Qanunvericilik › “Elektrik qurğularının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 12.06.2024) › Tam mətn

“Elektrik qurğularının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 12.06.2024)

“Elektrik qurğularının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 12.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fermanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

1. “Elektrik qurğularının texniki istismar Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

1.1. Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 36.3-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik qurğularının texniki istismar qaydalarına dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.2.1. dispetçer məntəqəsi – elektrik təsərrüfatında texnoloji proseslərin, elektrik qurğularının və avadanlıqlarının, yarımstansiyaların operativ-dispetçer idarə olunması üçün nəzərdə tutulan informasiyaların, idarəetmə sxemlərinin və əməliyyat heyətinin toplandığı bina, tikili və ya mərkəz;

1.2.2. elektrik təsərrüfatına cavabdeh şəxs – inzibati-texniki heyətdən elektrik təsərrüfatının istismarçısı tərəfindən təyin olunmuş, üzərinə elektrik qurğularına təhlükəsiz xidmətin təşkili vəzifəsi qoyulmuş şəxs;

1.2.3. elektrotexniki heyət – elektrik qurğusunun istismarçısı tərəfindən cəlb edilmiş elektrik qurğularının quraşdırılmasını, texniki xidmətini, sazlanmasını, iş rejimlərinin idarə olunmasını yerinə yetirən, elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik olan mütəxəssis qrupu;

1.2.4. elektrotexnoloji heyət – elektrotexnoloji qurğuların, həmçinin istismar olunan zaman daim elektrik aparatlarının, elektrik naqillərinin, elektromexaniki əl alətlərinin, əldə daşınan və səyyar elektrik qəbuledicilərinin, texniki xidməti və tənzimlənməsi tələb olunan, mürəkkəb enerjitutumlu istehsal-texnoloji avadanlıqların istismarını yerinə yetirən və hüquq və vəzifələrinə görə elektrik qurğularını istismar edərkən elektrotexniki heyətə bərabər hesab olunan mütəxəssis qrupu;

1.2.5. elektrotexnoloji qurğu – elektrik qaynağı, elektroliz, elektrotermiya və bu qəbildən olan digər elektrik qurğusu;

1.2.6. əməliyyat-təmir heyəti – həvalə olunmuş elektrik qurğularına onların istismarçısı tərəfindən təsdiq olunan həcmdə əməliyyat xidməti göstərmək və nasazlıq aşkar edildikdə həmin qurğuları təmir etmək üçün hazırlıqlı olan və təlimatlandırılmış mütəxəssis qrupu;

1.2.7. əvəzetmə – əvəzetməyə cavabdeh olan şəxsin nəzarəti altında əvəzediciyə işin yerinə yetirməsinə icazə verən heyətlə iş forması;

1.2.8. inzibati-texniki heyət – texniki xidmətlərin və istismar xidmətlərinin təşkili, elektrik qurğularında təmir, quraşdırma və sazlama işlərinin aparılması, elektrik qurğularının texniki vəziyyətinə nəzarət və elektrik qurğularında işləyərkən əməyin mühafizəsi tələblərinə riayət edilməsinə cavabdeh olan şəxslər;

1.2.9. istehsalat (yerli) təlimatları – istehsalçı təlimatları (istismar təlimatları, digər texniki və (və ya) texnoloji sənədlər), layihə sənədləri, sınaq nəticələri nəzərə alınaraq, səlahiyyətləndirilmiş mütəxəssis tərəfindən siyahısı təsdiqlənmiş elektrik qurğularının, tikinti obyektlərinin istismarı üzrə sənəd;

1.2.10. konservasiya – elektrik qurğularının korroziyadan, insanların və xarici mühitin mexaniki və digər təsirlərindən qorunması yolu ilə qanunvericiliklə, dövlət standartları ilə, bunlar olmadıqda isə elektrik qurğusunun istismarçı tərəfindən müəyyən olunmuş müddətdə fəaliyyətsizliyinin təmin olunması üzrə kompleks tədbirlər;

1.2.11. qəza rejimi – elektroenergetika sisteminin və ya onun hissələrinin normal iş rejiminin pozulması ilə zədələnmiş elementin açılmasınadək davam edən qısamüddətli keçid rejimi;

1.2.12. qoyuluş qiyməti – idarəetmə və mühafizə qurğularının işə düşməsi üçün istifadə edilən kəmiyyətin hədəflənən qiyməti;

1.2.13. mühəndis-texniki heyət – elektrik qurğularında texniki və əməliyyat xidmətini, təmir, montaj və sazlama işlərinin aparılmasını təşkil edən, elektrik qurğularının texniki vəziyyətinə nəzarəti və elektrik qurğularında işləyərkən bu Qaydaların tələblərinə riayət olunmasına nəzarəti həyata keçirən mütəxəssislər;

1.2.14. operativ-əməliyyat heyəti – növbətçilikdə olan operativ-əməliyyat heyəti, operativ-dispetçer idarəetməsinə cəlb olunmuş mütəxəssislər, növbətçi mühəndis və texniklər, növbə rəisləri, operativ-səyyar briqada üzvləri, elektrik stansiyalarına və yarımstansiyalara xidmət edən montyorlar, o cümlədən elektrik qurğularının əməliyyat idarəedilməsini, həmçinin elektrik qurğularına əməliyyat xidməti (texniki baxışı, cari istismar üzrə yerinə yetirilən işlərin siyahısına uyğun olaraq işlərin icrası, əməliyyat çevirmələri) yerinin hazırlanmasını, mütəxəssislərə buraxılış verən və nəzarəti həyata keçirən heyət;

1.2.15. operativ-dispetçer idarəetməsi – mərkəzi operativ-dispetçer xidmətinin və ya paylayıcı operativ-dispetçet xidmətinin təlimatlarının icra edilməsi üçün elektrik qurğusunun istismarçısı tərəfindən yaradılmış idarəetmə üsulu;

1.2.16. sistem operatoru – ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru;

1.2.17. texniki heyət – elektrik qurğularına texniki xidmət göstərən, onlarda operativ əməliyyat aparan, habelə elektroenergetika obyektlərinin və istehlakçıların qəbuledici elektrik qurğularının texnoloji iş rejimlərinə nəzarət edən elektrotexniki, elektrotexnoloji heyət və qeyri - elektrotexniki heyət;

1.2.18. texniki xidmət – elektrik qurğusunun işlək (saz) vəziyyətdə saxlanmasını təmin edən və təyinatı üzrə istifadə olunduqda, saxlanıldıqda və daşındıqda onların imtina ehtimallarını azaldan təşkilati tədbir (texniki əməliyyatlar kompleksi);

1.2.19. əməliyyat heyəti – müəssisənin, struktur bölmənin elektrik qurğularının əməliyyat idarəedilməsini, həmçinin, elektrik qurğularına əməliyyat xidmətini (baxışı, cari istismar qaydasında işlərin aparılmasını, əməliyyat çevirmələrini), iş yerinin hazırlanmasını, işçilərə buraxılış verən və nəzarəti həyata keçirən heyət;

1.2.20. təmir heyəti – elektrik avadanlıqlarının təmiri, yenidən qurulması, quraşdırılması, sınaqdan keçirilməsi və tənzimlənməsi üzrə işləri yerinə yetirən heyət.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

1.4. Bu Qaydalarda istifadə olunan ixtisarlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. AİS – avtomatlaşdırılmış idarəetmə sistemi;

1.4.2. AİY – avtomatlaşdırılmış işləmə yeri;

1.4.3. APQ – açıq paylayıcı qurğu;

1.4.4. EANUS – elektrik enerjisinin avtomatlaşdırılmış nəzarət və uçot sistemi;

1.4.5. ETAİS – elektrik təsərrüfatını avtomatik idarəetmə sistemi;

1.4.6. ETL – elektrotexnika laboratoriyası;

1.4.7. EVX – elektrik veriliş xətti;

1.4.8. EAQ – ehtiyatın avtomatik qoşulması;

1.4.9. ETK – ekspert-texniki komissiya;

1.4.10. ƏQ – əks-qəza;

1.4.11. HAES – hidroakkumulyator elektrik stansiyası;

1.4.12. HX – hava xətti;

1.4.13. KX – kabel xətləri;

1.4.14. KPQ – komplekt paylayıcı qurğu;

1.4.15. QPQ – qapalı paylayıcı qurğu;

1.4.16. QTQ – qaz turbin qurğuları;

1.4.17. MES – modul elektrik stansiyaları;

1.4.18. MÖS – məlumat ölçmə sistemləri;

1.4.19. MYÖA – məlumatların yığım və ötürülməsi altsistemi;

1.4.20. NÖC – nəzarət-ölçü cihazları;

1.4.21. ODAİS – operativ-dispetçer avtomatlaşdırılmış idarəetmə sistemi;

1.4.22. ODTİV – operativ-dispetçer və texnoloji idarəetmə vasitələri;

1.4.23. OMK – operativ məlumat kompleksi;

1.4.24. ÖV – ölçmə vasitələri;

1.4.25. PQ – paylayıcı qurğu;

1.4.26. RMA – rele mühafizəsi avtomatikası;

1.4.27. RMAT – rele mühafizəsi, avtomatika və telemexanika;

1.4.28. TAT – təsirlənmənin avtomatik tənzimlənməsi;

1.4.29. TQ – torpaqlama qurğusu;

1.4.30. TYA – tezliyə görə yükaçma avtomatikası;

1.4.31. TYS – transformator yarımstansiyası;

1.4.32. YAXA – yükün açılmasının xüsusi avtomatikası;

1.4.33. YAT – yük altında tənzimləmə.

1.5. Bu Qaydaların tələbləri bu Qaydaların 1.6-cı bəndində nəzərdə tutulan elektrik qurğuları istisna olmaqla, qeyri-məişət istehlakçılarının və elektroenergetika obyektlərinin elektrik qurğularına şamil olunur.

1.6. Bu Qaydaların tələbləri nominal gərginliyi 0,22 kV-dan çox olmayan 1 fazalı elektrik təminatı sxemi ilə qidalandırılan istehlakçıların, habelə su, hava, dəmir yolu və avtomobil nəqliyyat vasitələrinin elektrik qurğularına şamil olunmur.

1.7. Qanunun 42.6-cı maddəsinə uyğun olaraq, Tənzimləyicinin bu Qaydalarda nəzərdə tutulan səlahiyyətləri Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

2.1. İstehlakçının elektrik qurğularının istismarını hazırlıq keçmiş elektrotexniki heyət, elektroenergetika obyektlərində elektrik qurğularının istismarını peşəkar təhsili olan, elektrik qurğularının idarə edilməsi üzrə təcrübəyə malik elektrotexniki heyət həyata keçirməlidir.

2.2. Elektrotexniki heyət aşağıdakılardan ibarətdir:

2.2.1. inzibati-texniki heyət;

2.2.2. əməliyyat heyəti;

2.2.4. əməliyyat-təmir heyəti.

2.3. Elektrotexnoloji qurğuların, elektrik aparatlarının, ötürücülərin, elektrik əl maşınlarının, daşınabilən və səyyar elektrik qəbuledicilərinin, daşınabilən elektrik alətlərinin daimi texniki qulluğu və istehsalçı tərəfindən tənzimlənməsi tələb edilən elektrik enerjisi ilə təmin olunmuş mürəkkəb texnoloji istehsalat avadanlığının texniki qulluğu elektrotexnoloji heyət tərəfindən həyata keçirilməlidir. Bu heyət ona təhkim olunmuş qurğuların təhlükəsiz işi və texniki qulluğu üçün bu Qaydalarla nəzərdə tutulmuş elektrik təhlükəsizliyi üzrə qrupa uyğun bilik və bacarıqlara malik olmalıdır.

2.4. Elektrotexniki heyətin tərkibinə daxil olmayan, elektrotexnoloji qurğuların istismarını yerinə yetirən və elektrik təhlükəsizliyinə görə ΙΙ qrupdan aşağı olmayan qrupa malik olan istehsalat sexlərinin və sahələrinin elektrotexnoloji heyəti öz hüquq və vəzifələri ilə elektrotexniki heyətə bərabər tutulur və elektrotexniki heyətin tabeçiliyindədir.

2.5. Bilavasitə tabeçiliyində elektrotexnoloji heyət olan texniki məsələlər üzrə rəhbərlərin elektrik təhlükəsizliyi üzrə qrupu tabeçiliyində olan elektrotexnoloji heyətdən aşağı olmamalıdır.

2.6. Elektrik təhlükəsizliyi üzrə qrupun olması və qanunvericiliklə nəzərdə tutulan elektrotexniki və elektrotexnoloji vəzifələrin və peşələrin siyahısı elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilir.

2.7. İcbari tibbi müayinədən keçməli olan vəzifə və peşələrin siyahısı bu Qaydalara 15 nömrəli Əlavə ilə müəyyən edilir.

3.1. Elektrik qurğuları ilə iş üçün elektrotexniki heyətə daxil olan mütəxəssislərin həmin qurğuların işinin xarakterinə uyğun peşə hazırlığı olmalıdır. Belə peşə hazırlığı olmadıqda həmin mütəxəssis müstəqil işəburaxmaya qədər ixtisaslaşmış tədris mərkəzlərində təlim keçməlidir.

3.2. Elektrotexniki heyətə təyin edilmiş mütəxəssislə onun ixtisasının saxlanması və funksiyalarının yerinə yetirməsi üçün qurğunun istismarçısının təşkilati-sərəncamverici aktlar ilə müəyyən etdiyi qaydada və mütəmadiliklə iş aparılmalıdır.

3.3. Elektrotexniki heyətin hazırlanması üçün elektroenergetika obyekti poliqon, təhsil otaqları, emalatxana, laboratoriya və texniki vasitələrlə təchiz edilməli, elektrik təsərrüfatına cavabdeh şəxs bunun üçün mütəxəssislər cəlb etməlidir.

3.4. Elektroenergetika obyektində texniki ədəbiyyatı olan fiziki və ya elektron kitabxana yaradılmalı, həmçinin heyətin dərsliklərdən və elektrik qurğusunun istismarına aid texniki ədəbiyyatlardan, habelə texniki normativ-hüquqi aktlardan istifadəsi imkanı təmin edilməlidir.

3.5. Elektroenergetika subyekti tərəfindən həmin obyektdə texniki xidmət göstərən heyətin təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə tədrisi təşkil olunmalıdır.

3.6. Elektroenergetika obyektində xidmət göstərən elektrotexniki heyətin hazırlığı aşağıdakı ardıcıllıqla keçirilməlidir:

3.6.1. nəzəri hazırlıq;

3.6.2. təcrübə (yerli operativ-dispetçer mütəxəssis heyəti üçün təcrübə keçmə, qabaqcıl operativ-dispetçer idarəetmə üsulları ilə tanışlıq və elektroenergetika obyektlərinin funksionallığının xüsusiyətləri ilə tanışlıq);

3.6.3. biliyin yoxlanılmasına hazırlıq və biliyin yoxlanılması;

3.6.4. yerli operativ-dispetçerin əməliyyat və əməliyyat-təmir heyətləri üçün əvəzetmə;

3.6.5. yerli operativ-dispetçerin əməliyyat və əməliyyat-təmir heyətləri üçün ƏQ məşqləri;

3.6.6. yerli operativ-dispetçerin əməliyyat və əməliyyat-təmir heyətləri üçün yanğın əleyhinə məşqlər.

3.7. Yeni vəzifə (peşə) üzrə hazırlıq müstəqil işəburaxma ilə bitməlidir.

3.8. Təlim üçün elektrik qurğusunun istismarçısı tərəfindən cəlb edilmiş mütəxəssisə avadanlıqlarla, aparatlarla, əməliyyat sxemləri ilə, həmçinin həmin vəzifə (peşə) üzrə aşağıdakılarla tanış olmaq üçün 3 (üç) ay müddət verilməlidir:

3.8.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının quraşdırılması qaydalarına (bundan sonra – “Elektrik qurğularının quraşdırılması Qaydaları”), “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən təsdiq edilən “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” (bundan sonra – “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”) və bu Qaydalarla;

3.8.2. bu Qaydalarla nəzərdə tutulmuş təşkilati-sərəncamverici aktlarla;

3.8.3. texniki təhlükəsizlik üzrə təlimatlarla;

3.8.4. elektrik qurğusunun istismarçısının təşkilati-sərəncamverici aktları və istismar edilən elektrik qurğularının istismar sənədləri ilə.

3.9. Elektrotexniki heyətin hazırlıq proqramı qanunvericilik aktlarının struktur elementləri göstərilməklə elektrik qurğusunun istismarçısı tərəfindən təsdiqlənir.

4.1. Elektrotexniki heyətə daxil edilmiş mütəxəssis elektrik qurğularının istismarı ilə bağlı müstəqil işəburaxmaya qədər, habelə bu Qaydaların 4.2-ci bəndində qeyd olunmuş hal istisna olmaqla, həmin mütəxəssisin elektrik qurğularının istismarı ilə bağlı vəzifələri dəyişdikdə və ya elektrotexniki heyətdəki fəaliyyətinə 6 (altı) aydan artıq fasilə verildikdə bu Qaydalara uyğun olaraq ixtisas təliminə cəlb edilməlidir.

4.2. İxtisas üzrə ən azı 3 (üç) il stajı olan elektrotexniki heyətə daxil edilmiş mütəxəssisin öncə cəlb edildiyi işinin xarakteri dəyişməyibsə o, ixtisas təliminə cəlb olunmur.

4.3. Əməliyyat, əməliyyat-təmir və təmir heyəti sıralarından olan mütəxəssislər üçün əməliyyat heyətinin rəhbərinin hazırlanması proqramında ixtisas təlimi və biliyin yoxlanması, əməliyyat, əməliyyat-təmir və təmir heyəti sıralarından olan əməliyyat heyəti rəhbərləri üçün isə həm də əvəzetmə nəzərdə tutulmalıdır.

4.4. İxtisas təlimi təlimçinin rəhbərliyi altında, həmin təlimə cəlb edilmiş mütəxəssisi dəvət edən istismarçının müəyyən etdiyi əməliyyat heyətinin rəhbərinin hazırlanması proqramı üzrə təşkil edilir. Həmin proqramla bu ixtisas təliminin müddəti 14 (on dörd) iş günündən artıq olmamaq şərti ilə, hər bir funksiya üzrə 2 (iki) iş günü müəyyən edilir.

4.5. İxtisas təliminə buraxılış elektrik qurğusunun istismarçısı tərəfindən sənədləşdirilir və bu sənədlərdə təcrübə keçmə müddəti təsbit olunur.

4.6. İxtisas təlimi ərzində mütəxəssis aşağıdakıları öyrənməlidir:

4.6.1. istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarının tələblərini və onların tətbiqini;

4.6.2. xidmət göstərilən elektrik qurğusu ilə işləmək üçün sxemləri, istehsalat və əməyin mühafizəsi üzrə təlimatları;

4.6.3. istehsalat əməliyyatlarının yerinə yetirilməsi üçün praktiki vərdişləri;

4.6.4. öz işləmə yerində dəqiq hərəkət etmə bacarığını;

4.6.5. xidmət göstərilən avadanlığın qəzasız, təhlükəsiz və səmərəli istismarı üsullarını və şərtlərini.

5.1. Elektrik qurğusuna xidmət göstərən mütəxəssisin biliklərinin yoxlanılması ilkin və dövri (növbəti və növbədənkənar) olaraq həyata keçirilir.

5.2. Biliklərin ilkin yoxlanılması elektrik qurğularına xidmətlə bağlı işə ilk dəfə qəbul olunan və ya biliyin yoxlanılmasından sonra 3 (üç) ildən artıq fasilə verilmiş mütəxəssis üçün keçirilir.

5.3. Elektrik qurğusuna xidmət göstərən mütəxəssisin biliklərinin növbəti yoxlanılması aşağıdakı müddətlərdə aparılmalıdır:

5.3.1. bilavasitə fəaliyyətdə olan elektrik qurğularına xidmət üzrə işləri təşkil edən və aparan və ya onlarda sazlama, elektrik-quraşdırma, təmir işləri və ya profilaktiki sınaqlar aparan elektrotexniki heyət üçün, həmçinin naryadlar, göstərişlər vermə, əməliyyat danışıqları aparmaq səlahiyyətinə malik heyət üçün – ildə bir dəfə;

5.3.2. bu Qaydaların 5.3.1-ci yarımbəndində göstərilən qrupa aid olmayan inzibati-texniki heyət üçün, həmçinin elektrik qurğularının təftişinə buraxılan əməyin mühafizəsi üzrə mütəxəssislər üçün – 3 (üç) ildə bir dəfə.

5.4. Elektrik qurğusuna xidmət göstərən mütəxəssisin biliklərinin növbəti yoxlanılmasının müddəti əvvəlki biliyin yoxlanılması tarixinə uyğun təyin olunur.

5.5. Elektrik qurğusuna xidmət göstərən mütəxəssisin biliklərinin növbəti yoxlanılması zamanı elektrik qurğusuna xidmət etmək üçün kifayət qədər biliyinin olmaması müyyən edilmiş mütəxəssislər üçün komissiya sonuncu yoxlama günündən 1 (bir) ay müddətindən gec olmayaraq təkrar yoxlama təyin edir. Elektrik qurğusuna xidmət etmək üçün kifayət qədər biliyinin olmaması müyyən edilmiş mütəxəssisin səlahiyyətlərinin qüvvədə olma müddəti mütəxəssisin elektrik qurğularında işlərdən müvəqqəti kənarlaşdırılması haqqında komissiyanın qərarı yoxdursa, komissiya tərəfindən ikinci yoxlama üçün təyin olunmuş müddətə kimi uzadılır. Qiymətləndirmənin nəticələri komissiya üzvlərinin səs çoxluğu ilə müəyyən edilir.

5.6. Elektrik qurğusuna xidmət göstərən mütəxəssisin biliklərinin növbədənkənar yoxlanılması əvvəlki yoxlamanın keçirildiyi tarixdən asılı olmayaraq, aşağıdakı hallarda keçirilir:

5.6.1. yeni və ya təkmilləşdirilmiş norma və qaydalar qüvvəyə mindikdə;

5.6.2. yeni avadanlıq quraşdırıldıqda, elektrik və texnoloji sxemlərin rekonstruksiyası və ya dəyişdirilməsi halında (bu zaman növbədənkənar yoxlamanın zəruriliyi bunun üçün səlahiyyətləndirilmiş texniki mütəxəssis tərəfindən müəyyən edilir);

5.6.3. biliyi yoxlanılmış mütəxəssisə həvalə olunmuş yeni vəzifələr əlavə norma və qaydaları bilməyi tələb etdikdə;

5.6.4. mütəxəssis əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərini pozduqda;

5.6.5. elektroenergetika obyektində insanlarla bağlı bədbəxt hadisələri və ya iş zamanı pozuntuları araşdırmış komissiyanın qərarı ilə;

5.6.6. elektrik təhlükəsizliyi üzrə yuxarı qrupa keçid üçün bilik səviyyəsinin artırıldığı zaman;

5.6.7. qeyri-məqbul qiymət aldıqdan sonra biliklər qiymətləndirilərkən;

5.6.8. öz peşəkarlıq fəaliyyətində 6 (altı) aylıq fasilə olduqda;

5.6.9. nəzarət tədbirləri həyata keçirilən zaman pozuntu aşkarlandığı halda.

5.7. Elektrotexniki heyətin elektrik qurğularının istismarı qaydaları üzrə bilikləri həmin qurğunun istismarçısı tərəfindən müəyyən edilmiş qrafik üzrə yoxlanılır. Biliyi yoxlanılmalı olan mütəxəssis qeyd edilən qrafiklə tanış olmalıdır.

5.8. Elektrik təsərrüfatına cavabdeh şəxslərin, onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi həvalə edilmiş əməyin mühafizəsi üzrə mütəxəssislərin biliklərinin yoxlanılması Tənzimləyicinin yaratdığı komissiyada aparılır.

5.9. Elektrotexniki heyətin biliyinin yoxlanılması üçün elektrik qurğusunun istismarçısı tərkibi beş nəfərdən az olmayan komissiya yaratmalıdır.

5.10. Elektrik qurğularının gərginliyi 1000 V və daha yuxarı olan obyekt üzrə komissiyanın sədrinin elektrik təhlükəsizliyi üzrə qrupu V və elektrik qurğularının gərginliyi yalnız 1000 V qədər olan obyekt üzrə isə qrupu ΙV olmalıdır. Elektrik təsərrüfatına cavabdeh şəxs komissiyanın sədri hesab olunur.

5.11. Komissiyanın üzvlərinin elektrik təhlükəsizliyi üzrə qrupu olmalı və onlar bu məqsədlə yaradılmış komissiyalarda biliyin yoxlanılmasından keçməlidir. Komissiyanın ayrıca üzvlərinin yerində biliyinin yoxlanılmasına yol verilir, bu şərtlə ki, sədr və komissiyanın ən azı üç üzvü bu məqsədlə yaradılmış komissiyalarda biliyin yoxlanılmasından keçmiş olsun.

5.12. Biliyin yoxlanılması keçirilərkən ən azı üç komissiya üzvü, o cümlədən komissiyanın sədri və ya sədr müavini mütləq iştirak etməlidir.

5.13. Elektrik qurğusunun istismarçısının komissiya yaratmağa öz resursları çatmadıqda elektrotexniki heyətin biliyinin yoxlanılması üçün Tənzimləyiciyə müraciət edə bilər.

5.14. İxtisaslaşmış tədris müəssisələrində, o cümlədən ixtisasartırma institutlarında, təhsil mərkəzlərinin nəzdində biliyin yoxlanılması üçün yaradılmış komissiyaların üzvlərinin biliyinin yoxlanılması bu məqsədlə yaradılmış komissiyalarda aparılır.

5.15. Tənzimləyicinin nümayəndəsi və əməyin mühafizəsi üzrə mütəxəssislər elektrotexniki (elektrotexnoloji) heyətə daxil edilmir. Elektrotexniki heyətə daxil edilmiş əməyin mühafizəsi üzrə mütəxəssis elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik olmalı, onun ümumi əmək stajı (elektrik qurğularında işləməsi vacib deyil) 3 (üç) ildən az olmamalıdır.

5.16. Mütəxəssislərin bilikləri fərdi qaydada yoxlanılır.

5.17. Hər bir vəzifə (peşə) üçün mütəxəssisin biliyinin yoxlanılmasının həcm səviyyəsi elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilir.

5.18. “Elektrik qurğularının quraşdırılması Qaydaları”, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” və bu Qaydalar üzrə biliyin yoxlanılmasının nəticələri üzrə elektrotexniki (elektrotexnoloji) heyətə elektrik təhlükəsizliyi üzrə qrup təyin olunur.

5.19. Biliyin yoxlanılmasının nəticələri yazılı qaydada sənədləşdirilir və komissiya üzvləri tərəfindən imzalanır. Bir neçə mütəxəssisin biliyinin yoxlanılması bir gündə keçirilibsə və komissiyanın tərkibi dəyişməyibsə, komissiyanın üzvləri iş başa çatdıqdan sonra jurnalı 1 dəfə imzalaya bilər, bu halda biliyin yoxlanılmasından keçən mütəxəssislərin ümumi sayı yazılı göstərilməlidir.

5.20. Biliyin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş mütəxəssisə onun səlahiyyətlərini təsdiq edən sənəd verilir.

5.21. İlkin yoxlamadan başqa, yoxlamalar üçün elektron təlim proqramlarından, onlayn kurslardan istifadə etməyə yol verilir, biliyin yoxlanılması jurnalında (reyestrində) qeyd aparılması isə ləğv olunmur.

5.22. Vəzifəsinə elektrik qurğularının təftişi daxil olan, elektrik təhlükəsizliyi üzrə ΙV qrup həcmində biliyin yoxlanılmasından keçmiş əməyin mühafizəsi üzrə mütəxəssisə elektrik qurğularını təftiş etmə hüququ verilir.

5.23. Əməliyyat heyətinə əvəzetməyə icazəni, inzibati-texniki və təmir heyətinə təyin olunmuş mütəxəssis üçün müstəqil işəburaxmanı elektrik qurğusunun istismarçısı rəsmiləşdirir.

5.24. Əməliyyat heyəti üçün əvəzetmədən sonra müstəqil işəburaxma həmin heyətin aid olduğu elektrik qurğusunun istismarçısı tərəfindən rəsmiləşdirilir.

5.25. Əməliyyat və ya əməliyyat-təmir heyətinə təyin edilmiş mütəxəssis əvəzetmədən sonra müstəqil işə buraxıla bilər. Əvəzetmə müddəti 2 (iki) iş günündən 12 (on iki) iş gününədək təyin edilir. Konkret mütəxəssis üçün bu müddət biliyin yoxlanılması üzrə komissiyanın qərarı ilə onun peşə hazırlığından, iş stajından və təcrübəsindən asılı olaraq müəyyən edilir.

5.26. Əvəzetmə müddətində mütəxəssis nəticələri qiymətləndirilən və sənədləşdirilən ƏQ və yanğın əleyhinə yoxlama məşqlərində iştirak etməlidir. Məşqlərin sayı və onların mövzusu əvəzetmənin hazırlıq proqramı ilə təyin olunur.

5.27. Əvəzetmə müddətində mütəxəssisin istehsalat vərdişlərini mənimsəmədiyi və ya onun qəza əleyhinə məşqlər üzrə kifayət qədər biliyinin olmadığı müəyyən edilərsə, əvəzetmə müddəti 2 (iki) iş günündən 12 (on iki) iş gününədək və (və ya) əlavə qəza əleyhinə yoxlama məşqlərinin keçirilməsinə qədər uzadılır. Əvəzetmə müddəti elektrik qurğusunun istismarçısı tərəfindən uzadıla bilər.

5.28. Əvəzetmə müddətində mütəxəssisin fəaliyyəti zamanı peşəkarlıq baxımından yararsızlığı müəyyən olunarsa, o, hazırlıqdan çıxarılır.

5.29. Əvəzetmə müddətində təlimləndirilən əməliyyat çevirmələrini, müayinələri və elektrik qurğularında digər işləri icazə almaqla və təlimçinin nəzarəti altında icra edir. Təlimləndirilənin hərəkətlərinin düzgünlüyü və onların qaydalara riayət etmələri ilə bağlı həm təlimləndirilən, həm də ona təlim keçən mütəxəssis məsuliyyət daşıyır.

6.1. Transformatorların və reaktorların quraşdırılması “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə və istehsalçı təlimatlarına uyğun olaraq həyata keçirilməlidir. Transformator və reaktorların nəqli, boşaldılması, saxlanılması, quraşdırılması və istismarı istehsalçıların təlimatlarına uyğun olaraq yerinə yetirilməlidir.

6.2. Güc transformatorlarının (avtotransformatorların) və şuntlayıcı yağ reaktorlarının istismarı zamanı onların etibarlı işləməsi təmin olunmalıdır. Yükləri, gərginlik səviyyələri, temperaturu, yağın xarakteristikaları və izolyasiyanın parametrləri “Elektrik qurğularının quraşdırılması Qaydaları”nda göstərilən normalar çərçivəsində olmalıdır. Soyutma, gərginliyi tənzimləmə, mühafizə qurğuları, yağ təsərrüfatı və digər elementlər saz vəziyyətdə saxlanılmalıdır.

6.3. Qaz mühafizəsi qurğuları olan transformatorlar (reaktorlar) elə quraşdırılmalıdır ki, çənin qapağının (çənin çıxarıla bilən hissəsi) ən azı bir dərəcə qaz relesinə doğru yuxarı meyilliliyi olsun, yağ borusunun genişləndiriciyə mailliyi ən azı iki dərəcə olmalıdır.

6.4. İşləməyən transformatorun (reaktorun) genişləndiricisindəki yağ səviyyəsi həmin anda transformatorun (reaktorun) yağ temperaturuna uyğun ölçü (işarə) səviyyəsində olmalıdır.

6.5. Genişləndiriciləri olan transformatorların yağın üst qatının temperaturu, həmçinin hermetik transformatorlarda monovakuummetrlərin göstəriciləri elektrik qurğusuna xidmət edən heyət tərəfindən müşahidə altında saxlanılmalı, çəndəki təzyiq 50 kPa-nı (0,5 kq/sm) keçdiyi halda yükün azaldılması üçün həmin heyət tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.

6.6. Daimi növbətçi heyəti olmayan obyektlərdə operativ-dispetçer xidmətinə siqnal verməklə (varsa) qeyri-məsul istehlakçıların avtomatik olaraq açılması vasitəsilə transformatorların yükünün azaldılması nəzərdə tutulmalıdır.

6.7. Transformatorun (reaktorun) qoruyucu borusunun ağzı genişləndiricinin ağzı ilə birləşdirilməlidir.

6.8. Qoruyucu borunun membranının səviyyəsi genişləndiricinin səviyyəsindən yuxarı olmalıdır. İşlənmiş qazın çıxması üçün borunun qoruyucu membranı zədələnərsə, istehsalçının orijinal identik membranı ilə əvəzlənməlidir.

6.9. Stasionar yanğınsöndürmə qurğu və vasitələri, yağ qəbulediciləri, yağ boşaldıcıları və yağ kollektorları saz vəziyyətdə, qəza hallarında istifadəyə daim hazır olmalı və elektrik qurğusunun istismarçısı tərəfindən təsdiqlənmiş qrafik üzrə yoxlanılmalıdır.

6.10. Avtomatik su və ya azotla yanğınsöndürmə sistemləri, həmçinin transformatorun çənlərində partlayışların və yanğınların qarşısının alınması üçün qurğular istehsalçı təlimatları üzrə və elektroenergetika subyekti tərəfindən təsdiqlənmiş qrafikə əsasən sınaqdan keçirilməlidir.

6.11. Transformatorların (reaktorların) yağ qəbuledicilərinin ərazisində səpilmiş çınqıl və ya beton altlığı təmiz vəziyyətdə saxlanmalı və ildə 1 dəfədən az olmayaraq yuyulmalıdır.

6.12. Çınqıl və ya beton çirkləndikdə, yaxud çınqıl yağlandıqda onların yuyulması yazda və payızda yerinə yetirilməlidir. Çınqıl və ya beton örtüyündə 3 mm-dən çox qalınlıqda yağ (neft məhsulları) çirklənməsi yarandıqda, bitkilər əmələ gəldikdə və ya onların yuyulması mümkün olmadıqda onlar dəyişdirilməli və ya mexaniki təmizlənməlidir.

6.13. Açıqda quraşdırılmış üçfazalı transformatorların çənləri üzərində yarımstansiya nömrələri göstərilməlidir. Birfazalı transformator və reaktor qrupunun yarımstansiya nömrəsi orta fazada göstərilir. Birfazalı transformator və reaktorlar qrupunun çənləri fazaya uyğun rənglənir. Açıqda quraşdırılmış transformatorlar və reaktorlar atmosfer və transformator yağının təsirlərinə qarşı davamlı açıq rənglə boyanır.

6.14. Transformator məntəqələrinin və kameralarının qapılarında çöl və içəri tərəfdən transformatorların yarımstansiya nömrələri göstərilməlidir, həmçinin çöl tərəfdə xəbərdarlıq işarələri olmalıdır. Qapılar daima qıfılla bağlanmalıdır.

6.15. Transformatorların və reaktorların yüksəklikdə (3m-dən çox) yerləşdirilən elementlərinə baxış və texniki xidmət təhlükəsizlik qaydalarına riayət edilməklə məhəccərli və yuxarıya doğru meydançası olan stasionar nərdivanlardan yerinə yetirilməlidir.

6.16. Transformator (reaktor) elektrik şəbəkəsinə (bundan sonra – şəbəkə) tam gərginlik təkanı ilə qoşulmalıdır. Blok transformatorlar gərginliyi sıfırdan tədricən artırılmaqla generatorla birlikdə işə qoşulmalıdır.

6.17. Hər bir elektrik qurğusu üçün yüklənmə qrafikindən asılı olaraq, istehlakçıların elektrik enerjisi ilə təminatının etibarlılığı və itkilərin minimum səviyyəsi nəzərə alınmaqla, eyni vaxtda işləyən transformatorların sayı müəyyən edilməlidir.

6.18. Gərginliyi 20 kV-dək (20 kV-da daxil olmaqla) olan paylayıcı şəbəkələrdə transformatorların yüklərinin və gərginliklərinin ölçülməsi, istismarın ilk ilində, maksimum və minimum yüklənmə dövrlərində ildə ən azı iki dəfə aparılmalıdır, sonrakı illərdə isə ölçülmələrin müddəti və dövriliyi elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilir.

6.19. Ehtiyat transformatorlar daim işə qoşulmağa hazır vəziyyətdə saxlanılmalıdır. Onlara baxış həmin transformartorların qoşulduğu avadanlığa keçirilən baxışla eyni zamanda həyata keçirilməlidir.

6.20. Gərginliyi 110 kV olan transformatorların və reaktorların dolaqlarının neytralları birbaşa torpaqlanmış rejimlərdə işləməlidir. Gərginliyi 110 kV olan transformatorların neytrallarının digər rejimini və onların mühafizə üsullarını elektroenergetika subyekti müəyyənləşdirir.

6.21. Daxili zədələnmədən mühafizənin işə düşməsi nəticəsində avtomatik açılmış transformator (reaktor), transformatora baxışdan, sınaqdan, qazın və yağın təhlilindən və aşkar edilmiş nasazlıqların (zədələnmələrin) aradan qaldırılmasından sonra işə qoşulmalıdır.

6.22. Qaz relesi siqnala işlədikdə transformatora (reaktora) xarici baxış keçirilməli, reledən təhlil və yanmaya qarşı yoxlanılması üçün qaz nümunəsi götürülməlidir. Qaz relesindən qaz nümunəsi götürüldükdə və onun işləməsi səbəblərinin aşkar edilməsi zamanı heyətin təhlükəsizliyinin təmin edilməsi üçün transformatorun (reaktorun) yükü azaldılmalı və o işdən açılmalıdır. Transformatorun yükünün azaldılması və işdən açılması üzrə tədbirlər qısa müddətdə yerinə yetirilməlidir.

6.23. Reledə qaz yanar deyilsə, transformatorda (reaktorda) zədələnmə əlamətləri yoxdursa və onun açılması elektrik enerjisinin ötürülməsində məhdudiyyət yaradırsa, transformator (reaktor) elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilən müddətdə işdə saxlanıla bilər. Qaz relesindən götürülən qaz nümunəsinin, yağın xromatoqrafik təhlilinin, digər ölçmələrin (sınaqların) nəticələrinə görə qaz relesinin siqnala işləməsi səbəbləri aydınlaşdırılmalı, transformatorun (reaktorun) texniki vəziyyəti və normal istismar mümkünlüyü müəyyən edilməlidir.

6.24. Gücü 1000 kVA və daha yuxarı olan transformatorlar və reaktorlar termosifon və ya udma (absorbsiya) süzgəclərində yağın fasiləsiz regenerasiyası sistemi ilə istismar edilməlidir.

6.25. Transformatorların (reaktorların) genişləndiricisində, həmçinin YAT qurğusunun çənindəki yağ ətraf hava ilə təmasdan bilavasitə mühafizə olunmalıdır.

6.26. Yağın rütubətlənməsinin qarşısını alan qurğularla təchiz olunmuş transformatorda (reaktorlarda) bu qurğular transformatorun (reaktorun) iş rejimindən asılı olmayaraq, daim işə qoşulu vəziyyətdə olmalıdır. Göstərilən qurğuların istismarı istehsalçı təlimatlarına uyğun təşkil edilməlidir. Yağ doldurulmuş girimlərdəki yağ rütubətdən və oksidləşmədən mühafizə olunmalıdır.

6.27. YAT qurğusu ilə təchiz edilmiş yüklənməmiş transformatorun ayırıcı (ayıran) vasitəsilə yüksüz işləmə cərəyanından açılması üçün istehlakçı tərəfindən yük açıldıqdan sonra çevirgəc nominal gərginliyə uyğun vəziyyətə qoyulmalıdır.

6.28. Transformatorların (avtotransformatorların) paralel işləməsinə o şərtlə yol verilir ki, heç bir dolaq həmin dolaq üçün yolverilən cərəyanın göstəricisini aşan cərəyanla yüklənməsin. Transformatorların paralel işlərinə aşağıdakı şərtlərlə yol verilir:

6.28.1. dolaqların birləşmə qrupları eyni olmalıdır;

6.28.2. transformatorların güclərinin nisbəti 1:3-dən çox olmamalıdır;

6.28.3. transformasiya əmsalı ± 0,5%-dən çox fərqlənməməlidir;

6.28.4. qısaqapanma gərginliyi ± 10%-dən çox fərqlənməməlidir;

6.28.5. transformatorların faza ardıcıllığı eyni olmalıdır.

6.29. Fərqli qısaqapanma gərginliyinə malik paralel işləyən transformatorlar arasında gərginliyin bərabərləşdirilməsi üçün budaqlanmanın çevirmə vasitəsilə transformasiya əmsalının kiçik hədlərdə dəyişdirilməsinə bu şərtlə yol verilir ki, transformatorlar ifrat yüklənməmiş olsun.

6.30. Yağ transformatorları və yanmayan maye dielektrikli transformatorların gərginliyi uyğun budaqlanmanın nominal gərginliyindən yüksək deyilsə, dolağın nominal budaqlanma cərəyanını 5% aşan uzunmüddətli cərəyanla yüklənməsinə yol verilir. Avtotransformatorda ümumi dolaqdakı cərəyan bu dolağın buraxılabilən uzunmüddətli cərəyanından yüksək olmamalıdır.

6.31. Quru transformatorların uzunmüddətli buraxılabilən yükləri transformatorların növ və qrupları üçün texniki şərtlərdə müəyyənləşdirilir. Yağ və quru transformatorların, həmçinin yanmayan maye dielektrikli transformatorların göstəricisi və müddəti istehsalçıların istismar təlimatları ilə tənzimlənən sistematik ifrat yüklənmələrinə yol verilir.

6.32. Alçaq gərginlik dolaqlarına generator, sinxron kompensator və ya yük qoşulmuş avtotransformatorlarda yüksək gərginlikli dolağın ümumi hissəsinin cərəyanına nəzarət təşkil edilməlidir.

6.33. Qəza rejimlərində transformatorların, əvvəlki yükün göstəricisindən və müddətindən, soyuducu mühitin temperaturundan asılı olmayaraq, nominal cərəyandan artıq yüklənməsinə bu Qaydalara 1 nömrəli Əlavədə qeyd olunan cədvəllərə uyğun hədlərdə yol verilir. Quru transformatorların buraxılabilən yüklənməsi istehsalçı təlimatları ilə müəyyən edilir.

6.34. Dolağının budaqlanmasında bu budağın nominaldan 10%-dək artıq gərginlikdə transformatorların uzunmüddətli işləməsinə (nominal gücdən yüksək olmayan yüklənmə şərti ilə) yol verilir. Bu halda hər hansı dolaqdakı gərginlik ən böyük işçi gərginliyindən yüksək olmamalıdır.

6.35. Nominal yükdə transformatorlarda və reaktorlarda yağın üst laylarının temperaturu (istehsalçı tərəfindən digər temperatur göstəriciləri verilməyibsə) aşağıdakı kimi olmalıdır:

6.35.1. “OFAF” yağ və havanın məcburi sirkulyasiyası ilə soyutma sistemində 75ºC-dən;

6.35.2. “ONAN” yağ və hava ilə təbii soyudulan və “ONAF” yağ təbii və havanın məcburi sirkulyasiyası ilə soyutma sistemlərində 95ºC-dən;

6.35.3. “OFWF” yağ və suyun məcburi sirkulyasiyası ilə soyutma sistemində yağsoyuducunun girişində yağın temperaturu 70ºC-dən artıq olmamalıdır.

6.36. Yağ və havanın məcburi sirkulyasiyası, yağ və suyun məcburi sirkulyasiyası, dolaqlarda yönəldilmiş su soyuducusu vasitəsilə yağ və havanın məcburi sirkulyasiyası ilə soyudulma sistemli transformatorlarda və reaktorlarda soyutma qurğuları transformatorun (reaktorun) işə salınması (açılması) ilə eyni zamanda avtomatik olaraq işə salınmalıdır (açılmalıdır).

6.37. “OFAF” hava və yağın məcburi sirkulyasiyası və “OFWF” su və yağın məcburi sirkulyasiyası tətbiq olunan transformator və reaktorlardakı soyuducu qurğular onların açılması ilə eyni vaxtda avtomatik açılmalıdır (qoşulmalıdır). Yağın məcburi dövranı yükdən asılı olmayaraq fasiləsiz olmalıdır.

6.38. Transformatorların aşağıdakı hallarda nominal yüklə işə salınmasına yol verilir:

6.38.1. yağla təbii soyudulan, yağ və havanın məcburi sirkulyasiyası ilə soyudulan sistemlər – havanın mənfi temperaturunda;

6.38.2. yağ və havanın məcburi sirkulyasiyası və yağ və suyun məcburi sirkulyasiyası soyutma sistemləri ilə ətraf havanın temperaturu mənfi 25°C-dən aşağı olmaması şərti ilə. Daha aşağı temperaturlarda transformator yağın sirkulyasiyası sistemini işə salmadan 0,5 nominal gərginliklə yüklənmənin işə salınması ilə ilkin olaraq qızdırılmalıdır. Yağın sirkulyasiyası sistemi yağın üst qatlarının temperaturunun mənfi 25°C-dək artırılmasından sonra işə salınmalıdır.

6.39. Yağ və havanın məcburi sirkulyasiyası, yönəldilmiş yağ və havanın məcburi sirkulyasiyası, yönəldilmiş yağ və suyun məcburi sirkulyasiyası ilə soyudulma sistemli transformatorların istehsalçının müəyyən etdiyi istismar tələblərinə uyğun olaraq, qəza hallarında ətraf havanın temperaturundan asılı olmayaraq, tam yüklənmə ilə işə salınmasına yol verilir.

6.40. Yağın soyudulma sistemlərində məcburi sirkulyasiya transformatorun yüklənməsindən asılı olmayaraq fasiləsiz olmalıdır. Soyutma sisteminin qoşulma (açılma) qaydası istehsalçı təlimatı ilə müəyyənləşdirilməlidir. Yağın, soyuducu suyun dövranının kəsilməsi, yaxud soyutma sistemlərinin dayanması barədə xəbərdaredici qurğular işə qoşulmadan süni soyutma sistemi olan transformatorların və reaktorların istismarı qadağandır.

6.41. Yağ və havanın məcburi sirkulyasiyası (yönəldilmiş yağ və havanın məcburi sirkulyasiyası), yönəldilmiş yağ və suyun məcburi sirkulyasiyası ilə soyudulma sisteminin qoşulmuş və açılmış əsas və ehtiyat soyuducularının sayı, yağın təbii və havanın məcburi sirkulyasiyası ilə soyudulma sistemli transformatorlarının açılmış üfürmə ilə işləmə şərtləri istehsalçı təlimatları ilə müəyyənləşdirilir.

6.42. Yağı məcburi sirkulyasiya olunan transformatorların və reaktorların istismarına yağın və soyuducu suyun sirkulyasiyasının, soyuducuların üfürülməsi qurğularının işinin dayanmasını siqnallayan sistemin işə qoşulu olduğu halda yol verilir.

6.43. Yağ və suyun məcburi sirkulyasiyası, yönəldilmiş yağ və suyun məcburi sirkulyasiyası ilə soyudulmanın yağ-su sistemini işə salarkən ilk növbədə yağ nasosu işə salınmalıdır. Daha sonra yağın üst qatlarının temperaturu 15°C-dən yuxarı olduğu təqdirdə su nasosu qoşulur. İstehsalçının təlimatlarında digər hal nəzərdə tutulmamışdırsa, yağın üst qatlarının temperaturu 10°C-dək azaldıqda su nasosu söndürülməlidir.

6.44. Yağ soyuducularında yağın təzyiqi transformatorun genişləndiricisində yağın minimum səviyyədə olması şərti ilə dövr edən suyun təzyiqini 10 kPa-dan (0,1 kqq/sm) çox keçməməlidir. Yağ soyuducularının, nasosların, su magistral kəmərlərinin donmasının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır.

6.45. Yağın təbii və havanın məcburi sirkulyasiyası soyudulma sistemli transformatorlar üçün soyutma sistemlərinin qəza açılmalarında transformatorların işinin davametmə müddəti istehsalçı təlimatları ilə müəyyənləşdirilir.

6.46. Yağın və havanın məcburi sirkulyasiyası, yağ və suyun məcburi sirkulyasiyası ilə soyudulma sistemli transformatorlar üçün aşağıdakılara yol verilir:

6.46.1. süni soyudulma dayandırılarkən, 10 (on) dəqiqə ərzində nominal yüklənmə ilə və ya yüksüz işləmə rejimində 30 (otuz) dəqiqə ərzində işləmə, göstərilən vaxtın bitdiyi zaman yağın üst qatlarının temperaturu 80°C-yə çatmadıqda, gücü 250 MVA-dan yuxarı olan transformatorlar üçün göstərilən temperatura çatana qədər, lakin 1 (bir) saatdan çox olmamaqla nominal yüklə işləməyə;

6.46.2. soyutma sistemlərinin tam və ya qismən açıldığı halda, yaxud yağın sirkulyasiyası saxlanılmaqla suyun dövr etməsi dayanmış olarsa, yağın üst qatlarının temperaturunun 45°C-dən yuxarı olmaması şərti ilə azaldılmış yüklənmə ilə uzunmüddətli işləməyə.

6.47. Dolaqlarda yönəldilmiş yağın və suyun məcburi sirkulyasiyası ilə soyudulma sistemli transformatorlar istehsalçı təlimatlarına uyğun olaraq istismar edilir. İstehsalçının istismar sənədlərində digər şərtlər yoxdursa, Qaydaların bu hissəsinin tələbləri rəhbər tutulur.

6.48. Soyutma sistemlərinin qəza açılmasında yağın təbii və havanın məcburi sirkulyasiyası (IEC beynəlxalq standartları ilə nəzərdə tutulmuş “ONAF” soyutma metodunun analoqu olan) soyutma sistemli transformatorların işdə qalma müddəti istehsalçının istismar sənədləri ilə tənzimlənir.

6.49. Süni soyutmanın (yağ nasoslarının işinin eyni zamanda dayandırılması vaxtı, soyutma sistemlərinin işinin dayandırılması) qəza dayandırılması zamanı gücü 250 MVA-dək yağın və havanın məcburi sirkulyasiyası ilə (IEC beynəlxalq standartları ilə nəzərdə tutumuş “OFAF” soyutma metodunun analoqu olan) soyudulma sistemli transformatorlar və reaktorların 10 (on) dəqiqə ərzində nominal yüklənmə və ya 30 (otuz) dəqiqə ərzində neytral təsirlənmə rejimində işləməsinə yol verir. Həmin vaxtdan sonra yağın üst qatlarının temperaturu 80°С-yə çatmazsa, süni soyudulmanın dayandırılmasından sonra 1 (bir) saatdan çox olmamaqla, temperatur 80°С-yə çatana qədər nominal yüklənməni saxlamağa yol verilir. Gücü 250 MVA-dan yuxarı olan transformatorlar üçün eyni rejimlər yağın üst qatlarının temperaturunun 75°С-ni ötmədiyi halda tətbiq edilə bilər.

6.50. Yağın təbii və havanın məcburi sirkulyasiyası ilə (IEC beynəlxalq standartları ilə nəzərdə tutulmuş “ONAF” soyutma metodunun analoqu olan) soyudulma sistemli transformatorlarda yağın temperaturu 55ºC-yə çatdıqda və ya yağın temperaturundan asılı olmayaraq, nominal yükdə üfürücü qurğuların elektrik mühərrikləri avtomatik işə qoşulmalıdır. Yağın temperaturu 50ºC-dək azaldıqda, eyni zamanda cərəyan nominaldan aşağı olduqda açılmalıdır. Üfürülməsi söndürülmüş transformatorların iş şəraiti istehsalat (yerli) təlimatları ilə (bu transformatorun istehsalçı təlimatları nəzərə alınmaqla) müəyyənləşdirilməlidir.

6.51. Transformatorların YAT qurğusu avtomatik rejimdə işləməlidir. Şəbəkədə gərginliyin dəyişilməsi elektrik enerjisi istehlakçılarının tələblərini təmin edən hədlər daxilindədirsə, elektroenergetika obyektinin istismarçısı tərəfindən YAT qurğusunun qeyri-avtomatik iş rejimində istifadəsinə yol verilir. Bu halda YAT qurğusunda əməliyyatlar məsafədən idarəetmə pultundan aparılır. Gərginlik altındakı transformatorun YAT qurğusunda əllə (dəstəklə) əməliyyatın aparılması qadağandır.

6.52. Yağın üst laylarının temperaturu yağa batırılan rezistorlu YAT qurğuları üçün mənfi 20°C və daha yuxarı cərəyanməhdudlaşdırıcı reaktorlu YAT qurğuları, həmçinin transformator çəninin xaricində dayaq izolyatorunda yerləşdirilmiş və süni qızdırma qurğusu ilə təchiz edilən kontaktorlu çevirici qurğular üçün mənfi 45°C və daha yuxarı olduqda transformatorların çevirici YAT qurğularının işə qoşulmasına yol verilir. YAT qurğularının istismarı istehsalçı təlimatlarında göstərilən müddəalara uyğun təşkil edilməlidir.

6.53. Transformatorların YAT qurğularının çevirmələrinə, işə qoşulmasına yağın üst qatlarının aşağıdakı temperaturlarında yol verilir:

6.53.1. mənfi 20°С-dən yuxarı YAT-nin xarici rezistor qurğuları üçün;

6.53.2. mənfi 45°С-dən yuxarı cərəyan məhdudlaşdırıcı reaktorlu YAT qurğuları üçün, həmçinin transformatorun çənindən kənar dayaq izolyatorunda yerləşən və süni isitmə qurğusu ilə təchiz olunmuş kontaktorlu çevirici qurğular üçün.

6.54. Transformator ifrat yüklə işlədikdə YAT ilə əməliyyatlar aparmağa yol verilmir. Transformatorda həm aktiv, həm də reaktiv gücü azaltmaqla ifrat yüklənmə aradan qaldırıla bilər. YAT qurğularının istismarı istehsalçı təlimatlarına uyğun təşkil olunmalıdır.

6.55. Təsirlənməsiz çevirgəclə təchiz olunmuş transformatorlarda transformasiya əmsalının seçilməsinin düzgünlüyü ildə ən azı iki dəfə qış maksimumu yüklənməsi gəlməmişdən öncə və yay minimumunun yüklənməsinin başlanmasından öncə yoxlanılmalıdır.

6.56. Transformatorlar (reaktorlar) açılmadan onlara aşağıda göstərilən müddətlərdə texniki baxış keçirilməlidir:

6.56.1. daimi növbətçi heyət olan qurğularda elektrik stansiyaları və yarımstansiyalarının əsas transformatorları, xüsusi sərfiyyat transformatorları və reaktorlar növbə ərzində 1 dəfə, digər transformatorlar həftədə 1 dəfə.

6.56.2. daimi növbətçi heyət olmayan qurğularda ayda 1 dəfədən az olmamaqla, transformator məntəqələrində 6 (altı) ayda 1 dəfədən az olmamaqla.

6.57. Yerli şəraitdən və transformatorların (reaktorların) vəziyyətindən asılı olaraq, göstərilən müddətlər elektrik qurğusunun istismarçısı tərəfindən dəyişdirilə bilər. Transformatorlara (reaktorlara) növbədənkənar baxışlar aşağıdakı hallarda keçirilir:

6.57.1. transformatorun (reaktorun) nasazlığından xəbərdaredici siqnal işlədikdə;

6.57.2. qaz mühafizəsi siqnala və ya açılmaya işlədikdə;

6.57.3. transformatorun (reaktorun) diferensial mühafizəsi işlədikdə;

6.57.4. əlverişsiz hava şəraitindən sonra.

6.58. Transformatorların (reaktorların) cari təmirləri qurğunun istehsalçısının təlimatları əsas götürülməklə aparılır. Transformatorların cari təmirlərinin dövriliyini onun istismarçısı müəyyən edir.

6.59. İşlərin nümunəvi nomenklaturu üzrə olan əsaslı təmirlər aşağıdakı hallarda yerinə yetirilməlidir:

6.59.1. gərginliyi 110 kV və gücü 125 MVA-dan aşağı olmayan transformatorlarda, həmçinin reaktorlarda istismara buraxıldıqdan sonra diaqnostik nəzarətin nəticələrini nəzərə almaqla 12 (on iki) ildən gec olmayaraq, bundan sonra ehtiyac yarandıqda;

6.59.2. digər transformatorlarda onların vəziyyətindən və diaqnostik nəzarətin nəticələrindən asılı olaraq.

6.60. Transformatorların (reaktorların) elementindəki nasazlıq həmin transformatorun işinin dayanmasına səbəb ola bildikdə həmin elementdə növbədənkənar təmir işi aparılmalıdır.

6.61. Öz balansında yağla doldurulan avadanlıqlar olan istehlakçı ən çox tutuma malik aparatın həcminin 110%-dən az olmayaraq azalmayan izolyasiya yağı ehtiyatını saxlamalıdır.

6.62. Transformatorların və reaktorların və onların elementlərinin sınaqdan keçirilməsi istehsalçı təlimatlarına uyğun yerinə yetirilməlidir.

6.63. Gərginliyi 110 və 220 kV olan transformatorlar və reaktorların yağından yağda həll olunan qazların xromatoqrafik təhlili üçün nümunə götürülməsinin dövriliyi transformator avadanlığının yağında həll olunan qazların xromatoqrafik analizinin nəticələri əsasında əmələ gələn nasazlıqların texniki diaqnostikası üzrə metodiki göstərişlərə uyğun olmalıdır.

6.64. Transformator (reaktor) aşağıdakı hallarda işdən çıxarılmalıdır:

6.64.1. nominal yüklənmədə yüksək və tədricən yüksələn qızma və ya nominaldan aşağı yükləmədə soyuducuların hamısı işlədikdə;

6.64.2. transformatorun daxilində güclü qeyri-bərabər küy və silkələnmə olduqda;

6.64.3. genişləndiricidən və ya işlənmiş qaz borusunun diaqfraqması arasından yağ atıldıqda;

6.64.4. yağ yağölçən şüşənin səviyyəsindən aşağı səviyyəyə doğru azalma ilə axdıqda;

6.64.5. girimlərdə taclama və ya qapanma izləri yarandıqda;

6.64.6. termik müayinənin (istilikvizor) nəticələrinə əsasən girimlərdən birindən digərləri ilə müqayisədə analoji zonalarda əhəmiyyətli dərəcədə kəskin temperatur fərqi olduqda;

6.64.7. yükün nominaldan artıq olmadığı və soyutma sisteminin saz olduğu hallarda yağın temperaturunun yüksəlməsindən siqnalizasiya işlədikdə;

6.64.8. xromatoqrafik analiz nəticələrinə əsasən ehtimal edilən zədələnmə inkişaf etdikdə;

6.64.9. yağın səviyyəsi yağ göstəricisinin minimal işarəsindən aşağı düşdükdə;

6.64.10. laboratoriya analizlərinin nəticələrinə görə yağın dərhal dəyişdirilməsi tələb olunduqda.

6.65. Aşağıdakı hallarda transformatorun (reaktorun) qəza açılması yerinə yetirilməlidir:

6.65.1. genişləndiricidən və ya işlənmiş qaz borusundan yağ atıldıqda;

6.65.2. transformatorda yanğının baş verdikdə;

6.65.3. yağqəbuledicidə yağ qalıqları alışdıqda və yanğının mövcud vasitələrlə söndürülməsi mümkün olmadıqda;

6.65.4. güclü yağ sızması yarandıqda;

6.65.5. transformatorun (reaktorun) daxilində anormal, daim artan küy və ya kənar səslər yarandıqda;

6.65.6. insan həyatı üçün təhlükə yarandıqda.

6.66. İstehlakçının ərazisində yerləşən 10/0,4 kV-luq hər bir TYS-in üzərinə onun adı, istismarçısının ünvanı və telefonu yazılmalıdır.

7.1. İstehlakçıların gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ-si gərginlik altında olan elektrik avadanlıqları yerləşən yerləşgələrə bitişik olduqda həmin yerləşgələrdən təcrid olunmalı və kilidlənə bilən çıxışla təmin edilməlidir.

7.2. PQ yerləşgələrində qapılar, pəncərələr bağlı saxlanılmalı, yağ dolu aparatların arasındakı arakəsmələrin açılmaları bağlanılmalı, naqillərin keçdiyi yerlərdəki dəliklər kipləşdirilməli, heyvanların və quşların içəri düşməsinin qarşısını almaq üçün yerləşgələrin xarici divarlarında deşiklər və açılan yerlər bağlamalı, bu mümkün olmadıqda isə xanası (1x1) sm ölçülü torlarla qapanmalıdır.

7.3. İşəsalmanın tənzimləyici və mühafizə aparatlarının cərəyandaşıyıcı hissələri təsadüfi toxunmalardan çəpərlənməlidir. Elektromaşın, idarəetmə lövhələri və idarəetmə stansiyalarının yerləşgələrində mühafizə örtükləri olmadan aparatın açıq şəkildə quraşdırılmasına yol verilir.

7.4. Elektrik yerləşgələrindən kənarda quraşdırılmış gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ-lərin, o cümlədən lövhələrin, yığmaların elektrik heyətinə aid olmayan insanların həmin PQ-lərin yerləşgəsinə daxil olmasının qarşısını alan bağlayıcı qurğuları quraşdırılmalıdır.

7.5. PQ-lərin elektrik avadanlıqları normal, qısaqapanma, ifrat gərginlik və ifrat yüklənmə rejimlərində iş şərtlərinə cavab verməlidir.

7.6. Elektrik avadanlığının izolyasiya sinfi şəbəkənin nominal gərginliyinə, ifrat gərginlikdən mühafizə qurğuları isə elektrik avadanlığının izolyasiya dərəcələrinə uyğun seçilməlidir.

7.7. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ və yarımstansiyalar çirklənmiş atmosferli yerlərdə yerləşdirildikdə izolyasiyanın etibarlılığını təmin edən tədbirlər həyata keçirilməli və layihələndirmə zamanı əlavə mühafizə tədbirləri olmadan etibarlı işi təmin edən izolyasiyaya malik elektrik avadanlığı seçilməlidir.

7.8. Atmosferi çirkli ərazilərdə çirklənməyə qarşı izolyasiyası davamlı olmayan PQ və yarımstansiya avadanlıqlarının istismarı zamanı izolyasiyanın etibarlı işini təmin edən aşağıdakı tədbirlər görülməlidir:

7.8.1. gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı APQ-nin səthləri hidrofob pastalarla gücləndirilməli, yuyulmalı, təmizlənməli, örtülməlidir;

7.8.2. gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı QPQ-lərdə toz və zərərli qazların daxil olmasından qorunmaq üçün hidrofoblu pastalar çəkilməlidir;

7.8.3. APQ-lərdə quraşdırılmış KPQ-də dolablar kipləşdirilməli və izolyasiya hidrofoblu pastalarla işlənməli, əllə və ya avtomatik idarə olunan elektrik qızdırıcı qurğular quraşdırılmalıdır.

7.9. Cərəyanın axdığı cərəyandaşıyıcı hissələrin yaxınlığında yerləşən və heyətin toxunması üçün açıq olan konstruksiyanın induksiyalanmış cərəyan səbəbindən əmələ gələn qızması 50°C-dən yuxarı olmamalıdır.

7.10. İlin istənilən vaxtı QPQ otaqlarının içərisində havanın temperaturu 40ºC-dən yuxarı olmamalı, yuxarı olarsa, onun aşağı salınması və ya havanın soyudulması üçün tədbir görülməlidir. Eleqaz izolyasiyalı KPQ-nin otaqlarında temperatur istehsalçının texniki istismar sənədlərinə uyğun olmalıdır.

7.11. Ağac aşdıqda PQ hissələrinin zədələnməsinin qarşısının alınması üçün uyğun məsafələr saxlanılmalıdır.

7.12. Yerləşgələr küçələrdən və digər otaqlardan təcrid edilməlidir. QPQ, KPQ, xaricdə quraşdırılmış KPQ-lərin divarları, döşəmələri və tavanları tozun əmələ gəlməsinə yol verməyən örtüyə malik olmalıdır. Otağın təmizlənməsi nəmli və vakuumlu üsullarla aparılmalıdır.

7.13. APQ və QPQ-lərin kabel kanalları və yerüstü kabel qanovları yanmayan plitələrlə örtülməli, onların mərtəbələrdən çıxışları və kabel bölmələrinin arasındakı keçidləri odadavamlı materiallarla kipləşdirilməlidir.

7.14. Tunellər, zirzəmilər, kanallar təmiz vəziyyətdə saxlanmalı, drenaj qurğuları suyun maneəsiz kənarlaşdırmasını təmin etməlidir.

7.15. Yağqəbuledicilər, yağyığıcılar, çınqıl döşəmələri, drenajlar və yağaxıdıcılar saz vəziyyətdə saxlanılmalıdır.

7.16. Yağ açarlarında, ölçü transformatorlarında və girimlərdə yağın səviyyəsi ətrafdakı havanın maksimum və minimum temperaturlarında yağ göstəricisi şkalasının hədlərində qalmalıdır.

7.17. Qeyri-hermetik işə salma qurğularının yağı rütubətdən və turşulaşmadan mühafizə olunmalıdır. Hermetik girimlərdə yağın təzyiqi girimin yuxarı hissəsinə nisbətən manometrin quraşdırılma hündürlüyünü nəzərə alaraq, ətraf mühitin temperaturundan təzyiqin asılılıq əyrilərinə uyğun olmalıdır.

7.18. Avtomobillərin PQ və yarımstansiyalara gediş yolları işlək və saz vəziyyətdə saxlanmalıdır. Avtomobil nəqliyyatı vasitələrinin kabel kanalları üzərindən keçməsinə yolverilən yerlər işarələrlə qeyd olunmalıdır.

7.19. İdarəetmə açarlarında, düymələrində və əl dəstəklərində üzərində onlarla nəzərdə tutulan aparılacaq əməliyyatları göstərən yazılar olmalıdır (“QOŞMAQ”, “AÇMAQ”, “AZALTMAQ”, “ARTIRMAQ”). Siqnal lampalarında və siqnal aparatlarında siqnalın xarakterini göstərən yazılar olmalıdır (“QOŞULUB”, “AÇILIB”, “İFRAT QIZIB”).

7.20. Açarlarda və onların intiqallarında açılma və qoşulma vəziyyətlərini göstərən işarələr olmalıdır.

7.21. Aparatlardan divarla ayrılan, aralayıcıların, torpaqlayıcı bıçaqların, ayırıcıların, qısaqapayıcıların və digər avadanlıqların intiqallarının açılmış və qoşulmuş vəziyyətlərini göstərən göstəricisi olmalıdır. Çəpərləri olmayan aralayıcıların, torpaqlayıcı bıçaqların, ayırıcıların, qısaqapayıcıların intiqallarının onları həm qoşulmuş, həm də açılmış vəziyyətdə bağlamaq üçün ləvazimatı olmalıdır. Yaylı intiqallı açarlarla təchiz olunmuş PQ-lər yaylı mexanizmi işə salmaq üçün ləvazimatlarla komplektləşdirilməlidir.

7.22. PQ-lərə xidmət edən heyətdə normal və qəza şəraitlərində buraxılabilən iş rejimləri üzrə sənədlər olmalıdır. Əməliyyat-təmir heyəti ehtiyat, kalibrlənmiş əriyən taxmalara malik olmalı, həmin taxmalar qoruyucuların növlərinə uyğun seçilməlidir. Əriyə bilməyən taxmanın istifadəsi qadağandır. PQ-lərin ehtiyat elementlərinin (transformatorların, elektrik açarlarının, şinlərin) sazlığı yerli göstərişlərlə müəyyənləşdirilmiş müddətlərdə gərginlik altında işə salınmaqla müntəzəm olaraq yoxlanılmalıdır.

7.23. PQ avadanlıqları mütəmadi olaraq toz və çirkdən təmizlənməlidir. Təmizlənmə müddətini yerli şəraitə uyğun elektrik təsərrüfatına cavabdeh şəxs müəyyənləşdirir.

7.24. Mexaniki bloklayıcılardan başqa, PQ bloklayıcıları daim möhürlü olmalıdır. Əməliyyatlar zamanı mütəxəssis heyətə bu qurğuları özbaşına blokdan çıxarmağa yol verilmir.

7.25. Gərginliyi 1000 V-dan yuxarı olan PQ-də torpaqlama qoyulması üçün stasionar torpaqlayıcı bıçaqlarından istifadə olunur. Torpaqlayıcı bıçaqlar olmayan yerlərdə torpaqlama üçün səyyar torpaqlayıcılardan istifadə edilir.

7.26. Torpaqlama bıçaqlarının intiqallarının dəstəkləri qırmızı rənglə, torpaqlama intiqalları isə qara rənglə boyanmalıdır. Aparatların əllə işə salma mexanizmləri ilə bağlı işlər “Elektrik qurğularının istismarında texniki təhlükəsizlik Qaydaları”na uyğun olaraq yerinə yetirilməlidir.

7.27. QPQ kameralarının daxili divarlarında, qapılarında, APQ avadanlıqlarında, KPQ-nin xarici və daxili üz hissələrində, yığımlarda, həmçinin lövhə panellərinin üz və əks tərəfində onların operativ-dispetçer adlarını və birləşmələrinin təyinatını göstərən yazılar olmalıdır. PQ-lərin divarlarında təyin olunmuş nümunəyə uyğun xəbərdarlıq plakatları və işarələri olmalıdır. Qoruyucu lövhələrdə və (və ya) birləşmələrin qoruyucularında əriyən taxma üçün nominal cərəyanını göstərən yazılar olmalıdır.

7.28. PQ-lərdə kollektiv və fərdi mühafizə vasitələri, yanğın əleyhinə və yardımçı mühafizə vasitələri (qum, yanğınsöndürmə balonları) və bədbəxt hadisələrdən zərərçəkən şəxslərə ilkin yardım vasitələri olmalıdır. Operativ-səyyar briqadalar səyyar torpaqlayıcılar, ilkin yardım və mühafizə vasitələri ilə təmin edilməlidir.

7.29. PQ-lərdə ümumi və fərdi mühafizə vasitələri (mühafizə vasitələri ilə təchiz olunma (komplektləşdirmə) normalarına uyğun olaraq), yanğına qarşı mühafizə vasitələri (qum, yanğınsöndürmə balonları) və ilkin yardım vasitələri olmalıdır.

7.30. Telemexanika, rabitə, rele mühafizəsi və avtomatika qurğuları aparatlarının şkafları, idarəetmə şkafları və hava açarlarının paylayıcı şkafları, həmçinin PQ-də quraşdırılan yağ açarlarının, ayırıcıların, qısaqapayıcıların intiqallarının və aralayıcıların mühərrik intiqallarının şkafları ətraf havanın temperaturu buraxılabilən göstəricidən aşağı olduqda elektrik qızdırıcı qurğularla təchiz olunmalıdır. Elektrik qızdırıcılarının qoşulması və açılması avtomatik həyata keçirilməlidir. Elektrik qızdırıcılarının avtomatik qoşulması və açılması sistemi həm də yerli idarəetmə lövhəsinə və (və ya) operativ-dispetçer pultuna məlumatların ötürülməsi vasitəsilə onların bütövlüyünə daim nəzarət funksiyası ilə təchiz olunmalıdır.

7.31. Ətraf mühitin temperaturu buraxılabilən həddən aşağı olduqda yağ açarları çənlərinin dibini və gövdəsini qızdırmaq üçün qoşulan elektrik qızdırıcı qurğularla təchiz olunmalıdır. Elektrik qızdırıcılarının işə salınma və işdən çıxarılması temperaturlarının göstəriciləri elektrik qurğusu istehsalçılarının istismar sənədləri nəzərə alınmaqla, istehsalat (yerli) təlimatları ilə təyin olunur.

7.32. Açarların, aralayıcıların, ayırıcıların, qısaqapayıcıların və onların intiqallarının oynaq birləşmələri, yastıq və mexanizmlərinin sürtülən səthləri aşağı temperaturda donan sürtkü yağları ilə yağlanmalıdır, açarların və digər aparatların yağ dempferləri, donma temperaturu xarici mühitin minimal qış temperaturundan 20ºC aşağı olan yağla doldurulmalıdır.

7.33. Eleqaz KPQ-də eleqazın nəmliyi birinci dəfə avadanlığın eleqazla doldurulmasından sonra bir həftədən gec olmayaraq, daha sonra isə ildə iki dəfə (qışda və yayda) yoxlanılmalıdır.

7.34. Gərginliyi 6–10 kV olan KPQ şkafları daxilində qövs qısaqapanmalarından işə düşən cəld təsirli mühafizə ilə təchiz edilməlidir. Eleqaz KPQ və QPQ yerləşgələrində eleqazın konsentrasiyasına nəzarət, döşəmə səviyyəsindən 10–15 sm hündürlükdə sızıntı axtarıcı cihazlar vasitəsilə yerinə yetirilməlidir. Otaqlarda eleqazın konsentrasiyası qurğuların istehsalçısının təlimatlarında göstərilmiş normalar həddində olmalıdır. Bu nəzarət istismarçı tərəfindən təsdiqlənmiş qrafik üzrə aparılmalıdır.

7.35. Eleqazın sızması ildə ümumi kütlənin 3%-dən artıq olmamalıdır. Çənlərdə təzyiq nominal təzyiqdən fərqləndiyi zaman onun eleqazla doldurulması üzrə tədbirlər görülməlidir. Eleqazın təzyiqi aşağı olduğu zaman elektrik açarı ilə əməliyyatları yerinə yetirməyə yol verilmir.

7.36. Vakuum qövssöndürücü kameraların sınağı istehsalçı təlimatlarında göstərilən həcmdə və müddətlərdə aparılmalıdır. Bu kameraların 20 kV və yüksək gərginliklə sınağı zamanı elektrotexniki heyəti yarana bilən rentgen şüalanmasından mühafizə etmək üçün ekrandan istifadə edilməlidir. Qoruyucu ekran olmadıqda xidmət edən heyət açardan 7 m-dən az olmayan məsafəyə kanarlaşdırılmalıdır.

7.37. Yük açarlarının söndürücü kameralarının yoxlanılması, qaz generasiya edən qövsboğucu içliklərin aşınma səviyyəsinin və tərpənməz qövssöndürücü kontaktların yanmasının yoxlanılması yük ayırıcıları ilə aparılan əməliyyatların tezliyindən asılı olaraq, elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təyin edilmiş müddətlərdə müntəzəm olaraq yerinə yetirilməlidir.

7.38. Elektrik açarlarının yağ çənlərinin nəmlikdən təmizlənməsini ildə iki dəfə – yazda mülayim temperaturun başlaması ilə payızda mənfi temperaturun başlanmasından öncə yerinə yetirilməlidir.

7.39. PQ avadanlıqlarının profilaktik yoxlamaları, ölçmələri və sınaqları aparılmalıdır.

7.40. PQ-lərə açılma olmadan aşağıdakı müddətlərdə baxış keçirilməlidir:

7.40.1. daimi növbətçi heyəti olan PQ-lərə gündə bir dəfədən az olmayaraq, günün qaranlıq vaxtlarında boşalmaların, taclamaların aşkar edilməsi üçün isə ayda bir dəfədən az olmamaqla;

7.40.2. daimi növbətçi heyəti olmayan PQ-lərə ayda bir dəfədən az olmamaqla;

7.40.3. transformator və PQ-lərə 6 (altı) ayda bir dəfədən az olmamaqla.

7.41. Qeyri-sabit hava şəraitində, güclü çirklənmə şəraitində, habelə qısaqapanmalardan sonra APQ-də əlavə texniki baxış keçirilməlidir. Bu Qaydaların bu hissəsinə uyğun olaraq, texniki baxış keçirilərkən avadanlığın aşkar edilmiş qüsur və nasazlıqları barədə nasazlıqlar jurnalında (reyestrində) qeydlər aparılmalı, həmin məlumatlar yuxarı operativ-dispetçer xidmətinə və mühəndis-texniki heyətə bildirilməlidir. Bu zaman aşkar edilən nasazlıqlar mümkün qısa müddət ərzində aradan qaldırılmalıdır.

7.42. PQ-lərə texniki baxış keçirilərkən aşağıdakılara diqqət yetirilməlidir:

7.42.1. yerləşgənin vəziyyəti, qapı və pəncərələrin sazlığı, dam örtüklərində və mərtəbələrarası örtüklərdə sızmaların olmamağına, qıfılların, hasar konstruksiyalarının olmasına və sazlığına;

7.42.2. isitmə və soyutma, elektrik-işıqlandırma və torpaqlama təsərrüfatının işlək vəziyyətdə olmasına;

7.42.3. yanğın əleyhinə mühafizənin texniki vasitələrinin və ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğu və vəziyyətinə;

7.42.4. sınaqdan keçirilmiş mühafizə vasitələrinin mövcudluğuna;

7.42.5. tibbi aptek qutularının təchizatına;

7.42.6. yağın səviyyəsi və temperaturuna, aparatlarda sızmanın yoxluğuna;

7.42.7. alçaq gərginlik lövhələrinin kəsicilərinin kontaktlarının vəziyyətinə;

7.42.8. sayğaclarda plombların bütövlüyünə;

7.42.9. izolyasiyanın vəziyyətinə (tozlanma, çatlaqların, boşalmaların mövcudluğuna);

7.42.10. eleqaz avadanlığında zədələnmələrin və korroziyanın, titrəyişlərin və çatlamanın yoxluğuna;

7.42.11. RMAT və ƏQA çevirici qurğularının vəziyyətinə;

7.42.12. siqnallama sisteminin işinə;

7.42.13. hava açarlarının çənlərində havanın təzyiqinə;

7.42.14. açarların pnevmatik intiqallarının çənində sıxılmış havanın təzyiqinə;

7.42.15. hava sızmalarının yoxluğuna;

7.42.16. açarların vəziyyət göstəricilərinin sazlığı və düzgünlüyünə;

7.42.17. hava açarları qütblərinin soyutma sistemlərinin mövcudluğuna;

7.42.18. hava açarlarının tutumlu gərginlik bölücü kondensatorlarından yağın axmamasına;

7.42.19. ilin soyuq vaxtlarında elektrik qızdırıcılarının sazlığına;

7.42.20. idarəetmə şkaflarının bağlanmasının kipliyinə;

7.42.21. kommutasiya aparatlarının əlçatanlığına.

7.43. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ-yə baxışın ardıcıllığı, əməliyyat heyətinin hərəkət marşrutu, baxış zamanı diqqət yetirilməli olan əsas məqamlar avadanlığa baxışın marşrut sxemində əks etdirilməlidir.

7.44. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ-yə texniki baxış, o cümlədən günün qaranlıq vaxtları baxış onun texniki vəziyyətinə və təhlükəsiz istismarına cavabdehlər tərəfindən keçirilir. Həmin texniki baxışın dövriliyini PQ-nin istismarçısı müəyyən edir.

7.45. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ avadanlıqlarının əsaslı təmiri aşağıdakı müddətlərdə yerinə yetirilir:

7.45.1. təmirlər arası dövrdə intiqallı açarın xüsusiyyətlərindən asılı olaraq yağ açarlarında 6–8 ildə 1 dəfə;

7.45.2. konstruktiv xüsusiyyətlərdən asılı olaraq yük açarlarında, ayırıcılarda və torpaqlayıcı bıçaqlarda 4–8 ildə 1 dəfə;

7.45.3. açıq bıçaqlı ayıranda və qısaqapayıcılarda və onların intiqallarında 2–3 ildə 1 dəfə;

7.45.4. eleqaz KPQ-lərdə 10–12 ildə 1 dəfə;

7.45.5. eleqaz və vakuum açarlarında 10 (on) ildə 1 dəfə;

7.45.6. cərəyandaşıyıcılarda 8 (səkkiz) ildə 1 dəfə;

7.45.7. aparatlarda və kompressorlarda istismarın davametmə müddətindən asılı olmayaraq resurslar bitdikdən sonra.

7.46. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ-də quraşdırılmış avadanlığın ilk əsaslı təmiri istehsalçı təlimatlarında göstərilmiş müddətlərdə aparılmalıdır. Həmin PQ-nin daxilində quraşdırılmış ayırıcılar təmir edilməlidir.

7.47. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı PQ avadanlıqlarının ilkin və növbəti təmirləri texniki vəziyyət üzrə və istehsalçı təlimatlarında, habelə bu Qaydaların bu hissəsində göstərilmiş müddətlərdə aparılmalıdır. Növbədənkənar təmirlər həmin avadanlığın işləmədiyi hallarda, həmçinin kommutasiya və ya mexaniki resursun bitdiyi zaman yerinə yetirilir.

8.1. Bu Qaydaların bu hissəsinin tələbləri kontakt elektrik şəbəkəsinin xətlərinə və elektroliz qurğularının cərəyandaşıyan xətlərinə şamil olunmur.

8.2. Yeni tikilmiş və yenidən qurulan HX-nin və cərəyandaşıyıcıların quraşdırılması bu Qaydaların, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

8.3. Yenidən layihələndirilən və ya yenidən qurulan HX və cərəyandaşıyıcıların texniki sənədləşməsinin razılaşdırılması zamanı istismarçı layihəçilərə HX və cərəyandaşıyıcının layihələndirildiyi zonanın faktiki iqlim şərtləri, çirklənmənin xarakteri və intensivliyi barədə məlumatları təqdim etməlidir. Kənar elektrik təsərrüfatına qoşulacaq yeni və yenidən qurulan HX-lər və cərəyandaşıyıcılar üzrə layihələr elektroenergetika subyekti ilə razılaşdırılmalıdır.

8.4. Yenidən qurulan HX-nin və cərəyandaşıyıcıların istismarçısı yenidənqurma işlərinin görülməsi üzərində texniki nəzarəti, görülən işlərin texniki sənədlərə uyğunluğunun yoxlanmasını təşkil etməlidir.

8.5. Qəbul edilmədən öncə HX (cərəyandaşıyıcılar) trassasının, dayaqlarının və digər elementlərinin, torpaqlama və ildırımdan mühafizə qurğularının, asma oxlarının texniki vəziyyətinin və aşırımlar və kəsişmələrdəki naqillərdən və troslardan yerə və obyeklərə kimi məsafənin layihəyə uyğunluğu yoxlanılmalıdır.

8.6. Gərginliyi 1000 V-dan yuxarı olan cərəyandaşıyıcıların istismara verilməsi zamanı tikinti norma və qaydalarında nəzərdə tutulmuş sənədlərdən başqa aşağıdakılar da sənədləşdirilməlidir:

8.6.1. kommunikasiya xətləri ilə kəsişmə yerlərinin göstərilməsi ilə trassanın icra çertyoju;

8.6.2. kommunikasiya xətləri ilə kəsişmə yerlərində cərəyandaşıyıcıların profilinin çertyoju;

8.6.3. layihədən kənara çıxmaların siyahısı;

8.6.4. fazalama protokolu;

8.6.5. elastik cərəyandaşıyıcılar üçün dartı sıxacların montaj aktları;

8.6.6. sınaq protokolları;

8.6.7. hazırlıqlı heyətin mövcudluğunu təsdiqləyən sənədlər;

8.6.8. icra sxemləri;

8.6.9. istismarçı üçün icrası məcburi olan normativ aktlar.

8.7. HX-ləri istismar edən istehlakçı HX-lərin keçdiyi ərazidə yerləşən digər istehlakçıları bu Qaydaların tələbləri barədə məlumatlandırmalıdır.

8.8. HX-lərin istismarçısı mühafizə zonalarında şəbəkələrin mühafizə qaydalarını pozmaqla yerinə yetirilən işlərin dayandırılması üzrə tədbirlər görməlidir.

8.9. HX-lərin və cərəyandaşıyıcıların istismarı zamanı onların etibarlı işləməsinə yönəldilmiş texniki xidmət və təmir işləri yerinə yetirilməlidir.

8.10. Texniki xidmət ərzində profilaktik yoxlamaların və ölçmələrin yerinə yetirilməsi yolu ilə HX və onların elementlərinin aşkar edilmiş zədələnmələri və nasazlığının, HX-nin vaxtından əvvəl köhnəlməsinin və aşınmasının qarşısının alınması üçün tədbirlər görülməlidir.

8.11. Dəmir beton və metal dayaqlı HX üzrə 10 (on) ildə bir dəfədən az olmayaraq, ağac dirəkli HX üzrə isə 5 (beş) ildə bir dəfədən az olmayaraq HX-nin əsaslı təmiri istismarçı tərəfindən həyata keçirilməlidir.

8.12. HX-lərə dövri və növbədənkənar texniki baxış onun istismarçısı tərəfindən təşkil edilir. HX-lərə dövri baxış həmin HX-nin istismarçısı tərəfindən müəyyən edilmiş qrafikə uyğun keçirilir. HX-yə uzunluğu boyunca baxışların dövriliyi ildə ən azı bir dəfə olmalıdır. Bundan əlavə, ildə 1 dəfədən az olmayaraq inzibati-texniki heyət təmirə ehtiyacı olan xətlərin ayrı-ayrı hissələrinə, o cümlədən HX sahələrinə əvvəlcədən müəyyən edilmiş qrafik üzrə seçmə üsulu ilə baxış keçirməlidir.

8.13. Gərginliyi 35 kV-dan az, istismar müddəti 20 (iyirmi) ildən az olmayan naqil və trosların (burazların), istismar müddəti 20 (iyirmi) ildən az və gərginliyi 35 kV-dan az olmayan HX-də, 35 kV-luq sıxaclarda və aşırım dirəklərində və ya onların hissələrində intensiv çirklənmə zonalarında, həmçinin açıq sahələrdən keçən HX-də seçmə üsulu ilə əsaslı baxış 5 (beş) ildə 1 dəfə az olmayaraq keçirilməlidir. Gərginliyi 35 kV-dan yuxarı olan digər sahələrdə 10 (on) ildə 1 dəfədən az olmayan müddətdə baxış keçirilməlidir. Gərginliyi 0,38 – 20 kV-luq HX-də əsaslı texniki baxış hadisə baş verdikdə keçirilməlidir.

8.14. HX və ya HX sahələrinin növbədənkənar yoxlamaları aşağıdakı hallarda aparılmalıdır:

8.14.1. naqillərdə və troslarda buzlaşmalar yarananda, naqillər yellənəndə, çaylarda buzlar əriyəndə və çaylar daşanda, meşə və düzənliklərdə yanğınlar baş verdikdə, həmçinin təbii fəlakətlərdən sonra;

8.14.2. HX-nin RMA qurğusu vasitəsilə avtomatik açılmasından sonra, həmçinin avtomatik təkrar qoşma uğursuz olduqda.

8.15. Сərəyan naqillərində növbəti yoxlamalar onların istismarının yerli şəraitə uyğunluğunu nəzərə almaqla, həmin naqillərin istismarçısı tərəfindən müəyyən olunan qrafikə uyğun olaraq yerinə yetirilməlidir.

8.16. HX-yə və cərəyandaşıyıcılara baxış keçirilərkən aşağıdakılar yoxlanılmalıdır:

8.16.1. trasın yanğından mühafizəsi ilə əlaqədar HX-nin mühafizə zonasında tikililər, ot tayaları, meşə qalaqları, naqillərə doğru əyilən və ya təhlükəli yanaşan ağaclar, yanar materialların bir yerə yığılması və tonqallar olmamalı, eyni zamanda HX-də istismarçı tərəfindən işlər aparılmamalıdır;

8.16.2. özüllərin ətrafında çökmə və ya şişmə, özüllərdə (artırmalarda) çat və zədələr olmamalı, dərinlik kifayət qədər olmalıdır;

8.16.3. dayaqlarda əyilmələr və ya qruntda sürüşmələr, ağac dayaqlarda görünən çürümələr, ağac detallarında yanma və parçalanmalar, dəmir dayaqlarda bandajlarının, qaynaq tikişlərinin, bolt və pərçim birləşmələrinin tamlığının pozulması, dəmir-beton dayaqlarda metal elementlərin aralanması, metalın korroziyası, çatlar və zədələnmələr, quş yuvaları və digər kənar əşyalar olmamalıdır. Dayaqlar üzərində plakatlar və təhlükəsizlik işarələri olmalıdır;

8.16.4. HX layihəsində nəzərdə tutulmuş, ayrı-ayrı məftillərdə qırılma və ərimə, naqillərin və trosların üzərinə atmalar, naqilin sallanma oxunda və qabaritində dəyişiklik halları olmamalıdır;

8.16.5. cərəyandaşıyıcıların elastik şinlərinin məftillərinin həddən artıq dolaşması, hörgüsünün açılması halları və partlamış damarları olmamalıdır;

8.16.6. izolyatorlarda sınıqlar, yanıqlar, çatlar, səthində çirklənmələr və zədələnmələr, oxlu izolyatorları oxa və ya qarmağa səhv taxmalar, mühafizə buynuzlarında zədələnmələr, habelə asma izolyator zəncirlərinin oxdan yolverilməz meyillənməsi olmamalı, qaykalar və ya şplintlər yerində olmalıdır;

8.16.7. armaturlarda çatlar, onun ayrı-ayrı hissələrində sürtünmə və deformasiyalar olmamalıdır;

8.16.8. HX-nin elektrik boşaldıcılarında, kommutasiya aparatlarında, endirimlərdə istifadə olunan kabellərin uc muftalarında, dayaqlarında, torpaqlayıcı naqillərində zədələnmə və ya qırılmalar, ildırımdan mühafizə trosunun dayağın gövdəsi ilə bolt birləşmələri kontaktlarında pozulmalar, korroziya, habelə torpaqlayıcı qurğuların elementlərində dağılmalar olmamalıdır.

8.17. HX-nin və cərəyandaşıyıcıların profilaktiki yoxlamaları keçirilməli və ölçmələr aparılmalıdır.

8.18. HX-yə və cərəyandaşıyıcılara baxış zamanı və profilaktik yoxlama və ölçmələr prosesində aşkarlanan nasazlıq istismar sənədlərində (jurnal və ya qüsurlar siyahısında) qeyd olunmalı və onların xarakterindən asılı olaraq, elektrik təsərrüfatına cavabdeh şəxsin göstərişlərinə uyğun olaraq qısa müddətdə aradan qaldırılmalıdır.

8.19. Texniki xidmət və təmir işləri minimal müddətdə HX-nin açılması şərti ilə kompleks şəkildə təşkil olunmalıdır. Bu işlər bir faza xəttini açmaqla (fazalı təmir) və gərginliyi çıxarmadan aparıla bilər. Bu halda, işlərin aparılmasının təhlükəsizliyi həlledici amil sayılır.

8.20. HX-nin texniki xidmət və təmir işləri maşınlar, mexanizmlər, nəqliyyat vasitələri, takelaj, ləvazimatlar, alətlər və qurğulardan istifadə etməklə yerinə yetirilməlidir. Bu qurğu və avadanlıqlar HX-nin təmirinə və ya onun texniki xidmətinə cavabdeh şəxs tərəfindən hazır vəziyyətdə saxlanılmalıdır.

8.21. HX-də işləri yerinə yetirən briqadalar operativ-dispetçer xidməti ilə əlaqə qurmaq üçün sistem operatorunun müəyyən etdiyi tələblərə uyğun rabitə vasitələri ilə təmin olunmalıdır.

8.22. HX dayaqlarında və digər elementlərində, cərəyandaşıyıcılarda, habelə dayağın qrunta bərkidilməsi üsulunda konstruktiv dəyişikliklər yalnız texniki sənədlər (əsaslandırılma) və elektrik təsərrüfatına cavabdeh şəxsin yazılı razılığı ilə aparıla bilər. Konstruktiv dəyişikliklərin texniki əsaslandırılması qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

8.23. HX-nin trassası kol və ağaclardan təmiz və yanğına qarşı təhlükəsiz vəziyyətdə saxlanılmalıdır. Layihə ilə müəyyən edilmiş cığırların eni saxlanılmalı və ağacların ekoloji qanunvericiliyin tələbləri pozulmadan kəsilməsi işləri həyata keçirilməlidir.

8.24. Sinklənməmiş metal, dəmir-beton və taxta dayaqların metal elementlərinin, eləcə də polad burazların və ildırımdan mühafizə troslarının korroziya əleyhinə örtüyünün bərpası elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təmin olunmalıdır.

8.25. HX-nin intensiv çirklənməyə məruz qalan ərazilərində gücləndirilmiş izolyasiyadan istifadə edilməli, izolyasiyanın təmizlənməsi (yuyulması), çirklənmiş izolyatorlarının dəyişdirilməsi üzrə işlər yerinə yetirilməlidir. İzolyasiyanın quşlar tərəfindən intensiv şəkildə çirkləndiyi və HX-nin dayaq konstruksiyalarında quşların kütləvi şəkildə yuva saldığı yerlərdə, izolyasiyanın üstünün örtülməsinin mümkünlüyünü istisna edən qurğular quraşdırılmalı, həmçinin onların həyatına təhlükə yaratmadan quşları uzaqlaşdıran vasitələrdən istifadə edilməlidir.

8.26. HX-nin istismarı müddətində onunla kəsişən digər HX-nin naqil və troslarında kəsişmə aralığında ikidən artıq birləşmə yerinin, rabitə və siqnallama, həmçinin radioötürücü təsərrüfatların xətlərinin HX ilə kəsişmə aralığında isə birləşmənin olmasına yol verilmir.

8.27. İntensiv şəkildə buzlaşmalara məruz qalan 1000 V-dan yuxarı gərginlikli HX-də sırsıra və ya buz elektrik cərəyanı ilə əridilməlidir.

8.28. HX-nin istismarçıları HX-də buzlaşmanın yaranma prosesinə nəzarət etməli və buzlaşmanın əridilməsi sxemlərinin vaxtında qoşulmasını təmin etməlidir. Buzlaşmanın əridilməsi işlərinin aparıldığı HX-lər buzlaşmanın yaranması və əridilməsi prosesinə avtomatik nəzarət və siqnallama qurğuları, həmçinin qısaqapanma yaradan kommutasiya aparatları ilə təmin edilməlidir. Buzlaşmanın əritmə metodunun seçilməsi HX-nin iş şəraiti (şəbəkənin sxemi, yükü, buz bağlaması zonası, xətlərin açılmasının mümkünlüyü) nəzərə alınaraq müəyyən olunur.

8.29. Elektrik qurğularının istismarçısı aşağıdakıları saz və işlək vəziyyətdə saxlamalıdır:

8.29.1. gəmiçilik və ya qayıqçılıq (raftinq) üçün yararlı olan çaylar, göllər, su anbarları, kanallar ilə HX-nin kəsişdiyi yerlərin sahillərində siqnal nişanlarını;

8.29.2. markalanma və hündür maneələrin işıq çəpərlərinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq HX dayaqlarında quraşdırılmış xəbərdaredici işıq qurğularını;

8.29.3. HX layihəsi və qanunvericiliyə uyğun olaraq, dayaqlarda quraşdırılmış daimi nişanları.

8.30. HX-nin istismarçısı HX-nin şose yolları ilə kəsişdiyi yerlərdə, eləcə də qabaritsiz yüklərin və kranların hərəkəti mümkün olan dəmir yollarının qabarit darvazaları ilə HX-nin kəsişdiyi yerlərdə quraşdırılmış qabarit nişanlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir. Kəsişmələrdə qabarit darvazalarının və nişanlarının quraşdırılması və onlara xidmət işləri dəmir və avtomobil yollarının istismarçısı tərəfindən yerinə yetirilir.

8.31. Yüksək tezlikli telemexanika və rabitə kanalları olan HX-də aparılan təmir işləri zamanı bu kanalları işlək vəziyyətdə saxlamaq üçün torpaqlayıcı qismində səyyar torpaqlama çəpərlərindən istifadə edilməlidir.

8.32. Gərginliyi 110–220 kV olan HX-nin zədələnmə, həmçinin 6–35 kV-luq HX-nin fazalararası qısaqapanma yerlərinin məsafədən müəyyən edilməsi üçün cihazlar quraşdırılmalıdır. Budaqlanması olan 6–35 kV gərginlikli HX-nin zədələnmiş sahələrində göstəricilər quraşdırılmalıdır.

8.33. Gərginliyi 6–35 kV olan HX yerlə qapanmaların təyin edilməsi üçün səyyar cihazlarla təchiz edilməlidir.

8.34. HX-də qəza hallarının vaxtında aradan qaldırılması məqsədilə müəyyən olunmuş normalara əsasən mal-material ehtiyatı saxlanılmalıdır.

8.35. Kənd təsərrüfatı sahələrindən keçən HX-də planlı təmir və onların yenidən qurulması işləri bu torpaqdan istifadə edənlərlə razılaşdırılmaqla aparılmalıdır. HX-də pozuntuların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işləri torpaqdan istifadə edənlərlə razılaşdırılmadan, lakin aparılan işlər barədə onlara xəbərdarlıq edilməklə aparıla bilər.

8.36. Digər fiziki və ya hüquqi şəxsə məxsus HX-nin və başqa təyinatlı xətlərin naqillərinin dayaqları üzərində birgə asılması zamanı HX-də planlı təmir işləri bu şəxslə işlərin başlanmasından ən azı 3 (üç) gün öncə razılaşdırılmış müddət ərzində həyata keçirilməlidir. Qəza-bərpa işləri fiziki və ya hüquqi şəxsləri məlumatladırmaqla aparılmalıdır.

8.37. HX-nin və cərəyandaşıyıcıların istismarı istehsalat (yerli) təlimatlarına uyğun olaraq, təlim keçmiş və işə buraxılmış elektrotexniki heyət tərəfindən yerinə yetirilməlidir.

9.1. Gərginliyi 0,4 – 220 kV olan ümumi təyinatlı KX-lər istismara verildikdə tikinti norma və qaydalarında, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa KX istismarçısı aşağıdakı texniki sənədlərin hazırlanmasını təmin etməlidir:

9.1.1. gərginliyi 110 kV-dan aşağı olmayan KX-lər üçün təshih edilmiş (yenidən işlənmiş) KX üzrə kabel istehsalçısı ilə razılaşdırılmış layihəsi;

9.1.2. KX-nin trassasının həmin rayonda kommunikasiyaların inkişafından asılı olaraq, 1:200 və ya 1:500 miqyasda hazırlanmış və birləşdirici muftaların quraşdırılma yerləri qeyd edilməklə icra çertyoj;

9.1.3. gərginliyi 20 kV-dan aşağı olmayan KX-lər üçün, habelə 6–10 kV gərginlikli KX-nin çətin trassaları üçün yollar və digər kommunikasiya xətləri ilə kəsişmə yerlərində KX-nin profilinin çertyoju;

9.1.4. yeraltı kommunikasiyalar ilə KX-nin kəsişmələri və yaxınlaşmalarını göstərməklə, qapalı (yeraltı) işlər aktları;

9.1.5. KX-lərin döşənməsi üçün quraşdırılan xəndəklərin, blokların, boruların, kanalların, tunellərin və kollektorların montaj üzrə təhvil-təslim aktları;

9.1.6. KX-nin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təsdiq edən sənədlər və istehsalçı təlimatları;

9.1.7. barabanlarda KX-lərin vəziyyətinə dair aktlar, nümunələrin sökülməsi və baxılması protokolları;

9.1.8. kabel jurnalı (reyestri);

9.1.9. aşağı temperaturlarda quraşdırılmadan əvvəl barabanlarda KX-nin qızdırılmasına dair protokol;

9.1.10. izolyasiya müqavimətinin ölçülməsinin nəticələrini əks etdirən sənədlər, quraşdırıldıqdan sonra KX-nin izolyasiyanın yüksəldilmiş gərginliklə sınaq protokolu;

9.1.11. kabel muftalarının quraşdırılmasına dair sənədlər;

9.1.12. üstü örtülmədən əvvəl qanovlarda və kanallarda yerləşdirilmiş KX-yə baxış aktları;

9.1.13. KX-nin elektrokimyəvi korroziyadan mühafizəsi üzrə qurğuların quraşdırılması aktı, həmçinin layihəyə uyğun korroziya sınaqlarının nəticələrinə dair sənədlər;

9.1.14. yanğınsöndürmə və yanğın siqnallaması sistemlərinin avtomatik stasionar qurğularının yoxlanılma və sınaq aktı;

9.1.15. KX-nin istismara qəbulu aktı;

9.1.16. KX-nin elementlərinin inventar siyahısı;

9.1.17. elektron markerlərin proqramlaşdırma və quraşdırılması protokolları (aktları);

9.1.18. kabelin markası dəyişdirildikdə quraşdırmadan əvvəl istehsalçı və istismarçı ilə razılaşdırılmış gərginliyi 110 kV-dan aşağı olmayan KX-nin düzəliş edilmiş layihəsi.

9.2. Quraşdırma üzrə podratçı bu Qaydaların 9.1-ci bəndində qeyd edilən sənədlərə əlavə olaraq, gərginliyi 110 kV-dan aşağı olmayan KX-nin istismara qəbulu zamanı sifarişçiyə aşağıdakı sənədləri təqdim etməlidir:

9.2.1. KX-nin döşənməsindən sonra mühafizə örtüklərinin yüksəldilmiş gərginliklə sınaq aktlarını;

9.2.2. kabel və muftaların istehsalçı sınaqlarının protokollarını;

9.2.3. KX-nin uc muftalarının avtomatik isidilmə qurğusunun sınaq nəticələri haqqında sənədləri;

9.2.4. gərginliyi 110 kV olan plastmas izolyasiyalı kabellərin hər bir fazasının cərəyandaşıyıcı damarı və örtüyü üzrə cərəyanın ölçülməsinin nəticələri haqqında, kabellərin tutumunun ölçülməsinin nəticələri haqqında, quyuların və uc muftaların yerlə birləşdiricilərinin müqavimətinin ölçülməsinin nəticələri haqqında protokolları;

9.2.5. hər bir fazanın cərəyandaşıyıcı naqilləri və örtükləri (ekranları) üzrə cərəyanın ölçülməsinin nəticələrinə dair sənədləri;

9.2.6. kabellərin naqillərinin işçi tutumunun ölçülməsinin nəticələrinə dair sənədləri;

9.2.7. izolyasiyanın aktiv müqavimətinin ölçülməsinin nəticələrinə dair sənədləri;

9.2.8. kabel quyularının və arxa muftaların torpaqlama müqavimətinin ölçülməsinin nəticələrinə dair sənədləri.

9.3. Gərginliyi 1000 V-dək olan KX istismara verildikdə aşağıdakı sənədlərin olması təmin edilməlidir:

9.3.1. kabel jurnalı (reyestri);

9.3.2. xətlərin düzəliş (təshih) edilmiş layihəsi;

9.3.3. barabanlarda KX-lərin vəziyyətinə dair aktlar, nümunələrin sökülməsi və baxılması protokolları.

9.4. Yenidən qurulmuş KX-nin istismara qəbulu zamanı sınaqlar həyata keçirilməlidir.

9.5. KX-nin istismarçısı KX-nin çəkilməsi və quraşdırılmasına texniki nəzarəti həyata keçirməlidir.

9.6. Şlanq örtüyü ilə təchiz edilmiş kabellərin çəkilməsinə və istismarına nəzarət zamanı şlanqın vəziyyəti yoxlanılmalı, birbaşa kəsikləri, sürtülmələri və çatları olan kabel şlanqları təmir və ya əvəz edilməlidir.

9.7. KX-nin mövcud texniki vəziyyətini əks etdirən pasportu olmalıdır.

9.8. AİS-ə malik şəxslər üçün pasport məlumatları elektron qaydada saxlanıla bilər. Açıq çəkilmiş kabellər, həmçinin kabel muftaları nişanlı birkalar ilə təchiz edilməlidir. Xəttin sonunda və başlanğıcındakı kabellərin birkalarında markaları, gərginlikləri, xətlərin kəsişmələri, nömrələri və ya adları, birləşdirici muftaların birkalarında isə muftanın nömrəsi və quraşdırılma tarixi qeyd edilməlidir.

9.9. Birkalar ətraf mühitin təsirlərinə qarşı davamlı olmalıdır. Birkalar açıq çəkilmiş kabellərdə, həmçinin trassanın döngələrində, odadavamlı arakəsmələr və örtüklərdə (hər iki tərəfdən), kabellərin keçdiyi yerlərdə hər 50 m-dən bir, xəttin uzunluğu boyunca yerləşməlidir.

9.10. KX istismara verilən zaman ona maksimal buraxılabilən cərəyan təyin olunmalıdır. Yüklər ən əlverişsiz soyutma şəraitində ən azı 10 m uzunluğunda marşrut sahəsi üzrə təyin edilməlidir. Bu yüklərin artırılmasına yalnız naqillərin qızmasının texniki şərtlərlə yolverilən göstəriciləri keçməməsi şərti ilə istilik sınaqlarına əsasən yol verilir. Bu halda kabellərin qızması ən pis soyutma şəraiti olan trassa sahələrində yoxlanılmalıdır.

9.11. Kabel qurğularında kabellərin istilik rejiminə, hava temperaturu və havalandırma qurğularının işinə sistematik nəzarət təşkil edilməlidir. Yay aylarında kabel tunelləri, kanalları və şaxtalarının daxilində havanın temperaturu, açıq havanın temperaturundan 10°С-dən çox olmamalıdır.

9.12. Qəzadan sonrakı iş rejimi dövründə 10 kV-dək (10 kV daxil olmaqla) gərginlik üzrə polietilen və polivinilxlorid plastik izolyasiyalı kabellər üçün 15%, rezin və vulkanlaşdırılmış polietilendən hazırlanmış kabellər üçün 18% gün ərzində 6 (altı) saatdan çox olmamaqla 5 (beş) gün ərzində (bir ildə isə 100 saatdan çox olmamaq şərti ilə), çarpaz bağlı polietilendən hazırlanmış kabellər üçün isə qanunvericiliyə uyğun olaraq, cərəyan üzrə ifrat yüklənməyə yol verilir. Gərginliyi 110 kV-dan aşağı olmayan KX-lərin cərəyan üzrə ifrat yüklənməsi kabel istehsalçısının təlimatı əsasında tənzimlənir. İstismarda 15 (on beş) ildən yuxarı olan kabellər üçün cərəyan üzrə ifrat yüklənmə 10%-dən çox olmamalıdır.

9.13. Neytralı izolə olunmuş və ya kompensasiya olunmuş şəbəkələrdə birfazalı yerlə qısaqapanma baş verdikdə elektrotexniki heyət bu barədə qidalandırıcı yarımstansiya və ya elektroenergetika subyektinin növbətçisini dərhal məlumatlandırmalı və bundan sonra onların təlimatlarına uyğun hərəkət etməlidir.

9.14. KX-nin yükləri istehsalçı təlimatları ilə müəyyən edilmiş müddət ərzində ölçülməlidir və bu ölçmələr əsasında KX-nin iş rejimləri və sxemləri dəqiqləşdirilməlidir.

9.15. Gərginliyi 35 kV-dək (35 kV-da daxil olmaqla) olan KX-lərin və 110 kV-dan 220 kV-dək (220 kV-da daxil olmaqla) olan KX-lərin yoxlanılması məqsədilə bu Qaydalara 3 nömrəli Əlavədə nəzərdə tutulan qaydada onlara baxış keçirilməlidir.

9.16. Elektrik qurğusunun istismarçısı 6 (altı) ayda bir dəfədən az olmamaq şərti ilə, seçmə üsulu ilə KX-nin nəzarət yoxlamalarını təşkil etməlidir.

9.17. KX-nin növbədənkənar yoxlamaları daşqınlar, ağır leysan yağışlar baş verdikdən və rele mühafizəsinin təsirindən KX şəbəkədən açıldıqdan sonra həyata keçirilməlidir. KX-də yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı nöqsanlar və nasazlıqlar jurnalında (reyestrində) qeydlər aparılmalıdır. Nasazlıqlar elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilmiş müddətlərdə aradan qaldırılmalıdır.

9.18. Daimi növbətçi xidməti olan elektrik stansiyaları və yarımstansiyalarında tunellər (kollektorlar), şaxtalar, kabel mərtəbələri və kanallar ayda bir dəfədən az olmayaraq, daimi növbətçi xidməti olmayan elektrik stansiyalarında və yarımstansiyalarında isə elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilmiş müddətlərdə yoxlanılmalıdır.

9.19. Kabel qurğularında yanğın siqnalı və yanğınsöndürmə qurğularının işlək vəziyyətdə olmasının nəzarət yoxlanılması müddəti yerli təlimatlarla təyin olunmalıdır.

9.20. Tuneller, kollektorlar, kanallar və digər kabel qurğuları təmiz saxlanmalı, kabel qurğularında çəkilmiş kabellərin metal qolsuz zirehləri və kabellərin çəkildiyi qeyri-metal örtüklü metal konstruksiyalar müntəzəm olaraq yanmayan antikorroziya birləşmələrlə örtülməlidir.

9.21. Kabel qurğularının yerləşgələrində yardımçı qurğuların, o cümlədən emalatxanaların, alət otaqlarının, anbarların, həmçinin hər hansı material və avadanlıqların saxlanılmasına yol verilmir. Su daxil olan kabel qurğuları qrunt və yağış sularının təmizlənməsi üçün vasitələrlə təmin edilməlidir.

9.22. Elektrikləşdirilmiş dəmiryol nəqliyyatı olan və ya aqressiv qruntlu ərazilərdə çəkilmiş KX-də azmış cərəyanın ölçülməsi aparılmalı, torpaq korroziya zonalarının xəritələri tərtib edilməli, KX-nin və ya onun ayrı-ayrı hissələrinin potensiallar diaqramları qurulmalı və onlarda müntəzəm olaraq düzəlişlər aparılmalıdır. Yeraltı kommunikasiya xətlərinin korroziyaya qarşı mühafizəsi təşkil edilmiş yerlərdə potensiallar diaqramının qurulması tələb olunmur.

9.23. Azmış cərəyanlar zonalarında, güc KX-lərinin katod mühafizəli boru kəmərləri və rabitə kabelləri ilə yaxınlaşdığı yerlərdə, korroziyaya qarşı mühafizə qurğuları ilə təmin edilmiş KX ərazilərində kabellərin potensialları ölçülməlidir. Qoruyucu şlanq örtüklü kabellərdə korroziyaya qarşı örtüklərin vəziyyətinə nəzarət edilməlidir.

9.24. KX-nin istismarçısı torpaqda azmış cərəyanların göstəricilərinin azaldılması istiqamətində tədbirlərin yerinə yetirilməsinə nəzarət etməlidir.

9.25. Elektrik korroziyası, torpaq və ya kimyəvi korroziya nəticəsində KX-də metal örtüklərin və muftaların dağılması təhlükəsi aşkar edildikdə KX-nin istismarçısı onun aradan qaldırılması üçün tədbir görməlidir. Muftalara bitişik yerləşən alüminium örtüklərində korroziyanın yaranmasının qarşısını almaq məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq onların mühafizəsi təmin edilməlidir. Mühafizə qurğularına müntəzəm nəzarət təmin edilməlidir.

9.26. Kabel trassalarının qazılması və ya onların yaxınlığında torpaq işləri, yalnız KX-nin keçdiyi ərazinin sahibinin və KX-nin istismarçısının yazılı razılığı ilə yerinə yetirilməlidir. Həmin razılığa KX-nin yeri və dərinliyini göstərən plan (sxem) əlavə olunmalıdır. KX-nin yeri həm plan (sxem), həm də işarə və ya yazılarla göstərilməlidir. İş icraçısı KX-lərin təhlükəsizliyinə nəzarəti təmin etməli və mexaniki zədələrdən mühafizə və onların əyilməsinin qarşısını almaq üçün açıq kabelləri möhkəmləndirməli, siqnal işıqları və xəbərdarlıq plakatları quraşdırmalıdır.

9.27. Kabellərin yerini və onların dərinliyini aydınlaşdırmaq üçün qazıntı işlərindən əvvəl KX-yə xidmət edən elektrotexniki heyətin nəzarəti altında kabel trassasının nəzarət açılması yerinə yetirilməlidir.

9.28. Torpaq xəndəyində qazıntılar zamanı boru kəməri, sxemdə göstərilməyən kabellər və ya digər kommunikasiyalar aşkar edildikdə işlər dayandırılmalı və istismarçının elektik təsərrüfatına cavabdeh məlumatlandırılmalıdır. Kabel və yeraltı tikililərin yerləşdiyi sahələrdə xəndək və təməl çuxurlar (kotlovanlar) ehtiyatla qazılmalı, 0,4 m və daha dərinlikdə qazıntı əllə aparılmalıdır.

9.29. Torpaq donduqda kabellərin keçdiyi yerlərdə 0,4 m-dən daha dərinlikdə qazıntılar qruntun isidilməsi ilə həyata keçirilməlidir. Eyni zamanda, qızdırılan təbəqənin səthindən KX-yə kimi ən azı 0,15 m qalınlığında torpaq qatının saxlanması təmin edilməli, donu açılmış qrunt əllə çıxarılmalı, zərbə alətlərindən istifadəyə yol verilməməlidir.

9.30. Torpaqqazma maşınları ilə KX-nin qazılıb çıxarılması, həmçinin sındırıcı çəkic, lom və külüngdən istifadə etməklə kabelin üzərindəki torpağın yumşaldılması mühafizə örtüyü və ya siqnal lentinin yerləşmə dərinliyindən çox olmayan və ya kabelə qədər ən azı 25 sm torpaq layı qalan dərinlikdə aparılmalıdır. Torpağın qalan layı bel vasitəsilə götürülməlidir.

9.31. Kabellərin qazılması, çəkilməsi və ya təmiri ilə əlaqəsi olmayan işlərin aparılmasında 1 m-dən az məsafədə torpaqqazma texnikasının, kabel trassasından 5 m-dən az məsafədə isə zərbə və vibroyükləmə mexanizmlərinin istifadəsinə yol verilmir. Partlayış işlərinin aparılması üçün əlavə texniki şərtlər verilməlidir.

9.32. KX-nin sahibi (balans saxlayıcısı) və istismarçısı kabel trassalarının keçdiyi ərazilərdə yerləşən qurum və təşkilatları, eləcə də əhalini həmin trassaların yaxınlığında torpaq işlərinin aparılması barədə məlumatlandırmalıdır.

9.33. Elektrik avadanlıqlarının və KX-nin sabit cərəyanlı yüksək gərginliklə profilaktik sınaqları həyata keçirilməlidir.

9.34. Təmirdən və ya trassaların üstünün açılması ilə əlaqədar qazıntı işlərinin aparılmasından, eləcə də KX-nin avtomatik açılmasından sonra KX-də növbədənkənar sınaqların aparılmasının zəruriliyini KX-nin istismarçısı müəyyən edir. Gərginliyi 110–220 kV olan KX-nin sınaqdan keçirilməsi yalnız elektroenergetika subyektinin icazəsi ilə yerinə yetirilir.

9.35. Gərginliyi 20–35 kV olan plastik izolyasiyalı kabelləri və ya qazdoldurulmuş kabellərin vertikal bölmələrinin izolyasiya şəraitinə və onların dövri şəkildə dəyişdirilməsinə əlavə nəzarət tələb olunmur.

9.36. Zədələnmiş kabel nümunələri və kabel muftaları, zədələnmə səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanması üçün laboratoriya tədqiqatından keçməlidir.

10.1. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərrikləri, eləcə də onları işəsalma-tənzimləmə və mühafizə qurğuları, həmçinin elektrik və köməkçi avadanlıqları “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun seçilir və quraşdırılır.

10.2. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərrikləri və onların hərəkətə gətirdiyi mexanizmlərin üzərində fırlanma istiqamətini göstərən oxlar çəkilməlidir. Elektrik mühərrikləri və işəsalma-tənzimləmə qurğularının üzərində onların aid olduğu aqreqatın və (və ya) mexanizmin adını göstərən yazı olmalıdır.

10.3. Qoruyucuların əriyən taxmaları kalibrlənməli və nominal cərəyanın qoyuluş qiymətini göstərməklə damğalanmalıdır. Kalibrlənmə və damğalanma istehsalçı və ya istismarçı tərəfindən həyata keçirilir. Kalibrlənməmiş taxmaların istifadəsi yolverilməzdir. Gərginliyi 1000 V-dək olan mühərriklərin mühafizəsi üçün üçqütblü avtomat açarlarından istifadə olunur.

10.4. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin elektrik enerjisi qidalanması qısamüddətli kəsildikdə texnoloji proseslərin və yolverilən təhlükəsizlik şərtlərinə görə mexanizmləri işdə saxlamaq üçün təkrar gərginlik verildikdə məsul mexanizmlərin elektrik mühərriklərinin öz-özünə işə düşməsi təmin edilməlidir. Öz-özünə işə düşən məsul mexanizmlərin siyahısı həmin mexanizmlərin istismarçısı tərəfindən təsdiqlənməlidir.

10.5. Tozlu və yüksək rütubətli otaqlarda quraşdırılmış üfürülən elektrik mühərrikləri, təmiz soyuducu hava təmin edən qurğularla təchiz olunmalıdır. Elektrik mühərriki vasitəsilə üfürülən havanın miqdarı, həmçinin onun parametrləri (qatışıqların temperaturu, miqdarı) istehsalçı təlimatlarına uyğun olmalıdır.

10.6. Soyutma yollarının (hava yollarının, hava yollarının örtüklərinin elektrik mühərriklərinin gövdələrinə, qapaqlarına birləşmə düyünləri) kipliyi ildə ən azı 1 dəfə yoxlanılmalıdır. Xarici soyuducu havalandırıcıların fərdi elektrik mühərrikləri, əsas elektrik mühərrikləri qoşulduqda və açıldıqda avtomatik olaraq qoşulmalı və açılmalıdır.

10.7. Yastıqları məcburi yağlanan elektrik mühərriklərində yastıqların içliklərində temperatur artması və ya yağlamanın dayanması zamanı siqnala işləyən və elektrik mühərrikinin açılmasını təmin edən mühafizə sistemi quraşdırılmalıdır.

10.8. İstehlak obyektinin PQ-nin və ya elektroenergetika obyektinin xüsusi sərfiyyat şinlərində gərginlik nominal gərginliyin 100÷105% civarında saxlanılmalıdır. Elektrik mühərriklərinin nominal gücünü saxlamaqla nominal gərginliyin 90÷110%-i qədər gərginliklə işləməsinə yol verilir.

10.9. Qidalandırıcı şəbəkənin tezliyinin nominal göstəricisinin ±2,5% civarında dəyişməsi zamanı elektrik mühərriklərinin nominal güclə işləməsinə yol verilir. Gərginlik nominal göstəricisindən ±10%-dək və tezliklər 2,5%-dək eyni zamanda meyilləndikdə elektrik mühərriklərinin nominal gücü saxlanılmalıdır, bu şərtlə ki, yüksək gərginliklə və aşağı tezliklə işləyərkən və ya aşağı gərginliklə və yüksək tezlikdə işləyərkən gərginliyin və tezliyin meyillənmələrinin mütləq qiymətlərinin cəmi 10%-dən çox olmasın.

10.10. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin qrup yığmalarında və lövhələrində gərginliyin olub-olmamasına nəzarət üçün voltmetrlər və ya xəbərdarlıq lampaları nəzərdə tutulmalıdır.

10.11. Texnoloji prosesi stator cərəyanı ilə tənzimlənən, həmçinin texnoloji ifrat yüklənmələrə məruz qalan mexanizmlərin elektrik mühərriklərinin işə salınma lövhəsi və ya panelləri ampermetrlərlə təmin edilməlidir. Ampermetrlər sinxron mühərriklərin təsirlənmə sxemlərinə və stator dövrəsinə daxil edilməli və onun şkalasında statorun (rotorun) uzunmüddətli buraxılabilən və ya nominal göstəricisinə uyğun qırmızı xətt olmalıdır.

10.12. Gücündən asılı olmayaraq, məsul mexanizmləri idarə etmək üçün istifadə olunan sabit cərəyan elektrik mühərriklərinin lövbərinin cərəyanına nəzarət olunmalıdır.

10.13. İstehsalçının təlimatlarında daha çox sayda işəsalmaya yol verilmədikdə qısaqapanmış rotorlu elektrik mühərriklərini soyuq haldan 2 dəfə, isti halda isə 1 dəfə işə salmağa yol verilir. Mühərrikin daha sonrakı işə salınmalarına bu növ mühərriklər üçün istehsalçı təlimatları ilə müəyyənləşdirilən müddət ərzində soyuduqdan sonra yol verilir.

10.14. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin əsas mühafizə ilə açılma hallarında təkrar qoşulmasına mühafizənin işə düşməsinin səbəbləri aydınlaşdırıldıqdan və izolyasiyanın müqaviməti yoxlanıldıqdan sonra yol verilir. Ehtiyatı olmayan məsul mexanizmlərin elektrik mühərrikləri üçün əsas mühafizə işə düşdükdən sonra mühərrikə xaricdən baxış keçirilməsinin nəticələrinə uyğun bir dəfə təkrar qoşulmaya yol verilir.

10.15. Uzun müddət ehtiyatda olan elektrik mühərrikləri həmişə dərhal işə salınmağa hazır olmalıdır. Onlar istismarçıları tərəfindən təsdiqlənmiş cədvəl üzrə mexanizmlərlə birlikdə yoxlanılmalı və sınaqdan keçirilməli, isidilməsi olmayan, açıq havada quraşdırılmış elektrik mühərrikləri üçün isə stator sarğılarının izolyasiya müqaviməti və absorbsiya əmsalı yoxlanılmalıdır.

10.16. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin qoşulmuş mexanizmlərlə birlikdə yastıqlarında ölçülən titrəyişlərin şaquli və üfüqi göstəriciləri (titrəyiş sürətlərinin orta kvadratik qiyməti və ya rəqslərin ikiqat amplitudu), istehsalçının istismar təlimatlarında qeyd edilən göstəriciləri aşmamalıdır. Texniki sənədlərdə bu cür göstərişlər olmadıqda elektrik mühərriklərinin mexanizmlər ilə birləşmiş yastıqlarının titrəyişləri bu Qaydalara 4 nömrəli Əlavədə qeyd edilən göstəricilərdən yüksək olmamalıdır.

10.17. Fırlanan hissələri tez köhnələn, çətin vəziyyətdə işləyən mexanizmlərlə birləşmiş, elektrik mühərriklərinin yüksək titrəyişli yastıqlı aqreqatlarının, həmçinin istismar müddəti 15 (on beş) ildən artıq olan elektrik mühərriklərinin işləməsinə titrəyişlərin artması səbəblərini aradan qaldırmağa lazım olan müddətdə yol verilir. Bu şərtlər üçün titrəyiş normaları bu Qaydalara 4 nömrəli Əlavədə qeyd edilən göstəricilərdən yüksək olmamalıdır. Yastıqlarda titrəyişin ölçülməsinin dövriliyi onların istismarçısı tərəfindən təsdiqlənmiş cədvəllə təyin edilir.

10.18. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin yükünə, fırçalı aparatına, titrəyişlərinə, temperatur elementlərinə və soyutma mühitinə (statorun dolaqlarına və nüvəsinə, havaya, yastıqlara) nəzarət, yastıqlara xidmət (yağın tələb olunan səviyyəsinin saxlanılması) və soyuducu hava və suyun hava soyuducularına və dolaqlara çatdırılmasına, həmçinin elektrik mühərrikinin işə salınması və dayandırılmasına nəzarət həmin mühərrikin yerləşdiyi mexanizmə xidmət edən heyət tərəfindən həyata keçirilməlidir.

10.19. Soyuducu kameranın içərisindən cərəyandaşıyıcı hissələr keçən hallarda, bu kameraların hüdudları çərçivəsində soyutma sxeminə nəzarəti və xidməti elektrotexniki heyət yerinə yetirməlidir.

10.20. Aşağıdakı hallarda elektrik mühərrikləri şəbəkədən açılmalıdır:

10.20.1. insanlarla əlaqəli bədbəxt hadisə baş verdikdə;

10.20.2. elektrik mühərrikinin gövdəsində, həmçinin onun işəsalma-tənzimləmə və təsirlənmə qurğusunda tüstü və alov yarandıqda;

10.20.3. intiqal mexanizmi sındıqda;

10.20.4. aqreqatın yastıqlarında titrəyişlər kəskin artdıqda;

10.20.5. yastıqlar istehsalçı təlimatlarında göstərilən buraxılabilən temperaturdan ifrat yüksək qızdıqda.

10.21. İstismar təlimatlarında ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin təcili söndürülməsi tələb olunan digər hallar, həmçinin qəza halının aradan qaldırılması və elektrik mühərriklərinin işə salınmasının istismarçı tərəfindən müəyyən olunmuş qaydaları göstərilir.

10.22. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərrikləri ehtiyat mühərrik (varsa) işə salındıqdan sonra aşağıdakı hallarda dayandırılmalıdır:

10.22.1. yanıq qoxusu yarandıqda;

10.22.2. ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin və ya mexanizminin titrəyişi kəskin yüksəldikdə;

10.22.3. yastıqların temperaturu yolverilməz artdıqda;

10.22.4. icazə verilən göstəricidən yuxarı ifrat yüklənmələrdə;

10.22.5. ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərinin zədələnmə təhlükəsində (su ilə dolduqda, buxarlanma, qeyri-normal küy olduqda).

10.23. Elektroenergetika sisteminin maksimal yüklənmə saatlarında sinxron elektrik mühərrikləri güc əmsalını qabaqlayan optimal göstərici ilə reaktiv güc generasiyası rejimində istismar olunur. Qabaqlayan güc əmsalı ilə işləyən iri sinxron elektrik mühərriklərinin (1000 kVt və daha yuxarı) iş rejimi qoşulduğu şəbəkə üzrə sistem operatoru ilə razılaşdırılır.

10.24. Təmir işləri zamanı elektrik mühərriklərinin profilaktik sınaqları, təmiri, çıxarılması və quraşdırılması onların istismarçısının təlim keçmiş mütəxəssisləri tərəfindən həyata keçirilməlidir.

10.25. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərində əsaslı və cari təmirinin dövriliyi ona xidmət göstərən texniki mütəxəssis tərəfindən müəyyən edilir. Həmin elektrik mühərriklərinin təmiri texnoloji aqreqatların təmiri ilə eyni vaxtda aparılmalıdır.

10.26. Ümumi təyinatlı sabit və dəyişən cərəyan elektrik mühərriklərində profilaktik sınaqlar və ölçmələr aparılmalıdır.

11.1. İstehlakçılara məxsus yarımstansiyalar, şəbəkələr və elektrik qurğuları qısaqapanmalardan və normal rejimlərin pozulmalarından rele mühafizəsi qurğuları, avtomat açarlar və ya qoruyucular vasitəsilə mühafizə olunmalı, elektroavtomatika və telemexanika vasitələri ilə təchiz olunmalıdır.

11.2. RMAT qurğularında və onların ikinci dövrələrində texniki xidmət, sınaq və ölçmələr mərkəzi, yerli və ya istehlakçının elektrik laboratoriyası tərəfindən yerinə yetirilməlidir. İstehlakçıda quraşdırılmış RMAT qurğularına xidmət üçün ixtisaslaşmış təşkilatların cəlb edilməsinə yol verilir.

11.3. Rele mühafizəsinin sazlanma şərtləri üzrə və mümkün istismar rejimləri nəzərə alınmaqla, şəbəkənin qidalandırıcı elementlərinin buraxılabilən sərhəd yükləri istehlakçı tərəfindən operativ-dispetçer xidməti ilə razılaşdırılmalı və dövri olaraq yenidən baxılmalıdır.

11.4. İstehlakçının rabitə xətlərinin, həmçinin operativ-dispetçer xidmətinin əməliyyat idarəçiliyində və ya əməliyyat tabeliyində olan istehlakçının yarımstansiyalarındakı transformatorlarının (avtotransformatorlarının) RMA qurğuları üçün qoyuluş qiymətləri elektroenergetika subyektinin RMA xidmətləri ilə razılaşdırılmalıdır.

11.5. RMA qurğusu üçün qoyuluş qiymətlərini seçərkən EAQ və avtomatik təkrar qoşma qurğularının mövcudluğu nəzərə alınmaqla, onun selektivlik qabiliyyəti təmin olunmalıdır. Bundan əlavə, selektivlik üçün qoyuluş qiymətlərini təyin edərkən texnoloji avtomatlaşdırma qurğusunun işləməsi və sex aqreqatlarının və digər mexanizmlərin bloklamaları nəzərə alınmalıdır.

11.6. Əməliyyat cərəyanı dövrələrində mühafizə aparatlarının (qoruyucuların və avtomat açarlarının) işinin selektivliyi təmin olunmalıdır. Hər bir elektrik qurğusunda mühafizə aparatının nominal cərəyanları və işləmə qoyuluşları göstərilməklə, o qurğunun istismarçısı tərəfindən təsdiqlənmiş selektivlik kartı tərtib olunmalıdır.

11.7. Avtomat açarların, qoruyucular blokunun altında birləşmənin adı və nominal cərəyanını dəqiq göstərən qeydlər olmalıdır.

11.8. RMAT qurğularının və ikinci dövrələrin (buraxılabilən temperatur, rütubət, titrəyiş, işçi parametrlərin nominaldan meyiletmələri, elektromaqnit uyğunluğu şəraitləri) normal işləməsi üçün şərait təmin edilməlidir.

11.9. RMAT qurğuları istifadə təyinatına və iş prinsipinə, şəbəkənin iş rejiminə və selektivlik şərtlərinə uyğun olaraq işdən çıxarıla bilər, digər hallarda daimi işdə (qoşulu) olmalıdır.

11.10. RMAT qurğularının planlı şəkildə işdən çıxarılması onun istismarçısının müraciəti əsasında rəsmiləşdirilməlidir. RMAT qurğularının düzgün işləməməsi təhlükəsi yarandığı hallarda, rele qurğuları yuxarı mütəxəssis heyətinin icazəsini almadan prosesdən kənarlaşdırılmalıdır, lakin yerli təlimatlara uyğun olaraq, sonradan yuxarı mütəxəssis heyətinə bu barədə məlumat verilməlidir. İşdə qalan RMAT qurğuları elektrik avadanlıqlarının və elektrik xətlərinin zədələnmələrdən tam mühafizəsini təmin etməli, bu şərtlərə riayət olunmadıqda isə müvəqqəti mühafizə yerinə yetirilməli və ya birləşmələr açılmalıdır.

11.11. Qəza və xəbərdarlıq siqnallama qurğuları həmişə işə hazır rejimdə saxlanılmalıdır. İkinci dövrələrdə, həmçinin açarlarla idarə olunan dövrələrdə əməliyyat cərəyanının mövcudluğuna, qoruyucuların və avtomat açarların işlək olmasına diqqət yetirilməlidir.

11.12. RMAT qurğularında ixtisaslaşmış müəssisə tərəfindən sazlama işlərinin həyata keçirilməsi zamanı onların qəbulunu istehlakçının RMAT qurğularına texniki xidmət göstərən heyəti yerinə yetirir. İstehlakçının belə heyəti yoxdursa, onları daha yuxarı təşkilatın heyəti qəbul edir. Yenidən qurulan qurğuların istismara qəbulu RMAT jurnalında (reyestrində) qeyd olunmaqla, istehlakçının (yuxarı qurum) nümayəndəsinin və sazlayıcının imzası ilə rəsmiləşdirilir.

11.13. Qəbul olunmuş RMAT qurğularının istismara verilməsindən əvvəl aşağıdakı texniki sənədlər istismarçıya təqdim edilməlidir:

11.13.1. quraşdırma və sazlama zamanı düzəliş edilmiş layihələndirmə materialları (çertyoj və sxemlər, izahlı qeydlər, kabel jurnalı) – montaj və sazlama təşkilatları tərəfindən;

11.13.2. istehsalçı materialları (texniki təsvir və istismar təlimatları, elektrik avadanlıqlarının və aparatlarının pasportları) – quraşdırma və sazlama şirkəti tərəfindən;

11.13.3. sazlama və sınaq protokolları – sazlayıcı və ya istismarçının laboratoriyası tərəfindən.

11.14. RMAT qurğularının quraşdırılması zamanı istismarçıya aşağıdakılar təqdim olunmalıdır:

11.14.1. RMAT qurğuları və avadanlıqları üçün istehsalçıların sınaq protokolları;

11.14.2. istifadəçi üçün proqram təminatı üzrə təlimatlar;

11.14.3. RMAT qurğularının, qrafik və digər redaktorlar daxil olmaqla güc avadanlıqlarının oyuqlarının funksiyalarının konfiqurasiyasını yerinə yetirmək üçün proqram təminatı.

11.15. Elektrik qurğusunun istismarçısı tərəfindən RMAT-yə xidmət göstərilməsi üçün onlara texniki və istismar xidmətinin metodikası üzrə təlimlər keçmiş mütəxəssis cəlb olunmalıdır.

11.16. RMAT qurğularının aşağıdakı texniki sənədləri RMA xidmətində saxlanılmalıdır:

11.16.1. pasport-protokollar;

11.16.2. sazlama və yoxlama üzrə metodik göstərişlər və ya texniki xidmət üzrə təlimatlar;

11.16.3. qurğuların texniki göstəricilərini və konfiqurasiyalarını əks edən kartlar və ya qoyuluş qiymətlərinin cədvəlləri;

11.16.4. RMA və ƏQ qurğularının idarə edilməsi və texniki xidməti üçün proqram təminatı;

11.16.5. icraçı işçi sxemləri, prinsipial, quraşdırma və ya prinsipial quraşdırma sxemlər;

11.16.6. dövrələrin işdə qalan RMA qurğularından açılması ilə bağlı ardıcıllığı, üsulları və yerləri göstərilməklə mürəkkəb RMA qurğuları, avadanlıqların idarəetmə dövrələri, habelə cərəyan və gərginlik dövrələrinin yoxlanılması (işə salınması) üzrə işçi proqramlar, işçi proqramların tərtib edilməli olduğu qurğu qruplarının siyahısı bunlara cavabdeh şəxs tərəfindən təsdiqlənməlidir.

11.17. Elektrik qurğularına texniki xidmət zamanı dövri müayinələrin nəticələri pasport-protokola daxil edilməlidir. Mürəkkəb RMAT qurğularına aid müayinələrin nəticəsi RMAT jurnalında (reyestrində) qeyd olunmalıdır.

11.18. Parametrləri yalnız əməliyyat heyəti tərəfindən dəyişdirilən qurğular istisna olmaqla, relelər, aparatlar və köməkçi RMA qurğularının yalnız RMA xidmətləri, bu qurğuların istismarçısının ETL-i mütəxəssisləri, həmçinin onların göstərişinə əsasən əməliyyat heyəti tərəfindən açılmasına yol verilir.

11.19. RMAT və siqnallama qurğularının panelləri və şkaflarının, həmçinin idarəetmə panelləri və pultlarının üzərində və əks tərəfində onların dispetçer adlarına uyğun təyinatlarını göstərən qeydlər, üzərində quraşdırılmış aparatlarda isə sxemlərə uyğun yazılar və ya markalanmalar olmalıdır. Sınaq bloklarında və əməliyyat heyətinin əməliyyat çevirmələrini həyata keçirdiyi çevirici qurğuların üzərində olan yazılar bu qurğuların (çevirgəclərin, çeviricilərin, kəsicilərin, avtomatik ayırıcıların) təyinatını dəqiq göstərməlidir.

11.20. RMA birləşmələri və ya ayrıca yoxlanılabilən bir birləşmənin müxtəlif qurğularına aid olan aparatların yerləşdiyi paneldə dəqiq ayırıcı xətlər vurulmalı və ayrıca RMA qurğularının yoxlanılması zamanı çəpərin quraşdırılması imkanı təmin edilməlidir.

11.21. Yığımların sıxaclarına (sıralarına) birləşdirilmiş naqillər RMAT qurğularının icra sxemlərinə uyğun gələn şəkildə markalanmalıdır. İdarəetmə naqillərində markalanma uclarda, naqillərin budaqlanma və kəsişmə yerlərində və onlar divardan, tavanlardan keçdiyi zaman hər iki tərəfində aparılmalıdır. Kabellərin sərbəst damarlarının ucları izolə edilməlidir.

11.22. RMAT qurğularının elektriki əlaqələndirilmiş ikinci dövrələrinin yerə nisbətən, eləcə də müxtəlif təyinatlı dövrələr arasında, elektriklə əlaqələndirilməyən (ölçmə dövrələri, əməliyyat cərəyan dövrələri, siqnalizasiya) dövrələrinin izolyasiya müqaviməti hər bir birləşmənin hədləri daxilində 1 MOm-dan aşağı olmamalıdır. Teleidarəetmənin çıxış dövrələrinin və telemexanika qurğularının 220 V gərginlikli qidalanma dövrələrində isə izolyasiya müqaviməti 10 MOm-dan aşağı olmayaraq saxlanılmalıdır.

11.23. Ayrıca mənbədən və ya dövrə ayırıcı transformator vasitəsilə qidalanan və işləmə gərginliyi 60 V-dan yuxarı olmayan RMAT qurğularının ikinci dövrələrinin izolyasiya müqaviməti 0,5 MOm-dan aşağı olmamalıdır. RMAT qurğularının dövrələrinin, teleidarəetmənin çıxış dövrələrinin və 220 V qidalanma dövrələrinin izolyasiya müqaviməti 1000–2500 V-luq meqaommetrlə, işçi gərginliyi 60 V və daha aşağı olan RMA qurğuları dövrələrinin və telemexanika dövrələrinin izolyasiya müqaviməti isə 500 V-luq meqaommetrlə ölçülür.

11.24. Gərginliyi 24 V-dan yuxarı olmayan qurğuların izolyasiya müqavimətinin mikroelektron bazada ölçülməsi istehsalçı təlimatlarına uyğun aparılır, belə təlimatlar olmadıqda isə bu dövrələrin izolyasiya müqaviməti 15 V-dək gərginlikdə ommetrlə yoxlanılır.

11.25. Tərkibində yarımkeçiricilər və mikroelementlər olan RMA qurğularının ikinci dövrlərinin izolyasiyasının yoxlanılması zamanı bu elementlərin zədələnməsinin qarşısının alınması üçün istehsalçı təlimatlarına uyğun tədbirlər görülməlidir.

11.26. RMAT qurğularının yeni qoşulmasında və profilaktik sınaqları zamanı elektrik cəhətdən əlaqələndirilmiş RMAT dövrələrinin və hər bir birləşməsinin digər ikinci dövrələrinin yerə nisbətən izolyasiyası, həmçinin bir panelin hüdudlarında olan elektrik cəhətdən əlaqələndirilməmiş dövrələrin izolyasiyası, 60 V və daha aşağı işçi gərginliyə hesablanmış elementlərin dövrəsi istisna olmaqla, 1 (bir) dəqiqə ərzində 1000 V gərginlikli dəyişən cərəyanla sınaqdan keçirilib yoxlanılmalıdır. Qısaqapanmanın ehtimalı böyük olan yerlərdə dövrələrin (qazdan mühafizə dövrələri, əməliyyat cərəyan mənbəyi kimi istifadə olunan kondensator dövrələri) idarəetmə kabellərinin damarları arasındakı izolyasiya bir dəqiqə müddətində 1000 V gərginliklə sınaqdan keçirilməlidir.

11.27. RMA qurğularının işədüşmə və işədüşmədən imtina halları, həmçinin onların istismar prosesində aşkar edilən qüsurlar RMA xidmətləri tərəfindən hər tərəfli təhlil edilərək aradan qaldırılmalı, belə halların və qüsurların qarşısının alınması üçün tədbirlər görülməlidir.

11.28. İstismarda olan RMA qurğularına və ikinci dövrələrə istehsalçı təlimatları və istehsalat (yerli) təlimatlarına uyğun müəyyən edilmiş həcmdə və müddətlərdə texniki xidmət göstərilməlidir.

11.29. Cəld təsirli RMA qurğuları və açarların imtina hallarında ehtiyatlandırma qurğuları olduqda xətlərin, şinlərin və elektrik avadanlıqlarının təmirdən və ya gərginliksiz qalmasından sonra qoşulması üzrə əməliyyatlar, həmçinin ayırıcılar və hava açarları ilə çevirmələrin aparılması RMA qurğuları işə qoşulduqdan sonra icra oluna bilər. RMA qurğularını işdə saxlamaq mümkün olmadıqda cəld təsirli müvəqqəti mühafizə qurulmalı və ya ehtiyat mühafizələrin sürətləndirilməsi təmin edilməlidir. Müvəqqəti mühafizələr selektiv olmaya da bilər.

11.30. RMA qurğularının istismarı təlim keçmiş və sərbəst olaraq qurğuların yoxlanılmasına buraxılmış elektrotexniki heyət tərəfindən bu Qaydalara əməl edilməklə yerinə yetirilməlidir.

11.31. İdarəetmə və RMA panelləri, pultları, şkafları və dövrələrində avadanlığın səhvən açılmasına qarşı tədbirlər görülməlidir. İşlər izolə olunmuş alətlə yerinə yetirilməlidir. Texniki xidmət və digər işlər həyata keçirilərkən bu işlərin görülməsi məqsədilə ayrılmış kabel ucları izolə edilməlidir.

11.32. İcraçı sxemlər, pasport-protokollar, mürəkkəb RMA qurğuları üçün standart və ya işçi proqramları olmadan bu işlərin icrasına yol verilmir. Cərəyan və gərginlik transformatorlarının ikinci dövrələrində (həmçinin sınaq blokları ilə) əməliyyatlar RMA və ƏQ qurğularının və ya onların ayrı-ayrı pillələrinin işdən çıxarılması ilə həyata keçirilməlidir.

11.33. İşlər tamamlandıqdan sonra cərəyan, gərginlik dövrələri və əməliyyat dövrələrinin birləşməsinin düzgünlüyü və sazlığı yoxlanılmalıdır. RMA-nın əməliyyat dövrələri və idarəetmə dövrələri əllə işə salınmaq yolu ilə yoxlanılmalıdır.

11.34. RMA qurğularında mühafizə edilən və ya digər birləşmələrin səhvən açılmasına, həmçinin digər işləyən avadanlıqlara və RMA qurğularına nəzərdə tutulmayan təsirlərə səbəb ola bilən işlər bu ehtimalları nəzərə alan sifariş əsasında həyata keçirilməlidir.

11.35. Cərəyan transformatorlarının ikinci tərəf dolaqları daima rele və cihazlara qoşulmalı və ya şuntlanmalıdır (qısaqapanmalıdır). İkinci tərəf cərəyanı, gərginlik dövrələri və yüksək tezlik kanallarının birləşmələrinin süzgəclərinin ikinci tərəf dolaqları torpaqlanmalıdır.

11.36. RMAT qurğularının planlaşdırılan texniki xidmət, sınaq və qəza sonrası yoxlamaları başa çatdıqdan sonra protokollar tərtib edilməli və RMAT jurnalında (reyestrində), eləcə də pasport-protokolda qeydlər aparılmalıdır.

11.37. RMAT qoyuluş qiymətlərinin və sxemlərinin dəyişdiyi təqdirdə pasport-protokolda qeydlər aparılmalı, həmçinin prinsipial və montaj sxemlərinə və istismar üzrə təlimatlara düzəlişlər edilməli və əməliyyat heyəti təlimatlandırılmalıdır.

11.38. Texniki xidmət göstərilərkən RMAT qurğularının yoxlanılması üçün sınaq qurğuları idarəetmə otaqlarında, yarımstansiyaların PQ-lərdə və digər yerlərdə bu məqsədlə quraşdırılmış lövhələrə və ya ştepsel yuvalarına qoşulmalıdır.

11.39. Panellərin (şkafların), idarəetmə, RMAT pultlarının və onların üzərində quraşdırılmış aparatların ön tərəfini ayrıca təlim keçmiş elektrotexniki heyət tozdan təmiz saxlamalıdır. Açıq istifadədə olan aparatları, eləcə də bu panellərin (şkafların) və pultların əks tərəfini RMAT qurğularına xidmət göstərən elektrotexniki heyət, yaxud təlimatlandırılmış əməliyyat heyəti təmizləməlidir.

11.40. Ümumi təyinatlı elektrik qurğularının RMAT və ikinci dövrələrinə xidmət göstərən elektrotexniki heyət aşağıdakıları yerinə yetirməlidir:

11.40.1. RMAT və idarəetmə panellərində (şkaflarında) sınaq bloklarının qapaqlarında yenidən işə salma qurğularının düzgün yerləşdirilməsinə, həmçinin RMAT və idarəetmə dövrələrində avtomat açarların və qoruyucuların sazlığına nəzarəti;

11.40.2. panellərdə (dolablarda) və qurğularda olan xarici təsirlənmə siqnal qurğularına əsasən RMAT qurğularının vəziyyətinə nəzarəti;

11.40.3. yüksək gərginlikli açarların və aparatların, eləcə də avtomatik təkrar qoşmanın, ehtiyat və təsbitedici qurğuların (indikatorların) avtomatik qoşulması üçün qurğuların yoxlanılmasını;

11.40.4. yüksək tezlikli mühafizə və yüksək tezlikli teleaçılma qurğularının, avtomatika kanallarının aşağı tezlikli aparatlarının, ƏQ avtomatikasının yüksək tezlikli aparatlarının, idarə olunan parametrlərinin ölçü siqnallarının mübadiləsini;

11.40.5. mühafizə şinlərində cərəyanın qeyri-balanslığının və gərginlik transformatorunun açılmış üçbucağında gərginlik qeyri-balanslığının ölçülməsini;

11.40.6. qəza qeydləri avtomatik ossiloqraflarının saatlarının işə salınmasını.

11.41. Teleidarəetmə avadanlığın avtonom idarəetməyə köçürülməsi və ya əksinə köçürülmə operativ-dispetçer xidmətinin, yaxud istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsinin icazəsi ilə edilməlidir. Teleidarəetmənin çıxış dövrələrinin iş prosesindən çıxarılması üçün yarımstansiyalarda ümumi açarlar və açıcı qurğular tətbiq olunmalıdır. Ayrı-ayrı birləşmələrin teleidarəetməsinin və ya telesiqnallama dövrələrinin açılması sökülə bilən sıxaclarda, yaxud fərdi açıcı qurğularda yerinə yetirilməlidir.

11.42. RMAT qurğularının teleidarəetmə və fərdi açma qurğularının ümumi açarları ilə teleidarəetmə və telesiqnallama dövrələrində əməliyyatların aparılmasına operativ-dispetçer xidmətinin göstərişi və ya razılığı ilə yol verilir.

11.43. İdarəetmə pultları, dolablar və panellərin sıxaclarının yığımlarında bilavasitə sıxacın yaxınlığında, birləşmənin işə düşməsi və ya açılması, əməliyyat cərəyanı və ya generatorun (sinxron kompensatorun) induksiyalanma dövrələrində qısaqapanmaya səbəb olan təsadüfi bağlantı olmamalıdır.

11.44. Metal örtüklü nəzarət kabellərinin zədələrinin aradan qaldırılması və ya onların calaq edilməsi zamanı naqillərin birləşdirilməsi hermetik muftaların quraşdırılması və ya bunun üçün istehsalçı tərəfindən nəzərdə tutulmuş qutuların köməyi ilə həyata keçirilməlidir. Göstərilən muftaların və qutuların jurnalda (reyestrdə) qeydiyyatı aparılmalıdır.

11.45. Polivinilxlorid və rezin örtüklü kabellər epoksid birləşdirici muftaların və ya keçirici sıxaclar yığmasının köməyi ilə birləşdirilməlidir. Kabelin hər 50 m-də bu birləşdiricilərin yalnız birindən istifadə olunmalıdır.

11.46. Hava, işıq və yağın təsiri altında dağılmalara məruz qalan naqillərdə izolə olunmuş nəzarət kabelləri tətbiq edildikdə sıxaclardan son ayrılma yerlərinə qədər olan sahələrdə əlavə mühafizə örtüyü olmalıdır.

11.47. Əməliyyat heyəti tərəfindən açarlar, çevirgəclər, sınaq blokları və digər qurğuların köməyi ilə RMA qurğularının panel və şkaflarında çevrilmələrin yerinə yetirilməsi məqsədilə istifadə edilən rejimlər üzrə göstərilən çevirici qurğuların vəziyyəti barədə cədvəllər hazırlanmalı, həmçinin mürəkkəb çevrilmələr üçün standart blanklar və proqramlar tətbiq edilməlidir. Bu çevirilmələr üzrə aparılan əməliyyatlar jurnalda qeyd olunmalıdır.

11.48. Elektrik qurğularının istismarçısının RMA xidməti və elektrik stansiyalarının ETL heyəti idarəetmə panellərini və pultlarını, RMA və siqnallama panellərini müntəzəm olaraq müayinə etməli, çevirici qurğuların (kontakt qutuları, idarəetmə açarlarının ayırıcıları, kəsicilər) və sınaq bloklarının qapaqlarının vəziyyətinin düzgünlüyünə və onların vəziyyətinin elektrik avadanlıqlarının sxemləri və iş rejimlərinə uyğunluğuna diqqət yetirməlidir.

11.49. Müayinələrin dövriliyi elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilməlidir. RMA xidməti heyətinin dövri müayinələrindən asılı olmayaraq, operativ-dispetçer xidməti əməliyyatların yerinə yetirilməsinə icazə verildiyi RMA elementlərinin düzgün mövqeyinə görə cavabdehlik daşımalıdır.

11.50. Yarımstansiya və ya PQ-lərdə quraşdırılmış qəza rejimlərində qeydə alınmanın avtomatik sürətləndirməsi ilə özüyazan cihazlar, qəza zamanı qeydə alınmanın avtomatik ossiloqrafları, o cümlədən onların işə salınma qurğuları, təsbitedici cihazlar (indikatorlar) və RMAT qurğularının işinin təhlili və hava elektrik veriliş xətlərinin zədələnmə yerlərini müəyyənləşdirmək üçün istifadə edilən digər qurğular daim işlək vəziyyətdə olmalıdır. Göstərilən qurğuların işə salınması və iş prosesindən çıxarılması müraciət üzrə həyata keçirilməlidir.

12.1. Ümumi təyinatlı elektrik qurğularının torpaqlayıcı qurğuları tikinti norma və qaydalarının, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və digər normativ-hüquqi aktların tələblərinə uyğun olmalı, insan həyatının təhlükəsizliyini, elektrik qurğularının mühafizəsini, həmçinin istismar rejimlərini təmin etməlidir.

12.2. Torpaqlayıcı qurğuların istismara qəbul edilməsi elektroenergetika sektorunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilir. TQ istifadəyə verildikdə onu quraşdıran podratçı qanunvericiliklə tələb olunan sənədləri sifarişçiyə təqdim etməlidir.

12.3. Torpaqlayıcı naqillərin torpaqlayıcıya və ya torpaqlayıcı konstruksiyalarına qoşulması qaynaq vasitəsilə aparılmalı, əsas torpaqlayıcı sıxaca, aparat, maşın və HX-nin dayaqlarının gövdəsinə isə ölçmələrin aparılması imkanının təmin edilməsi məqsədilə boltlu birləşdirmələrlə qoşulmalıdır.

12.4. Torpaqlayıcı konstruksiyaların quraşdırılması, torpaqlama aparatlarının torpağa və qurğulara qoşulması “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun aparılmalıdır.

12.5. Torpaqlanma və ya qoruyucu sıfırlanmaya aid olan qurğunun hər bir elementi elektrik avadanlığının torpaqlayıcısına və ya qoruyucu sıfırlama naqilinə ayrıca torpaqlayıcı və ya sıfırlayıcı naqil vasitəsilə birləşdirilməli və sarı-yaşıl rənglə işarələnməlidir. Bir neçə metal əlaqəsiz elementin torpaqlanma və ya sıfırlama naqilləri ilə ardıcıl qoşulması qadağan edilir. Torpaqlayıcı və sıfırlayıcı mühafizə naqillərinin en kəsiyi “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun seçilməlidir.

12.6. Torpaqlayıcı naqillər korroziyadan mühafizə olunmalıdır. Açıq çəkilmiş torpaqlanma naqilləri sarı və yaşıl rəngli, enli, uzununa və ya 15–100 mm-dək şinlər üçün köndələn zolaqlı rəng nişanlarına malik olmalıdır.

12.7. TQ-nin texniki vəziyyətini müəyyən etmək üçün görünən hissənin vizual yoxlanılması, torpağı seçmə yolu ilə açmaqla TQ-nin yoxlanılması, TQ-nin parametrlərinin ölçülməsi həyata keçirilməlidir.

12.8. TQ-nin görünən hissəsinin vizual yoxlamaları 6 (altı) ayda ən azı bir dəfə olmaqla qurğunun istismarçısı tərəfindən aparılmalıdır.

12.9. Vizual yoxlama zamanı mühafizə naqilləri və avadanlıq arasındakı kontakt əlaqələrinin vəziyyəti, korroziyaya qarşı örtüyün mövcudluğu və qırılmaların olmaması müəyyənləşdirilir. Bu yoxlamaların nəticələri TQ-nin pasportunda qeyd edilməlidir.

12.10. Korroziyaya normadan artıq məruz qalan yerlərdə, o cümlədən güc transformatorlarının neytrallarının torpaqlama yerlərinin yaxınlığında, yarımstansiyalar və elektrik stansiyalarında, həmçinin güc transformatorları, qısa qapayıcılar, qövssöndürücü reaktorların torpaqlayıcı kabel girişləri, elektrik boşaldıcılarının birləşmələrində və ifrat gərginlik məhdudlaşdırıcılarının neytralına yaxın ərazilərində torpağın seçmə yolu ilə açılması ilə müayinələr 12 (on iki) ildə bir dəfədən az olmamaqla həyata keçirilir. Torpağın seçmə üsulu ilə açılmasına məruz qalan torpaqlama qurğularının sahəsinin ölçüsü yaşayış yerlərində HX-lər istisna olmaqla, bu Qaydaların 12.12-ci bəndinə uyğun olaraq, istismarçı tərəfindən müəyyən edilir.

12.11. Torpağın seçmə yolu ilə açılması istismarçının elektrik qurğularının torpaqlama avadanlıqlarında həyata keçirilir. Yaşayış yerlərindəki HX üçün seçmə yolu ilə açılma torpaqlama qurğularına malik olan dayaqların 2%-də aparılır.

12.12. Yoxlama vaxtı torpaqlayıcıların vəziyyətinin instrumental qiymətləndirilməsi və kontakt birləşmələrinin korroziya dərəcəsinin qiymətləndirilməsi aparılmalıdır. Kəsiyin 50%-dən çox hissəsi dağılıbsa, torpaqlayıcı element əvəzlənməlidir.

12.13. Torpaqlayıcılar üçün elektrik qurğularının istismarçısının qərarına əsasən, korroziya vəziyyəti daha qısa intervallarla yoxlanıla bilər. Yoxlamaların nəticələri aktla rəsmiləşdirilməlidir.

12.14. TQ-nin texniki vəziyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakılar həyata keçirilməlidir:

12.14.1. TQ-nin müqavimətinin ölçülməsi;

12.14.2. toxunma gərginliyinin ölçülməsi (TQ toxunma gərginliyi normalarına uyğun olaraq hazırlanmış elektrik qurğularında), TQ və torpaqlama elementləri arasında dövrələrin mövcudluğunun, eləcə də təbii torpaqlayıcıların TQ-yə qoşulmasının yoxlanılması;

12.14.3. elektrik qurğularının qısaqapanma cərəyanlarının ölçülməsi, deşilən qoruyucuların vəziyyətinin yoxlanılması;

12.14.4. TQ ətrafında torpağın xüsusi müqavimətinin ölçülməsi.

12.15. Ölçmələr torpağın ən quru vaxtlarında aparılmalıdır. Ölçmələrin nəticələri protokolla rəsmiləşdirilir.

12.16. TQ-nin müqavimətinin və toxunma gərginliyinin ölçülməsi torpaqlayıcılar və torpaqlanan elementlər arasında dövrələrin mövcudluğu, HX izolyatorlarının sıradan çıxmasının və ya elektrik qövsü ilə örtüldüyünün aşkar olunduğu zaman, həmçinin torpaqlama qurğularının yenidən qurulması və təmirindən sonra həyata keçirilir. Torpaqlama qurğularının parametrləri normativ parametrlərə uyğunlaşdırılmalıdır.

12.17. Elektrik qurğusu üçün quraşdırılmış TQ-yə pasport tərtib edilməli və həmin pasportda aşağıdakı məlumatlar qeyd olmalıdır:

12.17.1. əsaslı tikililərə əlavə edilməklə qurğunun icraçı sxemi;

12.17.2. yeraltı və yerüstü kommunikasiya xətləri və digər torpaqlama qurğuları ilə əlaqələrin göstərilməsi;

12.17.3. istismara buraxılma tarixi;

12.17.4. torpaqlayıcıların əsas parametrləri (material, profil, xətti ölçülər);

12.17.5. TQ-nin cərəyan axınına müqavimət dərəcəsi;

12.17.6. torpağın maksimum müqaviməti;

12.17.7. toxunma gərginliyi üzrə məlumatlar (varsa);

12.17.8. süni torpaqlayıcıların korroziya dərəcəsi barədə məlumatlar;

12.17.9. TQ və torpaqlanmış (sıfırlanmış) avadanlıq arasında dövrələrin mövcudluğu haqqında məlumatlar;

12.17.10. keçirilmiş baxışlar və aşkar edilmiş qüsurlar barədə məlumatlar;

12.17.11. iradlar və nasazlıqların aradan qaldırılmasına dair məlumatlar.

12.18. Pasporta vizual yoxlamaların nəticələri, torpaq açılması ilə əlaqədar yoxlamalar, TQ-nin parametrlərinin ölçülməsi üzrə protokol, təmirin və qurğunun konstruksiyasına edilmiş dəyişikliklərin xüsusiyyətləri barədə məlumatlar əlavə edilməlidir.

12.19. Elektrik qurğularında qoruyucuların ərimə cərəyanlarının və ya avtomat açarların ayırıcılarının qısaqapanma cərəyanın qoyuluş qiymətinin yoxlanılması üçün mühafizənin işləməsinin yoxlanılması aparılmalıdır.

12.20. Gərginliyi 1000 V-dək elektrik qurğularında torpaqdan faza və sıfır ötürücü qismində istifadə edilməsinə yol verilmir.

12.21. Elektrik qurğularında mühafizə açılması avadanlıqlarının istifadəsi zamanı onların istehsalçı təlimatlarına uyğun yoxlanılması aparılmalıdır.

13.1. Elektrik qurğularının “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na və “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun ildırımdan və daxili ifrat gərginlikdən mühafizəsi olmalıdır.

13.2. Elektrik veriliş xətləri, APQ, QPQ, PQ və yarımstansiyalar birbaşa ildırım zərbəsindən və elektrik veriliş xətlərindən gələn ildırım ifrat gərginliklərdən mühafizə olunmalıdır. QPQ binalarının və qapalı yarımstansiyaların, həmçinin yarımstansiya ərazisində yerləşən bina və qurğuların (yağ təsərrüfatı, elektroliz otağı, maye yanacaq və ya qazlarla dolu rezervuarların) mühafizəsi təmin olunmalıdır.

13.3. İldırımdan mühafizə qurğuları quraşdırıldıqdan sonra istismara qəbul olunarkən istismarçıya aşağıdakı texniki sənədlər təqdim edilməlidir:

13.3.1. elektroenergetika subyekti və yanğından mühafizə inspeksiyası ilə razılaşdırılmış ildırımdan mühafizənin texniki layihəsi;

13.3.2. ventilli elektrik boşaldıcıları və qeyri-xətti gərginlik məhdudlaşdırıcılarının quraşdırılmadan əvvəl və sonra aparılmış sınaq aktları;

13.3.3. boru şəkilli elektrik boşaldıcılarının quraşdırılmasına dair aktlar;

13.3.4. elektrik boşaldıcılarının və ildırım ötürücülərin torpaqlanma müqavimətini ölçmə protokolları;

13.3.5. torpaqlayıcı ilə ildırım qəbuledici arasında dövrənin olub-olmamasının yoxlama protokolları.

13.4. İstismarçılar aşağıdakı sistemləşdirilmiş məlumatları qoruyub saxlamalıdır:

13.4.1. ventilli və boru şəkilli elektrik boşaldıcıları və mühafizə aralıqlarının torpaqlaması (boşaldıcıların növü, mühafizə avadanlıqlarına kimi olan məsafə), həmçinin boru şəkilli elektrik boşaldıcılarından xətti ayırıcılara və ventilli boşaldıcılara kimi olan məsafə haqqında;

13.4.2. ventilli və boru şəkilli elektrik boşaldıcılarının torpaqlanması və mühafizə aralıqları barədə (elektrik boşaldıcılarının tipləri, müdafiə olunan avadanlığa qədər olan məsafə), həmçinin borulu elektrik boşaldıcılarından xətti ayırıcılara və ventilli elektrik boşaldıcılara qədər məsafə haqqında;

13.4.3. troslar da daxil olmaqla ildırımdan mühafizə vasitələrinin quraşdırıldığı dayaqların torpaqlama müqaviməti haqqında;

13.4.4. elektrik ötürmə xətlərinin yarımstansiyalara yaxınlaşma yerlərində qruntun müqaviməti haqqında;

13.4.5. elektrik veriliş xətlərinin digər elektrik veriliş xətləri ilə kəsişməsi, rabitə və avtomatik bloklama, HX-dən budaqlanmalar, xətti kabel calaqları və zəif izolyasiyalı digər yerlər haqqında.

13.5. APQ üçün ildırım sipərlərinin, projektor dirəklərinin, metal və dəmir-beton konstruksiyaların mühafizə zonalarının konturları tərtib edilməlidir.

13.6. Gərginliyi 1000 V-dək olan HX-nin naqillərinin APQ konstruksiyalarından, ayrıca dayanmış oxlu ildırım sipərlərindən, projektor dirəklərindən, tüstü borularından və soyuducu qurğulardan asılmasına, həmçinin partlayışdan təhlükəli binalara yaxın çəkilməsinə yol verilmir.

13.7. Hər il ildırım mövsümündən əvvəl PQ və HX-lərin ifrat gərginliklərdən mühafizə vəziyyətinin yoxlanılması həyata keçirilməli və ildırım, habelə daxili gərginliklərdən mühafizəyə hazırlıq təmin olunmalıdır.

13.8. Elektroenergetika subyektlərində ildırım nəticəsində HX, PQ və TY avadanlıqlarının açılma və zədələnmə halları qeydə alınmalıdır. Əldə edilmiş məlumatlara əsasən, ildırım sipərinin etibarlılığının qiymətləndirilməsi həyata keçirilməli və onun etibarlılığının yüksəldilməsi üzrə tədbirlər işlənib hazırlanmalıdır. PQ-də qeyri-standart aparatlar və ya avadanlıqlar quraşdırıldığı halda ildırımdan mühafizə üzrə tədbirlər işlənib hazırlanmalıdır.

13.9. İfrat gərginlik məhdudlaşdırıcıları və ventil boşaldıcılar daim qoşulu vəziyyətdə olmalıdır.

13.10. APQ-də qış mövsümü üçün fırtınalı külək, sırsıra (buz bağlama), temperaturun kəskin dəyişdiyi və intensiv çirklənmənin xas olduğu rayonlarda yalnız ildırım ifrat gərginliklərindən mühafizə üçün nəzərdə tutulmuş ventil boşaldıcıların açılmasına yol verilir.

13.11. Ventil və boruşəkilli boşaldıcılar, həmçinin ifrat gərginlik məhdudlaşdırıcılarının profilaktik sınaqları istehsalçı təlimatları nəzərə alınmaqla keçirilməlidir.

13.12. Yarımstansiyalarda ifrat gərginlikdən mühafizə vasitələrinə baxış keçirilməsi aşağıda qeyd olunduğu kimi təşkil edilməlidir:

13.12.1. daimi növbətçi heyəti olan qurğularda növbəti yoxlamalar zamanı, həmçinin yarımstansiyadan çıxan HX-də rele mühafizəsinin işə düşməsinə səbəb olan hər ildırımdan sonra;

13.12.2. daimi növbətçi heyəti olmayan qurğularda avadanlığa keçirilən baxış zamanı.

13.13. Gərginliyi 1000 V-dək olan HX-də ildırım mövsümündən öncə elektrik təsərrüfatına cavabdeh şəxsin seçiminə görə dəmir-beton dayaqlar üzərində quraşdırılmış qarmaqların və oxlu izolyatorların torpaqlanmasının sazlığı, eləcə də həmin dayaqların armaturları yoxlanılmalıdır. Sıfır naqili olduqda həmin elementlərin sıfırlanması da yoxlanılır.

13.14. Taxta dayaqlar üzərində qurulmuş HX-də ildırım ifrat gərginliyindən mühafizəsi olan dayaqlar üzərində quraşdırılmış qarmaqların və oxlu izolyatorların torpaqlanması və sıfırlanması, həmçinin sıfır naqilinin təkrar torpaqlaması icra olunduğu yerdə, torpaqlama və sıfırlama yoxlanılmalıdır.

13.15. İzolə edilmiş neytral və ya tutum cərəyanlarının kompensasiyasının olduğu şəbəkələrdə zədələnmələr aradan qaldırılana qədər yerlə qapanmış hava və kabel elektrik veriliş xətlərinin istismarına insan və heyvanların elektrik cərəyanı təsirinə məruz qalma təhlükəsinin yarandığı yaşayış məntəqəsindən keçən HX-də zədə yerinin axtarılmasına təcili şəkildə başlanılması və mümkün qədər qısa zaman ərzində zədənin aradan qaldırılması şərti ilə yol verilir. Bu müddət ərzində qövssöndürücü reaktorların açılmasına yol verilmir.

13.16. Elektrik təhlükəsizliyi şərtlərinə dair yüksək tələblər olan dağ-mədən sənayesi, torf emalı obyektlərinin elektrik təsərrüfatlarında elektrik avadanlıqlarının birfazalı yerlə qapanma şəraitində istismarına yol verilmir və qidalandırıcı xətlər yerlə qapanmadan mühafizə ilə təmin olunmalıdır.

13.17. Generator gərginlikli şəbəkələrdə, həmçinin yüksək gərginlikli elektrik mühərriklərinin qoşulduğu şəbəkələrdə, stator dolağında birfazalı qapanma halında yerlə qapanma cərəyanı 5 A-dan artıq olarsa, elektrik maşını avtomatik şəbəkədən ayrılmalıdır. Yerlə qapanma cərəyanı 5 A-dan artıq olmadığı halda ən çox 2 (iki) saat işləməyə yol verilir və bu müddət başa çatdıqdan sonra maşın şəbəkədən açılmalıdır. Yerlə qapanma yeri stator dolağında olmadıqda mühərrikin 6 (altı) saata qədər işləməsinə yol verilir.

13.18. Yerlə qapanmanın tutum cərəyanının qövssöndürücü reaktorlarla kompensasiyası tutum cərəyanlarının göstəriciləri bu Qaydalara 5 nömrəli Əlavədə qeyd olunandan böyük olduqda tətbiq edilir.

13.19. Dəmir-beton və metal dirəklər üzərində qurulmuş HX-li gərginliyi 6 – 35 kV olan şəbəkələrdə qövssöndürücü aparatlar yerlə qapanma tutum cərəyanı 10 A-dan çox olduqda tətbiq olunur. Qeyd olunan göstəricilərdən artıq göstəricilərə malik tutum cərəyanı kompensasiya olunmadan 6 – 35 kV gərginlikli şəbəkələrin istismarına yol verilmir.

13.20. Yerlə qapanma tutum cərəyanın kompensasiyası üçün şəbəkələrdə avtomatik və ya əl ilə cərəyan tənzimləməsi olan torpaqlanmış qövssöndürücü reaktorlar tətbiq olunmalıdır. Tutum cərəyanları, qövssöndürücü reaktorların cərəyanları, yerlə qapanma cərəyanları və neytralın sürüşmə gərginliyinin ölçülməsi qövssöndürücü reaktorlar işə salınarkən və şəbəkənin iş rejiminin əhəmiyyətli dərəcədə dəyişmələri zamanı və 6 (altı) ildə 1 dəfədən az olmamaqla yoxlanılmalıdır.

13.21. Gərginliyi 6 kV olan blok elektrik stansiyasının xüsusi sərfiyyat üçün nəzərdə tutulan şəbəkələrində rezistor vasitəsilə şəbəkə neytralının torpaqlanması ilə iş rejiminə yol verilir. Elektrik qurğusunun istismarçısı tərəfindən əsaslandırıldıqda generator gərginliyinin dövrələrində izolyasiya edilmiş neytralla iş rejiminə yol verilir.

13.22. Qövssöndürücü reaktorların gücü şəbəkənin tutum cərəyanına görə onun perspektiv inkişafını nəzərə almaqla seçilməlidir.

13.23. Torpaqlayıcı qövssöndürücü reaktorlar kompensasiya olunan şəbəkə ilə ən azı iki EVX ilə birləşən yarımstansiyalarda quraşdırılmalıdır. Dalan yarımstansiyalarında (bir xətlə qidalanan) reaktorların quraşdırılması qadağandır.

13.24. Qövssöndürücü reaktorlar transformatorların, generatorların və ya sinxron kompensatorların neytrallarına ayırıcılar vasitəsilə qoşulmalıdır. Ayırıcının ötürücüsünün yanında şəbəkədə yerlə qapanmanın olması haqqında işıq siqnallaması quraşdırılmalıdır. Qövssöndürücü reaktorları qoşmaq üçün dolaqları “ulduz-üçbucaq” birləşmə sxemli transformatorlardan istifadə olunmalıdır. Qövssöndürücü reaktorların əriyən qoruyucularla mühafizə olunmuş transformatorlara qoşulması qadağandır. Qövssöndürücü reaktorun torpaqlama üçün nəzərdə tutulmuş girişi cərəyan transformatoru vasitəsilə ümumi torpaqlayıcı dövrə ilə birləşdirilməlidir.

13.25. Qövssöndürücü reaktorların rezonans sazlanması olmalıdır. İfrat kompensasiya ilə sazlanmaya o halda yol verilir ki, yerlə qapanma cərəyanının reaktiv tərkib hissəsi 5 A-dan çox, sazlanmanın pozulması dərəcəsi isə 5%-dən artıq olmasın. Gərginliyi 6–20 kV olan şəbəkələrdə quraşdırılmış qövssöndürücü reaktorların budaqlanmalarının cərəyanlar fərqi böyükdürsə, yerlə qapanma cərəyanının reaktiv tərkib hissəsi 10 A-dan çox olmayan hallarda qurulmasına yol verilir. Gərginliyi 35 kV olan şəbəkələrdə tutum cərəyanı 15 A-dan aşağı olduqda sazlamanın pozulma dərəcəsinə 10%-dən çox olmayaraq yol verilir. Qəza zamanı, o cümlədən naqil qırıldıqda şəbəkədə yaranan faza tutumlarının qeyri-simmetrikliyi faza gərginliyinin 70%-dən çox olmayan neytralın sürüşmə gərginliyinin yaranması ilə nəticələnən hallarda natamam kompensasiya həmin halın aradan qaldırılması müddəti ərzində tətbiq oluna bilər.

13.26. Tutum cərəyanı kompensasiya olunan şəbəkələrdə qeyri-simmetriklik gərginliyi faza gərginliyindən 0,75%-dən çox olmamalıdır. Şəbəkədə yerlə qapanma olmadıqda neytralın uzunmüddətli sürüşmə gərginliyinin faza gərginliyindən 15%-dən çox və 1 (bir) saat ərzində 30%-dən çox olmasına yol verilmir.

13.27. Qeyri-simmetriklik və neytralın sürüşməsi gərginliyinin qoyuluş göstəricilərinədək azalması şəbəkənin faza tutumlarının yerlə nisbətdə bərabərləşdirilməsi (faza naqillərinin qarşılıqlı yerləşməsinin dəyişməsi, xətlərin fazaları arasında yüksək tezlikli rabitə kondensatorlarının paylanması) yolu ilə həyata keçirilməlidir.

13.28. Fırlanan maşınların yüksək tezlikli rabitə və ildırımdan mühafizə kondensatorlarının şəbəkəyə qoşulması zamanı faza tutumlarının yerlə nisbətdə qeyri-simmetrikliyinin buraxılabilən hədləri yoxlanılmalıdır. Neytralın qoyuluş göstəricilərdən artıq sürüşmə gərginliyinə səbəb ola biləcəyi hallarda, hava və kabel elektrik veriliş xətlərinin fazalar üzrə qoşulması və açılması qadağandır.

13.29. Yerlə qapanmanın tutum cərəyanlarının kompensasiya olunması üçün kompensasiya cərəyanının avtomatik və ya əllə sazlama, yenidən layihələndirilən şəbəkələrdə və yarımstansiyaların yenidən qurulmasında isə avtomatik sazlama imkanı olan torpaqlayıcı qövssöndürücü reaktorlardan istifadə edilməlidir.

13.30. Gərginliyi 6–10 kV olan şəbəkələrdə kompensasiya cərəyanı avtomatik sazlanan və səlis tənzimlənən qövssöndürücü reaktorlar tətbiq olunmalıdır. Cərəyanı əl ilə tənzimlənən qövssöndürücü reaktorlar tətbiq olunduqda sazlanmanın göstəriciləri kompensasiya pozulmasının ölçüsü üzrə müəyyən olunmalıdır. Bu cür qurğu olmadığı halda, sazlanmanın göstəriciləri neytralın sürüşmə gərginliyi nəzərə alınmaqla yerlə qapanma cərəyanlarının, tutum cərəyanlarının, kompensasiya cərəyanının ölçmələrinin nəticələrinə əsasən seçilməlidir.

13.31. Vakuum açarları istifadə olunan qurğularda induktiv elementlərin (elektrik mühərriklərinin, transformatorların) kommutasiyası zamanı ifrat gərginlikdən mühafizə tədbirləri nəzərdə tutulmalı, mühafizə tədbirlərindən imtina halları isə əsaslandırılmalıdır.

13.32. Tutum cərəyanının kompensasiyası ilə işləyən şəbəkədən qidalanan obyekt qövssöndürücü reaktorların yenidən qurulması üçün özünün şəbəkə sxemində baş verən dəyişikliklər barədə qoşulduğu şəbəkənin sistem operatoruna vaxtında xəbər verməlidir.

13.33. Gərginliyi 110–220 kV olan yarımstansiyalarda neytralın öz-özünə yerdəyişməsi və ya təhlükəli ferrorezonans nəticəsində ifrat gərginlik yaranmasının qarşısını almaq üçün əməliyyat hərəkətləri НКФ-110 və НКФ-220 növlü gərginlik transformatorlarının yüksüz şin sisteminə qoşulan neytralının torpaqlanmasından başlanmalıdır. НКФ-110 və НКФ-220 növlü gərginlik transformatorlarla şinləri yüksüz sistem şinlərinin şəbəkəsindən ayırmazdan əvvəl qidalandırıcı transformatorun neytralı torpaqlanmalıdır.

13.34. Elektromaqnit gərginlik transformatorlu və kontaktları kondensatorlarla şuntlanmış 110–500 kV gərginlikli PQ-lərin sistem şinləri açıldıqda ferrorezonans ifrat gərginliklərin yaranması ehtimalı yoxlanılmalıdır. Əməliyyat və avtomatik açılma zamanı ferrorezonansın qarşısını almaq üçün tədbirlər görülməlidir. Şəbəkələrdə və 6–35 kV gərginlikli birləşmələrdə ferrorezonansın, o cümlədən neytralın özbaşına sürüşməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.

13.35. Transformatorların və avtotransformatorların istifadə olunmayan aşağı (orta) gərginlikli dolaqları ulduz və ya üçbucaq şəklində birləşdirilməli və ifrat gərginlikdən mühafizə olunmalıdır. Yüksək gərginlikli dolaqların arasında yerləşən və istifadə olunmayan aşağı gərginlikli dolaqların mühafizəsi, hər fazanın girişinə birləşdirilmiş ventil boşaldıcılar və ya ifrat gərginlik məhdudlaşdırıcısı ilə yerinə yetirilməlidir. Alçaq gərginlik dolağına daimi olaraq ən azı 30 m uzunluqda kabel EVX qoşulmuş vəziyyətdə olduğu halda mühafizə tələb olunmur.

13.36. Digər hallarda aşağı və orta gərginlikli istifadə olunmayan dolaqların mühafizəsi bir fazanın və ya neytralın torpaqlanması ilə, yaxud fazanın çıxışına qoşulmuş ventilli elektrik boşaldıcıları və ifrat gərginlik məhdudlaşdırıcıları ilə yerinə yetirilməlidir.

13.37. Gərginliyi 110 kV olan şəbəkələrdə transformatorların 110 kV gərginlikli dolaqlarının neytralının yerdən ayrılması, RMA-nın təsirinin məntiqi elə yerinə yetirilməlidir ki, əməliyyat və avtomatik açılma zamanı şəbəkədə neytralı torpaqlanmış transformatorlar olan sahələr yaranmasın.

13.38. İzolyasiya səviyyəsi xətt girimlərinin izolyasiyasının səviyyəsindən aşağı olan 110–220 kV gərginlikli transformatorların dolaqlarının neytrallarının ifrat gərginlikdən mühafizəsi şəbəkənin mümkün iş rejimləri nəzərə alınmaqla ventil boşaldıcılar və ya ifrat gərginlik məhdudlaşdırıcıları vasitəsilə yerinə yetirilməlidir.

13.39. Əməliyyat və qəza rejimləri zamanı sənaye tezlikli gərginliyin yolverilən artımı bu Qaydalara 6 nömrəli Əlavəyə uyğun olmalıdır. Qeyd olunan göstəricilər, həmçinin 50 Hs sinusoidinin üzərinə digər tezliklərin tərkib hissələrinin qoyulması ilə əmələ gələn gərginlik amplituduna şamil olunur.

14.1. Reaktiv gücün kompensasiyası və gərginliyin tənzimlənməsi üçün 10 kV-dək gərginlikli ümumi təyinatlı kondensator qurğuları onun uzunmüddətli və etibarlı işini təmin edəcək texniki vəziyyətdə olmalıdır.

14.2. Kondensator qurğusunun idarə olunması, o cümlədən kondensator qurğusunun batareyalarının iş rejiminin tənzimlənməsi avtomatik olmalıdır.

14.3. Elektrik enerjisinin fərdi qəbuledicisi ilə ümumi kommutasiya aparatına malik olan kondensator qurğusunun idarə olunmasının elektrik enerjisi qəbuledicisinin qoşulması və ya açılması ilə eyni vaxtda əl ilə yerinə yetirilməsinə yol verilir.

14.4. Kondensator qurğusunun iş rejimləri reaktiv enerjinin və gücün iqtisadi göstəricilərinin razılaşdırılmış göstəricilərindən irəli gələrək işlənib hazırlanmalıdır. Kondensator qurğusunun iş rejimləri onun istismarçısı tərəfindən müəyyən olunmalıdır.

14.5. Şəbəkədə gərginliyin artması nəticəsində yaranmış gərginlik nominal göstəricinin 110%-dək olduqda kondensator qurğusunun bu iş rejimində işləmə müddəti gün ərzində 12 (on iki) saatdan çox olmamalıdır. Gərginlik nominal göstəricinin 110%-dən çox artdıqda kondensator qurğusu dərhal şəbəkədən açılmalıdır. Kondensatorun çıxışlarında gərginlik onun nominal gərginliyinin 110%-ni aşarsa, kondensator qurğusunun istismarına yol verilmir.

14.6. Kondensator qurğusunun yüklənmə cərəyanlarına daim nəzarət edilməlidir. Fazalarda cərəyanlar 10%-dən çox fərqləndikdə kondensator qurğusunun işləməsinə yol verilmir.

14.7. Kondensator qurğusunun quraşdırıldığı yerdə ətraf mühitin havasının temperaturunu ölçmək üçün cihaz nəzərdə tutulmalıdır. Bu zaman kondensator qurğusu açılmadan və çəpərləmələr götürülmədən onun göstəricilərini müşahidə etmək imkanı təmin olunmalıdır.

14.8. Kondensator qurğusunda olan kondensator batareyalarının temperaturu istehsalçının sənədlərində göstərilmiş yolverilən minimal temperaturdan aşağı olduqda qurğunun işə salınmasına yol verilmir.

14.9. Kondensator qurğusunun istehsalçı təlimatında qeyd edilmiş istismarı və işəsalınması yalnız kondensatorların (ətraf havanın) temperaturunun həmin təlimatda qeyd edilmiş hədlərə qədər artırılmasından və müəyyən edilmiş vaxt ərzində bu temperaturda saxlanılmasından sonra yol verilir.

14.10. Kondensator batareyalarının quraşdırıldığı yerdə ətraf havanın temperaturu kondensatorların istismarı üzrə təlimatlarda göstərilmiş həddi keçməməli, havalandırmanın effektivliyini gücləndirən tədbirlər görülməli, bu tədbirlərin görülməsi ilə 1 (bir) saat ərzində temperaturun azalması təmin edilmədikdə isə kondensator qurğusu şəbəkədən açılmalıdır.

14.11. Kondensator batareyalarının gövdələri üzərində onların sıra nömrələri olmalıdır.

14.12. Kondensator batareyasına birbaşa (kommutasiya aparatları və qoruyucular üzərindən olmamaqla) birləşən elektrik boşaldıcı qurğu olduğu halda kondensator qurğusu açıldıqdan sonra onun qoşulmasına ən az 1 (bir) dəqiqə sonra yol verilir. Boşaldıcı qurğu qismində yalnız kondensatorlara quraşdırılmış rezistorlar istifadə olunursa, kondensator qurğusunun təkrar qoşulmasına gərginliyi 660 V-dək (660 V daxil olmaqla) olan kondensatorlar üçün ən azı 1 (bir) dəqiqə sonra, gərginliyi 660 V-dan artıq olan kondensatorlar üçün isə ən azı 5 (beş) dəqiqə sonra yol verilir.

14.13. Mühafizə qurğularının təsiri nəticəsində açılmış kondensator qurğusunun qoşulmasına yalnız açılmanın səbəbini müəyyən edib aradan qaldırdıqdan sonra yol verilir.

14.14. Kondensator qurğusu aşağıdakılarla təmin olunmalıdır:

14.14.1. əriyən taxmaların nominal cərəyanları üzrə ehtiyat qoruyucularla;

14.14.2. kondensator batareyasının yerləşgələrində saxlanılan kondensatorların nəzarət boşalması üçün ştanqa ilə;

14.14.3. yanğın əleyhinə vasitələrlə (odsöndürənlər, qum və çalovun olduğu yeşiklə).

14.15. Kondensator qurğusu kameralarının xarici və daxili qapılarında, kondensator batareyaları şkaflarının qapıları üzərində onların dispetçer adlarını bildirən yazılar qeyd edilməlidir. Kamera qapılarının, eləcə də istehsalat sahələrində quraşdırılmış kondensator batareyaları şkaflarının qapılarının çöl tərəfində təhlükəsizlik nişanları bərkidilməli və ya yuyulmayan boya ilə yazılmalıdır. Həmin qapılar daim qıfılla bağlı olmalıdır.

14.16. Kondensator batareyalarının qoruyucularını əvəz edərkən kondensator qurğusu şəbəkədən açılmalı və kommutasiya aparatını açmaq yolu ilə qoruyucularla kondensator batareyası arasındakı elektrik dövrəsi qırılmalıdır. Bu cür qırılma üçün şərait yoxdursa, qoruyucuların əvəz olunması kondensator batareyalarının ştanqa ilə nəzarət boşalmasından sonra yerinə yetirilir. İstehsalçı təlimatlarında başqa hal nəzərdə tutulmayıbsa, kondensatorların nəzarət boşalmasının qurğu söndürüləndən ən azı 3 (üç) dəqiqə sonra yerinə yetirilməsinə yol verilir.

14.17. Trixlordifenillə bəslənən kondensatorların gövdələrinin üzərində tərəfləri 40 mm olan sarı rəngli bərabərtərəfli üçbucaq şəklində fərqləndirici nişan olmalıdır. Bu kondensatorlara xidmət edərkən trixlordifenilin ətraf mühitə düşməsinin qarşısını alan tədbirlər görülməlidir. Sıradan çıxmış trixlordifenillə bəslənən kondensatorlar konstruksiyası trixlordifenilin ətraf mühitə düşməsini istisna edən hermetik konteynerlərdə saxlanılmalıdır. Trixlordifenillə bəslənən zədəli kondensatorların məhv edilməsi bunun üçün təchiz olunmuş poliqonda yerinə yetirilməlidir.

14.18. Söndürülməmiş halda kondensator qurğusuna baxış yerli istismar təlimatında müəyyən olunmuş müddət ərzində, lakin daimi heyət növbəsi olan obyektlərdə sutkada 1 dəfədən az olmayaraq, daimi növbə heyəti olmayan obyektlərdə isə ayda 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir.

14.19. Kondensator qurğusunun növbədənkənar baxışı gərginliyin və ya ətraf mühit havasının temperaturunun yolverilən ən yüksək göstəricilərə kimi artdığı, qurğunun normal işləməsi üçün təhlükə yaradan xarici amillərin təsiri olduğu halda, həmçinin qoşulmadan əvvəl həyata keçirilir.

14.20. Kondensator qurğusuna texniki baxış zamanı aşağıdakılar yoxlanılmalıdır:

14.20.1. hasarlamaların və kilidlərin sazlığı, kənar əşyaların olmaması;

14.20.2. gərginliyin, cərəyanın, ətraf mühitin temperaturunun göstəricisi, ayrı-ayrı fazaların bərabər yüklənməsi;

14.20.3. aparatların, avadanlığın, kontaktlı birləşmələrin texniki vəziyyəti, izolyasiyanın tamlığı və çirklənmə dərəcəsi;

14.20.4. hopdurucu mayenin damcılı axıtmasının və kondensator gövdələrinin divarlarının yolverilməz şişməsinin olmaması;

14.20.5. yanğından mühafizə və ilkin yanğınsöndürmə texniki vasitələrinin mövcudluğu və saz vəziyyəti.

14.21. Baxışın nəticələri barədə əməliyyat jurnalında (reyestrində) qeyd aparılmalıdır.

14.22. Kondensator qurğularının əsaslı və cari təmirlərinin dövriliyi, elektrik avadanlıqlarında aparılan sınaq yoxlamalarının həcmi bu Qaydalara 8 nömrəli Əlavədə güc kondensatorları üçün qeyd edilən göstəricilərə uyğun olmalıdır.

15.1. İstehlakçıların elektrik qurğularında quraşdırılan ümumi təyinatlı turşulu və qələvili stasionar akkumulyator qurğularında akkumulyator batareyaları bu Qaydalara və istehsalçı təlimatlarına uyğun olaraq qurulmalı və onlara qulluq olunmalıdır. Akkumulyatorların quraşdırılması, batareyaların montajı və onların işlək vəziyyətə gətirilməsi ixtisaslaşmış təşkilatlar tərəfindən akkumulyator qurğularının texniki şərtlərinə və istehsalçı təlimatlarına uyğun həyata keçirilməlidir.

15.2. Akkumulyator batareyaları istismar olunarkən normal və qəza rejimlərində sabit cərəyan şinlərində istehsalçı təlimatları ilə müəyyən edilmiş gərginlik səviyyəsi təmin olunmalıdır.

15.3. İstehlakçıların elektrik qurğularında quraşdırılan ümumi təyinatlı turşulu və qələvili stasionar akkumulyator qurğularında akkumulyator batareyasının etibarlı işinin təmin edilməsi üçün istehsalçı təlimatlarının tələblərinə riayət olunmalıdır.

15.4. Turşulu və qələvili akkumulyator batareyalarının bir otaqda quraşdırılmasına yol verilmir.

15.5. Akkumulyator otağının divarları və tavanı, qapıları və pəncərə çərçivələri, metal konstruksiyaları, stellajları və digər hissələri turşuya və ya qələviyə davamlı boya ilə boyanmalıdır. Bu otaqdakı havalandırma qutuları və sorucu dolablar həm xaricdən, həm də daxildən boyanmalı, pəncərələr üçün mat və ya ağ yapışqanlı boya ilə örtülmüş şüşələr istifadə olunmalıdır.

15.6. Akkumulyator otağında işıqlandırıcı çıraqlardan biri qəza işıqlandırması dövrəsinə qoşulmalıdır.

15.7. Elektrik açarları, ştepsel rozetkaları, qoruyucular və avtomatlar akkumulyator otağından kənarda yerləşdirilməlidir. İşıqlandırma üçün elektrik xəttinin çəkilməsi turşuya və ya qələviyə davamlı örtüyü olan naqillərlə yerinə yetirilməlidir.

15.8. Açıq yerinə yetirilmiş turşulu akkumulyatorun elektrolitinin buxarlanmasını azaltmaq üçün lövhələrin çıxıntılarına (qabarmalarına) söykənən örtüklü şüşələr və ya şəffaf turşuyadavamlı plastmas istifadə olunmalıdır. Bu şüşələrin ölçüsü akkumulyator çəninin daxili ölçüsündən kiçik olmalıdır. Çəninin ölçüsü 400 x 200 mm böyük olan akkumulyatorlar üçün iki və daha çox hissəli örtük şüşələrinin istifadə olunmasına yol verilir.

15.9. Turşulu elektrolitin hazırlanması üçün keyfiyyəti istehsalçı təlimatlarına uyğun aparılmış kimyəvi təhlilin protokolu əsasında təsdiq olunmuş sulfat turşusu ilə distillə olunmuş su istifadə olunmalıdır. Turşulu elektrolitin hazırlanması, bu elektrolitin və turşunun saxlanılması və nəql olunması, akkumulyator batareyasının işlək vəziyyətə gətirilməsi istehsalçı təlimatlarının və bu Qaydaların tələblərinə uyğun yerinə yetirilməlidir.

15.10. Turşulu akkumulyator batareyalarında elektrolitin səviyyəsi aşağıdakı kimi olmalıdır:

15.10.1. CK növlü səthi-qutulu lövhəli stasionar akkumulyatorlar üçün elektrodların yuxarı kənarından 10 – 15 mm hündür;

15.10.2. CH növlü boyanmış lövhəli stasionar akkumulyatorlar üçün qoruyucu lövhəcik üzərində 20 – 40 mm həddində.

15.11. 20°C temperatura gətirilmiş turşulu elektrolitin sıxlığı aşağıdakı kimi olmalıdır:

15.11.1. CK növlü akkumulyatorlar üçün – 1,205 ± 0,005 q/sm;

15.11.2. CH növlü akkumulyatorlar üçün – 1,240 ± 0,005 q/sm.

15.12. Qələvili akkumulyatorlar batareyaya yığılarkən polad nikelli elementlər arası bəndlərlə ardıcıl dövrədə birləşdirilməlidir. Qələvi akkumulyator batareyaları mis keçiricidən olan bəndlərlə ardıcıl dövrədə birləşdirilməlidir. Natrium-litium və kalium-litium yüklənmiş akkumulyatorlarda elektrolitin səviyyəsi lövhələrin üst kənarından 5 – 10 mm hündür olmalıdır.

15.13. Qələvi elektrolitin hazırlanması üçün kalium hidroksid və ya natrium hidroksid, litium hidroksid, distillə olunmuş su istifadə olunmalıdır. Qələvi elektrolitin hazırlanması və akkumulyator batareyasının işlək vəziyyətə gətirilməsi zamanı istehsalçı təlimatlarının tələbləri yerinə yetirilməlidir.

15.14. Akkumulyator batareyasının elementləri nömrələnməli, bu nömrələr iri rəqəmlərlə çənin şaquli ön tərəfinə turşuya və ya qələviyə davamlı boya ilə yazılmalıdır. Batareyada birinci nömrə altında müsbət şinin birləşdirildiyi element işarələnməlidir.

15.15. Batareyalar 100% nominal tutuma qədər dolduqdan sonra istismara verilməlidir. Növbəti yükləmədə onların nominal tutumun ən azı 120% yüklənməsinə yol verilir. Yeni və ya yenidən qurulan, həmçinin əsaslı təmirdən çıxmış akkumulyator batareyası qəbul olunarkən aşağıdakılar yoxlanılmalıdır:

15.15.1. tutum (10 saatlıq boşalma cərəyanı ilə və ya istehsalçıların istismar təlimatlarının tələblərinə uyğun olaraq);

15.15.2. elektrolitin keyfiyyəti;

15.15.3. elektrolitin sıxlığı və batareyanın dolması və boşalmasının sonunda elementlərdəki gərginlik;

15.15.4. batareyanın izolyasiyasının yerə nisbətən müqaviməti;

15.15.5. axıcı-sorucu havalandırmanın işlək vəziyyətdə olması.

15.16. Daimi yükləmə rejimində işləyən turşulu batareyalar bərabərləşdirici yenidən yükləmələr olmadan istismar olunmalıdır. Akkumulyatorları tamamilə yüklü vəziyyətdə saxlamaq və elektrodların sulfatlaşmasının qarşısını almaq üçün batareyanın vəziyyətindən asılı olaraq, lakin ildə 1 dəfədən az olmayaraq elementlərdə elektrolitin sıxlığı bu Qaydaların 15.11-ci bəndində müəyyən olunmuş göstəriciyə çatana kimi batareyanın bərabərləşdirici yüklənməsi (tam həcmdə yüklənməsi) yerinə yetirilməlidir. Bərabərləşdirici yükləmənin müddəti batareyanın texniki vəziyyətindən asılıdır və ən azı 6 (altı) saat təşkil etməlidir.

15.17. Yarımstansiyalarda batareyanın texniki imkanları təkan cərəyanları zamanı gərginliyin azalması üzrə yoxlanılmalıdır. Batareyaların və ya onun ayrı-ayrı elementlərinin bərabərləşdirici yüklənməsi istismarçının tələbatına uyğun aparılmalıdır. Batareyanın yüklənməsinə və boşalmasına yalnız həmin batareya üçün maksimaldan çox olmayan cərəyan vasitəsilə yol verilir. Yükləmənin sonunda elektrolitin temperaturu CK növlü akkumulyatorlar üçün ən çox 40°C, CH növlü akkumulyatorlar üçün isə ən çox 35°C təşkil etməlidir.

15.18. Turşulu akkumulyator batareyasının elektrolitinin təhlili hər il nəzarət elementlərindən götürülmüş nümunələr üzrə aparılmalıdır. Həmin nəzarət elementlərinin miqdarı 10%-dən az olmamaqla, batareyanın vəziyyətindən asılı olaraq, istismarçı tərəfindən müəyyən edilməlidir. Həmin nəzarət elementləri hər il dəyişdirilməlidir. Sözügedən nümunələr nəzarət boşalmasının sonunda götürülməlidir.

15.19. Boşalma cərəyanının göstəricisi hər ölçmədə eyni olmalıdır. Nəzarət boşalmasının nəticələri əvvəlki boşalmaların ölçmələrinin nəticələri ilə müqayisə olunmalıdır. Daimi yükləmə rejimində işləyən turşulu batareyalar təlim boşalması olmadan istismar olunmalıdır. Ayrı-ayrı akkumulyatorların və ya onların bir qrupunun boşalması onlarda təmir işləri və ya nasazlığın aradan qaldırılması zamanı yerinə yetirilə bilər.

15.20. Yükləmə qurğusunun gücü və gərginliyi ondan əvvəl 30 (otuz) dəqiqəlik boşalmaqla ən çoxu 8 (səkkiz) saat ərzində akkumulyator batareyasının nominal tutumunun 90% həcmində yüklənməsi üçün kifayət səviyyədə olmalıdır.

15.21. Yükləmə qurğusu batareyanın şinlərində gərginliyin ±2% kənara çıxma ilə sabitləşdirilməsini təmin etməlidir. Akkumulyator batareyalarının yüklənməsi və əlavə yüklənməsi üçün istifadə olunan bərabərləşdirici qurğular bölüşdürücü transformator üzərindən dəyişən cərəyanla qidalandırılmalıdır.

15.22. İş zamanı daimi istifadə olunmayan əlavə akkumulyator batareyalarının ayrıca əlavə yüklənmə qurğusu olmalıdır. Akkumulyator qurğusunun yükləmə, əlavə yükləmə qurğularının və akkumulyator batareyasının dövrələrində çevirici açar voltmetrlə və ampermetrlə təchiz olunmalıdır.

15.23. Akkumulyator batareyasının otağında havalandırma sistemi konkret şərait nəzərə alınmaqla istismar olunmalıdır.

15.24. Akkumulyator batareyasının otağının axıcı-sorucu havalandırması batareya yüklənməyə başlamazdan əvvəl işə salınmalı və qazlar tam həcmdə təmizləndikdən sonra, lakin yükləmə başa çatdıqdan ən tezi 1,5 saat sonra açılmalıdır. Akkumulyator batareyaları üçün havalandırma açılmış olduğu halda bir element üçün 2,3 V-dan artıq gərginlikli yükləmənin yerinə yetirilməsinə yol verməyən bloklama nəzərdə tutulmalıdır.

15.25. Normal istismar şəraitində sabit cərəyan əməliyyat şinlərində gərginliyin elektrik qəbuledicilərinin nominal gərginliyindən 5% yüksək saxlanılmasına yol verilir.

15.26. Sabit cərəyanın yığmaları və halqalı magistrallar iki mənbədən qidalanma ilə təmin olunmalıdır.

15.27. Akkumulyator batareyasının izolyasiya müqavimətinin ölçülməsi 3 ayda 1 dəfə həyata keçirilir, onun göstəricisi isə batareyanın nominal gərginliyindən asılı olaraq, bu Qaydalara 7 nömrəli Əlavəyə uyğun olmalıdır.

15.28. Sabit cərəyan şinləri qütblərdən birinin izolyasiya müqaviməti 24 V-luq şəbəkədə 3 kOm, 48 V-luq şəbəkədə 5 kOm, 60 V-luq şəbəkədə 6 kOm, 110 V-luq şəbəkədə 10 kOm, 220 V-luq şəbəkədə isə 20 kOm göstəricisinə kimi azaldıqda izolyasiyanın daimi nəzarəti üçün siqnala işləyən qurğu ilə təchiz edilməlidir.

15.29. İstismar şəraitində əməliyyat sabit cərəyan dövrələrinin dövri olaraq izolyasiyaya nəzarət qurğusunun və ya voltmetrin köməyi ilə ölçülən izolyasiya müqaviməti bu Qaydaların 15.28-ci bəndində verilən minimal göstəricilərdən ən azı iki dəfə çox olmalıdır.

15.30. Əməliyyat cərəyan dövrələrində yerlə qapanma və ya izolyasiya müqavimətinin nəzarət qurğusunun işə düşmə dərəcəsinə kimi azalması baş verdikdə bunun dərhal aradan qaldırılması üçün tədbirlər görülməlidir.

15.31. Qapanma yerinin axtarışı ilə bağlı işlər istisna olmaqla, əməliyyat cərəyan dövrələrində gərginlik altında işlərin icrasına həmin şəbəkədə yerlə qapanma halında yol verilmir. Mikroelektron və ya mikroprosessorlu RMA qurğularının tətbiq edildiyi elektroenergetika obyektləri üçün sabit cərəyan lövhəsində (kommutatorunda) birləşmələrin növbəli açılması yolu ilə müqavimətin azaldılması yerlərinin müəyyənləşdirməsi metodundan istifadə edilməməlidir.

15.32. Akkumulyator batareyalarına qulluq həmin batareyaların istismar qaydalarını bilən mütəxəssisə həvalə olunmalıdır. Akkumulyator qurğusuna baxışın nəticələrini və iş həcmini qeyd etmək üçün akkumulyator batareyasının jurnalı (reyestri) olmalıdır.

15.33. Turşulu akkumulyator batareyasının elektrolitinin təhlili hər il nəzarət elementlərindən götürülən nümunələr üzrə aparılmalıdır. Bu elementlərin miqdarı elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən akkumulyator batareyasının vəziyyətindən asılı olaraq, lakin batareyadakı elementlərin miqdarının 10%-dən az olmamaqla müəyyən edilir. Nəzarət elementləri qismində istifadə etmək üçün hər il müxtəlif elementlər təyin olunmalıdır. Nəzarət boşalması zamanı elektrolit nümunələri boşalmanın sonunda götürülür.

15.34. Akkumulyatorların əlavə doldurulması üçün xlor və dəmirin olmaması ilə bağlı yoxlanışdan keçmiş distillə olunmuş su istifadə olunmalıdır.

15.35. Batareyada ən çoxu 5% gecikən element ola bilər. Gecikən elementlərin gərginliyi yükləmənin sonunda digər elementlərin orta gərginliyindən maksimum 1,5% fərqlənməlidir.

15.36. Akkumulyator batareyalarına elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiq olunan cədvəl üzrə aşağıdakı dövriliklə texniki baxış keçirilməlidir:

15.36.1. əməliyyat heyəti tərəfindən – sutka ərzində 1 dəfə;

15.36.2. ayrıca mütəxəssis tərəfindən – ayda 2 dəfə;

15.36.3. elektrik təsərrüfatına cavabdeh şəxs və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən – ayda 1 dəfə.

15.37. Keçirilən texniki baxış zamanı aşağıdakılar yoxlanılmalıdır:

15.37.1. nəzarət elementlərində elektrolitin gərginliyi, sıxlığı və temperaturu;

15.37.2. əsas və əlavə akkumulyatorların tam yüklənməsinin gərginliyi və cərəyanı;

15.37.3. elektrolitin səviyyəsi;

15.37.4. örtük şüşələrinin və ya süzgəc-tıxacların yerləşməsinin düzgünlüyü;

15.37.5. akkumulyatorların tamlığı, otağın təmizliyi;

15.37.6. havalandırma və isitmə;

15.37.7. akkumulyatorlardan az miqdarda qaz qovuqcuqlarının ayrılması;

15.37.8. şəffaf çənli akkumulyatorlarda şlamın səviyyəsi və rəngi.

15.38. Akkumulyator qurğusuna xidmət edən heyət aşağıdakılarla təmin olunmalıdır:

15.38.1. texniki sənədlərlə;

15.38.2. batareyanın ayrı-ayrı elementlərinin gərginliyinə, elektrolitin sıxlığına və temperaturuna nəzarət cihazları ilə;

15.38.3. qoruyucu geyimlə;

15.38.4. özəl inventar və ehtiyat hissələri ilə.

15.39. Batareyanın əsaslı təmiri (xeyli sayda akkumulyatorların, lövhələrin, separatorların əvəzlənməsi, batareyanın və ya onun bir hissəsinin sökülməsi) üçün ixtisaslaşmış təmirçi dəvət olunmalıdır.

15.40. CK növlü akkumulyatorların əsaslı təmiri 15 – 20 illik istismar müddətindən sonra həyata keçirilməlidir. CH növlü akkumulyatorların əsaslı təmiri həyata keçirilmir. Bu növ akkumulyatorların əvəzlənməsi ən tezi 10 (on) illik istismar müddətindən sonra həyata keçirilməlidir.

16.1. Ümumi təyinatlı elektrik qurğularının nəzarət sistemləri elektrik enerjisinin ölçü və uçotunun texniki vasitələri ilə avadanlığın texniki vəziyyətinə, iş rejimlərinə, istehsal edilmiş, şindən buraxılmış və istehlak edilmiş elektrik enerjisinin uçotuna, əməyin təhlükəsizlik şərtlərinə, sanitar norma və qaydalarına riayət olunmasına, ətraf mühitin mühafizəsinə nəzarəti təmin etməlidir.

16.2. Avadanlığın texnoloji parametrlərinə, onun iş rejimlərinə nəzarət, elektrik enerjisinin və informasiya-ölçü sistemlərinin uçot sistemləri, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən ÖV və texniki vasitələr ilə təchiz edilməlidir. Metroloji attestasiyadan keçmiş vasitələrin tətbiq edilməsinə yol verilir.

16.3. Elektrik enerjisinin ölçü və uçot vasitələrinin quraşdırılması “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və istismarı istehsalçı təlimatlarının tələblərinə uyğun yerinə yetirilir.

16.4. Ümumi təyinatlı elektrik qurğuları üçün elektrik enerjisinin ölçü və uçot vasitələrinə dövri baxışın, xidmətin, onların texniki vəziyyətlərinə nəzarətin təmin edilməsi üçün istismarçıda bu vasitələrin yoxlanılması, təmiri və sınaq yerləri sınaq və təmir avadanlığı, həmçinin texniki normativ-hüquqi aktların tələblərinə uyğun ölçmələrin nümunəvi vasitələri ilə təchiz olunmalıdır.

16.5. Elektrik enerjisinin ölçü və uçot vasitələri, həmçinin informasiya-ölçü sistemləri saz və istismara hazır vəziyyətdə olmalıdır. Texnoloji elektrik qurğusunun istismarı zamanı təmirə çıxarılan ölçü və uçot vasitələrinin əvəzinə ehtiyat vasitələr quraşdırılmalıdır.

16.6. Elektrik enerjisinin və gücün kommersiya uçotu sistemi elektroenergetika sahəsi üzrə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq təşkil edilməlidir. İstismarçının əsas avadanlığının sənaye istismarına buraxılmasından əvvəl informasiya-ölçü sistemləri metroloji attestasiyadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir. Metroloji attestasiyadan keçirilməyən informasiya-ölçü sistemlərinin istifadəsinə yol verilmir.

16.7. Ölçmə dəqiqliyi normalaşmayan texnoloji parametrlərə görə nəzarət üçün tətbiq edilən ölçmələrin iş vasitələri indikatorlar dərəcəsinə keçirilə bilər. İndikator dərəcəsinə keçirilmiş ÖV-nin üzərində “İ” fərqləndirmə nişanı qeyd olunur. Belə ÖV-nin siyahısı istismarçı tərəfindən təsdiqlənməlidir.

16.8. Elektrik enerjisinin hesabat uçotu vasitələrinin və nümunəvi ÖV-nin yoxlanılması qanunvericiliklə müəyyən edilmiş müddətdə, həmçinin bu vasitələrin təmirindən sonra aparılır.

16.9. Elektrik qurğularına quraşdırılmış elektrik ÖV-nin, cərəyan və gərginlik transformatorlarının, şuntların və elektrik çeviricilərinin yoxlama müddəti onlar üçün müəyyən edilmiş avadanlığın təmirarası iş intervallarına uyğun olmalıdır. Avadanlığın təmir həcminə bu cür ÖV-nin sökülməsi, yoxlanılması və quraşdırılması daxil edilməlidir.

16.10. Elektrik enerjisinin ölçü və uçot vasitələri üçün pasportlar və ya jurnallar tərtib edilir, orada təmirlər, kalibrləmələr və yoxlamalar haqqında qeydlər aparılır.

16.11. Hesabat sayğaclarının yoxlanılması dövriliyi və həcmi texniki normativ-hüquqi aktların tələblərinə uyğun olmalıdır. Sayğac yoxlamasının müsbət nəticələri uyğunluq möhürü və ya yoxlama haqqında şəhadətnamə ilə təsdiqlənir. Hesabat sayğaclarının kalibrləmə dövriliyi və həcmi istehsalat (yerli) təlimatları ilə müəyyən edilir.

16.12. Hesabat sayğacının kalibrləməsi onun istismar yerində aparılır. İstehsalat (yerli) təlimatları ilə nəzərdə tutulubsa, kalibrləmə elektroenergetika obyektində elektrik enerjisinin qeydiyyatına görə səlahiyyətli olan mütəxəssisin iştirakı ilə elektroenergetika subyektinin attestasiyadan keçmiş nümayəndəsi tərəfindən yoxlama nişanı pozulmadan aparıla bilər. Kalibrləmə qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanı əvəz etmir. Kalibrləmənin nəticələri akt ilə rəsmiləşdirilir.

16.13. Elektrik avadanlıqlarının və elektrik veriliş xətlərinin iş rejiminə nəzarət edilən stasionar ÖV üzrə ölçülən vahidin nominal göstəricisinə uyğun olan nişan vurulmalıdır. Xarici mənbədən elektrik enerjisi ilə təmin edilən cihazlar gərginliyi göstərən siqnallama qurğuları ilə təchiz olunmalıdır.

16.14. Elektrik sayğacının üzərində elektrik enerjisinin uçotu aparılan birləşmənin adı qeyd olunmuş yazı yazılmalı, həmin sayğaca aidiyyətinin birmənalı şəkildə müəyyən edilməsi mümkün olan hallarda isə birləşmənin adı sayğacın yanındakı panel üzərində qeyd edilməlidir.

16.15. ÖV-nin və elektrik enerjisi uçotunun, o cümlədən qeydiyyata alma qurğularının və qəza rejimində elektrik yarımstansiyalarının PQ-lərində qeydin avtomatik sürətləndirilməsi qurğularının işinə müşahidə həmin qurğunun istismarçısının müəyyən etdiyi əməliyyat və ya əməliyyat-təmir heyəti tərəfindən aparılmalıdır.

16.16. Ölçü və elektrik enerjisi uçotu vasitələrinin xarici elementlərinin qorunub saxlanılması və təmizliyinə görə avadanlığa xidmət edən heyət məsuliyyət daşıyır. Heyət ölçmə və elektrik enerjisi uçotu vasitələrinin işində pozuntular haqqında istismarçının metroloji xidmətinin funksiyalarını yerinə yetirən bölməyə dərhal xəbər verməlidir. Qeydedici cihazların normal şəkildə qeydiyyat aparması ilə əlaqəsi olmayan işlərin icrası zamanı elektrik ÖV-nin qapaqlarının açılmasına yalnız istismarçının metroloji xidməti yerinə yetirən personalına, təchizatçılarla və ya istehlakçılarla hesablaşma aparılması üçün istifadə olunan ÖV-yə münasibətdə isə həmin personala təchizatçıların və istehlakçıların nümayəndələrinin iştirakı ilə icazə verilir.

16.17. Hesabat sayğaclarını qidalandıran ikinci dövrələrə cərəyan və gərginlik ölçü transformatorlarının quraşdırılması və əvəz edilməsi elektroenergetika subyektinin icazəsi ilə istehlakçının işini görən heyət tərəfindən yerinə yetirilir.

17.1. Sahələrin və qurğuların, yaşayış və ictimai binaların, küçələrin, reklam qurğularının işçi və qəza işıqlandırılması təmin edilməlidir.

17.2. Proqram təminatı vasitəsilə idarə olunan reklam işıqlandırılması icazə verilmiş sənaye radio maneəsi üzrə normaların tələblərini təmin etməlidir. İşçi və qəza işıqlandırılması elektrik qurğularında yalnız texniki şərtlərin tələblərinə uyğun çıraqlar istifadə edilməlidir.

17.3. Qəza işıqlandırılma çıraqları işçi işıqlandırılma çıraqlarından nişanlar və ya rənglər ilə fərqlənməlidir.

17.4. Qəza və işçi işıqlandırılma çıraqlarının qidalanması bir-birindən asılı olmayan müstəqil mənbələrdən həyata keçirilməlidir. İşçi işıqlandırılmasının açılması zamanı qəza işıqlandırılmasına keçid avtomatik və ya əllə, layihə tələblərinə, habelə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 29.05.2024-cü il tarixli 3-15/3-1-1/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na əməl edilməklə yerli şəraitlərə uyğunlaşdırılaraq yerinə yetirilməlidir.

17.5. Qəza işıqlandırılma təsərrüfatının layihədən kənar sxemlər üzrə qidalanmasına yol verilmir. Bu elektrik-işıqlandırılmaya aid olmayan səyyar transformatorların və digər yüklərin qəza işıqlandırılma təsərrüfatına qoşulmasına yol verilmir. Qəza işıqlandırılma dövrələri ştepsel yuvaları olmadan yerinə yetirilməlidir.

17.6. Sahələrin və qurğuların, yaşayış və ictimai binaların, küçələrin, reklam qurğularının elektrik-işıqlandırılma təsərrüfatının lövhələrinin və yığmalarının qabaq tərəfində lövhələrin və yığmaların adı, nömrəsi qeyd olunmuş yazılar (nişanlama) olmalıdır. İçəri tərəfdə, o cümlədən qapılarda bir xətli sxem, qoruyucuların ərimə cərəyanın göstəricisi və ya avtomatik elektrik açarlarının nominal cərəyanının və onların vasitəsilə qidalanan elektrik qəbuledicilərinin adının qeyd edildiyi yazılar olmalıdır. Elektrik qəbuledicilərinin, o cümlədən tək-tək yerləşən və ya qrup şəklində olan çıraqların adı elə qeyd edilməlidir ki, onları yandıran və ya söndürən şəxslər bu hərəkətləri səhvsiz yerinə yetirsin. Avtomatik elektrik açarlar onlardan qida alan istehlakçıların selektiv açılmasını təmin etməlidir.

17.7. Daşınan və ya səyyar elektrik qəbuledicilərinin elektrik-işıqlandırılma təsərrüfatına qoşularaq istifadə olunmasına yol verilmir.

17.8. Yüksək təhlükəli və xüsusi təhlükəli sahələrdə əl ilə daşınan elektrik çıraqlarının qidalanması üçün 50 V-dan artıq olmayan gərginlikdən, eyni zamanda insanların narahat vəziyyətdə olması, böyük metal olan və yaxşı torpaqlanmış səhtlərə toxunması ilə elektrik cərəyanın vurması təhlükəsi olan iş şəraitində və açıq qurğularda 12 V-dan artıq olmayan gərginlik tətbiq edilməlidir.

17.9. Gərginliyi 12–50 V olan cihazların ştepsel çəngəlləri daha yuxarı nominal gərginliyi olan rozetkalara daxil olmamalıdır. İki və ya daha çox nominalı olan gərginlik istifadə olunan sahələrdə elektrik rozetkalarında nominal gərginlik qeyd edilmiş yazılar olmalıdır.

17.10. Gərginliyi 12–50 V olan çıraqların qidalanması üçün avtotransformatorların istifadə edilməsinə yol verilmir.

17.11. Daşınan elektrik-işıqlandırılma qurğusu üçün sərt dayaqlara bərkidilməmiş lyuminisent lampalarının tətbiq edilməsinə yol verilmir.

17.12. Layihə gücünə və ya elektrik-işıqlandırılmanın parlaqlığına uyğun olmayan lampaların iş və qəza işıqlandırılma çıraqlarında quraşdırılmasına, həmçinin çıraqların qorunma və mühafizə çəpərlərinin çıxarılmasına yol verilmir.

17.13. İstehlakçıların, qurğuların, yaşayış və ictimai binaların, açıq sahələrin və küçələrin daxili, xarici, həmçinin mühafizə işıqlandırılma sisteminin qidalanması ayrı-ayrı xətlər üzrə nəzərdə tutulmalıdır.

17.14. Xarici elektrik-işıqlandırılma, həmçinin mühafizə elektrik-işıqlandırılma təsərrüfatının idarə olunması mərkəzləşdirilmiş qaydada istehlakçının elektrik təsərrüfatının idarə edilmə lövhəsindən və ya digər texniki sahədən həyata keçirilir.

17.15. Elektrik-işıqlandırılma təsərrüfatı gərginliyin saxlanılması imkanını təmin edən mənbələrdən (stabilizatorlardan və ya ayrı-ayrı transformatorlardan) qidalandırılmalıdır.

17.16. Elektrik işıqlanma lampalarında gərginlik nominal göstəricidən yuxarı olmamalıdır. Daxili elektrik-işıqlandırılma dövrəsinin sonuncu lampalarında, həmçinin projektor qurğularında gərginliyin aşağı düşməsi nominal gərginliyin 5%-dən artıq, xarici və qəza elektrik-işıqlandırılma dövrəsinin sonuncu lampalarında və gərginliyi 12 – 50 V olan dövrələrdə 10%-dən artıq olmamalıdır.

17.17. İki çıxışa malik olan elektrik yarımstansiyalarının və PQ-lərin dəhlizində və keçid tunellərində işıqlandırılma iki tərəfli idarəetmə ilə yerinə yetirilməlidir.

17.18. Elektrik-işıqlandırılma təsərrüfatına xidmət göstərən əməliyyat heyətində bu təsərrüfatın sxemi, həmin təsərrüfatdakı çıraqların lampalarının, kalibrlənmiş taxmalarının ehtiyatı saxlanılmalıdır. Elektrik-işıqlandırılma təsərrüfatının əməliyyat və əməliyyat-təmir heyəti qəza işıqlandırılması olsa da, müstəqil qidaya malik olan daşınan elektrik fənərləri ilə təmin edilməlidir.

17.19. Elektrik işıqlanma çıraqlarının təmizlənməsini, elektrik-işıqlandırılma təsərrüfatına baxışı və təmirini ixtisaslaşmış mütəxəssislər yerinə yetirməlidir.

17.20. Çıraqların təmizlənməsi və elektrik-işıqlandırılma qurğularının texniki vəziyyətinin, o cümlədən şüşələrin, çərçivələrin və torların mövcudluğu və bütövlüyünün, çıraqların kipliyinin və sazlığının yoxlanılması üzrə işlərin dövriliyi yerli şəraitlər nəzərə alınmaqla, elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən müəyyən edilməlidir. Güclü çirklənməyə məruz qalmış sahələrdə çıraqların təmizlənməsi qrafik üzrə yerinə yetirilməlidir.

17.21. Lampalar işıqlandırılma qurğularının gücünə uyğun olaraq hər bir qurğu üçün ayrılıqda seçilməlidir. Qrup halında lampaların dəyişdirilməsi zamanı işıqlandırma armaturunun növbəti təmizləmə müddəti lampaların qrup şəklində əvəz edilməsi müddətinə uyğunlaşdırılmalıdır.

17.22. Çıraqların asılma hündürlüyü 5 m-dək olduqda söykədilən nərdivan və asma nərdivan ilə onlara xidmət göstərilməsinə yol verilir. Çıraqların 5 m-dən artıq hündürlükdə yerləşməsi zamanı körpü kranlarından, stasionar körpülərdən, həmçinin yerli təlimatlar və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” ilə müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə əməl edilməklə səyyar qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsinə yol verilir.

17.23. Sıradan çıxmış lüminessent lampalar, DRL tipli lampalar və civə tərkibli digər mənbələr bunun üçün təchiz olunmuş sahədə saxlanılmalıdır. Onlar məhv və dezaktivasiya edilməsi üçün bu məqsədlə ayrılmış yerlərə aparılmalıdır.

17.24. Elektrik-işıqlandırılma təsərrüfatına baxış və yoxlama aşağıda qeyd edilmiş müddətlərdə aparılmalıdır:

17.24.1. ildə 2 dəfə iş işıqlandırılmasının söndürülməsi zamanı qəza işıqlandırılmasının sazlığının yoxlanılması;

17.24.2. elektrik-işıqlandırılma normalarına uyğun olaraq, şəbəkənin istismara verilməsi, həmçinin sahənin funksional təyinatının dəyişdirilməsi zamanı sahənin daxilində elektrik-işıqlandırılmanın ölçülməsi.

17.25. Qəza və işçi işıqlandırılması təsərrüfatının stasionar avadanlığının və elektrik naqillərinin vəziyyətinin yoxlanılması, naqillərin, kabellərin və torpaqlama qurğularının izolyasiya müqavimətinin sınaqdan keçirilməsi və ölçülməsi elektrik-işıqlandırılma təsərrüfatının istismara verilməsi zamanı, gələcəkdə isə üç ildə 1 dəfədən az olmayaraq istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiqlənmiş qrafik üzrə aparılmalıdır. Ölçmə nəticələri yazılı surətdə rəsmiləşdirilir.

17.26. Xarici (küçə) və reklam elektrik-işıqlandırılma qurğularına texniki xidmət göstərilməsini və onların təmirini hazırlıqlı elektrotexniki heyət yerinə yetirməlidir. Bu cür heyətə malik olmayan istehlakçılar bu qurğulara texniki xidmət göstərilməsi və təmiri üçün bu istiqamətdə ixtisaslaşmış mütəxəssis cəlb edə bilər.

17.27. Reklam elektrik-işıqlandırılma qurğularının plan-xəbərdarlıq təmirinin dövriliyi onların kateqoriyalarından asılı olaraq müəyyən edilir və istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən müəyyən edilir.

17.28. Küçə və reklam işıqlandırılma qurğularının yandırılması və söndürülməsi ilin fəsilləri, yerli şərait nəzərə alınaraq tərtib edilmiş və həmin qurğuların istismarçısı tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq avtomatik şəkildə həyata keçirilməlidir.

17.29. Reklam işıqlandırılma qurğularının işində nasazlıqların və zədə nəticələrinin, o cümlədən sayrışmaların, tez-tez boşalmaların dərhal aradan qaldırılması üçün istehlakçının əməliyyat və ya əməliyyat-təmir heyəti tədbirlər görməlidir. Gözlə görünən zədələr zamanı reklam işıqlandırılma qurğularının işinə yol verilmir.

17.30. Küçə və reklam elektrik-işıqlandırma qurğularının mərkəzləşdirilmiş avtomatik idarəetməsi tətbiq olunduğu zaman nəqliyyat və rabitə vasitəsilə təchiz olunmuş heyətin daimi növbətçiliyi təmin edilməlidir.

18.1. İstehlakçıların elektrik qurğularının gərginliyi 220 kV-dək olan avadanlıqlarının və aparatlarının sınaq dövriliyi bu Qaydalara 8 nömrəli Əlavə ilə müəyyən edilir. Gərginliyi 220 kV-dan yüksək olan elektrik avadanlıqlarının, elektrik qurğularının, həmçinin generatorların və sinxron kompensatorların parametrlərinin sınağı və ölçülməsi zamanı qanunvericiliyin tələbləri rəhbər tutulmalıdır.

18.2. Əsaslı təmir, cari təmir və təmirlərarası sınaqlar və ölçmələr, elektrik avadanlığının vəziyyətinin qiymətləndirilməsi üçün yerinə yetirilmiş və elektrik avadanlığının təmirə çıxarılması ilə bağlı olmayan profilaktik sınaqlar zamanı elektrik qurğu və avadanlıqlarının parametrlərinin ölçülməsinin və sınaqlarının konkret müddətləri istehsalçı təlimatlarının tələbləri, elektrik qurğularının vəziyyəti və yerli şərait nəzərə alınmaqla, elektrik avadanlıqlarının sınaq normaları əsasında istismarçı tərəfindən müəyyən edilir.

18.3. Bu Qaydalara daxil edilməmiş elektrik avadanlıqlarının növləri üçün konkret normalar və parametrlərin sınaq və ölçmə müddətlərini istehsalçıların təlimatlarını nəzərə almaqla, istismarçı müəyyən etməlidir.

18.4. Xarici firmaların elektrik avadanlıqlarının sınaq normaları istehsalçı təlimatları ilə müəyyən edilməlidir.

18.5. Təmirdən sonra elektrik avadanlığı sınaqdan keçirilir. Təmirə başlamazdan əvvəl, sınaqlar və ölçmələr təmirin həcm və xarakterini müəyyən etmək, həmçinin təmirdən sonrakı sınaqların və ölçmələrin nəticələri ilə müqayisə edilən əsas məlumatların əldə edilməsi üçün aparılır.

18.6. Uzunmüddətli saxlanılma mərhələsində olan elektrik avadanlığının izolyasiya vəziyyətinin qiymətləndirilməsi istismarda olan avadanlıqlar kimi bu normalara uyğun olaraq aparılır. Ayrı-ayrı hissələr və detallar məmulatların müşayiət sənədlərində istehsalçı təlimatlarına əsasən yoxlanılır.

18.7. Zəmanət müddəti ərzində elektrik qurğu və avadanlıqlarının sınaq və ölçmə həcmi və dövriliyi istehsalçıların təlimatlarına uyğun aparılmalıdır.

18.8. Elektrik avadanlığının istismara yararlılığı haqqında rəy yalnız normalar ilə sınaq və ölçmələrin müqayisəsi əsasında deyil, keçirilmiş sınaqların, ölçmələrin və baxışların nəticəsinin məcmusu üzrə verilir.

18.9. Sınaqlar və ölçmələr zamanı əldə edilmiş parametrlərin göstəriciləri bir tipli elektrik avadanlıqlarının və ya digər fazaların elektrik avadanlığının ölçmə nəticələri, həmçinin əvvəlki ölçmələr və sınaqların nəticələri, o cümlədən onların ilkin qiymətləri ilə müqayisə edilməlidir.

18.10. Ölçülən parametrlərin ilkin göstəriciləri dedikdə istehsalçının sınaq və ölçmələrinin pasportlarında və protokollarında qeyd edilmiş göstəricilər başa düşülür. Əsaslı və təmir-bərpa işlərinin keçirilməsi halında ilkin göstəricilər kimi təmirlər zamanı əldə edilmiş ölçmələrin nəticələri başa düşülür. Belə göstəricilər yoxdursa, ilkin göstərici kimi yenidən daxil edilmiş bir tipli avadanlığın sınanması zamanı əldə edilmiş göstəricilər qəbul edilə bilər.

18.11. Elektrik qurğularında istismar olunan və bu qurğunun nominal gərginliyindən yüksək nominal gərginlikli elektrik avadanlığı və izolyatorlar bu qurğunun izolyasiya sinfi üçün müəyyən edilmiş normalar üzrə sınaq olunur.

18.12. Yüksəldilmiş sənaye tezlikli və ya düzləndirilmiş gərginlik ilə sınaq elektrik avadanlığından şinləmələri ayırmadan aparılırsa, o zaman sınaq gərginliyinin göstəricisi ən aşağı sınaq gərginliyi olan elektrik qurğusu üçün normalar üzrə qəbul edilir. Gərginliyi 6–10 kV olan güc kabelləri ilə biləşdirilmiş cərəyan transformatorlarının və izolyatorların yüksək gərginlikli sınağı güc kabelləri üçün qəbul edilmiş normalar üzrə kabellər ilə birlikdə aparılır.

18.13. Dəyişən cərəyan sınaq avadanlığı olmadıqda, gərginliyi 20 kV-dək olan PQ-lərin elektrik avadanlığının sənaye tezlikli sınaq gərginliyinin bir yarım mislinə bərabər yüksək düzləndirilmiş gərginlik ilə sınaqdan keçirilməsinə yol verilir.

18.14. Sınaqlar və ölçmələr metodik qeydlər qanunvericiliyə əsasən təsdiqlənmiş sənədlər və istehlakçı tərəfindən müəyyən edilmiş proqamlar (metodikalar) üzrə aparılmalıdır. Sınaq proqramlarında işin təhlükəsiz şəraitdə aparılmasının təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

18.15. Sınaq, ölçmə və yoxlamanın nəticələri elektrik qurğusunun pasportu ilə birgə saxlanılacaq protokollar və ya aktlar ilə rəsmiləşdirilməlidir.

18.16. Elektrik avadanlıqlarının elektrik sınaqları və kimyəvi analiz üçün çənlərindən transformator yağının nümunəsinin götürülməsi izolyasiyasının temperaturunun 5°C aşağı olmadığı halda aparılmalıdır.

18.17. Elektrik avadanlığının izolyasiya xarakteristikaları bir tipli sxemlər üzrə və eyni temperaturda ölçülməlidir.

18.18. İzolyasiya xarakteristikalarının müqayisəsi eyni temperaturda və ya yaxın göstərilərdə aparılır (5°C-dən artıq olmayan temperatur fərqi). Bu mümkün deyilsə, o zaman elektrik avadanlığının konkret növlərinin istismarı üzrə təlimatlara uyğun olaraq bir temperatura eyniləşmə hesabatı aparılmalıdır.

18.19. Fırlanan avadanlıq istisna olmaqla, elektrik avadanlıqlarının sınağı və ölçülməsi keçirilməmişdən əvvəl onun izolyasiyasının xarici səthi avadanlığın açılması tələb olunmayan metod ilə ölçmə aparılan hallardan başqa, toz və çirkdən təmizlənməlidir.

18.20. Fırlanan maşın, transformator və reaktorların dolaqlarının izolyasiyasının sənaye tezlikli yüksəldilmiş gərginliklə sınağı zamanı müstəqil elektrik dövrələri və ya paralel budaqlanması (budaqlanmalar arasında tam izolyasiya varsa) ardıcıl yoxlanılmalı, sınaq qurğusunun bir qütbü sınaqdan keçən sarğının çıxışı ilə, digər qütbü sınaqdan keçən elektrik qurğusunun torpaqlanmış gövdəsi ilə birləşdirilməli, bu dolağın sınağı keçirilən müddətdə digər dolaqlar torpaqlanmış gövdə ilə elektriki birləşdirilməlidir. Bir-biri ilə birbaşa birləşdirilmiş və hər bir faza və ya budaqlanmanın çıxışları əlçatan olmayan dolaqlar birlikdə gövdəyə nisbətən sınaqdan keçirilməlidir.

18.21. Elektrik avadanlığının sənaye tezlikli yüksək gərginlik ilə sınağı, həmçinin güc və ölçmə transformatorlarının yüksüz işləmə itkilərinin və cərəyanın ölçülməsi zamanı qidalandırıcı şəbəkənin xətt gərginliyi istifadə edilə bilər.

18.22. Sınaq gərginliyinin göstəricisinin 1/3 göstəricisinə qədər qalxma sürəti sərbəst qəbul olunur. Sonradan sınaq gərginliyi ölçmə cihazları üzrə vizual hesabatı aparmağa yol verən sürət ilə rəvan şəkildə qaldırılmalı və gərginliyin müəyyən edilmiş göstəricisi tətbiq edildikdən sonra sınaq müddəti ərzində dəyişilməyərək saxlanılmalıdır. Tələb olunan sınaq müddəti bitdikdən sonra gərginlik sınaq gərginliyinin 1/3-dən az olmayan göstəricisinə qədər rəvan şəkildə azaldılır və açılır. Sınaq müddəti dedikdə normaya uyğun tam sınaq gərginliyinin tətbiq edildiyi müddət başa düşülür.

18.23. Düzləndirilmiş gərginlik və ya sənaye tezlikli yüksək gərginlik ilə izolyasiya sınağından əvvəl və sonra meqaommetr vasitəsilə izolyasiyanın müqavimətini ölçmək olar. İzolyasiya müqaviməti qismində ölçülmüş müqavimətin bir dəqiqəlik göstəricisi R60 qəbul edilir. Normalara uyğun olaraq absorbsiya (R60/R15) əmsalının müəyyən edilməsi tələb edilirsə, hesabat 2 dəfə, ölçmə başladıqdan 15 və 60 saniyə sonra aparılır.

18.24. Elektrik avadanlığının izolyasiya parametrlərinin ölçülməsi zamanı ölçmə cihazlarının və aparatların xətaları ölçmə sxemlərinin arasında induktiv əlaqələr və əlavə tutumlar, temperaturun təsiri, ölçmə qurğularına xarici elektromaqnit və elektrostatik sahələrin təsiri, metod xətaları ilə şərtləndirilmiş təsadüfi və sistematik xətalar nəzərə alınmalıdır. Sızma cərəyanının ölçülməsi zamanı düzləndirilmiş gərginliyin pulsasiyaları nəzərə alınır.

18.25. Elektrik avadanlığının izolyasiyasının dielektrik itkilərinin və boşaldıcıların keçircilik cərəyanının bucağının tg-si normalarda avadanlığın 20°C temperaturuna uyğun göstərilir. Elektrik avadanlığının izolyasiyasının dielektrik itki bucağının tg-nin ölçülməsi zamanı onun tutumu da müəyyən edilməlidir.

18.26. Sənaye tezlikli 1000 V gərginliklə sınaq 2500 V gərginlikli meqaommetr ilə izolyasiya müqavimətinin bir dəqiqəlik göstəricisinin ölçülməsi ilə əvəz edilə bilər. Bu əvəzləməyə məsuliyyətli fırlanan maşınların və RMA dövrələrinin sınağı zamanı, həmçinin normalarda göstərilən hallarda yol verilmir.

18.27. Xarici mühitdə hava normalardan fərqləndikdə sənaye tezlikli yüksək gərginliklə elektrik avadanlığının xarici izolyasiyasının sınanması zamanı (havanın temperaturu 20°C, mütləq rütubət 11 q/m, atmosfer təzyiqi 101,3 kPa) sınaq gərginliyinin göstəricisi sınaq şəraiti üçün düzəliş əmsalı nəzərə alınmaqla müəyyən edilməlidir.

18.28. Elektrik avadanlığının bir neçə növ izolyasiya sınaqlarının aparılması halında, yüksək gərginlikli sınaqdan əvvəl izolyasiya vəziyyətinə hərtərəfli baxış keçirilməli və digər üsullarla onun qiymətləndirilməsi aparılmalıdır. Sınaq və ölçmə nəticələrindən asılı olmayaraq, xarici baxış zamanı nöqsan aşkar edilmiş elektrik avadanlığı əvəz edilməlidir və ya yenidən təmir edilməlidir.

18.29. Tam sınaq gərginliyinin verilməsi zamanı sürüşən boşalmalar, sızma cərəyanının rəvan artımı və ya təkanları, izolyasiyanın deşilməsi və ya örtülməsi müşahidə edilmirsə və sınaqdan sonra meqaommetr ilə ölçülmüş izolyasiya müqaviməti əvvəlki kimi qalıbsa, yüksək gərginliklə sınaqların nəticələri kafi hesab olunur.

18.30. İzolyasiya xarakteristikaları kəskin şəkildə pisləşmişdirsə və ya qüsur normasına yaxındırsa, o zaman izolyasiyanın pisləşmə səbəbləri müəyyən edilməli və onun aradan qaldırılması üçün tədbirlər görülməlidir. İzolyasiyadakı qüsur aşkar edilməyibsə və ya aradan qaldırılıbsa, o zaman sonrakı ölçmələrin və sınaqların müddətləri izolyasiyanın iş rejimi və vəziyyəti nəzərə alınmaqla istismarçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən müəyyən edilir.

18.31. Yağ açarları istisna olmaqla, yağ doldurulmuş elektrik avadanlığında yağın tam əvəz edilməsindən sonra onun izolyasiyası bu Qaydalara uyğun olaraq, təkrar sınaqlara məruz qalmalıdır.

18.32. Güc transformatorlarının yüksüz işləmə təcrübəsi transformatorun izolyasiyasının və dolaqların sabit cərəyana müqavimətinin ölçülməsindən və sabit cərəyan ilə transformatorun isidilməsindən əvvəl aparılır.

18.33. Elektrik avadanlığının izolyasiya temperaturu aşağıda qeyd edilmiş qaydada müəyyən edilir:

18.33.1. isidilməyə məruz qalmamış transformatorun izolyasiya temperaturu qismində termometr ilə ölçülmüş yağın üst qatlarının temperaturu qəbul edilir;

18.33.2. isidilməyə və günəş radiasiyası təsirinə məruz qalmış transformatorun izolyasiya temperaturu qismində yüksək gərginlikli dolağın B fazasının sabit cərəyana müqaviməti ilə müəyyən edilən orta temperaturu qəbul edilir;

18.33.3. isidilməyə məruz qalmış elektrik maşınlarının izolyasiya temperaturu qismində, sabit cərəyana müqaviməti ilə müəyyən edilən sarğıların orta temperaturu qəbul edilir;

18.33.4. yağ doldurulmuş TFZM (TFN) seriyalı cərəyan transformatorlarının izolyasiya temperaturu qismində ətraf mühitin temperaturu qəbul edilir;

18.33.5. isidilməyə məruz qalmamış transformator və ya yağ elektrik açarlarının girimlərində izolyasiya temperaturu qismində ətraf mühitin temperaturu və ya elektrik açarı və ya transformatorun çənində yağın temperaturu qəbul edilir.

18.34. Elektrik avadanlığının vəziyyəti üzrə termal nəzarət ümumilikdə elektrik qurğusu üçün həyata keçirilməlidir.

19.1. Elektrik qurğularına xidmət göstərilməsi, onlarda əməliyyat çevirmələrinin həyata keçirilməsi, istehlakçıların elektrik qurğularının təmir, quraşdırma və sazlama işlərinin və sınaqlarının təşkili və yerinə yetirilməsi hazırlıqlı elektrotexniki heyət tərəfindən həyata keçirilməlidir.

19.2. Elektrik qurğularına malik olan şəxs, yaxud onların istismarçısı həmin qurğuların istismarı üzrə işlərin həcminə və mürəkkəbliyinə uyğun ixtisas dərəcəli elektrotexniki heyətə malik olmalı və ya ixtisaslaşmış podratçı cəlb etməlidir.

19.3. İstehlakçı onun mülkiyyətində və ya istifadəsində olan elektrik qurğu və avadanlıqlarının istismarı üçün aşağıdakıları təmin etməlidir:

19.3.1. elektrik qurğularının işlək vəziyyətdə saxlanmasını və onların bu Qaydaların, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, zavod-istehsalçı təlimatlarının və digər texniki normativ-hüquqi aktların tələblərinə uyğun istismarını;

19.3.2. elektrik qurğularına və elektrik avadanlıqlarına texniki qulluğun, planlı-xəbərdarlıq əsasında təmirlərin, sınaqların, modernləşdirmə və rekonstruksiya işlərinin vaxtlı-vaxtında və keyfiyyətlə aparılmasını;

19.3.3. elektrik qurğularının etibarlı və təhlükəsiz işini;

19.3.4. onlara xidmət göstərən elektrotexniki heyət üçün vəzifə və istehsalat (yerli) təlimatlarının işlənib hazırlanmasını;

19.3.5. elektrik qurğularının mühafizə vasitələri və alətləri, yanğınsöndürmə və siqnalizasiya vasitələri ilə təchiz edilməsini;

19.3.6. elektrik enerjisinin istehlakı qrafikinə daimi nəzarət edilməsini, yay və qış mövsümlərində qanunvericiliyə əsasən müəyyən edilmiş rejim günü elektrik enerjisinin istehlakının ölçülmələrinin həyata keçirilməsini və təyin edilmiş müddətlərdə sutkalıq rejim qrafiklərinin təqdim edilməsini;

19.3.7. elektrik yüklənməsinin sutkalıq qrafikinin tənzimlənməsi, elektroenergetika subyektinin daxili elektrik sisteminin maksimum yük saatlarında elektrik güc istehlakının hədd göstəricilərinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasını;

19.3.8. elektrik enerjisi istehlakının və gücünün məhdudlaşdırılmasını, istehlakçıların şəbəkədən qəza açılmasının yerinə yetirilməsini;

19.3.9. məhdudlaşdırma qrafiklərinə uyğun, elektrik enerjisinin istehlak rejimlərinin təmin edilməsi üçün elektrik enerjisi və güc istehlakının azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasını;

19.3.10. elektrik qurğularının profilaktik sınaqlarının keçirilməsini;

19.3.11. elektrik qurğusunun istismarı zamanı ətraf mühitin qorunmasına riayət olunmasını.

19.4. Elektrik qurğusunun istismarçısının texniki heyəti olmadıqda o, ixtisaslaşmış təşkilatlarla elektrik avadanlıqlarına xidmət və elektrik təsərrüfatına cavabdehlik barədə müqavilə bağlayır. Elektrik qurğuları gərginliyi 1000 V-dək şəbəkədən 3 fazalı elektrik təminatı sxemi ilə qidalandırılan elektrik gücü 15 kVt-dan aşağı (15 kVt daxil olmaqla) olan istehlakçılarda elektrik təsərrüfatına cavabdeh şəxsin təyin edilməsi tələb olunmur. Bu halda elektrik təsərrüfatı üzrə cavabdehlik istismarçının üzərində qalır.

19.5. Elektrik qurğularına texniki xidmət və onların istismarını həyata keçirən, bu qurğularda quraşdırma, sazlama, təmir işlərini, müqavilə üzrə sınaq və ölçmə işlərini aparan podratçı (onun əməkdaşları) “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” ilə müəyyən olunmuş elektrik təhlükəsizliyi üzrə qrupa malik olmalıdır.

19.6. Elektrik təsərrüfatına cavabdeh şəxs aşağıdakıları etməlidir:

19.6.1. elektrik qurğularının istismarının təşkili məsələləri üzrə bu Qaydaların 23-cü hissəsində tələb olunan sənədləşdirmənin işlənib hazırlanması və icrasını təşkil etmək;

19.6.2. elektrik qurğularına texniki xidmətin, plan-xəbərdarlıq təmirinin və profilaktik sınaqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;

19.6.3. yeni və yenidən qurulmuş elektrik qurğularının istismara verilməsini təmin etmək;

19.6.4. elektrik qurğularına əməliyyat xidmətini və qəza hallarının aradan qaldırılmasını təşkil etmək;

19.6.5. elektrik qurğularında işlərin, o cümlədən podratçı heyətinin və (və ya) ezam edilmiş mütəxəssis heyətinin iştirakı ilə işlərin təhlükəsiz şəkildə yerinə yetirilməsini təşkil etmək;

19.6.6. elektrik qurğularında və elektrik veriliş xətlərinin mühafizə zonalarında işlərə cəlb edilmiş ixtisaslaşmış heyətin sahəyə buraxılmasının düzgünlüyünə nəzarət etmək;

19.6.7. istehlakçının elektrik enerjisinə tələbatının hesabatını təşkil etmək və onun sərfiyyatına nəzarəti həyata keçirmək;

19.6.8. elektrik enerjisindən səmərəli istifadəyə dair tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak etmək;

19.6.9. elektrik qurğularında mühafizə vasitələrinin və alətlərinin, yanğınsöndürmə vasitələrinin və həyəcan siqnallarının olması, vaxtında yoxlanılması və sınaqdan keçirilməsinə nəzarət etmək;

19.6.10. elektrotexniki heyətin təlimini, təlimatlandırılmasını, biliklərinin yoxlanmasını və həmin heyət üzvləri üçün müstəqil işəburaxmanı təşkil etmək.

19.7. Elektrik təsərrüfatına cavabdeh şəxsə səlahiyyət verilməsi onun biliklərinin yoxlanılması və elektrik təhlükəsizliyi üzrə aşağıdakı qrupların verilməsindən sonra həyata keçirilir:

19.7.1. gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında – V qrup;

19.7.2. gərginliyi 1000 V-dək olan elektrik qurğularında – IV qrup.

19.8. Bu Qaydaların tələblərinə uyğun olmaması səbəbindən qəza və ya digər hadisə, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan elektrik qurğusunun istismarı qadağandır.

20.1. Yeni və yenidən qurulmuş elektrik qurğuları və işəsalma kompleksləri, bu Qaydalara və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən normativ-hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq istismara qəbul edilməlidir.

20.2. Elektrik qurğularının quraşdırılmasına və ya yenidən qurulmasına başlamazdan öncə aşağıdakılar yerinə yetirilir:

20.2.1. elektroenergetika subyektindən texniki şərt alınır;

20.2.2. layihələndirmə sənədləri tam həcmdə hazırlanır;

20.2.3. layihələndirmə sənədləri texniki şərti verən elektroenergetika subyekti ilə razılaşdırılır.

20.3. Elektrik qurğularını istismara qəbul etməzdən öncə aşağıdakılar yerinə yetirilməlidir:

20.3.1. tikinti və quraşdırılma dövründə avadanlıqların düyünlərinin və tikililərinin aralıq qəbulu, o cümlədən qapalı işlərin qəbul edilməsi;

20.3.2. avadanlığın təhvil-təslim sınaqları və elektrik qurğularının ayrı-ayrı sistemlərinin işə salma-sazlama sınaqlarının aparılması;

20.3.3. avadanlığın kompleks yoxlanılması.

20.4. Avadanlığın təhvil-təslim sınaqları və ayrıca sistemlərin işə salma-sazlama sınaqları təhvil verilən elektrik qurğusunun quraşdırma işləri başa çatdıqdan sonra sifarişçinin təqdim etdiyi layihə sxemləri üzrə mütəxəssislər cəlb olunmaqla podratçı tərəfindən, kompleks yoxlama-sınaq işləri isə sifarişçi tərəfindən həyata keçirilməlidir.

20.5. Təhvil-təslim və işə salma-sazlama sınaqlarından və avadanlığın kompleks yoxlanmasından öncə bu Qaydaların, tikinti norma və qaydalarının, əməyin təhlükəsizliyi, partlayış və yanğın təhlükəsizliyi avadanlığın quraşdırılması üzrə istehsalçı təlimatlarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın icra vəziyyəti yoxlanılmalıdır.

20.6. Elektrik avadanlığının işəsalma-sazlama işlərinin və sınaq yoxlanmasının həyata keçirilməsi üçün elektrik qurğuları elektroenergetika subyekti ilə razılaşdırılmış şərtlərlə layihə sxemi üzrə bu Qaydaların 20.7-ci bəndində qeyd edilmiş müddət ərzində müvəqqəti qoşula bilər.

20.7. Avadanlığın kompleks yoxlanılması zamanı avadanlıqların və texnoloji sxemlərin işləmə qabiliyyəti yoxlanılmalı, nəzarət və idarəetmə sistemlərinin, mühafizə və bloklanma qurğularının, həyəcan siqnalı qurğularının və NÖC-lərin yoxlanılması, tənzimlənməsi və sazlanması həyata keçirilməlidir. Kompleks yoxlanma əsas və yardımçı avadanlıqların 72 (yetmiş iki) saat ərzində, elektrik veriliş xətlərinin isə 24 (iyirmi dörd) saat ərzində normal və fasiləsiz işləməsi şərti ilə aparılır.

20.8. İnşaat və quraşdırma gedişində buraxılmış qüsurlar və natamamlıqlar, eləcə də elektrik qurğularının təhvil-təslim və işə salma-sazlama sınaqları, kompleks yoxlama zamanı aşkar edilmiş nasazlıqlar tam şəkildə aradan qaldırılmalıdır. Elektrik qurğularının qüsurlar və natamam işlərlə birlikdə istismara qəbul edilməsinə yol verilmir.

20.9. Sınaq yoxlamaları və qəbuldan öncə istehlakçının elektrik qurğularının etibarlı və təhlükəsiz istismarı üçün aşağıdakılar hazırlanmalıdır:

20.9.1. istismar təlimatları və texniki sənədlər;

20.9.2. mühafizə vasitələri və alətlər, ehtiyat hissələri və materiallar;

20.9.3. rabitə, siqnallama və yanğınsöndürmə vasitələri, qəza elektrik-işıqlandırılması və havalandırma təsərrüfatları.

20.10. İstehlakçıların gücü 200 kVt-dan yuxarı olan elektroenergetika obyektinin elektrik qurğusunun istismara buraxılması və şəbəkəyə qoşulması məqsədilə sifarişçi və ya mülkiyyətçi, elektrik gücü 200 kVt-dan yuxarı olduğu halda istismara icazə alınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədləri Tənzimləyiciyə təqdim edir.

20.11. İstehlakçıların elektrik qurğularının texniki sənədlərinin yoxlanılması və onların elektrik qurğusuna keçirilmiş texniki baxışın nəticələri onların istismara verilməsinin mümkünlüyü (qeyri-mümkünlüyü) barədə məcburi yekun rəylərlə birlikdə baxış aktında rəsmiləşdirilir.

20.12. Bu Qaydaların 20.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, 200 kVt-dan yuxarı elektrik qurğularına gərginliyin verilməsi həmin qurğuların istismarına icazə alındıqdan sonra yerinə yetirilir.

21.1. Elektrik enerjisi istehlakçısının elektrik təsərrüfatının idarəetmə sistemi istehlakçının ümumi idarəetmə sisteminə inteqrasiya olunmuş elektrik təsərrüfatının idarə olunmasının tərkib hissəsidir.

21.2. İstehlakçının elektrik təsərrüfatının idarəetmə sisteminin əsas funksiyaları aşağıdakılardır:

21.2.1. elektrik təsərrüfatının operativ-dispetçer idarəetməsi, o cümlədən özünün elektrik enerjisi mənbələrinin idarə olunması;

21.2.2. öz elektrik enerji mənbələrinin, o cümlədən avtonom rejimdə işləyən mənbələrin texniki vəziyyətinə və istismarına nəzarət;

21.2.3. elektrik təsərrüfatının işinin, elektroenergetika sisteminin ayrı-ayrı elementlərinin vəziyyətinin, onların iş rejiminin qiymətləndirilməsi;

21.2.4. enerjiyə qənaət üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə elektrik təsərrüfatı işinin səmərəliliyinin artırılması;

21.2.5. yeni texnikanın, istismar və təmir texnologiyasının, istehsalatın təşkilinin səmərəliyi və təhlükəsizliyi metodlarının tətbiqi və mənimsənilməsinə nəzarət;

21.2.6. istehlakçının elektroenergetika subyekti tərəfindən verilən iş rejimlərinə və elektrik enerjisinin istehlakı rejimlərinə riayət etməsinə nəzarət;

21.2.7. elektrik qurğularının və elektrik avadanlığının səmərəli istismarı;

21.2.8. elektrik qurğu və avadanlıqlarının texniki vəziyyətinə nəzarət;

21.2.9. elektrik avadanlığının təmirinin, texniki və təmir xidmətləri sisteminin maddi-texniki təminatının vaxtlı-vaxtında yerinə yetirilməsi sayəsində avadanlığın etibarlılığının, təhlükəsizliyinin və qəzasız işinin təmin edilməsi;

21.2.10. texniki-iqtisadi göstəricilərin təhlili əsasında istehlakçının elektrik təminatının etibarlılığının, qənaətliliyinin və təhlükəsizliyinin artırılması üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsi.

21.3. İstehlakçıda elektrik təsərrüfatının və elektrik təsərrüfatının idarəetmə sisteminin vəziyyətinin, onların iş rejimlərinin, elektrik təsərrüfatının fəaliyyətinin normalaşdırılmış və faktiki göstəricilərinin uyğun olub-olmamağını, keçirilən təşkilati-texniki tədbirlərin effektivliyinin qiymətləndirilməsi üçün texniki-iqtisadi təhlili təşkil olunmalıdır.

21.4. İstehlakçı tərəfindən ona məxsus elektrik təsərrüfatında avadanlıqların iş göstəricilərinin növbəlik, sutkalıq, aylıq, rüblük, illik uçotu təşkil olunmalıdır.

21.5. İstehlakçı özünün NÖC-nin və sistemlərin göstəricilərinin etibarlılığını, uçot və hesabatların aparılmasını ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir.

21.6. İstehlakçının elektrik təsərrüfatının idarəetmə sisteminin əsas tərkib hissələri aşağıdakılardır:

21.6.1. operativ-dispetçer idarəetməsi;

21.6.2. elektrik qurğularının və elektrik avadanlıqlarının istismarının idarə edilməsi;

21.7. İstehlakçı üçün operativ-dispetçer idarətməsinə mərkəzi və ya paylayıcı operativ-dispetçer xidməti tərəfindən nəzarət edilir.

21.8. İstehlakçının elektrik qurğularının operativ-dispetçer idarəetməsinə hazırlıq keçmiş və biliklərin yoxlanılmasından keçmiş mütəxəssislər cəlb olunmalıdır.

21.9. İstehlakçının elektroenergetika subyektinin iş rejiminə təsir göstərən elektrik avadanlığının RMAT və ƏQA qurğularının əməliyyat tabeçiliyini elektroenergetika subyekti müəyyən edir.

21.10. İstehlakçının elektrik veriliş xətləri, cərəyandaşıyıcıları elektroenergetika sisteminin avadanlıqlarına, qurğularına və operativ-dispetçer idarəetmə səviyyəsinə uyğun bölünməlidir.

21.11. Əməliyyat heyətinin əməliyyat idarəetməsinə aid elektrik veriliş xətlərinin, cərəyandaşıyıcıların, avadanlıq və qurğuların siyahısı elektroenergetika subyektinin operativ-dispetçer idarətmə şərtləri və elektrik enerjisinin təminatı sxeminin strukturunu nəzərə almaqla tərtib olunmalı, onunla razılaşdırılmalı və elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiqlənməlidir.

21.12. Mərkəzi operativ-dispetçer xidməti ilə paylayıcı sistem operatorlarının operativ-dispetçer xidmətlərinin qarşılıqlı münasibətləri reqlamentləşdirilməli və razılaşdırılmalıdır.

21.13. İstehlakçının işinin xüsusiyyətlərini nəzərə almaqla, elektrik təsərrüfatının əməliyyat idarətmə sistemi aşağıdakı tələblərə cavab verməli və funksiyaları yerinə yetirməlidir:

21.13.1. elektrik təminatının etibarlılığı;

21.13.2. iş rejiminin, o cümlədən elektroenergetika subyekti tərəfindən tələb olunan rejimlərin həyata keçirilməsi;

21.13.3. elektrik qurğularında əməliyyat çevirmələrinin hazırlanması və həyata keçirilməsi;

21.13.4. elektrik təminatında texnoloji pozulmaların qarşısının alınması və aradan qaldırılması, elektrik təminatının normal rejiminin bərpa edilməsi;

21.13.5. elektrik qurğularında təmir işlərinin yerinə yetirilməsini nəzərə almaqla, şəbəkənin iş rejiminin hazırlanması.

21.14. Elektrik enerji qəbuledicilərindən başqa, elektrik sisteminin tərkibində öz elektrik enerjisi mənbələri (elektrik stansiyaları), yaxud balansında 35–220 kV gərginlikli avadanlıqları olan istehlakçılar aşağıda qeyd olunan vəzifələri yerinə yetirmək üçün operativ-dispetçer xidməti təşkil etməlidir:

21.14.1. fasiləsiz elektrik enerjisi verilişini təmin edən öz elektrik stansiyalarının və elektrik şəbəkələrinin iş rejimini təşkil etmək və həyata keçirmək məsələlərini işləyib hazırlamaq və elektroenergetika subyekti ilə razılaşdırmaq;

21.14.2. elektrik enerjisinin istehsalını, buraxılışı və istehlakının uçotunu təmin etmək;

21.14.3. elektrik enerjisinin təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsinə dair tələbləri yerinə yetirmək;

21.14.4. elektroenergetika sisteminin səmərəli işinin təmin edilməsi, elektrik enerjisinin qorunub saxlanması və reaktiv gücün kompensasiyası rejiminə əməl edilməsi şərti ilə enerji resurslarından səmərəli istifadə etmək;

21.14.5. elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması və ondan istifadə zamanı qəzaların və digər texnoloji pozuntuların qarşısını almaq və aradan qaldırmaq.

21.15. Əməliyyat idarəetmə lövhəsindən və ya dispetçer məntəqəsindən yerinə yetirilməlidir. Bu məqsəd üçün uyğunlaşdırılmış elektrotexniki yerləşgələrdən istifadə etmək olar. İdarəetmə lövhələri (məntəqələri) müasir rabitə və videomüşahidə vasitələri ilə təchiz edilməlidir.

21.16. Əməliyyat idarəetmə lövhələrində (məntəqələrində) və bu məqsəd üçün uyğunlaşdırılmış digər yerləşgələrdə əməliyyat heyətinin idarəçiliyində olan elektrik qurğularının, elektrik birləşmələrinin əməliyyat sxemləri (sxem-maketlər) olmalıdır.

21.17. Elektrik qurğularının və RMA-nın birləşmə sxemlərində, eləcə də torpaqlama qurğularının qoşulma və çıxarılma yerlərində dəyişikliklər çevirmələrin həyata keçirilməsindən sonra əməliyyat sxemində (sxem-maketdə) əks etdirilməlidir.

21.18. Elektrik qurğusu üçün elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiqlənmiş avadanlığın normal iş rejimində kommutasiya aparatlarının vəziyyəti göstərilməklə elektrik birləşmələrinin birxətli sxemləri tərtib olunmalıdır.

21.19. Dispetçer məntəqəsində, istehlakçının daimi əməliyyat heyəti olan idarəetmə lövhəsində, elektroenergetika subyekti ilə, o cümlədən öz elektrik stansiyaları ilə qarşılıqlı əlaqəyə dair qaydalar, həmçinin mərkəzi operativ-dispetçer xidmətinin göstərişlərinə uyğun tərtib edilmiş, qəzaların və digər pozuntuların qarşısının alınması və aradan qaldırılması üzrə təşkilati-sərəncamverici aktlar saxlanmalıdır. Həmin aktların tərtib edilməsi zamanı elektroenergetika subyektinin qəzaların aradan qaldırılması üzrə göstərişləri, həmçinin əməliyyat heyətinin fəaliyyətləri üzrə göstərişləri və yanğın zamanı istehlakçı tərəfindən hazırlanmış elektrik avadanlığının açılma ardıcıllığı rəhbər tutulmalıdır.

21.20. İstehlakçı əməliyyat idarəetmə, əməliyyat danışıqlarının və yazışmalarının aparılması, fəaliyyət və struktur xüsusiyyəti nəzərə alınmaqla çevirmələrin və qəza rejimlərinin aradan qaldırılmasının yerinə yetirilməsi üzrə təşkilati-sərəncamverici aktları hazırlayır.

21.21. Yarımstansiyaların PQ-lərində, lövhələrində, yığma şinlərində çevirmələri bilavasitə elektrik qurğularına xidmət edən əməliyyat heyəti yerinə yetirməlidir. Digər avadanlıqlarda çevirmələr istehlakçı tərəfindən təyin olunmuş qaydada, əməliyyat jurnalında (reyestrində) qeyd olunmaqla şifahi və yazılı göstəriş üzrə yerinə yetirilir.

21.22. Əməliyyat çevirmələri zamanı onların ardıcıllığı elektrik sxemlərində qeydiyyata alınmalıdır. Əməliyyat çevirməsi üzrə göstəriş yalnız onu yerinə yetirən mütəxəssisdən göstərişin icra olunduğu barədə məlumat alındıqdan sonra yerinə yetirilmiş hesab olunur.

21.23. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında çevirmələr aşağıdakı kimi yerinə yetirilməlidir:

21.23.1. çevirmə blankları olmadan – sadə çevirmə hallarında və çevirmələri yerinə yetirərkən ayırıcı və torpaqlayıcı bıçaqlarla səhv əməliyyatları mümkünsüz edən işlək bloklama qurğuları varsa;

21.23.2. bu Qaydalara 14 nömrəli Əlavəyə uyğun olaraq, çevirmə blankları üzrə – bloklama qurğularının olmadığı və ya nasaz vəziyyətdə olduğu, bloklanmanın tam həcmdə yerinə yetirilmədiyi hallarda, həmçinin mürəkkəb çevirmələr yerinə yetirildiyi zaman.

21.24. Çevirmə blankları nömrələnməli və saxlanılmalıdır.

21.25. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında çevirmə blankları üzrə çevirmələrin ardıcıllığını göstəriş verən şəxs təyin edir.

21.26. Qəzaların aradan qaldırılması zamanı çevirmələr sonradan operativ əməliyyat jurnalında (reyestrində) qeyd edilmək şərti ilə blanksız aparılır.

21.27. Texnoloji heyətin şifahi göstərişi əsasında açılmış elektrik avadanlıqları yalnız həmin göstərişi verən texnoloji heyət üzvünün və ya onu əvəz edənin razılığı ilə işə salınır. Bu zaman həmin avadanlığı işəsalmadan öncə əməliyyat heyəti bu avadanlığa baxış keçirərək, onun gərginlik verilməsinə hazır olduğuna əmin olmalı və işəsalma barədə bu avadanlıqda işləyən heyəti məlumatlandırmalıdır. Bu zaman elektrik avadanlığının açılması və işəsalınması göstərişinin qeydiyyatı elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən olunmuş qaydada aparılır.

21.28. Daimi növbətçi heyəti olan elektrik qurğularında təmirdə və ya sınaqda olan avadanlığa yalnız onu əməliyyat heyəti qəbul etdikdən sonra gərginlik verilir.

21.29. Daimi növbətçi heyəti olmayan elektrik qurğularında təmirdən və ya sınaqdan sonra avadanlığın qəbul edilməsi qaydası elektrik qurğusunun xüsusiyyətləri və təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi nəzərə alınmaqla istehsalat (yerli) təlimatları ilə müəyyənləşdirilir.

21.30. Yuxarı səlahiyyətli əməliyyat heyətinin idarəetməsində olan elektrik avadanlıqlarında və RMA qurğularında çevirmələr onun göstərişi əsasında, onun operativ sərəncamında olan avadanlıqlarda isə onun icazəsi ilə həyata keçirilməlidir. Yanğın və qəzaların aradan qaldırılması zamanı əməliyyat heyəti yerli göstərişlərə və əməliyyat yanğınsöndürmə planına uyğun olaraq hərəkət etməlidir.

21.31. Çevirmələr haqqında göstərişdə elektrik qurğularının və RMA dövrələrinin sxemində əməliyyatların ardıcıllığı yuxarı səlahiyyətli əməliyyat heyəti tərəfindən müəyyənləşdirilmiş detallaşma dərəcəsi ilə birlikdə göstərilməlidir. Çevirmələri icra edənlərə eyni zamanda əməliyyat çevirmələrini yerinə yetirmək üzrə birdən artıq tapşırıq verilməməlidir.

21.32. Elektrik qurğusunda gərginlik itdikdə əməliyyat heyəti xəbərdarlıq olmadan gərginliyin yenidən verilməsinə hazır olmalıdır.

21.33. İstehlakçının ETAİS elektrik təsərrüfatının operativ-dispetçer, texnoloji və təşkilati idarəetmə məsələlərinin həlli üçün qurulur. ETAİS-in strukturu və inkişaf səviyyəsi elektrik təsərrüfatının strukturundan, elektrik enerjisindən istifadə xüsusiyyətlərindən və istehsal texnologiyasından asılıdır.

21.34. İstehlakçının ETAİS onun AİS-nin altsistemidir. AİS-ə daxil olan müxtəlif funksional təyinatlı altsistemlər arasında əlaqə səviyyəsi istehlakçının özü tərəfindən müəyyən edilir.

21.35. AİS operativ-dispetçer məntəqələri ilə razılaşdırılmış əlaqə vasitələrinə malik olmalı və dispetçer məntəqəsində informasiya ötürülməsini təmin etməlidir.

21.36. ETAİS aşağıdakı məsələlərin həlli üçün qurulur:

21.36.1. istehlakın hesabat (kommersiya) və texniki uçotu;

21.36.2. elektrik enerjisinin istehsalı, saxlanılması və buraxılışı;

21.36.3. elektrik istehlakı rejimlərinə nəzarət və idarəetmə;

21.36.4. elektrik enerjisinin paylanması;

21.36.5. texniki-iqtisadi proqnozlaşdırma və planlaşdırma;

21.36.6. elektrik avadanlığının təmirinin idarə olunması;

21.36.7. elektrik avadanlığına texniki xidmət və təmirin maddi-texniki təchizatı;

21.36.8. elektrik təsərrüfatının istehsalat-texniki fəaliyyətinin idarə olunması;

21.36.9. istismar heyətinin və kadrların hazırlanması, digər tapşırıqlar.

21.37. Elektrik təsərrüfatında ETAİS-in həll edəcəyi tapşırıqlar tətbiqi proqram təminatlarından rasional istifadə olunması və texniki vasitələrin imkanları nəzərə alınmaqla, istehsal və iqtisadi cəhətdən əlverişli olması təmin edilməklə seçilməlidir.

21.38. ETAİS-in tərkibinə aşağıdakılar daxil edilməlidir:

21.38.1. informasiyanın toplanması və ötürülməsi vasitələri (informasiya ötürücüləri, rabitə kanalları, telemexanika cihazları, verilənlərin ötürülməsi aparatları);

21.38.2. informasiyanın emalı və vizuallaşdırılması vasitələri (EHM, analoq və rəqəmsal cihazlar, displeylər, çap qurğuları);

21.38.3. yardımçı sistemlər (elektrik qidalanması, havanın kondisionerləşməsi, yanğın əleyhinə sistemlər).

21.39. ETAİS-in informasiyasından elektroenergetika subyekti istifadə edirsə, o zaman onun nümayəndəsi qəbul komissiyasının tərkibinə daxil edilməlidir. ETAİS istismara buraxılmazdan öncə onun 6 (altı) aydan çox olmayan müddətdə təcrübə-sınaq istismarı keçirilməlidir.

21.40. ETAİS-ə xidmət göstərən mütəxəssislər aşağıdakıları təmin etməlidir:

21.40.1. texniki vasitələrin, informasiya və proqram təminatının etibarlı istismarını;

21.40.2. EHM tərəfindən emal edilmiş informasiyanın vaxtında aidiyyəti üzrə təqdim edilməsini;

21.40.3. hesablama texnikasından səmərəli şəkildə istifadə edilməsini;

21.40.4. ETAİS-in yanaşı qarışıq iyerarxik səviyyələri ilə qarşılıqlı informasiya əlaqəsinin təşkilini.

21.41. ETAİS üzrə ona xidmət edən heyət istismarçı tərəfindən təsdiqlənmiş siyahı üzrə texniki və istismar sənədləşməsini aparmalıdır.

21.42. ETAİS-in texniki vasitələrində təmir-profilaktiki işlər həmin qurğunun istismarçısı tərəfindən təsdiq edilən qrafikə uyğun olaraq yerinə yetirilməlidir. Operativ-dispetçer rabitə vasitələrinin və telemexanika sisteminin iş prosesindən çıxarılması əməliyyat sifarişi ilə yerinə yetirilməlidir.

21.43. İstehlakçı ETAİS-in fəaliyyətinin təhlilini, istismarı üzərində nəzarəti və ETAİS-in inkişafı və təkmilləşdirilməsi və vaxtlı-vaxtında yenidən təchiz edilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını təmin etməlidir.

22.1. İstehlakçıların elektrik təsərrüfatında elektrik avadanlığının etibarlı fəaliyyətinin təmin edilməsi üçün istehlakçıda planlı-xəbərdarlıq təmir prinsipinə əsaslanan texniki xidmət və təmir sistemi olmalıdır.

22.2. İstehlakçıların elektrik təsərrüfatının fəaliyyətinin səmərəliliyinin artırılması üçün onun müasirləşdirilməsi və yenidən qurulması yerinə yetirilməlidir. Yenidənqurma və təkmilləşdirmə həcmi texniki-iqtisadi hesablamalara əsaslanır.

22.3. İstehlakçıların elektrik təsərrüfatında texniki xidmətin və planlı-xəbərdarlıq əsaslı təmirin həcmi həmin təsərrüfatdakı elektrik qurğularının istismar yararlığı ilə müəyyən edilir.

22.4. İstehlakçıların elektrik təsərrüfatında əsas avadanlıqlarının təmiri üçün elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən illik və çoxillik planlar (qrafiklər) müəyyən olunmalıdır. Burada texnoloji aqreqatlarla birbaşa əlaqəli olan elektrik avadanlıqlarının və aparatların təmiri bu aqreqatların təmiri ilə eyni zamanda yerinə yetirilməlidir.

22.5. İstehsalat həcmlərində dəyişikliklərə təsir edən elektrik qurğularının təmir qrafiki həmin qurğunun istismarçısı tərəfindən təsdiqlənməlidir. İstehlakçılar həmçinin elektrik qurğularının texniki cəhətdən yenilənməsi və yenidən qurulmasının uzunmüddətli planlarını işləyib hazırlamalıdır. Təmir qrafikindən kənara çıxmalara yalnız elektrik avadanlığının texniki diaqnostikasının nəticələrinə əsasən yol verilir.

22.6. Ayrı-ayrı növ elektrik qurğusu üçün təmirlərin dövriliyi və müddəti, həmçinin illik təmirə dayanmaların müddəti bu Qaydalar və istehsalçı təlimatları ilə müəyyənləşdirilir.

22.7. Təmirin dövriliyinin artırılması və ya azaldılmasına, təmir müddətinin istehsalçının müəyyən etdiyi normativ müddətlərlə müqayisədə artırılmasına elektrik avadanlığının vəziyyətindən və tipik işdən artıq fəaliyyətlərin həcmindən asılı olaraq, texniki əsaslar olduqda həmin avadanlığın istismarçısının qərarı yol verilir.

22.8. Elektrik qurğuları əsaslı təmirə çıxarılana kimi, texniki baxışlar nəticəsində müəyyən edilmiş qüsurların siyahısı əsasında iş həcmləri müəyyənləşdirilməli və avadanlığı açdıqdan sonra dəqiqləşdirilmiş smeta tərtib edilməlidir. Bu zaman:

22.8.1. işlərin görülməsinə dair texnoloji xəritələr, layihə işlənib hazırlanmalı, razılaşdırılmalı və təsdiqlənməlidir;

22.8.2. əsaslı təmir dövründə iş üzrə texniki sənədləşdirmə tərtib edilməli və təsdiq olunmalıdır;

22.8.3. iş həcminə uyğun mal-material tədarük edilməlidir;

22.8.4. alətlər, qurğular, takelaj avadanlıqları və qaldırıcı-nəqliyyat mexanizmləri komplektləşdirilməli və işlək vəziyyətə gətirilməlidir;

22.8.5. təmir üçün işləmə yerləri hazırlanmalı, hissələrin və detalların yerləşdirilməsi göstərilməklə meydançanın planlaşdırılması aparılmalıdır;

22.8.6. təmir briqadaları səfərbər olunmalı və təlimatlandırılmalıdır.

22.9. Elektrik qurğularının əsaslı təmirinə dair texniki sənədlər elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiq olunur. Təmir ixtisaslaşmış təşkilatla bağlanılmış müqavilə əsasında yerinə yetirildiyi halda texniki sənədlər həmin təşkilatla razılaşdırılmalıdır.

22.10. Elektrik qurğularının əsaslı təmirdən sonra qəbulu üçün işlərin yerinə yetirilməsi, o cümlədən elektrik qurğusunun xarici vəziyyəti (izolyasiyası, təmizlik, boyama, məhəccərlərin vəziyyəti), texniki hesabat sənədlərinin mövcudluğu, həmçinin işlərin texniki reqlamentin keyfiyyət uyğunluğu, texniki, sanitar-gigiyenik və digər tələblərinə uyğunluğu yoxlanılmalıdır.

22.11. İstehsalçının digər göstərişləri yoxdursa, elektrik qurğularının əsaslı təmir olunmuş əsas avadanlıqları 24 (iyirmi dörd) saatdan az olmayaraq yük altında sınaqdan keçirilməlidir. Bu zaman avadanlığın normal işinə mane törədən qüsurlar aşkar olunduqda təmir bu qüsurlar aradan qaldırılana və qurğu təkrar sınaqdan keçirilənə qədər tamamlanmamış hesab olunur.

22.12. Elektrik qurğuları üçün istismar sənədləri (pasport, təmir jurnalları) tərtib edilməlidir.

22.13. İstismar sənədlərində texniki məlumatlarla yanaşı, elektrik qurğusunda aparılmış işlər (texniki xidmət, cari və əsaslı təmir, sazlama, texniki diaqnostika) və onun nəticələri (texniki xidmət, təmirlər, profilaktiki sınaqlar, parametrlərin ölçülməsi, qəzalar, qüsurlar, dəyişikliklər, bundan sonrakı istismar haqqında yekun rəylər) qeyd olunmalıdır.

22.14. İstehlakçının elektrik təsərrüfatında əsaslı və ya cari təmirlər zamanı yerinə yetirilmiş işlər elektrik təsərrüfatına cavabdeh şəxsin iştirakı ilə akt əsasında qəbul edilə bilər. Həmin akta təmir üzrə hesabat sənədləri əlavə edilməlidir. Aktlar qoşmaları ilə birlikdə avadanlığın istismar sənədlərində saxlanılır.

22.15. İstehlakçının elektrik təsərrüfatında texniki diaqnostika aparmaq üçün sistem və hazırlıqlı icraçılar olduğu halda, texniki xidmət və təmir texniki müayinənin nəticələrinə əsasən həyata keçirilə bilər. Məsul avadanlıqların texniki vəziyyətinə uyğun olaraq, təmir xidməti sisteminə keçidə texniki-diaqnostik nəticələrin etibarlılığına əmin olunduqda yol verilir.

22.16. İxtisaslaşmış podratçı tərəfindən istehlakçının elektrik təsərrüfatında texniki diaqnostikanın aparılmasına yol verilir.

22.17. İstehlakçının elektrik avadanlığının texniki diaqnostikası istehlakçının yaratdığı komissiya tərəfindən elektrik təsərrüfatına cavabdeh şəxs ilə razılaşdırılmış proqram üzrə aparılır. Komissiyanın tərkibinə istehlakçının cəlb etdiyi mütəxəssislər də daxil edilir.

22.18. Elektrik qurğularının texniki diaqnostikası aşağıdakıları əhatə edir:

22.18.1. elektrik qurğularının texniki vəziyyətinin təhlili;

22.18.2. mümkün imtina və ya nasazlıq yerlərinin müəyyənləşdirilməsi;

22.18.3. elektrik qurğularının texniki vəziyyətinin proqnozlaşdırılması.

22.19. Texniki diaqnostikanın keçirilməsinin həcminə NTS əsasında aşağıdakılar daxil edilməlidir:

22.19.1. xarici və daxili baxışlar;

22.19.2. avadanlıq parametrlərinin ölçmələri;

22.19.3. daha öncəki texniki diaqnostikanın nəticələri ilə müqayisəli tutuşdurma;

22.19.4. texniki sənədlərin yoxlanılması;

22.19.5. elektrik qurğularının istismarçıları arasında sorğu;

22.19.6. keçirilmiş sınaqlar və ölçmələrin NTS-lərin göstəricilərinə uyğunluğu.

22.20. Komissiyanın işinin nəticələri aktla rəsmiləşdirilməli və növbəti diaqnostikanın müddətinin müəyyənləşdirilməsi ilə texniki pasporta daxil edilməlidir.

22.21. İstehlakçı özünün elektrik qurğularının texniki diaqnostikası nəticəsində aşkar edilmiş qəza təhlükəli qüsurları olan elektrik qurğularının istismarını dayandırmalıdır.

22.22. Texnoloji və elektroenergetika sistemlərinin avadanlıqlarının istehsalçı tərəfindən müəyyən edilmiş xidmət müddəti bitdikdə bundan sonrakı xidmət müddətinin və istismar şərtlərinin müəyyənləşdirilməsi məqsədilə istehlakçının yaratdığı komissiya tərəfindən avadanlığın texniki şəhadətləndirilməsi keçirilməlidir.

22.23. Komissiyanın işinin nəticələri aktda və texnoloji sistem və elektrik avadanlıqlarının texniki pasportlarında növbəti yoxlanışın müddəti göstərilməklə əks etdirilməlidir. Texniki şəhadətləndirmə ixtisaslaşmış təşkilatlar tərəfindən də keçirilə bilər.

22.24. Elektrik avadanlıqlarının və aparatların konstruktiv dəyişiklikləri, həmçinin təmir işləri aparılarkən elektrik sxemlərində dəyişikliklər təsdiq olunmuş texniki sənədlər üzrə yerinə yetirilir.

22.25. Təmirdən sonra işə salınan avadanlıq sınaqdan keçirilməlidir.

22.26. İstismar olunan avadanlığın sınaqları elektrik təsərrüfatına cavabdeh şəxsin cəlb edilməsi ilə istehlakçı tərəfindən müəyyən edilən sxemlərə və sınaq proqramlarına uyğun olaraq keçirilir.

22.27. Əsas avadanlığın əsaslı təmiri zamanı görülmüş işlər təmir üzrə texniki sənədlər əlavə olunmuş akt üzrə qəbul edilir. Digər avadanlığın və aparatların təmiri zamanı görülmüş işlər barədə avadanlığın pasportunda və ya təmir jurnalında (reyestrində) ətraflı qeydlər aparılır.

22.28. Bu Qaydaların bu bəndində göstərilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün təmir heyətinin anbarları, emalatxanası və digər yerləşgələri, həmçinin alətləri, sınaq və ÖV-si, qüsurların erkən diaqnostikasının aparılması üçün vasitələri, o cümlədən titrəyiş-akustik cihazları, termal nəzarət qurğuları, stasionar və səyyar laboratoriyaları olmalıdır.

23.1. İstehlakçıda onun elektrik təsərrüfatına aid aşağıdakı texniki sənədlər olmalıdır:

23.1.1. üzərində binalar, tikililər və yeraltı elektrotexniki kommunikasiyalarla birlikdə göstərilmiş baş plan;

23.1.2. elektrik şəbəkələrinə qoşulmaq üçün texniki şərtlər;

23.1.3. sonrakı dəyişikliklərlə təsdiq olunmuş layihə sənədləri (çertyojlar, izahlı qeydlər);

23.1.4. elektrik qurğularının və elektrik avadanlıqlarının sınaqdan keçirilməsi və sazlanması aktları, elektrik qurğularının istismara verilməsi (buraxılması) aktları;

23.1.5. birinci və ikinci dövrə elektrik birləşmələrinin icraçı işçi sxemləri;

23.1.6. elektroenergetika subyekti ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı;

23.1.7. elektroenergetika obyektlərinin əsas elektrik avadanlığının, bina və tikililərinin texniki pasportları, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, elektrik qurğusu və materiallarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təsdiq edən sənədlər;

23.1.8. elektrik enerjisi təminatının ümumi sxemləri;

23.1.9. elektrik enerjisinin alqı-satqısı müqaviləsi və şəbəkəyə qoşma müqaviləsi;

23.1.10. istismar və texnoloji sənədlər, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatlar.

23.2. İstehlakçı üçün bu Qaydalara 2 nömrəli Əlavədə qeyd edilən istismar sənədlərinin siyahısı tərtib edilməlidir. Həmin siyahılar 3 (üç) ildə bir dəfədən gec olmamaqla təkrar nəzərdən keçirilməlidir.

23.3. Siyahıya aşağıdakı sənədlər daxil edilməlidir:

23.3.1. əsas elektrik qurğusu sadalanmaqla və onların texniki göstəriciləri, həmçinin onlara verilən inventar nömrələri göstərilməklə elektrik avadanlıqlarının uçotu jurnalları (jurnallara istehsalçı təlimatları və texniki pasportları, sınaq və ölçmələrin, avadanlığın və elektrik veriliş xətlərinin təmiri, RMA qurğularına texniki xidmət protokolları və aktları əlavə olunur);

23.3.2. elektrik avadanlıqlarının, elektrik qurğularının və tikililərin çertyojları, ehtiyat hissələrinin çertyoj dəstləri, hava və kabel trassalarının icraçı çertyojları və kabel jurnalları;

23.3.3. yeraltı kabel trassalarının və torpaqlayıcı qurğuların binalarla və daimi tikililərlə əlaqələndirilməsi ilə birləşdirici muftaların quraşdırılma yerlərinin və digər kommunikasiya xətləri ilə kəsişmələrin göstərilməsi ilə birlikdə çertyojları;

23.3.4. bütövlükdə istehlakçı və ayrı-ayrılıqda sexlər və sahələr (bölmələr) üzrə tərtib edilmiş ümumi elektrik təminatı sxemləri;

23.3.5. istehlakçı hüquqi şəxs olduqda onun struktur bölmələri arasında balans mənsubiyyəti və istismara cavabdehlik üzrə şəbəkələrin sərhədlərinin bölünməsinə dair aktlar və ya yazılı göstərişlər (belə bölgü aparılıbsa);

23.3.6. elektrik qurğularının istismarına dair təşkilati-sərəncamverici aktlar toplusu;

23.3.7. istehlakçı üçün istismar və texnoloji göstərişlərin dəsti;

23.3.8. qaz təhlükəli yeraltı qurğuların elektrik qurğularında işlərin siyahısı;

23.3.9. elektrik mənbəyindən açıldıqdan sonra induksiya olunmuş gərginlik altında qalan HX-lərin dispetçer adları;

23.3.10. cari istismar üzrə yerinə yetirilən işlərin siyahısı;

23.3.11. işlərin təhlükəsiz yerinə yetirilməsinin təmin edilməsi üzrə əlavə tədbirlərin görülməsi tələb olunan elektrik qurğularının siyahısı;

23.3.12. “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” ilə müəyyən olunmuş elektrik təhlükəsizliyi üzrə qrupa malik mühəndis-texniki mütəxəssislərin və elektrotexniki heyətin vəzifələri;

23.3.13. elektrotexnoloji və elektrotexniki heyətin vəzifə bölgüsü;

23.3.14. əməliyyat idarəetməsində olan elektrik qurğularının adları;

23.3.15. çevirmə blankları üzrə yerinə yetirilən mürəkkəb çevirmələrin siyahısı;

23.3.16. indikatorların sırasına keçirilmiş ÖV-nin siyahısı;

23.3.17. obyektlər arasında paylanmış inventar mühafizə vasitələrinin siyahısı.

23.4. İstismar zamanı elektrik qurğularında edilmiş dəyişikliklər elektrik təsərrüfatına cavabdeh şəxsin imzası ilə onun dəyişikliyin mahiyyəti tarixi göstərilməklə vaxtında istehlakçının tikinti sənədlərinə əlavə edilmiş sxemlərdə və çertyojlarda əks etdirilməlidir.

23.5. Sxemlərdəki dəyişikliklər haqqında məlumatlar bu sxemlərin öyrənilməsi məcburi sayılan mütəxəssislərin diqqətinə çatdırılmalı, naryad göstəriş üzrə işlər və göstərişlər jurnalında (göstərişlər reyestrində) və ya əməliyyat jurnalında (əməliyyat reyestrində) qeyd edilməlidir.

23.6. İstehlakçıların elektrik təsərrüfatının tikinti sənədlərinə əlavə edilmiş sxemlərdə işarələr və nömrələr naturada yerinə yetirilən işarələr və nömrələrə uyğun gəlməlidir.

23.7. İstehlakçıların elektrik təsərrüfatının tikinti sənədlərinə əlavə edilmiş elektrik (texnoloji) sxemlərinin (çertyojlarının) faktiki istismar sxemlərinə uyğunluğu 2 (iki) ildə bir dəfədən az olmayaraq onlarda yoxlama haqqında qeydlər edilməklə yoxlanılmalıdır.

23.8. Elektrik təminatı sxemlərinin toplusu elektrik təsərrüfatının istismarçısında saxlanılmalıdır. Əsas sxemlər həmin elektrik qurğusunun yerləşgələrində görünən yerdə asılır.

23.9. İş yerləri istehsalat (istismar), vəzifə təlimatları ilə, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi tədbirlərinə dair göstərişlərlə təmin olunmalıdır.

23.10. Elektrik qurğularının istismarına dair təlimatların həmin qurğuların istismar şəraitinə uyğunluğu hər 5 (beş) ildə bir dəfədən az olmayaraq yoxlanılır, dəyişiklik aşkar edildikdə həmin təlimatlar təkmilləşdirilir.

23.11. İstehlakçının sərəncamında onun elektrik təsərrüfatına aid aşağıdakı sənədlər olmalıdır:

23.11.1. əməliyyat çevirmələrinin yerinə yetirilməsi, əməliyyat danışıqlarının aparılması, elektrik qurğularına və texnoloji avadanlıqların elektrotexniki hissələrinə təkbaşına baxış keçirmək səlahiyyəti olan mütəxəssislərin siyahısı;

23.11.2. göstəriş vermək və naryad vermək səlahiyyəti olan mütəxəssislərin siyahısı;

23.11.3. işəburaxan, iş rəhbəri, iş icraçısı, müşahidəçi səlahiyyətləri verilən mütəxəssislərin siyahısı;

23.11.4. yeraltı tikililərdə qaz sızmalarının yoxlanılmasına buraxılan mütəxəssislərin siyahısı;

23.11.5. elektroenergetika subyektinin və subabonent təşkilatlarının əməliyyat danışıqları aparmaq hüququ olan məsul mütəxəssislərin siyahısı;

23.11.6. təhkim edilmiş sahədə əməliyyat idarəetmədə olan avadanlığın, elektrik veriliş xətlərinin və RMA qurğularının siyahısı;

23.11.7. elektrik qurğularında işləmək üçün naryad-buraxılışların blankları;

23.11.8. cari istismar üzrə yerinə yetirilən işlərin siyahısı;

23.11.9. elektrik qurğularında çevirmələr üzrə istehsalat göstərişləri;

23.11.10. qəza və fövqəladə halların, həmçinin yanğın hallarında heyətin fəaliyyət ardıcıllığını müəyyən edən hüquqi aktlar;

23.11.11. elektrik gücünün maksimum göstəricisinə nəzarət saatlarında yükün azaldılması üzrə tədbirlərin siyahısı.

23.12. Yerli şəraitdən (əməliyyat idarəetmənin təşkilati strukturu və formaları, əməliyyat heyətin və onun əməliyyat idarəçiliyində olan elektrik qurğularının tərkibi) asılı olaraq, istehlakçının sərəncamında olan onun elektrik təsərrüfatına aid sənədlərə aşağıdakı sənədlər əlavə edilə bilər:

23.12.1. iş yerində təlimatlandırmanın qeydiyyatı jurnalı (reyestri);

23.12.2. avadanlığın normal iş rejimində elektrik qurğularının elektrik birləşmələrinin birxətli sxemi;

23.12.3. əməliyyat göstərişlərini verməyə səlahiyyəti olan mütəxəssislərin siyahısı;

23.12.4. ƏQ və yanğın əleyhinə təlimlərin uçotu üzrə jurnal;

23.12.5. RMAT jurnalı (reyestri) və RMA-nın qoyuluş qiymətləri kartları;

23.12.6. mürəkkəb əməliyyat çevirmələrinin siyahısı;

23.12.7. çevirmə blankları.

23.13. İstehlakçıların elektrik təsərrüfatına aid əməliyyat sənədlərinin həcmi elektrik qurğusunun istismarçısı tərəfindən artırıla bilər.

23.14. İstehlakçıların elektrik təsərrüfatına aid əməliyyat sənədlərinə müntəzəm olaraq (həmin sənədlərdə müəyyən edilmiş müddətlərdə, lakin ayda bir dəfədən az olmamaqla) baxılmalı və aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlər görülməlidir.

23.15. İstehlakçıların elektrik təsərrüfatına aid əməliyyat sənədləri, NÖC-lərin qeydiyyat diaqramları, elektrik hesabat sayğaclarının göstəriş cədvəlləri, AİS-in operativ-informasiya kompleksi tərəfindən yaradılan çıxış sənədləri ciddi uçot (hesabat) sənədlərinə aid edilir və istehlakçıda saxlanılmalıdır.

24.1. Elektroenergetika obyektində elektrik qurğularının texniki vəziyyətinə nəzarət, o cümlədən texniki baxışlar, yoxlamalar, müayinələr təşkil olunmalı, onların texniki vəziyyəti və təhlükəsizlik istismarı üçün məsul şəxslər müəyyən edilməli, habelə texniki və texnoloji nəzarət üzrə mütəxəssis heyəti və onların funksiya və səlahiyyətləri müəyyən edilməlidir.

24.2. Avadanlığın, binaların və tikililərin istismarı bu Qaydalara uyğun olaraq həyata keçirilməlidir.

24.3. Elektrik qurğusuna xidmət göstərən mütəxəssis öz funksiyaları daxilində həmin qurğunun texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə qanunvericiliyə uyğunluğunu təmin etməlidir.

24.4. Elektroenergetika obyektlərinin mütəxəssisləri aşağıdakılara əməl etməlidir:

24.4.1. istehlakçılarla elektrik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə;

24.4.2. təmin edilən elektrik enerjisinin keyfiyyətinin, elektrik cərəyanının normalaşdırılmış tezliyinin və gərginliyinin, istilik daşıyıcısının təzyiqinin və temperaturunun saxlanmasına;

24.4.3. operativ-dispetçer intizamına;

24.4.4. avadanlığın, binaların və qurğuların istismara hazır vəziyyətdə saxlanılmasına;

24.4.5. elektrik enerjisi istehsalının etibarlılığının və qənaətliliyinin təmin edilməsinə;

24.4.6. elektroenergetika obyektində olan avadanlığın və qurğuların istismarı zamanı sənaye və yanğın təhlükəsizliyi tələblərinə;

24.4.7. istehsalatın insanlara və ətraf mühitə ziyanlı təsirinin azaldılmasına;

24.4.8. elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması zamanı ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliyin təmin edilməsinə.

24.5. Elektroenergetika obyektlərində aşağıdakılar təmin olunmalıdır:

24.5.1. məhsuldarlığın artırılması, elektrik enerjisinin maya dəyərinin azaldılması, quraşdırılmış avadanlığın gücündən istifadənin səmərəliliyinin artırılması, elektrik enerjisinin qorunub saxlanması və elektrik enerjisi mənbələrindən istifadə üsulu ilə elektrik stansiyalarının və şəbəkələrinin səmərəli işi;

24.5.2. avadanlıqların, binaların, tikililərin, qurğuların, idarəetmə sistemlərinin, kommunikasiyaların etibarlılığının və təhlükəsizliyinin artırılması;

24.5.3. elektrik stansiyalarının və şəbəkələrinin texniki olaraq yenidən təchizatı və yenidən qurulması, avadanlıqların müasirləşdirilməsi yolu ilə əsas istehsalat fondlarının yenilənməsi;

24.5.4. yeni istismar və təmir texnikasının və texnologiyasının, istehsalatın və əməyin təşkilinin səmərəli və təhlükəsiz metodlarının tətbiq edilməsi;

24.5.5. mütəxəssis heyətinin ixtisasının artırılması, müasir istehsalat metodlarının yayılması.

24.6. Yüksək istehsalat təhlükəsi ilə bağlı olaraq, elektroenergetika obyektlərinin layihələndirilməsi və sazlanması “Lisenziyalar və icazələr haqqında” Qanunla nəzərdə tutulmuş hallarda icazələr əsasında həyata keçirilir.

25.1. Tikintisi başa çatdırılmış yeni və ya yenidən qurulan, genişləndirilən, texniki vasitələrlə yenidən təchiz edilən elektroenergetika obyektləri, eləcə də elektroenergetika obyektinin mürəkkəbliyindən asılı olaraq, onların növbələri və işəsalma kompleksləri tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq istismara qəbul edilməlidir. Hazırkı tələb yenidən qurulan, genişləndirilən və texniki vasitələrlə yenidən təchiz edilən elektroenergetika obyektlərinin istismara qəbul edilməsinə də şamil olunur.

25.2. Layihələndirmə sənədlərində ayrılmış elektroenergetika obyektinin tikinti mərhələlərinin, işəsalma komplekslərinin istismara qəbul edilməsi obyektin bütövlükdə istismara qəbul edilməsi məqsədilə hər bir tikinti mərhələsi (işəsalma kompleksi) üçün ayrıca təhvil-təslim aktı əsasında həyata keçirilir.

25.3. Tikintinin sifarişçisi işlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini, görülən işlərin texniki sənədlərə, “Elektrik qurğularının quraşdırılması Qaydaları”na, tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılmasını təşkil etməlidir.

25.4. Sifarişçidə texniki nəzarəti həyata keçirmək üçün mütəxəssis olmadığı hallarda, o, belə nəzarətin təşkili üçün ixtisaslaşmış podratçı cəlb edir.

25.5. Sifarişçi quraşdırmadan sonra tikinti mərhələləri üzrə qəbulun, elektrik qurğularının fərdi və funksional sınaqlarının, sınaq məqsədli işəsalmaların, kompleks yoxlamaların təşkili və həyata keçirilməsi, elektrik qurğusunun istismara qəbul edilməsinə hazırlığı barədə sənədlərin işlənib hazırlanması üçün mütəxəssis komissiyasını müəyyən edir.

25.6. Elektrik qurğusunun istismara qəbul edilməsi barədə sənədlərin hazırlanması üçün mütəxəssis komissiyasının tərkibinə sifarişçinin nümayəndələri (komissiyanın sədri və komissiyanın üzvləri – elektrik qurğusunun istismarının həvalə edildiyi mütəxəssislər), podratçının, layihəçinin, quraşdırıcının və işəsalıcı-sazlayıcının, habelə qanunvericiliklə nəzərdə tutulduğu hallarda, elektrik qurğusunun istehsalçısının nümayəndələri daxil edilir.

25.7. Elektroenergetika obyektinin (elektrik qurğusunun) istismara qəbul edilməsi üçün aşağıdakılar həyata keçirilməlidir:

25.7.1. tikinti və quraşdırma dövründə avadanlıq qovşaqlarının, mühəndis kommunikasiya təminatı sistemlərinin, qurğuların və tikililərin, o cümlədən torpaqda görülmüş və sonradan üstü örtülmüş işlərin elementlər üzrə qəbulu;

25.7.2. texniki hazırlıqları onların üzərində sərbəst şəkildə işə salma-sazlama işlərinin, aqreqatların, mexanizmlərin, qurğuların, boru kəmərlərinin yoxlama və sınaqlarının aparılmasına imkan verən konstruktiv və texnoloji təhvil verilməli detalların qovşaqlar üzrə qəbulu;

25.7.3. istilik-güc avadanlıqlarının sınaqlarının keçirilməsini təmin edən elektrotexniki qurğular, idarəetmə sistemləri üzrə işəsalma-sazlama işləri;

25.7.4. elektrik qurğusunun və idarəetmə qurğularının fərdi sınaqları;

25.7.5. yardımçı avadanlıqların, texnoloji sistemlərin, kommunikasiyaların funksional sınaqları (o cümlədən yuma və üfürmə);

25.7.6. əsas elektrik qurğusunun sınaq şəraitində işə salınması;

25.7.7. elektroenergetika obyektinin (işəsalma kompleksinin) kompleks yoxlanılması.

25.8. Elektroenergetika obyektlərində avadanlıqların, kommunikasiyaların, ayrı-ayrı texnoloji sistemlərin fərdi və funksional sınaqları həmin texnoloji təhvil verilən qovşaqda, texnoloji sistemdə tikinti və quraşdırma işlərinin başa çatmasından sonra podratçı tərəfindən sifarişçini cəlb etməklə keçirilməlidir.

25.9. Fərdi və funksional sınaqların proqramları podratçı tərəfindən işlənib hazırlanır, sifarişçi tərəfindən təsdiq olunur və elektrik qurğusunun istehsalçısı ilə razılaşdırılır.

25.10. Elektroenergetika obyektlərinin elektrik qurğularında avadanlıqların, mühəndis-kommunikasiya təminatı sistemlərinin, ayrı-ayrı texnoloji sistemlərin fərdi və funksional sınaqlarının proqramlarında sınaqların keçirilməsinin təhlükəsizlik tədbirlərini və iştirakçıların təhlükəsizlik texnikası, partlayış və yanğın təhlükəsizliyi üzrə məsuliyyəti, sifarişçinin və podratçının sınaqlarda iştirak etməyən və onların həyata keçirilməsindən asılı olaraq, təhlükəli və potensial təhlükəli amillərin təsir zonasında olan mütəxəssis heyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər müəyyən edilməlidir.

25.11. Elektrik qurğusunun fərdi sınaqlarının və ayrı-ayrı texnoloji sistemlərin, o cümlədən idarəetmə sistemlərinin funksional sınaqlarının keçirilməsindən ötrü elektroenergetika obyektinin öz ehtiyaclarının elektrik sistemlərinə layihələndirilən sxemlər üzrə gərginliyin xəbərdarlıqla verilməsi təmin edilməlidir.

25.12. Elektrik qurğusuna gərginliyin verilməsinə 3 (üç) gün qalmış istismar rejimi müəyyənləşdirilməli və tikinti podratına dair müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, həmin elektrik qurğusuna sifarişçinin əməliyyat mütəxəssis heyəti tərəfindən xidmət göstərilməlidir.

25.13. Fərdi və funksional sınaqların uğurla keçirilməsindən sonra mütəxəssis komissiya elektrik qurğusunu podratçıdan akt üzrə qəbul edir. Bu aktın mütəxəssis komissiyanın üzvləri tərəfindən imzalandığı və elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiq olunduğu gündən elektrik qurğusu, texnoloji təhvil qovşağı, texnoloji sistem sınaq rejimində işəsalmalara və kompleks yoxlanmağa hazırlanmış sayılır və sifarişçi onların istismarını təmin edir və tikinti podratına dair müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, onların qorunub saxlanması üçün məsuliyyət daşıyır.

25.14. Sınaq rejimində işəsalmalar elektroenergetika obyektinin kompleks yoxlanılmasına qədər aparılır. Yoxlama rejimində işə salma zamanı avadanlığın və texnoloji sxemlərin işləmə qabiliyyəti, onların istismarının təhlükəsizliyi yoxlanmalı, nəzarət və idarəetmə sistemlərinin, o cümlədən avtomatik tənzimləyicilərin, qorunma və bloklanma qurğularının, siqnallama qurğularının və NÖC-lərin yoxlanması və sazlanması həyata keçirilməlidir.

25.15. Sınaq məqsədli işəsalmadan öncə elektroenergetika obyektinin etibarlı və təhlükəsiz istismarı üçün aşağıdakılar yerinə yetirilməlidir:

25.15.1. istismar və təmir üzrə mütəxəssis heyətinin komplektləşdirilməsi, təlimatlandırılması (biliklərinin yoxlanılması), istismar göstərişləri, əməyin mühafizəsi üzrə təlimatlar və əməliyyat sxemləri, uçot və hesabatlılıqla bağlı texniki sənədlərin işlənib hazırlanması və təsdiqi;

25.15.2. yanacagın, materialların, alətlərin və ehtiyatlarının hazırlanması;

25.15.3. rabitə xətləri, yanğın xəbərdarlıq siqnallanması və yanğınsöndürmə, qəza işıqlandırılması, ventilyasiya sistemləri ilə birlikdə operativ-dispetçer və texnoloji idarəetmə sisteminin işə salınması;

25.15.4. nəzarət və idarəetmə sistemlərinin quraşdırılması və sazlanması.

25.16. İşəsalma rejimləri, onların sayı, başlanğıc istilik vəziyyəti, iş mühitinin parametrləri, yüksüz rejimdə sınaqların həcmi, yüklənmənin miqyası və işin davam etmə müddəti işəsalmaların hər biri üzrə proqram təminatı vasitəsilə müəyyən olunur.

25.17. Tikinti və quraşdırma zamanı yol verilmiş qüsurlar və natamamlıqlar, eləcə də fərdi və funksional sınaqlar prosesində aşkar edilmiş avadanlıq qüsurları tikinti, quraşdırma təşkilatları və istehsalçılar tərəfindən kompleks yoxlanmanın başlanmasınadək aradan qaldırılmalıdır.

25.18. Elektroenergetika obyektində elektrik qurğusunun mütəxəssis komissiyası ilə razılaşdırılmış və sifarişçi tərəfindən təsdiq olunan kompleks yoxlama planına uyğun olaraq, işəsalma zamanı əsas və yardımçı avadanlığın, kommunikasiyaların, qurğuların, texnoloji tikililərin birgə işi, işəsalma rejimlərində, dəyişən yüklənmə şəraitində etibarlılığı və təhlükəsiz istismarı yoxlanılmalıdır.

25.19. Kompleks yoxlanma zamanı layihə ilə nəzərdə tutulmuş NÖC-lər, bloklanma, siqnallama və məsafədən idarəetmə qurğuları, rejim sazlanmasını tələb etməyən qoruyucular və avtomatik tənzimlənmələr işə salınmalıdır.

25.20. Kompleks yoxlanma planında təhlükəsizlik tədbirlərini və yoxlama iştirakçılarının təhlükəsizlik texnikası, partlayış və yanğın təhlükəsizliyi üzrə məsuliyyəti, sifarişçinin və podratçının sınaqlarda iştirak etməyən və onların həyata keçirilməsindən asılı olaraq, təhlükəli və potensial təhlükəli amillərin təsir zonasında olan mütəxəssis heyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

25.21. Tikinti podratı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, kompleks yoxlanmanı sifarişçi podratçının mütəxəssis heyətini cəlb etməklə yerinə yetirməlidir.

25.22. Elektrik avadanlığının layihədə nəzərdə tutulmayan sxemlər üzrə kompleks yoxlanmasına yol verilmir.

25.23. Elektrik stansiyalarının kompleks yoxlanılması işəsalma kompleksinə daxil olan yardımçı avadanlıqların daimi və ya növbəli işləməsi və əsas avadanlığın nominal yüklə, istilik elektrik stansiyaları üçün əsas yanacaqla işləməsi zamanı buxarın və su elektrik stansiyaları üçün suyun təzyiqi və sərfiyyatı layihə parametrlərinə uyğun, 72 (yetmiş iki) saat ərzində normal və fasiləsiz işləməsi şərti ilə keçirilmiş hesab olunur.

25.24. Elektrik şəbəkələrində kompleks yoxlanma yarımstansiyanın avadanlığının 72 (yetmiş iki) saat ərzində, elektrik verilişi xətlərinin isə 24 (iyirmi dörd) saat ərzində yüklənməsi altında normal və fasiləsiz iş şərti ilə aparılır.

25.25. QTQ-lər üçün 10, SES-lərin hidroqurğuları üçün isə 3 avtomatik işəsalmanın uğurla keçirilməsi kompleks yoxlanmanın məcburi şərtidir.

25.26. Kompleks yoxlanma nominal yüklənmə və istilik elektrik stansiyasında QTQ-qaz üçün əsas yanacaqla buxarın, su-elektrik stansiyaları üçün suyun təzyiqi və sərfiyyatı layihə parametrlərinə uyğun keçirilə bilmədikdə, işəsalma komplekslərində nəzərdə tutulmuş işlərin yerinə yetirilməməsi ilə əlaqədar olmayan hər hansı səbəblərə görə elektrik verilişi xətlərinin və yarımstansiyalarının yüklənməsi, birgə və ya ayrıca yoxlanma üçün istilik daşıyıcılarının parametrləri əldə edilə bilmirsə, ehtiyat yanacaqda, eləcə də son hədd parametrlərində və yüklənmələrində kompleks yoxlama aparmaq barədə qərar mütəxəssis komissiyası tərəfindən qəbul edilir və işəsalma kompleksinin istismara təhvil-təslim aktına şərt kimi daxil edilir.

25.27. Mütəxəssis komissiyası kompleks yoxlanma və aşkar edilmiş qüsurların və natamamlıqların aradan qaldırılmasından sonra elektrik qurğusunu, işəsalma kompleksini və elektroenergetika obyektini bütöv şəkildə akt üzrə qəbul etməli, eləcə də tikintisi başa çatmış bina və tikililərin hazır olması barədə akt tərtib etməlidir. Bu akt sifarişçiyə təqdim olunur.

25.28. Sifarişçinin göstərişi ilə tikintisi (yenidən qurulması) başa çatdırılmış elektroenergetika obyektinin istismara qəbul edilməsi üçün qəbul komissiyası təyin edilir və elektroenergetika obyektinin qəbul edilməsinin müddətləri müəyyənləşdirilir.

25.29. Qəbul komissiyası elektroenergetika obyektinin istismara qəbul edilməsinin başlanmasına ən azı 30 (otuz) gün qalmış, tikintisinin davam etməsinin müddətləri 30 (otuz) gündən az təşkil edən elektroenergetika obyektləri üzrə isə ən azı 15 (on beş) gün öncə təşkil olunmalıdır.

25.30. Qəbul komissiyası sifarişçinin, podratçının, layihəçinin, istismarçının, dövlət nəzarəti orqanlarının (razılıq üzrə) nümayəndələrindən yaradılır.

25.31. Qəbul komissiyası elektroenergetika obyektinin istismara qəbula hazırlığını yoxlamalı və yerinə yetirilən işlərin, avadanlıq və obyektin bütövlükdə aşağıdakı kateqoriyalar üzrə keyfiyyətinə qiymət verməlidir:

25.31.1. obyektin və quraşdırılmış elektrik qurğusunun tikinti layihəsi və icazə sənədlərinə uyğunluğu;

25.31.2. obyektdə yerinə yetirilmiş tikinti, montaj, işəsalma-sazlama işlərinin, istifadə olunan materialların və məhsulların texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğu;

25.31.3. icra sənədlərinin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə və texniki normativ- hüquqi aktların tələblərinə uyğunluğu;

25.31.4. elektrik qurğularının sazlıq, işləklik və istismar etibarlılığı baxımından sınaqlarının və kompleks yoxlanmasının nəticələri, bu qurğuların istismara hazırlığı, o cümlədən həmin qurğulara texniki xidmət göstərilməsi şərtlərinin partlayış və yanğın təhlükəsizliyi və istehsalat sanitariyası, həmçinin ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə uyğunluğu;

25.31.5. layihə sənədlərində nəzərdə tutulmuş texniki-iqtisadi göstəricilərə müvəffəq olunması;

25.31.6. elektroenergetika obyektinin vətəndaşların həyatı və təhlükəsizliyinin, istismar etibarlılığının təmin edilməsi baxımından qanunvericiliyin tələblərinə uyğunluğu;

25.31.7. akta əlavə olunan sənədlərin və dövlət nəzarəti orqanlarının rəylərinin mövcudluğu və saxlanması.

25.32. Elektroenergetika obyektinin istismara qəbula hazırlığının yoxlanılması sifarişçi tərəfindən işlənib hazırlanmış və qəbul komissiyası tərəfindən təsdiqlənmiş proqram üzrə yerinə yetirilir.

25.33. Bu Qaydaların 25.31-ci bəndində qeyd olunanları yerinə yetirmədən tikilən obyektlərin, o cümlədən tikinti mərhələlərinin, işəsalma komplekslərinin istismara qəbul edilməsinə yol verilmir.

25.34. Qəbul komissiyası nəzarət yoxlamaları, sınaqlar və təftişlər təyin etmək səlahiyyətindədir.

25.35. Qəbul komissiyası elektroenergetika obyektinin istismara qəbula hazır olmamasını aşkar etdikdə bu barədə komissiyanı müəyyən edən sifarişçiyə əsaslandırılmış rəyini təqdim edir. Qəbul komissiyasının aktı təsdiqləndikdə komissiyanı müəyyən edən sifarişçi qəbul komissiyasının səlahiyyətlərinə xitam verir.

25.36. Sifarişçi və podratçı qəbul komissiyasının tələblərinə uyğun olaraq, elektrik qurğusunun texniki istismar sənədlərini ona təqdim etməlidir.

25.37. Sifarişçi dövlət nəzarəti orqanlarına elektroenergetika obyektinin qəbul edilməsi haqqında qəbul komissiyasının işinin başlanmasına ən azı 15 (on beş) gün qalmış yazılı məlumat verməlidir.

25.38. Dövlət nəzarəti orqanları qəbul komissiyasının öz işini bitirməsinə qədər elektroenergetika obyektinin hazır olması barədə rəyi və ya əsaslandırılmış etirazı təqdim etməlidir (sərbəst formada təqdim edilir).

25.39. Qəbul aktında komissiya üzvlərindən istənilən birinin imzasının olmadığı, eləcə də dövlət nəzarəti orqanları tərəfindən əsaslandırılmış iradlar olduqda elektroenergetika obyektinin istismara qəbuluna yol verilmir.

25.40. Elektroenergetika obyektinin (onun mərhələlərinin, işəsalma kompleksinin, elektrik qurğusunun) qüsurlarla və ya natamamlıqlarla istismara qəbuluna yol verilmir.

25.41. Elektroenergetika obyektinin istismara qəbulu qəbul komissiyasının üzvləri tərəfindən imzalanan və bu komissiyanı müəyyən edən sifarişçi tərəfindən müəyyənləşdirilmiş formada aktla rəsmiləşdirilir.

25.42. Elektroenergetika obyektinin istismara qəbulu üzrə qəbul komissiyasının sədri qəbul komissiyasını təyin edən şəxsə elektroenergetika obyektinin istismara qəbul aktını təqdim etməlidir.

25.43. Elektroenergetika obyektinin istismara qəbul aktı üç nüsxədə tərtib olunur, onlardan biri sifarişçidə qalır, bir nüsxəsi elektroenergetika obyektinin balans saxlayıcısına, digər biri isə podratçıya təqdim edilir.

25.44. Elektroenergetika obyektinin istismara qəbul aktı qəbul komissiyasını təyin edən sifarişçi tərəfindən aktların imzalanmasından sonra ən geci 15 (on beş) gün müddətində təsdiq olunur.

25.45. Göstərilən müddəti keçən elektroenergetika obyektləri qəbul edilməmiş sayılır və onlar üzrə təkrar olaraq qəbul komissiyaları təyin edilir. Qəbul komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada qəbul edilməyən elektroenergetika obyektinin istismara buraxılmasına yol verilmir.

25.46. Elektroenergetika obyektinin istismara verilməsi barədə sənədlər sifarişçi tərəfindən, habelə elektroenergetika obyektinin balans saxlayıcısı tərəfindən saxlanılmalıdır.

25.47. Elektrik qurğuları işəsalma-sazlama işlərinin və sınaq yoxlanmasının həyata keçirilməsi üçün sistem operatoru ilə razılaşdırılmış şərtlərlə layihə sxemi üzrə bu Qaydaların 25.23-cü və 25.24-cü bəndlərində qeyd edilmiş müddətlər ərzində şəbəkəyə qoşula bilər.

25.48. Gücü 200 kVt-dan yuxarı olan elektroenergetika obyektinin elektrik qurğusunun istismara buraxılması və şəbəkəyə qoşulması məqsədilə sifarişçi və ya mülkiyyətçi elektrik gücü 200 kVt-dan yuxarı olduğu halda istismara icazə alınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədləri Tənzimləyiciyə təqdim edir.

25.49. Texniki sənədlərin yoxlanılması və elektrik qurğusuna keçirilmiş baxışın nəticələri istismara icazənin verilməsinin mümkünlüyü (qeyri-mümkünlüyü) barədə məcburi yekun rəylərlə birlikdə baxış aktında rəsmiləşdirilir.

25.50. Bu Qaydaların 25.47-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, 200 kVt-dan yuxarı elektrik qurğularına gərginliyin verilməsi həmin qurğuların istismarına icazə alındıqdan sonra yerinə yetirilir.

26.1. Elektroenergetika obyektində elektrik qurğularının (avadanlıqların, binaların və qurğuların) texniki vəziyyətinin monitorinqi (baxışlar, texniki şəhadətləndirmə) təşkil olunur, onların vəziyyəti və təhlükəsiz istismarı üzrə məsul şəxslər, texniki və texnoloji nəzarət heyəti və onların vəzifə öhdəlikləri müəyyənləşdirilir.

26.2. Elektroenergetika subyektinin bir hissəsi olan hidrotexniki qurğular da daxil olmaqla, texnoloji sistemlər, avadanlıqlar, binalar və qurğular dövri texniki yoxlamadan keçirilir.

26.3. Texniki şəhadətləndirmə elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilmiş qaydada komissiya tərəfindən həyata keçirilir. Bu komissiyaya sözügedən texniki yoxlama üçün bilik və təcrübəyə malik mütəxəssislər daxili edilir.

26.4. Texniki şəhadətləndirmə 5 (beş) ildə ən azı bir dəfə həyata keçirilir.

26.5. Texniki şəhadətləndirmə zamanı elektroenergetika obyektinin texniki vəziyyətinin qiymətləndirilməsi, istismar müddətinin və istismar şərtlərinin, həmçinin elektroenergetika obyektlərinin layihə üzrə nəzərdə tutulmuş resursunun təmin olunması üçün tədbirlərin müəyyənləşdirilməsi həyata keçirilir.

26.6. Dövri texniki şəhadətləndirmə daxilində avadanlıqların, binaların və qurğuların təhlükəsizlik şərtlərinə (hidravlik testlər, qoruyucu klapanlarının sazlanması, təhlükəsizlik avtomatlarının sınağı, qaldırıcı mexanizmlər, torpaqlama dövrələri) xarici və daxili yoxlamalar, texniki sənədlərin yoxlanılması, sınaqların aparılması daxildir.

26.7. Texniki şəhadətləndirmə ilə bərabər, nəzarət qurumlarının verdikləri məcburi olan göstərişlərə uyğunluğun yoxlanılması və elektroenergetika obyektinə xidmət zamanı yol verilən pozuntu və qəza hallarının araşdırılması nəticəsində müəyyən edilmiş, habelə əvvəlki texniki baxış zamanı işlənib hazırlanmış tədbirlərin yoxlanılması da aparılır. Texniki şəhadətləndirmələrin nəticələri elektroenergetika obyektinin texniki pasportunda qeyd edilir.

26.8. Nəzarət prosesində qəza təhlükəli qüsurları və texniki şəhadətləndirmənin müddətinin pozulması halları aşkar olunmuş elektrik qurğularının istismarı qadağandır.

26.9. Avadanlıqların texniki vəziyyətinə daimi nəzarət elektroenergetika obyektinin əməliyat və əməliyyat-təmir heyəti tərəfindən həyata keçirilir. Nəzarət proseduru yerli istehsalat və vəzifə təlimatları ilə müəyyənləşdirilir.

26.10. Avadanlıqların, binaların və strukturların təhlükəsiz istismarının dövri yoxlamaları onlara cavabdeh şəxslər tərəfindən keçirilməlidir. Bu yoxlamaların dövriliyi elektroenergetika obyektinin istismarçısı tərəfindən təyin edilir və yoxlamaların nəticələri yoxlama jurnalında (yoxlama reyestrində) qeyd olunur.

26.11. Avadanlıqların, binaların və qurğuların vəziyyətinə və təhlükəsiz istismarına məsul olan və onların monitorinqini (müayinəsini) aparan şəxslər elektroenergetika obyektlərində istismarın obyektin istismar təlimatlarına və digər qüvvədə olan normativ-hüquqi sənədlərin və qaydaların tələblərinə uyğun təşkil edilməsini, o cümlədən qurğunun texniki vəziyyətinə nəzarətin təşkilini, qurğu və onun elementlərinin işində dayanmaların araşdırılaraq qeydiyyata alınmasını və istismar-təmir sənədlərinin aparılmasını təmin etməlidir.

27.1. Elektroenergetika obyektində onun istismarçısı tərəfindən avadanlığa, qurğulara, binalara və enerji kommutasiyalarına texniki xidmət aparılmalı, onların planlı təmirləri, müasirləşdirilməsi və yenidən qurulması təşkil edilməlidir.

27.2. Elektrik qurğusunun təhlükəsiz və işlək vəziyyətini təmin etmək, onun resurs göstəricilərini pozulduqca bərpa etmək, dəyişən iş şəraiti ilə uyğunlaşdırmaq üçün profilaktik təmirlərin həcmi və müddəti müəyyən edilərək texniki xidmət həyata keçirilməlidir.

27.3. Elektroenergetika obyektində vaxtaşırı yerinə yetirilən əməliyyatların cədvəli texniki xidmət sahəsində istifadə edilən avadanlığın texniki-normativ göstəricilərinə uyğun olaraq hazırlanmalıdır. Bu işlər heyət kateqoriyaları üzrə (inzibati-texniki, əməliyyat, əməliyyat-təmir) bölünməlidir.

27.4. Elektroenergetika obyektində elektrik qurğusunun təmiri üçün perspektiv (3 – 5 illik), habelə illik və aylıq cədvəllər hazırlanmalıdır.

27.5. Elektroenergetika obyektində istehsal həcmində dəyişikliklərə və ya elektrik enerjisinin verilişi şərtlərinə təsir göstərən elektrik qurğusunun təmiri cədvəlləri həmin qurğunun istismarçısı tərəfindən təsdiqlənməlidir.

27.6. Elektroenergetika obyektində təmirlərin dövriliyi və müddəti, elektrik qurğusunun təmirinin təşkili məsələləri, qüsurların təyini və diaqnostikası, təmir edilmiş avadanlıqların vəziyyətinin qiymətləndirilməsi təşkilati-sərəncamverici aktlarla müəyyən edilir.

27.7. Elektroenergetika obyektində avadanlıq növü üçün resursların etibarlılıq göstəriciləri olan təyin edilmiş resurs və xidmət müddəti, işə buraxmaların yolverilən sayı müəyyənləşdirilməlidir.

27.8. Elektroenergetika obyektində enerji resurslarının göstəricilərinin işlənib hazırlanması zamanı bu elektrik qurğusunun qalıq resursları ilə bağlı məlumat olmadıqda, onun istismarı işləmə qabiliyyətinin və resurs göstəricilərinin bərpa təmiri və (və ya) təkmilləşdirilməsi vasitəsilə davam etdirilə bilər.

27.9. Elektroenergetika obyektində avadanlıqların istismarının mümkünlüyü barədə qərar ETK tərəfindən qəbul edilir.

27.10. Elektroenergetika obyektində avadanlığın istismarının mümkünlüyü haqqında qərar ixtisaslaşmış podratçı tərəfindən bu avadanlığın texniki vəziyyətinə dair verilmiş nəticəyə zidd olmamalıdır.

27.11. Elektroenergetika obyektində texniki nəticələr sazlığın və iş qabiliyyətinin qiymətləndirilməsini, hesablama yolu ilə təhlükəsizliyin əsaslandırılmasını, sonuncu əsaslı təmirdən sonra istismara verilmə və qəbul sınaqlarının nəticələrini, istismar və texniki-iqtisadi göstəriciləri əhatə etməlidir. Bu halda ETK aşağıdakı qərarları qəbul edə bilər:

27.11.1. qoyulmuş əməliyyat parametrləri ilə istismarın davam etdirilməsi;

27.11.2. məhdud əməliyyat parametrləri ilə istismarın davam etdirilməsi;

27.11.3. təmirin təyin edilməsi;

27.11.4. yenidənqurma, müasirləşdirmənin zəruriliyi;

27.11.5. digər məqsədlər üçün istifadə;

27.11.6. uçotdan silinmə və utilizasiya üçün istismardan çıxarılma.

27.12. ETK qərarı ixtisaslaşmış podratçı tərəfindən verilən texniki nəticələrlə birlikdə təsdiq üçün səlahiyyətli nümayəndəyə təqdim olunur.

27.13. Elektroenergetika obyektinin hesabat sənədlərinin təhlili, həmçinin avadanlıqların təhlükəsiz istismarı üçün müəyyən edilmiş resursun və xidmət müddətinin, avadanlığın təhlükəsiz istismar parametrlərinin uzadılmasının mümkünlüyü haqqında texniki rəyin hazırlanması və avadanlıqların uzadılan istismar müddəti ərzində təhlükəsiz istismarının təmin edilməsi üçün tədbirlər planının hazırlanması sənaye təhlükəsizliyi sahəsində sertifikatlaşdırılmış ekspert tərəfindən həyata keçirilir.

27.14. Müəyyən edilmiş avadanlıq resursunun birdəfəlik uzadılması 50 min iş saatından çox olmamalıdır. Avadanlıqların təyin edilmiş xidmət müddətinin birdəfəlik uzadılması 10 (on) ildən çox olmamalıdır.

27.15. Elektrik qurğusunun vəziyyətindən və fərdi komponentlərin dəyişdirilməsi daxil olmaqla həyata keçirilən işlərin həcmindən asılı olaraq, normativ göstəricilərlə müqayisədə təmirin tezliyinin dəyişdirilməsi və müddətinin artırılmasına yalnız texniki əsaslandırma və bu elektrik qurğusuna cavabdeh olan inzibati və operativ-dispetçer xidmətinin razılığı ilə yol verilir.

27.16. Elektrik qurğusunun təmirləri arasındakı müddətin azaldılması halında onun normativ sənədlər səviyyəsinə gətirilməsi üçün tədbirlər hazırlanmalı və operativ-dispetçer xidməti ilə razılaşdırılmalıdır.

27.17. Elektroenergetika obyekti əsaslı (orta) təmirə çıxarılmazdan əvvəl təmir olunan avadanlıqların düyünlərinin (turbin qurğuları, generatorlar, 110 kV və daha yuxarı gərginlikli güc transformatorları, elektrik stansiyalarının xüsusi sərfiyyat və əsas transformatorları, 330 kV və daha yuxarı gərginlikli cərəyan transformatorları və açarları) qüsurlarının aşkarlanması üçün elektroenergetika obyektinin, həmçinin cəlb olunmuş ixtisaslaşmış podratçının iştirakı ilə müəssisənin təmir və sazlama üzrə mütəxəssislərindən ibarət komissiyalar yaradılmalıdır.

27.18. Elektroenergetika obyektində texniki baxış nəticəsində zədələnmə, deformasiya, aşınma, korroziya və eroziya yerləri aşkarlandıqda onlar əvvəlki texniki baxış sənədlərində əks olunmuş məlumatlarla, həmçinin layihə, pasport və ya texniki təmir şərtləri ilə müqayisə olunaraq texniki baxış aktında qeyd edilməlidir.

27.19. Qüsurların aşkarlanmasının nəticələri qüsurların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin, onların inkişafı üçün mümkün səbəblərin, təmir texnologiyası üzrə qəbul edilmiş qərarların və belə zərərin təkrarlanmasının qarşısının alınması üçün profilaktik və istismar xaratkerli əməliyyat tədbirlərinin təsviri texniki baxış aktına əlavə edilməlidir.

27.20. Elektrik qurğusunun təmirə çıxarılması və istismara verilməsi müraciət əsasında illik təmir planlarına uyğun aparılmalı və əməliyyat idarəçiliyində olan təşkilatla razılaşdırılmalıdır.

27.21. Elektrik stansiyasında enerji blokunun əsaslı (orta) təmirə çıxarılması və təmirdən sonra qəbulu elektroenergetika obyektinin istismarçısı tərəfindən hazırlanmış və təmirin icraçısı ilə razılaşdırılmış enerji blokunun təmir planına uyğun həyata keçirilməlidir.

27.22. Enerji blokunun təmir planı istismar sınaqları (sistemlər üçün funksional, qovşaqlar, mexanizmlər üçün isə fərdi) texniki diaqnostika və təhvil-təslim sınaqlarının həyata keçirilməsi işlərini əhatə etməlidir.

27.23. Elektrik qurğularının, elektrik şəbəkələrinin, əsaslı (orta) təmirdən sonra fərdi sistemlərinin qəbul edilməsi sınaqları aşağıdakı mərhələlərdə həyata keçirilir:

27.23.1. işəsalma zamanı sınaqlar;

27.23.2. yük altında sınaqlar.

27.24. Qızma sürəti və nəzarət en kəsiklərində elementlərin (turbinlər, qazanlar, buxar xətləri, istilik sistemləri) temperatur fərqliliklərinə buraxılışları olan elektrik qurğusu üçün işəsalma zamanı sınaq mərhələlərindən biri “isti” vəziyyətədək qızdırılma sınağıdır. Bundan sonra ikinci mərhələnin təhvil-təslim üzrə sınaq proqramının növbəti işlərinin, o cümlədən təyin olunmuş yüklənmə qrafiki üzrə yüklənmənin icrasına yol verilir.

27.25. Elektrik stansiyalarının əsaslı (orta) təmirdən sonra yük altında sınağı işə salma əməliyyatlarının yerinə yetirilməsindən, işçi mühitin nominal göstəricilərində minimal uzunmüddətli buraxılabilən yüklənmə rejiminə çıxdıqdan, sutkalıq operativ-dispetçer qrafiki üzrə elektroenergetika sisteminin maksimum saatlarında yüklənmənin nominal göstəriciyə çatdırılmasından və elektroenergetika sistemində yükün azalması halında tənzimləmə aralığın aşağı həddinə (bəzi hallarda texniki minimuma qədər) qədər yükün boşaldılmasından sonra yerinə yetirilir.

27.26. Elektrik stansiyalarının və yarımstansiyaların əsaslı (orta) təmirdən keçmiş gərginliyi 35 kV və daha yuxarı olan elektrik qurğusu 48 (qırx səkkiz) saat ərzində, elektrik şəbəkələrinin avadanlıqları 24 (iyirmi dörd) saat ərzində normal və davamlı yük altında təhvil-təslim sınaqlarından keçirilməlidir. Məhdud su ehtiyatları ilə pik rejimdə fəaliyyət göstərən su elektrik stansiyaları üçün yük altında sınaqlar bir neçə gün ərzində 24 (iyirmi dörd) saat ümumi işləmə müddəti ilə davam edə bilər.

27.27. Elektroenergetika obyektinin istismar şərtlərinə görə təmir edilmiş elektrik qurğusu yük altında işə salınmırsa, o, mərkəzi operativ-dispetçer xidməti ilə razılaşdırılmaqla elektrik stansiyasının istismarçısı tərəfindən yük altında sınaqları keçirilmədən təmirdən çıxarılır və ehtiyata keçirilir.

27.28. Aşağıdakı vaxt əsaslı (orta) təmirin bitmə vaxtı hesab olunur:

27.28.1. enerji blokları, qarşılıqlı əlaqələri olan istilik elektrik stansiyalarının buxar turbinləri, hidravlik aqreqatlar və transformatorlar üçün generatorun (transformatorun) şəbəkəyə qoşulma vaxtı;

27.28.2. qarşılıqlı əlaqələri olan istilik elektrik stansiyalarının buxar qazanları üçün qazanların ilkin buxar stansiya boru kəmərinə qoşulma vaxtı;

27.28.3. iki korpuslu (ikiqat) qazanları olan enerji bloklarını qazan korpuslarından biri ilə yük altında enerji blokuna qoşulma zamanı(ikinci qazan korpusunun işə salınması və aktivləşdirilməsi enerji blokunun işə salma və yük qrafikinə və yük altında sınaq proqramına uyğun olaraq həyata keçirilməlidir);

27.28.4. elektrik şəbəkələri üçün şəbəkəyə qoşulma anı.

27.29. Təhvil-təslim sınaqları zamanı nominal yüklənməli avadanlıqların istismarına mane olan və ya dərhal işin dayanmasını tələb edən qüsurlar aşkar edildikdə qüsurlar aradan qaldırılana və təhvil-təslim sınaqları təkrar keçirilənə qədər təmir tamamlanmamış sayılır.

27.30. Təhvil-təslim sınaqları başa çatdıqdan sonra təmir edilmiş elektrik qurğusunun istismarı yük altında 30 (otuz) gün nəzarət altında həyata keçirilir.

27.31. Nəzarət altında istismar dövründə elektrik qurğusunun işinin sınaqdan keçirilməsi başa çatdırılmalı, texniki vəziyyətin hərtərəfli diaqnostikası və sistemlərin sazlanması aparılmalıdır.

27.32. Təhvil-təslim sınaqları və ya nəzarət altında istismar zamanı elektrik qurğusunun fərdi komponentlərinin normal işinin pozulması (dərhal işin dayandırılması tələb olunmayan halında) pozulması baş verdikdə təhvil-təslim sınaqlarının davam etdirilməsi və qüsurları aradan qaldırılması üçün müddət məsələsi elektroenergetika obyekti üzrə texniki rəhbər tərəfindən təmirin icraçısı ilə razılaşdırılmaqla həll edilir.

27.33. Enerji blokunun tərkibinə daxil olan əsas avadanlıqların, habelə blokla qarşılıqlı əlaqəli turbin və generatorun əsaslı (orta) təmiri eyni vaxtda həyata keçirilməlidir.

27.34. Elektroenergetika obyektləri, təmir və təmir-sazlama təşkilatları texniki-iqtisadi göstəricilərin daimi uçotunu aparmalı və onların təhlilinə əsasən bu göstəriciləri yaxşılaşdırmaq üçün təşkilati-texniki tədbirlər hazırlamalıdır.

27.35. Elektroenergetika obyektlərinin istehsal otaqları emalatxana və təmir meydançaları ilə təchiz olunmalıdır.

27.36. Elektroenergetika obyektləri stasionar və səyyar yükqaldırıcı nəqliyyat vasitələri, takelaj vasitələri və təmir işlərinin mexanikləşdirmə alətləri və vasitələri ilə təchiz edilməlidir.

27.37. Elektroenergetika obyektlərinin təmir, təmir-sazlama ixtisaslaşmış təşkilatları və təmir bölmələri, sazlama və diaqnostika işləri üzrə istehsalat vasitələri və elektrotexniki heyət, texnoloji sənədləşmə, alət, diaqnostika aparatları ilə təchiz olunmalıdır.

27.38. Elektroenergetika obyektləri istehsal ehtiyatlarının normalarına uyğun ehtiyat hissələrinə, mal-material mübadiləsi fonduna, birləşmələr və avadanlıqlara malik olmalıdır.

27.39. Eyni tipli aqreqatların ehtiyat avadanlıqları və birləşmələri (turbinlərin rotorları, generatorlar, qidalandırıcı pompalar, diafraqmaların, turbin kürəklərinin dəstlərinin və generatorların stator dolaqlarının) elektroenergetika sisteminin mərkəzləşdirilmiş ehtiyatlarında yerləşməlidir.

27.40. Elektroenergetika obyektində olan ehtiyat hissələri və avadanlıqlarının elektron uçotu aparılmalı, anbara daxil olmalarına nəzarəti təşkil edilməlidir. Ehtiyat hissələri və avadanlıqların vəziyyəti yoxlanılmalıdır.

27.41. Elektroenergetika obyektində olan ehtiyat hissələrinin, material və avadanlıqların saxlama sahələrində təhlükəsizliyi və vaxtında bərpası təmin edilməlidir. Onlar ətraf mühitin təsirindən korlanma təhlükəsi yarandıqda qapalı anbarlarda saxlanılmalıdır.

27.42. Elektroenergetika obyektindəki avadanlıqların sökülmüş hissələri, birləşmələri və elementləri onların işləkliyinin təmirarası müddətdə bərpası tədbirləri işlənib hazırlanmaqla sonrakı istifadənin mümkünlüyünü müəyyən etmək üçün yoxlanılmalıdır.

28.1. Elektroenergetika obyekti barədə onun istismarçısında aşağıdakı sənədlər olmalıdır:

28.1.1. torpaq sahələrinin ayrılması aktları;

28.1.2. yeraltı təsərrüfat da daxil olmaqla binalar və qurğular ilə sahənin ümumi planı;

28.1.3. qrunt sınaqları və qrunt sularının təhlilinin nəticələri ilə birlikdə ərazi haqqında geoloji, hidrogeoloji və digər məlumatlar;

28.1.4. şurfların kəsilməsi ilə özüllərin qurulması aktları;

28.1.5. qapalı işlərin qəbul edilməsi aktları;

28.1.6. binaların, qurğuların və avadanlıqların özülünün çökmələri haqqında ilkin aktlar;

28.1.7. partlayış təhlükəsizliyi, yanğın təhlükəsizliyi, ildırımdan mühafizə və tikililərin korroziyaya qarşı mühafizə qurğularının sınaqdan keçirilməsinin ilkin aktları;

28.1.8. daxili və xarici su təchizatı sistemlərinin, yanğınsöndürmə su xəttinin, kanalizasiya, qaz təchizatı, istilik təchizatı, soyutma sistemləri sınaqlarının ilkin aktları;

28.1.9. avadanlıqların və texnoloji boru kəmərlərinin fərdi test və sınaqlarının ilkin aktları;

28.1.10. mütəxəssis qəbul komissiyalarının aktları;

28.1.11. sonrakı dəyişikliklərlə təsdiq olunmuş layihə sənədləri;

28.1.12. binaların, qurğuların, texnoloji birləşmələrin və avadanlıqların texniki pasportları;

28.1.13. avadanlıq və qurğuların işçi icra çertyojları, yeraltı təsərrüfatın çertyojları;

28.1.14. birinci və ikinci tərəf dövrələrinin işçi icra elektrik birləşmə sxemləri;

28.1.15. texnoloji işçi icra sxemləri;

28.1.16. avadanlıq üçün ehtiyat hissələrinin çertyojları;

28.1.17. yanğınsöndürmə üzrə əməliyyat planı;

28.1.18. dövlət nəzarəti haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirmə;

28.1.19. avadanlıqların, binaların və qurğuların istismarı üçün qüvvədə olan və ləğv edilmiş (ayrı-ayrılıqda) təşkilati-sərəmcaverici aktların siyahısı, növbətçi heyətə aid mütəxəssislərin vəzifə və əməyin mühafizəsi üzrə təlimatları.

28.2. Bu Qaydaların 28.1-ci bəndində qeyd edilən sənədlərin komplekti elektroenergetika obyektinin texniki arxivində saxlanılmalıdır.

28.3. Elektrik stansiyalarının və yarımstansiyaların əsas və köməkçi avadanlıqlarının üzərində nominal göstəriciləri və şəhadətlənmə müddəti qeyd olunmuş lövhələr qoyulmalıdır.

28.4. Elektroenergetika obyektində əsas avadanlıq ardıcıl nömrələrə malik olmalı, köməkçi avadanlıq isə əsas avadanlıqla eyni nömrəyə (A, B, C) malik olmalıdır. Avadanlığın nömrələnməsi binanın təsbit olunmuş tərəfindən və A cərgəsindən həyata keçirilməlidir. Qoşablokda hər qazana A və B hərfləri əlavə olunmaqla blok nömrəsi verilməlidir. Yanacaqverilmə sisteminin fərdi lövhələri ardıcıl olaraq və yanacağın hərəkət istiqamətində nömrələnməli, paralel lövhələr ilə bu nömrələrə A və B hərflərinin yanacağın axın istiqamətində soldan sağa əlavə olunması ilə nömrələnməlidir. Yeni tikilən elektroenergetika obyektlərinin elektrik avadanlıqlarının identifikasiya kodlaşması sistemi üzrə nömrələnməsinə yol verilir.

28.5. İstismar zamanı elektrik qurğularında edilən dəyişikliklər dəyişikliyin tətbiqi tarixi göstərilməklə sxemlərə və çertyojlara daxil edilməlidir. Həmin dəyişikliklərə dair məlumatlar təlimat jurnalında (reyestrində) qeyd olunmaqla aidiyyəti mütəxəssislərin nəzərinə çatdırılmalıdır.

28.6. Birinci dövrə elektrik birləşmələrinin icraçı sxemlərinin və icraçı texnoloji sxemlərin (çertyojların) faktiki istismar sxemlərinə uyğunluğu 2 (iki) ildə 1 dəfədən az olmayaraq, RMA sxemləri isə 4 (dörd) ildə 1 dəfədən az olmayaraq yoxlanılmalı və onların üzərində yoxlanılması haqqında qeyd göstərilməlidir.

28.7. Elektrik sxemlərinin dəstləri operativ-dispetçer xidməti, elektrik stansiyasının növbə rəhbərləri, onun hər bir sexinin və enerji blokunun növbə rəhbərləri, yarımstansiya, rayon şəbəkəsinin növbətçisi və operativ-çıxış briqadası üçün əlçatan olmalıdır.

28.8. Elektrik stansiyasında, daimi növbətçi heyəti olan idarəetmə panellərində, operativ-dispetçer məntəqələrində operativ-dispetçer xidmətinin iş yerlərində hər bir heyət kateqoriyası üçün təyin olunmuş həcmdə əməliyyat qeydləri və nəzərət olunan patrametrlər qeyd olunan günlük siyahı və ya əməliyyat jurnalları olmalıdır.

28.9. Əməliyyat sənədləri, kompleks AİS tərəfindən formalaşdırılan NÖC qeydiyyat diaqramları, operativ-dispetçer danışıqlarının yazıları və çıxış sənədləri, AİS əməliyyat məlumatı sistemi tərəfindən hazırlanan ciddi uçot (hesabat) sənədlərinə aid edilir və aşağıdakı müddətlərdə saxlanılmalıdır:

28.9.1. qeydiyyat cihazlarının oxunuşlarının qeydləri – 3 (üç) il;

28.9.2. normal şəraitdə əməliyyat danışıqlarının qeydləri – müddətin uzadılması üçün göstəriş olmadıqda 10 (on) gün;

28.9.3. qəza və işdə digər pozuntular halında əməliyyat danışıqlarının qeydləri – müddətin uzadılması üçün göstəriş olmadıqda 3 (üç) ay.

29.1. Elektroenergetika obyektinin istehsalat-texnoloji, operativ-dispetçer və təşkilati-iqtisadi idarəetmə problemlərinin həlli aşağıdakılara həvalə olunur:

29.1.3. istehsalatın AİS-nə.

29.2. Elektroenergetika obyektlərində yerli şəraitdən, iqtisadi və istehsalat məqsədə uyğunluğundan asılı olaraq TPAİS fəaliyyət göstərməlidir.

29.3. AİS-dən istifadə edərkən aşağıdakılar rəhbər tutulmalıdır:

29.3.1. AİS-in istismar təlimatları;

29.3.2. milli və beynəlxalq standartlar.

29.4. ETAİS, ODAİS və istehsalatın AİS-i müstəqil sistemlər və ya elektroenergetika sisteminin AİS-nin inteqrasiya olunmuş altsistemləri kimi fəaliyyət göstərə bilər.

29.5. AİS-in fərdi funksional tapşırıqları elektroenergetika sistemində (elektroenergetika obyektində) tipik layihə həllərindən, tətbiqi proqramlar və texniki vasitələrin imkanlarından istifadə etməklə istehsalat və iqtisadi məqsəduyğunluqdan irəli gələrək müəyyən olunmalıdır.

29.6. AİS-in texniki vasitələr kompleksinə aşağıdakılar daxil olmalıdır:

29.6.1. məlumatların toplanması və ötürülməsi vasitələri (informasiya sensorları, kommunikasiya kanalları, telemexanik qurğular, məlumat ötürücü avadanlıq);

29.6.2. məlumatların emalı və nümayiş vasitələri (elektron-hesablayıcı maşınlar, analoq və rəqəmsal cihazlar, ekranlar, çap cihazları, funksional klaviatura);

29.6.3. idarəetmə vasitələri (idarəedicilər, icra avtomatları, elektrotexniki avadanlıqlar: releler, gücləndiricilər);

29.6.4. köməkçi sistemlər (elektrik enerjisi ilə fasiləsiz təminat, kondisioner, avtomatik yanğın söndürmə).

29.7. AİS-in istismara verilməsi qaydası onun aid olduğu elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilir.

29.8. AİS-in istismara verilməsindən əvvəl 6 (altı) aydan çox olmayan müddətdə onun sınaq proqramına uyğun olaraq sınağı keçirilə bilər.

29.9. AİS-ə xidmət edənlər aşağıdakıları təmin etməlidir:

29.9.1. AİS-in texniki vasitələrinin, məlumat və proqramlarının etibarlı şəkildə istifadəsini;

29.9.2. AİS üzrə məlumatların aidiyyəti şəxslərə təqdim edilməsini;

29.9.3. AİS-in idarəetmə sisteminin təkmilləşdirilməsini və inkişafını, o cümlədən yeni tapşırıqların tətbiqini, istifadədə olan proqram təminatlarının müasirləşdirilməsini, ilkin məlumatların toplanılması və hazırlanması üçün qabaqcıl texnologiyaların mənimsənilməsini;

29.9.4. iyerarxik səviyyələrin qonşu AİS-lərlə informasiyanın qarşılıqlı əlaqələndirməsinin təşkilini;

29.9.5. AİS-in işinin və onun iqtisadi effektivliyin təhlili, hesabatların vaxtında təqdim olunmasını.

29.10. AİS-in texniki heyəti elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiq edilmiş siyahı üzrə texniki və istismar sənədləşməsini aparmalıdır.

29.11. AİS-in texniki vasitələrində təmir-profilaktiki işlər elektrik qurğusunun istismarçısı tərəfindən təsdiqlənmiş qrafiklər əsasında həyata keçirilməlidir, onların təmirə çıxarılması istismarçı tərəfindən təsdiqlənmiş qaydada müəyyənləşdirilməlidir.

29.12. Operativ-dispetçer xidmətinin rəhbərləri aid olduqları sistemlərindəki AİS-in fəaliyyətinin, effektivliyinin təhlili və istismarının monitorinqini aparmalı, onların inkişaf və vaxtında texniki təkmilləşdirilməsinə dair tədbirlər hazırlamalıdır.

30.1. Elektroenergetika obyektindən həyata keçirilən ölçmələrin vəhdətinin təmin edilməsi sistemi üzrə kompleks tədbirlər aşağıdakılardan ibarətdir:

30.1.1. dövlət tənzimlənməsi sahəsində tətbiqi nəzərdə tutulmuş ÖV-nin yoxlanılmalararası intervala uyğun olaraq yoxlanılmaya təqdim edilməsi;

30.1.2. kəmiyyət vahidi etalonlarının və ya nümunəvi ÖV-nin kalibrləmə işlərinin təşkili və həyata keçirilməsi;

30.1.3. attestasiya olunmuş ölçmələrin yerinə yetirilməsi metodikalarından istifadə;

30.1.4. tətbiq olunan ÖV-nin metroloji xarakteristikalarını ölçmə dəqiqliyinin metroloji tələblərə uyğunluğunun təmin olunması;

30.1.5. ÖV-lərinə xidmət, onların təmiri, metroloji yoxlama və nəzarət;

30.1.6. elektroenergetika obyekti istismarçısının təşkilati-sərəncamverici aktlarının və həmin obyektin layihə-konstruktor sənədlərinin metroloji ekspertizası.

30.2. Ölçmələrin vəhdətinin təmin edilməsi, onların həyata keçirilməsinin yoxlanılması və nəzarəti ilə bağlı işlərin yerinə yetirilməsini elektroenergetika obyektinin istismarçısı təmin edir.

30.3. Elektroenergetika obyektlərinin ÖV ilə təminatı layihə sənədlərinin və texniki şərtlərin tələblərinə uyğun aparılır. Bu zaman aşağıdakılara nəzarət təmin olunmalıdır:

30.3.1. avadanlıqların texniki vəziyyəti və onun fəaliyyət rejiminə;

30.3.2. hasil olunmuş, sərf olunmuş və buraxılmış elektrik enerjisi ehtiyatlarının mədaxil və sərfinin uçotuna;

30.3.3. əmək şəraitinin təhlükəsizliyinə və sanitar normalara;

30.3.4. ətraf mühitin mühafizəsinə.

30.4. Elektroenergetika obyektinin istismarçısı ÖV-ləri, o cümlədən AİSTP və ODAİS, həmçinin EUNAS sıralarına daxil olan MÖS-i saz vəziyətdə və daim ölçmələri yerinə yetirməyə hazırlıqlı vəziyyətdə saxlayır.

30.5. Dövlət tənzimlənməsi sahəsində tətbiq olunan ölçmə sistemində quraşdırılmış ölçmə kanalları üçün elektroenergetika obyektlərinin avadanlıqlarını istismara qəbul etmədən əvvəl MÖS-in ölçü kanallarının metroloji attestasiyası və ya tipinin təsdiqi aparılmalıdır.

30.6. Elektroenergetika obyektlərinin avadanlıqlarının sənaye istismarı zamanı MÖS-in ölçmə kanalları elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılmalı və onların kalibrlənməsi aparılmalıdır.

30.7. Yoxlanılmış və ya kalibrlənməmiş MÖS-in istifadəsinə yol verilmir.

30.8. Dövlət tənzimləməsində, o cümlədən ÖV-nin yoxlanılmasında və kalibrləməsində istifadə olunan ÖV-lər, elektrik enerjisinin və onun istehsalı üçün sərf olunan yanacaqların kommersiya uçotu (hesabatı) əməliyyatlarının yerinə yetirilməsi, həmçinin geodeziya işləri zamanı istifadə olunan ÖV-lər yoxlanılmadan keçməlidir.

30.9. Elektroenergetika obyektlərində avadanlıqların etibarlı və qənaətli işləməsinə nəzarət üçün istifadə olunan, sazlama, təmir və elmi-tədqiqat işləri aparılan zaman yoxlanılmaya məruz qoyulmayan və ÖV siyahısına salınmayan, texnoloji parametrləri müşahidə üçün istifadə olunan, ölçmə dəqiqliyi normalaşdırılmayan ÖV-lər kalibrlənməlidir.

30.10. Fiziki kəmiyyətin mövcudluğunu müəyyənləşdirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş və ya normalaşdırılmış dəqiqliklə kəmiyyət vahidlərində onların fiziki miqdarlarının dəyişməsinə müşahidə üçün istifadə olunan ÖV-lər indikatorlar kateqoriyasına aid edilə bilər.

30.11. ÖV-lərin indikatorlar kateqoriyasına keçirilməsinə elektroenergetika obyektinin istismarçısı qərar verir. Bu ÖV “İ” işarəsi ilə qeyd olunur və metroloji nəzarətdən keçirilir. İndikatorlara keçirilmiş ÖV-lərin yoxlanılma üsulu istismarçının müəyyənləşdirdiyi qaydalarla müəyyən edilir.

30.12. ÖV-lərin kalibrləmə dövriliyi elektroenergetika obyektinin texnoloji bölmələrinin razılığı ilə metroloji xidmət tərəfindən müəyyən edilir və elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiqlənir.

30.13. ÖV-nin kalibrləmə nəticəsi pasportda, ÖV-nin üzərində kalibrləmə nişanı vurmaqla və ya kalibrləmə şəhadətnaməsində, həmçinin istismar sənədlərində qeydlərlə təsdiqlənir.

30.14. İş layihəsinin tərkibində olan layihə sənədləri işlənib hazırlanma mərhələsində metroloji ekspertiza olunur.

30.15. ÖV-lərin yoxlamalarını və texniki xidmətini elektroenergetika obyektinin metroloji xidmətinin funksiyalarını icra edən mütəxəssis yerinə yetirməlidir.

30.16. Qeydiyyat cihazları ilə normal qeydiyyat yazılarının təmin edilməsi üzrə işlərlə əlaqəli olmayan ştatdankənar hallarda ÖV-nin açılmasına yalnız onun quraşdırıldığı qurğunun istismarçısının razılığı, istehlakçılarla hesablaşmaq üçün ÖV-nin açılmasına isə istehlakçıların iştirakı ilə yol verilir.

31.1. Elektroenergetika obyektinin ərazisi çəpərlənməlidir. Çəpərlər və darvazalar saz və işlək vəziyyətdə olmalıdır.

31.2. Elektroenergetika obyektinin ərazisinin, bina və qurğularının istismarını və sanitar-texniki vəziyyətini təmin etmək məqsədilə aşağıda göstərilənlər tamamlanmalı və işçi vəziyyətdə saxlanılmalıdır:

31.2.1. ərazidən, binalardan və tikililərdən gedən yerüstü və yeraltı su drenaj sistemləri (drenajlar, kaptajlar, qanovlar, suayırıcı kanallar);

31.2.2. işlənmiş qaz boru kəmərlərinin səsboğucuları, səs-küyün lokallaşdırılması və onun səviyyəsini normaya salmaq üçün istifadə edilən avadanlıq və tikililər;

31.2.3. su kəmərləri, kanalizasiya, drenaj, isitmə sistemləri, nəqliyyat, qaz və maye yanacaq və onların tikililəri;

31.2.4. içməli su mənbələri, gölməçələr və onların sanitar mühafizə zonaları;

31.2.5. avtomobil yolları, dəmir yolları və keçidləri, yanğınsöndürən nəqliyyat keçidləri, yanğın hidrantları, su hövzələri və soyutma qüllələrinə girişlər, körpülər, piyada yolları, keçidlər;

31.2.6. sürüşmə əleyhinə, uçquna qarşı, sahilbərkidən, qar uçqunu və sel əleyhinə tikililər;

31.2.7. əsas və işləmə reperləri və markaları (geodezik işarə);

31.2.8. yeraltı suların rejiminin müşahidəsi üçün pyezometrlər və nəzarət quyuları;

31.2.9. mühəndis-texniki mühafizə vasitələrinin kompleksləri (çəpərlər, nəzarət-keçid məntəqələri, postlar, xidmətçi otaqları);

31.2.10. ildırımdan mühafizə və torpaqlama sistemləri.

31.3. Elektroenergetika obyektinin ərazisində su təchizatı, kanalizasiya, istilik, eləcə də qaz boru kəmərləri, hava kəmərləri və kabellərin qapalı yeraltı mühəndis-kommunikasiya təminatı sistemləri yer səthində işarələrlə göstərilməlidir.

31.4. Elektroenergetika obyektinin ərazisində azmış cərəyan varsa, yeraltı metal konstruksiyaların və kommunikasiyaların korroziyadan elektrokimyəvi mühafizəsi təmin edilməlidir.

31.5. Sistemli şəkildə və yağışlar zamanı elektroenergetika obyektinin ərazisində yamacların, qazıntıların vəziyyətinə nəzarət edilməli, qüsurlar aşkar edildikdə onlar gücləndirilməlidir.

31.6. Yaz aylarında elektroenergetika obyektinin ərazisindəki drenaj sistemləri yoxlanılmalı və yağıntı sularının keçməsi üçün hazırlanmalı, kabellərin, boruların, havalandırma kanallarının bina divarlarından keçid yerləri kipləşdirilməli və drenaj nasosları işə hazır vəziyyətə gətirilməlidir.

31.7. Elektrik stansiyalarında yeraltı su rejiminin nəzarət quyularındakı suyun səviyyəsinin monitorinqi istismarın ilk ilində ayda ən azı 1 dəfə, sonrakı illərdə qrunt sularının səviyyəsinin dəyişməsindən asılı olaraq, rübdə ən azı 1 dəfə aparılmalı, karst zonalarında yeraltı su rejiminə nəzarət istehsalat (yerli) təlimatlarına uyğun təşkil edilməli, suyun temperaturunun ölçülməsi və quyudan kimyəvi analiz üçün nümunə götürülməsi istehsalat (yerli) təlimatlarına uyğun aparılmalı, müşahidələrin nəticələri müşahidə jurnalında (reyestrində) qeyd edilməlidir.

31.8. Elektroenergetika subyektinin elektrik qurğularında müşahidə şəbəkəsinin quyuları vasitəsilə böyük tullantı su anbarlarında yeraltı sularının keyfiyyətinə sistematik altı ayda 1 dəfə kimyəvi və analitik nəzarət aparılmalıdır. Analizin nəticələri ərazi geoloji təşkilatına təqdim olunmalıdır.

31.9. Elektroenergetika obyektinin ərazisində torpaq qabarması və torpaq sürüşməsi hadisələri aşkar edilərsə, normal torpaq şəraitinin pozulmasının səbəb və nəticələri araşdırılaraq aradan qaldırılması üçün tədbirlər görülməlidir.

31.10. Radiasiya zonası daxilindəki elektroenergetika obyektində tikinti-quraşdırma işləri yalnız elektroenergetika subyektinin istismarçısının icazəsi ilə yerinə yetirilir. Bu obyektdə qaz yolları, estakada altında bina və qurğuların tikintisi qadağandır.

31.11. Elektroenergetika obyektinin ərazisində yerləşən və elektroenergetika obyektinin istismarçısının idarəçiliyində olan dəmir yolları, körpülər qanunvericiliyə uyğun olaraq saxlanılmalı və təmir edilməlidir.

31.12. Elektroenergetika obyektinin ərazisində yerləşən avtomobil yollarının, körpülərin və tikililərin saxlanılması və təmiri “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmalıdır.

31.13. Elektroenergetika obyektinin ərazisində giriş yolları və yanğın keçidləri işlək vəziyyətdə saxlanılmalı, onların səthi hamar olmalı, çuxur və geriyə maili olmamalıdır. Yollar əşyalarla qalaqlanmamalıdır.

31.14. Elektroenergetika obyektlərinin yolları və keçirdləri “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmalıdır.

31.15. Elektroenergetika obyektlərinin keçidləri və yolları istismara yararlı vəziyyətdə (hərəkət hissəsinin kənarı çatlar, çala-çuxur, dalğa, sınma, aşınma zədələri olmadan) saxlanılmalıdır.

32.1. Elektroenergetika obyektlərində bina və qurğuların monitorinqi istehsalat (yerli) təlimatları ilə müəyyən olunmuş qaydada təşkil edilməlidir.

32.2. Elektroenergetika subyektinin istismarçısı tərəfindən təsdiqlənmiş siyahıya əsasən sənaye binalarının və tikililərinin bina strukturları bu sahə üzrə mütəxəssis tərəfindən texniki yoxlamadan keçirilməlidir.

32.3. Elektroenergetika obyektlərində 25 (iyirmi beş) ildən çox müddət ərzində istismarda olan istehsalat binaları və tikililər onların vəziyyətindən asılı olmayaraq, ixtisaslaşmış texniki auditorların iştirakı ilə möhkəmlik, davamlılıq və istismar etibarlılığının qiymətləndirilməsi ilə kompleks yoxlanışdan keçirilməli, tələb olunan halda, 5 (beş) ildə 1 dəfədən az olmayaraq onların təkrar yoxlanılması aparılmalıdır.

32.4. Elektroenergetika obyektlərinin istehsalat bina və qurğularında ildə 2 dəfə yaz və payız müşahidələri ilə yanaşı, qüsur və zədələrin aşkar olunması üçün bina və tikililərin yoxlanışı aparılmalı, bədbəxt hadisələr və ya qəzalardan sonra isə (qasırğa küləkləri, leysan yağışları və ya qar yağması, yanğınlar, 5 bal və ya daha yüksək zəlzələlər) növbədənkənar yoxlama aparılmalı, yoxlama nəticələri əsasında bütövlükdə fərdi tikinti konstruksiyalarının və ya binanın (tikilinin) texniki auditor tərəfindən texniki yoxlamaya ehtiyacının olub-olmaması müəyyən edilməlidir.

32.5. Elektroenergetika obyektlərinin istehsalat bina və qurğularında yaz müayinəsi zamanı yay dövrü üçün nəzərdə tutulan bina, tikili və sanitar-texniki sistemlərin təmiri üzrə işlərin həcmi dəqiqləşdirilməli və əsaslı təmir üzrə işlərin həcmi növbəti ilin planına daxil edilməsi üçün müəyyənləşdirilməlidir. Payız müayinəsi zamanı qış dövrü üçün bina və tikililərin hazırlığı yoxlanılmalıdır.

32.6. Elektrik stansiyalarında binaların, tikililərin və avadanlıqların bünövrələrinin (tüstü borularında – çökmə və yana yatma üzrə) çökmələrinə ilk 2 (iki) il ərzində ildə 2 dəfə, daha sonra isə bünövrənin çökmələrinin sabitləşməsinə qədər ildə 1 dəfə, bünövrənin çökmələrinin sabitləşməsindən (ildə 1 mm və ya daha az) sonra ən azı hər 5 (beş) ildə 1 dəfə müayinələr təşkil olunmalıdır.

32.7. İşlənmiş yeraltı filiz hasilatı ərazilərində, fəaliyyətdə olan avadanlıqlardan dinamik sıxılmaya məruz qalan qruntlarda, çökmüş qruntlarda, karst zonalarında, seysmikliyi 5 bal və daha yüksək olan bölgələrdə bünövrələrin çökməsini, elektroenergetika obyektlərinin bina və qurğularında inşaat konstruksiyalarının deformasiyaya uğramasını müəyyən etmək üçün müşahidələr, binaların və tikililərin müayinəsi elektroenergetika obyekti istismarçısının istehsalat (yerli) təlimatlarında nəzərdə tutulmuş müddətdə həmin təlimata uyğun aparılmalıdır.

32.8. Elektroenergetika obyektlərinin bina və qurğularında bünövrələrin müşahidəsi zamanı hərəkətli dayaqların, temperatur tikişlərinin, qaynaqların, metal konstruksiyalarının pərçimlənmə və bolt birləşmələrinin, yığılma dəmir-beton konstruksiyaların calaq və çim detallarının, dəmir-beton konstruksiyaların armatur və betonlarının dinamik və termik yüklənmə və təsirlərə məruz qalan kranaltı konstruksiya və ərazilərinin vəziyyəti (korroziya və ya deformasiya yarandıqda) yoxlanılmalıdır.

32.9. Tikinti konstruksiyalarında çatlar, sınıqlar və digər xarici zədələnmə əlamətləri aşkar edildikdə bu konstruksiyalara mayak və (və ya) instrumental ölçmələrin köməyi ilə müşahidə aparılmalıdır. Qüsurlar barədə məlumatlar onların aradan qaldırılması üçün son müddət təyin olunmaqla bina və tikililərin texniki vəziyyətinin qeydiyyat jurnalına daxil edilməlidir.

32.10. Elektroenergetika obyektində binanın (tikilinin) istismarına cavabdeh şəxslə və layihəçi ilə razılaşdırılmadan texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin, boru kəmərlərinin və digər avadanlıqların tikinti konstruksiyalarına birləşdirilməsi və asılması, dəliklərin, kəsiklərin yerinə yetirilməsi, karkasın əlaqələrinin kəsilməsi qadağandır. Elektroenergetika obyektlərinin bina və tikililərində ehtiyat avadanlıqların və mal-materialların təyin olunmamış yerlərdə saxlanması qadağandır.

32.11. Elektroenergetika obyektlərinin bina və qurğularının əlavə yüklənmələrinə, oyuqların, dəliklərin quraşdırılmasına yalnız tikinti konstruksiyalarının yoxlama hesabatından və onların gücləndirilməsindən sonra icazə verilə bilər. Layihə üzrə döşəmələrin hər bölməsi üçün son hədd yüklər müəyyənləşdirilməli və görünən yerlərdə quraşdırılmış lövhəciklərdə göstərilməlidir.

32.12. Elektroenergetika obyektinin aparıcı konstruksiyalarının istismarı zamanı aşağıdakılara yol verilmir:

32.12.1. konstruksiyalara əlavə zərbə təsirlərinə;

32.12.2. onların zəifləyən qaynaq və bolt birləşmələri ilə istismarına.

32.13. Elektroenergetika obyektlərinin bina və tikililərinin damları, yağış sularının axıdılması sistemi aşağıdakı tələblərə uyğun istismar edilməlidir:

32.13.1. damlar tullantılardan, kül qalıqlarından, xarici əşyalardan, qardan təmizlənməlidir;

32.13.2. təmizlənmə zamanı karkasların zədələnməsinə yol verilməməlidir;

32.13.3. yağış sularının axıdılması sisteminin yoxlanılması və onun təmizlənməsi təmin edilməlidir.

32.14. Bina və tikililərin metal konstruksiyaları korroziyadan qorunmalı, korroziyaya qarşı mühafizənin effektivliyinə nəzarət təmin olunmalıdır.

32.15. Elektroenergetika obyektlərində binaların və avadanlıqların boyanması layihəyə uyğun həyata keçirilməli və sənaye estetikası və sanitariya tələblərinə cavab verməlidir.

32.16. Tikinti konstruksiyaları, bina və qurğuların bünövrələri mineral yağların, buxar və suyun daxil olmasından mühafizə edilməlidir.

32.17. İsitmə və havalandırma sistemlərinin texniki vəziyyəti və onların iş rejimi hava mühitinin normal parametrlərini (temperatur, rütubət, hava təmizliyi), elektrik qurğusunun etibarlılığını və qoruyucu konstruksiyaların uzunmüddətli istismarını təmin etməlidir.

32.18. İsitmə və havalandırma sistemləri istehsalat (yerli) təlimatlarına uyğun istismar edilməlidir.

32.19. Bina və tikililərin meydançaları, konstruksiyaları və nəqliyyat keçidləri daim saz vəziyyətdə saxlanılmalı və təmiz olmalıdır.

32.20. Tüstü borularının və qaz yollarının xarici səthinə ildə 1 dəfə (yazda) baxış keçirilməlidir.

32.21. Tüstü borularının xarici və daxili müayinəsi onlar istismara verildikdən 5 (beş) il sonra ixtisaslaşmış təşkilatlar cəlb edilməklə, sonralar isə tələb olunduqda, lakin 15 (on beş) ildə 1 dəfədən az olmayaraq tüstü borularının sənaye təhlükəsizliyi ekspertizası ilə birlikdə keçirilməlidir.

32.22. Tüstü borularının istilik izolyasiyasının, kərpicin və boruların monolit astarının (futerovkasının) vəziyyətinin yoxlanılması qazanları söndürmək mümkün olmadıqda istilik müayinəsi metodu ilə yerinə yetirilir.

32.23. Tüstü borularının nişanlama boyanması tikinti norma və qaydalarının tələblərinə uyğun həyata keçirilməlidir.

32.24. Tüstü borusunun gediş nərdivanı möhkəm bərkidilməli, boyanmalı və deformasiyaya uğramamış bəndləri olmalıdır.

32.25. Tüstü borusunun işıqfor meydançası və onun çəpərlənməsi saz vəziyyətdə saxlanılmalı, meydançanın dayaq kronşteynləri möhkəm (etibarlı) bərkidilməlidir.

32.26. İldırım sipəri boru gövdəsi üzrə etibarlı bağlanmalıdır. İldırım qəbuledicisi şaquli şəkildə bərkidilməli və onun ildırım sipəri ilə etibarlı əlaqəsi olmalıdır.

33.1. Elektroenergetika obyektlərinin generator və sinxron kompensatorlarının istismarı zamanı onların yolverilən rejimlərdə fasiləsiz işləməsi, habelə təsirlənmə, soyutma, yağlama sistemləri, nəzarət, mühafizə, avtomatlaşdırma və diaqnostika qurğularının etibarlı fəaliyyəti təmin edilməlidir.

33.2. Elektroenergetika obyektlərinin generator və sinxron kompensatorlarında yüklər, gərginliklər səviyyəsi, mühiti soyudan temperaturlar, yağlar, izolyasiya parametrləri təyin olunmuş normaların yolverilən həddində olmalıdır.

33.3. Elektroenergetika obyektlərinin generator və sinxron kompensatorlarında təsirlənmələrin gücləndirmə və təsirləndirmə cərəyanlarının maksimal və minimal məhdudlaşdırma qurğuları da daxil olmaqla TAT daim işə qoşulu vəziyyətdə olmalıdır.

33.4. TAT-lərin və ya onların elementlərinin (minimal təsirlənmələrin məhdudlaşdırılması) açılmasına yalnız təmir və yoxlama üçün yol verilir.

33.5. TAT-nin sazlanması və fəaliyyəti generatorların (sinxron kompensatorların) yolverilən iş rejimləri, ümumi stansiya və sistem avtomat qurğuları ilə əlaqəli olmalıdır. Elektrik stansiyalarında və ötürücü sistem operatorunda TAT-nin əsas parametrləri barədə məlumatlar olmalıdır.

33.6. Elektroenergetika obyektlərinin generator və sinxron kompensatorlarında ehtiyat təsirlənmə qurğularında rotorun nominal gərginliyindən 1,3-dən aşağı olmayan dəfəliklə təsirlənmənin gücləndirilməsi təmin edilməlidir. Elektroenergetika obyektinin təkmilləşdirilməsi və yeni tikilmiş elektroenergetika obyektlərində ehtiyat təsirlənmə sistemləri TAT ilə təmin edilməlidir.

33.7. TAT-nin və işçi tənzimlənmənin gücləndirilməsi qurğuları elə sazlanmalıdır ki, şəbəkədə gərginliyin verilmiş azalmaları zamanı aşağıdakılar təmin olunsun:

33.7.1. köhnə maşın növləri üçün qanunvericilikdə məhdudiyyət yoxdursa, işçi rejimindən 2 dəfədən az olmayan, təsirlənmə gərginliyinin qərarlaşmış sərhəd həddi;

33.7.2. təsirlənmə gərginliyinin nominal artma sürəti;

33.7.3. gücləndirmənin verilmiş davamiyyət müddətinin avtomatik məhdudlaşdırılması.

33.8. Generatorlar istismara əsas təsirlənmə qurğusu ilə buraxılır.

33.9. Elektroenergetika obyektinin istismarçısının qərarına əsasən generator istismara ehtiyat təsirlənmə ilə daxil edilə bilər.

33.10. İstismar şəraitində əsas təsirlənmədən ehtiyat təsirlənməyə və əks keçidlər generatorlar şəbəkədən açılmadan yerinə yetirilməlidir. TAT-nin işçi kanalından ehtiyat kanala keçidi və əks keçidlər generetorların iş rejimini dəyişdirmədən yerinə yetirilməlidir.

33.11. Tristor təsirlənmə sistemləri çeviriciləri inventor rejiminə keçirilməklə generatorlar və sinxron kompensatorların sahəsini söndürmək imkanını təmin etməlidir. Özünü təsirləndirmə sxemi üzrə yerinə yetirilmiş statik çeviricili təsirlənmə sistemlərində, həmçinin elektrik maşınlı təsirlənmə sistemlərində sahənin avtomatik söndürülməsi qurğusu istifadə edilməlidir.

33.12. Rotor dövrəsinin qırılması ilə sahənin avtomatik söndürülməsi qurğusundan istifadə edərkən, həmçinin çeviricili statik təsirləndiricilərin istifadəsi zamanı rotor dolaqları çoxdəfəli təsirə malik boşaldıcılarla mühafizə olunmalıdır.

33.13. Birdəfəlik boşaldıcıların istifadəsinə yol verilir. Boşaldıcı onun nominal gərginliyinin 110%-nə bərabər rejimində, uzunmüddətli işləməyə hesablanmış aktiv müqavimət vasitəsilə rotorun dolağına paralel qoşulmalıdır. Boşaldıcıların işədüşmə siqnallanması olmalıdır.

33.14. Turbogeneratorların vallarının kipləşdiricisinin və hidrogen soyuduculu sinxron kompensatorların yastıqlarının ehtiyat yağ təchizatı mənbələri işçi mənbə açıldıqda və yağ təzyiqi (sərfi) təyin olunmuş həddən aşağı düşdükdə avtomatik olaraq işə qoşulmalıdır.

33.15. Gücü 60 MVt və daha yuxarı olan generatorların bərkidiciləri üçün yağ təchizatı mənbələrinin ehtiyat saxlanması üçün dempfer çənləri daim qoşulu olmalıdır. Dempfer çənlərində yağ ehtiyatları yağ təchizatı mənbələrinin imtinası halında turboaqreqatın vakuumun pozulması ilə nəticələnən dayanma müddəti ərzində yağın verilməsini və valın bərkidiricilərində “yağ-hidrogen” təzyiqinin müsbət fərqini təmin etməlidir.

33.16. Quraşdırma və tam təmirdən sonra turbogeneratorlar və hidrogenlə soyudulan sinxron kompensatorlar hidrogenin nominal təzyiqində istifadəyə verilməlidir.

33.17. Aktiv hissələri bilavasitə hidrogen və ya hidrogen-su soyuducusu olan turbogeneratorlar üçün yük altında hava soyutması ilə işləməyə yol verilmir. Belə maşınların hava soyutması ilə işləməsinə, yalnız təsirlənmə olmadan yüksüz rejimdə istehsalçı təlimatında göstərilmiş temperaturdan çox olmayan temperaturla işləməsinə yol verilir. TVF seriyalı turbogeneratorlarda şəbəkədən açılmış maşınların qısamüddətli təsirlənməsinə yol verilir.

33.18. Generatorların və sinxron kompensatorların yanğınsöndürmə qurğuları daim hazır vəziyyətdə olmalı və onların təcili işə qoşulmasının mümkünlüyü təmin olunmalıdır.

33.19. Generatoru və sinxron kompensatorları işə salarkən və istismar edərkən aşağıdakılar yoxlanılmalıdır:

33.19.1. stator, rotor və təsirlənmə sisteminin elektrik parametrləri;

33.19.2. təsirlənmə dövrəsinin izolyasiyası;

33.19.3. soyuducu mühitin statorunun dolaqları və poladları, habelə təsirlənmə sisteminin avadanlıqları, valın kipcəkləri, yastıqlar və dabanaltıların temperaturları;

33.19.4. süzgəclərdə təzyiq, o cümlədən təzyiqlər fərqi, xüsusi müqavimət və sarğılardan keçən distillə sərfi və digər aktiv və konstruktiv hissələr;

33.19.5. hidrogenin təzyiqi və təmizliyi;

33.19.6. yağın təzyiqi və temperaturu, eləcə də valın kipcəklərində “yağ-hidrogen”in təzyiqlər fərqi;

33.19.7. maye soyutma sistemlərinin hermetikliyi;

33.19.8. turbogeneratorların gövdəsini dolduran qaz mühitinin nəmliyi;

33.19.9. turbogeneratorların dempfer çənlərində və üzgəcli hidrosiyitmələrində, yastıqların yağ vannalarında və hidrogeneratorların dabanaltılarında, yağın səviyyəsi;

33.19.10. turbogeneratorların yastıqları və kontakt halqalarında, hidrogeneretorların çarpazları və yastıqlarında titrəyişlər.

33.20. İşdə və ya ehtiyatda olan qaz-yağ və su sistemli generator və sinxron kompensatorların iş göstəricilərinin təyin olunmasının aşağıdakı dövriliyi:

33.20.1. turbogeneratorun gövdəsində qazın şeh (nəmliyi) temperatur nöqtəsi – ən azı həftədə 1 dəfə, qazın və ya nəmliyin yolveriləni aşan fərdi qurutma sistemi nasaz olduqda - ən azı gündə 1 dəfə;

33.20.2. maşın gövdəsinin qaz kipliyi (gündəlik hidrogen sızması) – ayda ən azı 1 dəfə;

33.20.3. maşın gövdəsində hidrogenin təmizliyi – həftədə ən azı 1 dəfə, kimyəvi təhlil yoxlaması və avtomatik qazanalizator vasitəsilə fasiləsiz, avtomatik qazanalizatorun işləmədiyi halda – növbə ərzində ən azı 1 dəfə;

33.20.4. statorun dolaqlarında və hidrogen-su soyuducusu olan turbogeneratorların qaz soyuducularında, yastıqların karterlərində, val kipcəklərinin (hava tərəfində) yağ axıtma xətlərində, ekranlaşmış xətlərdə, siqnala işləyən xətt və sıfır çıxışlarının örtüklərində fasiləsiz avtomatik qaz analizatorlarında, sıradan çıxdığı və ya olmadığı halda daşınan qaz analizatorları və ya qaz indikatorları vasitəsilə hidrogenin miqdarı – ən azı gün ərzində 1 dəfə;

33.20.5. maşın gövdəsinin daxilində hidrogenin tərkibindəki oksigenin miqdarı, üzgəcli hidrosiyirtmədə, generatorun yağ təmizləyici qurğusunun çəninin hidrogenayrıcı və təmizləyici çənlərinin – kimyəvi məlumatların nəticələrinə uyğun olaraq təsdiqlənmiş qrafikə əsasən;

33.20.6. sarğıların su soyutma sistemində və generatorun digər hissələrində distillatın keyfiyyət göstəriciləri - generatorların istismarına dair qanunvericiliyə uyğun olaraq.

33.21. Generator gövdələrindəki hidrogenin təmizliyi aşağıdakılardan az olmamalıdır:

33.21.1. bilavasitə hidrogen soyutma və sinxron kompensatorları ilə – 98%;

33.21.2. hidrogenin izafi təzyiqi 50 kPa (0,5 kq/sm) və daha yüksək olduqda dolayı hidrogenli soyutma ilə – 97%;

33.21.3. hidrogenin izafi təzyiqi 50 kPa-dək (0,5 kq/sm) olduqda – 95%.

33.22. Turbogeneratorun gövdələrində işçi təzyiq zamanı hidrogenin və ya havanın şeh nöqtəsinin temperaturu 15°C-dən yuxarı olmamalıdır və qaz soyuducularına girişdə suyun temperaturundan həmişə aşağı olmalıdır.

33.23. Tam su soyudulması ilə generatorun gövdəsindəki hava şeh nöqtələrinin temperaturu istehsalçı təlimatı ilə təyin olunmuş göstəricidən yuxarı olmamalıdır.

33.24. Generatorun (sinxron kompensatorun) gövdəsində hidrogendə oksigenin miqdarı 0,8%-dən çox olmamalı, üzgəcli hidrobağlayıcılarda, generator qurğusunun yağ təmizləyici çəninin hidrogenayırıcı və üfürmə çənlərində isə 2%-dən çox olmamalıdır.

33.25. Val kipkəclərində (hava tərəfində) yağ xətlərindəki boşaldıcılarda, ekranlaşdırılmış cərəyandaşıyıcılarda, xətti və sıfır çıxışlarının örtüklərində yastıqların karterlərində hidrogenin miqdarı 1%-dən az olmalıdır. Xətti və sıfır çıxışların örtüklərində, turbogeneratorun işi zamanı cərəyandaşıyıcılarda hidrogenin miqdarının 1% və daha çox, ancaq yastıqların karterlərində, val kipkəclərində (hava tərəfdən) yağ xətlərindəki boşaldıcılarda 2%-dən çox olmasına yol verilmir.

33.26. Hidrogenin nominal artıq təzyiqi 100 kPa-dək (1 kq/sm) olan generatorun (sinxron kompensatorun) gövdəsində hidrogen təzyiqinin rəqsi 20%-dən çox, daha yüksək artıq təzyiqdə isə ± 20 kPa–dən (± 0,2 kq/sm) çox olmamalıdır.

33.27. Sinxron kompensatorların yağ nasoslarının sorucu magistrallarında hidrogen soyuducularda işləyərkən yağın artıq təzyiqi ən azı 20 kPa (0,2 kq/sm) təmin edilməlidir.

33.28. Generatorun rotoru tərpənməz və fırlanan olduqda kipkəclərdə yağın təzyiqi maşın gövdəsindəki hidrogen təzyiqindən artıq olmalıdır. Təzyiqin ən aşağı və ən yuxarı hədləri arasınakı fərq istehsalçı təlimatında göstərilməlidir.

33.29. Turbogeneratorların valının kipcəklərinin yağ təzyiq tənzimləyiciləri (kipkəcləşdiricilər, sıxıcılar, kompensə edənlər) daim qoşulu olmalıdır.

33.30. Generatorun yağlama, tənzimləmə və kipkəclər sisteminin xətlərində quraşdırılmış, həmçinin səhv çevrilməsi avadanlığın dayanmasına və ya zədələnməsinə gətirib çıxara bilən turbinin yağ çənindən qəza vəziyyətində yağın axıdılması üçün quraşdırılmış boru kəmərində bağlayıcı armaturlar plomblanmalıdır.

33.31. Generatorda gündəlik hidrogen sızması 5%-dən çox olmamalı və hidrogenin üfürülmələri nəzərə alınmaqla, gündəlik sərf isə işçi təzyiqində qazın ümumi miqdarının 10%-dən artıq olmamalıdır. Sinxron kompensatorda gündəlik hidrogen sərfi onda olan qazın ümumi miqdarının 5%-dən çox olmamalıdır.

33.32. Generatorlar avtomatik və ya yarı avtomatik sinxronlaşdırma üsulu ilə şəbəkəyə qoşulmalıdır.

33.33. Dəqiq sinxronlaşdırmadan istifadə edərkən qeyri-sinxron qoşulmadan bloklama daxil edilməlidir. Texniki şərtlərlə tədarükdə nəzərdə tutulubsa və ya istehsalçı ilə razılaşdırılıbsa, şəbəkəyə qoşulduqda özünü sinxronlaşdırma metodundan istifadə etməyə yol verilir. Elektrik sistemində qəzaların aradan qaldırılma prosesində 220 MVt-dək gücdə olan turbogeneratorların hamısı daxil olmaqla hidrogeneratorların özünü tənzimləmə üsulu ilə paralel işə qoşulmağa yol verilir.

33.34. Böyük gücə malik turbogeneratorların bu üsulla işə salınmasına bu şərtlə yol verilir ki, blok transformatorların və şəbəkənin induktiv müqavimətləri nəzərə alınmaqla, ifrat keçid cərəyanı təyin edilmiş nominaldan 3 dəfədən artıq olmasın.

33.35. Aqreqatın zədələnməsi və ya turbini tənzimləmə sisteminin nasaz işləməsi ilə müşayiət olunmayan yükünün atılması və açılması zamanı generatorları baxış keçirmədən və təftiş etmədən şəbəkəyə qoşmağa yol verilir.

33.36. Generatorlarda və sinxron kompensatorlarda gərginliyin artması sürəti məhdudlaşdırılmır.

33.37. Generatorlar üçün aktiv yükün artım və dəyişmə sürəti turbinin və ya qazanın iş şəraiti ilə müəyyən edilir. Dolaqları dolayısı ilə soyudulan generatorların və sinxron kompensatorların, QTQ turbogeneratorlarının, həmçinin dolaqları bilavasitə soyudulan hidrogeneratorların reaktiv yükünün dəyişmə sürəti məhdudlaşdırılmır. Dolaqları bilavasitə soyudulan turbogeneratorlarda bu sürət normal rejimdə aktiv yük artımı sürətindən yüksək olmamalıdır, qəza şəraitində isə məhdudlaşdırılmır.

33.38. Nominal güc əmsalında generatorların nominal gücü (gücü 30 MVt-dan aşağı olmayan turbogeneratorlar və qaz-turbin və buxar-qaz qurğulu turbogeneratorlar üçün, həmçinin güc əmsallarının və soyutma parametrlərinin qoyulmuş qiymətlərində uzunmüddətli maksimal gücü) və sinxron kompensatorların nominal gücü eyni zamanda gərginlik nominal göstəricisinin ±5%-dək və tezlik ±2,5%-dək meyilləndikdə saxlanılmalıdır, bu şərtlə ki, yüksəldilmiş gərginliklə və alçaldılmış tezliklə işləyərkən gərginliyin və tezliyin meyillənmələrinin mütləq göstəricilərinin cəmi 6%-i aşmasın.

33.39. Soyuducu mühitin nominal parametrində nominal güclə və gərginlik ±5% hədlərində meyil etdikdə rotorun ən böyük cərəyanla uzunmüddətli işləməsinə yol verilir, bu şərtlə ki, rotorun, statorun və stator dəmirinin temperatur yüksəlməsi buraxılabilən göstəriciləri aşmır. Rotorun yolverilən uzunmüddətli cərəyanı generatorların istilik sınaqlarının keçirildiyi zaman təyin olunur.

33.40. Generator və sinxron kompensatorlar üçün ən böyük iş gərginliyi nominal gərginliyin 110%-dən artıq olmamalıdır. Gərginlik 105%-dən yuxarı olduqda generatorun və sinxron kompensatorun yolverilən tam gücü istehsalçı təlimatlarına uyğun olaraq və ya sınaqların nəticələri üzrə (hansının sonuncu olmasından asılı olmayaraq) müəyyən olunmalıdır. Generatorda və ya sinxron kompensatorda gərginlik nominal gərginliyin 95%-dən aşağı olduqda statorun cərəyanı yolverilən uzunmüddətli cərəyanın 105%-dən artıq olmamalıdır.

33.41. Generatorların və sinxron kompensatorların soyuducu mühitin temperatur və təzyiqin yolverilən göstəricilərindən yuxarı cərəyanla uzunmüddətli ifrat yüklənməsinə yol verilmir.

33.42. Qəza şəraitində generatorların və sinxron kompensatorların stator və rotor cərəyanları ilə qısamüddətli yüklənməsinə istehsalçı təlimatlarına və texniki şərtlərə uyğun olaraq yol verilir. Həmin göstərişlər və ya texniki şərtlər olmadıqda elektroenergetika sistemində qəza zamanı generatorların və sinxron kompensatorların stator cərəyanının bu Qaydalara 10 nömrəli Əlavənin 1-ci Cədvəlində qeyd edilmiş əmsal ilə qısamüddətli təkrar yüklənməsinə yol verilir.

33.43. Dolaqları dolayısı ilə soyudulan generatorların və sinxron kompensatorların təsirlənmə cərəyanı ilə yolverilən ifrat yüklənməsi statorun yolverilən ifrat yüklənməsi ilə təyin olunur. Rotorun dolaqlarının bilavasitə hidrogenlə və ya su ilə soyudulan turbogeneratorlar üçün təsirlənmə cərəyanı üzrə yolverilən ifrat yüklənməsi rotor cərəyanının əmsalının misli ilə bu Qaydalara 10 nömrəli Əlavənin 2-ci Cədvəlinə uyğun olaraq təyin edilməlidir. Digər növ turbogeneratorlar üçün stator və rotor cərəyanı ilə ifrat yüklənmənin yolverilən əmsalı istehsalçı təlimatları ilə təyin edilir.

33.44. Stator dolağında və ya generator gərginliyi dövrəsində birfazalı torpağa qapanma yaranarkən blokun generatoru (sinxron kompensator), generator açarı olmadıqda isə blok özü avtomatik açılmalı, mühafizə imtina etdikdə isə dərhal yükdən boşaldılıb, şəbəkədən aşağıdakı hallarda açılmalıdır:

33.44.1. “generator-transformator” bloklarında budaqlanmasız generator gərginliyində və xüsusi sərfiyyat transformatorlarına budaqlanma ilə qısaqapanmanın tutum cərəyanının göstəricilərindən asılı olmayaraq;

33.44.2. xüsusi sərfiyyat və ya istehlakçının elektrik təsərrüfatı ilə generator gərginliyində elekrik əlaqəsi olan bloklu generatorların və sinxron kompensatorların statorunun dolaqları yerlə qapandıqda qapanma cərəyanı 5 A və daha böyük olduqda.

33.45. Bu cür tədbirlər yığma şinlərə işləyən generatorların və kompensatorların statorlarının dolaqlarının yerlə qapanması zamanı təbii yerlə qapanma cərəyanı 5 A və daha böyük olduqda nəzərdə tutulmalıdır.

33.46. Xüsusi sərfiyyat və ya istehlakçının elektrik təsərrüfatı ilə generator gərginliyində elekrik əlaqəsi olan və generatorların yığma şininə qoşulmuş bloklu generatorların (kompensatorların) generator gərginliyi dövrələrində yerlə qapanmalar yarandıqda, qapanma tutum cərəyanı 5 A-dan böyük deyilsə və mühafizələr siqnallara təsir edirsə və ya təsirsizdilərsə, generatorların (kompensatorların) 2 (iki) saatadək işləməsinə yerləqapanma yerini tapmaq, yüklənməni köçürmək üçün yol verilir.

33.47. Generator statorunun dolağında qapanma aşkar olunduqda generator (kompensator) şəbəkədən və ya istehlakçının elektrik təsərrüfatından açılmalıdır.

33.48. Yerəqapanma yerinin statorun dolağında olmadığı müəyyən edildikdə elektrik stansiyasının texniki rəhbəri ilə razılaşdırılaraq həmin stansiyanın istismarçısı tərəfindən generatorun və ya sinxron kompensatorun şəbəkənin yerəqapanmasında 6 (altı) saatadək işləməsinə yol verilir.

33.49. Rotor dolaqları bilavasitə soyudulan turbogeneratorun təsirlənmə dövrəsində siqnal yarandıqda və ya ölçmələrlə izolyasiya müqavimətinin azalması müəyyən edildikdə o, 1 (bir) saatdan çox olmayan müddətdə, yerəqapanma zamanı isə dərhal ehtiyat təsirləndiriciyə və ya ehtiyat təsirləndirici tristor kanalına keçirilməlidir. Bu halda izolyasiya müqaviməti bərpa olarsa, generator işini davam etdirə bilər, müqavimət istehsalçı təlimatlarında müəyyən olunmuş minimal dəyərdən yuxarı olmaqla, aşağı qalmaqda davam edərsə, turbogenerator ilk fürsətdə, lakin 7 (yeddi) sutkadan gec olmamaq şərti ilə təmirə çıxarılmalıdır.

33.50. Ehtiyat təsirləyici olmadıqda, ondan istifadə imkanı olmadıqda və ya ehtiyat tristor təsirləndirici kanalı nasaz vəziyyətdə olduqda, habelə izolyasiya müqavimətinin sonradan azalması halında (minimal göstəricidən aşağı) ehtiyat təsirləndirici ilə işləyərkən turbogenerator 1 (bir) saat ərzində yükdən boşaldılmalı, şəbəkədən açılmalı və təmirə çıxarılmalıdır.

33.51. Rotorun dolaqları dolayısı ilə soyudulan turbogeneratorun təsirləndirici dövrələrində yerəqapanma yarandıqda (izolyasiya müqaviməti 2 kOm və daha aşağı düşdükdə) o, ehtiyat təsirləndiriciyə və ya ehtiyat təsirləndirici tristor kanalına keçirilməlidir. Təmirə çıxarılmaya kimi rotorun dolağı gövdəyə dayanıqlı qapandıqda rotorun dolağında siqnala və ya ikiqat yerəqapanmadan açmağa təsirlə mühafizə daxil edilməlidir. Siqnal yarandıqda turbogenerator dərhal yükdən boşalmalı və şəbəkədən açılmalıdır.

33.52. İkiqat qapanmadan mühafizə nəzərdə tutulmamışdırsa və ya daxil etmək mümkün deyilsə, turbogenerator 1 (bir) saat ərzində yükdən boşalmalı, şəbəkədən açılmalı və təmirə çıxarılmalıdır. Təsirlənmə dövrəsində yerəqapanma ilə hidrogeneratorların və sinxron kompensatorların işləməsi qadağandır.

33.53. Rotorunun dolaqları qazla soyudulan və təsirlənmə sistemi elementləri hava ilə soyudulan generatorların və sinxron kompensatorların təsirlənmə dövrəsinin 1000 V gərginliyi meqaommetrlə və ya stasionar izolyasiya müqaviməti ölçmə qurğusu ilə ölçülmüş izolyasiyasının müqaviməti 0,5 MOm-dan az olmamalıdır. Rotor dolaqlarının izolyasiyasının və ya su ilə soyudulan təsirləndirici elementlərin izolyasiyasının yolverilən müqavimət göstəricisi generatorların və təsirləndirmə sistemlərinin istismarına dair istehsalçı təlimatları ilə müəyyən edilir. Generatorların və sinxron kompensatorların təsirləndirmə dövrələri izolyasiyasının normadan aşağı müqavimətlə işləməsinə yalnız əsaslandırılmış hallarda elektroenergetika obyektinin istismarçısının icazəsi ilə yol verilir.

33.54. Turbogeneratorlar üçün fazalarında cərəyan fərqləri nominalın 12%-dən, sinxron kompensatorlar və dizel-generatorları üçün 20%-dən çox olmadıqda uzunmüddətli işləməyə yol verilir.

33.55. Statorunun dolağı dolayı hava soyudulması sistemi ilə işləyən hidrogeneratorlar üçün gücü 125 MVA və daha aşağı olduqda fazalarında cərəyan fərqi 20%, gücü 125 MVA-dan yuxarı olduqda isə 15% olmasına yol verilir. Statorunun dolağı su ilə birbaşa soyudulan hidrogeneratorlar üçün fazalarda yolverilən cərəyan fərqi 10%-ə yol verilir. Bu hallarda cərəyan fazada norminal göstəricidən yüksək olmamalıdır.

33.56. Turbogeneratorların aşağı yükləmə zamanı təsirlənmədən asinxron rejimdə işləməsinə yol verilir. Dolayı soyutmalı dolaqlı turbogeneratorlar üçün göstərilən yükləmə rejimində yolverilən yük nominal göstəricinin 60%-dək, işin davamiyyət müddəti isə 30 (otuz) dəqiqədən artıq olmamalıdır.

33.57. Təsirləndiricisiz asinxronlaşdırılmış turbogeneratorların və dolaqları birbaşa soyudulan turbogeneratorların asinxron rejimdə yolverilən yüklənmə və işin davamiyyət müddəti istehsalçı təlimatları əsasında, həmin təlimatlar olmadıqda isə sınaqların nəticələrinə əsasən müəyyən edilməlidir.

33.58. Turbogeneratorların şəbəkəyə təsiri üzrə asinxron rejimlərin yolverilən ölçüsü hesabat və ya sınaqlar yolu ilə müəyyən edilməlidir.

33.59. Yığma rotor dişcikli hidrogeneratorların və turbogeneratorların asinxron rejimdə təsirlənmədən işləməsinə, habelə ayrıca təsirlənmiş generatorun elektrik stansiyanın digər generatorlarına nisbətən qeyri-sinxron işləməsinə yol verilmir.

33.60. Generatorun elektrik mühərrik rejimində yolverilən işləmə və işləmənin davamiyyət müddəti turbinin işləmə şərtləri ilə məhdudlaşdırılaraq, qanunvericiliklə və turbin istehsalçısının təlimatları ilə müəyyən edilir.

33.61. Generatorların nominaldan aşağı güc əmsalı ilə və ifrat təsirlənmə ilə sinxron kompensator rejimində (induktiv kvadrantda) uzunmüddətli işləməsinə soyuducu mühitlərin verilən parametrlərində təsirlənmə cərəyanı uzunmüddətli yolveriləndən yuxarı olmadıqda yol verilir.

33.62. Generatorların sinxron kompensator rejimində və natamam təsirlənmə sinxron kompensatorlar rejimində (tutum kvadrantda) yolverilən reaktiv yükü qanunvericilik və istehsalçı təlimatları, onlar olmadıqda isə istilik sınaqlarının nəticələrinə əsasən müəyyən edilməlidir.

33.63. Dolayı soyudulma dolaqlı generatorların güc əmsalının tam gücün nominal göstəricilərini saxlamaqla nominaldan birə qədər artdığı zaman uzunmüddətli işləməsinə yol verilir.

33.64. Generatorların natamam təsirlənmə iş rejimində, həmçinin birbaşa soyudulma dolaqlı generatorların güc əmsalının nominaldan 1-dək artdığı zaman yolverilən uzunmüddətli yüklənmələri istehsalçı təlimatlarında nəzərdə tutulan güc diaqramları (PQ diaqramları) əsasında, onlar olmadıqda isə şəbəkədə paralel işin davamlılığı və generatorun nüvəsinin poladının vəziyyəti nəzərə alınmaqla keçirilən sınaqlar əsasında müəyyən edilməlidir. Generatorların reaktiv güc üzrə güc diaqramlarını nəzərə almaqla, aktiv gücdən asılı şərtlər üzrə faktiki yolverilən iş rejimləri generatorun istismaçısı tərəfindən müəyyən edilməlidir.

33.65. Generatorlar natamam təsirlənmə rejimdə işlədiyi zaman minimal təsirlənmə cərəyanının avtomatik məhdudlaşdırılması təmin edilməlidir.

33.66. Dolaqları bilavasitə maye ilə soyudulan generatorların dolaqlarında distillat və ya yağ dövran etmədikdə təsirlənmə olmadan yüksüz işləmə rejimindən başqa digər rejimlərdə onların işləməsi qadağandır.

33.67. Qanunvericiliyə əsasən başqa hal müəyyən edilməyibsə, bilavasitə maye ilə soyudulan dolaqlarda soyuducu maddə dövretməsi kəsilən halda yük avtomatik olaraq 2 dəqiqə ərzində çıxarılmalı generator şəbəkədən açılmalı, təsirlənmə çıxarılmalıdır.

33.68. Rotorunun dolağı qazla soyudulan və təsirləndirmə elementlərinin soyudulması qazla olan generatorların və sinxron kompensatorların təsirləndirmə dövrəsinin izolyasiyasının 500–1000 V gərginliyə meqaommetrlə olçülən müqaviməti 0,5 MOm-dən az olmamalıdır.

33.69. Rotorun və ya təsirləndirmə sistemi elementlərinin su ilə soyudulması halında təsirləndirmə dövrəsinin yolverilən izolyasiya müqavimətinin göstəriciləri generatorların və təsirləndirmə sistemlərinin istismar təlimatları ilə müəyyən edilir.

33.70. Təsirləndirmə dövrəsinin izolyasiya müqavimətinin göstəriciləri normadan aşağı olan generatorların və sinxron kompensatorların işləməsinə yalnız bu Qaydaların 33.49-cu bəndi nəzərə alınmaqla, həmin generatorların və sinxron kompensatorların yerləşdiyi elektroenergetika obyektinin istismarçısının razılığı ilə yol verilir.

33.71. Generatorların dolaqlarının maye ilə soyutma sistemində və düzləndirici qurğularında dövr edən distillatın (izolyasiya yağının) keyfiyyəti, generatorların və təsirləndirmə sistemlərinin istismarı üzrə nümunəvi və istehsalçı təlimatlarına uyğun olmalıdır.

33.72. Mayeli soyudulma sistemində quraşdırılmış süzgəclər daim işlək vəziyyətdə saxlanılmalıdır. Generator dolaqlarındakı distillatın xüsusi müqaviməti 100 kOm•sm-dək azaldıqda xəbərdaredici siqnallama işə düşməlidir, 50 kOm•sm-dək azaldığında isə generator yükdən boşadılıb, şəbəkədən açılmalı, təsirlənmə dayandırılmalıdır.

33.73. Yağ boruları tam yığılmış generatorların, sinxron kompensatorların və təsirləndiricilərin val yastıqlarının və kipkəc gövdələrinin quraşdırma və ya təmir zamanı 1000 V-dək gərginlikli meqaommetrlə ölçülmüş izolyasiya müqaviməti, qanunvericiliyə əsasən daha sərt normalar göstərilməyibsə, 1 MOm-dan, hidrogeneratorların dabanlıqları və yastıqları üçün isə 0,3 MOm-dan aşağı olmamalıdır.

33.74. Turbogeneratorın val kipləmələrinin və yastıqlarının, hava ilə soyudulan sinxron kompensatorın və təsirləndiricilərin yastıqlarının, həmçinin hidrogenerator yastıq və dabanlıqlarının (sonuncuların konstruksiyası yol verirsə) izolyasiyasının vəziyyəti ən azı ayda 1 dəfə yoxlanmalıdır.

33.75. Hidrogenlə soyudulan sinxron kompensatorların yastıqlarının izolyasiyasının vəziyyəti isə əsaslı təmir zamanı yoxlanmalıdır.

33.76. Transformatorla blokda işləyən generatorun açarının natamam faza açılmalarında və ya işə düşməsi zamanı generatorun zədələnməsinin qarşısını almaq üçün generator, blokun birləşdirildiyi şin seksiyaları və ya sisteminin yanaşı elektrik açarları vasitəsilə şəbəkədən açılmalıdır.

33.77. Nominal dövrlər sayı 750 d/dəq. və 1000 d/dəq. olan sinxron kompensatorların ikiqat titrəyiş amplitudu 80 mkm-dən yuxarı olmamalıdır. Titrəyişin məsafədən ölçülmə cihazı olmadıqda nəzarət dövriliyi kompensatorun titrəyiş vəziyyətindən asılı olaraq, lakin ildə 1 dəfədən az olmamaq şərti ilə müəyyən edilir.

33.78. Turbogeneratorların kontakt halqalarının titrəyişi 3 (üç) ayda 1 dəfədən az olmayaraq ölçülməli və 300 mkm-dən yüksək olmamalıdır. Bu halqaların fırçalı-kontakt aparatının işləməsinin zəifləməsi ilə müşayiət olunan 300 mkm-dən yüksək titrəyişi zamanı turbogenerator ilk fürsətdə təmirə çıxarılmalıdır. Həmin halqaların təmirdən sonra titrəyişi 200 mkm-dən yüksək olmamalıdır.

33.79. Generator aşağıdakı hallarda təcili olaraq şəbəkədən açılmalıdır:

33.79.1. generatorun sıxlaşma yerlərində, yastıqlarda və yağ sistemində yanğın baş verdikdə və yanğının ştatlı yanğınsöndürmə vasitələri ilə söndürülməsi mümkün olmadıqda;

33.79.2. köməkçi avadanlıqda yanğın baş verdikdə, alov və ya yüksək temperatur generator avadanlığına təhlükə yaratdıqda;

33.79.3. qaz-turbin qurğularındakı yanacaq borularında sızma aşkarladıqda, o cümlədən yanma kameralarında və ya qaz boru kəmərlərində partlayış baş verdikdə;

33.79.4. yastıqlarda və ya sıxlaşma yerlərində tüstü və ya qığılcım yarandıqda;

33.79.5. kontakt halqalarda, o cümlədən təsirləndiricilərin kollektorunda dairəvi alov yarandıqda;

33.79.6. generator sahəsində yağ yayıldıqda və alovlandıqda, təhlükəli sızma olduqda;

33.79.7. generatorun dağılma əlamətləri olduqda və heyətin həyatına təhlükə yarandıqda;

33.79.8. titrəyiş sürətinin orta kvadratik göstəricisinin 11,2 mm∙s-1-dən artıq olduğu halda.

33.80. Quraşdırma işləri və əsaslı təmirdən sonra generatorlarla sinxron kompensatorlar qurutma olmadan işə salına bilər.

33.81. Generatorların dolaqlarının bilavasitə hidrogenlə soyudulması ilə doldurulması və ondan azad olması normal şəraitdə rotorun tərpənməz halında və ya onun valçevirici qurğu vasitəsilə fırlanması zamanı yerinə yetirilir.

33.82. Qəza hallarında hidrogendən azad olma maşının işləyib yorulma vaxtında başlana bilər. Hidrogen və ya hava generatordan (sinxron kompensatordan) təsirsiz qazlarla (karbon qazı və ya azotla) generatorların hidrogenli soyudulma qaz-yağ sistemində istismarı üzrə təşkilati-sərəncamverici aktlara uyğun olaraq kənarlaşdırılmalıdır. Karbon qazı generatorun gövdəsindən ən çoxu 8 (səkkiz) saat ərzində onun istismarçısı tərəfindən kənarlaşdırılmalıdır.

33.83. Hidrogenlə soyudulan generatorların quraşdırıldığı elektrik stansiyalarındakı hidrogen ehtiyatı, onun 10 (on) günlük istismar sərfiyyatını və ən böyük qaz həcmli bir generatorun birdəfəlik doldurulmasını, karbon qazla azot ehtiyatı isə ən böyük qaz həcmli bir generatorun birdəfəlik doldurulmasını təmin etməlidir. Elektrik stansiyasında ehtiyat elektroliz qurğusu olduqda resiverlərdə hidrogen ehtiyatının 50%-dək azaldılmasına yol verilir.

33.84. Hidrogenlə soyudulan sinxron kompensatorlar quraşdırılan yarımstansiyalarda hidrogen ehtiyatı hidrogenin 20 (iyirmi) günlük istismar sərfini və ən böyük qaz həcmli bir kompensatorun birdəfəlik doldurulmasını, elektroliz qurğusu olduqda isə 10 (on) günlük istismar sərfi ilə sözügedən kompensatorun birdəfəlik doldurulmasını təmin etməlidir. Bu tipli yarımstansiyalarda karbon qazı və ya azot ehtiyatı həmin kompensatorun üçqat doldurulmasını təmin etməlidir.

33.85. Qazla soyutma sisteminin (qaz boruları, klapanlar, qaz soyuducuları), generatorların içərisində dolaqların bilavasitə maye ilə soyutma sisteminin elementlərinin və generatorun içərisində olan digər aktiv və konstruksiya hissələrinin, həmçinin su və qaz-yağı sistemlərinin elektrik avadanlıqlarının xidməti və təmirini, turbin generatorunun hava ilə soyudulmadan hidrogen soyudulmasına köçürülməsini və əksinə köçürülməni, yağ kipkəclərinin təmirdən qəbul edilməsində iştirakını, hidrogenin təyin olunmuş tezlik və təzyiqinin, habelə turbogeneratorda qaz mühitinin nəmliyinin saxlanılmasını elektrik stansiyasının elektrik sexi yerinə yetirməlidir.

33.86. Val kipkəclərinin yağ təchizatı sisteminin, o cümlədən yağ təzyiq tənzimləyiciləri və labirintli neft tutucularının, habelə suyu qaz soyuducularına kimi soyudan avadanlıqların və paylayıcı şəbəkələrin, həmçinin generatordan kənar soyuducu distillatın verici və boşaldıcı sistemlərinin avadanlıqlarının valının yağ kipkəclərinin işləməsinə və təmirinə nəzarəti turbin və ya qazan-turbin sexi yerinə yetirməlidir.

33.87. İxtisaslaşdırılmış təmir sexi olan elektrik stansiyalarında göstərilən avadanlıqların təmirini bu sex yerinə yetirməlidir.

33.88. Generatorların əsaslı təmiri istehsalçı təlimatları nəzərə almaqla, 8 (səkkiz) ildə bir dəfədən az olmayaraq turbin və ya enerji blokunun təmiri ilə birgə yerinə yetirilir. Generatorların cari təmirləri onların texniki vəziyyətindən asılı olaraq, planlaşdırılmış qaydada ildə 1 dəfə və ya istehsalçı təlimatlarına uyğun həyata keçirilir.

33.89. Sinxron kompensatorların əsaslı təmiri 4–5 ildə bir dəfə aparılmalıdır. Turbogeneratorlarda və sinxron kompensatorlarda, hər hansı hissələrin kipkəclərinin gücləndirilməsi, statotun yuvalarının pazlanması, şinlərin və kronşteynlərin kipkəclərinin, statotun kipkəclərinin və nüvəsinin kipliyinin yoxlanılması da daxil olmaqla rotorlarının oyuqlarında ilk təmir işləri istismara verildikdən sonra 8000 saatdan gec olmayaraq yerinə yetirməlidir.

33.90. Hidrogeneratorlarda ilk təmir işləri 6000 saatdan sonra və ya istehsalçı təlimatlarında bu göstərilibsə digər zaman müddətində və ya istehsalçının razılığı ilə yerinə yetirməlidir.

33.91. Generatorlarda və sinxron kompensatorlarda bu Qaydalara uyğun profilaktik sınaqlar və ölçmələr keçirilməlidir.

33.92. Generatorların plan üzrə şəbəkədən açılmasına maşınların çıxışlarında müsbət güc olduqda yol verilmir.

33.93. Ehtiyatda olan hidravlik aqreqatlar dərhal avtomatik işəsalmaya hazır olmalı və belə hidroturbin qurğuları istisna olmaqla, generatorların (“generator-transformator” bloklarının) plan üzrə və qəza açılmaları zamanı dayandırılmış generatora özbaşına və ya səhvən gərginlik verilməsinin qarşısını almaq üçün əsas sxeminin təxirəsalınmadan sökülməsi təmin edilməlidir.

33.94. Qapalı hava ilə soyutma sistemli turbogeneratorlar ətraf mühitdən maşına çirklənmələrin daxil olmasının qarşısını alan işə qoşulmuş və saz qurğularla, o cümlədən üfürmə sistemi və süzgəclər ilə istismar olunmalıdır.

33.95. Açıq soyutma sistemli turbogeneratorlar, xarici havanın gətirilməsi, təmizlənməsi və maşını soyudan havanın təkrar dövranı qurğuları ilə təchiz olunmalıdır.

34.1. Bu Qaydaların 10.5-ci, 10.8-ci, 10.12-ci, 10.20-ci və 10.22-ci bəndlərinin tələbləri ümumi təyinatlı elektrik mühərriklərinin istismarı ilə bərabər elektroenergetika obyektlərinin elektrik mühərriklərinə şamil olunur.

34.2. Elektroenergetika obyektlərinin elektrik mühərriklərini, onların işəsalma, tənzimləmə və mühafizə qurğularını istismar edərkən işəsalma və işçi rejimlərində onların etibarlı işləməsi təmin olunmalıdır.

34.3. Elektroenergetika obyektlərinin elektrik mühərriklərinin rotorunun dolaqları su ilə soyudulan və statoru aktiv poladlı, həmçinin içində sulu havasoyuduculu elektrik mühərrikləri suyun gövdədə əmələ gəlməsini siqnallayan qurğularla təchiz olunmalıdır. Su ilə soyutma sisteminin avadanlıqlarının və aparatlarının istismar edilməsinə kondensatın və suyun keyfiyyətləri istehsalçı təlimatlarına uyğun olduqda yol verilir.

34.4. Elektrik stansiyasının texniki rəhbərinin rəyini alaraq istismarçı tərəfindən müəyyən edilən məsul istilik mexaniki avadanlıqların elektrik mühərriklərinin (fırlanma tezliyi tənzimlənən elektrik mühərrikləri də daxil olmaqla) elektrik qidalanmasında fasilələr zamanı, işçi və ya ehtiyat qida mənbəyindən əsas avadanlıqların texnoloji dayanıqlığını saxlamaqla, təkrar gərginlik verilərkən, onların qrup şəklində öz-özünə işədüşməsi təmin olunmalıdır. Texnoloji və ehtiyat elektrik mühafizələrinin gözləmə zamanı ilə təyin olunan qidalanmanın fasilə müddəti 2,5 saniyədən çox olmamalıdır.

34.5. Gücü 100 kVt-dan yuxarı dəyişən cərəyan elektrik mühərrikləri üçün texnoloji proseslərə nəzarət, həmçinin mexanizmləri texnoloji ifrat yüklənməyə məruz qalan elektrik mühərrikləri üçün stator cərəyanına nəzarət təmin olunmalıdır.

34.6. Elektrik mühərriklərinin profilaktik sınaqları və təmiri, təmir zamanı onların çıxarılması və quraşdırılması, həmçinin statorun hava soyuducularına, dolaqlarına və soyudulan digər hissələrinə soyuducu havanın və soyuducu suyun çatdırılması qurğularının elektrik mühərriklərinə texniki xidmət həmin mühərriklərin istismarçısı tərəfindən yerinə yetirilməlidir.

34.7. Aqreqatların mərkəzləşdirilməsi və balanslaşdırılmasını, birləşdirici muftaların çıxarılmasını, təmirini və quraşdırılmasını, elektrik mühərriklərinin çıxarıla bilən sürüşmə yastıqlarının içliyinin, həmçinin elektrik mühərriklərinin statorunun özündə quraşdırılmayan yağ sisteminin hava gətirici qurğularının, soyuducuların bünövrələrinin və ramalarının təmirini ötürücü mexanizmlərə xidmət edənlər və ya həmin elektrik stansiyasının avadanlıqlarının təmirçisi yerinə yetirməlidir.

34.8. Düyünlərin və elektrik mühərrikləri sistemlərinin yerli şəraitlər nəzərə alınmaqla təmiri üzrə bu Qaydaların 34.6-cı və 34.7-ci bəndlərində qeyd edilən funksiyaların paylanmasından mümkün kənaraçıxmalar elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiqlənməlidir.

35.1. Bu Qaydaların 6.9-cu, 6.13-cü, 6.16-cı, 6.22-ci, 6.24-cü, 6.33-cü, 6.34-cü, 6.36-cı, 6.40-cı, 6.48-ci, 6.53-cü, 6.56-cı, 6.64-cü və 6.66-cı bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı güc transformatorlarının və reaktorlarının istismarı ilə bərabər elektroenergetika obyektlərinin güc transformatorlarına və reaktorlarına şamil olunur.

35.2. Gücü 1000 kVA və daha çox olan transformatorlar təzyiq atma qurğuları ilə təchiz edilir. Təzyiq atma qurğularının yoxlanma üsulları və müddəti qurğu istehsalçı təlimatlarında göstərilir.

35.3. Avtomatik su ilə yanğın söndürmə sistemləri, azotla yanğın söndürmə sistemləri, həmçinin transformatorun çənlərində partlayışların və yanğınların qarşısının alınması üçün qurğular istehsalçı təlimatları üzrə elektroenergetika obyektinin istismarçısının müəyyən etdiyi qaydada sınaqdan keçirilməlidir.

35.4. Transformatorların (reaktorların) soyuducu qurğularının elektrik mühərriklərinin qidalanması, iki mənbədən, yağın məcburi dövretməsi ilə soyudulan transformatorlar (reaktorlar) üçün isə EAQ tətbiq etməklə yerinə yetirilir.

35.5. TYS-in və kameralarının havalandırılması transformatorların normalaşdırılmış rejimlərdə işləməsini təmin etməlidir.

35.6. Gərginliyi tənzimləmək üçün neytralında budaqlanma olan və ya ardıcıl tənzimləyici transformatorlarla işləmək üçün nəzərdə tutulan avtotransformatorlarda gərginliyin buraxılabilən artması istehsalçı təlimatları ilə müəyyənləşdirilməlidir.

35.7. Soyuducu qurğuların qəza açılmalarında transformatorların işlədilməsi şərtləri istehsalçı təlimatları ilə müəyyənləşdirilir.

35.8. Gərginliyi 15 kV olan da daxil olmaqla, paylayıcı elektrik şəbəkələrində yüklərin maksimal və minimal dövrlərində transformatorların yük və gərginliklərinin ölçülməsi təşkil edilməlidir. Ölçülmələrin müddəti və dövriliyi elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilir.

35.9. Gərginliyi 110 kV və yuxarı olan avtotransformatorların və reaktorların dolaqları, həmçinin gərginliyi 330 kV və yuxarı olan transformatorlar neytralı bilavasitə torpaqlanmış rejimdə işləməlidir.

35.10. Elektroenergetika obyektlərində güc transformatorlarının, o cümlədən avtotransformatorların neytrallarının reaktorlar vasitəsilə torpaqlanmasına yol verilir.

35.11. Neytralı uyğun olaraq 100 kV və 200 kV sınaq gərginlikli olan 110 kV və 220 kV-luq transformatorlar torpaqlanması açılmış neytralla ventil boşaldıcı və ya ifrat gərginlikdən məhdudlaşdırıcı ilə mühafizə olunduğu zaman işləyə bilər.

35.12. Hesablamalarla əsaslandırıldıqda, neytralının sınaq gərginliyi 85 kV olan və boşaldıcı ilə mühafizə olunan 110 kV-luq transformatorun neytralında torpaqlanmanın açılmış halında işləməsinə yol verilir.

35.13. Transformatorların neytralına onun izolyasiyası torpaqlamanın açılmasına imkan vermədiyi hallarda ayırıcının qoyulmasına yol verilmir.

35.14. Gərginliyi 330 kV və 500 kV şuntlayıcı reaktorların ildırım və daxili ifrat gərginliklərdən mühafizəsi onun birləşmələrinə ildırım və ya kombinə edilmiş ventil boşaldıcısı və ya ifrat gərginlikdən məhdudlaşdırıcı qoşulmaqla təmin olunmalıdır.

35.15. Transformatorların (reaktorların) cari təmirləri onların vəziyyətindən asılı olaraq hər il və ya tələb olunan zaman keçirilməlidir. Cari təmirlərin dövriliyi elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilməlidir.

35.16. Gərginliyi 110 kV gücü 125 MVA və daha yuxarı, gərginliyi 220 kV və daha yuxarı olan transformatorların və reaktorların, elektrik stansiyalarının gərginliyi 110 kV olan əsas xüsusi sərfiyyat transformatorlarının əsaslı təmiri birinci əsaslı təmirin müddəti transformatorun istehsalçısı tərəfindən müəyyən edilməmişdirsə, onun texniki vəziyyəti və sınaq nəticələrinə əsasən istismara verildikdən sonra 12 (on iki) ildən gec olmayaraq keçirilməlidir.

35.17. Həmin transformatorların növbəti əsaslı təmirləri onların texniki vəziyyətindən və sınaq nəticələrindən asılı olaraq keçirilir. Digər transformatorların əsaslı təmirləri onların texniki vəziyyətindən və sınaq nəticələrindən asılı olaraq keçirilir.

35.18. Transformatorların (reaktorların) növbədənkənar təmirləri hər hansı tərkib elementinin nasazlığı onların işinin dayanmasına səbəb ola bildiyi halda yerinə yetirilməlidir.

35.19. Transformatorların (reaktorların) profilaktik sınaq normaları Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nda qeyd edilmişdir.

36.1. Bu Qaydaların 7.6-cı, 7.7-ci, 7.10-cu, 7.11-ci, 7.13-cü, 7.16-cı, 7.20-ci, 7.26-cı, 7.30-cu, 7.34-cü, 7.36-cı, 7.39-cu, 7.40-cı və 7.45-ci bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı PQ-lərin istismarı ilə bərabər elektroenergetika obyektlərinin PQ-lərinə də şamil olunur.

36.2. Nominal gərginlikli PQ-nin elektrik avadanlığı həm normal rejimdə, həm də qısa qapanmalarda, ifrat gərginliklərdə və normalaşdırılmış ifrat yüklənmələrdə iş şəraitlərini təmin etməlidir.

36.3. PQ-yə xidmət edən mütəxəssislər elektrik avadanlıqlarının sxemi, normal və qəza şəraitində buraxılabilən iş rejimlərinə dair sənəd və məlumatlarla təmin edilməlidir.

36.4. Gərginliyi 330 kV və daha yuxarı olan PQ-lər daimi, səyyar və ya inventar ekran bioloji mühafizə vasitələri ilə, həmçinin fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır. Gərginliyi 330 kV və daha yuxarı olan PQ-yə xidmət edən heyət üçün APQ meydançasında yerdən 1,8 m hündürlükdə elektrik sahəsi intensivliyinin paylanma kartı tərtib edilməlidir.

36.5. QPQ otaqlarına, KPQ kameralarına heyvan və quşların girməsinin qarşısını alan tədbirlər görülməlidir. Döşəmənin örtüyü elə olmalıdır ki, sement tozunun əmələ gəlməsinə imkan yaranmasın.

36.6. EIeqaz ayırıcıları quraşdırılmış KPQ və PQ otaqları, həmçinin eleqaz avadanlıqlarının yoxlanılması və təmiri üçün otaqlar sanitar-gigiyenik və ekoloji təhlükəsizliyin təminatı üzrə texniki tələblərə uyğun olmalıdır.

36.7. Gərginliyi 3 kV və yuxarı olan PQ-lər ayırıcı, aralayıcı, KPQ-nin sürüşən arabacıqları və torpaqlama bıçaqları ilə səhv əməliyyatlar aparılması ehtimalının qarşısını almaq üçün bloklama qurğuları ilə təchiz olunmalıdır.

36.8. Bloklama qurğularının qıfılları plomblanmalıdır. Bloklanma qurğularının həcmi və sxemi operativ-dispetçer xidmətinin sərəncamında olan PQ üzrə sistem operatoru, digər PQ-lərdə elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilir.

36.9. Çəpəri olmayan dayaq TYS-də, dövrədəyişən (çevirici) məntəqələrdə və digər qurğularda ayırıcıların intiqalı və aşağı gərginlikli şkaflar qıfıllanmalıdır.

36.10. Xidmət meydançasındakı stasionar nərdivanlar ayırıcılarla bloklanıb qıfıllanmalıdır. Açarların və ayırıcıların yuxarı hissələri 2 m və daha artıq hündürlükdə yerləşən idarəetmə şkafları stasionar xidmət meydançasına malik olmalıdır.

36.11. PQ-lərdə elektrik qurğusu və mexanizmlərin (qaynaq məntəqələri, sınaq qurğuları) qoşulması üçün təmir-texnologiya şkafları nəzərdə tutulmalıdır. Örtüyün rəngi dəyişdiyi halda, cərəyandaşıyıcı söndürülməlidir.

36.12. Açılmış hava açarlarında havanın sızması aşkar edildikdə açara havanın verilməsinin dayandırılması açar dövrəsində ayrıcıların açılması ilə gərginlik çıxarılandan sonra yerinə yetirilməlidir.

36.13. Yüksək gərginlikli açarların texniki vəziyyətinin müəyyən edilməsi üçün kommutasiya və mexaniki qalıq resursunun fazalar üzrə hesablanması aparılmalıdır. Bundan əlavə, eleqaz açarları üçün eleqaz itkisinin miqdarını qiymətləndirmək tələb olunur.

37.1. Bu Qaydaların 15.16-cı, 15.19-cu, 15.28-ci və 15.31-ci bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı akkumulyator qurğularının istismarı ilə bərabər elektroenergetika obyektlərinin akkumulyator qurğularına şamil olunur.

37.2. Akkumulyator qurğularının istismarında onlara texniki qulluq, habelə normal və qəza rejimlərində sabit cərəyan şinlərində gərginliyin nominal səviyyəsi təmin edilməlidir.

37.3. Akkumulyator qurğularının yenidən inşa edilən və yenidən qurulan elektroenergetika obyektlərində, qoruyucu örtüklü müsbət elektrodlu, səthi müsbət elektrodlu, müsbət lövhələri müsbət elektrodla yaxılmış stasionar qurğuşun-turşulu akkumulyator batareyalarının aşağıdakı növləri tətbiq edilməlidir:

37.3.1. açıq akkumulyator batareyaları (az xidmət olunan);

37.3.2. tənzimləyici klapan ilə (hermetik, xidmət olunmayan akkumulyator batareyaları, şüşəlifli separatorda elektrolitlə absorbsiya edilmiş AGM texnologiyası, VRLA növlü) qapalı akkumulyator batareyaları. Bu batareya növləri yüksək gərginlikli PQ-də üç və daha az ayırıcı açar ilə 35–110 kV-luq YS-nin operativ dövrələrinin, eləcə də TPAİS-in, ODTİV-in fasiləsiz elektrik enerjisi təminatı üçün tətbiq edilir. Akkumulyator qurğuları üçün digər elektroenergetika obyektlərində yalnız açıq stasionar qurğuşun-turşulu akkumulyator batareyaları istifadə edilməlidir. Bu batareyaların keramik və ya rekombinasiya edilmiş süzgəc-tıxaclar ilə birgə tətbiqinə yol verilir.

37.4. Akkumulyator qurğularında tərkibində qapalı gel elektrolitli akkumulyator batareyalarından istifadə edilməməlidir. Bu batareyaların tətbiqinə yalnız TPAİS və ya ODTİV sistemlərində yol verilir.

37.5. Elektroenergetika obyektlərinin akkumulyator qurğularına cari texniki xidmətin həcmi və dövriliyi, akkumulyator batareyalarının yoxlamalar arası nəzarəti və nəzarət-müayinə yoxlaması Azərbaycan Respublikasının energetika sistemi obyektlərində akkumulyator batareyalarının istismarı üzrə metodiki göstərişlərə, habelə Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun olmalıdır.

37.6. Bərabərləşdirici yükləmə yoxlamalararası dövri (profilaktik) nəzarətin nəticələri üzrə aparılır. Gecikən elementlərin sayı onların ümumi miqdarının 10%-dən çox olduqda, hər element üzrə 2,3 V gərginlikdə bərabərləşdirici yükləmənin aparılmasına yol verilir.

37.7. Yoxlamalararası dövri (profilaktik) nəzarətin nəticələri üzrə ildə 1 dəfə, tələb olunan zaman, batareyanın yekun yüklənilməsi, həmçinin nəzarət-müayinə yoxlamasını (nəzarət boşalmasını) aparmazdan əvvəl və sonra açıq növlü batareyanın elementlərinin distillə edilmiş su ilə doldurulması vacibdir.

37.8. СK və СН növlü akkumulyator yekun yüklənilməsini, istehsalçı təlimatlarına uyğun olaraq, açıq və qapalı batareyalar üçün stasionar qurğuşun-turşu akkumulyator batareyalarının istismar təlimatlarının tələblərinə uyğun aparılır (yekun yükləmənin gərginliyi 2,3 – 2,4 V/el. təşkil etməlidir (bu zaman ideal gərginlik kimi 2,3 V/el. qəbul edilir). Yekun yükləmənin müddəti batareyanın vəziyyətindən asılıdır və 6 (altı) saatdan az olmamalıdır. Yekun yükləmənin tamamlanması ən azı 2 (iki) saat ərzində nəzarət edilən parametrlərin stabilləşdirilməsi ilə müəyyən edilir.

37.9. Az xidmət göstərilən akkumulyator batareyalarının yüklənilməsi, o cümlədən yekun yükləmə, bərabərləşdirici yükləmə keçirilən zaman elementlərdən süzgəc-tıxacların çıxarılması vacibdir. СK növlü akkumulyator batareyalarının yüklənilməsi keçirilən zaman elektrolitin temperaturu 40°С-ni, açıq növdə isə 35°С-ni ötməməlidir. Bu zaman elektrolitin temperaturu qeyd olunan göstəriciləri aşdıqda yükləmə cərəyanının iki dəfə və ya istehsalçının müəyyən etdiyi göstəricilərə qədər azaldılmasına yol verilir.

37.10. Akkumulyator batareyalarının elementlərinin (monobloklarının) vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması üçün aşağıdakılar həyata keçirilməlidir:

37.10.1. cari xidmət və təftiş keçirmək;

37.10.2. yoxlamalararası dövri (profilaktik) nəzarət və nəzarət-diaqnostika yoxlamasını həyata keçirmək;

37.10.3. cari yoxlama, yoxlamalararası dövri nəzarət və diaqnostik yoxlamanın nəticələrinə görə ayrıca elementlərin (monoblokların) yekun yüklənilməsinin keçirilməsi üçün istehsalçı təlimatlarına və ya stasionar qurğuşun-turşulu akkumulyator batareyalarının istismarı üzrə təşkilati-sərəncamverici aktlara və akkumulyator batareyalarının istismarı üzrə istehsalçının müəyyən etdiyi metodiki göstərişlərə və stasionar batareyaların işləmə qaydalarına uyğun yüklənməsini həyata keçirmək;

37.10.4. yüklənmənin dayandırılmasından sonra 2 (iki) saatdan gec olmayaraq batareyanın yenidən yüklənilməsini yerinə yetirmək;

37.10.5. sonradan yekun yükləmənin keçirilməsi şərti ilə açıq turşulu batareyalarının elementlərinə qanunvericiliyin və ya istehsalçının tələblərinə uyğun olaraq, vaxtlı-vaxtında distillə edilmiş su əlavə etmək;

37.10.6. akkumulyator batareyaları jurnalında (reyestrində) müəyyən edilmiş formalar üzrə aparılmış müayinələr, ölçmələr, təhlillər haqqında qeydləri daxil etməklə qeydiyyat işlərini aparmaq.

37.11. Akkumulyator qurğusuna xidmət göstərən heyət aşağıdakılarla təmin edilməlidir:

37.11.1. batareya elementlərinin ölçülən parametrlərinin nəzarəti üçün cihazlarla;

37.11.2. qoruyucu geyim və özəl inventarla.

37.12. Akkumulyator batareyalarının istismarı üçün cihazlar, inventarlar və ehtiyat hissələrin siyahısı stasionar qurğuşun-turşulu akkumulyator batareyalarının istismarı üzrə istehsalçı təlimatlarında əks olunur.

37.13. Açıq növlü akkumulyator batareyalarına cari texniki xidmət zamanı aşağıdakı qoruyucu geyimdən istifadə edilməlidir:

37.13.1. gözlər və ya üzün mühafizəsi üçün qoruyucu eynək və ya maskadan (dəbilqədən);

37.13.2. qoruyucu kostyum, önlük, ayaqqabı və sulfat turşusu (elektrolit) məhluluna davamlı əlcəklərdən.

37.14. Elektroenergetika obyektlərinin akkumulyator qurğularında qapalı növ batareyalar ilə işləyən zaman qoruyucu eynəklərdən (maskadan) və əlcəklərdən istifadə edilməlidir. Həmin akkumulyatorlar qatı sulfat turşusu ilə işləyən zaman onun təsirinə qarşı davamlı kostyumdan, turşuya davamlı rezin önlük və əlcəklər, qoruyucu maska, qaloş və ya rezin çəkmələrdən istifadə edilməlidir.

37.15. Elektrolitin neytrallaşdırılması üzrə işlər aparılarkən, qoruyucu geyimdən və ayaqqabıdan, əl və üz üçün mühafizə vasitələrindən istifadə edilməlidir və onların turşuya (qələviyə) davamlılıq qabiliyyəti sözügedən maddələrə qarşı mühafizə dərəcəsinə uyğun olmalıdır.

37.16. Turşu otağında elektromontyor-akkumulyatorçu üçün turşu (qələvi) barədə təhlükəsizlik tədbirlərini özündə əks etdirən xatırlatma olmalıdır.

37.17. Elektrolitin neytrallaşdırıcı vasitələri (2, 5, 10%-lik neytrallaşdırıcı məhlula malik tutumlar) imzalanmalı və tamburda, akkumulyator batareyaları otağında və turşu otağında yerləşdirilməlidir. Turşu və qələvi ayrı-ayrılıqda (ayrı otaqlarda), üzərində maddənin adı və qatılığını göstərən nişanlarla təchiz edilmiş, kip bağlanmış şüşə qablarda və qablaşdırma taralarında (şəbəkədə qablaşdırma materialı ilə) saxlanılmalıdır. Onların saxlanılması üçün otaqda imzalanmış elektrolit, distillə edilmiş su qabları və taxta kəpəkli yeşiyin saxlanılmasına yol verilir. Elektroenergetika obyektlərində akkumulyator qurğuları üçün turşu saxlandığı otaq açarla bağlanmalı, açar isə həmin obyektin istismarçısında saxlanılmalıdır. Turşular və qələvilərin saxlanıldığı otaqlarda neytrallaşdırıcı vasitələr (təbaşir, əhəng, soda) olmalı, habelə təbii və ya məcburi havalandırma sistemi təşkil edilməlidir.

37.18. Turşu, qələvi və ya onların məhlullarının tam utilizasiya edilməməsi, o cümlədən tullantı kimi axıdılması qadağandır. Elektroenergetika obyektlərində akkumulyator qurğuları olan yerə xidmət edən əl-üz yuyan yerin qarşısında “TURŞU, ELEKTROLİT BOŞALTMAQ OLMAZ!” yazısını əks etdirən lövhəcik asılmalıdır.

37.19. Faktiki enerjitutumunun müəyyən edilməsi üçün elektroenergetika obyektlərində akkumulyator qurğularında tətbiq edilən stasionar qurğuşun-turşulu akkumulyator batareyalarının nəzarət-diaqnostika yoxlaması (nəzarət boşalması) yerinə yetirilməlidir.

37.20. Stasionar qurğuşun-turşulu akkumulyator batareyalarının nəzarət boşalmalarının keçirilməsinin dövriliyi və həcmi həmin qurğunun istehsalçı təlimatına uyğun qəbul olunur.

37.21. Elementlərdən birində yoxlama boşalması ərzində gərginlik istehsalçı tərəfindən yolverilən minimal həddə qədər azalarsa (1,8 V/el.), çıxarılan faktiki tutum isə nominalın 80%-dən az olarsa, belə batareya onun tutumunun bərpası üzrə tədbirlərin keçirilməsi üçün (qalan elementlərin tam doldurulması, akkumulyator batareyalarının bərabərləşdirici yükü) istismardan çıxarılmalıdır.

37.22. Yoxlama boşaldılmasından sonrakı nəzarət boşalmasında batareyanın tutumu (həcmi) artmadıqda, müayinənin nəticələrinə əsasən elektroenergetika obyektinin istismarçısı batareyanın dəyişdirilməsi barədə göstəriş verməlidir.

37.23. Nəzarət boşalması keçirilən zaman boşalma cərəyanının göstəriciləri hər dəfə eyni olmalıdır. Nəzarət boşalmaları zamanı aparılan ölçmələrin nəticələri əvvəlki boşalmaların ölçmələrinin nəticələri ilə müqayisə edilməlidir.

37.24. Batareyanın yüklənməsi və boşalması göstəricisi bu batareya üçün maksimal göstəricisini ötməyən cərəyan ilə aparılmalıdır.

37.25. Nominal tutumun 8%-dən çoxunu çıxarmaqla açıq növlü stasionar akkumulyator batareyaları boşaldılmamalıdır.

37.26. Elektrik stansiyalarında akkumulyator batareyası yerinin axın-sorucu növlü havalandırılması batareyanın yüklənməsinə başlanandan etibarən qoşulmalı və qazların tam çıxarılmasından sonra açılmalıdır (yüklənmənin başa çatmasından sonra 1,5 saatdan tez olmamaqla). Daimi əlavə yüklənmə rejimində akkumulyator batareyasının otağı təbii havalandırma ilə təmizlənməlidir.

37.27. Açıq növlü akkumulyator batareyaları üçün hər element üzrə 2,3 V-dan yuxarı və şüşəlifli separatorda absorbsiya edilmiş qapalı konstruksiyalı batareyalar üçün hər element üzrə 2,4 V yük gərginliyində məcburi havalandırma işə düşməli və ya gərginliyin artmasının bloklanması nəzərdə tutulmalıdır.

37.28. Sorucu havalandırıcı dayanan zaman yükləmə funksiyası bloklanmalı və ya yükləmə qurğusu açılmalıdır. Akkumulyator otağından çıxan hava binadan kənarda atmosferə buraxılmalıdır. Yarımstansiyaların akkumulyator otaqlarında havalandırma sisteminin istismar qaydası konkret şərait və istehsalçı təlimatları nəzərə alınmaqla, istismarçı tərəfindən müəyyən edilməlidir.

37.29. Hər element üzrə 2,3 V-dək gərginliklə daimi əlavə yüklənmə və bərabərləşdirici yüklənmə rejimində akkumulyator batareyası otağı istehsalat (yerli) təlimatlarına uyğun havalandırılmalıdır.

37.30. Havalandırma qurğuları qanunvericiliyin tələblərinə uyğun olmalı və planlı müayinələrdən, habelə elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilən qaydada havalandırma sistemlərinin hava borularının dövri təmizlənməsi və yoxlanılmasından keçməlidir.

37.31. Havalandırma sistemlərinin təmiri, dövri texniki xidməti və sanitar-gigiyena sınaqları elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilən qaydada keçirilməlidir. Həmin sistemin elektrik qurğularına texniki xidmət ildə ən azı 1 dəfə keçirilməlidir. Xidmət nəticələri akt ilə sənədləşdirilir və qurğunun pasportuna daxil edilir.

37.32. Akkumulyator batareyalarının yüklənməsi, habelə əlavə yüklənməsi üçün düzləndirici qurğular tətbiq edildikdə dəyişən və sabit cərəyan dövrələri ayırıcı transformator vasitəsilə bağlanmalıdır. Düzləndirici qurğular açılmadan siqnallama qurğuları ilə təchiz edilməlidir.

37.33. Sabit cərəyan şinlərində pulsasiya əmsalı RMA qurğularının elektrik enerjisi ilə təminatı şərtləri üzrə yolverilən göstəriciləri və konkret akkumulyator batareyası növü üçün yolverilən pulsasiya səviyyəsini ötməməlidir.

37.34. Əlavə yükləmə qurğusu verilmiş gərginliyi 1% keçməyən kənaraçıxmalar ilə batareya şinlərində gərginliyin stabilləşdirilməsi (akkumulyator qurğularında СK növlü batareyadan istifadə edildikdə, ±2% yol verilir) və otağın temperaturu nəzərə alınmaqla, əlavə yüklənmə gərginliyinin təshihini təmin etməlidir.

37.35. Batareyanın daimi istifadə edilməyən əlavə elementləri ayrıca yükləmə qurğusundan daimi yükləmə rejimində istismar edilməlidir.

37.36. İdarəetmə dövrələrini, RMA qurğularını, siqnallamaları, avtomatika və telemexanikanı qidalandıran sabit cərəyan şinlərində gərginliyin normal istismar şəraitində elektrik qəbuledicilərinin nominal gərginliyindən 5% yuxarı səviyyədə saxlamağa yol verilir. Sabit cərəyanın quraşdırmaları və dairəvi magistralları ehtiyat qidalanma ilə təchiz edilməlidir.

37.37. Buxarlanmanın azaldılması üçün C və CK akkumulyator növlərinin çənləri elektrolit ilə reaksiyaya girməyən şüşə və ya digər izolyasiya materialından olan plastiklər ilə örtülməlidir. Bu məqsədlə yağdan istifadə etmək qadağandır.

37.38. Akkumulyator batareyası bölməsindəki temperatur 10°С aşağı olmamaqla saxlanılmalıdır. İstismar zamanı akkumulyator batareyalarının temperaturu 15°C – 25°C arasında ola bilər.

37.39. Akkumulyator qurğusu otağının (akkumulyator otağı) qapılarında “Akkumulyator batareyası №”, “Havalandırma otağı”, “Turşu otağı”, “Akkumulyatorçu otağı” yazıları olmalıdır.

37.40. Akkumulyator qurğusu və akkumulyator batareyaları otağının qapılarında “Oddan təhlükəlidir”, “Siqaret çəkmək qadağandır” yazıları, açıq oddan istifadə, yaxud siqaret çəkilməsinin qadağan olunması ilə bağlı təhlükəsizlik nişanları asılmalıdır.

37.41. Akkumulyator batareyalarının müfəttiş yoxlamaları yoxlamalararası dövri nəzarət isə elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilən qaydada həyata keçirilməlidir.

37.42. Nəzarət-diaqnostika yoxlamasının keçirilməsi, elektroenergetika obyektinin istismarçısı tərəfindən müəyyən edilən illik və çoxillik qrafik üzrə həyata keçirilməlidir. Bu qrafikdə az xidmət göstərilən akkumulyator batareyaları üçün əlavə olaraq nəzarət elementlərinin nömrələri göstərilməlidir.

37.43. Elektrik stansiyalarında və yarımstansiyalarda akkumulyator qurğularına xidmətin həyata keçirilməsi akkumulyatorçu və ya təlimdən keçmiş elektromontyora (eyni zamanda bu peşəyə sahib olana) həvalə edilməlidir. Akkumulyator qurğusunda müayinələrin məlumatları və həyata keçirilmiş işlərin həcmlərinin qeyd edilməsi üçün jurnal (reyestr) olmalıdır.

37.44. Akkumulyator batareyasının təmiri həm onun bütövlükdə və ya ayrıca elementlərinin (CK növlü akkumulyator) istismar resursunun bərpası, həm də onun elementlərinin dəyişdirilməsi yolu ilə diaqnostikanın nəticələrinə əsasən həyata keçirilməlidir.

37.45. Gələcək perspektivdə elektroenergetika obyektində akkumulyator qurğusunun təkmilləşdirilməsini nəzərdə tutan yenidənqurma işləri planlaşdırılmadıqda, akkumulyator qurğusunun təmiri zamanı akkumulyator batareyaları elementlərinin dəyişdirilməsində tam həcmdə analoji tutumlu və növlü (sinfə aid) elementlərdən istifadə edilməlidir.

37.46. Digər konstruksiyalı turşulu akkumulyatorlar, həmçinin qələvi akkumulyator batareyaları akkumulyator qurğularının istismarı üzrə istehsalat (yerli) təlimatlarının tələblərinə uyğun istismar edilməlidir.

37.47. Qapalı stasionar qurğuşun-turşulu akkumulyator batareyaları və akkumulyator qurğularından kənarda istismar edilən təkrar qoşma avadanlıqları, TPAİS, DTİS və digər informasiya sistemləri və elektrotexniki aparatların fasiləsiz elektrik enerjisi mənbələrində istifadə edilən digər stasionar qapalı batareya növləri bu sistemlərə (aparatlara) istehsalçı təlimatlarına əsasən xidmət göstərən heyət tərəfindən istismar edilməli və nasazlıqların olub-olmaması yoxlanılmalıdır.

38.1. Bu Qaydaların 14.6-cı, 14.8-ci, 14.10-cu, 14.16-cı və 14.17-ci bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı kondensator qurğularının istismarı ilə bərabər elektroenergetika obyektlərinin güc kondensator qurğularına da şamil olunur.

38.2. Kondensator qurğusu (kondensator batareyası və ya onun seksiyası) gərginlik nominaldan aşağı olanda işə düşməli və gərginlik nominalı 105 – 110%-i keçdikdə açılmalıdır.

38.3. Gərginliyin artması və cərəyanın tərkibində yüksək harmonikaların olması hesabına kondensator qurğularının nominal gərginliyin 110%-i ilə işləməsinə və cərəyana görə 130% yüklənməsinə yol verilir. Bu halda rezonans halları istisna olunmalıdır. Gərginlik nominaldan 110% çox artdıqda qurğu dərhal açılmalıdır.

38.4. Kondensator qurğusunun təkrar işə salınmasına yalnız açılmadan ən azı 5 dəqiqə sonra yol verilir.

38.5. Müasirləşdirilərək yenidən istismara verilən elektroenergetika obyektlərində ətraf mühit və xidməti heyət üçün təhlükəli komponentlərə malik olan kondensatorların quraşdırılmasına yol verilmir.

38.6. Polixlorlaşdırılmış difenillərin istifadə edildiyi istismarda olan kondensatorların uçotu, istismarı, saxlanılması və utilləşdirilməsi qanunvericiliyin tələbləri gözlənilməklə həyata keçirilməlidir.

38.7. Kondensator qurğuları çəpərlənməli və ya açarla bağlanan dolablarda quraşdırılmalıdır. Şkafların və çəpərlərin qapıları qurğunun elektrik açarı ilə bloklanmalıdır.

38.8. Kondensator qurğusunu açmadan onlara baxış əsas elektrik avadanlıqlarına baxışlar ilə birgə keçirilməlidir. Kondensatorların sıxaclarında gərginlik və ya ətraf havanın temperaturu ən yüksək buraxılabilən göstəricilərə qədər artdıqda ən azı sutkada 1 dəfə baxış aparılır.

38.9. Kondensator qurğularının cari təmiri illik olaraq aparılmalıdır.

38.10. Kondensator qurğularının profilaktik sınaqları keçirilməlidir.

39.1. Bu Qaydaların 8.7-ci, 8.9-cu, 8.11-ci, 8.14-cü, 8.19-cu və 8.24 – 8.27-ci bəndlərində göstərilən tələblər ümumi təyinatlı HX-lərin istismarı ilə bərabər elektroenergetika obyektlərinin HX-lərinə şamil olunur.

39.2. HX-nin istismarı zamanı onların etibarlı işinin təmin edilməsinə yönəlmiş texniki xidmət və təmir işləri aparılmalıdır.

39.3. Yeni quraşdırılan, texniki təchizat vasitələri yenilənən, yenidən qurulan və ya təkmilləşdirilən HX-nin layihələndirilməsi üzrə tapşırıq veriləndə elektrik sistemlərinin istismarçıları layihə sənədlərində nəzərə alınmalı olan HX-nin layihələndirilmə zonasında faktiki şərtlər haqqında məlumatları (sırsıra və külək, HX trassasında atmosfer çirklənməsi, HX və onun elementlərinin sıradan çıxması, habelə yerli şəraitləri xarakterizə edən digər məlumatlar) layihəçiyə təqdim etməlidir.

39.4. Podratçı tərəfindən yerinə yetirilən və sistem operatorunun istifadəsinə verilməli olan HX quraşdırılması, texniki təchizat vasitələrinin yenilənməsi, yenidən qurulması və təkmilləşdirilməsi işləri zamanı sistem operatoru tərəfindən işlərin icrasına texniki nəzarət və görülmüş işlərin texniki sənədlərə uyğunluğunun yoxlanılması təşkil edilməlidir. HX həmin xətt üzrə əsas məlumatları göstərən pasporta malik olmalıdır.

39.5. AİS-ə malik olan elektroenergetika obyektləri üçün pasport məlumatları elektron şəkildə saxlanıla bilər.

39.6. Sistem operatoru tərəfindən inşası başa çatmış HX-nin istismara qəbul edilməsi tikinti normaları və qaydalarına uyğun olaraq aparılmalıdır.

39.7. Tikinti normaları və qaydalarına uyğun HX-nin istismara verilməsi ilə bağlı təhvil-təslim sənədləri, həmçinin aşağıda qeyd edilən digər sənədlər tərtib edilməli və HX-nin istismarçısına təqdim olunmalıdır:

39.7.1. yığma özüllərin və ayaqaltıların quraşdırılma aktları;

39.7.2. dayaqların quraşdırılma jurnalı (reyestri);

39.7.3. anker aralıqlarının quraşdırılması jurnalı (reyestri);

39.7.4. dartıcı presləmə sıxaclarının quraşdırılması aktı;

39.7.5. birləşdirici presləmə sıxaclarının quraşdırılması aktı;

39.7.6. anker dayaqlarının şleyflərində naqillərin birləşdirilməsi jurnalı (reyestri);

39.7.7. birləşdiricilərin quraşdırılması cədvəli;

39.7.8. mühəndis qurğusu ilə kəsişdikdə qabaritlərin yoxlanılması və ölçülmə aktı;

39.7.9. TQ-nin pasportu (TQ quraşdırılma aktı).

39.8. Texniki xidmət ərzində profilaktik yoxlamaların və ölçmələrin yerinə yetirilməsi yolu ilə HX və onların elementlərinin texniki imkanları və sazlığı, HX-nin vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üzrə işlər həyata keçirilməlidir.

39.9. HX-nin əsaslı təmiri aparılan zaman təmir və ya onların etibarlılığı və xəttin istismar keyfiyyətlərini yaxşılaşdıran elementlər ilə əvəz edilməsi yolu ilə HX və onların elementlərinin sazlığının və texniki imkanlarının bərpa edilməsi üzrə işlər yerinə yetirilir. Texniki xidmət, təmir və təkrar texniki təchizat işləri həyata keçirildiyi hallarda HX-də yerinə yetirilməli işlərin siyahısı binalar və elektrik stansiyaları, habelə şəbəkə qurğularının texniki xidməti və təmirinə dair qaydalarda və HX-nin istismarı üzrə istehsalat (yerli) təlimatlarında qeyd edilir.

39.10. Polad dayaqların, habelə dəmir-beton və taxta dayaqların metal detallarının, ildırımdan mühafizə trosları və dayaqların tros elementlərinin korroziya əleyhinə mühafizəsi, elektroenergetika obyektinin istismarçısının göstərişi ilə bərpa edilməli və ya yenidən yerinə yetirilməlidir.

39.11. HX-nin keçdiyi marşrut müntəzəm olaraq kolluqlardan və ağaclardan təmizlənməli və yanğından təhlükəsiz vəziyyətdə saxlanılmalıdır. Aralıqlarda müəyyən edilmiş en məsafəsi qorunub saxlanılmalı və ağacların budanması aparılmalıdır. Dayaqların və naqillərin üzərinə aşma təhlükəsi yaradan ağacların kəsilməsi məsələsi Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə uyğun həll edilməlidir.

39.12. HX-nin işinin pozulmasının qarşısını almaq üçün cığırın kənarında bitən və dayaqların və naqillərin üzərinə aşma təhlükəsi yaradan ayrıca ağacların kəsilməsi məsələsi Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə uyğun həll edilməlidir.

39.13. HX-nin intensiv çirklənməyə məruz qalan ərazilərində gücləndirilmiş izolyasiyadan istifadə edilməli və izolyasiyanın təmizlənməsi (yuyulması), çirklənmiş izolyatorlarının dəyişdirilməsi üzrə işlər yerinə yetirilməlidir.

39.14. İzolyasiyanın quşlar tərəfindən intensiv şəkildə çirkləndiyi sahələrdə və HX-nin dayaq konstruksiyalarında quşların kütləvi şəkildə yuva saldığı yerlərdə, izolyasiyanın üstünün örtülməsinin mümkünlüyünü istisna edən qurğular quraşdırılmalı, həmçinin quşları uzaqlaşdıran və onların həyatına təhlükə yaratmayan qurğulardan istifadə edilməlidir.

39.15. Elektroenergetika obyektlərində HX-nin istismarı üçün sistem operatoru aşağıdakıları saz və işlək vəziyyətdə saxlamalıdır:

39.15.1. su yolunun hovuz-kanal idarəsi (sukanal idarəsi) ilə razılaşmaya əsasən, daxili su nəqliyyatının nizamnaməsi ilə müəyyən edilmiş, gəmiçilik və ya qayıqçılıq (raftinq) üçün yararlı olan çaylar, göllər, su anbarları, kanallar ilə HX-nin kəsişdiyi yerlərin sahillərində siqnal nişanları;

39.15.2. markalanma və hündür maneələrin işıq çəpərlərinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq HX dayaqlarında quraşdırılmış xəbərdaredici işıq qurğuları;

39.15.3. HX layihəsi və qanunvericiliyin tələblərinə uyğun olaraq dayaqlarda quraşdırılmış daimi nişanlar.

39.16. Sistem operatorunun elektroenergetika obyektlərində HX-lərin istismarı üzrə vəzifələri aşağıdakılardır:

39.16.1. HX-nin avtomobil yolları ilə kəsişmələrində quraşdırılan qabaritlərin məhdudlaşdırılması üçün yol nişanlarının olmasına nəzarət etməlidir;

39.16.2. avtomobil yolları ilə 330 kV və daha yuxarı gərginlikli HX-lərin kəsişmələrində quraşdırılmış və bu HX-nin mühafizə zonalarında nəqliyyatın saxlanılmasını qadağan edən, həmçinin qabaritsiz yüklərin və kranların hərəkətinin mümkün olduğu dəmir yolları ilə HX-nin kəsişməsi yerlərində quraşdırılan yol nişanlarının saz vəziyyətdə olmasına nəzarət etməlidir.

39.17. HX-də aşağıdakı yoxlamalar, ölçmələr, təmir, əvəzetmə, dartma, izolyasiya yerinə yetirilməlidir:

39.17.1. HX trassasının vəziyyətinin yoxlanılması – yoxlamalar aparılan zaman;

39.17.2. naqillərdən ağaclara və naqillərin altındakı kollara qədər olan məsafənin ölçülməsi;

39.17.3. naqillərin asma oxlarının ölçülməsi – sistem operatorunun müəyyən etdiyi hallarda;

39.17.4. cığırın eninin ölçülməsi – 3 (üç) ildə 1 dəfədən az olmayaraq;

39.17.5. taxta dayaqların detallarının çürüməsinin yoxlanılması - HX istismara veriləndən 3–6 il sonra, növbəti isə 3 (üç) ildə 1 dəfədən az olmayaraq, həmçinin dayağa qalxmazdan və ya detalları dəyişdirməzdən əvvəl;

39.17.6. yoxlamalar zamanı izolyatorlar və xətti armaturun vəziyyətinin vizual yoxlanılması, həmçinin HX istismara veriləndən sonra 1 – 2 ildən, ikinci dəfə 6 – 10 ildən sonra, daha sonra isə HX-də izolyatorların yararsızlıq səviyyəsindən və iş şəraitlərindən asılı olaraq, 35 – 500 kV gərginlikli hava elektrik veriliş xətlərinin istismarı üzrə təşkilati-sərəncamverici aktlarda göstərilmiş dövrilik üzrə – asma boşqabvari farfor izolyatorlarının elektrik davamlılığının yoxlanılması;

39.17.7. yoxlamalar keçirildiyi zaman – dayaqlar, naqillər və trosların vəziyyətinin yoxlanılması;

39.17.8. naqillərin birləşdiriciləri işlənmiş, preslənən, qaynaqlanan, boltla bağlanan (gərginliyi 20 kV-dək olan HX-də) oval birləşdiricilərinin vəziyyətinin yoxlanması, xətlərin yoxlanılmasında vizual olaraq: 35 kV və daha yuxarı gərginlikli HX-nin naqillərinin boltla bağlanan birləşmələrinin vəziyyətinin yoxlanılması zamanı isə 6 (altı) ildə 1 dəfədən az olmayaraq elektrik ölçmələri yolu ilə aparılır, qeyri-məqbul vəziyyətdə olan bolt birləşmələri açılır, daha sonra təmir və ya əvəz edilir;

39.17.9. 6 (altı) ildə 1 dəfədən az olmayaraq bandajlar, bolt birləşmələri və anker boltlarının qaykalarının yoxlanılması və dartılması;

39.17.10. xətti izolyasiyaya nəzarət – HX-yə gərginlik veriləndən sonra 5 – 6 saatdan tez olmayaraq həyata keçirilməsi;

39.17.11. kontakt birləşmələrinə nəzarət – HX-də nominalın 30 – 40%-dən az olmayaraq yüklənməsi zamanı həyata keçirilməsi;

39.17.12. 6 (altı) ildə 1 dəfədən az olmayaraq torpağın qazılması yolu ilə özüllər və troslarda U formalı boltların vəziyyətinin seçmə üsulla yoxlanılması;

39.17.13. 6 (altı) ildə 1 dəfədən az olmayaraq dəmir-beton dayaqlar və calaqların vəziyyətinin yoxlanılması;

39.17.14. 6 (altı) ildə 1 dəfədən az olmayaraq torpağın seçmə üsulla qazılması ilə metal dayaqlar və travers, metal ayaqaltıları və tros ankerlərinin antikorroziya boyalarının vəziyyətinin yoxlanılması;

39.17.15. 6 (altı) ildə 1 dəfədən az olmayaraq dayaqların troslarında tarımlığın yoxlanılması;

39.17.16. bu Qaydaların 42.9-cu bəndinə uyğun olaraq, dayaqların torpaqlanma müqavimətinin, həmçinin sıfır naqilinin təkrar torpaqlanmalarının ölçülməsi;

39.17.17. istismara qəbul edilən zaman, qəbul edildikdən sonra isə yeni istehlakçıların qoşulması və bu müqavimətin dəyişdirilməsini tələb edən işlərin yerinə yetirilməsi, həmçinin TYS-də və ya komplekt TYS-də transformatorların əvəz edilməsi və əsaslı təmir zamanı, lakin 10 (on) ildə 1 dəfədən az olmayaraq, gərginliyi 1000 V-dək HX-də “faza – sıfır” ilgəyinin müqavimətinin ölçülməsi;

39.17.18. HX-nin yoxlanılması zamanı naqillərdən torpaq səthi və müxtəlif obyektlərə, kəsişən qurğulara qədər olan məsafədə dayaqlar, naqillər və trosların vəziyyətinin yoxlanılması.

39.18. HX-nin yoxlanılması, habelə yoxlamalar və ölçmələrin aparılması zamanı aşkar edilmiş nasazlıqlar istismar sənədlərində qeyd edilməli və xarakterindən asılı olaraq, HX ilə bağlı texniki xidmət və ya əsaslı təmir işləri aparılarkən aradan qaldırılmalıdır. İnsanların yerləşməsinin mümkün olduğu, 330 kV və daha yüksək gərginlikli HX-lərin marşrut sahələrində, 5 kV/m-dən yuxarı gərginlikli təsir zonalarının aşkar edilməsi məqsədilə elektrik sahəsinin gərginliyi ölçülməlidir.

39.19. Elektrik sahəsinin gərginliyinin ölçülməsi torpaq səthindən 1,8 m hündürlükdə aparılır. Elektrik sahəsinin 5 kV/m-dən yuxarı gərginliyinin olduğu yerlərdə, təsir zonasında mütəxəssislərin mühafizəsi ilə bağlı tədbirlər görülməlidir.

39.20. Elektrik qurğusu istismarçısının qərarına uyğun olaraq, texniki əsaslandırılma olduqda və HX-nin texniki vəziyyətini nəzərə alaraq, HX-nin əsaslı təmirinin həyata keçirilmə dövriliyinin əvvəlki müddətdən asılı olaraq 10 (on) və 5 (beş) ildən çox artırılmasına yol verilir.

39.21. HX dayaqları və digər elementlərinin (farfor izolyatorlarının şüşə və ya polimerlə, bir markalı vibrosöndürücülərin digər marka ilə əvəz edilməsi, naqil, ildırım trosu əvəz edilməsi), həmçinin dayaqların torpaqda bərkidilmə üsulunun konstruktiv dəyişiklikləri yalnız texniki sənədlər əsasında istismarçının icazəsi ilə həyata keçirilməlidir.

39.22. HX-nin istismarçısı həmin işlərin yerinə yetirilməsindən sonra əsas təyinatı üzrə istifadə edilməsi üçün torpaq sahələrini yararlı vəziyyətə gətirməli, həmçinin işlərin aparılması zamanı torpaq istifadəçilərinə dəymiş zərərin əvəzini ödəməlidir.

39.23. Eyni dayaqda müxtəlif istismarçılara məxsus HX-nin və ya digər təyinatlı xətlərin naqilləri asıldıqda bu istismarçıların hər biri xəttin təmiri ilə bağlı görüləcək işlər barədə digərini məlumatlandırmalıdır. HX-nin zədələnməsinə səbəb ola biləcək hər hansı işin aparılması işin başlanılmasından ən azı 3 (üç) gün əvvəl xəttin istismarçıları ilə razılaşdırılmalıdır. Qəza hallarında təmir işləri digər tərəfə (xəttin və ya naqillərin istismarçısına) əvvəlcədən xəbərdarlıq etməklə aparılmalıdır.

39.24. Gərginliyi 110 kV və daha yuxarı olan HX-də zədələnmə yerlərinin, həmçinin 6–35 kV gərginlikli HX-də fazalararası qapanma yerlərinin məsafədən müəyyən edilməsi üçün RMA üzrə mikroprosessor qurğularının və ya qəza prosessorlarının mərkəzləşdirilmiş reqistratorun tərkibində olan funksiyalardan istifadə edilməlidir. Bu halda onların TPAİS sisteminə inteqrasiyası təmin edilməlidir.

39.25. Gərginliyi 6–10 kV olan HX-də zədələnmiş sahənin yönləndirici nişanlarının quraşdırılmasına yol verilir.

39.26. Sistem operatoru 6–10 kV gərginlikli HX-ni onun torpaqda qısaqapanma yerlərinin müəyyən edilməsi üçün vasitələr ilə təchiz etməlidir.

39.27. Sistem operatorunda HX-də olan qəza zədələrinin vaxtında aradan qaldırılması məqsədilə həmin sistem operatorunun müəyyən etdiyi normalara uyğun olaraq materiallar və detalların qəza ehtiyatı saxlanılmalıdır.

40.1. Bu Qaydaların 9.3-cü, 9.6-cı, 9.7-ci, 9.11-ci, 9.12-ci, 9.19-cu, 9.25-ci, 9.31-ci və 9.37-ci bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı güc KX-nin istismarı ilə bərabər elektroenergetika obyektlərinin güc KX-yə şamil olunur.

40.2. Güc KX-lərinin istismarı zamanı onların etibarlı fəaliyyətinin təmin edilməsinə yönəlmiş texniki xidmət və təmir işləri aparılmalıdır.

40.3. KX-nin istismarı zamanı ilkin hesabat şərtləri dəyişdirildikdə (yüklənmə üzrə gündəlik qrafikin parametrləri, KX-nin digər iş gərginliyinə köçürülməsi, böyük kəsikli haşiyələrin quraşdırılması, paralel çəkilmiş KX-lərin sayının artırılması) onlara düşən yüklər yenidən yoxlanılmalıdır.

40.4. Gərginliyi 110 kV-dan aşağı olmayan KX-nin ifrat yüklənməsi qanunvericilik və normativ xarakterli aktlar əsasında tənzimlənir.

40.5. AİS-ə malik idarələr üçün pasport məlumatları elektron qaydada saxlanıla bilər.

40.6. Borularda və ya bloklarda gizli çəkilmiş kabellərdə, sonuncu məntəqələrdə, uc muftalarında, quyularda və blok kanalizasiyasının kameralarında, həmçinin birləşdirici muftada birkalar quraşdırılmalıdır. Sipərlərdə gizli çəkilmiş kabellərdə birkalar sonuncu məntəqələrin və hər bir birləşdirici muftanın yaxınlığında quraşdırılır.

40.7. Gərginliyi 110 kV-dan aşağı olmayan KX-nin yeraltı trassaları elektron markerlər ilə markalanmalıdır. Markerlər muftalar üzərində, trassaların dönmə künclərində, kabellərin boru kanalizasiyasına girişlərində 100 m-dən çox olmayan aralıq məsafə ilə trassanın düz sahələrində quraşdırılmalıdır. Muftalar üzərində quraşdırılmış markerlərdə xəttin adı, işçi gərginlik, muftanın nömrəsi, quraşdırılma tarixi, sahibkar haqqında məlumatlar qeyd edilməlidir. İstismarçıda proqramlaşdırma və markerlərdən məlumatların oxunması üçün qurğular olmalıdır.

40.8. Kabel qurğularında çəkilmiş kabellərin metal sinklənməmiş zirehləri və kabellərin çəkildiyi qeyri-metal örtüklü metal konstruksiyaları, həmçinin adi poladdan hazırlanmış kabel qutusu, müntəzəm olaraq alışmayan korroziya əleyhinə laklar və boyalarla örtülməlidir. Boyanın pozulması aşkar edildikdə elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilmiş müddətdə boya örtüyü bərpa edilməlidir.

40.9. Kabel qurğularında çəkilmiş kabellər alışmayan olmalı və təcrübəyə görə ən az tüstü-qaz buraxan materiallardan hazırlanmalıdır. Digər kabellər yanğınəlehinə maddələr ilə emal edilməlidir.

40.10. Kabellərin yanğın əleyhinə örtüyünün pozulması aşkar edildikdə elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilmiş müddətdə örtük bərpa edilməlidir.

40.11. Daimi növbətçi heyəti olan elektrik stansiyaları və yarımstansiyalarından çıxan KX-də yüklənmələrə nəzarət cihazlar vasitəsilə aparılır və onların göstəriciləri gündəlik qeyd edilir.

40.12. Daimi növbətçi heyəti olmayan yarımstansiyalarda yüklənmələrə nəzarət yay və ya qış maksimumları günlərində KX-nin maksimal yüklənmə saatlarında ildə 1 dəfədən az olmayaraq həyata keçirilir.

40.13. Yükləmənin maksimal dövründə aparılan ölçmələrdən əlavə sxemin dəyişdirilməsi və ya əlavə cərəyan qəbuledicilərinin qoşulması və KX-nin iş rejiminin dəyişdirilməsi zamanı ölçmələr aparılmalıdır. Bu ölçmələrin məlumatlarına əsasən KX-lərin iş rejimi və sxemi dəqiqləşdirilməlidir. Bu Qaydaların bu bəndinin tələbləri elektrik stansiyaları və yarımstansiyalarının PQ şinlərindən çıxan istehlakçıların KX-sinə də şamil olunur.

40.14. KX-nin istismarçısı zədələnmə yerini müəyyən etmək üçün aparatlar, ölçmə cihazları, habelə səyyar ölçmə və sınaq qurğuları ilə təchiz edilmiş səyyar elektrotexniki laboratoriyalara malik olmalıdır.

40.15. Payız-qış dövründə səyyar elektrotexniki laboratoriyaların qızdırılan bokslarda saxlanılması təmin edilməlidir.

41.1. Bu Qaydaların 11.15 – 11.18-ci, 11.26-cı, 11.34-cü və 11.42 – 11.47-ci bəndlərinin tələbləri ümumi təyinatlı RMA qurğularının istismarı ilə bərabər elektroenergetika obyektlərinin RMA qurğularına şamil olunur.

41.2. Elektrik stansiyaları, yarımstansiyaları və elektrik şəbəkələrinin güc elektrik qurğusu RMA qurğuları, avtomatik ayırıcılar və ya qoruyucular vasitəsilə qısaqapanmalar və normal rejimlərin pozulmalarından mühafizə olunmalı, elektroavtomatika qurğuları, həmçinin ƏQ avtomatika qurğuları və avtomatik tənzimləmə qurğuları ilə təchiz edilməlidir.

41.3. Elektroenergetika sisteminin təyinatı və iş prinsipi iş rejimlərinə və selektivlik (seçim) şəraitlərinə uyğun olaraq, işdən çıxarılmalı qurğular istisna olmaqla, RMA, həmçinin ƏQ avtomatika qurğularının iş prinsipləri, parametrləri, tənzimləmə və çıxış təsirləri üzrə elektrik sistemlərinin sxemlərinə və iş rejimlərinə uyğun olmalı və daim işləməlidir.

41.4. Fərqli RMA qurğularının terminallarının sıraları, habelə bir RMA qurğusunun fərqli təyinatlı dövrələri (cərəyan, gərginlik, idarəetmə) fərqləndirici nişanları olan ayırıcı bloklarla ayrılmalıdır. RMA qurğularının texniki xidməti həyata keçirilərkən işləyən aparatlara girişin məhdudlaşdırılması ilə bağlı tədbir görülməlidir.

41.5. RMA qurğularının sıxacları, həmçinin bir RMA qurğusunun təyinatına görə dövrələri (cərəyan, gərginlik, idarəetmə) nişanlara malik ayırıcı bloklarla ayrılmalıdır. RMA qurğularının texniki xidməti həyata keçirilərkən işləyən aparatlara girişin məhdudlaşdırılması ilə bağlı tədbir görülməlidir.

41.6. Elektrik stansiyaları və yarımstansiyaların idarəetmə lövhələrində, həmçinin panellərdə RMA və ƏQ dövrələrində çevirici qurğular aşkar şəkildə yerləşdirilməli, onlarla bağlı eyni növlü əməliyyatlar da eyni qaydada aparılmalıdır.

41.7. Güc elektrik qurğusu və elektrik veriliş xətləri yalnız zədələrə qarşı qoşulu RMA ilə gərginlik altında ola bilər. İstismardan çıxarılma və ya ayrı-ayrı mühafizə növlərinin nasazlığı zamanı elektrik avadanlıqlarını və elektrik veriliş xətlərini zədə növlərindən işlək vəziyyətdə qalan RMA qurğuları mühafizə etməli, bu mümkün olmadıqda isə müvəqqəti mühafizəsi həyata keçirilməli və ya qoşulma açılmalı, yaxud rejim məhdudiyyətləri tətbiq edilməlidir.

41.8. İzolyasiya müqavimətinin ölçülməsi, habelə RMA qurğuları və ikinci dövrələrin izolyasiyasının elektrik müqavimətinin sınaqları RMA, elektroavtomatika qurğularının istehsalçı təlimatlarına əsasən aparılır.

41.9. İşə salmazdan əvvəl yenidən qurulan RMA qurğuları və ikinci dövrələr tənzimləmə və qəbul (təhvil-təslim) sınaqlarından keçməlidir.

41.10. Yeni qurğuların işə salınması və istismara verilməsi üçün icazə Tənzimləyici və bu qurğulara bilavasitə xidmət göstərən RMA xidmətinin nümayəndələri tərəfindən “RMA jurnalı”nda (reyestrində) qeydlərlə müəyyən edilmiş qaydada təqdim olunur.

41.11. İstismarda olan RMA qurğuları üçün elektroenergetika subyektinin RMA xidmətində bu Qaydaların 11.13-cü bəndində qeyd olunan texniki sənədlərlə yanaşı aşağıdakılar olmalıdır:

41.11.1. bu xidmətlərin sərəncamında və idarəetməsində olan qurğular haqqında texniki məlumatlar – kartlar (cədvəllər) və ya jurnallar (xarakteristikalar), icraçı işçi prinsipial və ya struktur sxemlər (texnologiya fəaliyyət alqoritmləri – konfiqurasiyalar) formasında;

41.11.2. tənzimləmə və yoxlama üzrə təşkilati-sərəncamverici aktlar və parametrlərin hesabatı üzrə metodikalar.

41.12. Real sxemdə dəyişiklik olduqda RMA icraçı sxemləri dərhal uyğunlaşdırılmalıdır. Sxemlərdə edilən dəyişikliklər dəyişikliyi edən şəxs, dəyişikliyin səbəbi və dəyişikliyin daxil edilməsinin tarixini göstərən qeydlərlə təsdiqlənməlidir. Sxemlər köhnəldikcə bərpa olunmalıdır. İcraçı sxemlər, konfiqurasiyalar, təşkilati-sərəncamverici aktlar sorğuya əsasən rəhbər RMA xidmətlərinə yönəldilməlidir.

41.13. RMA qurğularının işdən çıxarılması, tənzimləmə parametrlərinin dəyişdirilməsi və ya təsirinin dəyişdirilməsi, bu Qaydaların 50.2-ci, 50.8-ci, 50.9-cu və 50.12-ci bəndlərinə uyğun həyata keçirilir.

41.14. Səhvən işədüşmə təhlükəsi olduqda RMA qurğusu operativ-dispetçer xidmətinin icazəsi olmadan, lakin sonradan onlara xəbər verilməklə istehsalat (yerli) təlimatlarına uyğun olaraq, bu Qaydaların 41.7-ci bəndinin tələbləri nəzərə alınmaqla və bu Qaydaların 51.7-ci bəndinə uyğun olaraq işdən çıxarılmalıdır.

41.15. Səyyar kompüterlərin və ya daxili ekranın köməyi ilə mikroprosessor bazasında işləyən RMA qurğularından informasiyanın çıxarılmasının rəhbər əməliyyat heyətinə məlumat verməklə, istehsalat (yerli) təlimatları üzrə RMA-nın və ya təlimdən keçmiş əməliyyat heyətinin yerinə yetirməsinə yol verilir.

41.16. Əməliyyat heyəti aşağıdakıları həyata keçirməlidir:

41.16.1. RMA qurğularının (pillələrinin) işə salınması və işdən çıxarılması, həmçinin bu qurğuların idarə edilməsinin (aparılmasının) həvalə edildiyi rəhbər əməliyyat heyətinin göstərişində (icazəsində) nəzərdə tutulmuş çevirici qurğulardan və ya TPAİS-də RMA idarəetmə vasitələrindən (nəzarət, mühafizə, idarəetmə sistemi) istifadə edərək onların işinin və parametrlərinin (parametr qruplarının) dəyişdirilməsi;

41.16.2. RMA panelləri və şkaflarında çevirici qurğuların və sınaq bloklarının qapaqlarının mövqeyinin düzgünlüyünü təmin etmək;

41.16.3. idarəetmə və mühafizə dövrələrində qoruyucuların və ya avtomatik ayırıcıların saz vəziyyətdə olmasını təmin etmək;

41.16.4. xarici siqnallama qurğuları və cihazlarının aparatları və panellərində (şkaflarında) olan göstəricilərə, həmçinin RMA mikroprosessor qurğularından daxil olan məlumatlara əsasən RMA qurğularının işinə nəzarət;

41.16.5. ayırıcılar və digər aparatların yoxlanılması;

41.16.6. yüksəktezlikli mühafizə siqnalları ilə mübadilənin, yüksəktezlikli teleaçma qurğularının, avtomatika kanallarının aşağı tezlikli aparatlarının, ƏQ avtomatikasının yüksəktezlikli aparatlarının nəzarət edilən parametrlərinin ölçülməsi;

41.16.7. şinlər və kabelə girişlərinin izolyasiyasına nəzarət qurğusunun mühafizəsində qeyri-balans cərəyanının ölçülməsi;

41.16.8. gərginlik transformatorunun ayrılmış üçbucağında qeyri-balans gərginliyinin ölçülməsi;

41.16.9. avtomatik təkrar qoşma qurğularının yoxlanılması, ehtiyat və təsbit cihazlarının avtomatik qoşulması;

41.16.10. qəza hadisələrinin qeydiyyatı qurğularının işinə nəzarət;

41.16.11. avtomatik ossiloqrafların işinə nəzarət, fotokağız kasetlərinin dəyişdirilmə saatının işə salınması.

41.17. Əməliyyat heyəti daim dolablar və panellərin rele aparatında toz olmamasına nəzarət etməli və müntəzəm olaraq təmizləmə işləri aparmalıdır.

41.18. Nəzarətin və yoxlamanın dövriliyi, yoxlanılmalı olan aparatlar və qurğuların siyahısı, yoxlama vaxtı əməliyyatların ardıcıllığı, həmçinin normalardan kənaraçıxmalar aşkar edilən zaman heyətin hərəkətlərinin ardıcıllığı istehsalat (yerli) təlimatlarına əsasən müəyyən edilməlidir.

41.19. RMA qurğuları və ikinci dövrələr qanunvericiliyə əsasən, istismarçı tərəfindən müəyyən edilmiş qaydada və həcmlərdə yoxlanılıb sınaqdan keçirilməlidir.

41.20. Bu qurğuların səhvən işədüşməsindən və ya imtinasından sonra əlavə (qəza sonrası) yoxlamalar keçirilməlidir.

41.21. Sıxacların yığımlarına (sıralarına) birləşdirilmiş nəzarət kabellərinin məftilləri və naqilləri sxemlərə uyğun markalanmalıdır. Nəzarət kabelləri uc hissələrində, KX-nin ayrıldığı və kəsişdiyi divarlardan, tavanlardan keçdiyi yerlərdə işarələnməlidir. Nəzarət kabellərinin sərbəst naqillərinin ucları kabelin nömrələrini göstərməklə izolyasiya edilməlidir.

41.22. Elektrik stansiyaları və yarımstansiyalarında quraşdırılmış avtomatik ossiloqraflar, həmçinin onların işəsalma qurğuları, təsbit cihazları (ampermetrlər, voltmetrlər və ommetrlər), qəza hadisələrinin mikroprosessor registratorları və RMA qurğusunun işinin təhlili və elektrik veriliş xətlərində zədə yerlərinin təyini üçün istifadə edilən digər qurğular həmişə işə hazır vəziyyətdə olmalıdır. Göstərilən qurğuların işə salınması və işdən çıxarılması sifarişə əsasən həyata keçirilməlidir.

41.23. Elektrik stansiyaları və yarımstansiyaların idarəetmə (kommutasiya) lövhələrində, həmçinin panel və şkaflarında RMA dövrələrində çevirici qurğular aşkar şəkildə yerləşdirilməli, onlarla eyni növ əməliyyatlar da eyni qaydada həyata keçirilməlidir.

41.24. Elektrik stansiyalarında və digər elektrik qurğularında elektrik və texnoloji mühafizənin və bloklamaların qarşılıqlı təsirlərinin uyğunlaşdırılması layihə ilə nəzərdə tutulmalıdır.

42.1. Bu Qaydaların 12.5-ci, 12.6-cı, 12.8-ci və 12.12-ci bəndlərinin tələbləri ümumi təyinatlı torpaqlayıcı qurğuların istismarı ilə bərabər elektroenergetika obyektlərinin torpaqlayıcı qurğularına şamil olunur.

42.2. Torpaqlayıcı qurğular insanların elektrik təhlükəsizliyinin təminatı və elektrik qurğularının mühafizəsi, həmçinin işin istismar rejimləri ilə bağlı tələbləri təmin etməlidir.

42.3. Elektrik qurğusu və elektrik qurğularının izolyasiyasının pozulması nəticəsində gərginlik altında ola bilən metal hissələr torpaqlanmalı və ya sıfırlanmalıdır.

42.4. RMA, ƏQ, TPAİS, NMİS, operativ-dispetçer və texnoloji nəzarət vasitələri üçün qanunvericiliyə uyğun olaraq, elektrik təhlükəsizliyi şərtlərinə, mühafizə torpaqlanma və onların normal fəaliyyət şərtlərinə əsasən işçi torpaqlanması yerinə yetirilir. Torpağın tökülməsinə qədər montajdan sonra elektrik qurğusunun istismarçısı TQ-nin layihəyə uyğunluğunu yoxlayaraq yoxlama aktını tərtib edir.

42.5. Elektrik avadanlıqlarının TQ-si istismara verilən zaman quraşdırıcılar tərəfindən aşağıdakılar təqdim olunmalıdır:

42.5.1. yol verilmiş dəyişikliklər və kənaraçıxmaları (baş veribsə) göstərməklə, TQ layihəsi;

42.5.2. TQ-lərin quraşdırılması və təbii torpaqlayıcılara qoşulması üzrə qapalı işlərin yoxlanılmasına dair akt;

42.5.3. TQ-nin sınaq protokolu;

42.5.4. açıq çəkilmiş torpaqlanma keçiricilərinin vəziyyətinin yoxlanılmasına dair akt;

42.5.5. avadanlıqların torpaqlanma konstruksiyasının tamlıq vəziyyətinin müayinəsinə dair protokol;

42.5.6. TQ parametrlərinin (müqavimət, toxunma gərginlikləri, TQ-də gərginliklər) ölçülməsinə dair protokol.

42.6. Torpaqlayıcı naqillərin TQ-yə və konstruksiyalara birləşdirilməsi qaynaqla yerinə yetirilməli, aparatların gövdələrinin maşın və hava elektrik ötürmə xətlərinin dayaqlarına isə qaynaq və ya bolt vasitəsilə birləşməsi yerinə yetirilməlidir.

42.7. TQ-nin texniki vəziyyətinin yoxlanılması üçün aşağıdakılar yerinə yetirilməlidir:

42.7.1. bu Qaydaların 42.9-cu bəndinə uyğun olaraq, TQ-nin müqavimətinin ölçülməsi;

42.7.2. torpaqda olan torpaqlayıcının elementlərinin korroziya vəziyyətinin qiymətləndirilməsi üçün torpağın qazılması ilə seçmə üsulla yoxlanılması – 12 ildə 1 dəfədən gec olmamaqla;

42.7.3. torpaqlayıcı və torpağa birləşdirilən elementlər arasında dövrələrin, TQ ilə təbii torpaqlayıcıların birləşmələrinin mövcudluğunun və vəziyyətinin yoxlanılması - 12 (on iki) ildə 1 dəfədən gec olmamaqla;

42.7.4. elektrik avadanlıqlarında toxunma gərginliyinin ölçülməsi (onların TQ-nin bu Qaydaların 42.10-cu bəndinə uyğun olaraq, toxunma gərginliyinə dair normalara əsasən quraşdırılmalıdır);

42.7.5. TQ-də gərginliyin “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğunluğunun yoxlanılması (təxmini) – TQ-nin quraşdırma, yenidənqurma və əsaslı təmirindən sonra, lakin 12 (on iki) ildə 1 dəfədən gec olmamaqla;

42.7.6. izolyasiya edilmiş neytrallı 1000 V-dək elektrik avadanlıqlarında əriyən qoruyucuların yoxlanması – avadanlığın təmir işlərində, lakin 6 (altı) ildə 1 dəfədən gec olmamaqla;

42.7.7. sərt (birbaşa) torpaqlanmış neytrallı 1000 V-dək elektrik avadanlıqlarında “faza-sıfır” ilgəyinin tam müqavimətinin və ya gövdəyə, yaxud sıfır məftilinə birfazalı qapanma cərəyanlarının ölçülməsi – əsaslı təmirin aparılmasından əvvəl, lakin 10 (on) ildə 1 dəfədən gec olmamaqla.

42.8. Aşağıdakı hallarda TQ-nin plandankənar müayinəsi (texniki diaqnostikası) keçirilməlidir:

42.8.1. obyektinin ərazisində qısaqapanma və onunla əlaqəli qəza vəziyyətləri yarandıqda (qısaqapanma müayinəsi qəza zonasında və ona bitişik qısaqapanma sahələrindən yerinə yetirilir);

42.8.2. elektrik stansiyalarında, yarımstansiyalarda və EVX-də avadanlığın quraşdırma, yenidənqurma və əsaslı təmirindən sonra keçirilmiş işlər nəticəsində TQ-nin dəyişdirilməsi mümkün olan hissədə;

42.8.3. RMA, ƏQ mikroelektron və ya mikroprosessor qurğularının yenidən qurulmasından sonra və obyektdə quraşdırıldığı və TPAİS sisteminin tətbiq müddəti ərzində;

42.8.4. plandankənar texniki diaqnostikanın həcmi elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilir;

42.8.5. bütövlükdə, yeraltı kommunikasiyaların keyfiyyətini qiymətləndirməyə imkan verən aparat vasitələrindən istifadə etməklə TQ-nin texniki diaqnostikasının 12 (on iki) ildə 1 dəfədən az olmamaqla və TQ-nin hər 24 (iyirmi dörd) illik xidmətindən sonra keçirilməsinə yol verilir.

42.9. TQ-nin müqavimətinin ölçüsü torpağın ən çox quruduğu dövrlər nəzərə alınmaqla aşağıdakı hallarda aparılmalıdır:

42.9.1. elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik veriliş xətlərində bu qurğuların quraşdırılması, yenidən qurulması və əsaslı təmirindən sonra;

42.9.2. gərginliyi 110 kV və daha yuxarı olan tros dayaqlarında örtülmə və ya elektrik qövsü ilə izolyatorların dağılma izləri aşkarlandıqda;

42.9.3. havapaylayıcı şəbəkələrinin 35 kV və daha aşağı gərginlikli yarımstansiyalarında 12 (on iki) ildə 1 dəfədən az olmamaqla.

42.9.4. elektrik boşaldıcıları, ayırıcıları və digər elektrik qurğusu olan dayaqlarda, 1000 V-dan yuxarı şəbəkələrdə quraşdırma və təmir işlərindən sonra, istismar zamanı isə 12 (on iki) ildə 1 dəfədən az olmamaqla;

42.9.5. 2% seçmə üsulu ilə yaşayış məntəqələrində torpaqlayıcıları olan dayaqlarda, aqressiv, sürüşmə, yelçəkən və pis keçiricilik qabiliyyəti olan torpaqların HX ərazilərində quraşdırma, yenidənqurma, təmir işlərindən sonra, istismar zamanı isə 12 (on iki) ildə 1 dəfədən az olmamaqla;

42.9.6. 2% seçmə üsulu ilə 1 kV-dək gərginlikli HX dayaqları (ildırımdan mühafizə torpaqlayıcıları, sıfır məftilinin təkrar torpaqlanması) 6 (altı) ildə 1 dəfədən az olmamaqla.

42.10. Toxunma gərginliyi üzrə normalara əsasən quraşdırılmış elektrik qurğularında toxunma gərginliklərinin ölçüləri torpaqlayıcı qurğunun quraşdırılması, yenidənqurulması və əsaslı təmirindən sonra 6 (altı) ildə 1 dəfədən az olmamaqla aparılmalıdır. Ölçülər təbii torpaqlayıcılar və HX troslarının qoşulu olduğu halda aparılmalıdır.

43.1. Bu Qaydaların 13.7-ci, 13.11-ci, 13.15 – 13.18-ci, 13.29-cu, 13.31-ci və 13.37-ci bəndlərində qeyd olunan tələblər ümumi təyinatlı ifrat gərginlikdən mühafizənin istismarı ilə bərabər elektroenergetika obyektlərinin ifrat gərginlikdən mühafizəsinə də şamil olunur.

43.2. Elektrik stansiyalarında, yarımstansiyalarında və şəbəkələrdə PQ və HX üzrə ifrat gərginlikdən mühafizə ilə bağlı aşağıdakı məlumatlar olmalıdır:

43.2.1. ildırım sipərlərinin, projektor dayaqlarının, yüksələn qurğu və binaların, metal və dəmir-beton konstruksiyaların qoruyucu zonalarının təsviri;

43.2.2. qoruyucu aparatların, yarımstansiya avadanlıqlarının və ildırım sipərli portalların torpaqlama enişlərinin qoşulma yerləri, uzunluq və say üzrə məlumatlarla birgə əlavə torpaqlama elektrodların yerləşməsi göstərilməklə, PQ torpaqlama qurğularının sxemləri;

43.2.3. PQ avadanlığının impuls möhkəmliyi üzrə pasport məlumatları (impuls sınaq və böhran gərginlikləri);

43.2.4. PQ və HX üzrə istifadə edilmiş ifrat gərginlik məhdudlaşdırıcıları, ventil və boruşəkilli elektrik boşaldıcıları və qığılcım aralıqlarının pasport üzrə qoruyucu xarakteristikaları, onların sayı və layihəyə əsasən, habelə faktiki yerləşməsi;

43.2.5. HX-nin trosla mühafizə olunan yanaşmalarının uzunluğunun həmin uzunluq boyunca trosa malik HX üçün – təhlükəli zonalar üçün göstəriciləri və PQ mühafizə aparatları və mühafizə olunan avadanlıqlar arasında şinləmə üzrə onlara uyğun məsafələr ilə PQ sxemləri;

43.2.6. PQ, TM və HX dayaqlarının torpaqlama qurğularının, həmçinin HX tros yanaşmalarının müqavimət göstəriciləri;

43.2.7. HX trassası və PQ ərazisi üzrə torpağın nisbi müqaviməti və pis keçiriciliyi olan torpaqların olduğu ərazilər haqqında məlumatlar;

43.2.8. HX-lərin öz aralarında, həmçinin rabitə, radiotranslyasiya, dəmiryol avtobloklama xətləri ilə kəsişməsi haqqında məlumatlar;

43.2.9. çirkləndirilmiş atmosferli rayonlarda HX və PQ-lərin izolyasiya səviyyələrinin xəritələri;

43.2.10. regionda çirkləndirmə mənbələrinin mövcudluğu və atmosferin çirkləndirilmə xarakteri haqqında məlumat;

43.2.11. elektrik qurğusunun yerləşdiyi regionda çoxillik ildırımın fəallığı haqqında və ildırımın təsirinə ən çox məruz qalan şəbəkələrin hissələri haqqında məlumatlar.

43.3. Gərginliyi 1000 V-dək olan HX naqillərinin APQ, ayrıca dayanan oxlu ildırım sipərləri, projektor dayaqları, tüstü bacaları və soyuducu qurğuların üzərindən asılması, həmçinin bu xətlərin partlayış təhlükəsi olan yerlərə yaxınlaşdırılması qadağandır.

43.4. Göstərilən məqsədlər üçün metal örtüklü kabellər və ya torpaqda metal borularda çəkilmiş örtüksüz kabellər tətbiq edilməlidir. Kabellərin örtükləri və metal borular torpaqlanmalıdır.

43.5. Partlayış təhlükəsi olan yerlərə yaxın yerləşən kabellərin, bina və tikililərin ildırımdan mühafizə qurğusunun quraşdırılması “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın və “Elektrik qurğunlarının quraşdırılması Qaydaları”nın tələbləri nəzərə alınaraq həyata keçirilməlidir.

43.6. İfrat gərginlik məhdudlaşdırıcılarının keçiricilik qabiliyyətinin cərəyanlarının ölçülməsi şəbəkədən açılma olmadan işçi gərginlik altında keçirilə bilər.

43.7. İldırım sipəri vasitələrinin texniki xidməti və istismar-təmir sənədlərinin aparılması istehsalçıların tələblərinə və istehsalat (yerli) təlimatlarına uyğun olaraq aparılmalıdır.

43.8. Gərginliyi 110 kV və daha yuxarı olan şəbəkədə ifrat gərginlik məhdudlaşdırıcılarının ventil boşaldıcıları ilə əvəzlənməsi layihə qərarına əsasən yerinə yetirilməlidir.

43.9. Gərginliyi 6–35 kV olan elektrik şəbəkələri aşağıdakılarla işləməlidir:

43.9.1. izolyasiya edilmiş neytralla;

43.9.2. tutum cərəyanlarının kompensə edilməsi üçün qövssöndürücü reaktor vasitəsilə torpaqlanmış neytralla;

43.9.3. rezistor vasitəsilə torpaqlanmış neytralla.

43.10. Rezistora paralel qoşulmuş qövssöndürücü reaktorlu sxemdən istifadəyə yol verilir.

43.11. Boruşəkilli elektrik boşaldıcılar və mühafizə aralıqları HX yoxlamaları ərzində müayinə olunmalıdır. Elektrik boşaldıcılarının işədüşməsi yoxlama-nəzarət vərəqələrində qeyd edilməlidir. Dayaqlardan çıxarılma ilə boruşəkilli elektrik boşaldıcılarının yoxlanılması 3 ildə 1 (bir) dəfə həyata keçirilməlidir.

43.12. Dayaqlardan çıxarılmadan yuxarı tərəfdən baxış, həmçinin intensiv çirklənmə zonalarında quraşdırılmış boruşəkilli elektrik boşaldıcıların müayinə və yoxlamaları istehsalat (yerli) təlimatlarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Boruşəkilli elektrik boşaldıcılarının təmiri tələb olunan yoxlamaların və müayinələrin nəticələrindən asılı olaraq həyata keçirilməlidir.

43.13. Generator gərginliyi şəbəkələrində, həmçinin yüksək gərginlik mühərriklərinin qoşulduğu şəbəkələrdə yerlə qapanma ilə işə bu Qaydaların 33.44 – 33.48-ci bəndlərinə uyğun olaraq yol verilir.

43.14. Gərginliyi 6 kV olan blok elektrik stansiyasının xüsusi sərfiyyat üçün nəzərdə tutulan şəbəkələrində rezistor vasitəsilə şəbəkə neytralının torplaqlanması ilə iş rejiminə yol verilir. Bununla bağlı hesabatlar ilə əsaslandırmalar olduqda generator gərginliyinin dövrələrində izolyasiya edilmiş neytralla iş rejiminə yol verilir.

43.15. Tənzimləmələr vaxtı qövssöndürücü reaktorların cərəyanlarının və yerlə qapanma cərəyanlarının ölçülməsi aparılır.

43.16. İzolyasiya edilmiş neytrallı 6–35 kV gərginlikli şəbəkələrdə yerlə qapanmanın tutum cərəyanlarınının hesablanması həmin şəbəkə istismara verildikdə və ya şəbəkə sxemində dəyişikliklər olduqda aparılmalıdır.

43.17. Şəbəkədə yerlə qapanma olduqda qövssöndürücü reaktoru qoşmaq və açmaq qadağandır.

43.18. Elektrik stansiyalarının və yarımstansiyalarının kommutasiya lövhələrindən qeyri-simmetriya gərginliyi və neytralın yerdəyişmə gərginliyinə nəzarət üçün stasionar ölçü cihazları quraşdırılmalıdır.

43.19. Belə cihaz yoxdursa, sazlanma göstəriciləri tutum cərəyanlarının ölçülərinin nəticələri və neytralın torpaqlanmasının gərginlikləri nəzərə alınaraq qövssöndürücü reaktorların cərəyanlarına əsasən seçilməlidir.

43.20. Birfazalı yerlə qapanma zamanı birləşmənin ən qısa müddətdə selektiv açılması tələb olunan 6–35 kV şəbəkələrində neytralın aşağı omlu rezistiv torpaqlanması tətbiq edilməlidir.

43.21. Neytralın yüksək müqavimətli rezistiv torpaqlanması, zədənin aradan qaldırılmasına qədər şəbəkə yerlə qapanma ilə uzunmüddətli iş imkanına malik olduğu hallarda texniki-iqtisadi əsaslandırılma zamanı tətbiq edilə bilər. Bu halda ifrat gərginliklərin azalması və siqnal üzrə mühafizənin işi təmin edilməlidir.

43.22. Generator gərginliyi və elektrik stansiyalarının xüsusi sərfiyat üçün nəzərdə tutulan şəbəkələrində gərginliklərdən mühafizə ifrat gərginlik məhdudlaşdırıcılarının köməyi ilə həyata keçirilməlidir.

43.23. Elektromaqnit gərginlik transformatorları qoşulmuş yüksüz şin sistemini şəbəkədən açmazdan qabaq, qidalandırıcı transformatorun neytralı torpaqlanmalıdır.

43.24. Gərginliyi 110–220 kV olan şəbəkələrdə neytralı izolə olunmuş transformatorlarda natamam qidalanma rejimi yarandıqda bu transformatorların neytralının torpaqlanması ilə əlaqədar əməliyyatların aparılmasına yol verilmir.

43.25. Bərpa edilən və yenidən qurulan 110–500 kV PQ-lərdə yarımstansiyaların texnoloji layihələndirmə normalarına uyğun olaraq ferrorezonans gərginliklərini istisna edən texniki həllər tətbiq edilməlidir. Bu şəbəkələrin yenidən qurulmasında və yenidən tikilən obyektlərdə rezonans əleyhinə gərginlik transformatorları tətbiq edilməlidir.

43.26. Gərginliyi 110–500 kV olan şəbəkələrdə əməliyyatlar zamanı və qəza rejimlərində avadanlıqda sənaye tezlikli (50 Hs) gərginliyin buraxılabilən yüksəlməsi bu Qaydalara 11 nömrəli Əlavədə qeyd edilən göstəricilərdən yuxarı olmamalıdır.

43.27. Fazalararası izolyasiya göstəriciləri yalnız üçfazalı güc transformatorlarına, şuntlayıcı reaktorlara və elektromaqnit gərginlik transformatorlarına, həmçinin bir çəndə üç qütbün yerləşməsi ilə üçqütblü icrada olan aparatlara aiddir. Bu halda aparatlar üçün 1,6, 1,7 və 1,8 göstəriciləri yalnız 110, 150 və 220 kV gərginlikli aparatların xarici fazalararası izolyasiyasına aiddir.

43.28. Bu Qaydalara 11 nömrəli Əlavədə qeyd olunan iki qiymət arasındakı müddətdə gərginliyin buraxılabilən artması bu iki göstəricidən ən böyüyü üçün göstərilən artıma bərabərdir. 0,1< t< 0,5 san. olduqda U1s+0,3 (U0,1s-U1s)-ə bərabər gərginliyin artmasına yol verilir (burada U1s və U0,1s-ə uyğun olaraq, 1 və 0,1 san. davamiyyət müddətində gərginliyin buraxılabilən artmasıdır).

43.29. Gərginlik artmasının elektrik qurğusunun bir neçə növ avadanlığına eyni vaxtda təsiri zamanı bütövlükdə elektrik qurğusu üçün buraxılabilən gərginlik bu avadanlıqların ən az gərginlik artmasına yol verilən növünün buraxılabilən gərginliyinə uyğun olmalıdır.

43.30. Müddət 1200 (min iki yüz) saniyə olduqda gərginlik artımının sayı 1 (bir) il ərzində 50-dən çox olmamalıdır.

43.31. Müddət 20 (iyirmi) saniyə olduqda gərginlik artımının miqdarı elektrik avadanlıqlarının istehsalçı tərəfindən müəyyən edilmiş istismar müddətində, istismar müddəti göstərilmədikdə isə 25 (iyirmi beş) il ərzində 100-dən çox olmamalıdır. Bu halda 20 (iyirmi) saniyə müddətli gərginlik artımı il ərzində 15-dən və gün ərzində 2-dən çox olmamalıdır.

43.32. Müddət 1200 (min iki yüz) saniyə və 20 (iyirmi) saniyə olduqda gərginlik artımları arasındakı zaman 1 (bir) saatdan az olmamalıdır. 1200 (min iki yüz) saniyə müddətli gərginlik artımı iki dəfə (1 (bir) saatlıq intervalla) baş verdiyi halda növbəti 24 (iyirmi dörd) saat ərzində üçüncü dəfə gərginlik artımına yalnız qəza şəraiti tələb edildiyi halda, lakin 4 (dörd) saatdan tez olmayaraq yol verilir.

43.33. Müddət 0,1 və 1 saniyə olduqda gərginlik artımlarının miqdarı, həmçinin ventil elektrik boşaldıcıları üçün gərginlik artımlarının miqdarı tənzimlənmir.

43.34. İstehsalat (yerli) təlimatlarda buraxılabilən göstəricilərindən yuxarı gərginliyin yüksəlməsinin qarşısının alınması üçün 330–500 kV və böyük uzunluqlu 110–220 kV-luq EVX-nin qoşulması və açılması üzrə əməliyyatların aparılma qaydası göstərilməlidir. 330–500 kV-luq xətlər və ən böyük işçi gərginlikdən 1,1-dən artıq gərginliyin yüksəlməsi mümkün olan 110–220 kV xətlər üçün gərginliyin yüksəlməsinə qarşı RMA qurğusu nəzərdə tutulmalıdır.

43.35. Sistemlərdə, o cümlədən xəttin plan üzrə qoşulması zamanı ən böyük işçi gərginlikdən 1,1 dəfə artıq, avtomatik açılmalar zamanı isə 1,4 dəfə artıq gərginliyin artması mümkün olan işə buraxılma sxemlərində gərginliyin buraxılabilən göstəricilərə qədər artmasının və davamiyyət müddətini məhdudlaşdıran avtomatikanın nəzərdə tutulmasına yol verilir.

44.1. Elektroenergetika obyektlərinin qəza işıqlandırılması, təxliyə işıqlandırılması və işçi işıqlandırılma otaqların, iş yerlərinin və açıq ərazinin normalarına uyğun səviyyədə işıqlanmanı təmin etməlidir. Qəza işıqlanması lampaları işçi işıqlanması lampalarından fərqləndirici nişanlarla və ya rənglərlə seçilməlidir. Tüstü borularının və digər hündür tikililərin işıqla çəpərlənməsi hündür maneələrin markalanması və işıqla çəpərlənməsi təmin edilməlidir.

44.2. Elektrik stansiyaları və yarımstansiyalarının baş, mərkəzi və blok idarəetmə lövhələrinin otaqlarında və həmçinin operativ-dispetçer məntəqələrində qəza işıqlanması lampaları əsas idarəetmə lövhə panellərinin üz tərəflərinin işıqlanmasını 30 lk-dan az olmayaraq təmin etməlidir. Bir-iki lampa qoruyucular və ya avtomatlar vasitəsilə sabit cərəyan şinlərinə birləşdirilməli və gecə-gündüz qoşulu vəziyyətdə qalmalıdır. Təxliyə elektrik-işıqlandırması yerlərində və keçidlərdə döşəmə səviyyəsində ən azı 0,5 lk işıqlanma dərəcəsini təmin etməlidir.

44.3. Normal rejimdə qəza və işçi işıqlanması müstəqil olaraq ayrı-ayrı mənbədən qidalanmalıdır. Qidalanma mənbəyi açılanda elektrik stansiyalarında, yarımstansiyalarda və operativ-dispetçer məntəqələrində qəza işıqlanması avtomatik olaraq akkumulyator batareyasına və ya digər müstəqil qida mənbəyinə qoşulmalıdır.

44.4. Elektroenergetika obyektlərinin qəza işıqlandırılması təsərrüfatına bu işıqlanmaya aid olmayan digər yük növlərinin qoşulması qadağandır. Qəza işıqlandırılması təsərrüfatında ştepsel rozetkaları olmamalıdır.

44.5. Təxliyə işıqlanma çıraqları işçi işıqlanma təsərrüfatından asılı olmayan şəbəkəyə birləşdirilməlidir. Qida mənbəyi açıldıqda təxliyə işıqlanması akkumulyator batareyasına və ya mühərrik-generator qurğusuna qoşulmalıdır.

44.6. Təmir işıqlanmasının səyyar əl çıraqları gərginliyi 50 V-dan, elektrik cərəyanı ilə zədələnmə təhlükəsi artanda isə 12 V-dan yüksək olmayan şəbəkədən qidalanmalıdır. 12–50 V-luq ştepsel açarları 127–220 V gərginlikli rozetkalara uyğun gəlməməlidir. Rozetkaların gərginliyini bildirən yazıları olmalıdır.

44.7. Verilmiş çıraq növləri üçün nəzərdə tutulandan daha artıq gücə malik lampaların quraşdırılması qadağandır. Həmin çıraqların işıq səpələyicilərinin, ekran və qoruyucu qəfəslərinin çıxarılması qadağandır.

44.8. Elektrik stansiyalarının və yarımstansiyalarının daxili, xarici və elektrik işıqlandırma təsərrüfatı ayrı-ayrı xətlər üzrə qidalanmalıdır.

44.9. Yanacaq anbarı və elektrik stansiyalarının uzaqda yerləşən obyektlərinin elektrik işıqlandırma təsərrüfatından başqa, xarici elektrik işıqlandırma təsərrüfatı, həmçinin mühafizə elektrik işıqlandırma təsərrüfatı baş və ya mərkəzi idarəetmə lövhəsi yerləşən otaqdan idarə edilməlidir.

44.10. Elektrik stansiyalarının elektrik-işıqlandırılma təsərrüfatının gərginliyi bu Qaydaların 44.11-ci bəndinə uyğun hədlərdə saxlamaq imkanına malik sabitləşdirici və ya ayrı-ayrı transformatorlar vasitəsilə qidalanmalıdır.

44.11. Lampalardakı gərginlik nominaldan artıq olmamalıdır. Daxili elektrik işıqlandırma təsərrüfatının ən uzaqdakı lampalarında, həmçinin projektor qurğularında gərginliyin azalması nominal gərginliyin 5%-dən, xarici və qəza işıqlanmasının uzaqdakı lampalarında və 12–50 V gərginlikli elektrik təsərrüfatında isə 10%-dən (lüminesent lampalar üçün isə 7,5%-dən) artıq olmamalıdır.

44.12. İki çıxışı olan PQ-lərin dəhlizlərində və keçid tunellərində elektrik-işıqlandırma ikitərəfli idarəetmə ilə həyata keçirilməlidir.

44.13. Elektrik işıqlandırma təsərrüfatının lövhə və yığımlarındakı açarlarda (kəsən açarlarda, avtomatlarda) birləşmənin adını, qoruyucularda isə əriyicinin ərimə cərəyanının göstəricisini göstərən yazılar olmalıdır.

44.14. Növbətçi heyətdə elektrik işıqlandırma təsərrüfatının sxemi, ölçülü əriyici taxmalar və bu elektrik təsərrüfatının gərginliyi üçün lampalar ehtiyatı olmalıdır. Növbətçi və əməliyyat təmir heyəti qəza işıqlanması olduqda belə səyyar elektrik fənərlər ilə təchiz edilməlidir.

44.15. Elektrik stansiyalarında çıraqların təmizlənməsi, lampa və əriyən taxmaların dəyişdirilməsi, elektrik işıqlandırma təsərrüfatının təmiri və onlara baxış işlərini elektrik sexinin heyəti icra etməlidir. Körpülü kranları olan binalarda təhlükəsizlik tədbirlərinə riayət etməklə, onlardan işıqlanma avadanlığına xidmət etmək üçün istifadə olunmasına yol verilir.

44.16. Çıraqların təmizlənməsi və işləməyən lampaların dəyişdirilməsi çıraqlara rahat və təhlükəsiz yaxınlaşmanı təmin edən qurğuların köməyi ilə elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan elektrik qurğularının texnoloji sexlərinin təlimatlandırılmış heyəti tərəfindən yerinə yetirilməlidir. Təmizlənmənin dövriliyi yerli şərait nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

44.17. Elektrik işıqlandırma təsərrüfatına texniki baxış və yoxlamalar aşağıdakı müddətlərdə aparılmalıdır:

44.17.1. qəza elektrik-işıqlandırma avtomatının işinin yoxlanılması – gündüz vaxtı, ayda 1 dəfədən az olmayaraq;

44.17.2. işçi işıqlarını açmaqla qəza işıqlanmasının sazlığının yoxlanılması ildə – 2 dəfə;

44.17.3. iş yerinin işıqlanmasının ölçülməsi – istismara veriləndə;

44.17.4. 12 – 50 V stasionar transformatorların izolyasiyasının sınağı – ildə 1 dəfə, 12–50 V səyyar transformatorların və çıraqların izolyasiyasının sınağı – ildə 2 dəfə.

44.18. Elektrik işıqlandırma təsərrüfatına texniki baxış və yoxlama zamanı aşkar edilmiş nasazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır.

44.19. Qəza, təxliyə və işçi işıqlanması təsərrüfatının stasionar avadanlıqlarının və elektrik xətlərinin vəziyyətinin yoxlanılması izolyasiya müqavimətinin sınağı və ölçülməsi istismara buraxılarkən, sonralar isə elektroenergetika subyektinin təsdiqlədiyi qrafik üzrə aparılmalıdır.

45.1. Energetika yağlarının istismarı zamanı yağdoldurulmuş elektrik avadanlıqlarının texnoloji sistemlərinin etibarlı işi, yağların istismar xassələrinin saxlanılması, işlənmiş yağın yığılması, regenerasiyası və birbaşa təyinatı üzrə təkrar istifadəsi təmin edilməlidir.

45.2. Elektroenergetika subyektlərində tədarükçülərdən qəbul olunan energetika yağları keyfiyyət sertifikatlarına və ya istehsalçı tərəfindən verilən pasporta malik olmalı və onların texniki şərtlərə uyğunluğunun müəyyən edilməsi məqsədilə laboratoriya təhlilindən keçməlidir. Keyfiyyətində uyğunsuzluqlar olduqda, bu yağların avadanlıqlarda tətbiq edilməsinə yol verilmir.

45.3. Daşınma tutumlarından yağ nümunələrinin götürülməsi təfsilatlı şəkildə həyata keçirilir.

45.4. Transformator yağının keyfiyyətinə nəzarət təşkil edilməlidir.

45.5. Növündən və gərginlik sinfindən asılı olaraq elektrik avadanlığı yağın boşaldılması ilə yerinə yetirilən təmirdən sonra hazırlanmış izolyasiya yağı ilə doldurulmalıdır. İzolyasiya yağının keyfiyyəti regenerasiya olunmuş və ya təmizlənmiş istismar yağlarının keyfiyyətini müəyyən edən texniki reqlamentlərə uyğun olmalıdır. Elektrik avadanlığı (aktiv hissəsi, yağ çəni) izolyasiya yağının tökülməsindən əvvəl yuyulmalı, yaxud qalıq çirklənmələrdən təmizlənməlidir.

45.6. Təzə transformator yağının markası avadanlığın növündən və gərginlik sinfindən asılı olaraq seçilməlidir. Tətbiq sahələri eyni və ya yaxın olan təzə yağların qarışdırılmasına yol verilir. Müxtəlif sinif gərginlikli avadanlıqlar üçün tətbiq edilən yağ qarışıqları yalnız aşağı sinif gərginlikli avadanlıqlara doldurulmalıdır.

45.7. Gücü 630 kVA-dan yuxarı transformatorların termosifon və absorbsiya süzgəclərindəki sorbentlər yağda turşuluq ədədi hər 1 qrama 0,1 mq KOH-dan artıq olduqda, həmçinin yağda həll olunmuş şlam, suda həll olunmuş turşular yarandıqda və ya dielektrik itkilərinin tg bucağının göstəricisi istismar normalarından yuxarı olduqda dəyişdirilməlidir.

45.8. Gücü 630 kVA-dək (630 kVA daxil olmaqla) transformatorların süzgəclərində sorbentin dəyişdirilməsi təmir zamanı və ya istismar zamanı bərk izolyasiyanın xarakteristikaları pisləşdikdə aparılır.

45.9. Süzgəcə doldurulan sorbentin tərkibində suyun miqdarı kütlənin 0,5%-dən artıq olmamalıdır.

45.10. Qəbul və saxlanılma zamanı transformator yağının keyfiyyətinə nəzarət edilməlidir.

45.11. Yağın saxlanılması üçün çənlər havaqurudan süzgəclərlə təchiz edilməlidir. Yağın tökülməsindən əvvəl çənlərin təmizliyi yoxlanılır, çirk aşkar edildikdə təmizlənir.

45.12. Elektrik stansiyalarında ən böyük tutumlu yağ açarının tutumuna bərabər və ya ondan artıq və avadanlığa tökülmüş ümumi yağın 1%-dən az olmayan miqdarda əlavə transformator yağı daim ehtiyatda saxlanılmalıdır. Yalnız hava açarları və ya kiçik tutumlu yağ açarları olan elektrik stansiyalarında isə ən böyük tutumlu transformatora tökülmüş yağın 10%-dən az olmayan miqdarında ehtiyat saxlanılmalıdır.

45.13. Şəbəkədə avadanlığa tökülmüş transformator yağının 2%-dən az olmayan miqdarda yağ daimi ehtiyatda saxlanılmalıdır.

45.14. Elektrik stansiyalarında və sistem operatorunda köməkçi avadanlıq və mexanizmlər üçün sürtkü materiallarının sərfiyyat normaları, onların keyfiyyətinə nəzarət və dəyişdirilməsinin dövriliyi müəyyən edilməlidir. Bu məqsədlər üçün istifadə edilən sürtkü materiallarının markası istehsalçının müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Həmin sürtkü materiallarının markasının dəyişdirilməsi avadanlığın istehsalçı ilə razılaşdırılmalıdır.

45.15. Yağın məcburi dövriyyəsi olan köməkçi avadanlıqların yağlama sistemlərində yağ ayda bir dəfədən az olmayaraq tərkibində mexaniki qarışıqların, şlamın və suyun olmasına görə vizual yoxlamadan keçirilməlidir. Çirklənmə aşkar edildikdə yağ təmizlənməli və ya dəyişdirilməlidir.

45.16. Elektrik stansiyasında və sistem operatorunda köməkçi avadanlıq üçün sürtkü materiallarının 45 (qırx beş) günlük tələbatından az olmayan ehtiyatı saxlanılmalıdır.

45.17. Elektrik qurğularında təzə və istismarda olan energetika yağlarının keyfiyyətinə nəzarəti və yağların tətbiqi üzrə tövsiyələr verilməsini, o cümlədən bunlara nəzarət qrafikinin tərtibini, həmçinin emalın texnologiyasına texniki rəhbərliyi kimya sexi (laboratoriyası) yerinə yetirməlidir. Elektroenergetika obyektlərinin elektrik qurğuları üçün istifadə edilən yağlara aid jurnal (reyestr) olmalı və orada aşağıdakılar qeyd edilməlidir:

45.17.1. istinad edilmiş texniki reqlamentin və ya texniki şərtlərin rekvizitləri;

45.17.2. istehsalçının adı;

45.17.3. yağın sınaq nəticələri;

45.17.4. avadanlığın növü və stansiya nömrəsi;

45.17.5. aşqarların əlavə edilməsi;

45.17.6. əlavə tökülən yağın miqdarı və keyfiyyəti.

45.18. Elektroenergetika obyektlərinin elektrik qurğularının yağının əlavə sınağının zəruriliyi və dövriliyi onun konkret avadanlıqda istismarı üzrə istismarçısı tərəfindən müəyyən edilməlidir.

45.19. Qanunvericiliyin tələblərinə cavab verən, istifadə üçün hazırlanmış yağ çirklənmədən və yağ qarışıqlarından təmizlənmiş yağ sisteminə tökülməlidir.

46.1. MES-lərdə quraşdırılan dizel-generatorlar avtomatik dayandırmanı və qəza-xəbərdaredici siqnalverməni təmin edən texnoloji mühafizə sistemi ilə təchiz edilir.

46.2. MES-də texnoloji mühafizə və qəza-xəbərdaredici siqnalvermə sisteminin texniki vəziyyətinə cavabdeh şəxslər elektrotexniki heyətin tərkibindən təyin edilir.

46.3. Texnoloji mühafizələr ildə azı 1 dəfə yoxlanılmalı və nasazlıq aşkar edildikdə sazlanmalı, dayandırıcı qurğu (stop-qurğu) isə rübdə 1 dəfə işləməyə sınaqdan keçirilməlidir.

46.4. Dizel-generatorların qəza dayanması zamanı təkrar işəqoşulmaya yalnız qəzanın səbəbləri aradan qaldırıldıqdan və mühafizələr bloklanmadan açıldıqdan sonra yol verilir. Açılmış texnoloji mühafizələr ilə dizel-generatorların istismarı qadağandır.

46.5. Avtomatika qurğularında baş verən imtinalar texnoloji mühafizələr və avtomatika jurnalında (reyestrində) qeyd edilməlidir.

46.6. Generatorların istismarı zamanı buraxılabilən rejimlərdə onların fasiləsiz işi, habelə təsirlənmə, soyutma sistemlərinin, nəzarət, mühafizə və avtomatika qurğularının etibarlı işləməsi təmin edilməlidir. Generatorların yanğınsöndürmə qurğuları daim hazır vəziyyətdə olmalı və onlardan cəld istifadə olunması imkanı təmin edilməlidir.

46.7. TAT daim işə qoşulmuş vəziyyətdə olmalıdır. TAT və onun ayrı-ayrı elementlərinin açılmasına yalnız təmir və ya yoxlama zamanı yol verilir.

46.8. Yükün atılması aqreqatın zədələnməsi və ya dizel aqreqatlarının tənzimləmə sisteminin nasazlığı ilə əlaqədar deyilsə, bu halda generatorun baxış və yoxlama aparmadan şəbəkəyə qoşmasına yol verilir.

46.9. Nominal güc əmsalında generatorun nominal gücü eyni vaxtda gərginlik nominal göstəricisinin ±5%-dək, tezlik isə ±2,5%-dək dəyişməsində o şərtlə saxlanılmalıdır ki, yüksəlmiş gərginliklə və azalmış tezliklə işləyərkən gərginliyin və tezliyin dəyişmiş mütləq göstəricisinin cəmi 6%-dən çox olmasın. Gərginlik ±5% hədlərində dəyişərkən alınan ən böyük rotor cərəyanı nominal güclə işləmə şəraitində və soyuducu mayenin nominal parametrlərində uzun müddət yol veriləndir.

46.10. Maksimal güclə uzunmüddətli iş şəraitində gərginlik ±5%-dək dəyişərkən ən böyük rotor cərəyanına yalnız soyudulmanın nominal parametrlərində uzun müddət yol verilə bilər.

46.11. Generatorlar üçün ən böyük işlək gərginlik nominalın 110%-dən artıq olmamalıdır. Gərginlik 105%-dən çox olduqda generatorun tam gücü istehsalçı təlimatının göstərişləri və ya sınaqların nəticələri üzrə müəyyən edilməlidir. Generatorda gərginlik nominalın 95%-dən aşağı olduqda stator cərəyanı uzunmüddətli buraxılabilən cərəyanın 105%-dən çox olmamalıdır.

46.12. Generatorların buraxılabilən göstəricidən artıq cərəyanla uzunmüddətli ifrat yüklənməsi qadağandır. Qəza şəraitində generatorların istehsalçı təlimatlarına əsasən stator və rotor cərəyanları üzrə qısamüddətli ifrat yüklənməsinə yol verilir. Həmin təlimatlarda belə göstərişlər yoxdursa, qəza zamanı generatorların stator cərəyanı üzrə bu Qaydalara 12 nömrəli Əlavədə göstərilən kəmiyyətlər qədər qısamüddətli ifrat yüklənməsinə yol verilir.

46.13. Yüklənmə 5 A-dan artıq olmayan yerlə birfazalı qapanma cərəyanında generatorların 2 (iki) saatdan çox olmayaraq işləməsinə yol verilir. Bundan sonra generatorlar işdən açılmalıdır. Yerlə qapanma stator dolagında baş vermədikdə MES-in texniki rəhbərliyinin göstərişinə əsasən, generatorun şəbəkədə yerlə qapanma ilə işləmə müddəti 6 (altı) saata qədər uzadıla bilər.

46.14. Fazalarında cərəyanlar fərqi nominaldan 20% artıq olmayan generatorların uzunmüddətli işinə yol verilir, bir şərtlə ki, fazaların heç birində cərəyan nominaldan artıq olmasın.

46.15. Generatorun təsirlənməsiz asinxron rejimdə qısamüddətli (30 (otuz) dəqiqədən artıq olmamaqla) işləməsinə yol verilir. Bu halda buraxılabilən yük nominalın 60%-dən çox olmamalıdır.

46.16. Generator elektrik mühərriki rejiminə keçdikdə bu rejimin aradan qaldırılması üçün tədbirlər görülməlidir. İşləyən generatorda səbəbləri aradan qaldırmaq mümkün olmadıqda generator şəbəkədən açılmalıdır.

46.17. MES generatorlarının xarici qeyri-simmetrik qısaqapanmalarda işləməsinə yol verilir.

46.18. Rotor dolağında yerlə qapanma aşkar olunduqda generator elektrik təsərrüfatının istismarçısı tərəfindən təmirə çıxarılmalıdır. Rotor dolağının gövdəyə dayanıqlı qapanması zamanı generatoru təmirə çıxarmazdan əvvəl siqnala işləməklə rotor dolağında yerlə ikiqat qapanmadan mühafizə daxil edilməlidir. Siqnal gəldikdə generatorun yükü azaldılmalı və o şəbəkədən açılmalıdır.

46.19. Statik təsirlənmə sistemi olan generatorun başlanğıc təsirlənməsi kənar qidalanma mənbəyi olmadan təmin edilməlidir. Bu halda generatorun sıxaclarında qalıq gərginliyi nominal göstəricinin 1%-dən az olmamalıdır. Tristor təsirlənmə qurğusu gərginlik və stator cərəyanı funksiyasında sinxron generatorların təsirlənməsinin avtomatik tənzimlənməsini və təsirlənmənin sürətləndirilməsini təmin etməlidir.

46.20. Tam yüklənməmiş vəziyyətdə olan generator onun nominal gücünün 30%-dən çox olmayan gücdə qısaqapalı rotorlu asinxron mühərrikin birbaşa işəqoşulmasını təmin etməlidir. Asinxron mühərriklərin parametrləri konkret tipli dizel aqreqatlarının texniki şərtlərində göstərilir.

46.21. Yükün buraxılabilən atılma-yığma göstəricisi, habelə gərginliyin, tezliyin keçid dəyişkənliyi və onların bərpa müddəti konkret tip dizel aqreqatların texniki sənədlərində əks olunur.

46.22. Əsas mühərriklərin dayanıqlı işləməsi və daha kiçik güclü generatorun nominal gücünün ±10% dəqiqliyi ilə aktiv gücün bərabər paylanması şərti ilə, güc nisbəti 1:3-dən artıq olmadıqda dizel generatoru eynitipli və ya müxtəlif seriyalı generatorlarda dayanıqlı surətdə paralel işləməlidir. Bu halda təsirlənmə sistemi ümumi yük 25% və ondan çox dəyişdikdə ±10% dəqiqliklə reaktiv gücün paylanmasını təmin etməlidir. Generator gücü qeyri-məhdud olan sənaye şəbəkəsi ilə dayanıqlı surətdə paralel işləməlidir.

46.23. Generatorlar qeyri-sinxron qoşulmadan bloklama olmaqla əl ilə dəqiq sinxronlaşdırma üsulu ilə paralel işə qoşulur. Həmçinin generatorlar sürüşmə 5%-dən artıq olmadıqda öz-özünə sinxronlaşdırma üsulu ilə paralel işə qoşula bilər.

46.24. Generatorlar quraşdırıldıqdan və əsaslı təmirdən sonra qurudulmadan işə qoşula bilər.

46.25. Generatorların əsaslı və cari təmirləri dizel mühərriklərinin əsaslı və cari təmirləri ilə birgə aparılmalıdır. MES-lərdə generatorların təmizlənməsi 4 (dörd) ildə 1 dəfə aparılmalıdır.

46.26. Qoşulmuş aparatlarla birlikdə generatorun təsirlənmə dövrələrinin izolyasiya müqaviməti (rotor dolaqları və təsirləndirici olmadan) 1 MOm-dan az olmamalıdır. İzolyasiya müqaviməti 1000 V və ya 500 V gərginlikli meqaommetr vasitəsilə ölçülür.

46.27. Qoşulmuş aparatlarla birlikdə (rotor dolaqları və təsirləndirici olmadan) generatorun təsirlənmə dövrələrinin sənaye tezlikli sınaq gərginliyi aşağıdakı kimi olmalıdır:

46.27.1. sahənin söndürülmə rezistoru üçün – 2 kV;

46.27.2. təsirləndirmə reostatı üçün – 1 kV.

46.28. Sınaq gərginliyinin verilmə müddəti 1 dəqiqədir.

46.29. Sahənin söndürülmə rezistorunun və təsirləndirmə reostatının sabit cərəyana görə ölçülmüş müqavimətləri istehsalçının göstəricisindən 10%-dən artıq fərqlənməməlidir.

46.30. Statik təsirlənmə sistemlərinin yoxlanılması və sınağı istehsalçı təlimatlarına əsasən yerinə yetirilir.

46.31. İstismar zamanı gərginliyə, tezliyə, stator və rotor dolaqlarındakı cərəyana, aktiv və reaktiv gücə, habelə generatorun aktiv hissələrinin və yastıqlarının soyuducu maye temperaturuna, generatorların yastıqlarının titrəməsinə nəzarət edilməlidir.

46.32. Generatorun yastıqlarının titrəməsi (ikiqat rəqsetmə amplitudu) bu Qaydalara 13 nömrəli Əlavədə qeyd edilən hədlərdən yuxarı olmamalıdır.

47.1. Sistem operatoru tərəfindən fasiləsiz (sutka ərzində) operativ-dispetçer xidməti təşkil edilməli və aşağıdakı vəzifələr yerinə yetirilməlidir:

47.1.1. tələb olunan iş rejiminin həyata keçirilməsi;

47.1.2. operativ əməliyyatların və avadanlığın işəburaxma və dayandırılma işlərinin icra olunması;

47.1.3. qəza pozuntularının aradan qaldırılması və iş rejiminin bərpası;

47.1.4. təmir işlərinin təhlükəsiz icrasına hazırlığın aparılması.

47.2. Operativ-dispetçer xidmətinin vəzifələrinə aşağıdakılar daxildir:

47.2.1. istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək üçün elektrik stansiyalarının, şəbəkələrin və elektroenergetika sisteminin iş rejimlərinin işlənilib hazırlanması və həyata keçirilməsi;

47.2.2. təmir işlərinin planlaşdırılması və icrası üçün hazırlığın aparılması;

47.2.3. elektroenergetika sisteminin etibarlı fəaliyyətinin təmin edilməsi;

47.2.4. elektrik enerjisinin keyfiyyətinə olan tələblərin yerinə yetirilməsi;

47.2.5. elektrik enerjisinin istehsalı, saxlanılması, çevrilməsi, ötürülməsi və paylanılması zamanı texnoloji rejim pozuntularının qarşısının alınması və ya aradan qaldırılması.

47.3. Operativ-dispetçer idarəetməsi üçün avadanlıq və qurğuların iki qrup – operativ idarəetmə və operativ sərəncamvermə hədləri müəyyən edilməlidir.

47.4. Operativ-dispetçer xidməti tərəfindən bilavasitə yerinə yetirilən əməliyyatlar zamanı operativ tabelikdə olan operativ-dispetçer xidmətinin razılaşdırılmış fəaliyyətini və bir neçə obyektdə dəyişikliklərin uyğunlaşdırılmasını tələb edən avadanlıqlar, istilik xətləri, elektrik veriliş xətləri, RMA qurğuları, ƏQ və rejim avtomatikası sistemlərinin aparatları, ODTİV olmalıdır.

47.5. Göstərilən avadanlıq və qurğularda əməliyyatlar bilavasitə istifadəsində həmin avadanlıq və qurğular olan operativ-dispetçer xidməti tərəfindən aparılmalıdır.

47.6. Operativ-dispetçerin sərəncamında vəziyyət və rejimləri elektrik stansiyaları və bütövlükdə elektroenergetika sisteminin faktiki gücünə və ehtiyatına, şəbəkələrin dayanıqlığına və rejiminə, həmçinin qəza avtomatikasının sazlanmasına təsir göstərən avadanlıqlar, istilik xətləri, elektrik veriliş xətləri, RMA qurğuları, qəza və rejim avtomatikası sistemlərinin aparatları, ODTİV, operativ-məlumat kompleksləri olmalıdır. Göstərilən avadanlıq və qurğularda əməliyyatlar operativ-dispetçer xidmətinin icazəsi ilə aparılmalıdır.

47.7. Elektrik stansiyalarının və şəbəkələrinin elektrik veriliş xətləri, istilik kəmərləri, avadanlıqları və qurğuları operativ-dispetçer idarəetmənin səviyyələri üzrə bölüşdürülməlidir.

47.8. Elektroenergetika obyektlərinin, mərkəzi operativ-dispetçer xidmətinin operativ idarəetməsində və operativ sərəncamında olan elektrik verilişi xətlərinin, istilik kəmərlərinin, avadanlıq və qurğuların siyahısı mərkəzi operativ-dispetçer xidməti ilə razılaşdırılaraq tərtib edilməli və bu elektrik təsərrüfatı üzrə texniki mütəxəssis, mərkəzi operativ-dispetçer xidməti tərəfindən təsdiqlənməlidir.

47.9. Operativ-dispetçer xidmətinin işi dispetçer və texnoloji idarəetmə vasitələri və nəzarət sistemləri, həmçinin operativ sxemlər və sistem operatoru tərəfindən təsdiqlənmiş siyahı üzrə operativ-dispetçer sənədləri ilə təmin edilmiş dispetçer məntəqəsi və idarəetmə otağından həyata keçirilməlidir.

47.10. Elektroenergetika obyekti və onun operativ-dispetçer idarəetməsi üçün istismarçılar tərəfindən, operativ-dispetçer xidmətləri üçün isə sistem operatorları tərəfindən operativ-dispetçer əməliyyatlarının normal aparılması, həmçinin qəza rejimlərinin ləğvi üzrə təşkilati-sərəncamverici aktlar qəbul edilməlidir. Operativ-dispetçer xidməti tərəfindən aparılan əməliyyat danışıqları və əməliyyatlar həmin təşkilati-sərəncamverici aktlara uyğun olaraq həyata keçirilməlidir.

48.1. Elektrik stansiyalarının və şəbəkələrin iş rejimlərinin idarə edilməsi uzunmüddətli və qısamüddətli planlaşdırılma hesabat və məlumatları əsasında həyata keçirilməlidir.

48.2. İş rejimlərinin planlaşdırılması zamanı aşağıdakılar təmin edilməlidir:

48.2.1. elektroenergetika sisteminin xarici güc axınları nəzərə alınmaqla elektrik stansiyalarının balanslaşdırılmış istehlak və yük qrafikləri;

48.2.2. rejim şəraitləri (güc balansının təşkilediciləri, elektrik şəbəkə sxemləri və elektrik stansiyalarının ilkin enerji resursları ilə təminatı), elektrik enerjisi və gücün ötürülməsinə dair bağlanmış müqavilə şərtləri və elektrik enerjisi və gücün alqı-satqısı üzrə qaydalar nəzərə alınmaqla, tələb olunan etibarlılığın təmin edilməsi zamanı elektrik enerjisi alıcılarının ümumi xərclərinin minimuma endirilməsi;

48.2.3. tələb olunan aktiv və reaktiv güc ehtiyatlarının saxlanılması;

48.2.4. elektrik qurğularının əsas avadanlıqlarının təmirinin illik qrafiklər üzrə icrası.

48.3. İş rejimlərinin planlaşdırılması zamanı aşağıdakı məlumatlar nəzərə alınmalı və istifadə edilməlidir:

48.3.1. elektrik enerjisi və güc üzrə elektroenergetika sisteminin illik, rüblük, aylıq, həftəlik, sutkalıq istehlak proqnozu;

48.3.2. stansiyaların, onların avadanlıqlarının nominal yüklənməyə hazır olması və ilkin enerji resursları ilə təmin edilməsi baxımından xarakteristikaları, həmçinin avadanlıqların texniki-iqtisadi xarakteristikaları;

48.3.3. elektrik enerjisinin ötürülməsi və paylanması üçün istifadə edilən elektrik şəbəkələrinin ötürmə qabiliyyəti baxımından xarakteristikaları və digər xarakteristikalar;

48.3.4. digər su tələbatçılarının (naviqasiya, suvarma, balıq təsərrüfatı, su təchizatı) maraqları nəzərə alınmaqla, qanunvericiliyin tələbləri ilə SES üçün müəyyən edilən hidroenerji resurslarının sərfiyyat normaları.

48.4. Uzunmüddətli planlaşdırma zamanı tərtib edilən elektrik enerjisi balansına aşağıdakılar daxildir:

48.4.1. illik elektrik enerjisi balansına ilin hər rübü üzrə bölünməklə illik elektrik enerjisi balansı və ilin hər ayının xarakterik iş gününün maksimum yük saatları üçün güc balansı;

48.4.2. rüblük elektrik enerjisi balansına rübün hər ayı üzrə bölünməklə rüblük elektrik enerjisi balansı və rübün hər ayının xarakterik iş gününün maksimum yük saatları üçün güc balansı;

48.4.3. aylıq elektrik enerjisi balansına ayın həftələri üzrə bölünməklə aylıq elektrik enerjisi balansı və ayın hər həftəsinin xarakterik iş gününün maksimum yük saatları üçün güc balansı.

48.5. Qısamüddətli planlaşdırma zamanı həftənin hər günü üçün elektrik enerjisi balansı tərtib olunmalı, həmçinin operativ-dispetçer qrafikləri hesablanmalıdır.

48.6. Dispetçer qrafikinə operativ-dispetçer idarəetmə obyektlərinə generasiya gücləri, istehlak, güc axınları üzrə verilən yarımsaatlıq (saatlıq) göstəricilər, həmçinin güc ehtiyatlarının və gərginlik səviyyəsinin göstəriciləri daxildir. Dispetçer qrafiki operativ-dispetçer xidməti tərəfindən təsdiqləndikdən sonra hər operativ-dispetçer idarəetmə səviyyəsinin uyğun dispetçerinə verilməlidir.

48.7. Elektrik stansiyalarının əsas avadanlıq və qurğularının (tüstü borularının, soyuducu qurğuların) növbəti hesabat ilində əsaslı, orta və cari təmir qrafikləri normativlər və ilin ayları üzrə təmir güclərinin verilmiş göstəriciləri əsasında tərtib edilməli, mərkəzi operativ-dispetçer xidməti ilə razılaşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunmalıdır.

48.8. İllik əsaslı və orta təmir qrafiklərinin dəyişdirilməsinə elektroenergetika sisteminin operativ-dispetçer xidmətinin razılığı və dəyişikliklərin təsdiqlənməsi şərti ilə yol verilir.

48.9. Yarımstansiyaların avadanlıqlarının və elektrik verilişi xətlərinin, RMA qurğularının, rabitə və operativ-dispetçer idarəetmə vasitələrinin avadanlıqlarının illik təmir qrafikləri operativ tabelik səviyyəsindən asılı olaraq, mərkəzi operativ-dispetçer xidmətinin baş dispetçeri ilə razılaşdırılmalı və sistem operatorunun texniki rəhbəri tərəfindən təsdiqlənməlidir.

48.10. Şəbəkələrdə güc axınlarının paylanmasının, yükün və gərginlik səviyyəsinin nəzarət ölçülmələri ildə 2 dəfə – iyun və dekabr aylarının üçüncü çərşənbə günlərində aparılmalıdır. Bu göstəricilər uzunmüddətli və qısamüddətli planlaşdırma və perspektiv plan və balansların tərtib edilməsi zamanı elektrik rejimlərinin hesablanması üçün istifadə edilməlidir.

48.11. Elektroenergetika sisteminin operativ-dispetçer xidməti dövri olaraq, həmçinin yeni generasiya güclərinin və şəbəkə obyektlərinin işə qoşulması zamanı aşağıdakıları yerinə yetirməlidir:

48.11.1. buraxılabilən aktiv güc axınlarının və gərginlik səviyyələrinin göstəricisini təyin etmək üçün elektrik rejimlərinin hesablanmasını;

48.11.2. ƏQ avtomatika qurğularının yaranan elektrik rejimlərinə uyğun sazlanmasının yoxlanılmasını;

48.11.3. qısaqapanma cərəyanlarının hesabatını, avadanlıqların elektrodinamiki və termiki dayanıqlığına sxem və rejimlərin uyğunluğunun və açarların açma qabiliyyətinin yoxlanılmasını, həmçinin ƏQ və rejim avtomatikası qurğularının parametrlərinin seçilməsini;

48.11.4. optimal iş rejiminin aparılması üçün elektrik stansiyaları, elektrik şəbəkələrinin texniki-iqtisadi xarakteristiklarının hesabatını;

48.11.5. operativ-əməliyyat heyəti üçün iş rejiminin aparılmasına və ƏQ, rejim avtomatikası vasitələrinin istifadəsinə dair təşkilati-sərəncamverici təlimatların dəqiqləşdirilməsini.

48.12. Mərkəzi operativ-dispetçer xidməti aşağıdakıları təyin etməlidir:

48.12.1. güc balansları nəzərə alınmaqla TYA və tezlikdə avtomatik təkrar qoşma qurğularının həcmini, qoyuluş qiymətləri diapazonunu və yerləşdirilməsini;

48.12.2. tezlik aşağı düşdükdə su və HAES-lərin aqreqatlarının və QTQ-nin avtomatik işəburaxılmasının qoyuluş qiymətlərini, sinxron kompensator rejimində işləyən hidroaqreqatların avtomatik olaraq generator rejiminə, həmçinin HAES aqreqatlarının nasos rejimindən turbin rejiminə keçirilməsini.

48.13. TYA qurğularına qoşulmuş istehlakçıların siyahısı TYA qurğusunun istismarçısı tərəfindən təsdiqlənməlidir.

48.14. YAXA-ya qoşulmuş yükün həcmi və elektroenergetika sisteminin qəza rejimlərinin şərtlərinə görə onun istifadə edilməsi mərkəzi operativ-dispetçer xidməti tərəfindən müəyyən edilməlidir. İstehlakçıların YAXA-ya qoşulması şərtləri elektroenergetika subyekti tərəfindən təyin edilməlidir. YAXA-nın işə qoşulması barədə qərar mərkəzi operativ-dispetçer xidməti tərəfindən qəbul edilməlidir.

48.15. TYA və YAXA qurğularının ayrı-ayrı növbələrinə qoşulmuş yükün göstəriciləri ildə 2 dəfə (iyun və dekabr aylarında) bir iş sutkasının hər saatında ölçülməlidir.

48.16. Operativ-dispetçer xidmətinin təlimatları əsasında elektrik enerjisi və güc çatışmadıqda istehlakçıların məhdudlaşdırılması və yüklərin açılması qrafikləri hər il hazırlanıb təsdiq edilməlidir.

49.1. Operativ-dispetçer idarəetmə obyektlərinin iş rejimlərinin idarə edilməsi dispetçer qrafikinə uyğun həyata keçirilməlidir.

49.2. Güc balansının təşkilediciləri, şəbəkənin sxemi və elektrik stansiyalarının ilkin enerji resursları ilə təmin edilməsi məsələlərini əhatə edən iş rejiminin şərtləri dəyişdikdə operativ-dispetçer xidməti operativ-dispetçer idarəetməsinin operativ-dispetçer qrafikinin dəqiqləşdirilməsi üçün tədbirlər görməlidir. Həmin qrafikin dəqiqləşdirilməsi səbəblər göstərilməklə operativ-dispetçer tərəfindən operativ-dispetçer sənədlərində qeyd edilməlidir.

49.3. Operativ-dispetçer qrafikindən məcburi (faktiki və gözlənilən) kənarlaşmalar barədə operativ-dispetçer qrafikinin dəqiqləşdirilməsi üçün dərhal yuxarı səlahiyyətli operativ-dispetçer xidmətinin dispetçerinə xəbər verməlidir.

49.4. Mərkəzi operativ-dispetçerin göstərişi ilə elektrik stansiyaları həmin dispetçerin təlimatlandırmasında göstərilən sürətlə dərhal yükü tam işlək gücə qədər artırmalı və ya texnoloji minimuma qədər azaltmalıdır.

49.5. Elektroenergetika sisteminin növbətçi dispetçeri ehtiyatdakı aqreqatları qoşmaq və ya onları ehtiyata çıxarmaq barədə göstəriş verməlidir. Elektrik stansiyalarının işlək gücünün məhdudlaşdırılması və ya aqreqatların buraxılabilən minimal gücdən aşağı yüklənməsi operativ sifarişlə rəsmiləşdirilməlidir.

49.6. Elektroenergetika sistemində tezlik və aktiv güc axınları üzrə cari iş rejiminin sutka ərzində fasiləsiz olaraq tənzimlənməsi ilə aşağıdakılar təmin edilməlidir:

49.6.1. aktiv güc üzrə verilən operativ-dispetçer qrafiklərinin icrası;

49.6.2. tezliyin normalaşdırılmış hədlərdə saxlanması;

49.6.3. elektroenergetika sisteminin etibarlı fəaliyyətinin təmin edilməsi şərtləri daxilində aktiv güc axınlarının buraxılabilən diapazonlarda saxlanması;

49.6.4. rejim şərtlərinin dəyişilməsi zamanı verilən operativ-dispetçer qrafiklərinin və elektroenergetika sisteminin iş rejimlərinin dəqiqləşdirilməsi.

49.7. Tezlik və aktiv güc axınlarının tənzimlənməsi ilkin (ümumi və normalaşdırılmış), ikinci və üçüncü tənzimləmə sistemlərinin birgə təsiri ilə həyata keçirilməlidir.

49.8. Tezliyin ümumi ilkin tənzimlənməsi turboaqreqatların rotorlarının fırlanma tezliyinin və qazanların məhsuldarlığının dəyişilməsi yolu ilə elektrik stansiyaları vasitəsilə həyata keçirilməlidir. Bu halda tənzimlənmənin statizmi (qeyri-bərabərlik dərəcəsi), həmçinin tezlik üzrə qeyri-həssaslıq zonası (dərəcəsi) bu Qaydaların 49.6-cı, 49.9 – 49.18-ci bəndlərində göstərilən turbin rotorlarının fırlanma tezliyi tənzimləmə qurğularının texniki göstəricilərinə uyğun olmalı və elektrik stansiyasının energetika avadanlıqlarının və enerjibloklarının tənzimlənmə sisteminin toplusu ilə təmin edilməlidir.

49.9. Tezliyin normalaşdırılmış ilkin tənzimlənməsi bu məqsəd üçün ayrılmış elektrik stansiyaları vasitəsilə təmin edilməli, onlarda ilkin ehtiyat yerləşdirilməlidir. Normalaşdırılmış ilkin tənzimləmənin parametrləri və diapazonu operativ-dispetçer xidməti tərəfindən verilməlidir.

49.10. İkinci tənzimlənmə tezlik və aktiv güc axınları üzrə iş rejimlərinin saxlanılması və bərpa edilməsi məqsədilə həyata keçirilməlidir.

49.11. İkinci tənzimlənmə operativ və ya avtomatik olaraq (tezlik və güc axınlarının avtomatik tənzimlənmə sistemindən istifadə etməklə) bu məqsədlər üçün ayrılmış ikinci aktiv güc ehtiyatı saxlanılan elektrik stansiyaları tərəfindən həyata keçirilməlidir. İlkin tənzimlənməyə ƏQ olmaması məqsədilə ikinci tənzimlənmə tezlik korreksiyası ilə həyata keçirilməlidir.

49.12. Elektroenergetika sistemində üçüncü tənzimlənmə sərf olunmuş güc ehtiyatlarının bərpa edilməsi və bundan sonra operativ-dispetçer tərəfindən verilmiş qrafiklərin operativ korreksiyası üçün həyata keçirilməlidir. Üçüncü tənzimlənmə üçün güc ehtiyatları yerləşdirilməli və saxlanılmalıdır.

49.13. Tənzimlənmənin parametrləri və diapazonları, ikinci və üçüncü güc ehtiyatları, onların yerləşdirilməsidə daxil olmaqla, operativ-dispetçer xidməti tərəfindən verilməlidir.

49.14. Tezliyin dəyişməsi zamanı AİS-in və gücün dəyişməsinə mane olan iş rejimlərinin (turbinlərdə güc məhdudlaşdırıcıları və “özünədək” təzyiq tənzimləyiciləri, turbinlərdəki klapanların tam açıq vəziyyətində sürüşən təzyiq rejimi, tezlik korreksiyası olmayan güc tənzimləyiciləri, güc tənzimləyicilərinin və ya qazan qurğularının məhsuldarlığını avtomatik tənzimləyən qurğuların açılması) istifadə olunmasına əsas avadanlıq və ya avtomatik tənzimləmə sistemində qüsur olduqda operativ-dispetçerin sifarişi ilə sistem operatorunun icazəsi ilə həmin icazədə qeyd edilmiş müddətdə yol verilir.

49.15. Tezliyin dəyişilməsi nəticəsində güc dəyişildikdən sonra elektrik stansiyalarının heyəti tezliyin bərpa olunmasına qədər avadanlıqların dayanıqlı iş rejimini saxlamaqla tezliyin ilkin tənzimlənməsi tələblərinin yerinə yetirilməsi üçün tədbirlər görməlidir. Aşağıdakı hallar istisna olmaqla, tezliyin ilkin tənzimlənməsinə qarşı müdaxiləyə yol verilmir:

49.15.1. operativ-dispetçer xidmətinin icazəsi olduqda;

49.15.2. avadanlıqların cari vəziyyəti üçün güc buraxılabilən hədlərdən kənara çıxdıqda.

49.16. Qrafiklə verilən gücün bərpasına tezliyin normal göstəricisi bərpa olunduqdan sonra yol verilir.

49.17. Tezlik qoyulmuş həddən aşağı düşdükdə mərkəzi operativ-dispetçer xidməti ehtiyat güclərin işə salınmasını təmin etməlidir. Mərkəzi dispetçer xidməti tərəfindən ehtiyat güclərin istifadə olunmasına baxmayaraq tezlik aşağı düşməkdə davam edərsə, operativ-dispetçer xidməti “Elektroenergetika haqqında” Qanunun 14.6-cı maddəsində nəzərdə tutulmuş təlimata uyğun olaraq, istehlakçıları açmaq və ya məhdudlaşdırmaq yolu ilə tezliyin aşağı düşməsinin qarşısını almalı və onun bərpa olunmasını təmin etməlidir.

49.18. Elektrik verilişi xətlərində ifrat yüklənmə yarandıqda operativ-dispetçer aktiv güc ehtiyatlarının səfərbər edilməsi, onların qurtarması və ifrat yüklənmənin saxlanılması hallarında isə istehlakçıların məhdudlaşdırılması (açılması) yolu ilə ifrat yüklənməni aradan qaldırmalıdır.

49.19. Tezliyin qəza dəyişmələrində elektrik stansiyalarının heyəti operativ-dispetçer xidmətinin təlimatına və ya istehsalat (yerli) təlimatlarının tələblərinə uyğun olaraq tezliyin bərpa edilməsində iştirak etməlidir.

49.20. Elektrik şəbəkələrində gərginliyin tənzimlənməsi zamanı aşağıdakılar təmin edilməlidir:

49.20.1. gərginliyin keyfiyyət göstəricilərinin “Elektrik şəbəkəsinə dair Qaydalar”da qeyd olunmuş tələblərə uyğunluğu;

49.20.2. gərginlik səviyyəsinin elektrik avadanlığında sənaye tezlikli gərginliyin buraxılabilən istismar yüksəlməsi nəzərə alınmaqla (istehsalçıların məlumatlarına və göstərişlərə uyğun olaraq) elektrik stansiyalarının və şəbəkələrin avadanlıqları üçün buraxılabilən göstəricilərə uyğunluğu;

49.20.3. elektroenergetika sisteminin dayanıqlıq ehtiyatı;

49.20.4. elektroenergetika sisteminin elektrik şəbəkələrində elektrik enerjisinin minimum itkisi.

49.21. Gərginliyi 6–35 kV olan paylayıcı şəbəkələri qidalandıran, YAT qurğuları ilə təchiz olunmuş transformator və avtotransformatorlarda avtomatik gərginlik tənzimləyiciləri qoşulmuş vəziyyətdə olmalıdır. Avtomatik tənzimləyicilərin açılmasına yalnız tələbnamə əsasında yol verilir. Gərginliyi 6–35 kV olan paylayıcı şəbəkələrin transformatorlarında təsirlənməsiz çevirgəclərin (bundan sonra – TÇ) budaqlanmalarından istifadə edilməlidir. Bu qurğular YAT qurğusu olan transformatorlarda gərginliyin tənzimlənməsi nəzərə alınmaqla, 0,4 kV gərginlikli şəbəkələrdə qəbuledicilərin çıxışlarındakı gərginliyin milli standartların tələblərinə uyğunluğunu təmin edir.

49.22. Transformatorların TÇ budaqlanmalarının vəziyyəti və gərginlik tənzimləyiclərinin sazlanması şəbəkə sxeminin və yükün dəyişməsinə uyğun dəqiqləşdirilməlidir. Transformatorların TÇ budaqlanmalarının vəziyyəti və avtomatik tənzimləyicilərin sazlanma parametrləri elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiq olunmalıdır.

49.23. Gərginliyi 110 kV olan və yüksək gərginlikli şəbəkələrdə gərginliyin tənzimlənməsi hər rüb üçün təsdiqlənmiş gərginliyin zamana görə funksiyası qrafiklərinə və ya qoşulmuş avadanlıqların tərkibini nəzərə almaqla, rejim parametrlərindən gərginliyin asılılıq xarakteristikalarına uyğun olaraq, nəzarət məntəqələrində həyata keçirilməlidir.

49.24. Nəzarət məntəqələrindəki gərginlik qrafikləri və tənzimləmə xarakteristikaları elektroenergetika sisteminin operativ-dispetçer xidməti tərəfindən növbəti rüb üçün tərtib edilməli və rejimin qısamüddətli planlaşdırılmasında dəqiqləşdirilməlidir. Nəzarət məntəqələri, bu məntəqələrdə gərginlik səviyyəsinin elektroenergetika sistemində dayanıqlığa və itkilərə təsir dərəcəsindən asılı olaraq, operativ-dispetçer xidmətləri (idarələri) tərəfindən yaradılır.

49.25. Gərginliyin tənzimlənməsi əsasən avtomatika və telemexanika vasitələrilə, onlar olmadıqda isə, sistem operatorunun nəzarəti altında operativ-dispetçer xidməti tərəfindən həyata keçirilməlidir.

49.26. Elektroenergetika sisteminin dispetçeri tərəfindən gərginliyinə nəzarət edilən məntəqələrin siyahısı, həmçinin bu məntəqələrdə gərginlik qrafikləri və tənzimləmə xarakteristikaları operativ-dispetçer xidməti tərəfindən təsdiq edilir.

49.27. İstehlakçıların reaktiv güc mənbələrindən istifadə edilmə qaydaları elektroenergetika subyekti ilə istehlakçılar arasında bağlanan müqavilədə göstərilməlidir.

49.28. Ötürücü şəbəkə tələblərinin şamil edildiyi elektrik stansiyalarının qovşaq məntəqələri və sinxron kompensatorlar olan yarımstansiyalar üçün elektroenergetika sisteminin və yük qovşaqlarının statik dayanıqlıq şərtlərinə görə gərginliyin qəza həddi mərkəzi operativ-dispetçer xidməti tərəfindən müəyyən edilməlidir.

49.29. Bu məntəqələrdə gərginlik qəza həddinədək azalarsa, elektrik stansiyaları və sinxron kompensatorları olan yarımstansiyaların operativ əməliyyat heyəti generator və kompensatorların ifrat yüklənmə qabiliyyətindən müstəqil istifadə etməklə gərginliyi saxlamalı, mərkəzi operativ-dispetçer xidməti isə yanaşı rayonlardakı gərginliyin tənzimlənməsi üzrə vasitə ehtiyatlarını səfərbər etmək yolu ilə həmin elektroenergetika subyektlərinə kömək etməlidir. Bu halda ayrı-ayrı nəzarət nöqtələrində gərginliyin avadanlıqlar üçün mərkəzi operativ-dispetçer xidməti tərəfindən müəyyən edilmiş buraxılabilən həddən artıq qaldırılmasına yol verilmir.

49.30. İş rejimi və ya şəbəkənin sxemi dəyişdikdə mərkəzi operativ-dispetçer xidməti tərəfindən müəyyən edilmiş gərginliyin buraxılabilən həddən aşağı düşməsi mümkün olan elektroenergetika sisteminin qovşaqlarında dayanıqlığın pozulmasının qarşısını almaq üçün tələb olunan həcmdə yük açan avtomatika qurulmalıdır.

50.1. Elektroenergetika obyektlərinin avadanlığı dörd operativ vəziyyətdən birində – işdə, ehtiyatda, təmirdə və ya konservasiyada olmalıdır.

50.2. Elektrik qurğusunun, RMA qurğularının, həmçinin ODTİV-in operativ-informasiya komplekslərinin, təsdiqlənmiş plan üzrə işdən və ehtiyatdan təmirə və sınaq üçün çıxarılması operativ-dispetçer xidmətinə verilən sifarişlə rəsmiləşdirilməlidir.

50.3. Sifarişlərin və onlara icazənin alınması haqqında xəbərin verilmə müddəti operativ-dispetçer xidməti tərəfindən müəyyən edilməlidir. Sifarişlər elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiqlənməlidir.

50.4. Elektrik şəbəkələrinin iş rejiminin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb ola bilən sınaqların aparılması mərkəzi operativ-dispetçer xidmətinin cəlb edilməsi ilə ötürücü sistem operatoru tərəfindən təsdiqlənmiş iş proqramı əsasında yerinə yetirilməlidir. Elektroenergetika obyektləri avadanlıqlarının, digər sınaqlarının iş proqramları elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiqlənməlidir. Sınaqların iş proqramı onların başlanmasına ən azı 7 (yeddi) gün qalmış elektroenergetika obyektinin istismarçısı tərəfindən təsdiqlənməlidir.

50.5. Sifarişlər plan üzrə aparılan təmir və açılmalara uyğun olaraq, plan üzrə sifarişlər və plandankənar təxirəsalınmaz təmirlərin aparılması üçün təcili sifarişlərə bölünür. Plandankənar və təxirəsalınmaz təmirlər üçün təcili sifarişlərin sutkanın istənilən vaxtında, operativ idarəetməsində və operativ sərəncamında açılacaq avadanlıq olan dispetçerə bilavasitə verilməsinə yol verilir. Bir sutkadan artıq müddətə icazəni sistem operatorunun texniki rəhbəri, operativ-dispetçer xidmətinin baş dispetçeri verməlidir.

50.6. Avadanlığın dərhal açılması tələb olunan hallarda açılma, avadanlıq quraşdırılmış elektroenergetika obyektinin operativ-əməliyyat heyəti tərəfindən istehsalat (yerli) təlimatlarının tələblərinə uyğun olaraq aparılır. Bu barədə mərkəzi operativ-dispetçer xidmətinə, bu mümkünsə qabaqcadan, mümkün deyilsə sonra məlumat verilməlidir. Avadanlıq açıldıqdan sonra aparılan təmir işlərinin səbəbləri və texniki müddəti göstərilməklə təcili sifariş rəsmiləşdirilir.

50.7. Elektroenergetika obyektinin yerli operativ-dispetçer xidmətinin operativ idarəetməsində və operativ sərəncamında olan əsas avadanlığın əsaslı, orta və ya cari təmirə çıxarılmasına icazəni həmin obyektin istismarçısının müraciəti əsasında elektroenergetika obyektinin operativ-dispetçer idarəetməsi və ya elektroenergetika sisteminin mərkəzi operativ-dispetçer xidməti verməlidir.

50.8. Avadanlıqların və elektrik verilişi xətlərinin təmirə çıxarılması və işə qoşulması, həmçinin qazanın odlanması və turbinin işə salınması və tələb olunan yükün yığılması ilə əlaqədar aparılan əməliyyatların müddəti də sifarişlə icazə verilmiş təmir müddətinə daxil edilməlidir. Təmirin müddətini yalnız elektroenergetika obyektinin və ya sistem operatorunun operativ-dispetçer xidməti uzada bilər.

50.9. Sifarişə icazə alınmasına baxmayaraq avadanlıqların işdən və ehtiyatdan çıxarılması və ya sınağının keçirilməsi uyğun olaraq, elektroenergetika obyektinin, mərkəzi operativ-dispetçer xidmətinin bilavasitə avadanlığı işdən və ehtiyatdan çıxarmazdan və ya sınağının keçirilməsindən əvvəl verdiyi icazəsi ilə yerinə yetirilə bilər.

50.10. Elektrik stansiyaları və ya elektrik şəbəkələrinin heyəti elektrik stansiyasının növbə rəisinin, elektrik şəbəkələrinin, mərkəzi operativ-dispetçer xidmətinin icazəsi olmadan sistem avtomatikasının, həmçinin operativ-dispetçer xidmətinin (elektrik stansiyasının növbə rəisinin) operativ idarəetməsində və operativ sərəncamında olan ODTİV-in açılmasını, qoşulmasını, sınağını və qoyuluş qiymətlərinin dəyişdirilməsini həyata keçirmək səlahiyyətinə malik deyil. Aparatları iki və daha artıq obyektlərdə yerləşən RMA qurğularının yoxlanılması (sınağı) eyni vaxtda icra olunmalıdır.

50.11. Elektrik birləşmələrinin sxemi dəyişdikdə, elektrik stansiyası, elektrik şəbəkələrinin yerli operativ-dispetçer xidməti və mərkəzi operativ-dispetçer xidməti mühafizələrin, ƏQ və rejim avtomatikası sistemlərinin sazlanmasını yoxlamalı və onları yeni sxemlərə uyğun vəziyyətə gətirməlidir.

50.12. Elektroenergetika obyektinin istismarçısı öz avadanlığında təmir işlərinin qurtarması barədə məlumat verdikdən, şəbəkəyə qoşulduqdan və operativ sifariş bağlandıqdan sonra onun qurğusu təmirdən sonra işə qoşulmuş hesab olunur.

51.1. Texnoloji pozuntular aradan qaldırılarkən operativ-dispetçer xidmətinin vəzifələri “Elektroenergetika haqqında” Qanunun 14.6-cı maddəsində nəzərdə tutulmuş təlimatla müəyyən edilir.

51.2. Elektroenergetika sistemi və qonşu dövlətlərin elektroenergetika sistemləri arasındakı əlaqələrdə texnoloji pozuntuların aradan qaldırılması zamanı işlərin bölüşdürülməsi qarşılıqlı surətdə razılaşdırılmış müqavilələrlə tənzimlənməlidir.

51.3. Elektrik şəbəkələrində yerli təyinatlı və elektroenergetika sisteminin iş rejiminə təsir etməyən texnoloji pozuntular bu cür pozuntuların yayılma rayonundan və şəbəkələrin idarə edilməsi strukturundan asılı olaraq, operativ-dispetçer xidmətinin rəhbərliyi altında aradan qaldırılmalıdır. Elektroenergetika sisteminin iş rejiminə təsir edən texnoloji pozuntuların aradan qaldırılması mərkəzi operativ-dispetçer xidmətinin rəhbərliyi altında aparılmaldır.

51.4. Operativ-dispetçer xidməti ilə əlaqədə olan istismarçının heyətində dəyişiklik barədə həmin operativ-dispetçer xidməti istismarçı tərəfindən məlumatlandırılmalıdır.

51.5. Texnoloji pozuntuların aradan qaldırılması zamanı növbənin qəbul edilməsinə və təhvil verilməsinə yol verilmir.

51.6. Növbəyə gələn əməliyyat heyəti texnoloji pozuntuların aradan qaldırılmasına məsul şəxsin rəhbərliyi altında həmin pozuntuların aradan qaldırılmasına cəlb olunur. Pozuntunun xüsusiyyətindən asılı olaraq, onun aradan qaldırılması müddəti uzandıqda operativ tabeçilik üzrə operativ-dispetçer xidmətinin icazəsi ilə növbənin təhvil verilməsinə yol verilir.

51.7. Operativ-dispetçer xidmətinin operativ idarəetməsində və operativ sərəncamında olmayan elektrik qurğularında texnoloji pozuntunun aradan qaldırılması zamanı əməliyyatlar aparılan hallarda, texnoloji pozuntu baş verən elektroenergetika obyektinin inzibati-texniki heyətinin rəhbərinin icazəsi ilə növbə təhvil verilə bilər.

51.8. İnzibati-texniki heyətə mənsub şəxslərin iştirakından asılı olmayaraq operativ-dispetçer xidməti normal rejimin bərpası üzrə tədbirlər həyata keçirməklə texnoloji pozuntuların aradan qaldırılmasına rəhbərlik edir.

51.9. Texnoloji pozuntuların aradan qaldırılması prosesində idarəetmə səlahiyyətli operativ-dispetçer xidmətinin, həmçinin elektrik stansiyalarının növbə rəisləri və iri yarımstansiyaların növbətçilərinin operativ danışıqları və göstərişləri qeyd edilməlidir.

51.10. Fövqəladə halın aradan qaldırılması zamanı operativ-dispetçer xidmətləri, həmçinin elektrik stansiyaları və yarımstansiyalar arasında əməliyyat danışıqları avtomatik səsyazma sistemi vasitəsilə qeydə alınmalıdır.

52.1. Elektroenergetika sisteminin, elektrik stansiyalarının və yarımstansiyaların elektrik birləşmə sxemləri, normal və təmir rejimləri üçün RMA vasitələrinin sazlanması aşağıdakıları təmin etməlidir:

52.1.1. istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətinin müqavilədə təsbit edilmiş xüsusi şərtlər nəzərə alınaraq, “Elektrik şəbəkəsinə dair Qaydalar”ın 167.5-ci bəndində qeyd edilən standarta uyğunluğunu;

52.1.2. elektroenergetika sisteminin dayanıqlı işini;

52.1.3. qısaqapanma cərəyanlarının avadanlıq üçün buraxılabilən göstəricilərə uyğun olmasını;

52.1.4. aktiv və reaktiv güc axınlarının faydalı paylanmasını;

52.1.5. elektrik enerjisinin həm istehsalçıları, həm də istehlakçıları üçün minimal itkilərlə qəzaların qarşısının alınmasını.

52.2. Elektrik stansiyalarının və yarımstansiyaların dəyişən və sabit cərəyan xüsusi sərfiyyat sxemləri normal, təmir və qəza rejimlərində etibarlılığın təmin olunması nəzərə alınmaqla, aşağıdakıların həyata keçirilməsi ilə seçilməlidir:

52.2.1. şinlərin seksiyalanması;

52.2.2. XS şin seksiyasında ehtiyat qidalanmanın avtomatik qoşulması;

52.2.3. EAQ-nin işi nəzərə alınmaqla, şin sistemi və seksiyaları üzrə xüsusi sərfiyyat qidalanma mənbələrinin paylanması və seksiyada gərginlik itdikdə xüsusi sərfiyyat mexanizmlərinin işdə saxlanılması üçün işçi və ehtiyat qidalanma mənbələrinin PQ-nin müxtəlif şin seksiyalarına birləşdirilməsi;

52.2.4. hər hansı seksiyanın işdən açılması nəticəsində elektrik stansiyalarının və ya yarımstansiyaların işinin minimal pozulması şərtinə uyğun olaraq, xüsusi sərfiyyat mexanizmlərinin seksiyalar üzrə paylanması;

52.2.5. elektrik stansiyalarının şinlərinin (hissələrinin) qeyri-sinxron işində xüsusi sərfiyyat mexanizmlərinin etibarlı qidalanmasının təmin edilməsi (yüksək gərginlik şinlərinin seksiyalara ayrılması, enerji blokların ayrıca xətt üçün ayrılması, elektroenergetika sisteminin bölünmə sxeminin icrası);

52.2.6. tezlik və gərginlik xüsusi sərfiyyat mexanizmlərinin fasiləsiz işinə təhlükə yaradan göstəricilərə qədər azaldıqda ən kiçik işlək güc itkisi ilə, elektrik stansiyalarının xüsusi sərfiyyat mexanizmlərinin qidalandırılmasının elektroenergetika sistemindən tam və ya qismən ayrılmasının təmin edilməsi.

52.3. Elektrik stansiyalarının xüsusi sərfiyyat PQ-lərinin şinlərinə istehlakçıların qoşulması qadağandır.

52.4. Elektrik stansiyaları, yarımstansiyalar və elektik şəbəkələrinin birləşmələrinin normal və təmir sxemləri hər il elektrik stansiyası və ya sistem operatoru, şəbəkənin sxemi isə operativ-dispetçer xidməti tərəfindən təsdiqlənməlidir. Bu sxemlər onlarda göstərilən avadanlıqların üzərində operativ sərəncamvermə və ya operativ idarəetmə səlahiyyəti olan operativ-dispetçer xidməti ilə razılaşdırılmalıdır.

52.5. Bu Qaydaların 52.4-cü bəndində göstərilən sxemlər onlara daxil olan avadanlıqların operativ göstərişində (sərəncamında) və ya idarəetməsində olan operativ-dispetçer xidməti ilə razılaşdırılmalıdır.

52.6. İstilik elektrik stansiyalarının boru kəmərlərinin sxemləri aşağıdakıları təmin etməlidir:

52.6.1. əsas avadanlıqların xüsusi sərfiyyatlarının etibarlı ehtiyatlandırılmasını;

52.6.2. minimal hidravlik itkilərini;

52.6.3. qəza sahələrinin birbaşa uzaqdan idarəolunan (distansion) intiqallar vasitəsilə açılmasını;

52.6.4. minimal generasiya güc itkiləri ilə qəzaların qarşısının alınmasını və istehlakçıların minimal güclərinin açılmasını.

53.1. Elektroenergetika sisteminin operativ-dispetçer xidmətlərinin elektroenergetika obyektlərinin idarəetmə operativ-dispetçer xidmətinə aşağıdakılar aiddir:

53.1.1. operativ-heyət, yəni elektrik qurğularının idarəetmə orqanlarına bilavasitə təsir edən və növbə ərzində elektrik qurğularının idarə edilməsini və xidmətini həyata keçirən heyət;

53.1.2. əməliyyat-təmir heyəti, yəni idarəetmə orqanlarına bilavasitə təsir etmək səlahiyyətinə malik təmir heyəti;

53.1.3. operativ-əməliyyat heyəti, yəni növbə ərzində onlara təhkim olunmuş obyektlərin (elektroenergetika sisteminin, elektrik şəbəkələrinin, istilik şəbəkələrinin, elektik stansiyalarının, elektroenergetika obyektlərinin) işinə və tabeliyində olan heyətə operativ rəhbərliyi həyata keçirən heyət.

53.2. Operativ-dispetçer xidməti istehsalat və vəzifə təlimatlarına, həmçinin operativ tabeçilik üzrə operativ-əməliyyat heyətinin göstərişlərinə uyğun olaraq, elektroenergetika subyektinin, elektroenergetika sisteminin avadanlıqlarının təhlükəsiz, etibarlı və qənaətli iş rejimini təmin etməlidir.

53.3. Mütəxəssislərin sayına və ixtisaslarına görə operativ-dispetçer xidmətinin komplektləşdirilməsi operativ-dispetçer xidmətinin təlimatlarına uyğun həyata keçirilir.

53.4. Növbə ərzində operativ-dispetçer xidməti natamam tərkibdə işlədikdə iş yerlərinin eyni vaxtda əvəz edilməsinə yalnız elektroenergetika obyektinin istismarçısının operativ-dispetçer xidmətinin yazılı göstərişi üzrə yol verilir.

53.5. Operativ-dispetçer xidməti növbə vaxtı onun operativ idarəetməsində və ya operativ sərəncamında olan avadanlıqların bu Qaydalara, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na, eləcə də digər normativ-hüquqi və normativ xarakterli aktların, habelə istehsalçının və istismarçının tələblərinə uyğun istismar olunmasına, həmçinin operativ tabeçilik üzrə operativ-dispetçer xidmətinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

53.6. İş rejimi pozulduqda, avadanlıqlar zədələndikdə, yanğın baş verdikdə operativ-dispetçer xidməti normal iş rejimini bərpa etmək və ya qəza vəziyyətini aradan qaldırmaq və texnoloji pozuntuların inkişafının qarşısını almaq üçün təcili tədbirlər görməli, həmçinin təsdiqlənmiş siyahıya uyğun olaraq, operativ-dispetçer xidmətinə və inzibati-texniki heyətə bu barədə məlumat verməlidir.

53.7. Operativ-əməliyyat heyətinin onun icraatına daxil olan məsələlər üzrə göstərişlərinin icrası operativ tabelikdə olan operativ-dispetçer xidməti üçün məcburidir.

53.8. Operativ-dispetçer xidmətinin operativ idarəetməsində və ya operativ sərəncamında olan avadanlıqları insan tələfatı və avadanlıq üçün real təhlükə yaranan hallar istisna olmaqla, bu heyətin icazəsi olmadan işə qoşmaq və işdən açmaq olmaz.

53.9. Operativ-dispetçer xidmətinin göstərişi aydın və qısa olmalıdır.

53.10. Operativ tabelikdə olan operativ-dispetçer xidməti tapşırığı dinləyib onun mətnini olduğu kimi təkrar etməli və düzgün anladığı barədə tapşırıq verən heyətin razılığını almalıdır. Operativ-dispetçer xidməti göstəriş verdikdə, aldıqda və ya ona icazə aldıqda bu barədə əməliyyat jurnalında (reyestrində) qeyd etməlidir. Operativ tabeçilik üzrə operativ-dispetçer xidmətinin göstərişləri dərhal və dəqiq yerinə yetirilməlidir. Maqnit lentində yazılar olduqda əməliyyat jurnalında (reyestrində) qeydlərin həcmi həmin jurnala (reyestrə) cavabdeh olan şəxs tərəfindən müəyyən edilir.

53.11. Operativ əməliyyat danışıqları texniki dildə aparılmalıdır. Elektrik qurğuları, birləşmələr, rele və texnoloji mühafizə və avtomatika qurğuları tamamilə operativ-dispetçer adlarına uyğun adlandırılmalıdır. Texniki terminologiyadan və operativ-dispetçer adlarından kənara çıxmaq qadağandır.

53.12. Operativ-dispetçer xidməti səviyyəsində aparılan və elektrik stansiyalarının, iri yarımstansiyaların növbə rəislərinin operativ əməliyyat danışıqları avtomatik olaraq maqnit lentində qeyd edilməlidir.

53.13. Elektroenergetika sisteminin, elektrik stansiyalarının avadanlıqlarının iş rejiminin dəyişdirilməsinə dair verilən göstərişlərdə dəyişən rejim parametrinin göstəricisi və onun icra edilməsi müddəti, həmçinin göstərişin verilməsi vaxtı göstərilməlidir.

53.14. Operativ-dispetçer xidmətinin rəhbər inzibati-texniki heyətdən tabeçilik üzrə operativ-dispetçer heyətinin səlahiyyətinə aid olan məsələlər üzrə aldığı göstərişlər həmin operativ-dispetçer heyətinin razılığı ilə yerinə yetirilməlidir.

53.15. Operativ-dispetçer xidmətinin göstərişinin bu göstərişi yerinə yetirməyə borclu olan şəxslər tərəfindən icra olunmaması və ya icrasının əsassız gecikdirilməsi qadağandır.

53.16. Operativ-dispetçer xidmətinin göstərişi operativ tabelikdə olan operativ-dispetçer xidmətinə səhv görünərsə, o, dərhal göstəriş verən şəxsi bu barədə xəbərdar etməlidir. Göstəriş təsdiq olunduqda operativ tabelikdə olan operativ-dispetçer xidməti onu icra etməlidir.

53.17. Operativ-əməliyyat heyətinin verdiyi göstəriş elektrik təhlükəsizliyi qaydalarının pozulmasına, avadanlıqların zədələnməsinə və ya elektrik stansiyalarının, yarımstansiyaların xüsusi sərfiyyatının qidalanmasının itirilməsinə səbəb olarsa, onun icra edilməsi qadağandır. Göstərişin yerinə yetirilməməsi barədə mərkəzi operativ-dispetçer xidmətinə, uyğun olaraq elektrik stansiyasının və ya sistem operatorunun inzibati-texniki rəhbərinə xəbər verilməli və əməliyyat jurnalında (reyestrində) qeyd olunmalıdır.

53.18. Ehtiyatda olan operativ-dispetçer xidməti elektrik qurğularının xidməti işlərinin icrasına vəzifə təlimatlarına uyğun olaraq və yalnız inzibati-texniki rəhbərin və ya növbədə olan operativ rəhbərin icazəsi ilə əməliyyat jurnalında yazılmaqla cəlb edilə bilər.

53.19. Növbənin başlanmasına qədər operativ-dispetçer xidmətindən olan bir şəxsin digəri ilə əvəz edilməsinə həmin operativ-dispetçer xidmətinin rəhbərinin icazəsi ilə yol verilir və bu barədə mərkəzi operativ-dispetçer xidmətinə məlumat verilir.

53.20. İşə başlayan növbətçi heyət iş yerini əvvəlki növbətçidən qəbul etməli, iş qurtarandan sonra isə növbəni cədvəl üzrə sonrakı növbətçiyə təhvil verməlidir. Növbəni təhvil vermədən növbətçilikdən çıxmaq qadağandır.

53.21. Operativ-dispetçer xidməti növbəni təhvil alarkən:

53.21.1. onun operativ idarəetməsində və ya operativ sərəncamında olan elektrik qurğularının iş rejimi, sxemi və vəziyyəti ilə tanış olmalıdır;

53.21.2. növbəni təhvil verən şəxsdən iş rejiminin pozulmasına yol verməmək üçün hansı avadanlığa daha çox diqqət yetirməli olduğu, habelə ehtiyatda və təmirdə olan avadanlıqlar barədə məlumat almalıdır;

53.21.3. ona təhkim olunan sahədə sifariş, naryad və göstərişlər üzrə hansı işlərin aparıldığını aydınlaşdırmalı, alət və tərtibatları, otaqların açarlarını, operativ sənədləri və iş yerinin sənədlərini yoxlamalı və təhvil almalıdır;

53.21.4. əvvəlki iş növbəsi vaxtı göstəriş və yazılarla tanış olmalıdır;

53.21.5. tabeliyindəki növbətçi heyətdən məlumat almalı və növbənin qəbulu zamanı aşkar edilmiş çatışmazlıqlar və növbəyə başladığı barədə bilavasitə növbə rəisinə məlumat verməli;

53.21.6. növbənin təhvil-təslimini jurnal (reyestr) və ya cədvəldə qeyd etməli, özünün və növbəni təhvil verən şəxsin imzası ilə rəsmiləşdirməlidir;

53.21.7. təlimata uyğun olaraq vaxtaşırı avtomatika, siqnalvermə, ODTİV qurğularının işçi vəziyyətini, həmçinin iş yerindəki saatın dəqiqliyini yoxlamalıdır;

53.21.8. təsdiqlənmiş cədvəl üzrə işçi avadanlıqdan ehtiyat avadanlığa keçməni icra etməli, avadanlığı yoxlamalı və ona profilaktik baxış aparmalıdır.

53.22. Öz vəzifələrini yerinə yetirmədiyi təqdirdə elektrik qurğusunun istismarçısı onu növbətçilikdən kənar etdikdə və əvəzləmə apararaq yeni vəzifə bölgüsü tətbiq etdikdə əməliyyat jurnalında (reyestrində) qeydlər edir və ya yazılı göstəriş verir və operativ tabeçilik üzrə operativ-dispetçer xidmətini məlumatlandırır.

53.23. Operativ-dispetçer xidməti mərkəzi operativ-dispetçer xidmətinin icazəsi ilə iş yerindən azad edilib, operativ jurnalda yazılmaqla və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməklə qısa müddətə təmir və sınaq işlərinə cəlb edilə bilər.

54.1. Elektrik qurğularında əməliyyatların aparılması zamanı elektrik şəbəkələrinin elektrik birləşmələri sxemlərində, elektroenergetika obyektlərinin və elektroenergetika sisteminin elektrik qurğularında və RMA qurğularının dövrələrində yerinə yetirilən dəyişikliklər, torpaqlamanın qoyulduğu yerlər elektroenergetika sisteminin operativ-dispetçer xidmətinin proqram-aparat kompleksindən istifadə edilməklə operativ sxemdə öz əksini tapmalıdır.

54.2. Elektrik qurğularında mürəkkəb əməliyyatlar, həmçinin elektrik avadanlıqlarında bloklama qurğusu olmadıqda və ya o, nasaz vəziyyətdə olduqda icra edilən əməliyyatlar proqram və əməliyyat blankları yazılmaqla aparılmalıdır.

54.3. Elektrik qurğularında mürəkkəb əməliyyatlara kommutasiya aparatları, torpaqlamalar və RMA qurğuları, ƏQ və rejim avtomatikası ilə ardıcıllıqla aparılması tələb edilən əməliyyatlar daxildir.

54.4. Sistem operatoru olmayan elektroenergetika obyektlərinin istismarçısı və operativ-dispetçer xidməti tərəfindən birgə təsdiqlənən mürəkkəb əməliyyatların siyahısı operativ-dispetçer xidmətində saxlanılmalıdır.

54.5. Elektrik qurğularının tərkibində və sxemlərində dəyişikliklər edildikdə həmin qurğu ilə bağlı mürəkkəb əməliyyatların siyahısına yenidən baxılmalıdır.

54.6. Elektrik qurğularında təkrar olunan mürəkkəb əməliyyatlar üçün nümunəvi əməliyyat proqramları və blanklarından istifadə edilməlidir. Bu zaman texnoloji pozuntuları aradan qaldırmaq və ya onların qarşısını almaq üçün əməliyyatların sonradan operativ jurnalda qeyd etməklə əməliyyat blankları yazılmadan icra edilməsinə yol verilir.

54.7. Əməliyyat proqramı və blanklarında elektrik qurğularının elektrik birləşmə sxemlərində, RMA dövrələrində aparılan əməliyyatların həcmi və icra ardıcıllığı qeyd edilməlidir.

54.8. Əməliyyat blanklarından (nümunəvi blanklar) əməliyyatı bilavasitə yerinə yetirən operativ-dispetçer xidməti istifadə etməlidir. Əməliyyat proqramı (nümunəvi proqram) əməliyyatın aparıldığı elektroenergetika qurğusunun istismarçısı tərəfindən əməliyyat aparılarkən həmin qurğunun qoşulduğu şəbəkə üzrə operativ-dispetçer xidməti ilə razılaşdırılmış qaydada tətbiq edilməlidir.

54.9. Bilavasitə əməliyyatları aparan mütəxəssislərə əməliyyat blankları ilə tamamlanmış operativ-dispetçer proqramlarını tətbiq etməyə yol verilir.

54.10. Yeni avadanlıqların işə daxil edilməsi, köhnə avadanlıqların dəyişdirilməsi və ya qismən sökülməsi, PQ-lərin yenidən qurulması ilə bağlı elektrik qurğularının əsas elektrik birləşmələri sxemində, həmçinin quraşdırılan RMA qurğularında dəyişikliklər olduqda, yaxud yeni belə qurğular işə qoşulduqda nümunəvi əməliyyat proqramı və blankları dəqiqləşdirilməlidir.

54.11. Elektroenergetika sisteminin sxemində və iş rejimində, operativ idarəetməsində avadanlıq və RMA qurğuları olan uyğun operativ-dispetçer xidmətinin istehsalat xidmətləri tərəfindən RMA qurğularında plan üzrə dəyişikliklər əvvəlcədən buna uyğun operativ-dispetçer idarəetmə səviyyələri üçün nümunəvi əməliyyat proqramı və blanklarında dəqiqləşdirilməlidir.

54.12. Operativ-dispetçer xidmətinin operativ idarəetməsində olan elektrik avadanlığında və RMA qurğularındakı əməliyyatlar göstəriş üzrə, operativ sərəncamında olduqda isə onun icazəsi ilə icra olunmalıdır.

54.13. Operativ-dispetçer xidmətinin göstərişi və icazəsi olmadan, lakin onu sonradan xəbərdar etməklə əməliyyatların aparılmasına təxirəsalınmaz hallarda (bədbəxt hadisə, təbii fəlakət, yanğın, qəza zamanı) yol verilir.

54.14. Əməliyyatlara dair göstərişdə elektrik qurğusunun sxemində və RMA dövrələrində aparılmalı olan əməliyyatların ardıcıllığı operativ-dispetçer xidmətinin müəyyən etdiyi təfsilatla göstərilməlidir.

54.15. Əməliyyatı aparan mütəxəssisə eyni vaxtda yalnız bir məqsədli və bir operativ əməliyyat tapşırığı verilməlidir.

54.16. Mürəkkəb əməliyyatları biri nəzrətçi olmaqla iki mütəxəssis yerinə yetirməlidir.

54.17. Əməliyyatı iki nəfər apardıqda nəzarətçi yüksək vəzifəli şəxs olmalıdır. Əməliyyatın düzgün aparılması üçün əməliyyatı aparan hər iki şəxs məsuliyyət daşıyır. Növbədə operativ-dispetçer xidmətindən bir şəxs olduqda nəzarətçi şəxs avadanlığın elektik birləşmə sxemini, əməliyyatların aparılması üzrə qanunvericiliyə əsasən müəyyən edilmiş tələbləri bilən və göstərişlə əməliyyatların icrasına buraxılan inzibati-texniki heyət üzvlərindən təyin edilə bilər.

54.18. Əməliyyatın aparılması üzrə nəzarətçilərin adları elektroenergetika subyekti tərəfindən operativ-dispetçer xidmətinə bildirilməlidir.

54.19. Mürəkkəb əməliyyatlar aparıldıqda RMA dövrələrindəki əməliyyatların icrasına RMA xidmətinin heyətindən olan üçüncü şəxsi cəlb etmək olar. Bu mütəxəssis əvvəlcə əməliyyat blankı ilə tanış olmalı, onu imzalamalı və əməliyyatı aparan şəxsin göstərişi üzrə tapşırılan əməliyyatları icra etməlidir.

54.20. Digər əməliyyatlar etibarlı bloklanma qurğusu olduqda növbənin tərkibindən asılı olmayaraq təklikdə aparıla bilər.

54.21. Öz dövrəsində açarı olan birləşmələrin gərginlik altında açılması, qoşulması və işə qoşulması bu açarla aparılmalıdır.

54.22. KPQ birləşmələrinin ayıranları, ayırıcıları, sökülən kontaktları vasitəsilə aşağıdakıların açılmasına və qoşulmasına yol verilir:

54.22.1. gərginliyi 110–220 kV olan güc transformatorlarının neytrallarının;

54.22.2. şəbəkədə yerlə qapanma olmadıqda 6–35 kV gərginlikli qövssöndürücü torpaqlayıcı reaktorların;

54.22.3. gərginliyi 6–500 kV olan güc transformatorlarının maqnitləşdirici cərəyanının;

54.22.4. hava və kabel elektrik verilişi xətlərinin tutum və yerlə qapanma cərəyanlarının;

54.22.5. qanunvericiliyə riayət etməklə şin sisteminin, həmçinin birləşmələrin tutum cərəyanının.

54.23. Gərginliyi 6–10 kV olan dairəvi şəbəkələrdə 70 A-ya qədər olan bərabərləşdirici cərəyanların ayırıcılar vasitəsilə açılmasına və ayırıcıların aralanmış kontaktlarında gərginliklər fərqi 5%-dən artıq olmadıqda həmin şəbəkənin dairəvi qapanmasına yol verilir. Gərginliyi 10 kV və aşağı olan APQ-lərin üç qütblü ayırıcıları vasitəsilə 15 A-dək yük cərəyanının açılmasına və qoşulmasına yol verilir.

54.24. Bir açarla və ya şin sisteminin digər birləşmələrinin bir neçə açarlarından ibarət dövrə ilə şuntlaşdırılmış (dördbucaqlı, biryarımlıq sxem) 220 kV və yüksək gərginlikli zədəli vəziyyətdə olan açarın açılması onun dağılmasına və yarımstansiyada gərginliyin itməsinə səbəb olarsa, belə açarın ayırıcılarla məsafədən açılmasına yol verilir. Ayırıcılarla açılan və qoşulan cərəyanın buraxılabilən göstəriciləri normativ-hüquqi və ya normativ xarakterli aktlarla müəyyənləşdirilməlidir. Elektrik qurğularında aparılan əməliyyatlara dair bu Qaydalarla tənzimlənməyən münasibətlər həmin qurğunun istismarçısı tərəfindən tənzimlənir.

54.25. Əməliyyatları bilavasitə yerinə yetirən operativ-dispetçer xidmətinin təhlükəsizlik bloklamalarını özbaşına işdən çıxarması qadağandır.

54.26. Elektrik qurğusunun bloklamadan çıxarılmasına elektroenergetika obyekti üzrə yazılı göstərişlə müvəkkil edilmiş şəxsin imzası ilə onun rəhbərliyi altında açarın açılmış vəziyyəti yerində yoxlanıldıqdan və bloklamanın işləməməsinin səbəbi aydınlaşdırıldıqdan sonra yol verilir. Elektrik qurğusunun bloklamadan çıxarılması üçün aparılan əməliyyatlar göstərilməklə əməliyyat blankları tərtib olunur.

55.1. Operativ-dispetçer xidmətləri elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması üzrə bu Qaydalarla müəyyən olunmuş operativ-dispetçer funksiyalarının icrasını təmin edən ODAİS ilə təchiz edilməlidir.

55.2. ODAİS əsasında həll edilən operativ-dispetçer məsələlərinə aşağıdakılar daxildir:

55.2.1. elektroenergetika sisteminin iş rejimlərinin uzunmüddətli (orta müddətli) planlaşdırılması;

55.2.2. əsas istehsal və şəbəkə avadanlıqlarının iş rejimlərinin illik planlaşdırılması;

55.2.3. elektrik enerjisi və güc balanslarının beş illik (illik, rüblük, aylıq) hesabatı;

55.2.4. dayanıqlı (paralel) iş sahələrinin təyin edilməsi və operativ məlumatların, ƏQ avtomatika qurğularının qoyuluş qiymətlərinin hazırlanması üçün elektroenergetika sisteminin iş rejimlərinin hesabatı;

55.2.5. elektroenergetika sisteminin iş rejimlərinin qısamüddətli planlaşdırılması;

55.2.6. qanunvericiliyə və istismarçının müəyyən etdiyi qaydalara uyğun olaraq normal, kritik, qəza vəziyyətlərində elektroenergetika sisteminin texnoloji rejimlərinin operativ idarə edilməsi;

55.2.7. RMA qurğularının sazlanmasının və qoyuluş qiymətlərinin, o cümlədən təmirə çıxarılmasının operativ idarə edilməsi;

55.2.8. avadanlıqların təmir olunmasının, ehtiyata çıxarılmasının, ehtiyatların optimal istifadə edilməsinin, rejimlərin balanslaşdırılmasının, elektroenergetika sisteminin paralel işinin bərpası üçün sinxronlaşdırmanın təmin edilməsi məqsədilə elektrik stansiyalarında sxem və rejimlərin operativ idarə edilməsi;

55.2.9. avadanlıqların təmir olunmasının təmin edilməsi, tələb olunan gərginliyin saxlanılması həddi rejimlərinə nəzarət üçün yarımstansiyalarda sxem və rejimlərin operativ idarə edilməsi;

55.2.10. avtomatik idarəetmə (tezlik və gücün avtomatik tənzimlənməsi, güc axınları, gərginliyin mərkəzləşdirilmiş tənzimlənmə sistemləri, mərkəzləşdirilmiş ƏQ avtomatika sistemləri, avadanlıqların teleidarəedilmə sistemləri);

55.2.11. arxivləşdirmə, təhlil, sutkalıq, həftəlik, aylıq, rüblük, illik, beşillik hesabatlar;

55.2.12. operativ-dispetçer məlumatları (elektroenergetika sisteminin iş rejimlərinin parametrləri, operativ-dispetçer göstərişləri, operativ-dispetçer qrafikinin yerinə yetirilməsi, təmirin icrasının gedişi haqqında və operativ əməliyyat jurnalından (reyestrindən) məlumatlar);

55.2.13. sorğu məlumatları (avadanlığa dair məlumatlar);

55.2.14. texnoloji-istehsalat məlumatları sayılan elektrik enerjisinin balansları, yanacaq ehtiyatı və sərfiyyatı, hidroresurslar, texniki-iqtisadi göstəricilər.

55.3. Həll ediləcək məsələlərin siyahısı və həcmi, habelə onların həll edilməsi üsulları idarə edilən elektroenergetika obyektinin etibarlı və qənaətli işləməsinin təmin edilməsi nəzərə alınmaqla, operativ-dispetçer xidmətinin iyerarxiya səviyyəsindən və funksiyasından asılı olaraq müəyyən edilir.

55.4. ODAİS texniki-proqram vasitələrinin tərkibinə aşağıdakılar daxildir:

55.4.1. operativ-dispetçer idarəetməsinin və verilən məlumatların yığım altsistemi;

55.4.2. elektroenergetika sisteminin iş rejimlərinin planlaşdırılması və operativ idarə edilməsi məsələləri üzrə altsistem;

55.4.3. məlumatların saxlanılması və onlara girişin təmin edilməsi məqsədilə digər ODAİS altsistemlərinə xidmət üçün nəzərdə tutulan məlumat (verilənlər) bazasına xidmət altsistemi;

55.5. OMK elektroenergetika sisteminin cari rejiminə dair məlumat vericilərinin etibarlı şəkildə alınması, daxil olan məlumatların dəqiqliklə işlənilməsi və məlumatlar daxil olduqca iş rejiminə, avadanlıqların vəziyyətinə aid dəyişikliklərin və qəza-xəbərdaredici məlumatların operativ-əməliyyat heyətinə verilməsi üçün nəzərdə tutulan proqram-aparat kompleksidir. OMK həm operativ-dispetçerin, həm də yerinə yetirilən proqramların, o cümlədən tezliyin və güc axınlarının avtomatik idarəedilməsi altsisteminin komandaları üzrə tənzimləmə və məsafədən idarəetmə əməliyyatlarının aparılması mümkünlüyünü təmin etməlidir.

55.6. OMK elektroenergetika sistemində təmir-bərpa işlərinin təhlükəsiz aparılmasını, güc balansının saxlanmasını və razılaşdırılmış iş rejiminin təmin edilməsi funksiyalarını özündə cəmləşdirməlidir. OMK elektroenergetika sisteminin iş rejimi, baş verən hadisələr, sistem operatorlarının, operativ-dispetçer xidmətinin və digər istifadəçilərin işi barədə məlumatlar (verilənlər) daxil olmaqla, verilən operativ məlumatlar yığımının arxivləşdirilməsini təmin etməlidir. OMK istifadəçilərə rahat və eyni şəkildə olan qrafik interfeys təqdim etməlidir.

55.7. Konkret OMK-nın strukturu və tərkibi iyerarxiya səviyyəsindən, funksiyalardan, işlənilən məlumatların həcmindən asılı olaraq müxtəlif ola bilər. Bu halda aşağıdakılar təmin olunmalıdır:

55.7.1. məlumatların (verilənlərin) tamlığına olan tələblər:

1. elektrik sxeminin elementlərinin parametrlərinin qəbul edilməsi və işlənməsi;

2. OMK-nın fəaliyyət göstərməsi üçün idarəetmə obyektinə şəbəkənin elementlərinin vəziyyəti və rejim parametrləri haqqında məlumatların ötürülməsi;

3. OMK-ya daxil olan minimal teleməlumatların həcminin konkret operativ-dispetçer heyətinin operativ idarəetməsində və operativ sərəncamında olan avadanlıqların vəziyyətinə və parametrlərinə real zamanda operativ nəzarəti təmin etməsi;

4. teleməlumatların optimal həcminin nəzarət edilən şəbəkənin real zaman modelində hesabat sxemində müşahidənin aparılmasını təmin etməsi;

55.7.2. OMK-nın funksionallığına olan tələblər:

1. verilənlərin qəbuledilmə və ötürülməsi funksiyası (telemexanika, teleidarəetmə, teletənzimləmə qurğuları ilə rabitənin təmin edilməsi, verilən məlumat göstəricilərinin interfeys ilə operativ-dispetçer mərkəzləri arasında telekommunikasiya mübadiləsi, RMA qurğularının, lokal avtomatikanın vəziyyəti və idarə edilməsinə aid məlumat göstəricilərinin qəbul edilməsi və ötürülməsi);

2. qəbul edilən verilənlərin işlənməsi funksiyası (məlumat (verilənlər) axınının çeşidlənməsi və qəbul edilən göstəricilər sisteminə gətirilməsi, parametrlərin xarakteristikalarının alınması üçün məlumat verilənlərin işlənməsi, hesabat modellərinin sintezi və aktuallaşdırılması üçün məlumat verilənlərin işlənməsi);

3. verilənlərin saxlanması və arxivləşdirilməsi funksiyası (arxivlərin məlumat verilənləri ilə doldurulmasının idarə edilməsi, arxivlərin idarə olunması (sürətçıxarma, bərpa), məlumat (verilənlər) arxivləşdirmə sisteminə giriş xidməti (təhlükəsizlik və etibarlılıq siyasəti, o cümlədən məlumat verilənlərin idxal və ixracı nəzərə alınmaqla xüsusi görünüşə malik xarici proqram), məlumat modelinin dəyişilməsinin saxlanılması və arxivləşdirilməsi);

4. inzibatlaşdırma və idarəetmə funksiyası (hadisələrin işlənilməsinin, xəbər vermənin və jurnallaşdırmanın vahid sistemi, vahid zaman ilə idarəetmə, OMK proqram-aparat kompleksinin, habelə kommunikasiya vasitələrinin nəzarət edilməsi və diaqnostikası, OMK konfiqurasiyasının idarəedilməsi, OMK-nın vəziyyətinin və resurslarının idarəedilməsi);

5. texnoloji tətbiqlərin funksiyası (operativ-dispetçer qrafikinə uyğun rejimin aparılması, rejimin monitorinqi, operativ əməliyyat jurnalının (reyestrinin) aparılması şəbəkədə təmir işlərinin və operativ əməliyyatların aparılması üçün məlumatlarla təminedilmə, gərginliyə nəzarət və onun idarə edilməsi, tezlik və güc axınlarının avtomatik tənzimlənməsi, ƏQ avtomatikasının vəziyyətinə nəzarət, iş rejiminin operativ proqnozlaşdırılması, iş rejiminin etibarlılığının operativ qiymətləndirilməsi, “tez baş verən” proseslərin (qəza rejimlərinin) məlumat verilənlərinin yığımı və işlənilməsi);

55.7.3. asan istifadəyə qoyulan tələblər:

1. rahat və intuisiyaya görə aydın istifadə edilən interfeys;

2. tətbiq olunan sahəyə interfeys mətnlərinin və terminlərinin maksimal uyğunlaşdırılması;

3. sistemin mənimsənilməsinin yüngülləşdirilməsi üçün interaktiv təlim vasitələrinin mövcudluğu;

4. istifadəçilər üçün ətraflı surətdə tərtib olunan və yeniləşdirilən sənədlər;

55.7.4. etibarlılıq tələbləri:

1. OMK-nın hazırlıq əmsalı 99,98%-dən az olmamalıdır;

2. OMK-nın tam texniki imkanlarının orta bərpaolunma müddəti 4 (dörd) saatdan artıq olmamalıdır;

3. OMK-nın tədrici tənəzzülə uğraması qabiliyyəti təmin edilməlidir (texniki və ya proqram təminatlarının ayrı-ayrı elementlərinin imtinası zamanı keyfiyyət aşağı düşdükdə kompleksin texniki imkanlarının saxlanılması);

55.7.5. məhsuldarlıq tələbləri:

1. kommutasiya müddətinin müəyyən edilməsi zamanı həlletmə qabiliyyəti 1 (bir) saniyədən çox olmamaqla;

2. OMK-ya parametrlərin daxil olmasından arxivləşdirməyə qədər məlumatların tam işlənilməsi dövrü və məlumatların lokal istifadəçilərə təqdim olunması müddəti 5 saniyədən çox olmamaqla.

55.8. Elektroenergetika sisteminin iş rejimlərinin planlaşdırılması və operativ idarə edilməsi məsələlərin altsisteminin tərkibinə praqnozlaşdırma, planlaşdırma, o cümlədən “bir sutka qabağa” məsələləri, idarəedici təsirlərin hazırlanması, keçmiş iş rejimlərinin müxtəlif nöqteyi-nəzərdən təhlili, heyətin hazırlanması üçün obyektin modelləşdirilməsi daxildir.

55.9. ODAİS altsistemlərinin proqram təminatı standart və tətbiqi proqram təminatından ibarət olmalıdır. ODAİS altsistemlərinin standart proqram təminatı qabaqcıl beynəlxalq təcrübəyə uyğun və lisenziyalı olmalıdır.

55.10. MYÖA-nın tərkibinə aşağıdakılar daxildir:

55.10.1. ölçü çeviriciləri;

55.10.2. telemexanika sistemləri;

55.10.3. ötürücü qurğular;

55.10.4. qəbuledici-ötürücü qurğular;

55.10.5. telemexanika kanalları;

55.10.6. məlumat verilənlərinin ötürülməsi üçün səviyyələr arası mübadilə kanalı;

55.10.7. rabitə kanallarının uclarında yerləşən avadanlıqlar;

55.10.8. aktiv və passiv şəbəkə avadanlığı.

55.11. MYÖA aşağıdakıları təmin etməlidir:

55.11.1. elektroenergetika obyektləri və dispetçer məntəqəsi ilə OMK arasında, həmçinin iki qarşılıqlı ehtiyatlandırılan kanallar ilə qovuşuq idarəetmə səviyyəli OMK arasında teleməlumatların ötürülməsini;

55.11.2. qovuşuq operativ-dispetçerlə OMK arasında verilənlərin mübadiləsini;

55.11.3. qovuşuq operativ-dispetçerlə digər ODAİS altsistemləri arasında verilənlərin mübadiləsini.

55.12. ODAİS altsistemlərinin proqram-aparat kompleksləri zəmanətli elektrik qidalanma sistemləri ilə təchiz edilməlidir. Elektrik qidalanma sistemlərinin sazlığı elektroenergetika obyektinə məsul olan operativ-dispetçer xidməti tərəfindən təsdiqlənmiş qrafik üzrə vaxtaşırı yoxlanılmalıdır.

55.13. ODAİS altsistemlərinin proqram-aparat kompleksləri heyətin icazəli girişini təmin edən (icazəsiz girişdən mühafizə tələblərinə uyğun) və yanğın siqnalvermə, yanğınsöndürmə vasitələri ilə təchiz edilən, avadanlıq və texniki vasitələrin texniki şərtlərinə cavab verən otaqlarda yerləşdirilməlidir. Məlumatların giriş-çıxış dövrələrinin icrası, mühafizə və məlumat dövrələrinin torpaqlanması üsulları sistemlərin maneələrdən qorunmasını təmin etməlidir.

55.14. ODAİS altsistemlərinin ayrı-ayrı elementlərinin işdən çıxarılması sərəncamında olduqları operativ-dispetçer xidmətinin icazəsi ilə operativ sifariş üzrə yerinə yetirilir.

56.1. Operativ-dispetçer xidmətləri elektroenergetika sistemi, elektrik stansiyaları, elektrik şəbəkələri operativ-dispetçer məntəqələrinin və elektroenergetika sisteminin ODTİV qovşaqlarının texnoloji layihə normalarına, məlumat həcmlərinin seçimi, elektroenergetika sistemində məlumatların yığımı və ötürülməsi sisteminin layihələndirilməsi üzrə göstərişlərə uyğun olaraq ODTİV ilə təchiz olunmalıdır. ODTİV-in istismarı onun daimi fəaliyyətini, normal və qəza rejimlərində məlumatın müəyyən olunmuş keyfiyyət ilə verilməsi işini təmin etməlidir.

56.2. Elektrikləşdirilmiş dəmir yolları, qaz və neft kəmərləri, sənaye obyektində olan sahə operativ-dispetçer məntəqələri ilə elektrik energetikasının operativ-dispetçer məntəqələri arasında elektrik energetikasının operativ-dispetçer məntəqələri ilə razılaşdırılmış həcmdə rabitə və telemexanika vasitələri olmalıdır. Gərginliyi 35 kV və daha yuxarı olan istehlakçıların yarımstansiyalarından məlumatlar konkret şəraitdən asılı olaraq, sahə operativ-dispetçer məntəqələrinə, həm də elektroenergetikanın operativ-dispetçer məntəqələrinə verilməlidir. İstehlakçıların yarımstansiyalarından verilən məlumatın həcmi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş qaydalarda müəyyən olunur.

56.3. İdarəetmə səlahiyyətli operativ-dispetçer mərkəzlərində quraşdırılan ODTİV aparatları telemexanika və rabitə, həmin idarəetmə səlahiyyətli ODTİV xidmətlərinə təhkim olunmalı və onlar tərəfindən istismar edilməlidir. Elektroenergetikanın idarəetmə səlahiyyətli obyektlərində quraşdırılan ODTİV aparatları bu obyektlərin uyğun bölmələrinə təhkim olunmalı və onlar tərəfindən istismar edilməlidir. Nəzarət edilən elektroenergetika obyektlərində quraşdırılan ODTİV aparatları bu obyektə ODTİV-ə xidmət edən heyət tərəfindən istismar edilməlidir.

56.4. Cərəyan və gərginlik transformatorlarının ikinci dolaqlarının dövrəsinə qoşulan teleölçmə vericilərinin (çeviricilərin), həmçinin ODTİV vasitələrinin ölçü cihazlarının yoxlanılması və onlara texniki xidmət RMA və ETL-in metroloji təminat üzrə uyğun xidmətlərinin heyəti tərəfindən icra olunmalıdır.

56.5. HX dayaqlarında yerləşdirilən lifli-optik rabitə xətlərinin texniki istismarı gərginliyi 110 kV-dan yuxarı olan HX-də lifli-optik rabitə xətlərinin layihə, tikinti və istismar qaydalarına uyğun təşkil edilməlidir.

56.6. ODTİV-yə operativ və texniki xidməti aşağıdakı strukturlar təmin etməlidir:

56.6.1. elektrik stansiyaları və sistem operatorlarının yerli idarəetmə vasitələrinin qovşaqları;

56.6.2. ODTİV xidmətlərinin tərkibinə daxil olan laboratoriyalar.

56.7. ODTİV-in fasiləsiz işini təmin etmək məqsədilə mərkəzi və yerli idarəetmə vasitələrinin qovşaqlarında operativ-əməliyyat heyətinin daimi növbətçiliyi təşkil edilməli, MİVQ və yerli idarəetmə vasitələrinin qovşaqlarının giriş-kommutasiyası, ölçmə və yoxlama qurğuları ilə təchiz edilməli, həmçinin alətlər, material və ehtiyat hissələri ilə təmin olunmalıdır.

56.8. ODTİV qanunvericiliyə uyğun olaraq, zəmanətli elektrik qidalanması ilə təmin edilməlidir.

56.9. Elektrik energetikası şəbəkələrində rabitə xətlərinin və qurğularının mühafizəsi rabitə xətlərinin və qurğularının mühafizəsi qaydalarına uyğun təmin edilməlidir.

56.10. Naqilli rabitə qurğuları yüksək gərginlikli elektrik qurğularının təhlükəli təsirindən qanunvericiliyə uyğun mühafizə olunmalıdır.

56.11. Maneolucu təsirlərin və maneələrin səviyyəsinin ölçülmə qaydası və dövriliyi, həmçinin maneolucu təsirin və ya maneələrin göstəriciləri buraxılabilən göstəricilərdən artıq olduqda rabitə qovşağındakı növbətçi heyətin görəcəyi tədbirlər istehsalat (yerli) təlimatları ilə müəyyənləşdirilməlidir.

56.12. Elektrik veriliş xətlərinin və yarımstansiyaların yaratdıqları radiomaneə sahələrinin gərginliyinin ölçülmüş göstəriciləri buraxılabilən sənaye radiomaneə normalarına uyğun olmalıdır.

56.13. Yüksəktezlikli rabitə və telemexanika kanalları olan elektrik veriliş xətlərində torpaqlamanın qoyulması tələb olunan işlər aparılarkən səyyar torpaqlayıcı yüksəktezlikli çəpərləyicilər tətbiq olunmalıdır.

56.14. ODTİV-in plan üzrə və qəza zamanı işdən çıxarılması operativ və ya qəza sifarişlə rəsmiləşdirilməlidir.

56.15. Teleidarəetmə qurğuları idarə olunan avadanlığın hər hansı elementi zədələndikdə bu avadanlığın səhvən açılmasının (qoşulmasının) qarşısını almalıdır. Telemexanika qurğularının və panellərinin sıxac yığımları elə yerləşdirilməlidir ki, onların təsadüfi birləşməsi avadanlıqların açılmasına (qoşulmasına) səbəb olmasın.

56.16. Teleölçmə və telesiqnal vericilərindən (çeviricilərindən) məlumatın qəbulu, işlənməsi və ötürülməsi qurğularına qədər elektrik dövrələrinin qurulması üsulu və istismar rejimi bu məlumatın təhrif olunması ilə nəticələnən maneələrin yaranmasını istisna etməlidir.

56.17. Teleidarəetmənin çıxış və 220 V gərginlikli telemexanika qurğularının qidalanma dövrələrinin izolyasiya müqaviməti 1000–2500 V meqaommetrlə ölçülməli və 10 MOm-dan aşağı olmamalıdır.

56.18. Elektrik stansiyalarında, yarımstansiyalarda və operativ-dispetçer məntəqələrində teleidarəetmə komandalarının təşkili və çıxış dövrələrinin işdən açılması üçün ümumi açarlar və ya açıcı qurğu tətbiq edilməlidir. Operativ-dispetçer xidmətinin kompüterləşdirilmiş iş yerindən teleidarəetmə komandalarının təşkili zamanı teleidarəetmə komandalarının təşkili funksiyasının işdən çıxarılmasının etibarlı proqram üsullarından istifadə edilməlidir.

56.19. ODTİV-ə xidmət edən heyət istehsalat (yerli) təlimatlarına uyğun olaraq, aparatlara vaxtaşırı baxış keçirməli, çevigəc və siqnalvermə qurğularının vəziyyətinin düzgünlüyünə diqqət yetirməlidir.

56.20. ODTİV avadanlığının icra sxemlərinə uyğun nişanları olmalıdır. Aparatlarda elektrik qidalanma mənbəyinin kommutasiya qurğuları göstərilməklə yazılar olmalıdır.

56.21. ODTİV-in tam və qismən yoxlanılması və təmiri operativ-dispetçer xidmətləri və ODTİV-in istismar bölmələri ilə razılaşdırılaraq müəyyən edilmiş qrafik üzrə aparılmalıdır (ODTİV-in operativ mənsubiyyətinə uyğun).

56.22. ODTİV-in nasazlıqları və qeyri-normal işi dərhal aradan qaldırılmalı, nəzərə alınmalı və təhlil edilməlidir.

56.23. ODTİV avadanlıqlarının istismarını həyata keçirən xidmət mərkəzlərinin texniki xidmət göstərdiyi qurğuların və avadanlıqların siyahısı xidmətin həddi göstərilməklə həmin qurğu və ya avadanlığın istismarçısı tərəfindən təsdiq edilməlidir. Qurğuların qeyri-normal işləməsi, onların zədələnməsi və ya parametrlərinin normal göstəricilərdən kənara çıxması hallarında operativ-dispetçer xidmətinə və ODTİV-in istismarı üzrə mütəxəssisə xəbər verilməli, əlavə yoxlamalar aparılmalı və göstərilən nöqsanlar aradan qaldırılmalıdır.

57.1. Elektroenergetika sisteminin iş rejimlərində operativ-texnoloji və operativ-kommersiya idarəetmənin effektivliyini təmin etmək məqsədilə EANUS-dan istifadə edilməlidir.

57.2. EANUS elektrik gücünün orta 30 (otuz) dəqiqəlik və təqvim günləri ərzində günün saatları və həftə, ay, il üzrə yığılmaqla hesablanan elektrik enerjisi haqqında məlumatların alınmasını təmin etməlidir.

57.3. Bu Qaydaların məqsədləri üçün qanunvericiliyə uyğun olaraq, metroloji attestasiyadan keçmiş EANUS-dan istifadə edilir.

57.4. EANUS-un fəaliyyəti ADİS-in məlumat yığılma və ötürülməsi sisteminin strukturuna elektroenergetika obyektlərindən məlumatın yığılması və ötürülməsi əsasında təmin edilməlidir.

57.5. İdarəetmə səviyyələrində EANUS həm ayrı-ayrı elementlərin plomblanması yolu ilə, həm də proqram təminatı tətbiq edilməklə məlumata icazəsiz girişdən və əsassız dəyişiklik edilməsindən mühafizə olunmalıdır.

57.6. Gərginliyi 110 kV-dan aşağı olmayan sistemlərarası (bazar subyektləri arasında) HX-də və 220–500 kV gərginlikli HX-də elektrik enerjisinin hesabı HX-nin hər iki tərəfində aparılmalıdır.

57.7. İstismar şəraitlərində tələb olunan dəqiqlik sinfində ölçü transformatorlarının işi təmin edilməlidir. Gərginliyi 110 kV-dan aşağı olmayan HX-nin hesabat sxemlərində hər fazada cərəyan transformatorları olmaqla üçfazalı, üçelementli elektrik enerjisi sayğacları tətbiq edilməlidir. Hər bir belə hesabat vahidi üçün ayrıca pasport-protokol tərtib olunmalıdır.

57.8. EANUS dəqiq astronomik vaxt sistemi və etibarlı elektrik təminatı ilə təchiz edilməlidir.

57.9. Elektrik enerjisi bazarında kommersiya uçotu sxemi üçün qanunvericilik, normativ xarakterli aktlar və təşkilati-sərəncamverici aktlar, bazar qaydaları və bazar subyektləri arasında elektrik enerjisi və gücünün alqı-satqısı üzrə müqavilələr (kontraktlar) əsas sayılır. Ötürülən, paylanılan və qəbul edilən elektrik enerjisi və gücünün miqdarının uçotunun aparılması, habelə elektrik enerjisinin ötürülməsi zamanı itkinin təyin edilməsi təmin olunmalıdır. Uçot bazar subyektlərinin saldo axınları istehsal, saxlanma, ötürülmə, istehlak, həmçinin dövlətlərarası axınlar üzrə məlumatların alınmasını təmin etməlidir.

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Yağ transformatorları:

Cərəyan üzrə ifrat yüklənmə, %

İfrat yüklənmə müddəti, dəqiqə

Quru transformatorlar:

Cərəyan üzrə ifrat yüklənmə, %

İfrat yüklənmə müddəti, dəqiqə

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Verilmiş elektrik qurğusunun müəyyən olunmuş rejimini təmin etmək üçün əməliyyat hərəkətlərinin və idarəçilik heyətinin və mütəxəssislərin göstərişlərinin xronoloji qaydada (dəqiqəyə kimi dəqiqliklə) qeydiyyatı, avadanlıqlarda qəza və hadisə və normal rejimin bərpası məsələləri üzrə qeydlər, naryad və sərəncamlar üzrə işlərə ilkin və gündəlik buraxılışlar haqqında məlumatlar, növbənin elektrik qurğularının operativ vəziyyəti göstərilməklə (işdə, təmirdə, ehtiyatda) təhvil-təslimi

Yolverilən sanitar normalardan yuxarı və partlayış təhlükəli qatışıq yaradan qazların sızması təhlükəsinə məruz qalan kameraların, kanalların və digər yeraltı tikililərin siyahısı

Operativ-dispetçer xidmətində olan avadanlıqların adı və qısa texniki xarakteristikası

Əməliyyatların məzmunu və onların siyahısı, başlama və qurtarma vaxtı, aparılma şərtləri haqqında qeyd, onlar bitdikdən sonra çevirmələri yerinə yetirən heyət haqqında məlumat, çevirmələrin ardıcıllığı, bağlayıcı və tənzimləyici armaturlar haqqında göstərişlər, çevirmələrin gedişinə nəzarət edən və onlara cavabdeh olan mütəxəssis

Təşkilatın rəhbərliyinin, elektrotexniki heyətin rəhbər heyətinin sərəncamlarının qeydləri

Elektrik qurğuları və şəbəkələrinin nasazlıqları barədə qeyddə qeydin tarixi, nasazlığın xarakteristikası və onun mənsubiyyəti göstərilir. Elektrik qurğularının saz vəziyyəti və təhlükəsiz istismarı üzrə cavabdeh şəxsin qüsurlarla tanışlığı və onların aradan qaldırılması barədə qeydi

Təlimlərin keçirilmə vaxtını, iştirakçıların soyadlarını və vəzifələrini, təlimin mahiyyətini və keçirilmə yerini, qiymətləndirmə və qeydləri, iştirakçıların imzalarını, təlimçilərin rəhbərinin imzalarını göstərən jurnal

Nəzarət-ölçü və avtomatika cihazlarının yoxlanılması, texniki vəziyyəti, aparılan təmirlər barədə qeydlər

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Torpaq üzərində çəkilmiş kabellər trassası

Şəhərlərin ərazisində torpaq üzərində, həmçinin yeraltı kommunikasiyalar ilə zəngin olan yerlərdə çəkilmiş kabellər trassası

Şəhər ərazisində təkmilləşdirilmiş örtük altında çəkilmiş kabellər trassası

Kollektorlar, tunellər, şaxtalar və dəmiryolu körpülərində çəkilmiş kabellər trassası

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Şəbəkənin nominal gərginliyi, kV

Yerlə qapanmanın tutum cərəyanı, А

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Güc transformatorları və avtotransformatorlar

Şuntlayıcı reaktorlar və elektromaqnit gərginlik transformatorları

Kommutasiya aparatları, cərəyan transformatorları, rabitə kondensatorları və şin dirəkləri

Ventilli elektrik boşaldıcıları

Qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcıları

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Akkumulyator batareyasının gərginliyi, V

İzolyasiyanın müqaviməti Riz kOm, az olmamaqla

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

a) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

b) dielektrik itki bucağının tg-nin ölçülməsi;

c) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

d) transformator yağının sınağı;

a) izolyatorlara nəzarət;

b) dayaqların və trosların, həmçinin sıfır naqilin təkrar torpaqlanması müqavimətinin ölçülməsi;

c) torpaqlanmış neytrallı gərginliyi 1000 V-a qədər xəttin mühafizəsinin işə düşməsinin yoxlanılması;

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) girimlərin sınağı;

d) sabit cərəyan müqavimətinin ölçülməsi;

e) sərbəst ayırma mexanizminin işinin yoxlanılması;

f) intiqalın aşağı gərginlikdə işə düşməsinin yoxlanılması;

g) çoxsaylı açma və qoşma ilə sınaq;

h) transformator yağının sınağı;

a); b); c); d); e); f); g); h);

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) sabit cərəyan müqavimətinin ölçülməsi;

d) intiqalın aşağı gərginlikdə işə düşməsinin yoxlanılması;

e) açarın xarakteristikalarının yoxlanılması;

f) çoxsaylı açma və qoşma ilə sınaq;

g) gərginlik bölücü kondensatorların sınağı;

a); b); c); d); e); f); g);

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) sabit cərəyan müqavimətinin ölçülməsi;

d) açarların minimal işə düşmə gərginliyinin yoxlanılması;

e) gərginlik bölücü kondensatorların sınağı;

g) daxildə qurulmuş cərəyan transformatorlarının sınağı;

a); b); c); d); e); g);

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) açarların minimal işə düşmə gərginliyinin yoxlanılması;

e) çoxsaylı açma və qoşma ilə sınaq;

d) açarın xarakteristikalarının yoxlanılması;

qeyd: ilk test – 2 ildən sonra

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) sabit cərəyan müqavimətinin ölçülməsi;

d) qövssöndürən taxmaların aşınma dərəcəsinin təyin edilməsi;

e) kontaktların yanma dərəcəsinin müəyyən edilməsi;

f) sərbəst ayırma mexanizminin işinin yoxlanılması;

g) intiqalın aşağı gərginlikdə işə düşməsinin yoxlanılması;

h) çoxsaylı açma və qoşma ilə sınaq;

a); b); c); d); e); f); g); h);

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) açarın xarakteristikalarının yoxlanılması;

d) qövssöndürən taxmaların aşınma dərəcəsinin təyin edilməsi;

e) kontaktların yanma dərəcəsinin müəyyən edilməsi;

f) sərbəst ayırma mexanizminin işinin yoxlanılması;

g) intiqalın aşağı gərginlikdə işə düşməsinin yoxlanılması;

h) çoxsaylı açma və qoşma ilə sınaq;

a); b); c); d); e); f); g); h);

a) torpaqlayıcının torpaqlanan elementlərlə birləşmələrinin yoxlanılması;

b) torpaqlama qurğularının müqavimətinin ölçülməsi;

c) “faza-sıfır” dövrəsinin ümumi müqaviməti;

Qeyd: c) bəndi üzrə 1000 V-a qədər qurğularda ən azı 6 ildə bir dəfə

a) torpaqlama qurğularının müqavimətinin ölçülməsi;

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) yüksəldilmiş gərginliklə sınaq;

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) izolyasiyanın yüksəldilmiş gərginliklə sınağı;

a) bəndi üzrə alətlərin yüksüz işləmə yoxlaması ilə eyni zamanı

b) bəndi üzrə transformatorlar

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) yüksəldilmiş gərginliklə sınaq;

c) ölçü cihazlarının və sınaq qurğularının istismara yararlılığının yoxlanılması;

d) bloklama və torpaqlanma cihazlarının, siqnal vasitələrinin işinin yoxlanılması;

a) kabelin damarlarının bütövlüyünün müəyyən edilməsi;

b) izolyasiya müqavimətinin ölçülməsi;

c) yüksəldilmiş düzləndirilmiş gərginliklə sınaq;

a) izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) hərəkət edən kontaktların hərəkətsiz olanlara girişinin yoxlanılması;

d) sabit cərəyan müqavimətinin ölçülməsi;

a) xarici görünüşün və ölçülərin yoxlanılması;

b) izolyasiya müqavimətinin ölçülməsi;

c) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

d) fərdi elementin tutumunun ölçülməsi;

e) dielektrik itki bucağının tg-nin ölçülməsi;

a) deşilmə gərginliyinin ölçülməsi;

b) 220 kV transformatorlar üçün dielektrik itki bucağının tg-nin ölçülməsi;

a) deşilmə gərginliyinin ölçülməsi;

b) 220 kV transformatorlar üçün dielektrik itki bucağının tg-nin ölçülməsi;

a) deşilmə gərginliyinin ölçülməsi;

a) dolaqların izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) sabit cərəyan müqavimətinin ölçülməsi;

d) maşının yüksüz işləməsinin yoxlanılması;

a) dolaqların izolyasiya müqavimətinin ölçülməsi;

b) dolaqların dielektrik itki bucağının tg-nin ölçülməsi;

c) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

d) maqnitləşmə xarakteristikalarının ölçülməsi;

e) transformasiya nisbətinin yoxlanılması;

f) dolaqların sabit cərəyan müqavimətinin ölçülməsi;

g) transformator yağının sınaqları;

qeyd: bənd d) 3 ildə bir dəfə;

a) dolaqların izolyasiya müqavimətinin ölçülməsi;

b) dolaqların dielektrik itki bucağının tg-nin ölçülməsi;

c) dolaqların sabit cərəyan müqavimətinin ölçülməsi;

d) transformasiya nisbətinin yoxlanılması;

e) dolaqların birləşmə qrupunun yoxlanılması;

g) transformator yağının sınağı;

h) yüksüz işləmə cərəyanının və itkilərin ölçülməsi;

i) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

j) nominal gərginlikdə transformatorların təkanla qoşulma sınağı;

k) termal görüntüləmə müayinəsi;

l) çevirmə qurğusunun vəziyyətinin qiymətləndirilməsi;

m) çənin kipliyinin sınağı;

n) göstərici selikagelinin yoxlanılması;

o) transformatorların fazalaşdırılması;

qeyd: bənd a) 4 ildə bir dəfə;

a); b); c); d); e); g); h); i); j); k); l); m); n); o);

qeyd: a); b); c); e); g); h); bəndləri üzrə əsaslı təmirə çıxarılmazdan əvvəl yoxlanılmalıdır.

a); c); d); e); g); h); i); j); l); o); n)

a); c); d); e); g); h); i); j); l); o); n);

qeyd: a); b); e); g); h); - bəndləri üzrə əsaslı təmirə çıxarılmazdan əvvəl yoxlanılmalıdır

a) dayaq izolyatorun yüksəldilmiş gərginliklə sınağı;

b) əriyən tıxacın bütövlüyünün yoxlanılması;

c) qoruyucu ayırıcının patronunun cərəyandaşıyıcı hissəsinin müqavimətinin sabit cərəyana görə ölçülməsi;

d) qoruyucu ayırıcının 5 dəfə qoşma və açma ilə yoxlanılması;

a) müqavimətin ölçülməsi;

b) boşaldıcının elementlərinin keçirici cərəyanının ölçülməsi;

c) boşaldıcının deşilmə gərginliklərinin ölçülməsi;

a) dolaqların izolyasiya müqavimətinin ölçülməsi;

b) sənaye tezlikli yüksəldilmiş gərginliklə sınaq;

c) sabit cərəyan müqavimətinin ölçülməsi;

d) rotorun və statorun poladı arasında aralığın (ara məsafəsinin) ölçülməsi;

e) maşının yüksüz işləməsinin yoxlanılması;

f) maşının yük altında işləməsinin yoxlanılması;

g) gərginliyi 1000 V-a qədər olan mühərriklərin neytralı torpaqlanmış qidalanma sistemində mühafizəsinin işə düşməsinin yoxlanılması;

a); b); c); d); e); f); g);

Qeyd: Normalarda sınaq növləri üçün aşağıdakı şərti işarələrdən istifadə edilir:

Q – bərpa və ya əsaslı təmir, yenidənqurma keçmiş və yeni istismara verilən elektrik avadanlıqlarının qəbulunda keçirilən sınaqlar üçün;

Ə – elektrik avadanlıqlarının əsaslı təmirində keçirilən sınaqlar üçün;

O – orta təmirdə keçirilən sınaqlar üçün;

C – cari təmirdə keçirilən sınaqlar üçün;

T – təmirlərarası keçirilən sınaqlar üçün.

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Mərkəzi operativ-dispetçer xidməti /regional operativ-dispetçer xidməti

Əməliyyat icra sxemi (sxemmaket)

Operativ-dispetçer xidmətində olan avadanlığın işdən çıxarılması üçün ərizələr jurnalı

Rele mühafizəsi və avtomatika və telemexanika jurnalı

RMA qurğuları üzrə xəritələr

Elektrostansiyanın növbə rəhbəri

Sutkalıq əməliyyat icra sxemi və ya sxem-maket

Operativ-dispetçer xidmətində olan avadanlığın işdən çıxarılması üçün ərizələr jurnalı

Operativ-dispetçer xidmətində olmayan avadanlığın işdən çıxarılması üçün ərizələrin jurnalı

Elektrosexin növbə rəhbəri

RMAT və telemexanika jurnalı

RMA qurğularının xəritələri

Naryad və yazılı göstərişlə bağlı işlərin uçotu jurnalı

Avadanlığın qüsur və nasazlıqlar jurnalı

Elektrik şəbəkələri dispetçeri

Sutkalıq əməliyyat icra sxemi və ya sxem-maket

Mərkəzi operativ- dispetçer xidmətində olan avadanlığın işdən çıxarılması üçün ərizələr jurnalı

RMA qurğuları üzrə xəritələr

Daimi növbətçi heyəti olan yarımstansiyanın növbətçisi, rayon şəbəkəsinin dispetçeri

Sutkalıq əməliyyat icra sxemi və ya sxem-maket

Avadanlığın işdən çıxarılması üçün ərizələr jurnalı

Avadanlığın qüsur və nasazlıqları jurnalı

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

_________________________________________________________________________________

_________________________________________________________________________________

________________________________________________________________________________

Başlayır: _________gün_________ dəq. Bitir: __________gün________ dəq.

________________________________________________________________________________

________________________________________________________________________________

Elektrik qurğusunun, kommutasiya aparatının adı və onlarla yerinə yetiriləcək əməliyyatların ardıcıllığı

________________________________________________________________________________

________________________________________________________________________________

Tapşırığı verdi (çevirməyə icazə verdi): tarix___________ vaxt __________________

Vəzifə___________________ S.A.A. _______________İmza____________________

Çevirməni yerinə yetirən şəxs: ___________________ /________________________/

Nəzarət edən şəxs: ___________________________ /________________________/

“Elektrik qurğularının texniki istismar Qaydaları”na

Yüksəklikdə və yüksəkliyə qalxmaqla əlaqədar (kəlləçarx) işlər, həmçinin qaldırıcı qurğulara xidmət üzrə işlər

İşləyən elektrik qurğularına (cərəyan generatorlarına, yüksək gərginlikli transformatorlara, yarımstansiyaların açıq paylayıcı tərtibatlarına, yüksək və ifrat gərginlikli elektrikötürücü xətlərə) xidmətlə əlaqədar işlərlə məşğul olan şəxslər, o cümlədən kabel və elektrikötürücü HX-lərə, yarımstansiyaların açıq paylayıcı tərtibatlarına xidmət edən elektrik montyorları və elektrik çilingərləri, elektrik-texniki avadanlıq üzrə növbətçilər, elektrik aparatlarında və istehsalat məqsədli avadanlıqda təmir, sınaq və xidmətlə məşğul olan şəxslər

Şəhər və zavoddaxili dəmiryolu nəqliyyatının bilavasitə hərəkəti ilə əlaqədar, habelə dəniz və çay limanlarında nəqliyyatın hərəkəti ilə əlaqədar işlər (sürücülər, o cümlədən avtoyükləyicilərin, xüsusi maşınların, buldozerlərin, elektrokarların sürücüləri)

Təzyiq altında olan qablara xidmət edən aparatçılar

Cilalayıcı materialların tətbiqi ilə əlaqədar işlər

Xüsusi rabitə xidmətinin əməkdaşları

Hərbiləşdirilmiş qurumun gözətçiləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver