Qanunvericilik › Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2003) › Tam mətn

Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2003)

Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 22.09.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əhalinin ekoloji təhsil və maarifləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi üçün aşağıdakı tərkibdə Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya yaradılsın (əlavə olunur).

2. "Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə

Bakı şəhəri, 22 sentyabr 2003-cü il

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq, elm, informasiya və təbliğat idarəsinin rəisi, komissiyanın sədri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji tərbiyə və Təcrübəçilik mərkəzinin direktoru, komissiya sədrinin müavini

3. Cəmaləddin Quliyev

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri

Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının müdiri

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının eksperti

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəni-maarif idarəsinin baş mütəxəssisi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin müxbiri

10. Bəxtiyar Təhməzov

"Azərbaycan ekologiya və ətraf mühitə nəzarət mərkəzi" ictimai birliyinin sədri

Azərbaycan Respublikası Azərbaycan Respublikası Energetika Nazirliyinin ekoloji problemlər üzrə eksperti

1.1. Bu Əsasnamə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiyanın (bundan sonra - komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya əhalinin ekoloji təhsili və maarifləndirilməsi istiqamətində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır və öz işini, kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Komissiyanın qərarları tövsiyə xarakteri daşıyır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu, təhsil və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyi, digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

II. Komissiyanın məqsədi və vəzifələri

2.1. Komissiyanın məqsədi və vəzifələri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikası əhalisinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsi istiqamətində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

2.1.2. əhalinin ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılmasında, ekoloji təhsilin və maarifləndirmə prosesinin fasiləsizliyinin və aşkarlığının təmin olunmasında sahələrarası fəaliyyətin həyata keçirilməsini təmin etmək;

2.1.3. ekoloji təhsil üzrə dövlət təhsil standartlarının işlənməsinə dair tövsiyələr hazırlamaq;

2.1.4. Azərbaycan Respublikasında ekoloji təhsilin və maarifləndirmənin inkişafı istiqamətində təkliflər hazırlamaq.

III. Komissiyanın funksiyaları

3.1. Komissiya öz məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

3.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində məsləhət şuraları tərəfindən təqdim olunmuş təkliflər nəzərə alınmaqla, ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri üzrə hüquqi və fiziki şəxslərin məlumatlandırılması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini əlaqələndirir;

3.1.2. ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarına dair təkliflər hazırlayır;

3.1.3. ekoloji təhsil və maarifləndirmə məsələlərinin müvafiq dövlət proqramlarına daxil edilməsinə dair təkliflər verir;

3.1.4. təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün dövlət ekspertizasının aparılmasında iştirak edir;

3.1.5. istehsalat və digər fəaliyyət sahələrinin mütəxəssislərinin ekoloji cəhətdən hazırlığının yüksəldilməsi, ekoloji təhsilin və maarifləndirmənin vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində müvafiq təkliflər hazırlayır;

3.1.6. əhalinin ekoloji təhsili və maarifləndirilməsi məqsədi ilə ətraf mühitin və təbii resursların vəziyyəti, onların bərpası, sağlamlaşdırılması və mühafizəsinə dair konfrans, seminar, simpozium, dəyirmi masa və digər kütləvi-mədəni tədbirlər təşkil edir;

3.1.7. ekoloji təhsil və maarifləndirmə sahəsində mütəxəssis kadrların peşə hazırlığını yüksəltmək məqsədi ilə məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsilin bütün mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması işinin həyata keçirilməsinə, ekoloji təhsilin ardıcıllığının və fasiləsizliyinin təmin olunmasına dair proqramlar tərtib edir;

3.1.8. təhsil müəssisələrində ekologiyanın əsaslarının tədris olunması məqsədi ilə tədris proqramlarının tərtib olunmasına və dərsliklərin hazırlanmasına dair təkliflər verir;

3.1.9. əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində görülən işlər barədə müvafiq qaydada hesabatlar hazırlayır;

3.1.10. qanunvericiliklə müəyyən olunmuş qaydada ekoloji təhsili və maarifləndirilməsi məqsədi ilə mediadan istifadə edir və bu istiqamətdə müvafiq təbliğat işlərinin aparılmasına dair tövsiyələr hazırlayır.

IV. Komissiyanın fəaliyyətinin təşkili

4.1. Komissiyanın Əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Komissiyanın tərkibində dəyişikliklər, komissiya sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

4.2. Komissiyanın tərkibinə ətraf mühitin mühafizəsi, qanunvericilik, elm, təhsil, mədəniyyət, media, hüquq mühafizə və digər dövlət orqanlarının, habelə tibb müəssisələrinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil ola bilərlər.

4.3. Komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 11 üzvdən ibarətdir.

4.4. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir.

4.5. Komissiyanın iclasları bir qayda olaraq ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar komissiya sədrinin və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər.

4.6. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

4.7. Komissiyanın iclaslarında və onun cari işində dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların aidiyyəti üzrə mütəxəssisləri də iştirak edə bilərlər.

4.8. Komissiyanın iclasları komissiya sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

1. 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)

2. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

3. 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736)

4. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

5. 14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529)

6. 28 sentyabr 2021-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1085)

7. 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver