Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İş vaxtı və istirahət vaxtı

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Ədliyyə orqanları işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.

12.2. Zəruri hallarda ədliyyə orqanları işçiləri iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.

12.3. İş günü ərzində ədliyyə orqanları işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver