Qanunvericilik › Ədliyyə Nazirliyinin mühafizə alayında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların əsgəri poçt göndərişlərinə dair Təlimat (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 02.05.2002) › Tam mətn

Ədliyyə Nazirliyinin mühafizə alayında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların əsgəri poçt göndərişlərinə dair Təlimat (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 02.05.2002)

Ədliyyə Nazirliyinin mühafizə alayında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların əsgəri poçt göndərişlərinə dair Təlimat (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 02.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu təlimat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar xidmətinin Mühafizə Alayında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların, həmçinin onların tabeçiliyində olan hərbi hissə və bölüklərin adına ünvanlanan, onlar tərəfindən poçt müəssisələri vasitəsilə göndərilən poçt və teleqraf göndərişlərinin qəbulu, işlənməsi və verilməsi prosedurunu müəyyən edir.

1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının hüquqi şəxslərinin, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının adına ünvanlanan, həmçinin onlar tərəfindən göndərilən poçt və teleqraf göndərişlərinin qəbulu və verilməsi mövcud qanunvericilik aktları, ayrı-ayrı müqavilələr və bu təlimatla tənzimlənir.

1.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin (bundan sonra – AZCON) idarəetməsinə verilmiş “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti) və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi müvafiq olaraq hər bir hərbi hissə və bölük komandirinə, həmçinin poçt müəssisələrinin rəhbərlərinə poçt göndərişlərinin təhvil verilib-alınması prosedurunun bu təlimata, mövcud qanunvericilik aktlarına və bağlanmış müqavilələrə uyğun olaraq təşkil edilməsi barədə əmrlər verirlər.

1.3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə, hərbi hissə və bölüklərin, dislokasiyası, həmçinin dislokasiyalarda dəyişikliklər olduqda, bu barədə siyahı-məlumatlar verilir.

1.4. Xüsusi hərbi vəziyyət şəraitində və ümumiyyətlə dislokasiyası barədə məlumatların verilməsi qadağan edilən hərbi hissə və bölüklərə, həmçinin belə hissə və bölüklərdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara poçt göndərişləri, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq poçt müəssisələri tərəfindən çatdırılır. Belə hallarda Ədliyyə Nazirliyinin Penitensiar xidməti hərbi hissə və bölüklərin dislokasiyası, həmçinin dislokasiyalarda dəyişikliklər olduqda, bu barədə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi məlumat verir. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi öz növbəsində hansı poçt müəssisələrinin onlara xidmət edəcəyi barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə rəsmi məlumat verir.

1.5. Hərbi hissələrin dislokasiyası barədə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən məlumatlar məxfidir və onun məxfiliyinin qorunması Cəmiyyət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir.

1.6. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hərbi hissələrin dislokasiyası barədə məlumatların qanunvericilikdə müəyyən edilmiş qaydada Poçt Daşıma Mərkəzinə (RDM), Xüsusi Rabitə İdarəsinə və Bakı Teleqrafına verilməsini, bu məlumatların məxfiliyinin qorunmasını təmin edir.

1.7. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən poçt və teleqraf xidmətlərinə dair qayda və təlimatlar tariflər Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə göndərilir. Penitensiar xidməti öz növbəsində qayda və təlimatların, tariflərin, onlara əlavələrin operativ qaydada hərbi hissə və bölüklərə göndərilməsini təmin edir.

1.8. AZCON-un razılığı ilə xüsusi hallarda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin səlahiyyətli nümayəndələri əsgəri poçt və teleqraf göndərişlərinin vaxtında və düzgün çatdırılmasını birdə araşdırmaq üçün poçt müəssisələrinə buraxıla bilər.

1.9. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayı və onun bölükləri tərəfindən göndərilən poçtun “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xüsusi Rabitə İdarəsi (XRI) vasitəsilə çatdırılması ayrıca müqavilə ilə tənzimlənir.

1.10. Bu təlimatın tələbləri pozulduğu hallarda tərəflərin birinin iradı, digər tərəfindən dərhal araşdırılmalı və onların aradan qaldırılması üçün tədbirlər görülməlidir.

2.1. Hərbi hissələr, bölüklər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular tərəfindən, həmçinin onlara ünvanlanan poçt və teleqraf göndərişləri əsgəri poçt və teleqraf göndərişləri adlanır.

2.2. Hərbi hissələrin, bölüklərin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların ünvanına aşağıdakı poçt və teleqraf göndərişləri qəbul edilir:

b). Məktublar (Sadə, sifarişli, qiymətli);

v). Poçt vərəqələri (Sadə, sifarişli);

q). Banderollar (Sadə, sifarişli, qiymətli);

d). Bağlamalar (adi, qiymətli);

e). Pul baratları (poçt ilə, teleqrafla, elektron poçtla);

i). Teleqramlar (adi, təcili).

2.3. Hərbi hissələrin, bölüklərin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların adına olan qəzet və jurnallar ayrıca müqavilə ilə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq qurumları vasitəsilə daşınaraq çatdırıla bilər.

2.4. Əsgəri poçt göndərişləri üçün müəyyən edilmiş ölçülər və çəki hədləri 1 saylı əlavədə göstərilmişdir.

3.1. Əsgəri poçt və teleqraf göndərişlərində ünvanlar aşağıdakı ardıcıllıqla yazılır:

a). “Haraya” sətirində hərbi hissəyə qulluq göstərən poçt müəssisəsinin adı, yaşayış məntəqəsinin, rayon mərkəzinin və ya şəhərin adı - məktubun və ya göndərişin yuxarı sol küncündə;

b). hərbi hissənin rəqəmlə nömrəsi, lazımi hallarda nömrədən sonra hərflə literi;

v). “Kimə” sətirində hərbi qulluqçunun adı, soyadı, atasının adı göstərilir. Əgər göndəriş hərbi hissənin, bölüyün adına ünvanlandırsa, bu halda hərbi hissənin, bölüyün nömrəsi və alıcı şəxsin vəzifəsi göstərilir.

q). göndəricinin tam ünvanı, soyadı, adı, atasının adı, göndərişin aşağı sağ küncündə yazılır;

d). zərflərin, açıqcaların və poçt vərəqələrinin aşağı sol küncündə xüsusi ayrılmış yerdə göndərişlərin ünvanlandığı poçt müəssisəsinin poçt indeksi yazılır.

e). ünvanda qısaldılmış adların, ünvanların yazılmasına icazə verilmir, hərbi hissənin nömrəsi rəqəmlə, literlər isə həriflə yazılır.

3.2. Azərbaycan Respublikası daxilində göndərilən poçt göndərişlərində bütün məlumatlar yalnız Azərbaycan dilində yazılır.

3.3. Teleqramlarda ünvanlar 3.1 bəndində göstərilən ardıcılıqla yazılır, ancaq ünvandan əvvəl “Seriya P” qeydi yazılmalıdır.

3.4. Göndərici əsgəri poçt göndərişini eyni ünvana iki alıcıya ünvanlaya bilər, belə halda poçt göndərişi ünvançılardan birinə verilə bilər. Bundan başqa göndərici bir ünvanda olan alıcıya göndərdiyi poçt və ya teleqraf göndərişinin başqa şəxsə verilməsini bəyan edə bilər.

Məsələn: “Həsənov Nəsən Əli oğluna, Hüseynov Ələkbər Əhməd oğluna verilmək üçün”. (Həsənov Nəsən olmadıqda Hüseynov Ələkbərə vermək olar).

3.5. Növündən, kateqoriyasından və göndərmə üsulundan asılı olaraq əsgəri poçt göndərişlərinin ünvan tərəfinin yuxarı hissəsində göndərici tərəfindən aşağıda göstərilən qeydlər edilməlidir:

3.5.1. Sadə və sifarişli banderolların üzərində - “Banderol”;

3.5.2. Qiymətli banderolların üzərində - “Qiymətli banderol_______________ manat”, və “Siyahı ilə”;

3.5.3. Qiymətli məktubların üzərində “Qiymətli______________ manat” və “Siyahı ilə”;

3.5.4. Verilməsi barədə xəbərnamə ilə göndərilən poçt göndərişlərinin üzərində, bağlamaların qoşma ünvan blanklarında, baratların blanklarında - “Xəbərnamə ilə”, “Sifarişli xəbərnamə ilə”, “Teleqrafla xəbərnamə ilə”;

3.5.5. Sürətli pul baratlarının blankında – “Moniqram”, “Təcili” teleqraf pul baratlarının blanklarında – “təcili”;

3.5.6. Bağlamaların üzərində və onların qoşma ünvan blankında – “Siyahı ilə”, qiymətlilərdə - “Qiymətli (rəqəm və yazı ilə) manat”, “Siyahı ilə”;

3.5.7. Təzə meyvə və tərəvəz bağlamalarında – “Meyvə”, “Tərəvəz”.

3.6. Hərbi hissələr, bölüklər, hərbi qulluqçular tərəfindən göndərilən poçt və teleqraf göndərişləri ümumi qaydalara uyğun ünvanlandırılır.

3.7. Bütün növ poçt göndərişlərinin üzərində və qoşma ünvan blankında “Əsgəri” sözü yazılmış ştamp vurulur. Pul baratı teleqramının və teleqramların “Xidməti qeydlər” sətrində “Seriya P” yazılmalıdır.

4.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular tərəfindən və ya onların ünvanına göndərilən poçt göndərişlərinin içərisində aşağıda göstərilən əşyaların göndərilməsi qəti qadağan olunur:

- zəhərli bitgi və heyvanlar, silah, barıt, patron, benzin, neft, spirt, civə, zəhərlər, turşular, narkotik maddələr, kimyəvi reaktivlər, toksoloji radioaktivlər, partlayıcı, tezalışan və sağlamlıq üçün təhlükəli digər maddələr və əşyalar, həmçinin, tez xarab olan qida maddələri (təzə balıq və ət, öldürülmüş quşlar, kərə yağı və s. ).

4.2. Adi və sifarişli məktublar istisna olmaqla, bütün poçt göndərişləri açıq şəkildə qəbul edilir. Əgər göndərici bundan imtina edərsə, poçt göndərişi qəbul olunmur.

4.3. İçərisində və üzərində hərbi qulluqçuların və vətəndaşların şərəf və ləyaqətini, milli hissiyatını təhqir edən şəkillər, yazılar olan, həmçinin poçt işçilərinin həyatı üçün təhlükə törədən, başqa poçt göndərişlərini çirkləndirən və ya onu korlaya bilən, içərisində maye olan əşyalarla qablaşdırılmış poçt göndərişlərinin qəbulu qadağandır.

4.4. Məktublarda bərk, kəsici əşyaların (tiyə, bəzək sancaqları, nişanlar, sancaqlar və s.), həmçinin mədəni-məişət və istehsalat təyinatlı əşyaların göndərilməsi qadağan olunur.

4.5. Poçt göndərişlərinin içərisində xarici valyutaların və respublikada tədavüldə olan pulun göndərilməsinə icazə verilmir.

4.6. Müddətli hərbi qulluqçuların (müddətdən artıq xidmət edən hərbi qulluqçular istisna olmaqla) adına “Ödəmə şərtli” və “Kəsri ödənməli” qeydli poçt göndərişlərinin qəbuluna icazə verilmir.

5.1. Müddətli hərbi xidmətə çağrılmış hərbi qulluqçuların göndərdiyi, çəkisi 20 qrama qədərdən olan adi məktublar və poçt vərəqələri pulsuz qəbul edilir. Bu məktub və poçt vərəqələrinin üzərinə hərbi hissənin “Əsgəri, pulsuz” yazısı olan ştampı vurulur. Belə ştamp vurulmayan məktub və poçt vərəqələri ştamp vurulmaq üçün hərbi poçtalyona qaytarılır. Əgər ştampsız məktub və ya poçt vərəqi poçt qutusundan çıxanlarsa, onlar “kəsri ödənməli” göndəriş hesab edilir və rüsum haqqı ünvançıdan alındıqdan sonra verilir.

5.2. Müddətli hərbi qulluqçular tərəfindən göndərilən, çəkisi 20 qramdan artıq olan məktublar, poçt vərəqələri və onların ünvanına göndərilən məktublar, poçt vərəqələri, adi və qiymətli banderollar, qiymətli bağlamalar, banderollar, sifarişli məktublar, teleqramlar ümumi göndərişlər üçün müəyyən olunmuş tarif üzrə rüsum haqqı ödənilməklə qəbul olunur.

5.3. Hərbi xidmətə çağrılmış çağrışçıların şəxsi paltarları və əşyaları göndərilən bağlamalar, hərbi hissənin komandiri tərəfindən imzalanmış və gerbli möhür ilə təsdiq olunmuş f. 103 siyahıları ilə təhvil verilir (əlavə2). F.103 siyahıları ilə birlikdə F.116 qoşma ünvan blankları və bağlamalarım içərisindəki əşyaların dezinfeksiya edilməsi haqqında arayış təqdim edilir. Əşyaların dezinfeksiya edilməsindən sonra bağlama 3 gün müddətində poçt müəssisəsinə təhvil verilməlidir. Dezinfeksiya haqqında arayış bağlamaları qəbul edən poçt müəssisəsində saxlanılır. F.116 qoşma ünvan blankının arxa hissəsində, hərbi hissə tərəfindən bağlamada əşyaları göndərilən hərbi qulluqçunun soyadı, adı, atasının adı göstərilir. Eyni zamanda hərbi hissə tərəfindən F116 qoşma ünvan blankının üz tərəfində “Əsgəri, pulsuz” ştampı vurulur, F.PÇ-1 qəbzinin rüsum haqqı sətirində və F.103 siyahısında poçt müəssisəsi tərəfindən “Əsgəri, pulsuz” sözləri yazılır.

5.4. Müddətli hərbi qulluqçular tərəfindən göndərilən məktublar, poçt vərəqələri hərbi hissələrdə olan poçt qutularına atılır. Hərbi hissə tərəfindən müəyyən olunmuş qrafik üzrə (qrafik poçt müəssisəsi ilə razılaşdırılır) hərbi poçtalyonlar tərəfindən məktub korrespondensiyası poçt qutularından çıxarılıb işlənərək poçt müəssisələrinə təhvil verilir. Məktub korrespondensiyasının poçt müəssisələrində olan qutulara atılması qadağandır.

5.6. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, tabeçilik üzrə hərbi idarələri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları tərəfindən göndərilən teleqramlar ümumi qaydada qəbul olunur, teleqramların “xidməti qeydlər” sətirində “Seriya P” sözləri yazılır.

5.7. Hərbi qulluqçular, həmçinin onların ünvanına göndərilən sifarişli məktublar, banderollar qəbul edilərkən F.PÇ-3, qiymətli məktub və banderol, bağlamalar üçün F.PÇ-1, pul baratları qəbul edilərkən F.PÇ-5, teleqramlar qəbul edilərkən F.TQ-2 qəbzləri verilir. Qəbzlərin yuxan sağ küncündə əl ilə “Əsgəri”, F.TQ-2 qəbzində isə “Seriya P.” sözləri yazılır. Poçt və teleqraf göndərişləri F.103 siyahısı ilə dəstə halında təhvil verildikdə qəbzlərin “Haraya” sətrində “Siyahı ilə”, göndərişin sayı, “Kimə” sətrində göndəricinin soyadı, ünvanı, pul baratları qəbul edildikdə isə əlavə olaraq göndəricinin bank rekvizitləri göstərilir.

5.8. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Rəhbərləri və tabeçilik üzrə hərbi hissələri tərəfindən göndərilən xüsusi və məxfi poçt göndərişləri onların məxfiliyinin xüsusi təlimatla qorunmasının təmin olunması şərtilə və sürətlə çatdırılması üçün “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Xüsusi Rabitə İdarəsinə təhvil verilir. Bu kateqoriyalı poçt göndərişlərinin çatdırılması proseduru ayrıca müqavilə ilə tənzimlənir.

5.9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Penitensiar xidmətinin və Mühafizə Alayının Rəhbərləri tərəfindən, həmçinin onların ünvanına göndərilən bütün növ poçt göndərişləri, “P” seriyalı teleqramlar ilk növbədə işlənərək. yola salınır və çatdırılır.

Poçt müəssisələrinə təhvil verilmiş əsgəri poçt göndərişləri dərhal çeşidlənir, sifarişli göndərişlər F. 11 Reyestrinə. sığortalı göndərişlər isə F.16 qaiməsinə yazılaraq 1-ci gedən poçtla Poçt Daşıma Mərkəzinə göndərilir. PDM-ə daxil olan “Əsgəri” Poçt göndərişləri mövcud qayda və təlimatlara uyğun olaraq, ilk növbədə çeşidlənir və təyinat üzrə yola salmır, PDM-də hərbi hissələrin dislokasiyası barədə məlumatların olması “Əsgəri” Poçt göndərişlərinin təyinat yerinə tez çatdırılmasını təmin edir.

5.10. Poçt müəssisələrinə daxil olan bütün növ “Əsgəri” poçt göndərişlərinə onların daxil olduğu günü göstərən təqvim ştempeli vurulur.

6.1. Hərbi hissə komandiri öz əmri ilə poçt və teleqraf göndərişlərini poçt şöbəsindən almaq və təhvil vermək üçün hərbi poçtalyonu və ya məsul şəxsi təyin edir. Əmrdə poçtun hər gün (poçt müəssisələrinin istirahət günləri istisna olmaqla) və hansı vaxtda (vaxt poçt müəssisəsi ilə razılaşdırılır) təhvil verilib-alınması öz əksini tapmalıdır. Təyin olunmuş vaxt və gün pozulduqda, bu barədə hərbi hissə komandirinə məlumat verilir. Belə halların təkrar olunmaması üçün hərbi hissə komandirləri tərəfindən dərhal müvafiq tədbirlər görülür.

6.2. Hərbi hissə və bölüklərə, onların şəxsi heyətinə ünvanlanmış adı və sifarişli göndərişlərin, qiymətli məktub və banderolların, bağlamaların, pul baratlarının bildirişləri (talonla birlikdə) və poçt göndərişləri hərbi hissə və bölüklərin poçtalyonlarına poçt müəssisələrində verilir.

6.3. Poçt göndərişləri, dövrü mətbuatı və teleqramları almaq üçün hərbi hissə komandiri, tərəfindən hərbi poçtalyona imzalanmış və gerbli möhürlə təsdiqlənmiş etibarnamə verilir (əlavə 3).

6.4. Etibarnamə bir təqvim ilindən artıq olmayan müddət üçün verilir, hərbi poçtalyonda olur və hər dəfə poçtu təhvil alarkən təqdim olunur.

6.5. Hərbi hissələrin və onların şəxsi heyətinin adına daxil olmuş sifarişli korrespondensiyalar, “Putyovka ilə”, “Biletlərlə”, “Sənədlərlə”, və s. qeydli qiymətli məktubların və teleqraf baratlarının ilkin bildirişləri və bütün təkrar bildirişlər F.8 kitabına və ya F.11 reyestrinə adbaad yazılır.

6.6. Poçt göndərişlərinin bildirişləri hərbi poçtalyona aşağıda göstərilən qaydada verilir:

6.6.1. Hərbi hissəyə, onun şəxsi heyətinə ünvanlanmış adi korrespondensiya və dövrü mətbuat heç bir yerdə qeyd olunmadan;

6.6.2. Qiymətli məktub və banderolların, bağlamaların, pul baratlarının ilkin bildirişləri-imza edilmədən, bütün təkrar bildirişlər-imza etdirilməklə;

6.6.3. Bu təlimatın 6,5 bəndində göstərilən poçt göndərişlərinin bildirişləri F.8 kitabına və ya F.11 reyestrinə yazılır, sayı, alınma tarixi göstərilərək, imza etdirməklə verilir.

6.7. Hərbi hissə və bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının adına ünvanlanmış bağlamalar, qiymətli məktub və banderollar, poçt müəssisəsində şəxsən ünvan sahibinə və ya onların etibarnamə verdikləri şəxslərə, həmçinin mütəşəkkil qaydada F.2 etibarnaməsi ilə (əlavə 4) hərbi hissənin və bölüyün hərbi poçtalyonuna verilir.

6.8. Hərbi hissə və bölüklərə ünvanlanmış banderollar, qiymətli məktub və banderollar hərbi hissənin, bölüyün komandiri və maliyyə hissəsinin rəisi tərəfindən imzalanmış birdəfəlik etibarnamələr ilə verilir. Etibarnamələr hərbi hissənin gerbli möhürü ilə təsdiqlənir.

6.9. Bankda hesablaşma hesabı olan hərbi hissələrə ünvanlanmış pul baratları məbləğindən asılı olmayaraq dərhal hərbi hissənin hesablaşma hesabına köçürülür. Bankda hesablaşma hesabı olmayan hərbi hissələrə ünvanlanmış pul baratları alıcılara şəxsən ödənilir.

6.10. Hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların adına ünvanlanmış pul baratları aşağıda göstərilən qaydada ödənilir:

a). ünvan sahibinə şəxsən;

b). ünvan sahibinin etibarnaməsi ilə başqa şəxsə;

v). mütəşəkkil qaydada hərbi hissənin maliyyə hissəsi rəisi vasitəsilə pul baratlarının hərbi hissələrin bankdakı hesablaşma hesabına F.3 reyestri üzrə (əlavə 5) köçürülməsi yolu ilə.

6.11. F.2 reyestr- etibarnaməsi və F.3 reyestri hərbi hissə tərəfindən iki nüsxədə tərtib olunur. Hərbi hissənin komandiri və maliyyə hissəsinin rəisi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiqlənir. Poçt göndərişlərinin bildirişləri hərbi poçtalyona verildikdən sonra, 3 gün ərzində F.2 reyestr-etibarnamələri və F.3 reyestrləri bildirişlərlə birlikdə poçt müəssisəsinə təqdim olunmalıdır.

Reyestrlərin və reyestr-etibarnamələrin blankları hərbi hissələr tərəfindən hazırlanır. Hərbi poçtalyon poçt göndərişlərini almağa gəldikdə hərbi bilet və hərbi hissə tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən vəsiqə ilə təmin olunmalıdır.

6.12. Hərbi hissənin müvəkkilindən F.2 və F.3 reyestr-etibarnamələr qəbul edilərkən poçt müəssisəsinin işçisi aşağıdakıları yoxlamalıdır:

a). reyestrlərin və reyestr-etibarnamələrin düzgün tərtib olunmasını və rəsmiləşdirilməsini, reyestrə yazılmış poçt göndərişlərinin bildirişlərinin olmasını;

b). F.3 reyestrlərinin yekununda sayın və məbləğin düzgün hesablanmasını və onun bildirişlər üzrə yekun məbləğə uyğun olmasını;

Hərbi poçtalyonun şəxsiyyətini təsdiq edən sənəddə və ya hərbi biletdə olan imzası ilə F.2 reyestr-etibarnamədəki imzasının uyğunluğunu.

Bütün bunlardan sonra reyestr-etibarnamələrin 1-ci nüsxəsində təqdim edilən sənədin məlumatlarım yazır. Məsələn: “702 saylı hərbi hissə tərəfindən 15 dekabr 2001-ci 11 tarixdə verilmiş AZ seriyalı, 40723 3-li şəxsiyyəti təsdiq edən vəsiqə təqdim olunmuşdur.

6.13. Hərbi hissənin müvəkkili poçt göndərişlərini almasına dair F.2 reyestr-etibarnaməsinin 1-ci nüsxəsində, baratlar üzrə nəğd pul alınmasına dair F.3 reyestrinin 1-ci nüsxəsində hər bir baratın qarşısında, hər bir blankda və bildirişdə imza edir.

Reyestrlərin, etibarnamələrin 1-ci nüsxəsi əsas blank və bildirişlərlə birlikdə poçt müəssisəsində qalır, 2-ci nüsxəsi isə, poçt göndərişini verən (ödəyən) poçt müəssisəsinin əməliyyatçısının imzası və təqdim ştempeli vurulmaqla hərbi hissənin müvəkkilinə verilir.

Əsgəri poçt göndərişlərinin verilməsinə (ödənilməsinə) dair sənədlər (bildirişlər, reyestrlər, reyestr-etibarnamələr) ayrıca tikilib saxlanılır.

6.14. F.3 reyestri hərbi hissədən alındıqdan sonra, ertəsi gündən gec olmayaraq pul baratları poçt müəssisələrinin mühasibatlıqları tərəfindən bank vasitəsilə hərbi hissənin hesablaşma hesabına köçürülür.

6.15. Pul baratlarının hərbi hissələrin hesablaşma hesabına keçirilməsi və baratların rəsmiləşdirilməsi mövcud qaydalara uyğun aparılır.

6.16. Teleqraf pul baratı və ya moniqram ödəndikdə əməliyyatçı əlavə olaraq yazılı məlumatın mətninin (əgər barat teleqramında və ya moniqramda belə məlumat varsa) ayrıca çıxarışmı hərbi poçtalyona verir.

6.17. Hərbi qulluqçunun hissədə müvvəqqəti olmadığı dövrdə, hərbi hissənin komandiri bu haqda poçt müəssisəsinə məlumat verir və poçt göndərişinin daxil olduğu andan etibarən müəyyən edilmiş saxlama müddətindən əlavə 2 ay, bağlamanı isə 1 aydan artıq olmayan müddətə saxlanılması üçün yazılı müraciət göndərir.

6.18. Hərbi hissə və bölüklər poçt müəssisələrindən aldıqları qeydiyyatlı poçt göndərişləri və pul məbləği üçün tam məsuliyyət daşıyırlar.

6.19. Poçt müəssisələri və hərbi hissələrin nümayəndələri rübdə bir dəfə poçt göndərişlərinin, pul baratlarının ünvan sahiblərinə vaxtında, düzgün və tam çatdırılmasını birgə araşdırırlar.

7.1. Əsgəri poçt göndərişləri yeni ünvana, Ədliyyə Nazirliyinin Penitensiar xidmətini tərəfindən hərbi hissələrin dislokasiyasında dəyişikliklər barədə verdikləri məlumatlar, hərbi hissələrin komandirləri tərəfindən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun hissədə olmaması barədə verdiyi yazılı məlumatlar əsasında, poçt müəssisələri tərəfindən göndərilir.

7.2. Ünvan sahiblərinə çatdırılması mümkün olmayan (səbəblər göstərilməklə) poçt göndərişləri aşağıda göstərilən hallarda geriyə qaytarılır:

a). Saxlama müddəti qurtardıqda (1 ay);

b). Hərbi hissədə xidmət etməməsi barədə hərbi hissə tərəfindən yazılı qeyd olduqda;

v). göndəricilərin ərizəsi olduqda;

q). ünvan sahibi poçt göndrişini almaqdan imtina etdikdə;

d).ünvan sahibinin soyadının, adının düzgün göstərilmədiyi hallarda.

Poçt göndərişi yeni ünvana göndərilməzdən və ya geriyə qaytarılmazdan əvvəl həmin göndərişin verilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır.

7.3. Poçt göndərişi yeni ünvana göndərilərkən “YÜG” hərfləri, F.20 arayışı, yeni təyinat məntəqəsinin adı və hərbi hissənin nömrəsi göstərilir.

Göndəriş geriyə qaytarılarkən F.20 arayışı, “GQ” qeydi, göndərişin qaytarıldığı məntəqənin adı göstərilməlidir.

7.4. Hərbi hissə tərəfindən müvafiq qeydlərlə qaytarılan sifarişli göndərişlər üçün poçt işçisi bir nüsxədən ibarət F.11 reyestri tərtib edir və bu reyestr poçt müəssisəsi üçün mədaxil sənədi hesab edilir.

7.5. Hərbi hissələr tərəfindən əvvəl alınmış və ünvan sahibinə ödənilməmiş pul baratları geriyə hərbi hissə tərəfindən qaytarılır və bu zaman yeni barat blankı tərtib edilir. Baratların göndərmə haqqı ümumi əsaslarla hərbi hissə tərəfindən tarif üzrə ödənilir.

7.6. Əvvəl F.2 reyestr-etibarnamələrə əsasən hərbi hissələrə verilən, lakin alıcıya verilməsi mümkün olmayan bağlama, qiymətli məktub və banderollar hərbi hissələrdən qəbul edilərkən diqqətlə yoxlanmalıdır. Göndərişlərin çəkisində fərq olduqda, habelə üz tərəflərinin, iplərin və möhürlərin vəziyyəti göndərişlərin içindəki əşyaların tam olmasına şübhə doğurursa, onlar qəbul edilmir, yenidən qablaşdırmaq və ümumi əsaslana yenidən təhvil verilmək üçün hərbi hissəyə qaytarılır.

7.7. Hərbi hissələr, qaytarılan və ya yeni ünvana göndərilən hər bir bağlama üçün əvəzedici qoşma ünvan blankı tərtib edirlər, ilkin ünvanın üzərindən xətt çəkir və yeni təyinat yerini yazır. Blankın yuxarı hissəsində “YÜG, Əsgəri” və ya “GQ, əsgəri” qeydləri yazılır. Bağlamanın, qiymətli məktub və banderolun ünvan tərəfinin yuxarısında da belə qeydlər edilir.

Geriyə qaytarılmaq və ya yeni ünvana göndərilmək üçün hərbi hissələrdən qəbul edilən bağlama, qiymətli məktub və banderol üçün rüsum haqqı alınmadan F.PÇ-1 qəbzi verilir. Qəbzin nömrəsindən sonra kəsrlə göndərişin ilkin nömrəsi yazılır və rüsum sətirində “YÜG əsgəri”, yaxud “GQ əsgəri” sözləri yazılır.

8.1. Poçt göndərişi alıcıya verilənə qədər göndərici aşağıdakılar barədə sərəncam vermək səlahiyyətinə malikdir:

a). Göndərdiyi poçt göndərişinin geriyə qaytarılmasını tələb etmək;

b). poçt göndərişini başqa şəxsə və başqa ünvan üzrə, həmçinin əvvəl göndərilən poçt göndərişinin ağıcıya başqa ünvanda. çatdırılması üçün sərəncam vermək;

q). poçt göndərişinin saxlanma müddətini iki aya qədər artırmaq;

8.2. Daxili poçt göndərişlərinə görə poçt müəssisələri Qanunvericilikdə nəzərdə tutulan həcmdə məsuliyyət daşıyırlar.

8.3. Yazışma sirrinin qorunması, habelə məhkəmənin qərarı ilə poçt göndərişlərinin baxılması, saxlanması və müsadirə edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Məhkəmənin qərarlara əsasən hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əsgəri poçt göndərişlərinə baxılması, onların saxlanması və müsadirə edilməsi 2 nüsxədən ibarət protokol tərtib etməklə həyata keçirilir. Protokolun bir nüsxəsi poçt müəssisəsinin nümayəndəsinə verilir.

8.4. Hərbi qulluqçular tərəfindən və ya onların ünvanına vətəndaşlar tərəfindən göndərilən poçt göndərişlərinə dair ərizə və şikayətlər qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Hərbi qulluqçulardan və vətəndaşlardan ərizə və şikayətlər poçt göndərişinin poçt müəssisəsinə təhvil verildiyi gündən etibarən 6 ay ərzində qəbul edilir. Poçt göndərişi ilə bağlı olan bütün sənədlərin sürətləri (qəbz, F.103 siyahısı və s.) ərizə və şikayətlərə əlavə olunur.

8.5. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin hərbi hissələri ilə poçt müəssisələri arasında mübahisə doğuran məsələlər iki tərəfli qaydada mövcud qanunvericilik aktlarının tələblərinə uyğun həll edilir.

9.1. Hərbi poçtalyon nizam-intizamlı, mənəvi cəhətdən saf hərbi qulluqçular sırasından seçilərək hərbi hissə komandirinin əmri ilə təyin olunur.

Hərbi poçtalyon hərbi hissənin qərargah rəisinə və rabitə xidmətinin rəisinə tabedir.

9.2. Hərbi hissənin poçtalyonu borcludur:

9.2.1. Hər gün hərbi hissə tərəfindən poçt müəssisəsi ilə razılaşdırılmış müddətlərdə poçt müəssisəsi ilə poçtun mübadiləsini aparmağa (bu zaman poçt göndərişlərinin bütövlüyünə, zədələnməsinə, açılmasına xüsusi diqqət yetirilməlidir);

9.2.2. Qeydiyyatlı məktub korrespondensiyasını saymağa və onların alınmasına dair F.8 kitabında, teleqramların alınmasına dair bildirişləri imzalamağa;

9.2.3. Hərbi poçtalyon alınmış poçt göndərişlərini və teleqramların, dövri mətbuatın alıcılara verilməsini təmin etməyə;

9.2.4. Üzürlü səbəbdən 5 gün ərzində alıcılara verilməsi mümkün olmayan teleqramları, məktub korrespondensiyaları və digər poçt göndərişlərinin bildirişlərini müvafiq qeydlər etməklə poçt müəssisələrinə qaytarmağa;

9.2.6. Hərbi hissənin siyahısına daxil olmuş və hərbi hissədən getmiş hərbi qulluqçuların adına daxil olmuş poçt göndərişlərini və teleqramları müvafiq qaydada rəsmiləşdirərək poçt müəssisələrinə qaytarmağa;

9.2.7. Poçt müəssisələrinə qaytarılmış bütün poçt göndərişlərinə və teleqramlara, göndərişlərin verilməsi səbəbini göstərməklə F.20 arayışını tərtib etməyə və göndərişin və ya bildirişin, teleqramın üzərinə yapışdırmağa;

9.3. Hərbi poçtalyon poçt müəssisəsindən alınmış qeydiyyatlı və qiymətli, həmçinin “Kəsri ödənməli” qeydli poçt göndərişlərini və teleqramları hərbi hissədə qeydiyyata almalıdır.

9.4. Qiymətli məktub və banderolların, bağlamaların və pul baratlarının poçt müəssisələrindən alınması və göndərilməsi müddətli hərbi qulluqçulara həvalə edilə bilməz.

9.5. Hərbi poçtalyon əsgəri poçt göndərişlərinin və teleqramların qəbulu, işlənməsi, göndərilməsi və verilməsi qaydalarını, tarifləri yaxşı bilməlidir.

9.6. Hərbi hissələrin qərargah rəisləri, rabitə xidmətinin rəisi poçt göndərişlərinin və teleqramların alıcılara vaxtında və düzgün çatdırılmasına, həmçinin hərbi hissələr və hərbi qulluqçular tərəfindən düzgün rəsmiləşdirilməsinə və vaxtında təhvil verilməsinə nəzarət edirlər.

9.7. Hərbi hissələrin qərargah rəisləri, rabitə xidməti rəisləri poçt və teleqraf xidmətlərinə və ondan istifadə qaydalarına dair hərbi qulluqçular arasında izahat işləri aparmalıdırlar.

9.8. Əsgəri poçt göndərişlərinin və teleqramların qəbulu, işlənməsi, göndərilməsi, daxil olan poçt göndərişlərinin, teleqramların və dövrü mətbuatın işlənməsi və verilməsi ilə məşğul olan poçt əməliyyatçıları, poçt göndərişlərinin vaxtında göndərilməsinə, çeşidlənərək verilməsinə, qorunub saxlanmasına, düzgün qəbul edilib rəsmiləşdirilməsinə, tariflərin düzgün tətbiq olunmasına, geriyə qaytarılan və ya yeni ünvana göndərilən göndərişlərin düzgün rəsmiləşdirilməsinə, teleqramların vaxtında və düzgün verilməsinə, qəbul edilib ötürülməsinə, hərbi poçtalyonun mübadiləyə müəyyən olunmuş günlərdə və vaxtda gəlmədiyi hallarda bu barədə rabitə müəssisəsinin rəhbərliyinə məlumat verməyə birbaşa borcludurlar.

9.9. Poçt əməliyyatçıları borcludurlar:

9.9.1. Poçt və teleqraf qaydalarını, onlardan irəli gələn təlimatlan, tarifləri yaxşı bilməli və onların tələblərinə, rəhbərliyin göstərişlərinə əməl etməyə;

9.9.2. Poçt göndərişlərini, teleqramları qəbul edərkən, onların düzgün ünvanlandırılmasını, tariflərin düzgün tərtib edilməsini, vaxtında işlənib göndərilməsinə;

9.9.3. Geriyə qaytarılan, yeni ünvana göndərilən poçt göndərişlərinə və teleqramlara F.20 arayışının tərtib olunmasına;

9.9.4. Poçt göndərişləri zədəli, çəki fərqi, oğurluq əlamətləri ilə daxil olduqda, dərhal F.51 aktını tərtib etməyə və bu barədə rəhbərliyə məlumat verməyə;

9.9.5. “Kəsri ödənməli” qeydli poçt göndərişləri daxil olduqda, onları qeydə almağa (F.23 jurnalında, F.l 1, 16-da);

9.9.6. Daxil olmuş sifarişli məktub və banderolları F.8 kitabına adbaad yazmağa, bağlama, qiymətli məktub və banderollara, pul baratlarına F.22 bildirişlərini tərtib etməyə;

9.9.7. Əsgəri poçt göndərişlərinin qorunub saxlanmasına, onların gündəlik qalıqlarının çıxarılmasına;

9.9.8. Poçt və teleqraf qaydalarında, təlimatlarda nəzərdə tutulan digər əməliyyatları yerinə yetirməyə;

9.9.9. Poçt əməliyyatçıları poçt müəssisəsinin rəisinə və onun müavininə tabedilər.

9.9.10. Əsgəri poçt göndərişlərinin və teleqramların qəbulu işlənməsi göndərilməsi və verilməsi proseduruna riayət olunmasına Ədliyyə Nazirliyinin Penitensiar xidmətini, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən nəzarət edilir.

9.9.11. Göstərilən xidmətlərə görə qarşılıqlı hesablaşmalar, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Mühafizə Alayının, hərbi hissələrin maliyyə hissə rəisləri, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Poçtamtların mühasibatlıqları tərəfindən nağd və köçürmə yolu ilə həyata keçirilir.

Poçt göndərişlərinin və teleqramların qəbulu, işlənməsi, daşınması və verilməsinə dair bu təlimatın üçüncü tərəfə verilməsi qadağandır.

____________________________________________________tərəfində

(göndərici hüququ və ya fiziki şəxs)

______________________________poçt şöbəsinə təhvil verilən___________________ üçün

Hərbi hissənin komandiri__________________________________ Hərbi hissənin möhürü

Maliyyə hissəsinin rəisi_______________________________________

Qəbuledici şəxs ____________________ Qəbul yerinin təqvim ştempeli

künc ştampı E T İ B A R N A M Ə______________

ondan ötrü ki, ona______________________ ___________________________________

saylı hərbi hissəyə və onun şəxsi heyətinə ünvanlanmış qəzet və jurnalları, adı və sifarişli məktubları, teleqramları və digər qeydiyyatlı poçt göndərişlərinin bildirişlərini almaq etibar olunur.

(hərbi poçtalyonun imzası)

Hərbi poçtalyonun öz əli ilə çəkdiyi imzasını təsdiq edirəm.

___________________ saylı hərbi hissənin komandiri ________________

(hərbi hissənin N-si) (Imza)

_________________Saylı hərbi hissənin poçtalyonu

_________________________________________________________________________________

poçt şöbəsindən aşağıda sadalanan bağlamaların, qiymətli məktub və banderolların alınması üçün verilir:

Hərbi Poçtalyon____________; Hərbi Poçtalyon_____________________________

(imza) (soyadı, adı, atasının adı)

____________________ imzasını təsdiq edirəm

gerbli möhürü ___________ saylı hərbi hissənin komandiri

__________ ___________________________________________

(imza) (Soyadı, adı, atasının adı)

_______________tarixdə _________saylı hərbi hissə tərəfindən verilmiş

_________seriyalı__________nömrəli şəxsiyyəti təsdiq edən vəsiqə təqdim edildi

__________________ədəd ___________________________aldım._____________________

(sözlə) (Poçt göndərişinin adı) (İmza)

Təhvil verdim, əməliyyatçı __________________________

_____________________________________ Poçt Filialından

(Poçt müəssisəsinin adı)

______________________________________saylı hərbi hissənin

(hərbi hissənin nömrəsi)

________________________________________№li hesablaşma hesabına ünvanlanmış

(hərbi hissənin bank rekvizitləri)

Cəmi:___________________________________________________________________________

______________________________________________________saylı hərbi hissənin komandiri

___________________ ____________________________________________________________

(İmza) (Soyadı, adı, atasının adı)

Maliyyə hissəsinin rəisi __________________ _____________________________________

(İmza) (Soyadı, adı, atasının adı)

gerbli möhürü “____”____________________ il

“____”____________________ il tarixdə köçürüldü

əksi Baş mühasibi _________ ___________________________

(imza) (Soyadı, adı, atasının adı)

Əməliyyatçı_________ ___________________________

(imza) (Soyadı, adı, atasının adı)

_________________________________________________________________________adına

daxil olmuş ___________________ №li ____________________________________________

alıcını__________________________________ ilə əlaqədar verilmədiyi üçün geriyə qaytarılır

H/hissənin komandiri ________________________ ________________________________

TŞ. Poçt müəssisəsinin məsul işçisi ____________________________

1. 8 dekabr 2006-cı il tarixli 260 nömrəli Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 12)

2. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

3. 10 sentyabr 2025-ci il tarixli 3-27/3-7-11/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509103711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 sentyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver