Qanunvericilik › «Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

«Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

«Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

«Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. «Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

1.1. Elektron xidmətin adı:

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 nömrəli Əlavəsinin 8-ci bəndi.

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarının 8-ci bəndi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.17-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

1.8.1. Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi.

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət üzrə ödəniş:

2.3. Elektron xidmətin istifadəçiləri:

hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29782/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/content/29782/

- e-poçt: info@mia.gov.az, bnmi@mia.gov.az

- telefon: +994 12 590-90-15

2.6.1. Xüsusi icazənin verilməsi üçün istifadəçi tərəfindən ərizəyə (əlavə №1, 2) aşağıdakı sənədlərin skan edilmiş surətləri elektron formada əlavə olunur:

2.6.1.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənəd;

2.6.1.2. Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi barədə Səhiyyə Nazirliyinin rəyi;

2.6.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər:

- narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış;

- narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış;

- narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;

- psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması:

ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə həmin internet ünvanına təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, fiziki şəxslər barəsində təqsirləndirici materiallar daxil olduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələrə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıqlara aid olmayan narkotik vasitələr, psixotrop maddələr və avadanlıqların istifadəsi ilə bağlı xüsusi icazənin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu:

istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və baxılması üçün elektron formada (internet vasitəsi ilə) Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanır.

Sorğunun icrası üzrə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:

Sənədlərə Baş Narkotiklərlə Mübarizə İdarəsində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və imtina üçün əsaslar olmadıqda 10 gün müddətində (sorğu Baş Narkotiklərlə Mübarizə İdarəsinin internet səhifəsinə daxil olduğu tarixdən) dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazə verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

Səhiyyə Nazirliyi dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi barədə rəy verir.

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, yaxud imtina üçün əsaslar olmadıqda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi barədə qərar qəbul edilir və xüsusi icazə sənədinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həyata keçirir.

3.4.1. Nəzarət forması:

daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş qurumun tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyinə

_________________________________________

________________________________ yaşayan

vət. _____________________________________

__________________________________________

__________________________________________

__________________________________________

______________________________tərəfindən

Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli 120 nömrəli Qərarına əsasən respublika ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazə verilməsini xahiş edirəm.

Fiziki şəxs _____________________________________

(adı, soyadı, atasının adı)

Tarix________ İmza: __________

Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyinə

_______________________________________

_______________________________________

_______________________________________

____________________________tərəfindən

Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli 120 nömrəli Qərarına əsasən respublika ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazə verilməsini xahiş edirik.

___________________________________

Hüquqi şəxsin rəhbəri (soyadı, adı, atasının adı)

Tarix________ (möhür, imza)

1. 20 noyabr 2015-ci il tarixli Q56-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511200056, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2015-ci il)

2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver