Qanunvericilik › “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2005) › Tam mətn

“Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2005)

“Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 30 dekabr 2005-ci il

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin, “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət tənzimlənməsi tətbiq olunan qiymətlərin (tariflərin) (bundan sonra - qiymətlər) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi məsələlərini tənzimləyir.

1.3. Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarətini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) həyata keçirir.

2.1. Qiymətləri dövlət tərəfindən tənzimlənən malları (xidmətləri) istehsal edən (xidmət göstərən) subyektlərin (bundan sonra - subyektlər) qiymətləri gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərcləri, xərcləri tənzimləyən normativ hüquqi aktlara, habelə bu qaydalara və qaydalar əsasında hazırlanmış sənədlərdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müəyyən edilir.

2.2. Qiymətləri tənzimlənən malın (xidmətin) xüsusiyyətlərindən asılı olaraq zəruri hallarda Şura tərəfindən məhsulun (xidmətin) maya dəyərinə daxil edilən xərclərin strukturuna (tərkibinə), habelə iqtisadi cəhətdən əsaslandırılmaqla istehsal güclərinin texniki, texnoloji və s. göstəriciləri nəzərə alınmaqla, əsas istehsal xərclərinin sərf normalarına dair qərar qəbul edilə bilər.

2.3. Malların (xidmətlərin) qiymətləri qanunvericiliyə uyğun olaraq həmin qiymətdə nəzərdə tutulan vergilər, dövlət rüsumları və digər icbari ödəmələr daxil edilməklə müəyyən müddətlər, habelə istehlakçı qrupları üzrə diferensiallaşdırılmaqla təsdiq edilə bilər.

2.4. Dövlət tənzimlənməsi məqsədi ilə təqdim olunan sənədlər hər bir əmtəə (xidmət) və ya əmtəə (xidmət) dəsti üzrə ayrı-ayrılıqda və həm də xərc maddələri üzrə qüvvədə olan norma və tələblər əsasında hazırlanır.

2.5. Şura tərəfindən zəruri hallarda tənzimlənən qiymətlərin formalaşmasına əsaslı təsir göstərən xərclərin azaldılmasına, istehsal (xidmət) xərclərinin kənar amillər hesabına artırılmasının qarşısının alınmasına və vaxt göstəriciləri üzrə qiymətlərin diferensiallaşdırılmasına dair qərarlar qəbul edilə bilər.

2.6. Şura tərəfindən ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair aidiyyəti üzrə təkliflər verilə bilər.

2.7. Malların (xidmətlərin) qiymətlərində mənfəətin (rentabelliyin) nəzərə alınması aşağıdakı qaydada və şərtlərlə həyata keçirilir:

2.7.1. qiymətlərdə nəzərdə tutulan rentabellik səviyyəsi subyektin maliyyə-təsərrüfat fəaliyyətinin ahəngdarlığına, o cümlədən zəruri ehtiyaclarının ödənilməsinə şərait yaratmalıdır;

2.7.2. subyektlərin və yaxud onların istehsal etdikləri ayrı-ayrı mallar (xidmətlər) üzrə rentabellik normasının səviyyəsi və ya həddi (maya dəyəri nəzərə alınmaqla) Şura tərəfindən əvvəlcədən müəyyənləşdirilə bilər;

2.7.3. malların (xidmətlərin) rentabellik səviyyəsi müəyyənləşdirilərkən subyektə dövlət zəmanəti verilmiş kreditlərin hesabına qoyulmuş investisiyaların qaytarılmasını təmin edəcək məbləğ ayrıca göstərilməli, bu xərclər ödənildikdən sonra isə həmin məbləğ həcmində müvafiq düzəlişlər aparılmalıdır;

2.7.4. Şura tərəfindən zəruri hallarda malların (xidmətlərin) qiymətlərində nəzərdə tutulan rentabellik normasının səviyyəsi məhdudlaşdırıla bilər;

2.7.5. subyektlərin mallarının (xidmətlərinin) qiymətlərinin ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirinin artırılması, iqtisadiyyatın prioritet sahələrinə intensiv investisiya qoyuluşunun stimullaşdırılması və sahələrin xüsusiyyətləri əsas götürülməklə qiymətlərin tənzimlənməsi üsulu Şura tərəfindən seçilir və tətbiq olunur;

2.7.6. subyektlərin mallarının (xidmətlərinin) qiymətlərinin ölkənin so sial iqtisadi inkişafına səmərəli təsirinin artırılması və iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşunun stimullaşdırılması üçün mənfəət beynəlxalq təcrübəyə istinad olunaraq sərmayələrin faizi və rentabellik normasının səviyyəsi əsasında da müəyyənləşdirilə bilər;

2.7.7. subyektlərin mallarının (xidmətlərinin) qiymətləri xidmət şərtləri, tələb və təklif, bazar konyukturası, rəqabət tələbləri və s. nəzərə alınmaqla bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilir, qiymətlərin tənzimlənməsi üsulu Şura tərəfindən seçilir və tətbiq olunur.

2.8. Bu Qaydalarla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir:

2.8.1. obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;

2.8.2. qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;

2.8.3. dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq;

2.8.4. zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər.

2.9. Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə aşağıdakı sənədləri və məlumatları Şuraya təqdim edirlər:

- qiymətlərə baxılmasının zəruriliyinə dair müraciət və arayış;

- xidmətin göstərilməsinin hüquqi əsası barədə arayış;

- hər bir subyekt və malın (xidmətin) qiymətinin hesablanması üçün kalkulyasiya forması (1 nömrəli Forma) və bu Formaya 1, 2, 3 və 4 nömrəli əlavələr (xammal-material, enerjidaşıyıcıları, əmək haqqı və sair digər xərclərin açıqlanması, avadanlıqların, binaların istismarı və saxlanması, sex, ümumistehsal və istehsaldan kənar xərclərin ölçüləri haqqında arayış);

- əmtəə (xidmət) vahidi və ya dəsti üzrə təsdiq olunmuş əsas xərc maddələrinin (xammal, material, enerji, yanacaq və s.) sərf normaları;

- subyektin sərəncamında qalan mənfəətin istifadə olunma istiqamətləri;

- istehsalla (xidmətlə) bağlı göstərilən kənar xidmətlər, onların qiyməti və ümumi dəyəri;

- əvvəlki iki il və son hesabat dövrü üzrə xərc maddələri göstərilməklə malın (xidmətin) ümumistehsal (istismar) maya dəyəri (hesabat kalkulyasiyası);

- proqnozlaşdırılan maya dəyəri (istehsal (xidmət) ilə bağlı xərclərin açıqlanması) və mənfəət;

- vergi və digər ödənişlər;

- digər xərclərin açıqlanması;

- subsidiyaları ilə bağlı tədbirlər haqqında məlumat;

- debitor və kreditor borcların açıqlanması;

- təsərrüfat subyektinin maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə;

- yeni qiymətlərin layihələrinin qüvvədə olan qiymətlərlə müqayisəli cədvəli;

- uyğun qiymətlərin bir neçə region ölkələri üzrə səviyyəsi və tənzimləmə təcrübəsi barədə məlumat;

- dövlət tənzimləməsinə dair digər zəruri məlumat.

Subyektlər normativ hüquqi aktlarla müəyyən olunmuş formada hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edirlər.

2.10. Qiymətlərin dəyişməsinə dair təkliflərə baxılması və müvafiq qərarın təsdiq edilməsi aşağıdakı qaydada aparılır:

2.10.1. bu Qaydalarla müəyyən olunmuş formaya uyğ un olaraq subyektlər tərəfindən qiymətlərin tənzimlənməsi üçün təqdim olunan materiallara baxılması və müvafiq qərarla təsdiq edilməsi onların xüsusiyyətlərindən, həcmindən, baxılma zəruriliyindən və digər amillərdən asılı olaraq Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir;

2.10.2. qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 (bir) aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır. Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə, Şuranın Katibliyi müraciət daxil olduğu tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmamazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 (beş) iş günü müddətində rəsmi qaydada təqdim edilir;

2.10.3. qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır;

2.10.4. zəruri hallarda ayrı-ayrı məsələlərin təhlili və ekspertizası üçün Şura tərəfindən ekspertlər dəvət oluna bilər. Ekspertlərin dəvət olunması və əməyinin ödənilməsi məsələləri Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Ekspertlərin əməyinin ödənilməsi maraqlı tərəflərin razılığı olduğu hallarda və işin gedişatına təsir göstərməmək, eləcə də neytrallığı gözləmək şərti ilə subyektlər tərəfindən də maliyyələşdirilə bilər;

2.10.5. hazırlanmış layihələr Katibliyin təklifləri əsasında Şuranın gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər Şuranın Əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir;

2.10.6. subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin tənzimlənməsinə zərurət yarandıqda, Şura bu işin icrasını qısa müddətdə təmin edir;

2.10.7. subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir;

2.10.8. müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər mediada elan olunur;

2.10.9. qiymət cədvəlinin sənədləşdirilməsi forması Şura tərəfindən müəyyən edilir.

3.1. Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti növbəti və növbədənkənar qaydada həyata keçirilir.

Növbəti və növbədənkənar dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

3.2. Dövlət nəzarətini həyata keçirən Şuranın vəzifəli şəxsləri və subyektlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.

3.4. Dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Subyektin adı___________________________________________________________

Malların (xidmətin) adı__________________________________________________

o cümlədən, Sosial Müdafiə Fonduna ayırmalar

yanacaq və sürtgü materialları

istehsalla (xidmətlə) bağlı xərclər

amortizasiya xərcləri

maya dəyərinə daxil olan vergilər

elektrik enerjisi haqqı

tullantı suların axıdılması haqqı

bank xidməti üzrə xərclər

borca və kreditə görə ödənilmiş faizlər

nümayəndəlik xərcləri

kadr hazırlığı xərcləri

elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər

Malların (xidmətlərin) qiyməti

Rentabellik normasının səviyyəsi

Malların (xidmətlərin) qiyməti, ƏDV ilə

QEYD. Subyektlərin fəaliyyəti və maliyyələşməsindən asılı olaraq Formaya əlavə və dəyişikliklər edilə bilər.

İqtisadiyyat şöbəsinin rəisi

1 nömrəli Formaya 1 nömrəli əlavə

Gəlir və daxilolmalar, cəmi,

malların təqdim edilməsindən və

xidmətlərin göstərilməsin-dən əldə olunan pul vəsaitləri

dövlət büdcəsindən ayrılan subsidiyalar

XƏRCLƏRİN İSTİQAMƏTLƏRİ,

büdcə ödənişləri cəmi,

əmək haqqı və ona bərabər tutulan ödənişlər, cəmi,

sosial sığorta haqları

əmək haqqı fondundan DSMF-yə ayırmalar

elektrik enerjisi haqqı

tullantı suların axıdılması haqqı

bank xidməti üzrə xərclər

borca və kreditə görə ödənilmiş əsas məbləğlər, o cümlədən:

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən:

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən:

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

nümayəndəlik xərcləri

kadr hazırlığı xərcləri

elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər,

normativ sənədlərin hazırlanması xərci

dividendlərin ödənilməsi cəmi, o cümlədən:

büdcəyə ödənilən dividendlər

kapital və maliyyə qoyuluşları cəmi, o cümlədən:

tikinti-quraşdırma işləri

əsas vəsaitlərin alınması,

avtonəqliyyat vasitələrinin alınması

qeyri-maddi aktivlərin alınması

torpaq sahələrinin alınması

qiymətli kağız və səhmlərin alınması, faizli istiqrazlara uzunmüddətli maliyyə qoyuluşları

sosial xərclər, o cümlədən:

qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin tikintisinə

qeyri-istehsal təyinatlı obyektlərin əsas vəsaitlərinin yeniləşməsinə və əsaslı təmirinə

xeyriyyəçilik məqsədi ilə ödənişlər

QEYD. Subyektlərin fəaliyyəti və maliyyələşməsindən asılı olaraq Formaya əlavə və dəyişikliklər edilə bilər.

İqtisadiyyat şöbəsinin rəisi

1 nömrəli Formaya 2 nömrəli əlavə

A. Xammal və materiallar

_______________________

_______________________

B. Alınan komplektləşdirici

məmulatlar, yarımfabrikatlar və

əməkdaşlıq edilən müəssisələrin

________________________

________________________

«___»____________200__il

İqtisadiyyat şöbəsinin rəisi Baş mühasib

Qeydlər: 1. Alınan komplektləşdirici məmulatlar, yarımfabrikatlar və əməkdaşlıq edilən müəssisələrin xidmətləri bölməsində komplektləşdirici məmulatların tam siyahısı verilir.

2. Hesabat göstəriciləri ilə müqayisədə xammal və materialların dəyərindəki dəyişikliklərin nəyin hesabına baş verdiyi göstərilir.

1 nömrəli Formaya 3 nömrəli əlavə

Müvəqqəti – mükafatlandırma

sistemi üzrə əlavə ödəmələr:

Cəmi (əlavə ödəmə nəzərə alınmaqla)

Cəmi (mükafat nəzərə alınmaqla)

«___»_____________200__il

Əmək haqqı şöbəsinin rəisi

Qeyd. Forma əsas istehsal sexlərində vaxtamuzd əmək ödəmələri ilə

məşğul olan istehsal fəhlələri daxil olmaqla, bütün əsas istehsal fəhlələrinin

əmək haqqı nəzərə alınmaqla doldurulur.

1 nömrəli Formaya 4 nömrəli əlavə

1. Sex xərcləri (sahə xüsusiyyətlərinə əsasən

müəyyən olunmuş bölüşdürmə bazasına

2. Ümumtəsərrüfat xərcləri (sahə xüsusiyyətlərinə

əsasən müəyyən olunmuş bölüşdürmə

bazasına %-lə nisbətdə)

3. İstehsaldan kənar xərclər məhsulun (işin, xidmətin)

istehsal maya dəyərinə görə %-lə

«___»__________200__-ci il

1. Sex xərcləri məhsulun (işin, xidmətin) maya dəyərinin 5 %-ni və daha çoxunu təşkil etdikdə, məmulatın hazırlanmasında iştirak edən əsas istehsal xərcləri şəklində göstərilir.

2. Sex, ümumtəsərrüfat xərclərinin hansı baza əsasında bölüşdürüldüyünü mötərizədə göstərmək lazımdır.

1. 16 iyul 2014-cü il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 iyul 2014-cü il, № 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 933)

2. 26 dekabr 2014-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1679)

3. 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345)

4. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)

5. 7 noyabr 2024-cü il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 noyabr 2024-cü il, “Xalq” qəzeti, 22 noyabr 2024-cü il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1253)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver