“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 14-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasını, maliyyələşdirilməsini, təyinatına uyğun bina, müasir avadanlıq və digər zəruri təşkilatı-texniki vasitələrlə təchiz olunmasını təmin etsin, onun Əsasnaməsini və strukturunu təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Əsasnamənin 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatın siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
3. Müəyyən edilsin ki,
3.1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının nümunəsinin müəyyənləşdirilməsinə dair), 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin birinci və ikinci cümlələrində, 19-cu maddəsinin birinci cümləsində, 20-ci maddəsində, 30-cu maddəsində, 33-cü maddəsinin birinci hissəsinin on birinci abzasında, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində, 78-ci maddəsinin birinci cümləsində və 78-2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərinin müəyyənləşdirilməsinə dair), 6-cı maddəsinin birinci cümləsində, 33-cü maddəsinin ikinci hissəsində, 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı maddəsində, 55-ci maddəsinin birinci hissəsində (birinci halda) və 73-1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Əsasnamənin 5-1-ci maddəsində, 8-ci maddəsinin ikinci hissəsində, 14-cü maddəsində, 19-cu maddəsinin ikinci cümləsində, 31-ci maddəsində, 38-ci maddəsinin ikinci cümləsində, 43-cü maddəsində, 44-cü maddəsində, 45-ci maddəsinin 3-cü bəndində, 52-ci maddəsində, 53-cü maddəsinin birinci və ikinci hissələrində, 55-ci maddəsinin birinci hissəsində (ikinci halda), 57-ci maddəsində, 71-ci maddəsində, 75-ci maddəsinin ikinci hissəsində, 76-cı maddəsində, 78-3-cü maddəsinin birinci cümləsində, 79-cu maddəsində, 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
3.3-1. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
3.5. həmin Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində və 78-ci maddəsinin birinci cümləsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.
4. Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:
1-ci, 2-ci, 3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri və 1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri
baş vergi xidməti müşaviri
2-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri
vergi xidməti müşaviri
3-cü dərəcəli böyük dövlət vergi xidməti müşaviri
kiçik vergi xidməti müşaviri
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
1-ci dərəcəli müfəttiş
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
2-ci dərəcəli müfəttiş
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
3-cü dərəcəli müfəttiş
5. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 30-cu maddəsinə əsasən vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı təsdiq edilsin (əlavə olunur).
6. “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).