Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş əlavənin cədvəl hissəsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “250” rəqəmi “300” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 2016-cı il 1 dekabr tarixindən tətbiq edilsin.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 22 dekabr 2016-cı il