AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI
Dövlət standartlarının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 iyul tarixli 576 nömrəli Fərmanının 3-cü bəndini, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı dövlət standartları təsdiq edilsin:
1.1 АZS 863-3-2016 (ISO 7637-3-2007) “Yol nəqliyyat vasitələri. Keçiricilik qabiliyyətiylə və qarşılıqlı təsirə səbəb olan elektrik maneələri. Hissə 3. Enerji təchizatını təmin etməyən xətlər üzrə tutumlu və induktiv əlaqə yolu ilə keçid rejimində elektrik enerjisinin ötürülməsi” (1 nömrəli əlavə).
1.2 AZS 864-2016 (ЕСЕ Правила № 4) “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa nömrə nişanlarının işıqlandırılması üçün qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər” (2 nömrəli əlavə).
1.3 AZS 865-2016 (ЕСЕ Правила № 39) “Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər” (3 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R. Cavadzadə) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının:
- qeydiyyata alınmasını təmin etsin;
- texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (X.Həsənova) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “01” fevral 2016-cı il tarixli 160123500003 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ISO 7637-3-2007 “Road vehicles. Electrical disturbances from conduction and coupling. Part 3. Electrical transient transmission by capacitive and inductive coupling via lines other than supply lines” standartının autentik tərcüməsidir.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
____________________________________________________________________________
Yol nəqliyyat vasitələri. Keçiricilik qabiliyyətiylə
və qarşılıqlı təsirə səbəb olan elektrik maneələri.
Hissə 3. Enerji təchizatını təmin etməyən xətlər
üzrə tutumlu və induktiv əlaqə yolu ilə keçid
rejimində elektrik enerjisinin ötürülməsi
Electrical disturbances from conduction and coupling
Part 3. Electrical transient transmission by capacitive
and inductive coupling via lines other than supply lines
____________________________________________________________________________
Bu standart sınaq edilən qurğuların (SEQ) maneələrə davamlılığının qiymətləndirilməsi üçün bu yoxlanan qurğuların keçid proseslərini təqlid edən sınaq impulsları şəklində elektrik zəncirinə (təchizat zəncirlərindən başqa) impuls maneələrin daxil edilməsi vasitəsilə stend sınaqlar metodlarını müəyyən edir. Sınaq impulsları induktiv yüklənmələrin dəyişilməsi və relenin əlaqələrinin cingiltisi şərti qoyulmuş həm sürətli, həm də yavaş keçid prosesləri kimi modelləşdirilir.
Bu standartda aşağıdakı üç sınaq metodları təyin edilmişdir:
– tutumlu əlaqə qısqacının (kəlbətininin) tətbiqiylə impuls maneəsinin daxil edilmə metodu (TƏQ);
– bilavasitə əlaqə kondensatorunun tətbiqi ilə impuls maneəsinin daxil edilmə metodu (BƏK);
– induktiv əlaqə qısqacının tətbiqi ilə impuls maneəsinin daxil edilmə metodu (İƏQ).
Qeyd – sınaq impulslarının uzunluğundan asılı olaraq sınaqların bu üç metodundan hər birinin tətbiqinin məqsədəuyğunluğu cədvəl 1-də göstərilmişdir.
Yavaş, eləcə də sürətli keçid prosesləri üçün göstərilən sınaq metodundan yalnız biri seçilə bilər.
Bu standart 12 V, 24 V və ya 42 V nominal gərginlikli elektrik sistemləri ilə təchiz edilmiş yol nəqliyyat vasitələrinə şamil edilir.
Əlavədə B-də impuls maneələrinə davamlılıq sınağı zamanı ISO 7637-1-in müəyyən etdiyi fəaliyyətin keyfiyyət parametrlərinin təsnifat (FKPT) prinsipinə uyğun olaraq sınaqların sərtliyinin məsləhət görülən dərəcələri göstərilmişdir.
Bu standartın tətbiqi üçün aşağıdakı istinad edilən standart vacibdir. Tarixi qoyulmamış istinadlar üçün istinad edilən standartın sonuncu nəşri tətbiq edilir (bütün dəyişiklikləri daxil olmaqla).
ISO 7637-2 Yol nəqliyyatı. Keçiricilik qabiliyyətinin və birləşmənin səbəb olduğu elektrik maneələri. Hissə 2. Yalnız qidalanma xətləri üzrə qeyri-stasionar elektrik keçiriciliyi
Bu bölmədə müxtəlif növ impuls maneəsindən sınaq edilən qurğularının (SEQ) və ya elektrik sistemlərinin komponentlərinin maneələrə davamlılığının sınaq metodları izah edilir. Bu sınaqlar laboratoriyalarda keçirilməlidir.
Sınaq impulsunun sərtlik dərəcələri nəqliyyat vasitəsi istehsalçısının və təchizatçı arasında sınağın başlanmasına qədər qarşılıqlı razılaşdırılmalıdır.
Verilmiş sınaq impulsları nəqliyyat vasitəsində müşahidə oluna bilən ən real keçid proseslərinin xarakteristikalarını təşkil edən tipik impulslar olmalıdır.
Xüsusi hallarda əlavə sınaq impulslarından istifadə etməyə ehtiyac ola bilər. Əgər qurğu onun funksiyasından və konfiqurasiyadan asılı olaraq nəqliyyat vasitəsində adekvat impuls maneələrinin təsirinə meyilli deyilsə, bəzi sınaq impulslarıyla etinasız yanaşmaq olar. Konkret komponentlər üçün lazım olan sınaq impulslarının qurulması nəqliyyat vasitəsinin istehsalçısının məsuliyyətinin bir hissəsidir.
Aşağıdakılar göstərilməklə sınaq proqramı tərtib edilməlidir:
– istifadə edilən sınaq metodları;
– tətbiq edilən sınaq impulsları;
– sınaq impulslarının amplitudaları;
– tətbiq edilən sınaq impulslarının miqdarı;
– SEQ-nin iş rejimləri;
– məftillərin və ya kabellərin (istehsalçı tələblərinə uyğun) hörmələri;
– tutumlu əlaqənin qısqaclarında, onların tətbiqi zamanı yerləşdirilən birləşdirici məftillər və ya kabellər;
– onun tətbiqi zamanı bilavasitə əlaqə kondensatorunun tətbiqi metoduyla sınaq edilməli olan birləşdirici məftillər və ya kabellər;
–bilavasitə əlaqə kondensatorunun tətbiqi metodu tətbiq edilirsə, tutumun istifadə edilən qiymətləri;
– onların tətbiqi zamanı induktiv əlaqə qısqaclarla sıxılan birləşdirici məftillər və ya kabellər;
– əgər əlaqənin induktiv qısqac metodu tətbiq edilirsə, induktiv əlaqə qısqacının tipi.
SEQ-nin maneələrə davamlılığının sınağı vaxtı fəaliyyətin keyfiyyət parametrlərinin tövsiyə edilən qiymətləri B.1, B.2, B.3 və B.4 cədvəllərində göstərilmişdir.
Sınaq impulslarının uzunluğundan asılı olaraq sınaqların bu üç metodundan hər birinin tətbiqinin məqsədəuyğunluğu cədvəl 1-də verilmişdir. Yavaş, eləcə də sürətli keçid prosesləri üçün göstərilən sınaq metodlarından yalnız biri seçilə bilər.
Cədvəl 1 – Sınaq metodlarının tətbiqi
Sınaq impulslarının uzunluğu
4.3.3-ə görə böyük uzunluqlu impulslar
4.3.2 a və b –yə görə kiçik uzunluqlu impulslar
3.2 Sınaqların normal şərtləri
Sınaqlar zamanı ətraf havanın temperaturu (23 ± 5) ºС olmalıdır.
Əgər bu standartla başqa biri təyin edilməmişdirsə, onda müvəqqəti intervalların, müqavimətin və tutumun qiymətlərinin yol verilən meyletməsi ± 10 % təşkil edir.
Əgər bu standartla başqa biri təyin edilməmişdirsə, gərginliyin qiymətlərinin yol verilən meyletməsi 0 %-dən 10 %-ə qədər təşkil edir.
Təchizetmənin gərginliyi cədvəl 2-də təyin edilənlərə uyğun olmalıdır. Əgər başqa qiymətlər bu standartın istifadəçiləri tərəfindən razılaşdırılmamışdırsa, bu halda belə qiymətlər sınaq protokollarında göstərilməlidir.
Cədvəl 2 – Sınaq gərginlikləri
3.3 Torpağa birləşdirmə lövhəsi (plastinası)
Torpağa birləşdirmə lövhəsi minimal qalınlığı 1 mm olan metal təbəqəni (məsələn, mis, bürünc və ya sinklənmiş poladdan) təşkil edir. Torpağa birləşdirmə lövhəsinin minimal ölçüsü 2 • 1 m təşkil etməlidir, ancaq qəti ölçü SEQ-nin ölçülərindən və sınaq edilən məftillərin hörməsindən asılıdır. Torpağa birləşdirmə lövhəsi torpağa birləşdirmə qurğusuyla birləşdirilməlidir.
3.4.1 Ümumi müddəalar
SEQ, ona olan tələblərə uyğun olaraq qurulur və qoşulur. SEQ nəqliyyat vasitəsinin istehsalçısı və təchizatçı arasındakı razılığa uyğun olaraq hörmə məftillərin və ya sənaye məftillərinin istifadəsiylə birgə işləyən qurğulara (yüklənmələr, tənzimçilər və s.) qoşulmuş olmalıdır.
Əgər verilmiş SEQ üçün siqnalların mövcud idarə edən mənbələri yoxdursa, onlar təqlid edilmiş ola bilər.
Əgər onun korpusu şassiylə və torpaqla birləşdirilməyibsə, SEQ 0,05-dən 0,1 m-ə qədər qalınlıqlı izolyasiya edilmiş torpağa birləşdirmə lövhəsindən ayrılmış olmalıdır.
SEQ istehsalçının montaj tələblərinə uyğun olaraq torpağa birləşdirmə sistemiylə birləşdirilməlidir. Əlavə torpağa birləşdirən birləşmələrə yol verilmir.
İmkan daxilində bütün yüklənmələr, tənzimləyicilər və s. mümkün qədər daha qısa uzunluqlu birləşdirici məftillərdən istifadə edərək torpağa birləşdirmə lövhəsinə birləşdirirlər.
Qeyd – SEQ ilə kənar tutumlu əlaqəni minimum endirmək üçün SEQ-in və bütün başqa cərəyan keçirən strukturların arasında minimal məsafə, ekranlaşdırılmış otağın divarları kimi (sınağın sxemindən asılı olaraq torpağa birləşdirmə lövhəsindən başqa) 0,5 m-dən çox olması tövsiyə edilir.
3.4.2 Tutumlu əlaqənin qısqacının (TƏQ) tətbiqi ilə sınaq metodu
TƏQ tətbiq edilməsiylə sınaqlar metodu sürətli keçid proseslərini təqlid edən sınaq impulslarının SEQ-nin elektrik zəncirinə daxil etmə üçün, xüsusilə yoxlanan məftillərin orta və ya böyük miqdarda yoxlanılan qurğuları üçün nəzərdə tutulmuşdur. O yavaş keçid proseslərini təqlid edən sınaq impulslarının sınaq edilən qurğularının elektrik zəncirinə daxil etmə üçün tətbiq edilə bilməz.
TƏQ-in tətbiqi metodu ilə sınaqların sxemi şəkil 1-də təqdim edilmişdir. Birləşdirici zəncir TƏQ-i özündə saxlayır, hansı ki, nəqliyyat vasitəsinin istehsalçısı və təchizatçı (qidalanmanın zəncirləri istisna və ya daxil olmaqla) arasında razılığa uyğun olaraq SEQ-in elektrik zəncirinin istənilən məftilləri quraşdırılır. Birləşdirici məftillərin uzunluğu 1 m təşkil edir.
Sınağı ya şəkil 1-də göstərildiyi kimi ya da İSO 11452-4-də təyin edildiyi kimi düzxətli məftillər hörməsiylə (məftil hörgüsüylə) keçirmək olar.
1 – əsas izolyasiyaedici materialı ( əgər yoxlanan qurğu nəqliyyat vasitəsinin torpaqlanma qurğusuna birləşdirilməmişdirsə);
3 – sınaq edilən məftil hörmələri üçün əsas izolyasiya materialı;
4 – nəqliyyat vasitəsi kimi montaj edilmiş xarici periferiya qurğuları (məsələn, vericilər, yüklənmə, qurğular);
5 – torpağa birləşdirmə lövhəsi;
9 – 50 Om giriş (çıxış) müqavimətli attenyuator;
10 – tutumlu əlaqə qısqacları;
11 – sınaq impulslarının generatoru;
а –sınaqlar proqramında göstərilən və sınaqların protokolunda qeyd edilən əsas izolyasiya materialından olan hündürlük.
Bu standartın tələblərinə uyğun olaraq məftillərin hörmələrinin tətbiqi vaxtı əlaqə qısqaclarından kənar çəkilmiş enerji təchizatı məftili 1 m uzunluğa malik olmalıdır. SEQ-in və TƏQ-in arasında, həmçinin xarici periferiya qurğularının və TƏQ arasında məsafə (400±50-i) mm olmalıdır. TƏQ-dən kənarda yerləşən elektrik zəncirin məftillərinin yoxlanan hissələri torpağa birləşdirmə lövhəsinin üstündə (100±20) mm, TƏQ-in ox uzunu (90 ± 15)bucaq altında olan məsafədə yerləşdirilməlidir.
Mümkün qədər üfüqi yerləşdirilməli TƏQ-in şarnir qapağı mümkün qədər sınaq edilən məftillər hörgüsüylə əlaqəni təmin etmək üçün çox sıx quraşdırılmalıdır.
SEQ impuls generatoru kimi TƏQ eyni sonunda yerləşdirilmiş olmalıdır.
Qeyd – Sınaqların nəticələrinin etibarlılığının artırmaq məqsədi ilə hörmə məftillərin uzunluğunu 2 m məhdudlaşdırmaq tövsiyə edilir.
2m-dən çox uzunluqlu hazır məftillər hörməsindən istifadə vaxtı məftil buxtaya bükülü olmamalıdır, məftillərin hörməsi mümkün qədər çox üfüqi yerləşdirilməli və onun yerləşməsi sınaqları protokolunda qeyd edilməlidir. SEQ və TƏQ arasında maksimal məsafə 0,45 m saxlanmalıdır.
3.4.3 Bilavasitə əlaqə kondensatorunun tətbiqiylə sınaqlar metodu (BƏK)
Kondensatorun həcminin məsləhət görülən qiymətindən istifadə edən BƏK-in tətbiqiylə sınaqlar metodu SEQ-in elektrik zəncirinə sürətli keçid proseslərini təqlid edən sınaq impulslarının daxil olmasını təmin edir.
Bundan başqa, kondensatorun həcminin başqa məsləhət görülən qiymətində BƏK-in tətbiqiylə sınaq metodu, eləcə də elektrik zəncirinə yavaş keçid proseslərini təqlid edən sınaq impulslarının yoxlanan qurğularının daxil olması vaxtı effektivdir.
BƏK tətbiqiylə sınaqlar metodunun sxemi şəkil 2-də göstərilmişdir. Məftillər hörgüsünün uzunluğu 1000-dən 2000 millimetrə qədər olmalıdır.
BƏK-in tətbiqiylə sınaqlar metodundan istifadə vaxtı yolverilməz səhvlər olmadan (məsələn, sistem şinləri üzrə siqnalların ötürülməsi) siqnalların formasını təmin etmək lazımdır. Əgər bütün zəncirlərin identik olaraq eyni vaxtda oyatması üçün tədbirlər görülməmişdirsə, BƏK-in tətbiqiylə sınaqlar metodu simmetrik zəncirlər (məsələn, burulmuş məftil cütü) üçün istifadə olunmamalıdır, (bax, şəkil 3).
Sürətli keçid proseslərinin təqlidi halında BƏK-in tətbiqi ilə sınaqlar metodunun çatışmazlığı ondan ibarətdir ki, hər zəncir ayrıca sınaqdan keçirilməlidir.
1 – sınaq impulslarının generatoru;
3 – məftillərin hörgüsü;
4 – torpağa birləşdirmə lövhəsi;
5 – siqnalların ötürülməsinin sınaq edilən giriş/çıxış xətti;
7 – SEQ-in idarə etmə qurğusu;
8 – məftil çıxıntılarıyla yüksək voltlu (minimum 200 V) keramik kondensator.
Qeyd – Kondensatorun həcminin qiyməti cədvəl 3-də verilmişdir.
a Bütün məftil hörmələri torpağa birləşdirmə lövhəsindən (50 ± 5-ində) mm yuxarıda olmalıdır.
Cədvəl 3 –(BƏK) tətbiqiylə sınaqlar metodu üçün kondensatorun həcm qiymətləri
Kondensatorun həcm qiyməti
Sürətli keçid proseslərini təqlid edən sınaq impulsları
Yavaş keçid proseslərini təqlid edən sınaq impulsları
1 – sınaq impulslarının generatoru;
3 – məftillərin hörməsi;
4 – torpağa birləşdirmə lövhəsi;
7 – SEQ-in idarə etmə qurğusu;
8 – məftil çıxıntılarıyla yüksəkvoltlu (minimum 200 V) keramik kondensator.
а Sürətli keçid proseslərini təqlid edən sınaq impulsları üçün kondensatorun həcminin məsləhət görülən qiyməti 100 pF təşkil edir, amma yavaş keçid proseslərini təqlid edən sınaq impulsları üçün kondensatorun həcminin məsləhət görülən qiyməti 470 pF təşkil edir.
b Siqnalların ötürülməsini və sınaq impulslarının bu şinə daxil olmasını təhrifsiz təmin etmək üçün kondensatorun həcminin qiymətləri belə seçilir.
с Bütün məftil hörmələri torpağa birləşdirmə lövhəsindən (50 ± 5-ində) mm yuxarıda olmalıdır.
3.4.4 İnduktiv əlaqə qısqacının tətbiq edilməsiylə sınaqlar metodu (İƏQ)
İƏQ tətbiqiylə sınaqlar metodu yavaş keçid proseslərini təqlid edən sınaq impulslarının SEQ-in elektrik zəncirində daxil etmə üçün, xüsusilə orta və yə böyük miqdarda yoxlanılan məftilli yoxlanılan qurğular üçün nəzərdə tutulmuşdur.
İƏQ-in tətbiqiylə sınaqların metodu sxemi şəkil 4-də göstərilmişdir. Birləşdirici zəncir bütün siqnal xətlərini əhatə edən İƏQ-i ehtiva edir. SEQ-in (sıfır məftil və qidalanma məftili) qida zəncirləri İƏQ-də bağlanmış olmamalıdır. SEQ köməkçi qurğularla (tənzimçilər, ötürücü mexanizmlər) bağlı olan istənilən başqa sıfır məftil və ya qidalanma məftili İƏQ tərəfindən tutulmuş olmalıdır. Əgər köməkçi qurğular lokal torpağa birləşdirilibsə, onda bu lokal torpağa birləşdirən məftil İƏQ vasitəsilə keçməməlidir. İƏQ tərəfindən əhatə edilən sıfır məftilə və ya qidalanma məftilinə aid olan istənilən istisna sınaqlar proqramında göstərilmiş olmalıdır.
Sınaq ya şəkil 4-də göstərildiyi kimi ya da məftillərin düzxətli hörməsi ilə İSO 11452-4-də təyin edildiyi kimi keçirilə bilər.
Çoxsaylı birləşdirici elementlərlə (zəncirin bütün budaqlarının və ya zəncirin ayrı-ayrı budaqlarının tək sınağı) SEQ üçün sınaq şərtləri sınaqlar proqramında təyin edilməlidir.
2 – sınaq impulsları generatoru;
4 – xarici periferiya qurğusu;
5 – sınaq edilən məftillər hörgüsü (uzunluğu ≤ 2 м);
6 – torpağa birləşdirmə məftili;
7 – hündürlüyü (50 ± 10) mm əsas izolyasiya edən;
8 – torpağa birləşdirmə lövhəsi;
10 – sabit cərəyanın d.c qida mənbəyi;
11 –50 Om (≤ 0,5 m) dalğavari müqavimətlə koaksial kabel.
а İƏQ yoxlanılan qurğudan 150 mm məsafədə yerləşməlidir
3.5 Keçid prosesi təqlid edən sınaq impulslarının tətbiqi
3.5.1 Tutumlu əlaqə qısqacının tətbiqiylə sınaq metodu (TƏQ)
Sınaq impulsları generatorunun çıxışı 50 Om dalğavari müqavimətli koaksial kabelin köməyi ilə TƏQ-ə uyğun 50 Om rezistorla birləşdirilir. Koaksial kabelin uzunluğu ən çox 1 m olmalıdır.
Sınaqların keçirilməsindən əvvəl sınaq impulslarının generatorunun kalibrləyirlər (bax şəkil 5 ). Generatorun çıxışında impulsların amplitudasını 50 Om giriş (çıxış) müqavimətli attenyuator vasitəsilə əlaqə qısqaclarına qoşulmuş 50 Om giriş müqavimətli ossilloqrafın köməyi ilə qururlar. Əlaqənin tutumlu qısqaclarının kalibrlənməsi əlaqə qısqaclarında hər hansı məftillər olmadan həyata keçirilir.
Gərginliyin ölçməsini 50 Om dalğavari müqavimətlə koaksial kabellə,50 Om giriş (çıxış) müqavimətlə attenyuatorla birləşdirilmiş 50 Om giriş müqavimətli, ossilloqrafla həyata keçirirlər. TƏQ uyğun rezistorun yerinə attenyuatordan istifadə edirlər.
1 – Sınaq inpulsların generatoru;
2 – dalğalı müqaviməti 50 Om olan koaksil kabeli;
4 – 50 Om müqaviməti ilə attenüator;
5 – ossiloqraf (giriş müqaviməti 50 Om).
3.5.2 Bilavasitə əlaqə kondensatorunun (BƏK) tədbiqi ilə sınaq metodu
Bilavasitə əlaqə kondensatorunun istifadəsi ilə sınaq metodu üçün impuls generatorun xarakteristikaları boş işləmə rejimində sınaq impulsların amplitudaların ölçülməsi ilə və sonra ISO 7637-2 müəyyən edildiyi kimi sınaq impulslarına uyğun impedansla yükləmədə yoxlanılmalıdır.
Generatorun çıxışını bağlantının kondensator vasitəsi ilə ardıcıl birləşdirirlər. Generatorun boş işləmə rejimində kondensatorun çıxışında impulsların amplitudasını ölçmək üçün yüksək giriş müqaviməti olan ossiloqrafdan istifadə etmək lazımdır. Generatorun çıxışında impulsların amplitudası müəyyən səviyyəyə qədər tənzimlənməlidir.
3.5.3 İnduktiv əlaqə qısqacları tədbiq etməklə sınaq metodu (İƏQ)
Sınaq impulsları generatorunu kabel və ya uzunluğu 0,5m çox olmayan kabel ilə induktiv əlaqə qısqaclarına birləşdirirlər.
Tutumlu əlaqə qısqaclarının (TƏQ) və bilavasitə əlaqə kondensatorla (BƏK) tədbiq edilmiylə sınaq metodlarından fərqli olaraq İƏQ-dən istifadə edilməsiylə sınaq metodunda generatorun çıxışında sınaq impulslarının amplitudasını müəyyən etmək üçün boş işləmə rejimindən istifadə edilmir. İnduktiv əlaqə qısqaclarından (İƏQ) sınaqlarda istifadə metodunda generatorun çıxışında sınaq impulsların amplitudasını şəkil 6-da göstərilən sxemə uyğun induktiv əlaqə qısqacların kalibrlənməsi zamanı ölçülən çıxış gərginliyinin əsasında təyin edilir. Cüt olan impulslar 4.6 tələblərə cavab verməlidirlər. İnduksiya bağlantının koefisienti müəyyən etmək üçün məlumatlar əlavə C-də təsvir olunub.
1 – sınaq impulsları generatoru;
2 – ossiloqraf (giriş müqaviməti 1 МОm);
3 – induktiv əlaqə qısqacları (İƏQ);
5 – kalibrlənmə qurğusu;
6 –50 Om dalğalı müqavimət ilə koaksil kabel.
Qeyd – İƏQ-in kalibrlənməsi üçün istifadə olunan kalibrlənmə qurğusunun nümunəsi əlavə A-da göstərilib.
4.1 Enerji (qidalanma) mənbəyi
Bu sınaqlar üçün ISO 7637-2 müəyyən olunmuş enerji (qidalanma) mənbəyi istifadə edilməlidir.
Bu sınaqlar üçün ISO 7637-2 müəyyən olunmuş ossiloqraf və vericilər istifadə edilməlidir
4.3 Sınaq impulsların generatoru
4.3.1 Ümumi müddəalar
Sınaq impulsların generatoru sınaq impulsları yaratmalıdır və şəkil 7-10 göstərilən məna intervallarında tənzimlənməsini təmin etməlidir.
ISO 7637-2 üzrə impuls generatoru istifadə edilməlidir və çıxış siqnalın nəzərət forması ISO 7637-2 uyğun olmalıdır.
4.3.2 Sürətli keçid prosesi imitasiya edən a və b sınaq impulsları
Sürətli keçid prosesi imitasiya edən sınaq impulslar kommutasiya keçid prosesləri modelləşdirirlər. Bu keçid proseslərin xarakteristikalarına elektrik şəbəkəsinin paylanmış həcmindən və induksiyasından asılıdır.
Sınaq impulsların forması və parametrləri 7-8 şəkillərdə göstərilib.
4.3.3 Yavaş keçid prosesində imitasiya edən sınaq impulsları
Yavaş keçid prosesi imitasiya edən sınaq impulsları, soyuducu sistemin ventilyatoru, havanı kondisionerləşdirmək üçün kompressor və s. kimi böyük induktiv yükləmələr zamanı zəncirin açılma nəticəsində müşaidə olunan keçid proseslərini modelyasiya edir.
Sınaq impulsların forması və parametrləri şəkil 9-10 göstərilib
Sınaq proqramında göstəricilər müəyyən edilməlidir
t – vaxt; U – gərginlik, V
Sınaq proqramında göstəricilər müəyyən edilməlidir
4.4 Tutumlu əlaqə qısqacları
SEQ, məftillərin hörgüsü və/və ya köməkçi qurğu ilə hər hansı qalvanik bağlantısı olmadan, TƏQ sınaqdan keçirilən zəncirə sınaq impulslarının daxil etmə vasitəsidir.
TƏQ səmərəliliyi kabellərin diametrindən və materialından asılıdır.
TƏQ şəkil 11-də göstərilən konstruksiyası (quruluşu) məsələn misdən, latun və ya sinklənmiş poladdan hazırlana bilər.
TƏQ hər iki ucların 50 Om dalğalı müqaviməti olan koaksil birləştirici ilə təchiz olunmalıdır.
TƏQ tətbiq etməklə tövsiyyə olunan sınaq metodunun sxemi şəkil 1-də göstərilib.
TƏQ-in xüsusiyyətləri:
– kabel və əlaqənin həcmli qısqacları arasında
həcmli əlaqənin səciyyəvi dəyəri təxminən 100 pF (maksimum 200 pF);
– naqil bağının diametrlərinin tətbiq olunan diapazonu 4 mm-dən – 40 mm-ə qədər;
– izolyasiyanın impuls qəza gərginliyi ≥ 200 V;
– impedans (əlaqənin həcmli qısqaclarında məftilsiz) (50 ± 5) Оm.
1 – İzolyasiya materialı;
4.5 Bilavasitə əlaqə kondensatoru
Maksimal yol verilən gərginliyi maksimal əlavə gərginlikdən ən azı iki dəfə yüksək olan qeyri-polarizə kondensator tətbiq olunmalıdır. Həcmin qiyməti cədvəl 2-də göstərilən ± 10 % yol verilən meyletməyə uyğun olmalıdır.
4.6 İnduktiv əlaqə qısqacları
İƏQ özünəməxsus xüsusiyyətlərə malik olan tutumlu elektrik cərəyanının injeksiyasını (TCİ) ölçən qurğusudur. Onlar SEQ ilə hər hansı qalvanik bağlantısı olmadan, naqil bağı ilə və/və ya köməkedici qurğu ilə, sınaq impulslarının sınaqdan keçirilən zəncirə daxil etmə vasitəsidir. 9-10-cu şəkillərdə göstərilən və əlaqənin induksiya qısqaclarına verilən, sonra əlaqənin induksiya qısqaclarının kalibrlənməsi zamanı ölçülən amplituda (bax şəkil 6) impulslar, cədvəl 4-də göstərilən tələblərə uyğun olmalıdır.
Cədvəl 4 – İƏQ-Cüt impulsların xarakteristikaları
İƏQ tətbiq etməklə, sınaq metodu üçün istifadə olunan kalibrlənmə qurğusunun nümunəsi şəkil 1-də göstərilib. Kalibrlənmə qurğusunun fiziki ölçüsü kalibrlənən əlaqənin induksiya qısqaclarına uyğun olmalıdır.
2 – çıxarılan dəmir qapaq;
3 – əlaqənin induksiya qısqacları;
4 – koaksil birləşdirici
Bu əlavədə ISO 7637-1 tərəfindən müəyyən olunmuş fəaliyyətin keyfiyyət parametrlərinin təsnifat (FKPT) prinsiplərinə uygun olaraq sərt sınaqların nümunələri göstərilir.
В.2 Sınaq impulsunun sərtlik səviyyəsinin təsnifatı.
12 V nominal gərginlikdə, habelə 24 V nominal gərginlikdə olan elektrik sistemlərində sürətli keçid üçün keçərli olan üç sınaq metodunun sərtlik səviyyəsi və sınaq müddətinin qiymətləndirilməsi əldə olunan təcrübəyə əsaslanır. 42 V nominal gərginlikdə olan elektrik sistemlərində sərtlik səviyyəsi və sınaq müddətinin əhəmiyyəti çox məhdud təcrübə əsasında ekstrapolyasiya olunmuşdur. Belə ki, 24 V və 42 V nominal gərginlikdə olan elektrik sistemlərində aparılan sınaqlara dair təcrübə davamlı artır, müvafiq cədvəllərə düzəlişlər olunacaq.
Tövsiyyə olunan minimal və maksimal sərtlik səviyyələri В.1 – В.3 cədvəllərdə (I и IV sətirlərdə) qeyd olunur.
Sınaq səviyyəsi və sınaq müddəti bu qiymətləndirilmələr zamanı ya onların arasında, ya da nəqliyyat vasitəsinin istehsalçısı və tədarükçüsü arasında müqavilə ilə seçilə bilər. Konkret qiymətlər müəyyən edilmədikdə, В.1 – В.3 cədvəllərində (I və IV sətirlərdə) qeyd olunan səviyyə göstəricilərini tətbiq etmək tövsiyyə olunur.
12 V nominal gərginlikdə olan elektrik sistemlərindəki tövsiyyə olunan sınaq səviyyələri В.1. cədvəlinəd göstərilib.
Cədvəl В.1 – 12 V nominal gərginlikdə olan elektrik sistemlərində tövsiyyə olunan sınaq səviyyələri
4.3 əsasən sınaq impulsları.
qiymətləndirilmələr zamanı nəqliyyat vasitəsinin istehsalçısı və tədarükçüsü arasında seçilməlidir.
Cədvəldə qeyd olunan Us qiymətlər, 4.3,də qeyd olunan hər bir sınaq impulsu üçün müəyyən olunmuş sinaq impulslarının amplitudunu ifadə edir, bu arada Us - tutumlu əlaqəı qısqacından (TƏQ) istifadə edilərək, tutumlu əlaqə qısqacının çıxışındakı sınaq impulslarının amplitududur, yaxud bilavasitə əlaqə kondensatorundan (BƏK) istifadə edilərək, boş işləmə rejimindəki generator çıxışındankı sınaq impulslarının amplitudur.
24 V nominal gərginlikdə olan elektrik sistemləri üçün tövsiyyə olunan sınaq səviyyələri В.2. cədvəlində göstərilir.
Cədvəl В.2 – 24 V nominal gərginlikdə olan elektrik sistemlərindəki tövsiyyə olunan sınaq səviyyələri
Seçilən sınaq səviyyəsib
Sınaq səviyyəsi Usc, В
a 4.3 əsasən sınaq impulsları.
b qiymətləndirilmələr zamanı nəqliyyat vasitəsinin istehsalçısı və tədarükçüsü arasında seçilməlidir.
c Cədvəldə qeyd olunan Us qiymətlər, 4.3,də qeyd olunan hər bir sınaq impulsu üçün müəyyən olunmuş sinaq impulslarının amplitudunu ifadə edir, bu arada Us - tutumlu əlaqəı qısqacından (TƏQ) istifadə edilərək, tutumlu əlaqə qısqacının çıxışındakı sınaq impulslarının amplitududur, yaxud bilavasitə əlaqə kondensatorundan (BƏK) istifadə edilərək, boş işləmə rejimindəki generator çıxışındankı sınaq impulslarının amplitudur.
42 V-luq nominal gərginlikli elektrik sistemləri üçün tövsiyyə olunan sınaq dərəcəsi B.3. cədvəlində göstərilmişdir.
Cədvəl В.3 – 42 V nominal gərginlikdə olan elektrik sistemlərindəki tövsiyyə olunan sınaq səviyyələri
Seçilən sınaq səviyyəsi
Sınaq səviyyəsi Us, В
4.3-ə əsasən sınaq impulsları.
qiymətləndirilmələr zamanı nəqliyyat vasitəsinin istehsalçısı və tədarükçüsü arasında seçilməlidir.
Cədvəldə qeyd olunan Us qiymətlər, 4.3,də qeyd olunan hər bir sınaq impulsu üçün müəyyən olunmuş sinaq impulslarının amplitudunu ifadə edir, bu arada Us - tutumlu bağlayıcı rabitədən (TƏQ) istifadə edilərək, tutumlu bağlayıcı rabitə çıxışındakı sınaq impulslarının amplitudur, yaxud kondensator rabitəsindən (BƏK) istifadə edilərək, boş işləmə rejimindəki generator çıxışındakı sınaq impulslarının amplitudur.
Qeyd – Yüksək sərtlik dərəcəsi üzrə cihazın sınaqdan keçirilməsi zamanı əvvəlki sınaqdan qalan mümkün ümumi nəticənin qarşısını almaq üçün tədbirlər görülməlidir.
В.3 Sınaq impulsunun sərtlik səviyyələrini istifadə etməklə FKPT tətbiq nümunəsi
Sərtlik səviyyəsinin nümunəsi В.4 cədvəlində göstərilmişdir. Əhəmiyyətli qida sisteminin tipindən və növündən asılı olaraq təkan ola bilər: 12 V, 24 V və ya 42 V (Bax, buradakı cədvəllərdə səviyyələr В.1 – В.3).
Cədvəl В.4 –Sınaq impulsunun sərtlik dərəcələrini istifadə etməklə FKPT tətbiqi nümunəsi
İnduktiv k rabitə əmsalının müəyyən edilməsi cədvəl С.1 göstərilən naqillərin təsnifatının tətbiqini tələb edir.
Cədvəl 1.- Şəkil C.1-də istifadə edilən naqil bağlarının təsnifatı
d naqil bağının diametri, mm
Bağ daxilində naqillərin ümumi uzunluğu rabitə xətti müəyyənləşdirir. Rabitə əmsalı k həmçinin rabitə bağının diametrindən asılıdır. (bax.şəkil C.1)
X – rabitə zəncirinin uzunluğu, santimetrlə;
Y – induktiv rabitə əmsalı k.
Maneələrin maksimum gərginliyi (sınaq gərginliyi) Usınaq aşağıdakı düsturla müəyyən edilir.
k – induktiv rabitə əmsalının uyğunluğu С.1. şəklində göstərilmişdir;
Usönd – söndürmə anında baş verən maksimum gərginlik
Maneənin maksimum gərginliyi Usınaq verilmiş konfiqurasiyalar üçün zəruri olan sınaqların hesablanmış dərəcəsi kimi istifadə edilə bilər. 3.5.3-də qeyd edilmiş fəaliyyət qaydalarından istifadə edərək generatorun çıxış gərginliyini müəyyən etmək olar (boş işləmə gərginliyi).
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “01” fevral 2016-cı il tarixli 160123500003 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa
nömrə nişanlarının işıqlandırılması üçün qurğuların rəsmi təsdiqinə
dair vahid göstərişlər
1. Bu standart Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ЕСЕ Правила № 4 «Единообразные предписания, касающиеся официального утверждения приспособлений для освещения заднего номерного знака механических транспортных средств и их прицепов» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
_________________________________________________________________
Mexaniki nəqliyyat vasitələrinin və onların
qoşqularının arxa nömrə nişanlarının
işıqlandırılması üçün qurğuların rəsmi
təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the approval
of devices for the illumination of rear
registration plates of power-driven
vehicles and their trailers
_________________________________________________________________
Bu Qaydalar M, N, O və T kateqoriyalı nəqliyyat vasitələrini arxa qeydiyyat nişanınınn fənərləri üçün tətbiq edilir.
Bu Qaydaların məqsələri üçün:
1.1 "Arxa qeydiyyat nişanının işıqlandırılma fənəri" əks etmə vasitəsi ilə arxa qeydiyyat nişanını işıqlandıran, sonradan "işıqlandırma üçün qurğu" adlandırılan arxa qeydiyyat nişanlarının işıqlandırılması üçün qurğudur. Nömrə nişanının yerinin işıqlanma dərəcəsi bu qurğunun rəsmi təsdiqi üçün müəyyən edilir.
1.2 Bu Qaydalarda ərizənin rəsmi təsdiqə verilməsi zamanı qüvvədə olan Qayda № 48-də və seriyaların düzəlişlərində göstərilən təriflərdən istifadə olunur.
1.3 "Müxtəlif tipli arxa qeydiyyat nişanının işıqlandırılma fənərləri" aşağıda verilən əhəmiyyətli aspektlər üzrə fərqlənən fənərlərdir:
a) əmtəə adı və ya əmtəə nişanı;
b) optik sistemin xarakteristikaları (işıq gücünün səviyyəsi, işıq yayılma bucaqları, közərmə lampasının kateqoriyası, işıq mənbəsinin modulu və s.);
1.4 standart (etalon) közərmə lampası (lampaları) və Qayda № 37 üçün bu Qaydada verilən istinadlar 37№ -li Qaydaya və tipin rəsmi təsdiq edilməsi üçün ərizənin verilməsi zamanı qüvvədə olan düzəlişlər seriyasına əsaslanmalıdır.
İŞD-li (işıq şüalandıran diod) standart (etalon) işıq mənbəyi (mənbələri) və Qayda № 128 üçün bu Qaydada verilən istinadlar 128№ -li Qaydaya və tipin rəsmi təsdiq edilməsi üçün ərizənin verilməsi zamanı qüvvədə olan düzəlişlər seriyasına əsaslanmalıdır
Rəsmi təsdiq üçün ərizə əmtəə adı və ya əmtəə nişanının sahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən lazımi qaydada təqdim edilir. Ərizədə qurğunun uzun lövhəciyin (520 x 120 mm), hündür lövhəciyin (340 x 240 mm), kənd təsərrüfatı və ya meşə traktorları üçün lövhəciyin (240 x 165 mm) işıqlandırılması və ya bu lövhəciklərin istənilən kombinasiyasının işıqlandırılması üçün nəzərdə tutulduğu qeyd edilməlidir. Ərizəçinin seçimi ilə orada əlavə olaraq qurğunun birdən çox vəziyyətdə və ya nömrə nişanı üçün nəzərdə tutulmuş yerə nəzərən müxtəlif vəziyyətlərdə qurula bilməsi göstərilir; bu müxtəlif vəziyyətlər ərizəçi tərəfindən məlumat kartında göstərilir. Ərizəyə hər tip üçün aşağıdakılar əlavə edilir:
a) cizgilər (üç nüsxədə), tipin identifikasiyası üçün kifayət qədər ətraflıdır; onlara nömrə nişanı, həmçinin lazımi qaydada işıqlandırılan zonanın konturları olan səthlə bağlı işıqlandırma üçün qurğunun montajının həndəsi şərtləri göstərilir. Cizgilərdə rəsmi təsdiq nişanının çevrəsi ilə bağlı rəsmi təsdiq nömrəsinin güman edilən yerləşməsi göstərilməlidir;
b) dəyişdirilməyən (əvəz edilməyən) işıq mənbələri ilə fənərlərdən başqa qısa texniki təsvir göstərilir, xüsusi halda:
i) kateqoriya və ya göstərilən közərmə lampasının kateqoriyaları; közərmə lampalarının bu kateqoriyası Qayda № 37-dəvə ona edilən, tipin rəsmi təsdiqi üçün ərizənin təqdim edilən anında qüvvədə olan, bir sıra düzəlişlərdə nəzərdə tutulan kateqoriyaların birinə uyğun olmalıdır; və/və ya
ii) kateqoriya və ya İŞD-li göstərilən işıq mənbəsi (mənbələri) kateqoriyaları; bu kateqoriya İŞD-li işıq mənbəsi uyğun gəlməlidir Qayda № 128-də və ona edilən, tipin rəsmi təsdiqi üçün ərizənin təqdim edilən anında qüvvədə olan, bir sıra düzəlişlərdə nəzərdə tutulan kateqoriyaların birinə uyğun olmalıdır;
iii) işıq mənbəyinin modulunun dəqiq identifikasiya kodu;
c) məsləhət görülmüş lampa və ya lampalarla təchiz edilən iki nümunə.
Rəsmi təsdiq üzrə təqdim edilən işıqlandırma qurğuları aşağadakılara malik olmalıdır:
3.1 işıqlandırma qurğularının istehsalçısının və ya tədarükçüsünün əmtəə adı və ya nişanı;
3.2 rəsmi təsdiq nişanının çəkilməsi üçün kifayət qədər yer; bu yer yuxarıdakı 2 a) bəndində qeyd edilən cizgilərdə göstərilməlidir;
3.3 dəyişdirilməyən işıq mənbələri ilə fənərlər və ya işıq mənbəyinin modulu zamanı - nominal gərginliyi və ya gərginliklər diapazonunu və nominal gücü göstərən markalanma;
3.4 dəyişdirilməyən işıq mənbələri ilə fənərlərdən başqa, aşağıdakıları göstərən dəqiq silinməyən qiymət olmalıdır:
a) təyin edilmiş işıq mənbəsi (ləri) kateqoriyası və ya kateqoriyaları, və/və ya
b) işıq mənbəyi modulunun dəqiq identifikasiya kodu;
3.5 modullu (modullarıyla) işıq zamanı bu modulda (bu modullarda) işıq mənbəyi olmalıdır:
3.5.1 ərizə verənin əmtəə adı və ya əmtəə nişanı; bu markalanma dəqiq və silinməyən olmalıdır;
3.5.2 modulun konkret identifikasiya kodu; bu markalanma dəqiq və silinməyən olmalıdır.
Belə konkret identifikasiya kodu "MODULE"-u ("modul") ifadə edən ilk hərflərindən "MD"-dən ibarət olmalıdır; bunun ardınca aşağıdakı bənd 4.4.1-də göstərilmiş dairəsiz rəsmi təsdiqlənmiş markalanma olmalıdır və eyni zamanda bir neçə eyni olmayan işıq mənbəyi modullarından istifadə etdikdə əlavə işarələr və ya hərflər və rəqəmlər bu konkret identifikasiya kodu yuxarıdakı bənd 2-də təqdim olunan şəkillərdə göstərilməlidir;
Rəsmi təsdiqin markalanmasının bu moduldan istifadə edilən işığın markalanması kimi olması məcburi deyil, lakin hər iki markalanma eyni ərizə verənə aid olmalıdır;
3.5.3 nominal gərginlik və nominal güc göstərilməlidir.
4.1 Əgər yuxarıdakı 2-ci bəndə uyğun olaraq təqdim edilən işıqlandırma üçün qurğunun tipinin hər iki nümunəsi bu Qaydaların müddəalarına uyğundursa, onda rəsmi təsdiq verilir.
4.2 Hər bir rəsmi təsdiq edilən tipə birinci iki rəqəmi (hal-hazırda Qaydaların ilkin variantında onlar üçün 00) rəsmi təsdiqin verilməsi anına dair Qaydalara daxil edilən ən son çox əhəmiyyətli texniki dəyişiklikləri əks etdirən düzəlişlərin seriyasında göstərilən rəsmi təsdiqin nömrəsi verilir. Eyni Saziş bağlayan tərəf bu nömrəni bu Qaydaların fəaliyyəti sahəsi altında olan yalnız yayılan işığın rəngi üzrə fərqlənən qurğulara dair rəsmi təsdiqin yayılması hadisəsindən başqa qurğunun digər tipinə verə bilməz.
4.3 Bu Qaydaları tətbiq edən 1958-ci il Razılaşmasının tərəfləri rəsmi təsdiqin verilməsi, rəsmi təsdiqin yayılması haqqında və ya bu Qaydalara olan Əlavə 2-də göstərilən nümunəyə uyğun olan kart vasitəsi ilə bu Qaydalara əsasən işıqlandırma üçün qurğunun tipinin rəsmi təsdiqdən imtinası haqqında xəbərdar edilir.
4.4 Bu Qaydaya əsasən rəsmən təsdiq edilən tipə uyğun olan işıqlandırma üçün hər qurğuda yuxarıdakı 3 a) və 3 c) bəndlərində tətbiq edilən markalanmadan başqa Əlavə 1-ə uyğun olan beynəlxalq rəsmi təsdiq nişanı qoyulmalıdır. Belə beynəlxalq rəsmi təsdiq nişanı:
4.4.1 rəsmi təsdiq verən ölkənin fərqləndirici nömrəsini müşayiət edən, “E” hərfi qeyd olunmuş dairədən;
4.4.2 çevrənin yanında yerləşdirilən rəsmi təsdiq nömrələrindən;
4.4.3 növbəti əlavə işarə: "L" hərflərindən ibarətdir.
4.4.4 Bu Qaydalara düzəlişlərin ən son seriyasını göstərən rəsmi təsdiqin birinci iki rəqəm nömrəsi "L" -in əlavə işarəsinə yaxın yerləşə bilər.
4.5 Bənd 4.4.1, 4.4.2 və 4.4.3 -də göstərilən nişan və işarələr işıqlandırma üçün nəqliyyat vasitəsində qurğu təyin ediləndə belə silinməyən və asan fərqlənən olmalıdır.
4.6 Əgər qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlər iki və ya daha çox elementdən ibarət olarsa, onda rəsmi təsdiq yalnız o zaman verilir ki, əgər bu elementlərdən hər biri bu və ya digər Qaydaların tələblərinə uyğun olsun. Qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlər bu Qaydalardan hər hansının müddəasına uyğun olmayan elementləri özündə saxlamamalıdır.
4.6.1 Əgər qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlər bir neçə qaydanın müddəalarına uyğun olarsa, onda o rəsmi təsdiqi, rəsmi təsdiqin nömrəsini və işarəni verən ölkənin fərqləndirici nömrəsinin izlədiyi "E" hərfi yazılan çevrədən ibarət olan rəsmi təsdiqin vahid beynəlxalq nişanı ilə göstərilə bilər. Rəsmi təsdiqin bu nişanı qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlərdə istənilən yerdə o şərtlə qoyula bilər ki:
4.6.1.1 o onların quraşdırılmasından sonra yaxşı ayrılacaq;
4.6.1.2 qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlərin elementlərindən heç biri nəqliyyat vasitəsindən eyni zamanda rəsmi təsdiqin nişanından silinmədən çəkilə bilməz.
4.6.2 son dərəcə əhəmiyyətli texniki dəyişiklikləri daxil edən düzəlişlərin seriyasına uyğun olan əsasında rəsmi təsdiq verilən hər bir Qaydalara uyğun olan hər bir fənər üçün rəsmi təsdiq verilən zaman Qaydalara daxil edilən fərqləndirici nişan vurulmalıdır:
4.6.2.1 və ya işıqsalan səthə uyğun olan,
4.6.2.2 və ya blokda elə bir formada ki, qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlərin elementlərindən hər birini asanlıqla identifikasiya etmək mümkün olsun ( bax. Əlavə 1-də göstərilən üç mümkün nümunəyə).
4.6.3 Rəsmi təsdiqin vahid nişanının elementlərinin ölçüləri əsasında rəsmi təsdiq verilən Qaydaların xüsusi işarələri üçün verilən daha minimal ölçüdən az olmamalıdır.
4.6.4 Hər rəsmi təsdiq edilən tipə rəsmi təsdiqin xüsusi nömrəsi uyğun olmalıdır. Eyni Saziş bağlayan tərəf eyni bir nömrəni bu Qaydaların fəaliyyəti altında qruplaşdırılan, kombinasiya edilən və ya birləşdirilən fənərlərin digər tipinə verə bilməz.
4.6.5 Rəsmi təsdiqin markalanması asanlıqla ayırd edilə bilən və silinməyən olmalıdır. O, qurğunun işıq saçan şəffaf hissəsindən ayırması mümkün olmayan qurğunun daxilində və ya xaricində (şəffaf və ya tutqun) yerləşdirilə bilər. Hər bir halda nəqliyyat vasitəsində qurğunun quraşdırılmasından sonra və ya əgər kapot, yük yerinin qapağı və ya qapı kimi hərəkət edən hissələr açıq vəziyyətdə olarsa markalanma görülən olmalıdır.
4.7 Əlavə 1-də tək fənərli (şəkil 1), qruplaşdırılmış, kombinəedilmiş və ya qarışıq fənərli qurğular (şəkil 2) üçün rəsmi təsdiq nişanlarının sxemlərinin nümunələri yuxarıda göstərilən bütün əlavə işarələrdə daxil olmaqla göstərilmişdir.
Hər bir qurğu 9-cu bəndin müddəalarına uyğun olmalıdır.
5.1 Arxa nömrə nişanının işıqlandırılması üçün qurğunu konstruksiyası nömrənin Əlavə 4- də göstərilmiş bucaqlar həddində bütün səthinin görünüşünü təmin etməlidir.
5.2 Bütün ölçmələr aşağıdakı gərginliklərə ötürməklə istehsalçının təqdim etdiyi kateqoriyaya uyğun standart rəngsiz və ya rəngli işıq mənbələrindən istifadə etməklə həyata keçirilir:
a) közərmə lampası zamanı - verilmiş közərmə lampası kateqoriyası üçün tələb olunan nəzər edilən işıq selinin təmin edilməsi üçün zəruri olan gərginlik;
b) İŞD-li işıq mənbəyi zamanı- 6.75 V, 13.5 V və ya 28.0 V işıq selinin təmin edilən qiyməti korrektə edilir. Düzədilmiş əmsal özündə tətbiq edilən gərginlik zamanı qeyd edilən nominal işıq seli ilə işıq selinin qiyməti arasında nisbəti göstərir.
Dəyişdirilməyən işıq mənbəli qurğularda bütün ölçmələr 6.75 V, 13.5 V və ya 28.0 V-a uyğun gərginlikdə aparılır.
5.3 Əgər işıq mənbəyi xüsusi elektrik enerjisi mənbəyindən işləyirsə, yuxarıda göstərilən sınaq gərginlikləri bu elektrik enerji mənbəyinin giriş sıxacından verilir. Sınaq laboratoriyaları istehsalçı müəssisədən işıq mənbəyinin işləməsi üçün zəruri olan xüsusi elektrik enerji mənbəyini tələb edə bilər.
5.4 Arxa qeydiyyat nişanının işıqlandırılması üçün istənilən qurğu közərmə lampası ilə işıqlandırılan qurğular istisna olmaqla bu qurğuların 1 və 30 dəqiqə ərzində işlənməsindən sonra ölçülən işıq seli minimal göstəriciyə uyğun olmalıdır.
Qurğunun bir qədidə ərzində işləməsindən sonra işıqlandırılmanın bölüşdürülməsi qurğunun işlədiyi zaman eyni nöqtədə 1 və 30 dəqiqədən bir ölçülmüş işıqlandırma kəmiyyəti baxımından hər sınaq nöqtəsinə tətbiq etmək yolu ilə ölçülə bilər.
5.5 Aşağıda göstərilənlərə əmin olmaq məqsədi ilə işıq modulları zamanı işıq mənbəyində yoxlamalar aparılır:
5.5.1 İşıq mənbələrinin modulları elə hesab edilməlidir ki;
a) işıq selinin hər bir modulu qaydada göstərilmiş vəziyyətdə quraşdırmaq və müvafiq alətin köməyi ilə çıxarmaq olsun;
b) qurğunun korpusunda birdən artıq işıq mənbəyi modulundan istifadə zamanı müxtəlif xarakteristikalı işıq mənbəyi modulu eyni lampa korpusunda bir-biri ilə dəyişdirilə bilməz.
5.5.2 İşıq mənbəyinin modulu (modulları) qeyri-peşəkar rəftardan qorunmalıdır.
5.5.3 İşıq mənbəyinin modulunun konstruksiyası elə olmalıdır ki, alətdən (alətlərdən) istifadə olunmasına baxmayaraq onu istənilən digər rəsmi təsdiq edilmiş dəyişdirilən işıq mənbəsi ilə mexaniki yolla əvəz etmək mümkün olsun.
5.6 Dəyişdirilən işıq mənbəyi (mənbələri) zamanı:
5.6.1 Qayda №-37 və / və ya Qayda №-128 əsasında, Qayda №-37 –də və onlara edilən dəyişiklik zamanı tipin rəsmi təsdiqi üçün və Qayda №-128- də onlara edilən dəyişiklik zamanı tipin rəsmi təsdiqi üçün onlara edilən hər hansı bir məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmaması şərti ilə rəsmi təsdiq edilmiş işıq mənbəyinin istənilən kateqoriyasında istifadə etmək olar.
5.6.2 Qurğunun konstruksiyası elə olmalıdır ki, işıq mənbəyi yalnız düzgün vəziyyətdə quraşdırılsın.
5.6.3 işıq mənbəyinin patronu BEK 60061 –də göstərilən xüsusiyyətlərə uyğun olmalıdır. Patrona işıq mənbəyinin istifadə edilən kateqoriyasına dair xüsusiyyətlər tətbiq edilir
Qeydiyyat nişanın rəngini hiss olunacaq dərəcədə dəyişdirə bilməməsi üçün işıqlandırma qurğusunda istifadə edilən lampa ilə ölçülən işıq rəngsiz olmalıdır.
İşıqlandırma üçün qurğunun istehsalçısı bir və ya bir neçə vəziyyət və ya vəziyyətlərin sahəsini göstərir, hansılarda ki, bu qurğu nömrə nişanı üçün nəzərdə tutulmuş yerlə bağlı qurulmalıdır; əgər lampa istehsalçı tərəfindən göstərilmiş vəziyyətdə qurulursa, onda lövhəciyin səthinə işığın düşmə bucağı işıqlandırılacaq səthin heç bir nöqtəsində 82-ni keçməməlidir. Bu bucaq qurğunu işıqlandırma səthinin kənarının nömrə nişanının səthindən ən yüksək məsafədə olan hissəsindən ölçülür. Əgər işıqlandırma üçün bir neçə qurğu varsa, onda yuxarıda göstərilən tələb yalnız nömrəli nişanın o hissəsinə aiddir, hansı ki, uyğun olan qurğuyla işıqlandırma üçün nəzərdə tutulmuşdur.
Əgər qurğu nömrəli işarənin parallel səthinin işıqlandıran bir xarici divarı olarsa, onda işarənin səthindən qismən uzaqlaşdırılmış, paralel işarənin və səthdən qismən uzaqlaşdırılmış qurğunun işıqlandırılan nöqtəsi işıqlandırılan səthin orta nöqtəsi hesab edilir.
Qurğu elə şəkildə qurulmalıdır ki, heç bir işıq şüası qırmızı işıq istisna olmaqla (əgər bu qurğu arxa fənərlə birləşdirilibsə və ya quraşdırılıbsa) birbaşa əksinə istiqamətlənməsin.
İşıqlanma səpələnmiş rəngsiz səth ilə səpələnmənin əksinin tanınmış əmsalları ilə ölçülməlidir. Səpələnmiş rəngsiz səth nömrə nişanının ölçüsünə və ya bir nöqtədən kənara çıxmış ölçüyə malik olmalıdır. Onun mərkəzi ölçmə nöqtələrinin mərkəzində yerləşir.
Bu səpələnmiş rəngsiz səth (səpələnmiş rəngsiz səthlər) nömrə nişanı bərkidilmiş yerdən 2 mm məsafədə yerləşir.
Şüalanma bu Qaydanın 3-cü Əlavəsində göstərilmiş hər bir nöqtəyə istiqamətləndirilmiş 5° buraxılmaqla səpələnmiş rəngsiz səthə perpentikulyar ölçülür, belə ki, hər bir nöqtə özündə ətrafdan 25 mm zonanı əks etdirir.
Əlavə 3 - də göstərilən hər bir ölçmə nöqtəsində şüalanma göstəricisi ən azı 2.5 kd/molmalıdır. İstənilən 1 və 2 nöqtələri arasında ölçülən, B1 və B2 kəmiyyətləri arasında şüalanma qradientləri 2 x Bo/sm keçməməlidir.
Bo - müxtəlif ölçmə nöqtələri arasında minimal şüalanmanı müəyyənləşdirir.
10. İstehsalatın uyğunluğunun təmin edilməsi proseduru aşağıdakılar da nəzərə almaqla Razılaşmanın 2–ci Əlavəsində (E/ECE/324-E/ECE/TRANS/505/Rev.2) göstərilmiş prosedura uyğun olmalıdır.
10.1 Bu Qaydalar əsasında rəsmi təsdiqlənmiş, arxa nömrə nişanının işıqlandırılması üçün qurğular (daha sonra qurğu) elə hazırlanmalıdır ki, 5, 6 və 9-cu bəndin tələblərinə cavab versin və rəsmi təsdiq edilən tipə uyğun olsun. Əgər birdən çox qurğu tələb olunursa, onda aşağıda göstərilmiş mətndə qurğu dedikdə bir sıra qurğular nəzərdə tutulur.
10.2 İstehsalatın uyğunluğu üzrə nəzarət prosedurları baxımından Bu Qaydanın 6- cı Əlavəsində göstərilmiş minimal göstərişlərə də riayət olunmalıdır.
10.3 İnspektor tərəfindən aparılan nümunə götürmə baxımından Bu Qaydanın 7- cı Əlavəsində göstərilmiş minimal göstərişlərə də riayət olunmalıdır.
10.4 Tipin rəsmi təsdiqi verən səlahiyyətli orqan istənilən zaman hər bir istehsalat obyektində tətbiq olunan istehsal uyğunluğuna görə nəzarət metodlarını yoxlaya bilər. Adətən bu yoxlamalar iki ildə bir dəfə dövri keçirilir.
11.1 Yuxarıda göstərilən tələblərə əməl edilmədikdə, bu Qaydalar əsasında işıqlandırma üçün qurğunun rəsmi təsdiqi ləğv edilə bilər.
11.2 Əgər bu Qaydaları tətbiq edən Sazişin hər hansı Tərəfi əvvəlcədən onun tərəfindən verilmiş rəsmi təsdiqi ləğv edirsə, o bu Qaydaları tətbiq edən digər Razılaşan tərəfləri bu Qaydalara dair Əlavə 2-sə göstərilən nümunəyə uyğun olan məlumat vərəqi vasitəsi ilə bu barədə dərhal xəbərdar edir.
Əgər rəsmi təsdiqin sahibi bu Qaydaların təsiri altına düşən işıqlandırma üçün qurğunun istehsalını tamamilə dayandırırsa, onda o bu barədə rəsmi təsdiqi vermiş səlahiyyətli orqana xəbər verir. Bu səlahiyyətli orqan lazımi məlumatları aldıqdan sonra Razılaşmanın digər Tərəfini bu barədə xəbərdar edir, müvafiq nümunəsi Əlavə 2-də göstərilmişdir.
13.1 Közərmə lampaları ilə təchiz edilməyən arxa nömrə nişanını işıqlandıran qurğular.
13.1.1 Əlavə 8 qüvvəyə mindiyi tarixdən etibarən bu Qaydaları tətbiq edən razılığa gələn Tərəflərin heç biri 8-ci Əlavədə olan düzəlişlərlə bu Qaydalar əsasında rəsmi təsdiqin verilməsindən imtina etməməlidir.
13.1.2 Əgər 13.1-ci bənddə adı çəkilən qurğunun tipi 8-ci Əlavədə olan düzəlişlərlə bu Qaydaların göstərişlərinə cavab verirsə, Əlavə 8 qüvvəyə mindiyi tarixdən 36 ay sonra bu Qaydaları tətbiq edən Razılaşan Tərəflər rəsmi təsdiqi verir.
13.1.3 Bu Qaydalarla tətbiq edən razılaşan tərəflər bu Qaydanın əvvəlki seriyada düzəlişləri əsasında rəsmi təsdiqin yayılmasından imtina edə bilməzlər.
13.1.4 Bu Qaydaları tətbiq edən razılaşan tərəflər, 13.1-ci bəndində qeyd olunan və Əlavə 8-in qüvvəyə mindiyi tarixdən sonra 36 ay ərzində bu Qaydaların düzəliş edilmiş göstərişlərinə uyğun avadanlıqların rəsmi təsdiqini verməyə davam etdirir.
13.2 13.1–ci bənd də qeyd olunan arxa nömrə nişanının işıqlandırılması üçün avadanlıqlar.
13.2.1 Əlavə 8-in qüvvəyə mindiyi tarixdən başlayaraq bu Qaydaları tətbiq edən razılaşan tərəflərdən heç biri, əvvəlki seriyasına dəyişiklik edilməklə bu Qayda əsasında 13.1-ci bənddə adları çəkilən, qurğuların nəqliyyat vasitələrində quraşdırılmasını qadağan etməməlidir.
13.2.2 Bu Qaydaları tətbiq edən razılaşan tərəflər əvvəlki seriyasına dəyişiklik edilməklə bu Qayda əsasında təsdiq edilmiş və 13.1 bəndində göstərilmiş qurğuların Əlavə 8-in qüvvəyə mindiyi gündən 48 ay müddətində nəqliyyat vasitələrində quraşdırılmasına icazə verməyə davam edir.
13.2.3 Bu Qaydanı tətbiq edən razılaşan tərəflər Əlavə 8-in qüvvəyə mindiyi gündən etibarən 48 ay müddəti bitdikdən sonra 13.1- ci bənddə nəzərdə tutulan və Əlavə 8 - ə daxil olan düzəlişlər edilmiş bu qaydadakı göstərişlərə uyğun olmayan qurğuların rəsmi təsdiq edilən tip ki mi təqdim edilən və ya bu Qaydanın 80-ci Əlavəsi qüvvəyə mindiyi gündən 24 ay sonra rəsmi təsdiq edilmə baxımdan yeni nəqliyyat vasitələrində quraşdırılması qadağan edilə bilər.
13.2.4 Bu Qaydanı tətbiq edən razılaşan tərəflər Əlavə 8-in qüvvəyə mindiyi gündən etibarən 60 ay bitdiyi müddətdə bənd13.1 –də nəzərdə tutulan və əlavə 8-ə daxil olan düzəlişlər edilmiş bu Qayda da yazılanlara cavab verməyən avadanlıqların Əlavə 8- in qüvvəyə mindiyi gündən sonra 60 aydan sonra ilk dəfə qeydiyyata alınmış yeni nəqliyyat vasitələrinə quraşdırılması qadağan edilə bilər.
Bu Qaydaları tətbiq edən Saziş Tərəfləri Birləşmiş Millətlər Təşkilatının Katibliyinə rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik olan texniki xidmətlərin, o cümlədən rəsmi təsdiqi verən və digər ölkələrdə verilən rəsmi təsdiqin, rəsmi təsdiqdən imtina və ya rəsmi təsdiqin ləğvinin qeydiyyat vərəqələrini göndərən tipin rəsmi təsdiqi üzrə orqanların adları və ünvanları haqqında məlumat verirlər.
Yuxarıda göstərilən nişan vurulmuş qurğuların Niderlandın (E 4) rəsmi təsdiq edilmiş 4 №-li Qaydalar əsasında 2439 rəsmi təsdiq nömrəsi altında nəqliyyat vasitəsinin rəsmi təsdiq edilmiş nömrə nişanın işıqlandırılması üçün qurğu hesab edilir. Rəsmi təsdiq nömrəsi rəsmi təsdiqin 4№ -li Qaydaya (qaydanın ilkin versiyasına və onun sonradan düzəlişlər edilmiş versiyasına uyğun) əsasən təqdim edilməsini göstərir.
(Şaqulu və üfüqi xətlər qurğunun işıq siqnalının formasını göstərir. Onlar rəsmi təsdiq nişanının hissəsi hesab edilmir)
Qeyd: Göstərilən 3 təsdiq nişanlarının nümunələri –B, C, D nümunələri o halda özündə işıqlandırma nümunələrinin markalanmasını 3 variantda əks etdirir ki, ən azı iki lampa quraşdırılmış, kombinə edilmiş və ya qarışıq fənər komplektinin bir elementi hesab edilsin. Bu rəsmi təsdiq edilmiş nişan onu sübut edir ki, bu qurğu Niderlandiyada (E 4) 3333 rəsmi təsdiq nömrəsinin altında rəsmi təsdiq edilmişdir və aşağıdakıları ehtiva edir:.
3№-li Qaydaya edilmiş 02 saylı düzəlişə uyğun rəsmi təsdiq edilmiş I A işıq əksetdiricisini;
№6-li Qaydaya edilmiş 01 saylı düzəlişə uyğun rəsmi təsdiq edilmiş 2a kateqoriyasının arxa döngə göstəricisini;
7№-li Qaydaya edilmiş 01 saylı düzəlişə uyğun rəsmi təsdiq edilmiş qırmızı işığın arxa qabarid işığı (R);
38№–li Qaydanın ilkin versiyasına uyğun rəsmi təsdiq edilmiş dumana qarşı arxa işığı (F);
№23 –li Qaydanın ilkin versiyasına uyğun rəsmi təsdiq edilmiş arxa gedişin siqnalı (AR);
7№-li Qaydaya edilmiş 01 saylı düzəlişə uyğun rəsmi təsdiq edilmiş iki səviyyəli işıqlandırma ilə stop-siqnalı (S2);
4№–li Qaydanın ilkin versiyasına uyğun rəsmi təsdiq edilmiş arxa nömrə nişanının işıqlandırılması üçün qurğu (L);
Yuxarıda göstərilən identifikasiya kodlu işıq mənbəsinin modulu İtaliyada (E3) 17325 rəsmi təsdiq nömrəsi altında fənərlə birlikdə rəsmi təsdiq edilmişdir.
(Maksimal format: A4 (210 x 297 mm))
göndərilib: İnzibati orqanın adı
____________________________
____________________________
____________________________
RƏSMİ TƏSDİQİN TƏQDİM EDİLMƏSİ
RƏSMİ TƏSDİQİN YAYILMASI
RƏSMİ TƏSDİQDƏN İMTİNA
İSTEHSALIN TAM DAYANDIRILMASI
4№-li Qayda əsasında Mexaniki nəqliyyat vasitələrinin (motoskletlər istisna olmaqla) və onların qoşqularının arxa nömrə nişanının işıqlandırılması üçün qurğunun tipi.
Rəsmi təsdiq № ….. Yayılma № ………..
1. Qurğunun əmtəə adı və ya əmtəə nişanı………….…………………………………
2. Qurğunun tipini hazırlayan müəssisənin adı………………….…….….…...………
3. İstehsalçı müəssisənin adı və ünvanı…………………………………………………
4. Müvafiq hallarda istehsalçı zavodun təmsilçisinin soyadı və ünvanı……………………………………………………………………………………………..
5. Rəsmi təsdiqə təqdim etmə tarixi ……………………………………………………
6. Rəsmi təsdiq üçün sınaqları aparan səlahiyyətli texniki xidmət……………………………………………………………………………………………
7. Bu xidmət tərəfindən təqdim edilən protokolun tarixi………………………
8. Bu xidmət tərəfindən təqdim edilən protokolun nömrəsi ………
İşıqlanma üçün qurğu: hündür nömrə nişanı,
kənd təsərrüfatı və meşə traktorları üçün nömrə nişanı
Közərmə lampalarının sayı və kateqoriyası:………………………………………
İşıq mənbəyinin modulu……………………………………………hə/yox 2/
İşıq mənbəyinin modulunun dəqiq identifikasiya kodu:…………………………
Qurğunun geometrik şərtləri (nömrə nişanı üçün ayrılmış nisbətən qurğunun vəziyyəti və bucağın mailliyi və və/ya bu yerin müxtəlif bucaq mailliyi):……………………………………………………………………………….
10. Rəsmi təsdiqin yayılması:……………………………..………………………
11. Rəsmi təsdiqin yayılma səbəbləri (zərurət olduqda)…………………………
12. Rəsmi təsdiq təqdim edilib/rəsmi təsdiq yayılıb/ rəsmi təsdiqdən imtina edilib/ rəsmi təsdiq ləğv edilib:……………………………………………………………
13 Yer:………………………………………………………………………………
14. Tarix:……………………………………………………………………………
15. İmza:……………………………………………………………………………
16. Rəsmi təsdiqi təqdim edən, tipin rəsmi təsdiqi üzrə orqana verilən sənədlərin siyahısı bu Məlumatın əlavə hissəsi kimi verilə bilər və ya sorğu əsasında əldə edilə bilər.
a) hündür nömrəli nişanın işıqlandırılması üçün nəzərdə tutulmuş qurğular (340 x 240 mm)
b) uzun nömrəli nişanın işıqlandırılması üçün nəzərdə tutulmuş qurğular(520 x 120 mm
c) kənd təsərrüfatı və ya meşə traktorları üçün lövhələrin işıqlandırılması üçün nəzərdə tutulmuş qurğular (240 x 165 mm)
a = 25 mm b = 95 mm c = 100 mm d = 90 mm
e = 70 mm f = 57,5 mm g = 65 mm h = 60 mm
Qeyd: Qurğular iki və ya bütün qeydiyyat nişanların işıqlandırılması üçün ölçmə nöqtələri yuxarıda göstərilmiş, təchizatçı və ya istehsalçı tərəfindən göstərilmiş çərçivələr ilə birlikdə şəkillərə uyğun müəyyənləşdirilir; əgər iki ölçü nöqtəsi bir-birindən 30 mm-dən az məsafədə yerləşirsə, onda yalnız bu nöqtələrdən biri istifadə olunur.
1. Yuxarıda göstərilmiş görüntü zonasının küncləri yalnız nömrəli nişan üçün aparılmış yerin və işıqlandırma üçün qurğunun nisbi vəziyyətlərinə aiddir.
2. Nəqliyyat vasitəsində qurulmuş nömrəli nişanın görüntü zonası əvvəlki kimi uyğun olan milli qaydalarla təyin edilir
3. Göstərilən künclərdə qismən qaranlığa səbəb olan işıqlandırma üçün qurğular nəzərdə tutulmuşdur. Onlar daha çox qaranlıq istiqamətlərində dayanmalıdırlar. İşıqlandırma üçün qurğular qismən qaranlıqlaşdırılmış bölmələrin sahəsinin minimumuna qədər ixtisarına imkan yaratmalıdır.
1. Fotometrik xarakteristikaların yoxlanması aşağıdakı kimi aparılır:
1.1 dəyişdirilməyən işıq mənbələri (közərmə lampaları və digər mənbələr) üçün:
bu Qaydanın 5.2.1 bəndinə uyğun olaraq fənərdə işıq mənbəyi olduqda;
1.2 dəyişdirilən közərmə lampaları üçün:
6,75V, 13,5 V və ya 28,0 V gərginliyə hesablanmış işıq mənbəyi təchiz edilməsi hallarda alınmış işığın qiymətinə düzəliş edilir. Közərmə lampalarının düzəliş əmsalı gərginliyi (6,75V, 13,5V və ya 28,0 V) olan vaxtı alınan işıq axınının nəzarət və orta qiyməti arasında nisbəti təşkil edir.
İŞD-li işıq mənbəyi halında düzəliş əmsalı tətbiq edilən gərginlikdə (6,75V, 13,5 V və 28,0V) alınan işıq axının nəzarət və orta qiyməti arasında nisbəti təşkil edir.
Hər istifadə edilən közərmə lampasının faktiki işıq axınları orta qiymətdən ±5%-dən çox yayınmamalıdır. Alternativ olaraq ayrı-ayrı vəziyyətlərdən hər birində parametrləri nəzarət axınına uyğun olan etalon közərmə lampası növbə ilə istifadə oluna bilər, lakin bu halda hər vəziyyətdə ayrı-ayrı ölçülərin ümumi ölçüsü nəzərə alınır.
1.1 Əgər bu Qaydanın göstərişləri çərçivəsində fərqlər qaçılmaz istehsal meyletmələrini keçmirsə, mexaniki və həndəsi xarakteristikaları nöqteyi nəzərindən uyğunluq barəsində tələb yerinə yetirilmiş hesab edilir.
1.2 Fotometrik xarakteristikalara gəldikdə isə standart közərmə lampasıyla təchiz edilmiş sərbəst seçilmiş istənilən qurğunun fotometrik sınağı zamanı seriyalı qurğuların uyğunluğu sübut edilmiş hesab edilir və ya əgər lampalar növbəsiz işıq mənbələri (közərmə lampaları və ya başqa mənbələri) ilə təchiz edilirsə, onda bütün ölçülər 6,75 V, 13,5 V və ya 28,0 V gərginlik altında aşağıdakılara müvafiq olaraq aparılır:
1.2.1 Ölçülən qiymətlərdən heç biri əlverişsiz tərəfə meyletmələri bu Qaydalarda göstərilən qiymətlərdən 20%-dən çox fərqlənmir.
1.2.2 İşıqlanma qradiyentinə gəldikdə isə, əlverişsiz tərəfə meyletmənin ölçüsü aşağıdakılardan ibarət ola bilər:
2,5x Во/sm müvafiq olaraq 20%
3,0 x Во/sm müvafiq olaraq 30%
1.2.3 Əgər qurğu növbəli işıq mənbəyi ilə təchiz edilmişdirsə və əgər yuxarıda təsvir edilmiş sınağın nəticələri təqdim edilən tələblərə uyğun deyilsə, onda qurğular digər standart közərmə lampasından istifadə etməklə təkrar sınaqlara məruz qalır.
2. İstehsalçı tərəfindən keçirilən uyğunluğun yoxlanmasına dair minimal göstərişlər
Rəsmi təsdiq nişanın sahibi müvafiq müddətdə hər tipli avadanlıqların ən azı aşağıdakı sınaqlarını keçirir. Bu Qaydaların müddəalarına uyğun olaraq sınaqlar həyata keçirilir.
Əgər müəyyən tipin sınağın gedişatında hər hansı alınmış nümunələrin uyğunsuzluğu aydınlaşdırılırsa, onda yeni nümunələr seçilir və sınağı aparılır. İstehsalçı bu istehsalın uyğunluğunun təminatı üçün tədbir görür.
2.1 Sınağın xarakteri
Bu Qaydalarda nəzərdə tutulan uyğunluğa dair sınaqlar fotometrik xarakteristikalarına aiddir.
2.2 Sınaqların keçirilməsi zamanı istifadə edilən metodlar
2.2.1 Bu Qaydada xülasə edilmiş metodlara uyğun olan qaydada sınaqlar keçirilir.
2.2.2 İstehsalçı tərəfindən aparılan müvafiq istehsalın istənilən sınaq zamanı sınaqların keçirilməsinə cavabdeh olan məsuliyyətli səlahiyyətli orqanın icazəsi ilə rəsmi təsdiq üçün başqa bərabərölçülü metodlar tətbiq edilə bilər. İstehsalçı tətbiq edilən metodların bu Qaydalarda nəzərdə tutulmuş metodlara bərabər olmasının təmin edilməsinə cavabdehdir.
2.2.3 Bənd 2.2.1 və 2.2.2-nin tətbiqi sınaq aparaturasının müntəzəm kalibrləməsini və onun köməyiylə qeydə alınan səlahiyyətli orqan tərəfindən edilmiş ölçü məlumatlarının tutuşdurulmasını tələb edir.
2.2.4 Bütün hallarda, xüsusilə inzibati orqan tərəfindən yoxlamanın keçirilməsi və nümunələrin seçilməsi zamanı bu Qaydalarda qeyd edilmiş metodlar etalon sayılır.
2.3 Nümunələrin seçim xarakteri
Qurğuların nümunələri hazır oxşar məmulatların partiyasından sərbəst seçilir. İstehsalçı tərəfindən istifadə edilən istehsal metodlarına uyğun olaraq müəyyən edilmiş bir tip qurğular dəsti oxşar məmulatlar partiyası ilə nəzərdə tutulur.
Bütövlükdə qiymətləndirilmə ayrı-ayrı zavodların seriyalı məhsullarında aparılır.
Bununla birlikdə istehsalçı bir neçə zavodda eyni tip qurğuların istehsalı haqqında məlumatları əldə edə bilər, o şərtləki onlar keyfiyyətin eyni meyarlarını rəhbər tuturlar və eyni keyfiyyətin idarə etmə metodlarında istifadə edirlər.
2.4 Ölçülən və qeydə alınan fotometrik xarakteristikalar
Seçilmiş qurğu bu Qaydalarda nəzərdə tutulmuş fotometriya ölçmələrə məruz qalır.
İstehsalçı sınaqların nəticələrinin statistik analizinin keçirilməsinə və bu Qaydanın bənd 10.1-də nəzərdə tutulmuş məhsulun uyğunluğunun yoxlaması barəsində göstərişlərin icrası məqsədiylə səlahiyyətli orqanın razılaşması üzrə onun məhsulunun qəbul meyarlarının təyin edilməsinə məsuliyyət daşıyır.
Qəbul meyarları belədir ki, 95% etibarlıq səviyyəsində əlavə 7-nin tələblərinə uyğun olaraq seçim(nümunələrin birinci seçimi) yoxlamanın müvəffəqiyyətli keçməsinin minimal ehtimalı 0,95 %-ni təşkil etməlidir.
1.1 Mexaniki və həndəsi xarakteristikalar nöqteyi-nəzərindən uyğunluğa dair tələblər bu Qaydaların təlimatlarına əsasən yerinə yetirilmiş hesab edilir - əgər fərqlər qaçılmaz istehsal meyletmələrini ötmürsə - onda belə göstərişlər düzgün ifadə edilmişdir.
1.2 Fotometrik xarakteristikalara gəldikdə isə standart közərmə lampasıyla təchiz edilmiş sərbəst seçilmiş istənilən qurğunun fotometrik sınağı zamanı seriyalı qurğuların uyğunluğu sübut edilmiş hesab edilir və ya əgər lampalar əvəzsiz işıq mənbələri (közərmə lampaları və ya başqa mənbələri) ilə təchiz edilirsə, onda bütün ölçülər 6,75 V, 13,5 V və ya 28,0 V gərginlik altında aşağıdakılara müvafiq olaraq aparılır:
1.2.1 ölçülmüş qiymətlərdən heç biri bu Qaydada göstərilmiş qiymətlərdən əlverişsiz tərəfə 20% -dən çox fərqlənmir.
1.2.2 işıqlanma qradiyentinə gəlincə, əlverişsiz tərəfə meyletmənin ölçüsü aşağıdakılardan ibarət ola bilər:
2,5 x Во/sm müvafiq olaraq 20%
3,0 x Во/sm müvafiq olaraq 30%
1.2.3 Əgər qurğu növbəli işıq mənbəyiylə təchiz edilmişdirsə və əgər yuxarı təsvir edilmiş sınağın nəticələri təqdim edilən tələblərə uyğun deyilsə, onda qurğular başqa standart közərmə lampasından istifadə edilməklə təkrar sınaqlara məruz qalır.
1.2.4 Açıq nasazlıqlarla qurğular nəzərə alınmır.
2. Nümunələrin ilkin seçimi
Nümunələrinin ilkin seçim zamanı dörd aləti sərbəst seçilir. İlk iki nümunənin A hərfi, ikinci iki nümunə - B hərfi ilə qeyd edilir.
2.1 Uyğunluq sübut edilmiş hesab edilir.
2.1.1 Bu Əlavənin Şəkil 1-də göstərilmiş nümunələrin seçilməsi prosedurunun keçirilməsindən sonra qurğuların seriyalı istehsalın uyğunluğu sübut edilmiş hesab edilir, əgər qurğular üçün ölçülmüş qiymətlərin əlverişsiz tərəfə meyletmələri aşağıdakıları əks etdirirsə:
A1: bir qurğu üçün 0%
digər qurğular üçün 20%-dən çox olmayaraq
A2: hər iki qurğu üçün 0%-dan çox
ancaq 20%-dən çox olmayan
B1: hər iki qurğu üçün 0%
2.2 Uyğunluq sübut edilmiş hesab edilmir
2.2.1 Bu Əlavənin Şəkil 1-də göstərilmiş nümunələrin seçilməsi prosedurunun keçirilməsindən sonra qurğuların seriyalı istehsalı uyğun olaraq sübut edilmiş hesab edilmir və istehsalçıya istehsalın göstərilmiş tələblərə uyğunlaşdırmasını (onu bu tələblərə uyğunlaşmaq) təmin etmək təklif edilir, əgər qurğular üçün ölçülmüş qiymətlərin meyletmələri aşağıdakılardan ibarətdirsə:
A3: bir qurğu üçün 20%-dən çox olmayan
digər qurğular üçün 20%-dən çox
ancaq 30%-dən çox olmayan
bir qurğu üçün 0%-dən çox
ancaq 20%-dən çox olmayan
digər qurğular üçün 20%-dən çox olmayan
bir xüsusi xəbərdaredici işıq üçün 0%
digər xüsusi xəbərdaredici işıq üçün 20%-dən çox
ancaq 30%-dən çox olmayan
2.3 Rəsmi təsdiqin ləğvi
Uyğunluğu sübut edilmiş hesab edilmir və əgər bu Əlavənin şəkil 1-də göstərilmiş nümunələrin seçilməsi prosedurunun keçirilməsindən sonra qurğular üçün ölçülmüş qiymətlərinin meyletmələri aşağıdakıları əks etdirirsə, bənd 11-in müddəaları tətbiq edilir:
A4: bir qurğu üçün 20%-dən çox olmayan
digər qurğular üçün 30%-dən çox
A5: hər iki qurğu üçün 20%-dən çox
bir qurğu üçün 0%-dan çox
ancaq 20%-dən çox olmayan
digər qurğular üçün 20%-dən çox
iki qurğu üçün çoxu 20%
digər qurğu üçün çoxu 20%
3. Nümunələrin təkrar seçilməsi
A3, B2 və B3 hallarda iki ay ərzində xəbərdarlıqdan sonra nümunələrin təkrar seçilməsi aparılır: Məhsul partiyasından, göstərilən tələblərə uyğun istehsal gücünə görə hazırlanmış üçüncü iki nümunə C və dördüncü iki nümunə D seçilir.
3.1 Uyğunluq sübut edilmiş hesab edilir
3.1.1 Nümunələrin seçilməsi proseduru keçirildikdən sonra şəkil 1-də göstərilmiş bu əlavədə seriyalı qurğuların istehsala uyğunluğu sübut olunmuş hesab edilir və əgər qurğular üçün ölçmələrdə kənaraçıxmalar əhəmiyyət kəsb etmərsə:
C1: bir qurğu üçün 0%
C2: iki qurğu üçün çoxu 0%
3.2 Uyğunluğun sübutu sayılmır
3.2.1 Nümunələrin seçilməsi proseduru keçirildikdən sonra şəkil 1-də göstərilmiş bu əlavədə seriyalı qurğuların istehsala uyğunluğu sübut olunmuş hesab edilmir və istehsalçıya təqdim edilən tələblərə uyğun istehsalın təşkil edilməsi təklif olunur (onu bu tələblərə uyğunlaşdırmaq), əgər qurğular üçün ölçmələrdə kənaraçıxmalar əhəmiyyət kəsb etmərsə:
bir qurğu üçün çoxu 0%
digər qurğu üçün çoxu 20%
3.3 Rəsmi təsdiqin ləğvi
Əgər nümunələrin seçilməsi proseduru keçirildikdən sonra, şəkil 1-də göstərilmiş bu əlavədə qurğular üçün ölçmələrdə kənaraçıxmalar əhəmiyyət kəsb etmərsə, o halda müddəanın 11-ci bəndi tətbiq edilir və uyğunluğun sübutu sayılmır:
C3: bir qurğu üçün ən çoxu 20%
digər qurğu üçün çoxu 20%
C4: iki qurğu üçün çoxu 20%
bir qurğu üçün 0% və ya çoxu 0%
digər qurğu üçün çoxu 20%
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “01” fevral 2016-cı il tarixli 160123500003 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ECE Правила №.39 «Единообразные предписания, касающиеся официального утверждения транспортных средств в отношении механизма для измерения скорости, включая его установку» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the approval of vehicles with regard to the speedometer equipment including its installation
Bu qaydalar L,M,Nkateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiq edilməsi üçün tətbiq edilir.
Bu qaydaların məqsədləri üçün
2.1 “nəqliyyat vasitəsinin rəsmi təsdiqi” dedikdə, quraşdırılması da daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqi nəzərdə tutulur.
2.2 “spidometr baxımından nəqliyyat vasitəsinin tipi“ dedikdə, əhəmiyyətli fərqə malik olmayan nəqliyyat vasitələri nəzərdə tutulur, xüsusilədə bu fərqlər aşağıda qeyd edilən parametrlərə aiddirsə:
2.2.1 adi şinlərin çeşidindən seçilmiş şinin ölçü göstəriciləri;
2.2.2 ötürmə qutusunun bütün reduktorlar daxil edilməklə spidometrə göndərilən ümumi ötürmələr sayı;
2.2.3 xarakterizə olunan spidometrin tipi:
2.2.3.1 spidometrin ölçmə mexanizminin yol verilən hədləri;
2.2.3.2 spidometrin texniki konstantası;
2.2.3.3 sürətin göstərilmə diapazonu;
2.3 “normal şinlər” dedikdə, istehsalçının bu tip nəqliyyat vasitəsini təchiz etdiyi şinlərin tipləri və ya tipi nəzərdə tutulur, qış şinləri normal şinlərə aid edilmir;
2.4 “Normal işçi təzyiq” dedikdə, istehsalçının spesifikasiyasına uyğun və 0.2 bar artırılmış soyuq hava təzyiqi nəzərdə tutulur.
2.5 “spidometr” dedikdə, sürücüyə onun nəqliyyat vasitəsinin sürətini istənilən an göstərən sürət ölçmə mexanizminin elementi nəzərdə tutulur.
2.5.1 “spidometrin ölçmə mexanizminin yol verilən hədləri” dedikdə, real sürətin hər- hansı diapazonu üçün sürət göstəricisinin yuxarı və aşağı hədləri şəklində göstərilməklə spidometrin özünün dəqiqliyi nəzərdə tutulur
2.5.2 “spidometrin texniki konstantası” dedikdə, girişdə dövrlərin yaxud impulsların dəqiqədə sayı ilə displeydə göstərilən konkret sürətin nisbəti nəzərdə tutulur.
2.6 “nəqliyyat vasitəsi boş halda” dedikdə, nəqliyyat vasitəsi yanacaqla, soyuducu maye ilə, yağ ilə tam doldurulmuş, tam alətlər komplekti və ehtiyat təkər ilə (əgər istehsalçı zavod tərəfindən standart avadanlıq komplektinə daxil edilmişdirsə) təchiz edilmiş halda, 75 kq çəkisi olan sürüçü ilə birlikdə, lakin növbəli –sürücüsüz, vacib olmayan ləvazimatsız və yüksüz nəzərdə tutulur.
3.1 Sürət ölçmə cihazı və onun quraşdırılması üzrə nəqliyyat vasitəsinin tipinin təsdiqi ərizəsi istehsalçı müəssisə və ya onun rəsmi nümayəndəsi tərəfindən təqdim edilir.
3.2 Ərizəyə aşağıda sadalanan sənədlər 3 nüsxədə əlavə olunmalıdır:
3.2.1. 2.2, 2.3, 2.4 və 2.5 bəndlərində qeyd olunanlara əsasən nəqliyyat vasitəsinin tipinin təsviri; nəqliyyat vasitəsinin tipi qeyd olunmalıdır.
3.3 Rəsmi təsdiq üçün sınağı həyata keçirən texniki xidmət orqanına göstərilən tip üzrə 1 yüksüz nəqliyyat vasitəsi təqdim edilməlidir.
3.4 Rəsmi təsdiqi təqdim edilməsi üçün səlahiyyətli orqan istehsal üçün qənaətbəxş şəraitin olmasını yoxlayır.
4.1 Bu qaydalar üzrə rəsmi təsdiqə təqdim edilmiş nəqliyyat vasitəsinin tipi sürətin ölçülməsi cihazına və onun quraşdırılması tələblərinə cavab verirsə onda həmin nəqliyyat vasitəsinin tipi təsdiq edilmiş hesab olunur.
4.2 Hər bir rəsmi təsdiqlənmiş tipə rəsmi təsdiq nömrəsi verilir, ilk iki rəqəmi rəsmi qeydiyyata təqdim olunan zaman bu qaydaların sonuncu düzəliş nömrələrini əks etdirir. Bu qaydaların 6 bəndinə riayət olunmaq şərti ilə razılaşdırılmış tərəf qeyd olunan nömrəni digər tipə tətbiq edə bilməz.
4.3 Bu qaydaları tətbiq edən tərəflər rəsmi təsdiq və ya imtina barədə hazırkı qaydalara uyğun olaraq kart vasitəsilə xəbərdar edilirlər. Kart bu qaydaların əlavə 1 uyğun nümunə əsasında, və ya ərizəçi tərəfindən tətbiq sxemi vasitəsilə, ölçüləri A4 (210x297mm) uyğun və ya ona bərabər formatda və uyğun miqyasda olmalıdır.
4.4 Bu qaydalarla təsdiq edilmiş hər bir nəqliyyat vasitəsinin üzərində qeydiyyat kartında göstərilən, asan görülə bilən yerdə beynəlxalq rəsmi təsdiq nişanı olmalıdır və bu nişan özündə aşağıdakıları əks etdirir:
4.4.1 rəsmi təsdiq verən ölkənin fərqləndirici nömrəsini müşayiət edən, “E” hərfi qeyd olunmuş dairə;
4.4.2. 4.4.1-ci bənddə əsasən dairədən sağda yerləşən “R” hərfini, tire (-) və rəsmi təsdiq nömrəsini müşayiət edən bu Qaydaların nömrəsi.
4.5 Əgər nəqliyyat vasitəsi təsdiq edilmiş nəqliyyat tipinə uyğundursa, bu qaydaların rəsmi təsdiqin təqdim edən, həmin ölkədə rəsmi təsdiqlənmiş müqaviləyə əlavə olunan digər qaydalar olduqda 4.4.1-ci bənddə göstərilən işarələr yazılmamalıdır.
4.6 Rəsmi təsdiq nişanı dəqiq görünən və pozulmayan olmalıdır.
4.7 Üzərində nəqliyyat vasitəsinin xarakteristikaları qeyd olunur, rəsmi təsdiq nişanı istehsalçı zavod tərəfindən vurulmuş lövhənin yanında yerləşdirilir və ya bu lövhəyə vurulur;
4.8 Bu qaydaların əlavə 2-də rəsmi təsdiq nişanının sxem nümunələri göstərilmişdir.
5.1 Spidometrin displeyi sürücüyə rahat görünən yerdə olmalıdır və onun göstəriciləri aydın görsənməklə həm qaranlıqda həm işıqda rahat oxunmalıdır. Sürətin göstərilməsi diapazonu lazımı qədər böyük olmalıdır ki, bu nəqliyyat vasitəsinə istehsalçı tərəfindən təyin edilmiş maksimal sürəti əks etdirə bilsin.
5.1.1 Əgər Spidometr M,N,L3,L4, və L5 kateqoriyalı nəqliyyat vasitələri üçün nəzərdə tutulubsa, onda sürət bölgüsü 1, 2, 5 və ya 10 km/saat kimi göstərilməlidir. Sürətin displeydə rəqəmli işarələnmə aşağıdakı kimi göstərilməlidir: əgər maksimal sürət 200 km/saat keçmirsə onda sürət bölgüsü 20 km/saat intervallardan çox olmamalıdır. Əgər maksimal sürət həddi 200 km/saat yuxarı qeyd olunubsa onda sürət bölgüsü 30 km/saat intervallardan çox olmamalıdır. Sürət göstəricisi üzrə ara intervalları eyni olmaya bilər.
5.1.2 Əgər nəqliyyat vasitəsi ingilis ölçü vahidləri tətbiq edilən ölkəyə satış üçün istehsal edilibsə, bu halda sürət mil/saat ilə göstərilməlidir, sürət bölgüsü 1, 2, 5 və ya 10 mil/saat kimi göstərilməlidir. Sürət qiyməti 10 mil/saat və ya 20 mil/saat qiymətlərindən başlayaraq 20 mil/saat çox olmayan intervallarla cədvəldə göstərilməlidir. Sürət göstəricisi üzrə ara intervalları eyni olmaya bilər.
5.1.3 Əgər spidometr L1 (mopedlər) və L2 kateqoriyalı nəqliyyat vasitələri üçün nzərdə tutulubsa bu halda displeydəki göstərici 80 km/saat dan yuxarı olmamalıdır. Sürət bölgüsü 1, 2, 5 və ya 10 mil/saat kimi göstərilməlidir və 10 km/saat göstəricidən çox olmamalıdır. Sürət göstəricisi üzrə ara intervalları eyni olmaya bilər.
5.1.4 Əgər M,N,L3,L4 və L5 kateqoriyalı nəqliyyat vasitəsi ingilis ölçü vahidləri tətbiq edilən ölkəyə satış üçün istehsal edilibsə, bu halda sürət mil/saat ilə göstərilməlidir, sürət bölgüsü 1, 2, 5 və ya 10 mil/saat kimi göstərilməlidir. Sürət qiyməti 10 mil/saat və ya 20 mil/saat qiymətlərindən başlayaraq 20 mil/saat çox olmayan intervallarla ekranda göstərilməlidir. Sürət göstəricisi üzrə ara intervalları eyni olmaya bilər.
5.2 Sürətin ölçülməsi mexanizminin dəqiqliyi aşağıdakı metodika ilə yoxlanılmalıdır.
5.2.1 Nəqliyyat vasitəsinin şinləri bu qaydaların 2.3-cü bəndində qeyd olunan hər hansı bir adi şinlər olmalıdır. Sınaqlar istehsalçı zavodun quraşdıracağı hər bir spidometr üçün tətbiq edilməlidir.
5.2.2 Sınaqlar yüklənməmiş nəqliyyat vasitəsi üzərində aparılır. Dəyişikliklər məqsədilə əlavə yükə icazə verilir. Nəqliyyat vasitəsinin çəkisi və onun ox üzrə bölgüsü rəsmi təsdiq üçün məlumatda göstərilməlidir (bu qaydaların 6-cı bəndi əlavə 1).
5.2.3 Spidometrin sınağı zamanı temperatur 235 C olmalıdır.
5.2.4 Hər sınaq zamanı şinlərdəki təzyiq 2.4 bəndində qeyd olunmuş normal işlək təzyiqə bərabər olmalıdır.
5.2.5 Nəqliyyat vasitəsinin sınaqları aşağıdakı sürətlərdə aparılır:
5.2.6 nəqliyyat vasitəsinin sürətini ölçən nəzarət cihazları ±5% dəqiqliyə malik olmalıdır.
5.2.6.1 sınaq trekinin səthi quru, düz və səthlə tələb olunan toxunmanı təmin etməlidir.
5.2.6.2 Əgər sınaq üçün barabanlı dinamometr istifadə olunursa, onda barabanların diametri 0,4 m az olmamalıdır.
5.3 Sınaq cihazındakı sürət nəqliyyat vasitəsinin faktiki sürətindən az olmamalıdır. 5.2.5 bəndində göstərilən sınaq sürətlərində, displeydə göstərilən (V1) və faktiki sürət arası fərq (V2) aşağıdakı kimi göstərilməlidir.
6.1 Hər bir nəqliyyat vasitəsinin tipinin modifikasiyası məlumatı rəsmi təsdiqi həyata keçirən inzibati orqana təqdim edilməlidir. Bu orqan:
6.1.1 Qərara alır ki, qeyd olunan modifikasiya əhəmiyyətli mənfi təsirlər göstərmir və hər bir halda nəqliyyat vasitəsi tələblərə cavab verir.
6.1.2 yada sınaqların aparılması səlahiyyəti verilmiş texniki xidmətin yeni protokolunu tələb edə bilər.
6.2 Yuxarıdakı bənd 4.3-də nəzərdə tutulmuş prosedura uyğun olaraq rəsmi təsdiqin sübutu və ya rəsmi təsdiqdən imtina haqqında xəbərdarlıq və ya daxil edilmiş dəyişikliklərin ətraflı təsviri əlavəsiylə bu Qaydaları tətbiq edən Saziş Tərəflərinə göndərilir.
7.1 İstehsalın uyğunluğunun yoxlaması üçün istifadə edilən prosedurlar aşağıdakı tələblərə riayət edilmə zamanı Sazişin(E/ECE/324-E/ECE/TRANS/505/Rev.2) əlavə 2-yə qoyulmuş prosedurlara uyğun olmalıdır:
7.2 Bu qaydalara əsasən rəsmi təsdiq edilmiş hər nəqliyyat vasitəsinin istehsalı rəsmi təsdiq edilmiş tipə uyğun olmalı və bu Qaydalara uyğun olan hissəsinin təlimatlarına cavab verməlidir.
7.3 Hər bir rəsmi təsdiq edilmiş nəqliyyat vasitəsinin sürət ölçmə cihazı və onun quraşdırılması üzrə yoxlamalar lazımı sayda aparılmalıdır; xüsusi halda, nəqliyyat vasitəsinin hər tipi üçün bu Qaydalar əlavə 3-də nəzərdə tutulmuş ən azı bir sınaq aparılmalıdır.
7.4 Tipin rəsmi təsdiqi verilmiş səlahiyyətli orqan istənilən vaxt istehsal obyektində tətbiq edilən sınaq metodlarının uyğunluğunu yoxlaya bilər. Bu yoxlamalar əsasən 2 ildə bir dəfə keçirilir.
7.5 Əgər yuxarıdakı bənd 7.4-ə əsasən keçirilmiş nəzarət və yoxlamalar zamanı uyğunsuzluqlar aşkarlanarsa onda səlahiyyətli orqan istehsalın uyğunluğunun bərpası üçün bütün lazımlı ölçüləri götürməlidir.
8.1 Bu Qaydalara əsasən əgər yuxarıdakı bənd 7.1-də qeyd olunan şəraitə riayət edilmirsə və ya nəqliyyat vasitələri bənd 7-də nəzərdə tutulmuş yoxlamalardan keçmədisə verilmiş nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqi ləğv edilə bilər.
8.2 Əgər bu Qaydaları tətbiq edən Saziş Tərəfi əvvəlcədən onun tərəfindən verilmiş rəsmi təsdiqi ləğv edirsə, onda o dərhal bu barədə bu Qaydaları tətbiq edən Saziş tərəflərini Qayda əlavə 1-də göstərilən nümunəyə uyğun olan məlumat vərəqələri vasitəsi ilə xəbər verməlidir.
Sazişin bu qaydasını tətbiq edən razılığa gələn tərəflər Birləşmiş Millətlər Təşkilatının Katibliyinə rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik texniki xidmətlərin, həmçinin rəsmi təsdiq, rəsmi təsdiqin yayılması, rəsmi təsdiqdə imtina və ya rəsmi təsdiqin ləğvi haqqında digər ölkələrdə verilən qeydiyyat vərəqələrini göndərən və ya rəsmi təsdiqi verən inzibati orqanların adı və ünvanı haqqında məlumat verirlər.
yönəldilmiş: İnzibati orqanın adı:
..............................………………
..............................………………
..............................………………
aid olan: 2/ RƏSMİ TƏSDİQİ
RƏSMİ TƏSDİQİNYAYILMASI
RƏSMİ TƏSDİQİN İMTİNA EDİLMƏSİ
RƏSMİ TƏSDİQİN LƏĞV EDİLMƏSİ
İSTEHSALIN TAMAMİLƏ DAYANDIRILMASI
Sürətin ölçülməsi üçün mexanizm barəsində nəqliyyat vasitələrinin tipi və onun quraşdırılması Qayda №39-a əsasən aparılır.
Rəsmi təsdiq № ……………….. Yayılma №………………..…………...............
1. Nəqliyyat vasitələrinin fabrik və ya əmtəə nişanı..................………………………
2. Nəqliyyat vasitəsinin növü …..…………………………………………….………….
3. İstehsalçı-zavod və onun adı ……………………………………………….…………
4. Müvafiq hallarda istehsalçı-zavodun nümayəndəsinin soyadı və ünvanı
………………………………………….………….….…………………….……………
5. Sürətin ölçülməsi üçün mexanizmin təsviri ………………………………………..
…………………………………………………………………………………………………
5.1 Adi şinlərin xarakteristikası ………….……..…….….…………………….………….
5.2 Sınaq zamanı müəyyən edilmiş şinlərin xarakteristikası..………………….……..
5.3 Sürətin ölçülməsi üçün ötürücü sayğac mexanizmi....................….………….……..
6. Sınaq zamanı nəqliyyat vasitəsinin kütləsi və oxlar arasında bölüşdürülməsi......................……………..…………….………….……….………….…..……………………
7. Variantlar.….……..…………….………….……….………….…..…………….……….
………………………………………….………….….…………………….………….…..
1/ Rəsmi təsdiqi verən/ rəsmi təsdiqi yayan/ rəsmi təsdiqdə imtina edən/ rəsmi təsdiqi ləğv edən ölkənin fərqlənmə nömrəsi (bax. rəsmi təsdiqə aid olan bu Qaydaların müddəası)
8. Nəqliyyat vasitəsinin rəsmi təsdiqə təqdim olunması (tarix)………………………….
………………………………………….………….….…………………….………….…
9. Rəsmi təsdiq üçün sınaq keçirməyə səlahiyyətli olan texniki xidmətin adı ………..
…………………………………………………………………………………….
10. Bu xidmət tərəfindən verilmiş protokolun tarixi....….……………………………….…
11. Bu xidmət tərəfindən verilmiş protokolun nömrəsi ………...….….….………………
12. Rəsmi təsdiq olunub / rəsmi təsdiqdə imtina edilib/ rəsmi təsdiq yayılıb/ rəsmi təsdiq ləğv olunub …………………………….………………….….............................
13. Nəqliyyat vasitəsində rəsmi təsdiq nişanının qoyulma yeri
……………………………….………….….…………………….……….........................
14. Yer....………………………………….………….….…………………….………….….
15. Tarix…………………………………….………….….…………………….………….…
16. İmza...……………………………….………….….…………………….………….….
Nəqliyyat vasitəsində qoyulan yuxarıda göstərilən rəsmi təsdiq nişanı nəqliyyat vasitəsinin bu tipinin Qayda № 39-a uyğun olaraq Niderlandda (E4) rəsmi təsdiq edildiyini göstərir. Rəsmi təsdiqin nömrəsi rəsmi təsdiqin onların ilkin variantında Qayda № 39-un tələblərinə uyğun olaraq verilməsini göstərir.
Nəqliyyat vasitəsində qoyulan yuxarıda göstərilən rəsmi təsdiq nişanı nəqliyyat vasitəsinin bu tipinin Qayda № 39 və 331-ə uyğun olaraq Niderlandda (E 4) rəsmi təsdiq edildiyini göstərir. Rəsmi təsdiqin nömrəsi Qayda № 39 və № 33-ə uyğun olan rəsmi təsdiqin verilmə anında əvvəlki kimi ilkin variantda olduğunu göstərir.
Sınaq bu Qaydanın 5.2.1-5.2.6 bəndlərində müəyyən edilmiş şərtlərə uyğun olaraq aparılmalıdır.
Əgər spidometrin ekranında göstərilən sürət (V1) və faktiki sürət (V2) aralarında aşağıdakı nisbətə riayət edilirsə, istehsal bu Qaydalara uyğun sayılır:
M və N kateqoriyalı nəqliyyat vasitələri:
0 < (V1 - V2)< 0,1 V2 +6 km/s;
L3,L4 və L5 kateqoriyalı nəqliyyat vasitələri:
0 < (V1 - V2)< 0,1 V2 +8 km/s;
L1 və L2 kateqoriyalı nəqliyyat vasitələri:
0 < (V1 - V2)< 0,1 V2 +4 km/s.