Qanunvericilik › “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.06.2018) › Tam mətn

“Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.06.2018)

“Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.06.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya Qərarı

“Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 468 nömrəli qərarına uyğun olaraq Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.06.2018-ci il tarixli 17-N nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması.

1.2. Elektron xidmətin məzmunu: Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirak üçün namizədin qeydə alınması bu xidmət vasitəsilə təmin olunur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.57-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndi;

1.3.5. Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.20-ci bəndi;

1.3.6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 12 avqust tarixli 1-N nömrəli Qərarı ilə təsdiq edilmiş əlavə №1 “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılıb.

1.7. Elektron xidmətin icra müddəti: 2 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikası vətəndaşının ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirakı üçün namizəd kimi qeydə alınması.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. http://www.e-gov.az;

2.4.2. http://exidmet.justice.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az, www.dxr.az;

2.5.2. Elektron poçt: contact@justice.gov.az;

2.5.3. Telefon: (012) 538-01-62, (012) 510-10-01 (#1904).

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) məlumatları.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

1. İstifadəçi bu Reqlamentin 2.4.1-ci yarımbəndində qeyd edilən internet ünvanına daxil olduqdan sonra “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” xidmətini seçərək “Elektron hökumət” portalının autentifikasiya vasitələri ilə identikləşdirilir, açılan pəncərədə əlaqə vasitələri, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması, əmək fəaliyyəti və təhsili barədə müvafiq məlumatları Qaydaların Əlavə №1-nə uyğun olaraq interaktiv qaydada daxil edib “Təsdiq” düyməsini vuraraq sorğunu formalaşdırır.

2. İstifadəçi bu Reqlamentin 2.4.2-ci yarımbəndində qeyd edilən internet ünvanına daxil olduqdan sonra “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” xidmətini seçərək açılan pəncərədə bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatı, əlaqə vasitələri, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması, əmək fəaliyyəti və təhsili barədə müvafiq məlumatları Qaydaların Əlavə №1-nə uyğun olaraq interaktiv qaydada daxil edib “Təsdiq” düyməsini vuraraq sorğunu formalaşdırır.

3.2.2. Sorğunun qəbulu:

Sorğu bu Reqlamentin 3.2.1-ci yarımbəndinə uyğun formalaşdırıldıqdan sonra real vaxt rejimində informasiya sistemi tərəfindən qəbul olunur, bu barədə bildiriş dərhal istifadəçinin elektron poçt ünvanına göndərilərək şəxsə avtomatlaşdırılmış rejimdə elektron kabinet açılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

1. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulan hallarda və ya istifadəçi tərəfindən sistemə bilərəkdən təhrif olunmuş məlumat daxil edilibsə sorğunun yerinə yetirilməsindən imtina olunur və bu barədə bildiriş dərhal istifadəçinin ekranına çıxır və informasiya sistemi tərəfindən istifadəçinin elektron kabinetinə göndərilir.

2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar 2 iş günü ərzində yoxlanıldıqdan sonra sorğunun yerinə yetirilməsindən imtina halları aşkar edilməzsə sorğu qəbul olunur. Sorğu qəbul olunduğu təqdirdə bu barədə bildiriş informasiya sistemi tərəfindən istifadəçinin elektron kabinetinə yerləşdirilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatı, əlaqə vasitələri, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması, əmək fəaliyyəti və təhsili barədə məlumatları Qaydaların Əlavə №1-nə uyğun olaraq daxil edir;

2. İstifadəçi tərəfindən daxil edilən məlumatlar yoxlanılmaq üçün qəbul edilir və bu barədə bildiriş istifadəçiyə göndərilir;

3. Sorğunun yerinə yetirilməsindən imtina halları aşkar edildikdə istifadəçiyə bu barədə bildiriş göndərilir;

4. Sorğunun yerinə yetirilməsindən imtina halları aşkar edilmədikdə istifadəçiyə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirakı üçün namizəd kimi qeydə alınması barədə bildiriş göndərilir.

İnzibati əməliyyatın həyata keçirilməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar idarəsi məsuldur.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatı, əlaqə vasitələri, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması, əmək fəaliyyəti və təhsili barədə məlumatları Qaydaların Əlavə №1-nə uyğun olaraq daxil edir – real vaxt rejimi;

2. İstifadəçi tərəfindən daxil edilən məlumatların “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə uyğunluğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar idarəsi tərəfindən yoxlanılır – 2 iş günü;

3. Sorğunun yerinə yetirilməsindən imtina halları aşkar edildikdə informasiya sistemi tərəfindən istifadəçinin elektron kabinetinə bu barədə bildiriş göndərilir – məlumatlar yoxlanıldıqdan sonra dərhal;

4. Sorğunun yerinə yetirilməsindən imtina halları aşkar edilmədikdə informasiya sistemi tərəfindən istifadəçinin elektron kabinetinə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirakı üçün namizəd kimi qeydə alınması barədə bildiriş göndərilir – məlumatlar yoxlanıldıqdan sonra dərhal;

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

1. İstifadəçi tərəfindən informasiya sisteminin müvafiq pəncərəsində bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatlar, əlaqə vasitələri, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması, əmək fəaliyyəti və təhsili barədə məlumatlar Qaydaların Əlavə №1-nə uyğun olaraq daxil edildikdən sonra sorğu real vaxt rejimində informasiya sistemi tərəfindən yoxlanılmaq üçün qəbul olunur, bu barədə bildiriş sistem tərəfindən istifadəçinin elektron poçt ünvanına göndərilir;

2. İstifadəçi tərəfindən daxil edilən məlumatların “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə uyğunluğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar idarəsi tərəfindən yoxlanıldıqdan sonra nəticəsi barədə bildiriş 2 iş günü ərzində informasiya sistemi tərəfindən istifadəçinin elektron kabinetinə yerləşdirilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Bu xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar və İnformasiya-kommunikasiya texnologiyaları idarələri tərəfindən həyata keçirilir.

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemlə işləyən şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver