Qanunvericilik › Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 08.12.2014) › Tam mətn

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 08.12.2014)

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 08.12.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Dövlət standartlarının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır:

1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 792-2014 (ANSI/ISA-S 5.4-1991) “Kalibrləmə cihazının sxem-diaqramları” (1 nömrəli əlavə).

1.2. AZS 788-2014 (API 670:2000) “Maşın avadanlıqlarının mühafizəsi sistemləri” (2 nömrəli əlavə).

1.3. AZS 793-2014 (ISA-75.08.01-2002) “Çıxarılmayan flanslı dairəvi formaya malik paylaşdırıcı klapan korpusunun üst səth ölçüləri” (Kateqoriya 125, 150, 250, 300 və 600) (3 nömrəli əlavə).

1.4. AZS 790-2014 (API 6FA:2011) “Klapanların odadavamlılıq sınağı üçün spesifikasiya” (4 nömrəli əlavə).

1.5. AZS 784-2014 (API 576:2009) “Təzyiq boşaltma qurğularının yoxlanılması” (5 nömrəli əlavə).

1.6. AZS 791-2014 (API 6FC:2009) “Avtomatik arxa yəhərləri olan klapanların odadavamlılıq sınağı üzrə spesifikasiya” (6 nömrəli əlavə).

1.7. AZS 785-2014 (API 598:2009) “Klapanın yoxlanılması və sınağı” (7 nömrəli əlavə).

1.8. AZS 786-2014 (API 600:2009) “Dəmir bağlayıcı klapanlar-flanslı və calalayıcı qaynaq sonluqları, boltlardakı klapan qapaqları” (8 nömrəli əlavə).

1.9. AZS 789-2014 (API MPMS 5.2:2010) “Maye karbohidrogenlərin yerdəyişmə sayğacları vasitəsilə ölçülməsi” (9 nömrəli əlavə).

1.10. AZS 787-2014 (API 603:2013) “Korroziyaya davamlı, boltla birləşdirilmiş qapağı olan şiberli klapanlar – flanslı və qaynaq tikişi olan sonluqlar” (10 nömrəli əlavə).

1.11. AZS 794-2014 (EN 15191:2009) “Zavod şəraitində istehsal edilən beton məmulatlar Şüşə lifli betonun hazırlama klasifikasiyası” (11 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondununa daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Kalibrləmə cihazının sxem-diaqramları

1.Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart ANSI/ISA-S5.4-1991 “Instrument Loop Diagrams”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

Kalibrləmə cihazının sxem-diaqramları

Instrument Loop Diagrams

1.1 Fərdi sxemə dair əlavə məlumat. Bu Standart minimum lazımi məlumatları və fərdi kalibrləmə sxeminə aid sxem diametrə dair digər əlavə məlumatları müəyyən edir. Bu sxem Boru kəməri və Kalibrləmə Çertyojlarına əsasən texniki çertyojların kateqoriyası üzrə təsvir olunmuş prosesin bir hissəsini təşkil edir.

1.2 Uyğunluq. Bu Standart kimya, neft, enerji istehsalı, havalandırma, metal emalı və bir çox digər sənayedə istifadəyə uyğundur.

1.3 İxtisas sahələri. Astronomiya, naviqasiya və tibb sahəsi kimi müvafiq sahələrdə şərti sənaye prosesindəki kalibrləmədən fərqli olaraq, xüsusi alətlərdən istifadə olunur. Bu standartın təşkil olunmuş sahələrdəki tələblərə uyğun gəlməsi üçün heç bir cəhd olunmamalıdır. Belə ki, bu standart ixtisas sahələrinin bir çox tələblərinə uyğun gəlir.

1.4 Qaydaların hazırlanması. Bu Standartda layihə, inşaat, başlanğıc, işə başlama mərhələsi, texniki təminat zamanı kalibrləmə sxem-diaqramının hazırlanması və istifadəsi, kalibrləmə sisteminin dəyişdirilməsi üçün qaydalar hazırlanır.

1.5 Anlaşılmaya yardımın göstərilməsi. Bu Standart kalibrləmə sxem-diaqramının anlaşılmasına və texniki, qeyri-texniki, idarəçilik, layihə, inşaat, əməliyyat və heyətin təmin edilməsi zamanı əlaqələrin təkmilləşməsinə yardım edir.

Sxem-diaqramlar bir çox məqsədlərə xidmət edir. Yuxarıda qeyd olunanların bəziləri layihənin hazırlanması xronologiyasında qeyd olunmuşdur.

1) Nəzarət prinsiplərini nümayiş etdirmək və onların təqdim olunan məlumatlarla uyğunluğunu təsdiqləmək;

2) Kalibrləmə sxeminin komponent və aksesuarlarını, cihazlar arasındakı birləşdiriciləri özündə əks etdirən Boru kəməri və Kalibrləmə Çertyojlarının genişləndirilməsi və tərkib elementlərinin işinin müəyyən edilməsi;

3) Kalibrləmə aparatının detallarının və istehlakçı üçün kommunikasiya tələbləri vasitələrinin xüsusiyyətləri.

1) Kalibrləmə panelinin daxili birləşdiriciləri və yoxlama diaqramı;

2) Kalibrləmə cihazlarının quraşdırılmasına dair istinadlar və xüsusi tələblər;

3) Kalibrləmə cihazlarının daxili birləşdiriciləri;

4) Kalibrləmə cihazlarının yoxlama sxemi;

5) Yoxlama və sənədləşdirmə.

1) İşə başlamazdan əvvəl istifadə və kalibrləmə;

2) Təlim alətləri və yardım (dəstək).

2.5 Əməliyyat (işəsalma)

1) Əməliyyatlar, texniki təminat və texniki heyət arasındakı ünsiyyət (əlaqə) vasitələri;

2) Əməliyyatlar üçün təlim avadanlıqları.

1) Qüsurların aradan qaldırılması;

3) Ehtiyat və təshihedici texniki təminat alətləri.

1) Yenidən təşkil etmə;

3. TERMİN VƏ TƏRİFLƏR

Bu Standart ISA-S5.1 “Kalibrləmə Simvol və Nişanları” ilə müəyyən olunan ünsiyyət vasitələrinə dair əlavədir və məhz buna görə də həmin standartın təriflərdən istifadə olunur.

Bu standartdakı qaydalar çertyojun sxem-diaqramının məzmununu əhatə edir və bu həmin bildiriş prosesi üçün yeni anlayışlar hazırlamır.

Kalibrləmə alətinin sxem-diaqramı kalibrləmə alətinin sxem-məlumatlarının hərtərəfli təqdimatıdır. Buraya bütün aidiyyəti elektrik və boru kəməri birləşdiriciləri daxildir və nəzərdə tutulan istifadələri təmin etmək üçün lazım olan bütün məlumatları özündə əks etdirir. Aşağıda təsnif olunanlar arzuolunan istifadəyə uyğun olması üçün istifadə oluna biləcək minimum tələblər və müəyyən olunan versiyalar hesab olunur.

4.2 Minimum məzmun tələbləri. Minimum olaraq kalibrləmə alətlərinə aid sxem-diaqramlar aşağıda qeyd olunan məlumatları özündə əks etdirməlidir:

1) Boru kəməri və Kalibrləmə Çertyojlarında göstərilən sxem və sxem komponentlərinin müəyyən edilməsi. Sxemin digər əsas komponentləri ISA-S5.1 “KalibrləməSimvolları və Nişanları” altında göstərilməli və müəyyən olunmalıdır.

2) Sxem funksiyalarının başlıq altında yazılı şəkildə göstərilməsi. Əgər uyğun olmazsa, bu zaman əlavə qeydlərdən istifadə olunmalıdır. Qapanma və təhlükəsizlik cərəyanlarının xüsusi parametrləri və ya funksiyalarının müəyyən edilməsi.

3) Ləğvetmə, bloklama, mərhələli nəzarət nöqtəsi, qapanma və təhlükəsizlik cərəyanları da daxil olmaqla digər kalibrləmə alətlərinin sxemi ilə daxili əlaqəsinin müəyyən edilməsi.

4) Elektrik kabellərin, ötürücülərin, pnevmatik boruların, fərdi pnevmatik və hidravlik boruların sayını və rəngini müəyyən etməklə bütün iki-nöqtəli daxili birləşdiricilər. Daxili birləşdiricilərin müəyyən edilməsinə paylaşdırıcı qutu, terminal, arakəsmələr, kanallar və torpaqlama qurğusu daxildir.

5) Sahə, idarəetmə paneli, yardımçı avadanlıqlar, rıçaqlar, kənar qurğular, kabelin uzadılması, I/0 qutusu kimi qurğuların ümumi yerləri.

6) Elektrik enerjisi, hava təchizatı və hidravlik maye təchizatı qurğuları kimi enerji mənbəyi qurğuları. Voltaj, təzyiq və digər lazımi tələbləri müəyyən etmək. Elektrik mənbələri üçün cərəyan və şəbəkədən-ayırma sayını müəyyən etmək.

7) Sxemin proses hissəsini təsvir etmək, nəzarət işinə aydınlıq gətirmək üçün ölçülən və nəzarət olunan (idarə olunan) cihazlar da daxil olmaqla proses xətləri və avadanlıqları.

8) Tənzimləyicilər, elektrik açarları, idarəetmə klapanları, elektrik-maqnitli klapan və ötürücülər (əgər əks hərəkət varsa) kimi nəzarət cihazlarının işi və ya təhlükəsizliyini təmin edən vəziyyətlər (elektron, pnevmatik və ya hər ikisi). Onlar ISA-S5.1 “Kalibrləmə Simvolları və Nişanları”na əsasən müəyyən olunur.

4.3 Məzmun haqda digər məlumatlar. Nəzərdə tutulmuş istifadə zamanı effektivlik üçün əlavə məlumatların nəzərə alınması lazımdır. Aşağıda qeyd olunanlar istifadəçinin mülahizəsinə görə vacib hesab olunan işlərə dair xüsusi nümunələrdir.

1) Texnoloji avadanlıq, kanallar və onların eyniləşdirmə nömrəsi, mənbəyi, təyinatı və ya axın istiqaməti.

2) Qurğular barədə təfərrüatlı məlumatlar, Boru kəməri və Kalibrləmə Çertyojları, yerlərin çertyojları, montaj sxemləri və ya çertyojlar,kalibrləməyə dair texniki şərtlər kimi əlavə qeyd və çertyojlara dair istinadlar.

3) Şaquli proyeksiya, sahə, idarəetmə panelinin hissələri, rıçaqlar və ya qutu sayı, yerləşdiyi yer, I/O yeri və s. kimi hər bir qurğunun xüsusi yerləşmə yeri.

4) Çoxoxlu özüyazan cihaz, ikili göstəricilər və s. kimi ümumi diskret komponentiayıran sxemlər arasındakı çarpaz istinadlar.

5) Avadanlığın texniki təsviri, istehsalçıları, model nömrəsi, aparatvasitələrinin növü, texniki şərtləri və ya məlumat vərəqəsi, alış sifarişi nömrəsi və s. aid istinadlar.

6) Elektrik açarlarının, xəbərdarlıq və söndürücü cihazların tənzimləmə qiyməti də daxil olmaqla, siqnal həcmi və kalibrləmə haqqında məlumat.

7) Proqram təminatının istinad nömrəsi, belə ki, I/O ünvanı, idarəetmə blokunun növü və adı, şəbəkə interfeysi, pozisiya adı və s.

8) Alət və ya aksesuarları müəyyən etmək imkanı verən qeydlər və ya şərti işarələr barədə məlumat.

9) Tənzimləyicilər, filterlər, sərfiyyatölçən, paylaşdırıcı klapanlar, əsas klapanlar və s. işarələnmiş və ya qeydə alınmış aksesuarlar.

10) Sxematik, birləşdiricilər haqqında təfərrüatlı məlumatlar, əməliyyat (istifadə, işəsalma) təlimatları və s. kimi istehsalçının sənədlərinə dair istinadlar.

11) Fərqləndirmək üçün nömrələrin istifadə olunduğu ötürücü və ya borular üçün rəng kodunun nömrəsi.

5.1 İstifadənin sadəliyi üçün konsistensiya. Aşağıdakı format şərtləri təkmilləşdirilmiş ünsiyyət və istifadə rahatlığı üçün müəyyən edilmişdir.

5.2 Çertyojun ölçüsü. Orijinal çertyojun minimum ölçüsü 11 düym X 17 düym olmalıdır. Mətnin düzgün ölçüsünə və simvollara diqqət etmək onların azaldılmış surətlər üzərində daha aydın nümayiş olunmasına gətirib çıxarır (çap və işə başlama zamanı rahatlığı təmin etmək üçün bu standartda azaldılmış ölçüyə malik nümunə rəqəmlərindən istifadə olunur).

5.3 Çertyojun məzmunu. Kalibrləmə cihazının sxem-diaqramı yalnız bir sxemi özündə əks etdirir. Sxemin çoxsaylı səhifələrdə və ya vərəqlərdə göstərilməsinə yol verilməməlidir. Ümumi komponentlərin adekvat və tam olaraq bir diaqramda göstərilməsi mümkün olansxemdəki ayrı-ayrı vəziyyətləri təmin etmək üçün qeydlərdən istifadə etmək.Sıxlaşmanın qarşısını almaq, gələcək əlavələr üçün yerləri və sxem məlumatlarını təmin etmək.

5.4 Baş plan. Layihə üzrə təfərrüatlı plan (üfüqi və ya şaquli) hazırlamaq. Təklif olunan plan çertyoju cihazın aid olduğu yerlər üçün hissələrə bölünür.

6.1 Kalibrləmə alətlərinin birləşdirilməsi və işə salınması haqda məlumat.

ISA-S5.1 qeyd olunan simvollar kalibrləmə alətlərinin sxem-diaqramları üzrə tətbiq olunur. Belə ki, birləşdirici bənd, enerji mənbəyi (elektrik, hava, hidravlik) və kalibrləmə alətlərinin işini də qeyd etmək üçün istifadə olunan simvolların əlavə edilməsi kalibrləmə alətlərinin sxem diaqramlarına aid məlumatların təmin olunması üçün vacibdir.

QEYD: Göstərilən kənar qurğular və ya dəliklər təsvir olunmur.

6.2 Ümumi kənar qurğular və ya arakəsmələr simvolu

6.3 Kalibrləmə cihazlarının kənar qurğuları və ya dəlikləri

6.4 Kalibrləmə sisteminin enerji təchizatı

6.4.1 Elektrik enerji təchizatı. Müvafiq təchizat səviyyəsinin və ya şəbəkədən ayrılmanın müəyyən edilməsi ilə müşayiət olunan elektron enerji təchizatını müəyyən etmək.

6.4.2 Hava təchizatı. Hava təchizatı təzyiqi ilə müşayiət olunan hava təchizatını müəyyən etmək.

6.4.3 Hidvarlik maye təchizatı. Mayenin ötürülmə təzyiqi ilə müşayiət olunan hidravlik mayeni müəyyən etmək.

6.5 Kalibrləmə cihazının işinin müəyyən edilməsi.

Müvafiq hərfləri kalibrləmə cihazlarına yaxın yerləşdirməklə kalibrləmə cihazının siqnalının istiqamətini göstərmək. Çıxış siqnalı həcmini artan və ya çıxış siqnalının (ölçülən fərq) “DIR” hərfləri ilə artan qaydada özünün maksimum həcmini dəyişən kalibrləmə cihazını müəyyən etmək. Çıxış siqnalı həcmini azaldan və ya çıxış siqnalının (ölçülən fərq) “REV” hərfləri ilə artan qaydada özünün maksimum həcmini dəyişən kalibrləmə cihazını müəyyən etmək. Belə ki, bir çox ötürücülər birbaşa hərəkətə malik olduğuna görə DIR nişanı onlar üçün icbari hesab olunacaqdır.

7.1 Müxtəlif idarəetmə sistemlərinə malik aparat təminatı üçün xüsusi simvollar. Nümunədəki rəqəmlər bu standartın simvollarını və müxtəlif kalibrləmə cihazlarının növünə uyğun gələn nişanları göstərir. Bu istifadə nəzərdə tutulmur, belə ki, bu simvol və nişanların istifadəsi və ya təyinatı heç bir halda məhdudlaşmır. Göstərilən nəzarət metodlarına dair tövsiyələr kimi hesab olunan məlumatların seçiminə istinad olunmamalıdır.

7.2 Minimum tələb olunan cihazlara aid nümunələr. Nümunə kalibrləmə cihazının sxem diaqramı əks təsirli axına nəzarət sxemlərinə aid müxtəlif simvolların istifadəsini nümayiş etdirir. Şəkil 1, 2 və 3 bu sxem diaqramları üzrə minimum tələb olunan cihazları göstərir.

7.3 Minimum əlavə könüllügətirilən cihazlara aid nümunələr. 4 və 6 rəqəmləri minimum tələb olunan cihazları həmçinin müxtəlif formatlarda təqdim olunan digər cihazların nümunələrini nümayişetdirir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Maşın avadanlıqlarının

mühafizəsi sistemləri

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

3. Bu standart API670:2000“Machinery Protection Systems”standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Maşın avadanlıqlarının

mühafizəsi sistemləri

Bu standartda radial valın vibrasiyasını, gövdənin vibrasiyasını, valın ox mövqeyini, valın fırlanma sürətini, porşen ştokunun düşməsini, dayaq fazasının, artan sürətin və maşın avadanlıqlarında kritik temperatur artımını (məs. podşipnikin metal sarğılarında və mühərrikin sarğılarında) ölçən maşın avadanlıqlarının mühafizəsi sistemi üçün nəzərdə tutulan minimum tələblərdən bəhs edilir. Bu standartda həmçinin avadanlıqlar (çevirici və monitor sistemləri) montaj, sənədləşdirmə və sınaqlar üçün müəyyən tələblər irəli sürülür.

QEYD: Bəndlərin qarşısındakı (·) işarəsi İstehlakçı tərəfindən hər hansı bir məlumatın verilməsi və ya qərarın qəbul edilməsi tələbini ifadə edir. Bu cür məlumatlar spesifikasiyalarda öz əksini tapmalıdır (bax: Əlavə A); əks halda isə bu barədə sitat üçün təqdim edilən sorğularda və ya sifarişdə məlumat verilməlidir.

1.1 Alternativ layihələr

Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı alternativ layihələr təklif edə bilər. İstehlakçı ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında ekvivalent metrik ölçülərdən və bərkidicilərdən istifadə etmək olar.

1.2 Ziddiyyət təşkil edən tələblər

Bu standartla təqdim edilən sorğu və ya sifariş arasında ziddiyyət yarandığı təqdirdə sifarişdə verilən məlumata üstünlük veriləcək.

2.1 Bu standartın nəşr edildiyi vaxt qüvvədə olan aşağıdakı standartlar, kodlar və spesifikasiyalar təyin edilmiş dərəcədə həmin standartın ayrılmaz hissəsini təşkil edir. Standartlara, kodlara və spesifikasiyalara sorğu təqdim ediləndən sonra müəyyən dəyişiklər istehlakçı ilə maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə əldə edilmiş qarşılıqlı razılaşma əsasında edilə bilər. İstinad edilən mənbələr aşağıdakılardır:

APIRP 552 Signal Transmission Systems (RP 552 Siqnal Ötürmə Sistemləri)

RP 554 Process Instrumentation and Control, Section 3, Alarm and Protective Devices Std 610 Centrifugal Pumps for Petroleum, Heavy Duty Chemical and Gas Industry Services (RP 554 Proses Alətləri və Nəzarət, Bənd 3, Siqnalizasiya və Qoruyucu vasitələr Std 610 Neft, Yüksək məhsuldarlıqlı Kimya və Qaz Sənaye Xidmətləri üçün Sentrifuqa nasosları)

Std 612 Special Purpose Steam Turbines for Petroleum, Chemical, and Gas Industry Services (Std 612 Neft, Kimya və Qaz Sənaye Xidmətləri üçün Xüsusi Təyinatlı Buxar Turbinləri)

ANSIMC96.1 Temperature Measurement Thermocouples (MC96.1 Temperatur Ölçən İstilik elementləri)

ASMEY14.2M Line Conventions and Lettering (Y14.2M Xətti İşarə və Hərflər)

PTC 20.2-1965 Overspeed Trip Systems for Steam Turbine-Generator Units(PTC 20.2-1965 Buxar Turbin Generator Blokları üçün Artıq Sürəti söndürmə Sistemləri)

CENELECEN50082-2 Electromagnetic Compatibility Generic Immunity Standard. Part 2: Industrial Environment (EN50082-2 Elektromaqnit Uyğunluğunun Ümumi Təhlükəsizlik Standartı. Hissə 2: Sənaye Mühiti)

DINEN 50022 Low voltage switchgear and controlgear for industrial use; mounting rails, top hat rails, 35 mm wide for snap-on mounting of equipment. (EN 50022 Sənayedə istifadə üçün aşağı gərginlikli çevirici və nəzarət qurğuları; montaj sürgüləri, üst profil sürgüləri, avadanlığın keçirilməklə montajı üçün 35 mm enlik.)

IEC584-1 Thermocouples, Part I: Reference Tables (584-1 İstilik elementləri, Hissə I: İstinad Cədvəlləri)

IPCEAS-61-402 Thermoplastic-Insulated Wire and Cable for the Transmission and Distribution of Electrical Energy (S-61-402 Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üçün Plastik istilik materialı ilə İzolyasiya edilmiş Naqil və Kabel)

ISAS12.1 Definitions and Information Pertaining to Electrical Instruments in Hazardous (Classified) Locations (S12.1 Təhlükəli (Təsnif edilir) Yerlərdə Elektrik Alətlərinə dair Tərif və Məlumatlar)

S12.4 Instrument Purging for Reduction of Hazardous Area Classification

(S12.4 Təhlükəli sahə Təsnifatının Azaldılması üçün Alətin Təmizlənməsi)

S84.01 Application of Safety Instrumented Systems for the Process Industries

Military Specifications

(S84.01 Proses Sənayeləri üçün Təhlükəsiz Alət Sistemlərinin Tətbiqi)

(Hərbi Sənaye Spesifikasiyaları)

MIL-C-39012-C Connectors, Coaxial, Radio Frequency, General Specification for (MIL-C-39012-C Birləşdiricilər, İki oxlu qoşulma, radio tezlik)

MIL-C-39012/5F Connectors, Plug, Electrical, Coaxial, Radio Frequency, [Series N (Cabled) Right Angle, Pin Contact, Class 2] (MIL-C-39012/5F Birləşdiriciləri üçün Ümumi Spesifikasiya, Çəngəl, Elektrik İşi, İki oxlu qoşulma, Radio tezlik, [Seriya N (Kabelli) Düz Bucaq, Mil Təması, Sinif 2])

MIL-STD-883B Tests, Methods, and Procedures for Micro-Electronics

(MIL-STD-883B Sınaqlar. Mikro-Elektron Cihazlar üçün Sınaq, Metod və Prosedurlar)

NEMA250 Enclosures for Electrical Equipment (1000 Volts Maximum) (250 Elektrik Avadanlığı üçün Örtüklər (Maksimum 1000 Volt))

WC 5 Thermoplastic-Insulated Wire and Cable for the Transmission and Distribution of Electrical Energy

(WC 5 Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üçün Plastik istilik materialı ilə izolyasiya edilmiş Naqil və Kabel)

NFPA70 National Electrical Code

496 Purged and Pressurized Enclosures for Electrical Equipment

(70 Milli Elektrik Kodu)

(496 Elektrik Avadanlığı üçün Təmizlənmiş və Təzyiq verilmiş Örtüklər)

OSHAForm 20 Material Safety Data Sheet

PI-MBUS-300 Modbus® Protocol Reference Guide

OSHAForm 20 Material Təhlükəsizliyinə dair Məlumat Vərəqi

(PI-MBUS-300 Modbus® Protokol istinad üçün təlimat)

2.2 Amerika Dəmir və Polad Məmulatları İnstitutuna məxsus standartlar, kodlar və spesifikasiyalar da bu standartın bir hissəsini təşkil edir..

2.3 İstehlakçı ilə maşın avadanlıqların mühafizəsi sisteminin təchizatçısı qarşılıqlı olaraq avadanlıq üçün tətbiq edilə bilən dövlət məcəllələrinə, normativ aktlarına, dekretlərinə və qaydalarına uyğunluğu təmin etmək üçün görülməsi vacib olan tədbirləri təyin etməlidir.

Bu standartda işlənən terminlər aşağıdakı kimi izah edilir:

3.1 akselerometr: Sürətə mütənasib olan nəticəyə uyğun ümumi gücləndirilməyə malik pyezoelektrik sensor.

3.2 akselerometr kabeli: Birləşdirici detallardan və təyin edilmiş uzunluğa malik kabeldən ibarət aqreqat. Həm kabel, həm də birləşdirici detallar istifadə edilən xüsusi akselerometrə və (istifadə edildiyi təqdirdə) aralıq kabel muftalarına uyğun gəlməlidir.

3.3 dəqiqlik: Göstərilən dəyərin ümumi olaraq qəbul edilmiş standart dəyərinə və ya ideal dəyərə uyğunluq dərəcəsi

3.4 aktiv sürətin maqnitli datçiki: Xaricdən cərəyan mənbəyinə qoşulan və şərti (yəni, kvadrat dalğalı) çıxış siqnalı verən maqnitli sürət datçiki. Tipik təsirləndirmə +5 - +30 Vs.c. arasında olmalıdır.

3.5 aktiv (normal) ox təzyiqinin istiqaməti: Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən avadanlığın normal istismar şərtləri altında gözlənilən rotor oxunun təzyiq yükünün istiqaməti

3.6 həyəcan siqnalının verilən dəyəri: İslahedici tədbirlərin görülməsini tələb edən vəziyyət barədə xəbərdarlıq etmək üçün həyəcan siqnalı sisteminin qabacadan təyin edilmiş parametr dəyəri

3.7 həyəcan siqnalı /söndürmə/ etibarlılıq üçün məntiq sxemi: Siqnal emal edən məntiqi sxeminin çıxış siqnallarını həyəcan siqnalı və ya söndürmə parametri dəyərləri və ya söndürmə statusunun şərtləri və dövrə xətası üzrə meyarlarla ilə müqayisə edən dispetçer idarəetmə sisteminin funksiyası. Bu parametr dəyərlərinin və dövrə xətası üzrə meyarların pozulması dispetçer idarəetmə sistemində həyəcan siqnalı və ya söndürmə statusu şərtləri ilə nəticələnir.

Bu status şərtləri digər status şərtləri altında qabaqcadan təyin edilmiş zaman yubanmalarına və ya məntiqi səsverməyə məruz qala bilər və bundan sonra sistemin çıxış relelərini və status indikatorlarını və çıxış siqnallarını idarə etmək üçün istifadə edilir.

3.8 laboratoriya sınağı: Sınaq hədləri daxilində həyata keçirilən təhvil – qəbul sınağı (bax: 4.1–ci bənd və 1–ci cədvəl).

3.9 ən yaxşı uyğun gələn düz xətt: Maksimum + və ya – yayınmaların minimuma endirildiyi və bərabərləşdirildiyi faktiki kalibrləmə əyrisindən keçərək çəkilən xətt.

3.10 görüntüsü olmayan (kor) dispetçer idarəetmə (monitor) sistemi: Bu sistemdə inteqral displey yoxdur. Görüntüsü olmayan dispetçer idarəetmə sisteminə bu standartın “təyin edildiyi təqdirdə” variantı kimi bir şərtlə icazə verilir, ki, həmin sistem ən azı bir məqsədəuyğun fasiləsiz qeyri – inteqral displeylə təchiz edilsin. Görüntüsü olmayan dispetçer idarəetmə sistemi hər hansı qeyri – inteqral displeylərindən asılı olmayan müəyyən minimum inteqral statusu göstəricisi ilə təmin edir. (bax: 5.4.1.6.b).

3.11 bufer çıxış siqnalı: Amplitudanı, fazanı, tezlik spektrini və siqnalın qütblüyünü qoruyub saxlayan çeviricinin giriş siqnalının dəyişməyən analoq surəti. Bu siqnal dispetçer idarəetmə sisteminə gedən bu çıxış siqnalında qısa qapanma yaradaraq maşın avadanlıqlarının mühafizəsi sisteminin istismarına mane olmasının qarşısını almaq üçün nəzərdə tutulub. Bu çıxış siqnalının məqsədi mexaniki titrəmə analizatorlarının, ossiloqrafların və digər sınaq qurğularının çeviricinin siqnallarına birləşməsinə şərait yaratmaqdır.

3.12 kanal: Dispetçer idarəetmə sisteminin tək bir çevirici ilə əlaqələnən komponentləri. Dispetçer idarəetmə sistemində mövcud olan kanalların sayı onun giriş siqnalı kimi qəbul edə bildiyi çevirici sistemlərinin sayına şamil edilir.

3.13 kanal cütlüyü: Əlaqəli olan iki ölçmə məkanı (məs. xüsusi radial podşipnikdə mövcud olan X vəY yaxınlaşma datçikləri və ya xüsusi dayaq podşipnikində mövcud olan iki oxlu kontaktda olmayan datçik)

3.14 dövrə xətası: Maşın avadanlıqlarının mühafizəsi sisteminin dövrəsində həmin sistemin funksiyasına mənfi təsir göstərən xəta

3.15 quraşdırma agentliyi: Maşın avadanlıqlarını quraşdıran və həmin maşın avadanlıqlarının mühafizəsi sistemini quran podratçı.

3.16 təmasda olan: Dispetçer idarəetmə sisteminin həyəcan siqnalı/ söndürmə/ etibarlılıq məntiqi funksiyalarına və siqnal emalına malik olan eyni gövdədə və ya altlıqda mexaniki olaraq qoşulan və ya ora daxil edilən

QEYD: Dispetçer idarəetmə sistemlərinin komponentlərinin eyni paneldə və ya şkafda quraşdırılması onların təmasda olması anlamına gəlmir.

3.17 fasiləsiz göstərmə: Maşın avadanlıqlarının mühafizəsi sistemində mövcud olan bütün status şərtlərinin və ölçülmüş dəyişənlərin bu standartda tələb edildiyi kimi eyni anda və fasiləsiz olaraq göstərilməsi. Bu sistemdə həmçinin hər hansı göstərici bu standartın tələblərinə uyğun və ya onları aşan dərəcədə fasiləsiz olaraq yenilənir.

3.18 nəzarətli giriş: Səlahiyyətli şəxslər tərəfindən hər hansı parametrin dəyişməsinə məhdudiyyət qoyan maşın avadanlıqlarının mühafizəsi sisteminin təhlükəsizlik funksiyası. Girişin məhdudlaşdırılması müxtəlif vasitələrlə, məs. açar və ya kodlaşdırılmış parol və ya ixtisaslaşmış bilik tələb edən digər proseduralarla həyata keçirilə bilər.

3.19 xüsusi təyin edilmiş displey: Yalnız qoşulduğu maşın avadanlıqlarının mühafizəsi sistemindən və ya sistemlərindən gələn parametrləri göstərən və digər sistemlərdən məs. texnoloji prosesin kontrollerlərindən, məntiqi kontrollerdən, turbin kontrollerlərində və s. gələn məlumatı göstərmək üçün istifadə edilməyən və ya bu sistemlərlə əlaqələnməyən displey.

3.20 displey: Maşın avadanlıqlarının mühafizəsi sistemindən gələn ölçülmüş dəyişənləri və status şərtlərini vizual olaraq göstərmək üçün nəzərdə tutulan analoq ölçmə cihazının hərəkəti, elektron şüalı borucuq, maye kristallı qurğu və ya digər vasitələr. Bundan başqa displeyləri inteqral və qeyri – inteqral, əlaqələnən və ya xüsusi təyin edilmiş, fasiləsiz və ya fasiləli displey kimi təsnif etmək olar.

3.21 qoşa cığır:Dispetçer idarəetmə sistemində eyni çevirici sistemin iki ayrı kanala bir giriş kimi istifadə edildiyi və hər bir kanalda müxtəlif siqnal emalının tətbiq edildiyi (məs. filtrdən keçirmə və ya inteqrasiya) monitor sistemi konfiqurasiyası.

QEYD: Buna misal olaraq ayrı – ayrı filtrləmə, displey və ya həyəcan siqnalı üçün dispetçer idarəetmə sistemində eyni anda sürətə və sürətin yüksəlməsinə uyğun emal edilən bir gövdənin vibrasiya akselerometrini göstərmək olar.

3.22 qoşa majoritar məntiqi sxem: Statusda dəyişiklik etmək üçün təyin edilmiş müvafiq parametr dəyərlərini pozmalı olan iki kanal üzərindəki siqnalların reallaşdığı dispetçer idarəetməsi xüsusiyyəti (ikidən iki məntiqi ardıcıllığı).

3.23 dinamik diapazon: Hər hansı siqnalın adətən desibellə ifadə edilən və tətbiq edilə bilən amplituda diapazonu.

3.24 elektrik izolyasiya edilən akselerometr: Bütün siqnal birləşmələrinin öz gövdəsindən və ya altlığından elektrik izolyasiya edilən akselerometr

3.25 artan sürəti aşkarlayan elektron sistem: Bu sistem sürət datçiklərindən, qidalanma bloklarından, siqnal emalı blokundan və həyəcan siqnalı /söndürmə/ etibarlılıq məntiqi blokundan ibarətdir. Sistemin funksiyası valın fırlanma sürətini fasiləsiz olaraq ölçmək və sürətin həddən artıq artması halı aşkarlandıqda çıxış relelərini aktivləşdirməkdir.

3.26 uzadıcı kabel: Kontaktda olmayan datçiknin inteqral kabeli ilə onunla əlaqəli olan ossiloqraf detektoru arasında mövcud olan birləşmə

3.27 istismar sahəsində dəyişməyə yararlı: Maşın avadanlıqlarının mühafizəsi sistemini quraşdırdıqdan sonra onun funksiyasının dəyişməsinə icazə verən dizayn xüsusiyyəti.

3.28 filtr: Maraq dairəsində olan tezlik diapazonundan xaricdə olan siqnalları zəiflətmək üçün nəzərdə tutulan elektrik cihaz.

3.29 g: Hər kvadrat saniyə üzrə 9,81 metrə bərabər olan sürətlənmə vahidi (hər kvadrat saniyədə 386,4 düym.).

3.30 Qauss səviyyəsi: Komponentin maqnit sahəsinin səviyyəsini ifadə edir. Bu, hall effekti datçiki ilə daha yaxşı ölçülür.

3.31 aktiv olmayan (əks) ox təzyiqinin istiqaməti: Aktiv olan ox təzyiqinin istiqamətinə əks olan istiqamət.

3.32 hər saniyə üzrə düym (ips): Saniyə üzrə 25,4 millimetrə bərabər olan sürət vahidi (saniyə üzrə 1 düym).

3.33 inteqral displey: Dispetçer idarəetmə sistemini təşkil edən digər komponentlərlə təmasda olan displey.

3.34 xətti tezlik reaksiyasının diapazonu: Çeviricinin çıxış gərginliyinin hissəsinin aşağı və yuxarı tezlik hədlərində reaksiyanın təyin edilmiş yolverilən hədd daxilində xətti olduğu tezlik əyrisinə olan nisbəti.

3.35 xətti diapazon: Çevirici çıxışının təyin edilmiş yolverilən hədd daxilində çıxış - giriş əlaqəsinin xətti olduğu hissəsi

3.36 lokal: Cihazın avadanlığa və ya konsola yaxın və ya onların üzərində quraşdırıldığı yerə şamil edilir.

3.37 maşının idarə edilən komponenti: Maşın avadanlığının işə salınan hər hansı hissəsi (məs. nasos, kompressor, sürət qutusu, generator, pər) və ya aparıcı şkivi (məs. elektrik mühərriki, turbin və ya mühərrik). Maşını təşkil edən ayrı – ayrı komponentlər.

3.38 maşın avadanlıqlarının mühafizəsi sistemi: Bu sistem çevirici (datçik) sistemindən, siqnal kabellərindən, bütün lazımi gövdələrdən və montaj üçün bərkidici vasitələrdən və müvafiq sənədlərdən ibarətdir. (bax: 1-ci şəkil).

3.39 maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı: Maşın avadanlıqlarının mühafizəsi sisteminin komponentlərini layihələndirən, hazırlayan və sınaqdan keçirən agentlik.

3.40 maşının tərkib hissələri: aparıcı skiv və ya şkivlər və avadanlıqda onunla əlaqəli olan hissələr

3.41 maşın avadanlıqlarının təchizatçısı: Maşın avadanlıqlarını layihələndirən, hazırlayan və sınaqdan keçirən agentlik.

Maşın avadanlıqlarının təchizatçısı dispetçer idarəetmə sistemini və ya çevirici (datçik) sistemini yaxud onların hər ikisini ala və maşın avadanlıqları üzərində çevirici və ya sensor quraşdıra bilər.

3.42 maqnitli sürət datçiki: Datçik ilə onun müşahidə edilən dəmir hədəfi (sürəti hiss edən səth) arasında boşluq dəyişdiyi üçün maqnit sahəsinin müqavimətində yaranan dəyişikliyə reaksiya verir. Müvafiq sürət hissə edən səthi seçərək maqnitli sürət datçikinin çıxış siqnalları müşahidə edilən səthin fırlanma sürətinə mütənasib olur. Maqnitli sürət datçikləri ya passiv (avtonom qidalanma mənbəyinə malik olan) və ya aktiv (xaricdən qidalanma mənbəyinin olmasını tələb edən) ola bilər.

3.43 dispetçer idarəetmə sistemi: Siqnal emalı blokundan, həyəcan siqnalı / söndürmə / etibarlılıq üzrə məntiqi emal blokundan, qidalanma blokundan və bloklarından, displey / indikatorlardan, giriş / çıxış bloklarından və qoruyucu relelərdən ibarətdir. (bax: 1 – ci və 2 – ci şəkillər).

3.44 qeyri – inteqral displey: Dispetçer idarəetmə sistemini təşkil edən digər komponentlərlə əlaqədə olmayan displey.

3.45 ossiloqraf –demodulyator: Radio tezlikli siqnalı kontaktda olmayan datçiknə göndərən, datçikin çıxış siqnalını demodulyasiya edən və dispetçer idarəetmə sisteminə giriş üçün yararlı olan çıxış siqnalını təmin edən siqnal emalı blokuna malik cihaz.

3.46 həddən artıq artan sürətdən mühafizə sistemi: Sürətin həddən artıq artdığı təqdirdə mexaniki avadanlığın söndürülməsi üçün lazım olan sürət artımını aşkarlayan elektron sistem və digər bütün komponentlər. Bu sistemə qəza halından bağlama klapanı, solenoidlər və aralıq relelər (məhdud olmayaraq) daxil edilə bilər.

3.47 sahibkar: Avadanlığı qəbul edən sonuncu tərəf (mexaniki avadanlıqları və onlarla əlaqəli olan maşın avadanlıqlarının mühafizəsi sistemini istismara buraxan şəxs) və bu şəxs avadanlığın alınması kimi digər işləri başqa tərəfə həvalə edə bilər.

3.48 maqnitli passiv sürət datçiki: Çıxış siqnalının verilməsi üçün xaricdən heç bir cərəyan mənbəyi tələb etməyən maqnitli sürət datçiki.

3.49 ikiqat amplituda dəyəri (pp): Elektron siqnalın və ya hərəkət dinmikasının ən son müsbət və mənfi dəyərləri arasındakı mövcud fərq.

3.50 etalon faza çeviricisi: Kontaktda olmayan datçikdən, uzadıcı kabeldən və ossiloqraf – demodulyatordan ibarət olan və hər fırlanma işarəsini bir dəfə hiss etmək üçün istifadə edilən aralıqlı gərginlik cihazı.

3.51 porşen ştokunun düşməsi: Kontaktda olmayan datçikin quraşdırıldığı yerə və ya yerlərə münasibətdə porşen ştokunun mövqeyinin ölçülməsi (tipik olaraq üfüqi silindrlərin üzərindəki təzyiq salnikinə şaquli olaraq istiqamətlənir)

QEYD: Porşen ştokunun düşməsi porşenli avadanlıqların üzərindəki porşen sürüngəcinin kəmərinin yeyilməsinin bir vasitəsiz yolla yoxlanılmasıdır (bu məsələdən tipik olaraq API 618 standartında bəhs edilir).

3.52 müsbət indikasiya: Siqnal verilən hallarda aktiv olan ( yəni, siqnalı bildirmək üçün cərəyan təlb edən və cərəyan itdikdə vəziyyəti dəyişən) displey. Bu cür displeylərə siqnalın verilmə hallarında işqılanan LED və ya bu zaman qaralan və ya başqa rəngə çalan LCD displeylər aiddir.

3.53 əsas datçiklər: Üstün tutulan yerlərdə quraşdırılan və dispetçer idarəetmə sisteminə standart giriş siqnalı kimi istifadə edilə yaxınlaşma datçikləri.

3.54 kontaktda olmayan datçik: Uc hissədən, gövdədən, inteqral koaksial kabeldən və konnektordan ibarət olan və gərginliyə qədər olan məsafəni (boşluğu) çevirən kontaktsız sensor.

3.55 kontakt sahəsi: Ölçmə zamanı kontaktsız datçik vasitəsilə müşahidə edilən sahə

3.56 datçik boşluğu: Kontaktsız datçikin ucu ilə müşahidə edilən səthin arasında mövcud olan fiziki məsafə. Bu məsafəni yerdəyişmə (millə, mikrometrlə) və ya gərginlik (SC volt) baxımından ifadə etmək olar.

3.57 İstehlakçı: Avadanlığı alan agentlik.

3.58 radial valın vibrasiyası: Mexaniki avadanlığın valın uzununa olan oxuna perpendikulyar istiqamətdə yönələn vibrasiyalı hərəkəti.

3.59 uzaq: Avadanlıqdan və ya konsoldan uzaqlıqda, tipik olaraq idarəetmə otağında yerləşən cihazın yerinə şamil edilir.

Şəkil - 2 Standard dispetçer idarəetmə sisteminin nomenklaturası

3.60 müqavimət temperaturunun detektoru (RTD): Temperaturu dəyişdikcə elektrik cərəyanına qarşı müqavimətini dəyişən temperatur

3.61 orta kvadrat dəyəri (okd): Nümunəvi dəyərlərin məcmusunun orta kökünün kvadratı.

3.62 sensor: Fiziki kəmiyyət dəyərini aşkarlamaq və ölçməni digər cihaz üçün faydalı giriş siqnalına çevirmək üçün nəzərdə tutulan cihaz (məs. kontaktsız datçik və ya akselerometr).

3.63 valın vibrasiya və ya mövqe datçiki: Kontaktsız datçikdən, uzadıcı kabeldən və ossiloqraf – demodulyatordan ibarət olan boşluqlu gərginlik qurğusu.

3.64 söndürülmə (təhlükə) üçün parametr dəyəri: Mexaniki avadanlığın avtomatik olaraq və ya əl ilə söndürülməsinin tələb edildiyi qabaqcadan təyin edilən parametr dəyəri.

3.65 siqnal kabeli: Datçik sistemi ilə dispetçer idarəetmə sistemin arasında birləşmə yaradan sahə naqil birləşməsi

QEYD: Siqnal kabeli tipik olaraq quraşdırma agentliyi tərəfindən təchiz edilir.

3.66 siqnal emalı: Datçik sistemindən gələn çıxış siqnalının arzu edilən indikator və ya həyəcan siqnalı parametrinə və ya parametrlərinə çevrilməsi. Vibrasiya datçikləri üçün siqnalın emal edilməsinə məs. ikiqat, adi və ya o.k.d. amplitudasının aşkarlanması; impulsların hesablanması, SC dəyişmə gərginliyinin aşkarlanması; filtrdən keçirmə və inteqrasiya aid edilə bilər. Siqnal emalı sxemindən gələn çıxış siqnalı və ya siqnalları displey / indikasiya və həyəcan siqnalı /söndürmə/ etibarlılıq üzrə məntiqi sxemə gedən giriş siqnalları kimi istifadə edilir.

3.67 siqnalsəs-küy nisbəti: Məlumatı göndərən siqnalın gücünün məlumatı verməyən siqnalın gücünə olan nisbəti.

3.68 artıq datçiklər: Əsas datçiklərdə nasazlığın yarandığı təqdirdə onların yerini tutmaq üçün alternativ yerlərdə quraşdırılmış datçiklər (mexaniki avadanlığın sökülməsini tələb etmədən).

3.69 sürətin hiss edildiyi səth: Val fırlandıqca sürətin hiss edildiyi səthlə onunla əlaqəli sürət datçikinin və ya datçiklərinin arasındakı boşluğun dəyişməsinə səbəb olan bir formalı aralıqda olan müxtəlif tərkibliyə malik dişli çarx və ya səth.

3.70 sürət datçiki: Sürətin hiss edildiyi səthi müşahidə etmək üçün istifadə edilən maqnitli sürət sensoru və ya kontaktsız datçik. Bu datçiklər müşahidə edilən səthin fırlanma sürətinə mütənasib olan elektrik çıxış siqnalını təmin edir.

3.71 standart variant: Təyin edilmiş standart konfiqurasiyanın əvəzinə təyin edilə bilən və ümumi olaraq əlçatan olan alternativ konfiqurasiya.

3.72 taxometr: Valın fırlanma sürətini göstərmək üçün nəzərdə tutulan cihaz.

3.73 temperatur datçiki: Termoelement və ya müqavimət temperaturu detektoru və onun inteqral sensor çıxışı.

3.74 termoelement: Birləşmələrində yaranan temperatur müxtəlifliyinə görə müxtəlif səviyyəli gərginlik verən iki fərqli metalın birləşməsindən ibarət temperatur sensoru.

3.75 dəyişdirici sistem: Kontaktsız datçik, akselerometr, və ya sensor; uzadıcı kabel və ya akselerometr kabeli; və ossiloqraf – demodulyator (tələb edildiyi təqdirdə). Çevirici sistemdə ölçülən dəyişənə mütənasib olan siqnal yaranır (əlavə məlumat almaq üçün bax: 3 – cü Şəkil).

3.76 kəsişən həssaslıq: Əsas oxa perpendikulyar istiqamətdə tətbiq edilən dinamik yüklərə akselerometrin göstərdiyi reaksiya.

3.77 şöbənin məsuliyyəti: Verilən sifarişin həcminə daxil edilmiş bütün köməkçi sistemlərin və avadanlıqların nəql edilmə və texniki aspektlərini koordinasiya etmək üçün daşınan məsuliyyətə şamil edilir. Burada nəzərdə tutulmuş texniki aspektlərə məhdud olmayaraq bu amillər daxildir: gücə qoyulan tələblər, sürət, fırlanma, ümumi düzülüş, muftalar, dinamiklər, səs – küy, sürtgü yağının tətbiqi, kipləmə sistemi, materialın sınağı barədə hesabatlar, ölçmə - nəzarət cihazları ( məs. maşın avadanlıqlarının mühafizəsi sistemi) boru estakadası, təyin edilmiş spesifikasiyalara uyğunluğunun təmin edilməsi və komponentlərin sınaqdan keçirilməsi.

3.78 sürət dəyişdiricisi: İnteqral amplifikasiyası və siqnal inteqrasiyasına görə çıxış siqnalları vibrasiya yaradan surətinə mütənasib olan pyezoelektrik akselerometr.

3.79 şərtlənən kanal: Həyəcan siqnalının işə düşməsi və söndürmə (təhlükə) üçün relenin aktivləşməsi üçün bir və ya daha artıq əlavə kanaldan təsdiqlənmə tələb edən kanal.

4.1 komponentin temperatur diapazonları

Maşın avadanlıqlarının mühafizəsi sisteminin komponentləri iki temperatur diapazonuna malikdir; sınaq diapazonu və işçi diapazonu, 1 – ci cədvəldə yekun xülasədən də aydın olur ki, bu temperatur diapazonlarına əsasən sistemin dəqiqliyi ölçülməli və eyni zamandan hansı diapazon daxilində sistem komponentlərinin istismara buraxılacağı müəyyən edilməlidir.

QEYD: Sınaq diapazonu elə temperatur diapazonudur ki, bu diapazon daxilində adi normal laboratoriya sınağı həyata keçirilir. Bu diapazon xüsusi olaraq temperatura və ya rütubətə nəzarət edilən mühitə ehtiyac olmadan dəyişdirici və dispetçer idarəetmə sisteminin komponentlərinin istismara buraxılmasının və onların dəqiqliyinin təsdiqlənməsinə şərait yaradır.

İşçi diapazonu dəyişdirici və dispetçer idarəetmə sisteminin komponentlərinin faktiki istismar şərtləri altında işləməsi üçün nəzərdə tutulan diapazona deyilir.

4.2.1 Dəyişdirici sistemlərində və 1 – ci cədvəldə göstərilən dəqiqlik tələblərinə əsasən, birləşdiriciləri (konnektorları) qorumaq şərtilə 100 % - ə qədər u kondensasiyalı, çökməyən nisbi rütubət səviyyəsi tətbiq edilməlidir.

4.2.2 Dispetçer idarəetmə sisteminin komponentləri üçün 1 – ci cədvəldə göstərilən dəqiqlik tələbləri 95 % kondensasiya olmayan nisbi rütubət səviyyəsində tətbiq edilməlidir.

Akselerometrlər 1 – ci cədvəldə göstərilən dəqiqlik tələblərinə təsir etmədən ən yüksək 5,000 g, mexaniki zərbəyə davam gətirmə qabiliyyətinə malik olmalıdır.

4.4 kimyəvi müqavimət

4.4.1 Datçiklər, onların uzadıcı kabelləri və ossiloqraf – demodulyatorlar hidrogen sulfid və ammiak tərkibli mühitə uyğun gəlməlidir.

4.4.2 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təyin edilmiş digər kimyəvi elementlərə tam uyğun gəlməsini təmin etmək üçün İstehlakçı və maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı müştərək olaraq məsuliyyət daşımalıdır.

4.5.1 Datçik sisteminin və dispetçer idarəetmə sisteminin sınaq və işçi temperaturu diapazonları daxilində dəqiqliyi 1 – ci cədvəldə göstərildiyi kimi təyin edilməlidir.

4.5.2 Əgər datçik sisteminin və dispetçer idarəetmə sisteminin komponentləri 1 – ci cədvəldə göstərilən tələbləri aşan tətbiq sahələrində istifadə edilirsə, onda maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı bunun sistemin dəqiqliyinə nə dərəcədə təsir edəcəyini göstərən sənədləri təqdim etməli və ya nəzərdə tutulan tətbiq sahəsi üçün münasib olan datçik sisteminin və dispetçer idarəetmə sisteminin alternativ komponentlərini təklif etməlidir.

1. Bəzi tətbiq sahələrində porşen ştokunun düşməsi və ox mövqeyinin ölçülməsinin 2 millimeterdən (80 mils) artıq ölçmə diapazonunda həyata keçirilməsi tələb edilə bilər. Xüsusi çevirici sistemlər məs. hər miktometr üzrə 3.94 mV ( hər mil. Üzrə100 mV) miqyas əmsalına malik sistemlər belə tətbiq sahələri üçün tələb edilir və bu sistemlər hazırkı standarta daxil edilməyib.

Cədvəl -1 Maşın avadanlıqlarının mühafizəsi sisteminin dəqiqliyi üzrə tələblər

0°C- dən 45°C kimi(32°F –dən 110°F kimi)

-35°C –dən 120°C kimi (-30°F –dən 250°F kimi)

Aralıq miqyas əmsalı: 7.87 mV/µm (200 mV/mil) – nin ± 5% - i

Düz xətdən yayınma: 7,87 mV um (200 mV/mil) maililikdə olan ən uyğun gələn düz xəttin ±25,4 um (±1 mil) həddi daxilində, minimum xətti hədd: 2 mm (80 mil)

Aralıq miqyas əmsalı: Sınaq diapazonu dəqiqliyinin əlavə ±5% - i

7,87 mV um (200 mV/mil) maililikdə olan ən uyğun gələn düz xəttin ±76 µm (±3 mils)həddi daxilində,minimum xətti hədd: 2 mm (80 mil)

0°C- dən 45°C kimi(32°F –dən 110°F kimi)

-35°C –dən 65°C kimi (-30°F –dən 150°F kimi)

Ossiloqraf - Demodulyatorlar

0°C- dən 45°C kimi(32°F –dən 110°F kimi)

-35°C –dən 65°C kimi (-30°F –dən 150°F kimi)

Akselerometrlər və akselerometrin uzadıcı kabelləri

20°C-dən30°C kimi (68°F –dən 86«F kimi)

-55°C –dən 120°C kimi (-65°F-dən 250°F kimi)

Əsas oxun həssaslığı: 100 mV/g ±5%

Əsas oxun həssaslığı: 100 mV/g±20%

Amplitudanın xətliliyi: 1% 0.1 g pk –dən 50 g'spk –a kimi

Tezlik Xüsusiyyəti: ±3 dB 10 Hz – dən 10 kHz - ə kimi. Əsas oxun həssaslığına şamil edilir.

Temperatur datçikləri və çıxışları

0°C- dən 45°C kimi(32°F –dən 110°F kimi)

-35°C –dən 175°C kimi (-30°F –dən 350°F kimi)

±2°C (±4°F) -20°C – dən 150°C (F to 300°F)- ə kimi olan ölçmə həddi daxilində

±3.7°C (±7°F) -20°C – dən 150°C (F to 300°F)- ə kimi olan ölçmə həddi daxilində

Dispetçer idarəetmə sisteminin ölçmə üçün nəzərdə tutulan komponentləri:

Radial Vibrasiya. Ox mövqeyi. Porşen ştokunun Düşməsi və gövdənin Vibrasiyası

0°C- dən 45°C kimi(32°F –dən 110°F kimi)

-20°C –dən 65°C kimi(0°F-dən 150°F kimi)

Kanal üçün tam miqyaslı diapazonun ±1% - i

Sınaq diapazonu üçün eyni

Sınaq diapazonu üçün eyni

Sürət və həddən artıq qalxan sürət

Həyəcan siqnalı üçün parametr dəyərinin ±1% - i

Sınaq diapazonu üçün eyni

1. Aralıq miqyas əmsalının (AMƏ) xətası miqyas əmsalının bütün xətti diapazon boyu təyin edilmiş aralıqlarda ölçüldüyü təqdirdə onun hər mikrometr üzrə 7,87 mV (hər mil üzrə 200 mV) -dən başlayaraq dəyişən maksimum kəmiyyətini təşkil edir. Ölçmələr adətən 250 mm (10 mil) – lik aralıqlarda həyata keçirilir. AMƏ xətası radial vibrasiyanın göstəricilərində müşahidə edilən xətalarla əlaqəlidir.

2. Düz xətdən yayınma (DXY) hər mikrometr üzrə 7,87 mV (hər mil üzrə 200 mV) ən uyğun gələn düz xətlə müqayisə edilərək verilən gərginlik səviyyəsində datçik boşluğunun göstəricisində təyin edilən maksimum xətanı (millə ifadə edilən) təşkil edir. DXXY xətaları ox mövqeyində və ya datçik boşluğu göstəricilərindəki xəta ilə əlaqəlidir.

3. Akselerometrlərin sınağı zaman sınaq altında olan parametr dəyişməyə məruz qalan yeganə parametrdir. Bütün digər parametrlər sabit olaraq qalır.

4. Sınaq şərtləri: Sınaq diapazonu daxilində istənilən tək temperatur səviyyəsində və təyin edilməyən lakin datçikin təyin edilmiş tezlik diapazonu daxilində olan tək tezlik səviyyəsində.

5. Tezlik xüsusiyyətinin sınağı şərtləri: Sınaq diapazonu daxilində istənilən tək temperatur səviyyəsində, təyin edilməyən lakin datçikin təyin edilmiş amplituda diapazonu daxilində olan təsirləndirmə amplitudu səviyyəsində.

6. Əsas oxun həssaslığı: (sınaq diapazonu) sınaq diapazonu daxilində istənilən tək temperatur səviyyəsində, 100 Hz tezlikdə və təyin edilməyən lakin datçikin təyin edilmiş amplituda diapazonu daxilində olan təsirləndirmə amplitudu səviyyəsində. (işçi diapazonu) İşçi diapazonu daxilində istənilən tək temperatur səviyyəsində 100 Hz tezlikdə və təyin edilməyən lakin datçikin təyin edilmiş amplituda diapazonu daxilində olan təsirləndirmə amplitudu səviyyəsində.

2. Aviasiya mühərrik əsaslı qaz turbinləri üçün 1 – ci Cədvəldə göstərilən işçi diapazonunu aşan xüsusi yüksək temperatura malik datçik sistemləri və avadanlıq istehsalçısının orijinal məsləhətləri əsasında xüsusi filtr blokuna malik dispetçer idarəetmə sistemləri tələb edilir. Bununla bağlı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə razılaşdırın.

3. 76 mm (3 in.) diametr ölçüsünə malik kiçik valların üzərində kontaktsız datçiklərdən istifadə edərək radial vibrasiya və ya mövqe ölçmələrinin apardıqda nəzərdə tutulan yastı səthdə aparılan ölçmələrlə müqayisədə nəzərə çarpacaq dərəcədə xətaya yol verilmir. Uyğunlaşdırıla bilən ölçüdən kiçik diametrə malik vallarda ölçmə apararkən, bu, datçikin miqyas əmsalının ümumiyyətlə dəyişməsi ilə nəticələnir. Bununla bağlı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə razılaşdırın.

4. 50 mm (2 in.) - dən kiçik diametrə malik val üzərində kontaktsız datçiklə ölçmə işi apardıqda radial vibrasiya və ya ox mövqeyinin datçiklərinin bir – birinə yaxın yerləşdirmə tələb edilə bilər ki, bu zaman onların elektromaqnit şüa buraxan sahələrinin bir – birinə qarşılıqlı təsir göstərməsi nəticəsində (çarpaz maneələr) xətalı göstəricilərin təyin edilə bilər. Datçikin uclarının minimum məsafədə ayrı saxlanılmasına məs. çıxış (ox) mövqeyinin ölçülməsi üçün ən azı 40 mm (1,6 in.) və radial vibrasiyanın ölçülməsi üçün 74 mm (2,9 in.)-lik məsafənin saxlanılmasına diqqət yetirmək lazımdır.

4.5.3 Kontaktsız datçik sisteminin dəqiqliyi datçiklə yoxlanılan faktiki etalon sahəsinə uyğun və ya datçiklə yoxlanılan faktiki hədəf sahəsi kimi eyni elektrik xüsusiyyətlərinə malik sahəyə uyğun yoxlanlmalıdır. (əlavə məlumat almaq üçün bax: 4 – cü şəkil).

4.5.4 Kontaktsız datçik sisteminin ayrı – ayrı komponentlərinin dəqiqliyini işçi diapazonu daxilində yoxlayarkən sınaq altında olmayan komponentlər sınaq diapazonu daxilində saxlanılmalıdır.

4.6 qarşılıqlı əvəzlənmə

4.6.1 Bu standarta daxil edilən bütün komponentlər 1 – ci cədvəldə göstərilən dəqiqlik səviyyəsində elektrik və fiziki cəhətdən qarşılıqlı olaraq əvəzlənməyə qabil olmalıdır. Qarşılıqlı əvəzlənmə dedikdə başqa maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçı tərəfindən təqdim edilən komponentlərin qarşılıqlı əvəzlənməsi və ya müxtəlif val materialları üçün kalibrlənmiş ossiloqraf - demodulyatorların elektriki olaraq qarşılıqlı əvəzlənməsi nəzərdə tutulmur.

4.6.2 Əgər başqa cür təyin edilməyibsə, datçiklər, kabellər və ossiloqraf – demodulyatorlar maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçı tərəfindən standart etalon hədəfi olan AISI Standartının 4140 növlü polada uyğun kalibrlənərək təchiz edilməlidir.

QEYD: Datçik sisteminin dəqiqliyini bu standarta müvafiq olaraq yoxlayan zaman zavod tərəfindən təyin edilmiş dəqiqlik hədəfin müəyyən edilməsi üçün maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə razılaşdırın., AISI standart 4140 növlü poladından başqa digər hədəf materiallarının istifadə edildiyi tətbiq sahələrində datçik sisteminin həmin materiallara uyğun yenidən kalibrlənməsi tələb edildiyi üçün bununla bağlı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə razılaşdırmaq lazımdır.

4.7 təchizatın həcmi və məsuliyyət dairəsi

4.7.1 Hər bir maşın avadanlığı üçün dispetçer idarəetmə sisteminin hər bir dizayn funksiyasına, təchizat həcminə, quraşdırılmasına və icrasına məsuliyyət daşıyan agentlik və ya agentliklər İstehlakçı tərəfindən təyin edilməlidir. (əlavə məlumat almaq üçün bax: Əlavə B).

4.7.2 Bu standartın həcminə daxil olmayan sistemlərin detalları və ya komponentlər İstehlakçı ilə maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında təyin edilməlidir.

5.1 Radial valın vibrasiyası, çıxış (ox) mövqeyi, etalon faza, sürətin hiss edilməsi və porşen ştokunun düşməsi üçün nəzərdə tutulan datçiklər

5.1.1 Kontaktsız datçiklər

5.1.1.1 Kontaktsız datçik 5.1.3 – cü bənddə göstərilən uc hissədən, datçik gövdəsindən, inteqral koaksial kabeldən və birləşdiricidən (konnektor) ibarət olmalı və 4.4 – cü bənddə təyin edilən kimyəvi müqavimətə malik olmalıdır. Bu aqreqat 5 – ci Şəkildə göstərilib.

5.1.1.2 Əgər başqa cür təyin edilməyibsə, bu standart datçik diametri 7,6 – dən 8,3 millimetrə kimi (0.300 to 0.327 düym) olan və geriyə hərəkət edə bilən uc hissəsindən və uzunluğu təxminən 25 millimetr (1 düym) olan və 3/8-24-UNF-2A növlü yivi olan altı künclü inteqral bolt korpusundan ibarət olmalıdır.

1. Geriyə hərəkən edə bilən ucluğa malik zondlu datçiklər onların özünə və inteqral kabelinə xaricdən çıxışı təmin etmək üçün quraşdırılmış tutqaclarla istifadə üçün nəzərdə tutulub. Geriyə hərəkən edə bilən ucluğa malik zondlu datçiklərin standart datçik kimi istifadəsi bütün maşın avadanlığı bloku üçün bir datçik konfiqurasiyasının və yiv uzunluğunun tətbiq edilməsinə şərait yaradır. Zondlu datçikin tutqacının gövdəsinin uzunluğu tipik olaraq onun bərkidildiyi bir səthdən növbəti səthə keçdikcə dəyişəcək lakin bunu heç bir əlavə datçikdən istifadə etmədən sahədə nizamlamaq mümkündür.

2. Porşen ştokunun düşməsi sınağının tətbiqi ümumiyyətlə geriyə hərəkən edə bilən ucluğa malik zondlu datçiklərin istifadəsinə imkan vermir. Bunun əvəzinə standart irəli hərəkət edə bilən ucluğa malik zondlu datçik seçilməlidir.

5.1.1.3 Təyin edildiyi təqdirdə, standart variantlara aşağıda göstərilən bir və ya daha artıq irəli hərəkən edə bilən datçik konfiqurasiyası daxil edilə bilər (əlavə məlumat almaq üçün bax: 6 – cı şəkil):

a. Diametri 7,6 -dan 8,3 millimetrə kimi olan ucluq (0,300 - dən - 0,327 düymə kimi) və 3/8-24-UNF – 2 A İngilis yivləri.

b. Diametri 4,8 -dən 5,3 millimetrə kimi olan ucluq (0,190 - dan - 0,208 düymə kimi) və 1/4-28-UNF – 2 A İngilis yivləri.

c. Diametri 7,6 -dan 8,3 millimetrə kimi olan ucluq (0.300 - dən - 0,327 düymə kimi) və M 10 x 1 metrik yivlər.

d. Diametri 4,8 -dən 5,33 millimetrə kimi olan ucluq (0.190 - dan - 0,208 düymə kimi) və M 8 x 1 metrik yivlər.

e. Təxminən 25 millimetrdən (1 düym.) başqa uzunluq hədləri

f. Datçikin gövdəsinə birləşdirilmiş və konnektorun 100 millimetr ( 4 düym ) boyu uzanan paslamayan poladdan hazırlanmış zirehli örtük.

5.1.1.4 Datçik və inteqral kabel aqreqatının ümumi fiziki uzunluğu datçikin uc hissəsindən konnektorun sonluğuna kimi təxminən 1 metr ( 39 düym ) olmalıdır. Minimum ümumi fiziki uzunluq 0,8 metr (31 düym); maksimum ümumi fiziki uzunluq 1,3 metr (51 düym) olmalıdır.

a. Standart varianta uyğun gələn kontaktsız zondlu datçik 5.1.1.3 – də müzakirə edilən variantların birini və ya bir neçəsini özündə ehtiva edə bilər.

b. İrəli hərəkət edə bilən ucluqlu zondlu datçiklər ümumiyyətlə 20,3 millimetr (0,8 düym) –dən artıq olan uzunluq üçün yararlıdır. Uzunluğu 51 millimetrdən ( 2 düym ) artıq olan A 1/4 – 28 (və ya M8x1) gövdəsi mexaniki qüvvə və əlçatlanlıq nöqteyi nəzərindən arzu edilmir.

c. Açar altı yivlər standart açar ölçülərinə uyğun gəlməlidir. yivlərin diametri zondlu datçikin gövdəsi üçün seçilən diametrə görə dəyişəcək.

5.1.1.5 Sahibkara boru sonluğunu bağlamaqda kömək etmək üçün uzunluğu 40 millimetr (1.5 düym) olan istidən sıxılan təmiz borucuq parçası (zavod şəraitində sıxılmamalıdır) birləşdiricini quraşdırmazdan qabaq koaksial kabelin üzərində quraşdırılmalıdır.

5.1.2 Zondlu datçikin uzadıcı kabelləri

Zondlu datçikin kabelləri 5.1.3 – cü yarım -bənddə təyin edildiyi kimi birləşdiriciləri olan koaksial kabel olmalıdır. Nominal fiziki uzunluq 4 metr (158 düym) olub minimum 3,6 metr (140 düym) uzunluğa malik olmalıdır (əlavə məlumat almaq üçün bax: 5 – ci şəkil). Sıxılan borucuq 5.1.1.5 – ci bəndin müddəalarına müvafiq olaraq hər bir sonluqda quraşdırılmalıdır.

5.1.3 Birləşdiricilər

Birləşdirilmiş konnektorlar (birləşdiricilər) MIL-C-39012-C and MIL-C-39012/5F–də və 4–cü bölmədə irəli sürülən mexaniki, elektrik və ətraf mühit tələblərinə cavab verməli və ya bu tələbləri aşmalıdır. Kabel və konnektor aqreqatı elə dizayn edilməlidir ki, onlar 225 nyuton (50 funt) minimum gərilmə yükünə davam gətirə bilsin.

5.1.4 Ossiloqraf - demodulyatorlar

Standart ossiloqraf – demodulyatorlar elə dizayn edilməlidir ki, onlar 5.1.1.2-ci yarım- bənddə göstərildiyi kimi standart zondlu datçiklə birgə və 5.1.2 – ci bənddə göstərilən zondlu datçik kabeli ilə işləyə bilsin.

5.1.4.1 Ossiloqraf - demodulyatorun – 24 voltluq standart qidalanma gərginliyinə malik hər mikrometrə 7,87 millivolt (hər milə 200 millivolt) düşən çıxışı olmalıdır. Ossiloqraf - demodulyator zondlu datçik aqreqatının və uzadıcı kabelin standart uzunluğuna müvafiq olaraq kalibrlənməlidir. Ümumi, çıxış və qidalanma bloku birləşmələri ağır iş rejimi üçün nəzərdə tutulan, aşınmaya davamlı və ən azı 18 Amerikan Naqil Çeşidinə (AWG) uyğun məftildən hazırlanmış (1,0 kvadrat millimetr çarpaz kəsişmə) çıxışlara malik olmalıdır. Ossiloqraf - demodulyator eyni zondlu datçikin uc hissəsi üçün 4.6.1 -ci bəndə müvafiq olaraq qarşılıqlı əvəzlənə (elektrik) bilməlidir. Quraşdırılmış sistemin istənilən kanalda yaratdığı maneələr və ya səs – küy ( o cümlədən ossiloqraf – demodulyatorun radio – tezlikli çıxış səs – küyü, xətt tezliklərindəki maneələr və buna uyğun bölünən dalğalar) zondlu datçikin vəziyyətindən və ya boşluqdan asılı olmayaraq monitorun giriş və çıxışında ölçülmüş 20 millivolt pp – i aşmamalıdır. Datçik sisteminin istehsalçısı tərəfindən çarpaz maneələr üçün məsləhət görülən ucluqlar arası məsafə lazımi səviyyədə saxlanlmalıdır. Ossiloqraf – demodulyatorun ümumi bloku torpaqdan təcrid edilməlidir. Ossiloqraf – demodulyatorun mexaniki cəhətdən qarşılıqlı olaraq əvəzlənə bilməlidir.

QEYD: Bu bəndin məqsədi qarşılıqlı əvəzlənmə üzrə tələbləri yalnız eyni təchizatçı tərəfindən təchiz edilən komponentlərə tətbiq etməkdir.

5.1.4.2 Təyin edildiyi təqdirdə, ossiloqraf – demodulyatorlar DİN standartına uyğun məhəccərlə təmin edilməlidir.

5.1.5 Maqnitli sürət datçikləri

Maqnitli sürət datçiki gövdəli sensordan (polyuslu sonluqdan və maqnitdən), yivli gövdədən və kabeldən ibarətdir.

5.1.5.1 Standart maqnitli sürət datçiki passiv (yəni avtonom cərəyan mənbəyinə malik olan) növlü olub silindr formalı polyuslu sonluğa malikdir. Standart korpusda 5/8-18-UNF-2A yivlər olmalıdır. Polyuslu sonluğun maksimum diametri 4.75 mm (0.187 düym) olmalıdır (əlavə məlumat almaq üçün 7 –ci şəklə baxın).

5.1.5.2 Təyin edildiyi təqdirdə, standart variantlara aşağıda göstərilənlərdən biri və ya birdən artığı daxil edilə bilər:

a. Konus formalı və ya polyuslu sonluq.

b. 3/4–20 UNEF-2A yivləri.

c. M16 x 1,5 metrik yivlər.

d. Partlayışa davamlı inteqral kabeldən və inteqral kabel çıxışında borucuq yivlərindən ibarət dizayn

e. Çıxarıla bilən (yəni qeyri – inteqral) kabel və birləşdirici.

f. Aktiv (yəni xarici cərəyan mənbəyinin olmasını tələb edən) maqnitli sürət datçiki

Qeyd: Aktiv maqnitli sürət datçikləri və kontaktsız zondlu datçiklər tez – tez 250 o.k.d. – dən aşağı olan fırlanma sürətinin etibarlı səviyyədə hiss edildiyi maşın avadanlıqları üzərində istifadə edilir. Pasiv maqnitli sürət datçikləri tipik olaraq valın aşağı fırlanma sürətində müvafiq siqnal amplitudası yaratmır. Valın 1 o.k.d. – qədər enən fırlanma sürətini hiss etmək üçün aktiv maqnitli sürət darçiklərindən və ya kontaktsız zondlu datçiklərdən istifadə edilməlidir.

5.1.5.3 Datçikin gövdəsi və ya hər hansı bir qoruyucu gövdə maqnitli olmayan paslanmayan poladdan, məs. AISI Standart Növü 303 və 304 - ə uyğun olan materialdan hazırlanmalıdır.

Qeyd: Maqnitli paslanmayan polad, məs. AISI standart növü 416 –a uyğun olan paslanmayan polad maqnit axınının cığırını dəyişməyə və datçikin çıxış gərginliyini azaltmağa meyl edir. Alüminiumdan olan qoruyucu gövdə datçikinin çıxış gərginliyini azalda və sürət dəyişdikcə fazanın dəyişməsinə səbəb ola bilər.

5.1.5.4 Datçik və onun əlaqəli olanla çox – içli sürət hiss edən səthi tələblərə cavab verməlidir ( əlavə məlumat almaq üçün bax: Əlavə J).

5.2 Akselerometr əsaslı gövdə datçikləri

5.2.1 Gövdənin vibrasiya datçikləri

5.2.1.1 Pyezoelektrik akselerometrlər

5.2.1.1.1 Standart akselerometr sistemi elektrik olaraq təcrid edilən və gövdədən, pyezoelektrik kristaldan, inteqral amplifikatordan və birləşdiricidən ibarət olan datçikdən təşkil edilməlidir.

5.2.1.1.2 Akselerometrin gövdəsi AISI Standart Növü 316 -a uyğun olan və ya digər ekvivalent paslanmayan poladdan hazırlanmalı və pyezoelektrik kristaldan və bütün daxili sxemdən elektrik baxımdan təcrid edilməlidir Bu gövdə hermetik olaraq kiplənməlidir və onun maksimum xarici diametri 25 millimetr (1 düym) olmalıdır. Gövdənin ümumi uzunluğu birləşdirici istisna olmaqla 65 millimetrdən (2,5 düym) artıq olmamalıdır. Akselerometrin gövdəsində standart açar altı yivlər açılmalıdır.

5.2.1.1.3 Akselerometrin montaj səthi maksimum 0,4 mikrometrlik (16 mikro düym) Ra (cəbri orta qabarıqlıq) qabarıqlığa malik olmalıdır. Bu montaj səthinin mərkəzində (qövsün ±5 dəqiqəsində montaj səthinə perpendikulyar olan) minimum dərinliyi 6 millimetr ( 1 / 4 düym) olan a 1/4-28 UNF-2A – a uyğun yivli deşik açılmalı və kəsilməlidir. 1/4-28 UNF-2A – a uyğun, AISI standart növ 300 paslanmayan poladdan hazırlanmış flanslı və iki tərəfli montaj spilkasından ibarət standart montaj variantına malik akselerometr təchizatçı tərəfindən təchiz edilməlidir. Həmin şpilkalar akselerometrin özülünün montaj edildiyi hissə ilə tam təmasda olmasına mane olmamalıdır. (əlavə məlumat almaq üçün bax: Əlavə C). Standart akselerometr istismar mühitinə davam gətirməyə qabil olan yuxarı konnektora (birləşdiriciyə) malik olmalıdır.

5.2.1.1.4 Təyin edildiyi təqdirdə, akselerometrin standart variantları aşağıda göstərilən variatlardan birini və ya birdən çoxunu özündə ehtiva edə bilər (əlavə məlumat almaq üçün bax: Əlavə C):

a. Tam təmas olmayan montaj üçün inteqral (əlavə məlumat almaq üçün bax: Əlavə C).

b. Montaj şpilkası: 1/4-28 UNF –dən başqa adi ABŞ yivləri ilə.

c. Montaj şpilkası: metrik yivlər

d. Inteqral akselerometr kabeli.

5.2.1.1.5 Akselerometrin kəsişən həssaslığı 1 – ci cədvəldə göstərilən hədlər daxilində əsas oxun həssaslığını 5 % - dən artı aşmamalıdır.

5.2.1.1.6 Akselerometr dəyişdiricisi 1 – ci cədvəldə göstərilən tezlik diapazonu daxilində 0.004 o.k.d-dən yüksək olmayan minimal səs–küy səviyyəsinə malik olmalıdır.

5.2.1.2 Akselerometr kabelləri

5.2.1.2.1 Akselerometr kabelləri maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən təchiz edilməlidir. Onlar akselerometr üçün təyin edilən temperatur tələblərinə cavab verməlidir.

5.2.1.2.2 Əgər başqa cür təyin edilməyibsə, akselerometr kabelinin nominal fiziki uzunluğu 5 metr (200 düym) olmalıdır.

5.2.1.2.3 Sahibkara boru sonluğunu bağlamaqda kömək etmək üçün uzunluğu 40 millimetr (1,5 düym) olan istidən sıxılan təmiz borucuq parçası ( zavod şəraitində sıxılmamalıdır) birləşdiricini quraşdırmazdan qabaq akselerometr kabelinin üzərində quraşdırılmalıdır.

5.2.1.3 Birləşdiricilər

Birləşdirilən konnektor və ya konnektorlar akselerometrin mexaniki, elektrik və ətraf mühit tələblərinə cavab verməlidir. gövdənin materialı AISI standart növ 300-ə uyğun paslanmayan poladdan olmalıdır. Akselerometrin kabel və konnektor aqreqatı elə dizayn edilməlidir ki, onlar 225 nyuton (50 funt) minimum gərilmə yükünə davam gətirə bilsin.

5.3 Temperatur datçikləri

5.3.1.1 Standart temperatur datçiki 100-om, platindən hazırlanmış və 0.00385 om / om / °C 0°C – dən 100°C (32°F to 212°F ) - ə kimi müqavimətin temperatur əmsalına malik olan üç çıxışlı müqavimətli temperatur detektoru olmalıdır. Tətbiq edildiyi təqdirdə əlavə standart temperatur datçiki torpağa birləşdirilmiş və ANSI MC96.1 (IEC 584-1) - ə müvafiq olaraq hazırlanmış J tipli dəmir – mis – nikel (məs. constantan) termoelement olmalıdır. Temperatur datçikləri elektrik izolyasiyalı podşipnikləri üçün həmin podşipniklərin izolyasiyasının tamlığını qoruyub saxlamalıdır. (əlavə məlumat almaq üçün bax: 6.2.4.5 – ci qeyd).

5.3.1.2 Datçikin çıxışları həm ayrılıqda həm də bütöv olaraq izolyasiya materialı ilə üzlənməlidir. Təyin edildikdə, həmin çıxışlar paslanmayan poladdan hazırlanmış elastiki hörgü ilə onun ucundan başlayaraq 25 millimetr (1 düym ) uzunluqda birinci birləşməyə kimi 100 millimetr (1düym ) örtülməlidir.

Qeyd: Paslanmayan poladdan olan hörgü ilə kipləmək bəzi avadanlıqlarda çətin ola bilər.

5.3.1.3 A Sensorun boru sonluğunu bağlamaqda kömək etmək üçün uzunluğu 40 millimetr (1,5 düym) olan istidən sıxılan təmiz borucuq parçası (zavod şəraitində sıxılmamalıdır) birləşdiricinin sonluğunda quraşdırılmalıdır.

5.3.2 Məftilin çəkilməsi

Temperatur datçiklərindən gələn məftillər aşağıdakı kimi olmalıdır:

a. Müqavimət temperaturu detektorları (RTD lər) üçün D əlavəsinə müvafiq olaraq üç konduktorlu ekranlı məftil.

b. Termoelementlər üçün onların materialından hazırlanmış və D əlavəsində müvafiq olan uzadıcı termocütlük məftillərindən istifadə etmək lazımdır.

5.3.3 Birləşdiricilər

Standart avadanlıqlarda sensorla monitor arasında tək sıxıla bilən və oxşar metal hissələrin birləşdirilməsi texniki üsulundan istifadə edilməldiir. Əgər başqa cür təyin edilməyibsə, bu birləşmə mexaniki avadanlıqdan xaricdə terminal blokda olmalıdır. Ştepsel, maneə - klemma tipli və ya söküləbilən çıxıntı birləşmələrdən istifadə edilməməlidir

5.4 Dispetçer idarəetmə sistemləri

5.4.1.1 Dispetçer idarəetmə sisteminə məsul olan tərəf bu standartın müddəalarına uyğunluğu təsdiq edən bütün lazımi sənədləri təqdim etməlidir.

5.4.1.2 Əgər başqa cür təyin edilməyibsə, 5.4 - cü Bölmədə göstərilən siqnal emalı / həyəcan siqnal / etibarlılığın müqayisəsi, displey/indikator və digər funksiyalar və əlamətlər bir – birilə təmasda olan bir korpusa (rama) daxil edilməlidir (əlavə məlumat almaq üçün 1 – ci şəklə baxın).

5.4.1.3 Hər bir dispetçer idarəetmə sistemi ən azı aşağıdakı funksiyalara və xüsusiyyətlərə malik olmalıdır:

a. Tək dövrədə baş verən nasazlığın radial val vibrasiyasını, ox mövqeyini, korpusun vibrasiyasını, sürəti göstərən taxometrin ikidən artıq kanalına və ya bir mexaniki avadanlıqda temperatur və ya ştok düşməsi üzrə altıdan artıq kanala təsir etməyəcəyini təmin edən layihəyə (qeydə baxın).

Qeyd: Bu tələbin məqsədi analoji dispetçer idarəetmə sistemləri ilə müqayisədə rəqəmsal monitor sistemləri üçün müqayisə edilə bilən və daha yüksək etibarlılığı təmin etməkdir.

b. Təyin edildiyi təqdirdə, qəzaya qarşı mühafizə sistemlərinin (QMS) tələbləri maşın avadanlıqlarının mühafizəsi sisteminə bütövlükdə və ya qismən tətbiq edilməlidir və maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı və ya təchizatçıları QMS üçün təhlükəsizliyin etibarlılıq dərəcəsini təyin etməkdə QMS təchizatçısına yardımçı olan etibarlılıq / işləmə qabiliyyəti üzrə bütün lazımi sənədləri təqdim etməlidir. QMS tələbləri ISA S84.01–1996 – a əsasən təyin eidlir.

c. Təyin edildiyi təqdirdə, dispetçer idarəetmə sisteminin seçilmiş kanalları (və ya bütün kanalları) artılıq və ya digər vasitələrin istifadə edildiyi iki əlavə konfiqurasiya ilə təşkil edilməlidir:

1. Tək dövrədə baş verən nasazlıq (cərəyan mənbəyində və dispetçer idarəetmə sisteminin qidalanma blokunda gözlənilir) yalnız qüsurlu kanala təsir etməli və həyəcan siqnalı relelərinin vəziyyətinə təsir etməməlidir.

2. Tək dövrədə baş verən nasazlıq (cərəyan mənbəyi və dispetçer idarəetmə sisteminin qidalanma blokun daxil edilir) yalnız qüsurlu kanala təsir etməli və həyəcan siqnalı relelərinin vəziyyətinə təsir etməməlidir. (qeydə baxın).

Qeyd: Bu tələb sürət artımını aşkarlayan elektron sistemin kanalları üçün məcburi xarakter daşıyır (əlavə məlumat almaq üçün bax: 5.4.8.4.n və 5.4.1.7.i).

d. Bütün radial val vibrasiyası, ox mövqeyi, ştokun düşməsi, və gövdə vibrasiyası kanalları, bununla əlaqəli olan çıxış siqnalları və displeylər minimum olaraq 2 % tam miqyaslı aydınlığa (rezolyusiya), temperatur kanalları, bununla əlaqəli olan çıxış siqnalları və displeylər mühəndis pultundan asılı olmayan bir (1) dərəcəli aydınlığa (rezolyusiya), taxometrlər və sürət artımını aşkarlayan elektron sistemlər, bununla əlaqəli olan çıxış siqnalları və displeylər bir (1) o.k.d. aydınlığa (rezolyusiya).

e. Sıfır, gücləndirmə və həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərinə uyğun aparılan elektrik və ya mexaniki tənzimləmələr istismar sahəsində mübadiləyə yararlı olmalı və nəzarətli giriş vasitəsilə mühafizə edilməlidir tənzimləmə vasitələri, o cümlədən daşına bilən konfiqurasiya qurğusu üçün birləşmə və ya birləşmələr dispetçer idarəetmə sisteminin ön hissəsində əlçatan, dispetçer idarəetmə sisteminin həyəcan siqnalı və söndürmə funksiyaları tənzimləmə zamanı 5.4.1.9 - ə müvafiq olaraq avtomatik və ya əl ilə baypas edilə bilməyə.

f. Sınaq məqsədləri üçün bütün indikatorları cərəyana qoşmaq üsuluna.

g. Çap edilmiş montaj plataları nəmişlikdən, göbələkdən və korroziyadan qorunmaq üçün uyğun mühafizə üzlüyünə.

Qeyd: Montaj platasının və birləşdirici plataların birləşmələri üçün ekstremal mühitdə korroziyaya qarşı əlavə müqavimətin təmin edilməsi tələb oluna bilər (məs. qızılla anodlaşan, qazla sıxılan konnektor dizaynı və s.). Bununla bağlı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə razılaşdırmaq lazımdır.

h. Təyin edildiyi təqdirdə, daxili taymerlə təchiz edilmiş dispetçer idarəetmə sistemi 5.4.1.4.e. -ə müvafiq rəqəmsal kommunikasiya kanalı vasitəsilə uzaqdan idarəetmə ilə vaxtın və tarixin qurulması imkanlarına.

5.4.1.4 Dispetçer idarəetmə sistemi aşağıdakı siqnal emalı funksiyalarını və çıxış siqnallarını özündə ehtiva etməlidir:

a. Bir datçikdə yaranan nasazlığın digər kanala təsir etməsinin qarşısını almaq üçün izolyasiyanın tətbiqi

b. Daxili dövrə nasazlığının o cümlədən dəyişdirici sistemdə yaranan nasazlığın hər bir ayrı kanal üçün xaricdən gözlə görülə bilən dövrə xətası ilə birlikdə göstərilməsi vasitəsi. Sıfır – xəta vəziyyəti müsbət olaraq göstərilməlidir (məs. işıqlanmalıdır). Ümumi dövrə xətasının relesi hər bir dispetçer nəzarət sistemi üçün təmin edilməlidir. Dövrə xətası zamanı 5.4.2.4 və 5.4.3.4 yarımbəndlərində göstərilən tərz istisna edilməklə sistemin söndürülməsinə təşəbbüs və ya söndürmə məntiqi sxeminə təsir göstərilməməlidir.

c. Bütün sistem datçikləri (temperatur datçiklərindən başqa) üçün ayrı – ayrı bufferizasiyalı çıxış birləşmələrinin ön panelin miniatür süngərli (BNC) birləşdiriciləri ilə və arxa panel birləşdiriciləri ilə birləşdirilməsi. Təyin edildiyi təqdirdə, dispetçer idarəetmə sistemində BNC birləşdiricilərindən başqa digər biləşdiricilər və arxa paneldən başqa digər yerlər istifadə edilə bilər.

d. Hər bir radial val vibrasiyası və ox mövqeyi kanalı üçün gücləndirmənin tənzimlənməsi. Bu cür tənzimləmə zavod şəraitində hər mikrometrə 7,87 millivolt (hər milə 200 millivolt) olaraq kalibrlənməlidir.

e. Ölçülmüş hər bir dəyişənə mütənasib olan rəqəmsal çıxış siqnalı dispetçer idarəetmə sisteminin arxa hissəsində yerləşdirilmiş kommunikasiya portunda təmin edilməlidir. Bu çıxış siqnalının qısa qapanması maşın avadanlıqlarının mühafizəsi sisteminin fəaliyyətinə təsir etməməli, çıxış siqnalı ölçülmüş dəyişənə uyğun olmalı və bu ölçülmüş dəyişənin bütöv ölçmə diapazonu daxilində və ya ondan yuxarı olduğu müddətdə ölçmə diapazonu daxilində qalmalıdır. Əgər başqa cür təyin edilməyibsə bu standart rəqəmsal çıxış üçün istifadə edilən protokol Modicon Modbus protokolu olmalıdır.

f. Təyin edildiyi təqdirdə, yuxarıdakı 5.4.1.4.e – də verilən rəqəmsal çıxış əlavə olaraq hər bir ölçülmüş dəyişən üçün 4-20 milliamper SC analoq çıxış təşkil edilməlidir.

5.4.1.5 Dispetçer idarəetmə sistemi aşağıda göstərilən həyəcan siqnalı və etibarlılığın müqayisəsi funksiyalarını özündə ehtiva etməlidir:

a. Yoxlanılan bütün diapazon daxilində ayrıca olaraq tənzimlənə bilən həyəcan siqnalı (xəbərdarlıq) və (təhlükə) parametr dəyərlərinin hər bir kanal üçün təyin edilməsini.

b. Həyəcan siqnalı (həyəcan) relesinə uyğun olan hər bir kanaldan gələn həyəcan siqnalı (həyəcan) çıxış siqnalı səsverməyə əsaslanmayan (OR) məntiqi sxem tələb edilməsini.

c. 5.4.2.4, 5.4.3.4, 5.4.4.6, və 5.4.6.4 yarımbəndlərində müzakirə edildiyi kimi, hər bir kanaldan və ya səsvermə sxeminin kanalından gələn söndürmə (təhlükə) relesinə uyğun olan söndürmə (təhlükə) çıxışının təmin edilməsini.

d. Sürət artımının elektron aşkarlanması istisna olmaqla, söndürmə (təhlükə) relesinin aktivləşməsi üçün təyin edilən və istismar yerində mübadiləyə yararlı olan (nəzarət altında olan giriş vasitəsilə) zaman yubanmaları üçün 1 – 3 saniyəlik zaman çərçivəsi təyin edilir. Bir saniyəlik gecikmə standart gecikmədir.

e. Sürət artımının elektron aşkarlanması istisna olmaqla həyəcan siqnalizasiyasının (həyəcan) və ya söndürmənin (təhlükə) aşkarlanması və işə salınması üçün tələb edilən zaman 100 millisaniyədən yuxarı olmamalıdır. Relenin işə düşməsi və dispetçer idarəetmə sistemi tərəfindən yaranan halın təsir gücünün zəiflədilməsi yuxarıdakı 5.4.1.5.d - də göstərilən zaman yubanmasına uyğun təyin edilir.

Qeyd: Sürət artımını aşkarlayan elektron sisteminin reaksiyası 5.4.8.4.b bölməsində təyin edilib.

f. Hər bir kanal və ya ox mövqeyi kanalı cütlüyü üçün həyəcan siqnalı (həyəcan) indikatoru.

g. Səsvermə məntiqi sxemindən asılı olmayan kanalın həyəcan statusunu göstərən söndürmə (təhlükə) siqnalının hər bir kanal üçün göstərilməsi. Söndürmə (təhlükə) indikatoru müsbət indikator olmalıdır (yəni, kanal tərəfindən onun söndürmə parametrinin dəyərləri pozulduqda indikatorun işıqlanması). Təyin edildiyi təqdirdə söndürmə (təhlükə) indikatoru səsvermə məntiqi sxeminin istismar rejiminə uyğun gəlməlidir.

h. Təyin edildiyi təqdirdə, hər bir kanal üçün söndürmə (təhlükə) funksiyasının neytrallaşdırılması üçün xarici təsirlərə davamlı vasitələr və gözlə görünə bilən indikator (müsbət indikasiya, yəni, neytrallaşma reallaşdıqda indikator işığının yanması) təşkil edilməlidir. İstənilən neytrallaşma vəziyyəti altlıqda və ya qidalanma blokunda yerləşən ümumi relenin aktivləşməsinə səbəb olmalıdır. Bu rele 5.4.1.8 –ci bəndin müddəalarına uyğun gəlməli və uzaqdan idarə edilən vizual siqnalizasiya üçün istifadə edilə bilməlidir.

Qeyd: Bu tələb sıradan çıxmış və ya növbələnən kanalın istismardan çıxarılması üçün tətbiq edilir.

i. Bloklanma edən həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) şərtlərini yenidən sıfır səviyyəsinə tənzimləmək (reset) üçün panel açarı və arxa panel birləşmələrini.

j. Birinci xəbərdarlığın (həyəcanı) və söndürmənin (təhlükə) müəyyən edilməsi vasitələrini.

5.4.1.6 Dispetçer idarəetmə sistemi aşağıdakı displey / indikator funksiyalarını özündə ehtiva etməlidir:

a. Xüsusi olaraq təyin edilmiş və bütün ölçülmüş dəyişənləri, həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərini və SC boşluq gərginliyini göstərmək qabiliyyətinə malik displey (radial valın vibrasiyası, ox mövqeyi, porşen ştokunun düşməsi, sürəti göstərən taxometr və kontaktsız çevirici datçikləri ilə istifadə edilən sürət artımını aşkarlayan elektron kanallar). Displey ən azı saniyədə bir dəfə yenilənməlidir. Əgər başqa cür təyin edilməyibsə, sistem fasiləsiz olaraq aşağıdakıları göstərməlidir:

1. Hər bir podşipnikdə daha yüksək radial val vibrasiyası.

2. Bütün ox mövqeyinin ölçülərini.

3. Hər bir mexaniki avadanlıq korpusu üçün ən yüksək temperatur səviyyəsini.

4. Hər bir mexaniki avadanlıq korpusu üçün ən yüksək gövdə vibrasiyasını.

5. Bütün standart sürət göstəriciləri və sürət artımını aşkarlayan kanalları.

6. Hər bir mexaniki avadanlıq gövdəsi üçün ən yüksək porşen ştokunun düşməsini.

Displey analoq, rəqəmsal və ya İstehlakçı tərəfindən təyin edilmiş digər indikatorlara malik ola bilər.

b. Təyin edildiyi təqdirdə, qeyri – inteqral displey inteqral versiyanın tələb edilən bütün eyni ölçmə işlərini və status indikatoru meyarlarını yerinə yetirmək şərtilə istifadə edilə bilər.

Qeyri – inteqral displey təyin edilmədikdə, tətbiq edilməsi mümkün olduğu təqdirdə, aşağıda göstərilən minimum lokal status indikatoru ( müsbət işıqlanma, yəni vizual siqnalizasiyada işıqlanan) ilə birlikdə siqnal emalı / həyəcan / etibarlılıq komponentləri (yəni, “kor” monitor) təşkil edilməlidir:

1. Qidalanma mənbəyinin statusu

2. Qeyri – inteqral displeylə kommunikasiya əlaqəsinin statusu.

3. Sistem dövrəsinin xətası.

4. Sistemin həyəcan siqnalı (həyəcan)

5. Sistemin söndürülməsi (təhlükə).

6. Sistemini söndürülməsindən ötmə (baypas).

5.4.1.7 Qida blokları

a. Dispetçer idarəetmə sisteminin komponentləri açarla dəyişdirilə bilən 90 -dan 132 volta kimi, DC o.k.d. və ya 180 – dən 264 volta kimi DC o.k.d. qidalanma blokuna gedən giriş gərginliyi və 50-60 hers xətt tezliyinə, o cümlədən, 1 – ci cədvəldə təyin edilmiş dəqiqlik tələblərinə cavab vermək qabiliyyətinə malik olmalıdır. Təyin edildiyi təqdirdə qidalanma blokunun aşağıdakı variantlarından istifadə etmək olar:

1. 19 - dan 32 volta kimi SC.

2. 14 - dən 70 volta kimi SC.

3. 90 – dan140 volta kimi SC.

b. Dispetçer idarəetmə sisteminin qidalanma bloku və ya blokları 3.8 – ci yarım- bənddə təyin edilmiş maşın avadanlıqlarının mühafizəsi sisteminin bütün komponentlərini cərəyanla təmin etmək qabiliyyətinə malik olmalıdır.

Qeyd: Bu tələbdə qeyri –inteqral displeylər istisna edilir və onlar xarici cərəyan mənbəyi ilə təmin edilə bilər.

c. Ossiloqraf – demodulyatorlara gedən çıxış gərginliyi –24 volt SC olmalı və 1 – ci cədvəldə təyin edilən dəqiqlik tələblərinə cavab vermək üçün kifayət qədər tənzimlənmə və kiçik dalğaların zəiflədilməsi imkanına malik olmalıdır.

d. Bütün qida blokları onların çıxışlarında yaranan naməlum müddətli qısa qapanmaya zədələnmədən davam gətirmək qabiliyyətinə malik olmalıdır. Çıxış gərginlikləri həddən artıq yüklənmə və ya qısa qapanma aradan qaldırıldıqdan sonra normal vəziyyətə qayıtmalıdır.

e. Datçikin qida bloku elə dizayn edilməlidir ki, bir datçik dövrəsində yaranan xətanın digər kanala təsir göstərməsinin qarşısı alınsın.

f. Bütün qida blokları ən yüksək normal nominal gərginliyin iki mislinə bərabər olan ani giriş gərginliyinin təsirinə 5 mikro- saniyə davam gətirə bilməlidir. Bu cür keçid gərginliyi qida blokunu zədələyə bilməməli və dispetçer idarəetmə sisteminin normal fəaliyyətinə təsir göstərməməlidir.

g. Bütün qida blokları ən azı 50 milli- saniyə müddətində DC cərəyanını itməsi ilə dispetçer idarəetmə sisteminin normal qaydada işləməsinə şərait yaradan lazımi cərəyanının təminatına davam etməlidir.

h. Bütün ölçmə qurğuları üçün nəzərdə tutulan giriş qida bloku transformatorları torpağa birləşdirilmiş laminasiyaya malik ayrı – ayrı sarğılara malik olmalı və yüksək gərginliyin transformatorun ikinci dərəcəli sarğısına birləşməsi ehtimalını yox etmək üçün ekranla mühafizə edilməlidir. İzolyasiyada qapanma yarandıqda giriş gərginliyi torpaqda qısa qapanmalıdır.

i. Təyin edildiyi təqdirdə, dispetçer idarəetmə sistemi 5.4.1.7 –ci yarım -bənddə göstərilən bütün tələblərə cavab vermək qabiliyyətinə malik olan əlavə qida bloku ilə təmin edilməlidir. Bu əlavə qida bloku digər qida bloku kimi eyni giriş gərginliyini və ya müxtəlif giriş gərginliklərini qəbul etmək qabiliyyətinə malik olmalıdır (giriş gərginliyinin variantları barədə məlumat almaq üçün bax: 5.4.1.7.a yarım-bəndi). Hər bir qida bloku müstəqil olaraq, bütün dispetçer idarəetmə sistemini cərəyanla təmin edə bilməlidir və bir qida blokunda və ona bağlı olan paylayıcı şinlərdə yaranan nasazlıq onların bir – birinə təsir etməsi ilə nəticələnməməlidir.

5.4.1.8 Sistemin çıxış releləri

5.4.1.8.1 Aşağıda göstərilən dəyişənlərin hər biri üçün ən azı bir cüt rele, həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) releləri təmin edilməlidir:

b. Radial valın vibrasiyası.

c. Gövdənin vibrasiyası.

d. Podşipnikin temperaturu

e. Porşen ştokunun düşməsi.

Bir ədəd dövrə xətası relesi quraşdırılmalıdır.

5.4.1.8.2 Sürət artımını aşkarlayan elektron sisteminin hər bir kanalı üçün ən azı bir cüt rele, həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) releləri təmin edilməlidir. Bu relelər yoxlanılan digər dəyişənlər ilə bölüşdürülməməli və ya onlarla eyni səsvermə məntiqi sxeminə daxil edilməməlidir. Sürət artımını aşkarlayan elektron sisteminin bütün kanalları üzərində olan söndürmə relesi 5.4.8.4–cü Bölmədə təyin edilən səsvermə məntiqi sxemi həddə artıq artan sürətin parametr dəyərlərinin pozulduğunu aşkarladıqda işə düşməlidir.

5.4.1.8.3 Çıxış releləri epoksid ilə kiplənmiş elektromexaniki növ rele olmalıdır. Təyin edildiyi təqdirdə, germetik kiplənən elektromaqnit tipli relelər quraşdırılmalıdır. Relenin nəzarət dövrəsi istismar yerində mübadiləyə yararlı olmalı və normal olaraq cərəyan qoşulmalı və ya cərəyandan ayrılmalıdır. Həyəcan siqnalı vermək üçün cərəyandan ayırmaq və sistemi söndürmək üçün cərəyana qoşma artan sürət kanallarından başqa digərləri üçün standart olmalıdır. Bütün relelər iki polyuslu, iki istiqamətli və elektrik izolyasiyasına malik kontaktlardan ibarət olmalıdır. Bütün kontaktlar məftillərin birləşdirilməsi üçün mövcud olmalıdır.

5.4.1.8.4 Relenin nəzarət dövrələri bütün artan sürət kanalları üçün normal olaraq cərəyana qoşulmalıdır.

5.4.1.8.5 Söndürmə (təhlükə), həyəcan siqnalı (həyəcan) və dövrə xətası releləri bloklama etmək (əl ilə sıfır səviyyəsinə tənzimləmək) və ya bloklama etməmək (avtomatik olaraq sıfır səviyyəsinə tənzimləmək) üçün istismar yerində mübadiləyə yararlı olmalıdır. Bloklama standart səviyyədə olmalıdır.

5.4.1.8.6 Dövrə xətası releləri normal olaraq cərəyan mənbəyinə qoşulmalıdır. Datçik sistemində, dispetçer idarəetmə sistemində, əsas qida blokundan gələn cərəyanda və ya əlavə qida blokunda nasazlıq yarandıqda dövrə xətası relesi cərəyandan kəsilməlidir.

5.4.1.8.7 Kontaktlar minimum 10,000 əməliyyat üçün 120 DC voltda 2 amperlik və 240 DC voltda 1 amperlik və 28 SC voltda 2 amperlik rezistiv (müqavimətli) yükə uyğun hesablanmalıdır. İnduktiv yüklər qoşulduqda yük səviyyəsində qövsün söndürülməsi həyata keçirilməlidir. Təyin edildiyi təqdirdə 120 DC voltda 5 amperlik rezistiv (müqavimətli) yükə hesablanmış kontaktlar təşkil edilməlidir.

5.4.1.8.8 Normal olaraq cərəyandan ayrılmış söndürmə (təhlükə) çıxış releləri üçün cərəyanın kəsilməsi ( xətt cərəyanı və ya SC çıxış cərəyanı) söndürmə (təhlükə) çıxış relesinin kontaktlarını kəsilmə rejimindən və ya müddətindən asılı olmayaraq digərlərinə keçirməməlidir.

5.4.1.9 Təyin edildiyi təqdirdə, maşın avadanlıqlarının mühafizəsi sistemi üçün söndürmə (təhlükə) funksiyasının neytrallaşdırılması məqsədilə xarici təsirlərə davamlı vasitələr dispetçer idarəetmə sistemində quraşdırılmalı və buna müvafiq olan status indikatorları (məs. müsbət indikator, yəni neytrallaşma reallaşdıqda indikatorun yanması) və iki dəst xarici vizual siqnalizasiya kontaktı təşkil edilməlidir. Sistem üçün söndürmə (təhlükə) funksiyasının neytrallaşdırılması dispetçer idarəetmə sisteminin daxilində və ya xaricində həyata keçirilə bilər. Dispetçer idarəetmə sisteminin neytrallaşmış rejimdə istismarı və ya ona göstərilən texniki xidmət, o cümlədən qida bloklarının əvəzlənməsi maşının söndürülməsi ilə nəticələnməməlidir. (əlavə məlumat almaq üçün qeydə baxın).

Qeyd: Bu əlamət yalnız dispetçer idarəetmə sisteminə texniki xidmət göstərilərkən tətbiq edilmək üçün nəzərdə tutulub.

5.4.1.10 Təyin edildiyi təqdirdə, 5.4.1.4.e–də göstərilən rəqəmsal kommunikasiya portundan aşağıda göstərilənlərdən biri və ya birdən artığı təmin edilməlidir:

a. Kanalda həyəcan olması və ya olmaması statusu.

b. Dispetçer idarəetmə sistemi üçün işə salınma / neytrallaşma ( texniki xidmət üçün baypas) statusu (əlavə məlumat almaq üçün bax: 5.4.1.9–ci yarım-bənd).

c. Ən azı 64 həyəcan siqnalının vaxtının, yarandığı tarixin və göstəricilərinin yaddaşda saxlanılması üçün yaddaş bloku

d. Tam miqyaslı aydınlıq (rezolyusiya) həddinin ±2% daxilində kanal göstəricisi

e. 1 %-lik aydınlığa (rezolyusiya) kimi həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) göstəricilərinin faizi kimi ifadə edilən ölçülmüş dəyər.

f. Kanalın statusu: aktiv / neytral (əlavə məlumat almaq üçün bax: 5.4.1.5.h).

g. Datçikin OK hədləri.

h. Avadanlığın və proqram təminatının diaqnozu.

i. Rabitə kanalının statusu.

j. Həyəcan siqnalının parametr dəyərləri

k. Aralıqda yaranan gərginlik, tətbiq edildiyi təqdirdə.

l. Ötürülən bütün məlumatlar üçün cari sisteminin vaxtı, zaman nişanı və hadisənin baş verdiyi tarix.

m. Hadisələrin vaxtını, tarixini, fərdi giriş kodunu və qeydə alınmış dəyişiklikləri özündə əks etdirən sistem jurnalı.

n. Verilən parametr dəyərlərinin artırılması (əlavə məlumat almaq üçün bax: 5.4.2.5 və 5.4.5.4).

5.4.1.11 Dispetçer idarəetmə sistemlərinin məkanı

Dispetçer idarəetmə sistemlərinin daxildə və ya xaricdə quraşdırlması İstehlakçı tərəfindən təyin edilməlidir. (əlavə məlumat almaq üçün qeydə bax).

Qeyd: Çöl şəraitində quraşdırılan avadanlıqlara mexaniki titrəyişin mənfi təsirlərinə və ətraf mühit təsirlərinə məruz qalmayacaq səviyyədə dizayn edilməli və yerləşdirilməlidir. Ərazinin təsnifatı, oriyentasiyası, üstünlük təşkil edən işıqlanma şərtləri, displeyin parlaqlığı və oxuna bilməsi nəzərə alınmalıdır.

5.4.2 Radial val vibrasiyasının monitorinqi

5.4.2.1 Radial val vibrasiyasının tam miqyaslı diapazon daxilində monitorinqi 0 - dan 125 mikrometrə kimi (0 –dan 5 milə kimi ) ikiqat titrəyiş amplitudasına həyata keçirilməlidir. Təyin edildiyi təqdirdə, könüllü olaraq seçilən standart tam miqyaslı diapazon ikiqat silkələnmə amplitudası ilə 0–dan 250 mikrometrə (o –dan 10 milə) kimi olmalıdır.

5.4.2.2 Radial val vibrasiyasının dövrə xətası sistemi datçikin xətti diapazonunun daha aşağı həddindən 125 mikrometr ( 5 mil) və yuxarı həddən 125 mikrometr (5 mil ) səviyyədə işə düşmək üçün tənzimlənməlidir. Yuxarı hədd üçün minimum yolverilən parametr 250 mikrometr (10 mil) mütləq boşluq olmalıdır.

5.4.2.3 Radial val vibrasiyası hər bir podşipnikdə quraşdırılmış iki datçikdən gələn cüt kanallarla yoxlanılmalıdır.

5.4.2.4 Radial val vibrasiyasının söndürmə sistemi istismar sahəsində mübadiləyə yararlı olmalıdır ki, tək (tək məntiqi sxem) və ya iki (qoşa səsvermə məntiqi sxemi - qeydə bax) datçik siqnalı söndürmə (təhlükə) relesini işə salmaq üçün verilən parametr dəyərinə çatsın və ya onu pozsun. Qoşa səsvermə (ikidən iki) məntiqi sxemi standart sxem olmalıdır.

Qeyd: Qoşa səsvermə məntiqi sxemində müvafiq söndürmə (təhlükə) parametr dəyərinin müxtəlif vaxtlarda hər bir kanal tərəfindən pozulmasına və ya həmin kanalların bu dəyəri almasına baxmayaraq onların hər ikisi müştərək və fasiləsiz olaraq söndürmə (təhlükə) relesinin aktivləşməsindən qabaq 5.4.1.5.d – ci yarımbənddə göstərilən zaman yubanması üzrə verilən söndürmə (təhlükə) parametr dəyəri səviyyəsində və ya ondan yuxarı olmalıdır. Tək radial val vibrasiyasının kanal datçikində və ya dövrəsində nasazlıq yarandığı təqdirdə yalnız dövrə xətası həyəcan siqnalizasiyası işə düşəcək. (yəni söndürmə (təhlükə) relesi aktivləşməyəcək)

5.4.2.5 Təyin edildiyi təqdirdə, nəzarətli giriş funksiyası elə yaradılmalıdır ki, xarici kontakt qapanması həyəcan siqnalı təyin edilmiş (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərinin tam bölünənlə, ya iki (2) və ya üç (3), artmasına səbəb olsun. Üç (3) vuranı standart olmalıdır. Həmin vurma prosesi aktivləşdikdə monitor sistemində pozitiv indikatorun (məs. düymənin işıqlanması) olması təmin eidlməlidir.

Qeyd: Verilən parametr dəyərlərinin vurulması əgər açıq – aydın tələb yaranmırsa, heç bir vəchlə məsləhət görülmür. Verilən parametr dəyərlərinin vurulmasının nə vaxt tələb edilə bilməsi barədə məluamt almaq üçün I Əlavəsinə baxın.

5.4.2.6 Vibrasiya ölçmələrinin riyazi yolla çıxarılmış (zəiflədilmiş) mexaniki və ya elektrik azalmaya əsasən aparılmasına yol verilmir.

5.4.3 Ox Mövqeyinin monitorinqi

5.4.3.1 Ox mövqeyinin yoxlanılması üçün tam miqyaslı diapazon –1,0 –dan +1,0 millimetrə qədər (–40–dan +40 milə qədər) ox hərəkəti olmalıdır.

5.4.3.2 Ox mövqeyinin dövrə xətası sistemi mütləq zond boşluğunun datçikin xətti diapazonunun sonundan 250 mikrometr (10 mil)–dən artıq yaxın olmayaraq aktivləşməyə hesablanmalıdır.

5.4.3.3 Ox mövqeyi cüt kanallarla yoxlanılmalıdır. Dispetçer idarəetmə sistemi hər iki kanal üzrə sıfırdan yayınma halını göstərmək qabiliyyətinə malik olmalıdır. Hər iki kanal ümumi həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərini bölüşməli, lakin onların ayrıca olaraq sıfıra endirmə və ya artırmanı tənzimləmək imkanı olmalıdır.

5.4.3.4 Ox mövqeyinin söndürmə sistemi istismar sahəsində mübadiləyə yararlı olmalıdır ki, tək (tək məntiqi sxem) və ya iki (qoşa səsvermə məntiqi sxemi - qeydə bax) datçik siqnalı söndürmə (təhlükə) relesini işə salmaq üçün verilən parametr dəyərinə çatsın və ya onu pozsun. Qoşa səsvermə (ikidən iki) məntiqi sxemi standart sxem olmalıdır.

Qeyd: Qoşa səsvermə məntiqi sxemində müvafiq söndürmə (təhlükə) parametr dəyərinin müxtəlif vaxtlarda hər bir kanal tərəfindən pozulmasına və ya həmin kanalların bu dəyəri almasına baxmayaraq onların hər ikisi müştərək və fasiləsiz olaraq söndürmə (təhlükə) relesinin aktivləşməsindən qabaq 5.4.1.5.d – ci yarımbənddə göstərilən zaman yubanması üzrə verilən söndürmə (təhlükə) parametr dəyəri səviyyəsində və ya ondan yuxarı olmalıdır. Tək radial val vibrasiyasının kanal datçikində və ya dövrəsində nasazlıq yarandığı təqdirdə yalnız dövrə xətası həyəcan siqnalizasiyası işə düşəcək. (yəni söndürmə (təhlükə) relesi aktivləşməyəcək). Söndürmə (təhlükə) relesi aşağıda göstərilən hallardan biri baş verdikdə aktivləşəcək:

a. Hər iki ox mövqeyi datçikləri və ya dövrələri əməliyyatdan imtina etdikdə.

b. Hər iki kanal əməliyyatdan imtina etdikdə və digər kanal söndürmə (təhlükə) parametr dəyərini pozduqda).

c. Hər iki kanal birlikdə söndürmə (təhlükə) parametr dəyərini pozduqda.

5.4.3.5 Ox mövqeyi üzrə hər bir monitorinq kanalı istismar sahəsində mübadiləyə yararlı olmalıdır ki, displeydə artan zond boşluğu ilə yuxarı və ya aşağı səviyyələr göstərilsin. Artan zond boşluğu ilə yuxarı səviyyənin göstərilməsi standarta uyğun olmalıdır.

5.4.4 Porşen ştokunun düşməsi

5.4.4.1 Təyin edildiyi təqdirdə porşen ştokunun düşməsinə dispetçer nəzarəti təyin edilməlidir.

Qeyd: Bu ölçmə işi porşenin silindrin oymağı ilə kontaktda olmasının qarşısını porşenin bandajının yeyilib və ya yeyilmədiyini yoxlamaqla almaq üçün həyata keçirilir. (əlavə məlumat almaq üçün bax: 8 – ci şəkil).

5.4.4.2 Əgər başqa cür təyin edilməyibsə, porşen ştokunun düşməsinə nəzarət sisteminə 6.1.4 – cü bölmədə göstərilən etalon faza datçikində diaqnoz məqsədləri və porşen ştokunda ölçmə yerinin vaxtının təyin edilməsi üçün istifadə edilən çarx qolunun bir dəfə fırlanması siqnalı daxil edilməlidir. (əlavə məlumat almaq üçün bax: 9 – ci şəkil).

5.4.4.3 Porşen ştokunun düşməsinə nəzarət sistemi hər porşen ştoku uçun bir kanalla təmin edilməlidir. Təyin edildiyi təqdirdə X – Y ölçmələri üçün hər porşen ştokuna iki kanal təşkil edilməlidir. (əlavə məlumat almaq üçün həmçinin bax: 6.1.3.6 – cı yarım bənd).

5.4.4.4 Porşen ştokunun düşməsinə nəzarət displeyinin diapazonu 9,99 millimetrlik (400 mil) ştok qalxmasından 9,99 millimetrlik (400 mil) ştok düşməsinə qədər olmalı, ən azı 10 mikrometr (SI vahidləri) və ya 1 mil (ABŞ ümumi vahidləri)) aydınlığa (rezolyusiya) malik olmalıdır.

Qeyd: Porşen ştokunun məhdudlaşdırıcı aralığını təyin etmək üçün 8–ci şəklə baxın. Məhdudlaşdırıcı aralıq porşen ştoku ilə təzyiq qutusu arasındakı aralıq ola bilər.

5.4.4.5 Porşen ştokunun düşməsinə nəzarət sisteminin dövrə xətası sistemi kontaktsız zondlu datçikin mütləq boşluğunun 1 millimetrindən (40 mil) yaxın olmayaraq datçikin xətti diapazonun sonunda aktivləşməyə hesablanmalıdır.

5.4.4.6 Əgər başqa cür təyin edilməyibsə, porşen ştokunun düşməsinə nəzarət sisteminin söndürmə (təhlükə) funksiyası hər hansı sensorlardan biri istənilən kanal üçün təyin edilmi söndürmə (təhlükə) parametr dəyərinə çatdıqda və ya onu pozduqda aktivləşməlidir.

1 – ci hesablama: porşen ştokunun düşmə sahəsində məhdudlaşdırıcı aralıq.

Bu hesablamaya əsasən podşipnik aralığını məhdudlaşdıran komponentinin təzyiq qutusundakı aralıq yaxud porşen - silindr aralığı olub və ya olmadığı müəyyən edilir.

a) Əgər A x D/C < B olursa, onda təzyiq qutusunun aralığı məhdudlaşdıcırı xarakter daşıyır; əks halda porşen - silindr aralığı məhdudlaşdırıcı olur.

b) Əgər porşen – silindr aralığı məhdudlaşdırıcı xarakter daşıyırsa, datçiklərdə maksimum porşen düşməsi C x B/A –dir.

2 – ci Hesablama: Porşen ştokunun düşməsiniporşen düşməsinə çevirin.

E aralığında yaranan dəyişiklik porşen – silindr aralığının itkisini aşağıdakı qaydada göstərir: Porşen düşməsi = DE x A/C.

Porşen bucağı (PB) = Porşen yuxarı ölü nöqtədə (YÖN) olarkən etalon faza nişanı ilə etalon faza datçiki arasındakı fırlanma istiqamətində dərəcələrin sayı.

Təsirləndirmə ducağı (TB)= YÖN ilə göstəricilərin qeydə alınması üçün nəzərdə tutulan zərbə arasında fırlanma istiqamətində olan dərəcələrin sayı ( YÖN - ə və ya aşağı hissədəki ölü nöqtəyə çox yaxın olmamalıdır (AÖN)

1 – ci qeyd: Porşen ştokunun düşməsini qeydə alan datçikin quraşdırılması zamanı porşen bandajı yeyildikcə ştokun zondlu datçikdən müəyyən istiqamətdə hərəkət etməsi (aralanması və ya irəli hərəkət etməsi) nəzərə alınmalıdır.

Şəkil 9— Təsirləndirmə rejimində etalon faza datçiki vasitəsilə porşen ştokunun düşməsinin ölçülməsi

5.4.4.7 Porşen ştokunun düşməsinə nəzarət sistemi porşen ştokunun mövqeyinə, kontaktsız zondlu datçikin mövqeyinə və müxtəlif mexaniki avadanlıqların hissələrində aparılan ölçmə işlərinə əsasən porşenin qalxmasını və ya düşməsini hesablamaq qabiliyyətinə malik olmalıdır.

5.4.4.8 Porşen ştokunun düşməsinə nəzarət sistemi porşendə termal artımı kompensasiya etmək üçün işçi temperatur səviyyəsinə çatdıqdan sonra ilkin porşen bandajının yeyilməsi parametrinə köklənmək qabiliyyətinə malik olmalıdır.

Qeyd: Porşen ştokunun ilkin işçi mövqeyi porşendə baş verən termal artıma və onun istismarında rast gəlinən təzyiq səviyyələrinə görə dəyişəcək.

5.4.4.9 Dispetçer idarəetmə sisteminin miqyas əmsalı istismar sahəsində mübadiləyə yararlı olub tətbiq edilən datçik sisteminin çıxışına uyğun gəlmək hər mikrometrə 7,87 mV (hər milə 200 mV) və ya hər mikrometrə 3,94 mV (hər milə100 mV ) arası dəyişməlidir. Əgər başqa cür təyin edilməyibsə, hər mikrometrə 7,87 mV (hər milə 200 mV) dəyişmə standart olmalıdır.

5.4.4.10 Porşen ştokunun düşməsinə nəzarət sisteminin miqyas əmsalı piston ştokunun müxtəlif materialların, üzlüklərinin və üzlük qalınlığının uyğunlaşdırılması üçün nominal həssaslıq dəyərinin ±50% həddi daxilində tənzimlənə bilmək qabiliyyətinə malik olmalıdır.

Porşen ştokları və ya vərdənələri müxtəlif çeşidli materiallardan hazırlana ( və ya üzlənə) bilər və onlar tez – tez xrom və ya volfram karbidlə üzlənir. Bu faktorlar porşen ştokunun düşməsinə nəzarət sistemi tərəfindən sahədə kalibrləməni tələb edən datçik həssaslığına öz təsirini göstərə bilər. Bu cür hallarda dəqiqliyin qorunub saxlanılması üçün tənzimlənə bilən miqyas əmsalının olması vacibdir. Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısına datçiki lazımi səviyyədə kalibrləmək üçün yoxlanılan porşen ştokunun materialı və material tərkibi (üzlük daxil olmaqla) barədə məsləhət vermək lazımdır.

5.4.4.11 Porşen ştokunun düşməsinə nəzarət sistemi porşen bandajının iki ayrı rejimdə dəyişdirmək qabiliyyətinə malik olmalıdır

a. Hər bir porşen gedişi üzrə xüsusi və sabit nöqtədə olan ani aralıq gərginliyinə əsasən porşen bandajının göstərilməsi (təsirləndirmə rejimi).

b. Porşen gedişi boyu orta aralıq gərginliyinə əsasən porşen bandajının göstərilməsi (orta rejim).

Porşen ştokunun düşməsini qeydə alan datçik sistemi porşen ştokunun bütün hərəkətlərini ölçür. Bu tərpənmələrə təkcə porşen bandajı deyil həm də aşağıda göstərilənlərdən biri və ya bir neçəsi səbəb ola bilər:

a. Ölçü müstəvisində sürüngəc sapfası – silindr uyğunsuzluğuna görə ştokun mexaniki yeyilməsi

c. Yükün və texnoloji prosesin dəyişməsinə görə yaranan təsiredici qüvvələr.

Bu hallar bütün porşenli maşın avadanlıqlarında fərqli dərəcədə yaranır və orta rejimdə göstərilərkən porşen bandajının yeyilməsi ilə bağlı səhv nəticələrin çıxarılmasına səbəb ola bilər. Bu təsirləri azaltmaq və porşen bandajı ilə bağlı ən etibarlı göstəriciləri əldə etmək üçün təsirləndirmə rejimindən istifadə etmək lazımdır. Təsirləndirmə rejimini lazımi səviyyədə tətbiq etmək üçün porşen bandajının minimuma enməsindən başqa digər təsirlərə görə aralıqda yaranan gərginliyin porşenin gedişindəki dəyişdiyi nöqtəni tapmaq lazımdır.

Porşen ştokunun düşməsinə nəzarət sistemini istismara buraxarkən sahə sınaqları vasitəsilə bunu həyata keçirmək olar. Porşen ştokunun düşməsi üzrə ölçmə işlərinin şərh etməyin ən effektiv yolu uzun və qısa müddətli tendensiya təhlilinin (trendinq) aparılmasıdır. Bu cür təhlil istifadəçilərə porşen bandajının yeyilməsini etibarlı səviyyədə müəyyən etmək imkanı verir.

5.4.4.12 Porşen ştokunun düşməsinə nəzarət sistemi dirsəkli val asta fırlandıqda (2 o.k.d. və ya aşağı) porşen ştokunun vurmasını göstərmək qabiliyyətinə malik olmalıdır.

Qeyd: Bu ölçmə işi üçün təsirləndirmə rejimi tətbiq edilməməlidir.

5.4.5 Gövdə vibrasiyasının yoxlanılması

5.4.5.1 Bu bölmədə irəli sürülən tələblər mexaniki avadanlıqların məs. sürət qutularının, nasosların, pərlərin və diyircəkli hissələri olan yastıqlı mühərrikin üzərində quraşdırılmış akselerator datçikləri vasitəsilə gövdə vibrasiyasının yoxlanılmasına tətbiq edilir. Əgər başqa cür təyin edilməyibsə, hidrodinamik podşipnikləri olan və monitorinq üçün nəzərdə tutulan maşın avadanlıqları H Əlavəsində göstərilən sistem düzülüşünə uyğun val yerdəyişməsinin yoxlanılması imkanlarına malik olmalıdır.

1. Maşın avadanlıqlarının mühafizəsi üçün gövdə vibrasiyasına nəzarət tətbiq edildikdə, sürət ölçmələrinin aparılması məsləhət görülür (əlavə məlumat almaq üçün bax: Əlavə E). Sürət ölçmələri maşın avadanlıqlarının mühafizəsi üçün deyil vəziyyəti göstərmək üçün istifadə edilməlidir.

2. Filtrdən keçməyən ümumi vibrasiya sınaq stendində təhvil – qəbul üçün aparılan ölçmələr üçün lazım gəldikdə (API 610 – də göstərildiyi kimi), bu, maşın avadanlıqlarının mühafizəsi və ya fasiləsiz monitorinq üzrə tətbiq sahələri üçün ümumiyyətlə məsləhət görülmür. Təcrübə göstərir ki, 5.4.5.5.b – də göstərilən filtrdən keçmiş standart sürət diapazonu ümumiyyətlə mümkün yalnış həyəcan siqnallarının və yalnış səs – küyün aradan qaldırılması üçün arzu edilir.

5.4.5.2 Hər bir gövdə vibrasiyası kanalının yoxlanılan tezlik diapazonu üçün istismar sahəsində mübadiləyə yararlı olan iki filtr, yuxarı və ya aşağı tezlikdə filtrdən siqnalın buraxılması imkanları və ya ona ekvivalent olan filtrlər təşkil edilməlidir. Tezlik diapazonunun qurulması üçün istifadə edilən filtrlər və ya onların ekvivalenti aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

a. Giriş siqnalı səviyyəsinə istinad etdikdə 0,5 desibeldən yuxarı siqnal buraxma zolağında vahidli güclənmə və sıfır itki.

b. Yuxarı və aşağı kəsilmə tezliyində ( - 3 desibel) hər oktava üzrə minimum 24 desibel düşmə dərəcəsi.

c. Filtrləmə inteqrasiyadan qabaq tamamlanmalıdır.

d. Əgər başqa cür təyin edilməyibsə, gövdə vibrasiyası 10 hersdən 1000 hersə kimi olan siqnal buraxma zolağında yoxlanılmalıdır.

5.4.5.3 Gövdə vibrasiyası üzrə dövrə xətası sistemi dispetçer idarəetmə sistemi ilə akselerometr arasında qapalı və ya açıq dövrələr mövcud olduqda aktivləşməlidir. Dövrə xətası sistemi bloklama edə bilməli və xəta aradan qaldırılana və kanal sıfır səviyyəsinə tənzimlənənə qədər təsirə məruz qalmış kanalın fəaliyyətinə mane olmamalıdır.

5.4.5.4 Təyin edildiyi təqdirdə, nəzarətli giriş funksiyası elə yaradılmalıdır ki, xarici kontakt qapanması həyəcan siqnalı təyin edilmiş (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərinin tam bölünənlə, ya iki (2) və ya üç (3), artmasına səbəb olsun. Üç (3) vuranı standart olmalıdır. Həmin vurma prosesi aktivləşdikdə monitor sistemində pozitiv indikatorun (məs. düymənin işıqlanması) olması təmin edilməlidir.

Qeyd: Verilən parametr dəyərlərinin vurulması əgər açıq – aydın tələb yaranmırsa, heç bir vəchlə məsləhət görülmür. Verilən parametr dəyərlərinin vurulmasının nə vaxt tələb edilə bilməsi barədə məlumat almaq üçün I əlavəsinə baxın.

5.4.5.5 Əgər başqa cür təyin edilməyibsə, sürət qutularının, nasosların, pərlərin və diyircəkli hissələri olan yastıqlı mühərrikin üzərində gövdə vibrasiyasına nəzarət etmək üçün aşağıda müəyyən tələblər irəli sürülür.

a. Ötürmə qutusunun gövdəsinin vibrasiyası bir akselerometrdən gələn akselerasiya (sürət götürmə) və sürət rejimlərində yoxlanılmalıdır.

Akselerasiya (sürət götürmə) kvadrat kökü çıxarılmış əsl yüksək dəyərin (0–dan 50 g üzrə ən yüksək dəyər) hər saniyəsi üzrə 0 –dan 500 metrə kimi 1000 hers və 10 kilohers arasında olan tezlik diapazonu daxilində yoxlanılmalıdır.

Qeyd: Alternativ olaraq, yüksək sürətli çarxın fırlanma tezliyinin 3 dən 6 –a kimi mislinə bərabər yüksək və aşağı tezlikdə siqnal buraxan filtr parametrinə malik dişli cütlüyün vibrasiya tezliyi üzərində mərkəzləşmiş akselerasiyanın siqnal buraxma zolağını nəzərə almaq olar.

Sürət 10 hersdən 1000 hersə qədər tezlik diapazonunda və hər saniyə o.k.d. üzrə (0–dan 1,0 ips. o.k.d. kimi) 0–dan 20 millimetrə kimi olan amplituda daxilində yoxlanılmalıdır.

b. Nasoslar, pərlər və diyircəkli hissələri olan yastıqlı mühərriklər (əlavə məlumat almaq üçün 5.4.5.1 bölməsində verilmiş qeydlərə baxın):

Sürət 10 hersdən 1000 hersə qədər tezlik diapazonunda və hər saniyə o.k.d. üzrə (0–dan 1 ips. o.k.d. kimi) 0 – dan 25 millimetrə kimi olan amplituda daxilində yoxlanılmalıdır.

Təyin edildiyi təqdirdə, akselerasiya (sürət götürmə) kvadrat kökü çıxarılmış əsl yüksək dəyərin (0–dan 10 g üzrə ən yeksək dəyər) hər saniyəsi üzrə 0 –dan 100 metrə kimi olan amplituda və 10 hers və 5 kilohers arasında olan tezlik diapazonu daxilində yoxlanılmalıdır.

750 o.k.d. - 300 o.k.d. val sürəti həddində işləyən avadanlıqlar 5 hers və 1000 hers arasında olan tezlik diapazonu daxilində yoxlanılmalıdır.

5.4.5.6 Təyin edildiyi təqdirdə, gövdə vibrasiyasına nəzarət sistemi aşağıdakı variantlardan birini və ya bir neçəsini özündə ehtiva etməlidir:

a. Tək kanal akselerasiyasına və ya sürətinə dispetçer nəzarəti və onun göstərilməsi.

b. Akselerasiya və ya sürət üzrə iki kanala dispetçer nəzarəti və onların göstərilməsi.

c. Filtr və ya tezlik diapazonlarına dispetçer nəzarəti və onların göstərilməsi.

d. Filtrdən keçməyən ümumi vibrasiyaya dispetçer nəzarəti və onların göstərilməsi. (əlavə məlumat almaq üçün5.4.5.1 –ci yarım-bənddən sonra 2 – ci qeydə baxın).

e. Orta kvadrat əmsalına uyğun (o.k.d.) nəzarət və göstərilmə.

f. Əsl yüksək dəyərə nəzarət və onun göstərilməsi

g. Alternativ tam miqyaslı diapazonlar

h. Qoşa səsvermə məntiqi sxemi.

5.4.6 Temperatura nəzarət

5.4.6.1 Temperatura nəzarət üçün tam miqyaslı diapazon ya SI (0°C to 150°C), ya da təyin edilən ABŞ standart vahidləri (0°F to 300°F), o cümlədən mühəndis pultlarından asılı olmayan bir (1) dərəcəlik aydınlığa (rezolyusiya) malik olmalıdır. Termoelementlərin istifadə edildiyi yerlərdə temperatura nəzarət sistemləri torpağa birləşdirilən termoelementlər üçün yararlı olmalıdır.

5.4.6.2 Temperatura nəzarət sistemində və ya ona bağlı olan datçiklərdə xəta yarnadıqda dövrə xətasını göstərən həyəcan siqnalı işə düşməlidir. Aşağı səviyyəli nasazlıq (yəni, sıfır istiqamətli nasazlıq) standart kimi qəbul edilməlidir.

5.4.6.3 Temperatura nəzarət sistemi yoxlanılan bütün dəyərləri göstərmək qabiliyyətinə malik olmalıdır. Əgər başqa cür təyin edilməyibsə, displeydə ən yüksək temperatur səviyyəsinin avtomatik olaraq göstərilməsi təmin edilməlidir.

5.4.6.4 Temperatura nəzarət sisteminin söndürmə (təhlükə) funksiyası istismar sahəsində mübadiləyə yararlı olub aşağıda göstərilən iki mümkün konfiqurasiyadan birinə uyğun olmalıdır:

a. Hər bir ayrı sensor söndürmə (təhlükə) üzrə verilən parametr dəyərlərinə çatmalı və ya onları pozmalıdır.

b. Qabaqcadan təyin edilmiş sensor cütlükləri arasındakı qoşa səsvermə məntiqi sxemi söndürmə (təhlükə) üzrə verilən parametr dəyərlərinə çatmalı və ya onları pozmalıdır.

Podşipnikin yük zonasında iki sensor quraşdırıldıqda qoşa səsvermə məntiqi sxemi standart olmalıdır. Digər sensor konfiqurasiyaları üçün tək kanal üzrə verilən parametr dəyərlərinin pozulması (OR məntiqi sxemi) standart olmalıdır.

5.4.7 Sürəti göstərən taxometr

5.4.7.1 Təyin edildiyi təqdirdə, sürəti göstərən taxometr təşkil edilməlidir. Bu taxometr ən yüksək sürət kimi məlum olan, ölçülmüş ən yüksək fırlanma sürətini (o.k.d.) qeydə almaq və yaddaşda saxlamaq qabiliyyətinə malik olmalıdır.

5.4.7.2 Təyin edildiyi təqdirdə, ən yüksək sürət funksiyası üçün nəzarətli giriş altında sıfır səviyyəsinə tənzimləmə (reset) qabiliyyəti həm lokal, həm də uzaqdan idarə edilən olmalıdır. Sürəti göstərən taxometr sürət artımından mühafizə üçün istifadə edilməməlidir.

5.4.7.3 Sistem standart zondlu datçik giriş siqnallarını standart zondlu datçiklərdən və ya maqnitli sürət datçiklərindən qəbul etməlidir.

5.4.8 Sürət artımının elektron aşkarlanması

5.4.8.1 Təyin edildiyi təqdirdə, sürət artımını aşkarlayan elektron sistem yaradılmalıdır.

Qeyd: Həddən artıq artan sürəti aşkarlayan elektron sistem sürət artımına qarşı bütöv mühafizə sisteminin yalnız bir komponentini təşkil edir. Bu standarta digər komponentlər, məs. solenoidlər, aralıq releləri, qəza klapanları və s. daxil edilməyib. Sürət artımından mühafizə sisteminin digər komponentləri ilə bağlı detalları müzakirə etmək üçün tətbiq edilən mexaniki avadanlığı üçün təyin edilmiş standarta (məs. API 612 standartı) müraciət edin.

5.4.8.2 Sürət artımını aşkarlayan elektron sistemi üçün yalnız həddən artıq artan sürəti aşkarlama funksiyası təyin edilməlidir. Bu sistem digər nəzarət və ya mühafizə sistemlərindən ayrı və müstəqil olmalıdır və onun həddən artıq artan sürəti aşkarlamaq qabiliyyəti və özünə məxsus çıxış relelərini aktivləşdirməsi heç bir vəchlə digər sistemlərin düzgün fəaliyyətindən asılı olmamalı və o cümlədən mexaniki avadanlığın qəzadan açılması üçün bu sistemlərdən asılı olmamalıdır.

Qeyd: Bu bəndin məqsədi həddən artıq artan sürəti aşkarlayan elektron sistemin avadanlıqlarının digər sistemlərə məxsus avadanlıqlarla birləşməsinə və ya həddən artıq artan sürəti aşkarlayan elektron sistemi ilə həddən artıq artan sürətdən mühafizə sisteminin digər komponentləri arasındakı digər aralıq nəzarət və ya avtomat sistemlərdən (məs. aralıq relelər və ya solenoidlər) istifadəsinə mane olmaqdır.

Sürət artımını aşkarlayan elektron sisteminin digər sistemlərdən tam ayrılması üçün nəzərdə tutulan bu tələb təkcə texnoloji prosesə nəzarət edən avadanlıqları və maşın idarəetmə sistemlərinə deyil, həmçinin bu standartda təsvir edilən maşın avadanlıqlarının mühafizəsi sisteminin funksiyalarına məs. radial vibrasiyaya, ox mövqeyinə, temperatura və s. nəzarət funksiyaların icra etmək üçün nəzərdə tutulan avadanlıqlara aid edilir.

5.4.8.3 Rəqəmsal və ya analoq kommunikasiya interfeysləri yaradıldıqda həmin interfeyslər sürət artımından mühafizə sisteminin bir hissəsini təşkil etməməli və istənilən halda onun fəaliyyətinə təsir göstərməməlidir.

Qeyd: Bu bəndin məqsədi artan sürəti aşkarlayan elektron sistemdən gələn statusun və məlumatların texnoloji prosesə nəzarət, maşın avadanlıqlarının idarə edilməsi, qəza halında söndürülmə və digər nəzarət və avtomat sistemləri tərəfindən rəqəmsal və ya digər interfeyslər vasitəsilə bölüşdürülməsinə şərait yaratmaqdır.

5.4.8.4 Sürət artımını aşkarlayan elektron sistem aşağıda göstərilən tələblərə cavab verməlidir:

a. Bu sistem üç müstəqil ölçmə dövrəsinə və üçdən iki məntiqi səsvermə sxeminə əsaslanmalıdır.

b. Əgər başqa cür təyin edilməyibsə, sistem artan sürəti hiss etməli və 300 herslik minimum siqnal tezliyi diapazonunda 40 milli saniyə müddətinə çıxış relelərinin vəziyyətini dəyişməlidir. Reaksiya göstərmə vaxtı üçün ASME PTC 20.2-1965 – in 7 – ci Bölməsində göstərilən bütöv sistem dinamikası (əlavə məlumat üçün qeydə baxın) nəzərə alınmalıdır.

Qeyd: 40 millisaniyə müddətində verilən reaksiya rotorun sürətinin maşın avadanlığı üçün yolverilən maksimum həddi aşmasının qarşısını almaq üçün bütün hallarda adekvat olmaya bilər. Bu zaman aşağıda göstərilənlərə diqqət yetirmək lazımdır:

1. Sürət artımını aşkarlayan elektron sistem sürət artımına qarşı ümumi mühafizə sisteminin yalnız bir hissəsini təşkil edir. Ümumi reaksiya vaxtına məhdud olmayaraq, rotorun sürət götürmə dərəcəsi, sürət artımını aşkarlayan elektron sistem, qəza klapanı və ya klapanları, elektrohidravlik solenoid klapanları, qəza klapanının və ya klapanlarının və mexaniki avadanlıqdakı dəyişən potensial enerji və (tətbiq edildiyi təqdirdə) əks klapanlar təsir göstərir.

2. Sürət artımını aşkarlayan elektron sistemin lazımi vaxtda reaksiya verməsini təmin etmək üçün hər zaman vahidi üzrə hadisələrin minimum sayını təyin etmək tələb edilir. Bu, tətbiq edilən sürət hiss etmə metodundan asılıdır və buna məs. sürət hiss edən səthdəki dişlərin sayı, dişin profili və valın fırlanma sürəti təsir edə bilər. (əlavə məlumat almaq üçün bax: J əlavəsi).

3. Təhlükəli sahələrin təsnifat tələblərinə cavab vermək üçün özünəməxsus qoruyucu maneələrin istifadəsi sistemin məqbul reaksiya göstərmə vaxtı üzrə meyarlara cavab verməsinə mane olan siqnal yubanmaları yarada bilər. Sürət artımını aşkarlayan elektron sisteminin layihəsini hazırlayarkən və onun komponentlərini seçərkən bu təsirləri nəzərə almaq lazımdır. Təhlükəli sahələrin təsnifat tələblərinə cavab vermək üçün tələb edilən alternativ metodları nəzərə almaq lazımdır.

c. Həyəcan siqnalizasiyasını işə salmaq üçün dövrələrdən birində həddən artıq artan sürətin hiss edilməsi.

d. Üç dövrədən ikisi tərəfindən hiss edilən sürət artımı sistemin söndürlüməsi ilə nəticələnməlidir.

e. İstənilən dövrədə sürət sensorunda, qida blokunda və ya məntiqi qurğuda yaranan nasazlıq yalnız həyəcan siqnalizasiyasını aktivləşdirməlidir.

f. Üç dövrədən ikisində sürət sensorunda, qida blokunda və ya məntiqi qurğuda yaranan nasazlıq yalnız söndürmə funksiyasını aktivləşdirməlidir.

g. c, d, e, və f bəndlərində göstərilənlər üçün əl ilə sıfır səviyyəsinə kimi tənzimləmək imkanının olması tələb edilir.

h. Həddən artıq artan sürət dövrələrindəki bütün parametrlər istismar sahəsində mübadiləyə yararlı olmalı və nəzarətli giriş vasitəsilə mühafizə eidlməlidir.

i. Fırlanma tezliyi həddinin parametrlərini təsdiqləmək üçün tezlik generatorundan gələn giriş siqnalları həddən artıq artan sürət dövrəsi tərəfindən qəbul edilməlidir.

j. Hər bir həddən artıq artan sürət dövrəsi sürət göstəricisi üçün çıxış siqnalı təmin etməlidir.

k. Həddən artıq artan sürəti aşkarlayan elektron sistemə gedən giriş siqnalı kimi istifadə edilən sürət sensorları hər hansı başqa sistemlə paylaşmamalıdır..

l. Nəzarətli girişlə sıfır səviyyəsinə tənzimləmə imkanına malik ən yüksək dəyərin saxlanılması əlaməti sonucu sıfıra endirmədən (reset) sonra maksimum sürəti göstərmək üçün təmin edilməlidir.

Qeyd: Sistemin dizaynından asılı olaraq, faktiki olaraq həddən artıq sürət artımı qeydə alındığı zaman maksimum rotor sürətinin əldə edilməsini təmin etmək üçün sınaqdan sonra saxlanılan ən yüksək dəyərin sıfıra endirilərək tənzimlənməsi lazım gələ bilər.

m. Onlayn sınaq funksiyalarının aktivləşməsinə yalnız nəzarətli giriş vasitəsilə icazə verilməlidir.

n. Sistem 5.4.1.7.i - ə müvafiq olaraq tamamilə artıq olan qida blokları ilə təmin ediməlidir.

Qeyd: Bu qida bloklarını İstehlakçıya məxsus ayrı və fasiləsiz cərəyan dövrələri enerji ilə təmin etməlidir.

o. Həddən artıq artan sürəti aşkarlayan elektron sistem maqnitli sürət datçikərindən və ya kontaktsız zondlu datçiklərdən gələn sürət sensoru giriş siqnallarını qəbul etməlidir. (əlavə məlumat almaq üçün bax: 6.1.6). Əgər başqa cür təyin edilməyibsə bu giriş siqnalları maqnitli passiv sürət datçiklərini qəbul etmək üçün konfiqurasiya edilməlidir.

5.5 Naqillərin çəkilməsi və naqil borucuqları

Quraşdırma aşağıda göstərilənlərə əsasən həyata keçirilməlidir:

a. Naqillərin çəkilməsi və naqil boruları NFPA 70 – də təyin edilmiş elektrik qaydalarına uyğun gəlməlidir (əlavə məlumat almaq üçün bax: 10, 11, 12, C-1, və C-2 – ci şəkillər).

b. Bütün borular, siqnal və cərəyan kabelləri və dispetçer idarəetmə sisteminin komponentləri isti yerlərdən məs. boru estakadasından, mexaniki avadanlıqların hissələrindən və çənlərdən uzaq yaxşı havalandırılan sahələrdə quraşdırılmalıdır.

c. Maşın avadanlıqlarının mühafizəsi sisteminin komponentləri izolyasiya materialı ilə örtülməməli və ya onlara avadanlıq örtükləri, naqil boruları və boru estakadaları kimi komponentlər mane olmamalıdır.

d. Bütün naqil boruları, zirehli kabellər və buna bənzər digər komponentlər elə yerlərdə yerləşdirilməlidir ki, heç bir elektrik avadanlığını zədələmədən avadanlıqları sökmək və ya təmir etmək mümkün olsun.

e. Siqnal və cərəyan naqilləri qabaqcıl quraşdırma qaydalarına müvafiq olaraq ayrılmalıdır (əlavə məlumat almaq üçün bax: 5.5.2.4).

f. Siqnal məftilləri dəyişən və ya sabit cərəyanı 30 voltdan artıq olan borulardan və ya lotoklardan keçməməlidir.

g. Siqnal məftilləri ekranla mühafizə edilməli, cüt burulmalı və ya ekranlı iç milli olmalıdır ki, elektromaqnit və ya radio tezlikli maneələrə qarşı onların həssaslığı azalsın.

5.5.2 Panellərə gedən kabel trassaları

5.5.2.1 Boru kanalları aşağıdakı kimi olmalıdır:

a. Çəkilməsi nəzərdə tutulan siqnal kabellərinin sayına və ölçüsünə uyğun olaraq NFPA 70 tələblərinə cavab verən müvafiq ölçüdə və iqlim təsirlərinə davamlı olmalıdır.

b. Hər bir boru kanalının aşağı nöqtəsində quraşdırılmış drenajla təmin edilməlidir.

5.5.2.2 Yeraltı borularda quraşdırılmış siqnal kabeli su altında fasiləsiz işləmək qabiliyyətinə malik olmalıdır.

Qeyd: Yeraltı borular tətbiq edilən kipləmə metodlarından asılı olmayaraq uzun müddət ərzində özündə nəmişliyi toplayacaq.

5.5.2.3 Siqnal kabelləri aşağıda göstərilənlərə malik olmalıdır:

a. Əlavə D – nin müddəalarına müvafiq olaraq təchiz edilməlidir.

b. Fiziki uzunluğu 15 metri (500 fut) aşmamalıdır. Daha uzun kabellərin istifadəsi maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən yoxlanılmalı və yazılı formada təsdiqlənməlidir.

c. Bütöv xətt olmalıdır, bütöv olmadığı təqdirdə sahibkar tərəfindən təsdiqlənməlidir və lazım gəldikdə birləşmələrin üzəri mühafizə ekranı ilə örtülməlidir.

5.5.2.4 Siqnal kabelləri ilə cərəyan kabelləri arasındakı minimum ayrıma məsafəsi 2 – ci cədvəldə göstərilməlidir (əlavə məlumat almaq üçün qeydə bax)

Qeyd: Siqnal verilişi sistemləri barədə daha ətraflı məlumatı API - nin tövsiyə xarakterli 552 – ci qaydasından almaq olar.

5.6 Torpağa birləşdirmə

5.6.1 Maşin avadanliqlarinin mühafizəsi sisteminin torpağa birləşdirilməsi

Məsul tərəf B Əlavəsində müəyyən edildiyi kimi aşağıdakıları təmin etməlidir:

a. Maşın avadanlıqlarının mühafizəsi sistemi NFPA 70 – nin 250 – ci maddəsinə uyğun olaraq torpağa birləşdirilməli və bütün metal hissələr (yəni, borular, birləşdirici qutular və avadanlığın qoruyucu əhatəsi) torpağa birləşdirilməlidir (əlavə məlumat almaq üçün 13 – cü şəklə baxın).

b. Bütün qoruyucu metal komponentlər elektrik torpağa birləşdirmə şininə qoşulmalı və bu torpağa birləşdirici şin öz növbəsində çox telli, AWG 4 və ya daha böyük, torpağa birləşdirmək üçün xüsusi olaraq nəzərdə tutulmuş mis məftillə torpağa birləşdirmə şəbəkəsinə qoşulmalıdır.

c. Torpağa birləşdirməklə, təhlükəli sahələrin tələbi əsasında təsdiqlənməsi, avadanlıqların işləmə qabiliyyəti və torpaqda yaranan parazit konturlarla bağlı İstehlakçı ilə maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı arasında qarşılıqlı razılıq əldə edilməlidir.

d. Datçikin siqnal və ümumi bloku torpağa birləşdirilmiş maşın avadanlığından təcrid edilməlidir.

e. Maşın avadanlıqlarının mühafizəsi sisteminin ölçmə alətlərinin ümumi bloku elektrik torpağa birləşdirmə sistemindən təcrid edilməli (500 Komdan aşağı olmayaraq) və cihazların torpağa birləşdirmə sisteminə bir nöqtəli qoşulma ilə quraşdırılmalıdır.

f. Siqnal kabelinin mühafizə ekranı yalnız dispetçer idarəetmə sistemində torpağa birləşdirilməlidir.

g. Mühafizə ekranı ümumi əks xətt kimi istifadə edilməməlidir.

h. Mühafizə ekranları sahə birləşmələrində quraşdırılmalıdır.

5.7 Sahədə quraşdırılan qurğular

5.7.1 Maşın avadanlıqlarının mühafizəsi sisteminin sahədə quraşdırılan qurğu və cihazları İstehlakçı tərəfindən təyin edilmiş sahə təsnifatına uyğun gəlməlidir ( zona və ya sinif, qrup və bölgü) və IEC 79 - un (NFPA 70, 500, 501, 502, və 504 –cü Maddələrin) qüvvədə olan bölmələrinin tələblərinə, o cümlədən İstehlakçının xahişi ilə təyin edilmiş və ya tərtib edilmiş yerli qaydaların tələblərinə cavab verməlidir.

Əgər qurğu və cihazlar çöl şəraitində quraşdırılıbsa və onların yanğın söndürən su səpicilərinin və onların blokunun təsirinə məruz qalma ehtimalı varsa, onda həmin qurğu və cihazlar onların quraşdırıldığı sahənin təsnifatına müvafiq təyin edilmiş digər qoruyucu örtük tələblərinə əlavə olaraq NEMA 250 – də təyin edilmiş formada (NEMA növ 4 X) su keçirməyən olmalıdır. Alışmayan və ya özünəməxsus təhlükəsizliyə malik qurğu və cihazların quraşdırılması üstün tutulur. (əlavə məlumat almaq üçün qeydə baxın). Havanın üfürülməsi ərazi təsnifatına uyğun gəlməli və tələb edildikdə ISA S12.4 və ya NFPA 496, növ X, Y, və ya Z – in tələblərinə cavab verməlidir.

Qeyd: Partlayışa davamlı və ya özünəməxsus təhlükəsizliyə malik qurğu və cihazlar I sinfi, bölmə 1 və bölmə 2 təhlükəli (təsnif edilmiş) ərazilərdə quraşdırıla bilər; alışmayan qurğu və cihazlar NFPA 70 – in 501 – ci maddəsinə müvafiq olaraq I sinfi, Bölmə 2 təhlükəli (təsnif edilmiş) ərazilərdə quraşdırıla bilər.

5.7.2 Təyin edildiyi təqdirdə, havanın üfürülməsi nəmişlik və ya korroziya problemlərinin qarşısını almaq üçün hətta suyadavamlı və ya su keçirməyən bloklar olsa da belə həyata keçirilməlidir. (əlavə məluamt almaq üçün bax: 5.7.1). Üfürülməmiş hava təmiz və quru olmalıdır.

5.7.3 Elektron qurğuların radio tezlikli maneələrin təsiri altında qane edici səviyyədə işləməsi üçün həmin maneələrin səviyyəsinin və formasının, o cümlədən həmin maneələrə qarşı qurğuların tələb edilən müqavimət səviyyəsinin İstehlakçı tərəfindən açıq – aydın təyin edilməsi tələb olunur (qoruyucu əhatə açıq olduqda bir şirkət tərəfindən idarəetmə otağında alət panellərinin arxasında radioqəbuledicilər istifadə edilməsinə icazə verildiyi zaman həmin idarəetmə otağında digər şirkət tərəfindən buna icazə verilməyə bilər). Radio tezlikli maneələrə qarşı müqavimət üzrə tələbləri təyin etdikdən sonra elektron dizayn və avadanlıqların quraşdırılması ilə bağlı detalları müəyyən etmək olar (əlavə məlumat almaq üçün qeydə bax). Əgər başqa cür təyin edilməyibsə, dispetçer idarəetmə sistemləri EN 50082-2 standartının elektromaqnit radiasiyaya qarşı müqavimət tələblərinə cavab verməli və həmin sistemlərdə metal tərkibli kabel borularından və ya zirehli kabeldən istifadə edilməlidir.

Qeyd: Qurğuların dizaynı, torpağa birləşdirilməsi və ekrana mühafizəsi sahələrində tətbiq edilən sağlam qaydalara əlavə olaraq, onların uğurlu montajı üçün metal kabel borularının və ya zirehli kabelin istifadəsi və radio tezlikli maneələrə (keçirici) qarşı kipləmənin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Quraşdırmada problemin yaranmaması üçün xüsusi sistem üçün təyin edilmiş geniş tələblər satınalma mərhələsində maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı, sahibkar və quraşdırma agentliyi ilə müzakirə edilməlidir. Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı adətən dispetçer idarəetmə sisteminin quraşdırılmasına nəzarət etmir.

6.1 Məkan və oriyentasiya

Müxtəlif maşın avadanlıqları üçün datçiklərin sayının və növlərinin göstərildiyi sistemin tipik yerləşdirmə sxemi barədə məlumat almaq üçün H əlavəsinə baxın.

6.1.1 Radial val vibrasiyasını qeydə alan zondlu datçiklər

6.1.1.1 Radial podşipniklərin yoxlanılması üçün iki radial istiqamətlənmiş zondlu datçik quraşdırılmalıdır. Bu iki zondlu datçik aşağıda göstərilənlərə malik olmalıdır:

a. Toplanar, 90 dərəcə (±5 dərəcə) aralı və valın oxuna perpendikulyar (±5 dərəcə).

b. Şaquli mərkəzin hər tərəfinin 45 dərəcəsində (±5 dərəcə) yerləşməlidir.

c. Elə yerləşdirilməlidir ki, mexaniki avadanlıq blokunun aparıcı skivolan sonluğundan baxdıqda, valın fırlanma istiqamətindən asılı olmayaraq Y (şaquli) datçiki şaquli mərkəzin sol tərəfində və X datçiki (üfüqi) isə şaquli mərkəzin sağ tərəfində olsun.

d. Podşipnikin 75 millimetrliyində (3 dyum) yerləşsin.

e. Valın kəsişən hərəkətinin rotor dinamikası baxımından təhlilinə əsasən təyin edilmiş ölçmə nöqtələri baxımından eyni yerdə yerləşsin (məs. zondlu datçik cütü ölçmə nöqtələrinin daxilində və ya xaricində olmalıdır) (əlavə məlumat almaq üçün API tövsiyə xarakterli 684 – ci qaydasına baxın).

f. Elə yerləşdirilməlidir ki, ölçmə nöqtələri ilə üst – üst düşməsin.

6.1.1.2 Zondlu datçiklərlə müşahidə edilən səth sahələri (datçik sahələri) podşipnik boğazlarına konsentrik olmalı və trafaret və oyma ləkələrdən və ya yağlı aralıq yaxud şpon yuvacıqları kimi digər mexaniki nahamarlıqdan uzaq olmalıdır. Bu sahələr metal və ya qalvanik örtüklə örtülməməlidir. Yekun səthdəki mikro qabarıqlıq 1,0 mikrometrdən (32 mikro dyum) o.k.d. artıq olmamalıdır (qabarıq olmamalı) və buna da almaz ucluqlu alətlə cilalamaqla nail olmaq olar.

Qeyd: Almazla cilalamanın elektrik yayınmaların azaldılması üçün effektiv olması sübut edilib.

6.1.1.3 Bu yoxlanılan sahələr lazımi səviyyədə maqnitsizləşdirilməli və ya başqa cür təmizlənməlidir ki, ümumi elektrik və mexaniki yayınmanın dəyəri yolverilən maksimum ikiqat vibrasiya amplitudasının 25 % -dən və ya 6 mikrometrdən (0,25 mil) artıq olmasın (əlavə məlumat almaq üçün qeydə bax).

Qeyd: Tutqaclı və yaylı almaz ucluğa malik alət ilə cilalama tez – tez tətbiq edilir. Səthin yekun cilalanması və ya yüngül cilalamadan sonra normal olaraq səthin maqnitsizləşdirilməsi tələb edilir.

Zondlu datçik sahəsi maqnitsizləşdirilməlidir. Həmin sahənin qaus səviyyəsi ±2 qausdan artıq olmamalıdır. Kontaktsız zondlu datçik sahəsinin dairəsi ətrafında dəyişən qaus səviyyəsi 1 qausdan artıq olmamalıdır.

6.1.1.4 Rotorun ox ətrafında bütün yerdəyişmə və istilikdən genişlənmə hallarında datçikin uc hissəsinin diametrinin ən azı yarısının ətrafında kənar maddələr olmamalıdır. Zondlu datçikə datçik sahəsi istisna olmaqla digər hər hansı metal hissə təsir göstərməməlidir.

6.1.1.5 Əgər baş cür təyin edilməyibsə, zond boşluğu –10,0 volt SC –a (±0,2 volt SC) tənzimlənməlidir.

6.1.2 Ox mövqeyini qeydə alan datçiklər

6.1.2.1 Hər bir gövdənin dayaq podşipniki olan sonluğunda oxa doğu istiqamətlənmiş iki zondlu datçik quraşdırmaq lazımdır. Hər iki datçik valın özünü və ya dayaq podşinpnikindən və ya podşipniklərindən oxa doğru 300 millimetrlik (12 dyum) məsafədə quraşdırılmış inteqral ox səthini hiss etməlidir (əlavə məlumat almaq üçün bax: 14 – cü şəkil). Təyin edildiyi təqdirdə, könüllü olaraq, valın sonluğunu hiss edən bir datçik və daxili dayaq halqasını hiss edən digər datçikdən ibarət standart düzülüş tətbiq etmək olar (əlavə məlumat almaq üçün qeydə bax).

Qeyd: Boş dayaq halqasında ölçmə işi apardıqda valın ox mövqeyi üzrə göstəricilər səhv olacaq.

6.1.2.2 Satışda olan açarlardan istifadə edərək zond boşluğunu tənzimləmək mümkündür. Xüsusi S şəkilli açar və ya yivli mufta açarı tələb edilmir. Elektrik qutusu bu datçik aqreqatını mühafizə etməlidir ki, xarici yüklər (məs. qutunun üzərində gəzən işçilərin yaratdığı) aqreqat üçün stress yaradaraq val mövqeyinin göstəricilərinin yanlış olması ilə nəticələnməsin (əlavə məlumat almaq üçün bax: 14 – cü şəkil).

6.1.2.3 Xaricdən çıxarıla bilən zondlu datçiklər üçün təyin edilən tələblərdən biri həmin datçiklərin aralığın tənzimlənməsi zaman onun orijinal parametrlərdən yayınmadığını göstərməkdir. Bunu toxuma məftillərlə və ya xaricdən nişanlama ilə həyata keçirmək olar.

6.1.2.4 Ox mövqeyi datçikləri ilə hiss edilən val və dayaq halqa sahələrində ümumi elektrik və mexaniki yayınma ikiqat amplitudanın 13 miktometrindən (0.5 mil) artıq olmamalıdır. Səthin yekun cilalanması ilə bağlı 6.1.1.2 – ci yarım- bənddə göstərilən müddəalar və kənar maddələrin kənar edilməsi ilə bağlı 6.1.1.4 – cü yarım -bənddə irəli sürülən tələblərə cavab vermək lazımdır.

6.1.2.5 Ox datçikinin aralığı elə tənzimlənməlidir ki, rotor dayaq titrəməyinin mərkəzində olduqda datçikin çıxış gərginliyi –10 volt SC (±0.2 volt DC) olsun.

6.1.3 Porşen ştokunun düşməsini qeydə alan zondlu datçiklər

6.1.3.1 Porşen ştokunun düşməsini qeydə alan zondlu datçiklər təzyiq qutusunun ön hissəsinə birləşdirilmiş montaj altlığı olan məsafə halqalarında daxildən quraşdırılmalıdır. Bərkidici kronşteynin uzunluğu 75 mm – dən (3 dyum) artıq olmamalıdır. Datçiklə yoxlanılan sahə porşen ştokudur. Əgər başqa cür təyin edilməyibsə, porşen ştokunun düşməsini qeydə alan zondlu datçik birbaşa olaraq porşen ştokunun aşağısında quraşdırılmalıdır. (əlavə məlumat almaq üçün bax: 15 – ci Şəkil).

Qeyd: Porşen ştokunun düşməsinin ölçülməsi ümumiyyətlə əks istiqamətdə hərəkət edə bilən ucluqlu datçiklərin istifadəsinə imkan vermir. Bunun əvəzinə standart irəli hərəkət edə bilən ucluqlu zondul datçiklərdən istifadə etmək lazımdır.

6.1.3.2 Təyin edildiyi təqdirdə, porşen ştokunun düşməsini qeydə alan zondlu datçik porşen ştokunun aşağısında deyil birbaşa olaraq onun üzərində quraşdırıla bilər.

Qeyd: Bu yerdən artıq və ya əlavə zondlu datçik lazım olduqda istifadə etmək olar.

6.1.3.3 Satışda olan açarlardan istifadə edərək zond boşluğunu tənzimləmək mümkündür. Xüsusi S şəkilli açar və ya yivli mufta açarı tələb edilmir.

6.1.3.4 Porşen ştokunu üzlənibsə onda kontaktsız zondlu datçiki birbaşa olaraq üzlənmiş porşen ştokunun üzərində kalibrləmək lazımdır.

Qeyd: Üzlənmiş datçik sahələri sistemin kalibrlənməsinə təsir edəcək və üzləmə materialından və onun qalınlığından asılı olaraq datçik sisteminin xüsusi olaraq kalibrlənməsini tələb edəcək.

6.1.3.5 Əgər başqa cür təyin edilməyibsə, porşen ştokunun düşməsini qeydə alan zondlu datçikdə aralıq aşağıdakı kimi:

a. –15 volt SC (± 0,2 volt SC) aşağı hissədə quraşdırılan datçiklər üçün.

b. –5 volt SC (± 0.,2 volt SC) yuxarı hissədə quraşdırılan datçiklər üçün.

1. Porşen ştokunun düşməsini qeydə alan zondlu datçiklər üçün porşen ştokunun qalxma istiqamətinin əvəzinə onun düşmə istiqamətində daha çox xətti diapazona ehtiyac vardır. Ona görə də, bu datçiklərdə mərkəzi diapazonda aralıq qoyulmamalıdır. Bu datçiklər üçün lazımi aralıqlar porşen bandajının ölçüsündən, istiliyin artmasına görə porşen ştokunun qalxma dərcəsindən və zondlu datçikin porşen ştokunun aşağısında və ya yuxarısında quraşdırılmasından asılıdır. a. bəndində porşen ştoku mövqeyinə görə maksimum hündürlükdədir.

2. İlkin porşen ştokunun düşməsini qeydə alan zondlu datçik aralığı aşağıda göstərilən iki halda porşen ştokunun yoxlanılması üçün kifayət qədər diapazon yaratmalıdır.

a. Porşenin istilikdən genişlənməsinə imkan yaratdıqdan sonra yeni porşen bandajlarının quraşdırılması.

b. Porşen bandajları tamamilə yeyildikdə və porşenin birbaşa olaraq silindr gilizinin üzərində hərəkət etməsi.

6.1.3.6 Təyin edildiyi təqdirdə, 5.4.4.3 – cü yarım bəndə müvafiq olaraq diaqnozun aparılmasına kömək məqsədilə üfüqi müstəvidə əlavə zondlu datçik quraşdırılmalıdır. (əlavə məlumat almaq üçün 15 – ci şəklə baxın).

Qeyd: Porşen ştokunun düşməsinin ölçülməsi zaman X və Y datçiklərinin uyğunlaşdırmaqda məqsəd silindrə baxan çarx qolundan datçiklərə baxmaqdır. Şaquli və ya üfüqi oriyentasiyadan asılı olmayaraq “Y” kimi istinad edilən zondlu datçik həmişə saat əqrəbi istiqamətinin əksinə olaraq “X,” datçikindən 90 dərəcədə aralı yerləşir.

6.1.3.7 Maşın avadanlıqlarının bütün istismar və istilikdən genişlənmə hallarında datçikin uc hissəsinin diametrinin ən azı yarısının ətrafında kənar maddələr olmamalıdır. Zondlu datçikə datçik sahəsi istisna olmaqla digər hər hansı metal hissə təsir göstərməməlidir.

6.1.4 Etalon faza datçikləri

6.1.4.1 Hər bir maşın bloku üçün hər fırlanma (dövrə) sayına düşən göstəricilər qeydə alınmalı və müvafiq etalon faza datçiki aparıcı şkivdə (misal üçün şəkil H-4 - ə baxın), bütün sürət qutularının çıxış valında və ya vallarında (misal üçün şəkil H-2 - ə baxın), və porşen ştokunun düşməsi üzrə ölçmə işlərinin aparıldığı porşenli kompressorlarda (misal üçün şəkil H-6-ə baxın) təşkil edilməlidir.

6.1.4.2 Təyin edildiyi təqdirdə, əlavə etalon faza datçiki 6.2.1.1.c–ə müvafiq olaraq quraşdırılmalıdır. Əlavə etalon faza datçikinin radial məkanı əsas etalon faza datçiki ilə müqayisədə sənədləşdirilməlidir.

Qeyd: Taxometrə gedən giriş kimi istifadə edildikdə etalon faza datçikdən siqnalın gəlməməsi sürətin göstərilməməsi ilə nəticələnir. Etalon faza datçikindən siqnalın gəlməməsi həmçinin həmin vala uyğun istiqamətlənmiş digər radial və ox datçiklərinin diaqnoz etmə imkanlarını yox edir.

6.1.4.3 Sürət qutularından istifadə edildikdə hər bir çıxış val üçün hər fırlanma (dövrə) sayına düşən göstəricilər qeydə alınmalı və müvafiq etalon faza datçikitəşkil edilməlidir.

6.1.4.4 Etalon faza datçiklərinin montajına qoyulan tələblər və elektrik kabeli borularının mühafizəsi radial val vibrasiyasını qeydə alan datçiklər üçün təyin edilmiş tələblərə oxşar olmalıdır. (əlavə məlumat almaq üçün bax: 6.2.1.1).

6.1.4.5 Etalon faza datçiki və onun bucaq mövqeyi maşın avadanlığının gövdəsinin xaricində metal birka ilə birdəfəlik göstərilməlidir. Rotor üzərində bucaq mövqeyinə əsasən hər fırlanma (dövrə) sayına düşən göstəricilər valın əlçatan hissəsində birka ilə göstərilməlidir.

6.1.4.6 Datçikin çıxış gərginliyində ən azı 7 voltluq dəyişmə rəqəmsal taxometrlərin və xarici analizatorlara siqnalın quraşılması üçün təmin edilməlidir.

6.1.4.7 Nişanlayan aralığın minimum eni datçikin uc hissəsinin diametrinin bir və ya yarım mislinə bərabər olmalıdır; və minimum dərinliyi 1,5 millimetr (0,06 dyum) olmalıdır. Bütün kənar haşiyələrin radiusu ən azı 0,8 millimetr (0,03 dyum) olmalıdır. Dövrə sayına uyğun göstəricilərə valın istilikdən genişlənməsi və rotorun hərəkəti üzrə göstəricilər də daxil edilməlidir.

6.1.4.8 Etalon faza datçikləri bir dövrə sayına görə bir halı hiss etmək üçün radial quraşdırılmalıdır. Nişan normal radial vibrasiya datçiklərinin cığırında olmamalıdır.

6.1.5 Standart taxometr datçikləri

6.1.5.1 6.1.4 – də göstərilən etalon faza datçikləri taxometrə giriş üçün istifadə edilməlidir. Etalon faza datçiklərinin montajına qoyulan tələblər və elektrik kabeli borularının mühafizəsi radial val vibrasiyasını qeydə alan datçiklər üçün təyin edilmiş tələblərə oxşar olmalıdır. (əlavə məlumat almaq üçün bax: 6.2.1.1). Təyin edilən variantlara aşağıdakılar daxil edilir:

a. Çoxdişli sürət hiss edən səthi müşahidə etmək üçün 5.1.1.2 - ə uyğun standart zondlu datçik.

b. Çoxdişli sürət hiss edən səthi müşahidə etmək üçün 5.1.5 - ə uyğun maqnitli sürət datçiki

1. Tələb edilən taxometr dəqiqliyini və reaksiya vaxtını təmin etmək üçün, xüsusən də, asta sürət və ya sıfır sürət kimi valın aşağı sürətdə olduğu (250 o.k.d. aşağı) tətbiq sahələrində çoxdişli sürət hiss edən səthin olması tələb edilə bilər. Çoxdişli sürət hiss edən səthlərlə bağlı tətbiq mülahizələri barədə məlumat almaq üçün J əlavəsinə baxın.

2. Çoxdişli sürət hiss edən səthlərlə bağlı tətbiq mülahizələri barədə məlumat almaq üçün 6.1.6.2 bölməsindən sonrakı qeydlərə baxın.

6.1.6 Sürət artımını aşkarlayan elektron sistemin sürət datçikləri

6.1.6.1 Sürət artımını aşkarlayan elektron sistem üçün digər sistemlə bağlı olmayan üç ayrı sürət datçiki təşkil edilməlidir.

6.1.6.2 Əgər başqa cür təyin edilməyibsə, sürət artımını aşkarlayan elektron sistemə giriş siqnalı kimi istifadə edilən sürət datçikləri maqnitli passiv sürət datçikləri olmalıdır (əlavə məlumat almaq üçün bax: 5.1.5).

1. Maqnitli passiv sürət datçiklərini sürətin hiss edilməsi üçün tez – tez istifadə edərkən onlar aşağı val sürətinin (tipik olaraq 250 o.k.d. –dan aşağı) ölçülməsinə hətta çoxdişli çarx olduqda belə şərait yaratmamalıdır. Xaricdən cərəyan mənbəyinə qoşulan datçiklər (maqnitli aktiv sürət datçikləri və kontaktsız zondlu datçiklər) 1 o.k.d. və ya daha aşağı val sürətinə kimi siqnal göndərmək qabiliyyətinə malikdir və bu cür tətbiq sahələrində daha yaxı seçim hesab edilir.

2. Həddən artıq artan sürətin hiss edildiyi tətbiq sahələrində cərəyanla işləyən sürət datçikləri maqnitli passiv sürət datçikləri ilə müqayisədə özünəməxsus üstünlüklərə malikdir və bu sensorları nəzərə almaq lazımdır, çünki onları sürət artımını aşkarlayan elektron sistem tərəfindən öz giriş siqnallarının tamlığını lazımi səviyyədə dəyərləndirməsinə şərait yaradır. Bu datçiklər həmçinin özünə nəzarət və dövrə xətasının diaqnoz etmək imkanlarına malikdir ( məs. yolverilən diapazon daxilində mövcud olan datçik aralığı və ya sensor və naqil xəttinin keyfiyyətinin aşağı düşməsi).

3. Maqnitli aktiv və ya passiv sürət datçikləri ilə müqayisədə kontaktsız zondlu datçiklər sürətin hiss edildiyi səthlə onlar arasında daha çox ara saxlaya bilir və ona görə də, sürətin hiss edildiyi səth sahəsində radial vibrasiya amplitudaları daha yüksək olduqda rotorun anormal vibrasiya hallarında bu datçiklərin sürtünməsi və sıradan çıxması ehtimalı daha aşağıdır. (məs. sürətin həddə artdığı halda ikinci kritik sürətdə nüfuz etmə).

6.1.6.3 Sürət datçiklərinin montajına qoyulan tələblər və elektrik kabeli borularının mühafizəsi radial val vibrasiyasını qeydə alan datçiklər üçün təyin edilmiş tələblərə oxşar olmalıdır. (əlavə məlumat almaq üçün bax: 6.2.1.1).

6.1.6.4 Sürətin hiss edilməsi üçün çoxdişli səth aparıcı vala müsbət birləşdirilməli və ya bərkidilməli və ya daxil edilməlidir. Bu səth digər sürət datçikləri tərəfindən hiss edilə bilər, lakin o, digər mexaniki komponentləri təsirləndirmək üçün bir vasitə olmamalıdır. Çox dişli səth barədə tipik detallarla bağlı məlumat almaq üçün J Əlavəsinə baxın.

6.1.7 Akselerometrlər

6.1.7.1 Radial gövdə vibrasiyasına nəzarət etmək üçün nəzərdə tutulan akselerometrlər radial yastıq blokunda quraşdırılmalıdır. Akselerometrlərin sayı və yeri maşın avadanlıqlarının təchizatçısı və İstehlakçı ilə birlikdə müəyyən edilməlidir. Bəzi tətbiq sahələrndə optimal montajın sahədə müəyyən edilməsi də tələb edilə bilər.

Qeyd: Oxlu gövdə vibrasiyasına nəzarət etmək üçün nəzərdə tutulan akselerometrlər dayaq podşipniklərinin üzərində və ya onlara mümkün qədər yaxın ox istiqamətində oriyentasiya edilə bilər

6.1.8 Podşipnikin temperatur datçikləri

6.1.8.1 Radial podşipnik datçikləri

6.1.8.1.1 Əgər başqa cür təyin edilməyibsə, val oymağından yastıqlar (podşipnik) uçün temperatur datçikləri aşağıdakı kimi təşkil edilməlidir:

a. Uzunluq – diametr nisbəti 0,5 – dən artıq olan podşipniklərin aşağı yarı hissəsində, fırlanmanın normal istiqamətində şaquli mərkəz xəttindən 30 dərəcə (±10 dərəcə) aralı, ox istiqamətində bir düz xətt boyunca yerləşən temperatur datçikləri quraşdırılmalıdır.

b. Uzunluq – diametr nisbəti 0,5 – dən artıq olan podşipniklərin mərkəzində, fırlanmanın normal istiqamətində şaquli mərkəz xəttindən 30 dərəcə (±10 dərəcə) aralı, ox istiqamətində yerləşən bir temperatur datçiki quraşdırılmalıdır.

6.1.8.1.2 Əgər başqa cür təyin edilməyibsə, yastıqçası olan oymaq üzərindəki podşipniklər üçün temperatur datçikləri aşağıdakı kimi təşkil edilməlidir:

a. Uzunluq – diametr nisbəti 0.5 – dən artıq olan podşipniklərin dörddə üç qövs uzunluğunda (yastıqçanın əsas kənar haşiyədən 75 % uzunluğunda), ox istiqamətində bir düz xətt boyunca yerləşən iki temperatur datçiki quraşdırılmalıdır. Özü özünü tənzimləyən mili olan yastıqçalar üçün 6.1.8.1.2.b - ə uyğun quraşdırma məqbul sayılır.

b. Uzunluq – diametr nisbəti 0.5 – dən artıq və ya ona bərabər olan podşipniklərin dörddə üç qövs uzunluğunda yastıqçanın mərkəzi hissəsində (yastıqçanın əsas kənar haşiyədən 75 % uzunluğunda), bir temperatur datçiki quraşdırılmalıdır.

c. Yük altında yastıqçası olan podşipniklər üçün datçik və ya datçiklər yük altında olan yastıqçanın üzərində yerləşdirilməldir. (əlavə məlumat almaq üçün 16 – cı şəklə baxın).

d. Yük arasında yastıqçası olan podşipniklər üçün datçik və ya datçiklərəmin yastıqçanın üzərində yerləşdirilməlidir (əlavə məlumat almaq üçün 17 – ci şəklə baxın).

6.1.8.1.3 Maşın avadanlığının təchizatçısı sürtgü örtüyünün qalınlığı datçikin 6.1.8.1.1 və 6.1.8.1.2–ci yarım-bəndlərdə göstərilən yerləri ilə üst-üstə düşmədikdə bu barədə sahibkara məlumat verməlidir. Temperatur datçiklərinin yeri bundan sonra İstehlakçı və maşın avadanlıqlaşrının təchizatçısı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında təyin edilməlidir.

6.1.8.1.4 Bəzi hissələr üçün, məs. sürət qutusu üçün valın işçi vəziyyəti temperatur datçiklərinin yerini müəyyən edərkən nəzərə alınmalıdır.

Qeyd: Temperatur datçiklərinin dəqiq yerini müəyyən edərkən val–yastıq yük nöqtələrinin təyin edilməsi üçün dişli çarxın istehsalçısı ilə məsləhətləşmək lazımdır, çünki, podşipnikdəki sapfanın mövqeyi dişli çarxın istiqamətindən və keçirilən cərəyandan asılıdır.

1. Əgər uzunluq – diametr (U / D) nisbəti 0,5 – dən artıqdırsa onda hər biri podşipnikin hərəkətli tərəfinin sonluğundan 0,25 L məsafədə iki datçik quraşdırmaq lazımdır.

2. Əgər uzunluq – diametr (U / D) nisbəti 0,5 – dən aşağı və ya ona bərabərdirsə onda podşipnikin mərkəzində ox istiqamətində bir ədəd datçik quraşdırmaq lazımdır.

1. Əgər uzunluq – diametr (U / D) nisbəti 0.5 – dən artıqdırsa onda hər biri podşipnikin hərəkətli tərəfinin sonluğundan 0.25 L məsafədə iki datçik quraşdırmaq lazımdır.

2. Əgər uzunluq – diametr (U / D) nisbəti 0.5 – dən aşağı və ya ona bərabərdirsə onda podşipnikin mərkəzində ox istiqamətində bir ədəd datçik quraşdırmaq lazımdır.

6.1.8.2 Dayaq podşipnikinin datçikləri

6.1.8.2.1 Temperatur datçiki aktiv dayaq podşipnikinin hər iki başmağında yerləşdirilməlidir. Bu datçiklər bir -birindən ən azı 120 dərəcə aralı olmalıdır. Texniki xidmət məqsədləri üçün və o cümlədən yastığın maksimum temperatur səviyyəsini təyin etmək üçün bu datçiklərin dayaq podşipniki aqreqatının altı hissəsində quraşdırılması üstün tutulur. (əlavə məlumat almaq üçün bax: 18 – ci şəkil).

6.1.8.2.2 Dayaq podşipnikinin temperatur datçiki əsas kənar haşiyədən yastıqçanın 75 % uzunluğunda daxili podşipnik dəliyindən radial olaraq yastıqçanın 75 % eni boyunca içərisində quraşdırılmalıdır (əlavə məlumat almaq üçün bax: 18 – ci şəkil).

6.1.8.2.3 Əgər başqa cür təyin edilməyibsə, normal olaraq aktiv olmayan dayaq podşipnikində 6.1.8.2.1 və 6.1.8.2.2 - ci yarım- bənddə göstərilən düzülüşə malik ən azı iki ədəd temperatur datçiki quraşdırmaq lazımdır.

6.2.1 Zondlu datçiklər

6.2.1.1 Bütün zondlu datçiklər (porşen ştokunun düşməsini qeydə alan zondlu datçiklər istisna olmaqla) maşın işləyərkən tənzimləməyə imkan yaradan və ya çıxarıla bilən tutqaclarda quraşdırılmalıdır.Yalnız sahibkar tərəfindən təsdiqləndikdə və ya xaricdə quraşdırılmış zondlu datçiklər ilə rotor – podşipnik nisbi hərəkəti üzrə düzgün ölçmə göstəriciləri əldə etmək mümkün olmadıqda, daxili zondlu datçiklərlə bu mümkün olduqda daxili zondlu datçiklərin quraşdırılması məqsədə uyğun sayılır. Daxili zondlu datçiklərdən istifadə edildikdə onlar tam əlavə datçiklər ilə birlikdə quraşdırılmalıdır və bu hissələrin yeri sahibkar tərəfindən təsdiqlənməli və maşın avadanlıqlarının mühafizəsi sisteminin sənədlərinə daxil edilməlidir. Əlavə zondlu datçiklərin quraşdırlması üçün üstün tutulan yer aşağıdakı kimidir:

a. Radial zondlu datçiklər — Quraşdırılmış əsas datçiklərdən radial olaraq 180 dərəcə. Əgər quraşdırma üçün belə yer əlçatan deyilsə onda əlavə zondlu datçiklər mümkün yerlərdə quraşdırılmalıdır, lakin onlar həmişə 6.1.1.1 – ci bölmədə göstərildiyi kimi bir birindən 90 dərəcə aralı quraşdırılmalıdır.

b. Ox mövqeyini qeydə alan zondlu datçiklər – quraşdırılmış əsas zondlu datçiklər kimi eyni oxlu səthin və ya səthlərin müşahidə edilməsi üçün quraşdırılmalıdır. Onların bir birinə olan radial oriyentasiyası maşının dizaynına uyğun olaraq dəyişə bilir.

c. Etalon faza datçikləri – əlavə etalon faza datçiklərin quraşdırılmış əsas etalon faza datçikləri kimi eyni radial oriyentasiyada quraşdırılması ideal olardı. Bunu reallaşdırmaq mümkün olmadıqda həmin datçiklər quraşdırılmış əsas etalon faza datçiklərinə əks istiqamətdə radial olaraq 180 dərəcədə quraşdırılmalıdır.

1. Temperatur datçiki podşipnikin işlək tərəfindən 1,5 – dən 2,5 millimetrə kimi (0.060 –dan 0.100 düymə kimi) və babbit / yastıqça (ağ metal) sərhəddindən 7.6 millimetrdən az olmayaraq (0.030 düym) yerləşməlidir. Dəliklər altlıq dəlik açanı ilə tamamlanmalı və bütün kənarlar sınıqdan keçirilməli.

2. Datçikin çıxışı podşipnikdən maşının xaricinə doğru penetrasiya (nüfuzedici) detalları vasitəsilə istiqamətləndirilməlidir. Datçikin çıxışı lazımi səviyyədə qorunmalı və onun daxili birləşmələri olmamaldır ki, vurma, sürtünmə, küləyin təzyiqi və yağa görə zədələnmə baş verməsin. Datçikin çıxışı dayaq başmaqlarının ətrafında fırlanmalıdır.

1. Quraşdırmadan asılı olaraq, daxildə quraşdırılan zondlu datçiklər üstün tutula bilər çünki onları tez – tez podşipnikin üzərində quraşdırmaq mümkün olur və nəticədə rotor ilə podşipnik arasında nisbi yerdəyişmə üzrə düzgün göstərici əldə etmək mümkündür. Xaricdə quraşdırılan zondlu datçiklər rotor ilə podşipnik arasında nisbi yerdəyişmə üzrə ölçməyə imkan verməyə bilər və nəticədə maşının həqiqi reaksiyasının birbaşa ölçülməsinin aşağı səviyyədə olduğu gövdə – rotor nisbi hərəkəti üzrə göstəricilər verə bilər.

2. Məhdud montaj sahələrinə görə əlavə datçiklərin quraşdırılmasına imkan yaranmadıqda xaricdən quraşdırılan zondlu datçiklər bunun əvəzinə quraşdırıla bilər və sahibkarın razılığı ilə hər bir radial və oxlu podşipnikdə bir ədəd artıq zondlu datçik quraşdırmaq olar.

6.2.1.2 Zondlu datçik tutqacları maşının yaratdığı tezliklə təsirlənə bilən təbi tezlik dalğalarının təsirinə məruz qalmamalıdır. Zondlu datçikin tutqacının sərbəst konsol uzunluğu 200 millimetrdən ( 8 dyumdən) artıq olmamalıdır. Zondlu datçikin tutqacları daha uzun olduqda onları dayaq isitqamətləndiriciləri ilə təmin etmək lazımdır.

6.2.1.3 Datçiki daxildən quraşdırdıqda, həmin zondlu datçikin tutqacı ən azı 10 millimetr (3/8 dyum) qalınlığa malik olmalıdır. Zondlu datçikin çıxışı küləyin təzyiqi və yağa görə kabelin sürtünməsinin və ya ətrafa dəyməsinin qarşısını almaq üçün lazımi səviyyədə bağlanmalıdır. Maşın avadanlığının daxilində heç bir kabel birləşməsi olmamalıdır. Maşın avadanlığı istismarda olarkən ona göstərilən texniki xidmətin asanlaşdırılması üçün bütün kabel birləşmələri həmin avadanlıqlardan xaricdə yerləşən kabel borusu qutularında olmalıdır.

6.2.1.4 Standart konfiqurasiyada bütün uzadıcı kabellər 10 – cu Şəkildə göstərilən kabel boruları ilə mühafizə edilməlidir. Uzadıcı kabellər xaricdən əlçatan olan paylayıcı qutuda yerləşdirilmiş izolyasiya oymağı və ya sarğı ilə kabel borusundan elektrik izolyasiya edilməlidir. Təyin edildiyi təqdirdə, zirehli uzadıcı kabel 11 – ci şəkildə göstərildiyi kimi quraşdırıla bilər.

6.2.2 Ossiloqraf - demodulyatorlar

Ossiloqraf – demodulyatorları üçün montaj qutularının sayı, yeri və quraşdırılması sahibkar tərəfindən təsdiqlənməlidir. Əgər başqa cür təyin edilməyibsə, aşağıdakı tələblərə cavab verməlidir:

a. Hər bir maşın gövdəsi üçün ən azı bir montaj qutusu olmalıdır.

b. Ossiloqraf – demodulyatorları üçün montaj qutuları girişin asanlaşması üçün avadanlıq gövdəsinin eyni tərəfində quraşdırılmalıdır.

c. Bu qutuları maşının üzərində quraşdırmaq olmaz. Onların montajı üçün elə yer seçilməlidir ki, ossiloqraf – demodulyatorlar minimum vibrasiyaya məruz qalsın. Onların montajı üçün həmçinin elə yer seçilməlidir ki, ossiloqraf – demodulyatorlar onların istismar diapazonunu aşan ətraf mühit temperaturuna məruz qalmasın (əlavə məlumat almaq üçün 1 – ci cədvələ bax).

6.2.3 Akselerometrlər

6.2.3.1 Maşın avadanlıqlarının təchizatçısı tərəfindən hər bir skselerometr üçün C əlavəsində göstərilən montaj nöqtələri təyin edilməli və tamamlanmalıdır. Vtulka və ya səth maşının gövdəsinin bir hissəsini təşkil etməlidir.

6.2.3.2 Əgər başqa cür təyin edilməyibsə, maşın avadanlıqlarının təchzatçısı hər bir akselerometr üçün C əlavəsində göstərilən standart montaj konfiqurasiyasını təqdim etməlidir.

6.2.3.3 Bütün kabellər boru daxilində mühafizə edilməlidir. Kabel borusu akselerometrə deyil qoruyucu gövdəyə biləşdirilməlidir (tipik montaj və qoruyucu gövdəsinin yerləşdirilməsi barədə məlumat almaq üçün C əlavəsinə baxın).

6.2.3.4 Təyin edildiyi təqdirdə, akselerometrin kabeli havanın təsirinə davamlı elastiki zirehlə qorunmalıdır. (qeydə baxın), (əlavə məlumat almaq üçün C əlavəsinə baxın).

Qeyd: Bu, akselerometrin kabel borucuğu istifadə etmədən onun mexaniki mühafizəsini təmin edərək quraşdırılmasına imkan verir.

6.2.4 Podşipnikin temperatur datçikləri

6.2.4.1 Taxma temperatur datçikləri təşkil edilməldir. Onlar babbitlə (ağ metal) təmasda olmamalı lakin podşipnikin əsas metalının üzərində yerləşdirilməlidir. (əlavə məlumat almaq üçün 16, 17, və 18 – ci şəkillərə baxın). Babbitdə dəlik açmağa və tikiş qoymağa icazə verilmir.

6.2.4.2 Temperatur datçikinin istiliyi hiss edən səthi podşipnikin əsas metalı ilə müsbət kontaktda olmalı və babbitin bitişdiyi xətdən ən azı 0,75 millimetrdən (30 mil) uzaq olmalıdır. Babbitin işlək səthindən məsləhət görülən məsafə aşağıdakı kimi verilib (əlavə məlumat almaq üçün 16, 17, və 18 – ci şəkillərə baxın):

a. Yastıqçalı podşipniklər üçün 1,5 – dən 2,5 millimetrə kimi (60 - dan 100 milə kimi).

b. Vtulkalı podşipniklər üçün 1,5 – dən 6,4 millimetrə kimi (60 - dan 2500 milə kimi).

6.2.4.3 Təyin edildiyi təqdirdə, əsas metalın xarici gövdəsi ilə təmasda olan yaylı (süngülü) temperatur datçiklərinin heç bir qoyma və ya lehimləmə olmadan istifadəsinə icazə verilir.

6.2.4.4 Temperatur datçikindən gələn bütün çıxışlar istismar və texniki xidmət zamanı əyilməni və tərpənməni azaltmaq üçün lazımi səviyyədə oriyentasiya edilməlidir. Datçikin çıxışı lazımi səviyyədə qorunmalıdır ki, yastıqcanın hərəkətini məhdudlaşdırmadan kabellər vurma, sürtünmə, küləyin təzyiqi və yağa görə zədələnməsin. Əgər başqa cür təyin edilməyibsə, datçikin heç bir çıxış birləşmələri maşın avadanlığının daxilində olmamalıdır. Maşın avadanlığı istismarda olarkən ona texniki xidmətin göstərilməsini asanlaşdırmaq üçün bütün kabel birləşmələri üçün çıxışlar maşının xaricində olmalıdır. Sensor çıxışları tikişli olmamalıdır (əlavə məlumat almaq üçün 3 – cü şəklə baxın).

Qeyd: Standart konfiqurasiyaya əsasən maşın avadanlığının daxilində temperatur datçikləri birləşmələrinə icazə verilmir çünki birləşmələr mümkün problemləri yaradan aralıq mənbələrdir. Bütün birrləºmələrin maşın avadanlığının xaricində olmasını tələb etməkdə əsas məqsəd birləşmə ilə bağlı hər hansı bir problem yarandıqda onu, maşını sökmədən və ya söndürmədən rahat həll etməkdir. Bununla belə, bu bənddə mexaniki texniki, xidmətin asanlaşdırılması üçün tələb edildikdə daxili birləşmələrin istifadəçi tərəfindən təyin edilməsinə icazə verilir.

6.2.4.5 Təyin edildiyi təqdirdə, temperatur datçikinin ucu ilə podşipnik arasında elektrik izolyasiyası edilməlidir (əlavə məlumat almaq üçün qeydə baxın).

Qeyd: Bir çox maşın avadanlıqları, əsasən elektrik mühərrikləri və generatorlar üçün val cərəyanının dövr etməsinin qarşısını almaq üçün podşipniklərlə onlar arasında elektrik izolyasiyasının olması tələb edilir. Podşipnikin temperatur datçikləri bu izolyasiya tələblərini pozmamalıdır. (əlavə məlumat almaq üçün bax: 5.3.1.1 və 5.6.1).

6.2.4.6 Temperatur datçikinin siqnal kabellərinin podşipnik blokuna nüfuz etdiyi nöqtələrdə maye və ya qaz sızması olmamalıdır.

Məqbul düzülüş aşağıdakılardan ibarət olmalıdır:

a. Soyuq qaynaq ilə kiplənmiş germetik və örtüklü oymaqlar.

b. Gövdə formalı kipləyici fitinqlə kiplənmiş elastomer material daxilində bərkidilmiş siqnal çıxışları

c. Germetik kipləyicilər.

d. Kabel borusundan çevrilmiş S şəkilli borucuq (əlavə məlumat almaq üçün 12 – ci şəklə baxın)

6.3 Datçiklərin və temperatur sünsorlarının müəyyən edilməsi

Hər bir zondlu datçik çıxışı, uzadıcı kabel, ossiloqraf – demodulyator və temperatur sensoru onlarla əlaqəli olan zondlu datçiklərin və ya sensorların yerini və funksiyasını göstərmək üçün aydın nişanlanmalıdır. Vurulmuş birkanı maşını sökmədən və ya çıxarmadan görmək mümkün olmalıdır.

7.1.1 Maşın avadanlıqlarının mühafizəsi sistemi İstehlakçı tərəfindən təsdiqləndikdən sonra, İstehlakçının nümayəndəsi avadanlığın istehsalı, sınağı və ya təftişi zamanı təchizatçının və ya yarım təchizatçının bütün avadanlıqlarını müşahidə edə bilər.

7.1.2 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı yardımçı İstehlakçı tərəfindən təyin edilmiş təftiş və sınaq tələbləri barədə məlumat verməlidir.

7.1.3 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı istehlakçı tərəfindən müşahidə və ya şahidlik üçün nəzərdə tutulmuş təftişi aparmazdan qabaq istehlakçıya bu barədə qabaqcadan məlumat verməlidir.

7.1.4 İstehlakçı aparılan təftiş və sınaq işlərində özünün iştirak dərəcəsini və onun tələbi əsasında qabaqcadan təqdim ediləcək bildirişdə nəyin əhatə ediləcəyini müəyyən etməlidir.

7.1.4.1 İstehlakçı tərəfindən təftiş və sınaq təyin edildikdən sonra maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı və İstehlakçı təftişçilərin iştirakını və saxlanma yerini müzakirə etmk üçün görüşməlidir.

7.1.4.2 Şahidlik edilib ki, söz birləşməsinin mənası ondan ibarətdir ki, istehsal qrafikində istismarı saxlanılan hissə təyin edilib və İstehlakçının və ya onun nümayəndəsinin iştirakı ilə təftiş və ya sınaq işi aparılmalıdır. Maşın avadanlıqlarının mühafizəsi sisteminin zavodda təhvil – qəbul sınağı üçün ilkin sınağın uğurlu keçməsi barədə yazılı bildirişin təqdim edilməsi tələb edilir.

7.1.4.3 Müşahidə edilib ki, söz birləşməsinin mənası ondan ibarətdir ki, İstehlakçıya aparılacaq təftiş və ya sınaq vaxtı barədə məlumat verilməlidir; bununla belə, təftiş və ya sınaq işləri təyin edilmiş qrafikə əsasən aparılmalıdır və əgər İstehlakçı və ya onun nümayəndəsi həmin təftiş və ya sınaqlarda iştirak etməyibsə maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı növbəti mərhələyə keçə bilər. ( İstehlakçını zavodda şahidlik edilmiş sınaq üçün nəzərdə tutulandan daha çox müddətə qala bilər).

7.1.5 Təyin edilmiş təftiş və sınaqlar üçün nəzərdə tutulan avadanlıqlar maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən təşkil edilməlidir.

7.1.6 İstehlakçının nümayəndəsi yoxlama məqsədilə maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısının keyfiyyətə nəzarət proqramından istifadə etməlidir.

Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tələb əsasında aşağıdakı məlumatı İstehlakçı və ya onun nümayəndəsi tərəfindən yoxlanmaq üçün ən azı 20 il müddətinə elektron formatda yaddaşa saxlamalıdır:

a. Materialın siyahısındakı ən əsas bəndlər üzrə alqı – satqı spesifikasiyası.

b. Spesifikasiyanın tələblərinə uyğunluğun təmin edildiyini təsdiqləmək üçün sınaq və kalibrləmə barədə məlumat.

7.3 Sınağın aparılması

7.3.1.1 Avadanlıqlar 7.3.2 – ci yarım- bəndin tələblərinə müvafiq olaraq sınaqdan keçirilməlidir.

7.3.1.2 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı avadanlığın sınaq üçün hazır olduğu tarixindən 5 gündən gec olmayaraq İstehlakçıya bu barədə məlumat verməlidir. Əgər sınağın aparılması başqa vaxta planlaşdırılıbsa, onda maşın avadanlığının mühafizəsi sisteminin təchizatçısı yeni sınaq tarixindən 5 iş günündən gec olmayaraq İstehlakçıya bu barədə qabaqdan məlumat verməlidir.

7.3.2 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən aparılan sınaq

7.3.2.1 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı 1 – ci Cədvəldəki dəqiqlik tələblərinə uyğunluğu təmin etmək üçün dispetçer idarəetmə sisteminin hər bir komponentini ən azı ayrıca olaraq laboratoriya sınağından keçirməlidir.

7.3.2.1.1 Təyin edildiyi təqdirdə, maşın avadanlıqlarının mühafizəsi sisteminin zavodda təhvil – qəbul sınağı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə sahibkar arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında təyin edilməlidir.

Qeyd: Bu sınağa (məhdud olmayaraq) texnoloji prosesə nəzarət, qəza hallarında söndürmə, maşın barədə məlumatların qəbulu və diaqnoz və ya digər sistemlər; datçik sisteminin giriş siqnallarının simulyasiyası və çıxışın, displeyin və kommunikasiya imkanlarının lazımi səviyyədə istismarı daxil edilə bilər.

7.3.2.2 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı İstehlakçı tərəfindən təftiş üçün təqdim edilən sınaq sənədlərinə və sertifikatlarına malik olmalıdır.

7.4 Yüklənmə – daşınma üçün hazırlıq işləri

7.4.1 Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı avadanlıq sahəyə gətirildikdən sonra və işə salmaya başlamazdan qabaq onun saxlanılmasına hazırlıq işlərinin ardıcıllığını təmin etmək üçün lazım olan təlimatları İstehlakçıya təqdim etməlidir.

7.4.2 Bütün sınaq və təftiş işləri tamamlandıqdan və avadanlıqlar İstehlakçı tərəfindən yoxlandıqadan sonra onların yüklənib daşınması üçün hazırlıq işləri görülməlidir.

7.4.3 Avadanlıqlar məhsul və seriya nömrələri ilə müəyyən edilməlidir. Ayrıca olaraq yüklənib daşınan materialın üzərinə onun nəzərdə tutulduğu avadanlığın məhsul və seriya nömrəsini özündə əks etdirən korroziyaya davamlı metal birka təhlükəsiz formada vurulmalıdır. Avadanlığın üzərində metal birkaları vurmağa kifayət qədər yer olmadıqda məhsul və seriya nömrəsini göstərmək üçün istifadə edilən digər vasitələr qarşılıqlı razılaşma əsasında təyin edilməlidir. Buna əlavə olaraq, yeşikdə olan avadanlıqların qablaşdırma siyahısının bir surəti konteynerin üzərində digəri isə onun daxilində olmalıdır.

7.4.4 İstehsalçının standart quraşdırma təlimatlarının bir surəti avadanlıqla birlikdə qablaşdırılmalı və nəql edilməlidir.

7.4.5 Avadanlıqların qablaşdırılması, kiplənməsi, nişanlanması və saxlanılması üçün hər hansı bir xüsusi tələblər İstehlakçı tərəfindən təchizatçıya təqdim edilməlidir.

7.5 Mexaniki istismar sınağının aparılması

Əgər başqa cür təyin edilməybsə, quraşdırma üçün alınan datçik sistemləri ilə eyni növə və istehsala malik datçik sistemləri nəzarət edilən avadanlığın üzərində zavod şəraitində mexaniki istismar sınağı aparılan zaman istifadə edilməlidir.

7.6 Sahə sınağının aparılması

7.6.1 5.4 – də göstərilən dispetçer idarəetmə sisteminin bütün əlamətləri quraşdırma agentliyi tərəfindən aparılan funksional sınaqdan keçməlidir (əlavə məlumat almaq üçün F Əlavəsinə bax). Sınağın nəticələri 8.3 – cü yarımbəndə müvafiq olaraq sənədləşdirilməlidir. Həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) üzrə verilən parametr dəyərlərinin İstehlakçının razılığı ilə təyin edilmiş dəyərlərə əsasən uyğunlaşdırıldığı quraşdırma agentliyi tərəfindən təsdiqlənməlidir.

7.6.2 Hər bir dispetçer idarəetmə sistemi onların sahədə sınaq temperaturu diapazonuna uyğun kalibrləndiyini təsdiqləmək üçün sınaqdan keçirilməlidir. (əlavə məlumat almaq üçün bax: 4.1). Bu sınaqlar maşın avadanlığının üzərində quraşdırılmış faktiki dispetçer idarəetmə sistemi vasitəsilə quraşdırma agentliyi tərəfindən 7.6.2.1, 7.6.2.2, və 7.6.2.3–cü yarım-bəndlərə müvafiq olaraq aparılmalıdır. Sınağın nəticələri 8.3–cü yarımbəndə müvafiq olaraq sənədləşdirilməlidir. (əlavə məlumat almaq üçün qeydə bax).

Qeyd: 19 və 20 – ci şəkillərdə ümumi sistemin tipik funksiyaları göstərilir.

7.6.2.1 Kontaktsız zondlu datçik sistemləri üçün boşluğun sxeminin datçikin çıxış gərginliyinə olan nisbəti (mikrometr və ya millə minimum olaraq 10 nöqtədə) quraşdırma agentliyi tərəfindən yaradılmalı və sahibkara təqdim edilməlidir. (əlavə məlumat almaq üçün 21 – ci şəklə baxın). Bu prosedura maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən təyin edilən tələblərə müvafiq olaraq həyata keçirilməlidir. (əlavə məlumat almaq üçün G əlavəsinə baxın). Təyin edildiyi təqdirdə, zondlu datçikin quraşdırıldığı sahəyə uyğun kalibrləmə işi aparmaq lazımdır.

7.6.2.2 Temperatura nəzarət sistemləri işçi temperatur sensorlarının əvəzlənməsi ilə müvafiq sensor simulyatoru vasitəsilə sınaqdan keçirilməlidir. Ən azı üç nöqtə (20%, 50%, və 80%-lik diapazonda) simulyasiya edilməli və dispetçer idarəetmə sisteminin göstəriciləri qeydə alınmalıdır.

7.6.2.Gövdənin vibrasiyasına gəldikdə, həm işçi akselerometri, həm də kalibrlənmiş etalon akselerometri eyni vaxtda təsirləndirən vibratordan bu sınağı aparılması üçün istifadə etmək lazımdır. Akselerometri 3A və 3B cədvəllərində göstərilən tezlik və amplituda diapazonlarında sınaqdan keçirmək lazımdır. Dispetçer idarəetmə sistemini elektron simulyasiya ilə tam miqyaslı amplituda səviyyəsində sınaqdan keçirmək lazımdır.

7.6.2.4 Taxometr və sürət artımını aşkarlayan elektron sistemlərə gəldikdə dispetçer idarəetmə sistemini elektron simulyasiya ilə tam miqyaslı amplituda səviyyəsində sınaqdan keçirmək lazımdır.

7.6.3 Quraşdırmaagentliyi istismar əməliyyatının layihə spesifikasiyasının tələblərinə uyğunluğunu yoxlamaq üçün maşın avadanlıqlarının bütün mühafizə sisteminin sahə sınağını həyata keçirməlidir. Bu sınaqlara sistemin icra göstəricilərinin yoxlanılması və onun digər nəzarət, avtomat və məlumat mübadiləsi sistemləri ilə inteqrasiyasının funksionallığının təyin edilməsi daxil edilməlidir. Bu sınağın detalları sahibkar və quraşdırma agentliyi arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında təyin edilməlidir. Sınağın nəticələri 8.3 – cü yarımbəndə müvafiq olaraq sənədləşdirilməlidir. (əlavə məlumat almaq üçün qeydə bax).

Qeyd: Bu sınağa (məhdud olmayaraq) texnoloji prosesə nəzarət, qəza hallarında söndürmə, maşın avadanlıqları barədə məlumatın əldə edilməsi və diaqnoz və ya digər sistemlərlə inteqrasiya; datçik sisteminin giriş siqnallarının simulyasiyası və çıxış, displey və kommunikasiya imkanlarının lazımi səviyyədə istismarı daxil edilə bilər.

8.1.1 Bu bölmədə tələb edilən məlumat şöbə məsuliyyəti daşıyan maşın avadanlıqlarının təchizatçısı və ya B əlavəsində göstərilən digər müvafiq məsul agentlik tərəfindən təqdim edilməlidir. Maşın avadanlıqlarının təchizatçısı təchizatçının cizgi və məlumat tələbləri formasını doldurmalı və onu sifarişdə və ya sorğuda göstərilən ünvana və ya ünvanlara yollamalıdır (əlavə məlumat almaq üçün bax: G Əlavəsi). Bu formada cizgilərin, əyrilərin və məlumatların sifariş edilən zaman razılıq əsasında təyin edilmiş ötürülmə qrafikləri o cümlədən İstehlakçı tərəfindən tələb edilən surətlərin sayı və növü əks olunmalıdır.

8.1.2 Bu məlumatlar müşayiət məktubunda və küncə vurulan cizgi möhürü və ya titul vərəqləri ilə İstehlakçının / sahibkarın hüquqi adını o cümlədən aşağıdakıları da özündə əks etdirməklə təyin edilməlidir:

c. İşin / layihənin nömrəsi.

d. Avadanlığın məhsul və ya birka nömrəsi və xidmətin adı.

e. Alqı – satqının sifariş nömrəsi.

f. Sorğuda və ya alqı -satqı sifarişində təyin edilmiş digər identifikasiya.

g. Maşın avadanlığının təchizatçısının təklif nömrəsi, seriya nömrəsi və ya cavab yazışmalarını tam müəyyən etmək üçün tələb edilən digər istinadlar.

8.1.3 API 670 Maşın avadanlıqlarının mühafizəsi sistemi üzrə koordinasiya iclası alqı – satqı öhdəlikləri həvalə edildikdən sonra 4 və ya 6 həftə ərzində keçirilməlidir (yaxşı olar ki, yeni maşın avadanlığı olduğu təqdirdə bütün maşın bloku üçün məsuliyyəti daşıyan müəssisədə).

Əgər başqa cür təyin edilməyibsə, şöbə məsuliyyəti daşıyan maşın avadanlıqlarının təchizatçısı iclasdan qabaq API 670 Maşın avadanlıqlarının mühafizəsi sistemi üzrə aşağıdakı bəndləri özündə əks etdirən icmaldan ibarət iclas gündəliyini hazırlamalı və tərəflərə paylamalıdır:

a. Alqı –satqı sifarişi, tədarükün həcmi, şöbə məsuliyyəti dairəsi və yarıdımçı–təchizatçının avadanlıqları

c. Tətbiq edilə bilən spesifikasiyalar və əvvəlki razılıq əsasında qəbul edilmiş istisnalar

d. Məlumatın ötürülməsi, istehsal və sınaq cədvəlləri.

e. Keyfiyyətə təminat proqramları və proseduraları.

f. Təftiş, səfərlər və sınaq.

g. Materialın spesifikasiyası və sxemli təsviri.

h. API 670 sistem komponentləri ilə münasibətdə fırlanan avadanlığını fiziki oriyentasiyası.

i. Digər texniki bəndlər.

1. Misal üçün göstərilən bu nümunə faktiki vəziyyəti və ya maşın avadanlığını zəruri olaraq əks etdirmir

2. Zondlu datçikin soyuq aralıq parametri tipik olaraq 1250 mm (50 mil) - dir və bu, təxminən 10 volt SC – a uyğun gəlir.

1. Dispetçer nəzarət sistemi hər mil üzrə 200 millivolta və 16 millik soyuq hərəkət zonasına kalibrlənib. Nəzarət sisteminin diapazonu +40 mil və -40 mil arasındadır. Kalibrləmə prosedurası aşağıdakı mərhələlərdən ibarətdir: (1)kalibrləmə əyrisinin təmin edilməsi, (2) valın parametrinin fəal başmağa münasibətdə birdən dəyişdirilməsi, (3) zondlu datçikin 8 millik sayğac indikasiyasına tənzimlənməsi (datçikin çıxışı təxminən 11.6 volt SC -dir), (4) oz yükünün təsdiqlənməsi üçün hərəkət parametrlərinin birdən dəyişdirilməsi və (5) həyəcan və söndürmə üçün parametr dəyərlərinin təyin edilməsi.

2. Misal üçün göstərilən bu nümunə faktiki vəziyyəti və ya maşın avadanlığını zəruri olaraq əks etdirmir

8.2.2 Maşın avadanlıqlarının təchizatçısı orijinal təklifləri və müəyyən edilmiş sayda surətləri sorğu sənədlərində göstərilmiş ünvana göndərməlidir. Bu təkliflər ən azı 8.2.2 və 8.2.3 yarımbəndlərində göstərilən məlumatlar və sistemin və onun komponentlərinin bu standarta tam uyğun gəldiyini təsdiqləyən bəyanat daxil edilməlidir. Əgər sistem və onun komponentləri bu standarta tam uyğun gəlmirsə maşın avadanlıqlarının təchizatçısı bu yayınmanı izah edən və detalları göstərən siyahını bu təklifə daxil etməlidir. Maşın avadanlıqlarının təchizatçısı İstehlakçıya təklif edilən istənilən alternativ dizaynları qiymətləndirmək imkanı verən detalları ona təqdim etməlidir. Bütün yazışmalar 8.1.2 – ci yarım bəndə müvafiq olaraq aydın müəyyən edilməlidir.

8.2.3.1 Təchizatçının cizgilər və məlumat tələbləri formasında göstərilən cizgilər təklifə daxil edilməlidir (əlavə məlumat almaq üçün G əlavəsinə baxın). Ən azı aşağıda göstərilən məlumatlar daxil edilməlidir:

a. Hər bir dispetçer idarəetmə sistemi üçün quruluş və montaj sxemləri, ümumi ölçülər, montaj detalları və texniki xidmət üçün aralıq ölçüləri daxil olmaqla,

b. Bütün nəzarət və elektrik sistemlərinin sxemləri. buraya materialların spesifikasiyaları da daxil edilməlidir.

8.2.3.2 Əgər tipik cizgilərdən sxemlərdən və material spesifikasiyalarından istifadə edilirsə, onda onlar təklif edilən faktiki avadanlıqları və işlərin həcmini göstərməklə nişanlanmalı və 8.1.2 a-f – də qeyd edilən spesifik layihə məlumatını özündə əks etdirməlidir.

8.2.4 Texniki məlumatlar

Təqdim edilən təklifə aşağıdakı məlumatlar daxil edilməlidir:

a. Maşın avadanlıqlarının təchizatçısı tərəfindən daxil edilmiş tam məlumatla birlikdə İstehlakçıya məxsus texniki spesifikasiyalar və təklifin detallarını tam təsvir edən ədəbiyyat.

b. Təchizatçının cizgi və məlumat tələblərinin forması və bu formada müqavilənin bir hissəsi kimi təyin edilən bütün məlumatların ötürülməsinə maşın avadanlıqlarının təchizatçısının razılığının əsaslandığı cədvəl də göstərilməlidir. (əlavə məlumat almaq üçün G əlavəsinə baxın).

c. Sifarişi qəbul etdikdən sonra həftələr ərzində avadanlığın yüklənib daşınma qrafiki.

d. İlkin işəsalma və texniki xidmət məqsədləri üçün tövsiyə edilən ehtiyat hissələrinin siyahısı.

e. Texniki xidmət üçün təşkil edilən xüsusi alətlərin siyahısı. Maşın avadanlıqlarının təchizatçısı təqdim edilən təklifə daxil ediləcək ölçmə ləvazimatlarını müəyyən etməlidir.

f. Təyin edilmiş sahə şərtləri altında ilkin işəsalma, istismar və ya istismarda olmamaq üçün tələb edilən havanın təsirindən xüsusi mühafizə və qış istismarına hazırlıq barədə məlumat. Bu məlumatda İstehlakçı tərəfindən təmin edilməsi gözlənilən o cümlədən maşın avadanlıqlarının təchizatçısının tədarük həcminə daxil edilən mühafizə sistemi göstərilməlidir.

g. İstehlakçının sorğusunda göstərilmiş xüsusi tələblərin 5.4 və 7.4.5 – ci bölmələrin işarələnmiş yarım bəndlərində göstərilən qaydada təsviri.

h. Sistemin5.7.1 – də müzakirə edildiyi kimi, təyin edilmiş ərazi təsnifatı tələblərinə uyğunluğunun təsviri.

i. Maşın avadanlıqlarının mühafizəsi sisteminin tamlığını qorumaq üçün lazım olan xüsusi tələblər və ya məhdudiyyətlər.

8.3 Müqavilədə verilən məlumatlar

8.3.1.1 G əlavəsində göstərilən müqavilə məlumatları maşın avadanlıqlarının təchizatçısı və ya B əlavəsində göstərilən məsul agentlik tərəfindən hazırlanmalıdır. Hər bir cizgi, material spesifikasiyası və spesifikasiyaların aşağı küncündə cizgi möhürü olmalı və bu burada sertifikatlaşdırılma tarixi, 8.1.2 – də təyin edilən bütün identifikasiyaya edilən istinadlar, yoxlama nömrəsi, tarixi və başlığı göstərilməlidir.

8.3.1.2 İstehlakçı maşın avadanlıqlarının təchizatçısı tərəfində təqdim edilmiş məlumatları aldıqdan sonra onları dərhal nəzərdən keçirməlidir; bununla belə əgər xüsusi yazılı razılıq əldə edilməyibsə, bu məlumatlar yoxladıqdan sonra tələblərdə hər hansı bir yayınmaya yol vermək olmaz. Məlumatı yoxlanıldıqdan sonra maşın avadanlıqlarının təchizatçısı təyin edilmiş sayda həmin məlumatların təsdiqlənmiş surətini hazırlamalıdır.

8.3.2.1 Cizgilərdə bütün lazımi məlumat verilməlidir ki, 8.3.5 – ci yarəm bənddə göstərilən cizgilərə və təlimat vəsaitləri ilə quraşdırma agentliyi və ya sahibkar sifariş edilmiş avadanlıqları lazımi səviyyədə quraşdıra, istismara buraxa və ya onlara texniki xidmət göstərə bilsin. Cizgilər gözlə aydın oxunula bilməli, 8.3.1.1 – ci yarımbəndə müvafiq olaraq təyin edilməli və ASME Y14.2M –nin tələblərinə cavab verməlidir. Hər bir cizgi ən azı G əlavəsində siyahısı verilmiş cizgilər üzrə detalları özündə ehtiva etməlidir.

8.3.3 Texniki məlumatlar

8.3.3.1 Məlumatlar G əlavəsinin tələblərinə müvafiq olaraq təqdim edilməli və 8.3.1.1 – ci yarım bəndə uyğun olaraq təyin edilməlidir. Cizgilər və ya spesifikasiyaların yoxlanılması ilə bağlı və məlumatlarda hər hansı bir dəyişikliyin edilməsini zəruriləşdirmən şərhlər və mülahizələr maşın avadanlıqlarının təchizatçısı tərəfindən tərtib edilməlidir. Bu izahat əsasında sifariş spesifikasiyasının bir hissəsi olaraq düzəliş edilmiş və tamamlanmış spesifikasiyalar İstehlakçı tərəfindən təqdim edilməlidir.

8.3.4 Hissələrin siyahısı və tövsiyə edilən ehtiyat hissələri

8.3.4.1 Maşın avadanlıqlarının təchizatçısı tədarük edilən bütün avadanlıqların və ləvazimatların hissələrinin tam siyahılarını təqdim etməlidir. Bu siyahılara istehsalçının özünəməxsus hissə nömrələri, konstruksiya materialları və çatdırılma tarixləri daxil edilməlidir. Materiallar 5 – ci bölmədə göstərilən qaydada təyin edilməlidir. Hər bir hissə tam müəyyən edilməli və profil və ya montaj tipli hansı bir hissənin digər avadanlıq üçün mübadiləsi İstehlakçı tərəfindən müəyyən edilə bilsin. Standart ölçüləri dəyişdirilən və ya xüsusi istismar tələblərinə müvafiq olaraq hazırlanan hissələr istismar sahəsində mübadilə edilmək və sürətini çıxarılması məqsədləri üçün xüsusi hissə nömrəsi ilə müəyyən edilməlidir. Satın alınmış standart avadanlıqlar istehsalçının adı və hissə nömrəsi ilə təyin edilməlidir.

8.3.4.2 Maşın avadanlıqlarının təchizatçısı yuxarıdakı hissələrin siyahılarında hansı hissələrin ilkin işə salma üçün tövsiyə edilən hissə, hansı hissələri isə normal texniki xidmət üçün tövsiyə edildiyini göstərməlidir. (əlavə məlumat almaq üçün bax: 8.2.3 bəndinin d yarım- bəndi). Maşın avadanlıqlarının təchizatçısı yoxlanılan cizgiləri qəbul etdikdən sonra dərhal İstehlakçıya siyahıları təqdim etməli və sifarişə və ilkin işəsalmaya vaxtında icazə verməlidir. Müşayiət edən məktub 8.1.2 – ci bənddə göstərilən məlumat əsasında hazırlanmalıdır.

8.3.5 Quraşdırma, istismar, texniki xidmət və texniki məlumatlar barədə təlimat vəsaitləri

Maşın avadanlıqlarının təchizatçısı İstehlakçıya və sahibkara sifariş edilən avadanlıqları lazımi səviyyədə quraşdırmaq, istismara buraxmaq və onlara texniki xidmət göstərmək imkanı verən bütün lazımi yazılı təlimatları və bütün cizgilərin siyahısını onlara təqdim etməlidir. Bu məlumatlar təlimat vəsaiti və ya vəsaitləri formasında və 8.1.2 –də göstərilən məlumatlara edilən bütün istinadları, bölmə başlıqlarını göstərən istinad vərəqlərini özündə əks etdirən müşayiət məktubu və başlıq və nömrələrinə əsasən istinad və əlavə edilən cizgilərin bütöv siyahısı ilə birlikdə tərtib edilməlidir. Təlimat vəsaiti xüsusi təyin edilmiş avadanlığın montajı üçün hazırlanmalıdır; tipik təlimat vəsaiti qəbul edilmir.

8.3.5.2 Montaj üzrə təlimat vəsaiti

Cizgilərdə öz əksini tapmayan lazımi montaj dizaynı üçün tələb edilən hər hansı xüsusi məlumat istismar və texniki xidmət təlimatlarından ayrı təlimat vəsaiti formasında tərtib edilməlidir. Bu təlimat vəsaiti sifarişdə qarşılıqlı razılaşma əsasında təyin edilmiş vaxtda və ya materialların yekun olaraq çap edilib buraxıldığı vaxtda təqdim edilməlidir. Həmin təlimat vəsaitində həmçinin xüsusi kalibrləmə proseduraları və montaj layihəsi ilə bağlı digər məlumatlar o cümlədən 8.2.2 və 8.2.3 yarım bəndlərində göstərilən məlumatlar öz əksini tapmalıdır.

8.3.5.3 İstismar və texniki xidmət üzrə təlimat vəsaiti

İstismar və texniki xidmətlə bağlı məlumatı özündə əks etdirən təlimat vəsaiti təyin edilmiş bütün sınaqlar uğurla başa çatdıqdan sonra ən geci iki həftə müddətində təqdim edilməlidir. bu təlimatda təyin eidlmiş ekstremal hava şəraitində, məsələn temperatur diapazonunda, istismarın aparılması üzrə xüsusi təlimatlardan ibarət bölmə öz əksini tapmalıdır. Bu təlimat vəsaitində həmçinin G Əlavəsində göstərilən məlumatların hamısı öz əksini tapmalıdır.

8.3.5.4 Texniki məlumatlarla bağlı təlimat vəsaiti

Təyin edildiyi təqdirdə, maşın avadanlıqlarının təchizatçısı zavod sınaqları başa çatdıqdan sonra 30 gün müddətində İstehlakçıya texniki məlumatları özündə əks etdirən təlimat vəsaitini təqdim etməlidir. (detal tələbləri barədə məlumat almaq üçün G əlavəsinə baxın).

Kateqoriya 1 & 2 Möhürlər

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

Kateqoriya 1 & 2 Möhürlər

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

Kateqoriya 1 & 2 Möhürlər

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

Kateqoriya 1 & 2 Möhürlər

TƏLƏB OLUNUR: ___________

IŞ / LAYİHƏ NO: ___________

TƏLƏB OLUNUR: ___________

TƏLƏB OLUNUR: ___________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

SAHƏ____________________

AVADANLIQ_______________

NO___________________

1. Maqnitli sürət datçiklərindən istifadə edildikdə, “MAQNİTLİ SÜRƏT DATÇİKLƏRİ BARƏDƏ ƏLAVƏ MƏLUMAT” başlığı altında olan texniki spesifikasiya forması doldurulmalıdır.

2. Sürət artımını aşkarlayan sistem ilə idarəetmə qurğusu arasında bölüşdürülən datçiklərin istifadəsinə bu standart çərçivəsində icazə verilmir. (bax: Bölmə 5.4.8.4k).

3. Əsas dişli çarxın sürətinin artmasının ümumi səbəbi birləşmə nasazlığı və bunun nəticəsində yükün ani itkisi olduğu üçün bu standartda sürətin həddə artıq artdığı tətbiq sahələrində hərəkətdə olan valın sürətinin datçiklə hiss edilməsinə icazə verilmir. (bax: Bölmə 6.1.6.4).

4. Sürəti hiss edən səthin digər mexaniki komponentləri hərəkətə gətirən mexanizm kimi istifadəsinə bu standart çərçivəsində icazə verilmir (bax: Bölmə 6.1.6.4).

5. "HƏ"cavabı, sürətin hiss edilməsi üçün təklif edilən səthin sürət datçiklərinə və dispetçer idarəetmə sisteminə uyğunluğunu təmin etmək üçün maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən əlavə məlumatın verilməsini tələb edir. “KONTAKTSIZ DATÇİKLƏR BARƏDƏ ƏLAVƏ MƏLUMAT” başlığı altında olan spesifikasiya bölməsi doldurulmalı və maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə birlikdə yoxlanılmalıdır.

ALQI -SATQI SİFARİŞİ NO.

Layihənin koordinasiyası

Ölçmə alətlərinin alqı - satqısı

Panelin dizaynı və yığılması

Torpağa birləşdirmə planı (bax: 5.6.1)

Cizgilərin və məlumatın G əlavəsinə əsasən təqdim edilməsi

Maşın blokunun montajı

Kontaktlı alətlərlə mexaniki istismar sınağı (bax: 7.5)

Zavodda təhvil – qəbul sınağı (bax: 7.3.2.1.1)

Sistem inteqrasiyasının yoxlanılması

Sahə sınağı (bax: 7.6)

a. Bu formanın məqsədi layihənin koordinasiyasına kömək etməkdir. Həmin forma hər bir vəzifə üzrə məsuliyyət dairəsini göstərmək üçün müvafiq xanaları “X” ilə işarələməklə İstehlakçı tərəfindən doldurulmalıdır. (əlavə məlumat almaq üçün bax: 4.7).

b. Məsuliyyət normal olaraq bütün maşın bloku üçün şöbə məsuliyyəti daşıyan əsas maşın avadanlığı təchizatçısının boynuna düşür. Əgər məsuliyyət bölgüsü ayrı – ayrı maşın avadanlıqları təchizatçıları arasında aparılırsa onda yuxarıdakı formada və ya əlavə edilmiş vərəqdə bu barədə müvafiq məlumat verilməlidir.

c. Bu, maşın avadanlıqlarının nəzarətinə daxil edilə bilən rəqəmsal çıxış variantlarına (əlavə məlumat almaq üçün bax: 5.4.1.4.e və 5.4.1.10) aiddir. Bu tapşırıq normal olaraq quraşdırma agentliyinin məsuliyyət dairəsinə daxildir.

C.1.1 Akselerometr kontaktlı sensor olub (kontaktsız zondlu datçiklərdən fərqli olaraq) birləşdirildiyi səthin hərəkətini ölçmək üçün nəzərdə tutulur. Onun bir çox üstün cəhətlərinə geniş tezlik səviyyəsində və dinamik diapazonda xəttiliyin olması daxil edilir. Akselerometrlər tipik olaraq maşın avadanlıqlarına dispetçer nəzarəti və diaqnoz üçün nəzərdə tutulan yüksək tezlikli ( 1 khersdən artıq) tətbiq sahələrində istifadə edilib.

Akselerometri tətbiq etmək və ondan etibarlı göstəricilər əldə etmək üçün aşağıdakı sahələrə lazımi diqqətin verilməsi tələb edilir:

a. Datçikin montaj konfiqurasiyalarına.

b. Maraq doğuran tezlik diapazonuna.

c. Maraq doğuran amplituda diapazonuna.

d. Maşın avadanlığının mühafizəsi və diaqnoz üçün istifadəsina.

e. Nəzərdə tutulan xüsusi akselerometrin xüsusiyyətlərina.

f. Kabelin çəkilməsi və avadanlığın siqnal səviyyəsinə uyğunlaşdırılmasına.

g. Ətraf mühitlə bağlı mülahizələrə.

C.1.2 Bu məsələləri müzakirə etmək üçün çoxsaylı istinad mənbələri mövcuddur. Xüsusi akselerometr istehsal edən istehsalçı ilə məsləhətləşərək akselerometrlərin tətbiqi ilə bağlı suallara cavab əldə etmək olar. Bu əlavədə əsas diqqət maşın avadanlıqlarının mühafizəsi sistemləri üçün datçikin quraşdırlması, kabellərin çəkilməsi və siqnal səviyyəsinin təyini ilə bağlı müəyyən qərarların verilməsinə yönəlib. Tipik olaraq, akselerometrlərdən onların təyin edilmiş rezonans tezliyinin üçdə birindən yarısında kimi səviyyədə istifadə etmək məsləhət görülür. Ona görə də, montaj üsulların akselerometrin faydalı tezlik diapazonunu məhdudlaşdıra bilər. Dispetçer nəzarətinin tətbiq tələblərinə cavab vermək üçün bu hədləri bilmək və lazımi texniki üsulları tətbiq etmək çox zəruridir. Kabelin və siqnal səviyyəsinin tətbiqi akselerometrin çıxış siqnalın təsir göstərə bilər və ona görə də bütün bunlar ölçmə sisteminin ümumi layihəsi ilə qəbul edilən mühüm qərarlardır.

C.2 Akselerometrin yığılması və quraşdırılması ilə bağlı mülahizələr

Akselerometr kontaktlı cihaz olduğu üçün onun quraşdırılması zamanı diqqətli olmaq çox vacibdir çünki onun montajı lazımi səviyyədə həyata keçirilmədikdə, bu, cihazın işləmə qabiliyyətinə təsir edəcək və nəticədə yanlış və gözlənilməz çıxış siqnalları müəyyən ediləcək.

C.2.1 Üstüörtülü montaj

Şəkil C-1 – də akselerometrin alt hissəsinin montaj edilən səthlə tam təmasda olmasına şərait yaradan tipik üstüörtülü (qaplı ) montaj göstərilir. Bu montaj üsulu 2 kHz –dən yuxarı tezlik səviyyələrinin, məs. sürətə qutularındakı dişli çarxların zəncirlənmə tezlikləri, nasoslarda və ya kompressorlarda ülgüclərin və ya istiqamətləndirici kürəklərin tezlikləri və fırlanan hissəsi olan podşipnikin tezliklərinin mövcud olduğu tətbiq sahələrində texniki xidmət diaqnozunun qabaqcadan qoyulması üçün zəruridir.

Üstüörtülü (qapalı) montajın lazımi səviyyədə aparılması üçün aşağıdakıların həyata keçirilməsi təklif edilir:

a. Şəkil c – 1–də göstərildiyi kimi səthin tamamlanması, montaj edilən səthin cilalanması və ölçüsü üçün irəli sürülən tələbləri həyata keçirmək.

b. Akselerometrin dayaq sütununda yaranan rezonanslarının təsirinə məruz qalmaması üçün onun altlığı montaj edildiyi səthə tam oturmalıdır. Dayaq sütunlarında rezonans tezliklərinin akselerometrin altlığı montaj səthinə lazımi səviyyədə oturmur və montaj şkivləri bu zaman struktur element kimi montaj səthindəki yaranan rezonans tezliklərin səviyyəsini azaldır. Bunun qarşısını almaq üçün skifin oxu montaj səthinə perpendikulyar olmalıdır və yivi açılmış dəşik skivin aşağı düşməməsi üçün kifayət edən dərinlikdə olmalıdır. Montaj üçün nəzərdə tutulan dəlik səthə qövsün 5 dərəcəsi və ya daha az səviyyədə perpendikulyar olmalıdır.

c. Montaj üçün boltun həddən artıq burulub gərilməsi akselerometin altlığının yayınmasına və akselerometrin reaksiya vermək xüsusiyyətlərinə mənfi təsir göstərə bilər. Bir az artıq gərilmə nəticəsində akselerometr boşala və daha yüksək tezlik səviyyələrində böyük xətaların yaranmasına gətirib çıxara bilər. Boltun gərilməsinə qoyulan tələblər skifin ölçüsünə görə dəyişə bilər lakin ədəbiyyatda dərc edilən göstəricilər 0,6 – dan 2,7 nyuton düymə kimidir (5 – dən 24 fut - dyum). İstehsalçının tövsiyələrinə əməl etmək lazımdır.

d. Montaj edilən səthdə akselerometrin yana əyilməsinə səbəb ola biləcək heç bir kənar maddə və ya qırıntı olmamalıdır. Akselerometrlə onun montaj edildiyi səth arasına nazik qata malik silikon vurmaq olar ki, bunun nəticəsində həmin arada qalan boşluqlar dolur və montajın möhkəmliyi daha da artır.

C.2.2 Üstüörtülü olmayan montaj

C.2.2.1 Şəkil C-2 – də üstüörtülü montaj edilməyən akselerometrin tətbiqi göstərilir. Bu montaj konfiqurasiyası üçün konus formalı boru yivlərindən istifadə edilir. Bu növ montaj konfiqurasiyasının üstün cəhəti ondan ibarətdir ki, bu zaman yalnız montajın lazımi səviyyədə aparılması üçün ölçülmüş yerlərdə lazım dəlşiklərin açılıb yivlənməsi tələb edilir. Akselerometr bundan sonra ştiftlərə geydirilir və lazımi qaydada kiplənir. Bununla belə, akselerometrin bu cür montajı 2 Khersdən yuxarı tezlik hədlərinə nəzarətin tələb edildiyi tətbiq sahələri üçün münasib deyil. Bu dizayn tez – tez mexaniki titrəyişə məruz qalmayan sürət datçikləri üçün istifadə edilir (akselerasiya – sürtə inteqratoru olan akselerometrlər).

C.2.2.2 Dispetçer nəzarətinin həyata keçirilməsi üçün akselerometrin bu növündən istifadə edərkən aşağıdakıları nəzərə almaq lazımdır: a. akselerometrin maşın avadanlığında quraşdırılacağı nöqtə qurğunun cavab reaksiyasını dəyişmədən onun yerləşdirilməsi üçün kifayət qədərə geniş olmalıdır. bu spesifikasiyada müvəqqəti nəzarət üçün nəzərdə tutulan maşın avadanlıqları tipik olaraq bu montaj metodu üçün yararlı olur.

1. Dayaq səthi göstərilir lakin səthi lazımi səviyyədə cilalanmış dik səth də qəbul edilir.

b. Montaj edilən səthdə açılmış və yivlənmiş dəşik ölçmə səthinə qövsün 5 dərəcəsi və ya daha aşağı səviyyədə perpendikulyar olmalıdır.

c. Həddən artıq sıxılma nəticəsində gövdənin zədələnməməsi və ya korpusun boşalması nəticəsində cihazın tezlik reaksiyasının təsirə məruz qalmaması üçün istehsalçının boltun gərilməsi üzrə spesifikasiyalarının tələblərinə cavab vermək lazımdır. Yiv kipləyicisindən istifadə etmək olar.

C.2.3 Yapşqanların və yapışdırıcı maddələrin istifadəsi

Montaj üçün yapışdırıcı maddələrin istifadəsi (məs. alümineumun, epoksid sementin, diş sementinin və metil sianakrilat sementinin istifadəsi) bu materialda müzakirə edilmir, çünki bu maddələr daimi avadanlıqlar üçün yararlı hesab edilmir.

C.2.4 Akselerometrlərin gövdələri mühafizə edilməyən montaj ilə müqayisədə

Akselerometrin və onun birləşdiricisinin (konnektorun) ümumi mühafizə metodu həmin aqreqatın gövdə daxilində quraşdırmaqdır. Müxtəlif mənbələrdən əldə edilən montaj ləvazimatlarına dəyişdirilmiş elektrik paylayıcı qutusu və ya partlayışa davamlı gövdəsidir. Normal olaraq qutunun və ya gövdənin aşağısında dəşik aşmaqla (əlavə məlumat almaq üçün qeydə baxın) həmin gövdə akselerometrdən ayrılır (akselerometrin tezliyə qarşı cavab reaksiyasının təsirə məruz qalmaması üçün). Gövdədə kabelin lazımi radius boyunca bükülməsi üçün kifayət qədər yer olmalıdır və bu, xüsusən də yuxarı hissədə kabel birləşmələrinin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Qutu həmçinin nisbətən hamar və geniş səthdə quraşdırılmalıdır ki, özül hissə lazımi səviyyədə kiplənsin və su buraxmasın. Akselerometrin korpus daxilində quraşdırılmasına dair nümunə şəkil C-1 –də göstərilib.

Qeyd: Partlayışa davamlı qutunun aşağı hissəsinin kəsilməsi onun partlayışı qarşı müqavimətini yox edir. Ərazi təsnifatı üçün irəli sürülən tələblərə cavab vermək üçün digər vasitələrdən istifadə etmək lazımdır.

C.3 Kabellərin quraşdırılması və mühafizəsi

Kabelin mexaniki mühafizəsinə həmin kabeli elastiki olmayan kabel borusundan keçirməklə nail olmaq olar. Bununla belə, montaj tələblərinə görə maşın avadanlığına ən yaxın olan boru bölməsini asanlıqla çıxarıla və ya yenidən quraşdırıla bilər. Elastiki olan kabel borusunun istifadəsi məsələnin ən yaxşı həll yolu deyil, çünki bu boru yerində durmur və daxili armaturların iti kənarlarına kabelin dəyib zədələnməsi ilə nəticələnir. Şəkil C-3 – də göstərilən zirehli kabelin istifadəsini nəzərə almaq lazımdır. Bu kabel növü nisbətən elastiki olub məhəccərlərdən və ya flanslardan aşağı hissədə maşın avadanlığına yaxın çəkilə bilər. Kabel trassası lazımi səviyyədə çəkildikdə və sıxacla bərkidildikdən sonra onun üzərində gəzmək olmaz. Kabel borularının istifadə edildiyi digər tətbiq sahələrindən fərqli olaraq bu kabel növünün quraşdırılması və ya sökülməsi üçün elektrik mütəxəsissinin olması tələb edilmir.

Aşağıdakı ehtiyat tədbirlərini görmək lazımdır:

a. Əgər akselerometr mühafizəsiz qalıbsa, onda konnektoru silikon yağı ilə dolduraraq ona suyun nüfuz etməsini azaltmaq olar. Satışda olan kipləyici maddələrdən və ya xüsusi olaraq hazırlanmış qoruyucu başmaqdan istifadə edərək konnektorun akselerometrə gedən girişini kipləmək olar.

b. Kabel borusu və ya birləşdirici qutu kabelə giriş nöqtəsində kiplənməlidir. Rezin izolyasiya şaybalarından, çıxarıla bilən və ya yapışmayan kipləyicilərdən istifadə etmək lazımdır.

c. Kabel trassası kəskin temperaturun təsirində məruz qalmamalıdır. Kabel üçün material hədlərini nəzərə almaq lazımdır. Misal üçün, PTFE – izolyasiyalı kabellər normal olaraq, 200°C (400°F) dərəcədən yuxarı temperatur səviyyəsində istifadə edilə bilməz.

d. Təhlükəli ərazilərin təsnifatına əsasən tələb edildikdə, Zener tipli baryerlərin təhlükəsiz ərazidə cərəyan mənbəyinə mümkün qədər yaxın quraşdırılmasına fikir vermək lazımdır. Enerjini məhdudlaşdıran qurğulardan istifadə etməklə avadanlıqların özünəməxsus təhlükəsizliyini təmin etmək olar. Bununla belə, maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə ümumi sistemin dizaynının təşkili ilə bağlı məsləhətləşmək lazımdır.

e. Kabellər elektromaqnit maneə mənbələrinə (EMİ) yaxın, məs böyük mühəriklə və ya yüksək gərginlikli naqillərə yaxın olmamalıdır.

Bu əlavədə vibrasiya, ox mövqeyi, sürəti hiss edən və RDT datçikləri üçün tək və ya çoxsaylı dövrələrə malik siqnallar və termoelementlər üçün isə çoxsaylı dövrələrə malik siqnallar üçün irəli sürülən tələblərdən bəhs edilir. Bütün bu kabellər üçün dayaqların və mühafizənin təşkili məs. kabel zirehi, kabel boruları, lotoku və müvafiq kombinasiyalar tələb edilir. İzolyasiya səviyyəsi NFPA 70 – nin 725 – ci maddəsinə (Milli Elektrik Kodu), sinif 2P - ə uyğun gəlməli və konduktorlar arası və ya konduktorla qoruyucu ekran arasındakı nominal gərginliyin iki mislinə bərabər üstəgəl 1000 Volt SC – a malik bir dəqiqəlik sınaq potensialına qapanma olmadan davam gətirmək qabiliyyətinə malik olmalıdır.

D.2 Vibrasiya, ox mövqeyi, sürəti hiss edən və RDT datçikləri üçün mühafizə ekranı olan tək dövrəli siqnal kabelləri

Vibrasiya, ox mövqeyi, sürəti hiss edən və RDT datçikləri üçün qoruyucu ekranlı tək dövrəli siqnal kabeli üç burulmuş keçiricidən (konduktordan) ibarət olamalıdır. Bu konduktorlar NEMA WC 5, 2 – ci Hissədə (IPCEA S-61-402) göstərildiyi kimi, yeddi telli B sinfi (ən azı), 16 - 22 Amerika Naqil Çeşidi (AWG), və ya 0,336 - 1,374 kvadrat millimetr qalınlıqda qalaylı misdən ibarət koaksial kabel olmalıdır. Konduktorlar qara, ağ və qırmızı rənglərlə kodlaşmalı və 38–dən 64 millimetrə (1,5 – dən 2,5 dyum kimi) kimi burulmalıdır. Kabel ekranına birləşdirilmiş drenaj naqili burulmuş üç konduktor kimi eyni spesifikasiyaya malik olmalıdır. Kabeli quraşdırmazdan qabaq, drenaj kabelinin üzərində yaşıl və ya sarı–yaşıl rəngli vtulka zolağı quraşdırılmalıdır.

D.2.2 Əsas izolyasiya

Konduktorların əsas izolyasiyası 300 volta, 100°C (200°F) dərəcəyə hesablanmalı və Underwriters’ Laboratories (UL) laboratoriyasının VW-1 alova qarşı reaksiya sınağından keçməlidir. Əsas standart izolyasiya polivinil xloriddən (PVC) hazırlanmalı və 0,38 millimetr (15 dyum) qalınlığa malik olmalıdır. Təyin edildiyi təqdirdə, kəskin ətraf mühitdə istifadə üçün standart variant olaraq 0,25 millimetr (10 dyum) qalınlığa malik ftorlaşmış etilen propilendən(FEP) istifadə etmək lazımdır.

Kabelin qoruyucu ekranı onu 100% əhatə edən poliefir/alüminium lent zolağına və drenaj naqilindən və ya onu 90 % örtən qalaylı mis naqil burumundan ibarət olmalıdır. Həmin örtük spiral formasında olub və ən azı 25% üst-üstə düşməlidir. Həmin nazik örtüyün alüminiumla üzlənmiş tərəfi ən azı 0.9 mikrometr (0.35 mil) qalınlığa malik olmalı və kabelin daxili konduktorları ilə eyni kabel çeşidinə malik olan drenaj naqili ilə fasiləsiz təmasda olmalı və D.2.1 – də göstərilən digər tələblərə cavab verməlidir. Burulmuş qoruyucu ekrana bir konduktor birləşdirilməlidir. Bu tək konduktor kabelin daxili konduktorları ilə eyni kabel çeşidinə malik olmalı və D.2.1 – də göstərilən digər tələblərə cavab verməlidir.

Kabelin standart örtüyü 0,75 millimetr (30 mil) qalınlığa malik PVC – dən olmalı və D.2.2. – də irəli sürülən digər tələblərə cavab verməlidir. Təyin edildiyi təqdirdə, 0,25 millimetr (10 mil) qalınlığa malik FEP kəskin ətraf mühitdə istifadə üçün standart variant olaraq istifadə edilməlidir.

D.3 Vibrasiya, ox mövqeyi, sürəti hiss edən və RDT datçikləri üçün mühafizə ekranı olan çox dövrəli siqnal kabelləri (toplu mühafizə ekranları ilə)

Təhlükəsizlik texnikası üzrə laborotoriya

Hər qrup üzrə qoruyucu ekrana malik çox dövrəli kabelin istifadəsi məsləhət görülür (əlavə məlumat almaq üçün qeydə bax). Vibrasiya, ox mövqeyi, sürəti hiss edən və RDT datçikləri üçün toplu qoruyucu ekranlı çox dövrəli siqnal kabeli hər qrup üzrə üç burulmuş keçiricidən (konduktordan) ibarət olmalıdır. Bu konduktorlar NEMA WC 5, 2 – ci hissədə (IPCEA S-61-402) göstərildiyi kimi, yeddi telli B Sinfi (ən azı), 16 - 22 Amerika Naqil Çeşidi (AWG), və ya 0,336 - 1,374 kvadrat millimetr qalınlıqda qalaylı misdən ibarət koaksial kabel olmalıdır. Konduktorlar qara, ağ və qırmızı rənglərlə kodlaşmalı və 38 – dən 64 millimetrə (1,5 – dən 2,5 dyum kimi.) kimi burulmalıdır. Hər üç qrup rənglərlə və ya rəqəmlərlə müəyyən edilməlidir.

Qeyd: Hər qrupu üçün qoruyucu ekranın olması nəzarət – idarəetmə kanalları arasında çarpaz maneələrin sayını azaldır.

D.3.2 Əsas izolyasiya

Konduktorların əsas izolyasiyası D.2.2 – də göstərildiyi kimi olmalıdır.

D.3.3 Ümumi qoruyucu ekran

Çox dövrəli kabelin hər bir üç konduktorluq qrupunun mühafizə ekranı və ümumi ekran (əlavə məlumat alamq üçün qeydə baxın) poliefir / alüminium örtüklü təbəqədə və ya burullmuş qalaylı misdən ibarət olmalıdır. Mühafizə ekranı ilə bağlı spesifikasiyalar D.2.3 –də göstərilə spesifikasiyalarla eyni olmalıdır.

Qeyd: Ümumi qoruyucu ekranlar xarici səs – küydən təcrid edilmək üçün məsləhət görülür.

D.3.4 Kommunikasiya naqili

Bu kabel 16 - 22 AWG, yeddi telli, Sinif B, koaksial, mis naqil olub 1.9 millimetr (75 mil) qalınlıqda izolyasiyaya malik olmalıdır. Kommunikasiya naqili qrup rənglərindən fərqli rənglə kodlaşdırılmalıdır.

D.4 Termoelementlər üçün siqnal kabeli

Termoelementlər üçün tək dövrəli siqnal kabeli burulmuş konduktor cütündən ibarət olmalıdır. Tək və ya çox dövrəli kabellərin istifadəsi qəbul edilir. Bu konduktorlar 16 - 22 AWG bir telli (çox telli də ola bilər) naqil olub, ANSI MC96.1 - ə əsasən uyğunlaşdırılmalı və kalibrlənməlidir. Konduktor təxminən maksimum olaraq 51 millimetr (2 düym) üst – üstə düşməklə burulmalıdır. Konduktorlar həmçinin D-1 cədvəlində göstərildiyi kimi rənglə kodlaşmalıdır.

D.4.2 Əsas izolyasiya

Konduktorun əsas izolyasiyası D.2.2 – də göstərildiyi kimi olmalıdır.

Kabelin qoruyucu ekranı D.2.3 – də göstərildiyi kimi olmalıdır.

D.4.4 Kabel cütünün örtüyü

Kabel cütünün örtüyünün nominal qalınlığı 0,9 millimetr (35 mil) olmalı, cədvəl D-1 – də göstərilən rənglə təyin edilməli və D.2.2 – də irəli sürülən tələblərə cavab verməlidir.

Kabel cütlüyünün örtüyü

Növlərin təyini ANSI MC96.1, cədvəl VL - ə əsaslanır.

Maşın avadanlıqlarının müxtəlif növləri üzrə gövdənin vibrasiyasına dispetçer nəzarəti üzrə tələblər 5.4.5 – ci yarım- bənddə irəli sürülüb. Bu əlavədə sürət qutuları üçün səciyyəvi olan digər əlavə məsələlərə toxunulur. 5.4.5.5.a yarım- bəndində sürət qutusunda ölçmələrin aparılması üçün qoşa cığırlı nəzarət sisteminin istifadəsi tələb edilir. Bu sistem dişli çarxın podşipnikinin gövdəsində quraşdırılmış akselerometrdən giriş siqnalını qəbul edir (API 613 - ə əsasən xüsusi təyinatlı dişli mexanizmlər akselerometrlərdən birinin çıxış podşipnikinin gövdəsi üzərində üfüqü quraşdırılmasını, digər akselerometrin isə giriş podşipnikinin gövdəsində üfüqi quraşdırılmasını və əgər başqa cür təyin edilməyibsə, onların ayırma xəttindən aşağı hissə quraşdırılmasını təyin edir). Bu siqnal dispetçer idarəetmə sistemində iki ayrı çığıra bölünür. Birinci cığır filtrdən keçmiş buraxma zolağı olub ən yüksək akselerasiya vahidləri ilə oxunur (kvadratı çıxarılmış saniyə üzrə g və ya metr). Bu cığır 1,000 hers və 10 kiloherz arası tezlik səviyyələrini müşahidə edir. Bu tezlik səviyyələri dişli çarxların bir – birinə ilişməsi ilə əlaqəli olub onun vəziyyəti barədə məlumat verir. İkinci cığır isə o.k.d. sürət vahidlərinə şamil edilir (saniyə üzrə düymlə və ya saniyə üzrə millimetrlə ifadə edilir). Bu siqnal 10 hers və 1000 hers arası tezlik səviyyələrini müşahidə etmək üçün filtrdən keçmiş buraxma zolağıdır. Bu tezlik səviyyələri fırlanan elementlərin vibrasiyası ilə bağlı olur. Bu, valın vibrasiyasına əlavə olaraq nəzarət etmək üçün maşın avadanlığının vəziyyəti barədə əlavə məlumat verir.

E.2 Siqnal aşkarlayan sxemlər

Sürət qutusunun gövdəsinin vibrasiyasına nəzarət sistemində iki siqnal aşkarlayan sxem eyni zamanda. Onların həqiqi ən yüksək və həqiqi o.k.d. dəyərləridir.

E.2.1 Həqiqi ən yüksək siqnal detektoru siqnalın sıfırdan maksimuma kimi ( və ya minimuma) kimi olan sıçrayış parametr artmalarına (amplifikatorun müəyyən hədləri daxilində) reaksiya göstərir. Bu texniki üsul dalğa formasında olan həm dövri həm də qısa müddətli (aşağı səviyyəli işçi dövrlərə) vibrasiya hallarına eyni səviyyədə həssasdır. Dişli mexanizmlər düzgün işləmədikdə, qısa müddətli vibrasiya hallarının yaranmasına səbəb olduğu üçün ən yüksək həddin aşkarlanması dişli çarx mexanizmlərlə bağlı əməliyyatlara nəzarət etmək üçün bir standart rolunu oynayır.

E.2.2 Həqiqi o.k.d. detektoru vibrasiya dalğa forması daxilində ümumi sahəyə reaksiya verir. Bu detektor qısa müddətli vibrasiya hallarına daha az həssas olur və onların filtr formasında orta ölçüsünü hesablayır. ( o.k.d. aşkarlamanın faktiki riyazi detalları barədə məlumat bir çox mətnlərdə verilib).

E.2.3 Sürət qutusunun gövdəsinin vibrasiyası üçün qoşa cığırlı standart aşkarlama sxemində həqiqi yüksək hədd və o.k.d. ölçmələrinin kombinasiyasından istifadə edildiyi halda, 5.4.5.6 – də istifadəçiyə ən yüksək və ya o.k.d. vahidləri ilə ifadə edilən hər iki cığırı təyin etmək imkanı verilir. Bir texniki üsulun digərindən üstün tutulması adətən coğrafi və tarixi amillərə əsaslanır. Ən yüksək dəyərin təyininin tərəfdarları ona asan başa düşülməsinə və E.2.1 – də təsvir edilən qısa müddətli hallara reaksiya göstərməsinə görə üstünlük verir. o.k.d. ölçməsinin tərəfdarları ona yüngülləşdirci təsirinə və daha aşağı dəyərlərinə görə üstünlük verir.

E.2.4 Bir neçə mühüm əlavə amili də nəzərə almaq lazımdır:

a. Aşkarlama sxemi dispetçer idarəetmə sistemində göstərilən vahidlərə uyğun gəlməlidir. Əgər ən yüksək dəyər göstərilirsə onda nəzarət sxemində ən yüksək dövrənin detektoru istifadə edilməlidir. Çaşqınlıq o vaxt yaranır ki, dispetçer idarəetmə sistemində o.k.d. detektorundan istifadə edildiyi halda onun çıxışı pik vahidləri kimi göstərən 1.414 miqyasına malik olur. Bu konversiya tamamilə sinusoidal siqnallar üçün qüvvədədir və bu cür hala kalibrləmədən başqa digər hallarda çox az baş verir. Pik həddi 1.414 o.k.d. kimi göstərən ölçmə cihazı eyni vibrasiya siqnalını müşahidə edərkən həqiqi ən yüksək dəyəri aşkarlayan detektorla müqayisədə əhəmiyyətli dərəcədə aşağı dəyərləri göstərə bilər. Bu yanaşma bir çox daşınan ölçmə cihazları üçün istifadə edilir ki, nəticədə göstəriciləri müqayisə edərkən çaşqınlıq yarana bilir. Bu çaşqınlığın olmaması üçün o.k.d. əsasında çıxarılan pik ölçüləri “həqiqi pik” ölçülərindən ayırmaq üçün onlara “törəmə pik” istinad etmək məsləhət görülür.

b. Həm təhvil – qəbul sınağı, həm də daimi dispetçer nəzarəti üçün eyni vahidlərdən istifadə edin. Bu, çaşqınlığı aradan qaldırır və birbaşa olaraq müqayisə aparmaq imkanı verir.

c. DC voltmetri ümumi olaraq ölçmə alətinin kalibrlənməsi üçün istifadə edilir. Voltmetrin metroloji ardıcıllığı o.k.d. baxımından ən çox işlənir. ´ 1.414 o.k.d. vasitəsilə pik həddi aşkarlayan aləti kalibrləmək olar, lakin bu, yalnız təmiz sinusoidal dalğalı siqnal üçün qüvvədədir.

d. Həyəcan siqnalı hədlərində istifadə edilən vahidlər əks edilməlidir. Empirik olaraq təyin edilən pik hədlərinin o.k.d. aşkarlanmasından istifadə edən ölçmə cihazı ilə işlənməsi maşın avadanlığının zədələnməsi ilə nəticələnir. Əks halda arzuolunmaz həyəcan siqnalları təyin edilir.

Sxemin seçilməsi təcrübədən asılıdır. Pik dəyərləri ilə ifadə edilən vibrasiya hədləri və maşın avadanlıqlarının üzəridə aparılan ölçmələrlə barədə verilənlər bazasına malik şirkətlər o.k.d. – nin istifadəsində və çətinlik çəkə bilər və ya əksinə. Hər bir sxem bilikli insanlar tərəfindən istifadə üçün hazırlana bilər. Maşın avadanlıqlarının lazımi səviyyədə mühafizəsini təmin etmək üçün hər bir tətbiq sahəsini anlamaq və ona ehtiyatla yanaşmaq lazımdır.

F.1.1 Bu əlavədə maşın avadanlıqlarının mühafizəsi sisteminin komponentləri üçün sahə sınağına və sənədləşməyə qoyulan minimum tələblərdən bəhs edilir. Bu əlavə ümumi iş tələblərini təyin etməkdə İstehlakçıya və sahibkara kömək etmək məqsədi daşıyır.

F.1.2 Bütün sənədlər və təlimatlar sahibkara aşağıdakı göstərilən qaydada təqdim edilməlidir:

a. Maşın avadanlıqlarının təchizatçıları zavodda mexaniki sınağın aparılmasına ən azı iki həftə qalmış lazımi sənədləri təqdim etməlidir.

b. Quraşdırma agentlikləri maşın avadanlığının işə salınmasına ən azı dörd həftə qalmış bütün lazımi sənədləri təqdim etməlidir.

F.2 Alətlər və ölçmə vasilətləri

Cədvəl F-1 – də göstərilən kodlar maşın avadanlıqlarının mühafizəsi sisteminin müxtəlif hissələrini kalibrləmək və sınaqdan keçirmək üçün lazımi alətləri və ölçmə vasitələrini təyin etmək üçün istifadə edilir.

F.3 İstehlakçının tələbləri

Təyin edilmiş hər bir işi icra etmək üçün tələb edilən məsul agentliyi və ya təchizatçını və o cümlədən tələb edilən digər işləri təyin etmək üçün İstehlakçı Cədvəl F-2 – də göstərilən formadan istifadə etməkdir.

Cədvəl F-1— Maşın avadanlıqlarının mühafizəsi sistemlərini kalibrləmək və sınaqdan keçirmək üçün lazım olan alətlər və ölçmə alətləri

SC gərginliyini sıfıra endirən alət

Valın elektrik və mexaniki yayınmasının sınağı və sənədləşdirilməsi

Analoq X-Y qrafik qeydəalma qurğusu və ya rəgəmsal qrafik çıxış qurğusuna və tələb edilən proqram təminatına malik qoşa kanallı yaddaşda saxlayan ossiloqraf

Valın elektrik və mexaniki yayınmasının sınağı və sənədləşdirilməsi

Kontaktsız zondlu datçikin kalibrlənməsi üçün sınaq ləvazimatları

Sistemin kalibrlənməsinin funksional və dəqiqlik sınağı

Kalibrlənmiş rəqəmsal multimetr və tezlik ölçən cihaz

Sistemin kalibrlənməsinin funksional və dəqiqlik sınağı

SC ofsetinə malik dəyişən tezlik dalğa forması və impuls generatoru

Vibrasiya, mövqe, taxometr və sürət artımını aşkarlayan kanallar üçün simulyasiya sınağı

Kalibrlənmiş etalon akselerometri olan dəyişən tezlik - vibrasiya cihazı

Akselerometrin sınağı

Vibrasiya, mövqe, taxometr və sürət artımını aşkarlayan kanallar üçün simulyasiya sınağı

Temperatur datçikinin simulyatoru

Temperatur kanallarının simulyasiya sınağı

I – İşlərin mövqe nömrəsi

R – Xanadakı X işarəsi maşın avadanlığının mühafizə sisteminin təchizatçısı tərəfindən icrası tələb edilən işləri göstərir.

M – Bu xanadakı X işarəsi maşın avadanlıqlarının təchizatçıları tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

C – Bu xanadakı X işarəsi quraşdırma agentliyi tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

O – Bu xanadakı X işarəsi digər agentliklər tərəfindən icrası nəzərdə tutulan işləri göstərir – agentliyin adını göstərin.

Alət və ölçmə alətinin kodları(bəndlərə istinad edilib)

Rotorun ölçmə nöqtələrinin müəyyən edilməsi

(6.1.1.1, e və f bəndləri, Cədvəl G-2, 6- cı bənd)

Elektriki və mexaniki yayınmaların sənədləşdirilməsi

A,B.C.D (6.1.1.3. 6.1.1.3.6.1.2.4. Cədvəl G-2, 5 - ci bənd)

Hər bir kontaktsız zondlu datçik üçün kalibrləmə əyrisi

C, D (7.6.2.1. Cədvəl G-2, 5 - ci bənd)

Akselerator və ya sürət üçün vibrasiya qurğusunun sınağı

D, E, F, (7.6.2.3. Cədvəl G-2, 5 - ci bənd)

Sistemin ümumi yerləşdirmə planı

(Cədvəl G-2, 4- cü bənd)

Dispetçer idarəetmə sisteminin kalibrlənməsinin yoxlanılması

C, D, E, F, H (4.5, 7.6.2, Cədvəl G-2, Bənd 19g)

Həyəcan siqnalı və söndürmə üçün tövsiyə edilən parametr dəyərləri

(Cədvəl G-2, 7 – ci Bənd)

(Cədvəl G-2, 7 – ci Bənd)

(Cədvəl G-2, 7 – ci Bənd)

Radial podşipnikin temperaturu

(Cədvəl G-2, 7 – ci Bənd)

Dayaq podşipnikinin temperaturu

(Cədvəl G-2, 7 – ci Bənd)

Gövdənin akselerasiyası

(Cədvəl G-2, 7 – ci Bənd)

(Cədvəl G-2, 7 – ci Bənd)

Porşen ştokunun düşməsi

(Cədvəl G-2, 7 – ci Bənd)

Sürət artımının aşkarlanması

(Cədvəl G-2, 7 – ci Bənd)

Təhlükəli ərazi üzrə uyğunluq sınağının aparılması üçün istismara buraxma

Kanalın dəqiqlik sınağı

Radial valın vibrasiyası

C, D,E (Cədvəl 1,7.6.2.1)

C, D,E (Cədvəl 1,7.6.2.1)

D. E, F (Cədvəl 1, 7.6.2.3)

D.H (Cədvəl 1,7.6.2.2)

Porşen ştokunun düşməsi

C, D,E (Cədvəl 1,7.6.2.1)

Sürət artımının aşkarlanması

D. E (Cədvəl 1. 7.6.2.4)

Bufferizasiyalı çıxışın girişin dəqiqliyi ilə müqayisəsi

C, D, E, F (Cədvəl 1,5.4.1.4, Bənd c, 7.6.2)

Cədvəl F-2— Məlumatlar, cizgilər və sınaq blankları (ardı)

I – İşlərin mövqe nömrəsi

R – Xanadakı X işarəsi maşın avadanlığının mühafizə sisteminin təchizatçısı tərəfindən icrası tələb edilən işləri göstərir.

M – Bu xanadakı X işarəsi maşın avadanlıqlarının təchizatçıları tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

C – Bu xanadakı X işarəsi quraşdırma agentliyi tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

O – Bu xanadakı X işarəsi digər agentliklər tərəfindən icrası nəzərdə tutulan işləri göstərir – agentliyin adını göstərin.

Alət və ölçmə alətinin kodları(bəndlərə istinad edilib)

Qida blokunun qısa qapanma sınağı

D (5.4.1.7 bənd d, 7.6.1)

Çıxış relelərinin sınağı

C. D. E (5.4.1.3 bənd a. 5.4.1.8 bənd f 5.4.2.2, 5.4.3.2,5.4.4.5,5.4.5.3,5.4.6.2,7.6.1)

Valın ox mövqeyi üzrə həyəcan siqnalı

C, D, E (5.4.1.5 bənd a, 5.4.3.3, 7.6.1)

Valın ox mövqeyinin vibrasiyası üzrə həyəcan siqnalı

C, D, E (5.4.1.5 bənd a, 5.4.3.3, 5.4.3.4,7.6.1)

Radial val vibrasiyası üzrə həyəcan siqnalı

C, D, E (5.4.1.5 bənd a, 5.4.2.4, 5.4.2.5,7.6.1)

Radial val vibrasiyasına görə söndürmə

C, D, E (5.4.1.5 bənd a, 5.4.2.4, 5.4.2.5,7.6.1)

Gövdənin vibrasiyası üzrə həyəcan siqnalı

D, E, F (5.4.1.5 bənd a, 5.4.5.4,7.6.1)

Gövdənin vibrasiyasına görə söndürmə

D, E, F (5.4.1.5 bənd a, 5.4.5.4,7.6.1)

Temperatur həyəcan siqnalı

D,H(5.4.1.5 bənd a, 7.6.1)

Temperatura görə söndürmə

D. H (5.4.1.5. bənd a, 5.4.6.4, 7.6.1)

Porşen ştokunun düşməsi üzrə həyəcan siqnalı

C,D,E (5.4.1.5 bənd a, 7.6.1)

Porşen ştokunun düşməsinə görə söndürmə

C, D, E (5.4.1.5bənd a, 5.4.4.6, 7.6.1)

Sürət artımının aşkarlanması üzrə həyəcan siqnalı

D.EG(5.4.1.8 bənd b. 5.4.8.4 bəndlər. 7.6.1)

Sürət artımının aşkarlanmasına görə söndürmə

D, E, G (5.4.1.8 bənd b. 5.4.8.4 bəndlər d və f. 7.6.1)

Sistemin söndürlüməsinin neytrallaşdırılması sınağı

C,D,E (5.4.1.9,7.6.1)

Kommunikasiya interfeysinin funksional sınağı

C, D. E.F.G.H (5.4.1.10,7.6.1)

Analoq 4-20 mA çıxışları

C, D, E, F, H (5.4.1.4 bənd f 7.6.1)

Rəqəmsal kommunikasiya portu

(5.4.1.4 bənd e, 5.4.1.10,7.6.1)

Birinci həyəcan siqnalı və söndürmə sınağı

C, E, F, H (5.4.1.5 bənd j, 7.6.1)

Dövrə xətasının funksional sınağı

C,D,E(5.4.1.4 bənd b, 7.6.1)

Söndürmə sisteminin funksional sınağı

E, H(5.4.1.5 bənd g, 5.4.1.6 bənd b, 7.6.1)

I – İşlərin mövqe nömrəsi

R – Xanadakı X işarəsi maşın avadanlığının mühafizə sisteminin təchizatçısı tərəfindən icrası tələb edilən işləri göstərir.

M – Bu xanadakı X işarəsi maşın avadanlıqlarının təchizatçıları tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

C – Bu xanadakı X işarəsi quraşdırma agentliyi tərəfindən icrası nəzərdə tutulan işləri göstərir.

O – Bu xanadakı X işarəsi digər agentliklər tərəfindən icrası nəzərdə tutulan işləri göstərir – agentliyin adını göstərin.

Alət və Ölçmə Alətinin Kodları(bəndlərə istinad edilib)

Ayrı – ayrı kanallarını söndürülməsinin neytrallaşdırılması sınağı

C, D,E (5.4.1.5 Item h, 7.6.1)

Məntiqi səsvermə sxeminin sınaqları

Radial val vibrasiyası

Porşen ştokunun düşməsi

Sürət artımının aşkarlanması

D. E (5.4.8.4 bəndlər c, d- e, və f, 7.6.1)

Gövdənin vibrasiyasının filtrinin kritik tezliyi

D.E, (5.4.5.2- 7.6.1)

Temperatur datçikinin aşağı səviyyəli nasazlığının yoxlama sınağı

Sistemin nail siqnalının itməsi sınağı

Naqil birləşməsinin yoxlama sınağı

Radio ötürücülü RFI yoxlama sınağı

Sistemin inteqrasiya sınağı

Sistemin yekun yerləşdirmə sınağı

(8.3.5.2, cədvəl G-2, bənd 10)

Alətlərin və ölçmə alətlərinin kodları cədvəl F-1 – də verilib.

Cədvəl G-2 məlumatın göndərilmə protokolunun (cədvəlinin) nümunəsidir. Siyahıda göstərilən cizgi və məlumatlar tələb edilir lakin istehsalçı tərəfindən eyni cizgi üçün müxtəlif adlar işlənə bilər. Təsvir sütunundakı bəndlər istehsalçı tərəfindən təqdim edilən cizgi adlarından istifadə edərək sifarişin erkən mərhələlərində dəyişdirilə bilər. Cədvəl G-1 – də misal üçün iş mərhələlərinin tipik və əsas vaxt cədvəli göstərilir.

Təchizatçının təklifi üçün sorğu və ilkin spesifikasiya

T3 – dən sonra 4 - 6 həftə

Məsul təchizatçının, İstehlakçının və maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısının iştirakı ilə maşın avadanlıqlarının mühafizəsi sistemin üzrə koordinasiya iclası

7.6/ Şəkil 19-20. 8.3.2.1,8.3.3.1

T3 – dən sonra 6 həftə

İstehlakçı tərəfindən əldə edilib sahibkara təqdim edilir: təyin edilmiş parametr dəyərləri, hissələrin siyahısı və tövsiyə edilən ehtiyat hissələri, sistemin yerləşdirmə planları, sistemin sxemi və spesifikasiyalar

Quraşdırma agentliyi kanalın identifikasiyası üzrə tələbləri sahibkardan əldə edir (o cümlədən tərkib hissələri, məkan, material və birləşdirmə üsulları) və həmin məlumatı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısına təqdim edir.

Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı tərəfindən avadanlığın yüklənib nəql edilmə tarixi

T 4 – dən sonra 5 gün

Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı standart təlimat vəsaitlərini təşkil edir.

Mexaniki emaldan qabaq

İstehlakçımaşın avadanlıqlarının təchizatçısından rotorun ölçmə nöqtələrini alır və onları sahibkara təqdim edir.

T5 – dən qabaq 2 həftə

Maşın avadanlıqlarının təchizatçısı yoxlama və sənədlər barədə məlumatı təqdim edir.

Əlavə F 7.6 Şəkil 21& Cədvəl - 3A

Maşın avadanlıqlarının təchizatçısı hər bir datçik üzrə yayınmalar və kalibrləmə barədə məlumatı İstehlakçıya təqdim edir.

Maşın avadanlığının zavod sınağının tarixi.

Maşın avadanlığının yüklənib daşınma tarixi

Əlavə F 7.6 Şəkil 21& Cədvəl -3A

T7 - dən əvvəl 4 həftə

İstehlakçı müqavilə barədə məlumatları sahibkara təqdim edir.

Əlavə F 7.6 Şəkil 21& Cədvəl -3A

T7 - dən əvvəl 4 həftə

İstehlakçı hər bir datçik üzrə yayınmalar və kalibrləmə barədə məlumatı sahibkara təqdim edir.

T7 - dən əvvəl 4 həftə

Quraşdırma agentliyi texniki məlumatlar barədə təlimat vəsaitini İstehlakçıya təqdim edir.

Yoxlanılan ehtiyat hissələrinin siyahısı İstehlakçıya sahədə avadanlıqları istismara buraxmaq üçün həmin hissələri almaq və qəbul etmək üçün kifayət edən vaxtda təqdim edilir.

TS – dən əvvəl 4 həftə

Quraşdırma agentliyi yoxlama və sənədlər barədə məlumatı təqdim edir.

Avadanlıqların sahədə istismara buraxılması

Qeyd: Yuxarıdakl tipik iş mərhələlərinin qrafiki maşın avadanlıqlarının təchizatçısının məsuliyyət daşıdığı və nəticədə maşın avadanlıqlarının vibrasiyadan tam mühafizə sistemini təmin etdiyi layihələr üçün səciyyəvidir. Sənaye sahələrində paylayıcı idarəetmə sistemlərinin geniş yayılmasına görə lokal avadanlıq sexlərində və mərkəzi idarəetmə sexlərində maşın avadanlıqlarının gövdəsi ilə müqayisədə daha çox maşın avadanlıqlarının mühafizəsi sistemləri quraşdırılır. Bu tip layihələr üçün layihə podratçısı tez – tez maşın avadanlıqlarının mühafizəsi sisteminin bütün aspektlərinə məsuliyyət daşıyır bu məsuliyyət dairəsinə o cümlədən daxildir: Mühafizə idarəetmə panellərinin təchizatı, maşın avdanlıqlaşrının mühafizəsi sisteminin təchizatçısından datçiklərin maşın avadanlıqlarının təchizatçısına tədarükünün koordinasiyası və üçüncü tərəfin tələb edilən sistem inteqrasiyası sınağının koordinasiyası.

1. Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı; 2. Maşın avadanlıqlarının təchizatçısı; 3. Quraşdırma agentliyi; 4. Sahibkar; 5. Digər (____________________).

Təklif edilən cizgilərin və məlumatların təsdiqlənməsinə və ya icra sənədi kimi təyin edilməsinə ehtiyac yoxdur.

İstehlakçı bu sütunda formanın sonunda verilən nomenklaturadan istifadə edərək materialların təqdim edilməsi üçün təyin edimiş vaxt çərçivəsini göstərməlidir.

İddiaçı faktiki paylama cədvəlini göstərmək və bu formanı öz təklifi ilə daxil etmək üçün bu iki sütunu doldurmaldır.

1. Bütün cizgiləri və məlumatları göndərir—kimə _________________________________________________

___________________________________________________________________________

2. Bütün cizgilərdə və məlumatlarda layihə, ayrılan resurslar, alqı – satqı nömrəsi və avadanlıqların nömrəsi və o cümlədən avadanlıqların yeri və bloku göstərilməlidir. Bundan başqa, sahədə quraşdırma üçün lazım olan çertyojlar / təlimatlara nəql edilən yüklə birlikdə göndərilməlidir.

_________ S — daşınmadan qabaq nəzərdə tutulan həftələrin sayı.

_________ F— ciddi təklifdən sonra nəzərdə tutulan həftələrin sayı.

_________ D — təsdiqlənmiş cizgilərin qəbulundan sonra nəzərdə tutulan həftələrin sayı.

Təchizatçı _____________________________________________________________________

Tarix__________________________ Təshizatçının istinadı ____________________________

İmza ___________________________________________________________________

(İmza atmaqla bütün təlimatların qəbul edildiyi təsdiqlənir.

1. Təsdiqlənmiş ümumi yerləşdirmə planı və birləşmələrin siyahısı, o cümlədən aşağıdakılar da daxil edilir:

a. Sifarişçinin bütün birləşmələrinin ölçüsü, dərəcələnməsi və yeri.

b. Təxmini olaraq saxlanıla bilən çəki.

d. Avadanlığın quraşdırılması üçün montaj lövhələrinin ölçüləri və bolt deşiklərinin yeri.

e. Texniki xidmət və avadanlıqların sökülməsi üçün ayrılan yerlər.

f. İstinad edilən cizgilərin siyahısı

2. Çarpaz kəsişmə cizgiləri və materialların spesifikasiyaları, o cümlədən buraya aşağıdakılar daxildir:

a. Maşın avadanlıqlarında quraşdırılan datçiklər və zondlu datçiklərin tutqacları.

b. Təchizatçı tərəfindən tədarük edilən uzadıcı kabellər və birləşdiricilər.

d. İstinad edilən cizgilərin siyahısı

3. Bütün sistemlər üçün idarəetmə və elektrik sisteminin sxemi və naqil xətlərinin diaqramları və materialların spesifikasiyaları. Bu sxemlərdə həyəcan siqnalı və söndürmə hədləri (parametr dəyərləri) üçün ümumi tənzimləmə nöqtələri göstərilməlidir.

4. Bütün sistemlər üçün elektrik və ölçmə alətlərinin yerləşdirmə planları ( tipik yerləşdirmə planları barədə məlumat almaq üçün bax: əlavə H). Bütün sistem hissələri üzrə aşağıdakı məlumat təqdim edilməlidir:

b. Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısının detal nömrələri.

c. Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısının adı.

5. Sistemin torpağa birləşdirmə planı.

6. Aşağıdakılar da daxil olmaqla kalibrləmə əyriləri:

a. Hər bir radial val vibrasiyasını qeydə alan datçik, gövdənin vibrasiyasını qeydə alan datçik, valın ox mövqeyini qeydə alan datçik, podşipnikin temperatur datçiki, porşen ştokunun düşməsini qeydə alan datçik və maşın avadanlığının sürtə artımını aşkarlayan datçik üçün təyin edilmiş yolverilən hədlər daxilində datçiki xəttiliyini göstərən kalibrləmə əyriləri (əlavə məlumat almaq üçün bax: 7.6, şəkil 21 və cədvəl 3-A). Maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısının bütün datçiklər üçün seriya / model nömrəsi və valın radial vibrasiyasını qeydə alan datçikləri və valın ox mövqeyini qeydə alan datçikləri üçün istifadə edilən əsas materiallar da kalibrləmə barədə təqdim edilən məlumatlara daxil edilməlidir.

b. Valın radial vibrasiyasının qeydə alan kontaktsız datçiklərin quraşdıırlması üçün yerlərdə elektrik və mexaniki yayınma sınağı barədə məlumat. Yayınma barədə məlumatlar bir fırlanmaya əsasən sabit və ya müvəqqəti olaraq faza ilə bağlı olmalıdır.

7. Rotorun ölçmə nöqtələrinin təhlili barədə məlumatda podşipnikin mərkəzi xətlərinə və radial val vibrasiyası datçiklərinə uyğun olaraq proqnozlaşdırılmış ölçmə nöqtələrinin yeri göstərilməlidir.

8. Həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) üzrə parametr dəyərləri maşın avadanlıqlarının təchizatçısı tərəfindən radial val vibrasiyası, gövdənin vibrasiyası, valın ox mövqeyi, podºipnikin temperaturu, porºen ºtokunun düşməsi və maşın avadanlığının sürətinin həddən artıq artması üzrə tövsiyə edilməlidir.

Bu hədlər monitorun displeyinə görə göstərilməlidir. Məs. filtrdən keçməyən mil, ikiqat, qaz piki və ya piki.

10. Aşağıdakı hissələr üçün ölçülər ( o cümlədən layihə üzrə yolverilən hədlər daxilində olan nominal ölçülər) və məlumatlar:

b. Xüsusi montaj detalları.

11. Quraşdırma üzrə təlimat vəsaitində aşağıdakılar təsvir edilməlidir:

a. Saxlanma proseduraları.

c. Naqil birləşmələri

d. Quraşdırma və kalibrləmə üzrə təlimatlar.

f. İqlim təsirindən mühafizə və qış istismarına hazırlıq üzrə xüsusi tələblər.

g. Sistemin tamlığının mühafizəsi üzrə xüsusi tələblər.

12. İstismar və texniki xidmət üzrə təlimat vəsaitinə aşağıdakılar daxil edilməlidir:

a. Naqil birləşmələri.

b. Quraşdırma və kalibrləmə üzrə təlimatlar.

c. İqlim təsirindən mühafizə və qış istismarına hazırlıq üzrə xüsusi tələblər.

d. Yüksək səviyyəli nasazlıqlar barədə təlimatlar.

e. Əsas istismar detalları.

f. Həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) üzrə parametr dəyərlərinin tənzimlənməsi.

g. Sistemin baypas əməliyyatı.

13.Hissələrin siyahısı və tövsiyə edilən ehtiyat hissələri və onların saxlanma səviyyələri ilə bağlı tövsiyələr.

14. Aralıq hesabat və çatdırılma qrafiki, o cümlədən təchizatçının tədarük etdiyi mal partiyaları və işlərin mərhələləri

15. Təchizatçının bütün cizgilərinin və məlumatlarının siyahısı, o cümlədən başlıqlar, cizgi / sənəd nömrələri, ötürmə tarixi və ən son yoxlama nömrələri və tarixləri.

16. Daşınan malın siyahısı, o cümlədən ayrılıqda nəql edilən bütün əsas komponentlər.

17. Avadanlıqların işə salınması, istismara buraxılması və ya istismarda olmaması üçün tələb edilən iqlim təsirindən xüsusi mühafizə və qış istismarına hazırlıq barədə məlumat.

18. Maşın avadanlıqlarının mühafizəsi sisteminin tamlığını qorumaq üçün lazım olan xüsusi tələblər və ya məhdudiyyətlər.

19. Texniki xidmətin göstərilməsi üçün lazım olan alətlərin siyahısı. Metrik vahidlər göstərilməlidir.

20. Texniki məlumatlar üzrə təlim vəsaiti, o cümlədən aşağıdakılar da daxildir:

a. Saxlanma proseduraları.

b. Yuxarıdakı 6 – cı bəndə əsasən kalibrləmə barədə məlumat.

c. 8.3.2 – ci yarım- bəndə əsasən cizgilər.

d. Birkalama barədə məlumat.

e. Yuxarıdakı 13 – cü bəndə əsasən ehtiyat hissələrinin siyahısı.

f. Enerji statistikası (cərəyan mənbəyi və cərəyanın sıçrayış artımı üzrə tələblər).

g. Maşın avadanlıqlarının mühafizəsi sisteminin sahə sınaqları üzrə sənədlər, o cümlədən: quraşdırma və kalibrləmə barədə detallar, əyrilər və məlumatlar, rotorun mexaniki və elektrik yayınmaları barədə məlumat və həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) üçün tövsiyə edilən parametr dəyərləri.

h. Yuxarıdakı 7 – ci bəndə əsasən rotorun ölçmə nöqtələri.

i. Yuxarıdakı 9 – cu bəndə əsasən icra spesifikasiyaları.

j. Maşın avadanlıqlarının mühafizəsi sisteminin bütövlük sınaqlarının nəticələri.

21. Tətbiq edildiyi təqdirdə, materialın təhlükəsizlik spesifikasiyası (OSHA forma 20).

H.1 Bu əlavədə hidrodinamik podşipnikləri, o cümlədən turbini (şəkil H – 1), qoşa çəp dişli çarxı (şəkil H – 2), mərkəzdənqaçan kompressoru və ya nasosu (şəkil H – 3) və elektrik mühərriki (şəkil H – 4) olan turbo maşın aqreqatları üçün tipik sistem düzülüşü göstərilir. Fırlanan elementli podşipnikləri olan nasos üçün tipik yerləşmə planı şəkil H – 5 - ə daxil edilib. Şəkil H – 6 –da üfüqi porşenli kompressor üçün tipik yerləşmə planı göstərilir.

H.2 Hər bir maşın avadanlığı bloku üçün hazırlanmış yerləşmə planında ən azı (bax: Cədvəl G-2) sistemin tipik düzülüşü üzrə aşağıda göstərilən bəndlər əks edilməlidir:

a. Maşın avadanlığının podşipnikinə görə hər bir zondlu datçikin mövqeyi

Qeyd: Valın fırlanma istiqaməti X və Y zondlu datçik mövqeyinə təsir etmir. X və Y zondlu datçikləri həmişə 6.1.1.1 – də göstərildiyi kimi yerləşdirilməlidir. Porşen ştokunun düşməsini qeydə alan datçiklərə gəldikdə, zondlu datçikin nomenklaturası barədə məlumat almaq üçün 6.1.3.6 – dən sonrakı qeydə baxın.

b. Maşın avadanlığının aktiv ox yükü istiqaməti (tətbiq edildiyi təqdirdə).

c. Maşın avadanlığının fırlanma istiqaməti. Bunu yüksək təzyiqli və ya xarici sonluqdan bütün aparıcı dişli çarxları və aparıcı sonluqdan bütün sürülən mexanizmləri nəzərdən keçirməklə təyin etmək olar.

d. Sistemin tam təsviri, o cümlədən aşağıdakı bəndlər və xüsusi sistemin planının hazırlanması üçün istifadə edilə bilən digər məlumatlar:

1. Zondlu datçiklərin sayı, tipi və mövqeyi.

2. Podşipniklərin növü.

3. Radial zondlu datçiklərin şaquli yuxarı ölü nöqtəyə (YÖN) sıfır kimi istinad edilən dərəcələrlə göstərilən saat əqrəbi istiqamətli mövqeyi.

4. Etalon faza datçiklərinin şaquli yuxarı ölü nöqtəyə (YÖN) sıfır kimi istinad edilən dərəcələrlə göstərilən saat əqrəbi istiqamətli mövqeyi.

5. Ox datçiklərinin yeri.

6. Maşın avadanlığının və birləşdirici qutuların düzülüşü.

e. Radial val vibrasiyası, ox mövqeyi, gövdənin vibrasiyası, taxometr, sürət artımının aşkarlanması, porşen ştokunun düşməsi və temperatura nəzarət sistemlərinin və maşın avadanlıqlarının monitorda görünən bütün siqnal nöqtələri.

f. Maşın avadanlığının növü.

g. Sahibkarın maşın avadanlığının eyniləşdirmə nömrəsi.

I.1.1 Parametr dəyərinin artırılması dispetçer idarəetmə sistemində seçilmiş kanalların həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) üzrə parametr dəyərlərinin qabaqcadan təyin edilmiş səviyyəyə kimi artırılması funksiyasına deyilir (adətən, bölünə bilən vahidlərlə artırılır məs 2 və ya 3).

I.1.2 Parametr dəyərlərinin artırılması adətən xarici kontakt qapanmasından irəli gəlir (məs. turbin idarəetmə sisteminin rele çıxışı). Bununla belə, bu əmri maşın avadanlıqlarının bəzi mühafizə sistemlərində mövcud olan rəqəmsal əlaqə kanalı vasitəsilə də vermək olar.

I.1.3 Bu əlavədə bu əlamətin bəzi maşın avadanlıq növləri üçün tələb edilə bilməsinin səbəbi açıqlanır və həmçinin onun lazımi səviyyədə həyata keçirilməsi üzrə təlimatlar verilir.

Qeyd: Həyəcan siqnalı üzrə təyin edilmiş parametr dəyərləri maşın avadanlıqlarının mühafizəsi üzrə müxtəlif istifadəçilərin irəli sürdüyü tələblərdən və strategiyadan asılı olaraq dəyişir. Bəzi hallarda həyəcan siqnalı səviyyələri maşın avadanlığının mexaniki aralıq hədlərinə çox yaxın təyin edilir. Bu cür hallarda parametr dəyərlərinin artması təyin edilməməlidir, çünki bu zaman mexaniki aralıq hədlərini aşan və maşın avadanlıqlarının lazımi səviyyədə mühafizəsini təmin etməyən həyəcan siqnalı səviyyələri ilə nəticələnəcək.

I.2 Rotorun əsaslı reaksiyası

Bütün fırlanan maşın avadanlıqları müəyyən təsirləndirmə tezliklərində xarakterik rezonanslar nümayiş etdirir. Təsirləndirmənin ən geniş yayılmış forması maşın avadanlığının fırlanma sürətin səviyyəsində rotorun özünün nataraz qüvvələrinin yaranmasıdır. Bu müzakirədə həmin nataraz qüvvələrin törətdiyi təsirləndirmə fərz edilir.

Maşın avadanlığının fırlanma sürəti onun rezonanslarının biri ilə üst – üstə düşdükdə (məs. onun işə salınması və ya söndürülməsi zaman nominal istismar sürətində gözlənilən səviyyələrdən daha çox səviyyədə mexaniki titrəyişə yarana bilər. Maşın avadanlıqlarının layihəçiləri ümumiyyətlə rotorun dinamik layihəsini hazırlayarkən bu rezonansları diqqətlə nəzərə alır ki, maşın avadanlığı həmin rezonaslara yaxın və ya onların səviyyəsində işləməsin.

I.2.1 Rezonans hallarında reaksiyanın növləri

Rezonans hallarında vibrator reaksiyası lateral ( yəni radial vibrasiya), oxlu və ya fırlanan ola bilər. Bu standartda maşın avadanlıqlarının mühafizəsi sisteminin bir hissəsi olaraq ox və ya fırlanan vibrasiyaya müraciət edilmir. Ona görə də hazırkı müzakirələr yalnız gövdə datçikləri məs. akselerometrlər və ya kontaktsız datçiklərlə ölçülən lateral və ya radial vibrasiya reaksiyası üzərində qurulur. Bununla belə, radial vibrasiyadan başqa digər rezonans reaksiyalarını müəyyən edərkən və ya sənədləşdirərkən ehtiyatlı olmaq lazımdır, çünki onlar maşının zədələnməsinə səbəb ola bilər.

I.2.2 Birinci kritik sürət səviyyəsindən yüxarı səviyyədə reallaşan istismar

I.2.2.1 Birinci kritik sürət səviyyəsindən yuxarı fırlanma sürəti səviyyələrində işləyən maşın avadanlıqları üçün həmin avadanlığın xətti azalma və ya çoxalma xüsusiyyətinə malik olduğu halda bir və ya daha çox rezonans səviyyələrindən keçməsi zəruridir. Şəkil I-1 – də birinci kritik sürət səviyyəsindən yuxarı, lakin ikinci kritik sürət səviyyəsindən aşağı səviyyədə işləyən maşın avadanlığının tipik radial vibrasiya amplitudası reaksiyası göstərilir. Birinci kritik sürət şəkil I-1 – də o.k.d. kritik kimi təyin edilən sürət səviyyəsində yaranır. Bu fırlanma sürəti səviyyəsində vibrasiya amplitudası isə amp kritik kimi təyin edilir. Bu şəkildə maşın avadanlığının bir ölçmə nöqtəsindən gələn cavab reaksiyası göstərilməsinə baxmayaraq hər bir radial ölçmə nöqtəsi üçün eyni diaqramları yaratmaq olar.

I.2.2.2 Maşın avadanlığının nominal fırlanma sürəti o.k.d. nominal kimi və həmin sürət səviyyəsində yaranan radial vibrasiya amplitudası isə amp nominal kimi təyin edilir. Bu nominal istismar sürətində amp nominal vibrasiya amplitudası həyəcan (anorm) və təhlükə (dnorm) parametr dəyərlərindən aşağıdır.

I.3 Parametr dəyərlərinin artırılmasını tələb edən hallar

I.3.1 Şəkil I-1 – də göstərilən maşın avadanlığının birinci kritik sürət səviyyəsini keçdikdə onun normal həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərini aşan vibrasiya amplitudalarına məruz qalmasına diqqət yetirir. Əgər maşın avadanlığı kanal üçün qabaqcadan təyin edilmiş həyəcan siqnalı yubanmalarını aşan D t zamanında bu sürət həddində (o.k.d. ≤ sürət ≤ o.k.d.) qalırsa onda həyəcan siqnalı (həyəcan və ya söndürmə (təhlükə) halları yaranacaq. Təhlükə halı yarandıqda, maşın avadanlığı bu rezonans səviyyəsindən keçərkən sadəcə olaraq normal vibrasiya reaksiyalarına məruz qalsa da belə bu, həmin avadanlığının söndürülməsi ilə nəticələnə bilər.

I.3.2 I.3.1 – də göstərilən hala əsasən parametr dəyərlərinin artırılmasın ehtiyac yaranır.Şəkil I-1 – də göstərildiyi kimi, əgər həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərləri maşın avadanlığı o.k.d. 1 və o.k.d. 2 fırlanma sürətləri səviyyələri arasında işləyərkən 3 əmsalı ilə artırılarsa onda həmin avadanlıq birinci kritik sürət səviyyəsində yalançı həyəcan siqnallarına məruz qalmır. Bu cür hallarda həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərləri müvəqqəti və müvafiq oalraq amult və dmult səviyyələrinə qaldırılır. Maşın avadanlığı bu sürət diapazonundan çıxdıqda həmin parametr dəyərləri normal səviyyələrinə düşür.

I.3.3 Beləliklə, aşağıdakı hər iki meyarın tələblərinə cavab verdikdə parametr dəyərlərinin artırılması tələb edilir:

a. Maşın avadanlığı maşın rezonasından keçərkən həyəcan siqnalı (həyəcan) və söndürmə (təhlükə) parametr dəyərlərini aşan vibrasiya amplitudalarına məruz qalır və bu, arzuolunmaz həyəcan siqnalı və ya maşının söndürülməsi ilə nəticələnir, və

b. Parametr dəyərlərinin bu cür pozulması müddəti qabaqcadan təyin edilmiş həyəcan siqnalı yubanmalarının sayını artırır.

I.4 Həyəcan siqnalının boğulması və ya baypas

Lazımi səviyyədə təyin edilmiş parametr dəyərlərini artırmaq əvəzinə maşın avadanlıqlarının mühafizəsi sisteminin rezonans səviyyəsindən keçərkən onun həyəcan siqnallarını boğmaq və ya baypas etmə üsulu tamamilə rədd edilir. Parametr dəyərlərinin artırılması sadəcə olaraq həyəcan siqnallarını qaldırır, onları boğmur. Bu, maşın avadanlığının bütün fırlanma sürəti səviyyələrində onun mühafizəsini təmin edir.

I.5 Parametr dəyərlərinin artırılması üzrə lazımi tətbiq sahələri

Parametr dəyərlərinin artırılması funksiyasının lazımi səviyyədə tətbiqi zamanı iki əsas məsələyə diqqət yetirmək lazımdır.

I.5.1 Tətbiq edilə bilən kanalların lazımi səviyyədə təyin edilməsi

Hər bir radial vibrasiya nöqtəsində tipik olaraq fərqli amplituda reaksiyası ölçülür. Beləliklə, hər bir radial vibrasiyasının ölçüldüyü nöqtədə maşın avadanlığının xarakterik cavab reaksiyası sıfırdan nominal sürət səviyyəsinə kimi fırlanma sürəti diapazonunda sənədləşdirilməlidir. Bu məlumat parametr dəyərlərinin artırılmasını tələb edən kanalları müəyyən etmək üçün istifadə edilməlidir. Yalnız yuxarıdakı I.3.3.a və I.3.3.b - də verilən meyarlara cavab verən kanallar parametr dəyərlərinin artırılması funksiyasına uyğun gəlməlidir.

I.5.2 Parametr dəyərlərinin vurulmas əmsalının seçilməsi

Yuxarıdakı I.5.1 – də sənədləşdirilmiş hər bir ölçmə nöqtəsi üzrə xarakterik reaksiya müvafiq vurma əmsalını təyin etmək üçün istifadə eidlməlidir. Bu vurma əmsalı ümumiyyətlə mümkün qədər kiçik olmalıdır ki, həyəcan siqnalı (həyəcan və söndürmə (təhlükə) parametr dəyərlərini maşının rezonans səviyyəsində xarakterik reaksiyasından yuxarı səviyyəyə kimi artırmağa davam etmək mümkün olsun.

Paramet dəyərlərinin 2 və ya 3 əmsalı ilə artırılması üzrə tələblər bu standartın tələblərinə cavab verən maşın avadanlıqlarının mühafizəsi sistemləri üçün tələb edilir (Şəkil I-1 – də verilən nümunəyə əsasən şaquli ox üzərində zaman nişanı ilə göstərilə bilən bölünən 3 əmsalı ilə artırılması fərz edilir. 3 – dən artıq vurma əmsalları rezonans və ya rezonanslar səviyyələrində maşının reaksiyasını uyğunlaşdırmaq üçün tələb edildikdə, bu, qəbuledilməz amplifikasiya əmsallarına malik maşın avadanlığına şamil edilə bilər. Bununla bağlı maşın avadanlıqlarının təchizatçısı ilə məsləhətləşmək lazımdır.

I.6 Nəzarət sisteminin daxili səth ilə bağlı məsələlər

Tipik olaraq, maşın avadanlıqlarına nəzarət sistemi çıxış siqnalını, məs. parametr dəyərlərinin artırılması funksiyasını buraxmaq üçün maşın avadanlıqlarının mühafizəsi sisteminə qoşulan rele kontakt qapanması, yaratmaq qabiliyyətinə malikdir. Bunu həyata keçirməyin üç əsas yolu vardır.

I.6.1 Mütləq sürət diapazonunun hiss edilməsi

Bu metoda əsasən maşının idarəetmə sistemi tərəfindən maşın avadanlığının fırlanma sürətinin hiss edilməsi tələb edilir və bu zaman həmin avadanlıq o.k.d. və o.k.d. arası sürət səviyyələrində istənilən an istismara buraxılanda çıxış siqnalı aktivləşir.

Əgər maşın avadanlığının akselerasiya və dekselerasiya (sürətin azalması) dərəcələri təkrarlana bilirsə bu metoddan istifadə etmək mümkündür. Bu zaman maşın avadanlığı sürət o.k.d. boyunca akselerasiya və ya dekselerasiya baş verdikdə maşının idarəetmə sistemindəki vaxtölçənə siqnal göndərilir. Maşın avadanlığının idarəetmə sistemi sadəcə olaraq ∆t - ə bərabər və ya ondan yüksək zaman çərçivəsində parametr dəyərlərinin artırılması funksiyasının buraxılması üçün çıxış siqnalını yaradır. ( ∆t - i müzakirə etmək üçün I.3 - ə baxın).

Qeyd: ∆tmüddəti maşın idarəetmə sistemi tərəfindən idarə edilən akselerasiya və ya deklerasiya dərəcələrindən asılıdır. bu bəndin müddəaları maşının naməlum olaraq kritik sürət səviyyəsində və ya səviyyələrində yaxud ona yaxın işləməsinə icazə vermək anlamına gəlməməlidir.

I.6.3 Əl ilə idarəetmə

Bu metod maşın avadanlıqlarının avtomatik idarəetmə sisteminə arxalanmır, əksinə operator əl ilə maşın avadanlıqlarının mühafizəsi sistemində parametr dəyərlərinin artırılmasını maşının işə salınması və ya söndürülməsi prosedurasının bir hissəsi olan vaxtölçənlə və ya açarla yaxud düymələrlə həyata keçirir. Bununla belə, bu, nadir hallarda baş verir, çünki, əksər maşın avadanlıqları operator müdaxiləsi olmadan bütün işəsalma və ya söndürmə əməliyyatlarını idarə etməyə qabil olan avtomatik idarəetmə sistemlərinə uyğunlaşdırılıb.

I.6.4 Qabaqcıl təcrübə ilə bağlı tövsiyələr

Yuxarıdakı I.6.1 – ci yarım bəndində təsvir edilən metod maşın avadanlıqlarının mühafizəsi sistemini maşın avadanlıqlarının idarəetmə sistemi ilə birləşdirdikdə qabaqcıl qayda kimi tövsiyyə edilir. I.6.3 - də təsvir edilən əl ilə idarəetmə metodu maşın avadanlıqlarının lazımi səviyyədə mühafizəsi üçün operator müdaxiləsinə əsaslanır. Bu zaman əgər parametr dəyərlərinin artırılması funksiyası buraxılmazsa yalançı qəza və ya həyəcan siqnalı yarana bilər. Maşın avadanlığının hətta o.k.d. və o.k.d. sürət diapazonundan kənar işləməsinə baxmayaraq parametr dəyərlərinin artırılması funksiyası aktiv qalarsa, onda bu həmçinin qəza və ya həyəcan siqnallarının yaranmasına səbəb ola bilər.

J.1.1 Nəzərdə tutulan fırlanan mexaniki avadanlıqlar üçün tətbiq edilən bu standarta əsasən ümumi olaraq yolverilən ani sürət artımı nominal istismar sürətinin faizi kimi təyin edilir. Məs. API 612 standartına əsasən rotorun mexaniki ötürücülərdə nominal istismar sürətinin 127 % və generatorun ötürücülərində isə 121 %aşmasının qarşısını almaq üçün sürət artımına qarşı mühafizə sisteminin olması tələb edilir.

J.1.2 Sürət artımını aşkarlayan elektron sistem bütöv sürət artımından mühafizə sisteminin yeganə komponentidir. (əlavə məlumat almaq üçün bax: Şəkil J-1). Bu bütöv sistemin işləmə qabiliyyəti hazırkı standartda müzakirə edilən bəndlərlə məhdudlaşmır. Ümumi sistemin reaksiyasını müəyyən edərkən mühüm əhəmiyyət kəsb edən digər komponentlərə bunlar da daxil edilə bilər: aralıq relelər, solenoidlər, qəza klapanı və ya klapanları, əks olmayan klapanlar, buxar və hidravlik borular və fırlanan maşının daxilindəki artan enerji. Bu komponentlər birlikdə sürət artımından mühafizə sistemini təşkil edir.

J.2 Sistemin reaksiya vaxtı

Bu standarta əsasən artan sürəti aşkarlayan elektron sistemin ən azı 300 hers giriş siqnalı tezliyində sürətin artması halını aşkarlamaq və 40 saniyə ərzində çıxış relelərinin vəziyyətini dəyişmək qabiliyyətinə malik olması tələb edilir. Bununla belə, aşkarlama sisteminin bu reaksiya göstərmə vaxtı ümumi sürət artmasından mühafizə sisteminin xüsusi tətbiq sahəsi üçün yararlı olacağına zəmanət vermir. Odur ki,digər sistem dinamikasını nəzərə almaq lazımdır. Ümumi sürət artımından mühafizə sisteminin lazımi səviyyədə işləməsini və onun rotorun maksimum yol verilən həddi aşmasının qarşısını almaq üçün kifayət qədər tez reaksiya göstərməsini təmin etmək üçün müvafiq mühəndislik qərarları qəbul etmək və lazımi sistem dizaynından istifadə etmək lazımdır. Sistemin ümumi reaksiya göstərmə vaxtını dəyərləndirmək üçün ASME PTC 20.2-1965, 5 –ci bölmədəki nümunəyə baxın.

J.3 Sürətin hiss edildiyi çox dişli səthlərlə bağlı ümumi məsələlər

Sürətin hiss edildiyi səth valın səthindəki deşiklərdə bərabər səviyyədə quraşdırılmış çarx, dişli çarx və ya sürət datçiklərinin müşahidə etməsinə şərait yaradan nahamarlıqlardan ibarət digər hədəf nöqtələridir. Sürətin hiss edildiyi səthin xüsusiyyətləri datçikin növü ilə uyğun olmalıdır ki, sürət artımından mühafizə sisteminə gedən giriş siqnalının amplitudası yolverilən minimum və maksimum gərginlik hədləri daxilində olsun. Şəkil J-2 – də sürət datçikinin və sürətin hiss edildiyi çoxdişli səthin tətbiq sahəsi üçün münasib olan ölçüləri verilib.

Sürətin hiss edildiyi çox dişli səthi layihələndirərkən və ya quraşdırarkən diferensial ox hərəkətinin sürətin hiss edildiyi səthi datçik diapazonunda kənara çıxarmamasına diqqət yetirmək lazımdır. İstilik şərtlərindən və normal ox hərəkətindən asılı olaraq maşın avadanlığı genişlənə və ya sıxıla bilər. Genişlənmə və sıxılma xüsusiyyətlərinə müraciət edərkən diqqət etmək lazımdır. Sürətin hiss edildiyi səth lazımi qalınlığa malik olmalı və valın həddə artıq ox genişlənməsinə və ya sıxılmasına məruz qalmayan sahədə və ya sürət datçikinin bərkidildiyi səthdə olmasına diqqət etmək lazımdır.

J.3.1 Maqnitli sürət datçikləri üçün sürətin hiss edildiyi səth

J.3.1.1 Maqnitli sürət datçiklərindən istifadə etdikdə sürətin hiss edildiyi səthin optimal ölçüləri polyus başlığının diametrinin (D) funksiyasıdır. Bu düzülüşdən istifadə edildikdə cədvəl J-1 - də tövsiyə edilən ölçülərə müraciət edin. Bununla belə, artan sürəti aşkarlayan elektron sistemin giriş siqnalları üçün optimal siqnal gücünü təmin etmək üçün əlavə hesablamaların aparılması tələb edilir. Bu əlavə hesablamalara məhdud olmayaraq səth sürəti, dişli çarxın hərəkəti, hava boşluğu və yük daxil edilir. Tətbiq üzrə təlimatların düzgün yerinə yetirilməsi üçün maqnitli sürət datçikinin istehsalçısı ilə məsləhətləşmək lazımdır.

J.3.1.2 Quraşdırma ilə bağlı qərar qəbul edərkən sürətin həddən artıq artdığı hallarda və istismar sürəti səviyyəsində sürətin hiss edildiyi sahədəki ikiqat vibrasiya xüsusiyyətlərini dərindən anlamaq tələb edilir. Maqnitli sürət datçiklərinin optimal istismarı üçün tipik olaraq 0,51 mm (20 mils) – dən az kisik aralığın olması tələb edilir. Bu, siqnal itkisi yaratmadan və datçikin nasazlığına səbəb olmadan yüksək radial vibrasiya hallarında sürətin hiss edildiyi müşahidə edilən səthin datçiklə təmasda olmasına şərait yarada bilər. Sürətin hiss edildiyi səthin yüksək radial vibrasiya amplitudalarına məruz qaldığı tətbiq sahələrində (xüsusən də sürətin həddən artıq artdığı hallarda) J.3.2 və J.3.3 bölmələrində göstərilən kontaktsız datçiklərin istifadəsini nəzərdə tutmaq lazımdır.

J.3.2 Kontaktsız zondlu datçiklər üçün sürətin hiss edildiyi qeyri dəqiq səth

Sürətin hiss edildiyi qeyri dəqiq səth üçün kontaktsız zondlu datçikin istismar diapazonunu aşan diş uzunluğu istifadə edilir (əlavə məlumat almaq üçün bax: J-3). Kontaktsız datçiklərin presioz (dəqiq) mexanizmə əsaslanan səthlərdə istifadəsində ehtiyac yaranmadıqda(aşağıdakı Şəkil J.3.3 - ə bax), sürət datçiklərinin giriş siqnalları üzrə ən yaxşı mümkün diaqnoz etmə imkanlarını təmin etmək üçün bu düzülüşün istifadəsi məsləhət görülür. Sürətin hiss edildiyi qeyri – dəqiq səth üçün kontaktsız zondlu sürət datçikləri istifadə edildikdə isə cədvə J-2 - də tövsiyə edilən ölçülərə baxın.

J.3.3 Kontaktsız zondlu datçiklər üçün sürətin hiss edildiyi dəqiq səth

Dəqiq mexanizmə əsaslanan dişli çarx üçün kontaktsız datçikin hər zaman özünün xətti istismar diapazonunda qalması üçün dəqiq diş dərinliyindən istifadə edilir. (əlavə məlumat almaq üçün bax: Şəkil J-4). Bu düzülüş J.3.1 və J.3.2 bölmələrində göstərilən sürət datçiklərindən istifadə etdikdə əldə edilən diaqnoz imkanlarından artıq imkanların təmin edilməsinə və dövrə xətasının daha yaxşı aşkarlanmasına şərait yaradır. Buna əlavə olaraq, bu düzülüş maşın avadanlığı istismarda olmadıqda OK datçik indikatorunu təmin etmək qabiliyyətinə malikdir.

Tipik olaraq 4,749 mm (0,187 düym).

Tipik olaraq, 0,254 mm (10 mil) və ya daha az

C (diş aralığının uzunluğu)

C (diş aralığının uzunluğu)

1. J-2 və J-3 cədvəllərində xətti diapazonu ən azı 2,03 mm (80 mil) olan standart variantlı kontaktsız zondlu datçiklərin istifadəsi fərz edilir. (əlavə məlumat almaq üçün bax: 5.1.1.2 və 5.1.1.3 – cü bölmələr). Qeyri – standart datçiklərin istifadə edildiyi tətbiq sahələri ilə bağlı maşın avadanlıqlarının mühafizəsi sisteminin təchizatçısı ilə məsləhətləşmək lazımdır.

2. Qeyri - məhdud ölçülərin göstərildiyi təqdirdə, sürətin hiss edildiyi çox dişli səthin ümumi diametrinə və bir fırlanma üzrə göstəricilərə əsasən faktiki maksimum hədd təyin edilir.

3. Qeyri - məhdud diş uzunluğu – diş aralığının uzunluğu təyin edilməsi sürətin həddən artıq artdığı tətbiq sahələrində tək nahamarlığa malik səthin (yəni dişə malik) məqbul olması anlamına gəlmir. Bu dizayna əsasən yalnız bir fırlanmaya əsasən siqnal verilir və bu zaman maşın avadanlıqlarının sürət artımından mühafizəsini lazımi səviyyədə təmin etmək üçün tələb edilən zəruri reaksiya göstərmə vaxtına nadir hallarda nail olmaq olur. Çox dişli səth dizaynından fərqli olaraq, bu, rotor sürətində yaranan dəyişikliyi müəyyən etmək üçün onun çoxsaylı fırlanmalarının qeydə alınmasını tələb edir

4. Əgər ölçü B + ölçü E 1,8 mm (70,9 mil) – dən artıqdırsa onda, diş aralığını müşahidə edən datçikli rotorun dayandığı təqdirdə datçikdə NOT OK vəziyyəti göstərilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartISA-75.08.01-2002“Face-to-Face Dimensions for Integral Flanged Globe-Style Control Valve Bodies (Classes 125, 150, 250, 300, and 600)”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Çıxarılmayan flanslı dairəvi formaya

malik paylaşdırıcı klapan korpusunun

(Kateqoriya 125, 150, 250, 300 və 600)

Face-to-Face Dimensions for Integral

Flanged Globe-Style Control Valve Bodies

(Classes 125, 150, 250, 300, and 600)

Bustandart üst hissəyə, üstü hissə və aşağı hissəyə, dəliklərə və ya hücrələrə, 15 mm (1/2 düyüm) 400 mm (16 düyüm) arasında dəyişən ölçülərə malik olan tam flansın halqa şəkilli nəzarət klapanlarına tətbiq olunur.

Bu standartın məqsədi istifadə olunacaq avadanlıq istehsalçısının xüsusi fikirlərini nəzərə almadan, Kateqoriya 125 hamar səthli və Kateqoriyalar 150, 250, 300, və 600 qalxan üst səthə malik flansın, onu idarəedən klapan ölçüsünü təmin etməklə istifadəçilərə özlərinin boru işlərinə dair layihələrində köməklik göstərməkdir.

Hazırkı standartda istifadə olunan terminlərin tərifləri üçün, ANSI/ISA-75.05.01-2000 (R2005), İdarəetmə Klapan Terminologiyasına baxın.

4.1 Tam flansın halqa şəkilli nəzarət klapanları üçün səth ölçüləri сədvəl 1-də göstərilmişdir.

4.2 Halqavari birləşdiricili (muftalı)sonluqlara malik flansların son səthinə qədər olan ölçülər üçün, Ölçü "A" ASME B16.10-2000 (R2003), paraqraf 3.3 əsasən tənzimlənməlidir.

ISO 7005-1 müvafiq olaraq, Kateqoriya 150 və 300 PN20 və PN50 kimi müəyyən edir.

ISO 7005-2 müvafiq olaraq, Kateqoriya 125 və 250 PN20 və PN50 kimi müəyyən edir.

QEYD 1: Kateqoriya 125və PN 20 boz çuqundan hazırlanmış flanslar. Kateqoriya 150 və 300 tökmə misdən hazırlanmış flanslar.

QEYD 2: Kateqoriya 150, 300 və 600 həmçinin PN20, PN50, və PN110 tökmə dəmirdən / aşqarlanmış poladdan hazırlanmış flanslar. Kateqoriya 600tökmə misdən hazırlanmış flans. Kateqoriya 250 və PN50 boz çuqundan hazırlanmış flanslar. Kateqoriya 150 və 300, və PN20 həmçinin PN50 elastik tökmə dəmirdən hazırlanmış flanslar.

Aşağıdakı biblioqrafiyaya təzyiq kateqoriyası və flansların ölçüləri, materialın mənşəyi və çarpaz istinadlı məlumatların tərifləri daxildir.

ASME B16.10-2000 (R2003)

Çuqundan hazırlanmış Boru Flansları və Flans Armaturları, Kateqoriyalar 25,125, və 250

Boru Flansları və Flans Armaturları: NPS 1/2 və 24

Klapanların üst səth ölçüləri və son səth ölçüləri

Tökmə çuqundan hazırlanmış boru flansı və flans armaturları: Kateqoriya 150, 300,400, 600, 900, 1500 və 2500

Klapanlı, Yivli və qaynaq sonluqlu flanslar

Elastik dəmirdən hazırlanmış Boru Flansları və Flans Armaturları: Kateqoriya 150 və 300

Sənaye prosesli İdarəetmə klapanları – Hissə 3-1: Ölçülər – İkitərəfli, Halqalı şəkildə, Düz səthə malik olan Flanslar üçün üst səth Ölçüləri və İkitərəfli, Halqalı şəkildə olan və Bucaq səthli İdarəetmə klapanlarına malik Flanslar üçün mərkəz səthdəki ölçüləri

Metal flanslar – Hissə1: Polad lövhələrdən hazırlanmış flanslar

Metal flanslar –Hissə 2: Çuqun tökmədən hazırlanmış flanslar

Bu Əlavə ISA-75.08.01-2002 (R2007) bir hissəsi deyildir, lakin, bu istifadəni asanlaşdırır.

Biblioqrafiyada sadalanan ASME standartlarına üst səth ölçülərindən başqa, klapan korpusunun layihəsinə dair məlumatlar da daxildir. Metr ölçülü klapanların ölçüləri nominal konversiyalardır ki, onlar da Klapan və Armatur Sənayesi İstehsalçılarının Standartlaşdırma Cəmiyyəti (MSS-SP-86-2002), Beynəlxalq Standartlaşdırma Təşkilatı və Beynəlxalq Elektrotexniki Komissiya tərəfindən bu sənədlərdə şərti olaraq istifadə olunmuşdur.

10 – 16 düyümlü - idarəetmə klapanlarının ilkin ölçüləri hazırkı nəşrdən çıxarılmış Buruq Məhlullarına Nəzarət İnstitutunun FCI-65-2-1975 saylı Standartında qeyd olunmuşdur.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Klapanların odadavamlılıq sınağı üçün spesifikasiya

1.Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart API 6FA:2011 “Specification for Fire Test for Valves” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Klapanların odadavamlılıq sınağı

Specification for Fire Test

Bu standartın məqsədi avtomatik arxa yəhərləri olan API 6A və API 6Dstandartları üzrə klapanlar yanğın təsirinə məruz qaldıqda təzyiq altında işləmə qabiliyyətinin sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün tələbləri müəyyən etməkdir. Bu standartda verilən istismar xüsusiyyətləri üzrə tələblər ölçüdən və nominal təzyiq səviyyəsindən asılı olmayaraq standart uyğunluq hədlərini müəyyən etmək üçün nəzərdə tutulub.

Bu sənədə əsasənsınaq zamanı klapanda sızmanın məqbul hədlərivə 30 dəqiqəlik müddət ərzində yanğının təsiri altında klapanda xarici sızmanın olub olmadığı müəyyən edilir.

Yanma dövrü əksər yanğın növlərinin söndürülməsi üçün tələb edilən maksimum zaman çərçivəsinə əsasən təyin edilib. Daha uzun müddətdə davam edən yanğınlar hazırkı sınaqda gözləniləndən daha kəskin fəsadlar törədə bilən geniş həcmli yanğın növləri hesab edilir.

2.1 Sınaqlar klapanın ştokunda su olmaqla, bağlı vəziyyətdə və klapan dəliyini üfüqi vəziyyətdə saxlamaqla aparılmalıdır.

2.2 Klapan, Şəkil 1 və Şəkil 2 –də göstərilən qaydada yerləşdirilmiş termocütlüklərdə orta temperatur səviyyəsi 1400 °F - 1800 °F (761 °C - 980 °C) göstərilən alovla əhatələnməlidir. Heç bir göstərici 1300 °F (704 °C) dərəcədən aşağı olmamalıdır. Bu sınaq komplektinə karbon poladdan hazırlanmış kvadrat formalı və hər bir blokunun mərkəzində bir termocütlük yerləşdirilmiş 11/2 düymlük kalorimetr daxil edilməlidir ( kalorimetr blokunun konfiqurasiyası barədə məlumat almaq üçün bax: Şəkil 3). Ölçüsü 7*1/16 düym (10.9 mm)və ya daha kiçik olan API 6A klapanları və ölçüsü 6 düym (152 mm) və daha kiçik olan API 6D klapanları üçün iki blok Şəkil 1 –də göstərilən qaydada yerləşdirilməlidir. Daha böyük ölçülü klapanlar üçün Şəkil 2 –də göstərilən üç blokdan istifadə edilməlidir. Sınaqdan keçən klapanın nominal ölçüsü 1 düymdən (25 mm) böyük və ya klapanın nominal boru ölçüsünün yarısına bərabər olan texnoloji xətt borusu ən azı 6 düym. (152 mm) məsafədə alovla əhatə edilməlidir.

2.3 Alovun verilməsindən başlayaraq yanma dövrü 30 dəq. olmalıdır.

2.4 Boru –klapan sonluq birləşməsində (flanslı, yivli və ya qaynaq edilmiş) yaranan sızma bu sınağa cəlb edilməməli və 4.2, 4.4 və 4.7 –ci yarımbəndlərdə göstərilən yol verilə bilən xarici sızmaya daxil edilməməlidir. Bu sınaq üçün sızmanın aradan qaldırılması məqsədilə bu birləşməni dəyişmək lazım gələ bilər.

3.1Mərhələli proseduralar (bax: şəkil 4)

3.1.1 Su mənbəyində olan klapanı və ya klapanları ( Bənd 5 və bənd 6) və sistemin doldurulması və hava ilə təmizləmək üçün lazım olan buraxma klapanlarını (Bənd 17) açın. Klapanın korpusuna tamamilə suyun axmasını təmin etmək üçün onu qismən açıq mövqedə saxlamaq lazım gələ bilər.

3.1.2 Doldurma klapanını (Bənd 5) və sınaq altında olan klapanı bağlayın (Bənd 11). Sınaq klapanının texnoloji boru xətti sistemi tamamilə su ilə doldurulmalı və texnoloji xətdən sonra gələn sistemin suyu çıxarılmalıdır.

3.1.3 Sistemi Cədvəl 1 –də göstərilən müvafiq təzyiq səviyyəsinə uyğun təzyiq altında saxlayın. Yanma və soyuma dövrlərindən bu təzyiq səviyyəsini saxlayın. Ani təzyiq itkilərinə yol verilir, lakin ümumi bərpa müddəti iki dəqiqədən az olmalıdır. Kalibrlənmiş vizual manometrdəki göstəriciləri qeydə alın (Bənd 4). Çıxış xəttindən gələn mayenin toplandığı dərəcələrlə işarələnmiş qabı boşaldın (Bənd 19).

3.1.4 Yanacaq təchizatı xəttini açın, yanğını törədin və alovun temperatur səviyyəsinə nəzarət edin. İki dəqiqə ərzində termocütlüklərin orta göstəricisi (Bənd 14) 1400 °F (761 °C) dərəcəyə çatmalıdır. Orta temperaturu 1400 °F - 1800 °F (761 °C t- 980 °C) arasında saxlayın və yerdə qalan yanma dövründə göstəricilər 1300 °F (704 °C) dərəcədən aşağı olmamalıdır.

3.1.5 Kalorimetrlərin orta temperaturu (Bənd 13) alışmadan sonra 15 dəqiqə müddətində 1200 °F (650 °C) dərəcəyə çatmalıdır. Yerdə qalan yanma dövrü üçün isə, kalorimetrlərdə orta temperatur ən azı 1200 °F (650 °C) dərəcədə saxlanılmalıdır, və kalorimetrlərin heç birinin temperaturu 1050 °F (565 °C) dərəcədən aşağı olmamalıdır.

QEYD: Xarici sızmadan yaranan su və ya buxarın termocütlüklərə və ya kalorimetrlərə nüfuz etməzi nəticəsində qeydə alan sensorlarda göstərilən temperatur səviyyəsi əhəmiyyətli dərəcədə düşə bilər; bu hətta alovun temperaturunun düşməməsi zamanıda baş verə bilər. Göstərilən temperatur səviyyəsinin düşməsi sınaq barədə hesabatda qeyd edilməlidir. Bu sınaq odluğa nəzarət vasitələrini tənzimləmədən də davam edə bilər, lakin ən azı bir termocütlük və bir kalorimetr işləməlidir.

3.1.6 Yanma dövründə hər 30 saniyədən sonra ölçmə-nəzarət cihazlarının göstəricilərini qeydə alın (Bənd 7, 13, 14 və 15).

3.1.7 Yanma dövrü (30 dəq.) başa çatdıqdan sonra yanacaq təchizatınıdayandırın.

3.1.8 Klapanın yəhərində baş verən ümumi sızmanı təyin etmək üçün dərhal ölçülmüş qabda toplanmış suyun miqdarını müəyyən edin. Xarici sızmanın sürətini təyin etmək üçün ölçülmüş qabda suyun toplanması davam etməlidir (Bənd 19).

Əgər sınaq altında olan klapan girişdəki yəhəri kiplənmiş klapandırsa onda, klapanı bağladıqda həmin yəhərin kipləyici hissəsi ilə çıxışdakı yəhərin kipləyicisi arasında ilişib qalan suyun həcmi sınağa başlamazdan qabaq təyin edilməli və sınaq barədə hesabatda göstərilməlidir. Sınaq zamanı bu həcmli su klapanın içərisindən və çıxışdakı yəhərin yanından keçərək ölçülmüş qabda toplanacaq. Bu su girişdəki yəhərin kipləyicisindən faktiki olaraq sızmadığı üçün, klapanın sızmasını təyin edərkən, onu, çıxışdakı ölçülmüş qabdakı ümumi həcmə əsasən müəyyən etmək olar.

QEYD: Əgər yanma vəyaxud soyuma dövründə girişdə toplanan suyun ümumi həcmi klapan boşluğunda toplanmış suyun həcmindən azdırsa onda sızmanın sıfır olması qəbul edilə bilər.

3.1.9 Klapanı 212 °F (100 °C) və ya daha aşağı səviyyəyə kimi soyudun (və ya soyumasını təmin edin). Vizual manometrin (Bənd 4) və ölçülmüş qabın (Bənd 19) göstəricisini qeydə alın. Istehsalçının seçiminə əsasən soyuma prosesi təbii və ya təsir altında gedə bilər.

3.1.10 Aşağıdakı aşağı təzyiq sınağı yalnız Sinif 600 və ya daha aşağı dərəcəyə malik API 6D klapanları üçün tələb edilir. Sınaq təzyiqini cədvəl 1 –də göstərilən aşağı sınaq təzyiqi səviyyəsinə qədər azaldın. Beş dəqiqə müddətində klapandan keçən sızıntını və xarici sızıntını ölçün.

3.1.11 Əgər 3.1.10 – cu yarımbənddə göstərilən mərhələ icra edilibsə, sınaqdan keçən klapanda təzyiqi cədvəl 1 –də göstərilən yüksək təzyiq səviyyəsinə qədər artırın.

3.1.12 Sınaqdan keçən klapanı sınaq üçün nəzərdə tutulan yüksək diferensial təzyiqə qarşı açın. Klapan qismən açıq (təxminən yarım açıq) vəziyyətə gətirilməlidir. Bağlayıcı klapanı bağlayın (Bənd 16). Borudan və klapanın korpusundan havanı və ya buxarı çıxarın.

3.1.13 Klapanı yüksək təzyiq səviyyəsində açıq mövqedə saxladıqdan sonra beş dəqiqə müddətində xarici sızmanı ölçün və qeydə alın.

3.2Sınaq üçün tənzimləmə

Sınağı aparılan klapan istisna olmaqla, sınaq sistemi sınağın bu standartda göstərilən hədlərə uyğun aparılması üçün tənzimlənə bilər.

4.1Sızıntı (yüksək sinaq təzyiqi zamanı) -yanma dövründə

Klapanın yəhərindən keçən maksimum sızıntı (buraya klapanın qabağı və ştoku daxil deyil) aşağıda göstərilən (bax: 3.1.8) qiyməti aşmamalıdır:

Yanma dövrü – 30 dəqiqə.

Sürət - 400 ml/düym./dəq

PN - İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sənədlərində təyin edilmiş təzyiq sinfini bildirir.

Bütün sınaq təzyiqləri üçün yol verilə bilən hədd ±10 % olmalıdır.

4.2Xarici sızıntı (yüksək sinaq təzyiqi zamanı) – yanma və soyuma dövründə (klapan bağli vəziyyətdə olduqda).

Maksimum xarici sızıntı, yəhərin sızması istisna olmaqla, aşağıda göstərilən rəqəmləri (bax: 3.1.8 və 3.1.9) aşmamalıdır:

Sınaq müddəti – 30 dəq, o cümlədən 212 °F (100 °C) dərəcəyə kimi soyuma üçün tələb edilən müddət.

Sürət - 100 ml/düym./dəq. (3.9 ml/mm/dəq.)

4.3Sızıntı (aşaği təzyiq səviyyəsi zamanı) – soyumadan sonra

Klapanın yəhərindən keçən maksimum sızıntı (buraya klapanın qabağı və ştoku daxil deyil) aşağıda göstərilən (bax: 3.1.10) rəqəmləri aşmamalıdır:

Sınaq müddəti - 5 dəqiqə.

Sürət - 40 ml/düym./dəq. (1.6 ml/mm/dəq.)

4.4Xarici sızıntı (aşaği təzyiq səviyyəsi zamanı)— soyumadan sonra (klapan bağlı vəziyyətdə olduqda)

Maksimum xarici sızıntı, yəhərin sızması istisna olmaqla, aşağıda göstərilən rəqəmləri (bax: 3.1.10) aşmamalıdır:

Sınaq müddəti – 5 dəqiqə.

Sürət - 20 ml/düym./dəq (0.8 ml/mm/dəq)

4.5Odadavamlılıq sınağından sonra sinaqdan keçmiş klapanın işə salınması.

Klapan bağlı vəziyyətdə yüksək diferensial sınaq təzyiqinə qarşı öz mövqeyini dəyişə bilmə qabiliyyətinə malik olmalıdır (bax: Cədvəl 1). Klapan bir dəfə açıq mövqeyə keçməlidir ( 3.1.12 – ci yarımbənddə göstərildiyi kimi).

4.6 Xarici sızıntı – klapan açıq vəziyyətdə olduqda

Sınaqdan keçən klapan açıq vəziyyətdə olduqda xarici sızıntının sürəti (3.1.13 – cü yarımbənddə müəyyən edildiyi kimi) 200 ml/düym./dəq. (8 ml/mm/dəq) göstəricisindən yuxarı olmamalıdır.

4.7 Klapanın təzyiqinin boşaldılması

Əgər 6.2 – ci yarımbəndində müəyyən edilmiş təzyiqdə boşaldıcı klapan işə düşərsə onda klapan sınaqdan keçməyəcək. Bununla belə, əgər sınaqdan keçən klapanda boşaldıcı cihaz işə düşərsə (normal olaraq bir standart kimi təzyiq boşaldıcı cihaza malik klapanlarda) bu sınaq davam etməli və bu cihazda yaranan hər hansı sızıntı xarici sızıntı hesab edilməlidir.

4.8 Tələb edilən sınaqlar.

Verilmiş klapan dizaynına görə hər bir ölçünü və nominal təzyiqi sınaqdan keçirmək əvəzinə, sınaq klapanı kimi eyni dizayna malik digər klapanlar və eyni metaldan olmayan materiallar yəhər – bağlayıcı hissənin kipləyicisi, yəhər – korpusun kipləyicisi, ştok, korpus birləşməsi – kipkəc baxımından qiymətləndirilə bilər:

4.8.1 Bir sınaq klapanı ondan daha böyük olan, onun ölçüsünün iki mislini aşmayan ölçülü klapanların qiymətləndirilməsi üçün istifadə edilə bilər. (bax: Cədvəl 2). 16 ölçülü klapan bütün ölçülər üçün məqbuldur.

4.8.2 Bir sınaq klapanı nominal təzyiq səviyyəsi daha yüksək olan, lakin sınaq klapanının nominal təzyiq səviyyəsinin iki mislini aşmayan klapanların qiymətləndirilməsi üçün istifadə edilə bilər. (bax: Cədvəl 3).

2 təzyiq tənzimləyicisi və boşaldıcısı

4 kalibrlənmiş vizual manometr

8 buxarın saxlanılması üçün quraşdırılmış boru

9 sınaq üçün əhatələyici sədd – klapanın hər hansı bir hissəsi ilə həmin sədd arasındakı aralıq məsafə ən azı 6 düym (152 mm) olmalıdır.

10 əhatələyici səddin minimum hündürlüyü klapanın ən yuxarı hissəsindən başlayaraq 6 düym (152 mm) olmalıdır.

11. Ştoku üfüqi vəziyyətdə olan və üfüqi vəziyyətdə quraşdırılmış klapan

12 odluqlara gedən yanacaq qazı təchizatı xətti (bax: 2.2)

13 kalorimetrlər—1.5 düymlük (38 mm) kubiklər (bax: 2.2)

14 alovun temperaturunu qeydə alan termocütlüklər (bax: 2.2)

15 Klapanın mərkəzi boşluğuna birləşdirilmiş təzyiq manometri və boşaldıcı klapan (tələb edildikdə bax: 6.2).

Sınaq klapanının ölçüsü

Digər klapan ölçülərinin qiymətləndirilməsi

1/16, 2/16, 2/16, 3/8, 4/16

2/16, 3 /8, 4 /16, 5 /8 API 6A,

3/8, 4/16, 5/8, 7/16 API 6A

4/16, 5/8, 7/16 API 6A

8, 10, 12, 14, 16 API 6D,

16 və daha böyük API 6D

DN - İSO (Beynəlxalq StandartlaşdırmaTəşkilatı) sənədlərində istifadə edilən ölçüdür.

4.8.3 Sınaqdan keçən klapanın nominal ölçüsü sonluq birləşmələrinin ölçüsünə əsasən təyin edilir.

4.8.4 Asimmetrik daxili və ya xarici konstruksiyalı (sonluq birləşmələri istisna olmaqla) vəyaxud simmetrik yəhərləri və bağlama mexanizmi olan və iki istiqamətli axın üçün nəzərdə tutulan klapanlar sınaq prosedurasını iki dəfə tətbiq etməklə, yəni hər bir istiqamətdə bir dəfə tətbiq etməklə, qiymətləndirilməlidir. Bir istiqamətli axın üçün nəzərdə tutulan asimmterik klapanlar müvafiq olaraq nişanlanmalı və tövsiyə edilən avadanlığın istiqamətinə uyğun sınaqdan keçməlidir.

4.8.5 Sınaq zamanı klapanlar istənilən formada izolyasiya materialı ilə qorunmamalıdır, lakin onun hər hansı hissəsinin layihəsinə əsasən bu cür mühafizə nəzərdə tutulduqda onu tətbiq etmək olar.

Sertifikatlaşdırmanın əsaslandığı sınaq protokolları alıcının müraciəti əsasında ona təqdim edilməlidir.

6.1 İşçilərin mühafizəsi

Sınağı aparılan klapanın mümkün layihəsinə və sınaq proqramının xüsusiyyətinə görə klapanın təzyiq sərhədində olan hissələrində təhlükəli dağılma halları baş verə bilər. Sınağı aparan işçilərin təhlükəsizliyi təmin edilməlidir.

6.2 Təzyiqin azaldılması

Qoşa yəhərli klapanların korpus boşluğunu mümkün dağılmadan qorumaq üçün təzyiqin azaldılması vasitələri nəzərə alınmalıdır. Təzyiq parametrinin təyin edilməsisınağından keçən klapanın istehsalçısı məsuliyyət daşımalıdır. Təyin edilmiş təzyiq səviyyəsi kifayət qədər aşağı olmalıdır ki, gözlənilən sınaq temperaturu səviyyəsində klapanın dağılmasının qarşısı alınsın.

APİ Bölməsi 6A v ya 6D – də göstərilən nişanlama tələblərinə əlavə olaraq, bu spesifikasiyaya əsasən qiymətləndirilmiş klapanlar birdəfəlik 6FA kimi nişanlanmalıdır.

Cədvəl 3— Digər nominal təzyiq qiymətlərinə malik klapanların qiymətləndirilməsi(bax: 4.8.2)

Klapanın digər nominal qiymətləri

PN İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sənədlərində təyin edilmiş təzyiq sinfini göstərir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Təzyiq boşaltma qurğularının yoxlanılması

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

3. Bu standart API576:2009 “Inspection of pressure-relievingdevices” standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Təzyiq boşaltma qurğularının yoxlanılması

Inspection of pressure-relievingdevices

Tövsiyə edilən bu metodikada (TM) neft və neft- kimya sənayesi sahələrində geniş istifadə edilən avtomatik təzyiq boşaltma qurğularının yoxlanılması və təmirin qaydaları təsvir edilir. Bu materialda həmin qurğuların lazımi səviyyədə işləməsini təmin etmək üçün istifadəçinin zavodunda yoxlanılması və təmiri üçün təlimatlar verilir. Bu nəşrdə təzyiq boşaltma klapanları, pilot klapanla idarə edilən təzyiq boşaltma klapanları, qoruyucu diafraqmalar və təzyiq –vakuum boşaltma klapanları kimi avtomatik qurğulardan bəhs edilir.

Tövsiyə edilən bu metodikanın (TM) mövzusuna neft və neft–kimya sənayesində geniş istifadə edilən avtomatik təzyiq boşaltma qurğularının yoxlanılması və təmiri daxil edilib.

Bu nəşrdə verilən tövsiyələr idarəetmə orqanları tərəfindən təyin edilmiş tələbləri üstələmək üçün nəzərdə tutulmayıb. Bu nəşrdə çənlərin qaynaq tikişlərindən və ya hissələrindən, partlayışdan mühafizə qapılarından, əriyə bilən qoruyuculardan, idarəetmə klapanlarından və avadanlıqların işləməsi üçün nəzərdə tutulan xarici cərəyan mənbəyindən asılı olan və ya əl ilə idarə edilən digər qurğulardan bəhs edilmir. İstehsalçının zavodunda adətən kodlara və satınalma spesifikasiyalarına əsasən aparılan yoxlamalar və sınaqlar bu nəşrə daxil edilməyib.

Bu nəşrdə, həmçinin, təzyiq boşaltma qurğularının yoxlanılması və təmiri ilə məşğul olan mexaniklər üçün hər hansı təlim tələbi irəli sürülməyib. Bu tələblər barədə məlumat almaq istəyən şəxslər API 510 standartına müraciət edə bilər. Bu standartda keyfiyyətə nəzarət sistemi üçün tələblər irəli sürülüb və işçilərin ixtisaslaşmasını təmin etmək üçün təmir işlərini həyata keçirən şirkət tərəfindən təlim proqramlarının sənədləşdirilməsi və hazırlanması yolları göstərilir.

Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (o cümlədən hər hansı bir düzəlişlərin) tətbiq edilir.

API 510, Pressure Vessel Inspection Code: In-service Inspection, Rating, Repair, and Alteration (API 510, Təzyiq qabının yoxlanılması kodu: İstismar prosesində aparılan yoxlamalar, təmirlər, dəyişdirmələr və nominal göstəricilərinin təyin edilməsi)

API Standard 520 (All Parts), Sizing, Selection, and Installation of Pressure-relieving Devices in Refineries (API Standartı 520 (Bütün hissələr), Neftayırma zavodlarında təzyiq boşaltma klapanlarının ölçülərinin təyin edilməsi, seçilməsi və quraşdırılması)

API Standard 521, Pressure-relieving and Depressuring Systems (API Standartı 521, Təzyiq boşaltma və təzyiq çıxarma sistemləri)

API Standard 526, Flanged Steel Pressure-relief Valves (API Standartı 526, Flanslı polad təzyiq boşaltma klapanları)

API Standard 527, Seat Tightness of Pressure Relief Valves(API Standartı 527, Təzyiq boşaltma klapanlarının yəhərinin kipliyi)

API Recommended Practice 580, Risk-Based Inspection (API Tövsiyə Edilən Metodika 580, Risk əsaslı yoxlama)

API Recommended Practice 581, Risk-Based Inspection Technology (API Tövsiyə Edilən Metodika 581, Risk əsaslı yoxlama texnologiyası)

API Standard 620, Design and Construction of Large, Welded, Low-pressure Storage Tanks (API Standartı 620, Geniş, qaynaq edilmiş aşağı təzyiqli saxlama çənlərinin dizaynı və konstruksiyası)

API Standard 2000, Venting Atmospheric and Low-pressure Storage Tanks (Nonrefrigerated and Refrigerated) (API Standartı 2000, Atmosfer təzyiqli və aşağı təzyiqli saxlama çənləri (soyuducu sistemi olan və olmayan çənlər))

ASME PTC 25 1, Pressure Relief Devices (ASME PTC 25, Təzyiq boşaltma qurğuları)

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section I: Power Boilers (Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə I: Enerji qazanları)

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section IV: Heating Boilers (Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə IV: Qızdırıcı qazanlar)

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section VI: Recommended Rules for the Care and Operation ofHeating Boilers (Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə VI: Qızdırıcı qazanlar üçün tövsiyə edilən texniki xidmət və istismar qaydaları)

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section VII: Recommended Guidelines for the Care of PowerBoilers (Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə VII: Enerji qazanlarının texniki xidməti üçün tövsiyə edilən təlimatlar)

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section VIII: Pressure Vessels; Division 1, Division 2 and Division 3 (Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə VIII: Yüksək təzyiqli qablar; Bölmə 1, Bölmə 2 və Bölmə 3)

ISO 4126-6 2, Safety devices for protection against excessive pressure—Part 6: Application, selection and installationof bursting disc safety devices (ISO 4126-6, Həddən artıq təzyiq artmalarından qorunmaq üçün nəzərdə tutulan qoruyucu qurğular — Hissə 6: partlayıcı diski olan qoruyucu qurğuların tətbiqi, seçilməsi və quraşdırılması)

NACE MR 0175 3, Petroleum and Natural Gas Industries—Materials for Use in H2S-Containing Environments in Oiland Gas Production (NACE MR 0175, Neft və təbii qaz sənayesi sahələri – Neft və qaz istehsalatında H2S tərkibli istismar mühitindən istifadə edilən materiallar).

NACE MR 0103, Materials Resistant to Sulfide Stress Cracking in Corrosive Petroleum Refining Environments (NACE MR 0103, Korroziyalı neft ayırma mühitində sulfidlə aşınmadan yaradan çatlamaya qarşı müqavimət göstərənmateriallar)

NB-18 4, Pressure-relief Device Certifications (NB-18, Təzyiq boşaltma qurğusunun sertifikasiyaları)

NB-23:2004, National Board Inspection Code(NB-23:2004, Yoxlamalar üzrə Milli İdarəetmə Şurasının Normaları və Qaydaları)

Bu sənədin məqsədləri üçün aşağıdakı terminlərdən və anlayışlardan istifadə edilir.

Mövqeləndirilən zaman və bağlandıqda, kilidləyən plomb. Bu plombun çıxarılması üçün onu kəsmək və ya qırmaq lazımdır.

3.1.2aşınmalı sürtünmə

lokal qaynaqda çıxıntılı hissələr arasında həddə artıq sürtünmənin yaranması nəticəsində parçalanmaya səbəb olan və bir və ya iki birləşdirilmiş hissənin səthlərinin bir –birinə sürtməsi zaman onların hamarlığının itməsinə səbəb olan hal

3.1.3təkrar bağlanmayan təzyiq boşaltma qurğusu

istismardan sonra açıq qalan təzyiq boşaltma qurğusu. Bunun üçün göstəricilərin sıfırlanması əl vasitəsi ilə təşkil edilməlidir.

3.1.4ştokla işə düşən qurğu

statik təzyiqlə işə düşən və dizaynına əsasən porşeni və ya probkanı saxlayan ştokun sınması yaxud əyilməsi nəticəsində işə düşən, təkrar bağlanmayan təzyiq boşaltma qurğusu. Ştokun sınması və ya əyilməsi zaman porşen və ya probka dərhal açıq mövqeyə keçir.

3.2 Təzyiq boşaltma klapanlarının ölçü xüsusiyyətləri

3.2.1effektiv boşalma sahəsi

API 520 standartında verilən ilkin ölçü bərabərliklərinə əsasən təzyiq boşaltma klapanı üçün tələb edilən minimum boşaltma gücünün hesablanması üçün nəzərdə tutulan effektiv boşalma əmsalı ilə tətbiq edilən nominal və ya hesablanmış sahə. İlkin ölçü bərabərlikləri barədə məlumat almaq üçün API 520-1 standartına müraciət edin. API 526 standartında “D” hərfindən “T” hərfinə kimi göstərilən ölçü diapazonları üçün effektiv boşalma sahələri verilib.

3.2.2toplanma kamerası

təzyiq boşaltma klapanının yəhərindən sonra yerləşən və klapanın qalxmasına kömək edən halqaşəkilli təzyiq kamerası

əgər başqa cür təyin edilməyibsə, giriş birləşməsində təzyiq boşaltma qurğusunun nominal boru ölçüsü(NPS)

təzyiq boşaltma klapanı tərəfindən təzyiqin azaldılması zaman klapan diskinin bağlı mövqedən faktiki aralanma gedişi

əgər başqa cür təyin edilməyibsə, boşalma birləşməsində təzyiq boşaltma qurğusunun nominal boru ölçüsü (NPS)

3.3 İstismar xüsusiyyətləri – Sistem təzyiqləri

Təzyiq boşaltma klapanda baş verən boşalma zamanı qabın MYİT səviyyəsində yol verilən və MYİT təzyiqinin faizi yaxud layihə təzyiqi ilə ifadə edilən təzyiq artması. Maksimum yol verilə bilən akkumulyasiya qəza, istismar və yanğın halları üzrə qüvvədə olan norma və qaydalara əsasən təyin edilir.

Qabın layihə temperaturu səviyyəsindəki layihə təzyiqi qabın hər bir hissəsinin minimum yol verilə bilən qalınlığını və ya fiziki xüsusiyyətini qabın layihələnməsi qaydalarında müəyyən edilmiş qaydada təyin etmək üçün istifadə edilir. Layihə təzyiqi,uyğun temperatur səviyyəsində norma istismar zamanı gözlənilən ən kəskin təzyiq səviyyəsinə uyğun hədd qoymaq üçün istifadəçi tərəfindən seçilir. Bu təzyiq MYİT təzyiqinin təyin edilmədiyi bütün hallarda onun əvəzinə istifadə edilə bilər. Layihə təzyiqi MYİT təzyiqə bərabər və ya ondan aşağı olur.

3.3.3maksimum yol verilə bilən işçi təzyiq MYİT

Dolu qabın normal istismar mövqeyində təyin edilmiş uyğun temperatur səviyyəsində yol verilə bilən maksimum manometr təzyiqinə maksimum yol verilə bilən işçi təzyiqi deyilir. Bu təzyiq, qabın hər bir elementi üzrə qabın layihələnməsi qaydalarında, korroziya və yüklənmələr üçün yol verilə bilən əlavə metal qalınlığı istisna olmaqla, nominal qalınlığa əsasən təyin edilmiş daxili və ya xarici təzyiq qiymətlərinin ən aşağı qiymətini təşkil edir. MYİT qabın qorunması üçün təzyiq boşaltma qurğularının nominal təzyiq parametrlərinin təyin edilməsinin əsasını təşkil edir. MYİT təzyiqi normala olaraq layihə təzyiqindən yüksək olur lakin, layihələndirmə qaydaları yalnız hər bir elementin minimum qalınlığını hesablamaq üçün istifadə edildikdə və hesablamalar MYİT qiymətini təyin etmək üçün aparılmadıqda, bu təzyiq layihə təzyiqinə bərabər ola bilir.

3.3.4maksimum işçi təzyiq

sistemin normal istismarı zaman gözlənilən maksimum təzyiq səviyyəsi

3.3.5həddən artıq artan təzyiq

nominal axını təmin etmək üçün təzyiq boşaltma klapanında təzyiqin azaldılması üçün verilən təzyiq qiymətini aşan təzyiq səviyyəsi. Həddən artıq artan təzyiq vahidləri ilə və ya təyin edilmiş təzyiq qiymətinin faiz dərəcəsi ilə ifadə edilir. Yalnız qabın MYİT təzyiqi səviyyəsində təzyiq boşaltma qurğusu açılmaq üçün nəzərdə tutulduqda bu proses akkumulyasiya ilə eynilik təşkil edir.

3.3.6nominal boşaltma gücü

Təzyiq boşaltma qurğularının tətbiqinin əsasını təşkil edən boşaltma gücü. Bu güc qüvvədə olan normalara və qaydalara əsasən təyin edilir və istehsalçı tərəfindən təqdim edilir.

QEYD: Qurğuda nişanlanmış güc səviyyəsi qüvvədə olan kodlara əsasən buxar, hava, qaz və ya su üçün tələb edilən nominal gücdür.

3.3.7nominal boşaltma gücü

qurğunun texniki pasport lövhəsində verilən və təyin edilmiş təzyiq qiyməti və ya partlayış təzyiqi səviyyəsi üstəgəl yol verilə bilən həddə artıq artan təzyiq səviyyəsində təyin edilmiş nominal boşaltma gücünə əsaslanan nominal boşaltma gücü.

3.4 İstismar xüsusiyyətləri – Cihazın təzyiq səviyyələri

boşaltma sistemində yaranan təzyiq nəticəsində təzyiq boşaltma qurğusunun çıxışında mövcud olan təzyiq. Bu, statik və artan təzyiq səviyyələrinin cəmini təşkil edir.

təyin edilmiş təzyiq qiyməti ilə təzyiq boşaltma qurğusunun arasında mövcud olan və təyin edilmiş təzyiqin faizi və ya təzyiq vahidi ilə ifadə edilən fərq.

3.4.3artan əks təzyiq

təzyiq boşaltma klapanının açılmasından sonra yaranan axın nəticəsində həmin qurğunun çıxışındakı təzyiq səviyyəsinin artması.

3.4.4partlama təzyiqi

təyin edilmiş temperatur səviyyəsində qoruyucu diafraqmanın partlama təzyiqi klapanın girişindəki statik təzyiq göstəricilərinin həmin diafraqmanın partlamasından qabaq klapanın çıxışındakı statik təzyiqin göstəricisini çıxmaqla nəticədə alınan göstəricini təşkil edir. Çıxışdakı təzyiq atmosfer təzyiqi olduqda girişdəki partlama təzyiqi statik manometr təzyiqi olur.

3.4.5partlama təzyiqi üçün yol verilə bilən hədd

klapanın qoruyucu diafraqmasının təyin edilmiş temperaturu səviyyəsində, həmin diafraqmanı partladan verilən partlama təzyiqi ətrafında yaranan təzyiq dəyişməsi

klapan diskinin onun yəhəri ilə təması yenidən bərpa etdiyi və onun qalxma səviyyəsinin sıfır olduğu, eləcə də görmə, hissetmə və ya eşitmə ilə müəyyən edilən azalan statik giriş təzyiqinin qiyməti.

3.4.7Qoruyucu klapanın girişində açılma təzyiqiQKGAT

sınaq sxemində təzyiq boşaltma klapanının açılmaq üçün tənzimləndiyi təzyiq səviyyəsi.QKGAT təzyiqinə əks təzyiq və temperatur yaxud onları hər ikisi üçün istismar şərtlərinin təshihi də daxildir.

3.4.8Sızıntı – sınaq təzyiqi

Klapan yəhərinin sızması sınağının aparıldığı təyin edilmiş statik giriş təzyiqi

3.4.9texnoloji layihə diapazonu

qoruyucu diafraqmada nişanlanan təzyiq diapazonu Bu diapazonlar adətən istehsalçı tərəfindən təyin edilmiş partlama təzyiqinin faiz dərəcəsi kimi kataloqlara ayrılır. Kataloqlara ayrılmış texnoloji diapazonlar istifadəçi ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilər.

3.4.10nişanlanmış partlama təzyiqi və ya nominal partlama təzyiqi

qoruyucu diafraqmanın nişanlanmış partlama təzyiqi və ya nominal partlama təzyiqi təyin edilmiş temperatur səviyyəsi üçün sınaqlarla müəyyən edilən və istehsalçı tərəfindən diskin etiketində göstərilən partlama təzyiqi səviyyəsidir. Əgər sifarişçi tərəfindən başqa cürə təyin edilməyibsə, nişanlanmış partlama təzyiqi texnoloji layihə diapazonunda istənilən təzyiq səviyyəsi ola bilər. Nişanlanmış partlama təzyiqi eyni partiyadan olan bütün qoruyucu diafraqmalara tətbiq edilir.

klapan diskinin (diafraqma) ölçülə bilən qalxma səviyyəsinin mövcud olduğu və ya mayenin boşalmasının fasiləsiz xarakter aldığı, eləcə də görmə, hissetmə və ya eşitmə ilə müəyyən edilən artan statik giriş təzyiqinin qiyməti.

3.4.12təyin edilmiş təzyiq

təzyiq boşaltma klapanın istismar şərtləri altında açılması üçün təyin edilmiş giriş manometr təzyiqi.

klapanın açılmasından qabaq təyin edilmiş təzyiq səviyyəsində aşağı olan statik giriş təzyiqi səviyyəsində klapanın yəhəri ilə diafraqmanın arasında sıxıla bilən mayenin eşidilə və ya görülə bilən dərəcədə çıxması.

3.4.14təyin edilmiş partlama təzyiqi

qoruyucu diafraqmanın təyin edilmiş partlama təzyiqi istifadəçi tərəfindən göstərilən partlama təzyiqidir. Nişanlanmış partlama təzyiqi təyin edilmiş partlama təzyiqindən yüksək və ya aşağı ola bilər, lakin bu təzyiq səviyyəsi texnoloji layihə diapazonu daxilində olmalıdır. Təyin edilmiş partlama təzyiqini göstərərkən istifadəçiyə texnoloji layihə diapazonunu, statik əks təzyiqi və təyin edilmiş temperatur səviyyəsini nəzərə alması məsləhət görülür.

3.4.15statik əks təzyiq

təzyiq boşaltma qurğusunun işləməsi tələb edildiyi zaman onun çıxışında mövcud olan statik təzyiq. Bu təzyiq, digər mənbələrdən gələn boşaltma sistemindəki təzyiqin nəticəsi olub, sabit və ya dəyişən təzyiq ola bilir.

Təzyiq boşaltma qurğuları qabaqcadan təyin edilmiş təzyiq səviyyələrində avtomatik olaraq açılaraq və texnoloji proses sistemlərində və saxlama qablarında təzyiqin həddən artıq artması nəticəsində yarana biləcək mənfi fəsadların qarşısını alaraq avadanlıqları və işçiləri qoruyur.

Təzyiq boşaltma qurğusu statik giriş təzyiqi ilə işə düşür və dizaynına əsasən qəza hallarında və ya anormal istismar şəraitində daxili maye təzyiqinin təyin edilmiş layihə qiymətindən yuxarı qalxmasının qarşısını almaq üçün açılır. Bu qurğu, həmçinin, həddən artıq daxili vakuum yaranmasının qarşısını almaq üçün nəzərdə tutula bilər. Belə qurğulara təzyiq boşaltma klapanları, təkrar bağlanmayan təzyiq boşaltma klapanları və ya vakuum tənzimləmə klapanları aid edilə bilər.

Bu qurğuların geniş istifadə edilən nümunələrinə birbaşa yay yükü altında olan təzyiq boşaltma klapanları, pilot klapanla idarə edilən təzyiq boşaltma klapanları, qoruyucu diafraqmalar, yük altında olan qurğular və təzyiq və / yaxud vakuum tənzimləyən buraxma klapanları aid edilə bilər.

4.2 Təzyiq boşaltma klapanı

Təzyiq boşaltma klapanı həddən artıq artan təzyiqi azaltmaq üçün açılan və normal istismar şərtlərinin bərpasından sonra mayenin axmasının qarşısını almaq üçün təkrar bağlanan klapanlardır. Giriş təzyiqi açma təzyiqi səviyyəsinə çatdıqda təzyiq boşaltma klapanı açılır. Bundan sonra giriş təzyiqi bağlama təzyiqi səviyyəsinə düşənə qədər mayenin axmasına imkan verilir. Təzyiq boşaltma klapanlarının xüsusi növlərinə bunlar aiddir: qoruyucu klapan, boşaltma klapanı, ənənəvi qoruyucu –buraxma klapanı, balanslı qoruyucu –buraxma klapanı və pilot klapanla idarə edilən təzyiq boşaltma klapanı.

Qoruyucu klapan birbaşa yay yükü altında olan təzyiq boşaltma klapanı olub girişdəki statik təzyiqlə işə düşür və sürətlə və ya dərhal açılan klapan kimi xarakterizə edilir.

Statik giriş təzyiqi təyin edilmiş təzyiq səviyyəsinə çataraq klapanın diafraqmasının girişindəki təzyiqi artırır və diskdəki yayın gücünü üstələyir. Bundan sonra maye toplama kamerasına daxil olur və əlavə açma qüvvəsi verir. Bunun nəticəsində diafraqma acılıq və həddən artıq artan minimal təzyiq səviyyəsində tam açılma təmin edilir. Bağlama təzyiqi təyin edilmiş təzyiq səviyyəsindən aşağı olur və bu səviyyə azalma mərhələsi başa çatdıqdan sonra alınır.

Qoruyucu klapanın yayı adətən, təzyiq boşaldıcı vasitənin temperaturuna görə klapanın qapağının korlanmaması üçün onun xaricində tam üstü açıq vəziyyətdə olur. Tipik qoruyucu klapanın işçi hissələrinin sərbəstliyini təmin etmək məqsədilə onun əl ilə açılması üçün qaldırıcı lingi olur. Açıq qapaqlı qoruyucu klapanlar çıxış tərəfdə təzyiqə qarşı hermetik olmur. Şəkil 1 –də keçid kəsişməsi tam açıq olan, yuxarı istiqamətləndiricisi olan təhlükəsizlik klapanı göstərilib.

4.3.2 Tətbiq sahələri

Qoruyucu klapan, normal olaraq, sıxıla bilən maye növləri ilə istifadə edilir. Bu klapanlar buxar qazanının barabanlarında və buxar qızdırıcılarında istifadə edilir. Qoruyucu klapanlar, həmçinin neftayırma və neft – kimya zavodlarında ümumi hava və buxar xətləri üçün istifadə edilir. Qoruyucu klapanın boşaltma borularında sızıntıların yığılması üçün toplayıcı altlığa gedən və buraxma klapanı ilə təchiz edilmiş dirsək borusu və ya atmosferə istiqamətlənmiş qısa boru komplekti ola bilir.

Qoruyucu klapanlar aşağıdakı mühitdə istifadə edilməməlidir:

— korroziyalı istismar mühitində (əgər qoruyucu diafraqma ilə texnoloji prosesdən izolyasiya edilməyibsə),

— əks təzyiq təsirləri üçün nəzərdə tutulmayan və əks təzyiqin təsirinə məruz qalan avadanlıqlarda,

— buraxma klapanları ətrafında texnoloji mayenin çıxmasının arzu edilmədiyi yerlərdə,

— maye sərfiyyatında,

— təzyiq tənzimləyici və ya buraxıcıklapan kimi.

Boşaltma klapanı birbaşa yay yükü altında olan təzyiq boşaltma klapanı olub klapanın girişindəki statik təzyiqlə işə düşür. Bu klapan, normal olaraq, açma təzyiqi səviyyəsində təzyiq artmasına mütənasib olaraq açılır.

Statik giriş təzyiqi təyin edilmiş təzyiq səviyyəsinə çatdıqda boşaltma klapanı açılmağa başlayır. Statik giriş təzyiqi yay qüvvəsini üstələdikdə klapanın diski yəhərdən ayrılmağa başlayaraq mayenin axmasına şərait yaradır. Başlama təzyiqinin qiyməti təyin edilmiş təzyiq qiymətindən aşağı olur və və bu səviyyə azalma mərhələsi başa çatdıqdan sonra alınır. Boşaltma klapanları adətən onların növündən və sürgüsündən asılı olaraq həddən artıq artan təzyiqin 10 % və ya 25 % səviyyəsində tam açılır.

Aşındırıcı, zəhərli, alışa bilən və ya baha başa gələn maye növlərinin buraxılmasının qarşısını almaq üçün bu klapanların bağlı qapaqları olur. Bu klapanlar, lazım gəldikdə, qaldırıcı linglərlə, tənzimləyici membranlarla və yumşaq yəhərlə təchiz edilə bilər. Şəkil 2–də boşaltma klapanının bir növü göstərilib. Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodunda (BPVC) maye sərfiyatı olan istismar mühitində 01 yanvar, 1986–cı il tarixindən sonra quraşdırılmış boşaltma klapanların onların texniki pasport lövhəsində təsdiqlənmiş və möhürlənmiş gücə malik olması tələb edilir.

Ənənəvi olaraq toxunan metal yəhər səthlərinə əlavə olaraq və ya onların əvəzinə bəzi boşaltma klapanları elastiki halqalarla və ya digər yumşaq yəhər növləri ilə istehsal edilir. Adətən, bu klapanlar istənilən cəhətdən digər təzyiq boşaltma klapanlarına oxşayır lakin, bir fərq ondan ibarətdir ki, onların diskləri elastiki kipləmə halqasına uyğun layihə edilir ki, nəticədə kiplik dərəcəsi ənənəvi metal yəhərlərin adi kiplik dərəcəsini üstələyir. Şəkil 3 –də qoruyucu –boşaltma klapanında quraşdırılmış kipləyici yəhər halqası göstərilib.

4.4.2 Tətbiq sahələri

Boşaltma klapanları, normal olaraq, sıxıla bilməyən maye növləri üçün istifadə edilir (bax: API 520, Hissə 1).

Boşaltma klapanı aşağıdakı mühitdə istifadə edilməməlidir:

— buxar, hava, qaz və digər buxarlı istismar mühiti;

— əks təzyiq təsirləri üçün nəzərdə tutulmayan və əks təzyiqin təsirinə məruz qalan avadanlıqlarda;

— təzyiq tənzimləyici və ya buraxıcı klapan kimi.

4.5 Qoruyucu – boşaltma klapanı

Qoruyucu –boşaltma klapanı birbaşa yay yükü altında olan təzyiq boşaltma klapanı olub, tətbiq sahəsindən asılı olaraq qoruyucu klapan və ya boşaltma klapanı kimi istifadə edilə bilər.

Qoruyucu – boşaltma klapanı normal olaraq qaz v ya buxar mühitində təzyiqin həddən artıq 10 % artması zaman tam açılır. Mayeli istismar mühitində quraşdırıldıqda bu klapan, sürgüdən asılı olaraq, təzyiqin həddən artıq 10 % və ya 25 % artması zaman tam açılır.

4.6 Ənənəvi qoruyucu –boşaltma klapanı

Ənənəvi qoruyucu – boşaltma klapanı, istismar xüsusiyyətlərinə əks təzyiqdə baş verən dəyişmələrin (açma təzyiqi, bağlama təzyiqi və boşaltma gücü) birbaşa olaraq təsir etdiyi, yay yükü altında olan qoruyucu – boşaltma klapandır (bax: Şəkil 4).

Ənənəvi qoruyucu – boşaltma klapanının qapağı onun yayını örtür və təzyiq qarşı kip boşluq yaradır. Bu qapaq boşluğunun havası klapanın boşalma tərəfinə buraxılır.

4.6.2 Tətbiq sahələri

Ənənəvi qoruyucu – boşaltma klapanları alışa bilən, qaynar və ya zəhərli materialların istifadə edildiyi neftayırma və neft – kimya sənayesi sahələrində istifadə edilə bilər. Ənənəvi qoruyucu – boşaltma klapanlarının təyin edilməsi zaman temperatur səviyyəsinin və əks təzyiqini təyin edilmiş təzyiq səviyyəsinə göstərdiyi təsir nəzərə alınmalıdır.

Ənənəvi qoruyucu – boşaltma klapanları aşağıdakı tətbiq sahələrində istifadə edilməməlidir:

a) ümumi artan əks təzyiqin tol verilən bilən həddən artıq artan təzyiq səviyyəsini aşdığı yerlərdə;

b) qoruyucu klapanın girişindəki açma təzyiqini (QKGAT) dəyişən əks təzyiqə uyğun azaltmaq mümkün olmadıqda (bax: API 520, Hissə 1);

c) Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə 1 –də göstərilən buxar qazanının barabanlarında və ya Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə 1 –də göstərilən buxarı qızdırıcılarında;

d) təzyiq tənzimləyici və ya buraxıcı klapan kimi.

4.7 Balanslı qoruyucu – boşaltma klapanı

Balanslı qoruyucu – boşaltma klapanı birbaşa yay yükü altında olan təzyiq boşaltma klapandır. Bu klapanda onun istismar xüsusiyyətlərinə əks təzyiqin göstərdiyi təsiri azaltmaq üçün nəzərdə tutulan vasitələr və ya silfon olur. Klapanın dizaynından asılı olaraq, onun çıxış hissəsi təzyiqə qarşı kip ola və ya olmaya bilər. Bax: Şəkil 5 və Şəkil 6.

4.7.2 Tətbiq sahələri

Balanslı qoruyucu – boşaltma klapanları normal olaraq alışa bilən, qaynar və ya zəhərli materialların istifadə edildiyi və klapanın boşaltma hissəsinə əks təzyiqin yüksək olduğu neftayırma və neft – kimya sənayesi sahələrində istifadə edilir. Tipik olaraq, bu proses klapandan çıxan maddənin kollektor sisteminə istiqamətləndiyi hallarda baş verir. Bu klapanlar aşağıdakı mühitdə istifadə edilir:

— qaz, buxar, hava və ya maye istismar mühitində;

— klapan qapağının boşluğunun və klapanın yayının texnoloji materialdan izolyasiya edildiyi korroziyalı istismar mühitində;

— Klapanın boşaltdığı maddə uzaq yerlərə istiqamətləndikdə.

Balanslı qoruyucu – boşaltma klapanlar aşağıdakı tətbiq sahələrində istifadə edilməməlidir:

— Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə 1 –də göstərilən buxar qazanının barabanlarında və ya Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə 1 –də göstərilən buxarı qızdırıcılarında;

— təzyiq tənzimləyici və ya buraxıcı klapan kimi.

Balanslı klapanlar üçün havalandırılan qapaqların olması tələb edilir. Bu klapanlarda silfonda nasazlıq yarandıqda klapanın boşaltma tərəfindən çıxan texnoloji maye həmin qapağın hava qəbuledicisi tərəfindən boşalır. Qapağın hava qəbuledicisininin istiqamətini qiymətləndirərkən texnoloji maye növünün (mayü/ buxar, zəhərlilik və alışa bilmə qabiliyyəti) xüsusiyyətini də nəzərə almaq tövsiyə edilir. hava qəbulediciləri tipik olaraq istifadə edilən texnoloji mayedən asılı olaraq drenaj sisteminə və ya atmosferə istiqamətləndirilir.

Birbaşa yay yükü altında olan balanslı – silfonlu təzyiq boşaltma klapanlarının silfonlarının daxili sahəsi klapanın qapağındakı atmosfer təzyiqinə istinadən təyin edilir. Balanslı təzyiq boşaltma klapanının qapağının havası silfonların düzgün işləməsi üçün həmişə atmosferə buraxılmalıdır. Silfonda nasazlıq yarandıqda, və hava buraxılmadıqda (məs. qapaq bağlı qaldıqda)qapağın təzyiqi klapanın boşaltma təzyiqi səviyyəsinə kimi qalxacaq, klapanın balans yaratma gücünü üstələyəcək və onu effektiv dərəcədə ənənəvi klapan kimi işləməyə məcbur edəcək. Silfonda nasazlıq baş vedikdə, klapan qapağının buraxması tarazlığı təmin edir və ona görə də açıq saxanmalıdır. Əgər klapan hər hansı maddənin atmosferə buraxılması nəticəsində təhlükənin yarana bildiyi və ya ekoloji qaydalara əsasən buna yol verilməyən yerlərdə quraşdırılıbsa, onda, təzyiq – boşaltma klapanının təyin edilmiş təzyiq səviyyəsinə təsir göstərə biləcək əks təzyiqin olmadığı təhlükəsiz əraziyə doğru buraxma borusu çəkilməlidir.

Balanslı qoruyucu – boşaltma klapanının silfonlarının mexaniki gücünə əsasən əks təzyiq səviyyəsinə məhdudiyyət qoyula bilər. Həddən artıq artan yol verilə bilən təzyiq səviyyəsinin aşılmaması üçün klapan istehsalçısı ilə məsləhətləşin.

4.8 Pilot klapanla idarə edilən qoruyucu - boşaltma klapanı

Pilot klapanla idarə edilən qoruyucu- boşaltma klapanı öz –özünə işədüşən köməkçi təzyiq boşaltma klapanına (pilot klapan) birləşdirilən və onunla idarə edilən əsas boşaltma qurğusundan və ya əsas klapandan ibarət olan təzyiq boşaltma klapanıdır.

Dizayndan asılı olaraq, pilot klapan (idarəetmə bloku) və əsas klapan eyni birləşmədə və ya ayrıca oalraq quraşdırıla bilər. Pilot klapan yay yükü altında olan klapan olub statik giriş təzyiqinin təyin edilmiş təzyiq səviyyəsini aşdığı təqdirdə işə düşür. Bunun nəticəsində, əsas klapan təzyiq səviyyəsinə görə açılır və bağlanır. Texnoloji prosesdə təzyiq səviyyəsi pilot klapanın buraxması və əsas klapanın açılması ilə boşaldılır və ya axının bağlanması üçün əsas klapanın diafraqmasına, nataraz porşeninin yuxarı hissəsinə və ya silfonlara təsir göstərir. Şəkil 7 – də aşağı təzyiqli diafraqma tipli pilot klapanla idarə edilən klapan göstərilib. Şəkil 8 və Şəkil 9 –da isə yüksək təzyiqli pilot klapanla idarə edilən və inteqral pilot klapana malik nataraz porşenli klapan göstərilib. Şəkil 9 –da həmçinin əks təsirin bərabərləşdirilməsi üçün könüllü olaraq quraşdırılan qoşa çıxışlar və qabdan gələn təzyiq ölçmə sistemi göstərilib.

4.8.2 Tətbiq sahələri

Pilot klapanla idarə edilən qoruyucu –boşaltma klapanları ümumi olaraq aşağıdakı tətbiq sahələrində istifadə edilir:

a) geniş boşaltma sahəsinin və / yaxud yüksək təzyiq səviyyəsinin təyin edildiyi yerlərdə, çünki pilot klapanla idarə edilən klapanlar adətən giriş flansının tam nominal qiymətlərinə uyğun sazlana bilir;

b) Qabın normal işçi təzyiqi ilə klapanlar üçün təyin edilmiş təzyiq səviyyəsi arasında aşağı diferensial təzyiqin mövcud olduğu yerlərdə;

c) geniş aşağı təzyiqli saxlama çənlərində (bax: API 620);

d) çox qısa azalma mərhələsinin tələb edildiyi yerlərdə;

e) əks təzyiq səviyyəsinin çox yüksək olduğu və balanslaşdırma layihəsinin tələb edildiyi yerlərdə, çünki pilot klapanla idarə edilən, pilot klapanlarının daxilən tarazlıq yaratdığı yaxud maddəni atmosferə buraxdığı klapanlar öz dizaynına görə özünəməxsus tarazlığa malik olur.

f) texnoloji şərtlərə əsasən bir yerdə təzyiqin ölçülməsinin, digər yerdə isə mayenin boşalmasının tələb edildiyiyerlərdə;

g) giriş və ya çıxış borusunun sürtünməsi nəticəsində təzyiq itkisinin yüksək olduğu yerlərdə;

h) təyin edilmiş təzyiq səviyyəsinin yerində, istismar zamanı yoxlanılması arzu edildikdə.

Pilot klapanla idarə edilən qoruyucu –boşaltma klapanları ümumiyyətlə aşağıdakı tətbiq sahələrində istifadə edilmir:

a) xüsusi tədbirlərin (məs. filtrin quraşdırılması, ölçmə xəttinin üfürülərək təmizlənməsi və s.) görülmədiyi təqdirdə, çirki mayenin mövcud olduğu və ya pilot klapanın yaxud ölçmə xəttinin çirklənməsinin və ya tutulmasının mümkün olduğu (məs. hidratla, mumla və ya buzla) istismar mühitində;

b) yapışqanlı maye mühitində, pilot klapanla idarə edilən klapanlardan yapışqanlı maye nisbətən aşağı sürətlə keçdiyi üçün bu klapanların işləmə müddəti əhəmiyyətli dərəcədə uzanacaq;

c) klapanlarda buxarlı mühitdə polimerləşmə;

d) temperatur səviyyəsinin seçilmiş diafraqmalar, kipləmə halqaları və ya kipləyicilər üçün nəzərdə tutulan təhlükəsiz hədlərini aşdığı istismar mühitində;

e) klapanların diafraqmalarına və ya kipləmə halqalarına yüklənən mayenin kimyəvi cəhətdən uyğunluğu sual altında olduqda;

f) istismar mühitində pilot klapanın işə düşməsinə korroziyanın mane olduğu.

4.9 Təzyiq və / yaxud vakuum buraxma klapanı

Təzyiq və / yaxud vakuum buraxma klapanı (təzyiq və / yaxud vakuum boşaltma klapanı kimi də tanınır) mühafizə edilən avadanlıqda təzyiq və ya vakuumla işə düşən avtomatik təzyiq və ya vakuum boşaltma qurğusudur. Təzyiq və / yaxud vakuum buraxma klapanı aşağıda göstərilən kateqoriyalardan birinə daxil edilir:

— Şəkil 10–da göstərilən yük altında olan altlıqlı – buraxma klapanı;

— Şəkil 7-də göstərilən pilot klapanla idarə edilən buraxma klapanı;

— Şəkil 11–də göstərilən yay yükü və ya yük altında olan buraxma klapanı.

Şəkil 10— Yük altında olan altlıqlı buraxma klapanı

4.9.2 Tətbiq sahələri

Təzyiq və / yaxud vakuum buraxma klapanı normal olaraq atmosfer təzyiqli və aşağı təzyiqli çənləri onları zədələyə biləcək dərəcədə güclü olan təzyiq səviyyəsindən qorumaq üçün istifadə edilir. Təzyiq –buraxma klapanı və vakuum buraxma klapanından ibarət olan bütöv klapan bloku qoruyucu –buraxma klapanlar kimi tanınır və normal olaraq alışma temperaturu 100 °F (38 °C) dərəcədən aşağı olan materialların saxlandığı atmosfer təzyiqli çənlərdə istifadə edilir. Bununla belə, belə klapanlar daha ağır yağların saxlandığı çənlərdə də istifadə edilə bilər. (bax: API 2000).

Təzyiq və / yaxud vakuum buraxma klapanı ümumiyyətlə təyin edilmiş təzyiq səviyyəsinin 15 lbf/in. (103 kPa) qiymətindən yüksək olduğu tətbiq sahələrində istifadə edilmir.

4.10 Qoruyucu diafraqma qurğusu

Qoruyucu diafraqma qurğusu girişi ilə çıxışı arasında mövcud olan statik diferensial təzyiqlə işə düşən təkrar bağlanmayan təzyiq boşaltma qurğusu olub, öz dizaynına əsasən qoruyucu diafraqmanın yırtılması nəticəsində işə düşür. Qoruyucu diafraqma qurğusu qoruyucu diafraqma və diafraqma tutqacından ibarətdir (Şəkil 12).

a) Qoruyucu diafraqma (və ya membran) qoruyucu diafraqma qurğusunun təzyiq altında olan, təzyiq və temperatur ölçən elementidir. Qoruyucu diafraqma bir neçə quruluşa malik ola bilir, məs. yastı, mərkəzi hissəsi irəli çıxmış və ya əks təsir göstərən formada ola bilir. Qoruyucu diafraqmanın tutqacı həmin diafraqmanı öz yerində bərk saxlayır.

b) Təsirsiz qoruyucu diafraqma digər boru hissələrinin girişində, məs. təzyiq boşaltma klapanlarının girişində, quraşdırılmaq üçün hazırlanan və nəzərdə tutulan diafraqma olub, yırtıldığı zaman həmin komponentlərin işləməsinə mənfi təsir göstərmir.

c) Qoruyucu diafraqmanın tutqacı həmin diafraqmanı müəyyən mövqedə saxlayan və sıxan qurğudur.

Bəzi qoruyucu diafraqmaların tutqac olmadan standart flanslar arasında quraşdırıla bilməsinə baxmayaraq onlar üçün normal olaraq tutqacın olması tələb edilir.

4.10.2 Qoruyucu diafraqma qurğularının növləri

4.10.2.1 Ənənəvi qoruyucu diafraqma

Ənənəvi qoruyucu qabarıq diafraqma, mərkəzi hissəsi irəli çıxmış, batıq hissəsinə həddə artıq artan təzyiqin təsir göstərməsi zaman yırtılan bərk metal diskdən ibarətdir. (bax: Şəkil 13).

Yastı və ya bucaq şəklində yəhərləri olan ənənəvi qoruyucu qabarıq diafraqmanın bütöv istismar müddəti istismar şərtləri onun nominal partlama (yırtılma) təzyiqinin 70 % və ya daha aşağı faizini təşkil etdikdə, dövri təzyiq və temperatur dəyişmələrinin məhdud olduğu təqdirdə kifayət edir. Əgər vakuum və ya əks təzyiq halları mövcuddursa diafraqmanın əks istiqamətdə əyilməməsi və daxilə doğru batmaması üçün onu vakuum dayağı ilə təmin etmək lazımdır. Bu cür dayaqlar tam və ya aşağı vakuum şəraitində fasiləsiz istismar üçün nəzərdə tutulur. Əks təzyiq səviyyəsi 15 lbf/in. (103 kPa) qiymətinin aşdıqda xüsusi olaraq layihələnmiş dayaqlardan istifadə etmək olar. Dayaq layihələri də Ənənəvi qoruyucu qabarıq diafraqma yırtılan zaman parçalanır.

4.10.2.2 Gərilən və nahamar qoruyucu diafraqmalar

Gərilən və nahamar qoruyucu diafraqmalar nahamar xətlərdə açılmaq üçün nəzərdə tutulub (Şəkil 14). Bu diafraqma növü sistemin işçi təzyiqinin diafraqmanın partlama təzyiqini olan nisbətinin yüksək olmasına (ümumiyyətlə 80 % - 90 %) imkan yaradır. Nahamar xətlərin açıq qalma zamanı tənzimləmə funksiyasını həyata keçirdiyi üçün bu cür diafraqmanın yırtılması normal olaraq digər hissələrin işləməsinə mənfi təsir göstərmir. Gərilən və nahamar qoruyucu diafraqmalar eyni partlama təzyiqi üçün nəzərdə tutulan adi diafraqmaların hazırlandığı materiallardan daha qalın materialdan hazırlanır. Belə diafraqmalar partlama təzyiqinin və partlama ardıcıllığının tənzimlənməsi üçün mexaniki olaraq yeyilərək nahamar səthə malik olur; əksər hallarda belə diafraqmalar heç bir ayrı vakuum dayağı olmadan tam vakuuma davam gətirir.

4.10.2.3 Mürəkkəb quruluşlu qoruyucu diafraqma

Mürəkkəb quruluşu qoruyucu diafraqma yastı və ya qabarıq metal və ya metaldan olmayan çoxhissəli quruluşa malik olan diafraqmaya deyilir. Mürəkkəb quruluşlu qabarıq qoruyucu diafraqma onun batıq hissəsinə həddən artıq artan təzyiq təsir göstərdikdə yırtılır. Mürəkkəb quruluşlu yastı qoruyucu diafraqmaya gəldikdə isə, onun yırtılması istehsalçı tərəfindən təyin edilmiş tərəfdə təzyiq həddən artıq artdıqda baş verir.

Yastı və bucaq şəkilli yəhərləri olan mürəkkəb quruluşlu qabarıq qoruyucu diafraqmalarınbütöv istismar müddəti istismar şərtləri onun nominal partlama (yırtılma) təzyiqinin 80 faizinə kimi təşkil etdikdə, dövri təzyiq və temperatur dəyişmələrinin məhdud olduğu təqdirdə kifayət edir. Partlama təzyiqi yuxarı –kəsik hissənin və həmin hissənin aşağısındakı metal yaxud metaldan olmayan yəhər hissəsinin kombinasiyası ilə tənzimlənir. Mürəkkəb quruluşlu diafraqmalar ümumiyyətlə ənənəvi qoruyucu qabarıq diafraqmalar üçün nəzərdə tutulan partlama təzyiqindən aşağı təzyiq səviyyəsində istifadə edilir. Yuxarı – kəsik hissə qoruyucu diafraqma üçün qabaqcadan təyin edilmiş açılma funksiyasını təmin edir və metaldan olmayan yəhər yerləşdirdikdə hissələrə parçalanmanı minimuma endirir. Ənənəvi qabarıq qoruyucu diafraqmada olduğu kimi, vakuum və ya əks təzyiq halları mövcud olduqda, belə diafraqmalar üçün də vakuum dayağı tələb edilir.

Mürəkkəb quruluşlu yastı qoruyucu diafraqma aşağı təzyiqli qabların qorunması və ya bəzi avadanlıqların məs. kollektorların və ya təzyiq boşaltma klapanlarının çıxış tərəflərinin izolyasiya edilməsi üçün istifadə edilir. Yalnız korroziyaya qarşı baryer kimi nəzərdə tutulan, bu diafraqmalar tipik olaraq nominal partlama təzyiqinin 50 faizində işləyir və ümumi olaraq, xüsusi diafraqma tutqacları ilə deyil, flans birləşmələrinin arasında quraşdırılır. İstənilən istiqamətdə işləyən qoruyucu diafraqmalar mövcuddur; bu diafraqmalar təzyiq və vakuuma qarşı mühafizəni təmin edir.

4.10.2.4 Əks təsir göstərən qoruyucu diafraqma

Əks təsir göstərən qoruyucu diafraqma mərkəzi hissəsi qabarıq olan və batıq olan hissəsi həddən artıq artan təzyiqin təsirinə məruz qaldıqda yırtılmaq üçün nəzərdə tutulanbərk metal diafraqmadır. Bu cür diafraqmalar müəyyən üsullarla, məs. ülgüc, bıçaq ülgücləri, kəsici halqalar və ya nahamar xətlərlə açılmaq üçün nəzərdə tutulub (Bax: Şəkil 15 və Şəkil 16).

Əksə təsir göstərən qoruyucu diafraqma sistemin işçi təzyiqinin diafraqmanın partlama təzyiqini olan nisbətinin yüksək olmasına, nominal partlama təzyiqinin 90 faizinə kimi olmasına, imkan yaradır. Belə diafraqma növünün yırtılması zaman digər komponentlərin işləməsinə mənfi təsir göstərilmir. Bu diafraqmalar onların batıq hissəsi həddən artıq artan təzyiqin təsirinə məruz qaldıqda yırtıldığı üçün, onlarda yaranan gərilmələr sıxıcı olur və təzyiq / vakuum dəyişmələri və temperatur səviyyəsinin oynamaları kimi şərtlər altında da onların bütöv istismar müddətinin daha da uzun olmasını təmin edir. Bıçaq ülgüclərinn istifadə edildiyi əks təsir göstərən diafraqmaların yoxlanılması zaman ehtiyatlı olmaq lazımdır. Əgər bu ülgüclər kütləşərsə, onlar diafraqmanı kəsməyə də bilər və nəticədə təzyiq həddən artıq qalxa bilər.

2 standart boltlar və qaykalar

3 yenidən yığılan sıxaclar və ya şuruplar

4 taxma qoruyucu membran tutqacı (giriş və çıxış göstərilib)

4.10.2.5 Qoruyucu qrafit diafraqma

Qoruyucu qrafit diafraqma yapışqan maddəsinə batırılmış qrafitdən hazırlanır və əyilmə yaxud kəsilmə zaman yırtılır (bax: Şəkil 17).

Qoruyucu qrafit diafraqmalar əksər turşu növlərinə, qələvilərə və üzvi maddələrə qarşı davamlı olur. Onların nominal partlama təzyiqinin 70 % -də işləməsinə yol verilir. 15 lbf/in. (103 kPa) və ya daha aşağı təzyiq səviyyəsi üçün nəzərdə tutulan diafraqmalar üçün dayağın olması tələb edilə bilər; bu cür dayaqlar daha yüksək əks təzyiq səviyyəsinin olduğu hallarda da tələb edilə bilər. Qoruyucu qrafit diafraqmalar yırtılan zaman hissələrə paralanır; müəyyən tətbiq sahələrində parçalanmış hissələrin saxlanması üçün bəzi tədbirlərin görülməsi tələb edilə bilər.

1 yenidən yığılan kənar sıxaclar və ya şuruplar

5 standart boltlar və qaykalar

6 taxma qoruyucu membran tutqacı (giriş və çıxış göstərilib)

1 bıçaq –ülgüc və ya kəsici halqa aqreqatı

5 standart boltlar və qaykalar

6 qabaqcadan yığılan kənar sıxaclar və ya şuruplar

7 taxma qoruyucu membran tutqacı (giriş və çıxış göstərilib)

4.10.3 Tətbiq sahələri

Qoruyucu diafraqma qurğuları adətən aşağıdakı tətbiq sahələrində istifadə edilir:

a) təzyiq boşaltma klapanının giriş hissəsini sistemdəki mayenin yaratdığı korroziyadan qorumaq üçün;

b) təzyiq boşaltma klapanlarının yapışqanlı maddələrlə və ya polimerləşən maddələrlə qurtulmasının və ya dolmasının qarşısını almaq üçün;

c) diafraqmanın yırtılması zaman yaranan maye itkisinə və ya texnoloji prosesin dayanmasına mühafizə edilən sistem davam gətirə bilərsə, təzyiq boşaltma klapanlarının əvəzinə;

d) əgər təzyiq boşaltma klapanları ilə müqayisədə daha sürətli cavab reaksiyasının olması arzu edilərsə;

e) seçilmiş qoruyucu diafraqmanın növündən asılı olaraq işçi təzyiq ilə partlama (yırtılma) təzyiqi arasındakı fərq böyük olduqda ikinci dərəcəli təzyiq boşaltma klapanı kimi;

f) təzyiq boşaltma klapanlarının çıxış hissəsini kollektorlara görə çıxış hissədə yaranan korroziyadan və ya atmosfer korroziyasından qorumaq üçün;

g) proses /maddə itkisini minimuma endirmək və tüstü borusu sistemindən xaricdə zəhərli maddələrin atmosferə buraxılmasını azaltmaq üçün.

1 qoruyucu qrafit diafraqma

3 standart boltlar və qaykalar

5 əlavə vakuum dayağı

Qoruyucu diafraqmaların lazımi səviyyədə qəbulu, saxlanılması, yüklənib- boşaldılması və quraşdırılması onun uğurla işləməsi üçün mühüm əhəmiyyət kəsb edir. İstehsalçının quraşdırma təlimatlarına, xüsusən boltun sıxılması üzrə spesifikasiyalara müraciət edin.

Bıçaq –ülgüclərin istifadə edildiyi qoruyucu diafraqmaların lazımi səviyyədə açılmaması müşahidə edilib. Bu cür qoruyucu diafraqmaların quraşdırılması və texniki xidməti ilə bağlı istehsalçı ilə məsləhətləşmək faydalı ola bilər.

Diafraqmanın yırtılmasının və ya sızıntı hallarının aşkarlanması üçün təzyiq boşaltma klapanının girişində quraşdırılmış qoruyucu diafraqma ilə klapan arasında təzyiq manometri, sərbəst çıxış və ya uyğun siqnal indikatoru olmalıdır (Şəkil 18). Qoruyucu diafraqmaların təyin edilmiş diferensial təzyiq səviyyəsində partlaması nəzərdə tutulduğu üçün onun çıxış hissəsində yığılan təzyiq diafraqmanın həddə artıq artan təzyiqdən qorunma qabiliyyətinə mənfi təsir göstərə bilər.

Qoruyucu diafraqmada bütöv boru sahəsi olmalıdır və bu diafraqma yırtıldıqdan sonra onun hissələri təzyiq boşaltma klapanının girişinə düşməməlidir. Qoruyucu diafraqma təzyiq boşaltma klapanı ilə birlikdə istifadə edildikdə, gücün azaldılması və quraşdırma detalları ilə bağlı məlumat almaq üçün Qazan və yüksək təzyiqli qablar üzrə ASME Kodu (BPVC), Bölmə I, Bənd UG -27- ə müraciət edin. Yüksək təzyiqli qablar; Bölmə 1, Bölmə 2 və Bölmə 3

4.10.4 Məhdudiyyətlər

Qabarıq metal qoruyucu diafraqmalar elə quraşdırılır ki təzyiq batıq hissəyə təsir edir və yastı metal qoruyucu diafraqmalar üçün isə, mühafizə edilən sistemin işçi təzyiqi adətən diskin nişanlanmış partlama təzyiqinin 65 % - 85 % -i təşkil edir. Hər bir spesifik dizayn üçün hədləri təyin edərkən istehsalçı ilə məsləhətləşin.

1 izafi axını tənzimləyən klapan (könüllü)

2 hava buraxma klapanı (vaqon plombu açıq mövqedə qoyula bilər)

Qabarıq metal qoruyucu diafraqmaların normal istismar şərtləri altına bütöv istismar müddəti adətən bir il olur. Bu diafraqmalar, xüsusən də yüksək istismar temperaturu səviyyələrində deformasiya yaradan basqının təsirinə məruz qalaraq tez-tez sıradan çıxır. Vaxtaşırı olaraq dəyişdirilmədikdə, onlar normal işçi təzyiqi səviyyələrində gözlənilmədən sıradan çıxa bilər.

Əks istiqamətdə əyilən qoruyucu diafraqma ilə daha yüksək işçi təzyiqi (nişanlanmış partlama təzyiqinin 90 faizinə kimi) səviyyələrinin tətbiqi mümkündür. Əgər təzyiq diafraqmanın batıq hissəsinə təsir göstərərsə, titrəyişli və dövri işçi təzyiq səviyyələrinə görə onun yorulması azalar və nəticə etibarilə onun bütöv istismar dövrü uzanar. Bu tip diafraqmaların əksəriyyəti tam mayeli istismar mühitindən istifadə edilməməlidir. Bununla belə, diafraqmaya təsir göstərən qaz qabarcıqları qabaqcadan müəyyən edildikdə və istehsalçı ilə məsləhətləşdikdə onların maye mühitində istismarı nəzərə alına bilər. Məhdud istismar dövrünə malik bu diafraqmaların vaxtaşırı olaraq dəyişdirilməsi məsləhət görülür. Onlar dəyişdirilmə vaxtının təyin edilməsi üçün istehsalçı ilə məsləhətləşin.

Heç nə keçirməyən qoruyucu qrafit diafraqmalar əks istiqamətdə əyilən metal tipli qoruyucu diafraqmalar kimi eyni üstün və çatışmayan cəhətlərə malikdir. Bununla belə, heç nə keçirməyən qoruyucu qrafit diafraqmalar qeyri – bərabər bolt yükü altında və ya boru sistemindən baş verən istilikdən gərilmələr nəticəsində çatlaya bilər.

Qoruyucu diafraqmalar, məs. ənənəvi və qrafit diafraqmalar, parçalanmaya meyllidir və onlar təzyiq boşaltma klapanlarının altında quraşdırılmamalıdır.

Xəbərdarlıq —Qoruyucu diafraqmaları yoxlamaq üçün çıxardıqda və ya onun yanındakı boşaltma klapanına texniki xidmət göstərildikdə, təkrar istifadə edildiyi təqdirdə onlar zədələnə və elə qabaqcadan sıradan çıxa bilər. Diafraqmaların hər bir texniki xidmət intervalından dəyişdirilməsi onların zədələnmə və ya qabaqcadan sıradan çıxması imkanını azaldacaq.

Qoruyucu diafraqmanın istismara cəlb edilməsindən qabaq onun müvafiq dəyişdirilmə dövrü təyin edilməlidir. Bu zaman aşağıdakı amilləri nəzərə almaq lazımdır:

— işçi nisbət (işçi təzyiqi / təyin edilmiş parametr),

— temperatur şərtləri,

Müvafiq dəyişdirilmə dövrünün təyin edilməsi üçün əlavə təlimatlar barədə məlumatı ISO 4126-6, B Əlavəsindən ala bilərsiniz.

5.1.1 Neftayırma və neft – kimya zavodlarındakı istismar mühitində əksər korroziyaya məruz qalan mexanizmlərinə rast gəlmək olar. Korroziya təzyiq boşaltma qurğularında yaranan əksər çətinliklərin əsas səbəbidir. Korroziya tez-tez aşağıdakı formada ortaya çıxır: ləkəli və ya sınmış klapan hissələri, qalıq korroziya çöküntülərinin hərəkətdə olan hissələrin işləməsinə mane olması və ya təzyiq boşaltma qurğusunun materialının ümumi olaraq korlanması. Şəkil 19 və Şəkil 20 –də korroziyanın təzyiq boşaltma qurğularında göstərdiyi təsirlər göstərilib. Daxili hissələrdən başqa, üstüaçıq boltların müqaviməti də ətraf mühitin aşındırıcı təsirinə qarşı zəifdir.

5.1.2 Daha uyğun qurğuların və ya qurğu materiallarının seçilməsi korroziya prosesini yubada və ya onun təsirini azalda bilər. Texniki xidmətin düzgün aparılmasını da nəzərə almaq lazımdır, çünki klapandan sızan maye onun yuxarı hissələrində dövr edərək onun hərəkətdə olan hissələrinin aşınmasına səbəb ola bilir. Şəkil 26 –da göstərilən qoruyucu örtüklər istismar mühitində korroziyaya qarşı müdafiəni təmin edə bilər.

5.1.3 Müəyyən tətbiq sahələrində qoruyucu diafraqmanın təzyiq boşaltma klapanının girişində və ya çıxışında quraşdırılması klapanın daxili hissələrinin korroziyadan əlavə olaraq qorunmasını təmin edə bilər.

5.1.4 Əksər hallarda fərqli konstruksiya materiallarından hazırlanmış klapanlar korroziya prosesinə mane olar və ya onun təsir gücünü azalda bilər. Təzyiq boşaltma klapanında kipləmə halqası olan yəhərin istifadəsi onun oturduğu səthdə hər hansı sızıntı halının qarşısını ala bilər və klapanın işçi hissələrində korroziyanı aradan qaldıra bilər (Bax: Şəkil 3). Bununla belə, halqalı elastometrlərin ömrü, onların keyfiyyətinin, temperaturun, köhnəlmə və ya qabarmaya görə düşməsi nəticəsində azala bilər. Yayın və qapaq boşluğunun aşındırıcı maye yükündən qorunması üçün silfon kipkəcindən istifadə etmək olar. (bax: Şəkil 5).

5.2 Klapanın dayaq səthlərinin zədələnməsi

5.2.1 Yüklənmiş mayenin sızmasının qarşısını almaq üçün, metal yəhərli təzyiq boşaltma klapanlarının dayaq səthlərinin yastı hissəsində spektr xətti/ göstəricilər [0.0000348 düym. (0.0008838 mm)] əsasında optik dəqiqliyini saxlamaq lazımdır. (bax: API 527). Bu dayaq səthlərində mövcud olan hər hansı qüsur klapanın istismar zamanı düzgün işləməməsinə səbəb ola bilir.

5.2.2 Neftayırma və neft –kimya zavodlarındakı istismar mühitində klapanın yəhərinin zədələnməsinin bir çox səbəbləri mövcuddur. Bu səbəblərin bəzisi aşağıda göstərilib.

b) Klapanın girişinə daxil olan yad maddələr, məs. dəmir yanığı, qaynaq qırıntıları və ya şlaklar, korroziya çöküntüləri, koks və ya çirk klapan açıldıqda ondan keçir. Bu maddələr əksər təzyiq boşaltma klapanlarında onların kipliyinin təmin edilməsi üçün tələb olunan yəhər kontaktını zədələyə bilir. Bu cür zədələnmə halları klapanın istismarda olması zaman və ya onların zavod şəraitində texniki xidmətini apararkən baş verə bilər.

c) Klapanın girişinə gedən borunun lazımi ölçüdə olmaması və ya uzun olması yaxud xətdə baş verən maneələr. Bu amillər klapanın silkələnməsinə səbəb ola bilər. Bu zaman yəhərin altındakı təzyiq səviyyəsi klapanın açılması üçün həddən artıq ola bilər. Bununla belə, axını təmin etdikdən sonra boru birləşmələrində yığılan təzyiq düşməsi o qədər güclü ola bilər ki, yəhərin altındakı təzyiq səviyyəsi düşə və klapanın bağlanmasına səbəb ola bilər. Bu cür açılma və bağlanma dövrəsi sürətlənərək klapanın dayaq səthinin ardı kəsilməz zərbələrə məruz qalmasına səbəb ola bilər ki, nəticədə onun təmiri mümkün olmaya bilər. Şəkil 27 və Şəkil 28 –də klapanın silkələnməsi və tez –tez baş verən təzyiq oynamaları nəticəsində zədələnmiş dayaq səthləri göstərilib.

d) Texniki xidmət zamanı ehtiyatsız davranma halları, məs. klapan hissələrini hər hansı səthə vurma, əldən salma, yaxud onların cızılması.

e) Klapanın quraşdırılmasından sonra onun dayaq səthlərində sızma halları. Belə sızma halları klapan yəhərinin eroziyasına (məftilin daralması) və ya dayaq səthinin korroziyasına səbəb olaraq onun özünün keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilir. Bunun səbəbi texniki xidmətin və ya quraşdırmanın düzgün aparılmaması, məs. hissələrin düzgün mərkəzləşdirilməməsi, borulara düzgün dayağın verilməməsi nəticəsində onların gərilməsi və ya boşaltma borusuna tam dayağın verilməməsi ola bilər. Digər ümumi səbəblərə şpindelin düzgün mərkəzləşməməsi, yayların şaybalara düzgün uyğunlaşdırılmaması və ya yay şaybaları ilə onların uyğun dayaq kontaktlarıyaxud şpindel ilə diafraqma və ya diafraqma tutqacı arasında yastığın lazım səviyyədə olmaması aid edilə bilər. Şpindellərin düzlüyü vizual olaraq yoxlanılmalıdır. Yayın bütöv istismarı boyu yay və yay şaybaları bütöv yay aqreqat kimi saxlanılmalıdır. Yəhərin sızmasına, həmçinin, işçi təzyiqinin klapan üçün təyin edilmiş təzyiq səviyyəsinə çox yaxın olması da səbəb ola bilər.

f) Boşaltma halqalarının parametrlərinin düzgün olmaması. Bunun nəticəsində təzyiq boşaltma klapanları silkələnərək şaqqıldaya bilər. Mayeli və ya buxarlı istismar mühiti üçün halqanın parametrlərinin təyin edərkən təzyiq boşaltma klapanının istehsalçısı ilə məsləhətləşmək lazımdır.

g) Təzyiq boşaltma klapanının ölçüsünün boşaltma yükü üçün kəskin dərəcədə böyük olması klapanın kəskin sürətlə bağlanmasına və nəticə etibarilə diafraqmanın və ucluğun dayaq səthinin zədələnməsinə səbəb ola bilir.

5.3 Yayların sıradan çıxması

5.3.1 Yaylar iki formada sıradan çıxa bilər. Birincisi, yayın zəifləməsi nəticəsində təyin edilmiş təzyiq səviyyəsi aşağı düşə və klapan vaxtından qabaq açıla bilər. İkincisi, yayın mexaniki nasazlığıdır ki, (tamamilə sınması), bunun nəticəsində klapanın açılması tamamilə nəzarətdən çıxır.

5.3.2 Yüksək temperaturlu istismar mühitində düzgün materiallardan istifadə edilmədiyinə görə yayın zəifləməsinə baxmayaraq, onların sıradan çıxmasına tez-tez korroziya səbəb olur. Səthin korroziyası və korroziyadan çatlama halları neftayırma zavodlarında bu cür nasazlıq növünün ən geniş yayılmış səbəbidir.

5.3.3 Çarpaz kəsişmə sahələri lazımi bağla qüvvəsini təmin etmək üçün kifayət etmədikdə səthin korroziyası yayın səthinə də təsir göstərir. Bu, həmçinin, yayın səthində gərilmə yaradan və onun çatlamasına səbəb olan çuxurlar da yarada bilər ki, nəticə etibarilə yayda nasazlıq yarana bilər. (bax: Şəkil 29).

5.3.4 Yayın korroziyadan çatlaması adətən onun nasazlığına səbəb olur. Bu xüsusən də heç bir əlamət göstərmədən gizli baş verir, çünki yay sıradan çıxana kimi bunu aşkarlamaq çətin olur. Şəkil 30 –da kövrək tipli yayın korroziya nəticəsində gərilərək çatlayıb sıradan çıxması göstərilib. Hidrogen –sulfidli (H2S) istismar mühiti tez- tez yayın korroziya nəticəsində gərilərək çatlamasına səbəb olur ( materallar üçün təlimat və tövsiyə almaq üçün bax: NACE MR 0175 və NACE MR 0103 standartları). Həssas tətbiq sahələrində müvafiq yayın seçilməsi üçün istehsalçı ilə məsləhətləşin, çünki materialın davamlılığı, bərkliyi və yayın termiki emalı korroziya nəticəsində gərilmədən çatlamaya qarşı onun davamlılığına təsir göstərə bilir.

Korroziya üstünlük təşkil etdikdə, üç profilaktik tədbir mərhələsi tətbiq etmək olar:

a) Aşındırıcı maddənin təsirinə kifayət qədər davam gətirən yay materialından istifadə etmək olar.

b) Yayı silfonlarla izolyasiya etmək olar. Pilot klapanla idarə edilən müəyyən təzyiq boşaltma klapanlarında diafraqmalar və ya porşenlər pilot yayı texnoloji prosesdən izolyasiya edir.

c) Yayın üzərinə, xüsusi olaraq işçi temperaturun və ətraf mühitin təsirinə davam gətirə bilən korroziyaya davamlı örtük çəkmək olar.

5.4 Parametrlərin düzgün təyin edilməməsi və düzgün tənzimləməmə

5.4.1 Klapan istehsalçısı tərəfindən təqdim edilən təlimat vəsaitlərində onlara məxsus klapanların temperatur, əks təzyiq və digər amillərə uyğun düzgün tənzimlənməsi göstərilir və bu vəsaitlər parametrlərin düzgün təyin edilməməsi və düzgün tənzimləməmə hallarını aradan qaldırmağa kömək edir.

5.4.2 Neftayırma və neft –kimya zavodlarındakı istismar mühitində, avadanlığın üstündə olan təzyiq boşaltma klapanının parametrlərini vermək praktiki cəhətdən mümkün olmaya bilər və bunu yalnız 6.2.17 – ci yarımbənddə verilən xüsusi halları nəzərə aldıqdan sonra həyata keçirmək tövsiyə edilir. Ümumiyyətlə, birbaşa yay yükü altında olan klapanların parametrləri klapana texniki xidmətin göstərildiyi sexdə müvafiq sınaq avadanlığı vasitəsilə təyin edilməlidir. Yoxlama və təmir işləri zaman lazımi səviyyədə dizayn edilmiş sınaq bloku təzyiq boşaltma klapanının parametrlərinin təyin edilməsini və onların tənzimlənməsini asanlaşdırır. (bax: Əlavə A).

5.4.3 Su, hava və ya nəcib qazlar məs. butulkada olan azot, ümumi olaraq, sınaqdan keçən klapanın dizaynından və tətbiq edilə bilən sınaq kodlarından və dizayndan asılı olaraq sınaq vasitəsi kimi istifadə edilə bilər. Klapanın açılmasına əmin olmaq üçün, təzyiqi ehtiyatla həddən yuxarı artırmaq olar, əks halda eşidilə bilən sızma səhvən təyin edilmiş təzyiq səviyyəsinə çatmaq kimi başa düşülə bilər. Bununla belə, əksər təzyiq boşaltma klapanlarında artma həcminin kifayət qədər olmaması verilən təzyiq parametrinin düzgün təyin edilməməsinə səbəb ola bilər. Buxarlı mühitdəistismarı üçün nəzərdə tutulan klapanlar hava və ya nəcib qazla tənzimlənməlidir. Buxarlı mühitdəistismarı üçün nəzərdə tutulan klapanlar isə buxarla tənzimlənməlidir, lakin lazımi təshihlər aparıldıqda havadan da istifadə edilə bilər. Mayeli mühitdəistismarı üçün nəzərdə tutulan klapanlar isə su ilə tənzimlənməlidir.

5.4.4 Pilot klapanla idarə edilən klapanların parametrlərinin maye mühitində təyin edilməsi üsulları ilə bağlı istehsalçı ilə məsləhətləşin, çünki köməkçi aqreqatdakı və qabarıq sahədəki su klapanın istismara cəlb edilməsi zaman problem yarada bilər.

5.4.5 Təzyiq manometrlərinin düzgün kalibrlənməməsi tez- tez klapanın parametrlərinin lazımi səviyyədə təyin edilməməsinə səbəb olur. Bu cihazların dəqiqliyini təmin etmək üçün, onları mütəmadi olaraq yük porşenli testerlərlə kalibrləmək tövsiyə edilir. Manometrin təzyiq diapazonu elə seçilməlidir ki, təzyiq boşaltma klapanının tələb edilən parametrləri manometrin təzyiq diapazonunun orta üçlüyünə düşsün. Manometrlərə dempferlərin qoyulaması ümumiyyətlə tövsiyə edilmiş, çünki onlar maneə yaradaraq təzyiqi yubatmağa meyllidir.

5.4.6 Klapanı idarə edən halqanın və ya halqaların tənzimlənməsi prosesi tez- tez düzgün başa düşülmür. Klapan tənzimləyici halqa və ya halqalar klapanın boşalmasına – yəni təyin edilmiş təzyiq səviyyəsi ilə bağlanma təzyiqi arasındakı fərqə - və ya sınaqdan keçən klapanın dizaynından asılı olaraq onun qaynamasını və boşalmasını tənzimləyir. Təzyiq boşaltma klapanlarında istifadə edilən materialların sıxlıq və genişlənmə xüsusiyyətləri dəyişə bildiyi üçün sınaq vasitələrinin həcmi məhdud olur, yəni, texniki xidmət sexindəki sınaq blokunda klapan halqalarını tənzimləmək adətən praktiki cəhətdən mümkün olmur. Ona görə də klapanın sınaq zolotnikində təyin edilmiş parametrləri almaq üçün halqaları tənzimləmək, yoxlamaq, daha sonra isə istehsalçının tövsiyələrinə əsasən onları lazımi boşalma üçün yenidən tənzimləmək lazımdır. Mayeli və ya buxarlı istismar mühitində boşaltma halqalarının parametrlərinin düzgün təyin edilməsi ilə bağlı klapanının istehsalçısı ilə məsləhətləşmək lazımdır. Terminologiyanın tam başa düşülməsi vacibdir.(bax: ASME PTC 25).

5.5 Tutulma və ilişmə

5.5.1 Neftayırma və neft – kimya zavodlarında texnoloji bərk maddələr, məs koks və ya digər bərkidilmiş məhsullar bəzən klapanın müxtəlif hissələrinin ağzını və birləşmə borularını tutu bilir. Bundan başqa, monomer polimerin yaranmasına və hissələrin tutulmasına səbəb ola bilir. Klapanın bütün hissələri, xüsusən də, istiqamətləndirici səthlərin təmizliyi yoxlanılmalıdır. Yük altında olan bütün hissələr, məs. diafraqmanın tutqacına gedən şpindel, diafraqma tutqacı və yivlər texnoloji prosesdə istifadə edilən materiallara və istismar temperaturu səviyyələrinə uyğun gələn sürtgü yağı ilə yağlanmalıdır.

Klapanların çirklənməsinə dair nümunələr aşağıdakı şəkillərdə verilib:

Şəkil 31 –təzyiq boşaltma klapanının giriş ucluğunun ağzının tamamilə koks və katalizatorla tutulmasını əks etdirən ekstremal çirklənmə halı göstərilib,

Şəkil 32 – də klapanın çıxış ucluğunun xətti ümumi kollektora boşaldan digər klapanlardan gələn çöküntülərlə dolması göstərilib,

Şəki 33 və Şəkil 34–də klapanın lazımi səviyyədə işləməsinə mane olan qismən çirklənmə halı göstərilib.

5.5.2 Klapan diafraqmasının və ya diafraqma tutqacının istiqamətləndirici hissədə ilişməsi nəticəsində də klapan düzgün işləməyə bilər. Bu ilişmə halı metalın və ya yad maddələrin həmin istiqamətləndirici hissənin səthinə sürtünməsi və ya onların korroziyası nəticəsində baş verə bilər. İstiqamətləndirici hissənin səthindəki yad maddələr metala kəskin dərəcədə sürtünməyə meyl edir. Silfonlardan istifadə edərək həmin səthləri yad maddələrdən qorumaq olar. Klapanın ilişməsi diafraqmanın turşu –qaz mühitində korroziya nəticəsində istiqamətləndirici hissədə donub qalması ilə xarakterizə edilir. İlişmə nəticəsində yaranan korroziyanın təsir gücünün azaldılması üçün dörd islahedici tədbir mövcuddur. Birincisi, silfondan istifadə hərəkətdə olan hissələri aşındırıcı səthlərdən qoruya bilər; bunu xüsusən də qapalı sistemlərdə həyata keçirmək lazımdır (bax: Şəkil 4). İkincisi, kipləyici yəhər halqası (bax: Şəkil 3) istiqamətləndirici hissələrin səthlərini boşalma dövrəsi baş verənə kimi yüklənən mayedən izolyasiya edə bilər. Üçüncüsü, Klapanın girişində qoruyucu diafraqmanın istifadəsi klapanın daxili hissələrini klapanın girişində baş verən proseslərdən izolyasiya edə bilər. Dördüncüsü, klapanın çıxışından qoruyucu diafraqmadan istifadə etməklə, istiqamətləndirici hissələrin səthlərini boşaltma dövrəsi baş verən kimi boşaltma sistemində mövcud olan maddələrdən qoruya bilər.

5.5.3 Metalın istiqamətləndirici hisslərin səthlərinə sürtünməsi korroziyaya və ya yad maddələrə görə baş vermədikdə bunun səbəbi klapanın girişində və ya çıxışında boru sisteminin düzgün quraşdırılmaması və ya onun ölçüsünün həddən artıq olması nəticəsində klapanın silkələnərək şaqqıldaması və ya vurması ola bilər. Klapanın girişində və ya çıxışında boru sisteminin düzəldilməsi adətən belə silkələnmə və vurma hallarının qarşısını alır. Istiqamətləndirici hissələrin səthinin lazımi səviyyədə cilalanmaması da sürtünmə nəticəsində silkələnmə və ya vurma hallarının baş verməsinə səbəb ola bilir. Bu, əsasən dizayn və ya istehsalla bağlı məsələ olduğu üçün klapanın istehsalçısı ilə məsləhətləşərək onun tövsiyələrinə əməl edin.

5.5.4 Təzyiq boşaltma klapanlarının ilişməsinə klapanın diafraqmasının lazımi səviyyədə mərkəzləşməməsi də səbəb ola bilər. Bu, adətən istiqamətləndirici hissə ilə klapanın korpusu arasındakı təmas səthində mövcud olan qırıntılardan və ya montaj zamanı kipləyici aralığın düzgün mərkəzləşməməsi nəticəsində baş verir.

5.6 Materialların düzgün tətbiq edilməməsi

5.6.1 Ümumiyyətlə, temperatur, təzyiq, korroziyadan qorunam tələbləri və istismar şəraitində atmosfer şərtləri əsasında təyin edilmiş istismar mühitində təzyiq boşaltma klapanları üçün tələb edilən materiallar müəyyən edilir. Bu tələblərə cavab verən və həmin şərtlər altında istifadəsi məqsədə uyğun olan standart klapanların seçilməsi məsləhət görülür. Bəzi hallarda, texnoloji prosesdə yaranan kəskin korroziyaya və ya qeyri –adi təzyiq səviyyəsinə görə xüsusi yanaşmanın tətbiqi tələb edilir. Adətən istismar mühitinə uyğun gələn klapan layihələri və materiallar istehsalçılar tərəfindən təqdim edilə bilər. Kataloqlarda xüsusi materialların geniş çeşidi, eləcə də müxtəlif kimyəvi və temperatur şərtləri üçün nəzərdə tutulan köməkçi variantlar mövcuddur. Klapanın girişinə və ya çıxışına qoruyucu diafraqmanın əlavə edilməsi korroziyanın qarşısını almağa kömək edə bilər.

5.6.2 Şəkil 22 –də karbon polad yaya H2S maddəsinin göstərdiyi təsir və Şəkil 23 –də 18Cr-8Ni polad diafraqmaya xloridin göstərdiyi təsir materiallardan düzgün istifadə etməmənin bariz nümunəsidir. Istismar təcrübəsinə əsasən seçilmiş klapanın və ya materialın təyin edilmiş istismar mühiti üçün yararlı olmadığı göstərilərsə, etibarlı istismarın təmin edilməsi üçün dərhal islahedici tədbir görmək lazımdır.Xüsusi materialların və onların istifadəsinin tələb edildiyi yerlərin qeydə alınmasına xüsusi diqqət yetirmək lazımdır. Adekvat qeydəalma sistemləri xüsusi istismar mühitində klapanların təmiri və ya bərpası, eləcə də optimal satınalma spesifikasiyasının hazırlanması üçün lazımi olan məlumatları təmin etməlidir.

5.7 Düzgün yerləşdirməmə, qeydə almama və ya təyin etməmə

Təzyiq boşaltma klapanı nəzərdə tutulan dəqiq yerdə quraşdırılmadığı lazımi mühafizəni təmin etməyə bilər.

Klapanların müəyyən edilməsinə, eləcə də təmirin və quraşdırmanın düzgün aparılmasına xidmət edən məlumatın verilməsinə kömək məqsədilə spesifikasiyaları və istismar protokollarının geniş komplektini saxlamaq və klapanlar yoxlama və təmir üçün çıxarıldıqda onlardan istifadə etmək lazımdır. Əksər təzyiq boşaltma klapanların üzərinə istehsalçı tərəfindən identifikasiya və ya seriya nömrəsi qoyulur yaxud bu nömrələr istifadəçi tərəfindən möhürlənir və ya etiketlə qoyulur. Bəzi istifadəçilər həmçinin birləşən boru flanslarının üzərinə cihazın nömrəsini də möhürləyir. Bu identifikasiya nömrəsi klapanın yerini, o cümlədən spesifikasiya protokoluna istinadən onun hədlərini və konstruksiyasını göstərir. (bax: Bölmə 7).

5.8 Ehtiyatsız davranma halları

Əksər təzyiq boşaltma qurğularında mütləq kipliyi təmin etməkdə yaranan çətinliyə görə klapanlar kommersiya məqsədləri üçün kiplik standartına əsasən istehsal edilir (bax: API 527). Klapanların istifadəçiyə göndərilməsindən qabaq onların kipliyi istehsalçının zavodunda yoxlanılır. Klapanın kipliyi adətən klapanın ilkin istifadəsindən qabaq və ya aparılan təmizlik, təmir və sınaq işlərindən sonra istifadəçi tərəfindən texniki xidmət sexində də yoxlanılır. Bununla belə, klapanla ehtiyatsız davranma nəticəsində onun təyin edilmiş təzyiq parametrləri dəyişə, onun qaldırıcı lingləri və köməkçi hissələri zədələnə bilirki, bu da klapanın istismarda olarkən onun daxilində yaxud xaricində sızmanın baş verməsi ilə nəticələnir. Klapanla ehtiyatsız davranma halları, daşınma, texniki xidmət və ya quraşdırma zamanı baş verə bilir.

5.8.2.1 İstismar zamanı əksər təzyiq boşaltma klapanları möhkəm görünüşə malik olduğu üçün, onların çox yaxın yol verilə bilən hədlər və həssas ölçülərə malik olan incə cihaz olması faktı nəzərdən qaça bilər. Buna görə də onların kommersiya məqsədləri üçün daşınması zaman kobud davranma hallarına rast gəlmək olur. Bu hallar klapan istismarda olarkən və ya sınaq zamanı onun həddən artıq sızmasına səbəb ola bilər. Ehtiyatsız davranma nəticəsində klapanın giriş hissəsinə palçıq və ya digər yad maddələr daxil ola bilər ki, bu da klapan birinci dəfə açılarkən onun dayaq səthinin zədələnməsinə və bundan sonra onun sızmasına səbəb olur.

5.8.2.2 Təzyiq boşaltma klapanları dik vəziyyətdə daşınmalıdır- bu, xüsusən də böyük klapanlara və təyin edilmiş aşağı təzyiq parametrlərinə malik olan klapanlara şamil edilir. Aşağı təzyiqli böyük klapanlar dik qoyulmadıqda, onların yayları bütün dayaq səthi boyunca eyni qüvvə təsiri göstərə bilməz.

5.8.3 Texniki xidmət zamanı

5.8.3.1 Təzyiq boşaltma klapanlarının hissələri adətən həddən artıq yaxın yol verilə bilən hədlər əsasən hazırlanmış dəqiq cihazlardır. Klapanla ehtiyatsız davrandıqda onun dəqiq istismar xüsusiyyətlərinin əsasən asılı olduğu əsas mərkəzləşmə xətti pozula bilər. Bütün texniki xidmət dövrlərində klapanla ehtiyatlı davranmaq çox vacibdir. Həm təmirdən qabaq, həm də təmirdən sonra tam yığılmış klapanla ehtiyatlı davranmaq lazımdır. Klapanı sexdən çıxarmazdan qabaq onun girişləri və çıxışları örtülməlidir.

5.8.3.2 Texniki xidmət zamanı ehtiyatsız davranma hallarına həddən artıq əks təzyiqin tətbiq edilməsi də aid edilir ki, belə hallar texniki xidmətlə bağlı aparılan sınaqlara silfonlu klapanlar üçün yol verilməzdir.

5.8.4 Quraşdırma zamanı

5.8.4.1 Klapanı sexdən çıxarmazdan qabaq onun girişləri və çıxışları örtülməlidir.Əgər quraşdırma üçün qəbul edilən klapanların girişləri və çıxışları örtülməlməyibsə onların gələcəkdə sexdən çıxmazdan qabaq örtülməsi üçün müəyyən tədbirlər görülməlidir.

5.8.4.2 Təzyiq boşaltma klapanları dik vəziyyətdə daşınmalıdır

5.8.4.3 Təzyiq boşaltma klapanın quraşdırılması zaman işçilərin onunla ehtiyatsız davranması klapanı istismar zamanı lazımi səviyyədə işləməməsi ilə nəticələnə bilər. Klapanı hər hansı səthə vurmaq və ya əldən salmaq olmaz. Şəkil 36 – da təmir edildikdən sonra yük maşınından yerə salınmış klapanlar göstərilib. Bunun nəticəsində, sistemə quraşdırılan həmin klapanlar sızmışdır.

QEYD: Təzyiq boşaltma klapanları şaquli istiqamətdə quraşdırılmalı, onların diafraqması və ya porşeni üfüqi vəziyyətdə elə istiqamətlənməlidir ki, klapan açıldıqda həmin diafraqma və ya porşen yuxarı istiqamətdə hərəkət edə bilsin. Digər istiqamətlərə yönəldikdə isə diafraqma tutuqacı mərkəzdən qaça bilər. ASME BPVC Bölmə VIII, Hissə1, Əlavə M –də şaquli istiqamətdən başqa digər istiqamətlərə yönəlmənin hansı hallarda məqbul sayılması göstərilir.

5.9 Təyin edilmiş təzyiq səviyyəsi ilə işçi təzyiqi səviyyəsi arasındakı fərqin düzgün olmaması

5.9.1 İşçi təzyiqi ilə təyin edilmiş təzyiq səviyyəsi arasındakı diferensial təzyiq əsasında təzyiq boşaltma klapanının kip bağlanması üçün onun yəhəri yüklənir. Istismar şərtləri və klapan dizaynları fərqləndiyi üçün sistemin layihəsinin hazırlanması üçün yalnız ümumi təlimat vermək mümkündür. NB-23, Əlavə F, ASME BPVC Bölmə VIII, Hissə 1 və ASME BPVC BölməVIII, Hissə 1, Əlavə M, və API 520 standartları istinad üçün faydalı mənbə ola bilər. Bununla belə, ayrı –ayrı tətbiq sahələrinə və istismar təcrübəsinə arxalanmaq olar.

5.9.2 Təyin edilmiş təzyiq parametrləri ilə işçi təzyiqi səviyyəsi arasında daha yüksək diferensial səviyyəsində istismar çətinliklərinin yaranmamasına baxmayaraq, bu, avadanlıqların xərcini artıra bilər. Aparılan yoxlamalar vasitəsilə istismar barədə qeydlər aparılmalı, eləcə də gələcək layihələndirmə və təmir işləri üçün lazımi məlumatlar verilməlidir.

5.10 Boşaltma borunun sınağının düzgün aparılmaması

Boşaltma borularının hidrostatik sınağını apararkən borulara siyirtmə qoyulmalıdır. Əks halda aşağıdakılar baş verə bilər:

— klapanın boşaltma tərəfindəki diafraqma, yay və korpus çirklənə bilər;

— balanslı boşaltma klapanının silfonları həddən artıq artan əks təzyiqin təsiri nəticəsində zədələnə bilər;

— pilot klapanla idarə edilən təzyiq boşaltma klapanının ilot klapan aqreqatı və ya diafraqmanın qabarıq sahəsi çirklənərək əks maye axınının təsiri nəticəsində zədələnir;

— yay yükü altında olan daha geniş ölçüyə malik təzyiq boşaltma klapanlarının boşaltma tərəfindəki layihə təzyiqi aşılır.

5.11 Qoruyucu diafraqmaların düzgün quraşdırılmaması, seçilməməsi və ehtiyatsız davranma halları

Qoruyucu diafraqmalarla yaranan problemlər tez-tez onların düzgün quraşdırılmamasından, seçilməməsindən və onlarla ehtiyatlı davranmamaqdan irəli gəlir. Aşağıdakı halları nəzərə almaq lazımdır.

a) Qoruyucu diafraqmanın düzgün istiqamətdə quraşdırılmasını təmin edin. Bəzi əks istiqamətdə təsir göstərən qoruyucu diafraqmalar bağı aşağı quraşdırıldıqda daha yüksək partlama təzyiqi səviyyəsində əhəmiyyətli dərəcədə açılır.

b) Qoruyucu diafraqmanı tutqacdan çıxardıqdan sonra onu təkrar quraşdırmaq olmaz. Diafraqmanın tutqaca quraşdırılması üçün müəyyən qəlib izi olur ki, diafraqmanı tutqacdan çıxardıqdan sonra onu təkrarən həmin izlərə uyğun tam geydirmək çətin olur. Diafraqmanı təkrar quraşdırdıqdan sonra ən çox ehtimal edilən nəticə diafraqmanın nəzərdə tutulan partlama təzyiq səviyyəsindən aşağı səviyyədə sıradan çıxmasıdır.

c) Qoruyucu diafraqmanın tutqaca quraşdırılması zaman istehsalçı tərəfindən tövsiyə edilən boltun sıxılma parametrlərini tətbiq edin. Boltun lazımi səviyyədə sıxılmaması diskin açılma təzyiqinə təsir göstərə və bəzi hallarda qoruyucu diafraqmanın parçalanmasına səbəb ola bilər.

d) Qoruyucu diafraqmanın səthinə toxunduqda korroziya yarana və nəticə etibarilə diafraqma vaxtından qabaq sıradan çıxa bilər. Bəzi diafraqma növləri deşildikdə və ya hər hansı yolla zədələndikdə onlar üçün təyin edilmiş partlama təzyiqi həddinin xaricində açıla bilər və ya tələb edildikdə tam açılmaya da bilər. Bu zaman boşaltma kanalında mümkün maneələr yarana bilər.

e) Temperatur səviyyəsi bəzi materialdan hazırlanmış qoruyucu diafraqmaların açılma təzyiqinə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Əgər izolyasiya və ya boru qızdırıcısı quraşdırılmayıbsa, müvafiq partlama temperaturu üzrə spesifikasiyada ətraf mühitin istilik və soyuqluq dərəcəsi nəzərə alınmalıdır. Əlavə məlumat almaq üçün istehsalçı ilə məsləhətləşin və API 520 standartının Birinci Hissəsinə müraciət edin.

f) Qoruyucu diafraqmaların vaxtından qabaq sıradan çıxmaması üçün onların qeyri –sabit axın birləşmələrindən kənar quraşdırılması lazımdır (əlavə məlumat almaq üçün bax: API 520, Hissə 1). API 520 Standartı Hissə 2 –də təzyiq boşaltma qurğularının quraşdırılması üçün ümumi tələblər irəli sürülüb.

6.1 Yoxlama və sınaqların aparılma səbəbləri

6.1.1 İstismar zamanı yaranan nasazlıqlara, xaricdə baş verən yanğın hallarına və digər təhlükəli hallara görə həddən artıq artan təzyiqin boşaldılması üçün texnoloji avadanlıqların üzərində təzyiq boşaltma qurğuları quraşdırılır. Bu təhlükəli hallar API 521 standartına müzakirə edilir. Təzyiq boşaltma qurğularının lazımi səviyyədə işləyə bilməməsi nəticəsində qablarda, mübadilə edici qurğularda, və onların vasitəsilə qorunması nəzərdə tutulan digər avadanlıqlarda təzyiq səviyyəsi həddən artıq artır. Təzyiq boşaltma qurğusu lazımi səviyyədə layihələnməsi, tətbiq edilməsi və quraşdırılması eləcə də yaxşı işlək səviyyədə saxlanılması anormal hallarda avadanlıqların qorunması və işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Təzyiq boşaltma qurğularının yoxlanılmasında əsas səbəb onların vasitəsilə lazımi mühafizə səviyyəsini təmin edildiyinə əmin olmaqdır.

6.1.2 Təzyiq boşaltma qurğularının yoxlanılması zaman həmin qurğuların ümumi fiziki və istismar xüsusiyyətləri təyin edilməli və onların işləmə qabiliyyətinin təyin edilmiş avadanlıqlar üçün irəli sürülmüş tələblərə cavab verməsi təmin edilməlidir. Bunun müəyyən edilməsi üçün iki yoxlama növündən istifadə etmək olar. Bunlar “ sex yoxlamaları /təmirləri” ndən və “vizaula yoxlamalar” ından ibarətdir. Təzyiq boşaltma qurğularının istismardan əvvəl və sonra sınaqdan keçirilməsi “sex yoxlamalarına/təmirlərin”nə aid edilə bilər. Hər bir yoxlama növü aşağıdakı bölmələrdə müzakirə edilib.

6.2 Sex yoxlamaları /təmirləri

Təzyiq boşaltma qurğuları vaxtaşırı olaraq çıxarılır, sökülür və yoxlanılır. Bu yoxlamalara “sex yoxlamaları / təmirləri” deyilir ( bu işlərin bəzilərinin sahədə görülə bilməsinə baxmayaraq). Bundan başqa, qurğunu çıxararkən onun giriş və çıxış borularında daxili çöküntülərin olub olmadığı yoxlanılmalı və onların təmizliyi və vəziyyəti ilə bağlı qeydlər aparılmalıdır. Lazım gəldikdə, borunun radioqrafik yoxlaması aparılmalı və ya onları yoxlama və təmizləmə üçün sökmək lazımdır.

6.2.2 Texniki təhlükəsizlik

6.2.2.1 Təzyiq boşaltma qurğularının yoxlanımasından və onların üzərində təmir işlərinin aparılmasından qabaq bu qurğularla qorunan avadanlıqların təhlükəsizliyini təmin etmək üçün, xüsusən də avadanlıq istismarda olarkən, ümumi ehtiyat tədbirləri görülməlidir.Istismarda olan aqreqatın üzərində yoxlama – təmir işlərinin aparılması tələb edilərsə, bütün bu işlər normal səviyyədə aparılmalı və həmin işlər üçün lazımi səlahiyyət və icazələr alınmalıdır.

6.2.2.2 Bəzi təzyiq boşaltma qurğularının təyin edilmiş təzyiq parametrləri çıxış flansınınnominal parametrlərini aşa bilir. Əgər bu klapanların çıxışında siyirtmə qoyularsa, təzyiq boşaltma klapanının girişindəki siyirtməni çıxışı klapanını bağlamazdan qabaq bağlamaq lazımdır. Bundan başqa, təzyiq boşaltma klapanının korpusunun havası çıxışda izolyasiya edən siyirtməni bağladıqdan sonra dərhal çıxarılmalıdır. Bu, təzyiq boşaltma klapanının girişindən gələn yüksək təzyiq səviyyələrinə görə təzyiq boşaltma klapanının korpusunun həddən artıq təzyiq altında qalmasının qarşısını alır. Eyni diqqəti təzyiq boşaltma klapanının çıxışına boru siyirtməsi quraşdırdıqda da yetirmək lazımdır. Giriş və çıxış siyirtmələri və təzyiq boşaltma klapanı arasında drenaj klapanlarının quraşdırılması, API 520 standartı, Hissə 1 –də göstərildiyi kimi nəzərə alınmalıdır.

6.2.2.3 Təzyiq boşaltma qurğularını sistemdən ayırmazdan qabaq, birləşmiş borularına və siyirtmələrə kifayət qədər dayağın verildiyini yoxlamaq lazımdır. Təzyiq boşaltma klapanlarını yenidən quraşdırdıqdan sonra isə, həmin klapanla əlaqəli olan borulara görə onun korpusunda müəyyən problem yarada biləcək, məs. istismar zamanı sızma ilə nəticələnən təhriflər, təyin edilmiş təzyiq parametrlərinin dəyişməsi və ya daxili hissələrdəklapanın ilişməsi ilə nəticələnən tutulmalar və s. yük basqısının olub olmadığı yoxlanılmalıdır.

6.2.2.4 Bəzi qurğuların qapağının boşluğunda təhlükəli və zəhərli maddələr ilişib qala bilir. Həmin maddələrin texniki xidmət göstərən işçilərə mənfi təsir göstərməməsi üçün həmin hissələrin təmizlənməsi zaman xüsusi tədbirlər görülməlidir.

6.2.3 Klapanın identifikasiyası

Təzyiq boşaltma klapanlarının sınağı və onunla davranan zaman yol verilən xətaların sayını minimuma endirmək üçün hər bir klapanda onu hazırlayan şirkətin avadanlıq nömrəsini əks etdirən identifikasiya etiketi, lövhəsi, şablonu və ya digər vasitələr olmalıdır. Belə identifikasiya lövhələrində qurğunun bloku, onun quraşdırıldığı avadanlıq, qurğunun təyin edilmiş təzyiq parametrləri və onun üzərində aparılmış ən son sınağın tarixini göstərilir. (identifikasiya etiketinin nümunəsi Şəkil 37 –də göstərilib). Əgər təzyiq boşaltma qurğusunun üzərində artıq onun identifikasiyasını dəqiq və düzgün nişanlamaq mümkün deyilsə, onda onu avadanlıqdan çıxarmazdan qabaq nişanlamaq və eyniləşdirmək lazımdır. Təzyiq boşaltma qurğularının texniki pasport lövhələrinin nişanlanması üçün təlimatlar almaq üçün bax: ASME BPVC Bölmə VIII, Hissə1, Bənd UG-129.

6.2.4 İstismar şərtlərinin qeydə alınması

Hər bir təzyiq boşaltma klapanının üzərində aparılan sonuncu yoxlamadan etibarən onun istismarı barədə bütün məlumatlar toplanmalı və buraya müvafiq olaraq aşağıdakılar daxil edilməlidir:

— istismarda baş verən nasazlıqlar və onların klapana göstərdiyi təsirlər,

— klapan istismarda olarkən onda yaranan sızıntının dərəcəsi,

— onun düzgün işləməməsi barədə digər dəlillər,

— təzyiq boşaltma klapanının altındakı qoruyucu diafraqmaların dəyişdirilməsi və ya dəyişdirilməməsi.

Buna əlavə olaraq, əvvəlki dövrlərdə klapanın işləmə səviyyəsi barədə tutulan protokollara əsasən həmin klapanın materiallarının və ya hissələrinin eləcə də yoxlama intervallarının dəyişdirilməsinə olan ehtiyac müəyyən edilməlidir.

6.2.5 Qurğunun işləyən sistemdən çıxarılması

Xəbərdarlıq — Təzyiq boşaltma klapanının işləyən avadanlıqdan çıxarılması planlı şəkildə həyata keçirilməlidir.

Təzyiq boşaltma qurğuları qoruyucu qurğulardır və onlara aşağıdakı qaydada yanaşmaq lazımdır. 6.2.1 –ci yarımbənddə verilən ehtiyat tədbirlərini həyata keçirmək lazımdır. Təzyiq boşaltma klapanını onun quraşdırıldığı avadanlıq işləyərkən yoxlamazdan və / yaxud təmir etməzdən qabaq aşağıdakı ehtiyat tədbirləri görülməlidir.

a) Yalnız səlahiyyətli şəxs təzyiq boşaltma klapanının onun çıxışında və girişində olan stopor siyirtmələrini bağlamaqla təcrid etməlidir. (bax: ASME BPVC Bölmə VIII, Hissə 1, Əlavə M). Bunun üçün alternativ boşaltma yollarının müəyyən və təmin edilməsi tələb edilə bilər.

1 avadanlığın təyinatı

3 təyin edilmiş təzyiq qiyməti

4 avadanlığın təyinatı

b) Təzyiq boşaltma qurğusu ilə ona bitişik olan siyirtmə arasındakı hissədə qalmış maye təhlükəsiz yerə buraxılmalıdır siyirtmənin düzgün işləməsi təyin edilməlidir.

c) Əgər təzyiq boşaltma qurğusunun ümumi kollektora boşalan çıxış hissəsinə siyirtmə quraşdırılmayıbsa, onda digər təzyiq boşaltma qurğularını açıldığı təqdirdə buraxılan maddənin açıq çıxış borusundan keçməməsi üçün boru siyirtməsi və ya digər izolyasiya vasitəsi təşkil edilməlidir.

d) Təzyiq boşaltma qurğusunu yerindəcə texniki xidmət göstərmək lazım gəldikdə, təzyiq boşaltma klapanı ilə onu bitişik olan giriş və / yaxud çıxış siyirtməsinin arasına, hətta klapanın qismən sökülməsindən də qabaq, boru siyirtməsi və ya digər izolyasiya qurğusu taxılmalıdır. Təzyiq boşaltma qurğusunu çıxardıqdan sonra ağzı açıq borulara / klapanlara hər hansı yad maddənin daxil olmaması və onların dayaq səthlərinin qorunması üçün siyirtmə qoyulmalı və ya onları digər uyğun vasitələrlə örtmək lazımdır.

e) Əgər təzyiq boşaltma klapanı ilə əlaqəli olan hər hansı qoruyucu diafraqma mövcuddursa və həmin klapanın çıxarılması nəticəsində həmin diafraqmanın işləmə səviyyəsi pozularsa, onda yeni diafraqmanın quraşdırılması nəzərə alınmalıdır, çünki qoruyucu diafraqmalar asanlıqla zədələnə bilir və yenidən istifadə edildikdə lazımi təzyiq səviyyəsində yırtılmaya da bilər.

f)Təzyiq boşaltma qurğusunu yoxladıqdan, təmir etdikdən və ya dəyişdirdikdən sonra bütün siyirtmələri çıxarmaq lazımdır. Girişdə və çıxışda quraşdırılmış siyirtmələr açılmalı və kilidlənməli yaxud həmin mövqedə plomblanmalıdır. Şəkil 38 –də siyirtmələri açıq mövqedə plomblanmış təzyiq boşaltma qurğusu göstərilib. Təzyiq boşaltma qurğuları ilə istifadə edildikdə bu siyirtmələrin tam boru sahəsi olmalıdır ki axında yaranan maneələrin qarşısını almaq eləcə də təzyiq boşaltma klapanı açıldıqda yarana biləcək qeyri –sabitliyi aradan qaldırmaq mümkün olsun. Ehtiyat təzyiq boşaltma klapanları quraşdırıldıqda onlara məxsus giriş siyirtməsi bağlanmalıdır. Çıxış tərəf isə giriş siyirtməsinin və təzyiq boşaltma klapanının sızması nəticəsində həddən artıq artan təzyiq səviyyəsindən qorunmalıdır. Çıxış siyirtməsi açıq mövqedə plomblana bilər və ya çıxış bağlı olduqda digər buraxma vasitələri təşkil edilə bilər.

1 qoruyucu – boşaltma klapanı

2 klapanın açıq mövqedə plomblanması və üfüqü istiqamətdə quraşdırılması

6 klapanın açıq mövqedə plomblanması

Siyirtmələrin tam şərti keçidi olmalı və ən azı təzyiq boşaltma klapanını girişi və çıxışı ilə eyni ölçüdə olmalıdır.

6.2.6.1 Təzyiq boşaltma klapanında aşındırıcı maddələrin və çöküntülərin əksər növləri klapanın yoxlanılma, sınaq, texniki xidmət və sıfırlama üçün texniki xidmət sexinə daşınması zaman boşalaraq düşə bilər. Klapanı sistemdən ayıran kimi onu üzdən yoxlamaq lazımdır. Şəkil 39 –da klapanda qalmış kükürd çöküntüləri göstərilib. Klapanın çirklənməsi problem yaratdıqda ehtiyat üçün sınaq nümunələrini toplamaq və həmin çöküntülərin yerini və görünüşünü qeydə almaq lazımdır. Klapanda mövcud olan istənilən maneələr qeydə alınmalı və aradan qaldırılmalıdır.

Xəbərdarlıq — İnsan üçün təhlükəli olan maddələrin təsirinə məruz qalmış və ya avtomatik olaraq alışma mənbəyi ola bilən materiallardan ibarət olan klapanlarla xüsusi ehtiyat tədbirləri görərək davranmaq lazımdır.

6.2.6.2 Təhlükəli maddələrin təsirinə məruz qalmış klapanları yoxlayarkən görülən bəzi ehtiyat tədbirlərinə aşağıdakılar aiddir:

a) Klapanda piroforik (özü- özünə alışa bilən) (məs. FeS) və reaktiv maddələrin olma mümkünlüyünün qiymətləndirilməsi və həmin materiallara qarşı ehtiyat tədbirlərinin təyin edilməsi.

b) Turşulu və ya kaustik istismar mühiti klapanın çıxarılmasından sonra dərhal lazımi səviyyədə və düzgün zərərsizləşdirilməlidir. Hətta sistemi neytrallaşdırdıqdan sonra da materialın texniki təhlükəsizlik spesifikasiyasında göstərilən ehtiyat tədbirləri görülməli və onlarla davranış qaydaları barədə digər məlumat mənbələrindən istifadə etmək lazımdır.

6.2.6.3 Qoruyucu diafraqmalar bəzən digər təzyiq boşaltma qurğularının korroziyadan qorunması üçün istifadə edilir. Normal olaraq, bu cür hallarda qoruyucu diafraqmanı çıxarmadan onu yoxlamaq mümkün olmur. Ona görə də təzyiq boşaltma klapanının yoxlanılması üçün nəzərdə tutulan adi tədbirlərə diafraqmanın da yoxlanılması daxil edilməlidir. (bax: 6.2.21).

6.2.7 Bitişik giriş və çıxış borularının yoxlanılması

6.2.7.1 Təzyiq boşaltma qurğusunu istismardan ayırdıqda giriş və çıxış boruları təftiş üçün açıq və əlverişli olur. Bununla belə avadanlıq işləyərkən təzyiq boşaltma klapanlarının çıxarılması üçün siyirtmələri bağladıqda bu boru sistemini birbaşa olaraq yoxlamaq adətən mümkün olmur. Ona görə də boruları avadanlıq istismarda olmadıqda birbaşa olaraq yoxlamaq lazımdır. Bundan qabaq, boruların radioqrafik yoxlanması zaman çirklənmə və tıxanma halları aşkar edilə bilir.

6.2.7.2 Təzyiq boşaltma klapanın quraşdırıldığı boru sisteminin yoxlanılması zaman tez- tez daxili hissəsi görünə bilməyən texnoloji proses borularının vəziyyətini aşkarlamaq mümkündür. Borularda korroziyanın, yeyilmə hallarının və klapanın işləməsinə mane olan çöküntülərin olub olmadığı yoxlanmalıdır. Çöküntülərin xüsusiyyəti qapalı sistemdə klapanda baş verən sızıntının səbəbini göstərə bilər. Şəkil 31 – 35 və Şəkil 39 –da təzyiq boşaltma klapanlarında müşahidə edilən çirkləndirici çöküntülər göstərilib.

6.2.8 Klapanların sexə daşınması

Təzyiq boşaltma qurğularının düzgün yüklənib daşınmaması onun işləmə qabiliyyətinə xələl gətirə bilər. Təzyiq boşaltma qurğularına nəzarət – ölçmə cihazları üçün görülən eyni ehtiyat tədbirləri ilə yanaşmaq lazımdır və onların quraşdırılmasından qabaq onlarla ehtiyatla davranmaq və onları çirkləndirməmək lazımdır. Klapanların təmir sexinə daşıyarkən onlarla ehtiyatsız davranma “qəbul edilmiş”artan təzyiqsınaqlarının nəticələrinin düzgün olmamasına səbəb ola bilər ki, nəticə etibarilə boşaltma qurğularının yoxlama intervallarını lazımi səviyyədə düzəliş edilməyə bilər.

Aşağıdakı qaydalar tövsiyə edilir.

a) İstiqamətləndirici hissələrin səthlərində kənar tərəfdən yük basqısının olmaması üçün flanslı klapanlar altlıqlara şaquli mövqedə boltla bərkidilməlidir.

b) Daşınma zamanı yivli klapanlarla ehtiyatla davranmaq lazımdır ki, onların yivli birləşmələri zədələnməsin.

c) Klapanın giriş və çıxış birləşməsi, drenaj birləşmələri və qapağın buraxma çıxışları daşınma və saxlanma zamanı qorunmalıdır ki, klapanın daxili hissəsi çirklənməsin. Klapanın quraşdırılmasından qabaq bütün örtüklərin və / yaxud probkaların çıxarıldığına əmin olun.

d) Qaldırıcı linglər məftillə bərkidilməli və ya hərəkətsiz qalmalıdır ki, klapanın daşınması və ya saxlanılması zaman tərpənməsin. İstehsalçı tərəfindən və ya texniki xidmət sexində bu məftillərin üzərində onların çıxarılması üçün etiket qoyulmalı və klapanın istismara cəlb edilməsindən qabaq onları qoparmaq lazımdır.

e) Qoruyucu diafraqmaları onların kənar hissələrindən tutaraq daşımaq lazımdır. Diafraqmanın səthinin zədələnməsi partlama təzyiqinə təsir göstərə bilir.

6.2.9 ”Qəbul edilmiş”artan təzyiq səviyyəsinin müəyyən edilməsi

6.2.9.1 Təzyiq səviyyəsi təyin edilmiş vintlərin və boşaltma halqalarının örtüklərindəki kipkəclərin bütöv olduğunu yoxlayın. Klapanı sökməzdən qabaq onun artan təzyiq səviyyəsi təyin edilməlidir. Ümumiyyətlə, klapan sınaq blokuna quraşdırılır və onun giriş təzyiqi yavaş –yavaş artırılır. Klapanın boşaltdığı təzyiq səviyyəsi “qəbul edilmiş” artan təzyiq kimi qeyd edilir.

Tipik olaraq, giriş təzyiqi təzyiq boşaltma klapanının təyin edilmiş təzyiq səviyyəsinin 150 faizindən yuxarı artırılmır.

6.2.9.2 Əgər klapan ilkin olaraq QKGAT səviyyəsində açılarsa, “qəbul edilmiş” artan təzyiqin təyin edilməsi üçün əlavə sınağın aparılmasına ehtiyac yoxdur. Əgər ilkin artan təzyiq QKGAT səviyyəsindən yuxarı səviyyədədirsə, klapanı ikinci dəfə sınaqdan keçirmək lazımdır. Əgər artan təzyiq səviyyəsi QKGAT səviyyəsinə yaxındırsa ola bilsin ki klapan əslində onda ilişib qalmış çöküntülərə görə QKGAT səviyyəsində açılmayıb. Əgər ikinci cəhddə klapan ASME BPVC standartında əsasən yol verilə bilən hədlər daxilində açılmazsa, onda belə çıxır ki, ya klapanın parametrlərində xəta var, ya da bu, klapanın işlədiyi vaxt dəyişib. QKGAT səviyyəsinin 150 faizini təşkil edən giriş təzyiqi səviyyəsində açılmayan klapanların ilişib bağlı qalan klapanlar kimi dəyərləndirilməlidir. Əgər ilkin olaraq klapan QKGAT səviyyəsindən aşağı səviyyədə açılarsa deməli onun yayları zəifləyib, klapan sonuncu sınaqda düzgün sazlanmayıb və ya klapan işləyərkən onun parametrləri dəyişib. “Qəbul edilmiş” artan təzyiq səviyyəsinin qeyd edildiyi sınaq birinci sınaqdır. Bu təzyiq səviyyəsi klapanın yoxlanma intervallarını təyin etmək üçün istifadə edilir.

Xəbərdarlıq — Əgər klapan həddən artıq çirklidirsə, klapanın “qəbul edilmiş” səviyyədə açılması zaman onun yəhərləri zədələnə bilər ki, bu zaman istifadəçi həmin səviyyəni qəbul etməyərək yoxlama intervallarını qısalda bilər. Klapanın yoxlanılma intervallarını qısaltdıqdan sonra onu növbəti yoxlamada təmizləmək lazımdır. Əgər klapan təmiz olmazsa, yoxlama intervalını yenidən qısaltmaq və çirklənmə səviyyəsini azaltmaq üçün digər tədbirlər görmək lazımdır.

6.2.9.3 Klapanı texniki xidmət sexinə sınaq üçün göndərməzdən qabaq onu mümkün təhlükəli maddələrdən təmizləmək tez- tez lazım gəlir. Bu zaman klapanın onun üçün təyin edilmiş təzyiq səviyyəsində işləməsinə mane olan çöküntülər təmizlənə bilər. Klapanı sökmədən onun görünə bilən hissələrinin vizual yoxlanması onun təmizlənməsindən qabaq aparılmalı və müvafiq yoxlama intervalının təyin edilməsi üçün əldə edilən nəticələrdən istifadə edilməlidir.

6.2.10 Vizual yoxlama

Klapanın sınağından sonra onun istismardan çıxarılmasından sonrakı vəziyyətini qiymətləndirmək üçün vizual yoxlama aparmaq lazımdır. Əgər təzyiq boşaltma klapanında qeyri –adi korroziya, çöküntü və ya digər hallar aşkarlanmayıbsa (aşağıdakı birinci xəbərdarlığa baxın) klapan təzyiq boşaltma klapanlarının təmiri sexinin mexaniki tərəfindən yoxlanıla bilər. Yoxlamanın nəticələri müvafiq formalarda qeyd edilməlidir. Yoxlanılan nöqtələrə aşağıdakılar aiddir:

a) dayaq səthlərində batıqların, nahamarlığın və ya yeyilmələrin olmadığını müəyyən etmək üçün flansların yoxlanılması,

b) klapanın işçi təzyiqi və temperaturu səviyyəsində təzyiq diapazonunun düzgün olduğunu və korroziyanın olmadığını müəyyən etmək üçün onun yaylarının yoxlanılması,

c) əgər klapan silfonlu klapandırsa, silfonda korroziyanın, çatların və ya deformasiyanın olmadığını müəyyən etmək üçün onun yoxlanılması,

d) başlıqsız vintlərin və qapaqdakı açıq yerlərin mövqelərinin yoxlanılması;

e) giriş və çıxış ucluqlarında korroziyanın və ya yad maddələrin olmadığını müəyyən etmək üçün onların yoxlanılması,

f) aşındırıcı mühit və ya hər hansı mexaniki zədə əlamətlərinin olmadığını müəyəyn etmək üçün xarici səthlərin yoxlanılması,

g) korpus divarının qalınlığının yoxlanılması;

h) klapanı hissələrinin və materiallarının onun identifikasiya etiketində və spesifikasiya kartında verilən məlumatla uyğunluğunun yoxlanılması.

i) köməkçi klapanlar və onlarla bağlı olan hissələr.

Xəbərdarlıq 1— Təzyiq boşaltma klapanında qeyri –adi korroziya, çöküntü və ya hallar aşkarlandıqda istifadəçini təmsil edən təftişçi bu yoxlamaya öz köməyini göstərməlidir.

Xəbərdarlıq 2— Əgər təzyiq boşaltma klapanı təhlükəli maddələrin keçdiyi avadanlıqlar üzərində quraşdırılıbsa onun yoxlanılması zaman ehtiyatlı olmaq lazımdır.

6.2.11 Klapanın sökülməsi

6.2.11.1 Klapanı qəbul etdikdən, onun sınağını və ilkin vizual yoxlamasını tamamladıqdan sonra, həmin klapanın texniki xidmət sexində hərtərəfli yoxlanılması və təmiri tələb edilə bilər. Əgər klapanı sınağı API 510 standartında əsasən təyin edilmiş müvafiq intervalda aparılıbsa, 6.2.9 –cu yarımbənddə “qəbul edilmiş” artan təzyiq səviyyəsinin təyin edilməsi üçün verilən təlimatlara və həmin sınağın nəticələrinə görə klapanların sınaqdan lazımi səviyyədə keçdiyi müəyyən edilərsə hər hansı “yeni şərt” altında bərpası tələb edilməzsə, sonrakı yoxlama üçün klapanın sökülməsi tələb edilməyə bilər.

6.2.11.2 Məqsədə uyğun olduqda, klapanları istehsalçının təlimat vəsaitlərinə və tövsiyələrinə uyğun olaraq ehtiyatla sökmək lazımdır. Yüngül hidrokarbonlu istismar mühitində klapanların sökülməsindən qabaq onu kimyəvi təmizləmə şirkətləri tərəfindən tövsiyə edilən və klapanın hazırlandığı materiala uyğun gələn məhlulla təmizləmək lazımdır ki, onun sökülməsi zaman yarana qığılcımlardan alışma baş verməsin. Pilot klapanla idarə edilən klapanlarda pilot aqreqatın və həmin klapanın qabarıq sahəsi mayeli istismar mühitində texnoloji maye ilə doldurula bilər və ona görə də klapanın sokülməsi zaman ehtiyat tədbirləri görmək lazımdır. Klapanın sökülməsi zaman onun hissələrinin ayrılması üçün müvafiq vasitələr təşkil edilməlidir. Sökmə prosesinin hər bir mərhələsində klapanın müxtəlif hissələrində yeyilmənin və korroziyanın olmadığını müəyyən etmək üçün onları üzdən yoxlamaq lazımdır. Klapan ştokunun, istiqamətləndirici hissənin, diafraqmanın və ucluqların vizual yoxlanması tələb edilir. Balanslı klapanların silfonlarında onların işləmə qabiliyyətinə təsir göstərə biləcək çatların və digər nasazlıqların olmadığını müəyyən etmək üçün həmin silfonları yoxlamaq lazımdır (bax: Şəkil 24).

6.2.12 Hissələrin təmizlənməsi və yoxlanılması

6.2.12.1 Hər bir klapanın hissələrini digər klapanların hissələrindən ayrı saxlamaq üçün həmin klapanın hissələrini lazımi qaydada nişanlamaq, ayırmaq və hərtərəfli təmizləmək lazımdır. Tez –tez təmizlənməsi tələb edilən klapan hissələrinə ucluqlar, yaylar və yəhərlər aiddir. Çıxarılması çətin olan çöküntülər məhlulla təmizlənməli, məftillə fırçalanmalı, şüşə tozu ilə üfürülərək təmizlənməli və ya ehtiyatla qaşınmalıdır.

6.2.12.2 Hər bir hissəni təmizlədikdən sonra onu klapanın ölçülərinin təyin edilməsi üçün nəzərdə tutulan müvafiq avadanlıqlarla və lazımi çertyojlara və ədəbiyyata əsasən tez- tez istinad edərək diqqətlə yoxlamaq lazımdır.

6.2.12.3 Komponentlərdə yeyilmənin və korroziyanın olmadığını müəyyən etmək üçün onları yoxlamaq lazımdır. Klapan diafraqmasının və ucluğunun dayaq səthlərində klapanın sızması ilə nəticələnə bilən nahamarlığın və ya zədənin olmadığını yoxlamaq lazımdır (bax: Şəkil 27 və Şəkil 28). Hər hansı cilalamanın və ya yeyilmənin nəticəsində klapan yəhərinin ölçülərinin istehsalçı tərəfindən təyin edilmiş yol verilə bilən hədləri aşmadığını müəyyən etmək üçün onları müvafiq yəhər –ölçü alətləri ilə yoxlamaq lazımdır. Klapan yəhərinin yastılığı istehsalçı tərəfindən tövsiyə edilən uyğun halqalarla, optik ölmə cihazları və digər uyğun yoxlama cihazları ilə yoxlanılmalıdır. Müvafiq avadanlıq mövcud olduqda, klapanın yaylarının qüvvəsi də yoxlanılmalıdır. Klapanın yaylarında həmçinin korroziyanın və deformasiyanın olub olmadığı yoxlanılmalıdır. Istiqamətləndirici hissə il diafraqma yaxud diafraqma tutqacı arasındakı uyğunluq və aralıq məsafəsi yoxlanılmalı, hər hansı nahamarlığın olmadığı vizual yoxlama ilə müəyyən edilməlidir. Ucluqlarda hər hansı maneənin və deformasiyanın olmadığı müəyyən edilməlidir. Silfonlarda hər hansı sızıntının, çatın və ya sızıntıya səbəb ola biləcək nazik ləkələrin olub olmadığı yoxlanılmalıdır. Buna əlavə olaraq, əgər silfon sıradan çıxıbsa, ola bilsin ki buna səbəb əks təzyiq səviyyəsinin layihə təzyiqindən yüksək olması səbəb olub. Əks təzyiq səviyyəsinin qalxmasına müəyyən çöküntülərin və ya orijinal layihə ilə müqayisədə daha yüksək səviyyədə boşalan axının çıxışda yaratdığı məhdudiyyətlər səbəb ola bilər. Bunun səbəbi müəyyən edilməli və islahedici tədbirlər görülməlidir.

6.2.13 Hissələrin bərpası və dəyişdirilməsi

Yol verilə bilən hədlər xaricində yeyilmiş və zədələnmiş hissələr dəyişdirilməli və ya bərpa edilməlidir. Zədələnmiş yayları, silfonları və birdəfəlik istifadə üçün nəzərdə tutulan hissələri, hətta üzdən zədəli görünməyən hissələri də dəyişdirmək lazımdır. Bütün yumşaq hissələri, hətta üzdən zədəli görünməyən hissələri də dəyişdirmək lazımdır. Xüsusi təzyiq boşaltma klapanlarının ehtiyat hissələrinin istehsalçıdan alınması tövsiyə edilir. Klapanın korpusu, flansları və qapağı eyni materialdan hazırlanmış digər təzyiqli hissələrin təmiri üçün nəzərdə tutulan vasitələrlə bərpa edilə bilər. Əgər diafraqmada və ya uçuqda yeyilmə və ya zədə əlaməti aşkarlanarsa onların dayaq səthlərini cilalamaq və ya təmizləmək lazımdır. Klapan hissələrini bərpa edərkən istehsalçının tövsiyələrinə əməl edin.

6.2.14 Klapanın yenidən yığılması

Klapanı yoxladıqdan və onun hissələrini bərpa və ya etdikdən sonra onu istehsalçının təlimatları əsasında yenidən yığmaq lazımdır. Klapanın ucluqlarının və diafraqmanın dayaq səthləri yağlanmamalıdır. Yığılmış hissələr arasındakı aralıq məsafələri yoxlanılmalıdır. İstehsalçının təlimatları əsasında klapanın yayı arzu edilən təzyiq səviyyəsinə mümkün qədər yaxın səviyyədə açılmaq üçün tənzimlənməlidir. Boşaltma halqaları, istehsalçı tərəfindən müvafiq buxar və ya mayeli istismar mühiti üçün verilən tövsiyələrə əsasən diqqətlə və ehtiyatla sazlanmalı və onun parametrləri gələcəkdə istifadə üçün qeyd edilməlidir. Əksər sınaq blokları faktiki boşalmanı ölçmək üçün kifayət qədər gücə malik olmadığı üçün lazımi tənzimləmənin qiymətləndirilməsi üçün istehsalçının təlimatlarına və əvvəlki istismar təcrübəsinə müraciət etmək lazımdır.

6.2.15 Klapan üçün təzyiq səviyyəsinin təyin edilməsi

6.2.15.1 Klapanı bərpa etdikdən və yenidən yığdıqdan sonra, klapanın QKGAT səviyyəsində boşalmasını təmin etmək üçün onun yayını axırıncı dəfə tənzimləmək lazımdır. Sınaq proseduralarının zavodun yerli istismar təcrübəsinə uyğun olaraq dəyişməsinə baxmayaraq, klapan ümumi olaraq sınaq blokuna quraşdırılır və havanın yaxud suyun təzyiqi klapan boşalana kimi tədricən artırılmalıdır. Klapanın yayının düzgün parametrlərinə uyğun tənzimlənməsi üçün istehsalçının tövsiyələrinə və ya NB-18 bəndinin müddəalarına əməl etmək lazımdır. Əgər yeni təzyiq səviyyəsinin təyin edilməsi tələb edilərsə, yayın tənzimlənməsi üçün istehsalçı tərəfindən təyin edilmiş hədlər aşılmamalı və qüvvədə olan kodların tələblərinə uyğunluq təmin edilməlidir. Lazım gəldikdə, fərqli yaylardan istifadə etmək lazımdır.

6.2.15.2 Klapanı tənzimlədikdən sonra onun parametrlərinin dəqiqliyini sübut etmək üçün ən azı bir dəfə artan təzyiq səviyyəsində açılmasına əmin olmaq lazımdır. Bəzi istehsalçılar bu sınağın ən azı üç dəfə aparılmasını tövsiyə edir, çünki birinci sınaq texniki xidmətdən sonra klapanın hissələrinin mərkəzləşməsinə kömək edir və sonrakı ardıcıl sınaqlar isə təyin edilmiş təzyiq səviyyəsinin yoxlanılmasına xidmət edir. Normal olaraq, klapanın açılma təzyiqinin təyin edilmiş təzyiq səviyyəsindən yayınması 70 lbf/in. (483.0 kPa) təzyiq səviyyəsinə bərabər və ya ondan yüksək təzyiq səviyyəsi üçün ±2 lbf/in. (±13.8 kPa) həddini yaxud 70 lbf/in. (483.0 kPa) səviyyəsindən yüksək təzyiq səviyyəsi üçün isə ±3 % həddini aşmamalıdır. [bax: ASME BPVC Bölmə VIII, Hissə 1, Bənd UG 134(d)(1)]. ASME BPVC Bölmə VIII, Hissə 1, Bənd UG 125(c)(3) –də irəli sürülən tələblərə cavab verən klapanlar üçün, bu yayınma 0 faizdən aşağı və +10 faizdən yuxarı olmamalıdır. Qaynar halda bərkimə üçün yol verilə bilən hədlər istehsalçı tərəfindən təqdim edilən məlumatlara əsasən təyin edilməlidir. İstehsalçının və ya istifadəçinin klapanlar üzrə spesifikasiyasına əsasən istismar zamanı əks təzyiq səviyyəsini, işçi temperaturu səviyyəsini və ya sınaq vasitələrini kompensasiya etmək üçün tələb edilən QKGAT səviyyəsi tənzimlənməlidir.

6.2.15.3 Təzyiq boşaltma klapanının su ilə sınağı aparıldıqda klapanın istehsalçısı tərəfindən tövsiyə edilən sınaq metodlarını tətbiq edin. Bu zaman, təzyiq səviyyəsi tipik olaraq, təyin edilmiş səviyyəyə kimi artırılır. Hər hansı sızıntının yaranmaması üçün təzyiqin boşalması müşahidə edilməli və ya ani təzyiq düşməsini olmaması üçün sınaq cihazına diqqət yetirmək lazımdır. Klapanın boşalma tərəfindən fasiləsiz kiçik su axını adətən QKGAT səviyyəsinin alındığını göstərir. Klapanın istismar üçün qəbul edilməsindən qabaq onun boşaltdığı təzyiq səviyyəsi 6.2.15.2 –ci yarımbənddə qeyd edilən yol verilə bilən hədlər daxilində olmalıdır.

6.2.15.4 Su ilə tənzimlənən təzyiq boşaltma klapanlarının suyunun boşaldılması lazım gələ bilər (məs. pilot klapanla idarə edilən klapanın qabarıq sahəsində) və klapanın istismar zamanı öz funksiyasını lazımi səviyyədə icra etməsi üçün onu quraşdırmaqdan qabaq qurutmaq lazımdır.

6.2.16 Klapanın kipliyinin yoxlanılması

Klapanın QKGAT səviyyəsində açılmaq üçün tənzimlənməsindən sonra onda hər hansı sızıntının olub olmadığı yoxlanılmalıdır. Sınaq blokunda klapanın təzyiqini QKGAT səviyyəsinin 90 faizinə kimi artıraraq və klapanın boşaltma tərəfində sızıntının olub olmadığını müşahidə edərək onun yəhərinin kipliyini sınaqdan keçirmək olar. Sızıntının aşkarlanması metodları B.2 yarımbəndində və Şəkil 40 da verilib.

Tətbiq edildiyi təqdirdə, klapanın qapağı, silfonu, kipləyici aralıqları ola, birləşmələri və köməkçi boruları/ borucuqları yoxlanılmalıdır.

Xəbərdarlıq — İstismarda olan təzyiq boşaltma klapanlarında yaranan sızıntılar minimuma endirilməlidir, çünki bu, ətraf mühit, işçilər və avadanlıq üçün təhlükə törədə bilər və eyni zamanda sızıntı nəticəsində klapanın çirklənməsinə, sıradan çıxmasına və məhsulun itkisinəgətirə bilər.

6.2.17 Lazımi protokolların tutulması

Klapanın təkrar istismara cəlb edilməsindən qabaq bütün lazımi protokollar tutulmalıdır. Klapanın hissələrinin dəyişdirilməsi və ya onların çıxarılması vaxtlarının təyin edilməsində bu protokollar mühüm əhəmiyyət kəsb edərək onların gələcəkdə effektiv işləməsini təmin edir. Bu protokollar klapanların istismar şərtlərinin və mühitinin tarixçəsini təşkil edir. Texniki xidmət və sınaq protokollarının saxlanılması dövlət qanunlarına əsasən də tələb edilə bilər. Nümunə formaları B Əlavəsində verilib. Təmir işləri üçün tələb edilən texniki pasport terminlərinin izahı isə API 526 standartında verilib.

6.2.18 ASME BPVC Bölmə VIII tələblərinə cavab verən təzyiq boşaltma klapanlarının avadanlıq üzərində yoxlanılması, sınağı, texniki xidməti və sazlanması

6.2.18.1 Ümumiyyətlə, sex yoxlamalarının / təmirlərinin tələb edilən vaxt aralığında sexdə aparılması avadanlıqların üzərində aparılan yoxlama/ təmirlərlə müqayisədə daha sərfəli və effektiv olur. Bununla belə, təcrübə göstərir ki, klapanın təmiz istismar mühitində işlədiyi təqdirdə, onun avadanlığın üzərində yoxlanılması təhlükəsiz və məqsədə uyğundur. Lazımi ehtiyat tədbirlərini gördükdən sonra (bax: 6.2.1) giriş və çıxış siyirtmələrini bağlayaraq təzyiq boşaltma klapanını təcili yoxlama, sınaq və ya cüzi təmir işləri üçün çıxarmaq olar. Klapanın hərtərəfli təmirə ehtiyacı olduqda onu sexə göndərmək lazımdır.

6.2.18.2 Müəyyən hallarda təzyiq boşaltma klapanının ayırıcısından sınaq üçün keçən nəcib qazla onun təyin edilmiş təzyiq səviyyəsini və sızıntının olub olmadığını yoxlamaq olar. Bu metod 6.2.8 –də müzakirə edilən sınaq bloku metodu ilə müqayisədə keyfiyyətli deyil. Təzyiq boşaltma klapanının tam açılma səviyyəsinin yarısına kimi açılmasına imkan verən lazımi həcmdə giriş mayesi təmin edilmədikdə bu sınağın nəticələri qeyri –dəqiq olur. Təzyiq boşaltma klapanının tam açılma səviyyəsinin yarısına kimi açılmasına imkan verən lazımi həcmdə giriş mayesi təmin edilməzsə, onun sürətlə bağlanması nəticəsində yaranan təsir yükündən zədələnməsinin qarşısını almaq üçün məhdud qaldırıcı qurğusunun istifadəsi tövsiyə edilir.

Xəbərdarlıq— Bu metodla giriş / çıxış xəttinin çirklənib çirklənmədiyini təyin etmək və ya klapanın bütün hissələrinin təhlükəsiz və qaneedici işləmə səviyyəsində olduğunu müəyyən etmək məqsədilə fiziki yoxlama üçün onun sistemdən çıxarılması ehtiyacı ödənmir. Bu metodla həmçinin klapanın boşaltma parametrləri də yoxlanılmır.

1 sızmanın qarşısını almaq üçün detektorun üzünə birləşdirilmiş yumşaq rezin aralıq

2 detektora qaynaq edilmiş qapaq

5 çıxış borucuğu – kəsilmiş sonluğu hamar və kvadrat formasındadır.

7 su səviyyəsinə nəzarət edən dəlik – borunun dibindən dəliyin dibinə kimi 1/2 düym məsafə saxlayın

8 klapanın sınaq zamanı açıldığı təqdirdə təzyiqin boşaldılması üçün nəzərdə tutulan parafin kağız

Şəkil 40— Qoruyucu klapanın və boşaltma klapanının detektoru

6.2.18.3 Təzyiq boşaltma klapanını onun təyin edilmiş təzyiq səviyyəsini müəyyən edən xüsusi qurğu ilə axın zamanı sınaqdan keçirmək olar. Təzyiq boşaltma klapanının ştokunu və özünü hidravlik qüvvə ilə qaldıran bu qurğular vasitəsilə həmin klapanların açılmasını və onun açılma nöqtəsinə tətbiq edilən yükü təyin etmək üçün xüsusi metod tətbiq edilir. Açılma nöqtəsini və tətbiq edilən yükü onun əlaqəsini təyin etmək üçün çoxsaylı texnologiyalardan istifadə edilir. Bu texnologiyalar sadə eşidilə bilən notifikasiyadan məlumatların proqram əsasında təhlilin, dəyişdirməyə və ya akustik sensorlara kimi dəyişir. Klapanı təyin edilmiş təzyiq səviyyəsi klapanın açılma yükünün göstəricisinə onun yəhərinin sahəsini bölməklə bundan sonra alınan göstəricisinin üstünə giriş təzyiqinin göstəricisinigəlməklə hesablanır. Məlumatın qrafik göstəricilərinə yükün yekunxülasəsindən, giriş təzyiqindən və təyin edilmiş təzyiq səviyyəsindən ölçülmüş və hesablanmış göstəricilərin, məs. tətbiq edilən yükün, klapanın qalxma səviyyəsinin və giriş təzyiqi göstəricilərinin cədvəllərinə kimi olan göstəricilər daxil edilir. Bu metod müvafiq hüquqa malik olan yerli orqanlar tərəfindən klapanın təyin edilmiş təzyiq parametrlərinin yoxlanılması və tənzimlənməsi üçün etibarlı metod kimi qəbul edilə və ya edilməyə bilər.

Hidravlik sınaq metodunun tətbiqi zaman aşağıdakı mümkün təhlükəli halları nəzərə almaq lazımdır:

a) qoruyucu diafraqma / boşaltma klapanı birləşmələrində qoruyucu diafraqmada yarana biləcək nasazlıq;

b) klapan yəhərinin oturduğu sahəyə onun təzyiq altında olması zaman mexaniki zədələnməyə və / yaxud sızıntıya səbəb ola biləcək yad maddələrin daxil ola bilməsi;

c) texnoloji maddələrin atmosferə buraxılmasının mümkünlüyü;

d) silfonla təchiz edilmiş təzyiq boşaltma klapanlarının silfonunda texnoloji maddələrin klapanın qapağındakı açıq hissələrdən atmosferə buraxılmasına səbəb ola biləcək nasazlıqların yaranması;

e) əksər cihazlar elektron cihazlardır və onların təhlükəli mühitə uyğunluğu müvafiq qaydada təhlil edilməlidir;

f) təzyiq boşaltma klapanlarında giriş təzyiqinin təyin edilmiş təzyiq səviyyəsinə yaxın sınaqdan keçirilməsi nəticəsində işçi təzyiqin azalması üçün klapan açıla və ya mexaniki qurğu klapanı bağlaya bilər.

Xəbərdarlıq — Hidravlik sınaq metodunun təmiz istismar mühitində işləyən təzyiq boşaltma klapanı üçün kifayət edə bilməsinə baxmayaraq klapanın təyin edilmiş təzyiq səviyyəsinin bu metodla yoxlanılması giriş / çıxış xəttinin çirklənib çirklənmədiyini təyin etmək və ya klapanın bütün hissələrinin təhlükəsiz və qaneedici işləmə səviyyəsində olduğunu müəyyən etmək məqsədilə fiziki yoxlama üçün onun sistemdən çıxarılması ehtiyacını ödənmir.

6.2.19 ASME BPVC Bölmə I tələblərinə cavab verən qazan qoruyucu klapanlarının yoxlanılması, sınağı, texniki xidməti və sazlanması

6.2.19.1 Buxar qazanlarında quraşdırılmış qoruyucu klapanların konstruksiya və işləmə baxımından texnoloji avadanlıqlarda quraşdırılmış təzyiq boşaltma qurğularına oxşar olmasına baxmayaraq, onlar yerli, ştat və federal qaydalarına və enerji kodlarına əsasən layihələnir və quraşdırılır. Bu qurğuların yoxlanılması istehsalçının tövsiyələri və normativ tələblər əsasında həyata keçirilməlidir. Yoxlama siyasətinin yaradılması üçün şirkətin təcrübəsindən də istifadə etmək olar (bir şərtlə ki, belə siyasət hər hansı normativ tələblə ziddiyyət təşkil etməsin və ya onu sual altında qoymasın).

6.2.19.2 Qazan qoruyucu klapanlar qazana qaynaq edilə bilər və ona görə də onları sınaq və ya texniki xidmət üçün praktiki olaraq çıxarmaq mümkün olmur. Qazan qoruyucu klapanlar vaxtaşırı olaraq, klapan açılana kimi buxar təzyiqini artırmaqla sınaqdan keçirilə bilər. Dəqiqliklə kalibrlənmiş təzyiq manometrləri klapanın açılma təzyiqi səviyyəsini təyin etmək üçün istifadə edilə bilər. Akkumulyasiya və boşalma halı da qeyd edilməlidir. ASME BPVC Bölmə I- də həmçinin, qazandakı işçi təzyiqi səviyyəsinin təyin edilmiş təzyiq səviyyəsinin 75 faizini təşkil etdiyi təqdirdə, qazan qoruyucu klapanlar üçün qaldırıcı qurğunun təşkil edilməsi tələb edilir ki, hərəkətdə olan hissələrin sərbəstliyini yoxlamaq mümkün olsun.

6.2.19.3 Bəzi qoruyucu klapanların sınağını qazanın üzərində aparmaqdansa, onları yerli sahə qaydalarının tələblərinə uyğun və mütəmadi olaraq çıxarmaq və sınaqdan keçirmək olar. Bu cür sınaqlar qüvvədə olan qanunlarda və aidiyyəti olan orqanlarının qaydalarında irəli sürülən tələblərə cavab verməlidir. Adətən, təyin edilmiş təzyiq səviyyəsinin və boşalmanın buxarla sınaqdan keçirilməsi tələb edilir.

6.2.19.4 Bəzi dövlət idarəetmə orqanları qoruyucu buxar klapanlarının sınağının onlar üçün təyin edilmiş təzyiq səviyyəsini müəyyən edən xüsusi avadanlıqlarla axın anında aparılmasına icazə verir. Təzyiq boşaltma klapanının ştokunu və özünü hidravlik qüvvə ilə qaldıran bu qurğular vasitəsilə həmin klapanların açılmasını və onun açılma nöqtəsinə tətbiq edilən yükü təyin etmək üçün xüsusi metod tətbiq edilir. Açılma nöqtəsini və tətbiq edilən yükü onun əlaqəsini təyin etmək üçün çoxsaylı texnologiyalardan istifadə edilir. Bu texnologiyalar sadə eşidilə bilən notifikasiyadan məlumatların proqram əsasında təhlilin, dəyişdirməyə və ya akustik sensorlara kimi dəyişir. Klapanı təyin edilmiş təzyiq səviyyəsi klapanın açılma yükünün göstəricisinə onun yəhərinin sahəsini bölməklə bundan sonra alınan göstəricinin üstünə giriş təzyiqinin göstəricisini gəlməklə hesablanır. Məlumatın qrafik göstəricilərinə yükün yekun xülasəsindən, giriş təzyiqindən və təyin edilmiş təzyiq səviyyəsindən ölçülmüş və hesablanmış göstəricilərin, məs. tətbiq edilən yükün, klapanın qalxma səviyyəsinin və giriş təzyiqi göstəricilərin cədvəlinə kimi olan göstəricilər daxil edilir.

Xəbərdarlıq — Qoruyucu klapanların təyin edilmiş təzyiq səviyyəsini və işləmə qabiliyyətini yoxlamaq üçün tətbiq edilən bu metod əsasında klapanın açılma təzyiqi müəyyən edilir lakin klapanın bütün hissələrinin təhlükəsiz və qaneedici işləmə səviyyəsində olduğunu müəyyən etmək məqsədilə fiziki yoxlama üçün onun sistemdən çıxarılması ehtiyacını ödənmir. Bu metodla həmçinin klapanın boşaltma parametrləri də yoxlanılmır. Qoruyucu klapanın giriş təzyiqinin təyin edilmiş parametrlərə yaxın sınaqdan keçirilməsi işçi təzyiqi səviyyəsinin azaldılması üçün klapanın açılmasına və ya mexaniki qurğu tərəfindən klapanın bağlanmasına səbəb ola bilər.

6.2.20 Pilot klapanla idarə edilən təzyiq boşaltma klapanlarının yoxlanılması, sınağı, texniki xidməti və sazlanması

6.2.20.1 Pilot (köməkçi) klapan mexanizminin yoxlanılması, sınağı, texniki xidməti və parametrlərinin təyin edilməsi əsas klapandan ayrı həyata keçirilməlidir. Sınaq birləşmələri olduqda pilot klapanların bəzi növlərinin təyin edilmiş təzyiq səviyyələri klapanın işlədiyi halda dəqiq sınaqdan keçirilə bilər. Əgər əsas klapanın altında stopor siyirtməsi yoxdursa, onda klapanı yalnız qab işləmədiyi halda yoxlamaq və təmir etmək olar.

Pilot klapanla idarə edilən təzyiq boşaltma klapanlarının müxtəlifliyinə görə onların yoxlanılması, təmiri və sınağı üçün istehsalçının tövsiyələrinə əməl etmək və onunla məsləhətləşmək lazımdır.

6.2.20.2 Digər təzyiq boşaltma klapanları ilə bağlı nəzərə alınan məsələlərin əksəriyyəti pilotla idarə edilən təzyiq boşaltma klapanlarına da şamil edilir. Aşağıda pilotla idarə edilən təzyiq boşaltma klapanları ilə bağlı bir sıra əlavə məsələlərə toxunulur:

a) yumşaq hissələrin (halqalar, diafraqmalar. Kipləyici aralıqlar) yoxlanılması,

b) pilot klapan aqreqatının və xarici borucuqların ağzının tutulub tutulmadığını yoxlamaq,

c) əsas klapanın qabarıq sahəsində hər hansı materialın ilişib qaldığını və ya qalmadığını yoxlamaq,

d) bütün boru fitinqlərində sızıntının olub olmadığını yoxlamaq,

e) təzyiq datçikinin və onun oriyentasiyasının yoxlanılması.

6.2.20.3 Diafraqmalı klapanların istehsalçıları (bax: Şəkil 7) tez –tez diafraqmanın və digər hissələrin texniki xidmət sexində altı ayda bir dəfə yoxlanılmasını /təmir edilməsini tövsiyə edir.

6.2.21 Çənlərin üzərindəki yük-təzyiq və /yaxud vakuum boşaltma klapanlarının yoxlanılması, sınağı, texniki xidməti və sazlanması

6.2.21.1 Təzyiq altında olan saxlama çənlərinin üzərində quraşdırılmış təzyiq boşaltma klapanlarının yoxlanılması, sınağı, texniki xidməti və sazlanması texniki avadanlıqlarda quraşdırılmış təzyiq boşaltma klapanları ilə eynidir.

Atmosfer təzyiqli çənlərdə quraşdırılmış təzyiq və / yaxud vakuum boşaltma klapanları çənin doldurulması zaman onun içərisindəki havanın və ya buxarın çıxarılması üçün nəzərdə tutulub (bax: Şəkil 10 və Şəkil 11). Təzyiq və /yaxud vakuum boşaltma klapanları demək olar ki fasiləsiz olaraq işləyir. Onlar ilişərək sıradan çıxmağa meylli olan klapanlardır. Vaxtaşırı aparılan yoxlamalarla bu vəziyyəti aşkarlamaq mümkündür. Temperatur donma səviyyəsindən aşağı düşdükdə soyuq istismar mühitində altlıqların buz bağlayaraq yapışmamasını təmin etmək üçün bu klapanları yoxlamaq lazımdır. bu altlıqlar adətən yük altında olur. Hər bir buraxma klapanının yerindəcə yoxlanılmasına onun boşaltma çıxışında maneələrin olub olmadığını müəyyən etmək də daxildir. Klapanın baş hissəsi çıxarılmalı və altlıqların hərəkət etmə sərbəstliyi yoxlanılmalıdır. Bundan başqa, klapanın yəhərlərinin ilişmə və ya sızıntının olmamasını təmin etmək üçün onları yoxlamaq lazımdır, çünki klapanı işə salan qüvvə zəif olur. Əgər klapanın giriş ucluğunda alovsöndürən varsa onun ağzının tutulub tutulmadığı və ya çirklənib çirklənmədiyi yoxlanılmalıdır. Lazım gəldikdə bu qurğunu təmizləmək üçün çıxarmaq lazımdır.

Xəbərdarlıq — Alovsöndürən cihazı işləyən zaman yoxlamaq vacibdir çünki onun çirklənməsi və ya ağzının tutulması avadanlığı zədələyə bilər.

6.2.21.2 Yük altında olan təzyiq və / yaxud vakuum boşaltma klapanlarının yoxlanılması, sınağı, texniki xidməti və sazlanması aşağıda göstərilən mərhələlərdən keçir.

1) Klapanın ilişməsi aradan qaldırılmalı və onun qarşısı alınmalıdır. Qurğularda nimçələrin (altlıqların) ilişib ilişmədiyi yoxlanmalıdır. Əgər diafraqma ilişibsə məhsulun kipləyici materiala göstərdiyi təsir və nimçənin hazırlandığı material araşdırılmalıdır. Lazım gəldikdə, kipləyici material və diafraqmanın hazırlandığı material dəyişdirilməlidir.

2) Klapanın nimçəsi yoxlanılmalı və onlara texniki xidmət göstərilməlidir. Nimçəni çıxardıqdan sonra onu təmizləmək lazımdır. Əgər altlığın kütləsinin dəyişməsindən şübhələnməyə səbəb varsa (korroziya, ilişmə və s.) onun kütləsi təyin edilməlidir. Nimçənin kütləsini qurğunun düzgün boşaltma təzyiqi üçün tələb edilən kütləsi ilə müqayisə edərək yoxlayın.

QEYD: Təzyiq –vakuum boşaltma qurğusunun sazlanması onun açılma sahəsi ilə nimçənin kütləsinin müqayisə edilməsindən asılıdır. Təyin edilmiş təzyiq səviyyəsi adətən standart 0.5 oz/düym 2 (0.215 kPa) olur, lakin 24 oz/düym (10.34 kPa) səviyyəsinə kimi qalxa bilər.

Əgər kütlə düzgün deyilsə, düzgü kütlə alınana kimi onu artırmaq və ya çıxarmaq lazımdır. İstehsalçının layihəsinə əsasən təyin edilmiş səviyyədə əlavə kütlənin qurğunun qalxma səviyyəsinə məhdudiyyət qoymadığına əmin olun. Nimçənin vəziyyəti və istismara yararlılığı yoxlanılmalı və yararsız nimçələr dəyişdirilməlidir.

3) Nimçənin yəhərləri və altlıqları yoxlanılmalı və təmizlənməlidir.

4) Nimçənin oturduğu sahə və onun kipləyici aralıqları yoxlanılmalı və lazım gəldikdə dəyişdirilməlidir.

5) Qoruyucu ekranların istismara yararlılığı yoxlanılmalı və lazım gəldikdə dəyişdirilməlidir.

6) Həncamaların və həncama sancaqlarının işləmə qabiliyyəti yoxlanılmalı və lazım gəldikdə onlara texniki xidmət göstərmək, yağlamaq və dəyişmək lazımdır.

7) Klapanın korpusuna tətbiq edilmiş hər hansı xüsusi xarici və ya daxili örtük yoxlanılmalı və istismara yararlı olmadığı təqdirdə dəyişdirilməlidir.

8) Qapaq yoxlanmalı və istismara yararlı olmadıqda dəyişdirilməlidir.

9) Boltlar yoxlanılmalı və tələb edildikdə dəyişdirilməlidir.

10) Təkrar montaj və yekun işləmə qabiliyyəti yoxlanılmalı və altlıqların sərbəst hərəkət edə bilməsi müəyyən edilməlidir.

6.2.22 Qoruyucu diafraqmaların yoxlanılması və dəyişdirilməsi

6.2.22.1 Əgər diafraqmanın istehsalçısı tərəfindən boltun sıxılması metodu təyin edilibsə və sıxılmış boltlar boşalıbsa qoruyucu diafraqmanı dəyişmək lazımdır. Qoruyucu diafraqmanı tutqacdan çıxardıqdan sonra onu, hətta yırtılmamasına baxmayaraq da, təkrar yerinə taxmaq olmaz. Boltu açdıqdan sonra yük basqısı boşalır və diafraqmanın quraşdırıldığı zaman qoyduğu “iz” təkrar quraşdırmadan sonra onun kipliyinə mane olacaq və işləmə səviyyəsinə mənfi təsir göstərəcək.

6.2.22.2 Qoruyucu diafraqmaların sınağı mümkün olmadığı üçün onları istehsalçının tövsiyələri, keçmiş istismar təcrübəsi və onların tətbiqinə əsasən mütəmadi olaraq dəyişdirilməlidir. Əgər diafraqmadan öndə stopor siyirtməsi quraşdırılıbsa, onda istismar zamanı həmin siyitmə kilidlənməli və ya açıq mövqedə plomblanmalıdır. Əgər diafraqmanı dəyişmək lazımdırsa, onda yeni diafraqmanın quraşdırılması başa çatana kimi stopor siyirtməsini kilidləmək, plomblamaq və bağlamaq lazımdır.

Bununla belə, əgər diafraqmanın qabaqcadan açılma riski aşağıdırsa, giriş və çıxışın çirklənib çirklənmədiyi müəyyən edilməlidir və diafraqma yerində saxlanıla bilər.

6.2.22.3 Əksinə sürtünən qoruyucu diafraqmalar təzyiq boşaltma klapanlarının axın zamanı sınağını asanlaşdırmaq və buna şərait yaratmaq üçün istifadə edilə bilər. Belə sınağın aparılması üçün qoruyucu diafraqma ilə təzyiq boşaltma klapanı arasındakı bölmə ümumi olaraq nəcib qazla aparılan sınaq vasitəsi ilə təzyiq altında saxlanılır. Qoruyucu diafraqma, bu proseduranın tətbiq zamanı, çıxışdan tərəfdə olan təzyiqin təsirinə məruz qaldığı üçün onu yoxlamaq və mütəmadi olaraq dəyişdirmək lazımdır.

Xəbərdarlıq— Stopor siyirtməsi yalnız 6.2.1–ci yarımbəndə əsasən bağlana bilər.

Təzyiq boşaltma klapanı elə layihələnməlidir ki, klapanın nimçəsi ilə çıxışdakı qoruyucu diafraqma arasında toplanmış əks təzyiq səviyyəsindən asılı olmayaraq təyin edilmiş lazımi təzyiq səviyyəsində açıla bilsin.

6.3 Axın zamanı aparılan vizual yoxlama

Axın zamanı aparılan tam vizual yoxlama zamanı aşağıda göstərilənlər təmin edilməlidir:

a) Düzgün boşaltma qurğusunun quraşdırılması.

b) Şirkətin identifikasiyasında (məs. etiket və ya standart möhür) təyin edilmiş qurğu ilə qorunan avadanlıq üçün lazımi təzyiq parametrlərinin və sonuncu sınağın tarixinin təyin edilməsi vasitələrinin göstərilməsi.

c) 6.3 b) yarımbəndində verilən məlumatın avadanlıqların protokollarına uyğun gəlməsi və təyin edilmiş sınaq intervalının aşılmaması.

d) Heç bir siyirtmənin, bağlı klapanın və ya boruda yaranan maneələrin qurğuların lazımi səviyyədə işləməsinə mane olmaması.

e) Yayın və halqa sancağının parametrlərinin qorunması üçün quraşdırılmış kipləyicilərin sınmaması.

f) Boşaltma qurğusunun sızmaması. Istismar zamanı açılmış təzyiq boşaltma klapanları tez-tez sınır. Bu sızıntının aşkarlanması və aradan qaldırılması məhsul itkisinin, mümkün çirklənmənin və nəticə etibarilə klapanın ilişməsinin qarşısını alır. Əgər klapan silfonlu klapandırsa, onun buraxıcı çıxışında sızıntının olub olmadığı yoxlanılmalıdır.

g) Silfon klapanları təmiz və açıq olmalıdır və onlara birləşmiş boru sistemi təhlükəsiz zonaya istiqamətlənməlidir. “Təhlükəsiz zona” atmosfer də ola bilər.

h) Giriş və çıxış stopor siyirtmələri müvafiq mövqedə plomblanmalı və ya zəncirlənməli və kilidlənməlidir. Bu siyirtmələrin lazımi mövqedə olmasını təmin edən qurğulara kilidləyici plastik lentlər, plomblar, zəncirlər və kilidlər, eləcə də siyirtmələrin xüsusi növləri üçün xüsusi olaraq hazırlanan xüsusi kilidləyici qurğular aid edilir. Sahə şərtləri tətbiq edilən bilən boru və nəzarət – ölçmə cihazlarının diaqramına (P&IDs) əsaslanmalıdır.

i) Havalandırma borularının, boşaltma borularının və kiçik boru birləşdiricilərinin sınmaması vəsızmaması üçün onlara lazımi dayağın verilməsi.

Düzgün dayaq verilməyən və ya ankerlə bərkidilməyən boru texniki xidmətin göstərilməsi zamanıbirləşdiriləndə və ya silkələndikdə zədələnə bilər.

j) Klapan korpusunun və havalandırma borularının drenajlarının açıq olması.

k) İstənilən qaldırıcı lingin işləmə səviyyəsində olması və lazımi səviyyədə mövqeləndirilməsi.

l) Təzyiq boşaltma sisteminin lazımi səviyyədə işləməsi üçün və onun işləmə qabiliyyətinin tamlığının qorunması üçün mühüm əhəmiyyət kəsb edən izolyasiyalar, boru qızdırıcıları və ya üfürmə yolu ilə onların təmizlənməsi.

m) Qoruyucu diafraqmanın və təzyiq boşaltma klapanının kombinasiyasının bir hissəsi olan manometrin və ya təzyiq boşaltma klapanı ilə stopor siyirtməsi arasındakı təzyiqi ölçən cihazın istismara yararlı olması. Qoruyucu diafraqma ilə təzyiq boşaltma klapanı arasında təzyiqin yığılaraq artmadığını yoxlayın.

n) Qoruyucu diafraqmanın lazımi istiqamətə yönəlməsi.

Axın zamanı yoxlamanın aparılma intervalının istismar təcrübəsinə və müəyyən hallara əsasən dəyişməsinə baxmayaraq, sızıntıdan və silkələnmədən yaranan zədələnmələrin yoxlanılmasından ibarət vizual yoxlama təzyiq boşaltma klapanın hər bir işləmə mərhələsində aparılmalıdır. Texnoloji prosesdə iştirak edən istismar heyəti tərəfindən bu yoxlamalar aparıla bilər, bir şərtlə ki, həmin işçilər sızıntıdan və silkələnmədən yaranan zədələnmələrin aşkarlanmasında müəyyən təcrübəyə malik olmalıdırlar.

6.4 Yoxlamanın aparılma tezliyi

6.4.1.1 Təzyiq boşaltma qurğularının yoxlanılması nəticəsində planlaşdırılmış yoxlamaların təhlükəsiz və sərfəli aparılma tezliyini müəyyən etmək üçün qiymətləndirilə bilən məlumatlar toplanılır. Bu aparılma tezliyi təzyiq boşaltma qurğularının mövcud olduğu müxtəlif istismar şərtlərinə və mühitinə görə çox dəyişir. İşləmə səviyyəsi qane etdikdə yoxlamalar daha az, korroziya, çirklənmə, nasazlıq və sızıntı kimi problemlər daha sürəkli ortaya çıxdıqda isə daha çox aparılır. Hər bir klapan üçün dövrü sınaq nəticələrini və istismar təcrübəsini özündə əks etdirən əvvəlki protokollar yoxlamaların təhlükəsiz və sərfəli aparılma tezliyini müəyyən etmək üçün əvəzsiz mənbələrdir.

6.4.1.2 Yoxlamalar və ya sınaqlar arasında müəyyən zaman aralığı istismarda olan avadanlığı quraşdırılmış hər bir təzyiq boşaltma qurğusu üçün təyin edilməlidir. İstismar təcrübəsindən asılı olaraq bu intervallar hər bir avadanlığa uyğun olaraq dəyişə bilər. Zaman aralığı yoxlamanı və ya sınağın aparılması üçün kifayət qədər sabit olmalı və eyni zamanda keçmiş sınaq protokolları ilə əsaslandıqda müəyyən düzəlişlərin edilməsi üçün kifayət qədər uyğun dəyişə bilməlidir.

6.4.1.3 API 510 standartında təzyiq boşaltma qurğuları ilə bağlı verilən yarım bölmədə qurğu üzərində aparılan yoxlamaların və ya sınaqların maksimum aparılma intervalı, yoxlamaların risk əsaslı qiymətləndirilməsinə (RBİ) əsasən təyin edilmədikdə, 10 ilə kimi təyin edilib. Bu yarımbənddə həmçinin təzyiq boşaltma qurğuların yoxlamalarını, aparılan intervallarını təyin edilmiş xüsusi istismar mühitində həmin qurğuların işləmə səviyyəsinə əsasən müəyyən edilməsinin vacibliyini göstərilir.

6.4.2 Sex yoxlamalarının / təmirlərinin aparılma tezliyi

6.4.2.1 Normal əsaslandırma

6.4.2.1.1 Normal olaraq, təzyiq boşaltma qurğuları üzərində sex yoxlamalarının / təmirlərinin aparılması tezliyi avadanlığın qaneedici işləmə səviyyəsində saxlamaq üçün lazım olan yoxlama/təmir intervallarını aşmamalıdır. Sex yoxlamalarının /təmirlərinin aparılma tezliyi normal olaraq müxtəlif istismar mühitində toplanmış istismar təcrübəsinə əsasən təyin edilir. Normal olaraq, korroziyalı və / yaxud çirkli istismar mühitində işləyən qurğunun yoxlanılması / təmiri intervalı təmiz, korroziyadan azad istismar mühitində işləyən eyni qurğunun yoxlanılması /təmiri intervalından qısa olacaq. Analoji olaraq, vibrasiyanın, titrəyiş yaradan yükün, işçi təzyiqi ilə təyin edilmiş təzyiq səviyyəsi arasında yaranan diferensial təzyiqin, eləcə də sızıntı və işləmə səviyyəsinin aşağı düşməsinə səbəb olan digər halların təsirinə məruz qalan təzyiq boşaltma klapanları üçün bu yoxlamaların və sınaqların daha tez –tez aparılmasına ehtiyac var.

6.4.2.1.2 Uzunmüddətli yoxlama və ya sınaq tarixçəsində sınaq nəticələrinin sabit olması və QKGAT səviyyəsi ilə üst- üstə düşməsi göstərilərsə, (bax: 6.2) onda istismarda heç bir dəyişikliyə etməyə ehtiyat yoxdur və yurisdiksiya tələbləri ilə ziddiyyət təşkil etmədiyi təqdirdə, sınaq intervallarının artırılması nəzərdə tutula bilər. Əksinə, əgər sınaq nəticələri xətalı olub QKGAT səviyyəsindən əhəmiyyətli dərəcədə yayınarsa, yoxlama intervalı azaldılmalı və ya işləmə səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq dəyişikliklər aparılmalıdır. Əgər klapan sınaq blokunda QKGAT səviyyəsinin 150 % və ya daha artıq səviyyəsində işə düşmürsə, onda belə fərz etmək olar ki, o, təzyiqin həddən artdığı halda işə düşməyəcək.

6.4.2.1.3 Korroziya, çirklənmə və digər istismar şəraiti məlum olmadıqda və bunu müəyyən dəqiqlik dərəcəsi ilə qabaqcadan təyin etmək mümkün olmadıqda (yeni texnoloji proseslərdə) avadanlığın işləməsinə başlayan kimi praktiki cəhətdən mümkün qədər tez bir müddətdə ilkin yoxlama aparılmalı və təhlükəsiz və uyğun sınaq intervalı təyin edilməlidir.

6.4.2.2 İstehsalçının əsaslandırma

Təzyiq boşaltma klapanlarının istehsalçıları adətən yoxlama və sınaqlarını aparılma intervallarını təyin etməkdə, xüsusən də onların layihələrində xüsusi halların nəzərə alınmasını tələb edən əlamətlər və hissələr mövcud olduqda, istifadəçilərə kömək edə bilir. Məsələn, müəyyən hissləri, məs. pilot klapanla idarə edilən təzyiq boşaltma klapanlarında metaldan olmayan diafraqmaları, ənənəvi təzyiq boşaltma klapanlarının hissələri ilə müqayisədə daha tez yoxlamaq və ya dəyişdirmək lazım gələ bilər. Qoruyucu diafraqmalar və silfonlu klapanlar xüsusi yanaşma tələb edə bilər. İstehsalçılar yüklənmənin təbiəti, yük basqısı səviyyələri və onların dizaynına qoyulan işçi hədləri ilə yaxından tanışdır və ona görə də onlar istehsal etdikləri avadanlıqlar üçün müvafiq yoxlama intervallarını təklif edə bilir.

6.4.2.3 Aidiyyətiorqanlar tərəfindən əsaslandırma

Bəzi hallarda təzyiq boşaltma klapanlarının tələb edilən yoxlama və sınaq intervalları dövlət idarəetmə orqanları tərəfindən təyin edilir.

6.4.2.4 Yoxlamanın risk əsasında qiymətləndirilməsi (RBİ)

6.4.2.4.1 İlkin və sonrakı yoxlama intervallarını təyin etmək üçün nəzərdə tutulan RBI üsulları vasitəsilə təzyiq səviyyəsinin həddən artıq artması zaman yaranan qəza hallarında təzyiq boşaltma klapanlarının tələb əsasında açılmaması ehtimalını və fəsadlarını təhlil etmək üçün tətbiq edilə bilər. Risk əsaslı texniki üsullarının tətbiqində həddən artıq artan müxtəlif təzyiq səviyyələrinin mövcudluğu və bəzi təzyiq boşaltma klapanlarının tətbiq edildiyi sahələrin digərləri ilə müqayisədə daha mühüm olması faktı nəzərə alınır. Riskin təyin edilməsi qorunan avadanlığa, bununla əlaqəli olan istismar mühitində alışa bilmə qabiliyyətinə, zəhərlilik dərəcəsinə, korroziyanın və çirklənmənin yaranma dərəcəsinə, o cümlədən tələb əsasında klapanın açılmaması nəticəsində həddən artıq arta bilən və artan təzyiq səviyyəsinə əsasən həyata keçirilir. Digər məsələlər, məs. məhsul itkisi, ətrafdakı avadanlıqlara dəyən zədə və ətraf mühitə göstərilən təsirlər də təzyiq boşaltma klapanının tətbiqinin vacibliyini qiymətləndirərkən nəzərə alınmalıdır.

6.4.2.4.2 Bu qiymətləndirmədə həmçinin istismar mühitində təzyiq boşaltma qurğusunun sızması ehtimalı və normal istismar zamanı belə sızıntı halları ilə bağlı olan mümkün ekoloji və iqtisadi fəsadların yaranması nəzərə alınmalıdır.

6.4.2.4.3 Şərtlərə əsaslanan yoxlama proqramlarında olduğu kimi, risk əsaslı proqramlarda təzyiq boşaltma klapanlarının istismarı təcrübəsindən və keçmişdə aparılan yoxlamaların protokollarından əldə edilən geniş bilikdən istifadə edilir. Bunlar risk əsaslı qiymətləndirmə modellərinin hazırlanması üçün əvəzsiz məlumat mənbələridir.

6.4.2.4.4 Riskin qiymətləndirilməsi keyfiyyət dərəcəsindən yüksək kəmiyyət dərəcəsinə kimi dəyişə bilir. Kəmiyyət baxımından qiymətləndirmələr üçün tipik olaraq, daha çox giriş məlumatının olmasının tələb ediləməsinə baxmayaraq, bu yanaşmaların tətbiqi ilə riskin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür və eyni zamanda yoxlama üçün göstərilən səylər daha yaxşı optimallaşır.

6.4.2.4.5 API 580 standartının tələbləri bu qiymətləndirmələrə daxil edilməlidir. API 581 standartında bütün əsas elementlərinin APİ 580 standartında təyin edildiyi RBİ metodologiyası ilə bağlı təfsilatlı məlumat verilir. Risk əsaslı qiymətləndirmənin mümkün üstünlüklərinə aşağıdakılar daxildir:

a) bir sıra geniş məsələləri özündə ehtiva edən təzyiq boşaltma klapanlarının qiymətləndirilməsi üçün sistemli və dəqiq hazırlanmış texniki metodlar və alətlər,

b) avadanlığı həddə artıq artan təzyiqdən qorumaq üçün mühüm məsələlərin həlli ilə əsas diqqətin riskin idarə edilməsinə yönəlməsi,

c) təzyiq boşaltma qurğusunun işləmə qabiliyyətini yaxşılaşdırmaq üçün mütəşəkkil yanaşmanın tətbiq edilməsi,

d) istismar tarixçəsinin və yoxlama protokollarının birləşdirilməsi,

e) təhlükəsizlik/sağlamlıq/ ətraf mühit üçün yaranan fəsadların aradan qaldırılması və iqtisadi itkinin azaldılması məqsədilə riskin təsir gücünün iqtisadi cəhətdən səmərəli tərzdə azaldılması üçün tapşırıqların müəyyən edilməsi.

6.4.3 Axın zamanı vizual yoxlamaların aparılmasınınrejimi

6.3–cü yarımbənddə qeyd edildiyi kimi, axın zamanı aparılan vizual yoxlamalar təzyiq boşaltma klapanlarının texniki xidməti və istismar qaydaları ilə bağlı yaranan problemləri müəyyən etmək üçün nəzərdə tutulub. Seçilmiş zaman aralıqları əvvəlki yoxlamaların nəticələrinə əsasən müəyyən hallara görə dəyişməlidir. Axın zamanı aparılan vizual yoxlamalar üçün maksimum interval beş ildən ibarətdir. Tam vizual yoxlama olmasa da, bəzi şirkətlər təzyiq boşaltma qurğularının hər dəfə işə düşdüyü vaxt onlarda vibrasiyanın və sızıntının olub olmadığını təyin etmək üçün müəyyən yoxlamalar aparır.

Texniki xidmət – təmir işləri başa çatdıqdan sonra bəzi şirkətlər tərəfindən avadanlığın işə düşməsindən qabaq tam vizual yoxlama aparılır. Bu, lazımi təzyiq boşaltma qurğusunun lazımi mövqedə olduğunu, lazımi qaydada quraşdırıldığını və nəzərdə tutulan istismar üçün lazımi təyin edilmiş təzyiq səviyyəsinə malik olduğunu yoxlamağa imkan verir.

6.5.1 Yeni avadanlıqlarda aparılan yoxlamalar

Lazımi səviyyədə işləməsi yayının tənzimlənməsindən asılı olan bütün təzyiq boşaltma qurğuları və digər avtomatik təzyiq boşaltma qurğuları texnoloji avadanlıqların üzərində quraşdırılmazdan qabaq yoxlanmalı və sınaqdan keçməlidir (yəni, QKGAT təzyiqinin yoxlanılması və 6.2 – ci yarımbənddə təsvir edilən vizual yoxlamanın aparılması). Bu yoxlamadan avadanlığın daşınması zamanı onun zavodda tənzimlənmiş parametrlərinin dəyişib dəyişmədiyini və ya onun zədələnib zədələnmədiyini müəyyən etmək, eləcə də təyin edilmiş təzyiq səviyyəsini təsdiqləmək və müvafiq qeydəalmaların aparılması üçün istifadə edilir. Əgər zavod parametrləri yaxınlıqdakı sexdə artıq tənzimlənibsə onda əlavə sınağın aparılmasına ehtiyac qalmaya bilər.

Atmosfer təzyiqli saxlama çənlərində quraşdırılmış təzyiq və /yaxud vakuum boşaltma klapanlarını quraşdırıldıqdan sonra, lakin çənin üzərində hidrostatik sınağın aparılmasında yaxud onun istismara qoşulmasından qabaq yoxlanılmalıdır. Atmosfer təzyiqli saxlama çənləri istismardan çıxarılan zaman onların təzyiq və /yaxud vakuum boşaltma klapanlarını həmişə yoxlamaq lazımdır.

Təzyiq boşaltma qurğularının yoxlanılması üçün ideal vaxt həmin yoxlamanın texnoloji prosesə ən az mane olduğu və işçi qüvvəsinin hazır olduğu vaxtdır. Bu şərtlər sistemin plana əsasən söndürülməsi zaman üstünlük təşkil edə bilər. Əgər sistemin növbəti söndürülməsinə kimi yoxlamanın aparılması lazım gəldikdə stopor siyirtmələri ilə təchiz edilməyən bütün təzyiq boşaltma qurğuları bu zaman yoxlanıla bilər. Stopor siyirtmələri olan təzyiq boşaltma klapanları da texnoloji prosesdə dayanmaları minimum endirmək və avadanlığın işlədiyi zaman yoxlanılması riskinin artmaması üçün bu zaman yoxlanıla bilər.

6.5.3 Planlaşdırılmayan yoxlamalar

Əgər klapan təyin edilmiş təzyiq həddi daxilində açılmazsa, buna dərhal diqqət yetirmək lazımdır. Klapan təyin edilmiş təzyiq həddi daxilində açılarsa lakin bundan sonra lazımi səviyyədə yerinə oturmazsa, yoxlamanı və təmir işlərinin zəruriliyi sızıntının növündən, onun ətraf mühitə və insanlara göstərdiyi təsirlərdən və sızan maddənin xassələrindən, yəni bunun zəhərli, alışa bilən və ya çirkləndirici maddə olub olmamasından asılıdır.

6.5.4 Müddəti uzadılmış söndürmədən sonra aparılan yoxlamalar

Vaxtı uzadılmış söndürmə zamanı avadanlığın üzərində qalmış təzyiq boşaltma klapanı istismara yenidən başlamazdan qabaq yoxlanılmalı və sınaqdan keçməlidir. Bu yoxlamalar sistemin söndürülməsi zaman qurğunun lazımi səviyyədə işləməsinə mane olan korroziya, çirklənmə, çöküntü və digər halların və təsirlərin baş verməməsini təmin etmək üçün zəruridir. Sistemin söndürülməsindən sonra istismar şərtlərinə dəyişiklik edildikdə, yoxlama intervalını da yeniləmək lazımdır.

7.1.1 Protokolların tutulması və hesabatların hazırlanması üçün uyğun sistemin yaradılması emal sənayesində istənilən təzyiq boşaltma qurğusu proqramının effektiv idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə sistem mümkün qədər sadə və aydın olmalıdır.

7.1.2 Protokolların tutulmasında əsas məqsəd təzyiq boşaltma klapanlarının onların quraşdırıldığı müxtəlif avadanlıqların tələblərinə uyğun olaraq işləməsini təmin etmək üçün lazım olan məlumatı toplamaqdır. Protokollar proqramın həyata keçirilməsi üçün lazım olan vasitələr, hesabatlar isə həmin vasitələrin proqram iştirakçılarına çatdırılması yolu hesab edilə bilər ki, bu zaman həmin iştirakçıların öz işlərini əlaqələndirməsi və öz üzərində düşən məsuliyyəti effektiv səviyyədə yerinə yetirməsi mümkün olur. Bəzi hallarda hesabatlar qovluqlarda saxlanıla və daimi protokol hesab edilə bilər.

7.2 Protokolların tutulmasının zəruriliyi

7.2.1 İstismarda olan hər bir təzyiq boşaltma qurğusu üçün daimi protokol tutulmalıdır. Hər bir qurğunun protokoluna onun spesifikasiyası, o cümlədən ölçü hesablamaları daxil edilməli və əvvəl aparılan yoxlamaların və sınaqların nəticələri toplanmalıdır. Bəzi dövlət orqanları tərəfindən müəyyən protokolların və hesabatların tərtibini tələb edilə bilər.

Spesifikasiya protokolunda təyin edilmiş avadanlıq və ya istismar şərtlərində müşahidə edilən dəyişiklik üçün təzyiq boşaltma qurğusunun adekvatlığının qiymətləndirilməsi məqsədilə lazım olan əsas məlumatlar, sex xətalarının azaldılması və təmirlərin tez yerinə yetirilməsi üçün lazım olan düzgün ölçülər və material barədə məlumatlar, eləcə də oxşar qurğunun və ya ehtiyat hissəsinin alınmasını asanlaşdıran dizayn məlumatları verilir. Bu məlumat, planlaşdırılan yoxlama zaman blokdakı avadanlığın mühafizəsiz qalma vaxtını minimum endirmək üçün təzyiq boşaltma qurğularının oxşar qurğularla mübadilə edilməsinə, yığılmasına və sınaq keçməsinə şərait yaradır.

7.2.2 Keçmiş yoxlamaların və sınaqların nəticələrinin və aparılma tarixlərinin əks etdirildiyi əvvəlki protokollar (istismar protokolları) təzyiq boşaltma qurğusunun istismar proqramının idarə edilməsi və sonrakı müşahidələr mərhələləri üçün zərurət kəsb edir. Bu protokollar təzyiq boşaltma qurğusu üçün planlaşdırılmış sınaq intervallarının reallaşa bilməsini müəyyən edən dövrü yoxlamaların aparılmasına şərait yaradır. Bu protokollarda qurğunun hər hansı xüsusi istismar sahəsinə yararlılığını qiymətləndirməyə kömək edən istismar məlumatları verilir, qurğunun dizaynında və materiallarında yaranan problemlər göstərilir və hətta qurğunun düzgün tətbiq edilmədiyi göstərilə bilir. Bu protokollarda həmçinin təzyiq boşatma qurğusu üçün təhlükəsiz və iqtisadi cəhətdən səmərəli yoxlama intervallarının təyin edilməsi və saxlanılması üçün praktiki və real səbəbin göstərilməsi xüsusi əhəmiyyət kəsb edir.

7.3.1 Təzyiq boşaltma qurğuları üçün yoxlama və sınaq proqramını fərqli mərhələlərində daşınan məsuliyyət və vəzifələr hər hansı dolaşıqlığın yaranmaması üçün dəqiq müəyyən edilməli və, hər hansı tələblərə uyğunluğu təmin etmək üçün aydın təyin edilməlidir. Bəzi şirkətlər bu məsuliyyətləri və vəzifələri avadanlığı yoxlayan şəxslərin boynuna qoyur. Digər şirkətlər isə texniki – yoxlama qrupunun göstərişləri əsasında təyin edilmiş proqramın operatorlar və ya texniki –xidmət heyəti tərəfindən icra edilməsinə qərar verir.

7.3.2 Bu yarımbənd hər hansı məsuliyyət dairəsini təyin etmək üçün nəzərdə tutulmayıb. Aşağıda göstərilən vəzifələrin ümumi icmalı əsasən B Əlavəsində verilən hesabat formalarının və protokol nümunələrinin necə istifadə ediləcəyini anlamağa kömək məqsədilə verilib. Bu vəzifələr emal sənayesi sahələrində təzyiq boşaltma qurğuları üçün yüksək səviyyədə hazırlanmış proqramlar üçün səciyyəvidir.

7.3.3 Texniki və yaxud yoxlama heyəti aşağıda göstərilənlər üçün məsuliyyət daşıya bilər:

a) təzyiq boşaltma qurğuları və onlara birləşdirilmiş borular üçün spesifikasiyaların hazırlanması və ölçü hesablamalarının aparılması,

b) yol verilə bilən təzyiq göstericilərin təyin edilməsi,

c) sınaq intervallarının təyin edilməsi,

d) istismar barədə məlumatların qeyd edilməsi,

e) yoxlama üçün lazım olan qurğuların siyahısının hazırlanması,

f) istismar barədə məlumatların yoxlanılması və texniki xidmətin göstərilməsi,

g) ehtiyat klapanların və ya ehtiyat hissələrinin yoxlanılması, təsdiqlənməsi və yaxud alınması,

h) boru və nəzarət – ölçmə diaqramlarının (P&IDs) qorunan avadanlıqlara və sahə quraşdırma –işlərinə uyğunluğunun təmin edilməsi.

7.3.4 Texnoloji proses operatorları və yaxud yoxlama heyətinin məsuliyyət dairələrinə aşağıda göstərilənlər daxil edilə bilər:

a) texniki tapşırıqları icra etmək,

b) qurğuların lazımi mövqedə yenidən quraşdırılmasını təmin etmək,

c) istismar zamanı hesabatların hazırlanması,

d) klapanlarda və qoruyucu diafraqmalarda sızıntının olub olmadığını yoxlamaq,

e) stopor siyirtmələrin (əgər varsa) kilidlənməsini və ya tələb edildikdə, açıq və ya qapalı mövqedə plomblanmasını təmin etmək,

f) buraxma və drenaj klapanlarının işləmə qabiliyyətini yoxlamaq,

g) giriş və çıxış borularının tutulub tutulmadığını yoxlamaq və vəziyyətin qiymətləndirilməsi üçün yoxlamaların aparılması.

7.3.5 Texniki xidmət heyətinin məsuliyyət dairəsinə aşağıda göstərilənlər daxil edilə bilər:

a) təzyiq boşaltma qurğularının təmiri, sınağı, yenidən quraşdırılması və identifikasiya etiketlərinin yapışdırılması üçün tələb edilən mexaniki işlərin həyata keçirilməsi,

b) təmir işlərinin asanlaşdırılması üçün spesifikasiyanın hazırlanması;

c) sınaq hesabatlarının hazırlanması;

d) ehtiyat hissələri üçün satınalma sifarişinin hazırlanması.

7.4 Protokolun nümunəsi və hesabat sistemi

Təzyiq boşaltma qurğusunun istismar proqramında dəqiq qeydəalma və hesabat vermə formatı müxtəlif şirkətlərin seçimindən asılıdır. B Əlavəsində verilən formalar protokol və hesabat nümunələrini təşkil edir. Hesabatın yazılması qeydəalma, yoxlama və sınaqların hesabat və protokollarla planlaşdırılmasına dair verilənlər əsasən elektron bazası sistemi ilə idarə edilməlidir.

A.1 Sınaq blokunun funksiyası və zərurəti

A.1.1 Təzyiq boşaltma klapanı istismardan çıxarıldıqdan sonra adətən yoxlama və təmir üçün sexə aparılır. Texniki xidmətin ən mühüm mərhələsini klapanın “qəbul edildiyi” anda və texniki xidmətdən sonra kipliyinin və təyin edilmiş təzyiq parametrlərinin müəyyən edilməsi üçün aparılan sınaqlar təşkil edir. Sınaqlar adətən klapana təzyiqin verilməsi və tətbiq edilən təzyiq səviyyəsinin göstərilməsi vasitələrindən ibarət olan sınaq blokunda aparılır. Əksər sınaq bloklarında, qoruyucu və təzyiq boşaltma klapanlarından keçən mayeni mümkün qədər simulyasiya etmək üçün su və ya hava sınaqlarının aparılması vasitələri olur. Bunun əvəzinə, xüsusən də yüksək təzyiqli klapanlar üçün azot balonlarından istifadə edilə bilər. Qoruyucu klapanların və təzyiq boşaltma klapanlarının istismar zamanı sazlanması üçün irəli sürülən tələblər barədə məlumatı almaq üçün bax: ASME BPVC Bölmə I, Bölmə IV, və Bölmə VIII.

A.1.2 Sınaq bloku və onun köməkçi vasitələri təzyiq boşaltma klapanlarının texniki xidməti üçün zərurət kəsb edir. Klapanların işləmə qabiliyyətinin ölçülməsi üçün hər hansı metodu tətbiq etmədən bu qurğuları üzərində dəqiq tənzimləmənin aparılması praktiki cəhətdən mümkün deyil. Texniki xidmət sexindəki sınaq bloku, təəssüf ki, sahə şərtlərini dəqiq təmin edilə bilmir. Nəticə etibarilə, boşaldıla bilən maye və ya qazın həcmi məhdud olur və ümumiyyətlə boşaltma və ya zəiflətmə gücünü ölçmək praktiki cəhətdən mümkün deyil. Bundan başqa, artma həcmi kifayət qədər olmayan sınaq sxemlərində klapanın lazımi səviyyədə açılması mümkün olmaya da bilər ki, bu zaman təzyiq səviyyəsi dəqiq təyin edilməyə bilər. Bununla belə, lazımi səviyyədə işləyən sınaq blokunda klapanı açılma təzyiqinin və klapan kipliyinin uyğun göstəriciləri əldə edilir.

A.1.3 Təhlükəsizliyin təmin edilməsi üçün klapanın boşaltma ucluqları elə mövqelənməlidir ki, işçi heyəti klapandan qəflətən çıxan hava, su və ya digər maddələrin təsirinə məruz qalmasın. Sınaq sahəsində çalışan işçilərin qulaq qoruyucu vasitələrdən istifadə etməsi lazımdır. Təzyiq boşaltma klapanlarını sınaq bloku üçün nəzərdə tutulan təzyiq səviyyəsindən yuxarı səviyyədə sınaqdan keçirmək olmaz.

A.1.4 Əgər təzyiq boşaltma klapanı çirklidirsə və onun açılması nəticəsində yəhərlər zədələnə bilərsə, onda bu sınağı aparmamaq da olar. Bu sınaqdan imtina edildikdə, klapanın sınaq intervalının azaldılması nəzərə tutulmalıdır.

A.2 Hava ilə sınağın aparılması

A.2.1 Əksər sınaq blokları təzyiq boşaltma klapanlarının hava ilə sınaqdan keçirilməsi üçün nəzərdə tutulub, çünki hava asan tapılan və zəhərli olmayan maddədir. Hava sıxıla bilir, reaksiya tipli klapanlarınqısa təzyiq artma müddətində boşalmasına səbəb olur və təxminən buxar və qazlı istismar mühitində təzyiq boşaltma klapanları üçün nəzərdə tutulan istismar şərtlərinə yaxın şərtləri təmin edir. Hava sınağı ümumi olaraq, qoruyucu, boşaltma və təzyiq boşaltma klapanlarının kipliyinin və təyin edilmiş təzyiq səviyyəsinin sınaqdan keçirilməsi üçün istifadə edilir.

A.2.2 Hava sınaq zaman sızıntının aşkarlanması üçün nəzərdə tutulan düzülüş klapanın konstruksiyasından asılıdır. Klapanın boşaltma xəttində adətən siyirtmənin qoyulması tələb edilir. Ümumiyyətlə, klapanın çıxışına nazik membran, məs. nəm kağız salfet, qoymaqla və onun qalxmasını müşahidə edərək sızıntını kəmiyyət baxımından aşkarlamaq olar. Bu etibarlı sınaq sayılmış və kommersiya məqsədləri üçün standart kiplik sınağı kimi qəbul edilmir. Kəmiyyət ölçməsi bundan başqa sızıntını saxlamaqla və onu suya batırılmış boru ilə ötürməklə də aparıla bilər. Şəkil 40 – də APİ 527 standartında verilən sızma dərəcələrinin müəyyən edilməsi üçün istifadə edilən standart avadanlıqlar göstərilib. Sızıntı həmçinin ultrasəs aşkarlama avadanlığı ilə də aşkarlana bilər.

A.3 Su ilə sınağın aparılması

Sınaq bloklarına təzyiq boşaltma klapanlarının müəyyən sınaq mayesi, məs. su ilə sınağının aparılması üçün nəzərdə tutulan sınaq vasitələri daxil edilə bilər. Su ucuz və zəhərsiz maddə olub istismar şərtlərinə yaxın şərtlərin təqlid edilməsinə şərait yarada bilər. Çox kiçik su sızıntılarının dərhal aşkarlana bilməməsinə görə su sınağı adətən təyin edilmiş təzyiq səviyyəsinin ölçülməsi ilə məhdudlaşır. Sızma və ya kiplik sınaqları adətən hava ilə aparılır (bax: 6.2). Bununla belə, sızma sınaqları bunun əvəzinə APİ 527 standartında təsvir edilən qaydada su ilə də aparıla bilər.

A.4 Sınaq blokunun təsviri

A.4.1 Sınaq bloku təzyiq boşaltma klapanlarının təyin edilmiş təzyiq səviyyəsini və kipliyini sınaqdan keçirmək üçün tələb edilən avadanlıq blokundan təşkil edilir. Bu, tez- tez istifadə edilir və qısa bildiriş əsasında dərhal hazır olmalıdır. Sınaq blokunun layihəsi geniş dərəcədə dəyişir və hətta bəzi istehsalçılar tərəfindən hazır avadanlıq paketi kimi təklif edilir. Şəkil A.1 –də verilən yerləşmə sxemində sınaq vasitəsi kimi havanın istifadə edildiyi sınaq blokunun əsas elementləri və onlar üçün verilən təlimatlar göstərilib. Hava təzyiqi mövcud olmadıqda, əgər yerli orqanlar tərəfindən və ya daxili səlahiyyətlərinə əsasən qəbul edilərsə, təzyiq boşaltma klapanlarının sınağı üçün su sistemlərindən istifadə edilə bilər.

A.4.2 Hava sistemli sınaq blokuna kompressor və digər yüksək təzyiqli hava mənbəyi, rezervuar, sınaq barabanı və ya klapanın təyin edilmiş təzyiq səviyyəsində dərhal açılması üçün kifayət edən miqdarda təzyiqi toplaya bilən çən, boru, manometrlər, klapanlar və sınağa nəzarət etmək üçün lazım olan digər nəzarət- ölçmə cihazları daxildir. Su sistemli sınaq blokuna adətən yüksək təzyiq səviyyəsini əsaslı surətdə sabit su axını ilə yaradan porşenli nasoslar, borular, klapanlar və sınağa nəzarət etmək üçün lazım olan digər nəzarət- ölçmə cihazları daxildir. Bəzi sınaq bloklarında su sxeminə əlavə olaraq təzyiq mənbəyi kimi zəngin tərkibli qazdan istifadə edilir.

A.4.3 Həm hava sistemli, həm də su sistemli sınaq bloklarında manifolddan (boru sistemi) istifadə edilir. Manifoldun üzərindəki geniş çeşidli flans ölçüləri sınağın bir çox müxtəlif klapanlarla sınaqdan keçməsinə şərait yaradır. Təzyiq boşaltma klapanları üçün adətən tələb edilən müxtəlif təzyiq diapazonlarını tətbiq etmək üçün dəqiqliyi kalibrlənmiş təzyiq manometrləri manifolda birləşdirilir. Bu manometrlər adi qaydada kalibrlənir və kalibrləmənin gedişi barədə protokol tutulur.

2 qoruyucu klapanın quraşdırılması üçün adaptor

Müxtəlif ölçülü klapanlar

4 6 düymlük tam sahəni tutan şiberli və ya kürəcikli klapan

5 drenaj və manometr klapanı

7 sınağın asanlaşdırılması üçün şaquli istiqamətdə tutqac hissədən quraşdırılmış 3düymlü almaz uclu probkalı klapan

8 təzyiq altında olan su

9 sınaq barabanı - 12 düym diam.və 6 ft uzunluq

KONSTRUKSİYA İLƏ BAĞLI QEYDLƏR

1) Bu plana əsasən mümkün qədər ən yüksək təzyiq səviyyəsində olan hava təchizatından istifadə edilir. Tələb edildiyi təqdirdə, təzyiq altında olan suyu sınaq barabanına həmin barabanda arzu edilən təzyiq səviyyəsi alınana kimi verməklə bu təzyiq səviyyəsini əlavə olaraq artırmaq olar.

2) Tək sınaq barabanı göstərilib. Flanslı klapanlar üçün duplikat stansiyalardan da istifadə etmək olar. Daha kiçik sınaq barabanı olan əlavə duplikat stansiya bəzən şuruplu birləşmələri olan kiçik klapanların sınağı üçün arzu edilir.

3) Flanslı klapanlar sınaq stansiyalarına boltla, sıxacla və ya pnevmatik sıxma qurğusu ilə bərkidilməlidir.

4) Rezervuardan sınaq barabanına gələn xətt minimum təzyiq düşməsi üçün nəzərdə tutulur ki, lazım gəldikdə rezervuarın həcminə görə sınaq barabanının təzyiqini saxlamaq mümkün olsun.

5) Sınaq barabanının təzyiqi və boruları oksidləşməyə davamlı materiallardan hazırlanmalıdır.

İSTİSMARLA BAĞLI QEYDLƏR

1) Sınaq stansiyası istifadə edilmədikdə, V1, V2, V4, və V5 klapanları bağlanmalıdır. V1 klapanı sızarsa sınaq barabanında təzyiqin yığılaraq artmasının qarşısını almaq üçün V3 klapanını açmaq lazımdır.

2) Birinci klapanın sınağını aparmazdan qabaq, sınaq barabanı üfürmə yolu ilə daxilində yığıla bilən toz və ya çöküntülərdən təmizlənməlidir, əks halda onlar qoruyucu –boşaltma klapanından keçərək onun yəhərini zədələyə bilər. Bunun üçün V 3 klapanı bağlanmalı və V 2 klapanı açılmalı və V1 klapanını açmaqla və bağlamaqla havanı barabanda çıxarmaq lazımdır.

3) V2 klapanının bağlayın.

4) Qoruyucu –boşaltma klapanını sınaq stansiyasına bərkidin.

5) V 2 klapanını açın

6) Əgər qoruyucu –boşaltma klapanının təyin edilmiş təzyiq səviyyəsi mövcud təzyiq səviyyəsindən aşağıdırsa, həmin təzyiq səviyyəsini V1 klapanı ilə qoruyucu –boşaltma klapanı açılana kimi yavaş –yavaş artırın. Bundan sonra V1 klapanını bağlayın. Əgər qoruyucu –boşaltma klapanının təyin edilmiş təzyiq səviyyəsi mövcud təzyiq səviyyəsindən yuxarıdırsa onda V1 klapanını açın və sınaq barabanını mövcud olan maksimum hava təzyiqi ilə doldurun. Bundan sonra V1 klapanını bağlayın. V4 klapanını açın və təzyiq altında olan suyu qoruyucu –boşaltma klapanı açılana kimi vurmaqla təzyiqi artırın. Bundan sonra V 4 klapanını bağlayın və V 5 klapanını açmaqla və bağlamaqla barabandan suyu çıxarın.

7) Lazım gəldikdə, klapanının yayını elə tənzimləyin ki, qoruyucu –boşaltma klapanı təyin edilən təzyiq səviyyəsində açılsın.

8) Sınaq barabanını təyin edilmiş təzyiq səviyyənin 90 faizinə kimi boşaldın.

9) Qoruyucu –boşaltma klapanında sızmanı yoxlayın.

10) Sınaq qane etdikdən sonra V 2 klapanını bağlayın.

11) Qoruyucu – boşaltma klapanını sınaq dayağından çıxarın. Adaptordakı və klapan ucluğundakı təzyiqin çıxması üçün boltları və ya sıxacları yavaş –yavaş boşaldın.

12) V 3 klapanı ilə sınaq barabanını sınağı aparılacaq növbəti klapanın təyin edilmiş təzyiq səviyyəsinin 75 faizinə kimi boşaldın. Bənd4 –dən Bən 11 -ə kimi olan mərhələləri təkrarlayın.

13) Əgər dərhal başqa klapanın sınağını aparmaq lazım gəlməzsə, sınaq stansiyasını Bənd 1 –də göstərildiyi kimi saxlayın.

B.1 Təzyiq boşaltma qurğuları üçün Şəkil B.1 –də göstərilən spesifikasiya protokolu təzyiq boşaltma klapanını təyin edən daimi protokol hesab edilir. Bu protokolda klapanın lazımi səviyyədə təmir edilməsi və ya dəyişdirilməsi üçün lazım olan məlumat verilib.

B.2 Təzyiq boşaltma qurğuları üçünŞəkil B 1 –də göstərilən keçmiş istismar protokolu isə dövrü yoxlamaların və sınaqların nəticələrini və onların aparıldığı tarixləri özündə əks etdirən protokoldur. Burada qeydə alınan məlumat sınaq intervallarını təyin edilməsinin və layihəyə dəyişikliklərin edilməsinin əsasını təşkil edir.

B.3 Şəkil B3 –də göstərilən protokol və hesabat proqramında texniki – yoxlama heyəti tərəfindən tutulan protokollar saxlanılır və təzyiq boşaltma klapanlarının istismarına məsul olan istismar qrupuna hər hansı işin görüləcəyi tarix barədə məlumat verilir. Şəkil B.3 –də göstərilən hesabat (sadə məlumatları özündə əks etdirən) yoxlama, sınaq və təmir işlərinin sadə və effektiv görülməsi vasitəsidir. Bunun texniki – yoxlama heyətinə qaytarılması göstərir ki, təzyiq boşaltma klapanlarının istismarına məsul olan istismar qrupu tərəfindən hər hansı tədbir görülüb. Bu hesabatda nəzarətlərin və sənədləşmə işlərinin azaldılmasına kömək məqsədilə təyin edilmiş avadanlıqdakı bütün təzyiq boşaltma qurğularının siyahısı verilir.

B.4 Klapan yoxlanılmaq üçün sexə göndərildikdə, onun yoxlanılması və sınağı “qəbul edilmiş” vəziyyətdə texniki xidmət qruputərəfindən həyata keçirilir. Yoxlama və sınaqların nəticələrini sənədləşdirmək üçün məs. təzyiq boşaltma klapanı üçün Şəkil B 4 –də göstərilən sınaq hesabatı doldurulur.

B.5 Qurğunun yoxlanılması və sınağı nəticəsində onun sazlanması və təmiri texniki xidmət qrupu tərəfindən həyata keçirilə bilər. Sifarişlər və protokollar, məs. təzyiq boşaltma qurğusunun istismar şəraiti, təmiri və sazlanması barədə protokollar və təzyiq boşaltma qurğusunun Şəkil B.5 –də göstərilən təmir sifarişi və sazlanma protokolu müvafiq qaydada doldurulmalıdır.

B.6 Texniki xidmət sexində klapanın hər hansı hissəsi texniki xidmət qrupu tərəfindən ehtiyat hissə ilə əvəzlənə bilər. Bu zaman təzyiq boşaltma qurğusunun vəziyyəti, təmiri və sazlanması protokolunda verilən əsas məlumatın və dəyişdirilən hissənin göstərildiyi Şəkil B.6 forması hazırlanır.

B.7 Təzyiq boşaltma klapanını texnoloji proses blokuna istismar qrupu tərəfindən qaytardıqdan və quraşdırıdıqdan sonra istismar qrupunda klapanın istismar sifarişinin yazılmasına məsul olan tərəf təzyiq boşaltma klapanı üçün Şəkil B. 7 –də göstərilən istismar hesabatı kimi hesabat tərtib etməlidir. Bu hesabat klapanın lazımi mövqedə təkrar quraşdırıldığını təsdiqləmək üçün doldurulmalı və texniki – yoxlama qrupuna göndərilməlidir. Bu, təzyiq boşaltma qurğusu üzərində aparılan xüsusi yoxlama barədə gözlənilən yekun hesabatı və əvvəlki mərhələlərdə müstəqil olaraq aparılan yoxlamanı təşkil edir.

Korpusun və qapağın materialı

Ucluq və nimçənin materialı

Yayın təyin edilmiş təzyiqi

Normal işçi temperaturu

Texniki xidmət göstərən mühəndisin telefon nömrəsi

Kimə _____________________________

Blok ___________________________

Dövr __________________________

Blokda quraşdırılmış bütün təzyiq boşaltma qurğuları bu siyahıda göstərilib. Yuxarıda göstərilən dövrün başa çatmasından qabaq sınağı nəzərdə tutulan qurğular “Sınağı Aparılmalı Olan” sütununda “X” işarəsi ilə verilib. Zəhmət olmasa, göstərilən qurğuların yoxlanılması və təmiri üçün iş sifarişini hazırlayın və onu ­­­­­­­­­­­­­____________________ tarixinə kimi texniki –yoxlama qrupuna təqdim və məruzə edin.

Sınağı aparılmış hər bir qurğu üzrə sınaq hesabatını doldurun və keyfiyyətə təminat qrupuna təqdim edin.

Sınağın aparıldığı tarix

Son sınağın aparıldığı tarix

Təyin edilmiş təzyiq səviyyəsi

Təzyiq səviyyəsinin yoxlanılması

Təyin edilmiş təzyiq səviyyəsi

Təzyiqin yoxlanılması (çirkli vəziyyətdə açılma)

Əgər təyin edilmiş təzyiq dəyişdirilibsə yeni təyin edilmiş təzyiq səviyyəsi

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “____”dekabr 2014-cü il tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Avtomatik arxa yəhərləri olan klapanların odadavamlılıq sınağı üzrə spesifikasiya

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartAPI Spec 6FC:2009“Specification forFire Test for Valve with Automatic Backseats”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Avtomatik arxa yəhərləri olan klapanların odadavamlılıq sınağı üzrə spesifikasiya

Specification for Fire Test for Valve

with Automatic Backseats

Bu standartın məqsədi avtomatik arxa yəhərləri olan API 6A və API 6D klapanlarını yanğın təsirinə məruz qaldıqda təzyiq altında işləmə qabiliyyətinin sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün tələbləri müəyyən etməkdir. Bu sənəddə verilən istismar xüsusiyyətləri üzrə tələblər ölçüdən və nominal təzyiq səviyyəsindən asılı olmayaraq standart uyğunluq hədlərini müəyyən etmək üçün nəzərdə tutulub

Bu sənəddə sınaqdan keçən klapanda sızmanın məqbul hədləri, o cümlədən kipkəc (salnik) korpusunun işə salınmasından əvvəl və qabaq 30 dəqiqə ərzində yanğının təsiri altında klapanda xarici sızmanın olub olmadığı müəyyən edilir.

Yanma dövrü əksər yanğın növlərinin söndürülməsi üçün tələb edilən maksimum zaman çərçivəsinə əsasən təyin edilib. Daha uzun müddətə davam edən yanğınlar hazırkı sınaqda gözləniləndən daha kəskin fəsadlar törədə bilən geniş həcmli yanğın növləri hesab edilir.

2.1 Sınaqlar klapanın ştokunda su olmaqla, bağlı vəziyyətdə və klapan dəliyini üfüqi vəziyyətdə saxlamaqla aparılmalıdır.

2.2 Klapan, Şəkil 1 və Şəkil 2 –də göstərilən qaydada yerləşdirilmiş termocütlüklərdə orta temperatur səviyyəsi 1400 °F - 1800 °F (761 °C - 980 °C) göstərilən alovla əhatələnməlidir. Heç bir göstərici 1300 °F (704 °C) dərəcədən aşağı olmamalıdır. Bu sınaq komplektinə karbon poladdan hazırlanmış kvadrat formalı və hər bir blokunun mərkəzində bir termocütlük yerləşdirilmiş 1.5- düymlük (38 mm) kalorimetr daxil edilməlidir (kalorimetr blokunun konfiqurasiyası barədə məlumat almaq üçün bax: Şəkil 3). Ölçüsü 7 1/16 (10.9 mm)düym və ya daha kiçik olan API 6A klapanları və ölçüsü 6 düym (152 mm) və daha kiçik olan API 6D klapanları üçün iki blok Şəkil 1 –də göstərilən qaydada yerləşdirilməlidir. Daha böyük ölçülü klapanlar üçün Şəkil 2 –də göstərilən üç blokdan istifadə edilməlidir. Sınaqdan keçən klapanın nominal ölçüsü 1 düymdən (25 mm) böyük və ya klapanın nominal boru ölçüsünün yarısına bərabər olan texnoloji xətt borusu ən azı 6 düym (152 mm) məsafədə alovla əhatə edilməlidir.

2.3 Alovun verilməsindən başlayaraq yanma dövrü 30 dəq. olmalıdır.

2.4 Boru –klapan sonluq birləşməsində (flanslı, yivli və ya qaynaq edilmiş) yaranan sızma bu sınağa cəlb edilməməli və 4.2, 4.4 və 4.7 –ci yarımbəndlərdə göstərilən yol verilə bilən xarici sızmaya daxil edilməməlidir. Bu sınaq üçün sızmanın aradan qaldırılması məqsədilə bu birləşməni dəyişmək lazım gələ bilər.

3.1 Mərhələli proseduralar (Bax: Şəkil 4)

3.1.1 Su mənbəyində olan klapanı və ya klapanları ( Bənd 5 və bənd 6) sistemin doldurulması və hava ilə təmizlənməsi üçün lazım olan buraxma klapanlarını (Bənd 17) açın. Klapanın korpusuna tamamilə suyun axmasını təmin etmək üçün onu qismən açıq mövqedə saxlamaq lazım gələ bilər.

3.1.2 Doldurma klapanının (Bənd 5) və sınaq altında olan klapanı bağlayın (Bənd 11). Sınaq klapanının texnoloji boru xətti sistemi tamamilə su ilə doldurulmalı və texnoloji xətdən sonra gələn sistemin suyu isə çıxarılmalıdır.

3.1.3 Sistemi Cədvəl 1 –də göstərilən müvafiq təzyiq səviyyəsinə uyğun təzyiq altında saxlayın. Yanma və soyuma dövrlərindən bu təzyiq səviyyəsini saxlayın. Ani təzyiq itkilərinə yol verilir, lakin ümumi bərpa müddəti iki dəqiqədən az olmalıdır. Kalibrlənmiş vizual manometrdəki göstəriciləri qeydə alın (Bənd 4). Dərəcələnmiş həcmi boşaldın (Bənd 19).

3.1.4 Yanacaq təchizatı xəttini açın, yanğını törədin və alovun temperatur səviyyəsinə nəzarət edin. İki dəqiqə ərzində termocütlüklərin orta göstəricisi (Bənd 14) 1400 °F (761 °C) dərəcəyə çatmalıdır. Orta temperaturu 1400 °F - 1800 °F (761 °C t- 980 °C) arasında saxlayın və yerdə qalan yanma dövründə göstəricilər 1300 °F (704 °C) dərəcədən aşağı olmamalıdır.

3.1.5 Kalirometrlərin orta temperaturu (Bənd 13) alışmadan sonra 15 dəqiqə müddətində 1200 °F (650 °C) dərəcəyə çatmalıdır. Yerdə qalan yanma dövrü üçün isə, kalirometrlərdə orta temperatur ən azı 1200 °F (650 °C) dərəcədə saxlanılmaldır və kalometrlərin heç birinin temperaturu 1050 °F (565 °C) dərəcədən aşağı olmamalıdır.

QEYD: Xarici sızmadan yaranan su və ya buxarın termocütlüklərə və ya kalorimetrlərə nüfuz etməsi nəticəsində qeydə alan sensorlarda göstərilən temperatur səviyyəsi əhəmiyyətli dərəcədə düşə bilər; bu hətta alovun temperaturunun düşməsi qeydə alınmasa da belə baş verə bilər. Göstərilən temperatur səviyyəsinin düşməsi sınaq barədə hesabatda qeyd edilməlidir. Bu sınaq odluğa nəzarət vasitələrini tənzimləmədən də davam edə bilər, lakin ən azı bir termocütlük və bir kalorimetr işləməlidir.

3.1.6 Yanma dövründə hər 30 saniyədən sonra ölçmə -nəzarət cihazlarının göstəricilərini qeydə alın (Bənd 7, 13, 14 və 15).

Cədvəl 1— Odadavamlılıq sınağı zamanı sınaq təzyiqi

Klapanın nominal qiymətləri

PN - İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sənədlərində təyin edilmiş təzyiq sinfini bildirir.

Bütün sınaq təzyiqləri üçün yol verilə bilən hədd ±10 % olmalıdır.

2 təzyiq tənzimləyicisi və boşaldıcısı

4 kalibrlənmiş vizual manometr

8 buxarın saxlanılması üçün quraşdırılmış boru

9 sınaq üçün əhatələyici sədd – klapanın hər hansı bir hissəsi ilə həmin sədd arasındakı aralıq məsafə ən azı 6 düym (152 mm) olmalıdır.

10 əhatələyici səddin minimum hündürlüyü klapanın ən yuxarı hissəsindən başlayaraq 6 düym (152 mm) olmalıdır.

11. Ştoku üfüqi vəziyyətdə olan və üfüqi vəziyyətdə quraşdırılmış klapan

12 odluqlara gedən yanacaq qazı təchizatı xətti (bax: 2.2)

13 kalorimetrlər—1.5 düymlük (38 mm) kubiklər (bax: 2.2)

14 alovuntemperaturunuqeydə alantermocütlüklər (bax: 2.2)

15 Klapanınmərkəziboşluğunabirləşdirilmiş təzyiqmanometrivə boşaldıcı klapan (tələbedildikdə bax: 6.2).

3.1.7 Yanma dövrü (30 dəq.) başa çatdıqdan sonra yanacaq təchizatının bağlayın.

3.1.8 Klapanın yəhərindən baş verən ümumi sızmanı təyin etmək üçün dərhal ölçülmüş qabda toplanmış suyun miqdarını müəyyən edin Xarici sızmanın sürətini təyin etmək üçün ölçülmüş qabda suyun toplanması davam etməlidir (Bənd 19). Əgər sınaq altında olan klapan girişdəki yəhəri kiplənmiş klapandırsa onda, klapanı bağlandıqda həmin yəhərin kipləyici hissəsi ilə çıxışdakı yəhərin kipləyicisi arasında ilişib qalan suyun həcmi sınağa başlamazdan qabaq təyin edilməli və sınaq barədə hesabatda göstərilməlidir. Belə fərz edilir ki, sınaq zamanı bu həcmli su klapanın içərisindən və çıxışdakı yəhərin yanından keçərək ölçülmüş qabda toplanacaq. Bu su girişdəki yəhərin kipləyicisindən faktiki olaraq sızmadığı üçün, klapanın sızmasını təyin edərkən, onu, çıxışdakı ölçülmüş qabdakı ümumi həcmə əsasən müəyyən etmək olar.

QEYD: Əgər yanma və /yaxud soyuma dövründə girişdə toplanan suyun ümumi həcmi klapan boşluğunda toplanmış suyun həcmindən azdırsa onda sızmanın sıfır olması fərz edilə bilər.

3.1.9 Klapanı 212 °F (100 °C) və ya daha aşağı səviyyəyə kimi soyudun (və ya soyumasına imkan yaradın). Vizual manometrin (Bənd 4) və ölçülmüş qabın (Bənd 19) göstəricisini qeydə alın. Istehsalçının seçiminə əsasən soyuma prosesi təbii və ya təsir altında gedə bilər.

3.1.10 Aşağıdakı aşağı təzyiq sınağı yalnız Sinif 600 və ya daha aşağı dərəcəyə malik API 6D klapanları üçün tələb edilir. Sınaq təzyiqini cədvəl 1 –də göstərilən aşağı sınaq təzyiqi səviyyəsinə qədər azaldın. Beş dəqiqə müddətindən klapandan keçən xarici sızıntını ölçün.

3.1.11 Əgər 3.1.10 – cü yarımbənddə göstərilən mərhələ icra edilibsə, sınaqdan keçən klapanda təzyiqi cədvəl 1 –də göstərilən yüksək təzyiq səviyyəsinə kimi artırın.

3.1.12 Yəhərdən yuxarıdakı sınaq portunda sızmanı təxminən 5 dəqiqə müddətinə yoxlamaqla (və ya ölçməklə) onun kipləndiyi hissənin davamlılığını təyin edin.

3.1.13 Pnevmatik sistemin təzyiqi.

QEYD: Pnevmatik sistemin təzyiqi təhlükəsizlik məsələlərinə və ya əvvəlcədən qiymətləndirilmiş klapan layihəsinə görə həyata keçirilən və istehsalçının seçiminə əsasən nəzərə alınmaya bilən dəyişiklikdir.

3.1.14 Kipkəc(salnik) korpusunu tələb edildiyi kimi yenidən bərpa edin. Bu zaman eyni dizayn və materiala malik hissələrdən ibarət kipləyici və aşağı temperatur səviyyəsində əriyən halqalı aralıq dəyişdirilməlidir. Buraya həmçinin yanmış və ya kömürə dönmüş kipləyici hissələrin təmizlənməsi və klapan ştokunun və kipkəc korpusunun küplənən sahəsinin cilalanması və hamarlanması da daxil edilə bilər.

3.1.15 Təzyiqin yenidən verilməsi.

3.1.16 Yüksək diferensial sınaq təzyiqinə əsasən sınaqdan keçən klapanı açın. Klapan qismən açıq mövqeyə (təxminən yarım açıq) gətirilməlidir. Bağlayıcı klapanı bağlayın (Bənd 16). Borudan və klapanın korpusundan havanı və ya buxarı çıxarın.

3.1.17 Klapanı yüksək təzyiq səviyyəsində açıq mövqedə saxladıqdan sonra beş dəqiqə müddətində xarici sızmanı ölçün və qeydə alın.

3.2 Sınaq üçün tənzimləmə

Kipkəc korpusu 3.1.13 – cü yarımbəndə əsasən yenidən bərpa edilə bilər. Sınaqdan keçən klapanın başqa heç bir hissəsinə sınaq müddətində düzəliş etmək olmaz. Sınağın bu materialda göstərilən hədd daxilində aparılması üçün sınaq dövründə sınaq sistemi tənzimlənə bilər.

4.1 Sızıntı (Yüksək sınaq təzyiqi) -Yanma dövründə

Klapanın yəhərindən keçən maksimum sızıntı (buraya klapanın qabağı və ştoku daxil deyil) aşağıda göstərilən (bax: 3.1.8) göstəriciləri aşmamalıdır:

Yanma dövrü – 30 dəqiqə.

Sürət - 400 ml/düym./dəq. (15.7 ml/mm/dəq.)

4.2 Xarici sızıntı (Yüksək sınaq təzyiqi) – Yanma və soyuma dövründə (Klapan bağlı vəziyyətdə olduqda).

Maksimum xarici sızıntı, yəhərin sızması istisna olmaqla, aşağıda göstərilən göstəriciləri (bax: 3.1.8 və 3.1.9) aşmamalıdır:

Sınaq müddəti – 30 dəq, o cümlədən 212 °F (100 °C) dərəcəyə kimi soyuma üçün tələb edilən müddət.

Sürət - 100 ml/düym./dəq. (3.9 ml/mm/dəq.)

4.3 Sızıntı (Aşağı təzyiq səviyyəsi) – Soyumadan sonra

Klapanın yəhərindən keçən maksimum sızıntı (buraya klapanın qabağı və ştoku daxil deyil) aşağıda göstərilən (bax: 3.1.10) göstəriciləri aşmamalıdır:

Sınaq müddəti - 5 dəqiqə.

Sürət - 40 ml/düym./dəq. (1.6 ml/mm/dəq.)

4.4 Xarici sızıntı (Aşağı təzyiq səviyyəsi)— Soyumadan sonra (Klapan bağlı vəziyyətdə olduqda).

Maksimum xarici sızıntı, yəhərin sızması istisna olmaqla, aşağıda göstərilən göstəricini (bax: 3.1.10) aşmamalıdır:

Sınaq müddəti – 5 dəqiqə.

Sürət - 20 ml/düym./dəq (0.8 ml/mm/dəq)

4.5 Xarici sızıntı (Yüksək təzyiq səviyyəsi)— Arxa yəhərin sınağı və kipkəc (salnik) korpusunun yenidən bərpası zamanı.

Arxa yəhərin tamamlanmasından qabaq, kipkəc korpusuna daxil ola bilən suyu boşaltdıqdan sonra heç bir sızma olmamalıdır (bax: 3.1.12 və 3.1.13):

4.6 Odadavamlılıq sınağından sonra sınaqdan keçmiş klapanın işə salınması.

Klapan bağlı vəziyyətdə yüksək diferensial sınaq təzyiqinə qarşı öz mövqeyini dəyişə bilmə qabiliyyətinə malik olmalıdır (bax: Cədvəl 1). Klapan bir dəfə açıq mövqeyə keçməlidir (3.1.14 – cü yarımbənddə göstərildiyi kimi).

4.7 Xarici sızıntı – klapan açıq vəziyyətdə olduqda.

Sınaqdan keçən klapan açıq vəziyyətdə olduqda xarici sızıntının sürəti (3.1.15 – ci yarımbənddə müəyyən edildiyi kimi) 200 ml/düym./dəq. (8 ml/mm/dəq) göstəricisindən yuxarı olmamalıdır.

4.8 Klapanın boşaldılması

Əgər 6.2 – ci yarımbənddə müəyyən edilmiş təzyiqdə boşaldıcı klapan işə düzərsə onda klapan sınaqdan keçməyəcək. Bununla belə, əgər sınaqdan keçən klapanda boşaldıcı cihaz işə düşərsə (normal olaraq bir standart kimi boşaldıcı cihaza malik klapanlardatəzyiq) bu sınaq davam etməli və bu cihazda yaranan hər hansı sızıntı xarici sızıntı hesab edilməlidir.

4.9 Tələb edilən sınaqlar

Verilmiş klapan dizaynına görə hər bir ölçünü və nominal təzyiqi sınaqdan keçirməkdənsə, sınaq klapanı kimi eyni dizayna malik digər klapanlar və eyni metaldan olmayan materiallar yəhər – bağlayıcı hissənin kipləyicisi, yəhər – korpusun kipləyicisi, ştok, korpus birləşməsi – kipkəc baxımından aşağıda göstərilən məhdudiyyətlər əsasında qiymətləndirilə bilər.

4.9.1 Bir sınaq klapanı ondan daha böyük olan, onun ölçüsünün iki mislini aşmayan ölçülü klapanların qiymətləndirilməsi üçün istifadə edilə bilər. (bax: Cədvəl 2). 16 ölçülü klapan bütün ölçülər üçün məqbuldur.

4.9.2 Bir sınaq klapanı nominal təzyiq səviyyəsi daha yüksək olan, lakin sınaq klapanının nominal təzyiq səviyyəsinin iki mislini aşmayan klapanların qiymətləndirilməsi üçün istifadə edilə bilər. (bax: Cədvəl 3).

Cədvəl 2— Digər ölçülü klapanların qiymətləndirilməsi (Bax: 4.9.1)

Sınaq klapanının ölçüsü

Digər klapan ölçülərinin qiymətləndirilməsi

2 in. API 6D 1/16, 2 /16 API 6A

2. 2 /2. 3. 4 API 6D 1 /16.2/16.2 /16,3 /8,4 Vie API 6A

2 /16 API 6A 2/2 API 60

2 /16. 3 /8. 4 /16, 5 /8 API 6A 2 /2, 3,4 API 6D

3. 4. 6 API 6D 3 /8. 4 /16, 5 /8. 7 /16 API 6A

4. 6. 8 API 6D 4 /16, 5 /8, 7 /16 API 6A

5/8,7 /16. 9API6A 6. 8. 10 API 6D

6 API 6D 7 /16 API 6A

6. 8. 10, 12 API 6D 7/16, 9,11 API 6A

8,10,12. 14. 16 API 6D 9,11 API 6A

200. 250, 300, 350,400

9.11 API 6A 8 - 16 API 6D

10 - 20 API 6D 11 API 6A

11 API 6A 10 -20 API 6D

16 və daha böyük ölçülü API 6D

400 və daha böyük ölçülü

DN - İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sənədlərində istifadə edilən ölçüdür.

Cədvəl 3—Digər nominal təzyiq səviyyəsinə malik klapanların qiymətləndirilməsi(bax: 4.9.2)

Sınaq klapanının nominal qiymətləri

Digərnominalqiymətlərintəyinedilməsi

600; 900 API 6D 2000; 3000 API 6A

900; 1500 API 6D 3000 API 6A

1500; 2500 API 6D 5000 API 6A

2500 API 6D 10.000 API 6A

2000; 3000 API 6A 900; 1500 API 6D

3000; 5000 API 6A 1500; 2500 API 6D

5000; 10,000 API 6A 2500 API 6D

10,000; 15.000; 20.000 API 6A

15,000; 20,000 API 6A

PN - İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sənədlərində təyin edilmiş təzyiq sinfini bildirir

4.9.3 Sınağı aparılan klapanın nominal ölçüsü sonluq birləşmələrinin ölçüsünə əsasən təyin edilir.

4.9.4 Asimmetrik daxili və xarici korpus konstruksiyasına (sonluq birləşmələri istisna olmaqla) malik və yaxud asimmetrik yəhərləri və bağlanma mexanizmi olan, iki istiqamətli axın üçün nəzərdə tutulan klapanların qiymətləndirilməsi sınaq prosedurasını iki dəfə aparmaqla hər bir istiqamət üzrə həyata keçirilməlidir. Tək istiqamətli açılış üçün nəzərdə tutulan asimmetrik klapanlar isə tövsiyə edilən avadanlığın istiqamətinə uyğun olaraq sınaqdan keçməli və nişanlanmalıdır.

4.9.5 Sınaq zamanı klapanlar istənilən formada izolyasiya materialı ilə qorunmamalıdır, lakin onun hər hansı hissəsinin layihəsinə əsasən bu cür mühafizə nəzərdə tutulduqda onu tətbiq etmək olar.

Sertifikatlaşdırmanın əsaslandığı sınaq protokolları alıcının müraciəti əsasında ona təqdim edilməlidir.

6.1 İşçilərin mühafizəsi

Sınağı aparılan klapanın mümkün layihəsinə və sınaq proqramının xüsusiyyətinə görə klapanın təzyiq sərhədində olan hissələrində təhlükəli dağılma halları baş verə bilər. Sınağı aparan işçilərin təhlükəsizliyi təmin edilməlidir.

6.2 Təzyiqin azaldılması.

Qoşa yəhərli klapanların korpus boşluğunu mümkün dağılmadan qorumaq üçün təzyiqin azaldılması vasitələri nəzərə alınmalıdır. Təzyiq parametrinin təyin edilməsinə sınaqdan keçən klapanın istehsalçısı məsuliyyət daşımalıdır. Təyin edilmiş təzyiq səviyyəsi kifayət qədər aşağı olmalıdır ki, gözlənilən sınaq temperaturu səviyyəsində klapanın dağılmasının qarşısı alınsın.

APİ Bölməsi 6A v ya 6D–də göstərilən nişanlama tələblərinə əlavə olaraq, bu spesifikasiyaya əsasən qiymətləndirilmiş klapanlar birdəfəlik 6FCkimi nişanlanmalıdır.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “____”dekabr 2014-cü il tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartAPİ 598:2009“Valve Inspection and Testing”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Klapanın Yoxlanılması və Sınağı

ValveInspectionandTesting

1.1 Bu standartda elastik yəhərli, metaldan hazırlanmayan (məs. keramikadan hazırlanmış) və ya hazırlanan yəhəri olan şiberli, kürəcikli, probkalı, əks və drossel klapanlarının üzərində aparılan təftişlərdən, yoxlamalardan, əlavə yoxlamalardan və onların təzyiq sınağı üçün irəli sürülən tələblərdən bəhs edilir. Elastiki yəhərlər aşağıda göstərildiyi kimi olmalıdır:

a) bərk və yarımbərk,yağlı, yumşaq yəhərlər (məs. sürtgü yağı sürtülmüş probka);

b)yumşaq və metal yəhərlərin kombinasiyası;

c) Cədvəl 6 – da göstərildiyi kimi elastiki yəhərlərdən sızma dərəcəsi üzrə tələblərə cavab verən istənilən növ klapan.

API 598 standartı ona istinad edən APİ standartlarına əlavədir, lakin istehlakçı ilə klapan istehsalçısı arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən digər klapan növlərinə də tətbiq edilə bilər.

1.2 Yoxlama tələbləri klapan istehsalçısının zavodunda istehlakçı tərəfindən tələb edilə bilən əlavə yoxlamalara və klapan istehsalçısı tərəfindən aparılan yoxlama və sınaqlara tətbiq edilməlidir. Sınaq tələbləri klapan istehsalçısının zavodunda və hər istehlakçı və istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmiş məkanda aparılan məcburi və könüllü təzyiq sınaqlarına tətbiq edilməlidir.

1.3 Bu standartda aşağıdakı sınaqlar və yoxlamalar təyin edilib:

a) klapan örtüyünün sınağı,

b) arxa yəhərin sınağı,

c) aşağı təzyiq səviyyəsində bağlanma sınağı,

d) yuxarı təzyiq səviyyəsində bağlanma sınağı,

e) cüt funksiyalı stopor və buraxma klapanının yüksək təzyiq səviyyəsində bağlanma sınağı,

f) istehsalçı tərəfindəntökmə metaldan hazırlanmış hissələrin vizual yoxlanılması,

g) yuxarı təzyiqli pnevmatik örtüyün sınağı

Aşağıda istinad edilən sənədlər bu sənədin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi göstərilən istinad mənbələri üçün yalnız istinad edilən nəşr əsas götürülür. Tarixi göstərilməyən mənbələrə gəldikdə isə istinad edilən sənədin ən son nəşri (əlavə və dəyişikliklər də daxil olmaqla) tətbiq edilir.

API Standard 594, Check Valves: Flanged, Lug, Wafer and Butt-welding, (API Standartı 594, Əks klapanlar; Flanslı, flans arası, dişli və qaynaq tikişi olan)

API Standard 599, Metal Plug Valves—Flanged, Threaded and Welding Ends, (API Standartı 599, Metal probkalı klapanlar — Flanslı, yivli və qaynaq tikişi olan sonluqlar)

API Standard 600, Steel Gate Valves—Flanged and Butt-welding Ends, Bolted Bonnets, (API Standartı 600, Polad şiberli klapanlar – Flanslı və qaynaq tikişi olan sonluqlar, boltla bərkidilmiş qapaqlar)

API Standard 602, Steel Gate, Globe and Check Valves for Sizes DN 100 and Smaller for the Petroleum and Natural Gas Industries, (API Standartı 602, Neft və təbii qaz sənayesi sahələri üçün nəzərdə tutulan və ölçüsü DN 100 və daha kiçik olan polad şibertli, kürəcikli və əks klapanlar)

API Standard 603, Corrosion-Resistant, Bolted Bonnet Gate Valves—Flanged and Butt-Welding Ends, (API Standartı 603, Korroziyaya davamlı, boltla bərkidilmiş qapağı olan şiberli klapanlar –Flanslı və qaynaq tikişi olan sonluqlar)

API Standard 608, Metal Ball Valves—Flanged, Threaded and Butt-Welding Ends, (API Standartı 608, Metal kürəcikli klapanlar – Flanslı, yivli və qaynaq tikişi olan sonluqlar)

API Standard 609, Butterfly Valves: Double-flanged, Lug- and Wafer-type, (API Standartı 609, Drossel klapanları: Qoşa flanslı, flans arası və dişli)

API Recommended Practice 591, Process Valve Qualification Procedure, (API -Tövsiyə edilən metodika 591, Texnoloji klapanların qiymətləndirilməsi rosedurası)

API Recommended Practice 621, Reconditioning of Metallic Gate, Globe, and Check Valves, (API – Tövsiyə edilən metodika 621, Metal şiberli, kürəcikli və əks klapanların ilkin şərtlərə uyğunlaşdırılması)

ASME B16.11 1, Forged Fittings, Socket-Welding and Threaded, (ASME B16.11, Döymə flanslar, Mufta qaynağı və yivli flanslar)

ASME B16.34, Valves—Flanged, Threaded, and Welding End, (ASME B16.34, Klapanlar—Flanslı, yivli və qaynaq tikişi olan sonluqlar)

MSS SP-45 2, Bypass and Drain Connections, (MSS SP-45, Baypas və drenaj xəttinin birləşmələri)

MSS SP-55, Quality Standard for Steel Castings for Valves, Flanges and Fittings and Other Piping Components—Visual Method for Evaluation of Surface Irregularities, (MSS SP-55, Klapanlar, flanslar, fitinqlər və digər boru hissələri üçün polad tökmələrin keyfiyyət standartı – Səth nahamarlığının vizual qiymətləndirmə metodu)

MSS SP-91, Guidelines for Manual Operation of Valves, (MSS SP-91, Klapanların əl ilə idarə edilməsi üçün təlimatlar)

Bu sənədin məqsədləri üçün aşağıda göstərilən terminlər və təriflər işlədilməldir.

3.1arxa yəhərin sınağı

klapanın ştokundan və ya şpindelindən kipləyici qabağına (arxa yəhər) kimi baş verə biləcək sızma hallarının müəyyən edilməsi üçün tətbiq edilən təzyiq sınağı

klapan və ya boru hissələrinin təzyiq –temperatur diapazonunu təyin etmək üçün istifadə edilən ölçüsüz əmsal.

klapanın bağlanma mexanizmində və ya onun ətrafında baş verən sızma halının təsdiqlənməsi üçün tətbiq edilən təzyiq sınağı

3.4soyuq mühitdə yaranan işçi təzyiq SMT

ətraf mühit temperaturunda nominal təzyiq.

Boru sistemində istifadə edilən hissələr üçün ümumi ölçünün istinad məqsədilə hərf və rəqəmlə göstərilməsi. Buraya, birləşən sonluqların xarici və daxili diametrinin fiziki ölçüsü ilə birbaşa bağlı olmayan DN hərfləri və onlardan sonra gələn ölçüyə aid olmayan rəqəmlər daxil edilir. DN hərfindən sonra gələn ölçüyə aid olmayan rəqəmlər ölçülə bilən qiymətləri əks etdirmir və hesablama məqsədləri üçün istifadə edilmir, lakin ASME B16.34 standartında göstərilənlər istisna təşkil edir. DN hərfləri PN işarələrini özündə əks etdirən polad klapanları üçün istifadə edilir.

3.6cüt funksiyalı stopor və buraxma klapanı

korpus zolağının qarışıq birləşmə vasitəsilə iki yəhər səthi arasında havalandırılması zamanıbağlı vəziyyətdə hər iki sonluqdan gələn axının qarşısını alan və iki yəhər səthinə malik klapan.

3.7 nominal boru ölçüsüNBÖ

boru sistemində istifadə edilən hissələr üçün ümumi ölçünün istinad məqsədilə hərf və rəqəmlə göstərilməsi. Buraya, birləşən sonluqların xarici və daxili diametrinin fiziki ölçüsü ilə birbaşa bağlı olmayan NPS hərfləri və onlardan sonra gələn ölçüyə aid olmayan rəqəmlər daxil edilir. NPS hərfindən sonra gələn ölçüyə aid olmayan rəqəmlər ölçülə bilən qiymətləri əks etdirmir və hesablama məqsədləri üçün istifadə edilmir, lakin ASME B16.34 standartında göstərilənlər istisna təşkil edir. NPS hərfləri siniflər üzrə təyin edilmiş polad klapanları üçün istifadə edilir.

3.8 klapan örtüyünün sınağı

klapanda təzyiqli hissələrin möhkəmliyini və gücünü yoxlamaq üçün soyuq mühitdə işçi təzyiq (SMT) səviyyəsini aşan təzyiq sınağının aparılması

3.9 üzdən aşkarlana bilən sızma

klapan təzyiqinin sınağı zamanı onun təzyiq sərhədində yerləşən və ya onun bağlayan hissədə yaxud həmin hissəsinin yanında baş verən və normal görmə qabiliyyəti ilə müşahidə edilən sızma

4.1 Klapan istehsalçısının zavodunda aparılan yoxlama

İstehlakçı klapan istehsalçısının zavodunda klapanları yoxlamaq, orada aparılan sınaqlara və yoxlamalara şahidlik etmək niyyətini satınalma sifarişindən bildirməlidir. Istehlakçıya məxsus təftişçi sifariş üzrə işlər görülən zaman istənilən anda klapanların hazırlanması ilə bağlı zavodun istənilən hissəsinə sərbəst girişlə təmin edilməlidir.

4.2 Klapan istehsalçısının zavodundan kənarda aparılan yoxlama

Klapan istehlakçısı tərəfindən klapan istehsalçısının zavodundan kənarda istehsal edilmiş klapan örtüyünün hissələrinin də yoxlamaya cəlb edilməsi tələb edildikdə, həmin hissələrin hazırlandığı yerdə onların təftişi klapan istehlakçısı tərəfindən aparılmalıdır.

4.3 Yoxlama bildirişi

Istehlakçı tərəfindən təftişin aparılması təyin edildikdə, klapan istehsalçısı klapanın tələb edilən sınağından və təyin edilmiş əlavə təftişlərdən və ya yoxlamalardan qabaq beş iş günü müddətində bu barədə istehlakçıya məlumat verməlidir. Klapan istehsalçısı, ona məxsus zavoddan kənarda hazırlanmış örtük hissələrinin təftişi tələb edildiyi təqdirdə, həmin hissələrin təftişinin aparılacağı yer və tarix barədə istehlakçıya beş iş günü müddətində məlumat verməlidir.

Əgər başqa cür təyin edilməyibsə, təftişin həcm satınalma sifarişində göstərilməli və özündə aşağıda göstərilənləri ehtiva etməlidir:

a) Valın sifariş tələblərində verilən spesifikasiyalara uyğunluğunu təmin etmək üçün onun yığılması zamanı təftişinin aparılması. Bu təftişə təyin edilmiş rentgen sınağı metodları da daxil edilə bilər.

b) Məcburi olmayan təzyiq sınaqlarının və yoxlamalarına şahidlik etmək.

c) Əlavə yoxlama işlərinə şahidlik etmək (bax: 4.6).

d) Yoxlama və rentgen sınağının protokollarının nəzərdən keçirilməsi (təyin edilmiş radioqraflar da daxil olmaqla).

4.5.1 MSS SP-55 - ə uyğunluğu təmin etmək üçün klapanın korpusunun, qabağının, örtüyünün və onu bağlayan hissələrin bütün formaları klapan istehsalçısı tərəfindən vizual yoxlamadan keçməlidir.

4.5.2 Hər bir klapanın bu standarta və istinad edilmiş satınalma spesifikasiyasına uyğunluğu yoxlanılmalıdır (məs. API 599).

4.5.3 Bütün yoxlamalar tətbiq edilə bilən standartlara cavab verən yazılı proseduralara əsasən aparılmalıdır.

Yalnız satınalma sifarişində göstərildikdə və həcmi təyin edildikdə əlavə yoxlamaların aparılması tələb edilir. Tökmə və döymə poladdamaqnit hissəciklərinin, maye nüfuzunun sınağı, radioqrafik və ultrasəs sınaqları ASME B16.34 standartının 8–ci Hissəsinə və ya təyin edildiyi təqdirdə, istehlakçının öz proseduralarına və qəbuletmə meyarlarına əsasən aparılmalıdır. Bu yoxlamalara klapan istehsalçısı tərəfindən aparılmalı və istehlakçıya məxsus təftişçi tərəfindən şahidlik edilməlidir.

5.1 Sınağın keçirildiyi yer

Təzyiq sınaqları klapan istehsalçısı tərəfindən ona məxsus olan zavodda və ya istehlakçı ilə əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən təyin edilmiş məkanda aparılmalıdır.

Tələb edilən təzyiq sınaqlarının aparılması üçün klapan istehsalçısı tərəfindən istifadə edilən avadanlıqlar klapan yəhərinə təsir edən xarici qüvvələrə tətbiq edilməməlidir. Əgər sonluq sıxaclarından istifadə edilərsə, klapan istehsalçısı sınaq üçün nəzərdə tutulmuş həmin detalın sınaqdan keçirilən klapanın yəhərinin kipləmə qabiliyyətinə təsir etməyəcəyini göstərməlidir. Sonluq sıxacları birləşmə flansları arasında işləyən klapanlar üçün, məs. diskli əks və drossel klapanları üçün istifadə edilə bilər.

5.3 Tələb edilən sınaqlar

5.3.1 Cədvəl 1 və ya Cədvəl 1 – də göstərilən təzyiq sınaqları bu standarta cavab verən yazılı proseduralara əsasən hər bir klapan üzərində aparılmalıdır.

5.3.2 Satınalma sifarişində başqa cür göstərilmədiyi təqdirdə, klapanların arxa yəhərləri üzərində aparılan sınaqlar onların xüsusiyyətlərinə görə istehsalçı tərəfindən aşağı və ya yuxarı təzyiq sınaqları üçün nəzərdə tutula bilər.

5.3.3 Nominal təzyiqi ASME Sinfi 1500 olan DN 100 (NPS 4) və ya kiçik ölçülü klapanlar və nominal təzyiqi ASME Sinfi 600 olan DN 100 (NPS 4) və ya böyük ölçülü klapanlar Cədvəl 1 - ə uyğun olaraq sınaqdan keçməlidir. Istehlakçı Cədvəl 1 – də “könüllü” təzyiq sınağının keçirilməsini tələb edə bilər.

5.3.4 Nominal təzyiqi ASME Sinfi 1500 –dən yüksək olan DN 100 (NPS 4) və ya kiçik ölçülü klapanlar və nominal təzyiqi ASME Sinfi 600 –dən yüksək olan DN 100 (NPS 4) və ya böyük ölçülü klapanlar Cədvəl 2 - ə uyğun olaraq sınaqdan keçməlidir. Istehlakçı Cədvəl 2 – də “könüllü” təzyiq sınağının keçirilməsini tələb edə bilər.

5.3.5 Qısa ştuserli klapanlar üçün sızma dərəcəsi klapanın DN (NPS) ölçüsünə əsaslanmalıdır.

Drossel və Sapfa üzərində Kürəcikli Klapan

Aşağı təzyiqdə bağlanma

Yuxarı təzyiqdə bağlanma

QEYDTE = Tətbiq edilmir.

Arxa yəhər xüsusiyyətinə malik olan silfonlardan və kipləyici klapanlardan başqa, bütün klapanlar üçün arxa yəhərin sınağının aparılması tələb edilir.

Sürtgü yağı çəkilmiş probkalı klapanlar üçün yüksək təzyiq səviyyəsində bağlanma sınağı məcburi, aşağı təzyiq səviyyəsində bağlanma sınağı uşun könüllüdür.

Istehlakçı tərəfindən “könüllü” sınaq təyin edildikdə, həmin sınaqlar tələb edilən sınaqlara əlavə olaraq aparılmalıdır.

Elastiki yəhəri olan klapanların yüksək təzyiq səviyyəsində bağlanması sınağı klapanın aşağı təzyiqli istismarı zamanı onun hermetikliyini azalda bilər.

Mexaniki və ya əl ilə idarə edilən ötürücü ilə işə salınan kürəcikli klapanlar, o cümlədən kürəcikli əks klapanlar üçün yuxarı təzyiq səviyyəsində bağlanma sınağı operator üçün ölçülərin təyin edilməsində tətbiq edilən diferensial layihə təzyiqinin 110% səviyyəsində aparılmalıdır.

Yüksək təzyiq səviyyəsində bağlanma sınağının aparılması cüt funksiyalı stopor və buraxma klapanı kimi təyin edilən bütün klapanlar üçün tələb edilir.

Aşağı təzyiqdə bağlanma

Yuxarı təzyiqdə bağlanma

QEYDTE = Tətbiq edilmir.

Arxa yəhər xüsusiyyətinə malik olan silfonlardan və kipləyici klapanlardan başqa, bütün klapanlar üçün arxa yəhərin sınağının aparılması tələb edilir.

Istehlakçı tərəfindən “könüllü” sınaq təyin edildikdə, həmin sınaqlar tələb edilən sınaqlara əlavə olaraq aparılmalıdır.

Elastiki yəhəri olan klapanların yüksək təzyiq səviyyəsində bağlanması sınağı klapanın aşağı təzyiqli istismarı zamanı onun hermetikliyini azalda bilər.

Mexaniki və ya əl ilə idarə edilən ötürücü ilə işə salınan kürəcikli klapanlar, o cümlədən kürəcikli əks klapanlar üçün yuxarı təzyiq səviyyəsində bağlanma sınağı operator üçün ölçülərin təyin edilməsində tətbiq edilən diferensial layihə təzyiqinin 110% səviyyəsində aparılmalıdır.

Yüksək təzyiq səviyyəsində bağlanma sınağının aparılması cüt funksiyalı stopor və buraxma klapanı kimi təyin edilən bütün klapanlar üçün tələb edilir.

5.4 Yüksək təzyiq səviyyəsində bağlanma sınağı

Cədvəl 1 və Cədvəl 2 –də göstərilən müxtəlif klapan növləri üçün yüksək təzyiq səviyyəsində bağlanma sınağının aparılması tələb edilir. Cədvəl 1 və Cədvəl 2 - ə əsasən yüksək təzyiq səviyyəsində bağlanma sınağının məcburi olmadığı klapan növləri üçün sınağın (klapanda bağlayıcı strukturunun dizaynının sınağı kimi) aparılması hələ də tələb edilir. Klapanın öz dizaynına görə yüksək təzyiq səviyyəsində bağlanma sınağından keçmə qabiliyyətini təsdiqləyən sınaq nəticələri satınalma sifarişi üçün edilən müraciətdə göstərildikdə və ya istehlakçıtərəfindən tələb edildikdə təqdim edilməlidir. Sınaq təzyiqinin hesablanması barədə məlumat almaq üçün bax: Cədvəl 4, b və c haşiyələri.

5.5 Yüksək təzyiq səviyyəsində pnevmatik örtüyün sınağı

Satınalma sifarişində göstərildiyi təqdirdə, yüksək təzyiq səviyyəsində pnevmatik örtüyün sınağı aparılmalıdır. Bu sınaq korpusun sınağından sonra müvafiq texniki təhlükəsizlik şərtlərinə əməl etməklə aparılmalıdır. Pnevmatik örtük sınağı satınalma sifarişində göstərildiyi kimi və ya 38 °C (100 °F) dərəcədə maksimum yol verilə bilən təzyiqin 110% səviyyəsində aparılmalıdır.

5.6.1 Klapan korpusunun, yüksək təzyiq səviyyəsində arxa yəhərin və yüksək təzyiq səviyyəsində bağlanma sınaqlarının aparılması üçün istifadə edilən maddələr hava, nəcib qaz, kerosin, su və ya qatılıq əmsalı suyun qatılıq əmsalından yuxarı olmayan korroziyaya davamlı məhlullar olmalıdır. Əgər satınalma sifarişində başqa cür təyin edilməyibsə, sınaq üçün istifadə edilən məhlulların temperaturu 5 °C (41 °F) - 50 °C (122 °F) olmalıdır.

5.6.2 Yuxarı təzyiq səviyyəsində bağlanma sınağı və klapanın arxa yəhərlərinin aşağı təzyiq səviyyəsində sınağı üçün istifadə edilən maddə hava və ya nəcib qaz olmalıdır.

5.6.3 Bağlanma, korpus və ya arxa yəhər sınaqları üçün hava və ya qazdan istifadə edildikdə, klapanın istehsalçısı sızmanın aşkarlanması metodunun uyğunluğunu sübut edə bilməlidir.

5.6.4 Sınaq üçün istifadə edilən suyun tərkibində suda həll ola bilən inhibitor və ya pas inhibitoru olmalıdır. Istehlakçıtərəfindən təyin edildikdə, suya nəmləyici maddə də qatmaq olar. Austenit paslamayan poladdan hazırlanmış klapanın sınağı üçün 10 ppm – dən artıq olmayan xlor tərkiblisudan istifadə edilməlidir. Klapanın istehsalçısı xlor tərkibini sənədləşdirə bilməlidir.

5.7 Sınaq üçün nəzərdə tutulan təzyiq səviyyələri

5.7.1 Örtüyün sınaq üçün təzyiqi Cədvəl 3 – də göstərilən kimi olmalıdır.

5.7.2 Sınaq üçün nəzərdə tutulan digər təzyiq səviyyələri Cədvəl 4 – də göstərilən kimi olmalıdır.

Hər bir sınaq növü üçün tələb edilən təzyiq ən azı Cədvəl 5 – də göstərilən minimum müddətdə saxlanılmalıdır.

5.9 Sınaq üçün nəzərdə tutulan sızma halları

5.9.1 Örtük, ştokun kipkəcləri və arxa yəhər

5.9.1.1 Val örtüyünün sınağı üçün təzyiq sərhədindəki divarlarda və bərkidilmiş korpus birləşdiricisində gözlə görülə bilən sızıntıya icazə verilmir.

5.9.1.2 Klapanın arxa yəhərlərinin sınaqları üçün gözlə görülə bilən sızıntıya icazə verilmir.

5.9.1.3 Ştokunun kipləyiciləri tənzimlənə bilən klapanlar üçün örtük sınağının aparılması zaman həmin kipləyicilərdə yaranan sızıntı məhsulun imtinasına səbəb olmamalıdır. Bununla belə, istehsalçı klapanın ən azı 38 °C (100 °F) dərəcədə məhsuldarlığı üzrə hesablamalarda nəzərdə tutulan təzyiq səviyyəsinə həmin kipləyicilərin heç bir gözlə görünə bilən sızıntı olmadan davam gətirə bilmə qabiliyyətini sübut etməlidir.

DN 50 -300 (NPS 2 12)

DN 350 - 1200 (NPS 14 - 48)

DN 50 - 300 (NPS 2 - 12)

DN 350 - 600 (NPS 14 - 24)

Yivli və boru bilərziyinin qaynağı

ASME B16.34 standartında sonluğu yivli sonluqlu klapanlar Sinif 2500 və ya daha aşağı sinfə aid edilir.

ASME B16.34 standartına əsasən.

Sinif 800 -ə aid klapanlar üçün klapan örtüyünün sınaq təzyiqi 38 °C (100 °F) dərəcədə nominal təzyiqin 1 ½ mislinə bərabər olmalı və növbəti daha yüksək təzyiqə (25 psig) yuvarlaşmalıdır. (Bax: Cədvəl 2, API 602).

5.9.1.4 Ştokunun kipləyicisi tənzimlənə bilməyən klapanlarda (kipləyici halqa, bərkidilmiş tək halqa və ona bənzə digərləri) örtüyün sınağı zaman gözlə görülə bilən sızıntıya icazə verilmir.

5.9.1.5 Gözlə görülə bilən sızıntının aşkarlanmadığı hallarda aşağıda göstərilən terminlər tətbiq edilir:

a) əgər sınaq üçün istifadə edilən maddə məhluldursa, sınağı aparılan klapanın xarici səthlərində damcı və ya nəmişlik göz ilə müşahidə edilməməlidir;

b) əgər sınaq üçün istifadə edilən maddə hava və ya nəcib qazdırsa, təyin edilmiş aşkarlama metodu ilə heç bir sızıntı aşkarlanmamalıdır.

5.9.2.1 Aşağı və yuxarı təzyiq səviyyələrində bağlanma sınağı zamanı diskdə, yəhərin kipləyici halqalarında və ya klapanın şpindelində gözlə görülə bilən sızıntı olmamalı və struktur zədələri olmamalıdır. [Elastiki yəhərlərin və kipləyicilərin plastik (daimi) deformasiyası strukturun zədələnməsi kimi qiymətləndirilmir]. Yəhərin kiplənmiş səthində sınaq maddəsinin yol verilə bilən sızma dərəcəsi sınaqların müddəti üzrə Cədvəl 6 –da verilib.

5.9.2.2 Yəhəri metaldan olmayan (məs. keramik) klapanların bağlanma sınağı üçün yol verilə bilən sızma dərəcəsi ekvivalent ölçüyə və növə malik metal yəhərli klapanlar üçün Cədvəl 6 –da verilənlərə uyğun olmalıdır.

Yüksək təzyiq səviyyəsində bağlanma və arxa yəhər

Aşağı təzyiq səviyyəsində bağlanma və arxa yəhər

Yüksək təzyiq səviyyəsində bağlanma

Aşağı təzyiq səviyyəsində bağlanma

Yüksək təzyiq səviyyəsində bağlanma

DN 50 - 300 (NPS 2 - 12)

DN 350 - 1200 (NPS 14 - 48)

DN 50 - 300 (NPS 2 - 12)

DN 350 - 600 (NPS 14 - 24)

Sinif 150 (kövrək dəmir)

Sinif 300 (kövrək dəmir)

Karbonlu, ərintili, pazlamayan polad və xüsusi ərintilər

Aşağı təzyiq səviyyəsində bağlanma (bax: Cədvəl 1 və 2)

Arxa yəhərin sınağı bu xüsusiyyətə malik bütün klapanlar üçün tələb edilir.

Tətbiq edilə bilən satınalma spesifikasiyasına əsasən 38 °C (100 °F) dərəcədə maksimum yol verilə bilən təzyiqin110 faizi.

Tətbiq edilə bilən satınalma spesifikasiyasına əsasən 38 °C (100 °F) dərəcədə diferensial layihə təzyiqinin 110 faizi.

Göstərilən tək qiymətlər minimum sınaq təzyiqinin qiymətləridir. Qiymətlər silsiləsində həm maksimum, həm də minimum sınaq təzyiqi göstərilir.

6.1.1 Klapanın yəhərinə qəza hallarında və ya əlavə olaraq kipləyici materialın vurulması mümkün olan klapanlar (sürtgü yağı çəkilmiş probkalı klapanlar istisna olmaqla) istifadədə olmayan və ya boş inyeksiya sistemi ilə sınaqdan keçməlidir.

6.1.2 Sınaq maddəsi kimi məhluldan istifadə edildikdə, sınaq zamanı klapandan soyutma üçün nəzərdə tutulan hava keçməməlidir.

6.1.3 Səthdə olan qüsurları maskalayan və tələb edilən mühafizə örtüyü, məs. boya, təftişdən və ya təzyiq sınağından əvvəl hər hansı səthə vurulmamalıdır. (Klapanın səthinin mühafizəsi üçün nəzərdə tutulan fosfatlaşdırma və ya buna bənzər kimyəvi konversiya prosesləri, hətta sınaqdan qabaq da qəbul edilir, lakin onlar məsamələri tutmamalıdır.

Sınaq müddəti klapanın tam hazırlanmasından və tam təzyiq altında olmasından sonra aparılan təftiş dövrüdür.

6.1.4 Klapanların bağlanma sınağını aparan zaman klapan istehsalçısı tərəfindən müəyyən edilmiş sınaq proseduruna əsasən klapanı bağlamaq üçün həddən artıq qüvvə tətbiq edilməməlidir. Tətbiq edilən qüvvəMSS SP-91- də verilən müvafiq şəkillərə əsasən təyin edilə bilər, lakin istənilən halda həmin qüvvə klapan istehsalçısı tərəfindən nəşr edilmiş sənədlərdə göstərilən qiymətləri aşmamalıdır.

6.1.5 Klapanın tam hazırlanmasından və tam təzyiq altına düşməsindən sonra onun sızıb sızmaması üzdən yoxlanılmalıdıır.

6.2 Klapanın arxa yəhərinin sınağı

6.2.1 Arxa yəhərin sınağının aparılması silfon kipləyicisi olan klapanlardan başqabu xüsusiyyətə malik olan bütün klapanlar üçün tələb edilir və bu sınaq yığılmış klapanın sonluqlarını bağlamaqla, klapanı tam açmaqla və kipkəçi (salniki) boşaltmaqla və ya onu quraşdırmadan aparılmalıdır. Əgər arxa yəhərin sınağı klapan örtüyünün sınağından sonra aparılarsa arxa yəhərin sınağından sonra kipkəclər quraşdırılmalı və /yaxud yenidən bərkidilməlidir.

6.2.2 DN 100 (4 düym. NPS) və ya daha kiçik diametrli klapanlar üçün arxa yəhərin sınağı klapan örtüyünün sınağı ilə birləşdirilə bilər və bu zaman örtükdə və arxa yəhərdə sızma halının olub olmadığı xüsusi həcm ölçən cihazlarla yoxlanılmalıdır. Istehsalçı valın kiplənən hissələrində 38 °C (100 °F) dərəcədə və nominal təzyiq səviyyəsində heç bir sızıntının olmamasına məsuliyyət daşıyır.

6.2.3 Arxa yəhərin sınağının uğurla başa çatması klapan təzyiq altında olarkən istehsalçının məsləhətilə onun yenidən qablaşdırıla və ya kipkəcin dəyişdirilə biləcəyi kimi başa düşülməməlidir.

6.3 Klapan örtüyünün sınağı

6.2.2– ci yarımbənddə verilən müddəalar istisna olmaqla, klapan örtüyünün sınağı yığılmış klapanın sonluqlarını bağlamaqla, klapanı yarımçıq açmaqla və, sınaq təzyiqini saxlaması üçün kipkəcləri kifayət qədər kip bağlamaqla (silfon kipləyicisi olan klapanlar istisna olmaqla), klapanın daxilinə təzyiq verməklə və kipkəc qutusunu yoxlamaqla aparılmalıdır.

6.4 Klapanın aşağı təzyiq səviyyəsində bağlanması sınağı

6.4.1 Aşağı təzyiq səviyyəsində klapanın bağlanması sınağı yəhərin səthinin təmiz, yəni onun üzərində heç bir yağ və ya kipləyici material olmadan aparılmalıdır. Lazım gəldikdə, səthin dağılmaması üçün kiplənən hissələrin səthinəkerosindən ağır olmayan yağ təbəqəsi çəkmək olar. Bu tələb əsas kipləyici material kimi sürgü yağının istifadə edildiyi klapanlara (məs. sürgü yağı çəkilmiş probkalı klapanlar) tətbiq edilmir.

6.4.2 Yəhərin kiplənən səthində, halqanın arxasında və ya klapanın açıq hissəsindəki başlıqda klapanın bağlanması zaman su qabaqcıqları müşahidə edildikdə bu, sızmanın baş verdiyini göstərir.

Mayesınağı(damcı/ dəq.)

Maye sınağı üçün 1 Millilitrin 16 damcıya bərabər olduğu hesab edilir.

Təyin edilmiş minimum sınaq müddətində heç bir sızma halı baş verməməlidir. (bax: Cədvəl 5). Maye sınağı üçün damcının sayının sıfır olması təyin edilmiş minimum sınaq müddətində gözlə görülə bilən heç bir sızmanın olmadığını göstərir. Qaz sınağı üçün isə qabarcıqların sayının sıfır olması təyin edilmiş minimum sınaq müddətində bir qabarcıqdan az qabarcığın olması deməkdir.

Alternativ olaraq, yerdəyişməni ölçən cihazlardan istifadə etmək olar, lakin bu zaman aşkarlana bilən sızma dərəcəsi Cədvəl 6–da verilənlərə ekvivalent olmalı, klapanın istehsalçısı prosedurunun tətbiqindən alınan nəticələrin bu standartın tələblərinə cavab verdiyini göstərə və təsdiqləyə bilməli eləcə də istehlakçı və istehsalçı arasında əldə edilmiş razılıq əsasında klapan qəbul edilməlidir. Diametri 50 (NPS 2) –dən böyük olan klapanlar üçün qabarcıq ölçənin sınağı yalnız istehlakçınınrazılığı əsasında məqbul sayılmalıdır.

Sızmanın ölçülməsi üçün həcmli cihazlardan (qabarcıq ölçən) istifadə edildikdə, sınağın müddəti yalnız sınaq borucuğundan maye axınının müəyyən edilməsindən və axının sabitləşdiyi andan başlamalıdır. Bu cihaz Cədvəl 6 –da bir dəqiqə üzrə göstərilən vahidlərə ekvivalent nəticələrin alınması üçün kalibrlənməlidir. Həcmi cihazlar istehsal sınaqları üçün tətbiq edilən eyni temperaturda və eyni sınaq mayesi ilə kalibrlənməlidir.

6.4.3 Şiberli, probkalı və kürəli klapanların bağlanma sınaqlarını apararkən klapan yəhərindən sızmanın sınağı metodu tətbiq edilməlidir və bu zaman tətbiq edilməsi mümkün olduqda, klapan korpusuna yəhərlərlə qabaq sahəsi arasında sınaq mayesi ilə yaradılan təzyiqə səviyyəsinə qədər tam təzyiq verilməlidir. Bu, yəhərdə yarana biləcək sızmanın nəzərdən qaçmamasını təmin edir, çünki sınaq müddətində bu hissələr tədricən dolmağa başlayacaq.

İstənilən istiqamətdən gələn təzyiq altında bağlanması nəzərdə tutulan klapanlarda (cüt funksiyalı stopor və buraxma klapanı və ya kürəcikli klapan) təzyiq bağlı klapanın hər bir tərəfinə ardıcıl tətbiq edilməlidir və bu zaman klapanın digər tərəfi atmosferə tərəf açıq olmalıdır ki orada, hər hansı sızma halının baş verib vermədiyini yoxlamaq mümkün olsun. Kürəcikli klapanlara gəldikdə, təzyiq bir istiqamətdə klapanın başlığının altına tətbiq edilməlidir.

Bir istiqamətdən gələn təzyiq altında bağlanması nəzərdə tutulan və elə nişanlanan klapanlarda təzyiq yalnız klapanın təzyiqdə olması nəzərdə tutulan tərəfinə tətbiq edilməlidir. Əks klapanlarda isə təzyiq aşağı istiqamətli axın olan tərəfə tətbiq edilməlidir.

Sinif 125 və ya Sinif 150 flanslara malik (API 609, A Kateqoriyalı klapanlar) və elastiki daxili örtükləri olan, korpuslu drossel klapanlarında isə bağlanma sınağı yalnız bir istiqamətdə gələn təzyiq üçün tələb edilir. Digər elastiki yəhəri olan drossel klapanlarında isə (API 609, B Kateqoriyalı klapanlar) bağlanma sınağı hər iki istiqamətdə gələn təzyiq üçün tələb edilir. Axın istiqaməti seçilmiş drossel klapanlarında isə istənilən istiqamətdə gələn təzyiqə əsasən aparılan bağlanma sınağı həmin istiqamətdə diferensial təzyiqin azaldılmasına əsaslanmalıdır.

6.4.4 Klapan korpusundakı boşluqda, bir pazlı(bərk və ya elastiki) klapanın yəhərləri arasında sınaq üçün istifadə edilən havanın və ya qazın qalması və bundan sonra yəhərlərin su və ya sabun yaxud ona bənzər digər məhlullar örtülməsi həmin sınağın uğurla başa çatmasına dəlalət etmir.

6.4.5 Əgər 6.6.1 – ci yarımbənddə cüt funksiyalı stopor və buraxma klapanı üçün təsvir edilən sınaq proseduralarının tətbiqinə şərait yaratmaq üçün klapan korpusunda yarımçıq birləşmə yaradılarsa, bu birləşmə MSS SP-45 - ə uyğun olmalı və materialı klapanın örtük materialına uyğun olan bərk boru probkası ilə(ASME B16.11 standartına əsasən) yüklənib daşınmazdan qabaq uyğunlaşdırılmalıdır.

6.5 Klapanın yüksək təzyiq səviyyəsində bağlanması sınağı

Yüksək təzyiq səviyyəsində bağlanma sınağının proseduru aşağı təzyiq səviyyəsində bağlanma sınağının prosedurası ilə eyni olmalıdır, lakin maye sınağı aparıldıqda 6.4 – cü yarımbənddə təsvir edilən qabarcıqlara görə deyil, damcılara görə sızma halı aşkarlanmalıdır.

6.6 Cüt funksiyalı stopor və buraxma klapanının yüksək təzyiq səviyyəsində bağlanması sınağı

Cüt funksiyalı stopor və buraxma klapanlarında təzyiq ardıcıl olaraq bağlanan sahənin hər iki tərəfinə klapanın keçid dəliyindən tətbiq edilməlidir. Klapan korpusundakı boşluğa daxil olan sızıntı klapanın aşağı hissəsindəki açıq yerlərdən baxmaqla yoxlanılmalıdır (“G”mövqeyi, ASME B16.34 standartı).İstismar məsələlərinə görə, klapanın aşağı hissəsindəki açıq yerlərdən müşahidənin aparılması mümkün olmadıqda, istehlakçı tərəfindən alternativ yer təyin edilə bilər və klapanın aşağı hissəsində alternativ yerin açılması ilə cüt funksiyalı klapanın sınağı aparılmalıdır. Bütün mövqelərdə, xüsusən də alternativ mövqelərdə sınağın aparılması üçün proseduraların 6.1.2 –ci yarımbənddə irəli sürülən tələblərə uyğunluğu təmin edilməlidir. Sınağın müddəti Cədvəl 5 – də göstərilən qiymətlərin iki mislindən (2×) qısa olmamalıdır.

7.1 Uyğunluq sertifikatı

İstehlakçı tərəfindən təyin edildikdə, klapanın istehsalçısı satınalma sifarişində tələb edilən uyğunluq sertifikatını ona təqdim etməlidir.

7.2 Təkrar sınağın aparılması

Əgər istehlakçı tərəfindən satınalma sifarişində təftiş işlərinin aparılması göstərilməyibsə, hazır klapanın təkrar sınağına ehtiyac yoxdur. Klapanın bu standartın tələblərinə uyğunluğunun yoxlanıldığı və sınaqdan keçirildiyi barədə istehsalçı tərəfindən yazılı olaraq təsdiqləndikdə istehlakçınıntəftişçisi təkrar sınağı ləğv edə bilər. Təkrar sınağı aparılan boyanmış klapanların boya qatının götürülməsinə ehtiyac yoxdur. Anbarda saxlanılmış klapanların təkrar sınağından və yüklənib daşınmasından qabaq onların satış məqsədi üçün təmizlənməsi lazımdır.

İstehlakçı üçün qeydlər

1) Bu standartdan yayınma halları satınalma sifarişində xüsusi olaraq göstərilməldir. Bu tələb istənilən yayınma halına, məs. aşağıdakı siyahıda göstərilənlərə aid edilir.

2) Əgər yayınma halı göstəriləməyibsə, satınalma sifarişində yalnız APİ 598 standartına əsasən aparılan sınaqlar göstərilməlidir.

3) Əgər bu standart onda öz əksini tapmayan klapanlar üçün istifadə edilirsə, onda istehlakçı həmin standartın tətbiq edilmə dərəcəsini göstərməlidir.

İstehlakçı tərəfindən təqdim edilən yayınma hallarının siyahısı

a) Klapan istehsalçısının zavodunda istehlakçı tərəfindən aparılan yoxlamalar (bax:4.1).

b) Klapan istehsalçısının zavodundan kənarda istehlakçı tərəfindən aparılan yoxlamalar (bax:4.2).

c) Yoxlama bildirişlərinə müraciət (bax: 4.3).

d) Tələb edilən istənilən əlavə yoxlamalar (bax: 4.6).

e) Arxa yəhərin sınağının növü (bax: 5.3.2).

f) Aşağı təzyiq səviyyəsində bağlanma sınağı (bax: 5.3.3, 5.3.4 və 6.4).

g) Yuxarı təzyiq səviyyəsində bağlanma sınağı (bax: 5.3.3, 5.3.4, 5.4 və 6.5).

h) Yuxarı təzyiqli pnevmatik örtüyün sınağı (bax:5.5).

i) Cüt funksiyalı stopor və buraxma klapanının yüksək təzyiq səviyyəsində bağlanma sınağı (bax:6.6).

j) Sınaq məhlulu (bax: 5.6).

k) Sınaq üçün suda nəmləndirici mayenin istifadəsi (bax: 5.6.4).

l) Uyğunluq sertifikatı (bax: 7.1).

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “____”dekabr 2014-cü il tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Dəmir bağlayıcı klapanlar-flanslı və calalayıcı

qaynaq sonluqları, boltlardakı klapan qapaqları

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartAPI 600-2009“Steel GateValves-Flanged and Butt-weldingends, BoltedBonnets”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Dəmir bağlayıcı klapanlar-flanslı

və calalayıcı qaynaq sonluqları,

boltlardakıklapan qapaqları

Steel gate valves-flanged and

Bu standart neft emalı üçün bolt üzərindəki qapaqların ağır dəmir bağlayıcı klapan seriyasına dair tələbləri müəyyən edir və kanalın uzunluğu, ağır divar kəsikləri, böyük şpindel diametrlərinə tələbat olduğu zaman korroziya, eroziya və digər iş şərtləri zamanı edilən tətbiqetmələrlə əlaqədardır.

Bu standart aşağıdakı dəmir bağlayıcı klapanlara aid tələbləri müəyyən edir:

— xarici qayka və bəndlər,

— qalxmayan nizamlayıcı çarx,

— bir və ya ikili dəmir armaturlu klapan,

— istiqamətləndirici klin və ya paralel şpindel,

— şpindelin üst səthi,

— metal şpindelin üst səthi,

— flanslı və ya qaynaq-birləşdiricili sonluqlar.

Burada NPS nominal boru ölçülü klapanlara da bəhs olunur.

— 1; 1 1/4; 1 1/2; 2; 2 1/2; 3; 4; 6; 8; 10; 12; 14; 16; 18; 20; 24,

DN Nominal boru ölçülərinə uyğun olaraq:

— 25; 32; 40; 50; 65; 80; 100; 150; 200; 250; 300; 350; 400; 450; 500; 600,

Təzyiq kateqoriyaları üçün tətbiq olunur:

— 150; 300; 600; 900; 1500; 2500.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunmuşdur:

API Standard 598 Valve Inspection and Testing (Klapanların Yoxlanılması və Sınaqdan keçirilməsi)

ASME B1.1 1 Unified Inch Screw Threads (UN and UNR Thread Form)(Vahid düyümlü vintli yivlər (UN və UNR Yiv forması))

ASME B1.5Acme Screw Threads (Trapesiyaşəkilli Vintli yivlər)

ASME B1.8Stub Acme Screw Threads (Qısaldılmıştrapesiyaşəkilli vintli yivlər)

ASME B1.12Class 5 Interference—Fit Thread (Kateqoriya 5 Qarşılıqlı təsir—Uyğun yivlər)

ASME B1.20.1Pipe Threads, General Purpose (Inch)(Boru yivləri, Ümumi təyinatlı (düyüm))

ASME B16.5 Pipe Flanges and Flanged Fittings NPS 1/2 through NPS 24 Metric/Inch (Boru flansları və flanslı armaturlar NPS 1/2 - NPS 24 Metrik/Düyüm)

ASME B16.10 Face-to Face and End-to-End Dimensions of Valves (ASME B16.10Klapanların qabarit və birləşdirici ölçüləri.

ASME B16.11 Forged Steel Fittings, Socket-Welding and Threaded (Saxta dəmir armaturlar, qaynaq edilmiş armaturlar və yivli armaturlar )

B16.25 ASMEButtwelding Ends (Qaynaq birləşdiricilərinin sonluqları)

ASME B16.34 Valves—Flanged, Threaded and Welding End (Klapanlar—Flanslı, Yivli və Qaynaq sonluqları)

ASME B18.2.2 Square and Hex Nuts (Inch Series) (Kvadrat və altıbucaqlı Qaykalar (Düyüm seriyası))

ASME B18.2.4.6M, Metric Heavy Hex Nuts (ASME B18.2.4.6M, Metrik Ağır Altıbucaqlı Qaykalar)

ASME B36.10M Welded and Seamless Wrought Steel Pipe (Qaynaq edilmiş və Şovsuz Qaynaq lövhəsindən hazırlanmış Borular )

ASME Boiler and Pressure Vessel Code (BPVC), Section IX: Welding and Brazing Qualifications (Qazanxana və Təzyiq Çəni Qaydaları (BPVC), Hissə IX: Qaynaq və Lehimləmə Xüsusiyyətləri)

ASTM A193 Standard Specification for Alloy-Steel and Stainless Steel Bolting Materials for High Temperature of High Pressure Service and Other Special Purpose Applications(Yüksək təzyiqli işlər və Digər xüsusi məqsədli işlər zamanı Yüksək Temperatur üzrə aşqarlanmış dəmir və paslanmayan dəmir boltlama materiallara aid Texniki Standart şərtləri)

ASTM A194 Standard Specification for Carbon and Alloy Steel Nuts for Bolts for High Pressure or High Temperature Service, or Both (Yüksək Təzyiq və ya Yüksək Temperaturlu İşlər zamanı boltlar, Karbonlu və aşqarlanmış dəmir qaykalara aid Texniki Standart Şərtləri)

ASTM A307 Standard Specification for Carbon Steel Bolts and Studs, 60 000 PSI Tensile Strength (Karbonlu dəmir boltlar və mismarlara aid texniki standart şərtləri, 60 000 PSI Qırılmayaqarşı möhkəmlik həddi))

EN 1092-1 3 Flanges and their joints—Circular flanges for pipes, valves, fittings and accessories, PN designated—Part 1: Steel flanges (Flans və onların birləşdiriciləri – Boru, klapan, armatur və aksesuarlar üçün dairəvi flanslar, PN adlı—Hissə 1: Dəmir flanslar)

ISO 7-1 4 Pipe threads where pressure-tight joints are made on the threads—Part 1: Dimensions, tolerances and designation (Təzyiq-sıx birləşdiricilərinin yivlər üzərində qoyulduğu zaman boru yivləri – Hissə 1: Ölçülər, davamlılıq və işarələr)

ISO 5210 Industrial valves—Multi-turn valve actuator attachments (Sənaye klapanları—Çox-fırlanan icra mexanizmli klapanlar)

ISO 5752 Metal valves for use in flanged pipe systems—Face-to-face and centre-to-face dimensions (Flanslı boru sistemində istifadə olunması üçün metal klapanlar—Qabarit və mərkəzdən üst səthə qədər olan ölçülər)

ISO 6708Pipework components—Definition and selection of DN (nominal size) (Boru-kəmər işləri komponentləri – DN-nin müəyyənləşdirilməsi və seçimi (nominal ölçü))

ISO 9606-1 Approval testing of welders—Fusion welding—Part 1: Steels (Qaynaqçıların təsdiq testləri—Ərintili qaynaq—Hissə 1:Dəmirlər (polad))

ISO 15607 Specification and qualification of welding procedures for metallic materials—General rules (Metal materiallar üçün qaynaq qaydalarının texniki şərt və xüsusiyyətləri—Ümumi qaydalar )

ISO 15649, Petroleum and natural gas industries—Piping (Neft və təbii qaz sənayeləri –Boru –kəmər sistemi)

MSS SP-55 5 Quality Standard for Steel Castings for Valves, Flanges and Fittings and Other Piping Components —Visual Method for Evaluation of Surface Irregularities (Klapan, Flans, Armatur və Boru-kəmər Komponentlərinin Dəmir tökmə proseslərinə aid Keyfiyyət Standartı—Üst səthdəki qüsurların dəyərləndirilməsi üçün vizual metod)

NACE MR 0103 6 Materials Resistant to Sulfide Stress Cracking in Corrosive Petroleum Refining Environments (Korroziv Neft Emalı sahələrində sulfid tərkibli sahələrin gərginlik təsiri altında yaranan çatlara davamlı materiallar)

3.1Sinif: Hərfi-rəqəmli işarələr klapan materialının mexaniki xüsusiyyətlərini və klapanın ölçü xüsusiyyətlərini nəzərə almaqla, klapanın təzyiqi/temperatur faktorları ilə əlaqədar istinad məqsədləri üzrə istifadə olunur. Bu ölçüsüz tam rəqəmlərlə göstərilən “siniflərdən” ibarətdir. Rəqəmlərlə göstərilən “Sinif” ölçü vahidlərini özündə əks etdirmir və bu standartda qeyd olunanlardan başqa, digər hesablama məqsədləri üçün istifadə olunmur. Sinif nömrəsinə malik klapanlarda yolverilən təzyiq klapan materialından və onun istifadə temperaturundan asılıdır və təzyiq/temperatur qiymətlər cədvəlində qeyd olunmalıdır.

3.2DN: Ölçülərin hərfli-rəqəmli işarələri son birləşdiricilərin xarici diametri və ya dəliklərin fiziki ölçüləri ilə əlaqədar ölçüsüz rəqəmlərlə göstərilən “DN” hərflərindən ibarət olmaqla, istinad olunan məqsədlər üçün istifadə olunan və ümumilikdə boru-kəmər sistemində istifadə olunan komponentlər üçün nəzərdə tutulur. “DN” hərfləri ilə göstərilən ölçüsüz rəqəmlər ölçü vahidlərini özündə əks etdirmir və burada qeyd olunanlardan başqa, ölçmə hesablama məqsədi üçün istifadə olunmur.

3.3NPS: Ölçülərin hərfli-rəqəmli işarələri son birləşdiricilərin xarici diametri və ya dəliklərin fiziki ölçüləri ilə əlaqədar ölçüsüz rəqəmlərlə göstərilən “NPS” hərflərindən ibarət olmaqla, istinad olunan məqsədlər üçün istifadə olunan və ümumilikdə boru-kəmər sistemində istifadə olunan komponentlər üçün nəzərdə tutulur. Ölçüsüz rəqəmlər “NPS” prefiksi olmadan klapanın ölçü müəyyənləşdiricisi kimi istifadə oluna bilər. Ölçüsüz ölçüləri müəyyənləşdirən rəqəmlər ölçü vahidlərini özündə əks etdirmir və hesablama məqsədləri üçün istifadə olunmur.

4.1 Təzyiq/temperaturun nominalqiymətləriqəbul olunanmaterial xüsusiyyətləri və kateqoriyalara dairstandart siniflər üçün ASME B16.34 qeyd olunan cədvəldə göstərilənlərə uyğun olmalıdır.

4.2 Temperatur və uyğun təzyiq və ya təzyiq və uyğun temperatur məhdudiyyətləri (misal üçün, xüsusi yumşaq bərkidicilərlə və ya xüsusi tənzimləyici materiallarla olan məhdudiyyətlər) klapanın eyniləşdirmə lövhəsi üzərində qeyd olunmalıdır (bax Hissə 8).

4.3 Müvafiq nominal təzyiq üzrə temperatur klapanın təzyiqli korpusunun maksimum temperaturudur. Ümumilikdə, bu temperatur qablaşdırılmış mayenin temperaturu ilə eynilik təşkil edir. Mayenin tərkibindəki temperaturdan fərqlənən temperatura uyğun olan hesabi təzyiqin istifadəsindəistifadəçi məsuliyyət daşıyır.

4.4 Təzyiq/temperatur cədvəllərində qeyd olunan ən aşağı temperatur üzrə aşağıda qeyd olunan temperaturlarda işçi təzyiqi aşağıda qeyd olunan temperatur üzrə mövcud olan təzyiqdən yüksək olmamalıdır. Aşağı temperaturda klapanların istifadəsi istehsalçının məsuliyyətinə aiddir. Əsas diqqət aşağı temperaturdakı bir çox materialların təsir gücü və plastiklik itkisinə yönəldilməlidir.

4.5 Bir çox layihə konfiqurasiyalarında ikili möhkəmləndirilmiş klapanlar qapalı vəziyyətdə klapanın mərkəz sahəsində mayeni ayırmaq qabiliyyətinə malik ola bilər. Əgər temperatur yüksək olarsa, təzyiqin həddindən artıq olması halı müşahidə oluna bilər, belə ki, bu da təzyiq həddinin korlanması ilə nəticələnə bilər. Belə bir vəziyyət müşahidə olunduqda, klapandakı təzyiqin yekun temperatur üzrə bu Beynəlxalq Standartla yol veriləndən çox olmamasını təmin etmək məqsədilə layihələndirmə, quraşdırma və ya əməliyyat prosedurlarındakı vasitələrin təmin olunması və ya təmin olunmasını tələb etmək istifadəçinin məsuliyyətinə aiddir.

5.1 Korpusun divar qalınlığı

İstehsal zamanı korpusun minimum divar qalınlığı tm qaynaq birləşdiricili klapan sonluqları üçün 5.1.2-də qeyd olunanlardan başqa, Cədvəl 1-də göstərilən kimidir. Quraşdırma gücü, güc konsentrasiyaları və dairəvidən başqa digər formalar üçün əlavə metal qalınlığı fərdi istehsalçılar tərəfindən müəyyən olunmalıdır, belə ki, bu faktorlar çox fərqlənir.

1 korpus və korpusun aşağı hissəsinin birləşdirilməsi

2 korpus sonluğundakı flans

3 korpusun son hissəsindəki dəliyin daxili diametri

4 korpusun aşağı hissəsinin oxları

5 korpus/qapaq flansı

6 korpusun aşağı hissəsi

8 qaynaq birləşdiricilərinin sonluqları

5.1.2 Calalayıcı qaynaq sonluqlarındakı klapanlardakı qaynaq sonluqlarının hazırlanması (bax 5.3.2.) axın istiqaməti boyunca ölçülən korpusun aşağı hissəsinin xarici səthin tm yaxın sahədə 5.1.1. bənddə qeyd olunan rəqəmlərdən az olan korpusun divar qalınlığına qədər azalmamalıdır. Qaynağın hazırlanmasına keçid mərhələləri olmalı və kəsiklər keçidin tam uzunluğu boyunca dairəvi olmalıdır. Sahədəki qaynaq edilmiş və ya tam qaydada olub-olmalarından asılı olmayaraq, müvafiq sınaq muftaları və ya lentlər istisna olmaqla kəsiklərdə keçidi pozan iti kənarlar və ya qəfil dəyişikliklərin qarşısı alınmalıdır. Heç bir halda, qaynaq sonluqlarından 2tm məsafədə qalınlıq 0.77tmaz olmamalıdır.

5.2 Bolt üzərindəki klapanların divar qalınlığı

Qablaşdırma prosesini özündə əks etdirən aşağı hissənin uzadılmasından başqa, istehsal zamanı qapağın minimum divar qalınlığı Cədvəl 1-də qeyd olunan kimi tm olmalıdır. Aşağı hissənin uzadılması üçün yerli minimum divar qalınlığı yerli diametrə əsaslanmalıdır, məsələn, şpindel dəliyinin və ya kipləşdiricinin gövdəsinin dəliyinin daxili diametri Cədvəl 2-də qeyd olunan kimi olmalıdır.

5.3 Korpusun ölçüləri

5.3.1 Flanslı sonluqlar

5.3.1.1 Korpusun sonundakı flanslar ASME B16.5-in ölçü tələblərinə uyğun olmalıdır. Digər hallar nəzərdə tutulmadığı təqdirdə, qalxan səthin son flansları nəzərə alınmalıdır.

5.3.1.2 Səth hissədən səth hissəyə qədər olan ölçülər ASME B16.10 və ya ISO 5752 uyğun olmalıdır. Korpusun sonundakı flanslar və qapaq flansları tökmə materialdan olmalı və ya korpus üzərində saxta materialdan olmalıdır. Belə ki, flanslar alıcı tərəfindən təsdiqləndiyi təqdirdə, qaynaqla yapışdırılmalıdır.

5.3.1.2.1 Flansın klapan korpusuna qaynaq edilməsi tam keçməklə calalayıcı qaynaq vasitəsilə icra olunur. Digər hallar nəzərdə tutulmadığı təqdirdə, birləşdirici qaynaq keyfiyyətinin təsdiq meyarları və qaynaq prosedurunun xüsusiyyətindən və qaynaqçı və ya qaynaq əməliyyatçısının səriştəsi də daxil olmaqla, normal iş mayesi üzrə ASME B31.3 və ya ISO 15649-a uyğun olmalıdır. Termal emal prosesi Cədvəl 3-ə uyğun olaraq icra olunmalıdır.

5.3.1.2.2 Qaynaq prosesi zamanı istifadə olunan tam və ya digər tarazlaşdırıcı halqalar (mərkəzləşmiş müdafiə halqası) qaynaq prosesi tamamlandıqdan sonra kənarlaşdırılmalıdır.

Qalınlıq, r, qaynaq prosesi ilə birləşdirilən hissələrin böyük qalınlığıdır.

Materialların qaynaq olunması zamanı L-dərəcəli və ya sabitləşdirici dərəcəyə malik olması istisna olmaq.

5.3.2 Calalayıcı qaynaq sonluqları

5.3.2.1 NPS 2-dən böyük ölçüyə malik klapanlar üçün çalalayıcı qaynaq sonluqları müdafiə halqaları olmadan istifadə üçün nəzərdə tutulan dəliklər üzrə ASME B16.25 tələblərinə uyğun olmalıdır. Flans sonluqlu klapanın calalayıcı qaynaq klapanına çevrilməsi alıcı və istehsalçı arasında razılıq əldə olunduğu təqdirdə mümkündür.

5.3.2.2 Calalayıcı qaynaq sonluqlarına aid kateqoriyaya malik klapanlar üçün son hissədən son hissəyə qədər olan ölçülər alıcı tərəfindən digər hallar nəzərdətutulmadığı təqdirdə ASME B16.10uyğun olmalıdır.

5.3.3 Korpus şpindeli

5.3.3.1 Şpindeldəki dəliklərin daxili diametri nominal boru ölçüsü və təzyiq kateqoriyası üzrə ASME B16.34 Standartının Əlavə A-da qeyd olunan diametrdən az olmamalıdır.

5.3.3.2 Korpusun tam şpindelində austentik paslanmayan dəmirdən hazırlanmış klapanların olmasına icazə verilir. Əgər austentik paslanmayan polad və ya bərk lehimlənmiş material korpusun şpindeli üçün istifadə olunarsa, bu material klapan korpusu üzərindəki qaynaqla əldə olunmuş material ola bilər.

5.3.3.3 Şpindeldə ayrıca halqalar olarsa, bu zaman onlar yuxarı və ya aşağı hissədə yerləşməlidir və yerindəcə qaynaqlanmalı və ya kəsilməlidir,şpindeldəki halqalarda NPS < 2 (DN ≤ 50) bağlanmış və ya sıxılmış halqaların istifadə oluna bilməsi istisna olmaqla. ASME Sinif 600 və ya yüksək təzyiqli klapanlarda yivli şpindeldəki halqalar bərk şəkildə qaynaq edilməlidir.

5.3.3.4 Korpusun şpindelindəki halqalar adekvat üst səthə malik olmalı və klapanlar təzyiq üzrə işləyən zaman diskin korlanmasının və ya dağılma hallarının qarşısını almaq məqsədilə lazım olan zaman radius və ya çox da böyük olmayan qanovla təchiz olunan kənarlara malik olmalıdır.

5.3.3.5 Şpindelin halqalarının quraşdırılması zamanı birləşdirici komponent və ya sürtgü yağı istifadə oluna bilməz; belə ki, kerosinə nisbətən çox da yüksək qatılığa malik olmayan yüngül sürtgü yağından yivli səthlərin dağılmasının qarşısını almaq üçün istifadə oluna bilər.

5.4 Qapaqların ölçüləri

5.4.1 Şpindel, bərkidicilərin, fənər halqası (əgər varsa) və arxa şpindellərin hazırlanması zamanı, istehsalçı şpindelin tənzimləyicisi və bağlamanın ekstruziyasının qarşısının alınmasını nəzərə almalıdır.

5.4.2 Qapaqlara aşağıdakı formalardan birində konusşəkilli şpindelin arxa hissəsi aiddir:

— boşalma əleyhinə mükəmməl şəkildə saxlanılan vtulka, daha dəqiq desək, sürtünməyəəsaslanmamaq;

— austentik paslanmayan poladdan hazırlanmış klapanlar zamanı tam üst səth;

— austentik paslanmayan polad və ya minimum 0.06 düyüm (1.6 mm) qalınlığa malik lehimlənib calanma

5.4.3 Qapaqlar bir hissəsi tökmə üsullu materialdan və ya döyülmüş metal parçasından olmalıdır. Belə ki, qapaqlar alıcı tərəfindən təsdiqləndiyi təqdirdə qaynaq vasitəsilə birləşdirilə bilər və 5.3.1.2.1-də qeyd olunan qaydada eyni istisnalara və tələblərə uyğun ola bilər.

5.4.4 Kipgəcin sıxıcı boltu qaynaq birləşdiricisi və ya millərin qaynaq sancaqları ilə qapağa və ya bəndlərə bərkidilməməlidir. Bərkidilmə formasına təkrar bağlama zamanı kipgəcin sıxıcı boltu olmayan köndələn kəsikli dəliklər və ya bəndlər daxil deyildir.

5.5 Qapaq – korpus birləşdiricisi

5.5.1 Qapaq-korpus birləşdiricisi flans və aralıq qat tipli olmalıdır.

5.5.2 Sinif 150 klapanlar üçün qapaq-korpus birləşdiricisi ASME B16.6 qeyd olunan aşağıdakı tiplərdən biri olmalıdır:

— halqavari birləşdirici.

5.5.3 Sinif> 150 üzrə təzyiq kateqriyasına malik olan klapanlar üçün qapaq-korpus birləşdiricisi 5.5.2-də qeyd olunan qaydada olmalıdır, hamar üst səth birləşdiricilərinin yol verilməsi halı istisnalıq təşkil edir.

5.5.4 Qapağın flans aralıq qatı -20 °F (–29 °C)-dən 1000 °F (538 °C)-qədər olan temperatur diapazonuna uyğun olmalıdır və aşağıdakılardan biri olmalıdır:

—bərk metal, büzməli və ya hamar;

— doldurulmuş zirehli metal, büzməli və ya hamar;

— metal halqavari birləşdirici;

— dolduruculu və mərkəzləşdirici/ kompressiya halqalı spiral metal aralıq qat;

— aralıq qatın sıxılmasına nəzarət olunan korpusdan qapaq hissənin birləşdiricisinin layihələndirilməsi zamanı istifadə olunacaq dolduruculu spiral metal aralıq qat.

Sinif 150 üçün aşağıdakılar da yolveriləndir:

— qrafit səthli büzməli metal aralıq qat;

— alıcı tərəfindən təsdiqləndiyi təqdirdə, elastik qrafit dəmir, bərkidilmiş paslanmayan hamar polad, perforasiya olunmuş, çıxıntılı və ya saxlama halqa ilə təchiz olunmuş büzməli aralıq qat;

5.5.5 Sinif150 və PN 16 klapanları və NPS 2.5 (DN 65) ölçülü və daha kiçik klapanlar istisna olmaqla, qapaq-korpus flansı dairəvi olmalıdır.

5.5.6 Qapaq və korpusun flans qaykasının yastıq səthi±1°həddindəflans səthinə paralel olmalıdır. Paralellik tələblərinə cavab verməsi tələb olunan şpindel kəsiyi və ya arxa hissə kəsiyi ASME B16.5-ə uyğun olmalıdır.

5.5.7 Qapaq-korpus birləşdiricisi minimum dörd yivli boltlarla bərkidilməlidir.Hər bir klapan ölçüsü üçün minimum yivli bolt ölçüsü aşağıdakı kimi olmalıdır:

— 1 ≤ NPS ≤ 2 1/2 (25 ≤ DN ≤ 65) olduqda 3/8 və ya M10

— 3 ≤ NPS ≤ 8 (80 ≤ DN ≤ 200) olduqda 1/2 və ya M12

— 10 ≤ NPS (250 ≤ DN) olduqda 5/8 və ya M16

5.5.8 Klapan qapaqlarının boltla bağlanması zamanı boltların ümumi köndələn sahəsi ASME B16.34, Bənd 6.4 tələblərinə uyğun olmalıdır.

5.5.9 Birləşdirmə zamanı, aralıq qatların üst səthlə əlaqəsi bərkidilmiş elementlərindən kənar olmalıdır. Kerosindən çox da ağır olmayan sürtkü yağının yüngül şəkildə çəkilməsi aralıq qatın düzgün şəkildə birləşdirilməsinə kömək etmək məqsədilə istifadə oluna bilər.

5.6.1 Sürgü konfiqurasiyaları Şəkil 2-də qeyd olunan qaydada təsnif olunmuşdur:

5.6.1.1 İstehlakçı tərəfindən digər hallar nəzərdə tutulmadığı təqdirdə, bir elementli pazlısürgü - bərk və ya elastikpazlayihəsi kimi quraşdırılmalıdır.

5.6.1.2 İki-elementli sürgünün kəsik pazı və ya paralel şpindelin ikili-diskli sürgüsü alıcı tərəfindən müəyyən olunan təqdirdə quraşdırıla bilər. Sürgünün kəsik pazı iki dayaq hissəciklərindən ibarətdir ki, o da onun bağlı olduğu zaman korpusun dayaq hissələrinə uyğun olmalıdır. İki-diskli sürgü bağlı olduğu zaman,iki paralel diski korpusun dayaq hissəsinə sıxan yayılma mexanizmə malikdir.

5.6.2 İki-diskli sürgüdən başqa, onun açıq vəziyyətində, sürgü klapanın şpindel hissəsindəki dəlikləri tamamilə təmizləməlidir.

5.6.3 Korpus istiqamətləndirici üst səthlərə malik olacaqdır ki, o da klapanın işlək vəziyyətdə olduğu zamanşpindel hissəsininfırlanması onun dayaq hissəsinin hərəkət məsafəsi ilə sürgü istiqamətində dəqiqliklə minimallaşdırmaq imkanına malik olacaq və sürgünün bağlanması və dağılması olmadan bütün koordinasiyalar üzrə sürgünün və şpindel hissəsinin tənzimlənməsini təmin edəcəkdir.

İstehlakçı tərəfindən müəyyən olunmazsa və ya korlanma və ya dağılma təsirləri də daxil olmaqla, hər bir koordinasiya üzrə əməliyyatın düzgün işinə şərait yaranmadığı zaman, klin tənzimləyiciləri və / və ya korpus tənzimləyiciləri bərk ərinti ilə lehimlənməyəcəkdir.

5.6.4 Sürgünün şpindeli tam və qaynaq metalı ilə örtülmüş olmalıdır.Digər hallar nəzərdə tutulmadığı təqdirdə, bərk ərinti ilə lehimlənmiş şpindel hissə səthlərinə ehtiyac olmur. Üst səth materialının tam qalınlığı 0.06 düyümdən (1.6 mm) az olmamalıdır.

5.6.5 Pazzlısürgülər şpindel hissənin köhnələ bilməsini nəzərə alaraq hazırlanmalıdır. Korpusun dayaq hissəsi ilə münasibətdə sürgünün dayaq hissəsinin istiqamətini müəyyən edən ölçülər elə olmalıdır ki, sürgüistehsal prosesindən başlayaraq, dayaq hissənin korlanması nəticəsində fırlanma kimi müəyyən olunan h məsafəsinə kimi dayaq hissə daxilinə hərəkət edə bilmiş olsun. Fırlanan klapanın dayaq hissəsinə paralel olan istiqamətdədir. Tələb olunan minimum fırlanma Cədvəl 4 əsasən klapan ölçüsünə görə dəyişir.

5.7.1 Bənd qapağın ayrılma tərkib hissəsi və ya ayrıca ehtiyat hissəsi ola bilər. Bəndlər nizamlayıcı çarxı şpindel hissəyə birləşdirən dayaq hissəsi qaykası ilə saxlanmalıdır.

5.7.2 Bənd və şpindel qaykalarının quraşdırılma sxemi klapanın təzyiq altında olması və arxa dayaq hissənin bərkidilməsi zamanı dayaq hissədəki qaykanın kənarlaşdırılmasına imkan verməlidir.

5.7.3 Ayrı yerləşən bəndlər bənd-qapağın bir-birinə bağlanmış səthlərə yerləşdirilməlidir ki, bu da düzgün bərkliyə malik quraşdırma interfeysini təmin etməlidir.

5.7.4 Bəndlər-şpindel hissədəki qaykaların yastıq səthləri hamar və paralel şəkildə hazırlanmalıdır. Sürtkü armaturları yastıq səthləri ilə təmin olmalıdır.

5.8 Şpindel və şpindel qaykası

5.8.1 Şpindel hissəsinin minimum diametri ds, Cədvəl 5-də qeyd olunan ölçüdə olmalıdır. Standart diametrli dairəvi armaturun istifadəsi üçün möhkəmlilik Cədvəl 5 A –da göstərilən kimi olmalıdır. Minimum şpindel diametri kipləşdirici ilə kontaktda olan üst səth üzrə və trapesiya şəklində olan şpindel yivlərinin əsas diametri üzrə tətbiq olunur. Belə ki, şpindelin yivinin əsas diametri istehsalçının seçiminə görə 0.06 düyümdən (1.6 mm) çox olmayaraq azaldılmalıdır. Kipləşdirici ilə kontaktda olan şpindelin üst səthi qoruyucu üst səthə Ra 32 μdüyüm (0.80 μm) və daha hamar səthə malik olmalıdır.

5.8.2 Dayaq hissələr bir sonluq üzrə rəzənin birləşdirici elementinə, digər sonluq üzrə isə xarici trapesiya formalı yiv formasına malik olmalıdır. Dayaq hissədəki qaykalar nizamlayıcı çarxın birləşdirilməsi prosesi və işlək vəziyyətdə olan dayaq hissə yivlərini hərəkətə gətirmək üçün istifadə olunmalıdır.

5.8.3 Dayaq hissədəki qaykaların yivləri yol verilən nominal ölçünündəyişilməsiASME B1.5 və ya ASME B1.8 göstərilən trapesiya formasında olmalıdır. Dayaq hissədəki yivlər sol-istiqamətli olmalıdır ki, bu da nizamlayıcı çarxı klapanları bağlayan yəni saat əqrəbi istiqamətində fırladılmalıdır.

5.8.4 Şpindel bir-elementli qaynaq materialında olmalıdır. Qaynaq konstruksiyalı və ya yivli dəstə malik şpindeldən istifadə olunmamalıdır.

Bənd 5.8.5-də qeyd olunan SI vahidləri 0.0254 mm/mm kimi nəzərə alınmalıdır.

5.8.5 Şpindelin tam uzunluğunun düzxətliliyi 0.001 düyüm/düyüm (0.0254 mm/mm) çox olmamalıdır.

5.8.6 Sürgüyə birləşən şpindel sonluğu “T” formasında olmalıdır, ikili-diskli sürgü istisna olmaqla, sonluq birləşdirici yivli olmalıdır.

5.8.7 Şpindel birləşdiricisi şpindeli klapanın işlək vəziyyətində fırlanmasının və söndürülməsinin qarşısını almaq məqsədilə hazırlanmalıdır.

5.8.8 Şpindelin sxemi elə bir vəziyyətdə olmalıdır ki, şpindelin sürgü birləşdiricisi üzrə olan gücü və klapanın təzyiqhəddi daxilində şpindelin bir hissəsi işlək yivin aşağı hissəsindəki şpindelin gücündən yüksək olmaqla, oxlu yük altında olmalıdır.

5.8.9 Bir hissəli şpindelə sürgüözünün tam açıq vəziyyətində qapağın arxa dayaq hissəsi üzrə duran konusşəkilli və ya sferik qalxan səth daxildir.Şpindel-qapaqlı arxa dayaq hissə bu standartın tələbidir və belə ki, bu isə klapanın təzyiq altında olduğu zaman bağlamanın əlavə edilməsi və ya dəyişdirilməsi məqsədilə onun istifadəsinin istehsalçı tərəfindən verilmiş tövsiyəsidir.

5.8.10 Şpindel qaykasının sxemi şpindeli (və disk) sabit vəziyyətdə saxlayan zaman tənzimləyici çarxın kənarlaşdırılmasına yol verməlidir.

5.8.11 Şpindel-qayka-tənzimləyici çarxın bərkidilməsi altıbucaqlı interfeysə və digər ekvivalent güc və ya işgil yarığına malik dairəvi interfeysə malik olmalıdır.

5.8.12 Şpindel qaykası yivli vtulka vasitəsilə bəndlərdə bərkidilərsə, bu zaman vtulka pozitiv mexaniki kiliddən və qaynaq edilmiş kiliddən istifadə etməklə yerindəcə möhkəmləndirilməlidir. Döymə və ya dartma metodu kimi sadəcə metal çökdürülmə ilə kilidləməyə icazə verilmir.

5.8.13 Yeni klapan üzərindəki şpindel qaykasının yanındakı qapalı pozisiyalı şpindel yivinin proyeksiyası klapanın minimum fırlanmaya bərabər olan və NPS ≤ 6 (DN ≤ 150) klapanlar üzrə maksimum beş dəfəlik fırlanmaya malik və NPS > 6 (DN > 150) klapanlar üzrə isə üç dəfəlik fırlanmaya malik məsafədə olmalıdır.

5.8.14 Kateqoriya ≥ 600 təzyiqinə malik NPS ≥ 6 (DN ≥ 150) klapanları diyircəkli yastıqlara malik şpindel qaykası ilə bərkidilməlidir.

5.9 Kipləşdirici və kipləşdiricinin gövdəsi

5.9.1 Kipləşdiricikvadrat və ya düzbucaq və ya köndələn qaydada trapesiya formasında olmalıdır. Kipləşdiricinin nominal radiuslu eni, w, Cədvəl 6-ya uyğun olmalıdır.

5.9.2 Kipləşdiriciningövdəsininnominal dərinliyinə kipləşdiricinin beş sıxılmamış halqası yerləşməlidir. İstehlakçı tərəfindən digər hallar nəzərdə tutulmadığı təqdirdə,kipləşdiricininmaterialı ilə kontaktda olan kipləşdiricinin gövdəsininüst səthi hamar, Ra, 175 μ düyümə (4.5 μm) və ya daha hamar olmalıdır.

5.9.3 Kipləşdiricinin gövdəsininnominal dəliyi (daxili diametri) nominal klapanın şpindeli diametrinin və nominal kipləşdiricinineninin və məsafə faktorunun cəmindən ibarət olmalıdır, y, daha dəqiq desək, dn + 2w + y bərabər olmalıdır. Lazımi qiymətlər üçün Cədvəl 6 baxın.

5.9.4 Bərkidici və ayrıca bərkidici flans kipləşdiricinin sıxılması üçün istifadə olunmalıdır. Bərkidici flans bərkidicini boltla birləşdirmək üçün iki dəliyə malik olmalıdır. Bərkidici flans boltları üçün T şəkilli oyuqlardan istifadə olunmamalıdır. Bərkidici və bərkidici flans özü-tənzimlənən tipdə olmalıdır. Bərkidici xarici kənar hissədə xarici kənar hissəyə malik olmalıdır ki, bu da bərkicidilərin tam formada kipləşdiricinin gövdəsinəgirməsinin qarşısını alacaqdır.

5.9.5 Fənər halqası istehlakçı tərəfindən müəyyən olunan zaman istifadə olunmalıdır.Fənər halqasını yerləşdirmək üçünkipləşdiricinin gövdəsinindərinliyi ən azı fənər halqasının yuxarısındakı minimum üç sıxılmamış kipləşdirmə halqasına və fənər halqasının aşağısındakı üç sıxılmamış kipləşdirməhalqasıhəmçinin fənər halqasınınuzunluğa bərabər olmalıdır.

5.9.6 Kipləşdiricinin gövdəsinindəliyi (daxili diametr) və bərkidicinin xarici diametri arasındakı məsafə (bax Şəkil B.1) bərkidicinin daxili diametri və şpindel diametri arasındakı diametrik məsafədən az olmalıdır.

5.10 Boltla birləşdirmə

5.10.1 Boltla birləşdirmə standart düyüm seriyalı olmalıdır, əgər istehlakçıtərəfindən metrik seriyalı boltla birləşdirmə müəyyən olunmuşdursa, bu zaman bu hal istisna olunur. Qapaq-korpus birləşdiricisi üçün boltla birləşdirmə davamlı olaraq yivli yuxarı hissəsi kəsikli boltlarla, yarımçıq altıbucaqlı qaykalarla ASME B18.2.2 və ASME B18.2.4.6M əsasən icra olunmalıdır.

5.10.2 Bəndin qapağa boltla birləşdirmə davamlı yivli yuxarı hissəsi kəsikli boltlarla və ya altıbucaqlı qaykalı boltlarla icra olunmalıdır.

5.10.3 Bərkidici boltlar muftalı sıxıcı bolt, başlıqlı bolt, yuxarı hissəsi kəsikli bolt və ya mismarlar olmalıdır. Altıbucaqlı qaykalar istifadə olunmalıdır.

5.10.4 1 düyüm (25 mm) və daha az diametrdə boltla birləşdirmə böyük ölçülü yivlərlə və ya təxmini metrik yivlərlə icra olunmalıdır. 1 düyümdən (25 mm) böyük olan diametrlərlə boltla birləşdirmə 8-yiv seriyası (8UN) və ya təxmini müvafiq metrik yivlərlə icra olunmalıdır. ASME B1.1 əsasən bolt yivləri Sinif 2A, qayka yivləri isə Sinif 2B aid olmalıdır. Bərkidicilərin boltla bərkidilməsi üçün istifadə olunan mismarlar ASME B1.12 uyğun olan Sinif 5 aid hərəkətsiz oturuşdan istifadə etməlidir. Metrik boltla birləşdirmədən istifadə olunduqda, bolt yivləri ASME B1.13M əsasən Sinif 6g möhkəmliliyində, qaykalar isə Sinif 6H möhkəmliliyində olmalıdır.

5.11 İşə başlama - Əməliyyat

5.11.1 İstehlakçı tərəfindən digər hallar nəzərdə tutulmadığı təqdirdə,klapanlar saat-əqrəbi istiqamətində hərəkət edən zaman klapanı açan tənzimlənən tənzimləyici çarxla təchiz olunmalıdır.

5.11.2 Tənzimləyici çarx maksimum altı mildən ibarət mil-halqalı tipdə olmalı və iti kənarları, frezerləri olmamalıdır. Digər hallar nəzərdə tutulmadığı təqdirdə, tənzimləyici çarx bir hissəsi tökmə dəmirdən və ya döyülmüş dəmirdən və ya çox hissəsi karbon dəmir materialından hazılanmalıdır ki, bura digər karbon dəmir məhsulları forması aid olsun.İstehsal olunmuş tənzimləyici çarxlar bir hissəsi tökmə metal bir hissəsi isə döymə metaldan hazırlanmış tənzimləyici çarxlarla müqayisədə güc və sıxlıq xüsusiyyətlərinə malik olmalıdır.

5.11.3 Tənzimləyici çarx“OPEN (açıqdır) ” sözü ilə və dəlik istiqamətində tənzimlənən oxla nişanlanmalıdır, belə ki, tənzimləyici çarx ölçüsü bu cür nişanlamanı mümkünsüz hesab etdiyi hallar istisna olmaqla.

5.11.4 Tənzimləyici çarxyivli tənzimləyici çarx qaykası ilə şpindelə bərkidilməlidir.

5.11.5 Zəncirlitəkər, reduktor və ya ötürücü qurğunun işə düşməsi klapana da aid olacaqsa, bu zaman istehlakçı aşağıdakıları müəyyən etməlidir:

— zəncirlitəkərin işləməsi üçünklapanın şpindelinin mərkəz xəttindən zəncir bəndinin aşağı hissəsinə qədər olan ölçü;

— şpor və ya konusşəkilli dişli ötürücü və boru oxuna xas dişli ötürücülü tənzimləyici çarxın vəziyyəti;

— elektrik, hidravlik, pnevmatik və digər icra mexanizm tipi;

— maksimum iş temperaturu və klapan disk üzrə diferensial təzyiq;

— mexanikləşdirilmiş ötürücü sistemi üzrə elektrik təchizatı.

5.11.6 Klapan-ötürücü qutusu və ya mexanikləşdirilmiş ötürücü sistemli flansın birləşdirmə ölçüləri ISO 5210 və ya istehlakçının texniki şərtlərinə uyğun olmalıdır.

5.12 Dolamakanallar və digər yardımçı birləşdiricilər

Korpus və / yaxud qapağın yardımçı birləşdiriciləridrenaj kimi təchiz olunmalıdır,əgər sifarişdə qeyd olunubsa.Birləşdirici və boruların yardımçı birləşdiricilərinin sxemi və konstruksiyası ASME B16.34 tələblərinə uyğun olmalıdır. NPS 2 və ya daha böyük klapan üçün tələb olunarsa, yardımçı birləşdiricilər ASME B16.34-də qeyd olunan kimi ölçülməli və yerləşməlidir. Yardımçı birləşdiricilərin ölçü və yerləri sifarişdə qeyd olunmalıdır.

6.1 Tənzimləyici materiallardan başqa digər materiallar

Korpus, qapaq və klapan dəliklərinin materialları üçün yalnız tənzimləyici cisimlər istisna olmaqla, Cədvəl 7-dən seçilməlidir.

ASME B16 34 seçilən qaydada. Qrup 1 və Qrup 2

Korpusun materialı üzrə ən azı korroziyaya davamlı olan dəmir.

Karbon dəmir və ya qapaq kimi eyni material.

Boltlama: korpus-qapaq

Digər materiallar istehlakçı və istehsalçı arasında razılaşdırılmayana qədər, Əlavədə C-də qeyd olunan boltla birləşdirmə materiallarından istifadə tövsiyə olunmalıdır. Belə ki, 20 °F (-29 °C) aşağı və ya 850 °F (454 °C) yuxarı iş temperaturları üçün sifarişdə boltla birləşdirmə materialları qeyd olunmalıdır.

İş mühitinin təsirinə məruz qalan metal hissələr korpus materialı kimi ən azı korroziyaya davamlı olan materialdan olmalıdır.

Boltlama: bərkidici və bəndlər

Boltla birləşdirmə materialı ən azı ASTM A307—Dərəcə B uyğun olmalıdır.

Cədvəl 8 qeyd olunduğu kimi, bərkidici qaynağın olduğu yerlər istisna olmaqla, qaynaq şovları və ya qaynaq çöküntülərinin üst səthindən istifadə olunur, dayaq qaynaq materialı korpus materialı kimi ən azı korroziyaya davamlı olan materialdan olmalıdır.

Möhkəmləndirici flans

1750 °F (955 °C) yuxarı ərimə nöqtəsinə malik material.

20 °F (-29 °C) - 1000 °F (538 °C) temperatur intervalı üzrə şpindel və neft əsaslı mayeyə uyğundur. Tərkibində korroziya inhibitoru olmalıdır.

Korpus materialı kimi ən azı korroziyaya davamlı olan materialdan olmalıdır.

1750 F (955 °C) yuxarı ərimə nöqtəsinə malik austentik döymə üsulla hazırlanmış dəmir və ya mis tökmə dəmir.

Döymə üsulla hazırlanmış dəmir, karbon dəmiri və ya döyülmüş yumşaq dəmir.

Tənzimləyici qayka (saxlayıcı)

Dəmir, döymə üsulla hazırlanmış dəmir, döyülmüş yumşaq dəmir və ya tərkibində dəmir olmayan mis tökmə

Nominal tərkib korpus materialı ilə eynilik təşkil etməlidir. Tökmə dəmirdən hazırlanmış tıxaclardan istifadə olunmamalıdır.

Dolama boru kəməri və klapanlar

Nominal tərkiblər korpus materialındakı kimi eynilik təşkil etməlidir.

Bəndlər, sürgü üzrə ikili diskli şpindel

Austentik paslanmayan dəmir.

Korroziyaya davamlı bərkidici ilə və ya qaynaq vasitəsilə klapana birləşdirilmiş austentik paslanmayan dəmir və ya nikel tökmə

6.2 Tənzimləyici cihaz

6.2.1 Tənzimləyici cihaz aşağıdakı hissələrdən ibarətdir:

b) korpusun dayaq hissəsi;

c) sürgünün dayaq hissəsi;

d) dayaq səth və şpindelin dəlik tənzimləyicisi üçün vtulka və ya çöküntülü qaynaq

e) iş mayesi ilə normal kontaktda olan kiçik daxili ehtiyat hissələri, şpindel-rəzə birləşdiricisini hazırlamaq üçün istifadə ştift istisna olmaqla. (bu ştift austentik paslanmayan dəmir materialından hazırlanmalıdır).

6.2.2 a) bəndindən d) bəndinə qədər qeyd olunanlar istisna olmaqla, tənzimləyici material sifarişdə qeyd olunan tənzimləyici material üçün Cədvəl 8-də qeyd olunan tiplər üzrə istehsalçının standart materialından hazırlanmalıdır. Cədvəl 7-də qeyd olunan xüsusi texniki şərtlər özündə təsdiqlənmiş dərəcələri əks etdirir.

a) əgər Cədvəl 8-də qeyd olunan tənzimləmə sayı müəyyən olunarsa, bu zaman Cədvəl 9-da qeyd olunan digər alternativ tənzimləmə sayı göstərilməlidir.

b) əgər bir tənzimləmə sayı göstərilərsə, (misal üçün, tənzimləmə 5) korpusun dayaq halqasının dayaq səthi həm də sürgünün dayaq üst səthi Cədvəl 8-də qeyd olunan material tipindən hazırlanmalıdır.

c) əgər tənzimləmə kombinasiyasından (misal üçün tənzimləmə 8) qeyd olunarsa, korpusun dayaq halqasının dayaq üst səthi Cədvəl 8-də qeyd olunan materialın iki tipinin birindən hazırlanmalıdır və rəzənin dayaq üst səthi göstərilən materialın digər tipindən hazırlanmalıdır.

d) şpindel, dayaq səth və şpindelin dəlik tənzimləyicisi və kiçik daxili ehtiyat hissələri [bax 6.2.1, Bənd e)] Cədvəl 8-də qeyd olunan material tipindən olmalı və orada qeyd olunan möhkəmlilikdə olmalıdır. Şpindel döyülmüş materialdan olmalıdır.

7.1 Yoxlama və təftiş

7.1.1 Klapan istehsalçısı hər bir klapan hazırkı Beynəlxalq Standarta uyğun olaraq yoxlamalıdır.

7.1.2 Əgər istehlakçı tərəfindən yoxlama sifarişdə göstərilibsə,bu zaman yoxlama API 598 uyğun olaraq icra olunmalıdır.İstehsalçı tərəfindən təftiş API 598 qeyd olunan qaydada icra olunmalıdır.

Hər bir klapan API 598-də qeyd olunan təzyiq sınaqından keçməlidir.

7.3 Qüsurların aradan qaldırılması

Tökmə və ya döymə, karbon və ya aşqarlanmış poladdan hazırlanmış klapanın gövdəsində yoxlama və ya sınaq zamanı aşkarlanan qüsurlar ASME B16.34-də sadalanan müvafiq ASTM tökmə və ya döymə üsulla hazırlanmış materialların texniki şərtləri ilə icazə verilən qaydada aradan qaldırıla bilər.

Klapanlar ASME B16.34 tələblərinə əsasən markalanmalıdır, bundan başqa, ad lövhəsinə ASME B16.34 adından başqa, “API 600” da əlavə olunacaqdır.

8.2 Biristiqamətli klapanın markalanması

Axını bir istiqamətdə blok etmək qabiliyyətinə daha dəqiq desək, biristiqamətli axın qabiliyyətinə malik olması üçün hazırlanmış və ya modifikasiya olunmuş klapanlar axına icazə verilmiş istiqaməti göstərən korpusa müvəqqəti şəkildə birləşdirilmiş ayrıca eyniləşdirmə lövhəsinə və ya klapanın korpusunun xarici divarına bərkidilmiş, döymə və tökmə şəkildə olan axın istiqaməti oxu ilə nişanlanmalıdır.

9.1.1 Korpusun emal olunmamış xarici səthi istehsalçının standart boyasına uyğun olaraq alüminium və ya gümüşü rəngdə rənglənməlidir. Austentik paslanmayan dəmir klapanlar rənglənməməlidir.

9.1.2 Emal olunmuş və ya yivli səthlər (austentik paslanmayan dəmir materiallar istisna olmaqla) asanlıqla silinə bilən antikorroziya qatı ilə örtülməlidir. Şpindel bağlamasında korroziya inhibitoru(antikorriza əlavəsi) varsa, bu zaman onun rənglənməsinə ehtiyac yoxdur.

9.2.1 Klapanın sonluq flansları və qaynaq sonluqları boş saxlanılmalıdır, belə ki, bununla da yükləmə və ya anbarda saxlama zamanı aralıq qatın səthi və ya qaynaq sonluqları və klapanın daxili elementləri müdafiə olunacaqdır.Qoruyucuqapaqlar taxta, taxta lifindən, plastik və yametaldan hazırlanmalı vəboltlar, armatur, sarğı bəndlər, dəmir qısqaclar və ya müvafiq bağlayıcı mexanizm vasitəsilə klapan sonluqlarına etibarlı bərkidilməlidir.Örtüklər elə hazırlanmalıdır ki, klapan müdafiə örtüyü olmadan quraşdırıla bilməsin.

9.2.2 Kəsilmiş birləşdiricilər tamamilə dartılmış və möhkəmləndirilmiş yivli tıxaclarla təchiz olunmalıdır.Kəsilmiş birləşdiricilərdəki tıxaclar üçün istifadə olunan materialörtük materialı kimi eyni nominal kimyəvi tərkibə malik olmalıdır(bax 5.12).

9.3 Sürgünün yerləşdiyi yer

Klapan bağlı olanbağlayıcı ilə birlikdə yüklənilməlidir.

Klapan fənər halqası ilə birlikdə lazım gələrsə, qablaşdırmaqla yüklənilməlidir. Yükləmə zamanı kipgəc qutusunun tənzimləyicisininqalan uzunluğu kipgəcin sıxlığı ilə birlikdə Cədvəl 6-da göstərilən eninə qablaşdırmanın bir və bir yarısından böyük olmalıdır.

9.5.1 Sifarişdə ixracatqablaşdırması göstərilmədiyi təqdirdə,klapanlar boş şəkildə, altlığa qoyulmuş şəkildə və ya qutuya və ya taralara yerləşdirilmiş şəkildə yüklənilə bilər.

9.5.2 İxrac qablaşdırmaları sifarişdə göstərilərsə, klapanlar fərdi şəkildə və ya ümumi formada taxta qutu və taralarda yüklənilməlidir, belə ki, bu cür yükləmə ilə bağlama daxilindəki formanın korlanmasının qarşısı alınacaqdır.

Qeyd: Cr = Xrom; Ni = Nikel; Co = Kobalt; Cu = Mis; NA = tətbiq edilmir.

HB (əvvəlki BHN) ASTM E10 uyğun olaraq, Brinell möhkəmliliyinin simvoludur.

13Cr qiymətinin emal növü qadağan olunur.

Korpus və sürgünün dayaq səthi onlar arasındakı 50 HB minimum fərqlə minimum 250 HB olmalıdır.

İstehsalçıya aid standart möhkəmlilik.

Korpus və sürgünün dayaq səthi arasındakı diferensial möhkəmlilik vacib hesab olunmur.

Minimum 0.13 mm (0.005 düyüm) nitridləmə ilə möhkəmlilik.

Hazırkı təsnifata Stellite 6™ *, Stoody 6™ * və Wallex 6™ * kimi bu cür ticarət nişanlı materiallar daxildir.

İstehsalçının 25 % maksimum dəmir tərkibi ilə standart sərt-axıntılı örtüyün yerləşdirilməsi.

Korpus vəsürgünün dayaq səthi arasındakı diferensial möhkəmlilik istehsalçının normativinə uyğun olmalıdır.

İstehsalçının minimum 30 Ni normativi.

Arxa dayaqlı qaynaq çöküntü materialı.

Əgər, sərt-axıntılı örtüyün yerləşdirilməsi baş tutmazsa, bu zaman istehsalçının hər bir standartı, yox əgər sərt-axıntılı örtüyün yerləşdirilməsi baş tutarsa, bu zaman minimum 250 HB

Bu termin yalnız nümunə kimi istifadə olunur və API tərəfindən bu məhsulun əlavə olunmasını özündə əks etdirmir.

Qeyd:Mötərizələrdə qeyd olunan rəqəmlər bu Beynəlxalq standartın bəndləri və ya alt-bəndləri üçün nəzərdə tutulur.

1) Bu Beynəlxalq Standartın əlavə tələbləri sifarişdə xüsusi olaraq qeyd olunmalıdır.

2) Əgər bu Beynəlxalq Standartlarda əlavə tələblər nəzərdə tutulmazsa, bu zaman sifariş API 600 istinad etmək və ulduzla (*) göstərilən aşağıdakı siyahıdakı predmetləri müəyyən etmək üçün lazım olmalıdır.

Ulduz işarəsi ilə göstərilməyən aşağıdakı predmetlər müəyyən oluna biləcək əlavə predmetlər hesab oluna bilər:

b) təzyiq kateqoriyası *;

c) flansın üst səthi də daxil olmaqla, flans sonluqları; və ya dəliklər də daxil olmaqla, qaynaq sonluqları *;

d) yardımçı birləşdirici və dəliklər;

e) klapanların yerləşməsi;

f) korpusun əlavə üst səthi və / yaxud klinli tənzimləyicilər;

g) qapaqların aralıq qatları və / yaxud qapaqların flans səthi;

h) kəsilmiş dəliklər;

i) klinli sürgü və ya ikilid-diskli sürgü; tələb olunarsa, həmçinin klin tipləri *;

k) zəncirli ötürücü və zəncir;

l) idarəetmə mexanizmi,həmçinin tipi və quraşdırılması və klapanda maksimum hesabi təzyiq fərqi;

m) mexanikləşdirilmiş idarəetmə, həmçinin gərginlik tipi və fiziki gərginlik vahidi və klapanda maksimum hesabi təzyiq fərqi;

n) axıtma—flanslı və ya qaynaq edilmiş qapağın axıtma klapanını qeyd edin;

o) klapan gövdəsinin materialı *;

p) nominal kipləşdirici material*;

q) istehsalçının müəyyən seçimi üzrə tələb olunan istisnalar (misal üçün, NACE MR 0103);

s) təhlükəsizlik arakəsməsi;

t) əgər əsl avadanlıq kimi təchiz olunubsa,zəncirli ötürülmə və təhlükəsizlik kabelləri;

u) alternativ şpindelin kipləşdirici materialı;

v) qapağın boltla birləşdirmə materialı;

w) istehlakçı tərəfindən yoxlama;

x) yüksək təzyiqli sıxılma sınağı;

y) əlavə təftiş və sınaq;

z) ixracat üçün qablaşdırma

1 tənzimləyici çarx qaykası

10 təmizliyicilərin bağlaması

11 arxa dayaq vtulkası

13 qapağın aralıq qatı

14 qapaq boltları və boltlar

19 calaqlı-qaynaq sonluğu

21 böyük dairəvi kəsikli bolt və qaykalar

22 dairəvi kəsikli bolt və ya

böyük dəlikli boltlar və qaykalar

23 bəndlərin boltlanması

Qeyd:Bu şəklin məqsədi ehtiyat hissələrin adını müəyyən etməkdir. Əgər klapanın konstruksiyası bütün standartlara uyğun olarsa, bu zaman o yolverilən hesab olunur.

Cədvəl C.1 və Cədvəl C.2 klapan korpusu, qapaq və örtük materialları (ASME B16.34, Material Qrupu 1 və 2), həmçinin klapanın bənd materialları (bənd nömrələri, Cədvəl 8) və ASTM A193 və ASTM A194 texniki şərtləri üzrə boltla birləşdirmə materialları sadalanır. Cədvəl C.1 və Cədvəl C.2 göstərilən və özünə boltla birləşdirmə materiallarını əks etdirən ASTM A193 və ASTM A194 üçün EN 10269 sadalanan müvafiq boltla birləşdirmə materialları Cədvəl C.3 əsasən dəyişdirilə bilər. Cədvəl C.1, C.2 və ya C.3-də sadalananlardan başqa digər materiallar bu Beynəlxalq standartın tətbiq sahəsinə aid deyildir (bax 6.2).

A217-WC6 A182-F11-CL2

A182-F22-CL3 A217-WC9

A182-F5a və ya A217-C5

A182-F9 və ya A217-C12

A182-F91 və ya A217-C12A

1.Cədvəl C.1-də cədvəl qeydləri üçün Cədvəl C.2-ə baxın.

2. EN 10269 uyğun gələn boltla birləşdirmə materialları üçün Cədvəl C.3-ə baxın.

A182-F316 və ya A351-CF3M, A182-F316H və yaA351-CF8M A351 CF3A

A182-F317H və ya A351 CF8A A351-CG8M

Qeyd: EN 10269 uyğun gələn boltla birləşdirmə materialları üçün Cədvəl C.3-ə baxın.

Boltla birləşdirmədə temperature məhdudiyyətləri aşağıdakılardır: Gr B7, 538 °C (1000 °F); Gr L7, 538 °C (1000 °F); Gr B16, 595 °C(1100 °F); Gr B8-CL1, Gr B8A-CL1A, Gr B8M-CL1, and Gr B8MA-CL1A, 816 °C.

(1500 °F); Gr B8-CL2, Gr B8M-CL2, Gr B8M2-CL2B and Gr B8M3-CL2C, 538 °C (1000 °F).

ASTM A320, Gr L7 boltlar və ASTM A194, Gr 4 qaykalarda istifadə edilə bilər.

ASTM A193, Gr B8-CL1, Gr B8A-CL1A, Gr B8M-CL1, Gr B8MA-CL1A, Gr B8M2-CL2B, and Gr B8M3-CL2C boltla birləşmələr uyğundur, o şərləki, 5.5.8 tələblərinə riayət olunsun.

ASTM A193, Gr B8-CL2 boltlarda istifadə edilə bilər.

ASTM A194, Gr 7 qaykalarda istifadə edilə bilər.

Material örtüyü göstərilməmişdir, lakin korroziyaya davamlı material örtüyü korroziyaya davamlı klapanın gövdəsinin materalı ilə eynidir.

Cədvəl C.3—Alternativ korpus və qapaq boltla birləşdirmə materialları

ASTM Boltla birləşdirmə Materialı

42CrMo4 (1.7225)—QT 40CrMoV4-6 (1.7711)—QT

AI93 B8M2. CL2B A193 B8M3. CL 2C

X5CrNIMo 17-12-2 (1.4401)—C700 X5CrNiMo 17-12-2 (1.4401)—C700

X5CrNiMo 17-12-2 (1.4401)—C700 C45E (1.1191)—QT

A193 B8M, CL 1 A193 B8MA. CL 1A

X5CrNiMo 17-12-2 (1.4401)- AT X5CrNiMo 17-12-2 (1.4401)- AT

X5CrNiMo 17-12-2 (1.4401)—AT

X5CrNi 18-10(1.4301)—AT

X5CrNi 18-10(1.4301)—AT

X5CrNi 18-10(1.4301)—C700

X5CrNi 18-10(1.4301)—AT

Qeyd: Temperaturun məhdudiyyətləri ASTM boltla birləşdirmə materialları, Cədvəl C.2 üzrə cədvəl qeydləri üçün müvafiq hesab olunur və EN boltla birləşdirmə materiallarının müvafiq əvəzlənməsi üzrə də tətbiq olunur.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “____”dekabr 2014-cü il tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartAPI MPMS 5.2:2010“Measurement of liquid hydrocarbons by displacement meters”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Maye karbohidrogenlərin yerdəyişmə sayğacları vasitəsilə ölçülməsi

Measurement of liquid hydrocarbons by displacement meters

Bu standartın tətbiq sahəsi maye karbohidrogenlərin dinamik şəkildə ölçülməsi tələb olunan neft sənayesinin bütün seqmentləridir. Bu bölmə iki fazalı mayelərin ölçülməsinə tətbiq edilmir.

2.1.Sayğacın işi ölçmə sisteminin nə dərəcədə yaxşı düzgün aparılması və ya ölçmənin təminatından asılıdır.

2.1.1. Sayğacın oxunmasına düzəliş metodları

Sayğacın nəzərdə tutulan tətbiqi və gözlənilən iş şəraitindən asılı olaraq sayğacın oxunuş düzəlişi üçün nəzərdə tutulan iki metodun hər hansı biri istifadə edilə bilər.

2.1.1.1. Həcmin birbaşa oxunuş metodu

Birinci metod ilə oxunuş sınaq zamanı sayğacın göstəricisindəki dəyişiklik nümunədə ölçülən həcmə bərabər olanadək düzəliş edilir. Bu sonradan icazəsiz düzəlişə qarşı təhlükəsizliyi təmin etmək üçün möhürlənir. Düzəliş olunmuş sayğaclar ən çox pərakəndə yük maşınları və rels maşınını yükləyən rəflər üzərində istifadə olunur, bu zaman məsləhət görülür ki, riyazi korreksiyalar tətbiq etmədən miqdarın birbaşa oxunuşu alınsın. Düzəliş edilmiş və ya birbaşa oxunuşlu sayğac yalnız sınaq edildiyi maye və axın şəraitində düzgün olur.

2.1.1.2. Sayğac amili metodu

Sayğacın oxunuşunun düzəliş olunmasının ikinci metodu ilə sayğacın oxunuşuna düzəliş edilmir və sayğac amili hesablanır. Sayğac amili sınaq zamanı sayğacdan keçən faktiki maye həcmini sayğacın göstərdiyi həcmə bölməklə alınan rəqəmdir. Sonrakı sayğac əməliyyatları üçün faktiki ötürmə və ya ölçülən həcm sayğacın göstərdiyi həcmi sayğac amilinə vurmaqla müəyyən edilir.

Birbaşa miqdarın oxunuşu tələb olunmadığı hallarda sayğac amilinin istifadə olunması bir neçə səbəbdən üstünlüyə malik olur:

a. Eyni ölçüdə qeydiyyat aparmaq üçün sayğacın kalibrasiya mexanizminə düzəliş etmək çətindir və ya qeyri-mümkündür, hansı ki, sayğac amili müəyyən edildikdə buna nail olunur.

b. Düzəliş bir qayda olaraq düzəlişin düzgünlüyünü təsdiqləmək üçün bir və ya daha çox təkrar sınaq tələb edir.

c. Sayğacda hər maye üçün və hər iş şəraiti üçün fərqli sayğac amili müəyyən edilə bilər.

Əksər boru kəmərləri, terminallar və dəniz yükləmə və boşaltma obyektləri üçün sayğaclar ilkin olaraq orta şəraitdə düzgün işləmələri üçün kalibrasiya olunur və mexanizmlər həmin quruluş üzrə kipləşdirilir. Sayğac amilləri daha sonra hər bir neft mayesi üçün və sayğacların istifadə olunduğu hər bir iş şəraiti üçün müəyyən edilir. Bu metod rahatlıq yaradır və maksimal dəqiqliyi təmin edir.

2.1.2. Sayğac amilində dəyişmələrin səbəbləri

Yerdəyişmə sayğacının işini dəyişdirə bilən bir çox amillər mövcuddur. Bəzi amillər, məsələn, yad maddələrin sayğaca daxil olması zamanı yalnız problemin səbəbini aradan qaldırmaqla həll oluna bilər. Digər amillər ölçülən mayenin xassələrindən asılı olur; bunların öhdəsindən sayğac sistemini müvafiq qaydada layihələndirməklə və işlətməklə gəlinə bilər.

Sayğac amilinə ən böyük təsiri olan dəyişgən axın tempi, qatılıq, temperatur və yad maddələrdir (məsələn, mayenin tərkibində olan parafin). Əgər sayğac sınaqdan keçirilirsə və təbiətən eyni xassələrə malik olan mayelərlə işlədilirsə, eyni zamanda xidmət zamanı olduğu şəraitdə olursa, bu zaman ən yüksək dəqiqlik səviyyəsi gözləmək olar. Sınaq olunan və iş dövrləri arasında bir və ya daha çox mayenin xassələrində və yaxud iş şəraitində dəyişiklik olarsa, onda sayğac amilində dəyişiklik yarana bilər və yeni sayğac amili mütləq müəyyən edilməlidir.

2.1.2.1. Axın tempinin dəyişməsi

Sayğac amili axın tempi ilə dəyişir. Axın templərinin diapazonunun nisbətən aşağı sonluğunda sayğac amili əyrisi orta və daha yüksək templərdə daha az etibarlı ola bilər və ardıcıl olmaya bilər. Əgər sayğac amili axın tempinə qarşı müəyyən iş şəraiti üçün bir plan hazırlanırsa, onda əyridən sayğac amilinin seçilməsi mümkündür; buna baxmayaraq, əgər sınaq sistemi daimi olaraq quraşdırılarsa, yaxşı olar ki, sayğac təkrarən sınaqdan keçirilsin və həmin təkrar sınağın müəyyən etdiyi göstərici tətbiq olunsun. Ümumi axın tempində dəyişmə paralel olaraq quraşdırılmış iki, üç və ya daha çox yerdəyişmə sayğaclarında baş verdiyi halda, ənənəvi prosedur odur ki, istifadə olunan sayğacların sayını dəyişdirməklə ayrı-ayrı sayğacların artıq diapazona və ya daha aşağı diapazona malik olmasına yol verilməməkdir, bununla da münasib sayda paralel yerdəyişmə sayğacları arasında ümumi axın paylaşdırılır.

2.1.2.2. Qatılığın dəyişməsi

Yerdəyişmə sayğacının sayğac amili dəyişən “sürüşmə” ilə nəticələnən qatılıq dəyişməsinin təsirinə məruz qalır. Sürüşmə ölçü kabinasından yan keçən sayğac klirensi vasitəsilə kiçik axın tempini təsvir etmək üçün istifadə olunan termindir. Sayğac amili yalnız sürüşmə tempi daimi olduqda sürüşmə tempini nəzərə alır. Qatılıq ölçüləcək mayedə dəyişikliklərin nəticəsi olaraq və ya mayedə heç bir dəyişmə olmadan temperatur dəyişməsi nəticəsində dəyişə bilər. Ona görə də qatılığa qarşı sayğac amilinin sxemindən sayğac amili seçilməzdən əvvəl dəyişmiş parametrləri nəzərə almaq vacibdir. Mayenin dəyişəcəyi halda və ya mühüm qatılıq dəyişməsi baş verdiyi halda sayğacı təkrar sınaq etmək məqsədəuyğundur.

2.1.2.3. Temperatur dəyişmələri

Mayenin qatılığına təsir etməklə bərabər mayenin temperaturundakı dəyişmələr sayğacın işinə digər mühüm təsirlərlə səciyyələnir, bu da sayğac amilində öz əksinitapır. Məsələn, ölçən kabinaların dövri hərəkətləri vasitəsilə yerini dəyişən həcm temperaturun təsirinə məruz qalır. Yerdəyişmə sayğacının mexaniki klirensləri də temperaturun təsirinə məruz qala bilər. Daha yüksək temperaturlar mayeni qismən buxarlandıra bilər, bununla da iki mərhələli axına səbəb ola bilər hansı ki, ölçmə işinə kəskin dərəcədə təsir edə bilər.

Avtomatik temperatur kompensatoru və yaxud ötürülən məhsulun həcminin orta çəkisi əsasında hesablanmış temperatur korreksiyası baza və ya istinad temperaturunda olan həcm üzrə göstərilən həcmi düzəltmək üçün istifadə oluna bilər.

2.1.2.4. Təzyiq dəyişməsi

Ölçü aparıldığı zaman mayenin təzyiqi sınaq aparıldığı vaxt olan təzyiqdən fərqli olarsa, mayenin nisbi həcmi sıxılma qabiliyyətindən asılı olaraq dəyişəcək. Xəta yaranmaması üçün potensial sınaq ilə iş şəraiti arasında olan fərq bərabər olaraq artırılır.

Yüksək dəqiqlik üçün sayğac iş şəraitində sınaq edilməlidir.

Sayğacın ölçü kabinasının fiziki ölçüləri dəyişən təzyiqlə onun korpusunun genişlənməsində baş verəcək dəyişmələr nəticəsində dəyişəcəkdir. Qoşa korpusa malik sayğacların istifadə olunması bunun baş verməsinin qarşısını alır.

Atmosfer təzyiqindən yuxarı buxar təzyiqi olan mayelərə təzyiq təsirləri üzrə həcm korreksiyaları atmosfer təzyiqindən aşağı ölçü-temperatur buxar təzyiqləri ilə mayelər üçün səciyyəvi istinad olan atmosfer təzyiqinə deyil, standart temperaturda 60°F, 15°C, və ya 20°C, mayenin ekvilibrium buxar təzyiqinə istinad edilir. Həm sınaq nümunəsində olan mayenin həcmi, həm də göstərilən ölçüsü götürülmüş həcm 60°F, 15°C, və yaxud 20°C temperaturda ekvilibrium buxar təzyiqində ölçü təzyiqindən ekvivalent həcmlərə korreksiya olunur. Bu iki mərhələli hesablamadır ki, buraya ölçmə temperaturunda ekvilibrium buxar təzyiqində ölçü həcmlərinin ekvivalentinin həcmlərə korreksiya olunması daxildir. Həcmlər daha sonra 60°F, 15°C, və ya 20°C temperaturda ekvilibrium buxar təzyiqində ekvivalent həcmlərə korreksiya olunur.

2.1.2.5. Mayenin təmizlilik və yağlama keyfiyyətləri

Yerdəyişmə sayğaclarında dayaq səthi adətən maye vasitəsilə yağlanır. Axan maye abraziv maddələr ilə çox yükləndikdə (məs., qumlu xam neft) və / yaxud zəif yağlama xassələrinə malik olduqda (məs., təbii qaz mayesi) ənənəvi yerdəyişmə sayğacları sürətlə aşınacaq, bir çox hallarda sayğac amilinin dəyişməsinə və sayğacın tez-tez təmir edilməsinə gətirib çıxara bilər.

2.1.2.6. Çöküntülər / örtüklər

Karbohidrogenin tərkibindəki parafin və s. yerdəyişmə sayğacının daxili səthi üzərində çöküb yığılan örtüklər sayğac amilini iki şəkildə dəyişdirə bilər. Birincisi çökmüş örtük sayğacın klirenslərini dəyişdirə bilər və bununla da həmin klirenslər vasitəsilə “sürüşməni” azalda bilər. İkincisi ölçü kabinasını formalaşdıran səth üzərindəki örtük onun həcmini azaldır, hansı ki, sayğacın “hər dövrə düşən həcmini” azaldır. Əksər yerdəyişmə sayğaclarında bu örtüyün qalınlığı məhdud olur, çünki ölçü kabinasının bütün səthi iş zamanı silinib aparılır. Bu təsirlərin hər ikisi yerdəyişmə sayğacının sayğac amilini azaldır.

2.1.2.7. Fırlanma anı yükün dəyişməsi

Sayğacı fırlatmaq üçün tələb olunan fırlanma yükü və onun sayğaca bərkidilmiş aksesuarları əhəmiyyətli dərəcədə dəyişdikdə sayğac amili təsirə məruz qala bilər. Artan fırlanma yükü sayğac boyunca və öz sayğac klirensi üzrə təzyiq diferensialını artırır, bu da klirenslər vasitəsilə olan “sürüşməni” artıra bilər.

2.1.2.8. Sayğacın geri təzyiqi

Sayğacdan əvvəl və yaxud sayğacda mayenin alışmasının qarşısını almaqdan ötrü geriyə təzyiqə nəzarət etmək lazımdır. Məsələn, bu sayğac çıxışlarında baş verə bilər ki, burada da yeganə geriyə təzyiq çənin başıdır. Çənin səviyyəsi çox aşağı olduqda mayenin alışmasının qarşısını almaq üçün sayğacda kifayət etməyəcək səviyyədə geriyə təzyiq ola bilər.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “____” dekabr 2014-cü il tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmişdir

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartAPI603:2013 “Corrosion-resistant, Bolted Bonnet Gate Valves—Flanged and Butt-welding Ends”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Korroziyaya davamlı, boltla

birləşdirilmiş qapağı olan şiberli

klapanlar – flanslı və

qaynaq tikişi olan sonluqlar

Corrosion-resistant, Bolted

Bonnet Gate Valves—Flanged

and Butt-welding Ends

Bu standartda ASME B16.34, Standart Sinif tələblərinə cavab verən və texnoloji borukəməri sistemində istifadə üçün nəzərdə tutulan bütöv keçid dəlikləri olan korroziyaya davamlı, boltla birləşdirilmiş qapağı olan şiberli klapanlar üçün tələblər irəli sürülür.

Bu standartda şiberli klapanların aşağıda göstərilən xüsusiyyətləri üzrə tələblər irəli sürülür:

- boltla birləşdirilmiş qapaq;

- xarici vintlər və istiqamətləndirici bənd;

- irəli çıxmayan klapan sükanı;

- tək və ya qoşa şiber;

- paz kipləyicisi və ya paralel kipləmə;

- metal yəhər səthləri;

- flanslı və ya qaynaq tikişi olan sonluqlar.

Aşağıdakı nominal DN boru ölçüsünə uyğun gələn:

- 15; 20; 25; 32; 40; 50; 65; 80; 100; 150; 200; 250; 300; 350; 400; 450; 500; 600.

Aşağıdakı nominal NPS boru ölçüsünə uyğun gələn:

- 1/2; 3/4; 1; 11/4; 11/2; 2; 21/2; 3; 4; 6; 8; 10; 12; 14; 16; 18; 20; 24.

Aşağıdakı təzyiq sinfinə tətbiq edilən:

1.2Əlavə B –də klapan hissələri üçün standart nomenklaturanı müəyyən etmək məqsədilə boltla birləşdirilmiş qapağı olan şiber klapanı göstərilib.

1.3 Beynəlxalq Vahidlər Sisteminin (Sİ) metrik vahidləri ilə göstərilən ölçülər standart ölçülərdir; istinad üçün qəbul edilmiş digər vahidlər də göstərilib.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir:

API Standard 598, Valve Inspection and Testing (API Standartı 598, Klapanın yoxlanılması və sınağı)

API Standard 600, Steel Gate Valves—Flanged and Butt-welding Ends, Bolted Bonnets (API Standartı 600, S polad şiberli klapanlar – Flanslı və qaynaq tikişi olan birləşmələr, boltla bərkidilmiş qapaqlar)

API Standard 602, Steel Gate, Globe and Check Valves for Sizes NPS 4 (DN 100) and Smaller for the Petroleum and Natural Gas Industries. (API Standartı 602, Neft və təbii qaz sənayesi sahələri üçün nəzərdə tutulan NPS 4 (DN 100) və ya daha kiçik ölçülü şiberli, kürəcikli və əks polad klapanlar)

ASME II 1, Part D, Properties Materials. (ASME II, Hissə D, Materialların xassələri)

ASME IX, Qualification Standard for Welding and Brazing Procedures, Welders, Brazers, and Welding and Brazing Operators. (ASME IX, Qaynaq və bərk ərinti proseduraları, qaynaqçılar, lehimçilər və qaynaq və lehim operatorları üçün qiymətləndirmə standartı)

ASME B1.1, Unified Inch Screw Threads (UN and UNR Thread Form). (ASME B1.1, Düymlə göstərilən vahid vint yivləri (UN və UNR yiv forması))

ASME B1.5, Acme Screw Threads. (ASME B1.5, ACME vint yivləri)

ASME B1.8, Stub Acme Screw Threads. (ASME B1.8, Qısaldılmış ACME vint yivləri)

ASME B1.12, Screw Threads—Class 5 Interference-Fit Thread. (ASME B1.12, Vint yivləri— Sinif 5 dartma üsulu ilə oturan yivlər)

ASME B1.13M, Metric Screw Threads: M Profile. (ASME B1.13M, Metrik vint yivləri: M Profili)

ASME B1.20.1, Pipe Threads, General Purpose (Inch). (ASME B1.20.1, Boru yivləri, universal (düym))

ASME B16.5, Pipe Flanges and Flanged Fittings NPS 1/2 through NPS 24 Metric/Inch. (ASME B16.5, Boru flansları və flanslı fitinqlər NPS 1/2 -NPS 24 Metrik/Düym)

ASME B16.10, Face-to-Face and End-to-End Dimensions of Valves. (ASME B16.10, Klapanların flanslar və sonluqlar arası uzunluqları)

ASME B16.11, Forged Fittings, Socket-Welding and Threaded. (ASME B16.11, Döymə fitinqlər, muftaların qaynağı və yivin açılması)

ASME B16.25, Butt-welding Ends. (ASME B16.25, Qaynaq tikişi olan sonluqlar)

ASME B16.34, Valves-Flanged, Threaded, and Welding End. (ASME B16.34, Flanslı, yivli və qaynaq tikişli sonluqları olan klapanlar )

ASME B18.2.2, Nuts for General Applications: Machine Screw Nuts, Hex, Square, Hex Flange, and Coupling Nuts (Inch Series). (ASME B18.2.2, Ümumi olaraq tətbiq edilən qaykalar; Maşın qaykaları, altıkünclü, kvadrat qaykalar, altıkünclü flanslar və mufta qaykaları (Düym seriyası))

ASME B18.2.3.5M, Metric Hex Bolts. (ASME B18.2.3.5M, Metrik altıkünclü boltlar)

ASME B18.2.3.6M, Metric Heavy Hex Bolts. (ASME B18.2.3.6M, Metrik altıkünclü ağır boltlar)

ASME B18.2.4.6M, Metric Heavy Hex Nuts. (ASME B18.2.4.6M, Metrik altıkünclü ağır boltlar)

ASME B31.3, Process Piping. (ASME B31.3, Process PipingASME B31.3, Texnoloji boru sistemləri)

ASME B31T, Standard Toughness Requirements for Piping. (ASME B31T, Borunun möhkəmliyinə qoyulan standart tələblər)

ASTM A193 2, Standard Specification for Alloy-Steel and Stainless Steel Bolting for High-Temperature or High Pressure Service and Other Special Purpose Applications. (ASTM A193, Yüksək temperaturlu və yüksək təzyiqli istismar mühitində və digər xüsusi məqsədli tətbiq sahələrində ərinti tərkibli polad və paslamayan poladdan hazırlanmış boltlar üçün standart spesifikasiya )

ASTM A194, Standard Specification for Carbon and Alloy Steel Nuts for Bolts for High-Pressure or High-Temperature Service, or Both. (ASTM A194, Yüksək temperaturlu və ya yüksək təzyiqli istismar mühitində, yaxud hər iki mühitdə istifadə edilən ərinti tərkibli və karbon poladdan hazırlanmış boltlar üçün standart spesifikasiya)

ASTM A307, Standard Specification for Carbon Steel Bolts and Studs, 60,000 PSI Tensile Strength. (ASTM A307, Karbon poladdan hazırlanmış boltlar və hər iki tərəfi yivli boltlar üçün standart spesifikasiya, 60,000 PSI gərilmə gücü)

ASTM A320, Standard Specification for Alloy-Steel and Stainless Steel Bolting for Low-Temperature Service. (ASTM A320, Aşağı temperaturlu istismar mühiti üçün nəzərdə tutulan ərinti tərkibli və karbon poladdan hazırlanmış boltlar üçün standart spesifikasiya)

ASTM A439, Standard Specification for Austenitic Ductile Iron Castings. (ASTM A439, Austentik kövrək çuqun növləri üçün standart spesifikasiya)

AWS A 5.13 3, Specification for Solid Surfacing Welding Rods and Electrodes for Shielded Metal Arc Welding. (AWS A 5.13, Ekranlı metal elektrodla edilən qövs qaynağı üçün nəzərdə tutulan elektrodlar və bərk örtüklü qaynaq milləri üzrə spesifikasiya)

AWS A 5.21, Specification for Bare Electrodes and Rods for Surfacing. (AWS A 5.21, Səthin hazırlanması üçün nəzərdə tutulan üstüaçıq elektrodların və millərin spesifikasiyası)

ISO 5210, Industrial valves. Multi-turn valve actuator attachments. (ISO 5210, Sənaye sahəsində işlədilən klapanlar. Çoxdövrəli klapan ötürücüsünün hissələri)

MSS SP-45 5, Bypass and Drain Connections. (MSS SP-45, Buraxma və boşaltma boruları)

MSS SP-55, Visual Method for the Evaluation of Surface Irregularities. (MSS SP-55, Səth nahamarlığının vizual qiymətləndirmə metodu)

MSS SP-91, Guidelines for Manual Operation of Valves. (MSS SP-91, Klapanların əl ilə idarə edilməsi üçün təlimatlar)

MSS SP-102, Multi-Turn Valve Actuator Attachment—Flange and Driving Component Dimensions and Performance Characteristics. (MSS SP-102, Çoxdövrəli klapan ötürücüsünün hissələri. — Flans və ötürücü hissələrin ölçüləri və istismar xüsusiyyətləri)

Bu Standartın məqsədləri üçün aşağıdakı terminlər tətbiq edilib.

Klapanın təzyiq/temperatur imkanlarına istinad etmək məqsədilə, o cümlədən klapanın hazırlandığı materialın mexaniki xassələrini və klapanın ölçü xüsusiyyətlərini nəzərə almadan işlədilən hərfli –rəqəmli işarə. Bu zaman “Sinif” sözündən sonra ölçüsüz tam ədəd işlədilir. “Sinif” sözündən sonra gələn rəqəm ölçülə bilən qiyməti ifadə etmir və bu standartda göstərilən hallar istisna olmaqla hesablama məqsədləri üçün istifadə edilmir. Sinif rəqəmi ilə göstərilən klapan üçün yol verilə bilən təzyiq səviyyəsi klapanın hazırlandığı materialdan və tətbiq edilən temperatur dərəcəsindən asılı olub nominal təzyiq/temperatur qiymətləri cədvəllərində göstərilir.

Boru sistemində istifadə edilən hissələr üçün ümumi ölçünün istinad məqsədilə hərf və rəqəmlə göstərilməsi. Buraya, birləşən sonluqların xarici və daxili diametrinin fiziki ölçüsü ilə birbaşa bağlı olmayan DN hərfləri və onlardan sonra gələn ölçüyə aid olmayan rəqəmlər daxil edilir. DN hərfindən sonra gələn ölçüyə aid olmayan rəqəmlər ölçülə bilən qiymətləri əks etdirmir və bu standartda göstərilən hallar istisna olmaqla hesablama məqsədləri üçün istifadə edilmir.

Boru sistemində istifadə edilən hissələr üçün ümumi ölçünün istinad məqsədilə hərf və rəqəmlə göstərilməsi. Bura birləşən sonluqların xarici və daxili diametrinin fiziki ölçüsü ilə birbaşa bağlı olmayan NPS hərfləri və onlardan sonra gələn ölçüyə aid olmayan rəqəmlər daxil edilir. NPS hərfindən sonra gələn ölçüyə aid olmayan rəqəmlər ölçülə bilən qiymətləri əks etdirmir və bu standartda göstərilən hallar istisna olmaqla hesablama məqsədləri üçün istifadə edilmir.

Klapanın korpusundan, qapağından və qapağın korpusa boltla bərkidilmiş hissələrindən ibarət olub API 603 klapanının təzyiq sərhədini təşkil edir.

4.1 Nominal təzyiq / temperatur qiymətləri tətbiq edilə bilən material spesifikasiyası üçün Standart Sinif və tətbiq edilə bilən sinif üzrə ASME B16.34 standartında verilən cədvəllərdə göstərilənlərə uyğun olmalıdır.

4.2 Temperatur və eyni zamanda yaranan təzyiq səviyyəsinə yaxud təzyiq və ya eyni zamanda yaranan temperatur səviyyəsinə qoyulan məhdudiyyətlər (məs. xüsusi yumşaq kipləyici materiallar və davamlı örtük materialları) klapanın texniki pasportlövhəsində qeyd olunaraq göstərilməlidir (bax: Bölmə 8).

4.3 Müvafiq nominal təzyiq səviyyəsi üçün temperatur dərəcəsi klapanın təzyiq altında olan örtüyündəki maksimum temperatur dərəcəsidir. Ümumiyyətlə, temperatur səviyyəsi qabdakı mayenin temperaturu ilə eynidir. Qabdakı mayenin temperaturundan başqa digər temperatur səviyyəsinə uyğun olan nominal təzyiq səviyyəsinin tətbiqinə istifadəçi məsuliyyət daşıyır.

4.4 ASME B16.34 standartında verilən təzyiq / temperatur cədvəllərində göstərilən ən aşağı temperatur səviyyəsindən aşağı olan temperatur səviyyələri üçün işçi təzyiqi göstərilən ən aşağı temperatur səviyyəsinə uyğun təzyiq səviyyəsindən yuxarı olmamalıdır. Klapanların ən aşağı temperatur səviyyələrində istifadəsinə istifadəçi məsuliyyət daşıyır.

Qeyd: Aşağı temperatur səviyyələrində əksər materialların təsirə qarşı davamlılığına və onun deformasiya ola bilmə qabiliyyətinə diqqət yetirmək lazımdır. Bununla bağlı məlumat almaq üçün bax: ASME B31.3, Əlavə A və ASME B31T standartı.

4.5 Qoşa yəhərli klapanlarbəzi layihə konfiqurasiyalarına əsasən bağlı vəziyyətdə qaldıqda mərkəzi boşluqda mayeni saxlamaq qabiliyyətinə malikdir. Artan temperatur dərəcəsinin təsirinə məruz qaldıqda, təzyiq səviyyəsinin həddindən artıq qalxa bilməsi nəticəsində təzyiq həddi sıradan çıxa bilər. Bu cür halların baş verə biləcəyi yerlərdə klapanın mərkəzi boşluğunda təzyiqin boşaldılması üçün müvafiq vasitələrin (layihə, quraşdırma və ya istismar proseduraları) tətbiqinə və ya onların tətbiqinin tələb edilməsinə istifadəçi məsuliyyət daşıyır.

5.1.1 Klapanın korpusunun sxemi Şəkil 1 - də göstərilib. Qaynaq tikişi olan sonluqlar üçün 5.1.2 - ci yarımbənddə göstərilənlər istisna olmaqla, korpus divarının hazırlanma zamanı təyin edilmiş minimum qalınlığı, tm, Şəkil 1 –də verilib. Yığma zamanı yaranan gərginliyə qarşı müqavimət və bununla bağlı digər məsələlərə görə və dəyirmi formalardan başqa digər formalar üçün materialın qalınlığının əlavə olaraq artırılması ayrı - ayrı istehsalçılar tərəfindən təyin edilir.

Şəkil 1—Terminlərin müəyyən edilməsi

Cədvəl 1 - Örtük divarının minimum qalınlığı və ştokun minimum diametri, tm

Qeyd - Bax: 5.8.1 və 5.8.3.

Qeyd 2 - ASME B16.34 standartının VI Əlavəsində verilən tənlik əsasında hesablanmış divarın qalınlığı, o cümlədən tətbiq edilə bilən DN və ya NPS və təzyiq sinfi üçün ASME B16.34 standartının A-1 Cədvəlinə əsasən minimum (d)keçid diametri.

5.1.2 Qaynaq tikişli sonluqları olan klapanların qaynaq sonluqlarının hazırlanması zamanı (bax: 5.3.2) korpus divarının qalınlığı axın istiqaməti boyunca korpus boğazının xarici səthindən tm –dən yaxın olan sahə daxilində 5.1.1 –ci yarımbənddə göstərilən qiymətlərdən aşağı olmamalıdır. Qaynaq üçün hissənin hazırlanmasına keçid tədricən baş verməli vəbütün keçid uzunluğu boyu bu bölmə dəyirmi formada olmalıdır. Bu bölmədə keçidə mane olan iti nahamar hissələr və kəskin dəyişmələr aradan qaldırılmalıdır, lakin burada sınaq üçün nəzərdə tutulan qaynaq edilmiş və ya hissəyə taxılmış kipkəclər və ya sarğılar istisna təşkil etməlidir. Qaynaq edilmiş sonluqdan başlayaraq 2 tmməsafədə qalınlıq heç bir halda 0.77 tmqiymətindən az olmamalıdır.

5.2 Qapaq divarının qalınlığı

Qapaq divarının minimum qalınlığı hazırlanan zaman kiplənən hissələrdən ibarət korpus boğazı istisna olmaqla, Cədvəl 1 –də verilən tmqiymətinə uyğun olmalıdır. Boğaz hissə üçün isəminimum divar qalınlığı lokal diametrə, yəni ştok dəliyinin və ya kipkəc korpusunun daxili diametrinə əsaslanmalı və ASME B16.34 standartının 6.1.3 – cü yarımbəndində klapan korpusunun boğazı üçün verilən qaydalara uyğun gəlməlidir.

5.3 Korpusun ölçüləri

5.3.1 Flanslı sonluqlar

5.3.1.1 Korpus sonluqlarının flansları ASME B16.5 standartında verilən ölçü tələblərinə cavab verməlidir. Əgər başqa cür göstərilməyibsə, qabaq çıxan hissələri olan sonluq flansları da təşkil edilməlidir. İstehlakçı tərəfindən ASME B16.5 standartında göstərilənlərdən başqa, digər tikiş kanalı təyin edilə bilər.

5.3.1.2 Flanslar arası məsafə ASME B16.10 standartına uyğun olmalıdır. Korpus sonluqlarının flansları və qapağın flansları tökmə və ya döymə materialdan hazırlanaraq korpusun ayrılmaz hissəsini təşkil etməlidir.

5.3.2 Qaynaq tikişi olan sonluqlar

5.3.2.1 Ölçüsü DN 50 (NPS 2) ölçüsündən böyük olan klapanlar üçün qaynaq tikişi olan sonluqlar altlıq halqa olmadan istifadə edilən keçid dəliyi üçün ASME B16.25 və B16.34 standartlarında verilən tələblərə cavab verməlidir. Ölçüsü DN 50 (NPS 2) və ya daha kiçik olan klapanlar üçün qaynaq tikişi olan sonluqlar API 602 standartında verilən tələblərə cavab verməlidir. Flanslı sonluğu olan klapanın Sinif 300 və ya yuxarıdakı siniflər üçün qaynaq tikişli sonluğu olan klapana çevrilməsi istehlakçı ilə istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər.

5.3.2.2 Əgər istehlakçı tərəfindən başqa cür təyin edilməyibsə, qaynaq tikişli sonluqları olan klapan sinfinə daxil olan klapanlar üçün sonluqlar arası uzunluq ASME B16.10 standartına uyğun olmalıdır.

5.3.2.3 Boltla bərkidilmiş qapaqları olan klapanlarda qaynaq tikişi olan sonluqların qısaldılmasına icazə verilmir.

5.3.3 Korpusun yəhərləri

5.3.3.1 Yəhərin açıq hissəsinin daxili diametri tətbiq edilə bilən DN və ya NPS ölçüsü və təzyiq sinfi üzrə ASME B16.34 standartının A Əlavəsində verilən Cədvəl 1 – də göstərilən qiymətlərdən aşağı olmamalıdır.

5.3.3.2 Korpusun yəhərləri ayrı-ayrı və ya korpusa daxil edilə bilər. Səthə bərk ərinti vurulduqdan sonra bu hissə 6.2.2 –ci yarımbənddə göstərilənlər istisna olmaqla, qaynaq tikişinin AWS A5.13 ECoCr-A və ya AWS A 5.21 ERCoCr-A ərinti qatı kimi tətbiq edilməli və kip vəziyyətdə ən azı 1.6 mm (0.06 düym) qalınlığa malik olmalıdır.

5.3.3.3 Ayrı – ayır yəhər halqaları yəhərin boğaz və ya aşağı hissəsində yivli birləşmə ilə və ya kip qaynaq tikişi ilə yerləşdirilməlidir. Lakin burada DN ≤ 50 (NPS ≤ 2) ölçülü taxılmış və ya burulmuş yəhər halqaları istisna təşkil edir. Yivli yəhər halqaları kip qaynaq tikişi ilə birləşdirilə bilər və onların rahat çıxarılması üçün yuvacıqlardan və ya çıxıntılardan istifadə etmək olar. Kip qaynaq tikişi üçün istifadə edilən material klapan korpusunun materialı kimi korroziyaya qarşı eyni müqavimət səviyyəsinə malik olmalıdır.

5.3.3.3.1 Yəhər halqaları və klapanlar üzərində aparılan qaynaq işləri o cümlədən, QSTE (qaynaqdan sonra termik emal) ixtisaslı qaynaqçılar tərəfindən ASME Bölmə IX, və ASME Bölmə II, A Əlavəsində verilən proseduralara uyğun olaraq həyata keçirilməlidir.

5.3.3.4 Korpus yəhərinin halqalarının yerləşdirilməsi üçün uyğun sahə olmalı və klapanın təzyiq altında işləməsi zaman onun şiberinin yeyilməməsi və ya hər hansı zədəyə məruz qalmaması üçün onların kənarları lazım gəldikdə radius və ya diaqonal bucaq altında olmalıdır.

5.3.3.5 Kipləyici maddələri və ya yağlardan yəhər halqalarının yığılması zaman istifadə edilməməlidir. Bununla belə, birləşən yivli səthlərin yeyilməməsi üçün yapışma əmsalı kerosinin yapışma əmsalından yüksək olmayan yüngül sürtgü yağından istifadə etmək olar.

5.4.1 Klapan ştokunun, kipkəclərin, fənər və ya aralıq halqaların (əgər təchiz edilibsə) və arxa yəhərin layihəsini hazırlayarkən istehsalçı ştokun istiqamətlənməsini və kipkəc korpusunun sıxışdırılıb çıxmamasını nəzərə almalıdır.

5.4.2 Emal edilmiş konusşəkilli və ya dairəvi arxa yəhər qapağa yerləşdirilməli və klapan ştokunda müvafiq dayaq səthi ilə təmasda olmalıdır. Bu arxa yəhər kip vəziyyətdə minimum qalınlığı 1.6 mm (0.06 düym) olan inteqral və ya bərk ərinti təbəqəsinə malik səth olmalıdır. Bərk ərintili səth, 5.3.3.2 -ci yarımbənddə qeyd edildiyi kimiistehlakçı ilə əldə edilmiş razılığa əsasən təyin edilməlidir.

5.4.3 Qapaqlar tökmə və ya döymə materialdan hazırlanmış bütöv hissədən ibarət olmalıdır. Kipkəci sıxan boltlarla qapaq və ya dayaq kronşteyni arasında künc qaynağı və ya lehimli sancaqlarla anker birləşməsi yaradılmamalıdır. Ankerin layihəsinə kipkəc korpusunun bərpası zaman kipkəci saxlamayan kronşteynlər və ya yuvacıqlı dəliklər daxil edilməməlidir.

5.4.4 Sınaq üçün nəzərdə tutulan yivli açıq hissələr yalnız satınalma sifarişində göstərildiyi təqdirdə təşkil edilməlidir.

5.5 Qapaq – korpus birləşməsi

5.5.1 Qapaq – korpus birləşməsi flanslı və ya aralıq tipli olub bolt dəliklərinin qıraq hissələrindən kənara çıxmamalıdır.

5.5.2 Sinif 150 klapanlar üçün qapaq – korpus birləşməsi aşağıdakı ASME B16.5 standartının 7 – ci Şəklində göstərilən birləşmə növlərdən biri olmalıdır.

— çıxıntılı və milli;

— vtulkalı və yuvacıqlı (yəni milli və yuvacıqlı);

5.5.3 Sinif > 150 təzyiq sinfinə aid olan klapanlar üçün qapaq – korpus birləşməsi 5.5.2 – ci yarımbənddə göstərildiyi kimi olmalıdır, lakin burada yastı səth birləşməsinə icazə verilmir.

5.5.4 Qapaq flansının kipləyici aralığı –29 °C (–20 °F) - 538 °C (1000 °F) maye temperaturu aralığındaolmalı və aşağıda göstərilənlərdən birinə uyğun gəlməlidir:

—bərk metal, uyğun səthə malik büzməli və ya novlu (profilli) metal kipləyici aralıq;

— metal halqa birləşməsi;

— spiral şəkilli metal kipləyici aralıq, doldurucu və mərkəzləşdirici / sıxıcı halqa ilə;

— spiral şəkilli metal kipləyici aralıq doldurucu ilə - aralığın sıxılmasına nəzarəti təmin edən korpus –qapaq birləşməsinin layihəsində istifadə edilir.

Sinif 150, üçün aşağıda göstərilənlər də qəbul edilir:

— qrafit təbəqəli büzməli metal taxma hissələr;

— İstehlakçı tərəfindən qəbul edildikdə, qoruyucu halqaları olan, paslamayan poladdan hazırlanmış yastı, dəlikli, büzməli və ya çıxıntılı elastiki taxma hissələrlə bərkidilmiş qrafit səth;

— İstehlakçı tərəfindən qəbul edildikdə, uyğun səthi olan digər hissələrdən istifadə etmək olar.

5.5.5 Sinif 150 və DN 65 (NPS 2.5) və daha kiçik ölçülü klapan sinifləri istisna olmaqla, qapaq –korpus flansının kipləyici aralığı dəyirmi olmalıdır.

5.5.6 Qapaq və korpus flansının qaykalı səthləri flans səthinə ±1° hədd daxilində paralel olmalıdır. Paralelliyin saxlanılması üçün tələb edilən yonmalar və ya əks yonmalar ASME B16.5 standartına uyğun olmalıdır.

5.5.7 Qapaq –korpus birləşməsi ən azı dörd bolt/başlıqlı şurupla, aralığın bir formada olması və yükün bərabər səviyyədə paylanması ilə həyata keçirilməlidir. DN 25 (NPS 1) və ya daha böyük ölçülü klapanlar üçün qapaq birləşmələrində iki tərəfə çıxan anker boltlarından istifadə edilməlidir. DN 20 (NPS 3/4) və ya daha kiçik ölçülü klapanlar üçün isə iki tərəfə çıxan boltlardan və ya başlıqlı şuruplardan istifadə etmək olar. Başlıqlı şuruplardan istifadə edildikdə, onlar yalnız xaricdən sıxma üçün yararlı olmalıdır. Hər bir klapan ölçüsünə uyğun olaraq hər iki tərəfi yivli olan boltun minimum ölçüsü aşağıda göstərilib:

— M10 və ya /8, DN ≤ 65 (NPS ≤ 21/2) olduqda;

— M12 və ya /2, 80 ≤ DN ≤ 200 (3 ≤ NPS ≤ 8) olduqda;

— M16 və ya /8, DN ≥ 250 (NPS ≥ 10) olduqda.

5.5.8 Klapan qapağında boltların ümumi çarpaz kəsişmə sahəsi ASME B16.34, 6.4 –cü yarımbənddə göstərilən tələblərə cavab verməlidir.

5.5.9 Yığma zamanı kipləyici aralığın təmas səthlərində kipləyici maddələr olmamalıdır. Montajın lazımi qaydada aparılmasına kömək məqsədilə lazım gəldikdə kerosindən ağır olmayan yüngül sürtgü yağından istifadə etmək olar.

5.6.1 Klapan şiberinin konfiqurasiyaları Şəkil 2 –də göstərilən qaydada kateqoriyalara bölünür.

5.6.1.1 Əgər istehlakçı tərəfindən başqa cür təyin edilməyibsə, bir hissəli pazlı şiber – bərk və ya elastiki formada təşkil edilməlidir.

Şəkil 2—Şiberli klapanların növləri

5.6.1.2 İki hissəli kəsik pazlı şiber və ya paralel yəhərli və qoşa diskli şiber istehlakçı tərəfindən göstərildikdə təchiz edilməlidir. Kəsik pazlı şiber qapalı vəziyyətdə klapanın yəhərlərinə uyğunlaşan iki müstəqil kipləyici hissədən ibarətdir. Kəsik paz elə layihələnməlidir ki, şiberin mövqeyindən və ya klapanın istiqamətlənməsindən asılı onun hissələrini bir – birindən ayırmaq mümkün olmasın. Qoşa diskli şiber bağlı vəziyyətdə iki paralel diski klapanın yəhərinə doğru sıxan itələmə mexanizminə (yəni, yaylı və ya pazlı mexanizm) malik olmalıdır.

5.6.2 Qoşa diskli şiber istisna olmaqla, klapan açıq vəziyyətdə olarkən onun şiberi klapan yəhərinin açıq hissələrini tam açmalıdır.

5.6.3 Şiberin dayaq səthləri inteqral və ya qaynaq metalı ilə birləşmiş olmalıdır. Əgər başqa cür göstərilməyibsə, bərk ərintili dayaq səthləri tələb edilmir. Səthə lehimlənən materialın kip vəziyyətdə qalınlığı 1.6 millimetrdən (0.düym) az olmamalıdır.

5.6.4 Pazlı şiberlər yəhərin işlənib yeyilməsinə uyğun layihələnməlidir. Şiber yəhərinin mövqeyini klapanın yəhərinə uyğun təyin edən ölçülər elə olmalıdır ki, şiber, istehsal mərhələsindən başlayaraq yəhərlərə, yeyilmə uzunluğu kimi təyin edilən h məsafəsi qədər girə bilsin. Yeyilmə uzunluğu klapanın ştokuna paralel olan istiqamətdə olmalıdır. Minimum tələb edilən yeyilmə uzunluğu klapanın ölçüsünə görə Cədvəl 2 –də göstərildiyi kimi dəyişir.

Cədvəl 2—Minimum yeyilmə uzunluğu

65 < DN < 150 (2 /2< NPS < 6)

200 < DN < 300 (8 < NPS < 12)

350<DN<450(14<NPS< 18)

500 < DN < 600 (20 < NPS < 24)

5.6.5 Klapanın korpusu və şiberi onun istismarı zaman şiberin yəhərlərinin işlənib yeyilməsini azaltmaq, onun yəhərinə qədər olan hərəkət məsafəsi boyunca şiberi düzgün mövqeləndirmək və şiberi tutub saxlamadan və sürtmədən onu və ştoku bütün istiqamətlərdə mərkəzi nöqtəyə uyğunlaşdırmaq üçün istiqamətləndirici səthə malik olmalıdır (bax: Şəkil 3). Korroziyaya, eroziyaya, abraziv yeyilməyə və bütün bu amillərin birləşməsinə görə yaranan biləcək metal itkisi klapan korpusunun və şiberinin istiqamətləndirici səthlərinin layihələnməsində nəzərə alınmaldır. Əgər satınalma sifarişində başqa cür göstərilməyibsə və ya sürtünmə və ya yeyilmənin təsirləri də daxil olmaqla klapanın bir istiqamətdə lazımi səviyyədə işləməsi üçün tələb edilmirsə, pazın istiqamətləndiricilərini və / yaxud korpusun istiqamətləndiricilərini bərk ərinti ilə örtməyə ehtiyac yoxdur.

Şəkil 3— Pazlı şiberin yeyilmə uzunluğu

5.7.1 Xamıt ayrıca və ya qapağın inteqral (ayrılmaz) hissəsi kimi yerləşdirilə bilər.

5.7.2 Ayrıca yerləşdirilmiş xamıtların qapağa birləşdiyi səth elə hazırlanmalıdır ki, bərkidici birləşmə bloku lazımi səviyyədə təmin edilə bilsin. Ayrıca yerləşdirilən xamıtlar iki tərəfə çıxışı olan boltlarla qapağa birləşdirilməlidir.

5.7.3 Xamıt – ştok birləşməsində qaykanın bərkidildiyi səthlər yastı və paralel olmalıdır. Dayaq səthləri üçün sürtgü fitinqləri təşkil edilməlidir.

5.8 Ştok və ştokun qaykası

5.8.1 Kipkəc korpusundan keçən bölmədə ştokun ölçülmüş minimum diametri Cədvəl 1 - ə uyğun olmalıdır. Klapan ştokunun faktiki diametrinin müəyyən edilməsi zaman klapan layihəsinin detalları və klapanın hazırlandığı materialların xüsusiyyətləri nəzərə alınmalıdır. Ştokun kipkəc korpusu ilə təmasda olan səthi Ra, 0.80 μm (32 μin.) və ya daha hamar olmalıdır.

Qeyd -Klapan ştokunun gücü MSS SP-91-ə əsasən və ya istehlakçı tərəfindən göstərilən maksimum dartma qüvvəsinə uyğun olaraq klapanın sükanından və ötürücü qutudan (əgər təchiz edilibsə) gələn giriş qüvvəsinin hesablanmasında nəzərə alınmalıdır.

5.8.2 Klapanın ştoklarında şiberin birinci sonluqda birləşdirilməsi üçün müəyyən vasitələr və digər sonluqda trapesiya şəkilli xarici yiv forması olmalıdır. Ştok qaykaları klapanın sükanının birləşdirilməsi üçün və ştokun işçi yivlərinə uyğun olaraq işlədilməlidir.

5.8.3 Ştoklar arası birləşmələrdə qaykanın yivləri ASME B1.5 və ASME B1.8 standartlarında göstərilən trapesiya formasında olmalıdır (hər bir yiv üçün cüzi dəyişikliklərin aparılmasına icazə verilir) və nominal ölçülərin dəyişdirilməsinə icazə verilir. Yivin əsas diametri kipkəc korpusundan keçən ştokun diametrindən maksimum 1.6 millimetr (0.06 düym) qısa olmalıdır. Klapan ştokunun yivləri sola istiqamətlənməlidir ki, klapanın birbaşa idarə edilən sükanı saat əqrəbi istiqamətində fırlandıqda klapanı bağlamalıdır.

5.8.4 Ştok deformasiya ola bilən bütöv materialdan hazırlanmalıdır. Qaynaq edilmiş və ya yivli aqreqatdan hazırlanmış ştokdan istifadə edilməlidir.

5.8.5 Ştokun bütöv uzunluğu 0.001 mm/mm (0.001 düym./düym) –dən artıq olmamalıdır.

5.8.6 Klapan ştokunun şiberə birləşən sonluğu “T,” formasında olmalıdır və qoşa diskli şiberi istisna olmaqla sonluqların birləşməsi yivli ola bilər.

5.8.7 Ştokun birləşməsi elə layihələnməlidir ki, klapan istismarda olarkən, klapan ştokunun çevrilməsinin və ya ayrılmasının qarşısı alınsın.

5.8.8 Klapan ştokunun layihəsi elə olmalıdır ki, ştokun şiberlə birləşmə gücü və ştokun təzyiq sərhədinə düşən hissəsi ox yükü altında işçi yivin kök hissəsində ştokun gücündən artıq olmasın.

5.8.9 Bütöv materialdan hazırlanmış klapan ştokunda klapanın şiberi tam açıq vəziyyətdə olduqda irəli çıxaraq qapağın yəhərinə dirənən konusşəkilli və ya dəyirmi səth olmalıdır.

Qeyd - Ştok – qapaq yəhərinin mövcudluğu, klapan təzyiq altında olarkən kipkəc korpusunun dəyişdirilməsi və ya əlavə edilməsi məqsədilə onun istifadəsinin istehsalçı tərəfindən tövsiyə edilməsi anlamına gəlmir.

5.8.10 Xamıt klapanın sükanını onun ştokuna birləşdirən klapan qaykasını saxlamalıdır. Ölçüsü DN 150 (NPS 6) Sinif 150, DN 100 (NPS 4) Sinif 300 və ya DN 50 (NPS 2) Sinif 600 – dən böyük olan klapanlar üçün ştok qaykasının düzülüşü aşağıda göstərilən məqsədlərə xidmət etməlidir:

a) Klapan sükanının çıxarılmasına şərait yaratmalıdır və bu zaman klapan açıq mövqedə olduqda onun sükanını çıxararkən klapanın ştoku və şiberi bağlı vəziyyətə düşməməlidir.

b) Ştok qaykasının dəyişdirilməsinə şərait yaratmalıdır, bu zaman qapaq aqreqatının təzyiq saxlama qabiliyyətinə heç bir təsir göstərmədən klapanın ştoku bərk saxlanılmalıdır.

5.8.11 Ştok –qayka –sükan birləşməsi altıküncü birləşmədən keçənşpon qanovu və ya digər ekvivalent vasitəyə malik dəyirmi birləşmə olmalıdır. Klapanların ştoku boyunduruğun yuxarı hissəsində quraşdırılmış fırlanan ştok qaykası ilə idarə edilməlidir. Klapan ştokunun qaykası altıküncü olmalı, şpon qanovu və ya klapanın sükanına birləşdirmə üçün nəzərdə tutulan ekvivalent davamlılığa və gücə malik digər ötürücüyə olan dəyirmi çıxıntıya malik olmalıdır.

5.8.12 Klapan ştokunun qaykası yivli vtulka ilə xamıtda saxlandıqda həmin vtulka qaynaq kilidi və ya mexaniki kilidlə öz yerinə bərkidilməlidir.

5.8.13 Bağlı mövqedə, təzə sükanla idarə edilən klapanın ştokunun ştok qaykasından çölə çıxmış yivli hissələrinin çölə çıxma məsafəsi həmin klapanın yeyilmə uzunluğuna, DN ≤ 150 (NPS ≤ 6) ölçülü klapanların yeyilmə uzunluğunun maksimum 5 mislinə və DN > 150 (NPS > 6) ölçülü klapanların yeyilmə uzunluğunun 3 mislinə bərabər olmalıdır.

5.8.14 DN ≥ 150 (NPS ≥ 6) ölçülü və təzyiq sinfi ≥ 600 olan klapanlar diyircəkli və rolikli yastığı olan ştok qaykaları ilə təmin edilməlidir.

5.9 Kipləmə və kipkəc korpusu

5.9.1 Kipkəc korpusu çarpaz kəsişmə sahəsində trapesiya şəkilli və ya düzbucaqlı formasında yaxud kvadrat formalı ola bilər. Bu korpusun nominal radius eni Cədvəl 3 - ə uyğun olmalıdır.

5.9.2 Kipkəc korpusunun nominal dərinliyi elə olmalıdır ki, ən azı beş ədəd sıxılmayan halqanı yerləşdirmək mümkün olsun. Əgər istehlakçı tərəfindən başqa cür göstərilməyibsə, kipkəc korpusunun kipləyici materialla təmasda olan səth sahəsi, Ra, of 4.5 μm (175 μin.) və ya daha hamar olmalıdır. Kipkəc korpusunun ölçüləri Cədvəl 3 –də göstərilənlərə uyğun olmalıdır. Kipkəcin yerdə qalan və tənzimlənə bilən uzunluğu yekun hidrostatik sınaqdan sonra və kipkəcin sıxılması ilə Cədvəl 3 –də göstərilən kipkəcin eninin bir və ya yarım mislindən artıq olmalıdır.

5.9.3 Kipkəc və ayrıca olaraq kipkəc flansı kipkəc korpusunun sıxılması üçün təşkil edilməlidir. Kipkəc flansında kipkəcin boltla bərkidilməsi üçün iki dəlik olmalıdır. Kipkəc flansının boltları üçün yuvacıqlardan istifadə edilməməlidir. Kipkəc və kipkəc flansı özü -özünü mərkəzi nöqtəyə uyğunlaşdıra bilməlidir. Kipkəcin xarici kənarında kipkəcin korpusa tam daxil olmasının qarşısını alan çıxıntı olmalıdır.

5.9.4 Fənər halqası yalnız satınalma sifarişində göstərildiyi təqdirdə təchiz edilməlidir. Bu halqanın yerləşdirilməsi üçün kipkəc korpusunun dərinliyi ən azı həmin halqanın yuxarısında üç ədəd sıxılmayan kipləyici halqaya və ya həmin halqanın aşağı hissəsində üç ədəd sıxılmayan kipləyici halqaya (üstəgəl fənər halqasının uzunluğu) ekvivalent olmalıdır.

5.9.5 Kipkəc korpusunun dəliyi (daxili diametr) ilə kipkəcin xarici diametri arasındakı aralıq məsafəsi (bax: Şəkil B.1) nominal olaraq kipkəcin daxili diametri ilə ştokun diametri arasındakı aralıq məsafəsindən qısa olmalıdır.

Şəkil 3— Kipləmə və kipkəc korpusunun ölçüləri

Ştokun burada göstərilməyən diametrlərinə gəldikdə, kipkəc korpusunun daxili diametri və kipləmənin eni göstərilən qiymətlərə əsasən xətti interpolyasiya əsasında müəyyən edilməlidir.

5.10.1 Əgər istehlakçı tərəfindən metrik vahidlərlə göstərilməyibsə, boltla bərkidilmə düymlə göstərilən silsilə əsasında həyata keçirilməlidir. Klapan qapağının korpusa boltla birləşdirilməsi üçün ASME B18.2.2 və ya ASME B18.2.4.6M standartına cavab verən hər iki sonluğu yivli olan boltlardan və ağır, altıkünclü yarıtəmiz qaykalardan istifadə edilməlidir. Başlıqlı boltların istifadəsinə (ASME B18.2.3.5M, ASME B18.2.3.6M) icazə verilir, lakin bu boltların Sinif 150 - DN 200 (NPS 8) və daha kiçik ölçüyə və Sinif 300 - DN 150 (NPS 6) və daha kiçik ölçüyə malik boltlar olmalıdır. DN 20 (NPS 3/4) və daha kiçik ölçülü klapanlarda qapağın boltla bərkidilməsi üçün başlıqlı şuruplardan istifadə etmək olar.

5.10.2 Boyunduruğun qapağa birləşdirilməsi üçün altıküncülü qaykalı, hər iki sonluğu yivli olan boltlardan və ya başlıqlı boltlardan istifadə edilməlidir.

5.10.3 Kipkəcin boltları dəlikli və şarnirli, bağlıqlı, hər iki sonluğu yivli boltlar olmalıdır. Altıkünclü qaykalardan istifadə edilməlidir.

5.10.4 Diametri M24 (1 düym) və ya daha kiçik olan boltların yivləri kiçik ölçülü (UNC) olmalı və ya əsasən metrik yivlərə uyğun gəlməlidir. Diametri M24 (1 düym) və ya daha böyük olan boltlar 8 yiv cığırına (8UN) malik olmalı və ya əsasən metrik yivlərə uyğun gəlməlidir. ASME B1.1 standartına əsasən boltun yivləri Sinif 2A və qaykanın yivləri isə Sinif 2B olmalıdır. Kipkəcin bərkidilməsi üçün istifadə edilən hər iki sonluğu yivli olan boltlar ASME B1.12 standartının tələblərinə cavab verən Sinif 5 - ə aid dartılaraq taxılan boltlar olmalıdır. Metrik vahidlər silsiləsi ilə təyin edilmiş boltlardan istifadə edildikdə, ASME B1.13M standartına əsasən onların yivləri üçün yol verilən hədd Sinif 6g, və qayka üçün yol verilə bilən hədd isə Sinif 6H olmalıdır.

5.11.1 Əgər istehlakçı tərəfindən başqa cür göstərilməyibsə, klapan saat əqrəbinin əksi istiqamətinə çevrildikdə onu açan və birbaşa idarə edilən sükanla təmin edilməlidir.

5.11.2 Klapanın sükanı maksimum altı oxu olan oxlu –çərçivə qurğu olmalı və onun kənarları iti və ya dişli olmamalıdır. Əgər başqa cür göstərilməyibsə, klapanın sükanı bütöv tökmə və ya döymə materialdan və ya digər karbon poladı məmulatı formalarına malik çox tərkibli karbon poladından hazırlanmalıdır. Yığma klapan sükanları bütöv döymə və ya tökmə materialdan hazırlanmış sükanlarla müqayisə edilə bilən güc və bərklik xüsusiyyətlərinə malik olmalıdır.

5.11.3 Klapanın sükanı “AÇIQ” sözü və onun açılma istiqamətini göstərən oxla nişanlanmalıdır, lakin istisna hallarda, sükanın ölçüsü belə nişanlamanın praktiki cəhətdən əhəmiyyətsiz edir.

5.11.4 Klapanın sükanı yivli sükan qaykası ilə klapan ştokunun qaykasının üzərində saxlanılmalıdır.

5.11.5 Əgər klapanda əlavə olaraq ötürücü qutudan və ya cərəyan ötürücüsündən istifadə edilərsə istehlakçı tərəfindən lazım gəldikdə aşağıdakıları təyin edilməlidir:

— düzdişli və ya konusşəkilli dişi olan çarx və ötürücü sükanın borunun oxuna nisbətən mövqeyi;

— elektrik, hidravlik, pnevmatik və ya digər ötürücü növü;

— klapanın diskində maksimum işçi temperatur və diferensial təzyiq;

— maksimum dartma gücü;

— cərəyan ötürücüləri üçün qida blokunun atributları, o cümlədən maksimum diferensial təzyiq.

5.11.6 Klapan –ötürücü qutu və ya cərəyan ötürücüsü arasındakı flans birləşmələrinin ölçüsü ISO 5210 və ya MSS-SP-102 standartların yaxud istehlakçının spesifikasiyalarına uyğun gəlməlidir.

5.12 Baypaslar və digər köməkçi birləşmələr

5.12.1 Köməkçi birləşmələr

Klapanın korpusuna və / yaxud onun qapağına gedən köməkçi birləşmələr və sınaq üçün nəzərdə tutulan yivli dəliklər, məsələn, drenaj dəlikləri yalnız satınalma sifarişində göstərildiyi təqdirdə təşkil edilməlidir. Birləşmənin və köməkçi birləşmələrin borularının layihəsi və konstruksiyası ASME B16.34 və MSS SP-45 standartlarında irəli sürülən tələblərə cavab verməlidir. DN 50 (NPS 2) və ya daha böyük ölçülü klapanlar üçün tələb edildikdə, köməkçi birləşmələrin ölçüsü və yeri ASME B16.34 standartında göstərildiyi kimi olmalıdır. Köməkçi birləşmələrin ölçüsü və yeri satınalma sifarişində göstərilməlidir.

Əgər baypas qurğusu quraşdırılıbsa, o, xarici klapanda yerləşdirilməli və onun ölçüsü ASME B16.34 və MSS SP-45 standartında göstərildiyi kimi olmalıdır. Baypas klapanı API 602 standartına uyğun olmalı, onun təzyiq sinfi ən azı əsas klapanın təzyiq sinfinə bərabər olmalı, qapağı flanslı və ya qaynaq edilmiş olmalı eləcə də şurupla bərkidilmiş xarici xamıtlu və irəli çıxmış ştoku olan kürəcikli klapan olmalıdır. Baypas qurğusu klapanın MSS SP-45 –də göstərilən A-B və ya E –F nöqtələrinin birləşdiyi tərəfində olmalıdır. Baypas klapanının ştoku əsas klapanın ştoku ilə eyni ümumi oriyentasiyaya malik olmalıdır.

6.1 Örtük materiallarından başqa digər materiallar

Örtük materiallarından başqa klapanın korpusu, qapağı və digər hissələri üçün materialları Cədvəl 4 –dən seçmək olar.

Cədvəl 4— Hissələr üçün materiallar

ASME B16.34, Qrup 2 və Qrup 3 –dən seçilməlidir.

Korpus materialı kimi korroziyaya qarşı bərabər müqavimət səviyyəsinə malik olmalıdır.

Karbon poladı, austenit paslamayan polad və ya klapanın örtüyü kimi eyni kimyəvi tərkibə malik material

Boltla bərkidilmə: Korpus - qapaq

Əgər başqa cür təyin edilməyibsə, ağır altıkünclü boltlar ASTM A193 Sinif B8 boltları (ASTM A194 Sinif 8 qaykaları ilə), ASTM A193 Sinif B8C boltları ( ASTM A194 Sinif 8C qaykaları ilə), və ya ASTM A193 Sinif B8M boltları (ASTM A 194 Sinif 8M qaykaları ilə) olmalıdır.

Qapağın kipləyici aralığı

İstismar mühitinin təsirinə məruz qalan metal hissə ən azı klapanın korpus materialının korroziyaya qarşı müqavimət səviyyəsi ilə eyni səviyyəyə malik materialdan hazırlanmalıdır. Əgər başqa cür təyin edilməyibsə, spirallı kipləyici aralığın doldurucu materialı isə elastiki qrafitdən olmalıdır.

Boltla bərkitmə: kipkəc və xamıt

Əgər başqa cür təyin edilməyibsə, kipkəcin boltları və qaykaları 18Cr-8Ni poladından və ya klapanın korpus materialının korroziyaya qarşı müqavimət səviyyəsi iləeyni səviyyəyə malik materialdan hazırlanmalıdır.

Klapan korpusunun ayrı –ayrı yəhər halqalarından istifadə edildikdə, onların materialının nominal kimyəvi quruluşu klapan örtüyünün və ya ştokunun materialının kimyəvi quruluşu ilə eyni olmalıdır. Bərk ərintili materiallardan istifadə edildikdə isə, həmin materiallar klapan korpusuna və ya ayrı –ayrı yəhər halqalarına birbaşa olaraq bərk ərinti ilə təmin edilə bilər.

Polad, austenit paslamayan polad və ya klapanın örtüyü ilə eyni nominal kimyəvi quruluşa malik olan digər material

Klapan korpusunun materialı ilə korroziyaya qarşı eyni müqavimət səviyyəsinə malik olan material

Əgər başqa cür təyin edilməyibsə, -29 °C (-20 F) - 538 C (1000 °F) temperatur diapazonu üçün nəzərdə tutulan elastiki qrafit. Qrafitli korpusdan istifadə edildikdə, onun tərkibində korroziyaya qarşı inhibitor olmalıdır.

Fənər və ya aralıq halqaları

Klapan korpusunun və ya ştokunun materialı ilə korroziyaya qarşı eyni müqavimət səviyəsinə malik olan material

13Cr polad, austenit kövrək dəmir (ASTM A439 Növ D-2və ya Növ D-2C), ərimə nöqtəsi 954 °C (1750 °F) dərəcədən yuxarı olan austenit paslamayan polad və ya mis ərintisi.

Əgər başqa cür göstərilməyibsə, döyülə bilən dəmir, karbon poladı və ya kövrək dəmir.

Sükanın qaykası (saxlayıcı)

Karbon polad, döyülə bilən dəmir, kövrək dəmir, 13Cr polad, austenit paslamayan polad və ya əlvan mis ərintisi.

Yivli birləşmələr üçün probkalar

Klapan korpusunun materialı ilə korroziyaya qarşı eyni müqavimət səviyyəsinə malik olan material

Baypas boruları və klapanları

Klapan korpusunun materialı ilə korroziyaya qarşı eyni müqavimət səviyyəsinə malik olan material

Sancaqlar, qoşa diskli ştokun şiberə birləşdirilməsi

Klapan ştokunun materialı ilə korroziyaya qarşı eyni müqavimət səviyyəsinə malik olan material

Texniki pasport lövhəsi

Austenit paslamayan polad və ya nikel ərintisi.

DN ≥150 (NPS ≥ 6): klapana korroziyaya davamlı bərkidicilərlə və ya qaynaqla bərkidilməlidir.

DN< 150 (NPS < 6): bərkitmə metodu istehsalçının standartına əsaslanmalıdır.

emal edilmiş və deformasiyaya qarşı davamlılıq dərəcəsinə malik karbid məhlulu

6.2.1 Örtük aşağıda göstərilən hissələrə tətbiq edilir:

b) korpusun yəhərə oturduğu səth;

c) şiberin yəhərə oturduğu səth;

d) normal olaraq işçi məhlulu ilə təmasda olan kiçik hissələr (yəni, ştok birləşmələri, daxili sancaqlar və ya şuruplar və qoşa diskli klapanın itələmə mexanizmi).

6.2.2 Klapanın standart örtük tələb edən hissələri klapan korpusu və qapağı ilə eyni kimyəvi quruluşa malik olmalıdır. Alternativ örtük materialları və təbəqələri (o cümlədən API 602 Cədvəl12 –də istinad edilənlər və AWS A5.13 ECoCr-E və AWS A5.21 ECoCr-E - bərk ərinti ilə örtmə) istehlakçı və istehsalçı arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən təyin edilməlidir.

7.1 Təftiş və yoxlama

7.1.1 Klapan istehsalçısı hər bir klapanın bu standarta uyğunluğunu yoxlamalıdır.

7.1.2 Əgər istehlakçı tərəfindən satınalma sifarişində təftişin aparılması tələb edilərsə, həmin təftiş API 598 standartına uyğun aparılmalıdır. İstehsalçı tərəfindən aparılan yoxlamalar API 598 standartında göstərilməlidir.

7.1.3 Təzyiq sərhədindəki tökmə hissələrin səthlərin MSS SP-55 standartına əsasən vizual təftişi aparılmalıdır.

Hər bir klapanın təzyiq sınağı API 598 standartında göstərilən qaydada aparılmalıdır.

7.3 Qüsurların aradan qaldırılması

Tökmə və ya döymə, yaxud karbon və ya ərinti tərkibli poladdan hazırlanmış klapanlarda sınaq və təftişlər zamanı aşkarlanmış qüsurlar ASME B16.34 standartında göstərilən ən çox tətbiq edilə bilən ASTM tökmə və ya döymə materialı üzrə spesifikasiyaya əsasən aradan qaldırıla bilər.

Əlavə yoxlamalar və sınaqlar ( məs. ərintinin yoxlanılması [PMI], korroziya sınağı, NDE tələbləri və ya digər növlər) satınalma sifarişində göstərildiyi təqdirdə tələb edilə bilər.

Klapanlar ASME B16.34 standartında irəli sürülən tələblərə əsasən markalanmalıdır, lakin istisna təşkil edən hallarda, texniki pasport lövhəsinə ASME B16.34 təyinatına əlavə olaraq “API 603” adı da yazıla bilər. Qrafitdən başqa, xüsusi örtük və ya kipkəc və ya kipləyici aralıq materiallarından istifadə edildikdə, təzyiq /temperatur məhdudiyyətləri lövhədə ASME B16.34 standartına əsasən qeyd edilməlidir.

8.2 Biristiqamətli klapanlarınmarkalanması

Əgər satınalma sifarişindən başqa cür göstərilməyibsə, mərkəzi boşluğunda təzyiqin boşaldığı klapanlarda həmin boşalma hissəsindən yüksək təzyiq olan hissəyə (giriş tərəfi) aşağı istiqamətdə gedən axın oxu göstərilməlidir. Axın istiqamətini göstərən ox klapan korpusunun xarici divarında tökmə və ya döymə üsulu ilə birləşdirilməli və ya möhürlənməlidir; yaxud korpusa birdəfəlik birləşdirilən ayrıca texniki pasport lövhəsi ilə təmin edilməlidir.

9.1.1 Klapan sükanından və ya korroziyaya davamlı olmayan materialların hissələrindən başqa, klapanın digər hissələri boyanmamalıdır.

9.2.1 Kipləyiciaralıqların səthini və ya qaynaq edilmiş sonluqları və klapanın daxili hissələrini daşınma və saxlanma müddətində qorumaq üçün klapan sonluqlarının flansları və qaynaq edilmiş sonluqlar qoruyucu örtüklə örtülməlidir. Qoruyucu örtüklər taxtadan, taxta liflərindən, plastikdən və ya metaldan hazırlanmalı və klapanın sonluqlarına boltla, polad lentlərlə, sıxaclarla və ya sürtünməyə qarşı digər uyğun qurğularla bərkidilməlidir. Bu örtüklər elə təyin edilməlidir ki, onu çıxarmadan klapanı quraşdırmaq mümkün olmasın.

9.2.2 Yivli birləşmələrə tam kipləşmiş və bərk probkalar keçirilməlidir.

Klapanın daşınması zaman onun şiberi bağlı vəziyyətdə olmalı və ştokun yivlərinə sürtgü yağı çəkilməlidir.

9.4 Ştokun kipləyicisi

Əgər göstərilibsə, klapanın daşınması zamanı onun fənər halqaları və kipkəc korpusu quraşdırılmalıdır (bax: 5.9.2). Əgər istehlakçıtərəfindən başqa cür təyin edilməyibsə, kipkəc boltları daşınma üçün sıxılmalıdır.

9.5.1 Əgər satınalma sifarişində ixrac üçün qablaşdırma göstərilməyibsə, klapanları boş, paletlə və ya yeşik yaxud qutuda qablaşdıraraq daşımaq olar.

9.5.2 Satınalma sifarişində ixrac üçün qablaşdırma göstərildikdə klapanlar ayrıca olaraq və ya birlikdə taxta yeşiklərdə və ya qutularda elə daşınmalıdır ki, onların qabların içərisində öz yerini dəyişməsi mümkün olmasın.

Qeyd - Mötərizədə göstərilən rəqəmlər bu standartın bəndlərinə və ya yarımbəndlərinə edilən istinadlardır.

1) Bu standartın əlavə tələbləri xüsusi olaraq satınalma sifarişində göstərilməlidir.

2) Əgər heç bir əlavə tələb nəzərdə tutulmayıbsa, onda satınalma sifarişində sadəcə olaraq API 603 standartına istinad edilməli və aşağıdakı siyahıda (*) ilə işarələnmiş hissələr göstərilməlidir. Aşağıdakı siyahıda (*) ilə markalanmamış hissələr isə sifarişə daxil edilə bilən variantlardır:

a) klapanın ölçüsü *; (bax: 1.1)

b) təzyiq sinfi *; (bax: 1.1)

c) flanslı sonluqlar, o cümlədən flansın birləşmə səthinin örtüyü; və ya qaynaq edilmiş sonluqlar və daxili diametr *; (bax: 5.3.1.1 və 5.3.2.1)

d) köməkçi birləşmələr və açıq hissələr; (bax: 5.12.1)

e) qaynaq tikişi olan sonluq birləşmələri; (bax: 5.3.2.2)

f)yəhərin bərk ərintili səthi; (bax:5.6.4)

g) kipkəc korpusunun səthi; (bax: 5.9.2)

h) bərk ərintili arxa yəhər; (bax: 5.4.2)

i) korpusun və ya paz istiqamətləndiricilərinin əlavə bərk ərintili səthləri; (bax: 5.6.6)

j) qapağın kipləyici aralığı; (bax: Cədvəl 4)

k) yivli açıq hissələr; (see 5.4.4)

l) pazlı şiber və ya qoşa diskli şiber; həmçinin tələb edildikdə pazın növü *; (bax:5.6.1.1 və 5.6.1.2)

m) fənər halqaları; (bax: 5.9.4)

n) metrik vahid silsiləsi ilə göstərilən boltlar (bax:5.10.1)

o) ötürücü qutu, o cümlədən növü və düzülüşü və klapanda mövcud olan maksimum diferensial layihə təzyiqi; (bax:5.11.5 və 5.11.6)

p) cərəyan sistemi, o cümlədən cərəyanın və cərəyan blokunun növü və klapanda mövcud olan maksimum diferensial layihə təzyiqi; (bax:5.11.5 və 5.11.6)

q) baypas— flanslı və ya qaynaq edilmiş qapaqlı baypas klapan olduğunu göstərin (bax: 5.12.2)

r) klapan örtüyünün materialı *; (bax: Cədvəl 4)

s) nominal örtük materialı *; (bax: 6.2.2)

t) sükanlar; (bax:5.11.1 və 5.11.2)

u) alternativ ştok kipləyicisi; (bax: Cədvəl 4)

v) qapaq boltunun materialı; (bax: Cədvəl 4)

w) istehlakçı tərəfindən aparılan təftişlər; (bax: 7.1.2)

x) axın istiqamətinin nişanlanması; (bax: 8.2)

y) əlavə yoxlamalar və sınaqlar; (bax:7.4)

z) ixrac üçün qablaşdırma. (bax: 9.5)

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 8 dekabr 2014-cü il tarixli 008 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standartEN 15191:2009 “Precast concrete products - Classification of glassfibre reinforced concrete performance”standartınınautentiktərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2019-cu il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Zavod şəraitində istehsal edilən beton məmulatlar

Şüşə lifli betonun hazırlama klasifikasiyası

Precast concrete products

Classification of glassfibre reinforced

Bu Avropa Standartı şüşə liflə möhkəmləşdirilmiş betonun (fibrobetonun) klassifikasiyasını təyin edir. Bu klassifikasiya şüşə liflə möhkəmləşdirilmiş betonun (fibrobetonun) dizayn prosesində komponentlərə olan tələblərə uyğundur. Bu Avropa Standartı ancaq EN 1169 nömrəli standarta riayət edildiyi təqdirdə tətbiq edilir.

Bu standartın dizayn metodlarına aidiyyatı yoxdur.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik daxil olmaqla) tətbiq olunur.

EN 196-1,Methods of testing cement — Part 1: Determination of strength(EN 196-1,Sementin sınaq metodları- Hissə 1: Möhkəmliyin təyini)

EN 196-2,Methods of testing cement — Part 2: Chemical analysis of cement(EN 196-2,Sementin sınaq metodları- Hissə 2: Sementin kimyəvi analizi)

EN 1170-4, Precast concrete products — Test method for glass-fibre reinforced cement — Part 4: Measuring bending strength, "Simplified bending test" method (EN 1170-4, Hazır beton məmulatlar- Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement üçün sınaq metodu - Hissə 4: Əyilməyə davamlılığın təyini, "Sadələşdirilmiş Əyilmə sınağı” metodu)

EN 1170-5, Precast concrete products — Test method for glass-fibre reinforced cement — Part 5: Measuring bending strength, “Complete bending test” method (EN 1170-5, Hazır beton məmulatlar- Hissə 5 Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement üçün sınaq metodu - Hissə 5: Əyilməyə davamlılığın təyini, “Tam Əyilmə Sınağı” metodu)

EN 1170-6, Precast concrete products — Test method for glass-fibre reinforced cement — Part 6: Determination of the absorption of water by immersion and determination of the dry density(EN 1170-6, Hazır beton məmulatlar - Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement üçün sınaq metodu - Hissə 6: Immersiya ilə su hopmasının və quru sıxlığının təyini)

EN 1170-7, Precast concrete products — Test method for glass-fibre reinforced cement — Part 7: Measurement of extremes dimensional variations due to moisture content(EN 1170-7, Hazır beton məmulatlar - Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement (fibrosement) üçün sınaq metodu - Hissə 7: Nəmliyinə görə böyük ölçülü dəyişkənlərin ölçülməsi)

EN 1170-8, Test method for glass-fibre reinforced cement — Part 8: Cyclic weathering type test(EN 1170-8, Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement (fibrosement) üçün sınaq metodu - Hissə 8: Hava şəraitinin siklik dəyişməsi nəticəsində eroziya tipi sınağı)

EN 1339, Concrete paving flags — Requirements and test methods(EN 1339, Üzləmə plitələri - Tələblər və sınaq metodları)

EN 13198, Precast concrete products — Street furniture and garden products(EN 13198, Hazır beton məmulatlar - küçə bəzədilməsi və bağ məmulatları)

EN 13501-1, Fire classification of construction products and building elements — Part 1: Classification using data from reaction to fire tests(EN 13501-1, Tikinti məmulatları və bina elementlərinin yanğına qarşı klassifikasiyası- Hissə 1: Yanğın sınaqına reaksiya nəticələrinə istinadən klassifikasiya təyini)

EN 14649, Precast concrete products — Test method for strength retention of glass fibres in cement and concrete (SIC TEST)(EN 14649,Hazır beton məmulatlar – Şüşə lifli Sementdə (fibrosementdə) və Betonda (fibrobetonda) möhkəmlik qalığı test metodu (SİC sınaq))

EN 15422, Precast concrete products — Specification of glassfibres for reinforcement of mortars and concretes(EN 15422, Hazır beton məmulatlar - məhlulların və betonların möhkəmləndirilməsi üçün şüşə lifin spesifikasiyası)

EN ISO 6946, Building components and building elements — Thermal resistance and thermal transmittance — Calculation method (ISO 6946:2007)(EN ISO 6946, Tikinti komponentləri və tikinti elementləri- termal müqavimət və termal keçiricilik- hesablama metodu (ISO 6946:2007))

ISO 12491:1997,Statistical methods for quality control of building materials and components(ISO 12491:1997,Tikinti materiallarının və komponentlərinin keyfiyyətinə nəzarət üçün statistik metodlar)

3.1Şərtlər və Təfsilatlar

Bu sənədin təyinatı üçün terminlər və qısaltmalar aşağıdakı kimi tətbiq edilir.

Müəyyən xüsusiyyətlərin təkmilləşdirilməsi üçün tərkibə çəkisi və ya həcm/çəki vasitəsi ilə əlavə edilə bilən məmulat.

1) əlavə, reaktiv və ya inert, mineral və ya üzvi ola bilər.

2)kvars tozu reaktivdir və polimer dispersiyası üzvüdür.

Məhsul qarışdırmadan əvvəl və ya qarışdırma ərzində (çəki nisbətindən 5%-dan az olaraq) əlavə edilir ki, ilkin və yekun xüsusiyyətlərə gözlənilən dəyşikliklər verilə bisin

Qeyd: Qatqının həcmi sementin çəkisinə bağlıdır. Xüsusiyyətlər misal üçün: axıcılıq, hava boşluqlarının həcmidir.

3.1.3 Şüşə lifi AR (Alkaline Resistance-Qələvi mühitə davamlı)

Tərkibi qələvi mühitə davamlı hidravlik sementdən hazırlanmış şüşə lifli məmulat

3.1.4 Yoğun şüşə lifli kəndir (xammal)

Bir neçə müəyyən fərdi diametrli şüşə liflərlə hörülmüş yoğun şüşə lifli kəndir.

Qeyd: Hörülmüş şüşə lifli iplərin sayı: adətən 100 ilə 200 ədəd arasında; fərdi diametrləri: adətən 10µm ilə 30µm arasında.

3.1.5 Şüşə lifdən hazırlanmış ip

Sindirik formada paralel şəkildə sarınmış standart ölçülü şüşə lifli ip topu

3.1.6 Şüşə liflərlə möhkəmləşdirilmiş beton (Fibrobeton)

Şüşə liflər ilə möhkəmləndirilmiş tərkibdən ibarət sement məhluludur, bu materiallar biri birinə uyğunlaşa bilən məhluldur.

ŞLB-nun bir hissəsidir adətən qum, sement, su və hər hansı və qatqılardan ibarətdir.

3.1.8 Qatışdırma prosesi

Davamlı olaraq şüşə lifinin, müəyyən ölçülərdə kəsilərək məhlula qarışdırılması.

Qeyd:Bu proses, şüşə liflərin qəlib səthinə paralel olaraq sərilməsini təmin etmək üçün hazırlanmışdır.

3.1.9 Öncə qarışdırma əməliyyatı

Doğranmış şüşə lifləri məhlulla qatışdırıb istifadə prosesinə hazır vəziyyətə gətirmə prosesidir

Qeyd: istifadə prosesi “tökmə və vibrasiya”, duru yayma, inyeksiya, presləmə və s. ola bilər.

3.1.10 İstiqamətləndirilmiş liflər prosesi

Doğranmış liflərin və iplərin məhlulda müəyyən edilmiş istiqamətdə yerləşdirilməsi prosesidir.

Adətən piqmentləşdirilmiş xırda dənəli betonun səth qatı

3.1.12 SŞİ sınağı (Sementdə Şüşə İp sınağı)

Sement və betonda şüşə liflərin təzyiqə davamlılığı sınağı

Fibrobetonun Lif tərkibi onun həcm çəkisinə görə faiz nisbəti ilə verilmişdir.

3.1.14 Mütənasiblik Həddi (MH)

Təzyiq-deformasiya diaqramında əymə təzyiqi xətti elastik material göstəricisindən plastik material göstəricisinə döndükdə

3.1.15 Əyilmədə Qırılma Modulu (ƏQM)

EN 1170-4 və ya EN 1170-5-ə əsasən, son əymə gərginliyidir

3.1.16 Xarakterik xüsusiyyət

İstehsal edilən məhsulun xüsusiyyətləri tələb edilən qiymətlərin 95%-dən yüksək olduqda onlar ŞLB (Fibrobeton) kimi qəbul edilir.

3.1.17 Qəbuletmə sınağı

Məhsulun şərtnaməyə uyğunluğuna əmin olmaq üçün əvvəlcədən təyin olunmuş müntəzəm sınaqdır.

3.1.18 İlkin növ sınaqları

Məhsulların növlərinin xüsusiyyətlərini təyin etmək üçün texniki şərtnamədə təsvir edilmiş sınaq və prosedur toplusu

3.1.19 Sement. Hidravlik bağlayıcı

Su ilə qarışdığı zaman pasta halına gələn və hidratlaşma reaksiyası ilə prosesləri nəticəsində bərkiyən, sonra hətta su altında da özünün möhkəmliyini və stabilliyini saxlayan narın qeyri-üzvü material (maddə)

Qeyd: Sement EN 197-1-ə uyğun olmalıdır.

Sementdə və ya betonda istifadə üçün yararlı dənəvar mineral material

Qeyd: Qum təbii və ya süni ola bilər. Qum EN 12620-yə uyğun olmalıdır.

3.2Simvollar və qısaldılmış terminlər

AR Alakine Resistance - Qələvi mühitə davamlı

ŞLB Şüşə Lifli Beton (Fibrobeton)

MH Mütənasiblik Həddi

ƏQM Əyilmədə Qırılma Modulu

4.1Qarışım materialın xarakteristikaları

Şüşə Lifli Beton (Fibrobeton) şüşə liflərlə möhkəmləşdirilmiş sementli qarışım məhsululdur.

İstehsal edilmiş qarışım materialının xüsusiyyətləri aşağıdakılardan asılıdır:

a) Məhlulun xüsusiyətləri;

b) möhkəmləndirici kimi şüşə lifin xassələri, forması, həcmi və istiqaməti (yönləndirilməsi);

c) məhlulla şüşə liflərin birləşməsi (yapışması);

d) istehsal prosesləri;

e) istehsal vaxtı emal və şərait (bərkimə).

4.2 Şüşə lifli Betonun (ŞLB-Fibrobeton) struktur tərkibi

ŞLB-Fibrobetonun mexaniki xassələri qarışımın dizaynından asılıdır və məhsula olan tələblərə uyğun olmalıdır. Cədvəl 1-də qarışım dizaynları istinad kimi nəzərdə tutulmuşdur; bu hədlərdən kənara çıxan qarışım dizaynları məhsulları praktiki təcrübəyə görə və istifadədən əvvəl yoxlandığı təqdirdə məqbul hesab edilə bilər.

Çəki nisbətində lifin tərkibi %

AR liflərin uzunluğu (mm)

yönləndirilmiş liflər istifadəsi halında lifin uzunluğu məhsuldan asılıdır.

su/sement nisbəti: ŞLB-Fibrobeton bərkiməmiş halda suyun ümumi kütləsinin quru sementin kütləsinə nisbəti. Putsolanvari doldurucuar istifadə olduqda onlar sementli kimi nəzərə alına bilər və su/sement nisbəti su / umumi bağlayıcı nisbəti kimi ifadə edilə bilər (məsəl üçün: bu kimi putsolanvari doldurucular ovulmuş yanacaq külü, mikrokvars və metakaolindir)

Metakaolin: istifadə edilən yerdə qüvvədə olan qaydalar buna görə tətbiq olunur.

qum/sement nisbəti: quru doldurucu həcminin ŞLB-Fibrobetonun sement həcminə nisbəti.

Polimerin həcmi yayılmış 50% bərk tərkibli maddələrə aiddir

4.3 Hazırlama prosesi

4.3.1 ŞLB(Fibrobetonun) qarışdırlıma və ya öncəqarışdırma prosesləri

Aşağıdakı dəyərlər ortalama dəyərlərdir.

28 gün əyilmə möhkəmliyi

ƏQM–da son gərginlik (ᵋ) %

Köhnəlmədən sonra möhkəmlik

(50 su hopdurma/qurutma dövrü):

ƏQM–da son təzyiq (ᵋ) %

Sıxılma/genişlənmə mm/m

Elastiklik modulu MPa

Qeyd- ƏQM–un 50%-i adətən dartınmaya davamlılıqdır. Bu qiymət hər hansı məlumatın yoxluğunda istifadə oluna bilər.

Səciyyəvi möhkəmlik MPa

Termal keçiriciliyi µm/mK

Quru ŞLB (fibrobeton) üçün

Termal keçiricilik W/mK

Hava və su keçiriciliyi

8 mm qalınlığında təbəqə üçün

4.3.2 Yönləndiririlmiş lifli ŞLB

Yönləndirilmiş lifli proseslər yuxarıdakı göstəricilərdən fərqlənən mexaniki nəticələr verə bilər. Əldə ediləcə nəticələr aşağıdakı faktorlardan asılıdır:

a) məhsulun forması (həndəsi)

b) yönləndirilmiş liflərin istiqaməti

c) məhsulda yönləndirilmiş liflərin en kəsiyi və yerləşməsi

Yönləndirilmiş liflər olduğu halda, EN 1170-5-ə əsasən sınaq parçalarının mövqeyi liflərin istiqaməti ilə müəyyənləşdirilir. Bu halda ŞLB-nun klasifiasiyası sınağda lifin istiqamətinə bağlıdır.

5.1 Mexaniki xüsusiyyətlərə görə klasifikasiya

Şüşə liflərlə möhkəmləşdirilmiş beton (fibrobeton), EN 1170-5-ə uyğun olaraq onun xüsusi xassələri sayılan MH-in və ƏQM-qiymətləri əsasında dəyərləndirilir.

5.2 Tətbiq etmə- xüsusi parametrlər

Tətbiq etmədən asılı olaraq, ŞLB-nun ƏQM dəyəri təbii aşınmaya məruz qaldıqda uzun müddətə dəyişə bilər. Bu fakt k2 əmsalını tətbiq etməklə nəzərə alınmışdır.

İstifadə olunan hər bir düstur üçün EN 1170-8 standartına əsasən növ sınağı vasitəsi ilə müvafiq k2 əmsalı təyin olunur.

ŞLB məhsulları üçün xidmət ömrü ərzində təbii aşınmaya məruz qaldıqda tətbiq etmə əmsalı k2 tənliyi(1) ilə müəyyənləşdirilə bilər.

Mühit aşınmasına və ya hər hansı digər keyfiyyəti zəiflətmə prosesinə məruz qalamayan quru mühitdə saxlanılan ŞLB məmulatları üçün ƏQM-in müddətlə bağlı dəşikliyi gözlənilmir.

Yuxarıdaki tətbiq üçün k2 = 1,0.

5.3 Materialın sinifləri

5.3.1 Klassifikasiya parametrləri

ŞLB materialının sinifi aşağıdakı xarakteristik dəyərlərin əsasında müəyyən edilir:

a) Mütənasibliyin Həddi (MH);

b) Əyilmədə Qırılma Modulu (ƏQM).

Cədvəl 4-də bu xarakteristik dəyərlərin ümumi həddləri verilir:

5.3.2 Parametrlərin specifikasiyası

Xarakteristikk dəyərlərin 95%-i ehtimal ilə 5% kvantil dəyərlərinə uyğun gəlir. Dəyərlər 28 günlük nümunələr üzərində həyata keçirilən sınaqlarla bağlıdır. İstehsalçı tərəfindən təyin edilmiş xarakteristik dəyərlər (fc) müəssisənin istehsalata nəzarətindən aiddir. Dəyərlər statistik analizlər nəticəsində keçirilmiş sınaqlar üzərindən tənlik vasitəsi ilə hesablanmışdır fc=f-ks (bax tənlik (2) və (3))

orta riyazi qiymət (3)

ŞLB denaminasiyası (adlandırılması) nümunələri:

- ŞLB 8/18 - MH = 8 MPa və ƏQM = 18 Mpa

- ŞLB 7/10- uyğun olaraq MH = 7 MPa və ƏQM = 10 MPa uyğun gəlir

5.4 Xüsusi parametr tətbiqi

Xüsusi parametirin tətbiqi ilə k2 ŞLB komponentlərinin istifadə yerində məruz qalacağı şərtlərə əsaslanır.

ŞLB-un və ya ondan düzəlmiş komponentlərin materiallarına və ya bu standartın xüsusi tələblərinə əlavə olaraq digər tələbləri tədbiqi, yəni:

a) yanğına davamlılıq;

b) dona (şaxtaya) davamlılıq;

digər xüsusi tələblər olduğu təqdirdə müvafiq olaraq əsaslandırılmalıdır.

Spesifik k2 əmsalı EN 1170-8 (Şüşə liflər qatılaraq möhkəmləndirilmiş sement (fibrosement) üçün sınaq metodu - Hissə 8: Hava şəraitinin siklik dəyişməsi nəticəsində eroziya tipi sınağı) uyğun olaraq tətbiq olunmalıdır,

7.2 Şüşə liflərə tələblər

Şüşə liflər EN 15422, Hazır beton məmulatlar - məhlulların və betonların möhkəmləndirilməsi üçün şüşə lifin spesifikasiyası və EN 14649 təyin edildiyi kimi, sement və betonda şüşə liflərin təzyiqə davamlılığı sınağı (Sementdə Şüşə İp sınağı) tələblərinə uyğun olaraq istehsal olunmalıdır.

Qeyd: Kateqoriya A: İpə görə möhkəliyin qalığı SŞİ sınağı ≥ 250 MPa; İpə görə möhkəliyin qalığı SŞİ sınağı ≥ 350 MPa.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver