Qanunvericilik › “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.04.2023) › Tam mətn

“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.04.2023)

“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.04.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 aprel 2023-cü il

1.1. “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları” (bundan sonra – Qayda) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi (bundan sonra – effektivlik potensialının qiymətləndirilməsi) qaydasını və qiymətləndirmə meyarlarını müəyyən edir.

1.2. Effektivlik potensialının qiymətləndirilməsinin məqsədi texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla, enerji resurslarından səmərəli istifadəyə yönəldilmiş enerji effektivliyi üzrə tədbirlərin hazırlanmasını və onların yerinə yetirilməsini, habelə qənaət oluna biləcək enerjinin miqdarının müəyyən edilməsini təmin etməkdən ibarətdir.

1.3. Effektivlik potensialının qiymətləndirilməsi enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən, effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlər isə Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

1.4. Bu Qayda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tətbiq edilir.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və energetika sahəsində digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Nazirlik tərəfindən effektivlik potensialının qiymətləndirilməsi növbəti və növbədənkənar qaydada aparılır.

2.2. Aşağıdakı tələblərə cavab verən təsərrüfat subyektləri üzrə effektivlik potensialının qiymətləndirilməsi həyata keçirilir:

2.2.1. qoyuluş gücü 3 MVt-dan artıq olan və təbii qazdan və (və ya) digər yanacaq növlərindən istifadə etməklə elektrik və (və ya) istilik enerjisinin istehsalı fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri;

2.2.2. emal həcmindən asılı olmayaraq təbii qazı emal edən təsərrüfat subyektləri.

2.3. Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri hər hesabat ili üçün növbəti il 31 yanvaradək bu Qaydanın 3.1-ci və 3.2-ci bəndləri ilə müəyyən edilmiş qiymətləndirmə meyarlarına dair məlumatları özündə əks etdirən və bu Qaydaya əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun hesabatları EEİS vasitəsilə Nazirliyə təqdim edir.

2.4. Effektivlik potensialının növbəti qiymətləndirilməsinin nəticələri bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, üç ildən bir qərarla rəsmiləşdirilir və qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində qərarın surəti həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdirilir.

2.5. Aşağıdakı hallarda effektivlik potensialının qiymətləndirilməsinin nəticələri növbədənkənar qaydada üç ildən tez qərarla rəsmiləşdirilir və qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində qərarın surəti həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdirilir:

2.5.1. istehsal/emal prosesində baş verən itkilər əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox artdıqda;

2.5.2. istehsal prosesində faydalı iş əmsalı əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox azaldıqda;

2.5.3. təsərrüfat subyektinin müraciəti olduqda.

2.6. Effektivlik potensialının qiymətləndirilməsi təsərrüfat subyektləri tərəfindən həyata keçirilmiş aşağıdakı enerji effektivliyi üzrə tədbirlər nəzərə alınmaqla aparılır:

2.6.1. enerjiyə qənaət edən yeni texnoloji vasitələrin tətbiqi;

2.6.2. səmərəliliyi artıran təmir və sazlamalar;

2.6.3. iş rejimləri və texnoloji proseslərin optimallaşdırılması.

2.7. Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən EEİS vasitəsilə təqdim edilmiş hesabatlarda hər bir enerji effektivliyi üzrə tətbiq olunmuş tədbir bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilmiş iqtisadi qiymətləndirmə meyarları nəzərə alınmaqla əsaslandırılmalıdır. Bu Qaydanın 3.4-cü bəndinin tələbinə cavab verməyən enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinə yol verilmir.

3.1. Effektivlik potensialının texniki qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:

3.1.1. istehsal/emal həcmi;

3.1.2. elektrik və istilik gücü;

3.1.3. istehsal/emal olunan məhsulun itki səviyyəsi;

3.1.4. faydalı enerji buraxılışı (şəbəkəyə ötürülən enerji);

3.1.5. faydalı iş əmsalı;

3.1.6. məhsulun istehsalına yanacağın xüsusi sərfi (istehsal qurğusunun bilavasitə çıxışında məhsulun vahidinə sərf olunan yanacaq miqdarı);

3.1.7. təbii qazın emalı sahəsi üzrə qazın vahid həcminə uyğun məhsul istehsalı.

3.2. Effektivlik potensialının iqtisadi qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:

3.2.1. enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları;

3.2.2. enerji effektivliyi üzrə tədbirlərin iqtisadi qiymətləndirilməsinin aparıldığı dövrdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi inflyasiya göstəricisi;

3.2.3. enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan xalis pul vəsaiti daxilolmaları;

3.2.4. enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri.

3.3. Enerji effektivliyi üzrə tədbirlərin iqtisadi cəhətdən əlverişliliyi aşağıdakı düsturla hesablanır:

E* – enerji effektivliyi üzrə tədbirlər nəticəsində əldə ediləcək qənaət əmsalı;

A – enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri (AZN);

İ – enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları (AZN).

3.4. Bu Qaydanın 3.3-cü bəndində qeyd edilən E* ifadəsinin dəyəri 1-dən yuxarı olduqda enerji effektivliyi üzrə tədbir iqtisadi cəhətdən əlverişli hesab olunur.

4.1. Effektivlik potensialı aşağıdakı qiymətləndirmə istiqamətlərinə uyğun olaraq hesablanır:

4.1.1. enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal və ya emal prosesi üzrə gözlənilən itki səviyyəsinin azaldılması yolu ilə səmərəliliyin artırılması;

4.1.2. enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal prosesi üzrə faydalı iş əmsalının yüksəldilməsi (yalnız elektrik və istilik elektrik stansiyaları üzrə) yolu ilə səmərəliliyin artırılması.

4.2. Bu Qaydanın 4.1.1-ci yarımbəndi üzrə hesablamalar aşağıdakı düstur əsasında aparılır:

Ep1 – enerji effektivliyi potensialı olub itkilərin azalması hesabına tələbata uyğun enerjinin istehsalı zamanı əldə olunacaq enerji qənaəti (Coul);

İEt – enerji effektivliyi üzrə tədbirlərin əhatə etdiyi dövr üzrə proqnozlaşdırılmış enerji istehsal/emal həcmi (Coul);

İSf% – enerji effektivliyi üzrə tədbirlərdən əvvəlki faktiki itki səviyyəsi (%-lə);

İSp% – enerji effektivliyi üzrə tədbirdən sonra proqnozlaşdırılan itki səviyyəsi (%-lə).

4.3. Bu Qaydanın 4.1.2-ci yarımbəndi üzrə hesablamalar aşağıdakı düstur əsasında aparılır:

Ep2 – enerji effektivliyi potensialı - qənaət ediləcək natural yanacaq miqdarı (Coul);

Fb – enerji effektivliyi üzrə tədbirlərin əhatə etdiyi dövr üzrə proqnozlaşdırılmış faydalı enerji buraxılış həcmi;

İEf – enerji effektivliyi üzrə tədbirlərdən əvvəl yanacağın xüsusi sərfi göstəricisi;

İEp – enerji effektivliyi üzrə tədbirlərdən sonra proqnozlaşdırılan yanacağın xüsusi sərfi göstəricisi;

Əp – istiliktörətmə qabiliyyəti nəzərə alınmaqla natural yanacağın konversiya əmsalı.

5.1. Nazirlik enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələrini nəzərə almaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklər müəyyən edir və 5 (beş) iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdirir.

5.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirləri Qanunun 18-ci maddəsinə uyğun olaraq Nazirlik tərəfindən EEİS vasitəsilə həyata keçirilir.

5.3. Agentlik tərəfindən effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun həyata keçirilir.

5.4. Enerji effektivliyi potensialının qiymətləndirilməsi sahəsində Nazirliyin və Agentliyin qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Təsərrüfat subyektinin adı ___________________________________________________________________________________________

Fəaliyyət növü _____________________________________________________________________________________________________

Ünvan ____________________________________________________________________________________________________________

İstehsal həcmi (istilik enerjisi)

Emal həcmi (təbii qaz)

İstehsal/emal olunan məhsulun itki səviyyəsi

Faydalı enerji buraxılışı (elektrik enerjisi)

Faydalı enerji buraxılışı (istilik enerjisi)

Faydalı enerji buraxılışı (təbii qaz)

Məhsulun istehsalına yanacağın xüsusi sərfi (elektrik enerjisi)

Məhsulun istehsalına yanacağın xüsusi sərfi (istilik enerjisi)

Təbii qazın emalı sahəsi üzrə qazın vahid həcminə uyğun məhsul istehsalı

Təsərrüfat subyektinin adı __________________________________________________________________________________________

Fəaliyyət növü ____________________________________________________________________________________________________

Ünvan ___________________________________________________________________________________________________________

Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi inflyasiya göstəricisi

Enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan xalis pul vəsaiti daxilolmalarının cəmi

Enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyərinin cəmi

1. 23 iyul 2026-cı il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 iyul 2026-cı il, “Xalq” qəzeti, 30 iyul 2026-cı il, № 134)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver