26.1. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.2. Ədliyyə orqanları işçilərinə pulsuz qış, mövsümi və yay xüsusi geyim formalarının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.
26.3. Xüsusi geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.4. Ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər.
26.5. Pensiya almaq hüququ ilə ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmiş şəxslər xüsusi geyim forması daşıya bilərlər.