Qanunvericilik › Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 26.04.2016) › Tam mətn

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 26.04.2016)

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 26.04.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASI QƏRARI

Dövlət standartlarının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:

1. Aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 286-2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq. Ümumi texniki şərtlər” (1 nömrəli əlavə).

1.2. AZS 851-2016 “Brendi. Ümumi texniki şərtlər” (2 nömrəli əlavə).

1.3. AZS 852-2016 “Tünd alkoqollu içkilər. Texniki şərtlər” (3 nömrəli əlavə).

2. Komitənin 14.01.2008-ci il tarixli 004 nömrəli əmri ilə təsdiq edilmiş AZS 286-2007 “Pasterizə edilmiş qaymaq. Ümumi texniki şərtlər” standartı ləğv edilsin.

3. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Cavadzadə) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.

5. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (A.Əşrəfov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

6. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “26” aprel 2016-cı il tarixli 160111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Bu standart Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən AZS 286-2007 “Pasterizə edilmiş qaymaq. Ümumi texniki şərtlər” standartının əvəzinə işlənib hazırlanıb və təqdim olunmuşdur.

2. “Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК – 02) müzakirə edilərək, təqdim olunmuşdur.

3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.

PASTERİZƏ VƏ ULTRAPASTERİZƏ

Ümumi texniki şərtlər

PASTEURIZED AND ULTRA

PASTEURIZED (UHT) CREAM

General specifications

Bu standart inək və camış südündən alınan, birbaşa qida məhsulu kimi istifadə üçün nəzərdə tutulan pasterizə və ultrapasterizə (Ultra Yüksək Temperatur - bundan sonra UYT) edilmiş qaymaqlara şamil edilir.

Məhsulun keyfiyyətinə dair zəruri, əhalinin həyatı, sağlamlığı üçün təhlükəsizliyi təmin edən tələblər bu standartın 5.1.3, 5.1.4, 5.1.5 və 5.2.3-cü yarımbəndlərində göstərilmişdir.

Bu standart sertifikatlaşdırma məqsədi ilə istifadə oluna bilər.

Bu standartın tələbləri məcburidir.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir:

ГОСТ12.2.124-90 Əməyin təhlükəsizliyi standartlar sistemi. Yeyinti məhsullarının avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri

ГОСТ 37-91 İnək yağı. Texniki şərtlər

ГОСТ 1349-85 Süd konservləri. Quru qaymaq. Texniki şərtlər

ГОСТ 2874-82 İçməli su. Gigiyenik tələblər və keyfiyyətə nəzarət

ГОСТ 3623-73 Süd və süd məhsulları. Pasterizasiyanın təyin edilməsi üsulları

ГОСТ 3624-92 Süd və süd məhsulları. Turşuluğun təyinində titrometrik üsullar

ГОСТ 4495-87 Üzlü quru süd. Texniki şərtlər

ГОСТ 5867-90 Süd və süd məhsulları. Yağın təyini üsulları

ГОСТ 9225-84 Süd və süd məhsulları. Mikrobioloji analiz üsulları

ГОСТ 10970-87 Yağsız quru süd. Texniki şərtlər

ГОСТ 13264-88 İnək südü. Alınmasına tələblər

ГОСТ 13513-86 Ət və süd məhsulları sənayesi üçün büzməli kartondan olan yeşiklər. Texniki şərtlər

ГОСТ 14192-96 Yüklərin markalanması

ГОСТ 23452-79 Süd və süd məhsulları. Pestisidlərin qalıq miqdarının təyini üsulları

ГОСТ 25228-82 Süd və qaymaq. Spirt nümunəsində termodayanıqlılığın təyini üsulları

ГОСТ 26809-86 Süd və süd məhsulları. Qəbul qaydaları, nümunələrin götürülməsi və analizə hazırlanması

ГОСТ 26927-86 Xammal və yeyinti məhsulları. Civənin təyini üsulları

ГОСТ 26929-94 Xammal və yeyinti məhsulları. Minerallaşmada toksiki elementlərin təyin edilməsi üçün nümunələrin hazırlanması

ГОСТ 26930-86 Xammal və yeyinti məhsulları. Arsenin təyini üsulları

ГОСТ 26932-86 Xammal və yeyinti məhsulları. Qurğuşunun təyini üsulları

ГОСТ 26933-86 Xammal və yeyinti məhsulları. Kadmiumun təyini üsulları

ГОСТ 30178-96 Xammal və yeyinti məhsulları. Toksiki elementlərin atom-absorbsiya üsulu ilə təyini üsulları

ГОСТ 30347-97 Süd və süd məhsulları. Staphylacoccus aureusun təyini üsulları

ГОСТ 30519-97 Yeyinti məhsulları. Salmonella cinsli bakteriyaların yaradılması üsulları

ГОСТ 30538-97 Yeyinti məhsulları. Toksiki elementlərin atom-emission üsulu ilə təyininin metodikası

ГОСТ 30711-2001 Yeyinti məhsulları. В1 və М1 aflatoksinlərinin təyin edilməsi və üzə çıxarılması üsulları

ГОСТ 31227-2004 Natrium sitrat. Texniki şərtlər

ГОСТ 31451-2013 İçməli qaymaq. Texniki şərtlər

AZS 119 – 2001 Camış südü. Tədarük tələbləri

AZS 120 – 2004 Qaymaq. Tədarük tələbləri

AZS 298-2008 İçməli süd. Ümumi texniki şərtlər

AZS 843-2015 Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər

Bu standartda aşağıda termin və onun açıqlamasından istifadə olunur:

3.1 İçməli qaymaq: Termiki emaldan (pasterizə, ultrapasterizədən (UYT)) keçirilmiş və istehlak tarasına doldurulmuş qaymaq.

4.1 Məhsul südün xammalından asılı olaraq hazırlanır:

- normallaşmış qaymaqdan;

- bərpa olunmuş qaymaqdan;

- onların qarışığından.

4.2 Termiki emalın rejimindən asılı olaraq məhsul bu növlərə ayırılır: - pasterizə edilmiş; - ultrapasterizə edilmiş (UYT) (130-150°C-də 2–4 saniyə ərzində).

5.1 Xarakteristikaları

5.1.1 Pasterizə və ultrapasterizə edilmiş qaymaqlar bu standartın tələblərinə uyğun olaraq, sanitariya norma və qaydalarına riayət etməklə, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun hazırlanmalıdır.

5.1.2 Orqanoleptik göstəricilərinə görə qaymaq 1–ci cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.

Həmcins olmalı, səthində qarışdırılan zaman itən az miqdarda yağ zərdabının olmasına yol verilir

Həmcins olmalı, yapışqanlıq həddində. Zülal lopaları və yığılmış yağ topacıqları olmamalıdır

Təmiz, azca şirintəhər, pasterizə, ultrapasterizə olunmuş qaymağa məxsus tam və ətir hiss olunmaqla. Kənar tam və iylərin olmasına yol verilmir

Bütün kütlə boyu bərabər, kreməçalar ağ

5.1.3 Fiziki – kimyəvi göstəricilərinə görə qaymaq 2–ci cədvəldə göstərilən normalara uyğun olmalıdır.

Zülalın kütlə payı,ən azı

Turşuluğu, °T, ən çoxu

Müəssisədən çıxarkən temperaturu, °C

Pasterizə, ultrapasterizə edilmiş (aseptik olmayan şəraitdə qablaşdırıldıqda)

Ultrapasterizə edilmiş (UYT) aseptik şəraitdə qablaşdırıldıqda

Qeyd: İstehlakçı ilə razlaşdırılmaqla, resepturaya uyğun olaraq yağın kütlə payı göstəricisinin dəyişdirilməsinə yol verilir.

5.1.4 Mikrobioloji göstəricilərinə görə pasterizə və ultrapasterizə edilmiş qaymaq 3-cü cədvəldə göstərilmiş tələblərə uyğun olmalıdır.

Mezofil – anaerob və fakultativ – anaerob mikroorqanizmlərin miqdarı, KYV/q, ən çoxu: - pasterizə edilmiş

- ultrapasterizə edilmiş

(aseptik olmayan dolum olduqda)

Bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olmasıma yol verilməyən məhsulun kütləsi, q

Patogen mikroorqanizmlər, o cümlədən salmonellalar olmasına yol verilməyən məhsulun kütləsi, q:

- ultrapasterizə edilmiş

(aseptik olmayan dolum olduqda)

- ultrapasterizə edilmiş

(aseptik olmayan dolum olduqda)

25 sm-da L.monocytogenes

- ultrapasterizə edilmiş

(aseptik olmayan dolum olduqda)

5.1.5 Qaymağın tərkibində toksiki elementlər, mikotoksinlər, antibiotiklər, pestisidlər və radionuklidlər 4-cü cədvəldə göstərilmiş tələblərə uyğun olmalıdır.

Toksiki maddələr, mq/kq:

Mikotoksinlər, mq/kq:

Antibiotiklər (levomisetin, tetrasiklin qrupu, steptomisin, penisillin), mq/kq

Pestisidlər (yağa görə hesablamaqla), mq/kq:

5.2 Xammal və materiallara olan tələblər

5.2.1 Pasterizə və ultrapasterizə edilmiş qaymaqların istehsalı üçün aşağıdakı xammal və materiallardan istifadə edilir:

- ГОСТ 13264 üzrə tədarük edilən ikinci növdən aşağı olmayan inək südü;

- AZS 119 üzrə tədarük edilən 2 – ci növdən aşağı olmayan, turşuluğu ən çoxu 20°T olan camış südü;

- AZS 120 üzrə tədarük edilən qaymaq;

- AZS 298 üzrə içməli süd;

- ГОСТ 4495 üzrə tozlandırma üsulu ilə hazırlanan əla növ quru süd;

- ГОСТ 10970 üzrə tozlandırma üsulu ilə hazırlanan üzsüz quru süd;

- ГОСТ 1349 üzrə əla növ quru qaymaq;

- ГОСТ 37 üzrə əla növ duzsuz şirin kərə yağı;

- ГОСТ 2874 üzrə içməli su;

5.2.2 Ultrapasterizə edilmiş qaymağın istehsalı üçün aşağıdakı xammaldan istifadə olunur:

- turşuluğu ən çoxu 18T, tərkibində somatik hüceyrələrin miqdarı ən çoxu 500 min/sm, alkoqol sınağı ilə istiliyə davamlılığı ГОСТ 25228 üzrə II qrupdan aşağı olmayan ГОСТ 13264 üzrə çiy inək südü və analoji göstəricilərlə AZS 119 üzrə çiy camış südü;

- AZS 120 üzrə tədarük edilən qaymaq;

- bərpa olunduqdan sonra turşuluğu 18T–dən yüksək olmayan, alkoqol sınağı üzrə istiliyə davamlılığı ГОСТ 25228 üzrə, ikinci qrupdan aşağı olmayan ГОСТ 10970 üzrə yağsızlaşdırılmış quru süd;

- ГОСТ 1349 üzrə əla növ quru qaymaq;

- bərpa olunduqdan sonra turşuluğu 19T–dən yüksək olmayan, alkoqol sınağı üzrə istiliyə davamlılığı ГОСТ 25228 üzrə, ikinci qrupdan aşağı olmayan ГОСТ 4495 üzrə üzlü quru süd;

- bərpa olunduqdan sonra turşuluğu 15-18T, alkoqol sınağı ilə istiliyə davamlılığı ГОСТ 25228 üzrə, ikinci qrupdan aşağı olmayan ГОСТ 1349 üzrə quru qaymaq;

- ultrapasterizə (UYT) edilmiş qaymağın tərkibində məhsulun tutumunun və teksturasının keyfiyyətini artırmaq məqsədilə müvafiq texniki normativ hüquqi akt üzrəaşağıda göstərilən stabilizatorların istifadəsinə yol verilir:

- yeyinti sənayesində istifadəsinə icazə verilən trinatriyfosfat kalium və ya natrium (Е-451);

- yeyinti sənayesində istifadəsinə icazə verilən natrium alginat (E- 401);

- yeyinti sənayesində istifadəsinə icazə verilən karraginan (E-407)

- yeyinti sənayesində istifadəsinə icazə verilən karboksimetil sellüloza (Е-466);

- yeyinti sənayesində istifadəsinə icazə verilən yağ turşuların monodiqliseridləri (E-471);

İstifadə edilən stabilizatorların əlavə olunan miqdarı həmin qida əlavələrinin tətbiqinə dair texniki normativ hüquqi aktların tələblərinə uyğun müəyyən edilir.

5.2.3 Gigiyenik və uyğunluq sertifikatı olan, müvafiq texniki normativ hüquqi akt üzrə istifadəsinə icazə verilən, təhlükəsizlik və keyfiyyətcə bu standartın 5.2-ci bəndində göstərilənlərdən aşağı olmayan xaricdən alınan analoji xammal və materiallardan istifadə etməyə yol verilir.

5.2.4 Xammalın tərkibində toksiki elementlərin, mikotoksinlərin, antibiotiklərin, pestisidlərin və radionuklidlərin miqdarı müvafiq texniki normativ hüquqi aktlar üzrə yol verilən hədlərdən yüksək olmamalıdır.

5.3.1 Pasterizə edilmiş qaymaq müvafiq texniki normativ hüquqi aktlar üzrə süd məhsulları ilə təmasına icazə verilən qablaşdırma materiallarından hazırlanan daşınma, saxlanma və satış zamanı məhsulun qorunub saxlanmasını təmin edən, tutumu 0,5 dm – dək olan istehlak qablarına doldurulur.

Ultrapasterizə edilmiş qaymaq aseptik və aseptik olmayan şəraitdə qablaşdırılmalıdır.

5.3.2 Məhsulun qablaşdırma vahidinin xalis kütləsi yol verilən kənara çıxmalar, % - lə, aşağıdakı kimidir:

- tutumu 0,2 dm – dək olan qablar üçün – ± 3,0;

- tu tumu 0,2 dm – dən artıq olan qablar üçün – ± 2,5.

5.3.3 Qaymaq xalis kütləsi ən çoxu 20 kq olmaqla istehlak qablarına, ГОСТ 13513 üzrə büzməli kartondan hazırlanmış yeşiklərə, müvafiq texniki normativ hüquqi akt üzrə istifadəsinə icazə verilən polimer materiallardan hazırlanmış yeşiklərə qablaşdırılır.

5.3.4 Qaymağın istehlakçı ilə razılaşdırmaqla müvafiq texniki normativ hüquqi akt üzrə icazə verilən materiallardan hazırlanmış digər istehlak və nəqliyyat taralarına qablaşdırılmasına yol verilir.

5.4.1 Markalanma AZS 843 üzrə və aşağıda göstərilən qaydada olmalıdır.

5.4.2 İstehlak tarasına doldurulmuş qaymağın hər bir qablaşdırma vahidinin üzərində aşağıdakı tərkibdə markalanma olmalıdır:

- istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı (olduqda);

- yağlılığı göstərilməklə məhsulun tam adı;

- məhsulun tərkibi (qida əlavələri göstərilməklə);

- saxlanma şəraiti və temperaturu;

- yararlılıq müddəti;

- qaymağın qida və enerji dəyəri haqqında məlumat;

- uyğunluğun təsdiq edilməsi haqqında məlumat;

- bu standartın işarəsi.

5.4.3 Markalanma Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır.

Reklam xarakterli əlavə məlumatlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilməlidir.

5.4.4 Nəqliyyat tarasının markalanması ГОСТ 14192 üzrə “Tez xarab olan məhsul” və “İstidən və birbaşa düşən günəş şüalarından qorunmalı” manipulasiya nişanları göstərilməklə aparılır. Hər bir nəqliyyat tarası vahidinin üzərinə yarlık vurulmalı və ya içərisinə etiket qoyulmalı, onların üzərinə silinməyən, iysiz boya ilə məhsulu xarakterizə edən aşağıdakı markalanma həkk olunmalıdır:

- istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı(olduqda);

- saxlanma şəraiti və temperaturu;

- yararlılıq müddəti;

-uyğunluğun təsdiq edilməsi haqqında məlumat;

- bu standartın işarəsi.

6.1 Qaymaq istehsalında təhkükəsizlik tələbləri ГОСТ 12.2.124-ə uyğun olmalıdır.

6.2 Zərərli maddələrin atmosferə atıla bilən tullantılarına nəzarət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

6.3 Torpağın sənaye və məişət tullantılarından mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

6.4 Qaymağın istehsalında çirkab suların təmizlənməsi, suyun istifadəsi, axıntı suların təmizlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

7.1 Qəbul qaydaları ГОСТ 26809 üzrə həyata keçirilir.

7.2 Buraxılan məhsulun hər bir partiyasının bu standartın tələblərinə uyğunluğu akkreditasiya olunmuş laboratoriya tərəfindən yoxlanmalı və keyfiyyət haqqında vəsiqə tərtib edilməlidir. Keyfiyyət vəsiqəsində aşağıdakılar göstərilir:

- vəsiqənin nömrəsi və verildiyi tarix;

- istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı (olduqda);

- yağlılığı göstərilməklə məhsulun tam adı;

- məhsul partiyasının nömrəsi;

- yük vahidlərinin miqdarı və xalis kütləsi;

- qaymağın fiziki – kimyəvi göstəricilərinin təyini üzrə analiz nəticələri;

- məhsulun istehsal olunduğu tarix və saat (texnoloji prosesin qurtardığı andan etibarən);

- yararlılıq müddəti;

- uyğunluğun təsdiq edilməsi haqqında məlumat;

- bu standartın işarəsi.

7.3 Keyfiyyət vəsiqəsinin əsli istehsalçı müəssisədə saxlanmalı, satışa göndərilən məhsulu müşayiət edən sənədlərdə isə keyfiyyət vəsiqəsinin nömrəsi və verildiyi tarix, məhsulun istehsal olunduğu tarix və saat (texnoloji prosesin qurtardığı andan etibarən), saxlanma temperaturu, son satış müddətinin tarixi, uyğunluğun təsdiq edilməsi haqqında məlumat göstərilməlidir.

7.4 Sınaqların nəticəsi hər hansı bir göstəriciyə görə qənaətbəxş olmadıqda, həmin partiyadan ikiqat miqdarda nümunə götürülərək təkrar yoxlama aparılır. Təkrar sınaqların nəticələri qəti sayılır və bütün partiyaya şamil edilir.

7.5 Dioksinin və melaminin təyini bu çirkləndiricilərlə çirklənməyə dair əsaslı şübhə olduqda istehsalçı tərəfindən bu müayinələrin aparılmasına səlahiyyəti olan laboratoriyalarda müqavilə yolu ilə həyata keçirilir.

8.1 Nümunələrin seçilib götürülməsi və analizə hazırlanması ГОСТ 26809, toksiki elementlərin təyini üçün nümunələrin hazırlanması ГОСТ 26929 üzrə həyata keçirilir.

8.2 Məhsul orqanoleptik olaraq (xarici görünüşü, konsistensiyası, dadı və iyi)müayinə edilir.

8.3 Məhsulun xalis kütləsi və temperaturu ГОСТ 26809, fosfataza ГОСТ 3623, qaymağın turşuluğu ГОСТ 3624, yağın kütlə payı ГОСТ 5867 üzrə təyin edilir.

8.4 Mikrobioloji göstəricilərin təyini – ГОСТ 9225, ГОСТ 30347, ГОСТ 30519 və digər aidiyyəti müvafiq texniki normativ hüquqi aktlar üzrə həyata keçirilir.

8.5 Toksiki elementlər ГОСТ 26927, ГОСТ 26930, ГОСТ 26932, ГОСТ 26933, ГОСТ 30178, ГОСТ 30538 üzrə, pestisidlər ГОСТ 23452 üzrə, mikotoksinlər ГОСТ 30711 üzrə, antibiotiklər və radionuklidlər müvafiq texniki normativ hüquqi akt üzrə təyin edilir.

9.1 Pasterizə və ultrapasterizə edilmiş qaymaqlar izotermik kuzovlu avtomaşınlarda və ya avtorefrijeratorlarda aidiyyəti normativ hüquqi aktların tələblərinə uyğun olaraq daşınır.

9.2 Pasterizə və ultrapasterizə olunmuş qaymaq (aseptik olmayan dolum olduqda) (4±2)°C temperaturda, ultrapasterizə olunaraq qablaşdırılmış qaymaq (aseptik dolum olduqda) 2-25 C temperaturda saxlanılmalıdır.

9.3 Texnoloji prosesin qurtardığı andan etibarən pasterizə edilmiş qaymağın yararlılıq müddəti qida məhsullarının təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərini nəzərə almaqla istehsalçı müəssisə tərəfindən müəyyən edilir.

9.4 Texnoloji prosesin qurtardığı andan etibarən aseptik süzülməklə ultrapasterizə edilmiş qaymağın saxlanma müddəti termiki emal rejimi, istifadə edilən xammal və qablaşdırma materialları nəzərə alınmaqla, istehsalçı tərəfindən müvafiq texniki normativ hüquqi akt üzrə, konkret adda məhsulun texnoloji sənədində ən çoxu 6 ayadək müəyyən edilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “26” aprel 2016-cı il tarixli 160111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. “Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК – 02) müzakirə edilərək, təqdim olunmuşdur.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.

Ümumi texniki şərtlər

General spesifications

Bu standart brendilərə aiddir.

Məhsulun təhlükəsizliyini təmin edən tələblər bu standartın 5.1.3.9 və 5.1.3.10-cu yarımbəndlərində, məhsulun keyfiyyətinə olan tələblər 5.1.2, 5.1.3.1 – 5.1.3.8-ci yarımbəndlərində, markalanmaya olan tələblər isə 5.4-cu bəndində göstərilmişdir.

Bu standart sertifikatlaşdırma məqsədi ilə istifadə oluna bilər.

Bu standartın tələbləri məcburidir.

Bu standartda aşağıdakı normativ sənədlərdən istifadə olunmuşdur:

ГОСТ 8.579-2002 Ölçmələrin vəhdətinin təmin edilməsi dövlət sistemi. İstənilən formada qablaşdırılma malların istehsalı, qablaşdırılması, satışı və idxalı zaman kəmiyyət tələbləri

ГОСТ 247-58 Şərab, konyak spirti, şirələr və meyvə şərbətlərinin çəlləkləri üçün pərçim. Texniki şərtlər

ГОСТ 248-75 Konyak və şərab, şirə və meyvə şirələri üçün çəlləklər. Texniki şərtlər

ГОСТ 2874-82 İçməli su. Gigiyenik tələblər və keyfiyyətə nəzarət

ГОСТ 10117.2-2001 Maye qidalar üçün şüşə butulkalar. Növləri, parametrləri və əsas ölçüləri

ГОСТ 12280-75 Şərab, şərab materialları, konyak və meyvə spirtləri. Aldehidlərin təyini metodları

ГОСТ 13191-73 Şərab, şərab materialı, konyak və konyak spirtləri, spirtlənmiş meyvə-giləmeyvə şirələri. Etil spirtinin təyini

ГОСТ 13192-73 Şərablar, şərab materialı və konyaklar. Şəkərlərin təyini üsulları

ГОСТ 13194-74 Konyak və konyak spirtləri. Metil spirtinin təyini üsulları

ГОСТ 13195-73 Şərab, şərab materialları, konyak və konyak spirtləri. Spirtlənmiş meyvə-giləmeyvə şirələri. Dəmirin təyini üsulları

ГОСТ 14138-2014 Spirtli məhsullar və onların istehsalı üçün xammalllar. Ali spirtlərin kütlə qatılığının spektrofotometrik üsulla təyini

ГОСТ 14139-76 Konyak və meyvə spirtləri. Orta efirlərin təyini üsulları

ГОСТ 14192-96 Yüklərin markalanması

ГОСТ 14251-75 Şərab və şərab materialları, spirtlənmiş meyvə-giləmeyvə şirələri. Çevrilmiş ekstraktların təyini metodu

ГОСТ 15846-2002 Uzaq Şimal rayonlarına və ucqar rayonlara göndərilən məhsullar. Qablaşdırma, markalanma, daşınma və saxlanma

ГОСТ 23943-80 Şərab və konyak. Butulkalara doldurulmanın tam müəyyən edilməsi üsulları

ГОСТ 26927-86 Qida məhsulları və xammalları. Civənin müəyyən edilməsi üsulları

ГОСТ 26929-94 Qida məhsulları və xammalları. Nümunələrin hazırlanması. Toksiki elementlərin miqdarını müəyyən etmək üçün minerallaşma

ГОСТ 26930-86 Qida məhsulları və xammalları. Arsenin təyini üsulları

ГОСТ 26932-86 Qida məhsulları və xammalları. Qurğuşunun təyini üsulları

ГОСТ 26933-86 Qida məhsulları və xammalları. Kadmiumun təyini üsulları

ГОСТ 30178-96 Qida məhsulları və xammalları. Toksiki elementlərin atom-absorbsiya üsulu ilə təyini üsulları

ГОСТ 30538-97 Qida məhsulları. Toksiki elementlərin atom-emissiyon üsulu ilə təyini üsulları

ГОСТ 31728-2014 Konyak distillyatları. Texniki şərtlər

ГОСТ 31730-2012 Şərabçılıq məhsulları. Qəbul qaydaları və nümunələrin seçilməsi üsulları

ГОСТ 32000-2012 Spirtli məhsullar və onların istehsalı üçün xammallar. Çevrilmiş ekstraktların kütlə qatılığının təyini üsulları

ГОСТ 32001-2012 Spirtli məhsullar və onların istehsalı üçün xammallar. Uçucu turşuların kütlə qatılığının təyini üsulları

ГОСТ 32051-2013 Şərabçılıq məhsulları. Orqanoleptik analiz üsulları

ГОСТ 32095-2013 Spirtli məhsullar və onların istehsalı üçün xammallar. Etil spirtinin həcm payının təyini üsulları

ГОСТ 32131-2013 Spirtli və spirtsiz qida məhsulları üçün şüşə butulkalar. Ümumi texniki şərtlər

ГОСТ 33222-2015 Ağ şəkər. Texniki şərtlər

Bu standartda müvafiq təriflərlə aşağıdakı terminlərdən istifadə edilmişdir:

3.1 brendi: ”Vitis vinifera” üzüm sortlarından alınan süfrə şərabı materialının fraksiyalı distillasiyası (qovulması) yolu ilə hazırlanan distillatlarının ən azı 3 il palıd taxtalar ilə təmasda saxlanılması ilə alınan və etil spirtinin həcm payı ən azı 40 % olan şərabçılıq məhsulu.

3.2 üç illik brendi: Palıd çəlləklərdə, palıd butlarda (iri çəlləklərdə) və ya icərisinə palıd taxtalar döşənmiş minalı yaxud paslanmayan poladdan hazırlanmış çənlərdə 3 ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.3 dörd illik brendi: Palıd çəlləklərdə, palıd butlarda (iri çələklərdə) və ya içərisinə palıd taxtalar döşənmiş minalı yaxud paslanmayan poladdan hazırlanmış çənlərdə 4 ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.4 beş illik brendi: Palıd çəlləklərdə, palıd butlarda (iri çəlləklərdə) və ya icərisinə palıd taxtalar döşənmiş minalı yaxud paslanmayan poladdan hazırlanmış çənlərdə 5 ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.5 saxlanmış brendi (“SB”): Palıd çəlləklərdə və ya palıd butlarda (iri çəlləklərdə) altı ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.6 yüksək keyfiyyətli saxlanmış brendi (“YKSB”): Palıd çəlləklərdə və ya palıd butlarda (iri çəlləklərdə) səkkiz ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.7 qədim brendi (“QB”): Palıd çəlləklərdə və ya palıd butlarda (iri şəlləklərdə) 10 ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.8 çox qədim brendi (“ÇQB”): Palıd çəlləklərdə və ya palıd butlarda (iri çəlləklərdə) 20 ildən az olmayaraq yetişdirilmiş distillatdan hazırlanmış brendi.

3.9 kolleksiya brendisi: Kupajdan (tərkib hissələrinin qarışdırılmasından) sonrakı dincə qoyma nəzərə alınmadan, əlavə üç il palıd çəlləklərdə, butlarda (iri çəlləklərdə) saxlanmış brendi (“SB”), yüksək keyfiyyətli saxlanmış brendi (“YKSB”), qədim brendi (“QB”), çox qədim brendi (“ÇQB”).

3.10 emal olunmuş brendi: İstehlak qablarına doldurulan və ya müxtəlif yeyinti məhsullarının istehsalı üçün nəzərdə tutulan və hazır məhsul kimi əhaliyə satışa verilməyən brendi.

4.1 Distillatların dincə qoyulma müddətləri və qaydalarından asılı olaraq brendi üç illik, dörd illik, beş illik, saxlanmış brendi (“SB”), yüksək keyfiyyətli saxlanmış brendi (“YKSB”), qədim brendi (“QB”), çox qədim brendi (“ÇQB”) ola bilər.

4.2 Saxlanmış brendi (“SB”), yüksək keyfiyyətli saxlanmış brendi (“YKSB”), qədim brendi (“QB”), çox qədim brendi (“ÇQB”) kolleksiya brendisi ola bilər.

4.3 Üç illik brendi, dörd illik brendi, beş illik brendi, saxlanmış brendi (“SB”), yüksək keyfiyyərli saxlanmış brendi (“YKSB”), qədim brendi (“QB”), çox qədim brendi (“ÇQB”) və kolleksiya brendisi, istehsal mənşəyinə görə ad verilən brendi ola bilər.

5.1 X a r a k t e r i s t i k a l a r

5.1.1 Brendi bu standartın tələblərinə, sanitariya norma və qaydalarına riayət etməklə istehsal olunmalıdır.

5.1.2 Brendi orqanoleptik göstəricilərinə görə cədvəl 1-də göstərilən tələblərə uyğun olmalıdır.

Şəffaf, çöküntüsüz və kənar hissəciklərsiz

Açıq qızılıdan qızılı çalarlı tünd-kəhrəbaya qədər

Konkret brendiyə xas olan, kənar dadsız və iysiz

5.1.3 Fiziki-kimyəvi göstəricilərinə görə brendi aşağıdakı tələblərə uyğun olmalıdır:

5.1.3.1 Brendidə etil spirtinin həcm payı yol verilən kənaraçıxmalar nəzərə alınmaqla 40 %-dən az olmamalıdır.

İstehlak tarasına doldurulmuş konkret adlı brendidə etil spirtinin həcm payında ± 0,3 %, emal olunmuş brendidə isə mənfi 0,1 %-dən müsbət 0,3 %-ə qədər kənaraçıxmalara yol verilir.

5.1.3.2 Brendidə invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı, yol verilən kənaraçıxmalar nəzərə alınmaqla, ən coxu 20 q/dm olmalıdır.

Konkret adlı brendi üçün şəkərlərin kütlə qatılığından kənaraçıxma ən çoxu ± 2,0 q/dmola bilər.

5.1.3.3 Brendidə dəmirin kütlə qatılığı 1,5 mq/dm-dan çox olmamalıdır.

5.1.3.4 Brendidə ali spirtlərin kütlə qatılığı, izomil spirti hesabı ilə, susuz spirtdə ən azı 170 mq/100 sm və ən çoxu 500 mq/100 sm olmalıdır.

5.1.3.5 Brendidə aldehidlərin kütlə qatılığı, sirkə aldehidi hesabı ilə, susuz spirtdə, ən azı 5,0 mq/100 sm, ən çoxu 50,0 mq/100 sm olmalıdır.

5.1.3.6 Brendidə orta efirlərin kütlə qatılığı sirkə-etil efiri hesabı ilə, susuz spirtdə, ən azı 50 mq/100 sm, ən çoxu 270 mq/ 100 smolmalıdır.

5.1.3.7 Brendidə uçucu turşuların kütlə qatılığı sirkə turşusu hesabı ilə, susuz spirtdə, 200 mq/100 sm-dan çox olmamalıdır.

5.1.3.8 Brendidə gətirilmiş ekstraktın kütlə qatılığı üç illik, dörd illik, beş illik brendi üçün ən azı 0,5 q/ dm, saxlanmış brendi (“SB”), yüksək keyfiyyərli saxlanmış brendi (“YKSB”), qədim brendi (“QB”), çox qədim brendi (“ÇQB”) üçün ən azı 0,6 q/dmolmalıdır.

5.1.3.9 Brendidə metil spirtinin kütlə qatılığı susuz spirt hesabı ilə 1 q/dm –dan çox olmamalıdır.

5.1.3.10 Brendidə toksiki elementlər və radionuklidlərin miqdarı müvafiq texniki normativ hüquqi akt üzrə yol verilən hədlərdən yüksək olmamalıdır.

5.2 Xammal və köməkçi materiallara olan tələblər

5.2.1 Brendi istehsalı üçün aşağıdakı xammallardan istifadə olunur:

- azı üç il dincə qoyulmaqla yetişdirilmiş konyak distillatları ГОСТ 31728 üzrə;

- ağ şəkər ГОСТ 33222 üzrə;

- adi şəkər koleri (E150 a) qüvvədə olan normativ sənədə əsasən;

- codluğu 0,36 Ж mq / l qədər olan yumşaldılmış içməli su və codluğu 1Ж qədər olan təbii yumşaldılmamış su ГОСТ 2874 üzrə;

Brendi istehsalında, brendi ilə kontaktda olarkən onun keyfiyyət və təhlükəsizliyini təmin edən texnoloji köməkçi materiallardan istifadə edilir.

5.2.2 İstifadə edilən xammalın təhlükəsizlik göstəriciləri müvafiq texniki normativ hüquqi akt üzrə yol verilən hədlərdən yüksək olmamalıdır.

5.3 Q a b l a ş d ı r m a

5.3.1 Brendinin qablaşdırılması ГОСТ 32061 üzrə olmalıdır.

5.3.2 Brendi ГОСТ 32131, ГОСТ 10117.2 üzrə şüşə butulkalara, eləcə də məhsulun keyfiyyət və təhlükəsizliyini təmin edən suvenir hədiyyə büllur, saxsı və şüşə hədiyyə istehlak qablarına doldurulur.

5.3.3 Şüşə butulkalara brendi həcmə və ya səviyyəyə görə doldurulur.

Bir qablaşdırma vahidində məhsulun faktiki (doldurulma tamlığı) həcmi, yol verilən kənaraçıxmalar nəzərə alınmaqla, istehlak tarasında göstərilən markalanmadakı nominal miqdara uyğun olmalıdır.

Bir qablaşdırma vahidində məhsulun nominal miqdarından yol verilən kənaraçıxmaların hədləri ГОСТ 8.579 (bənd 4.2 a) üzrə müəyyən olunur.

5.3.4 Brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanır.

5.3.5 Brendi doldurulmuş butulkalar məhsulun keyfiyyət və təhlükəsizliyini təmin edən daşınma tarasına qablaşdırılır.

Soyuq iqlimli ölkələrə (Uzaq Şimala) daşındıqda, brendi doldurulmuş butulkalar ГОСТ 15846 üzrə qablaşdırılır.

5.3.6 Daşınması nəzərdə tutulan emal olunmuş brendi, məhsulun keyfiyyət və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmış daşınma tarasına doldurulur.

5.3.7 Brendi doldurulmuş çəlləklərdə, çəlləyin ümumi tutumunun 1-2%-i qədər boş yer qalmalıdır. Palıd çəlləklər köndələn tıxacla bağlanır, onların altına təmiz kətan qoyulur. Şpuntun üstündən tənəkə lövhə vurulur.

5.4.1 İstehlak tarasının markalanması ГОСТ 32061 üzrə olmalıdır.

5.4.2 Markalanma zamanı brendinin yaşının “ulduzlar”la göstərilməsinə icazə verilir.

Q e y d: Ж – codluq dərəcəsi 1 Ж=1 mq-ekv/l

6.1 Qəbul qaydaları ГОСТ 31730 üzrə həyata keçirilir.

7.1 Nümunə götürmə ГОСТ 31730 üzrə;

7.2 Orqanoleptik göstəricilərin təyini ГОСТ 32051 üzrə;

7.3 Etil spirtinin kütlə qatılığının təyini ГОСТ 32095 üzrə;

7.4 Şəkərlərin kütlə qatılığının təyini ГОСТ 13192 üzrə;

7.5 Uçucu turşuların kütlə qatılığının təyini ГОСТ 32001 üzrə;

7.6 Dəmirin kütlə qatılığının təyini ГОСТ 13195 üzrə;

7.7 Ali spirtlərin kütlə qatılığının təyini ГОСТ 14138 üzrə;

7.8 Aldehidlərin kütlə qatılığının təyini ГОСТ 12280 üzrə;

7.9 Orta efirlərin kütlə qatılığının təyini ГОСТ 14139 üzrə;

7.10 Metil spirtinin kütlə qatılığının təyini ГОСТ 13194 üzrə.

7.11 Gətirilmiş ekstraktın təyini ГОСТ 32000 üzrə;

7.12 Nümunələrin minerallaşmaya hazırlanması ГОСТ 26929 üzrə;

7.13 Toksiki elementlərin təyini:

- qurğuşunun təyini ГОСТ 26932, ГОСТ 30178, ГОСТ 30538 üzrə;

- arsenin təyini ГОСТ 26930, ГОСТ 30538 üzrə;

- kadmiumun təyini ГОСТ 26933, ГОСТ 30178, ГОСТ 30538 üzrə;

- civənin təyini ГОСT 26927 üzrə.

7.14 Faktiki həcmin (doldurmanın tamlığının) təyini ГОСТ 23943 üzrə.

8.1 Brendinin daşınması və saxlanması ГОСT 32061 üzrə təmin olunmalıdır.

8.2 İstehlak tarasına doldurulmuş brendi bütün növ üstü örtülü nəqliyyat vasitələri ilə, bu növ nəqliyyatda qüvvədə olan yüklərin daşınması qaydalarına uyğun daşınır. Brendi daşınarkən bu standartın 8.3-cü bəndində göstərilmiş temperatur və nisbi nəmlik şərtləri nəzərə alınmalıdır.

8.3 İstehlak tarasına doldurulmuş brendi 5C-dən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85 %-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düşməyən yerdə saxlanılmalıdır.

8.4 Emal olunmuş brendi dəmir yolu, su və avtomobil nəqliyyatı ilə, bu növ nəqliyyatda müəyyən olunmuş yüklərin daşınması qaydalarına uyğun daşınır.

8.5 Emal olunmuş brendi 5C-dən yuxarı temperaturda və havanın nisbi rütubəti 85 %-dən yuxarı olmayan şəraitdə palıd çəlləklərdə və palıd butlarda (iri çəlləklərdə), 5C-dən az olmayan temperaturda məhsulun keyfiyyətini və təhlükəsizliyini təmin edən emallı, titan yaxud paslanmayan poladdan hazırlanmış çənlərdə saxlanılır.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “26” aprel 2016-cı il tarixli 160111500015 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2.“ Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitədə (ТК – 02) müzakirə edilərək, təqdim olunmuşdur.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.

TÜND ALKOQOLLU İÇKİLƏR

General spesifcations

Bu standart rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir.

Məhsulun təhlükəsizliyinə dair bu standartın 4.1.4 və 4.1.6-cı bəndlərində, keyfiyyətinin təmin edilməsinə dair 4.1.2; 4.1.3; 4.1.4 və 4.1.5-ci bəndlərində, doldurulmasına, qablaşdırılmasına və markalanmasına dair 4.3-cü bəndində götərilmiş tələblər məcburidir.

Bu standart sertifikatlaşdırma məqsədləri üçün istifadə oluna bilər.

Bu standartda aşağıdakı normativ sənədlərdən istifadə olunmuşdur:

ГОСТ 908-2004 Ərzaq limon turşusu (monohidrat). Texniki şərtlər

ГОСТ 2874-82 İçməli su. Gigiyenik tələblər və keyfiyyətə nəzarət

ГОСТ 5962-2013 Ərzaq xammalından alınmış rektifikasiya olunmuş etil spirti. Texniki şərtlər

ГОСТ 12290-89 Yeyinti mayeləri üçün filtrasiya kartonu. Texniki şərtlər

ГОСТ 18192-72 Qatılaşdırılmış meyvə və giləmeyvə şirələri. Texniki şərtlər

ГОСТ 19792-2001 Təbii bal. Texniki şərtlər

ГОСТ 26927-86 Ərzaq xammalı və məhsulları. Civənin təyini üsulları

ГОСТ 26929-94 Ərzaq xammalı və məhsulları. Nümunələrin hazırlanması

ГОСТ 26930-86 Ərzaq xammalı və məhsulları. Arsenin təyini üsulları

ГОСТ 26932-86 Ərzaq xammalı və məhsulları. Qurğuşunun təyini üsulları

ГОСТ 26933-86 Ərzaq xammalı və məhsulları. Kadmiumun təyini üsulları

ГОСТ 28539-90 Spirtlənmiş meyvə və giləmeyvə şirələri. Texniki şərtlər

ГОСТ 28616-90 Meyvə şərabları. Ümumi texniki şərtlər

ГОСТ 31728-2012 Konyak distillyatları. Texniki şərtlər

ГОСТ 31732-2012 Konyak. Ümumi texniki şərtlər

ГОСТ 32030-2013 Süfrə şərabları və süfrə şarabı materialları. Ümumi texniki şərtlər

ГОСТ 32051-2013 Şərabçılıq məhsulları. Orqanoleptik analiz üsulları

ГОСТ 32080-2013 Likör-araq məhsulları. Qəbul qaydaları və analiz üsulları

ГОСТ 32035-2013 Araqlar və xüsusi araqlar. Qəbul qaydaları və analiz üsulları

ГОСТ 32098-2013 Araqlar və xüsusi araqlar, Likör-araq məhsulları və likörlər. Qablaşdırma, markalama, daşınma və saxlanma

ГОСТ 33222-2015 Ağ şəkər. Texniki şərtlər

Tünd alkoqollu içki - rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş meyvə, giləmeyvə və ətirli bitkilərin hissəciklərinin, şirələrinin, təbii bitki xammalından ekstraksiya yolu ilə alınmış aromatik spirtlərin, efir yağlarının, üzüm şərablarının, konyakın və konyak distillyatının, şəkərin, limon turşusunun, istifadəsinə texniki normativ hüquqi akt üzrə icazə verilmiş digər ərzaq təyinatlı məhsullar və xammalların əlavə olunması yolu ilə alınmış alkoqollu içkidir.

4.1 Xarakteristikaları

4.1.1 Tünd alkoqollu içkilər bu standartın tələblərinə uyğun olaraq, eləcə də sanitar norma və qaydalara əməl olunmaqla istehsal olunmalıdır.

4.1.2 Xarici görünüşünə görə tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır. Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəciklərinin və digər əlavələrin olmasına yol verilir.

4.1.3 Orqanoleptik xüsusiyyətlərinə görə tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır.

4.1.4 Fiziki-kimyəvi göstəricilərinə görə tünd alkoqollu içkilər cədvəl 1-də göstərilən normalara uyğun olmalıdır.

Ümumi ekstraktın kütlə qatılığı, q/100 sм

Şəkərin kütlə qatılığı, q/100 sм

Turşuların kütlə qatılığı (limon turşusu

hesabı ilə), q/100 sм

Metil spirtinin həcm payı (susuz spirt hesabı ilə), %, çox olmamalı

Qeyd: Sivuş yağları, aldehidlər və orta efirlərin yol verilən həddi konkret məhsulun istehsalında istifadə edilən xammalın tərkibindən asılı olaraq texnoloji sənəddə müəyyənləşdirilir.

4.1.5 Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərin fiziki-kimyəvi göstəricilərində yol verilən kənaraçıxmalar cədvəl 2-də göstərilən normalara uyğun olmalıdır.

Ümumi ekstraktın kütlə qatılığı, q/100 sм

Şəkərin kütlə qatılığı, q/100 sм

Turşuların kütlə qatılığı (limon turşusu

hesabı ilə), q/100 sм

4.1.6 Tünd alkoqollu içkilərin tərkibində toksiki elementlərin və radionuklidlərin kütlə qatılığı müvafiq texniki normativ hüquqi aktlar üzrə yol verilən hədlərdən çox olmamalıdır.

Yol verilən hədd, ən çoxu

Toksiki elemenlərin kütlə qatılığı, mq/kq:

Radionuklidlər, Bk/l:

4.2 Xammal və materiallara olan tələblər

Tünd alkoqollu içkilərin istehsalı üçün aşağıdakı xammal və materiallar istifadə olunur:

- ərzaq xammalından alınmış rektifikasiya olunmuş etil spirti (I növ və Bazis spirtləri istisna olmaqla) ГОСТ 5962 üzrə;

- meyvə spirti qüvvədə olan normativ sənəd üzrə;

- konyak distillyatları ГОСТ 31728 üzrə;

- təzə, dondurulmuş və qurudulmuş meyvələr və giləmeyvələr qüvvədə olan normativ sənəd üzrə;

- qurudulmuş bitkilərdən alınmış xammal: qabıqlar, toxumlar, otlar, köklər, çiçəklər, tumurcuqlar, sitrus meyvələrinin qabıqları qüvvədə olan normativ sənəd üzrə;

- qatılaşdırılmış meyvə və giləmeyvə şirələri ГОСТ 18192 üzrə;

- spirtlənmiş meyvə və giləmeyvə şirələri ГОСТ 28539 üzrə;

- meyvə şərabları ГОСТ 28616 üzrə;

- təzə meyvə və giləmeyvələrin spirtlənmiş şərbətləri, qurudulmuş meyvə və giləmeyvələrin spirtlənmiş şərbətləri, meyvə və giləmeyvələrin spirtlənmiş cövhərləri, təbii bitkilərdən ekstraksiya yolu ilə alınmış aromatik spirtlər qüvvədə olan texniki normativ hüquqi aktlar üzrə;

- ağ şəkər ГОСТ 33222 və ya əla növ maye şəkər qüvvədə olan normativ müvafiq texniki normativ hüquqi aktlar;

- süfrə şərabı və süfrə şərab materialları ГОСТ 32030 üzrə;

- konyak ГОСТ 31732 üzrə;

- təbii bal ГОСТ 19792 üzrə;

- ərzaq üçün limon turşusu ГОСТ 908 üzrə;

- filtrasiya üçün karton ГОСТ 12290 üzrə;

- içməli su (təbii su üçün codluğu 1 mol / м-ə qədər, yumşaldılmış su üçün codluğu 0,36 mol/м-ə qədər) ГОСТ 2874 üzrə;

- digər ərzaq təyinatlı məhsullar və xammalların istifadəsinə müvafiq texniki normativ hüquqi aktlar üzrə icazə verilir.

4.3 Doldurulma, qablaşdırma və markalanma

Tünd alkoqollu içkilərin doldurulması, qablaşdırılması və markalanması ГОСТ 32098 üzrə aparılır.

5.1 Qəbul qaydaları ГОСТ 32080 üzrə aparılır.

6.1 Nümunələrin seçilməsi ГОСТ 32080, ГОСТ 5363 üzrə aparılır.

6.2 Orqanoleptik göstəricilərin təyini ГОСТ 32051 üzrə aparılır.

6.3 Tündlüyün, ümumi ekstraktın kütlə qatılığı, şəkərin kütlə qatılığı, turşuların kütlə qatılığının təyini ГОСТ 32080 üzrə aparılır.

6.4 Aldehidlərin, sivus yağının, efirlərin kütlə qatılığının və metil spirtinin həcm payının təyini ГОСТ 32035 üzrə aparılır.

6.5 Toksiki elementlərin miqdarının təyini üçün nümunələrin hazırlanması ГОСТ 26929 üzrə aparılır.

6.6 Toksiki elementlərin miqdarının təyini ГОСТ 26927, ГОСТ 26930, ГОСТ 26932, ГОСТ 26933 üzrə, radionuklidlərin təyini aidiyyəti texniki normativ hüquqi aktlarla təsdiq olunmuş metodikaya əsasən aparılır.

Tünd alkoqollu içkilərin daşınması və saxlanması ГОСТ 32098 üzrə həyata keçirilir.

8.1 İstehsalçı daşınma və saxlanma şəraitinə əməl olunması şərti ilə tünd alkoqollu içkilərin bu standartın tələblərinə uyğun olmasına zəmanət verir.

8.2 Tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır.

8.3 Tərkibində konyak, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 4 aydır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver