AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI
Dövlət standartlarının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 576 nömrəli Fərmanının 3.2-ci bəndinin icrası məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı dövlət standartları təsdiq edilsin:
1.1 AZS 866-2016 (ЕСЕ Правила № 28) “Səs siqnal cihazlarının və səs siqnalizasiyası baxımından avtomobillərin rəsmi təsdiqinə dair vahid göstərişlər” (1 nömrəli əlavə)
1.2 AZS 867-2016 (ЕСЕ Правила № 103) “Mexaniki nəqliyyat vasitələri üçün çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən nəzarət cihazlarının rəsmi təsdiqinə dair vahid göstərişlər” (2 nömrəli əlavə)
1.3 AZS 868-2016 (ЕСЕ Правила № 104) “M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıqqaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər” (3 nömrəli əlavə)
1.4 AZS 869-2016 (ЕСЕ Правила № 59) “Səsboğucunun dəyişilən sistemlərinin rəsmi təsdiqinə dair vahid göstərişlər” (4 nömrəli əlavə)
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R. Cavadov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının:
- qeydiyyata alınmasını təmin etsin;
- texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (X.Həsənova) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “15” fevral 2016-cı il tarixli 160123500007 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ЕСЕ Правила №28 «Единообразные предписания, касающиеся официального утверждения звуковых сигнальных приборов и автомобилей в отношении их звуковой сигнализации» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
Səs siqnal cihazlarının və səs
siqnalizasiyası baxımından avtomobillərin
rəsmi təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the approval
of audible warning devices and of motor
vehicles with regard to their audible signals
_______________________________________________________________________________
I. Motosikletlər istisna olmaqla, avtomobillərdə quraşdırılması nəzərdə tutulan, sabit cərəyan və ya sıxılmış hava ilə işləyən səsli siqnal cihazlarına;
II. Motosikletlər istisna olmaqla, avtomobillərin səsli siqnalizasiyasına tətbiq edilir.
Bu Qaydalara uyğun olaraq müxtəlif "tipli", əhəmiyyətli fərqlərə malik olan siqnal cihazları nəzərdə tutulur, bu fərqlər xüsusən aşağıdakılara aid oluna bilər:
2.1 fabrik və ya əmtəə nişanına;
1.2 səsli siqnal cihazlarının işləmə prinsipinə;
1.3 kuzanın (gövdənin) xarici formasına;
2.4 membranın formasına və ölçülərinə;
2.5 səsin çıxış dəliyinin formasına və ya tipinə;
2.6 səsin nominal tezliyinə;
2.7 qidalanmanın nominal gərginliyinə;
2.8 siqnal cihazı bilavasitə xarici mənbədən sıxılmış hava ilə işlədiyi halda nominal işçi təzyiqinə
3.1 Səsli siqnalizasiya cihazının təsdiq edilməsi üçün ərizə fabrik və ya əmtəə nişanının sahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.
3.2 Ərizəyə üç nüsxədən ibarət aşağıda göstərilən sənədlər əlavə edilməlidir:
3.2.1 2-ci bənddə sadalanan yarım bəndləri nəzərə alaraq, səsli siqnal cihazının tipinin təsviri;
3.2.2 siqnal cihazını xüsusilə en kəsiyində təqdim edən cizgi;
3.2.3 istifadə olunmuş materialların göstərilməsi ilə konstruksiyanın dəqiq müəyyənləşdirilmiş elementlərinin siyahısı;
3.2.4 konstruksiyanın bütün elementlərinin ətraflı cizgiləri. Cizgi təsvirlərinin rəsmi təsdiq edilməsinin nömrəsi üçün rəsmi təsdiqin nişan dairəsi nisbəti üzrə yer göstərilməlidir.
3.3 Bundan başqa, rəsmi təsdiq edilmə üçün ərizəyə siqnal cihazının tipinin iki nümunəsi əlavə edilməlidir.
4.1 Rəsmi təsdiq üçün təqdim edilən səsli siqnal cihazlarının nümunələrində onları istehsal edən zavodun fabrik və ya əmtəə nişanı qoyulmalıdır, bu nişan aydın və silinməz olmalıdır.
4.2 Rəsmi təsdiq nişanını qoymaq üçün hər nümunədə kifayət qədər ölçüdə yer olmalıdır. 3.2.2-ci bənddə təsvir olunan cizgidə bu yer qeyd edilir.
5.1 Əgər təsdiq üçün təqdim olunan nümunələr aşağıdakı 6 və 7-ci bəndlərə uyğundursa, onda verilən səsli siqnal cihazının bu tipi rəsmi təsdiq edilmiş sayılır.
5.2 Hər rəsmi təsdiq olunan siqnal cihazının tipinə rəsmi təsdiqin nömrəsi verilir.
Razılığa gələn eyni tərəf bu nömrəni başqa səsli cihazın tipinə verə bilməz.
5.3 Rəsmi təsdiqin eyni nömrəsi, ancaq nominal gərginliyi və nominal tezliyi ilə
fərqlənən və ya 2.8-ci bəndində qeyd olunan siqnal cihazlarının istifadə edilməsi halında, nominal iş təzyiqi üzrə siqnal cihazlarının tiplərinə verilə bilər.
5.4 Bu Qaydanı tətbiq edən Razılaşmanın Tərəfləri səsli siqnal cihazının tipinin bu Qaydalar əsasında rəsmi təsdiqi və ya rəsmi təsdiqdən imtina haqqında bu Qaydalara dair Əlavə 1-də göstərilən nümunəyə uyğun kart vasitəsilə və səsli siqnal cihazının maksimal formatla A4 (210X297mm) və ya tam bölünə bilən formatla və 1:1 miqyasda cizgilər vasitəsilə məlumatlandırılır.
5.5 Bu Qaydaların əsasında rəsmi təsdiq olunan hər səsli siqnal cihazının tipinə uyğun, rəsmi təsdiqin qeydiyyat vəsiqəsində gözlə görünən və əlçatan yerdə:
5.5.1 rəsmi təsdiq verən ölkənin fərqləndirici nömrəsini müşayiət edən, “E” hərfi qeyd olunmuş dairəsindən;
5.5.2 rəsmi təsdiqin nömrəsindən ibarət beynəlxalq rəsmi təsdiq nişanı qoyulmalıdır.
5.6 Rəsmi təsdiqin nişanı aydın və silinməz olmalıdır.
5.7 Bu Qaydanın Əlavə 3-ün I bölümündə rəsmi təsdiq nişanına nümunə olaraq sxem
6.1 Ümumi xarakteristikalar
6.1.1 Səsli siqnal cihazı fasiləsiz və monoton səs yaymalıdır; onun akustik spektri işdə əhəmiyyətli dəyişikliklərə məruz qalmamalıdır.
6.1.2 Səsli siqnal cihazı göstərilən qaydada sınaqlara cavab verən aşağıdakı akustik (səs enerjisinin spektral paylanması, akustik təzyiqin səviyyəsi) və mexanik xarakteristikalara malik olmalıdır.
6.2 Səs səviyyəsinin ölçməsi
6.2.1 Səsli cihaz səs keçirməyən kamerada və ya təcrid olunmuş sahədə sınaqdan keçirilməlidir. Ətrafdakı səs və küləyin səsi ölçülən səsdən ən azı 10 db aşağı olmalıdır. Ölçü cihazının mikrofonu subyektiv səs səviyyəsinin maksimum olduğu istiqamətdə yerləşdirilməlidir; mikrofonun membranından və cihazdan səs çıxışının səthi arasında məsafə 2 m olmalıdır; bu zaman mikrofon və siqnal cihazı yerdən 1,2 m hündürlükdə quraşdırılır.
6.2.2 Səs səviyyəsinin ölçülməsi 1965-ci il Beynəlxalq Elektrotexniki Komissiyanın (BEK) 179 №-li nəşrinin normaları üzrə A əyri çəki emalı funksiyasının şərtlərinə uyğun qaydada həyata keçirilir
6.2.3 Konkret şəraitlərdən asılı olaraq, elektroenerjinin mənbə çıxışında ölçülən 6, 5, 13 və ya 26 volt sınaq gərginlikdə və həmin ardıcıllıqda nominal gərginliyi 6, 12 və ya 24 volta uyğun olan siqnal cihazına qidalanma qoşulur.
6.2.4 Əgər sınaq zamanı cari mənbə istifadə edilirsə, bu zaman sıxaclarda siqnal cihazının işlək vaxtında pik qiymətləri arasında ölçülən gərginliyin dəyişən tərkibi 0.1 voltdan çox olmamalıdır.
6.2.5 Məftillərin müqaviməti, klemm və kontaktların müqaviməti daxil olmaqla, aşağıdakı göstəricilərə malik olmalıdır:
6 volt nominal gərginlikdə 0,05 om
12 volt nominal gərginlikdə 0,10 om
24 volt nominal gərginlikdə 0,20 om.
6.2.6 Səsli siqnal cihazı istehsalçı zavod tərəfindən təmin edilən hissədən və ya hissələrdən istifadə edilərək quraşdırılır və dayağa möhkəm bərkidilir, onun çəkisi sınaq olunan cihazın çəkisindən 10 dəfə çox və 30 kq-dan az olmamalıdır. Bundan başqa, dayaq elə quraşdırılmalıdır ki, onun divarından əks olunmalar və titrəmələr ölçülərin nəticələrinə nəzərəçarpacaq dərəcədə təsir etməsin.
6.2.7 Yuxarıda qeyd olunan şəraitlərdə səs təzyiqinin səviyyəsi "A" əyrisinə uyğun olaraq 105 dB (A)-dən az, 118 dB (A)-dan çox olmamalıdır.
6.2.8 6.2.7-ci bənddə göstərilən qoşulma və səsin minimal gücə çatma anı arasındakı vaxt ətrafda temperatur 20±5 ° C olmaqla 0,2 saniyəni ötməməlidir.
Bu tələb xüsusilə pnevmatik və ya elektropnevmatik siqnal cihazları üçün etibarlıdır.
6.2.9 İstehsalçı zavod tərəfindən cihazlarda quraşdırılmış pnevmatik və elektropnevmatik cihazlar qidalanma zamanı akustik xüsusiyyətlərə malik olub səs siqnalı cihazları üçün yazılmalı və elektroenerji ilə işləməlidirlər.
6.3 Dayanıqlılıq üzrə sınaq
6.3.1 Qidalanma zamanı istər normal gərginlikdə, istərsə də 6.2.3.-6.2.5-ci bəndlərdə göstərilən məftilin müqaviməti zamanı cihaz 1 saniyə müddətli, 4 saniyə fasilə ilə 50 000 siqnal verməlidir. Sınaq zamanı cihaz sürəti 10 m/san olan hava axını ilə havalandırılmalıdır.
6.3.2 Sınaq səs keçirməyən kamerada keçirildikdə cihazdan ayrılan istiliyin normal paylaşdırılması üçün o kifayət qədər tutumlu olmalıdır.
6.3.3 Sınaq keçirilən məkanın temperaturu 15-30 ° C intervalında olmalıdır.
6.3.4 25 000 siqnal verdikdən sonra əgər səsin səviyyəsinin xarakteri sınağa qədərki səs səviyyəsindən fərqli şəkildə dəyişərsə cihazı sazlamaq olar. 50 000 siqnaldan sonra yeni sazlamaya ehtiyac olduğu təqdirdə 6.2-ci bənddə göstərilən akustik şərtlər ödənilir.
6.3.5 Hər 10 000 tsikldən sonra elektropnevmatik tipdəki cihazın istehsalçı zavod tərəfindən məsləhət görülən yağlanmasına icazə verilir.
6.4.1 Cihazdan gələn səsin spektri 6.2.1-ci bənddə göstərilən şərtə uyğun olaraq 2m məsafədə ölçülməklə tezlik zolağında, akustik təzyiq səviyyəsində 1800-3500 hrs olub, istənilən tezlik səviyyəsində 3500 hrs-dən yuxarı, 105 dB-dən aşağı olmamalıdır.
6.4.2 Yuxarıda göstərilən xarakteristika 6.3-cü bənddə göstərilən 115-95 % interval işçi gərginlikdə qidalanması aparılan səs siqnal cihazına şamil edilir.
6.4.3 Terminalların və kontaktların müqaviməti də daxil olmaqla, müqavimət məftilləri 6.2.5-ci bənddə göstərilənlərə uyğun olmalıdır.
6.4.4 Sınağı aparılan cihaz və mikrofon eyni hündürlükdə quraşdırılmalıdır. Mikrofon siqnal cihazının ön hissəsi sayılan səsin maksimal subyektiv səviyyəsi istiqamətində yerləşməlidir.
6.4.5 Səs siqnal cihazı istehsalçı zavod tərəfindən təmin olunan detal və ya detalların köməyilə quraşdırılır və çəkisi ən azı sınağı aparılan cihazın çəkisindən 10 dəfə çox və 30 kq-dan az olmayan dayağa möhkəm bərkidilir. Bundan başqa, dayaq onun divarından səsi əks etdirəcək şəkildə qurulmalıdır, o cümlədən onun vibrasiyası ölçülərin nəticələrinə əhəmiyyətli təsir göstərməməlidir.
6.4.6 Sınaq səskeçirməyən kamerada keçirilməlidir.
7.1 Səs siqnal cihazının tipinin istənilən cür dəyişiklik səs siqnal cihazının tipinə rəsmi təsdiqi verən inzibati orqana çatdırılmalıdır. Bu orqan:
7.1.1 edilmiş dəyişikliyin əhəmiyyətli mənfi nəticələrə malik olmaması barədə nəticəyə gələ bilər,
7.1.2 sınaq keçirmək səlahiyyətinə malik olan texniki xidmətdən yeni protokol tələb edə bilər.
7.2 Dəyişikliklərin göstərilməsi ilə rəsmi təsdiqin verilməsi haqqında və ya rəsmi təsdiqdən imtina haqqında məlumat bu Qaydanı yuxarıdakı 5.4-cü bənddə göstərilən proseduralara müvafiq olaraq tətbiq edən Saziş Tərəflərinə göndərilir.
8.1 Bu Qaydaya əsasən rəsmi təsdiq nişanına malik olan hər bir səs siqnal cihazı tipin rəsmi təsdiqi və 6-cı bənddəki tələblərə cavab verməlidir.
8.2 Bu Qaydanın 8.1-ci bənddə göstərilən uyğunluğun yoxlanması üçün nümunələr rəsmi təsdiq nişanına malik kütləvi istehsalı nəzərdə tutulmuş cihazlardan seçilir.
9.1 Bu Qaydalara əsasən verilən səs siqnal cihazının tipinin rəsmi təsdiqi əgər 8.1-ci bənddə göstərilən tələblərə uyğun gəlməsə və ya səs siqnal cihazı 8.2-ci bənddə əks olunan yoxlamalara uyğun olmasa ləğv oluna bilər.
9.2 Əgər bu Qaydanı tətbiq edən Saziş tərəfi daha əvvəl onun tərəfindən verilmiş rəsmi təsdiqi ləğv edərsə, o dərhal bu haqda qaydaları tətbiq edən razılaşan tərəfləri aşağıda böyük hərflərlə “RƏSMİ TƏSDİQ LƏĞV EDİLMİŞDİR” nişanı, imza və tarix olan qeydiyyat vəsiqəsinin surəti vasitəsilə məlumatlandırır.
Əgər bu Qaydaya əsasən verilmiş rəsmi təsdiqin sahibi rəsmi təsdiq edilmiş səsli siqnal cihazının tipinin istehsalını tamamilə dayandırırsa, o bu haqda rəsmi təsdiq vermiş səlahiyyətli orqanı məlumatlandırmalıdır. Bu cür bildirişi əldə etdiyinə görə həmin orqan bu Qaydaları tətbiq edən digər Saziş Tərəflərini bu haqda aşağıda böyük hərflərlə “İSTEHSAL DAYANDIRILMIŞDIR” nişanı, imza və tarix olan qeydiyyat vəsiqəsinin surəti vasitəsilə xəbərdar edir.
Bu Qaydalara uyğun olaraq:
11.1 "nəqliyyat vasitəsinin rəsmi təsdiqlənməsi" ilə səsli siqnalizasiyaya dair nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqi nəzərdə tutulur,
11.2 " nəqliyyat vasitəsinin tipi" ilə öz aralarında əhəmiyyətli fərqləri olmayan nəqliyyat vasitəsi nəzərdə tutulur; xüsusi halda, bu fərqlər aşağıdakılar ola bilər:
11.2.1 nəqliyyat vasitəsində quraşdırılmış səsli siqnal cihazlarının sayı və tipi (tipləri),
11.2.2 nəqliyyat vasitəsində səsli siqnal cihazlarının bərkidilmə detalları,
11.2.3 nəqliyyat vasitəsində səsli siqnal cihazlarının yerləşməsi,
11.2.4 səsli siqnal cihazları quraşdırılan konstruksiyanın sərt hissələri,
11.2.5 səsli siqnal cihazı ilə yayılan səs səviyyəsinə təsir göstərə bilən və ya ekranlama (qoruyucu) effektinə səbəb ola bilən nəqliyyat vasitəsinin qabaq hissəsini yaradan kuzanın forma və materialları.
12.1 Səsli siqnalizasiya ilə əlaqədar nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqi üçün ərizə nəqliyyat vasitəsinin istehsalçı-zavoduna və ya lazımi qaydada onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.
12.2 Ərizəyə sadalanan sənədlər 3 nüsxədə əlavə edilməlidir:
12.2.1 11.2-ci bənddə yuxarıda göstərilmiş vəziyyəti nəzərə alaraq nəqliyyat vasitələrinin tipinin təsviri;
12.2.2 nəqliyyat vasitələrində quraşdırıla bilən səs siqnal cihazının (cihazlarının) təşkil olunduğu identifikasiya edilən elementlərin qaydasına lazım olan spesifikasiya;
12.2.3. nəqliyyat vasitələrində səs siqnal cihazının (cihazlarının) yerləşdirilmə və onun (onların) hissələrinin möhkəmləndirilmə sxemi;
12.3. rəsmi təsdiq üçün sınağın keçirilməsi səlahiyyətinə malik olan texniki xidmət rəsmi təsdiqə aid olan nəqliyyat vasitələrinin tipini təmsil edən nəqlityyat vasitələrinə təqdim edilməlidir.
13.1 Əgər bu Qaydaya uyğun olaraq rəsmi təsdiqə təqdim olunan nəqliyyat vasitələrinin tipi 14 və 15-ci bəndlərin aşağıdakı tələblərinə cavab verirsə, onda nəqliyyat vasitələrinin bu tipi rəsmi təsdiq edilmiş hesab olunur.
13.2 nəqliyyat vasitələrinin hər bir rəsmi təsdiq olunmuş tipinə rəsmi təsdiqin nömrəsi verilir. Sazişi bağlayan eyni tərəf bu nömrəni nəqliyyat vasitələrinin digər tipinə verə bilməz.
13.3 Bu Qaydaları tətbiq edən Razılaşma tərəfləri bu Qaydalar əsasında nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqin verilməsi və ya rəsmi təsdiqdən imtina haqqında bu Qaydalara dair əlavə 2-də göstərilən nümunəyə uyğun olan kart vasitəsilə və rəsmi təsdiq barədə sifariş edən müəssisədə təqdim edilən maksimal formatlı (210 x 279 mm) və ya ona bölünən ədədlərlə formatlı və uyğun olan miqyasda cizgilər vasitəsilə məlumatlandırılır.
13.4 Bu Qaydalara əsasən rəsmi təsdiq edilmiş nəqliyyat vasitələrinin tipinə uyğun olan hər bir nəqliyyat vasitəsinə rəsmi təsdiqin qeydiyyat kartında göstərilən gözlə görülən və əlçatan yerdə yerləşən beynəlxalq təsdiq nişanı aşağıdakılardan ibarət olmalıdır:
13.4.1 rəsmi təsdiq verən ölkənin fərqləndirici nömrəsini müşayiət edən, “E” hərfi qeyd olunmuş dairə;
13.4.2 13.4.1-də nəzərdə tutulan dairədən sağda göstərilən bu Qaydanın nömrəsindən.
13.5 Əgər nəqliyyat vasitəsi bu Qaydanın əlavələrinə əsasən rəsmi təsdiq edilmiş nəqliyyat vasitəsinin tipinə uyğundursa bu Qaydaya əsasən rəsmi təsdiq təqdim edilən həmin ölkədə 13.4-cü bənddə nəzərdə tutulmuş nişanlar təkrar edilmir. Bu halda bu Qayda əsasında rəsmi təsdiq üçün təqdim edilmiş ölkədə rəsmi təsdiq edən əlavə nömrələr və bütün qaydaların işarələri 13.4-cü bənddə nəzərdə tutulmuş işarədən sağda yerləşdirilən şaquli sütunlarda yerləşdirilməlidir.
13.6 Rəsmi təsdiq nişanı dəqiq və silinməyən olmalıdır.
13.7 Rəsmi təsdiq nişanı lövhəciyin yanında yerləşir, lövhəciyə vurulmaqla nəqliyyat vasitəsinin xarakteristikası təqdim edilir.
13.8 Bu Qaydada bölmə 2 əlavə 3-də rəsmi təsdiq nişanının sxemi nümunə kimi təsvir edilmişdir.
Nəqliyyat vasitəsi aşağıda göstərilən xarakteristikalarla təmin edilməlidir.
14.1 Nəqliyyat vasitəsində quraşdırılmış səsli siqnal cihazı tipləri bu Qaydaya əsasən rəsmən təsdiq edilmişlərdən olmalıdır;
14.2 Nəqliyyat vasitəsində quraşdırılmış cihazın səs təzyiqinin səviyyəsinin ölçüsü torpağın səthi tam hamar olan təcrid edilmiş meydançada nəqliyyat vasitəsinin qabaq hissəsindən 7 m məsafədə ölçülür və bu zaman onun mühərriki söndürülür;
14.3 Ətrafdakı səs və küləyin səsi ölçülən səsdən ən azı 10 db aşağı olmalıdır.
14.4 Sınaq gərginliyi bu Qaydanın 6.2.3-cü bəndində təyin edilmiş gərginliyə uyğun olmalıdır;
14.5 Ölçmələr Beynəlxalq Elektrotexniki Komissiyanın (BEK) normaları üzrə A əyri çəki emalı funksiyasının normalarına uyğun olmalıdır.
14.6 Səs təzyiqinin maksimal səviyyəsi qruntun səviyyəsindən 0.5-1,5 m hündürlükdəki səthlərlə məhdudlaşan spektrdə təyin edilir;
14.7 Ölçü cihazının mikrofonu təxminən nəqliyyat vasitəsi uzunluğu boyunca orta hissədə yerləşməlidir;
14.8 Müəyyən olunmuş maksimal ölçü ən azı 93 dB təşkil etməlidir.
15.1 Nəqliyyat vasitəsində aparılan istənilən dəyişiklik bu tipin rəsmi təsdiqini verən inzibati orqanın diqqətinə çatdırılmalıdır. Bu orqan:
15.1.1 edilən dəyişikliklər nəticəsində əhəmiyyətli mənfi təsirin olmayacağı və bu nəqliyyat vasitəsi təyin edilmiş tələblərə cavab verməyə davam edir;
15.1.2 rəsmi təsdiq üçün sınaqlar aparmaq səlahiyyətinə malik olan Texniki xidmətin yeni protokolunu tələb edir.
15.2 Bu Qaydaları tətbiq edən Saziş Tərəfləri rəsmi təsdiq etməklə bağlı dəyişikliklər və ya rəsmi təsdiqdən imtina haqında məlumatı yuxarıda göstərilən 13.3-cü bənddəki prosedura uyğun olaraq yönləndirilir.
16.1 Bu Qaydaya əsəsən rəsmi təsdiq nişanına malik hər bir nəqliyyat vasitəsi rəsmi təsdiqlənmiş nəqliyyat vasitəsi tipinin yuxarıda 14-cü bənddə göstərilmiş tələblərinə uyğun olmalı və təlimatlara cavab verməlidir.
16.2 Bu Qaydanın 16.1-ci bəndində göstərilən uyğunluğun yoxlanması üçün nümunələr rəsmi təsdiq nişanına malik kütləvi istehsalı nəzərdə tutulmuş nəqliyyat vasitələrindən seçilir.
17.1 Bu Qaydaya əsasən yuxarıda 16.1-ci bənddə göstərilən tələblərə cavab vermədikdə və ya bu nəqliyyat vasitəsi yuxarıda 16.2-ci bənddə göstərilən sınaqlardan keçmədikdə nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqindən imtina oluna bilər.
17.2 Əgər Saziş bağlayan tərəflərdən hər hansı biri verdiyi rəsmi təsdiqindən imtina edərsə, bu Qaydanı tətbiq edən Sazişlə Razılığa gələn digər tərəfləri qeydiyyat kartının aşağı hissəsində böyük hərflərlə "RƏSMİ TƏSDİQİ LƏĞV EDİLMİŞDİR" qeyd olunan, imzalanmış və tarixi qeyd olunmuş kartın surəti vasitəsilə dərhal xəbərdar edir.
Bu Qaydanı tətbiq edən Sazişlə razılığa gələn Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinə rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik olan texniki xidmətlərin, o cümlədən rəsmi təsdiqlə təqdim edən və digər ölkələrdə verilən rəsmi təsdiqin, rəsmi təsdiqdən imtinanı və ya rəsmi təsdiqin ləğvini qeydiyyat vərəqələrini göndərən inzibati orqanların adları və ünvanları haqqında məlumat verirlər.
Rəsmi təsdiqin №-si...........................................................................................................
1. Fabrik və ya əmtəə nişanı...................................................................................
2. Siqnal cihazının tipi (elektro-pnevmatik, disk rezonatorlu elektromaqnit, elektromaqnit buynuz və s.)..........................................................................................
3. İstehsalçı-zavod və onun ünvanı..............................................................................
4. Müvafiq hallarda istehsalçı-zavodun nümayəndəsinin soyadı və ünvanı............................................................................................................................................
5. Siqnal cihazının qısa təsviri........................................................................................
6. qidalanma gərginliyi...............................................................................................volt
7. Nominal iş təzyiqi kq/sm.........................................................................................
8. Nominal tezliyi......................................................................................................hrs
9. Kompressor birləşməsinin və ya səs siqnalı ilə idarəetmə cihazının həndəsi xarakteristikası (uzunluq və daxili diametr)..............................................................................
10. Rəsmi təsdiqi üçün təqdim olunub (tarix)......................................................................
11. Rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik olan texniki xidmət......................................................................................................................................
12. Bu xidmət tərəfindən verilmiş protokolun tarixi.............................................................
13. Bu xidmət tərəfindən verilmiş protokolun nömrəsi.......................................................
14. Rəsmi təsdiq verilib/rəsmi təsdiqdən imtina edilib.....................................................
15. Yer............................................................................................................................
16. Tarix..........................................................................................................................
17. İmza.........................................................................................................................
18. Bu məlumata yuxarıda verilmiş rəsmi təsdiqin nömrəsi göstərilmiş aşağıdakı sənədlər əlavə edilir:
cizgilər, sxemlər və siqnal cihazı planları......................................................................
şəkillər..............................................................................................................................
№ Rəsmi təsdiq................................................................................................................
1. Nəqliyyat vasitəsinin fabrik və ya əmtəə nişanı......................................................
2. Nəqliyyat vasitəsinin tipi.............................................................................................
3. İstehsalçı-zavod və onun ünvanı...................................................................................
4. Müvafiq hallarda istehsalçı-zavodun nümayəndəsinin soyadı və ünvanı......................
5. Səs siqnalizasiyası qurğularının (qurğusunun) tipləri (tipi)...........................................................................................................................................................................................
6. Səs səviyyəsinin əhəmiyyəti..........................................................................................
7. Rəsmi təsdiqi üçün təqdim olunub (tarix).......................................................................
8. Rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik olan texniki xidmət...............................................................................................................................................
9. Bu xidmət tərəfindən verilmiş protokolun tarixi..................................................................
10. Bu xidmət tərəfindən verilmiş protokolun nömrəsi.............................................................
11. Rəsmi təsdiq verilmişdir/rəsmi təsdiqdən imtina edilmişdir........................................
12.Yer.....................................................................................................................................
13. Tarix..................................................................................................................................
14. İmza.................................................................................................................................
15. Bu məlumata aşagıdakı sənədlər əlavə edilmişdir:
... səs siqnalizasiyasına bərkidilmiş qurğunun (qurğuların) detallarının cizgiləri
... montaj yerləşməsi göstərilməklə cizgilər və sxemlər, qurğu bərkidilən konstruksiya hissələrinin xarakteristikası
...nəqliyyat vasitələrinin ön hissəsinin və qurğunun yerləşdiyi yerin ümumi görünüşü və materialın tərkib hissələrinin xarakteristik izahı.
Səs siqnal cihazına yapışdırılmış, yuxarıda göstərilmiş rəsmi təsdiq nişanı göstərir ki, bu səs siqnal cihazı 2439 nömrəsi altında Niderlandda (E4) rəsmi təsdiq olunub.
Rəsmi təsdiq nömrəsi dairəyə yaxın yerləşdirilməlidir və “E” hərfinin altında və ya üstündə, yaxud “E” hərfinin sağında və ya solunda yapışdırılmalıdır. Rəsmi təsdiq nömrəsinin rəqəmləri “E” hərfi tərəfdə qoyulmalıdır və bu istiqamətdə olmalıdır. Səlahiyyətli orqanlar rəsmi təsdiq nömrələri üçün digər göstəricilərlə qarışdırmamaq məqsədilə, rum rəqəmlərindən istifadə etməkdən yayınmalıdırlar.
Yuxarıda göstərilmiş nəqliyyat vasitəsinin rəsmi təsdiq olunmuş işarəsi göstərir ki, 28 №li qaydaya əsasən bu tip nəqliyyat vasitəsi səs siqnalına münasibətdə Niderlandda təsdiq olunub.
Yuxarıda göstərilmiş nəqliyyat vasitəsinin rəsmi təsdiq olunmuş işarəsi göstərir ki, 28 və 24 №li qaydaya əsasən bu tip nəqliyyat vasitəsi səs siqnalına və çirkli qazların dizel mühərrikli borularına münasibətdə Niderlandda təsdiq olunub. Bu Qaydaya gəldikdə isə, düzəliş edilmiş udma əmsalının dəyəri 1,30m-ə bərabərdir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “15” fevral 2016-cı il tarixli 160123500007 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ЕСЕ Правила №103 «Единообразные предписания, касающиеся официального утверждения сменных устройств для предотвращения загрязнения для механических транспортных средств» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qaydalara, tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
____________________________________________________________________________
Mexaniki nəqliyyat vasitələri üçün çirklənmənin
qarşısının alınması məqsədi ilə dəyişdirilən
qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the approval
of replacement pollution control devices
power-driven vehicles
____________________________________________________________________________
Bu qaydalar 83 №-li Qaydanın müvafiq variantının tətbiq sahəsini əhatə edən bir və ya bir neçə tip mexaniki nəqliyyat vasitələrində dəyişdirilən hissə kimi quraşdırılması nəzərdə tutulan, çirklənmənin qarşısının alınması üçün qurğunun (ayrı-ayrı texniki qovşaqlar şəklində) tipinin rəsmi təsdiqinə şamil edilir.
Bu standartın məqsədi üçün aerozol hissələrinin kataliz neytralizatorları və filtrləri çirklənmənin qarşısının alınması üçün qurğu hesab edilir.
Bu qaydanın məqsədləri üçün:
2.1 “Çirklənmənin qarşısının alınması üçün orijinal qurğu” – dedikdə, nəqliyyat vasitələrinin tipinin və ya 83 №-li Qaydaya dair əlavə 2-yə aid sənədlərdə göstərilmiş tiplərin rəsmi təsdiqini əhatə edən çirklənmənin qarşısının alınması üçün qurğu və ya qurğular komplekti nəzərdə tutulur.
2.2 “Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğular”- dedikdə, 2.1-ci bəndində də göstərilənlər istisna olmaqla, bu Qaydaya uyğun rəsmi təsdiqi əldə edilə bilən çirklənmənin qarşısının alınması üçün qurğu və ya belə qurğular dəsti nəzərdə tutulur.
2.3 “Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən orijinal qurğu ” – dedikdə, 83№-li Qaydanın əlavə 2-yə aid sənədlərdə göstərilən, lakin nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqinin sahibi tərəfindən ayrı-ayrı texniki qurğular kimi bazara təklif edilən çirklənmənin qarşısını almaq üçün qurğu və ya bu tip qurğular dəsti nəzərdə tutulur.
2.4 “Çirklənmənin qarşısının alınması üçün qurğunun tipi” – dedikdə, aşağıda göstərilən əsas xarakteristikalar baxımından öz aralarında fərqi olmayan aerozol hissəcikləri üçün kataliz neytralizatorları və filtrləri nəzərdə tutulur:
a) örtüklü katalizator daşıyıcılarının sayı, strukturu və materialı;
b) hər daşıyıcının aktivlik növü;
c) həcm, daşıyıcının ön səthinin sahəsi ilə uzunluğu arasındakı nisbət;
d) kataliz maddələrinin miqdarı;
e) kataliz maddələrinin faizlə miqdarı;
f) elementin sıxlığı;
g) ölçüsü və forması;
h) istilik izolyasiyası.
2.5 “Nəqliyyat vasitəsinin tipi”
83 №-li Qaydanın 2.3 –cü bəndinə bax.
2.6 “Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun rəsmi təsdiqi” çirkləndirici maddələrin atılması, səsin səviyyəsi və nəqliyyat vasitəsinin istismar keyfiyyətinə təsirin məhdudlaşdırılması baxımından, eləcə də bort diaqnostik sistemində (bundan sonra - BDS) tətbiq edildikdə, bir və ya daha artıq konkret tip nəqliyyat vasitələrində dəyişdirilən hissə kimi quraşdırılması nəzərdə tutulan və çirklənmənin qarşısının alınması üçün qurğunun rəsmi təsdiqini bildirir.
2.7 “Çirklənmənin qarşısının alınması üçün korlanmış dəyişdirilən qurğu” dedikdə, çirklənmənin qarşısını almaq üçün 83 №-li Qaydaya dair Əlavə 11in 1 Əlavəsinin 1-ci bəndində göstərilmiş tələblərə uyğun olan səviyyəyə qədər süni korlanmış və köhnəlmiş qurğu nəzərdə tutulur.
2.8 “Dövrü regenerasiya sistemi” dedikdə, nəqliyyat vasitəsinin adi istismarında 4000 km - dən az dövrü regenerasiya prosesi tələb olunan aerozol hissələri üçün kataliz neytralizatorları, filtirləri və ya çirklənmənin qarşısının alınması üçün digər qurğular nəzərdə tutulur.
3.1 Çirklənmənin qarşısının alınması üçün qurğunun tipinin rəsmi təsdiq olunması üçün ərizə istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.
3.2 Tipin rəsmi təsdiqi tələb edilən çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun hər bir tipi üçün rəsmi təsdiqə verilən ərizəyə 3 nüsxədə aşağıdakı sənədlər təqdim edilir:
3.2.1 Bu Qaydanın 2.3-cü bəndində sadalanan bütün xarakteristikaları göstərilən, çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun cizgisi.
3.2.2 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun tətbiq edilməsi nəzərdə tutulan nəqliyyat vasitəsinin tipinin və ya tiplərinin təsviri. Mühərrikin və nəqliyyat vasitəsinin tipini xarakterizə edən nömrəsi və ya işarəsi göstərilir.
3.2.3 Çıxış borucuğuna nisbətən çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun vəziyyəti göstərilməklə təsviri və cizgisi.
3.2.4 Rəsmi təsdiq nişanının yerləşmə yeri göstərilməklə cizgisi.
3.2.5 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun BDS-nin tələblərinə uyğun olmasını göstərmək.
3.2.6 Məlumat sənədinin nümunəsi Əlavə 1- də göstərilibdir.
3.3 Ərizəçi sınaq aparmaq səlahiyyətinə malik texniki xidmətə rəsmi təsdiq üçün aşağıdakılar təqdim edir:
3.3.1 Çirklənmənin qarşısının alınması üçün yeni orijinal qurğu ilə təchiz edilən və 83 №-li Qaydaya uyğun rəsmi təsdiq edilən tip nəqliyyat vasitəsi. Bu nəqliyyat vasitəsini (vasitələrini) sifarişçi texniki xidmət ilə razılaşma əsasında seçir. O, nəqliyyat vasitəsinin rəsmi təsdiqi zamanı qüvvədə olan Əlavə 4-ün 3.1-ci bəndində və ya 83 №-li Qaydanın Əlavə 4a-nın 3.2-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
Sınaq edilən nəqliyyat vasitəsinin buraxdığı qazın toksiklik məhdudiyyəti sistemində heç bir qüsuru olmamalıdır; buraxılan qazın toksikliyinə təsir edən istənilən xarab olmuş və köhnəlmiş orijinal hissə təmirə məruz qalmalı və ya dəyişdirilməlidir. İşlənmiş qazların toksiklik sınağı üçün istehsalçısının texniki şərtlərinə əsasən nəqliyyat vasitəsinin (vasitələrinin) zəruri tənzimlənməsi aparılır.
3.3.2 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun tipinin bir nümunəsi. Bu nümunə ərizəçinin əmtəə nişanı və ya əmtəə adı və onun ticarət nişanı göstərilməklə dəqiq və silinə bilməyən markalanmaya malik olmalıdır.
3.3.3 Nəqliyyat vasitəsində quraşdırılması nəzərdə tutulmuş, BDS ilə təchiz edilmiş çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun verilmiş tipinin əlavə nümunəsi. Bu nümunə ərizəçinin əmtəə nişanı və ya əmtəə adı və onun ticarət nişanı göstərilməklə dəqiq və silinə bilməyən markalanmaya malik olmalıdır. O, 2.7-ci bənddəki tərifə uyğun olaraq korlanmalıdır.
4.1 Əgər rəsmi təsdiq üçün təqdim edilən çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu bu standarta əsasən aşağıda göstərilən 5-ci bəndin tələblərinə uyğundursa, onda çirklənmənin qarşının alınması üçün dəyişdirilən qurğunun bu tipi rəsmi təsdiq edilmiş hesab edilir.
4.2 83№ -li Qaydanın 2-ci Əlavəsində göstərilmiş və tipin rəsmi təsdiqinə aid olan müvafiq sənədlərdə göstərilən nəqliyyat vasitələrində quraşdırılması nəzərdə tutulmuş, çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğu 4.2.1 və 4.2.2-ci bəndlərinin tələblərinə uyğun olduğu şərtlərdə bu Qaydanın əsasında təsdiq edilməsi vacib deyil.
Çirklənmənin qarşısının alınması üçün orijinal qurğunun üzərində ən azı aşağıdakı işarələr göstərilməlidir:
4.2.1.1 Nəqliyyat vasitəsinin istehsalçısının adı və ya əmtəə nişanı;
4.2.1.2 4.2.3-cü bəndində göstərilən məlumatda verilən, çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun qovşaqlarının markası və identifikasiya nömrəsi.
Çirklənmənin qarşının alınması üçün orijinal dəyişdirilən qurğuya aşağıdakı məlumatlar əlavə edilir:
4.2.2.1 Nəqliyyat vasitəsinin istehsalçısının adı və ya əmtəə nişanı;
4.2.2.2 4.2.3-cü bəndində göstərilən məlumatda verilən, çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun qovşaqlarının markası və identifikasiya nömrəsi.
4.2.2.3 83№-li Qaydanın 2-ci Əlavəsində göstərilmiş tipə aid olan çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun quraşdırılması nəzərdə tutulan nəqliyyat vasitələri, həmçinin qəbul ediləndirsə bort diaqnostik sistemi (BDS) ilə təchiz edilmiş nəqliyyat vasitəsinə quraşdırılan çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun yararlığının təyin edilməsi üçün markalanması.
4.2.2.4 Zərurət olduqda quraşdırma üzrə təlimat
4.2.2.5 Bu informasiyalar:
a. çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğu barədə təqdim edilən bukletdə və yaxud;
b. çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun satıldığı qablaşdırılmanın üzərində və yaxud;
c. tətbiq edilən istənilən digər vasitələrin köməyi ilə göstərilir.
İstənilən halda bu informasiyalar nəqliyyat vasitələrinin istehsalçıları tərəfindən satıcılar arasında yayılmış əmtəə kataloqunda olmalıdır.
4.2.3 Nəqliyyat vasitəsinin istehsalçısı texniki xidmətə və/ və ya rəsmi təsdiq üzrə cavabdehlik daşıyan səlahiyyətli orqana, qovşaqların müvafiq nömrələr arası əlaqəsini göstərən informasiyanı və tipin rəsmi təsdiqinə aid sənədləri elektron formatında təqdim etməlidir.
Bu informasiyada aşağıdakılar göstərilməlidir:
a. nəqliyyat vasitəsinin markası (markaları) və tipi (tipləri);
b. çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun markası (markaları) və tipi (tipləri).
c. çirklənmənin qarşısının alınması üçün orijinal dəyişdirilən qurğunun qovşağının (qovşaqlarının) nömrəsi;
d. nəqliyyat vasitəsinin müvafiq tipinin (tiplərinin) rəsmi təsdiq nömrəsi.
4.3 Rəsmi təsdiq edilmiş çirklənmənin qarşısının alınması üçün qurğunun hər birinə, birinci iki rəqəmi (indiki variantdakı Qayda üçün 00) rəsmi təsdiqin təqdim edilməsi zamanı Qaydaya edilmiş sonuncu əhəmiyyətli texniki dəyişikliklər daxil olduğu düzəlişlərin seriyasını göstərən rəsmi təsdiq nömrəsi verilir. Eyni razılığa gələn tərəflər bu nömrəni çirklənmənin qarşısının alınması üçün digər qurğunun tipinə verə bilməz. Eyni rəsmi təsdiq nömrəsi çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun bu tipi ilə bərabər işləyən nəqliyyat vasitələrinin müxtəlif tipləri ilə birlikdə istifadə edilə bilər.
4.4 Əgər tipin rəsmi təsdiqi üçün ərizə verən, çirklənmənin qarşının alınması üçün dəyişdirilən qurğunun 83 №–li Qaydaya edilmiş 05 seriyalı və ya sonrakı seriyalı dəyişiklik üzrə Əlavə 2-də göstərilmiş qurğu hesab edilməsini rəsmi təsdiq üzrə səlahiyyətli orqana və ya texniki xidmətə nümayiş etdirə bilərsə, onda tipin rəsmi təsdiqi haqqında şəhadətnamə 5-ci bənddə göstərilən tələblərdən asılı olmayaraq verilir.
4.5 Bu Qaydaları tətbiq edən razılığa gəlmiş tərəflər çirklənmənin qarşısının alınması üzrə dəyişdirilən qurğunun tipinin bu Qaydalara əsasən rəsmi təsdiqi, rəsmi təsdiqinin yayılma və rəsmi təsdiqdən imtina haqqında bu Qaydanın Əlavə 1-də göstərilmiş nümunəyə uyğun kart vasitəsilə məlumatlandırılır.
4.6 Bu Qaydalara əsasən rəsmi təsdiq edilmiş çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun tipinə uyğun olan çirklənmənin qarşısını almaq üçün dəyişdirilən qurğunun görünə bilən yerinə aşağıdakılardan ibarət beynəlxalq rəsmi təsdiq nişanı qoyulur:
4.6.1 rəsmi təsdiqi verən ölkənin fərqləndirici nömrəsi ilə müşayiət olunan, “E” hərfi qeyd olunmuş dairə;
4.6.2 4.4.1-ci bənddə göstərilmiş dairənin yanında qoyulan “R” hərfi, tire (-) və rəsmi təsdiq nömrəsi ilə müşayiət olunan bu Qaydaların nömrəsi.
4.7 Əgər çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu bu Qaydalara əsasən rəsmi təsdiq verən ölkədə Razılaşmaya əlavə edilən digər qaydalara əsasən rəsmi təsdiq edilmiş çirklənmənin qarşısının alınması üçün qurğunun tipinə uyğundursa, onda 4.4.1-ci bənddə göstərilmiş işarələri təkrarlamaq lazım deyil; bu halda bu Qaydalara əsasən rəsmi təsdiq verən ölkədə rəsmi təsdiqlənmiş qaydaların və rəsmi təsdiqin nömrələri və bütün qaydaların əlavə işarələri 4.4.1-ci bənddə göstərilmiş işarədən sağda üfüqi sütunlarda göstərilir.
4.8 Rəsmi təsdiq nişanı silinməyən olmalıdır və elə şəkildə daxil edilməlidir ki, çirklənmənin qarşısının alınması üçün qurğunun nəqliyyat vasitəsində quraşdırılması zamanı asan oxuna bilinsin.
4.9 Rəsmi təsdiq sxemləri bu Qaydanın 2- ci Əlavəsində göstərilib.
5.1.1 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu quraşdırma üçün layihələndirilməsi, istehsalı və uyğunlaşdırılması ele olmalıdır ki, nəqliyyat vasitəsi normal istismar şəraitində ilkin tələblərə uyğun olan Qaydaların müddəalarına uyğun olsun və nəqliyyat vasitəsinin adi istismar müddəti boyunca çirkləndirici maddələrin tullantılarının səmərəli olaraq məhdudlaşdırılması təmin edilsin.
5.1.2 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu çirklənmənin qarşısının alınması üçün orijinal qurğunun vəziyyətinə uyğun vəziyyətdə dəqiq quraşdırılır, bu halda oksigen ötürücüsünün və digər indikatorların vəziyyəti, əgər beləsi tətbiq edilirsə, xaricetmənin xəttində dəyişməməlidir.
5.1.3 Əgər çirklənmənin qarşısının alınması üçün orijinal qurğunun istilik izolyasiya materialı varsa, onda çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğuda ekvivalent istilik izolyasiya nəzərdə tutulur.
5.1.4 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu yeyilməyə davamlı olmalıdır, yəni quraşdırma üçün layihələndirilməsi, istehsalı və uyğunlaşdırılması ele olmalıdır ki, nəqliyyat vasitəsinin istismar şəraitində məruz qaldığı korroziya və oksidləşmə təsirlərinə qarşı davamlılığı təmin edilsin.
5.2 Çirkləndirici maddələrin tullantılarına dair tələblər.
3.3.1-ci bənddə göstərilən və rəsmi təsdiqi tələb edilən çirklənmənin qarşısının alınması üçün qurğu ilə təchiz edilmiş nəqliyyat vasitəsi (vasitələri) 83 №-li Qaydaya dair əlavələrdə verilən göstərilənlər daxilində, onun istismar keyfiyyətlərinin aşağıda göstərilmiş prosedurlara uyğun çirklənmənin qarşısının alınması üçün orijinal qurğu ilə müqayisə etmək məqsədi ilə I tip sınağa məruz qalır.
5.2.1 Müqayisə üçün əsasın müəyyənləşdirilməsi
Nəqliyyat vasitəsi (vasitələri) 12 şəhərdənkənar dövrədən (tip 1 sınağı, hissə 2) istifadə etməklə sürülüb yoxlanmaya məruz qalan çirklənmənin qarşısının alınması üçün yeni orijinal qurğu (bax. bənd 3.3.1) ilə təchiz edilir. İlkin sürülüb yoxlanmadan sonra nəqliyyat vasitəsi (vasitələri) daimi temperaturu 293-303 K (20-30C) olan yerdə saxlanılır. Bu kondisiyalaşdırma ən azı altı saat ərzində həyata keçirilir və motor yağının və soyutma mayenin temperaturu, əgər beləsi istifadə olunursa, bu yerin ±2 K temperaturuna çatmayana qədər davam edir. Sonra I tipin emal olunmuş qazın toksikliyinə görə üç sınağı aparılır.
5.2.2 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğudan istifadə etməklə emal olunmuş qazlarının toksikliyinə görə sınaq
Sınaq edilən nəqliyyat vasitəsinin (vasitələrinin) çirklənmənin qarşısının alınması üçün orijinal qurğusu 12 şəhərdən kənar dövrədən (tip 1 sınağı, hissə 2) istifadə etməklə sürülüb yoxlanmaya məruz qalan çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu ilə əvəz edilir. İlkin sürülüb yoxlanmadan sonra nəqliyyat vasitəsi (vasitələri) daimi temperaturu 293-303 K (20-30C) olan yerdə saxlanılır. Bu kondisiyalaşdırma ən azı altı saat ərzində həyata keçirilir və motor yağının və soyutma mayenin temperaturu, əgər beləsi istifadə olunursa, bu yerin ±2 K temperaturuna çatmayana qədər davam edir. Sonra I tipin emal olunmuş qazın toksikliyinə görə üç sınağı aparılır.
5.2.3 Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu ilə təchiz edilmiş nəqliyyat vasitələrinin atdığı çirkləndirici maddələrin qiymətləndirilməsi.
Çirklənmənin qarşısının alınması üçün orijinal qurğu ilə sınaq edilən nəqliyyat vasitəsi (vasitələri) zəruri olduğu hallarda nəqliyyat vasitəsinin (vasitələrinin) tipinin rəsmi təsdiqi zamanı tətbiq edilən düzəliş əmsalları daxil olmaqla, nəqliyyat vasitəsinin (vasitələrinin) tipinin rəsmi təsdiqinə əsasən son qiymətlər baxımından tələblərə uyğun olmalıdır.
Əgər hər bir nəzarət edilən çirkləndirici maddələr (CO, HC, NO, aerozol və digər maddələr) üçün nəticələr aşağıdakılara uyğundursa, onda çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu ilə təchiz edilmiş nəqliyyat vasitələrinin atdığı çirkləndirici maddələrə dair tələblər yerinə yetirilmiş hesab edilir.
M: çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğudan istifadə etməklə1-ci tipin üç sınağı nəticəsində alınmış bir çirkləndirici maddənin (CO, HC, NOx aerozollar və başqa hissəciklər) və ya iki çirkləndirici maddələrin (HC + NOx) tullantılarının orta qiyməti;
S: çirklənmənin qarşısının alınması üçün orijinal qurğudan istifadə etməklə 1-ci tipin üç sınaq nəticəsində alınmış bir çirkləndirici maddənin (CO, HC, NOx aerozollar və başqa hissəciklər) və ya iki çirkləndirici maddələrin (HC + NOx) tullantılarının orta qiyməti;
G: nəqliyyat vasitəsinin (vasitələrinin) tipinin rəsmi təsdiqinə uyğun olaraq bir çirkləndirici maddənin (CO, HC, NOx aerozollar və başqa hissəciklər) və ya iki çirkləndirici maddələrin (HC + NOx) tullantılarının son qiyməti:
i) multiplikativlərə bölmə və ya
ii) əlavələr çıxılma ilə
- əgər bu tətbiq edilərsə − 5.4-cü bəndə uyğun olaraq müəyyən edilən düzəliş əmsalları.
Əgər rəsmi təsdiq eyni minik avtomobil istehsalçısının nəqliyyat vasitələrinin müxtəlif tiplərinə aid edilərsə və bu müxtəlif tipli nəqliyyat vasitələri eyni tipli çirklənmənin qarşısının alınması üçün orijinal qurğu ilə təchiz edilmişdirsə, onda I tipin sınağı rəsmi təsdiq üzrə cavabdeh olan texniki xidmətlə razılaşmaya görə ən çoxu iki nəqliyyat vasitəsində aparılır.
5.2.4 83 №-li Qaydaya edilmiş 06-seriyalı düzəlişlərə əsasən konstruksiyanın tipi üzrə rəsmi təsdiq edilmiş nəqliyyat vasitələrində quraşdırma üçün nəzərdə tutulmuş çirklənmənin qarşısının alınması üçün qurğular istifadə olunduğu halda bu Qaydaların 5.2.3-cü bəndi üzrə adı çəkilmiş nəzarət edilən çirkləndirici maddələrin altında 06 seriyalı düzəlişlərlə 83 №-li Qaydanın 5.3.1.4-cü bəndində göstərilmiş bütün çirkləndirici maddələr hesab edilir.
5.3 Səs-küyə və nəqliyyat vasitəsinin istismar keyfiyyətlərinə dair tələblər.
Çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğu 59 №-li Qaydanın texniki tələblərinə cavab verməlidir. 59 №-li Qaydada göstərilmiş əks-təzyiqin ölçülməsinin yerinə mühərrikin maksimum gücünə uyğun olan dövrələrin sayı müddətində maksimal udulan gücün dinamometrik stendində ölçülməsi ilə nəqliyyat vasitəsinin istismar keyfiyyətlərinin yoxlanması həyata keçirilə bilər. 85 №-li Qaydada göstərilmiş ilk atmosfer şəraitində çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğuda təyin edilmiş qiymət, çirklənmənin qarşısının alınması üçün orijinal qurğuda təyin edilmiş qiymətlərdən 5%-dən çox olmamalıdır.
5.4 Yeyilməyə davamlılığa dair tələblər.
Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğu 83 №-li Qaydanın 5.3.6-cı bəndinin tələblərinə, yəni V tip sınaq və ya I tip sınağın nəticələri üçün aşağıda göstərilmiş cədvəldə düzəliş əmsalları barəsində tələblərə cavab verməlidir.
Mühərrikin kateqoriyası
Sıxmadan alovlanma ilə
Yalnız 83 № -li Qaydaya olan 05 seriyalı düzəlişlərə əsasən rəsmi təsdiq edilmiş nəqliyyat vasitələrinə tətbiq edilir.
Yalnız 83 № -li Qaydaya olan 05 seriyalı düzəlişlərə əsasən rəsmi təsdiq edilmiş məcburi yandırma mühərrikli nəqliyyat vasitələrinə tətbiq edilir.
5.4.1 83 №-li Qaydaya olan 06 seriyalı düzəlişlərə əsasən konstruksiyanın tipi üzrə rəsmi təsdiq edilmiş nəqliyyat vasitələrində quraşdırma üçün nəzərdə tutulmuş çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğular 06 seriyalı düzəlişlərlə 83 №-li Qaydanın 5.3.6-cı bəndində göstərilən yeyilməyə davamlılığa və müvafiq düzəliş əmsallarına dair tələbləri tətbiq edir.
5.5 BDS (bort diaqnostik sistem) ilə uyğunluğa aid olan təlimatlar (yalnız, BDS ilə təchiz edilmiş nəqliyyat vasitələrində quraşdırma üçün nəzərdə tutulmuş çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğulara tətbiq edilir).
BDS ilə uyğunluğun nümayişi yalnız o hallarda tələb olunur ki, çirklənmənin qarşısının alınması məqsədi ilə orijinal qurğu orijinal konfiqurasiyada yoxlansın.
5.5.1 BDS ilə çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun uyğunluğu 05 və ya 06 seriyalı düzəlişlərlə 83 №-li Qaydaya dair Əlavə 11-ə olan əlavə 1-də təsvir edilmiş proseduralardan istifadə etmə əsasında göstərilməlidir.
5.5.2 Çirklənmənin qarşısının alınması məqsədi ilə qurğudan başqa, digər komponentlərə tətbiq edilən 05 və ya 06 seriyalı düzəlişlərlə 83№-li Qaydaya dair Əlavə 11-ə olan əlavə 1-in müddəaları tətbiq edilmir.
5.5.3 Nəqliyyat vasitələrində onların istismara verilməsindən sonra quraşdırılan avadanlığın istehsalçısı nümunələrin ilkin hazırlanmasında və orijinal qurğunun tipinin rəsmi təsdiqi zamanı istifadə edilən sınağın aparılmasında həmin prosedurları tətbiq edə bilər. Bu halda tipin rəsmi təsdiqi üzrə cavabdeh olan səlahiyyətli orqan müvafiq sorğuya uyğun və diskriminasiya olmayan əsasda BDS-in köməyi ilə çirklənmənin qarşısının alınması məqsədi ilə qurğunun sınağının aparılması üçün orijinal qurğunun istehsalçısı tərəfindən istifadə olunan sınaq tsiklinin tipi, həmçinin nümunələrin ilkin hazırlanması tsiklinin sayı və tipi göstərilən tipin rəsmi təsdiqi haqqında məlumat olan əlavə 1-i təqdim etməlidir.
5.5.4 Qurğuların və BDS ilə nəzarət edilən digər komponentlərin fəaliyyətinin düzgünlüyünün yoxlanması üçün BDS çirklənməsinin qarşısının alınması məqsədi ilə hər hansı dəyişdirilən qurğuların quraşdırılması başlayana qədər nasazlıqların olduğu göstərilməməlidir və onda nasazlıqların mövcudluğu haqqında heç bir kodlaşdırılmış informasiya olmamalıdır. Bu məqsədlə 5.2.1-ci bənddə təsvir edilmiş sınaqların bitməsi üzrə BDS vəziyyətinin qiymətləndirilməsi proseduru istifadə oluna bilər.
5.5.5 5.2.2-ci bəndin təlimatlarına uyğun olaraq nəqliyyat vasitəsinin fəaliyyəti zamanı nasazlıqlar indikatoru (Nİ–bax. 05-ci seriyalı düzəlişlərlə 83 №-li Qaydaya dair Əlavə 11-in 2.5-ci bəndinə) qoşulmamalıdır.
5.5.6 Məcburi yandırma mühərrikli nəqliyyat vasitələri üçün: əgər bu Qaydanın 5.2.1-ci bəndinə uyğun yeni orijinal kataliz neytralizatorunun nümayiş sınağının gedişatında ölçülən THC (karbohidrogenlərin ümumi tullantıları) və NMHC (metanı özündə saxlamayan karbohidrogen tullantıları) tullantıları, nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqinin gedişatı zamanı yuxarıda ölçülən qiymətlər fərqi BDS-ın son qiymətlərinə əlavə edilir. BDS-ın son qiymətləri 83 №-li Qaydaya dair Əlavə 11-in 3.3.2-ci bəndində göstərilmişdir.
5.5.7 BDS-ın yenidən baxılmış son qiymətləri bu Qaydanın 5.5−5.5.5-ci bəndlərində göstərilən BDS-ın uyğunluğuna dair sınaqların gedişatında, xüsusilə 83 №-li Qaydaya dair Əlavə 11-ə olan əlavənin 1-ci bəndinə uyğun olaraq yol verilə bilən kənara çıxmaların istifadəsi zamanı tətbiq edilir.
5.6 Dövri regenerasiya ilə dəyişdirilən sistemlərə dair tələblər
5.6.1 Tullantılara dair tələblər
5.6.1.1 Bu Qaydanın 3.3.1-ci bəndində göstərilən və rəsmi təsdiqi tələb edilən tipin dövri regenerasiyasının dəyişdirilən sistemi ilə təchiz edilən nəqliyyat vasitəsi (vasitələri), təsviri 83 №-li Qaydaya dair Əlavə 13–ün 3-cü bəndində göstərilən, dövri regenerasiyanın orijinal sistemi ilə təchiz edilən eyni nəqliyyat vasitəsi ilə onun (onların) istismar keyfiyyətlərini müqayisə etmək məqsədi ilə sınağa məruz qalır.
5.6.2 Müqayisə üçün əsasın təyin edilməsi
5.6.2.1 Nəqliyyat vasitəsi dövri regenerasiyanın yeni orijinal sistemi ilə təchiz edilir. Tullantıların məhdudlaşdırılması nöqteyi-nəzərindən bu sistemin istismar keyfiyyətləri 83 №-li Qaydaya dair Əlavə 13-ün 3-cü bəndində ifadə edilmiş sınağın proseduruna uyğun olaraq müəyyən edilir.
5.6.2.2 Ərizəçinin xahişi ilə dəyişdirilən qovşağın rəsmi təsdiqinə rəsmi təsdiq üzrə cavabdeh olan səlahiyyətli orqan diskriminasiya olmayan əsasda sınağa məruz qalmış hər bir nəqliyyat vasitəsi üçün 83 №-li Qaydaya dair Əlavə 1-də olan informasiya sənədinin 3.2.12.2.1.11.1 və 3.2.12.2.6.4.1-ci bəndlərində göstərilən informasiyanı təqdim edir.
5.6.3 Dövri regenerasiyanın dəyişdirilən sistemindən istifadə etməklə emal olunmuş qazların toksikliyini təyin etmək üçün sınaq.
5.6.3.1 Yoxlanan nəqliyyat vasitəsinin (vasitələrinin) dövri regenerasiyasının orijinal sistemi dövri regenerasiyanın dəyişdirilən sistemi ilə əvəz edilir. Tullantıların məhdudlaşdırılması nöqteyi-nəzərindən bu sistemin istismar keyfiyyətləri 83 №-li Qaydaya dair Əlavə 13-ün 3-cü bəndində göstərilmiş sınağın proseduruna uyğun olaraq müəyyən edilir.
5.6.3.2 Dövri regenerasiyanın dəyişdirilən sisteminin D göstəricisinin təyin edilməsi üçün 83 №-li Qaydaya dair Əlavə 13-ün 5-ci bəndində göstərilmiş sınaq stendində mühərrikin istənilən sınaq metodlarından istifadə olunur.
Dövri regenerasiyanın dəyişdirilən sistemlərinə bu Qaydaların 5.2.3, 5.3, 5.4 və 5.5–ci bəndlərinin tələbləri tətbiq edilir. Bu bəndlərdə "kataliz neytralizatoru" dedikdə "dövri regenerasiya sistemi" başa düşülür.
Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun tipinin istənilən dəyişikliyi haqqında, çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun bu tipini rəsmi təsdiq etmiş tipin rəsmi təsdiqinə səlahiyyətli olan orqan məlumatlandırmalıdır.
a) ya edilmiş dəyişikliyin əhəmiyyətli mənfi nəticə vermədiyi və istənilən halda çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun əvvəlki kimi tələblərə uyğun olduğu haqqında nəticə çıxarmalı və ya;
b) sınaq aparmaq səlahiyyətinə malik texniki xidmətdən bu Qaydanın 5-ci bəndində göstərilən bəzi və ya bütün sınaqların əlavə protokollarını tələb edə bilər.
Rəsmi təsdiqin təsdiq edilməsi və ya dəyişikliklərin göstərilməsi ilə rəsmi təsdiqdən imtina 4.3-cü bənddə yuxarıda göstərilmiş prosedura uyğun olaraq bu Qaydaları tətbiq edən Razılaşma Tərəflərinə göndərilir.
Rəsmi təsdiqi yayan səlahiyyətli orqan bu yayılma baxımından tərtib edilən hər bir məlumat vərəqinə seriya nömrəsi verir.
İstehsalın uyğunluğunun yoxlanması prosedurları (E/ECE/324− E/ECE/TRANS/505/Rev.2) Razılaşmaya dair Əlavə 2-də göstərilən prosedurlara və eləcə də aşağıdakı tələblərə cavab verməlidir.
7.1 Bu qaydalara əsasən rəsmi təsdiq edilmiş çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğular bu Qaydaların 2.3-cü bəndində göstərilən xarakteristikalara əsasən rəsmi təsdiq edilmiş tipə uyğun olaraq hazırlanır. Onlar 5-ci bənddə ifadə edilmiş təlimatlara və zəruri olduğu halda, bu Qaydalarda göstərilmiş sınaqların tələblərinə cavab verməlidir.
7.2 Səlahiyyətli orqan bu Qaydalara əsasən nəzərdə tutulmuş istənilən yoxlamanı və ya sınağı apara bilər. Xüsusilə, bu Qaydaların (tullantılara dair tələblər) 5.2-ci bəndində təsvir edilmiş sınaqları aparıla bilər. Bu halda, rəsmi təsdiq sahibinin xahişinə əsasən müqayisə üçün əsas kimi çirklənmənin qarşısının alınması məqsədi ilə orijinal qurğu deyil, tipin rəsmi təsdiqi üçün sınaqların gedişatında istifadə olunan çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğu (Yaxud, rəsmi təsdiq edilmiş tipə uyğun təsdiq edilmiş digər bir nümunə) seçilə bilər. Yoxlanılan nümunədə ölçülən tullantıların tərkibində çirkləndirici maddələrin konsentrasiyası, etalon qismində istifadə olunan nümunədə ölçülən orta qiymətin orta hesabla 15%-dən çox olmamalıdır.
8.1 Bu Qaydaların əsasında verilmiş çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun tipinin rəsmi təsdiqi 7-ci bənddə ifadə edilmiş tələblərə cavab vermirsə ləğv edilə bilər.
8.2 Əgər bu Qaydaları tətbiq edən Razılaşma tərəflərinin hər hansı biri ona əvvəlcədən təqdim edilmiş rəsmi təsdiqi ləğv edirsə, o dərhal bu haqda bu Qaydaları tətbiq edən Razılaşmanın digər tərəflərinə bu Qaydalara dair Əlavə 1-də göstərilmiş nümunəyə uyğun olan kartlar vasitəsilə məlumat verməlidir.
Əgər rəsmi təsdiq sahibi bu Qaydalara uyğun rəsmi təsdiq olunan çirklənmənin qarşısının alınması uçun dəyişdirilən qurğunun hər hansı bir tipinin istehsalını tam dayandırırsa, onda həmin şəxs bu rəsmi təsdiqi verən orqana məlumat verir. Müvafiq məlumat alındıqdan sonra həmin orqan bu Qaydaları tətbiq edən Razılaşmanın digər tərəflərə bu Qaydalara dair Əlavə 1-də göstərilmiş nümunəyə uyğun olan kartlar vasitəsilə məlumat verməlidir.
Bu Qaydaları tətbiq edən Razılaşmanın razılaşan tərəfləri Birləşmiş Millətlər Təşkilatının Katibliyinə rəsmi təsdiq üçün sınaqlar aparmaq səlahiyyətinə malik texniki xidmətlərin, o cümlədən digər ölkələrdə verilən rəsmi təsdiqin, rəsmi təsdiqin yayılmasının, rəsmi təsdiqdən imtinanın və ya rəsmi təsdiqin ləğvinin qeydiyyat vərəqələrini göndərən və rəsmi təsdiq verən, tipin rəsmi təsdiqinə cavabdeh olan səlahiyyətli orqanların adları və ünvanı haqqında məlumat verirlər.
11.1 Çirklənmənin qarşısının alınması məqsədi ilə hər bir yeni dəyişdirilən qurğu istehsalçının adı və ya əmtəə nişanı qeyd edilməklə silinməyən markalanmaya malik olmalı və aşağıdakı məlumatları müşayiət etməlidir:
11.1.1 Nəqliyyat vasitələri (istehsal ili göstərilməklə) (çirklənmənin qarşısının alınması məqsədi ilə bu dəyişdirilən qurğusu onlar üçün rəsmi təsdiq olunub), həmçinin əgər məqsədə uyğundursa, çirklənmənin qarşısının alınması məqsədi ilə bu dəyişdirilən qurğunun bort diaqnostik sistemlə (BDS) təchiz edilən nəqliyyat vasitəsində quraşdırılmasının yararlığını müəyyən etmək üçün markalanma.
11.1.2 Zəruri olarsa – quraşdırılma üzrə təlimatlar.
11.2 Bu informasiya aşağıdakı yerlərə qeyd olunur:
а) ya çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun üzərinə əlavə olunan bukletdə
b) yaxud çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun satıldığı qablaşdırmanın üzərində
с) yaxud da digər istənilən tətbiq edilən vasitələrin köməyi ilə.
İstənilən halda bu informasiya satıcılar arasında çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun istehsalçısı tərəfindən yayılan əmtəə kataloqlarında əks olunmalıdır.
İstənilən cizgilər müvafiq miqyasda və A4 formatında yaxud ona bənzər formatda yetərincə ətraflı dərəcədə təqdim olunur. Bu kimi şəkillər mövcuddursa, kifayət qədər ətraflı olmalıdır.
Əgər sistem, komponentlər yaxud ayrı-ayrı texniki qovşaqlar elektron idarəetmə orqanlarına malikdirlərsə, onda onların fəaliyyətlərinə dair informasiya təqdim olunur.
1.1 Marka (istehsalçının ticarət adı):
1.2.1 Əgər mövcuddursa, kommersiya adı (adları):
1.5 İstehsalçının adı və ünvanı:
1.7 Komponentlər yaxud xüsusi texniki qovşaqlar üçün – rəsmi təsdiq nişanının yerləşdirilməsi yeri və üsulu (AİK):
1.8 Toplayıcı müəssisələrin ünvanları:
2.1 Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun markası və tipi.
2.2 Xüsusilə, bu Əlavənin 2.3−2.3.3-cü bəndlərində qeyd olunan bütün xarakteristikaları özündə əks etdirən çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun cizgiləri.
2.3 Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun nəzərdə tutulmuş nəqliyyat vasitələrinin tip və ya tiplərinin təsviri:
2.3.1 nəqliyyat vasitələrinin və mühərriklərin tipini (tiplərini) xarakterizə edən nömrə (nömrələr) və şərti işarə (şərti işarələr):
2.3.2 çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğu BDS tələblərinə müvafiq olmalıdırmı (Hə/Yox, lazım olmayanı silmək).
Çıxış borucuğuna nisbətdə çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun yerləşməsinin qeyd edilməsi ilə təsviri və cizgiləri.
verilib: İnzibati orqanın adı:
…………………………...........
103 №-li Qaydaya əsasən çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun
RƏSMİ TƏSDİQİN TƏQDİM EDİLMƏSİ
RƏSMİ TƏSDİQİN YAYILMASI
RƏSMİ TƏSDİQİNDƏN İMTİNA
İSTEHSALIN TAM DAYANDIRILMASI
Rəsmi təsdiq №…… Yayılma №…
1. Sifariş verənin adı və ünvanı:................................................................
2. İstehsalçının adı və ünvanı:..................................................................
3. İstehsalçının əmtəə adı və əmtəə nişanı:...............................................
4. Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun tipi və kommersiya işarəsi:..........................................................................................
5. Əgər belə bir markalanma nəzərdə tutulubsa, tipin işarələnmə vasitələri:..........................................................................................................................
5.1 Bu markalanmanın yerləşdiyi yer:.................................................................
6. Çirklənmənin qarşısının alınması üçün qurğu kimi çirklənmənin qarşısının alınması məqsədi ilə bu tip qurğunun quraşdırıla bilən nəqliyyat vasitəsinin tipi (vasitələrinin tipləri):...........................................................................................................
7. Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğunun sınaqdan keçirildiyi nəqliyyat vasitəsinin tipi (vasitələrinin tipləri):......................................................
7.1 Çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğu BDS-nin tələblərinə uyğun olmasını nümayiş etdirirmi: Hə/Yox
8. Rəsmi təsdiq işarəsinin qoyulması üsulu və yerləşdyi yer:....................................................................................................................................
9. Rəsmi təsdiqin təqdim edilmə tarixi:...................................................................
10. Rəsmi təsdiq üçün sınaq aparmaq səlahiyyətinə malik texniki xidmət:................................................................................................................................
10.1 Sınaq protokolunun tarixi:................................................................................
10.2 Sınaq protokolunun nömrəsi:...........................................................................
11. Rəsmi təsdiq təqdim edilib/rəsmi təsdiq yayılıb/rəsmi təsdiqdən imtina edilib/rəsmi təsdiq ləğv olunub.
12. Yer:......................................................................................................................
13. Tarix:..................................................................................................................
14. İmza:..................................................................................................................
15. Bu məlumata rəsmi təsdiq verən inzibati xidmətlərə verilmiş və sorğu üzrə əldə edilə bilən rəsmi təsdiqin dosyesinə daxil edilmiş sənədlərin siyahısı əlavə edilir.
(Bu Qaydaların 4.6-cı bəndinə bax)
Yuxarıda qeyd olunan çirklənmənin qarşısının alınması üçün dəyişdirilən qurğunun elementi üzərində vurulan rəsmi təsdiqin nişanı, bu tipin 001234 nömrəli rəsmi təsdiqin 103 №-li Qaydası əsasında Niderlandda (E4) təsdiq olunduğunu göstərir. Rəsmi təsdiqin ilk iki rəqəmi, rəsmi təsdiqin ilkin varianta olan 103 №-li Qaydanın göstərişləri əsasında təqdim olunduğunu göstərir.
(Bu Qaydaların 4.7-ci bəndinə bax)
Yuxarıda qeyd olunan çirklənmənin qarşısını almaq üçün dəyişdirilən qurğunun elementi üzərində vurulan rəsmi təsdiqin nişanı, bu tipin 103 və 59 №-li Qaydaları əsasında Niderlandda (E 4) təsdiq olunduğunu göstərir.
Rəsmi təsdiqin ilk iki rəqəmi, rəsmi təsdiqin ilkin variantında olan 103 və 59 №-li Qaydalar əsasında təqdim olunduğunu göstərir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “15” fevral 2016-cı il tarixli 160123500007 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıqqaytaran
markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ЕСЕ Правила № 104 «Единообразные предписания, касающиеся официального утверждения светоотражающей маркировки для транспортных средств категорий М, N и O» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
M, N və O kateqoriyalı nəqliyyat
vasitələri üçün işıqqaytaran markalanmanın
rəsmi təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the approval
of retro-reflective markings for vehicles
of category M, N and O
Bu Qayda M2, M3, N, O2, O3 və O4 kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytaran markalanması üçün tətbiq edilir.
2.1 Bu göstərişlərin məqsədi üçün aşağıdakı təriflər tətbiq edilir:
2.1.1 “nümunə” markalanma məqsədi ilə istifadəsi nəzərdə tutulan və açıqlanması 2.2.1-ci bənddə verilən işıqqaytaran materialın bir hissəsi və ya bütün material deməkdir;
2.1.2 " fərqləndirici qrafik markalanma" işıqqaytarma əmsalı aşağıdakı 7.2.1 və 7.2.2-ci bəndlərdə müəyyən edilmiş qiymətlərə uyğun olan rəngli markalanma deməkdir.
2.1.3 Bu Qaydalarda rəsmi təsdiq üçün ərizənin verilməsi zamanı qüvvədə olan 48№-li Qaydada və ona olan düzəlişlərin seriyalarında göstərilən termin və təriflər tətbiq edilir.
2.2 "işıqqaytarma" işıq axınının işığın yayılması istiqamətinə yaxın istiqamətdə qayıtması və bu xüsusiyyətin hətta işıq axını istiqamətinin geniş diapazonu zamanı saxlanması deməkdir;
2.2.1 "işıqqaytaran markalanma materialı" onların istiqamətində yayılma olduqda ilkin yayılan işıq şüalarının çox hissəsini nisbətən qaytaran səth və ya qurğu deməkdir.
2.3 Həndəsi təriflər (bax, Əlavə 1 Şəkil 1):
2.3.1 "çıxış mərkəzi" işıqqaytaran səthdə və ya onun yanında olan nöqtəni bildirir və onun xarakteristikalarının təsviri üçün qurğunun mərkəzi kimi təyin edilir;
2.3.2 “işıq oxu (I)” çıxış mərkəzini işıq mənbəyi ilə birləşdirən düz kəsikdir;
2.3.3 “müşahidə oxu (O)” çıxış mərkəzini fotometrik başlıqla birləşdirən düz kəsikdir;
2.3.4 “müşahidə bucağı (α)” işıqlanma oxu ilə və müşahidə oxu ilə əmələ gələn bucaq deməkdir. Müşahidə bucağı həmişə müsbətdir və işıq qaytarma hallarında kiçik qiymətlərlə məhdudlaşdırılır.
2.3.5 “yarımmüstəvi müşahidə” bir tərəfdən işıqlandırma oxu ilə məhdudlaşdırılan və müşahidə oxundan keçən yarımmüstəvi deməkdir;
2.3.6 “çıxış oxu (R)” çıxış mərkəzi olan və işıqqaytaran qurğunun əyilmə bucağının təyini üçün istifadə olunan müəyyən düz kəsik adlanır;
2.3.7 "düşmə bucağı (β)" işıqlandırma oxu və çıxış oxu ilə əmələ gələn bucaq adlanır. Düşmə bucağı adətən 90º-ni keçmir, ancaq onun tam qiyməti növbəti hədlərlə təyin edilir: 0º < β < 180º. Fəzada qurğunun vəziyyətinin tam təyin edilməsi üçün bu bucaq iki tərtib ilə xarakterizə olunur: β1 və β2;
2.3.8 "dönmə bucağı (ε)" çıxış oxu ətrafında dönməni nəzərə alaraq uyğun işarənin köməyi ilə işıqqaytaran materialın vəziyyətini göstərən bucaq adlanır;
2.3.9 “birinci ox (1)” çıxış mərkəzi vasitəsilə müşahidənin yarımmüstəvisindən perpendikulyar keçən ox deməkdir;
2.3.10 "birinci düşmə bucağı (β1)" çıxış oxunun və birinci oxun keçdiyi işıqlandırma oxu və müstəvi ilə əmələ gələn bucağı bildirir; onun həddləri:- 180° <β1< 180°;
2.3.11 "ikinci düşmə bucağı (β2)" müşahidənin yarımmüstəvisinin yerləşdiyi müstəvi və çıxış müstəvisi ilə əmələ gələn bucağı bildirir; onun hədləri: - 90° <β 2 < 90°;
2.3.12 "ikinci ox (2)" birinci ox və çıxış oxu kimi çıxış mərkəzindən perpendikulyar keçən ox adlanır. İkinci oxun müsbət istiqaməti Əlavə 1 Şəkil 1-də göstərildiyi kimi -90° < β 1< 90° də müşahidənin yarımmüstəvisində yerləşir.
2.4 Fotometrik terminlərin təyini:
2.4.1 "işıqqaytarma əmsalı (R')" işıq gücünün əmsalının R işıqqaytaran səthin sahəsinin A müstəvisinə olan nisbətini bildirir.
R' əmsalı lüksdə m-də kandelalarda ifadə edilir (kd• m • lk)
(İşıqlanma/işıqlanma dərəcəsi);
2.4.2 "işıqqaytaran nümunənin bucaq diametri (η1)" işıq mənbəyinin mərkəzindən və ya qəbuledicinin mərkəzindən işıqqaytaran nümunənin daha böyük ölçüdə görülən sahəsini əhatə edən bucağı bildirir (β 1= β 2=0°);
2.4.3 "qəbuledicinin bucaq diametri (η2)" çıxış mərkəzindən qəbuledicinin görünən sahəsinin ən böyük ölçüsü müşahidə edilən bucağı bildirir (β1= β 2=0°);
2.4.4 "işıq əmsalı (β)" eyni işıqlandırılma və müşahidə şəraitlərində cismin işıqlanması və ideal yayıcının işıqlanması arasındakı nisbəti bildirir.
2.4.5 "qaytarıcı qurğunun rəngi". Qaytarılan işıq rənginin təyin edilməsi 48 №-li Qaydanın 2.30-cu bəndində verilib.
2.5 Qoniometrin (bucaqölçənin) təsviri
İşıqlandırma üzrə Beynəlxalq Komissiyanın (bundan sonra -IBK) həndəsi sistemində işıqqaytarmanı ölçmək üçün istifadə edilən qoniometr Əlavə 1 Şəkil 2-də göstərilmişdir. Bu şəkildə fotometrik başlıq (O) şərti olaraq işıq mənbəyinin (I) üzərində şaquli müstəvidə təsvir edilib. Birinci ox müşahidənin yarım müstəvisinə perpendikulyar keçən üfüqi müstəvidə sabit olaraq təsvir edilib. Ekvivalent əşyaların göstərilən yerləşməsində istənilən yerləşmə istifadə oluna bilər.
Müxtəlif tipli markalanma materialları dedikdə, aşağıda sadalanan əhəmiyyətli vacib aspektlər üzrə fərqlənən markalanma materialları nəzərdə tutulur:
2.6.1 fabrik və ya əmtəə nişanı;
2.6.2 işıqqaytaran materialın xarakteristikaları;
2.6.3 işıqqaytaran materialların və ya qurğuların xüsusiyyətlərini müəyyən edən elementlər.
3.1 İşıqqaytaran markalanma materialının rəsmi təsdiqi üçün ərizə fabrik və ya əmtəə nişanının sahibi və ya lazım gələrsə onun səlahiyyətli nümayəndəsi tərəfindən lazımı qaydada təqdim edilir. Ərizəyə aşağıdakılar əlavə edilir:
3.1.1 tipinin identifikasiyası üçün nəqliyyat vasitəsində markalanma materiallarının həndəsi yerləşməsi göstərilməklə üç nüsxədə kifayət qədər ətraflı cizgilər. Cizgilərdə həmçinin rəsmi təsdiq nömrəsinin və rəsmi təsdiq nişanının dairəsinin yanında qoyulan identifikasiya simvolu üçün nəzərdə tutulan yer göstərilməlidir.
3.1.2 texniki xarakteristikalarını göstərilməklə işıqqaytaran markalanma materiallarının qısa təsviri
3.1.3 Əlavə 4-də göstərilən işıqqaytaran markalanma materiallarının nümunələri.
4.1 Rəsmi təsdiqi üçün hər bir təqdim edilmiş markalanma materialında aşağıdakılar yazılmalıdır:
4.1.1 sifarişçinin fabrik və ya əmtəə nişanı;
4.1.2 qaytarmanın müəyyən istiqamətinə malik işıqqaytaran elementləri olan istənilən markalanma materialında qoyulmalı olan "TOP” (" YUXARI") yazısı:
a) zolaqlarda - ən çox 0,5 m intervallarla;
b) səthlərdə - ən çox 100x100mmölçü ilə sahə hüdudunda.
4.2 Fabrik nişanları və digər nişanlar dəqiq və silinməyən olmalıdır, onları markalanma materialının xarici tərəfinə vururlar.
5.1 Əgər yuxarıdakı 4-cü bəndə uyğun olaraq rəsmi təsdiq üçün təqdim edilmiş işıqqaytaran markalanma materialı bu Qaydaların göstərişlərinə uyğundursa, onda bu tip markalanma materialı rəsmi təsdiq edilir.
5.2 Hər bir rəsmi təsdiq edilmiş tipə rəsmi təsdiq nömrəsi verilir. Bu nömrənin ilk iki rəqəmi (onların ilkin variantında Qaydalar üçün hal-hazırda 00) rəsmi təsdiq vaxtına dair Qaydalara daxil edilən son əsas texniki dəyişikliklər əlavə edilmiş düzəlişlər seriyasını bildirir. Eyni razılığa gələn tərəf bu nömrəni başqa tip işıqqaytaran markalanma materialına verə bilməz.
5.3 Bu Qaydaya dair Əlavə 2-də göstərilən nümunəyə uyğun olan məlumat vərəqələri vasitəsi ilə bu Qaydanı tətbiq edən 1958-ci il Razılaşma tərəfləri rəsmi təsdiq, rəsmi təsdiqdən imtina və ya bu Qaydaya əsasən markalanma materialının tipinin rəsmi təsdiqinin yayılması haqqında xəbərdarlıq edirlər.
5.4 4.1-ci bənddə göstərilmiş nişanlardan başqa, bu Qaydalara əsasən rəsmi təsdiq edilmiş tipə uyğun hər markalanma materialına aşağıdakılardan ibarət olan dəqiq və silinməyən beynəlxalq rəsmi təsdiq nişanı vurulur:
5.4.1 rəsmi təsdiqi verən ölkənin fərqləndirici nömrəsini müşayiət edən, “E” hərfi qeyd olunmuş dairə;
5.4.2 5.2-ci bəndə uyğun olaraq "R" hərfi, tire(-) və rəsmi təsdiq nömrəsi ilə müşayiət olunan bu Qaydaların nömrəsi;
5.4.3 materialın sinfini göstərən aşağıdakı əlavə simvollar:
5.4.3.1 "C" – konturlu / zolaqlı markalanma üçün nəzərdə tutulan material;
5.4.3.2 "D" - məhdudlaşdırılmış müstəvidə fərqləndirici / qrafiki markalanma üçün nəzərdə tutulan material;
5.4.3.3 "E" - genişləndirilmiş müstəvidə fərqləndirici / qrafiki markalanma üçün nəzərdə tutulan material.
5.4.3.4 "D/E" - istifadə edilən tamrəngli loqotip nişanların çəkilməsi zamanı əsas və ya fon markalanması kimi nəzərdə tutulmuş fərqləndirici və ya qrafiki markalanma üçün və "D" sinifin materiallarının tələblərinə cavab verən "E" sinfinin markalanması üçün materiallardır.
5.5 Rəsmi təsdiq nişanı görülən, asan oxunan və silinməyən olmalıdır; o markalanma materialının üz tərəfində ən azı bir dəfə qoyulur
a) zolaqlarda - 0,5m intervallarla,
b) səthlərdə 100 x 100mm sahə hüdudunda.
5.6 Bu Qaydalara dair rəsmi təsdiq nişanının sxeminin nümunəsi Əlavə 3-də verilib.
6.1 İşıqqaytaran markalanma materialları elə istehsal edilməlidir ki, normal istismar şərtlərində onların qənaətbəxş işləməsi təmin olunsun və onların xarakteristikaları saxlanılsın. Bundan başqa, onların səmərəli işləməsinə və ya bütövlüyünə mane olan hər hansı konstruktiv və ya istehsal qüsurları olmamalıdır.
6.2 İşıqqaytaran markalanma materialları və ya onların elementləri elə təşkil edilməlidir ki, onları asan sökmək olmasın.
6.3 Markalanma materiallarının bərkidilmə vasitələri möhkəm və etibarlı olmalıdır.
6.4 İşıqqaytaran markalanma materiallarının xarici səthi asan təmizlənməlidir. Buna görə o, nahamar olmamalıdır və onda ola bilən istənilən qabarıqlar təmizlənməyə mane olmamalıdır.
7.1 Ölçülər, formalar, həmçinin işıqqaytaran markalanma materiallarının kolorimetrik, fotometrik, fiziki və mexaniki xüsusiyyətləri bu Qaydalara dair Əlavə 5-8-də göstərilən tələblərə uyğun olmalıdır.
7.2 Loqotiplər, fərqləndirici yazılar, işıqqaytaran materiallardan hazırlanan hərf/simvollardan ibarət olan reklam xarakterli işarələr münasib görünüşə malik olmalıdır.
Əgər işıqqaytaran səthin ümumi sahəsi ən azı 2m təşkil edirsə, onlar "D" sinfinin markalanma materiallarından hazırlana bilər; əgər işıqqaytaran səthin ümumi sahəsi 2 m-dən az təşkil edirsə, onda "E" sinfinin materialları istifadə edilir.
7.2.1 "D" sinfinin markalanma materiallarının tətbiqi hallarında işıqqaytarma əmsalının maksimal qiyməti Əlavə 7, Cədvəl 2–də göstərilən qiymətləri keçməməlidir və onlar fərqləndirici / qrafiki markalanmada istifadə üçün nəzərdə tutulurlar.
7.2.2 "E" sinfinin markalanma materiallarının tətbiqi hallarında işıqqaytarma əmsalının maksimal qiyməti Əlavə 7, Cədvəl 2–də göstərilən 33% qiyməti keçməməlidir.
7.2.3 İstifadə edilən tamrəngli loqotip nişanlarının çəkilməsi və sahələrin təsvirindən azad olmayan "E" sinfinin markalanması zamanı əsas və ya fon markalanma kimi nəzərdə tutulan ağ işıqqaytaran materiallar "D" sinfinin materialları üçün nəzərdə tutulmuş Əlavə 7 Cədvəl 2-nin tələblərinə cavab verə bilir və "D/E" sinifi kimi markalanmalıdır.
7.3 İşıqqaytaran markalanma materialının xarakterindən asılı olaraq səlahiyyətli orqanlar laboratoriyalara ayrı-ayrı sınaqları keçirməməyə icazə verə bilər. O şərtlə ki, bu rəsmi təsdiq haqqında bildiriş üçün istifadə olunan kartın "Qeydlər" rubrikasında əks edilsin.
8.1 İşıqqaytaran markalanma materialının tipinin istənilən dəyişikliyi bu tip üçün rəsmi təsdiq verən inzibati orqanın diqqətinə çatdırılır. Bu orqan:
8.1.1 ya edilmiş dəyişikliklərin əhəmiyyətli mənfi təsirə malik olmayacağı və istənilən halda qurğunun tipinin əvvəlki kimi tələblərə uyğun olması qənaətinə gələ bilər;
8.1.2 ya da sınaq keçirməyə səlahiyyətli olan texniki xidmətdən sınağın əlavə protokolunu tələb edə bilər.
8.2 Bu Qaydaları tətbiq edən Razılaşma tərəfləri rəsmi təsdiqin verilməsi haqqında və ya 5.3-cü bənddə nəzərdə tutulmuş prosedura uyğun olaraq dəyişikliklər göstərilməklə rəsmi təsdiqdən imtina haqqında xəbərdarlıq edirlər.
8.3 Rəsmi təsdiqi yayan səlahiyyətli orqan belə yayılma haqqında bildirişə sıra nömrəsi verir.
Razılaşmaya (E/ECE/324-E/ECE/TRANS/505/Rev.2) dair Əlavə 2-də aşağıda göstərilən tələbləri nəzərə alaraq istehsala uyğunluğa nəzarət prosedurları sadalanan prosedurlara uyğun olmalıdır:
9.1 Bu Qaydalara əsasən rəsmi təsdiq edilmiş istənilən işıqqaytaran markalanma materialı rəsmi təsdiq edilmiş tipə uyğun olaraq istehsal edilməli və 6 və 7-ci bəndlərdə müəyyən edilən tələblərə cavab verməlidir.
9.2 Əgər sərbəst seçilmiş beş nümunədə aparılan ölçmənin fotometrik ölçüləri orta hesabi qiyməti bu Qaydalara dair Əlavə 7-də göstərilən təyin edilmiş qiymətlərdən 20%-dən çox olmayaraq əlverişsiz tərəfə meyl edirsə, istehsala uyğunluq sübut olunmuş hesab edilir.
9.3 Əgər sərbəst seçilmiş beş nümunənin kolorimetrik xarakteristikalarının orta hesabi qiyməti - vizual baxışın nəticələrinə əsasən - bu Qaydalara dair Əlavə 6-da göstərilən xarakteristikalara uyğundursa, istehsala uyğunluq sübut olunmuş hesab edilir.
9.4 Tipin rəsmi təsdiqini vermiş orqan istənilən vaxt hər bir istehsal olunan vahidinə tətbiq edilən istehsala uyğunluğa görə nəzarət metodlarını yoxlaya bilər. Bu yoxlamalar adətən iki ildə bir dəfə keçirilir.
10.1 Əgər yuxarıda göstərilən tələblərə riayət edilmirsə və ya əgər rəsmi təsdiq nişanı vurulmuş işıqqaytaran markalanma materialı rəsmi təsdiq edilmiş tipə uyğun deyilsə, onda bu Qaydalara əsasən verilən işıqqaytaran markalanma materialının tipinin rəsmi təsdiqi ləğv edilə bilər.
10.2 Əgər bu Qaydanı tətbiq edən, Razılaşmanın hər hansı razılığa gələn tərəfi qabaqcadan onun tərəfindən verilən rəsmi təsdiqi ləğv edirsə, onda o, bu Qaydaya dair Əlavə 2-də göstərilən nümunəyə uyğun olan məlumat vərəqələri vasitəsi ilə bu barədə bu Qaydaları tətbiq edən digər razılığa gələn tərəfləri dərhal xəbərdar edir.
Əgər rəsmi təsdiqin sahibi, bu Qaydalara uyğun olaraq rəsmi təsdiq edilmiş işıqqaytaran markalanma materialının istehsalını tam dayandırırsa, o bu barədə rəsmi təsdiqi verən səlahiyyətli orqana bildirir. Səlahiyyətli orqan belə məlumat alan zaman bu Qaydalara dair Əlavə2-də göstərilən nümunəyə uyğun olan məlumat vərəqələri vasitəsi ilə bu barədə bu Qaydaları tətbiq edən digər tərəfləri xəbərdar edir.
Bu Qaydaları tətbiq edən Razılaşmanın razılığa gələn tərəfləri Birləşmiş Millətlər Təşkilatının Katibliyinə rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik texniki xidmətlərin və digər ölkələrdə verilən rəsmi təsdiq, rəsmi təsdiqin yayılması, rəsmi təsdiqdən imtina, rəsmi təsdiqin ləğvi və ya istehsalın tam dayandırılması haqqında məlumat vərəqələrini göndərən və rəsmi təsdiqi verən inzibati orqanların adları və ünvanları haqqında məlumat verir.
1: Birinci ox I - işıqlandırma oxu α: müşahidə bucağı
2: İkinçi ox O – müşahidə oxu β1, β2: düşmə bucağı
R – çıxış oxu ε: dönmə bucağı
İşıqqaytaran markalama materiallarının təyin edilməsi və onlarda ölçülərin aparılması üçün IBK bucaqlarının sistemi. Birinci ox müşahidə və işıqlandırma oxunun daxil olduğu müstəviyə perpendikulyardır. İkinci ox birinci və çıxış oxuna perpendikulyardır. Bütün oxlar, bucaqlar və fırlanma istiqamətləri tam təsvir edilib.
Qeyd: a) İşıqlandırma oxu əsas dəyişməz oxdur.
b) Birinci ox müşahidə və işıqlandırma oxunun daxil olduğu müstəviyə daim perpendikulyardır.
c) Çıxış oxu daim işıqqaytaran materialdan keçir və onun koordinatları ß1 və ß2 bucaqlarının dəyişməsi ilə dəyişir.
1: Birinci ox I - işıqlandırma oxu α: müşahidə bucağı
2: İkinci ox O – müşahidə oxu β1, β2: düşmə bucağı
R – çıxış oxu ε: dönmə bucağı
P - İşıqqaytaran materiallar
İşıqqaytaran materialların təyin edilməsi və onlarda ölçülərin aparılması üçün IBK bucaqlar sistemi və qoniometrik mexanizm. Bütün bucaqlar və fırlanma istiqamətləri tam təsvir edilib.
orqanın adı:.............................................................................
104 №-li Qaydaya əsasən uzunluğu və yükqaldırma qabiliyyəti böyük olan nəqliyyat vasitələri üçün və onların qoşquları üçün işıqqaytaran markalanma
aid olan: RƏSMİ TƏSDİQİN VERİLMƏSİ
RƏSMİ TƏSDİQİN YAYILMASI
RƏSMİ TƏSDIQDƏN İMTİNA
İSTEHSALIN TAM DAYANDIRMASI
Rəsmi təsdiq №…. Yayılma №…
1. Markalanma materialının fabrik və ya əmtəə nişanı:.......................................
2.Markalanma materialının sinifi: C/D/E /
3.İstehsalçının adı və ünvanı:................................................................................
4. Müvafiq hallarda istehsalçının nümayəndəsinin soyadı və ünvanı:.................
5.Rəsmi təsdiqə əsasən sınaqların keçirilməsi üçün markalanma materialının təqdim edilmə tarixi:..............................................................................................................
6. Rəsmi təsdiqə əsasən sınaqların keçirilməsi üçün müvafiq olan texniki xidmət:..........................................................................................................................................
7. Texniki xidmət tərəfindən hazırlanan sınaqların protokolunun tarixi:..........................
8. Texniki xidmət tərəfindən hazırlanan sınaqların protokolunun nömrəsi:.............
9. Qeydlər:....................................................................................................
10. Rəsmi təsdiq verilib/rəsmi təsdiqdən imtina edilib/rəsmi təsdiq yayılıb/rəsmi təsdiq ləğv edilib..............................................................................................................
11. Yayılmanın səbəbi (səbəbləri) (müvafiq hallarda):.......................................................................................................................................................................................
12. Yer:......................................................................................................................
13. Tarix:..................................................................................................................
14. İmza:................................................................................................................
Soyad:................................................................................................................
15. Bu sənədə rəsmi təsdiq verən səlahiyyətli orqana təqdim edilən rəsmi təsdiq edilən sənədlərin siyahısı əlavə edilir; onun surəti sorğu üzrə alına bilər.
Yuxarıda göstərilən rəsmi təsdiq nişanı vurulan işıqqaytaran markalanma materialı, Almaniyada (E1) 0001148 rəsmi təsdiq nömrəsi altında rəsmi təsdiq edilib. Rəsmi təsdiq nömrəsinin ilk iki rəqəmi onu göstərir ki, rəsmi təsdiq ilkin variantda 104 №-li Qaydanın təlimatlarına uyğun olaraq verilib. "S" simvolu konturlu/zolaqlı şəkildə olan markalanma üçün nəzərdə tutulan işıqqaytaran materialın sinfini göstərir. "D" simvolu məhdudlaşdırılan müstəvidə fərqləndirici/qrafik markalanma üçün materialı bildirir və "E" simvolu isə - genişləndirilən müstəvidə fərqləndirici/qrafik markalanma üçün materialdır.
Qeyd: Rəsmi təsdiqin nömrəsi və əlavə simvol dairənin yanında, "E" hərfinin üstündə və ya altında və ya solda və yaxud ondan sağda qoyulmalıdır. Rəsmi təsdiqin nömrəsinin rəqəmləri "E" hərfindən eyni tərəfdə yerləşməlidir və eyni istiqamətdə dayanmalıdır. Rəsmi təsdiqin nömrəsi və əlavə simvol bir-birinin əksinə yerləşdirilməlidir. Digər simvollarla qarışdırmamaq üçün rəsmi təsdiqin nömrələri kimi rum rəqəmlərindən istifadə etmək lazım deyil.
1. Sınaq laboratoriyasına işıqqaytaran markalanma materiallarından olan zolaq və ya düz səthlər şəklində beş sınağı aparılan nümunə təqdim edilməlidir. Zolaq halında onların uzunluğu ən azı 3 m olmalıdır; düz səthlər halında onların sahəsi ən azı 500 x 500 mm olmalıdır.
2. Sınaq nümunələri işıqqaytaran markalanma materiallarının istehsalçısının tövsiyələrinə uyğun olaraq məhsul seriyasından seçilir.
3. Ümumi xarakteristikalara (bu Qaydanın 6-cı bəndi) və nümunələrin forma və ölçüləri baxımından (Əlavə 5) xarakteristikalara dair uyğunluğun yoxlanılmasından sonra bu Qaydaya dair Əlavə 8-də göstərilən istiliyə davamlılığa görə sınaq Əlavə 6 və 7-də göstərilən sınaqların keçirilməsinə qədər tətbiq edilir.
4. Fotometrik və kolorimetrik ölçülər beş nümunədə aparıla bilər. Orta hesab qiymətlərindən istifadə etmək lazımdır.
5. Digər sınaqlar üçün heç bir sınağa məruz qalmayan nümunələrdən istifadə etmək lazımdır.
1. ZOLAQLARLA YAN VƏ ARXA MARKALANMA
Markalanma işıqqaytaran zolaqlardan ibarət olmalıdır.
1.2.1 Markalanma materialının yan eni və / və ya arxa eni 50 + 10/-0 mm təşkil etməlidir.
1.2.2 İşıqqaytaran markalanma materialının istənilən elementinin minimal uzunluğu elə olmalıdır ki, onda ən azı rəsmi təsdiqin bir nişanı olsun.
1. İşıqqaytaran markalanma materialları (sinif C) ağ, sarı və ya qırmızı rəng olmalıdır. İşıqqaytaran fərqləndirici və / və ya qrafik markalanma (D və E sinifləri) istənilən rəngə malik ola bilər.
2. IBK A lampa-etalonla işıqlandırmasında və düşmə bucağının β1 = β2 = 0º qiymətlərində və ya səthdən rəngsiz əks etmə halında, bucağın β1 = ± 5º, β2 = 0º qiymətlərində, həmçinin müşahidə bucağının 20'-də qiymətlərində ölçülərin aparılmasının gedişatında yeni materialın rəngi 48 №-li Qaydanın 2.30-cu bəndinə uyğun olan çərçivədə olmalıdır.
Qeyd: Hal-hazırda gecə vaxtı işıqqaytaran markalanma materiallarının rəngi haqqında məsələ TK 2.19 IBK çərçivəsində araşdırılır, buna görə də yuxarıda qeyd olunan hüdudlar yalnız ilkin qaydada göstərilir və TK 2.19 IBK öz işini tamamladıqdan sonra təkrar gözdən keçiriləcək.
1 IBKA lampa-etalonla işıqlandırması və IBK № 54, 1982-ci il nəşrində ifadə edilən tövsiyyəyə uyğun olaraq ölçülərin aparılması zamanı, lüksdə 1 m-də kandelalarda (kd. m. lk) yeni işıqqaytaran səthlərdə işıqqaytarma əmsalının R` qiyməti ən azı Cədvəl 1-də göstərilən sarı və ağ materiallar üçün qiymətlərə və ən azı Cədvəl 2-də göstərilən qırmızı materiallar üçün qiymətlərə uyğun olmalıdır.
1.1. İşıqqaytarma əmsalının minimal qiymətləri
C sinfinin işıqqaytarma markalanmasının fotometrik xarakteristikaları:
1.2. İşıqqaytarma əmsalının maksimal qiymətləri
D sinfinin fərqləndirici və ya qrafik markalanmasının fotometrik xarakteristikaları:
Qeyd: Onun yerləşməsinin göstərişiylə nümunə təqdim edildiyi halda konkret qiymətlər yalnız bu yerləşmə üçün təsbit edilməlidir. Yerləşmənin göstərişi olmadan sınağı aparılan nümunələrə həm də 0° və 90° qiymətlərdə baxılmalıdır.
XARİCİ AMİLLƏRİN TƏSİRİNƏ MÜQAVİMƏT
1. Atmosfer təsirinə müqavimət
1.1. Prosedur: hər bir sınaq üçün eyni seçimdən (bax. bu Qaydalar, bənd 2.1.4) iki nümunə götürülməlidir. Bir nümunə quru konteynerdə qaranlıqda saxlanılmalıdır və nəticədə təsirə məruz qalmayan "etalon nümunəsi" kimi istifadə olunmalıdır.
İkinci nümunə İSO 105 - VO2 - 1978, bölmə 4.3.1 standartına müvafiq olaraq işıq mənbəyinin təsirinə məruz qalır; № 7 standartına uyğun olan boz işıq şkalasının göy rəngi № 4 standartına qədər rəngini itirməyənədək işıqqaytaran material işıqlandırılmalıdır. Sınaqdan sonra nümunə zəif konsentrasiyanın yuyucu vasitəsinin neytral məhluluyla yuyulur, qurudulur və 1.2-1.4 bəndlərinin tələblərinə uyğun tədqiq edilir.
İşıqlandırmaya məruz qalan nümunənin səthinin hissələrindən heç birinin çatlama, ərp törəmələri, ərimə, şişmə, lay-lay olma, deformasiya, şəffaflaşma, ləkə və ya korroziya əlamətləri olmamalıdır.
1.3 Rənglərin dayanaqlılığı - nümunə sınağına məruz qalan rənglər əvvəlki kimi Əlavə 6-da göstərilən tələblərə cavab verməlidir.
1.4 İşıqqaytaran materialın işıqqaytarma əmsalına olan təsiri
1.4.1 Bu yoxlama üçün Əlavə 7-də göstərilən metoda uyğun olaraq α = 20' müşahidə bucağı və β2 = 5º düşmə bucağı altında xüsusi ölçü aparılır.
1.4.2 Qurudulmadan sonra sınağa məruz qalan nümunənin işıqqaytarma əmsalı Əlavə 7 Cədvəl 1 və 2-də göstərilən qiymətin ən azı 80%-ni təşkil etməlidir.
2. Korroziya davamlılığı
2.1 Seçimdən bir nümunə 48 saat ərzində duzlu dumanın təsirinə salınır: 24 saat üzrə iki dəfə iki saatlıq fasiləylə, bu vaxt ərzində nümunə quruyur.
Duzlu duman 35 ± 2 ºС temperatur zamanı ən çox 0,02% aşqardan ibarət distillə edilmiş suyun 95 hissəsində xlorlu natriumun beş çəki hissəsinin həll olunması yolu ilə alınan duz məhlulunun yayılması nəticəsində yaranır.
2.2 Bilavasitə nümunədə sınaqların tamamlanmasından sonra markalanmanın effektivliyini azalda bilən hədsiz korroziyanın heç bir əlaməti olmamalıdır.
2.2.1 İşıqqaytaran Əlavə 7 bənd 1-ə uyğun olaraq bərpa dövrünün 48-saatını keçəndən sonra β2 = 5º düşmə bucağının və α = 20' müşahidə bucağının altında ölçülən örtünün işıqqaytarma əmsalı R' Əlavə 7 Cədvəl 1-də göstərilən qiymətdən daha az və ya Cədvəl 2-də göstərilən qiymətə müvafiq olaraq daha çox olmamalıdır. Ölçülərə qədər səth duzlu dumanla yaradılan duz çöküntülərindən təmizlənir.
3. Yanacağın təsirinə davamlılıq
Uzunluğu ən azı 300 mm olan nümunə hissəsi həcmi 30% toluoldan və 70% heptandan ibarət olan qarışığa bir dəqiqəyə salınır. Nümunəni qarışıqdan çıxartdıqdan sonra səth qupquru yumşaq parçayla silinir, bu zaman səthdə nümunənin xarakteristikalarına təsir edə bilən heç bir nəzərə çarpan dəyişiklik olmamalıdır.
4. İstiliyə davamlılıq
4.1 Uzunluğu ən azı 300 mm olan nümunə hissəsi quru atmosferdə 12 saat (formalaşmış plastik işıqqaytarma olanda bu vaxt müddəti 48 saat təşkil edir) ərzində 65 ± 2 ºС temperaturda davam gətirir, bundan sonra nümunə bir saat ərzində 23 ± 2 ºС temperaturda soyuyur. Sonra onu 12 saat ərzində - 20 ± 2 ºС temperaturda saxlayırlar.
4.2 Adi laboratoriya şəraitində dörd saatlıq bərpa dövrü keçəndən sonra nümunəyə baxış keçirilir.
4.3 Bu sınaqdan sonra qurğunun səthində, xüsusilə də optik elementlərdə, heç bir çat və ya əhəmiyyətli deformasiya gözə çarpmamalıdır.
5. Təmizləmə zamanı davamlılıq
5.1.1 Dispersləşdirən maşın yağının və qrafitin qarışığıyla nəmləndirilmiş sınağı aparılan nümunə sonrakı neytral yuyucu vasitəylə yuyulmaqla n-heptan kimi zəif alifatik məhlulla silinərkən işıqqaytaran səth korlanmadan yüngülcə təmizlənməlidir.
5.2 Təzyiq altında axınla yuma
5.2.1 Sınağı aparılan nümunənin işıqqaytarma səthində 60 saniyə ərzində qurğunun adi vəziyyətində arası kəsilmədən dağınıq axınla sınağı aparılan elementin yuyulmasından sonra zədələrin izləri və ya aşağıda verilən parametrlərdə ya seçilmiş səthdən ayrılma ya da alt qatdan laylanma olmamalıdır:
a) su/yuyucu məhlulun təzyiqi: 8 ± 0,2 MPa;
b) su/yuyucu məhlulun temperaturu: 60º - 5 ºС;
c) su/yuyucu məhlulun xərcinin miqdarı: 7 ± 1 l/min.;
d) yuyucu qarmağın ucu işıqqaytaran səthdən 600 ± 20 mm məsafədə olmalıdır;
e) işıqqaytaran səthə perpendikulyar olan müstəviyə dair yuyucu qarmağın əyilmə bucağı 45º-ni keçməməlidir;
f) Yuyucu qarmaqla yaradılan geniş yelpik axınının bucağı 40º olmalıdır.
6. Fotometrik xüsusiyyətlərin sabitliyi
6.1 Rəsmi təsdiqi verən orqan istismar zamanı (o markalanma üçün və ya fərqləndirici/qrafik markalanma kimi istifadə olunan zaman) işıqqaytaran materialın optik xüsusiyyətlərinin sabitliyini yoxlamaq hüququna malikdir.
6.2 Rəsmi təsdiqi verən Razılığa gələn tərəflərin inzibati orqanları eyni sınaqları keçirə bilər. İstifadə edilən tipin işıqqaytarma materialı üçün "istismarda sistematik qüsurlar" səciyyəvi olduqda, materialın sınanmış nümunələri qiymətləndirilmə üçün rəsmi təsdiqi verən səlahiyyətli orqana göndərilməlidir.
6.3 Bu tipin işıqqaytarma materialı üçün səciyyəvi olan "istismar zamanı sistematik qüsur" anlayışının digər meyarları olmadıqda bu Qaydaların 6-cı bəndinin mənası üzrə izah edilməlidir.
7. Suyun nüfuzetməsinə qarşı müqavimət
7.1 İşıqqaytaran markalama nümunəsi 10 dəqiqə ərzində 50º ± 5 ºС temperaturda suya elə salınır ki, işıqqaytaran səthin yuxarı hissəsinin yuxarı ucu 20 mm dərinlikdə olsun. İşıqqaytaran səth dibdə və arxa tərəf - 20 mm dərinlikdə olmaqla, sınaq nümunəsinin 180º üzrə dönməsindən sonra təkrarlanır. Sonra eyni şərtlər altında nümunə (nümunələr) dərhal 25º ± 5 ºС temperaturda suya salınır.
7.2 Su nümunənin qaytaran səthinə nüfuz etməməlidir. Əgər vizual baxış nəticəsində suyun olması dəqiq müəyyənləşdirilərsə, onda hesab edilirki, işıqqaytaran material sınaqlardan keçməyib.
7.3 Vizual baxış nəticəsində su aşkar edilmədikdə və ya hər hansı bir şübhə olmadıqda, onda Əlavə 7-nin müddəalarına uyğun olaraq işıqqaytarma əmsalı R' ölçülür; bundan əvvəl nümunə bayır tərəfdən artıq suyun kənarlaşdırılması üçün yüngülcə çırpılır (hərəkətə gətirilir).
8. (yapışdıran materiallar olduqda) Birləºmənin möhkəmliyi
8.1 İşıqqaytaran materialların yapışdırılma möhkəmliyi qırılmaya dair möhkəmliyin təyin edilməsi üçün 24 saat davamlılıqdan sonra stenddə 90º bucaq altında laylandırma zamanı müəyyən edilir.
8.2 İşıqqaytaran materiallar materialı korlamadan asanlıqla ayrılmamalıdır.
8.3 İşıqqaytaran materialların alt qatı ilə çıxarılması üçün lazım olan minimal qüvvə dəqiqədə 300 mm daimi sürət zamanı enin 25 mm-i üzrə ən azı 10 N təşkil etməlidir.
9.1 Elastik materiala yapışmalı olan nümunələrə, məsələn brezentə, aşağıdakı tələblər tətbiq edilir:
9.1.1 50 mm x 300 mm ölçüdə olan material nümunəsi 3,2-mm matrisdə uzununa müstəvidə bir dəfə əyilir, yapışqan vurulan hissə bir saniyə ərzində matrisə sıxılır.
Sınaq zamanı temperatur 23 ºC ±2 ºC təşkil etməlidir.
Qeyd: Yapışqan materialın sınağının aparılmasının sadələşdirilməsi üçün matrisə yapışmağa yol verilməməsi məqsədilə talk səpirlər.
9.1.2 Bu sınaqlardan sonra nümunənin səthində çatlar olmamalıdır və onun effektivliyini azalda bilən heç bir dəyişiklik nəzərə çarpmamalıdır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “15” fevral 2016-cı il tarixli 160123500007 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ЕСЕ Правила № 59 «Единообразные предписания, касающиеся официального утверждения сменных глушителя» qaydasının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
_______________________________________________________________________
Səsboğucunun dəyişilən sistemlərinin rəsmi
təsdiqinə dair vahid göstərişlər
Uniform provisions concerning the
approval of replacement silencing systems
_______________________________________________________________________
Bu Qaydalar M1 və N1 kateqoriyalı nəqliyyat vasitələri üçün xaricetmənin səsboğucusunun dəyişilən sistemlərini əhatə edir.
Bu Qaydaların məqsədləri üçün:
2.1 "Səsboğucunun sistemləri " hər hansı bir mühərrik və onun daxilolma və xaricetmə sistemləri tərəfindən yayılan səsin azaldılması üçün lazım olan elementlərin tam komplekti deməkdir (xaricetmə borusu (ları), katalizator(lar) və tullantılarının sonrakı emalı üçün nəzərdə tutulan digər qurğu (lar) səsin azaldılması sisteminə daxil deyil; bu elementlər mühərrikə aiddir);
2.2 " Xaricetmənin səsboğucu sistemi" avtomobil mühərriki və ya avtomobil mühərrikinin çıxış sistemləri tərəfindən yayılan səsin azaldılması üçün zəruri olan elementlərin tam dəsti deməkdir;
2.3 “Həndəsi ölçüləri dəyişən xaricetmənin səsboğucu sistemi və ya xaricetmənin səsboğucu sisteminin elementi” dedikdə dəyişilən xaricetmənin səsboğucu sisteminə və ya xaricetmənin səsboğucu sisteminin elementi olan bir və ya bir neçə hərəkətli hissələrinə qurğular vasitəsi ilə xaricetmənin səsboğucu sisteminin həndəsi quruluşunu dəyişərək səsin azaldılma göstəricilərinə təsir edilməsi nəzərdə tutulur (məsələn, nəqliyyatın idarəetmə şəraitindən və mühərrikdən asılı olaraq (dövr/dəq, yük, sürət və s.) səsboğucu sisteminin hərəkətli hissələri və ya elementləri qaz axınlarını tənzimləyən bir və ya bir neçə klapanın açılması və ya bağlanması hesabına həyata keçirilir).
2.4 "Xaricetmənin səsboğucu sisteminin elementi" birlikdə xaricetmənin səsboğucu sistemini yaradan ayrı - ayrı elementlərin biri deməkdir (məsələn. bilavasitə səsboğucu, genişlənmə kamerası, rezanator);
2.5 "Müxtəlif növ xaricetmənin səsboğucu sistemləri" bir-birindən ən azı aşağıdakı aspektlərlə əhəmiyyətli dərəcədə fərqlənən xaricetmənin səsboğucu sistemi deməkdir:
2.5.1 elementlərinin fabrik və ya əmtəə nişanları;
2.5.2 elementlərinin hazırlanması üçün istifadə olunan materialların xarakteristikası, bu elementlərin örtüklər istisna olmaqla;
2.5.3 elementlərinin forması və ya ölçüsü;
2.5.4 elementlərindən ən azı birinin iş prinsipi;
2.5.5 elementlərinin birləşdirilməsi;
2.5.6 xaricetmənin səsboğucu sistemin və ya elementlərinin sayı;
2.6 " Xaricetmənin səsboğucusunun dəyişilən sistemləri" 2.2-ci bənddə müəyyən edilmiş nəqliyyat vasitəsində istifadə üçün nəzərdə tutulmuş və bu Qaydalara uyğun olaraq konstruksiyanın tipi üzrə rəsmi təsdiq üçün təqdim etmə anında bu nəqliyyat vasitəsində qurulmuş sistemin tipinin uyğun olan hissəsindən fərqlənən xaricetmənin səsboğucu sisteminin istənilən hissəsi deməkdir.
2.7 "Xaricetmənin səsboğucusunun dəyişilən sistemlərin və ya xaricetmənin səsboğucu sisteminin dəyişilən elementlər seriyası" bir seriyaya mənsub xaricetmənin səsboğucu sistemi və ya onların elementləri deməkdir, əgər 6.4.1-ci bənddə göstərilən bütün xarakteristikalar eynidirsə:
2.8 " Xaricetmənin səsboğucusunun dəyişilən sistemlərinin və ya bu sistemin dəyişilən elementlərinin rəsmi təsdiqi" avtomobillərin, onlar tərəfindən yaradılan səs səviyyəsinin azaldılması məqsədi ilə bir və ya bir neçə konkret tipi üçün quraşdırıla bilən xaricetmənin səsboğucunun bütün sisteminin və ya onun hissəsinin rəsmi təsdiqi deməkdir;
2.9 "Nəqliyyat vasitəsinin tipi" mühüm aspektlər baxımından fərqləri olmayan avtomobillərin bu və ya digər kateqoriyasını bildirir:
2.9.1 mühərrikin tipi (məcburi yandırmaqla və ya sıxılma vasitəsi ilə alışdırmaqla, ikitaktlı və ya dördtaktlı, porşenli və ya rotorlu), silindrlərin sayı və həcmi, karbüratorların və ya inyeksiya sistemlərin sayı və tipi, klapanların yerləşməsi və ya elektrik mühərrikinin növü;
2.9.2 "nominal maksimal faydalı güc " Pn, kVt ifadə edilən və 85 №-li qaydalardakı metod ilə ölçülən mühərrikin gücü nəzərdə tutulur. Lakin, mühərrikin nominal maksimal faydalı gücü və nominal fırlanma tezliyi mühərrikin işlənməsini xarakterizə edən xəritələrin qurulması üçün məlumatların götürülməsi qaydaları ilə fərqlənirsə, o zaman bu nəqliyat vasitələri eyni tipli sayıla bilər;
2.9.3 səsboğucu sistemi.
3.1 Xaricetmənin səsboğucusunun dəyişilən sisteminin və ya bu sistemin elementlərinin rəsmi təsdiqi üçün ərizə istehsalçı və ya müvafiq qaydada onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.
3.2 Hər bir ərizəyə üç nüsxədə aşağıda sadalanan sənədlər və aşağıdakı məlumatlar əlavə edilir:
3.2.1 2.7 –ci bənddə sadalanan tələblər baxımından xaricetmənin bu səsboğucu sistemi və ya onun elementləri üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin tipinin (tiplərinin) təsviri. Həmçinin mühərrikin və nəqliyyat vasitəsinin tipini müəyyən edən nömrələr və /və ya işarələr, zərurət yaranarsa konstruksiyanın tipi üzrə nəqliyyat vasitəsinin rəsmi təsdiq nömrəsi göstərilir;
3.2.2 xaricetmənin səsboğucusu sistemlərinin elementlərinin hər birinin nisbi vəziyyəti göstərilməklə təsviri, həmçinin quraşdırılma təlimatı;
3.2.3 elementi asan tapmağa və eyniləşdirməyə imkan verən xaricetmənin səsboğucusunun hər elementininin ətraflı cizgiləri, həmçinin istifadə olunan materialın xarakteristikaları
3.2.4 Əlavə 1 -ə əlavə olaraq müvafiq məlumat sənədi;
3.3 Rəsmi təsdiq üçün sınaq keçirən texniki xidmətin xahişi ilə xaricetmənin səsboğucu sistemlərinin istehsalçısı aşağıdakıları təqdim edir:
3.3.1 rəsmi təsdiq üçün təqdim olunan xaricetmənin səsboğucu sistemlərinin və ya elementlərinin nümunəsi;
3.3.2 konstruksiyanın tipi üzrə rəsmi təsdiq üçün təqdim edilən anda bu nəqliyyat vasitəsində quraşdırılmış xaricetmənin səsboğucu sisteminin orijinal nümunəsi;
3.3.3 bu sistem hansı növ nəqliyyat vasitəsində quraşdırılmalıdır; bu məqsədlər üçün nəqliyyat vasitəsi № 51-li Qaydanın 8.1-ci bəndin tələblərinə (istehsala uyğunluğu) cavab verməlidir. 8.1-ci bəndinin tətbiqi üçün 6-cı bənddəki istinad 6.1 və 6.2 –ci yarımbəndlərlə məhdudlaşdırılıb;
3.3.4 ən azı silindrlərin eyni həcminə və eyni nominal maksimal faydalı gücə malik olan yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin mühərriki və ya onun elementləri. 6.3.4.1 və / və ya 6.4.3-cü bəndlərdə göstərilən sınaqların keçirilməsi üçün mühərrik zəruri vasitələrlə təchiz edilir;
3.3.5 Ayrı texniki element kimi təsdiq olunmuş səsboğucunun dəyişilən sisteminin hər tipinə və ya onun elementlərinə rəsmi təsdiq nömrəsi vurulur; rəsmi təsdiq nömrəsinin 3-cü sırasında bu Qaydaların nömrəsi göstərilir. Bundan əlavə, əgər səsboğucunun dəyişilən sistemi 03 seriyalı dəyişikliklərlə 51 №-li Qaydaların 6.2.2-ci bəndində göstərilən 1-ci mərhələnin son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılma üçün nəzərdə tutulmuşdursa, rəsmi təsdiq nömrəsindən sonra "A" hərfi yazılır. Əgər səsboğucunun dəyişilən sistemi 03 seriyalı dəyişikliklərlə 51 №-li Qaydaların 6.2.2-ci bəndində göstərilən 2-ci mərhələnin son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılma üçün nəzərdə tutulmuşdursa, rəsmi təsdiq nömrəsindən sonra "B" hərfi yazılır. Əgər səsboğucunun dəyişilən sistemi 03 seriyalı dəyişikliklərlə 51 №-li Qaydaların 6.2.2-ci bəndində göstərilən 3-ci mərhələnin son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılma üçün nəzərdə tutulmuşdursa, rəsmi təsdiq nömrəsindən sonra "C" hərfi yazılır. Eyni Saziş bağlayan tərəf bu nömrəni başqa tipli dəyişən səsboğucu sistemə və ya onun elementlərinə verə bilməz.
4.1 Boru və bərkidici detallar istisna olmaqla, xaricetmənin səsboğucusunun dəyişilən sisteminin hər bir elementinə aşağıdakılar həkk olunur:
4.1.1 bu sistemin və ya onun elementlərinin istehsalçısının əmtəə adı və ya əmtəə nişanı;
4.1.2 istehsalçının nəzərdə tutduğu ticarət markası;
4.2 Əgər səsboğucunun dəyişilən sistemi 03 seriyalı düzəlişlərlə 51 № -li Qaydaların 6.2.2-ci bəndində göstərilən 1-ci fazanın son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılması üçün nəzərdə tutulmuşdursa, markalanmada "А" hərfi qeyd olunmalıdır; yaxud səsboğucunun dəyişilən sistemi 03 seriyalı düzəlişlərlə 51 № -li Qaydaların 6.2.2-ci bəndində göstərilən 2-ci fazanın son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılması üçün nəzərdə tutulmuşdursa, markalanmada "B" hərfi qeyd olunmalıdır, yaxud səsboğucunun dəyişilən sistemi 03 seriyalı düzəlişlərlə 51 №-li Qaydaların 6.2.2-ci bəndində göstərilən 3-cü fazanın son qiymətlərinə uyğun olan nəqliyyat vasitələrinin tiplərində quraşdırılması üçün nəzərdə tutulmuşdursa, markalanmada "C" hərfi qeyd olunmalıdır. Rəsmi təsdiq nişanının sxeminin nümunəsi əlavə 2-də verilmişdir.
4.3 Belə markalanma dəqiq və pozula bilməyən olmalıdır.
5.1 Rəsmi təsdiq üçün təqdim edilən xaricetmənin səsboğucusunun dəyişilən sisteminin tipi, aşagıda göstərilən 6-cı bəndin tələbinə cavab verirsə, bu tip rəsmi təsdiq olunmuş sayılır.
5.2 Hər rəsmi təsdiq edilmiş tipə rəsmi təsdiq nömrəsi, rəsmi təsdiqə dair bu Qaydalara daxil edilmiş ən son texniki dəyişikliklərə uyğun olan düzəlişlərin seriyasını göstərən birinci iki rəqəm verilir. Eyni Saziş bağlayan tərəf nəqliyyat vasitələrinin eyni tipi üçün nəzərdə tutulmuş səsboğucunun dəyişilən sisteminin tipinə və ya bu sistemin elementinə bu nömrəni verə bilmir.
5.3 Bu Qaydaları tətbiq edən Razılaşma tərəfləri bu və ya digər xaricetmənin səsboğucusunun dəyişilən sistemlərin və yaxud bu sistemlərin elementlərinə bu Qaydalar əsasında rəsmi təsdiqin verilməsi və ya rəsmi təsdiqdən imtina haqqında bu Qaydalara dair əlavə 1-də göstərilən nümunəyə uyğun olan kart vasitəsilə və ərizəçi tərəfdən rəsmi təsdiq üçün təqdim edilən bu xaricetmənin səsboğucu sisteminin və ya elementlərinin maksimal formatlı (210 x 279 mm) və ya ona bölünən ədədlərlə formatlı və uyğun olan miqyasda cizgilər vasitəsilə məlumatlandırılır.
5.4 Xaricetmənin səsboğucusunun dəyişilən sistemlərinin hər bir elementinə bu Qaydalara əsasən aşağıdakılardan ibarət beynəlxalq rəsmi təsdiq nişanı qoyulur:
5.4.1 rəsmi təsdiq verən ölkənin fərqləndirici nömrəsini izləyən, “E” hərfi qeyd olunmuş dairə;
5.4.2 5.4.1-ci bəndinə əsasən dairənin sağında olan "R" hərfi, tire (-) və rəsmi təsdiq nömrəsini izləyən bu Qaydaların nömrəsi.
5.4.3 rəsmi təsdiq protokolunda rəsmi təsdiqin və rəsmi təsdiqin istifadə olunmuş sınaq metodlarının nömrəsi olmalıdır.
5.5 Nəqliyyat vasitəsində xaricetmənin səsboğucusunun dəyişilən sistemləri quraşdırıldıqda, rəsmi təsdiq nişanı aydın görünməli və pozula bilməyən olmalıdır.
5.6 Əgər bu element xaricetmənin səsboğucusunun dəyişilən sistemlərinin bir hissəsi kimi rəsmi təsdiq olunubsa, onda orada bir neçə təsdiq nömrəsi qoyula bilər. Bu Qaydalara dair Əlavə 2-də nümunə kimi rəsmi təsdiq nişanını sxemi verilibdir.
6.1 Ümumi texniki tələblər
6.1.1 Xaricetmənin səsboğucusunun dəyişilən sisteminin və ya onun elementlərinin layihələndirilməsi, hazırlanması və ya quraşdırılması elə olmalıdır ki, vibrasiyaya məruz qalmağından asılı olmayaraq normal quraşdırma şəraitində nəqliyyat vasitəsi bu Qaydaların müddəalarını təmin etsin.
6.1.2 Xaricetmənin səsboğucusu dəyişilən sisteminin və ya onun elementlərinin layihələndirilməsi, hazırlanması və ya quraşdırılması elə olmalıdır ki, nəqliyyat vasitəsinin istismar şəraiti, həmçinin iqlim şəraitində regional fərqlər nəzərə alınaraq məruz qaldığı korroziya lazımi qaydada davamlı olsun.
6.1.3 İcazəsiz istifadədən müdafiə və əllə tənzimlənən çox rejimli xaricetmənin səsboğucusu sistemi ilə bağlı əlavə təlimatlar;
6.1.3.1 Xaricetmənin səsboğucusunun bütün sistemləri elə düzəldirilir ki, işlənmiş səs azaldanın / sərbəst kameranın quraşdırılmış elementlərinin funksiyasını yerinə yetirən deflektorların, çıxış diffuzorların və digər elementlərin maneəsiz çıxarılması imkanı istisna olunsun. Əgər belə elementin quraşdırılması vacibdirsə, o elə bərkidilir ki, onun maneəsiz çıxarılması istisna olsun (məsələn, adi yivli birləşmə vasitəsi ilə) və onun çıxarılması nəticəsində bütün qovşağın bərpa olunmayan / tamamilə yararsız vəziyyətə düşməsinə səbəb olsun.
6.1.3.2 Müxtəlif iş rejimli, əllə tənzimlənən xaricetmənin səsboğucu sistemləri bütün iş rejimlərində tələblərə cavab verməlidir. Səsin ən yüksək qiymətində qeydə alınan səs səviyyəsi göstərilir.
6.2 Səs səviyyələri baxımından texniki tələblər
6.2.1.1 Səsin səviyyəsinə görə xaricetmənin səsboğucu sisteminin və xaricetmənin səsboğucusunun dəyişilən sisteminin sınağı adi şinlərdən istifadə edilməklə (117 №-li Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir) aparılmalıdır. 117№-li Qaydanın 2-ci bəndinə əsasən xüsusi təyinatlı şinlərdən və ya qış şinlərindən istifadə etməklə sınaqların aparılması qadağandır. Belə şinlərdən istifadə etdikdə nəqliyyat vasitəsində səs səviyyəsini artıra bilir və ya səsin azalma göstəriciləri ilə müqayisədə maskalanma effekti yaradır. Əgər yol hərəkəti şəraitində istismar tələblərinə cavab verirsə, artıq işlədilmiş şinləri sınaq zamanı istifadə etmək olar.
6.2.2 Xaricetmənin səsboğucusunun dəyişilən sisteminin və onun elementlərinin səs səviyyəsinin azalması göstəriciləri 51 №-li Qaydaların 6.2.1, 6.2.2, 6.2.3-cü bəndlərində göstərilən metodlardan istifadə edilməklə yoxlanılır. Bu tələblər yerinə yetirilən zaman, çox vaxt nəqliyyat vasitəsinin yeni tipinin rəsmi təsdiqinə qədər qüvvədə olan 51 №-li Qaydalara edilən düzəlişlər seriyasına istinad edilir.
a) Hərəkət edən nəqliyyat vasitəsində aparılan ölçmələr
Xaricetmənin səsboğucu dəyişilən sistemi və ya onun elementləri nəqliyyat vasitəsinə quraşdırıldıqda, 3.3.3-cü bənddə qeyd edildiyi kimi ölçülən səs səviyyələri aşağıdakı şərtlərdən birinə uyğun olmalıdır:
i) Ölçmələr nəticəsində alınan qiymət (tam ədədə qədər yuvarlaqlaşdırılmış) nəqliyyat vasitəsinin bu növünə nisbətən 51 №-li Qaydaya uyğun olaraq alınan və tipin rəsmi təsdiqi üçün nəzərdə tutulan 1dB (А) qiymətdən çox olmamalıdır.
ii) Ölçmələr nəticəsində alınan qiymət (tam ədədə qədər yuvarlaqlaşdırılmış) 51 №-li Qaydalara əsasən rəsmi təsdiqi zamanı nəqliyyat vasitəsində quraşdırılmış səsboğucu sistem yuxarıda 3.3.3-cü bənddə qeyd edildiyi kimi nəqliyyat vasitəsinə quraşdırıldıqda ölçülən səs səviyyəsinin (tam ədədə qədər yuvarlaqlaşdırılmış) 1dB(А)- qiymətindən çox olmamalıdır
3.1.2.1.4.2 və/və ya 3.1.2.2.1.2-ci bəndlərin tətbiq edilməsi üçün orijinal sistemlə xaricetmənin səsboğucusunun dəyişilən sisteminin birbaşa tutuşdurulması zamanı 51№-li Qaydalara dair əlavə 3-də sürətlənmənin artırılması üçün ötürülmənin dəyişdirilməsinə icazə verilir, ötürülmənin belə azalmasına mane olan elektron və ya mexaniki cihazlardan istifadə məcburi deyil. Əgər belə şərtlərlə yoxlanan nəqliyyat vasitəsinin səs səviyyəsi istehsalın uyğunluğunun (bundan sonra-İU) təmin edilməsi üçün nəzərdə tutulmuş qiymətlərindən çoxdursa, onda yoxlanılan nəqliyyat vasitəsinin reprezentativliyi haqqında məsələ texniki xidmət həll edir.
b) Dayandırılmış nəqliyyat vasitəsində aparılan ölçmələr
Xaricetmənin səsboğucusunun dəyişilən sistemi və ya onun elementləri nəqliyyat vasitəsinə quraşdırıldıqda, 3.3.3-cü bənddə qeyd edildiyi kimi ölçülən səs səviyyələri aşağıdakı şərtlərdən birinə uyğun olmalıdır:
i) Ölçmələr nəticəsində alınan qiymət (tam ədədə qədər yuvarlaqlaşdırılmış) nəqliyyat vasitəsinin bu növünə nisbətən 51№-li Qaydaya uyğun olaraq alınan və tipin rəsmi təsdiqi üçün nəzərdə tutulan 2dB (А) qiymətdən çox olmamalıdır.
ii) Ölçmələr nəticəsində alınan qiymət (tam ədədə qədər yuvarlaqlaşdırılmış) 51 №-li Qaydalara əsasən rəsmi təsdiqi zamanı nəqliyyat vasitəsində quraşdırılmış səsboğucu sistem yuxarıda 3.3.3-cü bənddə qeyd edildiyi kimi nəqliyyat vasitəsinə quraşdırıldıqda ölçülən səs səviyyəsinin (tam ədədə qədər yuvarlaqlaşdırılmış) 2dB (А)- qiymətindən çox olmamalıdır
6.2.3 03 seriyalı düzəlişlərlə 51 №-li Qaydalara dair əlavə 3-ün tələblərindən başqa istənilən xaricetmənin səsboğucusunun dəyişilən sistemləri və ya onun elementləri 03 seriyalı düzəlişlərlə 51 №-li Qaydalara dair əlavə 7-nin uyğun texniki tələbləri uyğun olmalıdır. 51 №-li Qaydaların əvvəlki seriyaların düzəlişləri əsasında rəsmi təsdiq edilən nəqliyyat vasitəsinin tipi üçün nəzərdə tutulan xaricetmənin səsboğucu sistemləri hallarında 03 seriyalı düzəlişlərlə 51 №-li Qaydalara dair əlavə 7-nin tələbləri və aşağıdakı 6.2.3.1 və 6.2.3.2 bəndlərin texniki tələbləri tətbiq edilmir.
6.2.3.1 Əgər xaricetmənin səsboğucusunun dəyişilən sistemi və ya onun elementləri dəyişilən həndəsi sistem və ya elementdirsə, istehsalçı tipin rəsmi təsdiqi üçün ərizədə 03 seriyalı dəyişikliklərlə 51 №-li qaydanın əlavə 7-nin əlavəsinə əsasən rəsmi təsdiq ediləcək xaricetmənin səsboğucu sisteminin tipi bu Qaydaların 6.2.3-cü bəndinin tələblərinə uyğun olmasını bildirir. Rəsmi təsdiq üzrə orqan səs səviyyəsi barədə əlavə müddəalarla xaricetmənin səsboğucu sisteminin tipinin uyğunluğunu yoxlamaq üçün istənilən müvafiq sınaqların aparılmasının tələb edə bilər.
6.2.3.2 Əgər xaricetmənin səsboğucusunun dəyişilən sistemi və ya onun elementləri dəyişilən həndəsi sistem və ya element deyilsə, istehsalçı tipin rəsmi təsdiqi üçün ərizədə 03 seriyalı dəyişikliklərlə 51 №-li qaydanın əlavə 7-nin əlavəsinə əsasən rəsmi təsdiq ediləcək xaricetmənin səsboğucu sisteminin tipi bu Qaydaların 6.2.3-cü bəndinin tələblərinə uyğun olmasını bildirməsi kifayətdir.
6.3 Nəqliyyat vasitələrinin istismar xarakteristikalarının müəyyən edilməsi.
6.3.1 Xaricetmənin səsboğucusunun dəyişilən sistemi və ya onun elementləri elə olmalıdır ki, bu nəqliyyat vasitəsinin istismar xarakteristikasını orijinal xaricetmənin səsboğucu sisteminin və ya onun elementlərinin istifadəsi zamani müəyyən edilmiş istismar xarakteristikası ilə müqayisə etmək mümkün olsun.
6.3.2 Xaricetmənin səsboğucusunun dəyişilən sistemi və ya istehsalçı seçimi ilə sistemin elementləri orijinal xaricetmənin səsboğucu sistemi və ya onun elementləri ilə müqayisə edilməli, həmçinin bu nəqliyyat vasitəsində 3.3.3-cü bənddə qeyd edildiyi kimi yeni vəziyyətdə quraşdırılmalıdır.
6.3.3 Aşağıda göstərilən 6.3.4-cü bəndin müddəalarına uyğun olaraq əks-təzyiqin ölçmə üsulu ilə yoxlama aparılır.
Aşağıda qeyd olunan şərtlərdə xaricetmənin səsboğucusunun dəyişilən sistemi üçün ölçülən qiyməti orijinal standart xaricetmənin səsboğucu sistemi üçün ölçülən qiymətindən 25%-dən çox olmamalıdır.
6.3.4.1 Mühərrikdə sınaq metodu
Ölçmələr 3.3.4-cü bənddə qeyd olunduğu kimi dinamometrə qoşulan mühərrikdə aparılır. Drossel qapağı tam açıq olduqda sınaq stendi mühərrikin müəyyən edilmiş maksimal faydalı gücünə uyğun nominal fırlanma tezliyinin (S) nail olunduğu vəziyyətə gətirilir.
Əks-təzyiqi ölçmək üçün manometr buraxılış borusundan bu Qaydaların əlavə 4-də göstərilmiş məsafədə qurulur.
6.3.4.2 Nəqliyyat vasitəsində sınaq metodu
Sınaq 3.3.3-cü bənddə qeyd edilən nəqliyyat vasitələrində aparılır. Sınaq yolda və ya diyircəkli dinamometrik stenddə aparılır.
Drossel qapağının tam açıq olduğu vəziyyətdə mühərrikə yüklənmə elə olmalıdır ki, mühərrikin nominal fırlanma tezliyi (S) nominal maksimal faydalı gücə uyğun olsun.
Əks-təzyiqin ölçmək üçün manometr buraxılış borusundan bu Qaydaların əlavə 4-də göstərilmiş məsafədə qurulur.
6.4 Səs azaldan lifli materiallardan ibarət səsboğucunun dəyişilən sistemləri və ya onun elementləri üçün əlavə texniki tələblər.
6.4.1 Ümumi müddəalar
Səsi azaldan lifli materiallar xaricetmənin səsboğucu sistemlərində və ya onun elementlərində yalnız aşağıdakı hallarda istifadə edilə bilər:
a) emal qazı lifli materiallar ilə əlaqəyə girmir;
b) xaricetmənin səsboğucu sistemləri və yaxud onun elementləri - bu qaydalara əsasən tipin rəsmi təsdiqi zamanı - xassələri korlanmayan olduğu sübuta yetirilmiş sistemlərin və elementlərin eyni seriyasına aiddir.
Əgər bu şərtlərdən hər hansısa biri yerinə yetirilməsə, aşağıdakı mexanizm və prosedurların üçündən birinin istifadəsi ilə xaricetmənin səsboğucu sistemi dəsti və ya onun elementləri adi havalandırmaya məruz qala bilər:
Əgər aşağıdakı bütün xarakteristikalar eynidirsə, yuxarıda göstərilən (b) yarımbəndinin məqsədləri üçün xaricetmənin səsboğucu sistemi və ya onların elementləri eyni bir seriyaya aid olunur:
a) lifli materiallarla təmasda olduqda səs azaldanla işlənmiş qazların hərtərəfli axınının olması;
c) əgər bu qəbul ediləndirsə, əlaqələndirici materialın xarakteristikası;
d) liflərin orta ölçüləri;
e) materialın minimum doldurulma sıxlığı (kq/m);
f) qaz axını və səsi azaldan material arasında əlaqənin maksimal səthi.
6.4.1.1 10 000 km məsafədə fasiləsiz yol istismarı
6.4.1.1.1 Bu məsafənin 50±20%-i şəhərdə hərəkət şəraitində, qalan hissəsi isə yüksək sürətli uzaq məsafəli hərəkət şəraitində keçir; fasiləsiz yol istismarını trekdə müvafiq sınaq proqramı ilə əvəz etmək olar.
Mühərrikin hər iki iş rejimi azı iki dəfə növbə ilə istifadə edilir.
Sınaqların tam proqramı azı üç saat müddətində soyumanın və istənilən mümkün havalandırmanın təsir etməsi üçün azı on fasilə müddətini əhatə edir.
6.4.1.2 Sınaq stendində havalandırma
6.4.1.2.1 Xaricetmənin səsboğucu sistemi və ya onun elementləri standart hissələrdən istifadə etməklə və nəqliyyat vasitəsinin istehsalçısının təlimatlarına riayət olunmaqla bu Qaydaların 3.3.3-cü bəndində göstərilən nəqliyyat vasitəsində, ya da bu Qaydanın 3.3.4-ci bəndində göstərilən mühərrikdə quraşdırılır. Birinci halda nəqliyyat vasitəsi diyircəkli dinamometrdə qurulur. İkinci halda dinamometrə mühərrik birləşdirilir.
6.4.1.2.2 Soyumanın və istənilən mümkün havalandırmanın təsirinin olması üçün sınaq 6 saat müddətində altı mərhələdən ibarətdir, bu zaman hər mərhələ arasında fasilə ən azı 12 saat olmalıdır.
6.4.1.2.3 Mühərrik altı saatlıq dövr ərzində aşağıdakı rejimlərdə göstərilən ardıcıllıqla işləməlidir:
a) 5 dəqiqə ərzində boş çıxışda dövrlərin sayı;
b) 1 saat ərzində 1/4 yüklənmə və 3/4 maksimal nominal fırlanma tezliyi (S);
c) 1 saat ərzində 1/2 yüklənmə və 3/4 maksimal nominal fırlanma tezliyi (S);
d) 10 dəqiqə ərzində tam yüklənmə və 3/4 maksimal nominal fırlanma tezliyi (S);
e) 15 dəqiqə ərzində 1/2 yüklənmə və maksimal nominal fırlanma tezliyi (S);
f) 30 dəqiqə ərzində 1/4 yüklənmə və maksimal nominal fırlanma tezliyi (S).
Hər dövr (a) –dan (f) qədər ardıcıllıqla yuxarıda qeyd olunan 6 şərtlərdən ibarət olan iki ardıcıl dəstdən ibarətdir.
6.4.1.2.4 Sınaqların gedişatında xaricetmənin səsboğucu sisteminin və ya onun elementləri nəqliyyat vasitəsinin ətrafında adi hava axınına oxşayan məcburi hava axını ilə soyumaya məruz qalmamalıdır.
Maksimal sürətli hərəkətdə nəqliyyat vasitəsinin girişində qeydə alınmış temperaturun yüksəlməməsi üçün istehsalçının xahişi ilə xaricetmənin səsboğucu sistemi və ya onun elementləri soyumaya məruz qala bilər.
6.4.1.3 Pulsasiya üsulu ilə havalandırma
6.4.1.3.1 Xaricetmənin səsboğucu sistemi və ya onun elementləri bu Qaydaların 3.3.3-cü bəndində göstərilən nəqliyyat vasitəsi üçün və ya bu Qaydaların 3.3.4-cü bəndində göstərilən mühərrik üçün qurulur. Birinci halda nəqliyyat vasitəsi diyircəkli dinamometrik stenddə qurulur. İkinci halda dinamometrik stenddə mühərrik qurulur.
6.4.1.3.2 51 №-li Qaydalara dair əlavə 5-in əlavəsinin şəkil 3-də aydın sxemi göstərilən sınaq qurğusu xaricetmənin səsboğucu sisteminin çıxışında qurulur. Ekvivalent nəticələri təmin edən istənilən digər qurğudan istifadəyə yol verilir.
6.4.1.3.3 Sınaq qurğusu elə quraşdırılır ki, emal edilmiş qaz axını növbə ilə kəsilsin və 2 500 dövrlər üçün hesablanmış sürətli işləyən qapaqla bərpa olunsun.
6.4.1.3.4 Giriş flansdan ən azı 100 millimetr məsafədə axının istiqaməti üzrə ölçülən işlənmiş qazların əks-təzyiqi 35−40 kPa çatanda qapaq açılır. Bu təzyiq qapaq açıq olanda ölçülən təzyiqdən 10% -dən çox fərqlənmirsə, qapaq bağlanır.
6.4.1.3.5 Emal qazların çıxış müddəti 6.4.1.3.4 bəndində verilmiş müddəalara uyğun olaraq vaxt relesi vasitəsi ilə müəyyən edilir.
6.4.1.3.6 Mühərrik nominal maksimal faydalı gücü artıran zaman mühərrikin fırlanma tezliyi 75% tezliyi (S) təşkil etməlidir.
6.4.1.3.7 Dinamometrlə göstərilən güc drossel qapağı tam açılan zaman çoxalan və mühərrikin 75% nominal fırlanma tezliyində ölçülən mühərrikin nominal maksimum faydalı gücün 50% təşkil etməlidir.
6.4.1.3.8 Sınaq zamanı bütün buraxılış deşikləri bağlanılır.
6.4.1.3.9 Bütün sınaq 48 saat ərzində tam şəkildə aparılmalıdır. Lazım gələrsə hər saatdan bir soyudulma üçün vaxt ayırmaq olar.
6.4.1.3.10 Yuxarıda 6.2-ci bəndinə uyğun olaraq kondisionerdən sonra səs-küy səviyyəsi yoxlanılır.
Xaricetmənin səsboğucu sisteminin istehsalçısı və ya onun səlahiyyət verilmiş nümayəndəsi nəqliyyat vasitələrinin bir və ya bir neçə tipində quraşdırılmış bu xaricetmənin səsboğucusunun sistemi üçün rəsmi təsdiqi verən, tipin rəsmi təsdiqi üzrə orqanın qarşısında nəqliyyat vasitələrinin digər tiplərində bu rəsmi təsdiqin yayılması haqqında vəsatət qaldıra bilər.
Bu halda, yuxarıda 3-cü bənddə təsvir edilən prosedurdan istifadə edirlər. Bu Qaydaları tətbiq edən Razılaşma tərəfləri yuxarıda 5.3-cü bənddə müəyyən edilmiş prosedura uyğun olaraq rəsmi təsdiqin yayılması haqqında (və ya belə yayılmada imtina haqqında) məlumat verilir.
8.1 Xaricetmənin səsboğucu sisteminin tipinin istənilən dəyişikliyi bu tipli xaricetmənin səsboğucu sistemiylə əlaqədar tipin rəsmi təsdiqi verən, rəsmi təsdiq üzrə orqanın diqqətinə çatdırırlar. Bu orqan
8.1.1 edilən dəyişikliklər əhəmiyyət kəsb edə biləcək mənfi nəticələri gətirməyəcəyi qənaətinə gələ bilər,
8.1.2 və ya sınaq keçirmək səlahiyyətinə malik texniki xidmətin sınağının yeni protokolunu tələb edə bilər.
8.2 Dəyişikliklər göstərilməklə rəsmi təsdiqin təsdiqlənməsi və ya rəsmi təsdiqdən imtina barədə məlumat yuxarıda 5.3-ci bəndində nəzərdə tutulan prosedura uyğun olaraq bu Qaydaları tətbiq edən Razılaşma tərəflərinə göndərilir.
Aşağıdakı təlimatları nəzərə alaraq, istehsalın uyğunluğunun təmin edilməsi prosedurları (E/ECE/324−E/ECE/TRANS/505/Rev.2) Razılaşmaya dair Əlavə 2-də verilmiş prosedurlara uyğun olmalıdır:
9.1 Bu qaydalara əsasən rəsmi təsdiq nişanına malik xaricetmənin hər səsboğucunun dəyişilən sistemi xaricetmənin səsboğucu sisteminin rəsmi təsdiq edilmiş tipinə uyğun olmalı və 6-cı bəndin tələblərini təmin etməlidir. İstehsalın uyğunluğunun yoxlanması üçün yuxarıda 6-cı bənddə nəzərdə tutulan son qiymətlər əlavə olaraq 1 db (A) ilə tətbiq edilir.
9.2 Uyğunluğunun yoxlanılması üçün yuxarıda göstərilən 9.1-ci bənddə nəzərdə tutulduğu kimi lazımi nəzarəti həyata keçirmək lazımdır.
9.3 Rəsmi təsdiqin sahibi, xüsusilə:
9.3.1 məhsulun keyfiyyətinə effektiv nəzarət prosedurunun mövcudluğunu təmin etməlidir;
9.3.2 hər bir rəsmi təsdiq olunmuş məhsul tipinin uyğunluğunun yoxlanılması üçün lazım olan nəzarət avadanlığından istifadə imkanına malik olmalıdır;
9.3.3 tipin rəsmi təsdiq edilməsi üzrə orqanla razılaşdırılmaqla müəyyən edilən dövr ərzində sınaqların nəticələrinin qeydiyyata alınmasını və göstərilən sənədlərin saxlanılmasını təmin etməlidir;
9.3.4 sənaye istehsalı şərtlərində yol verilən meyletmələr nəzərə alınmaqla, məhsulun xarakteristikasının sabitliyini və yoxlanılmasını təmin etmək üçün məhsulun hər bir tipi üzrə nəticələri təhlil etməlidir;
9.3.5 hər bir tip məhsulun ən azından 5-ci əlavənin 2-ci bəndində nəzərdə tutulmuş sınaqlardan keçirilməsini təmin etməlidir;
9.3.6 istənilən nümunədə və ya sınaq hissələrində müəyyən tip sınağın keçirilməsi zamanı aşkar edilmiş istehsala uyğunsuzluq halında yeni nümunənin istehsalı və yeni sınağın keçirilməsini təmin etmək. Bununla əlaqədar, sözügedən istehsala uyğunluğu bərpa etmək üçün bütün zəruri tədbirləri görməlidir.
9.4 Mövcud tipin rəsmi təsdiqini verən tipin rəsmi təsdiqi üzrə orqan istənilən vaxt hər bir istehsal vahidi üçün nəzarət metodlarının tətbiqinin uyğunluğunu yoxlaya bilər.
9.4.1 Hər bir yoxlamanın gedişində yoxlamanı aparan inspektor sınaq protokollarını və istehsal olunan texniki nəzarət jurnallarını təqdim edir.
9.4.2 İnspektor istehsalçının laboratoriyasında yoxlanılan nümunələrin sərbəst seçimini apara bilər. Nümunələrin minimum sayı istehsalçının özünün yoxlanması ilə əldə edilən nəticələr əsasında müəyyən edilə bilər.
9.4.3 Əgər keyfiyyət qənaətbəxş deyilsə və ya əgər yuxarıdakı 9.4.2-ci bəndinə uyğun olaraq keçirilmiş sınağın düzgünlüyünü yoxlamaq lazımdırsa, onda inspektor texniki xidmətlərə göndərilən bu tipin rəsmi təsdiqi üçün keçirilən sınaq nümunələrini seçir.
9.4.4 Tipin rəsmi təsdiqi üzrə orqan bu Qaydalarda nəzərdə tutulan istənilən sınaqları keçirə bilər.
9.4.5 Tipin rəsmi təsdiqi üzrə orqan adətən, iki ildə bir dəfə bir yoxlama keçirir. Əgər bu yoxlamaların birinin gedişində qeyri-qənaətbəxş nəticələr aşkar edilərsə, onda tipin rəsmi təsdiqi üzrə orqan istehsala uyğunluğun bərpa edilməsi üçün dərhal bütün müstəsna tədbirləri görür.
Hər bir səsboğucunun dəyişilən sistemə istehsalçısı və ya onun nümayəndəsi tərəfindən verilən səsboğucunun dəyişilən sisteminin kağız sənədi əlavə edilir. Bu kağız sənəd, ən azından əlavə 6-da göstərilən məlumatları özündə əks etdirməlidir.
11.1 Bu Qaydalara əsasən təqdim edilən xaricetmənin səsboğucu sisteminin tipinin rəsmi təsdiqi, əgər yuxarıdakı 9-cu bənddə göstərilən tələblərə riayət olunmursa və ya əgər xaricetmənin səsboğucu sisteminin istənilən elementi 9.2-ci bənddə nəzərdə tutulmuş sınaqlara tab gətirə bilmirsə, ləğv edilə bilər.
11.2 Əgər bu Qaydaları tətbiq edən Sazişin hər hansı Tərəfi əvvəllər ona təqdim edilmiş rəsmi təsdiqi ləğv edirsə, o dərhal bu Qaydaları tətbiq edən digər Razılığa gələn tərəfləri bu haqda sonunda böyük hərflərlə “rəsmi təsdiq ləğv edilib” qeydi və imza və tarix olan qeydiyyat vəsiqəsinin surəti vasitəsilə məlumatlandırır.
Əgər rəsmi təsdiqin sahibi bu Qaydalarda əhatə olunmuş bu və ya digər tip xaricetmənin səsboğucusunun dəyişilən sisteminin və ya bu sisteminin elementlərinin istehsalını tam dayandırırsa, o bu barədə rəsmi təsdiqi təqdim edən tipin rəsmi təsdiqi üzrə orqanı xəbərdar edir. Bu cür bildirişi əldə etdiyinə görə həmin orqan bu Qaydaları tətbiq edən digər Saziş Tərəflərini bu haqda aşağıda böyük hərflərlə “istehsal dayandırılmışdır” qeydi, imza və tarix olan qeydiyyat vərəqəsinin surəti vasitəsilə məlumatlandırır.
Bu Qaydaları tətbiq edən, 1958-ci il Sazişinin Tərəfləri Birləşmiş Millətlər Təşkilatının Katibliyinə rəsmi təsdiq üçün sınaqlar keçirmək səlahiyyətinə malik olan texniki xidmətlərin, o cümlədən rəsmi təsdiqi təmin edən və digər ölkələrdə verilən rəsmi təsdiqin, rəsmi təsdiqin yayılması, rəsmi təsdiqdən imtina və ya rəsmi təsdiqin ləğvinin qeydiyyat vərəqələrini göndərən tipin rəsmi təsdiqi üzrə orqanların adları və ünvanları haqqında məlumat verirlər.
(maksimum format: A4 (210 x 297 mm))
tərəfindən verilmiş: inzibati orqanın adı.............................................................................................
əlaqədar: rəsmi təsdiqi
rəsmi təsdiqin yayılması
rəsmi təsdiqdən imtina
istehsalın son dayandırılması
59 №-li Qaydaya əsasən xaricetmənin səsboğucusunun dəyişilən sisteminin tipi və ya bu sistemin elementləri
Rəsmi təsdiq №:......................................... Yayılma №:........................................
1. Xaricetmənin səsboğucu sistemlərinin əmtəə adı və ya nişanı.....................................
2. Xaricetmənin səsboğucu sisteminin tipi:.....................................................................
3. İstehsalçı və onun ünvanı:.................................................................................................
4. Müvafiq hallarda istehsalçının nümayəndəsinin soyadı və ünvanı................................
5. Xaricetmənin səsboğucu sisteminin qısa təsviri (lifli materialla / lifsiz materialla² və s.):............................................................................................................................................
6. Xaricetmənin səsboğucu sistemi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin tipinin əmtəə adı və ya nişanı:......................................................................................................
7.№ seriyası ilə başlayan nəqliyyat vasitəsinin tipi:..............................................................
8. Mühərrikin tipi (məsələn, müsbət alovlanma ilə, sıxılmadan alovlanma ilə və s.):............................................................................................................................................
9. Taktların sayı: ikitaktlı/dördtaktlı²
10. Silindirlərin həcmi:...............................................................................................
11. Nominal maksimal faydalı güc (kVt):...............................................................................
12. Verilənlərin sayı:.............................................................................................................
13. İstifadə olunmuş verilənlər:...........................................................................................
14. Yekun verilənin (lərin) sayı:........................................................................................
15. Nominal maksimal faydalı güc:........................................................................................
16. Sınağın gedişində nəqliyyat vasitələrinin yüklənmə şərtləri:......................................
17.1 Hərəkətdə olan nəqliyyat vasitəsi........................................................................dB(A)
17.2 Dayandırılmış nəqliyyat vasitəsi:..........................................................................dB(A)
mühərrikin surəti ilə......................................................................................................min
18. Əks-təzyiq:........................................................................................................................
19. Xaricetmənin səsboğucu sistemi təqdim olunur:
rəsmi təsdiq üçün (tarix):.......................................................................................................
rəsmi təsdiqin yayılması üçün (tarix):...................................................................................
20. Rəsmi təsdiq üçün sınaq keçirmək səlahiyyətinə malik olan texniki xidmət:.................
21. Bu xidmət tərəfindən verilən protokolun tarixi:.................................................................
22. Bu xidmət tərəfindən verilən protokolun nömrəsi:..........................................................
23. Rəsmi təsdiq təqdim olunub/rəsmi təsdiqdən imtina olunub²:........................................
25.Yer:.............................................................................................................................
26. Tarix:..............................................................................................................................
27. İmza:..............................................................................................................................
28. Bu bildirişə rəsmi təsdiqin yuxarıda göstərilmiş nömrəsini özündə əks etdirən aşağıdakı sənədlər əlavə olunur:
Xaricetmənin səsboğucu sisteminin cizgiləri, sxemləri və planları;
Xaricetmənin səsboğucu sisteminin fotoşəkilləri;
Xaricetmənin səsboğucu sistemini təşkil edən, lazımi qaydada eyniləşdirilmiş elementlərin siyahısı.
Zərurət yarandıqda, mündəricat da daxil olmaqla, üç nüsxədə aşağıdakı məlumatlar təqdim olunur. İstənilən cizgi müvafiq miqyasda və A4 formatlı vərəqdə və ya onun qatlanmış formasında, kifayət qədər ətraflı şəkildə təqdim olunur. Əgər mövcuddursa, fotoşəkillər müvafiq detalları ötürmək üçün kifayət qədər ətraflı olmalıdır.
Əgər xaricetmənin səsboğucu sistemləri və ya xaricetmənin səsboğucu elementləri elektron idarəçilik qurğuları ilə təchiz olunubsa, onda onların xarakteristikaları haqqında məlumat təqdim olunur.
0.1 Marka (istehsalçının əmtəə adı):
0.2 Tip və ümumi kommersiya təsviri (ləri):
0.3 Əgər xaricetmənin səsboğucu sistemlərində və ya xaricetmənin səsboğucu elementlərində müvafiq markalanma mövcuddursa, tipin eyniləşdirilmə vasitəsi:
0.3.1 Bu markalanmanın yerləşdirilməsi və tətbiqi vasitəsi:
0.4 İstehsalçının adı və ünvanı:
0.5 Quraşdırıcı müəssisənin (lərin) ünvanı (ları):
0.6 İstehsalçının səlahiyyətli nümayəndəsinin adı və ünvanı (əgər varsa):
1. Qurğu üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin (lərinin) təsviri (əgər qurğu nəqliyyat vasitələrinin bir neçə növündə quraşdırılmaq üçün nəzərdə tutulubsa, nəqliyyat vasitələrinin bütün müvafiq tipləri üçün məlumatlar bu bəndin tələblərinə əsasən verilir)
1.1 Marka (istehsalçının əmtəə adı):
1.2 Tip və ümumi kommersiya təsviri (ləri):
1.3 Əgər nəqliyyat vasitəsində müvafiq markalanma varsa, tipin (lərin) eyniləşdirilmə vasitəsi:
1.4 Nəqliyyat vasitəsinin (vasitələrinin) kateqoriyaları:
1.5 Nəqliyyat vasitəsinin rəsmi təsdiq nömrəsi (ləri):
1.6 Güc qurğusu (ları):
1.6.1 Mühərrikin istehsalçısı:
1.6.2 Mühərrikin istehsalçısı tərəfindən təyin edilmiş kodu:
1.6.3 Nominal maksimal faydalı güc (g):..............................................................kVt
uzunmüddətli yüklənmə rejimində min-1 və ya nominal maksimal güc ilə (elektromühərrik):..........................kVt
1.6.4 Turbokompressor (lar): orijinal detal və ya marka və markalanma⁴:
1.6.5 Hava filtri: orijinal detal və ya marka və markalanma⁴:
1.6.6 Qəbuledicinin səsboğucusu (ları): orijinal detal və ya marka və markalanma⁴:
1.6.7 Xaricetmənin səsboğucusu (ları): orijinal detal və ya marka və markalanma⁴:
1.6.8 Katalizator: orijinal detal və ya marka və markalanma⁴:
1.6.9 Ölçülmüş hissəcikləri tutan (lar): orijinal detal və ya marka və markalanma⁴:
1.7.1 Tip (mexaniki, hidravlik, elektrik və s.):
1.8 Mühərrikin hissəsi olmayan, səsazaldan qurğu: orijinal detal və ya marka və markalanma:
1.9 Səs səviyyəsinin qiyməti:
hərəkətdə olan nəqliyyat vasitəsi:......................................................................dB(A)
min ilə hərəkətsiz vəziyyətdə olan (stasionar) nəqliyyat vasitəsi....................dB(A)
1.10 Əks-təzyiqin böyüklüyü:.......................................................................Pa
1.11 İstismarla əlaqədar istənilən məhdudiyyətlər və quraşdırılmaya tələblər:
3.1 Səsboğucunun dəyişilən sisteminin hər bir elementinin nisbi mövqeyini ifadə edən səsboğucunun dəyişilən sisteminin, o cümlədən quraşdırılma üzrə təlimatların təsviri
3.2 Bu elementi asan tapmağa və eyniləşdirməyə imkan verən, o cümlədən istifadə olunmuş materialları göstərən hər bir elementin ətraflı təsvirləri. Bu cizgilərdə tipin rəsmi təsdiq nişanının məcburi qoyulma yeri göstərilir.
(bax. bu Qaydaların 5.4-cü bəndi)
Xaricetmənin səsboğucu sisteminin elementinə qoyulmuş, yuxarıda göstərilmiş rəsmi təsdiq nişanı göstərir ki, xaricetmənin səsboğucusunun dəyişilən sistemlərinin bu tipi 59 №-li Qaydaya müvafiq olaraq, 022439 rəsmi təsdiq nömrəsi altında Niderlandda (E4) rəsmi təsdiq olunub.
“V” hərfi o deməkdir ki, rəsmi təsdiq 6.2.2-ci bənddə 51 №-li Qaydaya 03 düzəlişlər seriyasını göstərən 2-ci mərhələnin ən son qiymətlər diapazonu üçün qoyulub və rəsmi təsdiqin 02 düzəlişlər seriyası ilə 59 №-li Qaydanın tələblərinə uyğun qoyulduğunu göstərən rəsmi təsdiq nömrəsinin iki rəqəmindən əvvəl gəlir.
1. Ümumilikdə sınanan xaricetmənin səsboğucu sisteminə arxadan qoşulan giriş flansı və ya qol boru.
2. Tənzimləyici klapan (əl ilə idarə edilən).
3. Kompensasiya qabiliyyəti (35-40 l).
4. Təzyiq tənzimləyicisi (5-250 kPa): 7-ci klapanı açmaq üçün.
5. Vaxt relesi: 7-ci klapanı bağlamaq üçün.
7. Qaz-dinamik əyləcin qapağına oxşar, 60 mm diametrli, 120 N-da 400 kPa təzyiq gücü ilə inkişaf edən, pnevmatik slindrin fəaliyyətində idarə edilən, surətlə hərəkət edən klapan. Klapanın açılmasında olduğu kimi, bağlanmasında da sönmə müddəti 0,5 s-ni keçmir.
8. İşlənmiş qazların çıxarılması.
Təzyiqin itirilməsi halında sınağın keçirilməsi zamanı mümkün ölçü nöqtəsinin nümunələri. Ölçü nöqtələrinin dəqiq yeri sınaq protokolunda göstərilməlidir. O, daimi qaz axını zonasında yerləşməlidir.
1 Əgər bu variant mövcud deyilsə, bax. Şəkil 3.
2 İki ölçü nöqtəsi, bir göstərici.
Bu tələblər bu Qaydaların 9.3.5 və 9.4.3-cü bəndlərinə əsasən istehsalın (SP) uyğunluğunun yoxlanması üçün keçirilməli olan sınaqlara tətbiq olunur.
2. Sınaqlar və prosedurlar
Sınaq metodları, ölçmə ləvazimatları və nəticələrin təsviri bu Qaydaların 6-cı bəndində göstərilən tələblərə uyğun olmalıdır. Xaricetmə sistemi və ya xaricetmənin səsboğucu elementi bu Qaydaların 6.2, 6.3 və 6.4-cü bəndlərində göstərilən sınaqlardan keçməlidir.
3. Nümunələrin seçilməsi və nəticələrin qiymətləndirilməsi
Yuxarıdakı 2-ci bəndə müvafiq olaraq sınaqdan keçirilən bir xaricetmənin səsboğucu sistemi və ya xaricetmənin səsboğucusunun bir elementi seçilir. Əgər sınağın nəticələri bu Qaydaların 9.1-ci bəndində əks olunan istehsalın uyğunluğu tələblərinə cavab verirsə, onda xaricetmənin səsboğucu sisteminin bu tipi və ya xaricetmənin səsboğucu elementi SP tələblərinə uyğun hesab olunur.
Əgər sınağın nəticələrindən biri bu Qaydaların 9.1-ci bəndində əks olunan istehsalın uyğunluğu tələblərinə cavab vermirsə, onda yuxarıdakı 2-ci bəndə əsasən daha iki xaricetmənin səsboğucu sistemi və ya xaricetmənin səsboğucusunun iki elementi eyni tipli sınağa məruz qalır.
Əgər ikinci və üçüncü xaricetmənin səsboğucu sisteminin və ya ikinci və üçüncü elementin sınağının nəticələri bu Qaydaların 9.1-ci bəndində əks olunan istehsalın uyğunluğu tələblərinə cavab verirsə, bu halda xaricetmənin səsboğucu sisteminin bu tipi və ya xaricetmənin səsboğucusunun elementi SP tələblərinə uyğun hesab olunur.
Əgər ikinci və ya üçüncü xaricetmənin səsboğucu sisteminin, yaxud xaricetmənin səsboğucusunun ikinci və ya üçüncü elementinin sınağının nəticələrindən biri bu Qaydaların 9.1-ci bəndində əks olunan istehsalın uyğunluğu tələblərinə cavab vermirsə, onda xaricetmənin səsboğucu sisteminin bu tipi və ya xaricetmənin səsboğucusunun elementi bu Qaydaların tələblərinə uyğun olmayan hesab olunur. Bununla əlaqədar olaraq, istehsalçı istehsala uyğunluğun bərpa olunması məqsədilə zəruri tədbirlər görməlidir.
Xaricetmənin səsboğucusunun hər bir dəyişilən sisteminə xaricetmənin səsboğucusunun dəyişilən sisteminin istehsalçısı və ya onun nümayəndəsi tərəfindən verilən kağız sənəd əlavə olunur. Bu kağız sənəd ən azı aşağıdakı məlumatı özündə əks etdirməlidir:
a) Xaricetmənin səsboğucusunun dəyişilən sisteminin tipinin rəsmi təsdiq nömrəsi (5-ci dərəcə, tipin rəsmi təsdiqinin yayılmasını göstərən nömrə əks oluna bilər);
b) tipin rəsmi təsdiq nişanı;
c) marka (istehsalçının əmtəə adı);
d) tip və kommersiya təsviri və/və ya detalların nömrəsi;
e) istehsalçının adı və ünvanı;
f)istehsalçının nümayəndəsinin adı və ünvanı (əgər varsa);
g) səsboğucu borunun sözügedən dəyişilən sistemi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri haqqında məlumatlar:
iii) tipin rəsmi təsdiq nömrəsi;
v) nominal maksimal faydalı güc;
vi) transmissiyanın tipi;
vii) bu sistemin quraşdırıla bildiyi nəqliyyat vasitələri ilə əlaqədar istənilən məhdudiyyətlər;
viii) bir sıra dönmələrlə birgə, dB(A)-da hərəkət edən nəqliyyat vasitəsi və dB(A)-da hərəkətsiz (stasionar) vəziyyətdə olan nəqliyyat vasitəsinin səs səviyyəsi (əgər o tipin rəsmi təsdiqi ilə əlaqədar qoyulmuş qiymətlərdən fərqlənirsə);
h) quraşdırılma üzrə təlimatlar.
2. Əgər 1-ci bənddə qeyd olunan kağız sənəd bir neçə səhifədən ibarətdirsə, onda bütün səhifələrdə ən azından EC tipli rəsmi təsdiq nömrəsinə göstərişlər əks olunmalıdır.
3. 1-ci bəndin g) və h) yarımbəndlərində göstərilən məlumatlar kağız sənəddə veb-saytın ünvanının göstərilməsi şərti ilə istehsalçının veb-saytında yerləşdirilə bilər.