19.1. Ötürücü və paylayıcı sistem operatorlarının aşağıdakı hüquqları vardır:
19.1.1. texniki normativ hüquqi aktlara və elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq elektrik stansiyalarının qoşulması və elektrik enerjisinin ölçülməsi sxemlərini təftiş etmək;
19.1.2. qoşulmaya dair texniki tələblərin pozulduğu, elektrik enerjisi sistemində fövqəladə hallar baş verdiyi və ya fövqəladə halların başvermə təhlükəsi yarandığı hallarda elektrik stansiyalarını ayırmaq və ya elektrik enerjisinin istehsalının məhdudlaşdırılmasını tələb etmək;
19.1.3. elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq, istehsalçıdan istehsal həcmlərinə dair proqnozlar almaq;
19.1.4. bu Qanunla müəyyən edilmiş digər hüquqlar.
19.2. Ötürücü və paylayıcı sistem operatorlarının aşağıdakı vəzifələri vardır:
19.2.1. elektrik stansiyalarını şəbəkədə ən yaxın və ən əlverişli nöqtəyə qoşmaq;
19.2.2. bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisini şəbəkəsi vasitəsilə ötürmək və paylamaq;
19.2.3. elektrik stansiyalarının qoşulması məqsədilə şəbəkəni müasirləşdirmək və genişləndirmək üçün tədbirlər görmək;
19.2.4. bu Qanunla müəyyən edilmiş digər vəzifələr.