Qanunvericilik › Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə (Ədliyyə Nazirliyi, 29.12.2011) › Maddə 317-2

Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi

Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə (Ədliyyə Nazirliyi, 29.12.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi —

altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

317-2.2. Eyni əməllər təkrar törədildikdə —

iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi üçün cinayət məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2-ci maddəsinin mətni ilə tanış oldum və bunu imzamla təsdiq edirəm.

__________________________

(imza, adı və soyadı)

«____» __________ 20____ il

______________________________________________________________________________________________

__________________________________________________________________________ ünvanda yaşayan

vətəndaş ___________________________________________________________________________________

Nəzərinizə çatdırılır ki, sizin _______________________________________________________________

____________________________________________________________________________________________

cəzasını çəkmək üçün «___» ________ 20__ il tarixdə _______________________________________

ünvanda yerləşən _____________________________________________________________ daxil olub.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq məhkum ____________________________________________________________________________________________

il ərzində ______ bağlama, sovqat və banderol almaq, __________ qısamüddətli, _________ uzunmüddətli görüş və məhdudiyyətsiz sayda məktub, teleqram almaq və göndərmək, _______ dəfə telefonla danışmaq, videogörüş keçirmək hüququ vardır.

Məhkuma üç nəfərdən artıq olmayan yetkinlik yaşına çatmış şəxslə və yetkinlik yaşına çatmayan uşaqları və ya yaxın qohumları ilə görüşməyə icazə verilir.

Məhkuma Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən olunmuş əşya və ərzaq məhsullarını sovqatda gətirmək, yaxud bağlama və ya banderollarda göndərmək olar.

Bildirişin arxa tərəfində göstərilmiş əşyaların cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara hər hansı üsulla verilməsi və ya ötürülməsi qadağandır. Belə qeyri-qanuni hərəkətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qadağan olunmuş əşyaların siyahısı və qeyd olunan maddənin mətni məlumat üçün bildirişin arxa tərəfində verilmişdir.

_______________________________________________________________________________________________

«____» __________ 20____ il

Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.

Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.

Güclü təsir edən dərman vasitələri.

Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.

Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).

Radioqəbuledici və ötürücülərin bütün növləri, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.

Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver