Keçirilmiş laboratoriya eksperimentinin nəticələrinə əsaslanaraq dövlət və qeyri-dövlət tibb müəssisələrində biotibbi tədqiqatların aparılmasına icazə verilir.
İnsanın obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb olunması yalnız onun razılığı ilə aparıla bilər.
Biotibbi tədqiqata razılıq alındıqda müayinənin məqsədləri, kənar təsirləri, baş verə biləcək risk dərəcəsi, müddəti və nəticəsi barədə vətəndaşa məlumat verilməlidir. Tədqiqatın mərhələsindən asılı olmayaraq vətəndaşın istənilən vaxt ondan imtina etmək hüququ vardır.