Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Ədliyyə orqanları işçilərinin əsas hüquqları

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.0. Ədliyyə orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər:

9.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq;

9.0.2. ədliyyə orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsi və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;

9.0.3. əməkhaqqı almaq;

9.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əməkhaqqı məbləğinin artırılması iddiasında olmaq;

9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi ədliyyə orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;

9.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

9.0.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;

9.0.8. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

9.0.9. həmkarlar ittifaqlarında birləşmək;

9.0.10. işlədiyi ədliyyə orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;

9.0.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, ədliyyə orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;

9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;

9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver