AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYYASI QƏRARI
Dövlət standartlarının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı dövlət standartları təsdiq edilsin.
1.1 AZS 858-2015 (EN 13423-2000) “Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı” (1 nömrəli əlavə);
1.2 AZS 859-2015 (ISO/DIS 16923.2:2015) “Təbii qaz yanacaq doldurma məntəqələri - Sıxılmış təbii qazla (STQ) işləyən nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqələri” (2 nömrəli əlavə);
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R. Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S. Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “18” noyabr 2015-ci il tarixli 150111500013 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu standart Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən işlənib və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təqdim edilib.
2. Bu standart EN 13423-2000 “Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı” Avropa standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
___________________________________________________________________________
Sıxılmış təbii qazla işləyən
avtomobillərin istismarı
Compressed natural gas
___________________________________________________________________________
1.1 Bu standartda yanacaq sisteminin təzyiqi 15 C-də 20 MPa (200bar) yuxarı olmamaqla işləyən və təbii qazla işləyən nəqliyyat vasitələrinin istismar qaydaları üzrə tövsiyələr öz əksini tapır.
1.2 Bu standart daha yuxarı təzyiqə malik olan sistemlərə də tətbiq oluna bilər amma bu zaman havalandırmanın intensivliyi, təhlükəli sahələr üzrə tələblər və belə yüksək təzyiqlə bağlı müəyyən edilmiş digər aspektlər kimi təhlükəsizlik məsələlərinə mütləq diqqət yetirmək lazımdır.
1.3 Bu ISO/DIS 15501-1: 2000 və ISO/DIS uyğun nəqliyyat vasitələrinə 15501-2: 2000 və prEN 13638:1999 uyğun yanacaqdoldurma məntəqələrinə tətbiq olunur.
1.4 Bu mayeləşdirilmiş təbii qazla (MTQ) işləmək üçün hazırlanmış nəqliyyat vasitələrinin istismar aspektlərini əhatə etmir.
Bu standartı digər nəşrlərin tarixli və ya tarixsiz şərtlərini təcəssüm etdirir. Bu normativ istinadlara mətnin müvafiq hissələrində müraciətlər olunur. Həmin nəşrlərin siyahısı aşağıda təqdim olunur. Tarix qoyulmuş istinadlar üçün bu nəşrlərə edilən sonrakı dəyişikliklər və ya düzəlişlər yalnız belə dəyişikliklər və ya düzəlişlərə əsasən aidiyyəti olduğu halda bu standartına tətbiq edilir. Tarix qoyulmamış istinadlar üçün müraciət olunan nəşrin ən son variant tətbiq olunur (dəyişikliklər daxil olmaqla).
prEN 13638:1999 – TQİNV yanacaq doldurma məntəqələri
ISO/FDIS 11439:2000 – Qaz silindrləri - təbii qazın mexaniki nəqliyyat vasitələrinin yanacaq çənində saxlanması üçün yüksək təzyiqə davamlı silindirlər
ISO/DIS 15501-1:2000 – Avtomobillər - sıxılmış təbii qazın doldurma sistemlər - Hissə 1- texniki təhlükəsizlik normaları
ISO/DIS 15501-2:2000 – Avtomobillər - sıxılmış təbii qazın doldurma sistemlər - Hissə 1- Sınaq üsulları
Bu standartın məqsədlərinə uyğun olaraq aşağıdakı termin və izahlardan istifadə olunmuşdur:
3.1 Təbii qazla işləyən nəqliyyat vasitəsi (bundan sonra - TQİNV)
Yanacaq kimi təbii qazdan istifadə edən avtomobillər
3.2 TQİNV təmirxanası
TQİNV-lər üzrə işlərə cavabdeh olan və müvafiq təchizata malik təmir sexi
3.3 Səlahiyyətli şəxs
TQİNV-ə təhlükəsiz və lazımi qaydada qulluğun göstərilməsi işlərini icra edən və nəzarəti həyata keçirən müvafiq bacarığa, biliyə və təcrübəyə malik olan treninq keçmiş şəxs.
3.4 Revalidator (texniki vəziyyətə təkrar zəmanət verən qurum)
sıxılmış təbii qaz konteynerlərinin dövri yoxlanışını və sınaqlarını həyata keçirməyə səlahiyyətli təşkilat
TQİNV təmirxanasında çalışan adam
3.6 Yanacaq doldurma məntəqəsi
sıxılmış təbii qazı TQİNV-nə vurmaq üçün nəzərdə tutulmuş məntəqə
Bu tövsiyələr avtomobilin istifadəçiləri, sahibkarı, operatorları, istərsə də nəqliyyat vasitəsinin satışı və ya onun təmirinə cavabdeh olan dilerləri üçün nəzərdə tutulur.
TQİNV qapalı ərazilərdə park edildiyi yerlərdə qazın toplanması təhlükəsinin qarşısının alınması məqsədilə müvafiq havalandırma sistemi olmalıdır.
4.2 Sənədlər / Informasiya
4.2.1 TQİNV-nin sahibi nəqliyyat vasitəsinin təchizatçısının TQİNV-nin təhlükəsiz istismar qaydaları ilə bağlı təqdim etdiyi sənədlərlə tanış olmalıdır. Bu sənədlər təbii qazın xüsusiyyətləri ilə bağlı müvafiq təhlükəsizlik tədbirlərini əhatə etməlidir.
4.2.2 Sahibkar təqdim olunan sənədlərə əsasən istismar məlumatlarını yeniləməlidir. Lazım olduqda istifadə edilə bilməsi üçün məlumatların TQİNV-də saxlanması tövsiyə olunur.
4.2.3 Sahibkar təbii qazla bağlı nəqliyyat vasitəsinin üzərində olan məlumatların aydın və başa düşülən olmasını təmin etməlidir.
4.3.1 Sahibkar nəqliyyat vasitəsinin onun hazırlayanının/istehsalçısının təlimatlarına və texniki istismar qaydalarına uyğun baxılması və istifadəsini təmin etməlidir.
4.3.2 Qaz konteynerlərinin (çənlərinin) qüvvədə olan normativ aktlara uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilən intervallarda müayinə və revalidasiyası (təkrar istismara yararlılığının təsdiqlənməsi) həyata keçirilməlidir.
4.3.3 Sahibkar qaz sistemləri üzrə istənilən işin yalnız səlahiyyətli şəxs tərəfindən həyata keçirilməsini təmin etməlidir.
4.4.1 Yanacaq doldurmazdan əvvəl sürücü Stansiyanın parametrlərinin aşağıdakılarla uyğunluğuna əmin olmaq üçün nəqliyyat vasitəsi və stansiyanın bildirişlərini (xəbərdarlıqlarını) gözdən keçirməlidir:
* Qazın keyfiyyət göstəricisi.
* Yanacaqdoldurma tapançasının (vurucu ucluq) tipi.
* Doldurma təzyiqi (15C-də).
4.4.2 Yanacaqdoldurma avadanlığı yalnız qaz konteynerlərinin (çəninin) və yanacaqdoldurma qurğusunun istismar hərarəti təzyiqinə uyğun olan qaz yanacağı sistemlərinin doldurulması üçün istifadə olunmalıdır.
Nəqliyyat vasitəsinin zədələnməsi ilə nəticələnən qəzanın ardından qaz sisteminin qüsursuz və etibarlı işi səlahiyyətli şəxs tərəfindən yoxlanmalıdır.
4.6 Nəqliyyat vasitələrinin istifadədən çıxarılması – ləğv edilməsi
4.6.1 Nəqliyyat vasitəsi istifadədən çıxarılmazdan əvvəl onun sahibi qaz sisteminin səlahiyyətli şəxs tərəfindən müvafiq qaydada boşaldılmasını təmin etməlidir.
4.6.2 Sahibkar qaz çənləri qalırsa nəqliyyat vasitəsinin istismardan çıxarılması (ləğvi) ilə məşğul olan qurumları bu barədə məlumatlandırmalıdır.
4.7 Nəqliyyat vasitəsinin istifadədən çıxarılması – təkrar satışı
Nəqliyyat vasitəsi TQİNV kimi satışa çıxarıldıqda TQİNV-nin müvafiq sənədləri, xüsusilə qaz çəninin etibarlılığının qiymətləndirilməsinə dair sertifikatı nəqliyyat vasitəsi ilə birgə təqdim olunmalıdır (əgər təbii qazla işləyən nəqliyyat vasitəsi transferdən əvvəl çıxarılırsa onda bu tətbiq olunmur)
4.8 Xüsusi nəzərə alınmalı qeydlər
TQİNV avtomobil yolu, dəmir yolu və ya bərə ilə daşınmalı olduqda və ya tuneldən istifadə etmək zəruriyyəti yarandıqda sürücü maneələrin olub olmamasına nəzarət etməlidir. O TQİNV-nin daşınması üçün cavabdeh olanlara tövsiyələr verməlidir.
5.1.1 TQİNV-də təmir işlərinin aparılması, təhlükəsizlik və qəza şəraitini ehtiva edən yazılı prosedura olmalıdır.
5.1.2 Nəqliyyat vasitəsində təmir işləri aparılarkən qazın nəzarətdən kənar boşalmasının qarşısını almaq üçün ehtiyat tədbirləri görülməlidir.
5.1.3 Mümkün qaz sızmaları nəticəsində qazın təhlükəli toplanmasının qarşısını almaq üçün müvafiq havalandırma sistemi olmalıdır. Tavan sahələrində qazın yığılmasının qarşısını almaq üçün havalandırma sisteminin intensivlik səviyyəsi (işləmə gücü) kifayət etməlidir.
5.2 Operatorların səriştəsi
Təbii qazla işləyən nəqliyyat vasitələrinin sistemləri ilə məşğul olan şəxslər təbii qaz haqqında baza biliklər də daxil olmaqla müvafiq təlim keçməlidir. Təlimin aşağıdakı kimi təşkil olunması tövsiyə olunur:
- TQİNV-nə yaxın məsafədə iş aparan operatorlar bu haqda məlumatlandırılmalı və ehtiyat tədbirləri görülməlidir.
- TQİNV-də iş aparan lakin qaz sistemləri ilə əlaqəsi olmayan operatorlar qaz və maye yanacaqla işləyən nəqliyyat vasitələri arasındakı fərqi bilməli və təbii qazla işləyən sistemin komponentlərini fərqləndirmək bacarığına malik olmalıdır.
- Qaz sistemlərinə xidmət göstərən və onların təmiri ilə məşğul olan operatorlar və onların supervayzerləri TQİNV-nı təmir etmək, işlək vəziyyətə gətirmək və istismara vermək bacarığına malik olmalıdır.
- Qaz sistemini quraşdıran operatorlar qurğunun bütün komponentlərini montaj etmək bacarığına malik olmalıdırlar.
5.3 Qaz sistemində işlərin görülməsi
5.3.1 Nəqliyyat vasitəsində qaz sızmasının olduğu barədə şübhələrin yarandığı zaman qaz konteyneri (çəni) demontaj edilməyənədək nəqliyyat vasitəsinə qədər 3 metr məsafədə heç bir potensial alışma mənbəyi olmamalıdır.
Qaz sisteminin istənilən hissəsində iş aparan operatorlar konteynerlərin (çənlərin) demontaj olunmasını təmin etməlidirlər. Qaz sisteminin həmin hissəsinə 1 metr məsafədə heç bir potensial alışma mənbəyi olmamalıdır.
5.3.2 Nəqliyyat vasitəsində qaz sisteminin dəyişdirilən istənilən komponenti onun original xüsusiyyətlərinə müvafiq olmalı və ISO/DIS 15501-1:2000 and ISO/DIS 15501-2:2000 uyğunluğu təmin edilməlidir.
5.3.3 Qaz daşıyıcı komponentlərdə və ya borulu konstruksiyalarda görülən işlərdən sonra sistemin işçi təzyiqinin səviyyəsini əhatə edən və bütün komponentlərin yoxlanmasını təmin edən qazın müvafiq qaydada aşkarlanması üsulundan istifadə etməklə qaz sızmalarına qarşı yoxlanması vacibdir.
5.3.4 Qaz konteynerlərinin təzyiqinin azaldılması qazın konteynerdən buraxılaraq tutulması yolu ilə həyata keçirilməlidir.
Əgər qazın çəndən buraxılaraq tutulması üsulu mümkün deyilsə qaz konteynerlərinin boşalması açıq havada həyata keçirilməlidir. Qaz yalnız yüksəklikdə və potensial alışma mənbəyindən kənarda buraxıla bilər.
Qaz komponentlərinin və borulu sistemlərin təzyiqinin azalıdılması (qaz konteynerləri ayrı) zamanı minimum miqdarda qaz sızması baş verə bilər və buna görə müvafiq havalandırma lazımdır.
5.4 Qeyri qaz sistemlərində işlərin görülməsi
Qeyri qaz sistemlərində işlərin görülməsi qaz sisteminin etibarlı işinə təsir etməməlidir. Operatorlar təmir işlərinə başlamazdan əvvəl səlahiyyətli şəxsdən məsləhətlər almalıdır.
5.5 Konteynerin (çənin) dəyişdirilməsi prosedurası
5.5.1 Qaz konteyneri nəqliyyat vasitəsindən çıxarıldıqda bu yalnız TQİNV-də istifadə üçün müvafiq olan standarta uyğun layihələndirilmiş və istehsal olunmuş konteynerlə əvəz oluna bilər. Yeni quraşdırılan konteyner ISO/DIS 15501-1:2000 və ISO/DIS 15501-2:2000 uyğun montaj edilməlidir.
5.5.2 Montaj işlərini icra edən səlahiyyətli şəxsin nəqliyyat vasitəsinin müvafiq sənədlərində və/və ya əsas texniki parametrlər cədvəlində yeni konteynerin məlumatlarını daxil etməklə yeniləmələr etməsi vacibdir.
5.6 Konteynerin istifadədən çıxarılması
Zədələnmiş və ya nəqliyyat vasitəsindən tullantıya verilməsi üçün demontaj edilən konteynerlər ISO/FDIS 11439:2000 uyğun olaraq revalidatorun (təkrar istifadəyə icazə verən səlahiyyətli qurum) təsdiqindən keçməlidir.
5.7 Xüsusi əməliyyatlar
5.7.1 Termal əməliyyatlar (qızdırma və alovdan istifadə etməklə) aparılan yerlərdə (məs, nəqliyyat vasitəsinin vulkanizasiya avadanlığında termal işlənməsi) təmirxanada bütün müvafiq proseduralar və nəqliyyat vasitəsinin təchizatçısı/tədarükçüsünün nəzərdə tutduğu ehtiyat tədbirlərinə əməl olunmalıdır.
5.7.2 Nəqliyyat vasitəsi qəzaya uğrayarsa qaz konteynerləri (çənləri) zədələnə bilər. bu revalidator (təkrar istifadəyə icazə verən səlahiyyətli qurum) tərəfindən yoxlanmalı və sınaqdan keçirilməlidir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “18” noyabr 2015-ci il tarixli 150111500013 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu standart Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən işlənib və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təqdim edilib.
2. Bu standart ISO/DIS 16923.2:2015 “Təbii qaz yanacaq doldurma məntəqələri – Sıxılmış təbii qazla (STQ) işləyən nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqələri” beynəlxalq standartı layihəsinin autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2016-cı ildir. Dövri yoxlama müddəti 3 ildən birdir.
Təbii qaz yanacaq doldurma məntəqələri –
Sıxılmış təbii qazla (STQ) işləyən nəqliyyat
vasitələrinin yanacaqdoldurma məntəqələri
(ISO/DIS 16923.2:2015)
Natural gas fuelling stations –
CNG stations for fuelling vehicle
Bu standart sıxılmış təbii qazla (STQ) işləyən nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqələri ilə əlaqədar əməliyyat, baxış və texniki xidməti əhatə edir Avadanlıq, təhlükəsizlik və nəzarət cihazları da bura daxil edilir.
Bu standart həmçinin təbii qazın qaz formasında olan və mayeləşdirilmiş təbii qazın (MTQ) ISO 16924-ə uyğun verilən STQ yanacaq doldurma məntəqələrinin sahələrinə də tətbiq edilir.
Bu standart, qaz tərkibi ölkədə tətbiq olunan qaydalarla və ya ISO 13686-ə uyğun təbii qazla təchiz olunan yanacaq doldurma məntəqələrinə də tətbiq edilir.
Bu standart həmçinin biometan, zənginləşdirilmiş kömür metanı və MTQ buxarlandırılmasından əldə edilən qaz təchizi (ərazidə və ya ondan kənar) daxil olmaqla bu tələblərə cavab verən digər qazlara da tətbiq edilir.
Bu standart qaz təchizatı üçün boruların birləşdirilməsi (yəni STQ doldurma məntəqələri boru kəmərləri sistemi və boru kəməri şəbəkəsi arasında ayrılma nöqtəsi) üzrə bütün avadanlıqları daxil edir. Yanacaq doldurma üçün şlanq başlıqları bu standartla müəyyən edilmir.
Bu standart çərçivəsinə aşağıdakı xarakteristikaya malik məntəqələr daxildir:
— Yavaş axınla doldurmaq;
— Sürətli axınla doldurmaq;
— Ümumi istifadə üçün açıq giriş (özünə xidmət və ya yardım vasitəsilə);
— Sabit anbarla yanacaq doldurma məntəqələri;
— Səyyar anbarla yanacaq doldurma məntəqələri (törəmə);
— Çox çeşidli yanacaq doldurma məntəqələri.
Qeyd: Bu standart o şərtə əsaslanır ki, yanacaq doldurma məntəqələrinə daxil olan qaz odorlaşdırılır. Odorlaşdırılmış qaz yanacaq doldurma məntəqələri üçün təhlükəsizlik tələbləri 10-cu Maddəyə daxil edilir.
Aşağıdakı sənədlər, bütövlükdə və ya qismən, normativ olaraq bu sənəddə istinad olunur və onun tətbiqi məcburidir. Tarix qoyulmuş istinadlar üçün yalnız istinadlı nəşr tətbiq edirlər. Tarix qoyulmamış istinadlar üçün istinadlı sənədin (istənilən düzəlişlər daxil olmaqla) son nəşri tətbiq edilir.
ISO 4126-1 Həddindən artıq yüksək təzyiqdən qorunmaq üçün təhlükəsizlik cihazları – 1-ci Hissə: Təhlükəsizlik klapanları
ISO 834-1 Yanğına müqavimət sınaqları - Tikinti konstruksiya elementləri - 1-ci Hissə: Ümumi tələblər
ISO 8580 Rezin və plastik şlanqlar - statik şəraitdə ultrabənövşəyi şüalanmaya müqavimətin müəyyən edilməsi
ISO 11439, Qaz balonları - avtomobil nəqliyyat vasitələri yanacağı kimi təbii qazın içəridə saxlanması üçün yüksək təzyiq balonları
ISO 11925-3 Yanğın sınaqlarına reaksiya – birbaşa alova məruz qalan inşaat məmulatlarının alışqanlığı 3-cü Hissə: Çox mənbəli sınaq
ISO 12100 Avadanlıqların təhlükəsizliyi - layihələndirmənin ümumi prinsipləri- Riskin qiymətləndirilməsi və riskin azaldılması
ISO 13734 Təbii qaz - odorant kimi istifadə olunan üzvi kükürd birləşmələri - Tələblər və sınaq üsulları
ISO 13847 Neft və qaz sənayesi - Boru kəməri nəqliyyat sistemləri - Boru kəmərlərinin qaynağı
ISO 14120 Avadanlıqların təhlükəsizliyi - Mühafizə qurğuları - Sabit və səyyar mühafizə qurğularının layihə və tikintisi üçün ümumi tələblər
ISO 15500-2 Yol nəqliyyat vasitəsi - STQ yanacaq sistemi komponentləri - 2-ci Hissə: İş göstəricisi və ümumi sınaq üsulları
ISO 15500-17 Yol nəqliyyat vasitəsi - STQ yanacaq sistemi - 17-ci Hissə: Elastik yanacaq xətti
ISO 15589-1 Neft və təbii qaz sənayesi - boru kəmərləri sistemlərinin katod mühafizəsi - 1-ci Hissə: Quruda boru kəmərləri
ISO 15649 Neft və təbii qaz sənayesi - Boru kəməri sistemi
IEC 31010 Riskin idarə edilməsi - Risk qiymətləndirilməsi üsulları
IEC 60079-0 Partlayıcı qaz mühiti üçün elektrik cihazları - Hissə 0: Ümumi tələblər
IEC 60079-10-1 Partlayış təhlükəsi olan mühit - Hissə 10-1: Ərazilərin təsnifi - Partlayıcı qaz mühiti
IEC 60079-25 Partlayış təhlükəsi olan mühit - 25-ci Hissə: Təhlükəsiz elektrik sistemləri
IEC 60204-1 Avadanlıqların təhlükəsizliyi - Maşınların elektrik avadanlığı - 1-ci Hissə: Ümumi tələblər
IEC 60529 Hüdudlanmış (qapalı) sahədə təmin edilən müdafiə dərəcəsi (IP kodu)
Bu sənəddə aşağıdakı termin və təriflər tətbiq olunur:
bir neçə komponentdən ibarət yanacaq doldurma məntəqələrinin alt sistemi
3.2 Avtomatik yanğın söndürən
alov və ya alışma mənbəyinin aradan qaldırılması ilə yanmanı dayandıran material xüsusiyyəti
təbii qazaoxşar xassələri ilə təkmilləşdirilmiş biokütlənin qazlaşdırılmasından və ya bioqazdan əldə edilən metanla zəngin qaz
[Mənbə: ISO 14532:2014, 2.1.1.15]
3.4 Torpaqlama (Metallaşma)
aktiv metal hissələrin ən azı bir nöqtədə elektrik vasitəsilə yer/torpaqla birləşdirildiyi ekvipotensial zona.
yanacaq doldurucu şlanq üzərində gərginlik həddi artıq olduqda şlanqı şəbəkədən ayıran və dispenserdən axını dayandıran qurğu (məsələn, şlanq şəbəkədə olduqda avtomobil hərəkət edərsə)
3.6 Bufer saxlama həcmi
STQ saxlama məqsədilə layihələndirilmiş yüksək təzyiq tutumu
nəzərdə tutulmuş ərazi üçün dam və divarla əhatələnmiş örtülü konstruksiya
3.8 Yarılma təzyiqi (pb)
komponentin işçi parametri ilə nasazlıq və ardıcıl fluid itkisinə səbəb olan təzyiq
dam, sığınacaq və ya əlverişsiz hava şəraitindən müdafiə edən örtük
3.10 STQ doldurma məntəqəsi
sıxılmış təbii qazın avtomobilə doldurulduğu obyekt
təhlükəsiz və lazımi qaydada işi həyata keçirmək qabiliyyətli, müvafiq təlim, bilik və təcrübəyə malik olan şəxs
qaz təzyiqini artıran mexanizm
sıxılmış təbii qazın saxlanılması üçün istifadə olunan yüksək təzyiq tutumu
3.14 Balonun işçi təzyiqi
15 °C bərabər temperaturda tam doldurulmuş balonda tənzimlənmiş təzyiq
nəqliyyat vasitəsinə yanacağın təchiz edildiyi avadanlıq
Qeyd 1: Bu avadanlığın tərkib hissəsinə ölçmə qurğusu daxil edilə bilər.
təbii qazda su buxarı (nəm) tərkibini azaldan avadanlıq
yanacaq doldurma məntəqələrinin elementini əhatə edən bina və ya talvar olmayan konstruksiya
Məsələn, Yaşayış yeri, konteyner və qurğu kabineti
3. 18 Partlayıcı qaz mühiti
atmosfer şəraitində alovlanma baş verdikdən sonra qazlar, buxar, duman və ya toz şəklində hava ilə maddələrin qarışması, alov bütün yanmamış kütləyə yayılır
[Mənbə: IEC 61340-4-4:2005]
3.19 Qəza şəraitində təhlükəsizlik
idarəetmədə qurğuların nasazlığı halında təhlükəsiz istismar şəraitini təmin edən konstruksiya xüsusiyyəti
3.20 Sürətli axınla doldurma
Hər yanacaq doldurma üçün şlanq başlığının 100 Nm3/s-dən çox axın sürəti ilə işi
3.21 Sahədə boru xətti
Ərazidə avadanlıqlar arasında əlaqə təmin etmək üçün quraşdırılan boru xətti
5 dəqiqə ərzində alovun yaratdığı istiliyə dayanma qabiliyyətli komponentləri nəzərdə tutan material markası
3.23 Yanacaq doldurma
dispenserdən nəqliyyat vasitəsinə yanacaq nəql etmə
3.24 Yanacaq doldurma təzyiqi
yanacağın nəqliyyat vasitəsinə nəql olunduğu təzyiq
3.25 Yanacaq doldurma məntəqəsi
təbii qazın doldurulduğu obyekt
potensial olaraq cərəyan daşıyan metal hissələrin torpaqla elektrik əlaqəsi
3.27 Yüksək risk zonası
alovlanmanın qarşısını almaq məqsədi ilə tikinti, quraşdırma və aparatların istifadəsi üçün xüsusi təhlükəsizlik tədbirləri tələb olunan miqdarda partlayış təhlükəli qaz mühiti olan və ya olması gözlənilən zona
lent və /və ya digər örtüklə komplektdə müvafiq şəkildə nişanlanmış və birləşdirici armatur bərkidilən, birgə əyri drosselli (əgər lazım olarsa), xidmətə hazır STQ (sıxılmış təbii qaz) axan elastik materialdan hazırlanmış borular
nəqletmə vasitəsində yanacaq doldurma üçün birləşdirici detaldan təbii qazın buraxılması üçün elastik materialdan boru
3.28.2 Birləşdirici mexanizmi olan şlanq
Təchizat üçün şlanq başlığı, söndürmə elementi, vurucu şlanq və (zəruri olmayan) üfürücü şlanqdan ibarət komplekt
3.29 Qığılcımdan tam mühafizə olunmuş qapalı dövrə
xüsusi sınaq şəraitində qığılcım və ya termal təsirin havada alışan və ya yanan materialların qarışığının alovlanmasına səbəb olmayan qapalı dövrə
3.30 LEL - partlayış təhlükəsinin ən aşağı hüdudu
havada buxar və ya tez alışan qaz qatışığının, alovlana biləcək həcmdən az konsentrasiyada olması.
[Mənbə: ISO 19372:2015]
3.31 MAOP - maksimal mümkün istismar təzyiq
normal iş rejimində komponent və ya sistemin məruz qaldığı maksimal təzyiq
Qeyd: MAOP səciyyəvi olaraq komponent və ya sistemin maksimal mümkün işçi təzyiqi 90%-dən çox olmur.
3.32 MAWP - maksimal mümkün işçi təzyiq
komponent və ya sistemin maksimal təzyiqə məruz qalması üçün layihələndirilən, komponent və ya sistemin möhkəmliyini müəyyənləşdirmək üçün əsas olan maksimal təzyiq.
[Mənbə: ISO 12991:2012]
çox çeşidli silindr və ya çən nəqliyyat vasitəsinə və ya treylerə bərkidilir və STQ doldurma məntəqəsinə nəqli üçün istifadə olunur
3.34 Çox növlü benzin kolonkası
STQ və digər yanacaqlar təchiz edən kolonka (maye və ya qaz halında olan)
müəyyən şərtlər daxilində alışmaya məruz qalmayan
3.36 Normal istismar rejimi
Avadanlığın konstruktiv parametrləri çərçivəsində istismarı prosesidir
[İSTİNAD: ISO 16110-1:2007, 3.50]
3.37 Təhlükəsiz ərazi
belə ərazidə partlayış təhlükəsi olan qazın miqdarı tikinti, qurğu və aparatların istismarı üçün xüsusi təhlükəsizlik tədbirlərinin tələb olunmayacağı qədər azdır.
[İSTİNAD: ISO 16110-1:2007, 3.48]
aşağı alışma həddindən də az konsentrasiyada qazın sızmasını xəbərdar edə biləcək fərqləndirici kəskin iyli orqanik kimyəvi preparat və ya aşağı konsentrasiyada təbii qaza əlavə edilən kimyəvi maddələrdən ibarət birləşmədir
Qeyd 1: ISO/TR 16922 standartında təhlükəsizlik nöqteyi-nəzərindən təbii qazın odorlaşdırılmasında istifadə olunan üsullar üçün spesifikasiyalar və təlimatlar verilir, bununla yanaşı təbii qazın odorlaşdırılma texnologiyasının prinsipləri (odorantların nəqli və saxlanması daxil olmaqla) və odorlaşma prosesinə nəzarət prosesi təyin edilir.
[İstinad: ISO 14532:2014]
kəskin iyli maddələrin təbii qaza vurulması prosesidir
3.40 Artıq təzyiq (əlavə təzyiq)
təzyiqin maksimal mümkün işçi təzyiqdən artıq olmasıdır
3.41 Elektrik enerjisinin təchizatının dayanması
hər hansı bir elektrotexniki detal və ya alt sistemin (məs. axına nəzarət kimi) istehsalçı təlimatlarına uyğun olmayaraq istifadəsi nəticəsində elektrik enerjisinin kəsilməsidir
mümkün baş verə biləcək hadisələrin təsirini azaldan və kiçik qəzanın daha böyük bir qəzaya çevrilməsinin qarşısını ala biləcək, təhlükə mənbəyi ilə obyekt arasındakı minimal ayırıcı məsafədir
3.42.1 Xarici aralıq məsafə
yanacaq doldurma məntəqəsinin hüdudlarından kənarda yerləşən obyekt ilə təhlükə mənbəyi arasındakı ayırıcı məsafədir
3.42.2 Daxili aralıq məsafə
yanacaq doldurma məntəqəsi daxilində yerləşən obyekt ilə təhlükə mənbəyi arasındakı ayırıcı məsafədir
3.43 Kommunikasiya kanalı
qaz borusu, yeraltı kommunikasiya, elektrik kabeli və s. keçən qapalı borudur
Verilmiş sabit temperatur əldə edildikdə və burada qaz axını olmadıqda yaranan qaz təzyiqidir
3.45 Sabit temperatur
yanacaqla təchizatdan yaranan istilik itkisindən sonra silindrdə eynicinsli qaz temperaturu
hər yanacaq doldurma üçün şlanq başlığının 100 Nm3/s-dən az və ya ona bərabər axın sürəti ilə işidir
Səciyyəvi olaraq torpağın altında yerləşən otaq və ya məkan
Külək, temperatur dəyişiklikləri, və ya süni təsirlərə görə havanın təmiz hava ilə əvəz edilməsi və hərəkəti (məsələn havatəmizləyən və ya sorucu ventilyator)
3.49 Atmosferə buraxılma
Təbii qazın atmosferə tənzimlənərək buraxılması
Pmawp maksimal mümkün işçi təzyiq
STQ – sıxılmış təbii qaz
IS – qığılcımdan təhlükəsiz (QT)
ERP – qəza tədbirləri planı (QTP)
LEL – partlayış təhlükəsinin ən aşağı həddi (PTAH)
MAOP – maksimal mümkün istismar təzyiqi (MMİT)
MAWP – maksimal mümkün işçi təzyiq (MMİT)
NGV – təbii qazla işləyən avtomobil (TQİA)
5.1 Riskin qiymətləndirilməsi məqsədi ilə mexanizmlərin təhlükəsizliyinin qiymətləndirilməsi üçün ISO 12100 standartında verilən tələblərə, ümumi sahədə risk faktorlarının tənzimlənməsi üçün isə ISO/IEC 31010 standartlarında verilən tələblərə riayət olunmalıdır.
5.2 STQ yanacaq doldurma məntəqəsi elə yerləşdirilməlidir ki, istifadəçilər, xidmət personalı, ətraf mühit üçün risk faktoru minimal olsun.
5.3 Riskin qiymətləndirilməsinə STQ yanacaq doldurma məntəqəsinin layihələndirilməsi, tikintisi, əməliyyatı və xidməti daxildir. Təhlükəli halların nəticələrini qiymətləndirmək və riskin azaldılması və / və ya nəticələrin aradan qaldırılması üçün müvafiq üsullar müəyyənləşdirmək məqsədi ilə riskin qiymətləndirilməsi prosesi həyata keçirilməlidir.
5.4 Yanğın və partlayış risklərinin azaldılması tədbirləri tətbiq edilməli, lakin tədbirlər bununla da məhdudlaşmamalıdır:
— Tezalışan və partlayış təhlükəsi olan qarışığın yaranmasının qarşısının alınması;
— Elektrostatik yükün bərpasının qarşısının alınması;
— Alışma mənbələrinin qarşısının alınması;
— Yanma və ya partlayış təsirlərinin aradan qaldırılması.
5.5 Yanğın təhlükəsi olan mühitdə alışmadan mühafizə IEC 60079 seriyalı standartlarda müəyyənləşən qoruma sistemlərinin istifadəsi hesabına reallaşmalıdır.
Bu müvafiq təhlükəli zonalar IEC 60079-10-1-də təyin edilir.
QEYD: Yüksək riskli zonaların təsnifat nümunələri Əlavə A-da verilib.
6.1.1 Avadanlıqların konstruksiyası və montajı layihəsində tullantıların atmosferə sızma nöqtələri və birləşmələrinin sayının minimuma endirilməsi nəzərdə tutulmalıdır.
6.1.2 Qapalı partlayış təhlükəli mühit yaradan konfiqurasiyalardan kənar durmaq lazımdır. Yanğın və partlayış risklərinin qarşısının alınması tədbirlərində əvvəlcədən proqnozlaşdırılan texniki nasazlıq və yanlış istifadə nəzərə alınmalıdır.
6.1.3 Çox növlü yanacaq doldurma məntəqələrində, yeraltı təbii qaz boruları digər kommunikasiyalarla birgə istifadə edilməməlidir (məs. su boruları, yanacağın nəqli üçün borular, elektrik kabelləri və s.).
QEYD: Yalnız elektrik kabelləri üçün istifadə olunan xidməti kommunikasiya kanalları ümumi ola bilər.
6.1.4 Təzyiqli boru kəməri sisteminin bütün hissələri manometrə qoşulmalıdır.
6.1.5 Təzyiqli boru kəmərləri sistemində təhlükəsiz mexaniki üsulla təzyiqin aşağı salınması təmin edilməlidir. Təzyiqin aşağı salınması boruların birləşən hissələrinin açılması ilə həyata keçirilməməlidir.
6.1.6 Avadanlıqların və yardımçı özüllərin quraşdırılması yerli seysmik və geoloji şəraitə müvafiq layihələndirilməli və tikilməlidir.
6.1.7 Nəqliyyatla toqquşma riski daşıyan bütün STQ (sıxılmış təbii qaz) avadanlıqları toqquşma zamanı qaz avadanlıqlarının zədələnməməsi üçün çəpər (maneə) və ya digər mexanizmlərlə təchiz olunmalıdırlar.
6.1.8 STQ yanacaq doldurma məntəqəsi elə layihələndirilməlidir ki, o enerji təchizatının pozulması zamanı təhlükəsiz şəkildə dayandırıla bilsin. Enerjinin bərpası 16.2-yə müvafiq olaraq həyata keçirilməlidir.
6.1.9 STQ yanacaq doldurma məntəqəsi ölkədə qüvvədə olan nizamlayıcı sənədlərə uyğun olaraq yanğından mühafizə inventarı ilə təchiz edilməlidir.
6.1.10 STQ yanacaq doldurma məntəqəsində kompressordan neft çıxarkən qaz axınında toz, su və ya digər çirkləndirici maddələrin ölkədə qüvvədə olan qaz keyfiyyəti standartları və ya normativlərinə cavab verməsini təmin edəcək vasitələr olmalıdır.
6.1.11 Bütün avadanlıqlar istehsalçı tərəfindən müəyyənləşdirilən temperatur və təzyiq hüdudları çərçivəsində istismar olunmalıdır.
6.1.12 STQ yanacaq doldurma məntəqəsi layihələndirilərkən, obyektin yerləşdiyi ərazidə səciyyəvi iqlim şəraiti və gözlənilən minimal və maksimal temperatur nəzərə alınmalıdır.
6.2 Ümumi yerləşmə planı
6.2.1 STQ yanacaq doldurma məntəqəsinin aralıq məsafəsi Əlavə B-də verilən tələblərə uyğun olmalıdır.
6.2.2 STQ yanacaq doldurma məntəqəsi elə layihələndirilməlidir ki, personal (səlahiyyət verilmiş əməkdaşlar) istənilən vaxt işçi zonaya asanlıqla daxil ola və çıxa bilsin.
6.2.3 Fövqəladə hal olduqda müvafiq təxliyə vasitələri təmin edilməlidir. Səlahiyyətli personal sıxışıb qala biləcəyi yerlərdə bir-birindən aralı ən azı iki ədəd çölə açılan çıxış olmalıdır ki, bunlarda strateji olaraq təhlükəli sahələrdə yerləşdirilməlidir.
6.2.4 Bütün qapılar çölə açılmalı və yerli yanğın və tikinti sahəsi üzrə normativ sənədlərə uyğun olmalıdır. Qapılar səlahiyyətli personalın asan giriş və çıxışını təmin etmək məqsədi ilə kifayət qədər enli olmalıdır. Normal iş rejimində açarsız girməyə icazə verilməməlidir. Qapıların çölə çıxışı olmalı və əgər qapı sürgü ilə təchiz olunarsa, içəridən açarsız işləyən tez açılmaq üçün vasitə quraşdırılmalıdır.
6.2.5 Tələb olunduğu halda, hasarlanmış və ya avadanlıq yerləşdirilən sahədə əlavə qəza çıxışının təmin edilməsi nəzərdə tutulmalıdır.
6.2.6 Yanacaq doldurma sahəsi istisna olmaqla, qurğudan istifadə bütün kənar şəxslərə qadağan olunmalıdır. İstənilən təhlükəsizlik perimetri (hasar, divar və s.) yanmayan, oda davamlı və ya özüsönən materiallardan, ən azı 1,5 metr hündürlükdə quraşdırılmalıdır.
6.3 Təzyiq azaldan qoruyucu klapan və ventilyasiya
6.3.1 Təzyiq azaldan qoruyucu klapanlar ISO 4126-1 və istehsalçının təlimatlarına müvafiq şəkildə quraşdırılmalıdır.
6.3.2 Təzyiq azaldan qoruyucu klapanlar üçün sorucu borular ISO 4126-1 məhdudiyyətləri çərçivəsində təzyiqin toplanmasının qarşısının alınması məqsədi ilə maksimal şəkildə müəyyənləşdirilmiş axın sərfinə və ya istənilən nominal gücü olan qoruyucu klapana uyğun olaraq layihələndirilməlidir.
6.3.3 Kompressorun boru sistemi, həmçinin daxiletmə, aralıq, çıxış və yardımçı borular daxil olmaqla, təzyiq azaldan qoruyucu klapanlar vasitəsi ilə izafi təzyiqdən (artıq təzyiq) qorunmalıdır. Təzyiq azaldan qoruyucu klapanlardakı təzyiq boru konstruksiyasındakı maksimal mümkün işçi təzyiqə bərabər və ya ondan aşağı tənzimlənməlidir. Təzyiq azaldan qoruyucu klapanlar ISO 4126-1 standartına uyğun olmalıdır.
6.3.4 Təyin edilmiş müxtəlif təzyiqlərdə ümumi ventilyasiya kollektoruna açılan çoxpilləli təzyiq azaldan qoruyucu klapanlar qoruyucu klapanla tənzimlənən ən aşağı təzyiq nominalından artıq təzyiq toplanmasına məruz qalmayacaqlar.
6.3.5 Qoruyucu klapanın ventilyasiyası üçün metalkonstruksiya istifadə edilməməlidir.
6.3.6 Hava boruları təhlükəsiz ventilyasiya üçün ən azı 3 metr yerdən və ya digər iş sahələrindən yüksəkdə və ya yüksəkliyindən asılı olaraq, 5 metr radiusu daxilində ətrafdakı tikililərdən 1 metr hündürə çıxmalıdır. Vurulan hava axınının istiqaməti aşağı və ya 5 metr daxilində avadanlıqların və ya digər tikililərin üzərinə olmamalıdır.
6.3.7 Hava boruları yağış, qar, quş və digər ziyan verə biləcək vasitələrin düşməsinin qarşısını alan vasitələrlə təmin olunmalıdır. Hava boruları sisteminin aşağı hissəsində mayelərin drenajı üçün yer nəzərdə tutulmalıdır.
6.3.8 Normal istismar rejimində qazın atmosferə buraxılmasını tənzimləyən klapanın işi, vurucu ucluqların (tapançalar) ayrılması və kompressorun mühafizə təbəqəsi və örtüyünün havalandırılması nəticəsində çıxan qazların atqısı səviyyəsinə qədər məhdudlaşdırılmalıdır.
6.3.9 Normal iş rejimi və ya qəza halında izolyasiya oluna bilən vurucu boru sisteminin bütün hissələri qoruyucu klapan və ya cihaza birləşdirilməlidir.
7.1 Boru kəməri ilə təchizat
7.1.1 Təbi qaz borusu ilə yanacaq doldurma məntəqəsi arasında sərhəd aşağıdakı funksiyalardan ibarət olmalıdır:
— Texniki istismar və / və ya qəza halları üçün izolyasiya;
— Təzyiqin təhlükəsiz şəkildə aşağı salınması və inert qazla üfürülməsi;
— Dielektrik izolyasiya.
7.1.2 Aşağıdakı funksiyalar da daxil edilə bilər:
— Gərginliyin stabilləşdirilməsi;
QEYD 1: Boru xətti ilə yanacaqdoldurma məntəqəsi arasındakı interfeys adətən yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşir və qaz təchizatı ilə məşğul olan şirkətə aid ola bilər. Bəzi hallarda avadanlıq kompressorun korpusu (çanağı) daxilində montaj edilir.
QEYD 2. Daxili boru xətlərinin və avadanlığın layihəsi və ölçüsünün sistemlərin qazın ötürülməsi üçün birləşmələrin texniki xüsusiyyətlərinin tələblərinə uyğunluğunun təmin etməsinə ehtiyac var (məs, pulsasiya).
7.2 Səyyar saxlanclarla təchizat
7.2.1 Qazın tədarükü və saxlanma sahəsi elə yerləşməlidir ki, yerin səthi ilə eyni səviyyədə mobil (səyyar) təchizat qurğusunun və səlahiyyətli şəxslərin rahat keçidinə çətinlik yaratmasın. Müvafiq keçid yolları və ya yanğın departamentinin avadanlıqları kimi fövqəladə hallarda istifadə olunan qurğuların keçidinin təmin olunması üçün digər vasitələr mövcud olmalıdır.
7.2.2 Qoruyucu çəpərlərin və sədlərin istifadə olunduğu yerlərdə ərazidən maneəsiz çıxışı təmin etmək üçün səyyar saxlama qurğusunun ətrafında minimum 1 metrlik ara sahəsi olmalıdır.
7.2.3 Sistern qoşqusu və ya daşına bilən modul stansiyasının ərazisi hamar olmalıdır. Sistern qoşqusu və ya daşına bilən modulun dayaqlarının qarşı və arxa tərəfləri açıq olmalıdır. Dinamik əyilməyə qarşı sərt dayaqlar və ya ona bərabər tutulan element sistern qoşqusunun və ya daşına bilən modulun normal vəziyyətini göstərməlidir.
7.2.4 Sistern qoşqusu və ya daşına bilən modullar müəyyən olunmuş yüklənmə platformasından kənarda yerləşdirilməməlidir.
7.2.5 Əgər yanacaqdoldurma məntəqəsinin işinin təhlükəsizliyinə maneçilik törətmədən sistern qoşqusu və ya daşına bilən modulların dəyişmə əməliyyatlarını həyata keçirmək mümkün deyilsə onda dəyişmə zamanı yanacaq doldurma əməliyyatları tamamən dayandırılmalıdır.
QEYD: Müvəqqəti təyin olunmuş sistern qoşqusu və ya daşına bilən modulların dayanma məntəqəsi sistern qoşqusu və ya daşına bilən modulların dəyişdirilməsi üçün istifadə oluna bilər.
7.2.6 Elastik xortum birləşmələri montaj edilməzdən əvvəl sistern qoşqusu və ya daşına bilən modulların yerə bərkidilməsi vasitələrindən istifadə olunmalıdır.
7.2.7 Saxlama (anbarlama) sahəsi səlahiyyəti çatmayan şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə çəpər kimi fiziki vasitələrlə qorunmalıdır. Təbii qaz üçün sistern qoşqusu və/və ya daşına bilən modullarla birbaşa əlaqəsi olan işlər istisna olmaqla yerdə qalan digər işlərin saxlama sahəsində aparılmasına icazə verilməməlidir.
7.2.8 Ara məsafəsi ehtiyat saxlama sistemləri üçün müəyyən olunmuş məsafəyə uyğun olmalıdır. Hər bir sistern qoşqusu və/və ya daşına bilən modulun bütün tərəfləri üzrə minimum 1 metrlik ara sahəsi saxlanmalıdır.
8.1 Qüvvədə olan ölkədə qüvvədə olan normativ aktlarda müəyyən edildiyi qaydada qazın keyfiyyət göstəriciləri üzrə tələblərin təmin olunması məqsədilə ehtiyac yaranarsa təbii qazın dehidrasiyası (qurudulması) üçün quruducu avadanlıq montaj edilməlidir.
QEYD. Beləliklə nəm yanacaqdoldurma məntəqəsinin təhlükəsiz işinə təsir göstərmir.
8.2 Quruducu onun giriş kanalında (klapanında) nəzərdə tutulan əməliyyat şəraitinə (axın sürəti və qazın təzyiqi) uyğun layihələndirilməli, qazın tərkibindəki nəmin ayrılması üçün yetərli həcmə malik olmalı və qazı əməliyyat rejiminə və ətraf mühitdəki şəraitə uyğun (fəslin ən aşağı temperatur göstəricisi) tələb olunan həddə qurutmalıdır. Qazın şeh nöqtəsi maksimum əməliyyat təzyiqi şəraitində proqnozlaşdırılan ən aşağı əməliyyat temperaturundan ən azı 5 °C aşağı olmalıdır.
8.3 Quruducu avadanlıq qazda odorantın (qaza xüsusi iy verən maddə) səviyyəsini Xəta bölməsində müəyyən olunmuş həddən aşağı həddə qədər azaltmamalıdır.
8.4 Qaz axınına quruducu avadanlıqdan hissəciklərin daxil olma ehtimalı varsa onların qarşısının alınması üçün quruducu avadanlığın çıxışında filtr quraşdırmaq lazımdır.
QEYD: Quruducu avadanlıq kompressorun girişində və ya çıxışında quraşdırıla bilər. Onun kompressorun girişində quraşdırılması tövsiyə olunur, çünki bu nəticədə kompressoru maye halda olan sulardan qoruyacaq və quruducu da kompressorun mexaniki yağ tullantılarının təsirinə məruz qalmayacaq.
9.1.1 Kompressor özü tərəfindən göstərilən dinamik gücə davamiyyət göstərməsi üçün nəzərdə tutulmuş konstruksiyanın üzərində quraşdırılmalı və drenaj və dəstək üçün müvafiq mühəndislik təcrübəsi nəticəsində hazırlanmış səth üzərində yerləşdirilməlidir.
9.1.2 Yanacaqla təmin edən boru və kompressor arasında yarana biləcək hərəkət və vibrasiyanın tarazlaşdırılması təmin edilməlidir.
9.1.3 Kompressor elektrik ötürücü aparat və digər açıq hərəkət edən hissələr, kəmərlər, muftalar və pərlər də daxil olmaqla ISO 14120 standartına uyğun olmalıdır.
9.1.4 Kompressor bağlanan zaman yüksək təzyiqli qaz axınının geri qayıtmaması üçün kompressora son bağlayıcı klapanın da daxil edilməsi nəzərdə tutulmalıdır.
9.1.5 Kipləşdirilmiş ştokdan gələn qaz toplanmalı və 6.3 bəndinə müvafiq olaraq təhlükəsiz bir yerə buraxılmalıdır.
9.1.6 Kompressor və montaj olunan borular induksiya yorğunluq problemlərinin avadanlığın və birləşdiricilərin boşalma riskinin minimuma endirilməsi üçün yüksək vibrasiyada işləməməlidir. Vibrasiya dərəcəsi kompressorun heç bir yerində 30mm/san keçməməlidir. Kompressora birləşdirilən boru və digər avadanlıqlarda vibrasiya dərəcəsi 45 mm/san keçməməlidir.
9.1.7 Kompressor yüksək qurğu üzərində quraşdırıla bilər (paylama sahəsinin üzərində olan talvar daxil olmaqla), amma bu qurğu yerli tikinti standartını, çəkisini, təmir prosedurunu və avadanlığın işləmə vəziyyətini nəzərə almaqla quraşdırılmalıdır.
9.2 Avadanlıq və nəzarət
9.2.1 Kompressora qaz verilməsi avtomatik olaraq kompressor normal olaraq dayandırıldıqda, fövqəladə hal baş verdikdə, elektrik verimi kəsildikdə dayandırılmalıdır. Qaz tədric sistemi təhlükəsiz olmalıdır.
9.2.2 Təzyiq sayğacı borunun kompressora giriş hissəsində yerləşdirilməli və təzyiq yüksək və aşağı olan hallarda kompressoru söndürməlidir. Heç bir halda giriş təzyiqi atmosfer təzyiqindən aşağı olmamalıdır.
9.2.3 Temperatur sayğacı kompressorun aşağı axın ötürücüsünün soyuducusundan sonra yerləşdirilməlidir. Son qaz ötürmə temperaturu soyutmadan sonrakı 60 C keçməməlidir. Əgər keçərsə kompressor dayandırılmalıdır.
9.2.4 Kompressor neft və kondensat suyunu qazdan ayıran və toplayan sistem ilə təchiz olunmalıdır.
9.3 Kompressor karterinin layihəsi
9.3.1 Atmosfer və ya germetik olmayan karterlər yüksək təzyiqli qazın karterə axınının səbəb olduğu tam dayanmaya qarşı mühafizə olunmalıdırlar.
9.3.2 Təzyiqə məruz qalan karterlər təzyiq təhlükəsizlik klapanı və digər ifrat təzyiqli müdafiə avadanlıqları vasitəsilə nəzərdə tutulan işçi təzyiqindən çox təzyiqə məruz qalmasından qorunmalıdır. Təhlükəsizlik klapanları ISO 4126-1 standartına uyğun olmalıdır. Digər yüksək təzyiqli qoruyucu avadanlıq ISO 4126 tətbiq edilən hissəsinə uyğun olmalıdır.
9.3.3 400kPa (kalibr) təzyiqdən yuxarı təzyiqdə işləyən yüksək təzyiqli karterlər gərilməsi minimum 18% olan plastik çuqun, tökmə polad və ya qaynaq poladdan hazırlanmalıdır. Alüminium və ya digər eyni plastikliyə malik olan materiallar istifadə oluna bilər; yalnız bu məhsulun dözümlülük həddi məhlulunun mümkün maksimum istismar müddətini keçmədiyini sübut etmək üçün yorğunluq analizi aparılmalıdır. Tökmə polad 400 kPa və aşağı təzyiqlərdə istifadə edilə bilər.
9.3.4 Düstur 1-də göstərilən icazə verilən işçi təzyiqə uyğun təzyiq altında işləyən örtük istehsalçı nümunəsi ilə birgə partlama testi edilib təsdiqlənməlidir. İstehsalçı nümunəsi eyni prosesə, materiallara və keyfiyyət nəzarətinə məruz qalmalıdır. Yuxarıda göstərilənlərdə olan hər hansı dəyişiklik yeni dağıdıcı testin keçirilməsini tələb edir. Test nümunəsi test keçirildikdən sonra dağıdılmalıdır.
PB – partlama təzyiqi
Smin – otaq temperaturunda qırılmaya qarşı möhkəmlik
Sorta- eyni metaldan hazırlanmış üç test nümunəsinin otaq temperaturunda orta gərilmə davamlılığı
9.3.5 Test şərtləri: örtük və test avadanlıqları sıxışdırılmayan test mayesi ilə doldurulur. Test mayesi havaya ventilyasiya klapanı vasitəsi ilə çıxarılmayana qədər hidravlik nasos işləyən dövrdə havanın sızmamasına diqqət yetirmək lazımdır. Test zamanı təzyiq iki ardıcıl mərhələdə aparılır.
a) birinci mərhələdə, təzyiq davamlı olaraq 0,5 mPa-dan çox olmayaraq plastik deformasiya başlanmasına qədər artırılır;
b) ikinci mərhələdə, nasosun vurulma dərəcəsi örtük partlayana qədər sabit bir səviyyədə saxlanılır.
9.3.6 Sınaq quraşdırması: sınaq avadanlığı 9.3.5 – də göstərilən test tələblərinə müvafiq olaraq istismar qabiliyyətinə malik olmalı və 9.3.4-də müəyyənləşdirilmiş dəqiq məlumatları əks etdirməlidir.
9.3.7 Yüksək temperaturda fəaliyyət göstərən örtüklər üçün MAWP (icazə verilən maksimum işçi təzyiq) hesablanması materialın gərilmə dayanıqlığı otaq temperaturundan az olduğu üçün düstur 2 vasitəsilə hesablanmalıdır.
P0 – müəyyən edilmiş temperaturda icazə verilən maksimum təzyiq
S – müəyyən edilmiş temperaturda gərilmə dayanıqlığı
9.3.8 Təzyiq altında fəaliyyət göstərən örtük üçün minimum temperatur dərəcəsi müəyyən edilməsi və materialın temperaturdan kövrəlməsinə imkan verilməməlidir.
9.3.9 Bütün təzyiqə altında işləyən örtüklər MOİT-də (maximum orta işçi təzyiqi) 2 dəfə hidravlik testə məruz qalmalı və sızmanın olub olmaması yoxlanılmalıdır. Polad tökmədə aşkar olunan sızmalar ISO 7-1 uyğun olaraq boru tıxac vasitəsi ilə bağlanıla bilər. Tıxaclar təmir olunan yerin qalınlığına və ölçülərinə tam uyğun gəlməlidir. Tam və effektiv örtülmənin yerinə yetirilməsi üçün digər tıxaclardan istifadə oluna bilər. İki qonşu tıxac arasında əlaqə effektivliyi 80%-dən az olmamalıdır. Əlaqə effektivliyi aşağıdakı 3-cü düsturla hesablanır.
E - əlaqə effektivliyi
p – iki tıxacın mərkəzləri arasında məsafə
d1. d2 – nəzərdə tutulan iki tıxacın müvafiq diametrləri
Əgər sızma müşahidə edilmədikdə örtük testi keçmiş sayılır.
9.3.10 Sızmanın olmamağını təsdiq etmək üçün təmir edilmiş tökmə polad yenidən iki dəfə test edilməlidir.
9.3.11 Hədsiz daxili təzyiqi nəzərə alaraq, zərbənin qarşısını almaq üçün fırlanan valın yastığı qoşulma dəstəyi olmadan quraşdırılmalıdır.
9.4 Kompressor korpusu, tikililər və talvarlar.
9.4.1 Havalandırma EC 60079-10-1 tələblərinə uyğun hesablanmalıdır. Elektrik avadanlığı onun quraşdırıldığı zona üçün uyğun olmalıdır.
Qeyd: təhlükəli zonaların nümunələri Əlavə A-da verilmişdir.
9.4.2 Kompressor korpusları, tikililəri və talvarları oda, yanmaya davamlı və ya avtomatik sönmə materiallarından hazırlanmalıdır.
9.4.3 Kompressor tikililəri və korpusu elə dizayn edilməlidir ki, təbii qazın sızaraq toplanmasına və ventilyasiyanın azalması üçün dəyişdirilməsin.
9.4.4 Əgər kompressorun korpusu başqa tutulmuş bina ilə eyni divarı paylaşırsa onda o divar qaz sızdırmayan və 2 saata qədər yanmaya davamlı olmalıdır.
9.4.5 Əgər kompressorun tikilisi və korpusu işçi heyətini əhatə edəcək qədər böyükdürsə bu halda mütləq çölə açılan qapı ilə təmin edilməli və qapı içəridən asanlıqla açıla bilinməlidir.
9.4.6 Əgər kompressor korpusu və tikilisi işçi heyətinin əhatə edəcək qədər böyükdürsə onda onun çıxış üçün eni 1 metr uzunluğunda olan dəhlizlə təmin etmək lazımdı.
9.4.7 Avadanlıqlar elə quraşdırılmalıdır ki, onları işlətmək, yoxlamaq və təmir etmək üçün götürmək asan olsun.
9.4.8 Kompressor 6.2.6 tələblərinə uyğun olaraq icazəsiz istifadə edilməsindən müdafiə olunmalıdır.
9.4.9 Kompressorlar yer səviyyəsində, yüksək qurğuların üzərində (talvar strukturlarıda daxil olmaqla) və ya yer səviyyəsindən aşağıda quraşdırıla bilər. Deflaqrasiya havalandırması xarici divarlarda və ya yalnız bacada quraşdırılmalıdır.
9.4.10 Deflaqrasiya havalandırması aşağıda göstərilənlərdən biri və (və ya) kombinasiyalarından ibarət olması təsdiq edilməlidir.
- Yüngül materiallardan olan divarlar
- Yüngül bərkidilmiş lyuk örtük
- Xarici divarlarda çölə açılan qapı və ya yüngül bərkidilmiş divar və bacalar
- Səlahiyyətli hüquqi orqanların tələblərinə uyğun.
9.4.11 Daxili və bitişik otaqlar oda, yanmaya davamlı və avtomatik sönən materiallardan tikilməlidir.
9.4.12 Kompressoru otaqlardan və bitişik binalardan ayıran divar və arakəsmələr tavandan döşəməyə qədər davamlı olmalı və yaxşı mühafizə olunub, ən azı iki saata qədər yanmaya davamlı olmalıdır.
9.4.13 Otaqların ən azı bir divarı bayıra baxmalı və otağa giriş əsas girişdən olmalıdır. Əgər otağa giriş əsas strukturdan mümkün deyilsə, bu halda giriş iki buxarlandırma klapanı və özü bağlanan yanğın qapısı ilə təmin edilməlidir.
9.4.14 Daxili və ya bitişik olan otaqlardakı havalandırma sistemləri digər otaqların havalandırma sistemlərindən ayrı olmalıdır.
9.5 Yeraltı Kompressorun quraşdırılması
9.5.1 Yeraltı otaqlarda və ya zirzəmilərdə quraşdırılan kompressorlar üçün deflaqrasiya havalandırması müddəası olmalıdır. Əgər deflaqrasiya havalandırılması praktiki deyilsə, bu halda ona bərabər müvafiq hüquqi orqanla razılaşdıraraq təhlükəsizlik tədbiri görülməlidir.
9.5.2 Ən azı bir giriş/çıxış üçün 1 metr enində nərdivan və ya keçid olmalıdır. İkinci çıxış yolu mütləq olmalıdır və ən azı baca, pilləkən və ya tez açılan lyuk ilə təmin olunmalıdır.
9.5.3 Otaqlara və ya zirzəmiyə giriş başqa məhdud yollarla, yanaşı baca, nərdivan, lyuk və s. ilə ola bilər. Bu tip girişlər “məhdudlaşdırılmış giriş” nişanı ilə təmin edilməli və xüsusi təlim görmüş işçilər tərəfindən yerli hüquqi orqanların proseduraları çərçivəsində qorunmalıdır.
9.5.4 Kompressor quraşdırılan yeraltı otaqlar və zirzəmilər adekvat havalandırma sistemi ilə təmin edilməlidir. Ventilyasiya mexaniki olmalıdır. Ərazi IEC 60079-10-1 standartının tələblərinə uyğun olmalıdır.
Qeyd: Yeraltı kompressor quraşdırılmasında fəaliyyət göstərən heyət məhdudiyyətli zonaya işləmək üçün təhlükəsizlik prosedurlarından xəbərdar olmalıdırlar.
9.6 Təhlükəli ərazi təsnifatı
9.6.1 Kompressoru əhatə edən sahə və ya kompressor olan binanı əhatə edən sahə və ya digər kompressor olan korpuslar IEC 60079-10-1 çərçivəsində təsnifatlandırılmalıdır. Elektrik avadanlıqları isə IEC 60079-74 çərçivəsində təsnifatlandırılmalıdır.
9.6.2 Kompressor quraşdırılacaq 9.6.1-ə görə təsnifləndirilən sahə mülkiyyət sahəsini aşmamalıdır.
10.1 Təbii qazı saxlamaq üçün hazırlanan tam metal bufer saxlama konteynerləri ISO 9809-1, ISO 9809-2 standartlarına və ya ölkədə qüvvədə olan standartlara uyğun olmalıdır.
10.2 Bufer saxlama konteynerlərinin mürəkkəb konstruksiyalarının hazırlanması ISO 11119-1, ISO 11119-2 və ISO 11119-3 standartlarına və ya yerli tətbiq edilən standartlara uyğun olmalıdır.
10.3 Bufer saxlama çənləri maksimum icazə verilən işçi təzyiqdən çox olmayan təzyiqə hesablanmış təzyiq azaldan cihazla təmin edilməlidir. Təzyiq azaldan cihazı ən azı 10% maksimum icazə verilən əməliyyat təzyiqindən yuxarı olmalıdır.
10.4 Bufer saxlama çənləri individual izolyasiya klapanları ilə təchiz edilməlidir.
10.5 Hər bufer saxlama qrupu digərlərindən asılı olmayaraq özünün təzyiq azaltma cihazı olmalıdır.
10.6 Bufer saxlama çənlərinə yanğın riskini azaldıcı vasitələr daxil edilməlidir. Uyğun vasitələr kimi yanğın mühafizəsi, havalandırma, təzyiq azaltma cihazları və termal qoruma nəzərdə tutula bilər. Kompozit silindirlər termal aktiv təzyiq boşaldan cihazlarla mühafizə olunmalıdır.
10.7 Bufer saxlama çənləri nəzarət orqanları tərəfindən yoxlanılması üçün quraşdırılmalı və yerləşdirilməlidir. Dövri yoxlama proseduraları tikişsiz polad silindrlər üçün ISO 6406, alüminium qatışıqlı silindir üçün ISO 10461, kompozit silindir üçün isə ISO 11623 standartların tələblərinə uyğun olmalıdır.
10.8 Bufer saxlama çənləri kompressorla və ya digər STQ (sıxılmış təbii qaz) avadanlıqları ilə eyni korpus, bina və zirzəmidə yerləşdirilə bilər. Bu tip quraşdırma 9.5 və ya 9.6-nın tələblərinə uyğun aparılmalıdır.
11.1.1 Dispenserlər ani olaraq əlavə axını məhdudlaşdıran sistem olmalıdır. Buna reaksiya 5 saniyədən az olmalıdır. Əlavə axını məhdudlaşdıran sistem normal işləmə zamanı gözlənilən maksimum axının 10% artıq gəlməsi zamanı işə düşməlidir.
11.1.2 Dispenserdə yanacaq vermə təzyiqi müəyyən edilmiş xüsusi həddə çatdıqda qaz axınını dayandırmaq üçün avtomatik yanacaq vermə təzyiqini məhdudlaşdırıcı sistem olmalıdır. Yanacaq vermə təzyiqinə nəzarət ikinci təzyiq məhdudlaşdırıcı cihaz və ya sistem olmalıdır ki, əsas təzyiq nizamlayıcısının sıradan çıxdığı zaman yanacaq çatdıqda təzyiqini silindrin işçi təzyiqinin 130 % dən çox olmayacaq şəkildə məhdudlaşdırsın. Bu müdafiə tədbiri ya təzyiq azaldıcı klapan və ya başqa müdafiə cihazından ibarət olan dispenserin daxilində və ya xaricində yerləşdirilə bilər.
11.1.3 Dispenser qaz axınının şlanqa verilməməsi üçün əl ilə bağlayıcı klapana qoşula bilər.
Qeyd 1: Standartda hansı boru başlığının istifadə edilməsi nəzərdə tutulmayıb. Yalnız əgər boru ağzı nəqliyyat vasitəsində iki yanaşı çəni birləşdirilsə bu halda yanacaq daşınması üçün istifadə edilən boru başlığı məsləhət görülür. ISO 14469 - da nəzərdə tutulan bağlayıcılar məsləhət olunur.
Qeyd 2: Nəqliyyat vasitələri alovlanma mənbəyi kimi güman edilmədiyi üçün iki qonşu boru bağlayıcısı arasında təhlükəli ərazi olmadığı qəbul olunur.
11.1.4 Çox növlü yanacaq dispenseri bütün yanacaq növlərinin təhlükəsizlik tələblərinə və eyni korpusda olmağa və ümumi komponentlərdən istifadə edilməsinin nəticələrinə uyğun olmalıdır.
11.2 Separator (ayırıcı) cihazlar.
11.2.1 Separatorlar xüsusi olaraq STQ üçün layihələndirilməli və istehsal olunmalıdır. Belə ki, onlar davamlı temperatur dəyişikliyinə və təzyiqin dövr etməsinə dayanıqlı olmalıdırlar.
11.2.2 Separatorun üzərində istehsalçının adı (və ya simvolu), modeli, icazə verilən maksimum işçi təzyiqi, qaz axının istiqaməti, tarix və istehsal olunduğu yer göstərilməlidir.
11.2.3 40 C-dən 60 C kimi aralıqda işləyə bilməlidir.
11.2.4 Cihazın icazə verilən maksimum işçi təzyiq dərəcəsi partlama təzyiqi MAWP-dan 4 dəfə çox olmalıdır.
11.2.5 Metal materiallar korroziyaya davamlı olmalıdır. Onlar ISO 15500-2 uyğun duz kamerası sınağından keçirilməlidirlər.
11.2.6 Tətbiq edilən qeyri metal materiallar isə ISO 15500-2-nin genişlənmə və oksigenlə köhnəlmə tələblərinə uyğun olmalıdır.
11.2.7 Separator elə dizayn edilməlidir ki, təzyiq altında ayrılma zamanı separator dispenserdən gələn qaz axınını bir saniyə ərzində dayandırmalı və imkan verməlidir ki, axın separatorun aşağı hissəsi və nəqliyyat vasitəsinin yanacaq vermə başlığına diametri 1mm ± 0.1 mm olan başlığa və ya ona analoji əraziyə axıdılsın. Ayrılmanın bir saniyəsində aşağı hissədən gələn qaz axını azaldılmalıdır.
11.2.8 İstehsalçının təlimatında göstərildiyi kimi, ayırıcı cihaz maksimum gərginlik gücü 660 Nyuton olduqda ayrılmalıdır, lakin bu quraşdırıldıqda 220 Nyutondan az olmamaqla ayrılmalıdır.
11.2.9 Maksimum işləmə təzyiqi və cihaz tamamilə təzyiqsizləşdirmə ölçüləndə separator şlanqının iki ucu arasında elektrik dayanıqlığı 10 Om keçməməlidir.
11.2.10 İstehsalçı dövri yoxlama proseduralarını, intervallarını və kəsilmələrin maksimum sayını müəyyən etməlidir, hansı ki, 1(bir) ola bilər.
11.2.11 Yığma və yoxlama istehsalçının təlimat və testləri əsasında aparılmalıdır. İstehsalçı zəmanət verməlidir ki, proseduralar Separatorun orijinal funksiyalarını bərpa edəcək. Proseduralar şlanqın iki hissəsindən keçən qazın sızmasının metodlarını müəyyənləşdirməlidir. Proseduralar təlim keçmiş işçilər tərəfindən aparılmalıdır. Quraşdırma aparılan yer qeydə alınmalıdır.
11.2.12 Ayrılmadan sonra şlanqın və başlıqların yoxlanması istehsalçının təlimat və testlərinə uyğun aparılmalıdır. Keçidlərdə və başlıqlarda ziyanın olmamasına xüsusi diqqət göstərilməlidir.
11.2.13 Çıxış şlanqın (əgər varsa) ayırma gücü yanacaq şlanqının kəsilmə gücündən çox olmamalıdır
11.3 Yanacaq ötürücü şlanq qurğuları/şlanqlar
11.3.1 Quraşdırılmış şlanqın ayırıcı cihazı 11.2 müvafiq olmalıdır.
11.3.2 Şlanqlar İstehsalçı təlimatına müvafiq quraşdırılmalı və istifadə edilməlidir.
11.3.3 Şlanqlar sabit elektriki dağıtmaq üçün elə quraşdırılmalıdır ki, şlanqın hər bir sonunda qurğular arasında elektrik keçirici yol təmin etmiş olsun.
11.3.4 Şlanqlar elə quraşdırılmalıdır ki, şlanqın içindən paylayıcı qurğuyadək davamlı cərəyan ötürülməsi təmin olunsun. Öz növbəsində onların elektrik birləşdirilməsi İEC 60204-1 müvafiq olmalıdır.
11.3.5 İkinci qısa paylayıcı şlanq bölməsi ilə müşayiət olunaraq xətdə ayırıcı cihaza malik olan şlanqlar da həmçinin şlanq boyu davamlı elektrik arakəsməzliyini nümayiş etdirməlidir.
11.3.6 Şlanqlar ilk istifadədən əvvəl davamlı elektrikliyinə görə sınaqdan keçirilməlidir. Tətbiq potensialı 500 volt olan 20 MΩ miqyaslı sabit cərəyanı Megohm ölçən ilə tətbiq etdikdə, bütün uzunluq boyu müqavimət ən çoxu 5 MΩ olmalı və hər metrə görə 1MΩ aşmamalıdır. Bu sınaq şlanq təzyiq altında və təzyiqsiz vəziyyətdə paylayıcı qurğuda maksimum icazə verilən işlək təzyiqi altında alışmayan sınaq qazı istifadə olunmaqla həyata keçirilməlidir.
11.3.7 Şlanqlar ən çoxu 5 metr olmalıdır. Xüsusi tətbiqlər daha uzun şlanqların olmasını tələb edərsə, bu zaman şlanqların torpağa/yerə toxunmaması eləcədə qarışmaması üçün xüsusi mövqelər yaradılmalıdır.
11.3.8 Ayrılmadan əvvəl ucluqda olan qazların buraxılması üçün qurğu ilə istiqamətləndirilməlidir ki, o potensial alovlanma mənbələrindən çıxan ventilyasiya olunan qazın qarşısını alsın.
11.3.9 Şlanq qurğuları elə quraşdırılmalıdır ki, onların torpaq səthi ilə aşınmalarının qarşısı hər zaman alınsın.
11.3.10 Havalandırma şlanqı olan paylayıcı şlanq qurğularında, havalandırma şlanqının təzyiqi təchizat şlanqının təzyiq göstəricisi ilə eyni olmalıdır.
11.4 Yanacaq şlanqları
11.4.1 Şlanqlar xüsusi olaraq STQ (sıxılmış təbii qaz) üçün istehsal edilməlidir.
11.4.2 - 40C - 65C temperatur aralığında işləyə bilməlidir. Temperatur daim qeyd edilməlidir.
11.4.3 Şlanqın partlama təzyiqi istehsalçının müəyyən etdiyi maksimum icazə verilən hədd təzyiqindən 4 dəfə çox olmalıdır. Maksimum işçi təzyiqi şlanqın üzərində istehsalçı tərəfindən qeyd edilməlidir.
11.4.4 Şlanqların materialı təmasda ola biləcəyi ümumi avtomobil mayelərinin məhvedici təsirlərinə qarşı davamlı olmalıdır. İSO 15500-17 –nin oksigen aşılanma və qeyri-metalik metal batmalarına cavab verən şlanqlar bu tələblərə uyğun şlanq hesab edilir.
11.4.5 Şlanqlar elə dizayn edilməlidir ki, borunun daxili hissəsindən sızma və nüfuz etmə olarsa bu şlanqın xarici örtüyünə, hörüklərinə və daxili qatlarına ziyan vurmasın. Şlanqlar üzərində aparılan sınaqlar ISO 15500-17 uyğun olmalıdır.
11.4.6 Şlanqların sızmaya davamlılıq sınaqları ISO 15500-2 uyğun aparılmalıdır.
11.4.7 Şlanq materialları ultrabənövşəyi şüalanmaya davamlı olmalıdır. Onlar ISO 8580 uyğun olaraq yoxlanılmalıdır.
11.4.8 Şlanqın xarici örtüyü elektrik keçirməyən materiallardan hazırlanmalıdır.
11.4.9 Şlanqların ucluqları ən azı 1340 Nyuton dartılma təzyiqinə qarşı davamlı olmalıdır.
11.4.10 Şlanqların nippelləri yastı açar tutacağı ilə təmin edilməlidir.
11.4.11 Nippellər korroziyaya davamlı metal və ya korroziyaya davamlı örtük ilə təchiz edilməlidirlər. Onlar ISO 15500-2 uyğun duz kamerası sınağından keçirilməlidir.
11.5.1 Cihazın korpusu təhlükəsiz və etibarlı əməliyyatın təmin edilməsi üçün avadanlığın birbaşa hava şəraitinə qarşı qorunmasında IEC 60529 standartına uyğun olaraq 23 IP-yə cavab verməlidir.
11.5.2 Korpuslar IEC 60079-0 standartına uyğun olaraq 7 C təsir sınağının IP əmsalını qoruyub saxlamalıdır.
11.5.3 Mexanizmin layihələnməsi və konstruksiya üçün təhlükələr ISO 12100 uyğun olaraq aradan qaldırılmalıdır.
11.5.4 Dozator istehsalçının təlimatlarına əsasən müvafiq özül üzərində montaj edilməlidir.
11.5.5 Əgər IEC 60079-10-1 standartına uyğun olaraq əlavə tədbirlər qəbul edilməzsə, dozator korpusu daxilindəki sahə Zona 1 hesab edilir.
11.5.6 Korpus elə layihələndirilməlidir ki, potensial qaz sızma nəticəsində qazın yığılması baş verməsin.
11.5.7 Metal materiallar korroziyaya davamlı olmalıdır.
11.5.8 Plastik korpuslar antistatik və ya cərəyan keçirməyən olmalı və IEC 60079-0 standartına uyğun olaraq sınaqdan keçirilməlidir.
11.5.9 Korpus odadavamlı olmalı və ISO 11925-3 standartına uyğun olaraq yoxlanılmalıdır.
11.5.10 Korpus daxilində quraşdırılan hissələr və komponentlər qanunsuz istifadəyə qarşı (məsələn qıfıllar, elektrik açarları ilə) qorunmalıdır.
Qeyd 1: Korpusun xaricində boruların və fitinqlərin sayını minimallaşdırmaq üçün tədbirlər görülməlidir.
Qeyd 2: Texnoloji boruların və fitinqlərin korpusdan kənar həcmini minimuma endirilməsi üçün tədbirlər görülə bilər.
11.5.11 Dozatorun korpusu 2000 N güc tətbiq edilən vaxt əyilməməli, struktur dəyişikliyinə uğramamalı və deformasiya olmamalıdır. Qüvvə ən azı 120 s müddətinə tətbiq edilməlidir.
11.5.12 Xidmətin göstərilməsi, əməliyyat və texniki qulluq zamanı tənzimlənməsinə və ya əvəzlənməsinə ehtiyac yarana bilən komponentlər, ayrılmaz hissələr və istifadəçinin nəzarət panelinə çıxışı üçün heç bir maneə olmamalıdır.
11.5.13 Dispenser məntəqəsində vurucu ucluq (tapança) və fitinqləri təsadüfi zədələnmələrdən, palçıq və su ilə çirklənmələrdən qorumaq üçün müvafiq saxlanc qurğusu olmalıdır.
11.5.14 İctimai yanacaqdoldurma stansiyalarındakı dispenserlər qaz vurulması üçün aktivasiya olunmazdan əvvəl bilərəkdən yan təsirlərə məruz qoymaq lazımdır. Bu vurucu ucluğun çıxarılması düymənin sıxılması və ya digər əməliyyat ilə icra edilə bilər.
11.5.15 İctimai yanacaqdoldurma stansiyasındakı dispenserlərdə vurucu ucluqlar öz orijinal vəziyyətinə qaytarıldıqdan sonra (korpus, montaj və s.) əməliyyat tamamlanmalıdır.
11.5.16 Elektron doldurma prosesinin idarə edilməsi zamanı, əməliyyatın ya doldurulan nəqliyyat vasitəsinə görə ya da elektron sistemi daxilində nasazlığa görə tamamlanması kimi hesab edilməlidir. Elektron təhlükəsizlik sistemi vasitəsilə doldurma əməliyyatının saxlanması zamanı proses dayandırılmalıdır. Yanacağın doldurulmasına elektron nəzarət həyata keçirildikdə elektron sistemin yanacaq doldurulan nəqliyyat vasitəsinin silindrinin işçi təzyiqinə uyğun və ya elektron sistemdə yaranan xətaya əsasən əməliyyatı dayandırdığı zaman proses tamamlanmış hesab olunmalıdır.
11.6 Yanacaqdoldurmanın idarə edilməsi və nəzarət ölçü cihazı
11.6.1 Nəqliyyat vasitəsinin çəni çən daxilində 15 °C qaz temperaturuna əsasən işçi təzyiqindən çox olmayan təzyiqlə doldurululmalıdır.
Qeyd 1: 20 MPa işçi təzyiqi üçün layihələndirilmiş çən qaz temperaturunun çən daxilində15 °C olan vaxtı 20 MPa artıq olmayan maksimum təzyiqlə doldurulmalıdır.
Qeyd 2: çənin işçi təzyiqi və 15 °C qaz temperaturunda maksimal qazın sıxlığı müəyyənləşdirilir.
11.6.2 Yanacaq doldurulmaya nəzarət sistemləri qazın müəyyən bir temperaturda nəzərdə tutulan sıxlığından daha çox sıxlıqda doldurulmasına imkan verməməlidir. (bax Şəkil 1).
Şəkil 1 - Temperatur yanacaq doldurma təzyiqini tənzimləyir.
11.6.3 ISO 11439 uyğun olaraq layihələndirilmiş və hazırlanan 20 MPa çən üçün ən yuxarı doldurma təzyiqi heç bir halda 26 MPa dan artıq olmamalıdır. Digər çənlərin də doldurulma təzyiqinin yuxarı həddi müvafiq hesab olunur. Maksimum doldurulma təzyiqi çənin nominal əmsalının 1,3 faktoru ilə müəyyənləşdirilə bilər. Məsələn, 25 MPa çənin nominal təzyiqinin 32,5 MPa –dan artıq təzyiqlə doldurulmamalıdır. Maksimum doldurma təzyiqini nəzərdə tutulan sıxlıqdan asılı olmayaraq aşmaq olmaz.
11.6.4 Avtomatik olaraq temperaturu təmin edilmiş nəzarət sistemləri xəta yarandığı zaman doldurma prosesini dərhal dayandırmalı və ya doldurma əməliyyatını yalnız 11.6.3-də müəyyən edilmiş maksimum doldurma təzyiqinə qədər davam etdirməlidir. Hərarətin tənzimlənməsi olmadan doldurma əməliyyatının aparılması zamanı 11.6.3-də müəyyən edilmiş doldurma təzyiqindən böyük olmayan maksimum doldurma təzyiqi müəyyən edilməlidir.
11.6.3 11.6.5 Temperaturu avtomatik tənzimləmə yolu ilə təmin olunan yanacaqdoldurmaya nəzarət sistemləri (yəni, nəzarət klapanı kamerasındakı nizamlayıcı) yalnız nəqliyyat vasitəsinin çənindəki son hədd kimi müəyyən olunmuş temperatur bütün istifadə şərtlərinə əsasən ətrafdakı temperatura bərabər və ya ondan böyük olduğu zaman tətbiq olunmalıdır. (Qeyd 3 bax).
Qeyd 1: çənin girişində qaz temperaturunun ölçülməsi silindrin daxilindəki həqiqi qaz temperaturu ilə qarışdırılmamalıdır. Silindr daxilində qaz temperaturu dispenser daxilindəki qaz temperaturundan daha yüksək olmaqla bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu silindr daxilində olan qazın yenidən sıxılması ilə bağlıdır.
Qeyd 2: dispenser daxilində qaz temperaturunun ölçülməsi alqoritmlər əsasında enerji balansının köməyi ilə silindr daxilində qazın temperaturuna görə qazın daxili enerjisinin müəyyənləşdirmək üçün istifadə edilə bilər.
Qeyd 3: mayeləşdirilmiş – STQ sistemindən vurulan qaz çox soyuq ola bilər və enerji balansına əsaslanan alqoritmlərdən istifadə etməklə çənlərdə qazın temperaturunu müəyyən etmək vasitəsi kimi qazın istilik tərkibini müəyyən etmək üçün istifadə oluna bilər.
11.7 Elektrik sistemi və enerji sisteminin birləşməsi
11.7.1 STQ dozator daxilində elektrik sistemləri IEC 60204-1 və tətbiq edilə bilən standartların tələblərinə uyğun yerinə yetirilməlidir.
Qeyd: IEC 60204-1 standartının giriş hissəsində verilən alt bəndlərin cədvəli layihələndirmə tələb olunan dörd kateqoriyanı müəyyənləşdirir:
a) IEC 60204-1 –də verilən ölçülərdən seçilənlər;
c) müxtəlif tələblər;
d) uyğun gələ bilən digər standartlar (və ya tənzimləmələr)
11.7.2 Enerji bərpa olunduqdan sonra dispenser operator və ya istifadəçinin müvafiq müdaxiləsi olmayana qədər qaz axınına imkan verməməlidir. Bu tələblər doldurma əməliyyatı zamanı yaranan bütün fasilələr üçün tətbiq olunur.
11.7.3 Qığılcım təhlükəsi olmayan bütün xarici birləşmələr IEC 60079-11 uyğun olaraq paylayıcı qutu daxilində edilməlidir. Əgər tətbiq olunan istənilən təhlükəli zona boyunca tranzit zonanın klassifikasiyası və ya zonanın bölünməsi sistemlərinə uyğun olarsa, belə birləşmələr təhlükəsiz zonada həyata keçirilə bilər.
11.7.4 Qığılcım təhlükəsi olmayan elektrik birləşmələrinin montajı və ya demontajı üçün alət tələb olunur.
11.7.5 Əgər çox elastik kabellərdən istifadə edilərsə, bütün birləşdiricilərdə sıxacdan və ya yaylı birləşdiricilərdən istifadə edilməlidir. İzolyasiyanın açılması ilə montaj edilən birləşdiricidən istifadə edilməməlidir.
11.7.6 Yalnız bir elektrik cərəyanı daşıyıcısı hər bir terminala uyğunlaşdırılmalıdır.
11.7.7 Sərt içlikli xarici elektrik enerjisi daşıyıcı kabellərindən istifadə edilməməlidir.
11.7.8 Bütün daxili birləşmələr IEC 60204-1 uyğun yerinə yetirilməlidir.
11.7.9 Qığılcım təhlükəsizliyinin elektrik dövriyyəsi IEC 60079-25 uyğun yerinə yetirilməlidir.
Bütün xarici və daxili alt sistem birləşmələrini ətraflı şəkildə göstərən quraşdırma və yoxlama təlimatları ilə birgə birləşdirmə sxemi hər bir dispenserlə təmin edilməlidir. Sxem və əlaqədar təlimatlar elektrik təhlükəsizliyi üçün istehsalçının təlimatlarına uyğun olması tələb olunan bütün təhlükəsiz birləşmələri və materialları müəyyənləşdirməlidir.
12.1 Təbii qazla işləyən nəqliyyat vasitəsinə vurulan təbii qaza yerli qazpaylayıcı sistemdə nəzərdə tutulduğu dərəcədə odorant maddəsi əlavə olunmalıdır (bax ISO 13734).
12.2 Bu standarta uyğun olaraq istənilən sistemə vurulan təbii qaz müəyyən edilməsi üçün havada aşağı partlama həddinin beşdə birindən çox olmayan konsentrasiyaya qədər lazımi miqdarda fərqləndirici iy tündlüyünə malik olmalıdır. Əgər bu standarta uyğun vurulan təbii qaz bu tələblərə cavab vermirsə metan aşkarlayıcı sistemlər montaj edilməlidir.
12.3 Yanacaq doldurma stansiyalarının fəaliyyəti müddətində nəzərdə tutulan xidmətlər və texniki qulluq yanacaqdoldurma stansiyasından vurulan qazın tərkibinə, o cümlədən odorant tərkibinə əks təsir göstərməməlidir.
12.4 Əgər ölkədə qüvvədə olan normativ aktlar odorant qurulmamış qazın dispenserdən vurulmasına icazə verirsə, dispenser ərazisində ana dilində və ingilis dilində “XƏBƏRDARLIQ: İYSİZ QAZ” xəbərdarlıq nişanı vurulmalıdır.
12.5 “XƏBƏRDARLIQ - SİQARET ÇƏKMƏK OLMAZ - YANAR QAZ” sözləri yazılan təhlükəsizlik nişanları keçid qapısı və panellər üzərində quraşdırılmalıdır.
12.6 Tələb olunduğu kimi odorantın standartları və sınaqları yerli qazpaylayıcı sistemdə istifadə olunanlarla eyniyyət təşkil etməlidir.
Qeyd: Bu nöqteyi nəzərdən milli standartlara və ya qüvvədə olan digər yerli normativ aktlara diqqət yetirilməlidir.
12.7 Əgər qaza odorant vurulması tələblərə cavab verməsə, sıxılmış təbii qaz əsasında işləyən və yerindəcə odorant vurulmasını icra edən yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın dispenserlə vurulmasını avtomatik və tam dayandırmaq üçün müvafiq təhlükəsizlik tədbirləri mövcud olmalıdır. Fəaliyyətin dayandırılmasından sonra məntəqənin işinin bərpa olunması 16.2-yə uyğun həyata keçirilməlidir.
13.1.1 Yeraltı qaz generatorunun boru xətti sistemi ISO 15649 və ölkədə qüvvədə olan tikinti normalara uyğun olaraq inşa edilməli, sınaqdan keçirilməli və yoxlanılmalıdır. Boru kəməri sistemində və boruların çəkilməsi və quraşdırılmasında qaynaq yeri olmamalıdır.
13.1.2 Yeraltı qaz generatorunun boru xətti sistemi təlim keçmiş və səlahiyyətli şəxslər tərəfindən inşa edilməli və quraşdırılmalıdır. Qaynaq edilmiş boru müvafiq təzyiq altında qaynaq etmə qurğusu vasitəsilə montaj edilməlidir.
13.1.3 Təzyiq altında işləyə bilən armatur ilə birləşmiş və inşa edilmiş yeraltı qaz generatorunun boru xətti sistemi təlim keçmiş və səlahiyyətli şəxslər tərəfindən yığılmalıdır.
13.1.4 İcazə verilən maksimum əməliyyat təzyiqində bütün yeraltı qaz generatorunun boru xətti sisteminin birləşdirici muftalarının hermetikliyi sınaqdan keçirilməlidir.
13.2 Dərinlikdə yerləşdirilən boru kəmərləri
13.2.1 Dərinlikdə yerləşdirilən boru kəmərləri sistemində birləşmə yerləri yalnız qaynaq edilməlidir. Qaynaq ISO 13847 uyğun olmalıdır. Təzyiq altında işləyə bilən armaturlar, flanslar və digər birləşmələr də daxil olmaqla sökülə bilən mexaniki birləşmələrin yeraltında istifadəsi qadağan edilmişdir.
13.2.2 Karbonlu polad boru kəmərləri ISO 15589-1 standartına uyğun olaraq örtülməli, katodla qorunmalı və nəzarət edilməlidir.
13.2.3 Dərinlikdə yerləşdirilən paslanmayan polad boru kəmərləri sistemi PVC boru kəmərləri və ya digər qoruyucu kəmərdən ibarət ola bilən qoruyucu təbəqə ilə korroziyadan qorunmalıdır. Qoruyucu borular ləğv olunmamışdan əvvəl yer səthi üzərinə çıxarılmalıdır. Qoruyucu borular yağış və ya qar düşməsinə imkan verməməli və nəmliyin artmasının qarşısını almaq məqsədi ilə havaya buraxılmalıdır. Qoruyucu ekranlar və ya digər vasitələr drenaj vasitəsilə ziyanvericilərin girməməyi üçün tətbiq olunur.
13.2.4 Dərinlikdə yerləşdirilən boru kəmərləri, boru və ya örtüklərin üst hissəsindən (müvafiq olaraq) hesablanmaqla yer səthi səviyyəsindən minimum 600 mm aşağı olmalıdır.
13.2.5 Siqnal lenti yer səthi səviyyəsindən ən azı 150 mm aşağı və birbaşa dərinlikdə yerləşdirilən boru kəmərləri üzərində onun tam uzunluğu boyunca çıxardılma halında erkən xəbərdarlığı təmin etmək üçün quraşdırılmalıdır.
13.2.6 Eyni boru xəndəyində işləyən elektrik naqilləri və kabellər ölkədə qüvvədə olan normalara uyğun olaraq qaz boru kəmərlərindən uzun məsafədə ayrılmalıdır. Elektrik naqilləri və kabellər eyni hündürlükdə və ya qaz boru kəmərləri hündürlüyündən aşağıda fəaliyyət göstərə bilər. Elektrik naqilləri və kabellər eyni boru xəndəyində işləyən qaz boru kəmərlərinin hündürlüyündən yuxarı yerləşdirilməməlidir.
13.2.7 Elektrik naqilləri və kabellər eyni boru xəndəyində işləyən qaz boru kəmərlərinin hündürlüyündən yuxarı yerləşdirilməməlidir.
Xəndəklərin doldurulması zamanı quraşdırılma müddətində boru kəməri sisteminə ziyan verə biləcək bərk süxurlar və digər materiallardan təmizlənilməlidir. Boru kəmərinin həm yuxarı həm aşağı hissəsində yerləşdirilən 150 mm qum qatı boru kəmərlərinin qorunması üçün tövsiyə edilib.
Zədələnməyə səbəb ola bilən elektrik dövrəsi ilə hər hansı potensial əlaqə IEC 60204-1 (5.1 nəşri) standartın 16-cı bölməsində müəyyən edilmiş qrafik işarələrdən istifadə etməklə nişanlanmalıdır və mətn təlimatlarının verildiyi yerlərdə, onlar yerli dildə, və daha yaxşı halda həmçinin İngilis dilində olmalıdır.
14.2 Cərəyan daşıyan hissələr ilə əlaqə
14.2.1 Elektrik korpusları və qutuları IEC 60204-1 uyğun olmalıdır.
14.2.2 Təsadüfi təmasın yaranmaması üçün cərəyan daşıyan hissələr mühafizə olunmalıdır.
14.2.3 Normal fəaliyyət zamanı bütün cərəyan daşıyan hissələr IEC 60204-1 uyğun olmalıdır.
14.2.4 İstifadəsi dövründə təsadüfi təmasla üzləşə bilən terminallar və elektronika kimi gərginlik altında olan hissələr üzərində xəbərdaredici qeyd yazısı olan və çıxarıla bilən örtüklə mühafizə olunmalıdır.
14.3.1 Bütün elektrik kabelləri və təhlükəli mühitdə istifadə olunan kabellər IEC 60079 seriyasının texniki göstəricilərinə cavab verməlidir.
14.3.2 Müxtəlif növ təhlükə klassifikasiyasına mənsub olan sahələr arasında qaz ötürülməsinin qarşısını almaq üçün kabellər IEC 60079 uyğun olaraq hermetikliyi təmin olunmalıdır.
QEYD Çoxdamarlı elektrik kabellərinin içlik hissələri arasındakı boşluq qazın potensial olaraq daxil olmasına imkan yaradır ki, burada da təzyiq fərqi formalaşa bilər. Həmin hissələr fərqli alovlanma zonaları bölmələrində olduğu üçün bu işləyənin təhlükəsizlik anlayışlarının qüvvədən düşməsinə səbəb ola bilər. Həmin hissələr fərqli alışma zonalarında olduqda bu tətbiq olunan təhlükəsizlik konseptlərini etibarsız edə bilər.
14.4 Elektrik kəsilməsindən və bərpasından sonra işin intensivliyi
14.4.1 Elektrik enerjisi ilə təchiz etmədə fasilədən sonra bütün qaz axını avtomatik üsulla dayandırılmalıdır.
14.4.2 Kompressor və sistemin yenidən fəaliyyəti əl vasitəsilə yenidən başlanılmalıdır və təlimli, səlahiyyətli şəxs tərəfindən aparılmalıdır.
14.4.3 Enerjinin bərpasından sonra, dozator ya bilərəkdən və ya avtomatik olaraq xüsusi xidmətçi və ya istifadəçinin iş rejimini həyata keçirməsinə qədər qaz axınına imkan verməməlidir.
14.4.4 Bu tələblər həmçinin digər hadisələrə səbəb olan nəzarət sisteminin yenidən başlanmasında tətbiq edilməlidir.
14.5 Elektrik əlaqəsi və torpaqlama
Təhlükəli zonada olan elektrik avadanlıqları, metal çərçivələr və strukturlar IEC 60204-1 tələblərinə uyğun olaraq metallaşdırılmalı və torpaqlanmalıdır.
15.1.1 Əgər təbii qaz, təbii qaz stansiyasına çatana qədər odorantlaşdırılmamışdırsa, təsis və təsdiq olunmuş metanın aşkarlanması sistemi qəbul edilməlidir.
QEYD: Qazın aşkarlanması təhlükə riskini azaltmaq üçün olan tədbir kimi görülür. IEC 60079-10-1 əsasən ventilyasiya ilə əlaqəli hallar istisna olmaqla qaz aşkarlanması avadanlıqları təhlükəli bölgənin təsnifatını azaltmır.
15.1.2 Əgər qaz detektoru quraşdırılarsa, onlar sızma hallarında qazın mümkün toplanma sahələrində yerləşdirilməlidir.
QEYD: Dispenser yaxınlığında detektorların yerlərinin müəyyən edilməsi üçün, nəzərə alınmalıdır ki, hər bir dispenserin 1 g/s qədər sızmaya icazə verə biləcək köməkçi maililiyi var.
15.1.3 Əgər qaz detektorları quraşdırılıbsa, onlar iş fəaliyyətlərinə nəzarət edən mərkəzi işləmələr sistemi ilə əlaqələndirilməlidir. İşlənmə sistemi funksional olmalıdır və əgər IEC 60079-10-1 müvafiq olaraq təhlükəli zonalar üçün uyğun deyilsə nəzarət edilmə üçün sahələrdə yerləşdirilməməlidir.
15.1.4 Əgər qaz detektoru quraşdırılıbsa işlənmə sistemi qaz detektorunun vəziyyətini göstərməlidir. Siqnalizasiya relesi normal açıq və öz özünə bloklana bilən olmalıdır. Siqnalizasiyanın sıfırlanması yalnız təlim keçmiş personal tərəfindən həyata keçirilməlidir.
15.1.5 Əgər qaz detektoru quraşdırılarsa, həmi sistem istehsalçının texniki göstəriş və təlimatına uyğun olaraq quraşdırılmalıdır.
15.2 Fövqəladə hallarda bağlanma qurğuları (FBQ)
15.1.1 15.2.1 Fövqəladə hallar zamanı bağlanma qurğuları yanacaq stansiyası ərazisində müvafiq olaraq yerləşdirilməlidir. Özünə xidmət yanacaq stansiyalarında təlimatların və FBQ düymələrinin qoyulduğu yerlərə xüsusilə diqqət yetirmək lazımdır.
15.1.2 15.2.2 Əl ilə fəaliyyətə gətirilən qəza zamanı təhlükəsizlik üçün FBQ basma düyməli açarlar kompressor yaxınlığında başmaq üzərində, ventilyasiya şkafında, dispenser yaxınlığında və ən azı nəzarətçi kabinetində təmin edilməlidir. Əgər bir neçə kompressor varsa, bütün bloklarda əməliyyatlar dayandırılmalı və qaza bənzər şəkildə izolə edilməlidir.
16.1 Fövqəladə hallarda bağlanma prosedurası
16.1.1 Fövqəladə hallar zamanı bağlanma prosedurası STQ yanacaq doldurma stansiyasının təhlükəsiz bağlanmasını və qazın girişinin təcrid olunmasını, dispenser və bufer anbarını təmin etməlidir.
16.1.2 FHB proseduruna aşağıdakılar daxil olmalıdır:
a) Kompressor və dispenserlər bağlanmalıdır və hər hansı bir bufer anbarından çıxış qəza zamanı təhlükəsizlik üçün bloklanma avtomatik klapanları vasitəsilə təcrid edilməlidir. İzolyasiya mümkün qədər anbara yaxın edilməlidir.
b) Elektrik enerjisi ilə təchizat təhlükəsizliyə nəzarət və mexaniki ventilyasiya sistemləri üçün olan enerji mənbəyi istisna olmaqla izolə edilir.
c) Qaz təchizatı yanacaq doldurma stansiyasında qazın verilməsi zamanı girişdə, kompressorun girişində, bufer anbarının çıxışında və dispenserdə bağlanmalıdır.
16.1.3 FHB proseduraları əl ilə təcili bağlanma düymələrinin aktivləşdirilməsi ilə edilir. FHB proseduraları həmçinin yüksək qaz konsentrasiyasının, tüstü, yanğın, istilik, zəlzələ, və s. aşkarlanması, o cümlədən digər təhlükəli vəziyyətləri aşkarlayan cihazlar vasitəsilə edilə bilər.
16.2 Fövqəladə hallarda bağlanmadan sonra bərpa olunma
16.2.1 Yanacaq doldurma stansiyasının yenidən fəaliyyətə başlaması mexaniki qaydada (əl ilə) həyata keçirilməlidir və fövqəladə şəraitin həll olunması təmin olunandan sonra səlahiyyətli personal tərəfindən həyata keçirilir.
16.2.2 Qazın dispenserə axını təlimli və səlahiyyətli personalın həyata keçirəcəyi xüsusi fəaliyyətə qədər bağlanılmalıdır.
17.1.1 Bağlı məkanda yanacaq doldurma sisteminin quraşdırılması və istifadəsi 5-ci bəndə uyğun olmalıdır.
17.1.2 Yanacaq paylama sahəsi ISO 834-1 uyğun olaraq ən azı 1 saat yanğına müqavimət qabiliyyəti olan divarlar, arakəsmələr, döşəmə və tavan vasitəsilə tikililərin digər hissələrindən fərqlənməlidir.
17.1.3 Oda davamlı daxili divarlarda işçilər üçün olan qapı və pəncərələr ən azı 1 saat yanğından mühafizə qabiliyyətinə malik olmalıdır. Qapılar öz özünə bağlanan olmalıdır. Əgər onlar bağlanma cihazları vasitəsilə fövqəladə halda avtomatik bağlanma tipində layihələndirilibsə, onlar normal fəaliyyət müddətində açıq qala bilər. Onlar hər zaman maneəsiz saxlanılmalıdır.
QEYD: Bağlı məkanda yanacaq doldurmaya bəzi ölkələrdə icazə verilmir.
17.2.1 Yalnız yanacaqdoldurma sahəsi üçün nəzərdə tutulan mexaniki ventilyasiya sistemi quraşdırılmalıdır.
17.2.2 Havalandırma sistemi elə quraşdırılmalıdır ki, dispenserlər istifadə olunmağa başlayana qədər təmiz hava axını təmin olunsun. Havalandırma sistemində yaranan nasazlıq dispenser sistemlərinin işini avtomatik olaraq dayandırmalıdır.
17.2.3 Havalandırma sistemi elə layihələndirilməlidir ki, təmiz havanın hərəkət istiqaməti yanacaq doldurma sahəsinin bütün seksiyalarından keçsin.
17.2.4 İşlənmiş qazların çıxarılması üçün olan borular elə yerləşdirilməlidir ki, yanacaqdoldurma otağının tavanı sahəsində heç bir qaz toplanması olmasın.
17.2.5 Havalandırma intensivliyi yanacaq paylanması sahəsi əsasında və ya IEC 60079-10-1 uyğun olaraq ən azı ümumi sahənin 0,3 m/min/m olmalıdır. İşlənmiş qazların çıxarılması üçün olan borular binanın xaricində təhlükəsiz yerə çıxarılır.
17.2.6 Qapalı yanacaqdoldurma sahəsindəki mexaniki zərurətdən havanın qızması, havanın kondisiyalaşdırılması, və ventilyasiya sistemləri binadakı eyni funksiyalı digər belə sistemlərə qoşulmamalıdır.
17.3.1 Ehtiyat saxlama çəni və kompressor kimi potensial təhlükəli obyektlər dispenserlə (yanacaq vuran aparat) eyni otaqda və ya kamerada (qapalı məkan) olmamalıdır.
17.3.2 Yanacaqdoldurma binasından yuxarıda daimi şəkildə məşğul edilmiş sahələr olmamalıdır.
17.3.3 Boru xətləri daxildəki (tikilinin daxilində) dispenser (dozalaşdırma) sahəsindən mümkün qədər kənar və yerin üstü ilə görünən yerlərlə və kənar təsirlərdən qorunması təmin edilməklə montaj edilməlidir.
17.3.4 Daxili yanacaqdoldurma obyektlərində nəqliyyatın hərəkət sxemi elə müəyyən edilməlidir ki, yanacaq doldurmayan nəqliyyat vasitələrinin dispenser (yanacaq vuran aparatlar olan ərazi) sahəsindən keçməsinə imkan verməsin.
17.3.5 “Asta doldurma” qurğuları üçün qəza dayanması zamanı ayırma düyməsi ən azı qəza (təxliyə) çıxışında və/ və ya evakuasiya yolunun (marşrutunun) üstündə quraşdırılmalıdır.
17.3.6 Daxili dispenser sahəsində istilik verən avadanlıqlar varsa onlar IEC 60079-10-1 əsasən nəzərdə tutulan sahələrdə işlətmək üçün uyğun olmalıdır.
18.1 Təsdiq və yenilənmələrin yoxlamaları qüvvədə olan ölkədə qüvvədə olan hüquqi normativ aktlara uyğun aparılmalıdır. Əgər bu standarta uyğunluğu birinci və ya ikinci tərəf qiymətləndirirsə bunun səlahiyyətli şəxs tərəfindən həyata keçirilməsini təmin etmək lazımdır
18.2 Yeni təbii qaz yanacaqdoldurma məntəqəsinin işə başlamasından əvvəl aşağıdakıları nəzərə almaq və təsdiqləmək lazımdır:
— yanacaq doldurma məntəqəsinin layihəyə əsasən tikilməsi;
— elektrik avadanlığı təhlükəli zonaya uyğun olaraq qiymətləndirilməsi;
— təzyiqin nominal qiyməti;
— sızmaya qarşı sınaqlar;
— müəyyən edilmiş tələblər çərçivəsində müdafiə qurğuları (vasitələri) və sensor sistem (yəni, az miqdarda qaz dozatoru ilə sınaqdan keçirilən sensorlar).
19.1 Yanacaqdoldurma proseduraları
Yanacaqdoldurma stansiyasında sənədlərlə təsdiqlənmiş və dispenserə yaxın yerləşdirilmiş olan yanacaqdoldurma proseduraları olmalıdır. Məsələn, bax Əlavə C
19.2 Təhlükəsizlik işarələri
19.2.1 Təbii qaz əsasında işləyən yanacaqdoldurma məntəqəsində personalı təhlükələr, risklər və təhlükənin dərəcəsinin azaldılması barədə xəbərdar edən təhlükəsizlik işarələri aydın görünən sahələrdə yerləşdirilməlidir.
19.2.2 Mətnində “YALNIZ SƏLAHİYYƏTLİ PERSONAL” və “SİQARET ÇƏKMƏK QADAĞANDIR – TEZ ALIŞAN QAZ” kimi sözlər əks olunmuş işarə qazın saxlanması obyektinə giriş məntəqəsinə yaxın sahədə aydın görünən yerdə asılmalıdır. Hərflərin ölçüsü minimum 45 mm olmalıdır.
19.2.3 Ehtiyat qaz saxlancının üzərində qazın nominal təzyiqini göstərən minimum 25 mm ölçüdə olan hərflərlə yazılmış işarə asılmalıdır (yəni, “TƏBİİ QAZ 25 MPa”)
19.2.4 Hər bir yanacaq doldurma xortumunun yaxınlığında minimum 25 mm ölçüdə hərflərlə yazılmış və ümumi qəbul edilmiş “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və “ALIŞDIRICIDAN İSTİFADƏ QADAĞANDIR” xəbərdaredici işarələri və ya 100 mm diametrə malik “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və “ALIŞDIRICIDAN İSTİFADƏ QADAĞANDIR” yazıları üçün beynəlxalq səviyyədə qəbul olunmuş şərti işarələr asılmalıdır.
19.2.5 Kompressor avadanlığının giriş məntəqəsinə yaxın yerdə mətnində minimum 25 mm ölçüdə olan hərflərdən istifadə olunmuş “TƏHLÜKƏ – AVADANLIQ AVTOMATİK OLARAQ XƏBƏRDARLIQLIZ İŞƏ DÜŞƏ BİLƏR” və “SİQARET ÇƏKMƏK QADAĞANDIR” işarələri və/və ya bunlara ekvivalent hesab olunan 100 mm diametrə malik beynəlxalq səviyyədə qəbul olunmuş şərti işarələr asılmalıdır.
19.2.6 Hər bir qəza dayanma düyməsinin üzərindən mətnində minimum 25 mm şriftlə “QƏZA DAYANMASI” sözləri əks olunmuş işarə asılmalıdır.
19.2.7 Elektrik nəzarət panelləri yüksək gərginlik və şok təhlükəsi mənalarını verən beynəlxalq səviyyədə qəbul edilmiş müvafiq ölçülü simvollardan istifadə etməklə işarələnməlidir.
19.2.8 Risklər, təhlükələr və onların təsirlərinin azaldılmasını müəyyən etmək üçün istifadə olunan digər işarələr qurğuya xas şəkildə və tələb olunan qaydada yerləşdirilməlidir.
19.3.1 Yanacaq doldurma stansiyası operatorları, texniki personal və yanacaq doldurma xidmətçi işçiləri müvafiq olaraq yanacaqdoldurma stansiyasının əməliyyatları üzrə təlim keçməlidirlər.
19.3.2 Yeni işçilər işə başladıqda təcili müdaxilə planı (TMP) prosedurları üzrə təlim keçirlər. Bütün əməliyyatlar üzrə personallar ən azı ildə bir dəfə TMP prosedurları üzrə yenidən təlim keçməlidirlər.
19.3.3 Yanacaq doldurma məntəqəsi personalın təlimat kitabçası ilə təmin olunmalı və istifadə edilməsi (istinad) üçün əl altında olmalıdır.
19.4 Qəzaların ləğvi planı (QLP)
19.4.1 Yanacaq stansiyası ISO 14001 uyğun olaraq hazırlanmış QLP malikdir. Bu sənəd işçi heyətin istifadə edə bilməsi üçün əl altında olmalıdır.
19.4.2 Fövqəladə hallar üzrə təlimatlar təbii qaz yanacaqdoldurma stansiyasında aydın görünən yerlərdə yerləşdirilməlidir. Minimum olaraq təlimatlar hər dispenser, hər kompressor və müvafiq olaraq operator və ya xidmət göstərən işçilərin ofisində olmalıdır.
QEYD: Fövqəladə hallar üzrə təlimatların nümunəsi Əlavə D-də verilmişdir.
19.5 İstismar üzrə təlimat
İş qaydalarını əhatə edən təlimat təqdim edilməlidir və hər zaman doldurma məntəqəsində mövcud olmalıdır. Bu sənəd minimum aşağıdakı informasiya və təlimatları əhatə etməlidir:
a) istismar avadanlıqlarının təlimatları;
b) sistemin pozuntu siqnalı, qəza siqnalizasiyası və quraşdırılmaya nəzarətin siyahısı;
c) yanacaq doldurma məntəqəsinin məsafədən monitorinqi və nəzarəti üçün təlimatlar;
d) elektrik enerjisinin təcrid edilməsi və lazım olarsa söndürülməsi;
e) yanacaq doldurma məntəqəsinin işinin dayandırılması;
f) fərdi mühafizə vasitələrindən (FMV) istifadə üçün tövsiyələr;
g) bütün təhlükəsizlik avadanlıqlarının yerlərini göstərən yerləşdirmə planı (fövqəladə halda avtomatik bağlanma) məntəqəsi, qazometriya, odsöndürən, qəza siqnalizasiyası, və s.);
h) texniki xidmət qrafiki, proseduralar və sərf edilən detallar (yəni neft, flüid, filtrlər və s.) Əlavə E-yə bax;
i) cihazın tənzimlənməsi və kalibrlənmə üzrə təlimatları;
j) kompressor / avadanlığın normal fəaliyyət şərtləri (yəni təzyiq, temperatur, sürət, axın və s.);
k) avadanlığın qış hazırlığı üzrə təlimat;
l) nasazlığın aşkarlanması və aradan qaldırılması üzrə təlimatlar;
m) zərərli tullantıların kənarlaşdırılması üzrə təlimatlar (yəni neft, maye, mikrofiltr və s.);
n) nəzarət-ölçü cihazı və boru kəmərlərinin sxemi;
o) bütün təzyiq avadanlıqları üçün təzyiq və temperatur nominalı;
p) təhlükəli zonaların sxemləri.
20.1 Yoxlama və texniki xidmət proqramı
Yanacaq doldurma stansiyasının ərazidə sənədləşdirilmiş yoxlama və təmir proqramı olmalıdır. (Nümunə Əlavə E-də baxıla bilər).
20.2 Qaz aşkarlanması üzrə texniki xidmət və yoxlanılma tezliyi
20.2.1 Qazın aşkarlanması sistemi istehsalçının müəyyən etdiyi tələblərə müvafiq olaraq texniki qulluq göstərilməlidir. Texniki xidmət və təmir tezliyi istehsalçı tərəfindən müəyyən edilərək minimum ildə bir dəfə və ya daha tez-tez edilməlidir.
20.2.2 Texniki xidmət səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir.
20.2.3 Dövri texniki xidmət fəaliyyətləri ən azı aşağıdakı kimi təqdim edilir:
— hər qaz detektoru təsdiq edilmiş qaz qarışığı ilə kalibrovka edilməlidir;
— bütün sistemin istənilən parametrləri yoxlanılmalıdır;
— ümumi funksional yoxlama və onunla əlaqəli tədbirlər həyata keçirilməlidir. (Bənd 16-ya bax);
— istismar üzrə yoxlamalar həyata keçirilməlidir.
20.2.4 Çirkabın əməliyyat şəraitinə təsir etdiyi yerlərdəki, və ya istifadə müddətini azaldan maddələrin təsirinə məruz qalan detektorlara xüsusilə diqqət etmək lazımdır.
20.2.5 Bütün texniki xidmətlər yanacaq doldurma stansiyası jurnalında qeyd edilməlidir.
Şəkil A.1 şəkil A.9 vasitəsilə təhlükəli zonalar üzrə məlumat xarakteri daşıyır və göstərilən avadanlıq üçün maksimum zonanı əks etdirir. Sahənin ölçüləri IEC 60079-10-1 uyğun olaraq müdafiə üsullarının tətbiqinə əsasən azala bilər.
Qeyd. Təbii qazın qurudulması avadanlığı üçün təhlükəli zonalar eyni şəkildə nəzərdən keçirilə bilər.
Ventilyasiya norması saat ərzində minimum 6 dəfə hava dəyişməsini təmin etməlidir.
QEYD. Qapalı məkan zona 2 üçün əlavələrlə aid edilə bilər:
— Ventilyasiya itkisi halında bağlı sahə üçün enerjini izolə edəcək hidrorele və ya digər qurğudan istifadə etməklə sübut edilən fasiləsiz mexaniki ventilyasiya;
— qaz konsentrasiyası alovlanmanın aşağı həddinin 20% və ya daha artığını təşkil edərsə qaza nəzarət və ventilyasiya zamanı ventilyator işləyəcək və əgər qaz konsentrasiyası AAH (Alovlanmanın aşağı həddi) 40% təşkil edərsə enerji qapalı məkandan təcrid ediləcək.
QEYD. 4 divardan ən azı 3 açıq olmaqla sığınacaq və ventilyasiyalı tavan da açıq nəzərdə tutula bilər.
Şəkil A.3 — açıq STQ (sıxılmış təbii qaz) kompressorları üçün təhlükəli zonalar
A+B+C= Sahənin ölçüləri Qaz keçirməyən divar
Müəyyən şərtlər daxilində
A+T+E= Sahənin ölçüləri
CNG (sıxılmış təbii qaz) avadanlıq: Kompressor, yaddaş qurğusu və qazma alətləri
QEYD Cədvəl A.1.uyğun olaraq bufer ehtiyatının qorunmasının aqreqat ölçüsündən asılı olaraq isrənilən bufer həcmindən R ölçüsü ölçülür.
daxil olmaqla 4 000 qədər
4 001-dən 10 000 qədər
QEYD STQ (sıxılmış təbii qaz) elastik boru kəməri və başlıqbirləşmə nöqtəsi təhlükəli zona yaratmaq üçün nəzərə alınmır.
Cədvəl A.2 - STQ (sıxılmış təbii qaz) benzinvuran qurğu üçün zona həcmi
Hesablama və ya sertifikasiya ilə təyin edilən
Zona ölçü R həcmi IEC 60079-10-1uyğun olaraq qaz keçirməyən hissələr və ya divarlar, təzyiq (təhlükəsiz zonadan), qazın aşkarlanması, ventilyasiya,fasiləsiz buxar izolyasiyası və digər vasitələri daxil edən qoruma sistemlərindən istifadə edərək təyin edilə bilər. Şəkil A.7-də C- formalı benzin vuran qurğu üçün zona nümunəsinə bax. Tətbiqi mümkün olan sertifikatlaşmış müdafiə sistemlərindən istifadə edilməlidir.
Bu əsas ölçü hesablanma məlumatları olmadan IEC 60079-10-1 və ya sertifikatlaşmış müdafiə sistemlərinə uyğun olaraq tətbiq edilməlidir.
D = 100 x drossel dəliyinin diametri (boru I.D.)
QEYD D Qoruyucu klapanın dəliyi üçün drossel diametri D qoruyucu klapanın nominal ölçüsüdür.
Cədvəl a.3 — Boru sistemi və klapanlar boyu təhlükəli zonalar.
Təhlükəli sahənin həcmi
Boru xətlərinin birləşdiriciləri. Boru birləşdiriciləri
qaynaq, dayandırıcı klapanlar,əks klapanlar daxil olmaqla flanslar
Tələb olunan ventilyasiya ilə qapalı
qapalı sahənin ölçüsünə qədər
Manometrlər və ölçü qurğuları
qapalı sahənin ölçüsünə qədər
ventilyasiya ilə qapalı
1 000 mm qapalı sahədən
Tənzimləyici, əks təzyiq klapanları, məsafədən idarəetmə klapanları və tənzimləyici klapan daxil olmaqla bölüşdürücü klapanlar prosesi
Process control valves
kənarlaşdırma nöqtəsinin 500 mm -də
Tələb olunan ventilyasiya ilə qapalı
qapalı sahənin ölçüsünə qədər
qapalı sahənin ölçüsünə qədər
ventilyasiya ilə qapalı
500 mm qapalı sahədən
Tələb olunan ventilyasiya IEC 60079-10-1 uyğun olaraq təsdiq edilməlidir.
Qeyd. Bölüşdürücü klapana tənizimləyici, əks təzyiq klapan, məsafədən idarəetmə klapanları və tənzimləyici klapan və digər klapan daxildir.
Aralıq məsafə təhlükə mənbəyi (qurğunun içində təhlükəli maddə olan hissəsi) ilə potensial olaraq təsirə məruz qala bilən obyekt (şəxs, qurğunun həssas hissələri və tikili) arasındakı məsafədir. Bunun məqsədi ehtimal olunan qəzalar nəticəsində zərərli təsirin qarşısını almaq və ya onu məhdudlaşdırmaq və beləliklə daxili aralıq məsafəsi hallarında kiçik miqyaslı insidentlərin böyük qəzalara çevrilməsinin qarşısını almaq və ya xarici aralıq məsafəsi hallarında kənar obyektlərə təsirini azaltmaqdır. Bir qurğunun hissəsində proqnozlaşdırılan hadisə (hissə-hissə) digər qurğu hissəsinin səhv fəaliyyətinə gətirib çıxarmır. Buna görə daxili aralıq məsafə iri miqyaslı insidentə çevrilən nisbətən kiçik miqyaslı insidentin qarşısını alır. Tələblərə cavab verən daxili aralıq məsafələr STQ (sıxılmış təbii qaz) çatdırılmasının təhlükəsiz icrası üçün şərtdir.
B.2 Xarici aralıq məsafələr
STQ yanacaq doldurma məntəqəsinin xarici aralıq məsafəsi digər maye yanacaqlar üçün bunun artırılmasını tələb etmir.
B.3 Daxili aralıq məsafələr
Daxili aralıq məsafələr Cədvəl B.1 uyğun olaraq təyin edilməlidir.
Cədvəl B.1 — Daxili aralıq məsafələr
Ümumi sahə saxlanılma həcmi 10 000 litrdən aşağı
Saxlama silindrləri və kompressorlar
Tikililərin giriş hissələri
Tikililərin divarları (yanğından mühafizə)
Obyektin xarici sərhədi
> 5 m (> 10 m saxlama üçün >10 000 l)
> 10 m (> 15 m saxlama üçün >10 000 l)
Ümumi yollar və piyada keçidləri
Digər yanacaq növlərinin saxlanılması
Şəkil B.1. istinad edərək aralıq məsafənin illüstrasiyası üçün
Əgər 2 saat yanğından mühafizə səddi STQ avadanlığı və sahə sərhədi arasında yerləşdirilərsə aralıq məsafə 0 m ola bilər. Yanğından mühafizə divarı avadanlığın maksimum hündürlüyündən artıq 0,5 metrə bərabər olaraq minimum hündürlüyə malik olmalıdır və təhlükəli zonanı sahə sərhədindən təcrid etməlidir.
C.1 Sürətli yanacaq doldurma əməliyyatı (tipik)
Sürətli doldurma üçün prosedura hər bir benzin kolonkasında aparılmalıdır və aşağıdakı kimi olmalıdır:
a) mobil telefonların və elektrik cihazlarının söndürülməsi;
b) mühərriyin söndürülməsi;
c) yanacaq qəbul çəninin nəql etmə vasitələrindən tozdan müdafiə tıxacının yerini dəyişmək;
d) doldurma başlığının yanacaq qəbul çəninə bərkidilməsi;
e) doldurma kolonkasının icazəsi;
f)doldurma tamamlananda doldurma başlığını ehtiyatla ayırın; bu vaxt doldurma başlığından az miqdarda qaz axması baş verə bilər;
g) başlığı doldurma kolonnasının sıxacına qaytarmaq;
h) alışqanın tozdan müdafiə qapağının quraşdırılması;
Əgər doldurma çox saylı yanacaq doldurmadan həyata keçirilirsə yalnız bir yanacaq bir dəfəyə oxşar nəql etmə vasitəsilə çatdırılmalıdır. Müxtəlif nəql etmə vasitələri çox saylı yanacaq doldurmanın müxtəlif yerlərində müxtəlif yanacaqlarla doldurula bilər.
C.2 Yavaş yanacaq doldurma əməliyyatı (yavaş-doldurma)
Doldurma dövrü üçün əməliyyatı hər bir benzin kolonkasında aparılmalıdır və aşağıdakı kimi olmalıdır:
a) Mühərriyin söndürülməsi;
b) Yanacaq qəbul çəninin nəql etmə vasitələrindən tozdan müdafiə tıxacının yerini dəyişmək;
c) Doldurma başlığının yanacaq qəbul çəninə bərkidilməsi;
d) Yanacaq klapanını doldurma məntəqəsində açın;
e) Gözlənilənlərdən sonra doldurma vaxtı bitir və nəql edən gəmilər doldurulur, yanacaq klapanı doldurma kolonnaları doldurulan vaxtda bağlanır,
f) doldurma tamamlananda doldurma başlığını ehtiyatla ayırın; bu vaxt doldurma başlığından az miqdarda qaz axması baş verə bilər;
g) doldurma başlığını doldurma vaxtında tutqaca qoyun
h) alışqanın tozdan müdafiə qapağının quraşdırılması;
Doldurma məntəqəsinin ciddi qaz sızmaları və ya yanğın halında həyata keçirilən tədbirlər:
a) qəza şəraitində dayandırma qurğusunun düyməsini basın (düymə);
b) Tikililərdə (siqnal lampaları) və yaxın ərazidə bütün alışan mənbələri söndürün;
c) mühərrikləri söndürün;
d) Yanğından mühafizə dəstəsinə xəbər verin, tel. 000-00000;
e) Operatora xəbər verin, adı:________________, tel. 000-00000;
f) Yaxın rayonlarda olan əhalini xəbərdar edin və onları təhlükəsiz sahəyə yönəldin;
g) elektrik açarlarından istifadə etməyin (yəni işıq elektrik açarı və digər elektrik açarları);
h) mühərrikləri işə salmayın.
Təqdim olunan bu dövri texniki qulluq qrafiki yalnız məlumat xarakterli nümunədir. Yanacaqdoldurma məntəqəsinin operatorları müəyyən bir yanacaqdoldurma məntəqəsinin layihəsini, ekoloji şəraiti, doldurulma zamanı yaranan yüklənmə, istismar saatları, istifadə tezliyi və avadanlığın istifadə və sıradan çıxmasına təsir edən digər faktorları əks etdirən dövri texniki xidmət planı müəyyən etməlidir. Siyahı üzrə bütün texniki xidmət məntəqələrinin hamısının müəyyən bir qurğuya tətbiq olunmasına ehtiyac yoxdur və bəzi məntəqələr buraxıla bilər. Yanacaqdoldurma məntəqəsinin sahibi xüsusi şərtlərə əsasən texniki baxış qrafikinin və yerli idarəetmə orqanlarının tələblərinə uyğun yanacaqdoldurma məntəqəsinin təcrübə və yoxlama öhdəliklərinə əsasən etibarlı dövri texniki baxış qrafikinin hazırlanmasını təmin etməlidir. Yanacaqdoldurma məntəqəsinin dövri texniki baxışının ilk əvvəl dəyişmədən (yəni qısa müddət ərzində) qalması və yalnız təcrübəyə əsasən zəmanət yarandıqda uzadılması tövsiyə olunur.
Yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə görə cavabdeh olan şəxs və ya təşkilat standartda göstərildiyi kimi texniki baxışın tənzimlənməsi, yoxlanış və nəzarət işlərini həyata keçirməlidir. Bu tapşırıqları yalnız təlim keçmiş və səlahiyyətli şəxslər (təşkilata aid və ya podratçı müqaviləsinə əsasən cəlb olunmuş) həyata keçirməlidir. Nəticələr müvafiq dövlət orqanları tərəfindən yoxlanması üçün ən azı üç ardıcıl yoxlanış dövründə və ya qüvvədə olan milli və ölkədə qüvvədə olan normativ aktlarla müəyyən olunmuş müddət ərzində saxlanmalıdır.
Avadanlığın hər bir hissəsinə texniki qulluğun göstərilməsi istehsalçının təlimatlarına əsasən həyata keçirilməlidir. Profilaktik texniki baxış və təmir işlərinin aparılması üçün nümunə Şəkil E.1-də təqdim olunmuşdur.
İstismarda olan dispenserin (yanacaq vuran aparat) xortumlarının davamlılığı yalnız təhlükəli atmosferdə işlətmək üçün təyin olunmuş aşağı gərginlikli ommetrdən istifadə etməklə fasiləsiz olaraq yoxlana bilər.
Texniki xidmət və yoxlama qrafiki
Ümumi doldurma stansiyasının yoxlanılması
sınaq təhlükəsizlik işarələrinin vizual baxışı və təmirə nəzarət
yanğın söndürmə təzyiqinə nəzarət
ödsöndürənlərin yerini dəyişmək
Bufer həcmli gəmilər və digər gəmilər
Xarici vizual yoxlama
Dayandırıcı klapanın funksional yoxlanışı
drenajlama üzrə gəmilərdə kondensanta nəzarət
Flanslar, fitinqlər və boru kəməri
korroziyanın yoxlanılması
basdırılmış polad boru kəmərinin torpağa sızmasının yoxlanılması
klapanların funksional yoxlanışı
Qəza zamanı dayandırma işinə nəzarət
ventilyasiya borusunun tıxaclanmasıni yoxlamaq
Qaz qurudulma qurğusu
quruducunun dəyişdirilməsi
təzyiq relelər/ötürücülərin funksional sınağı
təzyiq relelər/ötürücülərin təkrar kalibrlənməsi
təzyiq göstəricisinin yoxlanılması
qaz detektorunun funksional yoxlanışı
qaz detektorunun kalibrlənməsi
STQ başlığının köhnəlməsi və zədələnməsinə nəzarət
şlanqların zədələnməsinə nəzarət
qəza halında işin dayandırmasının vizual yoxlanılması
ucluğun sızmasına nəzarət
qəza dayandırmasında sızmaya nəzarət
şlanq birləşməsinin keçiriciliyinin yoxlanılması
axın tənzimləyən klapanın yoxlanılması
dispenser doldurulma təzyiqinin kalibrlənməsinə nəzarət
təzyiq ötürücüsünün kalibrlənməsi
Avadanlığın torpaqlanması və elektrik əlaqəsi
elektrik əlaqəsinə fasiləsiz nəzarət
torpaqlama nəzarəti üçün fasiləsiz elektrik əlaqəsi
Təhlükəli zonanın yoxlanılması
təhlükəli zonanın tamlığına nəzarət
qeydiyyat jurnalını yoxlayın
təmir və yoxlama verilənlərini daxil edin
kalibrlənmə verilənlərini daxil edin
katod mühafizə verilənlərini daxil edin