AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASI QƏRARI
Dövlət standartlarının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 iyul tarixli 576 nömrəli Fərmanının 3-cü bəndini, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı dövlət standartları təsdiq edilsin:
1.1 АZS 876-2016 (ГОСТ Р 53932-2010) “Boru pəstahı. Ümumi texniki şərtlər” (1 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R. Cavadzadəyə) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyevə) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (N. Rəhimova) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “26” may 2016-cı il tarixli 160111500016 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ГОСТ Р 53932-2010 «Çаготовка трубная. Общие технические условия» standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2021-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
____________________________________________________________________________
Boru pəstahı. Ümumi texniki şərtlər
Tube billet. General specifications
____________________________________________________________________________
Bu standart tikişsiz boruların istehsalı üçün, o cümlədən yüksək korroziya davamlı qaz və neft boru kəmərlərinin istehsalı üçün nəzərdə tutulmuş boru pəstahlarına şamil edilir.
Bu standartda aşağıdakı standartlar istinad edilmişdir:
ГОСТ 380—2005 Adi keyfiyyətli karbonlu polad. Markalar
ГОСТ 1050—2013 Keyfiyyətli konstruksiyalı karbonlu poladdan olan səthin xüsusi işlənməsiylə kalibrlənmiş sortluq prokat. Ümumi texniki şərtlər
ГОСТ 1497—84 (ISO 6892—84) Metallar. Dartılma üzrə sınaq metodları
ГОСТ 1778—70 (ISO 4967—79) Polad. Qeyri-metal qarışıqların təyin edilməsinin metalloqrafiya metodları
ГОСТ 2590—2006 Dairəvi isti yayılmış sortluq prokat. Çeşid
ГОСТ 2789—73 Səthin kələkötürlüyü. Parametrlər və xarakteristikalar
ГОСТ 4543—71 Legirlənmiş konstruksiyalı poladdan olan prokat. Texniki şərtlər
ГОСТ 5639—82 Poladlar və ərintilər. Dənin ölçüsününün aşkar edilməsi və müəyyən edilməsi metodları
ГОСТ 7564—97 Prokat. Mexaniki və texnoloji sınaqlar üçün nümunələrin, pəstahların və nümunələrin ümumi seçilmə qaydaları
ГОСТ 7565—81 (ISO 377-2—80) Çuqun, polad və ərintilər. Kimyəvi tərkibin təyin edilməsi üçün nümunələrin seçilməsi metodu
ГОСТ 7566—94 Metal məmulatları. Qəbulu, markalanması, qablaşdırılması, daşınması və saxlanması
ГОСТ 9454—78 Metallar. Aşağı, otaq və yüksək temperaturlarda zərbə ilə əyilməyə görə sınaq metodu
ГОСТ 10243—75 Polad. Sınaq metodu və makrostrukturun qiymətləndirilməsi
ГОСТ 12344—2003 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Karbonun təyin edilməsi metodları
ГОСТ 12345—2001 (ISO 671—82, ISO 4935—89) Legirlənmiş və yüksək legirlənmiş poladlar. Kükürdün təyin edilməsi metodları
ГОСТ 12346—78 (ISO 439—82, ISO 4829-1—86) Legirlənmiş və yüksək legirlənmiş poladlar. Silisiumun təyin edilməsi metodları
ГОСТ 12347—77 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Fosforun təyin edilməsi metodları
ГОСТ 12348—78 (ISO 629-82) Legirlənmiş və yüksək legirlənmiş poladlar. Manqanın təyin edilməsi metodları
ГОСТ 12349—83 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Volframın təyin edilməsi metodları
ГОСТ 12350—78 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Xromun təyin edilməsi metodları
ГОСТ 12351—2003 (ISO 4942:1988, ISO 9647:1989) Legirlənmiş və yüksək legirlənmiş poladlar. Vanadiumun təyin edilməsi metodları
ГОСТ 12352—81 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Nikelin təyin edilməsi metodları
ГОСТ 12354—81 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Molibdenin təyin edilməsi metodları
ГОСТ 12355—78 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Misin təyin edilməsi metodları
ГОСТ 12356—81 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Titanın təyin edilməsi metodları
ГОСТ 12357—84 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Alüminiumun təyin edilməsi metodları
ГОСТ 12359—99 (ISO 4945—77) Legirlənmiş və yüksək legirlənmiş poladlar. Azotun təyin edilməsi metodları
ГОСТ 12361—2002 Legirlənmiş və yüksək legirlənmiş poladlar. Niobiumun təyin edilməsi metodları
ГОСТ 14959—79 Resorlu-yaylı karbonlu və legirlənmiş poladdan olan prokat. Texniki şərtlər
ГОСТ 17745—90 Polad və ərintilər. Qazların təyin edilməsi metodları
ГОСТ 18895—97 Polad. Fotoelektrik spektral təhlili metodu
ГОСТ 19281—2014 Yüksək möhkəmlikdə poladdan olan prokat. Ümumi texniki şərtlər
ГОСТ 20072—74 İstiyədavamlı polad. Texniki şərtlər
ГОСТ 21120—75 Dairəvi və düzbucaqlı kəsikli çubuqlar və pəstahlar. Ultrasəs defektoskopiya metodları
ГОСТ 22536.0—87 Karbonlu polad və legirlənməmiş çuqun. Təhlil metodlarına dair ümumi tələblər
ГОСТ 22536.1 —88 Karbonlu polad və legirlənməmiş çuqun. Ümumi karbonun və qrafitin təyin edilməsi metodları
ГОСТ 22536.2—87 Karbonlu polad və legirlənməmiş çuqun. Kükürdün təyin edilməsi metodları
ГОСТ 22536.3—88 Karbonlu polad və legirlənməmiş çuqun. Fosforun təyin edilməsi metodları
ГОСТ 22536.4—88 Karbonlu polad və legirlənməmiş çuqun. Silisiumun təyin edilməsi metodları
ГОСТ 22536.5—87 (ISO 629—82) Karbonlu polad və legirlənməmiş çuqun. Manqanın təyin edilməsi metodları
ГОСТ 22536.6—88 Karbonlu polad və legirlənməmiş çuqun. Arsenin təyin edilməsi metodları
ГОСТ 22536.7—88 Karbonlu polad və legirlənməmiş çuqun. Xromun təyin edilməsi metodları
ГОСТ 22536.8—87 Karbonlu polad və legirlənməmiş çuqun. Misin təyin edilməsi metodları
ГОСТ 22536.9—88 Karbonlu polad və legirlənməmiş çuqun. Nikelin təyin edilməsi metodları
ГОСТ 22536.10—88 Karbonlu polad və legirlənməmiş çuqun. Alüminiumun təyin edilməsi metodları
ГОСТ 22536.11—87 Karbonlu polad və legirlənməmiş çuqun. Titanın təyin edilməsi metodları
ГОСТ 22536.12—88 Karbonlu polad və legirlənməmiş çuqun. Vanadiumun təyin edilməsi metodları
ГОСТ 26877—2008 Metal məmulatları. Formaların kənaraçıxmalarının ölçmə metodları
ГОСТ 28033—89 Polad. Rentgenfluoressensiya təhlil metodu
ГОСТ 28473—90 Metalik çuqun, polad, ferroərintilər, xrom, manqan. Təhlil metodlarına dair ümumi tələblər
ОСТ 14-1-34—90 Parametrlər arasında korrelyasion əlaqələr üzrə metal məhsulun keyfiyyətinə statistik qəbul nəzarəti
ОСТ 14-1-235—91 Polad. Sortlu prokatların və boru pəstahlarının istehsalı üçün fasiləsiz tökmə pəstahlarının makrostrukturuna nəzarət metodları
Boru pəstahı hazırlanır:
-istehsal üsulu üzrə:
külçədən qaynar deformasiya olunmuş-KQD;
fasiləsiz tökmə pəstahlarından qaynar deformasiya olunmuş-FTQD;
ölçüsüz uzunluqlu ölçülü-ÖU1;
ölçüsüz uzunluqlu tam bölünən ölçülü-BÖ1;
ölçüsüz uzunluq daxilində məhdudlaşdırılmış-MU;
məhdudlaşdırılmış ölçüsüz uzunluqlu -MU1;
- əyrilik üzrə - I, II, III, IV sinifləri;
- səthin işlənməsi üzrə:
soyulmadan və ya yonulmadan;
yonulmuş və ya soyulmuş vəziyyətdə-YS;
- kənarların keyfiyyəti üzrə:
tilişkilərə tələblər olmadan;
tilişkilər olmada - TO;
- mexaniki xassələrə nəzarətin olması üzrə:
mexaniki xassələr normalaşdırılmadan və nəzarət olmadan;
mexaniki xassələrin normalaşdırılması və nəzarəti ilə - M;
- 1 və 2 kompozisiya üzrə 10ПЛ və 20ПЛ markalı təbii legirlənmiş poladlardan olan poru pəstahlarının korroziyaya davamlılığına görə.
aşağıdakı kimyəvi tərkibli qaynar deformasiya olunmuş polad markalarından hazırlanır:
- ГОСТ 380 üzrə - Ст2сп, СтÇсп və Ст4сп;
- ГОСТ 14959 üzrə - 65, 70, 75, 80, 85, 60Г, 65Г и 70Г;
- cədvəl 1 üzrə - А, С, Д, ДБ, 10Г2А, 12Г2А, 12Х2НВФА (IИ712), 18Г2, 32Г2, 36Г2С, 37Г2С, 37ХГФ, 38ХНМ və 60ХФА;
- cədvəl 2 üzrə - 10ПЛ и 20ПЛ (1 və 2 kompozisiyaları);
- С-55,0ХМ, ОХНÇМ — sifarişin rəsmiləşdirilməsi zamanı razılaşdırılır;
sifarişin rəsmiləşdirilməsi zamanı razılaşdırılan polad markalardan fasiləsiz tökmə ilə hazırlanır.
4.1.1 Sifarişçinin tələbi üzrə kükürdün kütlə payı ən çox 0, 035 % olan karbonlu poladdan hazırlanmış boru pəstahının tədarükünə icazə verilir. Bu halda markanın sonuna A hərfi yazılır, məsələn 20 A.
4.2 Poladın 1 və 2-ci cədvəllərdə göstərilən markalarından olan boru pəstahlarında çalovdakı ərintidən götürülən nümunənin analizində kimyəvi tərkib üzrə kənarlaşmalara icazə verilir. Poladın aşağıdakı markaları üçün həddi kənarlaşmalar normaları aşmamalıdır:
- А, С, Д və ДБ —kükürdün və fosforun kütlə payının icazə verilməyən kənarlaşmaları istisna olmaqla, ГОСТ 380 üzrə normalardan;
-10ПЛ və 20ПЛ —ГОСТ 1050 üzrə normalardan;
- 10Г2А, 12Г2А, 12Х2НВФА (IИ712), 18Г2, 32Г2, 36Г2С, 37Г2С, 37ХГФ, 38ХНМ və 60ХФА —ГОСТ 4543 üzrə normalardan.
С-55,0ХМ, ОХНÇМ markalı poladlar üçün həddi kənarlaşmalar sifarişin rəsmiləşdirilməsi zamanı razılaşdırılır.
4.3 Poladın karbon ekvivalenti Cekv aşağıdakı həddi aşmamalıdır:
0,43 % - 10ПЛ markalı polad üçün;
0,46 % - 20ПЛ markalı polad üçün.
4.3.1 Sifarişçinin tələbi üzrə digər markalı poladdan olan boru pəstahı normalaşdırılmış karbon ekvivalenti ilə Cekv tədarük edilir. Karbon ekvivalentinin normaları sifarişin rəsmiləşdirilməsi zamanı razılaşdırılır.
Qeyd 1. "-" işarəsi elementlərin kütləvi payı normalaşdırılmadığı və nəzarət edilmədiyi deməkdir. 2. Skrap-proses ilə və ya mis külçədən hazırlanmış poladda, kütlə payı ən çox 0.30% olan qalıq misə və nikelə icazə verilir 3. 37Г2С markalı poladda azotun kütlə payı 0,012% -dən çox olmamalıdır. 4. Aşağıdakı markalı poladlarda qalıq elementlərin kütlə payı: - А, С, Д и ДБ - ГОСТ 380 üzrə; - 10Г2А, 12Г2А, 18Г2, 32Г2, 36Г2С, 37Г2С, 60ХФА, 37ХГФ, 38ХНМ və 12Х2НВФА (IИ712) - ГОСТ 4543 üzrə.
Qeyd – poladda arsenin kütlə payına 0,08% -dən çox olmayaraq icazə verilir.
5.1 Qaynar deformasiya üsulu ilə boru pəstahları 70mm-dən - 350 mm – dək diamertrdə hazırlanır.
5.1.1 Boru pəstahının diametri və həddi kənarlaşmaları 3 və 4-cü cədvəllərdə verilənlərə uyğun olmalıdır.
70 –dən 159 qədər (159 daxil olmaqla)
V1 – bu standartın 4-cü cədvəl üzrə
160 – dan 200 qədər (200 daxil olmaqla)
V2, V3 - ГОСТ 2590 üzrə
200-dən yuxarı – 270 qədər (270 daxil olmaqla)
V1 – bu standartın 4-cü cədvəli üzrə
V2, V3 - ГОСТ 2590 üzrə
270 –dən yuxarı 350 qədər (350 daxil olmaqla)
Razılaşdırılmış spesifikasiya üzrə
Qeyd — Boru pəstahlarının 70 mm-dən 185 mm-dək diametrdə, 1 mm addımla və ən yaxın kiçik diametrin həddi kənarlaşmaları ilə tədarükünə icazə verilir.
5.1.2 Boru pəstahının ovallığı ГОСТ 2590 tələblərinə uyğun olmalıdır.
5.1.3 Boru pəstahının əyriliyi IV sinif üçün ГОСТ 2590 standartının tələblərinə uyğun olmalıdır.
İstehsalçı ilə sifarişçinin razılaşmasına əsasən diametri 200 mm -ə qədər olan boru pəstahı II və III sinifləri üçün ГОСТ 2590 üzrə əyriliyə dair tələblərlə tədarük edilir.
Diametri 200 mm –dən çox olan boru pəstahının əyriliyi uzunluğunun 0,50%-dən çox olmamalıdır.
5.1.4 Fasiləsiz pəstahyayma qurğusu ilə alınan 140 mm diametrli boru pəstahı üçün kənarların əzilməsi (böyük diametrin kiçik diametrə nisbəti) 1,12-dən çox olmamalıdır.
5.1.5 İstehsalçı ilə sifarişçinin razılaşmasına əsasən aşağıdakılara icazə verilir:
- diametr üzrə ovallığı həddi kənarlaşmaların cəmini keçməyən boru pəstahının tədarükünə;
- bütün diametrlərdən olan boru pəstahlarının presdə və soyuq halda mişarlarda kəsilməsi zamanı kənarlarının əzilməsi (böyük diametrin kiçik diametrə nisbəti) 1,12 –dən çox olmamalıdır.
5.1.6 ГОСТ 2590-da üzrə boru pəstahlarının uzunluğu və uzunluğa görə növün hazırlanması sifariş zamanı razılaşdırılır.
İstehsalçı ilə sifarişçinin razılaşmasına əsasən uzunluğu və uzunluq üzrə kənarlaşmaları ГОСТ 2590-da nəzərdə tutulmayan boru pəstahlarının tədarükünə icazə verilir.
5.2 Fasiləsiz tökmə boru pəstahının çeşidinə dair tələblər sifariş zamanı razılaşdırılır.
5.3 Boru pəstahının kənarları sonluqları əzilmədən və sifarişçinin tələbinə görə tilişkilər olmadan (TO) kəsilməlidir. Kəsik düz olmalıdır. Kəsiyin çəpliyi diametri 120 mm – dən az olan boru pəstahları üçün - 5 mm-dən; diametri 120 mm və daha çox olan boru pəstahları üçün - 7 mm – dən çox olmamalı və boru pəstahının uzunluğu üzrə həddi kənarlaşmalarından kənara çıxmamalıdır. Fasiləsiz tökmə boru pəstahının kənarlarında qaz ilə kəsmədən dalğalı izlər olmamalı, qratın ölçüsü 7 mm-ə qədər ola bilər.
Qeyd- Boru pəstahının avtogenlə kəsilməsi hallarında çəpinə kəsim 0,1 diametrdən çox olmamalıdır.
6.1 12Х2НВФА (IИ712), 18Х2Н4МА (18Х2Н4ВА), 20ХН3А, 20Х2Н4А, 20ХН4ФА, 25Х2Н4МА (25Х2Н4ВА), 30ХН3А, 38ХН3МА, 38ХН3МФА markalı poladlardan boru pəstahı termiki emal edilmiş vəziyyətdə (tabalmadan və ya yüksək tabəksiltmədən sonra) digər markalı poladlardan isə termiki emal olunmadan tədarük edilir.
6.2 Qaynar deformasiya olunmuş boru pəstahının səthində çatlar, qaysaqlar, yayma (döyülüb yastılanma) çirklənmələri, iki tərəfli tilişkələr, yırtıqlar, yad metal və posa qarışıqları, yanıq dəmirdən əmələ gəlmiş boşluqlar olmamalıdır.
Dərinliyi diametr üzrə həddi kənarlaşmalarının ¼ hissəsinin keçməyən cızıqlara və batıq yerlərə icazə verilir.
Yolverilməyən qüsurlar az meylliliklə kəsilmə və ya abraziv təmizləmə ilə aradan qaldırılmalıdır. Tərkibində karbonun kütlə payı 0,50%-ə qədər olan karbonlu poladlardan hazırlanmış boru pəstahının alov üsulu ilə təmizləmək olar.
Kəsilmənin və ya təmizləmənin dərinliyi aşağıdakı qiymətlərdən çox olmamalıdır, mm:
70-dən - 99 mm qədər (99 daxil olmaqla) diametrli boru pəstahları üçün - 2,0;
100-dən 114 mm qədər (114 daxil olmaqla) diametrli boru pəstahı üçün - 2,5;
115-dən 139 mm qədər ( 139 daxil olmaqla) diametrli boru pəstahı üçün - 3,0;
140-dan 149 mm qədər ( 149 daxil olmaqla) diametrli boru pəstahı üçün - 3,2;
150 mm-dən böyük olan boru pəstahları üçün diametrin 4% - dən, sifarişçi ilə istehsalçının razılığı əsasında diametrin 5% -dən.
Qeyd- Mexanikləşdirilmiş təmizləmə xəttində qüsurların aradan qaldırılması zamanı boru pəstahının müvafiq diametrləri üçün reqlamentləşdirilmiş normalar üzrə dərinliyinin 1 mm artırılmasına icazə verilir.
Sifarişçi ilə istehsalçının razılaşmasına əsasən qüsurların təmizləməsinin dərinliyinin dəyişdirilməsinə yol verilir.
Bir kəsikdə ən çoxu üç maksimal dərinlikli təmizləməyə yol verilir. Maksimal dərinlikli təmizləmənin diametral-əks tərəflərdə aparılmasına icazə verilmir.
Təmizləmənin eninin onun dərinliyinə nisbəti 6:1, sifarişçi ilə istehsalçının razılaşmasına əsasən isə 7:1 – dən az olmamalıdır.
6.2.1 Sifarişçi ilə istehsalçının razılaşmasına əsasən boru pəstahı yonulmuş və ya soyulmuş (YS) vəziyyətdə tədarük edilə bilər. Bu halda kəsilmənin və ya təmizləmənin dərinliyi 140 mm qədər diametrdə olan boru pəstahlarının həddi kənarlaşmaların cəminin yarısından, diametri 140 mm və daha çox olan boru pəstahları üçün həddi kənarlaşmaların cəmindən çox olmamalıdır.
Yonulmuş və ya soyulmuş boru pəstahının səthinin kələkötürlüyü Rz ≤80 mkm olmalıdır.
Qeyd- Sifarişçi ilə istehsalçının razılaşmasına əsasən kələkötürlüyə nəzarət olmadan yonulmuş və ya soyulmuş boru pəstahının tədarükünə icazə verilir.
6.2.2 Qüsurların dərinliyi faktiki ölçüdən hesablanır.
6.3 Fasiləsiz tökmə boru pəstahlarının səthində mexaniki mənşəli, dartıcı-düzləndirici aparatın diyircəklərininəzikləri də daxil olmaqla, dərinliyi diametr üzrə həddi kənarlaşmaların cəminin yarısından çox olmayan qüsarlara icazə verilir. İti kənarlara icazə verilmir. Kristallizatorun yellənməsindən əmələ gələn, lakin çatlarla müşayiət olunmayan izlər eyni xarakterli olmalıdır.
Səthi qüsurların yerli təmizləməsinə ən çox 5 mm dərinlikdə yol verilir. Bir kəsikdə ən çox üç maksimal dərinlikli təmizləməyə yol verilir. Maksimal dərinlikli təmizləmənin diametral-əks tərəflərdə aparılmasına icazə verilmir.Təmizləmənin eninin onun dərinliyinə nisbəti ən azı 6:1 olmalıdır.
Qüsurların dərinliyini faktiki ölçüdən hesablanır.
6.4 Qaynar deformasiya olunmuş boru pəstahı sifarişə uyğun olaraq mexaniki xassələrə (M) nəzarət olunmadan və ya nəzarət olmaqla tədarük edilir.
Fasiləsiz tökmə boru pəstahı mexaniki xassələri normalaşdırılmadan və nəzarət olmadan hazırlanır.
6.4.1 Cədvələ 1-də (37ХГФ markasından başqa) göstərilən markalı poladdan, həmçinin С-55 и 10ХСНД markalı poladından olan boru pəstahının mexaniki xassələri 5-ci cədvəlin tələbinə uyğun olmalıdır. Digər markalı poladlardan olan boru pəstahının mexaniki xassələri bu standartla müəyyən edilmiş sınaqların həcmində ГОСТ 1050 (sifarişə uyğun olaraq M1 və ya M3), ГОСТ 4543, ГОСТ 14959 və ГОСТ 19281 tələblərinə uyğun olmalıdır.
Termik emal olunmadan
Tabəksiltmə ilə tablandırma
Tabəksiltmə ilə tablandırma
Tabəksiltmə ilə normallaşdırma
Termik emal olunmadan
Sifarişçinin tələbi üzrə müəyyən edilir. Yüksək tabəksiltmə ilə normallaşdırmaya yol verilir. Qeyd 1. Pəstahların termiki emal rejimi istehsalçı tərəfindən təyin edilir və keyfiyyət üzrə sənəddə göstərilir. 2. "+" işarəsi, xarakteristikası müəyyən edilir və yoxlamanın nəticələri keyfiyyət üzrə sənəddə daxil edilir, "-" işarəsi – göstərici normalaşdırılmır və müəyyən edilmir.
6.4.1.1 Diametri 80-dən böyük 150 mm – qədər (150mm daxil) olan boru pəstahları üçün cədvəl 5-də göstərilən normalarla müqayisədə nisbi uzanmanın 2%, nisbi daralmanın 5% və zərbə özüllüyünün 10% azalmasına, diametri 150mm-dən böyük olan boru pəstahları üçün nisbi uzanmanın 3%, nisbi daralmanın 10% və zərbə özüllüyünün 15% azaldılmasına icazə verilir.
Qeyd – təkrar döyülmüş nümunələrdən kəsilmiş nümunələr üçün mexaniki xassələrin yoxlanması hallarında normaların azaldılmasına yol verilmir.
6.4.2 0XM, 0XH3M və 37ХГФ markalı poladdan olan boru pəstahının mexaniki xassələri normallaşdırmadan və yoxlamadan tədarük edilir.
6.5 Boru pəstahının makrostrukturuna dair tələblər
6.5.1 Külçələrdən qaynar deformasiya olunmuş boru pəstahının makrostrukturunda sıxlaşma boşluqları, qabarcıqlar, çatlar, boşluqlar, yad metal və posa qarışıqlar, qabığa çevrilmələr, qatlar (laylar) və flokenlər olmamalıdır.
Polad boru pəstahlarının makrostrukturunda buraxıla bilən qüsurlar aşağıdakı balları aşmamalıdır:
Yonulmuş və soyulmuş boru pəstahlar üçün qabıqaltı qabarcıqlara yol verilmir.
6.5.2 Fasiləsiz tökmə boru pəstahının makrostrukturunda qıraq çatlar, qabarcıqlar, qabıqlar, yad metal və poza qarışıqlar, flokenlər olmamalıdır.
Polad boru pəstahlarının makrostrukturunda buraxıla bilən qüsurlar aşağıdakı balları aşmamalıdır:
mərkəzi (ox boyu) məsaməlik
kənarların nöqtəvari çirklənməsi
parlaq zolaq (kontur)
ox boyu likvasiya (ox boyu kimyəvi qeyri bircinslik)
likvasiya zolaqlar və çatlar
6.5.3 Fasiləsiz tökmə boru pəstahından alınan qaynar deformasiya olunmuş boru pəstahının makrostrukturunda qıraq çatlar, nazik qabıqlar, kənar metallik və poza qarışıqları və flokenlər olmamalıdır.
Polad boru pəstahlarının makrostrukturunda buraxıla bilən qüsurlar aşağıdakı balları aşmamalıdır:
6.6 Qeyri-metal əlavəli boru pəstahının çirklənmələrinə dair tələblər
6.6.1 Legirlənmiş poladdan olan boru pəstahların qeri-metal qarışıqlarla çirklənmə dərəcəsi yoxlanılır, hansı ki maksimal ball üzrə qiymətləndirmə zamanı aşağıdakılardan çox olmamalıdır.
- oksidlər və silikatlar üzrə (ОТ, ОС, СП, СХ) -4,5 ball;
- deformasiya olmayan silikatlar (CH) -5,0 ball;
- sulfid üzrə (C) – 4,5 ball.
6.6.2 Keyfiyyətli karbonlu poladdan, az legirlənmiş poladdan və 10ПЛ, 20ПЛ və С-55 markalı poladdan olan boru pəstahının qeyri-metal qarışıqlarla çirklənmə (QMQÇ) dərəcəsi sifarişçi ilə istehsalçının razılaşmasına əsasən yoxlanılır.
6.6.1 bəndində sadalanan qarışıq növləri maksimal ball üzrə qiymətləndirilərkən bu pəstahların qeyri-metallik qarışıqlarla çirklənmə dərəcəsi 5,0 balı aşmamalıdır.
6.7 Neft-qaz boru kəmərləri üçün yüksək korroziyaya davamlı boru pəstahları təbii legirlənmiş poladdan davamlılığına görə iki kompozisiyada hazırlanır.
1 - 20000 mq/dm-a qədər (20000daxil olmaqla) ümumi minerallaşmış korroziya mühiti üçün (10ПЛ-1, 20ПЛ-1);
2 - 20000 mq/dm-dan yuxarı, 40000 mq/dm –dan çox olmamaqla ümumi minerallaşmış korroziya mühiti üçün (10ПЛ-2, 20ПЛ-2).
6.7.1 İldə 0,40 mm-dən çox olmayan ümumi korroziya sürətinə, boru pəstahlarının kimyəvi tərkibi və hazırlanma texnologiyası ilə zəmanət verilir.
6.8 Sifarişçi ilə istehsalçının razılaşması əsasında qaynar deformasiya olunmuş boru pəstahının daxili qeyri- bütövlükləri ultrasəs (US) metod ilə yoxlanılır.
Boru pəstahı ГОСТ 21120 üzrə 2 –ci keyfiyyət qrupuna uyğun olmalıdır.
Razılaşdırılmış spesifikasiya üzrə digər keyfiyyət qrupunun qurulmasına icazə verilir.
6.9 Boru pəstahına dair əlavə tələblər Əlavə A-da göstərilib.
6.10 Boru pəstahının şərti işarələrinin nümunələri və sxemi Əlavə B-də göstərilib.
7.1 Ümumi qəbul qaydaları, markalanma və keyfiyyət üzrə sənədin rəsmilləşdirilməsi - ГОСТ 7566 üzrə.
7.2 Boru pəstahının qəbulu partiyallarla təqdim edilir. Partiyaya eyni diametrli, külçəyə tökülmə zamanı eyni əritmə-çalov və ya fasiləsiz polad tökmə zamanı tökmə seriyalı eyni polad markası olan boru pəstahları daxildir.
7.2.1 Nominal kütləsi 50 t-a qədər sobalarda əridilmiş karbonlu poladlardan olan boru pəstahlarının dörd ərintidən çox olmayan partiyalarla qəbula təqdim etməyə icazə verilir, bu zaman ərintilərdə karbonun kütlə payı bir-birindən 0,03%-dən, manqanın kütlə payı bir-birindən 0,15%-dən çox fərqlənməməlidir. Bu halda poladı orta kimyəvi tərkibdə bir ərintili kimi markalayırlar. Sifariçinin tələbinə görə partiyaya eyni ərintidən olan boru pəstahları daxil edilir.
7.3 Kimyəvi təhlil üçün nümunə götürmə ГОСТ 7565-ə uyğun olaraq, kimyəvi təhlil - ГОСТ 12344-ГОСТ 12352, ГОСТ 12354, ГОСТ 12355-ГОСТ 12357, ГОСТ 12359,ГОСТ 12361, ГОСТ 17745, ГОСТ 18895, ГОСТ 22536.0-ГОСТ 22536.12, ГОСТ 28033, ГОСТ 28473 üzrə və ya təhlilin tələb edilən dəqiqliyini təmin edən digər metodlara aparılır.
Qalıq mis, arsen, xrom və nikelin kütlə paylarının bu standartda göstərilən miqdardan çox olmadığına istehsalçı tərəfindən zəmanət verildiyi halda təhlillərin aparılmasına icazə verilir.
7.3.1 Karbon ekvivalenti, Секv %,:
- aşağıdakı düsturla 10ПЛ və 20ПЛ markalı poladlar
- aşağıdakı düstur üzrə digər markalı poladlar üçün müəyyən edilir.
burada, С, Мn, Cr, Mo, V, Сu и Ni - çalov - ərinti nümunəsinin analizi üzrə poladda karbonun, manqanın, xromun, molibdenin, vanadiumun, misin və nikelin kütlə payları, %.
7.4 Səthin və uzunluğun keyfiyyətinə hər boru pəstahında nəzarət olunur.
7.5 ГОСТ 21120 üzrə ultrasəs nəzarətinə 100% boru pəstahları məruz qalır.
7.6 Digər göstəricilər üzrə boru pəstahının keyfiyyətinin yoxlanması üzrə partiyadan:
- eninə kəsiyinin formalarına və ölçülərinə nəzarət üçün - ən azı 5 ədəd olmaqla, 10% boru pəstahı;
- dartılmaya və zərbədən əyilməyə görə sınaq üçün - bir boru pəstahı;
- makrostruktura nəzarət üçün - iki boru pəstahı;
- austenit dəninə nəzarət üçün - bir boru pəstahı;
- qeyri-metal qarışıqlarla çirklənmənin nəzarəti üçün - iki boru pəstahı seçilir. Sifarişçi ilə istehsalçının razılaşmasına əsasən 6.6-da göstərilən normalara riayət etmək şərti ilə nəzarətin dövrülüyü müəyyən edilə bilər.
7.7 Hər bir nəzarət olunan boru pəstahından:
- dartılmaya dair sınaq üçün - bir nümunə;
- zərbədən əyilməyə görə sınaq üçün - üç nümunə;
- makrostruktur nəzarət üçün - bir templet (şablon);
- austenit dəninə nəzarəti üçün - bir nümunə;
- qeyri-metal qarışlara dair nəzarəti üçün - üç şlif seçilir.
7.8 Səthin qüsurlarının olmamasına böyüdücü cihazlardan istifadə edilmədən baxılma ilə nəzarət edilir. Zəruri olduqda qüsurların üzə çıxarılması mexaniki yolla parlatmaqla və ya aşılandırmaqla keçirilə bilər.
7.8.1 Boru pəstahının səthinə nəzarəti ultrasəs, maqnitoqrafik, maqnit toz və lazımi qaydada razılaşdırılmış metodika üzrə digər dağıtmayan metodlarla aparmağa icazə verilir.
7.8.2 Yonulmuş və ya soyulmuş boru pəstahının səthinin kələkötürlüyü ГОСТ 2789 üzrə təyin edilir. Yonulmuş və ya soyulmuş boru pəstahının səthinin kələkötürlüyünün razılaşdırılmış etalonlar üzrə qiymətləndirilməsinə icazə verilir.
7.9 Boru pəstahının ölçülərinə nəzarət standartlaşdırılmış ölçü vasitələri ilə və icazə verilən nəzarət vasitələri ilə aparılır.
7.9.1 Formanın kənarlaşmalarına nəzarət metodları - ГОСТ 26877 üzrə.
7.10 Mexaniki sınaqlar üçün nümunələrin götürülməsi ГОСТ 7564 üzrə aparılır. Mexaniki xassələri, termiki emal olunmuş pəstahdan uzununa kəsilmiş, mm diametrli (kvadratın tərəfi) nümunələrdə təyin edilir.
Diametri 150 mm-dən yuxarı 200 mm-ə qədər (200 mm-də daxil olmaqla) olan (kvadrat tərəfi ilə) boru pəstahları üçün diametri 80 mm-dən 100 mm qədər olan (kvadrat tərəfi ilə) diyirlədilmiş və ya yenidən döyülmüş pəstahlardan, diametri 200 mm-dən yuxari olan (kvadrat tərəfi ilə) boru pəstahları üçün 140 mm diametrli pəstahlardan nümunə götürməyə icazə verilir. İstehsalçının sifarişçi ilə razılaşmasına əsasən mexaniki xassələrə nəzarət diametri 80 mm –dən 100 mm-ə qədər olan diyirlənmiş və ya yenidən döyülmüş pəstah nümunələrinin üzərində aparmağa icazə verilir.
7.11 Dartlmaya sınaq ГОСТ 1497 üzrə aparılır.
Zərbədən əyilməyə sınaq 1-ci tip nümunələrdə ГОСТ 9454 üzrə aparılır.
Mexaniki xassələrin təyin edilməsi üçün ОСТ 14-1-34 standartda müəyyən edilən qaydalara uyğun dağıtmayan (statik) nəzarət metodlarının tətbiqinə icazə verilir.
Arbitraj hallarda standartlaşdırılmış sınaq metodları tətbiq edilir.
7.12 Boru pəstahının makrostrukturun qiymətləndirilməsi böyüdücü cihazlardan istifadə edilmədən aşılanmış templetlər (şablonlar) üzərində aparılır:
- külçədən qaynar deformasiya olunmuş – ГОСТ 10243 üzrə;
- fasiləsiz tökmə - standartı üzrə;
- fasiləsiz tökmə pəstahından qaynar deformasiya – ГОСТ 10243 üzrə, kənarların nöqtəvari çirklənməsi – ОСТ 14-1-235 standartı üzrə, likvasiya zolaqlar - Əlavə B-nin 1№-li şkalası üzrə.
6.8 bəndində qeyd olunmuş tələblərə görə qeyri-bütövlüyün ultrasəs nəzarətinin aparılması zamanı makrostrukturun aşılanmış templetlər (şablonlar) üzərində qiymətləndirilməsi aparılmır.
7.13 Qeyri-metal qarışıqlarla boru pəstahının çirklənməsinə nəzarət Ш6 metodu ilə ГОСТ 1778 üzrə aparılır.
7.14 Austenit dəninin böyüklüyünə nəzarət ГОСТ 5639 üzrə aparılır.
7.15 Qeyri - bütövlüyün ultrasəs nəzarətini ГОСТ 21120 üzrə aparılır. İstehsalçının təqdim etdiyi metodika üzrə nəzarətin aparılmasına icazə verilir.
Arbitraj hallarda standartlaşdırılmış qiymətləndirmə metodları tətbiq edilir.
7.16 Eyni ərintidən olan müxtəlif diametrli boru pəstahlarının tədarükü zamanı en kəsiyi böyük olan pəstahın makrostruktur, qeyri-metal qarışıqlar və mexaniki xassələrin analizinin nəticələrinin kiçik en kəsikli partiyalara şamil olunmasına icazə verilir.
8.1 Boru pəstahlarıın markalanması və qablaşdırılması - ГОСТ 7566 üzrə növlü prokat şəklində isə aşağıdakı əlavələr göstərilməklə:
8.1.1 Boru pəstahının rəngli markalanması sifarişçi ilə istehsalçının razılaşması üzrə müəyyən edilir;
8.1.2 Təbii legirlənmiş poladdan olan boru pəstahı aşağıdakı markalardan sonra defis ilə əlavə olaraq rəqəmlərlə markalanır.
10 ПЛ-1, 20 ПЛ-1 -kompozisiya 1 üçün;
10 ПЛ-2, 20ПЛ-2 - kompozisiya 2 üçün.
8.1.3 Boru pəstahı kütləsi ən çox 10 t olmaqla bağlamalarda qablaşdırılır,sifarişçinin tələbi ilə bağlamalar 5 t-dan çox olmayan bağlamalarda lent və ya məftillə bağlanaraq qablaşdırılır. Bağlamaların qablaşdırma xamıtlarından istifadə etməklə formalaşdırılmasına icazə verilir.
9.1 Boru pəstahının daşınması və saxlanması -aşağıdakı əlavələrlə ГОСТ 7566 üzrə yerinə yetirilir.
9.1.1 Boru pəstahı bağlamalarda daşınır. Bağlamalar götürülmənin etibarlığını təmin edən üsulla bir-birindən ayrılmalıdır.
9.1.2 Platformalarda və vaqonlarda eyni markalı poladın ən çoxu üç ərintisindən hazırlanmış eyni diametrli boru pəstahlarının və ya müxtəlif markalı poladın iki ərintisindən eyni diametrli poladın birinin marka və ərintisinin digərindən etibarlı ayrılması şərtilə, boru pəstahlarının yüklənməsinə icazə verilir.
Tutumu 93 t olan vaqona ən çox dörd ərintinin, yükqaldırma qabiliyyəti 125 t olan vaqona-ən çox beş əritmənin boru pəstahının yüklənməsinə icazə verilir.
Sifarişçi ilə istehsalçının razılaşması üzrə ərintilərin miqdarına məhdudiyyət qoyulmadan boru pəstahının bir vaqona yüklənməsinə icazə verilir.
Sifarişçi ilə istehsalçının razılaşması üzrə boru pəstahı poladın göstərilmiş markaları və sinifləri üçün standart üzrə tədarük edilmənin baza vəziyyətinə dair müəyyən edilmiş tələblərə aşağıdakı əlavə tələblər və dəyişikliklər edilməklə hazırlanır. Sifarişdəki əlavə tələblər bu əlavənin tələblər bölməsinin, yarımbölməsinin nömrəsinə istinad edilməklə müəyyən edilir, məsələn: "А.1.1".
A.1 Kimyəvi tərkib üzrə tələblərlə 4.1 bəndində göstərilmiş poladdan.
A.1.1 Elementlərin kütlə payı ilə Д markaları, %:
xrom- 0,25 –dən çox olmayaraq;
kükürd və fosfor- hər biri 0,35–dən çox olmayaraq;
Nikelin kütlə payı normalaşdırılmır.
A.1.2 Cədvəl 5-də verilən mexaniki xassələrin səviyyəsinin təmin edilməsi şərti ilə karbonun, manqanın və silisiumun kütlə payı qismində tövsiyyə edilən kimyəvi tərkibli Д və ДБ markaları.
A.1.3 0,15%-dən 0,25%-ə qədər silisiumun kütlə payı ilə və ən çox 0,010 % azotun kütlə payı ilə 10 markası
A.1.4 Elementlərin kütlə payı ilə 20 markası, %:
aliminium – 0,020-0,070;
vanadium - 0,03-dən az olmayaraq;
kükürd - 0,013–dən çox olmayaraq;
fosfor - 0,018–dən çox olmayaraq;
Kimyəvi təhlil ilə müəyyən edilməyən kalsium 0,03%-0,05% kütlə payı (metal yanığı nəzərə alınmadan) hesablanmaqla polad silikokalsiumun şəklini dəyişməsinə icazə verilir, keyfiyyət üzrə sənəddə isə hesablama kəmiyyəti göstərilir.
Boru pəstahında alüminiumun kütlə payının həddi kənarlaşma – müsbət 0,005%.
A.1.5 Elementlərin kütlə payı ilə 32Г2 markaları %, çox olmayaraq:
A.1.6 Elementlərin kütlə payı ilə 30ХМА markaları,%:
aliminium – 0,020-0,070;
kükürd – 0,015- 0,035.
Boru pəstahında alüminiumun kütlə payının həddi kənarlaşması - pluys 0,005%.
A.2. ГОСТ 20072 üzrə kimyəvi tərkibli 15X5M markalı poladdan.
Kimyəvi təhlil ilə müəyyən edilməyən 0,05% kütlə payı hesabi ilə poladın seriumla modifikasiya olunmasına icazə verilir, keyfiyyət üzrə sənəddə isə hesablama kəmiyyəti göstərilir.
A.3 Maksimal ball üzrə qiymətləndirmə zamanı qeyri-metal qarışıqlarla çirklənməyə malik 10 və 20 markalı poladdan, ballar, çox olmayaraq:
4,0 – sulfidlər üzrə (C);
4,0 – oksidlər üzrə (OT, OC);
4,0 – silikatlar üzrə (CП, CX);
4,5 - deformasiya olunmayan silikatlar üzrə.
A.4 Qeyri-metal qarışıqlarla çirklənməyə malik 20 markalı poladdan, ballar, çox olmayaraq:
orta ball üzrə qiymətləndirmə zamanı:
2,5 – sulfidlər üzrə (C);
2,5 – oksidlər üzrə (OT, OC);
2,5 – silikatlar üzrə (СП, СХ, СН);
maksimal ball üzrə qiymətləndirmə zamanı:
4,5 - qarışıqların hər növü üzrə.
A.5 Sulfiddən başqa, qeyri – metal qarışıqlarla çirklənməyə malik, 15XM və 30 XMA markalı poladlar üçün maksimal ball üzrə qiymətləndirmə zamanı 4,0 balldan çox olmayaraq.
Sulfidlərlə çirklənmə normallaşdırılmır və nəzarət olunmur.
A.6 Nömrə 5-dən böyük olmayan austenit dəninin böyüklüyünə nəzarət ilə 15XM, 20 ХГНМ və 30ХМА marrkalı poladlardan.
A.7 Qeyri-metal qarışıqlarla çirklənmə ilə 37ХГФ markalı poladdan, balla, çox olmayaraq:
maksimal ball üzrə qiymətləndirmə zamanı:
4,5 – sulfidlər üzrə (C);
4,5 – oksidlər və silikatlar üzrə (ОТ, ОС, СП, СХ);
5,0 – deformasiya olunmayan silikatlar üzrə (CH);
orta ball üzrə qiymətləndirmə zamanı:
4,0 - qarışıqların hər növü üzrə.
A.8 Qeyri-metal qarışıqlarla çirklənməyə malik, 37Г2С markalı poladın qiymətləndirməsi, ballar, çox olmayaraq:
4,5 – sulfidlər üzrə (C);
4,5 – oksidlər və silikatlar üzrə (ОТ, ОС, СП, СХ);
5,0 – deformasiya olunmayan silikatlar üzrə (CH);
4,0 - qarışıqların hər növü üzrə.
A.9 Cədvəl A.1 üzrə kimyəvi tərkibə və cədvəl A.2 üzrə mexaniki xassələrə malik olan 10 və 20 markalı poladlardan.
Qeyd 1 Poladda niobium və vanadiumun yekun kütlə payı 0,03 %-dən çox olmamalıdır. 2 Xromun, misin, molibdenin, nikelin və ya vanadiumun yekun kütlə payı 1,00%-dən çox olmamalıdır. 3 Həddi kənarlaşmalar: boru pəstahında kimyəvi tərkibi üzrə - ГОСТ 1050 üzrə, azotun kütlə payı +0, 003%, aliminiumun kütlə payı ±0,005%, fosforun kütlə payı – icazə verilmir.
100 mm və daha böyük diametrdə boru pəstahları üçün.
A.10 A.3 cədvəlinə müvafiq olaraq kimyəvi tərkibli 20B və 20C markalı poladdan
Qeyd 1. “-” işarəsi, elementin kütlə payı normalaşdırılmır, kimyəvi təhlillə müəyyən edilmir, keyfiyyət üzrə sənəddə göstərilmir deməkdir 2. "+" işarəsi, azotun kütlə payı ГОСТ 1050 –ə uyğun olmalıdır deməkdir Elektrik sobasında əridilən polad üçün, həmçinin azotun kütlə payı müəyyən edilir. Keyfiyyət üzrə sənəddə nəzarətin faktiki nəticələri göstərilir. 3. 20В markalı poladda arsenin, niobiumun və titanın kütlə payı müəyyən edilir. Keyfiyyət üzrə sənəddə onların faktiki qiymətləri göstərilir. 4.Boru pəstahında kimyəvi tərkib üzrə həddi kənarlaşmalar ГОСТ 1050-nin tələblərinə uyğun olmalıdır.
A.11 A.4 cədvəli üzrə kimyəvi tərkibli və A.5 cədvəli üzrə mexaniki tərkibli 37Г2С markalı poladdan
Qeyd – Boru pəstahında həddi kənarlaşmalar: karbon, silisium, manqan, xrom - ГОСТ 4543 üzrə, nikel üzrə - müsbət 0, 05%.
Normallaşdırma: (880±15) °С temperatura qədər qızma; 15-30 dəq saxlamaq; havada soyuma
A.11.1 Düstur üzrə müəyyən edilən poladın karbon ekvivalenti Cekv, %-lə 0,56-0,70 % həddlərində olmalıdır.
A.12 Cədvəl A.6 üzrə kimyəvi tərkibli və cədvəl A.7 üzrə mexaniki xassəli və möhkəmlikli 15XM markalı poladdan
Qeyd –ГОСТ 4543 uyğun olaraq, aliminiumun kütlə payı üzrə boru pəstahında həddi kənarlaşmalar – müsbət 0,005 %.
А.13 АÖ20ХГНМ markalı poladdan.
А.13.1 Poladın kimyəvi tərkibi, 20XГНМ markalı poladda kütlə payı 0,030%-0,070% olan kükürddən başqa, ГОСТ 4543 uyğun olaraq.
Tökmədən öncə çalovdakı maye polada metal tozundan hazırlanmış məftildən istifadə etməklə, 0,03% hesabı ilə (metal yanığı nəzərə alınmadan) kalsium daxil edilir. Kalsiumun kütlə payı kimyəvi analizlə təyin edilmir, lakin onun 0,001%-dən az olmamasına istehsal texnologiyası ilə zəmanət verilir.
Boru pəstahında qalıq elementlərin payı və kimyəvi tərkibi üzrə həddi kənarlaşmaları, aşağıdakı elementlərdən başqa, ГОСТ 4543 üzrə 20ХГНМ markalı poladda olduğu kimidir %:
+0,005 – fosfor üzrə;
minus 0,005 – kükürd üzrə.
А.13.2 Boru pəstahlarının mexaniki xassələri və nümunələrin termiki emal rejimi 850 °С - 870 °С olan tablama temperaturundan başqa, 20XГНМ markalı polad üçün ГОСТ 4543 -ə uyğun olmalıdır. Nümunələrin diametri – 5 və ya 10 mm, istehsalçı müəyyən edir.
А.13.3 Boru pəstahlarının makrostrukturunun buraxıla bilən qüsurları aşağıdakı normalardan çox olmamalıdır, balla:
1 – oturma altı likvasiya;
2 – mərkəzi məsaməlilik;
3 –nöqtəvi qeyri bircinslik;
3 – likvasiyali kvadrat
А.13.4 Austenit dənin böyüklüyü 5 nomrədən böyük olmamalıdır.
Sifarişlə 10% metal üçün ayrı-ayrı 3 nömrəli dənlərin olmasına icazə verilir.
А.14 Zəif közərməli 70пп markalı poladdan.
А.14.1 Boru pəstahında çalovlu nümunənin tökmə təhlili üzrə kimyəvi tərkibi cədvəl A.8-ə, kimyəvi tərkib üzrə həddi kənarlaşmalar cədvəl A.9-a uyğun olmalıdır. Cədvəl A.8
А.14.2 ГОСТ 10243 ilə nəzarət olunan boru pəstahının makrostrukturu aşağıdakı normalardan çox olmamalıdır, balla:
2 – mərkəzi məsaməlilik;
2 – nöqtəvi qeyri bircinslik
2 – likvasiyalı kvadrat;
2 – oturma altı likvasiya.
А.15 Cədvəl A.10-a müvafiq olaraq kimyəvi tərkibli P235GH (1.0345) markalı poladdan.
Qeyd 1. Poladda əlavə olaraq azotun kütlə payı müəyyənləşdirilir. Keyfiyyət üzrə sənəddə onların faktiki qiymətləri göstərilir. 2. 0,15%-0,25% silisiumun kütlə payı ilə P235GH (1.0345) markalı poladdan boru pəstahının hazırlanmasına icazə verilir.
Şərti işarələrin nümunəsi
Külçədən qaynar deformasiya olunmuş (KQD), yüksək dəqiqlikdə yayma (B1), əyrilik üzrə II sinif, ölçülü uzunluqda (ÖU), 100mm diametrli, mexaniki xassələrin nəzarətiylə (M), 18Г2 olan poladdan olan boru pəstahı
Fasiləsiz tökmə metaldan qaynar deformasiya olunmuş (FTQD), adi dəqiqlikdə yayma (V1), əyrilik üzrə III sinif, ölçüsüz uzunluqlu (ÖSU), tilişkilər olmadan (TO),115 mm diametrli, mexaniki xassələrə nəzaərt olmadan 1 kompozisiyalı 20 ПЛ markalı poladdan olan boru pəstahı
Külçədən qaynar deformasiya olunmuş (KQD), yonulmuş( Y), adi dəqiqlikdə yayma (V1), məhdudlaşdırılmış ölçüsüz uzunluqda uzunluqlu (MU1), IV sinif əyrilikli, 115 mm diametrli, ГОСТ 1050-88 üzrə kimyəvi tərkibli və mexaniki xassələrə (M1) nəzarət ilə markası 20 olan poladdan olan boru pəstahı
Fasiləsiz tökmə metaldan qaynar deformasiya olunmuş (FTQD), adi dəqiqlikdə yayma (V2), əyrilik üzrə IV sinif, ölçüsü olmayan uzunluqda ölçülü uzunluqda (ÖU1), 70mm diametrli, A.1.1 yarımbölmə üzrə əlavə tələblərlə Д markalı poladdan olan boru pəstahı
Boru pəstahı А.1.1 nəzərə alınmaqla
1№-li şkalanın təsviri və fasiləsiz tökmə metaldan qaynar deformasiya olunmuş boru pəstahında likvasiya zolaqlarının qiymətləndirilməsi üçün 1№-li şkala
1№-li şkala üzrə likvasiya zolaqları 4 balla qiymətlındirilir.
C.1 Xüsusi şkala ballarına uyğun olan makrostrukturun təsviri
1ball―eni 0,1 mm-ə qədər, uzunluğu pəstahın diametrinin 5%-i qədər olan qrup və tək-tək likvasiya zolaqları olan boru pəstahları
2ball―eni 0,5 mm-ə qədər, uzunluğ pəstahın diametrinin 10%-i qədər olan qrup və tək-tək likvasiya zolaqları olan boru pəstahları
3ball―eni 1.0 mm-ə qədər, uzunluğu pəstahın diametrinin 10%-i qədər olan qrup və tək-tək likvasiya zolaqları olan boru pəstahları
4ball―eni 1,0 mm-dən çox, uzunluğu pəstahın diametrinin 10%-dən çox olan qrup və tək-tək likvasiya zolaqları olan boru pəstahları " ball "