26.1. Elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
26.2. Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron sənədlərin mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər (sənədlərin mübadilə forması, onların yoxlanılma proseduru, sənədin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və sairə) müəyyən edilir.
26.3. Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.
26.4. Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi sistemin daxili normativ sənədləri ilə tənzimlənir.