Qanunvericilik › “Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) › Tam mətn

“Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012)

“Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 30-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış.

1.2. Elektron xidmətin məzmunu: Ədliyyə orqanlarının və notariusların qəbuluna onlayn qaydada yazılışı əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

- “Dövlət rüsumu haqqında” 04 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 10.19 - cu maddəsi;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.56-cı bəndi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.13-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Elektron xidmətin göstərilməsi zamanı vətəndaşlar ədliyyə orqanlarının və notariusların qəbuluna onlayn qaydada yazıla bilərlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Yalnız “Dövlət rüsumu haqqında” Qanunun 10.19-cu bəndinə əsasən notariat ofislərina müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün 3 manat dövlət rüsumu ödənilməlidir. Digər hallarda ödənişsizdir.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az; notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunur.

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün istifadəçinin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi tələb olunur.

Qeyd: Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış üçün elektron ərizə forması onlayn qaydada doldurularaq göndərilir.

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi qəbula yazılmaq istədiyi qurumu, qəbul tarixini, saatını seçir, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, həmçinin əvvəlki müraciəti, onun nəticəsini, hazırda edilən müraciətin məzmununu daxil edərək sorğu göndərir.

3.2.2. Sorğunun qəbulu: Sorğu qəbul olunduğu təqdirdə istifadəçinin adı dərhal qəbul cədvəlində əks olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: İstifadəçi İnformasiya sisteminin müvafiq pəncərəsinə daxil olaraq onu maraqlandıran qurumun qəbul cədvəli ilə tanış olur, həmçinin ədliyyə orqanlarına və notariusların qəbuluna onlayn qaydada yazılır.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi, özü və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatları səhv daxil etdikdə qəbul üçün elektron yazılış etibarsız hesab ediləcək. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası: İstifadəçi elektron xidmət vasitəsilə ədliyyə orqanlarına və notariusların qəbuluna onlayn qaydada yazıla bilər.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. Qeydiyyat orqanlarının qəbuluna yazılış;

2. Notariat ofislərinin qəbuluna yazılış;

3. İcra qurumlarının qəbuluna yazılış;

3-1. Probasiya qurumlarının qəbuluna yazılış;

4. Regional ədliyyə idarələrinin qəbuluna yazılış;

5. Nazirliyin aparatı və struktura daxil olan digər qurumların qəbuluna yazılış;

6. Qəbul cədvəli ilə tanışlıq.

İnzibati əməliyyatların həyata keçirilməsinə Ədliyyə Nazirliyinin aidiyyatı qurumları məsuldur.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. Qeydiyyat orqanlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi qeydiyyat orqanını, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsini və seriya nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

2. Notariat ofislərinin qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi notariat kontorunu, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3. İcra qurumlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi icra qurumunu, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3-1. Probasiya qurumlarının qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi probasiya qurumunu, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

4. Regional ədliyyə idarələrinin qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi regional ədliyyə idarəsinin adını, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

5. Nazirliyin aparatı və struktura daxil olan digər qurumların qəbuluna yazılış: İstifadəçi qəbula yazılmaq istədiyi idarəni, qəbul tarixini və saatını seçir, adı, soyadı, atasının adını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək sorğu göndərir. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

6. Qəbul cədvəli ilə tanışlıq: İstifadəçi maraqlandığı baş idarəni seçir, zərurət olduqda axtarış parametrlərini dəqiqləşdirərək məlumat cədvəlini generasiya edir. Axtarışın parametrlərinə uyğun olaraq proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

1. Qeydiyyat orqanlarının qəbuluna yazılış: İstifadəçi onlayn qaydada qeydiyyat şöbələrinin qəbuluna yazılır.

2. Notariat ofislərinin qəbuluna yazılış: İstifadəçi onlayn qaydada notariat kontorunun qəbuluna yazılır.

3. İcra qurumlarının qəbuluna yazılış: İstifadəçi onlayn qaydada icra qurumlarının qəbuluna yazılır.

3-1. Probasiya qurumlarının qəbuluna yazılış: İstifadəçi onlayn qaydada probasiya qurumlarının qəbuluna yazılır.

4. Regional ədliyyə idarələrinin qəbuluna yazılış: İstifadəçi onlayn qaydada regional ədliyyə idarələrinin qəbuluna yazılır.

5. Nazirliyin aparatı və struktura daxil olan digər qurumların qəbuluna yazılış: İstifadəçi onlayn qaydada nazirliyin strukturuna daxil olan qurumların qəbuluna yazılır.

6. Qəbul cədvəli ilə tanışlıq: İstifadəçi generasiya olunmuş cədvəldə göstərilən məlumatlarla tanış olur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aidiyyatı qurumları həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin aidiyyatı qurumları məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 28 dekabr 2016-cı il tarixli 23-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612280023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2016-cı il)

2. 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)

16 fevral 2018-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802160004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2018-ci il)

13 fevral 2019-cu il tarixli 5-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201902130005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2019-cu il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver