Qanunvericilik › Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Elektrik şəbəkələrinə qoşulma və ondan istifadə

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərə əsasən təmin edilir.

17.2. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdir.

17.3. İstehsalçılar ilə ötürücü və ya paylayıcı sistem operatorları arasında elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulması müqaviləsi bağlanılır.

17.4. Elektrik şəbəkəsinin inkişafı planlaşdırılarkən elektrik stansiyalarının şəbəkəyə vaxtında qoşulmasını və tam istismarını təmin etmək üçün fəaliyyət planı nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver