Qanunvericilik › Elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, 14.06.2012) › Tam mətn

Elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, 14.06.2012)

Elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, 14.06.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın 9-cu bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Müəlliflik hüququ obyektinin qeydiyyatı üzrə inzibati reqlament” (əlavə olunur);

1.2. “Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üzrə inzibati reqlament” (əlavə olunur);

1.3. “Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üzrə inzibati reqlament” (əlavə olunur);

1.4. “Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üzrə inzibati reqlament” (əlavə olunur);

1.5. “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üzrə inzibati reqlament” (əlavə olunur).

2. Aparatın rəhbəri Fuad Kərimova tapşırılsın ki, bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi (N. İsayev) və Əsərlərin qeydiyyatı və hüquq şöbəsi (X. Həsənli) bu qərardan irəli gələn məsələləri səlahiyyətləri çərçivəsində həll etsinlər.

4. Bu qərarın icrasına nəzarəti öz üzərimə götürürəm.

Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

2012-ci il 14 iyun tarixli

Kamran Sultan oğlu İmanov

1.1. Elektron xidmətin adı: Müəlliflik hüququ obyektinin qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və Qeydiyyatı haqqında Şəhadətnamənin verilməsi

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8-ci maddəsinin 4 və 5-ci hissələri;

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının 2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı;

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi üzrə 2000-ci il 3 may tarixli 25 nömrəli əmrlə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2000-ci il 8 may tarixdə 1145 nömrə ilə qeydiyyata alınmış “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən

1.7. Elektron xidmətin icra müddəti: 5 – 15 gün

1. Tam avtomatlaşdırılmış elektron xidmət üçün xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

2. Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeydiyyat haqqında Şəhadətnamə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanları

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.copag.gov.az; www.E-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: www.copag.gov.az

Elektron poçt: mha@copag.gov.az; Tel.: (+99412) 498-22-32

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmur.

1. Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu Reqlamentə əlavə olunur.

2. Tələb olunan sənədlərin qanunvericiliklə notarial qaydada təsdiqlənməsi müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün notarial qaydada təsdiqlənmiş həmin sənədlərin elektron formada skan edilmiş surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir, yaxud adi poçtla Agentliyə göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Agentliyin interaktiv növlü elektron xidmətləri istifadəçilər üçün daim açıqdır və müraciət hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

Əsərin qeydiyyatı üçün istifadəçi (sifarişçi) tərəfindən Agentliyin www.copag.gov.az internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya www.E-gov.az portalında yerləşdirilən ərizə forması doldurulur.

Ərizəyə aşağıda göstərilənlər əlavə olunur:

- əsərin elektron variantı;

- hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

- əsərə müstəsna hüquq sahibliyinin istifadəçiyə (sifarişçiyə) məxsus olduğunu təsdiqləyən sənədlər (əsərdən istifadəyə müstəsna hüquqların verilməsi barədə müəllif müqaviləsi və ya belə hüquqların verilməsi haqqında müəllifin (hüquq sahibinin) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu);

- hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə;

- əsərin qeydiyyatı üçün dövlət rüsumunun ödəniş sənədi (“Dövlət rüsumu haqqında” Qanunun 18.62-1.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir).

Qeyd: Əsərin elektron variantı istisna olmaqla digər sənədlər skan edilmiş formada göndərilir.

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h 0132033003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.

ödəmə üsulları: internet-ödəmə, terminal, nəğd və s.

3.2.2. sorğunun qəbulu.

Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

Ərizədə göstərilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin (bundan sonra - “Şöbə”) Əsərlərin qeydiyyatı və hüquqi ekspertizası sektoru (bundan sonra - “Sektor”) tərəfindən araşdırılır.

Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina edilir:

- Əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması və ya düzgün tərtib edilməməsi) aşkar edildikdə.

Bu halda çatışmazlıqların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir;

- Göstərilən müddətdə istifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırmadıqda (Bu barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir).

Əsərin qeydiyyatından imtina istifadəçinin (sifarişçinin) həmin əsərin qeydiyyatı ilə bağlı Agentliyin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. sorğunun qəbulu

İstifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Sektorda sənədlərə baxılaraq, əsərin qeydiyyatdan keçirilməsi, yaxud qeydiyyatdan imtina barədə qərar qəbul edilir və nəticə haqqında istifadəçiyə (sifarişçiyə) elektron poçtla məlumat verilir.

3.4. sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat

Ərizə qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə (gün, ay, il göstərilməklə) Ümumi sektorda qeydə alınır, ərizəyə nömrə qoyulur, baxılmaq üçün Şöbəyə göndərilir.

Ərizə və ona qoşulan sənədlər Sektorda 3 iş günündən gec olmayaraq araşdırılır, çatışmazlıqlar aşkar edildikdə onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir.

Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur.

Qeydiyyat üzrə inzibati əməliyyatların həyata keçirilməsinə Şöbə müdirinin müavini məsuldur.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Ərizə daxil olduğu tarix göstərilməklə Ümumi sektorda qeydə alınır, ərizəyə qeydiyyat nömrəsi qoyulur və həmin gün Şöbəyə göndərilir.

Ərizə Şöbəyə daxil olduğu gün Şöbə müdirinin dərkənarı ilə icra olunmaq üçün Sektora verilir.

Sektorda 3 iş günündən gec olmayaraq sənədlərə baxılaraq, əsərin qeydiyyatdan keçirilməsi, yaxud sorğunun icraya qəbul edilməməsi barədə qərar qəbul olunur və istifadəçi (sifarişçi) elektron poçtla məlumatlandırılır.

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə əsər 5 iş günü müddətində qeydiyyatdan keçirilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

Əsər qeydiyyatdan keçirildikdə hüquq sahibinə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilir. Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

Əsərin qeydiyyatından imtina edildikdə sifariş sənədləri elektron poçtla geri qaytarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin rəhbərliyi, Şöbə və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi həyata keçirir.

3.5.1. nəzarət forması;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş gündəlik monitorinqi.

3.5.2. nəzarət qaydası

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin (sifarişçinin) şikayət etmək hüququ haqqında məlumat

İstifadəçi (sifarişçi) əsərin qeydiyyatı üzrə göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər.

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya

Şikayət istifadəçinin (sifarişçinin) özü tərəfindən əsaslandırılmalıdır. İstifadəçilərin (sifarişçilərin) elektron xidmətlərlə bağlı sorğuları, eləcə də Agentliyə daxil olmuş şikayət xarakterli yazılı və şifahi müraciətləri Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır və cavablandırılır.

3.6.3. şikayətin baxılma müddəti.

Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

Aşağıdakı məlumatları və sadalanan sənədləri təqdim edərək əsəri qeydiyyata götürməyinizi xahiş edirəm.

1. Əsərin adı__________________________________________________________________

_____________________________________________________________________________

Əvvəlki və ya alternativ adı ____________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Törəmə əsər (müəllifin əsərə sərf etdiyi əməyin həcmi):_____________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

2. Müəllif(lər) (təxəllüs, anadan olma tarixi, müəllifin vətəndaşlığı və daimi yaşayış yeri)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

3. Yazışma üçün ünvan ________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

4. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat (müəllifin mənsub olduğu təşkilatın adı, ünvanı) _________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

5. Müstəsna hüquqların sahibi (tam məlumatlar göstərilir)__________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

6. Açıqlanmanın tarixi və yeri_________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

7. Ərizəyə əlavə edilən, depozitə götürülən materiallar:

(  əlyazma,  kitab,  fotosurət,  slaydlar,  çertyojlar,  rəsmlər,  digər....................,  səsyazılma,  videoyazılma).

8. Depozitə götürülən obyektin növü___________________________________________

9. Ərizəyə əlavə edilən sənədlər ("X" qeyd edilməli):

 qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

 müstəsna hüquqların sahibinin hüququnu təsdiq edən sənəd;

 qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndənin adına verilmiş etibarnamə.

10. Mən (müəllifin soyadı, adı və atasının adı) ___________________________________

____________________________________________________________________________

bununla təminat verirəm ki, bu əsər yaradılarkən digər şəxslərin müəllif hüquqları pozulmamışdır. Ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülən materiallara uyğundur.

İmza__________________________

“_______” __________________20__-ci il

11. Sifarişçi (müəllif, hüquqi varis, işəgötürən, nümayəndə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

“________” ___________________20__-ci il.

Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

2012-ci il 14 iyun tarixli

Kamran Sultan oğlu İmanov

1.1. Elektron xidmətin adı: Əlaqəli hüquqlar obyektinin qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və Qeydiyyat haqqında Şəhadətnamənin verilməsi

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32-ci maddəsinin 5-ci hissəsi;

Azərbaycan Respublikası Prezidentinin 2008-cı il 7 may tarixli 759 nömrəli Fərmanının 2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”nin təsdiq edilməsi barədə” 2008-ci il 21 iyul tarixli 164 nömrəli Qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən

1.7. Elektron xidmətin icra müddəti: 5 – 15 gün

1. Tam avtomatlaşdırılmış elektron xidmət üçün xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

2. Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeydiyyat haqqında Şəhadətnamə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanları

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.copag.gov.az; www.E-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: www.copag.gov.az

Elektron poçt: mha@copag.gov.az; Tel.: (+99412) 498-22-32

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmur.

1. Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu Reqlamentə əlavə olunur.

2. Tələb olunan sənədlərin qanunvericiliklə notarial qaydada təsdiqlənməsi müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün notarial qaydada təsdiqlənmiş həmin sənədlərin elektron formada skan edilmiş surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir, yaxud adi poçtla Agentliyə göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Agentliyin interaktiv növlü elektron xidmətləri istifadəçilər üçün daim açıqdır və müraciət hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün istifadəçi (sifarişçi) tərəfindən Agentliyin www.copag.gov.az internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya www.E-gov.az portalında yerləşdirilən ərizə forması doldurulur.

Ərizəyə aşağıda göstərilənlər əlavə olunur:

- əlaqəli hüquqlar obyektinin elektron variantı (ifa, fonoqram və televiziya verilişinin müvafiq olaraq səsyazısı və ya videoyazısı);

- hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

- əlaqəli hüquqlar obyektinə müstəsna hüquq sahibliyinin istifadəçiyə (sifarişçiyə) məxsus olduğunu təsdiqləyən sənədlər (əlaqəli hüquqlar obyektindən istifadəyə müstəsna hüquqların verilməsi barədə müəllif müqaviləsi, və ya belə hüquqların verilməsi haqqında müəllifin (hüquq sahibinin) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu, müəllif hüquqlarının tənzimlənməsinə dair müəllif müqaviləsi);

- hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə;

- əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün dövlət rüsumunun ödəniş sənədi (“Dövlət rüsumu haqqında” Qanunun 18.62-1.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir).

Qeyd: Əlaqəli hüquqlar obyektinin elektron variantı istisna olmaqla digər sənədlər skan edilmiş formada göndərilir.

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h 0132033003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.

ödəmə üsulları: internet-ödəmə, terminal, nəğd və s.

3.2.2. sorğunun qəbulu.

Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

Ərizədə göstərilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin (bundan sonra- “Şöbə”) Əsərlərin qeydiyyatı və hüquqi ekspertizası sektoru (bundan sonra- “Sektor”) tərəfindən araşdırılır.

Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina edilir:

- Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, əlaqəli hüquqlar obyektinin elektron variantının göndərilməməsi, yaxud bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması və ya düzgün tərtib edilməməsi) aşkar edildikdə.

Bu halda çatışmazlıqların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir;

- Göstərilən müddətdə istifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırmadıqda (Bu barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir).

Əlaqəli hüquqlar obyektinin qeydiyyatından imtina istifadəçinin (sifarişçinin) həmin əlaqəli hüquqlar obyektinin qeydiyyatı ilə bağlı Agentliyin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. sorğunun qəbulu

İstifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Sektorda sənədlərə baxılaraq, əlaqəli hüquqlar obyektinin qeydiyyatdan keçirilməsi, yaxud qeydiyyatdan imtina barədə qərar qəbul edilir və nəticə haqqında istifadəçiyə (sifarişçiyə) elektron poçtla məlumat verilir.

3.4. sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat

Ərizə qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə (gün, ay, il göstərilməklə) Ümumi sektorda qeydə alınır, ərizəyə nömrə qoyulur, baxılmaq üçün Şöbəyə göndərilir.

Ərizə və ona qoşulan sənədlər Şöbə müdirinin dərkənarına əsasən Sektorda 3 iş günündən gec olmayaraq araşdırılır, çatışmazlıqlar aşkar edildikdə onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir.

Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur.

Qeydiyyat üzrə inzibati əməliyyatların həyata keçirilməsinə Şöbə müdirinin müavini məsuldur.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Ərizə daxil olduğu tarix göstərilməklə Ümumi sektorda qeydə alınır, ərizəyə qeydiyyat nömrəsi qoyulur və həmin gün Şöbəyə göndərilir.

Ərizə Şöbəyə daxil olduğu gün Şöbə müdirinin dərkənarı ilə icra olunmaq üçün Sektora verilir.

Sektorda 3 iş günündən gec olmayaraq sənədlərə baxılaraq, əlaqəli hüquqlar obyektinin qeydiyyatdan keçirilməsi, yaxud sorğunun icraya qəbul edilməməsi barədə qərar qəbul olunur və istifadəçi (sifarişçi) elektron poçtla məlumatlandırılır.

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə əlaqəli hüquqlar obyekti 5 iş günü müddətində qeydiyyatdan keçirilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

Əlaqəli hüquqlar obyekti qeydiyyatdan keçirildikdə hüquq sahibinə əlaqəli hüquqlar obyektinin qeydiyyatı haqqında şəhadətnamə verilir. Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

Əlaqəli hüquqlar obyektinin qeydiyyatından imtina edildikdə sifariş sənədləri elektron poçtla geri qaytarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin rəhbərliyi, Şöbə və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi həyata keçirir.

3.5.1. nəzarət forması;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş gündəlik monitorinqi.

3.5.2. nəzarət qaydası

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin (sifarişçinin) şikayət etmək hüququ haqqında məlumat

İstifadəçi (sifarişçi) əlaqəli hüquqlar obyektinin qeydiyyatı üzrə göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər.

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya

Şikayət istifadəçinin (sifarişçinin) özü tərəfindən əsaslandırılmalıdır. İstifadəçilərin (sifarişçilərin) elektron xidmətlərlə bağlı sorğuları, eləcə də Agentliyə daxil olmuş şikayət xarakterli yazılı və şifahi müraciətləri Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır və cavablandırılır.

3.6.3. şikayətin baxılma müddəti.

Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

Aşağıdakı məlumatları və sadalanan sənədləri təqdim edərək əsərin qeydiyyatdan keçirilməsini xahiş edirəm.

1. Əlaqəli hüquqlar obyektinin adı_______________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

2. Əlaqəli hüquqların subyekt(lər)i (fiziki şəxsin vətəndaşlığı və daimi yaşayış yeri, hüquqi şəxsin yarandığı ölkə və yerləşdiyi yerin adı)_______________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

3. Obyektin adı və müəllifi _____________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Müəllif(lər) (müəllifin təxəllüsü, anadan olma tarixi, vətəndaşlığı və daimi yaşayış yeri)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

4. Yazışma üçün ünvan_______________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

5. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat (əlaqəli hüquqlar subyektinin mənsub olduğu təşkilatın adı və ünvan) ________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

6. Əlaqəli hüquqlara müstəsna hüquqları sahibi ___________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

7. Açıqlanmanın tarixi və yeri _________________________________________________

_____________________________________________________________________________

8. Ərizəyə əlavə olunan, depozitə götürülən materiallar:

9. Ərizəyə əlavə edilən sənədlər:

qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

müstəsna hüquqların sahibinin hüququnu təsdiq edən sənəd;

qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndənin adına verilmiş etibarnamə.

10. Mən (əlaqəli hüquqlar subyektinin soyadı, adı və atasının adı)

_____________________________________________________________________________

_____________________________________________________________________________

bununla təminat verirəm ki, qeydiyyatdan keçirilən obyekt yaradılarkən digər şəxslərin müəllif və əlaqəli hüquqları pozulmamışdır. Ərizədə göstərilən məlumatlar düzgündür.

İmza _________________________

“____” _________________20__-ci il

11. Sifarişçi (əlaqəli hüquqların subyekti, nümayəndə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

“____”__________________20__-ci il

Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

2012-ci il 14 iyun tarixli

Kamran Sultan oğlu İmanov

1.1. Elektron xidmətin adı: Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və Qeydiyyat haqqında Şəhadətnamənin verilməsi

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunun 12.1-ci maddəsi;

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanın 2.2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən

1.7. Elektron xidmətin icra müddəti: 5 – 15 gün

Qeydlər: 1. Tam avtomatlaşdırılmış elektron xidmət üçün xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

2. Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeydiyyat haqqında Şəhadətnamə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanları

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.copag.gov.az; www.E-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: www.copag.gov.az

Elektron poçt: mha@copag.gov.az; Tel.: (+99412) 498-22-32

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmur.

1. Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu Reqlamentə əlavə olunur.

2. Tələb olunan sənədlərin qanunvericiliklə notarial qaydada təsdiqlənməsi müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün notarial qaydada təsdiqlənmiş həmin sənədlərin elektron formada skan edilmiş surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir, yaxud adi poçtla Agentliyə göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Agentliyin interaktiv növlü elektron xidmətləri istifadəçilər üçün daim açıqdır və müraciət hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

Məlumat toplusunun qeydiyyatı üçün istifadəçi (sifarişçi) tərəfindən Agentliyin www.copag.gov.az internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya www.E-gov.az portalında yerləşdirilən ərizə forması doldurulur.

Ərizəyə aşağıda göstərilənlər əlavə olunur:

- məlumat toplusunun elektron variantı;

- hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

- məlumat toplusuna müstəsna hüquq sahibliyinin istifadəçiyə (sifarişçiyə) məxsus olduğunu təsdiqləyən sənədlər (məlumat toplusundan istifadəyə müstəsna hüquqların verilməsi barədə müəllif müqaviləsi və ya belə hüquqların verilməsi haqqında müəllifin (hüquq sahibinin) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu);

- hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə;

- məlumat toplusunun qeydiyyatı üçün dövlət rüsumunun ödəniş sənədi (“Dövlət rüsumu haqqında” Qanunun 18.64.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir).

Qeyd: Məlumat toplusunun elektron variantı istisna olmaqla digər sənədlər skan edilmiş formada göndərilir.

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h 0132033003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.

ödəmə üsulları: internet-ödəmə, terminal, nəğd və s.

3.2.2. sorğunun qəbulu.

Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

Ərizədə göstərilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin (bundan sonra- “Şöbə”) Əsərlərin qeydiyyatı və hüquqi ekspertizası sektoru (bundan sonra- “Sektor”) tərəfindən araşdırılır.

Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina edilir:

- Məlumat toplusunun qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, məlumat toplusunun elektron variantının göndərilməməsi, yaxud bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması və ya düzgün tərtib edilməməsi) aşkar edildikdə.

Bu halda çatışmazlıqların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir;

- Göstərilən müddətdə istifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırmadıqda (Bu barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir).

Məlumat toplusunun qeydiyyatından imtina istifadəçinin (sifarişçinin) həmin məlumat toplusunun qeydiyyatı ilə bağlı Agentliyin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. sorğunun qəbulu

İstifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Sektorda sənədlərə baxılaraq, məlumat toplusunun qeydiyyatdan keçirilməsi, yaxud qeydiyyatdan imtina barədə qərar qəbul edilir və nəticə haqqında istifadəçiyə (sifarişçiyə) elektron poçtla məlumat verilir.

3.4. sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat

Ərizə qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə (gün, ay, il göstərilməklə) Ümumi sektorda qeydə alınır, ərizəyə nömrə qoyulur, baxılmaq üçün Şöbəyə göndərilir.

Ərizə və ona qoşulan sənədlər Sektorda 3 iş günündən gec olmayaraq araşdırılır, çatışmazlıqlar aşkar edildikdə onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir.

Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur.

Qeydiyyat üzrə inzibati əməliyyatların həyata keçirilməsinə Şöbə müdirinin müavini məsuldur.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Ərizə daxil olduğu tarix göstərilməklə Ümumi sektorda qeydə alınır, ərizəyə qeydiyyat nömrəsi qoyulur və həmin gün Şöbəyə göndərilir.

Ərizə Şöbəyə daxil olduğu gün Şöbə müdirinin dərkənarı ilə icra olunmaq üçün Sektora verilir.

Sektorda 3 iş günündən gec olmayaraq sənədlərə baxılaraq, məlumat toplusunun qeydiyyatdan keçirilməsi, yaxud sorğunun icraya qəbul edilməməsi barədə qərar qəbul olunur və istifadəçi (sifarişçi) elektron poçtla məlumatlandırılır.

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə məlumat toplusu 5 iş günü müddətində qeydiyyatdan keçirilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

Məlumat toplusu qeydiyyatdan keçirildikdə hüquq sahibinə məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə verilir. Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

Məlumat toplusunun qeydiyyatından imtina edildikdə sifariş sənədləri elektron poçtla geri qaytarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin rəhbərliyi, Şöbə və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi həyata keçirir.

3.5.1. nəzarət forması;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş gündəlik monitorinqi.

3.5.2. nəzarət qaydası

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin (sifarişçinin) şikayət etmək hüququ haqqında məlumat

İstifadəçi (sifarişçi) məlumat toplusunun qeydiyyatı üzrə göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər.

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya

Şikayət istifadəçinin (sifarişçinin) özü tərəfindən əsaslandırılmalıdır. İstifadəçilərin (sifarişçilərin) elektron xidmətlərlə bağlı sorğuları, eləcə də Agentliyə daxil olmuş şikayət xarakterli yazılı və şifahi müraciətləri Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır və cavablandırılır.

3.6.3. şikayətin baxılma müddəti.

Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

Aşağıdakı məlumatları və sadalanan sənədləri təqdim edərək məlumat toplusunun qeydiyyatdan keçirilməsini xahiş edirəm.

1. Məlumat toplusunun adı ___________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________ 2. Əvvəlki və ya alternativ adı __________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

3. Müəllif(lər) (təxəllüs, anadan olma tarixi, müəllifin vətəndaşlığı və daimi yaşayış yeri)________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

4. Müstəsna hüquqların sahibi (tam məlumatlar göstərilir) _________________________

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

5. Yazışma üçün ünvan ________________________________________________________

_____________________________________________________________________________

6. Məlumat toplusunun açıqlanma tarixi və yeri ___________________________________

_____________________________________________________________________________

7. Ərizəyə əlavə edilən, depozitə götürülən materiallar: (“X” işarəsi ilə qeyd edilməli):

8. Depozitə götürülən obyektin növü ___________________________________________

_____________________________________________________________________________

9. Ərizəyə əlavə edilən sənədlər (“X“ işarəsi ilə qeyd edilməli):

Ÿ qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Ÿ müstəsna hüquqların sahibinin hüququnu təsdiq edən sənəd;

Ÿ qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndənin adına verilmiş etibarnamə.

10. Mən (müəllifin, yaxud hüquq sahibinin soyadı, adı və atasının adı)_______________

__________________________________________________________________________________________________________________________________________________________

bununla təminat verirəm ki, bu məlumat toplusu yaradılarkən digər şəxslərin müəlliflik hüquqları pozulmamışdır. Ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülən materiallara uyğundur.

İmza_________________________

“____”________________________20__-ci il

Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

2012-ci il 14 iyun tarixli

Kamran Sultan oğlu İmanov

1.1. Elektron xidmətin adı: Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və Qeydiyyat haqqında Şəhadətnamənin verilməsi

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunun 12.1-ci maddəsi;

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanının 2.2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən

1.7. Elektron xidmətin icra müddəti: 5 – 15 gün

1. Tam avtomatlaşdırılmış elektron xidmət üçün xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

2. Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeydiyyat haqqında Şəhadətnamə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanları

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.copag.gov.az; www.E-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: www.copag.gov.az

Elektron poçt: mha@copag.gov.az; Tel.: (+99412) 498-22-32

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmur.

1. Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu Reqlamentə əlavə olunur.

2. Tələb olunan sənədlərin qanunvericiliklə notarial qaydada təsdiqlənməsi müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün notarial qaydada təsdiqlənmiş həmin sənədlərin elektron formada skan edilmiş surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir, yaxud adi poçtla Agentliyə göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Agentliyin interaktiv növlü elektron xidmətləri istifadəçilər üçün daim açıqdır və müraciət hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

Məlumat toplusunun qeydiyyatı üçün istifadəçi (sifarişçi) tərəfindən Agentliyin www.copag.gov.az internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya www.E-gov.az portalında yerləşdirilən ərizə forması doldurulur.

Ərizəyə aşağıda göstərilənlər əlavə olunur:

- məlumat toplusunun elektron variantı;

- hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

- məlumat toplusuna müstəsna hüquq sahibliyinin istifadəçiyə (sifarişçiyə) məxsus olduğunu təsdiqləyən sənədlər (məlumat toplusundan istifadəyə müstəsna hüquqların tam və ya qismən verilməsi barədə müqavilə və ya belə hüquqların verilməsi haqqında hüquq sahibinin (istehsalçının) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu);

- məlumat toplusunun xüsusi qorunma hüququ ilə qorunma meyarı kimi əsas götürülən maliyyə vəsaitləri, vaxt və enerji məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşunu və məlumat toplusunun açıqlanma tarixini təsdiqləyən sənədlər;

- hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə;

- məlumat toplusunun qeydiyyatı üçün dövlət rüsumunun ödəniş sənədi (“Dövlət rüsumu haqqında” Qanunun 18.64.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir).

- məlumat toplusunun qeyri-müəyyən şəxslər dairəsinə ilk dəfə təqdim edildiyi tarix barədə məlumat.

Qeyd: Məlumat toplusunun elektron variantı istisna olmaqla digər sənədlər skan edilmiş formada göndərilir.

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h 0132033003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.

ödəmə üsulları: internet-ödəmə, terminal, nəğd və s.

3.2.2. sorğunun qəbulu.

Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

Ərizədə göstərilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin (bundan sonra- “Şöbə”) Əsərlərin qeydiyyatı və hüquqi ekspertizası sektoru (bundan sonra- “Sektor”) tərəfindən araşdırılır.

Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina edilir:

- Məlumat toplusunun qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, məlumat toplusunun elektron variantının göndərilməməsi, yaxud bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması və ya düzgün tərtib edilməməsi) aşkar edildikdə.

Bu halda çatışmazlıqların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir;

-Göstərilən müddətdə istifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırmadıqda (Bu barədə də istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir).

Məlumat toplusunun qeydiyyatından imtina istifadəçinin (sifarişçinin) həmin məlumat toplusunun qeydiyyatı ilə bağlı Agentliyin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. sorğunun qəbulu

İstifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Sektorda sənədlərə baxılaraq, məlumat toplusunun qeydiyyatdan keçirilməsi, yaxud qeydiyyatdan imtina barədə qərar qəbul edilir və nəticə haqqında istifadəçiyə (sifarişçiyə) elektron poçtla məlumat verilir.

3.4. sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat

Ərizə qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə (gün, ay, il göstərilməklə) Ümumi sektorda qeydə alınır, ərizəyə nömrə qoyulur, baxılmaq üçün Şöbəyə göndərilir.

Ərizə və ona qoşulan sənədlər Sektorda 3 iş günündən gec olmayaraq araşdırılır, çatışmazlıqlar aşkar edildikdə onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir.

Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur.

Qeydiyyat üzrə inzibati əməliyyatların həyata keçirilməsinə Şöbə müdirinin müavini məsuldur.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Ərizə daxil olduğu tarix göstərilməklə Ümumi sektorda qeydə alınır, ərizəyə qeydiyyat nömrəsi qoyulur və həmin gün Şöbəyə göndərilir.

Ərizə Şöbəyə daxil olduğu gün Şöbə müdirinin dərkənarı ilə icra olunmaq üçün Sektora verilir.

Sektorda 3 iş günündən gec olmayaraq sənədlərə baxılaraq, məlumat toplusunun qeydiyyatdan keçirilməsi, yaxud sorğunun icraya qəbul edilməməsi barədə qərar qəbul olunur və istifadəçi (sifarişçi) elektron poçtla məlumatlandırılır.

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə məlumat toplusu 5 iş günü müddətində qeydiyyatdan keçirilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

Məlumat toplusu qeydiyyatdan keçirildikdə hüquq sahibinə məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə verilir.

Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

Məlumat toplusunun qeydiyyatından imtina edildikdə sifariş sənədləri elektron poçtla geri qaytarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin rəhbərliyi, Şöbə və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi həyata keçirir.

3.5.1. nəzarət forması;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş gündəlik monitorinqi.

3.5.2. nəzarət qaydası

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin (sifarişçinin) şikayət etmək hüququ haqqında məlumat

İstifadəçi (sifarişçi) məlumat toplusunun qeydiyyatı üzrə göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər.

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya

Şikayət istifadəçinin (sifarişçinin) özü tərəfindən əsaslandırılmalıdır. İstifadəçilərin (sifarişçilərin) elektron xidmətlərlə bağlı sorğuları, eləcə də Agentliyə daxil olmuş şikayət xarakterli yazılı və şifahi müraciətləri Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır və cavablandırılır.

3.6.3. şikayətin baxılma müddəti.

Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

Aşağıdakı məlumatları və sadalanan sənədləri təqdim edərək məlumat toplusunun qeydiyyatdan keçirilməsini xahiş edirəm.

1. Məlumat toplusunun adı ____________________________________________________

_____________________________________________________________________________

2. Əvvəlki və ya alternativ adı_________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

3. Məlumat toplusunun hüquq sahibinin, yaxud istehsalçısının soyadı, adı, atasının adı, ünvanı, ölkənin kodu (hüquqi şəxs olduğu halda adı, hüquqi ünvanı) ___________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

4. Hüquq sahibinin, yaxud istehsalçının adlarının dəyişdirilməsi haqqında məlumat _____________________________________________________________________________

_____________________________________________________________________________

5. Yazışma üçün ünvan________________________________________________________

_____________________________________________________________________________

6. Məlumat toplusuna hüquqların digər fiziki, yaxud hüquqi şəxsə tam və ya qismən verilməsi barədə məlumat (hüquqların verilməsi barədə müqavilənin imzalandığı tarix, yer və tərəflər barədə məlumat) _________________________________________________

_____________________________________________________________________________

7. Məlumat toplusu dövlət ehtiyacları üçün yaradılmışdırsa, dövlət sifarişçisi barədə məlumat ___________________________________________________________________

____________________________________________________________________________

8. Məlumat toplusunun açıqlanma tarixi və yeri ________________________________

___________________________________________________________________________

9. Məlumat toplusunun qorunma müddətinin başlanğıc tarixi (məlumat toplusu eyni zamanda həm müəlliflik hüququ, həm də xüsusi qorunma hüququ ilə qorunursa, bu barədə müvafiq qeyd etməli) _______________________________________________

_____________________________________________________________________________

10. Məlumat toplusuna yeni sərmayə qoyuluşuna dair məlumat ____________________

_____________________________________________________________________________

11. Depozitə götürülən materialın obyektiv forması ________________________________

_____________________________________________________________________________

12. Ərizəyə əlavə edilən sənədlər (“X” işarəsi ilə qeyd edilməli):

¨ qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

¨ müstəsna hüquqların sahibinin hüququnu təsdiq edən sənəd;

¨ qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndənin adına verilmiş etibarnamə.

13. Mən (məlumat toplusunun sahibinin soyadı, adı və atasının adı) ________________

_____________________________________________________________________________

təminat verirəm ki, ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülmək üçün təqdim olunan materiallara uyğundur.

İmza_________________________

“____”________________________20__-ci il

Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

2012-ci il 14 iyun tarixli

Kamran Sultan oğlu İmanov

1.1. Elektron xidmətin adı: İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətlərin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və Qeydiyyat haqqında Şəhadətnamənin verilməsi

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanunun 11.1-ci maddəsi;

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının 2-ci bəndi;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.8 və 8.22-ci bəndləri;

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli Qərarı;

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi üzrə 2004-cü il 12 may tarixli 47 nömrəli əmrlə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2004-cü il 17 may tarixdə 3056 nömrə ilə qeydiyyata alınmış “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair Təlimat”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən

1.7. Elektron xidmətin icra müddəti: 5 – 15 gün

Qeydlər: 1. Tam avtomatlaşdırılmış elektron xidmət üçün xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir.

2. Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeydiyyat haqqında Şəhadətnamə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanları

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.copag.gov.az; www.E-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: www.copag.gov.az

Elektron poçt: mha@copag.gov.az; Tel.: (+99412) 498-22-32

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmur.

1. Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu Reqlamentə əlavə olunur.

2. Tələb olunan sənədlərin qanunvericiliklə notarial qaydada təsdiqlənməsi müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün notarial qaydada təsdiqlənmiş həmin sənədlərin elektron formada skan edilmiş surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir, yaxud adi poçtla Agentliyə göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Agentliyin interaktiv növlü elektron xidmətləri istifadəçilər üçün daim açıqdır və müraciət hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

Topologiyanın qeydiyyatı üçün istifadəçi (sifarişçi) tərəfindən Agentliyin www.copag.gov.az internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya www.E-gov.az portalında yerləşdirilən ərizə forması doldurulur.

Ərizəyə aşağıda göstərilənlər əlavə olunur:

- Qeydiyyat üçün nəzərdə tutulan topologiyanı eyniləşdirən materialların ifadə formasından birinin (rəsm, çertyoj, foto referatla birlikdə) skan edilmiş variantı,

- hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

- topologiyaya müstəsna hüquq sahibliyinin istifadəçiyə (sifarişçiyə) məxsus olduğunu təsdiqləyən sənədlər (topologiyadan istifadəyə müstəsna hüquqların verilməsi barədə müəllif müqaviləsi və ya belə hüquqların verilməsi haqqında müəllifin (hüquq sahibinin) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu);

- hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə;

- topologiyanın qeydiyyatı üçün dövlət rüsumunun ödəniş sənədi (“Dövlət rüsumu haqqında” Qanunun 18.63.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir);

- həmçinin topologiyanın ilkin istifadə tarixi barədə məlumat.

Qeyd: Bu Reqlamentin 3.2.1.-ci bəndində topologiyanın skan edilmiş variantı da daxil olmaqla bütün sənədlər skan edilmiş formada göndərilir.

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h 0132033003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.

ödəmə üsulları: internet-ödəmə, terminal, nəğd və s.

3.2.2. sorğunun qəbulu.

Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

Ərizədə göstərilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin (bundan sonra- “Şöbə”) Əsərlərin qeydiyyatı və hüquqi ekspertizası sektoru (bundan sonra- “Sektor”) tərəfindən araşdırılır.

Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina edilir:

- Topologiyanın qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, topologiyanın skan edilmiş variantının göndərilməməsi, yaxud bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması və ya düzgün tərtib edilməməsi) aşkar edildikdə.

Bu halda çatışmazlıqların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir;

- Göstərilən müddətdə istifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırmadıqda (Bu barədə istifadəçinin (sifarişçinin) elektron poçtuna bildiriş göndərilir).

Topologiyanın qeydiyyatından imtina istifadəçinin (sifarişçinin) həmin topologiyanın qeydiyyatı ilə bağlı Agentliyin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. sorğunun qəbulu

İstifadəçi (sifarişçi) çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Sektorda sənədlərə baxılaraq, topologiyanın qeydiyyatdan keçirilməsi, yaxud qeydiyyatdan imtina barədə qərar qəbul edilir və nəticə haqqında istifadəçiyə (sifarişçiyə) elektron poçtla məlumat verilir.

3.4. sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat

Ərizə qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə (gün, ay, il göstərilməklə) Ümumi sektorda qeydə alınır, ərizəyə nömrə qoyulur, baxılmaq üçün Şöbəyə göndərilir.

Ərizə və ona qoşulan sənədlər Sektorda 3 iş günündən gec olmayaraq araşdırılır, çatışmazlıqlar aşkar edildikdə onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir.

Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur.

Qeydiyyat üzrə inzibati əməliyyatların həyata keçirilməsinə Şöbə müdirinin müavini məsuldur.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Ərizə daxil olduğu tarix göstərilməklə Ümumi sektorda qeydə alınır, ərizəyə qeydiyyat nömrəsi qoyulur və həmin gün Şöbəyə göndərilir.

Ərizə Şöbəyə daxil olduğu gün Şöbə müdirinin dərkənarı ilə icra olunmaq üçün Sektora verilir.

Sektorda 3 iş günündən gec olmayaraq sənədlərə baxılaraq, topologiyanın qeydiyyatdan keçirilməsi, yaxud sorğunun icraya qəbul edilməməsi barədə qərar qəbul olunur və istifadəçi (sifarişçi) elektron poçtla məlumatlandırılır.

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə topologiya 5 iş günü müddətində qeydiyyatdan keçirilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

Topologiya qeydiyyatdan keçirildikdə hüquq sahibinə topologiyanın qeydiyyatı haqqında şəhadətnamə verilir. Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

Topologiyanın qeydiyyatından imtina edildikdə sifariş sənədləri elektron poçtla geri qaytarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin rəhbərliyi, Şöbə və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi həyata keçirir.

3.5.1. nəzarət forması;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş gündəlik monitorinqi.

3.5.2. nəzarət qaydası

Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin (sifarişçinin) şikayət etmək hüququ haqqında məlumat

İstifadəçi (sifarişçi) topologiyanın qeydiyyatı üzrə göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər.

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya

Şikayət istifadəçinin (sifarişçinin) özü tərəfindən əsaslandırılmalıdır. İstifadəçilərin (sifarişçilərin) elektron xidmətlərlə bağlı sorğuları, eləcə də Agentliyə daxil olmuş şikayət xarakterli yazılı və şifahi müraciətləri Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır və cavablandırılır.

3.6.3. şikayətin baxılma müddəti.

Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

Aşağıdakı məlumatları və sadalanan sənədləri təqdim edərək inteqral sxem topologiyasının qeydiyyatdan keçirilməsini xahiş edirəm.

1. İnteqral sxem topologiyasının adı ___________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

2. Müstəsna hüquq sahibi (tam məlumatlar göstərilir) ___________________________

_____________________________________________________________________________

3. Müəllif(lər) (tam məlumatlar göstərilir) ______________________________________

_____________________________________________________________________________

4. Yazışma üçün ünvan ______________________________________________________

_____________________________________________________________________________

5. Əgər topologiyadan istifadə edilibsə, istifadə olunduğu ilk tarix və yer _____________

_____________________________________________________________________________

6. Qeydiyyat üçün ödəniş haqqında qəbz _______________________________________

_____________________________________________________________________________

7. Ərizəyə qoşulan topologiyanı eyniləşdirən və depozitə götürülən materiallar: (rəsm, çertyoj, foto, inteqral sxem referatla birlikdə) ___________________________________

8. Ərizəyə əlavə edilən sənədlər (“X” işarəsi ilə qeyd edilməli):

8.1. müstəsna hüquqların sahibinin hüququnu təsdiq edən sənəd;

8.2. qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndənin adına verilmiş etibarnamə.

9. Mən (topologiyaya müstəsna hüququn sahibinin soyadı, adı və atasının adı) ________ _____________________________________________________________________________

bununla təminat verirəm ki, ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülmək üçün təqdim olunan materiallara uyğundur.

İmza_________________________

“____”___________20__-ci il

1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 04 mart 2013-cü il tarixli 01 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201303040001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2013-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver