginlikli) sarğıdan ölçü kabelinin qığılcım atımı. Yüksək gərginlik sınağında 400 MVA G.S.U. 220/21 kV.
Şəkil B.22 – Tam ildırım impulsu – Ölçü kabelindən torpağa qığılcım atımı ilə yaranan sınaq dövrəsi problemi
Qeyd: Həm real zaman reaksiyasında, həm də keçid funksiyasındakı mühüm dəyişikliklər.
Şəkil B.23 – Tam ildırım impulsu – Nahamar və hamar qollu sarğılar arasında sarğı çıxış qolları və izolyasiya örtüyünün sarğı qolları arasında qığılcım atımının pozuntusunun rəqəmsal qeydləri
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
İstehsal müəssisələrində daimi
tikililərin yerləşmə mövqeyi ilə
bağlı yaranan təhlükəli halların
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart API RP 752-2009 “Management of Hazards Associated with Location of Process Plant Permanent Buildings” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Tövsiyə edilən bu metodikada yeni və mövcud binaların yerinin qiymətləndirilməsi üzrə təlimatlar və istinad üçün binanın yerinin qiymətləndirilməsi üzrə texniki aspektlər, o cümlədən təhlükənin müəyyən edilməsi, fəsadların modelləşdirilməsi, tikilinin təhlili və risk kimi məsələləri özündə əks etdirən sənədlər göstərilmişdir. Binanın və onun içərisində olan insanların məruz qala biləcəyi təhlükəli hallara partlayış, yanğın və zəhərli maddələrin buraxılması da aid edilir.
API RP 752:2009 standartının bu üçüncü nəşri bütün əvvəlki nəşrləri. o cümlədən həmin sənədlərdə verilən texniki məlumatları üstələyir. API RP 752 standartının əvvəlki nəşrləri çap edildikdən etibarən binanın yerinin qiymətləndirilməsi ilə bağlı elmi araşdırmalar aparılır və müvafiq texnologiyalar hazırlanır. Yenilənmiş texnologiyalara misal olaraq partlayış nəticəsində binaya dəyəcək zədənin proqnozlaşdırılmasını, binada olan insanların təsirə qarşı həssaslığının müəyyən edilməsini və hadisələrin baş vermə tezliyinin qiymətləndirilməsini göstərmək olar. API RP 752 standartının əvvəlki versiyaları və onlara daxil edilən texniki məlumatlar binanın yerinin qiymətləndirilməsi üçün istifadə edilməməlidir.
API RP 752:2003 standartının ikinci nəşri bütün daşınan və daşınmaz tikili növlərini əhatə edir. API RP 752:2009 standartının bu üçüncü nəşrində daşınan tikililərdən bəhs edilmir. Hal –hazırda daşınan tikililər barədə məlumat API RP 753:2007 standartına daxil edilib. Bununla belə, müəyyən edilmişdir ki, mühüm partlayış yükü üçün xüsusi olaraq layihələndirilən daşınan tikililər barədə API RP 753 və API RP 752 standartlarında irəli sürülən tələblər üst- üstə düşə bilər. Bu sənədin 1.3 – cü yarımbəndində deyilir:
“Emal müəssisələrində Daşınan Tikililərin Yerləşdirilməsi ilə bağlı Yaranan Təhlükəli Halların İdarə Edilməsi” adlı API RP 753 standartında (Birinci Nəşr, İyun, 2007) “mühüm partlayış yükünə davam gətirmək üçün xüsusi olaraq layihələndirilən daşınan tikililər” kimi təsvir edilən və dəyişməz məkanda daimi istifadə üçün nəzərdə tutulan binalar bu sənədə daxil edilib (API RP 752). Digər daşınan tikili növlərindən isə API RP 753 standartında bəhs edilir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
___________________________________________________________________________________________
İstehsal müəssisələrində daimi
tikililərin yerləşmə mövqeyi ilə
bağlı yaranan təhlükəli halların
Management of Hazards Associated
with Location of Process Plant
___________________________________________________________________________________________
Bu standart yeni və mövcud binalarda yerləşdirilən sahə işçilərinin məruz qala biləcəyi partlayış, yanğın və zəhərli maddələrin buraxılması riskinin idarə edilməsi ilə bağlı təlimatlar verilir. Bu metodika neftayırma zavodlarında, neft- kimya və kimya üzrə fəaliyyət sahələrində, təbii qaz mayesinin çıxarıldığı və durulaşdırıldığı zavodlarda və OSHA 29 CFR 1910.119 [1] - ə daxil edilən digər sahilyanı obyektlərdə istifadə edilmək üçün hazırlanıb.
Bu standartın tətbiq edildiyi binalar dəyişməz məkanda daimi istifadə üçün nəzərdə tutulan möhkəm tikililərdir. Çadır, parça ilə örtülmüş və ya kənarları yumşaq materialdan hazırlanmış tikililər bu sənədin predmetini təşkil etmir.
Tövsiyə edilən bu standart aşağıda göstərilən əsas prinsiplərə əsaslanır:
a) işçilərin texnoloji proseslərin getdiyi sahələrdən uzaq təhlükəsiz və effektiv tərzdə yerləşdirilməsi;
b) texnoloji proseslərin getdiyi sahələrə yaxın ərazilərdə insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalardan az istifadə etmək;
c) texnoloji proseslərin getdiyi sahələrə yaxın ərazilərdə olan binalarda insanların yerləşdirilməsinin idarə edilməsi;
d) binalarda yerləşdirilən insanları partlayışdan, yanğından və buraxılan zəhərli maddələrdən qorumaq üçün həmin binaların lazımi səviyyədə layihələndirilməsi, tikilməsi, quraşdırılması, dəyişdirilməsi və onlara texniki xidmətin göstərilməsi;
e) insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binaların istifadəsinin onların yerləşdiyi obyektin layihəsinin, tikintisinin, texniki xidmətinin və istismarının ayrılmaz hissəsi kimi idarə edilməsi,
2 NORMATİV İSTİNADLAR
Bu sənəd üçün istinad edilən normativ mənbələr yoxdur. Bu standartda göstərilən istinadlar və biblioqrafiya məlumat xarakterli olub tövsiyə edilən metodikaya daxil edilmir.
Bu standarda IEC 60076-1 standartı üzrə və müvafiq tərifləri ilə aşağıdakı terminlərdən istifadə edilib:
3.1 partlayış yükü: Tikili və ya obyektin məruz qaldığı və partlayış nəticəsində həddən artıq artan təzyiqin kombinasiyası kimi təsvir edilən partlayış dalğasından yaranan yük
3.2 bina: Möhkəm və qapalı tikili.
3.3 binanın yerinin qiymətləndirilməsi: Xüsusi məkanda mövcud binaların uyğunluğunu və yeni binalar üçün dizayn meyarlarını təyin etmək və təhlükəli halları qiymətləndirmək üçün bu sənəddə təsvir edilən proseduralar
3.4 maneə: Alov tüstüsünün ön hissədən ən azı bir istiqamətdə yayılmasının qarşısını alan fiziki sədd. Buna misal olaraq möhkəm, yazı masalarını, divarları və ya qapalı hasarları göstərmək olar.
3.5 toplanma: Bir-birinə sıx olan obyektlərin alov cığırında toplanaraq onun dağıdıcı partlayış dalğası yarada bilən sürətdə artmasına mane olması
3.6 fəsad: Partlayışın, yanğının və ya zəhərli maddələrin göstərə biləcəyi mümkün təsirlər. Fəsadlar kəmiyyət və ya keyfiyyət baxımından təsvir edilə bilər.
3.7 fəsada əsaslanan yanaşma: Hadisələrin baş vermə tezliyini nəzərə almayaraq partlayışın, yanğının və zəhərli maddələrin göstərə biləcəyi təsir əsasında binanın yerinin qiymətləndirilməsi üçün tətbiq edilən metodologiya
3.8 əsas işçi heyət: Xüsusi işlərə cəlb edilən logistika və müəyyən cavab tədbirlərinin görülməsi məqsədilə texnoloji proseslərin getdiyi sahələrdə və ya onlara yaxın ərazilərdəki binalarda yerləşdirilməsi tələb edilən işçilər. Əsas işçilərin müəyyən edilməsi istismar və digər işlərdən, o cümlədən normal istismar, işə salma və sistemin plana əsasən söndürülməsindən asılı olaraq dəyişir. Əsas işçi heyətinə məhdud olmayaraq operatorları və texniki xidmət göstərən işçiləri misal çəkmək olar. Əsas işçi heyətinə daxil olmayan işçilərə isə məhdud olmayaraq layihəçiləri, tabelçiləri, dəftərxana işçilərini, inzibati işçiləri və satınalma şöbəsinin işçilərini misal göstərmək olar.
3.9 təhlükə: İnsanlara, əmlaka və ya ətraf mühitə zərər vurmaq potensialına malik özünəməxsus fiziki və ya kimyəvi xüsusiyyət (məs. alışa bilmək qabiliyyəti, zəhərlilik dərəcəsi, aşıma dərəcəsi, saxlanılan kimyəvi enerji və ya mexaniki enerji).
3.10 maksimum ehtimal edilən hadisə (MCE): Nəzərdə tutulan binanın sakinləri üçün ehtimal edilən maksimum fəsad törədən və fərz edilən yanğın, partlayış və ya buraxılan zəhərli maddə. Bu fərziyyə əsasında yarana biləcək əsas
ssenari (hadisələr) qiymətləndirilir. Əsas ssenarilər real olur və kimyəvi maddələri, avadanlıqların və boruların layihəsini, istismar şərtlərini, yanacağın reaktivliyini, emal blokunun həndəsi quruluşunu, sənaye sahəsində baş vermiş əvvəlki insidentləri və digər amilləri nəzərə aldıqda həmin ssenarilərin baş vermə ehtimalı ağlabatan olur. Hər bir bina üçün partlayışın, yanğının və ya buraxılan zəhərli maddələrin göstərə biləcəyi təsir baxımından özünəməxsus MCE silsiləsi mövcuddur.
3.11 binadakı insanların həssaslığı: Ehtimal edilən hadisənin baş verdiyi təqdirdə bina sakinlərinin əmək qabiliyyətini bir dəfəlik itirən və ya həlak olan qrupu
3.12 sahə işçiləri: Obyektdə olan işçilər, podratçılar, qonaqlar, xidmət işçiləri və digər şəxslər.
3.13 emal sahəsi: Partlayış, yanğın və ya zəhərli maddə buraxmaq potensialına malik materialları emal etmək və ya saxlamaq üçün nəzərdə tutulan avadanlıqların mövcud olduğu sahə (məs. borular, klapanlar, qablar, reaktorlar və dayaq konstruksiyaları)
3.14 riskin kəmiyyət baxımından qiymətləndirilməsi: Riyazi-texniki üsullar və mühəndis tərəfindən qiymətləndirmə əsasında mümkün qəzaların gözlənilən fəsadlarının və baş vermə tezliklərinin kəmiyyət qiymətlərinin sistemli olaraq təyin edilməsi. Bu kəmiyyət göstəriciləri sənaye sahəsinin müvafiq tarixçəsinə və digər məlumatlara əsasən hadisənin baş vermə tezliyi / ehtimalı üzrə təyin edilmiş sadə dəyərlərdən və o cümlədən daha geniş tezlik modelinin yaradılması üçün tətbiq edilən texniki üsullardan asılı olaraq dəyişə bilər.
3.15 risk: Hadisənin baş vermə ehtimalı və itkinin və ya fiziki zədənin kəskinlik dərəcəsi baxımından mümkün fiziki zədə, ətraf mühitə dəyən zərər və ya iqtisadi itki ölçüsü
3.16 riskə əsaslanan yanaşma: Partlayışın, yanğının və buraxılan zəhərli maddənin yaranma tezliyi və törədə biləcəyi fəsadlar üzrə kəmiyyət göstəricilərini
nəzərə alaraq binanın yerinin qiymətləndirilməsi üçün riskin kəmiyyət baxımından qiymətləndirilməsi metodologiyası
3.17 məsafə cədvəllərinə əsaslanan yanaşma: “Məsafə cədvəllərinə” əsaslanan yanaşmaya əsasən insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalarla avadanlıqlar arasında minimum ayırma məsafəsini təyin etmək üçün tərtib edilmiş xüsusi cədvəllərdən istifadə edilir. Sənaye qrupları, sığorta assosiasiyaları, hüquqi orqanlar və sahibkar / operator şirkətləri yanğından qorunmaq üçün binaların arasında minimum məsafənin göstərildiyi təcrübəyə əsaslanan “məsafə cədvəlləri” tərtib edir.
3.18 zəhərli maddə: İnsan sağlamlığına kəskin və mənfi təsir göstərən və havada mövcud olan maddələr
4 YERLƏŞMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN
TƏLƏB EDİLDİYİ BİNALARIN MÜƏYYƏN EDİLMƏSİ
4.1 Yerləşmənin qiymətləndirilməsinə daxil edilən binalar:
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan binaların yerinin qiymətləndirilməsi həyata keçirilməlidir.
Əgər hər hansı binada xüsusi tapşırıq almış işçilər (4.2 b bəndində göstərilənlər istisna olmaqla) və ya hər hansı vəzifəni yerinə yetirmək üçün təkrar göndərilən işçi qrupu varsa onda həmin bina insanların yerləşdirilməsi üçün nəzərdə tutulan bina hesab olunur.
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalara məhdudiyyət olmadan aşağıda göstərilənləri misal göstərmək olar:
— fövqəladə hallarda insanların yerləşdirilə biləcəyi binalar (məs. yanğından və ya buraxılan zəhərli maddələrdən qorunmaq üçün sığınacaq kimi istifadə edilən binalar / otaqlar, qəza – idarəetmə mərkəzləri);
— paltar dəyişmə otaqları;
— idarəetmə otaqları;
— sahə operatorlarının yerləşdiyi otaqlar (yəni, operatorların adi qaydada yerləşdirildiyi və bəzən “operator sığınacaqları” adlandırılan tikililər) (bax: A.3.8);
— ştat işçiləri olan laboratoriyalar;
— ştat işçiləri olan texniki xidmət sexləri;
— istiqamətləndirici otaqlar;
— ştat işçiləri olan anbarlar;
— “bina daxilində olan binalar” (yəni, digər binaların daxilində insanların yerləşdirilməsi üçün nəzərdə tutulan tikililər; bax: A.3.5);
— qapalı emal sahəsində insanların yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar (məs. ofis, sex, idarəetmə otağı (bax: A.3.7).
4.2 Yerləşmənin qiymətləndirilməsinə daxil edilməyən binalar və tikililər
Qiymətləndirməyə daxil edilməyən binaların və tikililərin kateqoriyaları və nümunələri aşağıdakı kimidir:
a) əsas funksiyası işçiləri iqlim təsirlərindən məhdud dərəcədə mühafizə edən damsız və divarsız tikililər:
— avtobus dayanacaqları,
— yük maşınlarının yükləndiyi talvarlar (naveslər),
— üstüörtülü piyada yolları,
— siqaret çəkmək üçün talvarlar.
b) çöl şəraitində emal sahəsində icra edilən işlərə oxşar işləri görmək üçün yalnız əsas işçilərin yerləşdirildiyi qapalı emal sahələri
c) təyin edilmiş işçiləri olmayan və yalnız növbəli girişin tələb edildiyi binalar. Belə binalara məhdud olmayaraq aşağıdakıları misal göstərmək olar:
— analizator binaları;
— sahə nümunələrinin götürüldüyü / sınaq stansiyaları;
— elektrik yarımstansiyaları və mühərrik işə salma şitləri (MCClər);
— uzaqdan idarə edilən alətlər korpusu;
— avadanlıqların mühafizə binaları;
— başsız qalmış binalar (yəni, istismardan çıxarılmış, hər hansı funksiyanın icrası üçün istifadə edilməyən və insanların yerləşdirilməsi üçün artıq nəzərdə tutulmayan);
— əsasən materialların yerləşdirildiyi binalar (bax: A.3.4).
4.3 Yerin qiymətləndirilməsinə daxil etmək üçün binaların hər bir hal üzrə qiymətləndirilməsi
Təyin edilmiş işçilərin olmadığı lakin qısa müddət ərzində ayrı –ayrı insanlar tərəfindən tutulan binalar hər bir hal üzrə aparılan qiymətləndirmə əsasında qiymətləndirməyə daxil edilə və ya oradan çıxarıla bilər. Binanın qiymətləndirməyə daxil edilməsi və ya oradan çıxarılmasının əsasını ona baş çəkən insanların sayı və səfərlərin sayı, o cümlədən binaya baş çəkən insanlar arasında binanın onlar tərəfindən ümumi tutulma səviyyəsi təşkil edir. Bu cür binalara məhdudiyyət olmadan aşağıda göstərilənlər daxildir:
— siqaret çəkmək üçün sığınacaqlar,
— havanın təsirindən qorunmaq üçün sığınacaqlar,
— operator- telefonist terminalları,
— yükləmə estakadalarının işçilərinin yerləşdiyi stansiyalar,
5 BİNANIN YERİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PROSESİ
Mövcud və yeni binaların yerinin sistemli qiymətləndirilməsi prosesi 1 – ci Şəkildə göstərilib. Sahibkarlar / operatorlar binanın yerinin qiymətləndirilməsi üzrə aşağıda göstərilən elementləri sənədləşdirməlidir:
— qiymətləndirməyə əsaslanan yanaşma (bax: 5.2.1);
— hadisələrin ssenarisinin seçilməsinin əsası (bax:5.2.2);
— təhlil metodologiyaları (bax: 6.3, 7.4, və 8.2);
— təhlil metodologiyalarının tətbiqə yararlılığı;
— təhlildə istifadə edilən məlumat mənbələri;
— məlumat mənbələrinin tətbiqə yararlılığı;
— binanın yerinin qiymətləndirilməsi meyarları (bax: 5.3);
— təhlilin nəticələri.
5.4 – cü yarımbənddə müzakirə edildiyi kimi, təhlükənin təsir gücünün azaldılması planlarının sənədləşdirilməsi tələb edilir.
Binanın yerinin qiymətləndirilməsi meyarlarına cavab vermək üçün spesifik əlamətlərdən (məs. istilik, havalandırma və havanın kondensasiyası (HVAC), binanın partlayışa qarşı davamlılığı, qaz aşkarlama sistemi və / yaxud qəza əleyhinə mühafizə sistemləri) istifadə edildikdə işləmə qabiliyyəti və dizayn üzrə tələbləri də sənədləşdirmək lazımdır. Binanın bütün istismar dövrü boyu bu işlək əlamətlər yoxlanılmalı və qorunub saxlanılmalıdır. Binanın yerinin qiymətləndirilməsi meyarlarına cavab vermək üçün müəyyən proseduralarda istifadə edildikdə, onların
3) və binanın bütün istismar dövrü boyu fasiləsiz olaraq tətbiq edildiyi təsdiqlənməlidir.
5.2 Qiymətləndirməyə Əsaslanan Yanaşma və Hadisələrin Ssenarisinin Seçilməsi
5.2.1 Qiymətləndirməyə Əsaslanan Yanaşma
Sahibkarlar / operatorlar partlayış, yanğın və zəhərləri maddələrin buraxılması üçün müəyyən edilən ssenarilər baxımından mövcud və yeni binaların yerinin qiymətləndirilməsi metodu kimi aşağıda göstərilən üç yanaşmadan birini və birdən artığını seçə bilər:
a) Partlayış, yanğın və zəhərli maddələrin buraxılması üçün müəyyən edilən ssenarilər baxımından onların təsirinin nəzərə alındığı “fəsada əsaslanan” yanaşma. Bu yanaşmaya nəzərdə tutulan təhlükənin növü və hər bir bina üzrə maksimum ehtimal edilən hadisələr silsiləsinə əsaslanır.
b) “Riskə əsaslanan” yanaşma kəmiyyət yönümlü olub partlayış, yanğın və buraxılan zəhərli maddələrin yaranma tezliyi və onların törətdiyi fəsadlar üzrə kəmiyyət dəyərlərini nəzərə alır.
c) “Məsafə cədvəlləri” nə əsaslanan yanaşmaya əsasən insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalarla avadanlıqlar arasında minimum ayırma məsafəsini təyin etmək üçün tərtib edilmiş xüsusi cədvəllərdən istifadə edilir. Sənaye qrupları, sığorta assosiasiyaları, qanun tənzimləyiciləri və sahibkar / operator şirkətləri yanğından qorunmaq üçün binaların arasında minimum məsafənin göstərildiyi təcrübəyə əsaslanan “məsafə cədvəlləri” tərtib edib, lakin yanğına xas olan bu cədvəllər partlayış və zəhərli maddələrin buraxılması baxımından binanın yerinin qiymətləndirilməsi üçün məqsədə uyğun deyil. Yanğından mühafizə üçün təcrübəyə əsaslanan məsafə cədvəlləri üçün hadisələrin ssenarisinin seçilməsi tələb edilmir. Bu cədvəllər barədə müxtəlif mənbələrdən, o cümlədən Guidelines for Facility Siting and Layout [2] mənbəyindən məlumat almaq olar. Yalnız yanğından mühafizə üçün tətbiq edilən məsafə cədvəli yanaşmasına həmçinin indeks metodları (məs. Dounun Yanğın və Partlayış İndeksi) [3], Mond Indeksi[4]) daxil edilir.
Sahibkar / operator partlayışdan, yanğından və zəhərli maddələrdən qorunmaq üçün nəzərdə tutulan hər bir bina növü üçün sahəyə xas olan ayırma məsafələri təyin edə bilər. Bu məsafələr MCElərə əsaslanmalıdır. Bu, yuxarıda müzakirə edilən məsafə cədvəllərinə əsaslanan yanaşmanın deyil, fəsadlara əsaslanan yanaşmanın tətbiqi hesab edilir.
Fəsadlara və riskə əsaslanan yanaşmalar mürəkkəbdən sadəyə doğru aparılan təhlillərə söykənir. Mürəkkəb təhlillərin aparılması zamanı sahənin planı, həndəsi quruluşu və hadisələrin ssenariləri nəzərə alına bilər. Sadə təhlillərin aparılması zamanı isə həmin təhlilə daxil edilməyən detalları nəzərə alan konservativ (mühafizəkar) fərziyyələr irəli sürülməlidir. Əlavə təlimatlar üçün 6 – cı, 7 – ci və 8 – ci Bölmələrə müraciət edin.
5.2.2 Fəsada və Riskə Əsaslanan Yanaşmalar üçün Hadisələrin Ssenarisinin Seçilməsi
Tətbiq edildiyi təqdirdə, hadisələrin ssenarisinin seçilməsi üçün aparılan əməliyyatlarla bağlı yaranan təhlükəli hallar, o cümlədən, maneələrin olmaması, alovun buraxdığı maddələr, texnoloji havalandırma boruları və təzyiqli qoruyucu qurğular daxil edilir.
Hadisələrin ssenariləri əsasən texnoloji emal sahəsi üçün xas olan amillərə, məs. avadanlığın nasaz olma hallarının tezliyi barədə məlumatlara, avadanlıqların dizaynına, texnoloji axının quruluşuna və istismar rejiminə əsaslanmalıdır. Hadisələrin ssenarisini seçərkən oxşar növlü avadanlıqlar və proseslər üzrə maneələr barədə məlumatın müvafiq şirkətlərdə və sənaye sahələrində itməsi hallarını nəzərə almaq lazımdır.
5.3 Binanın Yerinin Qiymətləndirilməsi Meyarları
5.3.1 Ümumi müddəalar
Binanın yerinin qiymətləndirilməsinə başlamazdan qabaq, sahibkarlar / operatorlar seçilmiş qiymətləndirmə əsaslı yanaşmaya və ya yanaşmalara müvafiq olaraq mövcud və yeni binalar üçün binanın yerinin qiymətləndirilməsi meyarlarını seçməlidir.
5.3.2 Fəsada Əsaslanan Yanaşma üzrə Binanın Yerinin Qiymətləndirilməsi Meyarları
Fəsada əsaslanan yanaşma üzrə binanın yerinin qiymətləndirilməsi meyarlarını binanın təsirə məruz qalması üzrə meyarlar və ya yaranan fəsadlar üzrə meyarlar təşkil edir. Bu meyarlar tikinti materiallarına, binanın layihəsinə və təhlükənin növünə (partlayış, yanğın, zəhərli maddələrin buraxılması) xasdır.
Binanın təsirə məruz qalması üzrə meyarlar tipik olaraq aşağıdakı kimi təyin edilə bilər:
— termik axın və təsirə məruz qalma vaxtı,
— alışa bilən qazların konsentrasiyası, və ya
— zəhərli maddələrin konsentrasiyası və təsirə məruz qalma vaxtı.
Fəsadlar üzrə meyarlar tipik olaraq aşağıdakı kimi təyin edilir:
— bina sakininin təsirə qarşı həssaslığı,
— binaya dəyməsi mümkün olan zərər, və ya
— binanın daxili mühitinin pisləşməsi (yəni, işan həyatının təhlükəsizliyini təmin etmək imkanlarının olmaması)
5.3.3 Riskə əsaslanan yanaşma üzrə binanın yerinin qiymətləndirilməsi meyarları
Riskə əsaslanan yanaşma üzrə binanın yerinin qiymətləndirilməsi meyarlarında bina sakinlərinin qrup (ümumi risk) və ya fərdi olaraq məruz qala biləcəyi risklər təyin edilir. Sahibkar /operator həm fərdi həm də qrup riski kimi müraciət edilə bilən bir risk meyarı təyin edə bilər. Binanın yerinin qiymətləndirilməsi meyarları fərdi risk, ümumi risk və ya həddi aşılan risk dəyərləri kimi ifadə edilə bilər. Bu meyarlar həmçinin kumulyativ (toplu) tezliyin fəsad (F/N) əyrilərinə olan nisbətini özündə ehtiva edən qrafiki formalarla və ya kəmiyyət göstəricilərinə malik oxlardan təşkil edilmiş matrislərlə ifadə edilə bilər.
5.3.4 Məsafə cədvəllərinə əsaslanan yanaşma üzrə binanın yerinin qiymətləndirilməsi meyarları
Məsafə cədvəllərinə əsaslanan yanaşmanı tətbiq edərkən binanın yerinin qiymətləndirilməsi meyarları həmin cədvəldə təyin edilmiş müvafiq dəyərləri təşkil edir. Məsafə cədvəlində göstərilən ayrıma məsafəsi və ya ondan daha uzun məsafə təmin edildikdə həmin meyarların tələblərinə cavab verilir.
Şəkil 1– Binanın yerinin qiymətləndirilməsi üzrə ümumi blok –sxem
5.4.1 Mövcud binaların yerinin qiymətləndirilməsi
Sahibkarlar / operatorlar 6 – cı, 7 – ci və 8 – ci Bölmələrə müvafiq olaraq insanların yerləşdirilməsi üçün nəzərdə tutulan mövcud binaların yerini qiymətləndirməlidirlər.
5.4.2 Mövcud binalar üçün fəsadların təsir gücünün azaldılması planı
Sahibkarlar / operatorlar binanın yerinin qiymətləndirilməsi meyarlarına cavab verməyən, lakin insanların yerləşdirilməsi üçün nəzərdə tutulan bütün binaların əhəmiyyət dərəcəsinə görə siyahısını hazırlamalıdır. (bax: 5.3). Binaların əhəmiyyət dərəcəsinə görə bu siyahıda sıralanmasının əsasını məhdud olmayaraq aşağıda göstərilənlər təşkil edə bilər:
— binada insanların yerləşdirilməsi ilə ona dəyə biləcək zədənin kombinasiyası;
— fəsadların təsir gücünün azaldılması üçün başqaları ilə müqayisədə daha tez həyata keçirilə bilən tədbirlər məs.:
— işçilərin başqa yerə köçürülməsi (xüsusən də əsas işçi kateqoriyasına aid olmayan şəxslər),
— partlayışa davamlı modul binaların təşkil edilməsi,
— pəncərədən gələn təhlükənin təsir gücünün azaldılması;
Sahibkarlar / operatorlar fəsadların aradan qaldırılmasının tələb edildiyi bütün binalar üzrə fəsadların təsir gücünün azaldılması planını və həmin planla bağlı cədvəlləri hazırlamalı və həyata keçirməlidirlər. Bu plana 5.4.3 – cü yarımbənddə təsvir edilən tədbirlər daxil edilə bilər. Binalarda fəsadların təsir gücünü azaltmaq üçün görülən tədbirlər mərhələlərlə və riskin nisbətən azaldılması üçün göstərilən digər cəhdlərlə birlikdə həyata keçirilə bilər.
5.4.3 Fəsadların təsir gücünün azaldılması tədbirlərinin iyerarxiyası
Hər bir binanın partlayışın, yanğının və buraxılan zəhərli maddələrin təsirinə məruz qalma ehtimalı həmin binanın özünə xas olur. 1 – ci Cədvəldə fəsadların və ya hadisələrin təyin edilmiş ssenarilərinin baş vermə tezliyini azaltmaq üçün təsir gücünün azaldılması planında nəzərdə tutulan mümkün variantların nümunələri göstərilir. 1 – ci Cədvəldə göstərilən tədbirlərin siyahısına bütün tədbirlər daxil edilməyib.
Sahibkarlar / operatorlar fəsadların və ya hadisələrin təyin edilmiş ssenarilərinin baş vermə tezliyini azaltmaq üçün seçdikləri tədbirləri həyata keçirə bilər. Tədbirlər etibarlılıq dərəcəsinə görə sıralanıb (passiv, aktiv və ya prosedura xarakterli) və öz növünə görə kateqoriyalara daxil edilib (aradan qaldıran, profilaktik, nəzarət və təsir gücünü azaldan). Təsir gücünü azaltma tədbirlərini seçərkən həmin tədbirin fəsadları və ya hadisələrin təyin edilmiş ssenarilərinin baş vermə tezliyini azaltmaqda nə qədər effektiv olacağı qiymətləndirilməlidir.
Binanın sakinlərinin mühafizə edilməsi üçün passiv, aktiv və prosedura xarakterli tədbirlər arasında balans yaradan yanaşma tədbiri tətbiq etmək lazımdır. Sahibkarlar / operatorlar tüstü buludu yaradan partlayışların (VCE) təsir gücünü azaltmaq üçün aktiv və prosedura xarakterli tədbirlərin icrasına ehtiyatla yanaşmalıdırlar, çünkü, alışa bilən maddənin ilkin olaraq buraxılması ilə operatorların tüstübuludu yaradan partlayışların (VCE) baş verməsi zamanı seçdikləri balans yaradan mühafizə tədbirləri arasındakı zaman intervalı, həmin tədbirlərin effektli təsir göstərməsi üçün kifayət etməyə bilər.
5.5 Yeni binaların layihələndirilməsi və mövcud binalara dəyişikliklərin edilməsi
Sahibkarlar / operatorlar 6-cı, 7-ci və 8-ci Bölmələrə müvafiq olaraq insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binaların yerini qiymətləndirməlidirlər.
Sahibkarlar / operatorlar həmçinin binanın yerinin qiymətləndirilməsi meyarlarına cavab vermək məqsədilə, insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binaları layihələndirməli, digər binalara isə əlavələr və dəyişikliklər etməlidirlər.
Cədvəl 1 - Təsir Gücünü Azaldan Tədbirlərin İyerarxiyası
Sakinləri təhlükədən qorunmaq üçün şəxsi mühafizə vasitələri (PPE) ilə təmin etmək
Alışa bilən / zəhərli maddələrin aşkarlandığı təqdirdə HVAC hava qəbuledici sisteminin söndürülməsi
Yanğın –qəzadan xilasetmə planı, o cümlədən müvafiq olduqda təxliyə, təxliyə marşrutları, qəza yerində sığınacaqlar və s.
Sistemin işə salınması və planlaşdırma əsasında söndürülməsi zaman bina sakinlərinin təxliyə edilməsi
5.6 Binanın yerini qiymətləndirən işçi heyət
Binanın yerini qiymətləndirən işçilər həmin qiymətləndirmədə istifadə edilən təhlil metodlarını tətbiq etmək səriştəsinə malik olmalıdırlar. Bu bacarıq və səriştəyə istifadə edilən metodologiyanın tətbiqi, təhlükənin müəyyən edilməsi, hadisələrin ssenarisini yaratmaq, alışa bilən və zəhərli qazların yayılma modelini yaratmaq, yanğının və partlayışın modellərini yaratmaq, tikililərin partlayışa davamlılığını müəyyən etmək, termik yükə və qazların nüfuz etməsinə müqavimət göstərmək üçün binaların layihələndirilməsi, hadisələrin baş vermə tezliyini qiymətləndirmək və riskin kəmiyyət baxımından qiymətləndirilməsi üçün texniki üsullardan istifadə etmək daxildir.
5.7 İnsanların binada yerləşdirilməsi
Sahibkar/ operatorlar işanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalarda işçilərin yerləşdirilməsi üçün partlayışın, yanğının və zəhərli maddələrin təsirinə məruz qalma səviyyəsini nəzərə alaraq müvafiq siyasət və qaydalar hazırlamalıdır. Sahibkar / operator tərəfindən təyin edilmiş binanın yerinin qiymətləndirilməsi meyarları cavab verən binalarda işçi heyətini (əsas və əlavə) yerləşdirmək olar. Əlavə işçi heyətinin təhlükədən praktiki cəhətdən mümkün qədər uzaqda yerləşməsinə və işçiləri emal sahələrinə yaxın olan binalarda toplanmaqdan çəkindirməyə diqqət yetirmək lazımdır
Sahibkar / operatorlar dövri olaraq insanların yerləşdirilməsi üçün nəzərdə tutulmayan binalarda heç kimin qalmadığını təsdiqləməlidirlər.
5.8 Dəyişikliklərin idarə edilməsi (MOC)
Sahibkarlar / operatorlar MOS tələb edilən situasiyaları müəyyən etməlidir. MOC qiymətləndirməsinin tələb edilə bildiyi situasiyalara məhdud olmayaraq aşağıda göstərilənlər aid edilə bilər:
— zavodda gedən işlərə, proseslərə və ya avadanlıqlara edilən dəyişikliklər (o cümlədən istismardan çıxarma və ya əlavələr) nəticəsində binanın yerləşdiyi məkanda partlayışın, yanğının və zəhərli maddələrin göstərə biləcəyi təsirlərin kəskinlik dərəcəsində və ya onların baş vermə mümkünlüyündə dəyişiklik yaranır;
— insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binalar obyektə əlavə edilir;
— mövcud binaya partlayışın, yanğının və zəhərli maddələrin göstərə biləcəyi təsirlərin kəskinlik dərəcəsini və ya onların baş vermə mümkünlüyünü dəyişə bilən əlavələr və ya dəyişikliklər edilir;
— insanların yerləşdirilməsi üçün nəzərdə tutulmayan bina öz təyinatını dəyişərək insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binaya çevrilir;
— binanın daxilindəki işçilərin sayı və ya orada sərf edilən vaxt müəyyən müddət ərzində və ya daimi olaraq artır (bax: A.3.6).
MOC qiymətləndirməsinə əsasən müəyyən edilən tədbirlər dəyişikliyin daimi və ya müəyyən dövr ərzində davam edəcəyindən asılı olaraq dəyişə bilər. Dəyişiklik daimi xarakter daşıdıqda binanın yerinin qiymətləndirilməsinin bir daha nəzərdən keçirilməsinə ehtiyac yarana bilər. Təyin edilmiş müəyyən dövr ərzində davam edən dəyişikliyə gəldikdə isə təsir gücünün azaldılması üçün müvəqqəti təbirlərin görülməsi məqsədə uyğun ola bilər (bax: A.3.6).
6 BİNANIN YERİNİN PARTLAYIŞ BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ
Sahibkarlar / operatorlar insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binanın partlayışın təsirinə məruz qalması mümkünlüyünü müəyyən etməlidirlər. Nəzərdə tutulan binaya mənfi təsir göstərən heç bir partlayış hadisəsinin baş vermə ehtimalı olmadıqda binanın yerinin partlayış baxımından qiymətləndirilməsi tələb edilmir.
2 – ci Şəkildə xaricdə baş verən partlayış baxımından binanın yerinin sistemli qiymətləndirilməsi prosesi göstərilir. Bu qiymətləndirmə prosesi insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni və mövcud binalara tətbiq edilə bilər.
6.2.1 Ümumi müddəalar
Buxar buludu yaradan partlayışlar (VCE) tipik olaraq neftayırma və neft – kimya zavodlarında üstünlük təşkil edən partlayış hadisəsidir. Digər partlayış növlərinə bəzi obyektlərdə tez –tez rast gəlmək olar. Aşağıdakı bölmələrdə xaricdə yaranan VCE partlayış növləri baxımından binanın yerinin qiymətləndirilməsi prosesi təsvir edilir. Digər partlayış təhlükəsi üçün eyni yanaşmanı tətbiq etmək olar məs.:
—daxili VCE partlayışlar, məs. qapalı emal sahələrində və ya digər qapalı yerlərdə baş verən partlayışlar;
— kondensasiya mərhələsində baş verən kimyəvi partlayışlar;
— təzyiq qablarının partlaması (PVBlər);
— kimyəvi reaktivlərdən yarananpartlayışlar;
— qaynayan mayenin genişlənən buxar partlayışı (BLEVE).
Partlayışın digər növləri barədə əlavə məlumat almaq üçün biblioqrafiyada verilən yanğın və partlayış bölməsinə müraciət edin.
6.2.2 VCE Partlayışlarının Yaranmasına Təsir Göstərən Amillər
VCE partlayışlarının baş verməsi üçün zəruri 5 şərt mövcuddur:
— alışa bilən maddənin buraxılması,
— alışa bilən qarışığın yaranması üçün onların hava ilə lazımi nisbətdə qarışması,
— alışa bilən buxar buludunun böyüməsinə şərait yaradan vaxt yubanması,
— yayılan buxar buludunun alışması və
— alov cəbhəsinin sürətlənməsi üçün maneə ilə və ya maneə olmadan maddələrin toplanması
Alışa bilən maye və qazların buraxılması nəticəsində alışa bilən buxar buludu yaranır. Texnoloji prosesdə temperaturun və ya təzyiqin artan səviyyələrində alışa bilən mayelərin buraxılması alışa bilən buludun yaranması ilə nəticələnə bilər.
Temperatur, təzyiq, iqlim şəraiti, alışma vaxtı, boşalma ərazisi, maddələrin buraxıldığı məkan və buraxılma istiqaməti kimi parametrlər buxar buludunun ölçüsünə təsir göstərir.
Proseslərdə alışa bilən buxar buludu yaratmaq potensialına malik maddələri idarə etməyin mümkünlüyünə baxmayaraq, bəzi sahələrdə VCE partlayışlarının yaranması üçün əlverişli olan şərtlər mövcud ola bilər. VCE partlayışlarının baş verməsini təyin edən bu əsas şərtlər maddələrin toplanma və maneələrin yaranma səviyyəsidir. İnsanların toplandığı və qapalı sahə alışa bilən maddənin mənbəyi olan emal sahəsi və ya mənbəyə yaxın emal sahəsi, hətta təhlükəsiz istismar rejimində olan avadanlıqların mövcud olduğu işçilərlə dolu olan / qapalı sahə ola bilər. Materialların özünəməxsus xüsusiyyətləri, məs. alışa bilmə həddi, buxarlanma dərəcəsi və yayılma xüsusiyyətləri və alovun yayılma xüsusiyyətləri VCE partlayışlarının kəskinlik dərəcəsinə təsir edir.
6.3 Binaların Məruz Qala Biləcəyi VCE Partlayış Yükünün Təyin Edilməsi
6.3.1 Ümumi müddəalar
Partlayışın qiymətləndirilməsinə binaların məruz qala biləcəyi partlayış yükünün hesablanması daxil edilməlidir. VCE partlayış yükünü hesablamaq üçün müxtəlif mürəkkəbləşmə dərəcəsinə və məlumat tələblərinə malik bir neçə metod mövcuddur. Partlayış yükünün hesablanması metodları barədə əlavə məlumat 6.3.2. – ci yarım bənddə verilib.
Binanın yerinin qiymətləndirilməsində VCE partlayış yükünü təyin etmək üçün TNT (trotil) ekvivalentlik metodundan istifadə etmək olmaz. TNT (trotil) ekvivalentlik metodu ilə yanacağın reaktivliyini və ya alov sürətində maneələrə və ya toplantılara görə yaranan variasiyaları təyin etmək mümkün deyil. Bundan başqa, modelləşdirilmiş TNT partlayışının həcmi və müddəti VCE partlayışlarının
həcmindən və müddətindən fərqlənə bilər. VCE partlayışlarının modelinin yaradılması üçün digər metodlar daha çox məqsədə uyğundur.
6.3.2 VCE Partlayışlarının modelləşdirilmə vasitələri
6.3.2.1 Ümumi müddəalar
Bu bölmədə mümkün VCE partlayışları nəticəsində yaranan partlayış yükünün təyin edilməsi üçün istifadə edilə bilən modelləşdirmə üsulları barədə ümumi məlumat verilir. Bu texniki üsullar artan mürəkkəbləşmə dərəcəsinə görə aşağıda verilib.
6.3.2.2 Partlayış əyriləri üsulu
Bu, üsul binanın yerinin qiymətləndirilməsi üçün ən geniş istifadə edilən texniki üsuldur. Bu zaman buraxılan yanacağın reaktivliyi və onun toplanmış həcmi əsasında partlayış yükünü hesablamaq üçün sahəyə aid olan xüsusi məlumatlardan istifadə edilir. TNO çox-enerji metodunu, Beyker-Strehlou-Tanq (BST) metodunu və toplanmanın qiymətləndirilməsi metodunu (CAM) bu texniki metoda misal olaraq göstərmək olar. Partlayış əyriləri müxtəlif yanaşmalara əsasən tətbiq edilə bilər və bu yanaşmalardan ikisi aşağıda göstərilib:
— Toplanmış Həcmin Dolması - Fərz edilir ki, buraxılan maddələr toplanmış həcmi alışa bilən buludla tamamilə doldura bilər. Bu yanaşmada maddənin buraxılma mənbəyinə ehtiyac yoxdur çünki, toplanmış həcmin tam dolmasına səbəb olan ssenari mövcuddur.
— Toplanmış Həcmin Yayılma əsasında Hesablanması – Alışa bilən buludun ölçüsünü təyin etmək üçün yayılmanın təhlili ilə birlikdə maddənin sızması ssenarisi də (prosesə xas olan xüsusi məlumatlardan istifadə etməklə) istifadə edilir. Toplanmış həcm və ya həcmlər daxilində alışa bilən buludun faktiki olaraq toplanmış daha kiçik həcmi ya həcmləri VCE partlayışının hesablanması üçün istifadə edilir.
6.3.2.3 Partlayışın simulyasiyası üzrə qabaqcıl texniki üsul
Bu texniki üsula əsasən buraxılan maddənin və artan buxar buludunun avadanlıqla qarşılıqlı əlaqəsini xarakterizə etmək üçün mayenin hesablanmış dinamikası (CFD) modellərindən istifadə edilir. Binanın yerinin qiymətləndirilməsində CFD modeli öz mürəkkəblik dərəcəsinə görə digər partlayış əyriləri metodları ilə müqayisədə az tətbiq edilir. CFD modelləri üçün tipik olaraq geniş giriş məlumatlarının təmin edilməsi, o cümlədən istifadəçilərin qabaqcıl təcrübəyə malik olması tələb edilir, lakin onun göstəriciləri daha konkret ola bilir.
CFD hesablamaları çoxsaylı parametrlər həssasdır və bəzi situasiyalarda bu model əsasında məlumatların emalı uzun çəkə bilər. Bu texniki üsul ən azı aşağıda göstərilən situasiyalar üçün faydalı ola bilir:
— yayılma üzrə geniş təhlilin modelinin yaradılması;
— partlayış əyriləri ilə istifadə edilən mənbə xüsusiyyətini təyin etmək üçün alov cəbhəsinin sürətlənməsinin həmcins olmayan həndəsi parametrlərlə qiymətləndirilməsi (toplanma və maneə konfiqurasiyaları);
— VCE alışma zonasının daxilində yerləşən binaların məruz qala biləcəyi partlayış yükünün təhlil edilməsi;
— mürəkkəb partlayış dalğalarının qarşılıqlı təsirlərinin, məs., partlayış təzyiqinin binaların üzərində cəmlənməsinin və s.-nin qiymətləndirilməsi;
— qapalı emal sahələrində partlayışların və yayılmanın modelinin təyin edilməsi;
— partlayışın təsir gücünün azaldılması yollarının təsirinin modelləşdirilməsi (məs. ventilyasiya panelləri, su səpmə və s.)
6.4 Binanın təhlili və layihələndirmə vasitələri
6.4.1 Ümumi müddəalar
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan binanın partlayış yükünə qarşı göstərdiyi reaksiya ona dəyə biləcək zərərin və /yaxud onun sakinlərinin məruz qala biləcəyi fəsadları təyin etmək üçün qiymətləndirilir. Insanların yerləşdirilməsi üçün nəzərdə tutulan və digər binaların daxilində yerləşən tikililərə partlayış yükü nəticəsində yaranan təsirlərin və onların yerləşdiyi binaların təsirə göstərdiyi reaksiyanın qiymətləndirilməsi məsləhət görülür.
Partlayış yükləri üzrə istifadə edilən struktur, dizayn və təhlil metodlarına əsasən binanın müəyyən səviyyədə daimi deformasiyasına icazə verilir. Nəticə etibarilə, binanın təsirə göstərdiyi reaksiya daimi deformasiyaya əsasən qiymətləndirilir.
Binaların partlayış yükünə qarşı cavab reaksiyasını qiymətləndirmək üçün iki yanaşma tətbiq edilir:
— binanın zədələnmə səviyyəsinin qiymətləndirilməsi,
— geniş struktur təhlil.
6.4.2 Binanın zədələnmə səviyyəsinin qiymətləndirilməsi
Binanın zədələnmə səviyyəsinin qiymətləndirilməsi zamanı partlayış yükünü binanın ümumi davamlılığı və ya ona dəyən zədə səviyyələri ilə əlaqələndirən vasitələrdən istifadə edilir. Tipik binaların qiymətləndirilməsi əsasında müvafiq sxemlər ( və ya sxemlərin istifadəsini avtomatlaşdıran proqram təminatı) hazırlanmışdır. Bu sxemlərə əsasən xüsusi zədələnmə səviyyələrinə səbəb olan həddən artıq artan ən aşağı təzyiq səviyyələrinin (təzyiq asimptotaları) göstərildiyi cədvəllərdən istifadə etmək olar.
Binanın təsirə qarşı cavab reaksiyasını qiymətləndirmək üçün sahibkarların/ operatorların müvafiq vasitələrdən istifadə etməsi məsləhət görülür. Yalnız həddən artıq artan təzyiq dəyərlərinin göstərildiyi binaların zədələnməsi üzrə cədvəllər qısa müddətli partlayış yükü üçün istifadə edilə bilər lakin bu cədvəllər məs. VCE partlayışından yaranan uzun müddətli partlayış yükü üçün məqsədə uyğun olmaya bilər.
Tipik binalara quruluş baxımından uyğun gəlməyən binaların geniş struktur təhlili əsasında binanın zədələnmə səviyyəsinin konservativ qiymətləndirilməsi üçün daha zəif bina növü seçməklə təhlil edilməsi məsləhət görülür.
6.4.3 Geniş struktur təhlil
Binanın struktur hissələrinin (tirlər, sütunlar, lövhələr, çərçivələr və s.) partlayış yükünə qarşı cavab reaksiyasını qiymətləndirmək üçün geniş struktur
təhlilin aparılması zamanı müvafiq dinamik təhlil metodlarından istifadə edilir. Geniş struktur təhlil prosesinin bir hissəsi olaraq binanın hissələri üçün struktur reaksiya meyarları təyin edilməlidir. Bu meyarlar müxtəlif mənbələrdə [5, 6, 7] müzakirə edilir.
6.5 Binadakı insanların partlayışa qarşı həssaslığı
Binanın zədələnməsinin qiymətləndirilməsindən əldə edilən nəticələr həmin binadakı insanların mümkün həssaslıq səviyyəsini təyin etmək üçün istifadə edilə bilər. Binanın daxilində yerləşdirilmiş işçi heyətin məruz qala biləcəyi əsas təhlükəli hallara binanın çökməsi və oradakı material qırıntıları aiddır.
Belə qırıntılara xarici divarlardan və ya tavandan / damda qoparaq düşən tikinti materialları aid edilə bilər. xarici divarlara yaxın, üzbəüz və ya onların üzərində olan hissələr qoparaq material qırıntısına çevrilə bilər. Bina sakinlərinin təsirə qarşı həssaslığını nəşr edilmiş metodologiyalara əsasən qiymətləndirmək mümkündür. Müxtəlif modellərdə bina sakinlərinin həssaslıq səviyyəsi fərqli terminlərlə ifadə edilə bilər və bu modellər xüsusi tikili növlərinə xas olur.
Bina sakininin təsirə qarşı həssaslığı müxtəlif bina növlərinə dəyən zərərlə əlaqələndirilir. Binanın zədələnmə səviyyəsini ifadə edən ölçülər bina sakininin həssaslıq səviyyəsinin əvəzinə bir meyar kimi istifadə edilə bilər; bununla belə sahibkarlar / operatorlar bu qarşılıqlı əlaqənin əsası nə təşkil etdiyini anlamalı, sənədləşdirməli və onun tətbiqə yararlılığını qiymətləndirməlidir.
6.6 Mövcud binalar üçün partlayışın qiymətləndirilməsi
6.6.1 Ümumi müddəalar
Mövcud binaların partlayış yükünə qarşı cavab reaksiyasını qiymətləndirmək üçün geniş struktur təhlilindən və ya binanın zədələnmə səviyyəsinin qiymətləndirməsindən istifadə etmək olar. Bu qiymətləndirmədə damlarda, divarlarda, pəncərələrdə, qapılarda və texniki xidmət xətlərində material qırıntılarının düşmə təhlükəsini yaradan əlavə komponentlər də nəzərə alınmalıdır. Sahibkarlar / operatorlar öz seçimləri əsasında binanın zədələnmə səviyyəsinin
qiymətləndirilməsinə başlayar, lazım gəldikdə isə qiymətləndirməni geniş struktur təhlillə davam etdirə bilərlər.
Alternativ olaraq, sahibkarlar / operatorlar birinci geniş struktur təhlildən istifadə etməyə qərar verə bilər. Kövrək materiallardan tikilmiş, məs., armatursuz hörgüsü (kubik, kərpic və ya qum tərkibli kirəmitlərdən), armatur karkası olmayan beton bloklu, gips və sement / lifli /asbestli panelləri olan binaların elastikliyi olmur və partlayış yükü bu cür binaların müqavimətini aşdıqda onlar tez dağılır.
Ənənəvi hörgüyə (kubik, kərpic və ya qum tərkibli kirəmitlərdən) malik binalar onlar üçün təyin edilmiş tikinti normalarına və qaydalarına uyğun (yəni bu normalara partlayış yükü daxil edilmir) layihələndirilirir. Ənənəvi hörgülər armatursuz olur və ya tikinti normalarının tələblərinə cavab vermək üçün onların minimal armatur karkası ilə təmin edilir. Ənənəvi hörgülərdə əsas divarın konstruksiyası partlayış yükünə qarşı zəif olur, çünki bu cür divarlar öz elastikliyini itirir və bir divarın yerindən oynaması nəticəsində tikilinin damı və divarları uça bilər. Emal sahəsində və ya ona yaxın ərazilərdə yerləşən binaların məruz qala biləcəyi partlayış yükünün, toplanan partlayış dalğaları (binanın hissələri daha yüksək lokal təzyiqə məruz qala bilər) ilə mümkün qarşılıqlı əlaqəsindən asılı olaraq mürəkkəb xarakterə malik ola bilir. Ənənəvi hörgülərdə dayaq divarı öz elastikliyini itirdiyi üçün, həddən artıq yük altında olduqda onun törətdiyi fəsadlar və emal sahələrində və ya ona yaxın ərazilərdə partlayış yükünün mürəkkəbləşmə dərəcəsi; emal sahələrində və ya ona yaxın ərazilərdə bu konstruksiya növlərinin olması xüsusi olaraq narahatlıq doğurur [5, 7].
6.6.2 Mövcud binalarda təsir gücünün azaldılmasına olan ehtiyacın müəyyən edilməsi
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan mövcud binaları sahibkar / operator tərəfindən təyin edilmiş binanın yerinin qiymətləndirilməsi meyarları ilə müqayisə etmək lazımdır. Həmin meyarlara cavab verməyən binalar, fəsadların təsir gücünün azaldılması planına daxil edilməli və ya daha geniş təhlilə cəlb edilməlidir.
6.7 Yeni binaların yerləşdirilmə planı
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binaların yerini təyin edərkən onun konstruksiya növünün seçilməsində partlayış yükü nəzərə alınmalıdır. Layihə üzrə təyin edilmiş partlayış yüklərini fəsadlara əsaslanan və ya riskə əsaslanan yanaşmalar əsasında hesablamaq olar.
6.8 Yeni binaların layihələndirilməsi, mövcud binalara edilən əlavələr və struktur dəyişiklikləri
Partlayış yükünə uyğun olaraq yeni binalara və ya mövcud binalara edilən əlavə və dəyişiklikləri layihələndirərkən geniş struktur təhlil aparılmalıdır. Partlayış yükü üzrə yekun layihənin hazırlanmasında yalnız binanın zədələnmə səviyyəsinin qiymətləndirilməsi vasitələrindən istifadə edilməməlidir. Bu layihədə damlarda, divarlarda, pəncərələrdə, qapılarda və texniki xidmət xətlərində material qırıntılarının düşmə təhlükəsini yaradan əlavə komponentlər də nəzərə alınmalıdır.
Kövrək materiallardan tikilmiş, məs. armatursuz hörgüsü (kubik, kərpic və ya qum tərkibli kirəmitlərdən), armatur karkası olmayan, beton bloku, gips və sement / lifli /asbestli panelləri olan binaların elastikliyi olmur və partlayış yükü bu cür binaların müqavimətini aşdıqda onlar tez dağılır. Belə materiallar aparılan təhlillə əsaslandırılmadıqda partlayış yükünə məruz qalması mümkün olan və insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binaların xarici divarları üçün (əsas və əlavə divarlar) istifadə edilməməlidir.
7 BİNANIN YERİNİN YANĞIN BAXIMINDAN
Sahibkarlar / operatorlar insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binaların alışa bilən buxarın və ya termik radiasiyanın təsirinə məruz qala bilmə mümkünlüyünü təyin etməlidirlər. Nəzərdə tutulan binaya mənfi təsir göstərən heç bir yanğın hadisəsinin baş vermə ehtimalı olmadıqda binanın yerinin partlayış baxımından qiymətləndirilməsi tələb edilmir.
3-cü Şəkildə texnoloji proseslə bağlı yaranan yanğın təhlükəsi baxımından binanın yerinin sistemli qiymətləndirilməsi prosesi göstərilir. Bu qiymətləndirmə prosesi insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni və mövcud binalara tətbiq edilə bilər.
7.2 Məsafə cədvəlinə əsaslanan yanaşma
Məsafə cədvəlinə əsaslanan yanaşmadan istifadə edildikdə, həmin cədvəldəki ayırma məsafəsi və ya ondan daha uzun məsafə təmin edildikdə binanın yerinin yanğın təhlükəsi baxımından qiymətləndirilməsi adekvat hesab edilir.
7.3 Yanğının növlərinə və onun baş verməsinin mümkünlüyünə təsir edən amillər
Emal sahələrində baş verən yanğınlara gölməçənin alışması, qaz məşəli, qığılcımlar və ya şar formalı yanğın aid edilə bilər. Yanğının növü əsasən havaya buraxılan maddələrinin xüsusiyyətlərindən və miqdarından və həmin maddələrin buraxılma şəraitindən (temperatur, təzyiq və sahənin həndəsi parametrləri) asılıdır. Yanğının müddətini müəyyən amillər, o cümlədən yanacaq ehtiyatı, maddənin havaya buraxılma sürəti, drenaj və yanğının təsir gücünün azaldılmasının effektivliyi tənzimləyir.
7.4 Yanğının binalara vurduğu təsirlərin müəyyən edilməsi
Binaların yerləşdiyi məkanda yanğının müddətini və təsirlərini qabaqcadan müəyyən etmək üçün model yaratmaq olar. Müxtəlif modellər mövcuddur (nümunələrə baxmaq üçün biblioqrafiyaya müraciət edin).
Aşağıda göstərilən cədvəldə hər bir yanğın növü ilə bağlı olan əsas təsirlər göstərilir:
Cədvəl 2 - Yanğın növünə xas olan əsas təsirlər
Gölməçələrin alışması
Termik doza (axın və müddət)
Alovun atılması, termik doza (axın və müddət)
Daxili qığılcımlar və ya VCE (alışa bilən buxar binaya daxil olaraq alışma mənbəyinə nüfuz etdikdə)
Termik doza, partlayışdan artan təzyiq, alışmadan yaranan maddələr və binadan qopan qırıntılar
Binadan xaricdə yaranan şar formalı yanğın və qığılcımlar tipi olaraq qısa müddətli olur və normal olaraq binanın yerinin qiymətləndirilməsi üçün aparılan araşdırmalarda nəzərə alınmır.
7.5 Bina sakininin yanğına qarşı həssaslığı
Bina sakininin yanğına qarşı zəifliyinə aşağıda göstərilən təsirlərdən hər hansı biri səbəb ola bilər:
— binanın daxilində temperaturun artması,
— alışa bilən materialın alışması və nüfuz etməsi,
— tüstü və dəm qazının nüfuz etməsi,
— sakinlərin təxliyəsinə təsir göstərən termik radiasiya.
Xaricdəki yanğınların yaratdığı termik radiasiyadan sakinləri ilkin olaraq binada qorumaq olar. Bu zaman onların təxliyəsi və yanğın xilasetmə tədbirlərinin görülməsi üçün vaxt qazanmaq mümkün olur. Bəzi amillər, o cümlədən binanın konstruksiyası, çıxışların yeri və yanğının təsirinin kəskinlik dərəcəsi təxliyə zamanı sakinlərin təsirə qarşı həssaslığına təsir göstərə bilər.
7.6 Yanğına məruz qalmış binalar üçün mühafizə konsepsiyasının seçilməsi
7.6.1 Ümumi müddəalar
Seçim üçün iki mühafizə konsepsiyası mövcuddur:
— hadisə yerində yanğından qorunmaq üçün sığınacağın təşkil edilməsi,
— yanğından qorunmaq üçün təxliyə.
Sahibkarlar / operatorlar bu konsepsiyalardan ən azı birini seçməlidir. Bina sakinlərinin yanğından qorunması konsepsiyası sahənin yanğından xilasetmə planında, binanın layihəsində, təxliyə marşrutu planında və yanğından xilasetmə üzrə digər sənədlərdə öz əksini tapmalıdır.
7.6.2 Hadisə yerində yanğından mühafizə sığınacaqları
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalar üçün ”hadisə yerində yanğından mühafizə sığınacağının təşkil edilməsi” konsepsiyasını seçən sahibkarlar / operatorlar fəsadlara əsaslanan və ya riskə əsaslanan yanaşma tətbiq edərək yanğına qarşı müqavimət tələblərini təyin etməlidir. (məs. binanın örtüyünün yanğına davamlılıq dərəcəsi). Bu konsepsiyanın effektiv olması üçün binanı aşağıda göstəriləndən daha uzun vaxt çərçivəsinin təmin edilməsi üçün layihələndirmək / qiymətləndirmək lazımdır:
— insanların binadan təxliyyə olunması üçün tələb olunan normativ zaman kəsiyi, və ya
— alışa bilən materialın və ya yanğının insanların binadan təxliyəsinə mane olduğu zamanın uzunluğu
Əgər binanın, tüstünün və ya xaricdən hər hansı alışa bilən qarışığın təsirinə məruz qala bilmə ehtimalı mövcuddursa, onda həmin binanın daxilində əlavə olaraq, tüstünün və ya alışa bilən qarışığın yaranmasının və ya onların xaricdən nüfuz etməsinin qarşısını almaq imkanları olmalıdır. Bu əlamətlər 8.4.2 – ci yarım bənddə göstərilən əlamətlərə oxşar ola bilər.
7.6.3 Yanğından qorunmaq üçün təxliyyə
“Yanğından qorunmaq üçün təxliyə” konsepsiyasını seçən sahibkarlar / operatorlar yanğından xilasetmə üçün aşağıda göstərilənləri təmin etməlidirlər:
— baş verə biləcək qəzaların imitasiyasını təşkil edərək təxliyyənin asanlaşdırılması məqsədi ilə təlimlərin keçirilməsini təşkil etmək;
— qəza çıxışlarını və təxliyyə yollarını qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun təyin etmək;
— insanların təxliyyə istiqamətini göstərən “Təxliyyə Planı”nı təsdiq edərək təyin edilmiş yerlərdən asılmasını təmin etmək;
— qəza və ya yanğın zamanı insanların məlumatlandırılması üçün xəbərdar etmə vasitələrini quraşdırmaq;
— binadakı insanlar üçün nəzərə alınan planlar;
— mümkün təsirlərə məruz qalmamaq üçün, lazım gəldikdə şəxsi mühafizə vasitələrinin (PPE) istifadəsi.
7.7 Mövcud binalarda təsir gücünün azaldilmasina olan ehtiyacin müəyyən edilməsi
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan mövcud binaları sahibkar / operator tərəfindən təyin edilmiş binanın yerinin qiymətləndirilməsi meyarları ilə müqayisə etmək lazımdır. Həmin meyarlara cavab verməyən binalar fəsadların təsir gücünün azaldılması planına daxil edilməli və ya daha geniş təhlilə cəlb edilməlidir.
7.8 Yeni binaların yerləşdirilmə planı və layihələndirilməsi
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binalar, binanın yerinin yanğın təhlükəsi baxımından qiymətləndirilməsi meyarlarına müvafiq olaraq yerləşdirilməli və layihələndirilməlidir.
8 BİNANIN YERİNİN BURAXILAN ZƏHƏRLİ MADDƏ TƏHLÜKƏSİ BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ
Sahibkarlar / operatorlar insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binanın buraxılan zəhərli maddələrin təsirinə məruz qalması mümkünlüyünü müəyyən etməlidir. Nəzərdə tutulan binaya mənfi təsir göstərən heç bir zəhərli maddə buraxılması ehtimalı olmadıqda, binanın yerinin bu baxımdan qiymətləndirilməsi tələb edilmir.
4-cü Şəkildə zəhərli maddələrin buraxılma təhlükəsi baxımından binanın yerinin sistemli qiymətləndirilməsi prosesi göstərilir. Bu qiymətləndirmə prosesi insanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni və mövcud binalara tətbiq edilə bilər.
8.2 Zəhərli maddələrin binalarda göstərdiyi təsirlərin müəyyən edilməsi
Sahibkar / operator insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binaların buraxılan zəhərli maddələrin göstərdiyi təsirlərə məruz qalmasının mümkünlüyünü fərz edə və ya həmin binalar üçün zəhərli qazın yayılması modelindən istifadə edə bilər.
Əgər qazın yayılma modelinin yaradılmasına əsaslanan yanaşma seçilərsə, onda sahibkarlar / operatorlar binanın yerinin qiymətləndirilməsi meyarı kimi zəhərli maddələrin buraxılma hədlərini təyin etməlidir. Bu hədlər binanın daxilində (təxliyəyə mane ola bilən) və ya xaricində zəhərli maddələrin konsentrasiyası / dozası üçün təyin edilə bilər. Sahibkar / operator çöl şəraitində təyin edilmiş zəhərli maddələrin konsentrasiyasını hesablamaq üçün bir və ya daha artıq qazın yayılma modelindən istifadə edə bilər. Bu istiqamətdə müxtəlif modellər mövcuddur (biblioqrafiyaya bax).
8.3 Binadakı insanların zəhərli maddəyə qarşı həssaslığı
Binadakı insanların zəhərli maddələrə qarşı zəifliyi binanın daxilində həmin maddələrin dozasından (konsentrasiyasından) və müddətdən asılıdır. Mühafizə tədbirlərinin, məs. havalandırma sistemlərinin söndürülməsi, açıq yerlərin qapanması və ya şəxsi mühafizə vasitələrinin (PPE) təşkil edilməsi kimi tədbirlərin həyata keçirilməsi üçün lazımi müddəti təmin edərək, binadakı insanları ilkin olaraq elə binanın özündə qorumaq olar. Binadakı insanların zəhərli maddələrin təsirinə qarşı həssaslıq səviyyəsini binaya nüfuz etmiş zəhərli maddənin konsentrasiyasına və məruz qalma vaxtına əsasən hesablamaq olar.
8.4 Buraxılan zəhərli maddələrin təsirinə məruz qalmış binalar üçün mühafizə konsepsiyasının seçilməsi
8.4.1 Ümumi müddəalar
Seçim üçün iki mühafizə konsepsiyası mövcuddur:
— hadisə yerində yanğından qorunmaq üçün sığınacağın təşkil edilməsi,
— yanğından qorunmaq üçün təxliyə.
Sahibkarlar / operatorlar bu konsepsiyalardan ən azı birini seçməlidir. Bina sakinlərinin yanğından qorunması konsepsiyası sahənin yanğından xilasetmə planında, binanın layihəsində, təxliyə marşrutu planında və yanğından xilasetmə üzrə digər sənədlərdə öz əksini tapmalıdır.
8.4.2 Hadisə yerində zəhərli maddələrdən mühafizə sığınacaqları
Insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalar üçün “hadisə yerində zəhərli maddələrdən mühafizə sığınacağının təşkil edilməsi” konsepsiyasını seçən sahibkarlar / operatorlar hər bir bina üçün aşağıda göstərilən imkanları təmin etməlidirlər:
— lazım gəldikdə sistemin söndürülməsinə və ya yenidən dövr etmə rejiminə keçə bilən HVAC sistemləri;
— binanın xaricində maddələrin buraxılması barədə binadakı insanlara məlumat verən sistemlər;
— qəza hallarında kommunikasiya avadanlıqları (telefon məqbul hesab edilir);
— lazım gəldikdə şəxsi mühafizə vasitələri (PPE);
— pəncərə, qapı və açıq yerlər üçün kipləyicilər.
Şəkil 4 – Binanın yerinin zəhərli maddə təhlükəsi baxımından qiymətləndirilməsi
Bu əlamətlərin icrasına qoyulan tələbləri aşağıda göstərilənlərə əsasən qiymətləndirmək / təyin etmək olar:
— işçi heyətin binada qalması üçün tələb edilən zamanın müddəti;
—zəhərli maddənin insanların binadan çıxarılmasına mane olduğu zamanın müddəti; və ya
— müvafiq sənaye standartları, təlimatları və qaydaları.
Bəzi materiallar həm zəhərli, həm də alışa bilən olur. Yanğın və ya partlayış baş verdikdən sonra və ya əvvəl zəhərli maddələr təsir göstərə bilir. Binanın yerinin qiymətləndirilməsində partlayış nəticəsində ona dəyən və onun hadisə yerində zəhərli maddədən mühafizə sığınacağı kimi istifadə edilməsini risk altında qoyan mümkün zədələr nəzərə alınmalıdır.
8.4.3 Buraxılan zəhərli maddələrdən qorunmaq üçün təxliyə
“Buraxılan zəhərli maddələrdən qorunmaq üçün təxliyə” konsepsiyasını seçən sahibkar / operator insanların yerləşdirilməsi üçün nəzərdə tutulan binalarda aşağıdakı xilasetmə imkanlarını təmin etməlidir:
— təxliyəni asanlaşdıran qəza tədbirləri proseduraları və təlimlər,
— qəza çıxışları və təhlükəsiz təxliyə marşrutları,
— işçiləri təyin edilmiş sığınacaqlara və ya toplantı sahələrinə istiqamətləndirən təxliyə planı.
—zəhərli maddələrin buraxılacağı barədə binadakı insanlara xəbərdarlıq etmək vasitələri,
— binadakı insanların nəzərə alındığı planlar,
—mümkün təsirlərə məruz qalmamaq üçün lazım gəldikdə şəxsi mühafizə vasitələrinin (PPE) istifadəsi.
8.5 Mövcud binalarda təsir gücünün azaldılmasına olan ehtiyacın müəyyən edilməsi
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan mövcud binaları, sahibkar / operator tərəfindən təyin edilmiş binanın yerinin zəhərli maddə təhlükəsi baxımından qiymətləndirilməsi meyarları ilə müqayisə etmək lazımdır. Həmin meyarlara cavab verməyən binalar fəsadların təsir gücünün azaldılması planına daxil edilməli və ya daha geniş təhlilə cəlb edilməlidir.
8.6 Yeni binaların yerləşdirilmə planı və layihələndirilməsi
İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulan yeni binalar binanın yerinin zəhərli maddə və yanğın təhlükəsi baxımından qiymətləndirilməsi meyarlarına müvafiq olaraq yerləşdirilməli və layihələndirilməlidir.
Bu əlavədə verilən nümunələr hazırkı nəşrlərdə təqdim edilən konsepsiyaları tətbiq etməkdə istifadəçini istiqamətləndirmək məqsədi daşıyır. Bu əlavələrdə hazırkı nəşrin tətbiqinin xüsusi aspekti misallarla zənginləşdirilir lakin onun mürəkkəblik dərəcəsi ifadə edilmir və ya binanın yerinin qiymətləndirilməsi zamanı ortaya çıxan kiçik məsələlərə toxunulmur. Hazırki nümunələrdə istifadə edilən kəmiyyət göstəriciləri yalnız misal göstərmək üçün istifadə edilir.
A.2 Daimi və Daşınan Tikililər — Bölmə 1.3
Problem: Yerli idarəetmə binasının yerinin dəyişdirilməsi üçün onun quruluşu baxımından bir neçə həlli yolları təklif edilib. Bina birdəfəlik əvəzlənəcək və orada mövcud binadakı işçi heyət yerləşdiriləcək. Variantlardan biri sahədən kənar ərazidə daşınan tikili yığıb onu quru nəqliyyatı ilə təklif edilən məkana daşımaqdır. Binanın yerinin qiymətləndirilməsi API 752, yoxsa API 753 standartına əsasən aparılmalıdır?
Cavab: Təklif edilən yerli idarəetmə binası təyin edilmiş məkanda daimi istifadə üçün nəzərdə tutulub və xüsusi olaraq mühüm partlayış yükünə qarşı layihələndirilib. Binanın yerinin qiymətləndirilməsi API 752 standartına uyğun aparılmalıdır.
A.3 Qiymətləndirmə üçün Binaların Seçilməsinə dair Nümunələr – Bölmə 5.
A.3.1 Sahə laboratoriyası
Problem: Sahə laboratoriyası kimyəvi təhlillərlə bağlı nümunələri növbə ilə yoxlayan operatorlar tərəfindən istifadə edilir. Bu operatorlara yaxınlıqdakı emal sahəsində işləmək tapşırılıb. Bu binada işləmək üçün başqa heç bir işçi tapşırıq almayıb. Bu tikili binanın yerinin qiymətləndirilməsinə daxil edilməlidirmi?
Cavab: Sahə laboratoriyasını binanın yerinin qiymətləndirilməsinə daxil etməmək olar çünki, buraya heç bir işçi daimi olaraq təyin edilməyib və operatorlar isə sınaqları növbə ilə əvəzlənərək aparır.
A.3.2 Mərkəzi laboratoriya
Problem: Mərkəzi laboratoriyada kimyəvi analizlərlə, keyfiyyətə təminatla bağlı və lazımi formaların doldurulması üçün nümunələri yoxlayan ştatlı laboratoriya işçisi işləyir. Bu tikili binanın yerinin qiymətləndirilməsinə daxil edilməlidirmi?
Cavab: Mərkəzi laboratoriyada ştatlı daimi işçi işlədiyi üçün həmin bina insanların yerləşdirilməsi üçün nəzərdə tutulan bina hesab edilir və ona görə də binanın yerinin qiymətləndirilməsinə daxil edilməlidir.
A.3.3 Anbar — Nümunə 1
Problem: Anbar tikilisi hazır məhsulun saxlanılması, məhsulun zavoddan çıxarılması və onun nəqliyyat vasitələrinə yüklənməsi üçün istifadə edilir. Anbarda bu işi görmək üçün işçi qüvvəsi təyin edilib və bu işçilər avtokara sürücüləri və nəzarətçidən ibarətdir. Bu tikili insanların yerləşməsi üçün nəzərdə tutulan binadırmı?
Cavab: Bu anbar insanların yerləşməsi üçün nəzərdə tutulan binadır. Təyin edilmiş işçi qüvvəsinə malik anbarlar xüsusi olaraq 4.1 – ci bənddə insanların yerləşməsi üçün nəzərdə tutulan bina kimi təsbit edilib.
A.3.4 Anbar— Nümunə 2
Problem: Anbardan materialı saxlamaq üçün istifadə edilir. Bu binanın daxilində ofis yoxdur və eləcə də onun daxilində gündəlik işləri icra etmək üçün heç bir işçi qüvvəsi təyin edilməyib. İşçilər növbə ilə bu anbara material gətirir və ya oradan material çıxarır. Bu cür anbar binası qiymətləndirməyə daxil edilə bilərmi?
a) təyin edilmiş işçi qüvvəsi yoxdur,
b) əsasən materiallar saxlanılır, və
c) yalnız növbə ilə giriş təmin edilib.
Ona görə də bu cür tikilini qiymətləndirməyə daxil etməyə ehtiyac yoxdur.
A.3.5 Bina daxilində bina
Problem: A.3.4 –də müzakirə edildiyi kimi anbarın bir küncündə qapalı ofis tikmək qərarı qəbul edilib. Bu ofis işçilər tərəfindən onlar üçün təyin edilmiş iş yeri kimi istifadə ediləcək. Anbarda görülən digər işlər dəyişməyəcək. Belə anbar tikilisini qiymətləndirməyə daxil etmək olarmı?.
Cavab: Bu ofis “bina daxilində bina” kimi təyin edilib. 4.1 – ci yarım bənddə göstərildiyi kimi, bu ofisdə xüsusi olaraq təyin edilmiş işçilər çalışır və ona görə də o, insanların yerləşməsi üçün nəzərdə tutulan tikili hesab edilir. Anbarın yerdə qalan hissəsi isə insanların yerləşməsi üçün nəzərdə tutulmayıb. Ona görə də həmin ofis binanın yerinin qiymətləndirilməsinə daxil edilir. Anbarın ofisi əhatə edən hissələri də qiymətləndirilir çünki bu hissələr ofisə müəyyən təsir göstərə bilər.
A.3.6 Elektrik Mühərrikini İşə Salan Şitin (MCC) Statusu
Problem: İnsanların yerləşdirilməsi üçün nəzərdə tutulmayan MCC binasında elektrik sisteminin yenilənməsi layihəsi həyata keçirilir və bu layihə çərçivəsində bir neçə elektrik mühəndisinin həmin binada işləməsi tələb edilir. Bu bina öz statusuna görə “insanların yerləşdirilməsi üçün nəzərdə tutulan” binadırmı”, və bu binanı qiymətələndirməyə daxil etmək olarmı?.
Cavab: Bu, müvəqqəti və növbəli iş olduğu üçün binanın statusunu dəyişmir və ona görə də binanın yerinin qiymətləndirilməsində dəyişikliyin aparılması tələb edilmir. Bununla belə, binanın daxilində işləyən işçilərin sayı müəyyən müddət ərzində artdıqca təhlükənin təsir gücünün azaldılması üzrə müvəqqəti tədbirlərin həyata keçirilməsi məqsədə uyğun ola bilər.
A.3.7 Operator sığınacağı
Problem: Obyektdə operatorun formaları doldurması, istirahət etməsi və ümumiyyətlə onlar zavodda olmadıqda vaxt keçirmək üçün istifadə edilən kiçik sığınacaq var. Bu kiçik tikili insanların yerləşməsi üçün nəzərdə tutulan bina hesab edilərək qiymətləndirməyə daxil edilə bilərmi.?
Cavab: Bu tikili insanların yerləşdirilməsi üçün nəzərdə tutulan bina olaraq, qiymətləndirməyə daxil edilməlidir.
A.3.8 Operator sığınacağı — Adi məşğuliyyət
Problem: Obyektdə operator sığınacağı kimi istifadə edilən kiçik tikili mövcuddur. İşçilər (xüsusən də hava şəraiti yaxşı olmadıqda) işə icazə formalarını (naryadları) doldurmaq üçün adi qaydada bu tikilidən istifadə edirlər. Sahədə olmadıqda həmin işçilər mərkəzi idarəetmə otağında qalır və orada işləyirlər. Bu operator sığınacağı insanların yerləşdirilməsi üçün nəzərdə tutulan tikili statusuna malik olaraq binanın yerinin qiymətləndirilməsinə daxil edilə bilərmi.?
Cavab: Bu tikilidə adi qaydada işlər görülür (işə icazə formaları yazılır) və səbəbdən də tikili qiymətləndirməyə daxil edilə bilər.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Qoşa flanslı, dişli və flans arası
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart API STD 609-1997 “Butterfly valves: double flanged, lug- and wafer-type” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
____________________________________________________________________________________________
Qoşa flanslı, dişli və flans arası
Double flanged, lug- and wafer-type
____________________________________________________________________________________________
1.1 Bu standart boz çuqundan, kövrək çuqundan, bürüncdən, poladdan, nikel əsaslı ərintidən və ya xüsusi ərintilərdən hazırlanmış və bağlı mövqedə kip bağlanan drossel klapanlarının layihələndirilməsini, materiallarından, flanslararası məsafəsini, nominal təzyiq – temperatur qiymətlərini, yoxlama, təftiş və sınaq tələblərini ehtiva edir. Standarta drossel klapanlarının iki kateqoriyası daxil edilib:
a) A kateqoriyası — İstehsalçı tərəfindən təyin edilmiş soyuq emal temperaturunda təzyiqə (SET) adətən konsentrik diskə və yəhər konfiqurasiyasına malik olan drossel klapanları. ASME Sinif 125 və ya Sinif 150 flans boltu düzülüşünə malik klapanlar üçün NBÖ 2 - NBÖ 48 ölçüləri daxil edilib.
b) B kateqoriyası — ASME Sinfinə məxsus və nominal təzyiq –temperatur qiymətlərinə malik, essentrik və ya konsentrik disk konfiqurasiyasına malik əvəzləyici yəhəri olan drossel klapanları. Bu klapanların yəhərinin nominal qiymətləri onun korpusunun nominal qiymətlərindən azdır. Dişli və flansarası klapanlar üçün Sinif 150, 300, və 600, onların ölçüləri isə NBÖ 3 - NBÖ 24 diapazonunda təyin edilib.
Qoşa flanslı uzun quruluşa malik klapanlar üçün isə Sinif 150 və 300, ölçüləri isə NBÖ 3- NBÖ 48 diapazonunda təyin edilib. Qoşa flanslı qısa quruluşa malik klapanlar üçün isə Sinif 600, onların ölçüləri isə NBÖ 3 - NBÖ 24 diapazonunda təyin edilib.
1.2 Klapanların konfiqurasiyalarına Bölmə 2 –də göstərilən standartlara və spesifikasiyalara uyğun olan ASME və MSS flansları arasında montaja imkan yaradan üzlüklü,qoşa flanslı, dişli və flansarası konfiqurasiyalar daxildir.
2. NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən normativ sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir. Nəşrin adından sonra mötərizədə verilən mətn həmin nəşrin tətbiq edildiyi siniflərə qoyulan məhdudiyyəti göstərir.
API Standartı 598 Valve Inspection and Testing (Klapanın təftişi və sınağı)
API Standartı 607 Fire Test for Soft-seated Quarter-turn Valves (Yumşaq yəhərli və ştoku 90 dərəcə dönən klapanların odadavamlılıq sınağı)
ASME B1.1 Unified Inch Screw Threads [UN and UNR Thread Form] (Düymlə təyin edilmiş vahid vint yivləri [UN və UNR yiv forması])
ASME B16.1 Gray Iron Pipe Flanges and Flanged Fittings [Classes 25, 125, and 250] (Boz çuqundan hazırlanmış boruların flansları və flanslı fitinqlər [Siniflər 25, 125, və 250])
ASME B16.5 Pipe Flanges and Flanged Fittings [NPS 1/2 through NPS 24 Metric/Inch Standard] (Boru flansları və flanslı fitinqlər [NBÖ ½ -NBÖ 24 Metrik/Düym standartı])
ASME B16.20 Metallic Gaskets for Pipe Flanges—Ring-Joint, Spiral-Wound, and Jacketed (Boru flansları üçün metal kipləyici aralıqlar – Halqalı birləşmə, spiralşəkilli və örtüklü)
ASME B16.24 Cast Copper Alloy Pipe Flanges and Flanged Fittings [Classes 150, 300, 600, 900, 1500 and 2500] (Tökmə mis ərintisindən hazırlanmış boruların flansları və flanslı fitinqlər [Siniflər 150, 300, 600, 900, 1500 və 2500])
ASME B16.34 Valves-Flanged, Threaded, and Welding End [Standard Class 150, 300, and 600 only] (Klapanlar – Flanslı, yivli və qaynaq tikişi olan sonluqlar [Standart Sinif 150, 300, və 600])
ASME B16.42 Ductile Iron Pipe Flanges and Flanged Fittings [Class 150 and 300] (Kövrək dəmirdən hazırlanmış boruların flansları və flanslı fitinqlər [Sinif 150 və 300])
ASME B16.47 Large Diameter Steel Flanges: NPS 26 Through NPS 60 [Class 150 only] (Böyük diametrli polad flanslar: NBÖ 26 -NBÖ 60 [yalnız Sinif 150] )
ASME B31.3, Process Piping (Boru şəbəkəsi)
ASME B46.1 Surface Texture (Surface Roughness, Waviness, and Lay) (Səthin quruluşu (Səthin nahamarlılığı, dalğalı forması və nahamarlıq istiqaməti ))
ISO 5752 Metal valves for use in flanged pipe systems—Face-to-face and center-to-face dimensions (Flanslı boru sistemlərində istifadəsi nəzərdə tutulan metal klapanlar – Flanslar arası və mərkəzdən gövdəyə kimi olan məsafə)
MSS SP-6 Standard Finishes for Contact Faces of Pipe Flanges and Connecting-End Flanges of Valves and Fittings (Boru flanslarının təmasda olan səthlərinin standart örtük təbəqələri və klapanların və fitinqlərin birləşdirici sonluq flansları)
MSS SP-25 Standard Marking System for Valves, Fittings, Flanges, and Unions (Klapanlar, fitinqlər, flanslar və birləşmələr üçün standart nişanlama sistemi)
MSS SP-45 Bypass and Drain Connections (Dolama kanal və drenaj birləşmələri)
MSS SP-91 Guidelines for Manual Operation of Valves (Klapanların əl ilə idarə edilməsi üçün təlimatlar)
3. NOMİNAL TƏZYİQ – TEMPERATUR
3.1 Klapanın nominal qiymətləri
A kateqoriyasına məxsus olan klapanların SET nominal qiyməti onların örtüyünün, yəhərinin nominal qiymətlərindən və ya nominal diferensial təzyiq qiymətlərindən az olmalıdır.
3.2 Klapan örtüyünün nominal qiymətləri
3.2.1 A kateqoriyasına məxsus olan klapanın korpuslarının və onlarla əlaqəli olan təzyiq sərhədi elementlərinin SET qiyməti istehsalçı tərəfindən təyin edilməlidir.
3.2.2 B kateqoriyasına məxsus olan klapanın korpuslarının və onlarla əlaqəli olan təzyiq sərhədi elementlərinin nominal təzyiq –temperatur qiymətləri klapan korpusunun materialına uyğun olaraq aşağıdakı standartlarda göstərilən qiymətlər olmalıdır:
a) kövrək dəmir üçün, ASME B16.42;
b) tökmə mis ərintiləri üçün, ASME B16.24;
c) polad, nikel ərintisi və ya xüsusi ərinti tərkibli material üçün, ASME B16.34 (standart sinif).
3.3 Klapan yəhərinin nominal qiymətləri
3.3.1 B kateqoriyasına məxsus olan klapanların yəhərinin nominal qiymətləri politetrafluoroetilen (PTFE) və gücləndirilmiş politetrafluoroetilen (GPTFE) tərkibi üçün ən azı Cədvəl 1 –də göstərilən qiymətlərə bərabər olmalıdır. Cədvəl 1 –də göstərilməyən klapan yəhərinin materiallarının nominal qiymətləri istehsalçı tərəfindən təyin edilməlidir.
3.3.2 Daxili örtükləri, üzlükləri, elastiki yəhər materialları və ya bu əlamətlərin birləşməsinə malik olan klapanların nominal təzyiq –temperatur hədləri klapan istehsalçısı tərəfindən nəşr edilmiş spesifikasiyalarda göstərilən qiymətlərə uyğun olmalıdır. Temperatur hədləri yarımbənd 7.1– də tələb edildiyi kimi, texniki pasport lövhəsində xüsusi nişanlarla göstərilməlidir.
Cədvəl 1— PTFE və ya GPTFE materialından hazırlanmış yəhərləri olan B kateqoriyalı klapanların yəhərinin minimum nominal təzyiq –temperatur qiymətləri
Qeyd: PTFE = politetrafluoroetilen; GPTFE = gücləndirilmiş politetrafluoroetilen (bax: 3.3.1).
4.1.1 B kateqoriyalı klapanlar
Bu standarta əsasən hazırlanmış klapanlar standart sinif üzrə ASME B16.34 standartında irəli sürülmüş tələblərə və bu standartda göstərilən digər əlavə tələblərə cavab verməlidir. ASME B16.34 standartında göstərilməyən materiallar üçün, ASME B16.34 standartının tətbiq edilə bilən tələblərindən və layihələndirilmə normalarından istifadə edilməlidir. ASME B16.34 standartı ilə bu standart arasında ziddiyyət yarandıqda üstünlük sonuncuya verilməlidir.
4.1.2 Klapanların odadavamlılıq sınağı
Əgər alıcı tərəfindən odadavamlılıq sınağından keçmiş klapanlar göstərilərsə, həmin klapanların odadavamlılıq sınağından keçməsi, sınaq tələblərinə, eləcə də APİ 607 standartının istismar tələblərinə cavab verməsi təsdiqlənməlidir. Alıcının müraciəti əsasından müvafiq köməkçi sənədlər ona təqdim edilməlidir.
4.1.3 Kilidlənə bilən mexanizm
Satınalma sifarişində göstərildiyi təqdirdə, klapanın həm açıq, həm də qapalı mövqelərdə kilidlənməsi üçün alıcı tərəfindən təchiz edilmiş kilidi qəbul edən kilidlənə bilən mexanizm quraşdırılmalıdır. Kilidlənə bilən mexanizm elə layihələnməlidir ki, 8-mm (5/16- düym) diametrli və uzunluğu 102 millimetrdən (4.0 düym) çox olmayan korpuslu kilidi birbaşa olaraq kilidlənə bilən mexanizmin dəliklərindən keçirib onu kilidləmək mümkün olsun. Hətta satınalma sifarişində göstərilməsə də kilidlənə bilən mexanizm üçün müəyyən tədbirlər nəzərdə tutulmalıdır.
4.1.4 Diskin mövqeyinin göstərilməsi
Diskin mövqeyinin göstərilməsi mexanizmi klapanın valına birləşdirilməli və klapanın diskinə uyğunlaşdırlmalıdır. Bu göstərilmə valın üzərinə nişan qoymaqla və ya onun formasına əsasən həyata keçirilə bilə. Klapanın layihəsində klapanın açıq və bağlı mövqelərini yalnış göstərdikdə onun (və/və ya ötürücünün) yığılmasının mümkünsüzlüyü təmin edilməlidir.
4.1.5 Val - sürgü qolu birləşmələri
Val – sürgü qolu birləşmələri elə layihələndirilməlidir ki, sürgü qolu diskin mövqeyini həmişə düzgün göstərsin. Bu növ əl ilə işlədilən ling elə quraşdırılmalıdır ki, ling klapan diskinə paralel olsun.
4.2.1 Klapanın korpusunun divarının minimum qalınlığı korpus materialına əsasən Bölmə 2 –də göstərilən və qüvvədə olan ASME B 16 standartının tələblərinə cavab verməlidir. Əgər tətbiq edilən standarta xüsusi material üçün fitinqlər daxil edilibsə, onda klapanın divarının minimum qalınlığı həmin fitinqlər üçün təyin edilmiş divar qalınlığına uyğun olmalıdır. Klapanın layihəsi struktur baxımdan onun üçün təyin edilmiş təzyiq və temperatur hədlərinə uyğun olmalıdır və bu zaman korpusdakı val dəliyi ilə ona bitişik olan bolt dəlikləri arasındakı sahənin qısaldılması nəzərə alınmalıdır. Bu bölmələr ASME B16.34 standartının tələblərinə uyğun olaraq layihələndirilməlidir.
4.2.2 Boru flanslarının arasında flansarası klapan quraşdırıldıqda və onun diski bağlı mövqedə olduqda klapan özü –özün mərkəzi nöqtəyə uyğunlaşdıra bilməlidir, yəni klapan, elə layihələndirilməlidir ki, o, xarici diametr və ya inteqral yaxud birləşdirilmiş mərkəzləşdirmə mexanizmi vasitəsilə bolt mərkəzinin ətrafında özünü mərkəzi nöqtəyə uyğunlaşdıra bilsin.
4.2.3 Qoşa flanslı klapanların sonluq flansları klapanın korpusuna bütöv tökülməli və ya döyülməlidir; bununla belə, alıcı ilə əldə edilmiş razılığa əsasən flansları tam əridilmiş dərin qaynaq vasitəsilə birləşdirmək olar. Qaynaqla birləşdirilmiş sonluq flansları ASME B16.5 standartına uyğun olmalı və qaynaq tikişi olan sonluqların halqalı altlıqları olmamalıdır. Qaynaq tikişləri ASME B31.3 standartının tələblərinə cavab verməli, qaynaq proseduralarının, qaynaqçının və ya qaynaqçı operatorun texniki şərtlərə uyğunluğu təmin edilməlidir.
4.2.4 Əgər alıcı tərəfindən drenaj və ya dolama kanal birləşmələri göstərilibsə, bütün bu birləşmələr vəziyyətdən asılı olaraq ASME B16.34 və MSS SP-45 standartlarının tələblərinə cavab verməlidir.
4.3 Flanslar arası məsafə
4.3.1 Flansarası və dişli klapanların flanslar arası məsafəsi Cədvəl 2 və Cədvəl 3(A) –da göstərildiyi kimi olmalıdır. Bu ölçülər aşağıda göstərilənlərdən biri olmalıdır:
a) klapan korpusunun təmas səthlərindən və ya onların üzərindən uzanan metaldan olmayan örtüklərin, vtulkaların və ya ikinci dərəcəli kipləyicilərin istifadə edildiyi və flans kipləyicisi funksiyası daşıyan sıxılmış və ya quraşdırılmış hissələrinin ölçüləri; və ya
b) klapanlarda metaldan olmayan hissələrin istifadə edilmədiyi metal arası məsafə ölçüləri.
1. Klapan korpusunun örtükləri, vtulkalar və halqalı kipkəcləri flans kipləyicisi funksiyası daşıdıqda, və istehsalçı tərəfindən xüsusi olaraq tövsiyə edilmədikdə ayrı –ayrı kipləyici aralıqlardan istifadə edilməməlidir.
2. Kipləyici aralığın oturduğu səthlərə kimi örtüklərin uzandığı klapanlar qismən açıq mövqedə diskə boltla bərkidilməlidir.
4.3.2 Qoşa flanslı klapanların flanslar arası məsafə ölçüləri uzun quruluşa malik klapanlar üçün Cədvəl 3(B) –də, qısa quruluşa malik klapanlar üçün isə Cədvəl 3(C) –də verilib.
4.3.3 Çuqundan, kövrək dəmirdən və tökmə mis ərintisindən olan və xüsusi kipləyici aralıqlar tələb edən klapanların korpusunun təmas səthləri MSS SP-6 standartında göstərilən qaydada hazırlanmalıdır.
4.3.4 Polad və ya ərintidən hazırlanmış və xüsusi kipləyici aralıqlar tələb edən klapanların korpusunun təmas səthləri isə ASME B16.5 standartında göstərilən qaydada hazırlanmalıdır.
Cədvəl 2— A kateqoriyalı klapanların (flansarası və dişli) flanslararası məsafə ölçüləri
Qeyd: NBÖ 2 –NBÖ 24 diapazonu üzrə ölçülər klapanların ASME Sinif 125 və ya 150 flansları arasında quraşdırılmasına tətbiq edilir. NBÖ 30 - NBÖ 48 diapazonu üzrə ölçülər isə klapanların ASME Sinif 125 və 150flansları və ya MSS SP-44, Sinif 150 flansları (bax: 4.3.1) arasında quraşdırılmasına tətbiq edilir. Bu ölçülər klapan korpusunda yastı hissələrə tətbiq edilir (metal səth birləşməsi)
4.4 Diskin aralıq məsafəsi
İstehsalçı klapan diskinin aralıq məsafəsini ASME klapan sinfinə, birləşdirici borunun və flansının daxili diametrinə və bu standartın əlavəsində verilən meyarlara uyğun saxlayaraq klapanın layihəsini hazırlamalıdır. Əlavə məlumat almaq üçün bax: Şəkil A.1 və Şəkil A.2.
Qeyd: Flansarası və dişli klapanlara və qoşa flanslı klapan layihələrinə gəldikdə, klapan diski döndərildiyi zaman korpus səthlərindən kənara çıxmamalıdır. Alıcı disk ilə ona yaxın olan hissələr, məs. boru örtüyü, fitr, əks klapanlar və digər klapanlar arasında heç bir maneənin olmadığını təmin etmək üçün borunun layihəsini yoxlamalıdır. Klapanın lazımi səviyyədə işləməsini, eləcə də kipkəclərin və kipləyici aralıqların lazımi qaydada yerləşməsini təmin etmək üçün klapanın quraşdırılması zaman flans boltlarını sonuncu dəfə sıxmazdan qabaq əks flansların mərkəzləşdirmək lazımdır.
4.5 Val və val kipkəcləri
4.5.1 Val –disk birləşməsinin və valın təzyiq sərhədinin divarları daxilində yerləşən bütün hissələrinin davamlılığı, fırlanma yükü altında, valın təzyiq sərhədindən kənarda yerləşən hissəsinin davamlılığından 10 % artıq olmalıdır. Valın davamlılığı hesablama və ya sınaq vasitəsilə təyin edilməlidir.
Cədvəl 3— B kateqoriyalı klapanların flanslararası məsafə ölçüləri
(A) Flansarası və dişli
(B) Qoşa flanslı (uzun)
Klapanın ölçüsü (NBÖ)
(C) Qoşa flanslı (qısa)
Sinif 150və ya Sinif 300
Qeyd: Bu cədvəldə Sinif 300 üçün iki qrup ölçü verildiyi üçün, alıcı tərəfindən hansı sütunun tətbiqə yararlılığı müəyyən edilməlidir.
Bax: ALICI ÜÇÜN QEYDLƏR, B.2.1 d).
Göstərilən ölçülər klapanın metal hissələr arası məsafə ölçüləridir (bax: 4.3.1).
Göstərilən ölçülər flanslı şiberli klapanlar üzrə ASME B16.10 standartına uyğundur.
Göstərilən ölçülər ISO 5752, Əsas Seriya 13, EN 558-2 və EN 593 standartına uyğundur.
Göstərilən ölçülər ISO 5752, Əsas Seriya 14, EN 558-2 və EN 593 standartına uyğundur.
Göstərilən ölçülər ISO 5752, Əsas Seriya 13 standartına uyğundur.
Göstərilən ölçülər ISO 5752, Əsas Seriya 14 standartına uyğundur.
4.5.2 Val və/və ya val saxlayıcı hissələr elə layihələnməlidir ki, val –disk birləşməsində və ya valın özündə nasazlıq baş verdikdə valın heç bir hissəsi daxili təzyiq altında klapandan çölə çıxmasın. Bu cür layihədə valın çıxmasının qarşısını almaq üçün ötürücü hissələrə (ötürücülərə, intiqallar, sürgü qollarına və s.) arxalanmaq olmaz.
4.5.3 Val disk birləşməsi elə layihələnməlidir ki, vibrasiya baş verdikdə həmin birləşmə laxlamasın.
4.5.4 B kateqoriyasına aid olan klapanlara gəldikdə, onların valının kipkəc korpusu ilə təmasda olduğu səthin təbəqəsi 0.80 μm (32 μin.) Ra və ya daha hamar olmalıdır. Ölçmə işi vizual və ya toxunma yolu ilə yaxud səthin nahamarlığını ölçən iynə tipli cihazla həyata keçirilməlidir (bax: ASME B46.1).
4.5.5 B kateqoriyalı klapanların kipkəc korpusu tənzimlənə bilməlidir. Kipləyici mexanizm klapan maye təzyiqi altında olarkən kipkəc korpusunun tənzimlənməsinə şərait yaratmalıdır.
4.6 Boru birləşməsində xarici bolt dəlikləri
4.6.1 Əgər satınalma sifarişində başqa cür göstərilməyibsə, dişli klapanların bərkidici detallarında boltlar və ya vintlər üçün yivli dəliklər açılmalıdır.
4.6.2 Korpus –flans birləşməsində diametri 1 düym və ya daha kiçik ola boltlar üçün nəzərdə tutulan yivli dəliklər ASME B1.1 standartında verilən kiçik ölçülü yiv seriyası, Sinif 2B -ə uyğun açılmalıdır. Diametri 1 düym və ya daha böyük olan boltlar üçün isə belə dəliklər ASME B1.1 standartında verilən, səkkiz cığırlı yiv seriyası, Sinif 2B -ə uyğun açılmalıdır.
4.6.3 Yivli bolt dəlikləri ən azı nominal bolt diametrinə bərabər dərinlikdə tam yivli birləşməni təmin etməlidir; lakin bolt dəliyi vala yaxın olduqda nominal bolt diametrinin 67 % -ə qədər dərinlikdə birləşmə də qəbul edilir.
4.6.4 Dişli və flansarası klapanların boltla bərkidilməsi üçün tipik variantlar Şəkil 1 –də göstərilib.
4.7 Yəhərin fiksatoru — Yalnız B kateqoriyalı klapanlar üçün
4.7.1 Yəhər fiksatorunun lövhələri (Şəkil 2 –də göstərilən qaydada layihələndirilmiş) klapanın yəhərinin saxlanılması və sıxılması üçün nəzərdə tutulan ayrı –ayrı lövhələr olub klapanın korpusuna mexaniki yolla bərkidilməlidir. Bərkidicilər flansın kipləyici aralığının səthindən aşağı və ya ona doğru geri çəkilməlidir.
4.7.2 Kipləyici aralığın oturduğu səthdə yaranan maneələr - NBÖ 6 – NBÖ 46 ölçü diapazonuna malik klapanlarda ASME B16.20 standartına uyğun mərkəzləşmiş spiralşəkilli aralığın oturduğu sahədə yaranan maneələr Şəkil 2 -də verilən minimum hədləri aşmamalıdır. Daha kiçik ölçülü klapanların səthlərində yol verilə bilən maneələr alıcı ilə istehsalçı arasında əldə edilmiş razılıq əsasında təyin edilməli və kipləyici aralığın en sahəsinin 50 faizini aşmamalıdır.
Qeyd: Maneənin həcmi spiralşəkilli kipləyici aralığını kipləmə qabiliyyətinə təsir göstərə bilər.
4.7.3 Hər iki sonluğu bağlı iki istiqamətli axın üçün nəzərdə tutulmuş dişli və qoşaflanslı klapanların bütün hissələri klapanın diferensial təzyiqinə uyğun layihələndirilməlidir.
4.7.4 Hər iki sonluğu bağlı iki istiqamətli axın üçün nəzərdə tutulmuş və nominal yük altında işləyən klapanlar elə layihələnməlidir ki, onların yəhərinin fiksator lövhələri, bərkidiciləri, yəhəri və kipkəcləri 38 °C-də (100 °F) ASME standartına uyğun maksimum diferensial təzyiq səviyyəsinin 110 % -ə, heç bir sızıntı olmadan ( tətbiq edilə bilən təzyiq sınağı meyarlarına uyğun – APİ 598) və klapana heç bir çıxış flansı birləşdirmədən sınaq apardıqda hər hansı bir hissədə daimi deformasiya yaranmadan, davam gətirmək qabiliyyətinə malik olsun (Kipləyici aralığının səthində heç bir maneə olmayan dişli klapanlar yalnız yəhərin fiksator lövhəsində təzyiq olan tərəfdə quraşdırıldıqda sonluqları bağlı olan xətlərdə istismar edilə bilər).
Qeyd: Sonluqları bağlı xətlərdə istismar yivli bərkidici detal boltları olan dişli klapanın bir tərəfindən və ya qoşa flanslı klapandan birləşdirici flansı və boruları çıxardıqda yaranan istismar mühitinə deyilir. Avadanlıq işləyərkən bunu etdikdə müvafiq ehtiyat tədbirlərinin görülməsi tövsiyə edilir.
a bəzi ölçülərə uyğun yiv və ya burğu ilə açıla bilər.
1 klapanın korpusu -XD
3 klapanın mərkəzi xətti
Yəhərin fiksator lövhəsinin klapan korpusunun səthindən çölə çıxması (birləşdirici flansla sıxıldıqdan sonra). Mənfi qiymət klapan korpusunun səthindən aşağıda daxil olmuş hissəni göstərir.
+0.000-dan 0.010-a qədər
+0.000-dan 0.250-yə qədər
Klapan korpusu ilə yəhər fiksatorunun lövhəsi arasında halqaşəkilli aralığın radiuslu en sahəsi (iti kənarların götürülməsi istisna olmaqla).
Şurupun başlığının yəhər fiksatorunun lövhəsindən aşağıda olan məsafəsi
Klapanın ölçüsünə və nominal qiymətlərinə əsasən spiralşəkilli kipləyici aralığın en sahəsi.
Yəhər fiksatorunun lövhəsinin qarşısında kipləyici aralığını kipləndiyi sahənin bərkidici ilə üst- üstə düşdüyü məsafə. (Kipləyici aralığın DD və ya XD –də yarana bilər).
Şəkil 2— Kipləyici aralığın oturduğu sahədə flansın birləşmə səthindəki maneələrə qoyulan məhdudiyyətlər (NBÖ 6 - NBÖ 48)
4.7.5 Nominal yük altında işləməyən klapanlara gəldikdə, istehsalçı yivli – bərkidici detalı olan və ya qoşa flanslı drossel klapanlarının hər bir ölçüsü və təzyiq sinfi üzrə hər iki kipləmə istiqamətində prototipik sınaqlar apararaq hər kipləmə istiqamətində ( və ya biristiqamətli klapanlar uşun tək axın istiqamətində) API 598 standartına əsasən sızma yaradan maksimum təzyiq səviyyəsini təyin etməlidir (klapanın nominal diferensial təzyiqinin 1.1 mislinə qədər). Sonluqları bağlı xəttə qoşulmuş iki istiqamətli klapanlar üçün sınaqlar prototipik sınaqdan keçən klapanın yəhərinin fiksatoru olan tərəfdə aparılmalıdır. Sonluqları bağlı xəttə qoşulmuş bir istiqamətli klapanlar üçün sınaqlar isə prototipik sınaqdan keçən klapanın aşağı təzyiq olan tərəfində aparılmalıdır.
Bu sınaqlar əsasında istehsalçı hər bir klapanda iki istiqamətli axın üzrə maksimum xxx ölü nöqtə təzyiqini nişanlamalıdır və burada xxx qiyməti prototipik sınaqlarla təyin edilmiş müvafiq istiqamətdəki ən aşağı təzyiqin 90 % -ni göstərir. Bundan başqa, istehsalçı bu məlumatları kataloqlara, quraşdırma –texniki xidmət və istismar sənədlərinə daxil etməlidir.
4.8 İdarəetmə mexanizmləri
4.8.1 Sürgü qolları, ötürücülər, sükanlar və avtomatik ötürücülər normal istismar şərtləri altında diskin arzu edilən parametrlərdən kənara çıxmasına mane olan vasitələrlə təmin edilməlidir. Alıcı tərəfindən göstərildiyi təqdirdə normal istismar şərtlərinə drossel vasitəsilə axının tənzimlənməsi mexanizmi də daxil edilir.
4.8.2 Klapanın layihəsinə qoyulan tələblərə əlavə olaraq istismar üçün nəzərdə tutulan fırlanma anı üzrə tələblər axın vasitələrində, işçi təzyiqində və axının sürətində baş verən dəyişikliklərə əsasən əhəmiyyətli dərəcədə dəyişir. Ötürücülər fırlanma anı üzrə tələblərə uyğun olmalıdır. Klapanın istismar şərtlərini alıcı tərəfindən göstərilməsi və nəticədə alınan maksimum fırlanma anının istehsalçı tərəfindən qiymətləndirilərək təyin edilməsi məsləhət görülür.
4.8.3 Valı və ona birləşdirilmiş idarəetmə mexanizmlərini (məs. sükanı) saat əqrəbi istiqamətində döndərdikdə klapan bağlanmalıdır.
4.8.4 İdarəetmə mexanizmi (sürgü qolu və ya ötürücü) elə layihələndirilməlidir ki, klapanın istehsalçı tərəfindən nəşr edilmiş fırlanma anı tələblərinə uyğun işləməsi üçün tələb edilən sükana və ya dəstəyə tətbiq edilən giriş qüvvəsi MSS SP-91 standartında idarəetmə üçün tətbiq edilən giriş qüvvəsi üzrə qiymətləri 0.5-ə bölünən əmsalı ilə aşmamalıdır. Heç bir halda giriş qüvvəsi 360 N (80 lb) qiymətini aşmamalıdır.
4.9 Elektrik cərəyanının fasiləsizliyi
Satınalma sifarişində göstərildiyi təqdirdə, klapanlar val ilə korpus və ya val, korpus və disk arasında elektrik cərəyanının fasiləsizliyini təmin edən elektrostatik xüsusiyyətə malik olmalıdır. Klapanda elektrik cərəyanının fasiləsizliyi boşalma cığırı boyunca 10 Om müqavimətdən yüksək olmamalıdır. Cərəyan fasiləsizliyinin sınağını aparmaq üçün təzə quru klapanı beş dəfə dövr etdirmək və bundan sonra 12 voltdan artıq olmayan s.c. (sabit cərəyan) mənbəyi ilə müqaviməti ölçmək lazımdır.
4.10 Kipkəc boltları – yalnız B kateqoriyalı klapanlar
4.10.1 İstifadə edildiyi təqdirdə, kipkəc boltları kipkəcdə açılmış dəliklərdən keçməlidir. Örtük flansında, örtükdə, tənzimləyici vasitələrdə və ya kipkəcdə açıq yuvacıqlara yol verilmir.
4.10.2 Kipkəc boltları elə layihələndirilməlidir ki, boltun gərginliyi kipkəc boltu 38 °C (100 °F) dərəcə və kipkəcin gərginliyi 38 MPa (5500 psi) olduqda boltun minimum mütləq gərilmə həddinin üçdə birini (1/3) aşmasın.
Qoşa flanslı, dişli və flansarası drossel klapanları Bölmə 2 –də göstərilən tətbiq edilə bilən ASME standartına əsasən alıcı tərəfindən seçilmiş material spesifikasiyasına uyğun olan materiallardan hazırlanmalıdır.
5.2.1 Alıcı tərəfindən başqa cür göstərilmədiyi təqdirdə, bütün nəmlənən materiallar istehsalçının standartına uyğun olmalıdır. Örtük dedikdə klapanın korpusunun, diskinin, disk –val birləşməsinin detallarının (məs.sancaqlar, şponkalar, vintlər və s.) və texnoloji məhlul ilə təmasda olan istənilən daxili bərkidicilərin təmas səthləri nəzərdə tutulur. Valın və vtulkanın materialları istehsalçı tərəfindən təyin edilməlidir və bu zaman onların korroziyaya qarşı oxşar müqavimət xassələri nəzərə alınmalı və yarımbənddə 4.5–də verilən tələblərə uyğunluq təmin edilməlidir.
5.2.2 Klapanın korpusundakı və diskdəki yəhərlər ayrıca və ya birləşdirilmiş şəkildə ola bilər. Klapanın korpuslarına əridilmiş metalla, inteqral metalla, mexaniki yolla saxlanılan metalla və ya elastiki materiallarla qoruyucu örtük çəkilə bilər.
5.2.3 Örtük materialı çuquna və ya kövrək dəmirə qaynaq edilməməlidir.
5.3 Yəhərin fiksatoru — yalnız B kateqoriyalı klapanlar üçün
Vəziyyətdən asılı olaraq, klapan yəhərinin fiksatorlar onun korpusunun materialı ilə eyni nominal kimyəvi quruluşa malik olmalıdır. Bərkidicilər ən azı ASME B16.5 standartında göstərilən orta davamlılığa malik olmalıdır.
5.4 Kipləmə və valın kipləmə materialları
Kipləmə və ya valın kipləmə materialları klapanın nominal təzyiq –temperatur qiymətlərinə uyğun olaraq təyin edilmiş istismar mühitinə uyğun olmalı və alıcı tərəfindən başqa cür göstərilmədiyi təqdirdə istehsalçının seçiminə əsaslanmalıdır.
5.5 Kipkəcin boltları
Kipkəcin boltları ən azı ASME B16.5 standartında göstərilən orta davamlılığa malik olmalıdır.
5.6 İdarəetmə mexanizmləri — yalnız B kateqoriyalı klapanlar üçün
Klapanın öz mövqeyini dəyişməsinin qarşısını almaq üçün, xüsusən də klapan odun təsirinə məruz qaldıqda, klapanın sükanının və ya onun ötürücüsündə mövqeləndirici mexanizmin materialları üçün ərimə nöqtəsi 760 °C (1400 °F) və ya daha yüksək temperatur səviyyəsi olmalıdır.
6. YOXLAMA, TƏFTİŞ VƏ
6.1 Yoxlama tələbləri
İstehsalçı bütün klapanları API 598 standartında göstərilən qaydada yoxlamalıdır.
6.2 Alıcı tərəfindən aparılan təftişlər
Əgər satınalma sifarişində alıcı tərəfindən hər hansı təftişin aparılması nəzərdə tutulubsa və bununla bağlı geniş proseduralar təqdim edilməyibsə, onda təftişlər API 598 standartına uyğun aparılmalıdır. Əgər satınalma sifarişində təftişin aparılması nəzərdə tutulmayıbsa onda klapan API 598 standartında təsvir edilən təftiş tələblərinə cavab vermək qabiliyyətinə malik olmalıdır.
Hər bir klapan API 598 standartında göstərilən qaydada təzyiq sınağından keçməlidir.
6.4 Qüsurların aradan qaldırılması
6.4.1 Tökmə və ya döymə, yaxud karbon və ya ərinti tərkibli poladdan hazırlanmış klapanlarda sınaq və təftişlər zamanı aşkarlanmış qüsurlar ASME B16.34 standartında göstərilən ən çox tətbiq edilə bilən ASTM tökmə və ya döymə materialı üzrə spesifikasiyaya əsasən aradan qaldırıla bilər.
6.4.2 Yoxlama, təftiş və ya sınaq zamanı əlvan metaldan hazırlanmış klapanın korpusunda hər hansı qüsur aşkarlandıqda, həmin qüsurlar həmin material üçün nəzərdə tutulan, tətbiq edilə bilən ASTM spesifikasiyasına əsasən aradan qaldırıla bilər.
6.4.3 Boz çuqun, kövrək dəmir və ya mis ərintili tökmə materiallarda aşkarlanan qüsurların qaynaq, bərk lehim, probka, doğrama və ya məhlulla doydurma vasitəsilə aradan qaldırılmasına yol verilmir.
7.1 Poladdan, nikel ərintisindən və ya xüsusi ərintidən olan klapanlar ASME B16.34 standartında irəli sürülən tələblərə əsasən nişanlanmalıdır. Digər drossel klapanları isə MSS SP-25 standartında irəli sürülən tələblərə əsasən nişanlanmalıdır. Texniki pasport lövhəsi polad və ya ərintidən hazırlanmış korpusa qaynaq vasitəsilə və ya həmin lövhə üçün nəzərdə tutulan materiala uyğun materialdan hazırlanmış sancaqlarla bərkidilməlidir. Texniki pasport lövhəsi 18Cr-8Ni paslamayan poladdan və ya nikel ərintisindən hazırlanmalı və buraya aşağıda göstərilən məlumatlar daxil edilməlidir:
a) istehsalçının adı;
b) kataloqun istinad nömrəsi;
d) ASME standartına əsasən korpus təzyiqinin sinfi (B kateqoriyalı klapanlar üçün);
e) 38 °C-də (100 °F) təzyiq səviyyəsi;
f) örtüyün nominal qiymətlərindən başqa, maksimum yol verilə bilən temperatur səviyyəsində təyin edilə bilən təzyiq və temperatur səviyyəsi;
g) materialların, o cümlədən klapanın korpusunda, örtüyündə (bax: 5.2.1) və digər daxili örtüklərdə və kipləyici vasitələrdə istifadə edilən materiallar barədə məlumat (bax: 3.3.2);
h) əgər klapan bu standarta uyğundursa onun API 609A və API 609B standartı ilə nişanlanması.
Qeyd: ASME B16.34 standartına uyğun olan klapanların texniki pasport lövhəsində B16.34 nişanının vurulması tələb edilir.
7.2 Hər iki istiqamətdə eyni nominal təzyiq qiymətlərinə malik olmayan klapanların müvafiq yerlərində birdəfəlik və aydın “Yüksək təzyiqli tərəf” nişanı vurulmalıdır.
7.3 Sonluğu bağlı xətlər üçün layihələndirilməyən klapanlarda (bax: 4.7.4) “Sonluğu bağlı xətdə istismar üçün nəzərdə tutulmayıb” nişanı vurulmalıdır.
7.4 Yalnız bir istiqamətdə sonluğu bağlı xətt üçün layihələnən klapanlarda (bax: 4.7.5) “Yalnız bir istiqamətdə sonluğu bağlı xəttə üçün nəzərdə tutulub” və onların uyğun hissələrində “Yüksək təzyiqli tərəf” nişanı vurulmalıdır.
8. QABLAŞDIRMA VƏ DAŞINMA
8.1.1 Materialların emal edilmiş və pasa davamlı olmayan səthlərinə pasa qarşı asanlıqla təmizlənə bilən təbəqə çəkilməlidir.
8.1.2 Əgər satınalma sifarişində başqa cür göstərilməyibsə, sınağı və təftişi aparılmış klapanın emal edilməyən xarici səthləri istehsalçının standart qaydalarına əsasən üzlənməlidir. Austenit paslamayan poladdan və əlvan metaldan hazırlanmış klapanları üzləməyə ehtiyac yoxdur.
8.2 Valın kipkəc korpusu
Klapanlar onlara val kipkəclərini quraşdıraraq daşınmalıdır.
Qeyd: Klapanları istismara buraxmazdan qabaq kipkəclərin tənzimlənməsi tələb edilə bilər.
8.3.1 Əgər satınalma sifarişində ixrac üçün qablaşdırma göstərilməyibsə, klapanları boş, bağlama ilə və ya yeşik yaxud qutuda qablaşdıraraq daşımaq olar. Klapanların daşınma zamanı zədələnməməsi üçün onları qablaşdırmaq lazımdır.
8.3.2 Satınalma sifarişində ixrac üçün qablaşdırma göstərildikdə klapanlar ayrıca olaraq və ya birlikdə taxta yeşiklərdə və ya qutularda elə daşınmalıdır ki, onların qabların içərisində öz yerini dəyişməsi mümkün olmasın.
8.3.3 Klapanları daşıyarkən, quraşdırılmış ötürücülərinin daşınma zamanı zədələnməməsi üçün onları qablaşdırmaq lazımdır.
8.3.4 Kipləyici səthlərin və klapanın daxili hissələrinin daşınma və saxlanma zamanı zədələnməməsi üçün klapanların sonluqlarına qoruyucu örtük çəkilməlidir. Bu örtük taxtadan, taxta lifdən, plastikdən və ya metaldan olmalı və klapan sonluqlarına boltla, polad çubuqlarla, polad sıxaclarla və ya sürtünməyə qarşı digər kilidləyici mexanizmlə möhkəm bərkidilməlidir. Qoruyucu örtüklər sıxılmış kartondan (bərk kartondan) olmamalıdır. Qoruyucu örtüklər elə hazırlanmalıdır ki, həmin örtüklər tam çıxarmadan klapanı quraşdırmaq mümkün olmasın. Büzməli karton qutulara kip yığılmış klapanların sonluqlarının əlavə olaraq qorunmasına ehtiyac yoxdur.
8.4 Tövsiyə edilən ehtiyat hissələri
Satınalma sifarişində göstərildiyi təqdirdə, təchizatçı tərəfindən ehtiyat hissələrini tam siyahısı təqdim edilməlidir. Hisslərin nömrəsinin təyin edilməsi məqsədilə bu siyahıya çarpaz kəsişmə sahələrinin və ya xüsusi aqreqatların çertyojları daxil edilməlidir.
Disk – klapan aralıq məsafələri
Klapanın verilmiş ölçüsünə əsasən konsentrik diskin maksimum diametri və birləşdirici flansın və ya borunun daxili diametri aşağıda göstərilən qaydada təyin edilməlidir.
Əvvəlcə, aşağıdakı tənliklə diskin xordası hesablanır:
Bundan sonra, aşağıdakı tənliklə diskin maksimum diametrini təyin etmək üçün alınan nəticədən istifadə edilir:
a - açıq mövqedə diskin düymlə (millimetrlə) ifadə edilən və klapanın quraşdırılmış səthindən keçən müstəvinin çarpaz kəsişməsinə əsasən təyin edilmiş xordasıdır (bax: Şəkil A.1).
c - disk ilə klapan konsentrik yerləşdikdə, disklə borunun və ya flansın daxili hissəsi arasındakı nominal radiuslu və düymlə (millimetrlə) ifadə edilən aralıq məsafəsidir (bax: Şəkil A.1 və Şəkil A.1).
d - birləşdirici borunun və ya flansın düymlə (millimetrlə) ifadə edilən daxili diametridir. ( Polad borunun daxili diametrini divar qalınlığının nominal qiymətini xarici diametr qiymətindən çıxmaqla və ASME B36.10M standartında göstərilən müvafiq ölçülərdən istifadə etməklə təyin etmək olar).
D - diskin düymlə (millimetrlə) ifadə edilən maksimum diametridir.
W – klapanda quraşdırılmış flansların düymlə (millimetrlə) ifadə edilən minimum flanslar arası məsafəsidir.
1. Yuxarıda göstərilən hesablamada diskin və valın klapan korpusunda konsentrik yerləşdiyi fərz edilir. Diskin bütün fırlanma bucaqlarında essentrik və ya əvəzləyici val konstruksiyası üçün ekvivalent nominal radiuslu aralıq məsafələri təyin edilməlidir.
2. Şəkil A 1 –də konsentrik konstruksiyalar üçün ölçülə bilən yerlər göstərilib. Şəkil A 2 –də əvəzləyici yəhər konstruksiyasının nomenklaturası və izahı verilib. Şəkil A 3 –də isə örtüksüz polad boru cədvəllərinin klapan kateqoriyası, ölçüsü və ASME sinfi ilə əlaqəsi göstərilib.
Cədvəl A.1—Nominal radiuslu aralıq məsafələri
Klapanın ölçüsü (NBÖ)
Nominal radiuslu aralıq məsafəsi (c)
1 klapanın flanslar arası məsafəsi (metal)
2 flansın kipləyici aralığı
4 diskin mərkəzi xətti
5 valın mərkəzi xətti
8 yəhər fiksatorunun lövhəsi
9 yəhərin əvəzlənməsi
10 valın mərkəzi xətti (fırlanma oxu)
11 borunun mərkəzi xətti
14 nominal radiuslu aralıq məsafəsi (c) - tam açıq disk mövqeyində [bax: B.2.1 e)]
15 flansın dayaq səthi
16 valın mərkəzi xəttindən flansın dayaq səthinə qədər olan məsafə
Klapanın ölçüsü (NBÖ)
Davamlılığı artırılmış
Davamlılığı artırılmış
Davamlılığı artırılmış
1. Bu şəkil ASME B31.3 standartına əsasən göstərilən klapan sinifləri üçün tələb edilən daha artıq qalınlığı təyin edərkən nəzərdə tutulan korroziyaya qarşı davamlılıq hədlərinə və aşağıdakı boru materiallarının istifadəsinə, eləcə də –12.5 % yol verilə bilən həddə əsaslanıb.
a) A kateqoriyası — B davamlılıq sinfi, tikişsiz, NBÖ 2 ölçüsü üçün korroziyanın yol verilə bilən həddi 3.2 mm (0.125 düym); B davamlılıq sinfi, ERW, NBÖ 2 1/2 - NBÖ 48 ölçüləri üçün korroziyanın yol verilə bilən həddi 3.2 mm (0.125 düym).
b) Sinif 150— B davamlılıq sinfi, tikişsiz, NBÖ 3 - NBÖ 24 ölçüləri üçün korroziyanın yol verilə bilən həddi 3.2 mm (0.125 düym).
c) Sinif 300— B davamlılıq sinfi, tikişsiz, NBÖ 3 - NBÖ 18 ölçüləri üçün korroziyanın yol verilə bilən həddi 3.2 mm (0.125 düym); B davamlılıq sinfi, ERW, NBÖ 20 - NBÖ 24 ölçüləri üçün korroziyanın yol verilə bilən həddi 3.2 mm (0.125 düym).
d) Sinif 600— B davamlılıq sinfi, tikişsiz, NBÖ 10 - NBÖ 24 ölçüləri üçün korroziyanın yol verilə bilən həddi 1.6 mm (0.063 düym)
2. Əgər alıcı daha geniş boru divarının qalınlığı və / yaxud daxili örtük təbəqəsi seçərsə onda, o, disk – boru aralıq məsafəsini nəzərə almalıdır. A və B kateqoriyaları yarımbənd 1.1.1–də izah edilib.
Alıcı tərəfindən təqdim edilən məlumat
B.1 Meyillənmə tələbləri
Əgər alıcıya bu standartın tələblərindən yayınan drossel klapanı lazımdırsa, onda satınalma sifarişində meyillənmə tələbləri göstərilməlidir.
B.2 Satınalma sifarişi
Əgər bu standartla bağlı hər hansı bir istisnaya yol verilməyibsə, satınalma sifarişində yalnız API 609 standartına istinad edilməli, yarımbənd 2.1 –də verilən bəndlər və B.2.2 bölməsində verilən könüllü bəndlər göstərilməlidir. B.2.3 bölməsində göstərilən bəndlər alıcı ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılığa əsaslanmalıdır.
B.2.1 Satınalma sifarişində tələb edilən bəndlər
Satınalma sifarişində aşağıdakı bəndlərin göstərilməsi tələb edilir:
a) Klapanın ölçüsü və sinfi (bax:1.1).
b) Klapan kateqoriyası: A və ya B (bax: 1.1).
c) Korpusun birləşmə növü ( qoşa flanslı, dişli və ya flansarası) (bax: 1.2 və 4.2.1 - 4.2.3).
d) Qoşa flanslı klapanlara gəldikdə, uzun və ya qısa quruluşa malik klapanlar göstərilməlidir (bax: Cədvəl 3).
Qeyd: Sinif 300, qısa quruluşa malik klapanlar üçün iki ölçü qrupu göstərilib. Alıcı onlardan birini göstərməlidir.
e) Birləşdirici flansın növü (sərbəst oturan, qaynaq üçün boyuncuğu olan və digər növ flanslar), birləşdirici flansın spesifikasiyası və tətbiq edildiyi təqdirdə, flansın və ya borunun daxili diametri. Alıcı istehsalçı ilə birlikdə diskin aralıq məsafələrini təyin etməlidir (bax: 1.2 and 4.4).
f) Biristiqamətli və ya iki istiqamətli axın və təzyiqin bağlanması üzrə tələblər (bax: 4.7.3).
g) Sonluqları bağlı xətlərdə klapanların istismarı (bax: 4.7.4).
h) İdarəetmə növü: sürgü qolu və ya digər (bax: 4.8).
i) Konstruksiya materialları, o cümlədən örtük, kipləyici materiallar və val kipkəcləri (bax: Bölmə 5).
B.2.2 Satınalma sifarişində göstərilə bilən bəndlər
Satınalma sifarişində aşağıdakı bəndlər göstərilə bilər:
a) odadavamlılıq sınağından keçmiş klapanların tələb edildiyi tətbiq sahələrində API 607 standartına uyğunluq (4.1.2);
b) kilidlənə bilən mexanizm (bax: 4.1.3);
c) qaynaqla birləşdirilmiş sonluq flansları (bax: 4.2.3);
d) drenaj və ya dolama kanal birləşmələri (bax: 4.2.4);
e) kronşteyn boltlarının dəliklərinin açılması və ya xüsusi olaraq yivin açılması (bax: 4.6);
f) elektrik cərəyanının fasiləsizliyi üzrə tələblər (bax: 4.9);
g) bağlama, açma və ya drossel ilə axın tənzimləmə mexanizmi (bax: 4.8.1);
h) istismar şərtləri, o cümlədən maksimum işçi temperaturu, axın sürəti və ya xəttin sürəti, maksimum təzyiq düşməsi, maye mühiti və xüsusi cazibə qüvvəsi (bax: 4.8.2);
i) kipləmə və ya valın kipləyici materialları (bax: 5.4);
j) alıcı tərəfindən aparılan təftişlər (bax: 6.2);
k) ixrac üçün qablaşdırma (bax: 8.3);
l) xüsusi xarici örtük (bax:8.1);
m) tövsiyə edilən ehtiyat hissələri barədə məlumat (bax: 8.4).
B.2.3 Alıcı ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılığa əsasən satınalma sifarişinə daxil edilən bəndlər
Aşağıda göstərilən bəndlər alıcı ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılığa əsaslanmalıdır:
a) NBÖ 4 və daha kiçik ölçülü klapanlarda kipləyici aralığın səthindəki maneələr (bax: 4.7.2);
b) Cədvəl 1 –də göstərilməyən materiallar üçün yəhərin nominal qiymətləri (bax: 3.3.1);
c) klapan korpusunda qaynaq edilmiş birləşmələr və ya flanslar (bax: 4.2.3).
Göstərilməsi lazım gələn bəndlərlə, o cümlədən əlavə yoxlama işləri, alıcı tərəfindən aparılan təftişlərin həcmi, təftişçinin ünvanı və yüksək təzyiq səviyyəsində klapanın bağlanması üzrə əlavə sınaqlar barədə məlumat almaq üçün bax: API 598.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ANSI/API 613-2005 “Special Purpose Gear Units for Petroleum, Chemical and Gas Industry Services” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
___________________________________________________________________________________________
Neft, kimya və qaz sənayesi xidmətləri
üçün xüsusi təyinatlı dişli çarx qurğuları
Special Purpose Gear Units for
Petroleum, Chemical and Gas
___________________________________________________________________________________________
Bu standart neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı, qapalı, dəqiq ölçülü tək və qoşa vintli, bir və iki mərhələli sürətləndiricilərə və paralel-val quruluşlu dişli çarx qurğularına dair minimal tələbləri müəyyənləşdirir. Standart əsasən quraşdırılmış ehtiyat avadanlıq olmadan davamlı xidmətdə olan dişli çarx qurğularına şamil edilir. Bu standarta əsasən təchiz edilən dişli çarx dəstləri uyğun dəstlər hesab edilməlidir.
Qeyd: Ehtiyat dişli çarx rotoru dəstinin və ya tam dişli çarx qurğusunun satınalınması avadanlıqda ehtiyatın olması mənasını vermir.
Standarta müvafiq sürtkü sistemləri, nəzarət vasitələri, alətlər və digər ehtiyat avadanlıqlar daxildir. Bu standart spiralvari dişli çarx qurğudan başqa API Std 677 ilə əhatə edilən ümumi təyinatlı istifadə edilən dişli çarx qurğularına, API Std 617 və ya API Std 672 ilə əhatə edilən birləşdirilmiş dişli çarxlı kompressorlar kimi digər avadanlıqlara birləşdirilmiş dişli çarx qurğularına tətbiq edilmək üçün nəzərdə tutulmamışdır.
Qeyd: Bəndin başlanğıcında (•) işarəsi göstərir ki, ya qərar tələb olunur, ya da alıcı tərəfindən əlavə məlumatlar təmin olunmalıdır. Bu məlumat məlumat vərəqlərində göstərilməlidir (bax: Əlavə A); əks təqdirdə bu müraciət formasında (sorğuda) və ya sifarişdə göstərilməlidir
Bu standart aşağıda göstərilən dişli çarx ötürücüsü tətbiqetmələrinə aid edilir:
a) Sentrifuqal kompressor, oxvari kompressor, püskürücü, fırlanan müsbət yerdəyişməli kompressor, ayırıcı və sentrifuqa nasosları da daxil olmaqla, xüsusi sürət artırma qurğuları.
b) Qarşılıqlı keçidli kompressor, fırlanan müsbət yerdəyişməli kompressor, sentrifuqa kompressoru, sentrifuqa nasosu, çıxarıcı, generator və pərlər də daxil olmaqla, sürət azaltma qurğuları.
1.3 ALTERNATİV LAYİHƏLƏR
Tədarükçü alternativ layihələr təklif edə bilər: bu standartdan fərqli layihələr də daxil olmaqla, standartdakı hər hansı istisnalar bənd 5.2.1-də tələb edildiyi kimi, təklifdə aydın göstərilməlidir.
1.4 ZİDDİYYƏTLİ TƏLƏBLƏR
Bu standartla sorğu arasında ziddiyyət olduğu halda sorğu əsas hesab edilməlidir. Sifarişin edildiyi zaman sifariş əsas hesab edilməlidir.
1.5 TERMİN VƏ TƏRİFLƏR
Bu standartda müvafiq tərifləri ilə aşağıdakı terminlərdən istifadə edilib:
1.5.1 ox boyu (üfüqi) ayrılma: valın mərkəzi xəttinə paralel olan korpus birləşmələrini bildirir.
1.5.2 əyilmə gərginliyinin sayı (S): çarx dişi girişində çatın olması ehtimalına əsaslanır. Əgər gərginlik həddən artıq çox olarsa, çarxın dişinin sınmasına gətirib çıxarır.
1.5.3 kritik sürət: rotor diyircəkli yastıq üçün altlıq sisteminin rezonans vəziyyətdə olan valın fırlanma sürətidir (bax: 2.6.1)
1.5.4 Layihə sözündən hər hansı termində istifadə (məsələn, hesabi at gücü, hesabi təzyiq, temperatur və ya hesabi sürət) satın alan şəxsin spesifikasiyalarında yol verilməməlidir. Bu terminologiya yalnız avadanlıq layihəçisi və istehsalçısı tərəfindən istifadə edilməlidir.
1.5.5 gauss gərginlik hədləri: bitişik maqnit hissə və ya strukturlarından müdaxilə olmadan "Hol effekti" sınağı ilə ölçülən komponentin maqnit sahəsinin səviyyəsinə aid edilir.
1.5.6 Dişli çarx ya dişə və ya vala aid edilir.
1.5.7 Dişli çarxın xidmət faktoru (SF) potensial artıq yük, zərbə yükü və davamlı silkələnən fırlanma momenti xarakteristikalarındakı fərqləri nəzərə almaq üçün ötürücü və ötürülən avadanlıq xarakteristikalarından asılı olan dişin yeyilmə indeksi və əyilmə gərginliyi göstəricisinə tətbiq edilən faktordur.
1.5.8 dişli çarx qurğusu korpus, çarxlar və diyircəkli yastıqlar də daxil olmaqla tam enerji ötürmə dəstidir.
1.5.9 dişli çarx qurğusunun nominal gücü: istehlakçının məlumat vərəqində nəzərdə tutduğu və avadanlığın pasportunda göstərildiyi maksimal gücdür (bax: 2.2.1)
1.5.10 dişli çarx: vali ən aşağı sürət rotoruna aid edilir.
1.5.11 əyri diş birləşmələri: sıradakı dişin dişli çarx valındakı bütün dişlərlə təmasda olmayana kimi, dişli çarx valındakı dişlə təması təkrarlamayan cütləşən çarxlar üçün mövcuddur.
1.5.1.2 məlumat xarakterli element: məlumat üçün təmin edilmiş və standart barədə anlayış və istifadəyə köməklik üçün nəzərdə tutulmuş məlumat. Standartın məlumat hissəsinə riayətetmə məcburi deyil.
1.5.13 əsas modifikasiya: normal yüklənmə zamanı dişli çarxlar işləyəndə cütləşən rotorların üz eni boyu yükün bərabər paylanmasının bərabərliyini yaxşılaşdırmaq üçün nəzəri diş formasından hesablanmış diş yayınması və (ya) dişli çarxın profilinin yayınması.
1.5.14 maksimal yol verilən sürət: (dəqiqədə fırlanma) istehsalçının hesabladığı davamlı işə imkan verdiyi ən yüksək sürət.
1.5.15 maksimal davamlı sürət: (dəqiqədə fırlanma) dəyişən sürətli qurğular üçün nominal diş sürətinin ən azı 105% bərabər olan və davamlı sürət qurğuları üçün nominal diş sürəti.
1.5.16 mexaniki norma: xüsusi dişli çarx xidməti faktoru (bax: 1.5.7) ilə müəyyənləşdirilən dişli çarxın nominal gücü (bax: 1.5).
1.5.17 minimal yol verilən sürət (dəqiqədə fırlanma): istehsalçının layihəsinin davamlı işə imkan verəcəyi ən aşağı sürət həddidir.
1.5.18 normal ötürülən enerji: adi əməliyyatın gözlənildiyi və optimal səmərəliliyin arzuedilən olduğu enerjidir. Normal ötürülən enerji dişli çarx qurğusunun nominal gücünə bərabər və ya az ola bilər.
1.5.19 normativ: Standartın tələbi.
1.5.20 müşahidə: İstehlakçının yoxlama və ya sınağın vaxtı barədə məlumatlandırıldığı, istehlakçının və ya onun nümayəndəsi olmadığı halda sınağın qrafikə uyğun aparıldığı yoxlama və ya sınaq.
1.5.21 sahibkar: Avadanlığın istehlakçısı qismində başqa şəxsi təyin edən avadanlığın son qəbul edən tərəfi.
1.5.22 dişli çarx:Ən yüksək sürətli rotora aid edilir.
1.5.23 profilə düzəliş: Dişli çarxın və ya dişli çarx ötürməsinin dişinin nəzəri diş formasından mexaniki emal nəticəsində hesablanmış yayınması deməkdir. Bu dişli çarxlar normal yüklənmə şəraitində işləyəndə təmas gedişi boyu bərabər paylanmış trapesiya şəkilli diş yükü ötürücünü əldə etmək üçündür.
1.5.24 istehlakçı: tədarükçü üçün satınalma sifarişi və spesifikasiyasını müəyyən edən tərəf.
Qeyd: İstehlakçı avadanlığın quraşdırılmalı olduğu qurğunun sahibi və ya sahibkarın təyin edilmiş nümayəndəsi ola bilər.
1.5.25 dişli çarx qurğusunun nominal giriş sürəti: (dəqiqədə fırlanma) Məlumat vərəqəsində istehlakçının müəyyənləşdirdiyi kimi, dişli çarx ötürməsinin (və ya nominal) nominal sürəti.
1.5.26 dişli çarx qurğusunun nominal çıxış sürəti: (dəqiqədə fırlanma) Məlumat vərəqəsində istehlakçının müəyyənləşdirdiyi kimi, dişli çarx ötürməsinin (və ya nominal) nominal sürəti.
1.5.27 yeyilmə: Birləşdirilmiş dişli çarxın yan səthi tərəfindən korlanmasına və qaynaq edilməsinə aid edilən dişli çarxın dişinin səthinin zədələnmiş forması. Yeyilmə o zaman baş verir ki, yağ təbəqəsinin qalınlığı dişli çarx cinahlarının bir-biri ilə təmasda olması və sürüşməsinə imkan vermək üçün kifayət qədər kiçik olduqda baş verir.
1.5.28 aşılanmaya davamlılıq: yağ təbəqələrinin əməliyyat zamanı dişli çarx dəstində dişlərinin metalla metal təmasının qarşısını almaq imkanı.
1.5.29 məcburi: Məcburi tələbi bildirmək üçün istifadə edilir.
1.5.30 zəruri: Tövsiyəni bildirmək üçün istifadə edilir.
1.5.31 xüsusi təyinatlı tətbiqetmələr: Kritik xidmətdə, adətən ehtiyat avadanlığının olmadığı halda avadanlığın fasiləsiz, davamlı işi üçün nəzərdə tutulan tətbiqetmə.
1.5.32 xüsusi alət: Kommersiya məqsədli kataloq elementi olmayan alət.
1.5.33 dişin yeyilmə indeksi: (K) təmas səthinin gərginlik qiymətlərinə aid edilir. Dişin yeyilmə indeksi dişlərin davamlı yeyilməsi layihə dövründə baş vermədiyi halda nominal yükü müəyyən etmək üçün istifadə olunur.
1.5.34 indikatorun ümumi göstəricisi: İzlənilən səthin bir tam fırlanması zamanı üz tərəfi və ya silindrvarı səthi izləyən qoşa indikatorun və ya oxşar qurğunun maksimal-minimal göstəriciləri arasındakı fərq.
Qeyd: tam silindrvarı səth üçün indikator göstəricisinin yarısına bərabər mərkəzdən qaçmanı göstərir. Tam hamar səth üçün indikator göstəriciyə bərabər olan perpendikulyardan kənaraçıxma həddini hasil edir. Əgər müvafiq diametr tam silindrvarı və ya hamar olmazsa, ümumi göstərici mənasının şərhi çox mürəkkəb olur və ovallıq və ya çıxıntını əks etdirir.
1.5.35 fırlanma sürəti (dəqiqədə fırlanma): qəza elektrik açarının sürət qurğusunun işə salma mühərrikinin dəyişən sürətini bağladığı sürət. Bu standartda dəyişən tezlik ötürücüləri istisna olmaqla, dəyişən cərəyanlı elektrik mühərriklərinin qapatma sürəti maksimal təchizat sürətində sinxron sürətə uyğun sürətdir.
1.5.36 məsuliyyət: sifariş həcminə daxil edilmiş avadanlığın və bütün köməkçi sistemlərinin çatdırılmasına və texniki aspektlərinin əlaqələndirilməsinə görə məsuliyyət. Nəzərə alınmalı olan texniki aspektlərə enerji tələbləri, sürət, fırlanma, ümumi quruluş, birləşmə, dinamika, səs, yağlama, kipkəc sistemi, materialın sınaq hesabatları, boru birləşməsi, komponentlərin spesifikasiya və sınaqları kimi amillər də daxildir, lakin bunlarla da məhdudlaşmır.
1.5.37 tədarükçü (təchizatçı): Avadanlığı tədarük edən müəssisə.
Qeyd: Tədarükçü avadanlığın istehsalçısı və ya istehsalçının nümayəndəsi olub adətən, xidməti dəstəyə görə cavabdehlik daşıyır.
1.5.38 şahidlik edilmiş: Yoxlama və ya sınağın vaxtı barədə istehlakçının məlumatlandırılması və yoxlama və ya sınaq aparılan yerdə istehlakçı və ya onun nümayəndəsi iştirak edənə kimi dayandırılmasının yoxlanması.
1.6 NORMATİV İSTİNADLAR
1.6.1 İstinad edilən normativ sənədlər Əlavə B göstərilmişdir.
1.6.2 İstehlakçı və tədarükçü avadanlığa tətbiq ediləcək hər hansı dövlət kodları, qaydaları, sərəncamları və qaydalarına əməl etmək üçün birlikdə tədbirləri razılaşdırmalıdırlar.
1.6.3 Qurğuya görə məsuliyyət daşıyan tədarükçü öz tabeliyində olan tədarükçülərin bu standart və bütün istinad edilən standartların tələblərinə əməl etməsini təmin etməlidir.
1.6.4 Mətndə nəzərdə tutulduğu həddə, bütün istinad edilən standartlar normativdir.
1.6.5 Bənddən sonrakı qeydlər məlumat xarakteri daşıyır.
İstehlakçı bu standarta uyğun təchiz edilmiş avadanlığın tətbiq edilən ISO və ya ABŞ standartlarına əməl etməlidir.
İstehlakçı məlumatlarda, cizgilərdə, dişli çarx qurğusunun ad lövhəsində, aparaturalarda (bərkidicilər də daxil olmaqla) və bu standarta uyğun təchiz edilmiş avadanlıqlarında Sİ və ya ABŞ sistemi və ya hər iki vahidlər sistemindən istifadə edilib-edilməyəcəyini dəqiqləşdirməlidir.
2.1.1 Bu standarta əsasən tədarük edilmiş dişli çarx qurğuları AGMA 6011 və bu standartla edilmiş dəyişikliklər və əlavələr istisna olmaqla istinad edilən AGMA standartlarına uyğun olmalıdır.
2.1.2 Bu standarta uyğun alınmış avadanlıq (yardımçı vasitələr də daxil olmaqla) ən azı 20 illik xidmət müddəti və 5 il fasiləsiz iş müddəti üçün layihələndirilməli və qurulmalıdır.
Qeyd: Bunun layihə meyarı olması qəbul edilmişdir.
2.1.3 Tədarükçü avadanlığın və sifarişin i həcminə daxil edilmiş bütün yardımçı sistemlərin texniki əlaqələndirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.
· 2.1.4 İstehlakçı avadanlığın normal əməliyyat həddini açıqlamalıdır.
· 2.1.5 İstehlakçı giriş və ya çıxış sürətinin (yəni təchizatçı tərəfindən ciddi əməl edilməlidir) və hansının nominal olduğunu (yəni müəyyən dəyişikliyə icazə verir) dəqiqləşdirilməlidir. S müəyyən edilmiş sürəti və N nominal sürəti göstərmək üçün istifadə edilməlidir. İstehlakçı həmçinin, müəyyən edilmiş dişli çarx nisbətində yol verilən dəyişiklik faizini məlumat vərəqlərində qeyd etməlidir.
Qeyd: Dişli çarx və dişli çarx valı üçün dişlərin sayını seçərkən, tədarükçü üçün məlumat vərəqlərində verilmiş həm nominal girişi və həm də nominal çıxışı dəqiq uzlaşdırmaq çox vaxt praktiki cəhətdən mümkün olmur.
· 2.1.6 Təchiz edilmiş bütün avadanlıqların səs təzyiq səviyyələrinə (STS) nəzarət satıcı ilə qurğuya görə cavabdeh tədarükçünün birgə səyinin nəticəsi olmalıdır. Tədarükçünün təchiz etdiyi avadanlıq müəyyən edilmiş maksimal yol verilən səs təzyiq səviyyəsinə cavab verməlidir. Riayətetməni müəyyən etmək üçün tədarükçü avadanlıq üçün həm maksimal səs təzyiqi və həm də oktava zolağı üçün səs güc səviyyəsinə dair məlumatları təmin etməlidir.
2.1.7 Avadanlıq Cədvəl 1-də verilmiş sönmə sürət həddinə uyğun təhlükəsiz iş üçün nəzərdə tutulmalıdır. Digər hallar nəzərdə tutulmazsa, turbinlə işləyən dişli çarx qurğuları üçün rotorlar nominal sürətin 130% həddinədək ani sürətlərdə təhlükəsiz işləməlidir.
2.1.8 İnduksiya mühərriklərinin hərəkətə gətirdiyi avadanlıq nominal şərt üçün faktiki mühərrik sürətinə uyğun normallaşdırılmalıdır.
2.1.9 Boru birləşməsi və köməkçi vasitələr də daxil olmaqla, avadanlığın konfiqurasiyasını istehlakçı və tədarükçü birgə işləməlidir. Konfiqurasiya iş və texniki xidmət üçün müvafiq ara məsafələri və təhlükəsiz çıxışı təmin etməlidir.
· 2.1.10 Mühərrik, elektrik komponent və elektrik qurğuları istehlakçının nəzərdə tutduğu sahə təsnifatı (sinif, qrup və bölgü və ya zona), IEC 60079-0 (NFPA 70, Maddə 500, 501, 502 və 504) tətbiq edilən hissələrinin tələbləri, habelə tələbə görə istehlakçının müəyyən edərək təmin etdiyi yerli kodlara cavab verməlidir.
Qeyd: Tipik elektrik kodlarının siyahısı üçün standartların Əlavə B- də göstərilən cədvələ istinad edin.
2.1.11 Diyircəkli yastıq, val kipkəcləri, yüksək dərəcə cilalanmış hissə, alət və nəzarət elementləri nümunəsində hərəkətli sürtkü yağı ilə yağlanmış hissələri əhatə edən yağ rezervuar və korpusları həm iş və həm də qeyri-iş müddətlərində rütubətlilik, toz və digər kənar maddə ilə çirklənməni minimallaşdıracaq şəkildə layihələndirilməlidir.
Cədvəl 1- Ötürücünün sönmə sürətləri
Dəyişən-sürət mühərriki
Daimi sürət mühərriki
Qeyd: NEMA SM23-də nəzərdə tutulduğu kimi, tənzimləyici sinfini qeyd edin.
2.1.12 Nəzərdə tutulan qəbul meyarları daxilində dişli çarx qurğusu sınaq dayağında və davamlı bünövrəsi üzərində işləməlidir. Quraşdırmadan sonra birgə quruların işinə görə istehlakçı ilə qurğuya görə cavabdeh olan tədarükçü birgə məsuliyyət daşıyır.
· 2.1.13 Əksər amillər (məsələn, boru yükləri, əməliyyat şərtlərində düzləndirmə, dayaq strukturu, göndəriş zamanı emal və iş sahəsində emal və yığım) onun işinə mənfi təsir göstərir. Bu amillərin təsirini minimallaşdırmaq üçün tədarükçü istehlakçının əsas lövhəsi və bünövrə cizgilərini nəzərdən keçirərək qeyd etməlidir. Bundan əlavə, tədarükçünün nümayəndəsindən əməliyyat temperaturunda düzləndirməni yoxlamaq son düzləndirmə yoxlaması və diş kontaktı yoxlamasında iştirak etmək tələb oluna bilər.
· 2.1.14 Bütün yardımçı vasitələr də daxil olmaqla, avadanlıq istehlakçının nəzərdə tutduğu ətraf mühit şərtləri altında iş üçün münasib olmalıdır. Bu şərtlərə qurğunun daxildə (qızdırılan və ya qızdırılmayan) və ya bayırda (damla və ya damsız), maksimal və minimal temperatur hədləri, qeyri-adi rütubətlilik, çürük və ya korroziya halları daxildir.
2.1.15 Dişli çarx qurğuları üçün azalmış sürətdə işlətmə müddəti və ya sahədə yükləmə tələb etməməlidir.
Qeyd: Bəzi şərtlərt altında işlətmə müddətinin tələb olunması qəbul edilmişdir. Əgər işlətmə müddəti tələb edilərsə, tədarükçü təklifdə tələb edilən yük, sürət və müddəti açıqlamalıdır. Tədarükçü həmçinin təklifdə, işlətmə müddətində tələb edilən əlavə sahə yoxlaması və istismarı da qeyd etməlidir.
· 2.1.16 Dişli çarx qurğusu hərəkətə gətirilən, fırlanan avadanlıq sistemlərinə aid bütün daxili və xarici yüklərə davam gətirmək üçün nəzərdə tutulmuşdur. Dişli çarx qurğusu istehlakçının müəyyən etdiyi nominal sürətlə işlədiyi halda dişli çarx qurğusu qurğu toru boyu ötürülən müvafiq kənar yüklərə (dayaq, sürtkü yağı borusu və s) davam gətirmək gücündə olmalıdır.
(Paralel-val üçün tək və qoşa- spiralvarı, bir və iki mərhələli sürətlədiricilər və dişli çarx qurğuları)
2. Ox val uzadılmalarının istiqamətini müəyyən etmək üçün istifadə edilən görüş baxış xəttidir (rəqəm plan görüntülərini təsvir edir).
3. Defisdən əvvəlki hərf və ya hərflər yüksək sürətli val genişlənmələrinin sayı və istiqamətinə işarə edir; defisdən sonrakı hərf və ya hərflər aşağı sürətli val genişlənmələrinin sayı və istiqamətinə işarə edir.
4. Bu rəqəm üçün material nəşriyyatçının icazəsi ilə AGMA 6011-dən çıxarış edilmişdir.
Cədvəl 2-Val dəsti kombinasiyaları
Qeyd: hərflər val genişlənmələrinin sayı və istiqamətinə işarə edir (bax: Şəkil 1). Bu cədvəl üçün material nəşriyyatçının icazəsi ilə AGMA 6010-dan çıxarış edilmişdir.
2.1.17 Bütün avadanlıqlar sürətli və qənaətcil texniki xidmətə imkan vermək üçün layihələndirilməlidir. Korpus komponentləri, diyircəkli yastıq örtükləri kimi əsas hissələr təkrar yığılarkən dəqiq düzləndirməni təmin edəcək şəkildə layihələndirilməlidir. Bunu dayaqlama, silindrvarı ştift və ya açarlardan istifadə etməklə yerinə yetirmək olar.
2.1.18 Avadanlıq və bütün təchiz edilmiş yardımçı vasitələrin ehtiyat və əvəzləmə hissələri standartın bütün tələblərinə cavab verməlidir.
· 2.1.19 İstehlakçı Cədvəl 2-də sadalanan və şəkil 1-də nümayiş etdirilən kombinasiyalardan müvafiq val dəsti təyinatını açıqlamalıdır. İstehlakçı alternativ olaraq, Şəkil 1-in nüsxəsində dəstin təyinatlarından bir və ya bir neçəsini çevrələməli, bu nüsxəsini qiymət təklifi ilə təqdim etməlidir. Əgər valın kombinasiyası qiymət təklifi tarixinə yekunlaşdırılmış olmazsa, istehlakçı nəzərdən keçirilən bütün kombinasiyaları açıqlamalıdır.
2.1.20 Yüksək və aşağı sürətli valların fırlanma istiqaməti müvafiq valların birləşmə sonluqlarından göründüyü kimi, ya saat əqrəbi istiqamətində (SƏ) və ya saat əqrəbinə əks (SƏƏ) istiqamətlidir.
2.1.20.1 Məlumat vərəqləri, cizgi və cədvəllərdə valın fırlanma istiqaməti şəkil 2-də göstərilən dairəvi oxlarla göstərildiyi kimi, SƏ SƏƏ qısaltmaları ilə göstərilməlidir.
Birləşmə sonluğundan val görüntüsü
Birləşmə sonluğundan yan tərəf val görüntüsü
· 2.1.20.2 İstehlakçı həm yüksək və həm də aşağı sürət valının fırlanma istiqamətini açıqlamalıdır. Vallardan hər hansı biri və ya hər ikisi hər sonluqda uzadılarsa, istehlakçı alternativ olaraq, müvafiq dəst təyinatında (bax: Şəkil 1) fırlanma istiqamətlərini göstərə və qiymət təklifi ilə birgə rəqəmin nüsxəsini təqdim edə bilər.
2.1.20.3 Satınalma məlumatlarını yekunlaşdırarkən, istehlakçı dişli çarx ötürməsində hər elementin fırlanma istiqamətini göstərən cizgi hazırlamalıdır.
· 2.2.1 Dişli çarx qurğusunun nominal gücü
Dişli çarx qurğusunun nominal gücünü istehlakçı müəyyən etməlidir. Ötürücü yaxınlığında yerləşən dişli çarx qurğuları üçün minimal dişli çarx qurğusunun nominal gücü ötürücünün maksimum quraşdırdığı güc olmalıdır. Elektrik mühərrik ötürücüləri üçün mühərrikin istismar şərtlərində göstərilmiş norma mühərrikin pasportunda göstərilmiş norma olmalıdır. Bütün normal və qeyri-normal əməliyyat rejimləri yoxlanılmalıdır. Əməliyyat rejimlərinə verilmiş vaxt ərzində işəsalmaların sayı, azalmış yük, çıxarma, əks yük, azalmış sürət, və sürət şərtləri daxil ola bilər. İşlədilən avadanlıqların iki elementi arasındakı dişli çarx qurğuları belə qurğuların güc norması adətən, hansının böyük olmasından asılı olaraq, a və ya b elementindən az olmamalıdır:
a) Dişli çarx qurğusu ilə hərəkətə gətirilən avadanlığın tələb etdiyi maksimal gücün 110%.
b) Normal enerji tələbatlarına əsasən, işi yerinə yetirən avadanlıqlar arasında bölünmüş ötürücünün maksimal gücü. Əgər maksimal davamlı sürətdən başqa əməliyyat sürətində maksimal ötürülən fırlanma momenti baş verərsə, bu fırlanma momenti və müvafiq sürət istehlakçı tərəfindən göstərilməli və dişli çarx qurğusunun ölçülməsi üçün əsas olmalıdır.
· 2.2.2 Normal ötürülən enerji
Dişli çarx qurğusunun optimal dizaynı üçün (rotor dinamikası, birləşmə modifikasiyası) dişli çarx qurğusunun nominal gücünə əlavə olaraq, istehlakçı normal ötürülən enerji və hər hansı xüsusi əməliyyat şərtlərini açıqlamalıdır (məsələn, yük çevrilmələri).
2.2.3 Dişli çarx qurğusunun istismar göstərici
· 2.2.3.1 Dişli çarx qurğusuna minimal istismar göstəricisi (İG) istehlakçı tərəfindən Cədvəl 3-də göstərildiyi kimi, tətbiqə əsaslanan məlumat vərəqlərində verilməlidir.
2.2.3.2 İstismar göstəricini müəyyən etməklə yanaşı, istehlakçı güc və çərçivə ölçülərini müəyyən etmək üçün valın və dişli çarx valının bərkliyini göstərə bilər. İstehlakçı onların bərkliyini müəyyən edərkən aşağıdakı faktorları nəzərə almalıdır:
a) Dişli çarx dişinin elastikliyi;
Cədvəl 3- Dişli çarx qurğusu üçün minimal istismar göstəriciləri
Sinxron və Dəyişən Sürət Mühərrikləri
İnduksiya Mühərrikləri
Buxar və Qaz Turbinləri
Sentrifuqalı püskürücülər
Generator və kəsicilər
Sentrifuqalı (aşağıda sadalananlardan başqa bütün xidmətlər) Sentrifuqalı, qazanxana təchizatı
Sentrifuqalı, qaynar yağ Sentrifuqalı, yüksək sürət (3600 fırlanma momentindən yüksək)
Sentrifuqalı, su təchizatı Fırlanan, oxvari axın/bütün borular Fırlanan, dişli çarx qurğusu
c. Gələcək yeniləmələr
d. Şərti tamamlama ilə müqayisədə xüsusi avadanlıq tamamlama tələbləri
ABŞ vahidləri ilə Wt aşağıdakı kimi ifadə edilə bilər: Wt = (126.000 Pg)/Npd
2.2.4 Dişin yeyilmə indeksi
2.2.4.1 Dişli çarx qurğuları K faktoru adlanan dişin yeyilmə indeksinə əsasən ölçülməlidir. Bu metoda təmasda olan diş səthləri əyrisinin radiusları, uzadılmış istismar müddəti, yüksək etibarlılıq, dinamik yük effektləri, səth üzrə diş yükünün qeyri-bərabər paylanması və yeyilməyə müqavimət baxımından materialların gücü kimi məsələləri nəzərən alan faktorları daxil edir.
Qeyd: Dişli çarx qurğusunun ölçülməsi üçün bu sadələşdirilmiş sistem ANSI/AGMA 2101-D02 (2001-D02) standartlarına uyğundur və bu sənəddə verilmiş daha mürəkkəb əsas tənliklərdə hər dəyişən üçün daha konservativ yanaşma göstərilir.
2.2.4.2 İcazə verilən K faktoru aşağıdakı kimi açıqlanır:
K= [Wt /dfw] [R+1)/R] (1)
Sİ qurğularında Wt=[(1.91x10)Pg]/Npd (2)
ABŞ standart vahidlərində Wt aşağıdakı kimi ifadə edilə bilər:
K=meqapaskallarla ifadə edilmiş diş yeyilməsi (hər kvadrat düymə düşən funtlarla ölçülür),
Wt=nyutonlarla (funtlarla) əməliyyat sahə diametrinə düşən ötürülən tangensial yük,
Fw= millimetrlərlə ölçülən xalis sahə eni (düym),
d= millimetrlərlə (düym) val sahəsinin diametri,
R= dişli çarx valındakı dişlərin sayının valdakı dişlərin sayına bölünməsindən alınan rəqəm,
Pg= kilovatlarla ölçülən dişli çarx qurğusunun nominal gücü (at-gücü),
Np=dəqiqədə fırlanma ilə val sürəti.
2.2.4.3 Dişli çarx qurğusunun nominal gücündə yol verilən K faktoru dişli çarx qurğusu üçün seçilmiş materiallar, istifadə edilən diş bərkitmə prosesləri və istismar göstəricilərindən asılı olur. Yol verilən K faktoru aşağıdakı kimi hesablanır:
Ka=yol verilən K faktoru,
İm=material indeks nömrəsi (Cədvəl 4 və Şəkil 3),
SF=minimal dişli çarx qurğusu üçün istismar göstəricisi (Cədvəl 3).
2.2.4.4 Cədvəl 4-də hazırda istifadə edilən bir neçə material kambinasiyaları üçün material indeks nömrələri və maksimal uzunluq diametr uzunluğu (L/d) nisbətlərini təqdim edir. Minimal material bərkliyi element, val və ya dişli çarx üçün ən aşağı minimal bərkliklə seçilir. Cədvəl 4-də verilmiş əyrini cədvəldə göstərilmiş (bax: Şəkil 1) hədlərdən kənara çəkmək olmaz.
Qeyd: Şəkil 3-də minimal müəyyən edilmiş bərklikdən istifadə edilir. Normal istilik emalı təcrübəsində bərkliyə dair yol verilən hədd tələb olunur. Bərklik miqyasının yuxarı həddi Şəkil 3-də verilmiş hədlərdən kənara çıxa bilir.
2.2.4.5 Dəyişdirilmiş ucluqları olan dişli çarxların yayınması tam bərkidilmiş çarx qurğuları üçün çarx səthinin eni üzrə 0.025 µm (0.0010 düym) və ya korpusu bərkidilmiş çarxlar üçün 0.018 µm (0.0007 düym) olan rotorun ümumi uyğunsuzluğu (birgə əyilmə, hərəkət yayınması və termal kənaraçıxma) olmamalıdır.
2.2.4.6 Cədvəl 4-də veirləndən daha yüksək L/d nisbəti təklif edildikdə dişli çarx qurğusunun tədarükçüsü daha yüksək L/d nisbətindən istifadə etmək üçün təklifdə əsaslandırma təqdim etməlidir. L/d nisbətləri Cədvəl 4-də verilənlərdən yüksək olduqda istehlakçı təsdiqi tələb olunur. İstehlakçı dişli çarx qurğusunun nominal gücündən fərqli əməliyyat şərtləri nəzərdə tutarsa (məsələn, normal ötürülən enerji) dişli çarx qurğusunun tədarükçüsü təhlildə dəqiq sonluq modifikasiyasına dair qərar vermək üçün hər şəraitdə dişli çarx qurğusunun işləyəcəyi yük diapazonunu göstərməlidir. Dəyişdirilmiş sonluqlar təchiz etmək lazım gələndə, istehlakçı və tədarükçü yoxlama dayağı, korpus və sınaq dayağında əldə edilmiş diş kontakt modellərinə dair razılaşdırmalıdırlar.
Cədvəl 4- Material indeks nömrələri və maksimal L/d nisbətləri
Material indeks nömrəsi. İm
Maksimal val L/d nisbəti
Cədvəl 5- İcazə verilən əyilmə gərginliyi rəqəmi, Sa
İcazə verilən əyilmə gərginliyi nömrəsi, Sa
Əgər rotor deformasiyası bənd 2.2.4.5-də verilmiş qiymətlərin həddini L/d-dən asılı olmayaraq keçərsə, analitik müəyyən edilmiş sonluq modifikasiyası ümumi faktiki uyğunsuzluğu bənd 2.2.4.5-də verilmiş məhdudlaşdırıcı qiymətlərdən aşağı endirmək üçün tətbiq edilməlidir. Bu, tam səth eni boyu yükün daha bərabər paylanmasına imkan verir. Sonluq motifikasiyalarının uğurlu tətbiqi ANSI/AGMA/ISO-1328 dəqiqlik Sinfi 4 və ya daha yaxşı (AGMA Sinif 13) yüksək dişli çarx qurğusu dəqiqliyində asılıdır.
1. 20,000 FPM-dən aşağı ümumi deformasiyanın termal yayınma hissəsi cüzidir.
2. Əlavə məlumat üçün bax: Əlavə H
2.2.5 Dişin ölçüsü və həndəsi forması
2.2.5.1 Dişli çarxın ölçüsü və həndəsi forması elə seçilməlidir ki, (4) tənliyindən istifadə etməklə hesablanan əyilmə gərginlik nömrəsi Cədvəl 5-də göstərilən qiymətləri keçməsin. Cədvəl 5-də verilmiş əyrini verilmiş hədlərdən kənara çıxarmaq olmaz (bax: Şəkil 4 və aşağıdakı qeyd). Bu metoda yol verilən K faktorunu müəyyən etmək üçün istifadə edilənlərə bənzər faktorları daxil edilir. Dişli çarxı ölçmək üçün bu sadə sistem ANSI/AGMA 2101 (ANSI/AGMA 2011) uyğundur.
Qeyd: Şəkil 4-də minimal nəzərdə tutulan bərklikdən istifadə edilmişdir. Normal istilik emalı təcrübəsində bərkliyə dair yol verilən həddin olmasını tələb edir. Bərklik diapazonunun yuxarı həddi Şəkil 4-də verilmiş hədlərdən kənara çıxa bilər.
2.2.5.2 Tədarükçü həm val və həm də dişli çarx üçün əyilmə gərginliyi nömrəsini hesablamalıdır. Boş gediş qurğularından istifadə edildiyi hallarda. hesablanmış gərginlik Şəkil 4-də verilmiş qiymətin 70% ilə məhdudlaşmalıdır. Əyilmə gərginlik nömrəsi aşağıdakı kimi hesablanır:
S= [Wt/(mnFw)] (SF) [(1.Scosγ)/J
ABŞ standart vahidlərlə:
S= [Wt Pnd/Fw] (SF) [(1.Scos γ)/J]
S=əyilmə gərginlik nömrəsi,
Sa=yol verilən əyilmə gərginlik nömrəsi,
Pnd=normal diametr sahəsi, 1/düymdə,
γ =konusvari bucaq, J= həndəsi faktoru (AGMA 908-dən),
mn= millimetrlərlə ölçülən modul nömrəsi.
Yeyilmənin qarşısını almaq üçün dişli çarx qurğusu ANSI/AGMA 6011-C98, Əlavə B-nin tələblərinə cavab verməlidir. Başqa hallar nəzərdə tutulmazsa, artıq təzyiq əlavələrinə yol verməmək üçün dişli çarx qurğusu ISO 14365-1 cavab verən yağla istifadə üçün nəzərdə tutulmalıdır. Alternativ yağ tələb ediləndə tədarükçü alternativ yağ seçimi üçün zəruri hesablamaları və təcrübə siyahısı təqdim etməlidir. Tədarükçü təcrübəsinə əsasən alternativ hesablama metodları seçmək olar.
1. Əlavə məlumatlar üçün AGMA 925-ə istinad edilir.
2. Yüksək sürət çarx qurğularına yüksək yüklənmə şərtləri və yüksək sürüşmə sürətləri tətbiq ediləndə, sürtkü təbəqəsi səthləri müvafiq qaydada ayırmır. Diş səthinə bu cür lokal zərər "aşılanma" adlanır (bəzən, yeyilmə adlanır). Aşılanma adətən, təmas yolunun tam kənar nahiyələri və ya tək diş cütlüyünün təmas nöqtələri yaxınlığında tutqunlaşma və ya nahamar üzlük kimi büruzə verib kəskin yeyilmə ilə nəticələnir.
Aşılanma uzunmüddətli istifadə məsələsi olmayıb, anidən baş verir. Aşılanma zədəsi riski çarxın materialı, istifadə edilən sürtkü, sürtkü materialının qatılığı, diş cinahlarının səth bərkliyi, yük altında cütləşən çarx dəstinin sürüşmə sürəti və dişlərin həndəsi formasına görə fərqlənir.
Bu faktorların hər hansı biri və ya hamısında dəyişikliklər aşılanma riskini azaldır.
Bənd 2.2.1-2.2.5-də nəzərdə tutulmuş norma qaydalarından kənaraçıxmanın mümkün olduğu xüsusi hallar mövcuddur. Tədarükçü öz təklifində belə kənaraçıxmaları təsvir edərək əsaslandırmalıdır.
2.3 Korpuslar (Örtüklər)
2.3.1 Layihə parametrləri
2.3.1.1 Dişli çarx korpusları ya tökmə üsulu ilə hazırlanmalı və ya istehsal edilməli, bütün yük şəraitlərində rotoru saz vəziyyətdə saxlamaq üçün layihələndirilərək qurulmalıdır.
2.3.1.2 Korpusun valın mərkəzi xəttinə mümkün qədər yaxın olan iki nöqtədə (birləşmiş avadanlıqla yüksək sürətli valın nizamının pozulmasını minimallaşdırmaq üçün) korpusun dayaq plitəsinə və ya özül plitəyə boltla və ya şponka ilə bağlanması və ya bərkidilməsi tədbirləri nəzərə alınmalıdır. Tədarükçünün bərkitmədiyi və ya bağlamadığı korpuslar bərkitmə işəsalma dəlikləri ilə təmin edilməlidir. Sahə qurğularında qazma maneələri işəsalma dəliklərinin yeri və bucağını müəyyən edərkən nəzərə alınmalıdır.
2.3.1.3 Montaj səthləri aşağıdakı meyarlara cavab verməlidir:
a. Onlar 6 µm (0.00025 düym) dəqiqlikdə (Ra) və ya daha yaxşı cilalanmalıdır.
b. Dayağın boş oturmasının qarşısını almaq üçün onlar 25 µm (0.001 düym) çərçivəsində eyni horizontal səviyyədə olmalıdır.
c. Hər montaj səthi montaj səthinin hər xətti metrinin 42µm (hər xətti futun 0.0005 düym) səthi daxilində cilalanmalıdır.
d. 50 µm (0.002 düym) daxilində müxtəlif montaj səthləri bir-birinə paralel olmalıdır.
e. Yuxarı cilalanmış və ya nöqtəvi üzlənmiş səth montaj səthinə paralel olmalıdır.
Saxlama bolt dəlikləri dəlikdən üç dəfə böyük diametrdə cilalanmış və ya nöqtəvi üzlənmiş montaj səth və ya səthlərinə perpendikulyar dəlinməlidir və avadanlığın düzlənməsinə imkan verməli, saxlama boltuna nisbətən diametri 15 mm (1/2 düym) böyük olmalıdır.
2.3.1.4 Avadanlığın ayaqlıqları şaquli vintlərlə təchiz edilməlidir.
2.3.1.5 Rotorun yoxlama dayağında həqiqi mərkəzlərlə düzgün təmasda olan dişli çarx dəstinin həmçinin, öz korpusunda düzgün təmasda olması üçün dəliklər lazımi dəqiqliklə cilalanmalıdır.
2.3.1.6 Temperatur, fırlanma momenti, yol verilən kənar güc və momentlərin səbəb olduğu kənaraçıxmaya görə korpuslar zədənin qarşısını alacaq şəkildə layihələndirilməlidir.
2.3.1.7 Maksimal yol verilən həddə korpuslar xarici boru birləşməsini minimallaşdırmaq üçün daxili yağ keçidləri ilə layihələndirilməlidir. Bütün daxili boruların qaynaq edilməsi, bütün birləşmələr üçün flanslardan istifadə edilməsi tövsiyə edilir. Hər hansı yivli boru ən azı Forma 80-nə cavab verməli, flanslarda kipləşdirici qaynaq edilməlidir (bax: 2.4.6.4).
2.3.1.8 Daxili sahə DN15, DN20 və ya DN25 (1/2, 3/4 və ya 1 düym) ASTM A 312-dən istifadəyə yol verməyəndə, xalis polad fitinqləri olan ASTM A 192 və ya xalis polad fitinqləri olan ASTM A 192 –yə cavab verən tikişsiz polad boru təchiz oluna bilər. Boru qalınlığı Cədvəl 6-da göstərilən tələblərə uyğun olmalıdır. Fitinqlərin istehsal və modeli istehlakçı tərəfindən təsdiqlənməlidir.
2.3.1.9 Daxili borunun dizaynı vibrasiya və ya göndəriş, istifadə və texniki xidmət nəticəsində dəyən zərərin qarşısını almaq üçün müvafiq dəstək və qoruma ilə təchiz edilməlidir. Konsollu boruya bütün boru-flans birləşmələrindəki iki lövhələrdə bərkidici künc birləşmələrini daxil etməlidir.
2.3.10 Daxili boru və yağ keçidləri bütün kənar materialları çıxarmaq üçün təmizlənməlidir.
2.3.1.11 Korpuslar sürtkü yağının sürətli boşalması, yağın artıq istilikdən yüksəlməsinə səbəb olan yağ köpüklənməsini minimallaşdıracaq şəkildə layihələndirilməlidir. Orta xətt sürətləri 125 m/san olan dişli çarx qurğuları üçün (25,000 ft/dəq), aşağıda verilmiş xüsusi layihələrə üstünlük verilməlidir:
a. Dişli çar qurğusundakı yalançı dib.
b. Dibdən ən azı 610 mm (2 fut) aşağıda yerləşən kollektor dərinliyi.
d. Bütün digər drenaj sistemlərindən müstəqil olan rezervuara yağ drenaj xətti.
e. İkinci tam ölçülü drenaj birləşməsi.
f. Dişli çarx qurğuları, val və korpus arasındakı iri yan və ətraf ara məsafələri.
g. Sarğı plastinaları.
2.3.1.12 Tədarükçü filtr-membranını təchiz edilməlidir. Filtr-membran və daxili hissələri 300 Seriyalı xalis poladdan və ya mis-nikel xəlitəsindən (məs, Monel) hazırlanmalıdır. Bu, yağın atmosferə uçmasının, korpusda təzyiqin artmasının, yağışlı-qasırğalı kəskin hava şəraitlərində suyun çıxmasının, havadakı çirkin daxil olmasının qarşısını almaq üçündür. Filtr-membran ən azı NPS 1 /2 olmalı və konstruksiyası yoxlamaq və təmizləmək üçün asan sökülməyə icazə verməlidir.
Cədvəl 6- Minimal boru divarının qalınlığı
Minimal divar qalınlığı
Qeyd: dişli çarx qurğularının istehsalçılarının filtr-membran üçün tövsiyə etdikləri yer korpusun özündə membran olmadan bilavasitə korpusa yaxın drenaj borusunun üzəridir. Filtr-membran korpus və ya drenaj üzərində ola bilər. Filtr-membranın yeri eskiz cizgisində verilməlidir.
2.3.1.13 Val və çarxın tam səthinin en boyu əyani yoxlanılmasına imkan vermək üçün dişli çarx korpusu çıxarıla bilən, aralıq qatlı yoxlama örtük və ya örtüklərlə təmin edilməlidir. Yoxlama giriş və ya girişləri dişli çarx səthinin ən azı bir yarımı qədər olmalıdır.
2.3.1.14 İstehlakçı əvvəlcədən material və tətbiq etmə metodunu təsdiqləməzsə, davamlı üzlüklər və ya boya korpusun daxili səthinə çəkilməməlidir.
Oxvari qoşa korpuslar metaldan metala münasib boltla bərkidilən birləşmə ilə təmin edilməlidir (münasib birləşmə qaydası ilə). Aralıq qatlar (o cümlədən ipin növü) oxvari birləşmədə istifadə edilməməlidir.
2.3.3 Boltla birləşdirmə
2.3.3.1 Korpus üçün keçid bolt olması tövsiyə edilir. Bu praktiki cəhətdən mümkün olmadıqda, yığım və ya sökmə onlardan istifadənin qarşısını alarsa, iri mıxlardan istifadə edilməməlidir. Qapaq vintləri belə hallarda məqbuldur.
2.3.3.2 Yiv təfərrüatları ISO 261, ISO 262, ISO 724, ISO 965-ə (ASME B1.1) uyğun olmalıdır.
2.3.3.3 Mıxlı birləşmələr quraşdırılmış mıxlarla təchiz olunmalıdır. Mıx dəlikləri mıxın tam diametrinin 1 1/2 mislinə bərabər üstünlük verilən dərinliyinə imkan verəcək uzunluqda dəlinməlidir; hər milin hər iki sonluqlarındakı ilk 1 1/2 yivləri çıxarılmalıdır.
2.3.3.4 Diyircəkli yastıq və ya qutu açarlarından istifadəyə imkan vermək üçün boltlama yerlərində müvafiq ara məsafə qoyulmalıdır.
2.3.4.1 Korpusun aşağı yarısına əsas yağ təchizatı borusunu pozmadan korpusun yuxarı yarısını qaldırmaq mümkün olmalıdır.
2.3.4.2 Vintli domkrat, yönləndirmə milləri və korpus düzləndirmə ştiftləri sökmə və təkrar yığımı asanlaşdırmalıdır. Vintli domkratlar təmasda olan səthləri ayırma vasitəsi kimi istifadə ediləndə, səthlərin biri sızan birləşmə və ya zədələnmənin səbəb olduğu qeyri-düzgün quraşdırmanın qarşısını almaq üçün boşaldılmalıdır (əks dəlik açılmalı və ya dərinləşdirilməlidir). Yönləndirmə milləri sökmə və təkrar yığma zamanı daxili hissələrə və ya korpus mıxlarına korpusun zərər yetirməsinin qarşısını almaq üçün lazımi uzunluqda olmalıdır.
2.4 Korpus birləşmələri
2.4.1 Tək sürtkü yağı təchizat birləşməsinə üstünlük verilir.
2.4.2 Dişli çarx korpusundan tək sürtkü yağı drenaj birləşməsi nə üstünlük verilir. Minimal drenaj boru ölçüsü Cədvəl 7-də göstərildiyi kimi dişli çarx korpusuna ümumi giriş axınına əsaslanmalıdır. Cədvəldə göstərilən ölçüdən kiçik olan drenajlardan istifadə edilməməlidir.
Drenaj birləşməsi və borusu yarıdan çox işləməyən drenaj xəttinə əsaslanan yağ drenaj sürətini saxlamaq üçün ölçülməli və quraşdırılmalıdır. Cədvəl 7-də verilmiş axınlar kanaldan axın nəzəriyyəsinə əsaslanır.
300 mm-dən (12 düym) yüksək nominal daxili diametrli drenajlar üçün layihənin sürəti 0.38 m/san-dan (1.25 fut/san.) böyük olmamalıdır. İcazə verilən axın həddi aşağıdakı kimi hesablanır:
ABŞ standart vahidlərində:
Fdf =300mm, 1/m (gpm) üzrə D ilə drenaj xəttində yol verilən axın həddi,
D=daxili drenaj xətti diametri, mm (düym).
· 2.4.3 Müəyyən ediləndə korpusdan filtr-membranına təmizləmə qazının keçməsini təmin etmə üçün ən azı NPS 1/2 düym olan daxili təmizləmə birləşməsi olan korpuslar təmin edilməlidir.
2.4.4 Boru birləşmələrinin girişləri DN 20 (2/3 NPS) və ya daha böyük və ISO 6708 uyğun olmalıdır. DN 32, DN 65, DN90, DN 125, DN 175, və DN 225, (1 1/4, 2 12, 3 1/2, 5,7 və 9 NPS) istifadə edilməməlidir.
Cədvəl 7- Drenaj boru ölçüləri
Minimal məlumat ölçüsü
2.4.5 Dişli çarx qurğusundakı bütün birləşmələr hərəkət etdirilən çarx qurğusu olmadan istehlakçı üçün sökülmək məqsədilə əlçatan olmalıdır.
· 2.4.6 Yağ girişi və drenaj birləşmələri flanslanmalı, cilalanmalı və boltla bərkidilməlidir, nəzərdə tutulduğu kimi istiqamətlənməlidir və DN 20 –dən (NPS 3/4) az olmamalıdır. Flanslı və ya cilalanmış və boltla bərkidilmiş girişlər praktiki mümkün olmadıqda, DN 20 (NPS 3/4)- DN 40 (NPS 1 1/2) ölçülərdə yivlənmiş dəliklərə yol verilir. Belə yivli dəliklər bənd 2.4.6.1-2.4.6.4-də nəzərdə tutulduğu kimi təmin edilməlidir.
2.4.6.1 Əsasən də 150 mm-dən (6 düym) çox uzunluqda olmayan boru sonluğu yivlənmiş girişə vintlənməlidir.
2.4.6.2 Boru sonluqları tikişsiz DN 25 (NPS 1) üçün ən azı forma 160 və DN 40 (NPS 1 12) üçün ən azı forma 80-da verildiyi kimi olmalıdır.
2.4.6.3 Boru sonluğu qaynaq boyunluğu və ya keçirmə flansla təchiz edilməlidir.
2.4.6.4 Yivli birləşmə kip qaynaq edilməlidir; bununla belə, alət birləşmələri üçün çuqun avadanlıqlar və ya texniki xidmət üçün tələb edilən sökmə zamanı kip qaynağa icazə verilmir. Kip qaynaq edilmiş birləşmələr ASME B 31.3 uyğun olmalıdır.
2.4.7 Aşağıda göstərilən bənd 2.4.7.1 - 2.4.7.4 istisna olduğu halda, flanslar ISO 7005-1 və ya ISO 7005-2 (ASME B16.1, B16.5, B16.42 və ya SAE J518) uyğun olmalıdır:
2.4.7.1 Çuqun flansları hamar səthli olmalı və ISO 7005-2 (ANSI/AMSE B 16.1, B16.42) ölçü tələblərinə cavab verməlidir. 125 Sinif flansların minimal qalınlığı DN 200 (8 NPS) ölçüləri üçün 250 Sinfinə bərabər və ya kiçik olmalıdır.
2.4.7.2 Tam qaldırılmış səthin qalınlığı ilə hamar səthli flanslar çuqundan fərqli hallarda məqbuldur.
2.4.7.3 Daha qalın olan və ya ISO 7005-1 (ASME B16.5) ilə tələb ediləndən böyük iri xarici diametri olan flanslar məqbuldur.
2.4.7.4 ISO 7005-1 və ya ISO 7005-2 (ASME B 16.5) ilə əhatə edilən birləşmələrdən başqa birləşmələr üçün istehlakçının təsdiqi tələb olunur. Müəyyən edildikdə birləşmə hissələrini tədarükçü təmin etməlidir.
2.4.8 Cilalanmış və millənmiş birləşmələr ISO 7005-1 və ya ISO 7005-2 (ASME B16.1, B16.5 və ya B16.42) standartlarının üzləmə və dəlmə tələblərinə cavab verməlidir. Boltlar və qaykalar təchiz edilərək quraşdırılmalı, hər mıxın hər iki sonluqlarındakı 1.5 yivləri çıxarılmalıdır.
2.4.9 Yivli birləşmələr DN 40-dən (NPS 1 1/2) çox olmamalıdır. Bağlı dəliklər və boru yivləri üçün qapaqlar ISO 7-1-ə (ASME B16.5) uyğun olmalıdır. Boru yivləri ASME B 1.20.1-ə uyğun konusvari yivlər şəklində olmalıdır.
2.4.10 Boru birləşməsinə qoşulmamış konusvari girişlər ASME B 16.11-ə uyğun təchiz edilən bərk tıxaclarla tıxaclanmalıdır. Sonradan çıxarmanı tələb edən tıxaclar korroziyaya davamlı materialdan olmalıdır. Yivlər sürtkü yağı ilə yağlanmalıdır. Yağ keçidinə daxil edilmiş tıxacların yivlərinə çəkilməməlidir. Plastik tıxaclara icazə verilmir.
2.5 Dişli çarx elementləri
2.5.1.1 Bütün dişli çarxlar yığılmış çarx qurğusu və valda üzlənərək kəsilməli və ya üzlənərək torpaqlanmalıdır. Dişli çarx dişlərinin üzlənməsi üçün aşağıdakı proseslərdən bir və ya bir neçəsindən istifadə edilir:
Üzləmə və ya işləmə ilə təmin edilən bütün dişli çarx dişləri frezləmə ilə hazırlanmalıdır. Yonma qurğuları və fırlanan yonma vasitələri iş hissəsi ilə keçici diş kombinasiyası olmalıdır.
2.5.1.2 Emal olunmuş çarx qurğularının yüklənmiş səthlərindəki diş səthi mərkəzi xətt boyu ölçüldüyü kimi, 0.8 µm (32 mikro düym) Ra və ya daha yaxşı emal olunmuş səthi olmalıdır. Ölçü metodları üçün bax ISO TR 10064-4.
2.5.1.3 Tək-spiralvarı çarx qurğularının quruluşu dişli çarx torunda oxvari diş reaksiyası nəticəsi olan dişli çarx elementlərindəki anların təsirləri dişli çarx qurğusunun gözlənilən işinə mənfi təsir etməsin.
2.5.1.4 Keçici diş kombinasiyaları tələb olunur. Tələb olunanı əldə etmək üçün istehlakçının dişli çarxın ötürmə sayı dəqiqləşdirilməlidir. Əgər belə sazlama praktiki mümkün olmazsa, istehlakçı və tədarükçü bunun həlli yolunu razılaşdırmalıdır.
Qeyd: Keçici diş kombinasiyası ona görə tələb edilir ki, eyni dişlər yenidən qarışmazdan və ya təkrarlanmazdan əvvəl valdakı hər bir diş üçün məqsəd cütləşən dişli çarx valında mümkün qədər çox dişlərlə qarışması olduğu üçün keçici diş kombinasiyası tələb olunur.
2.5.1.5 Hər dişli çarx valı və hər altlıq iki diyircəkli yastıqla təmin edilməlidir. Yuxarıdan asılı dizaynlar məqbul deyil.
2.5.2 Keyfiyyətə təminat
2.5.2.1 Dişli çarx qurğusu bülövləmə, üzləmə və ya cilalama maşınında emal olunaraq-kəsildikdən, üzləndikdən və ya cilalandıqdan sonra, dişli elementlər dişli çarx dişi dəqiqliyi üçün ANSI/AGMA ISO 1328-1 standartına uyğun yoxlanılır. Dişli çarx elementləri 4-cü Sinif və ya daha yaxşı dəqiqlikdə olmalıdır. Dişli çarx qurğusunun dəqiqliyinin yoxlanılması qeydlərini tədarükçü ən azı 20 illik müddət ərzində saxlamalı və tələbə uyğun istehlakçıya təqdim edilməlidir.
Qeyd: Əvvəlki jurnalın iş cədvəli tələbi dişli çarx cədvəllərinə dair tələblə əvəzlənir. ANSI/AGMA ISO 1328-1 dişli çarxların ölçüsü zamanı jurnala əsaslanır. Ölçmə metodları üçün bax. ISO/TR 10064-1.
2.5.2.2 Hər bir cütləşən çarx cütlüyü uyğunlaşdırılmış dəst hesab edilməli, təmas yoxlama dayağında təmas üçün və tədarükçünün emalatxanasında iş korpusunda yoxlanılmalıdır. Bənd 2.5.2.1-ə uyğun yoxlamanı bu yoxlama üçün əvəz kimi istifadə etmək olmaz. Rəng ötürmə materialının nazik təbəqəsi (məsələn, mavi) üç yerə, dörd və ya daha çox quru yağsızlaşdırılmış çarx valı üçün 120 dərəcə çəkilməlidir (Yoxlama dayağında təmasın yoxlanılması üçün sxematik boyadan istifadə edilməməlidir). Dişli çarx elementlərinin lazımi mərkəzi məsafədə bərk saxlanılması və valın mərkəzi xətlərinin ümumi kənaraçıxmanın hər metr üçün 25 µm-dən (0.001 düym) çox olmadığı və hər metr üçün 42 µm (0.005 düym/fut) daxilində paralel olduğu halda üzlənmiş dişlər orta dartqı fırlanma momenti dişlərin normal yüklənmiş səthlərlə təmasına imkan verəcək istiqamətdə tor boyu fırladılmalıdır. Tədarükçünün nəzərdə tutduğu kimi, rəngin ötürülüşü hər spiral boyu paylanmış təmasını (toxunmasını) göstərir. Təmas (toxunma) sınaqlarından əvvəl, tədarükçü istehlakçıya məqbul təmas (toxunma) həddini göstərən təmas (toxunma) cizgisi və ya tədarükçünün texniki spesifikasiyasını təqdim etməlidir. Düzəliş edilməmiş sonluqlar diş uzunluğu boyu ümumilikdə ən azı 80%-i təmasda olur. Cizgi və ya spesifikasiya, yoxlama dayağı və iş korpusunun təmas yoxlamaları ən azı 20 illik müddət ərzində hazırlanmalı və istehlakçının xahişinə əsasən, ona təqdim olunmalıdır. Təmas (toxunma) yoxlama nəticələri aydın, yapışqan lent zolağının çəkilməsi və soyulması, ağ kağızdan olan damalı vərəqə lentin sonradan çəkilişi yolu ilə dişdən əks rənglərin aradan qaldırılması əsasında saxlanılmalıdır.
1. Təmasın (toxunmanın) yoxlanması zamanı dişli çarx elementlərinə dəstək vermək üçün istifadə ediləndə val mərkəz və ya barabanlarının işi üçün həqiqi təmas modelinin nümayişi məqsədilə, mexaniki kompensasiya tələb olunur.
2. Ötürmənin əyani görünüşünü gücləndirmək üçün altlığa nazik oksid kuporos pastası (mineral spirtlərdən hazırlanır) çəkilə bilər.
2.5.2.3 Tədarükçü ya sınaq ərzində 50 µm (2.0 mil) həddini aşmayan filtrlənməmiş pikdən-pikə valın oxvari vibrasiyasını ölçməklə və ya (b) asta fırlanmanın yoxlanılmasını aparmaq üçün göstəricilərdən istifadə etməklə, qoşa-spiralvarı çarxların hər torunun oxvari sabitliyini nümayiş etdirməlidir. Belə asta sürətli fırlanmanı yoxlamanın üstünlük verilən metodu bir elementi (adətən, dişli çarx valı) sabit oxvari vəziyyətdə saxlamaq və dartıcı fırlanma momentini adətən yüklü diş səthlərini təmasa gətirən istiqamətdə tətbiq etməklə yanaşı, hissələr dişli çarxın ən azı bir tam dövrəsi boyu fırlanan zaman digər elementin oxvari hərəkətini qeyd etməkdən (adətən, altlıq) ibarətdir. Altlığın dişli çarx valına nisbətdə oxvari hərəkəti 38 µm-dən (0.0015 düym) çox olmamalıdır (Bax: 4.3.2.2.10).
2.5.3.1 İstehlakçı xüsusi olaraq, digər hallar nəzərdə tutmazsa altlıqlar öz vallarına daxildən bərkidilməlidir.
2.5.3.2 150 m/san-dən yüksək diametr xətti sürəti (30,000 ft/dəq.) üçün dişli çarxlar öz vallarına daxildən bərkidilməlidir. 150 m/san (30,000 ft/dəq) və az diametr xətti sürəti hədləri üçün dişli çarxlar öz vallarına daxildən bərkidilə və ya onlardan ayrıla bilər. Ayrı dişli çarxlar bərkidilmiş olmalı, bərkidilmiş polad haşiyələrdən istifadə edərək istehsal edilmiş konfiqurasiyada olmalı, müdaxilə əsasında öz vallarında yığılmalıdır. Cədvəl 8-də verilmiş diametr xətti sürətlərinin həddi istehlakçının xüsusi təsdiq olmadan açılmamalıdır.
2.5.3.3 Valları 150 m/san-dən (30,000 ft/dəq.) yüksək olan diametral xətt sürətində işləyən daxili bərkidilmiş çarxlar üçün alıcı və tadarükçü keyfiyyəti təmin etmək üçün material sabitliyi, əlavə yoxlama və sınağa dair razılığa gəlməlidirlər. Buna aşağıdakılar daxildir, lakın bunlarla məhdudlaşmır:
a. ANSI/AGMA ISO 6336-Sinif 5 ME və MX tələblərindən yüksək material təmizliyi.
b. Daha iri hissənin (bərklik, güc, sınma bərkliyi) mərkəzindəki materialın mexaniki xassələri.
c. Bütün istilik emalları başa çatdıqdan sonra 100% həcmdə hissənin ultrasəs yoxlaması.
d. Hissənin nəm maqnit (magnaglo) yoxlaması.
e. Hissənin mərkəzi nahiyəsində dəliyin açılması (boş val).
f. Normal tələblərdən yüksək bərkitmənin azaldılması nisbəti.
Qeyd: Dişli çarxın xarici diametrində val/diyircəkli yastıq diametrlərində böyük dəyişikliklər aşkarlanması çətin olan gözlənilməz gərginlik və material qüsurlara gətirib çıxaran bərkitmə və istilik emalı sahəsində çətinliklər yaradır. Yüksək diametr xətti sürətlərində işləyəndə belə qusurlar gözlənilməz nasazlığa səbəb olur.
Maksimal diametr xətti sürəti
Dişli çarx istehsal metodu
Bərkidilmiş Haşiyələrdə Sıxılma
Bərkidilmiş Haşiyələrlə Qaynaq
Bərkidilmiş Dişli Çarxlara Sıxılma
2.5.4.1 Vallar ANSI/AGMA 6001-D97 gərginlik hədləri çərçivəsində dişli çarx qurğusunun nominal gücünü ötürmək üçün ölçülür. Vallar bir hissəli, istiliklə emal edilmiş poladdan cilalanmalıdır. Tamamlanmış diametrləri 200 mm (8 düym) olan vallar və bundan böyük vallar birləşdirilməlidir. Tamamlanmış diametri 200 mm-dən (8 düym) az olmayan vallar val bərkitmələrində olduğu eyni keyfiyyət və istilik emalı meyarlarına uyğun alınmış qaynar boru prokatlı mil materialdan ola bilər.
2.5.4.2 Digər hallar nəzərdə tutulmazsa, vallar birləşmələr üçün daxili flanslarla təchiz olunmalıdır.
2.5.4.3 Bütün val açarı yolları ANSI/ASME B17.1 standartına cavab verən daxili flanslarla təchiz edilməlidir.
2.5.4.3 Bütün val açarı yolları ANSI/ASME B 17.1 uyğun qaltel radiuslarına malik olmalıdır.
2.5.4.4 Radial vibrasiya sınaqları ilə müşahidə edilməli olan rotor val datçiki diyircəkli yastığın dəliklərinə uyğun olmalıdır. Bütün datçik sahələri zondun hər tərəfindəki ən azı bir zond ucluğu diametrində (həm radial və həm də oxvari mövqeyi) oyma və yazı işarələri, hər hansı digər səth qüsurları, məsələn yağ dəliyi və ya açar yolu kimi qüsurlardan azad olmalıdır. Oxvari valları zond ucluğu diametrini aşan dişli çarxlar üçün zond datçiki sahəsi bütövlükdə valı örtmək üçün kifayət qədər uzun olmalı üstəgəl hər iki tərəfdə bir zond ucluğu diametri uzunluqda olmalıdır. Yekun səth üzlüyü bülövləmə və ya yandırma vasitəsilə maksimum 0.8 µm (32 mikro düym) Ra olmalıdır. Belə sahələr API Std 670-də nəzərdə tutulmuş səviyyələrdə maqnisizləşdirilməli, yaxud da birgə ümumi elektrik və mexaniki işin aşağıda göstərilənləri keçməməsi üçün emal olunmalıdır:
a. Radial-vibrasiya zondu ilə müşahidə edilməli olan sahələrdə:
1. Diametri 305 mm-dən (12 düym) az olan val sapfaları üçün yol verilən pikdən-pikə vibrasiya amplitudasının 25% -i və ya hansının böyük olmasından asılı olaraq, 6.5 µm (0.00025 düym).
2. 305 mm (12 düym) və daha böyük diametrli val sapfaları üçün yol verilən pikdən pikə vibrasiya amplitudasının yol verilən həddinin 25%-i və ya hansının böyük olmasından asılı olaraq, 10 µm (0.0004 düym).
b. Aksial-mövqe zondları ilə müşahidə edilməli olan sahələr üçün 13 µm (0.0005 düym).
Qeyd: Dişli çarxları istehsal etmək üçün istifadə edilən polad qazsızlaşdırma, yandırma və elektrik döyəcləmə kimi, şərti vasitələrdən istifadə edərək azaldılması çətin olan yüksək elektrik işi səviyyələrinə məruz qalır. Elektrik işini azaltmaq üçün əlavə səylərin məhsuldar olmadığı məlum olarsa, istehlakçının təsdiqinə əsasən, digər azaldılma metodlarından istifadə oluna bilər.
· 2.5.4.5 Əgər nəzərdə tutularsa, tədarükçü fırlanma xarakteristikasını ölçmək üçün 2.5.4.5.1-2.5.4.5.3 bəndlərində verilmiş müddəalardan biri istifadə edilməlidir.
2.5.4.5.1 İstehlakçının razılıq verdiyi kimi, val sonluğu və val boyunluğu Şəkil 5-də göstərilənə bənzər əks dəliyi və boltlama qurğusu olmalıdır. Val sonluğu və cütləşən boyunluq səthləri ümumi göstərilən işin 13 µm (0.0005 düym) çərçivəsində valın mərkəzi xəttinə perpendikulyar olmalıdır. Əks dəlik və cütləşən boyunluqlar 13 µm (0.0005 düym) daxilində valın mərkəzi xəttinə uyğun və paralel olmalıdır.
1. Dişli çarx (altlıq) valı üçün mərkəzləşdirmə dəliyinin əks dəlikdə davamlı olması vacibdir.
2. Val boyunluq uzadılması jurnallarda verildiyi kimi işlənməlidir.
3. 5 diametri üçün yol verilən hədd 0.0-25.4 µm (0.000-0.001 düym) bərklikdə olmalıdır.
2.5.4.5.2 Tıxaclı bir bağlı girişi olan DN 25 (NPS 1) tezlik-modulyasiyalı fırlanma analizatoru olan detektorların quraşdırılmasına imkan verərək hər çarx elementi üçün korpusun yuxarı yarısında quraşdırılmalıdır. Bağlı girişlər həm dişli çarx valı və həm də altlıq valının mərkəzi oxuna köndələn (ortoqonal) yerləşən səthə yönəldilməlidir. Girişlər həm də onlara vintlənmiş detektorların dişlərin keçidini qeyd edəcək tərzdə yerləşdirilməlidir.
2.5.4.5.3 İstehlakçı və tədarükçü hər hansı digər metodu razılaşdırmalıdırlar.
2.5.4.6 Hər rotor xüsusi identifikasiya nömrəsi ilə aydın nişanlanmalıdır. Rəqəm valın qeyri-ötürücü sonluğunda və ya texniki xidmətin zərərinə məruz qalmayan digər əlçatan yerdə olmalıdır.
2.5.4.7 Birləşmə vtulkalarının montaj edildiyi yerdə val sonluqları API Std 671-ə uyğun olmalıdır (bax: 3.2).
· 2.5.4.8 Əgər nəzərdə tutularsa, dişli çarx elementlərinin şaquli saxlama üçün təminatı olmalıdır. Belə təminat rotor çəkisinin 1.5 mislini saxlamaq gücündə olmalıdır. Asma detalına dair təminat üçün bax 3.6.2.
2.5.4.9 Valda potensial gərginlik hədlərinin artmasının qarşısını almaq üçün fırlanan elementin qalıq maqnetizmi (Sərbəst Hava Gauss Səviyyələri) 5 Gaussu aşmamalıdır (.0005 Tesla).
Qeyd: API Nəşr 684-ə müraciət edin. Rotor Dinamikasına və Balanslaşdırmaya dair API standart Paraqrafı. Əlavə məlumatlar üçün bax: Lateral Critical and Train Torsional Analysts and Rotor Balancing başlığı.
2.6.1.1 Rotor saxlama sistemlərinin dizaynında aşağıdakı mənbələri daxil etsə də bunlarla məhdudlaşmayan, müntəzəm güc amillərinin (həyəcanlandırma) bütün potensial mənbələrinə diqqət yetirilməlidir:
a. Rotor sistemində balansın pozulması.
b. Yağ təbəqəsində sabitliyin olmaması (burulğan).
c. Daxili sürtünmələr.
d. Dişli çarx dişi toru və yan zolaq tezlikləri, habelə dişli çarxların istehsalında qeyri-dəqiqliklərin səbəb olduğu digər tezliklər.
e. Birləşmənin pozulması.
f. Boş rotor-sistemi komponentləri.
g. Histeretik və sürtünmə burulğanı.
h. Asinxron burulğan.
i. Elektrik xətti sürəti.
1. Potensial həyəcanlanma mənbəyinin sürəti rotorun fırlanma sürətindən az, bərabər və ya çox ola bilir.
2. Rotorun yastıq dayaqlarına tətbiq edilən müntəzəm güc (həyəcanlanma) sürəti sistemin təbii sürətinə uyğun olduqda sistem rezonans vəziyyətində olur. Rezonanslı rotorun yastıq hissələri özünün normal vibrasiya gücləndirilmiş qiymətdə ola bilir. Gücləndirilmiş qiymət və kritik sürətdə sürətlə bağlı faza-bucaq dəyişikliyi sürəti sistemdə fasiləsiz sürətlə bağlıdır.
2.6.1.2 Bu standartın tətbiq sahəsinə daxil olan köndələn və kritik fırlanma sürətləri kimi, rezonans narahatlıq doğuran şərtlər 2.5-ə bərabər və ya yüksək olan gücləndirmə faktorudur (AF).
2.6.1.3 Tədarükçünün tədarük həcmi daxilində olan və rotorun vibrasiya amplitudasına təsir edən dayaq struktur sistemlərinin rezonansları müəyyən edilmiş əməliyyat sürət həddində və ya müəyyən edilmiş ayrılma hədləri daxilində olmamalıdır (bax: 2.6.2.4.1 və 2.6.2.4.2). Dayaq strukturunun effektiv bərkliyi rotor yastığının hissələrinin dinamikasının analizində nəzərə alınmalıdır (bax: 2.6.2.5d).
Qeyd: Dayaq strukturu sistemlərinin rezonansları rotorun vibrasiyasının amplitudasına mənfi təsir göstərir.
2.6.2.1 Təchizatçı fasiləsiz kritik sürət hədlərini və sönmə sürətinin 0%-125% həddində yerləşən onların rejim formalarını müəyyən etmək üçün fasiləsizlik təhlilini aparmalıdır.
2.6.2.2 Fasiləsizlik təhlilləri üçün ən azı üç enerji səviyyəsi təhlil edilməli və aşağıdakılar daxil etməlidir:
a. Yastıq üçün yağ təbəqəsi, 10%, 50% və 100% dişli çarx qurğusunun nominal həddində daşıma strukturu və dişli çarx qurğusu korpusunun dəstək strukturunun bərklik hədləri.
b. Hər dişli çarx valının təmin etdiyi birləşmə çəkisi.
2.6.2.3 Digər hallar nəzərdə tutulmazsa, fasiləsiz sürət analizi nəticələri istehlakçıya təqdim edilməlidir. Nəticələrin təqdimatına aşağıdakılar daxildir:
a. 2.6.2.2 a-da (nisbi amplituda rotorda oxvari mövqe ilə qarşılıqlı).
b. Kritik sürəti təmin edən bərklik xəritəsi (tezlik dəstək bərkliyi ilə qarşılıqlı). Bu xəritənin üzərində sistemin təmin edilən bərkliyi hesablanmalıdır; üfüqi (kcx) və şaquli (kyy) (bax: Şəkil 6).
2.6.2.4 Burada üç lateral kritik sürət rejimləri barədədir. Bu rejimlərin baş verdiyi tezlik əsasən də, diyircəkli yastıq üçün yağ təbəqəsində bərkliyin dəyişməsi nəticəsində yaranan ötürülən yük funksiyası kimi fərqlənir (bax: Şəkil 6). Dişli çarx rotorları bənd 2.6.2.4.1-2.6.2.4.3-də verilmiş tələblərə uyğun olmalıdır.
2.6.2.4.1 Maksimal fırlanma momentində işləyəndə hər rotorun üç müəyyən edilmiş kritik sürət hədləri həmin rotorun davamlı maksimal sürətindən 20% çox olmamalıdır.
1. Bəzən dişli çarx rotorunu ilk kritik sürət həddindən aşağı həddə işlətmək mümkün deyil. Dişli çarx rotoru ilk kritik sürət həddindən yüksək işləməli olduqda rotor əməliyyat sürətinin ilk kritik sürətinin təxminən 60%-i həddində işləmək üçün layihələndirilməlidir. İş sürətinin 60%-dən aşağı ilk kritik sürət hədləri diyircəkli yastıqda sabitliyin pozulması və ya yağın sıçramasına səbəb olur, və 60%-dən yüksək həddə işləyəndə iş sürəti həddindən çox yaxın olur.
2. Altlıq sürətinin 40-50% həddində işləyən dişli çarx valları (2.1-2.5.1 dişli çarx nisbəti) altlıq diyircəkli yastıqlarında sabitsizlik yaradır. Ona görə də əgər 2.1-2.5.1 arasında dəyişən dişli çarx nisbətləri tələb edilərsə, altlıq sabitlik təhlilinin aparılmasına xüsusi diqqət yetirilməlidir.
2.6.2.4.2 İş fırlanma momenti 50-100% maksimal fırlanma həddində olanda hər rotorun maksimal davamlı sürətindən yüksək ayırma marjası ötürülən fırlanma momentinə düz mütənasib olaraq, 10-20% olmalıdır.
2.6.2.4.3 Müəyyən edilmiş minimal əməliyyat şərtləri 40%-dən və ya maksimal davamlı sürətin 70 %-dən az olarsa və fasiləsiz sürət təhlili ilk kritik göstəricinin maksimal davamlı sürətin 120%-dən az olduğunu sübut edərsə, tədarükçü fasiləsiz sürət analizinə əlavə olaraq, fasiləli balanslaşdırılmamış cavablandırma analizi aparmalıdır.
2.6.2.5 Fasiləli balanslaşdırılmamış cavablandırma təhlili tələb edilərsə, buna aşağıdakılar da daxil edilməlidir, lakin onlarla məhdudlaşmamalıdır:
Qeyd: Aşağıda analiz aparanın nəzərə almalı olduğu məsələlərin siyahısı verilmişdir. Buraya 2.6.2.7 və 2.6.2.8 bəndlərində əhatə edilən təhlilin təfərrüatları və məhsulu daxil deyil.
a. Birləşmə yarıları, bərklik və fasiləlilik effektləri də daxil olmaqla, rotor hissələri (məsələn, yığılmış uyğunluğun yol verilən hədləri).
b. Diyircəkli yastıq sürtkü təbəqəsi bərkliyi və fasiləlik qiymətləri o cümlədən, sürət, yük, ilkin yük, yağ temperatur hədləri, yığılmış dəst hədləri nəticəsi olan maksimal və minimal ara məsafələri, dişli çarx güclərinin səbəb olacağı asimmetrik yük təsiri.
c. Maili-ara qat yastıqları üçün aralıq qatın dönmə bərkliyi və dönməyə nisbətdə yükləmə istiqaməti.
d. Tezlikdən asılı dəyişənlərin təsirləri də daxil olmaqla, dayağın bərkliyi, kütlə və fasiləlilik xarakteristikası. "Dayaq" termini bünövrə və ya dayağın strukturu, özül, maşın çərçivəsi və müvafiq olaraq, diyircəkli yastıq korpusunu daxil edir. Diyircəkli yastıq dayaq sisteminin bərklik qiymətləri diyircəkli yastıq yağ təbəqəsinin bərklik qiymətlərinin 5 mislindən az və ya buna bərabər olarsa, modal sınaq və ya hesablanmış tezlik asılılıqlı dayaq bərkliyi və fasiləlilik qiymətlərindən (müqavimət) əldə edilmiş dayaq bərklik qiymətlərindən istifadə edilir. Tədarükçü təhlildə istifadə edilmiş dayağın bərklik qiymətləri, bu qiymətlərin əsaslarını açıqlamalıdır (məsələn, oxşar rotorun dayaq sistemlərinin modal sınaqları və ya hesablanmış dəstək bərklik qiymətləri).
Qeyd: Dayaq bərkliyi bir çox hallarda 12.25 x 10 N/mm -dan(7 x fut/düym) çox olmamalıdır.
e. Fırlanma sürəti daxil olmaqla müxtəlif işəsalma-sürəti (başlama sikli ərzində sürücünün dayanma sürətləri), əməliyyat sürəti və yük diapazonları ( o cümlədən, nəzərdə tutulandan fərqli olarsa, razılaşdırılmış sınaq şərtləri də daxil olmaqla), sönmə sürəti və yanalma şərtləri.
f. Maşında olduğu kimi, təhlildə də eyni olmalı olan radial vibrasiya sınaqlarının yeri və istiqaməti.
· 2.6.2.6 Fasiləli balanssızlaşdırma xarakteristikasının təhlili bənd 2.6.2.4.3-ə əsasən tələb edilir və ya kritik sürət bənd 2.6.2.4.1 və ya 2.6.2.4.2 tələblərinə cavab vermir, yaxud da əgər nəzərdə tutularsa, fırlanma sürətinin 0-125% sürət həddində hər kritik sürət üçün yerinə yetirilir. Balanssızlaşdıma analitik olaraq, xüsusi rejimə ən çox mənfi təsir göstərmək üçün fasiləsizlik təhlili ilə müəyyən edilmiş yerlərdə qoyulur.
Dayaq bərkliyi (N/mm)
Dayaq bərkliyi (N/mm)
Rotoru əks etdirən qeyri bərabər dayaq yastığının mərkəzi xəttində yerləşdirilməlidir. Balansızlığın gücü (6) tənliklə hesablandığı kimi, U qiymətinin 4 mislinə bərabər olmalıdır. Altlıqda qeyri-inteqral birləşmə üçün potensial birləşmənin balansızlığını ifadə edən balansızlıq qravitasiya birləşmənin yarım mərkəzində əlavə edilməlidir. bax: Şəkil 7 a və 7b. Balansızlıq gücü çıxıntı hissəsində hesablanmış U qiymətinin 4 mislinə bərabər olmalı, 7a və 7b Şəkillərində verilmiş sərbəst asılı rejim formasında olmalıdır.
U = g-mm (düym) ilə rotorun dinamik reaksiya təhlili üçün giriş balanssızlığı.
N = müvafiq kritik sürət həddinə ən yaxın əməliyyat sürəti, dəqiqədə fırlanma ilə,
W = kq (fut) ilə statik dayaq yükü və ya val kənarlarında maksimal yayınmanın baş verdiyi əyilmə rejimləri, sərbəst asılma kütləsi (yəni diyircəkli yastıq bortundan kənar rotor kütləsi) kq ilə (fut) (Bax Şəkil 7a və 7b).
2.6.2.7 Minimal olaraq, balanssızlaşma xarakteristikalarının analizi aşağıdakıları hasil etməlidir:
a. fırlanma sürətinin 0-125% həddində hər kritik sürət sürətinin identifikasiyasını;
b. Bənd 2.6.2.6-da verilmiş balansızlıq nəticəsində hər kritik sürət həddində vibrasiya sınağı yerlərində tezlik, faza və amplituda xarakteristikasının verilənlərini (Bode cizgiləri);
c. Bənd 2.6.2.6-da nəzərdə tutulmuş balanssızlıqlardan irəli gələn hər kritik sürət üçün yayınma rotor formasının cizgisi əyilmənin hər birləşmə səthində əsas ox amplitudasını, hər dələyin mərkəzi xətlərini, hər radial sınaq yerləri, müvafiq olaraq, maşın boyu hər kipkəcdə göstərilməlidir. Kipkəclərin minimal layihələndirilmiş diametral iş məsafəsi də göstərilməlidir.
d. Mütləq val hərəkətini dayaq bərkliyinin yağ təbəqəsi bərkliyindən 3.5 dəfə az olduğu maşınların diyircəkli yastıq korpusuna nisbətdə val hərəkəti ilə müqayisə edən Əlavə Bode cizgiləri.
(W1 və ya W2 ən böyüyündən istifadə)
Çevirici ilk bərk material
Konusvari, hərəkətli ikinci bərk material
(W1 və ya W2 ən böyüyündən istifadə)
2.6.2.8 Bənd 2.6.4-də verilmiş yoxlama sınağı ilə istifadə üçün əlavə təhlillər aparılmalıdır. Balanssızlığın yerini təchizatçı müəyyən etməlidir. Təhlil nəticələrinə təsir edən hər hansı sınaq dayağı parametrləri daxil edilməlidir.
2.6.2.9 Hesablanmış balanssızlığın pikdən pikə amplitudaları (bax 2.6.2.7, bənd b) (7) tənlikdə hesablanmış düzləndirmə faktorundan istifadə edilərək vurulmalıdır.
Qarşılıqlı əlaqə faktorunun qiyməti 0.5-dən böyük olmalıdır.
CF = düzləndirmə faktoru,
A1 = S düym mikronlarının (mil) pikdən pikə qiymətindən istifadə edərək hesablanmış amplituda limiti.
A4X = mikronlarla (pikdən pikə mil) 2.6.2.7, bənd C-in tələblərinə əsasən sınağın yerləşdiyi yerdə pikdən pikə amplitudası. Sİ vahidlərində:
burada N = fırlanma momenti ilə maraq doğuran kritik sürətə ən yaxın əməliyyat sürəti.
2.6.2.10 Bənd 2.6.2.9-a əsasən, sıfırdan sönmə sürətinədək hər hansı sürət həddində düzləndirilmiş əsas ox, pikdən pikə, balanssız rotor reaksiya amplitudaları dişli çarx qutusu boyu minimal layihələndirilən iş məsafələrinin 75% həddini aşmamalıdır.
1. İşlək ara məsafələri maşın dayandırılanda yığılmış ara məsafələrindən fərqli olur.
2. Bu mərhələdə təhlil tamamlanır və təhvil ciddi surətdə kompüter proqramından olan proqnozlaşdırılan qiymətlərə əsaslanır. Əgər potensial problem aşkar edilərsə, bu nə qədər tez həll edilərsə, həlli bir o qədər rasional olar. Qurğu sınana kimi son nəticə tam məlum olmasa da təchizatçının qurğunu uyğun şəkildə modelləşdirməsi və sınaq vaxtı hər hansı problemlərdən yayınması üçün ekspertizasının olmasını gözləmək məqsədəuyğundur.
2.6.2.11 Əgər təhlillə ayrılma hədlərinə hələ də nail olunmaması, yaxud da qeyri-kritik fasiləli reaksiyanın pik həddinin əməliyyat sürəti həddinə düşməsi məlum olarsa, istehlakçı ilə tədarükçünün bütün praktiki layihələndirmə səylərinin tükəndiyinə dair razılıq əldə edilərsə, bənd 2.6.3.3 - ün tələblərinə əsasən istehlakçı və tədarükçü məqbul amplitudaları razılaşdırmalıdırlar.
2.6.3 Balanssızlaşdırılmış rotorun cavab reaksiyasının yoxlama sınağı
2.6.3.1 Balanssızlaşdırılmış rotorun reaksiya təhlili tələb edildikdə, mexaniki iş sınağının (bax: 4.3.2) tərkib hissəsi kimi, balanssızlaşdırılmış rotorun reaksiyası sınağı yerinə yetirilməli və nəticələr analitik modeli yoxlamaq üçün istifadə edilməlidir. Rotorun sınaq dayağında bənd 2.6.2.8-də nəzərdə tutulmuş təhlildə istifadə edilən eyni balanssızlıq konfiqurasiyasına uyğun sınaq dayağında rotorun reaksiya vaxtı fasiləli balanssız reaksiya təhlilinin etibarlılığının müəyyən edilməsi meyarı olmalıdır. Buna nail olmaq üçün 2.6.3.1.1-2.6.3.1.6 bəndlərində verilmiş tələblərə əməl edilməlidir:
2.6.3.1.1 Mexaniki iş sınağı ərzində (bax: 4.3.2), 0%-120% maksimal davamlı sürət həddində val vibrasiyasının amplitudaları və faza bucağı qeyd edilməlidir. İstifadə edilən hər hansı analoq qeydiyyat alətlərinin qiyməti sınaq-qurğunun azalmanın (sürətin yavaşıması) yazma qurğusunun tam miqyasının 60-100% həddində ən yüksək reaksiya pikinə qeyd edilməsi üçün sınaqdan əvvəl qurulmalıdır.
Qeyd: Bu göstərici dəsti adətən, azalma ərzində götürülür, əlverişli sürət artımları 50 fırlanma momenti həddində olur. Bu həddə rotor balanslaşdığı üçün istənilən vibrasiya amplitudası və aşkarlanmış qalıq balanssızlıq, mexaniki və elektrik işin nəticəsi olmalıdır.
2.6.3.1.2 Sönmə sürətindən aşağı kritik sürət hədlərinin yeri müəyyən edilməlidir.
2.6.3.1.3 Bənd 2.6.2.8-də yerinə yetirilmiş təhlildə istifadə edilən balanssızlıq təhlildə istifadə edilən yerdə rotora əlavə edilməlidir. Balanssızlıq (6) tənliyində qiymətin 8 mislini aşmamalıdır.
2.6.3.1.4 Dişli çarx qurğusu daha sonra kritik həddə ən yaxın əməliyyat sürətinə yaxınlaşdırılmalı, göstərilmiş vibrasiya amplitudaları və fazası 2.6.3.1.1 üçün istifadə edilən eyni prosedurda istifadə edilməklə qeyd olunmalıdır.
2.6.3.1.5 Bənd 2.6.3.1.1-ə əsasən götürülmüş, müvafiq qeyd edilmiş vibrasiya məlumatları bu sınağın nəticələrindən vektorial qaydada çıxılmalıdır.
Qeyd: Bənd 2.6.3.1.1-də verilmiş addımda qeyd edilmiş qalıq balanssız vibrasiya ölçmələrini saxlamaq və kompüter kodundan istifadə edərək hər müvafiq sürət həddində bu bənddə verilmiş vektorial çıxılmanı yerinə yetirmək praktikidir. Bu, sınaq nəticələrinin bənd 2.6.2.8-də verilmiş kompüter təhlilinin sınaq nəticələrinin müqayisəsini mümkün edir. Sınaq oriyentasiyasının təhlil üçün eyni olması və vektorial çıxılmaq üçün maşının etibarlı olması zəruridir.
2.6.3.1.6 Balanssız reaksiya yoxlama sınağı da daxil olmaqla, mexaniki iş nəticələri bənd 2.6.2.8-də verilmiş analitik modellə müqayisə edilməlidir.
2.6.3.2 Aşağıdakı meyarlardan hər hansı birinə cavab verməzsə, tədarükçü modeli düzləndirməlidir:
a. Sınaqda müəyyən edilmiş faktiki kritik sürət hədləri (sınaq sürətləri həddində) təhlilin proqnozlaşdırdığı müvafiq kritik sürəti hədlərindən 5%-dən çox kənara çıxmamalıdır. Hər hansı rejimdə təhlil birdən çox kritik sürəti proqnozlaşdırarsa (məs, diyircəkli yastıq xarakteristikası nəticəsinin üfüqi və ya şaquli və ya maşının iki kənarları arasında ciddi fərqlənməsi nəticəsi kimi) sınaq qiyməti ən aşağı proqnozlaşdırılan qiymətdən 5% az və ya ən yüksək proqnoz qiymətindən 5%-dən çox olmamalıdır.
Qeyd: Şaquli və üfüqi bərkliyin ciddi sürətdə fərqlənməsi və təhlilin iki fərqli kritik sürəti proqnozlaşdırması mümkündür. Əgər əməliyyat sürəti bu kritik hədlər çərçivəsində olarsa, bu iki kritik sürət fərqli rejimlərin nəticəsi kimi, ayrıca yanaşılmalıdır.
b. Kritik fasiləli reaksiyalar da daxil olmaqla, sınağın pik reaksiyalarının faktiki əsas ox amplitudası proqnozlaşdırılan qiymətləri aşmamalıdır. Proqnozlaşdırılan pik reaksiya amplituda diapazonu dörd radial sınaq nöqtələrinə əsaslanan kompüter modelinə uyğun modelləşdirilməlidir.
2.6.3.3 Əgər dayağın bərkliyi diyircəkli yastığın yağ təbəqəsinin bərkliyindən 2 dəfə az olarsa, diyircəkli yastığın korpusunun mütləq vibrasiyası ölçülərək bənd 2.6.3.1.5- də verilmiş addıma keçməzdən əvvəl, həm balanslı (bax: bənd 2.6.3.1.1) həm də balanssız (bax: bənd 2.6.3.1.4) şəraitdə nisbi val vibrasiyasına vektorial əlavə edilməlidir. Bu halda ölçülmüş reaksiya proqnozlaşdırılan mütləq val hərəkəti ilə müqayisə edilməlidir.
2.6.3.4 Digər hallar nəzərdə tutulmazsa, rotor balanssızlığının yoxlama sınağı çoxsaylı oxşar dişli çarx daraqlarından istifadə ediləndə yalnız sınaqdan keçirilən iş dişli çarx dəsti üzərində yerinə yetirilməlidir.
2.6.3.5 Vibrasiya amplitudaları və bir cüt x-y vibrasiya sınaqlarından bir cütü vibrasiyanın maksimal amplitudasını müəyyən etmək üçün tələbə əsasən, modeli düzləndirdikdən sonra hər vibrasiya reaksiyasında vektorial cəmlənməlidir. Hər reaksiya pikinin əsas ox amplitudaları bənd 2.6.2.10-də verilmiş hədləri aşmamalıdır.
2.6.4.1 Əgər emalatxana yoxlama sınağına dair məlumatlar (bax: bənd 2.6.3) və ya fasiləli, düzləndirilmiş balanssız reaksiya təhlili (bax: bənd 2.6.3.2) nəticəsində əlavə sınağın keçirilməsi tələb edilərsə (bax: bənd 2.6.4.2), aşağıdakı şərtlərdən hər hansı birinin olması məlum olur:
Qeyd: Təhlil və ya sınaq məlumatları standartın tələblərinə cavab verməzsə, əlavə daha ciddi sınaq tələb olunur. Belə əlavə sınağın məqsədi maşının uğurla işləyəcəyinin sınaq dayağı üzərində müəyyən edilməsidir.
a. hər hansı kritik reaksiya ayırma marjası tələblərinə cavab verməyəcək (bax: bənd 2.6.2.4.1 və 2.6.2.4.2) və ya əməliyyat sürəti həddinə düşməyəcək.
b. Bənd 2.6.2.10-da verilmiş ara məsafə tələbləri yerinə yetirilməmişdir.
2.6.4.2 Balanssızlıq çəkiləri bənd 2.6.2.6-da təsvir edildiyi kimi yerləşdirilməlidir; bunun üçün maşını sökmək lazım gəlir. Balanssızlıq gücləri rotorda ilkin gedişi zamanı mövcud olan verilmiş balanssızlığı rotoru sınaq nöqtələrində yerdəyişmədən maksimal davamlı sürətdə (8) tənliyidə (bax: bənd 2.6.29) müəyyən edilmiş vibrasiya həddinə qaldırmaq üçün tənzimləməklə əldə edilməlidir; lakin istifadə edilən balanssızlıq bənd 2.6.2.6-da (6) tənliyində verilmiş balanssızlıq həddindən iki dəfədən az və ya 8 dəfədən çox olmamalıdır. Bu sınaq nəticəsində əldə edilmiş ölçmələr bənd 2.6.3.1.1 və 2.6.3.1.2-yə uyğun aparılır və aşağıdakı meyarlara cavab verməlidir:
a. Ayrılma marjaları da daxil olmaqla, əməliyyat sürəti diapazonundan kənar heç bir sürət həddində valın kənaraçıxmaları minimal layihə iş ara məsafələrinin 90%-ni aşmamalıdır.
b. Ayrılma marjaları da daxil olmaqla. əməliyyat sürəti həddində heç bir sürətdə val yayınmaları minimal layihə iş ara məsafələrinin 55%-ni: və ya sınaqlarda yol verilən vibrasiya həddinin 150% -ni aşmamalıdır (bax: bənd 2.6.2.9).
2.6.4.3 Bənd 2.6.4.2-nin a və b altbəndlərində verilmiş daxili yayınma hədləri sınaq nöqtələri ilə bənd 2.6.2.10-da verilmiş narahatlıq doğuran sahələr arasında hesablanmış yerdəyişmə nisbətləri, əgər tələb olunarsa, düzləndirilmiş modelə əsaslanmalıdır. Bu sınaqlar üçün faktiki daxili yerdəyişmələr nsibətlərin sınaqlardakı pik göstəriciləri vurulması yolu ilə hesablanmalıdır. Əgər maşın açılarsa, qəbul bu hesablanmış yerdəyişmələr və ya kipkəclərin yoxlanılmasına əsaslanır. Bu sınaq nəticəsi olaraq, maşının hər hansı hissəsinin zədələnməsi sınağın alınmaması deməkdir. Tədarükçünün yeni hissəsinin yol verilən həddindən kənar kiçik daxili kipkəc sürtünmələri zərər demək deyil.
2.6.5 Fırlanma hərəkətinin təhlili
2.6.5.1 Qurğuya görə məsuliyyət daşıyan tədarükçü tam birləşmiş ötürmənin fırlanma vibrasiya təhlilinin yerinə yetirilməsini yoxlamalıdır. Dişli çarx tədarükçüsü zəncirə görə məsul tərəfi fırlanma təhlili üçün tələb edilən dişli çarx qurğusunun elastik kütləyə dair məlumatlarla təmin etməlidir. Zəncirə görə məsul tədarükçü bənd 2.6.5.3-2.6.5.8-də göstərilən tələblərə cavab vermək üçün zəruri hər hansı düzəlişlərini yönləndirməyə görə məsuliyyət daşıyır.
· 2.6.5.2 Əgər nəzərdə tutularsa, dişli çarx qurğusunun tədarükçüsü tam birləşmiş dişli çarx ötürücüsünün fırlanma vibrasiya təhlilini aparmalıdır.
2.6.5.3 Təbii fırlanma tezliklərinin həyəcanlandırılması işlək sərt funksiyası ola və ya olmayan bir çox mənbələrdən ola bilər və təhlildə nəzərə alınmalıdır. Belə mənbələrə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
a. Balanssızlıq, diametr xətti boyu işləmə və kumulyativ diametral xəta kimi dişli çarx xarakteristikaları.
b. Tsiklik proses impulsları.
c. Sinxron elektrik mühərriklərinin işə salınması, generatorun fazadan fazaya və ya fazadan torpağa nasazlıqları timsalında fırlanma hərəkəti keçidləri.
d. Elektrik mühərrikləri, reduktor mühərrikləri və fırlanan müsbət yerdəyişmə maşınlarının səbəb olduğu fırlanma hərəkəti.
e. Hidravlik, elektrik tənzimləyici, dəyişən tezlik ötürücülərindən nəzarət şlüz rezonansları.
f. Bir və iki dəfəlik xətt sürəti.
g. İşlək sürət və ya sürətlər.
h. Dəyişən tezlik ötürücülərindən harmonik tezliklər.
i. Elektrik enerji xətti sürətində dəyişiklik.
2.6.5.4 Tam dişli çarx ötürməsinin fırlanan təbii tezlikləri müəyyən edilmiş əməliyyat sürəti diapazonunda (minimal-maksimal davamlı sürət) hər hansı mümkün həyəcanlanma sürətindən ən azı 10% -dən çox və ya az olmalıdır.
2.6.5.5 İşlək sürətlərdə inteqral toplananların fırlanan təbii tezliklərindən qaçınılmasına üstünlük verilməli və ya müvafiq həyəcanlanma tezliklərinin baş verdiyi sistemlərdə mənfi təsir göstərməməsi nümayiş etdirilməlidir.
2.6.5.6 Fırlanma rezonanslarının bənd 2.6.5.4-də verilmiş hədd daxilində olması hesablanıbsa (və istehlakçı ilə tədarükçü kritik həddin məhdudlaşdırıcı tezlik diapazonundan çıxarılması istiqamətində göstərilən bütün səylərin tükənməsinə dair razılığa gəlibsə), rezonansların tam zəncirə mənfi təsir göstərməməsini nümayiş etdirmək üçün gərginliyin təhlili aparılmalıdır. Bu təhlildə təcillənmə gücü və fasilə dərəcəsinə dair ehtimallar dəqiq bildirilməlidir. Bu təhlil üçün qəbul meyarları istehlakçı və tədarükçü arasında razılaşdırılmalıdır.
2.6.5.7 Bənd 2.6.5.3-2.6.5.6-da tələb edilən fırlanma təhlillərindən əlavə, tədarükçü sinxron mühərriklə hərəkət edən qurğular, dəyişən tezlik mühərrikləri və turbin generator dəstləri üçün keçici fırlanma vibrasiya təhlili yerinə yetirməlidir. Təhlil üçün məqbul meyarları istehlakçı və tədarükçü arasında razılaşdırılmalıdır.
Qeyd: Keçici fırlanma təhlilinə dair əlavə məlumatlar üçün bax. API Std 617.
2.6.6 Vibrasiya və balanslaşdırma
2.6.6.1 Bütün dişli çarx valı və altlıq dəstləri çoxsəthli dinamik balanslaşdırılmalıdır. Tək açar yollu rotorlarda açar yolu tam taclı yarım açarla doldurulmalıdır. Yığılmış elementin yekun balanslaşdırılması zamanı bütün yarım açarların çəkisi qalıq balanssız iş vərəqində (bax: Əlavə G) qeyd olunmalıdır.
2.6.6.2 Qalıq balanssızlıq yoxlaması balans maşınında yerinə yetirilməli, qalıq balanssız iş vərəqinə uyğun qeyd olunmalıdır (Bax: Əlavə G).
2.6.6.3 Tədarükçü istehlakçıya sürüşmə dələyinin statik yükünü kq (funt) ilə təqdim etməlidir.
2.6.6.4 Maksimal yol verilən qalıq balanssızlıq aşağıdakı tənliyə əsasən hesablanmalıdır:
ABŞ standart vahidlərində:
Umax = qram millimetrlərlə (düym) qalıq rotor balanssızlığının miqdarıdır.
W = sürüşən diyircəkli yastığın kiloqramlarla statik yüküdür (funtlarla)
N = maksimal davamlı sürət, dəqiqədə fırlanma ilə.
2.6.6.5 Balanslaşdırılmış rotorla yığılmış, maksimal davamlı sürət həddində və ya nəzərdə tutulan əməliyyat sürəti həddində digər sürətdə işləyən maşının emalatxanada sınağı zamanı bitişik val üzərində və hər bir dayaq diyircəkli yastıqda ölçülmüş hər hansı səthdə filtrlənməmiş vibrasiyanın pikdən-pikə amplitudası aşağıdakı qiyməti və ya hansının az olmasından asılı olmayaraq, 25 µm (1 mil) aşmamalıdır:
A = µm (mil) pikddən pikə filtrlənməmiş vibrasiya amplitudası
N = dəqiqədə fırlanma ilə maksimal davamlı sürət
Maksimal davamlı sürətdən hər hansı yüksək sürət, ötürücünün fırlanma sürəti də daxil olmaqla, maksimal davamlı sürətdə vibrasiya qeyd edilmiş maksimal qiymətin 150%-dən çox olmamalıdır.
Qeyd: hədlər balanssızlıq reaksiyasının emalatxana yoxlamasına dair 2.6.3-də verilmiş hədlərlə qarışdırılmamalıdır.
2.6.6.6 Elektrik və mexaniki sürüşmə diyircəkli yastıq mərkəzlərindəki V bloklarında saxlanan tam 360 dərəcə boyu fırlanma ilə müəyyən edilməli olduğu halda işi təmassız vibrasiya sınağı, hər sınaq nöqtəsinin mərkəzi nöqtəsindəki datçik göstəricisi və hər tərəfdəki bir sınaq-ucluğu diametrləri ilə ölçülür.
Qeyd: Qeyd etmək lazımdır ki, rotorun V bloklarında müəyyən edilmiş işi ümumən, rotor hidrodinamik diyircəkli yastıqlarla maşına quraşdırılanda təkrarlanmır. Bu, maili araqatlı diyircəkli yastıqlardakı araqat istiqaməti və bütün sürüşmə diyircəkli yastıqlarındakı sürtkü yağının təsirinə görədir. Rotor yavaş fırlanma sürəti və rotor çəkisinə əsaslanan diyircəkli yastıqlardakı xüsusi mövqeni alır.
2.6.6.7 Hər sınaq nöqtəsində tam 360 dərəcə üçün elektrik və mexaniki işin dəqiq qeydləri mexaniki sınaq hesabatına daxil edilməlidir.
2.6.6.8 Əgər tədarükçü elektrik və ya mexaniki işin olduğunu nümayiş etdirərsə, hansının az olmasından asılı olaraq, (10) tənliyində və ya 6.5 µm (0.25 mil) əsasında hesablanan sınaq səviyyəsinin maksimum 25% həddində sınaqda ölçülən zavod sınağı zamanı ölçülmüş vibrasiya sınağından vektorial çıxıla bilər.
2.6.6.9 Korpus vibrasiyası
Sınaq zamanı ümumi vibrasiya səviyyələri cədvəl 9-da verilən qiymətləri aşmamalıdır.
2.7 DİYİRCƏKLİ YASTIQ VƏ DİYİRCƏKLİ YASTIQ KORPUSLARI
2.7.1.1 Radial və dayaq diyircəkli yastıqların hidrodinamik maye təbəqəli olmalıdır.
2.7.1.2 Diyircəkli yastıqlar qeyri-düzgün yerləşdirmənin qarşısını alacaq şəkildə layihələndirilməlidir.
Qeyd: Buna adətən, fırlanma əleyhinə millərin asimmetrik yerləşdirilməsi ilə nail olunur.
2.7.1.3 Digər hallar nəzərdə tutulmazsa, dayaq diyircəkli yastıqlar diyircəkli yastıq-metal temperatur datçikləri ilə təchiz edilərək API Std 670 uyğun quraşdırılmalıdır.
Tezlik (dəqiqədə fırlanma)
Təcilləmə (həqiqi pik)
2.9 mm/san. (0.11 düym/san)
1.8 mm/san (0.07 düym/san)
Qeyd: Diskret tezlik FFT spektrindən müəyyən edilməlidir
2.7.2 Radial diyircəkli yastıqlar
2.7.2.1 Hidrodinamik radial diyircəkli yastıqlar yığılmanın asanlığı üçün ayrılmalı, dəqiq dəlinməli, giliz və ya araqat növlü, polad arxalı, sürtünməyə qarşı əvəzləmə xətli, araqatlı və ya örtüklü olmalıdır. Bu diyircəkli yastıqlar fırlanma əleyhinə millərlə təchiz edilməli, oxvari istiqamətdə müsbət bərkidilməlidir. İstehlakçı təsdiqləyərsə, dayaq üçün polad əvəzinə mis-xromdan istifadə edilməsi mümkündür.
2.7.2.2 Diyircəkli yastıq dizaynı hidrodinamik qeyri-stabillikləri aradan qaldırmalı, rotor vibrasiyasını maksimal yol verilən amplitudalarda (bax: 2.6.6) məhdudlaşdırmaq üçün yol verilən diyircəkli yastıq ara məsafələrinin tam uzunluğu boyu kifayət qədər fasiləsi olmalı, avadanlıq isə hər hansı kritik tezlik də daxil olmaqla, müəyyən əməliyyat sürətlərində yüklənmiş və ya yüklənməmiş işləməlidir.
2.7.2.3 Borucuqlar, araqatlar və ya örtüklər oxvari ayrılmış diyircəkli yastıq korpuslarında olmalı, birləşmə vtulkasını çıxarmadan əvəzlənməlidir.
2.7.2.4 Diyircəkli yastıq yükü proyeksiya ərazisi əsasında 34 bardan (500 fut/düym ) çox olmasa da hər hansı xüsusi əməliyyat şəraiti üçün dələyin yük tutumu da 25µm (0.001 düym) minimal təbəqə həddində məhdudlaşdırılmalıdır.
2.7.3 Dayaq diyircəkli yastıqlar
2.7.3.1 İstehlakçı digər hallar nəzərdə tutulmazsa, dayaq diyircəkli yastıqlar bütün qoşa spiralvari çarxlar üçün aşağı sürətli valda olmalı, bütün tək spiralvari çarxlar üçün hər valda olmalıdır. Dişli çarx qurğuları dayaq diyircəkli yastıqlar olmadan təchiz ediləndə məhdud sonluqlu üzən və ya diafraqmalı birləşmələr birləşmiş rotorları müsbət ox vəziyyətində saxlamaq üçün istifadə edilir (Bax: Şəkil C-1, A-B panelləri, Əlavə C, dayaq diyircəkli yastıqların qoşa-spiralvari çarxlardan çıxarıla biləcəyi tipik sistem quruluşları üçün). Dayaq diyircəkli yastıqların olmadığı bütün dişli çarx qurğuları fırlanan elementlərin çarxın korpusu ilə təmasının qarşısını almaq üçün aşağı sürətli valdakı yerləşdirmə boyunluqları ilə təchiz edilməlidir. Dayaq diyircəkli yastığın olmadığı dişli çarx qurğularında oxvari yerdəyişmə 13mm-dən (0.5 düym) az olmamalıdır.
2.7.3.2 Dayaq diyircəkli yastıqlar polad arxalıqlı, sürtünməyə qarşı metalı olan çoxsaylı seqment növlü olmalı, hər iki istiqamətdə eyni dayaq tutumu üçün nəzərdə tutulmalı və hər tərəfdə təzyiq altında davamlı sürtkü yağı ilə yağlamağa imkan verməlidir. Hər iki tərəf maili-araqat növlü olmalı, hər araqatın araqat qalınlığında xırda dəyişikliklə dayaq yükünü bərabər payda daşıdığını təmin edən özü-bərabərləşdirən xassəni daxil etməlidir. İstehlakçının təsdiqinə əsasən 2000 dəqiqədə fırlanan aşağı sürətli vallarda konusvari torpaq dayaq diyircəkli yastıqlarından istifadə etmək mümkündür.
2.7.3.3 Hər dayaq araqatı ayrı-ayrı araqatların qarşılıqlı dəyişmə və ya əvəzlənməsinə imkan verən dəqiq ölçü ilə layihələndirilərək istehsal olunmalıdır (qalınlıqda dəyişikliklə).
2.7.3.4 Hidrodinamik dayaq diyircəkli yastıqlar üçün inteqral dayaq boyunluqlarına üstünlük verilir. Daxili boyunluqlar təchiz ediləndə boyunluq zədələnərsə, yenidən qurmağa imkan vermək əlavə ehtiyat kimi ən azı 3 mm (1/8 düym) əlavə boyunluq təmin edilməlidir. Əlavə boyunluqlar təchiz ediləndə (yığım və texniki xidmət məqsədləri üçün) onlar aşılanmaya imkan verməmək üçün vala müsbət qıfıllanmalıdır.
2.7.3.4 Hidrodinamik dayaq diyircəkli yastıqları üçün dayaq halqalarının hər iki səthinin üzlüyü 0.4 mikron (160 mikro-düym) Ra və ya daha yüksək olmalı, hər iki səthin ümumi verilmiş oxvari işini quraşdırandan sonra 13 µm-dən (0.0005 düym) çox olmamalıdır.
2.7.3.5 Birləşmələrin ötürdükləri bütün xarici güclər də daxil olmaqla, dayaq diyircəkli yastıqları davamlı iş üçün ölçülməlidir. Birləşmənin ötürdüyü xarici oxvari gücü hər hansı daxili dayaq güclərinə rəqəmsal əlavə hesab edilməlidir.
2.7.3.7 Dayaq diyircəkli yastıqlar elə seçilməlidir ki, hər hansı iş şəraitində yük diyircəkli yastığın istehsalçı tərəfindən son yük sürətinin 50%-dən çox olmamalıdır. Son yük norması davamlı xidmət ərzində nasazlıq törətmədən minimal yol verilən yağ təbəqəsinin qalınlığını hasil edir və ya hansı yükün az olmasından asılı olaraq, araqatdakı maksimal temperatur nöqtəsində babitin mailliyi törətməsi və ya iş gücünü aşmamalıdır. (bax: Əlavə D yükləmə, sürət və dayaq altlıq hissəsinə əsasən, diyircəkli yastıq seçimləri). Dayaq diyircəkli yastıqları seçərkən, hər xüsusi tətbiq növü üçün aşağıdakılar nəzərə alınmalıdır:
b. Diyircəkli yastığında sürtünməyə qarşı metal temperaturu.
c. Diyircəkli yastıq araqatının yayınması.
d. Yağ təbəqəsinin minimal qalınlığı.
e. Yağın verilmə sürəti, qatılıq və təchizat temperaturu.
f. Diyircəkli yastığın dizayn konfiqurasiyası.
g. Sürtünməyə qarşı metal xəlitəsi.
h. Yağ təbəqəsinin turbulentliyi
Hidrodinamik dayaq diyircəkli yastıqların ölçüsü istehlakçı tərəfindən yoxlanılaraq təsdiqlənməlidir.
2.7.3.8 Əgər bir dayaq dələyin biri iki və ya daha çox rotor dayaq güclərini daşımalı olarsa, güclərin istiqaməti rəqəmsal baxımdan əlavə etməməsi şərtilə, bu güclərin nəticəsindən istifadə edilir.
2.7.3.8.1 Vtulkalı diyircəkli yastıqları olan tək kənarlı ötürücü mühərrikin xarici gücü törətməsinə verən şəkildə yerləşdirilən birləşmələr üçün xarici güc mühərrikin maksimal maqnit mərkəzləşdirmə gücünə bərabər hesab edilməlidir. Əgər maksimal maqnit mərkəzləşdirmə gücü olmazsa, 1.5 nyuton kilovat (1000 at gücünə 250 fut düşməklə) mühərrikin nominal gücündən istifadə edilməlidir.
2.7.3.8.2 Dişli çarx növlü birləşmələr üçün (bənd 2.7.3.8.1-də təsvir edildiyindən fərqli yerdə) xarici güc aşağıdakı düsturla hesablanmalıdır:
ABŞ standart vahidləri:
F = kilonyutonlarla (funt) ölçülən xarici güc,
0.25 = dişli çarxın sürtünməsinin tətbiq edilən əmsalı,
PR = kilovatlarla nominal güc (at gücü),
NR = dəqiqədə fırlanma ilə nominal sürət,
DP = millimetrlərlə birləşmədə val diametri (düym).
Qeyd: Valın diametri birləşmə diametrinin radiusunun yuvarlaq qiymətidir.
2.7.3.8.3 Metallik elastik elementli birləşmələrin dayaq gücləri birləşmə istehsalçısının yol verdiyi maksimal yol verilən yayınmaya əsasən hesablanır.
2.7.4 Diyircəkli yastıq korpusları
2.7.4.1 Bu standartda "diyircəkli yastıq korpusu" termini dişli çarx korpusu da daxil olmaqla. bütün diyircəkli yastıq örtüklərinə aid edilir.
2.7.4.2 Təzyiq altında sürtkü yağı ilə yağlanan hidrodinamik diyircəkli yastıqlar üçün diyircəkli yastıq korpusları köpüklənməni minimallaşdıracaq şəkildə layihələndirilməlidir. Drenaj sistemi yağ və köpüyün səviyyəsini val kənarındakı kipkəclərdən aşağı həddə saxlamaq üçün münasib olmalıdır.
2.7.4.3 Araqatlar qalınlığın kənarda hərəkəti və ya dayaq diyircəkli yastığın ara məsafəsinə təsir edəcəyi korpusun kənar örtüklərində istifadə edilməməlidir.
2.7.4.4 Diyircəkli yastıq korpusları valın korpusdan keçdiyi əvəzlənən labirint növlü kipkəc və yayındırıcı qurğularla təchiz edilməlidir, dodaq növlü kipkəclərdən istifadə edilməməlidir. Kipkəc və yayındırıcı qurğular qığılcım saçmayan materiallardan olmalıdır. Kipkəc və yayındırıcı qurğuların dizaynı korpusda yağı effektiv saxlaya bilməli və kənar materialların korpusa düşməsinin qarşısını almalıdır.
2.7.4.5 Aşağıdakıların quraşdırılması üçün tədbirlər görülməlidir:
1 giriş və çıxışda bir fırlanma hərəkəti üçün tək sınaq hadisəsi;
2 hər dayaq diyircəkli yastıqda oxvari sınaqlar;
1 dayaq diyircəkli yastıq olmadan hər hansı valda oxvari sınaq;
2 radiuslu diyircəkli yastığa görə radial sınaqlar;
2 təcil ölçən -birləşmə kənarlarında 1 giriş və 1 çıxış.
2.7.4.6 Digər hallar nəzərdə tutulmazsa, aşağıdakılar təmin edilməlidir:
giriş və çıxışda hər fırlanmaya görə 1 sınaq hadisəsi (Cəmi =2)
1 hər dayaq diyircəkli yastıqda 2 oxvari sınaq (Cəmi =2)
hər dayaq diyircəkli yastıqda 2 radius boyu sınaq, yalnız birləşmə kənarları (Cəmi =4)
2 təcil ölçənlər- hər birləşmə kənarında 1 (Cəmi=2)
Sınaq qurğusu API Std 670-də verildiyi kimi olmalıdır.
Qeyd: Oxvari sınaqların sayı və yeri dişli çarx qurğusu (cüt və ya tək spiralvarı) və dayaq dələyin yerini nəzərə almalıdır.
2.8 SÜRTKÜ YAĞI Ilə YAĞLAMA
2.8.1 Dişli çarx qurğusu təzyiq altında yağlanmalıdır. Dişlər üçün çiləmə ucluqları təmin edilməlidir.
2.8.2 Dişli çarx qurğusu və sürtkü yağı sistemi korpusun drenaj yağı temperaturunu 77 C (170 F) həddində məhdudlaşdırmalı, giriş yağ temperaturu 49 C (120 F) olmalıdır. Bu, yüksək mexaniki səmərəlilik və ölçü sabitliyini təmin edərək diş metalın maksimal temperatur həddini məhdudlaşdırmaq üçündür. Yağ giriş temperaturları 49 C (120 F) həddini aşarsa, diyircəkli yastıq dizaynı, yağ axınları və yol verilən temperatur yüksəlişinə xüsusi diqqət yetirilməlidir. Dayaq diyircəkli yastıqların yağ çıxışları yağa nəzarət həlqələrindən istifadə edilməzsə, nəzarət həlqəsində və ya dayaq diyircəkli yastıq kartricində tangensial olmalıdır.
· 2.8.3 Yağ sistemi ya istehlakçı və ya tədarükçü tərəfindən təmin edilməlidir.
2.8.4 Digər hallar nəzərdə tutulmazsa, diyircəkli yastıq, diyircəkli yastıq korpusları və dişli çarxlar ISO 3448 uyğun olaraq, mineral yağdan istifadə edən sürtkü yağı üçün nəzərdə tutulmalıdır. Əgər sintetik yağ nəzərdə tutularsa, dişli çarx qutusunun bütün komponentləri müəyyən edilmiş sintetik yağ növünə uyğun olmalıdır.
Qeyd: Xüsusən də bəzi hallarda maşın avadanlıqları yüksək temperaturlarda və ya təzyiq şəraitlərində işləyəndə sintetik sürtkü yağlarının üstünlüyü ola bilər. Sintetik məqsəd üçün nəzərdə tutulmuş diyircəkli yastıq soyutma və məkan məsələlərinə görə mineral yağ sürtkü materiallarında asanlıqla işləmir. Kimyəvi cəhətdən uyğun olmayan mineral yağ və sintetik maddələrinin səhlənkar qarışdırılmasının qarşısını almaq üçün sahibkara nisbətən daha inkişaf etmiş inventara nəzarət sistemi olmalıdır. Sintetik sürtkü materialları həmçinin bəzi boyalar və üzlük materiallarına uyğun olmaya və çıxarılması çətin ola bilər.
2.8.5 Digər hallar nəzərdə tutulmazsa, təzyiq yağ sistemləri AZS 767 standartının I və II hissələrində verildiyi kimi, xüsusi məqsədli yağ sistemlərinin tələblərinə cavab verməlidir.
2.8.6 Ümumi sistemdən iki və ya daha çox maşın avadanlığı qatarına yağ vurulanda (məsələn, kompressor, dişli çarx və mühərrik), məsuliyyət daşıyan təchizatçı yağın növ, dərəcə, təzyiq və temperaturunun ümumi sistemin xidmət göstərdiyi bütün avadanlıqlara uyğunluğunu təmin etməlidir.
Qeyd: Ümumi yağ sistemində istifadə edilən adi sürtkü materialı İSO 3448 Dərəcə 32-yə uyğun mineral yağdır. Sürtkü yağ tələblərinin uyğunluğu ümumi sistemin xidmət göstərdiyi avadanlıqları təchiz edən alıcı və bütün təchizatçılar arasında razılaşdırılmalıdır. Bəzi hallarda müxtəlif komponent ehtiyacları arasında ciddi fərqlər ola bilər. Məsələn, soyuducu kompressora az axın hədli yağ gərək olduğu halda dişli çarx qurğusuna yüksək qatılıq, turbinə isə şərti mineral yağ lazım gələ bilər. Bu cür hallarda komponentin dizaynını dəyişmək və ya ayrıca yağ sistemləri təmin etmək lazımdır.
2.9.1.1 Bu standart və ya istehlakçının tələbi və ya qadağası istisna olmaqla, tikinti materialları istehsalçı tərəfindən müəyyən edilmiş əməliyyat və sahə mühit şərtləri üçün seçilməlidir.
2.9.1.2 Bütün əsas komponentlərin tikinti materialları tədarükçünün təklifində aydın göstərilməlidir. Materialın keyfiyyəti də daxil olmaqla (Bax Əlavə E) materiallar tətbiq edilən standartlara istinadlarla təyin edilməlidir. Belə təminat olmazsa, fiziki xassə, kimyəvi tərkib və sınaq tələblərini açıqlayan material spesifikasiyası təklifə daxil edilməlidir.
2.9.1.3 Ətraf mühit və ya aşağı temperaturlarda aşağı karbon tərkibli polad materialları dəlinməyə həssas olur və sına bilir. Ona görə də narın dənəvarı materiallarla iş üçün yalnız tam zəiflədilmiş, normallaşdırılmış polad materialları məqbuldur. Bərk austenit dənəvarı materiallarda poladdan istifadə (məsələn, ASTM A515) qadağandır.
2.9.1.4 Tədarükçü materialların xidmət üçün qənaətbəxş olduğunu təmin etmək üçün zəruri olacaq ixtiyari sınaq və yoxlama prosedurlarını müəyyən etməlidir. Belə sınaq və yoxlamalaq təklifdə göstərilməlidir.
Qeyd: İstehlakçı xüsusən də digər komponent və kritik xidmətlər üçün istifadə edilən materialların əlavə sınaq və yoxlamalarını nəzərdə tuta bilər.
2.9.1.5 Dişli val və altlıq dişlərində istifadə edilən materiallar bənd 2.2- də verilmiş diş aşınma indeksi və gücünə dair meyarlara cavab vermək üçün bərkidilməli və ya yüksək keyfiyyətli prokat polad olmalıdır. Materialın seçimində tədarükçü dişli çarx valının və altlığın tam bərkidilmiş, korpusu bərkidilmiş və ya azotlaşdırılmış olmasına diqqət yetirməlidir. Dişli çarxın dişlərinin materialının keyfiyyəti korpusu bərkidilmiş, azotlaşdırılmış polad üçün ISO 6336-5-ə uyğun material keyfiyyəti Dərəcəsi ME və tam bərkidilmiş poladlar üçün MX keyfiyyət Dərəcəsinə cavab verməlidir. İstehlakçı material və istehsal metodunu təsdiqləməlidir.
2.9.1.6 Korpuslar möhkəm və məsamələr, qaynar damcı, büzülmüş dəlik, zərbə dəlikləri, çat, tilişkə, qalxma və oxşar qüsurlardan azad olmalıdır. Örtük səthləri qum şırnağı, qısa şırnaq, kimyəvi təmizləmə və ya digər standart metodlarla təmizlənməlidir. Qəlib və ayırıcı pərlər, şlüz və qaldırıcıların qalıqları döyəclənməli, sürtülməli və ya cilalanaq yuyulmalıdır.
2.9.1.7 Tıxaclanma, qaynaq və ya yığılma kimi metodlarla tam bağlanan tam bağlı özək boşluqları qadağandır.
2.9.2 Fırlanan elementlərin qaynaq edilməsi
2.9.2.1 Boru, təzyiq hissələri, fırlanan hissələr və digər yüksək gərginlikli hissələrin qaynaq edilməsi, qaynaq təmir işləri və ya hər hansı qeyri-uyğun metal qaynaq işləri ASME Kodu bənd-8, bölmə 1 və bənd 9 –da göstərildiyi beynəlxalq tanınmış standartlara uyğun ixtisaslı operatorlar tərəfindən müvafiq prosedurlara uyğun yerinə yetirilərək yoxlanılmalıdır.
2.9.2.2 Bütün qaynaq işləri davamlı tam nüfuzedən qaynaqlar olmalıdır. Bütün qaynaq yerləri qoşa qaynaqlı olmalıdır. Yalnız bir tərəfə çıxışın mümkün olduğu hal istisnadır; belə hallarda ehtiyat həlqə, sərfiyyat tıxacı və ya daxili qaz təmizləmə ehtiyatı olan inert qaz sipərindən istifadə edilməlidir.
2.9.2.3 İstehlakçı bütün təmir işlərinin bərklik və tətbiq edilən ixtisas prosedurlarına uyğun lazımi istilik emalından keçmələri və qeyri-dağıdıcı tərzdə yoxlandıqlarını təmin etmək üçün onları yoxlamağa görə cavabdehlik daşıyır. Təmir qaynaqlarında ilkin qüsuru aşkarlamaq üçün istifadə edilən metod ilə qeyri-dağıdıcı sınaqdan keçirilməli olsa da maqnit materialı üçün bənd 4.2.2.4 və qeyri-maqnit materialı üçün bənd 4.2.2.5 uyğun maye nüfuzetmə metodu nəzərdə tutulmalıdır. Digər hallar nəzərdə tutulmazsa, əsas təmir işlərinə dair prosedurları istehlakçı hər hansı təmir işini yerinə yetirməzdən əvvəl yoxlamalıdır.
2.9.2.4 Dişli çarx dişləri sahəsində təmir qaynağı qadağandır.
2.9.3.1 Tam bərkidilmiş dişli çarx materialları materialın təxmini son konturu həddində təxmini cilalanaraq istilik emalından keçirildikdən sonra diş sahələri müvafiq bərklik üçün yoxlanılmalıdır. Səthi bərkidilmiş dişli çarx materialları tam istilik emalından keçdikdən sonra səth bərkliyi və korpus dərinliyi bütün istilik emalı prosesləri ərzində hissəni müşayiət etmiş münasib ölçülü nümunə ilə yoxlanılmalıdır.
2.9.3.2 Tökülmüş və ya istehsal konstruksiyasından asılı olmayaraq üzlük materialları yekun cilalamadan əvvəl, təmir işləri də daxil olmaqla, hər hansı qaynaqdan sonra gərginliyi boşaldılmalıdır.
2.10 AD LÖVHƏLƏRİ VƏ FIRLANAN OXLAR
Ad lövhələri və fırlanma oxları eyni materialdan olan millərlə bərkidilmiş və asan görüm üçün yerləşdirilmiş 300 Seriyalı xalis polad və ya nikel mis xəlitəsindən hazırlanmalıdır (Monel və ya onun ekvivalenti). Minimal olaraq, ad lövhəsində aşağıdakı məlumatlar aydın vurulmalıdır:
b. Dişli çarx qurğusunun ölçüsü və modeli;
c. Dişli çarx nisbəti;
e. Dişli çarxın nominal gücü;
f. Dəqiqə fırlanmalarda nominal giriş sürəti;
g. Dəqiqə fırlanmalarda nominal çıxış sürəti;
h. Sahibkarın element nömrəsi;
i. Dişli çarx valının dişlərinin sayı;
j. Altlıqların ilk lateral kritik sürəti;
k. Dişli çarx valının ilk lateral kritik sürəti.
İstehlakçı tədarükçünün təmin etməli olduğu köməkçi vasitələri açıqlamalıdır.
3.2 BİRLƏŞDİRİCİLƏR VƏ QORUYUCULAR
3.2.1 Digər hallar nəzərdə tutulmazsa, ötürücülər, dişli çarx qurğuları və ötürülən avadanlıqlar arasındakı elastik birləşmə və qoruyucular ötürücü avadanlığın istehsalçısı tərəfindən təchiz edilməlidir.
Qeyd: Əlavə C- də dişli çarxlardan istifadə edən avadanlıqda birləşmə növləri və dayaq diyircəkli yastıqların yerlərinin seçilməsinə dair məlumat təmin edilmişdir.
3.2.2 Birləşdirilmiş flanslı val kənarı təchiz edilməyibsə, dişli çarx qurğusunun birləşmə vtulkaları digər hallar nəzərdə tutulmazsa, dişli çarx istehsalçısı tərəfindən quraşdırılmalıdır (Bax: 2.5.4.2).
3.2.4 Val, açar yolu ölçüləri (əgər varsa) və kənarda hərəkət və termal təsirlərə dair məlumatları tədarükçü istehlakçıya təqdim etməlidir.
3.2.5 Birləşmədən-vala qoşulma ən azı birləşmənin enerji normasına bərabər olan enerjini ötürmək imkanında olmaq üçün layihələndirilərək istehsal edilməlidir.
3.2.6 Birləşmə istehlakçısı mexaniki iş sınaqları üçün tələbə əsasən, moment simulyatoru təmin etməlidir (bax: 4.3.2.1.6).
· 3.3.1.1 Əgər nəzərdə tutularsa, dişli çarx qurğusu astar lövhəsi və ya əsas lövhə ilə təchiz edilməlidir.
3.3.1.2 Bənd 3.3.1.2.1-3.3.1.2.10-də istifadə edilmiş "montaj lövhəsi həm astara və həm də əsas lövhələr aid edilir.
3.3.1.2.1 Montaj lövhələrinin yuxarı və aşağı səthləri və onların üzərinə quraşdırılmış xüsusi dayaqlar (pedestallar) paralel cilalanmalıdır.
3.3.1.2.2 Montaj lövhə və ya lövhələri şaquli (oxvari və lateral) vintli qaldırıcılara bənzər üfüqi vintli qaldırıcılarla təchiz edilməlidir. Bu qaldırıcıları yerində saxlayan qaykalar montaj lövhələrinə elə quraşdırılmalıdır ki, avadanlıq, vintli qaldırıcı və ya şaybalara müdaxilə etməsin. Şaquli qaldırıcıların avadanlıq ayaqlığında şayba səthlərini sürtməməsinə diqqət yetirilməlidir. Şaybaların çıxarılması və ya daxil edilməsi, yaxud da avadanlığın üfüqi şəkildə, məsələn hidravlik qaldırıcılardan istifadədə olduğu kimi, hərəkət etdirmək üçün alternativ qaldırıcı avadanlıq metodlarından istifadə təklif oluna bilər. Belə təkliflər qaldırılmaq üçün çox ağır olan və ya qaldırıcılardan istifadə etməklə üfüqi hərəkət etdirilən avadanlıq üçün təklif edilməlidir.
3.3.1.2.3 Təzyiq, fırlanma momenti yol verilən boru gərginliyinin birlikdə ən pis kombinasiyasının törətdiyi val kənarının nisbi yerdəyişməsini 50 µm (0.002 düym) məhdudlaşdırmaq üçün maşın dayaqları layihələndirilməlidir.
3.3.1.2.4 Digər hallar nəzərdə tutulmazsa, beton bünövrələr üzərinə quraşdırılan avadanlıqlar üçün epoksid məhlulundan istifadə edilməlidir. ISO 8501 Dərəcə Sa2 (SSPC SP6) uyğun olaraq, təchizatçı montaj lövhələrinin səthləri ilə bütün məhlul təmaslarını qum şırnağı ilə təmizləməli, epoksid məhlulunun hazırlanmasında qeyri-üzvü sink silikatlar həmin səthləri üzləməlidir.
1. Epoksid məhlulu tətbiq ediləndən sonra ömrü məhdud olur. Məhlulun qənaətbəxş bərkiməsi üçün məhlul istehsalçısı lazımi sahə hazırlığını təmin etmək üçün müraciət edilməlidir.
2. Qeyri-üzvi sink silikatı epoksid məhluluna uyğundur, əksər epoksid üzləmələri kimi tətbiq ediləndən sonra məhdud ömürlü olmur və ətraf mühit üçün məqbuldur.
3.3.1.2.5 Anker boltları maşınların montaj lövhələrinə bərkidilməsi üçün istifadə olunmamalıdır. Anker boltları ilə montaj lövhəsindəki anker bolt dəlikləri arasında 4/1 düym ara məsafəsi olmalıdır.
3.3.1.2.6 Montaj lövhələri aşağıdakılara cavab verməlidir:
a. Başqalarının montaj etməli olduqları avadanlıq üçün montaj lövhələri dəlinməməlidir;
b. Montaj lövhələri bərabərləşdirmə vintləri ilə təchiz edilməlidir;
v. Məhlulla təmasda olan montaj lövhələrinin xarici küncləri xarici tərəfdə (plan görünüşü) ən minimal 50 mm (2 düym) radiusa malik olmalıdır.
q. Bütün maşın montaj səthləri cilalanmadan sonra dərhal çürümə əleyhinə emal edilməlidir.
ğ. Montaj lövhələri avadanlıq ayaqlarının üç kənar tərəflərindən ən azı 25 mm (1 düym) kənara çıxmalıdır.
e. Montaj lövhələri 6µm (0.00025 düym) riyazi orta bərklik (Ra) həddində və ya daha yaxşı cilalanmalıdır.
1. Bənd v: Məhlulun çatlama potensialının qarşısını almaq üçün radiuslu künclər tövsiyə edilir.
2. Bənd e: Bu tələb düzləndirməni yoxlamaq üçün şaybalarla işi, montaj səviyyəsi və ya lazer alətləri ilə işə icazə verir.
3.3.1.2.7 Montaj lövhələrinin tədarükçüsü avadanlıq ayaqları ilə montaj lövhələri arasında qalınlığı ən azı 5 mm (4/1 düym) olan hər iki tərəfdə cilalanmış bərk xalis polad şayba təchiz etməlidir. Hər şayba basıb saxlama boltlarını saxlamalı və avadanlıq ayaqlıqlarından fərqli olaraq, hər iki tərəfdə ən azı 5 mm (4/1 düym) olmalıdır.
3.3.1.2.8 Digər hallar nəzərdə tutulmazsa, anker boltlarını istehlakçı təmin etməlidir.
3.3.1.2.9 Montaj lövhəsini tədarükçü təchiz edəndə həmçinin, dişli çarx qurğusunu montaj lövhəsinə bərkitmək üçün saxlama boltları da təchiz etməlidir.
3.3.1.2.10 Avadanlıq API RP 686 uyğun quraşdırılmaq üçün nəzərdə tutulmalıdır.
3.3.2.1 İstehlakçı dayaq lövhəsi nəzərdə tutulanda ona quraşdırılmalı olan əsas avadanlığı göstərməlidir. Dayaq lövhəsi istehlakçı ilə tədarükçü onun çoxsaylı hissələr şəklində istehsal edilməsinə dair razılığa gəlməzlərsə, tək istehsal edilmiş polad vahid olmalıdır. Çox hissəli dayaq lövhələri cilalanmalı və sahədə dəqiq təkrar yığılması üçün birgə boltla bərkidilmiş cütləşmə səthlərinə malik olmalıdır.
Qeyd: Nominal uzunluğu 12 m-dən (40 fut) və nominal eni 4 m-dən (12 fut) çox olan dayaq lövhəsi daşınma məhdudiyyətlərinə görə çoxsaylı hissələrlə istehsal edilə bilər.
3.3.2.2 Digər hallar nəzərdə tutulmazsa, bu komponentlərdən hər hansı sızıntının dayaq lövhə daxilində qala bilməsi üçün dayaq lövhə ötürücü-zəncir komponentləri altında uzadılmalıdır.
Qeyd: bu şəxsi təhlükəsizlik və göndəriş nəticəsində dəyən zərərin qarşısının alınması üçün təsərrüfat məsələsidir.
· 3.3.2.3 Əgər nəzərdə tutularsa, dayaq lövhəsi sahədə dəqiq bərabərləşdirmək üçün optiki, lazer əsaslı və ya digər alətlərdən istifadəni asanlaşdırmalıdır. Belə qurğuların təfərrüatlarını istehlakçı ilə tədarükçü razılaşdırmalıdır. Bərabərləşdirmə araqatları və ya hədəflərin təminatı ilə bu tələb yerinə yetirilərsə, onlar bünövrədəki dayaq lövhəyə və quraşdırılmış avadanlığa çıxışı olmalıdır. Sütun-montaj lövhələri üçün (bax: 3.3.2.4) bərabərləşdirmə araqat və ya hədəfləri dayaq nöqtələrinə yaxın olmalıdır. Qeyri-sütun-montaj lövhələri üçün araqat və ya hədəf hər küncə qoyulmalıdır. Uzun qurğular üçün tələb edildikdə, aralıq nöqtələrdə əlavə araqatlar yerləşdirilməlidir.
· 3.3.2.4 Əgər nəzərdə tutularsa, dayaq lövhəsi konstruksiya elementləri altında davamlı məhlul olmadan sütunun montajı üçün münasib olmalıdır (yəni xüsusi nöqtələrdə dayaq üçün lazımi bərklikdə olmalıdır). Dayaq lövhənin dizaynını istehlakçı ilə tədarükçü razılaşdırmalıdırlar.
3.3.2.5 Dayaq lövhə dörd nöqtəli qaldırma üçün qaldırıcı qaykalarla təmin edilməlidir. Quraşdırılmış bütün avadanlıqlarla birgə dayaq lövhənin qaldırılması dayaq lövhəni və ya ona quraşdırılmış avadanlığı davamlı pozmamalı və ya zərər vurmamalıdır.
3.3.2.6 Konstruksiya elementləri arasında dayaq lövhənin alt hissəsi açıq olmalıdır. Beton bünövrəyə dayaq lövhə quraşdırılanda ən azı ara məsafəsi 0.01 m(19 düym) olan bir məhlul dəliyi təmin edilməli və hər arakəsmə bölməsində ölçü 75 mm-dən (3 düym) az olmamalıdır. Bu dəliklər bütün yük daşıyan konstruksiya elementlərinə məhlulun tökülməsinə imkan verməlidir. Praktiki mümkün olduqda dəliklər quraşdırılmış avadanlıqla məhlulun tökülməsi üçün əlçatan olmalıdır. Dəliklərin qaldırılmış kənarları 13 mm (2/1 düym) olmalı və mayelərin açıq məhlula axması ehtimalı olduğu yerlərdə yerləşərsə, minimal ölçüsü 16 olan metal örtüklər çəkilməlidir. Ölçüsü ən azı 13 mm (2/1 düym) olan çıxış dəlikləri əsas lövhənin hər arakəsmə hissəsində ən yüksək nöqtədə yerləşdirilməlidir.
3.3.2.7 Dayaq lövhənin alt montaj səthləri tək səviyyəli bünövrədən istifadəyə imkan vermək üçün bir səthdə olmalıdır. Çox hissəli dayaq lövhələri təmin ediləndə montaj araqatları dayaq lövhə hissələri bərkidilərək boltlandıqdan sonra bir səthdə olmalıdır.
3.3.2.8 Digər hallar nəzərdə tutulmazsa, əsas lövhənin yuxarısında bütün piyada və iş ərazilərini örtən bərkidilmiş döşəmə örtüyü olmalıdır.
3.3.2.9 Bütün dayaq lövhəsinin montaj səthləri:
a. Dayaq lövhəsi hazırlandıqdan sonra cilalanmalıdır;
b. Yumşaq ayaqlığın qarşısını almaq üçün eyni üfüqi səthdə 25 µm (0.001 düym) daxilində olmalıdır.
v. Montaj səthinin hər xətt metri üçün (0.0005 düym/xətti fut) 42 µm hamarlıq çərçivəsində hər montaj səthi cilalanmalıdır.
c. Müxtəlif montaj səthləri ilə 50 µ ( 0.002 düym) daxilində bir-birinə paralel yerləşməlidir.
İstehsalçı yerində yuxarıdakı yol verilən səhvlər hamar cilalanmış səth üzərində məhdudiyyətsiz vəziyyətdə qeyd edilərək yoxlanmalıdır.
Qeyd: Müzakirə edilən səthlər avadanlığın quraşdırıldığı və dayaq lövhə altında yerləşən səthlərdir.
· 3.3.2.10 Əgər nəzərdə tutularsa, astar altı lövhələr tədarükçü tərəfindən təmin edilməlidir.
3.3.3 Astar lövhələri və astar altı lövhələr
3.3.3.1 Astar lövhələri nəzərdə tutulanda 3.3.1-də göstərilənlərdən əlavə, bənd 3.3.3.1.1 və 3.3.3.1.2-nin tələblərinə cavab verməlidir. (bax Əlavə L)
3.3.3.1.1 Standart diyircəkli yastıq, qutu açarlarından istifadə etmək, avadanlığın üfüqi və şaquli vintli qaldırıcılardan istifadə edilərək hərəkət etdirilməsinə imkan vermək üçün bolt yerlərində müvafiq işçi ara məsafəsi qoyulmalıdır.
3.3.3.1.2 Astar lövhələri gözlənilən yükləri avadanlıq ayaqlığından bünövrəyə ötürməsi üçün kifayət qədər qalın olan polad lövhələrdir. Lakin heç bir halda lövhələrin qalınlığı 40 mm-dən (1 2/1 düym) az olmamalıdır.
3.3.3.2 Astar altı lövhələr nəzərdə tutulanda onlar qalınlığı ən azı 25 mm (1 düym) olan polad lövhələr olmalıdır. Astar altı lövhələrin cütləşən səthlərinin üzlüyü astar lövhələrin üzlüyünə uyğun olmalıdır.
3.4 İdarəetmə sistemləri və nəzarət ölçü cihazları (NÖÇ)
3.4.1.1 NÖÇ və qurğular istehlakçı sorğusu və ya sifarişi, yaxud hər ikisində olan müfəssəl spesifikasiyalara uyğun olmalıdır. Müfəssəl spesifikasiyalar təmin edilməyəndə NÖÇ və qurğular AZS 767 və API std 670-in tələblərinə cavab verməlidir.
3.4.1.2 Digər hallar nəzərdə tutulmazsa, idarəetmə sistemləri və NÖÇ bayırda quraşdırılmaq üçün layihələndirilməli, IEC 60034-5- də (250 Buraxılışında verildiyi kimi, NEMA 4) göstərilmiş IP 65-in tələblərinə uyğun olmalıdır.
3.4.1.3 NÖÇ və idarəetmə sistemləri müəyyən edilmiş ərazi təsnifatında istifadə üçün layihələndirilərək istehsal olunmalıdır (sinif, qrup və bölmə, yaxud zona).
3.4.1.4 Bütün kanal, sipərli kabel və dayaqlar elə layihələndirilərək quraşdırılmalıdır ki, zərərsiz onları çıxarmaq asan mümkün olsun və elə yerləşdirilməlidir ki, diyircəkli yastıq, kipkəc və ya avadanlığın daxili hissələrinə mane olmasın.
3.4.2 Vibrasiya, mövqe və temperatur detektorları
3.4.2.1 Radial val vibrasiya sınaqları, təcil ölçənlər və oxvari mövqe sınaqları API Std 670 uyğun quraşdırılaraq kalibrasiya edilməlidir.
Qeyd: Tələb edilən sınaqların sayı üçün bax: bən 2.7.4.5 və 2.7.4.6
3.4.2.2 Təcil ölçənlər digər hallar nəzərdə tutulmazsa, qoşa xətdən aşağıda, giriş və çıxış diyircəkli yastıq korpuslarında üfüqi yerləşdirilməlidir.
3.4.2.3 Radius boyu val vibrasiya sınaqları birləşmə tərəfdəki dələyə yaxın giriş və çıxış valındakı x-y mövqelərində yerləşdirilməlidir. x-y sınaqları üçün təminatlar o cümlədən valın 2bənd.5.4.4- ə əsasən, hədəf sahələrdə işi digər hallar nəzərdə tutulmazsa, bütün radial diyircəkli yastıqlarda təmin edilməlidir.
3.4.2.4 Digər hallar nəzərdə tutulmazsa, oxvari mövqe sınaqları giriş və çıxış vallarının bağlı kənarında yerləşdirilməlidir.
Qeyd: Dişli çarx vallarında dayaq diyircəkli yastıqlar olmadan uzadılmış xətti diapazonla oxvari mövqe sınaqlarını tələb edən oxvari hərəkət boşluqları ola bilir.
· 3.4.2.5 Əgər nəzərdə tutularsa, radial val vibrasiyası və oxvari mövqe monitorları API Std 670 uyğun təchiz edilərək kalibrasiya olunmaldır.
· 3.4.2.6 Əgər nəzərdə tutulubsa, korpus vibrasiya monitorları API Std 670 uyğun təchiz edilməli, quraşdırmalı və kalibrasiya edilməlidir.
· 3.4.2.7 Temperatur detektorlarının növü müəyyən olunmalıdır. Temperatur detektorları API Std 670 uyğun quraşdırılaraq kalibrasiya edilməlidir.
3.5 BORU BIRLƏŞMƏLƏRIİ VƏ LƏVAZİMATLAR
Digər hallar nəzərdə tutulmayıbsa, sürtkü yağı borusu və ləvazimatları AZS 767-nin tələblərinə cavab verməlidir.
3.6.1 Qurğunun sökülməsi, yığılması və ya texniki xidmət üçün xüsusi alət və detallar tələb edilərsə, bunlar qiymət təklifinə daxil edilərək ilkin maşın təchizatının tərkib hissəsi kimi çatdırılmalıdır. Çox elementli qurğular üçün xüsusi alət və detalların miqdarına dair tələbləri istehlakçı ilə tədarükçü qarşılıqlı razılaşdırmalıdır. Emalatxanada avadanlığın yığılması və sınaq sonrası sökülməsi ərzində bu və buna bənzər digər alətlərdən istifadə olunur.
· 3.6.2 Əgər nəzərdə tutulubsa, asma detallar rotorların şaquli saxlanması üçün təmin olunmalıdır. Bu detalların val təminatları üçün bax: 2.5.4.8
3.6.3 Xüsusi alətlər təmin ediləndə, onlar xüsusi, çıxıntılı metal qutuya qablaşdırılmalı (birka/element nömrəsini göstərin) üçün “xüsusi alətlər" kimi nişanlanmalıdır. Hər alət öz məqsədinə uyğunluğunu göstərmək üçün ştamplanmalı və ya birkalanmalıdır.
4 YOXLAMA, SINAQ VƏ DAŞINMAYA HAZIRLIQ
· 4.1.1 İstehlakçı yoxlamada və sınaqda iştirakın səviyyəsini açıqlamalıdır.
4.1.1.1 Emalatxana yoxlanması və sınağı müəyyən ediləndə, istehlakçı ilə tədarükçü istehsal dayandırma məntəqələri və yoxlama səfərlərini əlaqələndirməlidir.
4.1.1.2 İştiraklı (şahid ilə) mexaniki iş və ya ixtiyari sınaqlar üçün ilkin sınağın uğurla tamamlanmasının təsdiqi tələb olunur.
· 4.1.1.3 Əgər nəzərdə tutulubsa, istehlakçı nümayəndəsi, tədarükçü nümayəndəsi və ya hər ikisi tamamlanmış yoxlama vərəqinə inisialı, tarixi qoymaqla və doldurulmuş yoxlama vərəqini göndərişdən əvvəl istehlakçıya təqdim etməklə təsdiqləməlidir.
4.1.1.4 Verilmiş yoxlama və sınaqlar üçün avadanlıq, material və kommunal xidmətləri tədarükçü təmin etməlidir.
4.1.2 Tədarükçü sub-tədarükçüləri istehlakçıların yoxlama və sınaq tələbləri ilə məlumatlandırmalıdır.
· 4.1.3 İstehlakçı izlənilmiş yoxlama və ya sınaq və ya onlara şahidlik üçün zəruri olan qabaqcadan bildiriş vərəqələrinin sayını göstərməlidir
4.1.4 Tədarükçü müəyyənləşdirilmiş yoxlama və ya sınaqlar üçün avadanlıqları, materialları və mühəndis təminatı sistemlərini təmin etməlidir.
4.1.5 İstehlakçı nümayəndəsi yoxlama üçün tədarükçünün keyfiyyət proqramına çıxışı olmalıdır.
4.2.1.1 Tədarükçü aşağıdakı məlumatları avadanlıq göndərilmə tarixindən sonra ən azı 20 il saxlamalıdır. Təmir edilən hissələr üçün məlumatlar təmir edilmiş hissə göndərilmə tarixindən sonrakı ən azı 20 il üçün saxlanılmalıdır. Bu məlumatı istehlakçı və ya onun nümayəndəsi xahişə əsasən, yoxlama və ya təkrar buraxılış üçün aşağıda göstərilənləri saxlamalıdır:
a. Zavod yoxlama hesabatları timsalında materialların lazımi sertifikatı;
b. Materialların qiymət təkliflərində bütün elementlərin alqı spesifikasiyaları;
c. Spesifikasiya tələblərinə əməl edildiyini yoxlamaq üçün sınaq məlumatları;
d. Bütün istilik emalı və radioqrafiyanın tam müəyyən edilmiş qeydləri də daxil olmaqla, sənədləşdirilmiş sınaq və yoxlama nəticələri;
· e. Əgər nəzərdə tutulubsa, son dəstə texniki xidmət və iş arası müddətlər.
· 4.2.1.2 İstehlakçı aşağıdakıları nəzərdə tuta bilər:
a. Səth və səthaltı yoxlama predmeti olan hissələr.
b. Maqnit hissəciyi, boya nüfuzetməsi, radioqrafiya və ultrasəs yoxlaması kimi, tələb olunan yoxlama növü.
4.2.2 Materialların yoxlanması
Əgər radioqrafik, ultrasəs, maqnit hissəsi və ya qaynaq və ya materialların maye nüfuzetmə yoxlaması tələb edilərsə və ya nəzərdə tutularsa, istehlakçı digər meyarlar nəzərdə tutmazsa, bənd 4.2.2.2-4.2.2.5 –də göstərilmiş meyarlar tətbiq edilir. Bənd 4.2.2.4-4.2.2.5 -ə əsasən, çuqun yoxlanılması mümkündür. Qaynaq işləri, çuqun və hörülmüş material bənd 4.2.2.2 -4.2.2.5 -ə uyğun yoxlanıla bilər.
4.2.2.2.1 Radioqrafiya ASTM E94-ə uyğun olmalıdır.
4.2.2.2.2 Qaynaq istehsalı üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8-ə, Bölmə1-ə, UW 51 (100% radioqrafiya) UW-52-ə (nöqtəvi radioqrafiya) cavab verməlidir. Örtüklər üçün istifadə olunan təhvil-təslim ASME Kodu Hissə 8-ə, Əlavə 7-yə uyğun olmalıdır.
4.2.2.3 Ultrasəs yoxlaması
4.2.2.3.1 Ultrasəs yoxlaması ASME Kodu Hissə 5, Bölmə 8, Əlavə 7-yə cavab verməlidir.
4.2.2.3.2 Qaynaq edilmiş material üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8, bölmə1, Əlavə 12-yə cavab verməlidir. Örtüklər üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8, Bölmə 1, Əlavə 7-yə cavab verməlidir.
4.2.2.4 Maqnit hissəciyinin yoxlanılması
4.2.2.4.1 Maqnit hissəciyinin yoxlanılmasının həm quru və həm də nəm metodları ASTM E709 uyğun olmalıdır.
4.2.2.4.2 Qaynaq edilmiş materiallar üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8, Bölmə1, Əlavə 5- 6-nın, bənd 25-ə cavab verməlidir. Örtüklərdə qüsurların qəbul edilməsi ASTM E125 verilmiş fotoşəkillərlə müqayisəyə əsaslanmalıdır. Hər qüsur növü üçün kəskinlik dərəcəsi Cədvəl 10-da göstərilmiş hədləri aşmamalıdır.
4.2.2.5 Maye nüfuzetmə yoxlaması
4.2.2.5.1 Maye nüfuzetmə yoxlaması ASME Kodu Bölmə 5, bənd 6-ya uyğun olmalıdır.
4.2.2.5.2 Qaynaq məhsulları üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8, Bölmə 1, Əlavə 8 və Bölmə 5, bənd 24-ə cavab verməlidir. Örtüklər üçün istifadə edilən təhvil-təslim standartı ASME Kodu Hissə 8, Bölmə 1, Əlavə 7-yə cavab verməlidir.
4.2.2.6 Fırlanan elementlər
· 4.2.2.6.1 Əsas fırlanan elementlərdəki sertifikatlı məlumatlar göndəriş tarixindən sonrakı 20 il ərzində saxlanılmalı və xahişə əsasən istehlakçıya təqdim edilməlidir. İstər normal istehsal gedişatında və ya təmir prosedurunun tərkib hissəsi kimi, bütün iş qeydləri tam müəyyən edilməlidir. Bu məlumata aşağıdakılar daxil olmalıdır:
a. Hazırlanmış və istilik emalından keçmiş hissələrə dair kimyəvi və fiziki məlumatlar.
b. Bütün istilik emalı və nəticədə yaranan bərkliklərə dair qeydlər.
c. Radioqrafiya və ultrasəs yoxlamaları yerinə yetirilərsə, radioqrafiya və ultrasəs yoxlamalarının qeydləri.
d. Səthi bərkidilmiş qurğular üçün işçi hissəsi ilə emal edilmiş kuponlarda müəyyən edilmiş bərklik və korpus dərinlikləri.
e. Tam bərkidilmiş dişli çarx qurğuları üçün dişin boş sahəsinin ən azı üç müxtəlif yerlərində müəyyən edilmiş bərkliklər.
4.2.2.6.2 Fırlanan elementlərdəki bütün qaynaq işləri, o cümlədən valların dişli çarxlarına bərkidilmiş qaynaq işləri 100% yoxlamadan keçir. Əlçatan qaynaq yerlərinin səthlərinin arxa tərəfi döyəclənməli və ya ovulmalı, gərginlik boşaldılmasından sonra bir daha yoxlanılmalıdır. Maqnit hissəcik və ya ultrasəs yoxlamasına üstünlük verilir. Nüfuzetmə və radioqrafiya kimi digər metodlar yalnız istehlakçı və tədarükçü arasında razılaşdırıldıqda məqbuldur.
4.2.2.6.3 ASTM A275 əsasən, bütün dişli çarx valı və altlıq dişləri 100% maqnit hissəcik yoxlanmasından keçməlidir. Çatlara yol verilmir. 1.5 mm (0.06 düym) böyük olan diş cinahları və ya köklərində qeyri-metal daxiletmələri ilə nəticələnən xətti göstəricilər atılma üçün istehlakçıya bildirilməlidir. Xətti göstəriciləri üç eni qədər və ya ondan böyük uzunluğunu olması bildirilir. Qəbul və ya rədd etməyə dair qərar hər hala görə ayrıca qəbul edilir və istehlakçı və tədarükçü arasında razılaşdırılmalıdır.
4.2.2.7 Döymələr və isti yayılmış polad valları
4.2.2.7.1 Döymələr və isti yayılmış polad vallarında çat, tikiş, əyri, büzüşmə və digər buna bənzər qüsurlar olmamalıdır.
4.2.2.7.2 İlkin emaldan sonra bərkitmə və əsas fırlanan elementlərin zolaqlı prokatı ASTM A388 uyğun olaraq, 100% ultrasəs yoxlanmasından keçməlidir. Təslim meyarlarını istehlakçı və tədarükçü razılaşdırmalıdır.
· 4.2.2.8 Əlavə yoxlama
İstehlakçı ilə tədarükçü arasında razılaşmalarda əlavə dişli çarx yoxlamaları tələb oluna bilər. Bunlara dişlərin ara məsafəsi, diametr xəttinin gedişi, profil və birləşmələri daxildir.
4.2.3 Mexaniki yoxlama
4.2.3.1 Sistemi yığarkən və sınaqdan əvvəl hər komponent ( o cümlədən bu komponentlərin tökmə keçidləri də daxil olmaqla) bütün boru və keçidlər götürülməli və ya digər müvafiq metodlarla təmizlənməlidir. Təmizlənərək hər hansı kənar material, korroziya məhsulları və qırıntılardan azad olduqlarını təmin etmək üçün bunlar yoxlanılmalıdır.
· 4.2.3.2 Bütün yağ sistemləri AZS 767 -ə uyğun təmizlik tələblərinə cavab verməlidir. Nəzərdə tutulubsa, istehlakçı boru yığılmazdan əvvəl tədarükçü tərəfindən və ya onun vasitəsilə avadanlıq, bütün boru birləşmə və keçidlərinin təmizliyini yoxlaya bilər.
4.2.3.3 Əgər nəzərdə tutulmayıbsa, hissə, qaynaq və istiliyə məruz qalmış zonaların bərkliyi onları yoxlamaqla, yol verilən qiymətlər çərçivəsində olduqları təsbit edilməlidir. Sınaq metod, səviyyə, sənəd və iştirakı istehlakçı və tədarükçü arasında razılaşdırılmalıdır.
4.3.1.1 Bəndə 4.3.2-ə əsasən, dişli çarx qurğuları mexaniki sınaqdan keçirilməlidir. Bənd 4.3.3-də təsvir edildiyi kimi, digər sınaqlar da nəzərdə tutulur.
4.3.1.2 İlk qrafik üzrə iş sınağından ən azı 6 həftə əvvəl tədarükçü istehsalçıya onun yoxlaması və şərh edilməsi üçün, bütün izlənilən parametrlər üçün işlək sınaqlar və o cümlədən məqbul meyarlarını təqdim etməlidir.
4.3.1.3 Avadanlığın sınaq üçün hazırlıq tarixindən əvvəl 5 gündən tez olmamaqla, tədarükçü istehsalçıya məlumat verir. Əgər sınağın qrafiki dəyişilərsə, tədarükçü yeni sınaq tarixindən əvvəl 5 iş günündən az olmadan bu barədə istehlakçını məlumatlandırmalıdır.
4.3.2 Mexaniki iş sınaqları
4.3.2.1 Mexaniki sınaq yerinə yetirilməzdən əvvəl bənd 4.3.2.1.1 -4.3.2.1.9-da göstərilən tələblər yerinə yetirilməlidir.
4.3.2.1.1 Mexaniki iş sınaqları üçün maşın avadanlığında müqavilə diyircəkli yastıqlarından istifadə edilməlidir.
4.3.2.1.2 Bütün yağ təzyiq, qatılıq və temperaturları sınaqdan keçirilən xüsusi qurğuya dair istehsalçının əməliyyat təlimatlarına uyğun tövsiyə edilən əməliyyat qiymətləri olmalıdır. Dişli çarx qurğusuna ümumi yağ axını qeyd edilməlidir.
4.3.2.1.3 Sınaq dayaq yağ filtrasiyası 10 mikron və ya daha yaxşı olmalıdır. Yağ sistemi komponentlərinin aşağı axın filtrləri hər hansı sınaq başlamazdan əvvəl AZS 767-ə uyğun təmizlik göstəricilərinə cavab verməlidir.
4.3.2.1.4 Korpus və yağ sistemindəki birləşmələr bərklik üçün yoxlanılmalı və sızıntılar düzəldilməlidir.
4.3.2.1.5 Sınaq ərzində istifadə edilən bütün xəbərdarlıq, qoruyucu və nəzarət vasitələri yoxlanılmalı və tələbə uyğun düzəliş olunmalıdır.
4.3.2.1.6 Mexaniki iş sınaqları quraşdırılmış kontakt yarım birləşmələrlə, müqavilə əsaslı birləşmə ara məsafəsinin bir yarımına bərabər momentlə nəticələnən əlavə edilmiş vaxt simulyatorları ilə yerinə yetirilməlidir. Əgər birləşmənin yarı hissələri olmazsa və ya tədarükçü emalatxanasındakı avadanlığa uyğun gəlməzsə, vaxt simulyatoru müqavilə əsaslı yarım birləşmə üstəgəl birləşmə ayırıcının bir yarımına bərabər momenti simulyasiya etməlidir. Bütün sınaq işləri başa çatdırılarsa və istehlakçı tələb edərsə, moment simulyatorları istehlakçıya qaytarılmalıdır (bax: 3.2.6)
4.3.2.1.7 Emalatxanada sınaq qurğuların dəqiqədə fırlanmaları, pikdən pikə yerdəyişmələri və faza bucağını (x-y-y) davamlı izləmək və çəkmək bacarığını daxil etməlidir. Vibrasiya yerdəyişməsi və faza törədicisinin təqdimatı da osilloskop vasitəsilə yerinə yetirilməlidir. Bu zaman API Std 670 -ə uyğun dəqiqlik tələblərinə cavab verən vericilərdən və göstəricilərdən istifadə edilə bilər.
4.3.2.1.8 Emalatxana sınaq qurğularına dəqiqədə fırlanmalar, pikdən pikə yerdəyişmə və faza bucağı (x-y-y) davamlı izləmək və qeyd etmək bacarığı olan alətləri daxil etməlidir.
4.3.2.1.9 Tədarükçü dişli val ətrafında bərabər məsafədə yerləşən dörd yerdə və bərk səth boyası olan altlıq ətrafında bərabər yerləşən iki nöqtədə hər spiralın tam səthi üzrə ən azı 5 dişi təmizlənərək üzlənməlidir.
4.3.2.2 Mexaniki iş sınaqları zamanı bənd 4.3.2.2.1-4.3.2.2.12-nin tələbləri yerinə yetirilməlidir.
4.3.2.2.1 Tədarükçü ilk saat ərzində hər 15 dəqiqədən bir və sınaqlar ərzində hər 30 dəqiqədən bir qeydlər edərək son sınaqların müfəssəl qeydiyyat jurnalını aparmalıdır. Hər qeyd aşağıdakı məlumatları daxil edir:
a. Giriş yağ temperatur və təzyiqi.
c. Çıxış yağ (drenaj) temperaturu
d. Val vibrasiyası: tezlik və amplituda, hər filtrlənmiş (sinxron) və filtrlənməmiş (çiy).
e. Diyircəkli yastıq temperaturları.
f. Korpus vibrasiyası (bax. Cədvələ 9)
4.3.2.2.2 Bənd 4.3.2.1.7 - 4.3.2.1.8-də verilmiş alətlərin istifadəsi əsasında müəyyən edilən vibrasiya xarakteristikası maşının qəbul edilməsi və ya rədd edilməsi üçün əsas rol oynayır (bax: 2.6.6)
· 4.3.2.2.3 Əgər seysmik sınaq qiymətləri müəyyən edilərsə, sınaqlar ərzində emalatxana alətindən istifadə edərək hər dələyin mərkəzi xəttində mümkün olarsa) köndələn radius boyu lövhədə vibrasiya məlumatları (minimal və maksimal qiymətlər) qeyd edilərək yerləşdirilməlidir (saat bucağı).
4.3.2.2.4 Dişli çarx qurğusu diyircəkli yastıq temperaturu və sürtkü yağı temperaturları sabitləşənə kimi, maksimal davamlı sürət həddində işləməlidir.
4.3.2.2.5 Dişli çarx qurğusu ən azı 15 dəqiqə ərzində 110% maksimal davamlı sürət həddində işləməlidir.
4.3.2.2.6 Lateral kritik sürətləri yoxlamaq üçün sürət maksimal davamlı sürətin 120% həddində artırılmalı, faza amplituda cizgiləri maksimal davamlı sürətin 10% həddinədək azaldılmalıdır (bax: 2.6.2)
Qeyd: Diyircəkli yastıq temperaturları sınaq ərzində kifayət qədər yüksələ bilir.
4.3.2.2.7 Dişli çarx qurğusu 4 saatlıq maksimal davamlı sürət həddində işlədilməlidir.
Qeyd: Bənd 4.3.2.2.5-4.3.2.2.7- də açıqlanan addımların ardıcıllığı ixtiyaridir.
4.3.2.2.8 Sınaqdan keçirilən bütün avadanlıqların mexaniki işi və sınaq alətlərinin işi qənaətbəxş olmalıdır. Ölçülmüş filtrlənməmiş vibrasiya bənd 2.6.6.5-də göstərilən həddi aşmamalı və əməliyyat sürəti həddi boyu qeyd olunmalıdır.
4.3.2.2.9 Val vibrasiyası üçün dişli çarx qurğusu maksimal davamlı sürətdə işləyəndə sıxılmayan vericilərlə ölçülməlidir. Sinxrondan fərqli tezliklərdəki vibrasiya amplitudaları skanlaşdırılmalıdır. Minimal olaraq, dişli çarx valının sinxron sürətinin 0.25 mislindən valın sinxron sürətinin 4 mislinədək tezlik diapazonunu daxil etsə də 1500 hersdən az olmamalıdır. Hər hansı diskret, qeyri-sinxron vibrasiya amplitudası yol verilən vibrasiyanın altlıq valının 20%-i bənd 2.6.5.5-də olduğu kimi aşkarsa (və ya 200 fırlanma momentindən aşağı işləyən val üçün 40%) istehlakçı nə tədarükçü hər hansı əlavə sınaq tələblərini və dişli çarx qurğusunun göndərişə uyğunluğunu razılaşdırmalıdırlar.
4.3.2.2.10 Yüklənmiş sınaqların qoşa spiralvarı çarxlar üçün filtrsiz pikdən pikə val oxvari vibrasiyası 50 µm (2.0 mil) həddini aşmamalıdır.
4.3.2.2.11 Korpus vibrasiyası üçün korpus montaj edilmiş təcil vericiləri ilə ölçülməli, dişli çarx isə maksimal davamlı sürət həddində işləməli, 10 Hz-dən 10 kHz- dək tezlik diapazonunu əhatə etməlidir. Sürət və təcil qiymətləri Cədvəl 9-da göstərilmiş yol verilən hədləri aşmamalıdır.
· 4.3.2.2.12 Sinxron vibrasiya amplitudasını göstərən cizgilər və surətini azaldılması üçün faza bucağı sürətlə qarşılıqlı nisbətini göstərən cizgilər 4 saat əvvəl və sonra hazırlanmalıdır. Əgər nəzərdə tutulubsa, cizgilər həm filtrli (hər fırlanmada bir) və filtrsiz vibrasiya səviyyələrindən olmalıdır. Bu məlumatlar həm də polyar formada təmin edilməlidir. Bu cizgilərin əhatə etdiyi sürət diapazonu nəzərdə tutulmuş ötürücü hərəkət sürəti həddində 400 fırlanma dəqiqəsi olmalıdır.
· 4.3.2.2.13 Əgər nəzərdə tutulubsa, sürtkü yağ giriş təzyiqləri və temperaturları əməliyyat təlimatında yol verilən diapazonda dəyişməlidir. Bu, sınağın ilk 4 saatı ərzində yerinə yetirilməlidir.
· 4.3.2.2.14 Əgər nəzərdə tutulubsa, lent yazıları real vaxt vibrasiya məlumatlarının hamısı üçün edilməidir.
· 4.3.2.2.15 Əgər nəzərdə tutulubsa, real vaxt vibrasiya məlumatlarının lent yazıları istehlakçıya təqdim edilməlidir.
· 4.3.2.2.16 Hər hansı əlavə sürət hədləri zamanı sınaq, hər sürət zamanı sınağın müddəti və qeyd edilməli olan tarixi istehlakçı satınalma zamanı müəyyən etməlidir.
4.3.2.3 Mexaniki iş sınağı başa çatdıqdan sonra bənd 4.3.2.3.1-4.3.2.3.3-ün tələbləri yerinə yetirilməlidir.
4.3.2.3.1 Korpusun yuxarı yarı hissəsi çıxarılmalı, diş toru lazımi təmas və sınaq nəticəsində səthə dəymiş zərər baxımdan yoxlanılmalıdır.
4.3.2.3.2 Hidrodinamik diyircəkli yastıqlar çıxarılmalı, yoxlanılmalı və mexaniki iş sınaqları başa çatdıqdan sonra yenidən yığılmalıdır.
4.3.2.3.3 Əgər diyircəkli yastıq və ya kipkəclərin əvəzlənməsi və ya modifikasiyası, digər hissələrin əvəzlənməsi və ya dəyişdirilməsi üçün korpusun sökülməsi mexaniki və ya iş qüsurlarının aradan qaldırılması üçün tələb edilərsə, ilkin sınaqlar məqbul deyil və yekun emalatxana sınaqları bu əvəzləmə və ya düzəlişlərdən sonra edilməlidir.
4.3.2.4 Digər istehsalçıya icazə vermək üçün ehtiyat dişli çarx elementləri sifariş ediləndə hər ehtiyat element bu standartın tələblərinə əsasən dişli çarx qurğusunda mexaniki iş sınaqlarından keçirilməlidir.
· 4.3.3 İxtiyari sınaqlar
Əgər nəzərdə tutulubsa, bənd 4.3.3.1-4.3.3.5-də verilmiş emalatxana sınaqları yerinə yetirilməlidir.
4.3.3.1 Tam sürət/tam və ya qismən yük qınağı
Nominal gücü tam və ya qismən istehlakçı və tədarükçü arasında razılaşdırılmış şəkildə öz nominal gücünün ötürülməsi üçün nominal giriş sürətində sınanmalıdır. Diyircəkli yastıq və sürtkü yağ temperaturu stabilləşənədək yük mexaniki və ya hidravlik metodla tətbiq olunmalıdır (dinamometr, əyləc və s). Sınağın və o cümlədən vibrasiya hədlərinin təfərrüatları sifarişdən əvvəl razılaşdırılmalıdır. Emalatxana dinamometrlərində lazımi fırlanma momenti olsa da sürət dərəcəsi kifayət qədər olmayanda aşağı sürətdə sınaq əvəzinə emalatxanada aşağı hədli dişli çarx qurğularından istifadə edilməlidir.
4.3.3.1.1 Qismən və ya tam yük sınaqları nəzərdə tutulanda tədarükçünün sınaq dayağının sürtkü sisteminə avtomatik aşağı sürtkü yağlı qapatma sistemi daxil edilməlidir.
4.3.3.2 Tam fırlanma momentli /aşağı sürətli sınaq
Tam sürətli tam yük sınağını yerinə yetirmək mümkün olmadıqda yüklü dişin təmas izini nümayiş etdirmək üçün tam fırlanma momentli azaldılmış sürət sınağı keçirilə bilər. Əməliyyat sürətində termal və ya sentrifuqa yayınması kifayət qədər olanda tam fırlanma momentli aşağı sürət sınağı sahədə təmas izini göstərən sınaq təmas modeli baş tutmaya bilər. Sınaqdan əvvəl tədarükçü istehlakçıya məqbul sınaq təmas modelini göstərən cizgini təmin etməlidir.
Bu standartın digər hissələrində verilmiş vibrasiya və temperatur hədləri tətbiq edilməməlidir.
Qurğunun tam fırlanma momenti dişli çarxın nominal gücünə, nominal giriş və çıxış sürətinə uyğun hesablanmalıdır. Tam fırlanma momenti daha sonra tədarükçünün sınaq dayaq avadanlığı üçün münasib sürətdə mexaniki və ya hidravlik üsulla müvafiq vala tətbiq edilməlidir.
Sınaq müddəti sifarişdən əvvəl razılaşdırılmalıdır.
Tədarükçü dişli çarx valı ətrafında bərabər yerləşmiş nöqtələrdəki və bərk boya çəkilmiş altlıq ətrafında bərabər yerləşmiş iki nöqtədə hər spiralın tam səthi boyu ən azı beş dişi təmizləyərək üzlənməlidir.
Bu sınaq tələbdirsə, tədarükçü istehlakçıya təminat verməlidir ki, azaldılmış sürət hədləri yağ təbəqəsini saxlamaq imkanı daxilində olmasını və beləliklə də diş səthi və ya diyircəkli yastıqlara zərər yetirmə riskinin qarşısının alındığını təmin etməlidir.
4.3.3.3 Tam fırlanma momenti/Statik sınaq
Dişli çarx qurğusunun bir valı qıfıllanmalıdır. Bənd 4.3.3.2 -də hesablandığı kimi, tam fırlanma momenti mexaniki və ya hidravlik üsulla digər vala tətbiq edilməlidir. Bu prosedur dişli çarx dəstinin bir neçə tor nöqtələrində təkrarlanmalıdır. Yük tətbiq etmələrinin sayı sifarişdən əvvəl razılaşdırılmalıdır.
Qeyd: Birləşməyə düzəlişin termal yayınma ilə bağlı olduğu dişli çarx qurğuları üçün tam fırlanma momentli statik sınaq sahədə təmaslı iş nümunəsini əks etdirən sınaq təmas nümunəsini törətməyə bilir.
4.3.3.4 Ardıcıl qıfıllı-fırlanma momenti sınağı
Bu sınağın aparılması üçün ən azı iki təmas edən dişli çarx qurğularının sınağını aparmaq lazımdır. Bir qurğu sınaq dişli çarx qurğusunu yükləmək üçün işçi qurğu rolunu oynamalıdır. Dişli çarx qurğuları birləşdirilməli, giriş valı giriş valına, çıxış valı isə çıxış valına qoşulmalıdır. Bənd 4.3.3.2-də hesablanmış tam fırlanma momenti daha sonra ayrıca çıxarılmaqla, bir valı qarşı tərəfə çevirməklə və digər valları birləşmiş vəziyyətdə saxlamaqla yerinə yetirilir. Bu fırlanma momenti sistemdə hidravlik və ya mexaniki üsulla qalır (məsələn, birləşmə yarılarının vallarda qalması, fırlanma momentinin tətbiqi və sonra birləşmə yarılarının boltlanması). Daha sonra qurğular öz nominal giriş və çıxış sərtlərində işlədilməlidir. İş müddəti sifarişdən əvvəl razılaşdırılmalıdır.
Qeyd: Bu sınağın aid edildiyi işçi qurğu sınaq rejimində yükləmək üçün münasib birləşmə və profil modifikasiyasını tələb edir. Modifikasiya edilmiş birləşmələr üçün qurğu təmas tətbiqi üçün münasib dişli çarxların son modifikasiyasını tələb edir. İstehlakçı və tədarükçü bu işin həcmini razılaşdırmalıdır. Ardıcıl aparılan sınaqların sonunda ardıcıl konfiqurasiya bu məqsədlə təkrarlana bilmədiyinə görə işçi qurğu öz sınağının aparılmasını tələb edir. İstehlakçı və tədarükçü yerinə yetirilməli olan sınağı razılaşdırmalıdır.
İşçi qurğu adətən yüklü olmayan cinahlara yüklənir, diyircəkli yastığın yükləri əks istiqamətdə olur, fırlanma momenti cığırını tamamlamaq üçün istifadə edilən qısa valları çıxarmaq lazım gəldiyinə görə işçi qurğu və çox vaxt sınaq qurğusunu sınaqdan sonra modifikasiya etmək tələb olunur (Bax: Şəkil 8).
4.3.3.5 Səs səviyyəsinin sınağı
Səs səviyyəsinin sınağı ANSI/AGMA 6025 və ya digər razılaşdırılmış standarta uyğun yerinə yetirilməlidir.
4.4 DAŞINMAYA HAZIRLIQ
4.4.1 Zəruri hallarda dişli çarxın bloklanması da daxil olmaqla (məsələn, dişli çarx qurğusunda dayaq diyircəkli yastıq olmadıqda), avadanlıq daşınma növü üçün hazırlanmalıdır. Hazırlıq işləri avadanlığı yüklənmə tarixindən sonrakı bayırda 6 aylıq saxlama şəraiti üçün münasib hala gətirilməli, əməliyyatdan əvvəl isə heç bir sökülmə işi aparılmamalıdır. Əgər daha uzun müddətli saxlama müddəti nəzərdə tutularsa, istehlakçı tədarükçü ilə riayət edilməli olan prosedurlara dair razılığa gəlməlidir.
qurğulu ötürücü kənarı
4.4.2 Tədarükçü istehlakçıya avadanlıq iş sahəsinə çatdıqdan sonra və maşın avadanlıqlarının quraşdırılması və quraşdırma layihəsinə dair API RP 686 –da tövsiyə edilən təcrübələrin Hissə 3-də təsvir edildiyi kimi, işə salınmazdan əvvəl saxlamaya hazırlıq zamanı qurğunun tamlığını qorumaq üçün zəruri təlimatları ötürməlidir.
4.4.3 Avadanlıq bütün sınaq və yoxlamalar bitdikdən və avadanlıq istehlakçı tərəfindən təsdiqləndikdən sonra göndərişə hazırlanmalıdır. Hazırlıq işləri bənd 4.4.31-4.4.3.11-də verilənləri daxil etməlidir.
4.4.3.1 İşlənmiş səthlərdən başqa, göndəriş, saxlama və ya xidmət ərzində çürüyə bilən xarici səthlər istehsalçının standart boyası ilə ən azı bir lay rənglənməlidir. Boyada qurğuşun və ya xrom maddələri olmamalıdır.
Qeyd: Austentik xalis poladlar adətən rənglənmir.
4.4.3.2 Xarici işlənmiş səthlər korroziyaya davamlı materiallardan başqa, çürümə əleyhinə vasitə çəkilməlidir.
4.4.3.3 Dişli çarx qurğusunun daxili hissəsi yonqar, qaynaq damcısı və kənar əşyalardan təmiz olmalı, məhlulla çıxarıla bilən çürümə əleyhinə vasitə ilə tamamlanmalıdır. Çürümə əleyhinə vasitə dişli çarx qurğusu az prokatlı olduğu halda bütün girişlərə çəkilməlidir.
4.4.3.4 Diyircəkli yastıq korpuslarının daxili polad hissələri və karbon polad yağ sisteminin köməkçi avadanlığı (məsələn, rezervuar, qab və boru) yağda həll ola bilən çürümə əleyhinə vasitə çəkilməlidir.
4.4.3.5 Flanslı dəliklərə eleastometrik araqatları ilə ən azı 5 mm (16/3 düym) metal örtüklərlə örtülməli və ən azı dörd tam diametrli bərkidilməlidir. Mil daxiletmələri üçün nəzərdə tutulan xidmət üçün lazım olan bütün qaykalar örtükləri bərkitmək üçün istifadə edilməlidir. Hər giriş qoruyucu örtüyün möhürü sındırmadan çıxarılması mümkün olmayan qoruyucu örtüklə örtülmək üçün korlanmaya davamlı möhürlə kiplənməlidir.
4.4.3.6 Yivli girişlərə ANSI B16.11-ə uyğun olaraq, polad qapaqlar və ya dairəvi polad tıxaclar vurulmalıdır. Qapaq və ya tıxaclar təzyiq korpusu ilə eyni və ya daha yaxşı materialdan olmalıdır. Qeyri-metal (məsələn, plastik) qapaq və ya tıxaclardan istifadə etmək olmaz.
4.4.3.7 Qaldırma yerləri və qravitasiya mərkəzi avadanlıq qabında aydın göstərilməlidir. Tədarükçü tövsiyə edilən qaldırma avadanlıqlarını təchiz etməlidir.
4.4.3.8 Avadanlıq element və seriya nömrələri ilə identifikasiya edilməlidir. Ayrıca göndərilən material materialın nəzərdə tutulduğu avadanlığın element və seriya nömrəsini göstərən bərkidilmiş, korroziyaya davamlı metal birkalarla identifikasiya edilməlidir. Bundan əvvəl, tara avadanlığı göndərilən konteynerin daxilində və digər xaricində olan duplikat qablaşdırma siyahıları ilə göndərilməlidir.
Konteynerin xarici tərəfində saxlama, saxlama növü, qoruyucunun təkrar tətbiq edildiyi tarix göstərilməlidir. Qutunun girişi xaricində xəbərdarlıq da vurularaq qoruyucunun təkrar tətbiqini tələb edilən vasitələrin yoxlanılmasına imkan verməlidir.
· 4.4.3.9 Əgər ehtiyat qurğu elementləri alınarsa, rotorlar ən azı 3 illik müddətə isidilməmiş daxili saxlama şəraiti üçün münasib qaydada hazırlanmalıdır. Rotorlar çürümə əleyhinə vasitə ilə emal edilməli, az buraxan buxar fazalı ingibitorlu buxar əleyhinə konteynerdə saxlanılmalıdır. Rotorlar nəzərdə tutulmuş yerli və ya ixrac yüklənməsi üçün taralaşdırılmalıdır. İstehlakçının təsdiqlədiyi elastik material 3 mm (8/1 düym qalınlıqda qeyri tetrafloretilen (TFE) və ya politetrafloretilen (PTEE) rotorlar arasında və dayaq sahələrində olan karkasda istifadə olunmalıdır. Rotorlara oxun boyunluq hissəsində (dişli çarx qurğusuna quraşdırılmış olmazsa), sınaq ərazilərində, möhür ərazilərində, birləşmə ərazilərində və ya dişlərdə dayaq verilməməlidir. Sınaq hədəf sahələri "Sınaq Sahəsi, Kəsmək Olmaz" işarəsi vurulmalıdır (şaquli saxlama üçün bax: 2.5.4.8 və 3.6.2).
Qeyd: Axaraq səthə nüfuz etdiklərinə görə karkas dayaq tirləri tövsiyə edilmir.
4.4.3.10 Açıq val və val birləşmələri suyadavamlı, qətran parça və ya buxar faza saxlama kağızına bükülməlidir. Tikişlər yağadavamlı yapışqan lentlə möhürlənməlidir.
4.4.3.11 Tədarükçü dişli çarx valı ətrafında eyni məsafədə yerləşən dörd nöqtədə və bərk boya ilə boyalanmış altlıq ətrafında bərabər məsafədə yerləşən iki nötqədə hər spiralın tam səthi boyu yerləşən ən azı beş dişi təmizlənərək üzlənməlidir.
Qeyd: Bu sahə diş təmas izinin sonradan qiymətləndirilməsinə imkan verir.
· 4.4.4 Əgər nəzərdə tutulubsa, metal "Üst" örtükləri dişli çarx qurğusuna boltla bərkidilərək dişli çarx qurğusunun minimal sızıntı ilə təmizlənməsi üçün val kənarlarının örtülməsi və kipləşdirilməsinə imkan verməlidir.
· 4.4.5 Əgər nəzərdə tutulubsa, polad rotor konteyneri (konteynerləri) təchiz edilməlidir.Yükləmə konteynerləri həm üfüqi və həm də şaquli vəziyyətlərdə rotorun saxlamasına imkan verməlidir. Diyircəklərin qoyulması avtokara konteyneri və rotoru üfüqi vəziyyətdə olanda hərəkət etdirməyə imkan verməlidir. Bundan əlavə, qaykalar rotor hələ konteynerdə olarkən kranın konteyneri qaldırmasına imkan verməlidir. Konteyner klapan və birləşmələr ən azı 0.35 bar (5 psiq) təzyiq həddi üçün nəzərdə tutulmalıdır. Təmizləmə qazı müəyyən edilməlidir. Konteynerlər silindrvarı, üfüqi ayrılmış olmalı, üst hissəsi hərəkət və sızmanın qarşısını almaq üçün kipləşdirilməli, boltlanmalı və bərkidilməlidir. Konteynerdə təzyiq ən azı 0.07 bar (1 psiq) həddində saxlama zamanı saxlanılmalıdır.
4.4.6 İstehsalçının quraşdırmaya dair təlimatlarının bir nüsxəsi qablaşdırılaraq avadanlıqla birgə göndərilməlidir.
5 TƏDARÜKÇÜNÜN MƏLUMATLARI
5.1.1 Tədarükçünün verdiyi məlumatlar bənd 5.2 və 5.3-də nəzərdə tutulmuşdur.
5.1.2 Bu məlumatlar yazışma (izahat) məktubları, sahibliyə dair məlumatlar, titul vərəqələri və aşağıdakı məlumatlarla cizgilərdə digər vacib vəzifələrlə göstərilməlidir:
a. İstehlakçı/sahibkarın korporativ adı.
b. İş/layihə nömrəsi.
c. Avadanlıq hissəsinin nömrəsi və xidməti adı.
d. Sorğu və ya satınalma sifarişi nömrəsi.
e. Sorğu və ya satınalma sifarişində verilmiş hər hansı digər identifikasiya.
f. Tədarükçünün identifikasiya nömrəsi, emalatxana sifarişi nömrəsi, seriya nömrəsi və cavab məktubunu tam açıqlayan digər arayış.
5.1.3 Sifariş öhdəliyindən sonra 4-6 həftə ərzində əsasən də tədarükçü obyektində əlaqələndirmə toplantısı keçirilməlidir. Digər hallar nəzərdə tutulmazsa, bu toplantıdan əvvəl tədarükçü gündəliyi hazırlayaraq paylamalıdır. Bu gündəlik ən azı, aşağıdakı hissələrə baxışı daxil etməlidir:
a. Satınalma sifarişi, təchizatın həcmi, qurğuya görə məsuliyyət, sub təchizatçı hissələri və rabitə xətləri.
b. Məlumat vərəqləri.
c. Tətbiq edilən spesifikasiyalar və əvvəl razılaşdırılmış istisnalar.
d. Məlumatın ötürülməsi, istehsal və sınaq qrafikləri.
e. Keyfiyyətin təminatı proqram və prosedurları.
f. Yoxlama, sürətləndirmə və sınaq.
g. Köməkçi sistemlərin sxemləri və materialların qiymət təklifləri.
h. Avadanlıq, val fırlanması, boru və köməkçi sistemlər. o cümlədən
əməliyyat və texniki xidmətə çıxışın fiziki oriyentasiyası.
i. Birləşmə seçimi və sürəti.
j. Dayaq və radial diyircəkli yastıq ölçüsü, təxmini yüklər və xüsusi
k. Rotor dinamikasının təhlili (lateral, hərəkət və müvəqqəti hərəkət).
l. Sub –tədarükçülərin auditi.
m. Avadanlığın işi, növbəli əməliyyat şərtləri, işəsalma, dayandırma və hər
hansı əməliyyat məhdudiyyətləri:
n. Alət və nəzarət vasitələri.
o. Yoxlama, əlaqəli qəbul meyarları və sınaq.
q. Digər texniki hissələr.
Tədarükçü ilkin təklifi müəyyən nüsxələrlə birlikdə sorğu sənədlərində verilmiş ünvanlara göndərməlidir. Təklifə ən azı bənd 5.2.2 - 5.2.4-də verilmiş məlumatlar, dişli çarx qurğusu, onun bütün komponentləri və ləvazimatlarının bu standarta tam cavab verməsinə dair xüsusi bəyannaməni daxil etməlidir. Əgər dişli çarx qurğusu, onun komponent və ya ləvazimatları tam uyğun olmazsa, tədarükçü hər kənaraçıxmanın təfərrüatlarını verən və izah edən siyahını da daxil etməlidir. Tədarükçü istehlakçının təklif edilən hər hansı alternativ layihələri dəyərləndirə bilməsi üçün lazımi təfərrüatları təqdim etməlidir. Bütün məktublaşmalar bənd 5.1.2-yə uyğun aydın göstərilməlidir.
5.2.2.1 Tədarükçü Cizgisi və Məlumat Tələbləri (TCMT) formasında (Əlavə F) göstərilmiş cizgilər təklifə daxil edilməlidir. Minimal olaraq, ona aşağıdakılar daxil edilməlidir:
a. Ümumi ölçüləri, texniki xidmətin ara məsafə ölçüləri, ümumi çəki, quraşdırma çəkiləri, ən ağır tək komponent üçün texniki xidmət çəkisini göstərən hər dişli çarx qurğusunun ümumi tərtibatı və ya eskizi. Fırlanma istiqaməti, əsas istehlakçı birləşmələrinin ölçü və yeri də göstərilməlidir.
b. Təklif edilən avadanlığın təfərrüatlarını göstərən en kəsik cizgiləri.
c. Yığılmış dişli çarx qurğusunun qaldırma metodunu göstərən cizgilər (Bu
məlumatı yuxarıdakı a bəndində verilmiş cizgilərə daxil etmək olar)
5.2.2.2 Əgər tipik cizgi, sxem və materialın qiymət təkliflərindən istifadə edilərsə, lazımi çəki və ölçünü göstərmək üçün işarələnməli, təklif edilən faktiki avadanlıq və iş həcmini əks etdirməlidir.
5.2.3 Texniki məlumatlar
Aşağıdakı məlumatlar təklifə daxil edilməlidir:
a. Ona daxil edilmiş tamamlanmış tədarükçü məlumatı, təklifin təfərrüatlarını tam təsvir etmək üçün ədəbiyyatlarla birgə istehlakçının məlumat vərəqləri;
b. Proqnozlaşdırılan səs məlumatları (bax: 2.1.6);
c. Tədarükçünün müqavilənin tərkib hissəsi kimi müəyyən olunmuş bütün məlumatları ötürmək üçün razılıq verdiyi qrafiki göstərən TCMT forması (bax: Əlavə F);
d. Sifarişi aldıqdan sonrakı həftələr ərzində avadanlığın göndəriş qrafiki;
e. Sahibkarın digər dişli çarx qurğuları ilə qarşılıqlı dəyişmənin mümkünlüyünü göstərən əsas amortizasiya komponentlərinin siyahısı;
f. Tədarükçü təcrübəsində tələb edilməsi ehtimal edilən hər hansı hissələr də daxil olmaqla, tövsiyə edilən işəsalma və normal texniki xidmət hissələrinin siyahısı;
g. Texniki xidmət üçün təchiz edilən xüsusi alətlərin siyahısı. Tədarükçü təklifə daxil edilmiş hər hansı metrik hissələri təyin edilməlidir;
h. Məlumat vərəqlərində verilmiş sahə şərtlərinə əsasən, işəsalma. Iş və boş vaxt üçün tələb edilən hər hansı hava mühafizə və soyuqdan mühafizə vasitələrinin təsviri. Bu təsvir istehlakçının təmin etməli olduğu və tədarükçünün iş həcmini də daxil etməlidir;
i. Tələb edilən sürtkü yağının növü, miqdarı və təchiz edilən təzyiq də daxil olmaqla, kommunal tələblərin tam cədvəli, yağın çıxarmalı olduğu istilik yükü və ad lövhəsindəki enerji norması. Belə olduqda təxmini məlumatlar dəqiq göstərilməlidir;
j. Bənd 2.9.1.4-ə tələb edildiyi kimi, materiallar üçün hər hansı ixtiyari və ya əlavə sınaq və yoxlama prosedurlarının təsviri;
k. İstehlakçı sorğusunda verilməsi və ya bənd 2.9.1.2-də nəzərdə tutulduğu kimi, hər hansı xüsusi tələblərin təsviri;
l. Təklifdə göstərilən uyğun şərtlərlə quraşdırılaraq istifadə edilən oxşar maşınların siyahısı.
m. Avadanlığın tamlığını qorumaq üçün tələb edilən hər hansı işəsalma, dayandırma və ya əməliyyat məhdudiyyətləri.
n. Tədarükçü və istehlakçı təklif edilən maşın komponentləri ilə bağlı tədarükçü təcrübəsini müzakirə etməlidir.
5.2.4 İxtiyari sınaqlar
Alıcının nəzərdə tutduğu və ya təklif etdiyi xüsusi və ya ixtiyarı sınaqların hər biri üçün istifadə edilməli olan prosedurların icmalını tədarükçü təqdim etməlidir.
5.3 MÜQAVİLƏ MƏLUMATLARI
5.3.1.1 Müqavilə məlumatları tədarükçü tərəfindən TCMT formasına uyğun təmin edilməlidir (bax: əlavə F).
5.3.1.2 Hər cizginin bənd 5.1.2-də nəzərdə tutulmuş sertifikatlaşdırma, identifikasiya məlumatlarının tarixi ilə aşağı sağ küncdə ad bloku, düzəliş nömrəsi, tarix və titulu olmalıdır. Buna bənzər məlumatlar həm də sub -təchizatçı hissələri də daxil olmaqla, bütün digər sənədlərdə verilməlidir.
5.3.1.3 Qəbul etdikdən sonra istehlakçı dərhal təchizatçı məlumatlarını nəzərdən keçirsə də bu yoxlama xüsusi yazılı razılıq olmazsa, sifarişdəki hər hansı tələblərdən kənaraçıxmaya icazəni təşkil etmir. Məlumatlar yoxlanılaraq qəbul ediləndən sonra tədarükçü müəyyən edilmiş miqdarlarda təsdiqlənmiş nüsxələri təqdim etməlidir.
5.3.1.4 Tədarükçü məlumatlarının tam siyahısı əsas cizgilərin ilk buraxılışına daxil edilməlidir. Bu siyahıya titul, cizgi nömrələri və sadalanan hər hissənin ötürülməsi qrafiki daxil olmalıdır.
5.3.2 Cizgi və texniki məlumatlar
Tədarükçünün təmin etdiyi cizgi və məlumatlar bənd 5.3.5-də verilmiş təlimatlarla birlikdə istehlakçının satınalma sifarişində verilmiş avadanlıqların düzgün quraşdırılması, işlədilməsi və texniki xidmət göstərə bilməsi üçün lazımi məlumatları daxil etməlidir. Bütün müqavilə cizgiləri və məlumatları aydın oxuna bilməli (daha iri ölçülü cizgidən azaldılsa belə, ən azı 8 şrift ölçüsü ilə verilməlidir), razılaşdırılmış TCMT formasının həcmini daxil etməli və Əlavə F-də tətbiq edilən müfəssəl təsvirlərə uyğun olmalıdır.
· 5.3.3 İşlərin gedişatına dair hesabatlar
Tədarükçü müəyyən edilmiş intervallarla istehlakçıya işlərin gedişatına dair hesabatlar verməlidir.
Qeyd: Bu hesabatların məzmunu üçün Əlavə F –in hiss 28-in təsvirinə istinad edin.
5.3.4 Ehtiyat hissələrin siyahısı və tövsiyə edilən hissələr
5.3.4.1 Ehtiyat hissələrin siyahısı və tövsiyə edilən hissələr
Tədarükçü təchiz edilmiş bütün avadanlıq və ləvazimatlar üçün tam ehtiyat hissələrin siyahısını təqdim etməlidir. Bu siyahılara hissə adları, istehsalçının vahid hissə nömrələri, inşaat materialları (müvafiq beynəlxalq standartlarla müəyyən edilir) daxil olmalıdır. Hər hissə tam müəyyən edilməli, müvafiq en kəsik, yığım növlü kəsik və ya tam görünüşlü izometrik cizgilərdə verilməlidir. Qarşılıqlı dəyişdirilə bilən hissələr bu cür təyin edilməlidir. Xüsusi iş ölçülərini təmin etmək üçün standart ölçülərdən dəyişdirilmiş hissələr hissənin nömrəsi ilə xüsusi hissə nömrələrini daxil etməlidir. Standart alınmış hissələr ilkin istehsalçı adı və hissə nömrəsi ilə identifikasiya olunmalıdır.
5.3.4.2 Tədarükçü bu tam hissələrin siyahılarının hər birində işəsalma və ya texniki xidmət üçün lazım olan hissələri və onların hər birinin tövsiyə edilən ehtiyat miqdarlarını göstərməlidir. Buraya tədarükçünün ilkin təklifinə daxil edilmək üçün təmin edilməmiş sub-təchziatçıların ehtiyat hissəyə dair tövsiyələrini daxil etməlidir.
5.3.5 Quraşdırma, əməliyyat, texniki xidmət və məlumat təlimatları
5.3.5.1 İstehlakçının satınalma sifarişində əhatə edilmiş bütün avadanlıqların quraşdırılması, işi və texniki xidmətin göstərilməsi üçün lazımi yazılı təlimat və bütün zəruri cizgiləri istehlakçıya təqdim etməlidir. Bu məlumat təlimat və ya təlimatlarda tərtib edilməli, bənd 5.1.2-də sadalanan məlumatları, indeks vərəqi, ad və nömrəsi ilə birlikdə daxil edilmiş cizgilərin tam siyahısını göstərən üz vərəqi ilə tərtib edilməlidir. Təlimat və ya təlimatlarda satınalma sifarişinə daxil olan avadanlıq üçün xüsusi hazırlanmalıdır. “Tipik” təlimatlar qəbuledilməzdir.
5.3.5.2 Quraşdırma təlimatı
Dişli çarx qurğusu və onun ləvazimatlarının lazımi quraşdırılması üçün tələb edilən bütün məlumatlar son təsdiqlənmiş cizgilərin verilmə tarixindən gec olmamaqla, verilməli olan təlimata daxil edilməlidir. Bu səbəbdən, bu əməliyyat və texniki xidmət təlimatından ayrı ola bilər. Bu təlimata düzləndirmə və beton tökmə prosedurları, normal və maksimal kommunal xidmət tələbləri, kütlə mərkəzləri, yükün yerləşdirilməsi və prosedurları və bütün digər quraşdırma məlumatları daxildir. Bənd 5.2.2 və 5.2.3-də verilmiş və müvafiq quraşdırmaya aid bütün cizgilər və məlumatlar bu təlimatın tərkib hissəsi kimi daxil edilməlidir (bax: Əlavə F verilmiş 25-ci xətt elementi).
5.3.5.3 Əməliyyat və texniki xidmət təlimatı
Bütün tələb olunan əməliyyat və texniki xidmət təlimatlarını daxil edən təlimatlar bütün nəzərdə tutulan sınaqlar uğurla başa çatdırıldıqdan sonra 2 həftədən gec olmamaqla təchiz edilməlidir. Bütün müəyyən edilmiş proses şərtlərində əməliyyatı daxil etməkdən əlavə, bu təlimatda həmçinin, hər hansı xüsusi kəskin hava şəraitləri altında əməliyyatı daxil edən xüsusi bölmələr də əksini tapmalıdır (Bax: Əlavə F, 25-ci xətt hissəsinin təsviri).
· 5.3.5.4 Texniki məlumat təlimatı
Nəzərdə tutulubsa, tədarükçü emalatxana sınağı başa çatdıqdan sonra (bax: bu təlimatın minimal tələblərinə dair Əlavə F-də 26-cı xətt hissəsinin təsviri) 30 gün ərzində tədarükçü istehlakçını texniki məlumat təlimatları ilə təmin etməlidir. Tədarükçü texniki təlimatını əməliyyat və texniki xidmət təlimatı ilə birləşdirə bilər.
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARINA DAİR MƏLUMAT VƏRƏQLƏRİ
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 1(4)
Düzəliş_______________Tarix____________Kim
Ərizə verilir: Təklif Alqı İşçi Layihəsi ABŞ Standartları (1.7) İSO Standartları (1.7)
Verilir: İstehsalçı___________________________________________
Sahə Model No__________________________________________
Qurğu Seriya No___________________________________________
Xidmət Ötürücünün Növü___________________________________
Tələb edilən miqdar Ötürülən Avadanlıq_________________________________
QEYD: verilmiş rəqəmlər bu standartın bəndlərinə istinad edilir
İstehlakçının doldurmalı olduğu məlumat £ İstehsalçının doldurmalı olduğu Məlumat
ÖLÇÜ VAHİDLƏRİ (1.8)
£ ƏSAS QURĞU MƏLUMATLARI
ABŞ Standart Vahidləri
£ Tək Mərhələ £ Tək Spiralvarı
£ Qoşa Mərhələ £ Qoşa Spiralvarı
Mexaniki Nominal (1.5.16) kv________@____DƏQ FIR
Dişli Çarxa Xidmət Faktoru (2.2.3.1)_________(Faktiki)
Tam Yüklü Çarx Qurğusunun Enerji İtkisi__________Kv
Dişli Çarx Qurğusunun Mexaniki İş Səmərəliliyi________%
Nominal Sürət. Dəq Fır Altlıq_______Dişli çarx________
Aşağıdakılar üçün istifadə edilən bərklik
Nominal (HB və ya Rc) Altlıq________Dişli çarx_______
Diş Aşılanma İndeiksi, "x" mpa (2.2.4.1x2.2.4.2):
Yol verilən___________Faktiki______________
Material İndeks Nömrəsi, mpa (Şəkil 3, Cədvəl 4)_______
Əyilmə gərginlik nömrəsi, Sİ mpa (2.2.5.1x2.2.5.2)
Altlıq Yol verilən hədd_______________Faktiki____________
Dişli çarx qurğusu yol verilən hədd__________Faktiki_______
Diametr Xətti Sürəti_____________________________m/san
Gözlənilən SPL (2.1.6)_____________dbA@_________m
LS Valına istinadən WR________________kq mm
Sınma Fırlanma momenti_______________Kq m
Altlıq Dİşliyi Bərklik Dərəcəsi______________________
Altlıq dişlərinin bərklik metodu:________________________
£ HS Valı Ayırıcısı Bərklik Dərəcəsi__________________
Dişli çarxlar (nm) Bərklik Dərəcəsi
Dişli dişlərin bərklik metodu:
£ Bərkidilmiş Silindr £ Bərkidilmiş və Kəsilmiş £ İstehsal edilmiş
Çarxın Vala quraşdırılma metodu 2.5.3.2)___________________
£ Daxili £ Açarlı müdaxilə £ Açarsız Müdaxilə
Haşiyənin Bərkidilməsi (2.5.3.2)________________________
LS Valının Bərklik Dərəcəsi_____________________________
Boyunluq statik çəki yükləri (2.6.6.3)
Altlıq_________________kq Dişli çarx_____________kq
Ümumi Dişli çarx Qurğusunun Yığılma zamanı Çəkisi___kq
Ötürülən Avad. kv (2.14): Nom.________Maks_____
Ötürücü kv: Nominal_________Maks__________
Normal Ötürülən Enerji (2.2.2)_____________________Kv
Dişli Çarx Qurğusunun Nominal gücü (2.2.1)___________kv
Fırlanma momenti @Maks. Dav. Sürət_____________kq m
Maks. Fırlanma Momenti (2.2.1)____Kq m @____DƏQ FIR
Azaldıcı Çoxaldıcı
Nominal Sürət, Dəq Fır (2.15)
Giriş Müəyyən Nominal
Çıxış Müəyyən Nominal
Dişli çarx qurğusunda Dəyişikliyə İcazə verilməsi (2.1.5) (*x*) _______________________________________________%
Maks. Davamlı Sürət (1.5)____________________Dəq. Fır.
Hərəkət Sür. (1.5x2.1.7)_____________________Dəq. Fır.
Dişli Çarx Xidmət Faktoru (2.2.3.1)____________(Dəq)
Bərklik (2.2.3.2) Altlıq_____________Çarx______________
Val Dəstinin təyinatı (2.1.19) ________________________
HS Valın Rot Üst Qapağı (2.1.20.2) CW CCW
LS Valın Rot Üst Qapağı (2.1.20.2) CW CCW
Kənar Yüklər (2.1.16)
Digər Əməliyyat Şərtləri (2.2.2) (2.6.1.3)
QURAŞDIRMA MƏLUMATLARI (2.1.14)
Daxili İsidilmiş Dam Altında
Xarici İsidilməmiş Qismən Kənarlar
Dərəcə Mezzanin ______________
Tələb edilən msoyudulma Tələb edilən İsitmə
Elek. Sahəsi (2.1.10) Sinif___________Qrup____Ötürmə
Elek. sahəsi (2.1.10) Sinif____________Zona____Temp___
Maks. Yol verilən SH (2.1.6)_____________dBA@_________m
Hündürlük______________R Barometr____________kPa abs
Ətraf Mühit Temperaturlarının Həddi:
Normal _____________ C _________ C
Maksimum __________ C __________ C
Minimum __________ C ___________ C
Qeyri-adi Şərtlər Toz Tüstü
______________________________________________
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 2(4)
Düzəliş_______________Tarix____________Kim
£ DİŞLİ ÇARX MƏLUMATLARI
™ BİRLƏŞMƏ VƏ QORUMA VASİTƏLƏRİ
Birləşməni Təchiz etdi (3.2.1)
Montaj Birləşmə Yarıları (3.2.2)
Tangensial Yük. Çəki, N 2.2.4.2)
Birləşmə Qoruyucu Qidalandırıcısı (3.2.3)
AGMA Həndəsi Amili "J"
Birləşmə Qoruyucusunu Təchiz etdi (3.2.3)
Birləşmə təchizatçısı (3.2.3)
Təchizatçının model nömrəsi 93.2.3)
Birləşmənin valdakı çəkisi, k1
Mərkəzi Ovuq Diametri, mm
CG Daxili/xarici val kənarı
Normal Təzyiq Buxağı, Dərəcələrlə
Təchiz edilmiş Vtulka Dəlmə Modeli
Normal Diametral Altlıq
£ VAL KƏNARI TƏFƏRRÜATI (2.5.4.2)
Maillənmə Bucağı, Dərəcələrlə
Əgər bu şəxslər açıqlayarsa, val kənarı təfərrüatı
£ Dişli çarx Təchizatçısı
(Digər Hallar Nəzərdə tutulmazsa, İnteqral)
Əgər digər hallar nəzərəd tutulmazsa, val kənarı təfərrüatı:
Səthin üst-üstə düşmə nisbəti
Köndələn Təmas Nisbəti
AGMA 6011 Xidmət Faktoru
SF=10 olan Reytinqlərə əsaslanan ANSİ/AGMA 6011
Silindrvari/2-Açarlar
Diş Səthi Üzlüyü µm RA
(əgər inteqral flans bilavasitə flansa yaxın diametrdən istifadə edərsə)
£ RADİAL PODŞİPNİKLƏR
Yük Dəyişməsi (2.2.4.6)
Hesablanmış Cəmi Birləşmə
£ AŞILANMAYA DAİR MƏLUMATLAR (2.2.6)
Aşılanmaya dair məlumatlar ANSİ/AGMA 925-A03 uyğundur
Aşılanma Riski (2.2.6)
Boyunluq Sürəti, m/san.
Mürəkkəb səth bərkliyi α,
Ara məsafəsi (min-maks), mm
Xüsusi təbəqə qalınlığı EHL y
Hər diyircəkli yastıqdə enerji itkisi, kv
Maksimal təmas temperaturu 08maks
Hər diyircəkli yastıqdən yağ axını, m/s
£ DAYAQ DƏLƏYİ (DIYIRCƏKLI YASTIQLARİ)
Dişli Çarx haşiyəsi(ləri)
Dax. Dayaq Dələyi, N (*X-)
Radial Diyircəkli yastıqlar
Xar. Dayaq Dələyi, N (+) (-)
Dayaq Diyircəkli yastıq(lar)
Hər birində enerji itkisi, kv
VAL KƏNARI TƏFƏRRÜATLARI
Hər birindən yağ axını, m/s
Birləşmənin İnteqral Flansı üçün Dişli Çarx Valı (2.5.4.2)
Birləşmənin İnteqral Flansı üçün Altlıq Val Kənarı (2.5.4.2)
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 3(4)
Düzəliş_______________Tarix____________Kim
Yağ Sistemini Təchiz etdi (2.8.3)I
™ VİBRASİYA DETEKTORLARI
Dişli çarx Təchizatçısı
Radial (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™İstehsalçı_____________________™ Cəmi Sayı_________________________
™ X-Y Sınaqların Altlıq diyircəkli yastıqlari ™ Birləşmə Kənarı ™ Bağlı Kənr
™ X-Y Sınaqların Qurğu diyircəkli yastıqlari ™ Birləşmə Kənarı ™ Bağlı Kənar
AKSİAL (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™ İStehsalçı_________________Cəmi sayı_______
™ Hər dayaq diyircəkli yastıqdə Qoşa Sınaqlar
™ Tək Sınaq Dayaq diyircəkli yastıq olmadan
Hər Fırlanma Sınağı üzrə Bir Hadisə (2.7.4.5) (2.7.4.6)
™ İstehsalçı_____________________™ Cəmi Sayı___________________
™ Giriş Valında Bir________________™ Çıxış Valında Bir_____________
Təcillənmə Qurğusu (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™ İstehsalçı____________________™ Tələb olunan Say_______________
™ Altlıqlı Birləşmə Kənarı ________™ Qurğunun Birləşmə Kənarı________
Yağ Qatılığı:______cP ©40C______∞© 100C (2.8.6)
Yük Mərhələsi (2.2.6)
Tor və dolaqda enerji itkisi
£ SÜRTKÜ YAĞINA TƏLƏBLƏR
Min. İşəsalma Yağ Temperaturu
Normal Yağ Giriş Temperaturu
Maksimal Yağ Giriş Temperaturu
Qurğuda Yağ Axını (Cəmi)
Yük Mərhələsi (2.2.6)
£ SÜRTKÜ YAĞI TƏLƏBLƏRİ
™ TEMPERATUR DETEKTORLARI
™ Qoşa Tipli Termometrlər (3.4.2.7)
™ Növ Diyircəkli yastıq Temp. Datçikləri (3.4.2.7) (2.7.1.3)
™ RTD ™ Termocüt / ™ Simpleks ™ Dupleks
™ HS/LS Diyircəkli yastıqları hər birində datçiklərin sayı____________ / ___________
™ Dayaq-Hər səthdə datçik elementlərinin sayı
Korpusun Təmizlənməsi
*Korpusun drenajı “ölü” dib korpusunun drenajıdır, sürtkü yağ çıxışı deyil
Dişli çarx Üzləməsi w/ (3.3.1.1)
™ Əsas lövhə ™ Astar lövhə ™ Alt lövhə(lər) (3.3.2.10)
™ Montaj Lövhə(ləri) Təchiz etdi (3.3.1.1)____________
™ Əsas Lövhənin Bərabərləşdirilməsi (3.3.2.3)________
™ Bərabərləşmə Araqatları olan Əsas lövhə (3.3.2.3)
™ Sütun Montajı üçün Münasib Əsas lövhə (3.3.2.4)
™ Tədarükçünün istehlakçının Fundament Cizgilərinə Baxışı (2.1.13)
™ Məhlul Növü (3.3.1.24):_______________________
™ DİGƏR VİBRASİYA VƏ TEMPERATUR
Osilyator Demodulyatorlarını Təchiz etdi
Vibrasiya Monitorunu Təchiz etdi
™ Vibrasiyanın Dayandırılmasının Ləngimə Vaxtı
Temperatur Monitorunu Təchiz etdi
Osilyator Demodulyatorunun J-qutusunu təchiz etdi
Temp. Datçik Birləşməsinin J-qutusunu təchiz etdi
™ MÜQAVİLƏ MƏLUMATLARI
Göndərişdən əvvəl Sınaq Məlumatları
İşlərin Gedişatına dair Hesabatlar (5.3.3)
Müfəttişin Yoxlama Vərəqinin Təchizatçı tərəfindən imzalanması (4.1.1.3)
� Fasiləsiz Kritik Analiz Hesabatı (2.6.2.1):
™ w/Fasiləli Rotor Reaksiya Analiz Hesabatı (2.6.2.4.3) (2.6.2.6)
Hərəkət Analizi (2.6.5.2) ™ Dişli Çarx Təchizatçısı ™ Digərləri
™ Dişli çarx Rotorlarının Ehtiyat dəsti 94.3.2.4)
™ Daxili Təmizləmə Birləşməsi olan Dişli Çarx Qutusu (2.4.3)
™ Yağ Giriş və Drenaj Birləşmələrinin Oriyentasiyası (2.4.6)
™ Filtr Təmizləyici Yeri (2.3.1.12)
™ Hərəkət Qurğusu Təchizat Vasitələri (2.5.4.5)
™ Rotorun Şaquli Saxlama Təchizat Vasitələri (2.5.4.8)
™ Rotor Şaquli saxlama Detalları (3.6.2)
™ Təchizatçının Sahədəki Xidmət Nümayəndəsi (2.1.13)
20 il Saxlanılmış Məlumatlar (4.2.1.1) (4.2.2.6.1)
Texniki Təlimat (5.3.5.4)
İcazə verilmiş Boya Korpusunun Daxili Tərəfi (2.3.1.14)
™ Polad Rotar Saxlama Konteyneri (4.45)
™ Val Örtükləri (4.4.4)
6 aydan çox Açıq Şəraitdə saxlama
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 4(4)
Düzəliş_______________Tarix____________Kim
™ YOXLAMA VƏ SINAQLAR (4.1)
Tələb edilən Şahidlik Sınağına dair İlkin Bildiriş (4.1.3)
Təqvim Günlərinin Sayı
Emalatxana Yoxlaması (4.1.1)
Təmizlik yoxlaması (4.2.3.1)
Bərklik Yoxlaması (4.2.3.3)
Sökmə Yenidən Yığma (4.3.2.3.1)
Təmasın yoxlanılması (2.5.2.2)
Təmas Yoxlama Lenti Qaldırma (2.5.2.2)
Dişli Çarx Qurğusunun Dəqiqlik yoxlaması (2.5.2.1)
Qoşa Spiralvarı Oxvari Sabitlik (2.5.2.3)
Xüsusi sınaq daxili bərkidilmiş qurğular (2.5.3.3)
(hər qarşılıqlı razılaşmaya əsasən sınaq)
Qalıq Balanssızlıq Yoxlaması (2.6.6.2)
Mexaniki İş Sınağı (Əsas) (4.3.2)
Mexaniki İş Sınağı (Ehtiyat) (4.3.2.4)
Mexaniki İş Sınağı (Ehtiyat) (4.3.2.2.16)
Qismən və ya Tam Yük Və Tam Sürət
Tam Fırlanma Momenti, Azaldılmış Sürət (4.3.32)
Tam Fırlanma Momenti Statik Sınaq (4.3.3.3)
Arxadan-Arxaya Qıfıllı Fırlanma Momenti
Səs Səviyyə Sınağı (4.3.3.5)
Əlavə Dişli Çarx Dişi Sınağı (4.22.8)
Emalatxana Sürtkü Sistemindən istifadə
İşçi sürtkü Sistemindən istifadə
Emalatxana Vibrasiya Sınaqlarından istifadə və s
İş Vibrasiya Sınaqlarından istifadə və s
Son Yığım, Texniki xidmət və
İşçi Ara məsafəsi (42.1.1 e)
Yağ Sistemi Təmizliyi (4.2.3.2)
Yağ Sistemi-Korpus Birləşməsi
Xəbərdarlıq və Qoruma Vasitələri
Vasitələri (4.32.1.5)
Seysmik Vibrasiya Məlumatları (4.3.22.3)
Vibrasiya, Mərhələ cizgiləri (4.3.2.2.12)
Yağ Giriş Diapazonu Sınağı (4.3.2.2.13)
Lentə Yazılmış Vibrasiya Məlumatları
(4.3.22.14) (4.3.22.15)
QEYRİ-DAĞIDICILIQ XASSƏSİNİN SINAĞI (4.2.1.2) (4.2.2.1)
Fırlanma Elementləri
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 1 (4)
Düzəliş_______________Tarix____________Kim
ABŞ Standartları (1.7)
QEYD: (verilmiş rəqəmlər Tətbiq edilən APİ standartı 613 Bəndlərinə istinad edir)
Alıcının doldurmalı olduğu məlumat
İstehsalçının doldurmalı olduğu Məlumat
ÖLÇÜ VAHİDLƏRİ (1.8)
ƏSAS QURĞU MƏLUMATLARI
ABŞ Standart Vahidləri
Ötürülən Avad. kv (2.14): NoM._______Maks_________
Ötürücü HP: Nominal_________Maks__________
Normal Ötürülən Enerji(92.2.2)_______________________________Kv
Dişli Çarx Qurğusunun Nominal gücü (2.2.1)____________________kv
Fırlanma momenti @Maks. Dav. Sürət_______________________kq m
Maks. Fırlanma Momenti (2.2.1)________Kq m @_________DƏQ FIR
Azaldıcı Çoxaldıcı
Nominal Sürət, Dəq Fır (2.15)
Giriş________________________________ Müəyyən Nominal
Çıxış________________________________ Müəyyən Nominal
Dişli çarx qurğusunda Dəyişikliyə İcazə verilməsi (2.1.5) (*x*) _________%
Maks. Davamlı Sürət (1.5)_______________________________Dəq. Fır.
Hərəkət Sür. (1.5x2.1.7)________________________________Dəq. Fır.
Dişli Çarx Xidmət Faktoru (2.2.3.1)_________________________(Dəq)
Bərklik (2.2.3.2) Altlıq_______________________Çarx______________
Val Dəstinin təyinatı (2.1.19) __________________________________
HS Valın Rot Üst Qapağı (2.1.20.2) CW CCW
LS Valın Rot Üst Qapağı (2.1.20.2) CW CCW
Kənar Yüklər (2.1.16)_________________________________________
Digər Əməliyyat Şərtləri (2.2.2) (2.6.1.3)___________________________
Mexaniki Nominal (1.5.16) kv_____________@__________DƏQ FIR
Dişli Çarxa Xidmət Faktoru (2.2.3.1)____________________(Faktiki)
Tam Yüklü Çarx Qurğusunun Enerji İtkisi____________________Kv
Dişli Çarx Qurğusunun Mexaniki İş Səmərəliliyi________________%
Nominal Sürət. Dəq Fır Altlıq__________Dişli çarx_________
Aşağıdakılar üçün istifadə edilən bərklik
Nominal (HB və ya Rc) Altlıq__________Dişli çarx__________
Diş Aşılanma İndeiksi, "K"ft/düj (2.2.4.1x2.2.4.2)
Yol verilən___________Faktiki_____________________
Material İndeks Nömrəsi, ft/düj (Şəkil 3, Cədvəl 4)______________
Əyilmə gərginlik nömrəsi, St ft/düj (2.2.5.1x2.2.5.2)
Altlıq Yol verilən hədd_____________Faktiki____________
Dişli çarx qurğusu yol verilən hədd________Faktiki_______
Diametr Xətti Sürəti___________________________m/san
Gözlənilən SPL (2.1.6)_________________dbA@____________m
LS Valına istinadən WR_____________________________Lb Ft
Sınma Fırlanma momenti_____________________Lb Ft @ LS Valı
Altlıq Dişliyi Bərklik Dərəcəsi___________________________
Altlıq dişlərinin bərklik metodu:______________________________
£ HS Valı Ayırıcısı Bərklik Dərəcəsi_________________________
Dişli çarxlar (nm) Bərklik Dərəcəsi
Dişli dişlərin bərklik metodu:
£ Bərkidilmiş Silindr £ Bərkidilmiş və Kəsilmiş £ İstehsal edilmiş
ÇArxın Vala quraşdırılma metodu 92.5.3.2)
£ Daxili £ Açarlı müdaxilə £ Açarsız Müdaxilə
Haşiyənin Bərkidilməsi (2.5.3.2)______________________________
LS Valının Bərklik Dərəcəsi_________________________________
Boyunluq statik çəki yükləri (2.6.6.3)
Altlıq___________________Lb Dişli çarx___________________Lb
Ümumi Dişli çarx Qurğusunun Yığılma zamanı Çəkisi__________Lb
QURAŞDIRMA MƏLUMATLARI (2.1.14)
Elek. Sahəsi (2.1.10) Sinif_________Qrup_______Ötürmə______
Elek. sahəsi (2.1.10) Sinif____________Zona______Temp_____
Maks. Yol verilən SH (2.1.6)_______________dBA@_______________m
Hündürlük_________________R Barometr__________________kPa abs
Ətraf Mühit Temperaturlarının Həddi:
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VAHİDLƏR SİSTEMİ Səh 2 (4)
Düzəliş_______________Tarix____________Kim
£ Dişçi çarxa dair məlumat
£ BİRLƏŞMƏ VƏ QORUYUCU VASİTƏLƏR
Birləşməni Təchiz etdi (3.2.1)
Montaj Birləşmə Yarıları (3.2.2)
Tangensial Yük, "Çəki", fut (2.2.4.2)
Birləşmə Qoruyucu Qidalandırıcısı Təchiz etdi (3.2.3)
AGMA Geometriya faktoru "J"
Birləşmə Qoruyucusunu Təchiz etdi (3.2.3)
Altlıq Diametri, düym
Birləşmə təchizatçısı (3.2.3)
Təchizatçının model nömrəsi (3.2.3)
Birləşmənin valda çəkisi, fut
Mərkəzi Yiv Diametri, düym
Val kənarının CG Daxili/xarici
Normal Təzyiq Bucağı, Dərəcələrlə
Təmin edilmiş Vtulka Dəlmə Modeli
Normal Diametral Altlıq
£ VAL KƏNARININ TƏFƏRRÜATLARI (2.5.4.2)
Spiral Bucağı, Dərəcələrlə
Val kənarının delta İİ müəyyən etdi: Alıcı Dişli çarx £ Təchizatçısı
(Digər Hallar Nəzərdə tutulmazsa İnteqral)
Əgər Digər hallar nəzərdə tutulmayıbsa. val kənarının təfərrüatları
Yeni Üzlük Eni, "Ön", düym
Üz Tərəfin Üst-üstə Düşmə Əmsalı
Köndələn Təmas Əmsalı
AGMA 6011 Xidmət Faktoru
Silindrşəkilli/2-Açar
SF=1.0 olmaqla, ANSİ/AGMA 6011 əsaslı Nominal göstəricilər
(əgər inteqral falens bilavasitə flansa yaxın diametrdən istifadə edərsə)
Diş səthinin üzlənməsi, RA ilə
£ RADİAL DIYIRCƏKLI YASTIQLAR
Diş Hazırlama Prosesi
Birləşmə Modifikasiyası (2.2.4.6)
Hesablanmış Cəmi Birləşmə Uyğunsuzluğu, düym (2.2.4.5)
£ AŞILANMA MƏLUMATI 92.2.6)
ANSİ/AGMA 925-A03 uyğun Aşılanma Məlumatı
Ara məsafə (min-maks), düym
Aşılanma Riski 92.2.6)
Mürəkkəb səth bərkliyi α
Hər diyircəkli yastıqda enerji itkisi, HP
Xüsusi qat qalınlığı EHL ymin
Hər dələyə yağ axını, GPM (ABŞ)
£ DAYAQ DIYIRCƏKLI YASTIQ(LƏR)
Maksimal təmas temperaturu, 0αmax
Dişli Çarx Haşiyəsi(ləri)
Radial Diyircəkli yastıqlar
Daxili Dayaq Yükü, Fut (*X*)
Dayaq Diyircəkli yastıqlar
Xarici Dayaq Yükü, Fut (*X*)
Hər birində enerji itkisi. HP
™ VAL KƏNARINA DAİR TƏFƏRRÜATLAR
Hər birinə yağ axını, GPM (ABŞ)
Birləşmənin İnteqral Flansı üçün Dişli Val Kənarı (2.5.4.2)
Birləşmənin İnteqral Flansı üçün Altlıq Val Kənarı
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VHİDLƏR SİSTEMİ Səh 3(4)
Düzəliş_______________Tarix____________Kim
Yağ Sistemini Təchiz etdi (2.8.3)I
™ VİBRASİYA DETEKTORLARI
Dişli çarx Təchizatçısı
Radial (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™İstehsalçı_____________________™ Cəmi Sayı_________________________
™ X-Y Sınaqların Altlıq diyircəkli yastıqları ™ Birləşmə Kənarı ™ Bağlı Kənar
™ X-Y Sınaqların Qurğu diyircəkli yastıqları ™ Birləşmə Kənarı ™ Bağlı Kənar
AKSİAL (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™ İstehsalçı_________________Cəmi sayı_______
™ Hər dayaq diyircəkli yastıqda Qoşa Sınaqlar
™ Tək Sınaq Dayaq diyircəkli yastıq olmadan
Hər Fırlanma Sınağı üzrə Bir Hadisə (2.7.4.5) (2.7.4.6)
™ İstehsalçı_____________________™ Cəmi Sayı___________________
™ Giriş Valında Bir________________™ Çıxış Valında Bir_____________
Təcillənmə Qurğusu (3.4.2.1) (2.7.4.5) (2.7.4.6)
™ İstehsalçı____________________™ Tələb olunan Say_______________
™ Altlıqlı Birləşmə Kənarı ________™ Qurğunun Birləşmə Kənarı________
Yağ Qatılığı:______cP ©40C______∞© 100C (2.8.6)
Yük Mərhələsi (2.2.6)
Tor və dolaqda enerji itkisi
£ SÜRTKÜ YAĞI TƏLƏBLƏRİ
Min. İşəsalma Yağ Temperaturu
Normal Yağ Giriş Temperaturu
Maksimal Yağ Giriş Temperaturu
Qurğuda Yağ Axını (Cəmi)
Yük Mərhələsi (2.2.6)
£ SÜRTKÜ YAĞI TƏLƏBLƏRİ
™ TEMPERATUR DETEKTORLARI
™ Qoşa Tipli Termometrlər (3.4.2.7)
™ Növ Diyircəkli yastıq Temp. Datçikləri (3.4.2.7) (2.7.1.3)
™ RTD ™ Termocüt / ™ Simpleks ™ Dupleks
™ HS/LS Diyircəkli yastıqları hər birində datçiklərin sayı____________ / ___________
™ Dayaq-Hər səthdə datçik elementlərinin sayı
Korpusun Təmizlənməsi
*Korpusun drenajı “ölü dib” korpusunun drenajıdır, sürtkü yağ çıxışı deyil
Dişli çarx Üzləməsi w/ (3.3.1.1)
™ Əsas lövhə ™ Astar lövhə ™ Alt lövhə(lər) (3.3.2.10)
™ Montaj Lövhə(ləri) Təchiz etdi (3.3.1.1)____________
™ Əsas Lövhənin Bərabərləşdirilməsi (3.3.2.3)________
™ Bərabərləşmə Araqatları olan Əsas lövhə (3.3.2.3)
™ Sütun Montajı üçün Münasib Əsas lövhə (3.3.2.4)
™ Təchizatçının Alıcının Fundament Cizgilərinə Baxışı (2.1.13)
™ Məhlul Növü (3.3.1.24):_______________________
™ DİGƏR VİBRASİYA VƏ TEMPERATUR
Osilyator Demodulyatorlarını Təchiz etdi
Vibrasiya Monitorunu Təchiz etdi
™ Vibrasiyanın Dayandırılmasının Ləngimə Vaxtı
Temperatur Monitorunu Təchiz etdi
Osilyator Demodulyatorunun J-qutusunu təchiz etdi
Temp. Datçik Birləşməsinin J-qutusunu təchiz etdi
™ MÜQAVİLƏ MƏLUMATLARI
Göndərişdən əvvəl Sınaq Məlumatları
İşlərin Gedişatına dair Hesabatlar (5.3.3)
Müfəttişin Yoxlama Vərəqinin Təchizatçı tərəfindən imzalanması (4.1.1.3)
� Fasiləsiz Kritik Analiz Hesabatı (2.6.2.1):
™ w/Fasiləli Rotor Reaksiya Analiz Hesabatı (2.6.2.4.3) (2.6.2.6)
Hərəkət Analizi (2.6.5.2) ™ Dişli Çarx Təchizatçısı ™ Digərləri
™ Dişli çarx Rotorlarının Ehtiyat dəsti 94.3.2.4)
™ Daxili Təmizləmə Birləşməsi olan Dişli Çarx Qutusu (2.4.3)
™ Yağ Giriş və Drenaj Birləşmələrinin Oriyentasiyası (2.4.6)
™ Filtr Təmizləyici Yeri (2.3.1.12)
™ Hərəkət Qurğusu Təchizat Vasitələri (2.5.4.5)
™ Rotorun Şaquli Saxlama Təchizat Vasitələri (2.5.4.8)
™ Rotor Şaquli saxlama Detalları (3.6.2)
™ Təchizatçının Sahədəki Xidmət Nümayəndəsi (2.1.13)
20 il Saxlanılmış Məlumatlar (4.2.1.1) (4.2.2.6.1)
Texniki Təlimat (5.3.5.4)
İcazə verilmiş Boya Korpusunun Daxili Tərəfi (2.3.1.14)
™ Polad Rotor Saxlama Konteyneri (4.45)
™ Val Örtükləri (4.4.4)
6 aydan çox Açıq Şəraitdə saxlama
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
Sİ VHİDLƏR SİSTEMİ Səh 4(4)
Düzəliş_______________Tarix____________Kim
™ YOXLAMA VƏ SINAQLAR (4.1)
Tələb edilən Şahidlik Sınağına dair İlkin Bildiriş (4.1.3)
Təqvim Günlərinin Sayı
Emalatxana Yoxlaması (4.1.1)
Təmizlik yoxlaması (4.2.3.1)
Bərklik Yoxlaması (4.2.3.3)
Sökmə Yenidən Yığma (4.3.2.3.1)
Təmasın yoxlanılması (2.5.2.2)
Təmas Yoxlama Lenti Qaldırma (2.5.2.2)
Dişli Çarx Qurğusunun Dəqiqlik yoxlaması (2.5.2.1)
Qoşa spiralvari Oxvari Sabitlik (2.5.2.3)
Xüsusi sınaq daxili bərkidilmiş qurğular (2.5.3.3)
(hər qarşılıqlı razılaşmaya əsasən sınaq)
Qalıq Balanssızlıq Yoxlaması (2.6.6.2)
Mexaniki İş Sınağı (Əsas) (4.3.2)
Mexaniki İş Sınağı (Spira) (4.3.2.4)
Mexaniki İş Sınağı (Ehtiyat) (4.3.2.2.16)
Qismən və ya Tam Yük Və Tam Sürət
Tam Fırlanma Momenti, Azaldılmış Sürət (4.3.32)
Tam Fırlanma Momenti Statik Sınaq (4.3.3.3)
Arxadan-Arxaya Qıfıllı Fırlanma Momenti
Səs Səviyyə Sınağı (4.3.3.5)
Əlavə Dişli Çarx Dişi Sınağı (4.22.8)
Emalatxana Sürtkü Sistemindən istifadə
İşçi sürtkü Sistemindən istifadə
Emalatxana Vibrasiya Sınaqlarından istifadə və s
İş Vibrasiya Sınaqlarından istifadə və s
Son Yığım, Texniki xidmət və
İşçi Ara məsafəsi (42.1.1 e)
Yağ Sistemi Təmizliyi (4.2.3.2)
Yağ Sistemi-Korpus Birləşməsi
Xəbərdarlıq və Qoruma Vasitələri
Vasitələri (4.32.1.5)
Seysmik Vibrasiya Məlumatları (4.3.22.3)
Vibrasiya, Mərhələ cizgiləri (4.3.2.2.12)
Yağ Giriş Diapazonu Sınağı (4.3.2.2.13)
Lentə Yazılmış Vibrasiya Məlumatları
(4.3.22.14) (4.3.22.15)
QEYRİ-DAĞIDICILIQ XASSƏSİNİN SINAĞI (4.2.1.2) (4.2.2.1)
Fırlanma Elementləri
AZS 767-2014 Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular.
API Std 617 Centrifugal compressors for petroleum, chemical and gas industry services (Neft, kimya və qaz sənayesi xidmətləri üçün sentrifuqalı kompressorlar )
API Std 670 Vibration, axial-position, and bearingtemperature monitoring systems (Vibrasiya, oxvari-mövqe və diyircəkli yastıq-temperatur izləmə sistemləri)
API Std 671 Special purpose couplings for petroleum, chemical and gas industry services (Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı birləşmələr)
API Std 672 Packaged, integrally geared centrifugal air compressors for petroleum, chemical, and gas industry services (Neft, kimya və qaz sənayesi xidmətləri üçün qablaşdırılmış, daxili dişli çarxlı sentrifuqalı hava kompressorları)
API Std 677 General-purpose gear units for petroleum, chemical and gas industry services (Neft, kimya və qaz sənayesi xidmətləri üçün ümumi təyinatlı dişli çarx qurğuları)
API 684 Tutorial on the api standard paragraphs covering rotor dynamics and balance (an introduction to lateral critical and train torsional analysis and rotor balancing (Rotor dinamikası və balansı əhatə edən API standart bəndlərinə dair təlimatnamə (lateral kritik və qatar hərəkət təhlili və rotorun balanslaşdırılması ilə tanışlıq))
API RP 686 Machinery installation and design (Maşın Avadanlıqlarının quraşdırılması və dizaynı)
AGMA 908 İnformation sheet—geometry factors for determining the pitting resistance and bending strength of spur, helical and herringbone gear teeth (Məlumat vərəqi. Dayaq, spiralvari və konusvari dişli çarxların aşılanma müqaviməti və əyilmə gücünün müəyyən edilməsi üçün həndəsi faktorlar)
AGMA 925 Effect of lubrication on gear surface distress (Dişli çarx səthindəki deformasiya effekti)
ANSI/ AGMA 2001 Fundamental rating factors and calculation methods for involute spur and helical gear teeth (u.s. Units) (Burulmuş dayaq və spiralvari çarx dişi (metr))
ANSI/ AGMA 2101 Fundamental rating factors and calculation methods for involute spur and helical gear teeth (metric) (Burulmuş dayaq və spiralvari çarx dişi (metr))
ANSI/ AGMA 6001 Design and selection of components for enclosed gear drives (Bağlı dişli çarx qurğuları üçün komponentlərin layihəsi və seçimi)
ANSI/ AGMA 6010 Standard for spur, helical, herringbone, and bevel enclosed drives (Dayaq, spiralvari, konusvari və bərabər bağlanmış ötürücülərə dair standart)
ANSI/ AGMA 6011 Specification for high speed helical gear units (yüksək sürətli spiralvari dişli çarx qurğularına dair spesifikasiya)
ANSI/ AGMA 6025 Sound for enclosed helical, herringbone and spiral bevel gears (Bağlı spiralvari, konusvari və spiral bərabər dişli çarx qurğuları üçün səs)
ANSI/ AGMA 1328-1 Cylindrical gears – iso system of accuracy—Part1: Definitions and allowable values of deviations relevant to corresponding flanks of gear teeth (Silindrvarı dişli çarx qurğuları -ISO dəqiqlik sistemi. Hissə 1: Dişli çarx qurğularının müvafiq cinahlarına aid açıqlamalar və yol verilən kənaraçıxma qiymətləri)
ANSI/ ASME B1.1 Unified screw threads (UN and UNR thread form) (Birgə vint yivləri (UN və UNR yiv forması))
ANSI/ ASME B16.1 Cast iron pipe flanges and flange fittings, classes 25, 125 and 250 (Çuqun boru flansları və flans fitinqləri, sinif 25,125 və 250)
ANSI/ ASME B16.5 Pipe flanges and flanged fittings nps ½ through NPS 250 (Boru flansları və flanslı fitinqlər nps 2/1 -nps 250)
ANSI/ ASME B16.11 Forged fittings, socket—welding and threaded
(Bərkidilmiş fitinqlər-rozet-qaynaq və yivli)
ANSI/ ASME EB16.42 Ductile iron pipe flanges and flanged fittings, classes 150 and 300 (Plastik dəmir boru flansları və flanslı fitinqlər: sinif 150 və 300)
ANSI/ ASME b17.1 Keyways and key sets (Açar yolları və açar dəstləri)
ANSI/ ASME b1.20.1 Pipe threads, general purpose (inch) (boru yivləri, ümumi təyinatlı (düym))
Boiler and Pressure Vessel Code (ASME Qazanxana və Təzyiq Qabı Kodu)
Bənd 5 “Nondestructive examination” (Qeyri-dağıdıcılığın yoxlanılması)
Bənd 8 Rules for construction of pressure vessels "Təzyiq qablarının konstruksiyası qaydaları"
Bənd 9 “Qualification standard for welding and brazing Qualifications”
"Qaynaq və aşılanma kvalifikasiyaları üçün keyfiyyət Standartı"
ASTM A 192 Standard reference radiographs for investment STEEL castings of aerospace applications (Fəza tətbiq etmələrinin investisiya polad örtükləri üçün standart istinad radioqrafları)
ASTM A 269 Standard Specification for seamless an welded austenitic stainless steel tubing for general service (Ümumi xidmət üçün tikişsiz və qaynaq edilmiş austentik xalis polad boruya dair standart spesifikasiya)
ASTM A 275 Standard method for magnetic particle examination of steel forgings (Polad bərkitmələrin maqnit hissəcik yoxlamasına dair standart metod)
ASTM A 312 Standard practice for description and selection of conditions for photographing specimens (Fotoqrafiya nümunələrinın təsviri və şərtlərinin seçiminə dair standart təcrübə)
ASTM A 388 Standard practice for ultrasonic examination of heavy steel forgings (Ağır polad bərkitmələrinin ultrasəs yoxlanılması üçün standart təcrübə)
ASTM A 515 Standard specification for pressure vessel plates, carbon steel, for intermediate-and higher-temperature (Orta və aşağı temperaturlarda tətbiq üçün təzyiq altında işləyən, karbon poladlı borulara dair standart spesifikasiyalar )
ASTM DS 56B Metals and alloys in the unified numbering system (Birgə nömrələmə sistemində metal və xəlitələr)
ASTM E94 Standard guide for radiographic examination (radioqrafik yoxlama üçün standarttəlimat)
ASTM E125 Standard reference photographs for magnetic particle indications on ferrous castings (Dəmir örtüklərə üçün maqnit hissəcik göstəricilərinə dair standart istinad fotoqraflar)
ASTM E 709 Standard practice for magnetic particle examination (maqnit hissəciyin yoxlanılmasına dair standart təcrübə)
CEN 10083 Quenched and tempered steels (söndürülmüş və istilik emalından keçmiş polad)
CEN 10084 Case hardening steels (Korpus bərkitmə poladları) CEN 1561 (BS) Founding-grey cast irons ((BS) bünövrə-boz tökmə dəmir) CEN 1563 (BS) Founding-spheriodal graphite cast irons ((BS) Bünövrə-sferik qrafit çuqun)
IEC 60079-0 Electrical apparatus for explosive gas atmospheres (Partlayışlı qaz atmosferləri üçün elektrik avadanlıqları)
IEC 60034-5 Degrees of protection provided by the integral design of rotating electrical machines (ip code) (Fırlanan elektrik maşınlarının daxili dizaynının təmin etdiyi qoruma dərəcələri (ip kodu))
ISO 7-1 Pipe threads where pressure-tight joints are made on the threads (Yivlərdə təzyiqə davamlı birləşmələrin edildiyi boru yivləri)
ISO 261 ISO general-purpose metric screw threads. General plan (ISO ümumi təyinatlı metrik vint yivləri. Ümumi plan)
ISO 262 ISO general-purpose metric screw threads—Selected sizes for screws, bolts and nuts (ISO ümumi təyinatlı metrik vint yivləri, vint, bolt və qaykalar üçün seçilmiş ölçülər)
ISO 724 ISO general-purpose metric screw threads—Basic dimensions (ISO Ümumi təyinatlı metrik vint yivləri. Əsas ölçülər)
ISO 965 ISO general purpose metric screw threads—Tolerances (İSO Ümumi təyinatlı metrik vint yivləri-Yol verilən hədləri)
ISO 3448 Industrial liquid lubricants - ISO viscosity classification (Sənaye may yağları-İSO qatılıq təsnifatı)
ISO 6336-5 Calculation of load capacity of spur and helical gears-Part 5: Strength and quality of materials (Dayaq və spiralvarı dişli çarxlar üçün yük tutumunun hesablanması Hissə 5: Materialların gücü və keyfiyyəti)
ISO 6708 Pipework components - Definition and selection of DN (nominal size) (boru komponentləri-DN açıqlaması və seçimi (nominal ölçü))
7005-1 Metallic flanges—Part 1: Steel flanges (Metal flanslar-Hissə 1: Polad flanslar)
ISO 7005-2 Metallic flanges—Part 2:Cast iron flanges (Metal flanslar- Hissə 2: çuqun flanslar)
ISO 1507-1 (or 15071 Check use in spec.) Hexagonal bolts with flange—small series—product grade a (və ya 15071 spesifikasiyada yoxlama məqsədli istifadə) Flanslı altıbucaqlı bolt-kiçik seriyalı-məhsul dərəcəsi A
ISO 8501 Preparation of steel substrates before application of paints and related products (Boya və əlaqəli məhsulları çəkməzdən əvvəl polad substratların hazırlanması)
TR-10064-1 Cylindrical gears—Code of inspection practice Part 1: Inspection of corresponding flanks of gear teeth (Silindrvari dişli çarxlar-yoxlama təcrübəsi kodu Hissə 1: Dişli çarx dişlərinin müvafiq cinahlarının yoxlanılması)
ISO 14365-1 Gears—FZG test procedures Part 1: FZG test method A/8, 3/90 for relative scuffing load-carrying capacity of oils (Dişli çarxlar-FZG sınaq prosedurları Hissə 1: Yağların nisbi aşılanma yük-daşıma tutumuna dair FZG sınaq metodu A/8, 3/90)
NEMA SM23 Steam turbines for mechanical drive (Elektrik avadanlıqları üçün mexaniki ötürücü örtükləri üçün buxar turbinləri (1000 volt maksimum))
NFPA 70 National electrical code, articles 500, 501, 502 & 504 (Milli elektrik kodu, maddə 500, 501,502 və 504)
SAE J518 Hydraulic flanged tube pipe, and hose connections, four bolt split flange type (Hidravlik flanslı boru, şlanq birləşmələri, dörd boltlu qoşa flanslı növlü ümumi şırnaq təmizləməsi)
SSPC SP-6 Commercial blast cleaning (Kommersiya şırnağı ilə təmizləmə)
YÜKSƏK SÜRƏTLİ DİŞLİ ÇARX QURĞULARI
C.1.1 Əlavə C-də birləşmə növlərinin və dişli çarx qurğularından istifadə edən avadanlıq zəncirlərində dayaq diyircəkli yastıqların yerinin müəyyən edilməsi üçün təlimat kimi nəzərdə tutulub. Bu əlavə bu standartı və ya məlumat vərəqlərini, yaxud da API Std 671-cə nəzərdə tutulmuş məlumatları qüvvədən salmaq üçün nəzərdə tutulmayıb.
C.1.2 Dişli çarx qurğuları dişli çarx qurğusunun fırlanan elementlərinə zərərli güc tətbiq etməyən birləşmələr vasitəsilə ötürücüyə və ötürülən maşınlara birləşdirilməlidir. Bu müxtəlif termal və yük şərtləri üçün dişli çarx qurğularının səthi boyu diş yükünün bərabər paylanmış vəziyyətdə saxlanması üçün lazımdır. Birləşmə boyu tətbiq edilən artıq güc momentləri altlıq və ya dişli valın öz diyircəkli yastıqlarına təsir etməsi və nəticədə dişli çarx dişlərinin bir kənarına doğru diş yükünün yerdəyişməsi ilə nəticələnir. Birləşmə üzrə ötürülən artıq oxvari güc qoşa spiralvarı dişli çarxın bir spiralının digərindən daha çox yüklənməsinə səbəb olur. Bir şərtlə ki, maşın avadanlığının quruluşu elə olmalıdır ki, oxvari güc əks dayaq diyircəkli yastığına çatmaq üçün dişli çarx dişi toru boyu ötürülsün.
C.2.1 C.2.2-C.2.4-də sadalan birləşmələr bütün birləşmə növlərini daxil etsələr də dişli çarx qurğuları ilə istifadə edilən ən geniş növləri daxil etmək üçün nəzərdə tutulmuşdur.
C.2.2 Birləşmələrin ümumi növlərinə (geniş yayılmış təyinatlar) aşağıdakılar daxildir:
a. Dişli çarx dişi və ya çarx növü.
e. Bərk flans (bərk).
C.2.3 C.2.2-də sadalanan birləşmələrdən hər hansı biri kənar məhdud hərəkətə səbəb olacaq tərzdə, yəni bir birləşmiş valın oxvari sərbəstliyinin digərinə nisbətdə məhdudlaşdırılması ilə nəticələnir.
C.2.4 Dişli çarx növlü birləşmələr
Dişli çarx birləşmələrində, oxvari güc qeyri-müəyyən olur, çünki bunlarda sürüşmə gücü bilavasitə birləşmənin verilmiş anda göstərdiyi sürtünmə əmsalı ilə bağlı olur. Çirklənmə və ya hədsiz korlanmanın səbəb olduğu birləşmədə də asılı vəziyyət yarandığı halda qoşa spiralvarı dişli çarx dişlərinin artıq yüklənmə ehtimalına diqqət yetirilməlidir.
Dişli çarx növlü birləşmələr məhdud kənar hərəkət birləşmələri kimi təyin edilə bilər.
C.3 Elastik element birləşmələri
Birləşmələrin digər yarıya nisbətən bir yarım dəfə yerdəyişmə etmək məqsədilə tələb edilən gücü kifayət qədər proqnozlaşdırmaq mümkün olduğu üçün elastik elementli birləşmələrin oxvari güc problemləri baxımdan böyük üstünlüyə malikdir. Maşın düz quraşdırılanda və lazımi oxvari parametrlər əldə ediləndə maksimal oxvari güc dişli çarx toru boyunca ötürülə və ya məlum olan əks dayaq diyircəkli yastıqları ilə aparıla bilər. Dayaq diyircəkli yastıqlar optimal şərtlər üçün seçilə bilər. Dişli çarx toru boyunca ötürülməli olan oxvari güclər dişli çarx qurğusunun ölçülməsi zamanı digər faktorlara asanlıqla daxil edilməsi mümkündür.
Elastik element birləşmələri daxilən məhdud kənar hərəkət birləşmələridir.
C.4 Məhdud kənar hərəkət birləşmələri
C.4.1 Məhdud-kənar-hərəkət birləşmələrindən istifadə potensial izafi dayaq problemini aradan qaldırır və ya azaldır. Yalnız bir qurğunun (məsələn, kompressor) stator və rotor arasında daxili oxvari ara məsafələri saxlamaq üçün dayaq diyircəkli yastığın olmasını tələb etdiyi maşın avadanlıqları zəncirində kompressorla dişli çarx qurğusu arasında bir məhdud-kənar-hərəkət birləşməsinin olması və dişli çarx qurğusu ilə mühərrik arasında ikinci məhdud-kənar-hərəkət birləşməsinin olması ya dişli çarx qurğusu və ya mühərrikdə dayaq diyircəkli yastıqlara olan zərurəti aradan qaldırır. Birləşmiş maşın avadanlıqları əsas etibarilə, mühərrik mərkəzləşmə gücünə bərabər olduğu üçün kompressor dayaq diyircəkli yastıqdakı yükü bu minimallaşdırır (bax: Şəkil C-1, Panel A).
C.4.2 Buxar və ya qaz turbini hərəkətverici qüvvəsini daxil edən maşın avadanlıqları zəncirində həm turbin və həm də kompressora dayaq diyircəkli yastıq lazımdır. Bu halda tək məhdud-kənar-hərəkət birləşməsindən istifadə dişli çarx qurğusundan dayaq diyircəkli yastığı aradan qaldıra bilir. Daha yüksək hesablanmış dayaq ötürmə potensialına malik birləşmənin (adətən, aşağı sürətli birləşmə) məhdud-kənar-hərəkət birləşməsi kimi seçimi üstəgəl dayaq dələyin dişli çarx qurğusundan götürülməsi həmin dişli çarx qurğusunun valına birləşdirilmiş maşında dayaq gücünü kəskin azaldır. Maşın səmərəliliyi yaxşılaşdırılmış daha kiçik dayaq diyircəkli yastıqların seçimi mümkündür (Bax: Şəkil C-1, Panel B).
(dayaq diyircəkli yastıqsız)
(dayaq diyircəkli yastıqsız)
(dayaq diyircəkli yastıqsız)
Qeyd: OD= xarici diametr. Bütün qiymətlər 38C-də saniyədə 32 kvadrat millimetr yağ qatılığına əsaslanır (100"F-də 150 Saybolt universal saniyələrlə)
Şəkil D-1 Standart 6 x 6 ayaqlıqları olan dayaq diyircəkli yastıqlar üçün nominal yük əyriləri: Xarici Diametr 5 düym-8 düym.
Qeyd: OD= xarici diametr. Bütün qiymətlər 38C-də saniyədə 32 kvadrat millimetr yağ qatılığına əsaslanır (100"F-də 150 Saybolt universal saniyələrlə)
Şəkil D-1 Standart 6 x 6 ayaqlıqları olan dayaq diyircəkli yastıqlar üçün nominal yük əyriləri: Xarici Diametr 9 düym-15 düym.
Cədvəl E-1-dişli çarx qurğularının korpusları
Cədvəl E-3- İstehsal edilmiş qurğular
Tökmə ASTM A27 dərəcə 65-35
Tökmə ASTM A 48 Sinif 30 Minimum
Lövhə ASTM A283, dərəcə B
Lövhə ASTM A285, Dərəcə BvəC
Lövhə və ya Formalar ASTM A36
İstehsla edilmiş Material
Prokat millər ASTM A575, A 576 Lövhə ASTM A131
Lövhə ASTM A284, Dərəcə B
Lövhə və ya Forma ASTM A6
Lövhə və ya Forma ASTM A36
Lövhə və ya Forma AİSİ 1010
Lövhə və ya Forma AİSİ 1020
Tam bərkidilmiş AİSİ 4130 AİSİ 4135
Azotlaşdırılmış SAE/AMS 6470
Hidrogenləşdirilmiş AİSİ 3310
Cədvəl E-2-Vallar, Altlıqlar, və Dişli Vallar
Tam bərkidilmiş AİSİ 4140
Azotlaşdırılmış SAE/AMS 6470
Hidrogenləşdirilmiş AİSİ 3310
AİSİ təyinatının təsvirini ASTM DS 56B-də göstərilmişdir. Xəlitə polad üçün verilmiş material kimyasını həm standart və həm də H ola bilər. Həmçinin, bəzən E açıqlamaları əridilən elektrik sobasını göstərmək üçün AİSİ nömrəsinin qarşısında verilir və həm də məqbuldur. Məsələn, 4340 adlanan material olarsa, 4340, 4340H, E4340 və E4340H da hamısı məqbul materiallardır.
EN təsviri və ya EN10083, EN10084, EN1561 və EN1563-də baxmaq olar.
Dişli vallar dişli val haşiyələrində istifadə edilən bərkitmə materialları və prokat mil materialları ən azı elektrik sobasında əridilməli və vakuum qazsızlaşdıırlmalı, bərkidilmiş, azot və ya tam bərkidilmiş materiala dair MX keyfiyyət dərəcəsi üçün ANSİ/AGMA ISO 6335-5 keyfiyyət dərəcəsi ME tələblərinə cavab verməlidir.
17 CrNiMo6 üçün yeni açıqlama.
XÜSUSİ TƏYİNATLI DİŞLİ ÇARX QURĞULARI
TƏDARÜKÇÜ CİZGİLƏRİ VƏ MƏLUMATLARA DAİR TƏLƏBLƏR
İş No______________________________________________________________________________________________ Hissə No
Satınalma Sifariş No______________________________________________________________________________ Tarix
Sifariş No_________________________________________________________________________________________ Tarix
Sorğu No__________________________________________________________________________________________ Tarix
Verilir_____________________________________________________________________________________________ Düzəliş
Sahə______________________________________________________________________________________________ Vahid
Xidmət____________________________________________________________________________________________ Tələb olunmur
1. Mərkəzi ölçü eskiz cizgisi və birləşmələrin siyahısı.
2. Yan kəsik cizgiləri və hissə nömrələri
3. Rotor yığma cizgiləri və hissə nömrələri
4. Dayaq diyircəkli yastıq dəsti cizgisi və hissə nömrələri
5. Hərəkət-diyircəkli yastıq dəsti cizgiləri və materialların qiymət təklifləri.
6. Birləşmə dəsti cizgisi və materialların qiymət təklifi
7. Sürtkü yağı sxemi və materialın qiymət təklifi
8. Sürtkü yağı komponentinin cizgiləri və məlumatlar
9. Elektrik və alətlərin sxemi və materialların qiymət təklifi
10. Elektrik və alətlərin quruluş cizgisi və birləşmələrin siyahısı
11. Gözlənilən diş təmas cizgisi və spesifikasiyaları
12. İstehsal prosesinə nəzarət sistemindən kənaraçıxmaların qeydi
13. Əsas elastik məlumatları
14. Lateral kritik sürət təhlili hesabatı
15. Hərəkət təhlili hesabatı
16. Giriş və çıxış val mövqeyi diaqramı.
17. Qaynaq prosedurları
18. Hidrostatik sınaq qeydiyyatı jurnalları (yağ sistemi)
19. Mexaniki iş sınağı jurnalları
20. Rotor balanslaşdırma jurnalları
21. Rotorun mexaniki və elektrik işi
22. İşçi məlumat vərəqləri
23. İşçi ölçü və ya məlumatlar
24. Quraşdırma təlimatı
25. Əməliyyat və texniki xidmət təlimatı
27. Ehtiyat hissələrinin tövsiyəsi və qiymət cədvəli
28. İşlərin gedişatına dair hesabatlar və çatdırma qrafiki.
29. Saxlama, qablaşdırma və yükləmə prosedurları
30. Texniki xidmət məqsədilə təchiz edilən xüsusi alətlərin siyahısı
31. Dağılma əleyhinə sınaq prosedurları və təhvil-təslim meyarları
32. Keyfiyyətin Təminatın sənədlərində qeydiyyat.
Təklif cizgiləri və məlumatları təsdiqlənməli və ya işçi cizgi və məlumatları olmalıdır.
İstehlakçı bu sütunda formanın sonunda verilmiş nomenklaturadan istifadə edərək materialların təqdim edilməsi üçün arzuedilən vaxtı göstərməlidir.
Öz faktiki paylama qrafikini göstərmək üçün tender iştirakçısı bu sütunu doldurmalı və bu formanı təkliflə birgə verməlidir.
Bu hissələr adətən yalnız təlimatlarda təqdim edilir.
Əgər təchizatçı təmin edərsə.
Əgər nəzərdə tutularsa.
1. Zəruri hallarda qrafik üzrə nəzərdə tutulmuş göndəriş tarixinə riayət etmək üçün təchizatçı sifarişi aldıqdan sonra istehsalçı ilə işi davam etdirməli və alıcının cizgiləri təsdiqini gözləməməlidir.
2. Tədarükçü bütün cizgi və məlumatları aşağıdakı ünvana göndərməlidir:
_______________________________________________________________________________________________________________________________________________________________
3. Bütün cizgi və məlumatlar layihə, satınalma sifarişi, hissə nömrələri, qurğunun yeri və qurğunu göstərməlidir. Yuxarıda verilmiş nüsxələrdən əlavə, sahədə quraşdırmaq üçün zəruri olan cizgi və təlimatların bir dəsti göndərişlə birgə göndərilməlidir.
4. Aşağıda verilmiş tələb olunan hissələrin təsvirinə baxın.
5. Paylama qrafikində verilmiş bütün məlumatlar son ödəniş edilməzdən əvvəl alınmalıdır.
S-göndərişdən əvvəl həftələrin sayı.
F-Qəti sifarişdən sonra həftələrin sayı.
D-təsdiqlənmiş cizgilər alındıqdan sonra həftələrin sayı
Tədarükçü______________________________________________________________________________________________________________________________________
Tarix_____________________________________________ Tədarükçü Sorğusu__________________________________________________________________________
İmza____________________________________________________________________________________________________________________________________________
1. Təsdiqlənmiş ölçülərin eskiz cizgisi və aşağıdakılar da daxil olmaqla, birləşmələrin siyahısı:
a. Bütün sifarişçi birləşmələrinin ölçüsü, norması və yeri.
b. Təxmini ümumi və iş çəkiləri.
v. Ümumi ölçülər, texniki xidmət və sökmək üçün ara məsafələr.
q. Valın mərkəzi xəttinin hündürlüyü.
ğ. Diametr, nömrə, bolt dəliklərinin yerləri və boltların keçməli olduğu hissələrin qalınlıqları.
d. Məhlul təfərrüatları.
e. Ağırlıq mərkəzi və qaldırma nöqtələri.
ə. Val kənarının ayrılması və düzləndirilməsinə dair məlumatlar
j. Fırlanma istiqaməti.
z. Soyutma, isitmə və ya səs zəiflətmənin təfərrüatları.
2. En kəsik cizgiləri və hissə nömrələri.
3. Rotor dəsti cizgiləri və hissə nömrələri
4. Dayaq diyircəkli yastıq dəsti cizgiləri və hissə nömrələri
5. Hərəkətli diyircəkli yastıq dəsti cizgiləri və materialların qiymət cədvəli.
6. Birləşmə dəsti cizgisi və materialların qiymət təklifi.
7. Sürtkü yağının sxematik təsviri və aşağıdakılar da daxil olmaqla, materialların qiymət təklifi.
a. Yağın növü, yağ axınları, temperatur, hər istifadə nöqtəsində təzyiq hədləri.
b. Nəzarət, siqnalizasiya və söndürmə parametrləri (təzyiq və tövsiyə olunan temperatur hədləri).
v. Ümumi istilik yükləri.
q. Müvafiq kommunal tələblər.
ğ. Boru, klapan və diafraqma ölçüləri.
d. Alətlər, təhlükəsizlik vasitələri, nəzarət sxemləri və naqil birləşmə diaqramları.
e. Yağ girişi, çıxışı, korpus təmizlənməsi və drenaj birləşmələri.
8. Sürtkü yağı komponentinin cizgi və məlumatları.
9. Aşağıdakılar da daxil olmaqla, elektrik və alətlərin sxematik təsviri və materialların qiymət təklifi.
a. Vibrasiya siqnalizasiyası və bağlama hədləri.
b. Diyircəkli yastıq temperatur siqnalizasiyası və bağlama hədləri.
10. Elektrik və alət tərtibatı cizgisi və birləşmələrin siyahısı.
11.Gözlənilən diş təması cizgisi və spesifikasiyaları.
12. İstehsal prosesinə nəzarət sistemindən kənaraçıxmaların qeydiyyatı.
13. Elastik kütlə məlumatları.
14. Lateral kritik sürət təhlilinə dair hesabat.
15. Hərəkət təhlili hesabatı.
16. Giriş və çıxış val mövqeyi diaqramı.
17. Qaynaq prosedurları.
18. Hidrostatik sınaq jurnalları (yağ sistemi).
19. Mexaniki iş sınağı jurnalları.
20. Rotor balanslaşdırma jurnalları.
21. Rotorun mexaniki və elektrik işi.
22. İşçi məlumatı vərəqləri.
23. İşçi ölçüləri və ya məlumatları.
24. Quraşdırma təlimatı
q. Avadanlığın quraşdırılması, takelaj prosedurları, komponent çəkiləri və qaldırma diaqramı.
d. Boru birləşməsi tövsiyələri.
e. Anker bolt yerləri də daxil olmaqla, mürəkkəb eskiz cizgisi
ə. Ara məsafələrin sökülməsi.
25. Əməliyyat və texniki xidmət təlimatı
a. İşəsalmadan əvvəl sınaq və yoxlamalar da daxil olmaqla, işəsalma prosedurları.
b. Adi əməliyyat prosedurları.
v. Sürtkü yağı tövsiyələri (təzyiq, axın, qatılıq, digərləri).
Bölmə 2-Sökmə və yığma
a. Dişli çarx korpusunda rotor.
b. Hərəkət diyircəkli yastıqları.
v. Dayaq diyircəkli yastıqları (o cümlədən ara məsafə və sürtünmə əleyhinə diyircəkli yastıqların ilkin yüklənməsi)
ğ. Müvafiq olaraq, dayaq boyunluqlar.
d. yol verilən işçi ara məsafələrin korlanması.
e. Yenidən qurmaq üçün detal və ara məsafələri.
ə. Adi texniki xidmət prosedur və intervalları.
Bölmə 3- Cizgi və məlumat tələbləri
a. Mərkəzləşdirilmiş ölçülərin eskiz cizgisi və birləşmələrin siyahısı.
b. En kəsik cizgisi və materialların qiymət təklifi.
v. Alətlərin quruluşu və birləşmələrin siyahısı.
Bölmə 1-Vibrasiya məlumatı:
a. Vibrasiya təhlilinə dair məlumat.
b. Lateral kritik sürətinin təhlilinə dair hesabat.
v. Əgər nəzərdə tutulubsa, hərəkətin kritik sürət təhlili.
q. Tam elastik məlumatlar.
Bölmə 2-İşçi məlumatları:
a. İşçi məlumat vərəqləri.
b. İşçi ara məsafələri.
v. Rotor balans jurnalları və 6 bəndlik qalıq balanssızlıq yoxlaması.
q. Səsə dair məlumat vərəqləri.
ğ. Giriş və çıxış val mövqeyi diaqramı.
d. Qaynaq prosedurları.
e Dişçi çarx yoxlama cədvəlləri (birləşmə, profil və ara məsafəsi)
ə. Diş təmasının mavi ötürmə lentləri (yoxlama dayağı)
j. Diş təmasının mavi ötürmə lentləri (təmas korpusu).
z. Mexaniki iş sınağı jurnalları və vibrasiya məlumatları.
i. Rotor mexanikası və elektrik işi.
ı. İşçi ölçüləri və ya məlumatları.
27. Ehtiyat hissələrin tövsiyəsi və qiymət cədvəli.
28. Əsas komponentin satınalınması, mühəndislik hədəfləri, dəst, sınaq və çatdırma qrafikinə əsasən işlərin gedişatına dair hesabatlar.
29. Ehtiyat, qablaşdırma və yükləmə prosedurları.
30. Texniki xidmət üçün təchiz edilən xüsusi alətlərin siyahısı.
31. Dağılma əleyhinə sınaq prosedurları və qəbul meyarları.
32. Bütün keyfiyyətin təminatı sənədlərində qeyd.
QALIQ BALANSSIZLIĞINA DAİR İŞ VƏRƏQLƏRİ
Bu əlavə maşın rotorlarında qalıq balanssızlığını müəyyən etmək üçün istifadə edilməli olan proseduru təsvir edir. Bəzi balanslaşdırma maşınlarını balanssızlıq miqdarını dəqiqliklə göstərmək üçün sazlamaq mümkün olsa da kalibrasiya yanlış ola bilər. Bunu müəyyən etməyin yeganə etibarlı metodu rotoru məlum balanssızlıq miqdarı ilə sınamaqdır.
G.2 Qalıq balanssızlığı
Qalıq balanssızlığı balanslaşdırmadan sonra rotorda qalan balanssızlıq miqdarıdır. Digər hallar nəzərdə tutulmazsa, qalıq balanssızlıq g-mm ilə (g-düym) ifadə edilməlidir.
G.3 Maksimal yol verilən qalıq balanssızlığı
G.3.1 Maksimal yol verilən balanssızlıq lövhə üzrə bu əlavənin qoşulduğu standartdakı bəndə uyğun hesablanmalıdır.
G.3.2 Hər hərəkətdə statik çəki fiziki ölçmə ilə müəyyən edilməlidir (hesablama metodlarında xətanın olması mümkündür). Rotorun çəkisi iki hərəkət arasında bərabər bölündüyü ehtimal edilmir. Hərəkət çəkisində çox aşağı həddə kimi böyük fərqlərin olması mümkündür (hətta asılı rotorlarda mənfiyədək). Misal çəkdiyimiz problemdə sol lövhədə hərəkət çəkisi 530.7 kq-dir (1170 fut), sağ lövhədə hərəkət çəkisi 571.5 kq-dir (1260 fut).
G.4 Qalıq balanssızlığın yoxlanması
G.4.1.1 Balanslaşdırma maşın göstəriciləri onu göstərir ki, rotor müvafiq yol verilən xəta daxilində balanslaşdırılmışdır, qalıq balanssızlıq yoxlaması rotor balanslaşdırıcı maşını çıxarılmazdan əvvəl yerinə yetirilməlidir.
G.4.1.2 Qalıq balanssızlığı yoxlamaq üçün məlum sınaq çəkisi hər biri eyni radiusda olan (yəni eyni moment (g-düym)) 6 bərabər məsafəli radial mövqelərdə (50 dərəcə ayrı) ardıcıl olaraq rotora birləşdirilmişdir. oxlama hər balanslaşdırma maşının göstərici lövhəsində aparılır və hər lövhədəki göstəricilər bənd G 4.2-də verilmiş prosedurdan istifadə edərək cədvələ daxil edilərək polyar qrafikdə çəkilməlidir.
G.4.2.1 Maksimal yol verilən qalıq balansın bir və ya iki mislinə bərabər olacaq sınaq çəki və radius seçilməli (məsələn, əgər Umax 488.4 g-mm olarsa (19.2 g-düym) sınaq çəkisi 488.4-ün 976.8 g-mm olmasına gətirib çıxarılmalıdır (19.2-38.4 g-düym) balanssızlıq). Bu sınaq çəki və radiusu bənd G.4.2.5-də verilmiş cizginin polyar cizgi mənşəyini əhatə etməsi üçün kifayət etməlidir.
G.4.2.2 Müvafiq istinad lövhəsindən başlayaraq (yəni son əsas nöqtə) rotor ətrafında müəyyən edilmiş 6 radial mövqeləri (60 dərəcəlik artım) işarələnir. Həmin lövhə üçün məlum əsas nöqtənin yaxınlığındakı sınaq çəki əlavə edilir. Balanslaşdırma maşının işləməsinə, qalaq balanssızlıq yoxlamasını aparmaq üçün seçilmiş diapazon və qrafik daxilində olduğuna əmin olun.
G.4.2.3 Balanslaşdırma maşının düz reaksiya verdiyini yoxlayın (yəni heç bir nasazlıq sensorları və ya displeylərinin olması). Məsələn, əgər sınaq çəki son məlum əsas nöqtəyə əlavə edilərsə, ilk sayğac göstəricisi ən azı sınaq çəki əlavə edilməzdən əvvəl götürülmüş son göstəricidən ən azı iki dəfə çox olmalıdır. Cüzi göstərici və ya göstəricinin ümumiyyətlə yoxluğu onu göstərir ki, rotor lazımi hədd daxilində saxlanmayıb, balanslaşdırma maşını kifayət qədər həssas olmayıb və ya balanslaşdırma maşınında nasazlıq var (yəni nasaz göstərici olub). Əgər bu yoxlama qaydasında olarsa, davam edin.
G.4.2.4 Sınaq çəkisini çıxarıb sınaq çəkisini növbəti sınaq mövqeyinə fırladıb gətirin (yəni, ilkin sınaq çəki mövqeyindən 60,120,180, 240, 300 və 340 dərəcə). İlkin mövqeyi qalaq balanssızlıq iş vərəqindəki təkrarlanmanın yoxlanılması üçün ilkin mövqeyi təkrarlayın. Bütün yoxlama işləri balanslaşdırma maşınında yalnız bir həssaslıq diapazonunda istifadə edilməklə yerinə yetirilməlidir.
G.4.2.5 Qalıq balanssızlıq işçi vərəqində bucaq altındakı sınaq çəki nöqtəsinə (Balanslaşdırma maşının faza bucağı YOX) nisbətdə balanslaşdırma maşının amplituda göstəricisini çəkin və qalıq balanssızlıq miqdarını hesablayın (iş vərəqlərinə istinad edin, Şəkil G-3 və GG-5).
Qeyd: Maksimal göstərici o zaman baş verir ki, sınaq çəkisi rotorun qalıq ağır nöqtəsində yerləşdirilir; minimal göstərici sınaq çəki rotorun ağır nöqtəsinin əks tərəfinə qoyulduqda baş verir (yüngül nöqtə). Çəkilmiş göstəricilər polyar qrafik mənşəyi ətrafında təxmini çevrəni yaratmalıdır. Balanslaşdırma maşının bucağının yerinin göstəricisi sınaq çəkisinin yerini təxmini müəyyən etməlidir. Maksimal kənaraçıxma (ən yüksək göstərici) ağır nöqtədir (qalıq balanssızlıq səviyyəsini göstərir). Boş iş vərəqləri Şəkil G-1 və G-2-də verilmişdir.
G.4.2.6 Hər balanslaşdırma maşının göstərici səviyyəsi üçün G.4.2.1-G.4.2.5 verilmiş addımları təkrarlayın. Əgər müəyyən edilmiş maksimal yol verilən qalıq balanssızlıq hər hansı balans maşının göstərici səviyyəsində aşılmışdırsa, rotor daha dəqiq balanslaşdırılmalı və yenidən yoxlanılmalıdır. Əgər balanslaşdırmanın düzəldilməsi hər hansı balanslaşdırma maşının göstərici səviyyəsində yerinə yetirilmişdirsə, onda qalıq balanssızlıq yoxlaması bütün balanslaşdırma maşını göstərici səviyyələrində təkrarlanmalıdır.
G.4.2.7 Komplektləşdirilmiş komponent balanslaşdırma rotorları üçün qalıq balanssızlıq yoxlaması ilk rotor komponenti əlavə edildikdən sonra rotorun əlavə edilərək balanslaşdırılması və ən azı bütövlükdə rotorun balanslaşdırılmasının başa çatdırılmasından sonra yerinə yetirilməlidir.
1. Bu vaxtın israf edilmədiyini rotor komponentlərinin çoxsaylı komponentli rotoru nasaz balanslaşdırma maşını ilə balanslaşdırmağa cəhd edərkən lazımsız materialların çıxarılmadığını təmin edir.
2. İri, çox mərhələli rotorlar üçün hərəkət reaksiyaları qismən komplektləşdirilmiş rotordan tam komplektləşdirilmiş rotor arasında kifayət qədər fərq göstərir.
H.1.1 ANSI/GMA ISO 1328-1 Silindrşəkilli dişli çarx qurğuları-ISO Dəqiqlik Sistemi -Hissə1: Dişli Çarx Qurğusunun müvafiq cinahlarına dair açıqlamalar və icazə verilən kənaraçıxma qiymətləri və ISO/TR 10064-1 Dişli çarx boşluqları, valın mərkəzi məsafəsi və oxların paralelliyinə dair Tövsiyələr dişli çarx ölçmə metodlarını təsvir edir və istifadə edilən müxtəlif prosedurların ümumi icmalıdır. Bu prosedurların çoxu istehsal metodlarına və mövcud ölçü avadanlıqlarına görə tətbiq edilmir.
H.1.2 API Std 613 standartına cavab verən dişli çarx qurğularının diametri ümumən böyük və enli səthi olur və zərurət yaranarsa, təmas edən diş səthlərində uyğunsuzluğa görə yol verilən hədlərlə uzlaşdırılan dəstlərlə istehsal edilir.
H.1.3 ANSI/AGMA ISO 1327-1 standartında verilmiş kənaraçıxmalara qoyulan məhdudiyyətlərə dişli çarx cütləri daxil deyil. Faktiki uyğunlaşdırılan dişli çarx dəstinin dəqiqliyi H1.2-də bəhs edilən uyğunsuzluqdan asılıdır. Ayrı-ayrı elementlərin dəqiqlik tələbləri olsa da xidmət üçün hələ də münasib olmaya bilər. Əksinə, ayrı-ayrı elementlər dəqiqliyə dair tələblərə cavab verməsə də əlverişli uyğunsuzluq şəraitində dişli çarx dəstinin münasib olması mümkündür. Tədarükçü ilə istehlakçı arzu edilən dişli çarx dəstinin dəqiqliyini hasil etmək üçün hər elementə dair faktiki qəbul edilmiş qiymətləri müzakirə etməyə hazır olmalıdır.
H.1.4 Bu əlavədə təsvir edilən ölçü metodları bənd 2.5.2.2- də təsvir edildiyi kimi, tədarükçünün emalatxanasında iş korpusundakı dişli çarxın dişini yoxlamaq və sahədə quraşdırma və sazlamadan sonra təmasın yoxlanılması üçün istifadə edilən diş təmasını yoxlama prosedurlarını əvəzləmək məqsədilə istifadə edilə bilməz.
H.2 Qoşa spiralvari dişli çarx qurğuları
ANSI/AGMA ISO 1328 və ISO/TR 10064-1 standartlarında təsvir edilən ölçü metodları tək spiralvarı və ya dayaq qurğular üçündür.
H.2.1 Qoşa spiralvarı qurğular eyni rotorda iki tək spiralvari qurğulardır. Bu dişli çarx qurğuları həm sağ və həm də sol tərəfdəki spirallara dair məlumatların olmasını tələb etməlidir.
H.2.2 Diş təmas yoxlamaları yerinə yetirərkən, altlığın həqiqi diş təması modellərini əldə etmək üçün oxvari hərəkət etməsinə şərait yaradılmalıdır.
H.2.3 Ən yüksək iş ölçmələri qoşa spiralvarı dişli çarx qurğuları üçün bənd 2.5.2.3-ə uyğun tələb edilir.
H.3 Modifikasiya edilmiş diş cinahları
H.3.1 Birləşməyə modifikasiya
H.3.1.1 Yüklənmiş iş şəraitində olan hər bir qurğu üç üsulla bütövlükdə rotorun deformasiyasına məruz qalır: rotorun əyilmə deformasiyası, hərəkətin yüksəlməsi və termal pozulma. Bütün bunlar əməliyyat şəraitində olan diş formasına təsir edir.
Xüsusən də 140 m/s və ya 28,000 dəq/fut-dən yüksək sürət hədlərində yüksək diametr xətti təcilləri kifayət qədər böyük dolaq və tor itkilərinə səbəb olaraq, qurğu dişinin cinahı boyu termal diş pozuntusunu artırır. Dişli çarx dəsti sürətinə ən böyük təsir edən bu iki dəyişənlər mərkəzi məsafə və rotorların üz enidir. Əgər dişli çarx qurğusunun layihəçisi diametr xətti sürətini və müvafiq olaraq, dolaq və tor itkilərini azaltmağa cəhd edərkən mərkəzi məsafəni azaltmağı seçirsə, onun üz enini artırmaqla tələb edilən sürəti bərpa etməsi gözlənilir.
Üz səthinin çoxaldılması diyircəkli yastıq məsafəsini artırır və bu dayaq diyircəkli yastıqların bir-birinə yaxın olduqları haldan daha möhkəm rotorla nəticələnir. Eyni zamanda dişli çarx rotorlarının hərəkətində artım da baş verir. Dişli çarx sürtkü materialı rotorlara çəkilərək rotor cinahları boyu diş kənarlarına doğru nasosla vurulanda daha uzun səth enlikləri həm də rotorların termal pozuntusuna səbəb olur. Artan diyircəkli yastıq məsafəsi ilə pozuntuların sayı da artır.
Nominal gücü ötürərkən bütövlükdə üz eni boyu yükün bərabər paylanmasını təmin etmək üçün altlıq dişləri birgə yayınmanın inversiyası formasında olan birləşmə modifikasiya edilməklə istehsal edilməlidir. Ümumi birləşmə modifikasiyası mexaniki yayınmaların modifikasiyası, əyilmə və hərəkət, termal yayınma modifikasiyalarının üzərinə gəlir. Bu cür modifikasiya edilmiş birləşmənin tipik forması Şəklin H-1-də verilmişdir.
Qeyd: termal yayınma effektləri effektiv (qeyri-yekcins) yağın paylanmasının azaldılması, lakin aradan qaldırılmaması metodu.
H.3.1.2 Əgər mavi diş təmas modeli çox qısa olarsa, yüksüz vəziyyətdə yoxlanılanda bu cür birləşmə modifikasiyalarının işçi cinahları dişli çarxın nizamlanması üçün istifadə edilməməlidir. Proqnozlaşdırılan təmas modeli çox qısa olduqda altlığın və dişli valın qeyri-işlək cinahları düzləndirilmədən (paralel) torpaqlanmalı və dişli çarxların düzgün saxlanması üçün əsas kimi istifadə edilməlidir. İstehlakçı və tədarükçü korpus və sınaq dayağında əldə edilmiş modellərə dair razılığa gəlməlidirlər.
Qeyd: L/d nisbəti Cədvəl 3-də verildiyindən az olduqda və ümumi birləşmə uyğunsuzluğu bənd 2.2.4.5-də verilmiş məhdudiyyətlərdən az olduqda, birləşmə modifikasiyaları yüklü təmas modelinin yaxşılaşdırılması üçün hazırlanır.
H.3.2 Profilin modifikasiyasi
Qeyd: Uc hissənin relyefi altlıq və dişli çarx qurğusunda verilsə də ucluq və əsasın relyefini yalnız bir elementə yerləşdirmək olar.
Yoxlayan şəxsin İnisialları
a. Məsələn, diyircəkli yastıq özəyi ilə birgə göndərilən xüsusi alətlər
b. Asılqan təminatı və detallar (əgər nəzərdə tutulubsa)
v. Təsdiqlənmiş məlumat vərəqlərinə əsasən val dəsti
q. Təsdiqlənmiş ümumi tərtibat cizgi və məlumat vərəqlərinə uyğun valın fırlanma oxları
a. Bərkitmə təminatları
b. Daxili boru birləşmələri
v. Boru və borucuq birləşmələri
q Daxili boru birləşməsinə dəstək
Ğ. Daxili boru birləşməsinin təmizliyi
d. Sürtkü yağı drenajı
e. Filtr təmizləyicisi
z. Üfüqi birləşmə kipkəci
k. Bütün hissələrin bərkidilməsi
b. Mıxlanmış birləşmələr
c. Boltlamanın ara məsafəsi
a. Yağ boru Konfiqurasiyası
b. Vintli qaldırıcılar, azad edilmiş səthlər və qaldırıcı qaykalar (w/tələbə uyğun xəbərdarlıq birkaları)
5. Korpus Birləşmələri
a. Tək sürtkü yağı təchizatı
b. Tək sürtkü yağı drenajı və onun ölçüsü
v. Giriş təmizləmə birləşməsi (nəzərdə tutulduqda)
q. Qəbul edilməz boru ölçüləri
ğ. Müştəri birləşməsinin əlçatanlığı
d. Sonuncu təsdiqlənmiş ümumi dəstin cizgisinə əsasən drenaj və yağ birləşmə ölçüsü və yeri
e. Yivli birləşmələrin quraşdırılması
ə. İSO 7005-1 və ya İSO 7005-2 uyğun flanslar (ASME B 16.1, B16.42 və ya SAE J518).
j. Quraşdırılmış mıxlar
i. Boru birləşməsinə qoşulmamış örtülü girişlər
6. Dişli çarx Elementləri
a. Dişli çarx dişinin səth tamamlaması
7. Kritik Sürət Hədləri və Balanslaşdırma
a. Kritik sürət hədləri
b. Rotor balanslaşdırılması
v. Rotor balansının maşın kalibrasiyası
g. Mexaniki və elektrik işi (və bloklarında).
8. Diyircəkli yastıqlar
a. Fırlanma əleyhinə millər və oxvari təhlükəsiz
b. RTD-larla təchiz edilmiş diyircəkli yastıq
v. Ağ diyircəkli yastıq metal (hərəkət və dayaq)
q. daxili dayaq boyunluğu
Ğ. Dayaq boyunluq tamamlaması və işi
9 Vibrasiya. Mövqe və Təcillənmə Detektorları
a. APİ Std 670 uyğun Quraşdırılmışdır
a. Dişli çarx, altlıq, diyircəkli yastıqlara dair material və istehsal metodlarına daxili təchizatçının keyfiyyət nəzarət yoxlamaları
b. Atılmış hissələrə dair yazılı izahatla istehsalçının daxili keyfiyyətə nəzarətdən imtinalarının yoxlanışı
v. Sifarişçinin təsdiqi olmadan heç bir əsaslı təmir edilməməlidir.
11. Ad lövhəsi Məlumat Vərəqləri ilə qarşılıqlı
a. Ad lövhəsini silin.
a. Lövhəli şaquli vintli qaldırıcılar və ya alternativ qaldırma qurğusu
3.3.1.2.2 və 3.3.1.2.3
b. Lövhəli üfüqi qaldırıcılar
v. Epoksid məhlulu üçün montaj lövhələrinin hazırlanması
Ğ. Dişli çarxın bərkitmə dəlikləri
d. APİ 686 uyğun xalis polad giliz
e. 1.e, Əlavə F ilə qarşılıqlı bünövrə boltunun dəlik yeri
13. Nəzarət vasitələri və Alətlər
a. Təsdiqlənmiş məlumat vərəqlərinə əsasən təchiz edilmiş alətlər
14. Boru Birləşmələri və Girişlər
a. sahədə axın şüşələri
a. Bütün dişli çarx elementləri üçün emal sınağı hesabatları
b. İlkin emaldan sonra bütün dişli çarx elementlərinin UT
v. Bütün əsas emal və nəticədə yaranan bərkliklərin uçotu
q. Bütün radioqrafiya və UT yoxlamalarının qeydləri
Ğ. Dişlərin korpus dərinliyi ilə bərklik qarşılıqlı
d. Tam bərkimiş dişli çarxların bərkliyi
e. Korpusun gərginliyinin boşaldılması
ə. Dişli elementlərdə qaynaqların bərkliyi və istiliyin təsir etdiyi zonalar
j. Fırlanan elementlərdə bütün qaynaq yerlərinin UT və ya MP yoxlaması
z. Dişli çarx və altlıqların dişlərinin MP
k. satınalma spesifikasiyası
l. Texniki xidmət və iş ara məsafəsinə dair məlumat (əgər varsa)
m. Keyfiyyətə nəzarət yoxlamalarının nəticələri
1. Qurğunun dişinin dəqiqliyinin yoxlanılması
2. Dayaq təmasın yoxlanılması
3.İş qutusunda təmas yoxlaması
n. Dayaq dələyin qurulması
o. Hər hansı sınaqları aparmazdan əvvəl sürtkü yağı sistemi də daxil olmaqla, avadanlığın təmizliyi; təmizlik APİ Std 614 uyğundur
p. Son dəstin ara məsafələri (hərəkət dələyi, dayaq diyircəkli yastıq və s)
VDDR Bənd 26, 4.2.1.1. e
a. Hissə nömrəsi ilə ayrıca qablaşdırılır və birkalanır
b. Hər alət nəzərdə tutulan istifadə üçün birkalanır
v. Asılqan hissələri (əgər varsa)
a. Hər hansı sınaqları aparmazdan əvvəl nizamlığın yoxlanılması
b. mexaniki iş sınağı.
v. 25,50,75 və 100% tam fırlanma momentli fırlanma sınaqları, ixtiyari sınaqlar
q. 110% maksimal davamlı sürət sınağı.
Ğ. Kritik sürət azalma yoxlaması 120%-dən
d. Sürtkü yağ çiləmələrinin yoxlama mövqeyi
18. Göndərişə Hazırlıq
b. Çürüntünün qarşısının alınması
v. Qorunulan dişli çarxın daxili hissəsi
Ğ. Göndərişdən əvəvəl metal örtüyün maşın kipkəci
d. Yivli giriş qapaqlı və ya tıxaclanmış
e. Qaldırma nöqtələri aydın işarələnmişdir
ə. Suyadavamlı yara sarğısı ilə sarınmış açıq val və birləşmələr və ya VPİ ingibitor kağızı, yağa davamlı yapışqan lentlə kiplənmiş tikişlər
j. Göndəriş konteyneri və rotor bloklanması
z. Hissələr və ehtiyat detalların identifikasiyası
k. Quraşdırmaya dair təlimatlar.
l. Qutuda olanlara qarşı hər qablaşdırılmış qutuda olanların yük qaiməsi
Qeyd: W=şahidlik; O-müşahidə; *tələblərin yerinə yetirildiyini təsdiqləmək üçün təyin edilmiş yoxlama qurumu; V= təchizatçı; C=podratçı; VDDR=təchizatçı cizgisi və məlumat tələbləri; U=ultrasəs yoxlaması; MP=nəm maqnit hissəcik yoxlaması.
J.1.1 Bu əlavə ANSI/AGMA 2101-C95-də verilmiş nominal güc formullarının bu standart ilə əlaqəsini göstərir. Terminlərin açıqlamaları üçün bu iki standarta baxın.
J.2 Diş aşılanma indeksi
J.2.1 ANSI/AGMA 2101-C95-də aşılanmaya müqavimət gücünün normasını hesablamaq üçün verilmiş (27) tənliyi aşağıda (J1) tənliyi kimi verilmişdir.
J.2.2 AGMA-da API terminlərinə tam uyğun olmayan terminlər var: bunlar aşağıdakılardır:
Dişli çarxın nominal gücü
Altlığın diametr uzunluğu
J.2.3 (J2) tənliyi aşılanmanın həndəsi faktorunu Zj hesablamaq üçün ANSI/AGMA 2101-C95-də verilmiş daha mürəkkəb metoda konservativ və əsaslandırılmış sürətdə dəqiq yuvarlaqlaşdırmadır. Bu əmsal üçün API termini R istifadə edilir.
J.2.4 Zj üçün sadə formuldan API 613-dən istifadə edərək və (J1) tənliyini yenidən qurduqda (J3) tənliyi alınır.
J.2.5 Tangensial yük güclə bağlıdır və sürət (J4) tənliyində verildiyi kimidir.
J.2.6 Wt tangensial yükünün (J3) tənliyi ilə əvəzlənməsi və sonradan yenidən yazılması nəticəsində aşağıdakılar hasil edilir:
Qeyd: (J5) tənliyin solundakı terminlər bu standartda müəyyən edildiyi kimi, K faktorudur və sağdakı terminlər xidmət faktoruna bölünmüş material indeks nömrəli İm-dir.
J.2.7 SF xidmət faktoru material indeks nömrəsi İm tətbiq edilir və yol verilən faktor Ka hasil edilir.
J.2.8 ANSI/AGMA 2101-C95 xüsusi dizayn məsələlərinə əsasən nominal güc faktorlarını hesablayır. Lakin bu standart bu faktorlar üçün konservativ qiymətlərdən istifadəyə üstünlük verir və onların rəqəmsal qiymətini müəyyən edir. API aşılanma gücü faktorları üçün aşağıdakı qiymətlərdən istifadə edir:
Kv =1.1 Ks =1.0 KH =1.3 Z = 0.68
ZR =1.0 ZE =190 ZW =1.0 Yθ =1.0
Qeyd: J7 Tənliyində nominal güc faktorlarının hasili (J9), (J10) və (J11) tənliklərində verildiyi kimi, 2.0154 x 10 sabitdir.
J.2.9 (J11) tənliyində verilmiş bu sabitlik yol verilən təmas gərginlikə bölünmüş OHPvurulur və nəticədə Cədvəl- J-1 verilmiş İm material indeks nömrəsi hasil edilir.
Cədvəl J1- API-yə uyğun yol verilən təmas gərginliyi
Minimal dişli çarx bərkliyi
API material ındeks nömrəsi İm
API təmas gərginlik nömrəsi, OHP
+ Tam bərkidilmiş *Azotlaşdırılmış ** Hidrogenləşdirilmiş
J.3 Əyilmə gərginlik nömrəsi
J3.1 Əyilmə gücü nominalının hesablanması üçün ANSI/AGMA 2101-C95-dən olan (28) tənlik (J12) tənliyi kimi verilmişdir.
J.3.2 API standartlarına nisbətdə AGMA-da fərqli olan əlavə terminlərin siyahısı aşağıda verilmişdir. AGMA-nın köndələn modul və API-nin normal moduldan istifadəsinə diqqət yetirin (Bax: həmçinin, J.2.1)
J.3.3 API terminlərindən istifadə edərək və (J12) tənliyinin yenidən yazaraq (J13) Tənliyini hasil edirik:
J.3.4 Tangensial yük olan Wt (J13) tənliyi ilə əvəz etdikdə və sonra yenidən yazdıqda aşağıdakılar hasil olunur:
J.3.5 ANSI/AGMA 2101-C 95 nominal güc faktorlarını xüsusi layihə məsələlərinə əsasən hesablanır. Lakin bu standart bu faktorlar üçün konservativ qiymətlərdən istifadəyə üstünlük verir və onların ədədi qiymətlərini təsbit edir. API nominal güc faktorları üçün aşağıdakı qiymətlərdən istifadə edir:
Qeyd: (J14) tənliyində nominal güc faktorlarının hasili 1.8 rəqəminə çox yaxındır.
J.3.6 (J15) tənliyində verilmiş qiymətdən istifadə edərək (J14) tənliyində solda verilmiş eyni işarə bu standartda açıqlandığı kimi S əyilmə gərginlik nömrəsidir.
J.3.7 Sa yol verilən əyilmə gərginliyinin göstəricisini hasil etmək üçün bu standart əyilmə gərginlik nömrəsi σFP -də 25% əlavə azaltma tətbiq etmişdir. Bu aşılanmaya müqavimətlə bağlı nominal gücü artırmaq üçün edilir. Diş səthinin zədələnməsi bir çox hallarda təmir işinin qrafikdə nəzərdə tutulmasına imkan vermək üçün tam nasazlıqdan əvvəl aşkarlana bildiyi üçün diş əyilmə nasazlığı adətən qurğunun dərhal dayandırılmasına gətirib çıxarır. İstifadə edilmiş qiymətlər (J17) tənliyi və Cədvəl J -2 verilmişdir.
Cədvəl J-2 İcazə verilən əyilmə gərginliyi qrupu API
Minimal dişli çarx bərkliyi
API İcazə verilən əyilmə gərginlik nömrəsi Sa
API əyilmə gərginlik nömrəsi, OFp
+ Tam bərkidilmiş * Azotlaşdırılmış **Hidrogenləşdirilmiş
J.4 AGMA –ya əsasən yol verilən gərginlik göstəricisi
J.4.1 ANSI/AGMA 2101-C95 material "dərəcəsi" nə əsasən σHP və σFP və daha yaxşı material sinfi daha yüksək gərginlik hədlərinə imkan verir. Bu standart ən yüksək sinif materiallardan istifadəni nəzərdə tutsa da, amma konservativlik yol verilən gərginliyi ən aşağı dərəcəyə əsaslandırır. Həm API və həm də AGPMA spesifikasiyaları ilkin rəqəmlər seçildiyinə görə yoxlanılmışdır və ona görə də qiymətlərdə hal-hazırda müəyyən fərq var. Ona görə də API qiymətləri ANSI/AGMA 2101-C95 "1-ci Sinif" qiymətlərinə yaxın olsa da tam eyni deyil. Müqayisə üçün, Cədvəl J-3 AGMA 1-ci Sinfin yol verilən gərginlik göstəricilərini göstərir. Bunları API tərəfindən seçilmiş və Cədvəl J-1 və J-2-də verilmiş ədədlərlə müqayisə etmək olar.
Cədvəl J-3 AGMA Sinif 1 İcazə verilən gərginlik nömrələri
Minimal dişli çarx bərkliyi
AGMA təmas gərginlik nömrəsi, σHP
AGMA əyilmə gərginlik nömrəsi, σFP
+ Tam bərkidilmiş *Azotlaşdırılmış **Hidrogenləşdirilmiş
K.1.1 Bu əlavə birləşmələrin bərkidildiyi polad val kənarlarında yol verilən maksimal hərəkət gərginliyini təsvir edir. Vallar bu əlavədə verilmiş meyarlara cavab vermədikdə tədarükçü və istehlakçının razılaşdırdıqları daha dəqiq metoddan istifadə edilməlidir (Məsələn, ANSI/AGMA 6001-D97). Tədarükçü istehlakçının layihəni dəyərləndirə bilməsi üçün zəruri olan hesablamaları və dəstəkləyici məlumatları təmin etməlidir.
K.1.2 Hesablanmış və yol verilən gərginlik üçün bu əlavədəki ümumi tənliklər val ölçüsü, səth tamamlaması, əməliyyat temperaturu, korroziya, qalıq gərginlikləri, etibarlılıq, nişanlama həssaslığı, gərginlik konsentrasiyası, orta gərginlik əmsalına nisbətdə maksimal tsikl, gərginlik tsiklərinin sayı və əyilmə gərginliyinin təsirlərini ayrıca nəzərə alır. Əksinə, onlar tək, sadə hesablanmış hərəkət gərginlik tənliyi, əlaqəli konservativ yol verilən hərəkət gərginliyi qiymətləri şəklində kombinasiya edilir. Əgər bu sadə metod üçün xüsusi tətbiq etmə növünün uyğun olmadığına dair əsasları olduqda bənd K 1.1 haqqında bəhs edilən digər metodlardan istifadə edilməlidir.
K.1.3 Giriş həssaslığı da daxil olmaqla, hərəkət üçün gərginlik konsentrasiya faktoru bu cür nöqtələrdə açar birləşmələri, boyundruqlar, yivlər, cütləşmələr və müdaxilə girişləri 3.0-dan böyük olmalıdır. Layihədə çatışmazlıqlar gərginlik konsentrasiya faktorunun 3.0-dan böyük olmasını tələb etdikdə K1.1-də təsvir edilən digər metodlardan istifadə edilməlidir.
K.2 Hərəkət valının gərginlik meyarları
K.2.1 Nominal valın hərəkət gərginliyi müvafiq olaraq. (K1) və ya (K2) tənliklərindən istifadə edilərək hesablanır. Əmsal (dt/d0)>0.9 olarsa, valların divarları nazik olur və bənd K.1.1-də haqqında bəhs edilən başqa metodlardan istifadə etmək lazım gəlir. Fırlanma momenti T dişli çarxın nominal gücünə və valın nominal sürətinə əsaslanmalıdır (Bax: standartın əsas hissəsində bənd 1.4)
ABŞ standart vahidləri:
Burada Ss - hesablanmış hərəkət dayandırma gərginliyi, N/mm (fut/düym).
T=valın fırlanma momenti, Nm (fut/düym)
d0=valın xarici diametri, mm (düym)
di = valın daxili diametri, mm (düym)
K.2.2 Tam bərkidilmiş polad vallar üçün yol verilən hərəkəti dayandırma gərginliyi müvafiq olaraq, (K3) və ya (K4) tənliklərindən istifadə edilərək hesablanır. Korpusun hidrogenləşdirilməsi və ya azotlaşdırılması prosesləri ilə bərkidilən polad vallar üçün yol verilən gərginlik materialın əsas bərkliyinə əsaslanmalıdır.
ABŞ standart vahidləri:
Ssa = yol verilən hərəkət dayandırma gərginliyi, N/mm (fut/düym)
HB = Valın Brinell Bərkliyi
K.2.3 Polad vallar üçün hərəkətə görə hesablanmış gərginlik (K5) tənliyində verildiyi kimi, hərəkət üçün yol verilən gərginlik həddini aşmamalıdır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart API 677-2010 “General- Purpose Gear Units for Petroleum, Chemical and Gas Industry Services” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
__________________________________________________________________________________________
Neft, kimya və qaz sənayesi xidmətləri
üçün ümumi təyinatlı dişli çarx qurğuları
General-purpose gear units for
petroleum, chemical and gas
__________________________________________________________________________________________
Bu standart neft, kimya və qaz sənayesi üçün paralel val dişli və düzbucaqlı spiralvari dişləri olan konusvari dişli çarx ötürmələri də daxil olmaqla ümumi məqsədli bir və çox mərhələli ötürmə qurğuları üçün minimum tələbləri müəyyənləşdirir. Bu standarta uyğun olaraq istehsal edilən çarxlar aşağıdakı sürətlər ilə məhdudlaşır: Spiralvari dişli çarx qurğuları 60 m/s (12,000 ft/dəq) sürəti və spiralvari dişləri olan konusvari dişli çarx qurğuları 40 m/s (8,000 ft/dəq) sürəti keçməməlidir. Spiralvari dişləri olan konusvari dişli çarxlar komplekti uyğun komplekt hesab edilməlidir.
1. Bu standart API 613 Standartında qeyd olunan xüsusi məqsədli xidmətlərdə istifadə üçün nəzərdə tutulan dişli çarxlara; digər qurğunun tərkib hissəsi olan dişli çarxlara; planetar dişli çarx komplektlərinə; və ya qeyri-evolvent profilli dişli çarxlara tətbiq olunmaq üçün nəzərdə tutulmur.
2. Bəndin başlanğıcında (•) işarəsi göstərir ki, ya qərar tələb olunur, ya da istehlakçı tərəfindən əlavə məlumatlar təmin olunmalıdır. Bu məlumat məlumat vərəqlərində göstərilməlidir (bax: Əlavə A); əks təqdirdə bu müraciət formasında (sorğuda) və ya sifarişdə göstərilməlidir
1.1.2 Ümumi məqsədli dişli çarxlar qurğunun dişli çarx ötürmələri sistemində tətbiq olunur. Bu sistemlər adətən qurğudan ayrıla bilir və ya qeyri-kritik xidmətdə istifadə olunur.
Bu standartın nəzərdə tutulduğu tipik tətbiqlər soyuducu slindrik toplayıcı su nasos sistemləri, məcburi və ya induksiyalı sorucu ventilyator sistemləri və digər ümumi məqsədli dişli çarx ötürmələri sistemidir.
1.2 ALTERNATİV LAYİHƏLƏR
İstehlakçı alternativ layihələr təklif edə bilər. Ekvivalent metrik ölçülər, bərkidici detallar və flanslar istehlakçı ilə tədarükçü arasında qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilər.
1.3 ZİDDİYƏTLİ TƏLƏBLƏR
Bu standart ilə sorğu və ya sifariş arasında hər hansı bir ziddiyyət olduğu halda, sifarişə daxil edilən məlumat tənzimlənməlidir.
1.4 TERMİN VƏ TƏRİFLƏR
Bu standartda müvafiq tərifləri ilə aşağıdakı terminlərdən istifadə edilib:
1.4.1 ox boyu (üfüqi) ayrılma: Valın mərkəzi xəttinə paralel birləşmə.
1.4.2 əyilmə gərginliyinin sayı (S): 2.4.4.2-də müəyyən edilib.
1.4.3 kritik sürət: rotor yastığını dəstəkləyən sistem rezonans halında olduqda valın fırlanma sürəti
1.4.4 layihə: Normal olaraq qurğu tərtibatçısı və istehsalçı tərəfindən müəyyən edilən tələblər.
Qeyd: İstehlakçı spesifikasiyalarında hər hansı bir termində layihə sözünün (layihə gücü, layihə təzyiqi, layihə temperaturu və ya layihə sürəti kimi) istifadəsinə yol verilməməlidir.
1.4.5 DN: Sorğu məqsədi ilə istifadə olunan boru kəməri sisteminin tərkib hissələri üçün ölçülərin hərfi- ədədi qiyməti. Bu, DN hərflərindən ibarət olur və son birləşmənin xarici diametrinin millimetrlərlə (mm) fiziki ölçüsü ilə dolayı yolla bağlı olan ölçüsüz ədəd ilə davam edir.
Qeyd 1: DN hərflərindən sonra gələn ədədlər ölçülə bilən qiyməti əks etdirmir (ISO 6708: 1995).
1.4.6 dişli çarx: ya aparan dişli çarxa və ya dişli çarx valına aid edilir.
1.4.7 dişli çarxın nominal gücü: İstehlakçı tərəfindən məlumat vərəqələrində müəyyən edilən və ad lövhəsində göstərilən maksimum güc (2.4.1-ə baxın).
1.4.8 dişli çarxın xidmət faktoru (XF): Hərəkətvericinin və ya hərəkətə gətirilən avadanlığın xüsusiyyətlərindən asılı olaraq, dişlərin ovulma göstəricisinə və əyilmə zamanı gərginliyin sayına, potensial artıq yüklər zamanı fərqlərə, zərbə yükünə və/və ya davamlı titrəyişli burucu momentin xüsusiyyətlərinə görə tətbiq olunan faktor.
1.4.9 əyri diş birləşmələri: Dişli çarxın dişləri reduktorun dişləri ilə kontaktı təkrar etmədiyi zaman, kontaktın yaranmasına qədər, ilişən dişli çarxlar üçün mövcud olan kombinasiya.
1.4.10 məlumatlandırıcı element: Standartın məlumat üçün olan hissəsini təsvir edir və bu standartın başa düşülməsində və ondan istifadə edilməsində kömək üçün nəzərdə tutulur. Standartın məlumatlandırıcı hissəsi ilə uyğunluq təşkil etmək məcburi deyil.
Qeyd: Standarta edilən əlavə məlumatlandırıcı və ya məcburi ola bilər.
1.4.11 maksimum yol verilə bilən sürət (dəqiqədə fırlanma ilə): İstehsalçı məhsulunun davamlı olaraq fəaliyyət göstərə bildiyi ən yüksək sürət.
1.4.12 maksimum fasiləsiz sürət (dəqiqədə fırlanma ilə): Dəyişən sürətli qurğular üçün nominal dişli çarx sürətinin ən azı 105 %-ə bərabər olan sürət və sabit sürətli qurğular üçün nominal dişli çarx sürəti.
1.4.13 minimum yol verilə bilən sürət (dəqiqədə fırlanma ilə): İstehsalçı məhsulunun davamlı olaraq fəaliyyət göstərə bildiyi ən aşağı sürət.
1.4.14 nominal təzyiqlər (PN): Təzyiq ilə əlaqəli, sorğu məqsədləri üçün müvafiq sayılan rəqəmli təyinetmə.
1.4.15 normal ötürülən güc: Normal fəaliyyətin mümkün olduğu və optimal səmərəliliyin əldə olunduğu güc. Normal ötürülən güc dişli çarxın nominal gücünə bərabər və ya ondan az ola bilər.
1.4.16 normativ: Standartın tələbi.
1.4.17 dişli çarx: Dişli çarx komplektinin yüksək sürətli elementi.
1.4.18 dişli çarx qurğusunun nominal giriş sürəti (dəqiqədə fırlanma ilə): İstehsalçı tərəfindən məlumat vərəqələrində göstərildiyi kimi, ötürmənin müəyyən edilən nominal sürəti.
1.4.19 dişli çarx qurğusunun nominal çıxış sürəti (dəqiqədə fırlanma ilə): İstehsalçı tərəfindən məlumat vərəqələrində göstərildiyi kimi, hərəkət etdirilən qurğunun müəyyən edilən nominal sürəti.
1.4.20 dayanma xidməti: Avadanlığın dərhal avtomatik olaraq və ya əl ilə işə salınmaq və davamlı fəaliyyət göstərmək qabiliyyətli, boş dayanan hissəsi.
1.4.21 termal qabiliyyət: 45°C (80°F) temperatur qalxmasını ötmədən, qurğu davamlı olaraq 3 saat və ya daha çox vaxt ərzində gücü ötürür.
1.4.22 ümumi göstəricilərin hesablanması: Dairəvi şkala üzrə göstərmə cihazı və ya buna bənzər cihazların maksimum və minimum hesablamaları arasındakı fərq, yoxlanılan səthin bir dəfə tam fırlanması zamanı silindrik səthin yoxlanması.
Qeyd: Mükəmməl silindrik səthlər üçün, göstəricilərin hesablanması hesablamanın yarısına bərabər olan ekssentrikliyi nəzərdə tutur. Mükəmməl düz səthlər üçün, göstəricilərin hesablanması hesablamaya bərabər düzbucaqlıq nümayiş etdirir. Əgər diametr mükəmməl silindrik və ya düz deyilsə, ümumi göstəricilərin hesablanmasının mənasının izah edilməsi daha çətin olur.
1.4.23 fırlanma sürəti (dəqiqədə fırlanma ilə): Qəzalı vəziyyət üçün artıq sürət cihazının əsas hərəkətvericini dayandıra bildiyi sürət. Buxar turbinləri və sürgüqol-çarxqol mexanizmli porşenli mühərriklər üçün fırlanma sürəti maksimum fasiləsiz sürətin ən azı 110 %-nə bərabər olmalıdır. Qaz turbinləri üçün fırlanma sürəti maksimum fasiləsiz sürətin ən azı 105 faizinə bərabər olmalıdır.
1.4.24 dişlərin ovulma göstəricisi (K): 2.4.3-də müəyyən edilib.
1.4.25 qurğu üzrə məsuliyyət: Sifarişə daxil edilən qurğunun texniki aspektlərinin və bütün köməkçi sistemlərin koordinasiya edilməsi üzrə məsuliyyət. Bu məsuliyyətə güc tələbləri, sürət, fırlanma, ümumi təyinetmə, birləşmələr, dinamikalar, səs, yağlama, kipləşdirici sistemlər, materialların sınağı haqqında məruzələr, qurğunun cihazlarla təchiz edilməsi, boru sistemi və tərkib hissələrin sınaq edilməsi kimi faktorların yoxlanması daxildir.
1.4.26 tədarükçü (həmçinin, təchizatçı adlanır): Qurğunu təchiz edən nümayəndə.
Qeyd: Tədarükçü qurğunun istehsalçısı və ya istehsalçının nümayəndəsi ola bilər və xidmət dəstəyi üçün məsuliyyət daşıyır.
1.5 NORMATİV İSTİNADLAR
1.5.1 Normativ istinadlar Əlavə F-də göstərilmişdir.
1.5.2 Bütün istinad edilən standartlar mətndə müəyyən edilən dərəcədə normativlərdir.
1.5.3 Paraqrafda göstərilən qeydlər məlumatlandırıcı xarakter daşıyır.
1.5.4 Qurğulara tətbiq edilə bilən qaydaları, fərmanları və normativ sənədlərlə uyğunluğunu təşkil etmək üçün həyata keçirilməli olan tədbirlər istehlakçı ilə tədarükçü tərəfindən birgə müəyyən edilməlidir.
1.5.5 Bütün müvafiq spesifikasiyaları hər bir alt-tədarükçüyə vermək tədarükçünün məsuliyyətinə daxildir.
1.5.6 API MPMS-in 15-ci fəslində Neft Etalonları Standartında göstərilən faktorlar ABŞ vahidlərini Sİ vahidlərinə çevirmə üçün istifadə edilib. Əldə olunan dəqiq Sİ vahidləri yuvarlaqlandırılır.
1.5.7 Bu standartın nəşr olunduğu vaxtdan qüvvəyə minən Əlavə F- də göstərilən standartların, qaydaların və spesifikasiyaların nəşrləri bu standartın bir hissəsini təşkil edir.
Müraciətdən sonra, standartlara, qaydalara və spesifikasiyalara edilən dəyişikliklərin edilməsi istehlakçı ilə tədarükçü arasında qarşılıqlı razılaşdırılmalıdır.
İstehlakçı bu standart çərçivəsində tədarük edilən çertyojlar, proqram təminatları, bərkidici detallar və qurğular üçün Sİ və ya ABŞ ölçü vahidlərinin istifadə edilib edilməməsini müəyyən etməlidir.
Qeyd: Sİ və ya ABŞ vahidləri üçün məlumat vərəqələri Əlavə A-da göstərilmişdir.
2.1.1 Bu standarta uyğun olaraq alınan dişli çarxlar AGMA 6010 və 6011-ə və burada istinad edilən müvafiq standartlara uyğun olmalıdır.
2.1.2 Bu standartda əhatə oluna qurğular (o cümlədən köməkçi qurğular) minimum 20 il müddətə fəaliyyət göstərmək (o cümlədən 5 il fasiləsiz fəaliyyət göstərməklə) üçün dizayn və istehsal edilməlidir.
Qeyd: bunlar dizayn meyarı kimi qəbul edilir.
2.1.3 Tədarükçü sifarişə daxil edilən bütün qurğular və köməkçi sistemlər üçün məsuliyyəti öz üzərinə götürməlidir.
· 2.1.4 İstehlakçı qurğunun normal ötürmə gücünü müəyyən etməlidir (dişli
çarxın nominal gücü üçün 2.4.1-ə baxın). Bu, hərəkət etdirilən avadanlığın normal əməliyyat nöqtəsi ilə birləşən gücdür.
· 2.1.5 Tələb olunan zaman, istehlakçı məlumat vərəqələrində təyin edilən
ötürmə sayının dəyişməsinin yol verilə bilən faizini göstərməlidir.
Qeyd: Aparan dişli çarx üçün dişlərin sayının seçilməsi zamanı, məlumat vərəqələrində göstərilən həm nominal giriş, həm də nominal çıxış sürətləri ilə uyğunluq təşkil etmək istehlakçı üçün hər zaman praktiki olmur. Ona görə də, istehlakçı ikisindən hansının müəyyən edildiyini (tədarükçü buna əməl etməlidir) və hansının normal olduğunu göstərməlidir. Burada S, müəyyən edilən sürəti göstərmək üçün, N isə nominal sürəti göstərmək üçün istifadə edilməlidir.
2.1.6 Tədarük edilən bütün qurğuların səs təzyiq səviyyəsinə (STS) nəzarət etmək istehlakçının və tədarükçünün qurğu üzrə birgə məsuliyyəti olmalıdır. Tədarükçü tərəfindən tədarük edilən qurğu müəyyən edilən maksimum yol verilə bilən STS ilə uyğunluq təşkil etməlidir. Uyğunluğun müəyyən edilməsi məqsədilə, tədarükçü qurğu üçün həm maksimum səs təzyiqi, həm də oktava üzrə səsin güc səviyyəsi ilə bağlı məlumatları təqdim etməlidir.
2.1.7 Başqa cür müəyyən edilməyənə qədər, aşağıdakı şəraitlər üçün soyuducu su sistemi və ya sistemləri dizayn edilməlidir:
İstilik mübadilə səthi üzərində suyun sürəti
Maksimum yol verilən işləmə təzyiqi (MYİT)
(≥100 kv. düyümdə manometrik təzyiq)
Sınaq təzyiqi (≥ 1.5 MYİT)
(≥150 kv. düyümdə manometrik təzyiq)
Maksimum təzyiq düşməsi
(15 kv. düyümdə funt)
Maksimum giriş temperaturu
Maksimum çıxış temperaturu
Maksimum temperatur qalxması
Minimum temperatur qalxması
Su tərəfin axma faktoru
(0.002 saat-ft-°F/Btu)
Karbon polad üzlük üçün yol verilə bilən korroziya
1. Ölçü cihazının təzyiqi.
2. Qatılaşmaya yol verməmək üçün, su ilə soyudulan yastıq gövdələrində giriş suyunun minimum temperaturu ətraf hava temperaturundan yüksək olmalıdır.
Əgər minimum temperatur qalxması və istilik mübadilə etmə səthləri üzrə sürət üçün meyarlar ziddiyyət təşkil edərsə, tədarükçü bu barədə istehlakçıya məlumat verməlidir. İstilik mübadilə etmə səthləri üzrə sürət üçün meyarlar suyun çirklənməsini minimallaşdırmaq üçün nəzərdə tutulur; minimum temperatur qalxması üçün meyarlar soyuducu suyun istifadə edilməsini minimallaşdırmaq üçün nəzərdə tutulur. Əgər bu cür ziddiyyət mövcud olarsa, istehlakçı son seçimini təsdiq etməlidir.
2.1.8 Qurğu Cədvəl 1-də göstərilən fırlanma sürətində zədələnmədən fəaliyyət göstərmək üçün dizayn edilməlidir. Turbinli dişli çarxlar üçün rotorlar fırlanma sürətinin 110 %-nə qədər ani sürətlərdə zədələnmədən fəaliyyət göstərmək üçün dizayn edilməlidir.
2.1.9 Qurğuların, o cümlədən boruların və köməkçi sistemlərin təyin edilməsi istehlakçı ilə tədarükçü tərəfindən birgə həyata keçirilməlidir. Təyin etmə zamanı adekvat ara məsafələri və qurğunun fəaliyyəti və istismarı üçün təhlükəsiz şərait təmin edilməlidir.
· 2.1.10 Mühərriklər, elektrik tərkib hissələr və elektrik qurğuları istehlakçı tərəfindən müəyyən edilən ərazi təsnifatına (növ, qrup və bölmə və ya zona) uyğun olmalıdır və IEC 60079-0-in müvafiq hissələrinin (NFPA 70, 500, 501, 502 və 504-cü bəndlər) tələblərinə və həmçinin istehlakçı tərəfindən göstərilən yerli qanunlarla (1.5.4-ə baxın) uyğunluq təşkil etməlidir. Tipik tətbiq edilən elektrik qaydalarının siyahısı üçün Əlavə F-in standartlar cədvəlinə baxın.
2.1.11 Diyircəkli yastıqlar, val kipləşdiriciləri, yüksək cilalanan hissələr, alətlər və idarəetmə elementləri kimi hərəkət edən yağlı hissələri əhatə edən yağ çənləri və gövdələr əməliyyat zamanı və ya boş dayanan zaman nəmişlik, toz və digər xarici təsirlər səbəbindən çirklənməsini minimallaşdırmaq üçün dizayn edilir.
2.1.12 Bütün qurğular çevik və qənaətcil işləmək üçün dizayn edilməlidir. Karkas tərkib hissələr və diyircəkli yastıq gövdələri kimi əsas hissələr yenidən quraşdırma zamanı düzgün qruplaşmanın təmin edilməsinə imkan verən formada dizayn və istehsal edilməlidir.
2.1.13 Quraşdırmadan sonra, reduktorun fəaliyyətinə (ötürmə və ya ötürmə qurğusu) görə həm istehlakçı, həm də tədarükçü məsuliyyət daşıyır.
Cədvəl 1. Ötürmənin gediş sürətləri
Dəyişən sürətli mühərrik
Sabit sürətli mühərrik
Sürgüqol-çarxqol mexanizmli
NEMA SM23-də müəyyən edildiyi kimi, idarəetmə növünü göstərir.
2.1.14 Dişli çarxların dizaynı zamanı, istehsalçı nəzərə almalıdır ki, bir çox faktorlar (boru yükləri, iş şəraitlərində quraşdırılma, dəstəkləyici strukturlar və daşınma və quraşdırma zamanı yükləyib-boşaltma) qurğunun fəaliyyətinə təsir göstərə bilər.
· 2.1.15 Qurğu, o cümlədən bütün köməkçi sistemlər istehlakçı tərəfindən müəyyən edilən ətraf mühit şəraitlərində işləmək üçün uyğun olmalıdır. Bu şəraitlərə qurğunun qapalı (isti və ya isti olmayan şəraitdə) və ya açıq şəraitdə (tavanlı və ya tavansız şəraitdə) quraşdırılması, maksimum və minimum temperaturlar, normadan artıq rütubətli, tozlu və ya korroziyalı şəraitlər daxildir.
2.1.16 Reduktorlar üçün yoxlama müddəti tələb olunmur.
· 2.1.17 Dişli ötürmə dişli, fırlanan qurğu sistemlərinin bütün daxili və xarici yüklərinə tab gətirmək üçün dizayn edilməlidir. Qurğu istehlakçının müəyyən etdiyi dişli çarxın nominal gücündə işləyən zaman, dişli ötürmə dişli çarxın ilişməsi boyunca ötürülən müəyyən əlavə xarici yüklərə (dayaqlar, yağ boruları və s.) tab gətirmək qabiliyyətində olmalıdır.
2.1.18 Qurğu və bütün köməkçi sistemlər üçün ehtiyat hissələr və dəyişdirilən hissələr bu standartın meyarlarına uyğun olmalıdır.
· 2.2 VAL YIĞILMASININ TƏYİNİ
İstehlakçı Cədvəl 2-də və Şəkil 1-də göstərilən kombinasiyalardan seçilən val yığılmasının müvafiq təyinini müəyyən etməlidir. İstehlakçı alternativ olaraq Şəkil 1-dən bir və ya daha çox yığım təyinlərini seçə və surətlərini müraciət ilə birgə təqdim edə bilər. Əgər müraciət zamanı val seçimi yekunlaşdırılmayıbsa, istehlakçı göstərilən bütün kombinasiyaları təyin edə bilər.
Qeyd: Cədvəl 2 və Şəkil 1 üçün materiallar nəşr edənin icazəsi ilə, AGMA 6010-dan çap edilib. Nümunə qeydləri üçün Şəkil 1-ə istinad edin.
Cədvəl 2. Val komplektinin kombinasiyaları
2.3.1 Müvafiq valların birləşmə sonluqlarından göründüyü kimi, yüksək sürətli və aşağı sürətli valların fırlanma istiqaməti ya saat əqrəbi istiqamətində (SƏ), ya da saat əqrəbinin əksi istiqamətində (SƏƏ) olur.
2.3.2 Məlumat vərəqələrində və çertyojlarda və cədvəllərdə, valların fırlanma istiqaməti SƏ və ya SƏƏ abreviaturaları ilə göstərilir.
· 2.3.3 İstehlakçı həm yüksək sürətli, həm də aşağı sürətli valların fırlanma istiqamətini müəyyən etməlidir. Valların biri və ya hər ikisi hər bir sonluqda genişlənməyə malik olarsa, istehlakçı alternativ olaraq, müvafiq montaj təyinində fırlanma istiqamətlərini göstərə və şəkilinin surətini müraciət ilə birgə təqdim edə bilər (Şəkil 1-ə baxın).
· 2.3.4 Alış üçün məlumatları tamamlayarkən, istehlakçı dişli çarx ötürmələri sistemində hər bir element üçün fırlanma istiqamətini göstərən eskiz hazırlamalıdır.
2.4 DƏRƏCƏLƏMƏ (PARAMETRLƏR)
· 2.4.1 Dişli çarxın nominal gücü
2.4.1.1 Qurğunun dişli çarxının nominal gücü istehlakçı tərəfindən müəyyən edilməlidir. Ötürməyə yaxın yerləşən dişli çarxların minimum nominal gücü ötürmənin maksimum quraşdırılan gücü olmalıdır. Elektrik mühərrik ötürmələri üçün dişli çarxın nominal gücü mühərrikin xidmət faktorlarının göstərildiyi ad lövhəsində olan güc olmalıdır. Normal və qeyri-normal fəaliyyətin bütün növləri yoxlanmalıdır. Fəaliyyət növlərinə müəyyən zaman ərzində startların sayı, azaldılan yük, çıxarılma, saxlanılan yük, azaldılan sürət və artıq yük və artıq sürət şəraitləri daxildir. Əgər maksimum fasiləsiz sürətdən fərqli əməliyyat sürətində maksimum ötürülən burucu moment baş verərsə, bu burucu moment və onun müvafiq sürəti istehlakçı tərəfindən müəyyən edilməlidir və dişli çarxın ölçüsünün müəyyən edilməsi üçün əsas götürülür.
Aparılan qurğunun iki detalı arasında olan dişli çarxın nominal gücü aşağıda göstərilən a və ya b bəndlərindən aşağı olmamalıdır.
a. dişli çarx tərəfindən aparılan qurğunun tələb etdiyi maksimum gücün 110%-i.
b. Normal güc tələbləri əsasında, aparıcının aparılan avadanlıqlar arasında proporsional bölüşdürülən maksimum gücü.
2.4.1.2 Normal ötürülən güc
Optimal dişli çarx dizaynı üçün (rotor dinamikaları, başlıq modifikasiyası), istehlakçı dişli çarxın nominal gücünə əlavə olaraq, normal ötürmə gücünü və xüsusi fəaliyyət şəraitlərini müəyyən etməlidir.
2.4.1.3 Dişli çarxın gücü aşağıdakı qabiliyyətlərin ən azına əsaslanmalıdır: diş ovulmasına müqavimət, diş əymə gücü və ya termal qabiliyyət.
· 2.4.2 Dişli çarxın xidmət faktoru
Dişli çarxın minimum xidmət faktoru (XF) Cədvəl 3-də göstərildiyi kimi, istehlakçı tərəfindən məlumat vərəqələrində müəyyən edilməlidir.
1. Kod: L = sol; R = sağ; U = yuxarı mövqe-aşağı sürətli val; D = aşağı mövqe –aşağı sürətli val.
2. Oxlar val genişlənmələrinin istiqamətini müəyyən etmək üçün xətləri göstərir.
3. Defislərdən əvvəlki rəqəmlər yüksək sürətli valların genişlənməsinin sayına aiddir.
4. Defislərdən əvvəlki hərflər yüksək sürətli valların genişlənməsin sayına və istiqamətinə aiddir.
5. Defislərin ardınca gələn hərflər yüksək sürətli valların genişlənməsin sayına və istiqamətinə aiddir.
Cədvəl 3 — Dişli çarxın minimum xidmət faktorları
Rotor çıxıntısı (radial, oxvari, vintli və digər)
İrəli-geri gedişli konveyerlər
Eyni qaydada yüklənən və qidalanan
Fərqli qaydada qidalanan
Titrədici və ya yellədici
Dağıdıcı (filiz və ya daş)
Bir vintli presləyicilər
İki vintli presləyicilər
İki vintli qarışdırıcılar
Cədvəl 3 — Dişli çarxın minimum xidmət faktorları (davamı)
Mərkəzdənqaçma (aşağıdakılar istisna olmaqla bütün xidmətlər)
Mərkəzdənqaçma, qaynadıcı
Mərkəzdənqaçma, isti yağ
Mərkəzdənqaçma, su təchizatı
Rotor, oxvari axın (bütün növlər)
2.4.3 Dişlərin ovulma göstəricisi
2.4.3.1 Dişli çarx elementləri K-faktoru adlanan dişlərin ovulma göstəricisinə əsasən ölçülməlidir. Bu metoda kontakt diş səthlərinin əyrilik radiusu, uzadılan istismar müddəti, yüksək etibarlılıq, dinamik yük təsirləri, diş yükünün səth boyunca düzgün olmayan paylanması və ovulmaya müqavimət üçün materialların möhkəmliyi kimi faktorlar daxildir.
Qeyd: Dişli çarxların ölçüsünün müəyyən edilməsi üçün bu sadə sistem AGMA 2101 ilə, bu standartda göstərilən əsas tənliklər ilə uyğunluq təşkil edir.
2.4.3.2 K-faktoru aşağıdakı kimi müəyyən edilir:
ABŞ vahidlərində, Wt aşağıdakı kimi bildirilə bilər:
K = dişin ovulma göstəricisi, MPa ilə (lbf/düym.2),
Wt = işləyən dişli çarx ilişməsinin addımının diametrində ötürülən toxunan yük, N ilə (lb),
Fw = səthin eni, mm ilə (düym.),
d = dişli çarx ilişməsinin addımının diametri, mm ilə (düym),
R = dişli çarx təkərində dişlərin sayı
Pg = dişli çarxın nominal gücü, kvt ilə (hp),
Np = dişli çarxın sürəti, dövrə/dəq.
2.4.3.3 Dişli çarx qurğusunun nominal gücündə yol verilə bilən K-faktoru dişli çarxın dişi, dişin möhkəmliyi və xidmət faktoru üçün seçilən materiallardan asılı olaraq dəyişir. Yol verilə bilən K-faktorları aşağıdakı kimi hesablanır:
Ka = yol verilə bilən K-faktoru,
Im = materialın göstəricilərinin sayı (Cədvəl 4 və Şəkil 3-dən),
SF = dişli çarxın minimum xidmət faktoru (Cədvəl 3-dən).
2.4.3.4 Konusvari dişli ötürməni dərəcələyən zaman, konusvari dişli ötürmə bənd 2.4.3.2 üzrə konusvari komplektin orta addım diametrində hesablanan, spiralvari dişləri olan dişli ötürmənin ekvivalentinə bərabərləşdirilməlidir.
Aparan dişli çarx ilişməsinin addımının orta diametri aşağıdakı kimi müəyyən edilir:
MPDp = konusvari dişli çarx ilişməsinin addımının orta diametri, mm ilə (düym),
MPDg = konusvari dişli çarx təkərinin addımının orta diametri, mm ilə (düym),
Mmn = addımın orta diametrində konusvari modul, mm ilə,
DPn = addımın orta diametrində konusvari normal addım, 1/düym ilə,
PDp = konusvari dişli çarx ilişməsi addımının diametri, mm ilə (düym),
PDg = konusvari dişli çarx təkərinin addımının diametri, mm ilə (düym),
Nt = dişli çarxın dişlərinin sayı,
Fw = səthin eni, mm ilə (düym),
Γp = addımın konus bucağı, dişli çarx,
Γg = addımın konus bucağı, aparan dişli çarx,
2.4.3.5 Cədvəl 4-də cari istifadə olan materialların müxtəlif kombinasiyaları üçün material göstəricisinin sayını və diametr nisbətində (L/d) maksimum uzunluğu göstərir. Element, dişli çarx və ya aparan dişli çarx təkəri üçün minimum material möhkəmliyi ən aşağı minimum möhkəmlik ilə seçilir. Cədvəl 4-də müəyyən edilən əyriləri göstərilən məhdudiyyətlərdən kənar istifadə etməyin (Şəkil 3 və qeydə baxın).
2.4.3.6 Modifikasiya edilməyən qurğuşuna malik paralel vallı, spiralvari dişləri olan dişli çarxların əyilməsi rotorların ümumi qurğuşun uyğunsuzluğuna səbəb olmamalıdır. Dişli çarx qurğusunun deformasiyası nominal güc əsasında müəyyən edilməlidir. Cədvəl 4-də göstərilən L/d qiymətləri yalnız spiralvari dişləri olan dişli çarxlara tətbiq edilir. Konusvari dişli çarxlar üçün səthin maksimum eni xarici konus məsafəsinin 0.33 dəfəsinə bərabər olmalıdır. Bu, konusvari dişli çarxlar üçün Cədvəl 4-də olandan aşağı L/d nisbətləri ilə nəticələnir.
2.4.3.7 Cədvəl 4-də göstəriləndən yüksək L/d nisbəti təklif edildiyi zaman, dişli çarx tədarükçüsü təklifdə yüksək L/d nisbətinin istifadə edilməsinin səbəbini göstərməlidir. L/d nisbətləri Cədvəl 4-də göstərilənləri ötən zaman, istehlakçının təsdiqi tələb olunmalıdır. İstehlakçı dişli çarxın nominal gücündən fərqli əməliyyat şəraitləri, misal üçün normal ötürmə gücü müəyyən etdiyi zaman, tədarükçü müvafiq modifikasiyaların edilməsi üçün, dişli çarxın fəaliyyət göstərəcəyi vaxt müddətini və yük diapazonunu nəzərə almalıdır. Modifikasiya edilən qurğuşun təqdim edilən zaman, istehlakçı və tədarükçü sınaqda əldə olunan diş kontakt nümunələri ilə bağlı razılığa gəlməlidirlər.
Əgər rotor deformasiyası bənd 2.4.3.6-da müəyyən edilən qiymətləri keçərsə, bu yanlışlığı azaltmaq üçün, analiz nəticəsində müəyyən edilən qurğuşun modifikasiyası tətbiq edilməlidir. Bu, ümumi səth eni boyunca yük paylanmasını asanlaşdırır. Qurğuşun modifikasiyalarının uğurlu tətbiqi dişli çarxın dişlərinin AGMA/ISO 1328-1-ə uyğun olaraq düzgünlüyündən asılıdır.
Qeyd: Dişli çarxın dişlərinin qurğuşun modifikasiyasına görə yük paylanması bu standartın tətbiq sahəsinə daxil deyil.
Qeyd: Şəkil 3-də minimum müəyyən edilən möhkəmlik istifadə edilir. İstiliyin aradan qaldırılması təcrübəsi möhkəmlik üzrə dözümlük həddi tələb edir. Möhkəmlik həddinin yuxarı məhdudiyyəti Şəkil 3-də göstərilən məhdudiyyətləri keçə bilər.
Cədvəl 4- Material göstəricisinin sayı, Im və Maksimum L/d Nisbətləri
Qeyd: L = səthin eni, o cümlədən boşluq, mm ilə (düym.); d = aparan dişli çarxın addım diametri, mm ilə (düym); BHN = Brinel üzrə bərklik ədədi; HRC = Rokvel bərkliyi (C şkalası).
Qeyd: L = səth eni və boşluq, mm ilə (düym); d = dişli çarxın addımının diametri, mm ilə (düym); BHN = Brinel üzrə bərklik ədədi; HRC = Rokvel üzrə bərklik ədədi (C şklası).
Qeyd: Şəkil 4-də minimum müəyyən edilən möhkəmlik istifadə edilib. Normal istiliyin aradan qaldırılması təcrübəsi möhkəmlik üzrə dözümlük həddi tələb edir. Möhkəmlik həddinin yuxarı məhdudiyyəti Şəkil 4-də göstərilən məhdudiyyətləri keçə bilər.
Cədvəl 5-Yol verilə bilən əyilmə zamanı gərginliyin sayı, Sa
Minimum möhkəmləndirmə üsulu
Cədvəl 6 -Paralel vallı və düzbucaqlı dişli çarxlara tətbiq olunan konsol yük faktorları
Bir və ya çox zəncirli
Aparan dişli çarxın dişli çarx ilə hərəkəti
Bir və ya daha çox V-qayışları
2.4.4 Dişlərin ölçüsü və həndəsi forması
2.4.4.1 Dişli çarxın dişlərinin ölçüsü və həndəsi forması elə seçilməlidir ki, (1) tənliyindən istifadə etməklə hesablandığı kimi, əyilmə zamanı gərginliyin sayı Cədvəl 5-də göstərilən qiymətləri keçməsin (Şəkil 4 və qeydə baxın). Bu metoda yol verilə bilən K-faktorunu müəyyən etmək üçün istifadə edilən faktorlara bənzər faktorlar daxildir. Spiralvari dişləri olan dişli çarxların dişlərinin ölçüsünü müəyyən etmək üçün istifadə olunan bu sadə sistem AGMA 2101 ilə uyğunluq təşkil edir.
2.4.4.2 Tədarükçü həm dişli çarx, həm də dişli çarx təkəri üçün əyilmə zamanı gərginliklərin sayını hesablamalıdır. Aralıqlar istifadə edilən yerdə, hesablanan gərginlik Cədvəl 5-də göstərilən qiymətlərin 70 %-i ilə məhdudlaşmalıdır. Spiralvari dişləri olan dişli çarxlar üçün əyilmə zamanı gərginliyin sayı aşağıdakı kimi hesablanır.
S = əyilmə zamanı gərginliyin sayı,
Sa = yol verilə bilən əyilmə zamanı gərginliyin sayı (Cədvəl 4-ə baxın),
mn = modul sayı, mm ilə,
γ = spiral bucağı, dərəcələ ilə,
J = həndəsi faktor (AGMA 908-dən götürülüb).
S = əyilmə zamanı gərginliyin sayı,
Sa = yol verilə bilən əyilmə zamanı gərginliyin sayı (Cədvəl 4-ə baxın),
Pnd = normal diametrli addım, 1/düym ilə,
γ = spiral bucağı, dərəcələ ilə,
J = həndəsi faktor (AGMA 908-dən götürülüb).
2.4.4.3 Konusvari dişli çarxlar və aparan dişli çarxlar üçün əyilmə zamanı gərginliyin sayı aşağıdakı kimi hesablanır:
S = əyilmə zamanı gərginliyin sayı,
Sa = yol verilə bilən əyilmə zamanı gərginliyin sayı,
Mmn = orta addım diametrində konusvari modul, mm ilə,
γ = spiral bucağı, dərəcələ ilə,
J = həndəsi faktor (AGMA 2003-dən götürülüb).
S = əyilmə zamanı gərginliyin sayı,
Sa = yol verilə bilən əyilmə zamanı gərginliyin sayı,
DPn = orta addım diametrində konusvari normal addım, 1/düym ilə,
ψ = spiral bucağı, dərəcələ ilə,
J = həndəsi faktor (AGMA 2003-dən götürülüb).
Zəncir, dişli çarx və ya qayış ötürmələri giriş və ya çıxış valında quraşdırılan zaman, konsol yükü ötürülən gücü çoxaltmaqla hesablanmalıdır. Ötürülən güc Cədvəl 6-da qeyd olunan müvafiq faktor ilə addım dövrəsinə toxunan olur. Vallar, diyircəkli yastıqlar və boltlar konsol yükünə uyğun olaraq ölçülməlidir. Bütün güclər ən qeyri-müvafiq vaxtlarda işləmək üçün nəzərə alınmalıdır.
2.4.6 Meyletmələr (kənara çıxmalar)
Bəzi xüsusi hallarda 2.4.1-dən 2.4.5-ə qədər olan bəndlərdə göstərilən dərəcələmə qaydalarından meyletmələr arzu olunan hesab oluna bilər. Tədarükçü təklifdə bu cür meyletmələri təsvir etməli və əsaslandırmalıdır.
2.5.1 Layihə parametrləri
2.5.1.1 Dişli çarxın karkasları tökmə və ya hazır olmalıdır və tədarükçünün yazılı təlimatlarına uyğun olaraq quraşdırılmaqla və dəstəkləyicilər ilə təmin edilməklə, bütün yük şəraitlərində rotor növlərini saxlamaq üçün dizayn edilməli və istehsal edilməlidir.
2.5.1.2 Qurğunun ayaqları şaquli vintli domkratlar ilə təmin edilməli və birləşdirmə üçün müvafiq olan iki yerdə qazılan deşikdə yerləşdirilməlidir. Karkas əyilməsinin və birləşdirilən qurğu ilə yanlış qruplaşmanın təsirlərini minimallaşdırmaq üçün birləşdirmə deşiklərinin yeri seçilməlidir.
Qeyd: Paralel vallı qurğular üçün, bu yerlər yüksək sürətli dişli çarxın mərkəzi xəttinə şaquli müstəvidə mümkün qədər yaxın olmalıdır.
2.5.1.3 Karkas buruqları kifayət qədər dəqiq hazırlanmalıdır ki, dişli çarx qurğuları və ya daha sonra alınan ehtiyat dişli çarx kompletkləri orijinal dişli çarx komplektlərinin dişli çarx dişlərinin kontaktına və güc dərəcələnməsinə malik olsun. Rotor yoxlama stendində düzgün kontaktda olan dişli çarx komplekti öz karkasında da düzgün kontaktda olmalıdır. Kontaktı yaxşılaşdırmaq üçün dişli çarx qurğusunun karterini burmaq yolverilməz hesab olunur.
2.5.1.4 Bütün daxili borular düzgün qaynaq edilməli və bütün birləşmələr üçün flanslar düzgün istifadə edilməlidir. Hər hansı yivli boru minimum rejim 80 malik olmalı və flanslarda möhür qaynaq edilməlidir (bənd 2.6.2.1.d-ə baxın).
2.5.1.5 Daxildə borular istifadə edilən zaman, bu bənd 3.5.1 və 2.5.1.6-a uyğun olaraq, paslanmayan polad borular olmalıdır.
2.5.1.6 Daxili boruların və yağ qızdırıcılarının dizaynında silkələnmə və ya daşınma, əməliyyat və ya istismar zamanı zədələnməyə qarşı müdafiə təmin edilməlidir. Konsul boru sisteminə bütün boru-flans birləşmələrində iki müstəvidə bucaqların möhkəmləndirilməsi daxildir.
2.5.1.7 Karkaslar elə dizayn edilməlidir ki, yağın tez axmasına və yağın istiliyinin həddən artıq qalxmasına səbəb ola biləcək yağ köpüklənməsini minimallaşdırmağa imkan versin.
2.5.1.8 10 mikron hissəcik (β10 ≥ 10) və ya daha yaxşı süzülmə dərəcəsinə malik, dəyişdirilə bilən filtir-nəfəslik təmin edilməlidir. Filtr-nəfəslik yağın atmosferə axmasının, karkaslarda təzyiq yaranmasının, güclü yağış zamanı suyun içəri daxil olmasının və həmçinin çirklənmənin qarşısını almaq üçün dizayn edilməli və yerləşdirilməlidir. Filtr-nəfəslik birləşməsi ən azı 3/4 NPT olmalıdır.
Qeyd: Kiçik dişli çarx qutularında bu cür ölçülü filtr-nəfəslik yerləşdirmək mümkün deyil. Alternativ konfiqurasiyalar istehlakçı ilə tədarükçü arasında qarşılıqlı razılaşdırılmalıdır. Filtrasiya dərəcəsinin müəyyən edilməsi üçün, API Standart 614, Əlavə E-ə baxın.
· 2.5.1.9 Əgər zərurət yaranarsa, dəyişdirilməyən, təmizlənə bilən, paslanmayan poladdan və ya mis-nikel xəlitəli materialdan hazırlanan filtr-nəfəslik təmin edilməlidir və bu filtr-nəfəslik yağın atmosferə axmasının, karkaslarda təzyiq yaranmasının, güclü yağış zamanı suyun içəri daxil olmasının və həmçinin çirklənmənin qarşısını almaq üçün dizayn edilməli və yerləşdirilməlidir. Filtr-nəfəslik birləşməsi ən azı 3/4 NPT olmalıdır və onun konstruksiyası yoxlama və təmizlənmə üçün asan sökülməyə imkan verməlidir.
Qeyd: Bu paraqrafda göstərildiyi kimi, adi filtr-nəfəslik çirkli havanın dişli çarx qutusuna daxil olmasına və yağı çirkləndirməsinə imkan verə bilər.
· 2.5.1.10 Əgər istehlakçı tərəfindən müəyyən edilsə və tədarükçü tərəfindən qəbul edilsə, ətraf mühit faktorlarından çirklənmənin qarşısını almaq üçün reduktorların karkasları püskürülən yağ dumanı ilə təmin edilməlidir.
Qeyd: Yağın keyfiyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə, yağ kölgəsinin yağlanmasının dişli çarx qurğuları üçün əsas yağlanma ilə eyni olması tələb oluna bilər. Dişli çarx qurğularının çənində yağ səviyyəsinin necə olmasına, çənin altlığın ayrılmaz hissəsi və ya çıxarıla bilən olub olmamasına xüsusi diqqət yetirilməlidir.
2.5.1.11 Dişli çarx elementlərinin tam səth eninin birbaşa əyani yoxlanmasına şərait yaratmaq məqsədilə, dişli çarx qurğuları karkaslarında çıxarıla bilən, arakəsməsi olan yoxlama örtükləri təmin edilməlidir. Yoxlama üçün açılmalar ən azı dişli çarx səthinin eninin yarısı qədər olmalıdır.
2.5.1.12 İstehlakçı əvvəlcədən materialı və tətbiq üsulunu təsdiq etmədən, karkasların içəri hissəsinə daimi örtüklər və boyalar tətbiq edilməməlidir.
2.5.1.13 15 m/s-dən (3,000 ft/dəq) yüksək sürətli addıma malik sıxılmış yağ sistemləri olan qurğularda, ötürmələr qutusunun karkası elə qurulmalıdır ki, dişli çarxlar əməliyyat zamanı və ya işləməyən zaman yağa batmasın. 15 m/s (3,000 ft/dəq) və ya daha yüksək sürətli addımda dişli çarx qurğuları yağa bata bilər; lakin 10 m/s-dən (2,000 ft/dəq) yüksək sürətli addımda, sürətli axını təmin etmək və köpüklənməni minimallaşdırmaq üçün yağ çəni istifadə edilməlidir.
Karkasların ayrılma xətlərində metal-metal birləşmələr (müvafiq birləşmə tərkibinə malik) istifadə edilməlidir ki, bu da müvafiq boltlar tərəfindən kip saxlanılır. Paralel vallı dişli çarxlar üçün ayrılma xətlərində araqatlar (o cümlədən, naqil növlü) istifadə edilməməlidir.
Qeyd: Spiralvari dişləri olan konusvari dişli çarx qurğularının fırlanan elementlərinin qarşılıqlı təsirinə görə, dişlərin xüsusi ilişmə kontaktına və ara boşluğuna nail olmaq üçün, elementlərin montaj məsafələrinin tənzimlənə bilən olması tələb olunur. Tənzimləmə oxvari çevirmə yolu ilə, birləşmə gövdəsi və yastıq daşıyıcısından istifadə etməklə, element valının mərkəzi fırlanma xətti edilən zaman, ara qatlardan istifadə edilməyə icazə verilir.
2.5.3.1 Karkasın bərkidilməsi bolt vasitəsilə, şiplənmə və ya qalpaqlı qayka vasitəsilə yerinə yetirilməlidir. Yivli bolt yırtıqları divar vasitəsilə karkasın daxilinə nüfuz etməməlidir. Sökülmə zamanı şiplərin çıxarılması tələb olunmamalıdır.
2.5.3.2 Şiplənən birləşmələr quraşdırılan şiplər ilə birgə təqdim edilməlidir. Tutulu şip yırtıqları dərin deşilməlidir ki, şipin əsas diametrinin 11/2 dəfəsinin dərinliyinə bərabər olsun; hər bir şipin hər iki sonluğunda birinci 11/2 yivlər çıxarılmalıdır.
2.5.3.3 Bərkitmə aşağıdakı kimi olmalıdır:
a. Yivləmənin detalları ISO 261, ISO 262, ISO 724, ISO 965-ə (to ASME B1.1) uyğun olmalıdır.
b. Ucu dairəvi və ya dördkünc açarlardan istifadəyə şərait yaratmaq üçün, hər bir bərkitmə nöqtələrində adekvat aralıq məsafələri təmin edilməlidir.
c. İstehlakçı tərəfindən təsdiq edilməyənə qədər, daxili dairəvi, kəsikli və ya qaykalı bərkitmə istifadə edilməməlidir.
2.5.3.4 6 mm (1/4 düym) və daha böyük bütün bərkidici detallar (şaybalar və qaykalar istisna olmaqla) üzərində istehsalçının qeydləri olmalıdır. Şpillər üçün qeydlər şpilin sonluğunda olmalıdır.
Qeyd: Komplekt vintlər bir sonluqda açılan daxili altıkünclü, başlığı olmayan vintlərdir.
2.5.4 Quraşdırma və sökmə
Ötürmələr qutusunun əsas yağ təchizatının boru sistemini sökmədən, üfüqi ayrılan karkasların yuxarı yarısını qaldırmaq mümkün olacaq.
2.5.4.1 Karkasların yuxarı yarısını qaldırmaq üçün qaldırıcılar və halqalı boltlar təmin edilməlidir. Bütün karkası qaldırmaq qabiliyyətində olmayan qaldırıcılar və halqalı boltlar açıq şəkildə karkas üzərində qeyd edilməlidir. Quraşdırılan qurğunu qaldırmaq üsulları tədarükçü tərəfindən müəyyən edilməlidir.
2.5.4.2 Səthlərin quraşdırılmasında aşağıdakı meyarlara əməl edilməlidir:
a. Səthlərin arifmetik orta kələ-kötürlüyü (Ra) 6 μm (25 μin.) və ya daha yaxşı olmalıdır.
b. Yumşaq ötürmələrə yol verməmək üçün, onlar da həmçinin 25 μm (1 mil) daxilində eyni üfüqi müstəvidə olmalıdır.
c. Hər bir montaj səthi xətti metrə 42 μm (xətti funta 0.5 mil) hamarlıq çərçivəsində quraşdırılmalıdır.
d. Fərqli quraşdırma müstəviləri 50 μm (2 mil) çərçivəsində bir birilərinə paralel olmalıdır.
e. Yuxarı quraşdırılan və ya aşağı quraşdırılan səth quraşdırma səthinə paralel olmalıdır.
Aşağı bolt yırtıqları montaj səthinə və səthlərinə perpendikulyar açılmalıdır, bolt diametrinin üç dəfəsinə bərabər olmalıdır.
Qeyd: Nominal boru ölçüsü.
2.6 KARKAS BİRLƏŞMƏLƏRİ
2.6.1 Xidmət və ölçü meyarları
2.6.1.1 Ümumi məqsədli reduktorların karkasları adətən özünü saxlayan yağ sisteminə malik olur. Yağ sistemi istehlakçının özü tərəfindən təchiz edilən zaman, tədarükçü yalnız təchizat və axıtma birləşməni təmin edir. Istehlakçı tərəfindən təmin edilən sistemlərin axıtma borusunun minimum ölçüsü Cədvəl 7-ə uyğun olaraq, reduktor karkasının ümumi giriş axınına əsaslanmalıdır.
2.6.1.2 ISO 6708-ə uyğun olaraq, boru birləşmələri üçün açılmalar DN 20 (3/4 NPS) və ya daha böyük olmalıdır. DN 32, DN 65, DN 90, DN 125, DN 175, və DN 225, (11/4, 21/2, 31/2, 5, 7, və 9 NPS) ölçüləri istifadə olunmamalıdır.
2.6.2 Yağ üçün birləşmələr
· 2.6.2.1 Yağın girişi və axını üçün birləşmələr ən azı DN 20 (3/4-in. NPS) olmalıdır və flanslanmalı və şpillənməlidir. Flanslanan və ya şpillənən birləşmələr qeyri-praktik olduğu halda, DN 20-dən (NPS 3/4) DN 40-a (NPS 11/2) qədər olan ölçülərdə yivli birləşmələr yol verilə biləndir. Bu yivli birləşmələr aşağıda müəyyən edildiyi kimi quraşdırılmalıdır:
a. 150 mm-dən (6 düym) uzun olmayan borunun yivli ucluğu yivli açılmaya bərkidilməlidir.
b. Borunun yivli ucluqları Cədvəl 160-a uyğun olaraq, DN 25 (NPS 1) üçün və Cədvəl 80-ə uyğun olaraq, DN 40 (NPS 11/2) üçün bütöv çəkilmiş və daha kiçik olmalıdır.
c. Borunun yivli ucluğu qaynaq boyunu və ya dairəvi qaynaq flansı ilə təmin edilməlidir.
d. Yivli birləşmələr möhür qaynaqlı olmalıdır; lakin tökmə dəmirli qurğularda və ya təmir üçün sökülmə tələb olunan yerlərdə möhür qaynağına icazə verilmir. Möhür qaynaqlı birləşmələr ASME B31.3-ə uyğun olmalıdır.
e. Yivli açılmalar və boru yivləri üçün çıxıntılar ISO 7-1 (ASME B16.5) ilə uyğunluq təşkil etməlidir.
f. Boru yivləri ASME B1.20.1-ə uyğun olmalıdır.
2.6.2.2 Boruya birləşdirilməyən yivli açılmalar ASME B16.11-ə uyğun olaraq tıxacla bağlanmalıdır. Sonradan çıxarılması tələb olunan tıxaclar korroziyaya davamlı materialdan olmalıdır. Yivlər yağlanmalıdır. Yağ boru kanalına tıxılan tıxacların yivlərinə konuslar tətbiq edilməməlidir. Plastik tıxaclardan istifadə etməyə icazə verilmir.
· 2.6.2.3 Flanslar ISO 7005-1, Seriya 1, o cümlədən Əlavə D və E və ya ISO 7005-2, Seriya 1 və ya ASME B16.1, B16.5, və B16.42 ilə uyğunluq təşkil etməlidir.
Qeyd: ISO 7005-1 (polad flanslar) PN 20, 50, 110, 150, 260, 420 elə dizayn edilir ki, ASME B16.5 və MSS SP-44 flansları ilə qarşılıqlı dəyişə bilən olsun. ISO 7005-1 flansları isə ASME B16.5 və MSS SP 44 ilə eyni deyil, lakin ASME B16.5 və MSS SP 44-də müəyyən edilən ölçülər ilə uyğun təşkil edən hesab edilir.
ISO 7005-2 (çuqun) flanslar PN 20, 50 elə dizayn edilir ki, ANSI/ASME B16.1 (boz çuqun) və B16.42 (döyülən çuqun) ilə qarşılıqlı dəyişə bilən olsun, lakin onlar eyni deyil. Onlar ASME B16.1 (boz çuqun) və B 16.42-də (döyülən çuqun) müəyyən edilən ölçülər ilə uyğun təşkil edən hesab edilir.
Qeyd: ISO PN 2.5, 6 müvafiq ASME sinfinə malik deyil və ASME sinfi 75, 400 və 800 müvafiq ISO PN təyininə malik deyil. Ona görə də, bu PN və Sinif flans dərəcələmələrinin istifadəsi tövsiyə olunmur.
2.6.2.3.1 ISO 7005-1 olduğu zaman, müəyyən edilən materiallar Əlavə D-1 (DIN) və ya Əlavə D-2 (ASTM) ilə uyğunluq təşkil etməlidir. Əlavə E-də qeyd edilən təzyiq temperatur dərəcələmələri müəyyən edilən materiallara uyğun olmalıdır.
Qeyd: ISO 7005-1-in E Əlavəsindəki 1-4-cü Cədvəllər D-1 materiallarını, 5-21-ci Cədvəllər isə D-2 materiallarını əhatə edir.
· 2.6.2.3.2 Boz, yumşaq, döyülən və çuqun flanslar hamar səthli olmalı və müəyyən edildiyi kimi, ISO 7005-2, ASME B16.1 və ya 16.42 ilə uyğunluq təşkil etməlidir. PN 20 (Sinif 125) flansları DN 200 (8 NPS) və daha kiçik ölçülər üçün PN 50-ə (Sinif 250) bərabər minimum qalınlığa malik olmalıdır.
7005-2-də göstərilənlərdən fərqli flanslar bənd 2.6.2.3-də müəyyən edilən flansların ölçü tələblərinə uyğun olmalıdır.
· 2.6.2.3.3 ISO 7005-1, ISO 7005-2, ASME B16.1 və ya ASME B16.5-də göstərilənlərdən fərqli birləşmələr istehlakçının təsdiqini tələb edir. Əgər lazım olarsa, birləşən hissələr tədarükçü tərəfindən təchiz edilməlidir.
· 2.6.2.4 Mexaniki emal edilən və şpillənən birləşmələr ISO 7005-1, ISO 7005-2, ASME B16.1, B16.5 və ya B16.42-in üzləmə və deşmə tələblərinə uyğun olmalıdır. Şpillər və qaykalar quraşdırılmış formada təchiz edilməlidir. Hər bir şpilin hər iki sonluğundakı birinci 11/2 yivlər çıxarılmalıdır.
ISO 7005-1, 7005-2, ASME B16.1, B16.5, B16.42 ilə uyğunluq təşkil etməyən mexaniki emal edilən və şpillənən birləşmələr və flanslar üçün istehlakçının təsdiqi tələb olunur. Başqa cür müəyyən edilməyənə qədər, tədarükçü bu qeyri-standart birləşmələr üçün birləşən flanslar, şpillər və qaykalar təchiz etməlidir.
2.6.2.5 Flanslar tam üzlənmiş və arxa hissədə üzlənmiş olmalı və bərkitmə üçün dizayn edilməlidir.
2.6.2.6 Flans ara qatının kontakt səthində, kontakt eninin 30 faizindən çox radial uzunluq üçün oyuqların kökünə nüfuz edə bilən mexaniki zədə olmamalıdır.
Bütün polad flansların səthinin sonluğunda olan çatışmazlıqlar ASME 16.5-də göstərilən məhdudiyyətləri keçməməlidir.
2.6.2.7 Başqa cür müəyyən edilməyənə qədər, alternativ flans birləşmələri (yəni SAE-də göstərilən) alqı üçün nəzərdə tutulmayan birləşmələrdir.
2.6.2.8 Bütün alınan birləşmələr xüsusi dəzgah və ya dəzgahın hər hansı bir hissəsini tələb etmədən sökülə bilən olmalıdır.
2.6.2.9 Bolt dövrəsinin və bütün karkas flanslarının səthlərinin cəmləşməsi elə olmalıdır ki, araqat oturacağının səthinin sahəsi tam standart araqatın yerləşdirilməsi üçün müvafiq olsun. Burada araqatın çıxıntıları maye axınına batmamalıdır.
2.7 DİŞLİ ÇARX ELEMENTLƏRİ
2.7.1.1 Dişli çarxın dişlərinin profilləri formalaşdırma prosesi ilə istehsal edilməlidir. 15 m/s-dən (3,000 ft/dəq) aşağı addım sürətinə malik dişli çarxlar və aparan dişli çarxlar öz valları ilə quraşdırılmadan tamamlana və istehsal edilə bilər. 15 m/s-ə bərabər və ya yuxarı addım sürətlərinə malik spiralvari dişləri olan dişli çarxlar və aparan dişli çarxlar öz müvafiq valları ilə yerində yığılmaqla istehsal edilə bilər. Diş şevinqləyən və diş dəlmə dəzgahları əyri diş kombinasiyasına malik olmalıdır.
2.7.1.2 15 m/s-ə (3,000 ft/dəq) qədər addım sürəti üçün, dişli çarxın dişləri ən azı ISO 1328-in 8-ci dərəcə düzgünlüyünə uyğun olmalıdır. 15 və 30 m/s (3,000 və 6,000 ft/dəq) addım surətləri üçün, dişli çarxın dişləri ən azı ISO 1328-in 7-ci dərəcə düzgünlüyünə uyğun olmalıdır. 30 və 45 m/s (6,000 və 9,000 ft/dəq) addım sürətləri üçün, dişli çarxın dişləri ən azı ISO 1328-in 6-cı dərəcə düzgünlüyünə uyğun olmalıdır. 45 m/s-dən (9,000 ft/dəq) yuxarı addım sürətləri üçün isə, dişli çarxın dişləri ən azı ISO 1328-in 5-ci dərəcə düzgünlüyünə uyğun olmalıdır.
2.7.1.3 Tamamlanan dişli çarxların yük səthlərində dişlərin səthləri 20 m/s (4,000 ft/dəq) addım sürəti məhdudiyyətindən yuxarı 0.8 μm (32 μin.) Ra finişinə, 20 m/s-ə (4,000 ft/dəq) bərabər və ya aşağı minimum addım sürətlərində isə 1.6 μm (64 μin.) Ra finişinə malik olmalıdır. ISO TR 10064-1-ə baxın.
2.7.1.4 Spiralvari dişləri olan və düz bucaqlı dişli çarxların dizaynı elə olmalıdır ki, dişli çarx ilişməsində oxboyu diş reaksiyasından yaranan momentlərin dişli çarx elementlərinə təsiri reduktorun nəzərdə tutulan fəaliyyətini korlamasın.
2.7.1.5 Əyilən diş kombinasiyaları tələb olunur. Buna nail olmaq üçün, istehlakçı dişli çarxın dəqiq ötürmə ədədini tənzimləməlidir. Əgər bu qeyri-praktik olsa, istehlakçı və tədarükçü bunun həllini ilə bağlı razılığa gəlməlidir.
2.7.1.6 Paralel vallı dişli çarx komplektlərinin spiralvari dişləri olan hər bir dişli çarxı və aparan dişli çarxı iki yastıq arasında dəstəklənməlidir. Konsol dizaynları yalnız 15 m/s-dən (3,000 ft/dəq) və 225 kilovatdan (300 at gücü) aşağı qəbul olunur.
2.7.1.7 Spiralvari dişləri olan konusvari reduktorlar üçün iki quraşdırma növü mövcuddur - yükün təsir nöqtəsinin hər iki tərəfində dayaqların quraşdırılması və yoxlama bərkidilməsi. Quraşdırma konfiqurasiyası qurğunun ölçüsü və ötürmə ədədi əsasında olmalıdır. Dişli çarxın diametri kifayət qədər böyük olduğu zaman, diyircəkli yastıqlardan biri bölgü konusunun istiqamətində sürüşdürməklə və ya yükün təsir nöqtəsinin hər iki tərəfində dayaqlar ilə quraşdırılmalıdır. Əgər dişli çarxın diametri yükün təsir nöqtəsinin hər iki tərəfində dayaqların quraşdırılmasına imkan vermirsə, yoxlama bərkidilməsi ilə quraşdırıla bilər. Tədarükçü məlumat vərəqələrində aparan dişli çarxın quraşdırma konfiqurasiyasını göstərməlidir.
2.7.2 Keyfiyyət zəmanəti
2.7.2.1 Paralel vallı qurğular üçün birləşən dişli çarxların hər bir cütlüyünün dişli çarx karkasında kontaktı tədarükçünün sexində yoxlanmalıdır. 20 m/s-dən (4,000 ft/dəq) yuxarı addım sürətində işləyən dişli çarx komplektlərinin kontaktı tədarükçünün sexində yoxlanmalıdır.
Rəngli ötürmə materialdan (Prusya mavisi kimi) olan nazik örtük quru azalan dişli çarxın dörd və ya daha çox dişinə 120 dərəcədə üç yerdə tətbiq edilməlidir. düzgün mərkəzi məsafədə möhkəm saxlanılan dişli çarx elementləri ilə və düzgün nisbi vəziyyətdən 25 μm-dən (1 mil) çox olmayan ümumi meyllənmə ilə hər metrə (0.5 mils/ft) 42 μm çərçivəsində paralel olan val mərkəzi xətləri ilə, örtüklənən dişlər dişlərin normal yüklənən səthlərdə kontakt yaratmasına səbəb olan istiqamətdə tətbiq edilən orta fırlanma anına malik ilişmə vasitəsilə fırlanmalıdır. Tədarükçü tərəfindən təsvir edildiyi kimi, rəngli ötürmə səth boyunca paylanan kontaktı göstərməlidir. Kontaktların sınağından əvvəl, tədarükçü kontakt çertyojunu və ya gözlənilən və qəbul edilən kontaktın spesifikasiyasını istehlakçıya təqdim etməlidir. diş profillərinin modifikasiya edilməyən qurğuşunları oxboyu minimum 70 faiz kontakt və radial olaraq 30 faiz kontakt nümayiş etdirməlidir. Kontakt çertyojları və ya spesifikasiyalar və kontakt yoxlamasının nəticələri qurğunun sənədləri ilə birgə təqdim edilməlidir.
2.7.2.2 Spiralvari dişləri olan konusvari dişli çarxın dişlərinin kontaktı Əlavə G üzrə yoxlanmalıdır
· 2.7.2.3 Tədarükçü istehsal prosesinə nəzarət sisteminə malik olmalıdır ki, istehsal edilən dişli çarxın dizayn edilən keyfiyyətini təmin edə bilsin. İstehsal prosesinə nəzarət sisteminə aşağıdakılar daxil olmalıdır: istehsal planı, qurğu alətlərinin istismarı və yoxlanması proqramları, dişli çarxın istehsalı, möhkəmləndirmə və tamamlama prosedurları, kəsici dəzgahın seçilməsi və istismarı prosedurları, materiallara nəzarət prosedurları, istiliyin aradan qaldırılmasına nəzarət, yoxlama prosedurları və dişli çarxın tələb olunan keyfiyyətinə nail olmaq üçün tələb olunan keyfiyyət proqramları.
Əgər müəyyən edilərsə, dişli çarx elementləri dişli çarx dişlərinin düzgünlüyü üçün tələb olunan ISO 1328-1 üzrə yoxlanmalıdır.
2.7.2.4 Dişli çarx elementləri dişli çarx karkasında yerinə yetirilən kontakt yoxlamaları əsasında modifikasiya edilməməlidir. Dişli çarx elementləri dişli çarxların yoxlanması qurğularından və ya yoxlama sexində əldə olunan kontakt nümunələrdən irəli gələn nəticələr əsasında modifikasiya edilməlidir.
2.7.2.5 Dişli çarx tədarükçüsü 1,800 dövrə/dəq-dən yuxarı sürətlərlə işləyən, spiralvari dişləri olan ikiqat dişli çarxların hər bir ilişmə cütlüyünün ox sabitliyini göstərməlidir. Tədarükçü bunu filtrlənməyən val oxunun ən yüksək titrəyişini (tam sürətli sınaq zamanı 60 μm-dən (2.5 mil) yüksək olmamalıdır) ölçməklə və ya yavaş fırlanmanın yoxlanma göstəricilərindən istifadə etməklə göstərə bilər. Yavaş fırlanmanın yoxlanması üçün üstünlük verilən metod bir hissəni (adətən dişli çarx təkərini) ox istiqamətində möhkəm saxlamaq və digər hissəni (aparan dişli çarxı) oxboyu hərəkətini göstərməkdir. Çünki hissələr dişlərin normal yüklənən səthlərdə kontakt yaratmasına səbəb olan istiqamətdə tətbiq edilən orta fırlanma anına malik dişli çarx təkərinin ən azı bir tam fırlanması vasitəsilə fırlanır. Digər hissənin (aparan dişli çarx) möhkəmləndirilən hissəyə (dişli çarx) nisbətən ümumi oxboyu hərəkəti 20 m/s (4,000 ft/dəq) addım sürətinə malik reduktorlar üçün 40 μm-dən (1.5 mil) artıq olmamalıdır və 20 m/dəq-dən (4,000 ft/dəq) az addım sürətinə malik reduktorlar üçün 60 μm-dən (2.5 mil) artıq olmamalıdır.
2.7.3.1 AGMA 6001-D97-nin gərginlik məhdudiyyətləri çərçivəsində dişli çarxın nominal gücünü ötürmək üçün valların ölçüsü müəyyən edilməlidir. Vallar bir hissəli, isti şəraitdə döyülən və ya isti şəraitdə fırlanan poladdan hazırlanmalıdır; tam uzunluğu boyunca düzgün emal edilməlidir; və yastıq səthlərində uyğun qaydada tamamlanmalıdır.
· 2.7.3.2 Əgər müəyyən edilərsə və ya vibrasiya və/və ya oxboyu-mövqe cihazları təqdim edilən zaman, rotor valının radial vibrasiya cihazları tərəfindən müşahidə edilən qəbuledici hissələri radial sürüşmə yastıqları ilə konsentrik olmalıdır. Valın bütün qəbuledici hissələri də (həm radial vibrasiya, həm də oxboyu mövqe) cızıqlar və ya səthi korlaya biləcək digər işarələr, o cümlədən yağ üçün deşik və ya açar yuvası olmamalıdır. Cihaz diametrinin yarısından böyük olan oxvari üzgəcləri olan reduktorlar üçün, cihazın qəbuledici hissəsi bütün üzgəci, o cümlədən hər bir tərəfdə cihaz diametrini əhatə etmək üçün kifayət qədər uzun olmalıdır. Bu hissələr metallaşdırılmamalı, oyulmamalı və üzlənməməlidir. Hazır səth maksimum 0.8 μm (32 μin.) Ra olmalıdır. Bu hissələr API Standart 670-də müəyyən edilən səviyyələrə qədər xüsusilə demaqnitləşdirilməlidir və ya əks halda elə emal edilməlidir ki, elektrik və mexaniki hərəkətlər aşağıdakı qiymətləri keçməsin:
a. Radial vibrasiya cihazları tərəfindən müşahidə edilən hissələr üçün 6.5 μm (0.25 mil), 305 mm-dən (12 düym) kiçik radial sürüşmə yastıqları üçün 10 μm (0.4 mil), 305 mm (12 düym) olan radial sürüşmə yastıqları üçün isə daha böyük.
b. Oxboyu-mövqe cihazları tərəfindən müşahidə edilən hissələr üçün 15 μm (0.6 mil).
2.7.3.3 Elektrik və mexaniki hərəkətlər, rotoru radial sürüşmə yastıqlarının mərkəzlərində V bloklarında dəstəklənən tam 360 dərəcədə fırlatmaqla müəyyən edilməlidir. Bu zaman hərəkətlər kontakt yaratmayan vibrasiya cihazı ilə ölçülür.
Qeyd: Rotor, hidrodinamik yastıqlara malik qurğularda quraşdırılan zaman, V-bloklarında müəyyən edilən rotor hərəkətləri ümumilikdə yenidən təkrarlanmamalıdır.
2.7.3.4 V-bloklarında 360 dərəcədə ölçülən elektrik və mexaniki hərəkətin düzgün qeydləri mexaniki sınaq haqa məruzəyə daxil edilməlidir.
2.7.3.5 Birləşən ötürmələr vala uyğun qarşılıqlı təsirə malik olmalıdır. Valın son konfiqurasiyası 3.2-də müəyyən edilən tələblərə uyğun olmalıdır.
Qeyd: Rotor dinamikləri barədə əlavə məlumat üçün API RP 684-ə baxın.
Rotor-yastıq sistemlərinin dizaynında, bütün müntəzəm gərginlik faktorlarının (həyəcanlandırma) potensial mənbələrinə diqqət yetirilməlidir. Bunlar aşağıdakılardır, lakin bunlarla məhdudlaşmır:
a. Rotor sistemində disbalans.
b. Yağ təbəqəsinin qeyri-sabitliyi (burulğan).
c. Daxili gərginliklər.
d. Dişli çarx dişinin ilişməsi və yan zolaq tezlikləri və həmçinin dişli çarx dişlərinin istehsalı zamanı baş verən qeyri-düzgünlüklərin səbəb olduğu tezliklər.
e. düzgün nisbi vəziyyətdən meyllənmə.
f. Rotor sisteminin yumşaq tərkib hissələri.
g. Histeretik və sürtünmədən yaranan burulğan.
h. Asinxron burulğan.
i. Elektrik xəttin sürəti.
1. Həyəcanlandırmanın potensial mənbəyinin sürəti rotorun fırlanma sürətindən az, ona bərabər və ya ondan çox ola bilər.
2. Rotor yastığının dəstəkləyici sisteminə tətbiq edilən müntəzəm gərginlik faktorlarının (həyəcanlandırma) tezlikləri həmin sistemin tezlikləri ilə üst-üstə düşən zaman, sistem rezonans vəziyyətində olur. Rezonans vəziyyətində olan rotor yastığının dəstəkləyici sistemi gücləndirilən normal vibrasiya amplitudasına malik ola bilər. Gücləndirmənin amplitudası və kritik sürətlər zamanı, faza bucağının sürətə nisbətən dəyişmə dərəcəsi sistemdə titrəmələri söndürmək qabiliyyəti ilə bağlıdır.
2.8.2 Kritik sürətlər
· 2.8.2.1 Əgər istehlakçı tərəfindən müəyyən edilsə, dişli çarx tədarükçüsü 7,200 dövrə/dəq (konusvari dişli çarxlar üçün 3,000 dövrə/dəq) sürətində və ya bundan yuxarı sürətdə işləyən hər bir element üçün eninə kritik sürətin təhlilini verməlidir.
Qeyd: Adətən 3,700 dövrə/dəq (konusvari dişli çarxlar üçün 1,800 dövrə/dəq) sürətində və ya ondan aşağı sürətdə işləyən dişli çarx elementləri üçün kritik sürətlər problem yaratmır.
2.8.2.2 Tədarükçü titrəyişləri söndürülməyən sürətləri və 0-125 faiz sürət diapazonunda onların formalarını müəyyən etmək üçün analiz keçirməlidir.
2.8.2.3 Sönməyən analizlər üçün ən azı üç güc səviyyəsi təhlil edilməlidir və bunlara aşağıdakılar daxildir:
a. Yastığın yağ təbəqəsi, reduktorun nominal gücünün 10, 50 və 100 faizində yastığın strukturu və reduktor karkasının dəstək strukturunun sərtliyi.
b. Ötürmələr qutusunun hər bir valı tərəfindən dəstəklənən birləşdirici yük.
2.8.2.4 Başqa cür müəyyən edilməyənə qədər, sönməyən analizlərin nəticələri istehlakçıya təqdim edilməlidir. Nəticələrin təqdiminə aşağıdakılar daxildir:
a. 2.8.2.3a-da müəyyən edilən bütün sərtlik qiymətləri üçün model formasının diaqramları.
b. Kritik sürət-dəstək sərtliyinin qrafiki (dəstək sərtliyinə qarşı tezlik). Bu qrafikdə sistemin dəstək sərtliyi göstərilməlidir; üfüqi (kxx) və şaquli (kyy).
2.8.2.5 Müəyyən edilən işçi sürətləri və müəyyən edilən ayırma hədləri çərçivəsində dişli çarx və yastıq gövdəsinin rezonansları baş verməməlidir.
2.8.2.6 Reduktorlarda adətən eninə üç kritik sürət növü olur: silindrik növ (irəliləmə və ya sıçrayan), konusvari növ (yırğalanan və ya yellənən) və birinci əyilmə növü. Bu növlərin baş verdiyi tezlik ötürülən yükün funksiyası kimi dəyişir, xüsusən də yastığın yağ təbəqəsinin sərtliyinin dəyişməsinə görə (Əlavə b-ə baxın). Dişli çarx rotorları 2.8.2.6.1 və 2.8.2.6.2-də göstərilən tələblərə uyğun olmalıdır.
2.8.2.6.1 Maksimum fırlanma anında işləyən zaman, hər bir rotorun müəyyən edilən üç kritik sürəti həmin rotorun maksimum davamlı sürətindən yuxarı 20 faizdən az olmamalıdır.
· 2.8.2.6.2 İşçi fırlanma anı maksimum fırlanma anının 50 – 100 faiz diapazonunda olan zaman, hər bir rotorun maksimum davamlı sürətindən yuxarı ayırma həddi ötürülən fırlanmaya nisbətdə 10-20 faiz olmalıdır. Maksimum fırlanma anının 50 faizindən az və ya maksimum davamlı sürətin 70 faizindən az sürətlərdə işləmə şəraitləri istehlakçı tərəfindən müəyyən edilməlidir.
2.8.2.7 Kritik sürətlərdən sonra, fırlanan qurğunun yavaş fırlanması, işə salınması və söndürülməsi heç bir zədəyə səbəb olmamalıdır.
2.8.2.8 Əgər mexaniki sınaqlar zamanı müəyyən edilsə ki, eninə kritik sürət işçi sürətlərinin müəyyən edilən diapazonu çərçivəsinə düşür və ya praktiki dizayndan sonra, ayırma hədləri ilə bağlı tələblərə cavab vermir, qurğu tədarükçüsü digər qeyri-həssas rotor dizaynı təqdim etməlidir. Bu qeyri-həssaslıq kritik sürətlərdə sınaq vasitəsilə sübut edilməlidir. Filtrlənməyən titrəyişlər 2.8.4-də müəyyən edilən məhdudiyyətləri keçməməlidir. Burada gediş sürətinin qiymətləri tətbiq edilə bilər. Həssaslıq sınaqları zamanı, titrəyiş amplitudunda artım balanslı və disbalans hərəkətlər zamanı qeydə alınan sinxron x-y siqnalları tərəfindən formalaşdırılan orbitlərin əsas oxları arasında olan fərqə əsaslanmalıdır. Rotorun əyilməsi dizayn edilən rotor ara məsafələrini və ya bənd 2.8.4.2-də müəyyən edilən titrəmə məhdudiyyətlərini keçməməlidir. Rotor disbalansının həcmi aşağıdakı kimi hesablanmalıdır:
ABŞ adi vahidlərində:
UA = qalıq disbalans, g-mm ilə (oz-düym.),
W = sürüşən statik çəkili yük, kq ilə (lb),
N = maksimum davamlı sürət, dövrə/dəq.
İstehlakçı ilə tədarükçü arasında razılaşdırıldığı kimi, disbalans çəkilərin yerləşdirilməsində modal təhlillərdən istifadə edilməlidir.
· 2.8.2.9 Əgər lazım gəlsə, dişli çarx tədarükçüsü aparılan-qurğu tədarükçüsünə eninə və burulma titrəyişlərinin təhlilləri ilə bağlı bütün lazımi məlumatları təqdim etməlidir. Aparılan-qurğu tədarükçüsü elə etməlidir ki, hazır qurğunun burulma növləri hər hansı işçi sürətdən aşağı ən azı 10 faiz və ya gediş sürətindən və ya mühərrik sürətindən yuxarı ən azı 10 faiz olsun.
2.8.3.1 Bütün dişli çarx elementləri rotorun son quraşdırılmasından sonra dinamik balanslaşdırılan çox-müstəvili olmalıdır. Birləşdiricilər üçün tək açarlara malik rotorlar yerində yarım-açarlar ilə balanslaşdırılmalıdır. Hər bir müstəvi üçün maksimum yol verilə bilən qalıq disbalans aşağıdakı kimi olmalıdır:
ABŞ adi vahidlərində:
Umax = qalıq disbalans, 3-mm ilə (uns-düym.),
W = sürüşən statik çəkili yük, kq ilə (lb),
N = maksimum davamlı sürət, dövrə/dəq.
2.8.3.2 Balanslaşdırma yeni kalbirlənən qurğuda yerinə yetirilməlidir və düzgünlük, balanslaşdırma qurğusunun istehsalçısı tərəfindən müəyyən edilən məhdudiyyətlər çərçivəsində olmalıdır. Balanslaşdırma qurğusu dişli çarx elementləri ilə istifadə üçün uyğun həssaslığa malik olmalıdır.
· 2.8.3.3 Əgər müəyyən edilsə, hər bir quraşdırılan fırlanan elementin son balanslaşdırılması tamamlanandan sonra, qalıq disbalansın yoxlanması qalıq disbalans üzrə iş vərəqinə uyğun yerinə yetirilməlidir (Bax. Əlavə H).
2.8.4.1 Özünün maksimum davamlı sürətində və ya işçi sürətlərinin müəyyən edilən həddi çərçivəsində hər hansı digər sürətdə işləyən dişli çarxın sexdə yüklənməyən sınağı zamanı yastıq klapanlarında ölçülən titrəyişlər Cədvəl 8-də göstərilən qiymətləri keçməməlidir.
Qeyd: Diskret tezliklər FFT spektrindən müəyyən edilməlidir
2.8.4.2 Kontakta girməyən titrəyişli elementlər müəyyən edilən zaman, onlar sexdə keçirilən sınaqlar zamanı istifadə edilməlidir. Bu cür hallarda, özünün maksimum davamlı sürətində və ya işçi sürətlərinin müəyyən edilən həddi çərçivəsində hər hansı digər sürətdə işləyən dişli çarxın sexdə sınağı zamanı, hər bir radial yastıqla yanaşı olan valda ölçülən hər hansı bir müstəvidə filtirlənməyən titrəyişin ən yüksək amplitudu aşağıdakı qiyməti və ya 50 μm (2 mil) keçməməlidir:
ABŞ adi vahidlərində:
A = filtrlənməyən titrəyişin amplitudu, μm ilə (mil) ən yüksək,
N = maksimum davamlı sürət, dövrə/dəq. ilə.
Dəyişən sürətli ötürmələr üçün, titrəyiş yuxarıdakı qiymətləri, o cümlədən gediş sürətində 12 μm (0.5 mil) keçməməlidir. Hər bir valın hər bir sınaq sahəsi üçün mexaniki və elektrik hərəkətlər API Standartı 670-ə uyğun olmalıdır.
2.9 YASTIQLAR VƏ YASTIQ GÖVDƏLƏRİ
2.9.1.1 Radial və dayaq yastıqlar hidrodinamik maye qatlı və ya yağlı fırlanan element növlü olmalıdır.
Fırlanan element növlü yastıqlar Cədvəl 9-da göstərilə məhdudiyyətlərə uyğun olmalıdır.
Çiləməklə və ya dövr etməklə
Toplu və ya silindrik diyircəklər
Dayaq/radial yastıqlar:
Konusvari və ya sferik diyircək
Qeyd: dm = yastıq diametri = (d + D)/2 (mm) və N = val sürəti (dövrə/dəq).
2.9.2 Radial yastıqlar
2.9.2.1 Hidrodinamik radial yastıqlar
2.9.2.1.1 Hidrodinamik radial yastıqlar komplektin sökülməsi üçün asan çıxarıla bilən, dəqiq hamarlanmış, oynaqlı və ara qatlı olmalıdır, polad əsasda hazırlanmalıdır, babbit tökülmüş dəyişdirilə bilən silindrlərə, ara qatlara və içliklərə malik olmalıdır.
2.9.2.1.2 Qurğu yüklənən və ya yüklənməyən şəraitdə maksimum işçi sürətində, o cümlədən hər hansı kritik tezlikdə işləyən zaman, yastıq dizaynı hidrodinamik qeyri-sabitliyi aradan qaldırmaq qabiliyyətində olmalıdır və rotor titrəyişini maksimum müəyyən edilən amplituda azaltmaq üçün yol verilə bilən yastıq ara məsafələrinin ümumi diapazonu üzrə kifayət qədər burulmanı təmin etmək qabiliyyətində olmalıdır.
2.9.2.1.3 Silindirlər, ara qatlar və ya içliklər oxboyu ayrılan yastıq gövdələrində olmalıdır və birləşdirici toplar çıxarılmadan dəyişdirilə bilən olmalıdır.
2.9.2.1.4 Yastıq dizaynı yanlış istiqamətlənmənin qarşısını almaq qabiliyyətində olmalıdır.
2.9.2.2 Fırlanan elementli yastıqlar
2.9.2.2.1 Fırlanan elementli yastıqlar standart növlü olmalıdır və dişli çarx olan şəraitdə davamlı fəaliyyət göstərməklə, ISO 281 (Birinci nəşr, 1990) üzrə 6 il (50,000 saat) minimum L10h dərəcələnən xidmət müddətini təmin etmək üçün seçilməlidir.
Qeyd: Dərəcələnən xidmət müddəti sabit sürətdə saatların sayıdır ki, yastıqların 90 faizi bu müddəti tamamlamalıdr.
2.9.2.2.2 Fırlanan elementli yastıqlar aşağıdakılara uyğun yerləşdirilməli, saxlanmalı və quraşdırılmalıdır:
a. Yastıqlar çiyinlikləri olan vallarda, oymaqlarda və ya digər pozitiv yerləşən cihazlarda yerləşdirilməlidir; quraşdırılan halqalı və yaylı şaybalar qəbuledilməzdir.
b. ABMA Standart 7-nin tələblərinə uyğun olaraq, yastıqlar diametrik ara məsafəsi ilə gövdəyə quraşdırılan valda saxlanmalıdır.
c. Yastıqlar birbaşa vallarda quraşdırılır. Yastıq ilə val arasında oymaqların olması qəbuledilməzdir.
2.9.2.2.3 Bir cərgəli, dərin oymaqlı, toplu yastıqlar ISO 5753 Qrup 3-ə uyğun olaraq (ABMA Standart 20-də müəyyən edildiyi kimi, ABMA Simvol 3) normal daxili ara məsafələrdən böyük ara məsafələrinə malik olmalıdır.
2.9.3 İtələyici yastıqlar
2.9.3.1.1 İstehlakçı tərəfindən başqa cür müəyyən edilməyənə qədər, bütün reduktorlar üçün dayaq yastıqlar təmin edilməlidir.
2.9.3.1.2 İtələyici yastıqlar bütün müəyyən edilən iş şəraitlərində, o cümlədən birləşdiricilər tərəfindən ötürülən bütün xarici güclər olan şəraitdə davamlı fəaliyyət üçün ölçülməlidir. Birləşdirici tərəfindən ötürülən xarici oxboyu güc hər hansı daxili itələyici gücə əlavə hesab edilir.
2.9.3.1.3 Metal, elastik elementi olan birləşdiricilərdən gələn itələyici güc birləşdirici istehsalçısı tərəfindən maksimum yol verilən bilən əyilmə əsasında hesablanmalıdır.
2.9.3.1.4 Əgər iki və ya daha çox rotorun itələyici gücləri bir dayaq yastıq tərəfindən daşınmalıdırsa, güclərin əvəzləyiciləri istifadə edilməlidir, o şərtlə ki, güclərin istiqamətləri onları əlavə etmək qabiliyyətində olsun; əks halda, ən böyük yüklər istifadə edilməlidir.
2.9.3.2 Hidrodinamik dayaq yastıqlar
2.9.3.2.1 Hidrodinamik dayaq yastıqlar polad əsasda hazırlanmalı, babbit tökülmüş səthi olmalı, hər iki istiqamətdə bərabər itələyici qabiliyyət üçün dizayn edilməli və hər bir tərəfdə davamlı hermetik yağlanma üçün təyin edilməlidir. Babbit tökülmüş səthi olan hidrodinamik dayaq yastıqlar üçün maksimum dizayn meyarı hamar səthi olan dayaq yastıqlar üçün 517 kPa (75 lbf/düym.) və diyircəkli dayaq yastıqlar üçün 1,034 kPa (150 lbf/düym.) olmalıdır.
2.9.3.2.2 Hidrodinamik dayaq yastıqlar üçün inteqral dayaq həlqələrə üstünlük verilir. İnteqral dayaq həlqələr təqdim edilən zaman, onlar ən azı 3 mm (1/8 düym) əlavə dirək ilə təmin edilməlidir ki, həlqə zədələndiyi halda, işi tamamlamaq qabiliyyətində olsun. Dəyişdirilə bilən həlqələr təqdim edilən zaman (quraşdırma və ya təmir məqsədləri üçün), sürtünmənin qarşısını almaq üçün onlar vala pozitiv qaydada bərkidilməlidir.
2.9.3.2.3 Hidrodinamik dayaq yastıqlar üçün dayaq həlqələrin hər iki səthi 0.4 μm (16 μin.) Ra və ya daha yaxşı səthə malik olmalıdır və quraşdırmadan sonra, hər bir səthin oxboyu ümumi göstərilən çıxıntısı 13 μm-dan (0.5 mil) artıq olmamalıdır.
2.9.3.3 Fırlanan elementli dayaq yastıqlar
2.9.3.3.1 Əgər top növlü dayaq yastıqlar istifadə edilsə, onlar birlikdə quraşdırılmış və nizamlanmış iki birsıralı kürəcikli radial-dayaq yastığı olmalıdır, bircərgəli, 0.7 radial (40 dərəcə), bucaq-kontakt növlü (7,000 seriya) və arxa-arxaya quraşdırılan olmalıdır. Əvvəldən yükləməyə ehtiyacın olub-olmaması tədarükçü tərəfindən müəyyən edilməlidir və 2.9.2.2.1-də göstərilən yastıq istismar müddətinə uyğun olmalıdır.
2.9.4 Yastıq gövdələri
2.9.4.1 Bu standartda yastıq gövdəsi termini bütün yastıq örtüklərinə, o cümlədən dişli çarx karkaslarına aid edilir.
2.9.4.2 Hermetik yağlanan hidrodinamik yastıqlar üçün yastıq gövdələri elə dizayn edilməlidir ki, köpüklənməni minimallaşdırmaq qabiliyyətində olsun. Axıdıcı sistem yağ və köpük səviyyəsini val sonluğunun kipləşdiricilərindən aşağı səviyyədə saxlamaq qabiliyyətində olmalıdır.
2.9.4.3 Gövdə sonluqlarının örtüklərində ara qatlar istifadə edilməməlidir, çünki burada ara qatlar dayaq yastığının fəaliyyətinə və ara məsafələrinə təsir edə bilər.
2.9.4.4 Yastıq gövdələri dəyişdirilə bilən labirint növlü sonluq kipləşdiriciləri ilə və valın gövdədən keçdiyi deflektorlar ilə təchiz edilməlidir. Istehlakçının təsdiqi ilə, kipləşdirici sahəsində 4 m/s-i (800 ft/dəq) keçməyən val sürətləri üçün çıxıntılı kipləşdiricilər istifadə edilə bilər. Kipləşdiricilər və deflektorlar qığılcım verməyən materiallardan hazırlanmalıdır. Kipləşdiricilərin və deflektorların elə dizayn edilməlidir ki, yağı gövdədə səmərəli saxlamaq və kənar materialların gövdəyə daxil olmasının qarşısını almaq qabiliyyətində olmalıdır.
· 2.9.4.5 Əgər müəyyən edilsə, yastıq gövdələri elə dizayn edilməlidir ki, API Standart 670-ə uyğun olaraq, qeyri-kontakt titrəyişlərinə tab gətirmək və ox mövqeli cihazları yerləşdirmək qabiliyyətində olsun.
· 2.9.4.6 Əgər müəyyən edilsə, yastıq gövdələri API Standart 670-ə uyğun olaraq, sürətlənməni və sürət vericiləri hesablamaq üçün dizayn edilməlidir.
2.10.1 Bu bölmə örtüklü dişli çarx ötürmələri üçün yağlama sistemlərinin aşağıdakı növlərini əhatə edir:
a. Dövr edən (artan termik qabiliyyət üçün).
b. Hermetik (yüksək sürətləri təmin etmək üçün).
c. Kombinə edilən (aparıcı və/və ya digər aparılan qurğu ilə).
Qurğu üçün məsuliyyət daşımaqla yanaşı, tədarükçü etibarlı fəaliyyət üçün səmərəli yağlamanı təmin edən yağlama sistemi də tədarük etməlidir.
2.10.2 Başqa cür müəyyən edilməyənə qədər, ISO 3448-ə uyğun olaraq, mineral yağın istifadə olunduğu yağlamalar üçün yastıqlar və yastıq gövdələri təyin edilməlidir.
Qeyd: Sintetik yağların mineral yağlar üzərində üstünlüyü ola bilər, xüsusən də yüksək temperaturlarda və/və ya yüksək təzyiqlərdə işləyən qurğuların müəyyən növlərində. Sintetik yağlar üçün dizayn edilən yastıq sərinləşməyə və məkana görə, mineral yağlarla istifadə edilə bilməz. Kimyəvi baxımdan uyğun olmayan mineral və sintetik yağların qarışmasının qarşısını almaq üçün istifadəçiyə mürəkkəb inventora müvafiq nəzarət sistemi lazımdır. Sintetik yağlar həmçinin müəyyən boyalarla, örtüklərlə və elastomerlərlə uyğunluq təşkil etməyə bilər və uyğunlaşdırmaq çətin ola bilər.
2.10.3 Başqa cür müəyyən edilməyənə qədər, sıxılmış yağ sistemləri API Standart 614-ün Fəsil 3-nə və 3.4-də göstərilən Cədvəl 10-a uyğun olmalıdır (tipik sıxılmış yağ sistemi və dövr edən yağ sistemi üçün Əlavə C-ə baxın).
2.10.4 Ümumi sistemdən qurğunun iki və ya daha çox tərkib hissələrinə (kompressor, dişli çarx və mühərrik) yağ təchiz edilən zaman, qurğu üçün məsuliyyət daşıyan tədarükçü ümumi sistemin xidmət etdiyi bütün qurğular üçün yağın növünün, dərəcəsinin, təzyiqinin və temperaturunun uyğunluğunu təmin etməlidir.
Qeyd: Turbo-qurğuların dişli çarx ötürmələri sistemi üçün ümumi yağ sistemlərində tətbiq edilən adi yağlar ISO 3448 Dərəcə 32-ə uyğun olan mineral yağdır. Lakin ötürmələr qutusu üçün yavaş addım sürətlərində yüksək sürət dərəcəsinə malik yağlar tələb oluna bilər. yağ tələblərinin uyğunluğu istehsalçı və ümumi sistemin xidmət etdiyi qurğuları təchiz edən tədarükçülər arasında qarşılıqlı razılaşdırılmalıdır. Bəzi hallarda, fərdi tərkib hissələrinə olan tələbatlarda ciddi fərqlər ola bilər. Misal üçün, soyuducu kompressorlar üçün az axıntılı yağlar tələb oluna bilər, dişli çarxlar üçün yüksək sürət tələb oluna bilər və turbinlər üçün adi mineral yağlar tələb oluna bilər. Bu cür hallarda, tərkib hissənin dizaynını dəyişmək lazım ola bilər və ya ayrıca yağ sistemləri təchiz etmək olar.
· 2.10.5 Dəyişən sürət dərəcələri ehtimal edilən yerdə (bu cür hal davamlı olaraq yavaş fırlanan əməliyyat zamanı müşahidə edilir), bu sürətlər müəyyən edilməlidir və reduktorun yağlanmasına xüsusi diqqət yetirilməlidir.
2.10.6 Reduktor elə dizayn edilməlidir ki, yağ dəyişmələrini məhdudlaşdırmaq və temperaturu 80°C (180°F) səviyyəsində saxlamaq qabiliyyətində olsun. Sıxılan və ya dövr edən sistemlər üçün yağın giriş temperaturu 50°C-dən (120°F) artıq olmamalıdır.
2.10.7 Yağ flinqer diskləri və ya yağ həlqələri flinqerin aşağı kənarından yuxarı və ya yağ həlqəsinin aşağı dəliyindən yuxarı 3.0 mm – 6.5 mm (1/8 düym – 1/4 düym) batırılmaya malik olmalıdır. Yağ flinqerləri konsentrasiyanı saxlamaq üçün montaj topuna malik olmalıdır.
2.10.8 Əgər müəyyən edilsə, sıxılan və ya dövr edən yağ sistemi aparıcı və ya aparılan qurğu tərəfindən tələb edilən zaman, dişli çarxın yağı həmin sistemdən təchiz edilə bilər.
2.11.1.1 Bu standartda və ya istehlakçı tərəfindən tələb olunan və ya qadağan edilən materiallar istisna olmaqla, istehsal üçün materiallar istehsalçı tərəfindən seçilməlidir.
2.11.1.2 Bütün əsas tərkib hissələrin hazırlanması üçün materiallar tədarükçünün təklifində aydın şəkildə qeyd olunmalıdır. Materiallar müvafiq standartlara, o cümlədən material dərəcələrinə istinad etməklə müəyyən edilməlidir (Əlavə D-ə baxın). Bu cür təyinat olmadığı halda, tədarükçünün material spesifikasiyası, o cümlədən fiziki xüsusiyyətlər, kimyəvi tərkib və sınaq tələbləri təklifə daxil edilməlidir.
2.11.1.3 Materialların xidmət üçün qənaətbəxş olmasını təmin etmək məqsədilə, tədarükçü sınaqlar və yoxlama prosedurları müəyyən etməlidir. Bu cür sınaqlar və yoxlama prosedurları təklifdə qeyd edilməlidir.
Qeyd: Istehlakçı əlavə sınaqlar və yoxlamalar müəyyən edə bilər.
2.11.1.4 Dişli çarx təkərində və aparan dişli çarxın dişlərində istifadə edilən materiallar 2.4-də qeyd olunan dişin ovulma göstəricisinə və güc faktorlarına uyğun şəkildə seçilməlidir. Materialları seçərkən, tədarükçü dişli çarxın və ya aparan dişli çarxın tam möhkəmləndirilən, sementlənən və ya azotlanmış olub-olmamasına diqqət yetirməməlidir. Dişli çarx dişinin materialının keyfiyyəti ən azı ISO 6336-5-ə uyğun olmalıdır.
2.11.2.1 Boru sisteminin, təzyiqli hissələrin, fırlanan hissələrin və digər yüksək gərginlikli hissələrin qaynağı, təmir üçün qaynaqlar və digər müxtəlif növlü metalların qaynaqları ASME Kodu Hissə 8 Bölmə 1 və 9-a uyğun olaraq kvalifikasiya olunan operatorlar tərəfindən müvafiq prosedurlara uyğun yerinə yetirilməli və yoxlanmalıdır.
2.11.2.2 Bütün qaynaqlar davamlı tam nüfuzetmə qaynaqları olmalıdır. Bütün qaynaqlar ikiqat qaynaq olmalıdır, lakin yalnız bir tərəf qəbul olunan halda ikiqat qaynaq istisna ola bilər; bu cür hallarda, dayaq halqası, içliklər və ya qaz təmizləyicisinə malik inert qaz qoruyucusundan istifadə edilə bilər.
2.11.2.3 Tədarükçü bütün təmir qaynaqlarından sonra istiliyinin aradan qaldırılmasını təmin etmək və müvafiq prosedurlara uyğun gəlməsini yoxlamaq üçün məsuliyyət daşıyır.
2.11.2.4 Dişli çarx dişinin üzərində təmir qaynağı etmək qadağandır.
2.11.3 İstiliyin aradan qaldırılması
2.11.3.1 Tam bərkidilən dişli çarx materialları son emaldan keçdikdən sonra və istilik aradan qaldırıldıqdan sonra, diş sahəsinin möhkəmliyi yoxlanmalıdır. Səthi bərkidilən dişli çarx materialının istiliyi tam aradan qaldırıldıqdan sonra, səthin möhkəmliyi və möhkəmləndirilmiş qatın dərinliyi istiliyin aradan qaldırılması prosesi zamanı müşahidə edilən müvafiq ölçülərin nümunələri əsasında yoxlanmalıdır.
2.11.3.2 Karkaslar tökmə və ya hazır olmalarına baxmayaraq, onlar son emaldan əvvəl və hər hansı qaynaqdan, o cümlədən təmir qaynaqlarından sonra müvazinətləşdirilməlidir.
· 2.11.4.1 Tədarükçü məlumat vərəqələrində karkasların material növünü göstərməlidir.
2.11.4.2 Karkaslar sıx tökülmüş olmalı və məsaməli olmamalı, yeyilməyə davamlı olmalı, soyutma və üfürücü deşiklərə malik olmalı, çat verməməli, şişməməli və digər buna bənzər qüsurlara məruz qalmamalıdır. Karkasların səthləri qum püskürməsi, parçalayıcı şırnaqla, kimyəvi vasitələrlə və ya digər standart metodlarla təmizlənməlidir.
2.11.4.3 Tam örtüklənən tökmə deşiklər, o cümlədən tıxacla bağlanan deşiklər qadağan edilir.
2.12 AD LÖVHƏLƏRİ VƏ FIRLANMA GÖSTƏRİCİLƏRİ
2.12.1 Ad lövhəsi təhlükəsiz qaydada qurğunun və ya köməkçi qurğunun asan görünə bilən yerində quraşdırılmalıdır.
2.12.2 Fırlanma göstəriciləri də asan görünə bilən yerdə quraşdırılmalıdır. Ad lövhələri və fırlanma göstəriciləri (əgər quraşdırılırsa) AISI Standartına uyğun olaraq paslanmayan poladdan və ya nikel-mis xəlitəsindən (Monel və ya onun ekvivalenti) olmalıdır. Bərkitmə qaykaları da eyni materialdan olmalıdır. Burada qaynaq etməyə icazə verilmir.
2.12.3 Ad lövhəsində aşağıdakı məlumatlar aydın şəkildə göstərilməlidir:
b. Dişli çarx qurğusunun ölçüsü və növü;
c. Dişli çarxın nisbəti;
e. Dişli çarxın nominal gücü;
f. Nominal giriş sürəti, dövrə/dəq. ilə;
g. Nominal çıxış sürəti, dövrə/dəq. ilə;
h. Bu standartda müəyyən edildiyi kimi, dişli çarxın xidmət faktoru;
i. İstehlakçının məhsul nömrəsi;
j. ISO 3448-ə uyğun yağın özlülük dərəcəsi;
İstehlakçı məlumat vərəqələrində tədarükçü tərəfindən təchiz edilməli olan köməkçi vasitələr göstərməlidir.
3.2 BİRLƏŞDİRİCİLƏR VƏ QORUYUCULAR
3.2.1 Başqa cür müəyyən edilməyənə qədər, aparıcılar və aparılan qurğular arasında yağlanmayan elastik elementli birləşdiricilər və qoruyucular aparılan qurğunun istehsalçısı tərəfindən təchiz edilməlidir.
3.2.2 Birləşdirici-val birləşməsinin güc dərəcələməsi AGMA 9002 üzrə tətbiq üçün birləşdiricinin xidmət faktoruna uyğun olaraq, ən azı aparıcının nominal gücünə bərabər olmalıdır. Birləşdiricilərin növünün və quraşdırılmasının təyini istehlakçı və aparılan qurğunun istehsalçısı arasında qarşılıqlı razılaşdırılmalıdır. Başqa cür müəyyən edilmədiyi halda, minimum 125-mm (5-düym) ara məsafəsinə malik nizamlayıcı birləşdiricidən istifadə edilməlidir. Birləşdiricilər döymə poladdan olmalı və genişlənmənin və valın digər hərəkətlərinin səbəb olduğu lazımi üzmələrə şərait yaratmaq üçün dizayn edilməlidir və API Standart 671-də göstərilən tələblərə uyğun olmalıdır.
3.2.3 Vallar, açar yuvasının ölçüləri (əgər varsa), val sonluğunun hərəkətləri və termik təsirlər ilə bağlı məlumat birləşdirici təchiz edən tədarükçüyə təqdim edilməlidir.
· 3.2.4 Elastik birləşdirici toplar vala bərkidilməlidir. Açarlar, açar yuvaları və birləşdiricilər AGMA 9002-ə uyğun olmalıdır. Silindrik deşikli malik elastik birləşdiricilər ISO/R286-də müəyyən edilən qarşılıqlı təsirə malik bərkidicilərə ISO/ R755-ə (AGMA 9002) uyğun olaraq val sisteminə malik olmalıdır. Əgər 64 mm-dən (2.5 düym) böyük val diametrləri üçün müəyyən edilsə, top, konus bərkidici ilə montaj edilməlidir. Bərkidilən birləşdiricilər üçün konuslar ISO/R755-ə uyğun olaraq, 10 uzun seriyadan biri olmalıdır və ya alternativ olaraq 16 seriyadan biri (0.75 düym/ft., Diametrik). Digər montaj metodları istehlakçı ilə tədarükçü arasında razılaşdırılmalıdır. Birləşdirici toplar 10 mm (3/8 düym.) konusvari diyircək deşikləri ilə birgə təqdim edilməlidir.
Qeyd: Konusvari birləşdiricinin qarşılıqlı təsirə malik bərkidicilərə malik olmasını təmin etmək üçün müvafiq quraşdırma və istismar prosedurları istifadə edilməlidir.
3.2.5 Birləşdirilən qurğunun düzgün tarazlaşmasını təmin etmək üçün, birləşdiricinin ümumi göstəricisinin hesablanması və nizamlayıcı səthlər 3.2.5.1 və 3.2.5.2-də müəyyən edildiyi kimi yoxlanmalıdır.
3.2.5.1 Tarazlaşmanı yoxlamaq üçün istifadə edilən birləşdirici səthləri aşağıdakı məhdudiyyətlər çərçivəsində birləşdirici topunun fırlanma oxuna konsentrik olmalıdır: minimum tətbiq edilən 25 μm (1 mil) TIR və maksimum tətbiq edilən 75 μm (3 mil) TIR dözümlük ilə, 25 mm (1 düym) val diametrinə 13 μm (0.5 mil) TIR. Yerləşdirmə və ya tarazlaşdırma üçün istifadə edilməyən bütün digər diametrlər birləşdirici istehsalçısının standartına uyğun olmalıdır, lakin o şərtlə ki, dinamik balanslaşdırma tələblərinə əməl edilsin.
3.2.5.2 Valın sonluğu elə hazırlanmalıdır ki, birləşdirici quraşdırılan zaman, birləşdiricinin çıxıntısı 3.2.5.1-də göstərilən məhdudiyyətləri keçməsin.
3.2.6 Asan çıxarıla bilən birləşdirici qoruyucuları tədarükçü tərəfindən təchiz edilən bütün açıq birləşdiricilər üzərində yerləşdirilməlidir. Birləşdirici qoruyucuları möhkəm dizayn edilməlidir ki, gövdənin kontaktı nəticəsində yarana biləcək əyilməyə və ya sürtünməyə tab gətirmək qabiliyyətində olsun.
3.3.1.1 Xüsusi olaraq digər hallar nəzərdə tutulmazsa, dişli çarx qurğuları fundament dayaq lövhəsi üzərində quraşdırılmaq üçün təchiz edilməlidir
3.3.1.2 Bənd 3.3.1.2.1- 3.3.1.2.10-də montaj lövhəsi termini həm fundament dayaq lövhəsi və həm də alt dayaq lövhələrinə istinad edir.
3.3.1.2.1 Dişli çarxların üzərinə quraşdırıldıqları səthlər (montaj araqatları) və fundament dayaq lövhəsi üzərində çoxsaylı quraşdırılmış araqatlar 50 μm (2 mil) həddində bir müstəvi üzərində cilalanmalıdır.
3.3.1.2.2 Montaj lövhəsi və ya lövhələri şaquli başsız vintlərlə eyni ölçüyə və ya daha böyük ölçüyə malik üfüqi (oxvari və lateral) başsız vintlərlə təchiz edilməlidir. Belə başsız vintləri yerində saxlayan qaykalar montaj dayaq lövhələrinə elə bərkidilməlidir ki, bunlar avadanlığa, başsız vint və ya qaykalara müdaxilə etməsin. Avadanlıq ayaqlıqlarındakı şaquli başsız vintlərinin araqatla nizamlanan səthlərinin zədələnməsinin qarşısını almaq üçün ehtiyat tədbirləri görülməlidir. Əgər avadanlıq başsız vintlərdən istifadə edilməsi üçün çox ağır olarsa, başqa vasitələr təmin edilməlidir.
3.3.1.2.3 Maşın dayaqları təzyiq, fırlanma momenti və boru gərginliyinin yol verilən 50 μm (2 mil) həddinin ən pis kombinasiyasının səbəb olduğu val kənarının nisbi yerdəyişməsini məhdudlaşdırmaq üçün layihələndirilməlidir.
3.3.1.2.4 Montaj lövhələri aşağıdakıları daxil etməlidir:
a. Montaj lövhələri başqalarının quraşdırmalı olduqları avadanlıq üçün dəlinməməlidir;
b. Montaj lövhələri bərabərləşdirmə vintləri ilə təchiz edilməlidir;
c. Sement məhlulu ilə təmasda olan montaj lövhələrinin xarici küncləri 50 mm (2 düym) minimum radiusa malik xarici künclərə (plan görünüşü) malik olmalıdır;
d. Bütün maşın montaj edilmiş səthlər maşınla cilalandıqdan dərhal sonra çürümənin qarşısını alan vasitə ilə emal edilməlidir;
e. Montaj lövhələri avadanlıq ayaqlıqlarının xarici üç tərəfindən kənara ən azı 25 mm (1 düym) uzanmalıdır;
f. Montaj lövhələri 63 μm (250 μin) arifmetik orta bərklik həddində (Ra) və ya daha yaxşı maşınla cilalanmalıdır.
1. Bənd c: Dairəvi künclər betonun çatladılması potensialının qarşısının alınması üçün tövsiyə edilir.
2. Bənd e: Bu tələb nizamlığını yoxlamaq üçün şayba, montaj səviyyəsi və ya lazer növ alətlərin işlənməsinə imkan verir.
3.3.1.2.5 Tədarükçü ISO 8501 Dərəcə Sa2 (SSPC SP6) uyğun olaraq montaja lövhələrinin sement məhlulu ilə təmas edən bütün səthlərini qum şırnağı ilə təmizlənməli və onları epoksid məhlulunun hazırlanması zamanı məhlula uyğun üzlük materialı ilə üzləməlidir.
3.3.1.2.6 Anker boltları maşın avadanlıqlarını montaj lövhələrinə bərkitmək üçün istifadə edilməməlidir. Bunların anker boltları ilə montaj lövhəsindəki anker bolt dəlikləri arasındakı diametral ara məsafəsi 6 mm (1/4 düym) olmalıdır.
3.3.1.2.7 Xüsusi olaraq digər hallar nəzərdə tutulmazsa, anker boltları istehlakçı tərəfindən təchiz edilməlidir.
3.3.1.2.8 Montaj lövhəsi tədarükçü tərəfindən təchiz ediləndə o avadanlığı montaj lövhələri və bütün başsız vintlərə bərkidilməsi üçün istifadə edilən sıxıb-saxlama boltlarını da təchiz etməlidirlər.
3.3.1.2.9 Avadanlıq API RP 686 uyğun quraşdırılmaq üçün layihələndirilməlidir.
3.3.1.2.10 Nizamlama qaykaları tədarükçü tərəfindən API RP 686 7-ci Fəslinə uyğun olaraq təchiz edilməli, sıxıb-saxlama boltları və şaquli başsız mıxlar arasında dayanmalı və avadanlıq ayaqlıqlarından bütün tərəflərdə ən azı 6 mm (1/4 düym) böyük olmalıdır. Dişli çarx istehsalçısı tələb edilən minimal təmas şayba sahəsini açıqlamalıdır.
· 3.3.1.3 Əgər nəzərdə tutulubsa, fundament dayaq lövhəsi konstruksiya elementləri altında davamlı sement məhlulu olmadan sütunun montajı üçün münasib olmalıdır (yəni verilmiş nöqtələrdə dəstək verilməsi üçün lazımi bərkliyə malik olmalıdır). Fundament dayaq lövhəsinin layihəsini istehlakçı və təchizatçı öz aralarında qarşılıqlı razılaşdırmalıdırlar.
3.3.1.4 Fundament dayaq lövhəsi dörd nöqtədən qaldırmaq üçün qaldırıcı həlqələrlə təchiz edilməlidir. Bütün avadanlıqlar ilə tam fundament dayaq lövhəsinin qaldırılması fundament dayaq lövhəsi və ya ona montaj edilmiş avadanlığı davamlı yayındırmamalı və ya digər hallarda zədələməməlidir.
3.3.1.5 Konstruksiya elementləri arasında fundament dayaq lövhəsinin aşağısı açıq olmalıdır. Fundament dayaq lövhəsi beton bünövrə üzərinə quraşdırılanda ən azı 0.01 m (19 düym 2) olan və hər arakəsmə sahəsində ölçüsü ən azı 75 (3 düym) olan ən azı bir beton məhlul dəliyi ilə təchiz edilməlidir. Belə dəliklər bütün yük daşıyan konstruksiya elementləri altında məhlulun tökülməsinə imkan verəcək şəkildə yerləşdirilməlidir. Praktiki cəhətdən mümkün olduğu halda bu dəliklər avadanlıq quraşdırılmış vəziyyətdə məhlulun tökülməsinə imkan verməlidir. Dəliklərin 15 mm (1/2 düym) qaldırılmış qapaqlı kənarları olmalı və maye məhlulun açıq hissəsinə təsir edə biləcəyi şəkildə yerləşdirilərsə, ən azı qalınlığı 16 ölçü vahidi olan metal örtüklər quraşdırılmalıdır. Ölçüsü ən azı 15 mm (1/2 düym) olan giriş dəlikləri fundament dayaq lövhəsinin hər arakəsmə hissəsindəki ən yüksək nöqtədə quraşdırılmalıdır.
3.3.1.6 Digər hallar nəzərdə tutulmazsa, bütün gediş və iş ərazilərini örtən altsız döşəmə örtük materialı fundament dayaq lövhəsinin üzərində yerləşdirilməlidir.
3.3.1.7 Bütün fundament dayaq lövhələrinin montaj səthləri aşağıdakı meyarlara cavab verməlidir:
a. Fundament dayaq lövhəsinin 63 μm (250 μin.) Ra və ya daha yaxşı üzlük materialına uyğun hazırlandıqdan sonra səthlər cilalanmalıdır;
b. Səthlər sıx oturmanın qarşısının alınması üçün 25 μm daxilində eyni üfüqi müstəvi üzərində dayanmalıdır;
c. Hər montaj səthi montaj səthinin hər m (0.5 mil/xətti ft) üçün 42 μm hamarlıq həddində cilalanmalıdır;
d. Fərqli montaj müstəviləri ilə montaj səthləri 50 μm (2 mil.) daxilində bir birinə münasibətdə paralel dayanmalıdır;
e. Üstü cilalanmış və ya bir nöqtədə üzlənmiş səthlər montaj səthinə paralel dayanmalıdır;
f. Sıxıb-saxlama boltları montaj səth və ya səthlərinə paralel şəkildə dəlinməlidir; maşınla cilalanmış və ya bir nöqtədə boltun üç mislinə bərabər diametrdə üzlənməli və avadanlığın nizamlanmasına imkan verməli, basıb-saxlama boltunun diametrindən 15 mm (1/2 düym) böyük olmalıdır.
Yuxarıda verilmiş nisbi xətalar istehsal yerində hamar cilalanmış səth üzərində məhdudiyyətsiz şərtlər altında qeyd edilərək yoxlanılmalıdır.
Qeyd: Müzakirə edilən səthlər avadanlığın quraşdırılmış olduğu və fundament dayaq lövhəsinin aşağı hissəsində olan səthlərdir.
· 3.3.1.8 Əgər nəzərdə tutulubsa, dayaq altı lövhələr təchizatçı tərəfindən təmin edilməlidir.
3.4 NƏZARƏT VASİTƏLƏRİ VƏ ALƏTLƏR DƏSTİ
3.4.1.1 Digər hallar nəzərdə tutulmazsa, nəzarət vasitələri və alətlər dəsti açıq şəraitdə quraşdırılması üçün layihələndirilməli, IEC 60034-5 (NEMA Buraxılış 250) təfərrüatları verildiyi kimi, IP65 tələblərini təmin etməlidir.
3.4.1.2 Ötürmələr qutusu istehsalçısının bunun üçün və ümumi təyinatlı turbinlərdən ötrü təchiz etdiyi yağ sistemləri üçün alətlər dəsti və onların quraşdırılması istehlakçı spesifikasiyalarında uyğun olmalıdır. Digər hallar nəzərdə tutulmazsa, alətlər dəsti və onların quraşdırılması ümumi təyinatlı yağ sistemləri üçün API Std 614 tələblərinə cavab verməli və Əlavə C -də tətbiq edilən sistem üçün verilmiş elementləri daxil etməlidir.
3.4.1.3 Alətlər dəsti və nəzarət vasitələri nəzərdə tutulmuş sahə təsnifatında (sinif, qrup və bölmə və ya zona) istifadə üçün layihələndirilməli və istehsal edilməlidir.
3.4.1.4 Termometr, termal cütlüklər və ya istehlakçının nəzərdə tutduğu müqavimət temperatur detektorları təchiz edilməlidir.
3.4.1.5 Bütün boru, izolyasiyalı kabel və dayaqlar elə layihələndirilməli və quraşdırılmalıdır ki, onları zədələmədən asanlıqla çıxarmaq mümkün olmasın və diyircəkli yastıq, kipləşdirici və ya avadanlığın daxili hissələrinin çıxarılmasına mane olmayacaq şəkildə yerləşdirilməlidir.
· 3.4.2 Vibrasiya və mövqe detektorları
Əgər nəzərdə tutulubsa, vibrasiya və oxu yerləşdirilən vericilər API Std 670 standartına uyğun təchiz edilməli, quraşdırılmalı və kalibrasiya edilməlidir.
3.5 BORU BİRLƏŞMƏSİ VƏ GİRİŞLƏR
3.5.1 Digər hallar nəzərdə tutulmazsa, sürtkü yağ boru və girişləri API Std 614 Fəsil 1 və 3 tələblərinə cavab verməlidir.
3.5.2 Təchizatçı qiymət təklifinə reduktor və ya reduktorların uğurlu işi üçün zəruri hesab etdiyi bütün daxili boru birləşmələrini və habelə Əlavə C-ə uyğun olaraq bütün daxili boruları və məlumat vərəqlərində verilmiş elementləri daxil etməlidir.
3.6.1 Reduktorun sökülməsi, yığılması və ya texniki xidmətin göstərilməsi üçün xüsusi alət və detallar tələb ediləndə, bunlar qiymət təklifinə daxil edilərək maşının ilkin təchizatının tərkib hissəsi kimi təchiz edilməlidir. Çoxsaylı reduktoru olan qurğular üçün xüsusi alət və detalların miqdarlarına dair tələblər istehlakçı və tədarükçü arasında qarşılıqlı razılaşdırılmalıdır. Bu və buna bənzər alətlər avadanlığın zavodda yığılması və sınaq sonrası sökülməsi ərzində istifadə edilməlidir.
3.6.2 Xüsusi alətlər təchiz ediləndə bunlar xüsusi, girintili-çıxıntılı metal quyu və ya qutularda təchiz edilməli, birka/hissə nömrəsi üçün xüsusi nişanlanmış alətləri olmalıdır. Hər bir alət öz təyinatına uyğun istifadəni göstərmək üçün ştamplanmalı və ya birkalanmalıdır.
4 YOXLAMA, SINAQ VƏ DAŞINMAYA HAZIRLIQ
4.1.1 Tədarükçü satınalma sifarişi və ya digər razılaşmalarda əksini tapmış hər hansı yoxlama və sınağı həyata keçirməzdən əvvəl istehlakçıya lazımi ilkin bildiriş göndərməlidir. İstehlakçı tədarükçünü əvvəlcədən məlumatlandırandan sonra istehlakçı nümayəndəsi avadanlığın istehsalı, sınağı və ya yoxlanılması davam edən bütün tədarükçü və alt tədarükçü obyektlərinə çıxış imkanına malik olmalıdırlar. Alt tədarükçüləri istehlakçının yoxlama tələbləri barədə məlumatlandırmağa görə tədarükçü məsuliyyət daşıyır.
4.1.2 Verilmiş hər bir halda yoxlamadan əvvəl bildiriş üçün təqvim günlərinin faktiki sayı istehlakçı və tədarükçü arasında qarşılıqlı razılaşdırılmalıdır.
· 4.1.3 İstehlakçı yoxlama və sınaqda iştirakın həddini açıqlamalıdırlar.
a. İştirak etmək istehsal qrafikinə saxlama müddətinin tətbiq edilməsi, yoxlama və ya sınağın istehlakçı və ya onun nümayəndəsinin iştirakı ilə həyata keçirilməli olması mənasını verir. Mexaniki iş və ya icra sınaqları üçün bu, uğurla aparılmış ilkin sınağa dair yazılı bildirişin verilməsini tələb edir.
b. Müşahidə etmək o mənanı verir ki, istehlakçı yoxlama və ya sınaq vaxtı barədə məlumatlandırılır; bununla belə, yoxlama və ya sınaq qrafikdə nəzərdə tutulduğu kimi həyata keçirilir və əgər istehlakçı və ya onun nümayəndəsi olmazsa, tədarükçü növbəti mərhələyə keçməli olur ( Istehlakçının zavodda iştiraklı sınaqda daha çox qalması gözlənilir)
4.1.4 Verilmiş yoxlama və sınaqlar üçün avadanlıq tədarükçü tərəfindən təchiz edilməlidir.
4.1.5 Dişli çarx və yağ sisteminin yığılması zamanı və sınaqdan keçirilməsindən əvvəl hər komponent (bu komponentlərin tökmə keçidləri də daxil olmaqla), bütün boru və girişlər kənar material, korroziya məhsulları və qırıntıları kənarlaşdırmaq üçün turşu və ya digər müvafiq metoddan istifadə edilərək təmizlənməlidir.
· 4.1.6 Əgər nəzərdə tutulubsa, istehlakçı boru sonda yığılana kimi tədarükçü tərəfindən və ya onun vasitəsilə təchiz edilmiş avadanlıq, boru birləşmə və girişlərinin təmizliyini yoxlaya bilər
· 4.1.7 Əgər nəzərdə tutulubsa, hissə, qaynaq və istiliyə məruz qalmış nahiyələrin bərkliyi həmin hissə, qaynaq və ya istiliyə məruz qalmış nahiyələrin sınağı ilə yol verilən qiymətlər həddində olması yoxlanılmalıdır. Sınaq metodu, həddi, sənədləşdirilməsi və iştirakı istehlakçı ilə tədarükçü arasında qarşılıqlı razılaşdırılmalıdır.
4.1.8 İstehlakçı nümayəndəsi baxış üçün təchizatçının keyfiyyətinə nəzarət proqramına çıxışa malik olmalıdır.
4.2.1.1 Tədarükçü ən azı 20 il ərzində təmin edilən aşağıdakı məlumatları saxlamalıdır:
a. Zavodda sınaq hesabatları kimi, materialların lazımi və ya xüsusi sertifikatlaşdırılması.
b. Spesifikasiya tələblərinin təmin edildiyini yoxlamaq üçün sınaq məlumat və nəticələri.
c. İstehsalın adi gedişatı ərzində və ya təmir prosedurunun tərkib hissəsi kimi yerinə yetirilmiş bütün istilik emalı işlərinin tam təyin edilmiş qeydləri.
d. Bütün keyfiyyətə nəzarət sınaq və yoxlamalarının nəticələri.
e. Bütün təmir işlərinin təfərrüatları.
f. Son yığım, texniki xidmət və işçi ara məsafələri.
g. Dişli çarx və yastıq gücü hesablamaları.
h. İstehlakçının açıqladığı və ya tətbiq edilən kod-qaydalarla tələb olunan digər məlumatları.
4.2.1.2 Hissələrin xüsusi yoxlama işi başa çatmayana kimi təzyiq saxlayan hissələri rəngləmək olmaz.
4.2.1.3 İstehlakçı aşağıdakıları açıqlamalıdır:
a. Səth və səth altı yoxlamadan keçməli olan hissələri:
b. Maqnit hissəcik, maye nüfuzetmə, radioqrafiya və ultrasəs müayinəsi şəklində tələb edilən yoxlama növünü.
4.2.2 Material yoxlaması
4.2.2.1.1 Qaynaq işləri və ya materiallarının radioqrafik, ultrasəs, maqnit hissəcik və ya maye nüfuzetmə yoxlaması tələb ediləndə, yaxud da nəzərdə tutulanda, digər müvafiq prosedur və qəbul meyarları nəzərdə tutulmazsa, bənd 4.2.2.2 - 4.2.2.5 –də tövsiyə edilən təcrübələr tətbiq edilməlidir. Çuqun yalnız bənd 4.2.2.4 və/ya 4.2.2.5 uyğun yoxlanılmalıdır. Qaynaq, tökmə polad və hörülmüş material bənd 4.2.2.4 - 4.2.2.5-də verildiyi kimi yoxlanılmalıdır.
Qeyd: radioqrafik və ultrasəs yoxlaması dəqiqliyin şərhindəki fərqlərə görə xəlitə çuqununa uyğun deyil.
4.2.2.1.2 İstehlakçı ilə tədarükçü qarşılıqlı surətdə bənd 4.2.2.2 - 4.2.2.5-də verilmiş qəbul standartlarını razılaşdırmalıdırlar.
4.2.2.2.1 Radioqrafiya ASTM E 94-ə uyğun olmalıdır.
4.2.2.3 Ultrasəs yoxlaması
4.2.2.3.1 Ultrasəs yoxlaması ASTM A 609 (tökmə), ASTM A 388 (pərçimləmə) və ya ASTM A 578 -in (dayaq lövhəsi) tələblərinə əsaslanmalıdır.
4.2.2.4 Maqnit hissəcik yoxlaması
4.2.2.4.1 Maqnit hissəciyin yoxlanılmasının həm yaş və həm də quyu metodları ASTM E 709-a uyğun olmalıdır.
4.2.2.5 Maye nüfuzetməsinin yoxlanılması
4.2.2.5.1 Maye nüfuzetməsinin yoxlanılması ASTM E 165-in prosedurlarına əsaslanmalıdır.
4.2.2.6 Bənd 4.2-də verilmiş ümumi məhdudiyyətlərə baxmayaraq, tədarükçü daha ciddi tələblərin qoyulduğu halda avadanlığın layihə hədlərini nəzərdən keçirməyə görə cavabdehlik daşımalıdır.
4.2.2.7 Qüsurlar tədarükçü ilə istehlakçının razılaşdırdıqları hədləri aşarsa, razılaşdırılmış belə keyfiyyət standartına uyğunluq üçün çıxarılmalıdır.
4.2.2.8 Yığılmış fırlanan elementlərdə qaynaq işləri
4.2.2.8.1 Dişli çarxlı vallara bərkidilən elementlər də daxil olmaqla, fırlanan elementlərdəki qaynaq işləri 100% yoxlanılmalıdır. Qaynaqların əlçatan səthləri başa çatdıqda və yenidən qaynaq sonrası istilik emalından sonra yoxlanılmalıdır. Maqnit hissəcik yoxlamasına üstünlük verilir. Boya nüfuzetmə, ultrasəs və ya radioqrafiya kimi digər metodlar yalnız istehlakçı ilə tədarükçü arasında qarşılıqlı razılaşmaya əsasən qəbul edilir.
4.2.2.8.2 1.5 mm (0.06 düym)-dən az göstəricilər şərh edilmir. Çürümüş və ya ovulan yerlərdə qaynaq işləri tərəfdə oyuğa axmış sızıntının səbəb olduğu qeyri-münasib göstəricilər büruzə verə bilər. Əgər materialın çıxarılması qaynaq edilmiş nahiyənin işinə mənfi təsir etməzsə, yonqarlama və ya aşqarlama vasitəsilə 1.5 mm (0.06 düym) və ya çox göstəricilər kənarlaşdırılmalıdır. Qaynaq yolu ilə təmiri tələb edən göstəricilər istehlakçıya bildirilməlidir. Hər hansı qaynaq yolu ilə təmirdən sonra təkrar sınaq aparılmalıdır.
4.2.2.9 Fırlanan elementlər üçün material yoxlaması
4.2.2.9.1 Fırlanan elementlər üçün istifadə olunan pərçimlər və qaynar prokat edilmiş hörülmüş materialı çat, tikiş, dirsəkliklər, daralma və digər buna bənzər zədə törədən qüsurlarsız olmalıdır.
· 4.2.2.9.2 Əgər nəzərdə tutulubsa, fırlanan elementlər üçün pərçimlər və qaynar prokat edilmiş hörülmüş materialların ultrasəs yoxlaması aparılmalıdır. 2 mm (0.08 düym) FBH (hamar dibli dəlik)-dən çox olan “pik” siqnalını törədən göstəricilər qəbul edilməzdir. Hərəkətdə qüsurlar və ya mərkəzləri bir-birindən 20 mm (0.8 düym) aralı olan və 2 mm (0.08 düym)-dən yüksək pik siqnal verən qüsurlar qrupu qəbul edilməzdir. Lakin mərkəzi xətti olan boru bir halda qəbul edilə bilər ki, o, val diametrinin 10% -i həddində olsun, cəmi uzunluğu sabit xaric diametrin hər hansı hissəsinin ümumi uzunluğunun 20%-dən çox olmasın və pik siqnalı 3 mm (0.1 düym) FBH həddini aşmasın və 40 mm (1.6 düym) yaxud da kiçik kubda bir və ya daha çox birgə göstəriciləri olsun.
· 4.2.2.9.3 Əgər nəzərdə tutulubsa, dişli çarxın dişləri və val səthlərinin yaş (floresan) maqnit hissəcik yoxlaması yerinə yetirilməlidir. 1.5 mm (0.06 düym)-dən az olan istənilən floresan maqnit hissəsi göstəriciləri qəbul edilmir. Dişli çarx dişləri və ya gərginlik daşıyan val səthlərinin cinah və ya diblərində heç bir çat göstərici olmamalıdır. Uzunluğu 40 mm (1.6 düym)-dən böyük olan istənilən qeyri-metal girişi qəbul edilmir. Digər qeyri-metal girişləri dəyərləndirilir və istehlakçı ilə tədarükçü arasında yeri razılaşdırılır. Göstəricinin çatlı və ya qeyri-metal girişi olduğunu təsdiqləmək üçün boya nüfuzetmə yoxlamasından istifadə edilməsi məqbuldur.
4.2.2.10 Dişli çarx karkasının yoxlanılması
· 4.2.2.10.1 Əgər nəzərdə tutularsa, dişli çarx karkaslarının quru maqnit hissəcik yoxlaması yağın möhkəmliyini yoxlamaq üçün aparılmalıdır. 1.5 mm (0.06 düym)-dən az göstəricilər şərh edilmir. Çürümüş və ya ovulan yerlərdə qaynaq işləri tərəfdə oyuğa axmış sızıntının səbəb olduğu qeyri-münasib göstəricilər büruzə verə bilər. Əgər materialın çıxarılması qaynaq edilmiş nahiyənin funksiyasına mənfi təsir göstərməzsə, yonqarlama və aşqarlama yolu ilə 1.5 mm (0.06 düym) və ya daha çox göstərici çıxarıla bilər. Qaynaq yolu ilə təmiri tələb edən girişlər istehlakçıya bildirilməlidir. Hər hansı qaynaq yolu ilə təmirdən sonra təkrar sınaq aparılmalıdır.
Qeyd: Dişli çarx karkasları adətən təzyiq saxlayan aparatlar deyil və təzyiq tutumunu yoxlamaq üçün sınaq tələb etmir.
· 4.2.2.10.2 Əgər nəzərdə tutularsa, dişli çarx karkası yağın möhkəmliyinin yoxlanılması üçün maye doldurucusunun sızma yoxlaması aparılmalıdır. Karkasın daxili və xarici hissəsi sınaqdan əvvəl rənglənməməlidir. Sınaq karkasdakı bütün girişlərin tıxaclanması və karkasın kerosin kimi az qatılığa malik maddə ilə doldurulması yolu ilə aparılır. 1 saatlıq doyurma müddətindən sonra korpusda olan hər hansı sızıntı əlaməti qeyri-məqbul hesab edilir.
4.2.2.11 Babit xətli dayaq yastıqların yoxlanılması
· 4.2.2.11.1 Polad dayaq materialı ilə sabit xətti arasında bərkimənin olduğunu yoxlamaq üçün poladla dəstəklənən babit xətli dayaq yastıqları yoxlanılmalıdır. Hər hansı açıq interfeys səthləri üzərində ultrasəs müayinəsi aparıla və ya maye nüfuzetmə yoxlaması aparılması mümkündür
4.3.1.1 Dişli çarxlar bənd 4.3.2 və 4.3.3-ə uyğun sınaqdan keçirilməlidir. İstehlakçı bənd 4.3.4-də təsvir edildiyi kimi, başqa sınaq növlərini də nəzərdə tuta bilər.
· 4.3.1.2 İstehlakçı avadanlığın sınağı, sökülməsi, yoxlanılması və yenidən yığılmasını müşahidə etmək hüququna malikdir. İstehlakçı aparılan sınaq növlərini açıqlamalıdır.
4.3.1.3 Tədarükçü istehlakçını avadanlığın sınaq üçün hazır olma tarixindən əvvəl beş gündən az olmayan müddətdə məlumatlandırmalıdır. Əgər sınağın qrafiki yenidən tutularsa, tədarükçü istehlakçını yeni sınaq tarixindən əvvəl beş gündən az olmayan müddətdə məlumatlandırmalıdır.
4.3.1.4 Plan üzrə ilk iş sınağından əvvəl ən azı altı həftə ərzində tədarükçü istehlakçının baxışı və şərhi üçün mexaniki iş sınağının müfəssəl təfərrüatları və izlənilmiş parametrlərin hamısı üçün qəbul meyarı da daxil olmaqla, bütün müvafiq ixtiyari iş sınaqlarının təfərrüatlarını ona təqdim etməlidir (Bax: 4.3.4).
4.3.1.5 Sınaq dayağında yağ filtrasiyası bənd 2.10.3 uyğun olmalıdır. Filtrlərin aşağı axın hissəsində yağ sisteminin komponentləri hər hansı sınaq başlamazdan əvvəl API Std 614-ə uyğun təmizlik tələblərinə cavab verməlidir.
4.3.1.6 Yağ duman sistemi ilə yağlanması nəzərdə tutulan yastıqlar əvvəlcədən yağlanmalıdır.
4.3.2.1 Təzyiqli yağ sistemləri və əlaqəli borular hidrostatik və ya dinamik sınaqdan keçirilməli, maye maksimal yol verilən işçi təzyiqinin ən azı 1.5 mislinə bərabər olsa da 1.5 bardan (20 funt/düym 2 ölçü vahidi) çox olmamalıdır. Karbon poladların sınağı zamanı sınaq mayesinin minimal temperaturu 15.6°C (60°F) olmalıdır.
4.3.2.2 Sınaqlar təzyiq altında olan hissələrin tam yoxlanılmasına imkan vermək üçün lazımi vaxt müddəti üçün saxlanılmalıdır. Ən azı 30 dəqiqəlik heç bir sızıntı müşahidə edilməyəndə sınaqlar qənaətbəxş hesab edilməlidir.
4.3.3 Mexaniki iş sınağı
4.3.3.1 Dişli çarx üçün mexaniki iş sınağı yastıq temperaturu və sürtkü yağ temperaturları hər beş dəqiqədən bir götürülən üç ardıcıl göstərici üçün stabilləşəndən sonra 1 saatdan az olmayan müddət üçün maksimal davamlı sürət həddində aparılmalıdır.
· 4.3.3.2 Əgər nəzərdə tutulubsa, dişli çarxın uzun müddətli iş sınağı aşağıdakı ardıcıllıqla aparılmalıdır:
a. Dişli çarx yastıqlar və sürtkü yağ temperaturları stabilləşdikdən sonra dörd saatlıq maksimal davamlı sürət həddində işləməlidir.
b. Sürət 110% maksimal davamlı sürət həddinə kimi artırılması və minimum 15 dəqiqə işlədilməlidir.
c. Hər hansı əlavə sürət hədlərində sınaq, hər sürət həddində sınaq müddəti və qeyd edilməli olan məlumatlar istehlakçı tərəfindən satınalma zamanı açıqlanmalıdır.
4.3.3.3 Mexaniki iş sınağı aparılmazdan əvvəl bənd 4.3.3.3.1 - 4.3.3.3.6 –də verilmiş tələblər yerinə yetirilməlidir
4.3.3.3.1 Təmas edən yastıqlar mexaniki iş sınağı üçün maşında istifadə edilməlidir.
4.3.3.3.2 Bütün yağ axın, təzyiq, qatılıq və temperaturları tədarükçünün iş təlimatlarında sınaqdan keçirilən xüsusi qurğu üçün tövsiyə etdiyi əməliyyat qiymətləri daxilində olmalıdır.
4.3.3.3.3 Bütün qovşaq və birləşmələr bərklik baxımından yoxlanılmalı və hər hansı sızıntılar aradan qaldırılmalıdır.
4.3.3.3.4 Sınaq ərzində istifadə edilən bütün xəbərdarlıq, qoruyucu və nəzarət vasitələri tələbə uyğun yoxlanılaraq tənzimlənməlidir.
· 4.3.3.3.5 Təmas birləşmə və ya birləşmələri olan sınağa üstünlük verilir. Əgər bu mümkün olmazsa, val kənarı və ya kənarlarına kütlə elə əlavə edilməlidir ki (API Std 671 uyğun olaraq moment simulyatorlarından istifadə edərək), effektli üzərində qalma momenti təmas birləşməsinin effektiv momentindən 10% -dən az olmasın. Əgər nəzərdə tutularsa, bütün sınaqlar başa çatdırılandan sonra boş gediş qidalandırıcıları xüsusi alətlərin tərkib hissəsi kimi istehlakçıya təqdim edilməlidir.
4.3.3.3.6 Əgər belə sistem dişli çarx və ya dişli çarx qurğuları ilə birlikdə satin alınarsa, mexaniki iş sınaqları iş yağlama sistemi ilə aparılmalıdır.
4.3.3.4 İş sınaqları zamanı sınaqdan keçirilən bütün avadanlıqların işi və sınaq alətlərinin işi qənaətbəxş olmalıdır. Ölçülmüş filtrsiz vibrasiya bənd 2.7.2.5 və 2.8.4-ün tələblərini aşmamalı və sınaq sürət diapazonu boyu qeyd edilməlidir.
4.3.3.5 Vibrasiya ölçmələri öz tezlik diapazonu daxilində yaxın tarixdə kalibrasiya edilmiş ölçü vasitəsi ilə aparılmalı və buraya bənd 2.8.4.1-də verilmiş tezlik diapazonu daxil olmalıdır.
4.3.3.6 Satın alınmış bütün vibrasiya nümunələri və osilyator demodulyatorları sınaqlar zamanı istifadə edilməlidir. Əgər vibrasiya nümunələri tədarükçü tərəfindən təchiz edilməzsə və ya istehlakçı nümunələri zavodun göstərici vasitələrinə uyğun gəlməzsə, o zaman API Std 670 tələblərinə cavab verən zavod nümunə və göstəricilərindən istifadə edilməlidir. Faza bucaq istinadlı iş 500 f/dəq və ya az tezliklə ölçülməli və mexaniki sınaq hesabatında qeyd edilməlidir.
4.3.3.7 Mexaniki iş sınaqları başa çatdıqdan sonra diş torları səthdə zədənin olmaması və lazımi təmas forması üçün yoxlanılmalıdır (Bax: təmas modelinin qəbul meyarlarına dair bənd 2.7.2.1)
· 4.3.3.8 Əgər nəzərdə tutulubsa, bütün hidrodinamik yastıqlar mexaniki iş sınağı başa çatdıqdan sonra çıxarılmalı, yoxlanılmalı və yenidən yığılmalıdır.
4.3.3.9 Əgər yastıq və ya kipləşdiricilərin əvəzlənməsi, yaxud düzəliş edilməsi və ya digər hissələrin əvəzlənməsi, düzəliş edilməsi üçün karkasın sökülməsi mexaniki və ya iş qüsurlarının aradan qaldırılması üçün tələb edilərsə, ilkin sınaq qəbul edilmir və son zavod sınaqlarına əvəzləmə və ya düzəlişlər ediləndən sonra yol verilir.
4.3.3.10 Ehtiyat dişli çarx elementləri birgə istehsala imkan vermək üçün sifariş ediləndə hər ehtiyat elementdə bu standartın tələblərinə əsasən, mexaniki iş sınaqları aparılmalıdır.
4.3.3.11 Tədarükçü son sınaqların müfəssəl qeydlərini saxlamalı və sınaqlar ərzində hər 15 dəqiqəlik intervallarla qeydlər etməlidir. Hər qeydə aşağıdakı məlumatlar daxil olmalıdır:
a. Yağ temperaturları və girişdə təzyiq;
b. Əgər varsa çıxışda yağ (drenaj) temperaturu;
c. Hər rotorun iş sürəti üçün vibrasiya amplitudası, filtrsiz və filtrli 1 dəfəlik sınaq;
d. Yastıq temperaturları (ölçmələr olduqda).
· 4.3.4 İxtiyari sınaqlar
İstehlakçı sorğu və ya sifariş formasında bənd 4.3.4.1 – 4.3.4.2-də açıqlanmış zavod sınaqlarının yerinə yetirilib-yetirilmədiyini göstərməlidir.
4.3.4.1 Tam sürət/Tam və ya qismən yüklü sınaq
İstehlakçı ilə tədarükçünün razılıq verdiyi kimi, dişli çarx qismən və ya tam nominal gücü öz nominal giriş sürətində ötürmək üçün sınaqdan keçməlidir. Yastıq temperaturları və sürtkü yağ temperaturları sabitləşənə kimi, yük mexaniki və ya hidravlik metodla (məs, dinamometrlər və əyləclər) tətbiq edilməlidir. Vibrasiya hədləri də daxil olmaqla, sınaq təfərrüatları hər sifarişdən əvvəl razılaşdırılmalıdır.
4.3.4.2 Səs səviyyə sınağı
Tədarükçü nominal yük şərtləri altında tipik səsə dair məlumatları təqdim etməlidir. Belə məlumatlar sınaq və ya analitik metodlarla işlənə bilər. Müvafiq hallarda səs səviyyə sınağı AGMA 6025-D98 və ya ISO 3744 uyğun digər standarta əsasən yerinə yetirilməlidir.
4.4 DAŞINMAYA HAZIRLIQ
· 4.4.1 Dişli çarxın lazım gəldikdə bağlanması da daxil olmaqla, avadanlıq nəzərdə tutulmuş daşınma növü üçün hazırlanmalıdır. Bağlanmış dişli çarxlar xalis polad naqillə bərkidilmiş olan korroziyaya davamlı birkalar vasitəsilə təyin edilməlidir. Hazırlıq işi avadanlığı göndərildiyi tarixdən sonrakı altı aylıq açıq şəraitdə saxlamaq üçün münasib etməli, yastıq və kipləşdiricilərin yoxlanılmasından başqa əməliyyatdan əvvəl heç bir sökmə işi tələb edilməməlidir. Əgər daha uzun müddətə saxlama nəzərdə tutularsa, istehlakçı riayət edilməli olan və tövsiyə edilən prosedurlarla bağlı tədarükçü ilə məsləhətləşməlidir.
4.4.2 Avadanlıq iş sahəsinə çatdıqdan sonra və işə başlamazdan əvvəl tədarükçü istehlakçını saxlamaya hazırlığın tamlığını saxlamaq üçün API RP 686 Bölmə 3- də təsvir edilən göstərişlərlə təmin etməlidir.
4.4.3 Avadanlıq bütün sınaq və yoxlamalar başa çatdıqdan və avadanlıq istehlakçı tərəfindən buraxıldıqdan sonra daşınmaya hazırlanmalıdır. Bu hazırlıq işinə bənd 4.4.3.1-4.4.3.11-də verilənlər daxil olmalıdır.
4.4.3.1 Maşınla cilalanmış səthlər istisna olmaqla, daşınma, saxlama və ya xidmət zamanı korroziyaya məruz qalan bütün xarici səthlərə istehsalçının standart boyası ən azı bir lay çəkilməlidir. Boya tərkibində qurğuşun və ya xrom olmamalıdır.
Qeyd: Asutenit xalis polad növləri adətən rənglənmir.
4.4.3.2 Korroziyaya davamlı material istisna olmaqla, xarici maşınla cilalanmış səthlər çürüntü əleyhinə vasitə çəkilməlidir.
4.4.3.3 Dişli çarxın daxili tərəfi təmiz, ərpsiz, qaynaq çilləntisiz və kənar əşyalarsız olmalı, məhlulla aparıla bilən çürüntü əleyhinə vasitə səpilməli və yuyulmalıdır. Çürüntü əleyhinə vasitə rotor fırlanarkən, bütün girişlərə çəkilməlidir.
4.4.3.4 Yastıq korpuslarının daxili səthləri və karbon polad yağ sistemi komponentlərinə bir lay sürtkü yağına uyğun olan yağda həll ola bilən çürüntü əleyhinə vasitə çəkilməlidir.
4.4.3.5 Flanesli girişlər elastomer araqatları ilə ən azı 5 mm (3/16 düym) olan metal örtüklər əvvəlcədən ən azı dörd tam diametrə malik boltlarla təchiz edilməlidir. Bolt ilə bərkidilmiş dəliklər üçün nəzərdə tutulmuş bütün qaykalar örtükləri bərkitmək üçün istifadə edilməlidir. Kipləşdiricini götürmədən qoruyucu örtüyün çıxarıla bilməməsi üçün hər dəlik maşınla kipləşdirilməlidir.
4.4.3.6 Yivli girişlər polad qapaq və ya dairəvi başlıqlı polad tıxaclarla təchiz edilməlidir. Qeyri-metal (məsələn, plastik) qapaq və ya tıxaclardan heç bir halda istifadə edilməməlidir.
Qeyd: Daşınma üçün tıxaclar təchiz edilir; davamlı tıxaclar bənd 2.6.2.2 -də əksini tapmışdır.
4.4.3.7 Qaldırma nöqtələri və həlqələri avadanlıq və ya avadanlıq dəsti üzərində aydın bildirilməlidir. Tövsiyə olunan qaldırma konfiqurasiyası quraşdırma təlimatında təsvir edilməlidir.
4.4.3.8 Avadanlıq element və seriya nömrələri ilə identifikasiya edilməlidir. Ayrı göndərilən material təhlükəsiz bərkidilmiş, korroziyaya davamlı olub nəzərdə tutulduğu xidmət üçün avadanlığın element və seriya nömrəsini göstərən metal birkalarla identifikasiya edilməlidir. Taraya qoyulmuş avadanlıqlar biri göndəriş konteynerinin içəri tərəfində, digəri isə xarici tərəfində olan duplikat qablaşdırma siyahıları ilə göndərilməlidir.
· 4.4.3.9 Əgər alınıbsa, ehtiyat dişli çarx elementləri ən azı 3 illik müddətə qızdırılmadan qapalı şəraitdə saxlamaq üçün hazırlanmalıdır. Dişli çarx dəsti çürüntü əleyhinə vasitə ilə emal edilərək yavaş buraxılan uçucu korroziya məhdudlaşdırıcısı ilə buxar baryer örtüyünün içərisinə qoyulmalıdır. Dişli çarx nəzərdə tutulduğu kimi, yerli və xaricə daşınma üçün taraya qoyulmalıdır. İstehlakçının təsdiqlədiyi 3-mm (1/8-düym) qalınlıqda (tetrafloroetilen [TFE] və ya politetrafloroetilen [PTFE]) elastik material dayaq sahələrdə dişli çarx qurğuları onun altlığı arasında istifadə edilməlidir. Dişli çarx qurğuları dayaqlar üzərində dayanmamalıdır. Əgər vibrasiya ölçü başlıqları üçün nəzərdə tutularsa, ölçü başlığının hədəf sahəsindəki baryerlər üzərində “Sınaq Sahəsi-Kəsmək Olmaz” sözləri yazılmalıdır. Müvafiq hallarda dişli çarx qurğuları şaquli vəziyyətdə saxlanılması üçün hazırlanmalıdır. O, vala zərər vurmadan dişli çarx qurğusunun çəkisinin 1.5 mislinə dayaq üçün layihələndirilmiş detalla birləşmə kənarından dayaq verilməlidir. Detaldan istifadəyə dair təlimatlar quraşdırma, əməliyyat və texniki xidmət təlimatlarına daxil edilmişdir.
Qeyd: TFE və PTFE soyuq axdıqlarına və səthdə bərkidiklərinə görə dayaq xətlərinin altlığı kimi istifadəsi tövsiyə olunur.
4.4.3.10 Boyunluq, kənar kipləşdirici sahələri, ölçü başlığının hədəf hissələri və birləşmənin giriş sahələri kimi kritik val sahələri təsadüfi mexaniki zərərin qarşısının alınması üçün korroziya baryeri və sonra xüsusi baryer metalı ilə qorunmalıdır.
4.4.3.11 Boş komponentlər muma batırılmalı, plastik qablarda və ya karton qutularda saxlanmalıdır. Boş qutular göndərilən konteynerdə təhlükəsiz bağlanmalıdır.
4.4.4 Tədarükçünün birləşmə cədvəli və ya ümumi konfiqurasiya cizgisinə uyğunluq üçün alınmış avadanlıqla birlikdə təchiz edilən yardımçı boru birləşmələri basılmaqla ştamplanmalıdır. Xidmət və birləşmə planları qeyd edilməlidir.
4.4.5 Yastıq blokları nəm və çirkin daxil olmasından tam qorunmalıdır. Əgər kisələrdə olan buxar faza məhdudlaşdırıcı kristal maddələri nəmliyin hopdrulması üçün iri boşluqlarda quraşdırılarsa, kisələr çıxarılmanın asanlığı üçün əlçatan yerdə bərkidilməlidir. Müvafiq hallarda kisələr flanslı örtüklərə bərkidilmiş naqil qəfəslərində quraşdırılmalı və kisə yerlərini korroziyaya davamlı xalis polad naqillə bərkidilmiş birkalar qorumalıdır.
4.4.6 İstehsalçının standart quraşdırmasına dair təlimatların bir nüsxəsi daxil edilərək avadanlıqla təchiz edilməlidir.
4.4.7 Yardımçı boruda olan və göndəriş üçün çıxarılmış birləşmələr təkrar yığılmanın asanlığı üçün uyğun nişanlanmalıdır.
· 4.4.8 Əgər nəzərdə tutulubsa, maşın quraşdırılmış boru, soyuducu və s., təchiz edilərək yığılması göndərilməzdən əvvəl tədarükçü zavodunda başa çatdırılmalıdır.
5.1.1 Tədarükçünün təchiz etməli olduğu məlumatlar bənd 5.2 və 5.3 -də açıqlanmışdır. Tədarükçü Tədarükçünün Cizgi və Məlumat Tələbləri (TCMT) formasını (bax: Əlavə E) sorğu və ya sifarişdə verilmiş ünvan və ya ünvanlara çatdırmalıdır. Bu forma sifariş vaxtı razılaşdırılmış cizgi, əyri və məlumatlar, habelə istehlakçının tələb etdiyi nömrə və növün ötürülməsi üçün qrafikin təfərrüatlarını verir.
5.1.2 Məlumatlar göndəriş məktubu, ad blokları və ya səhifələrində aşağıdakı məlumatlarla identifikasiya edilməlidir:
a. İstehlakçı/istifadəçinin korporativ adı;
b. İş/layihə nömrəsi;
c. Avadanlıq elementinin nömrəsi və xidmətin adı;
d. Sorğu və ya satınalma sifarişinin nömrəsi;
e. Sorğu və ya satınalma sifarişində açıqlanmış digər identifikasiya;
f. Tədarükçünün identifikasiya etdiyi təklif nömrəsi, zavoddan sifariş nömrəsi, seriya nömrəsi və ya cavab məktubunu tam identifikasiya etmək üçün tələb edilən digər istinadlar.
Tədarükçü ilkin təklifi və müəyyən edilmiş nüsxələrin sayını sorğu sənədlərinə verilmiş tərəflərə çatdırmalıdır. Minimal olaraq, təklif bənd 5.2.2-5.2.4 -də verilmiş məlumatları, habelə sistemlə onun bütün komponentlərinin standarta tam uyğun olduğuna dair xüsusi bəyannaməni daxil etməlidir. Əgər sistem və komponentlər tam uyğun olmazsa, tədarükçü istehlakçının hər hansı təklif edilən alternativ layihələri qiymətləndirilməsinə imkan vermək üçün bunun təfərrüatlarını açıqlamalıdır. Bütün məktublaşmalar bənd 5.1.2-ə uyğun olaraq aydın identifikasiya edilməlidir.
5.2.2.1 Tədarükçü cizgilərində verilmiş cizgilər və məlumat tələbləri (bax: Əlavə E) təklifə daxil edilməlidir. Əgər tipik cizgi, sxem və material hesabatlarından istifadə edilərsə, bunlar müvafiq çəki və ölçüyə dair məlumatları göstərmək üçün işarələnməli və təklif edilən faktiki avadanlıq və tətbiq sahəsini əks etdirməlidir. Ən azı aşağıdakı məlumatlar təqdim edilməlidir:
a. Ümumi ölçülər, texniki xidmət üçün ara məsafə ölçüləri, ümumi çəkilər və fırlanma istiqamətini göstərən eskiz cizgisi;
b. Təklif olunan avadanlığın təfərrüatlarını göstərən en kəsik cizgiləri;
c. Tədarükçünün tətbiq sahəsi rolunu oynayan, sürtkü yağı kimi bütün yardımçı cizgilərin sxematik təsviri.
5.2.3 Texniki məlumatlar
Təklifə aşağıdakı məlumatlar daxil edilməlidir:
a. Tədarükçünün məlumatlarının tamlığı ilə daxil edildiyi istehlakçının məlumat vərəqləri;
b. İstehlakçının tələb etdiyi formada səsə dair məlumat vərəqi;
c. Tədarükçünün müqavilənin tərkib hissəsi kimi açıqladığı bütün məlumatların ötürülməsnə razılıq verdiyi qrafiki göstərən TCMT forması (bax: Əlavə E);
d. Sifarişi aldıqdan sonrakı həftələr ərzində avadanlığın göndərilməsi üçün qrafik.
e. İstehlakçının digər qurğuları ilə qarşılıqlı əvəzlənməni əks etdirən əsas aşılanma komponentlərinin siyahısı;
f. İşəsalma və normal texniki xidmət məqsədləri üçün tövsiyə olunan ehtiyat hissələrin siyahısı;
g. Texniki xidmət üçün təchiz edilmiş xüsusi alətlərin siyahısı. Tədarükçü təklifə daxil edilmiş hər hansı metrik elementləri təyin etməlidir;
h. İşəsalma, iş və məlumat vərəqlərində verilmiş sahə şərtləri altında boş qalma müddətləri üçün tələb edilən xüsusi hava təsirlərindən mühafizə və qış istismarına hazırlıq siyahısı. Siyahıda istehlakçının təchiz etməli olduğu mühafizə vasitələri və habelə tədarükçünün əhatə dairəsini daxil edilənləri əks etdirməlidir.
i. Kommunal tələblər, məsələn, buxar, su, elektrik, hava, qaz və sürtkü yağı, o cümlədən tələb edilən sürtkü yağının miqdarı və təchizat təzyiqi, yağın çıxarılmalı olduğu istilik yükü, ad lövhəsindəki nominal güc və yardımçı aparıcıların iş üçün enerji tələblərinin tam cədvəl forması. (Müvafiq məlumatlar açıqlanmalı və bu cür aydın göstərməlidir);
j. Bənd 2.11.1.3-ün tələblərinə uyğun olaraq, materialların sınaq və yoxlama prosedurlarının təsviri;
k. İstehlakçı sorğusunda açıqlanmış və bənd 2.4.6, 2.11.1.3, və 4.1.7 -də əksini tapmış xüsusi tələblərin təsviri;
l. Avadanlığın tamlığını qorumaq üçün tələb edilən işəsalma, söndürmə və ya iş məhdudiyyətləri;
m. Əgər L/d cədvəl 4-də verilən nisbəti aşarsa, bunun tipik analitik əsası bənd 2.4.3.7-ə uyğun olaraq daxil edilməlidir.
Tədarükçü istehlakçı tərəfindən açıqlanmış olan və ya tədarükçünün təklif etdiyi hər hansı xüsusi və ya ixtiyari sınaqlara dair prosedurların siyahısını təqdim etməlidir.
5.3 MÜQAVİLƏ MƏLUMATLARI
5.3.1.1 Təqdim edilməli olan məlumatlar Əlavə E- də açıqlanır. Hər cizgi, materiallar hesabı və məlumat vərəqinin sertifikatlaşdırma tarixi, bənd 5.1.2-də açıqlanmış bütün identifikasiya məlumatları, düzəliş nömrə və tarixi və adın istinadı göstərən aşağı sağ küncdə ad blokuna malik olmalıdır.
5.3.1.2 Qəbul ediləndə tədarükçü dərhal tədarükçü məlumatlarını nəzərdən keçirməli və nəticələri barədə tədarükçünü məlumatlandırmalıdır; lakin belə yoxlama yazılı surətdə başqa cür razılığa gəlinməzsə, sifarişdəki hər hansı tələblərdən kənara çıxmağa icazə mənası verməməlidir. Məlumatlar yoxlanılandan sonra tədarükçü təsdiqlənmiş nüsxələri nəzərdə tutulmuş sayda təqdim etməlidir.
5.3.1.3 Tədarükçü məlumatlarının tam siyahısı əsas cizgilərin ilk buraxılışına daxil edilməlidir. Belə siyahı ad, cizgi nömrələri və tədarükçünün təqdim edəcəyi bütün məlumatların ötürülməsi üçün qrafiki daxil etməlidir (bax: Əlavə E).
Tədarükçünün təchiz etdiyi cizgi və məlumatlarda kifayət qədər geniş olmalıdır ki. bənd 5.3.6- da istinad edilən təlimatlarla birlikdə istehlakçı satınalma sifarişinə daxil avadanlığı düzgün quraşdıra, işlədə və saxlaya bilsin. Bütün müqavilə cizgiləri və məlumatları aydın oxunula bilməli (daha böyük ölçülü cizgidən azaldılsa belə, 8 hərflik minimal şrift ölçüsü), razılaşdırılmış TCMT formasının tətbiq sahəsini daxil etməli və Əlavə E -də təfərrüatları verilmiş müvafiq təsvirlərin tələblərini təmin etməlidir.
5.3.3 Texniki məlumatlar
Məlumatlar Əlavə E-ə uyğun təqdim edilərək bənd 5.3.1.1-ə uyğun identifikasiya olunmalıdır. Məlumatda dəyişikliyi zəruri edən spesifikasiyaların cizgiləri və ya düzəlişlərindəki hər hansı şərhlər tədarükçü tərəfindən göstərilməlidir. Belə qeydlər sifariş spesifikasiyaları kimi, istehlakçının tam düzəliş edilmiş məlumat vərəqlərini verməsi ilə nəticələnir.
5.3.4 İşlərin gedişatına dair hesabatlar
Tədarükçü işlərin gedişatına dair hesabatları istehlakçıya TCMT formasında verilmiş intervallarla təqdim etməlidir (Bax: Əlavə E). Belə hesabatlar bütün əsas komponentlər üçün mühəndislik, satınalma, istehsal və sınaq qrafiklərini əks etdirməlidir. Doldurulmuş plan və faktiki tarix və faiz nisbətləri qrafikdəki hər məqsəd üçün açıqlanmalıdır.
5.3.5 Ehtiyat hissə siyahıları və tövsiyə olunan ehtiyat hissələri
5.3.5.1 Tədarükçü təchiz edilmiş bütün avadanlıq və köməkçi vasitələri üçün tam ehtiyat hissələrinin siyahılarını təqdim etməlidir. Belə siyahılara istehsalçının xüsusi hissə nömrələri, konstruksiya materialları və çatdırma tarixləri daxil edilməlidir. Materiallar bənd 2.11.1.2- də nəzərdə tutulduğu kimi identifikasiya edilməlidir. Hər hissə tam identifikasiya edilərək istehlakçının hissənin digər avadanlıqlarla qarşılıqlı dəyişməsinə dair qərar verə bilməsi üçün en kəsik və ya blok cizgilərində tam identifikasiya edilməlidir. Xüsusi iş tələblərini təmin etmək üçün standart ölçülərdən və ya üzlüklərdən fərqli düzəliş edilmiş hissələr qarşılıqlı dəyişmə və gələcək surətinin çıxarılması məqsədləri üçün hissə nömrəsi ilə identifikasiya edilməlidir. Standart alınmış hissələr ilkin istehsalçının adı və hissə nömrəsi ilə identifikasiya edilməlidir..
5.3.5.2 Tədarükçü yuxarıdakı ehtiyat hissə siyahılarında hansı hissənin işə salınması üçün tövsiyə edilən hissələr və hansıların normal texniki xidmət üçün nəzərdə tutulduğunu açıqlamalıdır (bənd 5.2.3 -ün hissələri). Tədarükçü siyahıları yoxlanılmış cizgiləri aldıqdan dərhal sonra, sahədə işə salmazdan əvvəl hissələrin sifariş edilərək çatdırılmasına imkan verəcək vaxtda istehlakçıya göndərməlidir. Ötürmə məktubu 5.1.2-ci bənddə açıqlanmış məlumatla identifikasiya edilməlidir.
5.3.6 Quraşdırma, əməliyyat, texniki xidmət və texniki məlumat təlimatları
Tədarükçü istehlakçının sifariş etdiyi bütün avadanlıqları düzgün quraşdırması, işlətməsi və texniki xidmət göstərməsi üçün lazımi sayda yazılı göstərişlər və bütün cizgilərin siyahısını təqdim etməlidir. Belə məlumatlar bənd 5.1.2-də açıqlanmış bütün istinad təyin edici məlumatları və hissə başlıqlarını əks etdirən indeks vərəqi, istinad edilən və daxil edilmiş cizgilərin ad və cizgi nömrəsi ilə göstərən tam siyahını daxil edən üz örtüyü olan təlimatlarda göstərilmədir. Təlimat xüsusi quraşdırma məqsədilə hazırlanmalıdır; ümumi təlimat qəbuledilməzdir
5.3.6.2 Quraşdırma təlimatı
Cizgilərdə verilməmiş, lazımi quraşdırma layihəsi üçün tələb edilən istənilən xüsusi məlumat iş və texniki xidmət göstərişlərindən ayrı təlimatda tərtib edilməlidir. Belə təlimat sifarişdə qarşılıqlı razılaşdırılmış vaxtda, lakin son çap versiyasının buraxılış tarixindən gec olmadan göndərilməldir. Təlimat xüsusi nizamlama və betonlama prosedurları, kommunal xidmət spesifikasiyaları (miqdarlar da daxil olmaqla), bütün digər quraşdırmanın layihə məlumatları, əlavə olaraq, bənd 5.2.2 və 5.2.3-də açıqlanmış cizgi və verilənləri daxil etməlidir. Təlimat həm də karkas, dişli çarx qurğusu və 135 kq-dan (300 fut) çox çəkisi olan yarım blokların üst hissələrinin çıxarılması üçün qravitasiya mərkəzinin yeri və takelaj vasitələrini göstərən cizgiləri daxil etməlidir.
5.3.6.3 İş və texniki xidmət, texniki verilənlərə dair təlimat
İş və texniki xidmət, texniki verilənləri daxil edən təlimat göndəriş tarixində təqdim edilməlidir. Belə təlimat verilmiş kəskin hava şərtlərində iş üçün xüsusi təlimatları daxil etməlidir. Təlimat həm də ən azı Əlavə E-də açıqlanmış bütün məlumatlar daxil edilməlidir..
Tətbiq oluna bilən: O Təklif O Alqı O Zavodda hazırlanan
O Istehlakçı tərəfindən tamamlanmalı olan məlumat
o Tədarükçü tərəfindən tamamlanmalı olan məlumat.
Aparılan qurğunun gücü (2.1.4 Nominal Maks.
Aparıcının gücü: Nominal Maks.
Dişli çarxın nominal gücü (2.4.1)
Fırlanma anı @ Maks. davamlı sürət kq m
Maks. fırlanma anı (2.4.1) kq m dövrə/dəq
Nominal sürət, RPM (1.4):
Giriş O Müəyyən edilən O Nominal
Dişin ovulma göstəricisi, "K" (2.4.3):
Çıxış O Müəyyən edilən O Nominal
Dişli çarx nisbətində yol verilə bilən dəyişmə (1.4)(+)(-) %
Toxunan yük, "Vt" (2.4.3.2)
Maks. Davamlı sürət (1.4) dövrə/dəq
Əyilmə zamanı gərginliyin sayı, "St" (2.4.4.2)
Gediş sürəti (1.4) dövrə/dəq
Dişli çarxın xidmət faktoru (2.4.2) (Min)
Aparan dişli çarx/dişli çarx möhkəmliyi (Cədvəl 4) /
Val komplektinin təyini (2.2)
Material göstəricisinin nömrəsi (Şəkil 3, Cədvəl 4)
HS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Ehtimal edilən səs təzyiqinin səviyyəsi
LS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Radial statik çəkili yüklər
HS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
O 1-Açar O 2-Açar O Inteqral flans
LS valına aid edilən VR2
LS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
Həddi burucu moment kq m @ Aşağı sürətli val
O 1-açar O 2-açar O Inteqral flans
Konus yük faktoru (Cədvəl 6)
Xarici yüklər (2.1.17)
□ KONSTRUKSİYA XÜSUSİYYƏTLƏRİ
Digər iş şəraitləri (2.8.2.6)(2.10.5)
DİŞLİ ÇARXIN NÖVÜ □ Azaldıcı ötürmə
O QURAŞDIRMA HAQQINDA MƏLUMAT
O Qapalı O Qızdırılan O Örtük altında
O Açıq O Qızdırılmayan O Natamam
Dişlərin sayı: Aparan dişli çarx
O Qışa hazırlıq tələbləri O Tropik şəraitə hazırlanma
Dişli çarx nisbəti Mərkəz məsafəsi
Elektrik sahəsi (2.1.10) Növ Qrup
Addım diametri (mm) Aparan dişli çarx
Max yol verilən SPL (2.1.6) dBA @
Son (RA) AGMA Həndəsi faktoru "J":
Hündürlük____________m Barometr
Ətraf temperaturların dərəcəsi:
mm Aparan dişli çarx L/D
Normal diametr üzrə addım, "PND"
Qeyri-normal şəraitlər (2.1.15)
Dişin istehsalı prosesi
Dişin tamamlanması prosesi
Dişin möhkəmləndirilməsi metodu
Valda aparan dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
Valda dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
O Tədarük edilən dişli çarx (3.3.1):
O Əsas lövhə O Başmağın pəncəsi
O Sütunun montajı üçün uyğun olan əsas lövhə (3.3.1.3)
O Qarışığın növü (3.3.1.2.5):O Epoksid O Digər
• BOYALAMA (4.4.3.1) O
Ara məsafəsi (min-maks), mm
L10, saat (Fırlanan element)
O Burulmanın analizi (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Eninə analiz (2.8.1.3) (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Dişli çarx rotorlarının ehtiyat komplekti
O Yağ girişinin və drenaj birləşməsinin istiqaməti (2.6.2.1):
O TİTRƏYİŞ DETEKTORLARI (3.4.5)
Aşağıda göstərilənlər istisna olmaqla, API 670 üzrə
L10. saat (Fırlanan element)
RADIAL (2.7.3.2) (2.9.4.5)
Daxili dayaq yükü, N (+)(-)
Xarici dayaq yükü, N (+)(-)
O Hər bir val yastığında say Ümumi say
O İstehsalçı tərəfindən tədarük edilən vibrator-demodulator:
O Tədarük edilən monitor
Birləşdiricinin dərəcələnməsi, kV/100 dövrə/dəq
O Yerləşdirilmə____________ Örtük
O Siqnal _________________ Söndürmə
OXVARİ (2.7.3.2) (2.9.4.5)
O İstehsalçı Tələb olunmur
O Yerləşdirilmə____________ Örtük
O Tədarük edilən vibrator-demodulator:
O Söndürmə: Vaxt ləngiməsi
O Tədarük edilən monitor
O Yerləşdirilmə____________ Örtük
O Siqnal _________________ Söndürmə
O Söndürmə: Vaxt ləngiməsi
AKSELEROMETR (2.9.4.6)
O İstehsalçı Tələb olunmur
O Tədarük edilən monitor
O Aşağı yağ təzyiqi barədə siqnal verən cihaz
Sistemin növü (2.10.1 ) □
O Yüksək yağ temperaturu barədə siqnal verən cihaz
□ Dövr edən □ Sıxılan
O Temperatur ölçən cihazlar (3.4.1.4):
□ Filtrlər, Mikron dərəcələməsi
□ Minimum start yağının temperaturu
O Müqavimət temperaturu üçün detektorlar
O Mayeli təzyiq ölçən cihaz (3.4.4)
□ Qurğu enerjisinin itkisi
O Termik qoruyucu klapanlar (3.4.6.2)
Çən □ Dişli çarx karkası □ Ayrılıqda
□ Yağın giriş ölçüsü__________________mm
O KONTAKT HAQQINDA MƏLUMAT
□ Yağın çıxış ölçüsü_________________mm
O Daşınmadan əvvəl sınaq haqqında məlumat
Təmiz çəki: Dişli çarx kq □ Köməkçi cihazlar
Maks. Istismar çəkisi
Ümumi daşıma ölçüləri X X
6 ay açıq şəraitdə saxlama O
Montaj edilən aksesuarların komplekti (4.4.8)
Tədarük edilən birləşdirici
Birləşdiricinin dərəcələnməsi kV/100 dövrə/dəq
Birləşdirici istehsalçısı
Birləşdiricinin yağlanması
Birləşdiricinin klapanı (3.2.4)
Konusvari ölçü cihazı
Məhdud sonluqlu üzgəc
Tədarük edilən birləşdirici qoruyucusu
O YAĞLAMA TƏLƏBLƏRİ (2.10)
O Tədarük edilən yağ sistemi:
O Dişli çarx tədarükçüsü tərəfindən
O Digər tədarükçü tərəfindən
O Yağın sıxlığı: cP @ 40 C cP
O Yağlama tələbləri: O Şəkil C-1 O Şəkil C-2
O Yağ nasosunun karkası:
O Yağ sərinləşdiricisi O Sərinləşdirilən su O Sərinləşdirilən hava
O Tələb olunan qızdırıcılar:
____________tərəfindən
Sexin yoxlanması (4.1.3)
Təmizliyin yoxlanması (4.1.6)
Möhkəmliyin yoxlanması (4.1.7)
Elektromaqnit hissəciklərin yoxlanması (4.2.4.1)
Ultrasəs yoxlama (4.2.4.2.2)
Qaynağın yoxlanması (4.2.3.1)
Sökmə və yenidən quraşdırılmanın yoxlanması
Kontaktın yoxlanması (2.7.2.1)
Kontakt yoxlama lentinin dayağı (2.7.2.1)
Yastığın əyani yoxlanması (4.3.3.8)
Oxun sabitliyinin yoxlanması (2.7.2.4)
Qalıq disbalansın yoxlanması (2.8.2.3)
Mexaniki hərəkətin sınağı (4.3.3)
Genişləndirilən mexaniki hərəkətin sınağı (4.3.3.2)
Mexaniki hərəkətin sınağı (Ehtiyat rotorlar) (4.3.3.10)
Qismən və ya tam yük və tam sürətin sınağı
Tam fırlanma, yavaş fırlanmanın sınağı (4.3.4.2)
Tam fırlanmanın statik sınağı (4.3.4.3)
Səs səviyyəsinin sınağı (4.3.4.4)
Mexaniki hərəkətin sınağı üçün birləşdirici (4.3.3.3.5):
Quraşdırılan birləşdiricilər
Aralıqlara malik birləşdirici topları
Sexdə yağ sistemindən istifadə
(4.3.3.3.2) (4.3.3.11)
Yağ sistemindən istifadə (4.3.3.3.2)
(4.3.3.11) (4.3.3.3.6)
Sexdə vibrasiya cihazlarından istifadə (4.3.3.6)
Vibrasiya cihazlarından istifadə (4.3.3.6)
Quraşdırma, istismar və ara məsafələrinin tənzimlənməsi (4.2.1.e)
Yağ sisteminin təmizliyi
Yağ sistemi-karkas birləşməsi
Xəbərdarlıq və mühafizə cihazları (4.3.3.3.4)
Yağ sisteminin sızmasının sınağı (4.3.2.2)
Tətbiq oluna bilən: O Təklif O Alqı O Zavodda hazırlanan
O Istehlakçı tərəfindən tamamlanmalı olan məlumat
o Tədarükçü tərəfindən tamamlanmalı olan məlumat.
Aparılan qurğunun gücü (2.1.4 Nominal Maks.
Aparıcının gücü: Nominal Maks.
Dişli çarxın nominal gücü (2.4.1)
Fırlanma anı @ Maks. davamlı sürət__________________lb ft
Tam yükdə at gücünün itkisi
Maks. Fırlanma anı (2.4.1) lb ft @ dövrə/dəq
Nominal sürət, RPM (1.4):
Giriş O Müəyyən edilən O Nominal
Dişin ovulma göstəricisi, "Vt (2.4.3):
Çıxış O Müəyyən edilən O Nominal
Dişli çarx nisbətində yol verilə bilən dəyişmə (1.4)(+)(-) %
Toxunan yük, "Vt" (2.4.3.2)
Maks. Davamlı sürət (1.4) dövrə/dəq
Əyilmə zamanı gərginliyin sayı, "St" (2.4.4.2)
Gediş sürəti (1.4) dövrə/dəq
Dişli çarxın xidmət faktoru (2.4.2) (Min)
Aparan dişli çarx/dişli çarx möhkəmliyi (Cədvəl 4) /
Val komplektinin təyini (2.2)
Material göstəricisinin nömrəsi (Şəkil 3, Cədvəl 4)
HS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Ehtimal edilən səs təzyiqinin səviyyəsi
LS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Radial statik çəkili yüklər
HS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
O 1-Açar O 2-Açar O Inteqral flans
LS valına aid edilən VR2
LS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
Həddi burucu moment ft lb @ LS val
O 1-açar O 2-açar O Inteqral flans
Konus yük faktoru (Cədvəl 6)
Xarici yüklər (2.1.17)
□ KONSTRUKSİYA XÜSUSİYYƏTLƏRİ
Digər iş şəraitləri (2.8.2.6)(2.10.5)
DİŞLİ ÇARXIN NÖVÜ □ Azaldıcı ötürmə
O QURAŞDIRMA HAQQINDA MƏLUMAT
O Qapalı O Qızdırılan O Örtük altında
O Açıq O Qızdırılmayan O Natamam
Dişlərin sayı: Aparan dişli çarx
O Qışa hazırlıq tələbləri O Tropik şəraitə hazırlanma tələbləri
Dişli çarx nisbəti Mərkəz məsafəsi
Elektrik sahəsi (2.1.10) Növ Qrup
Addım diametri (mm) Aparan dişli çarx
Maks yol verilən SPL (2.1.6) dBA @
Son (RA) AGMA Həndəsi faktoru "J":
Hündürlük____________m Barometr
Ətraf temperaturların dərəcəsi:
Aparan dişli çarx L/D
Normal diametr üzrə addım, "PND"
Qeyri-normal şəraitlər (2.1.15)
Dişin istehsalı prosesi
Dişin tamamlanması prosesi
Dişin möhkəmləndirilməsi metodu
Valda aparan dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
Valda dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
O Tədarük edilən dişli çarx (3.3.1):
O Əsas lövhə O Başmağın pəncəsi
O Sütunun montajı üçün uyğun olan əsas lövhə (3.3.1.3)
O Qarışığın növü (3.3.1.2.5):O Epoksid O Digər
• BOYALAMA (4.4.3.1) O
Ara məsafəsi (min-maks), düym
L10, saat (Fırlanan element)
O Burulmanın analizi (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Eninə analiz (2.8.1.3) (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Dişli çarx rotorlarının ehtiyat komplekti
O Yağ girişinin və drenaj birləşməsinin istiqaməti (2.6.2.1):
O TİTRƏYİŞ DETEKTORLARI (3.4.5)
Aşağıda göstərilənlər istisna olmaqla, API 670 üzrə
L10. saat (Fırlanan element)
RADIAL (2.7.3.2) (2.9.4.5)
Daxili dayaq yükü, lb (+)(-)
Xarici dayaq yükü, lb (+)(-)
O Hər bir val yastığında say Ümumi say
O İstehsalçı tərəfindən tədarük edilən vibrator-demodulator:
O Tədarük edilən monitor
Birləşdiricinin dərəcələnməsi, HP/100 dövrə/dəq
O Yerləşdirilmə____________ Örtük
O Siqnal _________________ Söndürmə
OXVARİ (2.7.3.2) (2.9.4.5)
O İstehsalçı Tələb olunmur
O Yerləşdirilmə____________ Örtük
O Tədarük edilən vibrator-demodulator:
O Söndürmə: Vaxt ləngiməsi
O Tədarük edilən monitor
O Yerləşdirilmə____________ Örtük
O Siqnal _________________ Söndürmə
O Söndürmə: Vaxt ləngiməsi
AKSELEROMETR (2.9.4.6)
O İstehsalçı Tələb olunmur
O Tədarük edilən monitor
O Aşağı yağ təzyiqi barədə siqnal verən cihaz
Sistemin növü (2.10.1 ) □
O Yüksək yağ temperaturu barədə siqnal verən cihaz
□ Dövr edən □ Sıxılan
O Temperatur ölçən cihazlar (3.4.1.4):
□ Filtrlər, Mikron dərəcələməsi
□ Minimum start yağının temperaturu
O Müqavimət temperaturu üçün detektorlar
O Mayeli təzyiq ölçən cihaz (3.4.4)
□ Qurğu enerjisinin itkisi
O Termik qoruyucu klapanlar (3.4.6.2)
Çən □ Dişli çarx karkası □ Ayrılıqda
□ Yağın giriş ölçüsü__________________mm
O KONTAKT HAQQINDA MƏLUMAT
□ Yağın çıxış ölçüsü_________________mm
O Daşınmadan əvvəl sınaq haqqında məlumat
Təmiz çəki: Dişli çarx kq □ Köməkçi cihazlar
Maks. Istismar çəkisi
Ümumi daşıma ölçüləri X X
6 ay açıq şəraitdə saxlama O
Montaj edilən aksesuarların komplekti (4.4.8)
Tədarük edilən birləşdirici
Birləşdiricinin dərəcələnməsi kV/100 dövrə/dəq
Birləşdirici istehsalçısı
Birləşdiricinin yağlanması
Birləşdiricinin klapanı (3.2.4)
Konusvari ölçü cihazı
Məhdud sonluqlu üzgəc
Tədarük edilən birləşdirici qoruyucusu
O YAĞLAMA TƏLƏBLƏRİ (2.10)
O Tədarük edilən yağ sistemi:
O Dişli çarx tədarükçüsü tərəfindən
O Digər tədarükçü tərəfindən
O Yağın sıxlığı: SSU @ 100 F SSU
O Yağlama tələbləri: O Şəkil C-1 O Şəkil C-2
O Yağ nasosunun karkası:
O Yağ sərinləşdiricisi O Sərinləşdirilən su O Sərinləşdirilən hava
O Tələb olunan qızdırıcılar:
____________tərəfindən
Sexin yoxlanması (4.1.3)
Təmizliyin yoxlanması (4.1.6)
Möhkəmliyin yoxlanması (4.1.7)
Elektromaqnit hissəciklərin yoxlanması (4.2.4.1)
Ultrasəs yoxlama (4.2.4.2.2)
Qaynağın yoxlanması (4.2.3.1)
Sökmə və yenidən quraşdırılmanın yoxlanması
Kontaktın yoxlanması (2.7.2.1)
Kontakt yoxlama lentinin dayağı (2.7.2.1)
Yastığın əyani yoxlanması (4.3.3.8)
Oxun sabitliyinin yoxlanması (2.7.2.4)
Qalıq disbalansın yoxlanması (2.8.2.3)
Mexaniki hərəkətin sınağı (4.3.3)
Genişləndirilən mexaniki hərəkətin sınağı (4.3.3.2)
Mexaniki hərəkətin sınağı (Ehtiyat rotorlar) (4.3.3.10)
Qismən və ya tam yük və tam sürətin sınağı
Tam fırlanma, yavaş fırlanmanın sınağı (4.3.4.2)
Tam fırlanmanın statik sınağı (4.3.4.3)
Səs səviyyəsinin sınağı (4.3.4.4)
Mexaniki hərəkətin sınağı üçün birləşdirici (4.3.3.3.5):
Quraşdırılan birləşdiricilər
Aralıqlara malik birləşdirici topları
Sexdə yağ sistemindən istifadə
(4.3.3.3.2) (4.3.3.11)
Yağ sistemindən istifadə (4.3.3.3.2)
(4.3.3.11) (4.3.3.3.6)
Sexdə vibrasiya cihazlarından istifadə (4.3.3.6)
Vibrasiya cihazlarından istifadə (4.3.3.6)
Quraşdırma, istismar və ara məsafələrinin tənzimlənməsi (4.2.1.e)
Yağ sisteminin təmizliyi
Yağ sistemi-karkas birləşməsi
Xəbərdarlıq və mühafizə
Yağ sisteminin sızmasının sınağı (4.3.2.2)
Tətbiq oluna bilən: O Təklif O Alqı O Zavodda hazırlanan
O Istehlakçı tərəfindən tamamlanmalı olan məlumat
o Tədarükçü tərəfindən tamamlanmalı olan məlumat.
Aparılan qurğunun gücü (2.1.4 Nominal Maks.
Aparıcının gücü: Nominal Maks.
Dişli çarxın nominal gücü (2.4.1)
Fırlanma anı @ Maks. davamlı sürət__________________lb ft
Tam yükdə at gücünün itkisi
Maks. fırlanma anı (2.4.1) kq/m dövrə/dəq
Nominal sürət, RPM (1.4):
Giriş O Müəyyən edilən O Nominal
Dişin ovulma göstəricisi, "Vt 2.4.3.2 və 2.4.3.4:
Çıxış O Müəyyən edilən O Nominal
Dişli çarx nisbətində yol verilə bilən dəyişmə (1.4)(+)(-) %
Toxunan yük, "Vt" (2.4.3.2 və 2.4.3.4)
Maks. davamlı sürət (1.4) dövrə/dəq
Əyilmə zamanı gərginliyin sayı, "St" (2.4.4.3)
Gediş sürəti (1.4) dövrə/dəq
Dişli çarxın xidmət faktoru (2.4.2) (Min)
Aparan dişli çarx/dişli çarx möhkəmliyi (Cədvəl 4) /
Val komplektinin təyini (2.2)
Material göstəricisinin nömrəsi (Şəkil 3, Cədvəl 4)
HS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Ehtimal edilən səs təzyiqinin səviyyəsi
LS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Konusvari dişli çarxların quraşdırılması
Yükün tətbiq nöqtəsində
HS Val sonluğu: O Silindrik O Konusvari O Konusvari/açarlı
O 1-Açar O 2-Açar O Inteqral flans
LS valına aid edilən VR2
LS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
Həddi burucu moment ft lb @ LS val
Konus yük faktoru (Cədvəl 6)
Xarici yüklər (2.1.17)
□ KONSTRUKSİYA XÜSUSİYYƏTLƏRİ
Digər iş şəraitləri (2.8.2.6)(2.10.3)
DİŞLİ ÇARXIN NÖVÜ □ Azaldıcı ötürmə
O QURAŞDIRMA HAQQINDA MƏLUMAT
O Qapalı O Qızdırılan O Örtük altında
O Açıq O Qızdırılmayan O Natamam
Dişlərin sayı: Aparan dişli çarx
O Qışa hazırlıq tələbləri O Tropik şəraitə hazırlanma tələbləri
Dişli çarx nisbəti Mərkəz məsafəsi
Elektrik sahəsi (2.1.10) Növ Qrup
Addım diametri (mm) Aparan dişli çarx
Maks yol verilən SPL (2.1.6) dBA @
Son (RA) AGMA Həndəsi faktorui "J":
Hündürlük____________m Barometr
Ətraf temperaturların dərəcəsi:
Aparan dişli çarx L/D
Normal diametr üzrə addım, "PND"
Qeyri-normal şəraitlər (2.1.15)
Dişin istehsalı prosesi
Dişin tamamlanması prosesi
Dişin möhkəmləndirilməsi metodu
Valda aparan dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
Valda dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
O Tədarük edilən dişli çarx (3.3.1):
O Əsas lövhə O Başmağın pəncəsi
O Sütunun montajı üçün uyğun olan əsas lövhə (3.3.1.3)
O Qarışığın növü (3.3.1.2.5):O Epoksid O Digər
Separator sürəti, m/s
Qaldırıcı boltların ara məsafələri
• BOYALAMA (4.4.3.1) O
O Burulmanın analizi (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
Dişli çarx Aparan dişli çarx
O Eninə analiz (2.8.2.9):
O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Dişli çarx rotorlarının ehtiyat komplekti
O Yağ girişinin və drenaj birləşməsinin istiqaməti (2.6.2.1):
Separator sürəti, m/s
O TİTRƏYİŞ DETEKTORLARI (3.4.2)
Aşağı dayaq qabiliyyəti, N
Aşağıda göstərilənlər istisna olmaqla, API 670 üzrə
Yuxarı dayaq qabiliyyəti, N
O İstehsalçı Tələb olunmur
O Təchiz edilən monitor
O Aşağı yağ təzyiqini göstərən cihaz:
O Yüksək yağ temperaturunu göstərən cihaz
O Temperatur ölçən cihaz (3.4.1.4):
Birləşdiricinin dərəcələnməsi, kV/100 dövrə/dəq
O Müqavimət temperaturunun detektoru
O Mayeli təzyiq ölçən cihaz
O Termal qoruyucu klapanlar
KONTAKT HAQQINDA MƏLUMAT
O Daşınmadan əvvəl sınaq haqqında məlumat
O Inkişaf haqqında məlumat
Xarici yeşik (4.4.3.9)
Daxili yeşik (4.4.3.9)
Montaj edilən aksesuarların komplekti (4.4.8)
______________tərəfindən
______________tərəfindən
O BİRLƏŞDİRİCİLƏR VƏ QORUYUCULAR
Tədarük edilən birləşdirici
□ Filtrlər, Mikron dərəcələməsi
Birləşdiricinin dərəcələnməsi kV/100 dövrə/min
□ Soyuducular tələb olunmur
Birləşdirici istehsalçısı
□ Start üçün yağın minimum temperaturu
Birləşdiricinin yağlanması
Birləşdiricinin klapanları (3.2.1)
□ Qurğu enerjisinin itkisi
Çən: □ Dişli çarx karkası
Məhdud sonluqlu süzgəc
□ Yağ girişinin ölçüsü
Birləşdirici qoruyucusu
□ Yağ çıxışının ölçüsü
Təmiz çəki: Dişli çarx kq □ Köməkçi vasitələr
Maks. İstismar çəkisi (Eyniləşdirmə)
O Tədarük edilən yağ sistemi (2.10.4):
O Dişli çarx tədarükçüsü
Ümumi daşıma ölçüləri X
O Yağ sıxlığı: cP@40C cP@100 C (2.10.4)
O Yağlama tələbləri: O Şəkil C-1
• Əsas yağ nasosu: O Aparılan val O Aparılan mühərrik
Sexdə yağ sistemindən istifadə
Yağ nasosunun karkası:
(4.3.3.3.2) (4.3.3.11)
• Yağ sərinləşdiricisi O Sərinləşdirilən su
O Sərinləşdirilən hava
Yağ sistemindən istifadə (4.3.3.3.2)
O Tələb olunan qızdırıcılar:
(4.3.3.11) (4.3.3.3.6)
O Termostaslara malik elektrik O Buxar
Son quraşdırma, istismar və ara məsafələri (4.2.1f)
Yağ sisteminin təmizliyi
Yağ sistemi-Karkas birləşməsi
Sexin yoxlanması (4.1.3)
Xəbərdarlıq sıqnalı verən və qoruyucu cihazlar (4.3.3.3.4)
Təmizliyin yoxlanması (4.1.6)
Möhkəmliyin yoxlanması (4.1.7)
Yağ sisteminin sızmasının sınağı (4.3.2.2)
Elektromaqnit hissəciklərin yoxlanması (4.2.2.9.3)
Ultrasəs yoxlama (4.2.2.9.2)
Qaynağın yoxlanması (4.2.2.8)
Sökmə və yenidən quraşdırılmanın yoxlanması
Kontaktın yoxlanması (2.7.2.2)
Kontakt yoxlama lentinin dayağı (2.7.2.2)
Yastığın əyani yoxlanması (4.3.3.8)
Konusvari boşluğun yoxlanması (Əlavə G)
Qalıq disbalansın yoxlanması (2.8.3.3)
Mexaniki hərəkətin sınağı (4.3.3)
Genişləndirilən mexaniki hərəkətin sınağı (4.3.3.2)
Mexaniki hərəkətin sınağı (Ehtiyat rotorlar) (4.3.3.10)
Səs səviyyəsinin sınağı (4.3.4.2)
Mexaniki hərəkətin sınaq birləşdiricisi (4.3.3.3.5):
Quraşdırılan birləşdiricilər
Boşluqlara malik birləşdirici toplar
______________tərəfindən
Tətbiq oluna bilən: O Təklif O Alqı O Zavodda hazırlanan
O Istehlakçı tərəfindən tamamlanmalı olan məlumat
o Tədarükçü tərəfindən tamamlanmalı olan məlumat.
Aparılan qurğunun gücü (2.1.4 Nominal Maks.
Aparıcının gücü: Nominal Maks.
Dişli çarxın nominal gücü (2.4.1)
Fırlanma anı @ Maks. davamlı sürət__________________lb ft
Tam yükdə at gücünün itkisi
Maks. fırlanma anı (2.4.1) lb ft @ dövrə/dəq
Nominal sürət, dövrə/dəq (1.4):
Giriş O Müəyyən edilən O Nominal
Dişin ovulma göstəricisi, “K” (2.4.3.2 və 2.4.3.4)
Çıxış O Müəyyən edilən O Nominal
Dişli çarx nisbətində yol verilə bilən dəyişmə (1.4)(+)(-) %
Toxunan yük, "Vt" (2.4.3.2 və 2.4.3.4)
Maks. davamlı sürət (1.4) dövrə/dəq
Əyilmə zamanı gərginliyin sayı, "St" (2.4.4.3)
Gediş sürəti (1.4) dövrə/dəq
Dişli çarxın xidmət faktoru (2.4.2) (Min)
Aparan dişli çarx/dişli çarx möhkəmliyi (Cədvəl 4) /
Val komplektinin təyini (2.2)
Material göstəricisinin nömrəsi (Şəkil 3, Cədvəl 4)
HS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Ehtimal edilən səs təzyiqinin səviyyəsi
LS Valın fırlanma səthinin birləşdiricisinin sonluğu (2.3.3)O CW O CCW
Radial statik çəkili yüklər
HS Val sonluğu: O Silindrik O Konusvari O Hidravlik konusvari
O 1-Açar O 2-Açar O Inteqral flans
LS valına aid edilən VR2
LS Val sonluğu: O Silindrik O Konusvari/açarlı
Həddi burucu moment ft lb @ LS val
O 1-açar O 2-açar O Inteqral flans
Konus yük faktoru (Cədvəl 6)
Xarici yüklər (2.1.17)
□ KONSTRUKSİYA XÜSUSİYYƏTLƏRİ
Digər iş şəraitləri (2.8.2.6)(2.10.5)
DİŞLİ ÇARXIN NÖVÜ □ Azaldıcı ötürmə
O QURAŞDIRMA HAQQINDA MƏLUMAT
O Qapalı O Qızdırılan O Örtük altında
O Açıq O Qızdırılmayan O Natamam
Dişlərin sayı: Aparan dişli çarx
O Qışa hazırlıq tələbləri O Tropik şəraitə hazırlanma tələbləri
Dişli çarx nisbəti Mərkəz məsafəsi
Elektrik sahəsi (2.1.10) Növ Qrup
Addım diametri (mm) Aparan dişli çarx
Maks yol verilən SPL (2.1.6) dBA @
Son (RA) AGMA Həndəsi faktoru "J":
Hündürlük____________m Barometr
Ətraf temperaturların dərəcəsi:
Aparan dişli çarx L/D
Normal diametr üzrə addım, "PND"
Qeyri-normal şəraitlər (2.1.15)
Dişin istehsalı prosesi
Dişin tamamlanması prosesi
Dişin möhkəmləndirilməsi metodu
Valda aparan dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
Valda dişli çarx □ Inteqral □ Qaynar vəziyyətdə
O Tədarük edilən dişli çarx (3.3.1):
O Əsas lövhə O Başmağın pəncəsi
O Sütunun montajı üçün uyğun olan əsas lövhə (3.3.1.3)
O Qarışığın növü (3.3.1.2.5):O Epoksid O Digər
Separator sürəti, ft/dəq
Qaldırıcı boltların ara məsafələri
• BOYALAMA (4.4.3.1) O
O Burulmanın analizi (2.8.1.8): O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
Dişli çarx Aparan dişli çarx
O Eninə analiz (2.8.1.3) (2.8.1.8):
O Dişli çarx tədarükçüsü O Digəri tərəfindən
O Dişli çarx rotorlarının ehtiyat komplekti
O Yağ girişinin və drenaj birləşməsinin istiqaməti (2.6.2.1):
Separator sürəti, ft/dəq
O TİTRƏYİŞ DETEKTORLARI (3.4.2)
Aşağı dayaq qabiliyyəti, lb
Aşağıda göstərilənlər istisna olmaqla, API 670 üzrə
Yuxarı dayaq qabiliyyəti, lb
O İstehsalçı Tələb olunmur
O Təchiz edilən monitor
O Aşağı yağ təzyiqini göstərən cihaz:
O Yüksək yağ temperaturunu göstərən cihaz
O Temperatur ölçən cihaz (3.4.1.4):
Birləşdiricinin dərəcələnməsi, kV/100 dövrə/dəq
O Müqavimət temperaturunun detektoru
O Mayeli təzyiq ölçən cihaz
O Termal qoruyucu klapanlar
KONTAKT HAQQINDA MƏLUMAT
O Daşınmadan əvvəl sınaq haqqında məlumat
O Inkişaf haqqında məlumat
Xarici yeşik (4.4.3.9)
Daxili yeşik (4.4.3.9)
Montaj edilən aksesuarların komplekti (4.4.8)
______________tərəfindən
______________tərəfindən
O BİRLƏŞDİRİCİLƏR VƏ QORUYUCULAR
Tədarük edilən birləşdirici
□ Filtrlər, Mikron dərəcələməsi
Birləşdiricinin dərəcələnməsi HP/100 RPM
□ Sərinləşdirici tələb olunmur
Birləşdirici istehsalçısı
□ Minimum start yağının temperaturu
Birləşdiricinin yağlanması
Birləşdiricinin klapanları (3.2.1)
□ Qurğu enerjisinin itkisi
Çən: □ Dişli çarx karkası
Məhdud sonluqlu süzgəc
□ Yağ girişinin ölçüsü
Birləşdirici qoruyucusu
□ Yağ çıxışının ölçüsü
Təmiz çəki: Dişli çarx lb □ Köməkçi vasitələr
Maks. İstismar çəkisi (Eyniləşdirmə)
O Tədarük edilən yağ sistemi (2.10.4):
O Dişli çarx tədarükçüsü
Ümumi daşıma ölçüləri X
O Yağ sıxlığı: SSU@100F SSU@210 F (2.10.4)
O Yağlama tələbləri: O Şəkil C-1
• Əsas yağ nasosu: O Aparılan val O Aparılan mühərrik
Sexdə yağ sistemindən istifadə
Yağ nasosunun karkası:
(4.3.3.3.2) (4.3.3.11)
• Yağ sərinləşdiricisi O Sərinləşdirilən su
O Sərinləşdirilən hava
Yağ sistemindən istifadə (4.3.3.3.2)
O Tələb olunan qızdırıcılar:
(4.3.3.11) (4.3.3.3.6)
O Termostatlara malik elektrik O Buxar
Son quraşdırma, istismar və ara məsafələri (4.2.1f)
Yağ sisteminin təmizliyi
Yağ sistemi-Karkas birləşməsi
Sexin yoxlanması (4.1.3)
Xəbərdarlıq sıqnalı verən və qoruyucu cihazlar (4.3.3.3.4)
Təmizliyin yoxlanması (4.1.6)
Möhkəmliyin yoxlanması (4.1.7)
Yağ sisteminin sızmasının sınağı (4.3.2.2)
Elektromaqnit hissəciklərin yoxlanması (4.2.2.9.3)
Ultrasəs yoxlama (4.2.2.9.2)
Qaynağın yoxlanması (4.2.2.8)
Sökmə və yenidən quraşdırılmanın yoxlanması
Kontaktın yoxlanması (2.7.2.2)
Kontakt yoxlama lentinin dayağı (2.7.2.2)
Yastığın əyani yoxlanması (4.3.3.8)
Konusvari boşluğun yoxlanması (Əlavə G)
Qalıq disbalansın yoxlanması (2.8.3.3)
Mexaniki hərəkətin sınağı (4.3.3)
Genişləndirilən mexaniki hərəkətin sınağı (4.3.3.2)
Mexaniki hərəkətin sınağı (Ehtiyat rotorlar) (4.3.3.10)
Səs səviyyəsinin sınağı (4.3.4.2)
Mexaniki hərəkətin sınaq birləşdiricisi (4.3.3.3.5):
Quraşdırılan birləşdiricilər
Boşluqlara malik birləşdirici toplar
ƏLAVƏ B — TİPİK ROTOR ÜÇÜN ENİNƏ KRİTİK SÜRƏT XƏRİTƏSİ VƏ NÖVLƏRİ
Qeyd: Bu şəkildəki növlərin formaları normallaşdırılıb ki, bu da rotorun meyllənməsini artırır. Lakin faktik maksimum meyllənmə o qədər kiçik ola bilər ki, mühüm əhəmiyyət kəsb etməz. Bu növlərin formaları yalnız kritik sürətdə əməliyyat zamanı tətbiq edilir. Növlərin formaları rotorun həndəsi fiquruna görə dəyişir.
1. Aparılan valın əsas yağ nasosu
2. Təzyiq nizamlayan klapan
3. İkiqat tam axın filtri
5. Temperatur ölçən cihaz
6. Təzyiq ölçən cihaz
7. Aşağı təzyiq barədə siqnal
8. Aşağı təzyiqli köməkçi yağ nasosunun işə düşməsi
9. Aşağı təzyiqli gedişi
10. Axının göstəricisi
11. Təzyiq fərqinin göstəricisi
12. Yağ çəni (ayrıca)
13. Köməkçi yağ nasosu
15. Yağ səviyyəsinin göstəricisi
18. Boğazlıq/nəfəslik
20. Yüksək yağ temperaturu barədə siqnal
21 Seçilən elementlər
ÜMUMİ MƏQSƏDLİ DİŞLİ ÇARX QURĞULARI ÜÇÜN MATERİAL SPESİFİKASİYALARI
Cədvəl D-1 Dişli çarx qurğularının gövdələri
ASTM A 27 Dərəcə 65-35
ASTM A 48 Növ 30 Minimum
İsti fırlanan borular
Cədvəl D-2 Vallar, aparan dişli çarxlar və dişli çarx təkərləri
İstiliyin aradan qaldırılması
Tam möhkəmləndirilmiş
AISI təyinetmələrinin təsvirləri ASTM DS 56B-də əldə edilə bilər. Xəlitəli polad üçün, materialın kimyəvi tərkibi həm standart ola bilər, həm də “H” ola bilər. Bundan əlavə, bəzi hallarda, elektrik əriyən peçi göstərmək üçün, “E” təyinetməsi AISI nömrəsindən əvvəl göstərilir və qəbul olunur. Misal üçün, 4340 siyahıda göstərilən material olan zaman, 4340, 4340H, E4340 və E4340H qəbul edilən materiallar hesab edilir.
EN və ya Avro Normaların təsviri EN10083, EN10084, EN1561 və EN1563-də əldə edilə bilər.
Dişli çarx təkərlərində, dişli çarx təkərlərinin qıraqlarında və aparan dişli çarxlarda istifadə edilən döymələr və istilik mübadiləsi ANSI/AGMA/ISO 6336-5 keyfiyyət dərəcəsi M tələblərinə uyğun olmalıdır.
ASTM A 285, Dərəcə B və C
1. Ölçüləri göstərən çertyoj və birləşmələrin siyahısı.
2. Eninə çertyojlar və hissə nömrələri.
3. Rotor komplektinin çertyojları və hissə nömrələri.
4. Dayaq-yastıq komplektinin çertyoju hissə nömrələri.
5. Radial sürüşmə yastığı komplektinin çertyojları və materialların qaiməsi.
6. Birləşdirici komplektinin çertyoju və materialların qaiməsi.
7. Yağ sistemi və materialların qaiməsi.
8. Yağ təyininin çertyoju və birləşdiricilərin siyahısı.
9. Yağ tərkibinin çertyoju və məlumat.
10. Elektrik və cihazlar sxemi və materialların qaiməsi.
11. Elektrik və cihazlar təyininin çertyoju və birləşmələrin siyahısı.
12. Diş-kontakt çertyoju və spesifikasiyalar.
13. Diş-kontakt yoxlamasının qeydləri.
14. İstehsal prosesinə nəzarət sistemindən meyllənmələrin qeydi.'
15. elastiklik haqqında məlumat.
16. Eninə kritik sürətin təhlili haqqında məruzə.
17. Burulmanın təhlili haqqında hesabat.
18. Giriş və çıxış valının diaqramı.
19. Qaynaq prosedurları.
20. Hidrostatik sınaq cihazları (yağ sistemi).
21. Mexaniki hərəkətin sınağı üçün cihazlar.
22. Rotorun balanslaşdırılması üçün cihaz.
23. Rotorun mexaniki və elektrik hərəkəti.
24. Zavodda istehsal haqqında məlumat vərəqələri.
25. Zavodda istehsal olunan ölçülər və ya bu haqqında məlumat.
26. Quraşdırma haqqında təlimat.
27. Qurğunun işləməsi və istismarı haqqında təlimat.
28. Ehtiyat hissələri ilə bağlı tövsiyə və qiymət siyahısı.
29. Inkişaf haqqında hesabat və çatdırma ilə bağlı cədvəl.
30. Saxlama, qablaşdırma və daşıma prosedurları.
31. Texniki xidmət üçün təqdim olunan xüsusi alətlərin siyahısı.
32. Material təhlükəsizliyi haqqında məlumat vərəqələri
33. Dağıtmadan aparılan sınaq və iş qabiliyyətinin sınağı və qəbuletmə meyarları.
34. Keyfiyyət haqqında məlumat
a Təklif çertyojlarının və məlumatların təsdiq olunmasına zərurət yoxdur.
b Bu formanın sonunda (S, F və ya D) göstərilən nomenklaturadan istifadə etməklə, istehlakçı materialların təqdim olunması üçün nəzərdə tutulan vaxt çərçivəsini bu sütunda göstərməlidir
c Istehlakçı özünün faktiki paylaşdırma sxemini əks etdirmək üçün bu sütunu doldurmalıdır və bu formanı təklifə daxil etməlidir.
d Bu bəndlər normal olaraq təlimatlarda göstərilir.
e Əgər tədarükçü tərəfindən təqdim edilirsə.
f Əgər müəyyən edilirsə.
____________________________________________________________________________________________________________________________________________________________________________
1. Nəzərdə tutulan daşıma vaxtına əməl etmək üçün, tədarükçü alqı sifarişini qəbul edən kimi, istehlakçının çertyojları təsdiq etməsini gözləmədən, istehsalçı ilə əlaqə yaratmalıdır
2. Tədarükçü bütün çertyojları və məlumatları aşağıdakılara göndərməlidir:
____________________________________________________________________________________________________________________________________________________________________________
3. Bütün çertyojlar və məlumatlarda layihələr, alqı sifarişi, məhsul nömrələri, zavodun yerləşdiyi yer və qurğu göstərilməlidir. Quraşdırma üçün lazım olan çertyojların və təlimatların bir komplekti yuxarıda göstərilən sürətlərə əlavə olaraq, daşınma zamanı göndərilməlidir.
4. Aşağıdakı məhsulların təsvirlərinə baxın.
5. Paylaşdırma sxemində göstərilən bütün məlumatlar son ödəniş edilmədən əvvəl qəbul edilməlidir.
S Daşımadan əvvəl həftələrin sayı.
F Sifarişdən sonra həftələrin sayı.
D Təsdiq olunan çertyojlar qəbul ediləndən sonra həftələrin sayı.
Tədarükçü_______________________________________________________
Tarix________________ Tədarükçü __________________________________
İmza____________________________________________________________
(imza bütün təlimatların qəbul edilməsini təsdiq edir)
1. Ölçüləri göstərən çertyoj və birləşmələrin siyahısı, aşağıdakılar daxil olmaqla:
a. Bütün birləşmələrin ölçüsü, dərəcələnməsi və yerləşdirilməsi;
b. Bütün təqribi və yardımçı çəkilər;
c. Ümumi ölçülər, istismar qaydaları və sökmə zamanı ara məsafələri;
d. Hər bir valın mərkəzi xətt hündürlüyü;
e. Diametrlər, bolt yırtıqlarının sayı və yeri və boltların keçdiyi hissələrin qalınlığı və tövsiyə olunan ara məsafələri ilə tamamlanan əsas lövhələrin ölçüləri;
f. Qatışığın detalları;
g. Ağırlıq və qaldırma nöqtələrinin mərkəzi;
h. Val sonluğunun ayrılması və quraşdırılması haqqında məlumat;
i. Hər bir val üçün fırlanmanın istiqaməti;
j. Qışa və tropik şəraitlərə hazırlanma və/və ya tələb olunan zaman səsin söndürülməsi barədə təfsilatları;
2. Eninə çertyojlar və hissələrin nömrələri.
3. dişli çarx qurğusunun komplektinin çertyojları və hissələrin nömrələri.
4. Dayaq yastığı komplektinin çertyoju və hissələrin nömrələri.
5. Radial yastıq komplektinin çertyojları və materialların qaiməsi.
6. Birləşdirici komplektinin çertyojları və materialların qaiməsi.
7. Yağ sistemi və materialların qaiməsi, aşağıdakılar daxil olmaqla (müvafiq olduğu yerdə):
a. Hər bir istifadə nöqtəsində yağ axınları, temperaturlar və təzyiqlər;
b. Nəzarət, siqnalizasiya və gedişin sazlanması (təzyiq və tövsiyə olunan temperaturlar);
c. Ümumi istilik yükü;
d. Elektrik enerjisi, su, hava və digər ümumi tələblər;
e. Boru, klapan və dəliklərin ölçüləri;
f. Alətlər, təhlükəsizlik cihazları, nəzarət sxemləri və məftil diaqramları;
8. Yağ təyininin çertyoju və birləşmələrin siyahısı.
9. Yağ komponentinin çertyojları və məlumatlar, aşağıdakılar daxil olmaqla:
a. Nasoslar və aparıcılar.
b. Soyuducular, üzgəclər və çənlər.
d. Ehtiyat hissələrinin siyahıları və tövsiyələr.
10. Elektrik və cihazların sxemləri və materialların qaimələri, aşağıdakılar daxil olmaqla:
a. Titrəyiş haqqında siqnal verən cihaz və söndürmə məhdudiyyətləri.
b. Yastığın temperaturu haqqında siqnal verən cihaz və söndürmə məhdudiyyətləri.
c. Yağ sisteminin temperaturu haqqında siqnal verən cihaz və söndürmə məhdudiyyətləri.
11. Elektrik və alətlərin təyininin çertyoju və birləşmələrin siyahıları.
12. Diş-kontakt çertyoju və spesifikasiyalar.
13. Diş-kontakt yoxlamasının qeydləri.
14. İstehsal prosesinə nəzarət sistemindən meyllənmələrin qeydi.
15. Elektrik haqqında məlumat.
16. Eninə kritik sürət təhlili haqqında məruzə.
17. Torsion təhlil haqqında məlumat.
18. Giriş və çıxış vallarının mövqeyinin diaqramı.
19. Qaynaq prosedurları.
20. Hidrostatik sınaq cihazları (yağ sistemi).
21. Mexaniki hərəkətin sınağı üçün cihazlar.
22. Dişli çarx qurğusunun balanslaşdırılması üçün cihazlar.
23. Dişli çarx qurğusunun mexaniki və elektrik hərəkəti.
24. Zavodda istehsal haqqında məlumat vərəqələri.
25. Zavodda istehsal olunan ölçülər və ya məlumatlar.
26. Quraşdırma haqqında təlimat—minimum, aşağıdakılar daxil olmaqla:
a. Saxlama prosedurları;
d. Avadanlığın sazlanması, quraşdırma prosedurları, tərkib hissələrin çəkisi və qaldırma diaqramı;
e. Valıq quraşdırılması diaqramı;
f. Boru sistemi ilə bağlı tövsiyələr;
g. Aparılan qurğu/dişli çarx/ötürmə sistemi, o cümlədən bolt yırtıqları üçün çertyojlar;
h. Sökmə zamanı ara məsafələri;
27. Fəaliyyət göstərmə, istismar etmə haqqında təlimat və texniki təlimat, minimum aşağıdakılar daxil olmaqla:
Bölmə 1 — Fəaliyyət göstərmə:
a. İşə başlama, o cümlədən işə başlamazdan əvvəl sınaqlar və yoxlamalar;
b. Növbəli işləmə prosedurları;
c. Yağ növü ilə bağlı tövsiyələr;
Bölmə 2 — Sökmə və quraşdırma:
a. Karkasda dişli çarxlar;
c. Dayaq yastıqları (o cümlədən ara məsafələri və diyirlənmə yastığında əvvəlcədən yükləmə);
e. Dayaq halqaları, əgər varsa;
f. Yol verilə bilən yeyilmə;
g. Yenidən quraşdırma üçün alətlər və ara məsafələri;
h. Boltun fırlanma qiymətləri;
i. İstismar prosedurları və intervallar;
Bölmə 3 — Titrəyiş haqqında məlumat:
a. Titrəyişlə bağlı təhlil haqqında məlumat;
b. Eninə kritik sürətlərin təhlili;
c. Torsion kritik sürət təhlili;
Bölmə 4 — Zavodda istehsal haqqında məlumat:
a. Zavodda istehsal haqqında məlumat vərəqələri;
b. Zavodda istehsal zamanı ölçülər və ya məlumat (bax. bənd 25);
c. Səs haqqında məlumat vərəqələri;
d. Fəaliyyət haqqında məlumat;
Bölmə 5 — Çertyojlar və məlumat:
a. Çertyojların siyahısı, o cümlədən son yoxlama rəqəmləri və tarixləri;
b. Təsdiq edilən ölçü çertyoju və birləşmələrin siyahısı;
c. Eninə çertyojlar və materialların qaiməsi;
d. Val kipləşdiricisinin çertyoju və materialların qaiməsi;
e. Dişli çarx qurğusunun quraşdırılması çertyojları və materialların qaiməsi;
f. Dayaq yastığının quraşdırılması çertyojları və materialların siyahısı;
g. Radial yastıq quraşdırması çertyojları və materialların siyahısı;
h. Yağ sxemi və materialların siyahısı;
i. Yağ təyinin çertyoju və birləşmələrin siyahısı;
j. Yağın tərkib hissəsinin çertyojları və məlumat və materialların qaiməsi;
k. Elektrik və alətlər sxemi, məftil diaqramı və materialların qaiməsi;
l. Elektrik və alətlər təyinin çertyoju və birləşmələrin siyahısı;
m. Birləşdiricinin quraşdırılmasının çertyoju və materialların siyahısı;
n. Eninə çertyojlara istinad edilən tam hissələrin siyahısı;
28. Ehtiyat hissələri ilə bağlı tövsiyələr və qiymət siyahısı;
29. Yaxşılaşdırma haqqında hesabat və çatdırma cədvəli;
30. Saxlama, qablaşdırma və daşıma prosedurları;
31. Texniki xidmət üçün tədarük edilən xüsusi alətlərin siyahısı;
32. Material təhlükəsizliyi haqqında məlumat vərəqələri;
33. Dağıtmadan sınaq prosedurları və qəbuletmə meyarları;
34. Keyfiyyət haqqında məlumat;
Bölmə 1 — Titrəyiş haqqında məlumat:
a. Titrəyişin sınağı ilə bağlı məlumat;
b. Eninə kritik sürətin təhlili haqqında hesabat;
c. Torsion kritik sürətin təhlili haqqında hesabat, əgər varsa;
d. Elastiklik haqqında məlumat;
Bölmə 2 — Zavodda istehsal haqqında məlumat:
a. Zavodda istehsal haqqında məlumat vərəqələri;
b. Zavodda istehsal zamanı müəyyən edilən ara məsafələri;
c. Dişli çarx qurğularının balanslaşdırılması üçün cihazlar və 6-nöqtəli qalıq disbalansın yoxlanması;
d. Səs haqqında məlumat vərəqələri;
e. Giriş və çıxış valının mövqeyinin diaqramı;
f. Qaynaq prosedurları;
g. Dişli çarxın yoxlanması (qurğuşun, profil və ara məsafələri);
h. Diş kontaktının ötürmə konusları (yoxlama stendi);
i. Diş kontaktının ötürmə konusları (gövdə);
j. Mexaniki hərəkətin sınağı üçün cihazlar və titrəyiş haqqında məlumat;
k. Dişli çarx qurğusunun mexaniki və elektrik hərəkəti;
l. Zavodda istehsal olunan ölçülər və ya məlumat;
API Std 613 Special purpose gear units for petroleum, chemical and gas industry services ( Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları)
API Std 614 Lubrication, shaft-sealing and control-oil systems and auxiliaries for petroleum, chemical and gas industry services (Neft, neft-kimya və təbii qaz sənayesi. Yağlama sistemləri, valın kipləşdirilməsi, yağa nəzarət sistemləri və yardımçı qurğular)
API Std 670 Machinery protection systems (Qurğuların mühafizə sistemləri)
API Std 671 Special purpose couplings for petroleum, chemical and gas industry services ( Neft, kimya və qaz sənayesində xidmət üçün xüsusi təyinatlı birləşdiricilər)
API Publ 684 Tutorial on the API standard paragraphs covering rotor dynamics and balance (An introduction to lateral critical and train torsional analysis and rotor balancing) (Nəşr 684 Rotor dinamiklərini və balansını əhatə edən API Standartının paraqrafları (Eninə sürətin və ötürmələr sisteminin burulmasının təhlilləri və rotor balanslaşdırılması))
API RP 686 Machinery installation and installation design (Nəşr 686 Qurğuların quraşdırılması və quraşdırmanın dizaynı )
API MPMS Manual of petroleum measurement standards Chapter 15 (Neft ölçmə standartları, Bölmə 15)
ABMA Std 7 Shaft and housing fits for metric radial ball and roller bearings (except tapered roller bearings) conforming to basic boundary plans (Metrik radial top və diyircəkli yastıqlar üçün val və gövdə (Konusvari diyircəkli yastıqlar istisna olmaqla) )
ABMA Std 9 Load ratings and fatigue life for ball bearings (Toplu yastıqlar üçün yükün dərəcələnməsi və işləmə müddəti )
ABMA Std 11 Load ratings and fatigue life for roller bearings (Diyircəkli yastıqlar üçün yükün dərəcələnməsi və işləmə müddəti )
ABMA Std 20 Radial bearings of ball, cylindrical roller and spherical roller types, metric design; basic plan for boundary dimensions, tolerances an identification code (Toplu, silindrik diyircəkli və sferik diyircəkli, metrik dizaynlı radial yastıqlar; Ölçülər, dözümlüklər üçün əsas plan və eyniləşdirmə kodu )
AGMA 908 Information sheet geometry factors for determining the pitting resistance and bending strength of spur, helical and herringbone gear teeth (Məlumat vərəqəsi, silindrik düzdişli, spiralvari dişli və şevron dişli çarx dişi üçün ovulmaya davamlılığını və əyilmə gücünü müəyyən etmək üçün həndəsi faktorlar)
AGMA 2101 Fundamental rating factors and calculation methods for involute spur and helical gear teeth (metric units) (Evolvent ilişməli dişli çarx və spiralvari dişli çarx dişi üçün əsas dərəcələmə faktorları və hesablama metodları (Metrik qurğular))
AGMA 6010 Standard for spur, helical, herringbone and bevel enclosed drives (Silindrik düzdişli, spiralvari dişli və konusvari bağlanılan ötürücülər üçün standart)
AGMA 6011 Specification for high speed helical gear units (Yüksək sürətli spiralvari dişli reduktorlar üçün spesifikasiyalar )
AGMA 6001-D97 Design and selection of components for enclosed gear drives (Dişli çarx ötürücüləri üçün tərkib hissələrinin dizaynı və seçilməsi)
AGMA 6025-D98 sound for enclosed helical, herringbone and spiral bevel gears (Spiral dişli, şevron dişli və konusvari dişli çarxlar üçün səs)
AGMA 9002 Bores and keyways for flexible couplings (Elastik birləşdiricilər üçün deşiklər və açar yuvaları)
ASME B1.1 Unified screw threads (UN and UNR thread form) (Ümumi vint yivləri (UN və UNR yiv formaları))
ASME B1.20.1 Pipe threads, general purpose (Inch) (Boru yivləri, ümumi məqsədli (Düym))
ASME B16.1 Cast iron pipe flanges and flange fittings, classes 25, 125 and 250 (Çuqun boru flansları və flansların birləşdirilməsi, siniflər 25, 125 və 250)
ASME B16.5 Pipe flanges and flanged fittings NPS 1/2 through NPS 250(Boru flansları və flanslı birləşmələr NPS 1/2 və NPS 250)
ASME B16.42 Ductile iron pipe flanges and flanged fittings, classes 150 and 300 ( Döyülən çuqun boru flansları və flanslı birləşmələr, siniflər 150 və 300)
ASME B31.3 Chemical plant and petroleum refinery piping (Kimyəvi zavod və neft emalı üçün borular)
Boiler and pressure vessel code (Qaynadıcı və təzyiq çənlərinin kodu):
Section VIII Rules for construction of pressure vessels (Bölmə VIII Təzyiq cənlərinin inşası üçün qaydalar)
Section IX Qualification standard for welding and brazing qualifications (Bölmə IX Qaynaq və lehimləmə üçün kvalifikasiya standartı)
ASTM A 388 Standard practice for ultrasonic examination of heavy steel forgings (Ağır polad döymələrinin ultrasəs yoxlanması üçün standart təcrübə)
ASTM A 578 Standard specification for straight-beam ultrasonic examination of plain and clad steel plates for special applications (Xüsusi tətbiqlər üçün hamar və möhkəm polad lövhələrinin ultrasəs yoxlanması üçün standart spesifikasiyalar)
ASTM E 94 Standard guide for radiographic examination (Radioqrafik yoxlama üçün standart qaydalar)
ASTM E 165 Standard test methods for liquid penetrant examination (Maye nüfuzetməsini yoxlamaq üçün standart sınaq metodları )
ASTM A 609 Standard practice for castings, carbon, low-alloy, and martinsetic stainless steel, ultrasonic examination thereof (Tökmə, karbon, aşağı xəlitəli və martinsetik paslanmayan polad, ultrasəs yoxlama üçün standart təcrübə)
ASTM E 709 Standard practice for magnetic particle examination (Maqnit hissəciklərin yoxlanması üçün standart təcrübə)
CEN EN 1561 (BS) Foundary—Grey cast irons (Tökmə sexi—Boz çuqun)
CEN EN 1563 (BS) Foundary—Spherodial graphite cast irons (Tökmə sexi —Sferodik qrafit çuqun )
CEN EN 10083 Quenched and tempered steels (Davamlı və möhkəm poladlar)
CEN EN 10084 Case hardened steels (Möhkəmləndirilmiş səthli polad)
IEC 60034-5 Degrees of protection provided by the integral design of rotating electrical machines (IP Code) (Fırlanan elektrik qurğuların inteqral dizaynı tərəfindən təmin edilən mühafizənin dərəcəsi (IP Kodu))
IEC 60079-0 Electrical apparatus for explosive gas atmospheres (Partlayıcı qaz atmosferləri üçün elektrik cihazları )
ISO 7-1 Pipe threads where pressure-tight joints are made on the threads (Təzyiq keçirməyən birləşmələrin yivlərdə quraşdırıldığı boru yivləri )
ISO 261 ISO general-purpose metric screw threads—General plan (Ümumi təyinatlı metrik vintli yivlər — Ümumi plan )
ISO 262 ISO general-purpose metric screw threads —Selected sizes for screws, bolts and nuts (ISO Ümumi təyinatlı metrik vintli yivlər — Vintlər, boltlar və qaykalar üçün seçilən ölçülər )
ISO 281 Rolling Bearings—Dynamic load ratings and rating life (Diyirlənmə yastıqları — Dinamik yük dərəcələməsi və dərəcələmə müddəti )
ISO R 286 ISO system of limits and fits—Parts 1 & 2 (ISO Məhdudiyyətlər və uyğunluqlar sistemi — Hissə 1 və 2)
ISO 724 ISO general-purpose metric screw threads—Tolerances (ISO Ümumi təyinatlı metrik vintli yivlər — Dözümlüklər )
ISO 965 ISO general purpose metric screw threads—Tolerances (ISO Ümumi təyinatlı metrik vintli yivlər — Dözümlüklər )
ISO 1328-1 Cylindrical Gears—ISO system of accuracy—Part 1: Definitions and allowable values of deviations relevan to corresponding flanks of gear teeth (Silindrik dişli çarxlar — ISO uyğunluq sistemi — Hissə 1: Dişli çarx dişinin müvafiq döymələrinə uyğun meyllənmənin yol verilə bilən qiymətləri )
ISO 3448 Industrial liquid lubricants—ISO viscosity classification (Sənaye əhəmiyyətli sürtgü yağları — ISO qatılığın təsnifatı)
ISO 3744 Determination of sound power levels of noise sources using sound pressure— engineering method in an essentially free field over a reflecting plane (Səs təzyiqindən istifadə etməklə, səs mənbələrinin səsinin güc səviyyəsinin müəyyən etmək)
ISO 5753 Rolling bearings-radial internal clearances (Diyirlənmə yastıqları -Radial daxili ara məsafələri)
ISO 6336-5 Calculation of load capacity of spur and helical gears-Part 5: Strength and quality of materials ( Düzdişli və spiral dişləri olan dişli çarxların yük qabiliyyətinin hesablanması — Hissə 5: Materialların gücü və keyfiyyəti)
ISO 6708 Pipework components-definition and selection of DN (Nominal Sizes) (Boru sisteminin tərkib hissələri -Normal ölçülərin müəyyən edilməsi və seçilməsi)
ISO 7005-1 Metallic Flanges—Part 1: Steel flanges (Metal flanslar - Hissə 1: Polad flanslar)
ISO 7005-2 Metallic Flanges—Part 2: Cast iron flanges ( Metal flanslar-Hissə 2: Çuqun flanslar)
ISO 8501 Preparation of steel substrates before application of paints and related products (Boyaların və müvafiq məhsulların tətbiq edilməsindən əvvəl polad substratların hazırlanması)
ISO TR 10064-1 Cylindrical gears—Code of inspection practice Part 1: Inspection of corresponding flanks of gear teeth ( Silindrik dişli çarxlar — Yoxlama təcrübəsi Hissə 1: Dişli çarx dişinin müvafiq döymələrinin yoxlanması )
NEMA SM23 Steam turbines for mechanical drive (Mexaniki ötürücülər üçün buxar turbinləri )
NEMA Publ 250 Enclosures for electrical equipment (1000 Volts maximum) ( Elektrik qurğular üçün yuvalar (Maksimum 1000 volt))
NFPA 70 National electrical code, articles 500, 501, 502 and 504 (NFPA 70 Milli Elektrik Məcəlləsi, bənd 500, 501, 502 və 504)
SSPC SP6 Commercial blast cleaning ( Üfürmə ilə təmizləmə)
SPIRALVARİ DİŞLƏRİ OLAN KONUSVARİ DİŞLİ ÇARX DİŞİNİN KONTAKTININ TƏYİN EDİLMƏSİ YOXLAMA TƏLƏBLƏRİ
Spiralvari dişləri olan konusvari dişli çarx ötürməsi dişli çarxın konusvari diş kontakt nümunələrinin istiqamətinə diqqət yetirməyi tələb edir. Son sınaq zamanı inspektor təsdiq etməlidir ki, dişli çarx komplekti lazımi qaydada təyin edilib və aparılan qurğuya quraşdırılmaq üçün hazırdır. Dişli çarx komplektinin kontakt-yastıq səthinin nümunələrini müəyyən etmək üçün dişli çarx dişinin nomenklaturasını başa düşmək lazımdır. Dişli çarx dişinin 9 əsas elementi var. Bu elementlər Şəkil G-1-də göstərilir və dişli çarx komplektinin lazımi qaydada istehsal edilməsini və quraşdırılmasını yoxlamaq üçün zəruridir. Bu nomenklatura bu əlavədəki bütün göstərilənlər üçün istifadə edilə bilər.
Qeyd: Konusvari dişli çarxların quraşdırılması. Naşirin icazəsi ilə, ANSI/AGMA 2008-B90-dan nəşr edilib.
G.2 Quraşdırılma məsafəsi
Konusvari dişli çarx komplektinin fəaliyyətinin keyfiyyəti yalnız düzgün quraşdırılma ilə təmin edilə bilər. Düzgün diş kontaktını təmin etmək üçün hər bir dişli çarx və aparan dişli çarx bir-birinə müvafiq qaydada istiqamətləndirilməlidir. Arzu olunan diş kontakt nümunələri və düzgün olmayan kontakt nümunələri göstərilir. Düzgün tənzimləmələr Şəkil G-2-də göstərilir.
Komplektdəki konusvari dişli çarxın və aparan dişli çarxın ox istiqaməti Şəkil G-2-də göstərildiyi kimi quraşdırılma məsafəsi (QM) adlanan ölçü ilə göstərilir. Bu ölçü verilən elementin oxboyu yerləşmə səthindən dişli çarx və aparan dişli çarx oxlarının kəsişmə nöqtəsinə qədər olan məsafədir. Normal olaraq, aparan dişli çarxın və ya dişli çarxın arxa hissəsi QM müəyyən etmək üçün istifadə edilir; lakin bəzi dişli çarxların quraşdırılmasından qabaq səth də istifadə edilə bilər. Bütün hallarda, məsafə, dişli çarx və ya aparan dişli çarx oxları ilə hamar səthin kvadratına verilir. Bu halda, QM dişli çarx komplektinin səthinə həkk edilir.
G.3 Konusvari dişli çarx ötürücülərində dişli çarx və aparan dişli çarxın yerləşdirilməsi
Aparan dişli çarx valının komplekti, o cümlədən yastıqlar adətən silindrik oymaqda saxlanmalıdır. Aparan dişli çarx üçün QM, oymaq flansı ilə dişli çarx ötürməsinin gövdəsi arasında olan ara qatların qalınlığını tənzimləməklə müəyyən edilir. Aparan dişli çarx elementinin müvafiq QM-də quraşdırılması üçün ölçü cihazından istifadə edilir.
Qeyd: Konusvari dişli çarxların quraşdırılması. Naşirin icazəsi ilə, ANSI/AGMA 2008-B90-dan nəşr edilib.
QM bu məqsəd üçün istehsal edilən xüsusi ölçü cihazları ilə ölçülür. Bu ölçü cihazı istehsalçı tərəfindən tədarük edilir və xüsusi sex aləti hesab olunur. Ölçmə məsafələri üçün istinad nöqtələri Şəkil G-3-də göstərilmişdir.
QM-nin birbaşa ölçülməsi çətin olan böyük konusvari dişli çarxlar olan zaman, dişli çarxın və aparan dişli çarxın arxa konuslarının səthi (arxa bucaqlar) əl ilə tənzimlənir. Dişli çarxlar quraşdırılan zaman, onlar elə istiqamətləndirilməlidir ki, arxa konuslarının səthi əl ilə tənzimlənən hissələr yuyula bilən olsun. Bu səthlər “X” ilə işarələnir və üst-üstə birləşdirilən dişli çarxlar üçün istifadə edilənə bənzər tərzdə quraşdırılmalıdır.
Dişli çarx elementi iki metodun hər hansı biri ilə yerləşdirilməlidir. Əgər aparan dişli çarx yerləşdirilirsə, dişli çarxın yeri ara boşluğunu ölçməklə müəyyən edilə bilər. Əgər ara boşluğu spesifikasiyalara uyğun gəlmirsə, dişli çarx elementi oxboyu yenidən yerləşdirilməlidir.
Tənzimləmək üçün, klapanlar val sonluqlarında gövdədən çıxarılır, ara qatlar lazım olduğu kimi bir sonluqdan çıxarılır və ekvivalent qalınlıqlı ara araqatlar əks sonluğa əlavə edilir. Daha sonra, klapanlar dəyişdirilir. Bu prosedur, yastıq ara məsafələrini saxlamaqla, dişli çarx/val komplektinin təkrar yerləşdirilməsinə imkan verir.
G.4 Konusvari dişli çarx ötürmələrində dişli çarxın və aparan dişli çarxın yerləşdirilməsi
G.4.1 Ara boşluğu dişli çarx dişinin və ilişən dişli çarxda dişli çarx dişinin sahəsinin enində olan fərqdir (Şəkil G-4-ə baxın). Bu, ilişmənin ən kip nöqtəsində ölçülür. Ara boşluğu dişli çarxın düzgün fəaliyyətini təmin etmək üçün zəruridir və dişin ölçüsünə və iş şəraitlərinə uyğun olaraq dəyişir.
Düzgün birgə quraşdırılma zamanı, lazım olan ara boşluğunu əldə etmək üçün konusvari dişli çarxlar kəsilir. Normadan çox və ya az olan ara boşluğu səsə və ya hər hansı bir zədənin baş verməsinə səbəb ola bilər. Bir və ya hər iki elementin yerini dəyişməklə ara boşluğu da dəyişdirilə bilər.
Düzgün ara boşluğunun müəyyən edilməsi dişli çarxın quraşdırılması prosedurunun mühüm hissəsidir. İstehlakçı tərəfindən başqa cür müəyyən edilməyənə qədər, normal ara boşluğu bir və ya hər iki elementdə həkk olunur. Cədvəl G-1 tövsiyə olunan qiymətləri göstərir, lakin bir çox hallarda, istehsal və ya iş şəraitləri bu qiymətlərdən kənara çıxmağı labüd edir. Normal ara boşluqlarından meyllənmələr istehlakçı ilə müzakirə edilməlidir. Qiymətlər ilişmənin ən kip nöqtəsində normal ara boşluqları üçün verilir. Normal ara boşluğu dişin səthinə normal olan istiqamətdə ölçülür. Bu, aparan dişli çarxı fırlanmaya qarşı bloklamaqla, diş səthinə perpendikulyar dişli çarx dişinin əksində göstərici cihaz yerləşdirməklə yoxlanıla bilər. Eninə fırlanmada ara boşluğu müəyyən etmək üçün, normal ara boşluğu spiral bucağın kosinusu və dişli çarx dişinin təzyiq bucağının kosinusu tərəfindən bölünməlidir. Eninə fırlanma normal ara boşluğundan təqribən 30 % yüksəkdir (Şəkil G-5-ə baxın).
Şəkil G-6-da göstərilən qrafik, ara boşluğunda dəyişmə əldə etmək üçün aparan dişli çarx və ya dişli çarx elementi üçün lazım olan ox hərəkətinin həcmini göstərir.
Cədvəl G-1 – İlişmənin kip nöqtələrində normal ara boşluğunun tövsiyə edilən qiymətləri (bütün qiymətlər düymlə göstərilir)
Qeyd: Filadelfiya Dişli Çarx Korporasiyasının icazəsi ilə təkrar nəşr edilib.
Qeyd: Qlason İşləmələrinin icazəsi ilə təkrar nəşr edilib. Roçester, Nyu York.
G.4.2 Konusvari dişli çarxların quraşdırılması və ara boşluğuna qarşı ox hərəkəti
Ara boşluğunda dəyişmə əldə etmək üçün lazım olan aparan dişli çarx və ya dişli çarx üçün ox hərəkətinin həcmi aşağıdakı tənliklər ilə müəyyən edilir:
ΔBp = aparan dişli çarx üçün ara boşluğunun dəyişməsi (mm/mil),
ΔBg = dişli çarx üçün ara boşluğunun dəyişməsi (mm/mil),
ΔP = aparan dişli çarxın ox hərəkəti (mm/mil),
ΔG = dişli çarxın ox hərəkəti (mm/mil),
γ = addım bucaqlı aparan dişli çarx,
Γ = addım bucaqlı dişli çarx.
G.5 Konusvari dişli çarxlar üçün diş kontaktı
Ara boşluqlarının və yastıq nümunələrinin qarşılıqlı təsiri səbəbindən, konusvari və spiral diºləri olan konusvari dişli çarx qurğularında dişli çarx dişinin kontakt səthlərinin yoxlanması paralel vallı dişli çarx qurğularından çətin olur. Sınaq stendində kontakt nümunəsinin uyğunluğunu müəyyənləşdirmək hər bir dişli çarx qurğusunun keyfiyyətli xidmət göstərməsini təmin etməyin mühüm hissəsidir. İnspektor dişli çarxın sınaq proseduru zamanı istifadə ediləcək diş kontakt nümunələri ilə tanış olmalıdır. Uyğun kontaktlar müəyyən edilməlidir və uyğun olmayan təyinetmələr dişli çarx qurğusunun daşınmasından əvvəl düzəldilməlidir. Həm konusvari, həm də paralel vallı dişli çarx qurğuları üçün üçün uyğun diş kontaktı inspektorlara təqdim edilir.
Konusvari və spiral dişləri olan konusvari dişli çarx qurğularında diş kontaktının müəyyən edilməsi istehsalçının sexində konusvari dişli çarxın müvafiq sınaq qurğusunda yerinə yetirilməlidir. Bu qurğu gövdədə quraşdırmanı təkrarlamaq üçün hər iki dişli çarx elementinin QM-nin tənzimləməsinə imkan verməlidir. Əgər sınaq qurğusu yoxdursa, diş kontaktı gövdədə yoxlanmalıdır.
Uyğun işarələmə vasitəsindən istifadə etməklə, diş kontakt nümunəsini yoxlayın. Uyğun vasitələrə bir elementi Prusya mavisi, mis sulfatı və ya yağda qırmızı qurğuşun ilə örtükləmək daxildir. Əgər dişli çarx komplektində işarələr qoyulursa, yastıq nümunəsi qəbul olunan standartlara uyğun olmalıdır. Diş-yastıq kontaktının daimi qeydi təmiz selofan lentdən istifadə etməklə yerinə yetirilə bilər. Yastıq kontaktını göstərən lent ötürməsi birbaşa diş profilindən götürülə və ağ qeyd vərəqinə əlavə edilə bilər.
Dişli çarx dişin uzunluğunun təqribən yarısını əhatə edən kontakt nümunəsi ilə kəsilir və yerləşmə dişin ilişmə sonluğunu əhatə edir (Şəkil G-7 və G-8-ə baxın). Yük şəraiti altında, yastıq nümunəsi dişin aşağı hissəsinə doğru keçir və beləliklə dişli çarx dişində daha mərkəzi olur. Tam yük şəraitində mükəmməl kontaktı təmin edə biləcək ideal qeyri-yük nümunəsi yoxdur, lakin əgər qeyri-yük kontakt nümunəsi Şəkil G-7-də göstərilən məhdudiyyətlər çərçivəsinə düşürsə, uyğun tam yük kontakt nümunələri gözlənilə bilər. Baxmayaraq ki, göstərilən məhdudiyyətlər təqribidir və burada meyllənmələr ola bilər, nümunənin yükündən və hərəkətindən asılı olaraq, heç bir şəraitdə qeyri-yük kontakt nümunəsi hər hansı bir istiqamətdə dişin yan hissəsindən meyllənmə göstərməməlidir.
Diş kontakt nümunələri dişli çarxda mərkəzi hissədə yerləşdirilməzsə, bu, dişli çarxın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Diş kontaktının dişli çarx dişinin mərkəzi istiqamətində olmaması o deməkdir ki, dişli çarx elementləri bir-birilərinə düzgün istiqamətdə quraşdırılmayıb. Quraşdırmada yol verilən xətalar dişli çarxın ilişmə dişində diş kontakt nümunələrinin müxtəlif növlərinin yaranmasına səbəb ola bilər. Üç ümumi kontakt xətası aşağıdakı kimidir (Şəkil G-9-a baxın):
a. Profil xətası (aparan dişli çarxın ox istiqamətində xəta).
b. Kəsişmə kontaktında xəta.
c. Val bucağında xəta.
Qeyd: Konusvari dişli çarxların quraşdırılması. Naşirin icazəsi ilə, ANSI/AGMA 2008-B90-dan təkrar nəşr edilib.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ASTM D692/D692M−09 “Standard Specification for Coarse Aggregate for Bituminous Paving Mixtures” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
_________________________________________________________________________________________
Bitumlu örtük qarışıqları üçün
iridənəli dolduruculara
Standard Specification for
Bituminous Paving Mixtures
_________________________________________________________________________________________
1.1 Bu standart əzilmiş daşlara, əzilmiş hidravlik-sement betonuna, əzilmiş domna şlaklarına, əzilmiş çınqıla, əzilmiş şişirdilmiş gilli şistlərə, əzilmiş şişirdilmiş gillərə və ASTM D3515 və ya ASTM D4215 standartlarında qeyd olunan qaydada bitumlu örtük qarışıqlarında istifadə olunan əzilmiş şişirdilmiş şistlərə şamil edilir.
Qeyd: Müəyyən iş qeydlərinə malik digər şlaklardan istifadə oluna bilər.
1.2 SI vahidlərində və ya düyüm-funt vahidlərində qeyd olunan qiymətlər hər biri ayrıca standarta aid olmalıdır. Hər bir sistemdə göstərilən qiymətlər dəqiq ekvivalentlər hesab olunmur; məhz buna görə də, hər bir sistem digərindən fərqli olaraq sərbəst şəkildə istifadə olunmalıdır. İki sistemdən götürülmüş qiymətlər standartın uyğunsuzluğu ilə nəticələnə bilər.
1.3 1.3 Bu standarta aid istinad qeydlərinin və sətir altında göstərilən qeydlərin mətni aydınlaşdırma materialı hesab olunur. Bu qeydlər və sətirlər (cədvəl və rəqəmlərdə göstərilənlər istisna olmaqla) standartın tələbləri kimi başa düşülməməlidir.
ASTM C29/C29M Test Method for Bulk Density (“Unit Weight”) and Voids in Aggregate (Ümumi həcmli çəki (“ Vahid Çəki”) və məsamələrə dair sınaq metodu)
ASTM C88 Test Method for Soundness of Aggregates by Use of Sodium Sulfate or Magnesium Sulfate (Natrium sulfat və ya maqnezium sulfatın istifadəsi ilə doldurucuların möhkəmliliyinə dair sınaq metodu)
ASTM C125 Terminology Relating to Concrete and Concrete Aggregates (Beton və beton dolduruculara dair terminologiya)
ASTM C131 Test Method for Resistance to Degradation of Small Size Coarse Aggregate by Abrasion and Impact in the Los Angeles Machine (Los Anceles Dəzgahında abraziya və zərbə ilə kiçik ölçülü iridənəli doldurucuların deqradasiya müqaviməti üzrə sınaq metodu)
ASTM C136 Test Method for Sieve Analysis of Fine and Coarse Aggregates (Kiçikdənəli və iridənəli doldurucuların ələyinin analizinə aid sınaq metodu)
ASTM C294 Descriptive Nomenclature for Constituents of Concrete Aggregates (Beton doldurucularının komponentlərinə dair təsviri nomenklatura)
ASTM D8 Terminology Relating to Materials for Roads and Pavements (Yol və səkilərə aid materiallarla dair terminologiya)
ASTM D75 Practice for Sampling Aggregates (doldurucuların nümunələrinin götürülməsinə aid Təcrübə)
ASTM D448 Classification for Sizes of Aggregate for Road and Bridge Construction (Yol və körpü inşası üçün doldurucuların ölçülərinə aid təsnifat)
ASTM D3319 Practice for the Accelerated Polishing of Aggregates Using the British Wheel (British Wheel istifadə etməklə doldurucuların tezləşdirilmiş cilalanmasına aid Təcrübə)
ASTM D3515 Specification for Hot-Mixed, Hot-Laid Bituminous Paving Mixtures (Withdrawn 2009) (İsti-qarışıqlı, isti vəziyyətdə çəkilmiş bitumlu örtük qarışıqlarına aid texniki şərtlər (ləğv edilib))
ASTM D3665 Practice for Random Sampling of Construction Materials (İnşaat materiallarının təsadüfi nümunələrinin götürülməsinə aid Təcrübə)
ASTM D4215 Specification for Cold-Mixed, Cold-Laid Bituminous Paving Mixtures (Soyuq-qarışıqlı, soyu şəkildə çəkilmiş bitumlu örtük qarışıqlarına aid texniki şərtlər)
ASTM D5821 Test Method for Determining the Percentage of Fractured Particles in Coarse Aggregate (İridənəli doldurucularda doğranmış hissəciklərinin faizinin müəyyən olunmasına dair sınaq metodu)
3.1 Doldurucu növlərinin müəyyən olunması üçün ASTM C294 və ASTM D8 və ASTM C125 standartlarına baxın.
3.2 Şişirdilmiş gilli şistlər, n; şişirdilmiş gil, n; şişiridilmiş şistlər, n-1000°C [1832°F] yüksək temperaturda barabanlı sobada seçilmiş materialların (şist, gil və ya şist) şişirdilməsindən yaranan məhsullar.
4.1 Bu standartda göstərilin materiallar üçün sifarişə aşağıdakı məlumatlar daxildir:
4.1.1 Texniki şərtlərin adı və nəşr ili.
4.1.2 Təchiz olunmalı olan ölçü (bax: bənd 5.2).
4.1.3 Tələb olunan miqdar.
4.1.4 Şərti qarışıqlar və ya açıq-dərəcəli sürtünmə prosesinə aid qarışıqlar (bax 5.4) səthi mərhələ və ya əsas mərhələlərə (bax: bənd 5.7) aid olub-olmamasından asılı olmayaraq iridənəli doldurucuların istifadəsi.
4.1.5 Sulfatın sərtliliyinin sınağı (bax: bənd 5.6) zamanı istifadə olunmalı olan duz.
4.1.6 Hər hansı bir xüsusi tələblər.
İridənəli doldurucu möhkəm, sərt, davamlı hissəciklərdən ibarətdir, tərkibində koherent qat olmamalı və bu standartın tələblərinə uyğun olmalıdır.
5.2.1 İridənəli doldurucunun dənəvərliyi müəyyən olunan ölçülər üzrə və ya ASTM D448-də göstərilən dənəvərlilik tələblərinə və ya sifarişdə göstərilən qaydada digər tələblərə (bax: Qeyd 2) uyğun olmalıdır.
Qeyd 2: İridənəli doldurucuların icra olunmalı olan dənəvərliliyi örtük qarışıqlarının arzuolunan tərkibindən asılıdır və qarışıqda istifadə olunmalı olan dənəvərlik qarışdırma prosesi və ya qarışdırma prosesi olmadan icra olunur. Qarışıq doldurucu və ya doldurucu komponentlərdən istifadə olunduqda, digər iridənəli doldurucunun dənəvərliliyi arzuolunan xüsusiyyətləri təmin edən örtük qarışıqlarını hazırlayır.
5.2.2 İstifadə olunmalı olan ölçü örtük qarışıqlarının arzuolunan tərkibindən və qarışdırma prosesindən əvvəl və ya sonra göstərilən qaydada tələb olunan ölçü və ya ölçülərdən asılıdır.
5.3.1 Şlak -No. 57 və ya No. 8 ölçülərdə sınaq olunan zaman hava soyuduculu domna şlaklarının dartı sistemi qaydalarına və ASTM C29/C29M sınaq metoduna əsasən müəyyən olunan qaydada 1120 kg/m3 [70 lb/ft3] minimum sıxlığa malik olmalıdır.
5.3.2 Şişirdilmiş şist, şişirdilmiş gil, şişirdilmiş şlak -No. 57 ya No. 8 ölçülərdə sınaq olunan zaman iridənəli doldurucular doldurma prosesi qaydalarına və ASTM C29/C29M sınaq metoduna əsasən müəyyən olunan qaydada 500 kg/m3 [31 lb/ft3] minimum sıxlığa malik olmalıdır.
5.4 Doldurucularda əzilmiş hissəciklər -bu standartda göstərilən materiallar üçün sifarişlərdə əzilmiş hissəciklərə aid müvafiq tələblər sınaq metodu ASTM D5821 qeyd olunmalıdır.
5.4.1 Şərti qarışıqlar -4.75-mm [No.4] ələkdə saxlanılan doldurucu hissəciklərinin 40 % az olmayan kütləsi ən azı bir əzilmiş səthə malik olmalıdır (bax: Qeyd 3,4).
5.4.2 Xırda və tozşəkilli fraksiyası olmayan doldurucular - 4.75-mm [No. 4] ələkdə saxlanılmış doldurucu hissəciklərinin 90 %-dən az olmayan kütləsi bir və ya daha çox əzilmiş səthə və 75 %-i iki və ya daha çox əzilmiş səthə malik olmalıdır.
Qeyd 3: Əsas diqqət şərti (sıx qarışıqlar və ya açıq qarışıqlar) və ASTM D3515 –də göstərilən xırda və tozşəkilli fraksiyası olmayan dolduruculara aid qarışıqlar arasındakı fərqə yönəldilir.
Qeyd 4: Künc formalı hissəciklər malik bəzi doldurucu mənbələri mexaniki şəkildə əzilmiş hissəciklərə bənzər şəkildə icra olunur. Laboratoriya sınaqları zamanı və ya iş qeydlərində qeyd olunur ki, bu cür künc formalı hissəciklər əzilmiş şəkildə nəzərə alınır.
5.5 Cilalama xüsusiyyətləri - səthi mərhələləli qarışıqlarda istifadə olunması üçün iridənəli doldurucular və ya doldurucunun ən iridənəli fraksiyası nəzərdə tutulan işin cilalama prosesi üzrə uyğun müqavimətinə malik olan növə aid olmalıdır (bax: Qeyd 5)
Qeyd 5: Heç bir ASTM metod standartı xüsusi hərəkət şərtlərinin cilalama prosesinə uyğun müqaviməti müəyyən etmək üçün təsdiq olunmamışdır. ASTM D3319 sınaq metodu müxtəlif doldurucuların nümunələri və ya müxtəlif dolduruculara malik qarışıqlar arasındakı cilalama müqavimətinin qiymətləndirilməsi baxımından faydalı hesab olunmuşdur.
5.6 Möhkəmlilik - beş mərhələli möhkəmlilik sınağı zamanı və natrium sulfat istifadə olunduqda 12 %-dən çox olmayan çəkilmiş itkiyə və ya maqnezium sulfat istifadə olunduqda iridənəli doldurucular 18 % çəkilmiş itkiyə malik olmalıdır (bax Qeyd 6).
Əgər duz tədarükçü tərəfindən müəyyən olunmamışdırsa, bu zaman o istifadə olunan duz üçün müəyyən olunan həcmə uyğundursa, doldurucu qəbul edilmiş hesab olunmalıdır.
5.7 Deqradasiya- Sınaq metodu ASTM C131-ə əsasən sınaq prosesi zamanı doldurucular (əzilmiş domna şlakı istisna olmaqla) səthi mərhələlər üzrə 40%-dən artıq olmayan itkiyə və əsas mərhələlər üzrə isə 50% itkiyə malik olmalıdır (bax: Qeyd 6).
Qeyd 6: Bənd 5.6-da və ya bənd 5.7-də tələblərinə uyğun olmayan iridənəli doldurucu (əzilmiş hidravlik-sement betonundan başqa) istifadə üçün nəzərdə tutula bilər, əgər (a) eyni mənbəyə aid olan və ya geoloji formaya malik olan bənzər doldurucular səkilərdə icra olunan təcrübələrlə göstərilmiş olsun və (b) digər sınaqların nəticələri əldə oluna bilən arzuolunan iş icrasını təklif etmiş olsun.
Bənd 5.6-da və ya bənd 5.7-də tələblərinə uyğun olmayan və heç bir təcrübəyə malik olmayan yeni mənbəyə aid olan doldurucular (əzilmiş hidravlik-sement betonundan başqa) nəzərdə tutula bilər, əgər digər sınaqların nəticələri əldə oluna bilən arzuolunan iş icrasını təklif etmiş olsun.
Əzilmiş hidravlik-sement beton doldurucunun donma-soyuma xüsusiyyətlərinə təsir edə bilməyən yüksək nəticələr verməklə, Na2SO4 və ya MgSO4 ilə kimyəvi reaksiyaya girə bilər. Əlavə sınaqların keçirilməsi tələb oluna bilər.
6.1 Doldurucuların nümunələrini götürmək və aşağıdakı metodlara əsasən bu standartda göstərilən xüsusiyyətləri müəyyən etmək:
6.1.1 Nümunələrin götürülməsi—Təcrübə ASTM D75 və Təcrübə ASTM D3665.
6.1.2 Dənəvərlik— ASTM C136 Sınaq Metodu.
6.1.3 Doldurucunun həcmi çəkisi— ASTM C29/C29M Sınaq Metodu.
6.1.4 Möhkəmlilik— ASTM C88 Sınaq Metodu.
6.1.5 Deqradasiya— ASTM C131 Sınaq Metodu.
7.1 doldurucu; bitumlu örtüklər; iridənəli doldurucu; xırda və tozşəkilli fraksiyası olmayan doldurucu; örtük qarışıqları
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-6: 1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 6: Special requirements for ohmmeters (impedance meters) and conductance meters” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8: Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir–birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq-
elektrik ölçmə cihazları və onların köməkçi hissələri
Ommetrlər (Tam Müqaviməti Ölçən Cihazlar)
və Konduktometrlər üçün Xüsusi Tələblər
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Special requirements for ohmmeters (impedance
meters) and conductance meters
_______________________________________________________________________________________
1.1- 1.8 Bax: Hissə 1.
1.9 Bu standartın altıncı hissəsi cərəyan verilmiş dövrələrdə istifadə edilən müqavimət ölçən cihazlara (xüsusi müqavimət ölçən cihazlar), izolyasiyanın müqavimətini ölçən cihazlara və ya konduktometrlərə (xüsusi konduktometrlərə) tətbiq edilmir.
2. TERMİN VƏ TƏRİFLƏR
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ UYĞUNLUQ
Ommetrlər aşağıdakı kimi təsvir edilməlidir.
3.1.1 Hissə 1, yarımbənd 2.2 –də verilən istismar metoduna əsasən.
3.1.2 Müqavimət qiymətlərinin iki çıxış yoxsa dörd çıxış metodu əsasında təyin edilməsinə görə.
3.1.3 Xətti şkala və ya qeyri –xətti şkalalı olmasına görə.
Ommetrlər aşağıdakı sinif indeksləri ilə ifadə edilən dəqiqlik siniflərindən birinə əsasən təsnif edilməlidir:
0.05, 0.1, 0.2, 0.5, 1, 1.5, 2, 2.5, 3, 5, 10, 20.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
3.3.1 və 3.3.2 Bax: Hissə 1.
3.3.3 Müqavimət və ya keçiriricilik qabiliyyətinə görə şkalası olmayan tam müqavimət ölçən cihazlara və digər ölçmə cihazlarına gəldikdə, istehsalçının təlimatlarına əməl etmək lazımdır.
4. ETALON ŞƏRTLƏR VƏ ƏSAS XƏTALAR
4.1.1 - 4.1.3 Bax: Hissə 1.
4.1.4 Cədvəl I-1 –də dalğa, deformasiya, pik əmsalı və tezliklə bağlı verilən tələblər ommetrlərə tətbiq edilmir.
4.2 Əsas xətanın hədləri: tənzimləmə qiymətləri.
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
4.2.2 Tənzimləmə qiyməti
Ommetrlər üçün tənzimləmə qiyməti aşağdakılara uyğundur:
4.2.2.1 Qeyri –xətti şkalası olan ommetrlər üçün təyin edilmiş qiymət.
Sinif indeksi Cədvəl III-1 –də ( bax: Hissə 1, Bənd 8) verilmiş E-3 Simvolu ilə nişanlanıb.
4.2.2.2 Xətti şkalalı ommetrlər üçün diapazon.
Sinif indeksi Cədvəl III-1 –də ( bax: Hissə 1, Bənd 8) verilmiş E-10 Simvolu ilə nişanlanıb.
4.3 Nominal qiymətlər
4.3.1 Nominal gərginlik təyin edildiyi təqdirdə, ölçmə çıxışlarında açıq dövrənin gərginliyi nominal gərginlikdən onun qiymətinin 10 %-dən daha çox fərqlənməməlidir.
4.3.2 Sınaq üçün müqavimət qiymətinə əsasən nominal gərginlik təyin edildikdə, həmin gərginlik nominal gərginlikdən onun qiymətinin 10 %-dən daha çox fərqlənməməlidir.
4.3.3 Maksimum (və ya minimum) qiymət təyin edildikdə, həmin qiymət yol verilə bilən qida gərginliyinə və istifadəçinin ixtiyarında olan nəzarət və tənzimləmə vasitələrinin parametrlərinə əsasən təyin edilmiş gərginlikdən yüksək (və ya aşağı) olmamalıdır.
4.3.4 Nominal, maksimum və ya minimum cərəyan təyin edildikdə, yarımbənd 4.3.1 - 4.3.3 -də irəli sürülən tələblər tətbiq edilir və cərəyan gərginliklə əvəz edilir.
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ VARİASİYALAR
5.1 Nominal istifadə diapazonu
5.1.1 və 5.1.2 Bax: Hissə: 1.
5.1.3 Cədvəl II-1 –də dalğa, deformasiya, pik əmsalı və tezliklə bağlı verilən tələblər ommetrlərə tətbiq edilmir.
5.2 Variasiya hədləri
5.2.1 - 5.2.4 Bax: Hissə: 1.
5.2.5 Batareyaların istifadə edildiyi ommetrlər gərginlik və daxili müqavimət qiyməti istehsalçı tərəfindən təyin edilmiş diapazonlar daxilində olan batareyalara uyğun işləməlidir. İstehsalçı tərəfindən ilkin tənzimləmənin aparılması təyin edildikdə, batareyanın xüsusiyyətlərində baş verən dəyişikliyə görə yaranan variasiyalar cihazın dəqiqlik sinfindən kənar göstərməsinə səbəb olmamalıdır.
5.3 Variasiyaların təyin edilməsi şərtləri
5.3.1 və 5.3.2 Bax: Hissə 1.
5.3.3 Növbəli istifadə üçün nəzərdə tutulan ommetrlərdə variasiyalar ilkin şərtlərə (əgər varsa) uyğunlaşdırıldıqdan sonra təyin edilməlidir.
6. ƏLAVƏ ELEKTRİK TƏLƏBLƏRİ VƏ MEXANİKİ TƏLƏBLƏR
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
Hissə 1 –də verilən tələblər ommetrlərə tətbiq edilmir.
6.3 Öz-özünü qızdırma qabiliyyəti
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9,
6.3.1 - 6.3.3 Hissə 1 –də verilən tələblər ommetrlərə tətbiq edilmir.
6.3.5 Növbəli istifadə üçün nəzərdə tutulan ommetrlər ilkin şərtlərə (əgər varsa) uyğunlaşdırma dövründən sonra istənilən vaxt açıq dövrəyə quraşdırıldıqda, onlar üçün təyin edilmiş dəqiqlik tələblərinə cavab verməlidir.
Onlar, eynilə, qısa dövrəyə qoşulduqdan sonra da təyin edilmiş dəqiqlik tələblərinə cavab verməlidir.
6.3.6 Yarımbənd 6.3.5 -də irəli sürülən tələblər növbəli istifadə üçün nəzərdə tutulan ommetrlərə tətbiq edilir, lakin əl ilə işə salınan fırlanan generatorları olan ommetrlər üçün qoşulmadan sonrakı müddət 30 saniyyə, növbəli istifadə edilən ommetrlə üçün isə bu müddət 5 dəqiqə olduqda bu tələb tətbiq edilmir.
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
Hissə 1 –də verilən tələblər ommetrlərə tətbiq edilmir.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Ommetrlər üçün sıfırdan yayınma tələbləri təyin edilməyib.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 Girişin qarşısını almaq üçün kipləmə
7.2.1 və 7.2.2 Bax: Hissə 1.
7.2.3 Yayınma istiqaməti
Ommetrlər üçün yayınma istiqaməti təyin edilməyib.
7.2.4 Ölçmə diapazonunun hədləri
7.2.4.1 - 7.2.4.3 Bax: Hissə 1.
7.2.4.4 Qeyri–xətti şkalaları olan ommetrlər üçün ölçmə diapazonu xaricində yarım – bölmələrini buraxaraq həmin diapazonun hədlərinin təyin edilməsi metodu (Şəkil 1-1) tətbiq edilmir.
7.2.4.5 Ölçmə diapazonu şkala diapazonunun ən azı 50 %-nə uyğun olmalıdır
7.3 Üstün tutulan qiymətlər
Istehsalçı və istifadəçi arasında əldə edilmiş razılıq əsasında təyin edilməlidir.
7.4 Tənzimləyici (lər) – mexaniki və /yaxud elektrik
7.5 Vibrasiya və şokun göstərdiyi təsirlər
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ SİMVOLLAR
8.1.1 Açıq dövrə gərginliyi və ya sınaq üçün təyin edilmiş qiymətə malik müqavimətə tətbiq edilən gərginlik və qısa qapanma cərəyanı nominal qiymətlər olub Hissə 1-də yarımbənd 8.1 –in bənd e) -ində tələb edilən qaydada təyin edilməlidir.
8.2 və 8.3 Bax: Hissə 1.
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ SİMVOLLAR
9.1 - 9.3 Bax: Hissə 1.
9.4 Çıxışlar üçün xüsusi nişanlar
9.4.1 Tək funksiyalı, iki çıxışlı ommetrlərin çıxışı istifadə edildikdə digər çıxışa görə müsbət olmalı və F-46 (+) Simvolu ilə nişanlanmalıdır.
9.4.2 Tək funksiyalı, dörd çıxışlı ommetrlərin cərəyan çıxışı istifadə edildikdə digər çıxışa görə müsbət olmalı və F-46 (+) Simvolu ilə nişanlanmalıdır.
9.4.3 Yarımbənd 9.4.1 və 9.4.2 –də irəli sürülən tələblər çıxışların digər istifadə qaydalarına görə fərqli nişanların tələb edildiyi çoxfunksiyalı ölçmə cihazlarına tətbiq edilmir.
9.4.4 Köməkçi hissələri olan ommetrlər
Xarici ölçmə dövrəsinə qoşulmaq üçün nəzərdə tutulan çıxışlar yarımbənd 9.4.1 - 9.4.3 -ə uyğun olaraq nişanlanmalıdır. (a) çıxışına və ya çıxışlarına qoşulmaq üçün nəzərdə tutulan ommetr çıxışı yaxud çıxışları ərəb rəqəmləri ilə nişanlanmalıdır.
İstehsalçı istənilən uyğun və ziddiyyət təşkil etməyən rəqəmi seçə bilər. Birgə qoşulması nəzərdə tutulan çıxış cütlükləri eyni rəqəmlə nişanlanmalıdır.
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜÇÜN APARILAN SINAQLAR
Bax: Hissə 1 və Əlavə A -6.
A-6 1. STANDART SINAQLAR ÜÇÜN TƏKLİFLƏR
Müqavimətin ölçülməsi üçün əsas xətanın sınağı (Bənd 4).
Nominal, maksimum və ya minimum gərginliyin yaxud cərəyanın sınağı (Bənd 4).
Mövqeyə görə dəyişmənin sınağı (Bənd 5, Cədvəl II-1).
Gərginlik sınağı (Yarımbənd 6.1).
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar
və sinxronoskoplar üçün xüsusi tələblər
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-5-1985 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories Part 5: Special requirements for phase meters, power factor meters and synchroscopes” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8:Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir –birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
____________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu
analoq – elektrik ölçmə cihazları
və onların köməkçi hissələri
Hissə 5: Fazometrlər, güc əmsalı
ölçən cihazlar və sinxronoskoplar
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Part 5: Special requirements for phase meters,
power factor meters and synchroscopes
____________________________________________________________________________________________
1.1 Bu standart analoq displeyi olan birbaşa təsirli və indikatorlu fazometrlərə, güc əmsalı ölçən cihazlara və sinxronoskoplara tətbiq edilir.
1.2 Bu standart, həmçinin, həmin cihazlarla istifadə edilən və qarşılıqlı olaraq dəyişdirilə bilməyən köməkçi hissələrinə (Hissə1, yarımbənd 2.1.15.3 – də təyin edildiyi kimi) da tətbiq edilir
1.3 Bu standart, o cümlədən, şkala cizgiləri birbaşa olaraq giriş elektrik kəmiyyətinə uyğun olmayan fazometrlərə və ya güc əmsalı ölçən cihazlara tətbiq edilir, lakin onların arasındakı əlaqə məlum olmalıdır.
1.4 - 1.8 Bax: Hissə 1.
3 TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ
Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar Hissə 1, yarımbənd 2.2 –də verilən istismar metoduna əsasən təsvir edilməlidir.
Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar aşağıdakı sinif indeksləri ilə ifadə edilən dəqiqlik siniflərindən birinə əsasən təsnif edilməlidir:
0.1, 0.2, 0.3, 0.5, 1, 1.5, 2, 2.5, 3, 5.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
4 ETALON ŞƏRTLƏR VƏ ƏSAS XƏTALAR
4.1.1 Təsiredici kəmiyyətlərin etalon qiymətləri Cədvəl I-1 və I-5-də verildiyi kimi olmalıdır.
Cədvəl I-5 Sınaq məqsədləri üçün Cədvəl I-1- ə əlavə olaraq verilən etalon şərtlər və yol verilə bilən hədlər
Başqa cür təyin edilmədiyi təqdirdə, etalon şərtlər
1) Bu yol verilə bilən hədd bu cədvəldə tək etalon qiymət göstərildikdə və ya istehsalçı tərəfindən avadanlığın üzərində nişanlandıqda tətbiq edilir. Etalon diapazon üçün bu yol verilə bilən həddin tətbiqinə icazə verilmir
2) Gərginliklər ( iki faza arasında və ya faza ilə neytral arasında) bir –birindən sistemin gərginliklərinin (fazalar arası və ya faza –neytral) orta məxrəcindən 1 % artıq olmayaraq fərqlənməlidir. Faza cərəyanları bir –birindən cərəyanların orta məxrəcindən 1 % artıq olmayaraq fərqlənməlidir. Cərəyanların hər biri ilə uyğun faza –neytral gərginlikləri arasındakı bucaqlar 2° dərəcədən artıq fərqlənməməlidir.
4.1. 3 Cədvəl I-1 və I -5-də verilənlərdən fərqli olan etalon şərtlər təyin etmək olar, lakin onlar Hissə 1, Bənd 8 -ə uyğun olaraq nişanlanmalıdır.
4.2 Əsas xətaların hədləri; tənzimləmə qiymətləri
Sinxronoskop üçün dəqiqlik tələbləri yalnız sinxronlaşdırma cizgisinə tətbiq edilir.
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
4.2.2 Tənzimləmə qiyməti
Tənzimləmə qiyməti 90 elektrik dərəcələrinə uyğundur.
Sinif indeksi Cədvəl III-1 – də ( bax: Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə nişanlanıb.
DİAPAZONU VƏ DƏYİŞMƏLƏR
5.1 Nominal istifadə diapazonu
Bax: Hissə 1 və Cədvəl II-5.
Cədvəl II-5 Cədvəl II-1 –də verilənlərə əlavə olaraq təyin edilmiş nominal istifadə diapazonunun hədləri və yol verilə bilən dəyişmələr
Ölçülmüş kəmiyyətin gərginlik və/yaxud cərəyan komponentlərinin təhrifi
Ölçülmüş kəmiyyətin cərəyan komponenti
Nominal cərəyanın 20%... 120% - i
Faza dəyişdirici cihazların istifadə edildiyi ölçmə cihazları
Etalon tezlik ±1% və ya etalon diapazonun aşağı həddi -1% və etalon diapazonun yuxarı həddi +1%
Etalon tezlik ± 10% və ya etalon diapazonun aşağı həddi -10% və etalon diapazonun yuxarı həddi + 10%
Sinif indeksləri- 0.3 və daha aşağı
Sinif indeksləri- 0.5 və daha yuxarı
Statik və /yaxud maqnit ekranı olmayan elektrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin 3% -i
Tənzimləmə qiymətinin 6% -i
Statik və /yaxud maqnit ekranı olmayan ferrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin 1.5% -i
Tənzimləmə qiymətinin 3% -i
Bütün digər ölçmə cihazları
Tənzimləmə qiymətinin
Tənzimləmə qiymətinin
Ölçülmüş kəmiyyətin gərginlik komponenti
Nominal gərginlik ± 15% və ya nominal diapazonun aşağı həddi -15% və nominal diapazonun yuxarı həddi +15%Rated
Faza balansı (çoxfazalı ölçmə cihazları üçün)
Ölçülmüş kəmiyyətin bir cərəyan komponentinin ayrılması
Ölçmə dövrələrində elektron cihazları olan ölçmə cihazları.
√2 –dən başqa pik əmsalına görə yol verilə bilən dəyişmə (sinusoidal dalğaya uyğun) ölçülmüş gücün təhrifinə görə yol verilə bilən dəyişməyə daxil edilir. İstehsalçı pik əmsalı imkanları üçdən yuxarı olan ölçmə cihazları üçün aşağıdakıları təyin etməlidir:
a) Pik əmsalı imkanlarına görə sinif indeksini 100 faiz dəyişdirən ölçmə cihazları.
b) Tezlik xüsusiyyətinin etalon tezlik göstəricisinin 0.707 mislinə bərabər olan yuxarı və aşağı hədləri (işçi diapazon).
c) Ölçmə cihazında daxili d.c. gücləndiricisinin (amplifikator) xüsusiyyətlərində maksimum effektiv dəyişmə dərəcəsi (gərginliyin artma sürəti) müvafiq Sİ vahidləri ilə və voltla ifadə edilib.
Sinif indeksinin faiz dərəcəsi kimi deyil.
Bax: Hissə 1 və Cədvəl II-5.
5.3 Dəyişmələrin təyin edilməsi şərtləri
6 ƏLAVƏ ELEKTRİK TƏLƏBLƏRİ
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
Hissə 1 –də irəli sürülmüş tələblər fazometrlərə, güc əmsalı ölçən cihazlara və sinxronoskoplara tətbiq edilmir.
6.3 Öz-özünü qızdırma
Bununla belə, Hissə 1 –də irəli sürülmüş tələblər sinxronoskoplara tətbiq edilmir.
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
6.4.1 Fasiləsiz olaraq həddən artıq yüklənmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.6.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı ölçmə cihazları istisna olmaqla, dalğaölçən cihazlara, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) iki saat müddətində bütün cərəyan dövrələri üçün nəzərdə tutulan nominal gərginlik qiymətlərinin 120 faizini təşkil edən həddən artıq artmış fasiləsiz yük tətbiq edilməlidir.
Cihaz və onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Fasiləsiz olaraq həddən artıq yüklənmə sınağı, cərəyan və gərginlik istisna olmaqla, etalon şərtlər altında həyata keçirilməlidir.
Fasiləsiz olaraq həddən artıq yükləmə tələbləri sinxronoskoplara tətbiq edilmir.
6.4.2 Qısa müddətli həddən artıq yüklənmələr
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.4.
Fazometrlərə, güc əmsalı ölçən cihazlara və sinxronoskoplara, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) qısa müddətli həddən artıq artmış yük tətbiq edilməlidir.
Bununla belə, bu tələblər şkala cizgiləri birbaşa olaraq giriş elektrik kəmiyyətinə uyğun olmayan ölçmə cihazlarına tətbiq edilmir (cihaz transformatorları ilə istifadəsi nəzərdə tutulan ölçmə cihazları istisna edilmir).
6.4.2.1 Qısa müddətli həddən artıq yüklənmələr üzrə cərəyan və gərginlik qiymətləri istehsalçı tərəfindən göstərilmədikdə, Cədvəl IV – 5 də verilmiş uyğun əmsallara, nominal gərginlik qiymətinə və ya gərginliyin etalon diapazonunun yuxarı həddinə əsasən təyin edilir.
Həddən artıq yüklənmə ayrıca olaraq hər bir giriş dövrəsinə tətbiq edilməlidir.
Cədvəl IV-5 Həddən artıq artan qısa müddətli yüklər
Qeyd — İki və ya üç ardıcıl sınağın təyin edildiyi halda onları göstərilən qaydada aparmaq lazımdır.
6.4.2.2 Həddən artıq artan hər bir yük onun üçün nəzərdə tutulan tam müddət ərzində tətbiq edilməlidir, lakin istisna hallarda, ölçmə cihazına quraşdırılmış əriyən qoruyucu dövrəni Cədvəl IV-5 –də təyin edilmiş müddətdən tez dayandıra bilər.
Bu zaman həddən artıq artan növbəti yükün tətbiqindən qabaq qoruyucu parametrlər əvvəlki mövqeyinə gətirilməli (və ya əriyən qoruyucu dəyişdirilməlidir).
6.4.2.3 Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar, eləcə də onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri, qısa müddətli həddən artıq artmış yük tətbiq edildikdən və etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra, dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.9.
6.6.1 Əgər fazometrin və ya güc əmsalı ölçən cihazın şkalasında sıfır mövqeyi nişanlanıbsa, onun üzərində cərəyandan ayırma zamanı sıfır mövqeyinə qayıtma sınağı aparılmalıdır.
Bu sınaq etalon şərtlər altında həyata keçirilməlidir.
6.6.2 Ölçmə diapazonunun yuxarı həddində 30 saniyə müddətində enerjinin verilməsindən sonra indeksin sıfır şkala cizgisindən yayınma səviyyəsi (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) sinif indeksinin 50 faizini təşkil edən qiymətini aşmamalıdır.
6.6.3 Bu tələb sinxronoskoplara tətbiq edilmir.
6.7 Sinxronoskoplar üçün xüsusi tələblər
6.7.1 Sinxronoskopların iki ayrı giriş dövrəsi olmalı və həmin dövrələr arasında keçirici birləşmə olmamalıdır.
6.7.2 Çoxfazalı sinxronoskoplara gəldikdə, iki giriş dövrəsinə tətbiq edilən tezlik səviyyələri arasındakı fərq 1.5 hersə kimi azaldıqda (tezliklərdən biri etalon tezlik olduqda və ya istənilən tezlik etalon diapazon daxilində olduqda (əgər varsa)) indeks düzgün istiqamətdə fırlanmalıdır.
Tək fazalı sinxronoskoplar üçün 1.5 Hers 1 Hersə dəyişir.
6.7.3 Çoxfazalı sinxronoskoplarda sabit tezlik səviyyəsi 1.5 hersi aşmadıqda indeksin fırlanma sürəti əsasən və zahirən bir formada olmalıdır.
Tək fazalı sinxronoskoplar üçün 1.5 Hers 1 Hersə dəyişir.
6.7.4 Etalon şərtlər altında, lakin dövrələrdən biri və ya hər ikisi ayrıldıqda, indeks, sinxronlaşdırma cizgisinin hər iki tərəfindəki 30 dərəcə bucaq altında göstərməməlidir. Əgər ayrılmış dövrə və ya dövrələr normal olaraq cihaz transformatorunun yaxud transformatorlarının ikinci dərəcəli çıxışına qoşulmuş vəziyyətdə qalarsa və ayırma transformatorun yaxud transformatorların əsas çıxışında həyata keçirilərsə, bu tələb tətbiq edilir.
7 KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 və 7.2 Bax: Hissə 1.
7.3 Üstün tutulan qiymətlər
Bu cihazlar üçün tezlik və gərginlik qiymətləri istehsalçı ilə istifadəçi arasında əldə edilmiş razılıq əsasında təyin edilməlidir.
7.4 Tənzimləyici (lər) – mexaniki və /yaxud elektrik
7.4.1 Sıfır tənzimləyicilər
7.4.1.1 Şkalasında mexaniki sıfır mövqeyi olan fazometrlərin və güc əmsalı ölçən cihazların həmin mövqedə şkala cizgisi (sıfır şkala cizgisi) olmalıdır.
7.4.1.2 Şkalasının xaricində müəyyən edilə bilən mexaniki sıfır (məs. loqometr) və ya mexaniki sıfır olan fazometrlərdə və güc əmsalı ölçən cihazlarda sıfır tənzimləyicisi olmamalıdır.
7.4.1.3 Bu tələb sinxronoskoplara tətbiq edilmir.
7.5 Vibrasiya və şokun göstərdiyi təsirlər
8 MƏLUMAT, ÜMUMİ NİŞANLAR
8.1.1 Əgər ölçmə cihazında faza dəyişdirici cihaz varsa, bu Hissə 1, yarımbənd 8.1, m) və z) bəndlərində tələb edilən qaydada təyin edilməlidir.
8.2 və 8.3 Bax: Hissə1.
9 ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ SİMVOLLAR
10. BU STANDARTLA UYĞUNLUĞUN TƏMİN
EDİLMƏSI ÜÇÜN APARILAN SINAQLAR
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-7:1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories Part 7: Special requirements for multi-function instruments” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8:Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir–birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq –
elektrik ölçmə cihazları və onların
Hissə 7: Çox funksiyalı ölçmə cihazları
Direct acting indicating analogue
electrical measuring instruments and
their accessories Part 7: Special
requirements for multi-function instruments
_______________________________________________________________________________________
1.1 Bu standartın yeddinci hissəsi Hissə 1, yarımbənd 2.1.7 –də təyin edilmiş çoxfunksiyalı analoq ölçmə cihazlarına tətbiq edilir.
1.2 Bu hissə həmçinin çoxfunksiyalı ölçmə cihazları ilə istifadə edilən və qarşılıqlı olaraq dəyişdirilə bilməyən köməkçi detallara (Hissə1, Yarımbənd 2.1.15.3 – də təyin edildiyi kimi) da tətbiq edilir.
1.3 - 1.8 Bax: Hissə 1.
2. TERMİN VƏ TƏRİFLƏR
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ UYĞUNLUQ
Çoxfunksiyalı ölçmə cihazları onların ölçə bildiyi kəmiyyətə (məs. s.c./d.c. ampermetr –s.c./d.c. voltmetr – ommetr) əsasən təsir edilməlidir.
3.2.1 Çoxfunksiyalı ölçmə cihazının hər bir funksiyası həmin funksiyalı ilə bağlı hissənin 3.2 –ci yarımbəndinə verilmiş sinif indeksləri əsasında təyin edilən dəqiqlik siniflərinin birinə əsasən təsnif edilməlidir.
3.2.2 Hər bir funksiyanın fərqli sinif indeksi ola bilər.
Cərəyan və gərginliyin ölçülməsində olduğu kimi, s.c. və d.c. fərqli ölçmə funksiyaları hesab edilməlidir.
3.2.3 Bəzi funksiya diapazonlarının sinif indeksi digər diapazonların indekslərindən fərqlənə bilər.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
3.3.1 və 3.3.2. Bax: Hissə 1.
3.3.3 Müvafiq 2-6-cı Hissələrdə irəli sürülmüş tələblər çoxfunksiyalı ölçmə cihazının müxtəlif funksiyalarına tətbiq edilir.
4. ETALON ŞƏRTLƏR VƏ ƏSAS XƏTALAR
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 4.1–ci yarımbəndinə baxın.
4.2 Əsas xətanın hədləri: tənzimləmə qiyməti.
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 4.2–ci yarımbəndinə baxın.
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 4.2.1–ci yarımbəndinə baxın.
4.2.2 Tənzimləmə qiyməti
Çoxfunksiyalı ölçmə cihazının hər bir funksiyası üçün tənzimləmə qiyməti həmin funksiya üzrə müvafiq hissənin 4.2.2–ci yarımbəndinə əsasən təyin edilməlidir.
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ DƏYİŞMƏLƏR
5.1 Nominal istifadə diapazonu
Hər bir funksiya üzrə hissələrdə verilmiş Cədvəl 2-ə və Hissə 1-ə baxın.
5.2 Variasiya hədləri
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 5.2–ci yarımbəndinə baxın.
5.3 Variyasiyaların təyin edilməsi şərtləri
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 5.3-сü yarımbəndinə baxın.
6. ƏLAVƏ ELEKTRİK TƏLƏBLƏRİ VƏ MEXANİKİ
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 6.2–ci yarımbəndinə baxın.
Bununla belə, çoxfunksiyalı ölçmə cihazları bir və ya daha artıq diapazon üzrə Hissə 1, yarımbənd 6.2 –də verilmiş bütün tələblərə cavab verə bilməz və istehsalçı cihaz istifadə edilərkən onun görünə bilən hissəsini F-33 (Cədvəl III-1) Simvolu ilə nişanlamalı və uyğunluğu təmin edilə bilməyən tələblər barədə ayrıca sənəddə məlumat verməlidir.
6.3 Öz-özünü qızdırma
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 6.3-cü yarımbəndinə baxın.
Bununla belə, çoxfunksiyalı ölçmə cihazları bir və ya daha artıq diapazon üzrə Hissə 1, yarımbənd 6.3 –də verilmiş bütün tələblərə cavab verə bilməz və istehsalçı cihaz istifadə edilərkən onun görünə bilən hissəsini F-33 (Cədvəl III-1) Simvolu ilə nişanlamalı və uyğunluğu təmin edilə bilməyən tələblər barədə ayrıca sənəddə məlumat verməlidir.
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
Ümumi tələblər barədə məlumat almaq üçün Hissə 1-ə, xüsusi tələblər üçün isə hər bir funksiya üzrə müvafiq hissənin 6.4-cü yarımbəndinə baxın.
Bununla belə, çoxfunksiyalı ölçmə cihazları bir və ya daha artıq diapazon üzrə Hissə 1, yarımbənd 6.4 –də verilmiş bütün tələblərə cavab verə bilməz və istehsalçı cihaz istifadə edilərkən onun görünə bilən hissəsini F-33 (Cədvəl III-1) Simvolu ilə nişanlamalı və uyğunluğu təmin edilə bilməyən tələblər barədə ayrıca sənəddə məlumat verməlidir.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Sıfırdan yayınma və sıfır vəziyyətinə qayıtma üzrə xüsusi tələblər hər bir funksiya üzrə müvafiq hissəinin 6.6–cı yarımbəndində verilib.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 və 7.2 Bax: Hissə 1.
7.3 Üstün tutulan qiymətlər
Üstün tutulan qiymətlərlə bağlı xüsusi tələblər hər bir funksiya üzrə müvafiq hissənin 7.3–cü yarımbəndində verilib.
7.4 Tənzimləyici(lər) – mexaniki və /yaxud elektrik
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ SİMVOLLAR
Bununla belə, əgər Hissə 1, 8.2.1 və 8.2.2–ci yarımbəndlərində tələb edilən bütün məlumatın nişanlanması praktiki cəhətdən mümkün deyilsə, istehsalçı cihaz istifadə edilərkən onun görünə bilən hissəsini F-33 (Cədvəl III-1) Simvolu ilə nişanlamalı və uyğunluğu təmin edilə bilməyən tələblər barədə ayrıca sənəddə məlumat verməlidir.
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ SİMVOLLAR
9.1 - 9.3 Bax: Hissə1.
9.4 Çıxışlar üçün xüsusi nişanlar
9.4.1 Çıxışlarda funksiya və /yaxud diapazon aydın nişanlanmalıdır.
9.4.2 Əgər çıxış s.c. cərəyanı və ya gərginlik ölçmə funksiyasının müsbət çıxışı kimi istifadə edilərsə, onu Cədvəl III-1–də verilmiş F-46 (+) simvolu ilə nişanlamaq və ya onu /yaxud ətraf hissəsini qırmızı rənglə boyamaq lazımdır. Bu tələb, cihazın digər funksiya ilə istifadə edilməsindən asılı olmayaraq tətbiq edilir.
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMIN EDILMƏSI ÜÇÜN APARILAN SINAQLAR
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60085:2007 “ Electrical insulation – Thermal evaluation and designation ” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
_________________________________________________________________________________________
Elektrik izolyasiya-Termik qiymətləndirmə
Electrical insulation- Thermal evaluation
_________________________________________________________________________________________
Bu beynəlxalq standart elektrik izolyasiya sistemləri və elektrik izolyasiya materialları üçün termik siniflər arasında fərqi müəyyən edir. Bu standart elektrik izolyasiya materiallarının (EIM) və ya elektrik izolyasiya sistemlərinin (EIS) termik dözümlüyünü qiymətləndirmək üçün meyarları müəyyən edir. Bu standart həmçinin termik növləri qiymətləndirmək üçün prosedurları müəyyən edir.
Qeyd: EIS-də istifadə edildiyinə görə EIM-ə termik növ təyin edilmir.
2 NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60216-1 Electrical insulating materials – Properties of thermal endurance – Part 1: Ageing procedures and evaluation of test results (Elektrik izolyasiya materialları – Termik davamlılıq xüsusiyyətləri – Hissə 1: Köhnəlmə prosesi və sınaq nəticələrinin qiymətləndirilməsi)
IEC 60216-5 Electrical insulating materials – Thermal endurance properties – Part 5: Determination of relative thermal endurance index (RTE) of an insulating material (Elektrik izolyasiya materialları – Termik dözümlülük xüsusiyyətləri – Hissə 5: İzolyasiya materialının müvafiq termik dözümlük göstəricisinin (RTE) müəyyən edilməsi)
IEC 60505 Evaluation and qualification of electrical insulation systems (Elektrik izolyasiya materiallarının qiymətləndirilməsi və kvalifikasiyası)
IEC 61857 (all parts), Electrical insulation systems – Procedures for thermal evaluation ((bütün hissələr), Elektrik izolyasiya sistemləri – Termik qiymətləndirmə üçün proseduralar )
IEC 61858 Electrical insulation systems – Thermal evaluation of modifications to an established wire-wound EIS (Elektrik izolyasiya sistemləri –
Quraşdırılmış EIS məftilinə edilən modifikasiyaların termik qiymətləndirilməsi)
Bu standartda IEC 60505-də və aşağıdakı müvafiq təriflərlə terminlərdən istifadə olunmuşdur:
3.1 elektrik izolyasiya materialı (EİM) - elektrotexniki cihazlarda müxtəlif elektrik potensiallı keçirici hissələri ayırmaq üçün istifadə edilən aşağı elektrik keçiriciliyə malik bərk və ya maye halında materiallar və ya bu cür materialların sadə birləşməsi
1 “sadə birləşmə” birləşmə prosesində birləşdirilmiş EIM-in birləşməsi ola bilər, misal üçün polietilen tereftal nazik təbəqə üzərində laminasiya edilən kağızdan olan elastik material.
2 Sınaq məqsədləri üçün elektrodlar, bu cür sınaq edilən EIS-i təşkil edən bu birləşmə olmadan material nümunələri üzərində tətbiq edilə bilər.
3.2 elektrik izolyasiya sistemi (EİS) - elektrotexniki cihazda tətbiq edilən birləşən keçirici hissələr ilə bir və ya daha çox EIM-ə malik izolyasiya strukturu
3.3 mümkün EİM – nəzərdə tutulan termik davamlılığını müəyyən etmək üçün qiymətləndirilən EIM
3.4 istinad EİM - mümkün EIM ilə müqayisəli sınaqlar üçün istifadə edilən, xidmət təcrübəsindən yaranan məlum termik davamlılığa malik material
3.5 mümkün EİS – işləmə qabiliyyətini (termikliyini) müəyyən etmək üçün qiymətləndirmədə olan EİS
3.6 istinad EİS –ya məlum xidmət təcrübəsinin qeydi və ya məlum müqayisəli funksional qiymətləndirmə əsasında qiymətləndirilən qurulmuş olan EIS
3.7 EIM-in qiymətləndirilən termik davamlılıq indeksi (EİM QTD) –göstərilən tətbiqetmədə məlum qənaətbəxş xidmət təcrübəsinə malik istinad EİM-in C dərəcədə temperaturun ədədi qiyməti
3.8 EİM-in müqayisəli termik davamlılıq indeksi (EİM MTD) - EİM QTD-ə bərabər temperaturda istinad EİM-in son nöqtəsinə qədər hesablanmış vaxtın eyni olduğu namizəd EİM-in son nöqtəsinə qədər hesablanmış vaxtın C dərəcədə temperaturun ədədi qiyməti
3.9 EIS-in qiymətləndirilən termik davamlılıq indeksi (EİS QTD) - məlum xidmət təcrübəsindən və ya məlum müqayisəli funksional qiymətləndirmədən yaranan istinad EİS üçün C dərəcədə temperaturun ədədi qiyməti
3.10 EİS-in müqayisəli termik davamlılıq indeksi (EİS MTD) - müqayisəli sınaqda hər iki EİS eyni dərəcədə köhnəlməyə və diaqnostik prosedurlara məruz qalan zaman istinad EİS-in məlum EİS QTD-ə müvafiq olan mümkün EİS üçün C dərəcədə temperaturun ədədi qiyməti
3.11 termik növ - C dərəcədə tövsiyə olunan maksimum davamlı istifadə temperaturunun ədədi qiymətinə bərabər olan təyinat
1. Təyin edilən termik növü keçən işçi temperaturlarına məruz qalan EİS gözlənildiyindən daha az istismar müddətinə səbəb ola bilər.
2. IEC 60505-ə əsasən, fərdi tərkib hissələrinin hər hansı birinin tövsiyə edilən maksimum davamlı istifadə temperaturundan yüksək və ya aşağı ola biləcək termik növə malik EİS-i yaratmaq üçün müxtəlif termik davamlılıq göstəricilərinə malik EİM (IEC 60216-5-ə əsasən QTD/MTD) birləşdirilə bilər.
4 ÜMUMİ NƏZƏRİYYƏLƏR – EİM-in EİS İLƏ ƏLAQƏSİ
Elektrotexniki cihazın xüsusi termik növə aid olması kimi təsvir edilməsi o demək deyil və nəzərdə tutulmur ki, bu konstruksiyada istifadə edilən hər bir EİM eyni termik dözümlüyə malikdir.
EİS üçün termik növ onda istifadə olunan fərdi EİM-in termik davamlılığı ilə birbaşa əlaqəli ola bilməz. EİS-də sistemdə istifadə edilən digər EİM-in qoruyucu xarakteri fərdi EİM-in xarakteristikasını təkmilləşdirə bilər və onun fərdi EİM-in termik davamlılığından böyük termik növ ilə EİS-də istifadəsinə imkan verir. Digər tərəfdən isə, EİM arasında qeyri-uyğunluq problemləri sistemin müvafiq termik qabiliyyətini EİM-in termik davamlılığından aşağı səviyyəyə qədər azalda bilər. Ona görə də, EİM-in termik qabiliyyəti tərkib hissəsi olduğu EİS-in termik növündən müəyyən edilə bilməz.
4.1 Maksimum istifadə temperaturu
Bu standartdakı termik növlər məhsul üzrə texniki komitə (TK) tərəfindən müəyyən edildiyi kimi normal iş şəraitlərində EİS üçün tövsiyə edilən maksimum temperatura miqdarca bərabərdir.
Məhsul üzrə TK cihazın maksimum temperaturunun EİS-in termik qabiliyyətindən fərqlənə biləcəyi iş şəraitlərini müəyyən etməlidir. Bu cür şəraitlər baş verə bilər, çünki normaldan qısa və ya uzun müddətli istismar müddəti nəzərdə tutula bilər və ya müstəsna xidmət şəraitləri mövcud ola bilər.
4.2 Digər təsir amilləri
Termik amillərdən əlavə, EİS-in öz funksiyasını tamamlamaq qabiliyyətinə bir çox amillər təsir edir. Bu amillərə elektrik və mexaniki gərginliklər, vibrasiya, zərərli atmosfer və kimyəvi maddələr, qarışıqlar, çirklənmə və radiasiya daxildir. Xüsusi elektrotexniki cihazları tərtib edərkən, yuxarıda göstərilən bütün bu amillər nəzərə alınmalıdır və bu amillərin qiymətləndirilməsi üçün əlavə təlimatlar IEC 60505-də göstərilib.
4.3 EİM-in termik qiymətləndirilməsi
İzolyasiya materialları və izolyasiya materiallarının sadə birləşmələri IEC 60216-1-də göstərilən qaydalara uyğun olmalıdır və IEC 60216-5-ə uyğun qiymətləndirilməlidir və gözlənilən xidmət şəraitlərinə uyğun olmalıdır.
4.4 EİS-in termik qiymətləndirilməsi
Təcrübə göstərir ki, normal iş şəraitləri olduğu halda, EİS-in termik qiymətləndirilməsinə əsaslanan standartlara uyğun olaraq layihələndirilən və istehsal olunan fırlanan qurğular, transformatorlar və s. kimi bir çox elektrotexniki cihazlar üçün qənaətbəxş xidmət müddəti təmin etmək mümkün olur.
EİS-in termik qiymətləndirilməsi üçün sınaq prosedurları IEC 60505-də göstərilən qaydalara uyğun olmalıdır. Aşağı gərginlikli cihazlarda istifadə üçün nəzərdə tutulan EİS üçün xüsusi sınaq prosedurları IEC 61857 və IEC 61858-də göstərilir.
Elektrotexniki cihazlarda temperatur EİS-də EİM-ə təsir edən əsas köhnəlmə amili olduğuna görə, bəzi əsas termik növlər faydalı hesab olunur və beynəlxalq səviyyədə bu cür qəbul edilir. EİS üçün termik növ müəyyən edilən zaman, bu EİM birləşməsi üçün uyğun C dərəcədə tövsiyə edilən maksimum davamlı istifadə temperaturudur.
EİS üçün termik növlər xidmət təcrübəsinə əsasən və ya 4.4-ə uyğun olaraq sınaq prosedurları əsasında keçirilən funksional sınaqların nəticələrinə əsasən təyin edilməlidir. EİS üçün termik növlər EİS QTD və ya EİS MTD əsasında təyin edilir.
EİS üçün termik növlərin xidmət təcrübəsinə əsasən və ya 4.3-ə uyğun olaraq sınaq prosedurları əsasında keçirilən sınaqların nəticələrinə əsasən təyin edilməsi o demək deyil ki, bu, həmin termik növə məxsus EİS-də istifadə üçün uyğundur və ya tərkib hissəsi olduğu EİS-in termik növü EİM üçün eynidir.
Termik növlər üçün işarələr aşağıdakı kimidir:
Cədvəl 1 – Termik növlərin bölgüsü
Əgər arzu olunarsa, hərfi işarə mötərizələrdə əlavə edilə bilər, yəni Növ 180 (H). Məsafə amili olan zaman, misal üçün ad lövhəsində, məhsul üzrə TK yalnız hərfi işarəni istifadə edə bilər.
Termik növlərin 250-dən çox işarələri 25 artımla artırılmalı və uyğun olaraq təyin edilməlidir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Qurğuşun – turşu tərkibli stasionar batareyalar
Hermetik olmayan batareyalar
Ümumi tələblər və sınaq metodları
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60896-11:2002 “Stationary lead-acid batteries. Part 11: Vented types. General requirements and methods of tests” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_________________________________________________________________________________________
Qurğuşun – turşu tərkibli stasionar batareyalar
Hermetik olmayan batareyalar
Ümumi tələblər və sınaq metodları
Stationary lead-acid batteries
General requirements and methods of tests
_________________________________________________________________________________________
IEC 60896 standartının bu hissəsi sabit məkanda (yəni, adətən bir yerdən digərinə daşınmayan sistemlərdə) istismar üçün nəzərdə tutulan, eləcə də yükə və s.c. (sabit cərəyan) qida blokuna birdəfəlik qoşulan qurğuşun –turşu tərkibli akkumulyatorlara və batareyalara tətbiq edilir. Belə tətbiq sahələrində işlədilən batareyalara “stasionar batareyalar” deyilir.
Qurğuşun –turşu tərkibli batareyanın istənilən növü və konstruksiyası stasionar batareyaların tətbiq edildiyi sahələrdə istifadə edilə bilər. Bu standartın Hissə 11 –i yalnız hermetik olmayan batareyalara tətbiq edilir.
Bu standartın məqsədi klapanla tənzimlənən batareya növləri istisna olmaqla, qurğuşun – turşu tərkibli stasionar batareyaların bütün növləri və konstruksiyaları ilə bağlı olan müvafiq sınaq metodlarını, onların əsas xüsusiyyətlərini və ümumi tələbləri təyin etməkdir.
Cədvəl A.1 –də stasionar batareyalarının tətbiq sınaqlarının aparılması üçün müəyyən tövsiyələr verilib.
Cədvəl A.2 –də akkumulyatorun və ya monoblokun növünün tətbiq edilən müvafiq sınaqlarla əlaqələndirilməsi üçün müəyyən tövsiyələr verilib.
İstehsalçı tərəfindən təqdim edilən əsas istismar məlumatlarında verilən şərhlər və iddialar həmin sınaqlara uyğun olmalıdır.
Növün təsnifatlaşdırılması üçün də müəyyən sınaqlar aparıla bilər.
2. NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60050-151 International Electrotechnical Vocabulary (IEV) – Part 151: Electrical and magnetic devices (Beynəlxalq elektrotexniki lüğət (IEV) – Hissə 151: Elektrik və maqnitli cihazlar)
IEC 60051 (all parts), Direct acting indicating analogue electrical measuring instruments and their accessories ((bütün hissələr), Birbaşa təsir göstərən indikator – analoqlu nəzarət – ölçmə cihazları və onların köməkçi hissələri)
IEC 60359 Electrical and electronic measurement equipment – Expression of performance (Elektrik və elektron ölçə avadanlıqları – İstismar xüsusiyyətlərinin ifadəsi)
IEC 60417 (all parts), Graphical symbols for use on equipment ((bütün hissələr), Avadanlıqlar üçün işlədilən qrafik simvollar)
IEC 60485 Digital electronic d.c. voltmeters and d.c. electronic analogue-to-digital converters (Rəqəmsal elektron s.c. voltmetrlər və elektron analoq –rəqəmsal s.c. konvertorlar)
3. TERMIN VƏ TƏRIFLƏR
IEC 60896 standartının bu hissəsinin məqsədləri üçün aşağıdakı termin və təriflərdən istifadə edilib.
3.1 elektrolit ehtiyatı - maksimum və minimum səviyyə göstəriciləri arasında elektrolitin həcmi
3.2 hesabi tutum, Crt - tam yükləndikdən sonra müəyyən şərtlər altında akkumulyatorun və ya batareyanın təmin edə bildiyi və istehsalçı tərəfindən bəyan edilən elektrik enerjisinin miqdarı. Bu qiymət adətən amper –saatla ifadə edilir (bax: IEV 486-03-22)
3.3 nominal tutum, Cnom - akkumulyatorun və ya batareyanın tutumunu müəyyən etmək üçün istifadə edilən elektrik enerjisinin müvafiq və təxmini miqdarı. Bu qiymət adətən amper –saatla ifadə edilir (bax: IEV 486-03-21)
3.4 davamlılıq - akkumulyatorun və ya batareyanın minimum müddətdə və ya təkrarlanan tətbiq sahəsində təyin edilmiş şərtlər altında işləməsi və əməliyyatlara davam gətirmə qabiliyyəti
4. MEXANİKİ DAVAMLILIQ
Stasionar akkumulyatorlar və ya batareyalar normal daşınma və yükləmə -boşaltma zamanı yaranan mexaniki gərginliyin təsirlərinə davam gətirə bilməlidilər.
Tələb edildiyi təqdirdə, zəlzələyə qarşı müqavimət səviyyəsi xüsusi olaraq təyin edilməlidir.
5. ELEKTROLİT SƏVİYYƏLƏRİ
5.1 Hər bir akkumulyatorda minimum və maksimum elektrolit səviyyələrini göstərən cihaz olmalıdır.
5.2 Yarımşəffaf materialdan hazırlanmış qablarda minimum və maksimum səviyyə həmin qabın divarında göstərilə bilər.
5.3 Şəffaf olmayan materialdan hazırlanmış qablarda minimum və maksimum səviyyə baxımından elektrolitin mövqeyini göstərən cihaz olmalıdır.
6. ELEKTROLİT EHTİYATI
6.1 Elektrolit ehtiyatı (bax:3.1), eləcə də batareyanın dizaynı və tətbiq edilən yükləmə metodu elektrolit səviyyəsinin yenidən tənzimlənməsi üçün nəzərdə tutulan yoxlamaların aparılma tezliyini təyin edir.
6.2 Fasiləsiz yüklənmə altında olan batareyalar üçün (bax: 8.1) minimum elektrolit ehtiyatı yarımbənd 8.2 –nin d) hissəsində göstərilib.
(Sınaq, bax: Bənd 14).
7.1 Stasionar akkumulyatorların və ya batareyaların əsas xüsusiyyəti onların elektrik enerjisini saxlamaq tutumundan ibarətdir. Amper –saatla (As) ifadə edilən bu tutum istifadə şərtlərinə (boşalma cərəyanı, gərginlik və temperatur) görə dəyişir.
Tövsiyə edilən t –qiymətləri aşağıdakı kimidir:
t = 240 s, 20 s, 10 s, 8 s, 5 s, 3 s, 2 s, 1 s, 0,5 s.
Müxtəlif olan bu Crt qiymətlərindən bir qiyməti seçmək və hesabi tutum Crt kimi təyin etmək olar (bax: 3.2).
7.2 Ən geniş istifadə edilən t qiymətləri 10 s və 3 s arasında dəyişir. Bu qiymətlər üçün yekun gərginlik (boşalma gərginliyinin sonu) hər bir akkumulyator üçün Uf = 1,80 V olmalıdır (əgər istehsalçı və ya istifadəçi tərəfindən başqa cür təyin edilməyibsə). Digər boşalma cərəyanları üçün tövsiyə edilən Uf qiyməti milli standartlara əsasən təyin edilməli və ya istehsalçı tərəfindən Crt qiyməti və ya xüsusi istismar məlumatları ilə birlikdə göstərilməlidir (bax: 7.5).
7.3 Crt hesabi tutuma uyğun gələn boşalma cərəyanı seçim əsasında təyin edilmiş etalon 20 °C və ya 25 °C temperaturu səviyyəsində aşağıdakı kimidir:
yarımbənd 7.2 –yə əsasən yekun Uf boşalma gərginliyinə uyğun gəlir.
7.4 Faktiki tutumu C a isə Bənd 14 -ə əsasən tam yüklənmiş akkumulyatoru və ya batareyanı boşaltmaqla təyin edilməlidir. Nəticədə alınan qiymət istehsalçı tərəfindən təyin edilmiş hesabi tutumla Crt müqayisənin aparılması və ya uzunmüddətli istismardan sonra batareyanın vəziyyətinə nəzarət etmək üçün istifadə edilməlidir.
7.5 Bənd 14 -ə əsasən Ca faktiki tutum təchizatçı tərəfindən göstərilən xüsusi istismar göstəriciləri ilə müqayisənin aparılması üçün istifadə edilə bilər. Bu zaman yarımbənd 14.4 –də verilən Irt cərəyanı müvafiq istismar göstəricilərinə uyğun gələn xüsusi cərəyanla əvəz edilməlidir.
8 BATAREYANIN FASİLƏSİZ YÜKLƏNMƏSİNİN
(Sınaq, bax: Bənd 15).
8.1 Stasionar batareyalar əsasən fasiləsiz yüklənmə rejimində istifadə edilir.
Fasiləsiz yüklənmə altında olan batareyanın çıxışında onu tam yüklənmiş vəziyyətə yaxın vəziyyətdə saxlayan sabit Uflo gərginliyi olur və bu, normal enerji təchizatında nasazlıq yarandıqda dövrəni cərəyanla təmin etmək üçün nəzərdə tutulub. Belə istismarın məqsədəuyğunluğu akkumulyatorların və ya batareyaların üzərində sınaq aparmaqla yoxlanılmalıdır.
Həqiqətən fasiləsiz yüklənmə altında olmayan batareyalar (məs. günəş enerjisinin toplanması) Bənd 15 –də təsvir edilən sınaq metoduna əsasən qiymtələndirilməməlidir.
8.2 Fasiləsiz yüklənmə rejimində işləyən batareyalar
Fasiləsiz yüklənmə rejimində işləyən batareyalar bənd 15 -ə əsasən aşağıda göstərilən tələblərə cavab verməlidir:
a) Elektrolitin sıxlığı bütün akkumulyatorlarda təyin edilmiş hədlər çərçivəsində olmalıdır;
b) Ayrı –ayrı akkumulyatorların gərginliyi təyin edilmiş hədlər çərçivəsində olmalıdır;
Qeyd: Monoblok layihəli bəzi batareyalarda ayrı –ayrı elementlərin gərginliyini ölçmək mümkün olmur. Bu zaman ayrı –ayrı monoblokların gərginliyi qiymətləndirilməlidir.
c) altı ay keçdikdən sonra Bənd 14 – ə əsasən boşalma üzrə Ca faktiki tutumu ən azı Crt qiymətinə bərabər olmalıdır;
d) altı ay keçdikdən sonra elektrolit itkisi minimum və maksimum səviyyələr arasındakı tutumun 50 faizindən artıq olmamalıdır. Minimum və maksimum səviyyələr arasındakı tutumum istehsalçı tərəfindən təyin edilməlidir.
Batareyanın və sistemin tətbiqindən asılı olaraq, davamlılıq sınağı boşalma – yüklənmə dövrələri və ya həddən artıq yüklənmə əsasında aparılmalıdır.
9.1 Dövrələrdə davamlılıq
Boşalma – yüklənmə dövrələrində müqavimət səviyyəsi Bənd 16 –a əsasən aparılmalıdır və bu zaman batareyada tez –tez baş verən boşalmalar cərəyan xəttinin tez-tez kəsilməsinə görə və ya istismar rejiminin məqsədəuyğun şəkildə seçilməsi ilə yaradılmalıdır.
Bu sınağın minimum tələbinə əsasən, 10 s müddətdə hesabi tutum C10 olduqda, tutumun 0,95∙C10 qiymətindən aşağı düşməsindən qabaq 50 dövrəlik (N = 100 dövrə) iki dəst təşkil edilməlidir.
İstehsalçı könüllü olaraq dövrələrin sayını Ca = 0,8 C10 kimi göstərə bilər.
9.2 Həddən artıq yüklənmə zamanı davamlılıq
Həddən artıq yüklənmə zamanı davamlılıq sınağı Bənd 17 – yə əsasən aparılmalıdır və bu zaman mümkün nasazlıq rejimləri, məs. şəbəkənin, batareyanın millərinin və ya çıxışlarının korroziyasına görə həddən artıq yüklənmə halı təbii olaraq yüksək ətraf mühit temperaturuna və ya qeyri –işçi rejimində gərginliyin lazımi səviyyədə tənzimlənməməsinə yaxud buna bənzər digər amillərə görə yaradılmalıdır.
Bu sınağın minimum tələbinə əsasən 1 saatlıq müddətdə hesabi tutum, C, Uf qiymətinə əsasən Bənd 7 –də təyin edildiyi kimi olduqda tutumun 0.8 C qiymətinə düşməsindən qabaq 720 saatlıq altı dövr təşkil edlməlidir.
10. YÜKÜN SAXLANILMASI
Əksər hallarda stasionar batareyaların daimi yüklənmə rejimində olmasına baxmayaraq, onların yük saxlama qabiliyyətini təmin etmək üçün sınaq aparmaq lazımdır, çünki bəzi hallarda batareya normal və ya təsadüfi olaraq cərəyan mənbəyindən ayrıla bilər.
Yükün saxlanılması Bənd 18 –ə əsasən təyin edilməli və CR = ilkin tutumun Ca faizi kimi ifadə edilməlidir.
Minimum CR qiyməti tətbiq edilə bilən məhsul standartına uyğun olmalı və ya istehsalçı tərəfindən göstərilməlidir.
11. QISA QAPANMA CƏRƏYANI VƏ
Bu xüsusiyyətlər bəzi avadanlıqlarda tələb edilən texniki təhlükəsizlik və avadanlığın qorunması üçün aparılan hesablamalar üçün mühüm əhəmiyyət kəsb edir.
Tələb edildikdə, qısa qapanma cərəyanı Isc (A) və daxili müqavimət Ri (Ω) qiymətləri istehsalçı tərəfindən göstərilməlidir. Bu qiymətlər Bənd 19 –a əsasən təyin edilməlidir.
12. NƏZARƏT - ÖLÇMƏ CİHAZLARININ
12.1 Elektrik ölçmə cihazları
12.1.1 Ölçmə cihazlarının diapazonları
Nəzarət – ölçmə cihazları gərginliyin və cərəyanın qiymətlərinin ölçülməsini təmin etməlidir. Bu cihazların kalibri və ölçmə metodları hər bir sınaq üçün təyin edilmiş dəqiqlik səviyyəsini təmin etmək üçün seçilməlidir.
Analoq cihazları üçün bu, göstəricilərin xətti miqyasın sonuncu üçdə bir hissəsində qeydə alınması deməkdir.
İstənilən ölçmə cihazlarından istifadə edilə bilər, bir şərtlə ki, həmin cihazlar ekvivalent dəqiqliyi təmin etsin.
12.1.2 Gərginliyin ölçülməsi
Gərginliyin ölçülməsi üçün istifadə edilən cihazlar dəqiqlik sinfi 0.5 və ya daha yüksək olan voltmetrlər olmalıdır. İstifadə edilən voltmetrlərin müqaviməti ən azı 1 kΩ /V olmalıdır (bax: IEC 60051 və ya IEC 60485).
12.1.3 Cərəyanın ölçülməsi
Cərəyanın ölçülməsi üçün istifadə edilən cihazlar dəqiqlik sinfi 0.5 və ya daha yüksək olan ampermetrlər olmalıdır. Bütün ampermetr aqreqatının, şuntların və xətlərin dəqiqlik sinfi 0.5 və ya daha yüksək olmalıdır (bax: IEC 60051 və ya IEC 60359).
12.2 Temperaturun ölçülməsi
Temperaturun ölçülməsi üçün hər bir miqyas bölgüsünün qiyməti 1 °C-dən artıq olmayan uyğun ölçmə diapazonuna malik olan termometrlərdən istifadə edilməlidir. Bu cihazların mütləq dəqiqliyi ən azı 1 °C olmalıdır.
12.3 Elektrolit sıxlığının ölçülməsi
Elektrolit sıxlığının ölçülməsi üçün miqyas dərəcələri 5 kq/m qiymətindən artıq olmayan hidrometrlərdən və ya digər nəzarət –ölçmə cihazlarından istifadə edilməlidir. Bu cihazların mütləq dəqiqliyi ən azı 5 kq/m olmalıdır.
12.4 Zamanın ölçülməsi
Zamanın ölçülməsi üçün istifadə edilən cihazların dəqiqliyi ±1 % və ya daha yüksək olmalıdır.
13. AKKUMULYATORLARIN VƏ BATAREYALARIN
SINAQ ÜÇÜN HAZIRLANMASI
13.1 Akkumulyatorlar və batareyalar istehsalçının təlimatlarına uyğun olaraq istismara qoşulmalıdır (məs. elektrolitsiz yüklənən batareyaların işə düşməsi).
13.2 Bütün sınaqlar yeni və tam yüklənmiş akkumulyatorların və ya batareyaların üzərində aparılmalıdır.
13.3 Akkumulyatorlar və ya batareyalar aşağıda göstərilən hallarda tam yüklənmiş hesab edilir:
a) elektrolitin temperaturunda baş verən dəyişmələri nəzərə aldıqda, sabit cərəyanla yüklənmə zamanı müşahidə edilən gərginlik və elektrolit sıxlığı iki saat müddətində ölçmə cihazlarının yol verilə bilən həddi xaricində heç bir dəyişiklik büruzə vermir və ya,
b) əgər istehsalçı tərəfindən başqa cürə təyin edilməyibsə, elektrolitin temperaturunda baş verən dəyişmələri nəzərə aldıqda, sabit cərəyanla yüklənmə zamanı müşahidə edilən gərginlik və elektrolit sıxlığı iki saat müddətində ölçmə cihazlarının yol verilə bilən həddi xaricində heç bir dəyişiklik büruzə vermir.
13.4 Hər bir akkumulyatorda elektrolit yarımbənd 4.1 –də göstərilən qaydada maksimum səviyyəyə kimi tənzimlənməlidir. Bundan sonra elektrolitin sıxlığı onun üçün istehsalçı tərəfindən təyin edilmiş yol verilə bilən hədd diapazonunda olmalıdır.
13.5 Doldurulmuş suyun və elektrolitin saflığı istehsalçı tərəfindən təyin edilməlidir.
14.1 Akkumulyatorlar və ya batareyalar Bənd 13 –də göstərilən qaydada hazırlanmalıdır.
14.2 Batareyanın temperatur göstəricilərinin qeydə alınmasını asanlaşdırmaq üçün 100 akkumulyator elementi olan batareyanın 6 elementli qrupu üzrə və ya yüzdən artıq akkumulyator elementi olan batareyalar üçün 10 elementli qrup üzrə bir pilot element seçilməli və onun temperaturu batareyanın orta temperatur səviyyəsinin göstəricisi olmalıdır.
14.3 Hər bir akkumulyator elementinin elektrolitinin temperaturu boşalmadan qabaq dərhal ölçülməlidir. Ayrı –ayrı göstəricilər 15 °C və 30 °C arasında olmalıdır.
İlkin orta temperatur v ayrı –ayrı qiymətlərin cəbri orta məxrəci kimi hesablanmalıdır. Ətraf mühit temperaturu 15 °C və 30 °C dərəcə arasında olmalıdır.
Qeyd: İlkin orta elektrolit temperaturunun (v ) və ətraf mühit temperaturunun, praktiki cəhətdən mümkün olduğu təqdirdə, seçilmiş etalon 20 °C və 25 °C dərəcəyə yaxın olması arzu ediləndir.
14.4 Boşalmadan sonra 1 saatdan 24 saata kimi müddətdə akkumulyatorlara və ya batareyaya Irt boşalma cərəyanı verilməlidir (bax: 7.3).
Bu cərəyan bütün boşalma müddətində ±1 % həddi daxilində sabit saxlanılmalıdır. Boşaltma zamanı əl ilə tənzimlənmənin aparılması lazım gələ bilər. Bu cür hallarda boşalma cərəyanın sapmasına yol verilir, bir şərtlə ki belə sapmalar təyin edilmiş qiymətin ±5 % həddi daxilində olsun.
14.5 Akkumulyatorların və ya batareyanın çıxışları arasındakı gərginlik zamana əsasən avtomatik olaraq və ya voltmetrin göstəricilərinə əsasən qeydə alınmalıdır (bax: 12.1.2). Sonuncu halda, göstəricilər ən azı hesablanmış boşalma vaxtının 25 %, 50 % və 80 % -də
və bundan sonra isə Uf yekun boşalma gərginliyinə keçidin aşkarlanmasına imkan verən uyğun zaman intervallarında qeydə alınmalıdır.
14.6 Gərginlik təyin edilmiş qiymətə çatdıqda boşalma dayandırlmalıdır.
n - akkumulyator elementlərinin sayını ifadə edir (bax: 7.2).
Boşalma vaxtı qeydə alınmalıdır.
Orta gərginlik səviyyəsinə çatdıqda və ya akkumulyator elementinin yaxud monoblokun gərginliyi U = Uf – 200 m Vpc və ya n saylı akkumulyator elementləri olan monobloklara gəldikdə isə onların gərginliyi x 200 mV olduqda sınaq dayandırılmalıdır.
1. Tək akkumulyator elementləri üzərində növün qiymətləndirilməsi sınağı aparıldıqda, boşalma gərginliyi çıxışlarda, o cümlədən bir element arası birləşmə sxemində ölçülməlidir.
2. İstehsalçı və istifadəçi arasında əldə edilmiş razılıq əsasında akkumulyator elementinin gərginliyinə tutum sınağı baxımından əlavə hədlər qoyula bilər.
14.7 İlkin orta v temperaturu səviyyəsində ölçülmüş C (As) tutumu boşalma cərəyanının (amperlə ifadə edilən) və boşalma vaxtının (saatla ifadə edilən) nəticəsi kimi hesablanır.
14.8 Əgər ilkin orta v temperaturu (bax:14.3) etalon temperaturdan (20 °C və ya 25 °C), fərqlidirsə, onda seçilmiş etalon 20 °C və ya 25 °C dərəcəsində faktiki tutumunuCa almaq üçün ölçülmüş tutuma aşağıda göstərilən tənlik əsasında dezəliş edilməlidir:
λ əmsalı üç saatdan aşağı müddətdə baş verən boşalma üçün 0,006, daha sürətli boşalma dərəcələri üçün isə 0. 01 kimi qəbul edilməlidir.
Qeyd: Ca20 °C tutumunu Ca25 °C tutumuna çevirmək üçün onun qiyməti 0,97 əmsalına bölünməlidir. Ca25 °C tutumunu C a20 °C tutumuna çevirmək üçün onun qiymətini 0,97 əmsalına vurmaq lazımdır.
14.9 Akkumulyatorlar və ya batareya Bənd 13 –də göstərilən qaydada yenidən yüklənməlidir.
14.10 Əgər istehsalçı və istifadəçi arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən başqa cür təyin edilməyibsə, ən azı aşağıdakı qiymətlərin alınması üçün yeni batareyanı bənd 14.3 -14. 9- a uyğun olaraq təkrar boşaltmaq və yükləmək lazımdır:
Ca = 0,95 Crt – birinci dövrədə
Ca = Crt - beşinci dövrədə
15. FASİLƏSIZ YÜKLƏNMƏ REJİMİ ÜÇÜN
15.1 Bu sınaq Bənd 14 –ə əsasən tutum sınağından keçmiş və ən azı Crt qiymətinə əsasən faktiki tutumu Ca olan ən azı altı akkumulyator elementi qrupu və ya bütöv batareya üzərində aparılmalıdır.
15.2 Akkumulyatorlar və ya batareya 15 °C və 25 °C ətraf mühit temperaturu diapazonunda saxlanmalıdır. Orta temperatur səviyyəsi praktiki cəhətdən mümkün olduqda 20 °C etalon temperatur səviyyəsinə yaxın olmalıdır. Akkumulyatorların yuxarı səthi (qapaqlar) bütün sınaq boyu təmiz və quru olmalıdır.
15.3 Sınağı aparılan akkumulyatorlar və ya batareyalar tipik olaraq aşağıdakı diapazonda istehsalçı tərəfindən göstərilən və voltla ifadə edilən Uflo fasiləsiz yüklənmə gərginliyi səviyyəsində olmalıdır.
(2,14 - 2,25 (±0,01)) n;
n - batareyanın akkumulyator elementlərinin sayını ifadə edir.
Hər bir ayrı akkumulyator elementinin ilkin gərginliyi (çıxışlarda) qeydə alınmalıdır.
15.4 Üç aylıq intervaldan sonra hər bir akkumulyatorun gərginliyi və elektrolit sıxlığı ölçülməli və qeydə alınmalıdır. Bundan başqa hər bir akkumulyatorda minimum və maksimum səviyyə işarələri arasında olan elektrolit səviyyələri də qeydə alınmalıdır.
Əgər iki ardıcıl göstərici arasında aşağıdakı hallar baş verərsə deməli akkumulyator elementi nasazdır:
− gərginliyin dəyişməsi istehsalçı tərəfindən tövsiyə edilən qiyməti aşdıqda və /yaxud
− elektrolit sıxlığının dəyişməsi istehsalçı tərəfindən tövsiyə edilən qiyməti aşdıqda.
15.5 Nasaz akkumulyatorda, istehsalçının təlimatlarına uyğun olaraq, tarazlaşdırma üçün aparılan yükləmədən sonra, ilkin sıxlıq və gərginlik bərpa edilir və sınaq yenidən aparılır. Əgər elektrolit sıxlığında və gərginlik səviyyəsində yeni sınaq dövründən sonra da fərq yaranarsa, akkumulyator sınaqdan çıxarılmalıdır.
15.6 Batareya altı ay müddətində fasiləsiz yükləmə rejimində işlədikdən sonra akkumulyatorların və ya batareyanın üzərində yarımbənd 14.3 - 14.9 - da göstərilən qaydada tutum sınağı aparılmalıdır.
15.7 Növün qiymətləndirilməsi üçün aparılan sınaqlarda altı aylıq dövr ərzində heç bir akkumulyator qüsurlu olmamalıdır. Uzun müddətli sınaqlara gəldikdə isə, qüsurlu akkumulyator elementləri istehsalçı tərəfindən dəyişdirilə bilər və bundan sonra sınaq əlavə olaraq altı aylıq müddət üzrə aparılmalıdır; növbəti altı aylıq dövr ərzində heç bir akkumulyator qüsurlu olmamalıdır.
16. YÜKLƏNMƏ - BOŞALMA DÖVRƏLƏRİNDƏ
16.1 Sınaq Bənd 14 -ə əsasən qabaqcadan sınağı aparılmış və faktiki tutumu Ca ən azı 100 % Crt olan akkumulyatorlar üzərindən aparılmalıdır.
16.2 Bütün sınaq boyu akkumulyator elementləri 15 °C və 25 °C ətraf mühit temperaturu diapazonunda saxlanmalıdır. Orta temperatur səviyyəsi praktiki cəhətdən mümkün olduqda 20 °C etalon temperatur səviyyəsinə yaxın olmalıdır.
16.3 Akkumulyatorlar cihaza qoşulmalı və hər biri aşağıdakı göstəricilərə malik olan fasiləsiz dövrə ardıcıllığından keçməlidir
a) I = 2,0 × I10 (A) cərəyanı səviyyəsində 3 saat müddətində və ±1 % hədd daxilində saxlanılan yüklənmə
I - qiyməti amperlə ifadə edilib və
C- qiyməti amper –saatla ifadə edilib.
b) Boşalmadan sonra batareyanın dərhal hər bir akkumulyator elementi üzrə (2,40 ± 0,01) gərginliyi səviyyəsində 21 saat müddətində yüklənməsi və əgər istehsalçı tərəfindən başqa cür təyin edlməyibsə, bu zaman yüklənmənin əvvəlində cərəyan Imax = 2,0 × I10 olmalıdır. Bu cədvəl gün ərzində bir dövrəyə uyğun gəlir.
16.4 Əgər elektrolitin səviyyəsi minimum səviyyə işarəsinə yaxınlaşarsa akkumulyatorlara təmizlənmiş su əlavə edilməlidir.
16.5 N = 50 dövrə (= 1 blok) ardıcıllığından sonra akkumulyatorlar üzərində yarımbənd 14.2 - 14.9 – da göstərilən qaydada tutum sınağı aparılmalıdır.
16.6 Bundan sonra akkumulyatorlar yarımbənd 16.3 - 16.5 –ə əsasən 50 ardıcıl dövrədən keçməlidir.
16.7 Əgər işləmə səviyyəsi Ca = 0,8 C10 qalıq tutumuna əsasən dövrələrin N sayı kimi təyin edilibsə, onda yarımbənd 16.3 və 16.5 –də verilən prosedura Ca faktiki tutumu 0,8 C10 səviyyəsindən aşağı düşənə kimi təkrarlanmalıdır.
17. HƏDDƏN YÜKLƏNMƏYƏ QARŞI
17.1 Bu sınaq, Bənd 14 - ə əsasən qabaqcadan aparılmış sınaq zamanı faktiki tutumu Ca ən azı 100 % Crt (Crt - t = 1 h - Uf = 1,60 V) olan altı akkumulyator element və ya monoblok üzərində aparılmalıdır.
17.2 Akkumulyatorlar və ya monobloklar bütün sınaq boyu 25 °C və 30 °C ətraf mühit temperaturu diapazonunda saxlanılmalıdır.
17.3 Akkumulyatorlar və ya monobloklar cərəyan mənbəyinə qoşulmalı və I = 0,2 I10 ± 1 % qiymətinə malik sabit cərəyanla həddən artıq yüklənməlidir (məs., Uf = 1,80 V və 20 °C-də 100 As C10 - üçün 2 A).
Akkumulyatorlar və monobloklar batareya qurğularında faktiki olaraq işlədilən standart birləşdiricilər ilə birləşdirilməlidir. Akkumulyatorun açıq yeri müvafiq elektrolit indikatorları, probkalar, yanğın əleyhinə baryerlərlə və ya buna bənzər digər hissələrlə qapanmalıdır.
17.4 Əgər elektrolitin səviyyəsi minimum səviyyə işarəsinə yaxınlaşarsa akkumulyatorlara saf su əlavə edilməlidir.
17.5 720-0saat (= 1 blok) qiymətini aldıqdan sonra akkumulyatorların və monoblokların elektrolit səviyyəsi maksimum səviyyəyə kimi qaldırılmalı və bundan sonra həmin hissələr aşağıda göstərilən qiymətlərə əsasən və yarımbənd 14.2 -14.9 –da göstərilən qaydada müəyyən tutum sınaqlarından keçməlidir:
− Uf = 1,60 V qiymətinə əsasən boşalma dərəcəsi;
− elektrolitin temperaturu 25 °C və 30 °C dərəcələri arasında olmalıdır.
Bundan sonra Ca faktiki tutumu qeydə alınmalı və etalon temperatur dərəcəsinə uyğun düzəliş edilməlidir (20 °C və ya 25 °C).
17.6 Akkumulyatorlar və monobloklar boşaldıqdan sonra 720-0saat müddətində ardıcıl olaraq həddən artıq yüklənməlidir.
17.7 Temperatur səviyyəsi düzəliş edilən Ca faktiki tutumu iki ardıcıl 720 saatlıq dövrdən sonra 0,8 Crt (C rt - t = 1 s - U f = 1,60 V) səviyyəsindən aşağı düşənə kimi yarımbənd 17.3 - 17.5 –də göstərilən proseduranın tətbiqi davam etməlidir. Həddən artıq yüklənmiş blokların sayı (bax: 8.2) temperatur səviyyəsi düzəliş edilmiş faktiki tutumunun Ca ikinci dəfə 0,8 Crt. səviyyəsindən aşağı düşməsindən qabaq tamamlanmış say kimi məruzə edilməlidir.
18. YÜKÜN SAXLANMASI SINAĞI
18.1 Bənd 14 -ə əsasən nominal tutum sınağından keçdikdən və ən azı Crt nominal tutuma bərabər olan Ca faktiki tutumunu aldıqdan sonra akkumulyatorlar və ya batareyalar Bənd 13 –də göstərilən qaydada hazırlanmalıdır. Akkumulyatorların yuxarı səthi ( qapaqlar) bütün sınaq boyu təmiz və quru olmalıdır.
18.2 Akkumulyatorlar və ya batareyalar 90 gün müddətində dövrəyə qoşulmamalı və bu müddət ərzində elektrolitin orta temperaturu (20 ± 2) °C həddi daxilində saxlanılmalıdır. Bu müddət ərzində elektrolitin maksimum temperatur səviyyəsi 25 °C-i aşmamalı, minimum temperatur səviyyəsi isə15 °C –dən aşağı olmamalıdır.
18.3 90 gün dövrəyə qoşulmadan enerji topladıqdan sonra akkumulyatorlar və ya batareyalar yarımbənd 14.2 - 14.9 –də göstərilən qaydada tutum sınağından keçməlidir. C′a qiymətinin alınması üçün ölçülmüş tutum yarımbənd 14.8 –də verilən tənlik əsasında düzəliş edilməlidir
18.4 Faizlə ifadə edilən və saxlanılan CR gücü aşağıda göstərilən qiymətə bərabərdir:
19 QISA QAPANMA CƏRƏYANININ VƏ DAXİLİ
MÜQAVIMƏTİN TƏYİN EDILMƏSI
19.1 Bu sınaq, Bənd 14 -ə əsasən tutum sınağını apardıqdan sonra, Ca tutumuna və ya Crt qiymətinə malik olan ən azı üç akkumulyator üzərində aparılmalıdır.
19.2 Akkumulyatorlar və ya batareyalar Bənd 13 –də göstərilən qaydada hazırlandıqdan sonra, müəyyən kamerada elektrolitin temperaturu (20 ± 2) °C-ə çatana qədər uyğun ətraf mühit temperaturunda saxlanılmalıdır.
19.3 U = f(I) boşalma xüsusiyyəti bundan sonra aşağıda göstərilən qaydada onun iki nöqtəsini təyin etməklə müəyyən edilməlidir.
19.3.1 Birinci nöqtə (U1, I1)
I1 = 4 I10 … 6 I10 (A) cərəyanı səviyyəsində 20 saniyəlik boşalmadan sonra gərginliyin və cərəyanın göstəriciləri qeydə alınmalı və birinci nöqtə təyin edilməlidir.
Boşalma maksimum 25 saniyədən sonra dayandırılmalıdır; bundan sonra təkrar olaraq yükləmədən və 2 -5 dəqiqəlik açıq dövrədə ikinci nöqtə təyin edilməlidir.
19.3.2 İkinci nöqtə (U2, I2)
I2 = 20 I10 … 40 I10 (A) cərəyanı səviyyəsində 5 saniyəlik boşalmadan sonra gərginliyin və cərəyanın göstəriciləri qeydə alınmalı və ikinci nöqtə təyin edilməlidir.
19.4 U = f(l) xarakteristikası U = 0 (V) qiymətinə xətti ekstrapolyasiya edilməlidir. Bu kəsişmə Isc qısa qapanma cərəyanını göstərir. (Ri) daxili müqavimətini də təyin etmək olar.
Şəkil 1 – U = f(I) boşalma xüsusiyyəti
Şəkil 1-ə əsasən belə nəticə çıxartmaq olar ki:
1. Heç bir xarici gərginlik düşməsinin sınağa mane olmaması üçün hər bir akkumulyatorun və ya monoblokun çıxış sıxaclarında gərginlik ölçülməlidir. Tipik sınaq sxemi Şəki 2 –də göstərilib.
Bu sınaqda təyin edilmiş qısa qapanma cərəyanının və daxili müqavimətin qiymətləri tək akkumulyatora və ya monobloka aiddir. Bununla belə, akkumulyatorlar arası birləşmələrin müqaviməti bütöv batareya üçün qısa qapanma cərəyanını və daxili müqaviməti hesablayarkən nəzərə alınmalıdır.
2. Bu sınaq metodu vasitəsilə sabit sınaq şərtlərinə əsaslanan məlumat əldə edilir və qısa qapanmanın ilk bir neçə millisaniyəsi müddətində baş verən dinamik reaksiyalar göstərilmir. Bu sınağın nəticələrinin dəqiqliyi 10 % ardıcıllığına əsaslanır.
3. Daha böyük akkumulyatora gəldikdə, Ir və Scc qiyməti eyni növdən olan və lövhələrinin ölçüsü eyni olan daha kiçik akkumulyatora əsasən çıxarıla bilər.
Şəkil 2 – Tipik sınaq sxemi
20 SINAĞIN ARDICILLIĞI
20.1Tipik sınaqlar üçün aşağıdakı sınaq ardıcıllığı tövsiyə edilir. hər bir ardıcıllıq üçün ən azı altı akkumulyator və ya monoblokun olması tövsiyə edilir.
Cədvəl 1 – Tipik sınaqlar üçün tövsiyə edilən sınaq ardıcıllığı
Tutum sınağı (Bənd 14)
Batareyanın fasiləsiz yüklənməsi üzrə uyğunluq sınağı (Bənd 15)
Boşalma –yükləmə dövrələrində davamlılıq sınağı (Bənd 16) və ya həddən artıq yüklənməyə qarşı davamlılıq sınağı (Bənd 17)
Cərəyanın saxlanılması sınağı (Bənd18)
Qısa qapanma cərəyanının və daxili müqavimətin təyin edilməsi (Bənd 19)
Qeyd: Sınaqların dəqiq ardıcıllığı istehsalçı tərəfindən təyin edilə bilər.
20.2 Əgər alıcı tərəfindən təhvil –təslim sınağının aparılması tələb edilərsə, onda bunun Bənd 14 –də göstərilən tutum sınağı formasında aparılması tövsiyə edilir.
21 AKKUMULYATORUN VƏ BATAREYANIN
Akkumulyator elementləri və ya monoblok üzərinə aşağıda göstərilən məlumatlar həkk edilməlidir:
b) istehsalçının və ya təchizatçının istinad etdiyi növ;
c) seçilmiş etalon temperatur səviyyəsində tutumun cərəyan və boşalma vaxtı kimi ifadə edilən nominal qiyməti;
d) istehsalçının və ya təchizatçının adı;
e) elektrolitin sıxlığı (seçilmiş etalon temperaturu səviyyəsində tam yüklənmiş vəziyyətdə);
f) istehsal tarixi (ay və il).
22 AKKUMULYATORUN VƏ YA MONOBLOKUN QABINDA
GÖSTƏRİLƏN MƏLUMATLAR
Yerli, milli və ya beynəlxalq qaydalara əsasən tələb edildiyi təqdirdə, akkumulyatorun və ya monoblokun qabında texniki təhlükəsizliklə bağlı tövsiyələr göstərilə bilər.
23 BATAREYA BÖLMƏSİ ÜÇÜN TÖVSİYƏ
Batareya bölməsində aşağıda göstərilən məlumatlar verilməlidir:
a) gərginlik (batareya);
b) istehsalçının və ya təchizatçının istinad etdiyi növ;
c) seçilmiş etalon temperaturu səviyyəsində tutumun boşalma dərəcəsi və son həddə düşən gərginliklə birlikdə amper –saatla ifadə edilməsi;
e) istismara buraxılma tarixi;
f) elektrolitin sıxlığı (seçilmiş etalon temperaturu səviyyəsində tam yüklənmiş vəziyyətdə);
g) təhlükəsizliklə bağlı tövsiyələr, istismar və texniki xidmətlə bağlı məlumatlar
24 QÜTBLÜYÜN GÖSTƏRİLMƏSİ
24.1 Akkumulyatorun qütblüyün göstərilməsi ilə bağlı ümumi müddəa
Bu standartın tələblərinə uyğun olaraq stasionar batareyanın akkumulyatorlarının və monobloklarının ən azı müsbət çıxışında qütblük göstərilməlidir.
24.2 Nişanlama forması
Nişanlama müsbət çıxışa bitişik olan qapağın üzərində qabarıq və ya oyulmuş “+” simvolu formasında olmalıdır.
Əgər mənfi çıxış da nişanlanarsa, bu zaman mənfi çıxışa bitişik olan qapağın üzərində qabarıq və ya oyulmuş “–” işarəsi qoyulmalıdır.
24.3 Nişanlama üçün istifadə edilən simvollar və onların ölçüləri
Qütblülüyün nişanlanması üçün istifadə edilən simvollar IEC 60417 standartına uyğun olmalıdır.
Müsbət çıxışın nişanı 60417-IEC-5005 standartında təyin edilmiş müsbət çıxış işarəsinə uyğun olmalıdır.
Mənfi çıxış işarəsindən istifadə edildikdə həmin işarə 60417-IEC-5006 standartında təyin edilmiş mənfi qütblülük işarəsinə uyğun olmalıdır.
Bu simvolların “a” ölçüsünün faktiki qiyməti 5 millimetrə bərabər və ya daha böyük olmalıdır.
Qeyd: 5 millimetrlik “a” ölçüsü 6 millimetrə bərabər olan simvolun hər bir qolunun ümumi uzunluğuna uyğun gəlir.
Tövsiyə edilən sınaqlar
Cədvəl A.1 –də stasionar batareyaların nəzərdə tutulduğu tətbiq sahələrindən asılı olaraq sınaqla bağlı tövsiyələr verilib.
Cədvəl A.2-də istifadə edilən stasionar akkumulyatorların və batareyaların növlərindən asılı olaraq sınaqla bağlı tövsiyələr verilib.
Cədvəl A.1 – Stasionar batareyaların tətbiq edildiyi sahələr üçün tövsiyə edilən sınaqlar
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 61241-2-3:1994 “Electrical apparatus for use in the presence of combustible dust - Part 2: Test methods - Section 3: Method for determining minimum ignition energy of dust/air mixtures” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
__________________________________________________________________________________________
Alışan tozların mövcud olduğu zaman
istifadə olunan elektrik aparatları
Hissə 2: Sınaq metodları -
Bölmə 3: Toz/hava qarışığının minimum
alışma enerjisinin müəyyən olunması metodu
Electrical apparatus for use in the
presence of combustible dust
Part 2: Test methods –
Section 3: Method for determining minimum
ignition energy of dust/air mixtures
__________________________________________________________________________________________
IEC 61241-2 standartının bu hissəsi elektrik enerjisi ilə yüksək gərginlikli d.c. qığılcımla toz/hava qarışığının minimum alışma enerjisini müəyyən etmək üçün sınaq metodlarını müəyyən edir. Bu metod elektrik enerjinin boşalma yükü ilə alışan toz/hava qarışığının alışacağı üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, bu prosesin müəyyən olunmasında istifadə olunacaq məlumatları hazırlamaq üçün nəzərdə tutulur. Nəzərdə tutulur ki, toz faktiki istifadə şərtlərini özündə əks etdirən formada (hissəciklərin ölçüsü, rütubət tərkibi və s.) sınaqdan keçiriləcək, belə ki, bu zaman mövcud olan təhlükə riskinin dəyərləndirilməsi icra oluna bilər.
Hazırkı sınaq metodu ilə müəyyən olunan alovlanma enerjisi elektrik və ya elektrostatik elektrik yükün boşalması alovlanma ilə əlaqədar nisbi təhlükə riskini dəyərləndirmək üçün digər tozların alovlanma enerjisi ilə müqayisə olunmalıdır, belə ki, bununla da alışan tozların mövcud olduğu sahələrdə quraşdırma işləri üçün elektrik aparatın uyğun olub-olmaması barədə qərar qəbul etmək imkanı əldə olunacaqdır.
Sınaq metodu partlayıcı maddələr, xam barıt, dinamit, alovlanma üçün oksigeni tələb etməyən partlayıcı maddələrin istifadəsi üçün uyğun deyildir; piroforik maddələr və ya eyni qaydada bəzi şərtlər altında istifadə oluna bilən maddələr və ya qarışıqlar.
Partlayıcı xüsusiyyətlərinə görə təhlükə riskinin mövcud olması barədə şübhə yaranarsa, bu zaman bəhs olunan tozdan bir qədər götürüb IEC 1241-2-1 standartının 1-ci hissəsində göstərilmiş aparatın 400 C-də qızdırılmış səthinə qoymaqla göstəriciləri əldə etmək mümkündür.
QEYD: xüsusi diqqət sınağı icra edən personalı alovun zəhərli təsiri də daxil olmaqla, yanğın riskindən, partlayış və / və ya onun təsirindən, qorumağa yönəldilməlidir. Bu beynəlxalq standarta riayət etmək özünü hüquqi öhdəliklərdən azad etmir.
Hazırkı Bəndin Əlavə B elektrostatik elektrik yükünün boşalması ilə əlaqədar minimum alovlanma enerjisinin xüsusiyyətlərinə riayət etmə qaydalarını əks etdirir.
Aşağıdakı normativ istinadlar özündə IEC 1241-2 standartının bu hissəsindəki müddəaları, hazırkı mətndə istinad olunan müddəaları əks etdirir. Çap zamanı, qeyd olunan nəşrlər etibarlı hesab olunur. Bütün normativ istinadlar nəzərdən keçirilməli və IEC 1241-2 standartının bu hissəsinə əsaslanan müqavilələr üzrə tərəflər aşağıda qeyd olunan normativ sənədlərin ən son versiyalarından istifadə etmək imkanını tədqiq etmək hüququna malik olmalıdır.
IEC 50 (301, 302, 303): 1983, International Electrotechnical Vocabulary (IEC 50 (301, 302, 303): 1983, Beynəlxalq Elektrotexniki lüğət)
- Chapter 301: General terms on measurements in electricity (- Fəsil 301.: Elektrik sistemində ölçmə işlərinə dair ümumi şərtlər)
- Chapter 302: Electrical measuring instruments (- Fəsil 302.: Elektrik ölçmə alətləri)
- Chapter 303: Electronic measuring instruments (- Fəsil 303.: Elektron ölçmə alətləri)
ISO 4225: 1980, Air Quality - General aspects – Vocabulary (ISO 4225: 1980, Havanın keyfiyyəti – Ümumi aspektlər - Lüğət)
Bu standartda IEC 50 (301, 302, 303)-də və aşağıda göstərilən termin və təriflərdən istifadə edilib.
3.1 toz: bir neçə saatlıq havada asılı qala bilən öz çəkisi altında yerləşən kiçik bərk hissəciklər.
QEYD – Hazırkı tərifə ISO 4225 standartında “toz” və ya “abraziv hissəciklər” kimi müəyyən olunan tərəflər daxildir.
3.2 Alışan toz: Hava qarışığında alışa bilən tozdur.
1. Havadakı alışan toz qarışığı yalnız müəyyən konsentrasiya həddində alışa bilir.
2. Alışan toz xarici alışma mənbəyi ilə alışmaq xüsusiyyәtinә malikdir və atmosfer temperaturunda yanmağa başlayacaqdır, lakin, onlar özlərinin minimum alovlanma temperaturundan yuxarıda ani olaraq alışmağa başlayacaqdır.
3.3 Qığılcım elektrik yükünün boşalması: Müxtəlif potensiallarda olan iki ötürücü arasında baş verən keçici elektrik yükünün boşalması. Qığılcım gizli elektrik yükünün boşalmasıdır ki, o da bir ionlaşdırma kanalı formasında ötürücülər arasında boşluqlar yaradır.
3.4 Minimum alovlanma enerjisi (alışan toz/hava qarışığının): Ən aşağı qığılcım enerjisi (hazırkı standartdakı iş üsulu ilə ölçüldüyü kimi) saxlanılan alovla ən həssas hava/toz qarışığını alovlandırmaq xüsusiyyətinə malikdir.
3.5 Alovlanma: Sınaq zamanı, alovlanma aşağıdakı hallarda baş verir:
- ən azı 0,2 bar həcmində təzyiqin qapalı çəndə ölçülmüş alovlanma qığılcımı ilə yaranan təzyiqdən yuxarı olduğu halda (misal üçün, 20 I sfera); və ya
- açıq boruda müşahidə olunan qığılcım yerindən ən azı 6 sm kənarda alovun yanmağa başladığı zaman (misal üçün Hartmann borusu);
3.6. Alovlanmanın ləngimə zamanı: tozun dispersiyası və qığılcımın elektrik yükünün boşalması arasındakı zaman.
4.1 Qığılcım yaradan zəncir
Əlavə A zəncirin bəzi müvafiq formalarını əks etdirir, belə ki, bütün bunlar aşağıdakı xüsusiyyətlərə malik olacaqdır. Yalnız zəncirə aid olan xüsusiyyətlər aşağıdakılardır:
- elektrik yükünün boşalma zəncirinin induksiyası: 1mH-dən 2mH qədər – elektrik yükünün boşalma zəncirinin induksiyasının 25µH yuxarı olmadığı zaman elektrostatik təhlükə risklərinin qiymətləndirilməsi üçün istifadə olunacaq məlumatlar istisna olmaqla;
- elektrik yükünün boşalma zəncirinin aktiv (omik) müqaviməti: mümkün qədər aşağı və 5 Ω-dən çox olmayaraq;
- elektrod materialı: paslanmayan dəmir, bürünc, mis və ya volfram;
- elektrodun diametri və forması: 2,0 mm ± 0,5 mm. Halqavari uclara malik elektrodlar müəyyən olunan elektrodlarla baş verə bilən və qığılcım enerjisinin qeyri-düzgün ədədlərini verə bilən xüsusi elektrik yükünün boşalmasını azaltmaq üçün istifadə oluna bilər. Əgər müəyyən olunan elektrodlar istifadə olunarsa, bu zaman xüsusi elektrik yükünün boşalması prosesi diqqətlə nəzərdən keçirilməlidir;
- elektrod boşluğu (məsafəsi): 6 mm (minimum);
- kondensatorlar: aşağı induksiya tipli, cərəyan impulsuna davamlı;
- elektrod yerinin həcmi: mümkün qədər aşağı;
- elektrodlar arasında izolyasiya müqaviməti: cərəyan itkisinin qarşısını almaq üçün kifayət qədər yüksək
QEYD— Xüsusilə, 10 Ω elektrodlar arasındakı minimum müqavimət 1 mJ minimum alışma enerjisi və 100 mJ minimum alışma enerjisi üçün tələb olunur.
Tövsiyə olunan çənlər 20 I sferalı aparat və Hartmann borusudur. Qeyd olunan çənlər [6] və [7] istinadlarında təsvir olunur. Digər çənlərdən də istifadə oluna bilər, belə ki, bu zaman bu çənlər 6.2. saylı bənddə qeyd olunan kalibrləmə tələblərinə cavab verməlidir.
Sınaqlar zavod şərtləri altında təcrübəyə uyğun hesab olunan hazırlıq vəziyyətində nümunələr üzrə icra olunacaqdır. Minimum alışma enerjisi azalan hissəcik ölçüləri ilə azalır. Sınaqlar nəzərdə tutulan istifadə üçün mövcud olan ən bərk materiallara nisbətən bir qədər bərk olan, həmçinin hissəcik ölçülərinə malik olan nümunələr üzərində icra olunur. Müqayisəli sınaqlar üçün nümunələr hissəcik ölçülərinin paylanması və rütubətlik tərkibini müəyyən edən gündəlik metodla hazırlanır.
QEYD – materialın hissəcik ölçüləri məlum olmadıqda, sınaqlar 63 µm ölçüsündən aşağı ölçülü hissəciklər üzərində icra olunur.
Minimum alışma enerjisi azalan hissəcik ölçülərini azaldır. Nümunənin hissəcik ölçülərinin zavodda mövcud olan ən möhkəm materiala aid olub-olmadıqları yoxlanılmalıdır. Sınaqlar 63 µm ölçüsündən aşağı ölçülü hissəciklər üzərində icra olunur.
Sınağı aparılacaq alışan toz atmosfer təzyiqindəki havada və uyğun aparat temperaturunda bərabər şəkildə dispersiya olunur (ayrılır) və toz/hava qarışığı elektrik yükü ilə yüklənmiş kondensatordan qığılcımın elektrik yükünün boşalmasına uyğun olmalıdır.
Elektrik yükünün boşalmasının enerji vahidi aşağıdakı düsturla hesablanır:
U volt üzrə elektrik yükü ilə yüklənilən kondensatorun gərginliyidir (V).
W coul üzrə saxlanılmış enerjidir (J);
C farad vahidi üzrə elektrik yükünün ümumi boşalma həcmidir (F);
1 100 mJ yuxarı olan qığılcım enerjisində, qığılcımın davamlılığı elə az ola bilər ki, bu zaman, cərəyan davamlılığı qığılcım davamlılığı ilə müqayisə olunması üçün dəqiq olmayacaqdır, xüsusilə, cərəyan 1 mH qaydası üzrə induksiya çarxına malik olduğu zaman.
2 Bu cür hallarda, təmiz qığılcım enerjisi aşağıdakı düsturdan əldə olunur:
I(t) qığılcım cərəyanıdır, və
U/(r) qığılcım gərginliyidir; hər ikisi ölçmə prosesləri ilə əldə olunur.
3 Qığılcım enerjisinin hesablanması ilə əlaqədar əlavə məlumatlar Əlavə A-da qeyd olunur.
Sınağa təsir edə biləcək aşağıdakı mümkün təsirləri nəzərə almaq vacibdir:
— toz/hava qarışığının aerodinamikası (misal üçün, alışmanın ləngimə zamanı, dispersiya təzyiqi);
— toz konsentrasiyası;
— kondensatorun elektrik yükü ilə yükləmə gərginliyi;
— kondensatorun həcmi;
— elektrik yükünün boşalma cərəyanının induksiyası;
— elektrik yükünün boşalma cərəyanının aktiv (omik) müqaviməti;
material və elektrod ölçüləri və elektrodlar arasındakı boşluqlar.
Sınaq xərclərini məhdudlaşdırmaq üçün, hər bir aparat standartlaşdırılmış ölçü və minimum elektrod boşluğuna malik xüsusi materiallardan yaranan elektrodlardan istifadə edir. Elektrik yükünün boşalma cərəyanının aktiv (omik) davamlılığı mümkün qədər aşağı səviyyədə saxlanmalıdır (bax bənd 4).
Sınaq olunacaq tozun alışmasına səbəb ola biləcək qığılcım enerjisinin başlanması ilə, toz konsentrasiyası və tozun dispersiya (ayrılma) parametrləri (misal üçün alışmanın ləngimə vaxtı və dispersiya (ayrılma) təzyiqi) ən çox alışa bilən toz buludunu yaratmaq üçün tənzimlənir.
Yanma üçün optimal şərtlərdən istifadə etməklə və kondensatorun iş həcmini və /və ya 20 uğurlu sınaq zamanı alışmanın yaranmamasına qədər elektrik yükünün yükləndiyi gərginliyi tənzimləməklə qığılcım enerjisi uğurla əldə olunur.
QEYD – 20 I sfera aparatından istifadə etməklə sınaq icra olunan zaman, alışmanın ləngimə zamanı 120 dyüm olmalıdır.
Toz/hava qarışığını yandırmaq üçün 20 uğurlu cəhd zamanı yanması icra olunmaya yanma prosesi və 20 uğurlu cəhd zamanı yanmanın baş verdiyi zaman, minimum yanma enerjisi Wmin ən yüksək enerji W1arasında tənzimlənir.
Kalibrləmə sınağı üç istinad tozu üzərində icra olunmalıdır ki, bunlar da ölçmə proseslərindən qabaq 24 saat üzrə 50 °C atmosfer təzyiqində qurumalıdır. Nəticələr aşağıdakı həcmdə olmalıdır:
likopodiy: Wmin = 5 - 15 mJ, aralıq hissəcik diametri 31 μm;
antraxinon Wmin = 2 - 6 mJ, aralıq hissəcik diametri 18 μm;
poliakrilnitril Wmin = 2 - 6 mJ, aralıq hissəcik diametri 27 μm.
Tozların dispersiya parametrləri, alovlanmanın ləngimə vaxtı da daxil olmaqla hər bir nümunə üçün qeyd olunacaqdır.
6.3 Sınaq haqda hesabat
Sınaq hazırkı standarta uyğun icra olunarsa, bu zaman sınaq haqda hesabat 6.3.1, 6.3.2 və 6.3.3 bəndlərində qeyd olunan məlumatları təmin edəcəkdir.
Baxmayaraq ki, minimum alovlanma enerjisi həcminin məhdudiyyətləri ilə müşayiət olunan toz konsentrasiya ədədləri sınaq laboratoriyası tərəfindən qeydə alınarsa, bu zaman, ballistik bomba ilə ayrılan, ölçüsü çəkilən toz miqdarı ilə ifadə olunan ədədlər adətən hazırkı sınaq haqda hesabata daxil olmur.
6.3.1 Məhsulun xüsusiyyətləri
— nümunənin ilkin emalı; nümunənin adı (adı və kimyəvi təsviri əgər adda göstərilmirsə);
— nümunən mənşəyi və ya mənbəyi;
— hissəcik ölçülərinin bölüşdürülməsi və rütubətlik tərkibinə dair səciyyəvi məlumat, əgər mövcuddursa və ilkin emal prosesi ilə hələ də verilməmişdirsə.
6.3.2 Sınaq aparatının xüsusiyyətləri
— Toz-dispersiya (ayrılma) sistemi;
— Elektrik yükünün boşalma cərəyanının ümumi induksiyası;
— Elektrik yükünün yüklənmə gərginliyi, elektrod materialı və optimallaşdırılmış elektrik yükünün boşalma cərəyanının boşluğunun uzunluğu.
- alışmanın baş vermədiyi zaman ən yüksək W1 enerji həcmi;
- alışmanın yarandığı ən aşağı Wk enerji həcmi
6.3.4. Hesabat forması
Uyğun formanın nümunəsi Şəkil A.1 göstərilir.
Qığılcım yaradan sistemlərə dair nümunə
A.2, A.3, A.4 və A.5 Bəndlərinə hazırkı sınaq üçün istifadəsi yararlı olan qığılcım-yaradan zəncirin dörd dizaynının təsviri daxildir. Bu nümunələrin bəziləri ilə, müxtəlif ballistik bombalardan istifadə etmək mümkündür, lakin, bu zaman toz dispersiyası optimallaşmalı və müvafiq ehtiyat tədbirləri görülməlidir, belə ki, bunlarla tozun dispersiyası zamanı elektrostatik elektrik yükün boşalma hadisəsinə görə böyük çənlərdə kənar təsirlərin yaranmasının qarşısı alınmalıdır. Təbii hadisəyə kondensatorun elektrik yükü ilə yüklənmə/elektrik yükünün boşalması prosesləri daxildir. Əgər saxlama kondensatoru elektrik yükü ilə yüklənmə prosesi zamanı elektroddan ayrılarsa, elektroda birləşmə baş verən zaman həcmdəki artıma görə gərginlikdə baş verə biləcək azalmanın təsiri qığılcım enerjisinin hesablanması zamanı nəzərə alınmalıdır. Enerjinin hesablanması zamanı elektrik yükü zəncirinin ümumi həcmi və elektrik yükünün boşalması zamanı gərginlikdən istifadə olunmalıdır.
A Üç-elektrodlu sistemdən istifadə etməklə yardımçı qığılcımların işə salınması
Şəkil A.2 sınaq aparatının ümumi yerini göstərir.
Əsas komponent üç-elektrodlu qığılcım boşluğudur.
Qığılcım boşluğunu (1) yaradan iki elektrod 3,2 mm diametrindədir, onların sonluqları 20 mm uzunluq üzrə 2,0 mm diametrinə qədər azalır. Yardımçı elektrodların (2) sərbəst sonluqları əsas qığılcım boşluğuna doğru istiqamətlənir və bu istiqamətlənmiş hissənin uzunluğu 20 mm təşkil edir. Bu elektrod yuxarı hissəsi açıq olan Hartmann borusunda quraşdırılır və həmçinin digər ballistik bombalarda quraşdırılması müvafiq hesab olunur. Qarışıq yaradan cihazın daxilində tozun arzuolunan miqdarını daxil edən zaman boru lazımi vəziyyətdə olmalıdır. Sınaq kondensatoru C (20 pF to 10 000 pF), belə ki, alovlanma enerjisini özündə saxlayan kondensator 1 mA üzrə elektrik yükü ilə yüklənmə cərəyanını məhdudlaşdıran R elektrik yükünün davamlılığı üzrə yüksək-gərginlikli elektrik yükü ilə yükləmə cihazı olan HVCU cihazı vasitəsilə elektrik yükü ilə yüklənilir. Toz/hava qarışığını alovlandırmaq cəhdləri CF nəzarət cihazı vasitəsilə nəzərdə tutulur. Hər bir cəhdlərin edilməsi ilk növbədə, sınaq kondensatoru vasitəsilə əsas qığılcım elektrik yükünün boşalması işinə başlamağı və yardımçı qığılcımla əvvəlcədən müəyyən olunmuş intervallarla icra olunan tozu suspenziya daxilində dispersiya (ayrılması) edən cihazın işə başlanmasını özündə əks etdirir. Yardımçı zəncirin enerjisi əsas elektrik yükünün boşalma zəncirinin enerjisinin onda-birindən çox olmayaraq məhdudlaşır.
A.3 Elektrodun hərəkətə gətirilməsi ilə işə başlama
Şəkil A.3 sınaq aparatının ümumi yerini göstərir.
PTFE məhdudlaşdırıcıları (2) yuxarı hissəsi açıq olan Hartmann borusunda (1) iki elektrodu montaj edən dəliklər daxilində yerləşdirilir. Bu məhdudlaşdırıcılar elektrodları (3) onların hərəkət etməsinə şərait yaratmaqla əldə etmək məqsədilə deşilmişdir. Ən azı torpaq potensialında olan elektrodların biri mikrometr qaykasının ölçü tirinə bərkidilir (4). Mikrometrin birləşdiricisi qısaldılır və Hartmann borusuna bərkidilir.
Yüksək gərginliyin tətbiq olunduğu digər elektrod 10 mm-lik iş sahəsinə malik, PFTE izolyasiya hissəsi ilə birləşdirilən (5) nəzarət olunan və iki-hәrәkәtli pnevmatik porşenin (6) (porşenin nominal diametri: 35 mm; iş təzyiqi: 600 kPa) itələyici klapanına birləşdirilir.
Yüksək-gərginlikli elektrod elektrik gərginliyi ilə 26 pF and 311 µF arasındakı ədəd üzrə kondensatora (7) birləşdirilir.
Kondensatorun elektrik yükü ilə yükləndiyi gərginlik elektrostatik voltmetr (8) vasitəsilə qeyd olunur. Yüksək-gərginlikli generatoru (9) kondensator zəncirindən ayırdıqdan sonra, hava elektro-pnevmatik olaraq təzyiq çənindən (10) buraxılır, belə ki bu zamanda o təzyiq altında elə saxlanılır ki, suspenziyadakı tozu dispersiya (ayırmaq) etməklə toz/hava qarışığı yaranmış olsun.
Zaman cihazlarının (11) köməkliyi ilə tənzimlənən ləngimədən sonra, yüksək-gərginlikli elektrod qığılcım-boşluğunun uzunluğunu, qığılcım boşluğunda ayrıldıqdan sonra kondensatorda saxlanılan enerjini müəyyən etmək vəziyyətində tənzimlənir.
A.4 Gərginliyin yüksəlməsi ilə işə başlama (elektrik-yükü ilə impulslu yükləmə sxemi)
Şəkil A.4 sınaq aparatının ümumi yerini göstərir.
Elektrik-yükü ilə impulslu yükləmə sxemi minimum alovlanma toz/hava qarışığının enerjisini müəyyən etmək üçün tələb olunan məlum enerjinin qığılcım yaratması üçün ən sadə metodlardan biridir.
Yüksək –gərginlikli d.c. təchizatı yavaşca kondensatorun potensialını onun qığılcım yaratmasına qədər yüksəldir. Hər biri eyni enerji hesab olunan qığılcım seriyasını verərək daha sonra dövr təkrarlanır. 10 Ω və 10 Ω ədədləri arasında olan cərəyan-məhdudlaşdırıcı rezistora zəncir də daxildir. kondensator üzrə potensial 10 Ω və 10 Ω arasındakı ədədlərə malik olaraq seriyalar üzrə ayrıcı rezistorla elektrostatik voltmetrlə ölçülür. 1 mJ yuxarı axından enerji səviyyəli qığılcımlar kondensatorun ədədini və lazım gəldiyi zaman elektrik yükünün boşalma gərginliyini dəyişdirməklə hazırkı zəncirdən istifadə edərək hazır şəkildə istehsal olunur.
Tələb olunan qığılcım üçün seçənəklər tozun alov kamerasında yerləşdirilməsindən əvvəl müəyyən olunur. Müvafiq həcmli kondensator seçilir və gərginlik 10 kV- 30 kV həcmində seçilir. Gərginlik və elektrodun ayrılması sınaqla tənzimlənir, belə ki, bu zaman tələb olunan enerjinin qığılcımı elektrodlarda 0,5 CU üzrə baş verməlidir. Bu ifadədə U qığılcımın baş verdiyi gərginlikdir və C isə normal a.c. körpü metodundan istifadə edərək ölçülə bilən yüksək-gərginlikli elektroddakı ümumi həcmdir. Alovlanma sınağını icra etmək üçün, yüksək-gərginlikli elektrod torpaqlanır və hazırlanmış tozun tələb olunan miqdarı dispersiya (ayrılma) çəninə qoyulur. d.c. gərginlik təchizatı zəncirə birləşdirilir və qığılcımlar elektrod arasından keçməyə başladığı zaman toz hava ucluğunda dispersiya olunur (ayrılır). Alovlanmanın baş verməsi və qığılcım boşluğundan alovun çıxması qeyd olunmalıdır.
İlkin sınaqları adətən 500 mJ xas olan yüksək-qığılcım enerjisi ilə icra olunur. Əgər alovlanma olarsa, bu zaman qığılcım enerjisi mərhələli şəkildə azalır və sınaq 6.1 bənddə qeyd olunan qaydada alovlanma başlanmayana qədər təkrar olunur.
A.5 Normal iki-elektrod sistemindən istifadə etməklə yardımçı qığılcımla işə başlama (elektrik yükünün boşalma zəncirində trigger sxemli transformator)
Şəkil A.5 sınaq aparatının ümumi yerini göstərir. Bu zəncir heç bir induksiya olmadan sınaqlar üçün istifadə oluna bilməz. C elektrik yükünün boşalma kondensatorudur, belə ki, o da U ilkin gərginliyə malikdir. 40 pF üzrə kondensator həcminə və 10 faktorlu mərhələdə aşağı axınlara və 1000 V (400 V-500 V praktiki minimum səviyyədir) aşağı axından gələn dəyişən gərginliyə malik olmaqla, 0,5 CU ədədlərinin geniş seçimi mövcuddur. Əgər dinamik toz buludunun formalaşması ilə qığılcımın elektrik yükünün boşalmasının sinxronizasiyası olmasının tələb olunması əsas hesab olunduğu zaman arzuolunan anda qığılcımın elektrik yükünün boşalması trigger sxemli zəncirlə müşayiət olunmalıdır ki, bu zaman kondensator CTr, elektrik açarı S və trigger sxemli transformatorun ilkin halqaları T əsas elementləri bildirir. Elektrik açarını bağlamaqla, təxminən 15 kv pik ədədli yüksək-gərginlikli pulsasiya qığılcım boşluğu G-nin işinin dayanmasına və bununla yanaşı əsas kondensator C-nin elektrik yükünün boşalmasına gətirib çıxarmaqla, transformatorun ikinci dərəcəli halqasına induksiya olunur. Təcrübələr göstərmişdir ki, trigger sxemli qığılcımın 2mJ – 5mJ-ə qədər aşağı düşməsi ilə enerji göstəricilərini qığılcım boşluğu üzrə aşağı salmaq çox vacibdir. Bu səbəbdən, bu trigger sxemli prinsip yalnız 5 mJ-dən yuxarı olan qığılcım enerjisi üçün müvafiqdir.
C və U kimi müxtəlif kombinasiyalara görə yaranan təmiz qığılcım enerjisi elektrik cərəyan-zaman cədvəlindən istifadə etməklə və zaman funksiyası kimi qığılcım boşluğundakı cərəyan və gərginliyi ölçməklə şərti qaydada müəyyən olunur. Diod D funksiyası yalnız biristiqamətli elektrik yükünün boşalmasını həyata keçirməkdir. Trigger sxemli transformatorun ikinci dərəcəli halqasının induksiyası 1 mH-dan 2 mH-dək təşkil edir.
IEC 61241-2-3 standartına uyğun olaraq ölçülən toz/hava qarışığının minimum alışma enerjisi
1) Məhsulun xüsusiyyətləri
Nümunənin adı:......................................................................
Nümunənin mənşəyi və ya mənbəyi:.....................................................................
Nümunənin ilkin-emalı:.............................................................
Hissəcik ölçüləri barədə məlumat:.........................................................................
(misal üçün, aralıq, həcm, maksimum)
rütubətlik tərkibi:.........................................................................
İşə salma:.............................................................
partlayış çəni:..........................................................................
tozun dispersiya (ayrılma) sistemi:...........................................................................
ümumi induksiya:..........................................................................
elektrod boşluğu:............................................................................
elektrik yükü ilə yüklənmə gərginliyi:............................................................................
Tarix:..................................... İmza:..............................................
CTr = buraxma sxemindəki həcm
Baxmayaraq ki, məhdudiyyət və ya təhlükəsizliyə dair ehtiyat tədbirlərini müəyyən etmək ölçülmüş minimum alovlanma enerjisinin funksiyası kimi hazırkı standartın tətbiq sahəsinə aid deyildir, sənaye qurğularının təhlükəsizliyi ilə əlaqədar ölçülmüş ədədlərin əsas məğzi üzrə bəzi qaydaların verilməsi çox vacibdir.
Elektrik yükünün boşalmasının müxtəlif tipləri nəzərə alınmalıdır. Onlar aşağıdakılardır:
parıldayan elektrik tac
istiqamətləndirilmiş və ya kiçik radiuslu konduktorlar
çəkilib bükülməmiş və ya izolyasiya olunan bərk maddələr
yüksək səviyyədə izolyasiya olunan hissəciklər
Fırça altında qığılcımın yayılması
Polyarlaşmış izolyasiya üst səthləri
Elektrik yükünün boşalmasına dair təfərrüatlı təsvirlərinə və onların baş verməsinə ədəbiyyatda baxa bilərsiniz [11].
Onların alovlanma xüsusiyyətləri hazırkı metodla ölçülmüş minimum alovlanma enerjisi ilə əlaqədar aşağıdakı cədvəldə göstərilmişdir.
Elektrik yükünün boşalma tipi
Partlayıcılardan başqa toz buludlarının alovlanması mümkün deyildir
Hibrid qarışıqları və bəzi həssas tozlar alovlana bilir
Bir çox alışan tozlar alovlana bilir
Materialın həcmi ilə yüksəlir
Bir çox alışan tozlar alovlana bilir
Müxtəlif coullara uyğun
İstənilən alışan tozlar alovlana bilir
Qığılcımlar elektrostatik elektrik yükünün boşalmasının ən aktiv tipidir və alışa bilən qarışıqların geniş həcmini alovlandırmaq xüsusiyyətinə malikdir. Qığılcımların elektrik yüklərinin boşalmasının baş verməsinin qarşısını almaq üçün əsas ehtiyat tədbiri cihaz və avadanlıqların bütün elektrik - keçiricilikli hissələrinin və elektrik-keçiricilikli məhsulların təhlükəsiz qaydada torpaqlanmasına təminatın verilməsidir. Təhlükəsizliyi təmin etmək və bir müddət sonra müqavimətdəki dəyişikliklərin icrasına yol vermək üçün 10 Ω az olmayan torpaq üzrə müqavimət bütün elektrik-keçiricilikli predmetlər üçün məsləhət görülür.
Elektrik-keçiricilikli hissələr və torpaq arasındakı maksimum təhlükəsiz elektrik müqaviməti (R) sistemdəki maksimum elektrostatik elektrik yükün yüklənmə cərəyanı (I) ilə müəyyən oluna bilər. Müəyyən olunmuşdur ki, qığılcımın 100 V üzrə və ya daha az V üzrə elektrik yükünün boşalması alovlanmaya səbəb olmur, ilk növbədə ona görə ki, qığılcımın keçdiyi boşluq sönmə məsafəsindən kiçikdir. Om qanunundan və 100 V üzrə maksimum gərginlikdən istifadə etməklə maksimum təhlükəsiz müqavimət aşağıdakı kimi müəyyən olunur:
Əməliyyatların bir çoxu üçün maksimum elektrik yükünün yüklənmə cərəyanı 10 Ω təşkil edir. Hər bir enerji əməliyyatlarında, elektrik yükü ilə yüklənmə cərəyanı 10 Ω olmalıdır. Düzgün torpaqlama işi icra olunmadığı hallarda, minimum alovlanma enerjisindən torpaqlanmanın vacib hesab olunub-olunmadığını müəyyən etməklə istifadə oluna bilər. Elektrik yükünün yüklənməsi həcminə, elektrik həcmi, əməliyyat və sızma davamlılığının müddətinə dair məlumatlardan belə nəticəyə gəlmək olar ki, saxlanılan enerjinin maksimum miqdarının hesablanması mümkündür. Bu zavodda istifadə olunan materiallardakı ən aşağı minimum alovlanma enerjisi ilə müqayisə oluna bilər.
Bundan başqa, əgər yaranan maksimum potensial qığılcımın keçəcəyi boşluqlar üzərindəki möhkəm, dar boşluqlarla məhdudlaşırsa (misal üçün, fırlanan klapanlar kimi bəzi fırlanan maşınlarda), bənzər hesablamalar aparıla bilər və ölçülmüş minimum alovlanma enerjisi ilə müqayisə oluna bilər.
Bu cür hallarda, istifadə olunan və ya idarə olunan materiallardan gələn ən aşağı minimum alovlanma enerjisinin müqayisə zamanı istifadə olunması vacibdir. Elektrik yükünün boşalmasının digər tiplərinin dəyərləndirilməsi və onlara nəzarət xüsusi ekspert biliyini tələb edir, lakin ümumi qaydalara ədəbiyyatda baxa bilərsiniz [11]. Cihaz və avadanlıqların elektrik yükü ilə yüklənmiş, torpaqlanmamış metal hissələrindən gələn qığılcımın elektrik yükünün boşalması həcmlidir. Bu cür qığılcımların yarandığı zaman alovlanma təhlükəsini dəyərləndirmək üçün minimum alovlanma enerjisinin ədədləri sadə, həcmli elektrik yükünün boşalmasına dair cədvəldən istifadə etməklə müəyyən oluna bilər. Bəzi hallarda, bu cür cədvəllərin məhsuldarlığı və təkrarlanması elektrik yükünün boşalması cədvəlindəki 1 mH induksiyasının istifadəsi ilə dəyişdirilə bilər. Qeyd olunmalıdır ki, bu dəyişiklik normal olaraq sadə həcmli elektrik yükünün boşalması zəncirinə nisbətən daha alovlana bilən qığılcım yaradır və məhz buna görə də daha aşağı minimum alovlanma enerjisi ilə dəyərləndirilir. Bu lazımi xərclərlə heç də ciddi şəkildə vacib hesab olunmayan ehtiyat tədbirlərinin qəbul olunmasına gətirib çıxara bilər.
Elektrik qığılcımından başqa alovlanma mənbələrindən istifadə etməklə, bir çox toz miqdarı üzərində aparılmış eksperimental tədqiqatlar göstərir ki, minimum alovlanma enerjisinə dair hazırkı sınaq metodlarından istifadə etməklə əldə olunan toz buludlarının alovlanma xüsusiyyətlərinin təsnifatlaşdırma qaydası digər alovlanma mənbələrinin tipləri üçün də etibarlıdır. Enerjinin buraxılmasına dair xüsusiyyətlərdəki fərqlər müxtəlif alovlanma mənbələri ilə verilmiş qarışığın alovlanması üçün tələb olunan enerjinin ümumi miqdarındakı fərqlər üçün əhəmiyyətlidir. Ümumi enerjinin müqayisəsinə əsaslanan çertyoj məsələlərinin probleminin ən bariz nümunəsi toz buludunun yaranması zamanı fırçalı elektrik yükünün boşalmasının alovlanma qabiliyyətinin dəyərləndirilməsinə edilən cəhddir. Əvvəlki eksperimentlər göstərdi ki, fırçalı elektrik yükünün boşalması 4 mJ üzrə minimum qığılcım alovlanma enerjisinin partlayışa səbəb olan qaz qarışıqlarını alovlandıra bilər.
Belə ki, hələ də bu zamana qədər nümayiş etdirmək mümkün olmamışdır ki, 4 mJ aşağı minimum elektrik qığılcımının alovlanma enerjisinə malik olan buludları fırçalı elektrik yükünün boşalması ilə alovlana bilər. Bunun üçün bir səbəb fırçalı elektrik yükünün boşalması zamanı, elektrik yükünün boşalması zamanından müxtəlif ola bilər. Alovlanan toz buludları üçün tələb olunan tam enerjinin müəyyənləşdirilməsi mümkündür, belə ki, bu zaman elektrik qığılcımın alovlanması nəzərə alınmalıdır; həmçinin ölçmə metodları əvvəldə qeyd olunan tələblərə uyğun gəlməlidir.
Ümumiyyətlə, elektrik yükünün boşalmasında enerjinin aralıq şəkildə və müvəqqəti olaraq yayılması elektrik yükünün boşalmasının alovlanmasının əsas xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, analoq enerjini elektrik yükünün boşalması zamanı eyni alovlanma xüsusiyyətlərini verən qığılcımın elektrik yükünün boşalma enerjisi ilə bərabərləşdirməklə analoq enerjini elektrik yükünün boşalması üzrə qeyd etmək olar. Mexaniki qığılcımlar üçün analoq enerjinin müəyyənləşdirilməsi problemi [1] və [2] saylı bəndlərdə müzakirə olunur. Yuxarıda qeyd olunan məsələlər yalnız alışa bilən tozlara aid edilir. Toz buludunun və partlaya bilən qaz qarışığındakı qığılcımın elektrik yükünün boşalması xüsusiyyətlərinə gəldikdə isə, texniki ədəbiyyatda [31. [4], [5], [6] müzakirə olunur. Şübhə yarandığı təqdirdə, yalnız qaza aid ədədlərdən istifadə olunmalıdır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS)
Hissə 1: FEETS üçün ümumi və
təhlükəsizlik tələbləri
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 62040-1:2013 “Uninterruptible power systems (UPS) – Part 1: General and safety requirements for UPS” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
IEC 62040-1standartının bu birləşmiş versiyası birinci nəşrdən (2008) [22H/104/FDIS və 22H/106/RVD sənədləri], ona edilən 1 saylı əlavə və dəyişikliklərdən (2013) [22H/151/FDIS və 22H/155/RVD sənədləri] və sentyabr, 2008 – cil tarixli düzəlişlərdən ibarətdir. Bu sənədin nəşr nömrəsi 1.1 – dir.
Ona görə də bu sənədin texniki məzmunu onun əsas nəşrin və ona edilmiş əlavə və dəyişikliklərin texniki məzmunu ilə eyni olub istifadəçinin rahatlığı üçün hazırlanıb. Səhifənin kənarındakı şaquli xətt əsas nəşrə edilmiş 1 daylı əlavə və dəyişiklikləri göstərir. Əlavələr və ləğvetmələr qırmızı rənglə verilib və ləğv edilmiş cümlələrin altından xətt çəkilib.
Bu standartda 2004–cü ildə nəşr edilmiş IEC 62040-1-1 standartının birinci versiyası ləğv edilərək əvəzlənir və müəyyən texniki düzəlişlər edilib. Bu standart əvvəlki IEC 62040-1-1 və IEC 62040-1-2 standartlarında irəli sürülmüş bütün tələbləri, o cümlədən aşağıda göstərilənləri özündə cəmləyir:
– istinad edilən normativ sənədlərin, o cümlədən IEC 60950-1 standartının İstinad edilən Sənəd (İS) kimi yenilənməsi;
– standartın hal–hazırda dünyada tanınmış qabaqcıl qaydalara uyğunlaşdırılması və onların tələblərinə cavab vermək;
– əks cərəyana qarşı mühafizəsinin gücləndirilməsi, torpaqda (massa) qısa qapanmanın müəyyən edilməsi və temperatur artması və akkumulyator bölmələrində hidrogenin konsentrasiyası üzrə cədvəllərin yenilənməsi;
– 1 saylı Əlavə və Dəyişikliklərdə FEETS-nin çıxışına qısa qapanma tətbiq edilən zaman qısa müddətli davamlılıq cərəyanı üçün müəyyən tələblər irəli sürülüb (5.5.4).
Bu nəşrin layihəsi ISO/IEC Direktivlərinin 2–ci Hissəsinə əsasən hazırlanıb.
Bu standart IEC 60950-1 standartının 2.0 saylı və bu standartda “İS” kimi istinad edilən nəşri ilə birlikdə istifadə edilməlidir.
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRƏ GİRİŞ
Bu əlavə və dəyişiklikdə təyin edilmiş istismar rejimlərində çıxışlara qısa qapanma tətbiq edildikdə və çıxış cərəyanı aşağı tam müqavimətli cığırla d.c. girişi ilə verildikdə FEETS-nin təhlükəsizliyini yoxlamaq məqsədilə qısa müddətli davamlılıq cərəyanı üzrə müəyyən tələblər irəli sürülüb.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS)
Hissə 1: FEETS üçün ümumi və
təhlükəsizlik tələbləri
Uninterruptible power systems (UPS)
Part 1: General and safety
_______________________________________________________________________________________
1 TƏTBIQ SAHƏSI VƏ MÜƏYYƏN ƏLAVƏLƏR
IEC 62040 standartının bu hissəsi d.c. cərəyan birləşməli elektrik enerjisi toplayan cihazı olan fasiləsiz elektrik enerjisi təchizatı sistemlərinə tətbiq edilir. Bu standart, hazırki standartda “İS” (istinad sənədi) kimi istinad edilən IEC 60950-1 standartı ilə birlikdə istifadə edilməlidir.
QEYD: FEETS sisteminin tətbiq edildiyi sahələrdə ümumi olaraq enerji toplayıcı cihaz kimi kimyəvi batareyalardan istifadə edilir. Alternativ cihazların istifadəsi məqsədə uyğun ola bilər və bu standartın mətnində verilən “batareya” sözü, istifadə edilə bildiyi təqdirdə, “enerji toplayıcı cihaz” kimi başa düşülə bilər.
Bu bənddə “Bəndin /İS sənədinin müddəaları və ya anlayışları tətbiq edilir” cümləsi IEC 60950-1 standartının müddəalarının və anlayışlarının tətbiq edilməsi mənası daşıyır, lakin fasiləsiz elektrik enerjisi təchizatı sistemlərinə aydın tətbiq edilə bilməyən müddəalar və anlayışlar istisna təşkil edir. IEC 60950-1 standartının tələblərinə əlavə olaraq irəli sürülən milli tələblər İS sənədinin müvafiq bəndləri altında qeyd kimi verilərək tətbiq edilir.
FEETS sisteminin bu standartda verilən əsas funksiyası dəyişən cərəyan mənbəyinin fasiləsizliyini təmin etməkdən ibarətdir. FEETS sistemi həmçinin cərəyan mənbəyini təyin edilmiş xüsusiyyətlərə uyğunlaşdıraraq, onun keyfiyyətini yaxşılaşdırmağa xidmət edə bilər.
Bu standart daşınar, stasionar, sabit və ya alçaq gərginliyin paylanması sistemlərində istifadə edilən və həmin sistemlərə quraşdırılan, eləcə də məhdud girişli zonalarda və ya operator üçün girişin tətbiq edildiyi sahələrdə quraşdırılan FEETS sistemlərinə tətbiq edilir. Bu standartda həmçinin avadanlıqla təmasda olan operatorun və adi şəxslərin, xüsusən də, texniki xidmət göstərən şəxslərin təhlükəsizliyini təmin etmək üçün müəyyən tələblər irəli sürülüb.
Bu standart quraşdırılmış vahid FEETS bloku və ya birləşdirilmiş FEETS bloklarından ibarət sistem kimi, FEETS sisteminin təhlükəsizliyini istehsalçı tərəfindən təyin edilmiş qaydada FEETS sistemin quraşdırılması, istismarı və texniki xidməti şərtlərinə uyğun olaraq təmin etmək üçün nəzərdə tutulub.
Bu standart FEETS əsaslı fırlanan maşınları əhatə etmir.
Elektromaqnit uyğunluğu (EMU) üzrə tələblər və anlayışlar IEC 62040-2 standartında verilib.
Bu standart FEETS sisteminin bütün növlərini əhatə etməsə də ondan bu cür avadanlıqlar üçün təlimat kimi istifadə etmək olar. Bu standartdakı tələblərə əlavə olaraq, xüsusi tətbiq sahələri, məs. FEETS sistemi ilə aşağıdakı istismar mühitində əlaqəli olan tətbiq sahələri, üçün müəyyən tələblər irəli sürülə bilər:
– ekstremal temperatur dərəcələrinə, həddən artıq tozun, nəmişliyin və ya silkələnmənin təsirinə; alışa bilən qazların təsirinə; korroziyalı və ya partlayıcı mühitin təsirlərinə məruz qaldıqda;
– kənar maddələrin və suyun nüfuz etməsi mümkün olduqda;
QEYD 1: H Əlavəsində belə tələblər və müvafiq sınaqlar üçün təlimatlar verilib.
– tropik ölkələrdə və ya hündürlüyü 1000 metrdən yüksək olan ərazilərdə nəqliyyat vasitələrində, gəmilərdə və ya hava nəqliyyatında;
QEYD 2: Hündürlüyü 1000 metrdən yüksək olan ərazilərdə işləyən FEETS sisteminin işləmə qabiliyyəti üçün təlimatlar IEC 62040-3 standartının 4.1.1 – ci yarımbəndində verilib.
– trapesiya şəkilli çıxış dalğaları və onların uzun müddət mövcud olması (30 dəqiqədən uzun);
QEYD 3: IEC 62040-3 standartının 5.3.1.2 –ci yarımbəndində verilən tələblərə uyğunluğun təmin edilməsinə əlavə olaraq, yükün uyğunluğunun təmin edilməsi məqsədilə gərginliyin təhrifi sınaqları da aparılmalıdır.
– IEC 60664 standartına əsasən II kateqoriyaya daxil edilən həddən artıq gərginlik artmalarını aşan keçid prosesləri ilə bağlı gərginlik artımı mövcud olduqda;
QEYD 4: G.2.1/İS yarımbəndində FEETS sisteminə gedən dəyişən cərəyanlı qida blokunda keçid prosesləri ilə bağlı həddən artıq gərginlik artımına qarşı əlavə mühafizənin təmin edilməsi üçün təlimatlar verilir. Bu cür əlavə mühafizə avadanlığın izolyasiyası tələblərinin ayrılmaz hissəsi olduğu təqdirdə, qida xətlərindən əlavə mühafizə sisteminin yük tərəfinə qədər sızan cərəyanın uzunluğu və lazımi aralıq məsafəsi, tələb edildiyi təqdirdə, kateqoriya III və IV -ə daxil edilə bilər. Əlavə mühafizənin yük tərəfində olan bütün daxili izolyasiya tələbləri, sızan cərəyanın uzunluğu və lazımi aralıq məsafəsi tələb edildiyi təqdirdə kateqoriya I və ya II kimi qiymətləndirilə bilər.
– FEETS sisteminin xəstənin təmas sahəsinin 1.5 metrliyində yerləşdiyi elektro- tibbi tətbiq sahələrində;
– hüquqi orqan tərəfindən qəza hallarında elektrik enerjisi təchizatı kimi təsnif edilən sistemlərdə.
QEYD 5: Yerli normativ aktlara əsasən əlavə tələblər irəli sürülə bilər.
2 NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60364-4-42, Electrical installations of buildings – Part 4-42: Protection for safety – Protection against thermal effects (IEC 60364 -4-42, Binalardakı elektrik qurğuları – Hissə 4-42: Təhlükəsizliyin təmin edilməsi – İstilik təsirlərindən qorunma)
IEC 60417, Graphical symbols for use on equipment (IEC 60417, Avadanlıqlar üçün istifadə edilən qrafik işarələr)
IEC 60529, Degrees of protection provided by enclosures (IP Code) (IEC 60529, Qoruyucu korpuslarla təmin edilən qorunma dərəcəsi (IP Kodu))
IEC 60664 (all parts), Insulation coordination for equipment within low-voltage systems (IEC 60664 (bütün hissələr), Alçaq gərginlikli sistemlərdə avadanlıqlar üçün izolyasiyanın koordinasiyası)
IEC 60755, General requirements for residual current operated protective devices (IEC 60755, Qalıq cərəyanla idarə edilən qoruyucu cihazlar üçün ümumi tələblər)
IEC 60950-1:2005, Information technology equipment – Safety – Part 1: General requirements (IEC 60950-1:2005, informasiya texnologiyası avadanlıqları – Təhlükəsizlik – Hissə 1: Ümumi tələblər)
IEC 61000-2-2, Electromagnetic compatibility (EMC) – Part 2-2: Environment – Compatibility levels for low-frequency conducted disturbances and signaling in public low-voltage power supply systems (IEC 61000-2-2, Elektromaqnit uyğunluq (EMC) – Hissə 2-2: Ətraf mühit – Alçaq gərginlikli kommunal elektrik enerjisi təchizatı sistemlərində kiçik tezlikli maneələr və siqnallar üçün uyğunluq səviyyələri)
IEC 61008-1, Residual current operated circuit-breakers without integral overcurrent protection for household and similar uses (RCCBs) – Part 1: General rules (IEC 61008 -1, Məişətdə və buna bənzər digər yerlərdə istifadə üçün nəzərdə tutulan artan cərəyana qarşı inteqral qoruyucusu olmayan, qalıq cərəyanı ilə idarə edilən elektrik açarları (RCCB) – Hissə 1: Ümumi qaydalar)
IEC 61009-1, Residual current operated circuit-breakers with integral overcurrent protection for household and similar uses (RCBOs) – Part 1: General rules (IEC 61009-1, Məişətdə və buna bənzər digər yerlərdə istifadə üçün nəzərdə tutulan həddən artıq artan cərəyana qarşı inteqral qoruyucusu olan, qalıq cərəyanı ilə idarə edilən elektrik açarları (RCBO) – Hissə 1: Ümumi qaydalar)
IEC 61439-1:2011, Low-voltage switchgear and controlgear assemblies – Part 1: General rules (IEC 61439-1:2011, Alçaq gərginlikli paylayıcı və idarəetmə qurğularının aqreqatları – Hissə 1: Ümumi qaydalar)
IEC 62040-2:2005, Uninterruptible power systems (UPS) – Part 2: Electromagnetic compatibility (EMC) requirements (IEC 62040-2:2005, Fasiləsiz enerji təchizatı sistemləri (FEETS) – Hissə 2: Elektromaqnit uyğunluq (EMC) tələbləri)
IEC 62040-3:1999, Uninterruptible power systems (FEETS) – Part 3: Method of specifying the performance and test requirements (IEC 62040-3:1999, Fasiləsiz enerji təchizatı sistemləri (FEETS) – Hissə 3: İşləmə qabiliyyətinin təyin edilməsi metodu və sınaq tələbləri).
Bu sənədin məqsədləri üçün aşağıdakı terminlərdən və anlayışlardan istifadə edilir.
QEYD 1: Əgər başqa cür təyin edilməyibsə, “gərginlik” və “cərəyan” terminləri o.kv. qiymətlərini ifadə edir.
QYED 2: Qeyri –sinusoidal dalğaları mövcud olduqda ölçmə cihazları tərəfindən həqiqi o.k.q. qiymətlərinin verildiyinə diqqət yetirmək lazımdır.
3.1.1 Fasiləsiz enerji təchizatı sistemi FEETS
Giriş cərəyanının kəsildiyi təqdirdə, yük gücünün fasiləsizliyini təmin etmək üçün nəzərdə tutulan elektrik enerjisi sistemindən ibarət olan çeviricilərin, açarların və enerji toplama cihazlarının (məs. batareyaların) kombinasiyası.
QEYD: Yük gücünün fasiləsizliyi, gərginlik və tezlik səviyyəsi nominal sabit vəziyyətli və yol verilən keçid diapazonunda olduqda, eləcə də təhrif və maneələr yük üçün təyin edilmiş hədlər daxilində olduğu təqdirdə təmin edilir. Gərginlik və tezlik səviyyəsinin nominal sabit vəziyyətli və yol verilən keçid diapazonundan xaricdə olduğu halda, eləcə də, təhrif və maneələrin FEETS sistemi üçün təyin edilmiş hədlərdən çıxdığı təqdirdə, giriş gücünün kəsilməsi baş verir.
FEETS sisteminin daxilində və ya xaricində mövcud olan alternativ güc cığırı
elektrik enerjisi şirkəti və ya istifadəçinin generatoru tərəfindən təmin edilən güc
Dövri şərtlər altında, ani p gücü üçün bir T dövründə götürülən orta qiymət:
QEYD 1: Sinusoidal şərtlər altında aktiv güc mürəkkəb gücün real hissəsini təşkil edir.
QEYD 2: Aktiv güc üçün Sİ vahidi vattdır.
QEYD 3: SC, fundamental və harmonik gərginlik səviyyələri birbaşa olaraq aktiv gücün həcminə köməkçi təsir göstərir. Tətbiq edildiyi təqdirdə, aktiv gücün ölçülməsi üçün istifadə edilən nəzarət –ölçmə cihazları, hər hansı qeyri –simmetrik və harmonik güc komponentlərini ölçmək qabiliyyətinə və bunun üçün kifayət qədər tezlik diapazonuna malik olmalıdır.
o.kv. gərginliyinin və o.kv. cərəyanının məhsulu
FEETS sistemində mövcud olan gərginliyin və ya enerjinin əsas güc olmadan və ehtiyat enerjisi rejimində birbaşa və ya sızma cığırı ilə giriş terminallarının qidalandırılması halı.
3.1.7 əks cərəyandan qorunma
əks cərəyana görə elektrik şoku riskinin azaldılması üçün nəzərdə tutulan nəzarət sxemi.
3.1.8 ehtiyat enerjisi rejimi
aşağıdakı şərtlər altında FEETS sisteminin işləməsi:
– əsas güc ayrılnışdır və ya təyin edilmiş yol verilə bilən hədd xaricindədir;
– batareya yüklənmədikdə;
– yük yol verilə bilən diapazon daxilindədir;
– çıxış gərginliyi yol verilə bilən hədd daxilindədir.
3.2 FEETS sisteminin nominal elektrik qiymətləri
3.2.1 nominal gərginlik
istehsalçı tərəfindən bəyan edilən giriş və ya çıxış gərginliyi (üç –fazalı qida bloku, fazalar arası gərginlik)
3.2.2 nominal gərginlik diapazonu
istehsalçı tərəfindən bəyan edilən, aşağı və yuxarı nominal gərginlik səviyyələri ilə ifadə edilən giriş və ya çıxış gərginliyi
3.2.3 nominal cərəyan
FEETS sisteminin istehsalçı tərəfindən bəyan edilən giriş və ya çıxış cərəyanı
3.2.4 ən yüksək nominal davamlılıq gərginliyi Ipk
Müəyyən edilmiş şərtlərə davam gətirə bilən və FEETS sisteminin istehsalçısı tərəfindən bəyan edilən ən yüksək qısa qapanma cərəyanının qiyməti
QEYD: Bu standartın məqsədi üçün, Ipk, Cədvəl 3 –də göstərilən gözlənilən sınaq cərəyanının ilkin ən yüksək asimmetrik qiymətini göstərir.
3.2.5 qısa müddətli nominal davamlılıq cərəyanı Icw
təyin edilmiş şərtlər altında zədə yaratmadan daşına bilən, cərəyan və zaman baxımından təyin edilən, və USP sisteminin istehsalçısı tərəfindən bəyan edilən qısa müddətli cərəyanın o.kv. qiyməti
3.2.6 şərti nominal qısa qapanma cərəyanı Icc
təyin edilmiş şərtlər altında qısa qapanmadan mühafizə cihazlarının (SCPD) ümumi işləmə müddətinə (qısa qapanmanın kəsilməsi vaxtı) davam gətirə bilən və USP sisteminin istehsalçısı tərəfindən bəyan edilən gözlənilən qısa qapanma cərəyanın o.kv. qiyməti
QEYD: Qısa qapanmadan mühafizə cihazı FEETS sisteminin tərkibinə daxil edilə və ya ayrıca blok kimi istifadə edilə bilər.
3.2.7 kiçik müqavimətli cığır
FEETS sisteminin yüklənməsi məqsədləri üçün cüzi tam müqavimət göstərən konturlu cihazlar, məs. kabellər, dəyişdirici cihazlar, qoruyucu cihazlar və filtrləmə cihazları.
QEYD: Kiçik tam müqavimətli cığırda olan cihazlar qısa qapanma şəraitində cərəyan məhdudlaşdırma xüsusiyyətləri daşıya bilər. Buna misal olaraq cərəyanı məhdudlaşdıran probkaları, cərəyanı məhdudlaşdıran rubilnikləri, transformatorları və induktorları göstərmək olar.
3.2.8 gözlənilən qısa qapanma cərəyanı cp
FEETS sisteminin qida mənbəyi çıxışlarına praktiki cəhətdən mümkün qədər yaxın yerləşən cüzi tam müqavimətə malik konduktorun dövrəyə gedən qida konduktorlarını qısa qapatdığı halda axan cərəyanın o.kv. qiyməti
istehsalçının istismar təlimatlarına əsasən, normal istifadənin şərtlərinə mümkün qədər yaxın olan istismar rejimi
QEYD 1: Bununla belə, faktiki istifadə şərtləri istehsalçı tərəfindən tövsiyyə edilən maksimum yük şərtlərindən daha kəskin olduqda tətbiq edilə bilən maksimumu göstərən yükdən istifadə etmək lazımdır.
QEYD 2: FEETS sistemi üçün istinad edilən normal yük şərtlərinin nümunələri barədə məlumat almaq üçün L Əlavəsinə bax.
qida mənbəyindən cərəyanın götürüldüyü yük aşağıdakı əlaqəyə əsasən təyin edilir:
I – yük cərəyanını ifadə edir;
U - qida gərginliyini ifadə edir;
Z - tam yük müqavimətini ifadə edir.
3.3.3 qeyri –xətti yük
Z parametrinin (tam yük müqaviməti) sabit olmadığı lakin gərginlik və zaman kimi parametrlərdən asılı olaraq dəyişdiyi yük (bax: Əlavə L).
3.4 Qida mənbəyinə birləşdirmə
1.2.5/İS –də verilən terminlər aşağıda göstərilənlər ilə birlikdə tətbiq edilir.
Birləşdirmə məqsədilə istifadə edilən elastiki naqil və ya kabel
3.5 Dövrələr və dövrə xüsusiyyətləri
1.2.8/İS –də verilən terminlər (məs. təhlükəli gərginlik 1.2.8.6/İS) tətbiq edilir.
1.2.9/İS –də verilən terminlər tətbiq edilir.
3.7 Avadanlığın mütəhərrikliyi
1.2.3/İS –də verilən terminlər tətbiq edilir.
3.8 FEETS sisteminin izolyasiya sinifləri
1.2.4/İS –də verilən terminlər tətbiq edilir.
3.9 Torpaqda qısa qapanma
Cərəyanlı konduktor ilə torpaq arasında təsadüfi keçirici cığırın yaranması
1.2.6/İS –də verilən terminlər tətbiq edilir.
1.2.7/İS –də verilən terminlər tətbiq edilir.
1.2.11/İS –də verilən terminlər tətbiq edilir.
3.13 Elektrik enerjisinin paylanması
1.2.8.1/İS və 1.2.8.2/İS –də verilən terminlər tətbiq edilir.
3.14 Alışa bilmə qabiliyyəti
1.2.12/İS –də verilən terminlər tətbiq edilir.
1.2.13/İS –də verilən terminlər tətbiq edilir (məs. 1.2.13.1/İS –də verilən tipik sınaq terminin tərifi).
3.16 Sızan cərəyanın uzunluğu və aralıq məsafələri
1.2.10/İS –də verilən terminlər tətbiq edilir.
3.17 Telekommunikasiya şəbəkələri
Aşağıdakı terminlər tətbiq edilir: 1.2.8.11/İS, 1.2.8.12/İS, 1.2.8.13/İS, 1.2.8.14/İS.
4 ÜMUMİ SINAQ ŞƏRTLƏRİ
1.4.1/İS, 1.4.3/İS, 1.4.6/İS, 1.4.7/İS, 1.4.8/İS, 1.4.10/İS, 1.4.11/İS, 1.4.12/İS, 1.4.13/İS, 1.4.14/İS –də verilən terminlər aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Giriş gərginliyinin yol verilə bilən hədlərində yalnız sızma cərəyanının sınağı və istilik sınaqları aparılmalıdır. (bax: 1.4.5/İS). Əgər başqa cür təyin edilməyibsə, bütün sınaqlar nominal giriş gərginliyi səviyyələrində aparılmalıdır.
1.4.2/İS –də verilən müddəalar aşağıdakı əlavələrlə birlikdə tətbiq edilir.
Bu standartda materialların, hissələrin və ya yarım –aqreqatların uyğunluğunun yoxlama və ya xassələrin sınağı vasitəsilə yoxlanılması təyin edildikdə, təyin edilmiş tipik sınaqların əvəzinə əvvəlki sınaqların nəticələrini və ya müvafiq məlumatları nəzərdən keçirməklə bu uyğunluğun təsdiqlənməsinə icazə verilir.
QEYD: Fiziki cəhətdən böyük bloklar və / yaxud nominal güc qiymətləri üçün tipik sınaqların nümayişi üçün adekvat sınaq vasitələri mövcud olmaya bilər.
Bu situasiya həmçinin sınaq avadanlığının satışda olmadığı və ya istehsalçının sınaq obyektinin hədlərini aşan xüsusi sınaq vasitələrinin tələb edildiyi bəzi elektrik sınaqlarına aiddir.
4.3 Sınaqlar üçün işçi parametrlər
Bu standartda xüsusi sınaq şərtlərinin təyin edildiyi və sınağın nəticələrinə hər hansı əhəmiyyətli təsirin göstərildiyi hallar istisna olmaqla, sınaqlar nominal gərginlik səviyyəsində və istehsalçının istismar spesifikasiyaları çərçivəsində aşağıda göstərilən parametrlərin ən əlverişsiz kombinasiyası əsasında aparılmalıdır:
– qida gərginliyinin olmaması;
– qida mənbəyinin tezliyi;
– batareyanın yüklənmə vəziyyəti;
– FEETS sisteminin fiziki yeri və daşınar detalların mövqeyi;
Aşağıda göstərilənlər məhdud girişli yerlərdə quraşdırılmış FEETS sisteminə tətbiq edilmir:
– operator girişinin təmin edildiyi yerlərdə termostatların, tənzimləyici cihazların və ya aşağıdakı xüsusiyyətlər malik olan buna oxşar digər nəzarət vasitələrinin tənzimlənməsi:
a) alətin köməyi olmadan tənzimlənə bilər, və ya
b) operator tərəfindən məqsədli şəkildə təşkil edilən alət və ya açar kimi vasitələrlə tənzimlənə bilər.
4.4 Sınaq zamanı FEETS sisteminin yüklənməsi
Sınaq nəticələrinin FEETS sisteminin yüklənməsinə görə əsaslı surətdə dəyişə bildiyi hallarda, ən əlverişsiz nəticələrin alınması üçün tənzimləmə işi aparılmalıdır. Bu, aşağıdakı xüsusiyyətlərə malik olan yüklənməni nəzərə almaqla həyata keçirilir:
– avadanlıqda standart qida mənbəyinin çıxışına və ya sıxacına 4.7.2 – ci yarımbənddə tələb edilən nişanlamada göstərilən qiymətə kimi birləşdirilə bilən;
– ehtiyat enerji mənbəyinin yenidən yüklənməsinə görə (batareyalar və ya buna bənzər);
– sınaq altında avadanlıqla birlikdə və ya ona daxil edilmək üçün istehsalçı tərəfindən təklif və ya təmin edilən əlavə xüsusiyyətlərə görə;
– sınaq altında olan avadanlıqdan cərəyan almaq üçün istehsalçının nəzərdə tutduğu digər avadanlıq komplektinə görə.
QEYD 1: Sınaq zamanı belə yüklənmənin təqlidi üçün süni yüklərdən istifadə etmək olar.
QEYD 2: Həmçinin bax: 4.6.
Təhlükəsizliyin təmin edildiyi yerlərdə komponentlər bu standartın tələblərinə və ya IEC komponent standartlarının təhlükəsizlik aspektlərinə uyğun olmalıdır.
QEYD 1: IEC komponent standartı yalnız sözügedən komponentin onun mövzusuna aid olduğu təqdirdə məqsədə uyğun hesab edilir.
Bundan başqa, 1.5.2/İS, 1.5.3/İS, 1.5.4/İS, 1.5.5/İS, 1.5.6/İS, 1.5.7/İS və 1.5.8/İS –də verilən müddəalar tətbiq edilir.
QEYD 2: Bu standartın tələblərinə komponentlərin təhlükəsiz nasazlıq rejiminin təmin edilməsi üçün nəzərdə tutulan anormal halların sınaqları daxil edilib; bax: 8.3
4.6 Güc interfeysləri
1.6.1/İS, 1.6.2/İS, 1.6.4/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
QEYD: a) yarımbəndindən d) yarımbəndinə kimi təsvir edilən şərtlərin hər birinə əsasən nominal çıxışa cərəyan verərkən, təyin edilmiş rejimli müvafiq d.c. və ya s.c. giriş cərəyanı i nominal cərəyanın 110 faizini aşmamalıdır.
a) Yenidən yüklənmə rejimi – batareyanın yüklənməsi zamanı FEETS sistemi tərəfindən qəbul edilən əsas gücə tətbiq edilə bilir.
b) Ehtiyat enerji rejimi – s.c. cərəyan formasına, məs. əsas gücün simulyasiyası zamanı uzaqdan idarə edilən batareyaya tətbiq edilə bilir. FEETS sisteminin invertor hissəsi öz gücünü tam yüklənmiş batareya blokundan və ya xarici s.c. qida mənbəyindən almalıdır.
c) Baypas rejimi – çıxış yükü üçün əsas gücün FEETS sisteminin düzləndirici –yükləyici və invertor bölmələrinə ötürülməsinə və birbaşa olaraq yükə verilməsinə şərait yaratmaq üçün cərəyan keçirici açar yerləşdirilməlidir.
d) Normal rejim – Batareyası tam yüklənmiş olan FEETS sistemi öz gücünü əsas güc mənbəyindən almalıdır.
Əgər varsa, neytral konduktorlar torpaqdan və avadanlığın korpusundan faza konduktorları kimi izolyasiya edilməlidir. Neytral və torpaq arasında birləşdirilmiş komponentlərin nominal gərginlik səviyyəsi faza-neytral gərginliyinə bərabər olan işçi gərginliyi olmalıdır. Neytral çıxış konduktorlarının neytral giriş konduktorundan izolyasiya edildiyi təqdirdə, qurğulara texniki xidmət göstərən məsul şəxs quraşdırma təlimatlarında göstərilən qaydada və naqil çəkmə qaydalarına uyğun olaraq neytral çıxış konduktorunu birləşdirməlidir.
Uyğunluq yoxlama vasitəsilə təyin edilir.
4.7 Nişanlama və təlimatlar
Aşağıda göstərilən qaydada nişanlamanın aparılması tələb edildikdə, müvafiq məzmunlu mətn daxil edilməlidir. Vurulan nişan operatorun girişi təmin edilən sahədən gözlə görülə bilməli və ya avadanlığın xarici səthində olmalıdır. Əgər mütəhərrik olmayan avadanlığın xarici səthinə nişan vurulubsa onda həmin nişan avadanlığı quraşdırdıqdan sonra normal istismar zamanı gözlə görülə bilməlidir.
Texniki xidmət göstərən şəxs tərəfindən quraşdırılması nəzərdə tutulan və ya məhdud girişli sahədə quraşdırılmış avadanlıqlara gəldikdə isə nişan operator üçün əlçatan olmayan qapının və ya örtüyün üzərinə qoyula bilər. Bu zaman belə nişanın yerini aydın göstərmək üçün avadanlığa markerlə gözlə görünə bilən işarə qoyulmalıdır. Bunun yalnız müvəqqəti markerlə istifadəsinə icazə verilir.
Avadanlıqlara uyğun nişan qoymaqla aşağıdakıları göstərmək lazımdır:
– giriş qida mənbəyinə qoyulan tələblər;
– çıxış qida mənbəyinin nominal qiymətləri.
Çoxsaylı nominal gərginlik səviyyələrinə malik olan avadanlıqlar üçün müvafiq nominal cərəyan göstəriciləri elə nişanlanmalıdır ki, fərqli nominal cərəyan qiymətləri ayırıcı xətt (/) ilə ayrılsın və nominal gərginlik ilə nominal cərəyan arasındakı əlaqə daha aydın nəzərə çarpsın.
Nominal gərginlik diapazonuna malik olan avadanlıqlar maksimum nominal cərəyan qiyməti və ya cərəyan diapazonun göstəricisi ilə nişanlanmalıdır.
Giriş və çıxış qiymətlərinin nişanlarına, aşağıda göstərilənlərə əlavə olaraq İS –də göstərilənlər də daxil edilir:
– nominal çıxış gərginliyi;
– nominal çıxış gücünün əmsalı (əgər qiymət tək ədəddən aşağıdırsa) və ya aktiv güc və nominal cərəyan;
– çıxış fazalarının və neytralın say (bax: 1.7.1/İS);
– L/RD Əlavəsinə əsasən çıxışın vatla və ya kilovatla ifadə edilən nominal aktiv gücü;
– L/RD Əlavəsinə əsasən çıxışın volt –amperlə və ya kilovolt –amperlə ifadə edilən nominal məlum gücü;
– ətraf mühit- istismar temperaturu diapazonu (əgər 0 °C - 40 °C diapazonundan fərqlidirsə);
QEYD 1: Məsələn, daxili ofis temperaturu üçün istehsalçı tərəfindən təyin edilmiş temperatur diapazonu 10 °C - 35 °C ola bilər.
– 5.5.4–cü yarımbəndə əsasən qısa müddətli nominal davamlılıq cərəyanı (Icw) və ya şərti nominal qısa qapanma cərəyanı (Icc).
QEYD 2: Cədvəl 3 –də göstərilən qiymətlər aşıla və elə də nişanlana bilər.
Əlavə olaraq ayrıca avtomatik baypas / texniki xidmət üçün baypas sistemi və əlavə d.c. giriş qida mənbəyi və ya xarici batareyalarla təchiz olunmuş avadanlıqlar üçün qida mənbəyinin müvafiq nominal qiymətlərinin uyğun quraşdırma təlimatlarında göstərilməsinə icazə verilir. Bundan sonra aşağıda göstərilən təlimat birləşmə nöqtəsində və ya ona yaxın yazılmalıdır:
4.7.3 Texniki təhlükəsizlik təlimatları
İstehsalçı FEETS sisteminin istismarı, quraşdırılması, texniki xidməti, daşınması və ya saxlanılması zamanı təhlükəli halların baş verməməsi üçün tələb edilən bütün texniki təhlükəsizlik təlimatlarını hazırlamalıdır.
Məsələn, bir neçə ayrı qoruyucu korpuslardan ibarət olan ştepselli FEETS sisteminin quraşdırılması zamanı qoruyucu torpağa birləşdirmə konduktoru üçün xüsusi ehtiyat tədbirlərinin görülməsi tələb edilə bilər. FEETS sisteminin şəbəkə ştepseli ayrıldıqda, qoruyucu konduktor bu korpuslar arasında qoşulmuş vəziyyətdə qalmalıdır. Belə korpuslarda böyük gücə malik elektron avadanlıqlar, batareya komplekti, baypas açarları, sıxaclar və ya /çıxışlar yerləşə bilər.
İstehsalçı quraşdırma üçün lazım olan səriştə səviyyəsi barədə müvafiq təlimatlarını verməlidir. Vəziyyətdən asılı olaraq, quraşdırma təlimatlarında naqil çəkmə qaydalarına da istinad edilməlidir. Təlimatlar ayrıca olaraq aşağıda göstərilənlərə aid edilməlidir:
– yalnız məhdud girişli zonada yerləşdirilməsi nəzərdə tutulan FEETS sistemi,
Quraşdırma təlimatlarında FEETS sisteminin yalnız IEC 60364-4-42 standartının tələblərinə uyğun olaraq quraşdırıla bilinməsi aydın göstərilməlidir. Belə FEETS sistemi 1.2.6.2/İS –də göstərilən yanğından mühafizə örtüyünün tələblərinə cavab verməyə də bilər.
– d.c. cərəyanlı qida mənbəyinə və ya yükə yaxud ayrı- ayrı enerji toplama cihazına, məs. istifadəçi tərəfindən çatdırılan və quraşdırılmayan batareyalara, bərk məftillə birdəfəlik qoşulması nəzərdə tutulan FEETS sistemi. Quraşdırma təlimatlarında FEETS sisteminin yalnız ixtisaslı peşəkar şəxs tərəfindən quraşdırıla ( məs. texniki xidmət göstərən şəxs) biləcəyi və şəbəkə gücünün izolyasiyası üçün nəzərdə tutulan ayırıcı cihazın nə vaxt avadanlığa qoşulmadığı, eləcə də müvafiq əlverişli ayrıcı cihazın bərk naqillə qoşulmasının vacibliyi göstərilməlidir.
– Enerji toplama cihazı, məs. batareyası olan və təchizatçı tərəfindən artıq quraşdırılmış ştepselli A tipli və ya B tipli FEETS sistemi. İstifadəçi tərəfindən quraşdırılması nəzərdə tutulan FEETS sistemi ona çatdırılmalı, məs. istifadəçi üçün təlimat vəsaiti ilə birlikdə çatdırılmalıdır. Şəbəkə gücünün izolyasiyası üçün nəzərdə tutulan ayırıcı cihaz avadanlığa qoşulmadıqda (bax: 3.4.2/İS) və ya qida blokunun şnurundakı ştepsel ayrıcı qurğu kimi nəzərdə tutulduqda, quraşdırma təlimatlarında FEETS sisteminə cərəyan verən şəbəkə rozetkasının ona yaxın və əlverişli mövqedə quraşdırılacağı aydın göstərilməlidir. FEETS sisteminin şnuru torpağa birləşdirilmiş şəbəkənin rozetkasına təhlükəsizlik məqsədləri üçün qoşulduqda FEETS sisteminin nişanlama və ya quraşdırma təlimatlarında bu barədə məlumat verilməlidir. Eyni nişanlama tələbləri qoşulmuş digər FEETS avadanlığının və ya Sinif 1 yük növünün bir potensiallı torpağa birləşdirilməsinə də şamil edilir.
QEYD: Ştepselli cərəyan şnurları normal olaraq 2 m və ya daha qısa uzunluğa malik olur.
FEETS sisteminin adi şəxslər tərəfindən işlədilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla, istehsalçı avadanlığın işlədilməsi üçün lazım olan səriştə səviyyəsi barədə lazımi təlimatlarını verməlidir. Bu təlimatlara operatorlar üçün təlimlərin keçirilməsi və ya onların məhdud girişli zonalarına daxil olmaq üçün müvafiq səlahiyyətə yaxud ixtisasa malik olması aid edilə bilər.
4.7.3.4 Texniki xidmət
Operator tərəfindən göstərilə bilən gündəlik kiçik texniki xidmət işləri istisna olmaqla, FEETS sisteminin texniki xidmət zamanı istifadə edilən təhlükəsizlik təlimatları normal olaraq texniki xidmət göstərən şəxslərə təqdim edilməlidir.
4.7.3.5 Əks cərəyanla əlaqəli paylanma
Texniki xidmət göstərən şəxsə FEETS sisteminin səbəb olmadığı, lakin bu sistemin ehtiyat enerjisi rejimində işlədiyi zaman xüsusi yük qapanmasının baş verdiyi zaman və ya güc paylama sistemi ilə nataraz yükün verildiyi zaman, məs. tam müqavimətlə torpağa birləşdirilmiş İT sistemi, yaranan əks cərəyan situasiyaları barədə xəbərdarlıq etmək üçün daimi quraşdırılmış FEETS sistemi üçün nəzərdə tutulan quraşdırma təlimatlarında xəbərdarlıq etiketlərinin aşağıdakı şəxslər tərəfindən və aşağıdakı yerlərdə qoyulması tələb edilməlidir:
–FEETS sisteminin təchizatçısı tərəfindən həmin sistemin giriş sıxaclarında və
– istifadəçi tərəfindən FEETS sahəsindən uzaqda və xarici giriş nöqtələrində, eləcə də əgər varsa, belə izolyatorlarla FEETS sistemi arasında quraşdırılmış bütün əsas güc izolyatorlarında -
Aşağıda göstərilən hallarda:
a) Avadanlığın xaricində avtomatik əks cərəyan izolyasiyası sistemi (bax: 5.1.4) yaradıldıqda
b) FEETS girişi açıldığı zaman neytralı izolyasiya edən xarici izolyatorlarla qoşulduqda,
c) FEETS sistemi İT güc paylama sisteminə birləşdirildikdə (bax: 1.6.1/İS). Xəbərdarlıq etiketində aşağıdakı və ya eyni məzmunlu cümlələr yazılmalıdır:
Bu dövrədə işləməzdən qabaq
- Fasiləsiz Elektrik Enerjisi Təchizatı Sistemini (FEETS) izolyasiya edin
- Bundan sonra qoruyucu torpağa birləşdirmə daxil olmaqla, bütün çıxışlar arasında Təhlükəli Gərginliyi yoxlayın
Əks Gərginliyin Verilməsi Riski
QEYD: FEETS sistemində baş verən qapanmaları zamanı əks cərəyandan qorunma tədbirləri 5.1.4 –cü yarımbənddə təsvir edilib.
4.7.4 Əsas gərginliyin tənzimlənməsi
1.7.4/İS –də verilən müddəalar tətbiq edilir.
1.7.5/İS –də verilən müddəalar tətbiq edilir.
1.7.6/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.7 Naqil sıxacları
1.7.7/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.8 Batareya terminalları
Batareyalara qoşulmaq üçün nəzərdə tutulan çıxış sıxaclarında IEC 60417 standartına əsasən polyarlıq göstərilməli və ya onlar elə quraşdırılmalıdır ki, düzgün qoşulmama ehtimalı az olsun.
4.7.9 İdarəetmə vasitələri və indikatorlar
1.7.2.2 /İS –də verilən müddəalar tətbiq edilir.
4.7.10 Çoxsaylı güc mənbələrinin izolyasiyası
1.7.2.3/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.11 IT Güc sistemləri
1.7.2.4/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.12 Binanın quraşdırılması zaman mühafizə
FEETS sisteminin istehsalçısı, tətbiq edildiyi təqdirdə, qısa müddətli nominal davamlılıq cərəyanını, (Icw) və ya şərti nominal qısa qapanma cərəyanını (I cc) göstərməlidir. Bu cərəyan qiyməti 5.5.4.3.1 – ci yarımbənddə (Cədvəl 3 –də Sütun 2) verilən Icp qiymətinə bərabər və ya ondan yüksək olmalıdır. Əgər Icp qiyməti Cədvəl 3 –də göstərilən qiymətdən yüksəkdirsə aşağıda göstərilənlər tətbiq edilməlidir:
a) Əgər daha yüksək Icp qiyməti ≤ 10 kA olduqda:
Cədvəl 3 –də tətbiq edilə bilən daha yüksək xəttə uyğun gələn qiymətlər tətbiq edilir.
b) Əgər daha yüksək Icp qiyməti > 10 kA olduqda:
16 kA, 20 kA, 25 kA, 35 kA, 50 kA, 65 kA, 85 kA, 100 kA qiymətləri üstün tutulur və Cədvəl 3 –də 500 < I xəttinə uyğun olan qiymətlər tətbiq edilir.
QEYD 1: Daha yüksək Icw və ya Icc qiymətlərinin göstərildiyi təqdirdə, Cədvəl 3 –də qiymətlər tətbiq edilir.
a) Əgər 50 A FEETS sistemində Icw= 8 kA (6 kA əvəzinə) bərabərliyinin saxlanılması müəyyən olarsa, Cədvəl 3 –də 75 < I < 400 xəttinin qiymətlərindən istifadə edin.
b) Əgər 1 000 A FEETS sistemində Icw= 85 kA (20 × 1 000 = 20 kA əvəzinə) bərabərliyinin saxlanılması müəyyən olunarsa, Cədvəl 3 –də 500 < I xəttinin qiymətlərindən istifadə edin.
Montajçı bundan sonra blokun d.c. giriş sıxaclarında yaranan gözlənilən qısa qapanma cərəyanın FEETS sisteminin istehsalçısı tərəfindən müəyyən edilən qiymətə bərabər və ya ondan aşağı olduğunu yoxlaya bilər. Əks halda isə istehsalçı ilə istifadəçi arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında müəyyən həll yolu tapılmalıdır. Belə həll yolu cərəyan məhdudlaşdıran xarici qoruyucuların istifadəsindən və ya FEETS sisteminin buna uyğunlaşdırılmasından ibarət ola bilər.
FEETS sisteminin tək blok və ya paralel sistemdə istifadə edilməsindən asılı olmayaraq d.c. girişinin yoxlanılması lazım gələn gözlənilən qısa qapanma cərəyanı hər bir blokda müvafiq birləşmə nöqtəsində mövcud olan cərəyan olmalıdır.
Əgər ştepselli B tipli avadanlıq və ya daimi qoşulmuş avadanlıqların daxili naqil sisteminin qorunması üçün binanın tikilişinə etibar edilərsə, onda avadanlığın quraşdırma təlimatlarında bu, göstərilməli və bundan başqa qısa qapanmadan yaxud həddən artıq təzyiq artmasından qorunma və ya lazım gəldikdə bunların hər ikisi üçün lazımi tələblər irəli sürülməlidir (bax: 5.5.2).
Əgər FEETS sisteminin elektrik şokundan qorunması üçün (bax: 5.1) binanın dövrəsində mövcud olan qalıq cərəyanı ilə işləyən cihazlara etibar edilərsə və FEETS sisteminin layihəsinə görə normal və ya anormal hallarda s.c. komponentli qısa qapanma cərəyanın torpağa getməsi mümkündürsə, quraşdırma təlimatlarında qalıq cərəyanla işləyən cihazları üç fazalı FEETS sistemi üçün B tipli cihaz (bax: IEC 60755) və tək fazalı FEETS sistemi üçün A tipli cihaz (bax: IEC 61008-1 və ya IEC 61009-1) kimi təyin edilməlidir.
QEYD 2: Əgər varsa, kommunal şəbəkənin qorunması tələbləri ilə bağlı yerli naqil çəkmə qaydalarını nəzərə almaq lazımdır.
4.7.13 Yüksək sızma cərəyanı
5.1/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilməlidir.
Ştepselli B tipli və ya qeyri –mütəhərrik avadanlıq kimi istifadəsi nəzərdə tutulan FEETS sistemləri üçün onların torpağa sızan cərəyan növləri və FEETS sisteminin əsas qoruyucu torpağa birləşmə konduktorunda birləşmiş yük toplusu istənilən istismar rejimində 5.1/İs –də verilən hədləri aşdıqda bloka 5.1/İS –də tələb edilən xəbərdarlıq etiketi qoyulmalı və quraşdırma üzrə təlimat vəsaitində əsas güc mənbəyinə qoşulma metodu göstərilməlidir.
4.7.14 Termostatlar və digər tənzimləmə cihazları
1.7.10/İS –də verilən müddəalar tətbiq edilir.
Texniki təhlükəsizliklə bağlı təlimatlar və avadanlıq nişanları həmin avadanlıqların quraşdırıldığı ölkədə qəbul edilən dildə yazılmalıdır.
1.7.2.1/İs və 1.7.8.1/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.16 Nişanların davamlılığı
1.7.11/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.17 Çıxarıla bilən hissələr
1.7.12/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.18 Dəyişdirilə bilən batareyalar
1.7.13/İS –də verilən müddəalar tətbiq edilir.
4.7.19 Operatorun alət vasitəsilə girişi
1.7.2.5/İS –də verilən müddəalar tətbiq edilir.
FEETS sistemindəki xarici batareya şkaflarında və ya bölmələrində aşağıda göstərilən və aydın oxuna bilən məlumatla elə verilməlidir ki, həmin məlumatı, 1.7.1/İS tələblərinə uyğun olaraq FEETS sisteminə texniki xidmət göstərən şəxs dərhal görə bilsin:
a) batareyanın növü (qurğuşun- turşu, NiCd, və s.), blokların və nüvələrin sayı;
b) ümumi batareyanın nominal gərginliyi;
c) ümumi batareyanın nominal gücü (könüllü);
d) enerji və ya elektrik şokunu və kimyəvi təhlükəni ifadə edən eləcə də aşağıdakı təlimatlarda göstərilən texniki xidmət, yükləmə və boşaltma tələblərinə istinad edən xəbərdarlıq etiketi.
İstisna: İnteqral və ya ayrılmış batareyası olan, FEETS sisteminin altında və ya üzərində yaxud həmin sistemin boyunca quraşdırılması nəzərdə tutulan, operator avadanlığına ştepsel çəngəli və rozetkalarla qoşulan ştepselli A tipli avadanlıqların xarici hissəsinə xəbərdarlıq etiketi vurulmalıdır. (yuxarıdakı d) yarımbəndinə baxın).
Bütün digər məlumatlar istifadəçinin təlimatlarında verilməlidir.
a) Daxildə quraşdırılmış batareyalar:
– batareyanın tövsiyyə edilən uyğun batareya növü ilə dəyişdirilməsi üçün lazımi məlumatı verən təlimatlar;
– texniki xidmət göstərən şəxs tərəfindən girişə şərait yaradan təhlükəsizlik təlimatları quraşdırma/ texniki xidmət üzrə məlumat kitabçasında verilməlidir;
– əgər batareyalar texniki xidmət göstərən şəxs tərəfindən quraşdırılarsa, çıxış sıxaclarının sıxılması daxil olmaqla bütün daxili birləşmələrlə əlaqədar təlimatlar verilməlidir.
Operator üçün təlimat vəsaitində aşağıdakı təlimatlar verilməlidir:
– Batareyalar və tələb edilən ehtiyat tədbirləri barədə biliyi olan işçilər tərəfindən batareyalara texniki xidmət göstərilməli və ya nəzarət edilməlidir.
– Batareyaları dəyişərkən onları eyni növlü və saylı batareyalarla və ya batareya komplekti ilə əvəzləyin.
XƏBƏRDARLIQ: Batareyaları oda yaxın tutmayın. Əks halda onlar partlaya bilər.
XƏBƏRDARLIQ: Batareyaları açmayın və ya zədələməyin. Onların buraxdığı elektrolit dəriyə və gözlərə mənfi təsir göstərir. Bu, zəhərli ola bilər.
b) Xaricdə quraşdırılan batareyalar:
– FEETS sisteminin istehsalçısı tərəfindən batareya təchiz edilmədikdə, quraşdırma təlimatlarında quraşdırma zamanı FEETS qoruyucu cihazlarla əlaqələndirilməsi tələb edilən gərginlik, amper –saat nominal qiymətləri, yüklənmə rejimi və qoruma metodu barədə məlumat verilməlidir;
– batareyanın elementləri barədə təlimatlar batareyanın istehsalçısı tərəfindən təqdim edilməlidir.
c) Xarici batareya şkafları:
FEETS sisteminin istehsalçısı tərəfindən kabel təchiz edilmədikdə, həmin sistem ilə təchiz edilmiş xarici batareya şkafı üçün kabel ölçülərinin təyin edildiyi uyğun quraşdırma təlimatları hazırlanmalıdır. FEETS sisteminin istehsalçısının təqdim etdiyi quraşdırma təlimatlarında göstərilmədiyi təqdirdə və batareyanın elementləri və ya blokları qabaqcadan yığılmış şəkildə təchiz edilmədikdə və naqillə birləşdirilmədikdə, həmin elementlər və ya bloklar üçün quraşdırma təlimatları batareyanın istehsalçısı tərəfindən təqdim edilməlidir.
Elektrik enerjisi ilə bağlı yaranan təhlükəli hallara qarşı mühafizə sistemi 2.1.1.5/İS –də verilən müddəalara uyğun olmalıdır.
QEYD 1: Elektrik enerjisi təhlükəsi yarada bilən üstüaçıq hissələr qoruyucu baryerlərlə və ya korpusla əhatələnməli və istismar zamanı keçirici materiallarla gözlənilməz birləşmənin yarana bilməsi halı nəzərə alınmalıdır.
QEYD 2: Təhlükəli gərginlik səviyyəsində işləyən üstüaçıq hissələr elə yerləşdirilməli və qorunmalıdır ki, avadanlığın digər hissələrinin istismarı zamanı belə hissələrlə gözlənilməz təmasın yaranması ehtimalı olmasın.
4.7.21 Quraşdırma təlimatları
İstənilən siqnal dövrələrinin, rele kontaktlarının, qəza halında cərəyan kəsmə dövrələrinin (EPO) birləşdirilməsi və onlarla bağlı hər hansı məqsədə xidmət edən müvafiq məlumatlar quraşdırma təlimatlarında verilməlidir.
Digər avadanlıqlara qoşulduqda, TŞG (telefon şəbəkəsi gərginliyi), ƏAGQ (əlavə aşağı gərginlikli qoruyucu) və ƏAĞ (əlavə aşağı gərginlikli) dövrələrinin xüsusiyyətlərinin qorunub saxlanılması zərurətinə diqqət yetirmək lazımdır.
Quraşdırma təlimatlarında güc paylama sistemlərinə uyğunluğu daha qabarıq nəzərə çatdırmaq üçün FEETS sisteminin əsas daxili dövrə konfiqurasiyası daxil olmaqla bütün lazımi məlumatlar verilməlidir.
Müvafiq naqil çəkmə qaydalarına və baypas dövrələrinə uyğunluğun təmin edilməsinə xüsusi diqqət yetirmək lazımdır.
FEETS sisteminin çıxış neytralından giriş qida mənbəyinin /mənbələrinin neytralına istinad edilərsə, və qida mənbələrinin xarici izolyasiyasına /dəyişməsinə görə təhlükə yaranarsa və s. bu istinadın pozulması nəticəsində yaranan itkinin qarşısını almaq üçün müvafiq quraşdırma təlimatları verilməlidir.
Yalnız 1.7.2.4/İS –də verilən nişanlama təlimatlarına uyğun gələn FEETS sistemi Əlavə V/İS –də təyin edilən İT güc sistemləri üçün yararlıdır. Bu tələbə cavab vermək üçün əlavə xarici komponentlərin quraşdırılması tələb edildikdə, quraşdırma təlimatlarında buna istinad edilməlidir.
5 ƏSAS LAYİHƏ TƏLƏBLƏRİ
5.1 Elektrik şokundan və təhlükəli enerji amilindən qorunma
5.1.1 Operator üçün girişin təmin edildiyi sahələrdə istifadəsi nəzərdə tutulan FEETS sisteminin qorunması
2.1.1/İS- də verilən tələblər və məhdudiyyətlər tətbiq edilir.
Cərəyan verilən hissələrin törədə biləcəyi elektrik şokundan qorunma tələbləri operatorun aşağıda göstərilənlərə girişinin təmin edilməsi prinsipinə əsaslanır:
– ƏAGQ dövrələrinin üstüaçıq hissələri; və
– məhdud cərəyan dövrələrinin üstüaçıq hissələri; və
– təyin edilmiş şərtlər altında olan TŞG dövrələri.
QEYD: TŞG dövrələri ümumiyyətlə FEETS sisteminin layihəsinə daxil edilmir, lakin bəzi FEETS sistemləri xarici TŞG dövrələri ilə birləşməni dəstəkləyir, məs. PSTN (ümumi olaraq istifadə edilən şəbəkə stansiyası) sisteminə birləşdirilən kommunikasiya xətti.
Təhlükəli enerji amillərindən qorunma tələbləri təhlükəli enerji səviyyəsinin mövcud olduğu yerdə heç bir fiziki zədənin olmaması prinsipinə əsaslanır.
Daxildə quraşdırılmaq/ dayaq üzərində montaj edilmək və ya daha böyük avadanlıqların tərkibinə daxil edilmək üçün nəzərdə tutulan FEETS sistemi istehsalçı tərəfindən təfsilatlı olaraq göstərilən montaj metodu əsasında sınaqdan keçirilir.
5.1.2 Xidmət üçün giriş zonasında istifadəsi nəzərdə tutulan FEETS sistemindən qorunma
Xidmət üçün giriş zonasında aşağıda göstərilən tələblər tətbiq edilir.
Təhlükəli gərginlik səviyyəsində işləyən üstüaçıq hissələri elə yerləşdirilməli və ya qorunmalıdır ki, avadanlığın digər hissələrinin cəlb edildiyi texniki xidmət zamanı həmin belə hissələrlə gözlənilməz təmas yaranmasın. Təhlükəli gərginlik səviyyəsində işləyən üstüaçıq hissələri elə yerləşdirilməli və ya qorunmalıdır ki, ƏAGQ dövrələri və ya TŞG dövrələri ilə təsadüfi qapanmalar yaranmasın (məs. texniki xidmət göstərən şəxs tərəfindən istifadə edilən alətlərlə və ya sınaq zondları ilə).
ƏAQ dövrələrinə və ya TŞG dövrələrinə girişin təmin edilməsi ilə bağlı heç bir tələb irəli sürülməyib. Bununla belə, təhlükəli enerji səviyyəsi yaradan üstüaçıq hissələr qoruyucu baryerlərlə və ya korpusla əhatələnməlidir ki, istismar zamanı keçirici materiallarla gözlənilməz birləşmənin yarana bilməsi ehtimalı olmasın.
5.1.2 – ci yarımbəndə uyğun olaraq tələb edilən istənilən qoruyucu baryer, texniki xidmətin göstərilməsi üçün lazım gəldikdə, dəyişdirilə və çıxarıla bilməlidir. Tələblərə uyğunluq sınaq və ölçmələrlə yoxlanılır. Gözlənilməz təmasın baş verib verməyəcəyinə qərar verərkən, bir faktı nəzərə almaq lazımdır ki, digər hissələrə texniki xidmət göstərmək üçün texniki xidmət göstərən şəxsin üstüaçıq hisslərin yanından və ya yaxınlığından keçməsi üçün girişin təmin edilməsi lazımdır. Təhlükəli enerji səviyyəsinin təyin edilməsi barədə məlumat almaq üçün bax: 2.1.1.5 c) /İS.
5.1.3 Məhdud girişli zonalarda istifadəsi nəzərdə tutulan FEETS sistemindən qorunma
Məhdud girişli zonada quraşdırılan avadanlıq üçün, aşağıdakı üç paraqrafda yol verilən hallar istisna olmaqla, operator girişinin təmin edildiyi sahələr üçün irəli sürülən tələblər tətbiq edilir.
Təhlükəli gərginlik səviyyəsində işləyən ikinci dərəcəli dövrənin üstüaçıq hissələri ilə sınaq ştifti vasitəsilə kontaktın yaradılmasına icazə verilir. Şəkil 2A/İS (bax: 2.1.1.1/İS). Bununla belə, belə hissələr elə yerləşdirilməli və qorunmalıdır ki, heç bir gözlənilməz təmas baş verməsin.
Təhlükəli enerji səviyyəsi yaradan üstüaçıq hissələr qoruyucu baryerlərlə və ya korpusla əhatələnməlidir ki, istismar zamanı keçirici materiallarla gözlənilməz birləşmə yaranmasın.
TŞG-1, TŞG-2 və TŞG-3 dövrələrinin üstüaçıq hissələri ilə təmasın yaranması ilə bağlı heç bir tələb irəli sürülməyib.
Tələblərə uyğunluq yoxlama və ölçmələrlə təyin edilir.
Gözlənilməz təmasın baş verib verməyəcəyinə qərar verərkən, bir faktı nəzərə almaq lazımdır ki, digər hissələrə texniki xidmət göstərmək üçün texniki xidmət göstərən şəxsin üstüaçıq hissələrin yanından və ya yaxınlığından keçməsi üçün girişin təmin edilməsi lazımdır. Təhlükəli enerji səviyyəsinin təyin edilməsi barədə məlumat almaq üçün bax: 2.1.1.5 c) /İS.
5.1.4 Əks cərəyandan qorunma
FEETS sistemi d.c. gücü kəsildikdən sonra, onun d.c. çıxışlarında təhlükəli gərginliyin və ya təhlükəli enerjinin yaranmasının qarşısını almalıdır.
Ştepselli FEETS sistemi üçün d.c. girişinin cərəyanının kəsilməsindən sonra 1 saniyə, daimi qoşulmuş FEETS sistemi üçün d.c. girişinin cərəyanının kəsilməsindən sonra 15 saniyə ərzində d.c. giriş sıxaclarında heç bir şok təhlükəsi olmamalıdır.
Daimi qoşulmuş FEETS sistemi üçün bu tələb aşağıdakı hallarda FEETS sisteminin xaricində d.c. giriş xəttinin izolyasiya cihazı vasitəsilə icra edilə bilər:
– bu tələb izolyasiya cihazının giriş sıxaclarına tətbiq edilir,
– FEETS sisteminin təchizatçısı tərəfindən uyğun izolyasiya cihazı təmin və ya təyin edilir,
– əlavə etiket vurulur (4.7.3).
Bu standartın I Əlavəsinə əsasən qısa qapanma şərtlərini simulyasiya etməklə, avadanlıqları və müvafiq dövrə sxemlərini yoxlamaqla tələblərə uyğunluq təyin edilir.
Əks cərəyandan qorunmaq üçün hava boşluğundan istifadə edildikdə, aşağıda göstərilənlərə əlavə olaraq sızma cərəyanın uzunluğu və aralıq məsafəsi üzrə 2.10.3.3/İS – də verilən müddəalar tətbiq edilir.
a) FEETS sisteminin çıxışı, ehtiyat enerjisi rejimində, istehsalçı tərəfindən təsdiqlənərək, həddən artıq gərginlik yüklənməsi üzrə birinci kateqoriyaya aid edilən keçid proseslərinin baş vermədiyi ikinci dərəcəli dövrə hesab edilə bilər. (bu məqsəd üçün FEETS o.kv. çıxışı gərginliyi vasitəsilə Cədvəl 2J/İS –də verilən artıq gərginlik yüklənməsi üzrə birinci kateqoriyanı müəyyən edin).
b) Sızma cərəyanının uzunluğu və aralıq məsafələri çirklənmə dərəcəsi 2 üzrə əsas izolyasiya tələblərinə cavab verməlidir (bax: 2M/İS və 2N/İS).
QEYD: Əgər FEETS sisteminin ehtiyat enerjisi rejimində işlədiyi zaman neytral daxil olmaqla çıxış konduktoru ilə torpaq arasında əsas izolyasiya tələblərinə cavab verilmirsə, zirehli və ya buna ekvivalent olan izolyasiyadan istifadə edilə bilər.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
5.1.5 Qəza hallarında istifadə edilən dəyişdirici (ayırıcı) cihaz
FEETS sistemi istənilən istismar rejimində onun tərəfindən yükün verilməsinə mane olan inteqral dəyişdirici cihazla təmin edilməlidir ( və ya qəza hallarında bu cür cihazı uzaqdan idarə edilməsi üçün nəzərdə tutulan çıxışlarla təmin edilməlidir). Əgər binanın naqil sistemində qida mənbələrinin əlavə ayrılmasına etibar edilirsə, quraşdırma təlimatlarında bu barədə məlumat verilməlidir. Yerli naqil çəkmə qaydalarına əsasən icazə verildiyi təqdirdə, bu tələb ştepselli FEETS sistemi üçün məcburi xarakter daşımır.
QEYD: Bəzi ölkələrdə qəza hallarında dəyişdirici cihaz EPO (“qəza hallarında cərəyan kəsən cihaz”) adlanır.
Tələblərə uyğunluq yoxlama vasitəsilə və müvafiq dövrə sxemlərinin təhlili ilə təyin edilir.
5.2 Köməkçi dövrələr üçün tələblər
5.2.1 Əlavə alçaq gərginlikli qoruyucu dövrələr – ƏAGQ
FEETS sistemi ilə təmin edilən ƏAGQ dövrələri üçün 2.2/İS –də verilən müddəalar tətbiq edilir.
5.2.2 Telefon şəbəkəsi gərginliyi dövrələri – TŞG
FEETS sistemi ilə dəstəklənən istənilən giriş TŞG dövrələri üçün 2.3/İS –də verilən müddəalar tətbiq edilir.
QEYD: Əksər FEETS sistemləri TŞG dövrələrini təmin etmir, lakin bu sistem tərəfindən dəstəklənən istənilən giriş TŞG dövrələrinə, məs. PSTN - ə birləşmə, xüsusi diqqət yetirmək lazımdır.
5.2.3 Məhdud cərəyan dövrələri
FEETS sistemi tərəfindən təmin edilən məhdud cərəyan dövrələri üçün 2.4/İs –də verilən müddəalar tətbiq edilir.
5.2.4 Xarici siqnal dövrələri
3.5/İS –də verilən müddəalar tətbiq edilir.
5.2.5 Məhdud güc mənbəyi
2.5/İS –də verilən müddəalar tətbiq edilir.
5.3 Qoruyucu torpaqla neytrallaşdırma sistemi və qoruyucu birləşdirmə sistemi
2.6/İs –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
5.3.2 Qoruyucu torpaqla neytrallaşdırma sistemi
Izolyasiyada qısa qapanma baş verdikdə, təhlükəli gərginlik yarada biləcək Sinif 1 avadanlığının cərəyan keçirən əlçatan hissələri avadanlıq daxilində qoruyucu torpaqla neytrallaşdırma sisteminin çıxışlarına etibarlı səviyyədə qoşulmalıdır.
QEYD: Texniki xidmət üçün giriş zonalarında, izolyasiyada qısa qapanma baş verdikdə təhlükəli gərginlik yarada biləcək cərəyan keçirən hissələr, məs. mühərrikin çərçivələri, elektron bloklar və s. qoruyucu torpaqla neytrallaşdırma sisteminin çıxışlarına qoşulmalıdır və ya bunu həyata keçirmək praktiki cəhətdən mümkün deyilsə, belə hissələrin torpağa birləşdirilmədiyi barədə texniki xidmət göstərən şəxsə məlumat verən müvafiq xəbərdarlıq etiketi vurulmalı və onlara toxunmazdan qabaq təhlükəli gərginliyin olub olmadığı yoxlanılmalıdır.
Bu tələb aşağıda göstərilən təhlükəli gərginlik səviyyəsində olan hissələrdən ayrılan cərəyan keçirən hissələrə şamil edilmir:
– torpağa birləşdirilmiş metal hissələrlə, və ya
– qoşa izolyasiya və ya zirehli izolyasiya tələblərinə uyğun olaraq, bərk izolyasiya və ya hava boşluğu ilə yaxud onların hər ikisinin kombinasiyası ilə. Bu zaman istifadə edilən hissələr mütəhərrik olmamalı və 2.10/İS və 4.2/RD – də verilən müvafiq sınaq tələblərinə əsasən qüvvənin tətbiqi zamanı minimum araqlıq məsafələri saxlanılmalıdır.
Tələblərə uyğunluq yoxlama vasitəsilə və 2.6.1/İS və 5.2/İS- də verilən tətbiq oluna bilən tələblərə əsasən təyin edilir.
5.3.3 Qoruyucu birləşdirmə sistemi
FEETS sisteminin d.c. çıxış dövrəsi həmin sistemin istismarı zamanı nəzərdə tutulan DC güc paylama sisteminə əsasən avadanlığın tələb edilən qoruyucu torpaqla neytrallaşdırma sisteminə istinad etməlidir.
Qoruyucu torpaqla neytrallaşdırma sistemi və neytral konduktorların birləşdirilməsi avadanlığın bütün istismar rejimlərinə aid edilir. Fiziki birləşdirmə nöqtəsi FEETS sisteminin xaricində yerləşə bilər.
Ştepselli A tipli və ya B tipli FEETS sisteminin normal istismar rejimində ayrıca şuntlanmış mənbə olmayan d.c. çıxış dövrəsinin ehtiyat enerjisi rejimində qoruyucu birləşmə yaratması tələb edilmir. Ayrıca şuntlanmış d.c. mənbələrindən torpaqla neytrallaşdırmanın yaradılması barədə məlumat almaq üçün bax: Əlavə V/İS.
QEYD: Əlavə V/İS –də güc paylama sistemləri aşağıda göstərilənlərdən asılı olaraq TNS, TNC, TT və ya IT kimi təsnif edilir.
– qoruyucu torpaqla neytrallaşdırma sistemi ilə neytral konduktor (və ya neytral konduktor olmadıqda, faza konduktoru) arasındakı birləşmənin vəziyyəti
– əgər varsa, neytral konduktor ilə torpaq arasında ayırma,
– avadanlıq konstruksiyasının torpağa birləşdirilməsi.
Sinif I - ə aid edilən ştepselli A tipli avadanlığa gəldikdə, yekun olaraq quraşdırılmış sistem konfiqurasiyalı FEETS sistemində, əsas FEETS qoruyucu konduktorunun mənbəyindən ayrılıb ayrılmamasından asılı olmayaraq, həmin sistemi Sinif I avadanlıqlarına, o cümlədən xarici FEETS batareyası şkaflarına, bir potensiallı birləşdirməyə xidmət edən çıxışlar, torpağa birləşdirilmiş rozetka –çıxışlar və ya digər vasitələr olmalıdır. Xüsusi birləşdirmə təlimatları barədə məlumat istifadəçi təlimatlarında verilməlidir.
Tələblərə uyğunluq yoxlama vasitəsilə və müvafiq birləşmə nöqtələri arasında aparılan torpaqla neytrallaşdırma müqavimətinin sınaqları ilə təyin edilməlidir.
5.4 DC və s.c. gücünün izolyasiyası
3.4/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
5.4.2 Ayırıcı cihazlar
FEETS sisteminin ixtisaslı işçilər tərəfindən aparılan texniki xidmət və sınaqlar üçün d.c. və s.c. qida mənbələrindən ayrılması vasitələri təmin edilməlidir.
QEYD 1: Funksional tətbiq üçün tələb qoyulmayıbsa, izolyasiya vasitələrini texniki xidmət üçün giriş zonasında və ya avadanlığın xaricində yerləşdirmək olar.
QEYD 2: Texniki xidmət və sınaq məqsədləri üçün nəzərdə tutulan ayırıcı cihazlar ümumiyyətlə yüksüz şəraitdə işləmək üçün layihələnib, bir şərtlə ki, vacib yük digər vasitələrlə, məs. statik ötürmə açarı ilə ötürülə bilsin.
Daxili və xarici s.c. qida mənbələri üçün nəzərdə tutulan izolyasiya vasitələri və ayırıcı cihazlar, məs. batareya bloku s.c. qida mənbəyinə qoşulmuş və torpağa birləşdirilməyən bütün keçiriciləri açmalıdır.
Əgər ayırıcı cihazların işləməsi zamanı, 5.3.3 –də verilən tələblərdən fərqli olaraq, FEETS sisteminin çıxış gərginliyindən qoruyucu torpaqla neytrallaşdırma sisteminə istinad edilərsə onda həyəcan siqnalı verilməlidir. Alternativ olaraq, ayrıcı cihaza xəbərdarlıq etiketi qoşulmalıdır.
QEYD 3: FEETS sisteminə neytral istinad edən 4 polyuslu giriş izolyatoru açıldıqda bu cür vəziyyət yarana bilər.
Əgər ayırıcı cihazın istismarı zamanı vasitə, fırlanan və ya üfüqi istiqamətdə deyil şaquli istiqamətdə işlədilərsə, onların “YUXARI” mövqeyi “QOŞULMUŞ” mövqeyi olmalıdır.
Daimi qoşulmuş FEETS sistemi gücü birdən artıq xarici mənbədən aldıqda hər bir ayırıcı cihazda bütün gücün blokdan çıxarılması üçün uyğun təlimatların göstərildiyi birdəfəlik nişan olmalıdır.
5.5 Artan cərəyandan və torpaqda baş verən qısa qapanmadan qorunma
2.7.3/İS, 2.7.4/İS, 2.7.5/İS, 2.7.6/İs –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Giriş və çıxış dövrələrində artan cərəyan, qısa qapanma və torpaqda baş verən qısa qapanma əleyhinə mühafizə sistemi, avadanlığın və ya bina konstruksiyasının tərkib hissəsi kimi yaradılmalıdır.
QEYD 1: Bu mətndə torpaqda baş verən qısa qapanma anlayışı 4.7.12 və 4.7.13 –cü yarımbəndlərdə bəhs edilən sızma və ya qalıq cərəyanı kimi başa düşülməməlidir.
Bina qurğularında quraşdırılmış qoruyucu cihazlar qida mənbəyinin girişinə ardıcıl olaraq qoşulmuş FEETS komponentlərini qısa qapanmadan və torpaqda baş verən qısa qapanmadan qorumalıdır. Belə komponentlərə cərəyan şnuru, cihaz birləşdiriciləri, RFİ filtri, baypas və izolyasiya açarları aid edilir. Əks halda isə, anormal istismar və qısa qapanma halları üçün irəli sürülmüş tələblərə cavab verməsi zəruri olan qoruyucu cihazlar avadanlığın ayrılması hissəsi kimi daxil edilə bilər.
Binanın konstruksiyasında mühafizəyə etibar edildikdə, quraşdırma təlimatları bununla bağlı irəli sürülən bütün quraşdırma tələbləri əsasında hazırlanmalıdır (bax: 4.7.12). Ştepselli A tipli avadanlıq üçün binanın konstruksiyası rozetkanın nominal qiymətlərinə uyğun olan mühafizəni təmin etməlidir və 4.7.12 –ci yarımbənd tətbiq edilmir.
İstehsalçı daimi qoşulmuş çıxış dövrələri üçün nəzərdə tutulan neytral və faza konduktorlarının qorunması və onların ölçülərinin düzgün təyin edilməsi üçün ən əlverişsiz şərtlər altında mövcud qısa qapanma cərəyanının o.kv. qiymətini göstərməlidir. Əgər istehsalçı çıxış dövrəsinin və ya ştepselli A tipli avadanlığın çıxışlarının mühafizəsini təmin edərsə qısa qapanma cərəyanına ehtiyac yoxdur.
İnvertorun çıxış cərəyanına təkcə cərəyanı məhdudlaşdıran dövrə ilə nəzarət edildikdə, mövcud qısa qapanma cərəyanı və ya həddən artıq yüklənmə cərəyanı bu standartın mətninin məzmununa əsasən heç bir təhlükəli hal törətməməlidir.
Qısa qapanmadan mühafizə 5 saniyə ərzində işləməlidir.
QEYD 2:Yuxarıdakı tələbin məqsədi çıxışın qısa qapanma dövrəsində elektrik şoku və ya yanğın təhlükəsi riskini azaltmaqdır. Çıxışda, çıxış dövrəsi və ya cərəyanı məhdudlaşdıran dövrə kimi eyni nominal qiymətlərə malik olan avtomatik rubilnikin qoyulması bu tələbə uyğunluğun təmin edilməsi üçün kifayət edir.
Tələblərə uyğunluq yoxlama və funksional sınaq vasitəsilə təyin edilir.
5.5.3 Batareya dövrəsinin qorunması
5.5.3.1 Artan cərəyandan və torpaqda yaranan qısa qapanmadan qorunma
Batareyanın qida dövrəsində artan cərəyandan və torpaqda yaranan qısa qapanmadan qorunma təmin edilməli və 5.5.3.2 və 5.5.3.3 –cü yarımbəndlərdə təsvir edilən tələblərə cavab verilməlidir.
QEYD: Bu mətndə torpaqda baş verən qısa qapanma anlayışı 4.7.12 və 4.7.13 –cü yarımbəndlərdə bəhs edilən sızma və ya qalıq cərəyanı kimi başa düşülməməlidir.
5.5.3.2 Qoruyucu cihazların yerləşdirilməsi
Batareyaların FEETS sisteminin daxilində yerləşdirildiyi yerlərdə onların qida dövrəsi qoruyucu cihazla təmin edilməlidir.
QEYD: Batareyalar FEETS sisteminin xaricində yerləşdiyi təqdirdə, artan cərəyandan qoruyan cihaz yerli quraşdırma qaydalarına əsasən batareyanın yaxınlığında yerləşdirilməlidir.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
5.5.3.3 Qoruyucu cihazların nominal qiymətləri
Artan cərəyandan qoruyan cihazların nominal qiymətləri elə olmalıdır ki, 5.3.1/İS – də təsvir edilən hallara qarşı mühafizəni təmin etmək mümkün olsun.
Ayrıca batareyadan gələn qida mənbəyi olan FEETS sistemi üçün artan cərəyan əleyhinə qoruyucu cihazların nominal qiymətləri təlimat kitabçasında göstərilməli və bu zaman FEETS sistemi ilə batareyadan gələn qida mənbəyi arasında birləşmiş konduktorların 6.2 –ci yarımbənddə verilən tələblərə əsasən təyin edilmiş nominal qiymətləri nəzərə alınmalıdır.
QEYD: Batareya blokunun çıxışları birbaşa olaraq torpağa birləşdirilmədikdə, cihaz hər iki çıxışı qorumalıdır.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
5.5.4 Qısa müddətli davamlılıq cərəyanı
Ləğv edilmiş rejimlər istisna olmaqla, təyin edilmiş istismar rejimlərində çıxış sıxacları ilə qısa qapanma tətbiq edildikdə, FEETS sisteminin təhlükəsizliyini yoxlamaq üçün tipik sınaq kimi qısa müddətli davamlılıq cərəyanının sınağı aparılmalıdır. Bu sınağın aparılması üçün nəzərdə tutulan tipik sxemlə bağlı məlumat almaq üçün Əlavə P, Şəkil P.1 -ə, ləğvetmələrlə bağlı isə 5.5.4.3.2 -ci yarımbəndə baxın.
QEYD: Bu bölmədə daxili qısa qapanmalar nəzərə alınmayıb. FEETS sisteminin daxilində yaranan qısa qapanmaların təsirlərindən 8.3 – cü yarımbənddə bəs edilir.
5.5.4.2 İstismar rejimləri
Sınaq yalnız alçaq tam müqavimətli cığırla d.c. girişi ilə verilən çıxış gücünün mövcud olduğu istismar rejimlərində aparılmalıdır.
QEYD 1: Belə istismar rejimlərinin nümunələrinə aşağıdakılar daxildir:
– normal və / yaxud baypas rejimlərində işləyərkən, giriş gərginliyindən və tezlik səviyyəsindən asılı (VFD) FEETS sistemi;
– normal və / yaxud baypas rejimlərində işləyərkən, giriş gərginliyindən asılı olmayan (VI) FEETS sistemi;
– baypas rejimində işləyərkən giriş gərginliyindən və tezlik səviyyəsindən (VFİ) asılı olmayan FEETS sistemi;
– texniki xidmət üçün baypas rejimində işləyərkən texniki xidmət üçün daxili baypas açarı olan istənilən FEETS sistemi.
QEYD 2: FEETS sisteminin işləmə qabiliyyətinə görə VFD, VI və VFI təsnifat qrupları barədə IEC 62040-3 standartında məlumat verilib.
5.5.4.3 Sınaq prosedurları
5.5.4.3.1 Ümumi tətbiq
FEETS sisteminin d.c. girişi gözlənilən sınaq cərəyanını Cədvəl 3 –də göstərilən qaydada verə bilən qida mənbəyinə qoşulmalıdır. Bu sistem uyğun işləmə rejimində olmalıdır (bax: 5.5.4.2) və əks halda, nominal giriş təzyiqi və tezliyi səviyyəsində yüksüz vəziyyətdə işləməlidir. Çoxsaylı giriş və çıxış gərginliyi üçün nəzərdə tutulan FEETS sistemləri nominal giriş gərginliyinin istənilən səviyyəsində sınaqdan keçirilə bilər, bir şərtlə ki, tətbiq edilə bilən cərəyan kəsən komponentlər ən yüksək nominal giriş gərginliyi səviyyəsinə gözlənilən sınaq cərəyanını kəsmək üçün təsdiqlənsin və ya sınaqdan keçsin.
QEYD 1: İstehsalçı digər nominal gərginliklə və cərəyanla əlavə sınaqların aparılmasına qərar verə bilər.
QEYD 2: Bu standartın gələcək nəşrlərini nəzərə alaraq, təhlükəsizlik məqsədləri üçün qısa qapanma cərəyanının aşağı tam müqavimətli cığırı yarada bilməsi qabiliyyətini yoxlamaq olar. Belə yoxlama komponentlərin sənədlərinin təhlilindən və sınaqlardan ibarət ola bilər. Misal üçün, normal işləmə rejimində çıxışlara aşağı tam müqavimətli cığırla cərəyan verməyən lakin, çıxışlarda qısa qapanmanın tətbiqi zamanı avtomatik olaraq aşağı tam müqavimətli cığıra keçən FEETS sistemini göstərmək olar.
QEYD 3: Bu standartın gələcək nəşrini nəzərə alaraq, nominal gərginlik səviyyəsindən alçaq gərginlik səviyyələrində sınağın aparılması mümkünlüyü və istehsalçı tərəfindən sonra Icw qiymətinin sınaq zamanı qeydə alınmış faza cərəyanı olmasının bəyan edilib edilməməsindən asılı olmayaraq, həmin sınaqların Cədvəl 3 –də göstərilən minimum müddət ərzində kəsilməməsi müşahidə edilən faza cərəyanına əsasən tətbiq edilməsi mümkünlüyü qiymətləndirilməlidir.
Neytral çıxış təmin edildikdə, ona ən yaxın olan fazada qısa qapanma yaradaraq sınağı təkrarlamaq olar. Bununla belə, neytral konstruksiya ən azı çarpaz kəsişmə sahəsi, mexaniki dayaq və aralıq məsafəsi baxımından faza konduktorları kimi möhkəmdirsə, faza- neytral sınağının aparılması tələb edilmir.
Əgər istehsalçı qısa müddətli davamlılıq cərəyanının Cədvəl 3 –də göstərilən cərəyan səviyyəsindən yüksək olduğunu bəyan edərsə, onda həmin qiymətlər sınaq məqsədləri üçün işlədilməlidir.
Cədvəl 3–də göstərilən minimum müddətdə gözlənilən sınaq cərəyanı təmin edildikdə, sınaq başa çatmış hesab edilir.
Gözlənilən sınaq cərəyanı
QEYD 1: FEETS sisteminin xüsusiyyətlərindən asılı olaraq, sınaq zamanı müşahidə edilən faktiki qiymətlər Cədvəl 3 – də göstərilən qiymətlərdən fərqlənə bilər.
QEYD 2: Əgər müəyyən edilən Icp qiyməti Cədvəl 3- də təyin edilmiş qiymətdən yüksəkdirsə, onda 4.7.12 – ci yarımbəndə müraciət edin.
QEYD 3:Gözlənilən sınaq cərəyanının minimum müddəti yerli yayınma qaydalarına əsasən tələb edildikdə artırıla bilər.
a Bu standartın mətninə görə gözlənilən sınaq cərəyanı gözlənilən qısa qapanma cərəyanı (Icp) kimi başa düşülməlidir – bax: 3.2.8.
b IEC 60947-6-1:2005 standartında Cədvəl 4 –də verilən qiymətlərə uyğun qiymətlərdir..
c Yalnız ştepselli FEETS sistemi
d Nominal qiyməti 75 A və daha aşağı təyin edilən və avadanlığı 16 A və daha aşağı amperli nominal cərəyanla təmin etmək üçün nəzərdə tutulan kommunal elektrik enerjisi şəbəkəsində tipik qısa qapanma əlaməti IEC/TR 60725 2005standartında verilən tam müqavimət səviyyəsinə istinadən hesablana bilər: faza konduktoru ilə, 0,24 + j0,15 Ω və neytral konduktorla 0,16 + j0,10 Ω təchiz edilə bilər. 230 V/400 V qida mənbəli üçün bu, 0,5 kA (230 V) və 0,7 kA (400 V) tipik qısa qapanma cərəyanları ilə nəticələnir.
e IEC 60947-1:2007 standartında Cədvəl 4 –dən götürülüb.
f IEC 60947-6-1:2005 standartında 5.3.6.1 –ci yarımbənddən götürülüb.
Tələblərə uyğunluq sınaq başa çatdıqdan sonra aşağıda göstərilən meyarlara cavab verməklə təyin edilir.
a) FEETS sistemində alov, ərimiş metal və ya yanan maddələr olmamalıdır, lakin qısa qapanma aradan qalxdıqda normal olaraq rubilnikdən metal qırıntıları çıxa bilər.
QEYD 4: Tələb edildikdə əlavə təlimatlar almaq üçün 7.5 -ci yarımbəndə baxın.
b) FEETS blokunda və ya qoruyucu korpusa gedən cərəyanlı hissələrdə qövs yaranmamaldır.
QEYD 5: P Əlavəsində göstərildiyi kimi, bütöv qoruyucu korpusunun sınaq üçün ərimə uyğunluğa dəlalət edir. Cərəyan keçirməyən bloka və ya qoruyucu korpusa malik olan (məs. plastik şkaf) USP sistemi üçün belə qapanma sınağı tətbiq edilmir.
c) Cərəyan keçən hissələrin montajı üçün istifadə edilən müəyyən komponentlər, məs. şin dayaqları, öz əvvəlki mövqeyindən yayınmamalıdır.
d) İstənilən örtük qapısı, yalnız normal rəzə ilə qorunduqda, sürətlə açılmamalıdır (əks halda fiziki zədələrə səbəb ola bilər).
e) Heç bir konduktor çıxış birləşdiricisindən çıxarılmamalıdır və konduktor yaxud onun izolyasiyası zədələnməməlidir.
f) FEETS sistemi 8.2 – ci yarımbənddə göstərilən elektrik cərəyanına davamlılıq sınaqlarından uğurla keçməlidir.
5.5.4.3.2 Sınaqdann keçirilmə
Sistem qısa müddətli davamlılıq sınaqlarından aşağıdakı hallarda azad edilir:
a) FEETS sisteminin 10 kA –i aşmayan Icw və ya Icc qiymətinə malik olduğu bəyan edildikdə;
b) FEETS sistemi onun giriş dövrəsinin çıxışlarında maksimum yol verilə bilən gözlənilən qısa qapanma cərəyanı ilə 17 kA –i aşmayan sızma cərəyanına malik cərəyan məhdudlaşdıran cihazlarla qorunduqda;
c) FEETS sisteminin 100 Voltdan aşağı nominal ikinci dərəcəli gərginlik üçün faza üzrə 1,6 kVA və ya 10 kVA qiymətini aşmayan nominal gücə malik olan və qısa qapanma müqaviməti 4 faizdən aşağı olan transformatorlarla qidalanması nəzərdə tutulduqda;
d) Daha ağır FEETS sisteminin variantlarının 5.5.4.3.1 –ci yarımbənddə irəli sürülən sınaq tələblərinə uyğunluğu sınaqdan keçdikdə.
Belə FEETS variantının təyin edilməsi barədə təlimat almaq üçün bax: IEC 61439-1:2011 standartı, 10.11.3 və Cədvəl 13 (yoxlama siyahısı) və ya 10.11.4 (hesablama).
QEYD: Yuxarıda göstərilən hallarla bağlı sınaqlardan azad edilməsi nəzərə alınan IEC 61439-1:2011 standartının 10.11.2 –ci yarımbəndində verilən 1 saylı Əlavə və Dəyişikliyə uyğun həyata keçirilir.
Tələblərə uyğunluq ən azı bir keçmə şərtinin ödənilməsi ilə təsdiqlənir.
5.6 İşçilərin mühafizəsi – Qoruyucu blokirovka
5.6.1 Operatorun mühafizəsi
Operator girişinin təmin edildiyi sahələrdə qoruyucu blokirovkalar üzrə 2.8/İS – də irəli sürülən uyğunluq tələbləri və müddəaları tətbiq edilir.
5.6.2 Texniki xidmət göstərən şəxsin mühafizəsi
2.8/İS –də irəli sürülən tələblərə əlavə olaraq, aşağıdakı yarımbəndlərin müddəaları FEETS sisteminə cərəyan verildikdə, ölçmə və tənzimləmə işləri aparmaq üçün hərəkətli hissənin və ya elektrik avadanlıqlarının izolyasiyasız hissələrinin ətrafında, yanında və üzərində çalışan texniki xidmət göstərən şəxslər üçün tətbiq edilir.
Təhlükəli gərginlik və ya enerji səviyyəsində işləyən detallar elə düzülməli və örtülməlidir ki, həmin örtüklərin çıxarılması və ya dəyişdirilməsi zaman elektrik şoku və ya yüksək cərəyan riski az olsun.
5.6.2.3 Detalların yerləşdirilməsi və qoruyucu əhatənin təmin edilməsi
Təhlükəli gərginlik və ya enerji səviyyəsində işləyən və fiziki zədə vurma riski yaradan detallar və hərəkətli hissələr elə yerləşdirilməli, qoruyucu baryerlərlə və örtüklərlə əhatələnməlidir ki, FEETS sistemi gərginlik altında olduqda mexaniki işləri icra edən, məs. motorun yağlanması, idarəetmə vasitəsinin nişanlanmış və ya nişanlanmayan parametrlərə uyğun sazlanması, qəzadan qaçılma mexanizminin ilkin qiymətlərə qaytarılması yaxud əl ilə idarə edilən açarın işlədilməsi və s. və ya tənzimləmə yaxud sıfırlama (ilkin qiymətlərə qaytarma) işlərini yerinə yetirən texniki xidmət göstərən şəxsin cərəyan keçən hər hansı hissə ilə gözlənilməz təmasda olması ehtimalı heçə ensin.
5.6.2.4 Qapı detalları
Qapının arxa tərəfində təhlükəli gərginlik və ya enerji səviyyəsində olan detallar elə yerləşdirilməli, qoruyucu baryerlərlə və örtüklərlə əhatələnməlidir ki, texniki xidmət göstərən şəxsin cərəyan keçən hər hansı hissə ilə gözlənilməz təmasda olması ehtimalı heçə ensin.
5.6.1 - 5.6.2.4 -cü yarımbəndin tələblərinə uyğunluq - yoxlama, ölçmə və sınaq vasitəsilə təyin edilir. (Şəkil 2A/İS).
5.6.2.5 Avadanlığın hissələrinə girişin təmin edilməsi
Yoxlanılması, sıfırlanması, tənzimlənməsi, xidməti və texniki xidməti tələb edilən detallar gərginlik altında olduqda digər komponentlərlə və torpağa birləşdirilmiş metal hissələrlə münasibətdə elə yerləşdirilməli və quraşdırılmalıdır ki, texniki xidmət göstərən şəxsi elektrik şoku, təhlükəli gərginlik səviyyəsinin təsirinə, yüksək cərəyan təsirinə, eləcə də hərəkətli hissələrin vura biləcəyi fiziki zədələrə məruz qoymadan onların texniki xidmət üçün mümkünlüyü təmin edilsin. Komponentlərə təmin edilən girişə digər komponentləri və ya naqil sistemləri mane olmamalıdır.
FEETS sistemi gərginlik altında olduqda, vintburanla və ya buna bənzər digər alətlərlə tənzimləmə işi aparıldıqda, 2.8.3/İS –də irəli sürümüş tələblərə əsasən, elektrik şoku və ya təhlükəli gərginlik yarada biləcək təhlükəli cərəyan keçirən izolyasiyasız hissələrlə arzuolunmaz təmasın yaranmaması üçün və tənzimləmə zamanı alətin düzgün mərkəzləşdirilə bilməməsi ehtimalı da nəzərə alınmaqla işçilərin təhlükəsizliyi təmin edilməlidir.
Belə mühafizə aşağıdakı vasitələrlə təmin edilməlidir:
– tənzimləyici vasitələrin təhlükəli və izolyasiyasız cərəyan keçən hissələrdən uzaq saxlanması, və ya
– Alətin cərəyan keçən izolyasiyasız hissələrlə təmasda olması ehtimalını azaltmaq üçün qoruyucu baryerin çəkilməsi.
Tələblərə uyğunlu yoxlama vasitəsilə və lazım gəldikdə qısa qapanmanın təqlidi ilə təyin edilir.
5.6.2.6 Hərəkət edən hissələr
Texniki xidmətin göstərilməsi zaman işçilərə fiziki zədə vura biləcək hərəkətli hissələr elə mövqelənməli və ya qorunmalıdır ki, həmin hissələrlə gözlənilməz təmasın olması ehtimalı heçə ensin.
5.6.2.7 Kondensator batareyaları
Kondensator batareyaları texniki xidmət göstərən şəxslərin təhlükəsizliyi üçün cərəyan boşaltma vasitələri ilə təmin edilməlidir. Əgər boşaltma müddəti 1.0 saniyədən artıqdırsa təhlükəli səviyyəni təhlükəsiz səviyyəyə endirmək üçün lazım olan müddətin göstərildiyi xəbərdarlıq ediketi vurulmalıdır (bax:1.2.8.5/İS and 1.2.8.8/İS).
5.6.2.8 Daxili batareyalar
Daxili batareyalar elə düzülməlidir ki, çıxışlarla yaranan arzuolunmaz təmasın törətdiyi elektrik şoku riski minimuma ensin və daxili birləşdirmə metodu elə tətbiq edilməlidir ki, texniki xidmətin göstərilməsi və hər hansı hissənin dəyişdirilməsi zaman elektrik şoku və qısa qapanma riski azalsın.
İstifadəçi və ya texniki xidmət vəsaitində, tətbiq edildiyi təqdirdə, aşağıdakı təlimatlar və ya buna bənzər xəbərdarlıqlar verilməlidir:
"XƏBƏRDARLIQ: Batareya elektrik şoku və qısa qapanma cərəyanı riski yarada bilər. batareyaların üzərində işləyərkən aşağıdakı ehtiyat tədbirlərinə əl atmaq lazımdır:
a) Qol saatını, üzüyü və digər metal əşyaları çıxarın.
b) İzolyasiyalı qulpu olan alətlərdən istifadə edin.
c) Rezin əlcək və çəkmə geyinin.
d) Alətləri və ya metal hissələri batareyaların üzərində qoymayın.
e) Batareyalarının çıxışlarını birləşdirməzdən və ya ayırmazdan qabaq yüklənmə mənbəyini ayırın.
f) Batareyanın lazımi səviyyədə torpağa birləşdirildiyini yoxlayın. Əgər bu, lazımi səviyyədə deyilsə, mənbəni torpaqla neytralaşdırma sistemindən ayırın. Batareyanın torpağa birləşdirilmiş hər hansı hissəsi ilə yaranan kontakt elektrik şoku ilə nəticələnə bilər. Əgər quraşdırma və texniki xidmət zamanı torpağa birləşdirmə mənbələri ayrıldıqda elektrik şokunun yaranması ehtimalı azalar (torpağa birləşdirilmiş qida dövrəsi olmayan avadanlıqlara və uzaqdan idarə edilən batareya qida mənbələrinə tətbiq edilir).
Tələblərə uyğunluq 5.6.2.6 - 5.6.2.8 - ci yarımbəndlərə əsasən yoxlama vasitəsilə təyin edilir.
5.7 İzolyasiyada mövcud olan aralıq məsafələri, sızma cərəyanının uzunluğu və digər məsafələr
2.10/İS –də verilən müddəalar tətbiq edilir.
6 NAQİLLƏR, BİRLƏŞMƏLƏR VƏ QİDA MƏNBƏYİ
3.1/İS- də verilən uyğun tələblər və müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Aparatlara və ölçmə - nəzarət cihazlarına örtük və qapılarda gedən qida mənbəyi xətləri elə quraşdırılmalıdır ki, bu örtüklərin və ya qapıların hərəkət etməsi zaman onlara mexaniki zədə dəyməsin.
Üç fazalı FEETS sistemində mövcud olan neytral konduktorların nominal parametrləri tək faza yüklənməsi nəticəsində bu konduktorda toplanam harmonik cərəyanları nəzərə almaqla təyin edilməlidir.
Ümumiyyətlə, çıxış sıxacına yalnız bir konduktor qoşulmaldır və iki və ya daha artıq konduktorların qoşulmasına yalnız həmin məqsəd üçün dizayn edilmiş çıxışlar olduqda icazə verilir.
6.1.2 Şinlərin və izolyasiya edilmiş konduktorların ölçüləri və nominal qiymətləri
FEETS sistemi daxilində konduktorların çarpaz kəsişmə sahələrinin seçilməsinə istehsalçı məsuliyyət daşıyır. Daşınması tələb edilən cərəyana əlavə olaraq, bu seçim konduktorların qoyulma tərzinə, izolyasiyanın növünə və tətbiq edildiyi təqdirdə, birləşdirilmiş elementlərin (məs. elektronika) növünə görə FEETS sisteminin məruz qaldığı mexaniki gərginlik əsasında təyin edilir.
Tələblərə uyğunluq, yoxlama və sınaqlarla təyin edilir.
6.2 Güc mənbəyinə qoşulma
6.2.1 Güc mənbəyinə qoşulmanın ümumi müddəaları
3.2.2/İS, 3.2.3/İS, 3.2.4/İS, 3.2.5/İS, 3.2.6/İS, 3.2.7/İS, 3.2.8/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
6.2.2 Qoşulma vasitələri
Əsas güc mənbəyinə təhlükəsiz və etibarlı səviyyədə qoşulmaq üçün FEETS sistemləri aşağıda göstərilən qaydada təsnif edilir və qoşulur (bax: 1.2.5.2/İS):
– daimi qoşulma üçün nəzərdə tutulan FEETS sistemi: Qida blokuna birdəfəlik qoşulmaq üçün nəzərdə tutulan çıxışlar;
– ştepselli FEETS, B tipli: 3.2.5/İS –də irəli sürülən tələblərə cavab verən hissələrə ayrıla bilməyən iki damarlı şnur və ya B tipli cihaz birləşdiricisi;
– ştepselli FEETS, A tipli: 3.2.5/İS –də irəli sürülən tələblərə cavab verən hissələrə ayrıla bilən iki damarlı şnurun və ya hissələrə ayrıla bilməyən iki damarlı şnurun birləşdirilməsi üçün nəzərdə tutulan cihaz girişi.
Avadanlıq birdən artıq qida mənbəyi ilə qoşulduqda (məs. fərqli gərginlik / tezlik səviyyələri və ya artıq güc) bunu elə layihələmək lazımdır ki, aşağıda göstərilən şərtlərə cavab verilsin:
– müxtəlif dövrələr üçün ayrıca qoşulma vasitələrinin təmin edilməsi;
– düzgün birləşdirmədikdə təhlükəli hal yaranarsa, bir – biri ilə əvəz edilə bilinməyən ştepsel birləşmələri;
– bir və daha artıq birləşdirici ayrıldıqdan sonra, operatorun ƏAG və ya təhlükəli gərginlik səviyyəsində olan üstüaçıq hissələrə, məs ştepsel kontaktların, toxunmasının qarşısı alınmalıdır.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
6.3 Xarici güc konduktorları üçün naqil sıxacları
3.3/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Xarici güc kabelinin birləşdiricilərini və ləvazimatlarını bərkitmək üçün müəyyən tədbirlər görülməlidir, məs. kabelin quraşdırıldığı vəziyyətdə tərpənməsinin qarşısını almaq üçün metal /məftil örtüyün çəkilməsi.
Istehsalçı tərəfindən çıxış sıxaclarının mis və ya alüminium konduktorlarının yaxud onların hər ikisinin birləşdirilməsi üçün yararlı olub olmadığı göstərilməlidir. Çıxış sıxacları elə olmalıdır ki, xarici konduktorları avadanlığın qısa qapanmaya qarşı davamlılığına və nominal cərəyana uyğun olan lazımi kontakt təzyiqini təmin edən və dövrənin saxlanılmasına imkan yaradan vasitələrlə (şurup, birləşdirici və s.) birləşdirmək mümkün olsun.
İstehsalçı ilə istifadəçi arasında xüsusi razılıq əldə edilmədikdə, mis konduktorları və kabelləri müvafiq nominal cərəyana uyğun gələn ən kiçik çarpaz kəsişmə sahəsindən ən böyüyünə kimi uyğunlaşdıra bilən çıxış sıxaclarından istifadə edilməlidir. (bax: Əlavə N).
Tələblərə uyğunluq yoxlama, ölçmə və N Əlavəsində göstərilən müvafiq diapazonda ən kiçik çarpaz kəsişmə sahəsindən ən böyüyünə kimi uyğunlaşdırılmaqla təyin edilir.
Avadanlığın çərçivəsi və ya bloku nəzərdə tutulan istismar zamanı cərəyanın daşınması üçün istifadə edilməməlidir.
QEYD: Torpaqla neytrallaşdırma sisteminə qoşulmuş çərçivələr və ya bloklar elektrik sisteminin düzgün işləmədiyi təqdirdə sızma cərəyanını və ya cərəyanı daşıya bilər.
Qoruyucu korpusun funksional hissəsi kimi xidmət edən texniki pasport lövhəsi və ya nömrə diskləri kimi hissələr qoruyucu korpus üçün təyin edilmiş tələblərə cavab verməlidir.
Modul blokunun ayrı –ayrı modulları açıq tipli quruluşa malik ola bilər – bu zaman qoruyucu korpus qoyulmur və ya qismən qoyulur- bir şərtlə ki, bu modulların sahədə nəzərdə tutulan qaydada yığılması zaman avadanlığın qoruyucu korpusu 2.1/İS –də irəli sürülmüş tələblərə cavab versin. Modulların identifikasiyası üçün bax:1.7.2/RD və elektrik birləşmələri barədə məlumat almaq üçün bax: 6.2.1 və 1.7.7/İS.
Qoruyucu korpus avadanlığın müxtəlif hissələrini qorumalıdır. Belə korpusun yerində olması tələb edilən hissələri yanğın, elektrik şoku, fiziki zədələnmə üzrə tələblərə, təhlükəli enerji səviyyəsi isə bu standartda qoruyucu korpus uşun təyin edilmiş tətbiq edilə bilən tələblərə cavab verməlidir.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
4.1/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Avadanlıq və bloklar normal istifadə şərtləri altında operatorlar və texniki xidmət göstərən şəxslər üçün təhlükə törədəcək dərəcədə fiziki cəhətdən qeyri –sabit olmamalıdır.
Qapılar, siyirtmələr və s. açıldıqda sabitliyi gücləndirmək üçün istifadə edilən etibarlı sabitləşdirici vasitələr operator istifadəsi üçün avtomatik işləməlidir. Bu vasitələr avtomatik olmadıqda, texniki xidmət göstərən şəxslərə bu barədə xəbərdarlıq edən uyğun və nəzərə çarpan işarələrdən istifadə edilməlidir.
Tələblərə uyğunluq aşağıdakı sınaqlarla yoxlanılır. Hər bir sınaq ayrıca olaraq aparılır. Sınaqlar zamanı qablarda ən əlverişsiz vəziyyəti yaradan nominal həcmdə maddə olmalıdır. Blokun normal istismarı zamanı, roliklərdən istifadə edilərsə, onlar ən əlverişsiz mövqedə olmalıdır.
İS –də göstərilən ən kəskin şərtlərin tətbiqindən asılı olmayaraq batareya ilə və ya batareyasız quraşdırılmış avadanlıqlar əyilərək çevrilməməlidir.
7.3 Mexaniki davamlılıq
4.2/İS –də verilən müddəalar tətbiq edilir.
7.4 Konstruksiya detalları
4.3.1/İS, 4.3.2/İS, 4.3.3/İS, 4.3.4/İS, 4.3.5/İS, 4.3.7/İS, 4.3.11/İS, 4.4/İS və 4.5/İS verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Əgər istehsalçı tərəfindən daha yüksək mühafizə səviyyəsi təyin edilməyibsə onun təlimatlarına əsasən quraşdırılmış qoruyucu korpuslar üçün minimum mühafizə səviyyəsi IP20 olmalıdır.
Daha yüksək mühafizə səviyyəsinin təyin edildiyi və IEC 60529 standartında verilən uyğun sınaq metodu ilə sınaq ştiftinin dəyişdirildiyi hallar istisna olmaqla, tələblərə uyğunluq yoxlama və sınaq ştifti ilə təyin edilir.
Yanğın və ya elektrik cərəyanı əleyhinə qoruyucu korpusların yuxarısında təhlükəli gərginlik səviyyələrində olan üstüaçıq hissələrin üzərindəki şaquli istiqamətdə olan açıq hissələrin ölçüsü, konstruksiyada belə hissələrə şaquli girişin qarşısı alınmadıqda, 5 millimetrdən artıq olmamalıdır.
(Bax: Şəkil 4B/İS). BU tələb qoruyucu korpusun yuxarısında hündürlüyü 1.8 metrdən artıq açıq hissəsi olan avadanlıqlara şamil edilmir.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
7.4.3 Qazın konsentrasiyası
Batareyalardan ibarət olan avadanlıqların normal istifadəsi zaman partlayıcı qaz konsentrasiyasına və daxili yaxud xarici sız risakinə qarşı müvafiq qoruyucu vasitələr təşkil edilməlidir (həmçinin bax: 7.6 və Əlavə M).
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
7.4.4 Avadanlığın hərəkət etməsi
Quraşdırılmış mövqedə asanlıqla hərəkət etməsi üçün roliklərlə təchiz edilmiş və möhkəm naqil çəkilmiş avadanlıqların quraşdırıldığı zaman hərəkət etməməsi üçün əlavə metod tətbiq edilməlidir. Çəkisi 25 kq və ya daha artıq olan avadanlığın tərpənmədiyini yoxlamaq üçün onun çəkisinin 20 faizinə bərabər olan lakin 250 Nyutonu aşmayan qüvvə tətbiq edilməlidir.
Tələblərə uyğunluq yoxlama və sınaqlarla təyin edilir.
4.7/İS –də verilən müddəalar tətbiq edilir.
Operator girişinin təmin edildiyi zonalarda istifadəsi nəzərdə tutulan FEETS sistemi (bax: 5.1.1) 4.7.2/İS –də irəli sürülən minimum tələblərə cavab verməlidir.
Batareyalar HB odadavamlılıq sinfinə və ya daha yüksək sinfə aid olmalıdır (bax: 1.2.12/İS).
7.6.1 Batareyanın yerləşdirilməsi və quraşdırılması
FEETS sistemi ilə istifadə edilən batareyalar 7.6.2 – 7.6.8 –ci ayrımbəndlərdə təyin edilmiş tələbləri nəzərə almaqla quraşdırılmalıdır.
Batareyalar aşağıdakı yerlərdə quraşdırılmalıdır:
– ya batareya otaqlarında və ya binalarında;
– ayrı şkaflarda və ya bölmələrdə- daxili və ya xarici şəraitdə;
– FEETS sisteminin daxilindəki batareya bölmələrində.
İstisna: Klapanla tənzimlənən və ya digər hermetik günəş batareyalarının ayrıca yerdə və ya bölmədə yerləşdirilməsi tələb edilmir.
7.6.2 Əlverişlilik və texniki xidmətə yararlılıq
Zəruri hesab edildikdə, batareya çıxışları və birləşdiriciləri onların bərkidici detallarını düzgün alətlərlə sıxmaq üçün mümkün yerdə olmalıdır. Maye elektrolitli batareyalar elə yerləşdirilməlidir ki, onların elementlərinin qapaqları elektrolit sınaqlarının aparılması və ya elektrolit səviyyələrinin yenidən tənzimlənməsi üçün mümkün olsun.
Tələblərə uyğunluq yoxlama vasitəsilə və batareya istehsalçısı tərəfindən tövsiyyə və ya təchiz edilən alətlərlə və ölçmə avadanlıqları ilə təyin edilir.
Batareyanın elementləri ventilyasiya, batareya temperaturu və izolyasiyası tələblərinə cavab verən aralıq məsafələrində quraşdırılmalıdır.
Batareyaları elə yerləşdirilməli və quraşdırılmalıdır ki, onun elementlərinin çıxışları yanaşı elementlərin çıxışları, eləcə də batareyanın dəyişdirilməsi nəticəsində batareya bölməsinin metal hissələri ilə arzuolunmaz kontakta girməsin.
QEYD: Batareya blokları və ya elementləri arasındakı məsafə, tətbiq edildiyi təqdirdə, sıfıra bərabər ola bilər.
Tələblərə uyğunluq yoxlama vasitəsilə və batareya istehsalçısının texniki məlumat vərəqəsinin təhlili ilə təyin edilir.
7.6.4 Korpusun izolyasiyası
Cərəyan keçirən korpusları olan elementləri arasında və ya onlarla şkaf yaxud bölmələr arasında adekvat izolyasiya olmalıdır. Bu izolyasiya 5.2/İS - də irəli sürülən tələblərə cavab verməlidir.
Tələblərə uyğunluq sınaq vasitəsilə yoxlanılır.
Kontaktlar, birləşmələr və naqillər 6 –cə Bəndə əsasən ətraf mühit temperaturunun, rütubətin, buxarın və mexaniki gərginliyin təsirlərindən qorunmalıdır.
Tələblərə uyğunluq sınaq və yoxlamalarla təyin edilir.
7.6.6 Elektrolitin axması
Elektrolitin batareyadan tökülməsinin qarşısını almaq üçün batareyanın şkaflarına və altlıqlarına elektrolitə davamlı örtük çəkilməlidir.
QEYD: Bu tələb VRLA tipli (klapanla tənzimlənən qurğuşun –turşu tərkibli akkumulyator batareyaları) batareyalara şamil edilmir.
Tələblərə uyğunluq yoxlama vasitəsilə təyin edilir.
Mümkün partlayıcı hidrogen və oksigen qarışığının təhlükəli səviyyədən aşağı səviyyədə yayılması üçün lazımi havalandırma sistemi təşkil edilməlidir.
Batareyanın bölmələrinə gəldikdə, (ayrı və ya birləşmiş), Əlavə M –də müvafiq yayılma səviyyələrini təmin etmək üçün lazımi hava axınının təyin edilməsi metodu verilib.
Batareya və elektrik hissələrdən ibarət olan birləşmiş aparatla yanaşı işlək hissələrdə, məs. batareyanın klapanlarına / siyirtmələrinə yaxın olan kontaktorlar və açarlar tərəfindən hidrogen və oksigenin lokal konsentrasiyası nəticəsində baş verə biləcək alışmaya diqqət yetirmək lazımdır.
Bu məqsəd, tamamilə qapalı komponentlərdən istifadə etməklə və ya batareya bölmələrini ayırmaqla yaxud FEETS sisteminin və batareyanın texniki konstruksiyasından asılı olan adekvat havalandırmanın təmin edilməsi ilə həyata keçirilməlidir.
Batareya klapanları / siyirtmələri ilə istənilən açıq qövs yaradan komponentlər arasında kifayət qədər məsafənin olması sınaq altında olan avadanlığın konstruksiyası üçün nəzərdə tutulan texniki məlumatlar vasitəsilə istehsalçı tərəfindən göstərilməldir ( Təlimat almaq üçün bax: Bənd M.2).
Batareya otaqlarında tələb edilən hava axını barədə lazımi məlumatlar batareya avadanlığının FEETS sistemi ilə təchiz edildiyi təqdirdə quraşdırma təlimatlarında verilməlidir.
Tələblərə uyğunluq yoxlama, hesablama və ya ölçmə vasitəsilə təyin edilir.
7.6.8 Yükləmə gərginliyi səviyyələri
Batareyalar həddən artıq artan gərginlikdən, o cümlədən tək pozuntu şərtlərindən, məs. yükləyici aqreqatın nasazlığına görə zamanı pozuntu halına görə yaranan gərginlik artmalarından həmin yükləyici aqreqatı söndürməklə və ya yükləmə cərəyanını kəsməklə qorunmalıdır. Yükləmə gərginliyinin səviyyələri istehsalçı tərəfindən bəyan edilməlidir.
Tələblərə uyğunluq dövrənin qiymətləndirilməsi ilə və sınaq vasitəsilə təyin edilir.
7.7 Temperaturun artması
4.5/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
QEYD 1: Cədvəl 1 Cədvəl 4B/İS –in bir hissəsini əhatə edir və bu cədvəldə verilən qiymətlər termocütlüyün batırılması və ya müqavimətin artırılması metodları üçün tətbiq edilir.
QEYD 2: Cədvəl 2 –də tez –tez baş verməyən və təsadüfi hallar üçün əlavə temperatur hədləri verilib.
Cədvəl 1 – Temperatur hədləri
Izolyasiya, o cümlədən sarğı izolyasiyası
– Sinif A material 105
– Sinif E material 120
– Sinif B material 130
– Sinif F material 155
– Sinif H material 180
– Sinif C material 200
– Sinif N material 220
– Sinif P material 250
Cədvəl 2 – Ehtiyat enerji rejiminin sonunda maqnitli sarğılar üçün yol verilə bilən temperatur hədləri
8 ELEKTRİK ENERJİSİ TƏCHİZATINA QOYULAN
TƏLƏBLƏRİN VƏ ANORMAL HALLARIN TƏQLİDİ
8.1 Torpaqda baş verən cərəyan sızmaları barədə ümumi müddəalar
5.1.1/İS –də verilən müddəalar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
Dövrənin konfiqurasiyasına əsasən istənilən istismar rejimində FEETS sisteminin qoruyucu torpağa birləşdirmə konduktoru həmin sistemdə və torpaqda sızan yüklü cərəyanı daşımalı və FEETS sistemi aşağıda göstərilən tələblərlə cavab verməlidir.
d.c. qida mənbəyinə ayrıca birləşmələri olan və qarşılıqlı olaraq birləşən avadanlıq sistemlərində hər bir avadanlıq ayrıca olaraq sınaqdan keçməlidir. d.c. qida mənbəyinə bir ümumi birləşməsi olan və qarşılıqlı olaraq birləşən avadanlıq sistemləri bir avadanlıq bloku hesab edilməlidir. Əlavə xüsusiyyətlərin daxil edilməsi ilə bağlı məlumat almaq üçün həmçinin bax: 1.4.10/İS.
QEYD: Qarşılıqlı olaraq birləşən avadanlıq sistemlərindən IEC 60990 standartının A Əlavəsində daha geniş bəhs edilir.
Şəbəkədən gələn çoxsaylı qida mənbələrinə qoşulmaq üçün nəzərdə tutulan avadanlıqların yalnız birinin (məs. ehtiyat) sınağının yalnız bir qida mənbəyinin qoşulması ilə sınaqdan keçirilməsi tələb edilir. İki və daha artıq qida mənbəyindən eyni vaxtda gücün verilməsini tələb edən avadanlıqlar bütün qida mənbələrinin qoşulması ilə sınaqdan keçirilməlidir.
Torpaqda baş verən cərəyan sızması 3,5 mA qiymətini aşdıqda, 5.1.7/İS –də irəli sürülən tələblər tətbiq edilir.
Əsas güc mənbəyinə qoşulmaq üçün istifadə edilən vasitələr barədə məlumat almaq üçün bax: 6.2.2.
Tələblərə uyğunluq yoxlama və ən əlverişsiz giriş gərginliyi səviyyəsində aparılan sınaqlar vasitəsilə təyin edilir.
8.2 Elektrik cərəyanına qarşı davamlılıq
5.2/İS –də verilən müddəalar tətbiq edilir.
8.3 Anormal istismar və pozuntu halları
5.3.1/İS, 5.3.2/İS, 5.3.3/İS, 5.3.4/İS, 5.3.5/İS, 5.3.9/İS –də verilən müddəalar aşağıda göstərilənlər ilə birlikdə tətbiq edilir.
8.3.2 Xətaların simulyasiyası
5.3.2/İS, 5.3.3/İS və 5.3.5/İS –də göstərilənlərdən başqa digər komponentlərin və dövrələrin tələblərə uyğunluğu aşağıda göstərilən halların təqlidi ilə təyin edilir:
– əsas dövrələrdəki istənilən komponentlərdə yaranan xətalar;
– istənilən komponentdə əlavə və ya zirehli izolyasiyaya mənfi təsir göstərə bilən nasazlıqlara səbəb olan xətalar;
– bundan başqa, 4.7.1/İS və 4.7.2/İS –də irəli sürülən tələblərə cavab verməyən avadanlıqların bütün hissələrində yaranan xətalar;
– əsas güc çıxışlarından başqa, ən əlverişsiz tam yük müqavimətinin avadanlıqdan gələn gücü və ya siqnalları paylayan çıxışlara və birləşdiricilərə qoşulması zaman yaranan xətalar.
Mexaniki havalandırma sistemi olan FEETS sistemi normal rejimdə işləməli və bu zaman ventilyator mühərriki və ya pəri kiliddə olmalıdır. Birdən artıq ventilyator motoru və ya pəri olan FEETS sistemi üçün hər bir motorun rotorunun və ya pərin bir dəfə kilidə salınması ilə sınaq aparılmalıdır. Ventilyasiya dəliklərində filtrləri olan FEETS sisteminə gəldikdə, isə çirklənmiş dəliyin simulyasiyası məqsədilə həmin dəlikləri bağlayaraq onu işə salmaq lazımdır. Bu sınaq ilkin olaraq dəliyi təxminən 50 % bağlamaqla, sonra isə tam bağlamaqla aparılmalıdır.
İstisna 1: Filtri olan tək üfürücünü və ya pəri onun dəliyini tam bağlamaqla sınaqdan keçirməyə ehtiyac yoxdur.
İstisna 2: Birdən artıq üfürücü və ya ventilyator motoru olan blokdakı bütün motorlar eyni anda kilidə salına bilər.
Eyni daxili elektrik sxemi olan çoxsaylı çıxışlar olduqda sınağı yalnız bir nümunə çıxış üzərində aparmaq lazımdır.
Şəbəkənin girişi və çıxışı ilə əlaqəli olan əsas dövrələrdəki komponentlər, məs. şnurlar, cihaz birləşdiriciləri, RFİ filtrinin hissələri, baypas, açarlar və onların daxili birləşmə naqilləri üçün heç bir xəta təkrarlanmır, bir şərtlə ki həmin komponentlər 5.3.4 a)/İS –də irəli sürülən tələblər cavab versin.
Baş verməsi əsaslı surətdə gözlənilən xəta hallarının müəyyən edilməsi üçün avadanlıqlar, dövrə diaqramları və komponentlərin spesifikasiyaları nəzərdən keçirilməlidir.
QEYD: Buna misal olaraq, tranzistorların, diodların və kondensatorların (xüsusən də elektrolitli kondensatorların) qapalı və açıq dövrələrini, növbələnən güc yayılmaları üçün nəzərdə tutulan rezistorlarda davamlı yayılmaları yaradan xətaları və həddən artıq güc yayılmasına səbəb olan inteqrasiya edilmiş dövrələdə yaranan daxili xətaları göstərmək olar.
Sınaqlar nominal gərginlik səviyyəsində və ya nominal gərginliyin yuxarı həddində işləyən avadanlıqla bir dəfə aparılır.
Avadanlığın daxilindəki dövrələrin və ya simulyasiya etmiş dövrələrin, eləcə də avadanlığın xaricində ayrı –ayrı komponentlərin və ya yarım –aqreqatların sınaqdan keçirilməsinə icazə verilir.
5.3.3/İS –də verilən uyğunluq meyarlarına əlavə olaraq, komponenti cərəyanla təchiz edən transformatordakı temperatur səviyyələri Əlavə c/İS- də təyin edilmiş temperatur səviyyələrini aşmamalıdır və bu əlavədə verilən istisna nəzərə alınmalıdır.
8.3.3 Sınaq üçün şərtlər
Normal istifadə və qabaqcadan görünə bilən səhv istifadə zamanı gözlənilən halları tətbiq etməklə, FEETS sistemini nominal gərginlik səviyyəsində və ya nominal gərginliyin yuxarı həddində işlətməklə avadanlığın sınağını aparmaq lazımdır.
QEYD: Normal istifadə və qabaqcadan görünə bilən səhv istifadə zamanı gözlənilən hallar aşağıdakılardır:
– istehsalçının təlimatlarına uyğun gəlməyən, işlək əlçatan qurğular, məs. dəstək, ling, şponka və millər,
–eyni vaxtda örtülməsi ehtimal edilən havalandırma dəliklərinin, məs. avadanlığın bir tərəfində və ya üstündə yerləşən dəlik qrupu, və növbə ilə örtülməli olan dəlik qruplarının örtülməsi.
– çıxışın həddən artıq yüklənməsi zaman, o cümlədən qısa qapanma zamanı, sistemin işləməsi.
Buna əlavə olaraq, qoruyucu örtüyü olan avadanlıqlar həmin örtük ilə birlikdə sınaqdan keçirilməlidir.
9 TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNƏ QOŞULMA
6/İS və 3.5/İS Bəndinin müddəaları aşağıdakılar ilə birlikdə tətbiq edilir: 2.1.3/İS, 2.3.1/İS, 2.3.2/İS, 2.3.3/İS, 2.3.4/İS, 2.3.5/İS, 2.6.5.8/İS, 2.10.3.3/İS, 2.10.3.4/İS, 2.10.4/İS, Əlavə M/İS.
QEYD: Bənd 6/İS–də istifadəçi tərəfindən 5.1.8/İS –də verilən müddəaların nəzərə alınması göstərilir.
Oda və istiliyə davamlılıq sınaqları
Əlavə A/İS tətbiq edilir.
Anormal şərtlər altında motorun sınağı
Əlavə B/İS tətbiq edilir.
Əlavə C/İS tətbiq edilir.
Toxunma cərəyanlarının sınağı üçün nəzərdə tutulan
ölçmə-nəzarət cihazları
Əlavə D/İS tətbiq edilir.
Sarğılarda temperaturun qalxması
Əlavə E/İS tətbiq edilir.
Sızma cərəyanın uzunluğunun və aralıq məsafələrinin
Əlavə F/İS tətbiq edilir.
Minimum aralıq məsafələrinin təyin edilməsi üçün
Əlavə G/İS tətbiq edilir.
Suyun və yad maddələrin nüfuz etməsinə qarşı
Nəzərdə tutulan tətbiq sahəsində suyun və ya yad maddələrin nüfuz etməsi mümkün olduqda, IEC 60529 standartından seçilmiş müvafiq mühafizə səviyyəsi təmin edilməlidir. Bu standartdan bir hissə hazırkı Əlavəyə daxil edilib.
QEYD: Şimali Amerika və qeyri -IEC qoruyucu örtük parametrlərinin geniş istifadə edildiyi digər regionlar üçün Cədvəl A-1,NEMA 250-2003, Elektrik avadanlıqları üçün qoruyucu örtüklər (maksimum1 000 Volt ) vasitəsilə NEMA tipli nominal qiymətləri IEC 60259 standartına əsasən təsnif edilmiş vahidlərə (IP) çevirin.
Suyun və yad maddələrin nüfuz etməsinə qarşı tələb edilən mühafizə səviyyəsini təmin etmək üçün heç bir alətin köməyi olmadan hər hansı hissəni çıxarmaq mümkün olmamalıdır.
Cədvəl H.1 və H.2 –də verilən məlumat IEC 60529 standartından götürülüb. Sınaq şərtləri və tələblər uyğunluq barədə məlumat almaq üçün bax: IEC 60529.
Cədvəl H.1 – Birinci xarakteristik rəqəmlə göstərilən yad maddələrə qarşı mühafizə səviyyələri
Ölçüsü 50 mm Ø və daha böyük olan bərk yad maddələrdən qorunan
Dairə ölçüsü 50 mm Ø, zond tam nüfuz etməməlidir
Ölçüsü 12.5 mm Ø və daha böyük olan bərk yad maddələrdən qorunan
Dairə ölçüsü 12.5 mm Ø, zond tam nüfuz etməməlidir
Ölçüsü 2.5 mm Ø və daha böyük olan bərk yad maddələrdən qorunan
Dairə ölçüsü 2.5 mm Ø, zond tam nüfuz etməməlidir
Ölçüsü 1.0 mm Ø və daha böyük olan bərk yad maddələrdən qorunan
Dairə ölçüsü 1.0 mm Ø, zond tam nüfuz etməməlidir
Tozun nüfuz etməsinin qarşısı tam alınmır, lakin toz aparatın qanuni səviyyədə işləməsinə mane olacaq və ya təhlükəsizliyi aşağı səviyyəyə salacaq miqdarda nüfuz etmir.
Tozun nüfuz etməsinin qarşısı tamamilə alınır.
Zondun tam diametri qoruyucu korpusun və ya örtüyün açıq hissəsindən keçməməlidir.
Cədvəl H.2 – İkinci xarakterik rəqəmlə göstərilən suyun nüfuzuna qarşı mühafizə səviyyələri
Şaquli istiqamətdə tökülən su damcılarından qorunan
Şaquli istiqamətdə tökülən su damcıları mənfi təsir göstərməməlidir.
Qoruyucu örtük 15° dərəcə qalxdıqda şaquli istiqamətdə tökülən su damcılarından qorunan
Qoruyucu örtük şaquli istiqamətdə istənilən tərəfə 15° qalxdıqda şaquli istiqamətdə tökülən su damcıları mənfi təsir göstərməməlidir.
Su səpintisindən qorunan
Şaquli istiqamətdə hər iki tərəfdə 60° dərəcə bucaq altında səpilən su heç bir zərərli təsir göstərməməlidir
Su sıçrayışından qorunan
Qoruyucu örtüyə istənilən istiqamətdə sıçrayan su heç bir zərərli təsir göstərməməlidir.
Su şırnağından qorunan
Qoruyucu örtüyə istənilən istiqamətdə dəyən su şırnağı heç bir zərərli təsir göstərməməlidir.
Güclü su şırnağından qorunan
Qoruyucu örtüyə istənilən istiqamətdə dəyən güclü su şırnağı heç bir zərərli təsir göstərməməlidir.
Müvəqqəti olaraq suda batma zamanı qorunan
Qoruyucu örtük müvəqqəti olaraq standart təzyiq altında və müddətdə suya batdıqda, su zərərli təsir göstərə biləcək miqdarda nüfuz etməməlidir
Suda birdəfəlik batdıqda onun təsirlərindən qorunan
Qoruyucu örtük istifadəçi ilə istehsalçı arasında əldə edilmiş razılıq əsasında təyin edilmiş, lakin 7 rəqəmi ilə göstərilən hallardan daha kəskin şərtlər altında birdəfəlik olaraq suya batdıqda, su zərərli təsir göstərə biləcək miqdarda nüfuz etməməlidir
Əks cərəyandan qorunma sınağı
FEETS sistemi ehtiyat enerjisi rejimində işləyərkən onun giriş mənbəyinin istənilən çıxış cütlüyü arasında həddən artıq toxunma cərəyanının yaranmasına imkan verməməlidir. Ölçülmüş açıq dövrə gərginliyi 30 V o.k.q. (42,4 V ən yüksək, 60 V s.c.) qiymətini aşmadıqda, toxunma cərəyanının ölçülməsinə ehtiyac yoxdur.
Tələblərə uyğunluq, tətbiq edildiyi təqdirdə, Bənd I.2, I.3 və I.5 –də təsvir edilən sınaqlarla yoxlanılır. Tək pozuntu halı 5.3.7/İs –də verilən müddəalarına əsasən müəyyən edilməlidir.
I.2 Ştepselli FEETS sisteminin sınağı
FEETS sistemi birinci dəfə normal rejimdə işləməlidir. d.c. giriş sıxacları və ya ştepsel(lər)i bundan sonra ayrıla bilər. Bunun nəticəsində FEETS sistemi ehtiyat enerjisi rejimində işləyəcək. Yüksüz, tam yüklü və ya yük təzyiqi altında istinad edilən potensial şərtləri Bənd I.4 –də göstərildiyi kimi dəyişdikdə, işləmə səviyyəsinin uyğunluğu aşağıdakı qaydada yoxlanılmalıdır:
a) İstifadəçi üçün mümkün olan iki giriş sıxacları və ya hissələri arasında Əlavə D/İS -ə göstərilən ölçmə - nəzarət cihazları ilə ölçülən cərəyan 3,5 mA – i aşmamalıdır.
b) Mühafizə səviyyəsi giriş sıxacları ayrılan ştepselli A tipli FEETS üçün 1 saniyə və ştepselli B tipli FEETS üçün isə 5 saniyə işləməlidir.
Bundan sonra tək pozuntu şərti tətbiq edilməlidir. Yuxarıda göstərilən sınaq təkrarlanmalı və tələblərə uyğunluq yenidən yoxlanmalıdır.
I.3 Daimi qoşulmuş FEETS sisteminin sınağı
FEETS sistemi birinci dəfə normal rejimdə işləməlidir. Bundan sonra. qoruyucu torpaqla neytrallaşdırma konduktoru istisna olmaqla, d.c. giriş sıxacları d.c. mənbəyindən ayrılmalıdır. Bunun nəticəsində FEETS sistemi ehtiyat enerjisi rejimində işləyəcək. Yüksüz və tam yüklü vəziyyətdə sınağın aparılması ilə, işləmə səviyyəsinin uyğunluğu aşağıdakı qaydada yoxlanılmalıdır:
a) İki giriş sıxacları və ya hissələri arasında Əlavə D/İS -ə göstərilən ölçmə - nəzarət cihazları ilə ölçülən cərəyan 3,5 mA – i aşmamalıdır.
b) Mühafizə səviyyəsi giriş sıxacları ayrıldıqda 15 saniyə işləməlidir.
Bundan sonra tək pozuntu şərti tətbiq edilməlidir. Yuxarıda göstərilən sınaq təkrarlanmalı və tələblərə uyğunluq yenidən yoxlanmalıdır.
Əks cərəyandan qoruyan izolyasiya cihazı xaricdən qoyulduqda, müvafiq dövrə diaqramını yoxlayaraq və dövrənin işləməsi üçün əks cərəyandan izolyasiya edən xarici cihazın tələb edilən massasının FEETS istehsalçısı tərəfindən təqdim edilmiş spesifikasiya çərçivəsində olduğunu göstərməklə tələblərə uyğunluq təyin edilir.
I.4 Yük təsiri altında istinad potensialının dəyişməsi
İstinad potensialı torpaqda yükün təsiri altında sızan cərəyanlara görə dəyişə bilər və bu hal FEETS sistemi ehtiyat enerjisi rejimində işlədikdə ortaya çıxa bilər. Şəkil I.1 və ya I.2 - də verilən sınaq dövrələrini tətbiq etməklə bu vəziyyəti təkrar etmək olar. Şəkil I.2 üçfazalı sistemlərə tətbiq edilir və həmçinin asimmetrik faza yüklərinin təsirini təkrar edir.
QEYD 1: Bəzi ölkələrdə giriş neytralının veriliş sistemlərində və ya bina qurğularında fazalarla birlikdə açılması tələb edilir. Bu zaman, əgər quraşdırma təlimatında FEETS sisteminin yalnız üç fazalı yüklər üçün istifadə edildiyi aydın göstərilmədikdə neytral girişin FEETS gərginliyi potensialı maraq doğurur.
QEYD 2: Bənd I.4 -də verilən müddəalar ştepselli FEETS sisteminə tətbiq edilir (bax: Bənd I.2). Burada məqsəd d.c. giriş sıxac(lar)ı ayrıldıqda yük dövrəsində həcmi müqavimətdən (dempfer kondensatoru və s.) keçən cərəyan və ya gərginlik sızması nəticəsində heç bir təhlükəli amilin ortaya çıxmadığını yoxlamaqdır.
QEYD 3: Burada C maraq doğuran həcmi müqaviməti ifadə edir. Şəkil I.1 və I.2 –də göstərildiyi kimi, C qiyməti sabitdir.
EUT - sınaq altında olan avadanlıq
Şəkil I.1 – İstinad potensialında yük təsiri altında baş verən dəyişməni təyin edən sınaq sxemi – tək fazalı çıxış
EUT - sınaq altında olan avadanlıq
Müqavimətli R yükünün qiyməti istehsalçı tərəfindən təyin edilmiş bərabər vahidli güc əmsalına əsasən maksimum yük kimi təyin edilmiş qiymətə bərabər olmalıdır.
I.5 Möhkəm cihazlarla əks cərəyandan qorunma
Bənd I.2 və I.3 –də irəli sürülən tələblərə əlavə olaraq, əks cərəyandan qorunma möhkəm materialdan hazırlanmış izolyasiya cihazları ilə təmin edildikdə və əgər həmin cihazlar ehtiyatda deyilsə, əks cərəyandan qorunmanın təmin edilməsi üçün lazım olan komponentlər IEC 62040-2 standartının 7.1 -7.5 –ci yarımbəndlərində göstərilən keçid proseslərinə görə həddən artıq artan gərginlik səviyyələrinin, gərginlik dəyişmələrinin, elektromaqnit həssaslığın və elektrostatik boşalmanın təsirlərinə davam gətirə bilməlidir. Xarici amillərin təsirlərinin sınağı barədə məlumat almaq üçün bax: IEC 62040-3 standartı, 7.1 və 7.2 –ci yarımbənd.
Elektrokimyəvi potensialların cədvəli
Əlavə J/İS tətbiq edilir.
İstilik tənzimləyici vasitələr
Əlavə K/RD tətbiq edilir.
FEETS sistemi quraşdırma təlimatlarında verilmiş istehsalçı spesifikasiyalarına əsasən yüklənməlidir. Əgər belə spesifikasiyalar yoxdursa, aşağıda göstərilən etalon yük şərtləri tətbiq edilməlidir.
FEETS sistemi bu əlavədə təsvir edilən (bax:3.3) xətti və qeyri – xətti yüklə yüklənməlidir.
Xətti yükün ən geniş tətbiq edilən növləri aşağıdakılardır:
– müqavimətli -induktiv;
– həcmi müqavimətli - induktiv.
Qeyri –xətti yük aşağıdakı kimi ola bilər:
– düzləndirilmiş həcmi yük;
– tristor və ya transduktor ilə idarə edilən yük (faza nəzarəti).
< 3 kVA aşağı güc diapazonunda, həcmi yüklə körpü birləşməsində düzləndiricinin istifadəsi geniş yayılıb. Yük aşağıda göstərilən simvollarla xarakterizə edilir:
S -VA ilə ifadə edilən məlum çıxış gücüdür;
P - W ilə ifadə edilən aktiv çıxış gücüdür;
λ -güc əmsalıdır = P/S;
U -Volt ilə ifadə edilən çıxış gərginliyidir;
f - Herslə ifadə edilən tezlik səviyyəsidir
Etalon aktiv yük üçün, FEETS sistemi nominal güc səviyyəsinə kimi rezistorla yüklənir.
L.3 Müqavimətli – induktiv etalon yük
Müqavimətli – induktiv yük üçün, induktivlik rezistorla ardıcıl olaraq və ya paralel birləşdirilir. Rezistor (R) və induktivlik (L) aşağıdakı tənlikdə verilib:
L.4 Müqavimətli – həcmi müqavimətli etalon yüklər
Müqavimətli – həcmi müqavimətli yük üçün kondensator və rezistor ardıcıl olaraq və ya paralel qoşulur. Rezistor (R) və və həcmi müqavimət (C) aşağıdakı tənlikdə verilib:
L.5 Qeyri –xətti etalon yük
Tək fazalı düzləndirici / kondensator yükünü təqlid etmək üçün FEETS sistemi çıxışında kondensator və rezistorun paralel mövcud olduğu diod- düzləndirici körpüsü ilə yüklənir.
Ümumi tək faza yükü mərkəzləşmiş yüklə və ya paralel mövcud olan çoxsaylı ekvivalent yüklərlə yarana bilər.
UC - V ilə ifadə edilən düzləndirilmiş gərginlikdir;
R1 - ümumi S məlum yükünün aktiv gücünün 66 faizini təşkil edən yük rezistorudur;
RS - ümumi S məlum yükünün aktiv gücünün 4 faizini təşkil edən ardıcıl xətli rezistorudur; (4% IEC/TC 64 standartına əsasən güc xətlərində gərginlik düşməsi təklifinə əsasən təyin edilib).
QEYD 1: Aşağıda göstərilənlər IEC 61000-2-2 standartına əsasən 50 hers tezlik səviyyəsi və çıxış gərginliyinin maksimum 8 % təhrifi ilə və λ = 0,7 güc əmsalı ilə əlaqə təşkil edir. (yəni, S məlum gücünün 70 faizi R1 və R S rezistorlarında aktiv güc kimi yayılacaq).
Titrəyiş gərginliyi, UC kondensator gərginliyinin ikiqat qiymətinin 5 faizi R1 × C = 0,15 saniyə zaman konstantasına uyğundur.
Xətt kabellərində gərginlik düşməsini, xətt gərginliyinin təhrifini, ən yüksək gərginlik səviyyəsini və düzləndirilmiş gərginliyin dalğa gərginliyini müşahidə etdikdə, düzləndirilmiş UC gərginliyinin orta məxrəci aşağıdakı kimi olacaq:
UC = 2 × (0,92 × 0,96 × 0,975) × U = 1,22 × U
və RS, R1 rezistorlarının və C kondensatorunun qiymətləri aşağıdakı qaydada hesablanır:
QEYD 2: RS rezistoru düzləndirici körpüsünün d.c. və ya s.c. tərəfindən yerləşdirilə bilər.
QEYD 3: Sınaqdan istifadə edilən komponentlərin faktiki qiyməti aşağıda göstərilənlərin hesablanmış qiymətləri baxımından müəyyən hədd daxilində olmalıdır:
R1 qiyməti çıxışdakı nominal məlum gücün alınması üçün sınaq zamanı tənzimlənməlidir.
QEYD 4: C kondensatorunun qiyməti 50 Herslik, eləcə də qarışıq 50 Herslik və 60 Herslik layihə üçün etibarlıdır.
QEYD 5: Bu standartda s.c. cərəyanın verildiyi elektron ballastlardan bəhs edilmir (IEC 61347 vəIEC 60925).
Aşağıdakı sınaq metodu tətbiq edilir.
a) Qeyri –xətti etalon yük dövrəsi ilkin olaraq sınaq altında olan FEETS sistemi üçün təyin edilmiş nominal çıxış gərginliyi səviyyəsində d.c. giriş mənbəyinə qoşulmalıdır.
b) D.c. giriş mənbəyinin tam müqaviməti bu etalon yükün verilməsi zaman d.c. giriş dalğa formasını 8 faizdən yuxarı təhrif etməməlidir (bax: IEC 61000-2-2).
c) R1 rezistoru çıxışda FEETS sistemi üçün təyin edilmiş nominal məlum gücü (S) almaq üçün tənzimlənməlidir.
d) R1 rezistorunu tənzimlədikdən sonra qeyri –xətti etalon yük bir daha tənzimləmə aparmadan sınaq altında olan FEETS sisteminin çıxışına tətbiq edilməldir.
e) Müvafiq bəndlərdə müəyyən edilmiş qeyri –xətti yüklənmə altında tələb edilən parametrləri almaq üçün bir daha tənzimləmə aparmadan etalon yükdən istifadə edilməlidir.
L.5.3 Qeyri – xətti etalon yükün qoşulması
Qeyri –xətti etalon yük aşağıda göstərilən qaydada qoşulur:
a) Tək fazalı FEETS sistemi üçün, qeyri – xətti etalon yük həmin sistemin 33 kVA –a kimi olan nominal məlum gücünə bərabər S məlum gücü ilə istifadə ediləməlidir.
b) 33 kVA –dan yuxarı nominal qiymətə malik olan tək fazalı FEETS sistemi üçün qeyri –xətti yük 33 kVA S məlum gücü, üstəgəl FEETS sisteminin nominal məlum və aktiv güc qiymətlərinə kimi olan xətti yük ilə istifadə edilməlidir.
c) Tək faza yükləri üçün nəzərdə tutulan üç fazalı FEETS sistemi üçün bərabər tək fazalı qeyri –xətti yüklər FEETS sisteminin nəzərdə tutulduğu yüksək voltlu şəbəkənin konfiqurasiyasından asılı olaraq, nominal 100 kVA FEETS məlum və aktiv gücünə kimi faza - neytral və ya faza –faza arasında qoşulmalıdır.
d) 100 kVA –dan yuxarı nominal qiymətə malik olan tək fazalı FEETS sistemi üçün Bənd 3 -ə əsasən təyin edilmiş yük növlərindən, eləcə də FEETS sisteminin nominal məlum və aktiv güc qiymətinə kimi olan xətti yükdən istifadə edilməlidir.
Batareya bölmələrinin havalandırılması
Havalandırılan batareyaların yerləşdiyi və ağır boşalma, həddən artıq yüklənmə və ya eyni növ istifadə zamanı qazın dola biləcəyi qoruyucu korpus və ya bölmə havalandırılmalıdır. Havalandırma vasitələri ilə insanlar üçün fiziki zədə riski yaradan, qaz qarışığının, məs. hidrogen –hava qarışığının toplanması və ya onun təzyiqinin artması riskini azaltmaq üçün batareya bölmələrinin hər bir yerində hava axını təmin edilməlidir.
Bu bənddə irəli sürülən tələblərdə qaz qarışığının havadan yüngül olan hidrogen –hava qarışığı olması fərz edilir. Nəticə etibarilə, tələblərə uyğunluğu təmin etmək üçün, qaz qarışığının toplana bildiyi batareya bölməsinin və ya qoruyucu korpusun ən yüksək hissələrində əlavə havalandırma dəliklərinin açılması tələb edilə bilər.
Qövs yaradan hissələr, məs. açarların kontaktları, rubilniklər, açıq cərəyan daşıyan hissələri olan tutqacların quraşdırılması üçün istifadə edilən əriyən hissələr və relelər, batareyanın yerləşdiyi bölmədə və ya qoruyucu korpusda quraşdırıldıqda, batareyanın ən aşağı havalandırma dəliyindən ən azı 100 mm aşağıda quraşdırılmalıdır. Batareya bölməsi və ya qoruyucu korpusunun havası belə hissələrin yerləşdiyi qapalı yerlərə çıxarılmamalıdır. Bu tələbin məqsədləri üçün qumla əhatələnən əriyən qoruyucuda və birləşdiricilərdə qövs yaradan hissələr yoxdur. Batareyaya və ya onun bölməsinə nəzarət edən sensorlar (məs. temperatur sensorları və buna bənzər digər cihazlar) həmin bölmədə və ya qoruyucu korpusda yerləşdirilə bilər.
Hidrogen – hava qarışığında hidrogenin aşağı partlayış səviyyəsi (APS) normal temperatur və təzyiq şərtləri altında həcmcə dörd faizdir. Bənd M.1 - ə istinadən, havalandırma vasitələri normal istismar və yüklənmə şərtləri altında, təhlükəsizlik əmsalı 5 olmaqla anormal hallara qarşı tədbir kimi hidrogen konsentrasiyasının həcminin 0.8 faizdən artıq artmasının qarşısını almalıdır.
Qurğuşun – turşu tərkibli tam yüklənmiş batareyada yüklənmə enenrjisinin əksəriyyəti çevrilir və nəticədə girişin (=0,45 × 10 m/Ah) hər bir 63 Ah qiyməti üçün hər elementdə hidrogen qazı təxminən 0,028 3 m olur. Əgər havalandırma sisteminin tələb edilən adekvatlığı təmin edilməyibsə, bu əlavədə təyin edilmiş normal və anormal şərtlər altına qazın konsentrasiyası ölçülərək təyin edilməlidir.
d.c. giriş gərginliyi FEETS sistemi üçün təyin edilmiş hədlər daxilində artdıqda, həmin sistemdə batareyanın yüklənmə cərəyanının və gərginliyinin artmasının qarşısını alan tənzimləyici dövrəni yaratdıqda, bu əlavədə havalandırma üçün irəli sürülmüş tələblərə cavab verən qurğuşun – turşulu batareya bölməsi üçün lazımi hava axınının miqdarını hesablamaq üçün aşağıda göstərilən düsturdan istifadə edilir:
Q - havalandırma üçün nəzərdə tutulan və m/saat ilə ifadə edilən hava axınını göstərir.
v - (100 – 4)/4 = 24; q = 0,45 × 10 m/Ah ilə yaranmış hidrogenin lazmı səviyyədə durulaşmasını ifadə edir;
n - batareya elementlərinin sayını ifadə edir;
I = 2 A/100 Ah – ənənəvi turşu elementli batareyaları ifadə edir;
I = 1 A/100 Ah – zəif ərintili batareya elementləri;
I = 0,5 A/100 Ah – yenidən birləşdirmə ştepselləri olan batareya elementlərini ifadə edir;
I= 0,2 A/100 Ah – klapanla tənzimlənən qurğuşun – turşu tərkibli batareyaları;
C - batareyanın 10 saat yüklənmə dərəcəsində Ah ilə ifadə edilən nominal gücünü göstərir.
QEYD 1: Klapanla tənzimlənən batareyalar olduğu təqdirdə, onların ətraf mühit temperaturunun geniş diapazonlarında işləməsini və bərabərləşməni (sürətləndirilmiş yüklənmə) təmin etmək üçün I əmsalı 25 ºC dərəcədə tipik 2,4 V/elementə bərabər olur.
s = 5 təhlükəsizlik əmsalını qəbul etməklə, Q qiymətini alınması üçün düsturu aşağıda nəticə etibarilə alınan qiyməti daxil etməklə sadələşdirmək olar.
Q - m/saat ilə ifadə edilən hava axını
Havalandırma üçün nəzərdə tutulan hava axınının bu miqdarı, tərcihən, təbii hava axını ilə və ya təzyiqli havalandırma ilə təmin edilməlidir.
Giriş və çıxış dəlikləri hava axınının sərbəstliyinə şərait yaratmalıdır. Həmin dəliklərdən keçən havanın orta sürəti ən azı 0,1 m/s ( = 360 m/saat) olmalıdır.
Təbii hava axınının bu sürəti təmin edildikdə, batareya bölməsində ən azı aşağıda göstərilən qiymətə malik olan sərbəst giriş və çıxış dəlik sahələri olmalıdır.
QEYD 2: Hidrogenin yaranması üçün elektrik gücü müəyyən hədlərdən aşağı həddə saxlandıqda, təbii havalandırma tətbiq edilə bilər. Əks halda, havalandırma sisteminin çıxışları qəbul edilə bilən ölçüləri aşacaq. Təbii havalandırma hədləri batareyanın gücündən və elementlərin sayından, eləcə də batareya texnologiyasından ( havalandırılan elementlər, klapanla tənzimlənən elementlər) və batareyanın tətbiq edilən yüklənmə gərginliyindən asılıdır.
Qaynar (>300 °C) və ya qığılcımlı komponentlərin batareyanın havalandırma siyirtmələrindən və ya qaz təzyiqi çıxışlarından uyğun aralıq məsafəsində saxlandığını fərz etsək, yuxarıda göstərilən hesablama metodunun tətbiqi nəticəsində partlayışa qarşı kifayət edən qorunma səviyyəsi təmin edilir. Batareya otaqlarında 500 mm məsafənin saxlanılması lazımi mühafizəsinin təmin edilməsi üçün nəzərə alına bilər. batareya bölmələrində və ya şkaflarında və ya FEETS sistemin quraşdırılmış batareyalarda havalandırmanın səviyyəsindən asılı olaraq bu məsafəni qısaltmağa icazə verilir.
Yuxarıda istinad edilən ən kəskin yüklənmə dərəcəsi istilik və ya artan cərəyandan qoruyan cihazının açılmasına səbəb olmayan maksimum yüklənmə dərəcəsidir.
Batareyanın yerləşdiyi bölmə və ya qoruyucu korpus üçün nəzərdə tutulan havalandırma vasitələri 8.3.1 –də təsvir edilən sınaq şərtləri altında Bənd M.1 –də irəli sürülən tələblərə cavab verməlidir. Sınaq zamanı və ya sınaq başa çatdıqdan sonra maksimum hidrogen qazı konsentrasiyası həcmcə iki faizdən artıq olmamalıdır.
M.4 Həddən artıq yüklənmə halları
Əgər batareya bölmələrinin Bənd M.2 –də irəli sürülən tələblərə uyğunluğunu təyin etmək üçün ölçmə aparmaq lazımdırsa, batareyanın yükləmə aqreqatı nominal gərginliyin 106 faizinə tənzimlənərək qida dövrəsinə qoşulmalıdır və bundan sonra isə tam yüklənmiş batareyanı 7 saat müddətində həddən artıq yükləmək lazımdır. Yükləmə aqreqatı və ya dövrəsi ilə əlaqəli olan istənilən operator – tənzimlənə bilən idarəetmə vasitələri ən kəskin yüklənmə dərəcəsinə köklənməlidir.
İstisna 1: Bu tələb hələ FEETS ilə araşdırılmayan batareya yükləyicisi ilə istifadə edilən FEETS sisteminə şamil edilmir.
İstisna 2: Bu tələb d.c. gərginliyi nominal qiymətin 106 faizini kimi olan nominal qiymətdən başlayaraq artdıqda batareyanın yüklənmə cərəyanının və gərginliyinin artmasının qarşısını alan tənzimləyici dövrə ilə təchiz edilmiş FEETS sisteminə şamil edilmir.
Sınaq zamanı və ya sınaq başa çatdıqdan sonra hidrogen qazının maksimum konsentrasiyası həcmcə iki faizdən artıq olmamalıdır. Sınaq zamanı 2, 4, 6 və 7 saat müddətində batareya bölməsinin içərisindəki atmosferin nümunəsi əsasında ölçmələr aparılmalıdır. Batareyanın bölməsindəki atmosferin nümunələri, konsentrasiya ölçən avadanlıqla təchiz edilmiş aspirator kolbası və ya digər ekvivalent vasitələrlə ən yüksək hidrogen konsentrasiyasını yarana biləcəyi ehtimal edilən yerlərdən götürülməlidir.
Qoşulma üçün lazım olan mis konduktorların minimum və
maksimum çarpaz kəsişmə sahələri (bax: 6.3)
Aşağıdakı Cədvəl N.1 hər çıxışda bir mis kabelinin birləşdirilməsi üçün istifadə edilir.
Cədvəl N.1 – Konduktorun çarpaz kəsişmə sahələri
(IEC 60439-1 standartından götürülüb)
QEYD: Bu cədvəldə göstərilən konduktorlardan başqa digər konduktorlardan istifadə etmək lazım gəldikdə, onların çıxış sıxaclarının ölçüləri uyğunlaşdırılmalıdır.
Daşınma zamanı batareyaların ayrılması üçün təlimatlar
O.1 Tətbiq edilə bilən məhsullar
Məlumat üçün verilən bu əlavənin müddəaları daxili batareyaları olan FEETS sisteminə və batareya şkaflarına tətbiq edilir. hal –hazırda, aşağıda verilən müddəalar yalnız təlimat üçün nəzərdə tutulub. Bu, gələcəkdə normativ əlavə ola bilər.
O.2 Batareyanın ayrılması
Daşıma məqsədləri üçün batareyaların ayrılması vasitələri istehsalçılar tərəfindən göstərilməlidir. Bu vasitələr, batareyanın digər elektrik cihazlarına və ya dövrələrinə, o cümlədən naqil aqreqatlarına qoşulmasından qabaq onlara mümkün qədər yaxın olmalıdır
O.3 Qabların etiketlənməsi / nişanlanması
Qablardakı batareyaların ayrılıb ayrılmadığı barədə xəbərdarlıq edən etiket həmin yeşiklərin üzərinə vurulmalıdır.
İstehsalçılar daşımadan qabaq ayrılmış batareyalarla daşınan məhsullar üçün Şəkil O.1–də göstərilən etiketdən istifadə etməlidir.
İstehsalçılar daşımadan qabaq ayrılmayan batareyalarla daşınan məhsullar üçün Şəkil O.2–də göstərilən etiketdən istifadə etməlidir.
Şəkil O.2 – Birləşmiş batareyalarla daşınan məhsulları üçün nəzərdə tutulan xəbərdarlıq etiketi
QEYD: Şəkil O.1 və Şəkil O.2 –də verilən "Pb" batareya işarəsi hermetik qurğuşun- turşu tərkibli batareyalara şamil edilir. Digər kimyəvi tərkibə malik olan batareyalar üçün müvafiq kimyəvi işarələri işlətmək lazımdır.
O.4 Zədənin yoxlanılması
İçərisindəki hissələrin göründüyü zədələnmiş, cırılmış və ya deşilmiş karton yeşiklər təcrid edilməli və ixtisaslı şəxs tərəfindən yoxlanılmalıdır. Əgər həmin qabın daşına bilən vəziyyətdə olmadığı müəyyən edilərsə, onun içərisində ki mallar dərhal toplanmalı, ayrılmalı və bu barədə malları daşıyan və ya malların çatdırılacağı şəxsə məlumat verilməlidir. İstehsalçı bu təlimatları onların tətbiq edilə bildiyi məhsulları daşıyan və yükləyib- boşaldan tərəflərə təqdim etməlidir.
O.5 Təhlükəsiz davranma üsullarının əhəmiyyəti
Bu proqramda FEETS sisteminin istehsalçıları dünyanın hər yerində onların daşıdığı avadanlıqların hava nəqliyyatı üçün təhlükəsiz olmasını təmin etmək üçün geniş sınaqlar aparıb. Bununla belə, FEETS sisteminin və daxili batareyalardan ibarət olan batareya şkaflarının zədələndiyi təqdirdə yanğın, tüstü və ya digər təhlükəli halların baş vermə mümkünlüyünü bilmək vacibdir. Bu məhsullarla ehtiyatlı davranmaq və hər hansı zədəni gördükdə onları dərhal yoxlamaq lazımdır.
Qısa müddətli davamlılıq cərəyanlarının sınaq prosedurası Təlimatlar və tipik qiymətlər
Bu əlavədə 5.5.4 – cü yarımbənddə təyin edilmiş qısa müddətli davamlılıq cərəyanın sınağının icrası üçün səciyyəvi olan dövrələrdən və metodlardan bəhs edilir. Şəkil P.1 –də verilən sınaq dövrəsi bu sınağın aparılması üçün istifadə edilə bilər.
QEYD: Əlavə təlimatları IEC 61439-1:2011 standartının 10.11.5.2-ci yarımbəndindən almaq olar.
QEYD: Sınaq dövrələrində qısa qapanmadan sonra bərpa olan gərginliyin xüsusiyyətləri, o cümlədən hava boşluqlu reaktorların adi istismar şərtlərini təmin etmədiyi üçün, istənilən hava boşluqlu reaktor hər bir fazada reaktordan keçən cərəyanın təxminən 0.6 faizini götürən rezistorla şuntlanmalıdır (diaqramda göstərildiyi kimi yox).
FEETS çıxışı 5.5.4.3 –cü yarımbənddə göstərilən qaydada təşkil edilməlidir.
P.3 Sınaq dövrəsinin kalibrlənməsi
Nominal d.c. giriş mənbəyinə tətbiq edildiyi təqdirdə, sınaq dövrəsinin müqaviməti və reaktivliyi Cədvəl 3 –də göstərilən cərəyanı təmin etməli və həmin cədvəldə irəli sürülən sınaq tələblərinə cavab verməlidir. Mənbənin reaktivliyi hava boşluqlu reaktor texnologiyasına aid olan və tənzimlənə bilən xətti reaktorlarla tətbiq edilən X ilə göstərilir. Onlar R rezistorları ilə ardıcıl olaraq qoşulmalıdır. Bu reaktorlar praktiki olaraq eyni zaman konstantasına malik olduqda onların paralel qoşulmasına icazə verilir. Sınaq altında olan avadanlığa gedən xətlər də kalibrlənməlidir.
Sınaq 5.5.4.3 –cü yarımbənddə təyin edilən qaydada aparılmalıdır.
Kalibrləmə sınağının şərtlərinin pozulmadığını yoxlamaq məqsədilə sınaq zamanı faza cərəyanı və ya cərəyanları qeydə alınmalıdır.
QEYD: FEETS sisteminin istehsalçısı şərti nominal davamlılıq qiymətini bəyan edə və FEETS giriş terminalları ilə d.c. giriş mənbəyi arasında yerləşdirilən və sınağı aparılan avadanlıqla birlikdə istifadə edilən qoruyucu cihazı (F1) təyin edə bilər. Bağlayıcı açar (SW) FEETS sisteminin yük çıxışlarında quraşdırılmalıdır. Bu açar bağlandıqda sınaq cərəyanı F1 tərəfindən kəsilənə və ya sınaq cərəyanı üçün təyin edilmiş müddət başa çatana kimi saxlanmalıdır.
P.5 Sınağın təsdiqlənməsi meyarları
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS)
Hissə 2: Elektromaqnit uyğunluq (EMU) tələbləri
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 62040-2:2005 “Uninterruptible power systems (UPS) – Part 2: Electromagnetic compatibility (EMC) requirements” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
__________________________________________________________________________________________
Fasiləsiz elektrik enerjisi təchizatı sistemləri (FEETS)
Hissə 2: Elektromaqnit uyğunluq (EMU) tələbləri
Uninterruptible power systems (UPS)
Part 2: Electromagnetic compatibility
__________________________________________________________________________________________
IEC 62040 standartının bu hissəsi aşağıdakı qaydada quraşdırılması nəzərdə tutulan FEETS sistemi üçün tətbiq edilir:
– bir sıra qoşulmuş FEETS sistemlərindən və onlarla əlaqəli olan vahid elektrik enerjisi sistemi yaradan idarəetmə/paylayıcı qurğularından ibarət olan blokda və ya FEETS sistemlərində; və
– sənaye və ya yaşayış, kommersiya və yüngül sənaye mühitində aşağı gərginlikli qida şəbəkələrə qoşulmuş istənilən operator girişinin təmin edildiyi sahədə və ya elektrik avadanlıqlarının quraşdırıldığı ayrı–ayrı yerlərdə.
IEC 62040 standartının bu hissəsi həmin standart tərəfindən təyin edilmiş C1, C2 və C3 məhsul kateqoriyalarının bazara çıxarılmasından qabaq onların EMU uyğunluğunun qiymətləndirilməsinə xidmət edən məhsul standartı kimi nəzərdə tutulub.
Dördüncü kateqoriyaya aid olan avadanlıqlar mütəhərrik olmayan qurğu kimi qəbul edilir. Yoxlama, adətən avadanlığın yekun olaraq istifadəsi nəzərdə tutulan yerdə quraşdırıldıqdan sonra həyata keçirilir. Bəzən bu yoxlamanı qismən aparmaq olar. Əlavə məlumat almaq üçün bax: Əlavə E.
Tələblər ictimai və sənaye mühitində FEETS sistemi üçün elektromaqnit uyğunluğun (EMU) adekvat səviyyəsini təmin etmək üçün seçilib. Bununla belə, bu səviyyələr istənilən məkanda baş verə biləcək lakin baş vermə ehtimalı həddən artıq aşağı olan ekstremal hallara tətbiq edilə bilməz.
IEC 62040 standartının bu hissəsində FEETS sistemlərinin nominal güc parametrlərini və fiziki ölçü hədlərini əhatə edən lazımi və müxtəlif sınaq şərtləri nəzərə alınıb.
FEETS sistemi və ya avadanlığı IEC 62040 standartının bu hissəsində irəli sürülən tələblərə müstəqil məhsul kimi cavab verməlidir. FEETS sisteminin çıxışına müştərilər tərəfindən qoşulmuş yük səviyyəsində yaranan EMU hadisəsi nəzərə alınmır.
Xüsusi quraşdırma mühiti və ya FEETS sisteminin tətbiq edilmədiyi hallar nəzərə alınmayıb.
IEC 62040 standartının bu hissəsində s.c. ilə təchiz edilmiş elektron ballast və ya FEETS əsaslı fırlanan maşınlardan bəhs edilmir.
IEC 62040 standartının bu hissəsində aşağıda göstərilənlərdən bəhs edilir:
– minimum işləmə səviyyələri.
2 NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyiºikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60050-161:1990, International Electrotechnical Vocabulary (IEV) – Chapter 161: Electromagnetic compatibility (IEC 60050-161:1990, Beynəlxalq elektrotexniki lüğət (IEV) – Fəsil 161: Elektromaqnit uyğunluq)
IEC 61000-2-2:2002, Electromagnetic compatibility (EMC) – Part 2-2: Environment – Compatibility levels for low-frequency conducted disturbances and signalling in public lowvoltage power supply systems (IEC 61000-2-2:2002, Elektromaqnit uyğunluq (EMU) – Hissə 2-2: Mühit – Aşağı gərginlikli kommunal elektrik enerjisi təchizatı sistemlərində aşağı tezlik səviyyəsində konduktiv maneələr və siqnallar)
IEC 61000-3-2:2000, Electromagnetic compatibility (EMC) – Part 3-2: Limits − Limits for harmonic current emissions (equipment input current ≤ 16 A per phase) (IEC 61000-3-2:2000, Elektromaqnit uyğunluq (EMU) – Hissə 3 -2: Hədlər − Harmonik cərəyanın buraxılma hədləri (avadanlığın hər faza üzrə giriş cərəyanı ≤ 16 A))
IEC 61000-4-1:2000, Electromagnetic compatibility (EMC) – Part 4-1: Testing and measurement techniques − Overview of IEC 61000-4 series (IEC 61000-4-1:2000, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-1: Sınaq və ölçmə metodları − IEC 61000-4 standartları seriyasının ümumi icmalı)
IEC 61000-4-2:1995, Electromagnetic compatibility (EMC) − Part 4-2: Testing and measurement techniques – Electrostatic discharge immunity test (IEC 61000-4-2:1995, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-2: Sınaq və ölçmə metodları – Elektrostatik boşalmaya qarşı davamlılıq sınağı)
IEC 61000-4-3:2002, Electromagnetic compatibility (EMC) − Part 4-3: Testing and measurement techniques − Radiated, radio-frequency, electromagnetic field immunity test (IEC 61000-4-3:2002, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-3: Sınaq və ölçmə metodları – Radiasiyalı, radio dalğalı və elektromaqnit sahədə davamlılıq sınağı)
IEC 61000-4-4:2004, Electromagnetic compatibility (EMC) – Part 4-4: Testing and measurement techniques − Electrical fast transient/burst immunity test (IEC 61000-4-4:2004, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-4: Sınaq və ölçmə metodları – Qısamüddətli elektrik atmaların /impuls paketinə qarşı davamlılıq sınağı)
IEC 61000-4-5:1995, Electromagnetic compatibility (EMC) – Part 4-5: Testing and measurement techniques – Surge immunity test (IEC 61000-4-5:1995, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-5: Sınaq və ölçmə metodları – Cərəyan sıçrayışlarına qarı davamlılıq sınağı)
IEC 61000-4-6:2003, Electromagnetic compatibility (EMC) – Part 4-6: Testing and measurement techniques – Immunity to conducted disturbances induced by radio-frequency fields (IEC 61000-4-6:2003, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-6: Sınaq və ölçmə metodları – Radio tezlik sahələrində yaranan konduktiv maneələrə qarşı davamlılıq)
IEC 61000-4-8:1993, Electromagnetic compatibility (EMC) – Part 4-8: Testing and measurement techniques – Power frequency magnetic field immunity test (IEC 61000-4-8:1993, Elektromaqnit uyğunluq (EMU) – Hissə 4-8: Sınaq və ölçmə metodları – Cərəyan tezliyində maqnit sahəsinə qarşı davamlılıq sınağı)
IEC 62040-3:1999, Uninterruptible power systems (UPS) – Part 3: Method of specifying the performance and test requirements (IEC 62040-3:1999, Fasiləsiz enerji təchizatı sistemləri (FEETS) – Hissə 3: İşləmə səviyyəsi və sınaq tələblərinin təyin edilməsi metodu)
CISPR 16-1-1:2003, Specification for radio disturbance and immunity measuring apparatus and methods – Part 1-1: Radio disturbance and immunity measuring apparatus – Measuring apparatus (CISPR 16-1-1:2003, Radio maneələrin spesifikasiya, davamlılığı ölçən aparatlar və metodlar – Hissə 1-1:Radio maneələri və davamlılığı ölçən avadanlıqlar – Ölçmə cihazları)
CISPR 16-1-2:2003, Specification for radio disturbance and immunity measuring apparatus and methods – Part 1-2: Radio disturbance and immunity measuring apparatus – Ancillary equipment – Conducted disturbances (CISPR 16-1-2:2003, Radio maneələrin spesifikasiya, davamlılığı ölçən aparatlar və metodlar – Hissə 1-2: Radio maneələri və davamlılığı ölçən avadanlıqlar – Köməkçi avadanlıqlar – Konduktiv maneələr)
CISPR 22:2005, Information technology equipment – Radio disturbance characteristics – Limits and methods of measurement (CISPR 22:2005, Informasiya texnologiyası avadanlıqları – Radio maneələrin xüsusiyyətləri - Ölçmə hədləri və metodları)
3 TERMINLƏR VƏ TƏRIFLƏR
Bu sənədin məqsədləri üçün IEC 60050-161 standartında EMU və müvafiq hadisələrlə bağlı olan terminlər və anlayışlar aşağıda göstərilənlərlə birlikdə tətbiq edilir.
FEETS sistemi ilə xarici elektromaqnit mühit arasındakı xüsusi interfeys (bax: Şəki 1)
FEETS sistemində elektromaqnit sahələrin şüa buraxa və ya toqquşa bildiyi fiziki sərhəd
FEETS qurğularının əksəriyyəti aşağıda göstərilən mühit nümunələrində istifadə edilir:
a) Birinci mühit: bu mühitə aralıq transformatorlar olmadan aşağı gərginlikli ümumi qida şəbəkəsinə qoşulan yaşayış, kommersiya və yüngül sənaye binaları aid edilir.
b) İkinci mühit: bu mühitə yaşayış məqsədləri üçün istifadə edilən binaları cərəyanla təchiz edən aşağı gərginlikli şəbəkəyə birbaşa olaraq qoşulanlardan başqa bütün digər kommersiya, yüngül sənaye və sənaye obyektləri aid edilir.
5 FEETS KATEQORIYALARI
5.1 C1 kateqoriyalı FEETS sistemi
Bu kateqoriyaya birinci mühitdə heç bir məhdudiyyət olmadan istifadəsi nəzərdə tutulan FEETS sistemi daxil edilir. Belə FEETS sistemləri yaşayış obyektlərində istifadəyə yararlıdır.
C1 kateqoriyalı FEETS sistemi C1 kateqoriyalı FEETS emissiya hədlərinə uyğun olmalı və Cədvəl 5 –də irəli sürülən davamlılıq tələblərinə davam gətirməlidir.
5.2 C2 kateqoriyalı FEETS sistemi
Bu kateqoriyaya çıxış cərəyanı 16 amperi aşmayan və ikinci mühitdə heç bir məhdudiyyət olmadan istifadəsi nəzərdə tutulan FEETS sistemi daxil edilir. Belə FEETS sistemləri aşağıdakı qaydada qoşulduqda birinci mühitdə də istifadə edilə bilər:
– sənaye sahəsində istifadə edilən ştepsellər və rozetkalar vasitəsi ilə və ya,
– yerli ştepsellər və rozetkalar ilə və ya,
C2 kateqoriyalı FEETS sistemi C2 kateqoriyalı FEETS emissiya hədlərinə uyğun olmalı və Cədvəl 6 -da irəli sürülən davamlılıq tələblərinə davam gətirməlidir.
Aşağıda verilən mətn istifadə təlimatlarına daxil edilməlidir:
XƏBƏRDARLIQ: Bu C2 kateqoriyalı FEETS məhsuludur. Yaşayış mühitində bu məhsul radio maneə yarada bilər və bu zaman istifadəçi tərəfindən əlavə tədbirlərin görülməsi tələb edilir.
5.3 C3 kateqoriyalı FEETS sistemi
Bu kateqoriyaya çıxış cərəyanı 16 amperi aşmayan və ikinci mühitdə nəzərdə tutulan FEETS sistemi daxil edilir. Belə FEETS sistemləri birinci mühit kimi təsnif edilən digər binalarla ən azı 30 m sərhədi olan kommersiya və ya sənaye obyektlərində istifadə üçün yararlıdır.
C3 kateqoriyalı FEETS sistemi C3 kateqoriyalı FEETS emissiya hədlərinə uyğun olmalı və Cədvəl 6 -da irəli sürülən davamlılıq tələblərinə davam gətirməlidir.
Aşağıda verilən mətn istifadə təlimatlarına daxil edilməlidir:
XƏBƏRDARLIQ: Bu məhsul ikinci mühitdə kommersiya və sənaye tətbiqi sahələri üçün nəzərdə tutulub – maneələrin qarşısını almaq üçün quraşdırma məhdudiyyətlərinə və ya əlavə tədbirlərə ehtiyac yarana bilər.
5.4 C4 kateqoriyalı FEETS sistemi
Bu kateqoriyaya kompleks mühitdə və tətbiq edilə bilən emissiya və davamlılıq tələbləri ilə bağlı təchizatçı ilə sifarişçi arasında əldə edilmiş razılığa əsasən istifadəsi nəzərdə tutulan FEETS sistemləri daxil edilir.
C4 kateqoriyalı FEETS sisteminə nominal cərəyan parametrləri məhdudiyyət qoymur.
5.5 Kateqoriyalar və mühit
Əgər mühit birinci mühit kimi təyin edilibsə, C1 və C2 kateqoriyalı FEETS sistemlərindən istifadə edilməlidir.
Əgər mühit ikinci mühit kimi təyin edilibsə, C2 və C3 kateqoriyalı FEETS sistemlərindən istifadə edilməlidir.
Əgər mühit müstəsna olaraq birinci və ya ikinci mühitə aid edilməyibsə C4 kateqoriyalı FEETS sistemindən istifadə edilməlidir.
Bu standarta 0 hersdən 1.0 qiqahersə kimi tezlik diapazonunda olan maneələr daxil edilib.
Emissiya tələbləri, normal olaraq işləyən FEETS sisteminin yaratdığı maneələrin digər aparatların onlar üçün nəzərdə tutulan istismarına mane olacaq səviyyəyə çarmamasını təmin etmək üçün seçilib.
QEYD 1: IEC 62040 standartının bu hissəsində verilən hədlər, bununla belə, C1 və ya C2 kateqoriyalı FEETS sistemləri qəbuledici antenaya 10 metrdən, C3 kateqoriyalı FEETS sistemləri isə 30 metrdən yaxın olduqda radio və televiziya qəbuledicinə gedən interferensiya əleyhinə tam mühafizəsini təmin etmir.
QEYD 2: Xüsusi hallarda, məsələn, yaxın məsafədə həssaslığı yüksək olan aparatdan istifadə edildikdə, elektromaqnit emissiyanı təyin edilmiş səviyyələrdən aşağı salmaq üçün təsir gücünün azaldılmasına xidmət edən əlavə tədbirlərin görülməsi lazım gələ bilər.
FEETS sistemi 5.3 - 5.4 –cü yarımbəndlərdə irəli sürülən emissiya hədlərinə uyğun gəlməlidir.
Sınaqlar FEETS sistemi ilə aşağıdakı hallarda aparılmalıdır:
– nominal giriş gərginliyi;
– normal və ehtiyat enerjisi rejimi;
– ən yüksək interferensiya səviyyəsini yaradan xətti yük növləri.
5.4 –cü yarımbəndin məqsədi, digər aparatlarda, məs. radioqəbuledicilərdə interferensiya yarada bilən elektromaqnit emissiyalarla bağlı IEC 62040 standartının bu hissəsində təyin edlmiş FEETS sistemləri üçün hədləri və sınaq metodlarını təyin etməkdir.
Bu emissiya hədləri elektromaqnit uyğunluq üzrə əsas tələbləri təmsil edir.
Hər bir port üçün sınaq tələbləri təyin edilib. Sınaq metodologiyası ilə bağlı məlumat almaq üçün A Əlavəsinə bax.
6.3 Ümumi ölçmə şərtləri
Ölçmələr normal tətbiq sahələrinə uyğun olaraq araşdırılan tezlik səviyyəsində ən yüksək emissiyanı yaradan istismar rejimində həyata keçirilməlidir. FEETS sisteminin istismar rejimləri (normal rejim və ehtiyat enerjisi rejimi) araşdırılmalıdır.
Sınaq nümunəsinin sınaq sxemi konfiqurasiyasını dəyişməklə emissiyanı maksimum səviyyəyə qaldırmaq üçün səy göstərilməldir.
Statik baypas və / yaxud texniki xidmət üçün baypas dövrələrinin ayrı –ayrı qida mənbələrinə qoşmaq üçün əlavə şəbəkə çıxışları (portları) olan FEETS sistemləri üçün bu çıxış sıxacları (portlar), mümkün olduğu təqdirdə, müvəqqəti olaraq d.c. giriş portu mənbəyinə qoşulmalıdır. 5.3–cü yarımbənddə verilən konduktiv emissiya sınaqlarına bu əlavə dövrələrin ölçülməsi də daxil edilib.
Əgər FEETS sistemi sistemin bir hissəsini təşkil edirsə və ya onu köməkçi aksesuarlara qoşmaq mümkündürsə, onda həmin sistemi, portları işə salmaq və ya müvafiq tam müqavimətlə kəsmək üçün lazım olan köməkçi aksesuarların minimum konfiquradiyasına qoşulmuş halda sınaqdan keçirmək lazımdır.
d.c. FEETS çıxışları sınaq altında olan avadanlığı onun nominal çıxış parametrlərinə uyğun olaraq istənilən yük şərti altında avadanlığı işlədə bilən xətti yüklə yüklənməlidir.
Ölçmə işləri zaman istismar rejimi və konfiqurasiyası sınaq hesabatında dəqiq qeyd edilməlidir. Sınaq sxemi və ölçmə meyarları barədə məlumat almaq üçün A Əlavəsinə baxın. Yerində aparılan sınaqlar barədə məlumat almaq üçün E Əlavəsinə baxın. Əgər başqa cür göstərilməyibsə, sınaqlar USP sistemi üçün nəzərdə tutulan xüsusi istismar mühiti diapazonunda onun nominal qida gərginliyi səviyyəsində aparılmalıdır.
6.3.2. Satıcı / istifadəçi üçün nəzərdə tutulan sənədlər
c) Tələblərə uyğunluğu təmin etmək üçün xüsusi tədbirlərin görülməsi zərurəti, məs. ekranlı və ya xüsusi kabellərin istifadəsi barədə alıcıya /istifadəçiyə məlumat verilməlidir. d.c. çıxış kabellərinin uzunluğuna qoyulan istənilən məhdudiyyət də göstərilməlidir.
d) Bütün bunlara baxmayaraq FEETS sisteminin tədarükünün həcmi yerli normativ qaydalara uyğun olmalı və lazımi sənədlər alıcının / istifadəçinin müraciəti əsasında ona təqdim edilməlidir. Köməkçi aksesuarların siyahısı emissiya tələblərinə cavab verən FEETS sistemi ilə birlikdə təqdim edilməlidir.
6.3.3. Tətbiqə yararlılıq
FEETS sisteminin müvafiq portlarında ölçmə işləri aparılmalıdır.
6.4 Konduktiv emissiya
6.4.1 Şəbəkə sıxaclarında interferensiya gərginliyinin hədləri
FEETS sistemi Cədvəl 1 və ya 2 –də FEETS kateqoriyasına əsasən verilmiş hədləri və sınaq altında olan nominal çıxış cərəyanını aşmamalıdır.
Müvafiq olaraq, orta detektor qəbuledicisinindən və ya kvazi-pik detektoru alıcısından istifadə edildikdə FEETS sistemi orta və kvazi-pik həddinə uyğun olmalı və Bənd A.6 –da təsvir edilən metodlarla ölçülməlidir.
Əgər kvazi – pik detektoru qəbuledicisindən istifadə edərkən orta həddə uyğunluq təmin edilərsə, sınaq avadanlığı hər iki həddin tələblərinə cavab vermiş hesab edilir və orta detektorla ölçməyə ehtiyac qalmır.
Əgər ölçmə qəbuledicisində həddə yaxın oynamalar göstərilərsə, həmin göstəricini hər bir ölçmə tezliyində ən azı 15 saniyə müşahidə etmək lazımdır; ən yüksək göstərici qeydə alınmalı və təcrid edilmiş qısa müddətli yüksək göstərici nəzərə alınmamalıdır.
a) C1 və C2 kateqoriyalı FEETS sistemi
Hədd tezlik loqarifminə uyğun olaraq xətti azalır.
Aşağı hədd keçid tezliyində tətbiq edilməlidir.
b) C3 kateqoriyalı FEETS
Cədvəl 2 – C3 avadanlığı üçün 0,15 meqahers – 30 meqahers tezlik diapazonunda şəbəkə çıxışında maneə gərginliyinin hədləri
a Hədd tezlik loqarifminə uyğun olaraq xətti azalır.
b Aşağı hədd keçid tezliyində tətbiq edilməlidir.
14.7 d.c. çıxış maneə gərginliyinin hədləri
Cədvəl 1 və 2 –də verilən hədlər tətbiq edilir.
Cədvəl 1 və 2 –də təyin edildiyi kim FEETS sisteminin çıxışında konduktiv maneələrin yol verilə bilən həddi +14 dB –dir, lakin heç bir artmanın yol verilmədiyi 100 amperdən yuxarı C3 kateqoriyalı sistemi istisnadır.
Bu hədlər yalnız, istehsalçı tərəfindən onun istifadəçisinin təlimatlarında bəyan edildiyi kimi çıxış kabelinin uzunluğu 10 metrdən artıq olduğu FEETS sisteminə tətbiq edilir.
Qiymətlər A.2.3–də verilən müddəalara əsasən gərginlik datçiki vasitəsilə təyin edilməlidir.
14.11 Siqnal və telekommunikasiya portlarının hədləri
Ümumi istifadə üçün telekommunikasiya şəbəkəsinə (PSTN) qoşulmaq üçün nəzərdə tutulan portlar üçün CISPR 22 -də verilən sınaq metodları və hədləri tətbiq edilir (həmçinin bax: Əlavə C).
6.4.4 s.c. portların hədləri
s.c. portu FEETS sisteminin daxili hissəsi hesab edilir və ona görə də konduktiv maneə hədləri buna tətbiq edilmir. Konduktiv maneənin d.c. portuna göstərdiyi təsir, bununla belə, zərərli şüalı maneənin yaranmasına səbəb olur lakin əlavə sınaqların aparılması tələb edilmir, bir şərtlə ki, FEETS sistemi normal və ehtiyat enerjisi rejimlərində və bu bənddə göstərilən sxemdə 6.5 –də irəli sürülən şüalanma tələblərinə cavab versin.
FEETS sistemi xarici s.c. mənbəyinə qoşulmaq üçün çıxış sıxacları ilə təmin edildikdə, bu port sınaq sxeminə daxil edilir və aşağıda göstərilən qaydada sınaqdan keçirilir.
Yuxarısında lövhəsi olan FEETS sistemi üçün batareya və onun qoruyucu korpusu istehsalçının təlimatlarında yol verilən mövqedə quraşdırılmalıdır. Döşəməli FEETS sisteminə gəldikdə isə, xarici d.c. mənbəyi və onun qoruyucu korpusu FEETS sistemindən 0.8 m aralı mövqelənməli və istehsalçının təlimatlarına uyğun olaraq naqillə birləşdirilməlidir. s.c. mənbəyinin FEETS sistemindən aralı məsafədə quraşdırıldığı böyük FEETS sistemləri üçün, port istehsalçının təlimatlarına uyğun olaraq quraşdırılmalıdır və ehtiyat enerjisi rejimində ölçmənin aparılması üçün sınaq batareyası və ya qida bloku s.c. mənbəyinin sonluğunda yerləşdirilməlidir.
6.4.5 Aşağı tezlikli emissiya – Giriş cərəyanının uygunluğu
Əgər nominal giriş cərəyanı və gərginliyi IEC 61000-3-2 standartının mövzusuna daxil edilibsə, həmin standartda verilən hədlər və sınaq metodologiyası tətbiq edilir.
6.5.1. Elektromaqnit sahəsi
FEETS sistemi Cədvəl 3 –də verilən hədlərə uyğun olmalıdır. Əgər ölçmə qəbuledicisində həmin həddə yaxın oynamalar göstərilərsə, həmin göstəricini hər bir ölçmə tezliyində ən azı 15 saniyə müşahidə etmək lazımdır; ən yüksək göstərici qeydə alınmalı və təcrid edilmiş qısa müddətli yüksək göstərici nəzərə alınmamalıdır.
30 meqahersdən aşağı tezlikdə şüalanmalar üçün heç bir hədd tətbiq edilmir.
Ölçmə metodları və araşdırma üçün məlumat xarakterli hədlər B Əlavəsində verilib.
Cədvəl 3 – 30 meqahersdən 1000 meqahersə kimi tezlik diapazonunda şüalanma hədləri
Keçid tezliyində daha aşağı hədd tətbiq edilməlidir.
QEYD 1: Sınaq məsafəsi 10 metrdir. Əgər 10 metrlik məsafədə emissiyanı ölçmək ətraf mühitin səs–küy səviyyəsinə görə və ya digər səbəblərdən mümkün deyilsə, ölçməni daha qısa məsafədə məs. 3 metrlik məsafədə ölçmək olar (bax: CISPR 22, 10.3.1, qeyd).
QEYD 2: İnterferensiyanın yarandığı hallarda əlavə tədbirlərin görülməsi tələb edilə bilər.
Maqnit şüalanması üçün heç bir hədd tətbiq edilmir. Ölçmə metodları və araşdırma üçün məlumat xarakterli hədlər barədə məlumat almaq üçün B Əlavəsinə bax.
Bu standartda 0 hersdən 1 qiqahersə kimi tezlik diapazonu üzrə davamlılıq tələbləri irəli sürülüb.
Bu sınaq tələblərində elektromaqnit uyğunluğun əsas davamlılıq tələbləri əks edilib. Nəzərdə tutulan hər bir port üçün sınaq tələbləri irəli sürülüb.
Bu bənddə təyin edilmiş səviyyələr istənilən məkanda baş verə biləcək halları deyil, həddən artıq aşağı baş vermə ehtimalına malik olan ekstremal halları əhatə etdir. Bu cür hallarla bağlı daha yüksək səviyyələr tətbiq edilir.
QEYD: Xüsusi hallarda maneələrin səviyyəsi IEC 62040 standartının bu hissəsində təyin edilmiş səviyyələri aşa bilər, məs. əl ilə daşına bilən radioötürücü FEETS sisteminin yaxınlığında istifadə edildikdə bu, baş verə bilər. Bu cür hallara təsir gücünü azaltmaq üçün xüsusi tədbirlərin görülməsi lazım gələ bilər.
7.2 Ümumi tələblər və istismar meyarları
Avadanlıq ən azı 7.3 -7.6 –cı yarımbəndlərdə təyin edilmiş davamlılıq tələblərinə cavab verməlidir. FEETS sisteminə uyğun gələn istismar meyarları Cədvəl 4 –də verilib.
Cədvəl 4 – Davamlılıq sınaqları üçün istismar meyarları
Yalnız tətbiq edilə bilən stasionar xüsusiyyətlər çərçivəsində gərginliyin dəyişməsinə yol verilir. IEC 62040-3 standartının Şəkil 1, 2 və 3 –də verilən (≥ 100 m /san hədləri )
Yalnız tətbiq edilə bilən yubanma zamanı xüsusiyyətləri çərçivəsində gərginliyin dəyişməsinə yol verilir. IEC 62040-3 standartının Şəkil 1, 2 və 3 –də verilən (≥ 100 m /san hədləri )
Xarici və daxili göstəricilər və ölçmələr
Yalnız sınaq zamanı dəyişir
Yalnız sınaq zamanı dəyişir
Xarici cihazlara gedən idarəetmə siqnalları
FEETS sisteminin faktiki istismar rejiminə uyğun olaraq yalnız müvəqqəti olaraq dəyişir.
Yalnız müvəqqəti olaraq dəyişir
Sınaqlar FEETS sistemi ilə aşağıda göstərilən hallarda aparılmalıdır:
– nominal giriş gərginliyi;
– normal istismar rejimi;
– IEC 62040-3 standartına əsasən nominal aktiv çıxış gücü və ya yüngül yük səviyyəsində olan xətti yük.
Müxtəlif istismar meyarı səviyyələri mövcud olduqda FEETS sistemi üçün lazımi səviyyə göstərilməlidir.
Sınaq metodologiyası ilə bağlı məlumat almaq üçün D Əlavəsinə bax.
7.3 Əsas davamlılıq tələbləri – Yüksək tezlikli maneələr
Cədvəl 5 və 6-da yüksək tezlikli maneələrin sınağı üçün minimum davamlılıq tələbləri və qəbul etmə meyarları göstərilib. Qəbul etmə meyarları cədvəl 4 –də verilib.
7.3.2 C 1 kateqoriyalı avadanlıqlar
Cədvəl 5 –də verilən səviyyələr C1 kateqoriyalı FEETS sistemi üçün tətbiq edilir. Əgər FEETS sisteminin Cədvəl 5 –də təyin edilmiş davamlılığa malik olması nəzərdə tutulubsa, onun sənaye mühitində istifadə üçün nəzərdə tutulmadığını göstərən yazılı xəbərdarlıq avadanlığın üzərində və ya onun kataloqunda verilməlidir.
Cədvəl 5 – C1 kateqoriyalı FEETS sistemi üçün nəzərdə tutulan minimum davamlılıq tələbləri
Sınaq metodu üçün əsas standartlar
Gər CD mümkün deyilsə
Radio- tezlikli elektromaqnit sahəsi, modullaşmış amplituda
Sürətli keçid impulsları
DC giriş və çıxış güc portları
Konduktiv radio tezlikli
Sürətli keçid impulsları
Sürətli keçid impulsları
Konduktiv radio rezlikli
CD = Kontakt boşalması AD = hava boşalması AM = amplitudanın modullaşması
< 100 A nominal cərəyan qiymətinə malik güc portları: birləşdirici və ayırıcı şəbəkə vasitəsilə birbaşa birləşdirici.
> 100 A nominal cərəyan qiymətinə malik güc portları: ayırıcı şəbəkə olmadan birbaşa birləşdirmə və ya həcmi sıxac. Əgər həcmi sıxacdan istifadə edilərsə, sınaq səviyyəsi 2 kV/5 kilohers olmalıdır.
Yüngül yük sınağı şərti > 63A cərəyanlıq nominal güc portları üçün qəbul edilə bilər.
Faza – torpaq birləşməsi
İstehsalçının funksional spesifikasiyasına əsasən yalnız ümumi uzunluğu 3 metrdən artıq olmayan interfeyslərə və ya portlara tətbiq edilə bilir.
7.3.3 C2 və C3 kateqoriyalı avadanlıqlar
Cədvəl 6 –da verilən səviyyələr ikinci mühitdə istifadəsi nəzərdə tutulan FEETS sisteminə tətbiq edilməlidir.
Cədvəl 6 – C2 və C3 kateqoriyalı FEETS sistemi üçün minimum davamlılıq tələbləri
Sınaq metodu üçün əsas standartlar
Radio tezlikli elektromaqnit sahəsi, modullaşmış amplituda
Sürətli keçid impulsları
DC giriş və çıxış güc portları
Konduktiv radio tezlikli-
Sürətli keçid impulsları
Sürətli keçid impulsları
Siqnal və idarəetmə portları
Konduktiv radio tezlikli-
CD = Kontakt boşalması AD = hava boşalması AM = amplitudanın modullaşması
< 100 A nominal cərəyan qiymətinə malik güc portları: birləşdirici və ayırıcı şəbəkə vasitəsilə birbaşa birləşdirici.
> 100 A nominal cərəyan qiymətinə malik güc portları: ayırıcı şəbəkə olmadan birbaşa birləşdirmə və ya həcmi sıxac. Əgər həcmi sıxacdan istifadə edilərsə, sınaq səviyyəsi 4 kV/5 kilohers olmalıdır.
Yüngül yük sınağı şərti > 63A cərəyanlıq nominal güc portları üçün qəbul edilə bilər.
Faza – torpaq birləşməsi
İstehsalçının funksional spesifikasiyasına əsasən yalnız ümumi uzunluğu 30 metrdən artıq olmayan interfeyslərə və ya portlara tətbiq edilə bilir.
Ekranlı kabel olduğu təqdirdə, ekrana birbaşa birləşmə tətbiq edilir. Davamlılıq tələbləri texniki səbəblərə görə cərəyan sıçrayışlarından qoruyan cihazların praktiki olaraq tətbiqinin mümkün olmadığı korpus şinlərinə və ya digər siqnal interfeyslərinə tətbiq edilmir. Sınağın aparılması sınaq altında olan avadanlığa (EUT) birləşdirici / ayırıcı şəbəkənin göstərdiyi təsirə görə normal işləmənin təmin edilə bilmədiyi yerlərdə tələb edilir.
7.4 Aşağı tezlikli siqnallarına qarşı davamlılıq
İstismarda olan FEETS sistemi aşağı tezlikli konduktiv maneələri D Əlavəsində geniş təsvir edilən və IEC 61000-2-2 standartında təyin edilən şəbəkə uyğunluğu üçün nəzərdə tutulan aşağı tezlikli konduktiv maneələrə və siqnallara davam gətirməlidir. (bax: Bənd D.6). Tələblərə uyğunluq yuxarıda göstərilən şərtləri təqlid etməklə yoxlanılır və FEETS sistemi təyin edilmiş işləmə səviyyələrini aşağı salmadan işləməyə davam etməlidir.
7.5 Güc –tezlikli maqnit sahəsinə qarşı davamlılıq
İstismarda olan FEETS sistemi IEC 61000-4-8 standartında C1 kateqoriyası üçün təyin edilmiş ikinci səviyyə li(10 A/m); C2 və C3 kateqoriyaları üçün üçüncü səviyyəli (30 A/m) güc- tezlikli maqnit sahələrinin yaratdığı maneələrə davam gətirməlidir.
Tələblərə uyğunluq yuxarıda göstərilən şərtləri təqlid etməklə yoxlanılır və FEETS sistemi təyin edilmiş işləmə səviyyələrini aşağı salmadan işləməyə davam etməlidir. Meyar: B.
7.6 Gərginlik azalmalarına, qısa kəsilmələrə və gərginlik dəyişmələrin qarşı davamlılıq
Bu əlamət IEC 62040-3 standartına uyğun olaraq FEETS sisteminin əsas məqsədlərindən biri ilə bağlıdır.
Elektromaqnit şüalanma– Sınaq metodları
Bu sınaqların məqsədi - FEETS sisteminin yaratdığı, keçiricilik və şüalanma vasitəsilə yayılan elektromaqnit şüalanma səviyyələrini ölçməkdir.
Bu Əlavədə əsasən fasiləsiz elektromaqnit şüalanmadan bəhs eidlir.
Fiziki ölçüyə və nominal güc qiymətlərinə əsasən istehsalçı FEETS sisteminə fiziki cəhətdən ən yüksək səviyyədə uyğunlaşdıra bilən ən uyğun sınaq sahəsini və konfiqurasiyasını seçə bilər.
Bəzi hallarda, məs. çoxmodullu sistemlərdə məsələnin yeganə həll yolu sahədə qiymətləndirməni həyata keçirməkdir. Ona görə də sınaq sxemlərinə və metodlarına əsasən FEETS sistemi üçün mümkün qədər ümumi meyarlar təyin edilməlidir.
A.2.1 Ölçmə -nəzarət cihazları
Kvazi-pik detektorlarına və orta səviyyəli detektorlara malik olan qəbuledicilər CISPR 16 standartları seriyasının tələblərinə cavab verməlidir.
QEYD: Digər detektor xüsusiyyətlərinə malik olan ölçmə - nəzarət cihazlarından da istifadə etmək olar, bir şərtlə ki, maneə qiymətlərinin də eyni qaydada ölçülməsi sübut edilsin. Panoram qəbuledicinin və ya spektr analizatorunun, xüsusən də işçi dövrədə sınaq altında olan avadanlığın işçi tezliyi səviyyəsinin nəzərə çarpacaq dərəcədə dəyişdiyi zaman, istifadəsinin rahatlığına diqqət yetirmək lazımdır.
A.2.2 Ekvivalent qida şəbəkəsi (EQŞ)
Şəbəkənin kontakt sıxaclarında maneə gərginliyinin ölçülməsi üçün CISPR 16-1-2 standartının Bənd 4 –də təyin edilmiş qaydada 50 Ω /50 µH şəbəkədən ibarət olan Ekvivalent qida şəbəkəsi ilə həyata keçirilməlidir.
Ekvivalent şəbəkənin ölçmə nöqtəsində şəbəkənin qida mənbəyindən keçən radiotezlik səviyyəsinə müəyyən tam müqaviməti təmin etməsi və həmçinin sınaq altında olan avadanlığı güc xətlərindəki ətraf mühit səs –küyündən təcrid etməsi tələb olunur.
A.2.3 Gərginlik datçiki
CISPR 16- 1-2 standartının Bənd 12- də irəli sürülən tələblərinə və Şəkil A.1 –də göstərilən gərginlik datçiki FEETS çıxışı üçün təyin edilmiş yerlərdə və FEETS sisteminin girişində nominal cərəyan qiymətlərinə görə ekvivalent enerji təchizatı şəbəkəsindən istifadə etmək mümkün olmadıqda, istifadə edilməlidir. Bu datçik ardıcıl olaraq hər bir faza ilə seçilmiş nümunə torpağa birləşdirmə sistemi (metal lövhə, metal borucuq) arasında qoşulmalıdır.
Bu datçik əsasən blok edilmiş kondensatordan və rezistordan təşkil edilib ki, xətt ilə torpaq arasındakı ümumi müqavimət ən azı 1 500 Ω olsun. Kondensatorun və ya ölçmə qəbuledicisini təhlükəli cərəyandan qorumaq üçün istifadə edilə bilən hər hansı digər cihazın ölçmə dəqiqliyinin göstərdiyi təsir 1 dB –dən aşağı və ya kalibrləmədə yol verilə bilən qiymətə malik olmalıdır.
Datçiki torpağa birləşdirmə konnektoru, aşağı tam müqavimətə malik olan etalon torpağa birləşdirmə sisteminə qoşulmalıdır. Bu birləşmənin uzunluğu maksimum ölçmə tezliyinin (1 m at 30 Meqahers) dalğa uzunluğunun onda birindən az olmamalıdır. Buna əlavə olaraq, 3 meqahersdən aşağı tezlik səviyyələrində bu birləşmənin uzunluğu 10 metrdən artıq olmamalıdır.
Sınaqlar CISPR 16-1-2 standartının 12 – ci Bəndində irəli sürülən tələblərə cavab verməlidir.
A.3 Sınaq blokunun konfiqurasiyası
A.3.1 Bu standartda təyin edilməyən hallarda, FEETS sistemi tipik tətbiq sahələrinə uyğun konfiqurasiya edilməli, quraşdırılmalı, düzülməli və istismara buraxılmalıdır. Interfeys kabelləri/ yükləri / cihazları ən azı FEETS sisteminin interfeys portunun hər birinə birləşdirilməli və praktiki cəhətdən mümkün olduqda, hər bir kabelin sonluğu faktiki istifadə üçün səciyyəvi olan cihaza bağlanmalıdır.
Eyni növdən olan çoxsaylı interfeys portlarından istifadə edildikdə, ilkin sınaqların nəticələrindən asılı olaraq FEETS sisteminə birləşdirici kabel/yük/cihaz əlavə etmək olar.
Əlavə kabellərin sayı kabelin əlavə edilməsi nəticəsində emissiya səviyyəsinə 2dB –dən artıq təsirin göstərilməməsi şərtinə uyğun olaraq məhdudlaşdırılmalıdır. Portların yüklənməsi və onların konfiqurasiyasının seçilməsinin məntiqi əsası sınaq barədə hesabatda izah edilməlidir.
A.3.2 Birləşdirici kabellər ayrı –ayrı avadanlıqlar üçün irəli sürülən tələblərdə təyin edilmiş növdə və uzunluqda olmalıdır. Əgər onların uzunluğunu dəyişmək mümkündürsə, həmin uzunluq maksimum emissiyanı yarada biləcək dərəcədə seçilməlidir.
A.3.3 Əgər sınaq zamanı ekranlı və ya xüsusi kabellərdən istifadə edilərsə, onda təlimat vəsaitində belə kabellərin istifadəsinin məsləhət görülməsi barədə qeyd verilməlidir.
A.3.4 Kabellərin həddən artıq uzun olan hissələri onun təxmini mərkəzində düyünlənməli və bu düyünlərin uzunluğu 0,3 m - 0,4 m olmalıdır. Əgər kabelin bərkliyinə və ya həcminə görə bunu etmək mümkün deyilsə, onda həddən artıq uzunluğa malik olan bu kabelin yayınması sınaq hesabatında dəqiq qeyd edilməlidir.
A.3.5 İstənilən sınaq nəticələrində kabelin və avadanlıqların oriyentasiyası tam təsvir edilməlidir ki həmin nəticələrin təkrarlanması mümkün olsun. Əgər istifadə şərtləri mövcuddursa, onda həmin şərtlər, məs. kabelin uzunluğu, kabelin növü, kabelin ekranı və torpağa birləşdirilməsi, göstərilməli və sənədləşməlidir. Bu şərtlər təlimat vəsaitinə daxil edilməlidir.
A.3.6 Digər avadanlıqlarla qarşılıqlı təsirdə olaraq sistem yaradan avadanlıqların qiymətləndirilməsi ümumi sistemi təmsil edən əlavə avadanlıqla və ya simulyatorlarla həyata keçirilə bilər. İstənilən metodun tətbiqi zamanı sınaq altında olan avadanlığın sistemin qalan hissəsinin göstərdiyi təsirlərə əsasən və ya A.6.5 –də təyin edilmiş ətraf mühit səs –küyü şərtlərinə cavab verən simulyatorlarla qiymətləndirilməsini təmin etmək lazımdır. Faktiki cihazın əvəzinə istifadə edilən simulyator interfeysin elektrik xüsusiyyətlərini və bəzi hallarda mexaniki xüsusiyyətlərini, xüsusən də radiotezlik siqnalları və tam müqavimət səviyyələri, o cümlədən kabelin konfiqurasiyası və növləri baxımından, lazımi səviyyədə göstərməlidir.
QEYD: Bu prosedur, müxtəlif istehsalçılara məxsus digər avadanlıqlarla birləşən avadanlıqların qiymətləndirilməsi sistemini yaratmaq üçün gərəkdir.
A.3.7 Batareyası avadanlığın xaricində yerləşən FEETS sisteminə gəldikdə həmin batareya, mümkün olduğu təqdirdə sınaq sxeminə daxil edilməli və istehsalçının təlimatlarına uyğun olaraq quraşdırılmalıdır.
Bunu etmək mümkün olmadıqda və ya batareya, o cümlədən onun korpusu digərləri tərəfindən təchiz edildikdə, bu barədə sınaq hesabatında məlumat verilməlidir.
A.3.8 DC çıxışları rezistiv cihazlarla yüklənməli və sınaq altında olan FEETS sistemi üçün faktiki güc yüklənməsinin tələb edilən səviyyələrini almaq üçün tənzimləmə qabiliyyətinə malik olmalıdır.
A.3.9 Torpağa birləşdirmə qatına nisbətən sınaq blokundan istifadə zamanı yaranan vəziyyət, yəni altlıqlı FEETS sisteminin torpağa birləşdirmə qatında və ya həmin qata yaxın olan izolyasiya döşəməsində (məs. taxta), yuxarı lövhəsi olan FEETS sisteminin isə metaldan olmayan dəzgahda yerləşdirilməsi zaman mövcud olan vəziyyətə ekvivalent olmalıdır. Torpağa birləşdirmə qatı metaldan da ola bilər.
QEYD: Xüsusi torpağa birləşdirmə qatı ilə bağlı tələblər çıxış gərginliyinin ölçülməsi üçün A.6.3 yarımbəndində, sahə gərginliyinin ölçülməsi üçün isə A.9.1 yarımbəndinə verilib.
A.4 Maksimum emissiya konfiqurasiyasının və ya konfiqurasiyalarının təyin edilməsi
İlkin sınaqlara əsasən, FEETS sisteminin tipik sistem konfiqurasiyalarını təmsil edilən tipik istismar rejimində və kabel mövqelərində işləməsi zaman təyin edilmiş həddə nisbətən ən yüksək emissiyanın baş verdiyi tezlik səviyyəsi müəyyən edilməlidir.
Həddə əsasən ən yüksək emissiya tezliyinin təyin edilməsi təsvir edilən bir sıra mühüm tezlik səviyyələrində mövcud olan emissiyaları araşdırmaqla müəyyən edilməlidir ki, maksimum emissiyanın ehtimal edilən tezlik səviyyəsinin tapılmasına, eləcə də bununla əlaqəli olan kabelin, FEETS konfiqurasiyalarının və istismar rejiminin müəyyən edildiyinə inam yaransın.
İlkin sınaqlara gəldikdə, FEETS sisteminin sınaq sxemi Şəkil A.3 - A.10 –də verilən qaydada təşkil edilməlidir. FEETS ilə periferik sistemlər arasındakı məsafə həmin şəkillərə uyğun olaraq təyin edilməlidir və lakin maksimumu tapmaq üçün kabelləri manipulyasiya etmək lazımdır.
Stolüstü sistemlər üçün, bu proses zamanı kabellər tipik konfiqurasiya diapazonu daxilində manipulyasiya edilməlidir. Döşəmə üstü avadanlıqlar üçün isə kabellər elə tərzdə yerləşdirilməlidir ki, istifadəçi onları quraşdıra bilsin və əlavə manipulyasiyaya ehtiyac qalmasın. Əgər kabelin quraşdırılma tərzi məlum deyilsə və ya bu tərz hər quraşdırmada dəyişirsə, döşəməüstü avadanlıqlar üçün nəzərdə tutulan kabellər maksimum emissiya səviyyəsinin alınması üçün praktiki cəhətdən mümkün dərəcədə manipulyasiya edilməlidir.
Yekun ölçmələr çıxışdakı maneə gərginliyinin və maneə sahəsinin gərginliyinin ölçülməsi üçün A.6, A.7 və A.8 Bəndlərində təyin edilmiş qaydada həyata keçirilməlidir.
A.5 Sınaq altında olan avadanlığın istismarı
FEETS sistemi onun üçün təyin edilən nominal işçi gərginliyi səviyyəsində və tipik yük şərtləri altına işləməlidir. Yüklər faktiki ola və ya təqlid edilə bilər. FEETS sisteminin sınaq proqramında və ya digər vasitələrdə sistemin müxtəlif hissələrinin FEETS sistemini istənilən istismar rejimində bütün sistem emissiyalarının aşkarlanmasına yol verən tərzdə yoxlanılması təmin edilməlidir.
A.6 Şəbəkə çıxışının maneə gərginliyinin ölçülməsi metodu
A.6.1 ölçmə qəbulediciləri
Ölçmə işləri A.2.1 yarımbəndində təsvir edilən kvazi-pik və orta detektorlar ilə həyata keçirilməlidir.
A.6.2 Ekvivalent qida şəbəkəsi (AMN)
A.2.2 yarımbəndində təsvir edilən ekvivalent enerji təchizatı şəbəkəsindən (AMN) istifadə edilməlidir.
Sınaq blokunun ekvivalent enerji təchizatı şəbəkəsinə qoşulması tələb edilir və sınaq avadanlığı elə yerləşdirilməlidir ki, həmin blokun sərhədi ilə ekvivalent enerji təchizatı şəbəkəsinin ən yaxın səthi arasındakı məsafə 0.8 m olsun.
İstehsalçı tərəfindən elastiki şəbəkə şnurları təchiz edildikdə, həmin şnurların uzunluğu 1 m olmalıdır, uzunluğu artıq olan kabelin həmin hissəsi mümkün qədər 0.4 metrdən uzun olmayan düyünlərlə bükülməlidir.
İstehsalçının quraşdırma təlimatlarında şəbəkə kabeli göstərildikdə, uzunluğu 1 m olan həmin təyin edilmiş növ sınaq avadanlığı ilə ekvivalent qida şəbəkəsi arasında qoşulmalıdır.
Sınaq avadanlığı sonluqları istehsalçının təlimatlarına əsasən bağlanan kabellərlə birləşdirilməli və təşkil edilməlidir.
Təhlükləsizlik məqsədləri üçün torpağa birləşdirmə konnektorları, şəbəkənin etalon torpağa birləşdirmə nöqtəsinə qoşulmalıdır və istehsalçı tərəfindən başqa cür təyin və ya təchiz edilmədikdə, onların uzunluğu 1 m olmalı və şəbəkə birləşməsinə 0.1 metrdən artıq olmayan məsafədə paralel olaraq getməlidir..
Təhlükəsizlik məqsədləri eyni mütləq sonluğa qoşulmaq üçün istehsalçı tərəfindən təyin və ya təchiz edilən digər birləşmələr (məs. EMU məqsədləri üçün) şəbəkənin nümunəvi torpağa birləşdirmə sisteminə qoşulmalıdır.
Ətraf mühitin yerli translyasiya xidməti sahələri ilə birləşən konduktiv səs –küyünə görə bəzi tezlik səviyyələrində ölçmə işlərini aparmaq mümkün olmaya da bilər. Bu zaman ekvivalent qida şəbəkəsi ilə əsas şəbəkə mənbəyi arasına əlavə uyğun radiotezlik filtri qoymaq və ya ölçmə işlərini ekranlı korpus daxilində aparmaq olar. Əlavə radio tezlik filtrini yaradan komponentləri birbaşa olaraq ölçmə sisteminin etalon torpağa birləşdirmə sisteminə qoşulmuş metal ekranla əhatələnə bilər. Süni qida şəbəkəsinin tam müqaviməti üzrə tələblərə uyğunluq əlavə radiotezlik filtrinin qoşulması ilə ölçmənin tezlik səviyyəsində təmin edilməlidir.
Nominal güc qiyməti AMN şəbəkəsinin nominal parametrləri xaricində olan FEETS sistemi üçün əsas şəbəkənin çıxış gərginliyinin gərginlik datçiki ilə ölçülməsinə CISPR 16 standartlar seriyasında və Şəkil A.1 -ə əsasən icazə verilir. Bunu həyata keçirdikdən sonra əsas şəbəkənin nominal cərəyan qiyməti ən azı quraşdırılmış FEETS sisteminin şəbəkəsinin nominal qiymətləri ilə eyni olmalıdır ki, sahədə əsas şəbəkənin tam müqavimətinə uyğunluğu mümkün qədər təmin edilsin.
A.6.3 Torpağa birləşdirmə qatı
Sınaq avadanlığı torpağa birləşdirilmədikdə və döşəməüstü avadanlıq olmadıqda ən azı 2 m x 2 m ölçüdə olan şaquli və ya üfüqi metal səthdən ibarət olan nümunəvi torpağa birləşdirmə qatından 0.4 m aralı yerləşdirilməli və sınaq blokuna daxil olmayan digər torpağa birləşdirmə qatından və ya metal səthdən ən azı 0.8 m aralı saxlanmalıdır. Əgər ölçmə işləri ekranlı korpusda aparılarsa, həmin korpusun divarlarından birinə istinadən 0.4 metrlik məsafə saxlanıla bilər.
Döşəməüstü sınaq avadanlıqları üçün eyni müddəalar tətbiq edilir, lakin bir istisna vardır ki, onlar döşəmədə yerləşdirilir və kontakt ucu və ya ucları normal istifadəyə uyğun gəlir. Döşəmə metaldan ola bilər, lakin o, sınaq avadanlığının və ya avadanlıqlarının döşəmə dayaqları ilə metal kontaktı yaratmamalıdır. Metal döşəmə etalon torpağa birləşdirmə qatını da əvəz edə bilər. Etalon torpağa birləşdirmə qatı sınaq avadanlığının sərhədini ən azı 0.5 m aşmalı və onun minimum ölçüləri 2 m x 2 m olmalıdır.
Süni qida şəbəkəsinin əsas torpağa birləşdirmə nöqtəsi etalon torpağa birləşdirmə qatına mümkün qədər qısa, uzunluq/en nisbəti 3:1 olan naqillə qoşulmalı və ya boltla bərkidilməlidir.
A.6.4 Konduktiv emissiya ölçmələrinin aparılması üçün avadanlığın sınaq sxeminin hazırlanması
FEETS sistemi stol üstü və ya döşəmə üstü avadanlıqlar üçün Bənd A.3 də irəli sürülmüş tələblərə və Şəkil A.3 və A.8 –ə uyğun olaraq konfiqurasiya edilməli və işlədilməlidir.
Stolüstü FEETS sistemləri üfüqi torpağa birləşdirmə qatından 0.8 m, üfüqi torpağa birləşdirmə qatına birləşdirilmiş şaquli torpağa birləşdirmə qatından isə 0.4 m yuxarıda metaldan olmayan stol üzərində yerləşdirilməlidir (bax: A.6.3).
Əgər tipik quraşdırma döşəməüstü konfiqurasiyaya əsaslanmırsa, stolüstü və ya döşəməüstü avadanlıqlar yalnız stol üstü konfiqurasiyaya uyğun olaraq sınaqdan keçirilməlidir.
Divar üzərində quraşdırılmış avadanlıqlar isə stolüstü FEETS kimi sınaqdan keçməlidir. Avadanlığın oriyentasiyası normal istismar oriyentasiyasına uyğun olmalıdır.
Əgər şəbəkə portunun sınaq sahəsində və ya istismar yerində A.6.2 –ci bəndin müddəaları istisna olmaqla sınağı aparılmırsa, onu şəbəkə şnurları vasitəsilə AMN şəbəkəsinə qoşmaq lazımdır. D.c. çıxış portu yük şkafına qoşulmalıdır. Siqnal portu isə, xarici siqnal xəttinə qoşulmaq üçün nəzərdə tutulduqda, siqnal kabeli ilə tam müqavimətin sabitləşdiyi şəbəkəyə (İSN) birləşdirilməlidir.
A.6.5 Konduktiv emissiyanın ölçülməsi
Bənd A.4 –də təsvir edildiyi kimi, təyin edilmiş həddə nisbətən ən yüksək emissiyanı yaradan bir FEETS konfiqurasiyası, bir kabel konfiqurasiyası və istismar rejimi müəyyən edilir.
Məlumatları qeydə almaq və ölçmə işini aparmaq üçün bu konfiqurasiyadan istifadə edin. Təyin edilmiş həddə 20 dB aşağı olan emissiyalardan ən azı altı ən yüksək emissiya tezliyini cərəyan daşıyan şəbəkə portlarından və USP sisteminin telekommunikasiya portlarından qeydə alın. Hər bir emissiya üçün xüsusi konduktoru müəyyən etmək lazımdır.
Siqnal portundan gələn emissiya təyin edildiyi təqdirdə, CISPR 16-1-2 standartının Bənd 5- ə əsasən cərəyan datçiki ilə gərginlik əvəzinə, cərəyan kimi ölçülməlidir.
A.7 d.c. çıxış portlarında ölçmə metodu (tətbiq edildiyi təqdirdə)
d.c. çıxış portu rezistiv yük şkafına qoşulmalı və ən pis halda mövcud olan maneə gərginliyini təyin etmək üçün d.c. aktiv çıxış gücü tədricən sıfır səviyyədən maksimum nominal qiymətə kimi artırılmalıdır.
Qeyri – sinusoidal dalğa formalara görə ölçmələrdə xətaların yaranmaması üçün bu yük tamamilə rezistiv (müqavimətli) olmalıdır.
Maneənin maksimum səviyyəyə çatdığı çıxış gərginliyi CISPR 16 standartlar seriyasında göstərilən xüsusiyyətə malik olan və Şəkil A.1 –də göstərilən gərginlik datçiki ilə ölçülməldir.
FEETS sisteminin yüklü avadanlığa gedən çıxış sıxaclarında ölçülən maneə gərginliyi 6.4.2 –ci yarımbənddə verilən hədləri aşmamalıdır.
Ölçmə qəbuledicisini təhlükəli cərəyandan qorumaq üçün istifadə edilə bilən gərginlik datçiki kondensatorunun və ya digər cihazların ölçmə dəqiqliyinin göstərdiyi təsir 1 dB –dən aşağı və ya kalibrləmədə yol verilə bilən qiymətə malik olmalıdır.
Gərginlik datçikinin birləşdirilməsi üçün tipik birləşdirmə metodu Şəkil A.5. –də göstərilib. Birləşmənin uzunluğu, praktiki cəhətdən mümkün olduqda, 2 metrə kimi məhdudlaşdırılmalı və ya əlavə itkinin tənzimlənməsi nəzərə alınmalıdır.
Zondlu datçiklə əsas torpağa birləşdirmə sisteminə gedən çıxış sıxacları ölçülməli və nəticələr qeydə alınmalıdır.
Praktiki cəhətdən mümkün olduqda, yük, 1 m uzunluqda yük kabeli olan döşəməüstü FEETS sistemindən 0.8 m, stolüstü FEETS sistemindən isə 0.1 m aralı olmalıdır.
Əgər FEETS sisteminin şəbəkə girişi süni qida şəbəkəsi (AMN) ilə qoşulubsa, o, cərəyan təchizatında təyin edilmiş tam müqaviməti saxlamaq üçün dövrədə qalmalıdır.
A.8 Şüalanmanın ölçülməsi metodu
Ölçmə işləri 30 meqahersdən 1000 meqahersə kimi tezlik diapazonunda kvazi- pik detektoru ilə aparılmalıdır.
Şüalanmış sahənin ölçülməsi sınaq avadanlığının sərhədindən başlayaraq təyin edilmiş məsafədə həyata keçirilməlidir. Həmin sərhəd sınaq avadanlığını əhatə edən sadə həndəsi konfiqurasiyanın təsir edildiyi düz xətli periferiyaya əsasın təyin edilməlidir. FEETS sisteminin bütün daxili sistem kabelləri və FEETS sisteminin özü bu sərhəd daxilində olmalıdır.
C2 və C1 kateqoriyalı FEETS sistemləri üçün xüsusi ölçmə məsafələri 6.5.1 – ci yarımbənddə verilib.
A.8.2 Ölçmə qəbulediciləri
Ölçmə qəbulediciləri CISPR 16-1-1 standartlar seriyasında irəli sürülən tələblərə cavab verməlidir.
Sınaq CISPR 16-1-3 standartlar seriyasında irəli sürülən tələblərə cavab verməlidir.
Sınaq CISPR 16-1-5 standartlar seriyasında irəli sürülən tələblərə cavab verməlidir.
A.9.2 Alternativ sınaq sahələri
Bəzi hallarda A. 9.1- ci yarımbənddə təsvir edilən bütün xüsusiyyətlərə malik olmayan sahələrdə sınaq aparmaq lazım gələ bilər. Bu cür alternativ sahələrə görə yaran xətaların əldə edilmiş nəticələrinin həqiqiliyinə xələl gətirmədiyi sübut edilməlidir. Şəkil A.2 –də alternativ sınaq sahəsinin nümunəsi göstərilib. Digər nümunə isə A.9.1 –ci yarımbənddə irəli sürülən bütün tələblərə cavab verməyən torpağa birləşdirmə qatıdır.
A.10 Şüalanma sınaqların üçün avadanlığın sınaq sxeminin hazırlanması
FEETS sistemi A.6.4. –də irəli sürülən tələblərə, Şəkil A.9-da stolüstü avadanlıqlar üçün və Şəkil A.10 - da isə döşəməüstü avadanlıqlar üçün təyin edilmiş sxemə əsasən konfiqurasiya edilməli və istismara buraxılmalıdır.
Stolüstü FEETS sistemi şüalanma sınağının keçirildiyi sahənin üfüqi torpağa birləşdirmə müstəvisindən 0.8 m yuxarıda mövcud olan qeyri –metal stolun üzərinə qoyulmalıdır.
Döşəməüstü FEETS sistemləri birbaşa olaraq torpağa birləşdirmə müstəvisinə qoyulur və onun kontakt ucları normal istifadəyə uyğun gəlməli, lakin həmin müstəvinin metal hissəsi ilə kontaktda olmaması üçün 12 mm izolyasiya ilə ayrılmalıdır.
Əgər tipik montaj döşəməüstü konfiqurasiyaya əsalanmayıbsa, sol və ya döşəmə üstündə istifadə üçün nəzərdə tutulan avadanlıqlar yalnız stolüstü konfiqurasiya əsasında sınaqdan keçirilməlidir
Divar üzərində quraşdırılmış avadanlıqlar isə stolüstü FEETS kimi sınaqdan keçməlidir. Avadanlığın oriyentasiyası normal istismar oriyentasiyasına uyğun olmalıdır.
A.10.2 Şüalanmanın ölçülməsi
Təyin edilmiş həddə nisbətən ən yüksək emissiyanı yaradan bir FEETS konfiqurasiyası, bir kabel konfiqurasiyası və istismar rejimi müəyyən edilir. Bu konfiqurasiya ölçmənin aparılması və məlumatların qeyd edilməsi üçün istifadə edilmlidir.
Antenaların hündürlük səviyyələrində baş verən dəyişmələr, onların qütbləşməsi və FEETS azimutu həddi nisbətən ən yüksək emissiyanı almaq üçün tezlik spektrinin necə yoxlanılmasına qədər araşdırılmalıdır.
Təyin edilmiş həddə 20 dB aşağı olan emissiyalardan ən azı altı ən yüksək emissiya tezliyini qeydə alın. Hər bir emissiya üçün xüsusi konduktoru müəyyən etmək lazımdır. Hər bir emissiya üzrə antenanın polyarizasiyasını qeydə alın.
A.10.3 Ətraf mühitdə yüksək səs –küy olduqda ölçmənin aparılması
Sınaq CISPR 22 standartının 10.7 – ci yarımbəndində irəli sürülən tələblərə əsasən aparılmalıdır.
A.11 Radiasiyalı maqnit maneələrinin ölçülməsi
V – maneə gərginliyini ifadə edir.
U - ölçmə aparatının grişindəki gərginliyi ifadə edir, bir şərtlə ki, ölçülmüş tezlik səviyyəsində Xc<<1 500 Ω and X1>>R olsun.
Şəkil A.1 – Qida şəbəkəsinin mənbəyində və ya FEETS sisteminin çıxışında maneə gərginliyinin ölçülməsi üçün nəzərdə tutulan sxem
“Əhatələyən sərhədə” uyğun gələn və sınaq altına olan avadanlığın və ya antenanın ən yüksək elementindən yuxarıda ≥ 3 m olan üfüqi müstəvi əsasında hündürlüyü təyin edilən xəttə əsasən müstəvidə təyin edilmiş həcm daxilindəki obyekti heç nə əks etdirməməlidir Alternativ sınaq sahəsinin tətbiqə yararlılığı barədə məlumat almaq üçün bax:A.9.2.
Şəkil A.2 – Minimum alternativ sınaq sahəsi
QEYD 1: RTİ ölçməsi üçün nəzərdə tutulan sınaq müstəvisi AMN müstəvisinə bərkidilməlidir.
QEYD 2: Açar A mövqeyində olduqda AMN şəbəkəsində ölçmə aparatları dəstinin çıxışı müvafiq RE uyğunlaşdırıcı rezistoru ilə bağlanmalıdır.
QEYD3: FEETS sistemi və Sinif 1 mühafizə səviyyəsinin yükləri üçün, torpağa birləşdirmə konduktoru süni qida şəbəkəsinin torpağa birləşdirmə müstəvisinə qoşulmalıdır.
QEYD 4: FEETS sisteminin birinci və ikinci çıxış sıxacları ilə yük arasındakı məsafə 0,1 m olmalıdır. Onların arasındakı birləşdirici xətlər 1 metrdən artıq olmamalıdır.
Tam müqaviməti sabitləşdirən avadanlıq
QEYD 1: Torpağa birləşdirmə müstəvisini 0.4 m yaxın sallanan birləşdirici kabellər uzunluğu 0.3 m- 0.4 m olan düyünlərlə bükülməlidir və təxminən müstəvi ilə stolun arasında asılmalıdır.
QEYD 2: Şəbəkənin artıq qalmış şnurları mərkəzi hissədə bükülməli və ya müvafiq uzunluq həddinə kimi qısaldırlmalıdır.
QEYD 3: FEETS sistemi bir AMN şəbəkəsinə qoşulmalıdır. Bütün AMN şəbəkələri və İST avadanlıqları alternativ olaraq şaquli torpağa birləşdirmə müstəvisinə və ya metal divara birləşdirilməlidir.
– AMN və ISN FEETS sistemindən 0.8 m aralı olmalı, digər avadanlıqlardan və metal müstəvilərdən ən azı 0.8 m aralı olmalıdır.
– Şəbəkə şnurları və siqnal kabelləri ümumi uzunluqlarına uyğun olaraq. şaquli torpağa birləşdirmə müstəvisindən 0.4 m aralı olmalıdır.
QEYD 4: Xarici batareya aqreqatı və xarici birləşmə üçün nəzərdə tutulan G/Ç siqnalı kabelləri normal istifadə üçün mövqelənməlidir (tətbiq edildiyi təqdirdə). Köməkçi avadanlıqlara qoşulmayan G/Ç kabellərinin sonluğu tələb edildiyi təqdirdə düzgün tam çıxış müqaviməti ilə bağlanmalıdır. Əgər cərəyan datçikindən istifadə edilərsə, onu İSN avadanlığından 0.1 m aralı yerləşdirmək lazımdır.
Şəkil A.5 – Stolüstü avadanlıq üçün sınaq konfiqurasiyası (konduktiv emissiyanın ölçülməsi)
Şəkil A.7 – Stolüstü avadanlıq üçün alternativ sınaq konfiqurasiyası (konduktiv emissiyanın ölçülməsi) - Yuxarıdan görünüş
QEYD 1: Həddən artıq uzun olan G/Ç kabelləri mərkəzi hissədə bükülməlidir. Əgər bunu etmək mümkün deyilsə, kabellər ilanvarı formada yerləşdirlməlidir.
QEYD 2: Həddən artıq uzun olan şəbəkə şnuru mərkəzi hissədən bükülməli və ya müvafiq uzunluq həddinə kimi qısaldırlmalıdır.
QEYD 3: Periferik sistemə qoşulmayan G/Ç kabellərinin sonluğu, tələb edildiyi təqdirdə lazımi səviyyədə işlədilmə dərəcəsinə kimi düzgün tam çıxış müqaviməti ilə bağlanmalıdır.
QEYD 4: FEETS və kabellər üfüqi müstəvidən (12 millimetrə kimi) izolyasiya edilməlidir.
QEYD 5: AMN sistemi, torpağa birləşdirmə müstəvisinin yuxarı hissəsində və ya dərhal altında yerləşdirilə bilər.
QEYD 6: Əgər cərəyan datçikindən istifadə edilərsə, onu İSN avadanlığından 0.1 m aralı yerləşdirmək lazımdır.
QEYD 7: Xarici batareya (tətbiq edildiyi təqdirdə) normal sahə konfiqurasiyasına uyğun olaraq mövqelənməli və naqillə birləşdirilməlidir.
Şəkil A.8 – Döşəməüstü avadanlıqlar üçün sınaq konfiqurasiyası (konduktiv emissiyanın ölçülməsi)
QEYD 1: Torpağa birləşdirmə müstəvisini 0.4 m yaxın sallanan birləşdirici kabellər uzunluğu 0.3 m- 0.4 m olan düyünlərlə bükülməlidir və təxminən müstəvi ilə stolun arasında asılmalıdır.
QEYD 2: Periferik sistemə qoşulmayan G/Ç kabellərinin sonluğu, tələb edildiyi təqdirdə lazımi səviyyədə işlədilmə dərəcəsinə kimi düzgün tam çıxış müqaviməti ilə bağlanmalıdır.
QEYD 3: Şəbəkənin paylayıcı qutusu torpağa birləşdirmə müstəvisinə istiqamətlənməli və birləşdirilməlidir Əgər AMN sistemindən istifadə edilərsə, onu həmin müstəvinin altında yerləşdirmək lazımdır.
QEYD 4: Xarici batareya (tətbiq edildiyi təqdirdə) normal sahə konfiqurasiyasına uyğun olaraq mövqelənməli və naqillə birləşdirilməlidir.
QEYD 5: Periferik avadanlıqlar 0.1 metrlik məsafədə yerləşdirilməlidir.
QEYD 6: Şəbəkə kabelləri döşəmədən keçərək rozetkaya istiqamətlənməlidir. Şəbəkə rozetkasına qoşulmaq üçün heç bir uzadıcı şnurdan istifadə edlməməlidir.
Şəkil A.9 – Stolüstü avadanlıq üçün sınaq konfiqurasiyası (şüalanmanın ölçülməsi)
Qeyd 1: Həddən artıq uzun olan G/Ç kabelləri mərkəzi hissədə bükülməlidir. Əgər bunu etmək mümkün deyilsə, kabellər ilanvarı formada yerləşdirlməlidir.
QEYD 2: Həddən artıq uzun olan şəbəkə şnuru mərkəzi hissədən bükülməli və ya müvafiq uzunluq həddinə kimi qısaldırlmalıdır.
QEYD 3: Periferik sistemə qoşulmayan G/Ç kabellərinin sonluğu, tələb edildiyi təqdirdə düzgün tam çıxış müqaviməti ilə bağlanmalıdır.
QEYD 4: FEETS və kabellər üfüqi müstəvidən (12 millimetrə kimi) izolyasiya edilməlidir.
QEYD 5: Şəbəkənin paylayıcı qutusu torpağa birləşdirmə müstəvisinə istiqamətlənməli və birləşdirilməlidir Əgər AMN sistemindən istifadə edilərsə, onu həmin müstəvinin altında yerləşdirmək lazımdır.
QEYD 6: Şəbəkə və siqnal kabelləri döşəmədən getməlidir.
QEYD 7: Xarici batareya (tətbiq edildiyi təqdirdə) normal sahə konfiqurasiyasına uyğun olaraq mövqelənməli və naqillə birləşdirilməlidir.
Şəkil A.10 – Döşəməüstü avadanlıqlar üçün sınaq konfiqurasiyası
(şüalanmanın ölçülməsi)
Elektromaqnit şüalanmasının hədləri və maqnit sahəsinin –
H sahəsinin – ölçülməsi metodları
10 kilohersdən 30 kilohersə kimi tezlik diapazonunda sınaq avadanlığı tərəfindən şüalanan sahənin maqnit komponenti ölçülməlidir.
Əgər ölçmə ekranlı korpus daxilində aparılarsa onun ölçüləri elə olmalıdır ki, antenalar həmişə divarların hər birindən ən azı 1 m aralı yerləşsin. Sınaq altında olan cihaz onun torpağa birləşdirilmiş səthində döşəmədən 1 m ± 0,2 m məsafədə yerləşməlidir. Ölçmələr sınaq altında olan cihazın ən çox maneə yaradan tərəfindən D = 3 m məsafəsində yerləşməlidir.
Ən çox maneənin yarandığı tərəf nəzərdə tutulan tezlik diapazonunda ən yüksək siqnalı buraxan tərəf kimi təyin edilir. Bu tərəfin seçilməsi və ölçmə antenasının istiqamətlənməsi spektr analizatoru ilə daha da sadələşdirilir. Ölçmə məsafəsi antena fazasının ortasından başlayaraq hesablanır.
Şəkil B.1–də ölçmələr ekranlı çərçivəsi olan antena ilə aparılır. Bu çərçivə şaquli müstəvidə istiqamətlənir ki, maksimum maqnit sahəsini ala bilsin.
Şəkil B.1 – Radiasiya maneələrinin ölçülməsi üçün sınaq sxemi
Ölçə işi çərçivəli antena ilə aparıldığı təqdirdə və Şəkil B.1–ə əsasən 3 metrlik məsafədə ölçüldükdə, Cədvəl B.1 və B.2 –də verilən hədlər tətbiq edilir
Cədvəl B.1 – 16 amperə bərabər və ya aşağı nominal çıxış
cərəyanı olan FEETS sistemi
Bütün tezlik diapazonlarında hədd qiyməti tezlik loqarifminə görə xətti olaraq azalır.
Cədvəl B.2 – 16 amperdən yüksək nominal çıxış
Bütün tezlik diapazonlarında hədd qiyməti tezlik loqarifminə görə xətti olaraq azalır.
Elektromaqnit şüalanma – Siqnal portlarının hədləri
Əgər kabelin uzunluğu 10 metrdən artıqdırsa, aşağıdakı hədlər tətbiq edilir və bu zaman istehsalçı tərəfindən siqnal kabeli təyin edilməlidir
Cədvəl C.1 – Siqnal portlarının hədləri
0,15 meqahers- 0,5 meqahers
Hədd loqarifm tezliyinə əsasən azalır.
0,5 meqahers - 30 meqahers
Elektromaqnit davamlılıq – sınaq metodları
Bu sınaqların məqsədi FEETS sisteminin elektromaqnit maneələrə qarşı davamlılıq səviyyəsini təyin etməkdir.
Fiziki ölçü hədlərinə və nominal cərəyan qiymətlərinə görə İstehsalçı FEETS sistemini fiziki cəhətdən ən yaxşı uyğunlaşdıran və lazım gəldikdə 100 amperi aşağı cərəyanlar üçün nəzərdə tutulan sınaq avadanlığının nominal qiymətləri çərçivəsində ən uyğun konfiqurasiyanı və sınaq sahəsini seçə bilər.
Davamlılıq sınaqlarını laboratoriya mühitində aparılmasına üstünlük verilir və bu zaman bütün sınaqlar FEETS sisteminin hər tərəfindən ən azı 0.5 m qırağa çıxmış metal müstəvidə aparılır; bununla belə, onun minimum ölçüsü 1 m x10 olmalıdır.
Döşəməüstü FEETS hündürlüyü 0.1 m olan quru taxta altlığın üzərinə qoyulmalıdır.
Stolüstü FEETS is hündürlüyü 0.8 m olan taxta stolun üzərinə qoyulmalıdır.
Sınaq altında olan avadanlıq bundan sonra FEETS adlanır.
D.2 Elektrostatik boşalma (ESD)
Elektrostatik boşalmalara qarşı davamlılığın sınağı IEC 61000 -4-2 standartına əsasən aparılmalıdır. ESD sınağı FEETS sisteminin yalnız normal istifadə zamanı işçilər üçün əlçatan olan uclarına və səthlərinə, o cümlədən 0.5 m x0.5 m ölçülü şaquli birləşdirmə müstəvisinə tətbiq edilməlidir.
D.3 Radiasiyalı elektromaqnit sahələrinə (EM) qarşı davamlılıq
D.3.1 Radiasiyalı elektromaqnit sahələrinə qarşı davamlılıq sınaqları IEC 61000-4-3 standartına uyğun olaraq aparılmalıdır. Sınaq avadanlığı, sınaq vasitələri, kalibrləmə, sınaq sxemi və metodları IEC 61000-4-3 standartının müvafiq bəndlərində verilən müddəalara uyğun olmalıdır.
D.3.2 Naqil sisteminin düzülüşü
Sınaq IEC 61000-4-3 standartının 7.3 –cü yarımbəndində irəli sürülən tələblərə əsasən aparılmalıdır.
D.4 Sürətli keçid proseslərinə qarşı davamlılıq
D.4.1 Təkrarlanan keçid proseslərinə qarşı davamlılıq sınaqlarının FEETS sisteminə qoşula bilən bütün kabellər üzərində, istehsalçı tərəfindən 3 metrdən qısa kabel təyin edilmədiyi təqdirdə, aparılması tələblə edilir.
D.4.2 Avadanlığın sınağı IEC 61000-4-4 standartına əsasən aparılmalıdır.
D.4.3 Həcmi birləşdirmə sıxacı, IEC 61000-4-4 standartının 6.4 –cü yarımbəndinə əsasən, giriş və çıxış kabellərində FEETS sistemindən maksimum 1 metr aralı olmalıdır.
D.5 Cərəyan sıçrayışlarına qarşı davamlılıq
Sınaq IEC 61000-4-5 standartına əsasən aparılmalıdır.
D.6 Aşağı tezlikli siqnallara qarşı davamlılıq
D.6.1 Cərəyan xəttinin uyğunluğu və daxili uyğunluq
İstismarda olan FEETS sistemi IEC 61000-2-2 standartında təyin edilmiş şəbəkədəki aşağı tezlikli konduktiv maneələrə qarşı davam gətirə bilməlidir. Tələblərə uyğunluq aşağıda göstərilən halları təqlid etməklə yoxlanılmalı və FEETS sistemi təyin edilmiş işləmə səviyyələrini aşağı salmadan işləməyə davam etməlidir.
D.6.1.1 Tək fazalı avadanlıq
Sınaqlar ən azı 10 Voltluq tək sinusoidal dalğalı maneə gərginliyi ilə, tədricən 140 hers ilə 360 hers arasında dəyişən tezlik səviyyəsində aparılmalıdır. Şəbəkənin 50/60 hers tezlikli cərəyan verdiyi və gücləndiricinin yalnız uyğunluq yaratdığı ardıcıl qoşulan heterodinlə əlaqəli olan sxemdən istifadə edilə bilər.
D.6.1.2 Üç fazalı avadanlıq
Hər bir faza üçün nəzərdə tutulan sınaq sxemi və gərginlik səviyyəsi tək fazalı avadanlıq üçün nəzərdə tutulan sxem və səviyyəyə oxşardır; lakin üç fazalı dəyişən tezlik generatorundan (statik və ya fırlanan) istifadə edilməlidir. Tezlik səviyyəsi tədricən 140 hers ilə 360 hers arasında dəyişir.
Sınaq maneəli üç faza siqnalının dövretmə ardıcıllığı üçün aparılmalıdır.
Əgər avadanlığın neytral çıxışı varsa, bu, tək faza sınağında olduğu kimi qoşulmalı və sınaqdan keçirilməlidir, lakin sınağın tezlik səviyyəsi şəbəkənin tezliyinin üç mislinə yaxın olmalıdır.
D.6.2 Cərəyan verilişi xəttinin natarazlığı (yalnız üç fazalı FEETS sistemləri üçün)
Üç fazalı sistemlərdə cərəyan veriliş xəttinin girişindəki faza uyğunsuzluğu və amplitudası sınaqdan keçirilməlidir.
Uyğunsuzluq siqnalı tək fazalı transformatorla və ya buna uyğun olan digər vasitələrlə verilə bilər. Uyğunsuzluq sınaqları yalnız bir xətdə aparılır.
Amplitudanın uyğunsuzluğu sınağı Şəkil D.1 –də göstərilən 230 Voltun tətbiqi üçün tipik olaraq, qoşulmuş 230:5 transformatoru ilə aparılmalıdır. Sınaq transformatorun əsas tərəfinə şəkildə göstərilən qaydada və əks qoşulma ilə aparılmalıdır.
Şəkil D.1 – Amplitudanın uyğunsuzluğu
Fazada uyğunsuzluq sınağı Şəkil D.2 –də göstərilən 400 Voltun tətbiqi üçün tipik olaraq, qoşulmuş 400:5 transformatoru ilə aparılmalıdır. Sınaq transformatorun əsas tərəfinə şəkildə göstərilən qaydada və əks qoşulma ilə aparılmalıdır.
Şəkil D.2 – Fazada uyğunsuzluq
İstifadəçi üçün avadanlıqların sınağı
İstifadəçinin avadanlıqlarında ölçmə işlərinin aparılması ümumiyyətlə C 4 kateqoriyalı avadanlıqlar üçün vacibdir və bu ölçmələr bəzən digər kateqoriyalı avadanlıqlar üzərində də aparıla bilər (C2 və C3).
Bu ölçmələrin istifadəçiyə məxsus binanın daxilində aparılması üstün tutulur; əgər həmin binanın sərhədi ilə sınaq avadanlığı arasındakı məsafə 30 metrdən azdırsa, bu ölçmələri həmin avadanlıqdan 30 metr aralıqda aparmaq lazımdır.
Azimutda aparılan ölçmələrin sayı praktiki cəhətdən mümkün qədər çox olmalıdır, lakin düzbucaqlı istiqamətində ən azı dörd ölçmə aparılmalıdır və eyni zamanda mənfi təsirə məruz qalan bilən mövcud avadanlığa doğru istiqamətdə ölçmə aparılmalıdır.
Tələblərə uyğunluğun yoxlanılması forması avadanlığın yerləşdiyi sahə üçün səciyyəvi olmalıdır, çünki sahənin xüsusiyyətləri ölçmələrin nəticəsinə təsir göstərir. Əlavə olaraq tipik sınaqların aparıldığı və tələblərə uyğun olan FEETS sistemini ölçmənin uyğunluq statusuna təsir göstərmədən sınaq avadanlığına əlavə etmək olar.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-2:1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 2: Special requirements for ammeters and voltmeters” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq -
elektrik ölçmə cihazları və onların köməkçi hissələri
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Part 2: Special requirements for ammeters and voltmeters
_______________________________________________________________________________________
1.1 Bu standartın ikinci hissəsi analoq displeyi olan birbaşa təsirli və indikatorlu ampermetr və voltmetrlərə tətbiq edilir.
QEYD: Çoxfunksiyalı ölçmə cihazları barədə məlumat almaq üçün Hissə 7-yə bax.
1.2 Bu hissə həmçinin ampermetr və voltmetrlərlə istifadə edilən və qarşılıqlı olaraq dəyişdirilə bilən köməkçi detallara (Hissə 1, bənd 2.1.15.3-də təsbit edildiyi kimi) tətbiq edilir.
1.3-dən 1.8-ə qədər bəndlər üçün Hissə 1-ə bax.
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ UYĞUNLUQ
Ampermetr və voltmetrlər Hissə 1, bənd 2.2-də verilmiş istismar metodu əsasında təsvir edilməlidir.
Ampermetr və voltmetrlər aşağıdakı sinif indeksləri ilə ifadə edilən dəqiqlik siniflərindən birinə əsasən təsnif edilməlidir:
0,05; 0,1; 0,2; 0,3; 0,5; 1; 1,5; 2; 2,5; 3; 5.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
4. ETALON ŞƏRTLƏR VƏ ƏSAS XƏTALAR
4.2 Əsas xətaların hədləri; tənzimləmə qiymətləri
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
4.2.2 Tənzimləmə qiyməti
Ampermetr və ya voltmetrlər üçün tənzimləmə qiyməti aşağıda göstərilənlərə uyğundur:
4.2.2.1 Aşağıda göstərilənlər üçün ölçmə diapazonunun yuxarı həddi:
- şkalasının sonunda elektrik və/və ya mexaniki sıfır nişanı olan ölçmə cihazları;
- elektrik sıfır mövqeyindən asılı olmayaraq şkalasının xaricində mexaniki sıfır nişanı olan ölçmə cihazları;
- mexaniki sıfır mövqeyindən asılı olmayaraq şkalasının xaricində elektrik sıfır nişanı olan ölçmə cihazları.
Sinif indeksi Cədvəl III-1 – də (bax Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə markalanıb.
4.2.2.2 Həm mexaniki, həm də elektrik zonaları şkala daxilində yer dəyişdikdə, işarədən asılı olmayaraq ölçmə diapazonunun iki həddinə bərabər olan elektrik qiymətlərinin cəmi:
Sinif indeksi Cədvəl III-1-də (bax Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə markalanıb.
4.2.2.3 Şkala cizgiləri elektrik girişinin kəmiyyətinə birbaşa olaraq uyğun gəlməyən olan ölçü cihazları üçün diapazon:
Sinif indeksi Cədvəl III-1-də (bax Hissə 1, Bənd 8) verilmiş E-10 Simvolu ilə markalanıb.
Bu bənd şunt, ardıcıl qoşulan rezistor (tam müqavimət) və ya ölçmə transformatoru ilə istifadəsi nəzərdə tutulan voltmetr və ya ampermetrlərə tətbiq edilmir. Bu ölçmə cihazları müvafiq qaydada bənd 4.2.2.1 və 4.2.2.2-yə uyğun olaraq tətbiq edilir.
4.2.2.4 Şkala cizgiləri xüsusi qaydada düzülmüş ölçmə cihazlarına gəldikdə, onlar üçün nəzərdə tutulan tənzimləmə qiymətləri (və ona uyğun olaraq yol verilə bilən xəta) istehsalçı və istehlakçı arasında əldə edilmiş razılıq əsasında təyin edilməlidir. Şkalanın bütün nöqtələrində tənzimləmə qiymətlərinin eyni olmasına ehtiyac yoxdur.
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ VARİASİYALAR
5.1 Nominal istifadə diapazonu
Bax: Hissə 1 və Cədvəl II-2.
Orta kvadratik qiymətinə reaksiya göstərən digər ölçmə cihazlarından başqa digər cihazlar üçün sabit cərəyan səviyyəsində ölçülmüş kəmiyyətə uyğun dalğa (45 Hers;o 65 Hers və 90 Hers-dən 130 Hers-ə qədər)
Statik və/və ya maqnit ekranı olmayan elektrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin
Tənzimləmə qiymətinin
Statik və/və ya maqnit ekranı olmayan ferrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin
Tənzimləmə qiymətinin
Bütün digər ölçmə cihazları
Tənzimləmə qiymətinin
Tənzimləmə qiymətinin
Cədvəl II-2 ilə bağlı qeydlər
orta kvadratik qiymətinə və sabit cərəyana reaksiya göstərən ölçmə cihazları üçün heç bir yol verilə bilən variasiyanı göstərmək mümkün deyil, çünki bu halda dalğanın qiyməti ölçülmüş kəmiyyətə daxil edilir.
s.c. (sabit cərəyan) kəmiyyətlərinə gəldikdə, ölçmə cihazlarına qoyulan tələblər onların işləmə prinsipindən asılı olmayaraq orta kvadratik qiymətləri ilə əlaqə təşkil edir. Bununla belə, düzləndirici cihazdan və ya cihazlardan ibarət olan ölçmə cihazları (orta kvadratik qiymətinə reaksiya göstərən ölçmə cihazları istisna olmaqla) adətən dalğa formasının tənzimlənmiş (orta) qiymətinə cavab verir, lakin sinusoidal dalğa formasının orta kvadratik qiymətini göstərmək üçün cizgilənir. Əgər dalğa forması sinusoidal deyilsə, onda göstərilən qiymətdə ciddi dərəcədə xəta ola bilər. Bununla belə, əgər dalğa forması uyğun qaydada xarakterizə edilərsə, bu xətanı hesablamaq mümkündür. Ona görə də düzləndirilmiş (orta) və pik qiymətini hiss edən ölçmə cihazlarında təhrif edilmiş dalğa formasının təsiri üçün tələblər göstərilməyib.
√2 –dən başqa digər pik əmsalına görə yol verilə bilən variasiya (sinusoidal dalğaya uyğun gələn) qiyməti ölçülmüş kəmiyyətin təhrifinə görə yol verilə bilən variasiya qiymətinə daxil edilir.
İstehsalçı, pik əmsalı imkanları üçdən yüksək olan ölçmə cihazları üçün aşağıdakı məlumatı qeyd etməlidir:
a) cihazın sinif indeksində 100% variasiya yarada bilən pik əmsalı imkanları;
b) etalon tezlik səviyyəsində indikasiyanın 0,707 mislinə reaksiya göstərən tezlik xüsusiyyətinin (işçi diapazon) yuxarı və aşağı hədləri;
c) ölçmə cihazında daxili s.c. gücləndiricisinin (amplifikator) xüsusiyyətlərində maksimum effektiv variasiya dərəcəsi (gərginliyin artma sürəti) müvafiq S.İ prefiksləri ilə və voltla ifadə edilib. Pik əmsalı ölçmə cihazının pik əmsalı imkanları ilə əlaqəlidir və buraya həm təhrif edilmiş dalğa formasına görə təyin edilmiş pik əmsalı, həm də cüzi orta gücə malik yalançı impulslara görə təyin edilmiş pik əmsalı daxil edilib (bu, əsas tezlik səviyyəsi ilə təsadüfi və ya harmonik əlaqə təşkil edə bilər).
Sinif indeksinin faiz dərəcəsi ilə göstərilmir.
5.2 Variasiya hədləri
Bax: Hissə 1 və Cədvəl II-2.
5.3 Variasiyaların təyin edilməsi şərtləri
6. ƏLAVƏ ELEKTRİK TƏLƏBLƏRİ VƏ MEXANİKİ TƏLƏBLƏR
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
6.1.1 Ölçmə diapazonunun yuxarı həddi 1 A-dən 10 A-ə qədər olan və cərəyanın həddən artıq arta bildiyi cərəyan transformatoru ilə (Cərəyan Transformatorları adlı və 185 saylı IEC Nəşrində təyin edilmiş P Sinif transformatorları) istifadəsi nəzərdə tutulan sabit ampermetrlər onlarla əlaqəli olan cərəyan transformatorunun ikinci dərəcəli nominal cərəyanının 30 mislinin təsirinə 2 saat müddətində məruz qaldıqda ölçmə sxemi açılmamalıdır.
Eyni istifadə məqsədləri üçün nəzərdə tutulan daşınar ampermetrlər 2 saat müddətində öz ölçmə diapazonunun yuxarı həddinin 15 mislinə davam gətirə bilir.
Bu ampermetrlərə həddən artıq gərginlik verdikdən sonra onların işçi vəziyyətində olmasına ehtiyac yoxdur, lakin bundan sonra dövrə açıq olmamalıdır.
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün Hissə 9, bənd 4.8-ə bax.
6.2.1 İmpuls cəbhəsində atmalar
6.2.2 Reaksiya göstərmə vaxtı
Bununla belə, Hissə 1, 6.2.1 və 6.2.2 bəndlərində irəli sürülmüş tələblər ampermetr və voltmetrlərin aşağıdakı növlərinə tətbiq edilmir:
- istilik ölçən cihazlar;
- elektrostatik ölçmə cihazları;
- sərbəst hərəkət edən, asma elementi olan ölçmə cihazları;
- əqrəbinin uzunluğu 150 millimetrdən artıq olan ölçmə cihazları;
- ölçmə diapazonunun yuxarı həddinə bərabər olan, cərəyanın və ya gərginliyin 200 μA və ya 20 mV-dan az olduğu ölçmə cihazları;
- reaksiya göstərmə vaxtının fərqli ola biləcəyi xüsusi təyinatlı ölçmə cihazları. Belə cihazlar istehsalçı və istehlakçı arasında əldə edilmiş qarşılıqlı razılıq əsasında istifadə edilməlidir.
6.2.3 Xarici ölçmə dövrəsinin tam müqaviməti
Bununla belə, əgər xarici ölçmə dövrəsinin tam müqaviməti göstərilməyibsə, onun etalon tezlik səviyyəsində aşağıdakı kimi olduğunu fərz etmək olar:
- ampermetr, milliampermetr və mikroampermetrlərin tam müqavimətinin 50 mislindən artıq;
- voltmetr və millivoltmetrlərin tam müqavimətinin 1/50 nisbətindən aşağı;
6.3 Öz-özünü qızdırma qabiliyyəti
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
6.4.1 Fasiləsiz olaraq həddən artıq yüklənmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün Hissə 9, bənd 4.6-ya bax.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı ölçmə cihazları istisna olmaqla, ampermetr və voltmetrlərə qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) iki saat müddətində elektrik cərəyanının giriş kəmiyyətinin yuxarı həddinin 120 %-ni təşkil edən həddən artıq artmış fasiləsiz yük tətbiq edilməlidir.
Təsirləndirməni dayandırdıqdan sonra müvəqqəti və daimi qalıq yayınmaları şkala uzunluğunun 1 %-ni aşmamalıdır.
Cihaz və onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Fasiləsiz olaraq həddən artıq yüklənmə sınağı etalon şərtlər altında həyata keçirilməlidir.
6.4.2 Qısa müddətli həddən artıq yüklənmələr
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün Hissə 9, bənd 4.4-ə bax.
Ampermetr və voltmetrlərə qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) qısa müddətli həddən artıq artmış yük verilməlidir.
Bununla belə, bu tələblər aşağıdakı cihazlara tətbiq edilmir (əgər bu cihazlar qısa müddətli həddən artıq artan yükə qarşı daxilən mühafizə edilmirsə):
- istilik ölçən cihazlar;
- elektrostatik ölçmə cihazları;
- sərbəst hərəkət edən asma elementi olan ölçmə cihazları;
6.4.2.1 Qısa müddətli həddən artıq yüklənmələr üzrə cərəyan və gərginlik qiymətləri istehsalçı tərəfindən göstərilmədikdə, Cədvəl IV-2-də verilmiş uyğun əmsallara və elektrik cərəyanının giriş kəmiyyətinin qiymətinə əsasən təyin edilir.
6.4.2.2 Həddən artıq artan hər bir yük onun üçün nəzərdə tutulan tam müddət ərzində tətbiq edilməlidir, lakin istisna hallarda, ölçmə cihazına quraşdırılmış əriyən qoruyucu dövrəni Cədvəl IV-2-də təyin edilmiş müddətdən tez dayandıra bilər.
Bu zaman həddən artıq artan növbəti yükün tətbiqindən qabaq qoruyucu parametrlər əvvəlki mövqeyinə gətirilməlidir (və ya əriyən qoruyucu dəyişdirilməlidir).
Sinif indeksi 0,5 və ya daha aşağı olan ölçmə cihazları və bütün sinif indekslərinə aid olan düzləndirici cihazlar
Sinif indeksi 1 və daha böyük olan ölçmə cihazları
QEYD: İki ardıcıl sınaq təyin edildiyi halda onları göstərilən qaydada aparmaq lazımdır.
6.4.2.3 Mexaniki sıfır göstəricisi şkala daxilində olan ampermetr və voltmetrlər, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissələri ilə birlikdə (əgər varsa) həddən artıq artan qısa müddətli yüklərin tətbiqindən və etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra aşağıda göstərilən tələblərə cavab verməlidir:
1) indeksin sıfır şakala cizgisindən yayınması (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) aşağıda göstərilən qiymətdən artıq olmamalıdır:
a) sinif indeksləri 0,3 və ya daha kiçik olan ölçmə cihazlar üçün 0,5;
b) sinif indeksləri 0,5 və daha yüksək olan ölçmə cihazları üçün isə sinif indeksi;
2) cihaz və onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) sıfır səviyyəsinə kimi tənzimləndikdən sonra dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Mexaniki sıfır nişanı şkala xaricində olan ampermetr və ya voltmetrlər etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra onlarda yaranan xətalar sinif indeksi ilə bağlı xəta göstəricilərindən artıq olmadıqda həmin cihazlar bu tələbə uyğun hesab edilir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün Hissə 9, bənd 4.9-a bax.
6.6.1 Əgər ampermetr və ya voltmetrin şkalasında sıfır mövqeyi markalanıbsa, onun üzərində cərəyandan ayırma zamanı sıfır mövqeyinə qayıtma sınağı aparılmalıdır. Bu sınaq etalon şərtlər altında həyata keçirilməlidir.
6.6.2 Ölçmə diapazonunun yuxarı həddində 30 saniyə müddətində enerjinin verilməsindən sonra indeksin sıfır şkala cizgisindən yayınma səviyyəsi (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) sinif indeksinin 50 faizini təşkil edən qiyməti aşmamalıdır.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
Bənd 7.1 və' 7.2 üçün Hissə 1-ə bax.
7.3 Üstün tutulan qiymətlər
7.3.1 Ampermetr və voltmetrlər üçün ölçmə diapazonunun yuxarı həddinin aşağıda göstərilən qiymətlərdən birinə malik olması üstün tutulur:
1; 1,2; 1,5; 2; 2,5; 3; 4; 5; 6; 7,5; 8 və ya onların on ədədinə bölünəni və tam bölünəni.
Çox diapazonlu ölçmə cihazlarına gəldikdə, ən azı hədlərdən biri tərcihən bu tələbə cavab verməlidir
7.3.2 Xarici şuntla istifadəsi nəzərdə tutulan ampermetrlərdə ölçmə diapazonun yuxarı həddində gərginliyin düşməsi aşağıdakı qiymətlərdən birinə əsaslanmalıdır:
50 mV, 60 mV, 75 mV, 100 mV, 300 mV.
7.3.3 Əgər ölçmə cihazının düzgün işləməsini təmin etmək üçün kalibrlənmiş cihaz çıxışlarından (yəni təyin edilmiş müqavimət qiymətinə malik olan çıxışlar) istifadə etmək lazım gələrsə, onda istehsalçı həmin çıxışın müqavimət qiymətini göstərməlidir.
Əgər istehsalçı tərəfindən başqa cür təyin edilməyibsə, kalibrlənmiş cihaz çıxışlarının ümumi müqavimət qiyməti etalon temperatur səviyyəsində 70 mῼ-i aşmamalıdır.
Çıxışın müqavimət qiyməti təyin edilmiş qiymətdən etalon temperatur səviyyəsində 10 %-dən artıq fərqlənməməlidir.
7.4 Tənzimləyicilər-mexaniki və/və ya elektrik
7.5 Vibrasiya və şokun göstərdiyi təsirlər
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ SİMVOLLAR
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ SİMVOLLAR
9.1-dən 9.3-ə qədər bəndlər üçün Hissə 1-ə bax.
9.4 Çıxışlar üçün xüsusi nişanlar
Bütün çıxışlar özünəməxsus nişanlarla təmin edilməlidir.
9.4.1 Tək diapazonlu, sabit cərəyanlı ampermetr və voltmetrlər
Müsbət çıxış Cədvəl III-1-də verilən F-46 (+) Simvolu ilə markalanmalıdır.
9.4.2 Çox diapazonlu s.c. ampermetr və voltmetrləri
Diapazon seçiminə əsaslanan çıxışlar müvafiq ölçmə diapazonunun yuxarı həddinə uyğun qiymətlə markalanmalıdır. Əgər həmin çıxışlar müsbətdirsə, onları da Cədvəl III-1-də verilən F-46 (+) Simvolu ilə markalamaq lazımdır. Bu nişan, diapazonun qiymətinə əsaslanmalıdır. Əgər ümumi çıxış müsbətdirsə, onu da Cədvəl III-1-də verilən F-46 (+) Simvolu ilə markalamaq lazımdır.
9.4.3 Tək diapazonlu, dəyişən cərəyanlı ampermetr və voltmetrlər
Xüsusi tələblər irəli sürülmədikdə heç bir nişana ehtiyac yoxdur.
9.4.4 Çox diapazonlu s.c. ampermetr və voltmetrləri
Diapazon seçiminə əsaslanan çıxışlar müvafiq ölçmə diapazonunun yuxarı həddinə uyğun qiymətlə markalanmalıdır.
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜÇÜN APARILAN SINAQLAR
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq –elektrik ölçmə cihazları və onların köməkçi hissələri
Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-3:1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories. Part 3: Special requirements for wattmeters and varmeters” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8:Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir –birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq –
elektrik ölçmə cihazları və onların köməkçi hissələri
Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Special requirements for wattmeters and varmeters
________________________________________________________________________________________
1.1 Bu standartın üçüncü hissəsi analoq displeyi olan birbaşa təsirli və indikatorlu vattmetrlərə və varmetrlərə tətbiq edilir.
Qeyd: Çoxfunksiyalı ölçmə cihazları barədə məlumat almaq üçün bax: Hissə 7.
1.2 Bu hissə həmçinin ampermetrlərlə və voltmetrlərlə istifadə edilən və qarşılıqlı olaraq dəyişdirilə bilən köməkçi detallara (Hissə1, yarımbənd 2.1.15.3 – də təsbit edildiyi kimi).
1.3 - 1.8 üçün bax: Hissə 1.
2. TERMİN VƏ TƏRİFLƏR
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ UYĞUNLUQ
Vattmetrlər və varmetrlər Hissə 1, Yarımbənd 2.2 –də verilmiş istismar metodu əsasında təsvir edilməlidir.
Vattmetrlər və varmetrlər aşağıdakı sinif indeksləri ilə ifadə edilən dəqiqlik siniflərindən birinə əsasən təsnif edilməlidir:
0.05, 0.1, 0.2, 0.3, 0.5, 1, 1.5, 2, 2.5, 3, 5.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
4. ETALON ŞƏRTLƏR VƏ ƏSAS XƏTALAR
4.1.1 Təsiredici kəmiyyətlərin etalon qiymətləri Cədvəl I-1 və I-3 –də verildiyi kimi olmalıdır.
4.1.3 Cədvəl I-1 və I-3 –də verilənlərdən fərqli etalon şərtlər təyin etmək olar, lakin onları Hissə 1, bənd 8 -ə uyğun olaraq işarələmək lazımdır.
Cədvəl I-3 - Sınaq məqsədləri üçün Cədvəl I-1- ə əlavə olaraq verilən etalon şərtlər və yol verilə bilən hədlər
Başqa cür təyin edilmədiyi təqdirdə, etalon şərtlər
Sınaq məqsədləri üçün yol verilə bilən və tək etalon qiymətə tətbiq edilə bilən hədd
Ölçülmüş gücün gərginlik komponenti
Nominal gərginlik və ya etalon diapazon daxilində olan istənilən gərginlik (əgər varsa)
Nominal qiymətin ±2 % - i
Ölçülmüş gücün cərəyan komponenti
Nominal cərəyan səviyyəsinə və ya etalon diapazonun yuxarı həddinə kimi olan istənilən cərəyan (əgər varsa)
Ölçülmüş gücün gərginlik və cərəyan komponentlərinin tezliyi
Faza dəyişdirici cihazların istifadə edildiyi ölçmə cihazları
Nominal tezliyin ±0,1 %- i
Digər ölçmə cihazları
Nominal tezliyin ±2 %- i
Cos ϕ = 1 və ya nom. cos ϕ
0,01 yubanma və ya l qabaqlama ±0,01
(çoxfazalı ölçmə cihazları üçün)
Simmetrik gərginlik və cərəyan
Bu yol verilə bilən hədd, hazırkı cədvəldə tək etalon qiymət göstərildikdə və ya istehsalçı tərəfindən avadanlığın üzərində nişanlandıqda tətbiq edilir. Etalon diapazon üçün bu yol verilə bilən həddin tətbiqinə icazə verilmir.
Varmetrlər üçün Sin ϕ. Yubanma üçün müsbət işarə (induktiv), qabaqlama üçün isə mənfi işarə (həcmi).
İki fazalar arası gərginlik arasındakı və iki faza-neytral gərginliyi arasındakı fərq orta məxrəcin (fazalar arası və faza –neytral) 1 %-dən artıq olmamalıdır. Faza cərəyanları bir –birindən cərəyanların orta məxrəcindən 1 % artıq olmayaraq fərqlənməlidir. Cərəyanların hər biri ilə uyğun faza –neytral gərginlikləri arasındakı bucaqlar 2° dərəcədən artıq fərqlənməməlidir.
Çoxfazalı ölçmə cihazlarının tək faza sınağını istehsalçı tərəfindən icazə verildikdə və məqbul olduqda aparmaq olar.
4.2 Əsas xətaların hədləri; tənzimləmə qiymətləri
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
4.2.2 Tənzimləmə qiyməti
Vattmetrlər və varmetrlər üçün tənzimləmə qiyməti aşağıda göstərilənlərə uyğundur:
4.2.2.1 Aşağıda göstərilənlər üçün ölçmə diapazonunun yuxarı həddi:
— Şkalasının sonunda elektrik və /yaxud mexaniki sıfır nişanı olan ölçmə cihazları;
— Elektrik sıfır mövqeyindən asılı olmayaraq, şkalasının xaricində mexaniki sıfır nişanı olan ölçmə cihazları;
— Mexaniki sıfır mövqeyindən asılı olmayaraq, şkalasının xaricində elektrik sıfır nişanı olan ölçmə cihazları.
Sinif indeksi Cədvəl III-1 – də (bax: Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə nişanlanıb.
4.2.2.2 Həm mexaniki, həm də elektrik zonaları şkala daxilində yer dəyişdikdə, işarədən asılı olmayaraq, ölçmə diapazonunun iki həddinə bərabər olan elektrik qiymətlərinin cəmi:
Sinif indeksi Cədvəl III-1 – də (bax: Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə nişanlanıb.
4.2.2.3 Şkala cizgiləri elektrik girişinin kəmiyyətinə birbaşa olaraq uyğun olmayan ölçü cihazları üçün diapazon.
Sinif indeksi Cədvəl III-1 – də (bax: Hissə 1, Bənd 8) verilmiş E-10 Simvolu ilə nişanlanıb.
Bu yarımbənd şuntla, ardıcıl qoşulan rezistorla (tam müqavimət) və ya ölçmə transformatoru ilə istifadəsi nəzərdə tutulan voltmetrlərə və ya ampermetrlərə tətbiq edilmir. Bu ölçmə cihazları, müvafiq qaydada 4.2.2.1 və 4.2.2.2-ci yarımbəndlərə uyğun olaraq tətbiq edilməlidir.
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ
5.1 Nominal istifadə diapazonu
Bax: Hissə 1 və Cədvəl II-2.
Başqa cür nişanlanmadığı təqdirdə, nominal istifadə diapazonunun hədləri
Sinif indeksinin faiz dərəcəsi kimi ifadə edilən yol verilən variasiya
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd:
Ölçülmüş gücün d.c. gərginliyi və ya cərəyan komponentlərinin təhrifi
Faza dəyişdirici cihazların istifadə edildiyi ölçmə cihazları 5%
Digər ölçmə cihazları 20%
Ölçülmüş gücün d.c. gərginliyi və ya cərəyan komponentlərinin tezliyi
Faza dəyişdirici cihazların istifadə edildiyi ölçmə cihazları
Etalon tezlik ±1% və ya etalon diapazonun aşağı həddi -1% və etalon diapazonun yuxarı həddi +1%
Digər ölçmə cihazları
Etalon tezlik ± 10% və ya etalon diapazonun aşağı həddi -10% və etalon diapazonun yuxarı həddi + 10%
Ölçülmüş gücün gərginlik komponenti
Etalon gərginlik ± 15% və ya etalon diapazonun aşağı həddi -15% və etalon diapazonun yuxarı həddi +15%
Vattmetrlər üçün güc əmsalı
Sinif indeksləri- 0.3 və daha aşağı
İstənilən: yubanma və ya qabaqlama
Sinif indeksləri- 0.5 və daha yuxarı
Faza bucağı 0...60yubanma (induktiv)
Güc (varmetrlər üçün güc əmsalı)
Sinif indeksləri- 0.3 və daha aşağı
İstənilən: yubanma və ya qabaqlama
Sinif indeksləri- 0.5 və daha yuxarı
Faza bucağı 0...60yubanma (induktiv)
Çoxfazalı ölçmə cihazları üçün faza balansı
Ölçülmüş gücün bir cərəyan komponentinin ayrılması
Qeydlərə bax, səh. 15.
Başqa cür nişanlanmadığı təqdirdə, nominal istifadə diapazonunun hədləri
Sinif indeksinin faiz dərəcəsi kimi ifadə edilən yol verilən dəyişmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd:
Çoxfazalı ölçmə cihazlarının ölçmə elementləri arasındakı qarşılıqlı təsir
Ölçülmüş gücün bir gərginlik komponentinin ayrılması
Sinif indeksləri- 0.3 və daha aşağı
Sinif indeksləri- 0.5 və daha yuxarı
Xarici mənşəli maqnit sahəsi
Statik və /yaxud maqnit ekranı olmayan elektrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin 3% -i
Tənzimləmə qiymətinin 6% -i
Statik və /yaxud maqnit ekranı olmayan ferrodinamik ölçmə cihazları
Tənzimləmə qiymətinin 1.5% -i
Tənzimləmə qiymətinin 3% - i
Bütün digər ölçmə cihazları
Tənzimləmə qiymətinin 0.75% -i
Tənzimləmə qiymətinin 1.5% -i
Ölçmə dövrələrində elektron cihazları olan, ölçmə cihazları.
√2 –dən başqa pik əmsalına görə yol verilə bilən dəyişmə (sinusoidal dalğaya uyğun), ölçülmüş gücün təhrifinə görə yol verilə bilən variasiyaya daxil edilir. İstehsalçı pik əmsal imkanları üçdən yuxarı olan ölçmə cihazları üçün aşağıdakıları təyin etməlidir:
a) Pik əmsal imkanlarına görə sinif indeksini 100 faiz dəyişdirən ölçmə cihazları.
b) Tezlik xüsusiyyətinin etalon tezlik göstəricisinin 0.707 mislinə bərabər olan yuxarı və aşağı hədləri (işçi diapazon).
c) ölçmə cihazında daxili d.c. gücləndiricisinin (amplifikator) xüsusiyyətlərində maksimum effektiv dəyişmə dərəcəsi (gərginliyin artma sürəti), müvafiq olaraq S.İ prefiksləri və volt ilə ifadə edilib. Pik əmsalı ölçmə, cihazın pik əmsal imkanları ilə əlaqəlidir və buraya həm təhrif edilmiş dalğa formasına görə təyin edilmiş pik əmsal, həm də cüzi orta gücə malik yalançı impulslara görə təyin edilmiş pik əmsal daxil edilib (bu, əsas tezlik səviyyəsi ilə təsadüfi və ya harmonik əlaqə təşkil edə bilər).
İstehsalçı və istehlakçı arasında başqa razılıq əldə edilmədikdə, induktiv güc əmsalı.
Cərəyan və /yaxud gərginlik dövrələrinin qarşılıqlı birləşməsinə görə ölçmə elementlərin arasında qarşılıqlı təsir sınağını aparmaq bəzən mümkün olmaya bilər.
Sinif indeksinin faiz dərəcəsi kimi deyil.
5.2 Variasiya hədləri
Bax: Hissə 1 və Cədvəl II-3.
5.3 Variasiyaların təyin edilməsi şərtləri
5.4 Güc əmsalına görə variasiyanın təyin edilməsi
Sinif indekslərinin 0.5 və ya daha yuxarı olan ölçmə cihazları üçün güc əmsalı yubanmaya səbəb olmalıdır. Sinif indekslərinin 0.3 və ya daha aşağı olan ölçmə cihazları üçün yubadıcı və qabaqlayıcı güc əmsallarının sınağını aparmaq lazımdır.
5.5 Variasiyaların xüsusi sınaqları
İstehsalçı və istehlakçı arasında əldə edilmiş razılığa əsasən, zəruri hesab edilmiş, ölçülmüş kəmiyyətin komponent birləşmələri vasitəsilə xüsusi sınaqlar aparmaq olar.
6. ƏLAVƏ ELEKTRİK TƏLƏBLƏRİ
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
6.1.1 Nominal cərəyan diapazonunun yuxarı həddi 1 A - 10 A olan və cərəyanın həddən artıq arta bildiyi cərəyan transformatoru ilə (Cərəyan Transformatorları adlı və 185 saylı IEC Nəşrində təyin edilmiş P Sinif transformatorları) istifadəsi nəzərdə tutulan sabit vatmetrlər və varmetrlər, onlarla əlaqəli olan cərəyan transformatorunun ikinci dərəcəli nominal cərəyanının 30 mislinin təsirinə 2 saat müddətində məruz qaldıqda ölçmə sxemi açılmamalıdır.
Eyni istifadə məqsədləri üçün nəzərdə tutulan yiğcam vatmetrlər və varmetrlər 2 saat müddətində öz ölçmə diapazonunun yuxarı həddinin 15 mislinə davam gətirə bilməlidir.
Bu vattmetrlərə və varmetrlərə həddən artıq gərginlik verdikdən sonra, onların işçi vəziyyətində olmasına ehtiyac yoxdur, lakin bundan sonra dövrə açıq olmamalıdır.
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.8.
6.2.1 İmpuls cəbhəsində atmalar
6.2.2 Reaksiya göstərmə vaxtı
Bununla belə, Hissə 1, 6.2.1 və 6.2.2 –ci yarımbəndlərində irəli sürülmüş tələblər vattmetrlərin və varmetrlərin aşağıdakı növlərinə tətbiq edilmir:
— istilik ölçən cihazlar;
— sərbəst hərəkət edən asma elementi olan ölçmə cihazları;
— əqrəbinin uzunluğu 150 millimetrdən artıq olan ölçmə cihazları;
— ölçmə diapazonunun yuxarı həddinə bərabər olan gücün 10 vat və ya 10 var (aktiv və ya passiv) olduğu ölçmə cihazları;
— reaksiya göstərmə vaxtının fərqli ola biləcəyi xüsusi təyinatlı ölçmə cihazları. Belə cihazlar istehsalçı və istehlakçı arasında əldə edilmiş qarşılıqlı razılıq əsasında istifadə edilməlidir.
6.2.3 Xarici ölçmə dövrəsinin tam müqaviməti
6.3 Özü –özünü qızdırma qabiliyyəti
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
6.4.1 Fasiləsiz olaraq həddən artıq yüklənmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.6.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı ölçmə cihazları istisna olmaqla, vattmetrlərə və varmetrlərə qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) ardıcıl olaraq nominal cərəyan və gərginlik qiymətlərinin 20 faizini təşkil edən həddən artıq artmış fasiləsiz yük tətbiq edilməlidir. Hər bir tətbiq müddəti 2 saat olmalıdır.
Cihaz və onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Fasiləsiz olaraq həddən artıq yüklənmə sınağı, cərəyan və gərginlik istisna olmaqla, etalon şərtlər altında həyata keçirilməlidir. Vattmetrlər üçün güc əmsalı cos ϕ = 1, varmetrlər üçün isə sin ϕ = 1 olmalıdır.
6.4.2 Qısa müddətli həddən artıq yüklənmələr
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.4.
Vattmetr və varmetrlərə qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) qısa müddətli həddən artıq artmış yük verilməlidir.
Bu tələblər aşağıdakı cihazlara tətbiq edilmir:
— istilik ölçən cihazlar;
—sərbəst hərəkət edən asma elementi olan ölçmə cihazları;
6.4.2.1 Cərəyan və gərginliyin nominal istifadə diapazonunun yuxarı və aşağı hədləri istehsalçı tərəfindən göstərilmədikdə, qısa müddətli həddən artıq yüklənmələr üzrə cərəyan və gərginlik qiymətləri Cədvəl IV-Ə –də verilmiş uyğun əmsallara əsasən təyin edilir.
CƏDVƏL IV-3 Həddən artıq artan qısa müddətli yüklər
Həddən artıq yüklənmələrin sayı
Həddən artıq artan hər bir yükün müddəti (saniyə)
Ardıcıl olaraq tətbiq edilən həddən artıq artan yüklər arasındakı zaman aralığı (saniyə ilə)
Sinif indeksləri – 1 və daha yuxarı
Qeyd: İki və ya üç ardıcıl sınağın təyin edildiyi halda, onları göstərilən qaydada aparmaq lazımdır. Qısa müddətli həddən artıq artan yük çoxfazalı vattmetrlərin və varmetrlərin bütün ölçmə elementlərini eyni anda tətbiq edilir.
6.4.2.2 Həddən artıq artan hər bir yük, onun üçün nəzərdə tutulan tam müddət ərzində tətbiq edilməlidir, lakin istisna hallarda ölçmə cihazına quraşdırılmış əriyən qoruyucu dövrəni Cədvəl IV-3 –də təyin edilmiş müddətdən tez dayandırdıra bilər.
Bu zaman həddən artıq artan növbəti yükün tətbiqindən qabaq qoruyucu parametrlər əvvəlki mövqeyinə gətirilməlidir (və ya əriyən qoruyucu dəyişdirilməlidir).
6.4.2.3 Mexaniki sıfır göstəricisi şkala daxilində olan vattmetrlər və varmetrlər, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissələri ilə birlikdə (əgər varsa) həddən artıq artan qısa müddətli yüklərin tətbiqindən və etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra aşağıda göstərilən tələblərə cavab verməlidir:
1) indeksin sıfır şkala cizgisindən yayınması (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) aşağıda göstərilən qiymətdən artıq olmamalıdır:
a) sinif indeksləri 0.3 və ya daha aşağı olan ölçmə cihazlar üçün 0.5,
b) sinif indeksləri 1 və daha yuxarı olan ölçmə cihazları üçün isə sinif indeksi;
2) Vattmetrlər və varmetrlə, eləcə də onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) sıfır səviyyəsinə kimi tənzimləndikdən sonra (lazım olduqda) dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Mexaniki sıfır nişanı şkala xaricində olan vattmetrlər və varmetrlər etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra, onlarda yaranan xətalar sinif indeksi ilə bağlı xəta göstəricilərindən artıq olmadıqda, həmin cihazlar bu tələbə uyğun hesab edilir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.9.
6.6.1 Vattmetrin və varmetrin şkalasında sıfır mövqeyi nişanlandıqda, üzərində cərəyandan ayırma zamanı sıfır mövqeyinə qayıtma sınağı aparılmalıdır. Bu sınaq etalon şərtlər altında həyata keçirilməlidir.
6.6.1 Bütün dövrələrə cərəyanın verilməsi
Ölçmə diapazonunun yuxarı həddində 30 saniyə müddətində enerjinin verilməsindən sonra indeksin sıfır şkala cizgisindən yayınma səviyyəsi (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) sinif indeksinin 50 faizini təşkil edən qiyməti aşmamalıdır.
6.6.2 Yalnız gərginlik dövrələrinə cərəyanın verilməsi.
Yalnız cərəyan verilmiş gərginlik dövrələri ilə sıfır şkala cizgisindən indeksin yayınması sinif indeksinin 100 faizinə uyğun qiyməti aşmamalıdır.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 və' 7.2 Bax: Hissə 1.
7.3 Üstün tutulan qiymətlər
Vattmetrlər və varmetrlər üçün ölçmə diapazonunun yuxarı həddinin aşağıda göstərilən qiymətlərdən birinə malik olması üstün tutulur:
1, 1.2, 1.5, 2, 2.5, 3, 4, 5, 6, 7.5, 8
və ya onları on ədədinə bölünəni və tam bölünəni.
Çox diapazonlu ölçmə cihazlarına gəldikdə, ən azı hədlərdən biri, tərcihən, bu tələbə cavab verməlidir.
7.4 Tənzimləyici (lər) – mexaniki və /yaxud elektrik
7.5 Vibrasiya və şokun göstərdiyi təsirlər
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ SİMVOLLAR
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ SİMVOLLAR
9.1 - 9.3 Bax: Hissə 1.
9.4 Çıxışlar üçün xüsusi nişanlar
Bütün çıxışlar özünəməxsus nişanlarla təmin edilməlidir.
9.4.1 Tək elementli ölçmə cihazları
Yalnız iki cərəyan çıxışı və iki gərginlik çıxışı olan vattmetr və varmetrlərdə həmin çıxışları bir –birindən asanlıqla fərqlənməlidir. Normal olaraq xüsusi gərginlik çıxışı ilə əlaqəli olan cərəyan çıxışı ümumi işarə ilə nişanlanmalıdır.
9.4.2 Çoxfazalı ölçmə cihazları
Bütün çoxfazalı vattmetrlər və varmetrlər üçün vəziyyətdən asılı olaraq birləşmə diaqramı yaradıla bilər.
Ölçmə cihazında və birləşmə diaqramında olan çıxış eyni işarə ilə nişanlanmalıdır.
Birləşmə diaqramında ölçmə cihazının elementlərinin xarici dövrə ilə nəzərdə tutulan birləşməsi göstərilməlidir.
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMİN
EDİLMƏSİ ÜÇÜN APARILAN SINAQLAR
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
____________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq – elektrik
ölçmə cihazları və onların köməkçi hissələri
Dalğaölçən cihazlar üçün xüsusi tələblər
____________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-4-1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories Part 4: Special requirements for frequency meters” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8:Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir –birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq – elektrik
ölçmə cihazlari və onlarin köməkçi hissələri
Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Special requirements for frequency meters
_________________________________________________________________________________________
1.1 Bu standartın dördüncü hissəsi birbaşa təsirli indikatorlu analoq dalğaölçən cihazlara tətbiq edilir.
1.2 Bu hissə həmçinin dalğa ölçən cihazlarla istifadə edilən və qarşılıqlı olaraq dəyişdirilə bilməyən köməkçi detallara (Hissə1, yarımbənd 2.1.15.3 – də təyin edildiyi kimi) da tətbiq edilir.
1.3 Hissə 1 –in bu yarımbəndi dalğaölçən cihazlara tətbiq edilmir.
1.4 -1.8 üçün bax: Hissə 1.
2. TERMİN VƏ TƏRİFLƏR
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ
Dalğaölçən cihazlar aşağıdakı kimi təsvir edilir:
3.1.1 Əqrəbli dalğaölçən cihazlar, və ya
3.1.2 Vibrasiyalı dalğaölçən cihazlar.
Dalğaölçən cihazlar aşağıdakı sinif indeksləri ilə ifadə edilən dəqiqlik siniflərindən birinə əsasən təsnif edilməlidir:
0.05, 0.1, 0.15, 0.2, 0.3, 0.5, 1, 1.5, 2, 2.5, 5.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
Bax: Hissə 1. və Cədvəl I-4.
Cədvəl I-4. Sınaq məqsədləri üçün Cədvəl I-1- ə əlavə olaraq verilən etalon şərtlər və yol verilə bilən hədlər
Nominal qiymətin ± 2% - i
Etalon diapazon üçün heç bir yol verilə bilən həddin tətbiqinə icazə verilmir.
4.2 Əsas xətaların hədləri; tənzimləmə qiymətləri
4.2.2 Tənzimləmə qiyməti
Dalğaölçən cihazlar üçün sinif indeksi Cədvəl III-1 – də ( bax: Hissə 1, Bənd 8) verilmiş E-1 Simvolu ilə nişanlanıb.
Dalğaölçən cihazlar üçün tənzimləmə qiyməti aşağıda göstərilənlərə uyğundur:
4.2.2.1 Ölçmə diapazonunun yuxarı həddi:
4.2.2.2 Bir neçə kontakt yayı olan vibrasiyalı dalğaölçən cihazlarda hər bir cərgə ayrı bir diapazon təşkil edir, hər bir cərgənin öz tənzimləmə qiyməti olur və bu qiymət həmin cərgənin ölçmə diapazonun yuxarı həddinə əsaslanır.
4.2.3 Vibrasiyalı dalğaölçən cihazlar üçün xüsusi tələblər
Vibrasiyalı dalğaölçən cihazlar üçün aşağıdakı hallar tətbiq edilir:
4.2.3.1 İki yanaşı kontakt yayının nominal tezlik səviyyələri arasındakı fərq yol verilə bilən əsas xəta həddinin iki mislini aşmamalıdır.
4.2.3.2 Tezlik səviyyəsi bir formada dəyişdikdə, kontakt yayları onların nominal tezlik səviyyələrinə əsasən ehtimal edilən ardıcıllıqda maksimum titrəmə amplitudasına çatmalıdır.
4.2.3.3 Xəta aşağıdakı tezlik fərqlərinin ən yüksək qiyməti kimi götürülür:
— hər bir kontakt yay üçün nəzərdə tutulan nominal tezlik ilə kontakt yayının maksimum titrəmə amplitudasına malik olduğu tezlik səviyyəsi arasında, və ya
—iki yanaşı kontakt yayının nominal tezlik səviyyələrinin orta məxrəci ilə bu kontakt yaylarının eyni titrəmə amplitudasına malik olduğu tezlik səviyyəsi arasında.
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ
5.1 Nominal istifadə diapazonu
Bax: Hissə 1 və Cədvəl II-4.
Cədvəl II-4. Cədvəl II-1 –də verilənlərə əlavə olaraq təyin edilmiş nominal istifadə diapazonunun hədləri və yol verilə bilən variasiyalar
5.2 Variasiya hədləri
5.3 Variasiyaların təyin edilməsi şərtləri
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
Bununla belə, Hissə 1 –də irəli sürülən tələblər vibrasiyalı dalğaölçən cihazlara tətbiq edilmir.
Bununla belə, Hissə 1, yarımbəndl 6.2.1 və 6.2.2 –də irəli sürülmüş tələblər yalnız əqrəbli dalğaölçən cihazlara tətbiq edilir.
6.3 Öz –özünü qızdırma qabiliyyəti
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
6.4.1 Fasiləsiz olaraq həddən artıq yüklənmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.6.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı ölçmə cihazları istisna olmaqla, dalğaölçən cihazlara, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) iki saat müddətində nominal gərginlik qiymətlərinin və ya etalon diapazonun yuxarı həddinin 120 faizini təşkil edən həddən artıq artmış fasiləsiz yük tətbiq edilməlidir.
Cihaz və onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri (əgər varsa) etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
Fasiləsiz olaraq həddən artıq yüklənmə sınağı, cərəyan və gərginlik istisna olmaqla, etalon şərtlər altında həyata keçirilməlidir.
6.4.2 Qısa müddətli həddən artıq yüklənmələr
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, yarımbənd 4.4.
Dalğaölçən cihazlara, qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi hissəsi və ya hissələri ilə birlikdə (əgər varsa) qısa müddətli həddən artıq artmış yük verilməlidir.
6.4.2.1 Qısa müddətli həddən artıq yüklənmələr üzrə cərəyan və gərginlik qiymətləri istehsalçı tərəfindən göstərilmədikdə, Cədvəl IV – 4 də verilmiş uyğun əmsallara, nominal gərginlik qiymətinə və ya gərginliyin etalon diapazonunun yuxarı həddinə əsasən təyin edilir.
6.4.2.2 Həddən artıq artan hər bir yük onun üçün nəzərdə tutulan tam müddət ərzində tətbiq edilməlidir, lakin istisna hallarda, ölçmə cihazına quraşdırılmış əriyən qoruyucu dövrəni Cədvəl IV-4 –də təyin edilmiş müddətdən tez dayandıra bilər.
Bu zaman həddən artıq artan növbəti yükün tətbiqindən qabaq qoruyucu parametrlər əvvəlki mövqeyinə gətirilməli (və ya əriyən qoruyucu dəyişdirilməlidir).
Cədvəl IV-4. Həddən artıq artan qısa müddətli yüklər
Qeyd: İki və ya üç ardıcıl sınağın təyin edildiyi halda onları göstərilən qaydada aparmaq lazımdır.
6.4.2.3 Dalğaölçən cihaz, eləcə də onun qarşılıqlı olaraq əvəzlənə bilməyən hissələri, qısa müddətli həddən artıq artmış yük tətbiq edildikdən və etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra, dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
(Vibrasiyalı dalğaölçən cihazlara tətbiq edilmir).
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.9.
6.6.1 Əgər dalğaölçən cihazın şkalasında sıfır mövqeyi nişanlanıbsa, onun üzərində cərəyandan ayırma zamanı sıfır mövqeyinə qayıtma sınağı aparılmalıdır. Bu sınaq etalon şərtlər altında həyata keçirilməlidir.
6.6.2 Ölçmə diapazonunun yuxarı həddində 30 saniyə müddətində enerjinin verilməsindən sonra indeksin sıfır şkala cizgisindən yayınma səviyyəsi (şkala uzunluğunun faiz dərəcəsi ilə ifadə edilən) sinif indeksinin 50 faizini təşkil edən qiymətini aşmamalıdır.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 və 7.2 Bax: Hissə 1.
7.3 Üstün tutulan qiymətlər
Tezlik və gərginlik qiymətləri istehsalçı ilə istifadəçi arasında əldə edilmiş razılıq əsasında təyin edilməlidir.
7.4 Tənzimləyici (lər) – mexaniki və /yaxud elektrik
7.4.1 Sıfır tənzimləyicilər
7.4.1.1 Şkalasında mexaniki sıfır mövqeyi olan dalğaölçən cihazların həmin mövqedə şkala cizgisi (sıfır şkala çisgisi) olmalıdır.
7.4.1.2 Şkalasının xaricində müəyyən edilə bilən mexaniki sıfır (məs. loqometr) və ya mexaniki sıfır olan dalğaölçən cihazlarda sıfır tənzimləyicisi olmamalıdır.
7.4.2 Həssaslıq tənzimləyiciləri
7.5 Vibrasiya və şokun göstərdiyi təsirlər
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ
9.1 - 9.3 Bax: Hissə 1.
9.4 Çıxışlar üçün xüsusi nişanlar
9.4.1 Avtonom dalğaölçən cihazlar (yəni köməkçi hissələri olmayan)
Ölçmə dövrəsinin çıxışlarının nişanlanması tələb edilmir, lakin bax: Hissə 1, yarımbənd 9.3.
9.4.2 Köməkçi hissələri olan dalğaölçən cihazlar.
Xarici ölçmə dövrəsinə qoşulması nəzərdə tutulan çıxışlar yarımbənd 9.4.1 -ə uyğun olaraq nişanlanmalıdır. Dalğaölçən cihazların köməkçi hissələrdəki (a) çıxışlarına qoşulması nəzərdə tutulan çıxış və ya çıxışları ərəb rəqəmləri ilə nişanlanmalıdır. İstehsalçı istənilən uyğun və ziddiyyət təşkil etməyən rəqəmi seçə bilər. Birgə qoşulması nəzərdə tutulan çıxış cütlükləri eyni rəqəmlə nişanlanmalıdır.
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜÇÜN
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
__________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq – elektrik
ölçmə cihazlari və onlarin köməkçi hissələri
Köməkçi cihazlar üçün xüsusi tələblər
__________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC 60051-8-1984 “Direct acting indicating analogue electrical measuring instruments and their accessories Part 8: Special requirements for accessories” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Düzəliş edilmiş 51 saylı Nəşrin ümumi quruluşu aşağıdakı hissələrdən ibarətdir:
Hissə 1: Bütün hissələrdə istifadə edilmiş təriflər və ümumi tələblər
Hissə 2: Ampermetrlər və voltmetrlər üçün xüsusi tələblər
Hissə 3: Vattmetrlər və varmetrlər üçün xüsusi tələblər
Hissə 4: Dalğaölçən cihazlar üçün xüsusi tələblər
Hissə 5: Fazometrlər, güc əmsalı ölçən cihazlar və sinxronoskoplar üçün xüsusi tələblər
Hissə 6: Ommetrlər (tam müqaviməti ölçən cihazlar) və konduktometrlər üçün xüsusi tələblər
Hissə 7: Çoxfunksiyalı ölçmə cihazları üçün xüsusi tələblər
Hissə 8:Köməkçi cihazlar üçün xüsusi tələblər
Hissə 9: Tövsiyə edilən sınaq metodları
Hissə 2-9 natamam olub Hissə 1 ilə birlikdə oxunulmalıdır.
Bu hissələrin hamısı eyni formatda tərtib edilib və bütöv mətn boyu mövzu ilə bəndin nömrəsi arasında standart əlaqə yaradılıb. Bundan başqa, cədvəllərdə, şəkillərdə və əlavələrdə hissələrin bir –birindən fərqləndirilməsi üçün hər bir hissənin nömrəsinin qarşısına suffiks əlavə edilib.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
__________________________________________________________________________________________
Birbaşa təsirli və indikatorlu analoq – elektrik
ölçmə cihazlari və onlarin köməkçi hissələri
Köməkçi cihazlar üçün xüsusi tələblər
Direct acting indicating analogue electrical
measuring instruments and their accessories
Special requirements for accessories
__________________________________________________________________________________________
1.1 Hissə 1 –in bu yarımbəndi köməkçi cihazlara tətbiq edilmir.
1.2 Standartın səkkizinci hissəsi Hissə 1, yarımbənd 2.1.15 – də təyin edilmiş köməkçi cihazlara tətbiq edilir.
1.3 Hissə 1 –in bu yarımbəndi köməkçi cihazlara tətbiq edilmir.
1.4- 1.8 Bax: Hissə 1.
2. TERMİN VƏ TƏRİFLƏR
3. TƏSVİR, TƏSNİFAT VƏ TƏLƏBLƏRƏ
Köməkçi cihazlar aşağıda göstərilənlərə əsasən təsvir edilməlidir:
3.1.1 Aşağıdakı xüsusiyyətlərinə görə:
3.1.1.1 Hissə 1, yarımbənd 2.1.16 –da göstərilən şuntlar (paralel qoşulmalar).
3.1.1.2 Hissə 1, yarımbənd 2.1.17 –də göstərilən ardıcıl qoşulan rezistorlar (tam müqavimət).
3.1.1.3 Xüsusi növ köməkçi cihazlar, məs. dalğaölçən cihazlar üçün reaktor qutuları.
3.1.2 Qarşılıqlı olaraq əvəzlənə bilməsinə görə:
3.1.2.1 Hissə 1, yarımbənd 2.1.15.2 – də təyin edilmiş qarşılıqlı olaraq əvəzlənə bilən köməkçi cihazlar.
3.1.2.2 Hissə 1, yarımbənd 2.1.15.2 – də təyin edilmiş və qarşılıqlı olaraq əvəzlənə bilmə imkanı məhdud olan köməkçi cihazlar.
3.1.2.3 Hissə 1, yarımbənd 2.1.15.3 – də təyin edilmiş və qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi cihazlar.
3.2.1 Qarşılıqlı olaraq əvəzlənə bilən və əvəzlənə bilmə imkanları məhdud olan köməkçi cihazlar aşağıdakı sinif indekslərinə əsasən ifadə edilən dəqiqlik siniflərindən birinə görə təsnif edilməlidir:
0.02, 0.05, 0.1, 0.2, 0.3, 0.5, 1, 2*, 5*, 10*.
Qeyd: (*) işarəsi olan sinif indeksləri yalnız yüksək gərginlikli rezistorlar və tam müqavimət səviyyələri ilə istifadəsi nəzərdə tutulan cihazları göstərir.
3.2.2 Qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi cihazların özünəməxsus dəqiqlik sinfi yoxdur: onun daxil edildiyi nəzarət-ölçmə cihazının dəqiqlik sinfi həm həmin cihaza, həm də köməkçi cihaza tətbiq edilir.
3.3 Bu standartın tələblərinə uyğunluğun təmin edilməsi
3.3.1 və 3.3.2 Bax: Hissə 1.
3.3.3 Qarşılıqlı olaraq əvəzlənə bilən və əvəzlənə bilmə imkanları məhdud olan köməkçi cihazlar.
3.3.3.1 Cihazın xətası nominal qiymətə kimi ölçülmüş kəmiyyətlər üzrə yarımbənd 4.2 –də təyin edilmiş qiyməti aşmamalıdır.
3.3.3.2 Şuntlar və ardıcıl qoşulan rezistorlar, tezlik səviyyəsinin göstərilmədiyi təqdirdə, sabit cərəyanla sınaqdan keçməlidir.
3.3.3.3 Qarşılıqlı olaraq əvəzlənə bilən şuntlar
Ölçmə cihazının qəbul etdiyi cərəyanın qiyməti şuntun sinif indeksinə vurulmuş və üç yüzə bölünmüş nominal cərəyanın qiymətindən aşağı olduqda, həmin cihazın qəbul etdiyi cərəyana əhəmiyyət verməmək olar.
3.3.4 Qarşılıqlı olaraq əvəzlənə bilmə imkanı məhdud olan köməkçi cihazlar
3.3.4.1 Əlaqəli növə və xətalara malik olan ölçmə cihazına qoşulmuş köməkçi cihaz təyin edilməlidir.
3.3.4.2 Yarımbənd 3.3.4.1 –də təyin edilmiş sınaqda tətbiq edilən yeni şərtlər altında sınaqdan keçən ölçmə cihazı və onun xətaları həmin sınaqdan əldə edilmiş eyni qiymətlər əsasında təyin edilməlidir.
3.3.4.3 Göstərilən hər bir cüt qiymətə əsasən köməkçi cihazın xətası yarımbənd 3.3.4.1 –də təyin edilmiş xəta qiymətindən yarımbənd 3.3.4.2 –də təyin edilmiş xəta qiymətinin çıxarılmasından alınan fərq kimi götürülür və bu zaman xətanın əlamətləri nəzərə alınır (Hissə 1, yarımbənd 2.7.1).
3.3.4.4 Qarşılıqlı olaraq əvəzlənə bilmə imkanı məhdud olan köməkçi cihazlarla istifadəsi nəzərdə tutulan ölçmə cihazları müəyyən dövrə elementlərinin xüsusi qiymətlərinin tətbiqini zəruriləşdirə bilər. Bu qiymətlər lazım olduqda, istehsalçı onlar barədə bütün müvafiq məlumatı təqdim etməli və sınaqların aparılması zaman həmin qiymətlərə uyğunluq təmin edilməlidir.
3.3.4.5 Ölçmə cihazının sınağını köməkçi cihaz olmadan aparmaq mümkün olmadıqda, dəqiqlik sinfi onların hər ikisinə aid edilir və sinif indeksi ölçmə cihazının üzərində nişanlanır. Cihazın xətaları yarımbənd 3.4.4.1 -ə əsasən təyin edilir.
3.3.5 Qarşılıqlı olaraq əvəzlənə bilməyən köməkçi cihazlar
Köməkçi cihaz əsas ölçmə cihazı ilə birlikdə sınaqdan keçməlidir. Hər bir ayrı hissə üçün xətalarla bağlı tələblər təyin edilməyib və sinif indeksi onların hər ikisinə aid edilir.
4.2 Əsas xətanın hədləri: tənzimləmə qiyməti.
4.2.1 Əsas xəta ilə dəqiqlik sinfi arasındakı uyğunluq
4.2.2 Tənzimləmə qiyməti
Qarşılıqlı olaraq əvəzlənə bilən və ya əvəzlənə bilmə imkanı məhdud olan köməkçi cihazın tənzimləmə qiyməti nominal qiymətə uyğun olur.
Sinif indeksi Cədvəl III-1 – də verilmiş E-1 Simvolu ilə nişanlanır (bax: Hissə 1, Bənd 8).
5. NOMİNAL İSTİFADƏ DİAPAZONU VƏ
5.1 Nominal istifadə diapazonu
Bax: Hissə 1 və Cədvəl II-8.
Cədvəl II-8. Cədvəl II-1 –də verilənlərə əlavə olaraq təyin edilmiş nominal istifadə diapazonunun hədləri və yol verilə bilən variasiyalar
Ölçülmüş s.c. kəmiyyətinə əsasən dalğa
Ölçülmüş kəmiyyətin təhrifi
Ölçülmüş d.c. kəmiyyətinin tezliyi
Xarici mənşəli maqnit sahəsi
5.2 Variasiya hədləri
5.2.1 və 5.2.2 Bax: Hissə 1. Bu yarımbəndlər uyğun olduqda tətbiq edilir (məs. reaktor qutuları).
5.2.3 Hissə 1 –in bu yarımbəndi köməkçi cihazlara tətbiq edilmir.
5.2.4 Bax: Hissə 1. Bununla belə, bu yarımbənd əlavə naqil yaxud şin ilə istifadə edilən köməkçi cihazlara tətbiq edilmir.
5.3 Variasiyaların təyin edilməsi şərtləri
6.1 Gərginlik sınaqları, izolyasiya sınaqları və digər texniki təhlükəsizlik tələbləri
Hissə 1 –də irəli sürülən tələblər köməkçi cihazlara tətbiq edilmir.
6.3 Öz-özünü qızdırma
6.4 Yol verilə bilən həddən artıq yüklənmələr
6.4.1 Fasiləsiz olaraq həddən artıq yüklənmə
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.7.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı cihazlar istisna olmaqla, köməkçi cihazlara iki saat müddətində nominal gərginlik qiymətlərinin 120 faizini təşkil edən həddən artıq artmış fasiləsiz yük tətbiq edilməlidir.
Köməkçi cihazlar etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra dəqiqlik tələblərinə cavab verməlidir.
Bu sınaq etalon şərtlər altında həyata keçirilməlidir.
6.4.2 Qısa müddətli həddən artıq yüklənmələr
Tövsiyə edilən sınaqlar barədə məlumat almaq üçün bax: Hissə 9, Yarımbənd 4.5.
Mövqeyi sabit olmayan elektrik açarlarının quraşdırıldığı cihazlar istisna olmaqla, köməkçi cihazlara qısa müddətli, həddən artıq artmış yük tətbiq edilməlidir.
6.4.2.1 Qısa müddətli həddən artıq yüklənmələr üzrə cərəyan və gərginlik qiymətləri istehsalçı tərəfindən göstərilmədikdə, Cədvəl IV – 8 də verilmiş uyğun əmsallara, şunt və ya ardıcıl qoşulan rezistorların nominal qiymətinə əsasən təyin edilir.
Cədvəl IV-8. Həddən artıq artan qısa müddətli yüklər
Xüsusi razılaşma əsasında təyin edilir
Şuntların sinif indeksləri - 0.5 və daha yuxarı
Xüsusi razılaşma əsasında təyin edilir
Xüsusi razılaşma əsasında təyin edilir
Xüsusi razılaşma əsasında təyin edilir
Bütün nominal qiymətlər
Qeyd: İki və ya üç ardıcıl sınağın təyin edildiyi halda onları göstərilən qaydada aparmaq lazımdır.
6.4.2.2 Həddən artıq artan hər bir yük onun üçün nəzərdə tutulan tam müddət ərzində tətbiq edilməlidir, lakin istisna hallarda, ölçmə cihazına quraşdırılmış əriyən qoruyucu dövrəni Cədvəl IV-8 –də təyin edilmiş müddətdən tez dayandıra bilər.
Bu zaman həddən artıq artan növbəti yükün tətbiqindən qabaq qoruyucu parametrlər əvvəlki mövqeyinə gətirilməlidir (və ya əriyən qoruyucu dəyişdirilməlidir).
6.4.2.3 Köməkçi cihazlar, müddətli həddən artıq artmış yük tətbiq edildikdən və etalon temperatur səviyyəsinə kimi soyudulduqdan sonra, dəqiqlik tələblərinə cavab verməlidir; bununla belə, həddən artıq yükün verilməsi təkrarlanmamalıdır.
6.5 Məhdudlaşdırıcı temperatur qiymətləri
Köməkçi cihazlar üçün sıfırdan yayınma tələbləri irəli sürülməyib.
7. KONSTRUKSİYA TƏLƏBLƏRİ
7.1 Girişin bağlanması üçün kipləmə
Köməkçi cihazlar üçün şkalalarla bağlı tələblər irəli sürülməyib.
7.3 Üstün tutulan qiymətlər
7.3.1 Şuntun müqavimət qiyməti elə olmalıdır ki, müvafiq hissənin yarımbənd 7.3.1 –də verilmiş cihazın üstün tutulan cərəyan növlərindən biri üçün yarımbənd 7.3.2 – də təyin edilmiş gərginlik düşməsi hallarından biri baş versin.
7.3.2 Şuntun nominal cərəyanı səviyyəsində gərginlik düşməsi aşağıdakı qiymətlərdən birinə uyğun gəlməlidir:
50 mV, 60 mV, 75 mV, 100 mV, 300 mV.
7.4 Tənzimləyici (lər) – mexaniki və /yaxud elektrik
Bununla bağlı heç bir tələb irəli sürülməyib.
8. MƏLUMAT, ÜMUMİ NİŞANLAR VƏ
8.1.1 Ardıcıl qoşulan rezistor (tam müqavimət) onun omla və / yaxud nominal cərəyan qiyməti ilə ifadə edilən müqavimət qiyməti (və ya nişanlanmış tezlik səviyyəsində tam müqavimət) ilə nişanlanmalıdır.
Bu qiymətlər nominal qiymət hesab eidlir və Hissə 1, yarımbənd 8.1, altbənd e)-yə əsasən tələb edilən qaydada təyin edilməlidir.
8.2 və 8.3 Bax: Hissə 1.
9. ÇIXIŞLAR ÜÇÜN NİŞANLAR VƏ
10. BU STANDARTA UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜÇÜN
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
__________________________________________________________________________________________
Çirklənmiş mühitdə istifadəsi
nəzərdə tutulan yüksək gərginlikli
izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi
Dəyişən cərəyan (d.c.) sistemləri üçün
nəzərdə tutulan keramik və şüşə izolyatorlar
__________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC/TS 60815-2:2008 “Selection and dimensioning of high-voltage insulators intended for use in polluted conditions –Part 2: Ceramic and glass insulators for a.c systems” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
________________________________________________________________________________________
Çirklənmiş mühitdə istifadəsi
nəzərdə tutulan yüksək gərginlikli
izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi
Dəyişən cərəyan d.c. sistemləri üçün
nəzərdə tutulan keramik və şüşə izolyatorlar
(IEC/TS 60815-2:2008)
Selection and dimensioning of high-voltage
insulators intended for use in polluted conditions
Ceramic and glass insulators for a.c. systems
________________________________________________________________________________________
1 TƏTBİQ SAHƏSİ VƏ MƏQSƏD
IEC/TS 60815-1 texniki spesifikasiyası d.c. sistemləri üçün nəzərdə tutulan yüksək gərginlikli sistemlərdə istifadə edilən keramik və şüşə izolyatorların çirkli mühit baxımından seçilməsində, onların müvafiq ölçülərinin təyin edilməsində tətbiq edilir.
IEC 60815 standartının bu hissəsində müəyyən çirkli mühitdə təyin edilmiş izolyatorun ehtimal edilən işləmə səviyyəsi barədə əldə edilən məlumatlara əsaslanan nəticələrin çıxarılması üçün xüsusi prinsiplər və təlimatlar verilib.
IEC 60815 standartını bu hissəsinin quruluşunun və yanaşmasının əsası IEC/TS 60815-1 standartında tam izah edilib.
Bu texniki spesifikasiyanın məqsədi istifadəçilər tərəfindən aşağıda göstərilən məqsədlərin həyata keçirilməsində vasitə rolunu oynamaqdır:
• etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğunu (ESCKVXU) sahədə çirklənmənin kəskinlik dərəcəsi (SÇKD) sinfinə əsasən təyin edilməsi;
• müxtəlif izolyator profillərinin uyğunluğunu qiymətləndirmək;
• ESCKVXU qiymətin izolyatorun forması, ölçüsü, mövqeyi və s. baxımından təshihlər etməklə lazımi SCKVXU qiymətini təyin etmək;
• tələb edildikdə, seçilmiş izolyatorların işləmə qabiliyyətini yoxlamaq üçün uyğun sınaq metodlarını və parametrlərini təyin etmək.
2 NORMATİV İSTİNADLAR
Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.
IEC 60050-471International Electrotechnical Vocabulary – Part 471: Insulators ( Beynəlxalq Elektrotexniki Lüğət – Hissə 471:İzolyatorlar)
IEC 60507Artificial pollution tests on high-voltage insulators to be used on a.c. systems ( D.C. sistemlərində istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorlar üzərində süni çirklənmə sınaqlarının aparılması)
IEC/TS 60815-1 Selection and dimensioning of high-voltage insulators for polluted conditions – Part 1: Definitions information and general principles (Çirkli mühitdə istifadəsi nəzərdə tutulan yüksək gərginlikli izolyatorların seçilməsi və ölçülərinin təyin edilməsi – Hissə 1: Anlayışlar, məlumatlar və ümumi prinsiplər)
3 TERMİNLƏR, TƏRİFLƏR VƏ İXTİSARLAR
Bu sənədin məqsədləri üçün aşağıdakı terminlərdən, təriflərdən və ixtisarlardan istifadə edilibdir. Aşağıda verilən anlayışlar IEC 60050-471 standartında verilməyib və ya həmin standartda verilənlərdən fərqlənir.
3.1 Termin və təriflər
3.2 sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu SCKVXU-izolyatorun ondan keçən ən yüksək işçi gərginliyinin o.k.q. qiymətinə bölünən sızıntı cərəyanı kanalının uzunluq qiyməti
1. Bu anlayış avadanlıq üçün fazalar arası ən yüksək gərginlik qiymətinin (d.c. sistemləri üçün adətən Um/√3) tətbiq edildiyi xüsusi sızıntı cərəyanı kanalının uzunluğu anlayışından fərqlənir. Faza- torpaq izolyasiyası üçün bu tərifə əsasən, IEC/TR 60815 (1986) standartında verilən xüsusi sızıntı cərəyanı kanalının uzunluğu əsasında bu qiymət √3 mislinə bərabərdir.
2. “Um” dair məlumat almaq üçün bax: IEV 604-03-01 (1).
3. Bu, ümumi olaraq mm/kV ilə minimum qiymət kimi ifadə edilir.
3.3 etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu ESCKVXU - bu texniki spesifikasiyaya əsasən izolyatorun ölçüsünə, profilinə, quraşdırılma mövqeyinə və s. görə təshihin aparılmasından qabaq çirklənmiş sahə üçün sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğunun ilkin və mm/kV ilə ifadə edilən qiyməti
SCKƏ sızıntı cərəyanı kanalının əmsalı
DÇES duz çöküntüsünün ekvivalent sıxlığı
HOBÇS həll oluna bilməyən çöküntünün sıxlığı
DÇS duz çöküntüsünün sıxlığı
SED sahənin ekvivalent duzluluğu
SÇKD sahədə çirklənmənin kəskinlik dərəcəsi
SCKVXU sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu
ESCKVXU etalon sızıntı cərəyanı kanalının vahid və xüsusi uzunluğu
İzolyasiyanın seçilməsi və onun ölçülərinin təyin edilməsi prosesini aşağıdakı kimi ümumiləşdirmək olar:
İlk növbədə, IEC/TS 60815-1 standartına əsasən:
• müvafiq yanaşmanı təyin etmək: mövcud bilik, zaman və resursların funksiyası kimi 1, 2 və ya 3 –cü yanaşma;
• lazımi giriş məlumatlarını, əsasən, sistem gərginliyi, izolyasiyanın tətbiqi növü (faza, dirək, vtulka və s.) barədə məlumatları toplamaq;
• ətraf mühit barədə, əsasən, sahədə çirklənmənin kəskinlik dərəcəsi və sinfi barədə məlumatların toplanması.
Bu mərhələdə, tətbiq sahələri və ətraf mühit üçün yararlı ola bilən izolyatorlar ilkin olaraq seçilməlidir.
Bundan sonra bu texniki spesifikasiyaya əsasən:
• ətraf mühit üçün yararlı olan keramik və ya şüşə izolyatorların seçilməsinə yenidən başlamaq;
• bu texniki spesifikasiyada verilən göstəricilərə və ya birinci yanaşma tətbiq edildiyi təqdirdə istismar təcrübəsinə və ya sınaq stansiyasında əldə edilən təcrübəyə əsasən izolyatorun növləri və materialları üçün etalon SCKVXU qiymətinin təyin edilməsi (Bənd 7);
• mühitin növünə uyğun profillərin seçilməsi (Bənd 8);
• profilin müəyyən parametrlərə, eləcədə də yayınma dərəcəsinə əsasən aparılan təshihlərə və ya tədbirlərə uyğunluğunu yoxlamaq (Bənd 9);
• seçilmiş izolyatorların ölçüsündən, profilindən, istiqamətindən və s. asılı olaraq müəyyən əmsallar əsasında ESCKVXU qiymətinin (birinci və ikinci yanaşmalar) dəyişdirilməsi;
• nəticə etibarilə seçilmiş izolyatorların digər sistemə və faza tələblərinə, məs. IEC/TS 60815-1 standartının ikinci cədvəlində verilən tələblərə (məs. tətbiq edilən həndəsi formalar, ölçülər, iqtisadi amillər) uyğunluğunun yoxlanılması;
• ikinci yanaşmaya əsasən tələb edildikdə, təyin edilmiş ölçülərin laboratoriya sınaqları vasitəsilə yoxlanılması (bax: Bənd 12).
Qeyd: Kifayət qədər vaxt və resurs olmadığı təqdirdə (yəni, üçüncü yanaşmanın tətbiqi) lazımi SCKVXU qiymətinin təyin edilməsində dəqiqlik dərəcəsi aşağı olacaq.
Bu texniki spesifikasiya keramik və şüşə izolyatorlara tətbiq edilir. Burada verilən təlimatlarda belə fərz edilir ki, izolyatorlar standarta uyğun istehsal edilib və onların səthində hər hansı dəyişiklik və ya emal işi aparılmayıb.
Çirkli mühitdə belə izolyatorların işləmə qabiliyyətini gücləndirmək üçün müəyyən texnologiyalar, məs. yarı –keçirici mina təbəqəsi və ya hidrofob örtüklər, tətbiq edilir. Hal –hazırda belə texnologiyalar vasitəsilə təmin edilən təkmilləşmə dərəcəsi və müddəti barədə spesifik məlumat vermək mümkün deyil.
Keramik və şüşə izolyatorların nisbi işləmə qabiliyyətinə gəldikdə, bu materiallar arasında nəzərə çarpan sabit fərq görünmür; beləliklə, şüşə və ya keramik materiallar digər materiallara nisbətən müəyyən amillərdən asılı olaraq seçilir (məs. köhnəlmə, istismar təcrübəsi, texniki xidmət proseduraları). Bu amillər hazırkı texniki spesifikasiyanın mövzusuna daxil edilib.
6 SAHƏDƏ ÇİRKLƏNMƏNİN KƏSKİNLİK
DƏRƏCƏSİNİN TƏYİN EDİLMƏSİ
Standartlaşdırma məqsədləri üçün IEC/TS 60815-1 standartında sahədə çirklənmənin kəskinlik dərəcəsini keyfiyyət baxımından xarakterizə edən beş sinif (çox yüngül çirklənmə səviyyəsindən ən ağır çirklənmə səviyyəsinə kimi) təyin edilib:
Qeyd: Bu hərflər IEC/TR 60815:1986 standartında təyin edilmiş əvvəlki siniflərin nömrələrinə birbaşa olaraq uyğun gəlmir.
Sahə üçün SÇKD sinfi IEC/TS 60815-1 standartına əsasən təyin edilib və şüşə - keramik izolyatorlar üçün etalon SCKVXU qiymətini təyin etmək üçün istifadə edilib.
Şəkil 1 –də şüşə və keramik izolyatorlar üçün nəzərdə tutulan SÇKD sinfi ilə ESCKVXU qiyməti arasındakı əlaqə göstərilir. Şəkildə göstərilən zolaqlar hər bir sinif üçün irəli sürülən tələblərə uyğun üstün tutulan qiymətləri göstərilir və IEC/TS 60815 -1 standartında təsvir edilən üçüncü yanaşma üçün tətbiq edilir.
Əgər SÇKD sinfinin qiymətləndirilməsi zaman daha yüksək qonşu sinfə meyl olarsa, onda əyrini izləmək olar.
Əgər SÇKD qiymətini dəqiq təyin edilməsi mümkündürsə (birinci və ya ikinci yanaşmalar) Şəkil 1 –də göstərilən əyriyə uyğun olaraq, bu sinif daxilində SÇKD ölçülərinin mövqeyinə uyğun ESCKVXU qiymətini götürmək tövsiyə edilir.
Şəkil 1 – ESCKVXU qiyməti SÇKD sinfinin funksiyası kimi
Müstəsna hallarda SÇKD qiyməti yüksək olduqda (bax: IEC/TS 60815-1, 8.2) minimum ESCKVXU qiyməti adekvat olmaya da bilər. İstismar təcrübəsindən və / və ya laboratoriya sınaqlarının nəticələrindən asılı olaraq daha yüksək SCKVXU qiymətindən istifadə etmək olar; bəzi hallarda təsir gücünün azaldılması faydalı ola bilər (bax: IEC/TS 60815-1, 9.5.5).
Qeyd: Belə fərz edilir ki, burada verilən ESCKVXU qiymətinə təshihlərin tətbiqi nəticəsində alınan yekun SCKVXU qiyməti kataloqda göstərilən izolyatorlar üçün təyin edilmiş sızıntı cərəyanı kanalının uzunluğuna dəqiq uyğun gəlmir. Beləliklə, dəqiq rəqəmlərə əsaslanmaq və onları təshih prosesinin sonunda müvafiq qiymətə yuvarlaqlaşdırmaq lazımdır.
8.1 Farforlu və şüşə profillərlə bağlı ümumi tövsiyələr
Cədvəl 1 –də çirklənmənin təsiri baxımında əsas profil növlərinin əsas üstün və çatışmayan cəhətlərinin qısa xülasəsi verilib.
Standart profillər barədə məlumat almaq üçün Şəkil 2 -ə bax.
Qeyd: Uzun oxlu, dirək və içiboş izolyatorlara gəldikdə isə tipik standart profillərin örtüyünün (yubkasının) maililiyi yuxarı α bucağı üzrə 14° - 24°, aşağı β bucağı üzrə 8° – 16° (Şəkil 2b-də göstərildiyi kimi) olur. Daha kiçik bucaqlar, ümumi olaraq, aerodinamik, daha geniş bucaqlar isə duman əleyhinə profil hesab edilir.
Duman əleyhinə profil
Dəyişən örtüyün düzülüşü
Çox yüngül səviyyədən orta səviyyəyə kimi olan SPS siniflərində əldə edilmiş istismar təcrübəsi. Bu zaman sızıntı cərəyanının kanalının uzun olması və ya aerodinamik cəhətdən effektiv olan profillər tələb edilmir
Aerodinamik profilə və təbii şəraitdə təmizləndiyi üçün az çirk yığılır.
Yağış, duman və.s. zamanı alt hissənin islanmasının qarşısı alınır. Sızıntı cərəyanı kanalının uzun olması
Ayrı –ayrı profil növlərinin müvafiq üstün və çatışmayan cəhətləri var: standart, açıq və ya duman əleyhinə üstün cəhətlər:
- sızıntı cərə-yanı kanalının uzun artması
- güclü islanma nəticəsində müqavimət səviyyəsinin yüksək olması
- buzlama zamanı müqavimət səviyyəsinin yüksək olması
Küləklə sovrulan çöküntülərin toplanması istisna edilmir
Çirkin tez toplanmasına şərait yaranan mühitdə, məs. tufan, tayfun və s. zamanı ümumi səthdə daha çox çirk yığılır və daha uzun izolyator hörgüsü tələb edilir. Çox yüngül səviyyədən orta səviyyəyə kimi olan SPS siniflərində əldə edilmiş istismar təcrübəsi (xüsusən də quraq və yarım-quraq ərazilərdə) və aerodinamik cəhətdən effektiv profil tələb edilir
Təbii şəraitdə təmizlənmənin aşağı səviyyədə olmasına görə alt hissədə daha çox küləklə sovrulan çöküntü toplanır
Təbi islanma vasitəsilə təmizləndiyi üçün çirk az yığılır.
Aerodinamik profillər islanma və külək vasitəsilə öz –özünü daha yaxşı təmizlədiyi üçün daha az çirk yığılır.
Sızıntı cərəyanı kanalının uzun olması
Ümumi səth çirklənir, lakin təbii şəraitdə təmizlənməsi mümkün olur
Çirkin tez toplanmasına şərait yaranan mühitdə, məs. tufan, tayfun və s. zamanı ümumi səthdə daha çox çirk yığılır və daha uzun izolyator hörgüsü tələb edilir.
Təbii şəraitdə təmizlənmənin aşağı səviyyədə olmasına görə altdakı oxun səthində küləklə sovrulan çirk çöküntüsü toplanır.
Şəkil 2 – Tipik “standart” profillər
Aerodinamik və ya açıq profillər Şəkil 3 –də, duman əleyhinə profillər isə Şəkil 4 –də göstərilir.
Şəkil 3 – Tipik “açıq” profillər
Şəkil 4 - Tipik “Duman əleyhinə” profillər
Bu texniki spesifikasiyanın məqsədlərinə uyğun olaraq izolyator örtüklərinin dəyişməsi zaman onların çıxıntısında yaranan fərq ən azı 15 mm kimi təyin edilir (bax: Şəkil 5 və 9.4).
Şəkil 5 – Tipik “dəyişən” profillər
Tipik oxlu izolyatorların örtüklərinin profilləri Şəkil 6 –da göstərilib. Ümumiyyətlər, oxlu izolyatorların profilləri duman əleyhinə olan profillərə uyğunlaşdırıla bilər və ona görə də aşağıdakı bölmələrdə onlardan ayrıca olaraq bəhs edilmir.
Şəkil 6 – Oxlu izolyatorun tipik örtüklərinin profilləri
8.2 Profilin uyğunluğu
Cədvəl 2 və 3 –də izolyatorun profilləri üçün sadə uyğunluq qiymətləri verilib. Aşağıda hər bir profilin xüsusi sahələrdə tətbiq üçün nəzərdə tutulan qiyməti standart profillə müqayisədə göstərilib:
++ uyğun, ən yaxşı seçim;
0 neytral, heç bir xüsusi üstün və ya çatışmayan cəhəti yoxdur;
- yararsız, lakin istifadə edilə bilən;
-- yararsız, mümkün olduqda bu seçimdən imtina edin.
Çirklənmə tez –tez izolyator profilinin seçilməsi üçün yeganə parametr rolunu oynamır. İzolyatorun materialına, layihəsinə, hazırlanma prosesinə və ya tətbiqinə görə müəyyən profillərdən imtina edilə bilər. Belə nəticəyə gəlmək olar ki, izolyator/ çirklənmə mühiti baxımından optimal profil mövcud olmaya da bilər. Ona görə də, az yararlı olan profillərin də tətbiqi və ya seçilməsi istisna edilmir.
Əgər yararsız profil seçilibsə və bənd 9 –da verilən profil parametrlərindən yayınmaya və ya parametrlərlə tam uyğunsuzluğa səbəb olan dəyişiklik baş verməzsə, ESCKVXU qiymətinin Şəkil 1-ə əsasən SÇKD sinfinin yuxarı sonluğuna və ya daha yüksək sinfə doğru seçilməsi tövsiyə edilir. Əgər profil parametrlərindən cüzi yayınan yararsız profil seçilərsə, onda bu profilə parametrlərdən əhəmiyyətli dərəcədə yayınan profil kimi yanaşmaq lazımdır (bax: bənd 9).
9 PROFİL PARAMETRLƏRİNİN YOXLANILMASI
9.1 Giriş üçün qeydlər
Qeyd: Aşağıdakı yarımbəndlərdə istifadə edilən profil parametrləri izolyator detalının çertyojunda göstərilən nominal layihə ölçülərinə əsaslanır. Onların məhsul standartlarına əsasən təyin edilən normal təhvil –təslim sınaqları əsasında yoxlanılması nəzərdə tutulmayıb.
Aşağıdakı profil parametrləri normal (ağ) diapazona, işləmə səviyyəsinin aşağı düşdüyü boz rəngli diapazona (cüzi yayınma) və çirklənmə mühitində işləmə səviyyəsinin mənfi təsirə məruz qala bildiyi qara rəngli diapazona (əhəmiyyətli dərəcədə yayınma) malikdir. Hər bir parametr aşağıda göstərilənlərə əsasən hesablanır və yoxlanılır. Bir parametrin yayınaraq boz rəngli sahəyə daxil olmasına, yəni cüzi dərəcədə yayınmasına yol verilir. Cüzi yayınma baş verdikdə, bənd 9 –da verilən profil parametrlərindən yayınmaya və ya parametrlərlə tam uyğunsuzluğa səbəb olan dəyişiklik baş verməzsə, ESCKVXU qiymətinin Şəkil 1 -ə əsasən SÇKD sinfinin yuxarı sonluğuna və ya daha yüksək sinfə doğru seçilməsi tövsiyə edilir. Əgər boz sahədə birdən artıq parametr mövcuddursa və ya qara sahəyə hər hansı parametr daxil olubsa, aşağıda göstərilən tədbirlərdən birini görməyi tövsiyə edirik:
– profilin istismar göstəricilərini təsdiqləmək üçün istismar və ya sınaq stansiyası təcrübəsinə əsaslanan məlumatları nəzərdən keçirin;
– alternativ profil və ya izolyator texnologiyası tapın;
– profilin işləmə qabiliyyətini sınaq vasitəsilə təsdiqləyin (bax: bənd 12).
Cədvəl 2 – Bir qurğu və ya hörgü üzrə eyni sızıntı cərəyanı kanalının olduğunu fərz etməklə, farforlu və şüşə izolyatorların profilinin uyğunluğunun standart profillə müqayisə əsasında təyin edilməsi
Duman əleyhinə profil
Diskşəkilli/ Uzun oxlu
Dənizdən aralı ərazi (aşağı çirklənmə səviyyəsi)
Standart profil “0” səviyyəli etalon profil kimi qəbul edilib. Bu, standart profili avtomatik olaraq bütün tətbiq sahələri üçün yararlı profilə çevirmir, çünki müəyyən hallarda, sızıntı cərəyanı kanalının lazımi uzunluğunu izolyatorun tələb edilən uzunluğu daxilində təmin etmək mümkün olmur.
Dəyişən örtüyün düzülüşü əsasın açıq profil kateqoriyasına daxil edilib.
Tufan və ya buna bənzər digər hadisələrə görə çirklənmənin tez baş verdiyi ərazilər üçün nəzərdə tutulan açıq profildə standart və ya duman əleyhinə profillərlə müqayisədə daha qısa müddətdə çirk yığılacaq, çünki onun yararlılığın bu mühitdə aşağı düşə bilər.
Cədvəl 3–Eyni izolyasiya uzunluğunu fərz etməklə, farforlu və şüşə izolyatorların profilinin uyğunluğunun standart profillə müqayisə əsasında təyin edilməsi
Duman əleyhinə profil
Diskşəkilli/ Uzun oxlu
Dənizdən aralı ərazi (aşağı çirklənmə səviyyəsi)
Standart profil “0” səviyyəli etalon profil kimi qəbul edilib. Bu, standart profili avtomatik olaraq bütün tətbiq sahələri üçün yararlı profilə çevirmir, çünki müəyyən hallarda, sızıntı cərəyanı kanalının lazımi uzunluğunu izolyatorun tələb edilən uzunluğu daxilində təmin etmək mümkün olmur.
Dəyişən örtüyün düzülüşü əsasın açıq profil kateqoriyasına daxil edilib.
Tufan və ya buna bənzər digər hadisələrə görə çirklənmənin tez baş verdiyi ərazilər üçün nəzərdə tutulan açıq profildə standart və ya duman əleyhinə profillərlə müqayisədə daha qısa müddətdə çirk yığılacaq, çünki onun yararlılığın bu mühitdə aşağı düşə bilər.
Profilin dəyişən örtüklü və ya örtüksüz profil kimi təsnifatı izolyatorun xortumundan ən uzun və ya ən qısa örtüyün uclarına kimi olan çıxıntının uzunluq fərqinə əsasən verilir.
Örtüyün bucağı əsasən yastı (< 5º) və ya həddən artıq uzun (> 35º) olmadıqda, onun çıxıntısı öz – özlüyündə yeganə mühüm parametr ola bilməz. Bu parametr dəyişən örtük diametrinə malik profillərlə müqayisədə bir formalı örtük diametrinə malik profillərin təyin edilməsi üçün faydalıdır. Bununla belə, örtüyün çıxıntısında mövcud olan böyük fərq qiymətləri buzlu, qarlı və güclü yağışlı mühitdə şaquli izolyatorların təyin edilməsi üçün faydalı ola bilər.
Başlıqlı və oxlu izolyatorlara və ya çox örtüklü izolyatorlara tətbiq edilmir.
9.3 Aralıq məsafəsinin örtük çıxıntısına olan nisbəti
Aralıq məsafəsinin örtük çıxıntısına olan nisbəti eyni diametrli (aralıqlı) ardıcıl örtüyün iki oxşar nöqtələri ilə maksimum örtük çıxıntısı arasındakı şaquli məsafədən ibarətdir.
Bu parametrə, o cümlədən 9.5, 9.6 və 9.7 –ci yarımbəndlərdə göstərilən parametrlərə örtüklər arası məsafə daxil edilib və bu, örtüklər arası qövsün körpü yaratdığı “qısa qapanma” hallarının qarşısının alınması üçün vacibdir.
Başlıqlı və oxlu izolyatorlara və ya çox örtüklü izolyatorlara tətbiq edilmir.
9.4 Örtüklər arasında minimum məsafə
c qiyməti eyni diametrə malik olan iki yanaşı örtük arasındakı minimum məsafəni ifadə edir və bu qiymət yuxarı örtüyün kənar haşiyəsinin ən aşağı nöqtəsindən eyni diametrə malik olan növbəti örtüyə kimi perpendikulyar xətt çəkməklə ölçülür.
Minimum məsafənin qiyməti izolyator profilinin qiymətləndirilməsi üçün nəzərdə tutulan daha mühüm xüsusiyyətlərdən biridir. Kiçik örtük Aralıqlarında örtüklər arası qövsün yaranması sızıntı cərəyanı kanalının uzunluğunu artırmaqla izolyatorun işləmə qabiliyyətinin gücləndirilməsinə göstərilən səylərə mənfi təsir göstərə bilər.
Başlıqlı və oxlu izolyatorlara və ya çox örtüklü izolyatorlara tətbiq edilmir.
9.5 Sızıntı cərəyanı kanalının uzunluğunun aralıq məsafəyə olan nisbəti
d qiyməti izolyasiya edən hissənin iki nöqtəsi arasındakı və ya izolyasiya edən hissədə hər hansı nöqtə ilə metal hissədəki nöqtə arasındakı düz istiqamətli hava məsafəsini ifadə edir.
l qiyməti yuxarıdakı iki nöqtə arasında sızıntı cərəyanı kanalının ölçülmüş uzunluğunu ifadə edir.
l/d - istənilən bölmədə təyin edilən, məs. başlıqlı və oxlu izolyatorun aşağı hissəsində təyin edilən ən yüksək nisbəti ifadə edir.
Sızıntı cərəyanı kanalının uzunluğunun aralıq məsafəsinə olan nisbətinin təyin edilməsi quru zolaqlar və ya nataraz hidrofobluq yarandıqda qövslərlə körpünün yaranması riskini yoxlamaq üçün həyata keçirilən daha lokal yoxlamalıdır. Bu, həmçinin. profilin dərin və dar hissələrində çirkin yığılmasının qarşını almaq üçün də əhəmiyyət kəsb edir.
9.7 Sızıntı cərəyanı kanalının uzunluq əmsalı
SCKƏ qiyməti l/S qiymətinə bərabərdir.
l - izolyatorun sızıntı cərəyanı kanalının ümumi nominal uzunluğunu ifadə edir;
S - izolyatorun boşalma məsafəsini ifadə edir.
Başlıqlı və oxlu izolyatorların SCKƏ qiyməti 5 və ya daha artıq izolyatordan ibarət hörgü üçün təyin edilir.
Sızıntı cərəyanı kanalının uzunluq əmsalı həmin kanalın uzunluğunun ümumi sıxlığını qlobal səviyyədə yoxlanılmasına xidmət edir. Əgər yarımbənd 9.1, 9.2 və 9.3 –də irəli sürülən tələblərə cavab verilərsə, sızıntı cərəyanı kanalının uzunluq əmsalına qoyulan tələbə adətən avtomatik olaraq cavab verilir.
10 ESCKVXU QİYMƏTİNİN DÜZƏLİŞİ
10.1 Giriş üçün qeydlər
Aşağıdakı düzəlişlər, vəziyyətdən asılı olaraq, yuxarıdakı Bənd 9 –ə əsasən təhlilin aparılmasından sonra təyin edilən sızıntı cərəyanı kanalının vahid və xüsusi etalon uzunluğuna (ESCKVXU) tətbiq edilir. Bütün əmsallar vuran ədəd olub aşağıdakı qaydada təyin edilir:
Düzəliş edilmiş SCKVXU = ESCKVX x Ka x Kad
10.2 Ka hündürlük səviyyəsinə uyğun təshihin aparılması
Hündürlük səviyyəsinin davam gətirilə bilən impuls gərginliyinə göstərdiyi təsir ümumiyyətlə izolyatorun çirkli mühitdə davam gətirmə qabiliyyətinə onun göstərdiyi təsirdən güclüdür. Ümumiyyətlə, daha yüksək hündürlük səviyyələrində impuls gərginliyi üçün izolyasiyanın uzunluğunun artırılması sızıntı cərəyanı kanalının uzunluğunun kifayət qədər artması ilə nəticələnir. Bu o deməkdir ki, izolyatorun alıcısı tərəfindən başqa cür təyin edilmədiyi təqdirdə, adətən Kad = 1 olur. Əgər bütün bunlara baxmayaraq, təshihin aparılması tələb edilərsə, əsasən istismar təcrübəsinin qazanılmadığı 1500 metrdən yüksək səviyyələrdə bu təshih [1] nömrəli mənbəyə əsasən tətbiq edilə bilər.
10.3 İzolyatorun Kad diametrinin təshihi
Uzun oxlu dirək və içiboş izolyatorlar üçün orta Da diametri aşağıda göstərilən qaydada təshih edilir:
Kad = 0,000 5 Da + 0,85 - Da 300 mm -ə bərabər və ya ondan böyük olduqda.
Orta Da diametri aşağıdakı qaydada təyin edilir:
Burada D(x) bir elektroda əsasən ölçülmüş sızıntı cərəyanı kanalının x uzunluğunun qiymətini, l isə izolyatorun sızıntı cərəyanının ümumi nominal uzunluğunu ifadə edir.
Yuxarıdakı tənlik aşağıda göstərilən sadə əlaqə əsasında təxmin edilə bilər:
Da = (2Dt + Ds1 +Ds2)/4
(Ds1=Ds2 -dəyişməyən örtüklər üçün)
Mürəkkəb örtük əvəzlənmələrinə gəldikdə isə, surətə bir diametr, məxrəcə isə iki diametr əlavə edir.
Şübhə və ya fikir ayrılığı yarandıqda bu təxminetmədən istifadə edilməməlidir.
Qeyd: Bu təshihdə böyük diametrli izolyatorların davam gətirmə qabiliyyətinin zəiflədilməsi və çirklənmə səviyyəsinin aşağı düşməsi nəzərə alınıb. Şəkil 7 –də göstərilən nöqtəli xətt, çirkin toplanma səviyyəsinin azalması təsirini nəzərə almadan, ekvivalent təshihi göstərir (məs. süni çirklənmə sınaqlarında).
Şəkil 7 – Kad qiyməti izolyator diametrinin funksiyası kimi
11 SIZINTI CƏRƏYANI KANALININ TƏLƏB
EDİLƏN MİNİMUM NOMİNAL UZUNLUĞUNUN
ESCKVXU qiymətini Bənd 10–a əsasən təshih etdikdən sonra, müəyyən hədlər daxilində (sistem, ölçü və s.) seçilmiş izolyatorun növü üçün təyin edilmiş sızıntı cərəyanı kanalının ən yaxın uzunluq qiymətini yuvarlaqlaşdıraraq, həmin izolyatorun sızıntı cərəyanı kanalının minimum yekun uzunluğu təyin edilir.
Məsələn, seçilmiş müəyyən başlıqlı və oxlu izolyator üçün yekun SCKVXU qiyməti 36,5 mm/kV kimi təyin edilir. Bu zaman sistemin maksimum faza – torpaq gərginliyi 228 kV -dır. Ona görə də sızıntı cərəyanı kanalının tələb edilən minimum uzunluğu 228 mm x 36,5 mm = 8 322 mm olur. Hər bir başlıqlı və oxlu izolyatorun sızıntı cərəyanı kanalının uzunluğu 380 mm olub, 21,9 ölçü vahidi tələb edir. Ona görə də sızıntı cərəyanı kanalının minimum yekun uzunluğu 22 mm x 380 mm = 8 360 mm olacaq.
12 SINAQ VASİTƏSİLƏ TƏSDİQLƏMƏ
12.1 Giriş üçün qeydlər
İzolyatorun seçilməsi və onun ölçülərinin təyin edilməsi üçün tətbiq edilən laboratoriya sınaqlarının ümumi prinsipləri IEC/TS 60815-1 standartında təsvir edilib. Laboratoriya sınağı uzun müddətli davamlılıq gərginliyi və çirklənmənin kəskinlik dərəcəsinə qarşı tələb edilən müqavimət səviyyəsi baxımından təyin edilir.
12.2 Uzun müddətli davamlılıq gərginliyinin təyin edilməsi
Laboratoriya sınağının aparıldığı uzun müddətli davamlılıq gərginliyi izolyatorun istismarı zaman mövcud ola bilən maksimum d.c. işçi gərginliyinə bərabərdir.
Qeyd 1: Uzun müddətli və müvəqqəti olaraq gərginlik səviyyələrinin həddən artıq artdığı sistemlərdə, məs. torpaqda qısa qapanmanın aradan qaldırılmadığı sistemlərdə uzun müddətli davamlılıq gərginliyinin seçilməsi zaman müvəqqəti olaraq həddən artıq artan gərginliyin səviyyəsi nəzərə alınmalıdır.
Sınaqlar aşağıda göstərilən şərtlər altında daha qısa izolyator hissələri üzərində aparıla bilər:
• Uzun müddətli davamlılıq gərginliyi izolyatorun izolyasiya etmə uzunluğunun vahidinə uyğun olaraq ən az eyni gərginlik qradiyenti yaratmaq üçün tənzimlənməlidir.
• Çox hissəli izolyator qurğuları birdən artıq izolyatordan ibarət olan aqreqat kimi sınaqdan keçməlidir.
• Başlıqlı və oxlu izolyator hörgüləri ən azı 3 izolyatordan ibarət olmalıdır.
Qeyd 2: İzolyasiya uzunluğu dedikdə cərəyan keçən və torpağa birləşdirilmiş metal sonluqlu fitinqlərin bərkidilmə nöqtələri, o cümlədən izolyatorun uzunluğu boyu mövcud aralıq metal hissələr arasında ən qısa məsafə başa düşülür və bu zaman idarəedici halqalar nəzərə alınmır.
12.3 Çirkli mühitdə standart davamlılıq sınağının növünün seçilməsi
Sahədə mövcud olan çirklənmənin növünə, izolyatorun növünə və cərəyanın verilmə tərzinə əsasən müvafiq sınaq metodu seçilir. IEC 60507 standartında verilən sınaqlar d.c. sistemləri üçün nəzərdə tutulan keramik və şüşə izolyatorlara birbaşa olaraq tətbiq edilir.
Ümumi qayda olaraq, bərk qatın sınağı A tipli çirklənmə, duz dumanı sınağı isə B tipli çirklənmə üçün tövsiyə edilir.
Hər hansı sahəyə xas olan çirklənmənin kəskinlik dərəcəsinə qarşı tələb edilən müqavimət səviyyəsinin tətbiqə yararlılığı,
8.3 tətbiq edilən sınaq metodunun nəzərdə tutulan mühitə xas olub olmadığından asılıdır, və
8.4 seçilmiş laboratoriya sınağı metoduna xas olan təxminetməyə və hədlərə əsasən məhdudlaşdırılır.
Nəzərdə tutulan sahəni standart laboratoriya sınağı ilə uyğun formada yoxlamaq mümkün olmadıqda, qeyri–standart və ya sifarişçi tələblərinə uyğunlaşdırılmış laboratoriya sınağı metodlarının istifadəsi lazım gələ bilər. Belə metodlar barədə daha geniş məlumat almaq üçün bax: CIGRÉ 158 (1).
12.4 Süni çirklənmə sınağının parametrləri
Çirklənmə sınağının kəskinlik dərəcəsi, avadanlığa ən yüksək gərginliyin tətbiq edildiyi zaman izolyasiyanın istismar meyarlarına uyğun olaraq kəskinlik dərəcəsinə qarşı davamlılığının müəyyən edilməsinə əsasən təyin edilir.
Deterministik metodlar üçün çirklənmə sınağının kəskinlik dərəcəsi və ya statistik metodlar üçün lazımi olan istismar xüsusiyyətləri aşağıdakı Cədvəl 4 - ə əsasən təyin edilə bilər.
Cədvəl 4 – Süni çirklənmə sınağı ilə təsdiqlənən sınaq parametrləri
Standart davamlılıq sınağı
Bərk təbəqə sınaqları
DÇES və HOBÇS qiymətlərinin təyin edilməsi üçün sahədə qeyri – standart davamlılıq sınağının aparılması. Bu, spesifik sahəyə xas olan avadanlığı təyin edir.
və ya (üstün tutulur):
Aşağıdakı, siyahıdan seçilmiş kəskinlik dərəcəsində (DÇS) və sahəyə xas olan DÇES qiymətindən yuxarı olan ilk qiymət əsasında standart davamlılıq sınağının aparılması
Çirklənməyə göstərdiyi təsir qiymətləri təyin edilmiş və ya təyin edilə bilən aşağıdakı parametrlər üzrə sınağın kəskinlik dərəcəsi aşağıda göstərilən qaydada tənzimlənə bilər:
HOBÇS: Əgər sahənin HOBÇS qiyməti 0,1 mq/sm² – dən yüksəkdirsə, aşağıdakı mərhələlərə uyğun olaraq DÇS sınağını aparın:
0,1< HOBÇS ≤0,2 (mq/sm²)
0,2< HOBÇS ≤0,4 (mq/sm²)
0,4< HOBÇS ≤0,8 (mq/sm²)
Əgər HOBÇS qiyməti 0,8 mq/sm -dən yüksəkdirsə, onda ölçülmüş HOBÇS səviyyəsində qeyri –standart sınağı aparın.
Diametr: Orta diametri 400 –dən böyük olan izolyatorlar üçün DÇS sınağı bir mərhələ ilə qısaldılmalıdır.
Bu avadanlığın SÇKD sinfinə uyğunluğunu təyin edir.
Alternativ olaraq, laboratoriya sınaqları üçün nəzərdə tutulan DÇS qiyməti IEC/TS60815-1 standartı Əlavə F-də verilən prinsiplərə və istismar zamanı qeydə alınan DÇES qiymətinə əsasən təyin edilə bilər.
Digər hallarda isə, tipik qeyri -standart sınaq üzrə bərk təbəqənin sınaq parametrlərini təyin etmək üçün duz növlərinin, islanmanın və s. təsirləri barədə əlavə məlumatı (1), (2) nömrəli mənbələrdən əldə etmək olar.
U50 əyrisini istənilən SÇKD tərəfində təyin edilmiş DÇES səviyyəsində əldə edilmiş iki sınaq nəticəsinə uyğun olaraq təyin edin. Boşalma riskini təyin etmək üçün statistik təhlildə əyrinin parametrlərindən istifadə edin.
0,0124 – 0,017 6 – 0,025 – 0,0353 – 0,05 – 0,070 5 – 0,1 – 0,141 – 0,20 – 0,4 – 0,8 – 1,0 –1;41, 2,0 …(mq/sm)
SED qiymətindən yüksək olan ilk qiymət əsasında aşağıdakı siyahıdan seçilmiş duzluluq qiymətinə uyğun olaraq standart davamlılıq sınağı aparın
Alternativ olaraq, laboratoriya sınaqları üçün nəzərdə tutulan duzluluq qiyməti IEC/TS 60815-1 standartı Əlavə F-də verilən prinsiplərə və istismar zamanı təyin edilən SED qiymətinə əsasən müəyyən edilə bilər
U50 və ya davamlılıq əyrisini istənilən SED tərəfində mövcud olan duzluluq səviyyəsinin ən azı iki sınaq nəticəsinə uyğun olaraq təyin edin. Boşalma riskini təyin etmək üçün statistik təhlildə əyrinin parametrlərindən istifadə edin.
Standart duzluluq qiymətləri
2,5 – 3,5 – 5 – 7 – 10 – 14 – 20 – 28 – 40 – 56 – 80 – 112 – 160 – 224 (kq/m³)
12.5 Təsdiqləmə meyarları
Çirklənmənin tələb edilən və ya daha yüksək kəskinlik dərəcəsində aparılan davamlılıq sınaqlarından keçən izolyatorlar nəzərdə tutulan tətbiq sahəsi və ya şərtlər üçün ölçüləri düzgün təyin edilmiş izolyatorlar hesab edilir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “29” yanvar 2015-ci il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
________________________________________________________________________________________
Hissə I- Ümumi Aspektlər
_________________________________________________________________________________________
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart IEC/TS 60479-1 “Effects of current on human beings and livestock. Part 1: General aspects” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Bu standartda əvvəlki nəşrlə bağlı aşağıda göstərilən mühüm texniki dəyişikliklər daxil edilib:
– UT = 25 V – dən 200 V – qədər d.c (dəyişən cərəyan) 50/60 Hers toxunma gərginliyi səviyyəsində, quru, hidrofil və şorsulu mühitdə, təmasda olan geniş, orta və kiçik səthlər üzrə əhalinin 50 – % həcminə əsasən bədənin ümumi ZT tam müqaviməti.
– Əsas mətndə verilmiş müvafiq izahlarla birlikdə Şəkil 16- da göstərilən ölçmələrə əsasən quru mühitdə təmasda olan geniş təmas sahələri üzrə UT toxunma gərginliyi səviyyələrini və əl vasitəsilə keçən d.c. cərəyan cığırı üzrə IT toxunma cərəyanı səviyyələrini ölçən ossiloqraflar.
– Əsas mətndə verilmiş müvafiq izahlarla birlikdə Şəkil 16-da göstərilən ZT (5%) bədən müqavimətinə əsasən UT = 220 V –dən 380 V d.c. - ə kimi cərəyan axınının, əl ilə keçən və toxunma gərginliyinin istiqamətinin kəsişdiyi elektrik qəzalar barədə statistik məlumatlar əsasında insanlar üçün hesablanmış və aparılan təcrübələr əsasında itlər, donuzlar və qoyunlar üçün toplanmış fibrilyasiya məlumatı.
– Şəkil 10-20-də 10 mA - dan 5 mA – a kimi B Əyrisinin dəyişməsi: əsas mətndə verilən müvafiq izahlarla birlikdə şərti zaman / cərəyan zonalarına məxsus d.c. cərəyanının (15 Hersdən 100 Hersə kimi) insanlara göstərdiyi təsirlər barədə məlumat.
– Əsas mətndə verilmiş izahlarla birlikdə şəkil 23-də verilmiş 60 Herslik sinusoidal cərəyan səviyyəsi üzrə yolverilən cərəyan
– standartın strukturunun yenilənməsi
IEC 60479 standartı Cərəyanın insanlara və mal – qaraya göstərdiyi təsirlər adlı ümumi başlıq altında verilən aşağıdakı hissələrdən ibarətdir:
Hissə I: Ümumi aspektlər
Hissə II: Xüsusi aspektlər:
Bölmə 1: 100 Hersdən yuxarı tezlikdə dəyişən cərəyanın göstərdiyi təsirlər
Bölmə 2: Cərəyanın xüsusi dalğa formalarının göstərdiyi təsirlər
Bölmə 3: Qısa müddətli tək impulslu bir istiqamətli cərəyanın göstərdiyi təsirlər
Hissə III: Mal – qaranın bədənindən keçən cərəyanların göstərdiyi təsirlər
Hissə IV: İldırım zərbələrinin insanlara və mal – qaraya göstərdiyi təsirlər
Bu standartda elektrik təhlükəsizliyi üzrə tələblərin müəyyən edilməsində istifadə üçün nəzərdə tutulan və sarsıdıcı cərəyanın insanlara və mal- qaraya göstərdiyi təsirlər üzrə əsas təlimatlardan bəhs edilir.
Bu spesifikasiyanın şərhində hər hansı səhvə yol verməmək üçün bir fikri vurğulamaq lazımdır ki, burada verilən məlumatlar heyvanlar üzərində aparılan təcrübələrin nəticələrinə və digər klinik müşahidələrə əsasən toplanmış məlumatlara əsaslanır. Yalnız qısa müddətli sarsıdıcı cərəyanla aparılan bir neçə təcrübə insanlar üzərində həyata keçirilmişdir.
Mövcud dəlillərə, əsasən də heyvanlar üzərində aparılan araşdırmalardan əldə edilmiş dəlillərə əsaslanan göstəricilər o qədər mühafizəkardır ki, bu standart yaşından və çəkisindən asılı olmayaraq uşaqlar da daxil olmaqla normal fizioloji vəziyyətdə olan şəxslərə tətbiq edilir.
Bununla belə bəzi aspektlər, məs. xətaların yaranma ehtimalı, cərəyan keçən və ya xətalı hissələrlə təmasda olma ehtimalı, toxunma gərginliyi ilə xəta gərginliyi arasındakı nisbət, qazanılmış təcrübələr, texniki uyğunluq və iqtisadi amillər nəzərə alınmalıdır. Təhlükəsizlik üzrə tələbləri təyin edərkən, məs, elektrik avadanlıqlarının qoruyucu qurğularının istismar xüsusiyyətlərini təyin edərkən bu parametrləri nəzərə almaq lazımdır.
Bu spesifikasiyanın forması elektrik şokuna qarşı mühafizə tələblərinin müəyyən edilməsinin əsasını təşkil edən və indiyə kimi toplanaraq - cü texniki komitə tərəfindən istifadə edilən nəticələrin yekun xülasəsini vermək üçün qəbul edilmişdir. Vacib sayılan bu nəticələrin BEK nəşrinin belə məlumatla ehtiyac duyulan ölkələrdə və digər BEK komitələrində təlimat vəsaiti kimi əsaslandırılması üçün kifayət dərəcədə olması hesab edilir.
Bu texniki spesifikasiya elektrik cərəyanının ölümlə nəticələnməsinə əsas səbəb olan mədəciklərin fibrilyasiyası hədlərinə tətbiq edilir. Kardioloji fiziologiya və fibrilyasiya hədləri üzrə bu yaxınlarda aparılmış elmi araşdırmanın nəticələrinin təhlili əsas fiziki parametrləri, xüsusən də, cərəyan axınının müddətinin göstərdiyi təsirləri daha yaxşı qiymətləndirmək imkanı verir.
IEC 60479-1 standartında müxtəlif fizioloji təsirlər üzrə bədənin tam müqaviməti və onun üçün cərəyan hədləri barədə məlumat verilir. Bu məlumatı bədəndən keçən müəyyən cərəyan cığırları, nəmişliklə təmasda olma halları və dərinin təmasda olan hissələri üzrə d.c. və s.c. toxunma gərginliyinin hədləri üzrə qiymətləri çıxarmaq üçün birləşdirmək olar. Fizioloji təsirlər üçün toxunma gərginliyinin hədləri barədə məlumat IEC 61201 standartına daxil edilmişdir.
Bu spesifikasiyada xüsusən də elektrik cərəyanının göstərdiyi təsirlərdən bəhs edilir. hər hansı qəza nəticəsində insanların və mal – qaranın məruz qaldığı zərərli təsirləri qiymətləndirərkən, elektrik sahəsinə aid olmayan digər hadisələr, o cümlədən yıxılma, istilik, yanğın və digər amillər nəzərə alınmalıdır. Bu məsələlər hazırı spesifikasiyanın həcminə daxil edilməyib lakin onlar özünəməxsus tərzdə həddən artıq kəskin təsir göstərə bilər.
Bu yaxınlarda fiziki qəzaların digər parametrləri üzrə, xüsusən də cərəyanın dalğa forması və tezliyi və insan bədəninin ümumi tam müqaviməti üzrə elmi – araşdırmalar aparılıb. IEC 60479-1 standartının 4 – cü yeni nəşrini üçüncü nəşrin məntiqi cəhətdən genişləndirilmiş və artırılmış forması hesab etmək olar.
IEC 60479-1 (üçüncü nəşr) standartının insan bədəninin tam müqavimətindən bəhs edən Bənd 2-də tam müqavimətin təmas səthinin sahəsindən asılılığı barədə az məlumat verilirdi və bu hallar yalnız quru mühitə şamil edilirdi.
Onda görə də quru, hidrofil və şorsulu mühitdə orta və kisik təmas sahələrindən, əl ilə keçən cərəyan cığırından 25 V d.c.- 50 Hers arası toxunma gərginliyi səviyyəsində istifadə etməklə 10 nəfər şəxs üzərində ölçmə işləri aparılıb. Bu ölçmələrə əsasən 5 %, 50 % və 95 % -li həcm üzrə tam müqavimət göstəriciləri hesablanıb.
Qarşısı alınmaz təhlükənin və arzuolunmaz hisslərin yaranması ehtimalına görə quru, hidrofil və şorsulu mühitdə geniş təmas səthlərinin (10 000 m – lik həcmdən başlayaraq) və quru mühitdə kiçik təmas sahələrinin (1 000 mm və 100 mmarası ölçüyə malik) istifadə edildiyi 25 V –dan başlayaraq 200 V – a kimi toxunma gərginlik səviyyələrində yalnız bir nəfər üzərində təcrübə aparılıb. Bütün bunlara baxmayaraq əhalinin 5 %, 50 % və 95 % -li həcmi üzrə ZT ümumi bədən müqavimətinin qiymətlərini təyin etmək mümkün olmuşdur. Eyni şəxs üzərində daha kiçik təmas sahələri (10 mm və 1 mm arası) və barmaq ucları arası sahələr üzrə ölçmə işləri aparılmışdır.
Əhalinin 5 %, 50 % və 95 % -li həcmi üzrə ZT ümumi bədən müqavimətinin 200 V –dan 700 V –a kimi daha yüksək gərginlik səviyyələrində daha geniş təmas səthləri üzrə qiymətlərini və daha yüksək asimptotik qiymətləri hesablamaq üçün ölü bədən üzərində ölçülmüş ZT qiymətlərini IEC 60479-1 standartının ikinci nəşrində göstərilən qiymətlərə uyğunlaşdırmaq üçün tətbiq edilən metod ölçmə işləri zamanı cansız bədənlərin müxtəlif temperatur dərəcələrini və canlılar üçün 37 °C dərəcə temperaturu nəzərə almaqla təkmilləşdirilib.
Quru, hidrofil və şorsulu mühitdə geniş, orta və kiçik təmas səthi sahələri üzrə d.c. cərəyana qarşı ZT ümumi bədən müqaviməti, eləcə də quru mühitdə daha geniş təmas sahələri üzrə d.c. cərəyana qarşı ZT ümumi bədən müqaviməti barədə əldə edilmiş cari biliyin nəticələri təqdim edilir.
Qeyd etmək lazımdır ki, ölçü ardıcıllığına müvafiq olan hədlər sağlamlıq durumundan asılı olmayaraq bütün şəxslərə (kişilərə, qadınlara və uşaqlara) şamil edilir. Tez- tez narahatçılıq doğuran məsələlər bundan yaranır, lakin əgər etirazları yaradan səbəbi araşdırsan görərik ki, bütün bu söylənilən fikirlər hər hansı təcrübədən əldə edilmiş dəlillərə əsaslanmır. Bəzi ölçmələrin nəticələri göstərir ki, kişilərlə müqayisədə qadınlar üçün qəbul edilən və yol verilən cərəyan səviyyəsi daha aşağıdır. Bunu uşaqlara da aid etmək olar.
Bundan başqa, Bənd 5-də ayaqdan keçən cərəyan cığırı üçün F ürək – cərəyan əmsalı təqdim edilir. Bu mərhələlərlə artan gərginlik səviyyələrinin yaratdığı cərəyan vurma riskinin təyin edilməsində mühüm əhəmiyyət kəsb edir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_______________________________________________________________________________________
Cərəyanın insanlara və mal – qaraya
Hissə I- Ümumi Aspektlər
(IEC/TC 60479-1-2005)
Effects of current on human beings
Part 1: General aspects
_______________________________________________________________________________________
İnsan bədənindən keçən təyin edilmiş cərəyan cığırına gəldikdə, insanların üzləşdiyi təhlükənin səviyyəsi əsasən cərəyan axınının həcmindən və müddətindən asılıdır. Bununla belə, aşağıdakı bəndlərdə göstərilmiş zaman / cərəyan zonalarını bir çox hallarda elektrik şokuna qarşı mühafizə tədbirlərinin layihəsini hazırlayarkən birbaşa olaraq tətbiq etmək mümkün olmur. Burada zəruri meyar toxunma gərginliyi üçün zaman funksiyası kimi yol verilən həddi təyin etməkdir (yəni, insan bədənindən keçən və toxunma cərəyanı adlanan cərəyan və bədənin tam müqaviməti). Cərəyan və gərginlik arasında mövcud olan əlaqə xətti deyil, çünki insan bədəninin tam müqaviməti toxunma gərginliyinə görə fərqlənir və ona görə də bu əlaqə barədə məlumatın olması tələb edilir. İnsan bədəninin müxtəlif hissələri (məs. dəri, qan, əzələlər və digər toxumalar və oynaqlar) elektrik cərəyanına qarşı müqavimətli və həcmi komponentlərdən təşkil edilmiş müəyyən tam müqavimət göstərir.
Bədənin tam müqaviməti üzrə qiymətlər bir sıra amillərdən, xüsusən də, cərəyan cığırından, cərəyan axınının müddətindən, dəridəki nəmliyin səviyyəsindən, təmas səthinin sahəsindən, göstərilən təzyiqdən və temperatur səviyyəsindən asılıdır.
Bu texniki spesifikasiyada göstərilən müqavimət qiymətləri əsasən bəzi canlı insanlar və cansız bədən üzərində aparılmış ölçmələrə əsasən əldə edilmiş hərtərəfli yoxlanılmış eksperimental nəticələrə əsaslanır.
Dəyişən cərəyanın göstərdiyi təsirlər barədə əldə edilmiş bilik əsasən elektrik izolyasiya sistemlərində geniş tətbiq edilən 50 herslik və ya 60 herslik tezlik səviyyələrində elektrik cərəyanının göstərdiyi təsirlər üzrə müəyyən edilmiş nəticələrə əsaslanır. Bununla belə, 15 – hersdən 100 hersə kimi tezlik diapazonunda tətbiq edilə bilən bu qiymətlər 50 hers və ya 60 hers səviyyəsindəki qiymətlərlə müqayisədə bu diapazon hədləri daxilindəki daha yüksək hədd qiymətləridir. Mədəcik fibrilyasiyasının yaranma riski əsasən öldürücü elektrik qəzaları zamanı ölüm hallarına səbəb olan əsas mexanizm hesab edilir.
Sabit cərəyanla bağlı yaranan qəzalar d.c. cərəyanla bağlı tətbiq sahələrində baş verən qəzalarla müqayisədə daha az baş verir və bu zaman ölümcül elektrik qəzaları çox əlverişsiz şəraitdə, məs. mədənlərdə yaranır. Bu qismən ona görədir ki, cərəyanın vurduğu hissələrin bədəndən ayrılması nisbətən asan olur və elektrik şokunun müddəti ürək siklinin dövründən daha uzun olur və dəyişən cərəyanla müqayisədə mədəciyin fibrilyasiya həddi əhəmiyyətli dərəcədə yüksəkdir.
Qeyd: IEC 60479 standartının nəşrlərində müxtəlif fizioloji təsirlər üzrə bədənin tam müqaviməti və bədən üçün cərəyanın hədləri barədə məlumat verilir. Bu məlumata əsasən bədəndən keçən müəyyən cərəyan cığırları, nəmişliklə təmasda olma halları və dərinin təmas sahələri üzrə d.c. və s.c. toxunma gərginliyi səviyyələrinin qiymətlərini çıxarmaq olar. Fizioloji təsirlər üzrə toxunma gərginliyinin hədləri barədə məlumat IEC 61201 standartında verilib.
2. NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.
IEC 61201:1992 Extra-low voltage (ELV) – Limit values (Ən aşağı gərginlik)-Gərginliklər həddi
Guide 104:1997 The preparation of safety publications and the use of basic safety publications and group safety publications (Qayda – Təhlükəsizlik üzrə nəşrlərin hazırlanması və əsas təhlükəsizlik və qrup təhlükəsizlik üzrə nəşrlərdən istifadə )
3. TERMİN VƏ TƏRİFLƏR
Bu standartda müvafiq tərifləri ilə aşağıdakı terminlərdən istifadə edilib:
3.1.1 uzunluq cərəyanı: İnsan bədəninin gövdəsinin uzunluğu boyu məs. əldən ayaqlara kimi hərəkət edən cərəyan
3.1.2 kəsişən cərəyan: İnsan bədəninin gövdəsindən, məs. əldən ələ hərəkət edən cərəyan
3.1.3 insan bədəninin daxili tam müqaviməti Zi: İnsan bədəninin iki hissəsi ilə təmasda olan iki elektrod arasındakı və dəri müqavimətini nəzərə almayan tam müqavimət
3.1.4 dərinin müqaviməti Zs: Dərinin üzərindəki elektrodla aşağıdakı keçirici toxumalar arasındakı tam müqavimət
3.1.5 insan bədəninin tam müqaviməti ZT: Daxili tam müqavimətin və dərinin tam müqavimətinin vektor cəmi (əlavə məlumat almaq üçün bax şəkil 1)
3.1.6 insan bədəninin ilkin müqaviməti R0: Toxunma gərginliyi yaranan zaman cərəyanın ən yüksək qiymətini məhdudlaşdıran müqavimət
3.1.7 quru mühit: Normal daxili mühit şərtləri altında hərəkət etməyən canlı insanda mövcud olan nəmişlik dərəcəsi baxımından dərinin təmas sahəsinin vəziyyəti
3.1.8 hidrofil mühit: Dərinin kommunal su təchizatından gələn suya 1 dəqiqə məruz qalan təmas səthi (orta müqavimət: ρ = 3 500 Ω sm, pH = 7 - 9)
3.1.9 şorsulu mühit: Dərinin suyun tərkibində NaCl məhlulunun 3 % - ə 1 dəqiqə ərzində məruz qalan təmas sahəsinin vəziyyəti (orta müqavimət: ρ = 30 Ω sm, pH = 7 – 9)
Qeyd: Şorsulu mühitin tərləyən insanın dərisinin vəziyyətini və ya dəniz suyunda olan insan dərisinin vəziyyətini simulyasiya etməsi fərz edilir. Əlavə araşdırmaların aparılması zəruridir.
3.1.10 yayınma əmsalı FD: Əhalinin prosentil həcmi üzrə verilmiş ZT ümumi bədən müqavimətinin təyin edilmiş gərginlik səviyyəsində əhalinin 50 % - lik prosentil həcmi üzrə ZT ümumi bədən müqavimətinə bölünməsi
3.2 15 hersdən 100 hersə kimi tezlik diapazonunda sinusoidal dəyişən cərəyanın göstərdiyi təsirlər
3.2.1 qavrama həddi: Toxunma cərəyanının onun bədənindən keçdiyi insanda hər hansı hiss yaratmağa qabil olan minimum qiyməti
3.2.2 reaksiya həddi: Toxunma cərəyanının qeyri – ixtiyari əzələ sıxılmasına səbəb olan minimum qiyməti
3.2.3 buraxma həddi: Toxunma cərəyanının elektrodu tutan şəxsə onu buraxmaq imkanı verən maksimum qiyməti
3.2.4 mədəcik fibrilyasiyasının həddi: Toxunma cərəyanının insan bədənindən keçərək mədəcik fibrilyasiyası yaradan minimum qiyməti
3.2.5 ürək – cərəyan əmsalı F: Sol əldən ayaqlara axan eyni həcmli toxunma cərəyanı üzrə ürəkdəki elektrik sahəsinin gücünü (cərəyan sıxlığına) təyin edilmiş cərəyan cığırı üzrə ürəkdəki elektrik sahəsinin gücü ilə (cərəyan sıxlığına) əlaqələndirən əmsal
Qeyd: Ürəkdə cərəyan sıxlığı elektrik sahəsinin gücünə mütənasib olur.
3.2.6 ürək siklinin zəif dövrü: Kifayət qədər həcmə malik elektrik cərəyanı tərəfindən təsirləndikdə ürək toxumalarının müxtəlif həssaslıq səviyyələrində olduğu və mədəcik fibrilyasiyasının baş verdiyi ürək siklinin nisbətən kiçik hissəsi
Qeyd: Ürək siklinin zəiflik dövrü ürək siklinin təxminən 10 % - i təşkil edən elektrokardioqramdakı T formalı dalğanın birinci hissəsinə uyğun gəlir. (əlavə məlumat almaq üçün bax şəkil 17-18 ).
3.3 Sabit cərəyanının göstərdiyi təsirlər
3.3.1 bədənin ümumi müqaviməti RT: İnsan bədəninin daxili müqaviməti ilə dərinin müqavimət səviyyələrinin məcmusu
3.3.2 s.c. (sabit çərəyan) / d.c. (dəyişən cərəyan) ekvivalentlik əmsalı k: Sabit cərəyanın mədəcik fibrilyasiyasının yaratma ehtimalı olan dəyişən cərəyanın ona ekvivalent olan o.k.d. qiymətinə olan nisbəti
Qeyd: Buna misal olaraq bir ürək sikli dövründən uzun olan şok müddətləri və mədəciyin fibrilyasiyasının 50 % lik yaranma ehtimalı üçün 10 s üzrə ekvivalentlik əmsalı təxminən aşağıdakı kimi olur.
(əlavə məlumat almaq üçün bax şəkil 20-22)
3.3.3 yuxarı istiqamətli cərəyan: İnsan bədənindən keçdikdə ayaqların müsbət polyarlıq yaratdığı sabit toxunma cərəyanı
3.3.4 aşağı istiqamətli cərəyan: İnsan bədənindən keçdikdə ayaqların mənfi polyarlıq yaratdığı sabit toxunma cərəyanı
4. İNSAN BƏDƏNİNİN TAM ELEKTRİK MÜQAVİMƏTİ
İnsan bədəninin tam müqaviməti bir sıra amillərdən və xüsusilə də cərəyanın cığırından, cərəyan axınının müddətindən, dəri nəmliyinin səviyyəsindən, təmas səthinin sahəsindən, göstərilən təzyiqdən və temperatur səviyyəsindən asılıdır.
İnsan bədəninin tam müqavimətini əks etdirən sxemli diaqram Şəkil 1-də verilib.
4.1 İnsan bədəninin daxili tam müqaviməti (Zi)
İnsan bədəninin daxili tam müqaviməti əsasən rezistiv hesab edilə bilər. Bu müqavimətin qiyməti cərəyan cığırından və az dərəcədə təmas səthinin sahəsindən asılıdır.
Qeyd: Ölçmələr göstərir ki, kiçik həcmli komponent mövcuddur ( bax şəkil 1 göstərilən qırıq xətlər.
Şəkil 2-də əl ilə ayaq arasında olan cərəyan cığırı ilə bağlı faizlə ifadə edilən və insan bədəninin müxtəlif hissələrinin daxilin dam müqaviməti göstərilir.
Əllər arası və ya əl ilə ayaqlar arasında olan cərəyan cığırı üçün tam müqavimət səviyyələri əsasən müəyyən bədən üzvlərində (qollarda və qıçlarda) mövcuddur. Əgər bədənin gövdəsinin tam müqavimətinə məhəl qoyulmursa onda şəkil 3-də göstərilən sadələşdirilmiş dövrə sxemini yaratmaq olar.
Qeyd: Dövrə sxemini sadələşdirmək üçün qolların və qıçların eyni tam müqavimət qiymətlərinə malik olması fərz edilir.
4.2 Dərinin tam müqaviməti (Zs)
Dərinin tam müqavimətini müqavimət səviyyələrinin və həcmi müqavimətlərin şəbəkəsi hesab etmək olar.
Onun strukturu yarı – izolyasiyalı qatdan və keçirici ünsürlərdən (məsamələrdən) təşkil edilib. Cərəyan artdıqca dərinin tam müqaviməti aşağı düşür. Bəzən cərəyanın buraxdığı müəyyən izləri müşahidə etmək mümkündür. (əlavə məlumat almaq üçün bax: 4.7).
Dərinin tam müqavimət qiyməti gərginlikdən, tezlikdən, cərəyan axınının müddətindən, təmas səthinin sahəsindən, təmas təzyiqindən, dəridəki nəmliyin səviyyəsindən və dərinin növündən asılıdır.
Aşağı səviyyəli toxunma gərginliyinə qarşı dərinin tam müqavimət qiyməti, hətta bir şəxs üçün təmas səthinin sahəsində və vəziyyətinə (quru, nəm və tərli), temperatur səviyyəsinə, daha sürətli tənəffüsə və s. görə çox dəyişir. Daha yüksək toxunma gərginliyi səviyyəsində gəldikdə isə, dərinin tam müqaviməti əhəmiyyətli dərəcədə azalır və dəri tam zədələndikdə cüzi dərəcədə qalır.
Tezlik səviyyəsinin göstərdiyi təsirə gəldikdə, dərinin tam müqaviməti tezlik artdıqca aşağı düşür.
4.3 İnsan bədəninin tam müqaviməti (ZT)
İnsan bədəninin tam müqaviməti rezistiv və həcmi komponentlərdən ibarətdir.
Aşağı səviyyəli toxunma gərginliyinə gəldikdə, dərinin ZS tam müqavimətindən əhəmiyyətli dərəcədə dəyişmələr mövcuddur və insan bədəninin ZT tam müqaviməti də eyni zamanda yüksək səviyyədə dəyişir. Daha yüksək səviyyəli toxunma gərginliyinə gəldikdə isə, ümumi tam müqavimətin dərinin tam müqavimətindən asılılığı getdikcə azalır və onun qiyməti Zi daxili tam müqavimətinin qiymətinə yaxınlaşır. Əlavə məlumat almaq üçün bax şəkil 4-9.
Tezlik səviyyəsinin göstərdiyi təsir baxımından dərinin tam müqavimətinin tezlik səviyyəsindən asılılığını nəzərə aldıqda insan bədəninin tam müqaviməti sabit cərəyana qarşı daha yüksək olur və bu müqavimət tezlik artdıqca aşağı düşür.
4.4 İnsan bədəninin daxili tam müqavimətinə təsir göstərən amillər (R0)
Toxunma zamanı gərginlik yarandıqda insan bədənindəki həcmi müqavimət səviyyələri yüklənmir. Ona görə də dərinin ZS1 və ZS2 tam müqavimət səviyyələri cüzi olur və R0 ilkin müqaviməti təxminən insan bədəninin Zi daxili tam müqavimətinə bərabər olur (əlavə məlumat almaq üçün Şəkil 1 baxın). R0 ilkin müqaviməti əsasən cərəyan cığırından və az dərəcədə təmas səthinin sahəsindən asılıdır.
R0 ilkin müqaviməti qısa impulslu cərəyanın ən yüksək qiymətlərinə hədd qoyur (məs. elektrik çəpərinin kontrollerlərinin yaratdığı şoklar)
4.5 İnsan bədəninin ümumi tam müqavimətinin (ZT) qiymətləri
Şəkil 7, 8, 9 - da UT = 25 V d.c. - 200 V d.c. toxunma gərginliyi səviyyələrində quru, hidrofil, və şorsulu mühitdə təmas səthinin kiçik, orta və geniş sahələri üzrə (müvafiq olaraq 10 000 mm, 1000 mmvə 100 mm ölçülü) əhalinin 50 % lik prosentil həcminə uyğun insan bədəninin ümumi ZT tam müqaviməti göstərilib.
4.5.1 Geniş təmas sahələri üzrə 50 / 60 hers tezlik səviyyələrində mövcud olan sinusoidal dəyişən cərəyan
Cədvəl 1, 2, 3-də verilən ümumi bədən müqaviməti səviyyələri üzrə qiymətlər canlıq insan varlıqları üçün, quru (Cədvəl 1), hidrofil (Cədvəl 2) və şorsulu (Cədvəl 2) mühitdə geniş təmas sahələrində (10 000 mm –lik həcm ardıcıllığı) əllər arası cərəyan cığırı üçün tətbiq edilir.
Şəkil 4- də əhalinin 50 % - lik prosentil həcmi üzrə quru, hidrofil və şorsulu mühitdə təmas səthinin geniş sahələrində 700 V –a qədər toxunma gərginliyi səviyyələr üzrə ümumi bədən müqavimətinin dərəcəsi göstərilir.
Cədvəl 1, 2, 3-də qiymətlər böyüklər üçün insan bədəninin ümumi ZT tam müqaviməti barədə ən güclü biliyə əsaslanır. Uşaqlar üçün insan bədəninin ümumi ZT tam müqaviməti barədə mövcud biliyə əsasən həmin qiymətlər eyni həcm ardıcıllığında lakin bir qədər yüksək olur.
Cədvəl 1 – Quru mühitdə təmas səthinin geniş sahələri üzrə 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti
1. Aparılan bəzi ölçmələr göstərir ki, əl ilə ayaq arasındakı cərəyan cığırına qarşı bədənin ümumi tam müqaviməti əllər arası cərəyan cığırına qarşı ümumi tam müqavimət səviyyəsindən bir qədər aşağıdır. (10 % - 30 %).
2. Canlı insanlar üçün ZT qiymətləri təxminən 0, 1 s cərəyan axını müddətinə uyğun gəlir. Daha uzun müddətlərə gəldikdə, ZT qiymətləri azala bilər (təxminən 10 % - 20 %) və dəri tamamilə parçalandıqdan sonra ZT bədənin daxili müqaviməti olan Zi qiymətinə yaxınlaşır.
3. 230 Voltluq standart gərginlik qiymətinə gəldikdə, (şəbəkə sistemi 3N ≈ 230/400 V) fərz etmək olar ki, bədənin ümumi tam müqaviməti üzrə qiymətlər 225 Voltluq toxunma gərginliyi üzrə qiymətlərlə eynilik təşkil edir.
4. ZT qiymətləri 25 Ω - ə yuvarlaqlaşdırılır.
Cədvəl 2 – Hidrofil mühitdə təmas səthinin geniş sahələri üzrə 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti
1. Aparılan bəzi ölçmələr göstərir ki, əl ilə ayaq arasındakı cərəyan cığırına qarşı bədənin ümumi tam müqaviməti əllər arası cərəyan cığırına qarşı ümumi tam müqavimət səviyyəsindən bir qədər aşağıdır. (10 % - 30 %).
2. Canlı insanlar üçün ZT qiymətləri təxminən 0, 1 s cərəyan axını müddətinə uyğun gəlir. Daha uzun müddətlərə gəldikdə, ZT qiymətləri azala bilər (təxminən 10 % - 20 %) və dəri tamamilə parçalandıqdan sonra ZT bədənin daxili müqaviməti olan Zi qiymətinə yaxınlaşır.
3. 230 Voltluq standart gərginlik qiymətinə gəldikdə, (şəbəkə sistemi 3N ≈ 230 / 400 V) fərz etmək olar ki, bədənin ümumi tam müqaviməti üzrə qiymətlər 225 Voltluq toxunma gərginliyi üzrə qiymətlərlə eynilik təşkil edir.
4. ZT qiymətləri 25 Ω - ə yuvarlaqlaşdırılır.
Cədvəl 3 – Şorsulu mühitdə təmas səthinin geniş sahələri üzrə 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti
1. Aparılan bəzi ölçmələr göstərir ki, əl ilə ayaq arasındakı cərəyan cığırına qarşı bədənin ümumi tam müqaviməti əllər arası cərəyan cığırına qarşı ümumi tam müqavimət səviyyəsindən bir qədər aşağıdır. (10 % - 30 %).
2. Canlı insanlar üçün ZT qiymətləri təxminən 0, 1 s cərəyan axını müddətinə uyğun gəlir. Daha uzun müddətlərə gəldikdə, ZT qiymətləri azala bilər (təxminən 10 % - 20 %) və dəri tamamilə parçalandıqdan sonra ZT bədənin daxili müqaviməti olan Zi qiymətinə yaxınlaşır.
3. 230 Voltluq standart gərginlik qiymətinə gəldikdə, (şəbəkə sistemi 3N ≈ 230 / 400 V) fərz etmək olar ki, bədənin ümumi tam müqaviməti üzrə qiymətlər 225 Voltluq toxunma gərginliyi üzrə qiymətlərlə eynilik təşkil edir.
4. ZT qiymətləri 25 Ω - ə yuvarlaqlaşdırılır.
Cədvəl 1-3-də göstərilən qiymətlər A Əlavəsində təsvir edildiyi kimi, cansız bədən və canlı varlıqlar (böyüklər, kişilər və qadınlar) üzərində aparılan ölçmələrin nəticələrinə əsaslanır.
Hidrofil mühitdə təxminən 125 Voltdan yüksək və şorsulu mühitdə təxminən 400 Voltdan yüksək gərginlik səviyyələrində insan bədəninin ümumi tam müqavimət qiyməti onun quru mühitdəki tam müqavimət qiyməti ilə eynilik təşkil edir (əlavə məlumat almaq üçün bax Şəkil 4).
4.5.2 Kiçik və orta təmas sahələrində 50 / 60 Hers tezlik səviyyəsində sinusoidal dəyişən cərəyan
Zi daxili bədən müqavimətinin və R0 ilkin bədən müqavimətinin qiymətləri (əlavə məlumat almaq üçün bax: 4.6) yalnız az dərəcədə təmas səthinin sahələrindən asılıdır.
Bununla belə, təmas səthinin sahəsi çox kiçik olduqda bir neçə kvadrat millimetr ardıcıllığı ilə qiymətlər artır.
Dəri zədələndikdən sonra ( təxminən 100 Voltluq toxunma cərəyanı üzrə və uzunmüddətli cərəyan axınından sonra) ZT bədənin daxili müqaviməti olan Zi qiymətinə yaxınlaşır və yalnız aşağı dərəcədə təmas səthinin sahəsindən və onun nəmlik dərəcəsindən asılı olur.
Əlavə A – da UT = 25 V və 200 V toxunma gərginliyi səviyyəsində quru, hidrofil və şorsulu mühitdə 50 hers d.c. cərəyanın təsir göstərdiyi təmas səthinin sahəsində insan bədəninin ZT ümumi tam müqaviməti üzrə canlıq insanlar üzərində aparılmış ölçmə işləri təsvir edilir.
Qeyd: 200 Voltdan yuxarı toxunma gərginliyi səviyyələri üçün canlı və cansız bədənlərin hidrofil və şorsulu mühitində təmas səthləri üzrə ZT ümumi tam müqaviməti barədə heç bir məlumat yoxdur.
Şəkil 5-də 25 V - 200 V, d.c. 50 Hers, toxunma gərginliyi səviyyəsində quru mühitdəki təmas səthi sahəsində ( 1 mm – dan təxminən 8 000 m – a kimi) əllər arası cərəyan cığırı üzrə insan bədəninin ZT ümumi tam müqavimətinin asılılığı bir şəxs zərində aparılmış təcrübə əsasında göstərilir.100 Voltdan aşağı olan toxunma gərginliyi səviyyəsində və bir neçə mm ardıcıllığına malik kiçik təmas səthləri üçün aparılan ölçmələrdəki yayınmalar temperatur səviyyəsindən, təzyiqdən, ovucun içindəki hissələrdən və s. asılı olaraq, orta hesabla + 50 % - ə çata bilər.
Şəkil 6-da 25 V - 200 V gərginlik diapazonunda d.c. 50/60 Hers üzrə toxunma gərginliyi yarandıqda sağ və sol şəhadət barmaqlarının ucları arasındakı (təxminən 250 mm təmas səthi) ZT ümumi tam müqavimətinin asılılığı göstərilir.
Şəklil 6-ya əsasən 200 V toxunma gərginliyi səviyyəsində bir şəhadət barmağının natamam müqavimətinin 1 000 Ω ardıcıllığında olduğunu hesablamaq mümkündür.
Şəkil 5- 6-da insan bədəninin ZT ümumi tam müqaviməti üzrə ölçmələr yalnız canlı insan bədəni üzərində aparılmışdır.
Canlı varlıqların 5 %, 50 % və 95 % prosentil həcmi üzrə əldə olan məlumatlara əsasən quru, hidrofil və şorsulu mühitdə geniş, orta və kiçik təmas səthləri üçün (müvafiq olaraq 10 000 mm, 1000 mmvə 100 mm ölçülü) insan bədəninin ümumi ZT tam müqaviməti aşağıdakı kimi təqdim edilir:
• UT = 25 V - 1 000 V, d.c.50/60 Hers toxunma gərginliyi səviyyələrində quru, hidrofil və şorsulu mühitdə geniş təmas səthləri üçün qiymətlər Cədvəl 1, 2, 3 –də təqdim edilib;
• UT = 25 V - 200 V d.c. 50/60 Hers toxunma gərginliyi səviyyələrində quru, hidrofil və şorsulu mühitdə orta təmas səthləri üçün qiymətlər Cədvəl 4, 5, 6 -da təqdim edilib;
• UT = 25 V - 200 V d.c. 50/60 Hers toxunma gərginliyi səviyyələrində quru, hidrofil və şorsulu mühitdə kiçik təmas səthləri üçün qiymətlər Cədvəl 7, 8, 9-da təqdim edilib;
Cədvəl 4 – Quru mühitdə təmas səthinin orta sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
Cədvəl 5 – Hidrofil mühitdə təmas səthinin orta sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
Cədvəl 6 – Şorsulu mühitdə təmas səthinin orta sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
Cədvəl 7– Şorsulu mühitdə təmas səthinin orta sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
Cədvəl 8 – Hidrofil mühitdə təmas səthinin kiçik sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
Cədvəl 9 – Şorsulu mühitdə təmas səthinin kiçik sahələri üzrə UT = 25 V - 200 V d.c. 50 / 60 Hers tezlik səviyyəsində əllər arası d.c. cərəyan cığırı üçün insan bədəninin ümumi ZT tam müqaviməti (qiymətlər 25 Ω - ə yuvarlaqlaşdırılır)
4.5.3 20 kilohersə kimi tezlik səviyyəsində olan sinusoidal dəyişən cərəyan
50 / 60 Hers tezlik səviyyəsində bədənin ümumi dam müqaviməti üzrə qiymətlər dərinin həcmi müqavimətinin təsirinə görə daha yüksək tezlik səviyyələrində, 5 kilohersdən yuxarı səviyyələrdə və Zi daxili bədən müqaviməti üzrə azalır.
Əlavə B-də 10 V və 25 V toxunma gərginliyi səviyyələrində 20 kilohersə kimi tezlik səviyyələrində insan bədəninin ümumi tam müqaviməti üzrə ölçmələrin nəticələri göstərilir.
Şəkil 10-da 25 hers – 20 hers arası tezlik səviyyələrində 10 voltluq toxunma gərginliyi səviyyəsində geniş təmas səthində əllər arası cərəyan cığırı üzrə ZT ümumi bədən müqaviməti göstərilir.
Şəkil 11-də 25 hers – 2 kilohers arası tezlik səviyyələrində 25 voltluq toxunma gərginliyi səviyyəsində geniş təmas səthində əllər arası cərəyan cığırı üzrə ZT ümumi bədən müqavimətinin tezlik səviyyəsindən asılılığı göstərilir. Bu nəticələrə əsasən 50 hers – 2 kilohers arası tezlik səviyyələrində 10 V – 1000 V toxunma gərginliyi səviyyəsində quru mühitdə və geniş təmas səthində əhalinin 50 % prosentil həcmi üzrə əllər arası və ya əl ilə ayaq arası cərəyan cığırına qarşı ZT ümumi bədən müqavimətinin asılılığını göstərən əyrilər təyin edilib. Bu əyrilər Şəkil 12-də göstərilib.
Qeyd: Hidrofil və şorsulu mühitdə heç bir ölçmə işi aparılmayıb.
Insan dərisinin həcmi müqavimətinin bloklayıcı təsirinə görə təxminən 200 Volta kimi toxunma gərginliyi səviyyələrində sabit cərəyana qarşı RT ümumi bədən müqaviməti dəyişən cərəyana qarşı bədənin ZT ümumi tam müqavimətindən güclüdür.
Əlavə C - də quru mühitdə təmas səthinin geniş sahələri üçün ümumi bədən müqaviməti sabit cərəyanla ölçülmüşdür.
Qeyd: Hidrofil və şorsulu mühitdə heç bir ölçmə işi aparılmayıb.
Sabit cərəyan üzrə RT ümumi bədən müqavimətinin C Əlavəsində təsvir edilən üsulla təyin edilmiş qiymətləri Cədvəl 10-da təqdim edilir. (fasiləsiz cərəyan xətləri barədə məlumat almaq üçün bax Şəkil 13).
Hidrofil və şorsulu mühitdə təmas səthinin geniş sahələri üzrə RT ümumi bədən müqaviməti Cədvəl 2, 3 -ə əsasən lazımi dəqiqliklə təyin edilə bilər və bu zaman 100 voltdan aşağı gərginlik diapazonunda d.c. və s.c. arasında mövcud ola bilə kiçik ZT fərqləri nəzərə alınmır. Digər bütün hallar üçün d.c. üzrə cədvəllər xətası artırılmış qiymət kimi istifadə edilə bilər.
Cədvəl 10 – Quru mühitdə təmas səthinin geniş sahələri üzrə əllər arası d.c. cərəyan cığırı üçün RT ümumi bədən müqaviməti
1. Aparılan bəzi ölçmələr göstərir ki, əl ilə ayaq arasındakı cərəyan cığırına qarşı bədənin RT ümumi müqaviməti əllər arası cərəyan cığırına qarşı ümumi tam müqavimət səviyyəsindən bir qədər aşağıdır. (10 % - 30 %).
2.Canlı insanlar üçün RT qiymətləri təxminən 0, 1 s cərəyan axını müddətinə uyğun gəlir. Daha uzun müddətlərə gəldikdə, ZT qiymətləri azala bilər (təxminən 10 % - 20 %) və dəri tamamilə parçalandıqdan sonra RT bədənin ilkin müqaviməti olan Ro qiymətinə yaxınlaşır.
3. ZT qiymətləri 25 Ω - ə yuvarlaqlaşdırılır.
4.6 İnsan bədəninin ilkin müqavimətinin qiyməti (R0)
Əllər arası və ya əl ilə ayaq arası cərəyan cığırı üçün insan bədəninin ilkin müqaviməti R0 əhalinin 5 % - lik prosentil həcmi üzrə d.c. və s.c. üçün 500 Ω - ə bərabər götürülür. Əhalinin 50 % və 95 % - lik prosentil həcmi üzrə qiymətlər müvafiq olaraq 750 Ω və 1 000 Ω - ə bərabər götürülə bilər. bu qiymətlər az dərəcədə təmas səthinin sahəsindən və dərinin vəziyyətindən asılı olur (Cədvəl 1 oxşar).
Qeyd: İnsan bədəninin ilkin müqaviməti R0 üzrə qiymətlər 50 / 60 hers tezlik səviyyəsində d.c. cərəyanına qarşı ZT ümumi tam müqavimət və s.c. cərəyana qarşı R0 ümumi bədən müqaviməti üzrə asimptotik qiymətlərdən bir qədər aşağıdır, çünki kontakt yarandıqda dərinin həcmi müqaviməti və bədənin daxili həcmi müqaviməti yüklənmir.
5. 15 hers – 100 hers ARASI DİAPAZONDA SİNUSOİDAL DƏYİŞƏN CƏRƏYANIN TƏSİRLƏRİ
Bu bənddə 15 hers – 100 hers arası tezlik diapazonunda insan bədənindən keçən sinusoidal dəyişən cərəyanın göstərdiyi təsirlər təsvir edilir.
Qeyd: Əgər başqa cür təyin edilməyibsə, burada göstərilən cərəyan qiymətləri o.k.d. qiymətləridir.
Toxunma cərəyanının növlərinin və onların göstərdiyi təsirlərin nümunələri Şəkil 20-də göstərilib.
Bu hədd bir neçə parametrdən, məs. elektrodla təmasda olan bədənin hissəsindən, (təmas hissəsi) təmas hallarından (quru, nəm, təzyiqli, temperatur səviyyəsi) və eyni zamanda fərdin fizioloji xüsusiyyətlərindən asılıdır.
Bu hədd bir neçə parametrdən, məs. elektrodla təmasda olan bədənin hissəsindən, (təmas hissəsi) təmas hallarından (quru, nəm, təzyiqli, temperatur səviyyəsi) və eyni zamanda fərdin fizioloji xüsusiyyətlərindən asılıdır.
Bu texniki spesifikasiyada zamandan asılı olmayan 0.5. mA qiyməti keçirici səthə toxunduqda göstərilən reaksiyanın həddi üçün nəzərdə tutulub. bu texniki
Bu sənəddə hərəkətsizlik dedikdə, elektrik cərəyanının təsirinə məruz qalmış insanının bədəninin ( və ya onun hər hansı hissəsinin) ixtiyari olaraq hərəkət edə bilməməsi nəzərdə tutulur.
Elektrik cərəyanı əzələlərə təsir göstərdikdə cərəyan əzələlərdən və ya ona bağlı əsəb sistemindən yaxud beyindəki əlaqəli hissələrdən keçir.
Hərəkətsizliyə səbəb olan cərəyan qiymətləri təsirə məruz qalmış əzələlərin həcmindən, əsəb sisteminin növündən və cərəyanın təsirinə məruz almış beynin hissələrindən asılıdır.
Buraxma həddi bir neçə parametrdən, məs. elektrodla təmasda olan bədənin hissəsindən, (təmas hissəsi) təmas hallarından (quru, nəm, təzyiqli, temperatur səviyyəsi) və eyni zamanda fərdin fizioloji xüsusiyyətlərindən asılıdır. Bu texniki spesifikasiyada 10 mA qiyməti yaşlı kişilər üçün nəzərdə tutulub.
Bu sənəddə 5 mA qiyməti bütün əhaliyə şamil edilir (əlavə məlumat almaq üçün 23- cü Şəklə baxın).
5.5 Mədəcik fibrilyasiyasının həddi
Mədəcik fibrilyasiyasının həddi fizioloji parametrlərdən (bədənin anatomiyası, ürəyin funksiyasının vəziyyəti və s.) o cümlədən elektrik parametrlərindən ( cərəyan axınının cığırı və müddəti, cərəyanın xüsusiyyəti və s.) asılıdır. Ürəyin fəaliyyəti Şəkil 17-18-də göstərilib.
Sinusoidal d.c. (50 Hers və ya 60 Hers) gəldikdə, əgər həmin cərəyanı ürək siklindən uzun müddətə davam edirsə onda fibrilyasiya həddində əhəmiyyətli dərəcədə azalma olacaq. Bu təsir cərəyanla induksiya olan ekstrasistollarına görə ürəyin təsirlənmə vəziyyətində artmaqda olan dəyişiklikdən irəli gəlir.
0.1 – dən qısa şok müddətləri üzrə 500 mA –dan yuxarı cərəyan həcminə əsasən fibrilyasiya yarana bilər və şok zəifləmə dövründə yaranarsa onda bu fibrilyasiya bir neçə amper ardıcıllığına malik cərəyan həcmi üzrə də yarana bilər. Bu cür intensivliyə və bir ürək siklindən uzun müddətə malik şoklar yarandıqda ürək fəaliyyətinin dayanması halı baş verə bilər.
Bir ürək dövründən uzun müddəti olan cərəyan axını üzrə Şəkil 19-da heyvanlar üzərində aparılan təcrübələrə və insanlar üçün elektrik qəzaları üzrə statistik məlumatlar əsasında aparılan hesablamalara əsasən mədəcik fibrilyasiyasının hədləri arasında müqayisə aparılır.
Heyvanlar üzərində aparılmış təcrübələrin nəticələrini insanlara uyğunlaşdıran zaman c1 empirik əyrisi (bax: Şəkil 20) şərti olaraq sol əldən ayaqların hər ikisinə gedən cərəyan cığırı üçün təyin edilir və bu əyridən xaricdə fibrilyasiyanın yaranma ehtimalı çox aşağıdır. 10 ms və 100 ms arasında cərəyanın təsirinə qısa müddətdə məruz qalmalar üzrə ən yüksək səviyyə 500 mA –dan 400 mA – a qədər azalan xətt kimi seçilib. Elektrik cərəyanları barədə əldə edilmiş məlumatların əsasında 1 saniyədən uzun müddətlər üçün daha aşağı səviyyə 1 saniyədə 50 mA –dan 3 saniyədən daha uzun müddətə 40 mA –a qədər azalan xətt kimi seçilib. Hər iki səviyyə hamar əyrilərlə birləşdirilib.
Heyvanlar üzərində aparılmış təcrübələrinin statistik qiymətləndirilməsinə əsasən müvafiq olaraq. fibrilyasiyanın təxminən 5 % - lik və 50 % -lik yaranma ehtimalını müəyyən edən c2 əyrisi və c3 (20 – ci şəklə baxın) əyrisi təyin edilib. c1, c2 və c3 əyriləri sol əldən ayaqların hər ikisinə gedən cərəyan cığırı üçün tətbiq edilir.
5.6 Elektrik şokları ilə bağlı olan digər təsirlər
Digər elektrik təsirləri məs. əzələlərin sıxılması, qan təzyiqinin artması ürək impulslarının formalaşmasında və keçməsində yaranan pozuntular (o cümlədən arterial fibrilyasiya və keçici ritmlərdə yaranan pozuntular) yarana bilər. Bu təsirlər ümumiyyətlə ölümə səbəb olmur.
Bir neçə saniyədən artıq müddətə davam edən bir neçə amperli cərəyan vurduqda dərin yanıqlar və digər daxili fiziki zədələr yarana bilər. Səth yanıqları da müşahidə edilə bilər.
Yüksək gərginlikli qəza zamanı mədəciyin fibrilyasiyası yaranmaya lakin ürək fəaliyyətinin müxtəlif dayanma formaları baş verə bilər. Bu, qəzaların statistikasında göstərilib və heyvanlar üzərində aparılmış təcrübələrlə təsdiqlənib. Bununla belə bu halları fərqləndirmək üçün hal – hazırda əldə kifayət qədər məlumat yoxdur.
Mədəciyin fibrilyasiyası öldürücü təsirə malikdir, çünki, bu zaman tələb edilən oksigeni daşıyan qan axınının qarşısı alınır. Mədəciyin fibrilyasiyasında səbəb olmayan digər elektrik qəzaları da öldürücü təsirə malik ola bilər. Yaranan digər təsirlər nəticəsində tənəffüs fəaliyyəti dayana bilər və hətta təsirə məruz qalmış şəxs kömək üçün qışqıra bilməz. Digər əlaqəli təsir mexanizminə tənəffüsə nəzarətdə funksional pozğunluğun yaranması, tənəffüs əzələlərinin iflici, həmin əzələlərə hərəkətə gətirən əsəb yollarının zədələnməsi, və beynin gövdəsində tənəffüsə nəzarət mexanizminin sıradan çıxması daxil edilə bilər. Əgər bu təsirlər daimidirsə onda ölüm halı qaçılmaz olur. Əgər insan bu ikitərəfli təsirə üstün gəlirsə onda təcili olaraq ona süni nəfəs verilməlidir. Buna baxmayaraq həmin şəxsin hələ də ölmə ehtimalı var. Əgər cərəyan kritik hissələrdən, məs. onurğa beynindən və ya tənəffüsə nəzarət mərkəzindən keçirsə ölüm halı baş verə bilər. Nəzərdə tutulan bu təsirlər və hədlər hə tam müəyyən edilməyib.
Yüksək transmembran elektrik sahələri hüceyrələri, xüsusən də uzun nazik hüceyrələri məs. skelet əzələlərinin hüceyrələrini zədələyə bilər. Bu termal təsir deyil. Bunu, məs. yüksək həcmli və qısa müddətli cərəyanı insan bədənindən keçirməklə müşahidə ediblər (məs. yüksək gərginlikli cərəyan paylayıcı xətlərlə ani təmas yaradaraq). Plazmolemmalardan keçən yüksək elektrik sahələri həmin membranlarda məsamələrin yaranmasına səbəb ola bilər. Bu təsir elektroporasiya (elektro – məsamə) adlanır. Həmin məsamələr sabit ola, nəticə etibarilə tutula, qeyri – sabit ola, genişlənə və plazmolemmaları parçalaya bilər. Bundan sonra toxumalar birdəfəlik zədələnə bilər. Toxumaların ölməsi də mümkündür və bu zaman zədələnmiş bədən hissələrinin amputasiyası tələb olunur. Elektroporasiya hər hansı xüsusi cərəyan həcmi və ya cərəyan cığırı və ya axını ilə məhdudlaşmır. Bununla əlaqəli qeyri – elektrik qəzaları məs. travmatik fiziki zədələri də nəzərə almaq lazımdır.
5.7 Cərəyanın dəriyə göstərdiyi təsirlər
Şəkil 14-də insan dərisində yaranan dəyişikliklərin iT cərəyan sıxlığından (mA / mm) və cərəyan axınının müddətindən asılılığı göstərilir.
Təlimat üçün aşağıdakı qiymətləri göstərmək mümkündür:
• 10 mA/mm – dən aşağı – ümumiyyətlə dəridə heç bir dəyişiklik müşahidə edilmir. Cərəyan axınının müddəti daha uzun olduqda (bir neçə saniyə) elektroddan aşağıda olan dərinin səthi qabarlaşır və bozumtul ağ rəngə çalır. (zona 0);
• 10 mA / mm and 20 mA / mm arasında - elektrodun kənarları boyu dərinin ağımtıl rəngdə şişməsi kimi dalğa yaranır və dəri qızarır (zona 1);
• 20 mA/mm and 50 mA/mm arasında - elektroddan aşağı dəriyə tərəf uzanan qəhvəyi rəng yaranır. Cərəyan axınının müddəti artdıqda ( bir neçə onluqlu saniyə) elektrodun ətrafında dəri üzərində cərəyanın qoyduğu izlər (suluqlar) müşahidə edilir. (zona 2);
• 50 mA/mm – dən yuxarı – dərinin karbonlaşması baş verə bilər (zona 3);
• geniş təmas sahələrinə gəldikdə, cərəyanın sıxlığı o qədər aşağı ola bilər ki, öldürücü cərəyan həcminə baxmayaraq dəridə heç bir dəyişiklik müşahidə edilməsin.
5.8 Zaman / cərəyan zonalarının təsviri (bax Şəkil 20)
Cədvəl 11 – d.c. 15 Hers - 100 Hers səviyyəsində əl ilə ayaq arasında cərəyan cığırı üzrə zaman / cərəyan zonaları – Şəkil 20-də zonaların xülasəsi
Qavrama mümkündür, lakin adətən “təəccüb” doğuran reaksiya yaranır
Qavrama və əzələlərin qeyri – ixtiyari yığılması ehtimalı vardır lakin adətən heç bir zərərli elektrik – fizioloji təsirlər olmur.
Güclü və qeyri – ixtiyari əzələ yığılması. Nəfəsalmanın çətinləşməsi.. Ürək funksiyasının qarşısı alına bilən pozuntuları. Hərəkətsizlik yarana bilər. Cərəyan həcminə uyğun təsirlər. Adətən orqanların zədələnməsi gözlənilmir
c3 əyrisindən xaricdə
Patoloji – fizioloji təsirlər yarana bilər, məs. ürək fəaliyyətinin dayanması, tənəffüsün dayanması v, yanıqlar və hüceyrələrə dəyən digər zədə formaları. Cərəyanın həcminə və axın müddətinə uyğun olaraq artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı.
DC-4.1 Təxminən 5 % - ə kimi artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı
DC-4.2 Təxminən 55 % - ə kimi artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı
DC-4.3 Təxminən 50 % - dən yuxarı mədəcik fibrilyasiyasının yaranma ehtimalı
200 ms – dən az müddətli cərəyan axını yarandıqda, əgər müvafiq hədlər aşılarsa, mədəciyinin fibrilyasiyasına zəiflik dövründə təkan verilir. Mədəcik fibrilyasiyası baxımından bu göstərici sol əldən ayağa axan cərəyanın təsirlərinə şamil edilir. Digər cərəyan cığırları üçün ürək – cərəyan əmsalını nəzərə almaq lazımdır.
5.9 Ürək - cərəyan əmsalının tətbiqi (F)
Ürək cərəyan əmsalına əsasən sol əldən ayağa gedən cərəyan cığırından başqa istiqamətdə axan və eyni zamanda 20 – ci Şəkildə göstərilən sol əldən ayağa istiqamətlənən müvafiq Iref kimi eyni mədəcik fibrilyasiyası təhlükəsi yaradan cərəyan cığırlarının hesablamaq mümkündür:
Şəkil 20-də göstərilən sol əldən ayağa istiqamətlənərək bədəndən keçən cərəyan cığırını ifadə edir;
Cədvəl 12-də verilmiş bədəndən keçən cərəyan cığırlarını ifadə edir;
Cədvəl 12-də verilmiş ürək – cərəyan əmsalını ifadə edir.
Qeyd: Ürək – cərəyan əmsalı mədəciyin fibrilyasiyası baxımından müxtəlif cərəyan cığırlarının yaratdığı nisbi təhlükənin təqribi hesablanması üçün nəzərdə tutulmalıdır.
Müxtəlif cərəyan cığırlar üzrə aşağıdakı ürək – cərəyan əmsalları Cədvəl 12-də verilib.
Cədvəl 12 – Müxtəlif cərəyan cığırları üzrə F ürək – cərəyan əmsalı
F ürək – cərəyan əmsalı
Sol əldən sol ayağa, sağ ayağa və ya hər iki ayağa
Hər iki əldən hər iki ayağa
Sağ əldən sol ayağa, sağ ayağa və ya hər iki ayağa
Arxa hissədən sol ələ, sağ ələ və ya hər iki ələ
Sol ayaqdan sağ ayağa
NÜMUNƏ: Əllər arası 225 mA cərəyan sol əldən hər iki ayağa doğru istiqamətlənən 90 mA cərəyan axını kimi eyni dərəcədə mədəcik fibrilyasiyası yaratma ehtimalına malikdir.
6 SABİT CƏRƏYANIN GÖSTƏRDİYİ TƏSİRLƏR
Bu bənddə insan bədənindən keçən sabit cərəyanın göstərdiyi təsirlər təsvir edilir.
1. “sabit cərəyan” termini kiçik dalğa yaratmayan sabit cərəyan mənasını verir. bununla belə, fibrilyasiyanı yaradan təsir baxımından, bu bənddə verilən məlumatlar 10 % o.k.d. qiymətindən çox olmayan sinusoidal dalğalara malik sabit cərəyana qarşı mühafizəkar xarakter daşıyır.
2. Kiçik dalğaların göstərdiyi təsirlərdən IEC 60479-2 standartının 5 – ci Fəslində bəhs edilir.
3. Müddəti 10 mikrosaniyədən qısa olan cərəyan axını barədə məlumat almaq üçün IEC 60479-2 standartının 6 – cı Fəslinə baxın.
Toxunma cərəyanının nümunəsi və onun göstərdiyi təsirlər Şəkil 21- də göstərilib.
6.1 Qavrama həddi və reaksiya həddi
Bu hədd bir neçə parametrdən, məs. elektrodla təmasda olan bədənin hissəsindən, (təmas hissəsi) təmas hallarından (quru, nəm, təzyiqli, temperatur səviyyəsi) və eyni zamanda fərdin fizioloji xüsusiyyətlərindən asılıdır. d.c. cərəyandan fərqli olaraq, yalnız cərəyanın yaranması və kəsilməsi hiss edilir və qavrama həddinin səviyyəsində cərəyan axan zaman başqa heç bir hiss yaranmır. d.c. cərəyanı ilə aparılan raşdırmalarda tətbiq edilən şərtlərlə müqayisə edilə bilən şərtlər altında reaksiya həddinin 2 mA olması müşahidə edilə bilər.
6.2 Hərəkətsizlik həddi və buraxma həddi
d.c. cərəyandan fərqli olaraq, s.c. üzrə hərəkətsizlik həddi və ya buraxma həddi təyin edilməyib. Yalnız cərəyanın vurması və kəsilməsi nəticəsində əzələlərdə ağrı yaradan sıxılmalar və qıc olmalar baş verir.
6.3 Mədəcik fibrilyasiyasının həddi
d.c. cərəyan üzrə təsvir edildiyi kimi,(bax: 5.5) s.c. cərəyanın yaratdığı mədəcik fibrilyasiyası həddi həm fizioloji, həm də elektrik parametrlərindən asılıdır.
Elektrik qəzaları üzrə əldə edilmiş məlumatlardan görünür ki, mədəciyin fibrilyasiyasının yaranma təhlükəsi ümumiyyətlə, uzununa hərəkət edən cərəyanlardan törəyir. Kəsişən cərəyanlara gəldikdə isə, heyvanlar üzərində aparılmış təcrübələr göstərir ki, daha yüksək cərəyan səviyyələrində də mədəcik fibrilyasiyası yarana bilər.
Heyvanlar üzərində aparılmış təcrübələr və elektrik qəzaları üzrə toplanmış məlumatlar göstərir ki, aşağı istiqamətli cərəyan üzrə fibrilyasiya həddi yuxarı istiqamətli cərəyan üzrə fibrilyasiya həddindən təxminən iki dəfə yüksəkdir.
Müddəti ürək siklindən uzun olan şoka gəldikdə, s.c. cərəyan üzrə fibrilyasiya həddi d.c. cərəyan üzrə fibrilyasiya həddindən dəfələrlə yüksəkdir. Müddəti 200 mikrosaniyədən qısa olan şoklara gəldikdə isə, fibrilyasiya həddi təxminən o.k.d. qiyməti ilə ölçülən d.c. üzrə fibrilyasiya həddi ilə təxminən eynidir.
Heyvanlar üzərində aparılmış təcrübələrə əsasən təyin edilmiş əyrilər uzununa, yuxarı istiqamətdə hərəkət edən cərəyanlara (ayaqda müsbət polyus olan) tətbiq edilir. Şəkil 22- də c2 və c 3 əyriləri uzununa hərəkət edən cərəyan axını heyvanın bədənindən keçərkən (yəni sol qabaq ayaqdan hər iki arxa ayaqlara doğru) onlarda müvafiq olaraq 5 % və 50 % mədəcik fibrilyasiyası yaratmaq ehtimalı olduqda cərəyanın həcminin və müddətinin hesablanmış kombinasiyalarını göstərir. c1 əyrisi heyvanlar üzərində aparılan araşdırmalara əsasən bədəndən uzununa keçən eyni cərəyan uçun hesablanmış mədəcik fibrilyasiyası ehtimalının aşağı olduğu səviyyədən aşağı cərəyan həcmi və müddəti kombinasiyalarını göstərir. Son araşdırmalar göstərir ki, cərəyan axınını hər müddəti üçün heyvanlarla müqayisə etdikdə, insanlar üçün mədəcik fibrilyasiyasının həddi cərəyanın həcmindən daha yüksək olur. Məs. sol əldən ayaqlara doğru istiqamətlənən hədd cərəyanı sağlam insan üçün uzun müddətə davam etdikdə 200 mA – dan başlayan ardıcıllığa malik olur. Bununla belə, heç də bütün insanlar sağlam ürəyə sahib deyil və bəzi xəstəliklər mədəcik fibrilyasiyasının həddinə təsir göstərə bilər. Ürəyi sağlam olmayan bəzi insanlar normal səviyyədən aşağı mədəcik fibrilyasiyası həddinə malik olur, lakin bunun azalma dərəcəsi hələ dəqiq təyin edilməyib. Ona görə də, heyvanlar üzərində aparılmış araşdırmalara əsaslanan bu şəkildə göstərilən c1 xətti xətası artırılmış qiymət olaraq insanlar üçün mədəcik fibrilyasiyasının həddini təsvir etmək üçün istifadə edilir. c1 əyrisindən aşağı cərəyan vurmasını göstərən elektrik qəzaları hələ qeydə alınmayıb. Bu onu göstərir ki, c1 əyrisi bütün insanlar üçün ola bilsin ki konservativdir. Uzununa aşağı istiqamətdə hərəkət edən cərəyan (ayaqlarda mənfi polyuslu) üzrə əyrilər təxminən 2 əmsalı ilə artan cərəyan həcminə kimi dəyişdirilir.
6.4 Cərəyanın digər təsirləri
Təxminən 100 mA – da yuxarı səviyyədə cərəyan axını zamanı bədən üzvlərinin uclarında istilik hiss edilə bilər. Təmas yaranan sahədə isə ağrılar hiss edilir.
İnsan bədənindən bir neçə dəqiqə axan və 300 mA –a kimi olan çarpaz cərəyanlar zamana və cərəyan növünə uyğun artaraq qarşısı alına bilən ürək aritmiyası, cərəyan izləri, yanıq, baş gicəllənməsinə və bəzən ürəkgetməyə səbəb ola bilər. 300 mA – dan yuxarı səviyyədə isə tez – tez huşsuzluq halı baş verir.
Saniyələrdən uzun sürən bir neçə amperlik cərəyan dərin yaraların və digər fiziki zədələrin, hətta ölüm halının baş verməsinə səbəb ola bilər.
Elektroporasiya kimi təsirlər (bax: 5.6) s.c. cərəyan dövrələri və d.c. dövrələri ilə təmasda olduqda yaranır.
Əlaqəli qeyri – elektrik qəzaları, məs. travmatik fiziki zədələr, nəzərə alınmalıdır. 6.5 Zaman / cərəyan zonalarının təsviri (bax: Şəkil 22)
Şəkil 13– Əl ilə ayaq arası s.c. cərəyan cığırı üzrə zaman / cərəyan zonaları – Şəkil -22 zonaların xülasəsi
Bədəndən cərəyan keçdikdə, kəsildikdə və ya dərhal dəyişdikdə cüzi sancma hissi yarana bilər.
Bədəndən cərəyan keçdikdə, kəsildikdə və ya dərhal dəyişdikdə əzələlərin qeyri – ixtiyari yığılması ehtimalı vardır lakin adətən heç bir zərərli elektrik – fizioloji təsirlər olmur.
B əyrisi və daha yüksək
c3 əyrisindən xaricdə
Güclü və qeyri – ixtiyari əzələ yığılması. Ürək impulslarının formalaşmasında və keçməsində qarşısı alına bilən pozuntular cərəyanın həcminə və müddətinə görə arta bilər. Hərəkətsizlik yarana bilər. Cərəyan həcminə uyğun təsirlər. Adətən orqanların zədələnməsi gözlənilmir.
Patoloji – fizioloji təsirlər yarana bilər, məs. ürək fəaliyyətinin dayanması, tənəffüsün dayanması v, yanıqlar və hüceyrələrə dəyən digər zədə formaları. Cərəyanın həcminə və axın müddətinə uyğun olaraq artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı.
SC-4.1 Təxminən 5 % - ə kimi artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı
SC-4.2 Təxminən 50 % - ə kimi artan mədəcik fibrilyasiyasının yaranma ehtimalı
SC-4.3 Təxminən 50 % - dən yuxarı mədəcik fibrilyasiyasının yaranma ehtimalı
200 ms – dən az müddətli cərəyan axını yarandıqda, əgər müvafiq hədlər aşılarsa, mədəciyinin fibrilyasiyasına zəiflik dövründə təkan verilir. Mədəcik fibrilyasiyası baxımından bu göstərici sol əldən ayağa axan cərəyanın təsirlərinə şamil edilir. Digər cərəyan cığırları üçün ürək – cərəyan əmsalını nəzərə almaq lazımdır.
F a ürək əmsalı d.c. cərəyanı kimi s.c. cərəyana da tətbiq edilir (bax: 5.8).
Zi daxili tam müqavimət
Zs1, Zs2 dərinin müqaviməti
ZT ümumi tam müqavimət
Şəkil – 2 İnsan bədəninin daxili yarımçıq Zip müqaviməti
Bu rəqəmlər əldən ilə ayaq arası cərəyan cığırı üzrə nəzərdə tutulan insan bədəninin daxili tam müqavimətinin faizini ifadə edir.
Qeyd: Verilmiş cərəyan cığırı üzrə insan bədəninin ZT ümumi tam müqavimətini hesablamaq üçün həmin bədənin bütün üzvlərinin Zip daxili yarımçıq müqavimətləri və o cümlədən təmas hissələrində dərinin tam müqavimət göstəricilərini toplamaq lazımdır. İnsan bədənindən xaricdə olan göstəricilər həmin nöqtəyə cərəyanın nüfuz etdiyi təqdirdə ümumi tam müqavimətə tam müqavimətin daxildəki hissələrinin əlavə edildiyini göstərir.
Z ip Bədənin bir ucunda olan (qol və ya qıçda) daxili yarımçıq müqavimət
Qeyd: Bir əldən ayaqlara kimi olan daxili tam müqavimət təxminən əllər arası və ya əldən ayağa kimi olan tam müqavimətin 75 % - i, hər iki əldən hər iki ayağa kimi olan tam müqavimət 50 % -i və hər iki əldən bədənin gövdəsinə kimi olan tam müqavimət isə 25 % - i təşkil edir
Quru mühitdə (Cədvəl 1)
Hidrofil mühitdə (Cədvəl 2)
Şorsulu mühitdə (Cədvəl 3)
Şəkil – 5 Toxunma gərginliyi səviyyəsində (50 Hers) və quru mühitdəki təmas sahəsində canlı insanın ZT ümumi bədən müqavimətinin asılılığı
(əlavə məlumat almaq üçün bax: (Əlavə D)
1 Təmas səthinin sahəsi 8200 mm
2 Təmas səthinin sahəsi 1250 mm
3 Təmas səthinin sahəsi 100 mm
4 Təmas səthinin sahəsi 10 mm
5 Təmas səthinin sahəsi 1 mm
(220 V səviyyəsində dərinin parçalanması)
Şəkil – 6 UT = 25 V - 200 V, d.c. 50 Hers toxunma gərginliyi diapazonunda (cərəyan axınının müddəti maksimum 25 mikrosaniyə) quru mühitdə və təmas səthinin geniş sahələrində canlı insan üzərində ölçülmüş sağ və sol əllərin arasındakı cərəyan cığırı ilə müqayisədə UT toxunma gərginliyi səviyyəsində sağ və sol barmaq uclarının arasındakı cərəyan cığırı üzrə ZT ümumi bədən müqavimətinin asılılığı
1. Təmas səthinin geniş sahələri (təxminən 8 000 mm), əllər arası cərəyan cığırı
2. Barmaq uclarının təmas sahələri (təxminən 250 mm), sağ barmağın ucu ilə sol barmağın ucu arasındakı cərəyan cığırı
Şəkil 7– UT = 25 V - 200 V d.c. 50/60 Hers toxunma gərginliyi diapazonunda və quru mühitdə təmas səthinin geniş, orta və kiçik sahələrində canlı insan varlıqlarının 50 % prosentil həcmi üzrə ZT ümumi bədən müqavimətinin asılılığı (müvafiq olaraq həcm ardıcıllığı 10 000 mm, 1 000 mm və 100 mm )
1. Cədvəl 1-ə əsasən təmas səthinin geniş sahələri, A tipli elektrodlar (həcm ardıcıllığı 10 000 mm)
2. Cədvəl 5-ə əsasən təmas səthinin orta ölçülü sahələri, B tipli elektrodlar (həcm ardıcıllığı 1 000 mm)
3. Cədvəl 8-ə əsasən təmas səthinin kiçik sahələri, C tipli elektrodlar (həcm ardıcıllığı 100 mm)
1. Cədvəl 2-ə əsasən təmas səthinin geniş sahələri, A tipli elektrodlar (həcm ardıcıllığı 10 000 mm)
2. Cədvəl 6-a əsasən təmas səthinin orta ölçülü sahələri, B tipli elektrodlar (həcm ardıcıllığı 1000 mm),
3. Cədvəl 9-a əsasən təmas səthinin geniş sahələri, C tipli elektrodlar (həcm ardıcıllığı 100 mm)
Şəkil 9– UT = 25 V - 200 V d.c. 50/60 Hers toxunma gərginliyi diapazonunda və şorsulu mühitdə təmas səthinin geniş, orta və kiçik sahələrində canlı insan varlıqlarının 50 % prosentil həcmi üzrə ZT ümumi bədən müqavimətinin asılılığı (müvafiq olaraq həcm ardıcıllığı 10 000 mm, 1 000 mm və 100 mm )
1. 3 – cü Cədvələ əsasən təmas səthinin geniş sahələri, A tipli elektrodlar (həcm ardıcıllığı 10 000 mm)
2. 7 – ci Cədvələ əsasən təmas səthinin orta ölçülü sahələri, B tipli elektrodlar (həcm ardıcıllığı 1000 mm)
3. 10 – cu Cədvələ əsasən təmas səthinin geniş sahələri, C tipli elektrodlar (həcm ardıcıllığı 100 mm)
Şəkil 10 – 10 V toxunma gərginliyi səviyyəsində və 25 hers – 20 khers tezlik diapazonunda quru mühitdə təmas səthinin geniş sahələrində əllər arası cərəyan cığırı üzrə 10 canlı insan üzərində ölçülmüş ZT ümumi tam müqaviməti
Şəkil 11– 25 V toxunma gərginliyi səviyyəsində və 25 hers – 20 khers tezlik diapazonunda quru mühitdə təmas səthinin geniş sahələrində əllər arası cərəyan cığırı üzrə bir canlı insan üzərində ölçülmüş ZT ümumi tam müqavimət
Şəkil 12– 10 V – 100 V toxunma gərginliyi diapazonunda və 50 hers – 2 khers tezlik diapazonunda quru mühitdə təmas səthinin geniş sahələrində əhalinin 50 % prosentil həcmi üzrə ZT ümumi tam müqavimətin tezlik səviyyəsindən asılılığı
Şəkil 13– d.c. 50/60 Hers and s.c. cərəyan üzrə 700 V toxunma gərginliyi səviyyəsinə kimi quru mühitdə təmas səthinin geniş sahələrində əllər arası cərəyan cığırı üzrə canlı insan varlıqlarının 50 % prosentil həcminə əsasən ZT ümumi tam müqavimət və RT bədən müqavimətinin statistik qiyməti
1. s.c. cərəyana qarşı bədənin müqaviməti RT
2. 50 herslik d.c. cərəyana qarşı bədənin tam müqaviməti ZT
Şəkil 14 – İnsan bədəninin dərisinin vəziyyətinin iT cərəyan sıxlığından və cərəyan axınının müddətindən asılı olaraq dəyişməsi (zonaların daha geniş təsvirinə baxmaq üçün 5.7 – ci yarımbəndə müraciət edin)
Zona 3 = dərinin karbonlaşması
Zona 2 = cərəyan izləri
Zona 1 = dərinin qızarması
Zona 0 = heç bir təsir yoxdur
Şəkil 15– Təmas səthinin sahəsində insan bədəninin ZT tam müqavimətinin asılılığının ölçülməsi üçün istifadə edilən elektrodlar
UT = 200 V d.c. (o.k.d. qiyməti), cərəyan axınının müddəti 6,5 ms, IT (o.k.d..) = 129 mA, toxunma cərəyanının ən yüksək həddi ITP = 420 mA, bədənin ümumi tam müqaviməti ZT = 1 550 Ω, bədənin ilkin müqaviməti R 0 = 666 Ω, qollarda, çiyinlərdə və qıçlarda güclü və ağrı hissi və əzələlərin qeyri – ixtiyari yığılması. Bu cərəyan cığırının əllər arasında olmasına baxmayaraq, bədən yuxarı qalxmışdır və bu o deməkdir ki, qıc əzələləri fəallaşmışdır.
Şəkil 16–Aparılan ölçmələrə əsasən quru mühitdə təmas səthinin geniş sahələrində əllər arası d.c. cərəyan cığırı üzrə UT toxunma gərginliyinin və IT cərəyanının ossiloqrafları
A Toxunma gərginliyinin ən yüksək səviyyəsində yaranan təmas
B Toxunma gərginliyinin sıfır kəsişməsində yaranan təmas
UT = 200 V s.c. (o.k.d. qiyməti), cərəyan axınının müddəti16,5 ms, IT (o.k.d.) = 124 mA, cərəyan ossiloqrafında dik dalğalar müşahidə edilməyib, bədənin tam ümumi müqaviməti ZT = 1 613 Ω, a) bəndində göstərilən fizioloji təsirlər yaranıb.
Şəkil 17– Ürək sikli zamanı mədəciklərin zəifləmə dövrü
Şəkil 18– Zəifləmə dövründə mədəcik fibrilyasiyasının fəallaşması - Qalvanoplastika (ECG) və qan təzyiqinin
məruz qaldığı təsirlər
Şəkil 19 – UT = 220 V and 380 V d.c. toxunma gərginliyi səviyyəsində əllər arası kəsişən istiqamətdə axan cərəyan axınını mövcud olduğu qəzalar barədə statistik məlumatlara əsasən insanlar üçün hesablanmış və it, donuz və qoyun üzərində aparılmış təcrübələr əsasında təyin edilmiş fibrilyasiya göstəriciləri (bədənin ümumi tam müqaviməti ZT (5 %))
İnsanlar üçün qəzalar barədə statistik məlumatlara əsasən hesablanmış fibrilyasiya göstəriciləri (UT = 220 V, 1,6 %, UT = 380 V, 58 %)
Itlər üçün fibrilyasiya göstəriciləri - cərəyan axınının müddəti 5 saniyədir.
Donuzlar üçün fibrilyasiya göstəriciləri – cərəyan axınının müddəti t > 1,5 ∗ ürək dövrü
Qoyunlar üçün fibrilyasiya göstəriciləri, - cərəyan axınının müddəti 3 saniyədir.
Qəzalara barədə statistik məlumatlara əsasən hesablanmış qiymətlər (müvafiq olaraq
V, 1.6 % and UT = 380 V, 58 %, IT = 110 mA and 220 mA ) (1)
Donuzlar üzərində aparılmış ölçmələrə əsasən təyin edilən statistik göstəricilər (I (5 %)
= 120 mA, I (50 %) = 180 mA)
F = 0,4 ürək – cərəyan əmsalına uyğun təshih edilən qiymətlər
UT = 200 V s.c., cərəyan axınının müddəti 20 ms, toxunma cərəyanı IT = 119 mA, toxunma cərəyanının ən yüksək qiyməti ITP = 301 mA, ümumi bədən müqaviməti RT = 1 681 Ω, bədənin ilkin müqaviməti R0 = 664 Ω, güclü, yanıq hissi və qollarda və çiyinlərdə əzələlərin qeyri – iradi dartılması.
Şəkil 22 –Yuxarı istiqamətdə uzununa hərəkət edən cərəyan cığırı üzrə insanların məruz qaldığı s.c. cərəyanının (15 Hers - 100 Hers) təsirlərinin şərti zaman / cərəyan zonaları (əlavə izahlar üçün bax Cədvəl 13)
IEC 60479-1 standartının (üçüncü nəşr,1994) insan bədəninin tam müqavimətindən bəhs edən Bənd 2-də yalnız quru mühitdə təmas səthinin sahəsinə əsasən tam müqavimətin asılılığı barədə məlumat verilir.
Onda görə də quru, hidrofil və şorsulu mühitdə orta və kisik təmas sahələrindən, əl ilə keçən cərəyan cığırından 25 V d.c.- 50 Hers arası toxunma gərginliyi səviyyəsində istifadə etməklə 10 nəfər şəxs üzərində ölçmə işləri aparılıb. Bu ölçmələrə əsasən 5 %, 50 % və 95 % prosentil həcm üzrə tam müqavimət göstəriciləri hesablanıb.
Qarşısı alınmaz təhlükənin və arzuolunmaz hisslərin yaranması ehtimalına görə quru, hidrofil və şorsulu mühitdə geniş təmas səthlərinin (10 000 m – lik həcmdən başlayaraq) və quru mühitdə kiçik təmas sahələrinin (1 000 mm və 100 mmarası ölçüyə malik) istifadə edildiyi 25 V –dan başlayaraq 200 V – a kimi toxunma gərginlik səviyyələrində yalnız br nəfər üzərində təcrübə aparılıb. Bütün bunlara baxmayaraq əhalinin 5 %, 50 % və 95 % prosentil həcmi üzrə ZT ümumi bədən müqavimətinin qiymətlərini təyin etmək mümkün olmuşdur. Eyni şəxs üzərində daha kiçik təmas sahələri (10 mm və 1 mm arası) və barmaq ucları arası sahələr üzrə ölçmə işləri aparılmışdır.
Əhalinin 5 %, 50 % və 95 % prosentil həcmi üzrə ZT ümumi bədən müqavimətinin 200 V –dan 700 V –a kimi daha yüksək gərginlik səviyyələrində daha geniş təmas səthləri üzrə qiymətlərini və daha yüksək asimptotik qiymətləri hesablamaq üçün ölü bədən üzərində ölçülmüş ZT qiymətlərini IEC 60479-1 standartının ikinci nəşrində göstərilən qiymətlərə uyğunlaşdırmaq üçün tətbiq edilən metod ölçmə işləri zamanı cansız bədənlərin müxtəlif temperatur dərəcələrini və canlılar üçün 37 °C dərəcə temperaturu nəzərə almaqla təkmilləşdirilib.
Bundan başqa, Bənd 5-də ayaqlar arası cərəyan cığırı üçün F ürək – cərəyan əmsalı təqdim edilir. Bu mərhələlərlə artan gərginlik səviyyələrinin yaratdığı cərəyan vurma riskinin təyin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Canlı və cansız insan bədəni üzərində ZT ümumi tam müqavimətin ölçülməsi və ölçmə nəticələrinin statistik təhlili
Canlı insan bədəninin ZT ümumi tam müqaviməti üzrə real qiymətləri təyin etmək üçün aşağıdakı prosedura tətbiq edilib:
1. Canlı insan bədəni üzərində aparılan ölçmələr Şəkil 15-də göstərilən elektrodlarla əllər arası cərəyan cığırına əsaslanıb.
2. Bədənin ümumi tam müqaviməti quru mühitdə geniş təmas sahələrində (şəkil 15-də A tipli elektrod) 15 V d.c. - 50 Hers səviyyəsində 100 canlı insan bədəni üzərində ölçülmüşdür. Gərginliyi tətbiq etdikdən sonra ölçmə işi 0,1 s müddətinə aparılmışdır. 5 %, 50 % və 95 % prosentil həcmi üzrə bədənin ümumi tam müqaviməti üzrə qiymətlər aşağıdakı nəticələri vermişdir.
Cədvəl A.1 – Quru mühitdə A tipli elektrodla ZT ümumi tam müqaviməti və FD yayınma əmsalları (5 % və 95 %)
1. Bədənin ümumi tam müqaviməti quru, hidrofil və şorsulu mühitdə orta ölçülü və kiçik təmas sahələrində (şəkil 15-də B və C tipli elektrodlar) cərəyan axını maksimum 25 s olmaqla 10 canlı insan bədəni üzərində ölçülmüşdür. Nəticələr cədvəl A.2 və A.3 - də verilib.
a. B tipli elektrodlar (həcm ardıcıllığı - 1 000 mm)
Cədvəl A.2 – Quru, hidrofil və şorsulu mühitdə B tipli elektrodla ZT ümumi tam müqaviməti və FD yayınma əmsalları (5 % və 95 %)
b) C tipli elektrodlar (həcm ardıcıllığı - 100 mm)
Cədvəl A.3 – Quru, hidrofil və şorsulu mühitdə B tipli elektrodla ZT ümumi tam müqaviməti və FD yayınma əmsalları (5 % və 95 %)
UT = 25 V səviyyəsində quru və hidrofil mühitdə ZT (50 %) qiymətlərinə əsasən ZT (5 % and 95 %) müqavimətinin hesablanması üçün birinci təxmində
FD (5 %) = 0,54 and FD (95 %) = 1,88
və şorsulu mühit üçün isə
FD (5 %) = 0,74 and FD (95 %) = 1,35
yayınma əmsalları seçilmişdir. Bu əmsalların təmas səthinin sahəsindən asılı olduğu fərz edilir.
4. 150 volta kimi toxunma gərginliyi səviyyəsində yuxarıdakı 1, 2 və 3 - cü yarımbəndlərdəki şərtlərə əsasən və əlavə olaraq 200 Volta kimi toxunma gərginliyi səviyyələrində 0, 03 s şok müddəti tətbiq edilməklə canlı insan bədəni üzərində ZT ümumi bədən müqavimət ölçülmüşdür.
Cərəyan cığırı və cərəyan axınının müddətləri üzrə aşağıdakı şərtlər tətbiq edilmişdir:
Sınaq qrupu A: Effektiv təmas sahəsi 8 250 mm2, elektrodlar hər iki əllə tutulmuşdur, cərəyan axınının müddəti 0,1 s (şəkil 15, A tipli elektrodlar).
Sınaq qrupu B: Effektiv təmas sahəsi 1 250 mm2, elektrodlar hər iki əllə tutulmuşdur, cərəyan axınının müddəti 75 volta kimi bir neçə saniyə və 75 Voltdan yuxarı 0.1 s (şəkil 15, B tipli elektrodlar).
Sınaq qrupu C: Effektiv təmas sahəsi 1 00 mm, elektrodlar ovucun içərisinə sıxılmışdır, cərəyan axınının müddəti 75 volta kimi bir neçə saniyə və 75 Voltdan yuxarı 0.1 s (şəkil 15, C tipli elektrodlar).
Sınaq qrupu D: Effektiv təmas sahəsi 10 mm, elektrodlar ovucun orta hissəsinə sıxılmışdır, cərəyan axınının müddəti 100 volta kimi bir neçə saniyə və 100 Voltdan yuxarı 0.1 s (şəkil 15, D tipli elektrodlar).
Sınaq qrupu E: Effektiv təmas sahəsi 1 mm2, elektrodlar ovucun orta hissəsinə sıxılmışdır, cərəyan axınının müddəti 150 volta kimi bir neçə saniyə və 150 Voltdan yuxarı 0.2 s (220 V səviyyəsində dərinin parçalanması müşahidə edilmişdir), (şəkil 15, E tipli elektrodlar).
5. 25 V- 200 V, d.c. 50 Hers toxunma gərginliyi diapazonunda, sağ və sol barmaq uclarının arasında bədənin ümumi tam müqaviməti ölçülmüşdür. (təmas səthinin sahəsi təxminən 250 mm). Gərginliyi tətbiq etdikdən sonra ölçmə işi 20 ms müddətinə aparılmışdır. Bu gərginlik toxunma gərginliyinin sıfır kəsişmə səviyyəsində tətbiq edilmişdir. Nəticələr Şəkil 6- da göstərilib.
6. Frayberqer [1] tərəfindən quru mühitdə əllər arası və ya əl ilə ayaq arası cərəyan cığırı üzrə 25 V - 5 000 V toxunma gərginliyi səviyyəsində çoxsaylı cansız bədən üzərində böyük elektrodlarla (təxminən 9 000 mm2 ) təcrübə aparılmışdır. Bədənin ümumi tam müqavimətinin qiymətləri 5 %, 50 % və 95 % prosentil həcm üzrə təyin edilmişdir. Gərginliyi tətbiq etdikdən sonra ölçmə işi 3 s müddətinə həyata keçirilmişdir.
7. 220 Volta kimi toxunma gərginliyi səviyyəsində cansız bədən üzərində geniş təmas sahələrinə əsasən bədənin ümumi tam müqavimətini təyin edərkən (bənd 6) həmin əyriləri canlı insan bədəni üzərində ölçülmüş qiymətlərə uğunlaşdırdıqda dərinin yüksək tam müqavimətinin dəyişdiyi müşahidə edilmişdir.
Bu qiymətləri uyğunlaşdırarkən, cansız bədənin temperaturunun canlı bədənin 37 °C dərəcəlik temperatur səviyyəsinə dəyişməsi nəticəsində bədənin tam müqavimətində yaranan dəyişiklik FT = 0,7 hərarət azalması əmsalı ilə nəzərə alınmışdır.
8. Bənd 1) – 4) –də təsvir edildiyi kimi, UT = 25 V - 200 V toxunma gərginliyi səviyyəsində quru, hidrofil və şorsulu mühitdə aparılan ölmələrə əsasən təyin edilmiş qiymətlər əsasında canlı insan qrupunun 50 % prosentil həcmi üzrə orta ölçülü vəə kiçik təmas sahələrində bədənin ZT (50 %) ümumi tam müqavimətini təyin etmək mümkün olmuşdur.
9. FD (5 %) və FD (95 %) yayınma əmsallarını ZT (50 %) qiymətlərinə tətbiq etməklə canlı insan qrupunun 5 % və 95 % prosentil həcminə əsasən quru, hidrofil və şorsulu mühitdə geniş, orta ölçülü və kiçik təmas sahələrində bütün qiymətləri hesablamaq mümkün olmuşdur.
Hidrofil mühitdə dərinin tam müqavimətinin cüzi səviyyədə olduğu fərz edildiyi üçün, 400 volta kimi dərinin tam müqavimətinə uyğun dəyişən quru və hidrofil mühitdəki FD (5 %) = 0,54 və FD (95 %) = 1,88 at UT = 25 V qiymətlərindən şorsulu mühitdəki FD (5 %) = 0,74 and FD (95 %) = 1,35 qiymətlərinə kimi 400 volta qədər toxunma gərginliyi səviyyəsinə qədər bu yayınma əmsalları hesablanmışdır. Bu FD qiymətləri Cədvəl A.4 – də göstərilib.
Cədvəl A.4 – Təmas səthinin geniş, orta və kiçik sahələrində, UT = 25 V - 400 V toxunma gərginliyi diapazonunda və quru, hidrofil və şorsulu mühitdə F D (5 %) və F D (95 %) yayınma əmsalları
Şorsulu mühitdə yayınma əmsalları FD (5 %) = 0,74 və FD (95 %) = 1,35 toxunma gərginliyi səviyyəsindən asılı deyil.
Bu metod vasitəsilə Cədvəl 1-3 və 4-9 -da göstərilən canlı insan qrupunun 5 %, 50 % və 94% prosentil həcminə əsasən quru, hidrofil və şorsulu mühitdə təmas səthinin geniş, orta ölçülü və kiçik sahələri üzrə insan bədəninin ZT ümumi tam müqaviməti ölçülmüşdür.
Tezlik səviyyəsinin bədənin (ZT) ümumi tam müqavimətinə təsiri
Tezlik səviyyəsinin canlı insan bədəninin ümumi ZT tam müqavimətinə göstərdiyi təsir üzrə real qiymətləri təyin etmək üçün aşağıdakı prosedura tətbiq edilmişdir:
1. Quru mühitdə böyük silindr elektrodlarından istifadə etməklə (təxminən 8 000 mm2) 25 Hers - 20 kHers diapazonunda və 10 V toxunma gərginliyi səviyyəsində 10 canlı insan bədəni üzərində ölçmə işi aparılmışdır.
5 %, 50 % və 95 % prosentil həcmə əsasən bədənin ümumi tam müqaviməti üzrə qiymətlər statistik metodlarla təyin edilmişdir.
2. Əzələlərin məruz qaldığı güclü təsirlərə görə, bu ölçmə işləri yalnız bir insan bədəni üzərində 1) – ci bənddə göstərilən şərtlərə əsasən 25 Hers - 2 kHers diapazonunda və 25 V toxunma gərginliyi səviyyəsində üzərində aparılmışdır.
Gərginliyi tətbiq etdikdən sonra bu ölçmə işləri 1) v 2) – ci bəndlərə müvafiq olaraq, 0, 05 s müddətinə aparılmışdır. Həmin ölçmələrin nəticələri Şəkil 10-11 –dəverilib.
3. 50 % prosentil həcmə əsasən, toxunma gərginliyi səviyyəsi üçün Şəkil 10 və 50 hers tezlikli 25 V - 1000 V toxunma gərginliyi diapazonu üzrə Cədvəl 1-də göstərilən qiymətlər şəkil 12 üçün istifadə edilmişdir. Bu şəkillərdə 50 % prosentil həcmə əsasən 10 V - 1 000 V d.c. toxunma gərginliyi diapazonda bədənin ümumi tam müqavimətinin tezlik səviyyəsindən asılılığı 50 hersdə 750 Ω və 2k Hersdə 600 Ω – lik asimptotik qiymətlərin arşından keçən düz xətlə göstərilir.
5- V – 1000 V toxunma gərginliyi üzrə əyrilər (Şəkil 12-də qırıq xətlər) yuxarıdakı 1) və 2) – ci bəndlərdə təsvir edilən ölçmələrə əsaslanan 10 V və 25 V toxunma gərginliyi üzrə əyrilərə analoji olaraq çəkilib.
Sabit cərəyana qarşı bədənin (RT) ümumi tam müqaviməti
Canlı insan bədəninin RT ümumi tam müqaviməti üzrə real qiymətləri təyin etmək üçün aşağıdakı prosedura tətbiq edilmişdir:
Quru mühitdə böyük silindr elektrodlarından istifadə etməklə (təxminən 8 000 mm2) əllər arası 25 V təmiz s.c. cərəyan cığırının mövcud olduğu toxunma gərginliyi səviyyəsində 50 canlı insan bədəni üzərində ölçmə işi aparılmışdır.
5 %, 50 % və 95 % prosentil həcmə əsasən insan bədəninin RT ümumi tam müqaviməti üzrə qiymətlər statistik metodlarla təyin edlmişdir.
d.c. 50 hers tezlikli 200 Voltdan yuxarı toxunma gərginliyi səviyyəsində bədənin ümumi tam müqaviməti üzrə qiymətlər Cədvəl 1-ə əsasən 200 V və 1 000 V s.c. toxunma gərginliyi diapazonunda bədənin RT ümumi tam müqaviməti və asimptotik qiymətlər üçün istifadə edilmişdir.
25 V – 200 V toxunma gərginliyi diapazonunda bədənin RTümumi tam müqaviməti üzrə qiymətlər d.c. 50 hers tezlik səviyyəsindəki eyni qiymətlər analoji olaraq Şəkil 13-ə əsasən təyin edilmişdir.
Insan bədəninin RT ümumi tam müqaviməti üzrə qiymətlər yuxarıda təsvir edilən metodla təyin edilərək Şəkil 10-da göstərilib.
Qeyd: 200 Voltdan yuxarı gərginlik səviyyəsində d.c. 50 hersə qarşı dərinin tam müqavimətinin və s.c. cərəyana qarşı dərinin müqavimətinin cüzi səviyyədə olması fərz edilir.
ZT qiymətlərinin hesablanmasına dair nümunə
IT toxunma cərəyanının hesablanması elektrik şoklarına qarşı mühafizə tədbirlərinin qiymətləndirilməsi və elektrik qəzalarının araşdırılması üçün vacibdir.
IT toxunma cərəyanı aşağıdakı kimi hesablanır:
UTToxunma gərginliyini ifadə edir;
ZT Verilmiş cərəyan cığırı, təmas sahəsi və təmas vəziyyəti üzrə insan bədəninin ümumi tam müqavimətini ifadə edir
Aşağıdakı hesablamalar bu spesifikasiyada verilən müvafiq cədvəllərə əsaslanır və əhalinin 50 – ci prosentil həcminə (əhalinin 50 %- i ) əsasən aparılıb. 50 – ci prosentil həcmi üzrə statistik qiymətlər ən etibarlı göstəricilər olduğu üçün həmin həcm hesablamalar üçün əsas götürülüb.
Hesablamalar 4 nümunə əsasında aparılıb:
təmas səthinin quru sahələrində 100 V və 200 V toxunma gərginliyi səviyyəsində, əllərdən ayaqlara istiqamətlənən cərəyan cığırı, əllər üçün orta ölçülü təmas sahələri, (həcm ardıcıllığı - 1 000 mm, Cədvəl 4), ayaqlar üçün isə geniş təmas sahələri (Cədvəl 1);
100 V və 200 V toxunma gərginliyi, quru təmas sahələri, əllər arası cərəyan cığırı, təmas səthinin kiçik sahələri (həcm ardıcıllığı - 100 mm, Cədvəl 7);
25 v toxunma gərginliyi, təmas səthinin şorsulu sahələri, əllərdən bədənin gövdəsinə doğru istiqamətlənən cərəyan cığırı, təmas səthinin sahələri: əllər üçün geniş (həcm ardıcıllığı - 10,000 mm, Cədvəl 3) və bədənin gövdəsi üçün çox böyük (dərinin tam müqaviməti cüzi səviyyədədir). Elektrik cərəyanı torpağın üzərində oturaraq hər iki əli ilə III Sinfə məxsus nasaz avadanlığı tutan şəxsin simulyasiyasına əsaslanıb. Bu hesablamalarda qiymətlər 5 Ω - ə yuvarlaqlaşdırılıb.
Ən azı 1 000 V toxunma gərginliyi səviyyəsində, təmas sahəsi, təmasın vəziyyəti və gərginliyin xüsusiyyəti ilə bədənin müqavimət qiymətlər i arasında maddi fərq yoxdur. Elektrik cərəyanı cığırı torpağın üzərində oturaraq başı ilə yüksək gərginlikli konduktora toxunan şəxsin simulyasiyasına əsaslanıb..
100 V və 200 V toxunma gərginliyi səviyyəsində, d.c. 50/60 Herz tezlikdə, əllərdən ayaqlara doğru istiqamətlənən cərəyan cığırı, quru mühitdə, təmas səthinin sahəsi əllər üçün orta ölçülü və ayaqlar üçün genişdir.
Aşağıdakı işarələr istifadə edilib:
ZTA (H-H) bədənin ümumi tam müqaviməti, təmas səthinin geniş sahələri, əllər arası
ZTA (H-F) bədənin ümumi tam müqaviməti, təmas səthinin geniş sahələri, əldən ayağa
ZTA (H-T) bədənin ümumi tam müqaviməti, geniş təmas səthi, əldən bədənin gövdəsinə
ZTA (H-T) = ZTA (H-H)/2
ZTA (T-F) bədənin ümumi tam müqaviməti, geniş təmas səthi, bədənin gövdəsindən ayağa
ZTA (T-F) = ZTA (H-F) − ZTA (H-T)
ZTB (H-H) bədənin ümumi tam müqaviməti, orta ölçülü təmas sahəsi, əllər arası
Geniş təmas sahələri üzrə təyin edilmiş ZT qiymətləri Z TA (H-H) Cədvəl 1- də, orta ölçülü təmas sahələri üzrə qiymətlər isə Cədvəl 4- də verilib.
50 – ci prosentil həcmə əsasən hesablamalar aşağıdakı kimi aparılır:
ZTA (H-H) = 1 725 Ω (100 V) and 1 275 Ω (200 V)
Əldən ayağa doğru cərəyan cığırı 0,8 əmsalı ilə.
Qeyd: Bəzi ölçmələrə əsasən, bədənin əldən ayağa kimi tam müqavimətini hesablamaq üçün əllər arası tam müqavimətin 10 % -30 % azaldılması təklif edilir. Orta hesabla 20 % götürdükdə 0.8 əmsalı alınır.
ZTA (H-F) = 1 380 Ω (100 V) və 1 020 Ω (200 V)
ZTA (H-T) qiymətləri nəticədə ZTA (H-T) = ZTA (H-H)/2 qiymətlərini verir
ZTA (H-T) = 860 Ω (100 V) və 635 Ω (200 V)
Burada nəticə etibarilə ZTA (T-F) = ZTA (H-F) − ZTA (H-T) alınır
ZTA (Е-А) = 520 Ω (100 М) мə 385 Ω (200 М)
Təmas səthinin orta ölçülü sahələri üzrə (təxm. 1 000 mm) Cədvəl 4-ə əsasən aşağıdakılar alınır:
ZTB (H-H) = 5 200 Ω (100 V) və 2 200 Ω (200 V) Nəticədə ZTB (H-T) = ZTB (H-H)/2 alınır.
ZTB (H-T) = 2 600 Ω (100 V) və 1 100 Ω (200 V)
Bədənin ümumi tam müqaviməti ZT' = ZTA (T-F) + ZTB (H-T)
ZT' = 3 120 Ω (100 V) and 1 485 Ω (200 V)
və əllərlə və ayaqlarla paralel olaraq, ZT = ZT'/2
ZT = 1 560 Ω (100 V) və 740 Ω (200 V)
Nəticədə IT toxuma cərəyanı alınır
IT = 65 mA (100 V) və 270 mA (200 V)
Cədvəl D.1 – də aparılmış hesablamaların nəticələri göstərilir.
Cərəyan D.1 – Əllər ilə ayaqlar arası cərəyan cığırı üzrə təmas səthinin orta ölçülü sahələrində, ayaqlar arası cərəyan cığırı üzrə təmas səthinin geniş sahələrində 50 – ci prosentil həcmə əsasən bədənin tam müqavimət göstəriciləri, azaltma əmsalı 0.8, quru mühit, IT toxunma cərəyanı və elektrofizioloji təsirlər
Əlləri ilə ayaq arasındakı tam müqavimət
t = 10 ms -30 ms cərəyan müddətində yaranan elektrofizioloji təsirlər
Əzələlərin qeyri – iradi dartılması
Ağır elektrik şoku, bədənin qalxması, qollarda qıcolmalar
Bir fakta diqqət yetirmək lazımdır ki, U T = 200 V səviyyəsində toxunma cərəyanı IT 100 V səviyyəsindəki toxunma cərəyanından 4 dəfə yüksəkdir. Əgər cərəyan axınının müddəti təxminən 0.2 saniyədən uzundursa, onda mədəcik fibrilyasiyasının baş vermə ehtimalı yüksək olacaq.
100 V və 200 V toxunma gərginliyi səviyyəsi, d.c. 50/60 Hers, əllər arası cərəyan cığırı, quru mühit, təmas səthinin kiçik sahələri (C tipli elektrodlar, Cədvəl 7-ə).
Hesablama sadədir. Cədvə 7-yə əsasən quru mühitdə kiçik təmas sahələri üzrə bədənin ümumi tam müqaviməti UT = 200 V üçün ZTC (H-H) = 40 kΩ for UT = 100 V and 5,4 kΩ kimi göstərilir.
Bu, UT = 100 V üçün IT = 2,5 mA və UT = 200 V üçün IT = 37 mA toxunma cərəyanı ilə nəticələnir və sonuncu qiymət hələ də mədəcik fibrilyasiyası həddi altında olur. Cərəyan axınının daha uzun müddətinə gəldikdə (bir neçə saniyə) dərinin tam müqaviməti qırıldıqdan sonra (ZT təxminən 1 000 Ω), IT mütləq 0,1 A qiymətini aşaraq ölümcül elektrik qəzasına səbəb olacaq.
25 V toxunma gərginliyi, d.c. 50/60 Hers, hər iki əlin bədənin gövdəsinə paralel olan aralığındakı cərəyan cığırı, şorsulu mühit, çox böyük əllər və bədənin gövdəsinin təmas sahələri üçün geniş təmas sahələri (A tipli elektrodlar, Cədvəl 3) (dərinin tam müqaviməti cüzi səviyyədədir).
Burada da hesablama sadədir. 50 – ci prosentil həcm üzrə bədənin ümumi tam müqaviməti ZT (H-H) Cədvəl 3 1 300 Ω kimi verilir. Nəticədə ZTA (H-T) = ZTA (H-H)/2 = 650 Ω alınır.
Bədənin gövdəsinə paralel olan əllər üçün:
ZT = ZTA (H-T)/2 = 325 Ω
Nəticədə IT = 77 mA toxunma cərəyanı alınır.
Əlavə olaraq aşağı gərginlikli təhlükəsiz gərginliyin (SELV) istifadəsinə baxmayaraq, buraxma həddindən çox yuxarı səviyyədə əzələlərin qeyri – iradi güclü reaksiyasına səbəb olan elektrik şoku baş verir.
1000 V və daha yuxarı gərginlik səviyyəsində əhalinin 5 %, 50 % və 95 % prosentil səviyyəsinə əsasən əllər arası cərəyan cığırı üzrə asimptotik tam müqavimət qiymətləri müvafiq olaraq, 575 Ω, 775 Ω və 1 050 Ω – dir. Bu gərginlik səviyyəsində dərinin tam müqaviməti cüzi səviyyədə olur. Z T qiymətlərini hesablamaq məqsədilə Şəkil 2-dən istifadə etmək üçün əllər arası cərəyan cığırı üzrə nəticələrə əsasən Cədvəllərdəki Qeyd 1- də göstərildiyi kimi tam müqaviməti 10 % - 30 % azaltmaq tələb edilir. Orta hesabla 20 % azaltdıqda, əl ilə ayaq arası qiymət müvafiq olaraq 460 Ω, 620 Ω, 840 Ω olur.
Şəkil 2- də əmsalları tətbiq etdikdə, torpağın üzərində əyləşərək başını dik qaldırıb yüksək gərginlikli konduktora toxunduran şəxsin bədəninin ZT ümumi tam müqaviməti aşağıdakı kimi hesablanır:
5 % qiymətə əsasən - ZT = 460 Ω x (0,10 + 0,013) = 52 Ω
50 % qiymətə əsasən - ZT = 70 Ω
95 % qiymətə əsasən - ZT = 95 Ω
Bu nümunədə nəticədə alınan toxunma cərəyanı onlarla amper ardıcıllığına malik olub daha yüksək gərginlik səviyyələrində artacaq.