Qanunvericilik › "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.01.2009) › Tam mətn

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.01.2009)

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.01.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”, “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin Siyahısı”, “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”, “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi Qaydaları”,. “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 yanvar 2009-cu il

1.1. Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını tənzimləyir.

1.2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalının məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini təmin etməkdir.

2.1. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, müşahidə orqanlarının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti əsasında ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə verilir:

- kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda;

- ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə;

- balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda;

- ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını almaq məqsədi ilə məcburən ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə edildikdə.

2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir.

2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araşdırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

- ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) ayrıca aparılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar olmalı və bu anbar işarələnməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar işarələnib ayrıca saxlanılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub təmizlənməlidir.

2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı şərtlərə əsasən otarıla bilər:

- bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, digərlərindən istifadə edilməmiş olsun;

- saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun.

2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq emal müəssisəsi olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir.

Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə orqanları tərəfindən həyata keçirilir.

Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını müəyyən edir.

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalında aşağıdakı tələblərə əməl olunmalıdır:

- təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalı;

- torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;

- bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;

- ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı əlaqələndirilməli;

- bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;

- xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı, doza seçilməli və müalicə kursu təyin edilməlidir.

- yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə istifadəsinə yol verilməməli;

- heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi mövcud qanunvericiliyə uyğun təşkil edilməli.

2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada müəyyən edilir:

Damazlıq və kökəltmə üçün qaramal və atlar

40 günlük çoşqaları olan donuzlar

1. Mineral mənşəli yemlər, mikro-elementlər, vitaminlər və ya provitaminlər ancaq təbii olduqları halda istifadə edilə bilər. Bu maddələrin olmadığı hallarda və ya müstəsna hallarda onların kimyəvi üsullarla müəyyən edilmiş əvəzedicilərinin istifadəsinə də icazə verilir.

2. Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya aiddir:

rafinə edilməmiş dəniz duzu

lithotamnion və merqqel

su heyvanlarının qabığı (həmçinin dəniz

molyusklarının sümükləri)

kalsium laktat(süd turşusu)

flüorsuzlaşdırlmış bi-kalsium

fosfat flüorsuzlaşdırılmış mono-kalsium fosfat

kalsium-maqnezium fosfat

kalsium-natrium fosfat

maqnezium oksid (maqnezium anhidridi)

maqnezium karbonat maqnezium fosfat

4. İstifadəsinə icazə verilən heyvan mənşəli yem materialları

1. Süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan məhsullar istisna olmaqla, heyvan mənşəli yemlər istifadə edilməməli və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunduğu kimi istifadə olunmalıdır. İstənilən halda məməlilərdən alınma materiallarla (süd və süd məhsulları istisna olmaqla) gövşəyənləri yemləməyə icazə verilmir.

2. Süd və süd məhsulları. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya aiddir:

çiy süd, süd unu, yağsız süd, yağsız süd unu, ayran, ayran unu, pendir suyu, pendir suyunun tozu, az şəkərli pendir suyunun tozu, proteinli pendir suyunun tozu (fiziki üsulla ekstraksiya olunmuş), kazein unu, laktoza tozu, kəsmik və qatıq.

3. Balıq, digər dəniz heyvanları, onların məhsulları və onlardan alınan məhsullar.

Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildirlər: balıq, balıq yağı və rafinə edilməmiş treska ciyərinin yağı; balıq molyuskları və xərçəngəbənzər canlıların fermentasiyası, istər həllolan formada, istərsə də həllolmayan formada olsun, ancaq gənc heyvanlar üçün tətbiq edilir.

4. Quşçuluqda yem kimi istifadə olunan yumurtalar, yumurta məhsulları (eyni mənbədən).

1.1. Mikroelementlər. Ancaq bu kateqoriyadan olan maddələr istifadə edilə bilər:

dəmir (II) sulfat monohidrat və ya heptahidrat

kalsium yodit, hexahidrat

kobalt (II) sulfat monohidrat və ya heptahidrat

əsası kobalt (II) karbonat, monohidrat

əsası mis (II) karbonat, monohidrat

mis (II) sulfat, pentahidrat

manqan (II) sulfat, mono- və ya tetrahidrat

sink sulfat mono- və ya heptahidrat

ammonium molibdenat, natrium molibdenat

1.2. Vitaminlər, provitaminlər, oxşar təsirlərə malik kimyəvi cəhətdən yaxşı müəyyən olunmuş maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:

- təbii, xammal yem materialında təbii halda rast gəlinən vitaminlər,

- təkmədəli heyvanlar üçün təbii vitaminlərə oxşar olan sintetik vitaminlər,

- Avropa İttifaqına üzv dövlətin səlahiyyətli nümayəndəsinin icazəsi ilə gövşəyənlər üçün təbii vitaminlərə müvafiq olan sintetik vitaminlər A, D və E.

1.4. Mikroorqanizmlər.

1.5. Qoruyucular. Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxildir:

E 200 - sorbin turşusu

E 236 - qarışqa turşusu

E 260 - asetat turşusu

E 280 - propion turşusu

E 330 - limon turşusu

Süd turşusu, qarışqa turşusu, propion turşusu və limon turşularından silos hazırlanmasında istifadəyə o zaman icazə verilir ki, adekvat fermentasiyaya havanın daxil olmasına icazə verilməsin.

1.6. Birləşdirici materiallar, yapışma əleyhinə vasitələr və koaqulyantlar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

təbii mənşəli kalsium stearat

kolloid silisium dioksid

kieselgur- zoğal turşusu

stearit və xloritin təbii qarışığı

1.7. Antioksidant maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

1.8. Silos əlavələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

fermentlər, mayalar, bakteriyalar.

2. Heyvanların yemləndirilməsində istifadə olunan bəzi məhsullar

Bu kateqoriyaya pivə mayası daxil edilə bilər.

3. Yem hazırlanmasında istifadə olunan emal əlavələri

Silos üçün emal köməkçi vasitələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

- dəniz duzu, dənəvər daş duz, ayran, taxıl unu, şəkər, şəkər çuğunduru şrotu və patkalar

Heyvandarlıq binalarını və qurğularını (məsələn, avadanlıq, qab və alətlər) təmizləmək və dezinfeksiya etmək üçün icazə verilən məhsullar:

Kalium və natrium sabunu

Natrium hipoxlorid (məsələn, maye ağardıcı kimi)

Bitkilərin təbii efir yağları

Limon, perasetat, qarışqa, süd, oksalat turşusu və asetat turşuları

Nitrat turşusu (süd avadanlıqları)

Fosfor turşusu (süd avadanlıqları)

Yelinin və sağım avadanlıqlarının təmizlənməsi və dezinfeksiyası üçün vasitələr Natrium karbonat

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Heyvan nəcisi və bitki qarışıqlarından (heyvan üçün döşənək) ibarət məhsul

Heyvan növlərinin əlamətləri

Ekstensiv heyvandarlıq fermalarından gətirilir

Maye halda olan heyvan ekskrementi (maye peyin, sidik və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Nəzarət olunan fermentasiyadan və yaxud müvafiq durulaşdırmadan sonra

Heyvan növlərinin əlamətləri Sənaye əsaslı təsərrüfat mənbələri qadağan edilir

Kompostlaşdırılmış heyvan

ekskrementləri, həmçinin quş zılı və kompostlaşdırılmış təsərrüfatyanı peyin

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Sənaye əsaslı istehsalı olan təsərrüfat mənbələri qadağan edilir

Qurudulmuş təsərrüfatyanı gübrə və dehidratlaşdırılmış quş peyini

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Heyvan növlərinin əlamətləri

Ekstensiv heyvandarlıq fermalarından gətirilir

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Göbələk təsərrüfatı tullantılarından və vermikulit substratı qalıqlarından hazırlanan kompost

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır

Qurdların (soxulcan kompostları) və həşəratların ekskrementləri

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır

Bağçılıqda məhdud şəkildə istifadə (gülçülük, meşəçilik, tinglik)

Gil (məsələn, perlit, vermikulit vəs.)

Kompostlaşdırılmış və yaxud çürüdülmüş məişət tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Ancaq tərəvəz və heyvan mənşəli tullantılar Sortlara ayrılmış məişət tullantılarından alınan kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilmiş məhsullar Ancaq qapalı və nəzarət edilən toplama sistemində qəbul edilən konsentrasiya quru maddə hesabı ilə mg/kq ilə: kadmium 0.7; mis 70; nikel 25; qurğuşun 45; sink 200; civə 0.4; xrom (cəmi) 70; xrom (Vİ) 0 ()

Tərəvəz tullantılarının kompostlaşdırılmış və ya fermentləşdirilmiş qarışığı

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Tərəvəz kütləsi qarışıqlarından əldə edilən məhsul, hansı ki, kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilməyə məruz qalmışdır

Aşağıda qeyd olunan heyvan mənşəli məhsulları:

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

- jelatinsizləşdirilmiş sümük unu;

Quru maddə hesabı ilə xromun maksimum konsentrasiyası mg/kq (Vİ): 0 ()

Gübrələmə üçün bitki mənşəli məhsullar və onların əlavə məhsulları (məsələn, yaglı toxumlardan alınan yemlər, kakao ovuntuları, səməni küləşi və s. )

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Dəniz yosunları və onlardan alınan məhsullar

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Aşağıdakı üsullarla birbaşa əldə edilən:

a) qurudulma, dondurulma və üyütmə kimi fiziki proseslər;

b) su və ya sulu turşular və/yaxud qələvi məhlullar;

Taxta kəpəyi və ağac tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir

Kompostlaşdırılmış qabıq

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kəsildikdən sonra kimyəvi üsulla işlənməyən ağaclardan

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kadmium 90 mq/kq P205 limiti keçməməlidir

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Xam kalium duzları (məsələn, kainite, silvinit və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kalium sulfat, tərkibində maqnezium duzları da ola bilər

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Məhsul fiziki ekstraksiya prosesləri nəticəsində xam kalium duzundan əldə edilir və tərkibində ola bilər ki, maqnezium duzları da olsun

Təbii mənşəli kalsium karbonat (məsələn, tabaşir, əhəng gili, breton ameliorantı, merqel, torpaq əhəngi, fosfat tabaşiri)

Təbii mənşəli maqnezium və kalsium karbonat (məsələn, maqnezium tabaşiri, torpaq maqnezium əhəngdaşı və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ancaq təbii mənbələrdən

Kalsium xlorid məhlulu

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Alma ağaclarında yarpaq çiləmələri, kalsium çatışmazlığını aşkar etdikdən sonra

Maqnezium sulfat (Epsom duzu) (məsələn, kizerit MgS04.H20)

Gips (kalsium sulfat)

Distillə qazanının dibində qalan tullantılar

Amonium distillyatorunun qalıqları istisna olunur

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ancaq yataq halında tapılan duz

Alüminium kalsium fosfat

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır 90 mq/kq P205 limitini keçməməlidir Qələvi torpaqlarda məhdud miqdarda istifadə olunur (pH>7.5)

Mikroelementlər (məsələn, bor mis, dəmir, manqan, molibden, sink)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Gil (məsələn, perlit, vermikulit)

Şəkər istehsalmdan gələn sənaye əhəngi (məsələn, vanesse)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Vakuumla duz istehsalından əldə edilən sənaye əhəngi

Dağlarda rast gəlinən duzlu məhlullardan alınan vakuumla duz istehsalından alınma məhsullar

Bitki mühafizəsi üçün istifadə olunan maddələr

Aşağıdakı aktiv maddələri özündə cəmləşdirən və ya onlardan ibarət olan bütün məhsullar üçün qəbul edilən ümumi şərtlər:

- ancaq ölkə daxilində tətbiq edilən bitki mühafizə məhsulları və qanunvericiliyə müvafiq olaraq tətbiq edilə bilər.

cinerariaefolium-dan alınan Pyretrin ekstraktı

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Rotenon, Derris elliptica, Derris spp. və Lonchocarpus ssp. və Thephrosia spp.-dən alınmış ekstrakt (C23H2206)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Kvassiya preparatı, Quassia amaradan altnmış ekstrakt

İnsektisid, repellent

Azadiraxtin, Azadirachta indica (Neem ağacı)-dan alınmış ekstrakt

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Budamada istifadə edilir Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Bitki yağları (məsələn, nanə yağı, şam ağacından alınan efir yağları, zirə yağı)

İnsektisid, akarisid, fungisid və cücərməni ləngidən ingibitor

Hidrolizə edilmiş proteinlər (məsələn, kazein )

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Nicotiana tabacumdan alınmış ekstrakt (sulu məhlul)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Ancaq 2002-ci il martın 31-dən sonrakı müddətdə

Subtropik meyvə ağaclarında ancaq mənənələrə qarşı (məsələn, portağalda, limonda) və tropik bitkilərdə; yalnız vegetasiya dövrünün əvvəllərində

Mikroorqanizmlər (bakteriya, virus və göbələklər ) məsələn, Bacillus thuringensis, Granulosis virus, və s.

Ancaq genetik dəyişdirilməmiş məhsullar

III. Ekoloji təsərrüfatçılıqda ənənəvi olaraq istifadə olunan maddələr

Mis hidroksid şəklində olan mis, mis oksixlorid, (3-cü dərəcədən), mis sulfat, mis oksid (bordo mayesi)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır. Bitki mühafizə vasitələri üzrə qanunvericilikdə əgər ümumi qaydalar və yaxud spesifik şərtlər şəklində varsa, daha məhdud miqdarda, yəni 2006-cı il yanvarın 1-dən hər hektara bir ildə 6 kq-a qədər mis istifadə edilməsinə icazə verilir. Çoxillik bitkilər üçün əvvəlki paraqrafdan fərqli olaraq maksimum səviyyə aşağıdakı qədər olmalıdır: - 2007-ci il yanvarın 1-dən hər hektar üçün bir ildə istifadə oluna biləcək maksimum miqdar əvvəlki 4 il müddətində istifadə edilmiş miqdarın qalıqları da nəzərə alınmaqla hesablanmalıdır, müvafiq olaraq 36, 34, 32 və 30 kq mis 2007, 2008, 2009, 2010-cu və ondan sonrakı illər üçün

Fungisid, akarisid, repellent

Kivinin və şərq xirniyinin yetişdirilməsi üçün Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Yağ turşulu kalium duzu (yaşıl sabun)

Bananın yetişməsinin qarşısını almaq

KükürdlU əhəng (kalsium polisulfid)

Fungisid, insektisid, akarisid Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ancaq meyvə ağaclarında, üzüm, zeytun ağaclarında və tropik bitkilərdə Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Sertifikatlaşdırma qurumu tərəfındən təsdiq

edilməsinə ehtiyac vardır

Ancaq meyvə ağaclannda, üzüm, zeytun

ağaclannda və tropik bitkilərdə

Dəmir (III) ortofosfat

Becərilən bitkilərin cərgə aralarına, səthə çilənir

Ancaq meyvə ağaclannda, zeytun ağaclannda və üzümlərdə

- tələlər və ya qurğular maddələrin ətraf mühitə yayılmasına və becərilən bitkilərlə təmasına yol verməməlidir;

- istifadədən sonra tələlər toplanmalı və təhlükəsiz yerlərdə saxlanmalıdır

Attraktant; seksual davramşı pozanlar Ancaq tələlərdə və qurğularda

Piretroidlər (ancaq deltametrin vəya lambdasixalotrin)

Sertifıkatlaşdırma qurumu tərəfındən təsdiq

edilməsinə ehtiyac vardır

Xüsusi attraktantlafla ancaq tələlərdə

Ancaq Batrocera oleae və Ceratitis capitata wied

Ancaq meyvə ağaclarında Nectria galligenaya nəzarət etmək üçün

Rəngləmək üçün istisna olmaqla bütün icazə verilən formaları

Tokoferol, qarışıq təbii konsentratlar

Kərə və bitki yağlarında anti oksidant

Ağardıcı və üzvi həlledicilərdən istifadə olunmadan əldə edilən süd məhsulları, süd tərkibli uşaq yeməkləri, yağ məhsulları, mayonez

Meyvə və tərəvəz məhsulları

Tartar turşusu (L (+)-)

Tortlar, qənnadı məhsulları

Yarmadan səhər yeməkləri, qənnadı məhsullar

Ancaq özü məsamələnən unlar üçün köpürtmə vasitələri

Karaqen (Chondrus crispus)

Süd məhsulları, ət məhsulları

Süd məhsulları, konservləşdirilmiş ət, yumurta məhsulları

Ərəb kitrəsi (qum arabika)

Süd, yağ və qənnadı məhsulları

Ksantamonas bakteriyalannın kitrəsi

Yağ məhsulları, meyvə və tərəvəzlər, tortlar və biskvitlər, salatlar

Pektinlər (dəyişilməmiş)

Qənnadı məmulatları Süd məhsulları

Yarmadan hazırlanan səhər yeməkləri, tortlar və biskvitlər, qənnadı məmulatları

Tortlar və biskvitlər, soya məhsulları,

Kaustik məhlulla (Laugengeback) səthin

Otlar və ədviyyatlar üçün yapışma əleyhinə vasitələr

Kodeks Alimentariusun təbii Aromatizatorlar üçün ümumi tələbatlarında (CAC/GL 29-1987) qeyd edildiyi kimi, təbii aromatik maddələr və yaxud təbii aromatik preparatlar kimi etiketlənmiş məhsullar və maddələr.

Duzlar (natrium xlorid və ya kalium xlorid əsas komponentlər kimi, əsasən qida emalı sahəsində istifadə edilir).

3.4. Mikroorqanizmlər və fermentlərdən hazırlanan preparatlar Qida emalında hər hansı bir mikroorqanizmlər və fermentlərdən alınan preparatlar (genetik dəyişdirilmiş mikroorqanizmlər, yaxud fermentlər istisna olmaqla) normal şəkildə istifadə olunur.

3.5. Minerallar (mikroelementlər daxil olmaqla), vitaminlər, əvəzolunmaz yağ və amin turşuları və digər azot birləşmələri.

Ancaq indiyə qədər ərzaq məhsullarında qanuni şəkildə istifadə edilən və qəbul edilmiş maddələr.

Qatılaşdırma, pendir hazırlanmasında

koaqulyasiya vasitəsi kimi

Maqnezium xlorid (yaxud niqari)

Üzüm kişmişinin qurudulması

Yağ istehsalı və nişastanın hidrolizi pH tənzimləyici

Şəkər istehsalında ekstraksiya suyunun pH nizamlayıcısı

Jelatin (balığın hava qovuqcuğundan hazırlanmış)

Yağlandırma, ayrılma üçün və yaxud köpük əleyhinə vasitə

Silisium dioksid geli, yaxud colloid məhlulu

Aktivləşdirilmiş karbon

Şəkər istehsalında ekstraksiya suyunun pH tənzimləyicisi

Şəkər istehsalında pH tənzimləyicisi raps (Brassica spp) toxumlarından yağ istehsalı

Emal edilməmiş tərəvəz məhsulları

Yeyilən meyvələr, qərzəkli meyvələr və toxumlar:

Motmotu (qarağat fəsiləsindən) meyvəsi

Həvəşçiçək (passiflora) meyvəsi

Qırmızı qarağat (qurudulmuş)

Yeyilən ədviyyatlar və otlar:

İstiot (Peru mənşəli)

Dərman alpiniyası (ətirli kökləri)

Kulinariyada yarpaqlan istifadə edilən ot

Nasturcium officinale

Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən yosunlar, dəniz yosunları da daxil olmaqla

İcazə verilən proseslərlə emal edilmiş tərəvəz məhsulları:

Saflaşdırılmış, yaxud saflaşdırılmamış heyvan və bitki yağlan, amma kimyəvi cəhətdən dəyişilməmiş, bu və ya digər bitkilərdən alınmış:

Kokos palmasının qozası

Aşağıdakı şəkərlər, nişasta, taxıl və lifli bitkilərdən alınan digər məhsullar:

Düyü küləşindən hazırlanmış kağız

Preslənmiş çörək kağızı

Kimyəvi dəyişilməmiş düyü və mum, qarğıdalıdan alınmış nişasta

Şəkər qamışının şirəsindən alınmış spirt

Bu standartda göstərilən meyvə aromatizatorlarından hazırlanmış brendi (spirtli içki)

Heyvan mənşəli məhsullar:

Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən su heyvanları, süni şəraitdə yetişdirilməyən

Pendir suyu (herasuola)

3.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalına, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısının tətbiq olunmasına nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirirlər.

3.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı barədə hesabatlar hər rübün sonunda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir.

1.1. Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə qaydalarını və akkreditasiya olunmuş orqanların funksiyalarını tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanı ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.

1.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.

1.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.

1.5. Müşahidənin məqsədi istehsal və emal prosesinin idarə edilməsi sisteminin sistematik, müstəqil şəkildə, obyektiv qiymətləndirməkdir. Müşahidə zamanı bütün ekoloji istehsal prosesi qiymətləndirilir və aşağıdakı qaydada keçirilir:

ilkin müşahidə - keçid dövrü başlandıqdan sonra bir ay müddətində ilk müşahidə və araşdırmalar aparılır;

müntəzəm illik müşahidə - bu növ müşahidə keçid dövründə və yaxud sertifikat verildikdən sonra ildə bir dəfə keçirilir;

xəbərdarlıq edilmədən müşahidə - müşahidənin tarixi subyektə əvvəlcədən bildirilmir. Müşahidənin tarixi təsərrüfatın xüsusiyyətlərindən və ekoloji texnologiyaya olan risklərdən asılıdır;

əlavə müşahidə - subyekt istehsal sahəsini 20 faiz və daha artıq artırdıqda, yeni istehsal, yaxud emal xətti istifadəyə verildikdə, subyekt xammal təchizatçısını dəyişdikdə, yaxud digər əhəmiyyətli dəyişikliklər etdikdə, ərizəçinin istehsal sahəsi ondan asılı olmayan səbəblərdən çirkləndikdə və başqa mühüm dəyişikliklər baş verdikdə, yaxud bəyan edildikdə aparılır.

1.6. Müşahidələrin nəticəsi barədə təhlillər hazırlanır. Onun əsasında qəbul olunmuş qərar barədə subyekt məlumatlandırılır.

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi tələb olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma orqanına müraciət etməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir:

- “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun istehsalın təşkili;

- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə əlaqəsi olan bütün sənədləri (maliyyə sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə və istehsal sektorlarını sərbəst müşahidə etməyə icazə vermək;

- qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını sertifikatlaşdırma və nəzarət sistemləri ilə əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək.

1.1. Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.9-cu bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi qaydalarının tətbiqində məqsəd ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda mövcud olan proseslərin tənzimlənməsindən, bazarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarına olan tələbatın ödənilməsindən ibarətdir.

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsilə həyata keçirilir.

2.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınması, saxlanması, satışın təşkili xərclərinin səviyyəsi və digər məlumatlar təşkil edir.

2.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.

2.5. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.

1.1. Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.11-ci bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən edilməsindən ibarətdir.

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanma yerlərində (anbarlarda, soyuducularda) onların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan başqa məhsullarla qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir.

2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır.

2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanmasında qanunvericilikdə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.

2.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə alınmalıdır.

2.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd edən sistemə malik anbarlarda saxlanılmalıdır.

2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları, müasir texnologiya vasitələri ilə əldə edilmiş saxlama qabları və kameralarından istifadəyə icazə verilir. Materiallar, konteynerlər və anbarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir.

2.8. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanılmasında istifadə olunan saxlama məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və bu barədə müvafiq qeydiyyat aparılmalıdır.

2.9. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır.

2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə istehlakçıları məlumatlandırmalıdırlar.

2.11. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət edilməlidir.

2.12. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır.

2.13. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar ziyanvericiləri ilə yoluxmamış və kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin bamı asan yuyula bilən gigiyenik materialdan hazırlanmış örtüyə malik olmalıdır.

2.14. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələri xüsusi sanitariya pasportu ilə təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən keçirilməlidir.

2.15. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır.

2.16. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə və əzaba məruz qalmasına yol verilməməlidir.

1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2. 18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311)

3. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

4. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

5. 6 noyabr 2018-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2425)

6. 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)

7. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262)

8. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver