AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI QƏRARI
Dövlət standartlarının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2015-ci il tarixli 609 nömrəli Fərmanlarının icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı dövlət standartları təsdiq edilsin:
1.1 AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi”
1.2 AZS 855 -2015 (ТКП 131-2008 (30220) “Qida məhsulları.“Tərkibində GMO yoxdur” nişanı ilə markalanma qaydaları. Əsas müddəalar”
1.3 SSAZ 005-2015 “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri”
2. SSAZ 005-2007 “Avtomobil nəqliyyatı vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” standartının təsdiq edilməsi ilə bağlı Komitənin 15.05.2007-ci il tarixli 060 nömrəli əmri ləğv edilsin.
3. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E. Cəbrayılov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
4. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.
5. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (X. Məmmədov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
6. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu standart Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədrinin 03 dekabr 2012-ci il tarixli 124 nömrəli əmri ilə təsdiq edilmiş AZS 745-2012 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifati, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” dövlət standartına dəyişikliklər edilməklə hazırlanmışdır.
2. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
MEHMANXANA VƏ MEHMANXANA TİPLİ
OBYEKTLƏRİN TƏSNİFATI, ULDUZ KATEQORİYALARININ
MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRMƏDƏ
MEYARLARIN TƏTBİQ EDİLMƏSİ
CLASSİFİCATİON OF HOTELS AND HOTEL
TYPE ESTABLİSHMENTS, DETERMİNATİON OF
STAR CATEGORİES AND APPLİCATİON OF
CRİTERİAS İN ASSESMENT
____________________________________________________________________________
Bu standart mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədi ilə hazırlanmışdır.
Beynəlxalq təcrübə nəzərə alınmaqla yerli və xarici turistlərin mehmanxana, mehmanxana tipli obyektlərin, otaqların təsnifatı barədə ətraflı məlumat almaları üçün obyektlərin və otaqların adı azərbaycan dili ilə yanaşı xarici dillərdə göstərilmişdir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 iyul tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"
2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 965-IVQ nömrəli Qanunu
3.1. Mehmanxana (hotel) – qəbul-qeydiyyat bölməsinin mövcud olduğu, eyni zamanda qonaqlara yerləşdirmə, qidalanma və digər əlavə xidmətlər göstərən yerləşdirmə vasitəsi;
3..2. Qonaq evi (guest house) – qida, içki və minimal yerləşdirmə imkanları təklif edən kiçik və orta həcmli yerləşdirmə vasitəsi;
3.3. Pansion (pension) – qonaqların gündəlik qidalanmasını və yerləşdirilməsini təmin edən yerləşdirmə vasitəsi;
3.4. Mehmanxana-apartament (aparthotel; apartment hotel) – studio tipli otaqlar və mənzillərdə yerləşmə xidmətini təmin edən mehmanxana;
3.5. Motel (motel) – avtodayanacağı olan və əsasən sürücülərə yerləşdirmə xidməti təklif edən mehmanxana;
3.6. Sanatoriya / Spa- mehmanxana (spa hotel) – içərisində spa və sağlamlıq (müalicə) avadanlıqlarının olduğu mehmanxana;
3.7. Suit mehmanxana (all-suite hotel) – otaqları yüksək kateqoriyalı otaqlardan ibarət olan mehmanxana;
3.8. Butik mehmanxana- elit səviyyədə, komfortlu, incə zövqlü dizayna malik olan müstəqil, brend olmayan, fərdi müəllif layihəsinə əsaslanan, təkrarolunmaz memari dizaynda inşa edilmiş yerləşdirmə vasitəsi.
3.9. Karvansara mehmanxana- tarixi qala və sarayların yenidən bərpa olunması nəticəsində formalaşan yerləşdirmə vasitəsi.
3.10. Kurort mehmanxana- istər təbii, istərsə də insan əli ilə yaradılmış gözəl guşələrdə, eləcə də təbiətə (dağ, meşə, dəniz, göl və s.) yaxın və kurort ərazilərdə yerləşən yerləşdirmə vasitəsi.
3.11. Kotec tipli yerləşdirmə vasitələri (şale, bunqalo) - əsasən təbiət qoynunda, kurort ərazilərdə yerləşən, turistlərin yerləşdirilməsi üçün istifadə edilən, əsaslı tikintidən ibarət olan (meşə və qoruq ərazilərdə isə yüngül konstruksiyadan) hazırlanmış yerləşdirmə vasitəsi.
3.12. İstirahət bazası (holiday camp, holiday centre, holiday village) – adətən şale (dağ evi), bunqalo, kotec, avtofurqon və s. tipli yerlərdə yerləşməni təmin edən, eləcə də müxtəlif idman və əyləncə xidmətləri təklif edən istirahət mərkəzi;
3.13. Bordinq kateqoriyalı mehmanxana (Boarding house) – Şəhərdə yerləşən və uzun müddətli yerləşmə üçün nəzərdə tutulmuş mehmanxana;
3.14. B&B (bed & breakfast) – səhər yeməyi təklif edən və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş özəl ev;
3.15. Rezidens (apartment complex; residence) – studio tipli otaqlar və mənzillərdə yerləşmə xidmətini təmin edən yerləşdirmə vasitəsi;
3.16. Kənd evi (gite rural) – mebel və yaşayış üçün müvafiq şərait ilə təchiz edilmiş, əsasən kənd yerlərində yerləşən və mətbəx avadanlığı olan yerləşdirmə vasitəsi;
3.17. Kempinq (camping site) – sanitariya avadanlıqları olan, müxtəlif idman və əyləncə xidmətlərinin könüllü olduğu, çadır, avtofurqon, avtoqoşqu, hərəkətli avtoevlərin yerləşdiyi, və ya sözügedən yerləşmə vasitələri üçün ayrılmış ərazi.
3.18. Ferma evi (farm house) – Kənd təsərrüfatı (ferma) ərazisində yerləşdirmə və qidalanma xidmətlərini təklif edən yerləşdirmə vasitəsi;
3.19. Dağ sığınacağı (mountain refuge) – Dağlıq ərazilərdə yerləşən, təcrid olunmuş və müxtəlif avadanlıqlar ilə təchiz edilmiş ev;
3.20. Kempinq avtofurqonu, stasionar furqon və bu tip digər yerləşdirmə vasitələri (camper van, motor home, caravan, folding caravan) – Yataq otağı/yataq yeri/yerləri və mətbəx avadanlığı olan avtomobil nəqliyyat vasitəsi, avtoqoşqu üstündə hərəkət edən ev və s;
3.21. Çadır (tent) – daşınması zamanı rahatlığı təmin etmək məqsədilə yığılan və qatlanan parça örtükdən ibarət sığınacaq;
3.22. Avtoqoşqu örtüyü (trailer tent) – nəqliyyat vasitəsinin avtoqoşqusunda yerləşən çadır;
3.23. Uşaq sağlamlıq düşərgəsi (maison d’enfants) – uşaqların dincəlməsi və müalicəsi üçün nəzərdə tutulan istirahət mərkəzi.
3.24. Gəzinti gəmisi (canal barge) – Daxili kruizlər üçün nəzərdə tutulmuş, yerləşdirmə təklif edən və mətbəx avadanlığı olan qayıq və ya kater;
3.25. Hostel (youth hostel) –fəaliyyət növü və həcmindən asılı olaraq adətən 2 və daha çox yerli otaqlarda yerləşdirmə, məhdud çeşidli qidalanma, iaşə və ya özünü iaşə, eləcə də bəzən əyləncə və təlim proqlamlarının daxil olduğu əlavə xidmətləri göstərən yerləşdirmə vasitəsi.
4.1 Bir nəfərlik otaq (single room)– bir nəfərlik yataq yerilə təchiz olunan nömrə;
4.2 İki nəfərlik otaq (double room) – iki nəfərlik bir çarpayıda və ya birləşdirilmiş bir nəfərlik iki çarpayıda iki müştərinin yerləşdirməsi üçün nəzərdə tutulan nömrə;
4.3 İki nəfərlik tvin otaq (twin room) – iki nəfərlik ayrı çarpayıda yerləşdirilməsi nəzərdə tutulan nömrə;
4.4 Çox nəfərlik otaq (multiple bedded room) – müəyyən qrupa daxil üç və ya daha çox insanın yerləşdirilməsi üçün yataqla təchiz olunmuş nömrə.
4.5 Ailəvi (family room) – ən azı üç və daha çox insanın yataqla (yerlə) təchiz edildiyi ailəvi (azı 2 yataq böyüklər üçün nəzərdə tutulur) nömrə;
4.6 Ümumi yataq otağı (dormitory)- hər hansı qrupa daxil olmayan, müxtəlif qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş çoxyerli (yataqlı) nömrə;
4.7 Kiçik süit (junior suite) – yataq yerindən başqa, iş və ya istirahət üçün əlavə sahəsi olan nömrə;
4.8 Süit (suite) – yataq otağından başqa, iş və ya istirahət üçün əlavə otağı olan nömrə;
4.9 Apartament (apartment) – ayrıca yataq və istirahət otaqları, eləcə də mətbəxdən ibarət olan nömrə.
4.10 Studio (studio) - mətbəxi olan bir otaqlı nömrə;
4.11 Birləşmiş otaqlar (connected rooms)– daxili qapılarla bir- birinə birləşən yataq otaqlarından ibarət nömrə;
4.12 Dupleks (duplex) – fərqli mərtəbələrdə yerləşən və bir birinə birləşən otaqlardan ibarət nömrə.
4.13 Prezident süit (royal süit)- yataq otağından başqa, iş və ya istirahət üçün əlavə otaqları olan, ən yüksək komfort və xidmətləri özündə birləşdirən lüks nömrə.
5.1. Mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyası “ulduz” işarəsi ilə müəyyən olunur. Burada ən yüksək kateqoriya - “beş ulduz”, ən aşağı kateqoriya isə “bir ulduz” kimi qəbul edilir. Ulduzun təsviri bu standartın Əlavə 2-yə uyğun olmalıdır.
5.2. Mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları aşağıdakılardan ibarətdir.
5.2.1. Bir ulduzlu obyektlərdə sadə aksessuarlar, otaqda bir gecəlik qalmaq üçün nəzərdə tutulan lazımi ənənəvi vasitələr çox təmiz və qüsursuz vəziyətdə olmalıdır. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
- Bütün otaqlarda duş/tualet və ya vanna/tualetin olması
- Nömrənin gündəlik təmizlənməsi
- Bütün otaqlarda məsafədən idarəolunan televizorun olması
- 1 Masa və 1 stulun olması
- Əlüz yuyanın eləcə də, əlüz yuyanın üzərində müvafiq işıqlandırmanın, yanında isə sabunun olması
- Otaqlarda dəsmalın olması
- Qeyd-qəbul bölməsində ayrıca ərazinin mövcud olması
- Mehmanxanada qonaqlar üçün telefonun olması
- Geniş çeşidli səhər yeməyinin olması
- Mehmanxanada sərinləşdirici içkilərin təklif edilməsi
- Şəxsi əşyaların saxlanılması imkanları (qeyd-qəbul və ya digər mehmanxana bölməsində) mümkünlüyü.
- Digər (Əlavə 1 bax)
5.2.2. İki ulduzlu obyektlərdə funksional və rahat aksessuarlar, gecə qalmağa imkan verən xidmətlərlə yanaşı, digər məhdud xidmətlər təklif edilir. Qurğuların və vasitələrin keyfiyyəti onların funksionallığı və təmizlik meyarı ilə ölçülür, istifadə olunan materiallar daha az əhəmiyyətə malikdir. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
- Səhər yeməyi bufeti
- Çarpayı yanında gecə işığı
- Otaqlarda və ya ictimai yerdə internet
- Duş/vanna otağında bədən yuma və ya duş üçün gel
- Yataq ağları üçün rəflər
- Sanitar məhsullar (diş flrçası, diş pastası, təraş dəsti və s.)
- Digər (Əlavə 1 bax)
5.2.3. Üç ulduzlu obyektlərdə qonaqların görüntü dairəsində olan nəfis və vahid formalı aksessuarların mövcudluğu zəruridir.Elektron avadanlıqlar yaxşı vəziyyətdədir və yaxşı xidmət göstərir. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
- İki ulduz kateqoriyası üzrə bütün meyarların bu kateqoriya üzrə də vacibliyi
- 14 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması
- Qeyd-qəbul masasının yanında yumşaq mebel dəstinin olması
- Otaqlarda sərinləşdirici içkilərin təklifi
- Saç qurudan, təmizlik vasitələri
- Ayaqüstü geyim üçün nəzərdə tutulan güzgü, yük və ya çamadanın qoyulması üçün uyğun yer və ya dayaq
- Tikiş dəsti, ayaqqabı parladan vasitələr, camaşırxana və ütüləmə xidməti
- Tələbə görə əlavə yastıq və əlavə yorğan
- Şikayət idarəetmə sistemi
- Digər (Əlavə 1 bax)
- 5.2.4. Dörd ulduzlu obyektlərdə yüksək səviyyəli aksessuarlar, keyfiyyətli və vaxtlı-vaxtında yeniləşdirilmiş aksessuarlara malik geniş otaqlar olmalıdır.Yaxşı səs izolyasiyası, yüksək səviyyəli xidmət və çox yaxşı vəziyyətdə olan elektron avadanlığın mövcudluğu vacibdir. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
- Üç ulduz kateqoriyası üzrə bütün meyarların bu kateqoriya üzrə də vacibliyi
- 16 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması
- Oturacaqları və sərinləşdirici içki xidməti təklif edən lobbi, mehmanxana barı
- Səhər yeməyi bufeti və/ya otaq nömrəsi əsasında verilən səhər yeməyi kartı
- Kiçik bar və/ya 16 saat otağa sərinləşdirici içki xidməti
- Yumşaq kreslo/ yan masalı divan
- Tələbə görə hamam xələti və tərlik
- Kosmetik məhsular (hamam papağı, dırnaq törpüsü, pambıq tampon), əl güzgüsü, hamam otağında böyük sini və isidici vasitələr.
- Digər (Əlavə 1 bax)
5.2.5. Beş ulduzlu obyektlərdə hər yerdə eHHksklüziv, lüks aksessuarlar, nəfis, yüksək keyfiyyətli və zərif materiallarla müşayiət olunan xüsusi dizayn, qüsursuz vəziyyətdə olan elektron avadanlıqlar olmalıdır. Beynəlxalq dəbdəbəli mehmanxana standartlarında təklif olunan arxitektura, qurğular, vasitələr, ətraf mühit və xidmətlərin mövcudluğu vacibdir. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
- Dörd ulduz kateqoriyası üzrə bütün meyarların bu kateqoriya üzrə də vacibliyi
- Mehmanxanada minimum 2 lüks nömrənin olması
- 24 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması, müxtəlif dillərdə danışan heyyət;
- Qapıçı, qarşılayan şəxs
- Çox saylı oturacaqları və sərinləşdirici içkilər təklif edən geniş qəbul otağı
- Hər bir qonağın xüsusi olaraq güllərlə və/ya otaq daxilində hədiyyə ilə qarşılanması
- 24 saat otaqda kiçik bar və qidalanma eləcədə sərinləşdirici içkilər təklif edən xidmət
- Flakonlarda fərdi baxım məhsulları
- Otaqda internet şəbəkəsinin mövcudluğu
- Otaqda seyfin olması
- Ütüləmə xidməti (1 saata geri qaytarmaqla), ayaqqabı təmizləmə xidməti
- Axşam yataq hazırlığı/işıqların söndürülməsi xidməti
- Digər (Əlavə 1 bax)
6.1. Mehmanxana və mehmanxana tipli obyektlərin bu standartla müəyyən edilmiş tələblərə uyğunluğunu müəyyən edilməsi, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin akkreditasiya olunmuş uyğunluğu qiymətləndirilən qurumu və ya bu sahədə akkreditasiya olunmuş digər uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. 6.2 Mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Ulduz kateqoriyaları bu standartın 3.1-3.11 bəndlərində göstərilən mehmanxana və mehmanxana tipli obyektlərinə verilir.
6.3. Mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirilməsi bu standartın 5-ci hissəsində nəzərdə tutulmuş mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyalarının əsas meyarlarına və bu standartın Əlavə 1 nəzərdə tutulmuş qiymətləndirilmə meyarlara uyğun bal hesablanması əsasında aparılır.
6.4. Ulduz kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə mehmanxana və mehmanxana tipli obyektlər standartın Əlavə 1-də göstərilən meyarlar əsasında qiymətləndirilərək müvafiq ballar verilir. Standartın Əlavə 1-də verilən “M” hərfi minimal tələb olunan meyarı göstərir.Balların toplanılması nəticəsində müvafiq ulduz kateqoriyası üzrə minimal balları və həmçinin minumal meyarlar üzrə balları toplamış obyektə müvafiq ulduz kateqoriyası verilir.
6.5. Müvafiq ulduz kateqoriyasının verilməsi üçün minimal bal miqdarı aşağıdakı kimi olmalıdır:
6.6. Balların sayı ulduz kateqoriyası üçün müəyyən olunmuş səviyyədən 10% aşağı olarsa, lakin minimal meyarlar üzrə bal sayı kifayət edərsə, uyğunluğu qiymətləndirən qurum tərəfindən ulduz kateqoriyasının şərti verilməsi barədə qərar qəbul olunur.
Bu zaman sifarişçiyə 10% bal çatışmamazlığını aradan qaldırmaq üçün 3 ay vaxt verilir. Bu tələb icra olunmadıqda aşağı ulduz kateqoriyası verilir.
6.7. Ulduz kateqoriyası üçün minimal bal miqdarı toplandığı, lakin minimal meyarlar üzrə bal sayı minimal səviyyədən 10% aşağı olarsa, uyğunluğu qiymətləndirən qurum tərəfindən ulduz kateqoriyasının şərti verilməsi barədə qərar qəbul olunur. Bu zaman, sifarişciyə bal çatışmamazlığını aradan qaldırmaq üçün 30 təqvim günü vaxt verilir. Bu tələb icra olunmadıqda aşağı ulduz kateqoriyası verilir.
6.8. Qiymətləndirmənin nəticəsi olaraq uyğunluğu qiymətləndirən qurum tərəfindən 2 (iki) nüsxədən ibarət akt tərtib edir. Aktda bu standartın Əlavə 1 göstərilən meyarlar üzrə verilən ballar göstərilir. Akt əsasında müvafiq ulduz kateqoriyasının verilməsi barədə və ya bir ulduz kateqiyası üçün tələb olunan balları toplaya bilməyən obyektdə ulduz kateqoriyasının verilməsindən imtina olunması barədə ətraflı əsaslandırılmaqla qərar qəbul edilir.
6.9. Qiymətləndirmə nəticəsində müvafiq ulduz kateqoriyasının verilməsi barədə qərara uyğun olaraq ulduz kateqoriyasını müəyyən edən sertifikat verilir.
Təmizlik və gigiyenik cəhətdən mükəmməl təklif hər bir kateqoriyada əsas şərtdir.
Bütün mexanizmlər və avadanlıqlar işlək və qüsursuz vəziyyətdədir
Mehmanxana barədə ümumi təəsürat tələbləri üçün qənaətbəxşdir
Bütün xidmətlər ixtisaslı və tanına bilən (döş nişanları, uniforma və s.) heyət tərəfindən təqdim edilir
Birbaşa olaraq mehmanxanada dayanacaq
Avtobuslar üçün dayanacaq imkanları
Elektriklə işləyən nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələri (avtomobil, elektriklə işləyən velosipedlər və.s)
Nömrələrin minimum 50 %-nin eyvan və ya terrasalara birbaşa çıxışı
Əlil şəxslər üçün imkanlar
Məhdudiyyətsiz– A Kateqoriyası
Məhdudiyyətsiz– B kateqoriyası
Məhdudiyyətsiz– C Kateqoriyası
Məhdudiyyətsiz– D Kateqoriyası
II. Qeyd-qəbul və xidmətlər
Ayrıca sahə (İşlək cəhətdən müstəqil sahə, tək masa)
Ayrıca qeyd-qəbul masası
Qəbul masasının yanında yumşaq mebel dəsti
Oturacaqlar vəiçki xidməti ilə lobbi
Bir neçə növ oturacaq və içki xidməti ilə qəbul zalı
Qeyd-qəbul masası xidmətləri (daxildən və xaricdən telefon vasitəsilə qəbul olunur 24 saat)
Qeyd-qəbul 14 saat açıqdır (daxildən və xaricdən 24 saat ərzində telefon vasitəsilə qəbul olunur)
Qeyd-qəbul 16 saat açıqdır (daxildən vəxaricdən 24 saat ərzində telefon vasitəsilə qəbul olunur)
Qeyd-qəbul 24 saat açıqdır (daxildən və xaricdən 24 saat ərzində telefon vasitəsilə qəbul olunur)
Ekspress çek-out xidməti (Mehmanxanadan qonaqların təcili getməsi üçün xidmət)
İki xarici dil bilən işçi heyəti (rus dili/ ingilis dili)
Çoxdil bilən işçi heyəti (rus dili, ingilis dili və ən azı daha bir xarici dil)
Surət çıxaran və ya skan etmə imkanları
Xidmətçi vasitəsilə maşınların park edilməsi (29-32 hər biri ayrıca şəxs olmaqla)
Qapıçı xidməti (29-32 hər biri ayrıca şəxs olmaqla)
Konsyerj (29-32 hər biri ayrıca şəxs olmaqla)
Bel boy (29-32 hər biri ayrıca şəxs olmaqla)
Tələb olunduğu halda baqaj daşıma xidməti
Mehmanxanaya gələn və gedən qonaqlar üçün saxlama kamerası xidməti
Otaqların təmizlənməsi/ camaşırların dəyişdirilməsi
Nömrənin gündəlik təmizlənməsi
Tələb edilərsə dəsmalın gündəlik dəyişdirilməsi
Həftədə azı bir dəfə çarpayı mələfəsinin dəyişdirilməsi
Həftədə azı iki dəfə çarpayı mələfəsinin dəyişdirilməsi
Tələb edilərsəçarpayı mələfəsinin gündəlik dəyişdirilməsi
Çamaşırxana və ütü xidməti
Kimyəvi təmizləmə/quru təmizləmə (çatdırılma 09:00-dan əvvəl, geri qaytarılma 24 saat ərzində olmaqla)
Kimyəvi təmizləmə/quru təmizləmə (çatdırılma 09:00-dan əvvəl, geri qaytarılma 9 saat ərzində olmaqla)
Ütü xidməti (1 saat ərzində qaytarmaq şərtilə)
Camaşırxana və ütü xidməti (razılaşdırıldığı kimi qaytarmaq şərtilə)
Camaşırxana və ütü xidməti (çatdırılma 09:00-dan əvvəl, geri qaytarılma həmin gün (həftə sonu istisna edilməklə)
Camaşırxana və ütü xidməti (çatdırılma 09:00-dan əvvəl, geri qaytarılma 9 saat ərzində olmaqla)
Bank ödəniş kartlarının qəbulu
İnformasiya Texnologiyaları üzrə daxili dəstək
Qeyd-qəbul bölməsində/nömrədə çətir
Gündəlik qəzetlər (çap və ya elektron variantda)
Ayaqqabı cilalama xidməti
Transfer və ya avtomobil sifarişi xidməti
Sanitariya məhsullarının təklif edilməsi (məsələn, diş fırçası, diş pastası, təraş komplekti)
Hər bir qonaq üçün otaqda təzə gül və ya hədiyyə ilə şəxsi salamlama (yalnız təkcə televizorun ekranında “xoş gəldiniz” mesajı kifayət etmir)
Qonaq mehmanxanaya gəlib çatan zaman onu otağa qədər müşayiət
Əlavə otaq yoxlaması kimi axşam vaxtı çarpayıların açılması xidməti
Otaqlar haqqında ümumi məlumatlar
Nömrələrin ölçüsü (sanitar qovşağı daxil olmaqla) ≥ 14 m
Nömrələrin ölçüsü (sanitariya qovşağı daxil olmaqla) ≥ 18 m
Nömrələrin ölçüsü (sanitariya qovşağı daxil olmaqla) ≥ 22 m
Nömrələrin ölçüsü (sanitariya qovşağı daxil olmaqla) ≥ 30 m
Otaqların minimum 50 %-i siqaret çəkilməyən otaqlardır
Minimum 13 sm qalınlığında müasir və yaxşı saxlanılan döşəklərlə yataq sistemi
Minimum 18 sm qalınlığında müasir və yaxşı saxlanılan döşəklərlə yataq sistemi
Elastik sistemlə minimum 22 sm qalınlığında müasir və yaxşı saxlanılan döşəklərlə yataq sistemi
Erqonomik nizamlanan yataq sisteminin mövcudluğu
0,80 m x 1,90 m ölçüdə tək çarpayı və 1,60 m x 1,90 m ölçüdə qoşa çarpayı
0,90 m x 1,90 m ölçüdə birnəfərlik və1,80 m x 1,90 m ikinəfərlik çarpayılar
0,90 m x 2,00 m ölçüdə tək və 1,80 m x 2,00 m ölçüdə qoşa çarpayı
1,00 m x 2,00 m ölçüdə tək çarpayı və 2,00 m x 2,00 m ölçüdə qoşa çarpayı
Çarpayıların ən az 10 %-i 2,10 m və ya daha çox uzunluğundadır
Döşəklər üçün gigiyenik örtüklər
Yeni alınmış döşəkçələrin ən maksimal istifadə müddəti 3 ildir
Döşəklərin illik yuyulması və hərtərəfli təmizlənməsi (təsdiq edici sənəd göstərilməlidir)
Tələb olunduqda allerqiyaya qarşı yataq üzlükləri
Müasir və yaxşı vəziyyətdə olan yorğan
Tələb edilərsə əlavə yorğan
Müasir və yaxşı vəziyyətdə olan yastıq
Yastıqların illik təmizlənməsi həyata keçirilir və ya hər birinin maksimal istifadə müddəti 1 ildir
Tələb olunduğu halda əlavə yastıq
Hər bir şəxsə iki yastıq
Müxtəlif yastıq seçimi
Otağı qaranlıqlaşdırmaq üçün imkanlar (məsələn, pərdə)
Otağı tamamilə qaranlıq etmək üçün imkanlar (məsələn, pəncərə örtüyü və ya qaranlıq örtüyü)
Tüllər, pərdələr, ştorlar
Çarpayının qarşısı üçün yuyulan xalça
Yuxudan oyatmaq üçün zəng xidməti və ya müvafiq cihaz
Müvafiq qarderob və ya paltar taxçası
Yataq dəsti üçün rəflər
Müvafiq sayda asılqan
Paltar asmaq üçün müxtəlif asılqanlar
Paltar asmaq üçün şkaf və ya asılqanla
Əl çantası asmaq imkanı (şkafdan kənarda)
Hər çarpayı üçün 1 oturacaq, ən azı bir stul
Yanında masa/ jurnal masası olan 1 rahat oturacaq (açılmayan stul/divan)
İki nəfərlik otaq və ya suit nömrələrdə 1 əlavə rahat oturacaq
Ən azı 0,5 mboş iş yeri və müvafiq işıqlandırması olan masa və ya iş masası
Çarpayının yanında tumba
Otaqda elektrik razetkası
Masa, və ya iş masası yanında əlavə elektrik razetkası
Çarpayının yanında elektrik razetkası
Otağın işıqlandırılması üçün mərkəzi elektrik düyməsi
Otağın işıqlandırılması üçün çarpayının yanında elektrik düyməsi
Otağın tamamilə işıqlandırılması üçün çarpayının yanında elektrik düyməsi
Müvafiq otaq işıqlandırması
Çarpayının yanında yazı oxumaq üçün işıq
Yük / çamadanı qoymaq üçün yer
Kağız üçün zibil qabı
Şəxsi əşyaların saxlanılması
Şəxsi əşyaların saxlama mümkünlüyü (məsələn, qeyd-qəbul bölməsində)
Mərkəzi seyf (məsələn, qəbulda)
Səs nəzarəti/ havalandırma
Pəncərələrdə müvafiq səsdən qorunma
Səs izolyasiyalı qapılar və ya iki laylı qapı
Mərkəzi qaydada tənzimlənən hava kondisioneri olan otaqlar
Fərdi qaydada tənzimlənən hava kondisioneri olan otaqlar
Qonaqlar üçün ümumi ərazidə hava kondisioneri (restoran, dəhliz, giriş zalı, səhəryeməyi üçün otaq )
Əyləncə elektronikası
Ümumi ərazidə müvafiq otaq atmosferinin (işıq, ətir, musiqi, rəng və s.) yaradılma imkanı
Audio və ya multimedia pleyer
Vanna otağında electronik media imkanları
Pultlu (uzaqdan idarəetmə) televizor
Televiziya proqramlarının cədvəli ilə birlikdə nömrə üçün müvafiq ölçüdə televizor
Televiziya proqramlarının cədvəli və proqram ilə birlikdə nömrə üçün müvafiq ölçüdə müasir televizor
Süit nömrələr üçün mübafiq ölçüdə əlavə müasir televizor
Milli və beynəlxalq televiziya kanlları
Uşaqlar tərəfindən istifadə olunmasını əngəlləmək imkan imkanları olan ödənişli televiziya və ya video oyunlar
Tələb olunduqda beynəlxalq adapterla təmin olunması
Tələb olunduğu halda birdən çox elektrik avadanlıqları üçün enerji doldurma yerləri və ya müxtəlif adaptorlar
Bütün qonaqlar üçün istifadə olun bilən telefon
Tələb olunduğu halda nömrədə iki dildə istifadə təlimatı olan (mobil) telefon
Nömrədə çoxdilli istifadə təlimatı ilə birlikdə telefon
İctimai ərazidə internetə çıxış (məsələn, geniş zolaqlı, WLAN (daxili şəbəkə vasitəli))
Nömrədə internetə çıxış (məsələn, geniş zolaqlı, WLAN)
İctimai yerdəcap etmə imkanları ilə internet
Tələb olunduğu halda nömrədə internet avadanlığı
Nömrədə İnternet avadanlığı
Mehmanxana haqqında məlumat(Mehmanxana haqqında məlumat ərizəyə daxil edilməlidir)
Ikidilli xidmət təlimatı A – Z (A–Z xidmət təlimatı ərizəyə əlavə olunmalıdır)
Çoxdilli xidmət təlimatı A-Z (A–Z xidmət təlimatı ərizəyə əlavə olunmalıdır)
Mehmanxanın daxili ictimai yerlərdə müvafiq regiona dair məlumat materialı
Nömrədə gündəlik qəzet (çap və ya elektron)
Nömrədə qonaqlar üçün jurnal
Yazı vasitələri və qeyd kitabçası
Tələb olunduqda otaqlarda ütü, ütü masası masası və ya ütü otaqı
Otaqlarda ütü və ütü masası
Tələb olunduğu halda tikiş dəsti
Nömrədə ayaqqabı üçün dabankeş
Tələb olunduğu halda ayaqqabı cilalama ləvazimatı
Nömrədə ayaqqabı cilalama ləvazimatı
Mehmanxanada ayaqqabı cilalama aparatı
Nömrə qapısında əlavə kilid mexanizmi
Hamam otağı haqqında ümumi məlumatlar
Hamam otağı/sanitariya avadanlıqları ≥ 5m
Hamamotağı/sanitariya avadanlıqları≥7.5m
Nömrələrin 100 %-da duş, tualet və ya yuyunma yeri/tualet var
Nömrələrin 100 %-da duş vətualet və ya vanna/tualet var, və o cümlədən otaqların 50 %-də ayrıca olaraq hamam vannası və duş kabinəsi var
Nömrələrin 30 %-də ayrıca tualet var
İki nəfərlik otaqlar və süitlərdə qoşa əlüzyuyan
Nömrədə ayaqqabı üçün dabankeş
Vanna otağı üçün yuyulması mümkün olan örtük
Əlüzyuyan üstündə müvafiq işıqlandırma
Sürüşmənin qarşısını alması üçün hamamda daimi ya götürülən ayaqaltı
Hamam otağında təhlükəsizlik dəstəyi
Güzgüyə yaxın olan elektrik razetkası
Əlüzyuyanın yanında güzgü
Çevrilən əlüzyuyanın yanında güzgü
İşıqlandırılan əlüzyuyanın yanında güzgü
Dəsmal asılqanı və ya dəsmal qarmaqları
Vanna otağında qızdırıcı avadanlıq
Qızdırılan dəsmal asılqanı
Sabun və kosmetik məhsullar üçün qab
Sabun və kosmetik məhsullar üçün geniş qab
Sabun və ya bədən yumaq üçün sabun
Hamam məhlulu və ya duş geli
Flakonlarda şəxsi baxım məhsulları
Əlavə kosmetik məhsullar (məsələn, duş papağı, dırnaq pilkası, pambıq tamponu, pambıq yun yastıqça, bədən losyonu)
Təmizləyici salfetlər
Ehtiyat tualet kağızı
1 şəxs üçün 1 əl dəsmalı
1 şəxs üçün 1 hamam dəsmalı
Tələb olunduğu halda hamam xalatı
Tələb olunduğu halda otaq tərlikləri
Tələb olunduğu halda fen
Tələb olunduğu halda hamam otağı üçün taburet
Mehmanxanada içki təklifi
Nömrə xidməti vasitəsilə16 saatlıq içki təklifi
Nömrə xidməti vasitəsilə 24 saatlıq içki təklifi
Hər mərtəbədə maksi barın mövcudluğu
Mini bar (içki və yüngül qəlyanaltılarla)
Qəhvə hazırlayan aparat və ya otaqda bütün aksessuarları ilə birlikdə çay üçün su qaynadan
Bar (həftədə minimum 6 gün açıqdır)
Bar (həftədə minimum 7 gün açıqdır)
Səhər yeməyi üçün otaq
Geniş çeşiddə səhər yeməyi
Səhər yeməyi bufeti və ya ekvivalent səhər yeməyi menyu kartı
Xidmət ilə səhər yeməyi bufeti və ya otaq xidməti vasitəsilə ekvivalent səhər yeməyi menyu kartı
Milli səhər yeməyi menyusu
Otaq xidməti vasitəsilə səhər yeməyi menyu kartı
Mehmanxanada yeməklərin təklifi
14 saat ərzində otaq xidməti vasitəsilə yemək təklifi
24 saat ərzində otaq xidməti vasitəsilə yemək təklifi
Restoran həftədə ən azı 5 gün açıqdır.
Restoran həftədə ən azı 6 günaçıqdır.
Restoran həftədə 7 gün açıqdır.
Diyetik mətbəx (dieta üzrə mütəxəssis aşpaz, dieta üzrə mütəxəssis və ya qidalanma üzrə alim)
V. Tədbir avadanlıqları
Ən azı 50 nəfər üçün banket zalı
Ən azı 100 nəfər üçün banket zalı
Ən azı 250 nəfər üçün banket zalı
Azı 36 m-dən 100 m-əqədər olan konfrans otağı, tavanın hündürlüyü ən azı 2.50 m
100 m–dən böyük sahəsi olan konfrans otağı, tavanın hündürlüyü ən azı 2.75 m
250 m–dən böyük sahəsi olan konfrans otağı, tavanın hündürlüyü ən azı 3.50 m
Biznes mərkəzi (ayrıca ofis və mövcud işçi heyəti)
Konfrans otaqlarının texnologiya imkanları
Konfrans xidməti (ayrıca şöbə və mövcud işçi heyəti)
Oturacaq yerlərə uyğun elektrik çıxışlar (razetka)
Konfrans zalında təbii işıqlandlırma, qaranlıq yaradılması üçün imkan olması
Konfrans otaqlarında fərdi şəkildə idarə olunan hava kondesioneri
Mehmanxana ərazisində (içəri və ya çöldə) müvafiq rekreasiya avadanlıqları (tenis, çimərlik, qolf və s.)
İdman avadanlıqlarının icarəsi (məsələn, xizək, qayıq, velosiped)
Azı 4 müxtəlif idman avadınlığı olan trenajor zalı
Spa/ gözəllik salonu xidmətləri
Masajlar (məsələn, bütöv bədən masajı, limfa drenajı, şiatsu, ayaq refleksologiyası)
Ayrıca istirahət otağı
Sauna (minimum 6 yerlik ölçüdə)
Azı 4 müxtəlif növ müalicə növünü özündə birləşdirən gözəllik salonu (məsələn,üz, manikür, pedikür, dərinin təmizlənməsi, stresin aradan qaldırılması üçün masaj)
Azı 4 müxtəlif növ müalicə növünü özündə birləşdirən spa salonu
Üzgüçülük hovuzu (açıq) və ya üzgüçülük gölməçəsi
Üzgüçülük hovuzu (qapalı)
Həftədə ən azı 3 dəfə peşəkar heyət tərəfindən uşaq qayğısı (3 yaşından kiçik uşaqlar üçün)
Həftədəən azı 3 dəfə peşəkar heyət tərəfindən uşaq qayğısı (3 yaşından böyük olan uşaqlarüçün)
Uşaqlar üçün ərazi (oyun otağı /oyun meydançası)
Qonaqlar üçün ayrıca istirahət otağı (səhər yeməyi otağı və restorana əlavə olaraq)
Oxu və yazı otağı (ayrıca yer)
Kitabxana (ayrıca yer)
Aparıcı /animasiya proqramı
VII. Keyfiyyət göstəriciləri və onlayn imkanlar
Şikayətlərin sistematik şəkildə idarəolunması sistemi
Qonaqlardan sistematik şəkildə sorğu alınması
EHQ (Avropa Qonaqpərvərlik Keyfiyyəti) mexanizminə uyğun olaraq və ya oxşar sistemə əsasən keyfiyyətin idarəetməsi sistemi
Mehmanxananın faktiki durumunu əks etdirən şəkilləri olan internet səhifəsi
Mümkün olan elektron sifariş sistemləri vasitəsilə operativ şəkildə təxsis edilməsi
Yola salınan və ya yolasalınmış qonaqların portal və ya internet səhifəsində rəy bildirmək imkanı
VIII. Minimum qiymətlər
Mehmanxana və mehmanxana tipli obyektlər
Əlavə ballar (superior)
Ləvazimatlar və avadanlıqlar müvafiq qaydadadır və texniki xidmət göstərilir.
Ləvazimatlar və avadanlıqlara texniki xidmət göstərilir və uyğunlaşdırılır.
Ləvazimatlar və avadanlıqlar daimi olaraq forma və rəng cəhətdən uyğunlaşdırılır. Ümumi təəssürat orta-yüksək rahatlığa işarə edir.
Ləvazimatlar və avadanlıqlar yüksək keyfiyyətdədir və birinci dərəcəli rahatlığı təklif edir. Ümumi zahirən təəssürat forma, rəng və material nöqteyi nəzərindən daimi olaraq uyğunlaşdırılır.
Ləvazimatlar və avadanlıqlar yüksək keyfiyyətlidir və ən yüksək rahatlığı təklif edir. Ümumi zahirən təəssürat forma, rəng və material nöqteyi nəzərindən daimi olaraq uyğunlaşdırılır.
5 ulduzlu mehmanxanalarda yerüstü dayanacaq imkanı olmayan təqdirdə
Əgər üç mərtəbədən çox olarsa (birinci mərtəbə daxil olmaqla).
Təkərli əlil arabası və ya köməyə qismən ehtiyacı olan əlil şəxslər.
Elektrik təkərli araba
Kor və ya görmə qüsuru olan şəxslər.
Kar və ya eşitmə qüsuru olan şəxslər.
Ayaqqabı cilalama xidmətinin əvəzində, mehmanxanada ayaqqabı cilalama aparatı təklif oluna bilər. Mehmanxanadakı ayaqqabı cilalama ləvazimatı həmçinin ekvivalent hesab olunur
Ayaqqabı cilalama xidmətinin əvəzinə, mehmanxanada cilalama aparatı təklif oluna bilər.
Həmçinin İkinci xidmət adlanır. Dəsmalların dəyişdirilməsi, çarpayı örtüyünün çıxarılması, kağız üçün zibil qabının boşaldılması və s.
Mehmanxana bu ölçüdən aşağı olan məhdud sayda (15% maks.) otaqlara malik olduğu halda, bu ölçüdən aşağı olması barədə otaq müqaviləsi imzalanmamışdan əvvəl qonağa məlumat verilməlidir.
Kiçik suit nömrələr” nəzərdə tutulmayıb. Suit nömrələr ən azı iki ayrı otaqdan ibarət olur, onlardan biri yataq otağı və digər isə yaşayış sahəsi kimi təchiz edilib. Otaqlarınarakəsməsində qapı olmasına ehtiyac yoxdur, açıq olması kifayət edir. Vəziyyətdən asılı olaraq istirahət mənzil prinsipcə lüks nömrə sayılmır. Qonaqların mehmanxananın xidmətlərindən tam istifadə etmələrinə imkan yaratmaq üçün lüks nömrələr mehmanxananın binasında saxlanılmalıdır.
Sistemin əsası yaylı döşək və ya digər ekvivalent sistem ola bilər.
Qoşa çarpayının əvəzində iki ayrı çarpayı və ya bir geniş ölçülü (1.50 m x 2.00m) çarpayı olduğu halda, qonağa bu standartdan aşağı olmağı barədə otaq müqaviləsi bağlanmamışdan əvvəl məlumat verilməlidir. Əgər, mehmanxananın müvafiq kateqoriya üçün göstərilən ölçülərdən aşağı məhdud sayda (max 15%) yataq yeri varsa, müştəri ilə müqavilə bağlanılmadan bu barədə ona məlumat verilməlidir.
Sadə döşək üzlüyü qəbul edilmir. Yuxarı hissəsi açıq pambıq və ya sintetik materiallardan hazırlanmış, yuyula bilən, havalandırıla bilən, gənələrdən və onların toxumalarından təmizlənmiş döşək üzlükləri bu meyarı yerinə yetirə bilər.
Artıq rütubət olmadığı halda və gənələr öldürüldüyü halda və ya onların artımının qarşısı alındığı halda, bu meyar icra olunur.
Qonaq müxtəlif yastıq növlərini seçə bilər
Tək məftilli asılqanlar bu meyarı həyata keçirmir
Radio qəbuletmə mehmanxananın televizor və ya mərkəzi telekommunikasiya sistemi vasitəsilə təşkil oluna bilər.
Qonaq qeydiyyata düşən zaman bu təklif barədə məlumatlandırılmalıdır.
Və ya otaqda internetə çıxış.
Bu mehmanxana məlumatlarına ən azı səhər yeməyinin müddəti, qeydiyyat müddəti, və obyektlərinin açılış saatları daxildir.
Tələb olunduğu halda tikiş vasitələri əvəzində tikiş xidmətləridə təklif oluna bilər
Tələb olunduğu halda, ayaqqabı cilalama ləvazimatının əvəzində ayaqqabı cilalama xidmətidə təklif oluna bilər. Mehmanxanada ayaqqabı cilalama aparatı bu meyarı həyata keçirir.
Tələb olunduğu halda otaqda ayaqqabı cilalama ləvazimatının əvəzinə ayaqqabı cilalama xidməti təklif edilə bilər.
Mehmanxanada ayaqqabı cilalama aparatının əvəzinə ayaqqabı cilalama xidməti təklif edilə bilər. Otaqda qoyulan ayaqqabı cilalama ləvazimatı bu meyarı həyata keçirir.
Mehmanxanada ayaqqabı cilalama aparatının əvəzinə ayaqqabı cilalama xidməti təklif edilə bilər.
Bu ölçüdən aşağı olması barədə otaq müqaviləsi imzalanmamışdan əvvəl qonağa məlumat verilməlidir.
Mehmanxananın otaqlarının 15 %-dən çoxu özəl hamam və tualetlə təchiz edilmədikdə, lakin əvəzində ayrıca hamam və tualet təklif edildikdə müştəri ilə müqavilə bağlanılmadan bu barədə ona məlumat verilməlidir.
Yuyunma otağı sanitar qurğular və tualet arasında arakəsmə ilə inşa edildiyi halda, duş pərdəsinin və ya duş şirmasının mövcud olması zəruri deyil
“Qızdırılan dəsmal asılqanı” meyarı həyata keçirildiyi halda, Minimum meyar icra olunacaqdır.
Hamam məhlulu və ya duş geli həmçinin şampun kimi istifadə edilə bildiyi halda bu meyar həyata keçirilmiş hesab olunur.
Və ya minibar və ya maksibar
Təklif olunan məhsullar otaq qiymətinə əlavə edilə bilər.
Otaq xidməti vasitəsilə 16 saatlıq içkilər, (dəmir və ya kağız pulla siqaret, qəhvə, şirniyyat və.s alınması üçün aparat).
Yuxarıda göstərilən “bar” sadə içki xidmətindən daha çox fəaliyyət göstərir. O, restorandan ayrı olmalıdır.
Geniş səhər yeməyinə ən azı bir isti içki (məsələn, qəhvə və ya çay), meyvə şirəsi, meyvə və ya meyvə salatı, çörək seçimi və yağ, cem, soyuq məhsullar və pendir daxildir
Yumurta, yumurta omleti və müsli (qoz, fındıq və qurudulmuş meyvə və dənli bitki qarışığı) ilə geniş səhər yeməyi kimi eyni məhsul seçimi ilə özünə xidmət təklifi
“Azerbaijan breakfast” milli səhər yeməyi kompleksi
Onların hər biri müxtəlif format, menyu və yerləşdirmə yerinə malikdir
Üç çeşidli menyu və ya “sərbəst” menyu və ya bufet
Üç çeşidli seçimli menyu və ya “sərbəst” menyu və ya bufet
Üç çeşidli seçimli menyu və ya “sərbəst” menyu və ya şam yeməyi üçün bufet
Üç çeşidli seçimli menyu və ya “sərbəst” menyu və ya nahar və şam üçün bufet
Menyu kartında regional və milli xüsusi assortimentin mühüm bir hissəsi təsvir olunur. Qida məhsullarının əksəriyyəti yerli mənşəlidir.
Konfras otağı müvafiq qaydada işıqlandırılmalı (200 lux) İnternetlə, telefonla və lazımi avadanlıqlarla təchiz olunmalıdır.
Əgər 236-238 meyarlar yetirilibdirsə
Hər bir konfrans otağı üçün minimum meyar
Xidmətlər mehmanxana ərazisində yerləşir və istifadə xərcləri otaq qiymətlərinə əlavə edilə bilər.
Fitnes otağı minimum 20m ölçüdə olur
Kabinələr minimum 10mölçüdə olur
İstirahət otağı minimum 20 m ölçüdə olur.
Sauna növləri: İsti/quru (məsələn Fin saunası), ilıq/asan tərlədən (məsələn,Tepidarium) və ya ilıq/ağır tərlədən (məsələn, buxar otağı)
Açıq üzgüçülük hovuzu qızdırılır və minimum 60mölçüsündə olur. Xidmət olunmasının təsdiq sənədləri yoxlanılmalıdır. Lazımi xidmət göstərilməyən halda balların sayı iki dəfə azaldılır.
Üzgüçülük hovuzu əl ilə hazırlanıb, kimyəvi su hazırlanması dayandırıldığı halda üzmək və ya çimmək üçün bədən suda qalır
Qapalı üzgüçülük hovuzu qızdırılır minimum 40mölçüsündə olur. Xidmət olunmasının təsdiq sənədləri yoxlanılmalıdır. Lazımi xidmət göstərilməyən halda balların sayı iki dəfə azaldılır.
Sistematik şikayətlərin idarə olunması sisteminə strukturlaşdırılmış şikayətlərin qəbulu, qiymətləndirilməsi və cavab verilməsi daxildir
Mehmanxanaların xidmətlərinin keyfiyyəti barədə qonağın fikirlərinin aktiv və sistematik şəkildə toplanması və qiymətləndirilməsi, zəifliklərin təhlili və təkmilləşdirmənin həyata keçirilməsi
Şəkillər mehmanxananın xarici görünüşünü və otaqların görüşünü əks etdirməlidir.
Adi elektron poçt qəbul edilmir.
- “İSO 18513: Turizm xidmətləri-Mehmanxanalar və digər növ yerləşdirmə obyektləri. Terminologiya”;
- “İSO 9001:2008 Keyfiyyətin idarə olunmasi sistemi”;
- “Hotelstars Union” Avropa Mehmanxanalar Assosiasiyasının təsnifat meyarları və yoxlama sistemi”;
- “İSO 18001: Təhlükəsizlik sistemlərinin idarə olunması və İSO 22000: Qida məhsullarının təhlükəsizliyi”.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən İŞLƏNİB HAZIRLANIB, “Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК-02) müzakirə olunub və TƏQDİM EDİLİB.
2. Bu standart Belarus Respublikasının “Tехнический кодекс установившейся практики “Пищевые продукты. Правила маркировки знаком «Не содержит ГМО». Основные положения” normativ sənədinin əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən İŞLƏNİB HAZIRLANIB, “Yeyinti və kənd məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК-02) müzakirə olunub və TƏQDİM EDİLİB.
2. Bu standart Belarus Respublikasının “Tехнический кодекс установившейся практики “Пищевые продукты. Правила маркировки знаком «Не содержит ГМО». Основные положения” normativ sənədinin əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
“Tərkibində GMO yoxdur”
nişanı ilə markalanma qaydaları
ПРАВИЛА МАРКИРОВКИ ЗНАКОМ
Rules for marking with the sign
Bu standartda qida məhsullarının könüllü “Tərkibində GMO yoxdur” nişanı ilə markalanmasının və istehsalçıların, idxalçıların və istehsalçının səlahiyyətli nümayəndəsi tərəfindən istifadəsinin tətbiqi üçün nəzərdə tutulur.
Bu standartda aşağdakı standartlara istinadlar olunmuşdur:
AZS 843-2015 (ГОСТ Р 51074-2003) Qida məhsulları. İstehlakçılar üçün məlumat. Ümumi tələblər.
Qeyd: Bu standartdan istifadə edərkən cari ilin 1 yanvar tarixində tərtib edilmiş və cari ildə müvafiq məlumat göstəriciləri ilə çap edilmiş kataloq üzrə texniki tənzimlənmə və standartlaşdırma sahəsində texniki normativ hüquqi aktların (TNHA) fəaliyyətini yoxlamaq məqsədəuyğundur.
Əgər ТNHA-da istinadlar əvəz olunarsa (dəyişdirilərsə), onda bu standartdan istifadə edərkən əvəzedilmiş (dəyişdirilmiş) ТNHA-dan istifadə edilməlidir. Əgər TNHA istinadları əvəz edilmədən ləğv edilibsə, onda istinadda verilmiş müddəa istinada aidiyyatı olmayan hissələrdə tətbiq olunur.
Bu standartda AZS 843-2015 (ГОСТ Р 51074-2003) təsbit olunmuş terminlər, və eyni zamanda müvafiq təriflərlə aşağıdakı terminlər istifadə olunur:
3.1 “Tərkibində GMO yoxdur” markalanma nişanı: Qida məshulunun istehlak tarasının üzərinə vurulan və verilmiş qida məhsulunun tərkibində genetik modifikasiyaya uğramış orqanizmin saxlamadığını və gen mühəndisliyi üsulları tətbiq olunmadan istehsal edildiyi barədə məlumatı istehlakçıya çatdırmaq üçün qrafik təsvir
3.2 Genetik modifikasiya olunmuş orqanizm (GMO): gen mühəndisliyi üsulları alınmış və tərkibində gen materialının yeni kombinasiyası olan canlı orqanizm.
3.3 Ərizəci: Könüllü ardıcıllıqla bu bu standartda verilmiş bütün şərt və tələbləri yerinə yetirən, “Tərkibində GMO yoxdur” nişanını qida məhsullarına markalanmasını həyata keçirməyə hazırlaşan istehsalçı.
4 Qida məhsulların markalanma qaydaları
4.1 Könüllü markalanmanın məqsədləri:
- qida məhsulları haqqında geniş və həqiqi məlumatların alınması üçün istehlakçının hüquqların reallaşdırması;
- qida məhsulların bilikli seçimində istehlakçılara yardım göstərilməsi;
- qida məhsulların rəqabət qabiliyyətinin artırılması.
4.2 Üzərində “Tərkibində GMO yoxdur” nişanı olan ərzaq məhsullarının tərkibində GMO olmamalı və bu məhsullar genetik mühəndislik metodlarından istifadə etmədən hazırlanmalıdırlar.
4.3 Məhsulların könüllü markalanması, GMO-nun olmamasına dair genetik mühəndislik metodlarından istifadə etməklə alınan genetik modifikasiya tərkiblərinin (komponentlərin) olub-olmamasına qüvvədə olan qanunvericiliyə uyğun olaraq nəzarət olunmalı yeyinti məhsullarına aid edilir.
4.4 Könüllü markalanma ərizə verənin şəxsi vəsaiti hesabına Milli Akkreditasiya Sistemində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır.
4.5 “Tərkibində GMO yoxdur” nişanının vurulmasına əsas yeyinti məhsullarının GMO olmamasına dair keyfiyyət analizlərinin lobarotariya tədqiqatlarının nəticələrini əks etdirən sənədlərin olmasıdır.
4.6 Tədqiqatlar Azərbaycan Resplikasının akkreditasiya sistemi üzrə akkreditasiya olunmuş laboratoriyalarda aparılmalıdır.
4.7 Könüllü markalanma birbaşa istehlak taralarına “Tərkibində GMO yoxdur” nişanını vurulmaqla yerinə yetirilir.
“Tərkibində GMO yoxdur” nişanı həmçinin etiketə, yarlıka, kontretiketə, kolyeretkaya vurula bilər. Nişanın konkret vurulma yerini məlumat verən müəyyənləşdirir.
4.8 “Tərkibində GMO yoxdur” nişanının forması Əlavə A-da verilmişdir.
Nişan ağ rəngli ovaldan ibarət olub, üzərinə açıq-yaşıl rənglə “GMO yoxdur” yazısı çəkilir. Oval açıq-yaşıl haşiyədən, özünü sağa və sola mərkəz ilə ovalın böyük hissəsi kimi göstərən, sola və yuxarı qarışan nisbətən aşağı sağ seqmentlərə üst-üstə düşən sərhəddən ibarətdir.
Hərflərin hündürlüyü 2 mm-dən az olmamalıdır “GMO yoxdur” nişanı tipoqrafik çap üsulu ilə və ya holoqrafik etiket halında vurula bilər.
4.9 Markalanan yeyinti məhsullarına lobarotariya tədqiqatlarının nəticələrinə əsasən “GMO yoxdur” nişanının vurulmasının düzgünlüyünə cavabdehliyi ərizə verən daşıyır.
UDK 664:366.64(083.74)(476) MKС 67.040 KП 01
Açar sözlər: qida məhsulları, markalanma qaydaları, genetik modifikasiya olunmuş orqanizm, “GMO yoxdur” nişanı.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu standart Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən SSAZ 005-2007 “Avtomobil nəqliyyatı vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalari və sahələri” standartının əvəzinə işlənib hazırlanıb və təqdim olunmuşdur.
2. Sahə standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Avtomobil nəqliyyatı vasitələrinə
texniki xidmət göstərən
texniki-təmir stansiyalari və sahələri
Repair technical stations and plots
rendering maintenance service to
automobile means of transports
___________________________________________________________________
Bu standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat vasitələri və onların komponentləri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.
Bu standart L və T kateqoriyalı mexaniki nəqliyyat vasitələri və onların komponentlərinə şamil edilmir.
1. AZS 1.2-96 Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Dövlət standartının işlənmə qaydaları.
2. AZS 1.6-96 Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Standartların tərkibinə, şərhinə, rəsmiləşdirilməsinə və məzmunununa ümumi tələblər.
3. AZS СТБ 960-2013 Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri
4. ГОСТ 3.1109-82 Texnoloji sənədləşmənin vahid sistemi. Əsas anlayışların termin və tərifləri.
5. ГОСТ 15.601-98 Məhsul istehsalının işlənməsi və quraşdırılması sistemi. Texnikanın xidməti və təmiri.Əsas müddəalar.
6. ГОСТ 18322-78 Texniki xidmət sistemi və texniki təmir. Termin və təriflər
7. ГОСТ 25866-83 Texnikanın istismarı. Termin və təriflər.
8. ГОСТ 30335-95 Əhaliyə xidmət. Termin və təriflər.
9. ГОСТ 31286-2005 Yol nəqliyyat vasitələri. Əsas termin və təriflər klasifikasiyası.
3.1 Bu standartda aşağıdakı anlayışlardan istifadə olunur:
3.1.1 Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalari və sahələri (bundan sonra-avtoservis): avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin yerinə yetirilməsi ilə məşgul olan fəaliyyət sahəsi.
3.1.2 istehlakçı (sifarişçi)-nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini sifariş verən fiziki və yaxud hüquqi şəxsdir;
3.1.3 sifariş - avtoservis təşkilatı tərəfindən müəyyən olunmuş qaydada tərtib olunan, nəqliyyat vasitəsinə qulluq üzrə göstərilən xidmətə dair sifarişçinin yazılı və ya şifahi təklifi;
3.1.4 nəqliyyat vasitəsinin saz vəziyyəti (sazlığı)-nəqliyyat vasitələrinin texniki normativlərin, hüquqi aktların və nəqliyyat vasitələri istehsalçılarının texniki sənədlərinin tələblərinə uyğun olduğu vəziyyət;
3.1.5 komponentlər (nəqliyyat vasitəsinin)-nəqliyyat vasitəsinin quraşdırılma istehsalı üçün və (və ya) istismarda olan nəqliyyat vasitələri üçün dəyişilən (ehtiyat) hissələr kimi göndərilən nəqliyyat vasitəsi konstruksiyasının tərkib hissələri;
3.1.6 xidmət (nəqliyyat vasitələrinə)-nəqliyyat vasitələrinin satışöncəsi hazırlığı, texniki xidmət və təmiri, əlavə avadanlıqla komplektləşdirilməsi üzrə fəaliyyət;
3.1.7 satış öncəsi hazırlıq-yeni nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması və satış üçün hazırlanması üzrə nəqliyyat vasitəsi istehsalçısı tərəfindən nəzərdə tutulan kompleks işlər;
3.1.8 nəqliyyat vasitəsi istehsalçısının nümayəndəsi - nəqliyyat vasitələrinin istehsalçısı tərəfindən hazırlanan nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının ərazisində müqavilə əsasında həmin istehsalçının xidmətin təşkili üzrə hüquq və öhdəlikləri üzərinə qoyduğu şəxsdir;
3.1.9 yolda texniki yardım-nəqliyyat vasitəsinin stasionar obyektdən kənarda həyata keçirilməsi mümkün olan texniki qulluq və təmiri üzrə xidmətlər (əlavə yanacaq doldurma, mühərrikin xarici mənbədən işə salınması, qoruyucuların və lampaların dəyişdirilməsi, təkərlərin dəyişdirilməsi, akkumulyatorun dəyişdirilməsi);
3.1.10 texniki xidmət - nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlığına yönəldilmiş kompleks tədbirlərdir.
3.1.11 təminatlı texniki xidmət-göstərilmiş texniki xidmətin təyin edilmiş müddət ərzində təhlükəsiz nəticələrinə və çatışmazlıqların ödənişsiz aradan qaldırılmasına təminat verən avtoservisin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.
4.1 Nəqliyyat vasitələrinə xidmət üzrə işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə və AZS СТБ 960-2013 standartlarına uyğun olaraq təhlükəsizlik tələblərinə əməl olunmalıdır.
4.2 Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə”nin və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” Nümunəvi Əsasnamə”nin tələblərinə riayət olunmalıdır.
4.3 Avtoservis təşkilatları aşağıdakı kateqoriyalara bölünür:
4.3.1 nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatları;
4.3.2 В kateqoriyalı avtoservis təşkilatları-nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin, A - kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;
4.3.3 С kateqoriyalı avtoservis təşkilatları - servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan avtoservis təşkilatlarıdır.
Avtoservis təşkilatlarına dair tələblər onların kateqoriyalarına uyğun olaraq əlavə A-da müəyyən olunmuşdur.
4.4 Nəqliyyat vasitələrinə xidmət zamanı tətbiq olunan sənədlərə aşağıdakılar daxildir:
- nəqliyyat vasitələrinin, onların komponentlərinin texniki vəziyyətinə dair tələbləri müəyyən edən texniki normativ hüquqi aktlar;
- əməyin mühafizəsi sahəsində, ətraf mühitin mühafizəsi sahəsində normativ və texniki normativ hüquqi aktlar;
- nəqliyyat vasitələrinə xidmət üzrə işlərin ayrı-ayrı növlərinin yerinə yetirilməsinə dair tələbləri müəyyən edən texniki normativ hüquqi aktlar;
- nəqliyyat vasitələrinə xidmətin göstərilməsi texnologiyasını (həmçinin sonradan texniki sənədlər adlandırılan əmək tutumu normativlərini, servis kitabçalarını, məlumat sənədlərini) müəyyən edən sənədlər.
4.5 Xidmət nəqliyyat vasitələrinin istehsalçısı (yaxud onun nümayəndəsi) tərəfindən avtoservis təşkilatına təqdim olunan texniki sənədlər üzrə həyata keçirilməlidir.
Nəqliyyat vasitələrinin texniki sazlığı (tormoz sistemləri, sükan idarə mexanizmi, xarici işıq sistemləri, ekoloji tələblər, qüvvədə olan standartlar, texniki-təmir stansiyaları, sahələrinin ölçüləri, eləcə də istifadə olunan ölçü cihazları ilə təmin edilməsinə dair məlumatlar) aidiyyəti orqanlarla razılaşdırılmış və standartlaşdırma üzrə milli orqan tərəfindən ekspertizadan keçmiş texniki sənədlər üzrə həyata keçirilməlidir.
4.6 Nəqliyyat vasitələrinin satışöncəsi hazırlığı onların istehsalçısı (yaxud onun nümayəndəsi) tərəfindən avtoservis təşkilatına rəsmi surətdə təqdim olunan texniki sənədlər əsasında həyata keçirilir.
4.7 Xidmət göstərilən zaman “Ölçmələrin vəhədətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun tipi təsdiq olunmuş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə olunmalıdır.
4.8 Nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi üçün lazım olan texnoloji təchizat vasitələrinin, ölçmə vasitələrinin və texniki diaqnostika vasitələrinin siyahısı, həmçinin onların komplektliyi nəqliyyat vasitələrinə xidmət zamanı tətbiq olunan və istehsalçının texniki sənədləri ilə müəyyən olunur.
4.9 Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalıdır. Avtoservis təşkilatlarının personalının ixtisaslaşması təlim və ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir.
4.10 Xidmət zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti texniki normativ hüquqi aktların və nəqliyyat vasitələri istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun olmalıdır.
4.11 Quraşdırılan yeni avadanlıq nəqliyyat vasitələri istehsalçısının və qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalı və nəqliyyat vasitələrinin iş qabiliyyətini (sazlığını) pozmamalıdır.
4.12 Nəqliyyat vasitələrinə göstərilən xidmətin keyfiyyətinə avtoservis təşkilatı tərəfindən həyata keçirilən nəzarət nəqliyyat vasitələrinin texniki vəziyyətinin təhlükəsizlik və ətraf mühitin mühafizəsinin texniki sənədlərdə və(və ya) aidiyyəti texniki xidmət üzrə texniki normativ hüquqi aktlarda müəyyən olunmuş tələblərinə uyğunluğunun icra olunan iş həcminin hüdudlarında yoxlanmasını nəzərdə tutmalıdır.
Yoxlama avtoservis təşkilatının səlahiyyətli işçisi tərəfindən həyata keçirilməlidir.
4.13 Avtoservis müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır.
5.1 Xidmətə dair sifarişin verilməsi
5.1.1 Konkret avtoservis təşkilatı üçün xidmətlərin siyahısı avtoservis təşkilatlarının kateqoriyaları və nəqliyyat vasitələrinin ГОСТ 31286 üzrə kateqoriyaları və onların konstruksiyalarının xüsusiyyətlərini nəzərə almaqla formalaşdırılır.
5.1.2 sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə stend üzərində aşağıdakı məlumatlar verilməlidir:
- avtoservis təşkilatının iş rejimi;
- göstərilən texniki xidmətlərin siyahısı;
- avtoservis təşkilatı tərəfindən icra olunan işlərin keyfiyyəti üçün məsuliyyət daşıyan inzibati şəxsin soyadı, adı və iş rejimi;
- təminatlı xidmət göstərilməsi üçün normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri;
- sifarişlərin yerinə yetirilməsi müddətləri.
- uyğunluq sertifikatının və sertifikatlaşdırılmış xidmətlər siyahısının surəti.
Avtoservis təşkilatının sifarişçi və ya onun nümayəndəsi ilə birbaşa ünsiyyətdə olan hər bir işçisi üzərində avtoservis təşkilatının (firmanın adı) adının, həmçinin bu işçinin soyadı və adı qeyd olunduğu döş nişanı gəzdirməlidir.
5.1.3 Sifarişlərin rəsmiləşdirildiyi yerdə aşağıdakılar olmalıdır:
- sifarişlərin qeydiyyat jurnalı (və ya məlumatların elektron bazası);
- göstərilən xidmətlər üçün təyin edilən qiymətlər (bir norma-saatın qiyməti) və /və ya göstərilən xidmət qiymətlərinin preyskurantı;
- komponentlərin və materialların qiymətləri (kağız və/və ya elektron daşıyıcılar üzərində);
5.2 Sifarişlərin qəbulu, qeydiyyatı və icrası
5.2.1 Xidmət üçün sifariş sifarişçi tərəfindən avtoservis təşkilatının müəyyən etdiyi qaydada verilir.
5.2.2 Xidmət üçün sifariş aşağıdakı rekvizitlərdən təşkil olunmalıdır:
– sifarişçini müəyyən etməyə imkan verən məlumatlar- nəqliyyat vasitəsi sahibinin və ya nümayəndəsinin soyadı, adı, ünvanı, əlaqə telefonu:
- nəqliyyat vasitəsini müəyyənləşdirən məlumatlar (markası, modeli, buraxıldığı il, qeydiyyat nişanı (mövcud olduqda), zavod nömrəsi və ya komponentin başqa müəyyənləşdirici əlamətləri (mövcud olduqda);
– sifarişçinin görülməsini xahiş etdiyi işlərin siyahısı (və ya nəqliyyat vasitəsinin aradan qaldırılmalı olan nasazlıqlarının siyahısı və ya bu nasazlıqların təsviri);
– sifarişin verildiyi tarix;
– sifariş yazılı qaydada verildiyi halda sifarişçinin (yaxud səlahiyyətli nümayəndəsinin) imzası.
5.2.3 Avtoservis təşkilatı sifarişi qəbul edərək, onu rəsmiləşdirmək üçün sifariş üzərində sifarişçi tərəfindən xidmətin həyata keçirilməsi üçün qoyulan müddəti göstərməli və yaxud sifariş üzərində səbəbi qeyd etməklə, bu sifarişi qəbul etməkdən imtina etməlidir.
Avtoservis təşkilatı yalnız o hallarda xidmət üçün verilən sifarişləri icra etməkdən imtina edə bilər ki, sifarişçinin tələbləri aidiyyəti texniki normativ hüquqi aktın və texniki sənədlərin tələblərinə zidd olsun.
5.2.4 Sifarişlərin qeydiyyatı avtoservis təşkilatının müəyyən etdiyi qaydada həyata keçirilir. Sifariş yazılı qaydada təqdim olunduğu halda avtoservis təşkilatı qeydiyyatdan sonra sifarişi (və ya onun nüsxəsini) sifarişçiyə geri qaytarmalıdır.
5.2.5 Əgər sifarişçi işlərin aparıldığı yerə təyin olunduğu vaxtda gəlmirsə, onda onun nəqliyyat vasitəsi ümumi növbə qaydası ilə qəbul olunur.
5.2.6 Nəqliyyat vasitəsi avtoservis təşkilatına təqdim olunduqdan və xidmətin icrası üçün sifariş qəbul olunduqdan sonra avtoservis təşkilatı xidmətə dair sifarişi rəsmiləşdirir. Xidmətin göstərilməsi üçün nəqliyyat vasitəsini sifarişçinin şəxsən özü gətirdikdə nəqliyyat vasitəsinin qeydiyyatına dair şəhadətnamə və ya bu nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu təsdiqləyən başqa bir sənəd, həmçinin əgər sifarişçi fiziki şəxsdirsə - onun şəxsiyyətini təsdiqləyən vəsiqə təqdim olunduqda xidmətin sifarişi tərəflərin hüquqi, iqtisadi və texniki münasibətlərini müəyyən edən və avtoservis təşkilatı tərəfindən sifarişçiyə təqdim olunan xidmətin yerinə yetirilməsi şərtlərinin verildiyi müqavilənin tərtibi yolu ilə rəsmiləşdirilir. Texniki xidmət göstərilməsi üçün müqavilə nəqliyyat vasitəsinə mülkiyyət hüququ olan sənəd təqdim edildikdə bağlanılır. Nəqliyyat vasitələrinin ayrı-ayrı nömrəsiz komponentləri təmirə verilərkən göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan istehlakçı nəqliyyat vasitəsini istismar etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
5.2.7 Xidmətə dair bütün sifarişlər sifarişlərin qeydiyyat jurnalında (və ya məlumatların elektron bazasında) qeydiyyatdan keçməlidir. Sifarişlərin qeydiyyat jurnalında (və ya məlumatların elektron bazasında) aşağıdakı informasiyalar saxlanmalıdır:
- sifarişin rəsmiləşdirildiyi tarix;
- sifarişçini müəyyən etməyə imkan verən məlumatlar- nəqliyyat vasitəsi sahibinin və ya nümayəndəsinin soyadı, adı, ünvanı, əlaqə telefonu:
- nəqliyyat vasitəsini müəyyənləşdirən məlumatlar (markası, modeli, buraxıldığı il, qeydiyyat nişanı (mövcud olduqda), zavod nömrəsi və ya komponentin başqa müəyyənləşdirici əlamətləri (mövcud olduqda));
- sifarişçinin yerinə yetirilməsini xahiş etdiyi işlərin siyahısı;
- sifarişin icrası üçün planlaşdırılan müddət;
- müqavilənin nömrəsi.
Sifarişlərin qeydiyyat jurnalı tikilməli və avtoservis təşkilatının möhürü ilə təsdiqlənməli, səhifələri isə nömrələnməlidir.
5.2.8 Texniki xidmət göstərilməsi üçün müqavilə yazılı formada bağlanılır və özündə aşağıdakı məlumatları əks etdirməlidir:
- avtoservis barədə məlumat (icraçının adı, ünvanı vergi ödəyicisi kimi qeydiyyatı);
- istehlakçının adı, soyadı, telefonu və ünvanı;
- sifarişin qəbul edildiyi tarix, icra edilmə müddəti;
- göstərilən texniki xidmətin qiyməti və ödəniş qaydası;
- nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nişanı, əsas aqreqatların nömrələri;
- nəqliyyat vasitəsinin tərəflərin razılığı ilə müəyyən edilmiş qiyməti;
- xidmətlərin siyahısı, avtoservisin komponentlərin və materiallarının siyahısı, onların sayı və dəyəri;
- təminatlı xidmətlər üçün texniki xidmətlərin nəticələrinə normativ-hüquqi aktları ilə, yaxud müqavilə ilə təyin edilmiş təminat müddəti;
- sifarişi qəbul edən və müqavilə tərtib edən şəxsin adı, soyadı, imzası, həmçinin istehlakçının imzası;
- təmirin hansı səbəblərdən göstərilməsi əsasları qeyd olunmalıdır;
- göstərilən texniki xidmətlərin xüsusiyyətləri ilə əlaqədar başqa zəruri məlumatlar.
5.2.9. Nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib edilir. Həmin aktda nəqliyyat vasitəsinin qəbulu zamanı onun dəstliyi, görünən xarici zədələri və qüsurları göstərilir. Təhvil-təslim aktı avtoservisin və istehlakçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və avtoservisin möhürü ilə təsdiq edilir.
5.2.10 Müqavilənin və təhvil-təslim aktının surəti istehlakçıya verilir.
5.2.11 Nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi komponentlər və materiallar qüvvədə olan aidiyyəti texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifikatlaşma haqqında sənəd olmalıdır. Bu halda müqavilədə avtoservis təşkilatı tərəfindən müvafiq qeydlər aparılır. İstehlakçı tərəfindən komponentlərin və materialların verilməsi haqqında avtoservis və istehlakçı arasında bağlanmış müqavilədə, həmçinin təhvil-təslim aktının bütün nüsxələrində dəqiq adları və qiymətləri göstərilməklə qeydlər aparılır.
5.2.12 Xidmət prosesi zamanı müəyyən olunan əlavə işlərin icrası müqavilədə göstərilən razılaşdırma qaydalarına əsasən sifarişçi ilə razılaşdırıldıqdan sonra avtoservis təşkilatı tərəfindən həyata keçirilir.
5.2.13 Göstərilən texniki xidmətlər haqqında müqavilənin bağlanmasını təsdiq edən sənədlər itdikdə, istehlakçı bu haqda avtoservisə məlumat verməlidir. Bu halda nəqliyyat vasitəsi istehlakçıya onun ərizəsinə əsasən şəxsiyyətini təsdiq edən başqa sənəd təqdim edildikdə verilir.
5.2.14 Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və şinlərin təmiri, təmizləmə-yuma, pardaqlama, sürtkü-yanacaq doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir.
5.2.15 Sifarişçinin nəqliyyat vasitəsinin istehsal binalarında yerləşməsi qaydası avtoservis təşkilatının administrasiyası tərəfindən müəyyən olunur.
5.2.16 Nəqliyyat vasitəsinə xidmət prosesi zamanı onun hərəkəti üçün təhlükəli olan nasazlıqlar aşkarlandıqda avtoservis təşkilatı bu haqda dərhal sifarişçini məlumatlandırmalıdır.
5.2.17 Sifarişçi nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli olan nasazlıqların aradan qaldırılması üzrə işlərin aparılmasına razı olmadıqda və ya nəqliyyat vasitəsinə xidmət prosesi zamanı göstərilən nasazlıqların aradan qaldırılması mümkün olmadıqda avtoservis təşkilatı nəqliyyat vasitəsini qaytararkən xidmətlərin göstərilməsi faktını təsdiqləyən sənəddə “Nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli olan nasazlıqlar var” qeydi aparılır və nasazlıqların siyahısı göstərilir
5.2.18 Avtoservislərdə texniki xidmətin göstərilməsi zamanı nəqliyyat vasitələrinə, onun komponentlərinə dair, konkret görülən işə dair mövcüd texniki normativ hüquqi aktların və texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada istehsalçının texniki sənədlərinin tələblərinə, müqavilə şərtlərinə riayət olunmalı və müqavilə şərtlərinə uyğun texniki xidmət zamanı nəqliyyat vasitəsinin saz vəziyyəti təmin olunmalıdır.
5.3 Nəqliyyat vasitəsinin təhvil verilməsi qaydası
5.3.1 Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının və müqavilənin surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim edildikdə verilir.
5.3.2 Yerinə yetirilən işlərin tamlıq və keyfiyyəti və nəqliyyat vasitəsinin texniki vəziyyəti avtoservis təşkilatının səlahiyyətli işçisi tərəfindən yoxlandıqdan sonra nəqliyyat vasitəsi sifarişçiyə qaytarılır. Nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması üzrə işlərin texnologiyası bu nəqliyyat vasitəsində ümumi istifadə yoluna çıxma ilə bağlı olduğu hallarda belə texnoloji səfərlər yalnız sifarişçinin razılığı ilə aparıla bilər.
5.3.3 Nəqliyyat vasitələrinə qulluq üzrə xidmətlərin göstərilməsi faktı avtoservis təşkilatı tərəfindən sənədin tərtib olunması ilə təsdiqlənir. Bu sənədin forması isə qanunvericiliyində başqa hallar nəzərdə tutulmamışdırsa avtoservis təşkilatının rəhbəri tərəfindən təsdiqlənir.
5.3.4 Xidmətlərin göstərilməsi faktını təsdiqləyən sənəd göstərilməsi mütləq olan aşağıdakı rekvizitlərdən ibarət olmalıdır:
- sənədin nömrəsi və onun tərtib olunma tarixi;
- sifarişçini müəyyən etməyə imkan verən məlumatlar- nəqliyyat vasitəsi sahibinin və ya nümayəndəsinin soyadı, adı, ünvanı, əlaqə telefonu:
- avtoservis təşkilatını müəyyən etməyə imkan məlumatlar;
- nəqliyyat vasitəsini müəyyənləşdirən məlumatlar (markası, modeli, buraxıldığı il, qeydiyyat nişanı (mövcud olduqda), kuzovun nömrəsi (VIN), zavod nömrəsi və ya komponentin başqa müəyyənləşdirici əlamətləri (mövcud olduqda), yürüşü və avtoservis təşkilatının seçiminə görə başqa əlavə informasiya);
- aparılan işlərin əmək tutumu və (və ya) dəyərləri göstərilməklə avtoservis təşkilatı tərəfindən verilən siyahısı;
- avtoservis təşkilatı tərəfindən istifadə olunan və sifarişçi tərəfindən ödənilən komponentlərin və texniki mayelərin siyahısı və onların qiymətləri;
- sifarişçidən alınan, avtoservis təşkilatı tərəfindən istifadə olunan komponentlərin və texniki mayelərin siyahısı;
- görülən işlərin, komponentlərin və texniki mayelərin son qiymətləri.
5.3.5 Xidmətlərin göstərilməsi faktını təsdiqləyən sənəddə, həmçinin aşağıdakı məlumatların qeyd olunması üçün qrafalar da nəzərdə tutulmalıdır:
- avtoservis təşkilatının məsul işçisi tərəfindən görülən işlərin tamlıq və keyfiyyətinin və nəqliyyat vasitəsi texniki vəziyyətinin yoxlamasının aparılma tarixi, məsul işçinin vəzifəsi, soyadı, inisialları və imzası;
- öz imzası ilə təsdiqləməklə və icra olunan işlərin həcmi, keyfiyyəti və qiymətinə dair münasibət bildirilməsini qeyd etməklə, sifarişçi və ya səlahiyyətli nümayəndəsi tərəfindən nəqliyyat vasitəsinin qəbul edildiyi tarix.
5.3.6 Xidmətlərin göstərilməsi faktını təsdiqləyən sənəd iki nüsxədə tərtib olunur, bunlardan biri sifarişçiyə verilir, digəri isə avtoservis təşkilatında qalır.
5.3.7 Ödəniş müqabilində dəyişilən qüsurlu komponentlər sifarişçinin tələbi ilə özünə qaytarılır. Dəyişilən komponentlərin sifarişçiyə qaytarılması faktı xidmətlərin göstərilməsini təsdiqləyən sənəddə sifarişçinin qeyd və imzası ilə təsdiqlənir.
5.3.8 Xidmət göstərildikdən sonra nəqliyyat vasitəsinin qəbul edilib-təhvil verilməsi faktı təhvil-təslim aktında sifarişçi və ya səlahiyyətli nümayəndəsi ilə avtoservis təşkilatının səlahiyyətli nümayəndəsinin imzaları ilə təsdiqlənir.
5.3.9 Sifarişçi nəqliyyat vasitəsinin komplektliyi və xarici görünüşünə dair bütün iradlarını bilavasitə öz nəqliyyat vasitəsini təhvil aldıqda yazılı formada avtoservis təşkilatına təqdim etməlidir.
5.3.10 Nəqliyyat vasitəsini vaxtında götürülmədiyi hallarda avtoservis təşkilatı sifarişçiyə sifarişin icra olunması və nəqliyyat vasitəsinin götürülməsi zərurəti barədə yazılı formada bildiriş göndərməlidir.
1.1 Nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsi ilə müqavilə
1.2 Nəqliyyat vasitəsi istehsalçısının əmtəə nişanından istifadə etmək hüququ üçün icazə
1.3 Nəqliyyat vasitəsi istehsalçısının təqdim etdiyi və (və ya) tövsiyə etdiyi komponent və texniki mayelər bazasının mövcudluğu
2.1 Nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsi tərəfindən təqdim olunan və vaxtaşırı olaraq aktuallaşdırılan texniki sənəd.
– xidmətə dair fəaliyyətin bütün spektri üçün
– nəqliyyat vasitəsinin bütün model sırası üçün
– nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsi ilə müqavilədə nəzərdə tutulan xidmət üzrə fəaliyyətin bütün spektri və nəqliyyat vasitəsinin bütün model sırası üçün
2.2. Nəqliyyat vasitəsi istehsalçısının texniki sənədlərində göstərilən ixtisaslaşdırılmış avadanlıq, alət və ləvazimatlar:
– xidmətə dair fəaliyyətin bütün spektri üçün
– nəqliyyat vasitəsinin bütün model sırası üçün
– nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsi ilə müqavilədə nəzərdə tutulan xidmətə dair fəaliyyətin bütün spektri və nəqliyyat vasitəsinin bütün model sırası üçün
2.3 Universal avadanlıq, alət və ləvazimatlar
2.4 Nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsi üçün tətbiq olunan və müvafiq sertifikatlaşdırmadan keçən proqram təminatı
3.1 Təlimatlandırılma haqqında nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsi tərəfindən verilən
3.2 Təlim və ya təhsili haqqında sənəd (təhsil haqqında diplom, ixtisas üzrə ixtisaslaşma dərəcəsinin (sinif, kateqoriya) alınması barədə şəhadətnamə, təlimin keçilməsi barədə arayış və s.)
3.3. 3 ildə bir dəfədən gec olmamaqla personalın peşəkarlıq səviyyəsinin artırılması
3.4. 5 ildə bir dəfədən gec olmamaqla personalın peşəkarlıq səviyyəsinin artırılması
Qeyd:«+» nişanı göstərir ki, tələblərin yerinə yetirilməsi mütləqdir.
B.1 Nəqliyyat vasitələrinin texniki xidmətinə daxildir:
- reqlament işləri(həmçinin):
texniki xidmətin növləri üzrə;
servis kitabçasının talonları üzrə;
- təmizləmə-yuma işləri;
- sürtkü-yanacaqdoldurma işləri:
yağların və texniki mayelərin dəyişdirilməsi;
filtrlərin dəyişdirilməsi;
havanın kondisioner sistemlərinin qurulması;
- kontrol-diaqnostika işləri:
mühərrik (işlənmiş qazlarda karbon oksidin (СО), karbohidrogenlərin (СН) miqdarının və işlənmiş qazların tüstülənməsinin, cərəyan kəsmə kontaktlarının qapalı vəziyyət bucağının, alışdırmanın qabaqlama bucağının, yanacaqverilməsinin qabaqlama bucağının, dirsəkli valın və silindrlərdə kompressiyanın fırlanma tezliklərinin, yanacaqdoldurma sistemində təzyiqin, yağlama sistemində yağın təzyiqinin, soyuducu mayenin sıxlığının, klapan mexanizmində istilik dəliklərinin, közərmə şamlarının istehlak cərəyanının, yüksək gərginlikli naqillərin müqavimətlərinin, forsunkanın millərinin açılma təzyiqinin təyini; alışdırmanın qığılcım şamlarının diaqnostikası);
akkumulyator batareyası elektrolitinin səviyyəsinin və sıxlığının yoxlanması;
asqı(təkərlərin quraşdırılma bucaqlarının yoxlanması);
qoşqu (qoşqu pedalı gedişinin təyini);
sükan idarəetməsində ümumi lüftün təyini;
əyləc sistemi (hərəkətin effektivliyinin yoxlanması,disklərin (barabanların) və kolodkaların yol verilən köhnəlmə həddinin təyini);
xarici işıq cihazları (faraların işıq şüalarının istiqamətinin, fara və xarici işıq cihazları işığının gücünün təyini);
starterlərin və generatorların diaqnostikası;
elektron idarəetmə sistemlərinin diaqnostikası;
- faraların tənzimlənməsi (faraların işıq şüalarının istiqamətinin tənzimlənməsi);
- təkərlərin quraşdırılma bucaqlarının tənzimlənməsi;
- benzin mühərriklərinin yanacaq aparaturasının tənzimlənməsi (işlənmiş qazlarda karbon oksidin miqdarının (СО), karbohidrogenlərin (СН) miqdarının, karbüratorun üzgəcli kamerasında yanacağın səviyyəsinin);
- dizel mühərriklərinin yanacaq aparaturasının tənzimlənməsi (yanacaq verilməsinin qabaqlama bucağının, forsunka milinin açılma təzyiqinin, dirsəkli valın fırlanma tezliyinin);
- əyləc sisteminin tənzimlənməsi (əyləc pedalı gedişi,əyləc naqilləri,dayanacaq əyləci, təzyiq tənzimləyicisinin naqilləri);
- qoşqunun tənzimlənməsi (qoşqu pedalının gedişinin tənzimlənməsi);
- sükan idarəetməsinin tənzimlənməsi (sükan idarəetməsində ümumi lüftün);
- alışdırma sisteminin (cərəyankəsmə kontaktlarının qapalı vəziyyəti bucağının, alışdırmanın qabaqlama bucağının, alışdırma şamlarının qığılcım dəliyinin) tənzimlənməsi.
B.2 Komponentlərin dəyişdirilməsi və (və ya) bərpası yolu ilə nəqliyyat vasitələrinin təmiri:
- komponentlərin dəyişdirilməsi və ya əlavə avadanlığın quraşdırılması ilə bağlı montaj və bərkitmə işləri;
- mühərriklərin təmiri;
- ötürücü qutularının təmiri (mexaniki,avtomatik, paylama qutuları);
- sükan idarəetməsinin, qabaq oxların və asqının təmiri;
- əyləc sisteminin təmiri;
- elektrik avadanlığının təmiri:
elektrik ötürücüsünün elementləri;
işıq və səs siqnalizasiyasının elementləri;
starter vəgeneratorların təmiri;
elektron və elektrik idarəetmə sistemlərinin təmiri;
- gövdə, ban və kabinlərin təmiri
daşıyıcı elementləri təmir və əvəz etmədən
daşıyıcı elementləri təmir və əvəz edərək
- radiatorların təmiri;
- isitmə və havanın kondisioner sistemlərinin təmiri;
- boyama üçün hazırlıq və boyama;
- korroziyadan qoruma və səs əleyhinə emalişləri;
- şinlərin quraşdırılma işləri, təkərlərin balanslaşdırılması;
- şin və kamerlərin yerli zədələnmələrinin təmiri;
- detalların təmiri(silindr bloklarının başlıqları, blokların və silindrlərin gilizlərinin oyulması və yonulması, dirsəkli valların cilalanması,soyutma sistemi nasosları və s.)
- sıxıcı kompressorların təmiri;
- aparıcı kəmər və aparıcı təkərlərin ötürücüləri(həmçinin ötürücü və kardan vallar, şarnirlər, yarımoxlar, reduktorlar, çarxlar və onların podşipnikləri);
- benzin mühərriklərinin yanacaq aparaturalarının (karbüratorların, yanacaq nasoslarının, yanacaq xətlərinin, yanacaq çənlərinin və s.) təmiri;
- dizel mühərriklərinin yanacaq aparaturalarının (forsunka, yüksək təzyiq yanacaq nasosları, nasos-forsunka, yanacaq xətləri, yanacaq çənləri və s.) təmiri.
B.3 Nəqliyyat vasitələrinə qulluq üzrə digər xidmətlərə daxildir:
- istismar üçün yararsız akkumulyator batareyalarının təmiri, enerji təchizatı və qəbulu;
- yanacaqdoldurma işləri (benzin, dizel yanacağı, qaz, işlənmiş yağların qəbulu);
- əlavə avadanlığın quraşdırılması (radioapatura, əlavə faralar, mexaniki və elektron mühafizə sistemləri, mexaniki qoşqu qurğuları və onların elementləri, mühərrik karterinin qoruyucuları, müstəqil isitmə sistemləri, havanın kondisioner sistemi və s.);
- satışöncəsi hazırlıq;
- avtomobil pəncərələrinin təmiri, quraşdırılması, tonlaşdırılması və zirehləndirilməsi;
- şinlərin çıxıntılarının hazırlanması;
- işlənmiş qazların buraxılma sisteminin təmiri.