Qanunvericilik › “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.08.2010) › Tam mətn

“Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.08.2010)

“Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.08.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.EYYUBOV

Bakı şəhəri, 30 avqust 2010-cu il

1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsinin əsas məqsədi bu sahədə səmərəli və effektiv təbiətqoruyucu texnologiyaların və elmi təminatlı innovasiya siyasətinin tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənməsi və istehsalata tətbiqi, habelə istehsalçılara elmi-praktiki köməyin göstərilməsi, birgə layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işlərin müəyyənləşdirilməsindən ibarətdir.

2.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2.2. Aidiyyəti elmi tədqiqat institutlarının və tədris müəssisələrinin vasitəsilə bu qurumlar, habelə bu işə cəlb olunan hüquqi və fiziki şəxslər sahənin inkişafına zəmin yaradan aşağıdakı prioritet mövzuların öyrənilib istehsalata tətbiq olunmasını təmin edirlər:

- ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün ərazilərin öyrənilməsi və bu cür təsərrüfatların yaradılması prinsiplərinin işlənilməsi;

- aqrokimyəvi tədqiqatlar vasitəsilə torpaq münbitliyinin qiymətləndirilməsi və torpaqların zərərli maddələrlə çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi;

- yerli genetik fonddan istifadəyə üstünlük verməklə, fizioloji xüsusiyyətlərə (quraqlığa, istiliyə və şoranlaşmaya davamlı) malik, xəstəlik və zərərvericilərə davamlı yeni sort və hibridlərin yaradılması;

- ekoloji təmiz təsərrüfatlar üçün, elmi cəhətdən əsaslandırılmış növbəli əkin sistemlərinin və becərmə texnologiyalarının hazırlanması;

- təbii otlaq və biçənəklərin yaxşılaşdırılmasının elmi əsaslarının işlənməsi;

- bitkiçilikdə bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı bitki mühafizəsi sisteminin hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahəsində müasir texnologiyaların, layihələrin hazırlanması və itirilmiş qida maddələrinin torpağa qaytarılması məqsədilə bitki və heyvan mənşəli tullantıların emalı texnologiyalarının hazırlanması;

- kənd təsərrüfatı fəaliyyəti nəticəsində torpağın və suyun çirklənməsinin qarşısının alınması üsullarının hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı üçün üzvi gübrələrin və kompostların hazırlanma texnologiyalarının öyrənilməsi;

- quşçuluq, balıqçılıq təsərrüfatlarında ekoloji təmiz istehsal texnologiyalarının işlənməsi və tətbiqi;

- biosfer rezervat daxilində yetişdirilməsi mümkün olan və istehsalının stimullaşdırılması üçün tətbiq edilən kənd təsərrüfatı məhsullarının istehsalının elmi əsaslarının öyrənilməsi;

ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair beynəlxalq təcrübələrə əsaslanan xüsusi layihələrin hazırlanması. „

23. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi aidiyyəti üzrə ekoloji təmiz kənd təsərrüfatı üçün mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması və onların ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili, maarifləndirilməsi və informasiya yayımının genişləndirilməsi işini təşkil edirlər;

- ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi üçün müvafiq tədbirlər görürlər;

- ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi məqsədilə sərgi və yarmarkalar təşkil edirlər;

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kurslar, seminarlar və konfranslar təşkil edirlər;

- bu sahədə xarici ölkədə keçirilən tədbirlərdə mütəxəssislərin və fermerlərin mütəmadi iştirakını təmin edirlər.

1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

3. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

5. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262)

6. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver