Qanunvericilik › Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Aktiv istehlakçının dəstəklənməsi mexanizmi

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. İstehlakçılar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək üçün elektrik stansiyalarını quraşdıra və bu stansiyalar vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini daha sonra əvəzləşdirmək məqsədilə paylayıcı şəbəkəyə ötürə, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilərlər.

10.2. Əvəzləşdirmə üçün müəyyənləşdirilmiş hesabat dövrü başa çatdıqdan sonra yaranmış qalıq elektrik enerjisinin dəyəri aşağıdakı şəkildə hesablanır:

10.2.1. şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda aktiv istehlakçı qalıq elektrik enerjisinin dəyərini özünün aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin təchizatçısına ödəyir;

10.2.2. şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən az olduqda elektrik enerjisinin təchizatçısı qalıq elektrik enerjisinin dəyərini mövcud topdansatış tarifi ilə istehlakçıya ödəyir.

10.3. Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar.

10.4. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver