12.1. Ekoloji müşahidə üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunurlar.
12.1-1. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
12.2. Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar aşağıdakı tələblərə cavab verməlidirlər:
12.2.1. kənd təsərrüfatı və qida məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olmamalı.
12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.