Qanunvericilik › “Elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər”in təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 20.06.2024) › Tam mətn

“Elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər”in təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 20.06.2024)

“Elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər”in təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 20.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

1. “Elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar 2025-ci ilin iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

1.1. Bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 36.3-cü maddəsinə əsasən hazırlanmışdır və ötürücü və ya paylayıcı sistem operatoru ilə istehlakçı arasında elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri təsbit edir.

1.2. Bu Tələblər elektrik enerjisinin istehlakçılarına (istehlakçılara), tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoruna şamil edilir.

1.3. Elektrik qurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.

1.4. İstehlakçılara verilən elektrik enerjisi Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun olmalıdır.

1.5. İstehlakçıların elektrik qurğuları Qanunun 36.3-cü maddəsinə nəzərdə tutulmuş texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

1.6. Bu Tələblərdə istifadə olunan anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə istehlakçı arasında elektrik enerjisi istehlakına görə hesablaşmaların aparılması üçün elektrik qurğuları onların texniki parametrlərinə uyğun elektrik sayğacı ilə təmin olunmalıdır.

2.2. İstehlakçı üçün quraşdırılan elektrik sayğacı balans mənsubiyyəti sərhədində, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədinə (girişində) qidalandırıcı kabelin uclarında, tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatorunun maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılır.

2.3. İstehlakçı üçün quraşdırılan elektrik sayğacının sıxaclar yuvasının (qutusunun) qapağında, onu qidalandıran cərəyan və gərginlik transformatorlarının ayırıcılarının intiqallarında, həmçinin uçot cihazına qoşulan naqillərin yığma sıxaclarında tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatorunun plombu vurulur.

2.4. Hesablaşma elektrik sayğaclarının quraşdırılması zamanı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş, ilkin və dövri yoxlamadan keçmiş elektrik sayğaclarından istifadə olunmalıdır.

2.5. İstehlakçıların elektrik qurğuları və elektrik sayğacları Qanunun 20.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının quraşdırılması qaydasına uyğun quraşdırılır.

2.6. İstehlakçıların elektrik qurğuları və elektrik sayğacları Qanunun 36.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının texniki istismar qaydasına və elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasına uyğun olaraq istismar olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver