Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Penitensiar xidmətin işçilərinin pensiya təminatı

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

39.2. Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır.

39.3. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver