Qanunvericilik › Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

3.0.1. dəstək mexanizmlərinin tətbiqi;

3.0.2. dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;

3.0.3. istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;

3.0.4. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi;

3.0.5. bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver