Qanunvericilik › “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2006) › Tam mətn

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2006)

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” 7.3.10-7.3.12-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 12 iyun 2006-cı il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005- 2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” 7.3.10- 7.3.12-ci bəndlərinə əsasən hazırlanmışdır və “Elektron sağlamlıq kartı” (bundan sonra - sağlamlıq kartı) sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir.

1.2. Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir.

1.4. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.

1.5. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir.

1.6. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

2.1. Sağlamlıq kartı sistemi Mərkəzi İnformasiya Bazasının və müvafiq tibb müəssisələrinin proqram təminatlarından, müəssisənin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və mikroprosessorlu çip ilə təchiz edilmiş, saxtalaşdırılması mümkün olmayan elektron kartlardan ibarətdir.

2.2. Tibb müəssisəsinin rəhbəri tərəfindən sağlamlıq kartı sisteminin proqramı ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılmış əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur.

2.3. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir.

3.1. Vətəndaşların sağlamlıq vəziyyətinin qeydiyyatının aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində sağlamlıq kartı sisteminin elektron registri bankı yaradılır.

3.2. Registrə və sağlamlıq kartına aşağıdakı məlumatlar daxil edilir:

- tibb müəssisəsi haqqında;

- immunlaşdırma haqqında;

- qanunvericiliklə müəyyən olunmuş digər tibbi məlumatlar.

3.3. Resept şəxslərin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur.

4.1. Sağlamlıq kartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş, xüsusi avadanlıqlarla təmin olunmuş müəssisələr tərəfindən hazırlanır və fiziki şəxslərə verilməsi üçün tibb müəssisələrinə paylanılır.

4.2. Sağlamlıq kartı sistemi tibb müəssisələri tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilir.

4.3. Müayinə nəticələrini tibb müəssisəsi yerində yeniləşdirə bilmədiyi təqdirdə, bu dəyişiklik İnformasiya Mərkəzinə göndərilir və kart sahibinin kartına tibb müəssisəsi tərəfindən sonradan daxil edilir.

4.4. Sağlamlıq kartını itirən və ya kartı zədələnmiş şəxslər üçün yeni kart hazırlanır və İnformasiya Mərkəzində saxlanılan informasiya yeni kartın yaddaşına yazılır. İtirilmiş və ya zədələnmiş kartlar istifadəsi qadağan olunmuş kartlar siyahısına daxil edilərək, İnformasiya Mərkəzinə göndərilir və bloklanır.

5.1. Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər.

5.1-1. Elektron sağlamlıq kartında olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.

5.1-3. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür.

5.2. Qanunla müəyyənləşdirilmiş konfidensial məlumatların yayılması qadağandır.

6.1. Sağlamlıq kartı sisteminin fəaliyyəti üçün tibb müəssisələri avadanlıqla və digər ləvazimatlarla təchiz olunurlar.

6.2. Sağlamlıq kartı sisteminin tətbiqi üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin “səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

1. 1 iyul 2008-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 672)

2. 22 fevral 2016-cı il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, maddə 390)

3. 17 sentyabr 2018-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2018-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1925)

4. 28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, № 91,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 423)

5. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver