Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların tibbi yardım almaq hüququ

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ vardır.

Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır.

Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir.

Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır.

Tutulmuş, həbs edilmiş vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir.

Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir.

IV fəsil

Tİbb-sosİal yardım sahəsİndə vətəndaşların hüquqları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver