Qanunvericilik › "Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.03.2000) › Tam mətn

"Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.03.2000)

"Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.03.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

"Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 22 iyul tarixli, 159 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ehtiyat Fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ehtiyat Fondunun yaradılması və istifadə edilməsi qaydası haqqında Təlimatın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 sentyabr tarixli, 458 nömrəli sərəncamı öz qüvvəsini itirmiş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 27 mart 2000-ci il

1. "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün hər il məbləği müəyyən edilən Ehtiyat Fondu yaradılır.

2. Dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlər üçün vəsait tamamilə istifadə edildikdən sonra, həmin tədbirlərə Ehtiyat Fondundan vəsait ayrıla bilər.

3. Ehtiyat Fondunun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Ehtiyat Fondundan vəsait ayrılmasına dair təqdim edilən layihə, proqram, maliyyə-smeta sənədlərini və tələb olunan digər sənədləri araşdırdıqdan sonra, Ehtiyat Fondundan vəsait ayrılması məsələsinə baxa bilər.

5. Ehtiyat Fondundan ayrılmış vəsait yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamında göstərilən məqsədlərə yönəldilə bilər.

6. Ehtiyat Fondundan ayrılmış vəsait Baş Dövlət Xəzinədarlığı vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamında göstərilən məqsədlərə büdcə təsnifatının müvafiq bölmələrinə uyğun köçürülür.

7. Ehtiyat Fondundan ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə və ya tam xərclənməsi təmin edilməzsə, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan Ehtiyat Fonduna qaytarılmalıdır.

8. Ehtiyat Fondundan ayrılmış vəsaitin uçotunu Baş Dövlət Xəzinədarlığı aparır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver