Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 19 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
Əhali və 1 fazlı təchizat sxemi üzrə qeyri-əhali
3 fazlı təchizat sxemi üzrə qeyri-əhali
1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. “Azərenerji” ASC-nin istehsalı olan istilik enerjisinin “Azəristiliktəchizat” ASC-yə topdansatış tarifi ƏDV daxil olmaqla 3 manat/Qkal, digərlərinə isə 40 manat/Qkal müəyyən edilsin.”.
2. Bu Qərarın 1.1-ci bəndi 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
3. Bu Qərarın 1.2-ci bəndi ilə müəyyən olunan tariflər 2025-ci il 2 yanvar tarixindən yaranan münasibətlərə şamil edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 30 dekabr 2025-ci il