Qanunvericilik › Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 06.04.2015) › Tam mətn

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 06.04.2015)

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 06.04.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Dövlət standartlarının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:

1. Aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 828-2015 (ГОСТ Р 51108-97) “Məişət xidmətləri. Kimyəvi təmizləmə. Ümumi texniki şərtlər” (1 nömrəli əlavə).

1.2. AZS 829-2015 (ГОСТ Р 52058-2003) Məişət xidmətləri. Camaşırxana xidmətləri. Ümumi texniki şərtlər (2 nömrəli əlavə).

1.3. AZS 830-1-2015 (EN 13282-1-2013) “Hidravlik yol yapışdırıcıları –Hissə 1: Tez tutuşan hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” (3 nömrəli əlavə).

1.4. AZS 831-5-2015 (EN 14227-5-2013) “Hidravlik əlaqəli qarışıqlar – Texniki şərtlər – 5-ci hissə: Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıqlar” (4 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “06” aprel 2015-ci il tarixli 15011150001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart Azəbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında 07.10.1995-ci il tarixdə bağlanmış “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində əməkdaşlıq haqqında Saziş”in 2-ci maddəsinin 3-cü bəndinə əsasən ГОСТ Р 51108-97 “Услуги бытовые. Химическая чистка. Общие технические условия” standartı əsasında hazırlanmışdır.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

____________________________________________________________________________

Ümumi texniki şərtlər

Service. Dry cleaning.

General spesifications.

____________________________________________________________________________

Hazırkı standart müxtəlif materiallardan hazırlanmış paltarın; toxuculuq qalantereyasının məmulatlarının; xalça məmulatlarının və mebel və avtomobil salonları üçün üzləmə materiallarının; tüklü – pərgü məmulatlarının və sintepon və ya tük və pərgü doldurucuları ilə məmulatların; uşaqlar üçün yumşaq oyuncaqların; baş örtüklərinin; xüsusi geyimin, üst tərəfinin detalları toxuculuq materiallarından hazırlanmış ayaqqabıların (bundan sonra – məmulatlar) kimyəvi təmizlənməsinə qarşı tələbləri, eləcə də, istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyini, ətraf mühitin təhlükəsizliyini, kimyəvi təmizləməyə məruz qalmış məmulatların qorunmasını təmin edən tələbləri müəyyən edir.

Standart tərkibində xlorin, polivinilxlorid və ya poliuretan lifləri olan materiallardan hazırlanmış məmulatların kimyəvi təmizlənməsinə aid deyil

Standart istehlakçılara məmulatların kimyəvi təmizlənməsi üzrə məişət xidmətlərini (bundan sonra – xidmət) göstərən təşkilatlar onların təşkilati – hüquqi formasından asılı olmayaraq, həmçinin, fərdi sahibkarlar tərəfindən tətbiq olunur.

Hazırkı standartın əsasında məmulatların kimyəvi təmizlənməsi sahəsində konkret əməliyyatlar üzrə normativ sənədlər hazırlanır.

Hazırkı standartda Rusiya Federasiyasının aşağıda qeyd olunan standartlarına istinadlar tətbiq olunmuşdur:

ГОСТ 12.2.084 - 93 (ИСО 6178 - 83) Camaşırxana və quru təmizləmə üçün maşın və avadanlıqlar. Ümumi təhlükəsizlik tələbləri

ГОСТ 4103 - 82 Tikiş məhsulları. Keyfiyyətə nəzarət üsulları.

ГОСТ 3816 - 81 (ИСО 811 - 81) Tekstil paltarlar. Hiqroskopik və su itici xassələrin müəyyən edilməsi üçün üsulları.

ГОСТ 9733.0 - 83 Toxuculuq materialları. Fiziki və kimyəvi təsir zamanı rəng sabitlikliyinin sınaq üsulları.Ümumi tələblər.

ГОСТ 9733.4 - 83 Toxuculuq materialları. Yuma zamanı rəngin sabitliyinin sınaq üsulları.

ГОСТ 9733.13 - 83 Toxuculuq materialları. Rəngin üzvi həlledicilərə qarşı sabitliyinin sınaq üsulları.

ГОСТ 16958 - 71 (СТ СЭВ 1729 - 79). Tekstil məhsulları. Qulluq işarələri

ГОСТ 19616 - 74 Parçalar və trikotaj parçalar. Xüsusi səthin elektrik müqavimətinin müəyyən edilməsi üsulu.

ГОСТ 21050 - 2004 Parçalar və trikotaj parçalar. Xüsusi səthin elektrik müqavimətinin müəyyən edilməsi üsulu.

ГОСТ 25652 - 83 Geyim materialları. Qulluq üsullarına dair ümumi tələblər.

ГОСТ 27323 - 87 (СТ СЭВ 5580 - 86) Toxuculuq materialları. Quru təmizləmə zamanı rəng sabitliyinin müəyyən edilməsi üsulu.

ГОСТ P ИСО 3758 - 2007 Tekstil məhsulları. Qulluq işarələrinin markalanması.

ГОСТ 938.29 - 77 Dəri. Quru və nəm sürtünmə zamanı dərinin rəng sabitliyinin müəyyən edilməsi üsulları.

ГОСТ 9733.27 - 83 Toxuculuq materialları. Rəngin sürtünmə zamanı sabitliyinin müəyyən edilməsi üsulları

ГОСТ 15470 - 70 Dəri-qalantereya, teksil-qalantereya, ayaqqabı və geyim sənayesi üçün fitinqlər. Termin və təriflər.

ГОСТ 19878 - 74 Xəzlər, xəz və qoyun-dərisi malları. Markalanma, qablaşdırma, nəqliyyat və saxlama.

ГОСТ 31293 - 2005 Dəri malları. Ümumi texniki şərtlər

Hazırkı standartda təriflərə uyğun olaraq aşağıda göstərilmiş terminlər tətbiq olunmuşdur.

3.1. Kimyəvi təmizləmə - üzvi həlledicilər mühitində məmulatların üzərində olan çirk və ləkələrin aradan qaldırılmasını təmin edən fiziki – kimyəvi proseslər kompleksidir.

3.1a. Akva – təmizləmə - məmulatların xüsusi yuyucu vasitələrinin su məhlullarında işlənməsi.

3.1b. Kimyəvi təmizləmə obyekti – bütün fəsillərə aid çeşidlərdə məmulatlar: təbii, süni və sintetik materiallardan paltarlar, onların detalları, ayaqqabılar, çantalar, baş örtükləri, qalantereya məmulatları, yumşaq oyuncaqlar, tüklü – pərgü məmulatları, tül, pərdələr, mebel və avtomobillər üçün üzlər, xalçalar və xalça məmulatları, mebel və avtomobil oturacaqları üçün istismarda olmuş və kimyəvi təmizləmə prosesindən və ya akva – təmizləmədən keçmiş çexollar.

3.1v. Furnitura - dəri – qalantereya, toxuculuq – qalantereya, ayaqqabı və tikiş sənayesinin istehsalı olan məmulatların bəzədilməsi, bağlanması, qıfıllanması, bərkidilməsi, birləşdirilməsi, istismar rahatlığı üçün nəzərdə tutulmuş yardımçı məmulatlar – ГОСТ 15470 üzrə.

1. Furnituranın tərkibinə bəzək əşyaları və düymələr daxildir.

2. Furnitura çıxarıla bilər (məsələn – düymələr, toqqalar) və çıxarılmayan ola bilər (məsələn – qarmaqcıqlar, ilgəklər, qıfıllar)”.

3.2. Məmulatların çeşidlərə ayrılması – məmulatların rənginə, çeşidinə və çirklənmə dərəcəsinə görə ayrılması.

3.3. Ləkələrin təmizlənməsi (ləkə çıxarma) – ləkə əmələ gətirən maddələrə xüsusi kimyəvi preparatlarla təsir etməklə ləkələrin aradan qaldırılması.

3.4. Məmulatların təmizlənməsi - məmulatların üzvi həlledicilərlə işlənməsindən əvvəl çox çirkli hissələrin xüsusi kimyəvi reagentlərlə işlənməsi.

3.5. Resorbsiya – kimyəvi təmizləmə prosesində məmulatın lifli parçasının səthinə çirklərin ikinci dəfə yeriməsi.

3.6. Hopdurma (appretura ilə işləyib hazırlama) – məmulatın müəyyən xüsusiyyətlərin verilməsi üçün xüsusi qatışıqlarla işlənməsi.

3.7. Nəmli isti işləmə – istidən, nəmdən və təzyiqdən istifadə etməklə məmulatların xüsusi avadanlıq vasitəsilə işlənməsi.

3.7a. Məmulatların üzlənməsi - qoyun dərisindən, zamşadan, velürdən, dəridən hazırlanmış məmulatların kimyəvi təmizləmədən sonra rəngin bərpa olunması üçün boyaq maddələrinin məhlulları ilə işlənməsi.

3.8. Fotometrasiya – işığın parça nümunəsinin səthindən əks olunma əmsalını ölçmə prosesi.

3.9. Tüklü – pərgü məmulatları – ikitərəfli tikişlərlə tikilməmiş, paltara aid olmayan, iki parça qatından və qatların arasında tükdən və pərgüdən isitmək üçün ara qatından ibarət olantikiş məmulatları

3.10. Kimyəvi təmizləmə obyektlərinin müstəqil texnoloji ekspertizası – ekspert tərəfindən (və ya ekspertlər qrupu tərəfindən) müəyyən formul və ya metodikalar əsasında, ekspertiza obyekti haqqında rəy şəklində tərtib olunan məlumatların analizi ilə həyata keçirilən kimyəvi təmizləmə obyektinin eksperimental yoxlanılmasıdır.

4.1. Məmulatların kimyəvi təmizlənməsi müəyyən olunmuş qaydada təsdiq olunmuş texnoloji sənədlərə uyğun şəkildə həyata keçirilməlidir.

4.2. Məmulatların kimyəvi təmizlənməsi aşağıda qeyd olunan əməliyyatları daxil edir:

- məmulatların qəbulu;

- məmulatların çeşidlərə ayrılması və partiyaların komplektləşdirilməsi;

- spesifik çirklərin aradan qaldırılması (ləkələrin təmizlənməsi);

- məmulatların təmizlənməsi;

- məmulatların üzvi həlledicilər su məhlullarının mühitində işlənməsi;

- məmulatların üzlənməsi;

- məmulatların isti və nəm təsir altında işlənməsi;

- keyfiyyətin yoxlanması.

Kimyəvi təmizləmə üzrə göstərilən əsas və əlavə xidmətlər haqqında informasiya, xidmətlərin sertifikatlaşdırılmasına dair məlumatlar istehlakçının nəzərinə əyani və aydın formada çatdırılır.

4.3. Məmulatların üzvi həlledicilər mühitində işlənməsi üçün tetraxloretilen (perxloretilen), üçxloretilen benzin (uayt-spirit), xladon (freon 113), nefras C 180/210 və normativ sənədlərə uyğun olaraq digər karbohidrogen həlledicilər istifadə olunur.

Məmulatların xüsusi yuyucu vasitələrin “Akva-təmizləmə” texnologiyası üzrə su məhlullarında işlənməsinə yol verilir.

“Xalça məmulatlarının və üzləmə materiallarının yuyucu tozların su məhlullarından istifadə etməklə xüsusi avadanlıq vasitəsilə işlənməsinə icazə verilir”

4.4. Yerli spesifik çirklərin (yağ, zülal, tanin və sair ləkələri) aradan qaldırılması üçün normativ sənədlərə uyğun olaraq xüsusi ləkə təmizləyən vasitələrdən istifadə olunur.

4.5. Məmulatların xüsusiyyətlərinin bərpa olunması və onlara yeni xüsusiyyətlərin verilməsi məqsədilə hopdurucular (su kənarlaşdıran, çirk kənarlaşdıran, əzilməmək qabiliyyətini təmin edən və sair) istifadə olunur. Bunun üçün normativ sənədlərə uyğun olaraq xüsusi preparatlardan istifadə olunur.

4.6. Kimyəvi təmizləmə prosesinin intensivləşdirilməsi üçün gücləndiricilər və normativ sənədlərə uyğun olaraq digər xüsusi vasitələr istifadə oluna bilər.

4.7. Məmulatların isti və nəm vasitəsilə işlənməsi aşağıda qeyd olunan əməliyyatları daxil edir: buxara vermə, qurutma, presləmə, ütüləmə.

4.8. Tüklü – pərgü məmulatlarından (balış, pərgü döşək və sair) tozun və tük qırıntılarının təmizlənməsini xüsusi maşınlar vasitəsilə həyata keçirirlər.

4.9. İstehlakçının istəyi ilə əlavə ödəniş əsasında kimyəvi təmizləmədən sonra qoyun dərisindən, zamşadan, velürdən və dəridən hazırlanmış məmulatların rəng tonunun və müxtəlif örtüklərinin bərpa olunması üçün kimyəvi təmizləmənin optimal texnologiyasına uyğun olaraq boyaq maddələrinin və təmizləmə preparatlarının məhlulları vurulur.

4.10. Xidmət səviyyəsinə görə kimyəvi təmizləmə xidmətləri aşağıda qeyd olunan şəkildə bölüşdürülür:

- ali kateqoriyaya aid kimyəvi təmizləmənin təşkil olunması üzrə xidmətlər (“Lüks”);

- birinci kateqoriyaya aid kimyəvi təmizləmənin təşkil olunması üzrə xidmətlər;

- ikinci kateqoriyaya aid kimyəvi təmizləmənin təşkil olunması üzrə xidmətlər.

4.11. Kimyəvi təmizləmə xidmətlərini göstərən icraçılara qarşı tələblər siyahısı A Əlavəsində göstərilmişdir.

4.12. İstehlakçının istəyi əsasında onun kimyəvi təmizləməyə məruz qalmış məmulatları üçün kimyəvi təmizləmə xidmətlərini göstərən təşkilat kiçik təmir işlərini həyata keçirir”.

5.1. İstifadə olunan materialların növündən asılı olaraq məmulatların işlənmə metodu ГОСТ 25652 üzrə və qulluq üzrə simvollara uyğun olaraq ГОСТ 16958 və ГОСТ 19878 və ГОСТ 31293 üzrə müəyyən olunur.

Qeyd: Əgər məmulatın üzərində qulluq üzrə simvollar mövcud deyilsə, məmulatların kimyəvi təmizləmə üçün qəbulu xidmətlərin icraçısı ilə istehlakçı arasında razılıq əsasında həyata keçirilir və bu barədə müvafiq qəbzlərdə qeyd aparılır.

Kimyəvi təmizləmə xidmətlərinin göstərilməsi üzrə müqavilənin (qəbzin) rəsmiləşdirilməsindən əvvəl xidmətlərin icraçısı kimyəvi təmizləmə obyektində tələblərə uyğun olaraq furnituranı diqqətlə nəzərdən keçirməlidir. Zəruri olan halda və istehlakçı ilə razılıq əsasında çıxarıla bilən furnitura çıxarılır və kimyəvi təmizləmədən sonra əlavə ödəniş əsasında əvvəlki yerlərinə bərkidilir. Məmulatın üzərində çıxarılmayan furnitura olan halda xidmətlərin icraçısı məmulatı müqavilə əsasında qəbul etməli və istehlakçını məmulatın kimyəvi təmizləmə prosesində zədələnməsi ehtimalı barədə xəbərdar etməlidir və bu barədə qəbzdə müvafiq qeyd aparılmalıdır

5.2. Kimyəvi təmizləmədən sonra məmulatlar təmiz olmalı, üzərində ləkələr, şişmələr, parıltılı yerlər, həlledicinin və digər ləkə çıxaran preparatların qoxusu, kənar liflər, tüklər, toz olmamalıdır (5.19 bəndində qeyd olunanlar istisna olmaqla)

5.3. Məmulatlar ilkin formasını, tamlığını, rəngini, naxışını və relyefini qorumalıdır.

5.4. Məmulatlar quru olmalı, yaxşı ütülənməlidir, qırışlara, əyriliklərə, əyilmiş tikişlərə və tikişlərin konstruksiya pozuntularına malik olmamalıdır.

5.5. Şalvarlarda ütü qatları ön və arxa yarıların ortasında olmalı, şalvarın bütün uzunluğu boyunca preslənməlidir.

5.6. Süni xəzdən hazırlanmış məmulatlarda xov bu xəz üçün səciyyəvi olan qrifi, parıltını, elastikliyi və istiqaməti qorumalıdır.

5.7. Təbii xəzdən hazırlanmış məmulatlar və detallar parıltını və ilkin formanı qorumalıdır.

5.7a Qoyun dərisindən, zamşadan, velürdən və dəridən hazırlanmış məmulatların səthləri kimyəvi təmizləmədən və boyaq maddələrinin məhlulları (istehlakçının istəyinə uyğun olaraq) ilə işləndikdən sonra qabarıq olmamalı və rəngi çıxmamalıdır.

5.8. Trikotaj məmulatlar ilki həcmi və formanı qorumalı, süzülmüş ilgəklərə və dartılmış yerlərə malik olmamalıdır.

5.9. Xalça və xalça məmulatları tozsuz, ləkəsiz olmalı, rəngini dəyişməməli, tükləri əzilmiş olmamalı, üzərində kənar xov olmamalı, əsasın və xovun tamlığını qorumalıdır.

5.10. Yumşaq oyuncaqlar quru olmalı, kənar qoxulara, ləkələrə, tikişlərin deformasiyasına malik olmamalı, detalları qopmuş olmamalı, oyuncaqların xovu daranmış olmalıdır.

5.11. Baş örtükləri ilkin fasona və ölçüyə uyğun olmalı, lentləri və ara qatları ütülənmiş, xovu isə daranmış olmalıdır.

5.12. Tüklü – pərgülü (yastıq, pərgü döşək və sair) məmulatlar (o cümlədən, tük və pərgü ilə doldurulmuş qatı olan paltar) quru, həcmli və kənar qoxusuz olmalıdır.

5.12.1. Tüklü – pərgülü məmulatların kimyəvi təmizləmədən sonra (tozun, çirklərin, tük qırıntılarının aradan qaldırılmasından və təmizlənməsindən sonra) həcminin azalması 12%-dən artıq olmayan rütubətlilik zamanı ilkin həcmin 40%-dən artıq təşkil etməməlidir.

5.13. Kimyəvi təmizləməyə məruz qalmış məmulatların üzərində boz ərp olmamalıdır.

5.13.1.İstənilən çeşiddə məmulatların perxloretilendə işlənməsi üçün yuyulma göstəricisinin yol verilən hədd göstəricisi 52% - dən az olmamalıdır, karbohidrogenlarla işlənmə zamanı isə - 35% - dən az olmamalıdır

5.13.2. Kimyəvi təmizləmədən sonra məmulatların resorbsiyası aşağıda göstərilmiş 1 saylı cədvəldə verilmiş göstəricilərə uyğun olmalıdır.

5.14. Appretura ilə işlənib hazır şəklə salınmış məmulatlar əzilməmək xüsusiyyətinə, su və çirk kənarlaşdırma xüsusiyyətlərinə və antistatik xüsusiyyətlərə malik olmalıdır.

5.14.1. Su kənarlaşdırma xüsusiyyətinin göstəricisi (davamlılıq norması) su st. 200 mm – dən az olmamalıdır.

5.14.2. Antistatik işləmə zamanə parçanın xalis səthi elektrik müqavimətinin göstəricisi 2x10 Om-dan artıq olmayaraq göstəricisindən artıq olmalıdır.

5.15. Kimyəvi təmizləmə şəraiti xətti ölçülərin qorunmasını təmin etməlidir.

Xətti ölçülərin dəyişikliklərinə yol verilir, % il, artıq olmamaqla:

- tikiş və trikotaj məmulatları üçün – 2;

- xalça məmulatları və süni və təbii xəzdən hazırlanmış məmulatlar üçün – 3.

Baş örtüklərinin və təbii xəzdən hazırlanmış məmulatların xətti ölçülərinin yol verilən dəyişiklik normaları bu məmulatların istehsal olunması üzrə normativ sənədlərdə müəyyən olunur.

Tikiş məmulatlarının su məhlullarında işlənmədən sonra xətti ölçülərinin dəyişiklikləri müvafiq növ parçalar üçün normativ sənədlərdə müəyyən olunmuş normalardan artıq olmamalıdır.

5.16. Kimyəvi təmizləməyə məruz qalmış xüsusi geyimin peşəkar təyinatı üzrə istifadə imkanı təmin olunmalıdır. Xüsusi geyimlərə qarşı tələblər – ГОСТ 21050 üzrə ГОСТ 21080

5.17. Məmulatların rəngi ГОСТ 9733.4 üzrə su ilə təmizlənməyə (yuyulmaya) və ГОСТ 9733.13 və ГОСТ 27323 üzrə kimyəvi təmizləməyə davamlı olmalıdır.

Dəri – xəz çeşidlərinə aid məmulatların boyaq maddələri ilə işlənməsi ГОСТ 938.29 və ГОСТ 9733.27 üzrə dözümlü olmalıdır.

5.18. Kimyəvi təmizləmədən sonra aşağıda göstərilənlərə yol verilir:

- məmulatın kimyəvi təmizləməyə qəbul olunması zaman aşkar edilmiş nöqsanları;

- istehsal texnologiyasının toxuculuq materiallarından, qoyun dərisindən, dəridən, xəzdən, zamşadan və sair hazırlanmış məmulatların tikilməsi zaman detalların yapışqanla bərkidilməsi metodunun istifadəsi pozulması və istismar zamanı məmulata göstərilən qeyri düzgün qulluq nəticəsində yaranmış və kimyəvi təmizləmə zamanı aşkar olunmuş gizli nöqsanlar;

- rəngləmədən, kifdən, silikat yapışqandan, insektisid preparatlardan, mürəkkəb diyircəkli qələm üçün pastalar və yağlardan bütün növ parçaların üzərində, təbii zamşa və qoyun dərisindən hazırlanmış parçaların üzərində əmələ gəlmiş köhnə, təmizlənməyən ləkələr.

Kimyəvi təmizləmədən sonra boyaq maddələrinin məhlulları ilə işlənmiş qoyun dərisindən, zamşadan, velürdən və dəridən hazırlanmış məmulatlarının çox köhnəlmə yerlərində rəng çalarının dəyişməsi və ya rənglərin müxtəlifliyi;

- süni məxmər və velürdən hazırlanmış məmulatların səthindən xovun qismən tökülməsi;

- məmulatların üzərində yol çirkinin təsirindən qalmış yeyilmələr.

- Rənglənmiş qoyun dərisindən, təbii və süni zamşadan, poliefir lifdən hazırlanmış məmulatların üzərində ən çox köhnəlmə yerlərində (qol köbələri və qatları, yan tikişlər) yaranmış ağ xətlər və rəngin getməsi.

- tərin, kimyəvi maddələrin, atmosfer şəraitin uzun müddət təsiri zamanı yaranmış sarılıq və rəng dəyişikliyi; açıq rəngli xəz məmulatlarının üzərində isə bundan əlavə, xov örtüyünün təbii köhnəlməsi nəticəsində yaranmış və kimyəvi təmizləmədən sonra üzə çıxmış saralmalar və rəng dəyişikliyi.

- ev şəraitində qeyri düzgün ütüləmə nəticəsində və ya istehsal zamanı əmələ gəlmiş və kimyəvi təmizləmədən sonra üzə çıxmış saralmalar, ağarmış sahələr.

- uzun müddət istifadə, güvə sürfələri ilə və ya siqaret külü ilə zədələnmə nəticəsində yaranmış və kimyəvi təmizləmədən sonra üzə çıxmış məmulatların tamlığının pozulması yerlərində trikotaj məmulatlarının tikişlərinin süzülməsi.

- dublyaj olunmuş toxunma materiallarından hazırlanmış məmulatlarda uzun müddət istismar nəticəsində yaranmış əyriliklər və qatlar.

- məmulatların ev şəraitində su məhlulları ilə təmizlənməsi zaman yaranmış əyilmələr.

5.19. Məmulatın istehlakçıya təhvil verilməsi zaman məmulatlar qablaşdırılmış olmalıdır.

6.1. Kimyəvi təmizləmə maşınlarının quraşdırılması, istismarı və təmir olunması zaman əməyin təhlükəsizliyini təmin edən ümumi təhlükəsizlik tələbləri – ГОСТ 12.2.084 üzrə.

6.2. İşçi zonasının havasına qarşı sanitar – gigiyenik tələblər – ГОСТ 12.1.005 üzrə.

6.3. Kimyəvi təmizləməyə məruz qalmış məmulatlarda xlor – üzvü həlledicilərin qalıq tərkibi işçi zonasının (ГОСТ 12.1.005) havasında həlledici buxarlarının yol verilən hədd konsentrasiyasından (YVHK) artıq olmamalıdır ki, bu konsentrasiyanın həcmi 10 mq/m təşkil edir.

6.4. Erkən körpə yaşlı uşaqlar üçün paltarların və yumşaq oyuncaqların üzvi həlledicilər mühitində təmizlənməsinə və xüsusi kimyəvi preparatlarla işlənib, təmizlənməsinə yol verilmir.

6.5. Kimyəvi preparatlar: kimyəvi təmizləmə zamanı istifadə olunan həlledicilər, gücləndiricilər, ləkə çıxaranlar, appretura elementləri, güvə əleyhinə, antistatik və digər vasitələr normativ sənədlərin tələblərinə cavab verməli, sanitar – epidemioloji rəy və istifadə üzrə təlimata, eləcə də, məcburi qaydada sertifikatlaşdırılmalı olan preparatlar üçün uyğunluq sertifikatlarına malik olmalıdırlar.

7.1. Xidmətin ekoloji təhlükəsizliyi müəyyən olunmuş ətraf mühitin qorunmasına qarşı tələblərin yerinə yetirilməsi ilə təmin olunmalıdır: əraziyə, yerlərin texniki vəziyyətinə və saxlanılmasına, ventilyasiyasına, su təchizatına, kanalizasiyasına və digər iş amillərinə qarşı tələblər – СНиП 2.08.02, ГОСТ 12.2.084 üzrə.

7.3. Məmulatların kimyəvi təmizlənməsindən sonra tullantılar utilizə edilməlidir.

7.4. Kimyəvi təmizləmənin çirkab sularında (Akva - təmizləmə) çirkləndirici maddələrin tərkibi şəhər kanalizasiyasına qəbul olunan istehsalat çirkab sularına qarşı müəyyən olunmuş ümumi tələblərə uyğun olmalıdır.

8.1. Xidmətin icraçısı kimyəvi təmizləmədən sonra məmulatların qəbulunu 5.2 – 5.12 tələblərinə uyğunluq üzrə hərtərəfli nəzarət metodu ilə həyata keçirir və bu barədə məmulatın təhvil – təslim sənədlərində və qəbzdə müvafiq qeydlər aparılır.

Hazırkı standartın tələblərinə uyğun olmayan məmulatlar uyğunsuzluğun müəyyən olunması üçün təshih tədbirlərinin həyata keçirilməsi məqsədi ilə geri qaytarılmalıdır.

Məmulatların əsas xətti ölçülərinə və çəkisinə zərurət yaranan zaman seçmə yoxlama yolu ilə nəzarət edirlər.

8.2. 6.1 - 6.3 və 5.12.1 - 5.8 bəndlərində müəyyən olunmuş tələblərə uyğunluq ildə bir dəfədən gec olmayaraq sınaq laboratoriyaları tərəfindən sınaqların həyata keçirilməsi zaman yoxlanılır.

9.1. Kimyəvi təmizləmədən sonra məmulatların 5.2 – 5.12 tələblərinə uyğunluq üzrə keyfiyyəti orqanoleptik üsul ilə müəyyən olunur. Kimyəvi təmizləməyə məruz qalmış məmulatlar 5.2 – 5.12 tələblərinə uyğunluğa görə orqanoleptik yoxlanılır, yoxlama üfüqi səthə malik olan masanın üzərində təbii işıqlandırma şəraitində həyata keçirilir.

9.2. Məmulatda xlor – üzvü həlledicilərin (6.3) qalıq tərkibinə nəzarət saxlama üçün otaqda məmulatın üzərindən hava nümunələrinin götürülməsi və sonradan standartın tətbiq olunmasına qədər qüvvədə olan metodika üzrə (4) sınaq laboratoriyasında qazoxromatoqrafik analiz vasitəsilə həyata keçirilir.

9.3. Tüklü – pərgü məmulatlarının çəkisi (5.12.1) məmulatların kimyəvi təmizləmədən əvvəl və ondan sonra ГОСТ 8.453 üzrə statik çəkmə üçün tərəzidə çəkilməsi yolu ilə müəyyən olunur.

9.4. Yuma xüsusiyyətinin müəyyən olunası üçün (5.13.1) əvvəlcədən suspenziya ilə çirkləndirilmiş parçadan kəsilmiş 6x9,5 sm ölçüdə olan yun parça hissəsini istifadə edirlər. Nümunələrin çirkləndirilmə metodikası (5) – də göstərilmişdir.

Həlledicilərin, gücləndiricilərin və işçi məhlulların yuma xüsusiyyətinin Mc göstəricisini faiz ilə %, aşağıda göstərilən düsturla müəyyən edirlər:

Burada Rc – yuyulan parçanın əks olunma əmsalı;

R3 – çirkli parçanın əks olunma əmsalı;

RH - ilkin ağ parçanın əks olunma əmsalı.

Parçanın əks olunma əmsalının göstəricisi nümunənin hər bir tərəfindən iki nöqtədə fotometrasiya ilə müəyyən olunur.

Məmulat ilə birgə kimyəvi təmizləmə maşınında eyni zamanda işlənən nümunələrin sayı 2 – 4 ədəd təşkil etməlidir.

9.5. Çirklərin resorbsiyası (5.13.2) iki üsul ilə qiymətləndirilir: ГОСТ 9733.0 üzrə boz etalonlar şkalası üzrə və ilkin və işlənən nümunələrin 6 x9,5 sm ölçüdə appreta ilə işlənmiş bez tipli pambıq parçadan yoxlama lenti şəklində kontrast üzrə leykometrasiya yolu ilə. 2 - 4 ədəd nümunənin işlənməsini məmulatın kimyəvi təmizlənməsi ilə birgə həyata keçirirlər.

Kəmiyyət baxımından resorbsiya A, faizlə %, aşağıdakı düsturla müəyyən olunur:

Burada Pc – yuyulmuş (işlənmiş) parçanın (nümunənin) əks olunma əmsalı;

PH – parçanın ilkin nümunəsinin əks olunma əmsalı.

9.6. Kimyəvi təmizləmədən sonra apretta ilə işlənmə keyfiyyəti (su kənarlaşdırma xüsusiyyəti) (5.14) ГОСТ 3816 üzrə pambıq parça nümunələrinin üzərində müəyyən olunur.

9.7. Kimyəvi təmizləmədən sonra məmulatların antistatik işlənməsinin keyfiyyəti (5.14.2) məmulat ilə birgə kimyəvi təmizləmə maşınında təmizlənmiş ГОСТ 19616 üzrə model parça nümunələri üzərində müəyyən olunur.

9.8. Kimyəvi təmizləmədən sonra əsas xətti ölçülərin dəyişikliklərini (5.15) bilavasitə məmulatların üzərində və ya ölçüsü 35x35 sm olan model parça nümunələrinin üzərində, işarə qoymaq üçün xüsusi şablondan və ГОСТ 4103 üzrə ölçü cihazından istifadə etməklə, kimyəvi təmizləməyə qədər və ondan sonra əsas xətti ölçülərin ölçülməsi yolu ilə müəyyən edirlər.

9.9. Xüsusi geyimin kimyəvi təmizlənməsinin keyfiyyəti (5.17) ГОСТ 12.4.169 üzrə müəyyən olunmuş metodlar əsasında qiymətləndirilir.

9.10. Məmulatların rənginin kimyəvi təmizləmə həlledicilərinə qarşı davamlılığının müəyyən olunması üçün (5.18) ГОСТ 9733.13 və ya ГОСТ 27323, ГОСТ 9733 – 27 üzrə hazırlanmış nümunələrdən istifadə edirlər.

9.11. Məmulatların rənginin kimyəvi təmizləmə həlledicilərinə qarşı davamlılığının müəyyən olunması üçün sınaqları istər laboratoriya şəraitində, istərsə də, istehsalat şəraitində həyata keçirmək olar.

9.11.1. Laboratoriya şəraitində sınaqların həyata keçirilməsi üçün iki nöz aparatura istifadə olunur: ГОСТ 21050 üzrə qarışdırma üçün aparat və ГОСТ 9733.27 üzrə PT-4 markalı aparat”.

Qarışdırma üçün aparatın istifadəsi zaman həcmin içinə iki nümunə yerləşdirilir, vannanın modulu 1:40 olmaqla perxloretilen həlledicisi əlavə olunur və otaq temperaturu şəraitində 10 dəqiqə ərzində təmizləmə həyata keçirilir. Təmizlənmiş nümunələr sıxılır və otaq temperaturu şəraitində ventilyasiyalı dolabda qurudulur.

PT-4 markalı aparatın istifadəsi ilə sınaq metodu quru və ya yaş parçanın rənglənməmiş yoxlama nümunələrinin quru sınaqdan keçirilən nümunəyə (məmulata) sürtmə zamanı rənglənməsinə əsaslanır.

Quru və yaş sürtülməyə qarşı davamlılığın müəyyən olunması üçün yoxlanılan nümunələr ГОСТ 9733.27 üzrə hazırlanır. Bu zaman islatma üçün su, perxloretilen və ya karbohidrogen istifadə olunur.

İki metod üzrə həyata keçirilən sınaqların nəticələrinin qiymətləndirilməsi ГОСТ 9733.0 üzrə keçirilir.

9.11.2. İstehsalat şəraitində sınaqların həyata keçirilməsi zaman hazırlanmış işçi nümunəsini məmulat ilə birgə kimyəvi təmizləmə maşınında, nəzərdə tutulmuş texnoloji rejim ilə yuyurlar.

Tam işləmə siklindən sonra nəticələrin qiymətləndirilməsi ГОСТ 9733.0 üzrə həyata keçirilir.

9.12. Kimyəvi təmizləmədən sonra məmulatların (5.18) boyaq maddələrinin məhlulları ilə təmizlənməsinin sürtülməyə qarşı davamlılığını məmulatların tamlığını pozmadan ГОСТ 938.29 üzrə müəyyən edirlər. Sınaqların nəticələrinin qiymətləndirilməsi ГОСТ 9733.0 üzrə həyata keçirilir”.

10.1. Məmulatlar təmizləmədən sonra xüsusi təchiz olunmuş quru yerdə saxlanılır. Tikiş və xəz dəriləri daşınan asılqanlarda saxlanılmalı, trikotaj məmulatları və toxuculuq qalantereyasının digər məmulatları, xalça məmulatları və tüklü – pərgü məmulatları, yumşaq oyuncaqlar - perforasiya olunmuş stellajlarda saxlanılmalıdır.

Kimyəvi təmizləməyə məruz qalmış məmulatların və hələ kimyəvi təmizləmədən keçməmiş məmulatların bir yerdə saxlanılmasına yol verilmir.

10.2. Təmizlənmiş məmulatların nəql olunması kimyəvi təmizləməyə məruz qalmış məmulatların daşınması üçün xüsusi avadanlıqla təchiz olunmuş avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir.

10.3. Məmulatların qəbul məntəqələrinə nəql olunması üçün qablaşdırılması onların kimyəvi təmizləmədən sonra xarici görünüşünün qorunmasını təmin etməlidir.

11.1. Kimyəvi təmizləmə obyektinin müstəqil texnoloji ekspertizasını aşağıda qeyd olunan hallarda həyata keçirirlər:

- xidmətin icraçısı ilə istehlakçı arasında göstərilmiş xidmətin keyfiyyəti barədə mübahisənin yarandığı təqdirdə, məhkəmə müdaxiləsi olmadan, istənilən tərəfin tələbi ilə və ya tərəflərin razılığı əsasında;

- xidmətin icraçısı ilə istehlakçı arasında məhkəmə mübahisəsinin yaranması və kimyəvi təmizləmə sahəsində xüsusi biliklər tələb edən mübahisəli məsələlərin həlli, bu zaman ekspertiza məhkəmə qərarı əsasında həyata keçirilir;

- xidmətlərin icraçısının xidmətlərin qüvvədə olan standartın tələblərinə uyğunluğunu yoxlamaq istəyi.

11.2. Ekspertizanın həyata keçirilməsi məhkəmə - ekspert təşkilatına, konkret ekspertə və ya ekspertlər qrupuna həvalə oluna bilər.

Ekspertizanın həyata keçirilməsi həvalə olunmuş ekspertlər ali peşəkar kimya – texnoloji təhsilə malik olmalı, ekspertizanın həyata keçirilmə prosedurası sahəsində xüsusi biliklərə və kimyəvi təmizləmə texnologiyası sahəsində 3 ildən az olmayan iş təcrübəsinə malik olmalıdırlar.

Ekspertlərin ixtisası və səriştəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır.

Ekspertizanın keçirilməsi zaman məxfiliyin qorunmasına zəmanət verilməlidir. İstehlakçıdan alınmış, həmçinin, ekspertiza zamanı toplanmış informasiya istehlakçının yazılı razılığı olmadan üçüncü tərəfə təqdim oluna bilməz.

Ekspertizanın həyata keçirilməsi zaman istifadə olunan vasitə və alətlər tam, hərtərəfli və keyfiyyətli tədqiqatın aparılması məqsədi ilə müəyyən olunmuş qaydada verilmiş yoxlama və ya kalibrləmə haqqında şəhadətnamələrə malik olmalıdırlar. Ekspertiza üçün tələb olunan avadanlıq attestasiya haqqında şəhadətnaməyə malik olmalıdır.

11.3. Kimyəvi təmizləmə obyektinin müstəqil ekspertizasını müəyyən olunmuş qaydada təsdiqlənmiş xüsusi metodika əsasında həyata keçirirlər.

Ekspertizanın həyata keçirilməsi zaman məmulatın tamlığının pozulmasına yalnız istehlakçının əvvəlcədən verilmiş yazılı razılığı əsasında yol verilir.

Ekspertizanın keçirilmə metodikası:

1. Ekspertiza ərizəçi ilə müqavilə və ya məhkəmə qərarı əsasında həyata keçirilir.

2. Ekspertiza kimyəvi təmizləmə obyektinin ətraflı şərh olunması ilə sifarişin öyrənilməsindən, emal növünün şərhindən və bütün iradların və ya məhkəmə işinin öyrənilməsindən başlanır. Sifarişdə şərh olunmuş nöqsanların xarakterindən asılı olaraq, ekspert (zəruri olan halda) tam həcmdə müvafiq normativ sənədlərin toplanmasını həyata keçirir.

3. Kimyəvi təmizləmə obyektinə baxış keçirməzdən əvvəl ekspert ərizəçinin malik olduğu müvafiq məmulatın kimyəvi təmizlənməsi ilə əlaqədar olan sənədləri şərh edir (kimyəvi təmizlənmənin həyata keçirilməsi üzrə qəbz, yazılı iradlar və s.).

4. Həyata keçirilmiş ekspertiza əsasında təqdim olunmuş kimyəvi təmizləmə obyektinin nöqsanlarının mövcud olması və xarakteri yoxlanılır. Həyata keçirilmiş ekspertizanın nəticələri ekspert rəyində qeyd olunur ki, bu rəydə həyata keçirilmiş tədqiqatın məqamları və onun əsasında çıxarılmış nəticələr ətraflı şəkildə izah olunmalıdır.

11.4. Ekspert rəyi çıxarılmış nəticələrin əsaslı və düzgün olmasını yoxlamaq imkanını verən müvafiq normativ sənədlərin müddəalarına əsaslanmalıdır.

Ekspertizanın nəticəsini təsdiqləyən ekspert rəyində ekspertizanın nəticələrinin tərtib olunmasının dəqiqliyinə və savadlı şəkildə həyata keçirilməsinə zəmanət verilməlidir.

Tərtibatda vəhdətin müəyyən olunması məqsədi ilə ekspert rəyi daxil edir:

- ekspertizanın keçirilmə yeri və tarixini;

- ekspertizanın həyata keçirilməsi üçün əsas;

- ekspert haqqında məlumatlar (ekspertin soyadı, onun təhsili, ixtisas üzrə iş təcrübəsi);

- ekspertizanın məqsədləri;

- ekspertə ekspertizanın həyata keçirilməsi üçün təqdim olunmuş tədqiqat obyektləri və / və ya iş materialları;

- şərh olunan sənədlərin siyahısı;

- normativ aktların siyahısı;

- tətbiq olunmuş metodların qeyd olunması ilə tədqiqatların məzmunu və nəticələri;

- tədqiqat nəticələrinin qiymətləndirilməsi, nəticələrin əsaslandırılması və formalaşdırılması.

Ekspert və ya ekspertlərin rəyini əks etdirən materiallar rəyə əlavə olunur və onlar rəyin tərkib hissəsi kimi çıxış edir. Tədqiqatların gedişini, şəraitini və nəticələrini fiksasiya edən sənədlər məhkəmə - ekspert müəssisəsində və ya ekspertin əməkdaş olduğu fərdi sahibkarda saxlanılır. Müraciətinin əsasında ekspertizanın təyin olunduğu məhkəmənin və ya şəxsin tələbi ilə qeyd olunan sənədlər mübahisənin məhkəməyə qədər tənzimlənməsi prosesində istifadə üçün və ya iş materiallarına əlavə olunmaq üçün təqdim olunur.

1. Xidmətlərin qanunla və ya onunla müəyyən olunmuş qaydada yaradılmış mütləq tələblərə uyğunluq

2. Xidmətlərin mütləq tələblərə uyğunluğunun təsdiqinin mövcudluğu (əgər bu cür təsdiqləmə qanunla və ya onunla müəyyən olunmuş qaydada tələb olunarsa)

3. Xidmətlərin hazırkı standartın tələblərinə uyğunluğu (ikinci kateqoriya üçün yalnız mütləq tələblərə və (2) tələblərinə).

4. OK 002 – 93 uyğun olaraq kimyəvi təmizləmə üzrə göstərilən xidmətlərin nomenklaturası – xidmətlərin sayı.

- antistatik təmizləmə

- şalvar və ətək qatlarınınsabit formanın verilməsi məqsədi ilə appretta ilə işlənməsi (toxuculuq məmulatları üçün)

- düymələrin, kimyəvi təmizləməyə verilən məmulatların üzərində xəz yaxalıqların sökülməsi və tikilməsi.

- kimyəvi təmizləmədən və rəngləmədən sonra paltarın cari təmiri.

- xalça məmulatlarının bərpa olunması (xalça məmulatlarının kimyəvi təmizlənməsini həyata keçirən təşkilatlar üçün)

- xalçaların və xalça məmulatlarının səthlərinin çirk kənarlaşdırmaq üçün işlənməsi*

- üzü rənglənmiş təmiz dəri məmulatlarının təzələnməsi

6. Xidmətlərin icra olunma müddəti:

- preyskurant və ya istehlakçı ilə razılaşma üzrə müddət

- təcili kimyəvi təmizləmə

7. İstehlakçının telefon vasitəsilə tələb olunan informasiyanı əldə etmək imkanı

8. Telefon vasitəsilə təşkilatın əməkdaşlarını sifarişin rəsmiləşdirilməsi və (və ya) yerinə yetirilməsi üçün çağırılması imkanı

9. Əhalinin təşkilat və onun xidmətləri haqqında informasiya ilə təmin olunması (reklam)

10. Müxtəlif müştəri kateqoriyaları üçün endirim sisteminin mövcudluğu*

11. Xidmətlərin icraçılarının tərkibi və ixtisaslaşması

11.1. İxtisas üzrə üç ildən artıq iş təcrübəsinə malik olan mütəxəssislər, - mütəxəssislərin ümumi sayının 50% - dən artıq olmayaraq.

11.2. İxtisas üzrə bir ildən artıq iş təcrübəsinə malik olan mütəxəssislər, - mütəxəssislərin ümumi sayının 50% - dən az olmayaraq.

11.3. Sənədləri qəbul edən şəxsdə ixtisasını təsdiq edən sənədlərin mövcud olması.

11.4. İxtisaslaşmış (təcrübəli) ləkə çıxaranın mövcud olması.

11.5. Mütəxəssislərdə peşəkar təhsili, ixtisasın artırılmasını və / və ya attestasiyanı təsdiq edən sənədlərin mövcud olması, az olmayaraq

12. Müasir avadanlığın tətbiq olunması

13. Avadanlığın texniki xidməti üzrə mütəmadi tədbirlərin həyata keçirilməsi

14. Təbii xəzin, dərinin, qoyun dərisinin və velürün kimyəvi təmizləməsi zaman üzvi həlledicinin soyudulması üçün avadanlığın tətbiq olunması

15. Kimyəvi təmizləmənin nəticəsinin keyfiyyətinə qarşı tələblər:

15.1. Yuma xüsusiyyəti, %, az olmayaraq

15.2. Kimyəvi təmizləmədən sonra çirklərin resorbsiya norması (yalnız toxuculuq məmulatları üçün), çox olmayaraq:

Məmulatın rəngi: tünd

15.3. Xlor – üzvi həlledicilərin məmulatda qalıq tərkibi, mq/l, çox olmayaraq

16. qəbul məntəqəsinin xarici görünüşü və otaqların tərtibatı:

16.1. İşıqlı tərtibat elementləri ilə asma reklamın mövcudluğu

16.2. Dekorativ elementlərin istifadəsi və / və ya bədii tərtibat.

16.3. Otaqların rahatlığı

16.4. Otaqların komfortu

17. Qəbul məntəqəsinin ətraf ərazisində avtomobillərin saxlanılması imkanı.

18. İcraçının Patent idarəsində qeydiyyata alınmış xidmət nişanının (əmtəə nişanı) mövcud olması

19. Sifarişlərin təhvil verilməsi üçün xüsusi firma qablaşdırılmasının mövcud olması

20. İstehlakçılarla qarşılıqlı əlaqədə olan işçilərin xüsusi firma geyiminin mövcud olması

21. Göstərilən xidmətlərin keyfiyyətini təsdiq edən sənədlərin mövcud olması:

- uyğunluq sertifikatı

- istehlakçıların müsbət rəyləri

- təşkilatın və ya onun əməkdaşlarının müxtəlif müsabiqələrdə iştirak etməsi barədə diplomlar və sair*

“+” işarəsi nəzərdə tutur ki, tələbin yerinə yetirilməsi nəzərdə tutulur, “-” işarəsi isə - tələbin yerinə yetirilməsi nəzərdə tutulmur.

*işarəsi ilə göstəricilər bütün digər tələblərin təsdiq olunması zaman diqqətdən keçirilə bilər.

Tələblərin siyahısı kimyəvi təmizləmə təşkilatının kateqoriyasının müəyyən olunması üçün, həmçinin, konkret kateqoriyalar sisteminin işlənib, hazırlanması zaman əsas qismində istifadə oluna bilər.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “06” aprel 2015-ci il tarixli 15011150001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

_____________________________________________________________________________

_____________________________________________________________________________

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart Azəbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında 07.10.1995-ci il tarixdə bağlanmış “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində əməkdaşlıq haqqında Saziş”in 2-ci maddəsinin 3-cü bəndinə əsasən ГОСТ Р 52058-2003 “Услуги бытовые. Услуги прачечных. Общие технические условия” standartı əsasında hazırlanmışdır.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

___________________________________________________________________________

Camaşırxana xidmətləri.

Ümumi texniki şərtlər.

Service. Laundry services.

General spesifications.

_____________________________________________________________________________

Hazırkı standart tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər (bundan sonra – yuma üzrə xidmətlər) göstərən təşkilatlara və fərdi sahibkarlara (bundan sonra - icraçılar) şamil olunur.

Hazırkı standart məmulatların yuyulması və işlənməsi üzrə xidmətlərə dair ümumi texniki tələbləri, istehlakçıların həyat və sağlamlığı, onların əmlakının qorunması üçün xidmətlərin göstərilməsində təhlükəsizlik tələblərini, həmçinin, ətraf mühitin qorunması üzrə tələbləri müəyyən edir.

Hazırkı standart konkret növün yuyulması üzrə normativ sənədlərin hazırlanması zaman əsas sənəd kimi çıxış edir.

Hazırkı standartda Rusiya Federasiyasının aşağıda qeyd olunan standartlarına istinadlar tətbiq olunmuşdur:

ГОСТ 12.2.084 - 93 (ИСО 6178 - 83) Camaşırxanaların və quru təmizləmə maşın və avadanlıqlar. Ümumi təhlükəsizlik tələbləri

ГОСТ 9733.0 - 83 Toxuculuq materialları. Rəngin yuma zamanı fiziki və kimyəvi təsirlərə sabitliyinin sınaq üsullarına dair ümumi tələblər.

СТ СЭВ 4920 - 84 Paltaryuyan maşın və elektrik ev sentrifuqaları. Funksional sınaq üsulları.

ГОСТ 9733.4 - 83 Toxuculuq materialları. Rəngin yuma zamanı sabitliyinin sınaq üsulları.

ГОСТ 17037 - 85 Tikiş və trikotaj malları. Termin və təriflər.

ГОСТ 25652 - 83 Paltar materialları. Xidmət üsullarına dair ümumi tələblər.

ГОСТ P ИСО 3758 - 99 Tekstil məhsulları. Qulluq işarələrinin markalanması.

Hazırkı standartda müvafiq təriflərə aşağıda göstərilmiş terminlər tətbiq olunmuşdur.

3.1 Yuma üzrə xidmətlər. İcraçıların növünə, təyinatına və hazırlandığı parçalarına görə fərqlənən tikiş və trikotaj məmulatlarının əmtəə görünüşünün qorunması ilə sanitar – gigiyenik xüsusiyyətlərinin bərpa olunmasına yönəldilmiş fəaliyyətinin nəticəsidir.

3.2 İşləmə və emal üzrə xidmətlər. Xüsusi xarakteristikaların verilməsi məqsədi ilə tikiş və trikotaj məmulatlarına mexaniki və kimyəvi təsirlər kompleksidir.

3.3 Camaşırxanalar, ali kateqoriyalı camaşırxanalar. Müəyyən olunmuş texnoloji prosesə uyğun olaraq tikiş və trikotaj məmulatlarının yuyulmasını və sonradan işlənməsini həyata keçirən təşkilatlar.

3.4 Yuma. Fiziki – kimyəvi və mexaniki amillər vasitəsilə təsir etməklə yuyucu vasitələrinin su məhlullarının istifadəsi ilə bərk cisimlərin (parçaların) üzərindən çirklərin təmizlənməsi prosesidir.

3.5 Məmulatların işlənməsi və emal olunması. Məmulatlara xüsusi xarakteristikaların verilməsi üçün su mühitində, təmizləyici, dezinfeksiya edici və sair vasitələrin istifadəsi ilə həyata keçirilən proseslər.

3.6 Qurutma və ütüləmə. İsti, mexaniki təsirlər və təzyiq vasitəsilə məmulatların nəm – isti təsiri altında işlənməsi.

3.7 Tikiş və trikotaj məmulatları: ГОСТ 17037 üzrə.

3.8 Yataq məmulatları: ГОСТ 17030 üzrə məmulatlar; düz, hamar, xovlu və fasonlu məmulatlar; əhalidən yataq məmulatları (fərdi) və ictimai sektordan yataq məmulatları (kütləvi).

3.9 Ləkə çıxaran, yuyucu, təmizləyici və dezinfeksiya edici vasitələr. Kimya və ətriyyat sənayesinin malları.

4.1 Yuma üzrə xidmətlər aşağıda göstərilən əlamətlər üzrə təsnif edilir:

- məmulatların parçalarının növünü və rəngini, məmulatların növünü (əhalinin və ya ictimai sektorun) nəzərə almaqla yuma rejimləri;

- xidmət metodları və formaları;

- xidmət səviyyəsi üzrə.

4.2 Texnoloji əlamətlərə görə yuma üzrə xidmətlər aşağıda qeyd olunan şəkildə təsnif edilir:

- tikiş və trikotaj məmulatlarının əmtəə görünüşünün qorunması ilə sanitar-gigiyenik xüsusiyyətlərinin bərpa olunması (islatma, ləkələrin aradan qaldırılması, yuma, yaxalama, sıxma, qurutma və ütüləmə);

- məmulatlara xüsusi xarakteristikaların verilməsi: ağlıq (ağartma və lilələmə ), parıltı, hamarlıq, çirklənməyə qarşı davamlılıq, əzilmənin azaldılması (yumşaq, orta və sərt nişastalama), gigiyenik təmizlik (dezinfeksiya), xoş ətir (dezodorasiya, ətirləmə), statik elektrikliyin aradan qaldırılması (antistatik işləmə) və sair;

- digər xidmətlər – nişanların hazırlanması və bərkidilməsi, parçadan olan hazır məmulatın kiçik təmiri.

4.3 Avadanlığın konstruksiyasını nəzərə almaqla yuma üsuluna görə xidmətlər maşınla yuma (avtomatlaşdırılmış və avtomatlaşdırılmamış) və əl ilə yuma növlərinə bölünür.

4.4 Yuma rejimlərinə görə xidmətlər aşağıdakı kimi bölünür:

Məmulatların parçasının rənginə görə:

- açıq rəngli rənglənmiş parçalardan və ya rəngli naxışları və / və ya zolaqları olan ağ parçalardan

- zəif rənglənmiş parçalardan;

məmulatların çeşidlərinə görə:

- tikiş və trikotaj məmulatlarının digər növləri

ictimai sektordan (kütləvi) – yataq məmulatları, xüsusi geyim və istehsalat geyimləri üçün ixtisaslaşmış axınlar:

- gözəllik salonlarının

- ictimai iaşə və ticarət müəssisələrinin və sair

- uşaq müəssisələrinin

- tibb müəssisələrinin

- mehmanxanaların, hamamların və sair

4.5 Xidmət metodlarına və formalarına görə yuma üzrə xidmətlər aşağıda qeyd olunan şəkildə fərqləndirilir:

- kompleks xidmət – sifarişlərin qəbul məntəqələrində stasionar şəraitdə qəbulu və müştərilərə təhvil verilməsi;

- səyyar xidmət - sifarişlərin qəbul məntəqələrində, istehlakçı tərəfindən göstərilmiş təşkilatlarda və yerlərdə qəbulu və müştərilərə təhvil verilməsi, xidmətlərin həyata keçirilməsi - stasionar şəraitdə;

- səyyar xidmət –xidmətlərin sifarişçinin yaşayış yerində və ya mobil texnologiyalar üzrə mini camaşırxanalarda həyata keçirilməsi.

- xidmətin təşkilatın (camaşırxananın) avadanlıqları vasitəsilə özünə xidmət yolu ilə həyata keçirilməsi.

4.6 Həyata keçirilmə vaxtına görə yuma üzrə xidmətlər aşağıda qeyd olunan şəkildə fərqləndirilir:

- xidmətin göstərilə müddəti istehlakçı ilə razılıq əsasında müəyyən olunur;

4.7 Xidmət səviyyəsinə görə yuma üzrə xidmətlər aşağıdakılara bölünür:

- ali kateqoriyalı camaşırxana xidmətləri;

- camaşırxana xidmətləri.

Yuma xidmətləri göstərən camaşırxanalara qarşı tələblərin siyahısı A Əlavəsində verilmişdir.

5.1 Tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər hazırkı standartın tələblərinə, konkret növə xidmət üzrə normativ və texniki sənədlərə uyğun olmalıdır.

5.2 Tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər göstərən təşkilatın otaqları qüvvədə olan normativsənədlərin tələblərinə uyğun olmalıdır.

5.3 Yuma üzrə xidmətlərin göstərilməsi üçün mütləq şərtlər aşağıda qeyd olunanlardır:

- istehlakçı ilə müqavilənin bağlanması;

- peşəkar ustalıq səviyyəsi və istehlakçının səriştəsi, təhlükəsizlik tələblərini, xidmət qaydalarını və sanitar normalarını bilməsi;

- texnoloji avadanlığın, ləkə çıxaran, dezinfeksiya edici, yuyucu, təmizləyici vasitələrin mövcud olması;

- göstərilən tikiş və trikotaj məmulatlarının yuyulması üzrə göstərilən xidmətlər sahəsində normativ və texniki sənədlərin mövcudluğu.

5.4 Tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlərin göstərilməsi üçün sifarişlərin qəbulu və rəsmiləşdirilməsi əhaliyə məişət xidmətlərinin göstərilməsi üzrə Qaydalara əsasən həyata keçirilir. Məmulatların yuyulmaya qəbul edilməsi (nəzərdən keçirilmədən qəbul olunan məmulatlar istisna olmaqla) və sənədlərin tərtib olunması zaman parçanın növünü, köhnəlmə dərəcəsini, məmulatın üzərində ləkələrin, cırıqların və ya digər nöqsanların olub, olmadığını nəzərə almaq lazımdır.

5.5.6 Yuma üsulunu və rejimini məmulatın hazırlandığı parçanın lif tərkibindən asılı olaraq (ГОСТ 25652) və qulluq üzrə simvollar əsasında seçmək lazımdır.

5.6.7 Spesifik çirklərin (yağ, zülal, tanin və sair ləkələrin) aradan qaldırılması üçün normativ sənədlərə uyğun olaraq xüsusi ləkə çıxaran preparatlar tətbiq olunmalıdır.

5.7.8 Suyun sərtliyi 1,8 mq-ekv/dm göstəricisindən artıq olan halda paltarın isladılması, yuyulması və ilk iki dəfə yaxalanması üçün suyu yumşaltmaq lazımdır.

5.8.9 Paltar yuyan maşınlarda yuma, yaxalama və sıxma məmulatları mexaniki zədələmədən həyata keçirilməlidir. Yuyulmuş məmulatların parçasının tamlığının pozulmasına yol verilmir.

5.9.10 Yuyulmadan sonra məmulatlar təmiz, ləkəsiz, kənar qoxusuz və deformasiyalarsız olmalıdırlar. Parçaların yuyulma effektivliyi 30% - dən aşağı olmamalıdır.

5.10.11 Uşaqlar üçün məmulatlar çeşidlərini qaynatmadan, digər məmulatlarla birgə yumağa icazə verilmir.

5.11.12 Pambıq və kətan parçalardan hazırlanmış, qaynadılmadan yuyulan məmulatlar zərərsizləşdirmə məqsədi ilə ГОСТ 25652 üzrə 150ºC temperaturdan aşağı olmayan temperaturda ütülənməlidirlər.

5.12.13 Tibb müəssisələrinin məmulatlarının yuyulması və işlənməsi onların tam zərərsizləşdirilməsini təmin etməlidir. Xəstəxanaların infeksion şöbələrindən daxil olan yüksək risk səviyyəsinə malik yataq məmulatlarını sanitar geyimdən ayrı yumaq və əvvəlcədən zərərsizləşdirmək lazımdır. Xəstəxana çeşidinin məmulatlarının yuyulmasına qarşı tələblər – СанПиН 5179 üzrə.

5.13.14 Yaxalamadan sonra məmulatların üzərində qələvi qalıqlar olmamalıdır. Qələvilərin tam yuyulması zaman son yaxalama məhlulunda hidrogen göstəricisi (pH) 8 –dən artıq olmamalıdır. Yaxalama səviyyəsinin qiymətləndirilməsi qüvvədə olan normativ sənədlər üzrə. Qələvi qalıq aşkar olunan halda əlavə yaxalama həyata keçirilir.

5.14.15 Yataq məmulatlarının sentrifuqalarda sıxılmasından sonra qalıq nəmlilik artıq olmamalıdır: kraxmallı məmulatlar üçün – 55 %, kraxmalsız məmulatlar üçün – 50 %, paltar yuyan / sıxan maşınlarda sıxılmadan sonra isə - müvafiq olaraq 60 % və 55%.

5.15.16 Ütüləndikdən sonra məmulatlar quru və yaxşı ütülənmiş, qatsız, əziksiz, parçanın üzərində yanıqsız olmalıdır. Məmulatların nəmli isti işlənməsi ГОСТ 25652 tələblərinə uyğun olmalıdır.

5.16.17 Xidmətlərin göstərilməsi prosesində məmulatların üzərində ləkələrin əmələ gəlməsinə yol verilmir. Yuma, işlənmə və ütüləmə zamanı məmulatların üzərində ləkələrin əmələ gəldiyi halda bu ləkələr təkrar yumadan əvvəl dərhal təmizlənməlidir.

5.17.18 Rəngli məmulatların rənginin yumaya qarşı davamlılığı – ГОСТ 9733.4 üzrə.

5.18.19 Yuma və ütüləmədən sonra məmulatlar qatlanmalı və qablaşdırılmalıdır. Nəmli məmulatları qatlamağa yol verilmir.

6.1 Yuma xidmətlərinin göstərən təşkilatlarda xidmət istehlakçılarının həyat və sağlamlığının təhlükəsizliyi, ГОСТ 12.1.004, СанПиН 979, СанПиН 9179 və eləcə də sanitar – gigiyenik və texnoloji tələblər təmin olunmalıdır.

6.2 Yuma üzrə xidmətlərin göstərilməsi zaman istifadə olunan və mütləq sertifikatlaşdırılmalı olan məhsulların siyahısına daxil olmuş ləkə çıxaran, yuyucu, təmizləyici və dezinfeksiya edici maddələr sertifikatlaşdırılmalıdırlar, həmçinin, normativ sənədlərin tələblərinə cavab verməlidirlər.

6.3 Son yaxalamadan sonra suyun qələviliyi 0,3 mq – ekv/dm – dan artıq olmamalıdır.

6.4 Yuyulmuş məmulatların üzərində səthi – aktiv anion maddələrin (AAMQ) qalığının olmasına yol verilmir. AAMQ qalıq həcminin yoxlanılması – qüvvədə olan normativ sənədlə üzrə.

6.5 Tibb müəssisələrinin məmulatlarının camaşırxanalarda yuyulması və təmizlənməsi zaman СанПиН 9179 tələblərinə riayət etmək lazımdır.

6.6 Xəstəxana çeşidinə aid məmulatların yuyulması mikrobioloji təmizliyi (patogen mikroorqanizmlərin mövcud olmamağı) təmin etməlidir.

6.7 İnfeksiyalı və ya yoluxmuş yataq və alt paltarı məmulatlarının yuyulması üzrə xidmətlər СанПиН 5179 və СанПиН 979 tələblərinə cavab verməlidir.

6.8 Mikrob əleyhinə xüsusiyyətlərin qorunması məqsədi ilə mikrob əleyhinə parçalardan hazırlanmış yataq məmulatlarının digər paltarlarla birgə yuyulması qadağan edilir.

7.1 Xidmətin ekoloji təhlükəsizliyi ərazidə ətraf mühitin qorunması üzrə tələblərə, yerlərin texniki vəziyyətinin və otaqların saxlanılmasının, ventilyasiya sisteminin, su təchizatının, kanalizasiya sisteminin və digər amillərin müəyyən olunmuş tələblərə uyğunluğuna riayət etməklə təmin olunur.

7.2 Camaşırxanaların çirkab sularında çirkləndirici maddələrin tərkibi СанПиН 979 tələblərinə, şəhər kanalizasiyasına qəbul olunan çirkab sularına qarşı tələblərə cavab verməlidir.

7.3 Xidmətin göstərilməsi prosesində yaranan tullantılar qüvvədə olan texniki normativ sənədin tələblərə uyğun olaraq yerləşdirilməlidir.

8.1 Yuyulmuş tikiş və trikotaj məmulatları qəbzdə göstərilən yerinə yetirilmiş işlərin həcmində 5.5, 5.6, 5.8, 5.9, 5.15 – 5.18 tələblərinə uyğunluq üzrə yoxlanılmalıdır.

8.2 Məmulatların yuyulmasından sonra (yoxlanılmadan qəbul olunan məmulatlar istisna olmaqla) aşağıdakılara yol verilir:

- Məmulatın yumaya qəbulu zaman aşkar olunmuş nöqsanlar

- istehsal texnologiyasının pozulması və istismar zamanı məmulata qeyri düzgün qulluğun nəticəsində yaranmış və aşkar olunmuş gizli nöqsanlar;

- keyfiyyətsiz boyaq maddələri ilə rənglənmiş parçaların rənginin solması;

- məmulatların tamlığının pozulması və trikotaj məmulatlarının yumadan sonra üzə çıxmış istismar nəticəsində tikişlərinin sökülməsi;

- köhnəlmiş, təmizlənməyən ləkələr;

- məmulatların ev şəraitində yuyulması zaman yaranmış şişmə və əyrilikləri;

- uzun müddət tərin, kosmetik vasitələrin təsirindən, atmosfer təsirlərdən və sair yaranmış sarılıq və rəngin dəyişməsi.

Yuyulmuş, lakin, hazırkı standartın tələblərinə cavab verməyən məmulatlar təkrar yuyulma və (və ya) təmizlənmə üçün qaytarılmalıdırlar.

8.3 5.5, 5.9, 5.13, 5.14, 5.15, 5.17, 5.18, 6.3 və 6.4 tələblərinin yoxlanılması üçün sınaq laboratoriyaları ildə bir dəfədən az olmayaraq sınaqlar həyata keçirir.

9.1 Yuyulmuş tikiş və trikotaj məmulatlarının 5.4 – 5.6, 5.8 – 5.12, 5.15 – 5.18 tələblərinə uyğunluğu xidmətlərin icraçısının təşkilatında vizual və orqanoleptik yoxlayırlar.

9.2 Məmulatların təmizliyini (5.9) çirk və ləkələrin olub. Olmadığı baxımından vizual qiymətləndirirlər. Yataq məmulatlarının qiymətləndirilməsi zaman bu cür məmulatların kənarları və orta hissələri müqayisə olunur. Üst köynəklərinin təmizliyi yaxalıqların və manjetlərin təmizliyinə görə qiymətləndirirlər.

9.3 Məmulatların yuyulma effektivliyini (5.9) parçanın süni çirklədilmiş nümunələrinin yuyulması metodu ilə qiymətləndirirlər. Yuyulma effektivliyini PS, % aşağıdakı düsturla hesablayırlar:

Burada – süni çirkləndirilmiş nümunənin yuyulmadan sonra ağlığı, %.

Бз - süni çirkləndirilmiş nümunənin yuyulmadan əvvəl ağlığı, %.

Бисх – ilkin ağ parçanın ağlığı, %

9.4 Məmulatların qələvilərdən yaxalanaraq, tam təmizlənməsini (5.13) son yaxalamadan sonra, yaxalama effektivliyi isə (6.3) – СТ СЭВ 4920 üzrə müəyyən edilir,

9.5 Sıxılmaya (5.14) yataq dəstlərinin və ya nümunələrin qalıq nəmliyinə görə nəzarət olunur və СТ СЭВ 4920 üzrə. Sıxılma effektivliyini və ya nəmlilik səviyyəsinin W, %, aşağıdakı düstur ilə hesablayırlar: m2 – m1

Burada m1 – quru yüklənmiş paltarın çəkisi, kq

m2 - yüklənmiş paltarın sıxılmadan sonra çəkisi, kq.

9.6 Rəngli məmulatların yuyulmaya qarşı davamlılığı (5.17) və ГОСТ 9733.4 üzrə yoxlanılır.

ГОСТ 9733.4 üzrə sınaqların həyata keçirilməsi zamanhazırlanmış işçi nümunəsini paltaryuyan maşında digər məmulatlarla birgə işləyirlər. Nəticələrin qiymətləndirilməsi ГОСТ 9733.0 üzrə həyata keçirilir.

10.1 Tikiş və trikotaj məmulatlarının yuyulmaya qəbulu, çeşidlərə ayrılması, saxlanılması, nəql edilməsi və dəstləşdirilməsi tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

10.2 Xəstəxana və mehmanxana çeşidlərinə aid məmulatların yığılması, ayrılması, saxlanılması və nəql olunması gigiyenik tələblərə və СанПиН 5179 və СанПиН 979 tələblərinə cavab verməlidir.

Yuma xidmətlərinin icraçılarına qarşı tələblər

Tələblərin yerinə yetirilməsi

Ali kateqoriyalı camaşırxana

1. Xidmətlərin hazırkı standartın tələblərinə uyğunluğu

2. Orqanların müsbət rəyinin mövcudluğu:

- Sanitar – epidemioloji nəzarət orqanının

- Dövlət yanğın xidmətinin

3. Yuma üzrə göstərilən xidmətlərin nomenklaturası– 10 xidmətdən artıq

4. Xidmət icraçılarının tərkibi və ixtisaslaşması: üç ildən artıq ixtisas üzrə iş təcrübəsinə malik olan 50% - dən az olmayan işçi sayı

4.1. Mütəxəssislərin peşəkar yararlılığının attestasiya dövrü:

- 2 ildə bir dəfədən az olmayaraq;

- ildə bir dəfədən az olmayaraq.

4.2. Peşə təhsili haqqında və (və ya) ixtisasın artırılması haqqında təsdiqləyici sənədlərin icraçıların ən azı 80%-də mövcud olması.

5. Camaşırxananın xarici görünüşü və onun otaqlarının tərtibatı

5.1. İşıqlı tərtibat elementləri ilə asma reklamın mövcud olması

5.2. Dekorativ elementlərin istifadəsi və / və ya bədii tərtibat

5.3. Sifarişlərin qəbulu və özünəxidmət yuma otaqlarının komfortluğu

6. Camaşırxananın və ya onun qəbul məntəqələrinin əsas istehlakçı qruplarına görə rahat ərazidə yerləşməsi

8. Camaşırxananın ətraf ərazisində avtomobilləri saxlamaq imkanı

9. Sifarişlərin rəsmiləşdirilməsində və istehlakçılara təhvil verilməsində operativlik

10. İstehlakçı tərəfindən telefon vasitəsilə zəruri informasiyanı almaq imkanı

11. Əhaliyə camaşırxana və onun göstərdiyi xidmətlər haqqında informasiyanın təqdim olunması (reklam)

12. Camaşırxana əməkdaşlarının sifarişin rəsmiləşdirilməsi və / və ya həyata keçirilməsi üçüm telefon vasitəsilə çağırılması imkanı

13. Sosial müdafiə olunmamış əhali üçün endirim sisteminin mövcud olması*

14. İstehlakçıya özünə xidmət ilə yumanın təklif olunması*

15. İcraçının Patent agentliyində qeydiyyata alınmış xidməti nişanının (əmtəə nişanının) mövcudluğu.

16. Sifarişlərin təhvil verilməsi üçün xüsusi firma qablaşdırılmasının mövcud olması

17. İstehlakçılarla qarşılıqlı əlaqədə olan işçilərin xüsusi firma geyiminin mövcud olması

18. Xidmətlərin icra olunma müddəti:

- preyskurant və ya istehlakçı ilə razılaşma üzrə müddət

19. Müasir ləkə çıxaran, yuyucu, təmizləyici və dezinfeksiya edici və digər kimyəvi maddələrin istifadə olunması

20. Müasir avadanlığın istifadə olunması:

-paltar yuyan maşınların

- ütüləmə avadanlığının

- suyun yumşaldılması üçün qurğunun

- yerli təmizləyici qurğuların*

21. parçaların yuyulma effektivliyi 50% - dən az olmayaraq

22. Göstərilən xidmətlərin keyfiyyətini təsdiqləyən sənədlərin keyfiyyəti:

- uyğunluq sertifikatı

- istehlakçıların müsbət rəyləri, mətbuatda müsbət rəylər; təşkilatın və ya onun əməkdaşlarının və mütəxəssislərinin müsabiqələrdə iştirak etməsi haqqında diplom.

3. “+” işarəsi nəzərdə tutur ki, tələbin yerinə yetirilməsi nəzərdə tutulur, “-” işarəsi isə - tələbin yerinə yetirilməsi nəzərdə tutulmur.

4. *işarəsi ilə göstəricilər bütün digər tələblərin təsdiq olunması zaman diqqətdən keçirilə bilər.

5. Tələblərin siyahısı camaşırxananın kateqoriyasının müəyyən olunması üçün, həmçinin, konkret kateqoriyalar sisteminin işlənib, hazırlanması zaman əsas qismində istifadə oluna bilər.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “06” aprel 2015-ci il tarixli 15011150001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

______________________________________________________________________________

______________________________________________________________________________

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart EN 13282-1-2013 “Hydraulic road binders - Part 1: Rapid hardening hydraulic road binders - Composition, specifications and conformity criteria” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

______________________________________________________________________________

Hidravlik yol yapışdırıcıları –

Hissə 1: Tez tutuşan hidravlik yol

yapışdırıcıları - Tərkibi, texniki şərtləri

və uyğunluq meyarları

Hydraulic road binders - Part 1: Rapid

hardening hydraulic road binders –

Composition, specifications and conformity criteria

______________________________________________________________________________

Bu standart yollarda, dəmiryollarında, hava limanlarında və digər infrastruktur tiplərində özüllər, alt özüllər, qoruyucu təbəqələr, eləcə də torpaq işləri üçün zavodda istehsal olunan və materialların işlənməsinə hazır şəkildə təchiz olunan tez tutuşan hidravlik yol yapışdırıcılarını və onlar üçün texniki şərtləri müəyyən edir.

Bura mexaniki, fiziki və kimyəvi tələblər və qeyd olunan yapışdırıcıların müvafiq olaraq 7 günlük və 28 günlük sınaqlar zamanı sıxılmaya qarşı müqavimətinə əsaslanan təsnifatı daxildir. Bu standart həmçinin istehsalçı tərəfindən tətbiq olunacaq uyğunluq meyarlarını və qiymətləndirmə prosedurlarını da əhatə edir.

Aşağıdakı sənədlər burada bütövlükdə və ya qismən normativ şəkildə istinad olunur və onun tətbiqi üçün məcburidir. Tarixli istinadlar üçün, yalnız adı çəkilən nəşr tətbiq olunur. Tarixsiz istinadlar üçün isə, istinad edilən sənədin ən son nəşri (o cümlədən hər hansı dəyişikliklər) tətbiq olunur.

EN 196-1, Sementin sınanması metodları — Hissə 1: Möhkəmliyin təyini

EN 196-2, Sementin sınanması metodları — Hissə 2: Sementin kimyəvi təhlili

EN 196-3, Sementin sınanması metodları — Hissə 3: Vaxtın və möhkəmliyin təyin edilməsi

EN 196-6, Sementin sınanması metodları — Hissə 6: Narınlığın təyini

EN 196-7, Sementin sınanması metodları — Hissə 7: Sement nümunələrinin götürülməsi və hazırlanması metodları

EN 197-1, Sement — Hissə 1: ANİ standartı üzrə A sinifli sementlər üçün tərkib, texniki şərtnamə və uyğunluq meyarları

EN 459-1, Tikinti əhəngi — Hissə 1: Anlayışlar, texniki şərtnamə və uyğunluq meyarları

EN 459-2, Tikinti əhəngi — Hissə 2: Sınaq metodları

EN 13282-3:2013, Hidravlik yol yapışdırıcıları — Hissə 3: Uyğunluğun qiymətləndirilməsi

ISO 10694, Torpağın keyfiyyəti — quru yanmadan sonra üzvi və ümumi karbon tərkibinin təyini (elementar təhlil)

Bu sənədin məqsədləri üçün, aşağıdakı terminlər və anlayışlar tətbiq olunur:

3.1. Avtonəzarət sınağı

zavoddan /depodan buraxılış nöqtəsində (nöqtələrində) teztutuşan hidravlik yol yapışdırıcılarının nöqtəli nümunələrinin istehsalçı tərəfindən davamlı sınanması;

avtonəzarət sınağı nəticələrinin qiymətləndirilməsi üçün müəyyən edilən istehsal və göndəriş dövrləri;

3.3. səciyyəvi qiymət

tələb olunan mexaniki, fiziki və ya kimyəvi xassənin qiyməti; bütün nomenklatura qiymətlərinin göstərilən faizi, Pk prosentili, bu qiymətdən kənarda yerləşir;

3.4. göstərilən səciyyəvi qiymət

mexaniki, fiziki və ya kimyəvi xassənin səciyyəvi qiyməti; bu qiymət yuxarı hədd olduqda keçilməməli, aşağı hədd olduqda isə minimum ona çatılmalıdır;

3.5. tək nəticənin hüdud qiyməti

mexaniki, fiziki və ya kimyəvi xassənin qiymət - istənilən tək sınaq nəticəsi üçün - yuxarı hədd olduqda keçilməməli, aşağı hədd olduqda isə minimum ona çatılmalıdır;

3.6. yolverilən CR qəbul ehtimalı

verilmiş nümunəgötürmə planı üçün, göstərilən səciyyəvi qiymət xaricində səciyyəvi qiymətə malik tez tutuşan hidravlik yol yapışdırıcısının yolverilən qəbul ehtimalı.

Hidravlik yapışdırıcı, su ilə qarışdıqda, həm havada və həm də suyun altında bərkiyir və sualtı mühitdə bərk, hamar qalır.

Hidravlik yol yapışdırıcısı zavodda istehsal olunan hidravlik yapışdırıcı olub, istifadəyə hazır şəkildə təchiz olunur və xüsusilə də özüllər, alt özüllər və qoruyucu təbəqələr üçün, eləcə də torpaq işləri, quru yol, dəmiryolu, hava limanları və digər infrastruktur tiplərində materialların işlənməsi baxımından yararlı xassələrə malikdir.

QEYD 1: Hidravlik yol yapışdırıcıları yalnız yol tikintisi üçün istifadə olunmur, lakin bu ümumi işarələmə hazırkı sənədi daha yaxşı başa düşmək üçün istifadə olunacaq.

Hidravlik yol yapışdırıcısı müxtəlif komponentlərin qarışığımdan hazırlanmış tozdan ibarətdir və statistika baxımından tərkibinə görə bircinslidir. Bütün xassələrdə yüksək müntəzəmlik əmsalı davamlı kütləvi istehsal prosesləri vasitəsilə əldə olunacaq.

QEYD 2: Davamlı istehsal texnoloji prosesə, məhsulun tərifinə, onun tərkibinə və xassələrinə aiddir, lakin sutkalıq istehsalı nəzərdə tutmur.

4.2. Tez tutuşan hidravlik yol yapışdırıcısı

Tez tutuşan hidravlik yol yapışdırıcısı 7 və 28 günlük sınaq dövrlərində möhkəmlik tələblərinə cavab verən hidravlik yol yapışdırıcısıdır, narınlıq, ilkin tutuşma vaxtı, bərklik, sulfat tərkibi və kompozisiya Maddə 7-də verildiyi kimidir.

5.1. Əsas komponentlər

Tez tutuşan hidravlik yol yapışdırıcısının əsas komponentləri kütləsinə görə 10 %-i keçən nisbətdə olan komponentlərdir. Onlar aşağıdakı siyahıdan seçilməlidir:

a) EN 197-1 standartında əsas komponentlər kimi müəyyən edilən komponentlər:

1) Portlandsement klinkeri (K);

2) dənəvərlənmiş domna şlakı (S);

3) pussolan materiallar: təbii pussolan (P) və təbii susuzlaşdırılmış pussolan (Q);

4) uçucu kül: silisiumlu uçucu kül (V) və əhəngli uçucu kül (W);

6) əhəngdaşı (L, LL);

b) EN 459-1 standartına uyğun gələn sönmüş kalsium əhəngi (CL-S) və təbii hidravlik əhəng (NHL).

EN 196-2 standartına uyğun olaraq müəyyən edilən, lakin 1 saat alışma vaxtından və ya yanmamış kömür tərkibindən istifadə etməklə ISO 10694 standartına uyğun müəyyən edilən uçucu külün alışma itkisi kütləsinə görə 9,0 %-dən artıq olmamalıdır.

5.2. Köməkçi komponentlər

Köməkçi komponentlər ümumilikdə kütləsinə görə 10 %-dən artıq olmayan miqdarda əlavə edilə bilər.

Köməkçi komponentlər klinkerdən və ya kalsium əhənginin istehsal prosesindən törəyən xüsusi seçilmiş qeyri-üzvi təbii mineral materiallar, qeyri-üzvi mineral materiallar, yaxud, əgər müvafiq hazırlıqdan sonra və hissəcik ölçülərinin bölgüsü nəzərə alınmaqla yapışdırıcı maddənin fiziki xassələrini (məsələn, emal edilmə və ya su saxlama qabiliyyətini) yaxşılaşdıran əsas komponentlər kimi daxil edilməyibsə, 5.1-ci yarımbənddə göstərilən komponentlərdir. Onlar təsirsiz, az hidravlik, gizlənmiş hidravlik və ya pussolan xassələrə malik ola bilər. Lakin onlar üçün bu baxımdan heç bir tələb müəyyən edilməyib.

Köməkçi komponentlər dəqiq hazırlanmalı, yəni onların istehsal və ya çatdırılma vəziyyətindən asılı olaraq seçilməli, homogenləşdirilməli, qurudulmalı və xırdalanmalıdır.

Köməkçi komponentlər yapışdırıcı maddənin xassələrinə mənfi təsir göstərməməlidir.

5.3. Kalsium sulfatı (Cs)

Kalsium sulfatı, gips, yarımhidrat və ya anhidrit (təbii və ya süni) yaxud onların istənilən qarışığı istehsal zamanı tez tutuşan hidravlik yol yapışdırıcılarının digər komponentlərinə əlavə edilə bilər.

Əlavələr Bu standart baxımından 5.1 - 5.3 yarımbəndlərdə əhatə olunmayan komponentlər olub, tez tutuşan hidravlik yol yapışdırıcılarının istehsalını və ya fiziki xassələrini yaxşılaşdırmaq üçün əlavə olunur.

Quru kütlə üzərində qatışıqların ümumi miqdarı yapışdırıcı maddənin kütləsinə görə 1 %-dən artıq olmamalıdır.

Əlavələrin ümumi tərkibinin kütləsinə görə 1 %-dən artıq olmasına bu şərtlə yol verilir ki, onların hər birinin kəmiyyəti və funksiyası qablaşdırmada və /və ya fakturada göstərilsin.

Qatışıqlar tez tutuşan hidravlik yol yapışdırıcılarının xassələrinə mənfi təsir göstərməməlidir.

Tez tutuşan hidravlik yol yapışdırıcıları E hərfi və möhkəmlik sinfini əks etdirən rəqəmlə ifadə olunur.

Tez tutuşan hidravlik yol yapışdırıcılarının möhkəmlik sinfi EN 196-1 standartına uyğun olaraq 7 günlük və 28 günlük sınama dövründə sıxılmaya qarşı müqavimətlə müəyyən olunur.

Cədvəl 1: E 2, E 3 və E 4-də (bax, 7.1) üç möhkəmlik sinfi müəyyən edilmişdir. E 4 sinfi üçün, alt sinif E 4-RS kimi göstərilir və teztutuşan hidravlik yol yapışdırıcıları müəyyən olunur.

QEYD 1: E 1 sinfi prEN 13282-2 standartında müəyyən edilmiş möhkəmlik siniflərinə uyğunluq məqsədilə Bu standarta daxil edilmir.

QEYD 2: Möhkəmlik sinifləri məhsulun istismar xüsusiyyətlərinin təsnifləşdirilməsi və uyğunluq attestasiyasının aparılması məqsədilə birləşdirilir və teztutuşan hidravlik yol yapışdırıcıları ilə işlənən torpağın və ya digər materialların mexaniki xassələri ilə bağlılığı yoxdur.

7.1. Mexaniki tələblər

Tez tutuşan hidravlik yol yapışdırıcılarının sıxılmaya qarşı müqaviməti EN 196-1 standartına uyğun olaraq müəyyən edilir, sement tez tutuşan hidravlik yol yapışdırıcısı ilə əvəz olunur.

Aşağıda başqa hallar nəzərdə tutulmayıbsa, prizmalar EN 196-1 standartında göstərildiyi şəkildə istehsal olunur, saxlanır və sınaq edilir.

Prizmalar hazırlıqdan 24 saat sonra muldadan çıxarılır və sonra 90 %-dən az nisbi nəmlikdə sınaq üçün saxlanılır.

Prizmaları 24 saat ərzində muldadan çıxarmaq mümkün olarsa, onların daha sonrakı yaşda çıxarılmasına yol verilir və bu yaş sınaq protokolunda göstərilir.

Nəm hava konteynerlərindən istifadə etməklə prizmaların təxminən 10 mm səviyyəyədək konteynerlərə süzülən su ilə təmasa girməsinə yol verilmir. Qapaq kip bağlanmalı və hər hansı keçə materialdan hazırlanmış kipliklər nəm saxlanmalıdır.

Tez tutuşan hidravlik yol yapışdırıcıları Cədvəl 1-də verilmiş tələblərə uyğun olmalıdır.

Tez tutuşan hidravlik yol yapışdırıcısının narınlığı ələmə yolu ilə təyin edilir.

Ələmə EN 196-6 standartına uyğun olaraq aparılır. Ələk qalıqları Cədvəl 2-də verilmiş tələbə uyğun olaraq olmalıdır.

7.2.2. İlkin tutuşma vaxtı

EN 196-3 standartına uyğun olaraq müəyyən edilən ilkin tutuşma vaxtı Cədvəl 2-də göstərilən tələbə uyğun olmalıdır.

EN 196-3 standartına uyğun olaraq müəyyən edilən genişlənmə Cədvəl 2-də verilmiş tələbə uyğun olmalıdır.

Tərkibində kütləsinə görə 4,0 % faizdən çox S03 olan tez tutuşan hidravlik yol yapışdırıcıları, bundan əlavə, EN 459-2 standartında göstərilən soyuq su sınağından keçməlidir. Əgər suda saxlamadan sonra iki nümunənin ya özündə, ya da saçlı çatlarla birlikdə deformasiyalı və ya aralıqlı yan çatlar əmələ gəlibsə, onlara qüsurlu olaraq yanaşılmalıdır.

7.3. Kimyəvi tələb – sulfat tərkibi

Kütləsinə görə S03 faizi kimi ifadə olunan və EN 196-2 standartına uyğun müəyyən edilən sulfat tərkibi 4,0 %-i keçməməlidir.

Kütləyə görə 7,0 %-dək sulfat tərkibi (E 4 və E 4-RS sinifləri) və kütləyə görə 9,0 % (E 2 və E 3 sinifləri), müvafiq olaraq, 7.2.3 yarımbəndində göstərilən tələblərə uyğun olmaq şərtilə aşağıdakı tez tutuşan yol yapışdırıcıları üçün yolveriləndir:

— tərkibində yanar şist olan tez tutuşan hidravlik yol yapışdırıcıları (T) və ya əhəngli uçucu kül (W), yalnız sulfatın əksəriyyət hissəsi əsas komponentlərdən ibarət olduqda;

— tərkibində kütləsinə görə 65 %-dən çox dənəvərlənmiş domna şlakı olan tez tutuşan hidravlik yol yapışdırıcıları (S).

Kütləsinə görə 9,0 %-dək (E 4 və E 4-RS sinifləri) və 11,5 %-dək (E 2 və E 3 sinifləri) olan sulfat tərkibi, müvafiq olaraq, tərkibində yanar şist və ya əhəngli uçucu kül olan yapışdırıcılar üçün yolveriləndir, yalnız sulfat tərkibinin əksəriyyət hissəsi yanar şistdən və ya əhəngli uçucu küldən ibarət olduqda.

7.4.1. Tərkibin bəyan edilməsi

Tez tutuşan hidravlik yol yapışdırıcısının komponentləri və onların hazır məhsulda orta nisbəti qeydə alınır. Əgər tez tutuşan hidravlik yol yapışdırıcısının sulfat (S03) tərkibi 4,0 %-i keçmirsə, sorğu edildikdə əsas komponentlər (5.1), eləcə də kalsium sulfatının (5.3) mövcudluğu istehsalçı tərəfindən bəyan olunur (bax Maddə 8).

7.4.2. Tərkibə dair tələblər

Tez tutuşan hidravlik yol yapışdırıcılarının Portland sement klinkerinin tərkibi 20 %-dən az olmamalıdır.

Tez tutuşan hidravlik yol yapışdırıcısının tərkibi, ayrı-ayrılıqda götürülmüş bütün əsas komponentlər üçün, istehsalçı tərəfindən sənədləşdirilmiş və sorğu edildikdə bəyan edilən qiymətlərə (bax 7.4.1 və Maddə 8) Cədvəl 3-də verilmiş mütləq müsaidələr çərçivəsində cavab verməlidir.

S03 tərkibi 4,0 %-i keçdikdə, Cs işarələməsi deklarasiyaya əlavə olunur (bax 7.4.1).

Kalsium sulfat və aşqarlar istisna olmaqla əsas və köməkçi komponentlərin ümumi kütləsi ilə bağlı kütləyə görə faizlə verilən qiymətlər.

MİSAL: elan edilən S 55, K 35, V 10 tərkibi üçün, tez tutuşan hidravlik yol yapışdırıcısının faktiki tərkibi (kalsium sulfatı (Cs) və aşqarlar istisna olmaqla, HRB-nin ümumi kütləsi ilə bağlı) aşağıdakı hədlər daxilində olmalıdır:

— S: 45 %-dən 65 %-dək,

— K: 25%-dən 45%-dək,

— V: 5 %-dən 15 %-dək.

7.5. Uzunömürlük tələbləri

Bir çox tətbiqlərdə, xüsusilə də sərt ekoloji şəraitdə, yapışdırıcının seçimi hazır materialların uzunömürlülüyünə, məs. bərklik, şaxtaya davamlılıq və ya kimyəvi müqavimət parametrlərinə təsir göstərir.

Yapışdırıcının seçimi, xüsusilə də müxtəlif tətbiqlər və təsirə məruzqalma sinifləri üçün möhkəmlik tipinə və sinfinə münasibətdə, müvafiq standartlara və/və ya istifadə yerində qüvvədə olan normativlərə uyğun olmalıdır.

7.6. Təhlükəli maddələr

Təhlükəli maddələrə dair milli normativlər hazırkı standartla əhatə olunan tikinti-inşaat məhsulları bu bazarlara çıxarıldıqda buraxılış və bəzən də tərkib barədə təsdiqli yoxlama və bəyannamə tələb edə bilər.

Razılaşdırılmış sınaq metodları olmadıqda, istifadə yerində qüvvədə olan milli şərtlər nəzərə alınmaqla buraxılış /tərkib barədə təsdiqli yoxlama aparılmalı və bəyannamə hazırlanmalıdır.

QEYD: Təhlükəli maddələrə dair Avropa və milli şərtləri əhatə edən informativ verilənlər bazası EUROPA üzrə İnşaat vebsaytında mövcuddur və aşağıdakı link vasitəsilə daxil olmaq olar: http://ec. europa. eu/enterprise/construction/cpd-ds/.

Tez tutuşan hidravlik yol yapışdırıcıları sənədlərin müşayiət olunmasında və, müvafiq hallarda, qablaşdırmada, aşağıdakılar vasitəsilə identifikasiya olunacaq:

— tərkib (sorğu edildikdə).

Tez tutuşan hidravlik yol yapışdırıcısının komponentlərini və onların orta nisbətini bəyan etmək lazım gəldikdə (bax 7.4.1), onlar hər bir komponentin işarəsindən istifadə etməklə işarələməyə daxil edilir (bax 5.1 və 5.3).

Əhənglərdən komponentlər kimi istifadə edildikdə, onların EN 459-1 standartına uyğun standart işarələmə hissəsi tipə istinadla hər komponentin işarəsindən (CL-S və ya NHL) istifadə etməklə işarələməyə daxil edilir.

İstifadə məqsədinə dair konkret xüsusiyyətlər standart işarələməyə daxil edilmir; bu barədə fakturalarda və ya qablaşdırmada məsləhət verilə bilər.

MİSAL 1 (məcburi informasiya): E 4 möhkəmlik sinfindən Bu standarta uyğun gələn və tərkibində ən az 20 % Portlandsement klinkeri olan tez tutuşan hidravlik yol yapışdırıcısı aşağıdakılarla identifikasiya olunur:

— Tez tutuşan hidravlik yol yapışdırıcısı EN 13282-1;

MİSAL 2 (bəyannamə sorğu edildikdə): E 3 möhkəmlik sinfindən Bu standarta uyğun gələn və 20 % klinker, 35 % dənəvərlənmiş domna şlakı, 30 % silisiumlu uçucu kül və 15 % sönmüş kalsium əhəngindən ibarət olduğu elan edilən tez tutuşan hidravlik yol yapışdırıcısı aşağıdakılarla identifikasiya olunur:

— Tez tutuşan hidravlik yol yapışdırıcısı EN 13282-1;

— HRBE3K20, S35, V30, CL-S15.

MİSAL 3 (bəyannamə sorğu edildikdə): E 4 möhkəmlik sinfindən Bu standarta uyğun gələn və 46 % dənəvərlənmiş domna şlakı, 35 % klinker, 10 % silisiumlu uçucu kül və 9 % köməkçi komponentlərdən ibarət olduğu elan edilən tez tutuşan hidravlik yol yapışdırıcısı aşağıdakılarla identifikasiya olunur:

— Tez tutuşan hidravlik yol yapışdırıcısı EN 13282-1;

— HRB E 4 S46, K35, V10.

İstehsal prosesi və onun idarəolunması tez tutuşan hidravlik yol yapışdırıcısının tərkib Bu standart çərçivəsində göstərilən hədlər daxilində saxlanmasını təmin etməlidir.

Tez tutuşan hidravlik yol yapışdırıcılarının Bu standarta uyğunluğu nöqtəli nümunələrin sınanması əsasında davamlı olaraq qiymətləndirilməlidir.

İstehsalçı tərəfindən avtonəzarət sınaması üçün xassələr, sınaq metodları və minimum sınama tezlikləri Cədvəl 4-də göstərilir.

Davamlı olaraq göndərilməyən tez tutuşan hidravlik yol yapışdırıcıları və digər detallar üçün sınama tezlikləri ilə bağlı, bax EN 13282-3.

QEYD 1: Səlahiyyətli sertifikatlaşdırma orqanı tərəfindən uyğunluğun sertifikatlaşdırılması üçün, tez tutuşan hidravlik yol yapışdırıcılarının Bu standart ilə uyğunluğu Qoşma ZA-ya və aidiyyəti üzrə istinad edilən EN 13282-3 maddələrinə müvafiq olaraq qiymətləndirilir.

QEYD 2: Bu Standartın tədarük məntəqəsində qəbul nəzarətinə aidiyyəti yoxdur.

Cədvəl 4 — İstehsalçı tərəfindən avtonəzarət sınağı üçün xassələr, sınaq metodları və minimum sınama tezlikləri, və statistik qiymətləndirmə proseduru

a EN 196 standartının müvafiq hissəsində yol verildikdə, göstərilənlərdən əlavə digər metodlardan bu şərtlə istifadə oluna bilər ki, onlar istinad metodu ilə əldə edilmiş nəticələrlə əlaqələndirilən və onlara ekvivalent olan nəticələr vermiş olsun.

b Nümunələr götürmək və hazırlamaq üçün istifadə olunan metodlar EN 196-7 standartına uyğun olmalıdır.

c Əgər məlumatlar (verilənlər) normal paylanmırsa, o zaman qiymətləndirmə metodu konkret hallar üçün qərarlaşdırıla bilər.

d Əgər nümunələrin sayı ən azı həftəyə iki nümunə ilə məhdudlaşırsa, qiymətləndirmə dəyişənlər vasitəsilə aparıla bilər.

e İstehsalçı tərəfindən seçilmiş müvafiq sınaq metodu.

9.2. Mexaniki, fiziki və kimyəvi xassələr üçün uyğunluq meyarları və qiymətləndirmə proseduru

Bu standartda tez tutuşan hidravlik yol yapışdırıcıları mexaniki, fiziki və kimyəvi xassələrin tələblərinə uyğunluğu bu şərtlə nəzərdə tutulur ki, 9.2.2 və 9.2.3 yarımbəndlərində göstərilən uyğunluq meyarlarına cavab verilmiş olsun. Uyğunluq buraxılış nöqtəsində nöqtəli nümunələrdən istifadə yolu ilə davamlı nümunəgötürmə əsasında və nəzarət dövründə götürülmüş bütün avtonəzarət nümunələrindən əldə edilən sınaq nəticələri əsasında qiymətləndirilməlidir.

9.2.2. Statistik uyğunluq meyarları

9.2.2.1. Ümumi məlumat

Uyğunluq aşağıdakılara əsaslanaraq statistik meyar şərtləri ilə formulə edilməlidir:

— Bu standartın 7.1, 7.2, və 7.3 yarımbəndlərində göstərilmiş mexaniki, fiziki və kimyəvi xassələr üçün səciyyəvi qiymətlər;

— Cədvəl 5-də göstərildiyi kimi, təyin edilmiş səciyyəvi qiymətin əsaslandığı Pk prosentili;

— Cədvəl 5-də verildiyi kimi, yolverilən CR qəbul ehtimalı.

Səciyyəvi qiymətin əsaslandığı Pk prosentili

CR qəbulunun müsaidə ehtimalı

QEYD Uyğunluğun sınaq nəticələrinin sonlu sayına əsaslanan prosedur vasitəsilə dəyərləndirilməsi yalnız nomenklaturada göstərilən səciyyəvi qiymətdən kənarda nəticələrin nisbəti üçün təqribi qiymət əmələ gətirə bilər. Nümunə ölçüsü (sınaq nəticələrinin sayı) nə qədər böyük olarsa, təqribilik bir o qədər yaxşı olar. Seçilmiş CR qəbulu ehtimalı təqribilik dərəcəsini nümunəgötürmə planı vasitəsilə idarə edir.

Bu standartın tələblərinə uyğunluq ya dəyişənlər vasitəsilə, ya da atributlar vasitəsilə, müvafiq olaraq, 9.2.2.2 və 9.2.2.3 bəndlərində təsvir edildiyi və Cədvəl 4-də göstərildiyi şəkildə yoxlanılaraq təsdiq edilir.

Yoxlama dövrü 12 aydır.

9.2.2.2. Dəyişənlərə görə yoxlama

Bu yoxlama üçün sınaq nəticələri normal paylanmış fərz olunur.

Düsturlar (1) və (2) təmin edildikdə, uyğunluq yoxlanılır:

x nəzarət dövründə avtonəzarət sınağı nəticələrinin məcmusunun orta riyazi qiymətidir;

s nəzarət dövründə avtonəzarət sınağı nəticələrinin məcmusunun standart sapmalarıdır;

kA qəbuledilənlik konstantasıdır

L 7.1 və 7.2-ci maddələrdə istinad edilən 1 və 2-ci cədvəllərdə verilmiş aşağı həddir;

U 7.1 və 7.2-ci maddələrdə istinad edilən 1 və 2-ci cədvəllərdə verilmiş yuxarı həddir.

kA qəbuledilənlik konstantası səciyyəvi qiymətin əsaslandırıldığı Pk prosentilindən, CR qəbulunun müsaidə ehtimalından və sınaq nəticələrinin n sayından asılıdır. kA qiymətləri Cədvəl 6-da siyahıya alınır.

QEYD: Bu cədvəldə verilmiş qiymətlər CR = 5 % üçün etibarlıdır.

n aralıq qiymətləri üçün qüvvədə olan kA qiymətləri də istifadə oluna bilər.

9.2.2.3. Atributlar üzrə yoxlama

Səciyyəvi qiymətdən kənarda sınaq nəticələrinin cD sayı hesablanır və Cədvəl 7-də göstərildiyi kimi avtonəzarət sınağı nəticələrinin n sayı və Pk prosentili əsasında hesablanaraq, məqbul cA sayı ilə müqayisə olunur.

Düstur (3) təmin edildikdə, uyğunluq yoxlanılır:

qiyməti səciyyəvi qiymətinin əsaslandırıldığı Pk prosentilindən, CR qəbulunun müsaidə ehtimalından və sınaq nəticələrinin n sayından asılıdır. Ca qiymətləri Cədvəl 7-də verilmişdir.

QEYD: Cədvəldə verilmiş qiymətlər CR = 5 % üçün etibarlıdır.

Əgər sınaq nəticələrinin n sayı < 20-dirsə (Pk = 10 % üçün), statistika baxımından əsaslandırılan uyğunluq meyarı mümkün deyil. Buna baxmayaraq, n < 20 olan hallarda cA = 0 meyarından istifadə olunacaq.

9.2.3. Tək nəticənin uyğunluq meyarları

Statistik uyğunluq meyarlarından əlavə, sınaq nəticələrinin Bu standartın tələblərinə uyğunluğu tələb edir ki, hər sınaq nəticəsinin tək nəticənin Cədvəl 8-də göstərilən hüdud qiymətləri çərçivəsində qaldığı yoxlanılsın.

tərkibində yanar şist, əhəngli uçucu kül və ya 65 %-dən çox dənəvərlənmiş domna şlakı (bax 7.3) olan tez tutuşan hidravlik yol yapışdırıcıları üçün S03 kütləsinə görə müvafiq olaraq 8,0 % (E 4 və E 4-RS sinifləri) və 10,0 % (E 2 və E 3 sinifləri) hüdud qiymətləri yolveriləndir. Tərkibində yanar şist və ya əhəngli uçucu kül olan tez tutuşan hidravlik yol yapışdırıcıları üçün S03 kütləsinə görə müvafiq olaraq 10,0 % (E 4 və E 4-RS sinifləri) və 12,0 % (E 2 və E 3 sinifləri) hüdud qiymətləri yolveriləndir (bax 7.3).

9.3. Tez tutuşan hidravlik yol yapışdırıcılarının tərkibi üçün uyğunluq meyarları

Ən azı ayda bir dəfə tez tutuşan hidravlik yol yapışdırıcısının tərkibi istehsalçı tərəfindən, tez tutuşan hidravlik yol yapışdırıcısının buraxılış nöqtəsində götürülən nöqtəli nümunə qaydasından istifadə yolu ilə yoxlanılmalıdır. Tez tutuşan hidravlik yol yapışdırıcısının tərkibi göstərilən tələblərə cavab verməlidir (bax 7.4). Cədvəl 3-də göstərilən əsas komponentlərin məhdud kəmiyyətləri nəzarət dövründə götürülmüş nöqtəli nümunələr əsasında hesablanan orta tərkibin təmin etməli olduğu istinad qiymətləridir. Tək nəticələr üçün, aşağı - 2 və daha yuxarı + 2 istinad qiyməti üzrə maksimum sapmalar yolveriləndir. İstehsal prosesi ərzində uyğun prosedurlar və bu tələbə uyğunluğun təmin olunması üçün müvafiq verifikasiya metodları tətbiq olunmalı və sənədləşdirilməlidir.

9.4. Tez tutuşan hidravlik yol yapışdırıcılarının komponentlərinin xassələri üçün uyğunluq meyarları

Tez tutuşan hidravlik yol yapışdırıcısının komponentləri Maddə 5-də göstərilən tələblərə cavab verməlidir. Bu tələbə uyğunluğu təmin etmək üçün istehsal prosesi ərzində münasib prosedurlar tətbiq olunmalı və sənədləşdirilməlidir.

ZA.1 Mövzu və müvafiq xarakteristikalar

Bu standart Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən ASK-yə verilmiş SEMENT, TİKİNTİ ƏHƏNGLƏRİ VƏ DİGƏR HİDRAVLİK YAPIŞDIRICILAR üzrə M/114 saylı mandata uyğun olaraq hazırlanmışdır.

Bu standartın hazırkı qoşmada göstərilən maddələri Aİ Tikinti Məhsulları Direktivi (89/106/EEC) əsasında verilmiş mandatın tələblərinə cavab verir.

Bu maddələrə riayət (uyğunluq) hazırkı qoşmada haqqında bəhs edilən tez tutuşan hidravlik yol yapışdırıcılarının burada nəzərdə tutulmuş məqsədlərlə istifadəyə yararlı olduğunu fərz etməyə əsas verir; bu barədə CE markalamasını müşayiət edən informasiyaya istinad edilməlidir.

Bu qoşma Cədvəl ZA.1-də göstərilən istifadə üçün nəzərdə tutulmuş tez tutuşan hidravlik yol yapışdırıcısının CE markalaması üçün şərtləri müəyyən edir və tətbiq oluna bilən müvafiq maddələri göstərir.

Bu qoşma hazırkı standartın 1-ci Maddəsi ilə eyni mövzuya malikdir və bu mövzu Cədvəl ZA.1 ilə müəyyən olunur.

Tikinti məhsulu: tez tutuşan hidravlik yol yapışdırıcısı bu standartın tətbiq sahəsində bəhs olunduğu kimi

İstifadə məqsədi: Yollarda, dəmiryollarında, hava limanlarında və digər infrastruktur tiplərində özüllər, alt özüllər, qoruyucu təbəqələr və torpaq işləri üçün materialların işlənməsi

Konkret xarakteristikaya dair tələb o üzv-dövlətlərdə (ÜD-lər) tətbiq olunmur ki, burada məhsulun nəzərdə tutulmuş məqsədlə istifadə xüsusiyyətlərinə dair heç bir normativ tələb yoxdur. Bu halda, öz məhsullarını ÜD-lərin bazarlarına çıxaran istehsalçılar öz məhsullarının xarakteristika baxımından məhsuldarlığını nə müəyyən etməyə, nə də bəyan etməyə borclu deyil və CE markalamasını müşayiət edən informasiyada (bax ZA.3) “Heç bir məhsuldarlıq müəyyən edilməyib" (NPD) opsiyası istifadə edilə bilər. Lakin xarakteristika həddi səviyyə subyekti olduqda NPD opsiyası istifadə oluna bilməz.

ZA.2 Tez tutuşan hidravlik yol yapışdırıcılarının uyğunluğunun attestasiya qaydası

ZA.2.1 Uyğunluğun attestasiya sistemi

Komissiyanın 97/555/EC saylı 14 iyul 1997-ci il tarixli qərarına və bu qərara düzəliş edilməsi haqqında 2010/683EU saylı 9 noyabr 2010-cu il tarixli (OJEU L 293 səhifə 60 tarix 11.11.2010) qərara uyğun olaraq Cədvəl ZA.1-da göstərilən və "SEMENT, TİKİNTİ ƏHƏNGLƏRİ VƏ DİGƏR HİDRAVLİK YAPIŞDIRICILAR" Mandatının 3-cü Əlavəsində verilmiş tez tutuşan hidravlik yol yapışdırıcılarının uyğunluğunun attestasiya sistemi nəzərdə tutulmuş məqsədlə istifadə və müvafiq səviyyə(lər) və ya sinif(lər) üçün Cədvəl ZA.2-də göstərilir.

Tez tutuşan hidravlik yol yapışdırıcıları

yollarda, dəmiryollarında, hava limanlarında və digər infrastruktur tiplərində özüllər, alt özüllər, qoruyucu təbəqələr və torpaq işləri üçün materialların işlənməsi

Sistem 2+: Bax: 89/106/EEC Direktivi (CPD), Qoşma III.2.(ii), Birinci ehtimal, o cümlədən səlahiyyətli orqan tərəfindən zavodun ilkin təftişi əsasında zavod istehsalına nəzarətin sertifikatlaşdırılması, eləcə də zavod istehsalına nəzarətin davamlı müşahidəsi, qiymətləndirilməsi və təsdiqi.

Cədvəl ZA.1-də tez tutuşan hidravlik yol yapışdırıcılarının uyğunluğunun attestasiyası hazırkı və ya burada göstərilən digər standartların maddələrinin tətbiqi nəticəsində əldə edilmiş Cədvəl ZA.3-də göstərilən uyğunluğu qiymətləndirmə prosedurlarına müvafiq olmalıdır.

İstehsalçının məsuliyyəti altında tapşırıqlar

Cədvəl ZA.1-in nəzərdə tutulmuş məqsədlə istifadəyə uyğun olan bütün xarakteristikaları ilə bağlı parametrlər

EN 13282-1:2013, Maddə 9 və EN 13282-3:2013, Maddə 4

İstehsalçı tərəfindən ilkin tip sınaması

Cədvəl ZA.1-in nəzərdə tutulmuş məqsədlə istifadəyə uyğun olan bütün xarakteristikaları ilə bağlı parametrlər

EN 13282-1:2013, Maddə 9 və EN 13282-3:2013, Maddə 5

Zavodda götürülən nümunələrin sınanması

Cədvəl ZA.1-in nəzərdə tutulmuş məqsədlə istifadəyə uyğun bütün xarakteristikalar

EN 13282-1:2013, Maddə 9 və EN 13282-3:2013, Maddə 5

Sertifikatlaşdırma orqanının məsuliyyəti altında tapşırıqlar

Sağdakıların əsasında ZİN-nin sertifikatlaşdırılması

Zavodun və ZİN-nin ilkin təftiş

Cədvəl ZA.1-in nəzərdə tutulmuş məqsədlə istifadəyə uyğun olan bütün xarakteristikaları ilə bağlı parametrlər:

Sıxılmaya qarşı müqavimət

Bərklik - maksimum genişlənmə

EN 13282-1:2013, Maddə 9 və EN 13282-3:2013, Maddə 4 və 6.2

ZİN-nin davamlı müşahidəsi, qiymətləndirilməsi və təsdiqi

Cədvəl ZA.1-in nəzərdə tutulmuş məqsədlə istifadəyə uyğun olan bütün xarakteristikaları ilə bağlı parametrlər: Sıxılmaya qarşı müqavimət

Bərklik - maksimum genişlənmə Sulfat tərkibi

EN 13282-1:2013, Maddə 9 və EN 13282-3:2013, Maddə 4 və 6.1

ZA.2.2 Uyğunluq Sertifikatı və Bəyannaməsi

Hazırkı qoşmanın şərtlərinə uyğunluq əldə olunubsa və bildiriş almış orqan aşağıda göstərilən sertifikatı tərtib edibsə, istehsalçı və ya onun Avropa Iqtisadi Zonasında (bundan sonra-EEA) təyin edilmiş müvəkkili istehsalçıya CE markalamasına öz möhürünü vurmaq hüququ verən uyğunluq bəyannaməsini tərtib edir. Bu bəyannaməyə daxildir:

— istehsalçının, yaxud onun EEA-da müəyyən edilmiş səlahiyyətli nümayəndəsinin adı və ünvanı, və istehsalın yeri;

QEYD 1: istehsalçı eyni zamanda məhsulun EEA bazarına çıxarılmasına məsul şəxs ola bilər; bunun üçün o, CE markalamasına görə məsuliyyəti öz üzərinə götürməlidir.

— məhsulun təsviri (tipi, identifikasiyası, istifadəsi,...), və CE markalamasını müşayiət edən a informasiyanın surəti;

QEYD 2: Bəyannamə üçün tələb olunan bəzi məlumatlar artıq CE markalamasında yer alırsa, onları təkrarlamağa ehtiyac yoxdur.

— məhsulun uyğun gəldiyi müddəalar (yəni Bu standartın ZA Qoşması), ITT hesabat(lar)ına istinad və zavod istehsalına nəzarətin uçotu (müvafiq hallarda);

— məhsulun istifadəsinə tətbiq oluna bilən konkret şərtlər (məs. konkret şəraitdə istifadə şərtlər);

— zavod istehsalına nəzarət üzrə qoşma sertifikatın nömrəsi və ZİN uçot qeydləri, müvafiq hallarda;

— İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsi adından bəyannaməni imzalamaq səlahiyyəti verilmiş şəxsin adı və vəzifəsi.

Bəyannamə zavod istehsalına nəzarət sertifikatı ilə müşayiət olunmalı, bildiriş almış orqan tərəfindən tərtib olunmalı, yuxarıda göstərilənlərdən əlavə, aşağıdakı məlumatları ehtiva etməlidir:

— bildiriş almış orqanın adı və ünvanı;

— zavod istehsalına nəzarət sertifikatın nömrəsi;

— müvafiq hallarda, sertifikatın qüvvəyəminmə şərtləri;

— sertifikatı imzalamaq səlahiyyəti verilmiş şəxsin adı və vəzifəsi.

Yuxarıda göstərilən bəyannamə və sertifikat məhsulun istifadə olunacağı Üzv-dövlətin ərazisində qəbul edilmiş dildə və ya dillərdə təqdim edilməlidir.

ZA.3 CE markalaması və etiketləmə

İstehsalçı və ya onun EEA çərçivəsində təyin edilmiş səlahiyyətli nümayəndəsi CE markalamasının təsdiqinə görə məsuliyyət daşıyır. Möhürlənəcək CE markalama işarəsi 93/68/EEC Direktivinə uyğun olmalı və etiketdə, qablaşdırmada və ya qoşma kommersiya sənədlərində, məs., fakturada göstərilməlidir. Aşağıdakı informasiya CE markalama işarəsini müşayiət etməlidir:

— sertifikatlaşdırma orqanının identifikasiya nömrəsi;

— istehsalçının adı və ya fərqləndirici nişanı və qeydiyyatdan keçmiş ünvanı (bax, Qeyd 1, ZA.2.2);

— markanın vurulduğu ilin son iki rəqəmi;

— EC zavod istehsalına nəzarət sertifikatının nömrəsi;

— Bu standarta istinad;

— məhsulun təsviri: cins adı, material, qabarit ölçüləri,... və istifadə məqsədi;

— Cədvəl ZA.1-də verilmiş xarakteristikalara dair informasiya; bu xarakteristikalar elan edilməli və aşağıdakılar şəklində təqdim olunmalıdır:

— elan edilən qiymətlər və, müvafiq hallarda, Cədvəl ZA.1-də "Qeydlər" bölməsində göstərildiyi kimi hər mühüm xarakteristika üçün elan ediləcək səviyyə və ya sinif (lazımi gəldikdə, keçdi/keçmədi tələbləri üçün "keçdi" daxil olmaqla);

— xarakteristikalar üçün, müvafiq hallarda, “heç bir məhsuldarlıq müəyyən edilməyib” opsiyası.

Xarakteristika həddi səviyyə subyekti olduqda “heç bir məhsuldarlıq müəyyən edilməyib" (NPD) opsiyası istifadə oluna bilməz. Digər şəkildə, NPD opsiyası xarakteristika, təyinat nöqtəsinin yerləşdiyi üzv-dövlətin ərazisində normativ tələblərin subyekti olmadıqda “heç bir məhsuldarlıq müəyyən edilməyib" (NPD) opsiyası verilmiş istifadə məqsədi üçün tətbiq oluna bilər.

Şəkil ZA.1-də etiketdə, qablaşdırmada və/və ya kommersiya sənədlərində veriləcək informasiyaya dair nümunə təqdim olunur.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “06” aprel 2015-ci il tarixli 15011150001 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart EN 14227-5-2013 “Hydraulically bound mixtures - Specifications - Part 5: Hydraulic road binder bound granular mixtures” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

______________________________________________________________________________

Hidravlik əlaqəli qarışıqlar –

Texniki şərtlər – 5-ci hissə:

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər

qarışıqlar AZS 831-5-2015

Hydraulically bound mixtures –

Specifications - Part 5:

Hydraulic road binder bound granular mixtures

______________________________________________________________________________

Bu standart yol inşaatı, aerodromlar, habelə yol hərəkətinin intensiv olduğu digər sahələr üçün hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıqları göstərir və onların komponentləri, tərkibi və laboratoriya xüsusiyyətlərinin təsnifatı üçün tələbləri müəyyən edir.

Aşağıdakı sənədlər burada bütövlükdə və ya qismən normativ şəkildə istinad olunur və onun tətbiqi üçün məcburidir. Tarixli istinadlar üçün, yalnız adı çəkilən nəşr tətbiq olunur. Tarixsiz istinadlar üçün isə, istinad edilən sənədin ən son nəşri (o cümlədən hər hansı dəyişikliklər) tətbiq olunur.

EN 933-1, Aqreqatların həndəsi xüsusiyyətləri üzrə sınaqlar — Hissə 1: Qranulometrik tərkib bölgüsünün müəyyən edilməsi — Ələmə üsulu

EN 1097-6:2000, Aqreqatların mexaniki və fiziki xassələri üzrə sınaqlar — Hissə 6: Hissəciklərin sıxlığının və nəmliyi udmanın təyin edilməsi

EN 1097-7, Aqreqatların mexaniki və fiziki xassələri üzrə sınaqlar — Hissə 7: Doldurucunun hissəcik sıxlığının təyin edilməsi — Piknometr metodu

EN 13242, Mülki mühəndis işlərində və yol tikintisi istifadə olunmaq məqsədilə əlaqəsiz və hidravlik əlaqəli materiallar üçün aqreqatlar

EN 13282-1, Hidravlik yol yapışdırıcıları — Hissə 1: Tez tutuşan hidravlik yol yapışdırıcıları — Tərkib, texniki şərtlər və uyğunluq meyarları

EN 13286-1, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 1: Laboratoriya şəraitində etalon sıxlığın və su tərkibinin təyin edilməsi üçün sınaq metodları — Giriş, ümumi tələblər və nümunəgötürmə

EN 13286-2, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 2: Laboratoriya şəraitində etalon sıxlığın və su tərkibinin təyin edilməsi üçün sınaq metodları — Proktor sıxlaşdırması

EN 13286-3, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 3: Laboratoriya şəraitində etalon sıxlığın və su tərkibinin təyin edilməsi üçün sınaq metodları — İdarəolunan parametrlərlə vibrosıxılma

EN 13286-4, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 4: Laboratoriya şəraitində etalon sıxlığın və su tərkibinin təyin edilməsi üçün sınaq metodları — Vibroçəkic

EN 13286-5, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 5: Laboratoriya şəraitində etalon sıxlıq və su tərkibi üçün sınaq metodları — Vibrasiya masası

EN 13286-40, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 40: Hidravlik əlaqəli qarışıqların birbaşa dartılmaya qarşı möhkəmlik həddinin müəyyən edilməsi üzrə sınaq metodu.

EN 13286-41, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 41: Hidravlik əlaqəli qarışıqların sıxılmaya qarşı müqavimətinin müəyyən edilməsi üzrə sınaq metodu.

EN 13286-42, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 42: Hidravlik əlaqəli qarışıqların dolayı dartılmaya qarşı möhkəmlik həddinin müəyyən edilməsi üzrə sınaq metodu.

EN 13286-43, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 43: Hidravlik əlaqəli qarışıqların elastiklik modullarının müəyyən edilməsi üzrə sınaq metodu.

EN 13286-45, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 45: Hidravlik əlaqəli qarışıqların emalolunmaqlıq dövrünün müəyyən edilməsi üzrə sınaq metodu

EN 13286-47, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 47: Kaliforniya daşıma qbli əmsalının, dərhal daşıma indeksi və xətti şişmənin müəyyən edilməsi üzrə sınaq metodları.

EN 13286-50, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 50: Proktor avadanlığından və ya vibrostend sıxlaşdırmasından istifadə yolu ilə hidravlik əlaqəli qarışıqlardan sınaq nümunələrinin alınması üsulları.

EN 13286-51, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Hissə 51: Vibroçəkiclə sıxlaşdırma yolu ilə hidravlik əlaqəli qarışıqlardan sınaq nümunələrinin götürülməsi metodu.

EN 13286-52, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Sınaq üçün nümunələrin alınması üsulları — Hissə 52: Vibro-presləmə yolu ilə nümunələrin götürülməsi.

EN 13286-53, Əlaqəsiz və hidravlik əlaqəli qarışıqlar — Silindrik sınaq nümunələrinin istehsal metodu — Hissə 53: Oxboyu sıxılma yolu ilə silindrik nümunələrin götürülməsi

Bu standartın məqsədləri üçün, aşağıdakı terminlər və anlayışlar tətbiq olunur:

3.1. Hidravlik əlaqəli qarışıq-

hidravlik reaksiya ilə oturan və bərkiyən qarışıq;

3.2. Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq-

hidravlik yol yapışdırıcısı yapışdırıcı olduqda dənəvər hidravlik əlaqəli qarışıq;

3.3. əyilgənlik əmsalı-

nümunənin hündürlüyünün onun diametrinə nisbəti;

bərk cismin mütləq həcminin qarışığın zahiri həcminə nisbəti (bax Əlavə A).

Bu standartın məqsədi üçün, aşağıdakı işarələr və abreviaturalar tətbiq olunur:

4.1. Rc sıxılmaya qarşı müqavimət, meqapaskal (MPa) ilə ifadə olunur;

4.2. Ri suyabatmadan sonra sıxılmaya qarşı müqavimət, meqapaskal (MPa) ilə ifadə olunur;

4.3. Rt birbaşa dartılmaya qarşı möhkəmlik həddi, meqapaskal (MPa) ilə ifadə olunur;

4.4. Rit dolayı dartılmaya qarşı möhkəmlik həddi, meqapaskal (MPa) ilə ifadə olunur;

4.5. E elastiklik moduludur, meqapaskal (MPa) ilə ifadə olunur;

4.6. Ec sıxılma ilə müəyyən edilən E-dir, meqapaskal (MPa) ilə ifadə olunur;

4.7. Et birbaşa gərginlikdə müəyyən edilən E-dir, meqapaskal (MPa) ilə ifadə olunur;

4.8.Eit dolayı gərginlikdə müəyyən edilən E-dir, meqapaskal (MPa) ilə ifadə olunur.

Aqreqatlar EN 13242 standartından seçilir.

Aqreqatların xüsusiyyətləri və müvafiq kateqoriyaları hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışığın yol örtüyünün strukturundakı mövqeyindən və yol hərəkətinin intensivliyindən asılı olaraq təyin edilir.

Aqreqatlar həcmi cəhətdən stabil olmalıdır. Əks təqdirdə, qarışığın istifadəsinə bu şərtlə icazə verilir ki, istifadə yerində qənaətbəxş məhsuldarlıq qeydə alınsın, yaxud qüvvədə olan şərtlərə uyğun olaraq qarışığın mükəmməl laborator təhlili aparılmış olsun.

5.2. Hidravlik yol yapışdırıcısı

Hidravlik yol yapışdırıcısı EN 13282 standartına və ya Avropa Texniki Rəyinə uyğun və ya ekvivalent olmalıdır.

Su hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıqların bərkiməsinə və ya məhsuldarlığına mənfi təsir göstərən komponentlər ehtiva etməməlidir.

Ləngidicilər istifadə yerində qüvvədə olan şərtlərə uyğun olmalıdır.

QEYD: Ümumiyyətlə ləngidicilər lazım deyil.

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq Maddə 5-də göstərilən komponentlərdən hazırlanmalıdır.

Qarışıq 6.1.1 - 6.1.4-cü maddələrdə göstərilən 4 tipdən seçilməli və seçilmiş qarışıq üçün müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6.1.1. Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 1

1 EN 933-1 standartına uyğun olaraq müəyyən edilmiş hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq Şəkil 1-də göstərilən tələblərə uyğun olaraq fraksiya ölçülərinə görə 0/31,5 mm olmalıdır.

6.1.2. Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 2

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 2 nisbi həcm baxımından dənəvər qarışıq olmalıdır. Aqreqatın ölçüsündən asılı olaraq 3 yarımtip vardır.

6.1.2.2. Qarışığın fraksiyalara ayrılması

EN 933-1 standartına uyğun olaraq seçilmiş yarımtipin fraksiyalara ayrılması Cədvəl 1-ə uyğun olmalıdır. Qarışığın istifadəsinə uyğun olaraq 2, 3 və 4-cü şəkillərdəki təsnifat əyrilərinin ya G1 kateqoriyası, ya da G2 kateqoriyası təyin edilir.

6.1.3. Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 3

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 3 bilavasitə daşıma göstəricisi tələbi baxımından 6,3 mm-dən az və ya ona bərabər olan D-nin maksimum nominal ölçüsü ilə dənəvər qarışıq olmalıdır.

6.1.3.2. Qarışığın fraksiyalara ayrılması

EN 933-1 standartına uyğun olaraq müəyyən edilən qarışığın fraksiyalara ayrılması Cədvəl 2-yə uyğun olmalıdır.

Cədvəl 2 — Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışığın (3) fraksiyalara ayrılması

6.1.3.3. Bilavasitə daşıma göstəricisi

Bilavasitə daşıma göstəricisi kateqoriyası Cədvəl 3-dən seçiləcək.

6.1.4. Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 4

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 4, EN 933-1 standartına uyğun olaraq aşağı və yuxarı hədləri ilə birlikdə müəyyən edilən fraksiya ölçülərinin təchizatçı tərəfindən elan olunduğu qarışıq olmalıdır.

Zərurət olduqda, Cədvəl 3-dən seçilmiş bilavasitə daşıma göstəricisi kateqoriyası elan oluna bilər.

6.2. Qarışıqların su tərkibi

Su tərkibi obyektdə yayma yolu ilə sıxlaşdırmaya imkan vermək və qarışığın mexaniki xüsusiyyətlərini optimallaşdırmaq üçün seçilməlidir. Su tərkibi Proktor sınağının köməyi ilə və ya digər bir üsulla EN 13286-1, EN 13286-2, EN 13286-3, EN 13286-4 və EN 13286-5 standartına uyğun olaraq müəyyən edilir və obyektdə su tərkibinin qarışığın sıxılma və arzu edilən mexaniki xüsusiyyətləri ilə uyğunluq təşkil edən işə yararlı diapazonunu əldə etmək üçün hədlər təyin olunur.

6.3. Komponentlərin mütənasib paylanması, fraksiyalara ayırma və quru halda sıxlıq

Qarışığın ümumi quru halda kütləsinin quru halda kütləyə görə faizlə ifadə olunan komponentlərin mütənasib paylanması, qarışığın fraksiya ölçüləri və quru halda sıxlığı elan olunmalıdır. Elan olunan nisbətlər eyni komponentlərlə və eyni şərtlər altında, qarışığın bu standartın tələblərinə uyğun gəldiyi şəkildə hasil olunan qarışıqlarla birlikdə laboratoriya qarışığının hesablanmasına və/və ya praktiki təcrübələrə əsaslanır.

Bu standartın möhkəmlik tələblərini yerinə yetirmək üçün lazım olan yapışdırıcı tərkibindən asılı olmayaraq, qarışıq boyu yapışdırıcının adekvat bölgüsünü təmin etmək üçün yapışdırıcı tərkibi normal hala istifadə yerində qüvvədə olan şərtlərə görə təyin edilmiş minimum dəyədən az olmamalıdır.

6.4. Təzə qarışıq üçün digər tələblər

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışığın (2) maksimum modifikasiya edilmiş Proktorda quru halda sıxlıq üzrə minimum nisbi həcmi Əlavə A-ya (normativ) uyğun olaraq 0,80 hesablanmalıdır.

6.4.2. Bilavasitə daşıma göstəricisi of qarışıq

Qranulometrik sıxlaşdırmanı asanlaşdırmaq üçün və miqrasiya istiqamətindən asılı olaraq, modifikasiya edilmiş qarışığın EN 13286-47 standartına uyğun olaraq Proktor sıxlaşdırmasından istifadə yolu ilə müəyyən edilən bilavasitə daşıma göstəricisi

— hidravlik yol yapışdırıcısı ilə əlaqəli 2 - 0/10 fraksiyalı dənəvər qarışıq üçün 50-dən az olmamalı;

— hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 3 və 4 üçün Cədvəl 3-dən seçilməlidir.

Cədvəl 3 — Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 3 üçün bilavasitə daşıma göstəricisi kateqoriyaları

40-dan az bilavasitə daşıma göstəricisinə malik qarışıqlar birbaşa miqrasiya istiqamətini dəstəkləməyə bilər və diqqətlə istifadə olunmalıdır. Digər bir aqreqatın əlavəsi dərhal istifadə üçün tələb olunan bilavasitə daşıma göstəricisini əldə etmək üçün lazım ola bilər.

6.4.3. Emalolunmaqlıq dövrü

İstifadə məqsədi baxımından zərurət olduqda, EN 13286-45 standartına uyğun olaraq müəyyən edilən emalolunmaqlıq dövrü elan edilir.

Laboratoriya yolu ilə alınan mexaniki xassələr aşağıdakı metodlardan birinə görə xarakterizə olunur və təsnifləşdirilir:

— sıxılmaya qarşı müqavimət Rc;

— dartılmaya qarşı möhkəmlik həddi ilə E elastiklik modulunun Rt, E kombinasiyası.

QEYD: Bu iki metod arasında heç bir korrelyasiya nəzərdə tutulmur, nə də fərz olunmamalıdır.

7.2. Sıxılmaya qarşı müqavimətə görə təsnifat

Qarışıqlar EN 13286-50, EN 13286-51, EN 13286-52 və EN 13286-53 standartlarına uyğun olaraq hazırlanmış nümunələr üzrə icra olunan EN 13286-41 standartına uyğun olaraq müəyyən edilmiş sıxılmaya qarşı müqavimətə görə təsnif edilir.

Sıxılmaya qarşı müqavimət sinfi Cədvəl 4-dən seçilmiş nümunə istehsalı metodu ilə birlikdə seçilməlidir.

QEYD: Nümunə istehsalının yolverilən metodları müxtəlif nümunə formalarını və sıxlığını, və beləliklə də eyni qarışıq üçün müxtəlif möhkəmlikləri reallaşdırır. Ona görə də, təcrübə və utilizasiya mülahizələrinə əsaslanaraq demək olar ki, möhkəmliyi nümunə istehsalı metodundan ayırmamaq vacibdir.

Təsnifat yaşı və bərkimə şərtləri istifadə yerində təcrübəyə uyğun olaraq təyin edilir.

Laboratoriya şəraitində xarakteristikaların müəyyən edilməsi və ya qarışığın layihə həllinin düzgünlüyünün yoxlanması üçün sıxılmaya qarşı müqavimət ən azı üç nümunənin ortaq məxrəcini təşkil etməlidir. Əgər bir qiymət ortaq məxrəclə müqayisədə 20 %-dən çox fərq verirsə, o atılmalı və sıxılmaya qarşı müqavimət digər qiymətlərin ortaq məxrəci kimi qəbul edilməlidir.

a Əgər silindrlər 1 və ya 2-dən başqa əyilgənlik əmsalları ilə istifadə olunursa, o halda ya 1, ya da 2 əyilgənlik əmsalının silindrləri ilə korrelyasiya istifadədən əvvəl müəyyən edilməlidir.

Qarışıqlar Rt dartılmaya qarşı möhkəmlik həddi ilə E elastiklik modulunun Rt, E ilə ifadə olunan kombinasiyası yolu ilə təsnif edilir.

E sinfi Şəkil 5-dən seçilir.

Təsnifat yaşı və bərkimə şərtləri istifadə yerində təcrübəyə uyğun olaraq təyin edilir.

Laboratoriya şəraitində xarakteristikaların müəyyən edilməsi və ya qarışığın layihə həllinin düzgünlüyünün yoxlanması üçün Rt və E qiymətləri ən azı üç nümunənin ortaq məxrəcini təşkil etməlidir. Əgər bir qiymət ortaq məxrəclə müqayisədə 20 %-dən çox fərq verirsə, o atılmalı və sıxılmaya qarşı müqavimət digər qiymətlərin ortaq məxrəci kimi qəbul edilməlidir.

Rt və E 7.3.2, 7.3.3 və 7.3.4-cü yarımbəndlərdə göstərilən ekvivalent metodlardan birinin köməyi ilə müəyyən edilir.

7.3.2. Birbaşa dartılmaya qarşı möhkəmlik həddinə sınama metodu

Rt EN 13286-40 standartına uyğun olaraq təyin edilir.

E EN 13286-43 standartına uyğun olaraq birbaşa gərginlik Et ilə təyin edilir.

Hər ikisi üçün nümunələr, EN 13286-52 standartına uyğun olaraq vibrosıxılmadan istifadə yolu ilə hasil olunur.

7.3.3. Dolayı dartılmaya qarşı möhkəmlik həddinə sınama metodu

Rt Rt =0,8 Rit nisbətindən istifadə yolu ilə EN 13286-42 standartına uyğun olaraq müəyyən edilən Rit-dən törəyir.

E E = Eit nisbətindən istifadə yolu ilə EN 13286-43 standartına uyğun olaraq müəyyən edilən Eit-dən (dolayı gərginlikdə ölçülən E) törəyir.

Nümunələr aşağıdakılardan istifadə yolu ilə hasil olunur:

— EN 13286-50 standartına uyğun olaraq hər ikisi üçün Proktor sıxlaşdırması; və ya

— EN 13286-51 standartına uyğun olaraq hər ikisi üçün vibroçəkic; yaxud

— EN 13286-52 standartına uyğun olaraq hər ikisi üçün vibrosıxılma; yaxud

— EN 13286-53 standartına uyğun olaraq hər ikisi üçün oxboyu sıxılma.

QEYD: Nümunə istehsalının yolverilən metodları müxtəlif nümunə formalarını və sıxlığını, və beləliklə də eyni qarışıq üçün müxtəlif möhkəmlikləri reallaşdırır. Ona görə də, təcrübə və utilizasiya mülahizələrinə əsaslanaraq demək olar ki, möhkəmliyi nümunə istehsalı metodundan ayırmamaq vacibdir.

7.3.4. Dolayı dartılma və sıxılmaya qarşı möhkəmlik həddini sınama metodu

Rt Rt = 0,8 Rit nisbətindən istifadə yolu ilə EN 13286-42 standartına uyğun olaraq müəyyən edilən Rit kəmiyyətindən törəyir.

E E = Ec nisbətindən istifadə yolu ilə (sıxılma ilə ölçülən E) EN 13286-43 standartına uyğun olaraq müəyyən edilən Ec kəmiyyətindən törəyir.

Nümunələr aşağıdakılardan istifadə yolu ilə hasil olunur:

— EN 13286-50 standartına uyğun olaraq hər ikisi üçün Proktor sıxlaşdırması; və ya

— EN 13286-51 standartına uyğun olaraq hər ikisi üçün vibroçəkic; yaxud

— EN 13286-52 standartına uyğun olaraq hər ikisi üçün vibrosıxılma; yaxud

— EN 13286-53 standartına uyğun olaraq hər ikisi üçün oxboyu sıxılma.

QEYD: Nümunə istehsalının yolverilən metodları müxtəlif nümunə formalarını və sıxlığını, və beləliklə də eyni qarışıq üçün müxtəlif möhkəmlikləri reallaşdırır. Ona görə də, təcrübə və utilizasiya mülahizələrinə əsaslanaraq demək olar ki, möhkəmliyi nümunə istehsalı metodundan ayırmamaq vacibdir.

8.1. Suya dalmadan sonra möhkəmlik

Qarışıq Cədvəl 5 əsasında suyabatma üçün seçilmiş kateqoriyanı təmin edir.

Cədvəl 5-də W günlərinin havalaşdırılmış suda tam immersiya bərkiməsi ilə davam edən Z günlərinin hermetik bərkiməsindən sonra Ri 3 nümunədən az olmayan orta möhkəmliyi, R isə (Z + W) günlərinin hermetik bərkiməsindən sonra 3 nümunədən az olmayan orta möhkəmliyi bildirir. Bütün nümunələr eyni istehsal metodundan istifadə etməklə eyni qarışıq partiyasından istehsal olunur və eyni temperaturda vulkanlaşdırılır. Z və W istifadə yerində təcrübə və tələblərə uyğun olaraq göstərilməlidir.

Cədvəl 5 — Qarışıq üçün suyabatma kateqoriyalarından sonra möhkəmlik

8.2. Digər xarakteristikalar

Müvafiq hallarda, digər xarakteristikalar, məsələn, şaxtaya davamlılıq, istifadə yerində qüvvədə olan şərtlərə uyğun olaraq öyrənilməlidir.

Məhsul aşağıdakı kimi işarələnəcək:

a) istehsalçının qarışıq düsturunun kodu;

b) bu standarta istinad;

c) istehsalçı və istehsal yeri;

d) hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışığın tipi və xarakteristikası (məs. hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 2 0/20 - G2 - T3).

Məhsul aşağıdakılar vasitəsilə təsvir olunacaq:

a) komponentlərin təsviri;

b) qarışıq nisbətlər (kütləyə görə % ilə);

c) istehsal metodu, bərkimə rejimi və dövrü, və nümunələrin sınanması;

d) nümunələrin quru halda sıxlığı;

e) laboratoriya mexaniki xüsusiyyətlərinin dəyər qiymətləri;

f) digər elan edilmiş xarakteristikalar.

Yol vərəqəsində an azı aşağıdakılar göstərilməlidir:

a) istehsalçının adı;

b) bu standarta istinad;

d) göndərilmə tarixi;

f) yol vərəqəsinin seriya nömrəsi.

X ələyin ölçüsü, mm ilə

Y ələkdən keçən qarışığın kütləyə görə faizi

X ələk ölçüsü, mm ilə

Y Ələkdən keçən qarışığın kütləyə görə faizi

X ələyin ölçüsü, mm ilə

Y ələkdən keçən qarışığın kütləyə görə faizi

X ələyin ölçüsü, mm ilə

Y ələkdən keçən qarışığın kütləyə görə faizi

Y Rt birbaşa dartılmaya qarşı möhkəmlik həddi, MPa ilə

X E elastikliklik modulu, Mpa ilə

QEYD: Cədvəl T5, T4, T3, T2 və T1 kateqoriyalarını məhdudlaşdıran əyriləri çəkmək üçün istifadə olunan R1 və E qiymətlərini verir.

Hidravlik yol yapışdırıcısı ilə əlaqəli dənəvər qarışıq 2-nin yerləşdirilməsindən əvvəl nisbi həcmi əmsalın qiyməti kimi müəyyən olunur:

— bərk cismin mütləq həcmi / qarışığın zahiri həcmi.

Bu aşağıdakı düsturla hesablanır:

ym qarışığın maksimum quru halda sıxlığıdır, meqaqram/kubmetr ilə (Mq/m);

yA komponentlərin hissəcik sıxlığıdır, meqaqram/kubmetr ilə (Mq/m);

yB B komponentinin hissəcik sıxlığıdır, meqaqram/kubmetr ilə (Mq/m);

yC C komponentinin hissəcik sıxlığıdır, meqaqram/kubmetr ilə (Mq/m);

a qarışıqla bağlı kütlədə A komponentinin tərkibidir, faizlə (%);

b qarışıqla bağlı kütlədə B komponentinin tərkibidir, faizlə (%);

c qarışıqla bağlı kütlədə C komponentinin tərkibidir, faizlə (%);

Komponentlərin hissəcik sıxlığı (yA, yB, yC,...), qranulometrik tərkibindən asılı olaraq EN 1097-6, Əlavə A, (əvvəlcədən quru halda olan hissəcik sıxlığı), yaxud EN 1097-7 standartına uyğun olaraq təyin edilir.

Misal üçün, aşağıda təsvir edilən qarışığın maksimum modifikasiya edilmiş Proktor quru sıxlığı üzrə nisbi həcmi aşağıdakı kimi hesablanır:

C = (2,20/100) x (50/2,69 + 46,5/2,65 + 3,5/2,95) = 0,82

Bu əlavə hidravlik işlənmiş qarışıqların (məs. əhəng, hidravlik yapışdırıcılar və ya hidravlik kombinasiyalarla işlənmiş aqreqatlar və torpaq) istehsalçıları üçün istehsalat nəzarəti sisteminə dair tövsiyələri əhatə edir.

İstehsalat nəzarətinin məqsədi qarışığın texniki şərtlərə uyğunluğundan əminliyi təmin etməkdir.

B.2 Keyfiyyət üzrə təlimat

Aşağıdakıları əhatə edəcək keyfiyyət təlimatında istehsalçı istehsalat nəzarəti üçün özünün siyasət və prosedurlarını müəyyən etməli və saxlamalıdır:

— istehsalçının keyfiyyətlə bağlı təşkilati strukturu;

— komponentlərin və qarışıqların idarə olunması;

— texnoloji prosesin idarə olunması, kalibrləmə və texniki xidmət;

— müvafiq hallarda qarışıqların emalı və saxlanması tələbləri;

— texnoloji prosesdə ölçmə avadanlığının və qarışıq üçün laboratoriya sınağı avadanlığının yoxlanması, kalibrlənməsi və idarəolunması;

— qeyri-uyğun qarışığın emal prosedurları.

B.3.1 Məsuliyyət və səlahiyyət

Keyfiyyətə təsir edən işi idarə edən, həyata keçirən və yoxlayan bütün personalın, xüsusilə də qarışıqların keyfiyyəti ilə bu və ya digər problemləri müəyyənləşdirmək, qeydə almaq və aradan qaldırmaq səlahiyyəti olan personalın məsuliyyəti, səlahiyyəti və qarşılıqlı əlaqəsi keyfiyyət təlimatında müəyyən edilməlidir.

B.3.2 İdarə heyətinin nümayəndəsi

İstehsalçı keyfiyyət təlimatının tələblərinin yerinə yetirildiyinə və qorunub saxlandığına əmin olmaq üçün istehsalat nəzarəti sahəsində müvafiq səlahiyyətə, biliyə və təcrübəyə malik şəxsi təyin etməlidir.

B.3.3 Daxili audit yoxlamaları

İstehsalçı planlaşdırılmış tədbirlərə uyğunluğu və keyfiyyət sisteminin effektivliyini yoxlamaq üçün daxili audit yoxlamalarını həyata keçirməlidir. Audit yoxlamalarının qrafiki fəaliyyətin statusu və əhəmiyyəti əsasında tərtib edilməlidir. Audit yoxlamaları və növbəti tədbirlər planı sənədləşdirilmiş prosedurlara uyğun olaraq aparılmalıdır. Audit yoxlamalarının nəticələri sənədləşdirilməli və yoxlanılan sahələrdə səlahiyyəti olan personalın diqqətinə təqdim edilməlidir. Sahəyə məsul olan rəhbərlik əməkdaşları vaxtlı-vaxtında audit nəticəsində aşkar edilən çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görməli və görülən tədbirlərin uçotunu aparmalıdır.

B.3.4 İdarəetmə sisteminin təhlili

İstehsalat nəzarəti sisteminin davamlı yararlılığına və effektivliyinə əmin olmaq üçün ona rəhbərlik tərəfindən müvafiq fasilələrlə baxış keçirilməlidir. Belə baxışlara dair uçot qeydləri saxlanmalıdır.

B.3.5 Subpodrat xidmətləri

İstehsalçının resurslarından kənar mənbələrdən hər hansı xidmət təchiz edildikdə, nəzarət vasitələri müəyyən edilməlidir.

İstehsalat nəzarəti sistemi adekvat şəkildə sənədləşdirilmiş prosedurları və təlimatları özündə əks etdirməlidir.

İstehsalçı tərəfindən aparılacaq sınaqların və yoxlamaların nəzərdə tutulan tezlikləri sənədləşdirilməli və sınaqların və yoxlamaların nəticələri qeydə alınmalıdır.

Nümunəgötürmənin yeri, tarixi və vaxtı, eləcə də sınaqdan keçirilən qarışıqların və ya komponentlərin detalları hər hansı digər müvafiq informasiya ilə birlikdə qeydə alınmalıdır.

Tədqiq edilən komponent və ya qarışıq müvafiq texniki şərtlərə və bu standartın tələblərinə cavab vermədikdə, qarışığın keyfiyyətinin saxlanıldığına əmin olmaq üçün görülən düzəldici tədbirlərə dair uçot qeydləri saxlanılmalıdır.

Uçot qeydləri elə saxlanılmalıdır ki, onları bərpa etmək və keyfiyyət təlimatında göstərilən dövr üçün – adətən ən azı 3 il, yaxud əgər qanunla tələb olunursa, daha uzun müddətə saxlamaq mümkün olsun.

İstehsalçı keyfiyyətə təsir edən fəaliyyətə cəlb olunmuş bütün personalın təlimi üçün prosedurlar işləyib hazırlamalı və saxlamalıdır. Konkret həvalə edilmiş vəzifələri yerinə yetirən personal müvafiq təhsil, təlim və ya təcrübə (hansı tələb olunursa) əsasında attestasiyadan keçməlidir. Təlim üzrə uçot qeydləri saxlanmalıdır.

B.4 Nəzarət prosedurları

B.4.1 İstehsalın idarə edilməsi

İstehsalat nəzarəti sistemi aşağıdakıları əhatə etməlidir:

a) istehsal ediləcək qarışığın tərkibi;

b) qarışıq tərkibinin nizamlanması prosedurları;

c) komponentlərin tələblərə uyğunluğundan əminlik prosedurları;

d) istehsal avadanlığının, o cümlədən qarışıq saxlayıcı qurğuların qarışığın tərkibini, bircinsliliyini və konsistensiyasını qoruyub saxladığından əminlik prosedurları;

e) aşağıdakılar üçün prosedurlar:

1) texnoloji prosesin və sınama avadanlığının kalibrlənməsi, saxlanması və nizamlanması;

2) komponentlərdən və qarışıqdan nümunəgötürmə;

3) emal zamanı məlumatların qeydə alınması;

4) prosesin hava şərtlərinə uyğun olaraq nizamlanması;

f) qarışığın tədarük nöqtəsinə qədər mənbə və tip baxımından eyniləşdirilə bilməsi üzrə təlimatlar.

B.4.2 Qarışığın tərkibi

Qarışıqların müvafiq standarta uyğun xassələrə malik olmasını təmin etmək üçün onların tərkibi laboratoriya şəraitində layihələndirmə metodikası əsasında təyin edilir.

Müvafiq hallarda, müntəzəm istehsal edilən qarışıqların tərkibi qarışıqların tərkiblər kataloquna daxil edilir və qarışığın baza xətti və ya verilmiş tərkibi sayılır.

Komponentlərin xassələrində hər hansı dəyişiklik nəzərə alınmaqla qarışığın tələblərə uyğunluğuna əmin olmaq üçün komponentlərdə əhəmiyyətli dəyişiklik olduqda tərkiblər yenidən qurulmalı və periodik olaraq təkrar nəzərdən keçirilməlidir.

Sənədləşdirmə işlərində istehsal yerində istifadə üçün hər qarışıq komponentinin mənbəyi və tipi ətraflı şərh edilməlidir.

Planlaşdırılmış istehsal və tədarük normalarının təmin edildiyinə əmin olmaq üçün komponentin adekvat təchizatı aparılmalıdır.

Daxil olan komponentlər üçün texniki şərtnamə hazırlanmalı və yazılı əmrlər formasında təchizatçılara çatdırılmalıdır.

Nəzarət prosedurları vasitəsilə komponentlərin tələb olunan keyfiyyəti təmin etmək iqtidarında olub-olmadığı yoxlanılmalıdır.

Komponentlər elə bir şəkildə daşınmalı və saxlanmalıdır ki, məhsulun keyfiyyətinə xələl gətirə biləcək qarışdırma, çirklənmə və ya korlanmaya yol verilməsin.

B.4.4 Texnoloji prosesin idarə olunması

Keyfiyyət təlimatına aşağıdakıları əhatə etməlidir:

— avadanlığın və qurulmanın təsviri;

— komponentlərin axını və onlarda yerinə yetirilən proseslərin təsviri. Müvafiq hallarda bura blok-sxem də daxil edilir;

— prosesin (mexaniki və ya avtomatlaşdırılmış sistemlərin) məhsuldarlığının izlənməsi qrafiki, o cümlədən verilmiş müsaidələrə nəzərən avadanlığın məhsuldarlığının uçotu.

B.4.5 Texnoloji avadanlığın yoxlanması, kalibrlənməsi və idarəolunması

Keyfiyyət təlimatında ölçmə cihazlarının kalibrlənmə tələb edən elementləri və kalibrləmə tezliyi müəyyən edilməlidir.

Kalibrləmə prosedurları cihazlar üçün yolverilən müsaidələr daxil olmaqla istismarda qalması üçün təmin edilməlidir. Keyfiyyət təlimatında bütün kalibrlənmələrin tələb olunan dəqiqliyi göstərilməlidir.

Davamlı olaraq tələb olunan texniki şərtlərə və müsaidələrə uyğun qarışıq istehsal etmək gücündə olduğunu təmin etmək üçün avadanlıq adekvat şəkildə saxlanmalıdır.

B.4.6 Emal və tədarük

Keyfiyyət təlimatı qarışığın seqreqasiya və ya deqradasiya ilə minimumu ilə və su tərkibinin yolverilən diapazonu və reqlament çərçivəsində emal olunduğuna və (müvafiq hallarda) çatdırıldığına əmin olmaq üçün müvafiq prosedurları özündə əks etdirməlidir.

Tədarük nöqtəsində, qarışıq istehsal məlumatları baxımından identifikasiya edilə bilən və izlənilə bilən olmalıdır. İstehsalçı müvafiq istehsal məlumatlarının uçotunu aparmalı və saxlamalıdır, bu qeydlər üçün müvafiq hallarda yol vərəqəsində verilən məlumatlara istinad edilə bilər.

İstehsalçının keyfiyyət təlimatında lazım gəldikdə hər hansı qarışıq saxlama sisteminin xarakteristikaları təsvir olunmalı və onun istismar rejimi müəyyən edilməlidir. İstehsalçı yoxlamalar və uçot qeydləri vasitəsilə əmin olmalıdır ki, belə sistemlər düzgün istifadə olunur və qarışıqlar öz istifadəyə yararlılığını qoruyub saxlayır.

B.5 İstehsal prosesində komponentlərin və qarışıqların yoxlanması və sınaqdan keçirilməsi

İstehsal prosesinin başlanğıcında qarışığın texniki şərtlər baxımından bircinsliliyi, istehsal qurğusunun tipi və keyfiyyəti və komponentlərin keyfiyyəti və bircinsliliyi nəzərə alınmalıdır. Bunu ya keçmiş istehsal təcrübəsi əsasında, ya da xüsusi sınaqların aparılması yolu ilə qiymətləndirmək olar.

Keyfiyyət təlimatı istehsal prosesi zamanı həyata keçirilməsi lazım gələn müntəzəm sınaqların /yoxlamaların /təftişlərin tezliyini və xarakterini müəyyən etməlidir. İstehsalçı aşağıdakıları nəzərə almaqla tezliklərin qrafikini hazırlamalıdır:

— hər qarışığın faktiki istehsal dövrləri ilə bağlı sınaq tezlikləri;

— istehsal prosesinin avtomatlaşdırılmış müşahidə və izləmə sisteminin mövcud olduğu yerlərdə sınaq tezliyi;

— sınaqlara statistik yanaşma.

Sınaq tezliklərinin dəyişmə səbəbləri və təhlili keyfiyyət təlimatında göstərilməlidir.

QEYD: Müvafiq hallarda, konkret xassənin uzunmüddətli konsistensiya təcrübəsi, eləcə də verilmiş uyğunluq qeydinə malik qarışıqlar nəzərə alınmalıdır.

B.5.2 İstehsal prosesi zamanı nəzarət tələb edən xarakteristikalar

Bunlara daxil ola bilər:

— su tərkibi daxil olmaqla (istehsaldan əvvəl) komponentlərin xassələri;

— əlavə edilən su daxil olmaqla komponentlərin mütənasib paylanması;

— təzə qarışığın fraksiyalara ayrılması;

— təzə qarışığın su tərkibi.

Yuxarıdakı xarakteristikalar verilmiş qarışıq tərkibinin tələblərinə uyğun olmalıdır (bax B.4.2).

B.5.3 Qarışıqdan nümunəgötürmə tezliyi

Qarışığın müntəzəm istehsalı zamanı, nümunəgötürmə tezliyi aşağıdakı kimi ola bilər:

— təsdiq olunmuş və qəbul edilmiş avtomatik müşahidə və məlumat toplama sistemi olan və hər yük maşını və ya mal partiyası üçün kompüterləşdirilmiş tərkib verilən qurğularda, hər 2 000 ton və ya 1 000 müçün bir nümunə və ya daha az kəmiyyətlər üçün günə bir nümunə götürülməlidir.

— digər qurğu tipləri və ya istehsal üçün,, günə ən azı 1 nümunə olmaqla hər 300 tona və ya 150 m-ə bir nümunə götürülməlidir.

— Alternativ variant kimi və qarışdırıcı qurğunun tipindən asılı olmayaraq, nümunəgötürmə tezliyi kəmiyyətdən çox vaxta bağlı ola bilər, məsələn, xarakteristikadan asılı olaraq həftəyə minimum 1 nümunə və ya günə 1 nümunə ölçülə bilər.

Standart qarışığın ara-sıra istehsalı zamanı, istehsal əvvəlki istehsalla kumulyativ olaraq eyni və ya oxşar meyarlarla qiymətləndirilə bilər. Nümunəgötürmə tezliyi tələb olunan ümumi istehsal həcminə uyğun olaraq müqavilədən müqaviləyə nizamlana bilər.

B.6 Yoxlama və sınama avadanlığı

Bütün zəruri qurğular, avadanlıq və personal tələb olunan təftişlərin aparılmasına və sınaqların keçirilməsinə hazır olmalıdır.

Sınama normal şəkildə müvafiq standartda müəyyən edilmiş sınaq metodlarına uyğun olaraq həyata keçirilməlidir.

Digər sınaq metodlarının nəticələri ilə istinad metodları arasında korrelyasiyalar və ya təhlükəsiz əlaqələr müəyyən edilibsə, bu sınaq metodlarından istifadə oluna bilər.

B.6.2 Ölçmə və sınama avadanlığı

İstehsalçı öz təftiş, ölçmə və sınama avadanlığının idarəolunması, kalibrlənməsi və saxlanmasına görə məsuliyyət daşıyır.

B.6.3 İstehsal prosesində ölçmə və sınama avadanlığı

Texnoloji prosesdə ölçmə avadanlığının açılmasına ehtiyac olan nöqtələr keyfiyyət təlimatında göstərilməlidir.

Keyfiyyət təlimatında nəzarətin nə zaman avtomatik, nə zaman isə əl ilə yerinə yetirildiyi göstərilməlidir. Avadanlığa texniki qulluq və kalibrlənmə qaydaları da həmçinin təlimatda təsvir edilməlidir.

B.6.4 Laboratoriyada ölçmə və sınama avadanlığı

Sınama avadanlığı məlum kalibrlənmə və dəqiqlik vəziyyətində, tələb olunan ölçü parametrlərinə uyğun olmalıdır.

Aşağıdakı nöqtələri nəzərdən keçirmək lazımdır:

— müvafiq sınaq standartına uyğun kalibrlənmə dəqiqliyi və tezliyi;

— sənədləşdirilmiş prosedurlara uyğun istifadə olunacaq avadanlıq;

— avadanlıq birmənalı şəkildə identifikasiya olunmalı və kalibrləmə qeydləri saxlanmalıdır;

— kalibrləmə qeydlərinin saxlanması.

Qeyri-uyğunluq aşağıdakı mərhələlərdə meydana çıxa bilər:

— komponentin çatdırılması;

— komponentin anbarda saxlanması;

— qarışığın müvafiq olaraq emalı, saxlanması və çatdırılması.

əgər qeyri-uyğun komponent, proses və ya qarışıq eyniləşdirilirsə, qeyri-uyğunluğun səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılmalı və keyfiyyət təlimatında sənədləşdirilmiş prosedurlara uyğun olaraq rekurrentliyə yol verməmək üçün effektiv düzəldici tədbir həyata keçirilməlidir.

B.7.2 Komponentlərin qeyri-uyğunluğu

Qeyri-uyğun komponentlər üçün düzəldici tədbirlərə aşağıdakı daxil ola bilər:

— komponentin yenidən təsnif edilməsi;

— komponentin qeyri-uyğunluğuna imkan verən texnoloji prosesə nəzarətin nizamlanması;

— qeyri-uyğun komponentin atılması və utilizasiyası.

B.7.3 Qarışığın qeyri-uyğunluğu

Qeyri-uyğun qarışıq qiymətləndirilməli və tədbir görmək üçün prosedurlara əməl olunmalıdır.

Keyfiyyət təlimatı qeyri-uyğun məhsul identifikasiya edildikdə görüləcək tədbiri müəyyən etməli və qeyri-uyğun nəticələr barədə müştəriyə xəbər verilməsi şərtlərini göstərməlidir.

Belə tədbirlərə aşağıdakılar daxil ola bilər:

— Düzəldici tədbir (misal üçün, qarışığın modifikasiyası və / və ya avadanlığın nizamlanması);

— müştəri qeyri-uyğun qarışığı qəbul etməyə razılıq verdikdən sonra qarışığın qəbulu;

— əgər qarışıq qeyri-düzgün istehsal olunursa, o, müvafiq hallarda, alternativ müştəriyə təkrar yönəldilə bilər;

— qarışığın rədd edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver